AYNUR SƏFƏRLİ
QƏHRƏMANLIQ TARİXİMİZİN ŞANLI SƏHİFƏLƏRİ
Bakı-2020
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun 2
maliyyə dəstəyi ilə çap edilmişdir
__________________________________________
Bu kitab Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz ruhuna ithaf olunur.
Aynur Mətləb qızı Səfərli. Qəhrəmanlıq Tariximizin Şanlı Səhifələri. Bakı : TUNA nəşriyyatı, 2020, 706 səh.
Aynur Səfərlinin tərtibçiliyi ilə hazırlanmış bu kitab 2016-ci ildə “Dördgünlük müharibə” adı ilə tarixə düşmüş APREL DÖYÜŞLƏRİnin
qəhrəman şəhidlərinə həsr edilmişdir. Şəhidlərin həyatı və döyüş yolu şəhid yaxınlarının müsahibələri fonunda işıqlandırılmışdır.
Kitabda ölkə prezidentinin “Aprel döyüşləri” ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, müəllifin görüşdüyü şəhid ailələrilə olan
müsahibələr və fotolar, “Aprel döyüşləri”nin canlı şahidləri – qazilərlə, iştirakçı olmuş kəşfiyyatçılarla müsahibələr yer almışdır.
Müəllifin Cocuq Mərcanlı kəndinə olan səfərilə bağlı görüntülər də fotolarla əks olunmuşdur. Müəllif müxtəlif vaxtlarda da şəhid
ailələrini DİN-nin əməkdaşları ilə birlikdə ziyarət etmiş, problemləri ilə maraqlanmışdır ki, həmin ziyarətlər haqqında yazılanlar da
diqqətdən kənarda qalmamışdır.
3
Ön sözün müəllifi: polis polkovnik-leytenantı Hafiz Təmirov
Korrektor: polis leytenantı Aynur Səfərli
Cild dizayneri: Nicat Qəribov
4
“Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən
və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli
ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir.”
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
5
“
Azərbaycan ordusu bu döyüşlərdə peşəkar qəhrəmanlıq, məharət göstərib. Biz şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Yaralı əsgərlərimiz, zabitlərimiz olub. Mən hərbi hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların
bir arzusu var idi, tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Boaş Komandan
“Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, 6
heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin.
….Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun.
Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Mən əminəm ki, ədalət
bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi
köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan da birgə şərəflə
çıxacağıq. Allah hər zaman Azərbaycanı qorusun!”
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse prezidenti
7
“Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirərək
döyüşlərə hazır olmalıyıq.”
Zakir Həsənov,
Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki,
Azərbaycan Respublikasının Müdafiə naziri
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
Sərəncam 1
2016-cı il aprelin 19-da Azərbaycan RespublikasınınPrezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq
görülənlər:
“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən
göstərdiyi şəxsi igidliyə görə aşağıdakı şəxslərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
polkovnik-leytenant Həmidov Şükür Nəriman oğlu
polkovnik-leytenant Mirzəyev Murad Telman oğlu (ölümündən sonra)
mayor İmanov Samid Gülağa oğlu (ölümündən sonra).
8
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2016-cı il
№ 1966
Sərəncam 2
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş
tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları təltif
edilsin:
“Azərbaycan Bayrağı” ordeni ilə
Həsənov Zakir Əsgər oğlu - general-polkovnik 9
Sadıkov Nəcməddin Hüseyn oğlu - general-polkovnik
Hüseynov Zahid İbrahim oğlu - general-mayor
Musazadə Təbriz Taryel oğlu - mayor (ölümündən sonra)
Vəlizadə Urfan Üzeyir oğlu - mayor (ölümündən sonra)
İsmayılov Əbu Bəkr Vüqar oğlu - baş leytenant (ölümündən sonra)
Misirxanov Tahir İman oğlu - kiçik çavuş
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Həşimov Polad İsrayıl oğlu - polkovnik
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 10
Yusifov Vüqar Nurəddin oğlu - polkovnik (ölümündən sonra)
Əliyev Elnur Adil oğlu - mayor (ölümündən sonra)
Bağıyev Mirdamət Səristan oğlu - kapitan
Orucov Seyran Zahir oğlu - kapitan
“Vətən uğrunda” medalı ilə
Əliyev Rasim Məmmədəli oğlu - general-mayor
Babayev Famil Əlikərəm oğlu - tibb xidməti polkovniki
Babayev Nemət Balabəy oğlu - polkovnik
Əliyev Elsevər Sərhəd oğlu - polkovnik
Əliyev Rəhim Əhməd oğlu - polkovnik
Abduləzimov Vüqar Allahverən oğlu - polkovnik-leytenant
Ağasiyev Ruslan Dünyaməddin oğlu - polkovnik-leytenant
Babayev Anar Qüdrət oğlu - polkovnik-leytenant
Əbliyev Elnur Baxşəli oğlu - polkovnik-leytenant
Əmirov Əbil Durasan oğlu - polkovnik-leytenant
Mövlanov Tərlan Bəydəmir oğlu - polkovnik-leytenant 11
Qarayev Elşən Nüsrət oğlu - polkovnik-leytenant
Quliyev Vilayət Bərxuda oğlu - polkovnik-leytenant
Məmmədov Rasim Əbdül oğlu - mayor (ölümündən sonra)
İskəndərov Elnur İskəndər oğlu - baş leytenant (ölümündən sonra)
Namazov Elvin Məmməd oğlu - baş leytenant (ölümündən sonra)
Novruzov Mirzə Səlvər oğlu - baş leytenant (ölümündən sonra)
Teymurov Pəncəli Nurməmməd oğlu - gizir (ölümündən sonra)
Orucov Müşfıq Arif oğlu - əsgər (ölümündən sonra)
“İgidliyə görə” medalı ilə
Əliverdiyev Vüqar Əfqan oğlu – polkovnik
Həsənov Yaşar Əmirxan oğlu - polkovnik
Məmmədov Vüqar Seyidbala oğlu - polkovnik
Orucov Bəkir Şirin oğlu - polkovnik
Sultanov Ağamir Əzizxan oğlu - polkovnik
Ələkbərov Fuad Zabit oğlu - polkovnik-leytenant
Həbibullahov Seymur Musa oğlu - polkovnik-leytenant 12
Məmmədov Nemət Quzuçu oğlu - polkovnik-leytenant
Orucov Raquf İbrahim oğlu - polkovnik-leytenant (ölümündən sonra)
Seyidov Kənan Əlihüseyn oğlu - polkovnik-leytenant
Şıxəliyev Nəsimi Yarməmməd oğlu - mayor
Həsənov Emin Ələkbər oğlu - kapitan
İsrafılov Rəşad Rasim oğlu – kapitan
Orucov Mühüd Qurban oğlu - kapitan (ölümündən sonra)
Quliyev İnqilab Çingiz oğlu - kapitan (ölümündən sonra)
Savalanov Nəcməddin Akif oğlu - kapitan
Ələkbərov Zaur Qasım oğlu - baş leytenant
Mehdiyev Rəşid Rövşən oğlu - baş leytenant (ölümündən sonra)
Şükürov Rəşad Güləli oğlu - baş leytenant
Abdullayev Əmrah Mehman oğlu - leytenant
Məmmədli Cəlal Səyyaf oğlu - leytenant
Rzayev Zülfü Zeyni oğlu – leytenant
Mehdiyev Paşa Etibar oğlu - baş gizir
Cəfərov Mirsalam Təvəkgül oğlu - gizir (ölümündən sonra) 13
İsgəndərov Nicat Bəhruz oğlu - gizir (ölümündən sonra)
Təhməzov Samir Nizami oğlu – gizir
Əliyev Teymur Mütəllim oğlu - çavuş
İmanov Tağı Məhərrəm oğlu - çavuş
Quliyev Emin Bayram oğlu - çavuş
Əlizadə Qüdrət Təyyar oğlu - kiçik çavuş
Həmidov Orxan İbrahim oğlu - kiçik çavuş (ölümündən sonra)
Qəhrəmanov Ruhin Əşrəf oğlu - kiçik çavuş (ölümündən sonra)
Musayev Səbuhi Rəfael oğlu - kiçik çavuş (ölümündən sonra)
Nəsirov İlyas Arzuman oğlu - kiçik çavuş
Hüseynov Əlvan Qafar oğlu - baş əsgər (ölümündən sonra)
Əhmədov Nicad Usub oğlu - əsgər
Əliyev Asim Mehman oğlu - əsgər
Kaçayev Samir Zirafəddin oğlu - əsgər (ölümündən sonra)
Qəhrəmanov Qəhrəman Əşrəf oğlu - əsgər
Quluyev Azad Maşallah oğlu - əsgər
Mehralıyev Sarvan Natiq oğlu - əsgər (ölümündən sonra) 14
Məmmədov İlham İsaq oğlu - əsgər
Paşazadə Vüsal Ədalət oğlu - əsgər
“Hərbi xidmətlərə görə” medalı ilə
Tahirov Ramiz Firudin oğlu - general-leytenant
Əsgərov Vüqar Feyruz oğlu - polkovnik
Hüseynov Eldəniz Zakir oğlu - polkovnik-leytenant
İsmayılov Hüseyn Möhübbət oğlu - polkovnik-leytenant
Əliyev İlqar Əli oğlu - tibb xidməti polkovnik-leytenantı
Quliyev Subəddin Cəbrayıl oğlu - tibb xidməti polkovnik-leytenantı
Məmmədov Xəyal Tofıq oğlu - tibb xidməti polkovnik-leytenantı
Ədilov Mehman Əlövsət oğlu - mayor
Həsənov Vasif Telman oğlu - mayor
Hüseynov Bəhruz Səməd oğlu – mayor
İmanov Mahir Kamal oğlu - mayor
Məmmədov Rüfət Yusif oğlu - mayor
Muradov Nahid Paşa oğlu – mayor
Muradov Tofıq İmaməli oğlu - mayor 15
Paşayev Ravil Zeynəddin oğlu - mayor
Pirəliyev Asif Akif oğlu – mayor
Pirimov Bəhman Salman oğlu – mayor
Sadıqov Muraz Arif oğlu - mayor
Verdiyev Rövşən Alim oğlu – mayor
Kərimov Nadir Lənkəran oğlu - tibb xidməti mayoru
Abbasov Anar Aydın oğlu - kapitan
Əliyev Kamran İldırım oğlu - kapitan
Əliyev Rövşən Ramiz oğlu - kapitan
Hüseynov Elşən Yaşar oğlu - kapitan
Qəribov Sahib Xanlar oğlu - kapitan
Sərkarov Yalçın Qafqaz oğlu – kapitan
Fərzəliyev Bahadur Abbas oğlu - baş leytenant
Musayev Rəşad Tahir oğlu - baş leytenant
Təhməzov Təhmiraz Göyüş oğlu - baş leytenant
Qarayev Nurlan Mahmud oğlu - leytenant
Quliyev Rafıq Carulla oğlu - leytenant 16
Pircanov Mehdi Pircan oğlu - kiçik leytenant
Qasımov Emil Xanbaba oğlu - gizir İlham Əliyev,
Məmmədov Etiram İbrahim oğlu - gizir Azərbaycan Respublikasının Prezidenti
Remixanov İmran Süleyman oğlu - gizir
Abbasov Ceyhun Natiq oğlu - baş çavuş Bakı şəhəri, 19 aprel 2016-cı il
Xancanov Zaur Fikrət oğlu - çavuş № 1967
Məhərrəmov Sakit Arif oğlu - çavuş
Yunisli Tural Hidayət oğlu - çavuş
Abbasov İlkin Abbas oğlu - kiçik çavuş
Ələkbərov Vüsal Meyxoş oğlu - kiçik çavuş
Rüstəmov Elməddin Kərim oğlu - kiçik çavuş
Şahbazov Ruslan Mahir oğlu - kiçik çavuş
Quliyev Elmir Məmmədalı oğlu - əsgər
Mərdanov Şəmil Omar oğlu - əsgər
Sərəncam 3
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və
hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıda adları göstərilən zabitlərə “general-mayor” ali hərbi
rütbəsi verilsin:
Polkovnik Bərxudarov Mais Şükür oğlu
Polkovnik Orucov Bəkir Şirin oğlu. 17
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2016-cı il
№ 1970
Sərəncam 4 18
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad
edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc
əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma
işlərinin başlanmasına şərait yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin,
məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə
ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.
2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2017-ci il
Sərəncam 5
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İşğaldanazad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən,ümumi uzunluğu 9 km olana vtomobil yolunun tikintisi
məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon
(dörd milyon üç yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2017-ci il
VƏTƏNPƏRVƏRLİK HAQQINDA…..
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini
formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.
***
Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq,
Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.
***
Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən
və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli
ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir.
Heydər Əliyev, 19
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan öz torpaqlarını müdafiə edir, biz başqa dövlətlərin torpağına göz dikməmişik. Biz heç vaxt Azərbaycan torpağında ikinci
erməni dövlətinin yaranmasına imkan vermərik.
***
Mən, dəfələrlə demişəm, siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın
üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular
siyahısındadır və istənilən vəzifəni icra edə bilər.
***
Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir.
***
Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar.
***
Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, millimənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət
veririk.Bubiziminkişafımızın əsası, hərbirxalqın inkişafının əsasıdır.
***
Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksəkvəzifəli hərbçilər öz vəzifələrindən
kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara
salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir.
***
Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan 20
torpaqlarında yaradılıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Ali Baş komandanın tapşırığı nəticəsində Silahlı Qüvvələrin döyüş qabiliyyəti, hazırlığı o səviyyədədir ki, biz istənilən vaxt işğal olunmuş
ərazilərimizi azad etməyə tam hazırıq.
***
İnanıram ki, bundan sonra respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti
borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
***
Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirərək
döyüşlərə hazır olmalıyıq.
Zakir Həsənov,
Müdafiə naziri, general-polkovnik
Biz torpaqlarımızı azad etmək üçün bütün imkanlardan istifadə edəcəyik.
Xələf Xələfov,
Xarici İşlər nazirinin müavini
Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprelhadisələri bütün bunlara sübutdur.
Arzu Rəhimov,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant
Aprel hadisələrindən sonra Dağlıq Qarabağla bağlı məsələdə yeni səhifə açıldı. 21
Aydın Mirzəzadə,
millət vəkili
İşğal altında olan torpaqlarımıza gəlincə. Onu azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq.
Qənirə Paşayeva,
millət vəkili
Azərbaycan apreldə yaşananlarla üzləşməmələri, məsələnin sülh yolu ilə çözümü üçün ermənilərə qısa müddətli bir şans verir. Torpaqların
azad edilməsi yönündə bundan sonra da əhəmiyyətli addımlar atılmadığı təqdirdə, erməni havadarlarının deməyə daha sözləri qalmayacaq.
Deməyə söz qalmayanda ordu nə etməli olduğunu bilir.
Sahib Alıyev,
millət vəkili
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir, hər kəs aysberqin üst tərəfini görür. Amma bunun aşağı
tərəfi də var. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim
üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından
çəkilməlidir.
Elmar Məmmədyarov,
Sabiq Xarici İşlər naziri
Aprel döyüşləri təkrarlanarsa, bu dəfə Rusiya Ermənistanı xilas edə bilməyəcək.
Arzu Nağıyev, Politoloq
Qəhrəmanlıq tariximizin şanlı səhifələri 22
Vətən müharibəsi zəfərimizlə başa çatdı. Qələbəyə doğru addım-addım uzun bir yol keçdik. Siyasət meydanının nəhənglərini, iqtisadi və
hərbi gücü sərhədləri aşıb dünyanın istənilən nöqtəsində hökmlə diqtə edənləri Azərbaycanı Qafqazın lideri kimi qəbul etməyə məcbur etdik.
Gücün qarşısına güc qoymaq təcrübəmiz köməyimizə çatdı və əcdadımızdan miras qalanları qorumaq üçün “hərə bir qəhrəman oldu”.
II Vətən savaşında qazanılan qələbə göstərdi ki, biz qısasımızı qiyamətə deyil, XXI əsrə saxlamışdıq və 44 gündə düşmənə yaşatdıqlarımızı
düşmən gözünün önünə belə gətirməyə cürət etməyəcək. Azərbaycan xalqı dəmir yumruğunu həm düşmənin, həm də onun havadarlarının başına
endirdi.
Müəllimi, həkimi, fəhləsi, polisi, memarı, müğənnisi Vətən çağırır nidası ilə əsgərə çevrilən xalq xəyalında Şuşaya apardığı bayrağı layiq
olduğu yerə sancmaq üçün elə böyük bir qəhrəmanlığa imza atdı ki, hələ bundan yüz illər sonra da bəhs ediləcək.
Son anda bizi birləşdirən dərd də dəyərə çevrilir. Elə düşmən də bunu yaxşı bilir. Dərdimizlə, həsrətimizlə, süngümüzlə torpaqlarımızı
düşməndən azad etdik.
Olumumuzu əbədi etmək üçün ölümümüzü göz önünə aldığımız o günlərdə ön cəbhənin hərəkətverici qüvvəsi olan arxa cəbhəmiz də göz
bəbəyi kimi qorunurdu. Bütün hüquq-mühafizə orqanları, o cümlədən polis və Daxili Qoşunların hərbi qulluqçuları döyüşən əsgərin gözü arxada
qalmasın deyə asayişi daha etibarlı qorudu, cinayətkarlıqla daha qətiyyətli mübarizə apardı.
Bunu deməsək, yazmasaq olmaz. “Aprel döyüşləri” qələbəyə gedən yolumuzun başlanğıcı oldu. Düşmənin bağrını yarıb onun növbəti
həmləsini dəf etmək üçün Ali Baş Komandanın əmrinə hazır olan oğullarımızın düşmənə vurduğu zərbə onun səfini pozdu, sırasını darmadağın
etdi. Tab gətirə bilməyəcəyi gücün qarşısında aciz qalan Ermənistan ordusunun komandanlığı, eləcə də Ermənistan rəhbərliyi döyüşü dayandırmaq
üçün Rusiyaya minnətçi düşdülər. Döyüş dayandırılsa da onun nəticələri düşmən üçün acınacaqlı oldu. Hərbi əməliyyatlar zamanı düşmənin 30
tankı, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 hərbçisi öldürüldü və 500-dən artıq hərbi
qulluqçusu yaralandı.
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
erməni işğalından azad edilməsi soydaşlarımızın dədə-baba yurdlarına “Böyük qayıdış”ının başlanğıcı oldu. Ölkə başçısı cənab İlham
Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq
Sərəncam gələcək qələbələrdən xəbər verirdi.
Vətənimizin erməni işğalından azadlığı uğrunda 20 mindən çox şəhid verən bu xalq başına gətirilən faciələri unutmadı, əksinə, onu gələcək
nəsilin yaddaşına qazımaqla düşmənə nifrət ruhunda bütövlüyümüzü bərpa edəcək oğulları qurtuluş savaşına hazırladı. Və biz sübut etdik ki,
torpağın əzəli sahibləri ilə sonradan kimlərinsə dəstəyi, yardımı, zoru ilə buraya yerləşdirilənlər heç vaxt qalib ruhu ilə öyünə, bu qədim, qayım
torpaqlara sahiblənə bilməzlər.
Biz Vətən savaşında qələbə qazanaraq, dəmir yumruğumuzla düşmənin deyil, onun havadarlarının da başını əzib tarixi ədaləti bərpa etdik.
2783 igidi ilə bərabər xalqımız da Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Hadruta, Xudafərinə, Kəlbəcərə, Ağdama, Laçına və Şuşaya
sancdığımız üçrəngli bayraqlarla göylərə ucaldı. Vətənin hər qarışına, daşına, qayasına tökülən şəhid qanı onu daha da müqəddəsləşdirdi.
Üstünə ayaq basdığımız torpağın alqışı, xeyir-duası, bizə qələbə sevinci bəxş edən ordumuzun gücü, qüdrəti, Ali baş Komandanımızın
sarsılmaz qətiyyəti, əzmi, inamı ilə gələcək hədəflərimizə doğru addımlayırıq.
Bu gün də düşməni qorxuya salan, yuxusunu ərşə çəkən, qalib ordusunu alqışlarla qarşılayan Xalqın Azadlıq meydanındakı coşqusunun
Kəlbəcərdən aşıb Göyçəyə, Zəngəzura və İrəvana yetişməsidir.
Əlbəttə, qalib olmaq duyğusunu sözə, fikrə çevirmək nə qədər asandırsa, bir o qədər də çətindir. Və nə böyük bir xoşbəxtlikdir ki, bu gün
yaşından asılı olmayaraq hər kəsin sözünün əvvəli də, sonu da Vətəndir.
Əziz oxucular, bu toplu Vətən tarixinin bir parçasını özündə əhatə edir. Onu vərəqlədikcə o qanlı, qadalı illər, Vətən uğrunda ömrü yarım
qalmış oğullar gözlərinin önündən gəlib keçəcəkdir. Onların müqəddəs ruhunu şad etmək üçün sənin, mənim, bizim ən ümdə vəzifəmiz hər daşına
şəhid qanı çilənmiş bu torpağı sevmək, onu göz bəbəyi kimi qoruyub gələcək nəsillərə böyük və bütov Azərbaycan bəxş etməkdir.
Hafiz Təmirov, 23
Prezident təqaüdçüsü
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini,
polis polkovnik-leytenantı
AZƏRBAYCAN-ERMƏNİSTAN ATIŞMASI
QARABAĞ MÜHARİBƏSİ
Azərbaycan-Ermənistan atışması
Qarabağ müharibəsi
24
1–2 aprel 2016-cı il tarixində hərbi
əməliyyatların keçirildiyi və Azərbaycan
Silahlı Qüvvələri tərəfindən azad edilmiş
ərazilərin bir qismi
Tarixi 2 aprel 2016 — 5 aprel2016
Yeri
Tərtər rayonu, Füzuli
Səbəbi
rayonu,Cəbrayıl rayonu
Nəticəsi
Ermənistan Silahlı Qüvvələrinin
atəşkəsi pozması
Atəşkəs
Azərbaycan işğaldan azad etdi
1. Tərtər rayonu — Talış kəndi
ətrafındakı yüksəkliklər
2. Tərtər rayonu — Seysulan
kəndi
3. Cəbrayıl rayonu — Lələ təpə
Münaqişə tərəfləri Ermənistan
Azərbaycan Dağlıq Qarabağ
separatçıları
PKK üzvləri
Komandanlar
İlham Əliyev Serj Sarkisyan
Zakir Həsənov Seyran Ohanyan
İtkilər
Azərbaycan Ermənistan 25
mənbələrinə əsasən: mənbələrinə əsasən:
31–94 hərbçi 88 hərbçi və
ölüb, 33 hərbçi könüllü (11
yaralanıb qeyri-döyüşçü)
[13]; 6 mülki şəxs öldürülüb, 1
öldürülüb, 26 hərbçi, yaxud
mülki şəxs könüllü itkin
yaralanıb. düşüb, 122
1 Mi- hərbçi, yaxud
24 helikopteri könüllü
vurulub yaralanıb. 4
1 tank sıradan
çıxıb mülki şəxs ölüb,
6 mülki şəxs
yaralanıb. Cəmi
150 nəfər
öldürülüb.
14 tank
Ümumi itkilər
təxminən 8 mülki şəxs
118+ hərbçi
Mi-24 helikopteri
15 tank (rəsmi məlumatlara görə)
2016-cı ildə işğaldan azad olunan Azərbaycan kənd və yüksəklikləri
Yaşayış məntəqəsi
Yüksəklik Seysulan, Lələtəpə
Bakı, Talış,
Dördgünlük müharibə…2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən 26
başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş
hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı
Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə
yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan
məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə"
adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində,
Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların
nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan
Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri
vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə
ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş
mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq
döyüşçüsü yaralanıb.
İtaliya — 2016-cı il 6 apreldə Roma şəhərində İtaliya
Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən
son günlərdə təmas xəttində baş verən hadislərlə bağlı aksiya təşkil olunub.
Aksiyada müğənni Vaqif Nağıyev də iştirak edib.
Latviya — 2016-cı il 7 apreldə Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədi ilə aksiya keçiriblər.
Litva — 2016-cı il 7 apreldə Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində
keçirdikləri “Qarabağ Azərbaycana məxsusdur” şüarı ilə dəstək aksiyası keçirilib.
Niderland — 2016-cı il 7 apreldə Ermənistan Respublikasının Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son
hərbi təxribatlarına etiraz aksiyası keçirilib. Piket Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları
Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub. Ümumilikdə aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox
nümayəndəsi iştirak edib.
Danimarka — 2016-cı il 7 apreldə Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı “Vətən” Cəmiyyətinin təşkilatçılığı
ilə Kopenhagendə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.
Türkiyə — 2016-cı il 7 apreldə İstanbulun Taksim meydanında Qarabağa dəstək aksiyası keçirilib. 11 apreldə 27
Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Unversitetində təhsil alan azərbaycanlı tələbələr, "Kansa kan, səninləyik, Azərbaycan", "Vətən sənə
canım fəda", "Hər şey vətən üçün" və s. şüarları ilə Azərbaycan ordusunun cəbhə xəttindəki əməliyyatlarını dəstəkləyiblər.
Rusiya — 2016-cı il 8 apreldə Dağıstan Respublikasının Dərbənd şəhərində azərbaycanlılar milli orduya dəstək aksiyası keçiriblər. 11
apreldə isə Sankt-Peterburq şəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.
Gürcüstan — 2016-cı il 8 apreldə Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə və Qori şəhərlərində silahlı qüvvələrə dəstək
aksiyaları keçirib.
İsveç — 2016-cı il 9 apreldə İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının
təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.
Fransa — 2016-cı il 9 apreldə Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş
ərazilərində təmas xətti yaxınlığında yerləşən, yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya
keçirilib. Aksiya zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu,Daşnaksutyun partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının
təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib. Təxribata
baxmayaraq, aksiya nəzərdə tutulduğu qaydada davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt
qutusuna atılıb.
Cənubi Koreya — 2016-cı il 10 apreldə Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın
azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak ediblər.
Böyük Britaniya — 2016-cı il 11 apreldə Londonda yaşayan azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz əlaməti olaraq aksiya
keçiriblər. Trafalqar meydanında toplaşan azərbaycanlılar buradan Böyük Britaniya baş naziri Devid Kameronun iqamətgahının qarşısına qədər
yürüyüblər. Aksiya iştirakçıları arasında Pakistan və Türkiyə vətəndaşları da olub.
Şotlandiya — 2016-cı il 9 apreldə Şotlandiyada yaşayan azərbaycanlılar Qlazqo şəhərində Azərbaycanın işğal edilmiş
ərazilərində,təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya
keçirib.
Polşa — 2016-cı il 11 apreldə Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində yerləşən, Ermənistan
Respublikasının səfirliyi önündə aksiya keçirilib.
Belçika — 2016-cı il 11 apreldə Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə 28
Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri, Dağlıq Qarabağ və 7 ətraf rayonun
Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.
Kanada — 2016-cı il 11 apreldə Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən
başlanması və Erməni silahlı qüvvələrinin, qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar
etiraz aksiyası keçirilib.
İsrail — 2016-cı il 15 apreldə Netanya şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanın Ermənistana qarşı addımlarını
dəstəkləyən nümayiş keçirilib.
Çexiya — 2016-cı il 16 apreldə Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı
ilə Praqanın mərkəzində, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.
(https://prague.mfa.gov.az/news/4/3020)
İdmanda:
Futbolda, boksda, voleybolda və digər növ idmanlarda bəzi idmançılar dördgünlük müharibənin şəhidlərini əsgər salamı və sayğı duruşu ilə
yad ediblər. Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunu zamanı, Təbrizin "Traktor Sazi" klubu "Ya ölüm, ya Qarabağ",
"Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz", "Təbriz, Bakı, Ankara, biz gedirik Qarabağa" şüarları səsləndirilib,
plakatlar qaldırılıb. Habelə, azarkeşlər "Sən yaşa, Azərbaycan" mahnısını xorla oxuyub.
Sosial mediada: 29
Azərbaycan silahlı qüvvələrin videoda "Güplə, getsin" deməsi sosial şəbəkələrə sürətlə yayılmışdır. Azərbaycan tərəfli sosial media
istifadəçiləri Facebook, Instagram və Twitter şəbəkələrində əsgərlərə “Karabakh Now”, “Güplə Getsin”, “Əsgərlərimizləyik” sözlərilə
dəsdəkləyiblər. Sosial mediada yayılan videoların birində, Ağdərə ətrafında Azərbaycan əsgərlərinin "Bizim Cəbiş müəllim"
filmindən meyxana deməsi sosial şəbəkələrə sürətlə yayılmışdır:
Alov gedir, od gedir!
11 bir tək xod gedir!
Briqadanın ərləri,
11-in əsgərləri!
2016-cı ilin 9 aprelində Türkiyə milli futbol komandası və Barselona FK futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün
başladığı kampaniyaya dəstək verilməsini istəyib. Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında
yerləşdirilən petisiyaya qoşularaq səs verib. Türkiyənin Qalatasaray və Fənərbaxça klubları da sözügedən kampaniyaya qoşulduğunu rəsmən elan
ediblər. Azərbaycanın suverenliyin dəstəkləyən digər tanınmış ictimai şəxslər aşağıda qeyd olunub:
Qazaxıstan — Talqat Kaliyev
Türkiyə — Aygün Attar, Əli Çelikkaya, Arda Turan, Demet Akalın
Ukrayna — Mixail Saakaşvili
ABŞ — Donald Peyn
İslam Əməkdaşlıq Təşkilatı
Azərbaycana qarşı informasiya təxribatı:
Dördgünlük müharibə zamanı bəzi Ermənistan, İran və xüsusi ilə Rusiya KİV-ləri Azərbaycana qarşı genişmiqyaslı informasiya
müharibəsinə başlayıb. 2016-cı il 5 apreldə Rusiyanın LifeNews telekanalının jurnalistləri, Azərbaycan ərazisində akkreditasiya olunmadan
işlədiyinə görə ölkədən deportasiya olunub. Həmin gün, Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin
Dəmirtaş ermənilərin mövqeyini dəstəkləyən bəyanatla çıxış edib. Bir müddət əvvəl isə Türkiyədəki Giresun Universitetinin Azərbaycan əsilli
rektoru, professor Aygün Attar və türk yumor ustası Əli Çelikkaya Qarabağ haqqındakı təxribatçı açıqlamalarına görə, Dəmirtaşa qarşı iddia
qaldırıblar. Ermənistanı dəstəkləyən tanınmış ictimai şəxslər aşağıda qeyd olunub:
Rusiya — Larisa Dolina, Timur Vaynşteyn
Türkiyə — Səlahəddin Dəmirtaş
ABŞ — Kim Kardaşyan
ŞƏHİDLƏRİN AZƏRBAYCANIN RAYONLARI ÜZRƏ TƏSNİFATI
DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSI
Zəmin
Dağlıq Qarabağ
Tarix
SSRİ-nin parçalanması
Azərbaycanlıların deportasiyası (1988-1989)
Ermənistanda Qarabağ hərəkatı
Miatsum 30
Azərbaycan erməniləri
Ermənistan azərbaycanlıları
Azərbaycan–Ermənistan münasibətləri
Qarabağ müharibəsi
Əsgəran toqquşması
Sumqayıt hadisələri (1988)
Quqark qırğını
Gəncə hadisələri (1988)
Qara Yanvar
Çaykənd əməliyyatı
Qarakənd faciəsi
Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması
Qaradağlı soyqırımı
Xocalı soyqırımı
Ağdaban soyqırımı
Şuşanın işğalı
Goranboy əməliyyatı
Kəlbəcər döyüşü
Horadiz əməliyyatı
Post-müharibə döyüşləri
Çaylı döyüşü
Erməni helikopterinin vurulması (2014)
Odundağ əməliyyatı 31
Aprel döyüşləri
Alxanlı faciəsi
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri
Günnüt əməliyyatı
İşğal olunmuş ərazilər:
Xocavənd rayonu
Xocalı rayonu
Şuşa rayonu
Laçın rayonu
Kəlbəcər rayonu
Ağdam rayonu (qismən)
Cəbrayıl rayonu
Qubadlı rayonu
Füzuli rayonu (qismən)
Zəngilan rayonu
Siyasi liderlər:
Azərbaycan (Kamran Bağırov
Əbdürrəhman Vəzirov
Ayaz Mütəllibov
Yaqub Məmmədov
İsa Qəmbər
Əbülfəz Elçibəy
Heydər Əliyev
İlham Əliyev)
Ermənistan (Arkadi Qukasyan
Artur Mkrtçyan
Bako Saakyan
Karen Demirçyan
Leonard Petrosyan
Levon Ter-Petrosyan
Robert Köçəryan
Serj Sarqsyan 32
Nikol Paşinyan)
Rusiya (Boris Yeltsin)
SSRİ (Mixail Qorbaçov)
Türkiyə (Turqut Özal)
Hərbi liderlər:
Azərbaycan (Dadaş Rzayev
İsgəndər Həmidov
Məmmədrəfi Məmmədov
Rəhim Qazıyev
Rövşən Cavadov
Səfər Əbiyev
Surət Hüseynov
Şahin Musayev
Tacəddin Mehdiyev
Tahir Əliyev
Vahid Musayev
Valeh Bərşadlı
Ermənistan (Arkadi Ter-Tadevosyan)
Kristapor İvanyan
Qurgen Dalibaltayan
Jirayr Səfilyan
Monte Melkonyan
Norat Ter-Qriqoryants
Samvel Babayan
Vazgen Sarkisyan)
Rusiya (Pavel Qraçov)
SSRİ (Viktor Polyaniçko)
İçkeriya(Şamil Basayev)
Əfqanıstan (Gülbəddin Hikmətyar)
Sülh prosesi
Beyker qaydaları
Bişkek protokolu 33
Tehran Kommünikesi
Jeleznovodsk Kommünikesi
ATƏT-in Minsk qrupu
Praqa prosesi
Madrid prinsipləri
Beynəlxalq sənədlər
Həştərxan Bəyannaməsi
Dağlıq Qarabağ Bəyannaməsi
NATO Lissabon Sammitinin Bəyannaməsi
AŞPA-nın 1416 saylı Qətnaməsi
BMT-nin Baş Assambleyasının 62/243 qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 - cü qətnamələri
Əlaqəli mövzular
Azərbaycan ərazi özünümüdafiə batalyonları
Arabo batalyonu
Rüzgar Birliyi
POLKOVNİK VÜQAR NURƏDDİN OĞLU YUSİFOV
“Kahinlər insan qəlbinin ölməz olduğunu bildirirlər, baxmayaraq ki, o yer üzündə öz varlığını itirir – bu hala ölüm deyilir,
lakin yenidən var olur, heç vaxt yox olmur. Ona görə də ömrü şərəflə yaşamaq lazımdır.” (Əflatun).
Doğum tarixi: 2 noyabr 1976-cı il. Şəmkir rayonu, Şiştəpə kəndi. 34
Vəfat tarixi: 4 aprel 2016-cı il. Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi.
Dəfn edilib: 6 aprel 2016-cı il. Şəmkir rayonu, Şiştəpə kəndi.
Qoşun növü: Azərbaycan Respublikası Quru qoşunları (Xüsusi Təyinatlı Qüvvələr)
“Vətənə xidmətə görə” III dərəcəli medalla təltif edilib.
Üç övladı (2 qızı 1oğlu) var.
2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gələn, üç bacı və iki
qardaşın böyüyü olan Vüqar Yusifovun uşaqlığı doğulduğu kənddə keçmişdir. 1983-cü ildə Şiştəpə
kəndində 1-ci sinfə gedib. Məktəblərində idmançı görkəmi, bacarığı, vətənpərvərliyi ilə sinif
yoldaşlarından seçilmiş, ilk gündən liderlik, komandirlik qabiliyyəti ilə fərqlənmiş, siniflərarası
yarışlarda hər zaman kapitan kimi komandasının adını yüksəyə qaldırmışdır. Uşaqlığı mənfur
düşmənin vətənimizə təcavüz etdiyi - erməni separatçıları Xocalıda silahsız dinc insanlara qarşı
soyqırımı törədəndə o, 10-cu sinifdə oxuyurdu. Ancaq buna baxmayaraq dəfələrlə evdən qaçmış,
döyüş bölgəsinə getmək, vətən müdafiəçilərinə qoşulub düşməndən qisas almaq istəmiş, hər dəfə də
azyaşlı olduğuna görə hərbi komissarlıq tərəfindən geriyə qaytarılmışdır Ancaq düşməndən qisas
alacağına and içmiş, bu məqsədlə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu.
1993-cü ildə 11-ci sinfi bitirən Vüqar Yusifov Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi məktəbinə daxil olur. 1997-ci ildə o
leytenant hərbi rütbəsini daşımağa başlayan Vüqar 1998-ci ildə həmin hərbi məktəbi bitirir. Bu şərəfli peşəyə dərindən bələd olmaq üçün müxtəlif
vaxtlarda qardaş ölkədə bir sıra kurslarda təlim keçir. 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisas
məktəbində, 1997-ci il tarixindən Türkiyə Respublikası Egridirdağ komando məktəbində "Komando başlanğıç" kursunu keçir. Komando
məktəbini azərbaycanlı müdavimlər arasında birinciliklə bitirir. 1998-ci ildən Türkiyə 18-ci zirehli briqadasında taqım komandiri vəzifəsində
praktiki təcrübə keçir. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycana qayıdan V.Yusifov elə həmin ildən Müdafiə
Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi fəaliyyətə başlayır. Daha sonralar Xüsusi Təyinatlı Qüvvələrdə qrup
komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Müdafiə naziri
tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunan Vüqar Yusifov, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi 35
vəzifəsinə qədər yüksəlmişdir. Hərbi fəaliyyəti dövründə Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə
iştirak etmişdir. 38 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlmiş, 19 Mart 2016-cı ildə, 40 yaşında isə polkovnik rütbəsi almışdır.Xüsusi
Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi idi.
2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursununda, 2011-ci
ildə isə Pakistanda Xüsusi təyinatlı təkmilləşdirmə kurslarında iştirak etmişdir. Azərbaycan ordusunda sayılıb seçilən kadrlardan olan polkovnik
Vüqar Yusifov düşmənin diversiya hərəkətlərinin qarşısını dəfələrlə almışdır. Düşmənin 2014-cü ilin avqustunda cəbhəyanı yaşayış sahələrimizə
təxribatının qarşısının alınmasında isə xüsusi xidmətlər göstərmiş, komandanlığın əmrini qüsursuz icra etmişdir.
Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. 6 aprel 2016-cı ildə Şəmkir
rayonunun Şiştəpə kəndində dəfn olunub. Vüqar Yusifov ölümündən sonra "Üçüncü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Lalə xanım (həyat yoldaşı): “Heç vaxt ağlıma belə gəlməzdi ki, mən Vüqar haqqında jurnalistlərə bu cür müsahibə verəcəyəm. Görünür,
şəhid haqqında danışmaq mənim də qismətimdə var imiş. Vüqarla bizim tanışlığımız 10-cu sinifdə oxuyanda olub. 10-cu sinifdə oxuyanda məni
bəyənib, inadkarlıq göstərərək məni və ailəmi razı sala bildi. İnstitutu bitirməyimə də şərait yaratdı. Mənə həmişə deyirdi ki, “dağ çiçəyim
Cəbrayılı alacağam sənin üçün”. Vüqarın məktublarını, təbrik açıqcalarının hamısını hələ də bu günə qədər qoruyub saxlamışam. İlk tanış
olduğumuz gündən telefonla yazdığı mesajları saniyəsi, saatı, günü, ayı, ili ilə dəftərə köçürüb saxlamışam. Vüqarın ürək sözlərindən gündəlik
yaratmışam özümə. Bir dəfə də dedi ki, iki qızımız var. Bir oğlumuz da olmalıdır ki, gələcəkdə sənin dayağın olsun. Evə sığışmırdı. Onun üçün ən
gözəl yer işlədiyi hərbi hissə idi. Evə gələndə uşaqları özü ilə tay-tuş olurdu. Belinə çıxırdılar, onlara qoşulub yerdə sürünürdü, oynayırdı. Sonra da
deyirdi ki, “hərbi hissədə məni belə görsələr, inanmazlar ki, bu mənəm”. Qızlara vətənpərvərlikdən o qədər danışmışdı ki, işdən evə qayıdanda
Ayan və Aytən ondan soruşurdular ki, “ata erməni öldürdün?”. Deyirdi ki, “qızım az qalıb, öldürəcəyik”. Təqribən 1 ay əvvəl bizi yığıb Şəhidlər
Xiyabanına apardı. Elə bil onlardan hallıq alırdı. Ötən il Ayanın doğum günündə bizi Şahdağa apardı. Axı o həm də alpinist idi. Dostu ilə zirvəyə
çıxıb oraya Ayanın şərəfinə Azərbaycan bayrağı sancmışdı. Ürəyində zirvələrə bayraq sancmaq həsrəti gəzdirirdi.
2004-cü ildə nişanımız oldu. İki ildən sonra toyumuz. Həyatımda hər şey yaxşı idi. Vüqar ailədə bir başqa idi. Kənarda ciddi hərbçi, ailədə
isə çox sakit və qayğıkeş insan. Vüqar üçün birinci yerdə Vətən dayanırdı. Ailə sanki, ikinci yerə keçmişdi. Bizi də hərbi rejimə alışdırmışdı.
Xocalı soyqırımı və digər hüzünlü günlərdə Vüqar evə gələn kimi, uşaqlara o haqda məlumat verirdi. Həmin günü televizoru da açmırdıq. Artıq
uşaqlar da buna adət etmişdilər. Uşaqlara himn, əsgər marşı öyrədirdi. Hətta uşaqlara öldürülən erməni əsgərlərinin meyitlərini göstərəndə onlar
qorxmurdu. “Ata, sən öldürmüsən?” deyə soruşurdular. Bir dəfə Vüqarla söhbət edirdik. Təsadüfən söhbət gəlib Qarabağdan, işğal olunmuş
ərazilərimizdən düşdü. Onda Vüqar mənə dedi: “ Cəbrayılı işğaldan azad edib, sənin doğum günün üçün hədiyyə edəcəm. Biz özümüz Cəbrayıl
rayonundan olduğumuz üçün bu onun ən böyük arzusu idi. Vüqar sanki, şəhid olduğunu əvvəlcədən hiss edirdi. Həmişə “qismət olarsa” deyirdi.
Bu sözü çox işlədirdi. Bizi hər dəfə şəhidlər xiyabanına aparırdı. Bir dəfə ora gedəndə məzarların qarşısında dayanıb dedi: “Mən də istəyirəm belə
şəhid olum. Üzərimə Azərbaycan bayrağı sərilsin”. Həmin vaxt çox əsəbləşdim. Dedim ki, niyə elə deyirsən? Sən torpaqlarımızı al, qəhrəman ol.
Onda gülümsədi və cavab vermədi. Sanki, həmin günü gözləyirdi… Onun üçün səngər ev, daş da yataq idi. Arzusuna da çatdı. Vüqar həyatda
başqa insanlara qarşı da çox diqqətcil idi. Bir dəfə Sumqayıt yolu ilə gəlirdik. Yolun kənarında bir uşaqlı qadın dayanmışdı. Hava da çox soyuq və
yağışlı idi. Qadın maşına əl elədi. Maşını saxlayıb, onları götürdük. Qadın dedi ki, onu kirayə qaldığı evdən çıxarıblar, ona görə qalmağa yeri
olmadığı üçün qohumunun evinə gedir. Vüqar onu həmin yerə aparıb, evə qayıtdı. Gördüm ki, çox narahatdı, o qadının fikrini çəkir. Birdən 36
qohumları onu qəbul etməz. Həmin gecəni yata bilmədi və durub işə getdi. Vüqarı mən şəhid olduqdan sonra tanıdım. İndiyə kimi onun
insanlığına o qədər də fikir verməmişdim. Belə bir xasiyyəti var idi ki, işlə bağlı heç bir sözü evdə deməzdi. Hətta rütbə alanda da biz kənardan
eşitdik. Biz əvvəllər hərbi hissənin şəhərciyində qalırdıq. Orada yaşayan digər hərbçilərin xanımları ilə qarşılaşanda məni təbrik etdilər. Özüm
donub, qalmışdım ki, görəsən nə olub? Sən demə həmin vaxt Vüqar müvəqqəti olaraq Hərbi Hissənin komandiri təyin edilibmiş. Amma mənim
xəbərim olmamışdı. Evə gəldim, özümdə güc tapa bilmədim. Düz 3 gündən sonra ona dedim ki, sən hərbi hissənin komandiri olmusan, bizə niyə
demirsən? Sakitcə cavab verdi: “Narahat olma. Lazım olsa deyəcəm”. Heç vaxt belə şeylərdə gözü yox idi. Yuxumda gördüm ki, məni yerə
uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın tabutunu gətirirlər. Bayrağa bükülü... Oyanıb Vüqara zəng vurdum. Adətən mənə
icazə vermirdi işdə olduğu zaman ona zəng etməyə. Deyirdi ki, özü zəng vuracaq. Soruşdum, necəsən. Dedi, salamatçılıqdır. Daha heç nə
demədim... Fikirləşdim ki, yuxudur da...(https://oxu24.com/qarabag/313-apreld-itirdiyimiz-n-yksk-rtbli-zabit-vqar-yusifov-hans-raitd-hid-
oldu.html)
Aytən atasının şəhid olmasını Universitetlərin birində atasının şəhidliyi üçün təşkil edilən mükafat ona verilən zaman bildi. O atasının
şəhid olduğunu eşitdikdən sonra düz yarım saat heç bir söz demədən ağladı. Atası onu daha çox istəyirdi. Ona “Qaragöz qızım” deyib çağırırdı.
Yusif ingilis dilində 10-a kimi saymağı atasından öyrənib. Axı atası da ingilis dilində təmiz danışan bir zabit idi.
Evə qonaq gələndə uşaqları ya qonşuya qoyuruq, ya da hazırlığa aparırıq. Qızlarım çox kövrək olublar… Nəyisə bəhanə edib, başlayırlar
ağlamağa. Əvvəllər belə deyildilər. Gedib-gəlib üzümdən öpürlər. O gün Ayan mənə deyir ki, mən səni indi daha da çox istəyirəm!. Deyirəm ki,
nə olub qızım? Deyir, bilmirəm nə olub, ancaq indi qardaşım Yusifi də, səni də hamıdan çox istəyirəm… Atamın üzü yadımdan çıxıb… Ona görə
sizi çox istəyirəm. Atalarını tez-tez soruşurlar. Demişik ki, Amerikadadır, onlar böyüyəndə gələcək. Amma inanmırlar buna. Bir neçə gün bundan
əvvəl Aytən soruşur ki, “Ana, şəhidlər harada olur?”. Deyirəm ki, göylərdə… Uşaq bilsə də bunu ürək edib, deyə bilmir. Mart ayının 15-də
Sumqayıtdakı Texniki Elmlər Liseyində rəsm müsabiqəsi elan etdilər. Ayan da Sumqayıt şəhərində keçirilən məktəblilərin rəsm sərgisində birinci
yerin qalibi oldu. Atası bu şəkli görüb o qədər sevindi ki, həmin gün onları aparıb gəzdirdi. Ayan atasına, atası da Ayana sürprizlər etdi. Gözləri
dola-dola atasına dedi ki, “müəllimə mənə göy qurğaşı çəkməyi tapşırdı, mən isə “əsgər çəkəcəyəm” deyib, səni çəkdim. İstədim yazam ki,
“səninlə fəxr edirəm Azərbaycan əsgəri, ancaq utandım...”. Xasiyyət etibarı ilə Ayan çox kövrəkdir. Atalarını itirdiklərini dillərinə gətirməyə
cəsarət etmirlər. Onların yanında atasının yoxluğundan danışmağa da ehtiyat edirik. Amma, evimizdə qəribə hadisələr olur. Vüqarı kənddə dəfn
edən günün səhərisi, Aytən ağlaya-ağlaya yuxudan oyanıb dedi ki, “atam məni çox istəmir”. Könlünü alıb, ovundurduq. Sözə tutduq ki, görək nə
olub, nə deyəcək. Ayan həmin günü yuxu görüb. Evdəkilər yuxunu bütün təffərrüatı ilə Ayandan soruşanda, uşaq danışdı: “Atam çox gözəl bir
yerdə süfrə açıb, 6 nəfər dostunu da yığıb yanına, ad gününü keçirirdi. Hər yer çox gözəl idi. Süfrə ətrafında oturanlar da hamısı şənlənirdilər.
Ancaq onların əynindəki paltarlar da başqa idi. Heç atanın evdə elə paltarı yox idi. Mən istədim ki, gedəm atamın qucağında oturam, yenə mənə
yemək yedizdirsin, ata mənə “rədd ol!” deyib qovdu, qucağına almadı. Ona görə ağlayıram ki, ata daha məni çox istəmir...”. Özlüyündə də qəbul
edə bilmir ki, atası artıq yoxdur. Martın 28-i səhər saat 6-da Vüqarı yola salanda ürəyim sıxıldı. Heç vaxt belə olmamışdım. Ağlaya-ağlaya dedim
ki, nə vaxta kimi belə olacaq?.. Yığış otur evində. Yoxsa daha səndən boşanacağam. Yoruldum səni gözləməkdən… Qayıdıb dedi ki, “narahat
olma, birdəfəlik qayıdıb, hər şeyi yoluna qoyacağam…”. Bu onunla son dialoqumuz və son görüşümüz oldu. Mənə hara getməsi barədə əlavə
heçnə demədi. Artıq bir neçə gün keçirdi. Aprelin 1-i həmişə uşaqlar onunla zarafat edirdi. Bu dəfə də qızımız Ayan zəng edib, bir zarafat elədi.
Əvvəlcə inandı. Sonra 1 aprel olduğunu xatırlatdı atasına. Telefonun o biri başında zarafat olduğunu biləndə ürəkdən güldü. Mən danışmaq
istəyəndə, hirsli şəkildə ”sonra danışarıq” dedi. Məəttəl qaldım. Vüqar heç vaxt mənə qarşı belə kobudluq etməmişdi. Bu nə ola bilərdi. 37
Narahatlıqlarım başladı. Sonra 2 aprel oldu. Yenə narahatam. Həmin gün bacım Nərminin ad günü idi. Onlarda oturmuşduq. Ayan xalasının ad
gününə sağlıq demək əvəzinə dedi ki:“Arzu edirəm ki, birinci atamın canı sağ olsun, sağ-salamat qayıtsın evimizə …”. Məəttəl qaldıq. Anamın
gözləri doldu. Axı Ayan təmas xəttində baş verənlərdən xəbərsiz idi. Bir də ki, biz nə vaxtsa, Vüqarın ölüm xəbəri gələcəyinə inanmırdıq. Vüqar
kəşfiyyatın da, düşməndən qorunmağın da bütün sirlərini bilirdi. Aprelin 3-də zəng vurdu. Çox soyuq danışdı. Səhəri dirigözlü açdım. Aprelin 4-ü
səhər obaşdan, 6-da gedib qonşuma dedim ki, gəl yanımda dayan zəng vuraq Vüqarı axtaraq. Həmin vaxt Vüqara telefonla mesajlar yazdım.
Canını tapşıranda yazdığım isə “məni tək qoyma olub”. Sən demə mən yazan anda şəhid olubmuş. Artıq ürəyimə nəysə olacağı gəlmişdi. Sonra o
məlumatı eşitdik. Vüqar ayın 4-də səhər təxminən 7-də şəhid olmuşdu. Bizə axşam dedilər, saat 10 olardı. Amma buna kimi mən onu axtarmağa
başladım. Bütün hospitallara getdim. Ancaq orada tapa bilmədim. Mən bu gün belə Vüqarın yoxluğunu qəbul edə bilmirəm. Mən onu Milli
Qəhrəman adında bir şəhid polkovnik görmək istəyərəm. Bu mənim yeganə təsəllim olar. İnşallah hər şey yaxşı olar. Vətən sağ olsun!”
Bundan sonra da gərək elə yaşayam ki, əməlim, işim düz olsun, mən də cənnətə düşmək istəyirəm, Vüqar kimi... Vüqarın tabutunu açdılar,
bumbuz sifətində gülüş donmuşdu. Elə xoşbəxt ifadə var idi ki, üzündə... İstəyirəm ki, cənnətdə onunla görüşüm... Ancaq ki, gərək XƏBƏRSİZ
getməyəydi...”.
Nürəddin Yusifov (atası) : “Bütün fənlərini yaxşı oxuyub Vüqar. Riyaziyyat müəllimi gəlib mənə deyirdi ki, Vüqarı dəqiq elmlərə
istiqamətləndirim. Ədəbiyyat müəllimi də bildirirdi ki, Vüqar bu qədər şeir sevgisinin qarşısında mütləq ədəbiyyatçı olacaq. Amma o, hərbçi
peşəsini seçdi. Məktəbi qurtaranda sənədlərini hərbi məktəbə verdi. Zabit olub, gah ön nöqtədə, gah da arxa cəbhədə qulluq etdi. 38 yaşında
polkovnik rütbəsi aldı. Təzəcə qırx yaşını tamamlamışdı. Aprelin dördündə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində gedən
döyüşlərdə həlak oldu. Nə deyə bilərəm, vətən sağ olsun! O, 18 yaşına kimi mənim idi, ondan sonra heç üzünü görmədim, səngərlərdə idi, Vətənə
xidmət etdi. Azərbaycanın oğlu oldu.”
Dünya Yusifova (bacısı): “Qardaşsız bacı nəyə gərəkdir. Hərdən elə bilirəm ki, harasa gedib. Yenə gələcək, yenə boynumu qucaqlayacaq.
Qardaş məhəbbəti başqa cür olur, itkisi necə ağır imiş... İki qardaşım, iki bacım var. Vüqar ailədə böyük uşaq idi. Ata və ana babalarım vətən
müharibəsində iştirak ediblər. Həmişə onların müharibədəki şücaətlərindən danışıb, fəxr edirdi. Sonra da bu müharibə düşdüyündən hərb yolunu
seçdi. Elə məktəb vaxtından vətənpərvər idi. Məktəbdə də hamıdan birinci olurdu. Kənddə hamı bilirdi ki, qardaşım hərbçidir. Ancaq belə
qəhrəman olduğunu, belə böyük yerdə işlədiyini bilmirdilər. Biz soruşanda deyirdi ki, təlimlərə gedir. Gedərdi və təlimdən qayıdardı. Heç vaxt
ağlıma da gətirməzdim ki, qardaşım nə vaxtsa, haradansa qayıtmayacaq... Hələ gözləyirəm, hələ ümid edirəm... Baxmayaraq ki, qardaşımın dəfni
günü o qədər insan axını gördüm. Bizim kənddə o qədər insan görməmişdim. Mənim qardaşımı güllə öldürə bilməzdi. O qəhrəman, güclü bir oğul
idi... Sirri-xuda qaldı... nə bilim bəlkə nə vaxtsa, necə həlak olduğunu, hansı şəraitdə həlak olduğunu dəqiq biləcəyik... Nə anam, nə atam təsəlli
tapa bilir. Bəlkə Azərbaycanın işğalda qalan torpaqları azad olunsa, o zaman rahatlıq tapaq... Atama-anama, ailəmizə o baxırdı... Kaş özü sağ
olaydı.. elə kasıbçılığımızı edərdik”.
Pərviz Yusifov (kiçik qardaşı): “Qardaşımı çox istəyirdim. Mənim həyat idealım idi. Onunla çox güclü idim. Problemlərim yox idi.
Bakıda yaşamaq və oxumaq xərclərimi qardaşım təmin edirdi. Tək qalanda mənə həmişə deyirdi ki, kim olursan ol, özünü kimsədən uca tutma,
həmişə dön keçmişinə bax. Qardaşsız, çətin olacaq... İndi onun balalarını sevəcəm... Çalışacam onun kimi güclü olum... .
Tural Zeynalov (dostu və qohumu): “Vüqarın üç övladı qaldı. Böyük qızı üçüncü sinifdə oxuyur. İkinci uşağın 6 yaşı var. Bu il məktəbə
gedəcək. Oğlu isə yaşyarımlıqdır. Danışmaq çətindir, ağır yük qoyub getdi bizə Vüqar. Amma bu Vətən uğrunda şəhid oldu. Vətən sağ olsun.
Dəfninə rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyəti, ziyalılar, bütün şəmkirlilər qatılmışdı. Bu artıq xalqın döyüş ruhunun göstəricisi 38
idi”.
Kənan Əliyev (qaynı): “Vüqar haqqında keçmiş zamanda danışmaq mənə həqiqətən çətindir. Vüqar mənim bacımın yoldaşıdır. Biz çox
yaxın, hətta deyərdim ki, dost münasibətində olmuşuq. O elə adam idi ki, heç vaxt kimisə incitməzdi. İşdə ayrı, həyatda isə tam əksi olan bir insan
idi. Səmimi olaraq bir söz deyim ki, mən vətəni, ordunu sevməyi və dövlətçiliyi Vüqardan öyrənmişəm. O vətəni çox sevirdi. Bəlkə də bu sözlər
çoxları üçün şablon görünə bilər. Amma Vüqarı şəxsən tanıyan insanlar bunu söyləyə bilərlər.
Vüqar sanki əmisinin yolunu getdi. Onların həyat yolu və vəfatı da oxşarlıq təşkil edir. Əmisi polkovnik rütbəsində və 40 yaşında
avtomobil qəzasında dünyasını dəyişib. Vüqar da polkovnik rütbəsində və 40 yaşı ərəfəsində şəhid oldu. Hərbçi olmaq onların qanında var.
Vüqar məzuniyyətə çıxanda rayona gedərdi. Babası Böyük Vətən müharibəsinin veteranı idi. Babası ilə o illərin müharibəsi barədə
danışırdı və onu kitabda qeyd edərdi. Bütün fikri hərbi ilə bağlı idi. Dəfndə iştirak edən sinif yoldaşları deyirdi ki, o məktəb illərində də hərbiyə
çox maraqlı idi. Hətta məktəb illərində kiçik dəstələr yaradıb, onlara komandirlik edirmiş. Uşaqlarla belə oyunlar oynayırmış. Bu gün Vüqar
haqqında hər kəs müsbət fikirlər danışır. Mən onun müavini olan mayor rütbəli bir zabitlə görüşdüm. O dedi ki, Vüqar işindən ayrılmırdı. Bütün
gününü sənədlərlə və digər məxfi hesablarla keçirirdi. Hər kəs onun yoxluğunu böyük itki kimi qeyd edir. Bir söz deyim. Onun işinin böyük
hissəsi məxfi olduğu üçün heç vaxt ordudakı işlərdən danışmazdı. O, tez-tez xaricdə təlimlərdə olurdu. Həmin vaxt ondan soruşurdum ki,
hardasan? Heç vaxt cavab vermirdi. Hətta zarafata salıb deyirdi : “Səndən soruşuram hardasan? Nə işlə məşğulsan? Bir dəfə keçən ilin avqust
toqquşmaları zamanı onunla ordu barədə danışdıq. Dedi ki, bizim xüsusi təyinatlılarımız hətta Türkiyənin Bordo Berelisindən belə güclüdür. Ona
görə ki, bizim ərazilərimizin böyük hissəsi minalıdır. Bu ərazidə təlim keçmək və döyüş aparmaq heç də asan deyil. Vüqar deyirdi ki, bizim xüsusi
təyinatlımız bir gün ərzində torpaqları işğaldan azad etmək gücündədir. O bunu bilirdi və əminliklə deyirdi. Dəfələrlə söhbətlərində bunu demişdi.
Onun yanında olan bir zabit mənə Vüqarın son döyüşü və şəhidliyi barədə danışdı. Vüqargil Goranboyun Tapqaraqoyunlu kəndindən Talış
istiqamətində olan hissədə şəhid olub. Aprelin 3-dən 4-nə keçən gecə güclü döyüş olub. Bildiyiniz kimi Vüqar Xüsusi Təyinatlı Qüvvələrin
Kəşfiyyat rəisi idi. Onun birbaşa cəbhənin ön hissəsində və əməliyyatların içərisində olması özü bir qəhrəmanlıq deməkdir. Həmin gecə ordumuz
Talış istiqamətində hücuma keçib. Erməninin bir postunu tutublar. Bu vaxta kimi düşmən böyük itki verib. Bu vaxt müşahidə ediblər ki, qarşı
tərəfdən ermənilər üzü bunlara tərəf hərəkət edir. Ancaq sağda və solda yerləşən postlardan heç bir səs gəlmirmiş. Vüqar gecə görmə cihazı ilə
ətrafda olan postlara baxanda görüb ki, sağda və solda çoxsaylı erməni var. Sadəcə onlar Vüqargili pusquya salmaq üçün reaksiya verməyiblər. Bu
zaman qarşı postdan əvvəlcədən maskalanmış tank yerləşdiyi yerdən çıxıb. Tankı görən Vüqar “əyilin, tank atacaq” deyib və əyilib. Tank
Vüqargilin olduğu – düşməndən alınan səngəri vurub. Artıq kənar postlar da onlara atəş açmağa başlayıb. Həmin vaxt bizim ordumuzun 10 nəfər
hərbçisi şəhid olub. Onun yanında olan hərbçi yoldaşının dediyinə görə, düşmən tankından atılan topdan sonra Vüqar üzü aşağı yıxılıb. Elə həmin
anda onu qaldırmaq istəyəndə görüb ki, artıq Vüqar canını tapşırıb. Nəbzini yoxlayanda artıq vurmurmuş. Sanki, namazda səcdədə dayanan
formada üzü aşağı qalıbmış.Bundan sonra yerdə qalan sağ hərbçilərimiz bir qədər geri çəkiliblər ki, tank yenidən səngəri vurarsa daha çox itki ola
bilər. Həmin hərbçinin dediyinə görə, orada döyüşlərdə 68 erməni öldürülüb. Bir erməni leytenantı əlində qumbara özünü səngərin içərisinə atmaq
istəyəndə vurulub. O, qumbaranı partlatmağa imkan tapmayıb. Bir neçə saatdan sonra həmin tank döyüşçülərimiz tərəfindən vurulub. Eşitdiyimə
görə o postdan sonra daha 2 erməni postu tutulub. Bu döyüşdən sonra əlavə qüvvələr gəldikdən sonra ermənilər də geri çəkilib. Ərazidə qalan 68
erməni meyiti sənədləri ilə birlikdə bizimkilər tərəfindən götürülübmüş.Vüqarın meyitinin tapılması vaxtı biz çox stresslər keçirdik. Düz 3 dəfə
qeyri-dəqiq məlumat aldıq. Birinci gün bizə deyildi ki, Vüqar hərbi hospitalda yaralıdır. Biz də bacımla birlikdə ora getdik. Təsəvvür edirsiniz
orada keçirdiyim hissi? Təsadüfən orada Vüqar Yusifov adında bir zabit var idi. Biz də çox sevindik ki, bu bizim Vüqardır. Ancaq otağa girəndə 39
gördük ki, o başqa adamdır.Daha sonra bizə zəng gəldi ki, Vüqarın meyiti Gəncə morqundadır. Biz də Sumqayıtdan ora yola düşdük. Yarıyolda
bizə dedilər ki, meyit yoxdur. Çaşıb, qalmışdıq. Bu zaman yolda mənə zəng etdilər ki, Vüqar ağır yaralıdır və reanimasiyada yatır. Böyük
həyəcanla gəldik reanimasiyaya. Orada bir müddət gözlədikdən sonra bunun da düz olmadığını öyrəndik. Ətrafda olan hərbçilərdən biri məni
morqa tərəf apardı. Əvvəlcə özü içəri baxdı və çıxdı. Vüqarın orada olduğunu dedi. Morqa girdim və gördüm ki, Vüqarın meyiti həqiqətən ordadır.
Bundan sonra şəhid olma xəbərinə tam əmin olduq. Bir şeyə məəttəl qaldım ki, onun cansız üzü də gülərüz idi. Öz-özümə dedim ki, bu dəqiqə
Vüqar durub nəsə deyəcək. Çünki onun ölümünə inana bilməzdim. O ölməz kimi görünürdü. Belə çətinlikdən sonra dəfni üçün doğulduğu Şəmkir
rayonuna apardıq. Sumqayıtda yaşadığından mənə çox yaxın idi. Onunla 10 ildə elə doğmalaşmışdım ki, özümə böyük qardaş bilirdim. Çox mərd
adam idi. Elə bilirəm ki, yetim qalmışam. Həmişə qardaş arzulamışdım Allahdan, verdi onu mənə, ləzzətini dadızdırıb, tez də apardı. Cəbhənin
təmas xəttində ara qarışanda bir dəfə danışdım Vüqarla. Çox narahat idi. Mənə dedi ki, “uşaqlardan muğayat ol, işimi qurtarıb zəng vuracağam”.
Səsi çox pis gəlirdi, yorğun idi. Sonradan onunla birlikdə olan döyüşçü dostları dedilər ki, 3 gün Vüqar nə yatdı, nə çörək yedi. Hərdən bir
ayaqüstə mürgülədi. Hələ Vüqar sağ ikən, bacım Lalə mənə zəng vurdu ki, Vüqarı axtar... Gümanım çatan yerlərə zəng vurdum. Ermənistan və
Azərbaycan saytlarını izləyib, müqayisələr aparırdım. Xəbərlərin birində oxudum ki, düşmən kəşfiyyat qrupunun qüvvələri məhv edilib.
Şübhələndim xəbərdən. Gecə saat 10-da tam əmin oldum ki, Vüqar həlak olub. Vüqarın sonuncu döyüşü aprel ayının 4-də Tərtər rayonu Talış
yüksəkliyində olub. Sonradan öyrəndim ki, kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3
postunun arxasına keçib, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv edərək, postu götürüblər. Bu an təpənin başında gecəgörmə
cihazı ilə düşmənin say çoxluğunu və yana doğru hərəkətini görərək, onların qüvvələrimizi mühasirəyə almaq fikrini anlayıb, tabeliyindəki
döyüşçülərə mövqelənmə barədə göstəriş verib. Düşmən hücumunu dəf edən kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3-cü posta qədər
irəliləyiblər. Qeyri-bərabər qüvvələr balansı yaranmasına baxmayaraq, iki cəsur komandirin 18 nəfərdən ibarət kəşfiyyat qrupu son nəfəsədək
döyüşəcəklərinə and içib, dörd saatlıq qeyri-bərabər ağır döyüşdən sonra düşmən tankını partladaraq, 50 nəfərlik xüsusi təyinatlı erməni əsgərlərini
məhv ediblər. Bu an düşmənin maskalanmış tankı önə çıxıb,kəşfiyyatçılarımıza atəş açıb. Həmin ərazidə ürəyi vətən-torpaq üçün döyünən iki
cəsur komandir polkovnik Vüqar Yusifov və polkovnik-leytenant Raquf Orucov və 8 nəfər döyüşçü şəhid olublar. Bununla da postları yağılardan
təmizləməklə Azərbaycan hərb tarixində şanlı səhifə yazıblar. ...Allaha yalvarırdım ki, kaş meyitlərimiz erməni əlinə keçməsin, çünki onlar
əclafdırlar, ölənlərin üzərində insanlığa sığmayan hərəkətlər edirlər. Gecə ilə yola düşdük Şəmkirə... Bacım da, anam da... ailəmizi Vüqarını
Şəmkirdə qarşılamağa aparırdım... ...Vüqar başqa cür adam idi. Onda təkəbbür yox idi. 2014-cü ilin avqust ayında başlanan 3 günlük müharibədə
Şəmkirdən olan bir giziri şəhid olmuşdu. Onun ölümünə çox təssüflənirdi. Bir dəfə də, Yaşmaya, işlədiyi hərbi hissəyə getmişdim. Hərbçilərin
yığışdığı balaca bir yeməkxana var. Bir də gördüm ki,Vüqar bir kişinin qabağında əyilib, o boyda oğlan kiçik bir uşağa dönüb, qarşısındakı adamla
söhbət edir. Vüqarı kimsənin qarşısında əyilən görməmişdim. Yaxınlaşanda gördüm ki, bir ayağı olmayan döyüşçüsüdür. O da 2014-cü ildəki
avqust döyüşlərində yaralanıb, qazidir. Vüqar onun nazını çəkirdi, qayğısına qalırdı... Vüqar üçün əsgər balası qardaşı qədər şirin idi... Vüqar
əsgərlərini o qədər sevirdi ki, hər dəfə təlimdən, kəşfiyyatdan qayıdanda mənə pul verirdi ki, get iki qoyun al, qurban kəsdir. Birini əsgərlərin
salamat qayıtması üçün, birini də yetim-yesiri sevindirmək üçün kəsirdi”.
Rəfiqə Əliyeva (qaynansı): “Vüqar bir başqa adam idi. Elə bilməyin ki, kürəkənimdir ona görə deyirəm... Qohum-əqraba arasında özünə
elə hörmət qazanmışdı ki... Ürəyində hamıya yer var idi. Kimsənin xətrinə dəyməzdi. Evə nə qədər yorğun gəlsə idi, o iki qızından, bir oğlundan
məhəbbətini əsirgəmirdi. Yorğunluğuna baxmayaraq, aparıb onları gəzdirirdi. Böyük qızı Ayan bu yaxınlarda ona demişdi ki, “ata hamının atası
məktəbə gəlir, sən bizim məktəbə gəlmirsən”. Həmin günün səhərisi qızı özü məktəbə apardı, sonra rəsm dərnəyinə apardı. Uşağın ürəyi istəyən 40
hər yerdə göründü”.
Tamara nənə (Lalənin nənəsi): “Ay bala, Cəbrayıl rayonu işğal ediləndə, Lalənin 4-5 yaşı var idi. Balaca uşaq idi, Lalə böyük qızım
Rəfiqənin qızıdır. İndi mənim taleyimi yaşayacaq. 24 yaşım olanda həyat yoldaşımı itirdim. İki körpə qızım qaldı. Allaha sığınıb, onları böyütdüm.
Sonra da rayonumuzu ermənilər aldılar. Didərgin düşdük. Mən də Sumqayıta Rəfiqənin evinə gəldim. Çətin işdir... atasız uşaq böyütmək... Gərək
mən görənləri nəvəm görməyəydi... Lalə böyüdü... Cəbrayıl rayonu hələ də düşməndədir. Lalənin əri də o düşmənin gülləsinə tuş gəldi... İndi
Lalənin əri şəhid oldu...Dərd məndən əl çəkmir. Hara getsəm dalımca gəzir... 6 yaşlı Aytən deyir ki, atasını tez-tez yuxuda görür: “ O gün yenə
yuxumda gördüm. Bir dəfə məni qovmuşdu... İndi qovmadı. Atam sehrbaz olmuşdu... Getdik mağazaya, mənə gəlincik aldı, şirniyyat aldı... Nə
istədimsə hamısını aldı... Yuxumda mənə dedi ki, “Sizin üçün darıxmışam...”. Sonra üzümdən öpüb, getdi...”
Vüqarın sonuncu döyüşü aprel ayının 4-də Tərtər rayonu Talış yüksəkliyində olmuşdur. Kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə
Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3 postunun arxasına keçmiş, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv etməklə postu
götürmüşdür. Bu an təpənin başında gecəgörmə cihazı ilə düşmənin say çoxluğunu və yana doğru hərəkətini görərək, onların qüvvələrimizi
mühasirəyə almaq fikrini anlamış, tabeliyindəkilərə mövqelənmə barədə göstəriş vermişdir. Nəticədə düşmən hücumunu dəf edən
kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3-cü posta qədər irəlləmişdilər. Bu an düşmənin maskalanmış tankı önə çıxmış kəşfiyyatçılarımıza
atəş açmışdır. Nəticədə ürəyi vətən-torpaq ücün döyünən iki cəsur komandir polkovnik Yusifov Vüqar və polkovnik-leytenant Raquf Orucov şəhid
olmuşlar. Düşmən tez bir zamanda xüsusi təyinatlıları və rezerv qüvvələri döyüşə cəlb etmiş, itirdiyi mövqeləri qaytarmaq məqsədilə əks hücuma
keçmişdir. Nəticədə qeyri-bərabər qüvvələr balansı yaranmış, ancaq cəsur komandirin 18 nəfərdən ibarət kəşfiyyat qrupu son nəfəsədək
döyüşəcəklərinə and içmiş, dörd saatlıq qeyri-bərabər ağır döyüşdən sonra yağı tankını partlatmış, 50 nəfərlik xüsusi təyyinatlı erməni əsgərini
məhv etmişdir. Bununla da postları yağılardan təmizləməklə Azərbaycan hərb tarixində şanlı səhifə yazmışlar. Cəsur komandirin başçılıq etdiyi bu
əməliyyatlarda ümumilikdə düşmənin 100-ə yaxın yaraqlısı məhv edilmişdir. Vüqar Yusifov Vətən üçün doğulmuşdu, Vətən yolunda da şəhid
oldu (http://femida.az/az/news/25219; https://modern.az/az/news/103030).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
41
(Vüqar Yusifovun həyat yoldaşı Lalə xanım)
42
43
POLKOVNİK-LEYTENANT RAQUF İBRAHİM OĞLU ORUCOV
“Vətən, çalışqan insanların çiyinləri üstündə yüksəlir.” (Tofiq Fikrət)
Doğulub:12 iyul 1972-ci il. Ağdam rayonu, Cinli kəndi. 44
Vəfat edib: 4 aprel 2016-cı il. Füzuli rayonu, Tərtər rayonu istiqamətində gedən
döyüşlərdə.
Dəfn edilib: 5 aprel 2016-ci il. Sumqayıt Şəhidlər Xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları (Xidmət illəri: 1990-2016).
İki övladı (Aqşin və Nihad) var.
“İgidliyə görə” medalla təltif edilmişdir.
Qanlı-qadalı günlər hamı kimi, Ağdamın Cinli kəndində yaşayan İbrahim
Orucovun da ailəsinin dinc gün-güzəranını pozmuşdu. Raqufun özü ilə yaşıd
dayısı Azər Rəhimov həlak olur. Ağdamın ən hündür yüksəklikdə yerləşən Cinli
kəndini də zəbt olunanda, 1993-cü ilin 12 iyun günündə Orucovlar ailəsini daha
bir fəlakət bürüdü. 5 övladın anası Raya Rəhimova namərd düşmən gülləsindən
həlak oldu.
4 aprel gecə saat 23.30-da Sumqayıtdakı 14-cü məhəllədəki binanın
qarşısında böyük izdiham Polkovnik-leytenant Raquf Orucovu qarşılamağa
çıxmışdı. Komandirin əsgərləri, Sumqayıt camaatı onun yaşadığı binanın
həyətində yüzlərlə insan toplaşmışdı. Həmişə evinə, balalarının görüşünə sevinə-
sevinə tələsən komandiri indi zabitlər çiyinlərində gətirmişdilər. Hamı Raquf
Orucova əsgər salamı verdi. Lakin komandir ilk dəfə əsgərlərə “sayqısızlıq”
göstərdi, salamlarını almadı. Həmin gecə sumqayıtlılar, qərargah rəisi Raquf Orucovun əsgərləri onun yetişdiyi HAQQ məqamına inandılar. Bir
elin, bir elatın, bütün Azərbaycanın sevimlisi olan hərbçi zabitin tabutunu qucaqlayan bibisi Səyyarə saçlarını yolurdu. “Kişilər ağlamaz” deyirlər.
Ancaq bu oğul itirən atalara aid deyil axı. Həyat yoldaşı Raya vəfat edəndən sonra, balalarını ögey ana əlinə verməyib ana-bacısı ilə övladlarını
pərvazlandıran İbrahim kişi qəhrəman oğlunu belə arzulamamşıdı axı.
Komandir Raquf Orucovu qarşılayan gənclər daha sonra Şəhidlər xiyabanına getdilər. Sumqayıt Şəhidlər xiyabanında uyuyan 399 şəhidə
xəbər apardılar, gözaydınlığı verdilər ki, onların məqamına yüksələn bir Vətən oğlu da gəlir. Aprelin 5-də Sumqayıt Şəhidlər xiyabanı 400-cü
şəhidini qoynuna aldı. Raquf Orucov övladından çox sevdiyi Vətən torpağına qarışdı. Həmin təntənəli dəfn mərasimində Azərbaycan bayrağına 45
bürünən, məğrur duruşlu göyçək bir oğlan da var idi. Qəhrəman və sərkərdə atasının ŞƏHİDLİK MƏQAMIna şahidlik edənləri görəndə,
yamanca vüqarlandı. Ayrılıq məqamlarında atası həmişə anasını ona tapşırırdı. İndi onun kiçik çiyinlərində böyük bir yük var idi. Atasının dünya
boyda zabit şərəfini qorumaq. Atasının Azərbaycan bayrağına bürünmüş tabutunu gətirəndə bükülmüşdü, kiçilmişdi. Sonra o izdihamı, o insanları
görəndə ürəyi fərəhlə, könlü qürurla doldu. Şəhid atasını dəfn edən gün elə bil ki, 16 yaşı olan Aqşin o andaca böyüdü.
1988-ci ildə ailə həyatı quran ixtisasca hüquqşünas olan Sevinc xanımın elə həmin günlərdən əsgərlik həyatı başlayıb. İlk oğlanları Aqşin
Hacıkənddə dünyaya gəlib. Sonra soyuq bir qış günündə zabit həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova
gedib. Murovun soyuğu, sazağı qorxutmayıb bu şəhər qızını. Düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində dayanan Sevinc xanımın
həyat yoldaşı ilə sonuncu görüşləri Novruz bayramı ərəfəsində, martın 21-22-də olur. Bayram süfrəsi ətrafına bütün qardaş-bacılar yığışdılar.
Qardaşı Zabilin xahişilə qardaş-bacının kiçik uşaqları və Raqufun kiçik oğlu komandirin yanında düzlənərək şəkil çəkdirirlər. Bu şəhidimizin son
şəkli olur.(http://www.anl.az/down/meqale/525/2016/aprel/485684.htm; Eyvazlı, Aida. Ucalığın, ölümsüzlüyün Raquf Orucov ünvanı /
A.Eyvazlı// 525-ci qəzet.- 2016. - 16 aprel.- S.16-17).
Sevinc xanım (həyat yoldaşı): “Raquf şəhid olandan yuxuma girmirdi. Gündüzlər Allaha yalvarırdım ki, nə olar, bircə dəfə yuxuma
gəlsin, təskinlik versin. Ölümündən sonra ilk dəfə bu gecə yuxuma gəldi. Sağ əlini başıma çəkir ki, niyə belə edirsən? Görürəm, dayandığımız yer
Ağdam deyil, başqa yerdir. Möhkəm yağış yağır, sudan imkan tapıb yeriyə bilmirəm. Amma hissiyyatım deyir ki, işğaldan azad olunmuş
torpaqlardayam. Raqufun da (Ağdam-red.), mənim (Qubadlı –red.) də anadan olduğumuz torpaqlar işğal altındadır indi. Amma yuxumdakı yer nə
Ağdamdı, nə Qubadlı. Elə yuxuda sevinirəm ki, Raquf yuxuma girib, elə sevinə-sevinə də ayılmışam. Ayılandan sonra deyirəm ki, ay Sevinc, gör
nəyə sevinirsən...
Təsadüfən tanış olub evlənmişik. Amma ailə qurandan sonra anladıq ki, elə bir-birimiz üçün yaranmışıq, sanki illərdir tanışıq. Amma hər
dəfə Raquf deyirdi, “hərbiçi həyatı çətindir. Naxçıvana da gedə bilərəm və qayıtmaram”. Onu elə olduğu kimi, necə varsa, elə qəbul eləmişdim.
Raqufla ər-arvad məhəbbəti deyil, başqa bir sevgi var idi aramızda. O sevginin adı “EŞQ” idi. Bir-birimizi ruhən anlayırdıq. İndi ruhu göylərə
uçduğundan, Yerdə rahatlıq tapa bilmirəm. Heç inanmazdım ki, nə vaxtsa evimin, başımın taxt-tacı gedib qayıtmayacaq. Həmişə arxayın idim,
həmişə qayıdırdı. Deyirlər ki, dünya nemətlərində gözü olmayan Raqufum yeməyin ən yaxşısını əsgərləri ilə bölüşərmiş. Azərbaycan Ordusunun
bu şərəfli zabitinə layiq olduğu “Milli Qəhrəman” adının verilməsi üçün mübarizə aparacam. Onun əsgərlik dövrü Qarabağ müharibəsi illərinə
düşüb. Müdafiə batalyonuna yazılıb. Hələ o yaşlarında çox döyüşlərdə olub. Yaralanıb, qəlpə, güllə yarası alıb. Həmin döyüşlər ərəfəsində
Raqufun anası şəhid olub. Raqufun anası əsgərlərə həmişə yemək hazırlayıb aparırmış. Bir gün geri qayıdanda minamyot mərmisi düşüb, ana elə
oradaca vəfat edib. Ərazinin işğal olunmasına baxmayaraq, Raquf gecəykən anasının nəşini gətirib, qoymayıb düşmən əlində qalsın. Onlar ailədə 5
uşaq olublar. Dörd qardaş, bir bacı. Evin böyük övladı olan Raqufun igid, döyüşkən, cəsur olduğunu və döyüş bacarığını görüb Bakıya oxumağa
göndərirlər. Səhv etmirəmsə, hərbi təhsilini 1995-ci ildə bitirib və birbaşa "Murov”a təyinat alıb. O, "Murov”a leytenant rütbəsilə gedib.
Cəsurluğuna və döyüş qabiliyyətinə görə dəfələrlə medal, ad qazanıb. Hərbi kəşfiyyatlarda çox olub. Mərhum prezident Heydər Əliyev Raquf
Orucovu xüsusi tapşırıqları yerinə yetirdiyinə görə medalla təltif edib, onu vaxtından əvvəl baş leytenant rütbəsinə layiq görmüşdü. Ağdama hərbi
hissə komandiri təyin olunması ona ikiqat sevinc bəxş eləmişdi. Axırıncı dəfə onun üzünü martın 20-də, cəmi 20 dəqiqə gördüm. Ən sonuncu dəfə
isə aprelin 3-də, gecə saat 3-də telefonla danışdıq. Qısaca “yaxşıyam, hər şey yaxşıdı, salamatçılıqdı” dedi. İnanın, heç səsindən də hiss etdirmədi
ki, döyüşə gedəcək. Ümumiyyətlə, əvvəllər də işi baradə evdə danışmazdı, elə son danışığımızda da bunu hiss etdirmədi. İki oğlumuz var. Aqşin
10-da oxuyur, Nihad 4-də. Nihad atasının fəxridir. Həm şahmatçıdır, həm yaxşı oxuyur. Onunla Raquf arasında qəribə bağlılıq vardı. Deyirlər ki,
hərbiçilər biraz soyuqqanlı olurlar. Ancaq Raquf əsl ata idi. İşində necə komandan idisə, ailəsində də elə rəhbər, ata idi. Bu uşaqları Raqufla birgə
sevgiylə böyütmüşük. Vacib deyil idi ki, ata səhər çıxıb axşam evə gəlsin. Raqufun hər axşam bir zəngi hər şeyə bəs edərdi. Son günlər tez-tez
şəkilləri töküb qarşıma baxıram, amma elə bir ailəvi şəkil tapa bilmirəm ki, hardasa dördümüz birlikdə istirahət edək. Yoxdur. Onun işi önəmli
idi. Raquf hərb üçün yaranmışdı. Raquf həmişə deyərdi ki, öncə vətən. Deyirdi, mən səhra komandiriyəm, arxa cəbhə komandiri yox. Səngərlər
onun vətəni, səngərdə xidmət edən əsgərlər də onun balaları, göz bəbəyi idi. Əvvəllər Raqufun hissəsində olan keçmiş əsgərlərdən biri onun
ölümünü eşidib birbaşa Rusiyadan gəlmişdi. Deyir, bütün əsgərlər onun yaxşı insan olduğunu bilirdi. Hamının ağzından bu sözlər çıxır: sadə,
namuslu, vicdanlı, peşəkar hərbçi. Bir dəfə bir əsgər səngərdə başından vurulmuşdu. Onda Raquf çox əsəbləşdi, deyirdi ki, mən də səngərdə, lap
öndə ayaq üstündə dayanıram, bəs məni niyə vura bilmirlər? Çıxıb səngərin üstündə gəzirmiş. Görənlər deyir ki, Raquf elə gedib-gəlirmiş ki,
erməninin ruhu belə duymazmış...
Zənn edirdim ki, Raqufun ürəyi dayansa, ən əvvəl mən bilərəm. Eyni zamanda onun ölə bilmə ehtimalını heç yaxın buraxmırdım. Həmin
gün bütün qohumlar narahat idi. Ancaq mən yox. Baxmayaraq, gecə yuxumu qarışdırmışdım. Raqufa çox arxayın idim. Aprelin 4-ü, gecə
saatlarında şəhid olub. Bunu birinci əsgərləri, sonra o tərəflərdəki qohumlar bilib. Zəng edirlər mənə, görürlər ki, heç nə bilmirəm, üstünü
vurmurlar. Qohumlardan biri məsləhət gördü ki, bəlkə bir yoldaşını axtarasan. Mən yenə də rahat oturmuşam ki, Raqufa bir şey olmaz. O, hara
getsə, gələr...Xəbəri öyrənən kimi qardaşları gedibmiş. Mənim xəbərim olmayıb. Saat 9 olardı, qohumlardan biri evə gəlib Raqufun döyüşlərdə
yaralandığını dedi. Çox qəribə hiss idi, ağlayır, qışqırırdım, amma ürəyimdə şükür edirdim ki, ölməyib, yaralanıb. Düşünürdüm ki, onu elə belə
gətirməzlər, vertolyotla gətirib hospitala qoyarlar. Hamıya deyirdim ki, tez olun gedək "Papanin”dəki hospitala. Qohumlar da məni 46
yubadırdılar... Sən demə, Raquf yolda imiş, evə gəlirmiş... Sən demə, bütün Sumqayıtın xəbəri varmış. Bir də gördüm şəhər dağılır. Sumqayıtda
bir səs-küy var ki.... Sən demə, hamı eşidib, bir-birinə xəbər edib, bir mənə xəbər verməyiblər. Həyətdən səs eşitdim, Aqşinə dedim, o nədir elə?
Həyətdəki izdihamı görəndə bildim ki, Raquf ölüb. Aqşinə dedim ki, bala atamız ölüb. Ona görə bu qədər izdiham var. Raqufun ən böyük
arzusu Ağdama getmək idi. İki-üç günlük evə gəlirdi, internetdə Ağdamın işğalına, rayonun şəkillərinə baxırdı. Onun bir dənə mülki geyimi
olmayıb, hamısı səliqəli hərbi kostyumlar idi. Ona qəribə gəlirdi, torpaqlarını itirən adamların adi həyat keçirməsinə, deyirdi ki, mən burada
yaşaya bilmərəm. Dəfnə gələnlər ağlaya-ağlaya deyirdilər ki, heç olmasa, onun tabutuna toxunaq, əlimiz dəysin. Millətin başını uca edən məhz
belə qəhrəmanlar, belə şəhidlər, belə oğullar, belə ərlərdir. Tək bizim yox, Raqufu itirdiyinə görə millətimizin başı sağ olsun! Evdə uşaqlarıma da
deyirəm. Raquf bizim ailə başçımız olmaqla yanaşı xalqında göz bəbəyi idi. Böyük bir sərkərdə, hərbçi itirdik.
Az yaşamaq, amma dəyərli yaşamaq ayrı bir hissdir. Raqufla bir döyüşən əsgərlər, səngər yoldaşları hamısı gəldi. Deyirdilər ki, Raquf sağ
ikən onun qəhrəman olduğunu bilirdik. O, həmişə öndə olub. Soruşduq ki, harada şəhid olub? Dedilər ki, Talış kəndi uğrunda gedən döyüşlərdə
qəhrəman kimi döyüşdü, qəhrəman kimi şəhid oldu. Onunla birgə vuruşub sağ qalan yoldaşları dedilər ki, "qoymadıq Raqufa erməni əli dəysin.
Kim ona xəsarət yetirib, həlak olmasında iştirak edibsə, qisasını aldıq, həmin erməniləri öldürdük”. Şəhidlər xiyabanında Raqufun sağ və solunda
dəfn olunanlar onun əsgərləridir. Həmin əsgər və gizir, 2015-ci ilin sentyabrında Ağdamda şəhid olmuşdular.
Nihad bu yaxınlarda mənə deyir ki, ana, hər şeyi təzə səhifədən başlayaq. Özümüzə təzə səhifə açaq. Deyirəm, ay bala, Raqufsuz səhifə
olmaz... Nihad gündəliyinə yazıb ki, "Mən də döyüşkənəm, mən də öləcəm, vaxt gələcək biz hamımız öləcəyik, ancaq mənim ölümümə hələ çox
var”. (https://ann.az/az/sehid-raqub-orucov-fotoreportaj/undefined).
Zabil Orucov (qardaşı): “Anamı kəndimizdə dəfn edə bilmədik. Həmin gecə elliklə yaxınlıqdakı Çullu kəndinə daşındıq. Anamın nəşini 47
də gətirib o kənddə dəfn elədik. Səhəri gün, yəni 14 iyunda Çullu kəndi də əlimizdən getdi. Böyük itkilər verdik. Gəldik Hindarx qəsəbəsinə.
İyulun 23-ü isə Ağdamın bütün strateji nöqtələri, yüksəklikləri ermənilərin və onların havadarlarının əlində idi. Şəhid anamı dəfn edən günü elə bil
ki, 20 yaşlı qardaşım Raquf böyüdü, yaşlandı. Ondan sonra biz onu qəhqəhə ilə gülən görmədik.Yumruqlarını sıxıb, anamın məzarı üstündə şax
dayanmışdı. Gözlərində qisas var idi. Dəfələrlə qardaşımdan xahiş etdik ki, o qəlpələri ayağından çıxartdırsın. Belə söhbət gələndə gülümsünüb,
sakitcə üstündən keçirdi. O qəlpələr gənc Raqufun yol yoldaşı idi. Hər gün anasızlığın, vətənsizliyin ağrısını xatırladırdı. 2014-cü ilin avqust
ayında Azərbaycan Ordusu yeni bir sınaq qarşısında idi. Ordumuzun Vətən keşiyində dayanan müsəlləh əsgərləri avqust ayının əvvəlində 3 günlük
döyüşlərdə şücaət göstərərək həlak oldular. Həmin döyüşlərdə qardaşım Qərargah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər
səngiyəndən sonra, Sumqayıta ailəsinə baş çəkməyə gələndə mənə dedi ki, ayağındakı çəkmələri çıxarmaqda ona kömək edim. Çəkmələri onun
ayağından güclə çəkib çıxartdım. Ayaqları şişib çəkmə ilə bir olmuşdu. Sən demə o qızğın döyüşlər başlayandan 5 gün ərzində, çəkmələr
ayağından çıxmayıb. 14 nəfər ailə üzvümüzlə birlikdə Sumqayıt şəhərindəki yataqxanalardan birində yerləşdik. Raquf həmin ili sənədlərini Bakı
Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələndi. Hətta kursant olarkən də Raquf məktəbdən
verilən müavinətləri belə, özünə xərcləmirdi, gətirib atama, bizlərə analıq edən nənəmə və bibim Səyyarəyə verirdi. Bibim ailə həyatı belə qurmadı
həyatını bizlərə- qardaşının 4 balasına həsr etdi. 1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı hərbi hissələrdən birinə təyin
etdilər, amma o, ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murova alaraq, kəşfiyyat bölüyünün
komandiri kimi fəaliyyətə başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 ili tamam olanda mükafatlandırıldı. Həmin ərəfədə “Milli
Ordu” qəzetinin müxbirinin suallarını cavablandırarkən baş leytenant rütbəsində idi və suala belə cavab vermişdi: “Silahın sirrlərini öyrənmək,
texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail
ola bilməyəcəksən”.
1997-ci ildə kəşfiyyat bölüyünün komandiri kimi ona dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirmişdi.
Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olmuşdu. Hərbi kəşfiyyatın bütün sirlərinə malik olan Raquf Orucov rəhbəri
olduğu tağımda əsgərlərə də bu sirləri öyrədir, hətta hər bir kəşfiyyatçının çiçəklərin, otların , quşların xasiyyətinə bələd olmasının mühümlüyünü
başa salırdı. Elə həmin ildə daha bir uğurlu əməliyyatı olmuşdu. İşğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə girərək, onların
səhər düzülüşünü, eyni zamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan bütün vacib elementləri və nöqtələri videolentə
almışdı. Fikirləşərsiniz ki, bunu necə edib?! Artıq bu əməliyyat hərbi sirr olmadığından, onun detallarını açmaq olar. Bu əməliyyata gedənə qədər
erməni dilində danışmağı öyrənmişdi və bu onun köməyinə çatmışdı. Ancaq fikirləşəndə ki, təkbaşına gedib, erməni taborunun içərisinə girəsən və
hərbi hazırlıq prosesini çəkəsən... Adətən belə səhnələri kinolarda görmüşük. Bu əndazədə olan uğurlu əməliyyat və video görüntülər dərhal
respublika prezidenti Heydər Əliyevə çatdırılmışdır. Kəşfiyyatın sirlərinə , bütün mexanizminə malik DTK generalı Heydər Əliyev Raquf
Orucovun mükafatlandırılması üçün əmr imzalamışdı. Ali Baş Komandan Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdu. 2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi
hissələrdə komandanlıq da ona tapşırılmışdı. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olunmuşdu.
Buradan vətənin havasını hər gün duyduğunu deyirdi qardaşım”. (http://sumgait.cls.az/front/files/libraries/2469/documents/823596910.pdf).
Arzuman Həsənzadə (2009-cu ildə batalyon komandiri Raquf Orucovun əsgəri olmuş, 9 ay ərzində isə onun köməkçisi, bəzən də
sürücüsü qismində çalışmışdır): “Şəhid xəbərini eşidən kimi komandirin ailəsinə baş çəkməyi özümə borc bildim. Komandirimin zabit
müdrikliyi var idi. Onun bölüyündə qulluq edən əsgərlər fərariliyin nə olduğunu bilmirdilər. Hərbi intizam müqəddəs bir qayda, pozulmaz norma 48
kimi gözlənilirdi. Əsgərlərə telefon işlətməyi belə, qadağan edibmiş. Onlara deyirdi ki, “mən olan yerdə probleminizi valideynlərinizlə
bölüşməyin”. Onun komandir, qərərgah rəisi olduğu bölgələrdə əsgərlər çox yüksək həvəslə, cəsarətlə, məsuliyyətlə hərbi tapşırıqları yerinə
yetirirdilər”. Komandirin etibarını qazanmışdım. Bir gün Ağdamın çıxışı tərəfə getdik. Dedi ki, “məni gözləyin, səhərə qədər gəlməsəm, çıxın
gedin”. Səhərə yaxın bir də gördük gəldi. Paltarı qan içindəydi. Mənə verdi ki, çamaşırxanaya aparım. Heç nə soruşmadıq. Sonra mən ordudan
təxris olanda bildim ki, sən demə həmin gecə Ağdamın Çullu kəndinə keçib, anasının qəbrini ziyarət edib. Və həmin gecə də bir neçə düşməni
məhv edibmiş. Təbii ki, tam təfərrüatını bizə demədi. Ancaq o zaman anladım ki, demək komandir, anasının, doğmalarının qəbrini tez-tez ziyarətə
gedirmiş. Bir dəfə komandirim balıqdan zəhərlənmişdi. Tez Bakıda həkim işləyən atasına zəng vurub, necə kömək edə biləcəyini soruşdu.
Atasının təlimatına əsasən, Ağcabədidən dava-dərman gətizdirir, bundan sonra ilk yardım olundu. Səhər ayılanda məni başı üstündə görəndə
“bundan sonra mənim dostumsan!” dedi. Və yenə də heç nə olmayıbmış kimi, batalyonu yoxlamağa getdi. Raquf Orucovu
başqalarından fərqləndirən cəhətlərdən biri də o idi ki, o əsgəri zabitin ayağına vermirdi. O bilirdi ki, əsgər Vətən əmanətidir. Özü şəxsən gedib,
ön cəbhəni, əsgərləri yoxlayırdı. Və əsgərləri iki qrupa bölürdü: ayıq və sayıq. Deyirdi ki, ayıq əsgərlərin gecələr gözləri açıq olur, sayıq əsgərlərin
isə beyni daim işləyir. Komandiri heç vaxt gülən görməzdik. Gözlərinin kənarında qırışlar əmələ gələndə bilirdik ki, gülür. Azərbaycanın elə
kəndi, elə rayonu, şəhəri, məhəlləsi yoxdur ki, orada onun şinelindən çıxan əsgər olmasın. Bir dəfə Ağdam rayon İcra Hakimiyyətində əsgərlər
üçün su istəmişdi. Gətirilən suyun dadına baxıb, geri qaytardı ki, “bu mən istəyən bulağın suyundan deyil, mənim əsgərlərim saf su içməlidirlər”.
Komandir belə oğul idi. Ondan bir də olmayacaq (https://qaziler.az/news.php?id=26176#.Xp4qEMgzbIU. Aida Eyvazlı. Strateq.az).
Zamin Hacın (R.Orucovun əsgərlərindən olmuş jurnalist): “1999-cu ildə Murovda əsgərlikdə olarkən Orucov bizim briqadanın
kəşfiyyat bölüyünün komandiri idi. Haqqında əfsanələr danışırdılar. Doğrudan da çox igid adam idi. Belə insanlar dünyaya tək-tək gəlir. 1999-un
yayında təsadüfən lap yaxından tanımışdım onu. Mən jurnalist kimi ordudan yazdığım üçün, cəza olaraq Murova xidmətə göndərilmişdim. Orda
da gördüklərimi gizlincə qələmə alırdım, gündəlik tuturdum. Bir gün yenə Kürəkçayın qırağında oturub, gizlincə bloknota qeydlər edərkən, kimsə
əlimi arxadan tutdu (əsl kəşfiyyatçı - elə gəlmişdi xəbərim olmamışdı). Diksindim. Gördüm bir gənc zabitdir. Bloknotum əlində idi, açıb başladı
oxumağa, gülümsündü. Açığı qorxdum ki, məni qərargaha satacaq, cəzalanacam filan. Amma ağardığımı görüb güldü, dedi ki, “qorxma, mən də
sənin kimi əsgərəm, yazdıqlarının da hamısı düzdür”.
Bizdən azca aralıda Göygölə yol gedirdi. Onun yola baxıb kədərlə dediyi sözlər yadımdan çıxmır: "Mən ailəmə pul göndərə bilmirəm,
varlıların uşaqları burda maşınla şütüyür".Onun zamanında bizim kəşfiyyat bölüyü bütün korpusda birinci idi. Adam o cür ağır şəraitdə əsgərləri
üçün saunaya bənzər hamam düzəltmişdi! Çox peşəkar, cəsur adam idi”.
(https://www.facebook.com/aliandnino.azerbaijan/posts/1139983472712632/).
Hüseyn Cəbrayıl oğlu (qəhrəmanımız haqqında yazdığı məqalə diqqətə layiq olduğu üçün təqdim etməyi lazım bildik): “90-cı
illərin əvvəllində döyüş ruhunu qaldırmaq üçün, öz istəyi ilə Murovda olan Məmməd Araz bir günün içərisində Murovdağda vətənin müdafiəsində
duran oğulların nə qədər çətin şəraitdə xidmət etdiyinə canlı şahidlik etdiyi üçün deyərdi ki, "Murovdağ döyüşçüsünün bir gününü yaşamaq bir
ömürə bərabərdir".
Murovdağ hətta döyüş getmədiyi şəraitdə belə oğullarımızı sevdiklərindən alan ərazidir. Uzun yolları qət edərkən yorulub oturan və
nəticədə yataraq donan, qar uçqunu altında qalan onlarla əsgərimiz olub. Burada xidmət etdiyim müddətdə canlı, enlikürəkli oğlanları çətinlikdən
kənara çəkilib xısın-xısın ağlayan görmüşəm, hərbi hissənin yerləşmə şəraitini, insanın iliyinə işləyən soyuq havanı görüb havalanan, rəsmən 49
dəlilik edən və səhər açılanda yeraltı qazmada görmədiyimiz, üzü Gəncəyə tərəf qaçan "ne kadrovıy" zabitlər görmüşəm.
Çətin idi... Yeganə hərbi hissə idi ki, üç rayonu əhatə edirdi. Yəni az qala on il eyni hərbi hissədə qulluq edən, amma bir-birini tanımayan
zabitlər var idi. Hərə bir dağda, yüksəklikdə qərar tutmuşdu. Hərbi sirri yaymaqda ittiham olunmayım deyə qərargahımızın yerləşdiyi kəndin adını
çəkmirəm. Bax, ora bizim, yəni dağdan enən hərbçilərin həm də görüş yeri idi. Qərargaha hər hansı iş üçün gələn zabitlərin, gizirlərin orada
tanışmaq imkanı vardı. Məsələn, səndən daha çox qulluq edən zabit yoldaşlarından soruşurdun: "O kök olan kimdir? Cavabında "filan taborda
qulluq edir, uzun illərdir filan postda qulluq edir" cavabını alırdın. Yaxud da, bir dəfə "bax, o arıq olan zabit var a, kəşfiyyatçıdır, ermənilərin
anasını ağladıb" dedilər. "Bu arıq oğlan?" sualıma: "Bilirsən necə olub? Əşşi, nağıl kimidir, danışaram", - cavabını aldım. O, arıq zabit Raquf
Orucov idi. Göy gözləri, çəlimsiz, həddən ziyadə ağır və düşüncəli görkəmi vardı. Orta yaşlı insanlar yaxşı bilər, 80-90-cı illərdə idmançılar
kürəyini, sinəsini şişirib durmazdılar. Onların xüsusi bir duruşu vardı - ayaqlarını dizdən yana əyərdilər. Raquf xatirimdə məhz belə qalıb. Həmin
gün bu böyük hərbi hissədə hamı tərəfindən sevilən, hörməti olan zabitlərdən biri, döyüşlərdə yaralanan dəvəçili Cəbinin blindajına - qazmasına
getdim. Lampa işığında, odun sobasının qarşısında gerçək "Raquf Orucov nağılı"nı dinləmək üçün (mənsə “Raquf Orucov qəhrəmanlıq dastanı”nı
deyərdim).
"1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da, bilirsən də, buralardan əskik olmur.
Əsgərlər qatı dumanda azırlar və yanlış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar. Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi
göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir? Siz burada durun. Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır. Ermənilər öz ayağı
ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar. Bizim hərbi hissənin o vaxtı
komandiri Milli Qəhrəman filankəs idi. Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü. 6 əsgərin əsir düşməsi onun imicini də
zədələyirdi. Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi
tapşırığı verilir". Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayırdı. İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi.
Raquf da onda cavan zabit, tağım komandiri idi. Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı. Altı əsgərin əsir düşməsi, yanılmıramsa, yuxarılara
məruzə olunmamışdı. Gözləyirdilər ki, bəlkə, danışıqlar yolu ilə nəsə edə bildik. Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi. Bomboş, əlləri yanında
və dilxor. Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq az qala mümkünsüz idi. Bütün yüksəkliklər,
keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Üç qrupdan ikisi əliboş gəlincə, hərbi hissə komandiri qərargah önündə tapançasını göyə
qaldırıb qışqırmışdı: "Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrup da gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm".
Bununla O bir növü, əsir gətirilməsinə inanmadığını etiraf etmişdi.
Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi. Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına
hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir (Bu yerə mütləq diqqət edin ki, yazının
davamında lazım olacaq).
Təmas xəttində əsgəri saxlayır və deyir ki, "sən burada qal, bizimlə gəlmə. Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt". Raquf və zabit
yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər. Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına
istədikləri "dil" çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki,
bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı
ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir, qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri
zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni
əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir. İzah edir ki, "nə olursa olsun, uşaq sağ qalsın,
ona ziyan verməyin. Çünki korpus komandirinin (bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib. Raqufun sevincdən
gözləri gülür. Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi. İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi. Əsgəri
qoyduqları yerdə tapmırlar. Çünki əsgər əmr üzrə gözləyib, geri dönmüşdü. Həə, bax, belə. Hərbi hissədə bayram idi. Ermənilər yalvar-yaxara
düşmüşdü. Əsir düşən 6 əsgərdən birini, sumqayıtlını ermənilər həmin gün elə Şuşaya göndərdiyindən geri verə bilməsələr də, qalan 5 əsgər həmin
uşaq və erməni ilə dəyişdirildi. Raquf elə də böyük mükafata layiq görülmədi. Bir neçə ay sonra hərbi rütbəsi qaldırıldı, vəsallam".
Raquf haqqında sonralar eşidirdim ki, onunla kəşfiyyatda olan zabit yoldaşı tez zamanda yuxarı vəzifələrə daşınsa da, o, səsini 50
çıxarmayaraq susub. Amma yenə də əsas xalq qəhrəmanı olmaq idi. Onunla hamı fəxr edirdi və bu ifadə heç də "ölənin dalınca hamı yaxşı danışır"
təsiri deyil. Murovdağın bir qəhrəmanı vardı - Raquf Orucov! Onda o, hələ kapitan idi, ermənilərin ağzının içərisinə qədər gedib çəkdiyi toplantı
videosunu mərhum prezident Heydər Əliyev izləməmişdi, hələ kəşfiyyatdan qızıldan qiymətli məlumatları gətirməmişdi. Amma böyük bir hərbi
hissənin, Gəncədə, Bakıda hərbi hissə komandirlərinin zabitləri, əsgərləri qorxutduqları yerin - Murovdağın qəhrəmanı idi. Mən onu hər görəndə
görüşüb kənara çəkilər və kənardan Orucovu izləməyi sevərdim. Çünki o qədər müsbət enerjisi, pozitiv görkəmi vardı ki, onu kənardan izləmək
daha təsirli idi. Bununla belə onda ifrat dərəcədə sadəlik vardı. O qədər sadə ki, bunu izah etməyə söz acizdir. Bir tərəfdən danışırdılar ki, Raquf
yenicə kəşfiyyatdan gəlib, az qala düşmən tərəfinin bütün strateji hərbi məlumatlarını öyrənib, digər tərəfdən gözünlə gördüyün insana baxırdın,
təəccüblənirdin. Nədir bu sadəlik, susqunluq? İnanın, bəzən düşünürdük ki, bizi bütöv bir hərbi hissə, minlərlə əsgər, zabit, top-tüfəng yox, məhz
Raquf qoruyur. Bunu ermənilər də bilirdilər. Raquf Murovdadır!
Yuxarıda "Bu yerə diqqət edin" deyə bir şey yazdım. Bilirsiz, niyə? Raquf şəhid olduqdan sonra onun sürücüsü olmuş əsgər xatirəsini
mətbuata danışmışdı. Oxuyanda dəhşətə gəldim. İllər sonra da Raquf kəşfiyyata gedəndə əsgərə yenə də eyni ifadəsini deyib: "Sabaha qədər gözlə,
gəlməsəm, qayıdarsan". Demək ki, bir uyğunluq var və mənim yazdıqlarım, sürücüsünün dedikləri kimlərəsə lazım ola bilər. Qısası yalan deyil,
uydurma deyil. Siz, Raquf haqqında oxuyanda inciməyin, qadın kimi, kişi kimi, həkim, jurnalist, ziyalı və s. kimi oxuyursuz, amma hərbçi kimi
oxusanız, fərqində olarsınız ki, Raquf Orucov nələr edib, kim olub. Deyimmi?
- Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
- Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli, tək, kəşfiyyata gedib qayıdan
biridir.
- Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən edən, Heydər Əliyevin də izlədiyi ermənilərin qərargahının toplantısını çəkib
gətirən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.
- Aprel döyüşlərinin şahidlərinin dediyinə görə, xüsusi təyinatlı qoşun növü üzrə bütün dərəcələri alan "qırmızı beret"li gizir Pəncəli
Teymurovla ən öndə olan zabitdir Raquf.
Görün, necə vətənpərvər, qorxmaz, kəşfiyyatın "xəstəsi" olan biri olub ki, vaxtında briqada komandiri ola-ola kəşfiyyata gedib. Həm də
yalnız. Briqada komandiri kimi o, kreslosundan durmaya bilərdi. Biz nələr və necə briqada komandirləri görmüşük o vaxt. Yəqin, bunu bilən
ermənilər dəli olub ki, "kaş onu əsir tuta biləydik". Axı briqada komandirini əsir almaq, bilirsiz, nə deməkdir? Sürücüsü danışır ki, "briqada