Nərgiz Ədilova (sinif rəhbəri): “Mən Sərxangilin sinif rəhbəri, həm də riyaziyyat müəlliməsiydim. Belə şagird, uşaq az-az olur. Məktəbi 301
bitirsə də, bu ünvanı unutmamışdı. Nə zaman Zaqatalaya gəlirdisə, mütləq bizə baş çəkirdi. Məktəbli olanda çox dəcəl idi, şuluq idi, səs-küy
salırdı. Buna görə də ona “baltuşka-vertuşka” deyirdik. Danlayanda incimirdi. Öz səhvini başa düşürdü. Onların sinif uşaqları ilə bu gün də
münasibətim var. Bir ailə kimi olmuşdular. Sərxanın qara xəbərini eşidəndə hamı şokda idi. Fikirləşirdik ki, təki Sərxan ölməsin, kaş bu xəbər
yalan olsun, biz onsuz neyləyərik... Ancaq oldu. Aprelin 11-də səhər məktəb sıra düzümündə qocaman müəllimimiz Ənvər Məhyəddinov ağlaya-
ağlaya uşaqlara Sərxan Bayramovun şəhid olması xəbərini verdi. Uşaqların üzünə baxa bilmirdik. O gündən sonra məktəblilərimizin də ruhu
dəyişib elə bil, hamısının başında qəhrəmanlıq havası var. Hətta iki şagirdimiz ona şeir də həsr ediblər.
Namiq Abbasov (dostu): “Qardaşım idi Sərxan. Sinfə ilk ayaq basan gündən onunla dost olduq. Hətta sinif yoldaşımız İnaranın xatirə
dəftərindəki “ən yaxın dostun kimdir?” sualının cavabına da ikimiz də bir-birimizin adını yazmışdıq. Çox istəyirdim onu. Məktəb vaxtı həmişə bir-
birimizin evinə gedirdik. Elə zarafatlarımız olurdu ki... Məktəbdən sonra əsgərlik ayırdı bizi. Bir müddət telefonla əlaqə qura bilmək imkanımız
oldu. Əsgəri xidmətimizi başa vurandan sonra, yenidən doğma şəhərimiz Zaqatalaya qayıtdıq. Sərxan atasının maşınını götürürdü ki, şəhərdə
gəzək. 1-2 manat pul atışıb, benzin tökürdük. Sonra da musiqiyə ən yuxarı həddə səs verib, düşürdük şəhərin canına, o maşını sürürdü, mən də
sükanı saxlayırdım. Sonra bir də gördük ki, böyümüşük. Daha elə şıltaqlıqlar etmədik. Bakıda Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil olandan
sonra, ikimiz də çıxırdıq gecələr gəzməyə. Səhər açılana qədər bir yerdə olurduq. Bir-birimizdən doymurduq. Səhər də yuxlu-yuxlu gedirdim işə.
Çətin günlərimdə mənə o qədər əl tutub. Sərxanla eyni yaşıda olsaq da, o mənə həmişə böyük kimi yol göstərər, məsləhətlər verərdi. İndi Sərxan
yoxdur. Bakı da, Zaqatala da mənə yaddır, hara çıxıramsa, Sərxanı görürəm. Hər səhər işə gedərkən görüşdüyümüz yerlərdən keçirəm, Sərxan
gəlmir. Çay içmək istədiyim yerlərdə onun stəkanı boş qalır. Hər yerdə izi var qardaşımın. Öz-özümlə danışıram: hardasan qardaş, hardasan
Sərxoş, mən ona zarafatla “sərxoş” deyirdim. Yenicə Xüsusi Təyinatlılar Qüvvələrinə qəbul olunmuşdu. Zaqatalada evlərində
oturmuşduq. Həlimət xala paltarlarını ütüləyirdi. Geyinib gəldi. Bir vüqarla dayandı qarşımızda, əlini qaldırıb, əsgər salamı verdi. Dedi "bax,
qaqaşın xüsusi təyinatlıdır daha. Pəncərənizi açıq qoyub, rahat yata bilərsiniz, cəbhəni mən qoruyuram". Hərbdən qazandığını evə göndərirdi. Çox
xeyirli övlad idi. Onun yerini heç vaxt, heç kim doldura bilməyəcək”.
İnara Hüseynova (sinif yoldaşı): “Mən indi uzaqlardayam. Tale hərəmizi bir tərəfə atıb. Sonuncu dəfə 2013-cü ildə görmüşdüm. Özü də
təsadüfən Zaqatalada üz-üzə gəldik. Çox sevindik. 5 dəqiqə vaxtımız oldu danışmağa. Onun həlak olması xəbərini eşidəndə imtahanda idim.
Əvvəlcə inanmadım. Elə bildim sinif uşaqlarımız zarafat edir. Sonra onun əmisi oğlu Muradla danışdım. Murad xəbəri təsdiqlədi. Ancaq sona
qədər inanmırdıq. Ümid edirdik ki, hələ sağdır, yaralıdır. Ancaq aprelin 10-u bütün son ümidlərimizi də qırdı. Allaha o qədər dualar etdik ki,o
qədər yalvardıq ki, hifz eləsin Sərxanı, eşitmədi bizi. Bizim üçün o günlər çox ağır keçdi. O həyatı çox sevirdi. Ancaq inanmaq istəmirik
yoxluğuna. Həyat həm də qəddardır. Həmişə ən yaxşıları aparır. Əgər mənim gücüm çatsaydı, nəyim varsa verərdim ki, təki Sərxan qayıtsın. Və
inanın ki, belə düşünən təkcə mən deyiləm, həm də bizim bütün dostlarımızdır. Bundan sonra bir yerə yığışanda, Sərxan olmayacaq... Onun əvəzi
yoxdur, o əbədi olaraq bizim ürəyimizdə qalacaq”.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
302
303
KİÇİK GİZİR DİLSUZ MƏMMƏDAĞA OĞLU QARAYEV
“Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv
olmalıyam.” (M.T.Siseron)
Doğum tarixi: 1990-cı il. Ağcabədi rayonu, Hindarx kəndi. 304
Vəfat tarixi: 3 aprel 2016-cı il. Tərtərdə istiqamətində.
Dəfn edilib: 4 aprel 2016-cı il. Ağcabədi rayonu, Hindarx kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilmişdir.
Evli idi. Övladı yox idi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Dilsuz Məmmədağa oğlu Qarayev 1990-cı ildə Ağcabədi
rayonunun Hindarx kəndində anadan olub. Şəhid Qaraş Əliyev adına 8 illik orta məktəbi bitirib. Gizir
Dilsuz Qarayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma
zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Dilsuz Qarayev doğulduğu Ağcabədi
rayonunun Hindarx kəndində son mənzilə yola salınmışdı.
(https://az.wikipedia.org/wiki/Dilsuz_Qarayev).
Cəvahir xanım (anası): “Bütün qızlar kimi ailə həyatı quranda elə bilirdim ki, xoşbəxt olacam.
Gəlin getdiyim evdə ayımı-günümü qaraya döndərdilər. Axırda rəhmətlik atam mənə sahib çıxdı. İki
oğlumu ər evində qoydum, 40-ı çıxmamış körpə Dilsuz balamı və əzab-əziyyətdə yanmış canımı, götürüb atam evinə gəldim. Çətin zamanlar idi.
Müharibə başladı. Atamın 7 övladı var idi. Ailəmizə aid olan torpaq sahəsində əkin-biçin işlərində atama kömək etdim ki, ailəyə yük olmayım.
Atamın, qardaşlarımın köməyi ilə balamı böyütdük. Oğlum həm ailəmizin, həm kəndimizin əziz-xələfi oldu. Abrı-həyası, davranışı ilə hamıya
nümunə idi. Əsgərliyə gedib qayıdandan sonra, atasının evində qalan 2 qardaşı ilə də mütəmadi görüşməyə başladı. Böyük oğlan idi, artıq öz
yolunu müəyyən edə bilirdi. Ancaq onu böyüdənə qədər, kimsəyə boyun əymədim, kəndimizin o biri başında olsalar da, o qapıdan çıxandan sonra,
bir də yolumu onlar tərəfdən salmadım. Gördüklərim, çəkdiklərim mənə bəs edirdi. Yaman günlərim ötdü getdi. Oğlumla bəxtəvər idik. Balama
2013-cü ilin aprelin 17-də toy etdik. Toyunun xərc-xəracatını da özü çəkmişdi. Məni yaxşı başa düşün, onu zəhmətlə böyütmüşəm. O biri iki
oğluma oğul deməyə qoymayıblar. Heç bugndən sonra da deməyəcəm. Onlar mənim qardaşlarımdırlar daha. Mənim balam Dilsuz idi. Dilimi
ağzımda yandırdı...
Məni dağlara, daşlara salan balam. Balamın gəzdikləri yerlərə qaçacam…O torpağa tapşırmışam balamı, bəlkə nəfəs verə, oyadıb gətirə. 305
Torpaq etibarsız olmur axı…”(http://www.anl.az/down/meqale/azadliq/2016/aprel/486561.htm).
Röya xanım (həyat yoldaşı): “Əsgər getməmişdən bir gün qabaq, 2 yanvar 2009-cu ildə Sərdar baba ilə bizə gəldilər. Həmin gecə evlərinə
qayıdandan sonra mənə telefonla mesaj yazdı ki, əsgərlikdən gələnə kimi onu gözləyim. Gözlədim. Gəldi... 2009-cu ilin avqustun 3-də
nişanlanmışıq. 2013-cü ilin aprel ayının 17-də toyumuz oldu. Aprel ayını çox sevirdim. Toyumuz da o ayda olmuşdu deyə xüsusi yanaşırdım bu
aya. Toyunu da özü etmişdi, heç kimin köməyi olmadan etmişdi. Tez-tez baxırdı toy diskinə, etdiyi toydan xoşu gəlirdi. Gədəbəydə 6 ay ön
cəbhədə əsgərlikdə olmuşdu. 6 ay sonra hərbiçi qardaşım onu kursa gətirdi. Xüsusi təyinatlılar üçün nəzərdə tutulan kursu keçdi. 2010-cu ildən
işləməyə başladı. Əvvəlcə Yaşmada, sonra Sədərək tərəfdə Şüvanidə işlədi. 8 il işlədi, 2 dəfə fəxri fərman almışdı. Heç vaxt Dilsuzda yorğunluq
görmədim. O qədər ailəsinə qarşı diqqətçil idi ki, getdiyi əməliyyatlara girəndən əvvəl də, çıxandan sonra da xəbər edərdi ki, narahat olmayaq.
Anası ilə, mənimlə tez-tez maraqlanırdı. Tapşırırdı ki, anama demə təlimə getdiyimi. Deyirdim işi var işdə qalıb. Təlimdən qayıdanda batinkaları,
paltarları palçıq, toz-torpaq olardı. Amma elə gəlirdi ki, elə bil istirahətdən gəlir, gülər üzlə gəlirdi. Axırıncı dəfə martın 28-də yola saldım.
Taksiyə mindi uçdu rəsmən, bilsəydim qoymazdım gedə. Söz verdi ki, aprelin 4-ü qayıdacam məzuniyyətə çıxacaq. Söz verdi qayıtdı, amma şəhid
kimi qayıtdı. 4-ü qayıtsaydı sağ salamat hərbi şəhərciyə köçəcəkdik. Müvəqqəti yaşamaq üçün ev vermişdilər. İşini çox sevirdi. Gecə dərsləri
olurdu gec saatlara qədər qalırdı işdə. Heç vaxt müsahibə vermirəm. Sənədli film çəkiləndə də getmədim. Çünki Dilsuzdan danışmaq o qədər çətin
gəlir ki, mənə. Onun haqqında keçmişdə danışmaq çox çətindi. Hər şey nə tez bitdi. Çox xoşbəxt yaşayırdıq. Heç yerə tək getmirdim. Onun işdən
gəlməyini gözləyirdim ki, bazarlığa birlikdə gedək. Sonuncu dəfə 27 martda zəng vurdu ki, hazırlaş, gəlib səni gəzməyə aparacam. Həmişə də
deyirdi ki, gəzməyə sənə görə gedirəm, sən gəz, mən çox yerə getmişəm. Günorta gəldi. Günün ikinci yarısı apardı məni Bakıya, Dənizkənarı
bulvarda xeyli gəzdik, dolandıq, gülüb-danışdıq. İndi fikirləşirəm ki, ayrılığı gözə aldığından, bəlkələr, gümanlar içərisində məni gəzməyə aparıb.
Mənimlə gülə-gülə danışırdı, ürəyində isə, sən demə, ayrılıq xiffəti çəkirmiş. Tez-tez onunla Şəhidlər Xiyabanına baş çəkərdik. Orada uyuyan
cavanların şəklini başdaşında görəndə həmişə məni ağlamaq tutardı. Dilsuz deyirdi ki, ağlama, şəhidlik böyük şərəfdir, şəhidlər üçün ağlamazlar.
Elə bil ürəyinə dammışdı. Bu il mart bayramlarının hamısında məni gəzməyə apardı. Ancaq şirin xatirələri qalıb indi. 28 martda gedəndə dedi ki,
aprelin 4-ü qayıdacağam. Hələ cəbhə bölgəsində narahatlıq olanda da telefon edib deyirdi ki, narahat olmayaq. Aprelin 1-dən 3-dək də onunla
əlaqə saxladıq. Amma aprelin 3-ü axşam saat 6-da həlak olub. Həmişə düşmən qabağına gedib, uğurlu əməliyyatlarda olub. Onun nə qədər fəxri
fərmanları, medalları var. Təlim keçdikləri hərbi hissəyə ali qonaqlar gələndə onları həmişə ön sıraya düzərdilər. Bütün döyüşlərdə, əməliyyatlarda
fərqlənirdi. Bu yaxınlarda da Müdafiə Nazirliyindən mükafat olaraq bizə böyük televizor hədiyyə etdilər.”
3 qardaş olublar: Pərviz, Bəhruz, Dilsuz. Ataları adlarını bir-birinə yaraşdırıb qoyub. Heç bir valideynində günah olmayıb ayrılmaqlarında.
Qaynanam da doğurdan da çox mərifətli, qanacaqlı, mədəni qadındı. Dilsuzu o böyüdüb 6 aylıq olandan. Zülümlə saxlamışdı ata, qardaş yanında.
Onun bir ümidi o idi. Dilsuz ev almışdı. Toyumuz olmuşdu getmişdik ora. Kaş belə olmazdı. Dilsuzu Hindarx qəsəbəsində hamı çox istəyirdi.
Babasına çox kömək edirdi, çox mərifətli, qanacaqlı uşaq idi. Dilsuz atamın dayısı nəvəsidi. Əslində elə babası bizi tanış edib. Biz qonşu
kənddənik. Babası deyib gedək, bacılarımın hansının nəvəsini bəyənsən onu alarsan. O da məni bəyənmişdi. Çox istəyirdilər məni, çox.
Dilsuz həm soyuqqanlı, həm də ürəyi təmiz, mərhəmətli idi. 3 il evli qaldıq, övladımız olmadı. Hərdən narahat olurdum ki, hələ də
uşağımız yoxdur. Deyirdi ki, sən mənim uşağımsan da, sən özün də hələ uşaqsan. Heç vaxt bu haqda mənə bir kəlmə də incik söz demədi. Qız
uşağı arzulayırdı. Bir dəfə də qız uşağı üçün papış alıb gətirmişdi. Deyirdi mən çox gənc ata olacam, 40 yaşında oğlum olsa əsgər gedəcək, qızım
olsa ərə gedəcək. Deyirdi hər şey var bir uşaq yoxdu. Doğurdan da hər şey var idi, bir uşaq yox idi, mehriban, xoşbəxt ailəmiz var idi. Həmişə
deyirdi ki, iş bitən kimi evə qaçmaq istəyirəm. Evdə özünü çox rahat hiss edirdi. Arada dostları ilə çay içməyə filan gedərdi, amma gününün
çoxunu evdə bizimlə keçirirdi. Bilirdik xüsusi təyinatlıdı, əməliyyatlara gedir. Onlar Azərbaycanın gözüdü. Onlar bizim üçün sadə bir hərbiçi idi.
Çünki işinin arxa tərəfini bilmirdik. Amma şəhid olandan sonra bildik ki, hər şey bambaşqa imiş. Həmişə fəxr etmişik Dilsuzla. İndi də fəxr hissi
ilə anırıq onu.”
Pərviz Qarayev (qardaşı): “Anamın yanından əl çəkmirəm. Qardaşlar daha çox qardaş paylarını itirəndə arxasız olurlar. Məndən kiçik
olsa da, hamımız ona güvənirdik. Bir tikəsini tək yemirdi. 5 yaşlı oğlum Nəbi onun yolunu elə həvəslə gözləyirdi ki... Bilmirəm, necə aldadım indi
uşağı...
Abbas Rüstəmov (anasının dayısı): “Ağcabədinin Hindarx kəndi bundan əvvəlki döyüşlərdə 20 şəhid verib. O şəhidlərdən 13-nün tabutu 306
bir gecədə gətirilib kəndə. Bu Vətən torpaqlarımızı işğal edərkən ermənilərə qarşı başlayan ilk müharibənin əvvəllərində olub. Onların sırasında
Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov və cəbhədə şücaət göstərən Qaraş Əliyev də vardı. Qaraş Əliyevlə Dilsuz Qarayev
xalaoğludurlar. İndi Hindarx kəndindəki 3 nömrəli orta məktəb Qaraş Əliyevin adını daşıyır. 26 yaşlı kəşfiyyatçı Dilsuz Qarayev də son
döyüşlərdə qəhrəmanlıq göstərib, Talış kəndində igidliklə vuruşaraq şəhid olub. Son nəfəsinə qədər silahı susmayıb, daha bir neçə düşməni
cəhənnəmə vasil edə bilib. Dilsuzun ana babası Sərhəd Hacıyev çox igid və mərd adam olub. Dilsuzu da bu ruhda məhz o tərbiyə edib. Bircə
təsəlli var ki, ötən il sentyabrın 27-də dünyasını dəyişən Sərhəd kişi istəkli nəvəsinin tabutunu görmədi. Görənlər deyirlər ki, enlikürəkli, pəhləvan
cüssəli Dilsuz adi tabuta sığmayıb, onun üçün daha böyük tabut hazırlayıblar. İgid döyüşçünün babasının həyətində keçirilən vida mərasimində
minlərlə adam iştirak edib. Ağcabədi və ətraf rayonlardan dəstə-dəstə gələn insanlar üçrəngli zəfər bayrağımızı əllərində tutaraq, şəhidimizi son
mənzilə ehtiramla yola saldılar.”( http://www.anl.az/down/meqale/azadliq/2016/aprel/486561.htm).
Şəhid dəfnlərində dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə insanın ürəyi təlatümə gəlir. Axı o ucada
dayanan Bayraqları bayraq edən üstündəki qandır! Bu elə bir hissdir ki… O bayrağın həmişə ucalarda olması üçün Azərbaycan xalqı,
Azərbaycan igidləri hər zaman canlarından, qanlarından keçməyə hazırdılar.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
307
(Dilsuz Qarayevin həyat yoldaşı Röya xanım)
308
309
ÇAVUŞ TƏBRİZ HAMLET OĞLU ƏSGƏROV
“Vətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs doğma torpaqda kök
salmalıdır.” (İ. S. Turgenev)
Doğum tarixi: 12 yanvar 1993-cü il. Şəmkir rayonu. 310
Vəfat tarixi: 2 aprel 2016-cı il. Gədəbəy rayonu istiqamətində.
Dəfn edilib: 6 aprel 2016-cı il. Şəmkir şəhər Sərxan qəbristanlığı.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Subay idi.
1993-cü ilin 12 yanvarda Şəmkir şəhərində anadan olan Təbriz Əsgərov 2010-
cu ildə Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına tam orta məktəbi bitirmişdi.
2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma
zamanı qəhrəmancasına şəhid olan çavuş Təbriz Əsgərov Aprelin 6-sı Şəmkir
rayonunun Morul kəndində son mənzilə yola salınmışdı. Təbriz Əsgərov ölümündən
sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif
edildi.
Ermənilərin atəşkəs rejimini pozduğunu eşidib ömrünün 25 ilini hərbçi işləyən, Qarabağ döyüşləri başlayandan sonra gecəsi-gündüzü
olmayan,döyüşlərdə fəal iştirak edən Hamlet Əsgərov oğlunun telefonuna zəng çatmadığından onu axtarmağa gedir. Gəncədəki "morq”da
ölənlərin sırasında axtarır. Çünki bilir ki, oğlu sağ olsaydı, bir xəbər çıxardı. Ancaq evə əliboş, məyus qayıdır. Nəhayət, telefonuna zəng gəlir,
xəbər verirlər ki, qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən çavuş Təbriz Əsgərov da şəhid olub. Aprelin 5-i axşamı Təbrizi
sevdiyi üçrəngli bayrağa büküb evlərinə gətirirlər...Atası Hamlet döyüşçü olmuşdu. 1992-ci ildən bəri neçə şəhid dostunu, yoldaşını dəfn etmişdi.
Onsuz da könlü şəhidlər məzarlığı idi. Könlündə o qədər sirləri, söhbətləri var idi ki. Təbriz də bu yolu seçəndə bilirdi ki, oğlu ölümlə nəfəs-
nəfəsə dayanıb. Təbrizin bu həyətə hər gəlişi toy-bayram ab-havası gətirirdi. Dostları, tay-tuşları, hərbidə işlədiyi həmkarları yığılırdı bu həyətə,
yeyib-içib, gülüb danışardılar. Bu gün onların hamısı Təbrizin tabutunun başına yığışmışdılar. Son döyüşdə dəqiq atəşləri ilə neçə ermənini
susdurub. Hətta döyüş vaxtı belə zarafatlarından qalmayıb. Daha sonra dostları ilə QƏLƏBƏ sevincini yaşayıb. Uca bayrağımızı Lələtəpə
yüksəkliyinə sancanların sırasında o da olub. Güllə yarasından yox, qəlpədən dünyasını dəyişib. Avtomatındakı son gülləni də atdıqdan sonra 311
yıxılıb.(https://modern.az/az/news/106031).
Hamlet Əsgərov (atası): “Bizim münasibətimiz dədə-balalıqdan çıxmışdı, dost idik, yoldaş idik. Bir-birimizə arxa kömək idik. Üç uşağım
var. Təbriz böyüyüm idi. Bir ləzzətli gülüşü var idi, Təbrizin. Səsi kəndə düşürdü. Belə oğullar ölmürlər, necə ki, Azərbaycan var, Təbriz də var,
onunla eyni amal uğrunda şəhid olan oğlanlar da yaşayacaq.O, vətən uğrunda canından keçdi. Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi
Dəstəsində xidmət edirdi. Şəmkir rayonundan “N” saylı hissədə xidmət edən təkcə Təbriz idi. Rayona çıxanda hamı ona qeyri-adi bir qəhrəman
kimi baxırdı. Həsəd aparırdılar. Həmin qoşunlara xidmətə keçəndən sonra, ona dedim ki, "oğul, sizə "ölümə nəfəs qədər yaxın olanlar” deyirlər”.
Dedi ki, "ay ata, o zaman elə bilin ki, mən 6 aydır ki, ölmüşəm”. Təbriz mənim üçün dahi, əvəzsiz bir şəxsiyyət idi”. "Özüm hərbiyə gedəndə
dənizçi olmuşam. Sonra oğlum da hərbi xidmətə çağırılanda dənizçi oldu. Bayrağı Təbriz kimi oğullar yüksəldir. O mənim oğlum idi. Başqa cür
də ola bilməzdi. Orada həlak olanların hamısını öz balam sayıram! Oğlum deyirdi ki, "bizim dirimiz əsgər, ölümüz şəhiddir. Mənim oğlum mavi
beretlilərdən idi. Qarabağ döyüşləri başlayandan bizim xüsusi kəşfiyyat qrupumuz bu baş geyimindən istifadə edir. Hazırda isə bu baş geyimindən
Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Bu, xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. Bu dəstələr əsasən ictimai
asayişin qorunması, cinayətkarların zərərsizləşdirilməsi və ölkə daxilində baş verəcək hər hansı bir təhlükənin qarşısını almaq üçün yaradılıb. Mən
belə bir dəstənin yaranmasına və gizli fəaliyyətinə çox sevinirdim. Belə bir dəstənin olması yalnız, bizim mavi beretlilər həlak olandan sonra
ictimaiyyətə məlum oldu. Bu uşaqlar dövlət və dövlətçilik üçün yetişdirir. Və onların bir günün içərisində məhv olması ağılasığmaz
bir fəlakətdir. Elə şeylər var ki, adam danışa bilmir. Təbrizim mənim üçün həm dahidir, həm qəhrəmandır. Ən ağrılısı odur ki, 23 yaşlı oğlum
çavuş kimi xidmət edib. Hətta döyüş paltarındakı nişanı da kəşfiyyatçı olduğundan xəbər verir. Oğlumun 40 mərasimi günü Müdafiə Nazirliyinin
polkovniki Abdulla Qurbani gətirib mənim oğluma əsgər adı qeyd olunmuş medal verdi. 23 yaşlı çavuş oğlumu 19 yaşlı əsgər kimi qeydiyyata
alıblar. Qəbul etmədim. Axı bu tarixdir, tarixi, hadisələri saxtalaşdırmaq olmaz. O vaxtdan bu günə qədər oğluma aid heç bir sənədi gətirib bizim
qapıya verən yoxdur. Heç elə bil ki, kəşfiyyatçı, çavuş Təbriz Əsgərov adlı şəxsin tabutu bu evdən, bu həyətdən çıxmayıb. Kiminsə diqqətsizliyi,
etinasızlığı ucbatından, mənim ailəmin sənədlərinə niyə saxta söz yazılmalıdır. Mən bilirəm mənim oğlum kimdir, tək Şəmkir üçün deyil,
Azərbaycan üçün kimdir, nədir. Onu da mən heç kimə açıqlayan deyiləm. Əgər bunu millətin 5 milyonu bilirsə, 3 milyonu bilmək istəmirsə, ona
sübut edib, çatdırmaq fikrində deyiləm ki, bu səndən ötrü gedib. Lakin fəxr edirəm. Mənim oğlumun da Vətən torpağı uğrunda həlak olduğu
günlərdə bütün dünya dərk etdi ki, Azərbaycan xalqı var, Azərbaycan oğulları var. Şamil Basayevə deyirlər ki, Azərbaycan müharibəni uduzdu.
Deyir ki, "onu Sizə kim deyir ki, Azərbaycan uduzdu?” (https://modern.az/az/news/106031).
Mən müharibənin başlanmasını həmişə istəmişəm ki, torpaqlarımızı azad edək. İndi evimdə bir oğul da böyüdürəm. Sabah onun uşaqları,
nəvələrim mənə desələr ki, bu torpağı sən vermisən, ondan sonra ölmək lazımdır. Bizim torpaqlar döyüşlə alınmalıdır. Doğrudur vaxtilə pulla
satdılar. Şuşa alınmaz qala idi, Kəlbəcər boşalandan sonra 3-4 sutka orada it-pişikdən başqa canlı yox idi. Şuşa da, Kəlbəcər də bom-boş idi.
Sakinləri qoyub qaçdılar. Daxili düşmənlərimizin provokasiyasına uydular. O torpaqları ermənilərdə qoymaq Tanrının da altında, Torpağın da
üstündə günahdır”.
Kifayət xanım (anası): “İyirmi dörd yaşı yeni tamam olmuşdu. Sonsuz arzuları var idi. Qarışqanı belə ayaqlamağa qıymazdı. Balaca
uşaqların qabağında da diz çöküb görüşürdü. Deyirdi, qoy şəxsiyyət olsunlar. Özlərinə verilən dəyəri bilsinlər. Getdi hərbiyə yazıldı. Xüsusi
təyinatlı bölüyə. Sevinirdi ki, 6 aylıq kursu uğurla keçmişdi. Deyirdim ki, ay bala, özünü yaman çətin işə qoşdun. Cavab verirdi ki, ana bəs kişi
nə üçün yaranıb?! Oğlumu axırıncı dəfə mart ayının 25-i gördüm. Cümə günü idi, gəldi. Bazar günü martın 27-si yola salırdım, bu darvazanın
ağzına qədər gedib, geri qayıtdı, bir də görüşdü mənimlə. Boynumu qucaqladı. Sonra dalınca baxa-baxa qaldım. Sözlərinə məna vermədim. Elə 312
həmin axşam qızıma telefonda məktub yazdı: "Siz yatağınızda rahat yatanda, burada qarlı dağlar üstümüzə gəlir”, qızım mənə oxudu yazdıqlarını.
Dedim yaz ki, "a başına dönüm, elə sözlər yazma”. Buna da cavab olaraq yazdı ki, "alnıma nə yazılıbsa, onu da görəcəyəm, narahat olmayın”. Sən
demə, həmin gün atasının yanına gedərək onunla da bu tərzdə görüşübmüş. Mən 3 dəfə əməliyyat olunmuşam. Onkoloji xəstəxanada
qeydiyyatdayam. Təbrizin gücünə yaşayırdım. Oğlum həlak olmazdan üç ay əvvəl əməliyyatdan çıxmışam. 4 aydır ki, müalicəyə də getmirəm.
Şüa müalicəsi almalıyam. Oğlum demişdi ki, ana, kurs pulumu alıb, səni yenidən müayinəyə aparacam. 4 dəfə şüa götürməliyəm. Həyat yoldaşım
300 manat pensiya alır, özüm ali təhsilli müəlliməyəm, amma xəstəliyimə görə mənə pensiya kəsilməlidir. Çox bahadır şüa götürmək. İmkanımız
çatmır. Oğlum aylığını göndərirdi, onun pulu ilə müalicəm gedirdi, indi neyləyim?..Həyat mənim üçün qurtarıb. Mənimki bundan belə yaşamaq
deyil, sürünməkdir.”
Pərviz (qardaşı): “Mən evin kiçik oğluyam. Qardaşımı olduqca çox istəyirdim. Məndə bir az ərköyünlük var, o isə başqa idi. Mən onun
kimi ola bilmərəm. Yaşından da böyük idi. Məni tez-tez cəzalandırırdı... Çox vaxt incimirdim... İndi o günləri istəyirəm, istəyirəm ki, məni
danlasın, mən yenə ərköyünlük edim, küsüm, o da bircə sillə vursun üzümə... Elə darıxıram... Çox darıxıram... Hər yerdə qardaşımı axtarıram.
Qardaşsız qardaş üçün çox çətindir. Sonuncu gün evdən gedəndən sonra mənə zəng edib dedi ki,
“Gedib qanpulumu alarsınız.”
-"Qanpulu nədir?”,
-"Çox uzatma, dediyimə əməl elə”.
" - Hara gedirsən, Təbriz?
- Vaxt gələndə, biləcəksən. İndi isə dediklərimi yadında saxla. Özünüzdən muğayat olun.
- Təbriz, ehtiyatlı olun, harada olsanız. Bəlkə getməyəsən? Bəs evdəkiləri fikirləşmirsən?
- Uşaq kimi danışma, nə fərqi var hara gedirik? Nə olacaqsa, olacaq. Mən getməsəm, sabah erməni gəlib oturacaq Şəmkirdə, onda mənim anamı
kim qoruyacaq...”.
Qardaşımla sonuncu dialoqumuz belə oldu. Həm də tapşırdı ki, bu haqda hələlik kimsəyə bir söz deməyim. Mən də qardaşımın dediklərini sirr
kimi ürəyimdə qorudum”. (https://modern.az/az/news/106031).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
313
(Təbrizin valideynləri)
314
315
KİÇİK ÇAVUŞ HÜSEYN ZEYNAL OĞLU DƏMİRLİ
“Yalnız zəfər çalmış ŞƏHİD önündə,
Səni alqış üçün əyilən görüm!”(B.Vahabzadə)
Doğum tarixi: 4 avqust 1993-cü il. Biləsuvar rayonu. 316
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli rayonu istiqaməti.
Dəfn edilib: 4 aprel 2016-cı il. Biləsuvar rayonu.
Qoşun növü: A.R.Quru Qoşunları.
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
1993-cü avqustun 4-də Biləsuvar rayonunda anadan olan Dəmirli Hüseyn 2011-ci il oktyabrın 6-da
Biləsuvar rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Hüseyn Azərbaycan ordusunda
nümunəvi əsgər kimi xidməti ilə əlaqədər hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla
təltif edilmişdir. O, xidmət etdiyi dövrdə zabit heyətinin verdiyi tapşırıqları hər an yerinə yetirərək, əsgər
və zabitlərin dərin hörmətini qazanmış, 2013-cü ilin aprelində həqiqi hərbi xidmətini başa vurmuşdur.
Lakin, hərbi xidmətdən sonra Azərbaycan Ordusunda xidmət etmək qərarına gələrək, 2014-cü ilin mart
ayında müddətdən artıq həqiqi hərbi qulluqçu kursunda oxuduqdan sonra, Beyləqanda yerləşən "N” saylı
hərbi hissədə xidmətə başlayır.
Zeynal bəy (atası): “Mən ustayam, qonşuda ev tikib, təmir edirəm. Heç bir iş, heç bir məsələ məni bir saniyə də olsa oğlumdan ayıra
bilməyib. Hüseynin əkiz qardaşı Kamranı yanımda başı qarışsın deyə işlədirəm. Heç olmasa fikri dağılsın. Bir şey deyim: Kamranla-Hüseyn bir-
birlərinə çox bağlı idilər. Özünüz düşünün də əkiz insanlar necə olursa, onlar da elə idilər. Hüseynin ölümü bu ailədə bəlkə də ən çox Kamranı
məhv etdi. Onlardan hansının bir yeri ağrısa, o birisi onu hiss edirdi. Məsafələr belə buna əngəl ola bilmirdi. Mən bir az soyuqqanlı adamam,
amma oğlumun anası, Təranə xanım elə deyil, uşaqlarına olduqca bağlıdı. Rəhmətlik də daha çox anası ilə yaxın idi, onunla dərdləşirdi. İndi artıq
o yoxdu, onun qoxusunu Kamrandan alırıq, təsəlli tapmağa çalışırıq. Amma Vətən sağ olsun. Oğlumun Vətən yolunda şəhid olması ata kimi məni
qürurlandırır.”
Kamran (əkiz qardaş): “Onu deyim ki, Hüseynsiz zaman-filan keçməyib, keçmir! Hüseynin ölümü məni ifadə oluna bilməyəcək
dərəcədə sarsıdıb. Ancaq anama görə narahatam, o, heç ovunmur. Hüseyn sanki bu gün ölüb. Atamla bir evi təmir edirik, guya başım qarışsın deyə
əlləşirəm amma özümü aldadıram. Onu unutmaq imkansızdır. Onun yoxluğunda bir böyrəyini itirmiş insan kimi yaşayıram.
Vallah həyətimizin giriş qapısında dalğalanan Bayraq onu xatırlamaq yox, unutdurmur desəm yalan olmaz. Bilirsiniz mən onunla doğulub, birlikdə 317
böyüyüb, birlikdə gülüb, birlikdə sancılar keçirmişəm. Elə bilin, bütün hər şeyi eyni anda yaşayıb, eyni anda təsirlənmişik. Daha sonra orta
məktəbdə bir partada 11 il oxuyub, sonra əsgərliyə bir gedib, bir yatağı paylaşmışıq. Nəhayət, hərbi xidmət bitdikdən sonra mən ali məktəbi
seçdim, o isə yenidən hərbiyə döndü. Hamımızın yükünü çiyinlərinə aldı. Məni ən çox məhv edən onun bu qədər fədakarlığı idi. Allah onu bizdən
aldı, amma yenə şükürlər olsun torpaq uğrunda şəhid oldu, qürurluyam. Onu hiss edirəm amma eyni acıları, sevincləri yaşaya bilmirəm.
Hüseynin dostları, təhsil aldığım ali məktəbdəki tələbə yoldaşlarım həmişə dəstək olmağa çalışırlar. Amma biz kimsədən maddi dəstək
gözləmirik.
Təranə xanım (anası): “Hüseyn bizləri yox, Vətəni, torpağı seçdi və torpağa sarıldı! Mənim üçün Hüseynsiz həyat yoxdu. Hüseynim
bütün ailəni düşünəcək qədər ağıllı idi. Ən adi əl işləri belə səliqəli idi. Bax bu gördüyünüz həyətdə onun əl izləri hər gün mənimlə danışır. Adi bir
misal deyim: bu adam, əkiz qardaşına çox bağlı idi. Bir gün sual verdim ki, evimizdə ən çox kimi istəyirsən? Dedi, “qardaşım Kamranı” İnanın,
Kamran ali təhsil alır deyə ona ev almaq üçün qəpik-qəpik pul toplayırdı. Deyirdi, qardaşım kirayədə, qohum evində əzik qalmasın. Bütün dərdini
mənlə bölüşürdü. Uşaqlarım ataları həmişə qapalı olub deyə, sözlərini dost kimi mənə deyiblər. Hüseyn isə daha fərqli idi, o bəzən içinə qapanırdı.
Mən fikir verməyim deyə çox məsələləri məndən gizlədirdi. Allah şahiddi, ataları onlar dünyaya gələn gün necə sevinirdi. Bütün dərdi bizlərə,
atasına, kömək etmək idi. Bunu bacarırdı da. Bütün pulunu bacısına verdi ki, toplasın ev alsın. Atasının xasiyyətini sevirdi. Elə deyirdi ki, atam
qazandığını gizlədən deyil, kişi kimi yaşamağı bacarır. Atam əsl sənətkardı. Kaşki biz də onun kimi ola bilsək. Balamın bütün arzuları torpaq oldu.
Siz bir ana düşünün, 365 günün hər saniyəsi oğlunun o, qapıdan girəcəyini gözləsin və ayaq səslərini eşidib boylansın. Buna daha nə qədər
dayanaram bilmirəm? Hüseyn vaxtından artıq xidmətdə olanda bu kiçiyim Rəsul da Tovuzun Muncuq kəndində əsgərlikdə idi. Ona hər şeyini
əksiksiz göndərərdi. İmkanı nə qədər çatırdısa qardaşlarına, bizlərə baxırdı. Amma bizim onun sadəcə quru nəfəsinə ehtiyacımız vardı.
Gecəm-gündüzüm yoxdu. Hüseyn məni tək qoymalı deyildi. Allah o əkiz uşaqları mənə pay vermişdi. Amma niyə Hüseyni məndən aldı
bilmədim. Hüseyn fevralın 13-də məzuniyyətə gəlmişdi. 15 gün onu doyunca gördüm. Martın 30-da yenə xidmət etdiyi hərbi hissəyə qayıtdı.
Aprel döyüşləri zamanı televiziyadan xəbər tutdum ki, müharibə başladı. Bu haqda Hüseyn mənə heç nə deməmişdi. Həmin vaxtı Hüseynə nə
qədər zəng vursam da zəng çatmadı. Aprelin 2-də bizimlə danışdı. Ürəyim partlayırdı. Təsəvvür edin ki, Hüseyn müharibədə, o biri oğlum Rəsul
Tovuzda hərbi hissədə və silahlı qüvvələrimizin zabiti olan kürəkənim də müharibədə döyüşürdü. Üç balamın müharibədə olması məni çox
nigaran qoymuşdu. Axırıncı dəfə Hüseynlə danışanda dedi ki, ana, iki kəndi ermənilərdən aldıq. Dedim ki, ay vətən oğlu Hüseyn, halaldı sənə.
Elə bil bu sözləri mənə Allah dedizdirirdi. Aprelin 4-də axşamüstü gördüm ki, qohumlarım həyətə gəlir. Onda yaxın qohumlarımdan biri mənə
dedi ki, Hüseyn Şəhid olub. Gecəni səhərə kimi ağladım. Özümə yer tapmırdım. Aprelin 5-də səhər tezdən Hüseynin cənazəsini həyətə gətirdilər
və ordan da Biləsuvarda böyük izdihamla dəfn olundu. İndi başımı itirimişəm. Hüseyn bizi yarımçıq etdi. Hüseyn əvvəl günündən zirək uşaq idi.
Həmişə çalışırdı ki, işləsin pul qazansın. Amma indi onsuz çətindi”.
Rəsul Dəmirli (kiçik qardaş): “Mən Hüseynin şəhid olduğu gün Tovuzun Muncuqlu kəndində idim. Orda xidmət edirdim. Gecədən
içimdə qəribə hisslər vardı. Sən demə atam da eyni hissləri keçirirmiş. Sabah oldu xidmət davam edir amma kimin qardaşı-qohumu atışma
ərazisində idisə onlar hər səsdən qorxurdular. Mən də qardaşım üçün narahat idim. Komandirlərimə gələn hər zəngdə qulağım vardı. Amma
“qorxunun əcələ faydası olmaz” deyiblər e, bax o baş verdi və komandirmə gələn zəngdə əmim danışırdı. Ancaq mən bunu eşitdim. Ondan
sonrasını xatırlamıram. Özümdən getmişəm. Çox danışmaq istəmirəm. Demək ki, Hüseyn torpağa olan istəyini həyata keçirəcəkdi və bunu da etdi.
Biz qürurluyuq. Kimin kömək edib-etməməsi bizə maraqlı deyil, təki Vətən sağ olsun. Ailədə dörd qardaş və bir bacıyıq. Hüseyn və Kamran
mənim əkiz qardaşlarımdı. Onlardan sonra bacım Türkan mən və kiçik qardaşım Rəhman dünyaya gəlib. Hüseyn və Kamran 2010-ci ildə
Biləsuvar rayon 4 saylı orta məktəbini bitirblər. Sonra ali məktəbə sənəd verdilər. Kamran Azərbaycan Neft Akademiyasına qəbul olsa da, Hüseyn
qəbul ola bilmədi. Sonra Hüseyn hərbi xidmətə yollandı. Cəbhə bölgəsində xidmətə başladı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən
artıq hərbi qulluqçu kimi xidmətə başladı. Aprel döyüşləri zamanı mən də əsgərlikdəydim. Tovuz rayonunun ermənilərlə təmas xəttində xidmət
edirdim. Xidmətimi başa vurmuşdum, amma aprel döyüşlərinə görə bizi təxris etmədilər. Aprelin 4-də Hüseyn Şəhid olan kimi məni qardaşıma
görə məzuniyyətə buraxdılar. Yas mərasimindən sonra hərbi hissəyə qaydıb ordu sıralarından təxris olundum”.(https://musavat.com/news/aprel-
doyusunun-sehidi-huseyn-onu-hele-de-gozleyirler_427611.html).
Hüseyn Dəmirli ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
318
(Hüseyn Dəmirlinin anası və qardaşı)
319
MAXE ƏLVAN QAFAR OĞLU HÜSEYNOV
“… Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban
verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq
yaşaya bilməz, hətta mən hesab edirəm ki, insanlıq müharibəni məhz bu
humanist ideyaları həyata keçirmək üçün sevir. Buna ehtiyac var”.
( F.Dostoyevski)
Doğum tarixi: 1994-cü il Ukrayna Respublikasının Dneprepetrovsk şəhəri (əsilləri Füzuli rayonu, 320
Qaraxanbəyli kəndi)
Vəfat tarixi: 3 aprel 2016-cı il. Cəbrayıl rayonu, Lələtəpə istiqamətində.
Dəfn edilib: Füzuli rayonu, Qaraxanbəyli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay olub.
Əlvan Hüseynov 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan
olub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid olan gizir Əlvan aprel ayının 4-də Lələtəpə yüksəkliyi uğrunda gedən qanlı
döyüşdə ordumuz düşmənin canlı əsgər və texnikasını məhv edərək, adıçəkilən yüksəkliyi ələ
keçirib, Azərbaycanın üçrəngli bayrağını ora sancmışlar. Təəssüflər olsun ki, həmin döyüşdə Əlvan
qəhrəmanlıqla şəhid olub, Tanrı dərgahına ucalmışdır. Ə.Hüseynov ata yurdu olan Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola
salınmışdı. Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə "İgidliyə görə" medalı ilə təltif edildi. (https://az.wikipedia.org/wiki/%C6%8Flvan_H%C3%BCseynov).
Orduda gizir kimi xidmət edən Əlvan həm də gözəl snayperçi idi. Onun rəhbərlik etdiyi kəşfiyyat qrupunun apardığı əməliyyatlar uğurla
nəticələnərdi.
Əli Hüseynov (əmisi): “Əlvan çox keçməkeşli, çətin günlər görsə də, anasız yaşasa da, həmişə deyib-gülməyindən, zarafatından qalmırdı.
Bir dəfə ona dedim ki, “Əlvan, artıq böyümüsən, Vətənə borcunu vermisən, gəl sənə toy edək”. Dedi: “Əmi, qız tapmışam, hələ vaxtı deyil, qoy,
torpaqlarımızı azad edək, gedək Qarxanbəyliyə, orada mağar qurub toy edərik. İstədiyim qız çox ağıllıdır, o məni gözləyəcək. O, 1994-cü ildə
Ukrayna Respublikasının Dneprepetrovsk şəhərində dünyaya göz açıb. Bir yaşında olarkən anasını itirib. Atası Qafar kişi onu rayona gətirib.
Anam Gülbəyim və kiçik bacım Naridənin himayəsi altında böyüyürdü. Bir əmi kimi, mən də tez-tez gedib ona baş çəkərdim. Əlvan Füzuli
rayonunun Zobcuq 5 saylı qaçqınlar yaşayan qəsəbəsində fəaliyyət göstərən köçkün tam orta məktəbində təhsil alıb. Əlvan yetimliklə böyüdü,
boya-başa çatdı. Ana nəvazişi görmədi, hələ körpə ikən beşiyində ana laylası eşitmədi. Nənəm və bacım ona nə qədər nəvaziş göstərsə də, bir ana
əlinin sığalını verməzdi. Onun gözlərində bir ana nisgili vardı. Bu nisgillə də böyüdü, boya-başa çatdı Əlvan. Uşaqlıq illərindən onun arzusu
hərbçi olmaq idi. Deyərdi: “Əmi, mən böyüyəndə hərbçi olacağam, ata yurdu olan Füzulini, Qarxanbəyli kəndini azad edəcəyəm”. Hələ uşaqlıq 321
illərindən qorxmaz, cəsur böyümüşdü. Tanrı onu əsgər böyütmüşdü. Hələ 8-ci sinifdə oxuyanda Əlvan bizə gəlib dedi ki, Heydər Əliyev adına
Hərbi məktəbə sənədlərimi vermək istəyirəm. Çox sevindim və Əlvanı götürüb hərbi məktəbə getdim. Amma gec getdiyimizə görə, sənədləri
götürmədilər.
Orta məktəbi əla qiymətlərlə oxuyardı, müəllim və şagirdlərin böyük hörmətini qazanmışdı. Əlvan hər yerdə, hər evdə bir iz qoyub – elə
bizim evimizdə də. Gözlərimin önündən onun gülərüz baxışları getmir, xəyalı canlanır, ayaq səsləri eşidilir.
Orta məktəbi bitirəndən sonra, il yarım Sərhəd Qoşunlarında xidmət etdi. Hərbi xidməti başa vurduqdan sonra, onu Bakıya, öz yanıma
gətirdim və Suraxanı rayonunda işə düzəltdim. Amma çox narahat idi. Çünki hərbçi olmaq istəyirdi, döyüş bölgəsi onun yolunu gözləyirdi. Ona
görə də Əlvan Füzuli Rayon Hərbi Komissarlığına gedib ərizə verdi və könüllü müddətdən artıq hərbi xidmətə yazıldı. Gizir rütbəsi ilə orduda
xidmət etdi. Manqa komandiri kimi əlində snayper kəşfiyyata gedərdi...Füzuli ərazisində cəbhə bölgəsində soyuq səngərlərdə yağı düşmənlə üz-
üzə dayanmışdılar. Cəsur döyüşçü idi Əlvan. O döyüşməyə, şəhid olmaya bilməzdi.”
Qafar Hüseynov (atası): “Ölümündən 12 gün əvvəl məzuniyyətə buraxılmışdı. Oğlumun şəhidliyi ilə qürur duyuram. O, mənim başımı
dik tutdu və Vətən yolunda, Torpaq uğrunda şəhid oldu. Bu gün Əlvanın komandirləri onun igidliyindən, cəsurluğundan söhbət açır. “Heç nədən
qorxmazdı, verilən əmrlərə canla-başla əməl edərdi” – deyirlər. “Lələtəpə qələbəsi də Əlvan kimi igid əsgərlərin qanı bahasına əldə edildi. Əlvan
kimi oğullarımız Ali Baş Komandana sadiq çıxdılar.
Həmişə deyərdik ki, Əlvan, ehtiyatlı ol, özünü düşmən gülləsindən gözlə. Gülə-gülə cavab verərdi ki, axı, onlar kimdir ki, gülləsi də mənə
dəysin?! Həmin günlərdə ona telefon edəndə yerini gizlətdi, harada olduğunu bizə demədi...Bu gün Füzuli Rayon İcra Hakimiyyəti başçısından
tutmuş, kənd sakinlərinə kimi, Milli Ordumuzun zabit və əsgərləri gəlib, mənə baş çəkir, bizi tək qoymur, dərdimizə şərik olurlar. Digər tərəfdən
də bizə qayğı göstərilir. Oğul dərdinə onda dözmək olar ki, doğulduğumuz Qaraxanbəyli kəndi, ata-baba yurdu yağı düşmən tapdağından azad
olunsun, şəhid oğulların qanı yerdə qalmasın... Ailədə iki qardaş olublar. Böyük qardaşı Qulu Hüseynov da orduda xidmət edir. O, qardaşının
məzarı önündə and içib dedi ki, son damla qanına qədər döyüşəcək, qana-qan alacaq, ermənilərdən qardaşının, eləcə də şəhidlərimizin intiqamını
alacaq.”
Qulu Hüseynov (qardaşı): “Biz döyüşə şəhid olmaq üçün yox, öldürmək üçün gedirik.”
Elza Hüseynova (bibisi): “Bu gün mən Əlvanın yoxluğuna inanmıram. Elə bilirəm, o, bu saat qapını açıb içəri keçəcək. Mən onun həm
bibisi, həm də xalasıyam. O, körpəliyindən anasını itirmişdi, məni isə ana gözündə görürdü. Hər dəfə boynumu qucaqlayıb deyərdi: “Xala, sənə nə
alım gətirim? Mən ona qıymazdım, amma baxışlarımdan hər şeyi oxuyurdu və bazara gedib ürəyim istəyən meyvələri alıb gətirərdi. Həmişə
könlümü açardı və deyərdi, “Bibi, hazırlaş, bu yaxınlarda elçiliyə gedəcəksən, tezliklə qayınana olacaqsan”. Amma arzusu ürəyində qaldı
Əlvanın...”.
Torpaq, uğrunda ölən varsa, Vətəndir. Əlvan işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Şəhidlik zirvəsinə yüksələrək,
bütün dünyaya bir daha göstərdi – Qarabağ Azərbaycan oğullarının Vətənidir… (Qələndər Xaçınçaylı. Qəhrəman şəhidin alın yazısı. Həftə içi.-
2016.- 21 aprel.- S.4. http://anl.az/down/meqale/hafta_ichi/2016/aprel/486558.htm).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
322
MAXE RUHİN HÖKUMƏT OĞLU QƏHRƏMANOV
“Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun,
vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.”( N.Nərimanov)
Doğum tarixi: 10 oktyabr 1994-cü il. Cəbrayıl rayonu. 323
Vəfat tarixi: 2 aprel 2016-ci il. Füzuli rayonu istiqamətində gedən döyüşdə.
Dəfn edilib: 4 aprel 2016-ci il. Biləsuvar rayonu "2 saylı məcburi köçkün" məzarlığı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalla təltif edilmişdir.
Subay idi.
Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, insan torpaqdan yaranır, böyüyür, yaşlanır.
Yaşlandıqca da yavaş-yavaş torpağa əyilir - sonda ona qovuşmaq üçün... Deməli, vətən torpağı hər
bir insan üçün ən müqəddəs bir məkandır: diri ikən üstündə yaşamaq üçün, ölərkən altında rahat
uyumaq üçün. Vətən torpağı keçmişimizdən, ulu babalarımızdan bizlərə qalan ən dəyərli əmanətdir.
Bu əmanətə dəyər verən igidlərimizdən biri də ruhin Qəhrəmanovdur. Əslən Cəbrayıl
rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabrında anadan olmuşdur. 2016-cı ilin aprel
ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olan
Ruhin Qəhrəmanov aprelin 4-ü isə Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün"
məzarlığında son mənzilə yola salındı. Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə
təltif edilib.(https://az.wikipedia.org/wiki/Ruhin_Q%C9%99hr%C9%99manov).
Atası da birinci Qarabağ döyüşlərində iştirak edib. Ruhin Qəhrəmanov isə hələ bir neçə ay öncə cəbhənin Füzuli rayonu istiqamətində
gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, təkbaşına 5 erməni əsgərini məhv edibmiş. Elə buna görə də o, həmin şücaətindən sonra “N” saylı hərbi
hissənin rəhbəliyi tərəfində məzuniyyətlə mükafatlandırılmışdır. Bir ay öncə valideynlərinin yanına məzuniyyətə gələn əsgər geriyə şəhid kimi
döndü…
Qeyd edək ki, şəhid Ruhin Qəhrəmanovun digər qardaşı da Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusudur.
Ruhin şəhid olandan sonra Qəhrəmanı hərbi hissənin rəhbərliyi ermənilərlə üzbəüz postlardan aşağı düşürərək rabitə bölüyünə keçiriblər. Bunu
eşidən Əşrəf Qəhrəmanov təcili hərbi hissəyə gələrək hamının içində oğluna qışqıraraq "irəli getməlisən" deyib, "get qardaşının qanın al, ala
bilmirsənsə, buna "dux"un çatmırsa, mən gedərəm" xəbərdarlığını edib...
Əslində Qəhrəman qardaşımız öz istəyi ilə yox, nizamnaməyə uyğun olaraq hərbi hissə rəhbərliyinin qərarı ilə aşağı endirilmişdi, bir 324
müddətlik qardaşı şəhid olduğu üçün. Qəhrəman da, Ruhin də döyüşlərdə göstərdikləri şücaətə görə hər ikisi Ali Baş Komandanın əmri ilə
"İgidliyə görə" medalı ilə təltif olunublar.
Nə qədər ki, Vətənin belə oğulları var, bu millətin kürəyi yerə dəyməyəcək. İnşallah Qarabağın azadlığı çox uzaqda deyil.
Qəhrəmanovlar ailəsinin 4 oğlunun dördü də ermənilərlə dava başlayandan evə yığışmadı. Cavanların gecələri-gündüzləri səngərlərdə,
düşmənlərlə üzbəüz mövqelərdə keçdi. Maya xala nə yalvardı, nə dillər tökdü, nə qədər ağladısa, oğlanları dedi ki, biz evdə rahat otura bilmirik.
50 yaşını yenicə tamamlayan, Cəbrayılın Xudaverdili kəndində anadan olan Əşrəf Qəhrəmanov müharibə iştirakçıları kimi qanlar, qadalar gördü,
şəhidlər dəfn etdi... Qohumları, doğmaları, dostları... 25 ildən sonra isə... oğlu da o Şəhidlərin sırasına qoşuldu.
Əşrəf Qəhərəmanov (atası): Gecəmiz-gündüzümüz, rahatlığımız yox idi. Döyüşlər başlayanda təzə evlənmişdim. Sonra böyük oğlum
doğuldu. 1992-ci ildə bizim batalyonun əsgərləri ilə birlikdə Hadrut rayonuna girdik. Əməlli-başlı irəliyə getmişdik. İlk dəfə may ayının 15-də
orada yaralandım. O döyüşlərdə 35 şəhid verdik, 150-dən çox yaralımız oldu. Hadrutun ən yüksək yerində idik. Birdən birə gəlib hara düşdük... Nə
baş verdi, harda kim-kiminlə anlaşdı, nə danışdı, nə aldı, nə satdı... biz döyüşçülərin xəbəri olmadı. Bir də gördük ki, Cəbrayıl da getdi əldən...
1992-ci ildə dəfələrlə döyüş əməliyyatlarında iştirak edirdik. Son əməliyyatımız Əbdurrəhmanlıda oldu. Ora ilk dəfə 1992-ci ildə işğal olunub,
1993-cü ildə qaytarıb aldıq. Bizi də sonralar qışın ağzında gətirib tökdülər bu düzlərə... Gör eeeee... hardan gəlib, hara düşdük. Ağıllı başla oturub
fikirləşəndə, adamın ürəyi partlayır. Hərdən deyirəm ki, bu dərdlərin içərisində o Vətənin, torpağın dərdini çəkə-çəkə hələ ölməmişiksə, üzümüz
bərkdir demək. Burda da gəlib bax bu Biləsüvardakı ilan mələyən düzlərdə qaldıq cənnətlə cəhənnəmin arasında. Cənnət vətəni verib, çadırlara
sığındıq.
1994-cü ilin mart ayının 5-də yenə Lələtəpənin alınmasında yaralandım. Bu indi oğlumun və onun döyüşçü dostlarının aldığı Lələtəpə var
eeee... Siz ora elə belə baxmayın... O Lələtəpənin uğrunda o qədər canlar qurban gedib ki... O döyüşləri, o verilən qurbanları görən danışa bilər...
Orda komandirlərimiz, zabitlərimiz, dostlarımız həlak olub... Nə qədər qəhrəmanlar itirmişik orda. Oranı almaq an məsələsidir. O anı da Elnur
yaşatdı, Ruhin, Orxan yaşatdı bizə... Övladı da, oğulu da Vətən üçün böyüdürük... Qaçırdıb gizlətməməliyik ki...
Ona təssüflənirəm ki, müharibə başlayanda dövlətimizin gücü , ordunun döyüş taktikası , təminatı yox idi... Əslində biz döyüşü udub,
balalarımıza saxlamamalı idik... Saxlamışıqsa, deməli , onların borcudur almaq... Əlbəttə valideynik, arzularımız var idi, onlar yarımçıq qaldı...
Görən deyir ki, ə elə bir təpədir də... Ancaq elə deyil, onu görən danışa bilər, oranı gedib görsə, adı yadından çıxar. Bilməz oranı hər adam.
Qıraqdan balaca görünə bilər. Bir ona sevinirəm ki, oğlum Ruhin o sevinci yaşatdı mənə. Qanımı tökdüyüm, doğmalarımı, dostlarımı itirdiyim
Lələ təpə yüksəkliyində iki oğlum qan tökdü, biri yaralandı, digəri həyatını itirdi. Ancaq bir qism torpağımızı aldıq...Vallah yalan deməklə deyil,
düz gəlmir yalan danışmaq... Biz bacarmadıq... Onlar bacardı... Aprel döyüşünə qatılanlar bacardı... Biz buralara müvəqqəti gəlmişdik, daş
qoymağa, yurd salmağa gəlməmişdik ki... daş qoyduq...ev tikdik... Ona görə də oğullarımıza qaldı döyüş... İndi gərək dayanmayaq... Nəvələrimizə
saxlasaq... Bu biqeyrətlik olar... Tarix bizi bağışlamaz.
Aprelin 1-dən 2-nə keçən gecə Horadiz tərəfdən, Füzuli tərəfdən güllə səsləri eşidilirdi. Səhər top-mərmi səslərindən qulaq tutulmağa
başladı. Həmin gün necə olmuşdusa , cəbhə xətti tərəfə getməmişdim. Adətən həftədə 1-2 dəfə mütləq siqaretdən, sudan alıb, gedirdim əsgərlərin
yanına... İndi əsgərlərin yemək paltar təminatı yüksək səviyyədədir, sadəcə əliboş getmək olmur. Elə bil ki, o hərbi geyimli zabitləri, əsgərləri
görəndə canımda rahatlıq tapıram. O yerlərdə dayanıb, işğal altında olan torpaqlara baxıram. Uzaqdan da olsa gözlərimə rahatlıq bəxş edirəm, gah
da dərd yığıram.
Gördüm yamanca atırlar. Sizə bayaq dedim axı, iki oğlumun ikisi də eyni hərbi hissədə qulluq edirlər. Xəbər gəldi ki, Cəbrayılı alıblar... 325
Qəhrəmanla danışdım. Soruşdum bala hardasan? Dedi ki, ata, muştuluğumu ver, Lələtəpəni almışıq. Özüm də burnumun üstündən yaralanmışam.
Bu dəqiqə isə dayanmışam Lələtəpəyə sancılan bayrağımızın yanında.
Daha dünyaları mənə verdilər. Dedim bala, ölməmisən ki... onda durduğun yerdə dayan, birdən aşağı düşərsən, yanındakılar da ikisi
qolundan tutub sənə kömək edərlər... Nə badəəəə... Oradan düşməyin ha... Düşmən o yeri daha boş görməsin... Heç nədən qorxmayın... biz də
çatırıq... Bir az sonra bildim ki, Ruhin şəhid olub...
Lələtəpəyə çatdıq... Qəhrəmanı gördüm. Ancaq qardaşının şəhid olduğunu demədim ki, ruhdan düşməsin. Dayandığı yerdə dursun. Oranın
dəyərini qan tökənlər, can qoyanlar bilər…
Oğlum Ruhin və onunla birlikdə döyüşənlər, həlak olanlar o bayrağı asdılar ki, millət alçalmasın. Əyilən qəddimizi bir azca düzəltdilər.
Məni ağrıdan bilirsiniz nədir? Qorxuram buralarda öləm... Uzun sözün qısası... bu millət yalandan qışqırmasın ki, Şəhidlər ölməz, Vətən
bölünməz!. Birləşib, bir olub o torpaqları qurtarmaq lazımdır. Gözləmək olmaz. Qeyrət vaxtıdır. Müharibəni aparmaq istəməyənlər, məni bu
torpaqda basdırsalar, o dünyada üzümə necə çıxacaqlar... Mən doğulduğum Cəbrayıla dönmək, orada ölmək istəyirəm...”
Kərim Qəhrəmanov (əmisi): “Torpaqlarımız, Vətənimiz gedəndə mənim 21 yaşım var idi. Biz Vətəni qoruduğumuz o səngərlərdən
aylarla ayrılmırdıq, elə vaxt olurdu ki, 1 il evimizə gəlmirdik. Çayın dadını itirmişdik. Qəndi əsgər “kaska”sında yandırıb, çay içərdik. Şomudan,
otdan ələfdən yeyirdik... Ancaq sonunda bu torpaqları qaytarmağımıza ümid edirdik. Heyif ki, ümid bizi çox gözlətdi...1993-cü il avqustun 23-ü
Cəbrayıl da işğal olundu, gücümüz çatmadı. Özümüzə qalsaydı vuruşardıq. Torpağı satanlar, alanlar, alver edənlərin badına getdi...yurd-yuvamız.
Kənd, el-oba, arvad uşaq da ki, hamısı çadırlarda yaşamağa başladı...Ruhin də 1994-cü ilin oktyabr ayının 10-da burada çadırda dünyaya gəldi...
Uşaq idi də... məktəb yox, təhsil yox... bütün çadır uşaqları kimi böyüyürdülər... Bizim də ki, günümüz səngərlərdə, düşmənlə üzbəüz olan
bölgələrdə keçirdi... Özüm evə tez-tez gəlməzdim... Bir dəfə düz bir il gəlmədim... Ailəni, ata ananı, bacı qardaşı gəlib burda çadırlardan axtarıb
tapdım...Ata –baba ocağı yox idi ki, bizi çəkəydi özünə... Yurdu verib, gəlib çadırlara sığınmışdıq... Beləcə Ağdam döyüşlərində, Murov, Laçın
əməliyyatlarında iştirak etdim... Sonra qanuni səfərbərlik yarandı keçdim Orduya. Orduda da Şakir Abdullayev var idi batalyon komandiri, çox
cəsur oğlan idi... Onun rotasında idim. Cəbrayılı işğal etdirdilər, biz də hələ ümid edirdik nəyəsə...
Sonra yaşadıq da... gözləyə-gözləyə ki, bu qan yerdə qalmayacaq... Axırda estafeti oğullarımıza verdik... Axırıncı dəfə martın sonunda
gördüm Ruhini. Adətən gəlməyi ilə getməyi bir olurdu. Qəhrəmanla Ruhin evə gələndə, qardaşım Əşrəf özünə yer tapa bilmirdi. Elə hey
tələsdirirdi onları ki, tez qayıdın hərbi hissəyə. Elə bilirdi ki, o uşaqlar burda 1 saat artıq otursalar, oralar boş qalacaq.
Bir il yarım idi MAXE idi. Yanvar ayından isə onu kəşfiyyata keçirmişdilər. Tay tuş kimi idim. Əmi ilə qardaşoğlunun dost olmasının, tay-
tuş olmasının başqa ləzzəti var axı... Yanına gedirdim. Saatlara otururdum səngərdə ona üzbəüz əraziləri, dağları, kəndləri göstərib orada
apardığımız döyüşlərdən, itkilərdən danışırdım. Şişqaya əməliyyatında necə yaralandığımdan danışmışdım... Ona deyirdim ki, bizim bu ərazilərdə
bir gündə bir nəfər şəhidimiz olanda onu artıq adi gün hesab edirdik, yəni elə bilirdik ki, həmin gün döyüş olmayıb... Əşrəfin yaralı-yaralı gəlib
bizi bu səngərlərdə tək qoymamasından danışırdım. Quyucaq döyüşündən danışırdım ona... Biz Quyucaq döyüşündə 12 nəfər qalmışdıq, 1993-cü
ilin sentyabrında girib Quyucuaqda dayanmışdıq. Bir balaca yaralanmışdım. O döyüşlərdə qrupumuza təzə yazılan Əzizağadan danışdım... son
döyüşdə Əzizağanın itkin düşməsini söylədim... 12 nəfərlə Allah ümidinə döyüşdən necə sağ çıxmamızı danışdım... Əzizağanın yaralanıb qaldığı
yerləri göstərdim... Bəzən hirsindən oturub ağlayırdı... Ölən qohumlar, dostlar, ad verdiyimiz yüksəkliklər, postlar haqqında danışanda kin-küdurət
dolurdu qəlbinə... O qədər qovrulurdu ki, içində, axırda məcbur olub siqaret istəyirdi məndən. Kin-küdurətini tüstüyə verib, ciyərlərindən
ötürürdü... hirsini siqaretlə soyudurdu... Yəni belə döyüşlər, belə anlar olub?- deyə soruşurdu. Soruşurdu ki, döyüş başlayanada nə etmək lazımdır? 326
Deyirdim ki, bala, arxada qalma, gizlənmə, sonra yanındakı döyüş dostlarının arasında başın aşağı olar... gözlərinin içinə baxa bilməzsən. Ehhhh...
Onu döyüşə biz hazırlamışdıq... Ruhin ruhən o döyüşlərdə idi həmişə...
Həmişə ürəyi işğalda olan torpaqlarda olub. İki gündən bir zəng vururudum, hər gecə onunla əlaqə saxlayırdım, deyirdi ki, heç babanı
soruşmursan... “Baba” qardaşı Qəhrəmana deyirik. O da babamızın adını daşıyır. Babamız da 1941-45-ci il döyüşlərində qəhrəmanlıq göstərib...
Həmin aprel gecəsində isə Ruhin qəhrəmanlıq göstərdi. Demək bunlar 12 nəfər kəşfiyyat qrupu öndə gedərək aranı açıb, təmizləyiblər,
deyirlər ki, 30-40 dəqiqəyə götürüblər bunlar Lələtəpəni... Lələtəpənin uğrunda biz qətrə-qoşun qurbanlar vermişik. Bunların aldığı yerlərdə isə
qardaşı Qəhrəman və digər əsgərlər bərkitmə əməliyyatları aparıblar. Ruhin isə qrup üzvləri ilə irəli gedib... İrəlilədikcə erməniləri qabaqlarına
qatıb qovurmuşlar... Bir də baxıblar ki, Ruhin yoxdur. Sən demə Ruhin gedib lap qabağa... Qarşısına erməni DOD-u çıxıb. (DOD hərbi hissələrin
nəzarət etdikləri yerdəki gözətçi mənətəqəsinə deyilir:-red.) Qəfil açıb DOD-un qapısını, gözünə döndüyüm əlindəki avtomatla güllələri döşüyüb
ermənilərin başına. DOD-da 5 ermənini təkbaşına öldürüb. Bunları qırandan sonra, bir az irəli gedəndə qarşıdakı hansısa erməni onu nişan alıb düz
ürəyindən vurub. Bir gülləyə yerə sərilib. Üzü üstə düşməyib, üzü GÖYLərə baxıbmış... Səhər üzü sərin mehlər yumub qardaşım oğlunun gözəl
gözlərini... İntiqamımızı almışdı... Bütün qohumların, el-obanın intiqamını alıb...
Atasına deyirdi ki, bir gün görərsən ki, Cəbrayılı almışam. Ayın 2-də də zəng vurdular ki, Cəbrayılı aldılar. Döyüş dostları deyir ki, bağıra-
bağıra , erməniləri söyə-söyə gedirmiş, qan tutubmuş gözlərini ... İllərdən bəri yığdığı hirsini-hikkəsini həmin səhər o torpaqlarda əritdi.
Bax belə...Lələtəpəni bizə verib gedib... Lələtəpə də bilirsən də nə deməkdir? Çocuq Mərcanlı kəndindən ta üzü Beyləqana qədər bizim
Odrumuzun həmin yerlərə nəzarəti deməkdir... 23-25 ildən sonra, güllə ata bilmədiyimiz yerlər indi bizim nəzarətimizdədir... Bütün o ərazilərin
indi təhlükəsizliyini təmin edə bilir ordumuz. Ucu bucağı görünmür ki... Baxdıqca adamın ürəyi açılır... Di gəl ki... Bu beynəlxalq aləmi qatıblar
araya ermənilər, ruslar...
Qarabağı bundan sonra almaq bizim üçün an məsələsidir. Çünki əsas yüksəklik əlimizdədir.”
Təranə xanım (anası): “Biz burala didərgin olub gəldik... Çadırlarda ömür sürdük. Zülümlər çəkdik. Ruhin də bu çadırlarda dünyaya
gəldi. Bir soyuq, bir çovğun var idi ki, gəl görəsən. Yerli camaat deyirdi ki, buralarda belə sərt qış olmayıb. Həmin il qış da oktyabr ayından
başladı. Qar başımıza tökürdü. Uşaq doğulanda bükməyə əski tapmadıq. Nənəsi Maya əynindəki taxtalı tumanını çırıb, uşağı ona bükdü. Biz onları
nə zülmlərlə böyütdük, kişilər səngərdə yatdı, biz qadınlar da bu çadırlarda böyütdük o uşaqları... Sonradan qarğıdan, qamışdan, palçıqdan tikdik
evlərimizi... Əvvəl məktəb olmadı, sonralar məktəb düzəltdilər. Qəsəbəni sahmana saldılar. Hər ailəyə bir ev verdilər. Kaş buralara daş
qoymayaydıq. Böyüdü, gah məktəbə getdi, gah mənimlə tarlalarda kətmən vurmağa getdi... Günü 5 manata kətmən vurduq... Tərəkəməliklə
həyatımızı, gün-güzəranımızı keçirirdik. Atasından, əmisindən, qohum əqrabadan ancaq hərb, dava, müharibə haqqında söhbətlər eşitmişdi. Nə
Qəhrəman, nə də Ruhin Cəbrayılı görməmişdilər. Onları yay olanda dağ yerlərinə aparardıq, Yardımlı dağlarına, Quba tərəfə Baba dağına
gedərdik...
Sonuncu dəfə Baba dağına gedəndə, o ziyarətgahda əhd etmişdim ki, balalarımın toyu olsun, bu müharibənin qan-qadasından qurtarsın,
gətirib orada qurban kəsərəm... Baba dağı qurbanımı götürmədi... Qəbul olmadı qurbanım... Baba dağında bir qadın su axtarırdı. Ruhin öz su
payından ona verdi. Arvad əllərini göyə açıb balam üçün o qədər dualar etdi ki... Dedi ki, bala sən cənnətini bu dünyada qazandın. Məni ki, bu
susuzluqdan qurtardın, elə cənnətliksən...
Nə bilim bəlkə elə indi cənnətdədir Ruhin... Deyirəm bəlkə elə o arvada su verdiyinə görə balalarım zalım əlinə düşmədi, ikisi də gəlib 327
çıxdı evimə…
Naxçıvanskiyə vermişdi sənədlərini qəbul olmadı. Nə qədər ağladı hirsindən-hikkəsindən. Sakitləşəndən sonra əsgər getdi. Qayıdandan
sonra da, gedib MAXE-yə yazıldı.Yaman xoşbəxt hiss edirdi özünü. Xidmət etdiyi yerlərdə əsgərləri üçün hər şərait yaratmışdı. Atam Oruc kişi də
nəvələrindən onu seçirdi. Hər balanın öz yeri, öz dadı var. Ruhinin də dadı başqa idi. Atam da onu çox istəyirdi. Hər dəfə gələndə, kişiyə nəsə
düzəltdirirdi ki, əsgərlərinə xeyri dəysin, şəraitləri yaxşılaşsın... Kəşfiyyata yazıldığını biləndə narahat oldum, dedim bala, kəşfiyyat gedər-
gəlməzdi... Boynumu qucaqlayıb dedi ki, məni Tanrı qoruyur... Heç nə olan deyil.
Balamı Allaha əmanət etmişdim... Hərdən Allahın da eşitmədiyi vaxtlar olur.... Elə eşitsəydi, görsəydi, bizi bu zülümlərə salmazdı...
Vətənsizlik hər dərddən çətindir... Xidmət etdiyi ərazidə atası bir qəbri göstərib demişdi ki, burda bir naməlum əsgər yatır. Ruhin öz əlləri ilə o
əsgərin qəbrini götürmüşdü, düzəldib üstünə baş daşı qoyub yazmışdı ki, “Mən səni sevirəm”...
Ruhin bu Füzuli tərəfdə ən birinci şəhidlərdən oldu. Adını tarixə yazdı. Aprelin 7-si Mehriban xanım Əliyeva şəhidlər üçün keçirdiyi anım
məclisinə məni də dəvət etmişdi. Getdim. Başımı aşağı dikib dayanmışdım. Hamı ilə bir-bir görüşdü, dərdimizə şərik oldu. Mənə dedi ki, başını
niyə aşağı dikirsən? Sən başını yuxarı tut ki, elə qəhrəman bir oğulun anasısan... Bu 25 ildə alınmayan torpağı sənin balan alıb...
Zakir Camalov (Qəsəbənin icra nümayəndəsi, Cəbrayılın Xudaverdili kəndinin sakinlərindən): “Cəbrayıl işğal olunanda əhalisi 56
minə yaxın idi. İndi 80 mini ötüb. Bu gördüyünüz Biləsuvar düzlərində 11 qəsəbəsi var Cəbrayılın. Bizimki 2 saylı qəsəbədir. 20 minə yaxın
əhalimiz var. Bu Qəhrəmanovlar nəsli elə binadan qəhrəmandırlar, vətənpərvərdirlər. Əşrəf də, Əşrəfin sənəddə adı Hökumətdir, biz sonradan
Əşrəf demişik, elə də çağırırıq. 4 qardaş bunların hamısı o torpaqlarda qan töküb, can qoyublar. Azərbaycanda yeganə ailədir ki, əvvəl özləri
vuruşub Lələ Təpə uğrunda, sonra oğlanları... belə işlər tarixdə az-az olur. Uşaqlarının ikisini də ən təhlükəli bölüyə, kəşfiyyat bölüyünə
göndərmişdi. Elnur, Orxan, Ruhin səhər o başdan şəhid olmuşdular. Xəbərini alandan axşam 5-ə qədər axtardıq. Sonra dedilər ki, Beyləqana
gətiriblər. Getdik, gül balamızın nəşini gətirməyə. Orada Əşrəfin mərdi-mərdanə irəli keçib, balasının cansız bədənini özü götürdü... Biz ona
toxtaqlıq verməkdənsə, o bizə toxtaqlıq verirdi...”
Nahid Muradov (Kəşfiyyat bölüyünün rəhbəri): “Döyüş başlayanda əsgərlərimdən təkcə Ruhinə dedim ki, “əməliyyat başlayır, get,
qardaşınla görüş”. Ruhin də tez gedib qardaşı Qəhrəmanla görüşdü, gəlib əməliyyata yola düşdü”.(https://modern.az/az/news/122595).
Özündən yaşlı, özündən təcrübəli kəşfiyyatçı dostları aralarına gec qatılıb, tez də göylərə çəkilən Ruhin haqqında o qədər xoş sözlər, xoş
xatirələr danışırlar ki... Dedilər ki, biz Ruhinlə danışaraq deyil, döyüşərək anlaşırdıq... Bu şir və pələng cüssəli qəhrəmanlar həm də dost qədri
bilən və onu dəyərləndirməyi bacarandırlar. Ruhinin ad günündə çəkilən bir fraqment kövrəltdi məni: 10 oktyabr 2016-cı ildə Ruhinin döyüş
dostları indi onun uyuduğu məzarın üstünə gəlib, Ruhini yad edirlər. Ruhinin adına bişirilmiş tortu qardaşı Qəhrəman kəsir. 24 yaşını qeyd edir.
Və həmin tortun ilk dilimini göz yaşları içərisində aparıb qardaşının bəy otağı kimi bəzədilmiş məzarının üstünə qoyur... və arxasını qonaqlara
çevirib, göz yaşlarına hakim ola bilməyəcək tərzdə ayrılıb gedir. Ruh əkizi Ruhinin burada uyumasına hələ də inanmaq istəmir Qəhrəman...
Qəhrəman üçün çox ağırdır... Deyir ki, müharibə başlasaydı gedib yenə vuruşardı... İndi qardaşının əvəzinə özü qabağa düşmək istəyir... Deyir ki,
öldü var, döndü yoxdur bu yoldan.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
328
329
MAXE NİCAT BƏHRUZ OĞLU İSGƏNDƏROV
“Qürbət vətən ola bilməz.”( İ.V.Höte)
Doğum tarixi: 4 avqust 1989-cu il. Tərtər rayonu. 330
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 3 aprel 2016-cı il. Tərtər rayonu.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalla təltif olunub.
Ailənin tək oğlu idi. Subay idi.
1989-cu ilin 4 avqust günündə Tərtər şəhərində anadan olan Nicat İsgəndərov aprelin 2-də
qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olmuş, aprelin 3-də doğulduğu Tərtər
şəhərində torpağa tapşırılmışdır. Ölümündən sonra cənab prezidentin “İgidliyə görə” medalı ilə
təltif edilmişdir.
Maya İsgəndərova (anası): “Nicat gözümün nuru, nəfəsim, işığım idi. Bir gün dedim ki,
bala, gəl səni evləndirək. Dedi ki, “ana, sən qızı seç, xoşuna gəlsin, mən də baxaram, bəyənsəm,
kimi desən alacam”. Məclislərin birində 1 qızı tutdu gözüm. Nicata da dedim gedib baxdı. Qızın
evindən qayıdanda məni qolları üstündə qaldırıb, fırlatdı. Elə sevinirdi ki... Qızı çox bəyənmişdi. Az bir müddət keçəndən sonra nişan hazırlıqları
gördük. Bacısı Xəndan daha yerə-göyə sığmırdı. Xəndan gəlinin başına qırmızı duvaq örtdü. Nicat üzük taxdı barmağına. O gündən sonra bu iki
cavan bir-biri üçün dəli –divanə oldular. Gəlin dərzilik oxuyurdu. Nişanlı olduqları iki il ərzində bəlkə də Nicatın 2000 min dənə rəsmini çəkdi.
Eşqdən, sevgidən qıza rəssamlıq gəlmişdi. Toyu ildən-ilə atladıq. Çünki Nicat hərbi işini yarımçıq qoya bilmirdi. Həm də ki, iş yeri sərhədboyu
cəbhəyə yaxın yerdə idi. Ona görə yoldaşım Bəhruz razı olmurdu evləndirməyə. Deyirdi ki, nə vaxt şəhər içinə, evə yaxın yerə köçürərlər, ondan
sonra evlənər. Gəlini od-alovun içərisinə aparmaq olmaz. Füzulidə xidmət etməsinin 5 ili 2016-cı ilin mart ayında tamam olmuşdu. Artıq evə
yaxın tərəfə gəlməsi haqqında razılıq alınmışdı. Ona görə toyuna hazırlaşırdıq.Nəhayət toyu eləməyi aprel ayının 26-na qərarlaşdırdıq. Özüm də
oğul anası kimi toya o qədər həvəsli idim ki... İstəyirdim ki, hər şeyin gözəli Nicat üçün, sevdiyi qız üçün olsun. Çünki Nicatın üstümüzdə əziyyəti
çox olmuşdu. 13 yaşından bu evə qazanc gətirib, günortaya qədər məktəbdə, sonra işə gedib mağazada işləmişdi. İşi də ağır idi. Gedib zülmlərini
görürdüm. Deyirdim ki, Nicat sənə elə bir toy çaldıracağam ki...Atası da əhd etmişdi ki, Nicatın toyunda nəmər yığmayacaq. İndi görürsünüzmü
bəy otağı edəcəyimiz evin təmiri yarımçıqdır. Nicat o qədər həvəsli idi ki, evin təmirini də özü edirdi. Məzuniyyəti olanda iki aydan bir, üç aydan
bir gəlib, evin işini görüb gedirdi.
Nicat təhsilini bitirib, evə məzuniyyətə gəlmişdi. Bir gün paltar dolabını səliqəyə salırdım. Birdən paltar dolabının arasından bir sertifikat
düşdü. Baxdım ki, Nicatın adına yazılıb. Öz-özümə fikirləşdim ki, bu sertifikatı niyə məndən gizlədib. Üstündə yazılanları oxuyanda gördüm ki,
kəşfiyyat bölüyüdür. Əlim-ayağım yerdən üzüldü. Başladım ağlamağa. Mənə ürək-dirək verdi. Dedi ki, “ana, kəşfiyyata xüsusi vərəqəyə qol 331
çəkməsən, dilindən kağız verməsən, məcbur göndərmirlər. Sən atama heç nə demə, and olsun ki, kəşfiyyata gedən deyiləm”.Qaldım səksəkədə.
2014-cü il mart ayının 16-sı idi. Hərbi hissəyə qayıtmaq vaxtı idi. Aparıb onu yerləşdirdik Füzulidəki hərbi hissəsinə. Baxdım ki, buralarda
evlər darmadağındır, düşmənin atdığı bombalardan evlər viran olub. Dedim “ay bala, sizin yeriniz nə yaman narahatdır”. Yenə ürək-dirək verdi ki,
“biz üzbəüz düşməndən sizi qoruyuruq, sərhədi qoruyuruq. Narahat olmağa əsas yoxdur”.
Ürəyim qaldı Nicatın yanında. O gündən sonra səksəkədə yaşayırdım...Nicat tərbiyəli-təlimli oğul idi. Bütün məhlənin adamları öz övladlarına
Nicatı nümunə kimi göstərirdilər. Ev-eşik, ata, bacı düşkünü idi. Ətrafımızda hamı narahat idi. Mən isə bir yerdə qərara tuta bilmirdim. Müharibə
vaxtı bacım oğlundan soruşdum ki, “ay bala, Nicatdan bir xəbər çıxmadı ki...” Bir də gördüm ki, hamı bir-biri ilə pıçıldaşır. Bacımın oğlundan
israrla soruşdum ki, bəs bu kişilər hara getdi. Bacımın oğlu, dedi ki, “xala qorxma, Bəhruz dayımla atam getdilər Nicatın yanına, Nicat
yaralanıb”.
Əl atım başıma, səsim aləmi götürdü. Dedim “necə yəni, Nicat yaralanıb, bəs mən burda nə gəzirəm. Tez apar məni də Nicatın yanına”.
Yolun yarısını getmişdik ki, nişanlısı zəng vurdu. Dedim ki, “bala, Nicat yaralıdır, xəstəxanaya çatım, verəcəm özü ilə danışarsan”. Gəlib
yetişdik Əhmədbəyli qospitalına. Orada dedilər ki, Beyləqan hərbi qospitalına apardılar. Gəldik hospitala. Burada adam əlindən iynə atsan yerə
düşməzdi. Hamısı öz balasını, doğmasını axtarmağa gəlmişdilər. Kimsə məndən soruşdu ki, kimi axtarırsan. Dedim Nicatı... Belə deyəndə, camaat
yığışdı başıma... Sonra qızım ilə baldızım keçdilər xəstəxanaya... bir də baxdım ki, o biri üzdən bunların ağlayan səsləri gəlir...
Baldızım “Nicat” deyib haray çəkdi... Xəstəxananın darvazası zəncirlə bir-birinə bağlanmışdı. Gözətçi bizi buraxmırdı. Bilmirəm o güc
mənə haradan gəldisə, qabağımda olan hamını itələyib, darvazanın zəncirini qırdım... Və içəri keçdim. Dedim balam hanı? Dedilər aparırlar
Peyğəmbərə. Biz də öz maşınımıza oturub, Peyğəmbər ziyarətgahına getdik. Orada da adam əlindən tərpənmək olmurdu. Hər dəfə bu pirdən
keçəndə nəzir qoyurdum ki, balam sağ-salamat bitirisin hərbini. Nəzirlərimi qəbul eləməyibmiş Allah...
Aprel balamın uğur ayı idi. Ancaq 2016-nın apreli bizi ağlatdı. Peyğəmbər ocağında girdik çardağın altına. Ətrafda səs-küy, ağlaşma səsləri
gəlirdi. Burada cəbhə bölgəsində şəhid olanları yuyub-kəfənləyirlər. Çardağın altında yerə böyük xalı salınmışdı. Xalının da üstündə bir tabut
qoyulmuşdu. Bir hərbçi oğlan bizə yaxınlaşıb dedi ki, ana kimi axtarırsınız? Dedim ki, Nicat İsgəndərovu. Başını aşağı saldı...Dedim bala, düzünü
de, o tabutdakı mənim oğlumdur?!.. Dinmədi. Peşiman-peşiman ağlar gözləri ilə mənə baxdı... Xəndan cumdu tabutun üstünə ... “Qardaş” deyib
saçını yellərə verdi. Yenə dayanmışam heykəl kimi, mənə çatmır ki, Nicat niyə ölməlidir? Nicat niyə ölə bilər? Nicatın toyu olacaq axı? Onun
toyu necə vaya dönə bilər?! Axı mən Nicata toy xonçaları bağlayırdım... İndi onları neyləyəcəkdim?! Nicat ölə bilməzdi. Atası uşaqlıqdan onu elə
böyütmüşdü ki, bədəni bərkiyib dəmirə-daşa dönmüşdü. Soruşurdum ki, bala niyə sənin ətin bu qədər dəmir kimidir. Deyirdi ki, “ana mən
kəşfiyyatçıyam, mən dağda-daşda yatıram. Belə olmalıdır da bədənim...”.
Tabutu götürüb, ata-baba həyətimizə gəldik... Buraya gəlin gətirməli idik...
Aprelin 2-i hamı kimi, Tərtər camaatı da yatmamışdı. İnsanlar savaşda iştirak etmək üçün axın-axın döyüş bölgəsinə sarı gedirdi. Atılan
top mərmilərin, minamyotların, güllələrin səsi elə bil ki, Tərtər rayonunun içində idi. Yaxından uzaqdan, evimizə vay düşdüyündən xəbər tutan
insanlar gəlirdi. Bu həyət də gecə ilə dolub-daşdı. Nicatın yaxın və doğmaları tabutu açıb, onunla sonuncu dəfə görüşmək istəyirdilər. Bu zaman
qohumlardan birinin qışqırıq səsinə hamı eyvana tərəf baxdı. Xəndanın bibisi qızı ağlaya-ağlaya gəldi ki, Xəndan evin zirzəmisinə girib,bıçaqla
ürəyinə xəsarət yetirib, qolunun şah damarını kəsəndə, onu görüb bıçağı əlindən alıblar… Dedim hə, bizim nəslin sonudur. Oğlum qabağımda
döşəli qalıb, qızım da əldən gedir. Deməli bu gün hamımız ölməliyik. Çünki dağılan tifağım daha tikilməyəcək. Sonra həkim gəldi. Xəndanın
yarası çox dərin deyildi, güclü stress keçirmişdi. Tabutun içərisinə əlimi salıb balamı tumarladım. Əllərini həmişə bükülü tutardı. Yenə də bükülü 332
idi əlləri. Ürəyinin üstündə yarası var idi. Xəndana görə, Nicatın tabutunu açıb, oğlumla son dəfə görüşə bilmədim. Səhər Nicatı elə evimizin
arxasında basdırdıq...(Pəncərəsinin həyətə açıldığı yer düz Tərtər şəhərinin qəbristanlığı idi. Pəncərədən isə Nicatın qəbri göründüyündən evimizin
arxasında basdırdıq deyir ana).
Oğlumu dəfn edəndən sonra Nicatın barmağındakı üzüyü də nişanlısına verdik. O da hər iki üzüyü öpüb-əziləyirdi. Boynunda gəzdirirdi.
Bu il aprel ayının 2-də Nicata il mərasimi verəndə, qız evinin adamları da gəlmişdi. Qızın nənəsi yaxınlaşıb Xəndana deyib ki, “qızımızı başqasına
ərə veririk, götürün üzüyünüzü, qaytarırıq sizə”. Xəndan da deyib ki, “o üzüyü mən verməmişəm, böyüklərim verib, yasımızı yola verək, sonra
gətirin verin yiyələrinə. İndi yas günü bizim öz dərdimiz özümüzə bəs deyilmi ki, yasın içində nişan qaytarırsınız?” Oğlumun ilindən 1 həftə sonra
nişanını geri qaytardılar. Nə deyim ki, oturub Nicatı gözləməyəcəkdi ki... getsin, xoşbəxt olsun.”
Onun uyuduğu yer ilə evin arası 20 metr olmazdı. Gecənin qaranlığında masmavi işıqlar yanırdı Nicatın daşa dönmüş otağında. İndi
Maya xanım da, Bəhruz kişi də gündə yüz dəfə o qəbrin başına dolanıb gəlirlər. Uşaqlığında Nicat bu yerlərdə oynayanda bir dəfə səsləmələri
ilə 30 saniyəyə qaçıb evə gələrdi. İndi həmin o 30 saniyəlik yerdə daşa dönüb dayanıb.
Döyüş yoldaşları: “Həmin gün əsgərlərimiz düşmən üzərinə hərbi parada getdikləri kimi gedirdilər. Nicat da yanındakı dostlarına deyib ki,
“müqəddəs torpaqlarda şəhid olmağa gedirəm. Şəhid olsam cənnətə düşəcəm. Allahın sevimli bəndəsi olacam. Biz bu gün tarix yazırıq. Əsgərlərin
ruhu o qədər yüksək idi ki, onları dünyanın ən güclü ordusu da əyə bilməzdi. Kəşfiyyat və döyüş qaydalarına uyğun olaraq, Nicat öz qrupu ilə
irəliləyirmiş. O qədər gedibmişlər ki, artıq düşmənin hər addımını lap yaxından hiss edirmişlər. Nicatın çox yaxınlığında hərbçi dostu, istehkamçı
Emin Əhmədov gedirmiş. Demək olar ki, onlar bir yerdə çiyin-çiyinə vuruşublar. Danışmaq mümkün olmayanda işarə ilə anlaşırmışlar. Gecənin
qaranlığında güllələr başlarının üstündən yağış kimi yağırmış. Lakin qarşıya irəlilədikcə, ermənilər onları görüb qaçırmışlar. Ermənidə olan
mövqeləri 40 dəqiqə ərzində ələ keçirmiş, 2 saatdan sonra isə 24 il erməni nəzarətində olan ən starteji yüksəklik olan Lələtəpəni almışdılar. Onlar
minalanmış sahələri təmizlədikcə, arxadan da komandir Mais Bərxudarovun başçılıq etdiyi hərbçilər köməyə gəliblər. Döyüş taktikası o qədər
mükəmməl qurulubmuş ki, əsgərlər irəlilədikcə, düşmənlər səngərləri qoyub qurtulmaq istəyiblər. Bu qürurverici səhnələri seyr etdikcə,
hərbçilərimizin sevinc səsləri göydəki atəş səslərinə qarışırmış. Nicat İsgəndərov ilə Emin Əhmədovun arasında 1-2 metr məsafə var idi. Birdən
Nicat Eminə“Məni vurdular” deyib əlindəki silaha bərk sarılaraq, dayandığı yerdən 10-15 metr qaça-qaça geriyə qayıdıb. Emin silah yoldaşının
geri qaçdığını və yaralı halda silahı da əlindən buraxmadığını görüb, ona köməyə gedib. Nicatın yanına çatanda görüb ki, o yerə yıxılıb. Emini
görəndə əlindən yapışıb “Qoyma ölüm, qoyma ölüm” deyib. Emin “Nicat qorxma, heç nə olmayıb, indi uşaqlar gəlib səni aparacaqlar” deyərək
ürək-dirək verib. Onu ermənidən təzəcə təmizlədikləri DOD-un yanına qoymaq istəyəndə, elə bil ki, Nicata yenidən güc-qüvvət gəlib. Ayaqlarını
yerə dirəyib, sanki yenidən döyüşə getmək istəyirmiş...
Və birdən Emin hiss edib ki, Nicatın bədəni boşaldı... Başqa əlacı yox idi. “Sançast, sançast” deyə qışqırıb Nicata kömək etməyə həkim
briqadasını çağırıb. Döyüş dostunu güllələrin altından nisbətən kənara çıxara bilmişdi deyə, yenidən döyüşə girmək üçün irəliyə qayıdanda onun
da böyrünə qumbara düşüb... Elə həmin vaxt, aprelin 2-də səhərin alatoranında, Nicat şəhadətə qovuşanda, Emin də ağır yaralanıb... Bir neçə
dəqiqə Emin heç nə eşitməyib, və heç nə görməyib... Hissiyatı nisbətən özünə qayıdanda döyüşün ikinci dəstək qrupu artıq onlara yaxınlaşıb,
həkimlər gəlibmiş. Onu xərəyə qoyub çıxaranda, kimsə dedi ki, Nicat elə indicə şəhid olub... Nicatın yarasından qan axırmış... Əslində Eminin də
bədəni deşik-deşik olmuşdu... yaraları ağır olduğundan onu döyüş meydanından çıxarıb təcili Əhmədbəylidəki hospitala göndəriblər.”
Bəhruz İsəndərov (atası): Dövlətimizin bugünkü gücü o zaman yox idi. Düşmənin atdığı toplar onda da gəlib həyətimizə düşürdü. Hələ 333
bu gün də yaşadığım bu həyətdə partlamamış mərmi var. Nicatın 2-3 yaşı olardı. O vaxt evin həyətinə gəlib top mərmisi düşmüşdü. Onda heç
birimizə xətər dəymədi. Tanrı Nicatı böyütdü, ucaltdı ki, Vətənimizə şad xəbər gətirənlərdən olsun. Bizim bu Tərtər tərəfdə olan yüksəkliklərdə
ermənilər dayanmışdılar. Rus onları təpədən dırnağa qədər silahlandırmışdı. Biz heç təklülə tapmırdıq onlara ataq. O vaxt döyüş səriştəmiz,
komandirimiz yox idi. Hərə əlinə bir silah alıb komandirlik edirdi. Başımıza nə gəldisə, nizamlı ordumuzun olmamasından, zəifliyimizdən gəldi.
Ruhən zəif deyildik, silah təminatından zəif idik. Hərc-mərclik var idi. İndi şükür Allaha güclənmişik. Müzəffər və mükəmməl odrumuz var.Nicatı
da o illərdə böyütdüm. Əlbəttə,onu elə əsgər kimi böyütmək istəyirdim. 3 yaşı olanda artıq sərbəst idman edirdi. Aparıb karate məktəbinə
yazdırmışdım. Deyim ki, məktəbdə əla oxuyurdu, yalan olar. Lakin məktəbin ən fəal şagirdi idi. Ən çətin işlərin dalınca o gedərdi. Çünki haraya
getsə, əliboş qayıtmırdı. Mən ona boş vaxt saxlamırdım. Dərsdən sonra idmanla, işlə məşğul olurdu. Dəmir kimi döymüşdüm onu, vaxtından əvvəl
bərkitmişdim. 2007-2009-cu illərdə hərbi xidmətə yollandı. Bakıda keçirdi hərbi xidmətini. 1 il yarım ərzində bir dəfə də olsun yanına getmədik.
Qardaşım Eldar Bakıda olduğundan o gedib-gəlirdi. Hər dəfə Nicatın görüşündən qayıdandan sonra, dil-boğaza qoymurdu. Bir gün də əsgərlikdən
məzuniyyət götürüb evə gəldi. Hərbi paltarda oğlumu görəndə matım-qutum qurudu. Qarşımda boylu-buxunlu, yaraşıqlı bir zabit dayanmışdı.
Hərbi forma ona necə yaraşırdı. Dedim oğul, vallah, sən elə əsl hərbçisənmiş... Əsl döyüşçü sənin kimi olar. Əsgərliyini çəkib gələndən sonra
gedib bir-iki ay Bakıda qardaşımın yanında dülgərlik elədi. Bizim dədə-baba sənətimiz dülgərlikdir. Sonra bir gün gəlib dedi ki, “ata, mən bu
işləri ürəkdən görə bilmirəm. Adam gərək hər işini cani-dildən görsün. Mənim könlüm hərbidə qalıb. İzn ver, gedim, peşəmi təkmilləşdirim”.
Gedib 3 aylıq MAXE kursunu oxudu. Sonra Sumqayıtın yaxınlığında Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə qulluq etdi. Bir
müddət sonra TTM-də 6 aylıq kurs keçdi. Ona demişdim ki, Quru Qoşunlarından başqa yerə yazılma. Mənə “hə” dedi. Lakin sən demə ömründə
ilk dəfə məsləki xatirinə məndən icazəsiz iş görüb, özünün seçdiyi peşəyə yiyələnmək üçün gedib kəşfiyyata yazılıb.Aprelin 1-dən 2-nə keçən
gecə idi. Bir də gördüm ki, ev silkələnir. Elə bildim zəlzələdir. Çıxdım küçəyə, baxdım ki, məhəllənin adamları hamısı çöldədir. Dedilər ki,
ermənilər atırlar. Dava başlayıb. İnanmadım. Bir az keçəndən sonra gerçəkdən anladım ki, atılan topdur, minomyotdur, gələn güllə səsləridir...
səhərin alatoranlığında getdim iş yerimə, orda da qərar tuta bilmədim. Maya Bərdədə qardaşıgildə idi. Mən də getdim ora. Qaynım oğluna dedim
ki, Nicatdan bir xəbər öyrənin, telefonuna zəng çatmır. O tərəfdə bir yaxın qohumum hərbi xidmətdədir. Ona zəng vurdum. Söylədi ki, xəbər
öyrənib deyəcək. Sonra yeznəmlə, qızımın əri ilə danışdım. O da dedi ki, xəbər bilən kimi bizi də agah edəcək. Nicatı çox böyük təntənə ilə dəfn
etdilər. Ölümündən sonra onu Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev “İgidliyə görə” medlı ilə təltif etdi. Nicat mənim
nəfəsim idi, Nicat haqqında kitablar yazsam, bitib-tükənməz. Nicat mənim xəzinəm idi. İndi qızımın böyük oğlu Nihadı öz adıma keçirib, onu
evimin varisi etmək istəyirəm. Bu yurdum boş qalmasın. Bu həyət mənə ata-babamdan yadigardır. Barı məndən sonra Nicatın qəbrini hər gün
ziyarət edən olsun. Hər gün pəncərəsində də, daş otağında da işığını yandıran olsun. Nədirsə, işimi çətinə salıblar, o uşağı mənim adıma keçirmək
istəmirlər. Mən də yurdumun boş qalmasını istəmirəm.”
Xəndan İsgəndərova (bacısı): “Nicatla bir-birimizə çox bağlı idik. Mənim toyumda ona söz verdilər. Dedi ki, “mən bacım haqqında nə
deyim, o mənim, dünyamdır”. Nicat da mənim dünyam idi. Anama “mama”, mənə “ana” deyirdi. Sirrimiz-söhbətimiz bir idi. Bir gün gəlib mənə
dedi ki, kəşfiyyata yazılıb. Ürəyimdə həyəcan keçirsəm də, onun kəşfiyyat bölüyünə yazıldığını kimsəyə demədim. Anam qəfildən bilmişdi. O
aprel gecəsindən 1 gün əvvəl - 31 martda Nicatdan telefonla səsli məktub aldım. Belə deyirdi: “Ana mən gedirəm, mamagilə heç nə demə. Hara
getdiyimi deyə bilmərəm, ana, sadəcə deyirəm, hər şey ola bilər... Gecəniz xeyrə qalsın... hamınızı öpürəm”. Dəli oldum ki, bu nə söz, bu nə
söhbətdir. Ancaq ki, səsini bir də dinlədim. Baxdım ki, yolla irəliləyən çoxlu maşın səsləri gəlir. Arada bir güllə səsləri də eşidilir. Sonra
axşamüstü saat 5-də telefon açdı. Dedi ki, “bacı, ayın 2-si gələcəyəm. Heç kimi yox, səni, uşaqları, ata-anamı götürüb gedəcəyəm Peyğəmbər
ocağına. Qurban kəsəcəyəm”. Dedim “ay qardaş, Allah qəbul eləsin”. Fikirləşdim ki, toyuna görə öz ürəyində qurbanlıq tutub, əlbət, onu kəsmək
istəyir. İndi həmin günlərdəki dostları ilə olan danışıq səslərini də toplayıb saxlamışıq. Dostları ilə elə ruh yüksəkliyi, elə sevgi ilə danışırdı ki...
Ancaq onlarla da danışığında vəziyyətin gərgin olduğunu, gedib də qayıtmamaq kimi bir təhlükənin olmasını anladır. Hətta səsli məktubunun
birində deyir ki, “Hamıyla hallaşdım, təkcə atama deməyə ürək eləmirəm...”. (http://anl.az/down/meqale/xalqcebhesi/2017/dekabr/570139.htm).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
334
(Nicat İsgəndərovun valideynləri)
335
336
MAXE SƏBUHİ RƏFAİL OĞLU MUSAYEV
“Şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları
silinər.”(Həzrət Məhəmməd Peyğəmbər)
Doğum tarixi: 16 iyun 1987-ci il. Bərdə rayonu, Mustafaağalı kəndi 337
Vəfat tarixi: 2 aprel 2016-cı il. Goranboy rayonu, istiqamətində
Dəfn edilib: 7 aprel 2016-cı il. Bərdə rayon, Mustafaağalı kəndi
Qoşun növü: A.R.Quru qoşunları.
“"İgidliyə görə" III dərəcəli medalla təltif edilib.
1 oğul (Fərid) övladı var.
16 iyun 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olan, 2 aprel 2016-cı il
tarixdə cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil
hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Səbuhi Musayev 7 aprel
2016-cı il tarixində böyüyüb boya-başa çatdığı Bərdə rayon Mustafaağalı kəndində son mənzilə yola
salınmışdır.
S.MusayevAzərbaycan Daxili Qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra təhsilini bu
sahədə davam etdirməyi qərara almışdı. Daha sonra Müddətdən artıq hərbi xidmətə yazılmışdı.
Turanə xanım (həyat yoldaşı): “Eyni kənddə doğulub böyümüşük. Eyni məktəbdə təhsil almışıq.
Elə orta məktəb vaxtından Səbuhi məni bəyənib. İlk vaxtlarda xəbərim olmayıb. Lakin sonradan bildim ki,
belə məsələ var. Kənd yeri olduğundan ali təhsil ala bilmədim. Düzü, heç özümün də marağım yox idi. Elə orta məktəbi bitirən kimi nişanlandıq.
Səbuhi məndən bir neçə sinif yuxarıda oxuyurdu. 1 il nişanlı qaldıq. Biz nişanlı olanda Səbuhi hərbi məktəbə sənəd versə də, qəbul olmadı.
Bilirdim ki, mütləq hərb sahəsinə xidmət etməyə gedəcək. Onun hərbçi olmasına ilk gündən etiraz etmədim. Çünki müharibə kabusunun nə demək
olduğunu bilmirdim.
Birinci Qarabağ savaşını görmədiyimə görə hərb sahəsinin çətinliyini də gözə almırdım. Axı neçə illərdir ki, ölkəmiz atəşkəs rejimində
yaşayır. Mən qanlı müharibələrin içində böyüməmişəm. Səbuhini hərbi geyimdə sevinclə qəbul edirdim. Amma “Aprel hadisələri” baş verəndə əsl
müharibənin nə olduğunu bildim. 6 il ailəli olduq. Nə yaşadıq ki, bir yerdə! İnsan itkisi hər mənada ağırdır. Amma itirdiyin insan həyat
yoldaşındırsa, deməli, bir ömürlük qəlbində böyük yara ilə yaşayacaqsan. O günləri yadımdan çıxara bilmərəm. Beynimizə həmin anlar elə həkk
olub ki, ətrafda baş verənlər bizə adi gəlir. Mən insan itkisini fərqli yaşadım. “Aprel hadisələri” zamanı hər dəqiqə cəbhədən ölüm xəbərləri
gəlirdi. Həyəcansız yaşamaq qeyri-mümkün idi. Təsəvvür edirsiz, danışdıqca titrəyirəm. Elə bilirəm ki, hadisə indi baş verib. İndicə Səbuhinin
şəhid xəbərini almışam. O vaxtlar evdə oturmaq mümkün deyildi. Divarlar, əşyalar adamı sıxırdı. Televizordan, internetdən xəbərlər eşitdikcə,
oxuduqca heç nə olmamış kimi sakit oturmaq olmurdu. Səbuhi ilə mütəmadi olaraq əlaqə saxlayırdım. “Hər şey yaxşıdır. Qayıdacam. Narahat 338
olma” deyirdi. Səsini eşidəndə müvəqqəti təskinlik tapırdım.
2016-cı ilin Novruz bayramını gülə-gülə qeyd etdik. O, Goranboydakı hərbi hissələrdən birində xidmət etdiyi üçün ailə olaraq hərbi
şəhərcikdə qalırdıq. Elə oldu ki, bayramı evdə keçirib hərbiçi yoldaşıgilə getdik. Bir yerdə maraqlı bayram keçirtdik. Heç demə, biz sonuncu dəfə
belə ürəkdən güləcəkmişik. Sonuncu dəfə ailə olaraq bir masa ətrafında əyləşəcəkmişik. Səbuhi evdə ordu barədə heç nə danışmırdı. Amma martın
sonları nəsə bir gərginlik olacağını dedi. Bu məsələnin üzərində çox da dayanmadı. Amma martın 31-də sonuncu dəfə evə gəlib hazırlaşıb getdi.
Gedəndə döyüşə yollanacağını gizlətmədi. Aprelin 1-dən başlayaraq vəziyyət çox pis idi. Hər dəqiqə şəhid xəbərləri gəlirdi. Səbuhi ilə telefonda
danışarkən çox ümidli və sevincli idi. “Bayrağımızı Şuşaya sancacağıq. Az qalıb. Sevinin” deyirdi. Biz isə həyəcan və qorxudan birtəhər
olmuşduq. Amma Səbuhi elə sevinirdi ki!..
Rəsmi şəkildə aprel döyüşlərinin 4 gün olduğunu deyirlər. Elə mən də düz aprelin 6-na qədər Səbuhi ilə əlaqə saxlaya bilmişəm. Sonuncu
danışığımız aprelin 6-sı axşamüstü saat 6-da olub. Demək ki, aprelin 6-na qədər də döyüşlər gedib. Sadəcə bizlərə heç nə deməyiblər. Həmin gecə
məni sanki boğurdular. Başımı yastığa qoya bilmirdim. İçimdə narahatlıq, gərginlik vardı. Heç demə, Səbuhi şəhid olubmuş. Bu da mənə əyan
imiş. Tabutunu həyətə gətirəndə icazə vermədilər açıb baxım. Hələ də elə bilirəm ki, tabutdakı Səbuhi deyildi. Sonra düşünürəm ki, sağ olsaydı bu
vaxta qədər bizi tək qoymazdı. Bilirdi ki, onun yoxluğuna alışmağım çox çətindir.
2016-cı il yadıma düşəndə havalanıram. Həmin günlərdə Səbuhisiz yaşamaq istəmədim. Amma bir övladımız var. Onu gözümün qabağına
gətirdim. “Atası şəhid oldu. Heç olmasa anasız böyüməsin” dedim. Səbuhi şəhid olanda oğlumuz Fəridin 5 yaşı vardı. Uşaq atasızlığı elə o gün
yaşadı. Uşağım vaxtından əvvəl böyüdü. Bu gün atasının məzarını ziyarətə gedəndə kənarda dayanır. Heç yaxın gəlmir. O gündən sonra atası
barədə bir kəlmə də soruşmur. Atasının məzarı başına gedəndə uzaqdan gözlərindəki kədəri oxumaq olur. Müharibə uşaqları çox dəyişdirir. Fərid
yaşıdlarından çox fərqlidir. Hiss edirəm ki, o da mənim kimi Səbuhinin qayıdacağını gözləyir.
Artıq “son” kəlməsinə də nifrət edirəm. Sonuncu görüş... Sonuncu bayram... sonuncu baxış.... Niyə Səbuhi ilə hər şeyin sonunu
yaşadıq?!... Niyə sonumuz belə gəldi?! Səbuhi şəhid olanda boğulurdum. “Şəhid xanımısan” deyib təsəlli verənlər o qədər çox oldu ki!... Hamı
sağ olsun, amma öz evində. Düzdü, Səbuhi şəhid olandan sonra dövlət bizə ev verdi. İnanın, hər gün deyirəm ki, kaş o ev bizə verilməyəydi...
Amma Səbuhi yanımızda olaydı. Yenə də əvvəlki kimi qapını döyəydi. Biz də sevinə-sevinə qapını açaydıq. Həyatda nə pul, nə də ev sevdiyim
insanı əvəz edə bilər. Bu, mümkün deyil. İnsan nə qədər “kaş ki...”deyər. Səbuhi şəhid olandan sonra ata-anam yanımda qalır. Amma kimsə
Səbuhinin yerini verə bilməz. Heç vaxt kimsə Səbuhinin yerini tuta bilməz. Səbuhinin övladı ilə bağlı arzuları vardı. Onun yaxşı təhsil almasını
istəyirdi. Hər il aprelin 23-də oğlumuzun doğum gününü sevə-sevə qeyd edirdik. İndi aprel ayı gələndə bir başqa əhvalda oluram. Səbuhi də
apreldə şəhid oldu. Bir növ aprel təqvimi məni sıxır”.(https://modern.az/az/news/155932).
Reyhan xanım (nənəsi): “Səbuhi axırıncı dəfə novruz bayramında gəlmişdi evə. Gizlənmişdi, torba atmışdı qapıya. Mən də bilmədim ki
budur. Götürüb torbasına bayram payı qoydum. Bir də gördüm kənardan çıxdı. Elə sevindim ki...Bayramlaşdıq. Sonra da məni götürüb evlərinə
apardı. Bayramı bərabər keçirdik. Axırıncı dəfə evdən gedəndə bayrağı öpdü. Dedim “oğul nolub, niyə öpürsən bayrağı?” dedi ki, “nənə biz o
bayrağın çörəyini yeyirik”. Sonra da Mingəçevirdə olan bütün qohum-əqraba ilə bayramlaşmışdı. Səbuhigil iki qardaşdır. 1 oğlu var. Uşağı
bilmirik necə kiridək. Elə hey deyir ki, “məni atanın yanına aparın”. Atası evə gələndə toy-bayram olurdu uşaq üçün.
Aprelin 6-da anasına zəng vurub deyib ki, narahat olmasınlar olduğu yer sakitçilikdi, ermənini də qovub çıxardıblar. Sonra içindən
keçənləri anasına deyib: “Üç gündür ki, çörək də yemirik, vaxtımız da yoxdur, başımız qarışıb müharibəyə. Tankla analarını ağlatmışam...Bayrağı
da aparıb sancmışıq... 5-6 günə gedib Şuşaya da sancacağıq bayrağı”. Yaxın qohumları ilə danışandan sonra oturub dostları ilə nahar ediblər.
Torpaqları aldıqdan sonra ilk dəfə imiş çörək yeyirmişlər. Süfrə təzəcə açılıbmış ki, ermənilər tərəfindən mərmi atılıb. Tankın yanında patlayan
mərminin qəlpələrindən biri də Səbuhiyə dəyib. Həmin andaca şəhid olub.”
Tapqaraqoyunluda düşmənlə üz-üzə səngərdə ruhu göylərə qovuşan 27 yaşlı Səbuhi vətənpərvər oğul idi. Hərbidə qulluq etməyi şərəfli iş
sayırdı. Hətta Mustafaağalı kəndindən beş nəfəri də hərbiyə aparmışdı. Arzuları tükənməz idi. Böyük külfət sahibi olmaq istəyirdi. Ancaq tale ona
elə ömür yazdı ki, bircə balası Fəridi böyütmək qismətindən belə ayrı düşdü.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
339
(Səbuhi Musayev və həyat yoldaşı Turanə xanım)
340
341
MAXE ADİL KAMRAN OĞLU ADİLZADƏ
“Mən gözümü qırpmadan vətənim üçün canından keçən Adiləm. Həyata bir
də gəlsəm, bir də şərəflə vətənim üçün şəhid olardım...”
(şəhidin instaqram statusu)
Doğum tarixi:17 aprel 1993-cü il. Mingəçevir şəhəri. 342
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonu.
Dəfn edilib: 11 aprel 2016-cı il. Mingəçevir Şəhidlər xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi. Ailənin tək oğul övladı idi.
Adil Adilzadə Kamran oğlu 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olmuşdur. 2000-
ci ildə Mingəçevir şəhər 1 sayılı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2006-cı ildə yaşayış yerini
dəyişməsi səbəbiylə Bağlar yaşayış mosivinin yaxınlığında yerləşən 20 sayılı tam orta məktəbin 6-cı sinfinə
daxil olmuşdur. İdmana, xüsusilə futbola olan marağına görə təhsilini yarımçıq qoyub, futbol klubunda
arzusunun ardınca getmişdir. Məktəb illərində də futbol və basketbol yarışlarında fəxri fərman və medalla
təltif edilmişdir. Əsgərlik yaşı çatdığından 2011-ci ildə futbolu da yarımçıq qoyub hərbi xidmətə getmişdir.
Hərbi xidməti ön xəttə Beyləqan rayon N saylı hərbi hissədə keçmişdir. 2012-ci ildə hərbi xidməti kiçik
çavuş olaraq başa vurmuşdur. Xidmətdən sonra müxtəlif yerlərdə işləsə də, 2015-ci ildə arzusunu
gerçəkləşdirib hərbçi olaraq ordu sıralarına daxil olmuşdur. 2016-cı il aprelin 2-də şəhid olmuşdur. 17 erməni öldürmüş, qolundan yaralanmasına
baxmayaraq döyüşməyə davam etmişdir. Qarşı-qarşıya döyüşlərdə Adil Adilzadə ilə bacarmayan ermənilər onu snayperdən açılan atəşlə qətlə
yetirmişdir. Ailəsiylə son görüşü Novruz bayramında olmuşdur. Elə son gəlişində anasına qohumlarından bir qıza elçi getməsi barədə istəyi
olduğunu bildirmişdir. Qızın ailəsinə xəbər edilmişdi. 9 aprel atasının, 17 aprel isə özünün ad günü idi. Demişdi ki, nə öz ad günümə nə atamın ad
gününə gələcəm. Dostum Anarın ad gününə gələcəm. Birlikdə qeyd edərik. Həm də elçi gedərik. Lakin 9 aprel atasının ad günündə ailəsi Adilin
ölüm xəbərini aldı. Ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilmişdir.
Adil elə əsgərliyi dövründə özünü daha çevik və nizamlı əsgər kimi göstərib. Elə həmin vaxtlardan hərbiyə olan marağı onun orduda
davam etmək qərarı ilə yekunlaşmışdı. Bundan sonra Adil 2015-ci ilin ortalarından Naftalan rayonunda N saylı hərbi hissədə, Tərtər postunda
Müddətdən Artıq Həqiqi Hərbi Xidmət hərbi qulluqçu vəzifəsində xidmət edir. Onun xidmət apardığı istiqamət düşmənlə birbaşa döyüş nöqtəsi 343
olmasına baxmayaraq o bundan qürur hissi keçirdiyini deyirdi. 2016- cı il Aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan ordusu yenidən
təxribata əl atır. Artıq geriyə yol yox idi. Düşmənə layiqli cavab verməyin əsl zamanı idi. Şəhid Adil Adilzadə də digər döyüşçü yoldaşları kimi
düşməni geri oturtmaq üçün hücum əmrini gözləyirdi. Nəhayət o əmr gəlir. Hələ 23 yaşı tamam olmayan qəhrəman döyüşçü silahdaşları ilə birgə
düşməni geriyə çəkilməyə məcbur edir. Artıq döyüşlərin miqyası və şiddəti artırdı. Düşmən xeyli geri çəkilmiş və ordumuz onlara üstün gəlirdi.
Bu zaman Naxçıvandan olan komandirləri şəhid leytenant Qabil Orucəliyev düşmən tərəfə hücuma keçməyi əmr verir. Adil Adilzadə və baş
leytenant Cavid Gülbala oğlu Dədəkişiyev də onunla birgə düşmən üzərinə hücuma keçirlər. Tərtər istiqamətində gedən qızğın döyüşdə düşmənə
ağır zərbələr endirilir. Həmin döyüşdə tək Adil Adilzadə 17 erməni əsgərini məhv edir. O qolundan güllə yarası almasına baxmayaraq döyüşü
davam etdirib. Bir neçə saat döyüşdən sonra hərbçilərimiz düşmən snayperindən açılan güllədən şəhidlik zirvəsinə ucalır. Qeyri-bərabər
qüvvələrin döyüşündə çoxsaylı ermənini məhv etməyi bacaran bu 3 igid düşmənin işğal etdiyi Azərbaycan torpaqlarında qalır. Döyüşçü yoldaşları
onların köməyinə gəlsə də artıq onların vurulduğunu və meyitinin düşmən tərəfindən götürüldüyünü görürlər. Düşmən tərəfi qəhrəman
hərbçilərimizin meyitini yalnız 10 aprel tarixində geri qaytarır. 11 aprel 2016-cı il tarixdə Mingəçevir izdihamla öz qəhrəman şəhidini torpağa
tapşırır. Bu sadəcə dəfn yox, bir insan selinin iştirak etdiyi vida mərasimi olur. Adilin döyüşdə göstərdiyi igidlik bütün Mingəçevirə və
Azərbaycana yayılır.
Gülnarə Abdullayeva (anası): "Oğlumun ən böyük arzusu şəhid olmaq idi. O, hərbi xidmətini başa vurduqdan sonra dedi ki, ana, mən
hərbidə işləmək istəyirəm. Onu da deyim ki, Adil həm evdə, həm də cəmiyyət arasında sevilən bir uşaq olub. Böyük, kiçiyin hörmətini həmişə
saxlayıb. Həmişə deyirdi ki, mən də Mübariz kimi mübariz olmaq istəyirəm. Ailəmizin yeganə oğul övladı idi. Ümidimizi ona bağlamışdıq. O,
hərbidə olanda tez-tez yuxuma girirdi. Elə şəhid olan günündən bir gün əvvəl yuxuda gördum ki, rəhmətə gedən ata nənəsi və əmisi qırmızı paltar
geyinib oynayırlar. Mən də komandirin dizinin altında oturmuşam, deyirəm ki, ay komandir, nə olar mənim balamı qoyma ölməyə. Sonda özünü
gördüm, sinəsi açıq qapımızdan girib təəccüblə məni axtardı. Mən də özümü onun üstünə atdım. İnandırım sizi, yuxuda balamın iyi burnuma gəldi.
Səhər ayılanda heç kimə bu yuxu haqqında bir söz demədim. Onun əkdiyi ağacları suladım, mənə demişdi ki, güllərimə yaxşı qulluq edərsiniz. Sən
demə, həmin gün mənim balam şəhid olubmuş. Aprelin 9-u atasının ad günü idi, atası mənə dedi ki, Adil mənə sürpiriz edəcək, bu gün gəlməlidir.
Amma həmin gün sən demə, oğlum erməni xainlərinin gülləsinə tuş gəlib. Oğlumun istədiyi qız var idi. Onun da qisməti belə gətirdi. Oğlum
Mingəçevirdəki 20 saylı məktəbin məzunu olub. Bir şəhid anası kimi istəyərdim ki, həmin məktəbə mənim oğlumun adı verilsin. Adının
əbədiləşdirilməsini istəyirəm. Bəlkə bununla bir təsəlli tapam. Elə bir gün olmasın ki, oğlum yadımdan çıxsın. Bir onu bilirəm ki, balam arzusuna
çatdı, şəhid oldu. Biz onu çox əzab, əziyyətlə böytmüşdük. Yaxşı yadımdadır, oğlum dünyaya gələndə qonum-qonşular göz aydınlığı verdilər ki,
ay qız, oğlun olub, arxan, dayağın var. Oğlum nəinki mənə, öz elinə, obasına dayaq oldu. Fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid oldu. Bu gün
övladları şəhid olmuş valideynlərin mənəvi dəstəyə ehtiyacları var. Gözlərimizi zilləyib qapıya baxırıq ki, kimsə qapımızı açacaq, dərdimizə şərik
olacaq. Vallah, nə gizlədim, yoldaşım Kamran da, mən də xəstəxanadan yeni çıxmışıq. Ev şəraitimiz acınacaqlı olduğundan, nəmişlikdən əziyyət
çəkirik. Sağ olsun oğlumun dostları yenə onlar bizə dəstək olurlar. Yaşadığımız Günəşli bağ massivinə oğlumun adını verdilər. İstəmirəm ki,
küçəmiz də oğlumun qaranlıq dünyası kimi qaranlıq olsun. Küçələrimiz qaranlıq zülmət içindədir. İşıqlanma sistemi yoxdur. Bir yerə gedəndə
yenə sağ olsunlar bu uşaqlar gəlib bizi aparırlar. Oğulsuz yaşamaq çətindir. Dərdini özgəyə bir dəfə deyirsən, ikinci dəfə demək olmur”.
Kamran dayı (atası): “Hər dəfə gedəndə arxasıca su atırdıq. Axırıncı dəfə suyu atanda elə bil anasının ürəyinə dammışdı ki, onun son 344
gedişi idi. Aprelin 1-də telefonla danışdıq. Hər gün zəng edirdim. Sonuncu dəfə mart ayının 31-də 18:00-da telefonla danışdıq. “Alo” deməmiş
oğlum telefonda “Ata, bax niyə zəng eləmisən? Demişəm axı, hər şey yaxşıdı”.dedi. Dedim ki, “yaxşı eləmişəm, oğlumsan, dedim bir səsini
eşidim”.Adil də “ata, mən burada vətən qoruyuram, kefə gəlməmişəm” dedi. Əsəbi olduğunu səsindən anlayıb, “bala, sənə də qurban olum, vətənə
də, amma ata olanda niyə hər gün zəng elədiyimi anlayacaqsan”, deyib telefonu söndürdüm. Sən demə Adil hərbi əməliyyatın keçiriləcəyini
bilirmiş, narahat etməmək üçün tələsik şəkildə məni “yola” verib.
Əməliyyat başlayıb. Leytenant Qabil Orucəliyev, baş leytenant Dədəkişiyev Cavid və Adil ön sıralara keçib, döyüşə-döyüşə irəli gediblər.
Qabil, Cavid və Adil 17 erməni öldürüb, bir postu alıblar. Öz silahlarında güllə qurtarıb, ermənilərin güllələrini götürərək, onları atəşə tutublar. 23
yaşı olmasına bamayaraq, ailəcanlı övlad idi. Vətənpərvər idi. Elə onunla birgə vuruşlarda iştirak etmiş iki dostu – Qabil də, Cavid də elə idi.
Onlar ermənilərin 2 postunu almışdılar. Üçüncü postu alanda onları vurublar: üç dost şəhid oldu”.
Elnur Qarayevin (dostu): “Milli Qəhrəman adına layiqdir o. Yeri gəlmişkən, onu da deyim ki, hər bir şəhidimiz bizim qurur
mənbəyimizdir. Şəhidlik elə bir zirvədir ki, o zirvəyə hər kəs yüksələ bilmir. Bu zirvəni fəth edənlərə isə fateh deyirlər. 23 illik qısa ömür sürən
Adil, bu zirvəyə yüksəldiği üçün ailəsinin hər kəsin sevimlisinə çevrildi. Mən Adilin atası və anası qarşısında baş əyirəm, təşəkkür edirəm ki, belə
bir övlad böyüdüblər. Arzumuz budur ki, işğal altındakı torpaqlar azad olunsun”.
(https://www.yeniavaz.com/az/newscontent/znewscontent/31408/aprel-doyuslerinde-17-ermeni-herbcisi-olduren-sehidimiz-adil-adilzade). Şükür
bu günlərə ki, torpaqlarımız işğaldan azad edildi.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
345
(Adil Adilzadənin anası Gülanrə xanım və bacısı Könül xanım)
346
(Adil Adilzadənin atası Kamran Adilzadəı)
347
348
349
(Adil Adilzadənin uşaqlığı)
MAXE RAHİM QARA OĞLU TAĞIYEV
“Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv
edəcək bir qüvvə yoxdur.”( M.İ.Kalinin )
Doğum tarixi: 10 noyabr 1979-cu il. Mingəçevir şəhəri, (əslən Şəki 350
şəhərindəndir).
Vəfat tarixi: 10 iyul 2016-cı il. (2 apreldə yaralanıb) Talış kəndi
uğrunda döyüşlərdə .
Dəfn edilib: 10 iyul 2016-cı il. Mingəçevir Şəhidlər xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
3 övladı (Nicat, Nihat və Ülkər) var.
Aprel döyüşlərində tankı ilə ilk dəfə hücuma keçən,
çəkinmədən düşmən üzərinə yeriyən, onları torpaqlarımızdan qovan
igidlərimizdən biri də tank komandiri gizir Rahim Tağıyev olub.
Rahim Tağıyev 1979-cu ilin 10 noyabrında Şəki rayonunun
Əliyar kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirib, 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılmış, aprelin 12-dən hərbi xidmətə
başlamışdır. Həmin müddətdə gizirlər məktəbinə daxil olan Rahim Tağıyev, 1999-cu ildə həmin məktəbi tank komandiri ixtisası üzrə bitirmişdir
(Şəhla Mirzəyeva. Bütün şəhidlərin bacısıyam.Bakı: Ecoprint, 2019, s.100)
Ailədə 5 qardaş, 3 bacı olan şəhid hərbiçi 3 uşaq atası olub. 18 il şərəf və ləyaqətlə Azərbaycan ordusuna xidmət edən R.Tağıyev aprelin 2-
də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman ağır
yaralanmışdır. Döyüş zonasından çıxarılaraq Tərtər və Gəncə şəhər hospitalına, daha sonra isə Bakıdakı Hərbi Hospitala yerləşdirilmişdir.
Həkimlər R.Tağıyevin sağ qalsa belə, baş nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını bildirmişdilər. Tankçı aprel döyüşlərindən
sonra 3 dəfə cərrahiyyə əməliyyatı edilmişdir, 3 ay 7 gün koma vəziyyətində qalmış, səhhətində yaxşılığa doğru bir az irəliləyiş olsa da, 10 iyulda
səhər saatlarında dünyasını dəyişmişdir. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən
R.Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. (https://www.gununsesiaz.info/97-gun-
komada-qalan-s%C9%99hid-rahim-tagiyev-s%C9%99hidl%C9%99r-xiyabaninda-torpaga-tapsirildi/)