cəbhədə mənfur düşmənə qarşı qanlı döyüşdə şücaət göstərdi. Bunu taqım komandiri də, sağ qalmış döyüşçü yoldaşları da təsdiq etdi. Lakin 451
aprelin 2-də namərd düşmən gülləsi onu arzusunda olduğu Vətən yolunda şəhidlik şəhadətinə qovuşdurdu. İnanırıq ki, onun qanı yerdə
qalmayacaq, müzəffər Azərbaycan Ordusu tezliklə düşmən tapdağından torpaqlarımızı azad edib şəhidlərimizin ruhunu sevindirəcək. Deyilənə
görə son anda, komandirinə: “Komandir, başıma nə isə dəydi, bir anlıq qardaşım gözümün qarşısına gəldi...” deyib gözlərini
yumub.”(https://www.facebook.com/1577032422552801/posts/1686528324936543/).
Hər övladın valideyn üçün xatirələri unudulmazdır. Məsələn, uşaq vaxtının ayrı xatirələri, məktəb vaxtının ayrı xatirələri, necə böyüməyi və s.
Nurəddin şəhid olandan bu günə qədər onun etdiyi hərəkətləri, danışdığı sözləri fikirləşirəm, hər gün yadıma ayrı-ayrı xatirələr düşür. Nurəddin
çox ağır təbiətli idi, özünü hər zaman təmkinli aparırdı, məktəbdə də, kənd arasında da hörmətini qazanmışdı. Bir neçə dostlarından eşitdiyimə
görə sentyabrda məzuniyyətə gələndə danışıbmış ki, mən hiss edirəm ki, şəhid olacam. Hiss edirəm ki, qayıtmayacam. Oğlumun döyüş yoldaşları
ilə mütəmadi olaraq ünsiyyət qururam, şəhid ailələri ilə danışıram, onlarla söhbətdə də görürəm, anlayıram ki, Aprel şəhidləri hamısı seçmə
uşaqlar olmuşlar. 2016-cı ilin aprelini heç bir zaman unutmaram. Ayın 3-də kiçik oğlum Nəcməddini hərbi xidmətə yola salmaq üçün qonaqlıq
təşkil edəcəkdik.Qohum-əqrəba, qonum-qonşu, cavan uşaqlar hamısı qapımıza yığışmışdı. Ayın 2-dən cəbhədə vəziyyətin gərginləşdiyini bilirdik.
Nurəddin ayın 1-i mənə son dəfə zəng eləmişdi, hal-əhval tutmuşdu. Daha sonra əmisi oğluna çəkdirdiyi son şəklini atmış, onunla da
sağollaşmışdı. Əlqərəz, Nəcməddinin qonaqlığına hazırlıq gedərkən, həyətdən uşaqların yavaş-yavaş uzaqlaşdığını görürdüm, axşama artıq
həyətimiz boş qalmışdı. Kənd camaatı mənimlə danışarkən gözlərini qaçırdırdılar. Hamı özünü şübhəli aparırdı. Gecə saat 3-də qohumlardan zəng
gəldi ki, Nurəddin yaralanıb, kəndə gəlir. Təbii ki, yaralı insan kəndə yox, hərbi qospitala getməli idi. Həmin an hiss etdim ki, mən artıq şəhid
atasıyam. Özümü toparlayıb oğlumu qarşılamağa getdim". Məktəbi bitirəndə son zənglərinin təşkilatçısı Nurəddin idi. Hərəyə bir ədəd qırmızı gül
almağımı demişdi mənə. Mən aldım, sayı çatmadığı üçün, biri ağ gül oldu. Nurəddin həmin bu gülü özünə saxlamışdı...”
Uşaqlıq və gənclik illərini çətinliklə, zəhmətə qatlaşaraq keçirib. Uşaqlığından bəri həyatın hər üzünü gördüyündən
əsl insan,vətənpərvər bir gənc kimi formalaşmışdı. Orta məktəbi bitirdikdən sonra, 2015 – ci ilin yanvarında hərbi xidmətə getdi,
könüllü olaraq snayperçi olmağı seçdi. Ön cəbhədə - Füzuli istiqamətində xidmətə başladı. 2016-cı ilin aprel ayının 2-dən 3-nə keçən gecə
cəbhənin Füzuli istiqamətində düşmən təxribatının qarşısını alarkan şiddətli döyüşlərdə qəhrəmancasına şəhid oldu!
Nurəddin sanki bunu öncədən duymuşdu. Şəhid olmamışdan 2 həftə öncə qonşu ilə telefonla danışanda ona deyib ki, “Sənə bir şey demək
istəyirəm, amma heç kimə demə, mənə elə gəlir ki, qayıtmayacağam...”. Sonuncu dəfə danışanda dedi ki,
“Ata, narahat olma, biz yaxşıyıq. İndi danışa bilmirəm. Hamıya məndən Salam de. Sağ ol...”
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
452
453
ƏSGƏR MÜŞFİQ ARİF OĞLU ORUCOV
“Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.” (Rus atalar)
Doğum tarixi: 17 sentyabr 1994-cü il. Bakı şəhəri. 454
Vəfat tarixi: 4 aprel 2016-cı il. Tərtər rayonu.
Dəfn edilib: aprel 2016-cı il. Hövsan qəsəbəsi “Dədə Qorqud” məzarlığı.
Qoşun növü: A.R.Quru Qoşunları
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailənin tək oğul övladı idi. Subay idi.
Türk millətinin dili, dini, vətəni, bayrağı və varlığı, adət və ənənələri bu ölkədə
yaşayan insanlara əmanətdir. Əcdadlarımızın bu vətəni bizə necə əmanət etdiyinin
fərqində olmalıyıq və Əbədi Dövlət şüuru ilə nəsildən nəsilə ötürülməliyik. Bütün türk
dünyasının atası Mustafa Kamal Atatürk millətinin müstəqilliyini gənclərə əmanət
edərkən demişdi: “Ey Türk Gəncləri! İlk vəzifəniz, Türk müstəqilliyini və Türk
Cumhuriyyətini sonsuza qədər qorumaq və müdafiə etməkdir. " Vətən bir parça
torpaqdır, ancaq atalarımızın uğrunda şəhid olaraq qanını tökdüyü bir torpaqdır. Bu
mənada ölməz türk şairi Mehmet Akif Ərsoy
“Bastığın yerleri torpak diyərək keçme tanı /
Düşün altındakı minlerce kəfənsiz yatanı /
Sən şəhid oğlusan, incitmə yazıqdır atanı /
Vermə dünyaları alsan da bu cənnət vətənı!
…Kim bu cennet vatanın uğruna olmaz ki feda /
Şühəda fışqıracaq, toprağı sıxsan şühəda /
Canı, cananı, bütün varımı alsın da Xuda /
Etməsin tək vətənımdən məni dünyada cüda (Ayrılıq)” deyərək, dünyaya hayqırmışdır.
Uğrunda qan tökərək bu müqəddəs torpağı bizə əmanət qoyan şəhidimiz Müşviq Orucov 17 sentyabr 1994-cü ildə Bakıda doğulub. O, 7
nömrəli Zəngilan rayon məktəbində oxuyub. 700-ə yaxın bal toplayan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinin avtomatika və
kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən
səhər 7-yə qədər dondurma sexində çalışırmış. Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynləri ilə görüşüb. O, Naftalan şəhərində hərbi 455
xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Ariflə danışıb.
Şəhidin atası Arif Orucov oğlu ilə fəxr etdiyini deyib: “Oğlum hər zaman mənim başımı uca edib, son addımı ilə də nəinki ailəsinin, bütün
Azərbaycanın başını uca etdi.Vətən və torpaq uğrunda can verilməlidir. Vətən sağ olsun! Təki işğal olunmuş torpaqlarımızı geri alaq və
şəhidlərimizin qanı yerdə qalmasın”. Şəhidlə vida mərasimində Milli Şuranın sədri professor Cəmil Həsənli və AXCP lideri Əli Kərimli də iştirak
edib.
Şəhidin anası Aygün müəllimə ilə əlaqə saxladım, onlara baş çəkmək istədiyimi bildirdim. İş yoldaşım Fidan xanımla birlikdə getdik şəhid
Muşfiqin valideynlərini görməyə. Aygün müəllimə ilə nənəsi qarşılaşdı. Əyləşdik, az sonra atası Arif müəllim də gəldi. Çay içib söhbətləşdik.
Hərbi hazırlıq müəllimi olan Arif dayı da, Aygün müəllimə də Muşfiqin xoş xatirələrindən danışdılar. Nənəsinin yanaqlarından yaş süzülə-süzülə
bircə “bəs bunların (oğlu ilə gəlnini göstərərək) dərdini kim çəksin” dedi. Sağ olsunlar şəhidin məzarını ziyarət etmək istədiyimi bildirəndə, Arif
dayı Aygün müəllimə ilə birlikdə bizi “Dədə Qorqud” qəbristanlığına – Muşfiqin məzarına apardı.
Aygün Məmmədli (anası):“Məcburi köçkün kimi qeydiyyatdayıq. Yəqin nə vaxtsa bizə də ev verəcəklər. Amma Müşfiqin adının
əbədiləşdirilməsini istəyirəm. Ölkənin birinci xanımı Mehriban Əliyevanın köməkçisi zəng vurmuşdu. Ona da bu istəyimi bildirdim. Mən və həyat
yoldaşım 25 ildir Zəngilan məktəbində dərs deyirik. Müşfiq də o məktəbdə təhsil alıb. İstəyirik ki, təhsil aldığı məktəbə Müşfiqin adını versinlər.
Mən hələ qəbul edə bilmirəm ki, o yoxdu. Deyirdi “havalar isinsin, gələcəm. İndi adam yanıb-tökülür, havalar isindi, o gəlmədi”. Müşfiq
Zəngilanı bizim söhbətlərimizdən tanıyıb. Yataqxanada yaşamışıq. Qaldığımız ev indiki otağın yarısı boyda olub. Müşfiqlə bacısı eyni vaxtda
universitetə hazırlaşırdılar. Darısqal yataqxana otağında, dəhlizin səs-küyündə, evdə dizinin üstünə taxta qoyub dərslərini yazırdı. Əziyyətinin
nəticəsində Müşfiq 700-ə yaxın balla Azərbaycan Texniki Universitetinin Avtomatika və kompyüter texnikası fakültəsinə qəbul oldu.
Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyirdi. Havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırdı.
Oradan da çıxıb universitetə gedirdi. Bizə kömək etmək istəyirdi. Deyirdi, heç olmasa yol pulumu özüm qazanım. Sonuncu dəfə yanvarda onun
xidmət etdiyi Naftalan şəhərinə getdik. Əlində yenə kitab var idi. Deyirdi, kitab oxuyun. Bu kitabda pul qazanmağı öyrədirlər. Gülə-gülə dedim
ki, maman qurban, biz oxumağı öyrətmişik, sən də pul qazanmağın yolun öyrən, gələndə özünə bir iş qur. İxtisası da elə idi ki, gələn kimi iş
tapacaqdı.
1993-cü il oktyabr ayının 26-da hamımız Zəngilanı qoyub gəldik. 3 günə bir təhər Arazı vurub keçdik. İtkilərimiz olmadı. İtkilərimiz sonra
oldu. Vətən, torpaq, yurd, doğmalarının məzarının xiffətini çəkən o qədər həmyerlimiz, qohumlarımız qırıldı ki, dərddən, həsrətdən saralıb-
soldular. Çətindir vətənsizlik. Televizorda meşə, dağ, çay görəndə, Zəngilanın dağlarına, meşələrinə bənzədirdim. O dəqiqə ağlayırdım, gözümün
yaşı sel olub tökülürdü. Müşfiqin 2 yaşı var idi. Bir dəfə yataqxananın ümumi dəhlizində qız-gəlinlə söhbət edirdim, bir də gördüm qaça-qaça
gəlib,boynumu qucaqaldı, qulağıma pıçıldadı ki, “ana, televizorda meşələri göstərirlər”. Uşaq elə bilirdi ki, mən mütləq o mənzərələrə
baxmalıyam. Gözünü açandan məni vətən həsrəti ilə qovrulan görmüşdü. Biz nə biləydik ki, müharibə bizim balalarımızın yaşı qədər uzanacaq...
Və günlərin bir günündə od-alov, çətinliklər içərisində böyütdüyümüz balalarımız gedib şəhid olacaqlar... Biz nələr arzulayırdıq, başımıza nələr
gəldi. Təzəliklə də qaynanamın müvəqqəti sığındığı bu bir otağa köçmüşük.
Yataqxana divarları çox sıxırdı oğlumu. Ona görə ki, o dostlarını qonaq çağıra bilmirdi. Utanırdı. Bir dəfə uşaqların ürəyi istəyən
yeməkləri bişirdim, özümüz çıxıb gəldik qaynanamın bu evinə. O da dostları ilə, həmin o 4 nəfərlə birlikdə qaldı. Hamısı da tərbiyəli, vicdanlı,
etibarlı uşaqlar idi. Bir yerə yığışanda dərs oxuyar, özlərinə yeni iş planları cızardılar. İndi də gəlib yoxlayırlar bizi. Tək qoymurlar. Ancaq
Müşfiqin yeri görünür. Oğlumun 1 metr 82 sm boyuna baxıb fərəhlənirdim. İndi evin hər yerində əllərinin izi, nəfəsi var balamın. Çox çətindir. 456
Dözə bilmirəm.”
Arif Orucov (atası): “Məhəllədə 5-6 uşaq əsgərliyə gedib gəlmişdi. Deyirdi, yaşca mən onlardan böyüyəm, onlar əsgərlikdə olublar, mən
qalmışam. Utanıram, gedim-gəlim sonra magistratura oxuyaram. Hadisələr baş verəndə onları Tərtərdə Talış kəndi yüksəkliyinə qaldırıblar. Ara
sakitləşib, 4 nəfər bir yerdə oturublar. Bir nəfəri nəsə gətirməyə göndəriblər, o gəlib görüb ki, mərmi düşüb onlar həlak olublar.
Əslində 80 yaşlı anamın yuxusu 1993-cü ildən ərşə çəkilib. 1993-cü ilin avqust ayının 31-i Nazirlər Kabinetinin nümayəndəsi gəldi
Zəngilanın icra başçısı İlham Hüseynovun yanına. Hamımız yığışdıq binanın qabağına ki, bir xəbər öyrənək. Səhər üzü kabinetdən çıxan köməkçi
dedi ki, hamınızı köçürəcəklər. Erməni qapının ağzını alıb. O gecədən 2 ay keçdi. Bir də oktyabr ayının 26-sı gördük ki, kəndə-kəsəyə səs düşüb
ki, boşaldın kəndi, bəs erməni dağ aşağı enir. Dedik ki, bəs bizim top-tüfəngimiz var idi, qradları niyə saxlamısınız, atın erməni tərəfə. Elə həmin
ərəfədə mərkəzdən rayona köməyə 120 nəfər əsgər göndərdilər. Bizim rayonun Şabanov soyadlı hərbi komissarı var idi. Çox tədbirli, bilikli
hərbçi idi. Bir əsgərlərə baxdı, bir düşmən tərəfə. Hirslənib dedi ki, bu cavan uşaqları hara göndərmisiniz. Bunlar heç silah tuta bilmirlər.
Göndərilən bölüyü geri qaytardı, o təcrübəsiz döyüşçülər, təpədən dırnağa qədər silahlanmış erməninin qarşısında neyləyəcəkdi...
Bu hadisədən əvvəl isə Şabanovun qurduğu döyüş taktikası ilə erməninin bizdən aldığı 10 kəndi geri qaytarmışdıq, hətta Qafanı da
götürmüşdük. Bir də xəbər gəldi ki, bəs ATƏT-in sədri Butros Qali gəlir, aldığınız əraziləri geri verin. Yoxsa beynəlxalq ictimaiyyət bizi işğalçı
kimi tanıyar. O şəhid qanları ilə alınan əraziləri yenə geri qaytardılar. Dünya ədalətsizdir. 1993-cü ilin belə ağrılı səhifəsi də var tariximizdə. Elə
həmin günlərdə Qafan tərəfdən xəbər gəldi ki, qrdaları göndəriblər Beyləqana. Rayonun qorunmalı bir vaxtında, sursatı başqa yerə
göndərmişdilər. Zəngilan rayonu hər tərəfdən mühasirədə idi. Füzuli də alınmışdı. Bir yol var idi İrana keçməyə. 3 gün Araz ağzı keçib, Zəngilanı,
ata-baba məzarlarını, yurdumuzu qoyub çıxdıq... Bizim torpaqlarımız işğal olunanda, ermənini işğalçı adlandıran olmadı, biz isə tarixi
torpaqlarımızı itirə-itirə gəlmişik. Bu hadisələrin də heç birini unutmur anam. O müharibədə nə qədər doğmamızı, əzizimizi şəhid vermişik.
Müşfiqin cibindən iki dənə güllə də götürmüşdü komandiri. Döyüşə gedəndə cibinə qoyub ki, birdən erməni əlinə keçərsə, son anda özünü
vursun. Müşfiq çox zəhmətkeş oğul idi. Onunla ata-oğul yox, dost-qardaş idik. Elə şərait yaratmışdım ki, özünü həmişə sərbəst hiss etsin, zəhməti
sevsin. Universitet tətillərində hər zaman gedib özünə pul-para qazanırdı ki, ailəyə əziyyət verməsin. Biz onu məcbur etmirdik, özü belə istəyirdi.
Boş oturmağı sevmirdi.
Cəbhədə vəziyyət gərginləşmişdi. Aprelin 1-dən sonra narahatlığım başladı. Məndə olan telefon nömrələrinə nə qədər zəng etsəm də, bir
düz söz deyən olmadı. Dedilər uşaqlar təlimdədir. Aprelin 4-ü qardaşım və bacım zəng vurub məndən Müşfiqi xəbər aldılar. Dedilər ki, yaralanıb.
Əlim çatan, ünüm yetən hər yerə zəng vurdum. Uşaqdan bir xəbər deyən olmadı. Məəttəl qaldım. Heç ağlıma da gəlməzdi axı. Sonra axşamüstü
saat 5-də artıq oğlum, arxamı söykəmək istədiyim dostum bayrağa bükülmüş tabutuda gəldi. Nə ömrü vardı ki, nə də hekayəti ola. İndi də tam
təfərrüatı ilə anlayanda dəhşətə gələr.Tək oğlun ola, o da biləsən ki, bir də gəlməyəcək... Arzularımız, murazımız var idi…
Əntiqə nənə: “Hər gələnin ağzına baxıram, deyirəm bəlkə Müşfiqimdən bir xəbər deyər. Bəlkə deyəcəklər ki, Müşfiq sağdır. Balam 15 il
oxudu, diplomunu görmədi. Hamı Müşfiqlə dost olmağı xoşlayırdı. Bu evdə, bu divanda oturanda həmişə Müşfiqi tumarlayardım. Müşfiq əsgər
gedəndən sonra, bir dəfə Arifi tumarladım. Soruşdu ki, ana, nə olub, niyə belə edirsən. Dedim ay bala, əlim Müşfiqə elə öyrənib ki... elə vərdişkar
olmuşam. Mən Müşfiqimin gününü, ayını sayırdım, ay tamam olanda, balamın ayı getdi, günü getdi deyirdim. Düz 9 ayını saydım. Ondan sonra
ömrü qırıldı... İndi bu boş divanı tumarlayıram. Müşfiq yataqxanada külfət içində böyüdü. Pis günü də oldu, yaxşı günü də, ancaq özünün
sındırmadı. Pensiyamdan həmişə ona ayırıb xərclik verirdim. Kimsədən götürməsə də, məndən götürürdü. Deyirdim uşağım birdən dostlarının 457
yanında xar olar, sınar. Qoy cibində xərcliyi olsun.
Balamı ağlayanda da səsim çıxmadı ki... Mən onu elə verməmişdim axı. Mən qaçar-qovar Müşfiq vermişdim, əvəzində şəklini gətirib
qaytardılar. Durdum tabutun başına dolanım, qoymadılar.
Günelin qardaşı Müşfiqə məktubu: “Müşfiq, sən bilirsən ki, mən soyuq təbiətli olmuşam. Sən çəkinərsən deyə, heç əsgər yola salanda da
ərk eləyib gəlib səni qucaqlayıb bağrıma basmadım. Elə bildim ki, kənardan yaxşı görünməz. Amma elə istəyirdim ki, səni sevim, oxşayım,
ürəyimə sıxım. Kaş ki... kaş ki... çəkinməyəydim səndən. Axı sən yaxşı qardaş idin. İndi səni məndən soruşanda, tərifləməyə, öyünməyə də
utanıram, fikirləşirəm ki, elə bilərlər ki, yalandan deyirəm. Amma, mən bilirəm axı, sən hamıdan yaxşı idin. Biz bir-birimiz çox istəyirdik, heç
dalaşmırdıq da. Ancaq bunu büruzə vermirdik. Yuxumda gördüm ki, gəlmisən... Elə sevinirdim ki, qardaşım əsgərlikdən qayıdıb, özü də birinci
mənim yanıma gəlib... Sonra ayıldım... Sən demə yuxu imiş. Bir dəfə sənə məktub yazmışdım. Yadındadır... Yazmışdım ki, ata-anadan başqa
bizim kimimiz var ki... Onda sən mənə cavab yazmışdın ki, bacı sən mənim yeganə varlığımsan. İndi kim deyəcək o sözləri mənə... Məni elə tək
qoymusan ki... Ata ilə ananın yanında ağlamıram, sızlamıram. Səni unutdurmaq istəyirəm. İstəyirəm ki, bir az sakitləşsinlər, öyrəşsinlər
sənsizliyə. Onların əhval-ruhiyyəsini qaldırmaq istəyirəm ki, dərdə tab gətirsinlər. Özüm öyrəşə bilmirəm, ancaq onların öyrəşməyini istəyirəm.
Səndən sonra, mən başqa şəhid bacıları kimi qaralar geyinmədim, qara yaylıq bağlamadım. Bilirsən niyə?! Çünki sənin yoxluğunu qəbul etmək
istəmirəm. Sənin kimi qardaşı, dostu, oğlu olmaq hər kəsə nəsib olmur...”.( http://www.yenizaman.az/v5/w56788/.../#.XqOA58gzbIU).
Ramin Ümidli (ATU-nun məzunu, Müşfiqin tələbə yoldaşı): “Bizim üçün çox ağır idi. Torpaqlarımızın müzəffər əsgərlərimiz
tərəfindən geri alınması xəbərlərini izləyirdik, sonda QƏLƏBƏ gözləyirdik. Və hamımız da döyüşə getməyə hazırlaşırdıq.Onun şəhid olması
xəbərini mənə məhhələ qonşuları və Müşfiqin dostu Elvin söylədi. Dostlarımızla Vətənin azadlığı uğrunda canından keçən 22 yaşlı can dostumu
Bakıya girərkən tabutda qarşıladıq. Müharibənin başladığını, torpaqlarımızın geri alındığını eşidəndə çox sevinmişdik.
Bilirdik ki, vətənin torpaqlarını azad edəndə şəhidlərimiz də olacaq, ancaq Müşfiq heç ağlımıza gəlməzdi. Müşfiq, İsmayıl, Cavidan,
İldırım bir qrupda oxuyurduq. Bütün qrup ilə aramız xoş, münasibətimiz gözəl idi. Ancaq biz 5 dostun ayrı münasibəti var idi. Bir biləkdə 5
barmaq kimi idik. Ancaq baş barmağımız Müşfiq idi. Ən son söz onun olurdu, qərarı Müşfiq verirdi. Universitetdə oxuyanda bir dəfə 10 gün evdə
xəstə yatmalı oldum. Dostlar gəlib hal-əhval tutdular. Müşfiq isə 10 günün hamısında gəlib məni tək qoymadı. Elə bil ki, səfimiz pozulub, elə bil
ki, gücdən, tabdan düşmüşük. Biz hətta səyahətlərə də beşimiz birlikdə gedərdik. Və onun ən böyük arzusu da mənim toyumda iştirak etmək idi.
Çünki nişanımda da sağdışım Müşfiq idi. Və mən o toyu təxirə salmaq istəsəm də, el-oba, valideynlərim razı olmadı... Toy elədik. Sağımdakı stul
boş idi... Orada Müşfiqimizin yeri görünürdü. Toyumu Müşfiqi yad etməklə açdıq. Bütün tələbə dostlarımız əvvəlcə Müşfiqdən danışdılar... Bəlkə
də onun ruhu bizi görürdü o gecə...” (https://xeberle.com/cemiyyet/24590-bir-shehidin-dastan-tek-oglun-ola-bilesen-ki-o-bir-de-gelmeyecek-
fotolar.html).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
458
459
460
461
462
ƏSGƏR CABBARXAN İLHAM OĞLU HACIAĞAYEV
“Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o vətən deyib ah çəkər.” (Əssar Təbrizi)
Doğum tarixi: 4 avqust 1996-cı il. Bakı şəhəri. 463
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli istiqaməti
Dəfn edilib: Bakının Xocahəsən qəsəbəsi.
Qoşun növü: A. R. Quru Qoşunları
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
3 bacıdan sonra evin ilk oğul uşağı Hacıağayev Cabbarxan İlham oğlu 1996-cı il avqusutun 4-də
dünyaya gəlmişdi. Yasamal rayonu 158 saylı orta məktəbdə orta təhsil alan Cabbarxan 3 saylı peşə
litseyini bitirmişdi. Şaulin-Kunfk-fu idman növü ilə də məşğul olmuş, medal və diplomlara layiq
görülmüşdü. Hərbi hissədə də sürücü idi.
Şəhid Cabbarxan Hacıağayev 16 yaşına qədər məşğul olduğu idman növündə 4 dəfə ölkənin ən
güclüsü adına layiq görülməyi bacarmışdı.
Onu bütün Azərbaycana tanından səbəb isə keçdiyi şərəfli döyüş yolu oldu. Bu gün Lələtəpədə
Azərbaycan bayrağı dalğalanırsa Cabbarxan və onun kimi şəhid olan Azərbaycan igidlərinə borcluyuq.
Vətən və xalq öz şəhid, qəhraman övladlarını heç bir zaman unutmayacaq.
Əsirlər boyu Hacıağayevlərin qanına işləmiş vətən sevgisi 1992-ci ildə şəhidin atasının biricini
Qarabağ savaşında iştirakı ilə davam etdi. Taleh həmin nöqtədə ağır yaralanan İlham Hacıağayevi sağ
saxlasa da, elə həmin mövqeydə onun oğlunu şəhidlik zirvəsinə yüksəltdi. Cabbarxan bir vaxtlar atasının
döyüşdüyü yerlərdə özü də düşmənlə atası kimi mərd-mərdanə döyüşdü. Belə bir nəslin nümayəndəsinə yalnız şəhidlik zirvəsi və qəhrəmanlıq
yaraşardı. Bu gün də şəhidin atası öz çıxışlarında qeyd edir ki, Dövlət Sərhəd məktəbində təhsil alan digər oğlum, mən və Dövlət Sərhəd
xidmətində fəaliyyət göstərən qızım və digər qızlarım vətən uğrunda canımızdan keçməyə hazırıq. (https://nezermedia.az/manset/13588-
cabbarxan-haciagayev-kimdi-fotolar-vdeo.html).
Şəhidimizin atası İlham bəy hərbçi olub. Onun böyük qızı Yegənə də hazırda hərbi sahədə təhsil alır. O da qardaşı kimi vətən yolunda
canını qurban verməyə hazır olduğunu deyir. Şəhidimizin iki bacısı isə dərzi kimi çalışır. Onlar istirahət demədən, əsgərlərimiz üçün paltar tikirlər.
Ailə üzvlərini tanıdıqdan sonra Cabbarxanın necə vətənpərvər bir ailədə böyüdüyünün şahidi olduq. Cabbarxanın atası İlham bəy də 23 il
əvvəl Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbi xidmətdə olub. O, həmin kənddə xidmətdə olarkən ağır yaralanıb. Aylarla xəstəxanada 464
müalicə alıb. Bu səbəblə eşitmə sistemində problem yaranıb.
İlham bəy (atası): “Oğlum mənim edə bilmədiyimi etdi. Torpaq uğrunda savaşdı və şəhidlik zirvəsinə yüksəlib geri qayıtdı. Cabbarxanın
bu cür vətənpərvər olması onun hərbçi ailəsində böyüməsindədir. Onun ən böyük arzularından biri əsgərə getmək idi. O mənə deyirdi ki, ata, sən
ala bilmədiyin torpaqları gedib mən alacam. Oğlumun ən böyük arzusu şəhid olmaq idi. Uşaq yaşlarından bu hiss onda vardı. Əsgərliyə getməzdən
öncə bacılarına vəsiyyət etmişdi: "Mən ölsəm qorxmayın. Mən gedib torpaq uğrunda öləcəm, şəhid olacam". "Ana, vaxt gələcək səni çox böyük
bir fərəhlə çağıracaqlar. Çünki mən gedib şəhid olcam. Sən əsgər anası yox, şəhid anası olacaqsan"-demişdi. Dediyini də etdi...”
Rəyanə xanım (anası): “Cabbarxan ailənin 5 övladından 3-cüsü idi. Ailənin ilk oğul övladı olub. Sonradan bir qardaşı da dünyaya
gəlmişdi. Əvvəlcə Lənkərana düşmüşdü. Sonra Beyləqana apardılar. Bir ay sonra isə Cəbrayıla aparıldı. Vətənini çox sevirdi. Axrıncı dəfə
oğlumla ölümündən 40 dəqiqə əvvəl danışdım. Dedi ki, "Ana, mən gələn günü elə bir aş bişir ki, qoxusu dörd bir aləmə yayılsın. Hər kəs yığılıb
gəlsin bizə. Amma bilmək olmaz, bəlkə şəhid oldum. Allaha əmanət olun. Gözləyin, gələcəm. Hər dəfə deyirdi ki, "mən şəhid kimi gələcəm".
Axırıncı dəfə qapıdanda çıxanda da demişdi. Dedi "ana, mənim üçün əzab çəkmə. Sağ-salamat qayıdacağam. Çıx həyətə, rahat ol. Mənim
dönüşüm sürpriz olacaq". Atası ilə də danışdı. Bizi tapşırdı. Dedi, "qoyma anam ağlasın". Orada şəhid olanlar hamısı mənim oğlumdur. Mən təkcə,
Cabbarxanı itirməmişəm. Ölən hər kəs mənim balamdır". Cabbarxan arxa cəbhədə xidmət edirdi. Onların olduğu yerə mərmi düşüb və qəlpələrdən
biri Cabbarxanın qarnından keçib. Xəstəxanaya çatdırmaq mümkün olmayıb. Dünyasını dəyişib. Mənim balam könüllü olaraq hərbi xidmətə gedib
və torpaqlarımız uğrunda şəhid olub. Bir ana kimi bütün şəhid analarına deyirəm ki, səbrli olun. Şəhid balalarımız həmişə bizim ürəyimzidə,
evimizdə, ocağımızdadır. Onlar ölməyiblər, yaşayırlar və daim yaşayacaqlar. Mən oğlumla fəxr edirəm. Bütün şəhidlərimizə Allah rəhmət etsin,
qəbrləri nurla dolsun. Bacısının toyunda da iştirak edə bilməmişdi Cabbarxan. Biz istəyirdik toyu aprelə saxlayaq. Amma o, icazə vermədi. Dedi
aprel olmasın. Biz də fevralda etdik toyu. Dedi ki, yaxşı ki, mən toyda yoxam. Yoxsa hər dəfə baxanda pis olacaqdınız toyun diskinə baxanda.
Əmisioğlu yola salmışdı cəbhəyə Cabbarxanı. O da gətirdi, amma cənazəsini… yolda gözlərini də o bağlayıb.
Axırıncı dəfə gələndə dedi ki, "ana, qoy televizora istədiyim qədər baxım, qoy istədiyim qədər yatım. Bir də olmayacaq axı, mən şəhid
olacağam.”
Yeganə Hacıağayeva (bacısı): “Mən özüm də hərbçiyəm. Mən qardaşımla fəxr edirəm. Fəxr edirəm ki, qardaşım torpağımız uğrunda
dünyasını dəyişib. Mənim atam da hərbçidir. Füzulidə döyüşüb. Birqulağı eşitmir. Kiçik qardaşım da Hərbi Akademiyada təhsil alır. Biz 3 bacı
qardaşımızla fəxr edirik. Bizim qardaşımız o cür ad qoydu getdi bizə. Cabbarxanın bədəni bizi tərk edib. Ruhu bizimlədir. Cabbarxan evə gələndə
narahat olurdu. Deyirdi ki, "əsgər yoldaşlarımı tək qoyub gəlmişəm".
(https://sputnik.az/azerbaijan/20160406/404495928.html).
Ümmi Məmmədova (yaxın qohumu): "Cabbarxan çox tərbiyəli idi.Danışğını, davranışlarını bilən uşaq idi. Biz heç gözləmirdik ki, onu
itirərik".
(Şəhidimizin valideynləri)
465
466
ƏSGƏR EMİN İMRAN OĞLU BAĞIROV
“Qürbətin odu belə vətənin tüstüsü qədər parlaq deyil.” (Alman atalar sözü)
Doğum tarixi: 15 iyul 1996-cı il. Bakı şəhəri. 467
Vəfat tarixi: 4 aprel 2016-cı il. Lələtəpə istiqamətində.
Dəfn edilib: 6 aprel 2016-cı il. Binəqədi qəsəbə qəbiristanlığı.
Qoşun növü: A. R. Quru Qoşunları.
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
2010-cu ildə Türk dünyasında yeni qəhrəmanlıq dastanı yazan Mübariz İbrahimov torpaqlarımızdakı
düşməninin bir bölük əsgərini məhv edəndən sonra, Eminin hərbiyə marağı daha da artmışdı. Mübariz
İbrahimov uşaqlarımıza danışdığımız nağıl qəhrəmanlarının canlı obrazını yaradaraq, Türk dünyasının əfsanə
qəhrəmanı oldu. Adını qəhrəmanlıq səhifəmizə qızıl hərflərlə yazdı. Mübarizin şəhadətindən sonra
gənclərimizdə vətənpərvərlik hissləri birə-beş çoxaldı. Və hər ailədə yeni mübarizlərimiz doğuldu, onun
qəhrəmanlığının şahidi olan oğlanlarımız isə o ideallarla yaşadı. Hər bir oğul MÜBARİZ olmaq istədi.
Emin gözünü dünyaya açandan evdə babasından, atasından, nənəsindən, əmilərindən vətənpərvərlik dərsləri almışdı. Hər gün böyüklər
namaz üstə olanda “Vətənimizin torpaqlarını özümüzə qaytarmaq üçün oğullarımıza güc ver”, “Vətəni sevmək imandandır” sözlərini eşitmişdi.
Uşaq vaxtından qardaşlarının da, özünün də ən sevdiyi oyuncaqlar avtomat, tank, pulemyot idi. Üzlərinə Azərbaycan Bayrağının şəklini çəkib
döyüşə gedən əsgərlər misalı sıra düzülüşü edər, bir-biri ilə dava-dava oynayardılar. Beləcə Vətəni sevməyi, onun sərhədlərini qorumağı
öyrəndilər.
Emin Bağırov 15 iyul 1996-cı ildə Bakı şəhərində anadan olub. MMA və Uşu Sanda idman növü ilə məşğul olub. Emin Bağırov 2014-cü
ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha
sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən
Bağırov xidmətini burada davam etdirib.
Hərbi xidmətə yola düşən günü 2014-cü il oktyabrın 8-də sevincinin həddi-hüdudu yox idi. Arada onu yola salmağa gələn dostlarına da
“Mən Vətən yolunda şəhid olmağa, o uca şəhadət zirvəsinə yüksəlməyə gedirəm”demişdi.
Emin Bağırov əvvəlcə Beyləqanda hərbi xidmətdə oldu. Atası İmran kişi, əmiləri yanına gedib-gələndə onlara “Mən bilmirəm ki, bəzi
oğlanlar niyə deyir ki, əsgərlik pisdir, ağırdır. Allaha and olsun ki, əsgərlikdən gözəl xidmət ola bilməz” deyərmiş.
Az keçmədi ki, hər yerdə birinci olmaq istəyən Emin Bağırovun vətənpərvərliyi, cəsarəti, verilən tapşırıqları heç bir çətinlik olmadan 468
yerinə yetirməsi hərbi hissə komandirinin də diqqətindən yayınmadı. Orduda nümunəvi xidmətinə görə iki dəfə məzuniyyətə buraxıldı, evə gəlib
əzizləri, doğmaları ilə də görüşdü. Günlərin bir günündə atasına xəbər elədi ki, Xüsusi Təyinatlı Qüvvələr bölüyünə yazılmaq istəyir. Atası da
onun bu arzusunu çox sevinclə qarşıladı. İmran kişinin eşitdiyi sözlərdən ürəyi lap dağa döndü. Oğlu yolun ən çətinini, peşənin ən şərəflisini
seçmişdi.
Sonuncu dəfə mart ayının axırında evə gələndə Emin çox dəyişilibmiş. 6 ay XTQ-də keçdiyi kişilik məktəbi, hərbi dərsləri onu lap
başqalaşdırmışdı. 1 metr 80 sm olan boyu bir az da ucalmışdı. Enli kürəkləri, qüvvətli qolları əynindəki hərbi paltarın altından da özünü büruzə
verirdi. Emin sözün əsl mənasında lap kinolardakı qəhrəmanlara bənzəyirmiş.
Təlimlərdə paraşütdən tullananda suya düşdüyündən, bir az xəstələnmişdi. Hərbi hissədən evə getməyə icazə vermişdilər. Bütün qohum-
qonşu, dost-tanış başına yığışmış, bir qəhrəmana, cüssəli bahadıra bənzəyən bu oğlanın maraqlı söhbətlərini dinləməyə gəlmişdilər. Bir-iki gün
keçəndən sonra isə təkidlə atasına “Mən artıq evdə qala bilmirəm. Hərbi hissə üçün darıxıram” demişdi.
"Zarafat etdim",- deyib qardaşının könlünü almış, sonra isə “Hə, Xüsusi Təyinatlılarda xidmətə başlayan kimi evimizi təmir etdirəcəyəm.
Onda atamın da, sənin də əziyyətin az olacaq, daha firavan yaşayacağıq” söyləmişdi. Evlərindən son dəfə belə ayrılıb getmişdi.
Aprelin 1-ni Bağırovlar ailəsi səbirsizliklə gözləyirdilər. İmran kişi həyətində bir qurbanlıq qoç saxlamışdı, ikisini də əlavə almışdı ki,
oğlunun əsgərlikdən gəldiyi günü bayram etsinlər. Bilirdi ki, Eminin gələcəyini eşidən el-obada qohum-əqraba hər kəs gözaydınlığına gələcək.
Aprelin 1-i isə gündüzdən ermənilərin torpaqlarımızda yenə təxribat törətmələri barədə xəbərlər yayılanda, atası narahatlıq keçirir, oğluna
zəng vuranda Emin ona gümrah səslə “Ata, kef elə, qalibiyyət və nailiyyət bizim tərəfdədir. Düşməni torpaqlarımızdan qovmuşuq. 1-2 günə evə
qayıdıram. Narahat olma. Hər şey əladır” demişdi.
Telefonu qapadandan sonra, elə bil ki, qeybdən İmranın qulağına bir səda gəldi: “Oğlun şəhid olacaq..”
Tez ətrafına baxdı. Kimsə yox idi. Hirslə əlində gördüyü işi yarımçıq qoyub, evə çıxdı. Əsəbi, nigaran vaxtlarında Qurani-Kərimi oxuyub
rahatlıq tapırdı İmran kişi. Kitabdan bəzi surələri bir az mütaliə edəndən sonra, oğlunun adına səhifə açdı. Səhifədə “Şəhidlərə aid ayə” çıxdı. Düz
ayın 5-nə qədər ürəyi köksünə sığmadı.
Aprelin 1-dən sonra Ermənistan qoşunlarının torpaqlarımızda təxribat törətmələri məlum olanda, xüsusi təyinatlıların bölüyündə təlim
keçən Emin Bağırov əslində yol çantasını yığıb evə qayıtmalıydı. Hərbi hissə komandiri, əməliyyata gedən dəstəni formalaşdıranda, Emin
Bağırovu bölmədən kənarlaşdırmışdı. Lakin Eminin cavabı özünü çox gözlətməmişdi. Emin: “Öncə vətəndir, ata-ana gözləyər. Mənim evdə iki
qardaşım var. Çox xahiş edirəm, məni də döyüşə yazın. Döyüş qabiliyyətimdən xəbəriniz var..”
Çox yalvar-xahişdən sonra, hərbi hissə komandiri ona da XTQ-nin üzvləri arasında döyüş bölgəsinə getməyə icazə vermişdi.
Qızğın döyüş gedən vaxt ətrafa mayor Ələsgər Eynullayevin ağır yaralanıb yüksəklikdə qaldığı barədə xəbər yayılmışdı. Təcrübəli 469
hərbçilər mayoru güllə və mərmi yağışının altından xilas etmək haqqında fikirləşərkən, Emin hər kəsdən xəbərsiz irəliyə atılıb, yüksəklikdə yaralı
halda huşunu itirən mayoru sürüyüb, çıxara bilmişdi.
Aprelin 4-ü, dan yeri ağarmağa başlayanda komandirlər Raquf Orucov, Vüqar Yusifov öndə gedərək, əsgərləri arxaları ilə Talış
yüksəkliyinə aparıb, oranı azad etmişdilər. Oradan da düşməni qovub geri oturtmuşdular. Əslində qarşıdan kimsə həmlə gözləmədiyi halda, birdən
minaatan mərmisi gəlib Təbriz Əsgərovu və Nicatı vurur. Təbriz Əsgərov elə yerindəcə həlak olmuş, Nicat isə yaralanmışdı. Yaxın dostu Təbrizin
həlak olduğunu görən Emin onu götürmək üçün özünü qabağa atır. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoydu. Emin həmin an
arzuladığı şəhidlik məqamına yetişərək, Tanrısının yanına getdi.
Əsgər Emin Bağırov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olmuşdur.
Aprelin 6-da isə Emin Bağırov, doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı.
Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
(https://az.wikipedia.org/wiki/Emin_Ba%C4%9F%C4%B1rov).
Emin Bağırovun ailəsini ziyarət etməyə gedəndə tələbə yoldaşım, əziz dostum, qardaşım Hafiz Temirova da dedim. Çünki hər dəfə
gedəndə deyərdi ki, mütləq mənə də de. Getmək istədiyimi deyəndə canla-başla razı oldu. Balaca oğlu Turanı da götürdü, getdik Emingilin
ailəsinə baş çəkməyə. Şəhid Fəxrəddin Qurbanlının ailəsilə görüşdən çıxıb Emingilə getdik. Nə qədər ağrı-acı çəksələr də şəhidin atası İmran dayı,
anası Sədaqət xanım, ağbirçək nənəsi böyük sevgilə qarşıladılar bizi. Bu ziyarət etdiyimiz bütün ailələrdə belə idi. Söhbət etdik, çay içdik, daha
sonra şəhidin məzarını da ziyarət edib, qayıtdıq.
Yaqub Bağırov (qardaşı): "Qardaşımın geyimlərini, işlətdiyi əşyalarını, döyüş yoldaşları gətirib... Qoxusu hələ də üstündədi. Sənə qurban
olum qardaşım. Mən indidən sənin üçün darıxmışam, qardaşım hardasan? Sənə qurban olum Eminim. Arxa dayağım yoxdu daha. Mənə demişdin
ki, müharibə olsa yaralılara ilk tibbi yardımı öyrənirik. Amma sənə heç kim kömək ola bilmədi. Qardaşımın yeri hər yerdə görünür. Qardaşdır,
yoxluğu hiss olunur. Onun şəhid xəbərini eşidəndə... Hisslərimi sözlə ifadə edə bilmirəm. Həmişə dərdləşirdik. Çətinliklərini mənimlə bölüşürdü.
Axırıncı dəfə atamla danışdı. Amma martda zəng vurmuşdu mənə. Dedi ki, mən cəbhə bölgəsinə gedirəm, vəziyyət pisdir, bərk-bərk tapşırdı ki,
evdə demə. Mənə and içdirdi, mən də qardaş olaraq onun sirrini qorudum. Həmişə seçilirdi Emin. Çalışırdı ki, birinci olsun. Şəhid olmaqla da
seçildi.
Həmişə deyirdi ki, bircə aprel ayı gəlsəydi. Deyirdim niyə Emin? Deyirdi ki, aprel gəlsin kəşfiyyatçı pulumu alıb qəpiyinə kimi aparıb evə
verəcəyəm. Qoy atam borclarını qaytarsın.
Gedəndə biz səni fəxrlə yola saldıq. Sən də bizə deyirdin tək siz yox, bütün Azərbaycan mənlə fəxr edəcək... Elədilər, qardaşım, sən o
bayrağa görə canından keçdin. Lələtəpəyə bayrağı sancan sən oldun. O bayraq indi dalğalanırsa o da sənin sayəndədir...
Amma bu qədər insanı arxanda gözü yaşlı qoydun, o cür xəyalların var idi niyə getdin axı, Emin..."(https://big.az/248968-
sehid_qardasinin_feryadi_sene_hec_kim_komek_ola_bilmedi.html).
Sədaqət Bağırova (anası): “Həmişə boynumu qucaqlayıb deyirdi ki, ana, sən şəhid anası olacaqsan. Deyirdim, bala, mənə elə dağ çəkmə. 470
Sənsiz necə yaşayaram. Deyirdim, Emin, anan qurban, gördün müharibədir, sən arxa cəbhədə qal. Martın ortalarında gəlmişdi, bayrama gələ
bilmədi. Dedi, onsuz da aprelin 1-i əsgərliyim bitir, neyləyirəm məzuniyyət götürüm. İnanmayacaqsınız, bəlkə də, amma Emin elə bil aqibətini
bilirdi. Ən böyük arzusu şəhid olmaq idi. Deyirdi, mama, ölsəm ağlama, şəhid anasına ağlamaq yaraşmaz. Zarafat kimi gəlirdi bu sözlər
mənə. Əsgər yoldaşlarından son sözünün nə olduğunu soruşdum. Heç nə deyə bilməyib.Döyüşçülər arasında ən aşağı yaşlısı Eminim olub. Bütün
şəhidlər mənim balamdır. Hamısından yazın. Eminin xoşu gəlirdi məşhur olmaqdan. Kaş haqqında yazılanlardan xəbəri olaydı. Deyirdi ki, ana,
sən nə danışırsan. Mənim üçün ağlama. Deyirdim, uşaqdır da, sözgəlişi deyir. Qardaşım qızlarına isə deyibmiş ki, dua edin, mən şəhid olum.
Deyirdi, ay ana, mən getməyim, başqası getməsin, bəs kim qorusun bu Vətəni, sizi? Allah haqqı, səsi hələ də qulağımdadır. Oğlum bizi qorudu,
sözünə əməl etdi, amma olmur, bu dərdə dözmək olmur. Bir təsəllim var, şəhid olmaq öz arzusu idi, öz arzusuna çatıb. Şəhid olandan sonra
əmisinin yuxusuna gəlib deyib ki, mən ölməmişəm, sağam, nəyə ağlayırsınız? Balam düşmən gülləsinə rast gəldi... Aprelin 2-də zəng elədi, dedi,
döyüşürük, Qarabağı alacağıq, tezliklə sizi sevindirəcəm.”
İmran Bağırov (ata):"Mən atayam, hiss edirdim oğluma nəsə olub. Axırıncı dəfə danışanda dedim ki, gəlirəm yanına. Dedi ki, ata, gəlmə,
sən əziyyət çəkmə. Həm gəlsən də, faydası olmayacaq, izimi tapa bilməyəcəksən. Sonra da şəhid xəbəri gəldi.Aprelin 2-si zəng vurdu ki, məndən
nigaran qalmayın. Müharibə var, amma biz yaxşıyıq, öz torpaqlarımıza doğru xeyli məsafədə irəliləmişik. Ata, sən də fikir eləmə.Yaxşıyam, heç
burnumun ucu da qanamayıb..."
Abdulla Bağırov (əmisi): Eminin qəhrəmanlığından danışdıqca danışır... "Ürəkli uşaq idi. Heç nədən qorxusu yox idi. Əsgərlik
müddətinin başa çatmağına cəmi bir gün qalmışdı. Özü yazılı şəkildə müraciət edib, vaxtını uzadıb. Aprelin 1-i evə gələcəyini gözləyirdik. Ayın 2-
də zəng vurdu, elə sevinirdi ki, qışqıra-qışqıra danışırdı. Dedi, qələbə qazanmışıq, döyüş gedir. Qarabağa gedib çıxana qədər məni gözləməyin.
Yaşı az olduğuna görə, ayın 3-də döyüşə girməyə icazə verməyiblər. Döyüş yoldaşları deyirlər, ayın 4-də nə qədər məcbur etsək də,
qayıtmadı. Yoldaşlarının ölümü ona pis təsir edibmiş. Özünü elə qabağa atıb. Nə yaxşı ki, torpaqların azad olunmasında iştirak etdi, nə yaxşı ki, o
sevinci yaşaya bildi..."Atası ilə eyni gündə - 15 iyulda doğulmuşdu. Həmişə atasına "səni qəhrəman atası edəcəm" deyən Eminin ən böyük arzusu
elə buymuş. Özüm də kəşfiyyatçı olduğum üçün bu işin çətinliklərindən xəbərim var. Qarabağ müharibəsində kəşfiyyatçı olmuşam. Ona görə
istəmirdim o da kəşfiyyatçı olsun. Çox həvəsliyidi hərbi sahəyə. Atasının maddi çətinliyi vardı. Ən böyük arzusu atasına dəstək olmaq idi. Deyirdi,
bir iş qurub kömək edəcəm atama. Amma ağlı hərbdə idi. Düzdür, Vətən yolunda gedib, amma belə mərd, qoçaq uşağın belə tez dünyadan getməsi
adamı yandırır..."(https://news.day.az/azerinews/770483.html).
Xanımzadə Bağırova (nənəsi): “Elə sevincliydi ki, sanki döyüşdən yox, toydan zəng vurmuşdu. Heç vaxt müharibəyə gedəcəyindən,
döyüşə girəcəyindən qorxmamışam. Çox hərəkətli idi, dayanmırdı bir yerdə. Ən çox qorxduğum paraşütün açılmaması idi. Deyirdim, ay Emin,
paraşütün birdən açılmaz, yıxılarsan. Ön cəbhəyə könüllü gedib, deyib ki, mənim iki qardaşım var, mən olaram onların şəhid qardaşı... Evimizə
gələn hərbçi dostları danışırlar ki, Emin düşmənə gülləni yerə uzanıb "zalım ermənilər, sizə lənət olsun" deyərək qışqıra-qışqıra atırdı. Mənə
dedilər ki, nənə, ağlama, sənin nəvən 1 əsgərimizin yerinə 10 erməni öldürürdü. Nəvən ilə fəxr et. Dedilər ki, hələ qərar verirdik ki, kimsə təpənin
başına çıxsın. Bir də gördük ki, Emin yoxdur, təpənin başındadır. Emin kürəyində yaralı komandiri ilə geri qayıdıb. Amma geri qayıdanda
...ermənilər partlayış törədib və uşağımızın boğazından, ürəyindən qəlpələr dəyib. İdmançı idi balam. Komandirlərinə deyib ki, məni döyüşə
aparın. Bütün silahlarınızı təmizləyərəm orada, təki məni döyüşə aparın. Balamı görməmək mənə çox ağırdır, dözə bilmirəm, ay Allah...
Əsgərliyə gedəndə dedim ki, Emin, qurban olum sənə, nigaranam səndən. Dedi ki, nənə, narahat olma, Lənkəranda hərbi xidmətimi 471
edəcəm. Onu Lənkərandan Biləsuvara, Biləsuvardan da Xızıya aparmışdılar. Axırıncı dəfə də oradan Cəlilabada gediblər. Amma ayın 1-i
gəlməliydi. Biz də hazırlıq görmüşdük ki, uşağımız gəlir. Ayın 2-si zəng vurdu ki, bəs nigaran qalmayın. Müharibə var, amma yaxşıyıq, öz
torpaqlarımıza doğru xeyli irəliləmişik. Atasına dedi ki, ata, fikir eləmə. Yaxşıyam, heç burnum da qanamayıb. Sən demə, bizi sakitləşdirirmiş.
Təhlükənin olduğunu bizdən gizlədirmiş. Uşaqlıqdan sözübütöv idi, nənəsi qurban olsun ona... Həmişə bizi düşünürdü. Emin evin kiçik oğlu idi,
amma ailənin bütün yükünü öz çiyinlərində daşımağa hazır idi. Atasına deyirdi ki, ata, fikir eləmə, gələndən sonra köməkləşərik, qardaşlarımı
evləndirərik. Atasına kömək olsun deyə banklardan kredit pul da götürmüşdü. Hələ də banklara 12 min borcumuz var. 20 yaşı olmasına
baxmayaraq, Emin çox ailəcanlı idi. Atası ilə doğum günləri də eyni idi..."
Oqtay İslamov (dayısı): "Emin çox vətənpərvər idi. Üzr istəyirəm ifadəmə görə, kiçik toyunda əsgər marşı çalınırdı. Emin balaca əsgər
kimi addımlamağa başladı, Vətən eşqi uşaqlıqdan onun qanına-canına necə hopmuşdusa... Uşaqlıqdan Vətən sevgisi onu yandırıb-yaxırdı. Əsgər
gedəndə atasına deyirdi ki, ata, fikir eləmə, gəlib sənə kömək edəcəyəm. Atası 3 oğul böyüdürdü, əlbəttə, asan iş deyil. Hərbi xidmətdə olanda
xəstələnmişdi. Müalicə üçün evə gətirmişdik. Qızdırmadan yanırdı. İynələr vurdurduq. Dedim ki, Emin, atam, xəstəsən, gedək xəstəxanaya,
əməlli-başlı müalicə al. Mənə qulaq asmadı, bizdən gizlin 40 dərəcə qızdırma ilə gecə ilə qaçdı hərbi xidmətə... Lələtəpədən şəkillər çəkib
göndərmişdi bizə. Sən demə, Lələtəpəni keçiblər, Talış yüksəkliyini alıblar, bizə də şəkillər göndərib sevincini bölüşür. Heç hələ bilmirdik ki,
cəbhədə vəziyyət gərgindir. Əmisi oğlunun 1 yaşında gözləyirdik ki, gəlsin. Uşağın ad günündə qoyun kəsdik. Amma Emin gəlmədi. Atası İmran
5 heyvan saxlatdırdı ki, oğlum gəlsin, bunları da kəsərik. Ayın 2-si zəng vurdu danışdıq. Dedi ki, narahat olmayın. Aprelin 4-ü isə şəhid xəbəri
gəldi. Heç bir incikliyimiz yoxdur, başımızı uca edib. Amma əlbəttə ki, həmin qələbədən sonra balamız yanımızda olsaydı, lap yaxşı olardı. Allah
bizə bu qisməti yazdı. Gedib yolda qəza qurbanı olunca, qoy Vətən uğrunda şəhid olsun. Gedib kimlərinsə bıçağı altında ölüncə, qoy Vətən
uğrunda şəhid olsun. Biz Eminlə fəxr edirik! Dağlılar məhəlləsində dostları məni görəndə soruşurlar ki, dayı, biz bundan sonra bir problemimiz
olanda kimə zəng vuracağıq? Kim qoruyacaq bizi? Dostlarına deyirəm ki, sizin yolunuz bundan sonra da açıq olacaq, Emin şəhid olub, sizin
başınızı uca etdi. Başımı ucaltdı. Mən də arzu edərdim ki, qoy övladım şəhid olsun. Emin bütün Azərbaycanı elə bir hörmətə yüksəldib ki... Bütün
Azərbaycanın başını uca elədi. Emin ailənin kiçik oğludur. Ortancıl qardaşı isə əlildir. O, Eminin şəhid olması xəbərini eşidəndən dili tutulub.”
Vüsal Məmmədov (dostu): "Hətta zarafatla söhbət edəndə də şəhid olacağından danışırdı. Facebookda da statusları ancaq bu mövzuda
olurdu. Ən böyük arzusuna çatdı. Emin yadımdan necə çıxsın axı? Bütün günü birlikdə idik. Hətta əsgərlikdə olanda gəlməyinə 3 gün qalmış mənə
yazdı ki, burada qalmaq istəyirəm, qayıtmaq istəmirəm. Atam icazə vermir, amma burada işim, demək olar ki, hazırdır. Axırıncı dəfə də martın 31-
i danışdıq, dedi ki, darıxmışam, gələcəm, görüşərik. Uşaqlıq dostum idi mənim. Çox səmimi uşaq idi, kinli deyildi. Dava da edirdik, barışırdıq.
Amma həmişə atası gəlirdi, onu danlayırdı. Həmişə bir-birimizi itirib-axtarırdıq. Deyirdik, qardaşım, bağışla, barışırdıq. Yoxluğu çətindir. Sevdiyi
qız da var idi. O qız Eminin şəhid olduğuna hələ də inanmır. Məndən soruşdu, təsdiqlədim. Hər birimiz üçün onun yoxluğu dəhşətdir. Amma
onunla fəxr edirik. İndi şəhidin ailəsinin yeganə istəyi Emin Bağırovun təhsil aldığı 182 saylı məktəbə onun adının verilməsidir”.
Babası: "Mən də gedib, vuruşmaq istəyirəm. Eminimin, başqa balalarımızın da intiqamını alacağam. Nəvələrimin hamısı birdir. Eminlə
fəxr edirəm. Nəvəm əsl qəhrəmanlıq nümayiş etdirib. Hər zaman özünə Mübariz İbrahimovu örnək bilirdi. Deyirdi, Ali Baş Komandanımız
"döyüşmək" əmri versin, ermənilərin qanını içərəm. Mənim balam belə bala idi. Onun vətənpərvərliyi bizə örnək idi. Arzumuz odur ki, Eminimə
Milli Qəhrəman adı verilsin. Heç olmasa ürəyimizə su səpilər...".
90-larda işğal olunan torpaqlar uğrunda 90-larda doğulan uşaqlar döyüşürlər. Xoşbəxt gələcək vəd elədiyimiz uşaqlar indi şəhidliyə
qovuşurlar. Gələcəyimizə bu boyda dərd saxlamadıq artıq. Şükür torpaqlarımızın işğaldan azad olundu.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
472
(Şəhidimizin anası Sədaqət xanım)
473
(Emin Bağırovun uşaqlığı)
474
(Müəllif şəhidin məzarını ziyarət edərkən)
475
476
(Müəllif şəhid ailəsini ziyarət edərkən)
ƏSGƏR ƏLİZAMAN FƏRRUX OĞLU İSLAMOV
“Vətən uğrunda qan,dostunuz uğrunda göz yaşı,ailəniz uğrunda
tər tökün.”(Atalar sözü)
Doğum tarixi: 12 iyun 1997-ci il. Lənkəran rayonu, Cil kəndi. 477
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 6 aprel 2016-cı il. Lənkəran rayonu, Cil kəndi.
Qoşun növü: A. R. Quru Qoşunları.
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.
Ailənin tək övladı olub.
Subay idi.
Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə,
bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün
varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq. Hər bir insan yurduna
sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı
sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən
də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə
çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-
sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan
işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə,
mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.
Hürnisə ana gözünün ağı qarası olan bircə balasını vətənə əmanət edib cəbhəyə göndərəndə qollarını oğul kürəyində çarpazlayıb, iki damla
göz yaşı süzdürmüşdü. Bu iki damla çətin sezilən ana narahatlığını üstələyən sevinc yaşlarıydı. Bu göz yaşına ananın demək istədiklərini
tamamlayan nöqtə deyərdim mən. “Oğlum boya-başa çatıb, sağlamdı. Vətənə borcunu yerinə yetirməyə gedir...” “Vətəni sev ay oğul, sevə-sevə
qoru Vətəni” deyən anasının baxışlarına, “nigaran qalmayın, öyüd-nəsihətini unutmamışam, ay ana! – deyə böyük qürurla hərbi xidmətə yola
düşən oğul baxışları cavab verir. Bu dəfə isə oğlunun kürəyinə düşən növbəti iki damla göz yaşı şükranlıq yaşı olur: “Oğlum yaxşı əsgər olacaq!..”
1997-ci ilin 12 iyun günündə Lənkəran şəhərinin Cil kəndində anadan olan əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan- 478
Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olan igid oğullarımızdandır – bugünkü qələbəmizin təməlini atan
oğullarımızdan.
Hürnüsə xanımla görüşmək üçün isti yay günlərinin birində Zabrata üz tutdum. Ünvanı çətinliklə tapdım. Evində tək-tənha yaşayan
Hürnüsə xanım gətirməyən acı taleyindən danışdıqca insanın ürəyinə dağ çəkilirdi. İllər öncə ailəsinə sahiblik etməyən ər, ailəni-uşağı atıb,
övladına atalıq etməmişdi.
Hürnisə Kərimova (şəhid anası): “Fərruxla ailə qurub Bakının Zabrat kəndinəki evlərinə gəlin gedən günsən ailəsi məni sevmədi, qəbul
etmədi. Sonra da söz-söhbətdən boğaza yığılan Fərrux içkiyə qurşandı. 1997-ci ilin iyun ayının 12-də dünyaya gələn oğlumun sevinci də ailədə
mehribanlıq yarada bilmədi. Dözdüm… Dözdüm ki, el –obadan ayıbdır, dözdüm ki, axırı yaxşı olar… Dözdüm ki, oğlumu atalı böyüdüm. Axırı
isə görünmürdü. 2006-ci ilin bir günündə evdə yenə qırğın-qiyamət düşdü. Balamı da götürüb qaçdım ər evindən. Bir az qoltuqlarda yaşadım,
sonra məhkəmə mənə və azyaşlı oğluma onlara məxsus evdə yaşamaq üçün qərar çıxardı və bizi boşadı. Oğlumu çox çətinliklə böyütdüm. Ev
sahiblərinin mal-heyvan üçün alıb gətirdikləri quru çörəkdən hamı yatandan sonra gizlində götürüb suda isladıb səhərlər uşağa yedirdirdim.
Beləcə 2008-ci ilə kimi həmin həyətdə yaşaya bildik. Fərrux yenə bir gün içib gəlmişdi məni döyməyə, dalaşmağa başladı, iş o yerə gəldi ki, bıçaq
götürüb oğlunun başını kəsmək istədi. Harayıma gələn bacılarım məni Fərruxun əlindən alıb, birdəfəlik bu həyətdən çıxardılar. Əlizamanı 75 saylı
məktəbin 9-cu sinfini başa vurandan sonra Maştağadakı aşpazlıq məktəbinə qoydum. 1 ay peşəsi üzrə işləyəndən sonra dedimki, bir az istirahət
etsin əsgərlik vaxtı yaxınlaşır. Hərbi xidmətə getməzdən 3-4 gün əvvəl oğlumun boynunu qucaqladım ki, get atanla, nənə-babanla görüş, xeyir-dua
al. Əlizaman da elə bil bu sözə bənd idi. 3 gün ərzində 4 dəfə doğulduğu, böyüdüyü həyətə getdi, ancaq gah üzünə qapı açmayıblar, gah da min
bəhanə ilə uşağı həyətə buraxmayıblar. Xəstə olduqlarını deyiblər. Dedim onlar istəmədisə onda get atanın işlədiyi yerə “görüş, halallaş”…
Əlizaman gedir bu dəfə də atası gizlənir. Həmin günün səhəri – oktyabrın 20-də axşamüstü Dəmiryolu vağzalına aparıb əsgərliyə yola
saldım. Əlizaman qatara minən kimi, keçib perronda qapının dalında gizləndi… Hamını atası yola salırdı, onu isə anası və xalaları… Bir də
gördüm elə ağlayır ki..
Əsgər gedəndən sonra üç dəfə ona baş çəkdim. Ürəyində bir narahatlıq var idi. Aidiyyatı dövlət orqanlarına məktub yazıb, oğlunun tək
övlad olmasını nəzərə alıb, ön cəbhəyə göndərilməməsini xahiş etdim. Cavab gəlmişdi ki, “…oğlunuzun tək övlad olmasını nəzərə alaraq, arxa
bölmələrdə xidmət etməsi üçün qanun çərçivəsində baxılacaq”.
Bu məktubu alandan sonra bir az arxayınlaşmışdım. Necə olsa da rəsmi məktub oğlunun xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən
imzalanmışdı. Axırıncı dəfə balamın yanına 21 martda getdim. Bayramlıq hazırladım, sevdiyi yeməkləri bişirdim, yol tədarükümü tutub, səhər o
başdan gedib Əlizamana çatdırdım özümü. Əsgər dostları da süfrəyə gəldi. Sonra ana-bala oturub dərdləşdik. Ayrılanda “Ana özünü qoru,
özündən muğayat ol” dedi, nədənsə özünü saxlaya bilməyib kövrəldi, ağladı. “Ana, səndən heç doymuram axı..”- deyib qucaqladı məni.
Aprelin 2-si qarışıq yuxu gördüm. Oğlum məni imdada çağırırdı. Ağlayırdı. Hövlnak yuxudan oyandım…
Oğlumun xəbərini verəndə dünyam dağılsa da sınmadım Lənkəranda, özünün doğulduğu Cil kəndində dəfn etdirdim. Əlzamanı da eli-obası,
Lənkəran şəhəri üçrəngli Azərbaycan bayraqları ilə əsl Vətən qəhrəmanı kimi qarşıladı. Tabutu çiyinlərdən yerə düşmədi”.
O gündən sonra, dünyası dağılmış Hürnisə ana özünə yer tapmır. Oğlunun ona əsgər papağı qalıb. Həmin papağın içərisində öz əlləri ilə
“anama yadigar qalsın” sətri Əlizamanın anasına son məktubu olur.
İndi Hürnisə ana ruhsuz, cansız, səssiz-səmirsiz yarıtikili evində oğlunun ruhu ilə yaşayır. ANA! Bu fotonu gördükdən sonra yazacağım
sətirlərin hamısı mənasızdı. Təkcə bu foto yazılacaq minlərlə sətir, cümlə və səhifəyə kölgə salır. Ən böyük sözü bu foto deyir. “Anacan qarşınızda
baş əyirəm” deməyə belə xəcalət çəkirəm. “Haqqınızı halal edin” deməyə belə üzüm gəlmir.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
479
(Şəhidimizin anası Hürnisə xanım)
480
481
482
(Müəllif şəhidin ailəsini ziyarət edərkən
ƏSGƏR XALİQ HƏSƏN OĞLU ƏZİZZADƏ
Mən ərəb deyiləm əlimdə təsbeh olsun. Mən ingilis deyiləm ləqəbim
bayraq olsun. Mən erməni deyiləm qeyrətim bir qram olsun. Mən MUROV
əsgəriyəm hamı ehtiyatlı olsun!!! (Şəhid Xaliq Əzizadənin son statusu)
Doğum tarixi: 27 avqust 1996-cı il. NMR Şərur rayonu. 483
Vəfat tarixi: 2 aprel 2016-cı il. Toğanna istiqamətində.
Dəfn edilib: 6 aprel 2016-cı il. Sabunçu rayon Kürdəxanı qəsəbəsi.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Subay idi.
Vətən – doğma diyar, ana yurd…
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin
torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və
etibarlıdır.
Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və
hörmətə layiq müqəddəs torpaq, evimiz, kəndimiz, obamızdır. Baba və dədələrimiz bu torpaqlarda
uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Vətən müqəddəsdir. Ata-babalarımız bu
torpaqlarda yaşamış, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.
Belə bir yüksəkliyə ucalanlardan biri də Xaliq Əzizzadədir. Xaliq Həsən oğlu Əzizzadə 27 avqust 1996-cı ildə, Naxçıvan Muxtar
Respublikasının, Şərur rayonunun, Aşağı Yaycı kəndində ziyalı ailəsində doğulmuşdur. 2003-2014-cü illərdə Bakı şəhəri Xətayi rayonunun 116
saylı tam orta məktəbində oxumuşdu. 2015-ci ilin oktyabr ayında, Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Öz
istəyinə görə, Qarabağda düşmənlə sərhəd olan ön cəbhədə xidmət etməyi xahiş etmişdir. Hərbi xidmətdə qulluq etdiyi zaman, rəhbərliyin və
yoldaşlarının etimadını qazanaraq böyük hörmətə sahib olan Xaliq Əzizzadə, rəhbərliyin diqqətini çəkmiş və nümunəvi xidmətinə görə, dəfələrlə
komandiri tərəfindən dəyərləndirilmiş və mükafatlandırılmışdır.
Məzuniyyətdə olarkən şəhid ailələrilə görüşməyi planlaşdırmışdım. Belə günlərdən biri də şəhid Xaliq Əzizzadənin ailəsilə oldu. Əvvəldən 484
tanıdığım bu ailəyə kaş ki bu səbəbdən gəlməzdim. Nigar xala ilə xeyli söhbətləşdik, Xaliqdən danışıb ağladı. Xaliqin hərbi çantasını açıb
əşyalarını göstərdi. Hər əşyasına baxdıqca göz yaşı sel olub getdi.
Nigar xanım (anası): “Hər dəfə də xidmət etdiyi hərbi hissədən razılıq edirdi. Hər gün mənə deyirdi ki, ana, mən də ön cəbhəyə getmək
istəyirəm, amma məni aparmırlar. Amma Tərtər döyüşlərində özü könüllü getmişdi ön cəbhəyə. Üç balamdan ən gözəli, ən ağıllısı, ən sözəbaxanı
idi Xaliq idi. Xaliq 6 ayın əsgəri oldu. Toğanada hərbi hissədə sürücü idi. Səhər oturub televiziyada şəhid xəbərlərinə baxırdım. Yoldaşım da
demişdi ki, yas yerinə gedəcək. Birdən mənə elə gəldi ki, televizorun ekranından Xaliq keçdi. Bədənim əsdi, "İlahi bu nədir?" dedim öz-özümə.
Elə həmin an telefon zəng çaldı, qaynımın yoldaşı idi. Dedi, "Nigar neynirsən? Xaliqlə danışmısanmı?" Sən demə, bilirmiş Xaliqin şəhid
olduğunu. Yoldaşıma da deyiblərmiş. Bir də gördüm, böyük qaynım gəldi. Dedi, "Xaliq yaralanıb". Dedim, "Ay Telman, de ki, Xaliq ölüb də".
Ertəsi gün səhər 5.30-da Xaliqin cənazəsi evimizə gətirdilər. Qoymadılar, balama baxım. Üzünə baxmaq istədim, dedilər, "əl vursan,
cənazəni aparacağıq". Qorxumdan daha heç nə etmədim ki, heç olmasa, balam 5-6 saat qalsın yanımda. Həmişə ayağımdan öpürdü ki, "sən mənim
ürəyimsən". Cənazəsini evə gətirəndən sonra, o qədər ayağından öpdüm ki, bəlkə oyana… Oyanmadı balam. Dedilər, başından yaralanıb".
Xaliqin sevdiyi qız da vardı. Sinif yoldaşı idi. Son zəngində məktəbdə sinif uşaqları ilə yığışmışdılar. Şənlik filan etdikdən sonra şəhərə
gəzməyə gedəcəkdilər. Biz valideynlərlə arxada gəlirdik, uşaqlar da qabaqda yavaş-yavaş gedirdilər. Bir də gördüm qız girdi bunu qoluna. Hələ
onda bilmirdim sevdiyi həmin o qızdı. Çox çalışdım şəhərə gəzməyə getməsin, çəkib gətirdim evə. Dedim ay Xaliq belə şey olar o qız kimdisə heç
məni saymadı gəldi girdi qoluna. Bir neçə dəfə deyəndən sonra, axırda dedi “ay ana sevdiyim qızdı da bəs nə etməlidi, mənim qoluma girməlidir
da!”
Xaliq əsgərlikdə olanda qız ona yazıbmış ki, "məni verirlər, fikrin nədir?". Xaliq də "Ayın 15-i məzuniyyətə gələcəyəm, anamı
göndərəcəyəm sizə" yazıb. Kaş gələydi, kaş gedəydim alaydım o qızı. Xaliqdən sonra nə qədər xəstəxanada yatıb. Sonra bilmişəm. Bilsəydim
yanına gedərdim. İndi məzarına aparıram xonçalarını.
Atası ona qəbiristanlıqda ev düzəldib. Hər gün ordayıq, gedib Xaliqimizi görüb gəlirik. Atası deyir, "onun başına yağış yağsa, mən
ölərəm". Atası o hadisədən bu yana isti yemək yemir, rahat yatağında yatmır. Evində Xaliqin şəkillərindən ibarət düzəltdiyi guşənin qarşısında
yatır.
Martın 25-də yanına getmişdim. Elə gözəlləşmişdi, kişiləşmişdi balam. Deyirdi ki, məndən narahat olmayın, tezliklə məzuniyyətə gələcəm.
Aprelin 12-nə yolunu gözləyirdik. Hərbi hissədə oturub dərdləşirdik. Biz Ermənistandan,Vedi rayonun Yenicə kəndindən (tarixi Azərbaycan
torpaqları) 1988-ci ildə zorla çıxarılmışıq. Naxçıvanın Şərur rayonuna gəldib yerləşdik, Xaliq də orada anadan olub. Sonra Bakıya köçdük. Oğlum
həmişə deyirdi ki, ana onlar orada sənə, ailəmizə çox əziyyət veriblər. Zorla evimizdən çıxarıblar. Bizim kimi minlərlə ailəyə bu əziyyəti veriblər.
Sonra da Azərbaycandakı torpaqlarımızı işğal ediblər. Gərək sənə və Vətənimizə qarşı bu cür qeyri-insani əməllər törədənlərdən, işğalçılardan
intiqamımızı alaq. Gedib torpaqlarımızı işğaldan azad etməliyik”. Ən son da şəhid olmasından bir neçə saat əvvəl danışdım. Çox qısa bir-iki kəlmə
dedi. Demə, döyüşə gedirmiş. Sonra şəhid xəbəri gəldi. Oğluma heç nişan da apara bilməmişdim. Amma millətimiz oğlumu elə yola saldı, elə yola
saldı. Oğlumla da, millətimlə də bir daha qürur duydum. Deyirdi, ana, mənimlə qürur duyacaqsan. Oğlum mənə “Şəhid anası” olmaq qürurunu
yaşatdı. Onunla hər zaman qürur duyacam.Tək mən yox, bütün millətimiz şəhidlərimizlə hər zaman qürur duyacaq. Övladlarımızın şəhid olduğu
torpaqlarımız azad olunub, bu bizim ən böyük təsəllimizdir. İstəyimiz bütün torpaqlarımız işğaldan azad olunsun və balalarımızın ruhu şad olsun.
Bizə bu əziyyətləri yaşadanlara layiqli cavab verilsin. Onlar məni evimdən zorla qovublar onların necə vicdansız, insan ruhu daşımayanlar olduğun
yaxşı bilirəm. Övladlarımızın qanı yerdə qalmasın.Tək istəyim budur. “Oğlumla fəxr edirəm, o indi bütün Vətənin oğludur .Oğlumla da millətimlə 485
də bir daha qürur duydum. Deyirdi, ana, mənimlə qürur duyacaqsan. Oğlum mənə “Şəhid anası” olmaq qürurunu yaşatdı. Onunla hər zaman qürur
duyacam.Tək mən yox, bütün millətimiz şəhidlərimizlə hər zaman qürur duyacaq. Vətənimiz, dövlətimiz sağ olsun. İstəyimiz bütün torpaqlarımız
işğaldan azad olunsun və balalarımızın ruhu şad olsun. Bizə bu əziyyətləri yaşadanlara layiqli cavab verilsin. Övladlarımızın qanı yerdə
qalmasın.Tək istəyim budur".
Həsən dayı (atası): "Biz Ermənistandan gəlməyik. Allah ermənilərin evini yıxsın. 1992-ci ildə qaçıb gəldik bura. Bilsəydim, bura
gəldikdən sonra balamı itirəcəm, heç gəlməzdim. Qalıb ölərdim orada…. Çox ağıllı, tərbiyəli oğul idi. Bizi elə bağlamışdı özünə ki…"
Elnarə Məmmədova (bacısı): “Xaliq Toğanada hərbi xidmətdəydi. Sonra Murovda olub. Sanitar hissədə qulluq edirdi. Təcili yardım
maşını sürürdü. Döyüş zonasından yaralı əsgərləri çıxardan zaman erməni hərbi birləşmələrinin atdığı mərminin qurbanı olub.Vaxt tapanda zəng
edirdi, hal-əhval tuturdu. Sonuncu dəfə danışanda. Dedi narahat olmayın, hər şey yaxşıdır. Dedim “özündən muğayat ol”. Gülərək cavab verdi ki,
“tezliklə torpaqlarımızı işğaldan geri qaytaracağıq. Anama de ki, narahat olmasın, nigaran qalmasın məndən. Qəhraman kimi qayıdacam”. Amma
ertəsi günü səhər saatlarında tabutu gəldi.
Qonşuları: “Xaliqin tabutu evə gətiriləndə anası qapını bağlayıb, sonra isə tabutu toyu olacaq bəy kimi bəzəyib. Daha sonra isə uzun gur
saçlarını kəsib “Məndən sənə yadıgar olsun, Xaliq” deyib tabuta qoyub. (https://muxalifet.az/saclarim-mndn-sn-yadigar-olsun-xaliq-shid-
anasi.html).
Əziz şəhidimizin dəyərli ailəsi ilə söhbət zamanı bir daha əmin oluruq ki, Vətən sevdası ilə böyüdülən övladlar bir başqa olur. Bu cür
ailələrimizin qarşısında hər zaman baş əyirik. Şəhidlərimiz heç zaman unudulmayacaq və sevgi ilə xatırlanacaqlar. Rahat ol, şəhid anası...
şəhidlərimizin qanıyla işğaldan azad etdiyi torpaqlar bir daha düşmən əlinə keçməyəcək. Şükürlər olsun ki, bütün torpaqlarımız işğaldan azad
olundu. Azərbaycan ordusunun öz torpaqlarını erməni işğalçılarından azad etmək uğrunda apardığı mübarizədən və Azərbaycan xalqının
göstərdiyi əzmkarlıqdan qürur hissi duyuruq. İşğal edilmiş vətən torpaqlarımızın geri qaytarılmasında şücaət göstərərək şəhid olan oğullarımıza
Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
486
(Müəllif şəhidin ailəsini ziyarət edərkən)
(ADU-da Aprel şəhidlərinə həsr olunmuş dəyirmi masa)
487
488
ƏSGƏR KAMRAN FAİQ OĞLU ŞİRƏLİYEV
“Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.”
Doğum tarixi: 28 fevral 1994-cü il. Suraxanı rayonu. 489
Vəfat tarixi: 4 aprel 2016-cı il. Ağdərə istiqamətində.
Dəfn edilib: 6 aprel 2016-cı il. Suraxanı qəbiristanlığı.
Qoşun növü: A.R.Quru qoşunları
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Evin tək oğlu idi. Subay idi.
Vətənin müdafiəsi daima həyat, mal, iffət və namus təhlükəsizliyinə, ölkəni və milləti parçalamağa
yönəlmiş daxili və xarici, dağıdıcı və bölücü hücümlara qarşı canımız hesabına həyata keçirilməlidir. Vətənin
təhlükəsizliyini və güvənliyini təhdid edən düşmənə qarşı "Vətən sənə can fəda” deyərək vətəni qorumaq hər
birimizin vəzifə olmuşdur. Vətən üzərinə basdığın torpaq, ocağımızdakı yemək, çeşmələrimizdən içdiyimiz su,
bağlarımızdan dərdiyimiz çiçəklər, ağaclarımızdan yediyimiz meyvələr və nəfəs aldığımız havadır. Birliyimiz və
diriliyimiz üçün vətənimizə gözü kimi baxan və onu qoruyan oğullarımızdan biri də şəhid Kamran Şirəliyevdir.
Ailənin tək oğul övladı K.Şirəliyev 1994-cü ilin fevralın 28-də Bakı şəhərinin Suraxanı rayonunda Faiq və Elvira Şirəliyevlərin ailəsində anadan
olmuşdur. Xəzər rayonunda yerləşən H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirmiş, daha sonra peşə məktəbinə daxil olan
Kamran 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdu. Aprelin 6-ı isə
Kamran Şirəliyev doğulduğu Bakı şəhərinin Suraxanı rayonunda son mənzilə yola salındı. Kamran Şirəliyev ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə
təltif edildi.
Kamrangilə getmək üçün anası Elvira xanımla danışdım ki, ünvanı dəqiqləşdirim. Ancaq onlara getdiyim gün Muşfiq Orucovun ailəsilə
görüşdüyüm günə təsadüf etdi. Aygün müəllimə bildirdi ki, həmin gün Kamrangilə gedəcəklər. Elə onlarla da Mərdəkana – Kamran Şirəliyevgilə
getdik. Bacıları da evdə idi. Kiçik bacısı Ayselin toyu olacaqdı bir neçə gün sonra. Allah xoşbəxt eləsin inşallah.
Elvira xanım (anası): "Oğlumun yanına gedəndə sevinirdim ki, yeməyi var, geyimi tərtəmizdir. Andiçmədən sonra oktyabrın əvvəli
Kamranı Toğannaya göndərdilər. Hərbi xidmətini orada davam etdirirdi. Aprelin 3-ü zəng eləmişdi. Avtomobillərin səsi gəlirdi. Kamran atasına
dedi ki, "bizi poliqondan hərbi hissəyə gətirirlər, özündən muğayat ol". Sən demə döyüş bölgəsinə aparılırmış. İşdə idim. İcra hakimiyyəti və
bələdiyyədən iş yerimə gəldilər. Məni müdirin otağına çağırdılar və bildirdilər ki, Kamran yaralanıb, qospitaldadır. Həmin an anladım ki, oğlum
daha həyatda yoxdur. Çünki yaralı olsaydı, məni onun yanına aparardılar. Mənə isə "gözlə" deyilmişdi. Atasına deyə bilmirdim ki, ürəyi xəstədir.
Evə gətirdilər məni. Artıq bilirdim ki, Kamran yoxdur. Deməli Kamran ayın 3-ü bizimlə danışıb, 4-ü şəhid olub və mənə isə 5-i saat 1-də xəbər 490
veriblər. Kamran çox cəld, ağıllı, bacarıqlı oğlan olub. Bütün ümidlərini ona bağlamışdım. Evdə çox gözümə görünmürdü ki, əsgər gedəndə dözə
bilim. Əsirdim üstündə. Amma bacardıqca özündən uzaq tuturdu. Ona ürəyimin yanmasını istəmirdi. Bir dəfə velosipeddən yıxılmışdı. Dabanı
cırılmışdı. Məni sarımağa da qoymadı. İki gün sonra qızdırması qalxanda həkimə apardıq. Hərbi xidmətdən sonra işləməyi, evi düzəltməyi və
evlənməyi düşünürdü…Ata minəndə qorxurdum ki, yıxılar, bir şey olar. Dənizə gedəndə qorxurdum, batar. Hara getsə, narahat olurdum. Onu çox
istədiyimi bilirdi. Bacardığı qədər uzaq gəzirdi ki, onsuz qala bilim. Heç ağlımdan da keçmirdi ki, belə ola bilər. Şikəst gəlməyini də
arzulamırdım. Kamran özü də dözə bilməzdi ki, şikəst olsun. Qorxmaz uşaq idi. Biz onu hər şeydən qoruyurduq. Ayın 6-sı səhər saat 6-da
cənazəsini gətirdilər. Elə ayın 6-da Suraxanı məzarlığında babasının yanında dəfn etdik. Daha Kamranım yoxdur. İçim yanır. Bircə biləydim,
mərmi harasından dəyib, harasından yara alıb. Bir nəvəm var, gözümü ona dikmişəm. Bircə müharibə bitsin, nəvəm sağ-salamat böyüsün. "Təki
Vətən sağ olsun!"Dedim get Vətənini, millətini ləyaqətlə qoru. O da getdi əsl kişi kimi Vətənini qorudu. Bir dəfə də telefonla danışanda şikayət
etməzdi. Hər dəfə də hər şey yaxşıdır deyərdi. Vətəni dəlicəsinə sevərdi. Torpaqlarımızı işğaldan azad görmək ən böyük arzusu idi. Elə bu yolda
da canını verdi. Oğlumla qürur duyuram. Mənim heç bir zaman ağlamağımı istəmirdi övladım. İndi minlərlə insanın övladı oldu. Tanıdığım-
tanımadığım o qədər insan gəlir deyir ki, o bizim də övladımızdır. Oğlum Vətənin övladı oldu. Oğlum şəhid oldu, qoy Vətənimiz sağ olsun. Heç
bir şey istəmirəm. Bircə istəyim var. Övladlarımızın uğrunda canlarından keçərək işğaldan azad etdikləri Vətən torpağının bir qarışının da bir daha
düşmən Ermənistanın əlinə keçməsinə imkan verilməsin. O torpaqlarda övladlarımızın qanı var. Və şəhidlərimizin ən böyük amalı olan
torpaqlarımızı işğaldan azad görmək həyata keçirilsin. Onların ruhu ancaq o zaman sakitlik tapacaq.
Gəncəyə oğlumun andiçmə mərasiminə getmişdik. Ondan ayrılıb gələndə bir külək qopdu ki, gəl görəsən… Bəzən təbiətdə belə
olur…Külək əsir, əlindəki nəyisə güclə alıb aparır… Aparmır … qoparır səndən… Ulayır, hayqırır, aləmi dağıdır külək… Həmin gün də elə
idi… O küləkdən yaman qorxdum, sanki içimdə nəsə qırıldı. Öz-özümə dedim ki, görəsən bu nə külək idi əsdi belə?.. O gündən ürəyimdə bir
qorxu gəzdirirdim. Hərdən fikirləşirdim ki, birdən bu ayrılıq küləyi olar. Elə bil nəyisə qoparmışdı o külək məndən. Dədə-babadan elə bu
Mərdəkan kəndində yaşayırıq. Üç övladımız olmuşdu, qızlarım Məsmə və Aysel Kamrandan böyükdürlər. Kamran 1994-cü ildə fevral ayının 28-
də doğulmuşdu. Mərdəkandakı Hacı Zeynalabdin Tağıyev adına məktəbin 9-cu sinfini bitirəndən sonra, Texniki Peşə Liseyinə getdi.
Orda tarktorçuluq peşəsini öyrəndi. Heç boş dayanmağı sevməzdi. Gah usta yanında işlədi, gah quşçuluq fabrikində... Fikri-zikri o idi ki, ata-
anasına kömək etsin, gözə görünən evimiz olsun. Aylıq maaşını alan kimi, evin əyər-əysiyini alıb gətirirdi ki, təmirə başlayacaq. Ən böyük
arzusu evimizi təmirli görmək idi. Nə bilim vallah… o qədər arzuları var idi ki, balamın… Hansı birini deyim…Axırıncı dəfə martın 29-da
hamımızla danışdı. Kefi də yaxşı idi. Əsgərliyindən razılıq edirdi. Elə bil əsgər gedəndən sonra bir az da kişiləşmişdi. Arxayınlaşdım həmin
gündən sonra. Ancaq axırıncı dəfə aprelin 3-də zəng vurdu. Onda bizimlə az danışdı. Atası ilə isə danışanda son sözü bu oldu: “Ata özündən
muğayat ol!.Atası da qayıdıb dedi ki, “mən yox e… a bala, sən özündən muğayat ol”. Heç bizi ön cəbhədə olmasından da agah eləmədi. Sən demə
oğlum bizimlə vidalaşırmış”.
Faiq bəy (atası): "Düzdür, mən balamı itirmişəm, ürəyim yanır. Amma bilirəm ki, Vətən üçün itirmişəm. Nə qədər ki, Azərbaycanın
Kamran kimi oğulları var, düşmən bizi məğlub edə bilməz. Arxa cəbhədə idi. Ön cəbhəyə aparıblar yaralılara kömək etmək üçün. Deyilənə görə,
mərmi düşüb şəhid olub. Kamran kasıb ailədə doğulub boya-başa çatmışdı. Bəlkə də yaşıdları kimi, bütün arzularına çata bilməmişdi. Kamranın
dostu həddən artıq çox olub. Dostları, Kamran şəhid olanda da ailənmizi tək buraxmayıblar. Kamran bayramlarda dostları ilə şəhərdə gəzməyi
xoşlayırmış. Və hər zaman çalışıb ki, onu əzab-əziyyətlə böyüdən ata-anasının başını uca etsin. Ölüm aman versəydi, o da evlənəcək, ailə-uşaq
sahibi olacaqdı. Kamran hər zaman yaddaşlarda yaşayacaq. Heç bir zaman unudulmayacaq. Çünki bu dərd unudulan dərd deyil. Alah heç kimə 491
bala dağı göstərmsin. Allah şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun. Oğlumla qürur duyuram. Millətimiz oğlumu böyük sevgi ilə, qəhrəman
kimi yola saldı son mənzilinə. İnşallah torpaqlarımız işğaldan azad olar və şəhidlıərimizin hamısının ruhu şad olar. Allah dövlətimizə, millətimizə
kömək olsun,düşməni sevindirməməliyik, şəhid övladlarımız bizim hamımızı belə görmək istəyərdi.
Əvvəl isti-isti idi. Gəlib-gedən də çox idi. İndi bu həyətdə hər qarışda yeri görünür Kamranımın. Arxam, dayağım idi. Atalarda bir söz
var, oğulun öz yeri, qızın öz yeri. Kamransız bütün tifağım dağılıb. Mənim qocalığımda dayağım olacaqdı, kürəyimi ona söykəyəcəkdim. Özü də
ailəcanlı, qeyrətli oğul idi. Nə danışım… Hər gün onun söhbəti gedir bu evdə… Bacılarının üzünə baxa bilmirəm… Ovuda bilmirəm Məsmə ilə
Ayselimi. Kamran sağ olanda anası da, mən də müalicə alırdıq, indi … daha həkimlərə müraciət etmirik, harda qırılarsa, qırılsın…”.(
https://sputnik.az/life/20160418/404713701.html).
Məsmə (bacısı):“Qardaşımı heç unuduram ki… heç yaddan çıxır ki, onun kimi qardaş yox idi. Tez-tez gəlib qapımı açırdı, oğlumu
sevindirirdi. Axırıncı dəfə dayanacaqda görüşdüm, yola saldım onu. Dedi ki, “bacı, bax gör burda mənim kimi qəşəng oğlan var”. Sevinirdim
qardaşıma görə, fəxr edirdim. Qardaşımın gözləri dəniz rəngində idi, dəniz kimi çılğın idi, həyatsevər idi. O bir kimsəni incitməmişdi. Bütün
qonşuların, dostların harayına çatırdı. At üstünə minəndə cəngavərə bənzəyirdi. Öz atı var idi, minəndə deyirdi ki, bu at məni muradıma
çatdıracaq. Muradı gözündə qaldı qardaşımın. Nə yaşadı ki, adamın da 22 yaşında qardaşı ölər?! Kamran ölən gündən biz hamımız ölmüşük, indi
onunla görüşəcəyimiz günü gözləyirəm. Əlimdən nə gəlir ki…
Aysel (bacısı): “Qolumdakı gümüş bilərzik yadigar qalıb qardaşımdan. Bu yerlərin adət-ənənələrinə görə qız-gəlinlər, kişilərlə əl verib
görüşməzlər, lap qardaşları olsa belə, onu qucaqlayıb öpməzlər. İndi qardaşmla qucaqlaşıb-görüşməməyi özünə bağışlayammıram. Elə istəyirəm
ki, bircə dəfə qardaşımın boynuna sarılıb, onun ətrini sinəmə çəkəm, doyunca qoxlayam. Mən qardaşımdan doymadım. Məsmə ərə gedəndən
sonra, məbəxdə yemək süfrəsinə oturanda Kamran həmişə darıxırdı. Deyirdi ki, indi birimiz yoxuq. Çox istəyirdi Məsməni. Deyirdi ki, hər yerdə
Məsmənin yeri görünür. İndi bax elə, özünün dediyi kimi, kimsə çatışmır, öyrəşmək olmur qardaşsızlığa, hər yerdə əllərinin izi, nişanəsi qalıb.
Mənim qardaşımın toyu da olmadı, onun üçün xonçalar bağlamıdıq, onun üçün bu həyətdə “Vağzalı” çalınmadı... barı bir dəfə əsgər paltarında
görəydim, öyünəydim onunla... Əsgər paltarında tabutunu gətirdilər Kamranımızın...”(http://www.yenizaman.az/v5/w57147/.../#.XqOEksgzbIU).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
492
493
(Müəllif şəhidin ailəsini ziyarət edərkən)
ƏSGƏR ÜLVİN CƏMALƏDDİN OĞLU MƏMMƏDOV
“Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.”
Doğum tarixi: 1 yanvar 1996-cı il. Laçın rayonu Qarakeçdi kəndi. 494
Vəfat tarixi: 5 aprel 2016-cı il. Tərtər, Talışdağ uğrunda gedən döyüşdə.
Dəfn edilib: 7 aprel 2016-cı il. Ağcabədi rayonu.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Subay idi.
1 yanvar 1996-cı ildə Laçın rayon Qarakeçdi kəndində doğulan Ülvin Cəmaləddin oğlu Məmmədov 2013-cü ildə
Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib həqiqi hərbi xidmətə çağırılmışdı. Dəfələrlə idmanın sərbəst
güləş növü üzrə Azərbaycan çempionu olmuş, fəxri fərmanlarla təltif olunmuşdur. Ülvin sərrast snayper nişançısı
idi. 5 aprel 2016-cı ildə Tərtər, Talışdağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Zəhra Şirinova (Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi, Laçınoba yatağında məşkunlaşan
Laçının Qarakeçdi kəndinin sakini, ədəbiyyat müəlliməsi): “Qəhrəman oğulları qəhrəman analar doğa
bilər. Bir də ki, qəhrəmanlar dünyaya qəhrəman kimi gəlirlər. O elə bir qoçaq idi ki, ürəyi sinəsinə sığmazdı. Ürəyində bir od-alov vardı. Belə
adamlar üçün el arasında deyərlər ki, “ sağ baş qəbrə aparmayacaq”. Yaman at sürməyi var idi. Əsgər getməmişdən qabaq, bir də gördük ki,
çaparaq atın üstündə gəlir, yaxınlaşanda yerdə çömbəlib oturan 11 yaşlı uşağı tərkinə alıb, ilğım kimi getdi. Bu igidliyi hər sinəsinə vuran oğul
edə bilməz. At üstündə olanda atının da ayaqları yerə dəyməzdi. Yel kimi ötərdi. Bizim obanın-elin uşaqlarını zəhmət tərbiyələndirir. Vətən
torpaqlarımızı azad etmək mücadiləsində Qarakeçdi kəndinin ilk şəhididir Ülvin.”
Göyüş nənə: “Bala hökumətlərə demirəm ki, balam niyə gedibdir? Vaxtı tamam olubdur, ona görə gedibdir. Ülvinin anası onu qarğıların
altında, ilanların içində, müharibədən 5 il sonra doğdu. Balamın dayısı yox idi. 6 qardaşsız xalası vardı. 90 yaşında babası vardı.
Deyirəm ay bala, gəl bizi qoyub getmə,
boynunu burub getmə.
Boynu çiyni üstündə,
qardaşsız ananı qoyub getmə.
Düşmən gülləsinə tuş gələn balam laylay, a laylay. 495
Vətən uğrunda gedən balam ay laylay…”.
O torpaqlara görə nə qədər şəhid, əsir vermişik. “Mən də getməliyəm” – dedi. O qədər o müharibədən, o düşmənə əsir olan Vətənimizdən
danışdıq ki, ona… Bizim allı-güllü dağlarımız, şirin bulaqlarımız var idi. Ona deyirdim ki, bala bizi düzlərlə bir elədilər, torpaqlarımızı aldılar.
Xocalının müsibətindən danışırdıq, cavanları, qocaları, əli körpəli gəlinləri nə günə qoyduqlarından danışırdıq…Oxuduğu, gördüyü o ağrıları, o
dərdlərimizi bilirdi, canını götürüb getdi ki, düşməndən qisas alsın. Bütün şəhid olan balalara bu yaralı canım qurban. Allah hamının ömrünü uzun
eləsin. Bu qan yerdə qalmasın. Bəlkə bu torpaqlar alınsa, onda ürəyimiz sakitləşər. Qurban olum bu torpaqlara. Erməninin öz torpağımızda bizə
tutduğu divanların hayıfı alınsın, Vətənimiz geri alınsın. Şəhidlər vermişik, qisas günüdür, torpaq almasaq bu yoldan geri dönmək yoxdur. Erməni
bununla üçüncü-döründcü dəfədir, bizim camaatın leşkərini qırıb, gedib. O balamı bükdüyümüz bayrağı aparıb Laçına, Vətənimizə sancalar. O
bayraq Vətənə sançılarsa yarı dərd, yarı dərman olar. Ülvin gərək Laçına qədər gedəydi, orda şəhid olaydı. O bayrağı gərək Ülvin sancaydı.”
(https://www.xural.com/v%C9%99t%C9%99ni-qibl%C9%99gah-ed%C9%99n-s%C9%99hidl%C9%99r-ulvin-m%C9%99mm%C9%99dov/).
Şükür bu günə ki, Laçın 30 noyabr 2020-ci ildə azad oldu.
Anası : “Balamın o qanlı meydanı haqqı, dedi ki, “ay mama şəhidlik nə gözəl şeydir”. Dedim, “ay oğul elə demə, dedi, yox, mən əsgər
gedib şəhid olacam”. Təpindim ona. Dedim, “qardaşın oxudu, biri də işləyir”. Dedi ki, “mən onların hamısından üstün olacam. Görərsən, əsgər
gedib qayıdandan sonra, özümü, adımı zirvələrə yazacam”. Zirvələrə qaldırdı, adını dünyalara yaydı, amma öz canını torpağa əmanət etdi.
Uşağımız gedib şəhid olub. O vətəni, torpaqları atadan-anadan üstün tutdu. 1996-cı ildə doğulmuşdu. İndi fikirləşirəm ki, ay bala, sən o torpağı
ata-anadan irəli bildin, sinəmdən əmdiyin süd halalın olsun, get rahat yat balam. Axırıncı dəfə 6 ayı tamam olanda yanına getdik. Görüşdük. Elə
bəxtəvər idik ki… Səsini 31 martda eşitdim axırınıcı dəfə. Onun üçün qoç qurban bağlamışdım ki, balam əsgərliyini bitirib gəlir. Dedim, “niyə
gecikirsən, ay oğul?” Dedi, “bir az işim var, gələcəm”. Dostlarına deyib ki, “döyüşə getməyimi anam bilməsin”. Balamın salamat gəlişi üçün
nəzir götürmüşdüm, boxçalar bəzəmişdim. Nəziri qəbul olunmadı.
Cəmaləddin Məmmədov (atası): Aprelin 1-də ordudan təxris olunubmuş. Elə həmin gün səhər çağı hərbi hissə komandiri təxris
olunandan əsgərləri sıraya düzüb və soruşub: “ Siz azadsınız. Kim müddətdən artıq hərbi xidmət keçmək istəyirsə, bir addım irəli çıxsın.
Ülvin irəli çıxıb və deyib: – Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm. Vətən uğrunda şəhid olmaq arzusundayam”. Komandiri
deyir ki, “ay kürd balası, bilirdim ki, bizimlə qalacaqsan”. Elə həmin gün Murov dağından enib Tərtər, Talışdağa yola düşür. Aprelin 5-i 2016-cı
ildə Tərtər, Talışdağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olur. Oğlumun komandiri məzarının üstündə ağlaya-ağlaya onun
qəhrəmanlıqla həlak olmağından danışdı. Söylədi ki, üç yoldaş, üç dost irəliləyərək, erməninin səngərini və yüksəkliyi götürüblər. Burada xeyli
silah-sursat, girov da əldə edirlər. Girovların əl-qolunu bağlayır, 9 ermənini isə məhv edirlər. Hətta ermənilərə köməyə gələn qüvvəni də
darmadağın edirlər. Ülvin ermənilərin radio ötürücü vasitəsini əlinə götürüb sevincindən “Azərbaycan-Azərbaycan”, – deyə mahnı oxuyur. Onun
səsi radio ötürücülərlə ermənilərə çatır. Və düşmən tərəfin atdığı minomyot onu həlak edir. Oğlum şəhidlik zirvəsinə də özünəməxsus ucaldı.
Oğlumu hər dəqiqə gözləyirdim ki, gələcək…” (https://www.xural.com/v%C9%99t%C9%99ni-qibl%C9%99gah-ed%C9%99n-
s%C9%99hidl%C9%99r-ulvin-m%C9%99mm%C9%99dov/).
İlqar Məmmədov (Kənd məktəbinin direktoru): “2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib, dəfələrlə idmanın
sərbəst güləş növü üzrə Azərbaycan çempionu olub, fəxri fərmanlar və medallarla təltif olunub. İdmana gec başlasa da, özündən peşəkar olanların
arxasını yerə vurub. 1992-ci ildən Laçın rayonundan köçkün gəlmişik. Vətəndaşlarımız hərbidə döyüşüb də, həlak olub da. Bizim insanların üzünə
diqqətlə baxsan görərsən ki, bu günə qədər onların sifət cizgilərində Vətən həsrəti iz salıb. Bu gün biz bir laçınlı, qarakeşlili kimi, hamımız
ürəkdən deyirik ki, şəhid balamız kimi silaha sarılmaq istəyirik.
Ali Baş komandan İlham Əliyevin bütün çıxışlarını izləyirik, onun daxili və xarici siyasətini müzakirə edirik, nəticə çıxarırıq. Bizim
obanın, kəndin adamları prezidentimizə yazmışıq, müraciət etmişik ki, torpaqlarımızın alınmasında iştirak etmək istəyirik. Əməlimiz, məsləkimiz
odur ki, yenə Vətən yolunda vuruşaq. Şəhidlər ölmür. Göylərə ucalırlar. Biz Laçının mərkəzində kəndimizin qəhrəmanı Ülvin
Məmmədovun abidəsini ucaltmaq istəyirik. Bizim belə sınıq görsənməyimizə baxmayın. Bizim imkanımız var idi ki, özümüzə 1 mərtəbə, iki-üç
mərtəbə, otaqlar, saraylar tikək, lakin o dağların həsrəti, o vətən göynərtisi imkan vermir ki, daşı-daş üstünə qoyasan. “
Məhyəddin Əlvəndov (kənd ağsaqqallarından): “Biz bu ilanmələyən səhralarda ev tikməkdənsə, gedib o Laçındakı daşların quru 496
kölgəsində yatarıq. Vətənin havası, dadı başqadır. Kəndimiz 1 şəhid verib, 50-sini də verməyə hazırdı. Bizə yardım lazım deyil. Onu prezidentimiz
versin silaha, silahı da versin bizə, gedək torpaqlarımıza. Bizə o ata-baba torpaqlarımız lazımdır.1992-ci ildən bəri Azərbaycanın yaylaqlarını
gəzib, arandan dağa, dağdan arana gedirik. Ata-baba sənətimiz çobanlıq, maldarlıqdır. Qışda yaylağa, yayda dağlara. Elə adam var ki, imkanı
olmadığından elə yayı-qışı bu şoran torpaqlarda keçirir. O vaxtdan bu vaxta gələnlərimizin yarısı qalıb. Yarısı qırılıb, çoxsu da Vətən dərdindən
dünyasını dəyişib. Qarakeçdi kəndinin 20 minə yaxın əhalisi var. Laçının isə 75 min əhalisinin 80 faizi Ağcabədi rayonunun ətrafında,
kəndlərində məskunlaşıblar. Hazırda burda bizim bu yataq yerində 200 ailə var. 1000-ə yaxın əhali. Bizim indi gördüyünüz bu yatağı 1936-ci ildə
Stalin Həsən əmiyə görə kəndimizə pay torpağı kimi verib. O vaxt maldarlıq planını yerinə yetirən Həsən əminin döşündən Lenin ordeni asıb.
Bizdə elə o vaxtdan qışda köçümüzü buraya gətirmişik. Köçkün düşəndə, ayrı yerimiz olmadığına görə öz yataqlarımıza gəldik. Biz istəyirik ki,
gedək torpaqlarımıza… Öləndə də orada ölək.”
Ələstən Əlvəndov: “Bizim prezidentimiz yaxşıdır, namuslu atanın cəsarətli oğludur. Biz hamımız onun arxasınca birləşib ya ölməli, ya
torpaqları azad etməliyik. Ancaq ölmək haqqında fikirləşmirik. Mənim 65 yaşım var. 100 cavana dəyərəm. Bir yaxşı top, yaxşı silah versin, gedək
torpaqları azad eyləyək. Ağlı kəsən körpələrimiz də Vətən deyir. Ölməyə yox, qisasa hazırıq. Dərd bizi basıb, bir çıxılmaz yolda qalmışıq.”
(https://www.xural.com/v%C9%99t%C9%99ni-qibl%C9%99gah-ed%C9%99n-s%C9%99hidl%C9%99r-ulvin-m%C9%99mm%C9%99dov/).
Ermənilərin Azərbaycanın tarixi torpaqlarının işğalı nəticəsində Laçın rayonunda 264 nəfər şəhid, 103 nəfər əlil olub, 65 nəfər girov
götürülüb. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 19 nəfəri şəhid, 225 nəfəri əlil
olub, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
497
ƏSGƏR ŞULAN BAYRAM OĞLU BAYRAMOV
“Mənəvi güc müharibə gücünün yarısından çoxunu təşkil edir.” (Napoleon)
Doğum tarixi: 28 iyul 1996-cı il. Sumqayıt şəhəri 498
Vəfat tarixi: 4 aprel 2016-cı il. Tərtər istiqamətində gedən döyüşlərdə
Dəfn edilib: 7 aprel 2016-cı il. Sumqayıt şəhər Şəhidlər Xiyabanı
Qoşun növü: A.R.Quru qoşunları
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Subay idi.
Vətən eşqi, müstəqillik əzmi!.. Min illərdir ki, millət olaraq damarlarımızda axan, qanımızda,
canımızda dövr edən həyat qaynağıdır bu sevgi. Yaşatdıqca bizi yaşadan vicdan və amal meyarımızdır. Vətən
durduqca biz də varıq. Vətən haradan başlayır, harada qurtarır sualı çox vaxt eşitdiyimiz və ya
ünvanladığımız suallardan biri olub. Əlbəttə məktəb illərindən yadda qalan suallardır bunlar. Cavabını isə
mən böyüdükcə, tarixi keçmişimizlə yaxından tanış olduqdan sonra daha dərindən dərk etdim.
Zaman-zaman törədilən qanlı terror aktları belə, vətənə olan sevgimizi, azadlıq ideallarımızı,
duyğularımızı söndürə bilmədi. Çox can qurban verdik bu yolda. Amma bu yolun sonu haqq yolu idi,
istiqlaliyyət yolu idi, sovet imperiyası kimi bir hegemon dövlətin sıralarından çıxıb müstəqilliyimizə uzanan
yol idi.
Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, vətənpərvərlik duyğuları, vətənə olan məhəbbət eşqi uşaq yaşlarından formalaşır və bunun təməli
də öncə ailədə atılır, daha sonra təhsil müəssisələrində, cəmiyyətdə özülü möhkəmlənir. Unutmaq olmaz ki, vətəni sevmək, vətənpərvər olmaq
anlayışı tarixi qəhrəmanları tanımaq, onların həyat və döyüş yolu barədə məlumatlı olmaq, hərbi forma geyinib xidmət keçməklə ölçülmür.
Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin.
Vətənin sərvətinin, sahibi olduğu milli-mənəvi dəyərlərin qorunması, kəndimizdə, şəhərimizdə, qəsəbəmizdə yaradılmış hansısa infrastrukturun
qorunması, mühafizə edilməsi, ağsaqqala, ağbirçəyə hörmətlə yanaşılması, tapşırılan işin layiqincə və vicdanla icra edilməsinin özü belə,
vətənpərvərlik nümunəsi hesab olunur. Bizim borcumuz isə bu bəhrələri qorumaq, “mənimdir” deyib əsl vətəndaş kimi bu tərəqqiyə sahib
çıxmaqdır. əgər biri yola düşən daşı götürüb kənara atmaq istəmirsə, təmizliyi, abadlığı qorumursa, vətəninin gözəlliyini, imkanlarını təbliğ etmək
istəmirsə, necə vətənpərvər ola bilər? Çünki vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəndaş şair Məmməd Araz demiş: Vətən daşı
olmayandan, olmaz ölkə vətəndaşı.
Qeyrətli, namuslu sözün həqiqi mənasında vətən daşı olan oğullarımızdan biri də Şulan Bayramovdur. 28 iyul 1996-cı ildə Sumqayıt 499
şəhərində doğulan şəhid Şulan Bayramov 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirdikdən bir il sonra,
2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olmuşdur. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gənc əsgər ordudan
təxris olunmasına bir neçə gün qalmış – aprelin 6-sı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid
olmuşdur. Şəhadətindən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilən Şulan Bayramov aprelin 7-i doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn
olunmuşdur.
Şəhidimiz anası Türkan xanımla görüşəndə digər oğlunun toyu yenicə olmuşdur. “Heç o toy necə oldu, necə baş verdi, ancaq ağaladıq, göz
yaşı içində olduq” deyən Türkan xanım o qədər böyük acını, o boyda ağır bir dərdi yaşamaq üçün çox gənc idi. Danışdıqca ağlayan bu nur
üzlü ananın oğlundan qürurla danışması çöhrəsində isti təbəssüm yaradırdı.
Türkan xanım (anası): “Aprelin 1-i həyat yoldaşımın doğum günü idi. Həmin günü Şulan da hərbi xidmətini bitirib evə qayıtmalı idi.
Lakin atasına zəng vurub dedi ki, onları bir az gec buraxacaqlar. Vəziyyətin isə bu qədər gərgin olduğunu demədi. Evdə deyildik, gəldim ki,
evimiz adamla doludu. Ancaq ümid edirdim ki, balam sağdır. Qonşular, qohumlar da ki, təsəlli verirdilər ki, yalan olar. Ancaq mən yoxluğuna
inana bilmirdim. 10 ay idi oğlumu görmürdüm. Səhər tezdən balamı bayrağa bükülmüş tabutda gətirdilər. Şulan babasını çox istəyirdi.
Əsgərlikdən məzuniyyətə gəlmişdi. Əmisinin rəhmətə getməsindən xəbərsiz idi. Xəbər biləndən sonra gedib, əmisinin qəbrini ziyarət etmişdi.
Oğlu öləndən sonra qaynatam Şulan dayı da xəstə düşdü. Oğlum Şulan onun xəstəliyindən çox məyus olmuşdu. Məzuniyyətdən hərbi hissəyə
qayıdandan sonra, hər gün babasının şəklini çəkib ona göndərirdim. İstəyirdi ki, babasından xəbəri olsun. Kişi rəhmətə gedəndən 40 gün sonra
bildirdim bu xəbəri ona. Telefonda o qədər ağladı ki… Dedim istəyirsən səni gətizdirək. Razı olmadı… İstəməzdi ki, atasını artıq əziyyətə salsın.
Murovda xidmət edirdi. Əziyyət çəkirdi qarın-boranın içərisində, qıyıb bizdən bir corab da istəmirdi. Qardaşı Emin 4 ay idi ki, əsgər getmişdi.
Deyirdi ki, “hər ay gedəcəm hərbi hissədə qardaşımı yoxlayacam”. Xərcimiz çıxar deyə, bizi andiçmə mərasiminə də getməyə qoymadı… Çünki
atasının necə əzab-əziyyətlə qazandığını bilirdi. O qıymırdı ki, 1 manat artıq yerə pul xərcləsin. Babası iyulun 29-u rəhmətə getdi, Şulanın da
doğum günü iyulun 28-dir. Balamın ölümü babasının ilinə qarışdı. Doğum-ölüm tarixləri ilə istəkli baba-nəvə bir-birinə qovuşdular. Ruhları bir-
birinə qovuşdu. İki oğlum var idi. Şulan şəhid olandan sonra indi ümidlərimiz balaca oğlum Eminədir. Torpağım Şulanın torpağına qarışana kimi
bu dərd mənim ürəyimdə qalacaq. Oğlumun yolunu gözləyirdim, meyiti gəldi”.
Bayram Bayramov (atası): “Əsgər gedəndən sonra mənə zəng vurdu ki, ən soyuq yer haradır? Dedim ki, Murovdur. Dedi orda qulluq
etmək istəyirəm. Dedim, ay oğul ora sənlik deyil. Sən demə, mənə zəng vuranda artıq Gəncədə özü ərizə yazıb, Murovda xidmət etməyi xahiş
edib. Orta məktəbi bitirdikdən sonra kollecə daxil olub. Şulan təhsilini hərbi xidməti başa vurduqdan sonra davam etdirmək istədi. O, Azərbaycan
Dəniz Balıq Sənayəsi Kollecinə qəbul olunmuşdu. 3 il, 8 ay kollecdə oxumalı idi. Hərbi xidməti başa vurduqdan sonra təhsilinə davam edəcəyini
deyirdi. Heyif, oğlumun arzusu ürəyində qaldı..”
Akif Bayramov (əmisi): “Bizim nəslimiz elə həmişə bu Vətən yolunda əzabkeş olub, yurddan-yurda, eldən-elə köçmək yazılıb taleyimizə.
Zəngəzur mahalının Sisyan rayonunun Avdı kəndindənik. Babalarımız sürgünlər, davalar görüblər. Ötən əsrin 1937-ci ilində babamız Ədil kişi
repressiya qurbanı olub. Kişini repressiya edəndə 8 uşağı qalıb nənəmizin himayəsində. Böyük nənəmiz repressiya illərində ailələrinin,
nəsillərinin, yurdlarının viran qalması, şumlanması, talan–şulan olmasına görə atamın adını Şulan qoyub. Atam isə öz adını qardaşım Bayramın ilk
oğluna qoydu ki, ermənilərin bizə qarşı etdikləri viranəliyi, talan-şulanı unutmayaq. Tarix boyu qismətimiz belə yazılıb. Atamın qardaşı Cəmil
1941-45-ci il Vətən Müharibəsində həlak olub. İndi Şulan balamız da o babalarının yolunu getdi, onların taleyini yaşadı… Aprelin 6-sı qardaşım 500
Bayram mənə zəng vurdu ki, “get evə tez çat, biz də gələcəyik, Şulan gəlir”. Mən də uşaqlarımı yığıb dedim ki, “gedək Şulanı qarşılamağa”.
Məhəllədəki izdihamı görəndə dizlərim əsdi… Sən demə qardaşıma zəng vurub, həqiqəti deməyiblər, eləcə deyiblər ki, oğlunuz gəlir… O da çox
sadə, fağır adamdır, zəhmətkeş insandır. Ürəyinə başqa bir fikir gəlməyib. Sonradan bilib ki, oğlu həlak olub. Şulanın atasının üzünə baxmağa
insanda cəsarət lazımdır. O qədər sıxılıb, o qədər sınıb ki… Başqa cür ola da bilməz axı… Hər bir ata oğluna, balasına güvənər, oğlu üçün arzular
tutar, onu özünə arxa-kömək, nəslinin davamçısı bilər. Bu kasıb evin mərd ailə başçısı olub Bayram. 1992-ci ildə Milli Ordunun könüllülər
dəstəsində Naxçıvan bölgəsində Azərbaycanın haqq savaşında vuruşub. İrəvanda evlərini tərk edib gələndən sonra Sumqayıtdakı bu mənzildə
məskunlaşıblar. 7 nəfər ikiotaqlı evdə əzab-əziyyətlə yaşayıblar. 1995-ci ildə isə ailə həyatı qurub. Zəmanənin üzü qara olsun… Evsizlik, işsizlik
kimi problemlərin əlində qalan Bayramovların 6 övladının hər birinin evində 2-3 uşaqdan artıq doğulmadı. Bayramın da iki oğlu doğuldu.
Qismətləri ilə barışdılar. Fəhləçiliklə ailə dolandırdı, bala saxladı. Ata-ana qayğısına qaldı. Özü tikintidə işləyirdi. İşini oğlu Şulana da öyrətmişdi.
Gördüyü işlərdə Şulan da ona kömək edirdi. Oğlu haqqında nəsə danışmağa gücü çatmırdı.
Vallah durub deyim ki, biz Sisyanda Avdı kəndində imarət qoyub gəlmişik. Bəlkə də inanmazlar. Ancaq böyük məhəllə, həyətimiz qaldı
orada. Xanımağalı nəslindənik. Babalarımızın hər ikisi Əbülfəz də, Ədil də mahalda adlı-sanlı kişilər idilər. 1937-dən sonra güclə dirçəltmişdi
nənələrimiz oğlanlarını, qurub –yaratmışdılar. Sonra əmilərim kolxoz sədri, sovet sədri işlədilər… Ermənilərin bizimlə həmişə ədavəti olub. Orada
qalan o boyda imarəti məcbur olub bu kiçik panel evlə dəyişdik, bura sığındıq… sürgünü görmüşdük, taleyimizdə qaçqınlıq da var imiş. Atam
Şulan kişinin heç ili çıxmayıb. Vətən şəhidlərini, balamız Şulanı da çox böyük hörmətlə, ehtiramla dəfn etdilər. İtkimiz çox ağırdır… Arzularımızı
yarımçıq qoyub. Atası xəstə bir kişidir. Fikirləşirdi ki, əsgərlikdən gələndən sonra, ona köməkçi, arxa olacaq, qayğılarını çəkəcək, qocalıqlarına
sahib çıxacaq. Bayram özü ata-anasına sahib çıxan kimi… Ümid edirəm ki, bundan sonra dövlətimiz onları nəzərdən qoymayacaq. Əsgər
yoldaşlarının dediyinə görə, düşmənə döyüşlərdə kişi kimi vuruşub. Hərbçi yoldaşlarına kömək etmək üçün irəli gedib, orada da şəhid olub.”
Şulan Vətən torpaqlarının müdafiəsi üçün cəbhə bölgəsinə gedəndə, onun kiçik qardaşı Emin də 4 ay idi ki, hərbi xidmətdə idi. Elə o da
təmas xəttinə yaxın yerdə xidmət edirdi. Qardaşının həlak olması xəbərini alan hərbi hissə komandiri Emini vaxtından əvvəl Sumqayıta
məzuniyyətə göndərib və deyib ki, “qardaşın hərbi xidməti bitirib, atan xahiş edib, gedib onunla görüşüb, qayıdarsan”. Cibinə yolpulu da
qoymuşdu. Sumqayıtda qohumlardan biri Emini şəhər avtovağzalında qarşılayanda, uşaq narahatlıq keçirir. Həyətə girəndə isə qardaşının bayrağa
bükülmüş tabutunun evdən çıxarıldığını görür… Qardaşı onu çiyinlər üstə qarşılayır… Əmiləri, atası ilə bir-birinə sarılıb ağlayırlar… Ətrafda isə
alqışlar səslənirdi. 13-cü mikrorayondakı məhəlləyə yığışan insanlar Şulanın tabutunu alqışlarla yola salırdılar. Bayraqlar dalğalanırdı, ayrılıq
nəğməsi oxuyurdu ruzigar… Şulanı doğmalarından ayırıb, Vətən torpağına əbədilik əmanət etməyə
aparırdılar…(http://www.anl.az/down/meqale/525/2016/may/491495.htm).
Reyhan nənə: “Aprelin 27-si mənə zəng vurdu nəvəm. Novruz bayramı münasibəti ilə təbrik etdi. Elə bildim ki, evə buraxılıb. Dedi ki,
aprelin 1-i gələcək. Yolunu gözləyirdim, aprelin 3-ü qızım Türkan zəng vurdu ki, ana Şulanı cəbhə bölgəsinə aparıblar. Dedim, inşallah qayıdar,
narahat olma. O gecədən sonra qaldım bu televizorların qabağında, şəhid olan əsgərlərə yandım, Ordumuz üçün dualar etdim Allaha… 6-sı gecə
oğlum Sumqayıtdan zəng vurdu ki, “bilet almışam, gəl Naxçıvandan Sumqayıta. Bəs… Şulan yaralanıb”. İnanmadım. Başıma-gözümə döyə-dəyə
qaldım. Qonum-qonşu gecəylə məni yola saldı… Gəldim gördüm ki, evimiz yıxılıb, tifağımız dağlıb… Hamıyla gedən nəvəm hamıyla qayıtmadı,
səhər-səhər tabutda qayıtdı evinə… Mən də hərbçiyəm. Naxçıvanda hərbi hospitalda işləyirəm. Arzusu hərbçi olmaq idi. Gəlib bir il yanımda
oxudu ki, Naxçıvandakı hərbi məktəbə qəbul olunsun. 1 il oxudu. İmtahan verdi. Hərbi-tibbi müayinədən keçmədi. Gözlərinin zəif olduğunu