The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-05 06:16:31

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Hər şey yaxşı idi. Çox rahat idik. Sonra həmin o günlər... Hamı kimi biz də erməni təxribatı nəticəsində düşmənlə döyüş başladığını 551
bildik. Aprelin 1, 2, 3-ü zəng vurmadım. Çünki bizə onu axtarmaq üçün telefon nömrəsi saxlamamışdı. Gözləyirdik ki, həftə tamamında özü zəng
vuracaq. Həm də evdə anası ilə belə məsləhətləşmişdik ki, aprelin 9-u gedib onu görək. Çünki martda - Novruz bayramda nə illah elədiksə,
qoymadı ki, yanına gedək. Qonum-qonşular da, özümüz də artıq narahatlıq keçirməyə başladıq, zəng etdim hərbçi tanışlarıma, soraqladım, dedilər
ki, onlar cəbhəyanı ərazilərdə səngər qazırlar. Aprelin 3-də hansısa xəbərlər proqramındasa həyat yoldaşım Fərqanə Tərtər tərəfdə bomba atılmış
bir kadr gördü. Dedi ki, bu oğlumuzun olduğu hərbi hissədir. Çünki ötən il oktyabrın 4-də getmişdik yanına. Həqiqətən də həmin hissəyə mərmi
düşmüşdü. Ondan sonra narahatlığım tamam artdı. Aprelin 8-i anası daha rahat dayanmadı. Məni tələsdirdi ki, get uşaqdan bir xəbər öyrən. Səhər
açılar-açılmaz o başdan, saat 4-də böyük qardaşımla yola düşdük Tərtərə. Tərtərdə onların dislokasiya edildiyi hərbi hissənin girişində oğlumun
adını verib soruşanda, növbətçi hərbçi təlaşlandı. Elə bil rəngi də qaraldı... İndi xəbər veriləcək deyib bizi xeyli gözlətdilər. Sonra itkinlər
siyahısında olduğunu dedilər. Əlim-qolum yanıma düşdü. Qışqırdım ki, “necə yəni itkin”!? Sonra oğlumu axtarmaq üçün Yevlaxa getdim. Orada
da yaralı əsgərlər içərisində tapmadım. Daha sonra isə, dedilər ki, oğlum həlak olub. Həmin gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə
edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, həlak olub təmas xəttində qalan hərbçilərin meyitləri qaytarıldı. Qaytarılan əsgərlərin içərisində
Rəşad da var idi. Dedim ki, “icazə verin, oğlumun üzünə baxım”. Gecə saat 12.00-da balamı mənə göstərirlər...O idi, mənim Rəşadım idi. Üzünü
açanda gördüm ki, oğlumun “işiğı sönməyib”, mən onun üzündə gülüş görürdüm. Rəşad sanki ölməmişdi, sadəcə 1 neçə saatlıq yuxuya getmişdi.
Bir həftə soyuq torpaq üstdə qalan insana oxşamırdı. Sanki yatmışdı və bir azdan açacaqdı gözlərini. Əslində ölən insanın “işığı sönür”. Deməli
Rəşad ölməmişdi. Axı Şəhidlər ölmür. Üzündəki gülümsəmə şəhidlik zirvəsinə ucalmasının sevinci idi sanki. Aprelin 9-da Rəşadın nəşi Bakıya
gətirildi.

Onun dəfnindən sonra qrup yoldaşları bizə gəlmişdilər. Onlar deyirdilər ki, “biz Rəşadı “ağsaqqal” deyə çağırırdıq”. Hamıya tərbiyə
verərdi. Yoldaşları “Topaz”a pul yatıranda onlara əsəbləşər, məsləhət verərdi. Rəşad hərbi xidmətə iyul ayında yollanıb. Sentyabrda andiçməsi
olub və oktyabrın 4-də Gəncədən Tərtərə yola salınıb. Mənə əvvələr yaşından cavan görünürsən deyəndə xoşum gəlirdi. İndi isə əsəbləşirəm.
Qocalmaq və əbədi dünyaya, haqq dünyasına getmək istəyirəm. Oğluma qovuşmaq istəyirəm. O günü səbrsizliklə gözləyirəm. Rəşadın əsgərlikdə
ən yaxın dostu Tural Dadaşov və Mahir Quliyev idi. Mahir məzuniyyətə gələndə Rəşad ailəsinə bir-iki şey tapşırmışdı ki, Mahirə versinlər. Atası
Şakir bəy Mahirlə əlaqə saxlayırdı. Mahir isə “narahat olmayın, mən gedəndə sizə xəbər edəcəm” deyirdi. Mahirin məzuniyyəti bitəndə mənə
xəbər etmədən Rəşadın istədiklərini alıb aparıb. (https://modern.az/az/news/203991).

Könül xanım (xalası): “Şəhidliyindən sonra Gəncədən bir qızın gizlicə gəlib onun məzarı üstündəki şəklinə “nakam sevgim, küskün
eşqim, Vətəni daha ürəkdən sevdiyini bildik” deyə yazdığı sözlər sizə asand gəlməsin. O gündən anası özünə gəlmir”...Şəhid Rəşadın sosial
şəbəkədəki fəallığı da diqqət çəkib. Hələ tələbəlik illərində qəlbinin ön cəbhədə düşmənə layiqli cavab verməsi üçün necə döyündüyü yazılarında
açıq-aydın hiss olunurmuş. Məzuniyyətini anasının doğum gününə saxlayan Rəşad doğmalarını intizarda qoydu, gəlmədi. Onu gətirdilər, həm də
anasının ad günü ilə Rəşadın 40 mərasimi eyni vaxta düşdü...O, sadəcə, əsgər deyildi, komandir kimi əsgərlərini də vətənpərvər, hünərvər
yetişdirirdi. Güclü fəlsəfi düşüncələrə malik olan Rəşadın özündən sonra şərəfli şəhid adı və bir də sətirlərdə, misralarda qalan epik-lirik fikirləri
onun istedadından soraq verirdi.”

Rövşən bəy (dayısı): “O, yaradana inamını hər şeydən üstün bilir və qoruyurdu”,- deyir: “Qurandan ayələri əzbər bilirdi. Bir baxın nələr
yazırmış: “Salam, Qarabağ, necəsən? Niyə cavab vermirsən?! İncimisən bizdən? Arxayın ol, səni azad etmək üçün canından keçən əsgərlərimiz,
hünərvər xalqımız, sözündən dönməz, iradəli, əzmkar Ali Baş Komandanımız, güclü ordumuz var, Vətən!” Yazdığı qeydlərdən oxuyuruq: “Uşaq

vaxtlarımızda qolumuzu dişləyib “saat” düzəldərdik, sanki gələcəkdə zamanın bizi acıdacağını bilirmişik. Sözdə məni sevənləri çox gördüm, 552
əməldə özümə çatanları yox: mən Vətəni və anamı əməlimdə sevirəm! Zaman acıları sağaltmır, sadəcə, onunla yaşamağı öyrədir...

Eldar Abdullayev (babası): “Oğullar vətən üçündür! O, düşmən üzərinə göz qırpmadan gedən bala idi. Rəşad qızımın ilk övladı idi. Ata-
babasının doğma yurd-yuvası - Zəngilanın Həkəri stansiyası da düşmən tapdağında olan Rəşad Şakir oğlu Niftalıyev 19 avqust 1993-cü il tarixində
anadan olmuşdu. Ailədə iki qardaş idilər. Azərbaycan Texnologiya Universitetini ötən il bitirib hərbi xidmətə yola düşəndə anasına söz vermişdi:
“geriyə yol yoxdu, ancaq irəli”. Hərbi xidmətdə olduğu 9 ay ərzində nümunəviliyi və vətənpərvərliyi ilə seçilən Rəşad erməni əsgərlərlə üz-üzə
dayanmışdı. Tərtər rayonunun Seysulan kəndinin azad edilməsi uğrunda gedən döyüşlərin elə ilk günü - aprelin 2-də açdığı sərrast atəşlə (bir güllə
ilə) onun üzərinə gələn erməni silahlılarını məhv edib “irəli!”–deyə hayqıran cəsur bölük komandiri Rəşad Niftalıyev sinəsini sipər etdi. Beş gün
onun meyidini atəş altından çıxarmaq mümkün olmadı. Aprelin 8-də ön cəbhədə atəş dayandırıldıqdan sonra ana kimi sevdiyi torpağa tapşırıldı”...
Nə atası Şakir müəllim, nə anası Fərqanə xanım, nə də qardaşı Turalın Rəşadın son döyüşlərindən xəbəri yox idi. Ondan ancaq qələbə sorağı
gözləyirdilər. O, buna söz verib, and içmişdi.”(http://analoq.az/arasdirma/3246-veten-mene-ogul-dedi-zefer-eshqi-zirve-ashiqi.html).

Döyüş yoldaşları: "Rəşad sağ cinahda öz manqası ilə gedirdi. Sol cinahda isə Samir Qaçayevin döyüşçüləri təşəbbüsü ələ alaraq erməniləri
vahiməyə salmışdı. Düşmən mövqelərini bir-bir təhvil verərək təslim olurdu. Lakin geri çəkilmək barədə əmrdən sonra əsgərlərimiz
gözlənilmədən atəşə məruz qaldılar. Əlavə tədbirlər hesabına vəziyyətə nəzarəti yenidən ələ keçirmək mümkün oldu. Lakin, itkilərimiz də vardı.
Rəşad ağır yaralı halda döyüş meydanından 400-500 metr məsafədə sürünə-sürünə öz manqasına rəhbərliyi davam etdirməyə çalışırdı. Lakin,
aldığı yara səbəbindən huşunu itirərək gözlərini əbədi yumdu..."

Rəşadın gündəliyində daha bir “sirr” aşkar ediblər. O, tərsinə bir cümlə yazıb: “Həyatda hər şey düzdü, bir bu yazı tərsdi” - “ıpsɹǝʇ ızɐʎ nq
ɹıq npznp ʎǝs ɹǝɥɐpʇɐʎǝɥ”.(Bu yazını tərs yazıb). “Səssiz həyatımın sənsiz günləri” misrasıyla yazdığı mənzum fikirlər onun poeziyaya, ədəbiyyata
çox yaxın olduğundan xəbər verir.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

553

(Şəhid anası Fərqanə xanım)

554

555

(Müəllif şəhidin ailəsini ziyarət edərkən)

ƏSGƏR ELVİN AZADXAN OĞLU MİRZƏYEV

“Qələbə necə də gözəldir, ancaq o necə də böyük qurbanlar bahasına
başa gəlir!” (S.Buffler)

Doğum tarixi: 13 fevral 1994-cü il. Xaçmaz şəhəri. 556
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 9 aprel 2016-cı il. Xaçmaz şəhəri.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi.
1994-cü il fevralın 13-ü Xaçmaz şəhərində anadan olan evin sonbeşiyi Mirzəyev

Elvin. Özündən böyük olan 3 qardaşı hər zaman ona başqa cür diqqət yetiriblər. O şəhid
Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2011-ci ildə
Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə daxil olmuşdur.

Namiq Mirzəyev (qardaşı): “Elvin tələbə adını qazananda mən 4-cü kursda
oxuyurdum. Xəbərin çıxdığı günük səhəri böyük qardaşım Faiqin toyu olacaqdı. Bayram
bayrama qarışmışdı. Eşidəndəki Elvin tələbə adını qazanıb anam onu qucaqlayıb ağladı.
Elvin dedi ki, siz məndən çox sevinirsiniz. O, ailənin sonbeşiyi olduğu üçün hamı onu
əzizləyirdi. Həm də çox mehriban idi. Qardaşım tələbə olandan sonra Bakıya gəldi. Elvin tez-tez Şəhidlər xiyabanına gəzməyə gedirdi. Sanki,
ürəyinə bir gün şəhid olacağı gəlmişdi. Tələbəlik illərində mən, Elvin və Tural adlı dostumuz bir evdə qalırdıq. Bir gün Tural dəhşətli yuxunun
təsirindən ağlayaraq qalxdı. Soruşduq ki, sənə nə oldu? O, gördüyü dəhşətli yuxunu bizə danışdı: “Yuxuda gördüm ki, bizə çox yaxın bir insanı
dəfn edirik. Onun dəfnində tanımadığımız çoxlu insanlar da var." Biz təəccüblə ona baxırdıq. Maraqlısı odur ki, o, yuxusunu Elvinə baxıb,
danışırdı. Bu yuxudan 4 il sonra Elvin şəhid oldu. Şəhidimiz hərbiyə getdikdən sonra mənimlə tez-tez əlaqə saxlayırdı. Düzü çox narahat olurdum.
Çünki Elvin evimizdə balaca olduğu üçün o qədər də çətinliyə öyrəşməmişdi. Mən özüm hərbidə olduğum üçün onu yaxşı başa düşürdüm. Özü də
qulluq etdiyi yerdən razılıq edirdi. Artıq qarşıdan Novruz bayramı gəlirdi. Elvini görmək üçün Tərtərə getdik. Martın 19-da görüşdük. Onu
görəndə tanımadım. Bizim gördüyümüz uşaq Elvin xeyli dəyişmişdi. Daha böyük olmuşdu. Görüşəndə xeyli söhbət etdik. Sonra biz evə qayıtdıq.
Həmin görüşdən sonra Elvinlə telefon danışığı oldu. Telefonda anama dedi ki, “göndərdiyiniz dadlı yeməklərdən yeyirik, canınıza dua edirik”.
Həmin vaxt hər şey qaydasında idi. Normal xidmətini aparırdı. Hər şey Aprel girən kimi başladı. Sumqayıtdan olan şəhid Əbdülməcid Axundovla
qardaşım universitetdə bir yerdə oxumuşdular. Həm də çox yaxın idilər. Qismətə baxın ki, onlar əsgərlikdə də bir hərbi hissəyə düşdülər. Həmin

vaxt sevindik ki, Məcid qardaşım Elvindən də muğayət olar. Hətta telefonda danışanda Məcidə demişdim ki, mənim qardaşımda da gözü olsun. 557
Məcid də mənə söz verdi. Elə sözünün də üstündə durdu. Qardaşımla bir yerdə, yan-yana şəhid olmuşdu. Hətta onların cansız bədənləri həmin
ərazilərdən tapılanda maraqlı bir mənzərə yaranmışdı. Məcid olan yerə mərmi düşdüyü üçün böyük çuxur əmələ gəlibmiş. Həmin vaxt ayağından
yaralanan Məcid yarasını bağlayıb və qarşıda şəhid olan qardaşınmın yanına sürünə-sürünə gəlib. Onun yanındaca şəhid olub. Onların meyiti
tapılanda Məcidin əli qardaşımın ayağından tutulu vəziyyətdə imiş. Bu da onların taleyinin sonu. Bir yerdə oxudular, bir yerdə hərbiyə getdilər, bir
gündə şəhid oldular və bir gündə də dəfn edildilər. O qardaşımı sona kimi tək buraxmadı. Bayramda da onunla danışmışdım”.

Gülnaz xanım (anası): “Elvin evimizin sonbeşiyi olduğu üçün ona münasibət tam başqaydı. Həm də çox şirin uşaq idi. Buna görə uşaq
vaxtı qonşular onu aparıb evlərində saxlayırdılar. Hamı onu çox istəyirdi. Böyüdü istəyinə çatdı. Arzusu tələbə olmaq və bitirdikdən sonra işləmək
idi. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə getmək zamanı idi. Elvin hərbiyə getməzdən əvvəl qardaşlarından hərbi haqqında
maraqlanırdı. Orada nəyin necə olduğunu soruşurdu. Elvinin sinəsində problem olduğu üçün düşünürdü ki, onu hərbiyə aparmazlar. Ancaq hərbi
həkimlərin müayinəsindən sonra məlum oldu ki, hərbiyə yararlıdır. Onun hər sözü, hər fikri mənimlə idi. Axı evimizin sonbeşiyi idi. Onu son dəfə
yola salanda narahat oldum. Çünki evə çox bağlı idi. Ancaq heç ağlıma belə gəlməzdi ki, oğlumu əlimlə yola salıb, tabutda qarşılayaram…Aprel
ayı mənim qara ayımdır. Çünki ümidim, arzum olan Elvini həmin ayda basdırdım. Həmin günü xatırlaya bilmirəm. Aprelin 1-də gecə Elvinlə
telefonda danışdım. Özü zəng etmişdi. Danışanda mənə dedi ki, hər şey yaxşıdır. Narahat olmayın. Ancaq qısa danışdıq. Elə bil uşaq harasa
tələsirdi. Telefonda dedi ki, onları gecə təlimlərinə aparırlar. Lakin döyüş olacağından xəbəri yox imiş. Bizə də heç nə demədi. Telefon
danışığında dedi ki, onları 3 gün əvvəl Tərtərdə bir şəhidin dəfninə aparıblar. Həmin vaxt səsi boğuldu. Sən demə, o gün Elvinə də qismət imiş.
Heç ağlıma belə gəlməzdi ki, nəsə olar. Həmin gecə döyüş başlayacaqmış. Oğlumun səsini son dəfə eşidirmişəm…Səhər açılanda xəbərlərdən
eşitdik ki, Tərtərdə belə hadisələr olub. Tərtərin adını eşidəndə ayaqlarım qurudu. Heç o Tərtəri sevməmişdim. Bu gün də ora nifrət edirəm. Tərtər
mənim balamı uddu. Mənim kimi bir neçə ananı gözü yaşlı qoydu. Elvin şəhid olandan sonra söz vermişəm ki, Tərtərə ömrümün sonuna kimi ayaq
basmaram. Yalnız torpaqlarımız alınan zaman oğlanlarımı ora göndərərəm. Çünki, o düzlərdə mənim oğlumun qanı var. O düzlər bizim
balalarımızın qanı ilə sulanıb.Elvin şəhid olduqdan sonra həyatım zülmətə büründü. Bu gün mənim yeganə təsəllim onunla bağlı yazılan yazılar və
xoş sözlərdir.”

Azadxan Mirzəyev (atası): “Artıq döyüş xəbərlərini eşidəndən sonra rahat dayana bilmədik. Xəbərlərdə şəhid verdiyimizi dedilər. Aprelin
3-də onun xidmət etdiyi Tərtərə getdim. Tərtərə çatanda gördüm ki, sanki şəhərin içərisində də müharibə gedib. Elvinin xidmət etdiyi hərbi hissə
Şıxarx ( red- keçmiş Marquşəvan) ərazisində idi. Artıq ora çatanda vəziyyətin yaxşı olmadığını bildim. Mənə orada dedilər ki, Elvin itkin düşən 17
nəfərin içərisindədir. Hətta bir nəfər hərbçi dedi ki, onlar Axundov Əbdülməcid, Mahir Quliyev və Elvin bir yerdə yaralı vəziyyətdə qalıblar.
Sonradan məlum olub ki, onlar qanaxmadan şəhid olublar. Bizə verilən məlumata görə bizim əsgərlər Ağdərə istiqamətində xeyli irəli gediblər.
Həmin ərazidə güclü döyüşlərdən sonra onlara geri çəkil əmri verilib. O zaman oğlumgil şəhid olub. O vaxta kimi onlar düşmənə kifayət qədər
zərbə vurublar.Artıq Tərtərdən geri qayıtdım. Oğlumun meyiti hələ neytral zonada idi. Ancaq bizə bir dəqiq söz deyilmirdi. Ayın 8-də gecə yuxu
gördüm. Elvin yuxuda mənə dedi: "Ata, gəl daha məni apar. Bəsdir". Bu yuxudan sonra tələsik Tərtərə yola düşük. Övlad itkisinin reallaşdığını
anladım. Ancaq bunu etiraf etmək istəmirdim. Artıq Tərtərə çatanda hər şeydən əlim üzülmüşdü. Elə həmin vaxt o ömrümün ən acı xəbərini
eşitdim. Hərbçilər mənə "oğlun şəhid olub" deyəndən sonra baş verənləri bu gün belə xatırlaya bilmirəm. Mənə deyəndə ki, Elvin şəhid olub, elə
bildim torpaq ayağımın altından qaçdı. Bu sözü eşitməyə hazır deyildim axı… Tərtərdə yerləşən morqdan oğlumun meyitini tapa bimədiyim üçün
Yevlaxa gəldim. Artıq orada ömrümün sonuna kimi unuda bilməyəcəyim səhnəni yaşadım. Oğlumun cansız bədəni morqda idi. Artıq bu hər şeyin

sonu idi. Qəbul etdim ki, oğlumla ömürlük vidalaşdım.” (http://arxiv.islamazeri.com/yazdir/1/bu-yuxudan-4-il-sonra-elvin-sehid-oldu-sehid-anasi-
fotolar--37083.html).

Xaçmaz rayonundan millət vəkili seçilən Eldəniz Səlimov: “Onlar Vətən, bizlər, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, gözəl
gələcəyi uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalıblar. Onları daim anmaq, xatırlamaq, yetişməkdə olan və gələcək nəsilə yaxından
tanıtdırmaq, xatirələrini, ruhlarını əziz, uca tutmaq hər birimizin müqəddəs borcudur. Şəhidlərimiz heç zaman unudulmayıb, unudulmur və
unudulmayacaq. Xaçmaz rayonudan olan şəhid Elvin Mirzəyevin də qəhrəmanlığı gələcək nəsil üçün bir örnəkdir. Allah bütün şəhidlərimizlə
bərabər, Elvinin də ruhunu şad, məkanını cənnətlik etsin. Onun, şəhidlərimizin hər birinin qarşısında baş əyirik”.

AzTU məzunu olan şəhidlərdən ikisi, Axundov Əbdülməcid Nadirşah oğlu və Mirzəyev Elvin Azadxan oğlu Elektrotexnika və Energetika,
Orucov Müşfiq Arif oğlu Avtomatika və Kompüter texnikası, Quliyev Mahir Qadir oğlu isə Radiotexnika və Rabitə fakültəsini bitirmişdilər.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

558

(Elvin Mirzəyevin valideynləri)

559

560

ƏSGƏR FİRDOVSİ ƏLİŞ OĞLU BAĞIRZADƏ

“Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları
qalır.”( L.Vovenarq)

Doğum tarixi: 1996-cı ildə. Yardımlı rayonu Bərcan kəndi. 561
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 9 aprel 2016-cı il. Masallı rayonu Güllütəpə kənd.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi. Ailənin tək oğlu idi.
1996-cı ildə Yardımlı rayonunun Bərcan kəndində anadan olan Firdovsi Bağırzadə 2016-cı ilin

aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid
oldu. Aprelin 9-u isə Firdovsi Bağırzadə doğulduğu Masallı rayonunun Güllütəpə kəndində son
mənzilə yola salındı.

Firdovsi Bağırzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III
dərəcəli medalı ilə təltif edildi.Həmin ilin mayın 18-də əsgər Firdovsi Bağırzadənin xatirəsinə Masallı
rayonunun Güllütəpə kəndində küçələrin birinə onun adı verildi.

Hələ 7 yaşı olanda atası Əliş həkimi itirmişdi Firdovsi Sehranənin də qara və ağır günləri
ondan sonra başlamışdı. Göytəpədə ev kirayələyib. Qızı Fidanı və oğlu Firdovsini də götürüb həmin evə yığışdılar. Sehranə İbrahimova iki
balasını saxlamaq üçün kartof sahələrində işləməyə başladı. Qış əkinçi, yay biçinçi oldu.

Sehranə İbrahimova (anası):“Firdovsi 1996-cı il sentyabrın 1-də dünyaya gəlmişdi. Ondan iki il sonra da qızım doğuldu. 2003-cü ildə
atası rəhmətə gedəndə uşağın 7 yaşı var idi. Göytəpədə 1 saylı məktəbə gedirdi. 8 yaşından mənə sahələrdə yardım edirdi. Yazda çiyələk
sahələrində, yayda-payızda kartof sahələrində işləyirdik. Vedrə ilə kartof aparıb satırdı. Soyuq havalarda, qış aylarında evə gələndə üst-başı
suyun, palçığın içərisində olurdu. Tez ayaqqablarını çıxarıb sobanın yanına qoyurdum ki, qurusun. Çünki sabah geyməyə başqa ayaqqabısı
olmazdı. Mənim balam 19 illik həyatında zülmdən başqa heç nə görmədi. 10-cu sinifdə oxuyanda, artıq kartof sahəsinə getmədi. Məktəbdə də
güzəranımızı bilirdilər. Çox vaxt dərsin əvəzinə işə gedirdi. Elə 10-cu sinifdə oxuya-oxuya mebel sexində fəhlə işləməyə başladı. Səhər o başdan
tarlaya gedib, gecə hava qaralanda gəldiyimdən, dükandan-bazardan xəbərim olmazdı. Bir dəfə necə oldusa, bir dükana girib baxdım...
heyrətləndim... Nə qədər rəngli, bəzəkli şirniyyatlar var idi. Gəldim oğluma dedim ki, “ay Firdovsi sən elə qənd-çay alırsan bala, bəs niyə o

şirnilərdən almırsan özünüz üçün, birdən gözünüz qalar, tamahınız çəkər... Dünyanın nemətlərindən xəbəriniz yoxdur...”.Dedi “ay ana, mənim 562
qazancım hələ ancaq qənd-çaya çatır, neynirəm onları...”. Bax belə kasıbçılıqla saxladım uşağımı... Zəhməti çox oldu. Əlinə pul düşdümü deyirdi
ki, bacısı üçün cehiz alaq.

Üç il müəllim yanına getdi. Mən xəstələnəndən sonra, müəllimin də pulun çatdıra bilmədi. Hərbçi olmaq istəyi ürəyində qalmışdı. Deyirdi
əsgərlikdən sonra, hərbi sistemdə qalacaq. Deyirdim ay oğul, dayılarınla məsləhətləş sonra, çünki, bacın də ərə gedəndən sonra mən damın altında
tək neylərəm? Hərbçinin evi olmur, ora-bura göndərilir. Deyirdi, narahat olma, səni də hara getsəm, özümlə aparacağam...

Aprelin 1-i evə gəlməli idi. Bütün hazırlığını görmüşdüm. Şirniyyatını, suyunu nağd-nisyə alıb yığmışdım ki, oğlum üçün qonaqlıq
edəcəm. Elə aprelin 1-i zəng vurdu, dedi ki, bir neçə gün gecikəcək. O gün buraxmadılar. “Ancaq işdir, birdən gəlməsəm, Allaha təvəkkül”,-
söylədi. 2-3 dəqiqə idi ki, danışırdıq, birdən kimsə onu çağırdı “Bağırzadə, tez ol...”. Firdovsi, “ana salamat qal”, deyib, telefonu qapatdı. Sonra
aprelin 2-si oldu, 3-ü oldu... gözlərimə yuxu getmədi. Gecəni səhərə qədər qovruldum, səhərdən axşama qədər ürəyim səksəkədə qaldı. Yuxumda
da iri bir ağacın üstümə yıxıldığını görmüşdüm. El arasında deyirlər ki, yıxılan ağac görmək pis əlamətdir. Sən demə ağacım yıxılıbmış... Əmisi
gəldi, qardaşlarım gəldi... Dedilər ki, narahat olma, axtarırıq. Onların müddəti qurtarıb, ön cəbhəyə buraxmazlar. Sən demə mənə təsəlli
verirlərmiş. Ayın 4-dən sonra telefon əlimdən düşmədi, bizimlə danışdığı nömrələrə nə qədər zəng vursaq da, cavab verən olmadı...

Kaş oğlum sağ olaydı, elə o Prişivdəki kirayə evimdə yaşayaydım. Qardaşımla atamın həyətyanı sahəsində bu evi oğlumdan sonra yaxşı
adamlar tikib verdilər. Gəlib evə baxanda məəttəl qaldım. Eyni ilə bu evin birmərtəbəli layihəsini bir dəfə Firdövsi özü çəkib demişdi ki, ana
işləyib, əlimə pul toplayan kimi belə bir ev tikəcəm. Oğlum olmayandan sonra arzuları çin oldu...

Qızım nişanlı idi. Mart ayında zəng vurub dedim ki, oğul aprelin 20-nə Fidanın toyu üçün gedib restoran danışmaq istəyirik. Narahatlıqla
dedi ki, ana tələsməyin, özüm əsgərlikdən gəlib, danışacam...Ötən il oğlumun doğum günündə 20 yaşının tamamında bu ikimərtəbəli evin qapısını
açdıq. Həyətində güllər-çiçəklər əkdim. Firdovsi gülləri-çiçəkləri çox sevirdi. Harada olsa abadlıq, səliqə-səhman,təmizlik yaradırdı. Qızım Fidanı
köçürdük. Fidan qoymadı ki, həyətdə şənlik, çal-çağır olsun. Nə xınasında, nə də toyunda gəlinlik paltarı geyindi. Dedi ki, qardaşının toyu
olmayan evdə o, toy çaldıra bilməz. Fidan qardaşından doymamışdı. O gün əslində onu qardaşı yola salmalıydı. Alnından öpməliydi, xeyir-
dua verməliydi.

Ağamir İbrahimov (dayısı): “Hamımız bir can borcluyuq. Dünyadan köç edəndə də mənim şəhid bacımoğlu kimi köçəsən. Ölümü hamıya
təsir edib, təbii ki, bacım Sehranəyə də. Yolunu gözləyirdik. Atasız böyüdüyündən qürurundan dönməzdi. Deyirəm ki, dünyadan köçəndə də belə
köçəsən. Şəhid hamının övladıdır. Bəli ana qucağına, ana torpağına şəhid kimi gəldi Firdovsi. Torpaqlarımızı azad edənədək can verməliyik, qan
verməliyik. Hamı kimi mən də Prezident, Ali Baş Komandanın əmrini gözləyirəm.

Firdovsi başqa xasiyyətli uşaq idi. Həlimliyi, sakitliyi ilə seçilirdi. Arzusu hərbçi olmaq idi. Tək olduğuna görə istəmirdim, deyirdim özünə
başqa peşə seçərsən. 2016-cı ildə qışda da bir neçə günlüyə evə məzuniyyətə gələndə görmüşdü ki, evdəkilərin odunu yoxdu, velosipedini satıb
anasıgil üçün odun alıb qoyub, sonra getmişdi. Kimsəyə əyilməzdi, öz halal zəhməti ilə dolanan uşaq idi... Aprelin 3-dən 7-nə qədər hərbi
komissarlıqla nə qədər əlaqə saxladısa, bir düzgün xəbər deyən olmadı. Sonra ayın 8-i xəbər gəldi. El-oba, ətraf rayonlar, öz rayonumuzun
insanları tökülüb gəldilər kəndimizə. Firdovsini çox böyük təntənə ilə qarşılayıb, təntənə ilə də yola saldılar. O gün bu gün, bu ailəni rayon
ictimaiyyəti və rayon rəhbərliyi tək qoymur...”

Yekəxanım xala (nənəsi): “Şükür o göydəlinin kərəminə. Ona qərinə uşaq yox idi. Ovundura bilmirəm Sehranəni... Günü ağlamaqla keçir.
Deyirəm ay qızım, bu fələyin yazısıydı... neynək indi.... neynək...bala. Şükür Allaha ki, bir qızın var, elə ailə var ki, bircə oğlunu itirib... Allahın

elə yazıları var ki... biz kimik onun altında.... Kim gözünü kor istəyər... Ancaq ki, Firdovsi hər oğuldan deyildi, dinməz-danışmaz, təmkinli, ədəbli
idi. Bütün nəvələrim bir yana, Firdovsi bir yana idi... Hara qulluğa göndərsəm gedərdi. Ailəsinin bütün yükünü çəkirdi. O uşaq bir dəfə halından,
güzəranında şikayət etmədi. Başını aşağı salıb çörək dalınca getdi... Əzabkeş, zəhmətkeş oldu balam... Həmin o zəhrimara qalmış günlərdə xəbər
çıxanda getdim qızımın yanına ki, ürəyi partlamasın, göz-qulaq olum... 6 gün gecəmiz-gündüzümüz olmadı. Qulağımız səsdə qaldı. Bir də ayın 8-
i Güllütəpədən zəng vurdular ki, guya dayımızın yaşlı arvadı ölüb, bizim üçün maşın göndərirlər ki, gələk kəndə. Dedim, məclisin üçüncü günü
gələrik. Dedilər, gözləmək olmaz.... Dalağım sancdı... Ürəyimə damdı ki, bu xəbər o xəbərdən deyil... Durub gəldik kəndə... Oğlum Ağamır, əmisi
Mirsalam getdilər... Hamı necə, biz də elə... Kənd, el-oba, qohum-qonşu tökülüb gəldi...Firdovsi atası rəhmətə gedəndən sonra, mehrini dayısı
Ağamirə salmışdı. Ağamir də pis dayı olmayıb. Demək olar ki, hər ay yükünü tutub gedirdi hərbi hissəyə ki, uşaq orda küskün olmasın, gözü
yollarda qalmasın. Neçə dəfə demişdik ki, yığışın gəlin bizimlə qalın, razı olmamışdılar ki, ev, ayrı, köç ayrı yaxşıdır. Nə bilim, bu da belə qismət
imiş...”. (http://azpress.az/index.php?lang=az&sectionid=news&id=51483).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

563

(Şəhidimizin anası)

564

ƏSGƏR ƏMİRASLAN XƏLİL OĞLU XEYİRBƏYOV

“Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı
olmasının doğurduğu ən dərin duyğulardan biridir.” (V.İ.Lenin)

Doğum tarixi: 10 dekabr 1994-cü il. Qusar rayon Cağar-qışlaq kəndi. 565
Vəfat tarixi: 2 aprel 2016-cı il. Seysulan kəndi istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. Qusar rayonunun Cağarqışlaq kəndində.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi.
2015-ci ilin yanvar ayında hərbi xidmətə yollanmış Əmiraslan Xeyirbəyov aprelin 9-da

qusarlılar cəbhə bölgəsində – Tərtərin Seysulan kəndi istiqamətində gedən ağır döyüşlərdə
böyük şücaət göstərərək, qəhrəmanlıqla şəhid olmuşdu. Cağarqışlaq kəndində torpağa
tapşırıldı. 2014-cü ildə Cağarqışlaq kənd tam orta məktəbini yaxşı və əla qiymətlərlə bitirən
Əmiraslanın arzusu hərbçi olmaq idi. Əsgər həyatının ilk günlərindən hərbi texnikanın sirlərini
dərindən öyrənməyə çalışan, hamının hörmətini qazanan, komandirlərin sevimlisi olan əsgər
Xeyirbəyov 2015-ci ilin avqust ayında nümunəvi xidmətinə görə məzuniyyətə buraxılmışdı. İstər yolasalma, istər məzuniyyətə buraxılma və yaxud
təxris olunma bütün kəndlərimizdə olduğu kimi Cağarqışlaqda da şənliklərlə, məclislərlə müşayiət olunur. Onların evi də həmin günlərdə qonaq-
qaralı oldu. Müəllimləri də əsgər yetirmələrilə görüşüb hal-əhval tutmuş, xidmətin gedişatı ilə maraqlanmışdılar.
Akif Balahmədov (ibtidai sinif müəllimi):"Ailənin ilki olsa da, dəcəl, ərköyün deyildi. Səliqəli geyinər, dərslərinə ciddi yanaşar, bütün
kənd uşaqları kimi təsərrüfat qayğılarında valideynlərinə kömək edərdi."

Elbrus Məhsimov (sinif müəllimi): "Əmiraslan hər hansı bir instituta asanlıqla girə bilərdi. Tarixə, hüquqa meyilli idi. Hətta Qusar Rayon
prokurorluğunun təşəbbüsü ilə 2014-cü ildə rayon ümumtəhsil məktəblərin XI sinif şagirdləri arasında keçirilmiş hüquq viktorinasında fərqləndiyi
üçün rayon prokuroru Zahid Vəliyev tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunmuşdu.”

Azad Camalov (hərbi rəhbər): “Arzusu hərbçi olmaq, həqiqi hərbi xidməti başa vurduqdan sonra Ordu sıralarında qalıb hərbinin sirlərinə
daha ciddi yiyələnmək, ordumuzun möhkəmlənməsi işində çalışmaq idi.” (http://www.gusarpress.com/1146-dzan-n-vaetaenae-sipaer-etdi/).

Xəlil bəy (atası): “Gecə anam, Əmiraslanın nənəsi hövlanak yuxudan oyandı. Qışqırmağa başladı. Aprel ayının 2-si idi. Yuxarıda yatanlar
da onun səsinə aşağı düşdülər. Dedi ki, yuxuda görüb ki, Əmiraslan onun qucağına atılaraq, bərk qucaqlayıb qışqırır ki, nənə mənə kömək
et…Anamı sakitləşdirdilər ki, yuxudur, narahat olma… Səhər gedib oturdu tut ağacının altında. Bu tut ağacı anamın həmsöhbəti, sirdaşıdı.
Dərdlərini, sözlərini, arzularını ona deyər…Aprelin 2-dən Əmiraslanın telefonu susurdu. Arvad evdə hamıya çığırır, hamıya hirslənirdi, evdəki
oğul-uşağı Əmiraslanı axtarmamaqda günahlandırırdı. Ancaq müharibənin başlanmasından xəbəri də yox idi. Bəlkə də həlak olanda həqiqətən də
aldığı güllə yarasından sevimli nənəsini çağırıb. Bunu bir Əmiraslan, bir də göydəki Tanrı bildi. Bir də nənənin yuxusu…Həmin o təlatümlü
günlərdə 90 yaşlı anama deyə bilmədim ki, ay ana, biz sənin əziz nəvəni axtarırıq…Qusar rayonunda az qala hamı bilirdi ki, Cağarqışlaq
kəndindən 2015-ci ilin yanvar ayında əsgər gedən Əmiraslan Xeyirbəyov şəhid olub. Aprel ayının 8-də mənə İcra nümayəndəliyindən zəng
olundu. Kəndin ağsaqqalı idi. Kimsə evə gəlməyə ürək etməmişdi. Dedi ki, oğlun yaralıdır, gəl İcra nümayəndiliyinə. Ürəyim sancdı,
müvazinətimi itirdim, dünya başıma dolandı. Əmiraslanın xasiyyətinə bələd idim. Yaralı olsaydı, özü zəng vurub mənə xəbər edərdi. 8 gün
ərzində oğlumdan xəbər olmadığından, artıq işin-işdən keçdiyini bildim. Heç bilmirəm yolu neçə gedib-qayıtdım. Sən demə kənddəki bütün
qonşular 3-4 gün imiş ki, oğlumun şəhid olmasından xəbərdar imişlər. Ancaq kimsə bu haqda bizə bir söz deməyə ürək etməyib. Baxdım ki,
darvazamızın ağzı doludur camaatla… Gələnlərə bir sözüm oldu, anam bilməsin… Elə bilirdim ki, anamdan gizlədə bilərik…

Hər ata-anaya övladı şirindir. Mənim də böyük oğlum idi. Hərbçi olmaq istəyirdi. Hərbi məktəbə sənəd verdi. Sinəsində deformasiya 566
olduğundan, həkim yoxlamasından keçmədi. 2015-ci ilin yanvar ayının 7-də əsgər gedəcəyini biləndə dəhşətə gəldim, bilmirəm hansı yollasa,
gedib sənədlərini düzəldib, əsgər getməyə razılıq ala bilmişdi. Bizim tərəflərdə əsgər gedən oğulu toy-bayramla yola salırıq. Yığışdıq, şənlik
elədik. Yola saldıq… Nümunəvi xidmətinə görə ötən il avqust ayının 9-da məzuniyyətə gəldi. O evə, ailəyə çox bağlı, zəhmətkeş uşaq idi. Bu il
aprelin 9-u isə onu bu qapıdan elin, obanın, camaatın çiyinlərində məzara apardıq. Bizim kəndimiz belə təlatüm görməmişdi. Oğlum üç aydan
sonra hərbi xidməti bitirib evə gəlməliydi… arzularımızı gözümüzdə qoydu. O vətənpərvər olmaqla yanaşı, bu kənddə uşaqdan böyüyə qədər hər
kəsin işinə yarayırdı, əli çatana kömək edirdi. Hərbdə də xidmət edəndə sən demə gedib məndən icazəsiz ərizə verib, uzun müddətli xidmətə
yazılıb. Bunu həlak olandan sonra bildim. Bir də ki, oğlumun nə həyatı var idi ki… cəmi 20 il yaşadı…

İndi balaca qardaşları Əmral və Əmrah boynubükük qalıblar. Böyük qardaşın yeri başqa olur. Gedib məzarının başında dayanıb,
baxmaqdan başqa əlimizdən heç nə gəlmir. Oğlumun tabutda gəlməsi xəbərini alana qədər ölümü haqqında fikri yaxın qoymurdum. O neçə gün
neytral zonada qalandan sonra nəşini götürmək mümkün olub. Bir ondan təsəlli tapıram ki, oğlum döyüşərək, qəhrəmanlıqla həlak olub, adımıza
xələl gətirməyib. Birinci həyat yoldaşım Əmiraslan doğulandan bir neçə gün sonra, uşağını atıb gedib. Və oğlumu 10 aylığından indiki həyat
yoldaşım Gülnarə böyüdüb. İndi şəhidin adına verilən təqaüdlə bağlı bəzi problemlər yaşayırıq. Əmiraslanın anası notarius ilə sənəd təsdiq edərək,
bildirib ki, rəhmətlik oğluna düşən əmlakda gözü yoxdur. Lakin Qusar rayonunda aidiyyatı qurumlar məsələni həll etmək istəmirlər. Ataya çatmalı
olan 220 manat təqaüdün 50 faizini verirlər.”(https://modern.az/az/news/109185/).

Mafiyət nənə: “Doğulandan 5-10 gün sonra anası atıb getdi onu. O usağı mən saxladım. 10 aylıq olanda evə təzə gəlin gəldi. O
Əmiraslana əsl analıq etdi. Mən Əmiraslan üçün arzular tutmuşdum ürəyimdə. Pul yığırdım, uşaq əsgərliyini çəkib gələndə muştuluq verəcəkdim,
bu qapıda yenə toy-bayram edəcəkdim. Mən onun toyunu görmək istəyirdim, gör Allah mənə nə göstərdi. Mənim bəxtim kəm gəlib. Rəhmətlik

ərim də fəhlə olub, mən də kolxozun bağında-bostanında fəhləçilik etmişəm. Gördüyün bu kənd evimizdə öz uşaqlarımla birlikdə neçə ailənin 567
yetim qalmış uşağını saxlamışam. Böyüdüb köçürmüşəm. Qardaş usağı, qohum-qonşu uşaqları olub içərisində. Öz uşaqlarımla bərabər fəhlə
maaşı ilə 17 uşağa baxmışam. Hamısına da bu həyətdə toy çaldırmışam. Ancaq bu balama toy çaldıra bilmədim… caaaannnnn Əmiraslan,
caaaannnnn…

Ötən il avqustda məzuniyyətə gəldi. Heç onda da balamın üzünü çox görmədim, elə bu kəndin camaatı onu qonaq apardı… Gözəl
gülüşləri var idi balamın… indi gecə-gündüz yanıram… Mənə etdiyi qulluqlar yandırır məni… telefonla danışanda söz vermişdi ki, gəlib mənə
arxa-dayaq olacaq… gəlmədi…7 dünyamı yandırdı… Əmiraslan…cannnnnnnnnn balam…”

Gülnarə xanım (Əmiraslanı böyüdən ana): “Bu həyətin hər qarışında Əmiraslanın əl izləri var. Mən səhər durub işə gedərdim, atası da
öz işinə gedərdi. Həyətin bütün yükü onun çiynində qalardı. Bir dəfə üzümə ağ olmadı. Bütün sirr-sözünü mənə deyərdi. Mən onu dünyaya
gətirməmişdim, lakin nə çəkdiklərimi bilmək üçün, qəlbimə girmək lazımdır, gecələr göz yaşım yastığımı isladır… İnana bilmirəm onun
yoxluğuna… elə gözüm qapıda qalıb ki, indi darvaza açılacaq Əmiraslan yenə gülə-gülə girəcək həyətə… Biz belə fikirləşməmişdik… Onun o
qədər arzuları var idi ki… Nənəsini heç ovundura bilmirik… Gedir oturur tut ağacının altında, saatlarla gözü dikililr Əmiraslanı aparan yollara…
Əmiraslanı əsgər getməzdən əvvəl doğma anasının yanına apardıq, qayıdanda dedi ki, ona isinə bilməyib. Dedim, necə olsa da, o gətirib
dünyaya… Birinci dəfə onda gördü anasını… 9-cu sinifdə oxuyurdu, bir dəfə atası Xəlil dedi ki, artıq sirri açıb demək lazımdır. Və günlərin bir
günü dərsdən gələndən sonra atası ona əsl anasının başqası olduğunu dedi. Əmiraslan heç halını da pozmadan "mənə məktəbdə demişdilər, çoxdan
bilirdim” söyləyib, otaqdan çıxdı. Və o gündən sonra da mən ondan bir soyuqluq görmədim, mənə daha da çox
isinişdi. (https://modern.az/az/news/109185/).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

568

ƏSGƏR MAHİR SABİR OĞLU MİRZƏYEV

“Vətən bizim üçün qılıncımızın çörəyidir.” (Namik Kamal)

Doğum tarixi: 17 fevral 1994-cü il. Bakı şəhəri, Abşeron rayonu 569
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində
Dəfn edilib: 9 aprel 2016-cı il. Sabunçu rayon Pirşağı qəsəbəsindəki (Mehdiabad qəsəbəsində) kənd
qəbiristanlığı

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi.Evin tək oğlu idi.
1994-cü il fevral ayının 17-də Bakıda doğulmuş Mahir Mirzəyev 2011-ci ildə

Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Qafqaz Universitetinə
daxil olsa da ailəsini, ata-anasını əziyyətə salmamaq üçün ən çox sevdiyi təhsil ocağından imtina edib,
Azərbaycan Dövlət İqtisad Universitetinin ödənişsiz bölümünü seçib. İngilis və fars dillərini bilirdi.
Həm məktəbdə, həm də universitetdə layiqli tələbələrdən oldu, ədəbi-ləyaqəti ilə oxuduğu təhsil
ocağına hər zaman hörmət gətirdi. 2015-ci ildə İqtisad Universitetini də müvəffəqiyyətlə bitirib,
ürəyində arzu kimi bəslədiyi Qafqaz Universitetinin magistratura pilləsinə daxil olur. Lakin bu dəfə "Öncə Vətəndir” deyib, təhsilini davam
etdirməyi sonraya saxladı. Hərbi xidmətə çağırılana qədər isə Azərbaycanda böyük təntənə ilə qeyd edilən "Bakı -2015 Avropa Oyunları”nda
könüllü kimi iştirak etmişdi.

Zenfira xanım (bibisi): “Sonuncu dəfə danışanda deyib ki, 98 günü qalıb təxris olunmağa. 1 apreldən sonra Mahir telefona cavab
verməyəndə, narahat olmağa başladıq. Qardaşım bildirdi ki, kimdir onları ön cəbhəyə aparan, onlar indi, arxada səngər qazırlar, bərkitmə işləri
görürlər. Ancaq hamımız narahat idik. Anam (Yazgül nənə) mənə acıqlandı ki, "Ay bala, Sabirgil fil qulağında yatıb, get hərbi
komandanlıqlardan, bir xəbər bil, gör o uşaq haralardadır... Mən rahatlıq tapa bilmirəm”. Aprelin 6-dan sonra qapı-qapı düşüb, qardaşım oğlunu
soraqladım. Salyan kazarmasına gəlib çıxdım, orada əlində siyahı olan bir nəfər hərbiçi dedi ki, oğlunuz itkinlər siyahısındadır. Dünya-aləm
başıma dolandı. Yəqin ki, səhv edirdilər, yəqin ki, belə olmazdı deyə düşündüm. Bəlkə hələ tapacaqdılar. Qardaşımdan və anamdan başqa hər kəsi
məlumatlandırdım. Və məlum oldu ki, əmim nəvəsi Həzimənin oğlu Fəxrəddin Seyfəddin oğlu Qurbanlı da itkindir. İkisi eyni vaxta getmişdilər.
Hər ikis institutu bitirib getmişdi. Fəxrəddini axtarmağa gedən qohumum Nizamiyə zəng etdim. O dedi ki, hələ bir xəbər yoxdur. Həmin
günlər Sabir narahat deyildi. Bəlkə də oğlunun yox ola biləcəyini qəbul etmək istəmirdi. Çünki Mahir hara getsə qayıdırdı, dəyirmana ölü salsan,

diri çıxardı. Bərdədə yox, Yevlaxda yox, Quzanlıda yox... Axırda Yevlaxın morqundan gətirdilər. Ayın 8-i isə bütün ümidlərimiz üzüldü. Anama 570
xəbər elədim ki, Biləcəridəki ata evimizdə qarşılanma mərasimi olacaq... Salamat hərbi xidmətə yola saldığı qardaşımın yegənə balasını
gətirəcəkdilər.

Həmin gün bizim nəsil-nəcabətdən üç şəhidimiz oldu. Əmim qızı Həzimənin bircə oğlu Fəxrəddin Qurbanlı, onun ölüm xəbərini eşidib
ürəyi partlayan əmim oğlu Malik və mənim qardaşımın tək oğlu Mahir. 9 aprel günündə bizim nəslin üç evindən üç tabut çıxdı. Onlar da
Mahirlə eyni gündə dəfn olundular. O, hərbi xidmətini tamamlayıb iyulun 6-da evinə gələcəkdi. Sentyabrın 15-də Qafqaz Universitetinə dərsə
gedəcəkdi. İndi oturub söhbətləşəndə bir qüsur tapmırıq ki, onun haqqında deyək ki, filan işi düz eləmədi. İnsan ömrü üçün 22 il nədir ki? Ancaq
bu uşaq 22 illik ömrünə çox böyük arzular, uğurlar sığdıra bilib. Elə bil harasa tələsirdi. Qafqaz Universitetində magistr təhsili almaq istəyirdi,
daxil oldu. Biz ona dedik, evin tək oğlusan, magistr təhsilini də al, sonra əsgər get. Razılaşmadı. Prinsipial uşaq idi, qarşısına qoyduğu məqsədi
gec-tez gerçəkləşdirirdi. Sən demə, son məqsədi də elə şəhid olmaq imiş. Mahir həm də inanclı adam idi. Son illər məscidə gedib namaz qılırdı,
özünə bir neçə tərəfdaş da toplamışdı. Siqaret çəkməz, içki içməz, ancaq savab işlər görərdi. Dini xütbələr oxuyan ilahiyyatçı Hacı Şahinə böyük
simpatiyası vardı. Ona çox inanırdı. Gör nə məqamdır ki, Hacı Şahin heç özü də bilmədən onun dəfnində iştirak etdi və onun adına namaz qıldı,
dualarını oxudu. Mahir həm şəhidlik arzusuna çatmışdı, həm də Hacı Şahinin onu son mənzilə yola salmağına. İndi belə hadisələrlə özümüzə
təsəlli tapırıq".

Yazgül nənənin üç övladı var: Samir, Sabir və Zemfira xanım. Əsilləri Ermənistanın Sisyan mahalının Şixlar kəndindəndir. Əşrəf babanın
törəməsidirlər. 1950-ci illərdə Bakıya köçüb gələnlərdən, yurd salanlardandırlar. Əri Knyaz Mirzəyev həkim idi. Adlı-sanlı Knyaz həkim. Bir
manat haram tikə görməmişdi ocağı. Balalarını hamı kimi zəhmətlə, səbrlə böyütmüşdü. Üçünə də ali təhsil vermişdi. Sabirin 1 oğlu, bir qızı oldu.
Samirin də bir qızı var. Zemfiranı zalım həyat sınağa çəkmişdi. İndi də qardaş balasının dağını vurdu ürəyinə.
Yazgül nənə nəvəsi Mahirlə nəfəs alırdı. İndi böyük çərçivədən Azərbaycan bayrağına bürünmüş şəklinə baxır. Şəkil də təsəlli vermir, bu
yaşında yanıb-qovrulur nənə. Bu il yanvarın 17-si məzuniyyətə gələndə, günlərinin çoxunu nənəsinin yanında keçirdi. Neçə gün nənəsinin sinəsinə
sığınıb yatdı. Nənəsi sevib qoxladı sarı balasını, ətrini bağrına çəkdi. Sarışın olduğundan ona "sarıbala” deyirdilər. Hamı aram olmağa çalışır,
Yazgül nənə və gəlini Gülzarı isə kimsə bu günə kimi sakitləşdirə bilmir. Əsgərlikdən məzuniyyətə gələndə, nənə nəvəsinə baxıb fərəhlənmişdi.
Hətta soruşmuşdu ki, ay bala sizə nə yedirdirlər ki, belə yekəlib, kökəlib gəlmisən. 6 ayın içərisində Mahir Mirzəyev boylu-buxunlu, enlikürək bir
oğul olmuşdu. Nənəsi boyuna baxıb fəxarətlənirdi. İndi o boylu-buxunlu balasını axtarır, axtarır... Nəvəsinin əlləri dəyən yerlərdən öpür Yazgül
nənə. Biz heç bilmirdik onun bu qədər tanışı, sevəni var...”Mahir məzuniyyətə gələndə də yaxşı güllə atmasından danışıb. O, hər dəfə şəhid olmaq
istədiyini söyləyəndə anası pis olur, dilinə gətirmə deyirmiş. Mahir də gülüb keçirdi. Hətta əsgərliyə yola salanda “sağ-salamat gəl” deyən
dostlarına da “təki şəhid kimi gəlim” deyib.

Aygül xanım (bacısı): “Mahirə ölümün ən şərəflisi qismət oldu. Hacı Şahini çox sevirdi, bir moizəsini də buraxmayıb. Qismət elə gətirdi
ki, qardaşımı dəfn edəndə Hacı Şahin də gəldi. Bəlkə də bu, onun ən böyük arzusu olardı. Öləndə də arzusuna çatdı. Hacı Şahin özü də dedi ki,
təsadüfən gəlib, onun üçün şərəfdir.

2015-ci il aprelin 1-də ailə həyatı qurub gəlin köçdüm. Bəzi uşaqlar kimi heç zaman qardaşımla dalaşmadım. Aramızda böyük bir sevgi və 571
məhəbbət var idi. Qardaşım mənim dayağım, köməyim, məsləhət yerim idi. İnstitutu bitirənə kimi, hər zaman qardaşımı yanımda gördüm.
Qardaşım çox inanclı adam olduğundan, məni də əlimdən tutub məscidə aparar, birlikdə ibadət edərdik. Hər zaman tövsiyə edirdi ki, hər gününüzü
elə yaşayın ki, sonuncu gününüz kimi, faydalı işlər görün. Mahirsiz indi bizə çox ağırdı. Ən yaxşı kitabları oxumağı da qardaşı məsləhət görərdi.
İndi onun həmin səmimiyyəti, üçün darıxırıq. Qardaşım az yaşadı. Ancaq şərəfli ömür yaşadı. Bayrağımızı xilas olmuş ərazilərdə dalğalandırdı.
Bizə qələbənin dadını dadızdırdı. Əsgər gedəndə dedi ki, "ana başını dik tut, həmişə də mənimlə fəxr edin”.

Sabir Mirzəyev (atası): "Bilirsiniz, məni nə çox düşündürür, həmin aprel döyüşündə həlak olan oğullarımızın hamısı tərbiyəli,
vətənpərvər, mərd oğlanlar idi. Hərdən də fikirləşirəm ki, axı şəhidlik elə zirvədir ki, o hər kəsə nəsib olmur. Mahirin hospitalda yatan yaralı
dostları ilə görüşdüm. Birinin qolu yox idi, birinin ayağı parçalanmışdı. Hamısı yaralı idilər. Bir qolunu güllə aparmış Tovuzdan olan əsgər
danışırdı ki, döyüşdə yaralılara kömək edirmiş, bir də baxıb ki, Mahir də yaralanıb, ancaq elə yaralı-yaralı da vuruşur. İstəyib ki, ona kömək
etsin, Mahir deyib ki, Cəfərov, get başqalarına kömək elə. İrəli keçəndə, əsgər Cəfərovu da vurub qolundan yaralayıblar. O da, elə Mahirin yanına
yıxılıb. Əsgər Cəfərov dedi ki, bizim əsgərlər öz qisaslarını aldılar. Çox mətanətlə vuruşdular. Bir oğlan var idi. Ayağından yaralı idi. Deyirdi ki,
"əmi yaralanıb oturdum bir yerdə, fikirləşdim ki, kaş əsir düşməyim, səhərə qədər gözlədim ki, erməni gülləsi məni vursun, mən də ölüm,
əsgərlərimizə qarışım. Ancaq bir dənə də olsun güllə dəymədi”. Deməli mənim oğlumun vaxtı tamam imiş. Bəs o əli və qolu yaralı əsgər niyə
ölmədi? Deməli vaxtı tamam deyildi. Oğlumun qulluq göstərdiyi hərbi hissədən 90 nəfər döyüşə getmişdi. Deyirlər onların 18-i qayıtmayıb.
Onunla təsəlli tapıram ki, oğlum kafir öldürüb, cənnəti qazanıb”. Oğlum heç vaxt mənim adımı batıracaq, ziyana salacaq bir şey etməyib. Ölümü
ilə də mənə şərəfli bir ad qoyub getdi. Həmişə deyirdilər filankəsin oğlu, indi deyəcəklər, filankəsin atası, qohumu, bacısı. Heç qəbuluna düşə
bilmədiyimiz insanlar, məmurlar özləri evimizə gəlir, təsəlli verir. Elə bil bir tərəfim iflic olub, işləmir. Bir tərəfdən də baxıram ki, nahaq yerə
itirməmişəm. Eybi yox, mən bir qol-ayaqsız gəzərəm, övladım 23 ildə ilk dəfə torpaq alıb şəhid olanlardandır. Tək təsəllim elə budur. Gözüm onu
axtarır, həmişə də axtaracaq. Birlikdə əkdiyimiz ağaclar var, bəhrəsini o yemədi, bizim də boğazımızdan keçməz, ancaq qoy gələcəkdə bir alma
üzüb yeyəndə ruhumuzu yad etsinlər. Necəki, o torpaqlarda gəzəndə mənim oğlum kimi onlarla şəhidlərimizin ruhu yad ediləcək. Oğlum əsgər
getməzdən əvvəl həyətdə bir neçə ağac əkmişdim. Ürəyindən ağır əməliyyat keçirdiyimdən sabahıma ümidim yox idi. Fikirləşirdim ki, əkdiyim
ağacı oğluma özümdən xatirə qoyacam. Bir gün həmin ağacları sulayanda dedim ki, "mən olmayanda bu ağaclara baxıb, məni xatırlayarsınız”.
Mahir dönüb mənə dedi ki, "ata bilmək olmaz, kim nə zaman köçəcək bu dünyadan, biz kimik ki, hökmü verən Allahdır”.

Gülzar xanım (anası): "Mən daha yaşaya bilmirəm, necə yaşayım? Bacarmıram... Siz heç bilirsiniz insanın bacarmadığı işi görmək necə
olur... Mart ayı idi. Vətən qəhrəmanlarının şəkli vurulmuş güşənin önündən keçəndə, birdən üşəndim, elə bil ki, kimsə mənə dedi ki, sənin də
oğlun onlar kimi şəhid olacaq. Dəhşətə gəldim, haradan gəldi bu səs, bu nida... Bilmədim. Bir də ki, aprelin 1-dən 2-nə keçən gecə, gözümə təzəcə
yuxu getmişdi ki, birdən kimsə dedi ki, Mahir ölüb. Bu sözü üç dəfə eşitdim. Dəli kimi ayıldım. Bilmirəm nə idi o hallar, haradan mənə ayan
olmuşdu belə dəhşətlər...

Mahir heç ölümdən qorxmurdu... Elə hey deyirdim ki, "bala, əsgərlikdə özünü qoru, birdən sənə nəsə olar, onda mən necə olaram...”. Cavab
verirdi ki, "ay ana, mən hansı şəhiddən, hansı oğuldan artığam ki, öləndə öləcəyəm də”. Mahir anadan olanda adına Quran kitabı açdıq. "M”
hərfində dayandı qələm. Dedilər "Məhəmməd” ya da "Musa” qoyaq adını. Atası "Mahir” adında dayandı ki, qoy hər işdə mahir olsun. İndi nə
olsun ki, hər işdə seçilən Mahir balam, bizim ürəyimizi dağlı, komamızı tək qoydu. Balam torpaq üçün getdi, atasını yox, Vətənini istədi. Canını
qurban verdi. Ali məktəb oxudu, bizi bir qəpik xərcə salmadı. Məktəbdən aldığı təqaüdlə dolandı. Neyləyəcəm onun diplomunu? Mən indi
neyləyim? Kimə günahkarsan deyim?!

Bir təsəllim var, o da övladım arzusuna çatd. “Bilmirəm, onsuz necə yaşayacam. Hələ də Mahirin əsgərlikdən gələcəyini gözləyirəm, telefonlar
çalanda onun zəng etdiyini düşünürəm. O, ölməli oğul deyildi. Amma bir təsəllim var ki, şəhidlik arsuzu idi. Mahir arzusuna çatdı, ancaq mən yox.
5 dil bilirdi, hələ də öyrənmək, oxumaq istəyirdi. Mənim oğlum alim olacaqdı”.

Nənəsi: “Qayıdıb arzuladığı universitetdə oxuyacaqdı, qoy mən ölüm, o gəlib təhsilini davam etdirsin. Dedi ki, gələndə hər şeyi həll
edəcək. Nəvəmin çox gözəl gələcəyi vardı, nə olardı evin tək balası ön cəbhədə olmazdı. Elə qürurlu uşaq idi ki, arxada da qalmaz”.

(https://modern.az/az/news/112258).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

572

573

(Mahir Mirzəyevin valideynləri)

574

575

576

ƏSGƏR MAHMUD AZƏR OĞLU İBRAHİMOV

“Öz vətəni sevmək – bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən
arzu etmək və gücün çatana qədər buna kömək etmək deməkdir.”

( V.Q.Belinski)

Doğum tarixi: 3 sentyabr 1997-ci il. Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsi (əsilən 577
Cəbrayıldandır).
Vəfat tarixi: 2aprel 2016-cı il. Tərtər rayonu istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. Xırdalan rayonu.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi.

M.İbrahimov 2015-ci ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb.
Mahmud İbrahimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Uğrunda şəhid olduğu yurdu - Cəbrayılın üzünü heç görməyən Mahmudun ailəsi 1993-cü ildə Cəbrayıl
rayonunun Sarıcalı kəndindən Bakıya məcbur köçkün gəlib. 2014-cü ilin aprel ayının 4-də isə Mehdiabad
qəsəbəsində köçkünlər üçün salınmış binaya yığışıblar.

Azər İbrahimov (atası): “Özüm günəmuzd işlərə gedirəm. Deyirdi, əsgərlik bitsin, gəlib sənə kömək
edəcəm. Təpədən-dırnağa arzuyla doluydu. İdmanla məşğul olurdu, böyük uğurlar qazanmaq istəyirdi.
Dəfələrlə Yunan-Roma güləşi üzrə yarışların qalib olmuşdu, mükafatlandırılmışdı. Ən sevdiyi məşğuliyyəti güzgünün qabağında durub telefonla
öz şəklini çəkmək idi. Özünü çox sevirdi... Xidmət etdiyi hərbi hissədən razılıq edirdi. Zəng vuranda zarafatından qalmırdı. Sonuncu dəfə gülə-
gülə qardaşına dedi, mən gələnə kimi özünə ev tap, gəlib evlənəcəm, ev mənimdir. Bütün arzuları yarımçıq qaldı. Facebookda sonuncu
yazdıqlarına baxıram, elə bil ona əyan olubmuş nəsə. Son statusunda belə yazıb: “Siz sağ, mən salamat”. Şeirlər paylaşıb hamısı
kədərli…”Mahmudla sonuncu dəfə mart ayında – ilaxır çərşənbə ərəfəsində görüşdük, bayram payı aparmışdıq. Zəng vurub getmək istədiyimizi
deyəndə Mahmud anasının da gəlməsini istədi. Dedi ki, “anamı istəyirəm, mütləq gəlsin görüm onu. Nə yaxşı ki, getdi, anasını da gördü. Evin
sonbeşiyi idi deyə çox bağlıydı anasına. Həmişə deyirdi, səni özüm saxlayacam. O biri qardaşlarından ayırırdı anasını. Martın 13-də görüşünə
gedəndə anası Gülsüm Mahmudun sevdiyi bütün şirniyyatları bişirmişdi. Görüşdə telefonumu aldı, 1 saatdan artıq bütün qohum-əqraba ilə danışdı.
Anasına çox bağlı uşaq idi. Anası ilə nə qədər şəkillər çəkdirdi. Nədənsə həmin günü gözümü oğlumdan çəkə bilmirdim. Elə diqqətim onun
üzündə idi. Atayam da... hiss etdim ki, nə isə kədərlidir. Üzümüzə gülsə də, gözlərində kədər var idi. Ancaq ki, adi vaxtlarda bir qəribə gülüşü var

idi... İndi o gülüşünü xatırlayanda bağrım param-parça olur. 18 il uşaq böyüt və... günlərin bir günü bax gör ki, yoxdur və heç vaxt da olmayacaq... 578
Mən fikirləşəndə ki, Mahmud bir daha gəlməyəcək, olmayacaq, bağrım partlayır...Mahmud toylarımızın yaraşığı idi. Gözəl rəqs edirdi. İti ağlı var
idi oğlumun. Durub ayrılanda dedi, gəlin halalaşaq. Zarafatla dedi bunu, amma tez-tez təkrarlayırdı. Martın 29-da sonuncu dəfə zəng vuranda da
ona oxşar söz dedi. Dedi, “məndən arxayın olun, hər şey yaxşıdır”. Sonra eşitdik ki, cəbhədə vəziyyət gərginləşib. Aprelin 1-də bildik ki, döyüş
bölgəsindədir, zəng çatmır. Sonra nə öldüsündən, nə də qaldısından xəbərimiz oldu. Axtarışa başladıq. Hospital, xəstəxana… Harada yaralı var,
hamısına baş çəkdik, gördüm deyən olmadı.

Ən ağır günlərimiz məhz həmin beş gün – Mahmuddan hər hansı xəbər ala bilmədiyimiz günlər idi. Tapa bilmirdik. Deyirdilər, bəlkə ön
cəbhədədir, hələ döyüşür. Belə bir neçə gün keçdi. Aprelin 8-i səhər tezdən neytral ərazidən meyitinin götürüldüyünü dedilər. Təxmin edirdik ki,
şəhid olub, amma yenə də ümidliydik. Qanaxmadan öldüyünü dedilər. Güllə yarası yox idi bədənində, qollarında qəlpə izləri vardı. Yaralanandan
sonra neytral ərazidə qalıb, çox güman ki, qan itirib deyə dünyasını dəyişib. Amma o vəziyyətdə döyüş yoldaşlarına kömək edib. Xeyli yaralını
xilas edib, bir neçə meyiti çıxarıb döyüş meydanından, amma özünə kömək edə bilməyib. Həmişə deyirdim, özünü qoru, səngərdə ehtiyatlı ol, çox
qabağa atılma. Yaşının az olmasına baxmayaraq, iradəli idi, saf idi. İradəsi imkan verməyib geri çəkilsin.

Biz o zülmlərdən çıxıb gəldik, bizim o günlərimizi görən iranlıların indi ermənini dəstəkləməsi çox acınacaqlıdır. O gündən bu günə kimi
qisas hissi ilə yaşadıq, hər gün fikirləşdik ki, qəzavü-qədərdir, keçib gedər, yurdumuza, evimizə qayıdacağıq. Buralarda ev qurub, yurd sala
bilmədik. Biz buralara əbədi köçməmişdik, əlacsızlıqdan köçdük. Avqust ayında Sarcalıdan çıxan gecəsi ortancıl oğlum Aqilin 40-ı təzəcə
çıxmışdı. Mahmud 1997-ci ildə İmişlidə çadırda doğuldu. İsinişmədik bu yerlərə. Əsgər getməmişdən əvvəl oğlum Mahmudu götürüb apardım
İrana, Arazın bu üzündə Qulubəyli kəndində dayanıb kəndimiz Sarıcalını göstərdim ona. Bizim yerlər bir cənnət idi... Baxıb ah çəkdi, gözləri
doldu... Artıq başa düşən bir gənc idi. Özünün də kənd-kəsəkdən xoşu gəlirdi. Həyətdə mal-heyvan saxlamaq üçün çox həvəsli idi. Arzulayırdı ki,
torpaqlarımız qayıdanda gedib kəndimizdə yaşayacaq.

Görüşəndə dedi ki, aprelin 5-də yunan-Roma güləş növü üzrə idman yarışına gələcək. Mahmud 6 il idi ki, yunan-Roma güləşinə gedirdi.
Yarışlara gedən gündən dəfələrlə qalib olmuşdu, bayrağımızı ucaltmışdı. Hər dəfə qalib gələndə özünü dünyanın ən xoşbəxt adamı
sayırdı. Əsgərliyə yola düşən gündən dediyi ilk söz “Mənə halallıq verin, bəlkə qayıtmadım” oldu. Bilmirəm, haradan ürəyinə dammışdı ki,
qayıtmayacaq?

Axşam dayısı tabutunu əsgərlərlə birlikdə bu həyətə gətirdilər. O vaxt donmuşdum. Hamı gəlib-gedirdi, başsağlığı verirdi. Mahmud
Seysulan döyüşlərində həlak olmuşdu. Onu qollarının üstündə gətirən əsgər danışırdı ki, Mahmud üzündə gülüş ifadəsi sanki yuxuya getmişdi...6
aya qədər insan axınının ayağı kəsilmədi evimizdən. Bir gün elə bil ki, yuxudan ayıldım... Və həmin gün bir daha mənə əyan oldu ki, Mahmud heç
vaxt əsgərlikdən dönməyəcək... Lakin fəxr edirəm ki, oğlum Vətən uğrunda həlak olub, onun qanı hesabına Vətənimizə şərəf-şan gəlib. Mahmud
22 il gözlədiyimiz, geri qaytarmaq istədiyimiz Vətən torpaqlarından bir hissəsinin alınmasında iştirak edib. Ancaq anasının üzünə baxa bilmirəm.
Söz soruşanda da ağlayır. Bununla belə indi də inanmıram... Gözüm qapıdadır. Elə bilirəm ki, qayıdacaq... Birdən divanda əyləşib huşa gedirəm...
Qardaşı Aqil ilə keçirdikləri uşaqlıq çağları gəlir gözümün önünə, bir də görürdün ki, elə bu evdə güləşirdilər... Oğlum bu həyatda az yaşadı...
ancaq böyük arzuları var idi... heç birinə çatmadı... Yalnız Azərbaycan bayrağını ucaltmaq arzusuna çatdı... İdmanda qələbəsi ilə deyil, şəhidliyi
ilə adına bayraqlar ucaldı.

Dəfn üçün hətta Şəhidlər Xiyabanını təklif etdilər, razı olmadıq. Zabrat qəbirstanlığında – anamın yanında dəfn olundu. Dəfn günü elə bir
izdiham oldu ki burada. Tanıdığımız-tanımadğımız o qədər adam gəldi ki... Adına layiq götürdülər oğlumu. Valideyn olaraq övladımızı itirmək

çox ağırdı bizə. Gənc idi, nə qədər yarımçıq arzuları qaldı. Amma nə qədər şərəfli ömür yaşadığını da bilirəm.Özüm dəfn eləmişəm, görmüşəm, 579
amma heç inanmıram olanlara. Xəyal kimi gəlir mənə. O qədər əminəm ki, dönəcəyinə. Yəqin məni toxtaq tutan elə bu hissdir. Allah mənə inam
verib. Özlüyümdə tam əmin olmuşam ki, sağdı, qayıdacaq. Yoxsa yaşaya bilmərəm”.

Aqil bəy (qardaşı): “Əsgər getməyinə iki gün qalmış mənə dedi ki, bax sən özünə başqa ev alarsan, əsgərlikdən gəlib bu evi özüm təmir
etdirəcəm... Sonra gülərək əlini kürəyimə vurub dedi ki, “Zarafat edirəm. Ancaq ki, unutma ki, anamızı sənə əmanət edirəm... Anamdan muğayat
ol”. Hələ də qardaşımın yoxluğuna inanmıram. Yolunu gözləyirəm. Böyük qardaşım evlənib. Evi ayrıdır. Ancaq biz Mahmudla bir-birimizə çox
bağlı idik. İkimiz yanaşı çarpayıda yatardıq. İndi səhərlər oyananda yanımda görmürəm.... Bəzən yuxularıma elə sağlığında olduğu kimi gəlir...
Darıxıram... çox darıxıram qardaşımsız...”

Gülətir Əliyeva (nənəsi): “Uşaq gözünü açandan evin içindən tutmuş bütün ölkəyədək hamının dilində Qarabağ söz-söhbəti eşidib. Təkcə
Mahmud yox, elə onun tay-tuşlarının hamısının dilinin əzbəri Qarabağ olub, döyüş olub. Özündən böyük qardaşları hərbi xidmətini başa vurub
gəldilər. Bu da elə həvəslənirdi ki əsgər getsin...”

Rəşadət Lətifov (ailənin yaxını): “Həmin gün Mahmudun şəhid olduğu artıq məlum idi bizə, çünki nə yaralılar içindəydi, nə də əlaqə
qurmaq mümkün idi. Sadəcə ailədən gizlədirdik ki, heç olmasa nəşini tapaq, sonra deyək. Bilsəydilər həlak olub, üstəlik, meyiti də yoxdur, bu,
ailəyə ikiqat zərbə olardı. Beş gün gecə-gündüz qohumlar hamısı sərhəddə Mahmudun nəşinin tapılacağını gözlədi. Sözün düzü, bizim
Mahmuddan gözlədiyimiz də elə bu idi. O qədər saf, dürüst uşaq idi ki... Burada gözümüzün qabağında böyüyüb, bütün xasiyyətinə bələdəm
Mahmudun. Yaralansa da, vəziyyətinin pis olduğunu görsə də, döyüşdən çıxmayıb. Yaşadığımız bu kompleks təxminən iki ildir istifadəyə verilib
və Mahmud bu məhlənin ilk şəhididir. Çox istəyirik ki, bu yaşayış kompleksinə şəhidimizin adı verilisin. Bütün qonşular, yaxınlar adından
deyirəm bunu. Hamımız razıyıq”.

Murad Qurbanov (dostu): “Mahmud çox saf oğlan idi. Məhəllədə hansı qadını əli dolu görsə, gedib əlindəki yükünü alıb, qapısına qədər
aparmağa yardım edərdi. Gülsüm xalaya çox bağlı idi. Mənim də anam var... ancaq onun bağlılığı bir başqa idi. Çox istəyirdi anasını. İşə gedəndə
də, işdən qayıdanda da anasını öpürdü. Onun şəhidlik xəbərini eşidəndə mən ömrümün ən ağır çağlarını yaşadım. O pis xəbəri eşitməyi daha
kimsəyə arzu etmirəm. 7 gün ömrümüzü yedi. İçərimdə elə bil ki, təlatümlər, tufanlar var idi. Qışqırıb-bağırmaq
istəyirdim. Mahmudun dəfnindən 6 ay sonra Elman İsmayılov adlı bir əsgər yoldaşı gəlib məni tapdı. Dedi ki, aprel döyüşündə o da iştirak edib.
Və Mahmudla yaxın dost olub. Həmin o gecə döyüşə girməzdən əvvəl hər ikisi özlərinin isimliklərini bir-biri ilə dəyişib deyiblər ki, kim qayıtsa
doğmalarına çatdırsın həmin isimliyi. O da Mahmudun ad və soyadı yazılan isimliyi mənə verdi. Və dedi ki, “Mahmud döyüşə girməzdən əvvəl
deyib ki, bu isimliyi əziz dostum Murada ver”... Onun bu yadigarı mənim üçün çox dəyərlidir. Görün Mahmud necə sədaqətli bir dost idi ki, hətta
döyüşə girəndə belə dostu unutmamışdı... Ömrümün axırına kimi Mahmudu gözləyəcəyəm...”(Olaylar.- 2016.- 7-10 may.- S.15.

http://www.anl.az/down/meqale/olaylar/2016/may/489805.htm).
Mahmud İbrahimov Yunan-Roma güləşi üzrə yarışlardan həmişə əlidolu gəlirdi. 2012-ci ildə 20 yanvar şəhidlərinin xatirəsinə keçirilən

yarışda da diploma layiq görülmüşdü. Onun şəhidliyindən sonra isə “Lider” idman klubu Mahmudun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi
üzrə turnir keçirir. Onun xatirəsi məktəblərdə, idman müəssisələrində anılır. Mahmud indi bütün Azərbaycanın oğludur. Yaşadığı məhəllədə də
onun şəkli olan banner gəlib-gedənlərin diqqətindən yayınmır.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

580

(Mahmud İbrahimovun valideynləri)

581

582

ƏSGƏR FƏXRƏDDİN SEYFƏDDİN OĞLU QURBANLI

“Vətən uğrunda yaşamaq, vətənin inkişafı və tərəqqisi üçün çalışmaq da vətən
üçün ölmək qədər şərəflidir.” (Gerigory Petrov).

Doğum tarixi: 13 yanvar 1994-cü il. Bakı şəhəri Abşeron rayonu. 583
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. Bakı şəhəri Sabunçu rayonu, Pirşağı kənd
qəbristanlığı.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi. Ailənin tək oğul övladı idi.
Əcdadlarımızın qanı ilə suvararaq bizə əmanət etdiyi torpaqlarımız,

millətimizə aid dəyərləri üzərində daşıyır. Buna görə də vətənimizi çox sevməliyik.
Vətəni sevməklə şəhidlərimizin əmanətinə hörmət etdiyimizi özümüzdən sonrakı
nəslə örnək olaraq göstərməliyik. Dahi türk ədəbi Namiq Kamalın dediyi kimi,
"Vətənimizi ona görə çox sevməliyik ki, azadlıq, rahatlıq və haqq vətən sayəsində
qalıcı olur". Bir millətin evi olan vətən namusumuzdur, şərəfimizdir. Necə deyərlər
"Ana kimi yar, Vətən kimi diyar olmaz". Əl-ələ verərək, bir-birlərinə bağlanaraq pis gözlərdən, fitnə-fəsaddan, nifaq və xəyanətdən ölümləri
hesabına evimizi, yurdumuzu qoruyub, bizlərə əmanət qoyan, həyatını, gəncliyini, yaşamadığı günlərini, xalqının firavanlığına qurban verən vətən
övladlarından biri də Qarabağ müharibəsinin Aprel döyüşləri zamanı qəhrəmanlıqla şəhid olan igidlərimizdən biri də Fəxrəddin Qurbanlıdır. 1994-
cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olan F.Qurbanlı Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirmişdir. 2011-ci
ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olan Fəxrəddin əlaçı və nümunəvi tələbə olmuşdur. “Hüquq Dünyası” Hüquqi Təbliğat
İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi
işləyib. 2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 9 aprel 2016-cı il tarixdə
cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki
kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Azərbaycan
Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən etibarən birinci
tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
Fəxrəddin Qurbanlı ilə bağlı "Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli film çəkilib. Fəxrəddinin necə ləyaqətli oğul olması, orta və ali
məktəbi fərqlənmə ilə bitirməsi, Azərbaycan Universitetində oxuya-oxuya Vergilər Nazirliyində işləməsi, öyrəndiyi "sosial iş" ixtisası üzrə bilgi

və təcrübəsini püxtələşdirmək üçün qocalar evlərini, əlil uşaqların internat məktəblərini ziyarət etməsi, oxuduğu və işlədiyi kollektivlərin, eləcə də 584
yaşadığı məhəllənin sakinlərinin sevimlisinə çevrilməsi, ağsaqqala, ağbirçəyə dərin hörmətlə yanaşması, zəhmətə qatlaşıb ailəsinə kömək etməsi,
tay-tuşları sırasından tənbəl olanları qınaması, tarix, fəlsəfə, riyaziyyatı mükəmməl bilməsi, humanist təbiəti, ədalətsevərliyi və əlbəttə ki,
vətənpərvərliyi mübaliğəsiz tərənnüm olunub, yaxından tanıyanların onun barəsində danışdığı yüksək fikirlər yer alıb. Komandiri Həsrət Almasov
da müsahibələrində bildirib ki, onun yanındakı əsgərlərin heç birinin gözündə qorxu olmayıb. "Onlar bu Vətəni, bu torpağı köynək edib əyinlərinə
geyinərək, QƏLƏBƏ qazanmaq üçün döyüşə atılmışdılar. Nə etsən də, Vətən uğrunda, torpaq uğrunda döyüş, qansız-qadasız, itkisiz olmur
ki... İgidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı atası Seyfəddin Qurbanlıya təqdim olunmuşdu. Məzunu
olduğu Azərbaycan Universiteti də Fəxrəddin Qurbanlının xatirəsini əziz tutaraq “Fəxrəddin Qurbanov adına fəxri futbol kuboku” təsis edib. İlkin
olaraq, bu kubok universitetdəki kurslar arasında futbol yarışında qalib gələn tələbələrə verilib. Universitet rəhbərliyi bildirib ki, gələcəkdə
kubok uğrunda universitetlər arası yarışlar da keçiriləcək. (Pünhan Şükür-http://yenixeber.org/sosial/30817-aprel-shehd-fexreddn-qurbanlnn-ve-

onun-adn-ebedleshdrmel-olan-qerarn-23-yashlar-tamam-olur.html).
Həzimə xanımgilə DİN əməkdaşları ilə birlikdə getmişdik. Tələbə yoldaşım H.Temirov DİN-in Binəqədi polis idarəsinin əməkdaşlarının

iştirakını da təşkil etmişdi.
Həzimə xanım (anası): “Dərd bizim ocağı boş gördü. Dərd bizdə üz görmüşdü, meydanı düz görmüşdü...Üstümüzə karvanla gəldi. Mən

bir gündə həm oğlumu, həm də böyük qardaşımı itirdim. Fəxrəddinlə ayın 1-i telefonla danışdıq. Heç 1 dəqiqə danışmadım. Ara kəsildi. O gündən
balamın səsini eşitmədim. Hara zəng elədiksə, o danışan telefonlar bağlı oldu. Ayın 8-i böyük qardaşım Malik qızına toy çadırı qurmuşdu.
Dəvətnamələr paylanmışdı. Oğlumdan bir xəbər çıxmayanda əmisi, atası, dayısı getdilər Seysulan tərəfə, onun hərbi xidmətdə olduğu yerlərə. Biz
də ümidlə xeyir xəbər gözləyirdik. 8 apreldə qardaşım Malik kresloda oturduğu yerdə deyirki, "açın qırmızıları toyxanadan, toy
olmayacaq". Sonrada “mənim ömrüm bura qədərdir!”- deyib, oturduğu yerdə canını tapşırdı. Qardaşım bilirmiş ki, bu neçə gündə Fəxrəddindən
xəbər yoxdursa, deməli, həlak olub. Və dərdə dözmədi, 51 yaşında gözlərini dünyaya yumdu. Mənə zəng edib dedilər ki, qardaşın da öldü. Onlar
Pirşağıda olurlar. Başıma yığılan qohum-əqrabadan soruşdum ki, oğlumun tabutunu nə vaxt gətircəksiniz, o gəlincə gedim qardaşımla görüşüm.
Getdim, ağladım qardaşıma. Qardaşımla vidalaşıb, anama dedim ki, sən öz oğluna layla çal ağla, mən də gedim, yol gələn balama ağlayım, layla
çalım. Bir günün içərisində həm qardaşımı, həm də 23 yaşlı oğlumu dəfn etdim. Sonra eşitdim ki, yoldaşımın yaxın qohumu Mahir Mirzəyev də bu
döyüşlərdə şəhid olub. Nə danışım oğlumdan? Diplomlu, savadlı, tərbiyəli, etibarlı balamdan, daha nə deyim. Deyimmiki, məhəllədə hamının
sevimlisidi? Deyimmiki, bilmədim sevdiyi, sevdiciyi kim idi? Deyimmiki, diplom alıb, sevdiyi işinə gedə bilmədi...Deyimmiki, məni vüqarlı
analar sırasından sildi. Hansı birini deyim? Bu hadisədən 5-10 gün əvvəl rəhmətlik qaynatam gəldi yuxuma. Gördüm ki, bu həyətdə yer əkmişəm,
becərmişəm. Bir tərəfdə bitkilərin yarısı quruyub, o biri tərəfdəki, əkdiklərim bar tutub, çiçək açıb. Qaynatama şikayət edirəm ki, bunlar niyə belə
solub. Kişi qayıdıb mənə dedi ki, "ay gəlin, o yanan tağlardan əlini üz, səninki o çiçək açanlardır. Get onunla məşğul ol". Bu da Allahın mənə
işarəsi idi. Fəxrəddin əsgər olanda da istəmirdi ki, tez-tez zəng edək. Deyirdi ki, "niyə bir telefon zənginə görə üzümə söz gəlsin, kimdənsə asılı
olum". Bir dəfə də soruşdum ki, "ay oğul, əsgər gedirsən, bəlkə bir gözaltı etdiyin var". Cavab verdi ki, "ana kimsə gözaltı etmək olmaz, bəlkə heç
sözumə vəfalı çıxmayacağam. Əmin olmayınca, qıza söz verib, söz almaq, qəlbini incitmək olmaz. Bu şərəf məsələsidir, vicdan məsələsidir".
Fəxrəddin belə oğul idi. "Yaxşı oxumaqla yanaşı, həm də çox aktiv uşaq idi. Sosial işlərlə məşğul olur, qocalar, uşaqlar evinə baş çəkir, hamının
əlindən tutmağa çalışırdı. Yanvarın 10-da məzuniyyətə gəlmişdi. Hamıyla görüşdü. Ad gününü qeyd etdik. Deyirdi: "Ana, ürəyini sıxma, 3 ay da
keçsin, evə qayıdacağam". Belə qayıtdı… Yanvarın 19-da Fəxrəddin hərbi hissəyə qayıtdı. "Aprelin 1-i axşam saat 7 olardı, Fəxrəddin zəng etdi.

Səsi həyacanlı idi. Mənim səhhətimlə maraqlandı, sonra "ana, tələsirəm, növbəyə gedirəm" deyib sağollaşdı. Sən demə döyüşə gedirmiş. Səhəri 585
gün televiziyadan cəbhədə vəziyyətin gərginləşdiyini öyrəndik. Balamdan hələ bir xəbər yox idi. Amma içimdə izah etməyə çətinlik çəkdiyim bir
hiss vardı. Və sonra… onu gətirdilər. Qoymadılar balama baxım, onu elə vəziyyətdə görmədiyim üçün bu gün də gözüm yoldadır. Elə bilirəm
gələcək."Şəhid anası ağlamaz” deyirlər, əslində elə şəhid anası ağlayar. Deyirlər sən balanla fəxr etməlisən. Bəli mən balamla fəxr edirdim,
uğurları, diplomları, savadı, tərbiyəsi, qazandığı hörməti ilə. Amma indi onunla fəxr edə bilmirəm, itirmişəm axı... Əlim havada boş qalıb.
Xatırlamağa çalışıram oğlumun yanlış bir hərəkətini və ya haqqında eşitdiyim şikayəti ki, təsəllim olsun, amma xatırlaya bilmirəm.

Adətən uşağı ata, ana ilə tanıyarlar. O isə istəyirdi ki, öz ayağı üstündə dursun. Hərbi xidmətə çox böyük həvəsi var idi. Məzuniyyətə
gələndə hərbi xidmət haqqında həvəslə danışardı. Hərbi xidmətdən çox razı idi, bir dəfə də olsun onun narahatçılığını eşitməmişdim. Axırıncı dəfə
məzuniyyətdən qayıdanda özü ilə 2 çanta kitab apardı. Fəxrəddin təkcə Qarabağ haqqında düşünmürdü: "Azərbaycan tarixini çox gözəl bilirdi.
Deyirdi ki, Zəngəzur torpaqları da geri qaytarılacaq. Çünki bu torpaqlar bizim əzəli ərazimiz olub. Fəxrəddin ailənin yeganə övladı idi. Deyirdim
ki, gələcək karyeran üçün hərbi xidmət vacib deyil. Lakin o birmənalı şəkildə bildirirdi ki, mən hərbi xidmətə getməliyəm, Vətənə xidmət
etməliyəm. Mən getməsəm, başqaları getməsə, Vətəni kim müdafiə edəcək, itirilmiş torpaqları kim geri qaytaracaq. Əgər biz gənclər Qarabağı geri
almasaq, sabah ermənilər Bakını almaq iddiasına düşəcəklər. Onda gərək biz bu dünyada yaşamayaq. Fəxrəddin bu qədər Vətənə bağlı gənc idi.
Mən artıq bircə balamı itirmişəm. İndi yeganə təsəllim onun xatirəsinin əbədiləşdirilməsi ola bilər. İstərdim ki, Fəxrəddinin adı bir məktəbə,
küçəyə verilsin. Bu addımın atılması həm də gənclərin vətənpərvərlik hissinin artmasında mühüm rol oynaya bilər.

Fəxrəddin “Napaleon” tortunu, yeməklərdən isə yarpaq dolmasını xoşlayardı. Ad günlərində hər ikisini hazırlayıram. Amma sən yoxsan,
kim kəsəcək o tortu? Oğlum ad günlərini təntənəli keçirtməyi xoşlamazdı. Sadəliyi sevərdi mənim oğlum. Hədiyyə almaqdan çox, hədiyyə
verməyi xoşlayırdı Fəxrəddin. Bacısı ilə mənə ad günümdə parfumeriya səbəti hazırlatmışdılar. Sən demə bizim onlara yemək almaq üçün
verdiyimiz pullardan saxlayıb alıbmışlar bu hədiyyəni mənə. Son hədiyyəsi isə mənə təyziq ölçən cihaz oldu. Tələbə təqaüdü ilə aldı o hədiyyəni
mənə balam. Dedi istəmirəm orda səndən nigaran qalım. Təyziqini tez-tez yoxla... Fəxrəddin belə ailəcanlı uşaq idi. Məni heç vaxt incitməzdi.
Həmişə qayğıma qalırdı. Ötən ilin bu günü evdə idi. Doğum gününü birgə qeyd etdik. Nə bilərdim ki, bu balamın onunla keçirdiyim son ad günü
olacaq...”.(Alim Hüseyinli. Olaylar.- 2016.- 3-5 sentyabr.- S.12.-http://www.anl.az/down/meqale/olaylar/2016/sentyabr/504446.htm).

Seyfəddin Qurbanlı (atası): “Fəxrəddin çox zəhmətsevər, dürüst insan idi. Oxuduğu universitetdə də birincilərdən idi. 200 manat tələbə
təqaüdü alırdı. O bir dəfə bizi problemə çəkmədi. Məndən bir dəfə də olsun xərclik istəmədi. Həmişə xeyirli, sevincli xəbərlərini eşitdik. İnstituda
təhsil ala-ala Vergilər Nazirliyində işləyirdi, sonra qrant layihələrində işləməyə başladı. Sosial evlərə gedirdi, oradakı insanlara yardım edəndə elə
xoşbəxt olurdu ki. Arzusu var idi ki, təhsilini Türkiyədə davam etdirsin. Hansı işin qulpundan yapışsa, uğur qazanırdı. Uğur onunla dünyaya bir
gəlmişdi elə bil. Oğlumun darda olduğunun fərqinə apelin 6-dan sonra vardım. Çünki o vaxta qədər elə ancaq, televizorda bütün Azərbaycanın da
izlədiyi xəbərlərə baxır, həyəcanlanırdıq. Fəxrəddinə nəsə ola biləcəyi heç ağlımıza gəlmirdi. Anası, şəhid olan əsgərlərə baxıb, onların analarının
halına acıyırdı. Sən demə özümüzün də taleyində belə qara xəbər var imiş. Ayın 6-dan sonra getdik cəbhəboyu rayonlara, Tərtərdə axtardıq...
haralara baş vurduqsa, elə hey, dedilər ki, narahat olmayın, kəşfiyyat briqadasındadır, harada olsa üzə çıxacaqlar. Ayın 8-i əmin oldum ki, balam
düşmənlə üzbəüz döyüşlərdə cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olub. Onun cansız bədənini Qızıl Xaç
Komitəsinin iştirakı ilə, döyüşlər səngiyəndən sonra götürdülər. Bir ondan rahatam ki, Fəxrəddinin ruhu şaddır. O həmişə erməni işğalında olan
torpaqlarımızın əzabını çəkirdi. Deyirdi ki, Zəngəzur da, bütün işğalda olan rayonlarımız da qaytarılmalıdır. Fəxrəddini dəfn edən günü eşitdim
ki, onun adına “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub.

Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərənlərə veriləcək. İyul ayında qayıdıb gələcəkdi, qarşısında qoyduğu 586
planlarının həllinə başlayacaqdı. Oğlum “ Qurdlar vadisi”filmini çox sevirdi.

Xidmət etdiyi hərbi hissə ilə əlaqə yaratdıqda ona ancaq kitab göndərilməsini xahiş edərdi. Hətta məzuniyyətə gələndə özü ilə yeni kitablar
aparardı: "22 ildir ki, bu məhlədə yaşamışıq. Bir dəfə eşitmədim ki, desinlər Fəxrəddin məhlədə kiminləsə dalaşdı. O, doğulan vaxtdan anası
xəstədir. Evin tək uşağı olmasına baxmayaraq biz Moskvaya müalicəyə getdikdə evdə tək qalardı. Dərsə tək gedib gələrdi".

Kamil Zeynalov: “O bir başqa cavan idi. Az danışan, çox dinləyən. Bizdən balaca da olsa, onunla söhbət edəndə, sözümüzə sərhəd
qoyurduq. Ağır təbiətli, savadlı bir gənc idi. Bəzi uşaqlar tində dayananda, lazımsız işlərlə məşğul olnada, o dərsdən sonra boş
vaxtlarında məhəllədə işləyərdi.Deyirdik ki, nəyinə lazımdır, get otur evində. Deyirdi ki, "mən bunu edirəm ki, “iş tapılmır” deyən həmyaşıdlarım
görsünlər ki, adam istəsə, iş də tapar, çörəkpulu da qazanar". Məhəllədə hamının kompüterini Fəxrəddin sazlayırdı. İnanın ki, gözəl söz xatirinə
demirik, Fəxrəddin doğurdan ləyaqətli oğlan idi. Onun dəfnindən bu günə qədər dostları gəlir, cəmiyyətdə necə hörmət qazandığını görürük.
Cavan uşaq olasan, belə az bir ömür dairəsində bu qədər ədəbli çevrən olsun. Küçəyə çıxırıq, elə bil ki, nəsə çatmır. Hər addımda hiss olunur
yoxluğu. Təsəllimiz bircə odur ki, indi küçəmizdən asılan bayraqların Fəxrəddinə görə dalğalandığını balaca uşaqlar da bilir. Binəqədi rayonu bu
döyüşlərdə iki şəhid verib. Onların şəkillərini rayonumuzun görkəmli yerlərində reklam lövhələrinə vurublar. Bu bizdə vətənpərvərlik ruhunu bir
az da artırır.”

Bacısı Fəxriyyə: “Mən qaqaşımı çox istəyirdim, onunla nəfəs alırdım. İnstituta bir gedib-gəlirdik. Mən o ola bilmərəm. Onun dünyaya
baxışı çox başqa idi. Hər kəsin mülahizəsini bəyənmirdi. Filosofları oxuyurdu. Onun bütün məsələlərə, hadisələrə özünün yanaşma tərzi var idi.
Sokratı çox sevirdi. Arzuları var idi qardaşımın. Biz belə fikirləşməmişdik. Mən onu gözləyirdim. İndi onun haqqında keçmişdə olduğu kimi
danışanda, istəyirəm qışqırım deyim ki, mənim qaqaşım haqqında elə deməyin. Mənim üçün diridir, sağdır Fəxrəddin.

Qardaşımdan iki yaş böyüyəm. İki övladım var. Qızım qardaşımın dəfnindən 20 gün sonra dünyaya gəldi. Balaca uşağın qayğıları ilə da
qardaşımın acısını unuda bilmirəm. Amma, uşaqlara görə gərək güclü olmağı öyrənəm. Biz bacı-qardaşdan çox, dost idik. Sonuncu dəfə keçən ilin
yanvarında görüşmüşdük. Mənə dedi ki, "gəl, görüşək, gedib-gəlməmək, gəlib-görməmək var". Karyera haqqında düşünürdü. Türkiyədə təhsil
almağı, iş qurmağı arzulayırdı".

Fəxriyyənin qardaşına yazdığı məktub: “Fəxrəddin, səsin gəlmir. Yaman darırıxmışam. Etiraf edirəm: burnumun ucu
göynəyir. Yadındadır?! Bir dəfə mən gedəndən sonra, zəng etdin mənə. Dedim ki, burnunun ucu göynəyir, hə...? Sonra sən əsgər getdin. Mən
zəng vurdum sənə, məni lağa qoydun, soruşdun ki, "darıxdın mənimçün, burnunun ucu göynəyir?!". Özümü o yerə qoymadım. Sənə dedim ki, "yox
e... söz soruşurdum".

İndi isə deyirəm: çox darıxmışam səninçün qardaş. O vaxt darıxanda sənə zəng edirdim, gəlirdin. İndi yenə darıxmışam. Çox,
çox,çoooxxxxxx.... nə olar gəl, gəl nə olar... Yadındadı... 2010-cu ildə mən bir pis yuxu görmüşdüm. Küləkli gecə idi. Yuxudan ağlaya-ağlaya
durdum, gəldim sən yatan otağa, sənin otağına. Səni yatağında görüb sevindim. Amma yenə ağladım. Bilmirdim niyə ağlayıram. Ürəyim
partlayırdı, köksümə sığmırdı. O yuxunun təsiri məni pis tutmuşdu. Neçə gün ağladım. Axırda sənə görə yolda dilənçiyə nəzir verdim, sakitləşdim.
Odur-budur gecələr külək əsəndə səsindən qorxurdum. O yuxu yadıma düşür, yata bilmirəm. Ayın 2-si yenə pis külək əsirdi. Yenə yata bilmədim,
səndən də xəbər ala bilmirdim. Ay qaqaş, zəng elə... Yolunu gözləyirəm, səsin üçün darıxmışam. İndi daha nə qədər küləklər əssə də qorxmuram.

İndi o küləklərin məndən alacağı heç nə qalmayıb. Qaqaş, səni gözləyirəm. Telefonum zəng çalanda, həyəcanla qaçıram, səsini eşidəm, elə bilirəm 587
ki, sənsən...”.(https://modern.az/az/article/23/author/68).

Afiq bəy (əmisi): "Aprelin 2 idi, işdəydim. Zənglər gəlirdi ki, "Fəxrəddindən xəbəriniz varmı?" Heç bir xəbərim yox idi. Ayın 7-də atası
Bakıya qayıtdı. Mən dura bilmədim, axşam saat 5 olardı, dayısı Nizami ilə birlikdə hərbi hissəyə getdik. Hər yerə müraciət etdik, "gördüm" deyən
olmadı. Qapanlıya getdik, Seysulana keçmək istəyirdik, amma buraxmadılar. Fəxrəddingilin bölüyündən heç bir xəbər yox idi. Orada hərbi
prokurorluğa müraciət etdik. Siyahıya baxıb dedilər ki, "sizin uşaq itkin düşənlər arasındadır, gedin gözləyin. Ayın 8-də xəbər gəldi ki, "uşaqları
gətirirlər". Fəxrəddinin meyitini Bərdədə şəhidlərin arasında tapdıq. Alnında bir güllə yarası var idi. Tapdığımıza sevinirdik, amma evə qayıtmaq
var idi. Yaxşı ki, valideynləri uşağı o vəziyyətdə görmədilər. Məndən sonuncu dəfə Fəxrəddini necə gördüyümü soruşurlar. "Sonuncu dəfə necə
görmüsünüzsə, elə xatırlayın" deyirəm. Amma özüm… Hər gözümü yumanda üzü beynimdə canlanır. Hazırda Fəxrəddinin ailəsi pensiya ilə
dolanır. Tək ümidləri Fəxrəddinin qayıdıb işləməsi, ata-anasına dayaq olması idi. Qardaşım da, yoldaşı da xəstədir. Heç yerdə işləyə bilmirlər. Heç
bilmirəm vəziyyətləri necə olacaq".

Hava nənə: “Bu ermənilər həmişə bizdə divan tutublar. Sumqayıtda SSRİ hökuməti aranı qarışdırandan sonra, ermənilər çoxdan
bəslədikləri kin-küdurətlərini yenə üzə çıxardılar. 1992-ci ildə bizim köçhaköç günlərimiz yenə başlandı. Dişimiz-dirnağımızla yığıb,
düzəltdiyimiz ev-eşiyimizdən, yurdumuzdan olduq. 6-7 ay ərzində öldürdüklərini öldürdülər, qalanlarımız da qatarlara, maşınlara doluşub,
əliyalın, ayaqyalın gəldik Bakının bu düzlərinə. Yenə pərən-pərən düşdük. Kişilərimiz neyləyə bilərdi, əllərində yaba, balta, ov tüfəngi, ağacla
gecə-gündüz bizi qorudular. Əvvəlcə qız-gəlini çıxardılar, sonra özləri də gəldilər. Birinci sürgün deyildi ki... O vaxt Mircəfər Bağırovun vaxtında,
1948-1953-cü illərdə də bizə divan tutdular. Bəstəboy uşaq idim. Yadıma yuxu kimi gəlir. Vağzallarda dayanıb vaqon gözləyirdik. Amma o zaman
köçürəndə ölüm-itim olmamışdı. Yurdumuzdan, Vətənimizdən etdilər. İrəvandan bir köç gəldi. Qalan ailələr qaldı sonralar burda, yaşaya
bilməyənlər də Vətənin havasına, yenə İrəvana qayıtdılar. Biz də Razdan kəndində yaşayırdıq. Yeni qaçhaqaçda gəldik çıxdıq buralara. Balalarımı
yığdım başıma, yenə bizdən əl çəkmədi bu erməni, nə torpağı ala bilirik, nə də haqqımızı tanıda bilirik. O erməninin havadarı çoxdur bala...
Bizi kim eşitsin. Gül kimi balam getdi əlimdən.

Oğlum Seyfəddinin ikinci övladı idi. Onu əlimdə-ovcumda böyütdüm. Oxumuşdu, diplom almışdı. Sevinirdim ki, daha yurdumuz yurd
olub. Onsuz da gözümüzü İrəvandan çəkmişik. Kimdir ki, o yerləri daha bizə verən. Erməni sinəmdə dağlar qoydu, məni yenə ağlar qoydu. Məni
məzara o nəvəm qoymalı idi. Mən onun toyunu görməliydim, vayını gördüm. Nəvəmin 7 murazından biri tutmadı. Başqa nə deyim...”

(https://modern.az/az/article/23/author/68).
Şəhid əsgərin məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı son status diqqət çəkib:“Və budur kiçik, amma gözəl olan məzuniyyət

bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5ay. Məzuniyyətdə olduğun vaxt hiss elədim ki, 23 illik həyatım boş
yere getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə
bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!”

(https://www.facebook.com/AzerbaycanUnv/posts/1162698180407255/).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

588

(Şəhidimizin anası Həzimə xanım)

589

(Müəllif şəhid ailəsini ziyarət edərkən)

590

591

ƏSGƏR TURAL SABİR OĞLU DADAŞOV

“Mən artıq buraları tərk edirəm. Gedirəm ki, ölüm. Siz isə yaşayırsınız,
bunun hansı yaxşıdır. Bunu isə Allahdan başqa kimsə bilməz.” (Sokrat)

Doğum tarixi: 24 avqust 1993-cü il. Bakı şəhəri. 592
Vəfat tarixi: 8 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. Suraxanı rayonu, Qaraçuxur kənd qəbristanlığı.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Nişanlı idi.

1993-cü ilin 24 avqustunda Bakı şəhərində anadan olan Tural Dadaşov 210 sayılı orta məktəbi bitirib.
2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsini bitirib. Əsgər Tural
Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid oldu. Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salındı.
Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi
xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Tural Dadaşov həmdə ölümündən sonra "Dədə Qorqud" Milli Fondunun və
"Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə də təltif edilmişdi.
Kəmalə Dadaşova (anası: "Oğlum iki aydan sonra evə qayıdacaqdı. Əsgərlikdən mesaj yazmışdı ki, ana evlənmək istəyirəm. Gözləyin,
qayıdıb toy edəcəyəm. Amma o, qayıda bilmədi. Tural qəhrəman kimi döyüşdü və şəhid oldu. Mən artıq nə deyə bilərəm ki? Heç bir söz Turalımı
geri qaytarmayacaq. Onun toyuna hazırlaşırdıq, planlaşdırırdıq ki, Tural qayıdandan sonra toy edəcəyik. Hamımız sevinclə o günü gözləyirdik.
Xonçalar hazırlayıb, qol qaldırıb oynayacaqdıq. Amma qismət olmadı. Tural “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası”
Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə təltif edilib. Milli Qəhrəman Mübariz İbrahimov da bu mükafata layiq görülüb .
“Axı oğlum qəza nəticəsində deyil, Vətən uğrunda canını qurban verib. Bu da belə qismət imiş. Daha neyləyə bilərəm ki.... Mən ali təhsilli neft
mühəndisiyəm. Bakıda doğulub boya-başa çatmışam. Valideynlərimin yeganə övladıyam. Qonşuluğumda yaşayan Sabir Dadaşovla 1985-ci ildə
ailə quranda fikirləşdim ki, onların böyük ailəsində yaşamaqla təklikdən canım qurtular. Sabir də mənim həm dostum, həm də həyatının yoldaşım
oldu. Düz 7 il Turalın yolunu gözlədik. 1993-cü il avqust ayının 24-də Tural dünyaya gəldi. Atası Sabir Dadaşov Leytenant Şmidt adına
Maşınqayırma Zavodunda mühəndis işləyəndə bizə təzə mənzil də verdilər. Sonra ikinci oğlum Fərid gəldi dünyaya. 1990-cı illərdə ərzaq böhranı,
çətinlik bizim ailəmizdə çox da hiss olunmadı. Tez-tez xarici ölkələrə ezamiyyətə gedən Sabir ən gözəl uşaq paltarlarını oğlanlarına alıb gətirirdi.

Biz Turalın başqa yerdə qalmasına icazə vermirdik, təhlükələrdən qoruyurduq. Dostları ilə ancaq bizim bu ikiotaqlı evimizdə qalırdılar... 593
Onlar üçün növbə-növ yeməklər bişirirdim ki, yaxşı istirahət etsinlər. Tural təbiətin, gözəlliklərin vurğunu idi...

İndi hər yerdə Turalı axtarıram. Çıxıb şəhərdə gəzirəm, yanımdan gülüb-danışaraq keçən, xoşbəxt görünən cavanları görəndə sevinirəm ki,
bu gülüşləri, bu sakitliyi gənclərə mənim oğlum bəxş edib. Axı o Vətən yolunda canından keçib ki, insanlar rahat yaşasınlar. Çiçəklərdə,
kəpənəklərin qanadlarında, küləklərin səsində axtarıram Turalımı. Oğlum haqqında kiməsə danışanda, dərdlərim səngiyir bir az. Özümü
ovuduram. Atam rəhmətə gedəndən sonra anam onu evinin böyüyü etdi. Təmkinli idi, hər hansı işi görmək lazım gəldikdə, tələsik qərar qəbul
etməzdi. Universitetə qəbul olunanda atam Tural üçün son dəbdə avtomobil aldı. Turalın heç zaman maddi çətinliyi olmamışdı. Onun İqtisadiyyat
institutuna qəbul olunması üçün də müəllimlər tutduq, hazırlaşdı. Riyaziyyatı gözəl bilirdi. Universitetdə bilik olimpiadasında qalib olmuşdu.
İnstituta qəbul olandan sonra da boş oturmadı.

Neçə dəfə idman yarışlarının çempionu olmuşdu. Evdən heç pul istəmirdi. Deyirdi ki, mən kasıb yaşaya bilmərəm. İşsiz cavanları
anlamırdı. Deyirdi ki, iki ayağı, iki əli, gözləri olan adam gərək işsiz qalmasın. Kişi haradan olsa da halallıqla özünə iş tapmalıdır. Evini, ailəsini
dolandırmalıdır, kiməsə əl açmamalıdır. Zəhmətkeş oğlan idi Turalım.

Turalgil bir-birinə çox yaxın üç dost olublar: Tural, Rəşad, Hüseyn. Üç dost “Alov qüllələri”ində işə düzəlmişdilər. Aya 600-800 manat pul
qazanırdı. Ən dəbdə olan, bahalı paltarları alıb geyinirdi. Əsgərlikdən zəng edib deyirdi ki, ana mənə paltarlarımı göstər görüm,
yerindədirmi? Çinslərini, tuflilərini çin-çin yığıb dolabda qoymuşdum. Çox səliqəli idi Tural. Universitetdə sevib bəyəndiyi bir kurs yoldaşı var
idi. Ötən il onun üçün nişan apardıq. 7 ay idi ki, nişanlanmışdı. Əsgərliyini başa vurub gələndən sonra, 2016-ci ilin sentyabr ayında onlara toy
çaldırmaq istəyirdik. Nişanlandığı qız da ailənin bircəciyi idi. O da dünyaya 10 ildən sonra gəlmişdi. Ata-anasının çox gözlədiyi övlad idi. Tural
nişanlısı haqqında danışanda deyirdi ki, ana, sən atanın qısqanclığına necə dözmüsən? Bilirsən bu qız məni necə qısqanır... Nə çətindir, qısqanc
adamla... Ancaq çox sevirdi onu. Deyirdim ki, qadının qısqancı yaxşıdır, çünki səni kimsə ilə bölüşmək istəmir.

Qohum-qonşular, rayon nümayəndələri gəlib xəbər elədilər ki, Tural həlak olub. Sabir düşüb evdən getdi. Özündə deyildi. Elə bil ki, ağlı
başından getmişdi. Mən də onun dalınca getdim. Ruh kimi biri-birimizin arxasınca gedirdik. Bir də baxdım ki, Sabir özünü maşının altına atmaq
istəyir. Yuxudan ayılan kimi oldum, qaçıb Sabirin qolundan tutdum, dedim ki, oğlumun adına qapıya qonaqlar gəlir, qayıt, onları ləyaqətlə, Turala
layiq qarşıla, Turalı son mənzilə təmkinlə yola salmaq sənin atalıq borcundur... O günləri düşmənimə də arzulamıram. Bir də baxdım ki, anam da
özünü pəncərədən atmaq istəyir. Onu da güclə sakitləşdirdik. Hamısı Turala olan sevgimizdən idi. Bizi o yaşadırdı, biz hamımız onunla nəfəs
alırdıq. O hər iki nəslin ən çox sevilən nümayəndəsi idi.

Sonra gəlinim gəldi. Üzünə baxa bilmirdim. Ona təsəlli verməyə söz tapmırdım. Mən onu bu evə başında fata ilə, ağ gəlinlik paltarında
gətirməliydim. İndi gəlinim əlacsız-əlacsız ağlayırdı. Nə arzular, nə xəyallar qurmuşdular. Hamısı alt-üst olmuşdu. İndi bir məqsədim var idi.
Nəyin bahasına olursa-olsun, bu qızcığazı ovundurmalıydım...Turalın 7-si çıxandan sonra, gəlinimin könlünü almaq üçün əlindən tutub vaxtilə
Turalla gəzdiyim yerləri gəzdirdim, unutdurmaq istəyirdim Turalı ona. 6 ay bizdən əl çəkmədi. Sonra köçüb getdilər Azərbaycandan. İndi başqa
yerdə yaşayır. Xoşbəxt olmasını istəyirəm. Biz kimik ki, Allahın yazdığı yazı idi, onlar üçün də belə yazmışdı.

Turalımı xalqım, elim, Vətənim təm-təraqla son mənzilə yola saldı. İndi fikirləşirəm ki, Tural ölə bilməz... O ancaq dünyasını dəyişib. Öz
dünyasına, Tanrının dünyasına, göylərə qonaq gedib. Əvvəl fikirləşirdim ki, mənim bundan sonra yaşamağımın mənası yoxdur. Lakin indi
fikirləşirəm ki, yaşamalıyam. Axı mənim Fərid balam da var. Onun övladları olacaq, onlara Turaldan danışacağam. Deyəcəyəm ki, sizin əminiz bir

qəhrəman idi. Vətən uğrunda həlak oldu. Fərid aprel ayının 8-də doğulub. Qismətə, yazıya baxın ki, bir neçə il əvvəl aprel ayının 8-də atam da 594
rəhmətə gedib, Turalı da aprel ayının 8-də gətirdilər.

İndi Turalın dostları, yoldaşları bizi tək qoymurlar. Müxtəlif tədbirlərə dəvət alıram. Oxuduğu universitetdə də Turalın adına xatirə günü
keçirilmişdi. Mən o zaman tələbələrə dedim ki, Tural Dadaşov Ali Baş Komandan İlham Əliyevin əsgəri idi, ona görə də əmr gələndə, getdi
Vətəni qorudu. Vətəni sevmək, qorumaq hər birinizin borcudur. Tələbələrə Tural kimi savadlı və vüqarlı olmağı tövsiyə etdim. Çünki Tural
qiymətlərini özü oxuyub alırdı. Kiməsə qiymət almaq üçün minnətçi düşmürdü. Azərbaycan vətəndaşı savadlı olmalıdır. Bu Vətəni qorumaq, onun
yolunda ölmək şərəfdir. Tural və Tural kimi oğlullar Azərbaycan tarixində yaşayacaq, onlar Vətənimizə şərəf gətirən qəhrəmanlardırlar.”

(https://modern.az/az/news/140930).
Sabir Dadaşov (atası): "Mən bu gündən şəhid atasıyam. Bütün atalar kimi, oğlumla fəxr edirəm. Tural torpaqlarımız uğurunda şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. O, hər zaman bizimlə olacaq. Martın 28-i zəng etdi. Çox rahat və sakit danışırdı. Dedi ki, ata, bizi təlimə
aparıblar. Hər şey yaxşıdır. Məndən nigaran olmayın. Oğlum hərbi xidmətdə manqa başçısı idi. Əslində ondan bir nigarançılığımız yox idi.
Bilirdim ki, harada olsa özünə hörmət qazana bilir. Bir də aprel ayının 8-i bildim ki, oğlum həlak olub. O günə qədər Turalın şəhid olmasına
inanmırdım, ümumiyyətlə elə bir fikri yaxın qoymurdum. Tural bizim sevincimiz idi. 22 illik sevincimiz. Sirdaşım, dostum idi. Güvənirdim ona.
Sevinirdim ki, belə layiqli oğlum var. “Məzuniyyətə gələndə nişanlandı. Dedim gələndən sonra Türkiyəyə magistratura oxumağa gedəcəm
nişanlımla”. Amma qismət olmadı. Fikriləşdirdim ki, o Türkiyədə oxusa, biz onu görməsək darıxacağıq. İndi elə oldu ki, onu görmək heç cür
mümkün deyil.

Dedim ki, ödənişsiz fakülətəyə qəbul olunsan, sənə maşın alacam. Elə də oldu. Gecə – gündüz oxudu və ödənişsizə düşdü. Mən də Turala
maşın hədiyyə etdim. Dörd il universitetə elə o maşınla gedib – gəldi. Tural ötən ilin iyul ayında hərbi xitmətə yollandı. Bir neçə gün Gəncədə,
sonra isə Ağdamın Xındırıstan kəndinə getdi. And içmə mərasimində yanına getdik. Hərbi hissələrə bölünəndə Tərtərin Marquşevan kəndinə
yollandı və orada xidmətə başladı. Yanına gedib – gəlirdik. Çox vaxtdı da zəng vurub deyirdi ki: “Nəyə gəlirsiniz? Hər şey yaxşıdı. Tez – tez
gəlməyin yanıma”. Axırıncı dəfə martın 28-də danışdıq. Dedi ki: “Biz Mingəçevirə təlimə gedib-gəlirik. Ona görə 10-15 gün zəng vura
bilməyəcəm, məndən narahat olmazsınız. Aprel döyüşlərində Turaldan xəbər tuta bilmədik. Heç ağlıma da gəlmirdi ki, belə bir şey ola bilər.
Aprelin 8-də evə xəbər gəldi ki, Tural şəhid olub. Tural aprelin 1-dən 2-nə keçən gecə şəhid olub. Onlar bir neçə döyüşçü yoldaşı ilə neytral
zonada qalıblar. Aprelin 8-də onların meyitini o ərazidən götürmüşdülər. Bizə Turaldan heç bir söz demirlər. Biz bilmirik ki, Tural necə şəhid
olub. Bizə bir söz desinlər bilək ki, oğlumuz necə şəhid olub.

Tural təmkini, savadı ilə xidmət etdiyi hərbi hissədə seçilirdi. Bölük komandiri onun haqqında deyirdi ki, Tural ləyaqətli, tərbiyəli və
müdrik gənc idi. Tanrı ona elə bir gözəllik bəxş etmidşi ki, işığına yol getmək olardı. İlk günlərdən hiss etmişdim ki, çox bacarıqlıdır. Həmin
gün əsgərlərdə yüksək döyüş ruhu olub. O döyüş ruhu isə bir günə formalaşmamışdı. O uşaqlar anadan olduğu gündən bizim torpaqların işğaldan
azad olunacağı bu anı gözləmişdilər.Ermənilərin mif kimi yaratdıqları “Ohanyan xətti”ni bizim Turalgilin bölüyünün əsgərləri 40 dəqiqəyə vurub
keçmişdilər. Tural hərbdə pulemyotçu olub. Samir Kaçayev, Mikayıl Vahabzadə, Əmiraslan Xeyirbəyov, Orxan Əliyev, Rəşad
Niftalılı qəhrəmancasına, qorxmadan irəli keçərək, döyüşdə həlak olmuşdular. Rəşad Niftalılının həlak olmasını görəndə Tural həyəcanlanıb.
Bütün hikkəsi-hirsi ilə döyüşə atılmaq istəyəndə, qarşı tərəfdən düşmənin atdığı mərmi qəlpəsi Turalın başından dəyib. Tural həlak olanda səhər
saat 10 imiş”.(https://modern.az/az/news/140930).

Fərid Dadaşov (qardaşı): "Aprel ayının 8-də qardaşımdan təbrik gözləyirdim. Tural heç vaxt ad günümü yaddan çıxarmazdı. Həmin gün
nədənsə qardaşımdan səs çıxmayınca, narahat oldum. Tural cəbhədə ağır döyüşlər başladığı vaxtdan evə zəng etmirdi. Hamımız narahat idik.
Onun sağ olduğuna inanırdıq. Düşünürdük ki, Tural ölə bilməz, ad günümdə də gözləyirdim ki, Tural zəng edib, məni təbrik edəcək. Dostlarımla
doğum günümü qeyd edirdim, atam ağlayaraq zəng edib dedi ki, təcili evə gəl.Həmin an atamın titrəyən səsindən başa düşdüm ki, Turala nə isə
olub. Evə gələndə dedilər ki, qardaşın şəhid olub. Turalla fəxr edirik. Tural mənim üçün həm böyük qardaş, həm də əsl dost idi. Onunla tez-tez
əlaqə saxlayırdıq. Hərbi xidmətdən razılıq edirdi. Tural əsgərlikdə olanda sevdiyi qızın ailəsinə elçi gedib, "hə" cavabını almışdıq. Qardaşım bu
xəbəri eşidəndə çox sevinirdi. Tural mənə mesaj yazmışdı ki, 2 ay səbr edin, gəlib toy edəcəyəm. Qardaşımın toy arzusu ürəyində qaldı. Tural ailə
qurduqdan sonra xaricdə təhsil almaq istədiyini deyirdi.

Bir dəfə yuxuda gördüm ki, Tural suda boğulur. Əlimi atıb çıxarmaq istədim. Amma, əli əlimdən sürüşdü. Gündüz zəng vurdum ki, Tural
səni yuxuda yaxşı görmədim. Qoy, gəlim dəyim sənə. Dedi ki: “Yox, gəlmə, lazım deyil. Mən yaxşıyam. Üstündən on gün keçdi və Tural şəhid
oldu. Onunla bir nöqtəyə vurmuşuq həmişə. Aprel döyüşlərində ondan xəbər tuta bilməyəndə, dəli olmuşdum. Şəhərdəydim atam zəng vurub dedi
ki, tez evə gəl. Gəlib biləndə ki, Tural belə olub çox sarsıldım”.

Svetlana xanım (nənəsi): “Aprelin 8-i bizə düşmədi. Tural mənim ilk nəvəm idi. Onu mən böyütmüşəm. Şəhid olmamışdan on gün əvvəl 595
yuxuda gördüm ki, Tural beş yaşındadı. Gözü gözümə baxır nə hə deyir, nə də yox. Tural gözüm görə-görə mənə heç nə demədi və qaranlıqda
batıb suyun dərinliyinə getdi. Yuxudan durub ağladım. Amma yuxumu heç kimə demədim. Aprelin 8 – i bizə düşmədi. Təsəvvür edin ki, aprelin 8
– də həyat yoldaşım rəhmətə getdi. Turalın kiçik qardaşı Fərid də aprelin 8 – də doğulub. Biz ona ad günü keçirə bilmirdik. Bu yandan da Tural
aprelin 8 – də şəhid oldu”.

Rəşad Yusifov (dostu): “Bəzi hissləri sözlərlə ifadə eləmək mümkün olmur. Bəzən sözlər hisslərin ifadəsi üçün gücsüz olur, aciz
qalır.Tural haqqında da danışanda belə olur. Turalla bizim dostluğumuzu hansısa hərf, söz və ya cümləylə ifadə edə bilmirəm. Sağ qalsaydı indi
dostluğumuzun 6 ili olacaqdı. 2011-ci ilin sentyabr ayının 29-da Qubadan İqtisad Universitetinə təhsilimi davam etdirməyə gəlmişdim. Bakı da,
insanlar da təzə idi mənim üçün. Rayondan gələn adam üçün şəhərə uyğunlaşmaq adətən çətin olur. İlk dərs günündə Turalla müəllimin dialoqu
bütün auditoriyanın diqqətini özünə cəm etmişdi. Açığı ilk anlar Tural ətrafda olanlara da, mənə də özündən razı təsiri bağışladı. Zaman
keçdikcə ilk təəssüratımın yanlış olduğunu hiss etdim. Artıq Turalla dostluğumuz başlamışdı. Onun necə saf və təmiz, mərd oğlan olduğunun
fərqindəydim. Ailəmin yanında olmadığından Bakı mənim üçün bir az da qərib şəhər idi. Lakin Tural bu qərib şəhəri doğma etmişdi mənə. 4 il
müddətində mənə qardaş oldu, sirdaş oldu, dar gündə köməyim oldu. Həm də mənim böyük qardaşım yox idi. O həm də böyük qardaşım idi. O
özünün geniş dünyagörüşü, müdrik fikirləri, məsləhətləri ilə hər zaman yanımda idi. Bəzən Turalın verdiyi güvən bəs eləyirdi ki, hansısa bir işin
öhdəsindən gələk. Mən indi də o güvəni özümdə hiss etməkdəyəm. Bəlkə də bir yerlərə gəlib çatmışıqsa, o da Turalın sayəsindədi, çünki əminəm
ki, onu tanımasaydım, indiki Rəşad olmazdım mən. Başqa insan olardım. Bəli, biz 3 dost idik. Hər yerə birlikdə gedər, hər işi birlikdə görərdik.
Aramızda çox güclü bağlar var idi. Biz hələ də 3 dostuq. Hər yerə birlikdə gedir, hər şeyi birlikdə edirik. Hələ də mənim də, Hüseynin də Turalı
yaşayır, Vətənin qəhrəman oğlu, həm də bizim ömür dostumuz Tural.

Hüseyn Qəhrəmanov (dostu): “Tural haqqında bir kitab da yazsam bəs eləməz. Bizim tanışlığımız 2011-ci ilin sentyabr aynın 19-da
başladı. İlk dəfədən özündən çox razı biri təsirini bağışladı. Amma zaman keçdikcə biz doğmalaşdıq. Tanıdıqca hər şeyin əksini gördüm o insanda.

Ürəyi yumuşaq, heç kimə ziyan verməyən, hər kəsə yardım etmək istəyən bir insan idi. Həmişə üzü gülürdü. Yaddaşımızda ancaq gülər üzü ilə
qaldı... Biz III qrupun ən məşhur dostları idik, 3 dost - Tural, Rəşad və mən 4 il universiteti bir yerdə oxuduq. 4 ildə həyatimizin demək olarki ən
yaxşı anları bir yerdə oldu. Dərsdən sonra da vaxtımız bir yerdə keçirdi. Tez-tez Turalın evinə gedib orada gecələyirdik. Sanki Kəmalə xalanın 2
yox, 4 oğlu var idi. Universiteti bitirdik. Vətənə xidmətə yola düşmək zamanı gəldi. Hərbi xidmətə yola düşməzdən əvvəl biz biri-birimizə
dostluğumuzun əbədi olacağına söz vermişdik. Birlikdə görəcəyimiz işlər, gedəcəyimiz yerlər haqqında arzularımız, planlarımız var idi. Amma
qismət, tale, alın yazısı, Turalı bizdən ayırdı...

Biz Turalla fəxr edirik, qurur duyuruq. Tural ən böyük zirvəyə Şəhidlik zirvəsinə ucaldı. Biz nə qədər yaşasaq Tural da bizimlə daima
yaşayacaq. Mən fəxrlə deyə bilirəm ki, Tural kimi bir dostum olub həyatda. Onu hər zaman yanımda hiss edirəm, sağlığında olduğu kimi indi də
dar məqamlarımda ruhu köməyimə çatır. Biz əslində böyük qardaşımızı itirmişik, arxamızı, əsil dostumuzu itirmişik. Yoxluğunu qəbul edə
bilmirik. Nə qədər ki, Azərbaycan var, Tural Dadaşov da olacaq! Buna əminik.” (https://modern.az/az/news/140930).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

596

(Tural Dadaşovun valideynləri)

597

598

599

ƏSGƏR RÖYAL İMRAN OĞLU NƏSİROV

“İnsanın tam xoşbəxt olması üçün doğma vətəni olmalıdır.” (Simonid Keosski)

Doğum tarixi: 16 mart 1997-ci il. Cəlilabad rayonu, Məlikqasımlı kəndi. 600
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtərin Qapanlı kəndi uğrunda.
Dəfn edilib: 9 aprel 2016-cı il. Cəlilabad rayonu, Məlikqasımlı kəndi.

Qoşun növü: A.R.Quru Qoşunları.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay idi.
Şəhid Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı

kəndində anadan olmuş, 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş
zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur. Şəhidin cənazəsi 09 aprel 2016-cı il tarixdə anadan olduğu Cəlilabad
rayonunun Məlikqasımlı kəndinə gətirilmişdir.

İmran Nəsirov (atası): “Üç oğlum var, onlardan Röyal mənim ortancıl oğlum idi. Doqquz ay idi ki, Tərtər rayon Qapanlı kəndində xidmət
edirdi. Aprelin 3-də məzuniyyətə gələcəkdi, amma 9 aprel cənazəsini gətirdilər. Röyal pulemyotçu idi. Hadisə 3 – ü axşam olub. Ermənilərlə
atışma zamanı Röyalın əsgər yoldaşlarından ikisi yaralanıb. Röyal da çiynindən yüngül yaralanıb. Buna baxmayaraq o, iki yaralı əsgər yoldaşını
döyüş bölgəsindən çıxararaq öz əsgərlərimizə təhvil verib. Bizə bildirilən məlumata görə Röyal on dörd erməni hərbçisini məhv edib. Və sonra
yenidən irəli atılıb. Səngərdən çıxıb irəli gedərkən snayperlə başından vurublar.Vətən sağ olsun. Mən fəxr eləyirəm ki, mənim oğlum vətəni
uğurunda borcun yerinə yetirdi. Xalqımızın, prezidentimizin və hamımızın başı sağ olsun. Sağ qalanlara can sağlığı arzulayıram. O, gün olsun ki,
bayrağımızı Qarabağda sancaq. Şəhid analarına səbr diləyirəm”.

Fərhad Nəsirov (babası): “Bunları mən saxlamışam. Röyal mənim ikinci nəvəm idi, ona görə mənə çox təsir edir.”
Toğrul (kiçik qardaşı): “Uşaqlıqdan idmanla məşğul idi. İdmanın taykevando növü ilə bir neçə il məşğul olmuş, sonra futbol oynamağa
başlamışdı.” (https://www.interpress.az/35158-vtn-sa-olsun-hid-atas.html#.XqR7FmgzbIU).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!


Click to View FlipBook Version