edirdim ki, ermənilərə girov düşməkdənsə, qəhrəmancasına həlak olsun, amma girov düşməsin. Mən bilirdim ki, onlar girov və əsirlərin başına nə 251
oyunlar açırlar. Cürbəcür şayiələr gəzirdi ki, Seymurun bədəni tanınmaz haldadır, bəlkə də özü deyil. Lakin mənə məhkəmə tibb ekspertlərinin
çəkdikləri şəkilləri göstərdilər. Seymurun bütün bədən əzaları yerində idi. Atılan mərmi bronjiletinin açıq olan hissələrindən sağ və sol böyrünu
yaralamışdı. Aldığı yaralardan və qanaxmadan dünyasını dəyişmişdi. Buna görə çox rahatam ki, Seymurun bədənini 20 gündən sonra dövlətimiz
bizə bütöv qaytarmağa müvəffəq oldu. Ancaq bilmirəm ki, aprelin 1-də nə baş vermişdisə, Seymuru yola salanda dedim ki, "mənə söz ver ki,
mütləq qayıdacaqsan", o isə "əlbəttə" söylədi. Yoldan mənə mesaj da göndərdi..."
Zemfira Baxışova (anası): “Aprelin 2-dən sonra oğlumla əlaqə qura bilmədik. Lakin son günə qədər, tabutu bu evə gələnə kimi ürəyimdə
bir ümid, bir işıq var idi. Fikirləşirdim ki, erməni tərəf bəlkə əsir götürüb, yəqin ki dövlətimizin səyi sayəsində yaralı da olsa, qaytarılacaq...Gözüm
elə qapıdadır. Elə bilirəm ki, girəcək içəri, yenə evimiz işıqla, sevinclə dolacaq. Yəqin ki, öldüyüm günə qədər gözüm onu son dəfə salamat yola
saldığım qapıda qalacaq. Oğlu Amin əvəllər dəcəllik edərdi. İndi isə atasının adını çəkəndə hirslənir. Elə bilir ki, onu atıb gedib. Daha heç bir
reaksiya vermir, heç kimdən soruşmur atasını. Ancaq hərdən "ana, mən şəhid oldum" mahnısını oxuyur. Bilmirəm, haradan, nə zaman öyrəndi bu
mahnını. Oturub ailə üzvləri birlikdə xatirələrimizi danışırıq, bir-birimizə sual veririk ki, niyə belə oldu... Cavab tapa bilmirik.
Səbinə Baxışova (bacısı): “Seymur evimizin kiçiyi idi. Ancaq sevincli anlarımızın çoxu onunla bağlıdır. Əsgərliyini çəkib gələndən sonra,
2006-cı ildə hərbi xidmətə getdi. O gündən sonra bizim də firavan günlərimiz başladı. Biz kasıb yaşamışıq. Ancaq mərd yaşamışıq. Və Seymur
aldığı aylıq əmək haqqı ilə hamımızı sevindirməyə başladı. Bir də gördün ki, anama və mənə bahalı palto alıb gətirib. Böyük qardaşıma əl
yetirirdi. Qazancı o qədər bərəkətli oldu ki, hamımıza çatdı. Hətta mənə ev tikməyə də kömək etdi. Seymur bizim sevinc mələyimiz idi. 2009-cu
ildə isə onu evləndirdik. Noyabrın 8-də toy elədik. Aynurla Seymura baxanda özümü lap xoşbəxt hiss edirdim. Bu iki cütlük bir-birinə qoşa
göyərçinlər, qumrular kimi bağlanmışdılar. İtkin xəbəri çıxandan sonra, qohum-əqraba, dost tanış gəlib-gedirdi evimizə. Kimsə "həlak oldu,
erməni tərəfindədir hələ" deyəndə, az qalırdım həmin adamı parçalayam. Evdə hamımız havalı kimi idik. Böyük qardaşım hərdən "özünüzü ələ
alın, hazır olun..." deyəndə, sözünü ağzında kəsirdim. Barışmaq istəmirdim, eşitmək istəmirdim. Aprel ayının 18-də qardaşımı gətirdilər. Ancaq
tabutu açmağa qoymadılar. Xatirimdə sağ görünüşü ilə qalıb. Onu ölmüş vəziyyətdə təsəvvür edə bilmirəm. Bu gün də qardaşımın yoxluğunu
qəbul etmirəm.(https://azvision.az/news/89159/balama-yaxsi-bax-geleceyem...--sehid-gizirin-videosu-reportaj.html).
Arif bəy (qaynı): "Seymur həmişə şəhidliyi arzulayırdı. Son iki ayda "Ana, mən şəhid oldum" mahnısına qulaq asırdı. Sanki şəhid olacağı
ürəyinə dammışdı. Döyüş yoldaşı iki gün əvvəl bizə gəlmişdi. Dedi ki, Seymur döyüşə gedəndə ona vəsiyyət edib".
Gizir Seymur Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbində oxuyub. Atası Qulamhüseyn Baxışov istəyir ki, oğlunun
oxuduğu 14 saylı orta məktəb indi Seymurun adını daşısın.Şəhidliyindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı indi
Seymurun şəxsi əşyalarının içərisindədir. O şəxsi əşyaların içərisində qəlpələrə sinə gərən "Azərbaycan Respublikasının vətəndaşı" pasportunun
üzlüyü də var. Balaca Amin hələ bunların fərqində deyil.
Bu gün isə Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin də ruhu bayram edir. Şükür ki qanları yerdə qalmadı, qisası alındı.
Qeyd edək ki, şəhidin sinif yoldaşı, AJB-nin üzvü Ərşad Nihad Seymur Baxışova "VƏTƏN SƏNƏ OĞUL DEYİR..." adlı poema həsr
etmişdir.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
(Srymur Baxışovun həyat yoldaşı Aynur xanım və oğlu) 252
(Seymur Baxışov və ailəsi)
253
254
(Müəllif şəhidin məzarını ziyarət edərkən)
GİZİR TURAL GÜLŞAD OĞLU QURBANOV
“Vətənə olan borcunu ödəmədən ölən insan bədbəxtdir.” (C. Fletçer)
Doğum tarixi: 23 oktyabr 1992-ci il. Kürdəmir rayonu. 255
Vəfat tarixi: 2 aprel 2016-cı il, Tərtər istiqamətində, Talış yüksəkliyi uğrunda gedən
döyüşlərdə.
Dəfn edilib: 11 aprel 2016-cı il. Kürdəmir rayonu, Sığırlı kəndi.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.
İki qız (Zəhranur və Zeleyha) övladı var.
1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad
Qurbanovların ailəsində anadan olan Gizir Tural Qurbanov 2016-cı ilin aprel
ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına
şəhid olmuşdu. (https://az.wikipedia.org/wiki/Tural_Qurbanov). 24 yaşlı Tural
Qurbanovun nəşi doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində torpağa tapşırılmışdır.
Gizir Tural Gülşad oğlu Qurbanovun "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Şəhidin adı Kürdəmirin mərkəzi
küçələrdən birinə verilib.
2010-cu il oktyabrın 23-də 18 yaşını tamam edən Tural, oktaybrın 25-də Vətənə xidmətə yola düşdü. Hərbi xidmətinin 6 ayı tamam
olandan sonra, atasına Xüsusi Təyinatlı Qüvvələrə yazılmaq istədiyini bildirmişdir. Ucaboylu, enlikürək, 2011-ci ildən etibarən gizir kimi xidmətə
başlayan Turalı 2013-cü ildə evləndirdilər.
2012-ci ilin sonlarında evə gələn Tural bacısı Könülə bildirmişdi ki, Bakıda yaşayan xalasının qızı Afaqı sevir. Xəbəri eşidən ailə çaşıb
qalır. Çünki 20 yaşı yenicə olmuş Tural üçün ailə qayğıları hələ tez idi. Lakin atası Turalı bərkə-boşa çəkəndən sonra, razılıq vermişdi. Bacısı ilə
elçi gələn Turaldan xalası qızı möhlət istəmişdi. Tez zamanda razılığa gəlmişdilər. 2013-cü ildə Bakıda, daha sonra isə Sığırlı kəndində toy
olmuşdu.
Gürşad Qurbanov (atası): “Vətən sağ olsun. Məni heç nə yox, onun balaca övladları – qızları yandırır. Bütün şəhidlərə Allah rəhmət
eləsin”.
Martın 27-də axşam evdə oturmuşduq. Həyətə səsə çıxdım, gördüm ki, Turaldır. Uşaqları ilə gəlib. Dedi ki, uşaqlar tək darıxmasın deyə,
bura gətirib ki, sabah təlimə gedir. Onların hər ay təlimləri oluduğundan, həmişəki kimi çox rahatca oturub sözümüzdən-söbətimizdən etdik. Səhər
saat 5-də onu yola salmaq üçün oyandım. Səhər tezdən yola çıxdıq, hərbçilərin maşınları gəlib çatdı. Tural maşına minəndə mənə tərəf dönüb bir
qəribə tərzdə baxdı. Baxışları ürəyimi sıxdı. Fikirləşdim ki, bu necə baxış idi? Evə qayıtdım, yoldaşım yuxudan ayılandan sonra ona da dedim
...Sonra isə 29, 30, 31 mart günlərində telefonla arada bir əlaqə saxladıq. Aprelin 2-si günortaya qədər ailəsi ilə, bacısı ilə telefon əlaqəsi olmuşdu. 256
Telefonda onlara deyib ki, haqqınızı halal edin. Aprelin 2-dən sonra artıq mən narahat olmağa başladım. Hardansa Murad Mirzəyevin,
Turalın şəkillərini göndərdilər mənə. Fikirləşdim ki, yalan olar. Belə bir deyim var: “Ümid sonda ölür...”. Qohum-əqraba da tökülüşüb gəlirdi evə.
Kimsəyə bir söz demədim. Hər kəsə deyirdim ki, oğlum sağdır. Əməliyyatdadır. Aprelin 3-də oğlumun telefonundan mənə zəng gəldi. Tələsik
telefonu açanda, mənimlə naməlum bir kəs danışdı. Əvvəlcə azərbaycanca “salam” dedi. Sonra soruşdu ki,“rusca bilirsən?”. Şübhələndim. Dedim
ki, bəli... 30 saniyə ərzində bu adam sonra ermənicə nəsə danışdı. Sayıqlığımı itirmədən Kürdəmir Rayon Hərbi Komisarlığına gedib telefon zəngi
barədə məlumat verdim. Dedilər ki, oğlumdan heç bir xəbər bilmirlər. Ayın 4-ü getdim DTX-nın Tərtər rayon şöbəsinə. Rəis mənə dedi ki, onlar
da dəqiq bilmirlər nə var nə yox, hələ Turalın ölümü haqda fikirləşməyək.Onlar məlumatı nəzarətə götürdülər. Və mənə ürək-dirək verib dedilər
ki, Turalın və ya başqalaraının ölümü haqqında danışmaq tezdir. Bir xəbər olan kimi, məni məlumatlandıracaqlarını bildirdilər. Əlim çatan
rayonlara gedib oğlum haqqında xəbər öyrənmək istəyirdim...
Həmin döyüşdə Murad Mirzəyev komandir, Tural istehkamçı olub, qabaqda gediblər. Teymur Qasımov, Mühüd Orucov, Babək Abidov da
onlarla birlikdə olublar. İri çaplı silahlarla son nəfəsə qədər ermənilərlə döyüşüblər. Muradgilin qrupu ermənilərin xeyli canlı qüvvəsini məhv edib.
Düşmən onları susdurmaq üçün ərazini top atəşinə tutub. Hərbçilərimizin şəhid olduğuna arxayınlaşandan sonra gəlib cəsədlərini götürüb
getmişdilər. Oğlumla eyni döyüşdə iştirak etmiş hərbçilər deyirdilər ki, Tural əsl qəhrəmanlıq göstərib. Murad Mirzəyev komandir kimi onlara
əmr edib ki, geri qayıtsınlar, özü irəli tək gedəcək. Ancaq yanındakı 5 nəfər deyib ki, komandir hara, biz də ora. Əslində başqa cürə ola da
bilməzdi. Turalın 2 metr boyu var idi. Mən onu əvvəldən qorxmaz bir igid kimi böyütmüşdüm. Fikirləşirdim ki, hər zaman bu Vətənin müzəffər
əsgəri olacaq, onu qoruyacaq. Bu qədər tez şəhid olacağını düşünməmişdim. Fikirləşirəm ki, kaş ki, yaralı qayıdaydı, ancaq canı sağ
olaydı. Yanımda olaydı.
Mən 20 yanvarda həmişə ehsan verərdim. Bizim ailədə hər zaman vətənpərvərlik ruhu yüksək olub. Axırda öz oğlum da onların sırasına
yazıldı”.
Solmaz xanım (anası): “Tural mənim gözümün nuru idi.Bundan sonra elə oğulu tək-tək analar doğa bilər. 23 il 6 ay yaşadı. Vətən, həyat
yoldaşı, ata, ana, dost, övlad borcunu, haqqını verdi getdi. Bir oğul itirmişəm boyu çinar boyda idi, bir elin, obanın yaraşığı idi. Bir oğul
itirmişəm, bir ordunun vuran qolu idi. Nə yaşamışdı ki, nə gün görsün. İstəyirdi ki, həmişə yanında olum. Hər kəsin könlün alırdı, sevindirirdi. Nə
qədər yorğun gəlsə də, bunu evdə büruzə vermirdi. Hər gəlişi evdə bayram olurdu. Hər görüşəndə 3 dəfə öpürdü məni. Gedəndə də deyirdi ki, “ana
haqqını halal elə”. Bayramlarda evin gəlinlərinin hamısının payını verib təbrik edirdi. İlk maaşı ilə mənə paltaryuyan maşın alıb gətirdi. Hər kəsin
dəyərini bilirdi Tural...Biz çox mehriban ailə olmuşuq. Hansı xatirəsini danışım... Heç birini unutmuram. Bizi Azərbaycanın rayonlarına aparıb
gəzdirməyindənmi deyim, ağzımızın dadını dəyişməyindənmi... Görmədiyim yerləri gəzdirdi. Gözəl günlərim onunla getdi. Dadlı-ləzzətli nə
bişirsəm istəyirdim ki, balama yedirim. İl ərzində ona 2 dəfə məzuniyyət verilirdi. Bir qoca görəndə yükünü qaldırırdı, hal-əhval tuturdu. Az yaşı
ilə çox böyük idi. Dostları deyir ki, döyüşə gedəndə də zarafatından qalmayıb”.
Afaq Qurbanova (həyat yoldaşı): “Sizə desəm ki, Turaldan əvvəlki həyatımı xatırlamıram, mənə inanın. Həyatıma gəldiyi gündən
xoşbəxt oldum. Bu gün nə qədər ağır olsa da,Turalın acısını çəksəm də, bir də qayıtsa, yenə onunla ailə həyatı qurardım. Əslində biz bu gün
cismən ayrıyıq. Ruhən yenə bir-birimizin yanındayıq. Evimiz hərbi hissəyə yaxın olduğundan, Tural bizdən çox da ayrı olmurdu. Günortaları
demək olar ki, hər zaman evə gələrdi. Əslində mən də dönüb sanki onun kimi hərbçi olmuşdum. Birlikdə hərbi filmlərə baxar, qəhrəmanları
müzakirə edərdik. Həmişə ona deyirdim ki, nə olar bir dəfə mənimlə gəzməyə çıxanda hərbi geyimdə ol. Bircə dəfə çıxdıq, 10-15 dəqiqədən sonra
qayıtdı. Dedi ki, bu paltarların xüsusi nişanı var. İnsanlar çox olan yerdə geyilməz. Hərbi paltar onun hündür boyuna çox yaraşırdı. Bəzən olurdu
ki, Tural bir neçə günlük evə gəlmirdi, tapşırığa və ya təlimə gedirdi. Həmən ürəyimə şübhələr dolurdu, onu itirmək qorxusu vardi içimdə. Tural
dönüncə min dəfə ölüb-dirilirdim. Mən narahat olanda deyirdi ki, ilin axırına qulluq müddəti bitir, çıxıb başqa işlə məşğul olacaq. Ancaq mən
bilirdim ki, o bu işi atan deyil, öz peçəsini çox sevirdi. O hər dəfə evə gələndə, ilk dəfə görürmüş kimi həyəcanlanırdım... O həyəcan könlümdən
keçmədi. Namazlarında hər gün Allah-təaladan torpaqlarımızın azad olunması, qələbə çalmağımız üçün dualar edirdi. Vətən deyib, uzun müddət
səcdəyə gedirdi.
Lakin hərbçi dostlarından kimsə yaralananda, kimsə şəhid olanda haldan-hala düşürdü. Doğmaları itirmək onu çox üzürdü.
2016-cı ilin mart ayı onlar üçün çox ağrılı keçdi. Düşmənlə üzbəüz səngərlərdə erməni təxribatı nəticəsində itkilərimiz olmuşdu. Hərbi
hissədəki evimizin həyətində hərbçi xanımlarının söhbətlərindən eşitmişdim ki, yenə də erməni təxribatı gözlənilir.Martın son günlərində,
bayramdan sonra isə Turalın könlü heç açılmadı. Mart ayın 27-si evə gəlib dedi ki, bizi rayona atasıgilə aparır. Özü isə təlimə gedəsidir.Dedi ki,
hazırlaşaq axşam yola düşəcəyik. Mən də bütün hazırlqılarımızı gördüm. O, şirniyyatı çox sevirdi. Halva bişirib qoydum, dovğa bişirdim ki, biz
evdə olmayanda işdən gəlib ac qalmasın. Təlimə gedərkən apardığı yol çantasını hazırladım. Gecə ilə gəlib atasıgilə yetişdik. Bir gecə orada
qaldıq. Sonra səhər tezdən, o başdan Gürşad əmi ilə birlikdə onu yola saldıq. Ayrılanda dedi ki, 10 günə ya da bir aya qayıdacaq. Çox
həyəcanlandım... Heç vaxt evədən çıxanda “Əlvida” deməzdi, bu dəfə “Əlvida” dedi, mən zarafatca əlimi uzadıb, ağzını qapadım ki, küfr danışma.
Arxasınca su atıb, Allah əmanət etdim...
Aprelin 1-də də aldatma günü səhər tezdən bizə yazdı ki, gəlirik. Sən demə zarafat edir. O vaxta qədər mənə elə yazırdı ki, hər şey
normaldır. Telefonla xəbərləşdikcə, fikirləşirdim ki, deməli hər şey normaldır. Ancaq baxırdım ki, baldızım Könülün könlü heç açılmır. Üzündə 257
dünyanın-qəmi kədəri yığılıb. Bulud kimi dolub dayanıb. Bir dəfə də elə həmin günü yazıdm ki, mənim ürəyim səndə, sənin ürəyin məndədir. O
da yazdı ki, ikimizin də ürəyi səndədir.
Aprelin 2-si səhərə qədər gözlədim, heç nə yazmadı. Səhər yazdı ki, haqqınızı halal edin, burda vəziyyət pisdir.Yazdım ki, axı başqa hərbçi
xanımları heç nə demir... Sonra nə yazdımsa, çatmadı. Əllərim göydə, dizlərim yerdə qaldı. Telefonuna zəng getsə də, cavab verən olmadı... sən
demə Tural şəhidlik məqamında imiş. Sən demə bütün el-oba, qaynatam da bilir, bircə bizim xəbərimiz yoxdur. Aprelin 2-də günortaya yaxın
qızımın dili qatlandı. Nə idisə birdən-birə uşaq özünü pis his elədi. Nə baş verdi, nə oldu bilmədik. İndi fikirləşirəm ki, bəlkə də atası canını
tapşıranda uşağa əyan olub, ona görə, qızım elə haldan-hala düşdü.
Aprelin 11-də səhər saat 4-də mənim başıma qara şal örtüb, dedilər ki, Turalın tabutunu gətirəcəklər. Heç nə anlamırdım. Bu sözdən sonra
elə bil ki, evə bir səssizlik çökdü, elə bil ki, tufan birdən-birə yatdı. Qaynanam da dedi ki, başımıza daş düşdü, Turalı gətirirlər. Mənə indiyə qədər
çatmır ki, qaynanam bu sözü necə deyə bildi? Kimsə mənə dedi ki, qara-qışqırıq salma, Turalın xoşuna gəlməz. Özünü el içində ağır apar. Və
bundan sonra anlamağa başaldım ki, tabutda gətirilən Turalımdır, nakam Turalım. Və bundan sonra anladım ki, Tural 10 gündür mənə buna görə
cavab vermirmiş... Hətta gözaydınlığı verənlər də oldu. Deyirdilər ki, sevinin ki, qaytarıblar, erməni itləri onları qaytarmaya da bilərdilər...”.
Könül Qurbanova (bacısı): “İki qardaşımın hərəsinin öz yeri var qəlbimdə. Tural çox istəkli qardaşım idi. Turalla çox gözəl günlərimiz
oldu. Zəhranur doğulanda o qədər sevinirdik ki... gecə yarısı idi. Gedib şarlar aldı, uşaq bəzəkləri alıb evi bəzədi ki, sabah Zəhranur gələcək. Mənə
tort bişirtdirdi. Bizi xəstəxanaya aparanda yadına düşdü ki, gül almayıb, o qaça-qaçda gedib bir dəstə gül bağlatdırıb gətirdi. O evə gələndə içimiz
də, üzümüz də gülürdü. Zarafatları indi də yadıma düşür. Bizim bu ev çox külfətli olub. Baba ocağıdır. Gəlimli-gedimli ev olub. Bu qapı qıfıl
görməyib. Anamın heç kimdə işi olmayıb, gələn-gedəni gülə-gülə yola salıb. İndi gəlinimizi tək qoymuruq. Qardaşım şəhid olmazdan 1 ay qabaq
dəhşətli yuxu gördüm. Yuxularım həmişə çin çıxır. Yuxuda görürəm ki, anamla darvazamızın ağzında dayanmışıq. Birdən hər yer nurlanır. Həmin 258
işıq selinin içərisindən bir ağ paltarlı adam əlində Turalın şəkli gəlir yaxına və deyir ki, Tural Gürşad oğlu şəhiddir. Anamla bir-birimizə baxırıq.
Sonra bir də deyir. Şok oluruq. Yuxudan oyandım. Ağladım. Dua etdim ki, ay Allah bu yuxu çin çıxmasın. Yatdım yuxunun davamını gördüm.
Gördüm ki, hamı toplaşıb, Turalı yola salırıq. Amma özümə təsəlli verirdim ki, bu ola bilməz. Aprel ayının 11-də Tural evə gətiriləndə həmin
səhnəni gördüm. Və əlimlə başımı tutub xalama dedim ki, mən bu yuxunu görmüşdüm. 1 ay idi ki, bu yuxu məni içərimdən yeyirdi. Amma o günü
indi də yuxu kimi xatırlayıram. Qorxulu bir yuxu kimi. Afaqgil gələndə elə bilirəm ki, indi Tural da gələcək. Gözlərimiz qapıdadır. Deyirəm ki,
bəlkə gəldi... Onun şəhidliyindən sonra hansı məqamda olduğunu da gördüm. Özü gəlmişdi yuxuma. Tural özü Peyğəmbərimizin məqamından
danışdı mənə, dedi ki, “bacı, mən yaxşıyam. Nurmuhammed səllalahu və Səlamın yanındayam”. Bir dəfə də qızı Zəhranura meyvə yedirdiyini
gördüm. Soruşdum o nə meyvəsidir? Dedi ki, cənnət meyvələridir. Onu daim yanımda hiss edirəm. Bildiyiniz kimi, dövlətimiz şəhidlərin
ailələrini evlə təmin etdi. Mənzil alan şəhid ailələrindən biri də qardaşımın ailəsidir. Özlüyümdə fikirləşirdim ki, Tural yuxuma niyə gəlmir?! Bir
gün Tural yuxuma gəldi. Mənə dedi ki, bizə gedəndə təzə evimizə 1 dəstə qızılgül alarsan. Bir də 11 nömrəli avtobusla gedərsən, evimizin yanında
düşərsən. Sonra Afaqdan soruşdum ki, sizə hansı marşrutla gəlmək olar? Afaq dedi ki, şəhərin hər yerindən 11 nömrəli marşrut gəlir. Bütün
bunlara görə deyirəm ki, Tural daim mənim yanımdadır”. (Aida Eyvazlı. Talış yüksəkliyinin xüsusi təyinatlı şəhidi - Tural Qurbanovun ALIN
YAZISI.Üç nöqtə.- 2018.- 11 yanvar.s..7.http://www.anl.az/down/meqale/uc_noqta/2018/yanvar/571341.htm).
Sədaqət Qurbanova (bibisi): “O, həmişə deyirdi ki, mən vətən uğrunda gedəcəm. Gedəndə ən axırıncı sözü bu oldu ki, “şəhid olmaq
istəyirəm”. O, beş il idi ki, vətən yolunda idi, qorxmaz idi. Ona desən ki, getmə yenə gedərdi. Qəhrəman oğul idi”.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
259
(Şəhidimizin həyat yoldaşı Afaq xanım)
260
261
GİZİR MİRSALAM TƏVƏKKÜL OĞLU CƏFƏROV
“Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi vəsiyyət edirəm: ana dilimizi,
vicdanımızı, vətənimizi.” (Şah İsmayıl Xətayi)
Doğum tarixi: 7 aprel 1994-cü il. Tovuz rayonu, Bayramlı kəndi. 262
Vəfat tarixi: 7 aprel 2016-cı il. Goranboy istiqamətində Lələtəpə uğrunda gedən döyüşlərdə.
Dəfn edilib: 11 aprel 2016-cı il. Tovuz rayonu Bayramlı kəndi.
Qoşun növü: A.R.Quru qoşunları.
“ İgidliyə görə" III dərəcəli medalla təltif edilib.
Subay idi.
7 aprel 1994-cü ildə Tovuz rayonu Bayramlı kəndində anadan olan Mirsalam Təvəkkül oğlu
Cəfərov 2000-ci ildə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbin birinci sinfinə getmiş,
2011-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan hərbi tibb məktəbinə daxil olmuşdur.
2013-cü ildə həmin məktəbi bitirmiş, N sayılı hərbi hissədə həkim-feldşer kimi işə başlamışdır. 2015-
ci ildə onun işinə canla başla yanaşdığını, həvəsini görən komandiri Türkiyəyə göndərmişdi. Orada
xüsusi təlim keçdikdən sonra hərbi hissəyə qayıtmış, kəşfiyyatçı gizir kimi işə başlamışdır. Fiziki
cəhətdən çox güclü olan Mirsalam elə doğulduğu gündə də - 7 aprel 2016-cı ildə, 22 yaşında özünün
də ən böyük arzusu olan şəhidlik zirvəsinə yüksəldi. 11 aprel 2016-cı ildə doğulub boya-başa çatdığı
Tovuz rayonu Bayramlı kəndində torpağa tapşırılmışdı. Goranboy rayonu istiqamətində düşmənin
kəşfiyyat diversiya qrupunun basqınının qarşısını alarkən əks hücum təşkil edib və düşmənin 2 yüksək
rütbəli zabitini və 10-dan çox hərbçisini məhv edib, eyni zamanda yaralı yoldaşlarının da köməyinə çatmışdır.
(https://ordu.az/az/news/148613/qan-tokulerek-alinan-torpagi-cani-bahasina-geri-alan-%E2%80%93-aprel-sehidi-mirsalam-ceferov).
Atası bir vaxt oğlunun bu seçiminə etiraz etsə də xeyiri olmamışdır. Bir bacı, bir qardaşı olan Mirsalam həmişə atasına deyərmiş ki, biz
sizdən daha yaxşı döyüşəcəyik, torpaqlarımızı geri alacağıq. Gözəl nitq qabiliyyəti olan Mirsalam tədbirlərdə şairlərimizin şeirlərini sinədən
deyərmiş. Döyüşə Goranboy tərəfdən atılıb Seysulana qədər gedib çıxan Mirsalam Cəfərov Tapqaraqoyunluda ağır əməliyyatlarda iştirak etmiş,
düşmənin nəzarətində olan ən mühüm postları alanlardan biri olmuşdur. Ağır döyüşlərin birində yaralansa da, döyüşmüşdür. Düşmənləri çox
olduğundan onu gülləbaran etmişdilər. O arzusuna qovuşmuş, əsil türk oğlu kimi şəhadətə yüksəlmişdir.
Qızxanım xanım (anası): “Oğlumun güclü xarakteri var idi. Onun üçün işin çətinliyi yox idi. Gözəl zövqü olan balamı məqsədinə
çatmaqda heç nə qorxuzmazdı.
Axırıncı dəfə martın 22-də bayramlaşdıq. Soruşdu ki, kənddə bayram necə keçir. Dedim ki, uşaqlar həmişə sənin çıxdığın Çal dağının 263
başına qalxıb tonqal qaladılar. Kaş sən də burda olardın. Bayram həmişəki kimi şən keçdi. Bilmirsən bizim uşaqlar hər yerdə şənlənməyi
bacarırlar... Dedi ki, ana mən də gələn il bayramı sizinlə keçirərəm. Dedim bəlkə aprelin 7-i gələsən, qəşəng hazırlıq görüm, ad gününü qeyd edək.
Dedi “ana söz vermirəm, amma çalışacam ki, gəlim həmin vaxta. Gəlim evin təmirini də edək ki, qardaşımın toyu gələn ilə qalmasın. Yoxsa
uzanacaq.
Doğum günü hazırlığını edəndə bu acı xəbəri mənə verdilər. Yanıb yaxıldım. Balam sözünə sədaqətli idi. Bu dağı çəkdirməzdi mənə. Atası
Təvəkkül hara getdi bir xəbər öyrənə bilmədi. Ayın 10-nu gətirdilər. Bütün kənd yığışdı. Göynətdi bizi onun tabutu. “
Həmişə deyərmiş ki, ən böyük arzum Şuşanı işğaldan azad edib ən hündür yüksəkliyinə bayrağımızı asmaqdır. "O bayrağı Şuşaya mən
asmaq istəyirəm!" demişdi. Hərb sənətinin dərinliklərini öyrənmək üçün yorulmadan oxuyur, öyrənir, çalışırdı. Qısa zamanda qeyrət göstərib, öz
üzərində çalışaraq, hərb sahəsində peşəkar kimi tanınmağa başlamışdı. Hərbiçi olub ön cəbhədə xidmət etməyi məktəb yaşlarından qarşısına
məqsəd qoymuşdu. Məktəbdəki şəhidlər lövhəsinə diqqətlə baxdığını görən müəlliminin "Mirsalam, bala, nə fikrə getmisən?" sualına "Müəllim,
şəhidlərimizin qanını almalıyıq. Mən onların qanını almaq üçün yaşayacam, döyüşəcəm!" - cavabını verəndə o, hələ azyaşlı uşaq idi. Mirsalam
tələbəlik illərində yazıbmış ki, hər kəsin içində ən böyük bir arzusu olur. Mənim də ən böyük arzum torpaqlarımızı işğaldan azad etməkdir. Bunun
üçün yaşayacam və bu yolda şəhid olsam, özümü ən xoşbəxt insanı hesab edərəm. Bizə də hər zaman "Mənimlə qürur duyacaqsınız!" - deyirdi.
Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan Mirsalam Cəfərovun sosial şəbəkədəki son statusu isə “Həyat fani, ölüm ani, bir-
birinizin qədrini bilin ey bəşər övladları!” olub.
Mirsalamın fərqliliyi şəhidliyə özəl münasibəti – bu yüksək ada sevgisindəydi. O, hələ döyüşə getməmişdən öncə öz əbədi məkanını məhz
ŞƏHİDLİK ZİRVƏSİNDƏ qərarlaşdırmışdı. Yazdığı statusda elə beləcə də qeyd etmişdi: “ Doğrudan da həyatda hər kəsin fərqli-fərqli arzuları
var. Mənim də tək bir arzum var ki, Vətən yolunda yüksək igidlik və şücaət göstərərək ŞƏHİD olum. İnşallah bu arzuma çataram. Çünki Vətən
dardadı, əzizlərim!
Vətən torpaqları uğrunda həlak olmuş Mirsalam Cəfərovun göstərdiyi nümunə tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Mirsalam
hamıya sübut elədi ki, Vətəni belə sevərlər, belə qoruyarlar və ondan ötrü candan belə keçərlər. Rahat uyu Mirsalam. İnanıram ki, Vətənin tam
azadlığı xəbəri sənə axirət dünyasında ən gözəl müjdə oldu!” (https://modern.az/articles/100732/1/).
Mirsalamın facebook səhifəsində paylaşdığı şeir diqqətimi çəkdiyi üçün burada qeyd etmək istədim.
Ey məni özünə can bilən canan,
Canımdan can çıxır, hardasan indi?
Deyirdin “kədərə atmaram səni”.
Həsrət məni yıxır, hardasan indi?
Canımdan can çıxır, hardasan indi?
İncidir hər zaman, artır hər zaman,
Bu gündən sabaha qalmayıb güman.
Başımın üstünü bürüyüb duman,
İldırım tərs çaxır, hardasan indi?
Canımdan can çıxır, hardasan indi?
Ucalıb harayım, ucalıb naləm,
Səsimi dinləmir, eşitmir aləm.
Zəhərlə doludur eşqi-piyaləm,
Gözümdən qan axır, hardasan indi
Canımdan can çıxır, hardasan indi?(Qərib)
Şəhidliyə qovuşan qardaşım “Şuşaya bayraq sancmaq” arzuna qovuşa bilmədin. Bu arzunu inşallah ki, vətənin digər igid oğulları həyata
keçirər.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
264
265
GİZİR BƏXTİYAR RAFAEL OĞLU HÜSEYNOV
“Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.”
(Mustafa Kamal Atatürk)
Doğum tarixi: 14 iyul 1995-ci il. Goranboy rayonu, Goranboy rayonu Qızılhacılı kəndi. 266
Vəfat tarixi: 2 aprel 2016-cı il. Talış kəndi uğrunda.
Dəfn edilib: 9 aprel 2016-cı il. Goranboy rayonu Qızılhacılı qəsəbəsi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Nişanlı idi.
B.Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuşdur.20013-
2016-cı illərdə xidmət etmişdir. Ölümündən sonra Cənab Ali Baş Komandan tərəfindən “Hərbi xidmətdə
fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Afaq Hüseynova (anası): “Bəxtiyardan sonra dərd üstünə dərd gəldi. Kiçik oğlum Etibar meydanda
tək qaldı. Atası Rəfael Bəxtiyarın şəhidliyindən sonra evdə otura bilmirdi. Harada axtarırdınsa, gedib kəndin
qəbristanlığında tapırdın. Kənd qəbristanlığında Bəxtiyardan başqa da Qarabağ müharibəsi şəhidləri dəfn
olunub. Oğlumun məzarı yerləşən yerdən tutmuş xeyli bir hissəni öz əlləri, öz zəhməti, öz pulu ilə
abadlaşdırmışdı. Biri 60 manatdan çoxlu ağac alıb əkdi. Ağaclar da tutmadı. Bir mərmər lövhənin üzərinə
“Şəhidlər ölməz, Vətən bölünməz” sözləri yazdırıb divara vurdurdu.Bununla ürəyini soyudurdu. Evə gələndə də sözü-söhbəti ancaq Bəxtiyarın
təzə mənzilindən- məzarından olurdu. Bəy otağı kimi bəzək vururdu məzara. Elə bil ki, bununla dərdini, ağrılarını soyudurdu. Deyirdi ki, toy
eləmədim, əziyyətini çəkmədim, heç olmasa qəbrinin keşiyini çəkim. 2017-ci il aprel ayının 6-da oğlum Etibar qəbristanlığa atasının arxasınca
gedərkən görürür ki, Rəfael çömbəlib oturub, yaxınlaşanda baxıb ki, bir tərəfi heç nəyi hiss etmir. Elə bil ki, daşlaşıb. Qəbristanlıqdakı kənd
camaatı ilə birlikdə köməkləşib evə gətirdilər. Həkimlər dedi ki, beyninə qan sızıb. Apardılar Bakıya... Özü deyirdi ki, mənə dəyməyin, imkan
verin ölüm. Heç Bəxtiyarın il mərasimini keçirəndə də evdə olmadı. 2017-ci ilin aprelin 18-də isə evimizin böyüyünü itirdik. Atası Bəxtiyarsızlığa
dözmədi, 54 yaşını tamam etməmiş getdi sevimli oğlunun yanına.Demişdi ki, məni elə yerdə basıdırın ki, qəbrimdən baxanda da oğlumu görüm...
Beləcə tifağımız dağıldı ...
İndi daha özümə hər şeyi haram etmişəm, bu evdə Bəxtiyarın sevdiyi yeməklərdən bişmir... Bəxtiyar kabab xoşlayardı, kətə xoşlayardı...
Bütün sevinclərim, səadətim onunla getdi... Bəxtiyar ömrümün bəzəyi idi...Əhvalımdan xəbər tutur yuxularımda. Evdə bir narahatlıq olan kimi,
ona əyan olur. Yuxularıma gəlir. Bu yaxınlarda gördüm ki, qəbrinin altından su axır. Getdim kənddəki Mollabacının yanına, istədim ki, bu yuxunu
çözsün mənə. Mollabacı dedi ki, çox ağlayırsan, ona görə də yatdığı yerdə narahatdır Bəxtiyar... Ağlamaya bilmirəm, neyləyim? O yaraşıqda, o 267
fərasətdə, o tərbiyədə oğul itirmişəm... Keçən dəfə həkimə gedib dedim ki,mənə elə bir dərman yaz ki, oğlum haqqında danışanda ağlamayım.
Həkim də dedi ki, “ana, onda gərək sənin ürəyini dəyişək...”.
Aprelin 1-i kiçik qardaşı əsgərliyini bitirib gəldi. Bəxtiyar da məzuniyyətini aprel ayına saxlamışdı ki, qardaşı ilə birlikdə dincələ bilsinlər.
Yazın əvvəlində qohumların bir xeyir işinə getmişdim. Orada gənc bir qız gördüm. Xoşuma gəldi. İstəyirdim ki, Bəxtiyarı tez evləndirəm. Dedim
ki, oğul, ailəmizə uyğun olan bir qız seçmişəm. Dedi ki, “indi ki, istəyirsən, evlənərəm”. Seçdiyim qızı özü də bəyəndi. Bibisi uşaq vaxtında
Bəxtiyar üçün bir üzük almışdı. Elə özümüz gedib qıza həmin üzüyü hədiyyə verdik, Bəxtiyara ad elədik. Belə qərara gəldik ki, Bəxtiyar
məzuniyyətə gələndə, təmtərqalı nişan edərik. Amm sən saydığını say, gör fələk nə sayacaq. Bəxtiyarı 1995-ci il iyunun 14-də yaşadığımız
Goranboy rayonunda dünyaya gətirdim. Məktəbi də yaxşı oxuyurdu. Fikirləşirdim ki, Bəxtiyar ya coğrafiya, ya da tarix müəllimi olar. Tarixi və ya
coğrafiyanı bitirib, yaxınlığımızdakı Naftalanda turizm şirkətlərinin birində işləyər.7-8-ci sinifdə oxuyanda televiziyada kəşfiyyatçılar, qara
maskalı hərbçilər haqqında bir veriliş gördü. Həmin gündən etibarən dedi ki, məktəbi bitirəndən sonra hərbçi olacaq. Əvvəl fikirləşdim ki, uşaqdır
da, dediyi bu sözü unudar. Ancaq böyüdükcə, bu arzusunun qanadlarında uçduğunu bildim. Mənim atam Rəsul kişi yaşlı olsa da, Qarabağ davası
başlayandan sona qədər döyüşlərdə olub. Ona köhnə silahdaşlarının hamısı “Mayor” deyə müraciət edirdilər. Kişi adətən müharibədə gördüyü o
ağır qanlı-qadalı xatirələrini dilə gətirməzdi. Lakin Bəxtiyar tez-tez babasından həmin döyüşlər haqqında soruşar, elə bil ki, özü üçün ayrıca tarix
yaradardı. Sonra əsgər yola saldıq. Andiçmə mərasiminə gedəndə bu uşağı çox sevincli gördüm. Səbəbini soruşanda dedi ki, “ana, buraya o
maskalı hərbçilər gəlib, onlarla tanış oldum. Onlarla dost olmalıyam ki, məni də öz sıralarına yazsınlar”. Narahat oldum, amma fikrindən
yayındıra bilmədik.6 ayı tamam olanda isə bibisi ilə getdim yanına. Gördüm ki, yaman bikefdir. Səbəbini soruşdum, yenə dedi ki, “atama deyin ki,
kimə sözü keçirsə, məni Xüsusi Təyinatlıların Qərargahına yazdırsın. Yoxsa ki, oraya düşməsəm, özümü öldürəcəyəm. Evə qayıdan deyiləm...”.
Bəxtiyarın görüşündən kor-peşiman halda evə gəlib, atasına onun sözlərini çatdırdıq. Kişi də dedi ki, oraya adamı sözlə deyil, əməli, işi ilə
qəbul edirlər. Günlərin bir günü isə bizə zəng etdi. Telefonda səsi elə gümrah, elə sevincli idi ki. Sevincək dedi ki, “ana məni təbrik edə bilərsiniz,
artıq Xüsusi Təyinatlıların kursuna qəbul olunmuşam”. İçərimdə elə bil nəsə qırıldı. Ancaq dildə təbrik etdim onu. Dedim ki, haraya təyin
olunsan, yaşayış yerin harada olsa, bizə xəbər elə ki, nigaran qalmayaq. Tanrı istədiyi arzularına elə tez çatdırdı ki balamı... əvvəlini verdi,
sonrasını aldı əlindən.
Bəxtiyar əsgər getdiyi bir gündən ağlayardım, darıxardım onun üçün. Elə bil içimdə bir həsrət var idi. Deyirdim ki, mən səndən ayrı qala
bilmərəm. Könlümü alıb deyirdi ki, “ana, məndən nigaran olma, işin çətini yaxşıdır, bu məktəb də əsl kişilik məktəbidir”. Kursu bitirəndən sonra
evə gəldi. Qohum-qonşular da gəlib başımıza yığılıb, gözaydınlığı verdilər. Bəxtiyar qonaqlı-qaralı, şənlikli evi çox sevirdi. Məktəbi bitirəndə,
əsgər gedəndə, ad günü olanda bu evdə bir dəsgah qurduki... Sanki bilirmiş ki, ömrü belə qısa olacaq... Onun haqqında nə qədər danışsam,
xatirələrim bitməz...
Əsgərliyinin 1 ili tamam olanda artıq Bəxtiyarı gizir-kəşfiyyatçı seçmişdilər. Atası Rəfael fəxr edirdi, yaman güvənirdi ona. Oğlumuz şəhid
olanda özünü sındırmadı, el içində özünü şax göstərdi, hətta adamların içərisində kiçik oğlum Etibara və Bəxtiyarın yasına gələn dostlarına ürək-
dirək verdi. Rəfael mərd kişi idi...
İşini, peşəsini çox sevirdi. Deyirdi ki, “ana, mən sadə gizir olmayacağam. Ali məktəbə qəbul olunub, hərbi sistemdə vəzifə
qazanacağam”. Deyirdim “ay bala, işin çətindir axı”. Deyirdi ki, “ana, işin çətini yaxşıdır da”. Gənc olsa da, bir çox yaşıdlarından fərqli olaraq 22
yaşlı balam evin-ailənin qayğısına qalan, dərdimizi çəkən uşaq idi. Elə istəyirdi ki, evdə bir çatışmazlığımız olmasın. Çalışırdı ki, hamıdan baş
olaq, yaxşı yaşayaq. Hətta Bakıda özünə ipoteka ilə ev götürmüşdü... Mən istədim ki, evi saxlayaq onun adına, atası dedi ki, balamın özü 268
olmayandan sonra, boş qalmış ev nəyimə lazımdır... Evi satıb, məzarının böyür-başını düzəltdirdi. Bəxtiyar aylıq maaşını mənə gətirirdi, hər dəfə
qonşuluqda bir kasıb ailə var, maaşın üstündən götürüb o ailəyə verirdim ki, oğlum üçün dua etsinlər, Vətən qoruyur, düşmənlə üz-üzədir.
Fikirləşirdim ki, yoxsul adamların duasını Allah tez eşidir. O duaların savabına oğlumu da qəzadan-bəladan qoruyar. Hər gün neçə dəfə əllərimi
Tanrıya açıb dua edirdim ki, balamı tufandan-qasırğadan qorusun. Sən demə tufan-qasırğa elə qapımızı güdürmüş...
Bir gün yuxumda gördüm ki, qaynanam gəlib, baldızımın əlindən tutub aparır. Mən də onları evdən çıxardıram, səs-küy salıram ki, çıxın
gedin. Qaynanam baldızımın əlindən tutub dayanır darvazanın ağzında. Bir də baxıram ki, darvazanın o biri üzündə bütün kənd camaatı yığılıb.
Rəfael də onların arasındadır. Gedib-gəlir, ancaq həyətə girmir. Bəxtiyarı da həmin adamların içərisində axtarıram. Bəxtiyarın özünü görməyəndə,
kiçik oğlum Etibarı çağırıb, bağrıma basıram. Qoymuram darvazaya tərəf getsin... Bu gördüyüm yuxunu qonşuma danışıb demişdim ki, mənim
yuxularım məni aldatmır. Ailəmizi nəsə pis xəbərlər gözləyir...”.
Bəxtiyar hər gün mənə zəng edərdi. Atası da deyirdi ki, uşaqla az danış, işdən gəlib, qoy rahatlansın, istirahət etsin. Həmin hadisələr baş
verəndə isə nə qədər zəng vurdumsa, telefonuna zəng çatmadı. Günlər keçdikcə, narahatlıq hamımıza siyarət etdi. Mən elə hey ağlayıb qohum-
əqrabaya deyirdim ki, balamdan mənə bir xəbər gətirin. Aprelin 6-da televizora baxırdım. Yenə dedilər ki, şəhidlərimiz var. Ağlamağa başladım,
həm oğluma görə ürəyim qubar etmişdi, həm də şəhidlərin anasına yazığım gəldiyi üçün ağladım. Fikirləşdim ki, bunların anası necə dözəcək belə
ayrılığa? “Space” televiziyasındakı “Xəbərlər” proqramını aparan bir oğlan elan etdi ki, neytral ərazidə qalan əsgərlərimiz var. Özümdən asılı
olmayaraq, qışqırıb dedim ki, Bəxtiyar da yəqin ki, olanların arasındadır.
Bəxtiyarın dostlarına da zəng edirdik, heç biri doğru-düzgün bir söz demirdi.Qohumlar gəlib məni sakitləşdirdilər, hətta bir nəfər hərbçi
tanışımız dedi ki, sabah özü gedib, Bəxtiyarı evə gətirəcək. İnandırdı hamımızı. Başladım, sabaha hazırlıq görməyə ki, oğlumu qarşılayım... El-oba
da məni tək qoymurdu, hərə gəlib bir söz deyir, təsəlli verib gedirdi. Hətta kəndimizdə hərbçi bir oğlanın neytral ərazidən çıxıb gəldiyi deyiləndən
sonra, Bəxtiyarın qayıdacağına inamım daha da artdı. Bir hərbçi isə dedi ki, özü Bəxtiyarı görüb, bir-iki günə əməliyyat bitəndən sonra qayıdıb
gəlməlidir. İnanıb, sevindim...Aprelin 9-u mətbəxdə qab-qacaq yuyurdum. Darvazanın ağzında nəsə get-gəl var idi. Heç nə anlamadım. Elə bu
vaxt Rəfael gəlib mənə nəsə dedi. Elə bildim ki, deyir ki, çay hazırla... Birdən elə bil ki, dediyi söz mənə çatdı. Həyətə baxanda gördüm ki, kənd
adamları ilə doludur... Dedilər ki, Bəxtiyarı gətirirlər...
Və həyətimdə Bəxtiyarın müsibəti qopdu... Özümə gələndə oğlumun tabutunu gördüm... Nişanladığımız qız da gəlmişdi... başdan-ayağa
qara geyinmişdi... Mən o qızı bu həyətə ağ gəlinlik libasında gətircəkdim, “Vağzalı” ilə toy çaldıracaqdım...Balam üçün bu həyətdə çalınacaq
“Vağzalı” əvəzinə şaxsey-vaxsey səsləndi.
Mənim balam hər şeyin gözəlini sevirdi. Gözəl dostları var idi... Onu gözəl dəfn etdilər. Onu bayrağımız kimi göylərə ucaltdılar...Ancaq bu
həyətdən təkcə bir Bəxtiyar getmədi... Bəxtiyardan iki ay sonra baldızım, baldızımdan sonra isə uşaqların atası Rəfael tərk etdi bizi... Gördüyüm
yuxu çin oldu. Bir ona yanıram ki, kaş öləndə yanında olaydım, barı son arzusunu həyata keçirəydim, barı görəydim, axırıncı sözü nə oldu,
yarasından öpəydim, başın tumarlayaydım...
Görəsən balamın xəbəri oldumu ki, bizi necə ağlar qoydu... Müharibə çıxaranın, silah alveri edənin evi yıxılsın... Nə qədər günahsız
canlara qıydılar, nə qədər evi mənimki kimi istisiz, işıqsız, böyüksüz qoydular...Yaraşıqlı Bəxtiyarım, boylu-buxunlu Bəxtiyarım...
Bəxtiyar yaşı az olsa da, dostları-yoldaşları arasında çox bacarıqlı bir kəşfiyyatçı etimadını qazanıbmış. Son anına qədər bütün əsgərlərimiz
kimi cəsarətlə, mərdanə vuruşub. Dəfələrlə dostlarını mühasirədən qurtarıb. Bizim əsgələrin heç biri döyüş meydanından qaçmayıb. Sadəcə hansı
yollasa, aprelin 4-ü səhər tezdən polkovniklər Raquf Orucov və Vüqar Yusifovun da döyüşdüyü bölüyün koordinatını müəyyən edən ermənilər,
onların dayandığı yerə top mərmiləri atıblar.”(https://modern.az/az/news/154115).
Rəsul Qurbanov (babası): “Azərbaycanın vətənpərvər, vətənini sevən bir oğlu idi. O, vətəni sevməyi, elə təkcə dildə deməklə yox, əməli
ilə sübut elədi. Bəli, o, şəhid oldu, onun yoldaşları da şəhid oldu.”
Həvayət Həsənova (Qızılhacılı kənd orta məktəbinin direktor müavini): “Bəxtiyarın xatirəsi hamı üçün əzizdir. Çox hörmətli uşaq
olub. Məktəbdə onun adına guşə hazırlanır. Bu yaxınlarda guşənin açılışı olmalıdır. Bəxtiyar həqiqətən qorxmaz oğlan idi. Öhdəsinə düşən işin
öhdəsindən gəlirdi. Çətinliklərin heç birindən qorxmurdu. İstəyirdi ki, üzərinə düşən işi layiqincə yerinə yetirsin. Ona görə də Sevə-sevə getdi bu
sənətə. Onu heç kim məcbur etmirdi. Vətəni ürəyi istədiyi kimi qorudu. Qismətində bu vardı - şəhidlik. Şəhid oldu”. (https://lent.az/news/261968).
Səfər Səfərov (qohumu): “Bəxtiyar Hüseynov çox ağıllı, qoçaq oğlanlardan biri idi. Bunu uşaq yaşlarından sübut eləmişdi. Allah ona
rəhmət eləsin. Öz vətənpərvərliyini şəhidliyi ilə sübut etdi. Arzu edirəm ki, bütün cavanlarımız onun kimi vətənpərvər olsun. Şəhidliyi heç kəsə
arzulamıram. Amma onun kimi vətənpərvər olmağı bütün cavanlara arzulayıram”.
Yaşadıqları küçəyə ölümündən sonra şəhid Bəxtiyar Hüseynovun adının veriblər.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
269
270
271
GİZİR ŞAHİN YAŞAR OĞLU CAVADZADƏ
“Vətən hissi izahedilməzdir, biz onu analıq hissinə bağlayırıq.” ( M.M.Prişvin)
Doğum tarixi: 1994-cü il Beyləqan rayonu Şestoy kəndi. 272
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 10 aprel 2016-cı il. Beyləqan rayonu, Bolsulu kəndi, Cərzis Peyğəmbər
Ziyarətgahı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Subay idi.
Ailənin üçüncü oğlu olan Şahin Cavadzadə 1994-ci il, mayın 15-də Beyləqan
rayonunun Bolsulu kəndində anadan olub. Beyləqan şəhər Fərman Hacıyev adına 2 nömrəli
tam orta məktəbin məzunu Cavadzadə Şahin 2012-ci ilin iyul ayında həqiqi hərbi xidmətə
çağrılmış, “N” saylı hərbi hissədə xidmət etmiş, elə xidməti dövründə könüllü olaraq Xüsusi
təyinatlı qüvvələrdə 6 ay təlim keçdikdən sonra kiçik gizir hərbi rütbəsini almışdır. 2014-cü
ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başladı.
Bayrağı çox sevərdi. Öz çarpayısının başı üstünə də bayraq asıbmış. “Dünyada
bayraqdan daha gözəl nə ola bilər ki?” deyərmiş. Hətta evlərinə böyük bayraq asıbmış ki, “Bu
bayrağı mən özüm Şuşaya taxacağam”. O, Mübariz İbrahimovu özünün ideal bilirdi və onlar
kimi qəhrəmanlıqla döyüşüb Şəhid olmağı arzulayardı. Gizir Şahin Cavadzadə 2016-cı ilin
aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı “Qarabağ
bizimdir” kəlməsini deyərək gözlərini ədəbi yummuş, qəhrəmancasına şəhid olmuşdu.
Aprelin 10-u isə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salınan Şahin Cavadzadə ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə
təltif edilmişdi.
İradə xanım (anası): “Bir gün dedi ki, ana, dostumuz şəhid olub, onun evinə getmişdik. Anası elə ağlayırdı ki... Onun ağlamağını, göz
yaşını unuda bilmirəm... Ana, səndən bir xahişim var, mən ölsəm sən mənim üçün elə ağlama. Üstünə çımxırdım, dedim: - Oğlum o nə sözdür
deyirsən. Ağlamağa başladım. Ürəyim elə hər zaman səksəkədə idi. Hər balanın öz yeri var. Bilmirəm, nədirsə, onu bir başqa cür istəyirdim. Şahin
mənim dostum idi, sirdaşım idi. Həəəəə... həmin gün çox ağlatdı məni. Sonra gözümün yaşını silib, “ana, zarafat edirəm. Mən ölmərəm. Bilmirsən
ki, dağ canavarıyam. O uca bayrağımızı Şuşaya sancmayınca, ölən deyilik. Ağdamı, Şuşanı almayınca, o yerləri sənə qarış-qarış gəzdirməyincə
ölən deyiləm. Heç bir dəqiqə də olsun xəyalımdan çıxmır... Evimin səs-küyü idi, yaraşığı, işığı idi. O gələndə həyət-baca, ev-eşik gülüşlərə qərq 273
olurdu. Evimin növrağını, bəzəyini-düzəyini işığını aparıb, Şahin. Aprelin 1-də mənim ad günümdür. Bacısı Firuzənin telefonuna yazıb məni
təbrik etmişdi. “Salam canım anam. Ad günün mübarək. Hər zaman üzün və könlün gülsün. Nə yaxşı ki varsan... Hər zaman da ol... Sevimli
anam, Xızıdayam. 3-4 günə gəlib səni təbrik edəcəm. Sənə elə bir doğum günü keçirəcəm ki...” - yazmışdı. Oğlumun mənə doğum günü
hədiyyəsi Vətən uğrunda həlak olması oldu.
Güzəranımızla əlaqədar Bakıda ev tutub orda yaşayırdıq. Xidmət etdiyi hərbi hissəsi də Bakıya yaxın olduğundan, elə bilirdim ki, gözüm
Şahinin üstündədir. Elə bilirdim ki, məsafəcə ona yaxın olanda, qəzavü-qədərdən qoruyacağam. Qoruya bilmədim, balamı. Onun üçün ayırdığım
otaqda da çarpayısının üstünə Azərbaycan bayrağını vurmuşdu. Bayraq onun üçün hər şey idi. Məni təbrik edəndən 1 gün sonra, aprelin 2-dən
etibarən oğlumla heç kim əlaqə saxlaya bilmədi. Mən də adətən ağlayan deyiləm, ürəyim köksümə sığmırdı. Binəqədidə kirayə qaldığımız
evdən bütün qohum-əqrabaya zəng etdim, soruşdum. Məni aldadırlar ki, narahat olma, təlimdədir. Sən demə Talış yüksəkliyi uğrunda döyüşlərdə
həlak olub...
2015-ci ilin oktyabr ayında maşını ilə qəza keçirmişdi. O maşından sağ-salamat çıxmışdı. Burnu da qanamamışdı. Xəbəri eşidib təlaşla
zəng vurdum. Özü telefona cavab verib dedi ki, “ana, narahat olma, sağ-salamatam. Təki sən ağlama”. Şahin bu dünyaya sevinc paylamaq üçün
gəlmişdi. Mavi gözləri hər zaman gülərdi. Ağlamağı sevməzdi oğlum... Ancaq dayana bilmirəm axı... Aprelin 8-i bizə dedilər ki, Şahin yaralıdır.
Bərdədən Beyləqanın xəstəxanasına gətirəcəklər. Bir Allahın xəbəri oldu məndən ki, Bakıdan kəndə necə gəlib çatdım. Baxdım ki, kəndimiz,
yollar qatı dumana bürünüb. Bu kənd , bu yerlər indiyə kimi elə duman görməmişdi. Balamın həlak olmasına təbiət də yas tutmuşdu, qatı dumana
bürümüşdü dünyanı. Fikirləşirdim ki, bəlkə zarafatdır, bəlkə o dumanların içərisindən indi çıxacaq...”.
Əsəd bəy (əmisi): “Bütün qardaş balaları, bir yana, Şahin bir yana idi. Şahinlə xüsusi dostluğumuz var idi. Axırıncı dəfə mart ayının 28-də
Beyləqana gələndə oturub əmi-bala xeyli söhbət etdik. Vətəndən, dostdan-tanışdan, hətta istədiyi qızdan da danışdı. Biz ailədə 10 uşaq olmuşuq.
Şahin isə ailəmizin ilk şəhidi deyil. 1993-cü ildə 18 yaşlı qardaşım Akif də elə həmin Talış yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak
oldu. Şahin üzünü görmədiyi, nəfəsini duymadığı o gənc şəhid qardaşımla yanaşı eyni qəbristanlıqda dəfn olunublar. Fərq ondadır ki, Şahin
qələbəmizdən xəbər tutdu. Akif isə nigaran getdi. Vətənpərvərlikdə elə Şahin də üzünü görmədiyi qardaşıma bənzəyirdi. Ancaq Şahinin şəhidliyi
Akifin şəhidliyinə bənzəmir. Şahinin şəhidliyini el-oba, Vətən bayram kimi qaraşıladı. Lap türk elimizin dastanlarında olduğu kimi, el-oba aprel
döyüşü şəhidlərini çox ucalara qaldırdılar. Əlbəttə, bu vətən torpağı uğrunda canından keçən hər bir əsgərimiz, şəhidimiz bizim üçün doğmadır.
Şahinə Tanrı bir qız gözəlliyi vermişdi. İşığına yol getmək olardı. Nə qədər həyatsevər, enerjili idi. Çox qürurlu idi. Hərbi qulluğa ehtiyacdan
getməmişdi. Şükür Tanrıya ki, dolanışığımız pis deyil. Onun ehtiyacı torpaq idi. Görünür elə bu torpağın da ona ehtiyacı var imiş. Halal xoşu
olsun. Şahin kəşfiyyat komandiri Elvin Namazovun qrupunda gizirlər Seymur Baxışov, Sərxan Bayramov, Toğrul Fərəczadə, Teymur Qasımov,
Bəxtiyar Hacıyevlə erməni tərəfə keçərək onlara verilən tapşırığı yerinə yetirərkən, qəhrəmanlıqla həlak olublar. Qanlarının əvəzi olaraq, Talış
yüksəkliyini əldə ediblər. Aprelin 3-də düşmən tərəfin atdığı mərmilərin partlaması nəticəsində həlak olublar. Yoxsa ki, onlar dağ canavarları
idilər. Onlar düşmənə elə belə can verməzdilər. Hərbi hissədə qulluq etdikləri zaman o qədər uğurlu əməliyyatları olub ki... Şahin özü deyirdi ki,
“biz o qəhrəmanların davamçılarıyıq. O şəhidlərin yolunu tutmalıyıq, onlar bizim şərəfimiz və sədaqətimizdir!!! Biz şəhid verməyə və o itkiyə
dözməyə öyrəncəliyik…Bu yolu da Şahin özü seçmişdi... Bu da bizim nəslin alın yazısıdır... Neyləyə bilərik ki…
Yaşar bəy (əmisi): “Qardaşım Akif şəhid olanda 1993-cü ildə çox çətinliklər gördük...
Ancaq Şahin döyüşə bilirdi, Şahin sağ da qala bilərdi... Bilmədim nədən oldu? Artıq hərbi sahədə püxtələşmişdi. Boyuna baxıb fəxr
edirdim. Həmin gün topların, mərmilərin səsindən ev silkələnirdi. Biz nə biləydik ki, Şahin elə gəlib bu yollardan keçib, düşmənlə üzbəüz döyüşə 274
gedib. Biz burda rahat yatarkən, öznün dediyi kimi, o bizi qoruyurdu. Ancaq ki, həmişə söhbət düşəndə deyirdi ki, “mən elə bir iş görəcəm ki,
mənimlə fəxr edəcəksiniz”. Sən demə özü arzuladığını bilirmiş... Ürəyindəkini biz bilmirdik. Dəftərində yazmışdı ki, hər oğul şəhid ola bilməz.”
Füruzə xanım (bacısı): “Dünən yenə qar yağmışdı. Çıxdım həyətə, qara nifrət elədim, bilirsiniz niyə? Çünki Şahin qarı çox sevirdi. Uşaq
vaxtı qarda oynadığımız günləri xatırladım. İndi ancaq xatirələrlə yaşayıram. Bu yaşayış deyil, əzabdır mənim üçün. Onu xatirələrdə axtarmaq
mənim üçün çox çətindir. İnanmaq istəmirəm... Şahin heç vaxt bizə problem yaşatmadı, onu bir dəfə də kədərli görmədim, bir dəfə xətrimə
dəyməyib ki, o incikliyimi xatırlayım... Bu evimiz o gələndə toyxanaya bənzəyirdi. Sevdiyi mahnıların sədaları altında qol götürüb oynayardı...
Onun bir oynamağı var idi ki... İndi toylarımız darıxacaq Şahin üçün... Şahin toylarda Vətən ruhlu, MARŞ havalı mahnılara oynayardı. Ən çox
sevdiyi isə “Azərbaycan oğluyam” mahnısı idi. 3 gün görməyəndə darıxırdım... İndi bir gör getdiyi neçə vaxtdır... Neyləyim mən? Kimdən alım
Şahinimi? Kimdən soruşum qartal gözlü Şahinimi? Elə bilirəm ki, yenə qapı açılacaq, yenə Şahin şaqraq gülüşləri ilə evimzə sevinc, şadlıq
gətirəcək... Sən demə bizim mələk deyib göydə axtardıgımız mələklər elə yanımızda olurmuş... Mənim də mələk kimi bir qardaşım var idi...
Fərqində deyildim... İnanmazdım ki, məni bu yerlərdə qoyub gedə bilər... Torpaq məndən güclü oldu...Onu bir də görmək üçün, bütün ömrümdən
keçərəm... Qardaş necə şirin olurmuş... Bəs deyilmi bu axan qanlar... Vətən hələ neçə oğul verməlidir axı?! Bilmək istəyirəm ki, sonu nə zaman
gələcək Şəhid yolculuğunun... Mən istəmirəm ki, daha bacıların gözü yolda qalsın... Mən dünyamıza sülh istəyirəm......”
Şahin Cavadzadənin öz sözləri ilə bitirirəm: “Kazarmadan çölə çıxdım. Külək elə sərt əsirdi ki...Yağan yağış da gözlərimə iynə kimi
batırdı. Bir siqaret çəkməyə külək və soyuq imkan vermirdi. Biz 2 min-3min km yüksəklikdə Sizi qorumaq üçün burdayıq. Hərdən fikirləşin,
yada salın ki, o əsgər postlarında dayanan oğullar nələr çəkir. Azərbaycan əsgəri Vətəni belə qoruyur! Allahım sən özün əsgərlərimizi qoru ...
Havanın soyuğu, qarı, yağışı bizi qorxutmaz! Çünki biz dağlarda da, aranda da, yaylaqlarda da Vətənin keşiyini çəkirik. Xalqımızın,
Dövlətimizin var olması, yaşaması üçün bizim kimi oğulları var! Sən rahat nəfəs al. Bizim kimi övladların tükənməyib, VƏTƏN!”.(
https://oxu24.com/az/qarabag/116/ana-sndn-bir-xahiim-var-lsm-sn-mnim-n-el-alama/).
Hərbi təlimlərin birindən sonra sosial şəbəkədəki səhifəsində yazmışdı: “Sizin “fantastika” deyib izlədiyiniz filmlər bizim
həyatımızın canlı şəkilləridir. Siz rahat yatarkən, biz sizi qoruyuruq. Yuxunuz şirin olsun. Rahat yata bilərsiniz. Biz növbədəyik...”. 2016-cı
ilin mart ayının 3-də isə bu sözləri yazdı: “Hələ ki, bədənimdə qan qalıbsa, nəfəs ala bilirəmsə, düşmənin qarşısından bir addım da geri
çəkilmərəm... mənim son yerim Qarabağımdı... Qana qan, cana can alacağam inşallah...”(https://oxu24.com/az/musahibe/1767/aprel-hidi-ahin-
cavadzad-yaasayd23-ya-olacaqd-reportaj/).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
275
276
277
GİZİR BABƏK VƏFADAR OĞLU ABİDOV
“Vətən eşqini artırmaq üçün ən əmin yol, bir müddət xarici bir məmləkətdə
qalmaqdır.” (V.Şekspir)
Doğum tarixi: 3 may 1992-ci il. Şabran rayon Zeyvə kəndi 278
Vəfat tarixi: 3 aprel 2016-cı il. Tərtər istiqamətində gedən döyüşlər
Dəfn edilib: 9 aprel 2016-cı il. Şabran rayon Zeyvə kəndi
Qoşun növü: A.R.Quru Qoşunları
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
3 may 1992-ci ildə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olan Kiçik
gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son
mənzilə yola salındı. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif edildi. (https://az.wikipedia.org/wiki/Bab%C9%99k_Abidov).
Abidovlar ailəsi Babəyi sonuncu dəfə Novruz bayramında görüblər. Anası Simnarə ilə 27 mart
gününün səhəri danışıb. Ana oğlunun kefsiz olduğunu hiss edib, narahatlıq keçirib. Lakin sonradan Babək
ata-ananın, qohum-əqrabanın zənglərinə cavab verməyib.
Vəfadar Abidov (atası – Zeyvə kəndinin məktəbində fizika-riyaziyyat müəllimidir): “Oğlumun tabutunu aprelin 9-da gətirib verdilər.
Heç açmağa da qoymadılar. Babəklə birlikdə sayılıb-seçilən oğullar həlak oldu, komandirləri Murad Mirzəyev idi. Murad Mirzəyev ancaq mənim
oğluma həyatını etibar edirdi. Ona görə də komandir əsgərini ön sıraya öz yanında aparmışdı. Həm özü həlak oldu, həm də oğlum. Onlar hamısı
Azərbaycana dayaq idilər. Bu cür oğulları itirdi Vətən. Oğlum həlak olandan sonra sənədlərini almaq üçün Yaşmadakı hərbi hissəyə getdim. O da
MAXE idi. Bir də gördüm ki, sir-sifəti yanmış, bir qoluni itirmiş cavan oğlan yanaşdı mənə. Gözləri də yaxşı görmürdü. Məni qucaqlayıb dedi ki,
“əmi, mən bu gün əlsiz, gözsüz, yarımçıq canımla sağam. 2014-cü ilin avqustunda ermənilərlə qızğın döyüşlərdə minaya düşdüm. Babək məni öz
avtomobilinə qoyub apardı hospitala... İndi Babək kimi oğul yoxdur, mən isə onun sayəsində sağam. Bir gün də onların generalı Hikmət
Mirzəyevin qəbuluna getdim. Əvvəl oğlum haqqında soruşdum ki, görüm necə əsgər olub? Hikmət Mirzəyev ondan çox razılıq elədi. Dedi ki,
Babək öz ölümü ilə min nəfəri ölümdən qurtardı. Dedi ki, oğlum elə bir qəhrəmanlıq edib ki, bunlar haqqında gələcəkdə danışılacaq. Və əlavə etdi
ki, oğlumun Milli Qəhrəman adına layiq görülməsi haqqında iki dəfə təqdimat da yazıb verib. Babək Şabranın Zeyvə kəndinin 7-ci şəhididir.
Demirəm ki, adı Zeyvədə əbədiləşdirilsin. Onlar Azərbaycan uğrunda döyüşüblər. Bu ölkənin hər yerində onların adını əbədiləşdirmək olar axı. 279
Biz dağ adamlarıyıq. Dilimiz də dağ tatlarının dilidir. Bu dağlar Qaçaq Mayılın oylağıdır. Yalnız o vaxtlar Əfəndilər və Qaçaq Mayıl gələndən
sonra burada ermənilərə divan tutublar. Onları bu dağlardan ilim-ilim itiriblər. Bu yerlərin adamları, dağlarımız kimi vüqarlı, çaylarımız kimi
coşqun, bulaqlarımız kimi dumduru və büllurdular. Bizim hər bir oğlumuzun, qızımızın canında qeyrət, Vətən təəsübkeşliyi var. Qaçaq Mayıl,
Şeyx Şamil bu yerlərdə at oynadıb. Bu yerlərin havası-suyu adamı qəhrəman edir. Bu dağlar elə kişilər yetişdirib ki... Hərbiyə də kəndin cavanları
həm Vətən təəssübü çəkdiklərindən, həm də maaşı yaxşı olduğundan getdilər. Başqa nə iş var ki... Hamı işsizdir. Valideyn kimi prezident
təqaüdünü də Şabran rayon Sosial müdafiə şöbəsindən ala bilmirik. Bizi get-gələ salıblar. İki dəfə sənəd toplayıb vermişəm. Bilmirəm daha nə
edim. Oğlumun maaşı ilə dolanırdıq. Mənim bir böyrəyimi əməliyyat edib götürüblər, yoldaşımın da sinəsində problem var. Hər ikimiz onkoloji
xəstəyik. Mən Cavadzadə adına Xəstəxanada, yoldaşım isə Bakıdakı Onkoloji xəstəxanada qeydiyyatdadır. İndi pulumuz çatmadığından daha
müalicəyə də getmirik. Ailədə tək mən işləyirəm. Müəllim maaşı ilə dolanmaqla həkimə getmək olmur.”
Simnarə xanım (anası): “Mən oğlumdan heç doymadım... Hərbi xidmətə yollanandan sonra, öz yolunu özü müəyyən etdi. Hərbini sevib-
seçdi. Heç biri evlənməyib. Elçinin 30 yaşı var. Lakin, hazırlaşırdıq ki, Babəyi evləndirək. Deyiklisi var idi. İndi o qızın da üzünə baxa bilmirəm.
Gəlir bu həyətə , məlul-müşkül dayanır, baxıram ürəyim yanır. O qızın da yanında üzüqara hesab edirəm özümü. Bu nə bəxt, bu nə tale idi?! Bəlkə
də bir nişanəsi qalsaydı, belə yandırmazdı bizi. Dəfələrlə qulluq etdiyi hərbi hissədən təşəkkür məktubu, medal almışdı. Komandiri Murad
Mirzəyev, Pəncəli, Mirsalam, Elnur İsgəndərov, Sahil hamısı birlikdə şəhid oldular. Talış kəndini alıb, sonra rahat olublar, amma ardınca
ermənilərin atdığı mərmilərdən həyatlarını itiriblər. Hamısı da qanaxmadan ölüb. 5 gün üzüqoylu torpaqda qalıb cansız bədənləri. Mənim oğlum
erməniyə can verməzdi. Neçə il idi Xüsusi Təyinatlı Dəstədə qulluq edirdi. Qırmızı beretlilərdən idi. Dəfələrlə gedib, ermənilərdən qisasımızı
alıbmış. Bunu oğlum həlak olandan sonra bildik. Bizim düşmənçiliyimiz erməni ilə tarixən olub. Bu kəndimizin ayağında Qəni dərə deyilən bir
yer var. Əsl adı “Qanlı dərə”dir. El içində sonradan belə deyiblər. Balaca uşaqlar idik. Bir gün nənəmizdən soruşduq ki, “ay Gözəl nənə, o dərəyə
niyə “Qanlı dərə” deyirlər?”. O zaman nənəmin danışdıqlarından dəhşətə gəldik. Nənəm dedi ki, bu söhbəti danışmayaq, bizi tutarlar. Nənəm belə
danışdı ki, bunlar balaca uşaq olanda, ailəsi həyətdə oturub samovar qalayıb ki, çay içsinlər. Bir də görüblər ki, qətrə-qoşunla silahlı-sursatlı
ermənilər hücum edirlər kəndə. Həyətə girib uşaqların gözü qabağında nənəmin atasını döyüblər, babam bunlarla baş-başa gəlib, vuruşub, tabe
olmayıb. Belə görəndə qaynar samovarı götürüb bağlayıblar babamın kürəyinə, qaçırıblar aşağı-yuxarı, kişi yıxılıb, uşaqlarının, gözü qarşısında
canını tapşırıb. Nənəm deyirdi ki, həmin gün aşağıdakı dərədən su əvəzinə qan axıb. Ermənilər bu kəndlərdə o qədər adam qırıblar ki, gəl
görəsən...
Mübariz İbrahimovun anasına televizorda qulaq asanda eşitdim ki, deyir əvvəl necə xoşbəxt olmuşuq. İndi Mübarizin anasını başa
düşürəm. İndi bilirəm ki, şəhid anası olmaq, unudulmaq nə deməkdir, xoşbəxt olmaq nə deməkdir. Gözüm o qapıda qalıb. Elçini dilə tuta
bilmirəm. Dünən gediblər ot çalmağa. Ata-bala dəryazı atıb gəliblər ki, kimin üçün edirik ki, bu tədarükü... Elçin deyir ki əvvəllər nə iş görsə,
fikirləşirdi ki, qardaşıyla ikisi üçündür. İndi daha heç bir arzusu yoxdur. Özünə gələcək arzu etmir. İndi oğlumuz haqqında bir təzə söz eşitmək,
təsəlli almaq üçün qapı-qapı şəhid evlərini gəzirik. Gah Xızıya gedirik, gah Neftçalaya gedirik, gah Astaraya... Heç yerdən Babəyi tapmırıq.
Barəsində bircə söz eşidəndə belə, ürəyimiz təsəlli ilə dolur”.
Sevdiyi qız: “Babək məndən bir neçə yaş balaca idi. Həkiməm. Mənim qəbuluma gələndə tanış olmuşduq. Onun böyrəklərində ciddi
problem var idi. Neçə dəfə dedim ki, sənə ordudan təxris olunmaq lazımdır, razı olmadı. Bir neçə dəfə müayinəyə gələndən sonra, məni sevdiyini
dedi, əvvəlcə güldüm. Başımdan elədim. Nuh dedi, Peyğəmbər demədi. Əl çəkmədi məndən. Axır ki, saqqızımı oğurlaya bildi. 2013-cü ilin avqust
ayında ilk dəfə görüşə çıxdıq. Və ondan sonra bəxtəvər günlərimiz başladı... Bütün bayramlarda mənə ən gözəl gül buketləri gətirərdi. Onun
verdiyi gülləri nəyə görəsə qurudub saxlamışam. Çiçəkləri son ümid kimi yenə də saxlayıram. Ölən sevgimin əklilidimi, çiçəkləridimi deyim
bimirəm, ancaq o qurumuş çiçəklərdə bir dünya sevgi xatirəsi var. Hər ləçək bir gündür, bir andır. İndi Babəkin telefonunu və nömərsini də mən
işlədirəm. Bu telefondan özümə, öz telefonumdan isə Babəyə məktublar yazıram. Özüm yazıb, özüm də Babəyin əvəzinə cavab verirəm. Babəyin
bütün xasiyyətlərini bildiyimdən, verdiyim suallara, cavablar da aydındır.
Babək mayın 3-də 1992-ci ildə dünyaya gəlmişdi. 2016-cı il aprelin 3-də isə mənim və anasının dünyasını tərk etdi. Namazlarım və
dualarım qəbul olmadı.
Mən Babəyimin dəfninə çata bilmədim... Ondan xəbər gəlməyən həmin günlər dəli ceyrana dönmüşdüm. Bir Allahın məndən xəbəri oldu. Getdim
sevdiyimin evinə... Bakıdan Zeyvə kəndinəcən olan yollar necə uzun imiş. Elə bilirdim ki, mən oraya çatsam, Babək oyanacaq. Çatmadım. Ağ
gəlinlik libasında, fatada gəlməli olduğum həyətə qara paltarda, qara örpəkdə gəldim. Babəki dəfn edib gələndən sonra, təzəcə yuxlamışdım ki, bir
də gördüm ki, başımı kimsə tumarlayır. Üzümə Babəkin nəfəsi toxundu, əli ilə saçlarımda sığalını hiss elədim. Tez diksinib ayıldım, gördüm ki,
mənə əl eləyib qapımızdan çıxdı... Özüm həkiməm... Məni kimsə aldada bilməz. Amma çoxları inanmayacaq ki, mən onun nəfəsini həqiqətən hiss
etdim. Bir də ki, kiminsə inanmağının nə fərqi var, əsas odur ki, mən özüm inanıram ki, mənimlə varlığında olduğu kimi vidalaşan Babəyim idi.
İndi daha Babəkgilin evinə tez-tez gedib gəlirəm. Dəfnindən 7 gün sonra, ad günündə, Silahlı Qüvvələr günündə getmişdim kəndə. Bir dəfə gedib
bir ağacın altında dayandım. Bir də gördüm ki, Simnarə xala mənə deyir ki, “ay qızım, niyə o ağacın altında dayanmısan?”. Cavab verdim ki, “nə
bilim vallah”. Simnarə xaladan öyrəndim ki, sən demə Babək həmişə bu ağacın altında dayanarmış. O həyətdə, o kənddə hər yerdə Babəyin əl 280
izləri var.”(Aida Eyvazlı. Bir şəhidin məhəbbət dastanı. 525-ci qəzet.- 2016.- 13 avqust.-
S.14.http://www.anl.az/down/meqale/525/2016/avqust/503215.htm).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
281
282
283
284
285
GİZİR ELVİN SƏDRƏDDİN OĞLU QAYIBOV
“Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur.”
(A. Qalan)
Doğum tarixi: 26 dekabr 1989-cu il. Xaçmaz rayonu, Əbilyataq kəndi. 286
Vəfat tarixi: 4 aprel 2016-cı il. Füzuli ətrafı döyüşlərdə.
Dəfn edilib: 5 aprel 2016-cı il. Xaçmaz rayonu, Əbilyataq kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Ailənin tək oğlu olub. Evli idi. Övladı yoxdur.
1989-cu ilin 26 dekabrda Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Çavuş Elvin
Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Elvin Qayıbov Xaçmaz rayonunun Əbilyataq kəndində son
mənzilə yola salındı. Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif edildi. (https://az.wikipedia.org/wiki/Elvin_Qay%C4%B1bov).
Sədrəddin Qaibov (atası): “İki qızım var. Oğlum tək idi. 1989-cü il dekabırın 26-da doğulub. Çox
çətinliklə böyütmüşəm. Əziyyətimiz çox olub. Onun əli iş tutandan sonra, dadımıza çatdı. Ağır işdə işləyirdi,
tank mexaniki idi. Baş mexanik dərəcəsini yenicə almışdı. Mart ayında evə gəldi. Bədənində narahatçılığı var
idi. Ona görə Qubadakı klinikada onu əməliyyat etdirdim. Arayışı sonra aparıb hərbi hissəyə verdi, 15 gün
istirahət verdilər ki, yarası birləşsin. Elvinin bədəni dəmir kimi idi. Mübariz kimi bir oğlan idi. Elə boy buxundan, sifətdən də ona çox oxşayırdı.
Axırıncı gün onu bu həyətdən yola salanda həmişəki kimi kövrəldim. Mən xasiyyətcə çox kövrək insanam. Kürəyimə vurub dedi: “Ata, gedirəm,
yenə gələcəyəm”. Son ümidim, arzum, köməyim idi… balamın qanı yerdə qalmasın. Bəlkə onda rahatlanaram. Nə qədər ki, balamın qanı
alınmasa, onun özü də narahat olacaq”.
Əfşan xanım (anası): “ Bu evlər bundan sonra mənim nəyimə lazımdır. Mənim balam gedib, çinarboylu, hündürboylu, enlikürək balam
gedib. Atası da, mən də xəstəyik. 85 yaşında babası da əlil. Çox yalvardıq ki, raport yazsın, çıxıb gəlsin kəndə, bizə həyan olsun. Raport yazdı,
komandiri cırıb atmışdı ki, sənin kimi işçini buraxa bilmərəm. Bu kəndin uşaqlarının əksəriyyəti tankçıdırlar. Elə bil bir-birinin bəhsinə tankçı 287
olublar. Başqa iş yeri də yoxdur axı, gedib harada işləsinlər? Özlərini, ailələrini nə ilə dolandırsınlar? Əsgərlikdən sonra gedib Nabranda 2
il ofisiant işlədi. Sonra gedib müddətdən artıq hərbi xidmət kursunu oxudu. Qazandığı pulla evin damını, döşəməsini vurdu. Güc-bəla ilə bu evi
tikib başa gətirdik, balama toy elədim ki, bəxtəvər olacam. Boynunu tumarlayıb oğlumdan həzz alırdım. Qoymadı fələk. Dedim tabutunu açdılar.
Sifəti bumbuz idi. Qan içində. Amma üzündə həmişəki təbəssümü, gülüşü var idi.
Zöhrə xanım (xalası): “Balamın xonçaları hələ açılmayıb. Gəlinimiz Aytacın 18 yaşı bu evdə tamam oldu. Heç xınası əlindən getməyib.
Balamız 5 gün bu bəy otağında rahat yatmadı. Gəlini bu gün qəbir üstünə aparmışdıq. Dırnaqları ilə torpağı eşim-eşim elədi, yanırdı-tökülürdü
gəlin. Şəklini verdim ki, nə sözün var şəklinə de. Yalvardı ki, “xala, məni bir də sakit vaxtda gətir qəbir üstünə, Elvinə deyəcəklərim,
soruşacaqlarım var”. Xonçaları açılmayıb, şirin-şərbət suyunu hələ içib qurtarmayıblar.
Aytac xanım (həyat yoldaşı): “Elvin tankçı-mexanik idi. Toyumuzdan 3 gün sonra hərbi hissəyə qayıtdı. Heç burada olmurdu, cəbhə
bölgəsində yaşayırdı – Füzulidə. Toyumuzdan 3 ay sonra böyüklərin məsləhəti ilə məni də yanına apardı. Evə gec, yorğun gəlirdi. Hər zaman üst-
başı mazutlu, çirkli olurdu,paltarları solyarka iyi verirdi. Çətin şəraitdə yaşayırdıq. Martın 27-si onu yola salanda mənə dedi ki, “halallıq ver, şəhid
olmaq hər kəsə qismət olmur”. Sözlərini gülməyə saldım. Heç ağlımdan belə keçməzdi ki, ürəyinə nəsə damıb. Amma müharibə xəbəri
çıxmazdan üç gün əvvəl yuxumda gördüm ki, üzüyümün qaşını itirmişəm. Aprelin 2-si zəngləşdik. Aprelin 4-ü səhər 8-də yenə danışdıq. Dedi ki,
vaxtım azdır, tankım palçığa batıb, onu çıxarmağa gedirəm. 2 saatdan sonra Elvinin telefonuna zəng çatmadı.”
Rəşid Kərimov (dayısı): “Mənim bacım və əri xəstədir. Özüm də burada yaşamıram. Hamı kimi mən də qayıdıb gedəcəm,
ancaq qalmışam nigaran, görəsən bu ahıl yaşda onların qayğısına kim qalacaq, kim nazlarını çəkəcək, kim soraq tutacaq? Dövlətimiz belə
öhdəçiliyi üstünə götürə biləcəkmi?! Mən bir söz demirəm, oğlumuz Vətən yolunda gedib, bu nəslimizə şərəfdir, şandır. Bir nişanəsi də yoxdur ki,
deyim ki, o böyüyüb, bunlara arxa duracaq. Elvin babasının hər zaman qayğısını çəkirdi. Hərbidən evə gələndə həmişə onu çimizdirər, başını
qırxar, nazını çəkərdi… Bəs Elvinin ata-anası necə olacaq?! (Aida Eyvazlı. Şəhidlik zirvəsində şanlı bir ünvan - tankçı Elvin Qayıbov.525-ci
qəzet.- 2016.- 14 aprel.- S.8.http://www.anl.az/down/meqale/525/2016/aprel/485192.htm).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
288
(Elvin Qaibov və həyat yoldaşı Aytac xanım)
289
290
GİZİR MƏHƏBBƏT ZAMAN OĞLU MİRZƏYEV
“Vətən sevgisi əxlaqda yaxşılığı, əxlaqda yaxşılıq də vətən sevgisini
meydana gətirir.” (Monteskye)
Doğum tarixi: 16 dekabr 1994-cü il. Beyləqan rayonu. 291
Vəfat tarixi: 2 aprel 2016-cı il.Talış kəndi istiqamətində.
Dəfn edilib: 12 aprel 2016-cı il. Beyləqan rayonu, Dünyamalılar kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Subay idi.
1994-cü il dekabrın 16-da Beyləqan rayon Dünyamalılar kəndində anadan olmuş Məhəbbət
Mirzəyev 2001-ci ildə kənd 1 saylı orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi
bitirib həqiqi hərbi xidmətə yollanmışdır. Xidməti Bakı şəhəri "N" saylı hərbi hissədə davam etmiş,
Gəncə şəhərindəki hərbi hissələrin birində xidmətini başa vurmuşdur. Əsgərlikdə olarkən rabitəçi
kimi fəaliyyət göstərirdi. 2014-cü ildə hərbi xidmətdən təxris olunmuş, 3 ay sonra Beyləqan rayonu
hərbi hissələrindən birində müddətdən artıq hərbi xidmətə başlamışdır. Bir müddət sonra könüllü
olaraq Cəlilabad rayonundakı hərbi hissənin kəşfiyyat kursuna getmişdir. Səkkiz ay həmin hərbi
hissədə fəaliyyət göstərdikdən sonra işində fərqləndiyinə görə Çinin Quançau şəhərinə kitay uçuşu
üzrə təlimə getmişdir. Bu təlimi uğurla başa vurub diplom və medalla təltif olunmuşdur. 2016-cı ilin
yanvarında vətənə dönən Məhəbbət Cəlilabad rayonundakı hərbi hissədə işinə davam
etmişdir. 2016-cı ild aprelin 4-də Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin içərisinə
nüfuz edərək qəhrəmancasına şəhid olmuşdur.(https://www.facebook.com/mirzeyevmehebbet/posts/372035903144026/).Aprelin 12-si Məhəbbət
Mirzəyev Beyləqan rayonunun Dünyamalılar kəndində dəfn olunmuşdu. Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Pərvanə xanım (anası): “Martın 27-də ad günüm idi. Danışmaq üçün Məhəbbətə zəng etdik. Hal-əhval tutduqdan sonra konturumuz bitdi.
Aradan bir az keçmişdi ki, Məhəbbət özü bizə zəng etdi. Danışığımız yarımçıq qaldı. Atasına dedim ki, kredit götürüb ona zəng edək. Sonra
fikirləşdim ki, yorğundur, birdən onu narahat edərik. Ona görə zəng etmədik. Sən demə bu bizim son danışığımız imiş...
Mirzəyev soyadını görəndə boğazım qurudu. Elə bildim Məhəbbətdi. Sonra gördüm ki, yox, bu Murad Mirzəyevdir. Məhəbbət Murad
Mirzəyevdən o qədər razılıq etmişdi ki... Onlara çox dəstək olmuşdu Murad...
Məhəbbəti bayrağa büküb, gətirəndə donub qalmışdım. Həyətimiz insanla dolmuşdu. Tanımadığım adamlar həyətdə dolu idi. Məhəbbət 292
şəhid olmamışdan qabaq yuxuda gördüm ki, bir sürü it üstümə tökülüb, məni dişləyir. Hər gün onun gəlişini gözləyirəm. Arada çıxıb, küçə
qapısına baxıram. Deyirəm, bəlkə gəlib orda dayanıb. Beləcə ümidlə günümü keçirirəm...
Uşaqlıqda bizi heç incitməzdi. Mehriban, sakit və istiqanlı idi. Çox əliaçıq idi. Sonuncu manatı olsa, onu da ehtiyacı olanlara verərdi.
Dərslərini yaxşı oxuyurdu, amma həvəsi hərbiyə idi. Axşamlar onu yatmağa yollayırdım, görürdüm otağından səslər gəlir, Tappatapdan bilirdim
ki, idman edir. İdman həvəskarı idi. Məhəbbətin şəhid kolleksiyası elə Mübariz İbrahimovdan ibarət idi, demək olar. Dostları sonradan bizə
danışırlar ki, Məhəbbətin əsas cümləsi bu idi ki, uzun-uzadı, mənasız yaşamaqdansa, qısa və mənalı yaşamaq daha yaxşıdır. Elə ən şərəfli iş
şəhidlikdir. Arzusuna çatdı...Məhəbbəti evləndirmək istəyirdik. Martın 15-i son çərşənbədə onu yola salanda dedim ki, oğul tez qayıt gəl, payızda
sənin toyunu edək. Məhəbbət yaşında oğlanlara xonça aparmaq, onlara toy eləmək lazım idi. Fələk bizə elə bir toy çaldırdı ki... Kimsəəyə
arzulamıram. Sevdiyi qız var idi. Heyf ki, onun toyunu görmək bizə qismət olmadı. Gözümüz yoldadır. Onun bizə geri dönəcəyinə inanırıq.
Ölümünü heç qəbul etmirik...
Keçən dəfə dostları gəlmişdi yenə... Deyirlər ki, oğul var evdən gedər, oğul var eldən gedər, Məhəbbət dövlətdən getdi. Dövlətimizin
gələcəyi idi, gərəyi idi... Deyirlər ki, həmin döyüşlər başlananda Məhəbbət bir ayrı cür sevinirmiş. Yəqin bilirdi ki, Çində öyrəndiyi fəndlərlə
düşmənin burnunu ovacaq. Oğlumun çiçəyi burnunda, arzuları qəlbində soldu. Qardaşı Raufun üzünə baxa bilmirəm. Öldüyüm günə qədər
Məhəbbəti gözləyəcəm...
Zaman Mirzəyev (atası): (bəzi mənbələrdə atasını adı Ədalət olaraq qeyd edilib): “Hələ təhsil aldığı məktəbdə də fəal şagird kimi
seçilirdi. "Şahinlər", "Cəsurlar" hərbi oyunlarında həvəslə iştirak edirdi, birincilər sırasında idi həmişə. Ən böyük arzusu isə hərbçi olmaq idi.
Cəmşid Naxçıvanski adına məktəbə qəbul olunmaq istəsə də, bu baş tutmadı. 2012-ci ilin iyul ayında hərbi xidmətə yollandı. 2014-cü ilin yanvar
ayında hərbi xidməti başa vursa da, uşaqlığından könül verdiyi peşənin ardınca düşərək, Beyləqan rayonundakı N saylı hərbi hissədə qalıb,
müddətdən artıq hərbi qulluqçu kimi işləməyə üstünlük verdi. Onun cəsarəti, hərbi tapşırıqları yerinə yetirmək üslubu hərbi hissə komandirlərinin
də diqqətindən yayınmamışdı. Xüsusi Təyinatlı Qüvvələrin hərbi kursunu da müvəffəqiyyətlə başa vurandan sonra, əksəriyyət həmkarlarının
içərisindən onu və dostu Elvini seçərək, 2015-ci ildə avqust ayının 18-də Çin Xalq Respublikasının Quançuhau şəhərinə xüsusi təlimə yola
saldılar. Burada atıcı-snayperçi peşəsinin və hərbin bütün sirlərinə daha da dərindən yiyələndi. Məhəbbət həm də uşu idman növünə dərindən
bələd idi. Və hətta çinli və digər 96 iştirakçı dövlətin hərbi öyrəncilərinin qarşısında öz gücünü və bacarığını nümayiş etdirəndən sonra uşu idman
növünün vətənində ikinci yerin sahibi oldu. Çinə səfər etmək, burda hərbin sirlərinə yiyələnmək, çox dəyişdirmişdi Məhəbbəti. 2016-cı ildə
yanvarın 21-də onu Heydər Əliyev adına Hava Limanında qarşıladım. Həm qardaşım, həm də dostum bildiyim Məhəbbəti Bakıda qoyub evə
qayıtdım. Gəlib qohum-qonşuya Məhəbbətin salamını çatdırdım. Hamıya hədiyyə almışdı.
Məhəbbəti yola salandan, 4 gün sonra aprel döyüşlərinin xəbəri yayıldı. Ümumiyyətlə mən heç inana bilməzdim ki, oğlum şəhid ola bilər.
Hansı ata oğlunun yoxluğu haqqında düşünür ki... Müharibənin başlanması xəbəri çıxandan sonra, getdim onların yerləşdiyi hərbi hissəyə. 2 gün
orada gözlədim. Bir polkovnik dostu dedi ki, onlar mühüm əməliyyat keçirirlər, ərazidədirlər. Nə zaman gələcəyini deyə bilməz. 2 gün hərbi
hissənin ətrafında qardaşım Aydınla qarovul çəkdim. Bakı ilə Beyləqan arasında qaldıq. Ayın 11-i gecə bir tanış hərbçi dedi ki, gedin Tərtərə.
Getdim uşağı Peyğəmbər deyilən məsciddən götürdüm. Orada bildim ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olub. Onlara təlimat
gəlib ki, qarşıda yaralı hərbçilərimiz var, Məhəbbət də atılıb irəli, qabağa gedəndə görüb ki, indi Bakıdakı Şəhidlər Xiyabanında uyuyan polkovnik
Murad Mirzəyev yaralıdır, onu ərazidən çıxaranda oğlum vurulub və həlak olub. Onun nəşini neytral zonadan götürəndə əlində partlamamış
qumbara olub. Yəqin açıb qoyub ki, düşmənə rast gəlsə, özünü partlatsın. Mənim oğlum, düşmənə elə-belə can verməzdi. Yəqin yaralı olub, 293
yarasın bağlaya bilməyib, fikirləşib ki, bəlkə düşmən keçər bu tərəfə... Ancaq onlar elə döyüşdülər, elə qəhrəmanlıq göstərdilər ki, düşmən bu
səmtə dönüb baxa da bilmədi. 1 həftə gözləyəndən sonra, oğlumun cansız bədənini Beyləqana ata-baba yurduna Dünyamalılar kəndinə gətirdim...
Aprelin 11-də kəndimizdən qəbristanlığa qədər 6 kilometr yolu böyüklü-kiçikli hamılıqla oğlumu çiyinlərdə apardılar. Neyləyə bilərəm, görünür
qismət beləymiş...”(http://femida.az/az/news/53888/ana,-uzagi-seni-sehid-anasi-edecem-%E2%80%93-mehebbet-mirzeyevin-heyat-yolu-senedli-
film-).
Məhəbbət aid olduğu hərbi hissəyə gedib öyrəndiyi dərslər haqqında komandirlərinə məlumat verib. Yalnız mart ayında ona verilən
məzuniyyətə uyğun olaraq, doğmaları ilə görüşə gəldi. İndiyə qədər nə kəndimizdən, nə də Beyləqandan Çinə oxumağa gedən hərbiçiləri olmuşdu.
Martın 28-i isə yol çantasını yığıb –yığışdıran Məhəbbət kiçik qardaşı Raufun və dayısı qızlarının yanında belə bir söz işlədir: - Mən elə
işlər görəcəm ki, 100 il bundan sonra da heç kim unutmayacaq. Siz də unutmayın ki, uzun mənasız ömür yaşamaq insana hörmət gətirmir, mənalı
ömür sürmək lazımdır. Unutmayın ki, torpaq suyla qarışanda palçıq qanla qarışanda Vətən olur.
Gülxarə Niftəliyeva (Əlibala Şirinov adına 1 saylı tam orta məktəbin direktoru): “Məhəbbət elə uşaq idi ki, bir müəllim ondan narazı
qalmamışdı. Çox cəld və mehriban uşaq idi. Mən bilmirdim ki, Məhəbbət şəhid olub. Aprelin 4-də məktəbin həyətində aprel döyüşlərinə həsr
olunmuş tədbir keçirirdik. Birdən gördüm ki, Məhəbbətin əmisi qızı Ayşən ağlayır. Soruşdum ki, qızım sənə nə olub? Niyə ağlayırsan? Cavabında
Məhəbbətin də hərbidə olduğunu dedi. Elə bu vaxt müəllim yoldaşım da bizə yaxınlaşdı. O mənə asta səslə dedi ki, Məhəbbət artıq yoxdur...”
Vaqif müəllim (coğrafiya müəllimi):“Martın 15-i ömrümün sonuna kimi yadımdan çıxmayacaq. Parkda dayanmışdım. Gördüm ki, kimsə
məni qucaqladı. Bu çox doğma bir insan idi... Məhəbbət idi. Mənimlə görüşməyə gəlmişdi. Çində xüsusi təlim keçdiyini danışırdı. Mənə deyirdi
ki, elə bir kurs keçib ki, iki barmağı qalsa, belə düşmənə təslim olmaz....Biz indiyə kimi belə izdihamlı şəhid dəfni görməmişdik. O Məhəbbət
Mirzəyevin dəfni günü insan seli içərisində yaşlı İlham müəllimin sözünü unutmaram. Ona təklif etdim ki, piyada yox, maşınla getsin. O isə
cavabında “ölsəm qoy elə şəhidin getdiyi bu yolda ölüm”, dedi”...
Əmisi: “Məhəbbətin şəhidlik arzusu uşaqlıqdan var idi. Hələ yeddinci sinifdə oxuyarkən bacısına demişdi ki,şəhid olacaq. Üzərinə bayraq
sərəcəklər... Axır ki, arzusuna çatdı...
Məhəbbət uşaqlıq nədir bilməzdi. Hər zaman özündən böyüklərlə oturub durardı. Mən hərbçi olmuşam, mənimlə ümumiyyətlə dost idi.
Bərk zarafatlarımız var idi. Elə uşaqlıqdan deyirdi, hərbçi olacam. Nə qədər çalışsaq da dediyindən dönmədi. Hərbçilik arzusu da reallaşdı,
şəhidlik arzusu da...”
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
294
(Məhəbbət Mirzəyevin ailəsi)
295
296
297
298
GİZİR SƏRXAN OQTAY OĞLU BAYRAMOV
“Daim ucalasan savaş günündə!
Əsgər silahıyla Səni tən görüm.” (B.Vahabzadə)
Doğum tarixi: 12 iyul 1993-cu il. Zaqatala rayonu. 299
Vəfat tarixi: 3 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 11 aprel 2016-cı il. Zaqatala rayonu.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Subay idi.
12 iyul 1993-cüdə ildə Zaqatalada doğulan müddətdən artıq hərbi qulluqçu şəhid
Bayramov Sərxan Zaqataladakı şəhid Nizami Hüseynov (1994-cü ildə Qarabağ uğrunda
döyüşlərdə şəhid olub) adına rusdilli orta məktəbi bitirmişdi. Nizami Hüseynov 1994-cü ildə
Qarabağ uğrunda döyüşlərdə həlak olub.
Həlimət Bayramova (anası): “Mikrofon önündə “xoşbəxtəm ki oğlum Vətən yolunda
şəhid olub” deyən valideynlərin bu sözü ürəkdən dediyinə inanmıram. Övladları ölən valideynlər,
əzizləri ölən doğmalar xoşbəxt olmurlar. Xoşbəxt olan yalnız Şəhid Ruhlarıdır! Bədbəxt olan isə
valideynlərdir. Heç özünüzü “xoşbəxətəm ki, oğlum şəhiddir” sözünü dedizdirdiyiniz valideynin
yerinə qoymusunuzmu?! Bir anlığa o valideynin yaşadığını yaşasanız, bilərsiniz ki, belə olmur...
Son görüşümüz bu il martın 20-sı olub. 21-i yola saldıq evdən. Mart ayının 22-də Sərxan üçün qız qapısına elçi gedib, "hərisi"ni aldım. Aprel
ayının 10-da da nişan aparacaqdıq. Vallah bilmirəm necə anayam, heç yuxuma da gəlmədi, heç narahat da olmadım, ürəyimə də dammadı axı...
Mən Sərxanın ölümü haqqında heç vaxt fikirləşməmişdim. Mən onun toyuna hazırlaşırdım, onun üçün xonçalar tutacaqdım. Sərxan o qədər
həyatsevən oğlan idi ki... O olan yerdə ancaq sevinc, şənlik olardı. Gəlməyi ilə, peyda olmağı ilə bütün məclislərdə ab-hava dəyişər, gülüş, sevinc
səpələyərdi ətrafa. Heç vaxt mənim oğlanlarım bizə əziyyət verməyiblər. Böyük oğlumu keçən il evləndirdim. Bir dəfə də olsun onlar, atalarından
nəsə istəməyiblər, nəsə xahiş etməyiblər. Bütün sirr-sözlərini mənə deyərdilər. Atasının adı Oqtaydır. Elə uşaqlıqdan atalarını “Oku” çağırırdılar.
Nəsə lazım olanda məni yanlayıb, boynumu qucaqlayıb, üzümdən öpüb “Okudan al, istə” deyiblər həmişə. Deməyə o qədər xatirəm var ki...
Ancaq, heç biri onu qaytarmayacaq. Bu evin hər küncündə, hər qapısında, aynasında onun xatirəsi, əksi var. Son zamanlar söhbət edəndə mənə
deyirdi ki, “ana, sən möhkəm ol!”. Bir dəfə də ağzından vurdum ki, bu nədir deyirsən, nə olub ki, möhkəm olum. Bəlkə də özü bilirmiş ki, ömrü 300
yarımçıq qalacaq... Nə bilim...
Sərxan haqqında həlak olub dedilər, ancaq içimdə bir boşluq yarandı. Mənə deyirdilər ki, nə hiss edirsən, anasan axı... Deyirdim ki, balam
sağ olsa, hiss edərəm, yəqin ki, sağ deyil, daxilimdə bir boşluq yaranıb. Arada istəyirdi ki, gedib Rusiyada güləş komandasına yazılsın, gözümdən
uzağa qoymadım getsin. Kaş göndərəydim. Getdi Xüsusi Təyinatlı Qüvvələrə yazıldı. 400 nəfərin içərisindən Sərxanla birlikdə 42 nəfəri
seçmişdilər. Sevdiyi işlə məşğul idi. 3 aydan bir tətil verirdilər. Gəlişi ilə məhəlləni səs-küyə bürüyərdi. Onu hamı sevirdi. Bir də görürdün
gecənin yarısı gəlib, pəncərəni açıb, var gücü ilə qışqırırdı ki, "ay qonşular, mən gəlmişəm". Deyirdi ki, daha ata işə getməsin. Əli qazanc gətirir.
İstəməzdi ki, bir adama əziyyət versin, kimsənin xətrinə dəysin. Gözləri elə işıqlı idi ki, həmişə gülərdi gözləri
Sərxanımın... (http://hurriyet.com.az/post/26297).
Oqtay Bayramov (atası): “Özüm avtomobil çilingəriyəm. Sərxana da öyrətmişdim sənətimi. Əvvəlcə oxumağa meyli olmadı. Sonra əsgər
getdi. Bir gün də dedi ki, Xüsusi Təyinatlı Bölməyə yazılmaq istəyir. Fikrindən çəkindirə bilmədik. Böyük qardaşı Harun da hərbçidir. O, Ali
Hərbi Akademiyanı bitirib. 8-ci sinfi bitirəndən sonra Sərxanın sənədlərini Naxçivanskı adına hərbi liseyə verdik. Qəbul olunmadı. Necə
ağlayırdı, necə tökürdü gözünün yaşını. Bu peşəni sevirdi. Uşaqlıq şəkillərinin içərisində hərbi formalı bir şəkli var. Bütün ümidlərimizi,
arzularımızı yarımçıq qoydu Sərxan. Aprelin 1-dən 2-nə keçən gecə erməni qəsbkarları torpaqlarımızda qəfil döyüşlərə başlayanda, bizim
əsgərlərimiz şücaət göstərib, döyüşlərin ilk günündə kəşfiyyatçı oğlum Sərxan da onların sıralarında olmaqla, Tərtər istiqamətində Talış
yüksəkliyinin alınmasında əzmkarlıq göstərib. Sonra da şəhid olub. Yəqin ki, qalibiyyətdən xəbəri olub, yəqin ki, onun qanı bahasına
torpaqlarımızın kiçik bir hissəsinin azad olunduğunu bilib. Deyirlər aprelin 2-dən 3-nə keçən gecə şəhid olub. Ancaq içimizdə bir ümid var idi.
Şəhərin prokuroru, komissarı gəlmişdilər o xəbər çıxanda. Dedilər ki, Allahdan ümid üzülməz. Dəqiq məlumat yoxdur, ölüm haqqında fikirləşmək
olmaz. Kəşfiyyatçıdır Sərxan. Bəlkə, hardasa, əməliyyatdadır, bəlkə yaralıdır. O qədər qara xəbəri çıxıb, sonra qayıdanlar olur ki... O gündən
aprelin 10-na kimi ümid göyərdi içimizdə. Düz 8 gün xəbər gözlədik. Aprelin 10-u axşamı oğlumun nəşini Qırmızı Xaç Komitəsinin vasitəsilə
təmas xəttindən götürüb, tabutda gətirdilər...
Əminə xanım: “Sərxan ölmək üçün yox, yaşamaq üçün doğulmuşdu. Onu məhəlləmizdə sevməyən adam yox idi. Çox yaxşı uşaq idi.
Tərbiyəli ailədirlər. Haraya baxırıqsa, yeri görünür. Vallah biz elə düşünürük ki, Sərxan yenə böyürdən çıxacaq, gülüb-danışacaq, zarafatlaşacaq.
Axırınıcı dəfə ona dedim ki, "bala qayıt gəl, ata-anan da təkdir evdə". Dedi ki, "xala, mən getməsəm, kim gedəcək. Şəhid olsam, ağlamayın". Heç
hələ anasına deməmişik bu sözlərini. Üzünə baxa bilmirik Həlimətin. Ancaq neyləyək, Vətən yolunda şəhid olub, onun qanı ilə torpaq azad
etmişik.
Larisa Əsgərova (müəllimi): “Bizim rayonun 192 şəhidi var. Qarabağ torpaqları uğrunda o qədər canlardan keçmişik ki, 2-5 aprel
günlərində isə məktəbimizin sevimli şagirdi Sərxan Bayramovu da itirdik. Söz xatirinə demirəm, elə şagirdlər var ki, onlar müəllimlərin və
məktəbin yadında həmişə qalır. Sərxan bir başqa cürə idi. Dərsə güclü dəvamiyyəti yox idi. Əlaçı deyildi. Ancaq onu hamı sevirdi. O, məktəbin
sevinc, şənlik simvolu idi. Onun yoxluğunu qəbul etmək çox çətindir. O bütün məktəblə dost idi. İndi bizim məktəbin, rayonun, Azərbaycanın
fəxridir. 40 gün məktəbin foyesində onun şəklini saxladıq. Məktəblilər Zaqatalanın dağlarından, düzlərindən topladıqları tər-təzə çiçəkləri hər gün
gətirib, onun şəklinin önünə qoyaraq ehtiram göstərdilər. İndi də şəkli qəhrəmanlar sırasında asılıb. Ədəbiyyatı gözəl bilirdi, hər hansı əsəri
müəllifin özü kimi, erudisiya ilə danışırdı. Hamıya kömək edirdi. Əlimiz yananda, onu çağırırdıq. Bir növ təcili yardımımız idi.