Vüsalə xanım (həyat yoldaşı): “Rahim sakit, ağır təbiətli insan idi. 15 il bir yerdə yaşadıq, ötən hər günümüzdən məmnun idik. O 351
zəhmətkeş idi, aldığı az mmaşla o qədər xoşbəxt idik ki... Gündəlik qayğılarımın hayına qalırdım, onu bilirdim ki, axşam evə yorğun gələcək,
mazutlu, hisli-paslı paltarlarını yuyub ütüləyəcəm, sonra yenidən onu işə yola salacağam. Varımız-dövlətimiz üç övladımızdan ibarət idi. 12 il
Goranboyda kirayələrdə yaşamışıq. Nəhayət Mingəçevirdə ipoteka kreditilə iki otaqlı mənzil aldıq. Rahim sevinirdi ki, ev-eşiyimiz var. Onu özünə
çəkən iki müqəddəs qüvvə var idi, biri ailəsi, digəri isə işi idi...Bir dəfə oğlum Nihad atasından soruşdu ki, “niyə tankçı oldun? O da uşaqlıqda
dostları ilə oynadığı tank oyunlarından danışdı. Uşaq vaxtı dava-dava oyunlarında tankçı olarmış...
Mart ayının axırı idi. Axşam evə gəldi, yeməyini yedi və dedi ki, yol çantamı hazırla, gedirəm. Mən də yol tədarükünü tutdum, artıq sorğu-
sual da etmədim. Çünki onun qəfil gedişlərinə öyrəncəkli idim. Lakin qapıya çatanda anidən dönüb mənə baxdı, “bir müddət olmayacağam, ola
bilər ki, heç gəlməyim” dedi. Təəccüb bürüdü məni. Sonra oğlumun boynun qucaqladı, “Nihad mən gedirəm, ailəmizi sənə etibar edirəm. Ananın
sözündən çıxma, bundan sonra ana olacaq həmişə yanınızda, onu incitməyin, əgər ona bir şey olsa onda bizə kim baxar” dedi və hamımızla
görüşüb getdi. Səhəri gün Nihad dərsdən gələndən sonra nə qədər çalışdımsa, ona dərslərini hazırlada bilmədim. Məcbur qalıb atasına zəng
vurdum. Atası ilə danışandan sonra dünən atasının ona dediyi sözləri yadına salıb ağlamağa başladı. Uşağı belə görəndə atasının onunla zarafat
etdiyini söylədim. Axşam Rahimlə yenə əlaqə saxladıq, evin kredit məsələsilə maraqlandı, mən də ödəniş etdiyimi dedim. Son danışığımız gecə
saat 11-də oldu. Kiçik oğlum Nicatla danışmaq istədi, amma uşaq yatdığı üçün mənimlə danışdı. Son sözü bu oldu ki, “Vüsalə, əldə olan pulla evi
elə idarə et ki, heç kimə möhtac olma!”
Aprelin 2-də anam səhər bizə zəng edib Rahimi soruşdu. Həmin gündən mən narahat olmağa başladım. Elə həmin gündən etibarən də
Rahimə zəng çatmadı. Çox yerə zəng vurdum. Hərbi hissədəki dostlarından birinin yoldaşı dedi ki, hərbi hissədə hamı ön cəbhədədir. O an havam
çatmadı, ürəyim sığmadı sinəmə. Evdə qərar tuta bilmədim, uşaqları da götürüb getdim anamgilə. Anam bizə yemək hazırlayanda əlindəki boşqab
düşüb 2 yerə bölündü. O an dedim ki, Rahimə nəsə oldu. Həmin vaxt Rahim ağır yaralanıbmış...
Anamgildə dayana bilmədim. Ağlaya-ağlaya qayıdıb evə gəldim. Uşaqlar başladılar internetdən xəbərləri izləməyə. Birdən qışqırdılar ki,
ana cəbhədə bir tank minaya düşüb, bir helikopter də partladılıb...Ürəyim tir-tir əsdi, amma ümidimi üzmədim, yenə də dost-tanışa zəng vurdum.
Ancaq hiss edirdim ki, Rahim dardadır.
Az sonra kirvəmizin yoldaşı zəng vurdu ki, sənə bir söz deyim, qorxma, Rahim yaralıdır. Özümdən asılı olmadan haray çəkdim, səsimə
bütün binanın sakinləri yığışdılar. Ayaqyalın, başıaçıq evdən çıxdım. Qaynım və eltimlə birlikdə Gəncədəki hospitala yola düşdük. Nə qədər
yalvardımsa, həkimlər yaxına buraxmadılar. Oturdum pilləkənlərin üstündə, dedim məni onun yanına buraxmasalar burdan heç hara tərpənən
deyiləm. Axır ki, məni bir palataya apardılar. Otaq cavan uşaqlarla dolu idi. Hamısı yanmış, yaralı, qanın, hisin-pasın içində idilər. Kənarda bir
nəfər uzanmışdı, başı sarıqlı, şişman adam idi. Dedilər Rahimdi. Əlinə, qoluna, barmaqlarına baxdım, dedim bu Rahim deyil. Yaralı bir oğlan başı
ilə onun Rahim olduğuna işarə etdi.Elə həmin gecə Rahimi helikopterlə Bakıya – Silahlı Qüvvələrin Baş Klinik Hospitalına apardılar. Bu dəfə
qonşularım pul yığıb məni Bakıya yola saldılar. Səhərlər gedib otururdum klinikanın həyətində ki, bəlkə məni onun yanına buraxarlar. Kritik
vəziyyəti keçəndən sonra yatdığı otağa pəncərədən baxmağa icazə verdilər. Artıq şişkinliyi keçmişdi, yataqda üzündən nur yağırdı. Elə gözəl
görünürdü ki...Bir də baxdım əli və qolu tərpənir. Gülə-gülə Tanrıma şükür etdim. Elə bildim ki, sağalmağa başlayır. Həkimə dedim ki, Rahim
sağalmağa başlayır, əli, qolu tərpəndi. Həkim heç nə demədən səssiscə gülümsədi. Sonra yenə də gecə avtobusla qayıtdım Mingəçevirə 3 balamın
yanına. Həmin müddətdə onu 3 dəfə əməliyyat etdilər. Mən də qaldım Bakı-Mingəçevir arasında.
Növbəti gedişimdə həkim onunla görüşməyimə icazə verdi.Sevinə-sevinə yanına keçdim, əlindən tutub, yanında dayandım : “Rahim sənə
qurban olum, niyə gəlib uzanmısan bu gözəl qızların içində, dur gedək evimizə... Nə olar, mənimlə belə zarafat etmə” deyəndə hiss etdim ki,
dodağı qaçdı, gülümsədi, sonra gözlərindən yaş axdı. Əllərini sıxdım, yalvardım, ağladım: “sənə qurban olum məni bu yollarda qoyma, balaların
səni gözləyir axı, özündə güc tap. Axı sən bizə heç vaxt belə əziyyət verməmişdin, dur ayağa, qurban olum” dedim. Bu sözlərimi də eşidəndə yenə
gözlərindən yaş axdı. Komaya düşdüyündən heç bir başqa reaksiya verə bilmirdi. Belə görüşlərə öyrəşməyə başladım. Hər dəfə Mingəçevirdən
Bakıya min bir ümidlə gedirdim ki, gedib görəcəyəm ki, Rahimin gözləri açılıb, ayaqları, əlləri tərpənir... lakin hər dəfə də gəlirdim, əlim-qolum
yanıma düşürdü. Aləmə səs-küy saldım, hamıdan kömək istədim. Görüşlərimizin birində isə uşaqlarımızdan danışdım: “Rahim uşaqlar yenə yaxşı
oxuyurlar. Nicat “Əlifba bayramı”nda sənə həsr olunmuş şeir söyləyib, hərbi paltar geyinib, üstünə də sənin medallarını taxıb,videoya çəkiblər,
deyir ki, ata gələndə göstərəcəm”.
Sonra Nihadın tədbirdəki şəklini yaxınlaşdırdım gözlərinin bərabərinə. Elə bil ki, nəfəsi kəsilən kimi oldu. Elə qorxdum ki... Həkimi 352
çağırdım, həkim dedi ki, ona həyəcanlanmaq olmaz. Bir neçə an keçdi, özünə gəldi. Sən demə Nihadın şəklini hiss edibmiş. Dayandım yanında
əllərini, ayaqlarını ovxaladım... Öpüb-əzizlədim... Nə inad etdimsə, nə danışdımsa, cavab vermədi, eləcə hərdən gözlərindən yaş süzüldü... Əslində
iki ayda bir dəfə də olsun danışmadı. Mən elə bilirdim ki, danışacaq... Bir də hərdən əlimi sıxırdı...Beyni işləyirdi, anlayırdı, ancaq bədən
orqanları iflic olduğundan cavab verə bilmirdi. Əks reaksiyası yox idi...
Ona sevdiyi yeməkləri bişirib yedirə bilmədim, son nəfəsinə qədər burnundan taxılan şlanklarla yedirtdilər onu. Bir gün də balaca oğlum
Nicatı gətirdm yanına. Allah həkimlərin insafını kəssin. Nə illah etdimsə, qoymadılar uşağı onun yanına keçirək. Balacadır, 8 yaşı var başa salmaq
olmur, dayandı qapının yanında ağla ki, ağlayasan. Həkimlər dedi ki, atasını belə görsə ömrü boyu stresdə qalacaq. Qoy ataları yaddaşlarında
qəhrəman kimi qalsın. Kor- peşiman oğlumu ağlar gözlə geriyə - Mingəçevirə qaytardım. Uşağı uzaq yol və atasını görməmək sarsıntısı əldən
salmışdı. Yuxudan ayılanda baxdım ki, yastığının üstü qandır. Qulağından qan açılmışdı. Tez həkimimizə müraciət etdim. Həkim dedi ki, uşaq
güclü stress keçirib və nə yaxşı ki, qan beyninə sızmayıb...
Artıq 3 ay idi ki, Rahim hospitalda idi. Bu aylar ərzində gecəm-gündüzüm olmadı. Həftədə iki dəfə, üç dəfə, ya bir dəfə imkan tapan kimi
qaçıb gedirdim yanına, sonra da gecə ilə qayıdıb evə çatdırırdım özümü ki, uşqlarım tək qalmasın.
İyul ayının 7-si idi. Yenə getdim Rahimin yanına, əllərini ovdum, başını tumarladım. Böyründə dayanıb ağladım... dedim daha dözə
bilmirəm, səni belə görməyə gücüm çatmır. Onda başladı ayağını çarpayıya döyəcləməyə, sonra keçdim o biri yan tərəfinə. Öpdüm üzündən
dedim, “qurban olum, dur gedək evimizə, sənin yerin bura deyil axı, başına dönüm, qadalarını alım, axı mən özüm xəstə adamam, o üç uşaqla
sənsiz necə dayanarıq, necə yaşayarıq...
Bir gözünü açıb mənə baxdı. Gözündə bir həsrət, bir ağrı və son işartı gördüm. Baxışı elə bil ki, ürəyimin içərisini yaraladı. Bütün bədənim
sustaldı. Hiss elədim ki, bu onun son baxışıdır... Və huşumu itirdim. Həkimlər gəlib məni ayıltdılar... onu mülaicə edən həkim dedi ki, “səni bir
daha xəstənin yanına buraxmayacağıq, çünki ümumi mülaicəyə mane olursan, axı, ona həyəcanlanmaq olmaz... Bəs sən özün ölsən o yazıq
balalarına kim baxacaq... özünü bir az ələ al”. Rahimin yatdığı palatadan çıxıb, başılovlu getdim baş həkimin kabinetinə. Dedim ki, həkim mənə
daha görüş verməyəcək. Baş həkim sağ olsun, dedi ki, “həyəcanlanma, sən nə vaxt gəlsən, mən sənə Rahim sağalana qədər görüş verəcəyəm...”.
Yenə yollar...Yenə gecə... yenə Mingəçevir... Yol boyu ağlayıb sızladım, yandım-yaxıldım. Birlikdə keçirdiyimiz 15 ildəki gözəl illərimizi 353
xatırladım... Mənə elə gəlirdi ki, ayrılıq lap yaxındadır.
Baldızım zəng vurub eltimlə hospitaldan gəldiklərini deyib,mənə gözaydınlığı verdi. Dedi ki, Rahim hər iki gözünü açıb, əlləri də tərpənib.
Ürəyimdə özümü qınadım. Dedim kaş fikrimə gələn yalan olsun, kaş Allah Rahimi uşaqlarına bağışlayıb, geri qaytarsın... Gecəm-gündüzm qara
idi. İyulun 10-u səhər ertəsi qonşumuz qapını döyüb dedi ki, Rahim şəhid olub...
Aprelin 2-si yalan oldu. Bir dəfə həmin günü ölmüşdüm. İndi bir dəfə də iyulun 10-da öldüm.
...İndi taleyimlə barışıb yaşayıram. Rahim xəstəxanada yatanda, şəhid olanda özümü tənha hiss edirdim. Elə bilirdim ki, biz daha kimsəyə
gərək deyilik. Lakin Rahimin dəfnindən sonra həyatımıza o qədər yeni dostlar, insanlar daxil oldu ki... İndi dövlətimiz, prezidentimiz - Ali Baş
Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rahimin dostları bizi tək qoymurlar. Hər yerdən qayğı ilə əhatələnmişik (A.Eyvazlı
Qalibiyyət. Şahidlər və şəhidlər. II cild. Bakı: Mütərcim, 2018, s.128-133).
Rahim peşəsini çox sevirdi. Şəhid olmamışdan iki il öncə ev aldıq. Həvəslə aldığı bu evdə heç doyunca dincələ bilmədi. İşinə hər zaman
məsuliyyətlə yanaşırdı. Övladlarım ata adı gələndə çox kövrəlirlər. (Şəhla Mirzəyeva. Bütün şəhidlərin bacısıyam.Bakı: Ecoprint, 2019, s.101).
Rahim istəyirdi ki, qızım həkim olsun, deyirdi ki, “Ülkər məktəbi bitirəndə mən də pensiyaçı hərbçi olacam. Qızım həkimlikdə oxuyacaq,
mən də gedib Bakıda onun keşiyini çəkəcəm”. İndi qızım Rahim Tağıyevin qızı Ülkər Tağıyeva Gəncə dövlət Universitetinin kimya-bilogiya
müəllimliyi ixtisasının tələbəsidir. I vitse-prezidentimiz Mehriban xanım Əliyevanın göstərişi ilə qızımın ali məktəbə hazırlıq kursunun ödənişi
Heydər Əliyev Fondu tərəfindən ödənilirdi. İndi də ödənişsiz təhsil alır. Ödənişli olsa idi belə dövlət qarşılayacaqdı, amma Ülkər deyirdi atama
söz vermişəm, sözümü tutmalıyam. Evimizin kredit borcu var idi, o evin borcunu da sığorta şirkəti sıfırladı. Dövlətimiz şəhid ailələrinin
övladlarının bütün xərclərini öz öhdəsinə götürüb. Keçən il Heydər Əliyev Fondu şəhid ailələrinin uşaqları üçün Bakıda payız tətili təşkil etdi. 3
gün ərzində uşaqlar anaları ilə çox yaddaqalan günlər keçirdilər. Biz də onların arasında... Əlbəttə, o uşaqların hamısının acısı birdir, ancaq indi
onların dövlətimiz boyda ATAları var.
Nihad deyir ki, böyüyəndə hərbçi olacaq. Nicat atasına aid şeirlər oxuyur. Mingəçevir şəhərinin bütün bayram tədbirlərinə dəvət alırıq.
Balalarımı o tədbirlərə aprıram ki, özlərini tənha hiss etməsinlər. Ataları uşaqların yaddaşında 2016-ci ilin Yeni il və Novruz bayramı günlərindəki
kimi qalıb. O bayram günlərində şəhərə çıxmışdıq. Gəzdik, dolandıq, çox xoşbəxt idik. Və bir də çoxlu şəkillər çəkdirdik. İndi uşaqlar oturub o
günlərdəki xatirələrini elə həvəslə bölüşürlər ki, elə bil ki, ataları indicə qapını açıb içəri girəcək... İndi bir arzum var ki, onları atalarının,
dövlətimizin adına layiq vətəndaş kimi böyüdüm. Qoy daha müharibə olmasın, Şükürlər olsun ki, Vətən torpaqları azad edildi. Qələbə müjdəsini
gecə ilə qaçıb xiyabanda Rahimə özüm çatdırdım...Ürəyimizi boşaltdıq övladlarımızla, bütün ürək sözlərimizi dedik atamıza.”
Samiq Əzizov (döyüş yoldaşı): “Həmin günlər biz çox sevinirdik. Döyüş tankları ilə irəliləyirdik. Düşməni məhv etməyimiz bizə xüsusi
ruh verirdi. Hamı bir-birini təbrik edirdi. Ermənilərin bu qədər qorxaq olduğunu bilməzdik. Cəbhə boyu tank komandirimiz çox gözəl manevrlər
edirdi. Düşmən geri çəkildikcə, o da sevincindən mahnı oxuyurdu. Deyirdi ki, bu günləri o qədər gözləmişik ki...Mən onu heç vaxt belə deyib-
gülən, nikbin görməmişdim. Ətrafımızda bir az səssizlik yarandı. Biz də istirahət etmək və hava almaq üçün tankdan çıxdıq. Elə təzəcə çıxmışdıq
ki, qəfildən bir mərmi gəlib bizim tərəfə düşdü. Gördüm ki, Rahim məndən aralıda yıxılıb, yaralıdır, vəziyyəti isə ağırdır. Mən hələki, özümü hiss
edirdim, sürünə-sürünə ona tərəf gəldim, amma kömək etməyə gücüm çatmadı. Elə bu vaxt yardım dəstəsi bizə yaxınlaşdı və məni götürmək
istədilər, razı olmadım, dedim əvvəlcə Rahimi aparın. Sonra huşumu itirmişəm. Ayılanda özümü hospitalda gördüm. Dedilər ki, o da mənimlə eyni 354
hospitaldadır. Rahim gözəl insan, vəfalı dost, mərd oğul idi. Komandir kimi hərbi hissədə böyük hörmət qazanmışdı. Şəhidlik hər oğula, Allahın
hər bəndəsinə nəsib olmaz ki.”
Döyüş yoldaşı: “Mən qabaqda idim, Rahim məndən geridə dayanmışdı. Onun tankının arxasında bir tank var idi. Həmin tankı vurdular,
alov qalxdı, uşaqlar yana-yana çıxdılar qaçdılar. Rahim minalanmış sahəni çapa-çapa, çəpinə vurdu keçdi. Getməyə də bilərdi, amma getdi, halal
olsun!
Şəxsi heyət arasında, komandirin də, müavinlərin də yanında hörmətli adam idi, sözü yerə düşəsi oğlan deyildi. O zabit olmaq istəyirdi,
yaşı ilə bağlı nəsə problem oldu. Bilirdiklər ki, ondan zabit olar. Əsil zabit baxışları var idi, gülmək filan söhbətləri yox idi onun. Şəxsi heyətlə
danışanda heç vaxt gülməzdi.
Texnikanı çox gözəl bilirdi.Yetmiş ikini lap qəşəng bilirdi. Heç vaxt onun texnikasında problem olmazdı. Atışı da, sürücülüyü də gözəl
bilirdi. Bütün korpus bizim tankla atırdı. Allah rəhmət eləsin. Xatirələr ...Gözümün qabağına gəlir həmin 1 aprel günü. Gecə saat 4 idi biz çıxanda.
Səhərə yaxın, hava işıqlaşırdı.Mübariz postunun qarşısından – Tərtər istiqamətindən daxil olduq, düz gedib çıxdıq İncə çayının içinə Tapın üstünə,
ordan da bir başa Talışa daxil olduq”.
Nişanından cəmi 1 gün sonra Qızıl Hacılıda 007 sayılı hərbi hissəyə tank komandiri kimi daxil olan gizir 18 illik hərbi xidməti müddətində
5 medal və 15 fəxri fərmanla təltif olunmuşdur. Sonuncu medalını isə şəhidlik zirvəsinə ucalaraq aldı Rahim Tağıyev. (Vətən mücahidləri (Aprel
döyüşləri səlnaməsindən).Təsisçi: Gülnarə Sadıq. Bakı, Azəripoliqrafiya, 2019,s.139).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
355
356
357
(Şəhidimizin su qabı)
358
(Şəhid gizirin həyat yoldaşı Vüsalə xanım. Şəhidlərin xatirəsi üçün təşkil
olunmuş ağacəkmə mərasimindən)
(Şəhid Gizir Rahim Tağıyevin uşaqlığı)
(2018-ci il, Türkiyə-Azərbaycan şəhid çoçukları qucaxlaşırlar” layihəsi çərçivəsində Azərbaycanlı şəhid övladları ilə Binəli Yıldırımın 359
(Anar Tağıyev tərəfindən şəhidin xatirəsini 360
əbədiləşdirmək üçün inşa olunan bulaq)
(Şəhidin xatirəsinə inşa edilən növbəti bulaq)
MAXE ORXAN İBRAHİM OĞLU HƏMİDOV
“Qılıncla alınan Vətən pulla satılmaz.” (İkinci Əbdülhəmid)
Doğum tarixi: 29 mart 1980-ci il.Füzuli rayonu, Əhmədalılar kəndi. 361
Vəfat tarixi: 2 aprel 2016-cı il. Lələtəpə döyüşlərində.
Dəfn edilib: 4 aprel 2016-cı il. Füzuli rayonu, Əhmədalılar kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
İki oğul (Vüsal və Fərid) övladı var.
“İgidliyinə görə” medalı ilə təltif edilmişdir.
Füzulinin igid oğlu Orxan Həmidov 1980-cı il mart ayının 29-da Füzuli rayonu Əhmədalılar
kəndində anadan olmuşdu. Evin ən kiçik övladı olan Orxan uşaqlıqdan Vətənə olan sevgisi ilə
yaşıdlarından seçilirdi. Orxan İbrahim oğlu Həmidov 1986-cı il mart ayının 29-da Füzulinin
Əhmədalılar kəndində doğulub. 1986-cı ildə kəndin məktəbinin birinci sinfinə gedib, 1997-ci ildə
həmin məktəbi bitirib. 1998-ci il noyabr ayının 10-da hərbi xidmətə çağırılıb, hərbi xidməti başa
vurandan sonra isə 4 il ANAMA-da istehkamçı kimi çalışıb. 2014-cü ilin aprel ayından müddətdən
artıq hərbi xidmətə başlayıb. Motoatıcı manqa komandiri vəzifəsində xidmət edib. 2 aprel 2016-cı
ildə vətən torpaqlarının azadlığı uğrunda şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin “İgidliyə görə”medalı ilə təltif
edilib. (https://www.interpress.az/siyaset/37608-orxan-sanki-duymudu-ki-hid-olmaa-gedir.html#.XqSAgmgzbIU).
Döyüşün gərgin vaxtı qardaşı Azər Həmidovun telefonuna bir mesaj yazaraq bildirib ki, “Toya gedirik.Uşaqları evdən çıxart.
Vəziyyət gərgindir.Özün onlarla ol. Məndən nigaran olmayın…”. Gecə saat 3-də komandanlıqdan əmr gəldi ki, düşmən yenə ön cəbhədə Füzuli,
Ağdərə, Cəbrayıl istiqamətində təxribat törədib. Hücumun qarşısı alınmalıdır. Uzun illərdən bəri xırda döyüşlərdə, kəşfiyyat qrupları ilə birlikdə
həyata keçirdikləri əməliyyatlarda bilik və bacarıqlarını göstərən əsgərlərə və zabitlərə belə xırda əməliyyatlar bəs etmirdi. Onlar vətən torpağını
xilas etmək üçün əmr gözləyir, məqam axtarırdılar ki, illərlə yığılıb qalan döyüş ruhlu enerjilərini boşaltsınlar. Hərbçilər hər döyüşə, əməliyyata
həqiqətən də toya hazırlaşırmışlar kimi, yüksək əhval-ruhiyyədə gedirdilər. N saylı hərbi hissənin əsgərləri və kəşfiyyat qrupu da həmən yüklərini
tutub, deyilən istiqamətdə hərəkətə başladılar. Vətən torpağını azad etməyə gedən əsgərlər qarşı tərəfdən düşmənin atəşlərinə layiqli cavab
verirdilər. Lələtəpə tərəfdən başlayan hücuma əvvəlcə 7 nəfərlik kəşfiyyat qrupu keçdi. Sonra isə Ruhin, Elnur, Orxan, Səyyar, Ayaz və digər
döyüşçülər də mövqelərini müəyyən edərək irəliləməyə başladılar. Səhər saat 5-ə 10 dəqiqə qalmış bölüyün döyüşçüləri düşmənin illərlə əlində 362
saxladığı postu vurub keçdilər. İrəlilədikcə gözlərinə heç nə görünmürdü. Torpaq əsgərlərə güc verir, hətta ən yaxın dostlarından belə yaralanıb və
ya həlak olduğunu görsələr də, dayanmırdılar. Sən demə TORPAQ dostdan, qardaşdan, anadan da əziz olurmuş. Hər qarış, hər kilometri
irəlilədikcə, əsgərlərdə döyüş ruhu yüksəlirdi. Artıq döyüşçülər Lələtəpənin yüksəkliyinə doğru irəliləməyə başlamışdılar. Bu təpənin illərlə
alınmasını gözləmişdilər. Bu gün isə başqa gün idi.Nə idisə, uğur onlarla birlikdə irəliləyirdi. Kəşfiyyat qrupu və əsgərlər qarşıdakı 7 nəfər erməni
əsgərini məhv etmişdilər. Arada Orxan döyüşün gedişatını seyr edəndən sonra, dönüb yanındakı dostlarına demişdi ki, belə getsə, biz 7 saata
Xudafərinə çatacağıq. İşdir, ölüb eləsəm, siz Xudafərinə qədər gedin. İkinci kəşfiyyat qrupunda irəlidə Ruhin Qəhrəmanov və Orxan Həmidov
gedirdi. Orxan və Ruhinə manqa komandirindən atəşi dayandırmadan qarşıdakı ermənilərin atəşlərini yayındırmaq əmri verilmişdi. Adi halda
döyüşçü əlində bir avtomatla atəş aça bildiyi halda, Orxan Həmidov əlində iki avtomat, qarşısındakı erməniləri biçirdi. Hərbi hissədə MAXE-lərin
içərisində hər iki əlində avtomatla atəş aça bilənlərdən idi.Onların kəskin atəşləri düşmənə aman vermirdi ki, bizim döyüşçüləri gülləyə tutsun.
Belə kəskin atıcılıq qabiliyyətlərinə görə də, həqiqətən döyüş gedən anda düşməni əməlli başlı yayındıra və mövqelərinə məhv edə bilirdilər.
Beləcə, bir neçə dəqiqədən sonra Orxan ermənidən yenicə aldıqları mövqedəki DOD-un arxasından başını çıxaranda, qarşı tərəfdən atılan mərmi
qəlpəsi onun başından dəydi… Orxan bir andaca gözlərini yumdu.O, Ruhinin yanındaca yerə yıxıldı. Ruhini qan tutmuşdu, böyük kimi hər zaman
güvəndiyi, qruplarında ən yaxın məsləhətçisi bildiyi Orxanı itirmək ona da yaman təsir etmişdi.Ruhin yenidən qarşıdakı sonuncu iki ermənini də
biçməyə başladı. Bir az əvvəl Orxanla birlikdə hədəfə götürdükləri sonuncu ermənini də vurdu. Artıq qarşıdakı yüksəklikdə maneə yox idi. Bir az
bundan əvvəl həlak olan döyüşçü dostunun da qisasını almışdı Ruhin. Avtomatı başının üstünə qaldırıb, “Anasını ağlatdım, gəbərtdim, qanımızı
aldım…”- deyə qışqırdı. Və irəliyə hərəkətə davam etdi.Yanında olan döyüşçülər də dayanmadan hərəkət edirdilər. Bu zaman N saylı hərbi
hissənin korpus komandiri, polkovnik Mais Bərxudarov da tankla döyüşçülərin qabağına keçdi. Döyüşçülər hamısı bu sərkərdə şücaətli
komandirin arxasınca irəliləməyə başladılar. Azərbaycanda vətən torpağı uğrunda döyüşlər başlayan ildən bu günə qədər, döyüşə atılan
komandirlər olmuşdu. Bu gün də vətən torpağının azadlığı uğrunda döyüşlərdə korpus komandiri öndə gedirdi. Arxadan gələn əsgərlər də qabağa
keçib, korpus komandirini üzük qaşı kimi əhatəyə aldılar.Bu döyüşün taktikası idi. Hər bir döyüşdə sərkərdə və ya, komandiri qorumaq əsgərin
borcudur. Korpus komandirini özləri ilə bir sırada görən əsgərlərin döyüş ruhu daha da yüksəlmişdi.Əsəgərlər irəliyə, yüksəkliyə-Lələtəpə
yüksəkliyinə irəliləyirdilər.Düşmən snayperinin atdığı atəşlərdən biri bu dəfə də Ruhini tutdu.Onu snayper vurmuşdu. Döyüş yoldaşlarından biri
deyirdi ki, güllə yarası alandan sonra yenə də düşmən tərəfə bir neçə dəfə güllə atdı. Lakin birdən dayandığı yüksəklikdə Qələbə havasını
ciyərlərinə çəkdi… və nəfəsini geri vermədi.Qalibiyyət havası ciyərlərində qaldı.Bu onun son nəfəsi oldu.Ruhunu Tanrıya əmanət edən Ruhin
sonuncu dəfə özü ilə vətən havasını, qalibiyyət havasını da göylərə apardı. Bir neçə dəqiqə əvvəl həlak olmuş dostlarının qanını alaraq,
qəhrəmanlıqla həlak olan Ruhinin də, Orxanın da, Səyyarın da… üzlərində xoşbəxt bir ifadə var idi. Onların gülümsər simaları göylərə baxırdı.
Ruhinlə Orxanın son atəşləri, hədəfləri məhv etməkləri nəticəsində arxada gələn döyüşçülər məqsədlərinə çatmışdılar. Aprelin 2-si dan yeri
ağaranda artıq qarşı postlardakı ermənilər bronjiletlərini, kaskalarını atıb 24 il müddətində nəzarətlərində saxladıqları mövqeləri atıb qaçmağa
başlamışdılar. Azərbaycan əsgərlərinin isə hirsi soyumamışdı, erməni əsgərlərinə çatanda onları əliyalın məhv etməyə başladılar.Səngərlərdə artıq
əlbəyaxa döyüşlər başlamışdı. Əsgərlər irəliləməkdəykən, Xudafərini hədəf götürməkdəykən, birdən… Döyüşün dayandırılması əmri verilmişdi… 363
Döyüşçülərimizin Lələtəpədə üçrəngli Azərbaycan bayrağı narın-narın dalğalanırdı… O İlahi təpənin üzərində dan yeri ağaranda əsəgərlərimiz
yeni əmr gözləyirdilər… Xudafərinə qədər getmək əmrini… Alınan mövqeni can –başla qoruyurdular ki, birdən düşmən tərəfdən həmlə olarsa
qarşısını alsınlar… Düşmən isə… artıq işini bilmişdi. Qaçırdı… Düşmənin qaçmağının səsi isə ermənilərin mühafizəkarlarına tez çatmışdı.
Döyüşümüzü beynəlxalq standartlar çərçivəsinə salanlar, bu dəfə də Azərbaycan əsgərini sona qədər irəliləməyə qoymadılar… Və yəqin ki, 2-5
aprel günlərinə qədər davam edib, sonra dayanan döyüşün ağrılarını Vətən fədailərimiz heç vaxt unutmayacaqlar.Axı o gecələrdə uğur onlarla idi,
onlar irəli getsəydilər, işğalda olan bütün torpaqlarımızı azad edəcəkdilər.Azər Həmidov da atəşin intensivləşdiyini görüb, qardaşına zəng etsə də,
telefonuna zəng çatmadı. 2 aprel günorta vaxtı isə qardaşı Orxanın yaralandığı xəbərini aldı. Beyləqana qospitala getdi ki, yaralı qardaşından xəbər
tutsun. “Gördüm”- deyən olmadı. Sonra kəndə qayıtdı. Anası ilə maşına oturub kənd yolundan üzü hərbi hissəyə gedərkən, birdən qarşılarına təcili
yardım maşını çıxdı. Arxada nə qədər maşınlar və qələbəlik var idi. Orxanın anası Tamella xanım oğlu Azərin maşınından düşüb təcili yardım
maşınının qarşısına keçdi. Ağladı, səsi –harayı dağlara düşdü. Dedi ki, məni aldatmayın, uşaq ha deyiləm, o maşında gətirdiyiniz oğlumdur.
Orxanın bayrağa bürünmüş tabutunu maşından düşürəndə 10 yaşlı oğlu Vüsal əlləri ilə üzünü qapayıb : “Yoooxxxx... ataaaaa..... belə olmaz. Ola
bilməz.... yox ata ola bilməz...” deyərək bağırırmış.
Esmira xanım (həyat yoldaşı): “Orxan son gün martın 31-i gecəsi evdən gedərkən anam və övladlarım sənə əmanət deyib çıxdı. “Elə
demə Orxan nolub sənə qayıdacaqsan yenə özün övladlarının, ailənin başında dayanacaqsan” dedimsə də, amma Orxan sanki duymuşdu ki, vətən
üçün bu gecə ağır gecə olacaq. Sanki uşaqlar da bunu duyurdu və atalarından ayrılmaq istəmirdilər. Ataları onlara vətən sevgisini daha çox
aşılamaq üçün bir neçə dəfə özünün qulluq etdiyi hərbi hissəyə aparmış və silahlarla tanış etmişdi. Kiçik oğlum deyir ki, “atamın qisasını biz
alacağıq”. Həmin gecədə Orxan komandiri şəhid Elnurla bir olub, çiyin-çiyinə döyüşə giriblər. Lələtəpə yüksəkliyinin alınmasında ikisinin
əvəzsiz rolu olub. Bir arzum, bir istəyim var: şəhidimizin qanı yerdə qalmasın!!Böyük oğlum atasının nəşi evə gələndə psixoloji travma aldı. Və o
gündən hər an atam gələcək deyib durur, qəbul edə bilmir atasının yoxluğunu. Hətta şəkillərə baxanda gülümsəyərək baxırdı. Sanki demək
istəyirdi ki, atam ölməyib, o gələcək, ölümündən öncə zabit rütbəsi almışdı. Ölümündən sonra isə “İgidliyinə görə” Azərbaycan Respublikasının
prezidenti medalla təltif etdi.
Aramızda 6 il yaş fərqi var. Orxangil bizə elçi gələndə ailəmiz əvvəlcə qarşı çıxdılar. 2005-ci ildə Orxan məni qaçırıb öz evlərinə gətirdi. Gələn
gündən qaynanama “Ana”-dedim, Orxanla bir-birimizə “can deyib, can eşitdik. Çox xoşbəxt yaşayırdıq. Axırıncı dəfə martın 30-da evdən çıxdı.
Evdən çıxanda dedim ki, Ay Orxan mən cəhənnəmə, harda olsan özünü uşaqlar üçün qoru. Həmişəki kimi qayıdıb dedi ki, “Siz məndən narahat
olmayın. Mənə heç nə olan deyil”. Nə vaxt atışma başlayırdısa, tez ona zəng vurardım, xəbər bilərdim. Səsini eşidəndən sonra rahatlanardım.
Bizim o qədər arzularımız var idi ki... Orxanın planşeti qalıb. Bir də görürsən ki, iki qardaş baş-başa verib, planşetdəki şəkillərə baxırlar. Atalı
günlərindən danışırlar. Bir-biri ilə atalı xatirələrini bölüşürlər. Deyirlər ki, yadındadır, ata ilə keçən dəfə harasa getməyimiz, və yaxud da söhbət
edəndə “ata canı”- deyib and içirlər. Fəridi ovundurmaq oldu. Vüsalı heç ovundurmaq olmur. Mart 22-də hərbi hissədə tədbir keçirilirdi. Zəng
vurub dedi ki, gəlirəm, uşaqları geyindir aparım bayram tədbirinə. Heç Vüsalla Fəridi əməlli-başlı geyindirməyə macal tapmadım. Tez maşına
mindirdi apardı. Uşaqlarla gəzib dolanıb, çoxlu da şəkillər çəkdirib. Həmin şəkillərə baxıram. Vüsal və Fəridi həmin gün son dəfə gəzdirib, 364
könüllərini alıb, gülüb-danışıb , uşaqları hərbi hissənin tankının üstünə çıxarıb şəkil çəkdirib. Ailəvi şəkillərimiz yoxdur. Hətta toy şəkillərimiz də
sonradan necə olubsa, yanıb çıxmayıb. Orxan şəkil çəkdirməyi də sevməzdi. Ancaq iki övladı ilə ömrünün son şəklini, son anını çəkib. Vüsal da,
Fərid də böyüyəcək. Ancaq onların yaddaşlarında ataları həmin hərbi paltarlarda qalacaqlar. Harada hərbçi görsələr, unuda bilməyəcəkləri atalarını
xatırlayacaqlar.
Tamella Məmmədova (anası): “Oğlumu çox çətinliklərlə böyütmüşəm. Ailəsinə layiqli övlad olub. Hələ erkən yaşlarından çalışaraq
bizlərə dəstək olub. O, Lələtəpə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Sanki, geri qayıtmayacağını bilirdi. Aprelin
1- i axşam saat 21:23-də yaxınlarımızdan birinə mesaj yazıb ki, “Hamınız bizdə qalın...”. Bundan sonra telefonuna zəng çatmadı. Bir neçə saat
sonra nədən bu mesajı yazdığının səbəbi bizə aydın olur. Orxan isə torpaqlarımızı azad etmək uğrunda vuruşarkən hər an şəhid ola biləcəyinin
fərqindəydi. Məhz, buna görə də ala biləcəkləri ağır xəbərdən bizlərin sarsılmasını istəmədiyi üçün yazıbmış o mesajı. Orxan çox sanballı oğul
idi. İki oğlumu evləndirib ayırmışdım. Biri Bakıda yaşayırdı, Azər də həyətin o biri başında tikdiyimiz evdə yaşayır. Ömrümün sonuna sahib
çıxmaq üçün üçüncü oğlumu — Orxanımı seçmişdim. Fikirləşirdim ki, hər zaman onunla yaşayacağam. Barı 59 il yaşayaydı atası İbrahim qədər.
Atasını itirdim-dözdüm. Atamı-anamı dəfn etdim dözdüm. Bu Qarabağ müharibəsi, Vətən müharibəsi başlanandan sonra bizim nəslin adamları
dərddən öldülər. Üç qardaşımı itirdim dözdüm. Ancaq, oğul dərdi, onlardan da betər imiş. Uşaqların, gəlinin üzünə baxa bilmirəm. Bu yaxınlarda
Orxanın 2-ci sinifdə oxuyan oğlu Fərid deyir ki, nənə mənim adımı dəyişdirib “Orxan” adını yazın. Boynunu qucaqlayıb, alnından öpüb, könlünü
almışam. Demişəm ki, bala, böyü, evlən toyun olsun, oğlun olar, atanın adını qoyarsan. Orxandan nə qədər danışsam sözüm qurtarmaz. Hansı
əməlindən danışım ki, hansı xatirəsini unuda bilirəm ki... Bir dəfə xətrimə dəymədi, sözümü qaytarmadı, üzümə ağ olmadı.... Necə ailəcanlı, necə
alicənab bir balam var idi. Bu kənd, bu el-oba indi də onun üçün yanıb qovrulur. Döyüşə getdiyi korpusudakı hərbçi yoldaşları tez-tez gəlib bizi
yoxlayırlar, balalarına baş çəkirlər. Uşaqlar da böyüyəcək. Kim böyüməyib ki... Ancaq mənim Orxanım... Bir ona rahatam ki, Vətən torpağı
uğrunda qalib əsgər kimi köçüb dünyadan.O gedəndən sonra qapı-bacaya çıxmıram. Orxan mənsiz bir gün dayana bilmirdi. Bakıdakı oğlumun
evinə gedəndə, zəng vururdu ki, anamı geri göndərin. İndi mən onsuz yaşayıram. Bu darvazanın yanında oturub yollara boylanardım, Orxanın
yolunu gözləyərdim. Havanın hənirtisindən balamın ətrini duyurdum. Gələndə evimizə işıq gətirirdi, sevinc gətirirdi. Bir də görürdün icazəsi
olanda gələrdi evə. Gəlin bişirib-düşürüb süfrəni bəzəyərdi ki, çörək yesin. Çox vaxt heç çörəyə əlini də vurmazdı. Yorğun-arğın yatardı. Sən
demə balamın işi ağır imiş, təlimlərdən, döyüşlərdən gəlirmiş. Biz hardan biləydik ki, bunlar düşmənin içinə gedib-gəlirlər.Bir də görürdün gecə
işinin sonunda balalarına zəng vururdu ki, nə istəkləri var. Uşaqlar da hərəsi bir istəyini deyirdi. Gecənin bir aləmi onların istədikləri, sevdikləri
yeməkləri, xuruşları alıb gətirirdi. Könüllərin alırdı. Balalarına çox bağlı idi. O gün Azər görüb ki, oturub iki qardaş atalarından danışırlar.
Çərçivəyə salınmış şəklini qucaqlayıb öpüblər. Nəvələrimin heç nədən ehtiyacları yoxdur. Mən də ancaq Orxanımı istəyirəm. Hərbi paltarlarını
saxlayıram. Ölüncə də saxlayacam. Demirəm ki, niyə şəhid olub. Alın yazısı ora qədər idi. Mənim oğlum getməsin, sənin qardaşın getməsin, o biri
gəlinin əri getməsin, vəzifəlinin oğlu gizlənsin... Bəs kim getsin? Bəs bu vətəni kim qorusun? O bir qəhrəman idi. Vətən yolunda canından keçdi.
Düşməndən aldığı vətən torpağında, ən uca yerdə həlak oldu. O gün qaynım gedib gəzib onun həlak olduğu Lələtəpəni. Deyir ki, ay Tamella, mən
elə bilirdim Lələtəpə bir balaca yerdir. Heç ucu-bucağı görünmür. Bu qəhrəman oğullar necə dirənib dırmaşıblar, düşməndən oranı xilas ediblər.
Deyir bu elə belə əsgər işi deyil. Tanrıdan onlara nəsə güc gəlibmiş”.(https://modern.az/az/news/130936). Lələtəpənin işğalçılardan
alınması zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidim,sən yalnız iki övladının atası olaraq yox, bütün Azərbaycanın fəxrisən! Bütün
şəhidlərimiz qarşısında baş əyirəm!
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
365
366
MAXE SƏYYAR KNYAZ OĞLU QULİYEV
“Qorxma sönməz bu şəfəqlərdə üzən al bayraq: 367
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq:
O mənimdir, o mənim millətimindir ancaq.”(Mehmet Akif Ersoy)
Doğum tarixi:1986-cı il. Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi.
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli rayonunda gedən döyüşlərdə.
Dəfn edilib: 8 aprel 2016-cı il. Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
10 aylıq evli idi (Şəhadətindən sonra qızı Zeynəb doğulub).
1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik
çavuşu Səyyar Knyaz oğlu Quliyev 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən
sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. Aprelin 8-i isə Səyyar
Quliyev doğulduğu Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salındı.
Aprelin 1-dən başlayaraq cəbhənin 30 kilometirliyində yerləşən Füzulinin Zobucuqdakı 4-cü köçkün
qəsəbəsinin bütün həyətlərində qarşı tərəfdən açılan silah səsləri eşidilirdi. 2008-ci ildən hökumətin
köçkünlər üçün inşa etdiyi bu düşərgədə elə bir gün olmurdu ki, güllə səsinə yatıb, güllə səsinə
oyanmasınlar. Yaxın qohum-əqrabanın, qardaş-bacılarının da evinə gedib, Novruz bayramı münasibəti ilə
bayramlaşmış, hərənin könlünü bir cürə sevindirən Səyyar Quliyevin anası ilə son dialoqu belə olmuşdur.
“ -…Ana bizim Yuxarı Əbdürrəhmanlı kəndindəki evimizin dəqiq yerini xatrlayırsan, ora necə getmək olar?
- Ay oğul, o kəndin yolunu neynirsən ki?
- Nə bilim vallah, ay ana, bəlkə yolum düşdü, getdim, dünyanın işini bilmək olmaz.
-Allah düşmənin evini yıxsın, ay bala, gör bir neçə ildir, həsrətik yurdumuza, evimizə-ocağımıza…
-Ana, fikir eləmə, bir də xəbər tutacaqsan ki, kəndimizi qaytarmışıq, ya mən ordakı evimizin qabağına bayraq sancacağam, ya da burdakı evimizin
qabağına mənim üçün bayraq sancacaqlar…
-Bala, bəsdi-bəsdi… sən get-gedə ağlını itirirsən, bu nə sözdü danışdın… Ora bayrağı sanc, burada elə bayraq sancılmasını Allah heç kimə
göstərməsin…”.(A.Eyvazlı. https://modern.az/az/news/125635).
Knyaz dayı (atası): “Zəng eləmişdi, sevinirdi. Səsi də elə gümrah gəlirdi ki…Hamımıza tapşırdı ki, evdən-həyətdən çıxmayın, 368
inşallah kəndimizə getməyimizə az qalıb. Dedim ki, bala, kənddən heç kim heç hara tərpənməyib. Hamı həyətində-bacasındadır. İnanın ki, elə də
var idi. Buralarada bir qələbəlik vardı ki, bütün kənd, qəsəbə ayağa qalxıb, cavan-yaşlı hamı üzü o tərəfə gedirdi. Axırda insanların axınını görüb,
hərbi post qoydular ki, icazəsiz keçib döyüş olan tərəfə keçməsinlər. O gecələr bir başqa aləm idi. Döyüşdə, torpaq uğrunda itki olmalıdır,
qurbanlar verməliyik, neynəyək ki, mənim balamın da yazısı bura qədər imiş, qismətdən artıq yemək olmur ki…
Səyyar 1986-cı ilin noyabr ayının 13-də sonradan hərbçi kimi qulluq etdiyi o qərargahda dünyaya gəlmişdi. Dünyanın salamat vaxtlarında
orada mənim fermam var idi. Ferma müdiri idim. Ermənilər Füzulinin yarısını alandan sonra, bizim Ordumuz orada qərargah yaratdı. Səyyarı ha
çalışdım, başqa səmtə yönəldim, dedi ki, öldü var, döndü yoxdur, orduda xidmət edəcəm. Mühafizəçi işini atıb keçdi orduya. Qismətdənmi,
taledənmi, gedib o doğulduğu yerdə nişangah qurdu, hərbi qulluğa başladı. Çavuş idi. Elə yaxşı xəbərləri gəlirdi. Hamının hörmətini qazanmışdı.
Biz də ki, bu hökumətin tikdiyi köçkün qəsəbəsində vallah can dərdi yaşayırıq, buranı yurd bilmirik, rayonun yarısı özümüzdə olsa da, o qoyub
çıxdığımız yurd var e…. Yuxarı Əbdürrəhmanlı mənim üçün nə qədər əzizdirsə, o biri qaçqınlar üçün də o əsarətdə qoyub gəldikləri evləri,
ocaqları, yurdları əzizdir. Biz buralarda özümüzü elə qonaq kimi hiss edirik. İnsan harada doğulursa, qanı-canı ora çəkir. Başqa milləti deyə
bilmərəm, biz türklər, azərbaycanlılar harada olsaq da yurdumuza, ocağımıza dönmək istəyirik.
7 uşağım var idi. Qızlar böyük idi, 4 oğlum sonradan dünyaya gəlmişdi. Müharibə başlayanda qızlarını köçürüb yerbəyer eləmişdim. Biz
kəndimizdən İlkinin 10, Səyyarın 8, əkiz oğlanlarım Elşən və Nailin isə 16 yaşları var idi.
İlkin Quliyev (qardaşı): “Səyyar o ağır günləri dumanlı kimi xatırlayırdı. Onun yaddaşına yuxu kimi gəlirdi o günlər. Yadımdadır ki,
anam ayaqyalın çıxmışdı. Bizi ətəyinin altında gizlədə-gizlədə gətirirdi. Atam əllərimizdən tuturdu. Üzü payıza getdiyindən gah soyuq olurdu, gah
üşüyürdük. Atam və anam özləri yemirdilər, əllərinə düşən çörəyi, yavanlığı biz dörd qardaşın arasında bölürdülər ki, ac qalmayaq. Sonradan
bildik ki, Səbinə bacımın qaynı Əlzamin Məhəmmədov ov tüfəngi ilə onlara tankla hücum etmək istəyən ermənini vurub öldürüb, ermənilərin
başını qatıb, beləliklə əlində körpə uşaq olan bacımı və ailəsini xilas edib kənddən çıxa bilmişdi. Digər Natiqə bacımın qaynı hərbi qulluqçu olan
Siyavuş Səfərəliyev də kənddə əsgər yoldaşlarının 7 nəfərini xilas edib, səkkizincini gətirəndə şəhid olmuşdu. Bu bir bəxt işi idi ki, həmin
mühasirədən çıxamışdılar. Digər yaxın qohumumuz Ələsgər Allahverdiyev Alişan oğlu 1993-cü ildə avqust ayının 23-ü kəndimiz boşalanda,
ermənilərlə qəhrəmanlıqla vuruşaraq öldü. Füzuli uğrunda döyüşlərdə çox qohum-əqrabamız öldü. Eltəkin İsmayılovun 25 yaşı var idi. Xalq
Təsərrüfatı İnstitutunu bitirmişdi. Həmin döyüşlərdə şəhid oldu. Şəmsiyyə adlı bir yadigar qızı qaldı. Zakir Neyman oğlu Xudiyev döyüşlər
başlayandan gedib batalyona yazıldı. Tank batalyonunun komandiri idi, 1992-ci ildə sentyabrın 10-da şəhid oldu. Əmim oğlu Elxan Quliyev son
nəfəsinə qədər kənddən çıxmadı, döyüşə-döyüşə şəhid oldu. Hər gün bir evdən şəhid xəbəri eşidirdik. Yadımdadır, xəlvətə çəkilən kimi anam
ağlayırdı.
Biz əvvəlcə Beyləqana, sonra isə İmişlidəki mal yatağımıza gəldik. Əldə-ayaqda atamıza kömək edirdik. Oralarda da məktəb yox idi.
Səyyar və mən düz üç il məktəbə gedə bilmədik. Səyyar birinci sinfə, Füzulinin Bəhmənli kəndinə köçüb yaşayandan sonra, 9 yaşında
getdi. Bizim uşaqlığımız olmadı. Bizim uşaqlığımızı müharibə yedi, ermənilər viran qoydu. Biz başqaları kimi köhnə də olsa, öz kəndimizin
məktəbində oxumadıq. Bizim başımız çox bəlalar çəkdi. Hara getdiksə, güllə səsləri eşitdik. Bəzən o çadırda yaşadığımız qış gecələrində iki
qardaş baş-başa verib, əsirlikdə qalan Əbdürrəhmanlı kəndimizdən danışardıq. Səyyarın çox yadında qalmasa da, mənim yadımda idi bütün izlər,
cığırlar, bulaqlar, dağlar, dərələr. Deyirdi ki, görəsən o yerlərə qayıda biləcəyikmi? Bir dəfə də demişdi ki, əgər qaytarmasalar, mən böyüyəndə
gedib o yerləri özüm alacağam ki, anam bir də ağlamasın.
Anam çox zülmlər çəkdi. Biz qışda-yayda çadırlarda böyüdük, atam palçıqdan, qarğıdan, qamışdan ev tikdi, divar hördü. Səyyar məktəbi 369
qurtarandan sonra, 2006-cı ildə hərbi xidmətə yollandı, qayıdıb gələndən sonra Füzuli rayonunun hərbi mühafizə polisində işə düzəldi. Ancaq heç
sakit olmurdu qardaşım. Elə hey deyirdi ki, gərək orduya yazılsın. 2014-cü ilin yayında atamdan xəbərsiz gedib orduya yazıldı. Özü də ərizə
yazmışdı ki, ön cəbhədə qulluq etmək istəyir.
29 yaşı var idi. Hamı deyirdi evlən, cavabı belə olurdu ki, “mən hərbiçiyəm, qoy Vətənimizi xilas edim, sonra evlənəcəm”. Ancaq ki,
bizdən böyük bacım xəstə yatırdı, ağırlaşmışdı. O Səyyarın toyunu görsün deyə, evləndirdik. Qonşu qəsəbədəki Təranəni görüb bəyənmişdi.
Onlara gözəl bir toy çaldırdıq. Elə sevinirdik ki, qardaş toyu gözəl olur. Uçmağa qanadımız yox idi. Onu evləndirəndən üç ay sonra da bacım
rəhmətə getdi... Mən Səyyarla həm qardaş, həm də dost idim. Sözümüz, sirrimiz, sevincimiz, məsləhətimiz bir idi. Aprelin 1-də təmas xəttindəki
hadisələri eşidib, ona zəng vurdum. Aprelin 3-nə kimi neçə dəfə danışdım. Hər dəfə deyirdim ki, qardaş ehtiyatlı ol. Özü pülemyotçu idi. Sərrast
atıcı idi. Tutduğu nişan boşa getmirdi. Telefonda mənimlə danışanda dedi ki, narahat olma, hər şey normaldır. Aprel ayının 1-dən sonra,
boğazımdan su da keçmədi. Mürgü vura bilmirdim. Divanda oturub ürəyimdə var-gəl edirdim. Birdən bir anlığa gördüm ki, qardaşım bayrağa
bükülü tabutda məzara qoyulur... Diksindim. Bilirəm ki, yatmamışdım. Huş məni aparmışdı. Özümə yer tapa bilmirdim. Ancaq Səyyarın yoxluğu
xəbərini yaxın belə qoymurdum. Mən heç vaxt onu ölü kimi təsəvvür edə bilməzdim. Səyyar çox həyatsevər, nikbin bir insan idi. Evə gəldimi
otaqlar gülüşlə, səs-küylə, sevinclə dolardı. Hamıya sevinc paylayırdı, gülüş bəxş edirdi. Yenə ümidimi üzməmişdim, fikirləşirdim ki, Allah
qoruyar. O qədər elə çətin sınaqlardan çıxmışdı ki... Aprelin 3-ü axşamüstü mənə xəbər edib dedilər ki, qardaşın yaralanıb gəl... Durub Bakıdan
Füzuliyə yola düşdüm. Gecə saat 3-də atamgilin həyətinə çatanda gördüm ki, tabut həyətin ortasındadır, dədəm də heykəl kimi donub tabutun başı
üzərində. Atam heç nə hiss eləmirdi. Bir tərəfdə qardaşımın tabutu qoyulmuşdu, bir tərəfdə də dədəmiz sanki daşa dönmüşdü... Dədəmi heç vaxt
belə görməmişdim. Sonra həkimlər müdaxilə edib, kişini özünə gətirdilər. Aprelin 4-ü qardaşımı dəfn edəndə, kişi özündə təpər tapıb, dəfndə
iştirak edə bildi. 5 ayın içərisində atam və anam düz iki övladını məzara qoyurdu. Böyük dərd idi. Qardaşım düşmən tərəfin atdığı mərmidən
həlak olmuşdu. Həmin yerdə istehkam qurub durublarmış, bunlar orada təzə idilər. Ermənilər isə 22 il idi ki, həmin yerləri oymaq-oymaq
tanıyırdılar. Bunların təxmini istiqamətlərini müəyyən edib, mərmi atmışdılar, mərmidən 4 nəfər birlikdə şəhid olmuşdu.
(https://modern.az/az/news/125635).
İndi fikirləşəndə baxıb görürəm ki, qardaşım həmin o Lələ təpə uğrunda döyüşlərdə o biri qəhrəmanlar kimi şəhid oldu. Onları qanı
hesabına nə qədər torpaq alındı, ordumuz xeyli üstünlük əldə edib. İndi Cocuq Mərcanlıda abadlıq işləri başlayıb. Bunların hamısı aprel
şəhidlərinin və qazilərinin hesabına olub. Ürəyim fərəhlə dolur. Şəhidliyindən 15 gün sonra, yuxuma gəldi. Gördüm ki, əlində bir dəstə ağ çiçək
var. Çiçəkləri ondan istəyirəm, deyir ki, yox, qızıma verəcəyəm, onun üçün toplamışam. Ötən il sentyabrın 4-də bazar günü qardaşımın
ölümündən 4 ay sonra qızı Zeynəb dünyaya gəldi. Gözlərinin rəngini elə bil ki, Səyyardan alıb. Səyyar Vətənə, torpağa bağlı oğul idi. Onu həlak
olduğu ərazidən çıxaran hərbçi dostları dedilər ki, qardaşım Səyyarı götürəndə baxıblar ki, ovcunun içərisində torpaq var. Canını verməzdən əvvəl
Vətən torpağını ovcuna alıb. Nə bilim, bəlkə son dəfə qələbənin sevincini belə yaşayıb...
İndi ailəmizdə hamının bir qayğısı var ki, Səyyarın qızı Zeynəbi adına layiq böyüdək. Dövlətimiz də qardaşım şəhid olandan sonra gənc
ailəsinə Horadizdə iki otaqlı mənzil verdi. Həyat yoldaşı Təranəni bağçada işlə təmin etdilər. Yaşayaq, görək axırımız nə olacaq... Bəli, Səyyarsız
çox çətindir mənim üçün, gözüm qalıb telefonun ekranında, elə bilirəm ki, zəng edəcək, elə bir gün olmurdu ki, bir-birimizlə hal-əhval tutmayaq.
Onun zəngini gözləyirəm... hər an gözləyirəm... Heç nə, heç kim Səyyarı əvəz edə bilmir... Ondan yaxşı qardaş yox idi.”
(https://modern.az/az/news/125635).
Vəliyev Cəmil Mədət oğlu (qaynı): "Səyyar 2014-cü ildə özü könüllü şəkildə hərbi xidmətə kiçik çavuş rütbəsi ilə yollanıb. O, şəhid olan
gün bacım da zəng etdi ki, evdə dayana bilmirəm məni gəlin aparın, yaman narahatam. Elə də oldu, bacını gətirdik, Səyyar təxminən sübh vaxtı, 5-
ə qalmış zəng etdi bizimlə danışdı. Biz ondan harda olduğunu soruşanda Lələtəpədə olduğunu dedi ki, və "Heç nədən narahat olmayın, hər şey
əladır, üstünlük bizdədi, Lələtəpə yüksəkliyini almışıq, mövqelərimizi bərkidirik, qələbə bizimlədir” dedi. Aradan bir qədər keçmişdi ki, şəhid
olduğu xəbərini eşitdik". Onu da bildirək ki, şəhidin ailəsi onun adının əbədiləşdirilməsini istəyir. Qeyd edək ki, Quliyev Səyyar Knyaz oğlu 1986-
cı ildə Füzuli Rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olub. 10 aya yaxındır ki, ailəli idi, övlad sahibi olacaqdı ki, qismət olmadı. Allah
rəhmət eləsin!
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
370
371
372
MAXE AYAZ ƏLƏKBƏR OĞLU HÜSEYNOV
“Vətəni üçün ölmüş bir insan məsud insandır.” (Virgilius)
Doğum tarixi: 17 aprel 1991-ci il. Beyləqan rayonu, Şahsevən qəsəbəsi. 373
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli istiqamətində.
Dəfn edilib: 5 aprel 2016-cı il. Beyləqan rayon İkinci Şahsevən kəndi.
Qoşun növü: A.R.Quru qoşunları.
“ Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.
Subay idi.
1991-ci ilin 17 aprelində ayazlı-şaxtalı bir vaxtda doğulduğu üçün atası oğlunun adını Ayaz qoyur.
1993-cü ildən də Ələkbər Hüseynov ətrafında olan bütün cavanlar kimi təzə yaradılan könüllü
dəstələrindən birinə – Beyləqan-İmişli batalyonuna yazılaraq, savaşa atılıb (Modern.az). Özü Nərgiz
təpənin alınmasında, oğlu isə Lələtəpə yüksəkliyinin alınmasında iştirak edib. 1995-ci ildə hərbi xidmətdən təxris olunub.
Ələkbər Hüseynov (atası): “Çox çətin illər idi. İndi vuruşmağa nə var ki... silah-sursatımız yox idi. Erməni ilə daşla-yabayla vuruşurduq.
Onlar isə ən son model silahlarla, rus əsgərləri ilə üstümüzə gəlirdilər. Ona görə də o vaxt uduzmuşuq. Ancaq bu aprel döyüşləri başqa tamaşa idi.
Əməlli-başlı döyüş başlamışdı, gərək axıra qədər gedəydilər. Düzgün də müharibə gedirdi. Azərbaycan gərək atəşkəsə qol qoymamaydı.
Razılaşmayaydı. Bilirsiniz, müharibədən o dağlarda-daşlarda, odun-alovun içərisində can qoyanlar danışa bilər. Vətənin hər qarış torpağının
qədrini o vətən torpağı üçün can qoyanlar, qan tökənlər, vuruşanlar bilər. Lələtəpənin alınmasını eşidib yaman sevindik. Aprelin 4-ü səhər saat 11-
də bizə zəng vurub dedilər ki, oğlunuz yaralanıb. Həmin dəqiqə cavab verdim ki, mənim oğlum yaralansa, heç vaxt zəng elətdirməz.Mən ona
bələdəm. Deyin ki, şəhid olub... telefon zəngi kəsildi. Evdən çıxdım... Getdim balamı axtarmağa... Heç qardaşına da demədim. Özündən kiçik
qardaşı Ələsgər də hərbçidir. Sərhəd Qoşunlarında xidmət edir. Mən Ayazı hərbdən çəkindirə bilmədim. Əsgəri xidmətini başa vurandan sonra
getdi bir şirkətdə işlədi. Bir neçə ay işləyəndən sonra, dedi ki, “mənlik deyil, gərək gedim hərbiyə”. 8-ci sinfi bitirəndə də sənədlərini aparıb
Naxçivanski adına hərbi liseyə vermişdik. Bütün sənədləri düz gəldi, normativləri yerinə yetirdi. Uşaq gözü yaşlı qayıtdı. Əsgərlikdən sonra
xüsusi təyinatlı bölüyün ən layiqlisinə yazıldı. Özünü əsl kəşfiyyatçı kimi təsdiq etdi. Mavi beretlilər Azərbaycan Ordusunun görən gözləridir.
Oğlum da 2011-ci ildən etibarən şərəflə qulluq etməyə başladı. Onların bölüklərinin əsgərləri, zabitləri haqqında “Odda yanmaz, suda batmaz”
deyirlər. Ayaz belə Ayaz idi. Sınaqlardan çıxıb, çətinliklərdən keçmişdi, o qədər dövlət əhəmiyyətli tapşırıqları uğurla yerinə yetirmişdi ki...
Bizə danışmasa da, mən onun xidmət etdiyi hərbi hissənin təyinatını bilirdim. Tez-tez deyirdim ki, bala özündən muğayat ol, siz qartal
kimisiniz, çalışın nişana gəlməyin. Deyirdi, “ata, arxayın ol...”. Bir ona sevinirəm ki, öz arzusuna çatıb... Ancaq oğul dərdi ağır dərddir, hər
dərddən ağır olur. Sonuncu dəfə aprelin 3-ü zəng vurudum ki, oğul, səni Allaha əmanət edirəm. Dedi ki, “ata narahat olma, ağsaqqallarla
birlikdəyəm. Mənə daha zəng vurma. Vaxt tapanda özüm axtaracam sizi...”. Sonuncu danışığımız oldu. Ancaq içimdən qovrulurdum. Narahat
idim. Topun-mərminin səsindən də evdə otura bilmirdim. Anasına heç nə demədim. Heç ölüm xəbərini alanda da anasına demədim. Başımı
götürüb getdim Lələ Təpə tərəfə...”
Həmayıl xanım (anası): “Oğluma payızda toy eləmək istəyirdik. Balam hamıdan qeyrətli, hamıdan yaraşıqlı, hamıdan şücaətli, qüdrətli idi.
Oğlum mənim üçün bir sərkərdə, bir oba, bir el idi. Oğlu ilə birlikdə xidmət edən dostları tez-tez bu soyuq, işığı azalmış evə gəlir və Ayazı yad
edirlər. Deyirlər ki, oğlum öz komandiri Şükürlə birlikdə döyüşüb, komandiri ona çox etibar edirdi. Oğlum şəhid oldu, komandiri Şükür qəhrəman
adı aldı... Olsun... Nə deyirəm ki, Allah hər kəsin balasını qorusun... İkinci oğlum da hərbçidir. Bizimkilərin alnına Vətəni qorumaq yazılıb.”
Ələsgər (qardaşı): “Aprelin 4-ü axşam vaxtı qardaşının tabutunu həyətə gətirdilər. Həmin gecənin səhərisi isə, aprelin 5-də qardaşım sevdiyi
Vətən torpağına qovuşdu. Təkcə ona görə sevinirəm ki, qardaşım torpaqlarımızın kiçik bir hissəsinin də olsa, azad olmasından xəbərdar oldu.
Qardaşım Mübariz kimi, Elyar kimi, Həsən kimi qəhrəman idi. Onların seçdiyi o vətənpərvərlik, şəhidlik yolunu alnına yazmışdı. Nə zaman 374
bir şəhid xəbəri alırdı, nə zaman bir hərbçi şəhid olurdusa, qardaşımın qəlbi qan ağlayırdı, köksünə sığmırdı. Yerlə-göylə dalaşırdı. Bəzən
hirsindən qışqırırdı da. Deyirdi ki, “belə qalmayacaq, alacağam onların qisasını, məqam gözləyirəm. Çox sevirdi hərbçi peşəsini. 3 dəfə imtahan
verəndən sonra sınaqlardan keçmişdi, seçmişdilər onu. Elə sevinirdi ki... 2014-cü ilin noyabr ayında ön cəbhədə qulluq etməyə sərəncam alanda,
sevinci yerə-göyə sığmırdı. Ürəyi daim Vətən eşqi ilə çağlayırdı. Bir gün yenə kefi yox idi. Evə gəlmişdi. Mən də evdə idim. Əlini göyə açıb dua
etdi Allaha. Dedi: “Nə vaxta qədər biz öz doğma yurdumuza həsrətlə baxacağıq? Uca Tanrım, canımı hələ alma, qoy Şuşanı, Kəlbəcəri
şərəfsizlərdən, düşmən tapdağından xilas edim. Yurdumun şərəfsizlərin əlində qalmasına dözə bilmirəm. Uca Tanrım mənə düz yol göstər, mənə
torpaqlarımızı almağa imkan ver...”.
Heç bu duaları etməsindən çox müddət keçmədi. Aprel döyüşü başladı... və qardaşım qəhrəmanlıqla həlak oldu. Qardaşım şəhidlik zirvəsinə
ucalandan sonra, təsəlli almaq üçün onun qulluq etdiyi hərbi hissəyə getdim. Elə bilirdim ki, orda ona aid nəsə görsəm, sakitləşərəm. Deməyin ki,
acizəm, ancaq, qardaş başqa candır. Qardaşın yerini heç nə verməz. Biz bir-birimizlə nəfəs alırdıq. O mənim hər şeyim idi. Xidmət etdiyi hərbi
hissədə dostları deyir ki, döyüş başlayanda qardaşım və Ruhin Qəhrəmanov ailəsi-uşağı olan hərbiçilərə deyiblər ki, siz döyüşə atılmayın. İkisi də
mayor Elnur Əliyevin qarşısını kəsiblər ki, “səni döyüşə buraxmayacağıq. Balaların gözləyir”. Mayor onları döyüşdə tək buraxmayıb. Deyib
ki, döyüşdə hamı bərabərdir. Hətta əsgərlərini xilas etmək üçün özünü qumbaranın üstünə ataraq həlak olub.
Şəhidliyindən bir müddət əvvəl oturub söhbət edirdik, birdən mənə dedi ki “qardaş mən şəhid olsam ağlayarsanmı?”. Dönüb təəccüblə üzünə
baxdım, dedim “danışmağa söz tapmırsan? Sən olmayandan sonra bu həyat mənim nəyimə gərəkdir. Canım sənə qurban, mən sənsiz bu həyatda
bir gün də yaşaya bilmərəm... Səninlə nəfəs alıram Ayaz, belə danışma.” Bilmirəm nə olmuşdu, ürəyinə nə dammışdı. Sonra yenə əlavə etdi:
“Ələsgər, qaqa, mən ölsəm, haqqınızı mənə halal edin...”. Sonra da öpdü, qucaqladı məni, dedi ki, “anam, atam, bacım sənə əmanət... Hər zaman
məni yaşat ki, onlar acı çəkməsinlər. Elə yaşa ki, məni səndə görə bilsinlər. Məndən sonra ikimizin əvəzinə yaşa...”. Bax belə qalıb
yaddaşımda dünyamı aparan qardaşım. Mən o qisas gününü görmək üçün yaşayıram indi. İnanın ki, çox çətindir, qardaşsız nəfəsim
çatmır.(http://yenizaman.az/v5/w61122/.../#.XqSD2WgzbIU).
(https://www.facebook.com/2018314741796361/posts/2048359955458506/)
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
375
(Şəhidimizin anası Həmayıl xanım)
376
377
378
ƏSGƏR MURAD VAQİF OĞLU MƏMMƏDOV
“Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət
edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər”. (Həzrət
Mühəmməd Peyğəmbər)
Doğum tarixi: 17 aprel 1989-cu il. Sumqayıt şəhəri. 379
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 5 aprel 2016-cı il. Sumqayıt şəhər Şəhidlər xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Nişanlı olub.
Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix,
onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi
varlığını davam etdirdiyi yerdir. Vətən bizi qoruyan isti ana qucağıdır. Çünki biz onun sayəsində inkişaf
edir və yetkinləşirik. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir
millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də
yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq və sevməkdir. Vətənə bağlılıq milli-mənəvi
dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.
Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım
olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan
vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən
hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmiz idi ki, bunun nəticəsində
bu gün bütöv Azərbaycanın vətəndaşı olaraq yazıram bu sətirləri.
Aprel döyüşlərində böyük şücaət göstərən Murad Vaqif oğlu Məmmədov 17 aprel 1989-cu ildə Biləsuvar rayonunda anadan olmuşdur.
1996-cı ildə Biləsuvar rayonu 4 saylı orta məktəbin birinci sinifinə gedən, hər bir işdə birinciliyi, liderliyi sevən Murad məktəb dərslərini də əla
oxuyurdu. O həm də idmançı idi. Onu tarix müəllimi Məmmədhəsən müəllim həmişə “Qəhrəman” deyə çağırarmış. 2007-ci ilin oktyabr ayında
hərbi xidmətə çağırılan Murad 2008-ci ilin aprelin 2-də hərbi xidmətini bitirir. 6 ay gizirlik kursunda oxuduqdan sonra Yaşmada hərbi hissələrin
birində xidmətə başlayır. Sonra Xüsusi Təyinatlı bölüyünə imtahan verir qəbul olur və həlak olduğu günə qədər Xüsusi Təyinatlı bölüyündə
çalışır. Onu Cəlilabadın Göytəpə kəndində xidmətə göndərirlər.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Murad Məmmədov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 380
Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.
Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış "Şərəfli ad" sənədli filminin ərsəyə
gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, Şəhid haqqında məlumatlar toplanılıb.
(https://www.gununsesiaz.info/aprel-s%C9%99hidi-murad-m%C9%99mm%C9%99dov-haqqinda-film-c%C9%99kilib/).
Şəhidin ailəsilə görüşmək üçün Sumqayıt şəhərinə yollandım. Sağ olsun iş yoldaşım (o zaman ADU-da çalışırdım) Könül xanım orda
yaşadığı üçün ünvanı tapmaq çətin olmadı.
Rahim bəy (qardaşı): “Murad məndən 8 yaş kiçik idi. Mən onu əslində çox az gördüm. Onun 10 yaşı olanda mən hərbi xidmətə getdim.
Sonra hərbi sahədə qalıb oxumağa, işləməyə üstünlük verdim. Ali təhsil aldım. İllər tez keçir. Mənim başım hərbi xidmətə qarışmışdı. Bir də onda
ayıldım ki, qardaşımı da əsgər aparırlar. Çox ləyaqətlə hərbi xidmətini başa vurdu. Xüsusi Təyinatlılar bölüyünə yazıldı. Murad çox fərasətli oğlan
idi. Beş-altı adam onun qolunu birləşib bura bilmirdi. Dağa-divara bir göz qırpımında dırmanırdı. Qardaşım böyük rəşadətlə vuruşub. Onun və
mənim dostum, Xızının Giləzi kəndindən olan Ravil Novruzov da həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Onlarla eyni döyüş meydanında
olan əsgərlərimiz danışrıdılar ki, təmas xəttində atışma başlayandan sonra Ravil gedib meydanda olan bir neçə yaralını arxa tərəfə gətirib.
Sonuncu yaralını kürəyinə yükləyib gətirəndə, qəfildən qarşısına erməni əsgəri çıxıb, həmin əsgərin atdığı güllə Ravili yaralayıb, Ravil ağır yaralı
olmasına baxmayaraq, cəld silahını çəkib, erməninin alnının ortasından vuraraq öldürüb. Yəni Ravil də, o biri şəhidlərimiz də döyüş meydanında
qəhrəmanlıqlar göstərərək həlak olublar. Əgər sabah Ali Baş Komandanımız, müdafiə nazirimiz yenə də döyüş əmri versə, biz zabitlər hamımız
müsəlləh əsgərik. Və böyük intizarla o günü gözləyirik. Əgər əvvəllər 1-2 erməni öldürməklə, Vətənin intiqamını almaq istəyirdimsə, indi qarşıma
keçə biləcək bütün düşməni qırmağa hazıram. Mən intiqam hissi ilə yaşayıram. Qardaşımın, bütün şəhid qardaşlarımızın intiqamını almaq
istəyirəm (şükürlər olsun ki, qardaşım qisasın alındı). Qardaşım komandiri polkovnik Raquf Orucovla birlikdə həlak oldu. Onlar Azərbaycana ilk
qələbə şərbətini dadızdırdılar. Aramızda Muradla 8 yaş fərqimiz vardı. Onun böyüyüb bu yolda ucalmağı heç ağlımada gəlməzdi. Murad
hamımızdan yaşca kiçik olsa da, yaşadığımız küçədə hamı onu böyük sayırdı. Əliaçıq, ürəyiaçıq idi. Həmişə böyüklərin hörmətini saxlayırdı.
Allaha yaxın adam idi. Murad mənim üçün yaşayır. Mən onunla fəxr edirəm!”
Vaqif Məmmədov (atası): “2 oğlum, iki qızım var. Murad ailəmizin sonbeşiyi idi. 2010-cu ildən sonra Sumqayıta köçüb balaca bir ev
kirayələdik. Sonra oğlum Rahim Hacı Zeynalabdin Tağıyev qəsəbəsində indi yaşadığımız bu evi uzunmüddətli ipoteka krediti ilə aldı. Biz
Sitalçay kəndindəki kirayə evdə atam, yoldaşım və Muradla yaşayırdıq. Murad da hazırlaşırdı ki, ev alsın, ailə qursun... Ata-ana üçün bütün
övladlar şirindir. Ancaq Murad bir başqa oğlan idi. Bizim ailənin bütün yükü onun çiyinlərində idi. Anasına çox bağlı idi. Anası ilə nəfəs alırdı.
Bunlar elə bil ki, bir-biri ilə ruh əkizi idilər. Anasının ürəyi xəstədir, tez-tez zəng vurub ondan xəbər bilirdi. Mən axırıncı çərşənbənin yuxularına
inanıram. Yuxumda gördüm ki, müharibə başlayıb. Qarışıqlıqdır. Ailəliklə bir həyətdə oturmuşuq, kimsə bizdən ayrılıb gedir. Sonra yuxumu
qardaşıma, qızlarıma danışdım. Belə fikirləşdik ki, atam yaşlıdır, yəqin ki, bizdən ayrılacaq daha... Çox pis olmuşdum. Atanın, ya ananın yaşlısı
olmur ki... Atam da bizim ağsaqqalımızdır. Aprelin 3-ü mənə Biləsuvar Rayon İcra Hakimiyyətindən şübhəli zənglər gəldi. Axşamüstü qohum-
əqraba da zəng edəndən sonra, başa düşdüm ki, bu nəsə yaxşı məsələ deyil, zəng vurub oğluma dedim ki, deyəsən vəziyyət yaxşı deyil. Artıq 381
mənə demişdilər ki, oğlun həlak olub, lakin, mən xəbəri özümə yaxın qoymaq istəmirdim. İçərimdə hələ bir ümid var idi... Bununla belə, oğluma
zəng etdim ki, get evə, biz də gəlirik... Oğlum Rahim bir sual verdi: “Anama nə deyəcəyik?!”. Bu günə qədər oğlumun verdiyi o sualın ağırlığını
hiss edirəm...Murad çox zəhmətkeş uşaq idi. Onun nadincliyinə görə məni həftədə 3-4 dəfə məktəbə çağırırdılar. Murad hər bir fənni yaxşı
oxuyurdu. Olduqca etikalı, zirək, heç nədən qorxmayan, hərbi sahəyə meyilli bir uşaq idi. Qaçışda birinci, turnikdən çəkinməkdə ikinci yerləri
tuturdu. Mənə dost idi. Heç vaxt evdə öz işi barədə bir kəlmə də danışmazdı. Həyatda anasını, sevən oğullar Vətənini də, anası qədər sevir. O,
ailəsini çox sevirdi. Vətən, ana deyib sinəsini güllə qarşısına verib.”( https://modern.az/az/news/105647).
Sevil xanım (anası): “Oğluma nişan aparan gündən könlüm açılmadı. Çünki, nişan çox soyuq keçdi, atası Vaqif işdə idi, özü cəbhədə...
İstədiyim kimi olmadı. Cəmi 15 gün nişanlı qaldı. Mən də onunla nəfəs alırdım. Onun üçün nişandan əvvəl gedib bahalı ətir aldım. Ətirlərini mən
alırdım. Səhər əsgər gedəndə, üstünə çilədim, dedi ki, ay ana, bunu dünən alaydın ki, nişanlım da biləydi bu ətri... Martın 22-si gedib qızı
nişanladıq. 28-i Murad zəng vurdu, dedim ki, ana qurban, nişan verdik qıza. Ad günündə gələndə özün də üzük taxarsan barmağına. Dedim bala,
sən çox zəhmətkeşsən, bizim zəhmətimizi çəkirsən. Evsiz-eşiksiz qaldığımız günlərdə, Sitalçayda pənahımız oldu, ev kirayələmişdik, onun pulunu
verirdi. Qaynatama, mənə, atasına himayədar idi. Əvvəllər tez-tez deyirdim ki, evlən ay bala, vaxt keçir. Mənə deyərdi ki, “ay ana, mən kimin
qızını gətirib bədbəxt edim? Nə biləydim ki, taleyimizdə bu da var imiş. Həmin axşam işdən çıxıb Rahimin evinə gəldim. Ürəyim köksümə
sığmırdı. Aprelin 3-ü idi. Muradla danışdım. Səsi çox vüqarlı və şən idi. Dedim, “oğul özündən muğayat ol”. Dedi “ana, narahat olma, hər şey
yaxşıdır. Axşamüstü Rahimin yoldaşı Günay nə qədər israr etsə də, boğazımdan yemək keçmədi. Gedib bir az uzandım. Bir də Günayın səsini
eşitdim. Deyirdi ki, “ay Allah, yalan olsun”, baxdım ki, qızın rəngi ağarıb. Həyəcanla nə baş verdiyini soruşdum. Dedi ki, “təmas xəttində
itkilərimiz olub, ona görə, əsgərlərimiz üçün dua edirəm. Bir az keçdi, Rahim həyəcanla gəldilər. Başladı paltar axtarmağa. Mən də dəhlizdə onu
qarşıladım. Soruşdum “bala, Murada nə olub?”. Dedi “Murad yaralanıb”. Ondan sonra heç nədən xəbərim olmadı. Murad mənim son beşiyim idi.
O hər bir mövzudan danışsa da heç vaxt hərbiçi kimi öz işindən danışmırdı. Mən Muradla nəfəs alırdım. İsdəyirdim ki, o da ailə, uşaq sahibi olsun.
Elə olurdu həftələrlə ona zəng çatmırdı. Martın 28-i Murad mənə zəng vurdu dedi ki, “Ana sən mənə nə arzulayırsan?” Dedim ana qurban
ürəyindən nə keçir, nə yaxşı şey varsa sənə onu arzulayıram. Sən mənim zəhmətkeşimsən. Sən mənim dünyamsan. Dedi “elə mənə bu lazım idi
ana”... Elə o telefon sönəni, zəng çatmadı”.
Günay xanım (şəhid qardaşı Rahimin xanımı): “Anamız, həmin an diz üstə çökdü. Nə qışqırdı, nə də səsi çıxdı. Oturdu
dəhlizdəki stulun üstündə. Və susdu. Rahim başını ananın dizinin üstünə qoyub, o ki var ağladı... Və getdi. Ananı bir təhər apardım, yataq
otağına... 1 gün ayılmadı. Səhəri tabutu Sumqayıta gətirənə yaxın, həkimlər bir təhər özünə gətirdilər. Rahim gəlib dedi ki, “ana dur ayağa, Murad
gəlir, onu qarşıla!!!”. Tabut ortada idi. Anamız tabuta heç baxmadı. Açmağa da qoymadı. Dedi ki, “Murad məni heç zaman tək qoya bilməz, o
mənə söz vermişdi ki, qayıdacaq”. Və həmin günlərdə anamızın gözü Muradın çıxdığı qapıdan çəkilmədi. İki gün donuq vəziyyətdə qapıya dikildi
gözləri. Çünki o qapıdan Muradı sağ-salamat yola salmışdı. Murad cəbhədə döyüşdə olanda nişanlısına son dəfə zəng edərək deyib ki, “məni
gözləmə. Burada vəziyyət pisdir”. Qız xəttin o biri başında ağlayıb, deyib ki, “Murad qabağa getmə, qayıt gəl”. Qıza deyib ki, “sən nə danışırsan,
burada elə canlar gedir, elə oğullar ölür ki, mənim onlardan nəyim artıqdır”. Qətiyyətli şəkildə bildirir ki, “sən öz həyatını yaşa, mən qayıtmasam.
Xoşbəxt ol!”. Sonra telefonunu söndürüb. Və aprelin 3-ü düşmənlə vuruşda həlak oldu...”
Qasım Məmmədov (şəhidin 90 yaşlı babası): “Sənəddə yaşım 87 yazılıb. Ancaq bildiyim qədər 90 olmalıdı. Bizi müharibəyə aparmaq
üçün təlim keçirdilər. 1945-ci il idi. Snayperçi idim mən də. Müharibə bitdiyindən bizi əsgər aparmadılar. Sonra biz arxa cəbhədə işləməyə
başladıq. Yaxşı günlərimiz də oldu, pis günlərimiz də... dünyadır da... dünya ilə çiling-ağac oynamazlar ki... Məni bu dünyaya bağlayan bir Murad 382
idi. Sevinirdim boy-buxununa. Pis uşaq olsa, heç adını dilimə gətirmərəm. Bütün bacı-qardaşa, qohum-əqrabaya əl tuturdu. Heç kimin üzünə ağ
olmadı. Köməyimiz, gərəyimiz idi. Məni yandıran odur ki, 15 gün idi ona nişan qoymuşduq, qisməti belə gəldi. Tez-tez gedirəm Şəhidlər
xiyabanına, başdaşı ilə danışıram. Ondan təsəlli almaq istəyirəm. Televizoru, xəbərləri izləyirəm. Bu erməni alçaqlar sülhə də yaxın gəlmirlər.
Onları xristian dünyası çox bəsləyir. Havadarları çoxdur. Ancaq gördünmü, o 4 gündə bunların burnunu necə əzdik. Danışıqlar gedir, deyirlər,
rayonları qaytaracaqlar. Bəlkə onda bir az rahat olaram ki, balamın qanı yerdə qalmadı. 1918-ci ildən bəri bu ermənilər nə qədər müsəlman, türk
qanına susayıblar. 1941-45-ci illərdəki müharibədə də bizim Həzi Aslanovun öldürülməsində erməni Baqramyanın və Ağacanyanın rolu böyük
oldu. Tankdan düşəndə, onu ermənilərin əli ilə vurmuşdular. O ki qaldı, bu “Aprel döyüşləri”ndə həlak olanlara... Axı bunlar çox yüksək hazırlıq
görmüşdülər. Bunları çıxılmaz yerə atsan, oradan sağ çıxırdılar. Bunlar kəşfiyyatçı idilər. Nəvəm də, onun yanındakılar da qan itirməsindən
ölüblər. Heç 1941-45-də əsgərlər qan itirməsindən belə qırılmırdılar. Bu nə idisə, anlaya bilmədim. Hamısına Allah rəhmət eləsin. Şəhidlər
ölməz! Onlar Vətən yolunda, torpaq uğrunda həlak olublar. Murad da Vətən torpağı yolunda canını fəda edib. Bizim minnətdarlığımızı bütün
xalqımıza çatdırın, ölkə prezidentinə, xanımına çatdırın. Çünki bu şəhidləri çox böyük təmtəraqla dəfn etdilər.
Şəhidin nişanlısı (xanımla şəxsən görüşməmişəm, amma müsahibəsinin burda yer almasını istədim): “Cəmi 15 gün idi ki, nişanımız
olmuşdu.Nişanlanmağımıza özümüz razılıq vermişdik. Çünki aramızda bir neçə ay idi ki, sevgi vardı. Özümüz tanış olmuşduq. Heç vaxt Muradı
hərbidən uzaqlaşdırmaq haqqında düşünməmişəm. Həyatda sabahımızın necə açılacağını bilmirik. Ona görə də sevdiklərimizi necə bir taleyin
gözlədiyindən xəbərsizik. Hər halda, mən də sevdiyim insanı itirmək istəməzdim. Digər tərəfdən isə Murad ölməyib. O şəhidlik zirvəsinə yüksəlib.
Muradın hərbçi kimi vətənə xidmət etməyindən həmişə qürur duymuşam. Murad özü də deyirdi ki, o, vətənə xidmət etmək üçün doğulub. "Vətən
yolunda şəhid olanlar məndən əskik oğlanlar deyil” söyləyirdi. Biz nişanlananda Muradın narahat olduğunu hiss etmişdim. 2016-cı ilin 28
martından Muradla əlaqə saxlamağa çətinlik çəkirdik. Təlimlərdə olurdu. Amma aprelin 1-dən sonra cəbhədən müharibə xəbəri gəlməyə başladı.
Muradla axırıncı telefon zəngimiz aprelin 3-də alındı. O, telefonda məndən halallıq istədi. Müharibədir, nələrin baş verəcəyinin bilinmidiyini
söylədi, sonra da "özünə yaxşı bax” dedi. Özü və dostları ilə bağlı ümidli deyildi. Təbii ki, Muradın bu cür sözlərinə etiraz etdim. "Bu nə sözlərdir
danışırsan. İnşallah qayıdıb gələrsən” dedim.
Murad tez-tez yuxuma gəlir. Hiss edirəm ki, o da məni görür. Onun gözlərini ümidli görürəm. Çünki şəhidlər həmişə zirvədə olur,
ondandır. Üzüyü məndədir, amma çıxarmışam. Üzüyü taxmağımı nə onun, nə də mənim valideynlərim istəyir. Onların məsləhəti ilə taxmıram.
Amma Muradın mənə hədiyyə aldığı qızıl boyunbağını hələ də taxıram. Murada olan sevgim hələ də mənimlədir. O sevgi tükənməyib…Onlar
məni xoşbəxt görmək istədiklərini deyirlər. Necə ki, övladlarının xoş gününü görmək istəyirlər, məni də övladlarından ayırmırlar. Onlar məni
gəlinlikdə də görmək istəyirlər. Amma indiki halda bu cür məsələləri düşünmürəm. Hər şey Allahın qismətindən asılıdır. Qismətimizdə nə varsa,
odur.”
Mövlana Cəlaləddin Ruminin dediyi kimi “şərəf və şərəfdən məhrum olanların millət və vətən duyğusu yoxdur, bunlardan qaçınmaq
lazımdır”. Şərəfsizlərdən qurban belə ola bilmədiyi üçün kimlərisə sənə qurban olsun demirəm mənim igid və qəhrəman qardaşım. Vətən sevgisi
ruhları xilas edən ən güclü küləkdir (Mustafa Kamal Atatürk). Sən və sənin kimi igid oğullar bizim üçün qəhrəmanlıq, cəngavərlik havasını gətirən
ən güclü rüzgar oldunuz. Elə bir rüzgar ki, kəsilən nəfəsimizi özümüzə qaytardı.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
383
(Murad Məmmədovun uşaqlığı)
(Şəhidimizin anası Sevil xanım)
384
385
(Müəllif şəhidin məzarını ziyarət edərkən)
(Müəllif şəhidimizin ailəsini ziyarət edərkən)
ƏSGƏR TOĞRUL HABİL OĞLU FƏRƏCZADƏ
“İgidin ürəyi haça olar.”
Doğum tarixi: 10 oktyabr 1993-cü il. Ağsu rayonu Bico kəndi. 386
Vəfat tarixi: 4 aprel 2016-cı il.
Dəfn edilib: 9 aprel 2016-cı il. Ağsu rayonu Bico kənd məzarlığı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Subay idi.
1993-cü ilin 10 oktyabrında Ağsu rayonunun Bico kəndində anadan olan Toğrul Fərəczadə 2016-cı ilin
aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin
9-u doğulduğu Ağsu rayonunun Bico kəndində son mənzilə yola salınmışdı.
Toğrul Fərəczadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif
edilmişdir.
Ağsu rayonunun Bico kənd orta məktəbinin adını daşıdığı Arif Cəbiyev Toğrul Fərəczadənin doğmaca
əmisi oğludur. O Əfqanıstan döyüşlərində qəhrəmanlıqla həlak olub. Uzun illər keçəndən sonra isə eyni nəslin
ikinci oğlu, Habil Cəbiyevin tək oğlu Toğrul da Vətən uğrunda şəhid oldu. Bico kənd orta məktəbində indi Toğrul Fərəczadənin də xatirəsi
əbədiləşdirilib. Bu məktəbdə onun adına xüsusi otaq ayrılıb. Bu xatirə muzeyində həm Toğrul Fərəczadə haqqında, həm də vətən uğrunda
döyüşlərdə həlak olan qəhrəmanlarımız, şəhidlərimiz haqqında məlumatlar var.
O əsl qəhrəman idi. Həm valideynlərinin, həm də xalqının adını uca tutan qəhrəman. Hüquqşünas olmaq istəyirdi. Amma vətən sevgisi
onun yolunu dəyişdi. Şəhidlik zirvəsi bu fikirləri geridə qoydu. İndi onun yoxluğu nəinki valideynləri, hətta tanıyanlar üçün qəbul olunmur. Toğrul
sanki hər an dostlarının, yaxınlarının arasındadır.
Bəhruzə Cəbiyeva (anası): “Dərddən dəli olmaq bəlkə belə olur... Mən oğlumdan sonra yaşaya bilmərəm. Onu min bir zəhmətlə
böyütmüşdük. Sevdiyi qız var idi. Onun gözünə baxa bilmirəm. Dayağım, gedib-gələn nəfəsim idi Toğrul... Özü hərbçi olmaq istəyirdi. Hərbi
xidmətini 2012-ci ildə başa vurandan sonra inad etdi ki, hərbidə qalacaq. Bizim də gücümüz yetmədi. 3 il yarım idi ki, o hərbidə xidmət aparırdı.
Üç il yarım idi ki, mənim gecəm-gündüzüm yox idi. Həm əsgərlikdə, həm də Silahlı Qüvvələrin tərkibində hərbin sirlərinə dərindən yiyələnmişdi.
Evə gələndə uğurlarından danışırdı. Deyirdim ki, ay oğul, mənə bir az işindən-gücündən danış. Elə həmin günlərdə dedi ki, ana mən hərbiyə
gedəndə, komandirimiz general Hikmət Mirzəyev, əlini kürəyimə qoyub məndən soruşdu ki, ailənin bir oğlusan, Vətənin müharibəsi var qarşıda,
xidmət etməyə qorxmursan? Ana, generala dedim ki, “bir oğlun ürəyində Vətən sevgisi olmur? Cavabım generalın xoşuna gəldi”. Oğlum güclü
hərbiçiydi, ləqəbi “Gecələr” idi. Deyir ki, bu yaxınlarda mina təmizləməyə gedibmiş. O gecəni belə xatırlayırdı: “Ana getdim ərazidən mina
təmizləməyə. Hərbidəki itim də yanımda idi. Minaları çıxarıb, 200 metr keçib səngərin içərisi ilə getdim qabağa. Birdən üstümə kimsə atıldı. Elə 387
bildim ermənidir. Həmlə gözlənilmədən olduğundan, fikirləşdim ki, ermənini duyuq salmışam. Yamanca qorxdum, can şirin şeymiş. Sonra baxdım
ki, üstümə tullanan itimdir. Erməni olsaydı, ya ona verən Allah, ya mənə verən Allah, heç bilmirəm, necə qurtaracaqdı. Həmin gecə, səngərdən sağ
qayıtdığıma görə əhd etdim ki, qurban kəsəcəyəm”. Toğrul o qurbanı kəsib, kəndin qocalarına, əlsiz-ayaqsızlarına, kimsəzilərinə payladı. Əli pul
tutandan elə işi gücü yetim-yesir, kasıb adamları sevindirmək idi. 3 ay əvvəl evə bayraq gətirdi, dedi ki, hərbiçinin evində mütləq Azərbaycan
bayrağı olmalıdır! Deyirdi ki, biz Azərbaycan prezidentinin vuran ürəyiyik! Vətəni qoruyuruq! İşsiz-gücsüz, avara gəzən, ata-anasını incidən
uşaqlara baxanda, təəccüblənirdi, əsəbiləşirdi. Qohumlarımıza zəng edib deyərmiş ki, ata-anamdan doymuram. Kreditlə maşın götürmüşdü. 2 illik
krediti hələ qalır. Maşını da qalıb xidmət etdiyi hərbi hissənin həyətində. Hərbi Hissə komandiri polkovnik-leytenant Murad Mirzəyev ondan
daima razılıq edirdi. Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü münasibəti ilə medalla da təltif olunmuşdu. Həmişə məclisinə, evinə gələn
hərbçi dostları indi yasına gəlirlər. Onların hamısından balamı soruşuram. Uşaqlardan hansısa dedi ki, Talış kəndi uğrunda döyüşlərdə bunlar 12
nəfər olublar, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik leytenantı Murad Mirzəyevlə birlikdə qatılıblar döyüşə. Xeyli irəli gedib nə qədər erməni
məhv ediblər. Silah sursat götürüblər. Aprelin 2-dən sonra Toğrulumla danışa bilmədim. Dizimi qoydum torpağa, əllərimi Allaha açdım,
yalvardım, sısqadım, ağladım, ah-nalə elədim. Allaha dilədim ki, iki gözümü al, ancaq oğlumu mənə qaytar. Gözsüz qaytar, ayaqsız, əlsiz qaytar,
ömrüm boyu dilənib onu şikəst saxlardım... Allah məni eşitmədi... İndi mən necə ovunum... barı oğlumun xidmətlərini dövlətimiz qiymətləndirə,
adına bir küçə, ya məktəb verə, adını əbədiləşdirə... Axı onun qanı tökülən yerlərdə qalibiyyət var...
Toğrulun ad günündə anasının məzarı üstündə dediklərindən: “Ay oğul, belə də ad günü olar... Gör nə qədər adam yığıb gətirmişəm
şənliyinə... Daha böyük Toğrulum yoxdu, indi balaca Toğrula salmışam meylimi... Ancaq sən deyilsən axı, sənin dadın başqa idi...
Kəndimizdə sənin boyda oğul yox idi... 1 metr 95 boyu olan balam, səndən sonra kəndin cavanları da həminki deyillər, sənin üçün darıxırlar,..
hər gələndə küçəmizə səs salan balam... Daha səsin gəlmir axı... daha küçəmizdə gülüş səsləri kəsilib”.
Habil bəy (atası): “Aprelin 1-i əlaqə saxladıq, hal-əhval tutduq. Hər şeyin qaydasında olduğunu bildirdi. Bizə ürək-dirək verdi, “Məndən
nigaran qalmayın” dedi. Dedim, “Noolub, niyə belə danışırsan? Biz həmişə səndən nigaranıq, ancaq bunu heç vaxt dilinə gətirməzdin?”. Dedi,
“Heç nə olmayıb, ola bilsin, bir həftə əlaqə saxlaya bilmədim. Təlimə gedirik, qayıdandan sonra özüm əlaqə saxlayacam. Buna görə deyirəm,
narahat olmayın.” Aprelin 2-də televiziyadan cəbhədəki gərginlik, atışma barədə xəbərləri eşidəndə, ixtiyarsız narahat olmağa başladım. Səhəri
gün zəng elədim, telefonuna zəng çatmadı. Adətən, onlar tapşırıqda olanda, telefon götürmürdülər. Buna baxmayaraq, ürəyim dinclik
tapmadı. Ayın 4-də “itkin” xəbərini öyrənə bildim. Neçə gün cəbhə bölgəsinə yaxın hospitalları gəzdik. Hər yerdən “əliboş” qayıtdıq... Ayın 8-də
bizə məlumat verildi ki, Toğrul bir neçə silahdaşı ilə Şəhid olub... Ayın 9-dasa bircəcik oğlumu dəfn elədik... Elə bil, ürəyinə dammışdı “Məndən
nigaran qalmayın” deyəndə...”... (https://modern.az/az/news/102518).
Bacısı Əfsanənin qardaşının ad günündə məzarı üstündə dediklərindən:“Qardaş sənsizliyə dözə bilmirəm. Qardaş sənə veriləsi o
qədər suallarım var. Aldığın yaranın yeri çoxmu ağrıtdı səni. Yanında olsaydım məlhəm qoyardım yarana, öpərdim , oxşardım yaralı bağrını. Son
nəfəsində Tanrıdan nə istədin? Kimi köməyə çağırdın, qardaş?! Sənə deməyə o qədər sözüm-söhbətim, gileyim var ki, qardaş... Xətrimə dəyənlər
oldu... Sən olsaydın güvənərdim... İndi kimə deyim dərdimi...” (https://modern.az/az/news/117066).
Qabil Cəbiyev (əmisi): “Azərbaycanda Qarabağ döyüşləri başlayandan kəndimiz bir şəhid verib, iki nəfər isə itkinimiz var. Onların üçü də
qohumumuzdur. Şəhidimiz Mahmud Səfərovun 19 yaşı var idi. İtkin düşən Fərrux Səfərov və Sənan Səfərov da 19 yaşında idilər. O vaxt mənim
də 19 yaşım var idi. Onları Ağdərə uğrunda döyüşlərdə itirdik. Nə o şəhidin, nə də ki, itkinlərin ailəsi ilə bir maraqlanan olmayıb. 1992-96-cı ildə
vuruşan qazilərə, şəhidlərin ailəsinə qarşı bir unutqanlıq var. Ucqar rayon və kəndlərdə yaşayan şəhid ailələrini kimsə yada salmır. 1992-ci ildən 388
1996-cı ilə qədər indi ermənilərin işğalda olan bütün kənd və rayonlarımızda gedən qanlı vuruşların iştirakçısı olmuşam. Mənimlə vuruşan
uşaqlardan sağ qalanı çox azdır. Necə oldusa, mən ölmədim. O dağları, meşələri Şirvandan yaxşı tanıyıram. Lakin ən ağrılısı odur ki, cəbhədə o
qədər zülmlər çəkdim, qan tökdüm, can qoydum, lakin Müdafiə Nazirliyində könüllü olduğumu qanuniləşdirə bilmədim. Ona görə də Toğrulun
hərbidə qulluq etməsinə razı deyildim, həm o döyüşləri görən adam kimi, həm də o acı günlərdə çəkdiklərimi qardaşımın balasının görməsini
istəmirdim. Aprelin 3-dən sonra Toğruldan xəbər tuta bilmədik. Qardaşımla getdik üzü Tərtərə sarı ... aprelin 8-nə qədər döymədiyimiz qapı,
soruşmadığımız adam qalmadı... Gəncə, Bərdə, Tərtər, Naftalan, Yevlax...Toğrul balamızı gördüm deyən olmadı. Atası Habil inanmırdı ki, oğlu
sağ olmasın. Hələ nəyəsə ümid edirdi. Sonra Yevlaxda onunla hərbi hissədə qulluq edən dostlarından birini tapdım. O dedi ki, axtarmayın...Toğrul
şəhid olub. Düz aprelin 8-də eşitdik bu xəbəri. Nə qədər çətin olsa da, qardaşıma dedim... Habil başladı başına döyməyə. Çox böyük çətinliklə
gəlib çatdıq Ağsuya, kəndimizə. Məlum oldu ki, Toğrul, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas
xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. 9 apreldə şəhid və qəhrəman balamızı dəfn
etdik...”
Fətulla Cəbiyev (babası): “Səkkiz övladım var idi. Bir oğlumu bir neçə il bundan əvvəl itirmişəm. Toğrul əmisinin balalarına çox qayğı
göstərirdi. Əmisinin iki uşağının sevinc yeri idi. Bizim kəndimiz Şirvanda kök salmaq istəyən ermənilərə həmişə divan tutub. 1918-ci ildə qohum-
əqrabalarımız, babalarımız, Bico kəndinin kişiləri Şahalı yüzbaşı başda olmaqla torpağımıza göz dikən 500 ermənini qırıblar. Ermənilərin
şamaxılılara, şirvanlılara etdikləri zülmlərin qanını onlarda qoymayıblar. Erməni o tarixi unutmayıb. Erməni həmişə bizim düşmənimiz olub.
Toğrulun soyadını da atamın adından (Fərəczadə) mən yazdırmışam. Ona görə biz Cəbiyev gedirik, o isə böyük babasının adı ilə gedirdi.
“Dövlətdə dəvə, övladda nəvə “- deyib, atalarımız. Bu qəm bir bizim qapımızı döyməyib ki... Gör neçə qapını döyür 25 ildir. Vətən yolunda gedib,
bizim Vətənin övladı idi. Prezidentimiz İlham Əliyev də bu müharibənin bitməsi üçün çox əziyyət çəkir. Onun da arxasında belə əsgərlər
dayanmalıdır ki, o da əsgərlərə güvənsin. Müharibədə itki də olur, qan da olur. Bu neçə günü darvazamız bağlanmır. Dövlət tərəfindən gəlirlər,
gedirlər... şəhidimizi yad edirlər. Elə indi də Müdafiə Nazirliyinin 1 avtobus hərbçisi qadınlı-kişili Bakıdan bura başsağlığına gəliblər... Demək
şəhidin qiyməti var, əsgərin dəyəri var bu gün... Mən 1992-96-cı illərdə Azərbaycanın müharibə olan torpaqlarını qarış-qarış gəzmişəm. Oğlum
Qabil könüllü orduya yazılanda 19 yaşı var idi. Yerin-yurdunu demirdi. Bala şirin olur. Ayağıma dəmir çarıq geyinib, düşdüm yollara. Dərələrdən,
düzlərdən keçdim... Soyuqlara, istilərə düşdüm. Oğlumu axtardım, hardan sorağını dedilərsə, oraya getdim. Müharibənin hər üzünü gördüm.
Laçın-Kəlbəcər dağlarında axtardım Qabili. Bir gün meşədə təsadüfən üz-üzə gəldik. O gürcülərin “Əsgər atası” filmi var e... bax elə onun kimi.
Ata-bala sarıldıq bir-birimizə... iylədim oğlumun saçlarını, ətrini çəkdim sinəmə, sevinirdim ki, balamı sağ-salamat tapmışam. Nəvəmi isə Qabil
axtardı... tapmadı...
Həyətdəki ağacları Toğrul əkib, becərib. Səliqəli bağ-bağçanı sevərdi. Balamın əsgər dostları gələndə onlara süfrə açardım... Keçən il
Biləsuvarda hərbçi dostunun biri şəhid olmuşdu. Toğrul o şəhidin evinə yasa gedəndə, şəhidin anası deyib ki, gəlin Sizi balamın əvəzinə
yedirim. Şəhidin anası, hər dosta bir qaşıq aş verib, yedirib onları, balasının ətrini almaq istəyib. Bu hadisə Toğruluma çox təsir etmişdi.
Toğrulumu itirəndən sonra, aprelin 11-də bacısı Əfsanənin birinci uşağı dünyaya gəldi. Qayınatası zəng vurub, bizdən xahiş etdi ki, izn verin,
Toğrulun adını nəvəmizə verək. İndi Toğrulun adını bacısının oğlu, nəticəm daşıyacaq.” (https://modern.az/az/news/102518).
Yaşar Qarayev (Məktəbin direktoru): “Toğrul Fərəczadə qəhrəman nəslin nümayəndəsidir və qeyrətli bir ailədə doğulub pərvəriş tapıb.
Ümumiyyətlə isə Bico kəndi hər zaman zülmə, yadellillərə qarşı vuruşmağı bacarıb. 1918-ci ildə 500-ə qədər silahlı erməniyə qarşı birləşərək,
mənfur düşməni kəndə buraxmayıblar. Bu kənddən Böyük Vətən müharibəsinə 350 igid, oğul, ər, ata gedib. 166 nəfəri o müharibədən 389
qayıtmayıb. O müharibədə qəhrəmanlıqlar göstərənlərdən biri də Toğrulun babası Fərəc kişi olub. Qarabağ döyüşlərində də Toğrulla birlikdə 7
şəhid verdi bu kəndimiz. Toğrul bizim qəlbimizdə həmişə gözəl təbəssümü ilə yaşayacaq. Bəlkə elə buna görədir ki, onun üzü hər zaman gülərdi.
O gülürdü ki, yaddaşımıza təbəssümünü həkk eləsin. Biz Toğrulu günümüzün qəhrəmanı kimi hər zaman gözlərimizdə qoyub getdiyi şəklində
olduğu kimi xatırlayacağıq. Ümummilli liderimiz Heydər Əliyev deyərdi ki, məktəbin işinə, onun məzunlarından neçə nəfərin ali məktəb, orta
ixtisas təhsili diplomu alması ilə qiymət verilir.
Mən indi böyük öndərimizin həmin tezisini belə səsləndirmək istəyirəm: “Bu gün Vətən darda olan bir vaxtda Azərbaycan məktəbinin məzunu,
yetirməsi əgər düşmən öldürə bilirsə, məktəb Toğrul kimi vətənpərvər oğul yetirirsə, təhsil ocağının uğuru bu meyarla ölçülür. Sən Filadelfiyada,
Nyu Yorkda, dünyanın ən uzaq və varlı şəhərlərində oxuyub diplom ala bilərsən, hətta bahalı maşınlarda da gəzə bilərsən, ancaq qəlbində
vətənpərvərliyin yoxdursa, o diplomunun da, arabanın da dəyəri yoxdur. Amma əfsuslar olsun ki, o maşınla, o diplomla sən Habil kimi, Bəhruzə
xanım kimi valideyn ola bilmərsən. Bu gün bütün vəzifəli adamlar bilməlidirlər ki, onlar Habil kimi kişilərin qarşısında kiçikdirlər, Bəhruzə
xanımın əlindən öpməlidirlər, çünki onlar Toğrulun valideynləridirlər".
Gizir Fərəczadə Toğrul Habil oğlunun ev muzeyi də açılıb. Bu işin ilk mərhələsində Azərbaycan Respubliasının Mədəniyyət və Turizm
nazirliyinə rəsmi müraciət edilib. Müsbət cavab alındıqdan sonra işlərə start verilib. Muzeyin ideya müəllifi və layhə rəhbəri gənc yazar Rəfiqə
Rafiq qızı, təşkilati işlərin və maliyə vəsaitinin təminatçısı istedadlı jurnalist Samir Əlidir. (http://www.mct.gov.az/az/umumi-xeberler/agsu-
rayonunun-bico-kendinde-gizir-fereczade-togrul-habil-oglunun-ev-muzeyi-acilib).
Muzey 2 otaqdan ibarətdir. Muzey daxilində şəhidin şəxsi əşyaları, ona həsr edilmiş kitablar, hərbi və mülki geyimləri və onun ömür
yolunu əks etdirən fotosdent sərgilənir. Muzeydə gənc heykəltəraş Vüqar Quliyev tərəfindən hazırlanan barelyef və gənc rəssam Çingiz
Mehbalıyev tərəfindən kətan üzərində çəkilmiş portitret də sərgilənir. Muzeyin ən unikal cəhəti tavanda əks edilən 3 rəngli Azərbaycan bayrağıdır.
Şəhid haqqında Rəfiqə Rafiqqızının “Daş Heykəlin Nağılı” adlı kitab nəşr olunub, Ağsu küçələrdən birinə onun adı verilib. Rəfiqə
Rafiqqızının müəllifliyi ilə işıq üzü görən kitab 80 cilddən ibarətdir. “Daş Heykəlin nağılı” adlı kitabda müəllifin şəhid haqqında fikirləri, Toğrul
Fərəczadənin mənalı ömür yolu və xatirə şəkilləri, Toğrul Fərəczadənin ailə üzvləri, hərbçi yoldaşlarının şəhidin qəhrəmanlığı haqqında fikirləri
yer alıb.
Toğrulun məlum döyüşdən sağ qalmış silahdaşları – Qazilər deyirlər ki, Toğrul hər tapşırıq zamanı, düşmənin diversiya qruplarını yerinə
oturdarkən, özünü mərdanə, təmkinli və döyüşkən aparırdı. Qazilərin sözlərinə görə, son məlum döyüşdə Toğrul yaralı silah yoldaşını qaynar
xətdən uzaqlaşdırarkən Şəhid olub.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
390
391
..
392
393
ƏSGƏR NURLAN BAYRAM OĞLU ƏSGƏROV
“Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən
olunur.”( T.V.Vilson)
Doğum tarixi: 3 dekabr 1995-ci il. Masallı rayonu, Kalinovka kəndi.
Vəfat tarixi: 4 aprel 2016-ci il.
Dəfn edilib: 5 aprel 2016-cı il. Masallı rayonu, Kalinovka kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay olub.
Şəhid Əsgərov Nurlan Bayram oğlu 3 dekabr 1995-ci ildə Masallı rayonu Kalinovka
kəndində anadan olmuş, 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından 394
həqiqi hərbi xidmətə çağırılmışdır. N. Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini
başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş
əsgər rütbəsində davam etdirmişdir. 4 aprel 2016-cı il tarixində cəbhənin təmas xəttində
gedən gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid
olmuşdur. Nurlan doğma qardaşı ilə bir yerdə xidmət edirdi. Bayram
kişinin 2 oğlu var imiş. Şəhid olan Nurlan və sağ qalan İntiqam... Hər ikisi həqiqi hərbi xidməti başa vurandan sonra könüllü surətdə müddətdən
artıq xidmət etmək istəyirlər. İntiqam qardaşı Nurlanın eyni zamanda hərbçi yoldaşı olub, bir yerdə xidmət ediblər. Düşmənin komanda-qərargah
məntəqəsinin partladılması zamanı şəhid olan Nurlanın meyitini qardaşı İntiqam öz çiyninə alaraq daşıyıb.
Ziba xanım (anası): “Kursdan evə gəlib çəkmələrini çıxaranda, dəhşətə gəldim. Ayağının dərisi soyulmuşdu. Təlimlərdə çəkməni
ayağından çıxarmayıb ki, birdən kursu yarımçıq dayandırarlar. Nurlanı bir an da unuda bilmirəm... Bir dəfə də 2016-cı ilin yanvar ayının əvvəlində
məzuniyyətə gəlmişdi. Dedi ki, "ana, yadındadır, mənə "Balaca əsgərin nağılı"nı danışardın... Mən o nağılı həqiqət kimi qəbul etmişdim. Gedib
dərsdə uşaqlara danışırdım. Onlar da həmin kitabı axtarıb tapmırdılar, mənə deyirdilər ki, o kitabın harada satıldığını öyrənim... Məni yamanca
inandırmışdın. Yalnız 11-ci sinifdə oxuyanda bildim ki, elə bir nağıl yox imiş... Yalnız onda bildim ki, o nağılları sən özün uydururdun...".
Bir dəfə qış ayında evə gəldi. Qabağına qaçıb qucaqladım... balamın qəribə bir ətri vurdu məni... Elə bil ki, cənnət ətri idi. Belə xoş qoxu
yalnız körpə mələk simalı uşaqlarda olur... Oğlumun həmin qoxusundan halbahal oldum... O bir başqa qoxu idi. İçərimə bir üşünmə gəldi...
Dedim, ay Allah xeyrə yozulsun... Oğlanlarım hərbi xidmətdən evə nə zaman gəlsələr, alınlarından öpərdim... Deyirdim ki, sizə qurban olum, sağ
olun, el içində, çalışdığınız yerdə başımı uca etmisiniz. "Qurban olum" deməyimə razı deyildilər. Deyirdilər ki, ana biz sənə, vətənə qurbanıq.
Bütün kasıb adamlar kimi bizim də çətin günlərimiz çox oldu. Uşaqların atası fəhlə işləyib, ailəmizi dolandırırdı. Nurlan hərbi xidmətə 395
başalayandan sonra, bir gün mənə dedi ki, "ana mən qoymayacağam ki, kimsə sizə yuxarıdan aşağı baxsın...". Kasıba yuxarıdan aşağı baxarlar
axı... Uşaqlarımın kasıbçılıqdan o qədər sıxıntıları olmuşdu ki...Bu kənddə Elvin adlı bir dostu var. Bir gün onu götürüb gəldi evə. Dedi ki, "ana bu
Elvin mənim ruhumdu. Mən olmayanda sənin yanında məni əvəz edəcək". Heç nə anlamadım. Sonra dedi ki, "onun anası da məni çox istəyir,
deyir iki oğlum var, sən də onu mənim qədər istə". Sonra da üzünü Elvinə tutub "mən evdə olmayanda, hər gün gəlib anamı yoxla..." dedi. Elvin
də hər gün gəlib mənə baş çəkirdi.
2016-cı il aprelin 2-də gündüz vaxtı zəng vurdu. Dedi ki, "...ana indi mən telefonu söndürəcəyəm. Bizdən narahat olma, özünü qoru".
İçimdə təlatüm olsa da, uşaqlarımdan arxayın idim. Fikirləşirdim ki, onlar suda batmaz, odda yanmazdırlar. Ancaq qəfildən bir il əvvəl gördüyüm
yuxunu xatırladım. Yuxumda görmüşdüm ki, Nurlan ikinci qatdakı evdə oturub, qarşısında bir qutu var, qutudan onun üzünə işıq seli ələnib...
Nurlan isə elə fikirlidir ki...
Aprelin 4-ü gördüm ki, ürəyim sıxılır, həyətə çıxdım, torpağı belləmək istədim. Gördüm ki, qollarımda güc yoxdur, özümə yer tapa
bilmirdim... Günortadan sonra, yoldaşım Bayramı çağırdılar, darvazadn çölə çıxdı. Baxdım ki, anamgilin həyəti tərəfdə cavan uşaqlar yığışıb...
Yolumuzun üstündə çoxlu gedib-gələnlər var idi... Axşam saat 9-da bacım və gəlinimiz ağlaya-ağlaya həyətə gəldilər... Sonra heç nədən xəbərim
olmadı... Məni iynə vurub, ayıltmışdılar. Hər şeyi yuxu kimi xatırlayırdım... Özümə gələndə bildim ki, Nurlan şəhid olub, böyük oğlum İntiqamı
axtardım, o da yox idi. Əslində iki balamın heç birindən xəbərim yox idi... Mən iki oğlum üçün də narahat idim. Özümə gələndə Allaha yalvardım
ki, kaş oğlumun səsini eşidəm. İnanın Allaha ki, birdən Nurlanın səsi gəldi qulaqlarıma, söylədi ki, "ana mənə layla de...". Ətrafıma baxdım. Elə
bildim yanımdadır... Başladım layla deməyə...
Laylay şəhidim laylay,
Ala göz balam laylaly.
Laylay əsgər balam laylay,
Laylay igidm laylay.
Qardaşını meydanda tək qoyan,
Balam laylay, a laylay...
Nağılları çin olan,
Özü göyərçin olan,
Bayrağa bükülü gələn
Balam laylay , ay laylay,
İgidim laylay, laylay...
Nurlanı ağlaya-ağlaya, Allaha şükr etdim ki, nə yaxşı ki, İntiqam salamat qayıdıb. Çünki yeznəmiz zəng vurub öyrənmişdi ki, İntiqam
salamtdır. O gündən bu günə qədər hələ bir dəfə də olsun, İntiqam məni ağlayan görməyib. Ağlayıb, uşaqlarımın bağrını qan etmək istəmirəm.
İndi yuxularıma yalvarıram ki, Nurlanı mənə tez-tez göstərsin. Deyirdilər ki, qarnından yaralanıb. Mənə göstərmədilər oğlumun cansız bədənini.
Bir gün yuxuma gəldi. Ağappaq bir gözəl libasda idi. Köynəyini qaldırıb dedi ki, "ana bax, mənim heç yerimdə yara yoxdur. Sap-sağlamam...".
Gəldiyi kimi də qeyb olub getdi... Nurlanım işıq, nur kimi göyə qalxdı, göyə şölə saçdı... Nurlanım dünyanın nuruna çevrildi...
İntiqam balam odun-alovun içərisindən salamat qayıtdı. Allah onu yəqin ki, mənə bağışladı. İki qanadımdan birini saxladı. İndi İntiqamı 396
Nurlanın dostu Elvinin bacısı ilə nişanlamışam... Fikirləşdim ki, Elvin indi mənə daha əziz olacaq...
Bayram Əsgərov (atası): “Bu toyuq-cücəni, mal heyvanın hamısını mart ayında alıb gətirdi ki, atam daha gedib özgə qapılarında
işləməsin, başı qarışsın. Mən də həvəslə balalarım üçün yetişdirirdim bu mal-heyvanı. Neynək... qismət, yazı belə imiş...
Balalarımı kasıbçılıqla böyütdüm. Bu gördüyünüz evi də onalrın sayəsində başa gətirdim. İntiqam ilk hərbi xidmətini Murovda başladı.
Qulluq etdiyi vaxtdan, maaş kartını gətirib mənə verib, dedi ki, ata, özün necə istəsən elə də xərclə. Hər iki oğlum bacarıqlı idmançılar idi. Karate,
əlbəyaxa və qaydasız döyüş növlərini dərindən bilirdilər. Nurlan da, İntiqam da həmişə deyirdilər ki, "Ata biz halal çörək yemişik, ona görə də
sənə minnətdarıq".
Tanrı şəhidliyi halal çörək yeyənlərə, qəlbi ilə əməli düz olanlara yazar. Aprelin 2-dən sonra oğlanlarımla əlaqə qura bilmədim. Anası
durmadan ağlayırdı. Deyirdi ki, şəhidlər var. Ayın 4-də bacanağım qapıya çağırıb mənə Nurlanın yaralandığını dedi... sonra görəndə ki, kənd
camaatı doqqazımıza yığılır, bildim ki, bu yaralı məsələsi deyil... Aprelin 5-i səhər o başdan oğlumun tabutunu gətirdilər... İntiqam yox idi...
sonradan bildim ki, Nurlanı odun-alovun içərisindən elə İntiqam özü çıxarıb.Həmişə bu qapıdan oğlanlarımı qoşa yola salardım. İntiqam artıq
zabit olduğundan, ona deyirdim ki, əsgərlərinə yaxşı bax. Onlar da sənin qardaşlarındır. İncitmə əsgərləri. Kaş biləydim ki, Nurlan harada həlak
olub, gedib bircə dəfə o torpağı öpüb qoxlayaydım, ondan başqa dərdim olmazdı... Oğlumun qanının, canının ətrini şəhid olduğu yerə getsəm hiss
edərəm... Və yalnız ondan sonra rahatlaşaram...”
Ədəbnaz xanım (nənəsi): “Nurlan gözəl, ağıllı bala idi... heyif oldu... cavan canı torpaqlara qarışdı. Nurlan gedəndən sonra əynimə təzə
paltar geyinmirəm. El-oba mənə nə deyər?! O günü ölənə qədər unutmayacağam. Belimizi sındırdı Nurlan...Axşam düşmüşdü. Yerdə xəstə
yatırdım. Bir də gördüm, gəlinim haray çəkib ağladı. Soruşdum nə olub? Dedi ki, Nurlan şəhid olub. Başıma-gözümə döydüm... Bir də baxdım ki,
el-oba həyətimizə yığılıb, dedim daha bura niyə yığılırsınız, gedək qızımın həyətinə... Camaatı yığıb, Zibanın həyətinə gətirdim. Gecənin bir
aləmində dedilər ki, bəs bu xəbər bizim Nurlanın deyil, başqa Nurlanın xəbəridir. Vallah, öz balamızdır da, sevindik ki, salamatdır. Allaha şükr
elədik. Bizim qohum-əqrabadan Qarabağ müharibəsində iki şəhidimiz də var. 1993-cü ildə, qızımın qaynı Poladın da ölüm xəbəri gəldi, onu səhv
salıb, başqasını dəfn elədik... Elə bil ki tarix təkrar olunurdu... Bu da Ağdərədən gələn xəbər idi, Poladın da xəbəri Ağdərədən gəlmişdi... Bir təhər
səhəri açdıq. Küçəyə çıxanda gördüm ki, həyətdə mağar qurulub... Onda inandım ki, balam yoxdur... Dedim ki, belimiz sındı...
İndi kəndimizdə bütün uşaqlar Nurlana oxşamaq istəyir. Hamının evində Nurlanın böyüdülmüş şəkli var. Zibanın oğulları qəhrəmanlıq etmək üçün
doğulublar... Şükür Allahın yazdığına, biz onun hökmünün altında nə edə bilərik ki...
İntiqam Əsgərli (qardaşı): “Çoxdan gözlədiyimiz məqam yetişmişdi. Komandanlıqdan aldığımız təlimat əsasında deyilən mövqələrə yol
tutmuşduq. Qardaşım Nurlan da mənimlə eyni bölükdə idi. Biz döyüş mövqelərinə aprelin 2-də keçdik. Gecə-gündüz bilmədən vuruşduq,
döyüşdük. Arada bir dəfə ətrafıma baxıb, Nurlanı yanımda görmədim, çünki döyüş şiddətləndiyindən hərbçi dostlarımızı, döyüş yoldaşlarımızı
itirməyə başlamışdıq. Lakin itkilərimiz elə də çox deyildi. Gözlərim Nurlanı axtardı. Fikirləşdim ki, Nurlana burada bir şey olsa, ata-anama nə
cavab verərərm. Böyük qardaş kimi onun məsuliyyəti var idi üstümdə. Tez onun tərəfinə keçdim. Nurlan məni görüb, yüksək əhval-ruhiyyə ilə
qabağa keçdi. Bunu etməklə, əslində məni atılan güllələrdən qorumaq istəyirdi. Demək olar ki, yanaşı addımlayırdıq. Komandirlərimiz –
polkovnik Vüqar Yusifov, polkovnik leytenant Raquf Orucov, Murad Mirzəyev, Mühüd Orucov kimi zabitlərin yanımızda olması bizə ikiqat güc
vermişdi. Ermənilər də artıq postları qoyub qaçırdılar. Hər bir mənada üstünlük bizim tərəfimizdə idi. İrəlilədikcə, ayağına zəncir vurulmuş arıq,
çəlimsiz düşmən əsgərlərinin meyitini görəndə dəhşətə gəlirdik. Əsgərlərini postlarda zəncirləmişdilər ki, qaçmasınlar. Çünki bu torpaqlar o cavan
uşaqların olmadığından, zəbt olunan ərazilərdə məcburi surətdə qalmışdılar. Və buna görə də erməni odrusunda fərarilik pik həddinə çatıb. 397
Komandirlərimizin yüksək əhval-ruhiyyəsi bizim də döyüş ruhumuza yüksək təsir edirdi. Nurlan snayper idi. Daim önə keçib, sərrast atəşlərinə
davam edirdi. Döyüş şəhidsiz, yaralısız olmur... Bu qələbə soraqlı döyüşdə Türkiyədə birgə təlimdə olduğum Orxan Hümbətovu itiridim. Orxanı
şəhid olmazdan əvvəl bir az bikef gördüm. Nə baş verdiyini soruşdum. Dedi ki, qardaşı nişanlıdır. Kaş buradan sağ çıxa, onun toyu olandan sonra,
ölməyə hazırdı. Bu sözlərindən bir neçə saat sonra, Orxanı itirdik... Sonra Məhəbbət, daha sonra isə yaxın dostum Təbriz Əsgərov şəhid oldu...
Aprelin 4-də səhər obaşdan komandirlərimizin şəhid olması xəbərini aldıq. Həmin vaxt biz onları arxadan qoruyurduq. Aldığımız
mövqelərdə əməliyyat şəraitində irəliləyirdik. Əmrə uyğun olaraq göydən yağış kimi yağan güllələrin altında keçib yaralıları və şəhidləri
səngərdən çıxarmağa başladıq.Bir neçə saat bundan əvvəl geri aldığımız ərazini düşmən tərəfi mərmi atəşinə tutdu. Yüksək çinli zabitlərimizin
olduğu yer də həmçinin. Dağlıq ərazi olduğundan güllə yağışı altında cansız bədəni çıxarmaq bir az çətinlik yaradırdı. Növbəti dəfə çıxardığımız
adamın komandirimiz Raquf Orucov olduğun biləndə, Nurlan dəhşətə gəldi. Dedi ki, bu heyifi düşməndə qoymayacaq, dedi ki, biz qəhrəmanlığı,
şücaəti, mərdliyi bu kişidən öyrəndik. Bu dağlarda daha belə oğul doğulmayacaq...
Komandirimizi şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə
təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik. Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra,
baxdım ki, Nurlan yoxdu. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı. Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə
bilərəm... Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı... Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım düşməndən geri
aldığımız torpaqlarda, qəhrəmanlıqla şəhid oldu. Həm əziz dostlarım, həm də qardaşım keçmiş Ağdərə rayonu ərazisində əbədiyyətə qovuşdu.
Bircə təsəllim o idi ki, şəhid olan gizir və zabitlərimiz bayrağımızı düşməndən geri aldığımız yüksəkliyə sancmışdılar. Nurlan həmin bayrağımızın
yanına gedib onu öpməklə öz arzusuna çatmışdı.
... Və mən... Mən qardaşımı qucağıma götürüb döyüş meydanından çıxardım... Canı-qanı bir olan qardaşının, dostunun şəhid oluğuna
şahidlik etmək çox dəhşətlidir. Baxmayaraq ki, biz bütün bu acı xəbərlərə alışmışıq, ancaq həm qardaş, həm də dost itirmək ağır şeydir... Döyüş
meydanında, qarış-qarış azad etdiyin torpaqların sevinci bu ağır itkini dərindən anlamağa imkan vermir...
Ancaq zaman keçdikcə, anlayırsan ki, illərlə birlikdə böyüdüyün qardaşın və yaxud da ağır təlimlərdə, sınaqlarda kürək-kürəyə söykənib
arxalandığın dostun indi yanında yoxdur, bax bunu qəbul etmək çox çətindir... Bu Tanrının qisməti və yazısıdırsa, Vətən torpağı uğrunda qurban
getmək vəzifə və şərəf borcumuzdur.
O soyuq aprel günortasında, o ağır dəqiqələrdə qardaşımı qollarımın üstündə daşımağım ömrümün ən ağır yükü oldu. Beynimdə bir fikir
var idi: indi mən ata-anama nə cavab verəcəm? Axı mən özümdən kiçik qardaşımı bu döyüşdə qorumalıydım. Hərdən özümə haqq qazandırmaq
istəyirdim ki, onsuz da Nurlan özü döyüş boyu məni qorumaq üçün qabağıma keçirdi... Ancaq bu bir qismət idi. O güllələr həmin gün məndən yan
keçdi... Qardaşımı gətirib zabitlərə təhvil verəndən sonra, yenə geri qayıtdım ki, polkovnik Vüqar Yusifovu gətirim... Qardaşımın həlak olduğunu
bilən döyüşçü dostlarım, bu dəfə məni qanlı döyüş meydanından çıxardılar...
Qardaşımın tabutunu kəndimizə aparanda mən yox idim. Məni qorumaq üçün, başqa yerdə saxlayırdılar ki, stressim keçsin. Qardaşımın
dəfnindən sonra, aprelin 5-də axşam kəndimizə gəldim... Yollar elə uzun, elə ağır idi ki... elə bil ayaqlarımdan daş asılmışdı... Qorxurdum,
kəndimizin adamlarından qorxurdum, atamdan-anamdan, bacılarımdan, el qınağından qorxurdum. Fikirləşirdim ki, onların üzünə necə baxacağam,
axı mən döyüş meydanında qardaşımı qoruya bilməmişdim... Onlara nə deyəcəkdim... Gəlib həyətimizə çatdım... Atam elə balacalaşmışdı ki...
lakin məni görüb qabağıma gəldi. Qucaqlayıb üzümdən öpdü. Sonra, məni kənara çəkib "İntiqam, mənə düzünü de, Nurlan niyə öldü, döyüşdə zəif
iştirak etdimi, döyüşdən yayındımı...?!"
... Mən atama Nurlanın necə şücaət və qəhrəmanlıqla döyüşdüyü bütün anları danışdım... Ondan sonra atam alnımdan öpüb dedi: "İndi
rahatam...Haqqımı sizə halal edirəm... Kaş Şuşaya bayraq sancandan sonra şəhid olaydı... heyf, fələk imkan vermədi...".
... Atam məndən ayrılıb, yas mağarına gedəndə, artıq sınmış qaməti dikəlmişdi...
(http://anl.az/down/meqale/turkustan/2017/oktyabr/570566.htm).
Masallının Kalinovka kəndinin girəcəyində indi Nurlan Əsgərlinin xatirəsini əbədiləşdirən küçə də var...
N.Əsgərovun evində muzey yaradılıb Masallı rayonunun Kalinovka şəhərində aprel döyüşlərində şəhid olan əsgərin ev muzeyi yaradılıb.
Muzeydə Nurlana aid hərbi geyimlər, xidmət zamanı aldığı təltiflər, fotolar, idman əşyaları nümayiş olunur.
Qeyd edək ki, şəhidin xatirəsinə kəndin mərkəzində abidə və bulaq inşa edilib.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
398
(Şəhidimizin anası Ziba xanım)
399
400