The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-05 06:16:31

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

günüm idi. Dedi ki, ana elə bilmə ki, doğum gününü unutmuşam, burada işimizi qurtarım, hədiyyəni özüm gətirəcəyəm... qohum-əqrəba dağılışıb 151
gedəndən sonra yıxılıb yatdıq. Sübh o başdan, səhər saat 6-da yuxudan ayılanda, gördük ki, həyət adamla doludur... Oğlumu mənə qırmızı tabutda
gətirdilər.. Oğlum dediyi doğum günü hədiyyəsini gətirmişdi mənə... Belə hədiyyə olmazdı axı, belə divan olmazdı axı... yandım, qovruldum, axı
son dəfə yola salanda ondan nə zaman evlənəcəyini soruşdum, dedi ki, qayıdım gəlim, söhbət edərik... Nə bilim kimi apardı ürəyində, kim idi
sevdiyi-seçdiyi, bilmədim, etmədiyi bir söhbəti qaldı bəy libası geyinməyən oğlumun...

Adətən Rəşid evə gələndə qohum-əqrəba, qonşular başına yığılardı, indi isə tabutunun başına yığıldılar... el-oba Həyətə gələn hər kəs
deyirdi ki, heyif bu oğlandan, belə oğulu analar tək-tək doğar”.(https://qaziler.az/news.php?id=62463#.XqGntMgzbIU).

Qadir Hüseynov (aprel döyüşlərinin iştirakçısı): “Biz artilleriyaçılar adətən döyüşün içərisində, ön cəbhədə deyil, vuracağımız ərazidən
15-30 km aralıda oturub mövqelənirik. 4 gün idi ki, düşmənin ardıcıl atdıqları top atəşlərini cavabsız qoymurduq. Bizə verilən komandaya əsasən
hərəkət edirdik, verilən kordinatlara uyğun zərbələr endirirdik. Həmin döyüşlər vaxtı da təminatımız elə düzgün qurulmuşdu ki, həm yeməyimiz,
həm silah-sursatımız vaxtlı-vaxtında gəlirdi. Aprelin 4-də axşam saat 9-10 radələrində gözləmədiyimiz halda bizim artilleriya qurğusu dayanan
istiqamətə qarşı tərəfdəki erməni cəbhəsindən top mərmisi atıldı... Bir az keçmiş baxıb gördük ki, bizdən arxada ağır hərbi rabitə texnikasının
yanında dayanan kapitan İnqilab Quliyev və baş leytenant Rəşid Mehdiyev mərmi partlayışı nəticəsindən aldıqları zərbələrdən həlak olublar. Bir
neçə saat əvvəl isə onların hər ikisi bizə gözaydınlığı verib, deyirdilər ki, gördünüzmü bizim atdığımız atəşlər düşməni necə darmadağın etdi.
Bizim yüksək əhval – ruhiyyəmiz pozuldu, çünki iki nəfər yüksək rütbəli zabitimizi qanlar içərisində görmüşdük... O döyüşlərdə atəşkəs başlanana
qədər biz gecə-gündüz yatmadıq, bilirdik ki, quru qoşunlarımız, kəşfiyyatçılarımız müəyyən mövqeləri alıblar, bu da bizə ruh yüksəkliyi verirdi.
Həm də bizim yanımızda qorxmaz və döyüşkən komandirlərimiz var idi... Heyif ki, həyatları tez qırıldı...”.

Leyla xanım (Rəşidin sevdiyi qız): "Rəşid mənim nəfəsim, arzularım, xoşbəxtliyim idi, o getdi və hamısını özüylə apardı. Sevdiyin
insanın səni tərk etməsi çox çətindi, həmdə istəməyə-istəməyə ayrılmaq. Bizim doğulmayan arzularımız qaldı. Hanı Rəşidim? Hanı o günlərimiz?"

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

152

(Rəşid Mehdiyevin valideynləri)

153

154

BAŞ LEYTENANT ZİYA NİYAZİ OĞLU HƏSƏNOV

“Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən, insanlığı isə
Vətənindən uca tutmalıdır.”(Jan Leron Dalamber)

Doğum tarixi: 11 oktyabr 1989-cu il, Ağdam Boyəhmədli kəndi. 155
Vəfat tarixi: 5 aprel 2016-cı il. Füzuli istiqamətində.
Dəfn edilib: 5 aprel 2016-cı il, Bərdə şəhəri.
Qoşun növü: A.R.Quru Qoşunları
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
1 qız övladı (Yağmur) var.

Ziya Həsənov 1989-cu ilin 11 oktyabrında Ağdam şəhərində anadan
olmuşdur. 2016-cı ilin iyun ayında Ziya Həsənovun ölümündən sonra Yağmur adlı
qız övladı dünyaya gəldi. Baş leytenant Ziya Həsənov 2016-cı ilin aprel
ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Ziya Həsənov Bərdə şəhər Şəhidlər
Xiyabanında son mənzilə yola salındı. Atası Niyazi Həsənov oğlunun böyüyəndə
həkim olmasını arzulayıb. Ziyanın isə başqa arzuları var idi. O, hərbçi olmaq,
vətəni düşməndən qorumaq istəyirdi. Orta məktəbin 9-cu sinfini bitirəndə Ziya bu
arzusunu ailəsi ilə bölüşür. Onun fikrində qəti olduğunu bilən ailə buna etiraz etmir. 2011-ci ildə Ali hərbi məktəbi bitirən Ziya Həsənov cəbhənin
Ağdam istiqamətində tağım komandiri kimi xidmətə başlayır. Az bir müddət ərazində peşəkar hərbçi kimi özünü göstərir. Medallarla təltif edilir.
Ailəsinin qüruruna çevrilir. Elə əsgərlərinə də doğma qardaş münasibəti göstərir.
2015-ci ildən etibarən Ziya Həsənov cəbhənin Füzuli-Beyləqan istiqamətində xidmətini davam etdirir. Aprel döyüşləri zamanı isə özü
könüllü olaraq Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmək istəyənlərin sırasında olur. Ən son atası onunla aprel ayının 4-də telefonla
əlaqə saxlayır. Həmişə olduğu kimi ailəsini nigaran qoymamaq üçün çətinliklərdən söz açmayan Ziya tezliklə qələbə ilə qayıdacağını deyir. Bir
gün sonra isə şəxsi heyəti ilə bərabər Lələtəpə uğrunda son düyüşünə girir baş leytenant!
Ziya Həsənovun şəhadətindən 2 ay sonra bir qızı dünyaya gəlib. Sağlığında qızına Yağmur adını verən şəhidin xatirəsini əbədiləşdirmək
üçün ailə Ziyanın ev muzeyini də yaradıb. Kiçik otaqda Ziyanın bütün əşyaları, müxtəlif eksponatlar toplanıb. Bura həm Bərdə, həm də ətraf
rayonlardan gələn məktəblilərin ziyarət etdiyi məkana çevrilib. (http://www.istipress.com/siyaset/04-04-2017/azerbaycan-ordusu-istenilen-vaxt-

hucum-ede-biler---sehid-andi-video).

Niyazi Həsənov (atası): "Oğul düşmən çəpəridir, deyiblər. Düşünürdüm ki, Ziya dayağımız olacaq. Oldu! Ziya öz adına layiq bir övlad 156
kimi böyüdü. Həm evdə ailəsinə dayaq oldu, həm də öz Vətəninə sadiq, dayaq bir oğul oldu. Ziya 1989-cu il oktyabrın 11-də Ağdamın
Boyəhmədli kəndində doğulmuşdu. Biz o kəndi tərk edəndə, 1993-cü ildə Ziyanın 4 yaşı var idi. Lakin oradakı həyətimizi, yolları, cığırları, toyuq-
cücəni, mal-heyvanı da unutmamışdı. Hələ uşaq vaxtında eşitdiyi güllə səsləri onun qulağında qalmışdı. Zaman-zaman xatırlayardı.Riyaziyyatı
gözəl bilirdi. 2004-2007-cil illərdə C.Naxçıvanski adina Hərbi liseydə təhsil aldı. Bu təhsil ocağı yeniyetmələr üçün də əsl sınaq məktəbi idi.

2007-ci ildə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etirib, 2011-ci ildə oranı da bitirdi. Bilirsiniz Vətən nədir? Biz orada
Vətənimizi qoyub gəlmişik. Vətən əvvəlcə yaşadığın ev, sonra kənd, sonra mahal, sonra el, sonra yaşadığın ərazidir. İnsan böyüdükcə Vətən
anlayışı da, onun hüdudları da böyüyür. Bizim ailədə hamı üçün Vətən anlayışı əziz bir məfhumdur. Mən valideyn kimi onu deyə bilərəm ki,
Ziyadan hər zaman xoş xəbərlər eşitdim. Həmişə üzümü ağ elədi. Aprelin 1-dən 2-nə keçən gecə, baxdım ki, yenə atışma, top-mərmi, partlayış
səsləri gəlir. Səhərə qədər pəncərənin qabağında dayandım. Özünüz bilirsiniz ki, Bərdə də cəbhəyə yaxın yerləşir. Səhəri diri gözlü açdım. Sonra
gün ərzində oğluma nə qədər zəng vurduq, əlaqə saxladıqsa, dedi ki, hər şey normaldır, narahat olmayın. Dostları ilə danışanda isə deyirmiş ki,
irəliyə getmişik, Lələtəpəni almışıq. Bir azdan Cəbrayılı da alacağıq…

Sonra getdik gəlini Beyləqandan gətirdik ki, orada tək qalmasın. Ziya da yenə bizə dedi ki, narahat olmayın…
Aprelin 5-də günortaya yaxın mənə İcra Hakimiyyətindən zəng gəldi. Getdim ora. Vəziyyətdən xəbər tutdum. Soruşdum ki, yaralıdır.
Dedilər, xeyir, yaralı deyil, oğlunuz Lələtəpə istiqamətində şəhid olub. Yığışdıdm ki, gedəm, qoymadılar. Dedilər ki, Füzuli rayonundan
gətirirlər… Onu bildim ki, oğlum azad olunmuş Lələtəpə istiqamətində bərkitmə işlərinə komandirlik edirmiş.
Ziya özü ali təhsilli motoatıcı, tağım komandiri idi. Əraziyə baxış keçirərkən, düşmən tərəfin atdığı mərmi yanında partalayıb… Səhər saat
9-10 radələrində şəhid olub.
Oğlum həlak olandan sonra atəşkəs razılaşması olub… Bu qədər… acı bir tale… Oğlumun gözəl arzuları var idi. Ayişə gəlinimlə birlikdə
gələcəkdə Bakıda yaşamaq arzuları var idi. Onun şəhidliyindən 2 ay sonra, iyun ayının 4-də qızımız Yağmur gəldi dünyaya. Uşağı doğum evindən
atası çıxarar, gəlinə gülü həyat yoldaşı alar… çaşıb qalmışdıq, bilmirdik ki, neyləyək, gəlini necə ovudaq… İndi Yağmurla ovuduruq dərdimizi,
ağrımızı, anası Tərlan xanım isə kimsəylə heç nə danışmır, dərdi içərisində çəkir…”
Ayişə xanım (həyat yoldaşı): “Martın 31-də 26 yaşım tamam oldu. Birlikdə doğum günümü qeyd etdik.Yanımızda kimsə yox idi. Ziya
mənə hədiyyə də almışdı. Gözəl arzularımız var idi. Çünki Ziya mənəviyyatı çox təmiz və saf olan, çirkin əməllərdə əli olmayan, əsgərinə dəyər
verməyi bacaran bir zabit idi. Əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdi. 2012-
ci ildə TTM-də təlimlərdə fərqlənmiş, sonralar isə cəbhəxəttində tağım komandiri, leytenant kimi fəaliyyət göstərmişdi. 2015-ci ildən baş leytenant
idi. Yalnız iyul ayında evləndikdən sonra onu, ailə vəziyyəti ilə bağlı Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin etmişdilər.
Bərdədə toyumuz olandan iki həftə sonra, ata-anasının xeyir-duası ilə məni də götürüb, Beyləqanda kirayə tutduğumuz evdə yaşamağa başladıq.
Aprelin 1-i həmişəki kimi Ziyanın günorta yeməyini hazırlayıb, onu gözləyirdim. Bir azdan Ziya gəldi. Hərbi hissə ilə evimizin arası 15 dəqiqəlik
yol idi. Ümumiyyətlə, biz yaşadığımız məhəllədə hərbçilərin çoxu ev kirayələmişdi. …Həmişəki kimi yenə qapıdan Ziyanı yola salıb, pəncərədən
maşın həyətdən çıxana qədər arxasınca baxdım… Axşam Ziyaya mesaj yazdım ki, nə vaxt gələcəksən? Yazdı ki, “Narahat olma, yıxıl yat”.
Ziyanın işi çox olanda gəlməməyi var idi. Eyvanda dayanıb həyətə baxdım. Hərbçilərin heç birinin maşını meydançada yox idi. Adətən hərbçi
qonşuların maşınları həyətdə olardı. Bir azdan qonşu qadınlardan biri eyvandan mənə tərəf boylanıb:
– Ayişə, xəbərin var, müharibə başlayıb – dedi…

– Xeyir, nə müharibə? 157
-Vallah mənim yoldaşım dedi ki, cəbhədə, ön xəttdə müharibə başlayıb.
Tələsik evə keçib Ziyaya zəng vurdum.
-Ziya müharibədir?
-Yox, ay qız. Boş şeydir. Narahat olma…
-Sən də ordasan? Ön cəbhədə?!
-Ön cəbhədə deyiləm arxadayam…
-Niyə bəs?
-Hamı burdadır, mən də burdayam…
…Gecənin bir aləmi küçədən çaqqal ulartısına bənzər səs gəldi. O səsə oyandım… üşəndim. Sonra daha gözlərimə yuxu getmədi. Havaya
baxdım… Aprelin 2-si səhər tezdən Ziyadan mesaj gəldi telefonuna:
-Gülüm, qorxmursan ki?
-Yox nədən qorxacam ki…Nə vaxt qayıdırsan?
– İşimizi qurtarıb, qayıdacam…
… Aprelin 3-də isə qaynanam Tərlan xanım zəng vurdu ki, məni Bərdəyə aparmaq istəyirlər. Arxayın-arxayın dedim ki, “Narahat olmayın.
Oturmuşam evdə, Ziya bir-iki günə gələcək”

Günorta Ziya ilə danışanda, isti paltarlarını, şərfini və əlcəklərini istəmişdi. Axşam saat 11-də bağladığım hərbi yol çantasının içərisinə bir
xeyli şirniyyat da qoyub, qonşuya verdim. Hərbi hissədə işləyən qonşumuz Ziya üçün bu bağlamanı aparacaqdı.Evdə tək oturmuşdum, ancaq
həyəcanlı idim. Ürəyim darıxırdı, sıxılırdım, gah pəncərədən baxırdım, gah eyvana çıxırdım. Gecə ilə saat 11-də qaynanamla, qaynatam gəlib məni
götürdülər. Taksi ilə hərbi hissəyə gedib, orada Ziyanın avtomobilinə oturduq. Avtomobilə əyləşəndə Ziyanın ətrinin qoxusu vurdu məni. Tez
mesaj yazdım ki, “Ziya, ata-ana gəlib məni götürdü. Sənin maşınınla gedirik. Maşınından sənin ətrin gəlir… Nə vaxt gələcəksən? Ziyadan cavab
gəldi ki, “Gələcəm quzum, özünü də, cübbuşumuzu da qoru… Tezliklə gələcəm..” Bir qədər keçəndən sonra, qaynanamla bir-birimizə baxıb
hönkürtü ilə ağlamağa başladıq. Özümdə bilmirəm o nə idi. Biz niyə ağlayırdıq, nəyə ağlayırdıq.

Qaynatamgildə qar peyk antennasının üstünü tutduğundan televizor yaxşı göstərmirdi. Heç nədən xəbərimiz yox idi. Ancaq baxırdım ki,
qaynatam Niyazi dayı çox narahatdır. Aprelin 4-ü səhər tezdən qaynanama dedim ki, “xala, bəlkə evləri töküb təmizləyək?”.Tərlan xala dedi ki,
“ay qızım, inanırsan əlim qalxmır heç…”Ancaq təmizlədim evi. Mənim gəlişimə görə qaynanam ətirli bir plov dəmlədi. Gecəni belə yola verdik.
Səhər tezdən durub qaynanamı işə yola saldım. Səhər ev işlərini bitirəndən sonra, yenə Ziyanı yığdım. Zəng çatmayanda qaynanamın telefonunun
nömrəsini yığdım. Ətrafında səs-küy var idi. Mənə dedi ki, evə gəlir. Heç nə anlamadım…Bir az keçmiş baxdım ki, qaynanamı həkim yoldaşları
təcili yardım maşınında gətirirlər. Onun sifəti qıpqırmızı idi. Elə bildim ki, təzyiqi qalxıb…Nə baş verdiyini soruşdum. Mənə iş yoldaşını göstərib
dedi ki, ondan soruş, iş yoldaşına tərəf dönəndə, o üzünü məndən yana çevirdi. Baxdım ki, həyət adamla dolmağa başlayır. Elə bu vaxt yoldaşımın
əmisi oğlu dedi ki, Ziyanın hərbi paltarda şəkli varmı? Yenə anlamadım. Kimsə dedi ki, yaralanıb. Fikirləşdim ki, yəqin hərbi formada şəkli ilə
tanımaq istəyirlər yaralını.Vaxtın necə keçməyindən xəbərim olmadı… 3-4 saat 3-4 dəqiqə kimi keçdi… Bir də gördüm ki, Ziyanı tabutda həyətə
gətirdilər… O da yadımdadır ki, özümdə güc tapıb tabutun qabağına keçdim… Hiss edirdim ki, sinəmin altındakı uşaq çox narahatdır. Gah
bədənimin bir tərəfinə qısılırdı, gah da narahat olurdu… Mənim bütün həyəcanlarımı hiss edirdi o körpə… sanki məndən yapışmışdı ki, bətnimdə

qalsın… Onun qorxduğunu hiss edirdim…Dayandım tabutun qarşısında, bədənimdə bir təlatüm var idi ki, gəl görəsən, məni üşüdən havanın 158
soyuğu deyildi, içərimdəki təlütüm idi. Utanırıdım, həya edirdim ki, birdən bu qədər kişilərin, adamların içərisində yıxılaram, uşağı tələf edərəm,
biabır olaram. Nə olursa olsun, Allahdan mənə güc verməsini istədim…Adamın bəzən kritik vaxtlarında beyni iti işləyir. Ziyanı aparıb Şəhidlər
Xiyabanında dəfn etdilər. (https://modern.az/az/news/154644).

Aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qadınlarını bir araya yığaraq, onlara başsağlığı
verdi. Belə ağır gündə birinci xanımın təsəllisini eşitmək bizim üçün çox böyük güvənc idi. Qaynanamgil belə məsləhət gördülər ki, həmin görüşə
mən gedim. Mehriban xanım bütün şəhid anaları və xanımları kimi mənimlə də eyni məhəbbətlə, ağrı ilə görüşdü. Hər birimizlə ayrıca söhbət etdi.
Mənim hamilə olduğumu biləndə dedi ki, qız uşağı anaya çox yaxındır. Möhkəm olmağı, dərdə sinə gərməyi tövsiyə etdi. Və yas məclisinə
yığılanları göstərib dedi ki, Sizin arxasında bu qədər xalq dayanıb.Dövlət dayanıb…
…Görüşdən sonra yenə də Bərdəyə qayıtdım… Elə bilirdim ki, yuxudayam, bilmirdim canımı haraya qoyum, nə edim, özümü nə ilə ovudum…
Ziyanın atasıgillə mənim ailəm belə məsləhət gördülər ki, uşaq doğulana qədər bu evdən uzaqlaşım… Və valideynlərim məni götürüb evimizə
gətirdi…

26 yaşlı gənc bir insanı Allah belə sınağa çəkərdimi? Öz otağıma keçdim. Bu otaqda mənə nişan gəlmişdi. Bu evdə Ziya ilə ilk dəfə tanış
olmuşduq. Bu evdən gəlin getmişdim… İndi sığmırdım bu evə… Qapını bağlayıb, yerə oturdum.Başımı dizlərimin arasına alıb, başaldım
ağlamağa, fəryad etməyə. Yaşamaq istəmirdim… Mənim daha xoşbəxt günlərim olmayacaqdı?! Mən daha Ziyanı görməyəcəkdim?! İnanmaq
istəmirdim. Sonra həkim gətirdilər. Dərman verib məni sakitləşdirdilər. Yuxuya getdim. Əslində bilmirəm oyaq idim, ya yuxulu. Bir də gördüm ki,
Ziya mənə deyir:
-Eşidirsən məni, ağlama, sən çox narahat olursan, yatanda ayaqlarını uzat yat, bunu unutma ha…

Səksəkə ilə yuxudan ayılıb ətrafıma baxdım. Ziya yox idi. Ancaq mən onu həyatdakı kimi hiss edirdim axı.Və beləcə ağrılı günlərim
davam etməyə başladı. May ayının 5-i idi. Yenə yuxuma gəldi. Baxdım ki, üzbəüz oturmuşuq. Onu sorğu-suala tuturam. Yenə həmişəki kimi
utancaq görkəmi ilə başını aşağı salıb yemək yeyir. Deyirəm ki, bilirdinsə ki, bu işlərin axırı belə olacaq, niyə gedirdin?!
Cavab verir ki: – Biz bilmirdik hara gedirik. Bilmirdik ki, belə olacaq…
-Bəs niyə belə oldu Ziya? Mərmi yanına düşəndə yaraların səni çox incitdi?
Baxıram ki, elə gülür. Gülə-gülə dedi:
-Yoooxxxx quzum, elə bil ki, bir anlıq göyün yeddinci qatına qalxdım… heç yerim ağrımadı…
-Ziya, deyirlər ki, o dünyada bütün sevənlər bir-birinə qovuşur, məni öz yanına apara bilərsən?!
Bu sualıma cavab vermədi, həmişəki təbəsümü ilə üzmə gülməyə başladı…. səssiz-səmirsiz…

Yenə yuxdan ayılanda elə bildim ki, Ziya yanımdadır. Yenə baxdım ki, yoxdur. Bəlkə də elə bilərsiniz ki, özümdən uydururam, vallah,
doğru sözümdür. Sonra Qurani-Kərimi oxuyanda bir sətirə rast gəldim. Orda yazılmışdı ki, şəhidlər göyün 7-ci qatında Allahın yanında olurlar. Və
bundan sonra bir daha inandım ki, Ziya yaralananda, şəhid olanda ağrı çəkməyib, heç nəyi hiss etməyib. (https://modern.az/az/news/154644). Bax
beləcə keçirirəm günlərimi, başımı indi Yağmurun qayğıları ilə qatıram.“Yağmur” dedim, bir yuxumu da xatırladım: “Uşağın dünyaya gəlməyinə
2 həftə qalmışdı. Bacımla gedib uşaq üçün araba aldıq. Onu maşına qoyub gətirəndə ağlaya-ağlaya dedim ki, “niyə mən belə olmalıydım axı, niyə
Ziya məni tək qoydu? İndi mən onsuz bu uşağı tək-tənha necə böyüdəcəm?”. Həmin gecə yenə yuxuma gəldi. Yuxumda görürəm ki, telefonuma
bir mesaj gəlir. Açıram ki, Ziya mənə bir oğlan şəkli göndərib. Deyirəm ki, bu sən deyilsən axı. Deyir ki, Elvindir (sonra bildim ki, bu Qazaxdan

olan şəhid Elvindir). Sonra bir neçə şəkil də göndərir. Şəkillərin birində baxıram ki, yanında çoxlu əsgərlər bir gözəl meşədə oturublar, gitara ilə 159
çalıb-oxuyurlar… sonra isə mənə yazır: “Ömrüm-günüm necəsən? Cubbuşumuz necədir? Ona yaxşı baxarsan…”.

Yenə ayılanda bildim ki, yuxudur, telefonu götürüb mesaj axtarmağa başladım, orada Ziyadan heç nə gəlməmişdi.
2016-cı il iyun ayının 4-də göz yaşı içərisində qızımı dünyaya gətirdim. Adını atasının arzu etdiyi kimi Yağmur qoyduq. Xəstəxanadan
çıxandan sonra isə Heydər Əliyev Fondundan nümayəndələr gəlib Mehriban Əliyevanın hədiyyələrini bizə verdilər. Həmin gün bir daha
dövlətimizin bizim yanımızda olduğunu hiss etdim.
Ali Baş Komandanın zabit və gizir ailələrinə verdiyi evdən mənə də pay düşdü. İndi yaşamağa məcburam. Ziyanın valideynləri, öz valideynlərim
yanımdadırlar. Çalışacağam ki, Yağmuru atasının adına layiq böyüdüm, bəlkə elə Yağmur da atası kimi hərbçi olacaq… Bunu zaman göstərər.
Ancaq indidən xarakterindəki sərtliklərini, inadkarlığını göstərir mənə.
Nicat (qardaşı): “Mən qardaşımdan 3 yaş balacayam. 1993-cü ildə doğulmuşam. Ona çox bağlı idim. İndi qardaşım çiynimə elə bir yük
qoyub gedib ki… O, çox yaxşı qardaş idi. Mənim kiçikliyim, onun böyüklüyü var idi. İndi məni başqalaşdırdı, indi həyata baxışım dəyişib,
düşüncəm dəyişib. Ancaq indi anlayıram ki, sən demə mənim idealım elə Ziya imiş. O əsl zabit idi. Kimsəni qarşısında əyilməyə qoymazdı, özü də
kimsənin qabağında əyilməzdi. Mənimlə əsgərlərinin arasında fərq qoymurdu. Deyirdi ki, onlar da bir evin kişisidir.
Mənim arxam-köməyim idi. Təsəvvür edirsinizmi, o, ön cəbhədə xidmət edəndə, mən də ön cəbhədə əsgəri xidmət keçirdim, bir dəfə nə o
mənə, nə də mən ona, arxa cəbhəyə keçməyim haqqında eyham belə vurmadıq. Əsgəri xidmətimi odun-alovun içərisində bitirib, geri döndüm.
Çünki bilirəm ki, Ziyaya belə söz demək olmazdı. Yoxsa onun gözündən düşərdim. Ziya döyüş meydanında da kimsədən geri qalmayıb. O bilirdi
ki, arxada özündən sonra dünyaya gəlməyinə az qalmış körpəsini qoyub, lakin buna baxmayaraq, könüllülük prinsipi ilə gedib ön cəbhəyə. Döyüş
zamanı düşmən onları minaatanlardan atəşə tutub. Döyüş yoldaşları deyirdilər ki, Ziya onlara qorunmaq üçün xəbərdarlıq edib və döyüş
yoldaşlarını qorumaq üçün itələyərək səngərə salıb.Biz bu yaşa çatana qədər asan böyümədik, atam-anam bizi zəhmətlə, zillətlə böyütdülər. İndi
də Yağmuru atasız gömək bizi çox incidir. İndi məni bir fikir düşündürür – Yağmur üçün nümunəvi əmi olum, onun böyüməsi üçün əlimdən
gələni edim.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

160

(Ziya Həsənovun həyat yoldaşı Ayişə xanım)

161

BAŞ LEYTENANT ELVİN MƏMMƏD OĞLU NAMAZOV

“Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir.”(Jozef Fletçer)

Doğum tarixi: 7 sentyabr, 1990-cı il. Qazax rayonu,Yuxarı Salahlı kəndi. 162
Vəfat tarixi: 3 aprel 2016-cı il, Tərtər rayonu.
Dəfn edilib: 9 aprel 2016-cı il. Qazax rayonu,Yuxarı Salahlı kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Vətən uğrunda” medalı ilə təltif edilib.
10 ay idi ki, ailə qurmuşdu.

Namazov Elvin Məmməd oğlu 1990-cı ildə Qazax rayonu Yuxarı Salahlı kəndində dünyaya göz
açıb. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirib. 2008-ci ildə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi
rütbəsilə bitirib. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur.
2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat
komandiri vəzifəsinə təyin olunmuş, 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. 2016-cı il aprel
ayının 3-də döyüş tapşırığını yerinə yetirib qayıdarkən, kəşfiyyat qrupu ilə birgə Tərtər rayonu ərazisində
düşmənlə rastlaşmış və döyüşmüşdür. Döyüşdə aldığı güllə yarasından şəhid olmuşdur. 9 aprel 2016-cı ildə doğulduğu Yuxarı Salahlı kənd
qəbiristanlığında böyük izdiham və təntənə ilə dəfn olunmuşdur. Doğulduğu kənddə hamı onu tərbiyəli, ləyaqətli, sakit bir oğul kimi tanıyırdı.
Elvin dərin tarixi keçmişi olan şərəfli bir soyun oğlu idi. Namzalar deyilən bu soy-kök kənddə həmişə ad-san qazanmış bir nəsil budağıdır.
Deyilənə görə, bu soyun bir qolu da Türkiyənin Amasiya şəhərindədir. Bu soydan doğulan oğlanlar pəhləvan cüssəli, şir biləkli olurlar. Elvin də
ucaboylu, enlikürək, cüssəli bir oğul idi. Ali hərbi məktəbə daxil olandan sonra Elvin intensiv olaraq idmanla məşğul olmuşdur. Onun həyata
baxışı çox nikbin idi. Hərbi sahədə bütün bilik və bacarığını qoyaraq əsl peşəkar hərbçi kimi yetişib ən yüksək hədəflərə irəliləmək istəyirdi. Lakin
vətəni Azərbaycanı daha çox sevirdi. Onun işğal altında qalan hər qarış torpağına belə bələd idi. Lakin tale, qismət Elvinə uzun ömür bəxş etmədi.
Qısa həyat yaşayan Elvin bu ömür payında böyük işlər gördü. Adı ilə bir elin adını ucaltdı. Vətən uğrunda candan keçərək gənc nəslə nümunə
oldu. Onun dillərdə əzbər olacaq qəhrəmanlığı hələ yüz illər boyunca yaşayacaq. Xüsusi təyinatlı kəşfiyyat komandiri Namazov Elvin Məmməd
oğlu... 12 saat dayanmadan düşmənlə döyüşüb, 2 kəşfiyyat qrupunu mühasirədən xilas edib. Düşmənin 2 tankını partladıb və çox sayda düşmən
məhv edib.(https://ok.ru/sonbaharim/topic/65336131027049).

Nuranə Namazova (həyat yoldaşı): “Elvinlə 2011-ci ildə tanış olduq. Tanışlığımız 3 ilə qədər davam etdi. O zamanlar Elvin kursant idi.
Bakıda ali hərbi təhsil alırdı. Mən isə ali məktəbə hazırlaşırdım. Kursa gedib-gələndə Elvin məni görmüşdü. Elə o vaxtdan yavaş-yavaş

münasibətlərimiz yaranmağa başladı. Sonra ailələrimiz bu sevgidən xəbər tutdu. İlk vaxtlarda ailələrimiz tam razı deyildi. Elvin qazaxlı, mən isə 163
ağdamlı idim. Amma biz Bakıda yaşayırdıq. Ailələr bir-birini tanıyandan sonra bu evliliyə razılıq verdilər. 2014-cü ildə nişanımız oldu və bir
müddətdən sonra ailə həyatı qurduq. Bizim tanışlığımız Allahın bir qisməti idi. Biz doğulmazdan qabaq qismətimiz belə yazılıbmış: Vaxt gələcək
biz tanış olacağıq, ailə quracağıq və bu sevgi, bu münasibət yarımçıq qalacaq. Nişan mərasimində Elvin iştirak edə bilməmişdi. Həmin gün kursda
idi. Onu nişanına buraxmamışdılar. Ümumiyyətlə, hərb sahəsi çox məsuliyyətli işdir. Biz müharibə şəraitində yaşadığımıza görə bu daha çətindir.
Atəşkəs tez-tez pozulur. Hər an itirmək qorxusu ilə yaşayırıq. İstənilən hərbçi ailəsi həyəcan içində yaşayır. Daim fikirləşirlər ki, bu gün təlimə, ya
da döyüşə göndərdiklərimiz sağ-salamat geri qayıtmaya bilər. Biz nişanlı olanda Elvin Xüsusi Təyinatlı Qüvvələrə daxil olmağa hazırlaşırdı. Bu,
onun ən böyük arzusu idi. Hətta, mənə deyirdi ki, “çoxlu dua elə, mən bu kursu keçim. Allah sənin dualarını tez eşidər”. Çox əziyyət çəksə də,
arzusuna çatdı. Hər dəfə təlimlərə gedəndə narahat olurdum.Bir neçə dəfə təlimdən qayıdan zaman ona suallar vermişdim. Elvin isə “mənə işimlə
bağlı suallar vermə. Hərbçi heç vaxt işi barədə danışmaz” deyirdi. Düzdür, həmişə mən narahat olmayım deyə, çox da danışmırdı. Heç bilməzdim
ki, Elvin işini bu qədər çox sevir. Bilsəydim, onu hərb peşəsindən uzaqlaşdırardım. 2015-ci ildə bir aylıq təlimə getmişdi. Getməzdən qabaq dedi
ki, “qardaşım gəlib səni rayona aparsın”. Mən də razı oldum. Elvini təlimə yola salanda səhər vaxtı idi. Qapıdan çıxanda geri döndü və gəlib məni
qucaqladı. Hətta pəncərədən baxanda mənə əl də salladı. Bir həftəlik təlim çox ağır keçmişdi. Onun döyüş yoldaşları arasında şəhid olanlar da
vardı. Rayonda olanda yuxu gördüm. Həmişə deyirdi ki, “mən sənə zəng vurmayana qədər zəng etmə. Özüm əlaqə saxlayacam”. Səhəri mənə
zəng eləyib əhvalımı soruşdu. Ardınca “bu aralar yuxunu qarışdırmamısan?!” –deyə soruşdu. Mən də yuxuda onu çox yaxşı gördüyümü söylədim.
Elvin isə cavabında yuxuların əksinə olduğunu bildirdi. Heç demə, o, ağır döyüş tapşırığını yerinə yetirib qayıdırmış. 2016-cı ilin Novruz
bayramını Qazaxda keçirmək istəyirdik. Elvinin işlərinə görə alınmadı. Martın 21-də bayramı Bakıda keçirtdik. Martın 27-də Elvinin anası bizə
gəldi. Evdə çox yaxşı vəziyyət alınmışdı. Amma Elvin ayın 28-i təlimə gedəcəyini dedi və əşyalarını toplamağımı xahiş etdi. Sonra təlimin
alınmadığını söyləyib geri qayıtdı.

Martın 30-da təlimə getdi və bu, sonuncu gediş oldu. Mənə döyüş barədə heç nə demədi. Martın 30-u və 31-i telefon əlaqəsi saxladıq.
Aprelin 1-i günü isə axşam saat 11-də mənimlə sonuncu telefon əlaqəsi yaratdı. Biz hərbi şəhərcikdə qalırdıq. Əlaqə saxladığım hərbçi xanımları
vardı. Hər biri həyat yoldaşlarının əlaqə saxladıqlarını söyləyirdi. Aprelin 2-dən başlayaraq Elvinin zəng etməməsinə görə narahat olmağa
başladım. Heç kəs döyüş barədə danışmırdı. Hamı deyirdi ki, onlar təlimə gedib. Həmin vaxtlarda evdə tək idim. Elvinin mənə zəng etməməsi
qəribə gəlirdi. Axı, o, həmişə məni axtaran olub.

Aprelin 1-də axşam mətbəxdə qabları yuyurdum.Telefonum da yataq otağında idi. Dərhal otağa qaçdım. Zəng edən Elvin idi. Səsimdən
həyəcanlı olduğumu hiss etdi. “Qorxma. Ayın 3-ü mütləq gələcəm. Əgər alınmasa, uzağı aprelin 5-nə qədər gələcəm. Sən ağlama. Sən ağlasan,
mən nigaran qalacam” söylədi. Sonuncu zəngimizdə Elvin çox ümidli idi. “Mən olmasam..” sözünü dilinə gətirmədi. Ancaq qayıdacağını
deyirdi.Aprelin 3-də narahatlığım artmağa başladı. Arada zəng vursam da, telefonuna zəng çatmırdı. Səhər saat 10-da əmisi oğluna zəng vurub
şəhid xəbərlərinin gəldiyini bildirdim. Hər addımbaşı mənə “narahat olma” deyirdilər. Hətta atamgil yanıma gəlmək istəsələr belə, icazə
vermədim. Qaynanamgil də telefonlarıma cavab vermirdilər. Sonra qaynatamla əlaqə saxlayanda Elvinin yaralı olduğunu söylədi. Elvinin yaralı
olmasına inanmadım. Çünki onun döyüş dostunun xanımı mənə dedi ki, Elvin deyib ki, “Nuranəyə deyin, narahat olmasın, yaxşıyam. Özüm əlaqə
saxlayacam. Amma məni aldadırmışlar. Mənim bilməyimi istəmirmişlər. Elvin artıq şəhid olmuşdu. Uzun söhbətdən sonra Elvinin yaralı olduğuna
inandım. Sonra atam gedib hərbi xəstəxanaya baş çəkdi. Ona orada Elvin adında yaralı hərbçinin olmadığını deyiblər. Mən də bu xəbərə elə

sevinirdim ki!... Atam mənə zəng edib Elvinin ayağından yüngül yara aldığını və buna görə qorxmamağımı söylədi. Halbuki, atam Elvinin şəhid

olduğunu bilirmiş. Məni aldadıb Elvinin Gəncədə hərbi xəstəxanada olması adı ilə Qazaxa gətirdilər. Gəncəyə çatanda gördüm ki, atamın

xəstəxanaya girmək fikri yoxdu. Dərhal məni fikrimdən yayındırmaq üçün əmisioğluna zəng elədi. O da Elvinin yanına adam buraxılmadığını

söylədi. Bu yolla məni Qazaxa apardılar. Artıq Qazaxa çatanda gözlərimə inanmadım. Darvazadan içəri girəndə qaynanamın qışqıraraq ağladını

eşitdim.Elvin şəhid olarkən 5 gün neytral ərazidə qalmışdı. Onun tabutu evə gətirilənə qədər şəhid olmağına inanmırdım. Çünki Elvin sağ

qayıdacağına söz vermişdi. Elə bilirdim ki, o, ölə bilməz.

10 ay evli qaldıq. 2 aylıq hamilə idim. Uşaq tələf oldu. Uşağın tələf olması həmin vaxtlara təsadüf etməsə də, uzaq tarixdə də baş

verməmişdi. Elvin çox pis olmuşdu. Bir gün özünə gələ bilməmişdi. Elvin şəhid olanda aylarla özümə gəlməmişdim. Həkimlərin uzunmüddətli

müayinəsindən sonra yavaş-yavaş özümə gəldim. Amma heç vaxt intihar etmək barədə düşünmədim. Çünki bunun günah olduğunu bilirəm. Həm

intihar etsəm Elvinin yanına getməyəcəm. Heç o da geri qayıtmayacaq. Amma Elvinin ölməsinə hələ də inana bilmirəm.

Onun tabutunu gətirəndə səhər saat 9-10 arası olardı. Dirəşdim ki, onun tabutu açılmalıdır. Bilsəydim ki, həmin an məni öldürəcəklər, yenə

də tabutu mütləq açdıracaqdım. Çünki neçə vaxt idi ki, gözlərim yolda qalmışdı. Elvinin tabutu açılanda məndə qəribə hiss yarandı. Çünki Elvinin

üzündə bir təbəssüm vardı. Dodaqları gülürdü. Hələ də içimdə bir şübhə var. Bəlkə də, Elvini yalandan apardılar. Heç onu dəfn də etməyiblər.

Eləcə harasa aparıblar. Çünki insan dünyasını dəyişəndə rəngi ağarır. Amma Elvinin rəngində heç bir dəyişiklik yox idi. Öz rəngi idi. Əllərimlə

ona toxundum. Amma soyuqluq hiss etmədim. Üstəlik tabut açılanda maraqlı bir qoxu hiss etdim. İndiyə kimi elə bir qoxu hiss etməmişəm. Ona

görə də onun ölümünə inanmıram. O, sağdır...

Elvinsiz ata-anasının yanında necə qaldığımı soruşursuz. Düzü, bu suala cavab vermək mənə çox çətindir. Bilirəm ki, nə Elvin var, nə də 164

ondan yadigar bir uşağımız. Amma mən tək onunla yaşadığımız evdə qalıram. Bilirsiz, bir vaxtlar Elvinlə yaşadığımız yataq otağımızın pəncərəsi

indi Elvinin məzarına baxır. Hər axşam onun məzarı üzərində dalğalanan 3 rəngli bayrağımıza baxıram, Elvinin məzarına boylanıram. Onu necə

tək qoyub gedə bilərəm?! Həm Elvinin ata-anası mənə çox doğma insanlardır. Onlar mənə gəlin kimi yox, qızları kimi baxıblar. Heç atam-anam da

mənə deməyib ki, “çıx gəl evimizə”. Belə şey ola bilməz. Çünki ata-anam bilir ki, Elvinə yaxın olmaq mənə daha rahatdır.

İnsan nə qədər məzarlığa gedər axı! Adi vaxtlar olsaydı, məzarlığa getməyə qorxardım. İndi isə qəbiristanlığa gedəndə elə bilirəm ki,

hansısa saraya, imarətə gedirəm. Mənə xoş təsir bağışlayır. Dəfələrlə olub ki, məzarlığa gedəndə ilanlar qarşımıza çıxıb, amma bu da məni

qorxutmayıb. Çünki Elvinim orda

uyuyur...”. (http://modern.az/az/news/153848#gsc.tab=0)(https://www.yeniavaz.com/az/news/index/68449/aprel-doyuslerinde-sehid-olan-zabitin-

xanimi-10-ay-evli-qaldiq-usagimiz-telef-oldu-fotolar).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

(Elvin Namazov və həyat yoldaşı Nuranə xanım)

165

166

167

BAŞ LEYTENANT MİRZƏ SƏRVƏR OĞLU NOVRUZOV

“Öz Vətəninə mənsub olmayan insan bəşəriyyətə də mənsub deyil.”(Vissarion
Qriqoryeviç Belinski)

Doğum tarixi: 1984-cü il. Bakı şəhəri. 168
Vəfat tarixi: 2 aprel 2016-cı il. Goranboy rayonunun Tapqaraqoyunlu kəndində gedən döyüşdə.
Dəfn edilib: 5 aprel 2016-cı il. Bakı şəhər II Fəxri xiyaban.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
İki övladı (Nihad və Nuray) var.

1984-cü ildə Bakı şəhərində doğulan Mirzə Novruzov 286 sayli orta məktəbin 9-cu sinfini
bitirən kimi C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş, daha sonra, 2002-2006-cı illərdə təhsilini
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində uğurla davam etdirmişdir. 2007-ci ildən
etibarən Naftalandakı N saylı hərbi hissədə top artilleriyaçı kimi xidmətə başlamışdı.

Düşmən tərəfindən Azərbaycan ərazisinə edilən hücumların qarşısının alınmasında yaxından
iştirak etmişdir. Döyüş zamanı Goranboy rayonunun Tapqaraqoyunlu kəndində gedən qızğın döyüş
anında qəhrəmanlıq göstərən baş leytenant Novruzov Mirzə Sərvər oğlu şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünə qanı ilə möhür vuran şəhidlərimizin sırasına daxil olan Mirzə yüz illər
keçsə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Baş leytnant 5 aprel 2016-cı il tarixdə Bakı
şəhər II Fəxri xiyabanda torpağa tapşırılmışdı.
Rüxsarə xanım (anası): “Ali Hərbi Məktəbi bitirən kimi, Mirzə mənə dedi ki, “ana, hərbçi nə qədər tez evlənsə, bir o qədər yaxşıdır.
Bilərəm ki, xidmət etdiyim yerlərdə tək deyiləm, yanımda ailəm var”. Əfsanəni 2002-ci ildə ali məktəbə sənəd verəndə görüb sevmişdi. Sonra
arayıb tapdı. Hər ikisi ali təhsillərini başa vurdular. 2006-ci ildə hərbi məktəbi bitirən kimi toylarını etmək qərarına gəldik. Elə alındı ki, toyu 30
dekabr gününə saldıq. Tərtərdən, Kürdəmirdən, başqa rayonlardan da qonaqlarımız gəldi. Axşam saat 4-5 arası həyat yoldaşım Sərvər hamama
keçdi ki, çimsin. Bir yarım saat keçdi, xəbər çıxmadı. Qohum-əqraba , biz də onu gözləyirik ki, çıxsın, gedək toy çaldırdığımız restorana.
Hamamın qapısını nə qədər döysəm də səsi gəlmədi. Tez qapını silkələyib açdım. Baxdım ki, yerdə uzanaqlı qalıb… Həyətdəki qohum-əqrabanı
haraya çağırdım… Məni qorxutmamaq üçün dedilər ki, infarkt keçirib. Sərvərin bədəni isti idi. Məni aldadırdılar ki, ölməyib. Get toyda bir az
fırlan gəl, sən gələnə qədər ayılar. Axşam saat 9-da getdim toyxanaya. Bütün qonaqların stollarına baş çəkdim, qol götürüb oynadım da…
Oynadığım yerdə arada büdrəyib yıxılmışam. Özümdən xəbərim yox idi. Mən bir robot kimi hərəkət edirdim. Gəlinə və oğlum Mirzəyə də
demişdilər ki, ata xəstəxanadadır. Toy başa çatandan sonra, qohumlar bizim evə yığışdılar. Mirzə gəlini qohumumuzun evinə göndərdi. Özü də

gəlib atasının meyitinin üstündə oturdu. Səhərə qədər bu evdə keşik çəkdim, nə qədər ağladımsa, çağırdımsa, mənə səs vermədi, Sərvər. Mirzənin 169
sevincini kədərə bürüdü atası. Həkimlər dedi ki, Sərvərin ürəyi sevincdən çatlayıb…

Bəlkə dəmirəm, bəlkə daşam, belə dərdləri çəkmək olarmı… 61 yaşım var… necə yaşayıram. Necə gəzirəm bu torpağın üstündə, o göyün
altında… Yaşamaqdan bezirəm. Mənim balama taleh yazmadı Yaradan. Boyuna-buxununa baxıb sevinirdim. Dünya bir yana idi, Mirzə bir yana.
Əfsanə ilə həmişə əl-ələ verib çıxardılar qapıdan. Çüt gedib, cüt gələrdilər. Heç bir-birinin əlini buraxmazdılar. İndi Əfsanə qapıdan tək çıxır…
Kor olaydı gözlərim…Allah elə bil mənə zülm yazıb. Adamın yoldaşı da ölər, atası da ölər, anası da ölər, ancaq adamın balası ölməz axı... Bala
dərdi heç nə ilə ölçülməz... bala dərdi çəkilməz. Utanıram Əfsanənin üzünə baxmağa… Necə baxım ona, elə bilirəm ki, özüməm günahkar. Onu
özümə qız bilmişəm. İki oğlum olub. Qızım olmayıb. Adını çəkdiyimiz gündən sevinirdik… Əfsanə mənə nənə olmaq xoşbəxtliyi verdi. Mirzənin
yol yoldaşı, əsgər yoldaşı oldu. O qarlı-çovğunlu Murovda Mirzədən ayrılmadı. Kənd yerində qışın soyuğunda, payızın çiskinində, yayın istisində
ərinin yanında oldu… Sanki mənim cəbhə bölgəsində iki zabitim var idi...”.

Əfsanə xanım (həyat yoldaşı): “Həmişə onun üçün narahat idim. Ancaq bir gün yox olacağı heç zaman ağlıma gəlməzdi. Bilirsiniz nə
qədər çətinliklər görmüşük. Nihat 2008-ci ilin 12 yanvarında - bir qış günüdə doğulmuşdu. Uşaq anadan olandan 1 ay sonra gəldi onu görməyə.
Murovda idi. Aşağı enə bilmirdi. Cəbhədə vəziyyət hər zaman gərgin olur. O isə artilleriyaçı zabit olduğundan, hər zaman öz postunda olmalı
idi. Sonra uşağın 1 yaşı olmamış, mən də qoşulub getdim onunla. Tez-tez yaşayış yerimizi dəyişirdik. 3 ay bir yerdə yaşayırdıq, sonra başqa yerə
göndərirdilər. Şəraitsiz evlərdə, təzəcə isinirdik ki, yenə də yerimizi dəyişirdilər. Mən də hamamı, mətbəxi olmayan, soyuq evlərdə öyrənmişdim
yaşamağa. Heç nə ağır gəlmirdi. Mirzənin xatirinə dözürdüm. Fikirləşirdim ki, yaxınlığında olsam nəfəsim qoruyar onu. Axırıncı üç ilimizi demək
olar ki, rahat yaşadıq. Tapqaraqoyunluda hərbi hissədən verilən evdə qalırdıq. Məktəb də evə yaxın idi, hərbi hissə də. Vaxtı olanda gəlib evdə
nahar edirdi. Nahar etməyi də ayaqüstü idi. Həmişə işə tələsirdi. Elə bil ki, od-ocaq qoyub gəlmişdi. 2015-ci ilin avqust ayında ermənilər yenə
təxribat törətmişdilər. Bütün hərbi hissə hazırlıq vəziyyətinə gətirilmişdi. Mirzə tez evə gəlib bizə dedi ki, “geyinin, Sizi yola salıram Bakıya”.
Ayaqlarımı yerə dirədim ki, “mən sənsiz heç yerə gedən deyiləm”. Binanı və məhəlləni, kəndi göstərib dedi ki, “bax, səndən başqa burada heç kim
qalmayıb. Hamını köçürüblər”. Yolu göstərdi mənə. Hər yer tankla, hərbi maşınlarla dolu idi. Neylədisə, evdən çıxmadım. Axırda mən deyən
oldu. Dedi ki, evdə oturanda işıqları yandırmayım. Ona görə də “Hərbçi” sözü eşidəndə öz həyatım canlanır gözümün qarşısında. Mən o ağır
həyatın hər üzünü – isti-soyuğunu, ac-susuluğunu, ağrısını, həyəcanını görmüşəm. Cəbhə bölgəsində olduğum gündən güllə, top səslərinə oyanıb,
yatmışam. Gecə-gündüz atılan toplar, avtomatların səsinə o qədər öyrəşmişdik ki, heç diksinmirdik də. Hərbçilərimiz bəzən ac-susuz qalırdılar,
ancaq Vətəni qoruyurdular, keşiyini çəkirdilər. Elə vaxt olurdu ki, gecə saat 3-4-də gəlirdi. Bir azca yeməyini yeyib, yarım ya da bir saat ərzində
gözünün yorğunluğunu alandan sonra, yenə durub qaçırdı hərbi hissəyə. Mən də ayağa durub, paltarını, üst-başını hazırlayıb yola salırdım,
gələndə də qarşılayardım.

Aprelin 1-dən 2-nə keçən gecə top, mərmi səslərindən qulaq tutulurdu. Mirzə yenə ön cəbhədə idi. Ancaq gözləyirdim. Üç gündən sonra
gəldi. Aprelin 4-ü gecə saat 1-2 arası idi. Gəldi, sulu isti yemək istədi. Üz-gözündə bir narahatlıq var idi. Dedi ki, çox güclü döyüşlər gedir,
əsgərlərimizdə döyüş ruhu yüksəkdir. Ancaq görürdüm ki, üzündə bir kədər var. Bəlkə də hansısa döyüşçüsünü itirmişdi... Onsuz da soruşsam da
deməyəcəkdi. Qələbəyə inanırdı. Dedi ki, “əgər atışma və top səsləri yaxından gələndə bilin ki, atan bizik”. Üç gün idi ki, çəkmələrini ayağından
çıxarmamışdı. Getdi çimdi, Nurayın yatmasına heyfsiləndi... Adətən o hamamlanıb çıxandan sonra Nurayı qucağına alardı, Nuray da onun ətrini
nəfəsinə çəkərdi... Sonra ata-bala qucaqlaşıb, əylənərdilər... O gecə heç bir saat da evdə oturmadı. Yenə həmişəki kimi əyin-başını dəyişib, getdi.
Gedəndə dedi ki, evin bütün kommunal xərclərini ödəyib. Narahat olmayım. Mən isə narahat idim. Üç gecə idi yatmırdım. Onu gözləyirdim. Tez-

tez mesaj yazırdım. İki nömrəsi vardı. Hansında şəbəkə tuturdusa, ora yazırdım. O isə vaxt tapanda cavab verirdi. Üstünə çox getmirdim ki, birdən 170
fikri yayınar... Yazırdı ki, salamatçılıqdır... Deyirdi ki, heç kim onu başa düşmür. Valideynlər hamısı zəng edir... Amma olmaz..

... Evim qərargaha oxşayırdı. Lap müharibə filmlərində olduğu kimi, hərbçilərin xanımları bizə yığışırdılar. Hərəmiz eşitdiyimiz xəbərləri
müzakirə edirdik. Qızlar hamısı narahat idi... Mən onlara təskinlik verrirdim ki, görmürsünüz, atəş-top səsləri bizim tərəfdən gəlir. Üstünlük
bizdədir.

Mirzəni yola salandan sonra, təqribən yarım saat gözümə yuxu getdi. Qonşu qızın pəncərəni döyməsinə ayıldım. Baxdım ki, hamı
eyvanımızın altına yığılıb. Fikirləşdim ki, yəqin davanı müzakirə edirlər. Sonra baxdım ki, evində kirayə qaldığımız Şəfa xala da həyətdəkilərin
içərisindədir. Bizim evimizi soruşurlar. Sevinə-sevinə eyvandan onları səslədim. Qapıını açıb qabaqlarına qaçdım. Şəfa xala böyük oğlanları ilə
gəlmişdi. Ancaq üzündə bir nigarançılıq var idi. Məndən qaynım Ramilin telefonunu soruşdu. Dedim neyləyirsən ki, dedi, sözü var. Bədənim
titrədi. O dəqiqə soruşdum ki, Mirzəyə nəsə olub... “Yox” deyib üzünü yana çevirdi. Əllərim əsə-əsə çay stəkanlarını stolun üstünə qoydum,
yalvardım ki, mənə bir söz deyin. Dedi “Mirzə yaralıdır”. Evin içərisində o baş-bu başa qaçmağa başladım. Başımı itirmişdim. Tez qaçıb
məktəbdən Nihatı gətirdim. Şəfa xalanın oğlu müəlliməyə nəsə dedi...

Sonra baxdım ki, Ramil gəldi. Dedi, bacı yığış gedək Bakıya, Mirzəyə qan vurulmalıdır. Sənin də qanın lazım olacaq... Mən isə
inanmırdım, ayrılıq fikirləşmirdim... Yol boyu kimsə ilə heç nə damışmadıq. Gəlib Yasamaldakı evimizə çatanda, qapımızda Azərbaycan
Bayrağını gördüm. Yenə də özümə yaxın qoymadım. İçəri keçdim, elə bildim ki, ortada tabut görəcəm, tabut yox idi. Sevindim. Ətrafımdakılara
dedim ki, məni Mirzənin yanına aparın. Dedilər gözlə, bir azdan özü gəlir. Yenə ürəyimə başqa fikir gəlmədi. Axşam bir də gördüm darvaza
taybatay açıldı. Bayrağa bürünmüş tabut gətirdilər. Tabutu görəndə qurudum yerimdə. Ağladım, bağırdım, dedim yox, belə ola bilməz. Oradakı
Mirzə deyil. Biz belə ayrılmamışdıq. Haray çəkdim. Təkidlə tabutunu açdırdım. Böyüklər deyirdi ki, olmaz, günahdır. Dedim necə yəni günahdır,
o mənim ürək paramdır, o mənim həyatımdır, bizi otaqda tək buraxın, ona deyəcək sözlərim var... Açdılar tabutu.. üzünü göstərdilər mənə... Ancaq
inanmadım... Mirzə məni tək qoymazdı axı...

Sonra Mirzəni apardılar... II Fəxri Xiyabanda dəfn etdilər. Evə qayıdandan sonra özümə qəsd etmək istədim... Birdən ayıldım.... Axı,
Mirzə uşaqları mənə əmanət etmişdi...
... Heç yerdə özümə yer tapa bilmirdim. Qaynım Ramilə dedim ki, bizi aparsın Naftalandakı evimizə. Gəldim o evə ki Mirzəni tapam. İki gün də
qaldım. İki gün yenə Mirzəni gözlədim. Qapı döyüləndə qapıya qaçdım, pəncərələri açıb ətrafa baxdım, hamı gəlirdi, hamı gedirdi evindən, Mirzə
gəlmirdi... Çox gözlədim... Gəlmədi... Mən də küsüb geri qayıtdım... Bir əfsanə idi onunla keçən

zamanlar...(http://femida.az/az/news/42429/%60Ev%C9%99-qay%C4%B1dandan-sonra-%C3%B6z%C3%BCm%C9%99-q%C9%99sd-

etm%C9%99k-ist%C9%99dim%60--%C5%9E%C9%99hid-ba%C5%9F-leytenant%C4%B1n-sirli-h%C9%99yat%C4%B1).
Həyat yoldaşının şəhidin məzarı üsdə yazdıqları: "Mirzə, bu gün gəldim sənə söz verirəm ki, bir daha ağlamayacam. Sən heç vaxt

istəməzdin mən ağlayım. Gəldim sənə söz verəm ki, yanına üzü ağ, alnı açıq gələcəm. Heç vaxt kimsənin adımın üstünə ad qonduracağına izin
verməyəcəm. Səninlə birgə həyatım boyu necə təmiz oldumsa, elə də təmiz adla, namusumla yaşayacam. Gəldim sənə söz verəm ki, Nihad və
Nurayı elə böyüdüb, tərbiyə edib, oxutduracam ki, heç vaxt ruhun incik olmasın. Ancaq sən məni incik qoyub getdin. Mənə həmişə "aslanım"
deyərdin. İndi sən o aslanı tək qoymaqla sındırdın. Mən yenə də, sənə söz verirəm ki, səndən başqa məni kimsə sındırmayacaq, tək buraxmayacaq.
Mən sənin yanına həmişə gördüyün aslanın kimi gələcəm. Həmişə arzu edərdim ki, evimiz olsun, özümün də işim olsun. İşləyib sənə köməklik
etməklə, nə vaxtsa ev alacağımız arzusu ilə yaşayardım. Dünən ölkənin birinci xanımı Mehriban Əliyeva məclis təşkil edib bütün şəhid ailələri ilə

görüşdü, problemləri ilə maraqlandı. Mən heç nə deyə bilmədim. Çünki bundan sonra sənin qanının bahasına həll olunacaq problemlərim mənə 171
daha ağır olacaq. Artıq səndən başqa heç nə istəmirəm, arzulamıram. Mirzə, səndən sonra bu dünyada yaşamaq mənə cəhənnəm əzabından
betərdir. Mən cənnətdə, sənin yanında olmaq istəyirəm. Gələcəm, sənin yanına gələcəm... Sənin yanına sənin özün kimi şərəflə, ləyaqətlə
gələcəm!..

Toyumuza üç-dörd saat qalmış Mirzənin atası hamamda dəm qazından boğularaq dünyasını dəyişdi. Onda bunu bizdən gizlətdilər.
Toyumuz davam elədi, amma toyun axırında bildik ki, bu hadisə olub. Toyda bizə dedilər ki, narahat olmayın, xəstəxanadadı, vəziyyəti yaxşıdı.
Sən demə, Mirzənin atası dünyasını dəyişibmiş.

Ramil Novruzov (qardaşı): “Mənə aprelin 4-ü,səhər-səhər xəbər elədilər. Dedilər ki, “qardaşın yaralıdır, gəl”. Onun qulluq etdiyi hərbi
hissəyə gəldim. Dedim qardaşımı göstərin, hərə bir bəhanə gətirdi. Sonradan dedilər ki,Gəncədədir, şəhid olub... Onların koordinatlarını hansı
yollasa müəyyən edən ermənilər mövqelərinə top mərmisi atmışdılar. O mərminin qəlpəsindən bir parçası qardaşımın üz nahiyəsinə
dəymişdi. Mənim üçün ondan yaxın, ondan doğma kimsə yox idi. Qardaşsız adam necə olar?

Elmar Məliksoy (Mirzə Novruzovun əsgəri): “Bu cəsur insanla 2008-ci ildə Goranboyda yerləşən hərbi hissədə tanış oldum. Baş
leytenant Mirzə Novruzov bizim tağım komandirimiz idi. 4 ay onunla birlikdə xidmət etmək xoşbəxtliyi mənə də nəsib oldu. Bizə topçuluğun
sirlərini öyrədirdi. Onunla hərbçi münasibətlərimizi qorumaqla yanaşı, ötən günlər ərzində qardaş kimi mehribanlaşmışdıq. Əsgərliyin
qardaşlığının dadı başqadır. Artilleriyanı çox dəqiq bilirdi. Bizə bu peşəni elə dəqiqliklə, bütün incəliklərinə qədər öyrətmişdi. Deyirdi ki, hər
zaman müharibəyə, vuruşa hazır olmaq lazımdır. Təlimlərdə zəhmli, zabitəli olan komandirimiz, eyni zamanda mülayim olmağı, zarafat etməyi
də bacarırdı. Hər bir əsgərin qayğısına ayrı-ayrılıqda qalırdı, onların ən xırda problemini, daxildə baş verən əsgər çəkişmələrini də bir sözü, bir
hərəkəti ilə nizamlayırdı. Hərbi hissəmizdə, tağımımızda nümunəvi bir ab-hava yaratmışdı. O daha çox biz əsgərləri düşünürdü.

Bir dəfə soyuq qış günü idi. Biz qarovul növbəsindən qayıdan əsgərlər onun kazarmasında olan sobanın yanında isinirdik.
Birdən komandir qəfil içəri girdi, hər birimiz ayağa qalxdıq. O isə əlindəki siqaret qutusunu bizə uzadıb dedi ki, “götürün çəkin”. Otağa
qayıdanda baxdıq ki, indi də sobanın yanında o istilənir. Şirin söhbətə başladıq. Vətəndən, müharibədən, Azərbaycanın Milli Qəhrəmanlarından,
topçu İsgəndər Aznaurovun , Əlif Hacıyevin həyatından , qəhrəmanlıqlarından danışdı. Sonra dərindən bir ah çəkib, “gün gələcək, biz də onlar
kimi tarix yazacağıq, biz də əlimizin altında olan bu toplardan düşmənin başına od yağdıracağıq… Şəhid olacağıq...” dedi. Onun bu sözündən
sonra mən “Allah eləməsin ki, şəhid olasınız, sizin gül kimi balanız var axı…” dedim. “Mən şəhid olmaqdan qorxmuram, hardadır mən də o bəxt
ki, Vətən uğrunda öləm, Bayrağa büküb dəfn edələr…” söylədi. Onun bu sözlərindən sonra, araya xeyli sükut çökdü…

2009-cu ilin yanvar ayında komandirimizi ən çətin bölgə olan Murova, ön xəttə göndərdilər. Tariximizə şəhidlərimizin və qazilərimizin
qanı ilə əbədi yazılan aprel hadisələrini mən də hamı kimi, böyük həyəcanla izləyirdim. Bütün yaşıdlarım, dostlarım kimi, mən də döyüşə hazır
idim. Elə bu ərəfədə internet şəbəkəsi üzərindən komandirimin şəhid olduğunu öyrəndim. Çox böyük sarsıntı keçirdim. II Fəxri Xiyabanda dəfn
edilən komandirimin məzarı üstünə gəldim. Ayaq tərəfində dayanıb, həmişəki kimi əsgər salamı verdim. Dedim: “Sənin kimi komandirin
əsgərləri olduğumuz üçün həmişə fəxr edəcəyik, komutanım. Allah sənə rəhmət eləsin gözəl insan ... Ali Baş Komandanımız könüllülərin orduya
qəbul edilməsi fərmanını verən gündən sən və digər Şəhidlərimiz uğrunda savaşacağam! Məkanın cənnət olsun yoldaş baş leytenant!”.

(http://femida.az/az/news/42429/%60Ev%C9%99-qay%C4%B1dandan-sonra-%C3%B6z%C3%BCm%C9%99-q%C9%99sd-etm%C9%99k-

ist%C9%99dim%60--%C5%9E%C9%99hid-ba%C5%9F-leytenant%C4%B1n-sirli-h%C9%99yat%C4%B1).

Azedu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri 172
idi” mövzusu ilə bağlı keçirdiyi yazı müsabiqəsinə M.Novruzovun oğlu Nihadın (Avropa Azərbaycan Məktəbinin 4 C sinifində oxuyur) yazdığı
inşa yazını sizə təqdim edirik: “Mən atam haqqında çox şey bilirəm. O, hərbçi idi. Məni də özü ilə bayramlarda əsgərlərin yanına aparardı.
Mənə əsgər paltarı geyindirərdi. Sonra da baxıb fərəhlənərdi. Mən onun gözlərinin yaşardığını da gördüm. Ona həmişə əsgər salamı ilə salam
verərdim. Balaca bacım da mənə baxıb mənim hərəkətlərimi təkrarlayardı. O, həmişə evə gələndə çox sevinərdik. O, gələndə üzündən öpərdik.
Atam və onun əsgərləri “Vətənə xidmət edirik” deyəndə bunu anlamasam da, indi bilirəm ki,vətən yaşadığımız,üzərində xoşbəxt gəzib-
dolaşdığımız torpaqdır. Bu torpaq uğrunda düşmənlərlə vuruşan, qəhrəmanlıq göstərənlər içərisində atam da var. Onun üçün çox
darıxıram. Anamdan xəlvət onun paltarlarını öpürəm. Şəklinə həmişə baxıb ona əsgər salamı verirəm, məktəbə gedəndə isə sağollaşıram.
Dərslərimdən əla qiymətlər alıram və ona deyirəm.

Aprel şəhidləri Azərbaycan Xalq Cümhuriyyətinin varisləridirlər. Mayın 28-də mən Fəxri xiyabanda olan şəhid məzarlarını ziyarət
edəcəyəm. Burada atam Mirzə Novruzovun da məzarı vardır. Bayramın mübarək, atacan. Sən nağıllarda oxuduğum həqiqi qəhrəmanımsan.
Səninlə fəxr edirəm. Hamınızın qisasın ermənilərdən alacağam. Hərbi həkim olacaq, əsgərləri sağaldacağam. Qoy uşaqlar atasız
böyüməsinlər. Mən sənin üçün darıxsam da,anamı və bacım Nurayı darıxmağa qoymayacağam. Söz verirəm ki, sənə layiq övlad olacağam.
Azərbaycanımı sənin qədər sevəcək, bu torpağı şərəflə qoruyacağam.”

Şəhidimizin oğlu Nihadın məktəbdə “Ailəmiz” mövzusunda yazdığı inşanı sizə təqdim edirik:

“AİLƏMİZ. Mənim adım Nihaddır. Ailəmiz 4 nəfərdən ibarətdir. Anam, atam, mən və bacım. Mən atamı çox sevirəm. Mənim atam
komutandır. Həyatımın ən ağır günü atamı itirdiyim gündür. Atam ŞƏHİD olub… onun üçün çox darıxıram. Çox istəyirəm ki, yanımda
olsun. Dərslərimi hazırlamaqda hər zamankı kimi mənə yardımçı olmasını istəyirəm. “Ailəmiz 3 nəfərdən ibarətdir” deyə bilmirəm. Çünki
mənim üçün atam hər zaman yanımdadır. Anamı da çox sevirəm. Onun peşəsi isə mühəndisdir. Bir də ki, kiçik bacım var. O Anadolu liseyində
birinci sinfə gedir. Ailəmizi çox sevirəm. Onlar mənim hər şeyim…”. (http://femida.az/az/news/).

173

(Mirzə Novruzov və həyat yoldaşı Əfsanə xanım)

174

(Müəllif şəhidin məzarını ziyarət edərkən)

175

BAŞ LEYTENANT CAVİD GÜLBALA OĞLU DƏDƏKİŞİYEV

“Özünü vətəndaş zənn edən bir kəs
Vətənin dərdinə yad qala bilməz!” (A.N.Nekrasov)

Doğum tarixi: 5 iyul 1989-cu il. İmişli rayonu, Qaralar kəndi. 176
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonunun Borsunlu kəndi istiqamətində.

Dəfn edilib: 11 aprel 2016-cı il. İmişli rayonu Qaralar kəndi.
Qoşun növü: A.R.Quru qoşunları.
“ İgidliyə görə" III dərəcəli medalla təltif edilib.

Subay idi.
Vətən... Bu sadə sözdə nə qədər böyük dəyər, necə dərin məna var. Bəs haradan başlayır Vətən? Məncə,

Vətən insanın ruhundan, qəlbindən başlayır. Dünyaya ilk gələn körpələrə analarından “oğlum, tez böyü, əsgər get”
deyə söylənən laylaları eşitdikcə bu duyğular onların qanına hopur. Anaların dilində səslənən vətənpərvərlik
nəğmələri körpələri gələcəyin əsl yurdsevər övladları kimi böyüdür. Məktəbə gedən uşaqlar ilk dəfə əlinə qələm
alanda, titrək barmaqları ilə yazdıqları ilk kəlmələr “ana” və “vətən” sözləri olur...Vətənin dar günündə igid
oğullarımız “təki Vətən yaşasın deyə” sinələrini sipər edərək yurdumuzu düşməndən qorudular, şəhidlik zirvəsinə
ucaldı, yaralandı. Min bir əziyyətlə övladlarını böyüdüb boya-başa çatdıran analar övladlarının şəhidliyi ilə
qürurlandılar, əyilmədilər, başlarını düşmən qarşısında daha da dik tutdular. Bəlkə də elə ona görədir ki, “ana” sözü
ilə “vətən” sözü qoşa çəkilir: Vətənə “Ana vətən” deyilir...
5 iyul 1989-cu ildə İmişli rayonunun Qaralar kəndində anadan olan Cavid Dədəkişiyevin də Ürəyi ana vətənlə döyünən igidlərimizdən
olub. Ailənin böyük övladı olan Cavidin uşaqlığı nənəsinin və əmisinin yanında keçib.Eyni həyətdə yaşadıqları üçün Cavid nənəsinə çox bağlı
olub. Buna görə də uşaq vaxtlarından onun qayğısını nənəsi və əmisi Əsəd Dədəkişiyev çəkir. Cavidin özündən başqa Vasif, Səməd adlı qardaşları
və bir bacısı var. Uşaqlıqdan ailənin ən sevimli və qayğıkeş övladı olan Cavid çox cəld və iti hərəkətləri ilə seçilirdi. Uşaqlıqdan arzusu hərbçi
olmaq və Qarabağı işğaldan azad etmək idi. Bu yolda o artıq ilk addımlarını atırdı. 2006-cı ildə İmişli rayonu Namiq Abışov adına tam orta
məktəbi bitirdikdən sonra hərbçi olmaq arzusunu reallaşdırmaq istəyən Cavid elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Akademiyasına daxil oldu. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid 2010-cu ilin 26 iyun tarixində ilk hərbi rütbəsini –
leytenantı alır. Bu gənc hərbçinin əziyyətinin ilk bəhrəsi idi. Və o bu rütbəni çiyinlərində böyük fərəh və sevinclə daşıyırdı. Peşəkar hərbçi olmaq
yolunda o israrlı idi. Buna görə də daima bu yolda irəliləmək üçün çalışırdı. Bu səbəbdən də o 2010-2011-ci il ərzində Silahlı Qüvvələrin Təlim
Tədris Mərkəzində zabit ixtisaslaşdırma kursunda dinləyici olaraq iştirak etmişdi. Torpaqlarımızın işğal altında qalması ürəyi vətənlə döyünən
gənc leytenantı rahat buraxmırdı. O hər zaman ön cəbhəyə və döyüşə can atırdı. Beləliklə, gənc leytenant həmin zirvəyə gedəcək yolun ilk

addımını atdı. 2011-ci ildə Goranboy rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə təyinat alır və orada taqım komandiri vəzifəsində 177
xidmətinə başladı. Bu gənc leytenantın ilk işi və vəzifəsi olur. Xidməti illərində o əsgərlərə bir qardaş kimi olub, əsgərləri də ona qardaş kimi
müraciət ediblər.

Oxuduğu Qaralar kəndində şəhid Namiq Abışov adına tam orta məktəbin müəllimlərinin dediklərinə görə Cavid dərslərdə çox tələbkar və
ciddi olmağilə fərqlənirdi.

Cavid dərslərilə yanaşı həm də idmanla məşğul olurdu. Çünki, o uşaq vaxtlarından başa düşürdü ki, bütün bunlar ona çox lazım olacaqdır. 31
may 2006-cı ildə tam orta məktəbi bitirən Cavid sənədlərini Heydər Əliyev adına Hərbi akademiyaya vermiş və sınaqlardan yüksək nəticələrlə
keçmişdir.

Heydər Əliyev adına hərbi akademiyanın müəllimlərinin verdiyi məlumata görə Cavid orta məktəbdə olduğu kimi, həm də hərbi akademiyada
fərqlənməyi bacarmış və 2011-ci ildə hərbi akademiyanı bitirmişdir. Həmin tarixdə leytenant rütbəsilə Naftalan rayonu “N” sayılı hərbi hissəyə
təyinatla göndərilmişdir. Addım atdığı hər yerdə olduğu kimi burda da fərqlənməyi bacarmış və özünə məxsus hörmət qazanmışdır. 2013-cü ildə
baş leytenant rütbəsi alan Cavid xüsusi təlim keçmiş bir zabit kimi tərtər rayonu “N” sayılı hərbi hissəyə göndərilmişdir.

Orda qısa müddət ərzində zabit və əsgərlərin arasında böyük hörmət qazanmışdır. Azərbaycan Respublikasının Ali Baş Komandanı döyüş
əmri verdiyi hərbi qulluqçuların sıralarında Cavid də olmuşdur.Cəbhəni ilk keçən xüsusi təyinatlılara başçılıq edən Cavid nəzərdə tutulan əraziyə
qədər döyüşərək getmiş, vaxtında və dəqiq əmri yerinə yetirmişdir. Cavid Lələ təpə zirvəsinin alınmasında böyük şücaət göstərmiş, onun rəhbərlik
etdiyi kəşfiyyat qrupu düşmənin 19 zirehli tankını məhv etmişdir. Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşdə Cavid qəhrəmancasına döyüşərək
şəhid olmuş və döyüşdə göstərdiyi yüksək şücaətə görə ölmündən sonra “III dərəcəli Fərqlənmə medalı” ilə təltif olunmuşdur”.

Gülbaba Dədəkişiyev (atası): “Cavid evimizin böyük övladı idi. Bu gün onun haqqında çox danışa bilmirəm. Mənə çətindir. Hər gün
onun gəlişini və gülərüzünü gözləyirəm. Cavidlə bağlı arzularımız böyük idi. Sonuncu dəfə onunla danışanda nəsə səsi xoşuma gəlmədi. Dedi ki,
5-10 günə məzuniyyətə gələcək. Fikrimiz var idi ki, onun üçün toy edək. Hər dəfə bu mövzudan söz salanda deyirdi ki, Qarabağ alınandan sonra
toy edəcək. Şəhid olandan sonra bildim ki, istədiyi qız varimiş. Cavidin və onunla birgə olan iki nəfər Adilin və Qabilin igidlikləri böyük olub.
Onlar birbaşa ermənilərin içərisinə girib, onları qırıblar. Bizdə olan məlumata görə ermənilər Cavidi aradan götürmək üçün pulnan adam da
tutublarmış. Bununla bağlı erməni tərəfinin video-çəkilişləri də var. Qəhrəmancasına həlak olub, bu mənə bəsdir. Mən şəhidliyə yüksələ bilmədim,
babam yüksələ bilmədi 1941-1945-ci ildə. Əfqanıstanda 1981-1983-cü ildə vuruşmuşam bu da sinəmdə yaradır, amma şəhid ola bilmədim. Oğlum
o şəhidliyə çatdı, halaldır ona. Ali baş komandan əmir verəndə ki, döyüş dayansın, bunlara xəbər verilməyib. Ermənilər onun nəşini göstərərək
“bakılı” deyə çağırırlar.Onların dəstəsindən sağ qalan yoxdu. Amma irəlidə 30 nəfər olub. Onlardan cəmi 7-i sağ qalıb. Onlar Naxçıvandan gəlib
çıxıb. Cavidin taktikası ilə həmin gecə düşmənin 19 zirehli texnikasını və tankını məhv ediblər. Lələtəpəni 3 saat ərzində azad ediblər.”

(https://xeberle.com/cemiyyet/21895-ermeniler-ona-bakl-cavid-deyirmis-sehid-bas-leytenantn-sirli-heyat.html).
Əsəd Dədəkişiyev (əmisi):“Cavid kimi bir oğulu itirdikdən sonra danışmaq çətindir. Cavid bizim ailənin ən əziz övladı idi. Bu gün onun

yoxluğu mənim üçün dözülməzdir. Cavid uşaqlığından bizim yanımızda böyüyüb. Nənəsinə bağlı olduğu üçün gününün çox hissəsini onunla
keçirərdi. Cavidlə sonuncu görüşümüzü unuda bilmirəm. O sevinclə bir günlük gəlmişdi. Milli vəsiqə aldığı üçün çox sevinirdi. Cavidin çox
maraqlı baxışları var idi. Sonuncu görüşümüz zamanı baxışlarını bu günə kimi unuda bilmirəm. Sanki, ayrı düşəcəyimizi hiss edirdi. Ayın 29, 30
və 31 günləri telefonda danışdıq. Amma o bu barədə heçnə demirdi. Sonuncu danışığımızda çox qısa oldu. Cavid mənə ata yox, qaqa deyirdi.
Cavidin Xüsusi Təyinatlı olmasını biz şəhid olandan sonra bildik. Hərbi sirri həddindən artıq qoruyurdu. Aprelin 2-də Cavidə zəng etdim.

Gördüm telefonuna zəng çatmır. Mesaj atdım ki, Cavid mənə zəng vursun. Çünki, özü deyirdi ki, cavab verə bilməyəndə mesaj yazım. Ancaq 178
gördüm ki, ondan heç bir cavab gəlmir. O heç vaxt belə etməzdi. Artıq narahat olmağa başladım. Ayın 4-də qərara aldım ki, onun olduğu hərbi
hissəyə gedim. Ancaq kənardan dedilər ki, sən xəbərsiz hərbi hissəyə getsən Cavid hirslənər. Ona görə bir az tərəddüd etdim. Aprelin 6-da
Rusiyada yaşayan qardaşı gəldi və qərara aldıq ki, Cavidin yanına gedək. Ayın 7- si səhər Cavidin yanına getməli idik. Həmin günü bölük
komandiri zəng etdi ki, Hərbi Hissəyə gəlmək lazımdır.Onda bildim ki, burada nəsə var. Buna kimi biz heçnə bilməmişik. Sonradan mətbuatda
yayılan fotolardan onu gördük. Sən demə Cavid ayın 2-dən şəhid olubmuş.Cavidin döyüşü barədə çoxlarının bilmədiyi faktlar var. Bunlar 3
döyüşçü yoldaş Cavid, Qabil Orucəliyev və Adil Adilzadə düşmənin düz içərisinə giriblər. Döyüşdə xeyli sayda erməninin canlı qüvvəsi məhv
edilib. Həmin vaxt arxada olan düşmən əsgərləri Cavidgilin girdiyi erməni səngərini vurublar. Ermənilərin həmin vaxtı atdığı mərmi nəticəsində
özlərinin də xeyli əsgəri ölüb. Onlar nəyin bahasına olursa, olsun bu 3 hərbçini məhv etməyi qarşılarına məqsəd qoyublar. Ermənilər Cavidgili
vurandan sonra onların meyitini götürmüşdülər. Apardıqları video-çəkilişlərdə daha çox Cavidin üzərində dayanırdılar. Dönə-dönə erməni
komandirləri çəkiliş zamanı Cavidi yaxından göstərirlər və onu “Bakılı Cavid” adlandırırlar. Bu gün mənim üçün də maraqlıdır ki, niyə ermənilər
onu “Bakılı Cavid” adlandırır. Həmin video-çəkilişdə ermənilər ordumuz tərəfindən dağıdılan düşmən postlarını göstərir. Videoda danışırlar ki, bu
3 döyüşçü onlara böyük zərbə vurub. Kadrlarda digər şəhidlərimiz də görsənir. Oradan məlum olur ki, bu 3 qəhrəman döyüşçü onların düz
postunun içərisinə giriblər. Həmin kadrlarda mülki geyimdə olan adamlar da görsənir. Onların kim olması hələ də bizə maraqlı qalır. Həmin o iki
nəfər bizim şəhidlərimiz barədə danışırlar. Onların nə danışdıqları dəqiq tərcümədən sonra bilinəcək”.

Natiq Quliyev (Şəhid baş leytenantın əsgəri): “Cavid Dədəkişiyevlə 2011-ci ildə Goranboyda xidmətdə olmuşam. Düşmənlə üz-üzə olan
bir postda xidmət edirdik. Ermənilər dayanmadan kənd sakinlərini və bizim mövqelərimizi atəşə tuturdu. Həmin vaxt Cavid bizim taqım
komandiri idi. O heç vaxt düşməndən qorxmazdı. Əksinə düşmən ondan çox qorxurdu. Çünki, Cavid çox cəld və çevik idi. Dəfələrlə erməni
təxribatının qarşısını birgə almışdıq. Bu gün mən inana bilmərəm ki, Cavid kimi bir oğul və komandir yoxdur. Ona görə ki, o bizə ölməz bir insan
kimi görünürdü. Özü də ən böyük arzusu Qarabağı birgə azad etməyimiz idi. O təkcə komandir yox, həm də qardaş idi. O bizə o qədər yaxşı
komandir olmuşdu ki, xidmətdən sonra mən onunla əlaqə saxlayırdım. Sonuncu danışığımız bu ilin Novruz bayramı günü oldu. Mən onun
bayramını təbrik etdim. O da mənimlə çox mehriban danışdı. Bu günün özündə belə onun nömrəsini telefonumdan silməmişəm. Çünki, o bizim
üçün ölməyib.”(https://xeberle.com/cemiyyet/21895-ermeniler-ona-bakl-cavid-deyirmis-sehid-bas-leytenantn-sirli-heyat.html).

S.Mirzəyev (kursant və hərbçi yoldaşı): “Biz Cavidlə akademiyada bir oxumuşuq. Tale elə gətirdi ki, bizim xidmətimiz də eyni ərazidə
oldu. Mənim üçün baş-leytenant Dədəkişiyev tam başqa insandır. Çünki, onun içində olan arzunu və istəkləri mən bilirdim. Onun haqqında keçmiş
zamanda danışmamışam və danışmayacam da. Çünki, o həyatı , insanları və ən əsası Vətəni sevən zabit idi. Bundan əlavə çox gözəl insan, mərd
oğlan idi. O qədər cəld və iti hərəkətləri var idi ki, buna görə biz ona Cin Dədə deyirdik. Ləqəbi elə qalmışdı. Hara göndərsən oradan mütləq əli
dolu gəlirdi. Onun üçün çətin iş yox idi. Dədəkişiyevi fərqləndirən bir cəhət də onun həmişə üzünün gülməsi idi. Nə qədər ciddi idisə, bir o qədər
üzündə təbəssüm olurdu. Onun gülüşünü və üzünü ömrüm boyu unutmaram. Öz-özümə fikirləşirdim ki, görən bu insanın heçmi dərdi yoxdur?
Amma yox! Yanılırdım. Onun dağ boyda problemi olduğu qədər, dağ boyda ürəyi var idi. Amma bütün problemlərini ürəyində saxlayardı. Mənə
bir kömək lazım olanda “ ay yerli, nə olub? Nə kömək lazımdır?”- deyib, üstümə qaçardı.Cavidin hobbisi it saxlamaq idi. O deyirdi ki, itlər çox
vəfalıdır. Ona görə saxladığı itlərə böyük qayğı göstərirdi. Novruz bayramı ərəfəsində itinin biri xəstələnmişdi. İkimiz getdik aptekdən iynə aldıq.
Geri qayıdanda yarıyolda dayandı. Soruşdum, nə oldu, Dədə? Dedi: “Bu iynə az olar. Gedək başqa aptekdən də alaq”. Sözünü yerə salmadım.
Bilirdim ki, itlərini çox istəyir. Elə həmin vaxt yolboyu söhbət etdik. Deyirdi ki, torpaqlar qayıdandan sonra evlənəcək və özünə təsərrüfat açacaq.

İstəyirdi ki, sakit bir həyat tərzi yaşasın. Onun ən böyük arzusu da Qarabağın alınması idi. O ölümdən heç qorxmurdu. Canından çox sevdiyi 179
torpağı üçün elə canını da qurban verdi”. (https://xeberle.com/cemiyyet/21895-ermeniler-ona-bakl-cavid-deyirmis-sehid-bas-leytenantn-sirli-

heyat.html).
Nurlan Sədiyev (hazırda ehtiyatda olan zabit): “Cavidlə tanışlığımız ehtiyat taborda xidmətlə başlayıb. Daha sonra bir bölüyə və posta

təyinat aldıq. Hərəmiz bir taqımın komandiri idik. Düz 6 ay onunla birlikdə düşmənlə üz-üzə postda xidmət etmişik. Bir bölükdə 3 taqım
komandiri olmuşuq. Mən, Dədəkişiyev Cavid və Orucəliyev Qabil. Noyabrda müqaviləm bitdiyi üçün ehtiyata buraxılacaqdım. Cavid də o vaxta
kimi təxris olacaqdı. Həmişə kağız götürüb gələcək planları barədə yazırdı. O təxrisdən sonra nə işlər görəcəyini fikirləşirdi. Bir dəfə mənə zəng
etdi ki, Meyvəli bazarından sarımsağın qiymətini soruşum. Fikri var idi ki, əgər bu iş sərfəli olardısa o İmişlidə sarımsaq əkər. Təxrisdən sonra
mən Gürcüstana getdim. Cavid mənə zəng etdi ki, hardasa 10 günə onun da təxris əmri çıxacaq. Əmimlə birlikdə Gürcüstandan Bakıya kartof
gətirmək istədiyini dedi. Mən də bunu əmimə deyəndə o da razılaşdı. Hər şey hazır idi. Cavid təxrisdən sonra Gürcüstana gedib, orada əmimlə
birlikdə işləyəcəkdi. Amma qismət deyilmiş. Bir söz deyim bu günü özündə belə onun nömrəsini telefonumdan silməmişəm. Mənim üçün o insan
sağdır. Onun heç bir vəzifədə və rütbədə gözü yox idi. Çox mərd insan idi. Yeganə təsəllim onun şəhid zirvəsində dayanmasıdır. Cavid unudulmaz
bir oğlandır.

Onunla son danışığımız döyüşlərdən 2 gün əvvəl oldu. Cavid telefonda mənə tezliklə məzuniyyətə gələcəyini dedi. Qərara aldıq ki, o
məzuniyyətə gələn kimi bir yerdə Şəkidə yaşayan dostumuzgilə qonaq gedək. Amma bu qismət olmadı. Cavid sıradan bir hərbçi deyildi.
Erməninin qənimi idi. Düşmən hər dəfə atəş açanda Cavid onları peşman edirdi. Ona orduda “ Cin Dədə” deyirdilər. Cin kimi idi. Döyüşlər
başlayan günü əlaqəm olan şəxslərə zəng etdim. Bilirdim ki, bizim hərbi hissə birinci hücuma keçməlidir. Çünki, biz bu hücum əmrini hər zaman
gözləyirdik. Həmin vaxtı Cavidlə danışmaq istəsəm də heç cürə alınmadı. Aşağıda olan uşaqlara zəng etdim. Dedilər ki, Cavidgil döyüşdədir.
Dayanmadan zəng edirdim. Birdən mənə dedilər ki, Cavid şəhid olub. Heç inanmağım gəlmədi. Deyirdim ki, Cavid harda olsa sağ qayıdacaq.
Birdən internetdə ermənilərin yaydıqları bizim şəhidlərin fotosunu gördüm. Cavidi uzaqdan görən kimi tanıdım. Onunla birlikdə şəhid olan digər
hərbçi yoldaşım leytenant Qabil Orucəliyevi və MAXE Adil Adilzadəni də tanıdım. Düşmən Caviddən çoxdan yanıqlı idi. Çünki, Cavid onlara
imkan vermirdi. Düşmən də onun haqqında məlumat toplayırdı. Bir gün Cavidlə oturmuşduq. Əsgərin biri qaça-qaça gəldi ki, ermənilər üzbəüz
mövqedə traktorla yeri şumlayır və istehkam qurmağa başlayıb. Həmin an Cavid minatanı götürüb, təpənin üstünə çıxdı. Bir sərrast atışla onları
vurdu. Ermənilər pərəm-pərəm düşdü. Bizim ixtisasımız minatandan atəş açmaq olmasa da Cavid hər şeyi bacarırdı. Silahları da yaxşı tanıyırdı.
Hətta səngərlər qazılanda da onu aparırdıq ki, baxsın. Cavid həm də öz qəlbində olan sözü heçkimə deməzdi. Ancaq mən eşitmişdim ki, onun
istədiyi qız var. Bir dəfə o mövzuda söhbət etdik. Cavid deyirdi ki, hərbidə olan zaman evlənmək istəmir. Çünki, burada hər dəqiqə ölümdür.
Deyirdi ki, kimisə yarıyolda qoymaq istəmir. Fikri var idi ki, torpaqlarımız alınandan sonra ordudan getsin. Bundan sonra ailə həyatı qursun.
Amma təəssüf ki, onun arzusu reallaşmadı.”

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

180

(Cavid Dədəkişiyevin valideyinləri)

181

182

183

(Cavid Dədəkişiyevin atası Gülbala dayı və müəllif)

BAŞ LEYTENANT ELNUR İSGƏNDƏR OĞLU İSGƏNDƏROV

“Vətən borclu deyil, biz borcluyuq Vətənə.” (Bəxtiyar Vahabzadə)

Doğum tarixi: 1 iyun 1989-cu ildə Şəki şəhəri. 184
Vəfat tarixi: 2 aprel 2016-cı il, Tərtər istiqamətində .
Dəfn edilib: 11 aprel 2016-cı il, Şəki şəhəri, Çöl qəbiristanlığı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Bir oğul övladı (Elman) var.

1 iyun 1989-cu ildə Şəki şəhərində anadan olmuş Elnur İsgəndərov 2006-cı ildə Ali hərbi
məktəbə daxil olmuş, 2010-cu ildə indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbi leytenant
rütbəsi ilə bitirmiş və təyinatla Bakıdakı N saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində
xidmət etməyə başlamışdır. 4 günlük müharibə ərəfəsində ona döyüş bölgəsinə getmək təklifi
gəlib. Elnur İsgəndərov isə tərəddüd etmədən qəbul edib. Tərtər əməliyyatlarında həlak olub.
Elnur İsgəndərovdan vətənə yadigar hər şeydən xəbərsiz 5 aylıq oğlu Elman qaldı. Ömrünün 27-
ci baharında şəhid olan Elnur İsgəndərov "Vətən uğrunda" medalı azyaşlı oğlunun sinəsinə
taxılıb. (https://heydaraliyev-centers.az/shaki/armenian-agression).

Məlakə xanım (həyat yoldaşı): “Martın 27-si idi. Pul kartını da mənə verdi. Kodunu da
yazdı. Qəribə sözlər danışırdı. Evdə, həyatda özümü necə aparmaq lazım olması barədə sözlər deyirdi. Əlimlə tez-tez ağzını tuturdum ki,
eyyyyyy... belə demə... Ancaq o yenə tapşırıqlar verdi. Dedi güclü ol, heç vaxt zəif olma. Hələ oğlumuz dünyaya gəlməzdən əvvəl deyəndə ki,
mənə bir şey olsa, sən neyləyərsən?! O zaman cavab verirdim ki, sənsiz həyat nəyimə gərəkdir. Uşağımız doğulandan sonra da bir-iki dəfə belə
soruşdu. Bu dəfə, “ölərəm” demədim, dedim ki, axı oğlumuz var, onu böyütməliyik. Ancaq Elnur mənə dedi ki, sənə bir şey olsa, mən ölərəm. 27-
si martda yola saldım... Günorta üstü yenə zəng vurdu. Evə bazarlıq etmək üçün nə lazım olduğunu soruşdu. Dedim ki, bəs getmədin? Cavab verdi
ki, sabaha qaldı... Elə sevindim ki... Allahım həmin günü də bizə bir yerdə qalmaq üçün möhlət veribmiş. Onunla keçirdiyim hər saatı ömrümə
Allahdan hədiyyə, sevinc payı sayırdım. Keçib uşaqla oynadı, mətbəxdə yemək hazırlayırdım. Yataq otağına keçəndə gördüm ki, oğlum
çarpayının bir tərəfində, Elnur da o biri tərəfində qollarını geniş açıb elə rahat, elə şirin yatıblar ki... Həmin günü gedib hərbi şəhərcikdə qonşumuz
olan dostu ilə görüşmək istədi. Qoymadım. Yalvardım ki, heç yerə getmə, yanımızda otur. 28-i səhər tezdən yol çantasını hazırladım. Qapıdan
ötürəndə, xeyli arxasınca baxdım, dönüb gəlib, bir də vidalaşdıq, dedi ki, dua elə ki, getməyim...Sonra telefonla mesaj yazdı: “Mən gedirəm...
Özünüzə yaxşı baxın...Həmin axşam ana gəldi bizə - qayınanam Gülnar müəllimə. Başımız uşağa qarışdı. Aprelin 1-nə kimi telefon zənglərimiz
olurdu. Ancaq hadisələrdən xəbərimiz yox idi. Hərbi formasını elə xoşlayırdı ki, leytenant idi axı... geyinib güzgünün qabağında özünə baxardı.

Deyirdim ki, kimin üçün elə fors edirsən? Deyirdi ki, bax gör, məndən general olar?! İndi o leytenantın xəyalı durur gözlərimin önündə.” 185

(https://www.facebook.com/Sheki.AZE/posts/1081507482032405).
Gülnar müəllimə (anası): “Elnur təlimlərdə olanda, mən adətən Bakıya gedib gəlinin yanında qalırdım. Elnurun toyunun ab-havası hələ

çəkilməyib bu həyətimizdən... Hələ toydan qalan izlər, xatirələr var evimizdə. Vağzalının səsi hələ də qulaqlarımdadır. Atası İsfəndiyar 11 saylı
Şəki şəhər məktəbində idman dərsi deyib, mən də 7 saylı məktəbdə sinif müəlliməsi işləmişəm. Üç övlad böyütmüşük. Neylədiksə, Elnuru hərbçi
olmaq istəyindən çəkindirə bilmədik. Sonda da sinəsini düşmənə sipər etdi ki, Vətən torpağını qorusun. Deyirdi ki, general olacağam, mənimlə
fəxr edəcəksən. Bu hadisəni, yəni ermənilərin torpaqlarımızda yenə də qan tökmələrini təsadüfən televizordan eşitdik. Elnurun telefonuna zəng
çatmayanda isə narahat olmadıq. Biz bilməzdik ki, onlar da həmin cəbhədədirlər. Narahatlığımız vətən üçün idi, Elnur ağlımıza da gəlmirdi.
Aprelin 3-ü yenidən Bakıdan Şəkiyə qayıdanda gördük ki, həyət adamla doludur.

2011-ci ilin dekabr ayında Elnur mənə zəng etdi. Dedi ki, ana məndən 6 ay xəbər tuta bilməyəcəksiniz. Ancaq narahat olmayın.
Buralardayam. İnşallah salamat qayıdacağam. Mənə hər gün dua et, xeyir duanı əksik etmə. Mən özüm sizə zəng edəcəyəm. Bu, bizim üçün nə
qədər ağır olsa da gözlədik. Bütün ailə üzvlərimizə tapşırdım ki, zəng edib, uşağımın dərsini pozmasınlar. Yoxsa ki, işdə bizə görə üzünə söz gələr.
2012-ci ilin iyun ayında Elnur zəng edib, Şəkiyə gəldiyini dedi. Görüşdük. Evimizdə də bayram idi, Elnur da elə sevincli görünürdü. Səbəbini
soruşanda dedi ki, mən Xüsusi Təyinatlı Qüvvələr qrupuna keçmişəm. Bir ana kimi mənim üçün nə qədər çətin və ağır olsa da onun sevincinə
sevinməyə bilməzdim. Elnur öz arzusuna çatmışdı. Ancaq sən demə bu, Elnurun əbədiyyətə qovuşmaq arzusunun başlanğıcı idi.”

Sevinc İsgəndərova (bacısı): “Qardaşımın toyunu 2014-cü ilin avqust ayının 3-də etdik. Bu, həmin vaxtlar idi ki, ermənilərin təxribatı
nəticəsində yenidən təmas xəttində atəşkəs pozulmuşdu. Həmin döyüşlərdə Vətənimiz 15 şəhid verdi. Onların bir neçəsini Elnur da tanıyırdı. Hətta
zəng vurub bizə dedi ki, gələ bilməsə, toyu bəysiz etsinlər. Ara sakitləşəndə 1 həftəliyə gəldi. Qardaşımın toyunu çaldırdıq. Ancaq hərbçi
dostlarının heç biri gəlməmişdi. Hamısı vəziyyət gərgin olduğundan döyüş bölgəsində idilər. Qardaşımın sarışın qızlardan xoşu gəlirdi. Məlakəni
də anamla birlikdə görüb bəyənmişdilər. Qardaşım öz sənətini çox sevirdi. Bir neçə dəfə Müdafiə Nazirliyi tərəfindən Fəxri diplom və medallara
layiq görülmüşdü. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin motoatıcı
ixtisasını bitirmişdi. 2010-cu ildən 2011-ci ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi oldu. Kursu
bitirəndən sonra hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində xidmət etdi. 2011-ci ildən 2012-ci ilin ortalarına kimi Xüsusi Təyinatlı
Qüvvələr kursunu bitirib, 2014-cü ildən isə N saylı hərbi hissəyə Xüsusi Təyinatlı Qrup komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. Hərbi
xidmətdə göstəriciləri nəzərə alındığından son dəfə Xüsusi Əməliyyat Briqadasının Xüsusi Əməliyyat taborunun qrup komandiri müavini
vəzifəsinə təyin edilmişdi. Qardaşım Elnur İsgəndərovu bu səviyyəyə çatdırmaq üçün dövlət özü nə qədər xərc çəkmiş, vəsait xərcləmişdi. Aprel
döyüşlərində görün bir neçə-neçə Elnur kimi cəsur və hazırlıqlı oğullarımız qurban getdi. Onların hər biri bir tabor əsgərə bərabər idi. Gör bir
Ordumuz kimləri itirdi, belə igidlərlə ancaq qalib gəlmək olardı. Görəsən yenə də yetişəcəkmi onlardan... Vaxt azalır, vətən torpaqlarını azad
etmək zamanıdır. Gözləmək bizə yaraşmaz. İstəmirəm ki, qardaşımın qanı yerdə qalasın. Elnur evə gələndə toy-bayram olurdu. Anam mətbəxdən
çıxmırdı. Zarafatla qardaşım Seymur da, mən də deyirdik ki, ay ana, bu nə fərqdir qoyursan bizə. Anam deyirdi ki, ay uşaq, Elnur hər vaxt evdə
olmur, siz həmişə yanımdasınız. Sizi istədiyim vaxt görə bilirəm... Lakin aprelin 10-na kimi hər gün telefonuna zəng etdik. Cavab vermədi
qardaşım, o mənim zənglərimi cavabsız buraxmazdı. Hər bayramda, ad günümdə təbrik edərdi məni. Susurdu qardaşımın telefonu. Qardaşım şəkil
paylaşmağı sevməzdi. Onunla eyni ildə ailə quran bir dostunun hələ övladı olmamışdı deyə, bizə də oğlu Elmanın şəklini paylaşmağa icazə
vermirdi. Deyirdi ki, dostumdan ayıbdır”.

Seymur İsgəndərov (qardaşı): “Ailənin böyük oğluyam. Atam o hadisədən sonra özünə gələ bilmir. 70 yaşı olsa da, bu hadisə onu lap 186
qocaltdı, taqətdən saldı. O xəbər çıxan gündən bu yollarda qaldıq. Qardaşımın cansız bədənini yalnız aprelin 10-u Qırmızı Xaç Cəmiyyətinin
vasitəsilə ala bildik. O, bir kəşfiyyatçı idi. Həmişə könlündə Vətən gəzdirirdi. Bu torpaq üçün hər zaman canından keçməyə hazır idi. Və istəyinə
də nail oldu. Nəslimizi-kökümüzü bir daha şərəf-şan yiyəsi etdi. Qardaşımla Vətən torpaqlarını azad edən bütün şəhidlərimiz və əsgərlərimizlə
fəxr edirəm. Aprelin 11-i günü qardaşımı sevdiyi Vətən torpağına əmanət etmək üçün qapımıza bütün Azərbaycan gəlmişdi. Dostları da,
qardaşımın dəfnindən sonra Oğuz-Şəki yolunun girəcəyi ilə üzbəüz dayananda üzbəüz dayanan dağın zirvəsinə çıxıb, Azərbaycanın üçrəngli
bayrağını oraya sancdılar. Elnurun şəklini də o zirvəyə əmanət edib, adına “Elnur zirvəsi” dedilər” ( Aida Eyvazlı. “Hay ver mənə, leytenant...” /
Vətəni qibləgah edən şəhidlər. 525-ci qəzet.- 2016.- 4 iyun.- S.18 (http://www.anl.az/down/meqale/525/2016/iyun/494274.htm).

Bahar Cabbarova (müəlliməsi): (Şəki Bələdiyyəsinin qəzetində çıxan bir məqalədən):“İndi cənab leytenant kimi çağırılan Elnur
İsgəndərov məktəbimizdə oxuyanda da təmkinli, az danışıb, çox sual verən, çox öyrənən bir şagird oldu. Yaşıdları komputer və telefonla oyun
oynayanda, o, Türk dünyasının qüdrətli hökmdarları, xaqanları, sərkərdələri haqqında bilgilər əldə etdi. Hun İmperatoru Mete xanın öz torpağını
qorumaq, onun bir qarışından keçməmək mücadiləsindən və mübarizəsindən, qəhrəmanlığından xəbər tutdu. XI sinifdə oxuyanda “Ayağa dur,
Azərbaycan” şeirini əzbərləmişdi. Dedi ki, müəllim mənim ruhuma bu şeir uyğun gəlir. Xocalı faciəsinin baş verməsinin 12 illiyində Elnur
əynində əsgər paltarı, əlində avtomat monoloq söylədi. Sözünün sonunda yağı tapdağı altında olan torpaqların azad olunması uğrunda şəhid olmağı
arzuladı... O zaman bu and 16 yaşı olan savadlı bir məktəblinin arzusu və ilk əsgər andı idi”.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

187

188

LEYTENANT SAHİL HƏSRƏT OĞLU ŞİRİNOV

“Vətən uğrunda ölmək şərəfdir.” (F.K.Horatsi )

Doğum tarixi: 24 iyun 1992-ci il. Qəbələ rayonu, Bum qəsəbəsi. 189
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonu istiqamətində gedən döyüşdə.
Dəfn edilib: 6 aprel 2016-cı il. Qəbələ rayonu, Bum qəsəbəsi.
Qoşun növü: A. R. Quru Qoşunları.
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.

Nişanlı idi.

Ailənin başçısı Həsrət Şirinovun iki oğlu, bir qızı var. Böyük oğlu Zaman, Qafqaz Universitetinin maliyyə
kredit fakültəsini bitirib. 1992-ci ilin 24 iyununda Qəbələ rayonunun Bum qəsəbəsində anadan olan Sahil
Şirinov 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə
Motoatıcı ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır. Sahil 3 il idi ki, Azərbaycan Ordusunda
hərbi qulluqçu kimi xidmət edirdi.

Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif
edilmişdi. (https://azertag.az/xeber/france-940674).

Şəhla xanım (anası): “Bizim var-dövlətdə, mal-mülkdə gözümüz olmayıb. Allah verən ruzi ilə
razılaşıb, yaşamışıq. Evimizə haram tikə girməyib. Uşaqlarımı kartof soyutması, qışqan kətəsi ilə böyütmüşük. Kiçik oğlum Sahil hərbiçi sənətini
özü seçmişdi. Böyük oğlum Zaman isə Şəkidə bank sistemində işləyirdi. Aldığı əmək haqqını da yola xərcləyirdi.Bu boyda rayonda ona ailəsini
dolandırmaq üçün bir iş verən olmadı. Bu gün də işsizdir. Sahil balam leytenant idi. Hərbçiləri kəşfiyyata hazırlayırdı. Dəstə komandiri idi…
Aprelin 5-i günü səhər tezdən dünya-aləm köksümə sığmırdı. Zamanın oğlu 6 aylıq köpədir. Uşaq təzə anadan olanda rayonda xəstələndi. Təcili
Bakıya uşaq xəstəxanasına aparmalı olduq. Özünüz bilirsiniz də xəstəxanaları. Əlimizdəki pulumuz elə bir günə qurtardı. Elə həmin axşam, Sahil
pul göndərdi ki, uşağı tez sağaltsınlar. Bəlkə də bu gün nəvəmin sağ qalmasında Sahilin haqqı var. Evimizin əyər-əksiyini düzəltmək üçün
bankdan kredit götürdük, borcumuz var. Onu da hər ay Sahil ödəyirdi. İndi 8-9 aylıq kredit borcumuz hələ durur. Hər ana üçün balası şirindir.
Mənim oğlum, doğrudan, vətənpərvər idi. Evə gələndə səs-küyü həyəti başına götürürdü. Səsini başına atıb “Şuşanın dağları başı dumanlı”,
“Qarabağ şikəstəsi” oxuyardı. Deyirdim, ay bala, qonşulardan ayıbdır. Deyirdi ki, ana, qoy qonşular bilsin ki, bizim həyətdə də insan

yaşayır…(Qəhrəmanımızın anası Şəhlanın və atası Həsrətin böyük qızları Şəlalədən iki nəvəsi, oğlu Zamandan isə 1 nəvəsi var. Kiçik nəvəsi indi 190
6 aylıqdır). Analara hər şey əyan olur, axı. Həmin gün səhər tezdən ürəyim sıxılmağa başladı. Heç vaxt durduğum yerdə ağlamaram. Bizim evdə
kasıbçılıq olub, ancaq qəm-kədər olmayıb. Keçdim nəvəmi yatırtmağa. Layla çalanda, birdən oxudum ki, “Ay uçan quşlar, Sahilimdən mənə bir
xəbər deyin…” və ağlamağa başladım. Sonra özümü danladım ki, mən niyə ağlayıram?!

(Aida Eyvazlı.Xural.com.https://www.xural.com/balamin-s%C9%99hidliyin%C9%99-ehtiram-olaraq-duruca-cayinin-ustund%C9%99n-

korpu-salin/).

Aprelin 5-də axşam balamın bayrağa bükülmüş tabutunu gətirdilər. Allahın altında, neyləyə bilərdim ki, sevdiyi Vətən yolunda canını
qurban edib. Rəhmətlik atam kimi hündürboylu idi – 1m. 95 sm. boyu var idi. Oğlum Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub. Cəbhə
dostları dedilər ki, döyüş meydanında qəhrəmanlıq göstərib. Dostunun qolları arasında canını tapşıranda şəhadət gətirib. Döyüşçü dostları dedilər
ki, Sahilin qanını elə həmin dəqiqə alıblar. Deyilənə görə, komandirləri Raquf Orucovla eyni yerdə həlak olublar. İndi dövlətdən başqa umacağım
yoxdur. Oğlumun adını uca tutsunlar. Bir onu istəyirəm ki, alınan torpaqları geri verməsinlər. Gedib o Tərtərdə gəzim, bilim ki, balamın ayağı
dəyən yerlərdir. Kəndimizə gələn yolda körpü sınıb, tökülüb. Oğlumun adını tutub, başsağlığına gələn adamlar Duruca çayından keçəndə dizəcən
suya batırlar. Balama xətir, şəhidliyinə ehtiram olaraq, o çayın üstündən bir körpü salsalar, kənd adamı da rahat yol gedər. Bizim Bum
qəsəbəsinin adamları var ki, çay almağa pul tapmırlar. Bu günlərdə evimizə nə gəlirsə, kəndin kasıb-imkansız adamlarına paylayıram. Dünya
malında gözümüz yoxdur. Bilirsiniz ki, cavan adamın ehsanı yeyilmir. İnanın ki, o qazanda bişirilən yeməyi qapı-qapı pay göndərirəm. Qoy
balamın ruhu şad olsun. Sahilimi dəfn edən günün səhəri, yuxudan ayılıb, namazımı qıldım. Sonra bəzi ləvazimatları götürüb, balamın toy çadırına
keçdim. Onu mart ayında nişanlamışdım. Deyirdim yayda toyunu edərəm. Mən bu çadıra toy çadırı kimi baxıram. Özümə qəsd etmək istədim.
Birdən hardansa iki quş peyda olub, başımın üstündə üç dəfə dövrə vurub, hay-küy saldılar, sonra uçub getdilər. Elə bil yuxudan ayıldım.
Allahdan bağışlanmağımı istəyib, özümü öldürmək üçün götürdüyüm əşyaları aparıb yerinə qoydum. O gözəllikdə oğul itirmişəm, dözmək çox
çətindir. Ancaq dözəcəm. Yaşamaq lazımdır. Oğlumun canını qurban verdiyi, Vətən torpağımızın QƏLƏBƏsini görmək üçün!”

Səidə xanım (nişanlısı): "Sahillə əvvəldən qohum idik. Analarımız xalaqızıdılar. 2015-ci ilin oktyabrında Sahilin ailəsi bizə gəldi. Elə
oldu ki, düz bir ay ailələrimiz arasında evlilik məsələsi danışıldı. Sonra bu evlilik məsələsinə anam da razılıq verdi. Amma mən orta məktəbdə
oxuduğum üçün nişana tərəddüd edirdim. 17 yaşımda nişanlanmaq istəmirdim. Ali məktəbə hazırlaşırdım. Nə isə... uzun sözün qısası, 2015-ci ilin
noyabrından Sahillə danışmağa, münasibət qurmağa başladım. Sahil həmin vaxtlarda Cəlilabadda leytenant kimi xidmət edirdi. Ona görə də gec-
gec görüşürdük. 2016-cı ilin yanvar ayının 3-ü olardı, Qəbələyə gəldi. O vaxta kimi nişanımız olmamışdı. Sadəcə ailələrimiz bu izdivaca razılıq
vermişdi. Əslində, nişan mərasimini mən gecikdirirdim. Sahilə də demişdim ki, onsuz da münasibətimiz var, telefonda danışırıq. Üzüyü də
məktəbi bitirəndən sonra taxarsınız. Üzük taxılmasa da, öz aramızda nişanlı idik. Yanvar ayında Qəbələyə gələndə 3 gün rayonumuzda qaldı.
Sonra ikimiz də Bakıya gəldik. Daha doğrusu, Sahil məni Bakıya gəzməyə gətirdi. Bacısı Bakıda yaşayırdı. Elə alındı ki, 3 gün də Bakıda qaldıq.
Demək ki, qismətimizə yazılan bu görüş elə sonuncu görüşümüz imiş. 2016-cı ilin mart ayında Sahilin ailəsi nişan etmək istəklərini dilə gətirdi.
Çünki 2 aydan sonra mən də orta məktəbi bitirirdim. Ona görə də Sahilin ana-atası üzük gətirib taxmaq istəyirdi. Məktəbi bitirməyimə az qaldığı
üçün üzük taxmaq məsələsinə razılıq verdim. Həmin vaxt, yəni martın 15-i Sahil evə gəlməliydi. Daha doğrusu, Novruz bayramı öncəsi 10 gün
məzuniyyət götürməli idi. Amma məzuniyyətini götürüb evə gələndə, onu geri çağırmışdılar. Sahil həmin vaxt Ağdaşa qədər gəlib çatmışdı.
Amma qəfil zəng onun yanımıza gəlməsini əngəllədi. Sahilin gəlməsi mümkün olmadığından anası özü üzük almaq istədiyini dedi. Mən isə yenə

razı deyildim. Sahilsiz üzük taxılmasını qəti istəmirdim. Anası isə nişanımızın olmasını çox israr edirdi. "Sahil yenə gələcək. Biz üzüyümüzü alıb, 191
taxaq" dedi. Sahillə telefonda danışanda "mən hələ gələ bilməyəcəm" söylədi. Mən də çarəsiz qalıb valideynlərin sözünü yerə salmadım. Şəhla
xala ilə gəlib Bakıdan nişan üzüyü aldıq. Martın 18-də də mənim doğum günüm idi. Nişanı 18-nə salmaq istədilər, amma alınmadı. Sonra martın
25-nə saldılar. Evdə kiçik nişan mərasimi oldu. Martın 28-də Sahil mənə yazdı ki, təlimə gedir, gələ bilməyəcək. Elə o gedən oldu".

Bir dəfə də olsun onun dilindən döyüş, hərb barədə nəsə eşitmədim. 5 ay ərzində Sahil bir dəfə də olsun müharibə olacağı barədə
danışmadı. Axırıncı dəfə də vəziyyətdən xəbərdar idi. Amma mənə bir kəlmə belə demədi ki, narahatlığını biruzə vermədi. Ondan təlimin
keçirildiyi yeri soruşsam da, söyləmədi. O günlərə qayıtmaq çox çətindir. Sanki mənə qabaqcadan hər şey əyan olmuşdu.Sahilin şəhid olmasını
sanki duymuşdum. Durduğum yerdə qızdırmam qalxdı. Vəziyyətim çox pis idi. Sonuncu dəfə aprelin 2-də Sahillə danışdıq. Amma danışığımız
çox qısa oldu. Hətta Sahilin anası və qardaşı da gəlib məndən vəziyyəti soruşdular. Onların da xəbəri yox idi. Heç demə Sahil Tərtərə gedibmiş.
Onun döyüşdə olduğunu bilmirdik. Sonuncu telefon danışığımız zamanı mənə heç nə demədi. Nə ümidlə, nə də ümidsiz danışdı. Amma bir-
birimizi sevdiyimiz 5 ay ərzində yoxluğunu dilə gətirirdi. Çünki hərb sahəsinin çətinliyini bilirdi. Hər dəfə "mən olmasam, nə edəcəksən" deyirdi.
Sahili tanıyana qədər hərb sahəsini sevmirdim. Sahilin orda xidmət etməsinə də etiraz edirdim. Amma o, işini elə sevirdi ki, hərb sahəsini mənə də
sevdirdi. İndi hərb sahəsi qədər sevdiyim ikinci peşə yoxdur.

Sahilin ailəsinin aldığı nişan üzüyünü qaytarmalı olduq. Çünki üzük taxılan vaxt bir neçə xonça da gətirmişdilər. Bacım da nişanlı olduğu
üçün anam dözə bilmədi. Anama pis təsir edirdi. İstəmirdi ki, bacımın toyunun üstünə yarımçıq nəsə düşsün. Ona görə də üzüyü qaytarmalı olduq.
Amma Sahilin atası evində ona aid bir guşə var. Mənə nişanda gətirilənləri aparıb həmin guşəyə qoydular.

Sahil aprelin 4-dən 5-nə keçən gecə şəhid olub. Aprelin 4-də ürəyim dəhşətli dərəcədə sıxılırdı. Bir darğınlıq vardı. Anam mağazaya
gedirdi. Dedim ki, mənə bir ədəd günəbaxan tumu al. Adətən darıxanda günəbaxan tumunu qısa vaxtda bitirirdim. Amma anam aldığı tumu
çırtlaya bilmədim. Ürəyim çox pis sıxılırdı. Səhər xalam və oğlu bizə gəlmişdi. Qəfildən gəlmələrinə çaşdım. Dedim görəsən nə olub? Mən o biri
otağa keçəndə xalam anama Sahilə nəsə olduğunu deyib. Bir də gördüm ki, xalamla anam qışqırıb ağlayırlar. Xalamoğlu narahat olduğumu görüb
dedi ki, Sahil ayağından yaralanıb. Düzü, elə o xəbəri eşidib yerimdə dondum. Heç belə xəbər gözləmirdim. O dərəcədə donmuşdum ki, ağlıma da
gəlmirdi birbaşa xəstəxanaya gedim. Sahilin atasıgilə getdik. Onların evinə çanatanda gördük ki, bir dəstə adam bayraq gətirir. Artıq hər şeyi
anladım. Sahilin yaralanmaq xəbəri yalan imiş. O, şəhid olubmuş. Onsuz da Sahilin yoxluğuna alışa bilmirdim. Atasıgilə gedəndə anasının halı
mənə çox pis təsir etdi. Sahilin pencəyindən qundaq düzəldib əlində qucaqlamışdı. O acı mənzərə heç vaxt gözümün önündən getməyəcək.

Sahildən yadigar saxladığım qol saatıdır. Onu heç vaxt ata bilmərəm. Mənə hədiyyə almışdı. O saatı hələ də taxıram. Həmişə də taxacam.
Ən azından təsəllidir. Sahil təkcə sevdiyim insan deyildi. O hər şeydən əvvəl yaxın dostum idi. Onu itirməklə həm də ən yaxın dostumu itirmişəm.
Bir-birimizə sevgimizi açdığımız kimi, dərdimizi də açmışdıq. Bu itki mənə elə-belə təsir etmədi, çox pis təsir etdi. İnsan o hissi yaşamayınca
ağrısını da hiss edə bilmir. 17 yaşımda yarımçıq sevgini yaşadım. O yaşda insan bir dəfə sevmək istəyir. Sağlığında toy, ailə xoşbəxtlik arzularını
daha çox Sahil dilinə gətirirdi. Onun şəhidliyi həm də bütün arzularını ürəyində qoydu. Arzusu yarımçıq köçdü bu həyatdan. Heç mən onun qədər
arzulamamışdım xoşbəxtliyimizi. Bu arzularla yanaşı, "bir gün həyatda olmaya da bilərəm" deyirdi. "Elə hadisə baş verə bilər ki, mən olmaram,
toyumuz da olmaz. Sadəcə, arzularımı sənə deyirəm. Görəsən, mən ölsəm, həyatın necə olar?!" - Sahil bu sözləri deməklə sanki ölümünün yaxın
olduğunu bilirdi.

İndi nə Sahil var, nə də arzuları. Onsuz hələ ki yeni həyatı düşünmürəm. Düzdür, anası Şəhla xala deyir ki, məni özü gəlin köçürəcək.
Mənim isə heç bir arzum yoxdur. Anam da həyatın davam etdiyini deyir. Amma mən Sahili unutmamışam. Tez-tez yuxularıma gəlir. Hər gün

dərsə onun aldığı saatı taxıb gedirəm. O saat qolumda durduqca, Sahil qəlbimdə yaşayacaq. Sahili tabutda gətirəndə anasının baxmasına icazə
verdilər, amma mənə yox. Məni başqa otağa saldılar və dedilər ki, Sahil necə yadında qalıbsa, elə canlı kimi yadında qalsın, cənazəsi xatirində
qalmasın. Amma mən onun cənazəsini də görmək istəyirdim. Mənə göstərmədiklərinə görə elə bilirəm ki, Sahil gələcək. Hətta, bir aralar onun
məzarını ziyarət etməyə gedəndə psixoloji olaraq deyirdim ki, yox, bu Sahilin qəbri deyil, ölməyib. Amma sonradan döyüş dostları danışanda
anladım ki, acı da olsa həqiqətdir. İndi anam çalışır ki, Sahili beynimdən çıxarım. Amma nəinki mən, heç anam da Sahili unuda bilməz. Düzdü,
anam istəməz ki, mən tam olaraq onu unudum. Sadəcə, onunla bağlı düşüncələrimi azaltmağı xahiş edir. Anam istəmir ki, özümü məhv edim. İllər
keçsə də, Sahil qəlbimin bir küncündə mütləq yaşayacaq. Qəlbim onu unuda bilməz axı... Ürəyimdə iz qoymuş bir adam necə unudula bilər?! Nə
qədər ki müharibə mövzusu olacaq, şəhidlər yad ediləcək, ürəyimdə Sahillə bağlı o yara mütləq təzələnəcək. Sevgi yarası sağalmır.

Hələ ki tələbəyəm. Gələcəkdə işim olsa, Sahilin adını əbədiləşdirmək istəyərəm. Mən Sahili 17 yaşımda sevdim. 17 yaşımda saf sevginin
nə olduğunu bildim. O elə bir hissdir ki, unutmaq çətindi. Sahillə nə yaşamışamsa, heç birini unutmamışam. Buna haqqım da yoxdur. Ümid edirəm
ki, o hisslər heç zaman yadımdan çıxmayacaq".(https://modern.az/az/news/148733).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

192

(Şəhidimizin anası Şəhla xanım)

193

(Sahilin uşaqlığı)

LEYTENANT QABİL ƏBDÜLƏLİ OĞLU ORUCƏLİYEV

“Vətənə sadiq olmaq, lazım gələrsə, tərəddüdsüz hər şeyi qurban verə
bilmək... Türklər belə qəhrəmanlardır və bu səbəbdən türklər öldürülə bilər,

ancaq məğlub edilə bilməz!” (N.Banapart)

Doğum tarixi: 15 sentyabr 1991-ci il. Naxçıvan şəhəri. 194
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonu istiqamətində.
Dəfn edilib: 11 aprel 2016-cı il. Naxçıvan şəhəri.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Bir oğul övladı (Qabil) var.

Şəhidlərimiz müstəqil Azərbaycanın müzəffər hərb tarixinin ilk səhifələrini öz qanları ilə
yazaraq əbədiləşdirdilər, dastanlaşdırlar. Bu cəsur igidlərin əksəriyyətinin yaşları deməyə əsas verir
ki, onlar heç işğal olunan torpaqlarımızın üzünü belə görməyiblər. Amma bu Vətən sevdalıları, bu
Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxa-baxa, kəfənlərini əyinlərinə geyinib şüurlu
şəkildə, qələbə naminə ölümün ağuşuna atılıblar. Onların sosial şəbəkələrdəki son statusları,
paylaşmaları, doğmaları ilə son yazışmaları bunu bir daha sübut edir. Aprel savaşı illər öncəki
“Məzlum, məğlub Azərbaycan” sindromunu məhv edərək çoxdan bəri həsrətində olduğumuz
qələbənin şirinliyini dadızdırdı bizlərə, milli ruhumuzdakı məğrurluğu oyatdı. Dövlət-Ordu-Xalq
birliyinin nələrə qadir ola biləcəyi, Azərbaycanın hərbi qüdrəti, diplomatik uğurları isbatlandı. Bu
savaş dost sədaqətini təsdiqləməklə yanaşı, əksər dünya dövlətlərini Dağlıq Qarabağla bağlı tarixi həqiqəti etiraf etməyə məcbur etdi. Ən əsası isə,
qeyrətli ər oğullarımızın gözüyumulu ölümə getmələri, müharibə zonasını tərk etməyən yerli əhalidəki inam və ruh yüksəkliyi, şəhidlərin dəfn
mərasimindəki izdihamlar, Azərbaycan diasporunun fəallaşması, şəhid valideynlərinin o dərdin, acının içində balasından yadigar bayrağı köksünə
sıxıb qürurla “Vətən sağ olsun!” deməsi bir daha göstərdi ki, “Azərbaycan!”, “Vətən!” anlayışı, artıq 9 milyonluq bir xalqı birləşdirən sarsılmaz
ideologiyaya, qələbə əzminə çevrilib. Şəhid olan igidlərimiz öz dəyanət və sədaqətləri ilə düşməndən nə qədər güclü, qürurlu olduqlarını canları,
qanları bahasına sübut etdilər.
2016-cı il hadisələri baş verəndən dörd ay sonra ilk görüşdüyüm şəhid ailəsi Qabil Orucəliyevin ailəsi oldu. 2016-cı ilin isti bir avqust
günündə Naxçıvanda yaşayan qohumumla şəhidin məzarını ziyarət edib, ordan da Qabilgilin evinə yollandıq. Özümü hazırlamışdım ki, möhkəm
olacam, ağlamayacam. Hamı həmin gün evdə idi. Qabilin bacıları da gəlmişdi. Həmin gün (11 avqust) Qabilin nəşinin dəfn edildiyi gün
olduğundan qəbir üstünə gedibmişlər ailəlikcə. Az sonra Qabilin əmisi oğlu Abil bəy də gəldi. Adını daşıdığı balaca Qabil yatmışdı, az sonra

yuxudan oyandı, nənəsi Nuriyyə xanım gətirdi. Aman Allahım necə də oxşayırdı atasına. Şəhidin xanımı Tükəzban xanım sanki daha çox 195
dəyişmişdi. Qabilsiz 4 ay bu gənc xanımı neçə yaş böyütmüşdü...

2016-cı ilin aprel ayında torpaqlarımızın bütövlüyü uğrunda Tərtər rayonu istiqamətində gedən döyüşlərdə aprel ayının 1-dən 2-sinə keçən
gecə şəhid olmuş Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1998-ci ilin sentyabr ayında
Naxçıvan şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olaraq 2006-cı ilə qədər həmin məktəbdə orta təhsil almışdır. 2006-2009-cu illərdə
Naxçıvan Hərbi Liseyində, 2009-2013-cü illərdə isə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, 27 iyun 2013-cü ildə
Leytenant rütbəsi alaraq 2013-2014-cü il illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçmişdir. Qabil Orucəliyev hərbi təhsilini başa
vurduqdan sonra 23 iyun 2014-cü il tarixdən etibarən AR Silahlı Qüvvələrinin 157 saylı hərbi hissəsində motoatıcı bölüyün motoatıcı taqım
komandiri vəzifəsində hərbi xidmətini davam etdirmişdir. O, şəhid olarkən 157 saylı hərbi hissəsinin Tərtər rayonunun Borsunlu kəndi
yaxınlığında yerləşən Qisas postunun komandiri olmuşdur. 2005-ci ildə Qabil 14 yaşında olarkən, atası Əbdüləli kişi 41 yaşında ürək tutmasından
vəfat etmiş, atasının vəfatından 2 ay sonra balaca qardaşı İsa doğulmuşdur. Ailə yükü onun çiyinlərinə düşmüşdür. Qabil 22 iyun 2015-ci ildə
Naxçıvan şəhər 1 saylı orta məktəbdə oxuyarkən sinif yoldaşı olmuş Tükəzban xanımla ailə həyatı qurmuş, bu nikahdan 29 mart 2016-cı ildə, yəni
şəhid olmasından 3 gün əvvəl bir oğlan övladı doğulmuşdu. Uşağın doğum vaxtı məzuniyyət götürməyi planlaşdırsa da, 1 aprel 2016-cı il tarixində
əmisi oğlu Abil Orucəliyevlə telefon danışığında Tərtər rayonu istiqamətində hərbi vəziyyətin yaxşı olmadığını, bu səbəbdən də posta qalxdığını,
ara sakitləşəndən sonra məzuniyyət götürəcəyini bildirmişdi. Həmçinin aprelin 1-dən 2-sinə kecən gecə saat 24:00 radələrində sonuncu dəfə həyat
yoldaşı Tükəzban xanımla telefonla danışarkən Tərtər rayonu istiqamətində hərbi vəziyyətin pis olduğunu, danışmağa imkanının olmadığını,
birazdan özünün ona zəng vuracağını bildirərək telefonu söndürmüşdür. 2 aprel 2016-cı il tarixində təqribən saat 3:00 radələrində ordumuza
hücum əmri verilərkən Ordumuzun Xüsusi təyinatlıları Qabilin komandiri olduğu Tərtər rayonunun Borsunlu kəndində yerləşən Qisas postundan
keçərək düşmən üzərinə gedərkən Qabil Xüsusi təyinatlıların önünü kəsərək onun da öz tağımı ilə birgə Xüsusi təyinatlılarla hücuma keçmək
istədiyini, bunun əksini qəbul etməyəcəyini, postun komandiri o ola-ola, onun postundan erməni üzərinə ilk olaraq onun deyil də, Xüsusi
təyinatlıların hücum etməsini özünə sığışdıra bilməyəcəyini bildirmiş, 157 saylı hərbi hissə komandirindən alınmış icazə əsasında o, ən öndə,
ordumuzun Xüsusi təyinatlıları ilə birgə düşmən üzərinə hücuma keçmişdir. Döyüş yoldaşlarının (MAXE Rəcəb İbrahimov və MAXE Tural
Quliyev) bildirməsinə görə döyüş zamanı Qabil onunla birgə şəhid olmuş 2 yoldaşı baş leytenant Cavid Dədəkişiyev və MAXE Adil Adilzadə,
MAXE Rəcəb İbrahimov və MAXE Tural Quliyev düşmənin Talış kəndi istiqamətindəki mövqelərinə hücuma keçərkən düşmənin yaxınlıqdakı
postunu ələ keçirmişlər. Hadisə şahidlərinin bildirməsinə görə Qabil və onun yoldaşları Qisas postundan 15-16 km məsafədə düşmən ərazisinədək
irəliləmişlər. MAXE Rəcəb İbrahimovun bildirməsinə görə erməni postunu tutduqdan və oradakı erməniləri zərərsiz hala gətirdikdən sonra Qabil
daha da irəlidəki postu tutmaq üçün yoldaşları ilə (baş leytenant Cavid Dədəkişiyev və MAXE Adil Adilzadə və MAXE Rəcəb İbrahimov)
məsləhətləşib və orada deyib ki, “Mən evə-oğlumun yanına qəhrəman kimi qayıtmaq istəyirəm, əgər biz qarşıdakı postu alsaq dövlətimiz bizə ad
verəcək, bizi qəhrəman kimi qiymətləndirəcək”. Bundan sonra o, hücum istiqamətlərini müəyyən edərək, yoldaşlarına göstəriş vermiş, müəyyən
olunan istiqamətdə irəliləyərkən MAXE Rəcəb İbrahimovun yanına düşmən mərmisi düşərək onu yaralamışdır. MAXE Rəcəb İbrahimovun
bildirdiyinə görə o yaralandıqdan sonra Qabil yoldaşları ilə birgə irəli getmiş və Rəcəb İbrahimov, huşunu itirdikdən sonra onları bir daha görə
bilməmişdir. Döyüş yoldaşlarının bildirdiyinə görə Qabil üzərində olan telefondan komandirlərinə zəng vurararq Maqadis kəndinin içərisində
mühasirəyə düşdüklərini və onlara kömək göndərilməsini istəyib, lakin ona vaxtında köməyin getməməsi səbəbindən o və 2 yoldaşı (baş leytenant
Cavid Dədəkişiyev və MAXE Adil Adilzadə) son mərmilərinədək düşmənlə vuruşmuş və qəhrəmancasına şəhid olmuşlar. Onların nəşi düşmən

tərəfindən əsir götürülərək yalnız 10 aprel 2016-cı il tarixində dövlətimizə qaytarılmışdır. Döyüş zamanı Qabil və onun 2 yoldaşı çox sayda

düşmən zabit və əsgərini zərərsizləşdirmişlər. Məhz elə bu səbəbdən də erməni mətbuatı və KİV-ləri döyüş zamanı ancaq Qabilin nəşinin

şəkillərini, onun nəşi önündə çəkilmiş videoları nümayiş etdirərək “budur mu türklərin xüsusi təyinatlısı ki, bizim zabitlərimizi öldürüb, kəndimizi

dağıdıb” deyirdilər. Qeyd etmək lazımdır ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovdan sonra erməni mətbuatı Qabil haqqında xeyli sayda yazı

yazmışdılar. Döyüş zamanı göstərdiyi qəhrəmalığa görə Qabil Orucəliyev Müdafiə Nazirliyinin 19 aprel 2016-cı il tarixli əmri ilə hərbi xidmətdə

fərqlənməyə görə 3-cü dərəcəli döş nişanı ilə təltif edilmişdir Qabil Orucəliyev oxuduğu 1 nömrəli məktəbdə artıq ilk sevgisini tapmışdı.

Onun aşiq olduğu qız elə bir yerdə oxuduğu sinif yoldaşı idi. 2015-ci ilin iyun ayının 9-da gənc leytenantın toy mərasimi keçirilir. Gənc leytenant

artıq həyatın ailə şirinliyini dadırdı. Buna baxmayaraq Qabil Orucəliyev yeni qurduğu ailə ilə üst-üstə heç 4 ay yaşaya bilməmişdi. Çünki, o vətənə

borcunu yetirmək üçün xidmətdə idi. Evli olduğu 9 ayda isə çox az müddətdə ailəsinin yanında ola bildi. Elə bunun nəticəsidir ki, o yeni doğulan

övladının üzünü belə görə bilmədi. Şəhid leytenantın həyatının daha bir maraqlı məqamı isə üzünü görə bilmədiyi övladı və onun dünyaya

gəlməsi ilə bağlıdır. Uşağın dünyaya gəlməsi mart ayının ortalarında olmalı idi və Qabil də həmin müddətdə məzuniyyət götürüb Naxçıvana

getməli idi. Ancaq bu baş vermir. Uşağın dünyaya gəlişi bir qədər geçikir. Bu da taleyin bir yazısı imiş. Martın 29- da gecə saatlarında uşaq

dünyaya gəlir. Şəhid leytenantımız xidmətdə olduğu üçün oğul övladının üzünü görə bilmir. Ancaq dostuna yazdığı mesajda oğul atası olduğunun

sevincini bölüşür

Tükəzban xanım (həyat yoldaşı): “Qabil yuxuma girdi. Mənə dedi ki,oğlumuzu sənə tapşırıram. Ondan muğayat ol. Torpaqlar alınana

kimi müharibə hələ davam edəcək. Mən onsuz da haçansa şəhid olacaqdım. Şəhidlər ölmür. Sən, ağlama!”. Qabil məni və oğlunu tək qoyub 196

getməz. O, bizi çox sevir”.

Əpoş Vəliyev (Elyar İslam, qohumu): “Qabil döyüşündən qabaq aprelin 1-də anası ilə telefonda danışıb... Anası ilə zarafat edərək, nənə

olduğu üçün onu birdə təbrik etmişdi. O, sanki, gələ bilməyəcəyini hiss etmişdi. Telefonda deyib ki, “uşağa atamın adını qoyun, mən nə vaxt

gələcəyimi bilmirəm”. Bundan sonra onunla danışıq olmayıb. Sonra şiddətli döyüşlər başlayıb. Ailəmiz çox narahat idi. Çünki, Qabilin telefonuna

zəng də çatmırdı. Artıq hiss etmişdik ki, nəsə baş verib. Çünki o, ailəsinə bağlı biri idi və sağ olsaydı mütləq ailəsi ilə əlaqə saxlayıb, narahat

olmamağımız üçün bizə xəbər verərdi. Tez-tez Müdafiə Nazirliyi ilə əlaqə saxlayırdıq. Oradan bizə məlumat verdilər ki, Qabil şəhid olub. Ayın 5-

də erməni saytlarında onun fotolarını gördük. Bundan sonra Qabilin şəhid olduğuna tam əmin olduq. Ermənilər Qabilin vurulduqdan sonrakı

şəkillərini çəkib, saytlarda yayımlayırdılar. Onun meyitinin şəkillərinin yayılması bizə çox pis təsir edirdi. Amma görün erməni nə qədər qorxaqdır

ki, onlar yalnız Azərbaycan hərbçiləri öldükdən sonra ona yaxın düşə bilir. Meyitin şəklini çəkib sosial şəbəkələrdə paylaşmaqla, meyitlərə

təhqiredici hərəkətlər eləməklə ermənilər murdarlıqlarını, qorxaqlıqlarını bir daha sübut etdilər. Ermənilər bu gün də Qabil haqqında yazırlar.

Onlar Qabili kəşfiyyatçı kimi təqdim edirdilər. Buna görə də meyitlərin qaytarılmasını 8 gün gecikdirdilər. Biz meyiti alandan sonra baxdıq. Onun

alnında güllə yarası var idi. Anası Qabilin şəhid olmasını 10 apreldə bildi. Onlara deyilmirdi. Çünki, anası onu uşaqlıqdan atasız

böyütmüşdür. Yoldaşına isə yalnız Qabilin cənazəsinin gətirildiyi gün deyildi. Çünki, o təzə uşaq dünyaya gətirmişdi və biz istəmirdik ki, cənazə

gətirilənə kimi bu xəbəri bilsin.

Qabilin cənazəsinin Naxçıvana gətirildiyi gün sanki bütün həyat dayandı. On mindən çox insan hava limanına axışmışdı. Cənazə evə

aparılarkən yol kənarlarına toplaşmış insanlar hamısı ağlayırdı. Qabilin dəfnində anası onun cənazəsinin altına girərək, qəbiristanlığa kimi onu

çiynində daşıdı. Onların yaşadıqları yerdən dəfn edildiyi yerə kimi xeyli məsafə olmasına baxmayaraq insanlar Qabili çiyinlərində apardılar.

Dəfndə anası başını dik tutdu. Orada gənclər bir ağızdan deyirdilər: “Ağlama, Ana! Biz hamımız Qabilik!”. Anası gənclərə cavab 197
verirdi:“Ağlamayacam! Mənim oğlum qəhrəmandır. Onu qəhrəman kimi dəfn edəcəm”. Qabilin balaca qardaşı da var. O cəmi 11 yaşındadır.
Dəfndə bayrağı da ona təhvil verdilər. İsa “Vətən sağ olsun” deyib gülümsədi.

Abil Orucəliyev (əmisioğlu): “Qabilin dostları, kursant yoldaşları, əsgərləri cənazə alınana kimi mənə gün ərzində bir neçə dəfə zəng
edirdilər. Hamısı xahiş edirdi ki, cənazə Naxçıvana gətiriləndə xəbər edin. Biz qardaşımıza son borcumuzu vermək istəyirik. Dəfn vaxtı onlar
hamısı gəlib, iştirak etdilər. Qabilin dəfnindən 1 gün sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da başsağlığı
vermək üçün gəlmişdi. Həmin günü Vasif müəllimin anası vəfat etmişdi və cənazəsi Bakıdan Naxçıvana gətirilirdi. Buna baxmayaraq Vasif
müəllim hüzürün keçirildiyi yerə gəldi və başsağlığı verərək bir neçə saat bizimlə oturdu. Bu şəhid ailəsi üçün böyük dəstək idi. Həmçinin digər
bəzi rəsmilər üçün bir örnək idi. Bəzi məmurlar cəbhədə hərbçilərin yanında olmalı olduqları halda, İtalyan müğənnisinin konsertinə getdilər. Bu
şəhid ailələri üçün hörmətsizlikdir. Həmin günlərdə ən böyük istirahətə ehtiyacı olan və haqqı çatan müdafiə naziri cənab Zakir Həsənov və
cəbhədə döyüşənlər idi. Həmin günlərdə prezidentimiz və xanımı birbaşa cəbhəyə getdi və oradakı insanlara, hərbçilərə dəstək oldular. Bu örnək
deyilmi? Ümid edirəm ki, bəzi məmurlar da Prezidentdən örnək götürər və konsertlərdə əylənməkdənsə, cəbhə bölgələrinə səfər edib, oradakı
insanların çətinliklərinə kömək edərlər. Qabil övladına atasının adını qoymaq istəyirdi. Atasının adı Əbdüləli idi. Amma son zamanlar qoşa adların
qoyulmasına icazə vermirdilər. Qabil qərara gəlmişdi ki, uşağın adını Əli qoysun. Bu atasının adının qısalmış variantı idi. Ancaq bu qismət olmadı.
Qabil şəhid olana kimi uşağa Əli deyirdilər. Qabil şəhid olduqdan sonra övladına onun öz adını qoydular. Qabil Qabil oğlu Orucəliyev. Uşağa ad
qoyulanda anası dedi: “Qoy ermənilər sevinməsinlər ki, biz Qabili öldürdük. Bu gün mən yenidən qəhrəman Qabili böyüdürəm. Çalışacam onu da
atası Qabil kimi qəhrəman böyüdüm. Qabillər ölməyəcək, yeni-yeni Qabillər doğulacaq”.

Bildiyiniz kimi Qabil döyüşdə MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə şəhid olub. Qabillə Adilin həm də yaxın
dostluğu olub. Bir maraqlı məqam da var ki, onlar bir-birlərinin bəhsinə bığ saxlayırdılar. Qabildən soruşandaki, niyə bığ saxlayırsan? Cavab
vermişdi: “Oğul atası gərək bığlı ola”. Onlar bığ saxladıqları üçün xarici görünüşcə şəhid Adil Adilzadə ilə bənzəyirdi. Həmişə bir yerdə olan
dostlar, bir yerdə də şəhid oldular.” (Aynur Səfərli.Qəhrəman doğulurlar, Qəhrəman olmurlar! (Şəhid leytenant Qabil Əbdüləli oğlu Orucəliyevin
əziz xatirəsinə ithaf edirəm) İki sahil.-2017.-16 fevral-№ 29.-S.20, 22- http://www.elibrary.az/docs/QAZET/qzt2017_495.htm).

Elmar Orucəliyev (əmisi): "Kəşfiyyat qrupu erməni postunu almaq üçün hücuma keçməyə hazırlaşanda Qabil də könüllü olaraq onlara
qoşulmaq istəyib. Gecə hücum əmri gəlir. Qabil israr və təkidlə: "Əgər mənim postumdan hücuma keçilirsə, mən öndə getməliyəm!" - deyib
döyüşə atılır. Komandir geriyə qayıdış əmri versə də, arxadan vurulmamaq üçün söyə-söyə: "Erməni kimdir ki, mən onun qabağından qorxub
qaçım!" - deyə biçə-biçə irəliləyir. Qabil, baş leytenant Cavid Dədəkişiyev və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu Adil Adilzadə
ilə 8 nəfər əsgər yoldaşını arxada qoyaraq təxminən 15 km irəliləyirlər. Kəşfiyyatçılar onlara gözləmək tapşırığı versələr də, qayıdanda onları orda
görmürlər. Rəhbər, baş leytenant Azad Əliyevin dediklərinə görə, getdikləri erməni postunu darmadağın edirlər, sağdakı erməni postuna özləri
girir, çoxlu sayda erməni dığası məhv edirlər. Kəşfiyyatçılardan aralı düşən üçlük sonda düşmən pusqusuna rast gəlir. Təxminən 1-ə qalmış Qabilə
hərbçi yoldaşlarından zəng gəlir. Qabil: "Dədədkişiyev yaralanıb və biz deyəsən mühasirədəyik!" - deyir. Sonra ona zəng çatmır. Qabil və
yoldaşları şəhid olur... Şəhidlərimiz bu Vətən uğrunda qurban gediblər! Onların qanı yerdə qalmayacaq!”

Bəhruz Mürşüdov (əsgəri): "Leytenant Qabil Orucəliyevlə ilk tanışlığım 2014-cü ilin iyul ayında olub. O, Naftalan şəhəri "N” saylı hərbi
hissədə bizim taborda taqım komandiri idi. Mən onu özümə təkcə komandir yox, həm də qardaş bilirdim. Taborumuzdakı bütün əsgərlər Qabili
çox sevirdi. Bu sevgini o, vətənpərvər söhbətləri, əsgərə qayğısı ilə qazanmışdı. 2014-cü il avqust ayının 8-də ermənilər atəşkəsi yenə

pozmuşdular. Şəhid xəbəri gəlirdi. Qabil həmin axşam tabora cavabdeh idi. Mən isə bölük növbətçisi idim. Məni otağına çağırdı: "Mürşüdov, mən 198
çox narahatam”, – dedi: "Qardaşlarımız düşmənlə vuruşurlar! Mən burda duruş gətirə bilmirəm, yuxarı qalxmaq istəyirəm”. Az keçməmiş
briqadanın qərargahından xəbər gəldi: "Bütün zabit-gizir heyəti silahlansın, yuxarı qalxsın!” Qabil gözlərində sevinc: "Mürşüdov, silah otağını tez
aç”, – dedi. Silahı götürdü, üzümə baxdı. "Komandir, ehtiyatlı olun”, – dedim. Əlini boynuma salıb dedi: "Narahat olma, mən ölməyə yox,
öldürməyə gedirəm!”

Müharibəni lənətləyənlərdən biri, bəlkə də elə birincisi idi O. Çünki atasızlığın bütün iztirab və acılarını hamıdan yaxşı bilirdi. Çox erkən
yaşlarından “ailənin kişisi” yükünü çəkmişdi, bacılarına toy edib gəlin köçürmüşdü. Bacıları, ata üzü görməyən kiçik qardaşı İsa onu “Atam!”,
“Dədə” deyə çağırırdılar. Gənc yaşından bir üzü qız, bir üzü gəlin kirpiyi ilə od götürə-götürə övlad böyüdən dul qadının taleyi də yaxşı tanış idi
ona. Bütün bunlara görə də əsl kişi sənəti seçir... Anaları oğulsuz, oğulları atasız qoymamaq üçün! Həyat özü Qabili sərtləşdirmişdi,
mətinləşdirmişdi...”

Vaxt olmuşdu təhlükəsiz arxa postlardan birinə dəyişilmək şansını da rədd etmişdi. Onun üçün təlaş, nigarançılıq keçirən doğmalarına
əvvəlcə iki barmağını cütləyib: "Bu mənim doğmalarım", sonra isə yumruğunu düyünləyib ürəyinin başına qoyaraq: "Bu isə Vətəndir! Vətəni biz
qorumasaq, kim qoruyacaq?!" - deyərmiş!

Bu da bir təsəllidir ki, Qabil özündən sonra Vətəninə, yurduna sahib çıxacaq davamçısı, övladı olduğunu bilərək şəhid oldu. Gözü arxada
qalmadı... Şəhidin anası Nuriyyə xanımın da dediyi kimi, düşmənə ən böyük göz dağı olacaq: “Qoy düşmən sevinməsin. Bir Qabilim
qəhrəmancasına döyüşüb Vətən uğrunda şəhid oldu. Amma mən bu Qabilimi də igid, cəsur, qorxmaz, mərd, vətənpərvər böyüdəcəm. Körpə
Qabilim böyüyəndə fəxr edəcək ki, onun atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.”

Unutmamalıyıq ki, şəhidlərimiz canlarından əziz Vətənlə yanaşı, ciyərparalarını da bizlərə əmanət qoyub gediblər. Bu əmanətə təkcə
dövlət yox, xalq olaraq da sahib çıxmağı bacarmalıyıq. Anası, bacıları Təhminə və Şövkət xanım, yoldaşı Tükəzban xanım, əmisi uşaqları istiqanlı,
qayğıkeş, mehriban, mərd, Vətənini sevən Qabildən danışmaqdan doymurlar. Göz yaşlarını qəlblərindəki qisas alovu qurudan bu insanların
qüruru qarşısnda baş əyməmək əldə deyil… (Mehriban Sultan. Vətənə şərəfdi, şandı, Hər biri bir Azərbaycandı şəhidlər! İki sahil.- 2016.- 14

may.- S.14-http://anl.az/down/meqale/iki_sahil/2016/may/490612.htm).
Gizir İbrahimov: “Ayın 29-u oğlu dünyaya gəldi. Həmin vaxt Qabil çox sevinirdi. Telefonu susmurdu. Hər kəs zəng edirdi. Ondan

soruşduq ki, komandir, nə vaxt gedirsən? Dedi ki, istəyirəm elə gedim ki, uşağımı doyunca görüm. Bu söhbət ayın 29-u gecə olmuşdu. Artıq
aprelin 1-i idi. Düşmən bizim postlara təxribat xarakterli hücumlar etmək istəyirdi. Aprelin 1-dən 2-sinə keçən gecə düşmən tərəfi qəfil hücuma
keçdi. Bizə onları susdurmaq əmri verildi. Biz düşməni əks həmlə ilə geri oturtmalı idik. Çünki, bu dəfə tam fərqli bir şərait yaranmışdı.
Ermənilərin məqsədi bizim postları almaq idi. Komandirlər hücum əmri verəndən sonra Qabil bizi yığdı və təlimatları verdi. Onun son sözü bunlar
oldu : “Biz Vətən üçün ciddi sınaq qarşısındayıq. İstəyirəm Talışı ( red- Talış yüksəkliyini nəzərdə tutur) biz alaq. Ora öz bayrağımızı sancaq və
ailəmizə qəhrəman kimi qayıdaq. Mən istəyirəm ki, oğlumu görməyə qəhrəman ata kimi qayıdım. Əgər biz Talış yüksəkliyini alsaq, dövlətimiz də
bizi qəhrəman kimi qiymətləndirəcək”. Onun bu sözlərindən sonra bütün döyüşçülərdə yüksək əhval-ruhiyyə yarandı və hər birimiz son damla
qanımızadək döyüşməyə hazır idik. Həmin vaxt MAXE Adil Adilzadə, baş leytenant Cavid Dədəkişiyev və leytenant Qabil Orucəliyev gizirlərlə
birlikdə düşmənə tərəfə əks hücuma keçdik. Birinci şiddətli döyüşdə düşmənin bir postunu aldıq və səngərlərinə girdik. Orada üz-üzə döyüşlər
oldu. Qarşımıza çıxan erməniləri qırırdıq. Qabil çox sərrast atırdı. Düşmən başını itirmişdi. Onlar əllərində olan bütün texnikadan atmağa
başladılar. Xeyli ermənini məhv edəndən sonra birinci postu aldıq. Orada səngərin arxa tərəfində bir yer var idi. Ora qorunmaq üçün bir tikili idi.

Qabil orada dayandı və siqaret yandırdı. Nəsə fikrə getmişdi. Biz belə başa düşdük ki, üzünü görmədiyi övladı yadına düşmüşdü. Orda bizə 199
dedi:“Biz ermənidən qorxmamalıyıq. Ermənilər kimdir axı? Onlar qorxaq millətdir”. Bu sözləri deyəndən sonra məni və digər giziri aldığımız
həmin postda qoyub, MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə irəli getdilər. Belə fikirləşdim ki, anamın mənim
himayəmdə olduğuna görə Qabil məni aldığımız postda saxladı. Biz orada dayandıq ki, onlara arxadan hücum olarsa, qarşısını alaq. Həmin vaxt
onlar bizdən aralanıb, xeyli irəli getdilər.

Artıq düşmən ciddi itkilər vermişdi.Ona görə də bütün növ silahlardan atırdılar. Qabilgil düşməni məhv edərək irəliləyirdi və biz də
arxadan onları qoruyurduq. Həmin vaxt yanımıza mərmi düşdü və baxdım ki, başımdan və qolumdan qan axır. Elə bildim ki, artıq şəhid oluram.
Ancaq özümdə güc topladım. Yanımda olan hərbçi yoldaşım məni geri çəkdi. Çox ağır yaralanmışdım. Orada dedim ki, Qabilgil çox irəli gediblər.
Onlara kömək lazımdır. Ondan sonra nə baş verdiyi bilməmişəm. Onlar 10 kilomterdən çox getmişdilər. Sonradan mən digər döyüş
yoldaşlarımızla əlaqə saxlaraq öyrəndim ki, onlar Talış yüksəkliyinə qədər gediblər. Onlara kömək çatana kimi ermənilər onları vurubmuş.
Döyüşlərdə əvvəlcə Adil qolundan güllə yarası alıb. Buna baxmayaraq o döyüşü davam etdirib. Hər üçü bir yerdə şəhid olublar.

(https://www.facebook.com/permalink.php?id=378478612898820&story_fbid=533642077382472).
Leytenant Məmməd Babayev: “Hərbçi olmağımda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə məndən bir sinif yuxarı oxuyan Qabilin
böyük rolu olub. Hərbi forması, vətənpərvərliyi ilə məni də bu sahəyə cəlb edib. Çox vətənpərvər, igid, ürəyi açıq, sadə, mədəni, həm də səbrli
insan idi. Oğlu olduğunu eşidib ayın 2-si, axşam saat 7-nin yarısı idi, zəng vurdum. Dedi: “Qardaşım, sonra danışarıq”. Son danışığımız oldu...
Leytenenat Cahangir Eyvazov (Hərbi Liseydən başlamış bütün hərbi təhsil illərini Qabillə bir yerdə keçirən, Qabillə birgə – yaxın
postlarda hərbi qulluqda olan, dostu):“Qabili ilk tanıdığım gündən nə qədər cəsur, mərd, vətənpərvər biri olduğuna əmin olmuşdum. Onunla
bağlı bir xatirə heç yadımdan çıxmaz. Mən artıq bir ilə yaxın idi ki, postda xidmət edirdim. Adəti üzrə Qabil Naftalan şəhərindəki görüşlərimizin
birində salam verməmiş sevinə-sevinə birinci onu dedi ki, artıq mən də post zabitiyəm! Əmrim gəlib, posta qalxacam. Postda xidmət etdiyi
müddətdə həmişə yaxşı sorağı gəlirdi. Yuxarı komandanlıq tərəfindən sevilirdi, hərbçi yoldaşları arasında, yerli əhali arasında dərin hörmət
qazanmışdı. Həmişə düşmənə layiqli cavab verir, postda ayıq-sayıq keşik çəkirdi. Mən dostumla fəxr edirəm. And içmişik ki, Qabilin qanını yerdə
qoymayacağıq”.
(Aynur Səfərli.http://anl.az/down/meqale/iki_sahil/2017/fevral/528899.htm).
Qəhrəman olmurlar, Qəhrəman doğulurlar! Azərbaycan qadınının qeyrət damarından əmdiyi süd, gənc yaşından qabarlı əlinin halal zəhməti ilə
ailə saxlaması, əmisi, polis veteranı, 1990-cı il Sədərək döyüşlərinin fəal iştirakçısı Elmar Orucəliyevin təsvir etdiyi döyüş səhnələri onu
Qəhrəman etmişdi. Qabillə bir yerdə döyüşən cəbhə dostları onu xasiyyətcə sadə, dürüst, mehriban və zarafatcıl, eyni zamanda mərd, vətənpərvər,
cəsur bir igid kimi xatırlayırlar.
Ruhun şad olsun Şəhidim ! Oğlun Qabil qürurla "Atam Qabil Orucəliyev Qarabağda şəhid olub" deyəcək ...İnşallah tezliklə Qarabağ
düşmən işğalından azad olacaq və biz sənin oğlun Qabili Qarabağda gəzdirəcəyik...Balaca Qabil atasının uğrunda şəhid olduğu torpaqlarda
möhkəm addımlarla, qürurla gəzəcək...Balaca Qabil də atası kimi igid, qururlu, qəhrəman, mərd, gülərüz, vətənpərvər olacaq.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

200

(Qabil Orucəliyev və həyat yoldaşı Tükəzban xanım)


Click to View FlipBook Version