The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-05 06:16:31

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

201

(Qabil Orucəliyevin toy günü çəkilən foto)

202

203

(Qabil Orucəliyevin bacıları) (Qabil Orucəliyevin anası Nuriyə xanım) (Həyat yoldaşı Tükəzban xanım)

204

(Müəllif şəhidin məzarını ziyarət edərkən)

205

BAŞ GİZİR PƏNCƏLİ NURMƏMMƏD OĞLU TEYMUROV

“Vətən sevgisi əxlaqda yaxşılığı, əxlaqda yaxşılıq da vətən sevgisini yaradır.”
(Monteskue)

Doğum tarixi: 24 mart 1981-ci il. Astara rayonu, Əzərüd kəndi. 206
Vəfat tarixi: 2 aprel 2016-cı il. Talış kəndi uğrunda.
Dəfn edilib: 11 aprel 2016-cı il. Astara rayonu, Əzərüd kəndi
Qoşun növü: A.R.Quru Qoşunları.
“Vətən uğrunda” medalı ilə təltif edilib.

Evli idi.
Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan

olub. 1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil
alıb. 1999-cu ildə Astara Rayon Hərbi Kommissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi
xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.
Hərbi xidməti başa vurduqdan sonrakönüllü olaraq xidmətini yeni yaradılan Azərbaycan Xüsusi
Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan qurub.
Toyunda özünə bunları arzu edib: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim torpağım üçün,
Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm arzu etmişəm ki,
Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına
bükülb dəfn olunmağa aparılsın”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 iyun 2015-ci ildə onu “İgidliyə
görə “ medalı ilə mükafatlandırıb. Xüsusi Təyinatlı Dəstədə xidməti dövründə 26 iyun 2010 cu ildə "
Qüsursuz Xidmətə Görə " 3-cü dərəcəli medalı, 20 yanvar 2014 cü il Türkiyə Cumhuriyyətinin Xüsusi Təyinatlı Qüvvələrinin " Qızıl Bayraq "
medalı, 2 iyul 2014 cü il " Qüsursuz Xidmətə Görə " 2-ci dərəcəli medal ilə 17 fevral 2015 ci il " Hərbi Xidmətdə Fərqlənməyə Görə " 3-cü
dərəcəli medallarla təltif edilmişdir. Pəncəli Teymurov Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olub. Daxilində hər zaman yurd sevgisi olan eloğlumuz hər danışığında “Vətən üçün ölməyə hər an hazıram” ifadəsini işlədərdi. O içindəki bu
sevgini, məğrurluğunu, qolundakı qüvvəti böyüdüyü dağlardan almışdı.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində 207
düşmənlə döyüşə girmiş və döyüş dostları Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda
çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq
qəhrəmancasına şəhid olmuşdur.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu
Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Nurməhəmməd dayı (atası): “Mən orta məktəbdə oxuyanda Pəncəli adında bir sinif yoldaşım var idi, dost idik, çox cəsur oğlan idi.
Məktəbi bitirəndən sonra o hərbçi peşəsini seçdi. 1981-ci il martın 24-də Pəncəli doğulanda onun adını dostumun şərəfinə qoydum. Pəncəli də
dostum kimi mərd bir oğul oldu. Hər zaman üzümü ağ etdi. Əsəgərliyə gedəndən 10 ay sonra məktub yazdı ki, “ata, izn ver, mən Təlim Tədris
Məktəbinə gedib, hərbçi olum”. Çarəm nə idi, onun arzusuna qarşı çıxa bilməzdim. Kənddə qalıb neyləyəcəkdi ki...
O gündən sonra hər zaman Pəncəli haqqında xidmət etdiyi hərbi hissələrdən minnətdarlıq və təşəkkür məktubları aldım. 17 il Vətənin keşiyini
çəkdi. 17 il xalqına, Vətəninə, Millətinə, torpağına xidmət etdi. Lakin biz bir dəfə də olsun, nə işlə məşğul olduğunu bilmədik. Sonradan məlum
oldu ki, bu ermənidən elə qisasını alıbmış. Onun etdiyi igidlikləri çox olub. Lakin bu gün də təssəvvür edə bilmirəm ki, rəhmətə gedib. Elə bilirəm
ki, sağdır. Onun haqqında deyiləsi sözlər çoxdur. Gözüm onun getdiyi yoldadır. Elə bilirəm ki, qayıdıb gələcək. Gəldiyi-getdiyi yollar şəkil kimi
qalıb yaddaşımda. Haradan baxıramsa, onu görürəm. Barı özündən sonra bir yadigarı qalsaydı...”.

Vahimə xanım (anası): “Mən 5 oğul böyütmüşəm. Biri Vətənə qurban gedib, dördü sağdır. (https://azertag.az/xeber/Sehid_gizirin_arzusu-
953011). Onlar bu qanı yerdə qoymazlar... Mənim balam sağlığında qəhrəman adını almışdı. Çünki, onun qəlbində, qanında qəhrəmanlıq var idi.
Heç zaman məni incitməyib. Pəncəli beşikdə olanda gəlib bu dağın ortasındakı həyətdə yurd saldıq, ocaq qaladıq. O zaman üç övladım var idi.
Çox ağır günlərlə onları böyütdük. Zülmlər çəkdik. Kişi fəhlə işlədi, özüm də sovxozda fəhləlik etdim. Səhər 8-də çıxırdaq, axşam saat 8-də
gələrdik. Böyük qızımın 8 yaşı olardı. Sonra o biri uşaqlar da gəldi dünyaya. Böyüdükcə, hərəsi bir işin qulpundan yapışdı. Kimi təndir qalayır,
kimi bulaqdan su gətirir, kimi çayda paltar yuyur, kimi də toyuq-cücəni, mal-qaranı rahlayırdı. Cəsurluqda və zirəklikdə isə Pəncəli o biri
uşaqlardan çox seçilirdi. Sonra hərbçi oldu. Hərbçi olandan sonra bəzən aylarla üzünü görmürdüm, səsini eşitmirdim. Bir də görürdün dizə qədər
yağan qara bata-bata gəlib. Elə keçib təzə otururdu ki, hərbi hissədəki komandanlığından zəng gəlirdi, heç gözlərinin çimirini almamış, yenə də
geri qayıdırdı. Adına bişirdiyim yemək, adına açdığım süfrə toxunulmamış qalırdı. Yanıb-tökülürdüm. O, bu kəndə gələndə bütün kənd camaatı
tamaşasına, sözünə-söhbətinə gələrdi. Hərəni bir şirin dil ilə dindirib, könlünü alardı. Onun gəlişi bu həyətin toy-bayramı idi. Bir dəfə də evə
gələndə, oturub elə bu ağacın altında söhbət edirdik. Dedi ki, “ana, elə ailələr var ki, uşaqları şəhid olur, tabutu evlərinə aparanda, zabitlərə,
əsgərlərə hücum edirlər, bu çox pis işdir. Yazıq əsgər neyləsin ki?”. Dedim ki, “ay oğul, sən bu sözü mənə niyə deyirsən ki?” Dedi “ay ana, elə-
belə sözdür də söylədim. Başımıza gəlib belə hadisələr, pis olmuşuq, deyirəm ki, biləsən ki, belə ağır günlərdə o tabutu gətirən əsgər üçün ikiqat
ağır olur. Yaxın dostu, xidmət yoldaşını itirmək ağır məsələdir..”.

İndi ölümündən sonra onun hər sözünü xatırlayıram... Fikirləşirəm ki, Pəncəli mənə öz söhbətləri ilə kitablar qoyub gedib, hər xatirəsi bir
kitablıq vəsiyyət və nəsihətdi.

31 yaşına qədər nə illah elədimsə, onu evləndirməyə razı sala bilmədim. Rusiyada yaşayan bacım qızı, həkim Elviranı da 9 il idi ki, Pəncəli
üçün nişanlamışdım. Pəncəli isə toyu hər yaz təxirə salardı. Həmin aprel günlərində bir də baxdım ki, televizorda şəhidlər haqqında xəbərlər gedir.

Artıq Pəncəliylə xidmət edən zabit və gizirlərin adlarını çəkirdilər. Deyirdilər ki, şəhid olublar. Onlara bu həyətdə o qədər qulluq eləmişəm ki... 208
Özümə zülm etdim. Əllərim göydə, dizim yerdə qaldı. O soyuq qarlı qış günlərində nə evdə duruş gətirə bildim, nə çöldə. Hava da birdən-birə
dəyişdi, qar yağmağa başladı. Dedim görəsən bir dəfə Pəncəlinin səsini eşidə bilərəm? Aprelin 3-nə kimi zəng çaldıq, cavab vermədi. Ancaq
özümü sakitləşdirirdim ki, Pəncəliyə heç bir şey olmaz. Yoxluğunu qətiyyən ağlıma gətirmirdim. Elə hey gözüm yolda, qulağım səsdə idi. Aprelin
10-u axşam saat 5 olardı. Ürəyim köksümdə çırpınırdı. Evin qapılarını açıb çölə çıxmaq istədim. Bu zaman bir quş içəri girdi. Gəlinə dedim ki, ay
qız, pəncərəni aç, o quşu burax havaya, burda ürəyi partlayar. Famillə atası da evdə oturmuşdular. Qapı-pəncərəni taybatay açdıq, quş evdən
çıxmadı. Başladı başımın üstündə qanad çalmağa. Bir də gördüm ki, Famil qışqırır: “Ay ana, evimiz yıxılıb, ay ana tifağımız dağlıb... Pəncəli
şəhid olub...”. Haraydan səksənib, başımı götürüb həyətə çıxanda gördüm ki, həyət adamla doludur. Bir nəfər dedi ki, icra nümayəndəliyindən
deyirlər ki, qardaşı və atası gəlib yolda tabuta baxsınlar, sonra həyətə aparaq. Özümü ələ alıb təmkinimi pozmadım dedim ki, oğlumun tabutunu
gətirin, açın özüm də baxım. Pəncəli ölümündən əvvəl mənə nəsihətini etmişdi. O vəsiyyəti qulaqlarımda cingildədi. Sakitcə balamın buz kimi
üzünə baxdım. Dedim aparın dəfn edin. Dərd mənim dərdimdir, onu oğlumun adına layiq çəkməliyəm. Kaş ki, ölməyədilər. O zabitlər, o gizilər bu
dövlətin gərəyi, sütunu idilər. 17 yaşından Vətəni qorumağa başladı, bizi yox, Vətəni seçdi. Vətəni qorudu. Pəncəli bir çox xarici ölkələrdə təlimlər
keçmişdi. Türkiyənin Xüsusi Təyinatlılar Komandanlığının “Yurdda sülh, cahanda sülh” adlı medalına layiq görülmüşdü. Xüsusi əməliyyatları
uğurla başa vurduğundan, 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olundu. Ölümündən
sonra isə yenə Azərbaycan prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.”

Elbrus Teymurov (böyük qardaşı): “Bir dəfə kiçik qardaşımız Əfrailə kimin ona borculu olduğunu, özünün kimə verəcəkləri olduğunu
sadalayırdı. Əfrail də bunu nə üçün dediyini soruşanda, cavab verir ki, “qardaş, bilməyin yaxşıdır. Biz bu canı Vətənə qurban demişik, bir gün
gedib də dönməmək var”. Qardaşım axırıncı dəfə mart ayının 24-də bizimlə danışdı. Əslində onu tez-tez görməməyə, günlərlə telefonunun
susmasına öyrənmişdik. Tərtər istiqamətində döyüş dostları Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliyinin,
Seysulanın alınmasında iştirak etmişdilər. Əməliyyatları da çox uğurla aparmışdılar. Onlar getdikləri yerdən hər zaman uğurla, əlidolu
qayıdırdılar. Düşmənin qarışıq yuxularına, qorxulu gecələrinə çevrilmişdilər. Onlar ölmək üçün deyil, Vətən torpağını geriyə qaytarmaq üçün 23
ildən artıq gözlədikləri döyüşə atıldılar və mərdi-mərdanə şanlı bir tarix yazdılar. Bir qoşun əsgər gəlsəydi, o igidlərlə bacara bilməzdilər. Onlar
gecənin bağrını yaran əməliyyatçılar idilər. Qardaşım aprelin 3-də həlak olubmuş, bizim isə heç nədən xəbərimiz yox imiş.. Çünki biz heç vaxt
təsəvvürümüzə belə, gətirə bilməzdik ki, pəhləvan və şir cüssəli, xüsusi təyinatlıların əfsanə giziri olan qardaşım, nə vaxtsa erməni gülləsindən
həlak olar. Əslində qardaşım şəhidliyi özü arzulamışdı”.

Famil müəllim (şəhidin qardaşı): “Elə çalışırıq ki, nəsə bir iş görək, qardaşımızın ruhu şad olsun. Pəncəli məndən böyük qardaş idi. Evin
kiçik oğlu mən olmuşam. Atam çox təmkinli, sakit bir kişidir. Kənd məktəbində gözətçi işləyirdi. 7 uşaq böyüdüb. Bizim yaxşı günlərimiz
Pəncəlinin əli çörəyə çatandan sonra başaldı. Pəncəli Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Qüvvələrində çalışdığı gündən bütün ailəmizin maddi
çətinliklərini yola verməyə başladı. Ailəmizin bütün üzvlərinin toy şənliklərində yardımçı oldu. Birimizə ev tikdi, birimizin toyunu etdi... Məni o
oxutdu. Bu gün öz kəndimizdə millətimizin balalarına ingilis dilini öyrədirəm. Özü ali təhsil ala bilmədi, ancaq məni oxutmağa gücü çatdı. O elə
uşaqlıqdan cəld idi, qoçaq idi. Biz uşaq olanda kənddə bir nəfərin evində video-maqnitafon var idi. Tez-tez qonşuların evinə gedir, Brus Linin
filmlərinə baxırdı. Onun üçün Brus Linin hər bir hərəkəti maraqlı idi. Kinodan öyrəndiyi fəndləri, sonra yaşıdları ilə, özündən böyüklərlə təşkil
etdiyi idman yarışlarında tətbiq edirdi. Brus Linin bütün fəndlərini əzbər öyrənmişdi. Pişik kimi cəld idi. Onun üçün bu dağlarda-dərələrdə

keçilməz sədd yox idi. Kəndimizin hazırda 2000-ə yaxın əhalisi var. Məktəbimizdə 160-dan artıq şagirdə 22 müəllim dərs deyir. İnsanın düşdüyü 209
mühit, doğulduğu yer yaşam tərzini formalaşdırır. Bizim kəndin insanları da bu yerləri, bu yolları heç çətin sanmadılar. Kəndimizdən dağın
ətəyinə piyada adi günlərdə bir saata düşmək olur, 1 saat yarıma isə çıxmaq olur. Lap qədimlərdə at-eşşəklə çıxıblar bu yolları. Şükür Allaha ki,
evin odununu - istisini, ruzisini elə bu ətrafımızda olan dağlar verib. Uzağa getməmişik. Sonra da “TT 75” traktoru ilə gedib-gəliblər. Elə vaxt
olub ki, qarlı-yağışlı havalarda traktor da batıb qalırdı. Ancaq insanlarmız bu yerlərin təbiətinə o qədər bələddirlər ki, heç vaxt yolda qalmayıblar.
Hər vaxt mənzillərinə salamat gəlib yetişiblər. Qardaşım Pəncəli 10-cu sinfi bitirəndən sonra, ilk dəfə hərbi komissarlığa qeydiyyata düşmək üçün
bu yolu sevincindən ayaqla getmişdi. Pəncəli 4 il ana babamın yanında qaldı. Babam Xeybər kişi ona tapşırmışdı ki, “döyülsən, evə gəlmə”. O
gündən də bu uşaq babasına güvənib hər kəsə öz gücünü göstərməyə başlamışdı. Çətinliklərə dözməyi, kişilik məktəbini bu dağlardan, təbiətdən
öyrəndiyi qədər, həm də mərdliyi-kişiliyi babamdan öyrənmişdi. Onun sevgisi Vətənin ucuz-bucaqsız çölləri-dağları və dərə-təpə idi.
Şəhidliyindən sonra, yoldaşları danışırdı ki, hərbi hissədə xüsusi tapşırıqlar olanda, onu göndərməyəndə, uşaq kimi küsüb inciyər,
hirslənərmiş. Nə tapşırıq olurdusa, hamıdan əvvəl “mən” deyib qabağa çıxarmış....

Təsəvvür edin ki, 35 yaşında onun hərbi xidmətdə qulluq səlahiyyətləri başa çatacaqdı. Bizimlə oturub söhbət edəndə deyirdi ki, “görəsən,
mən qulluq vaxtım bitəndə neyləyəcəm. Mən Ordusuz yaşaya bilmərəm”. Onun yas məclisində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin
komandanı general-mayor Hikmət Mirzəyev deyirdi ki, Pəncəli Ordunun bel sütunu idi. Onun şüaətlərindən danışdı. Sonradan bildik ki, qardaşım
əks-kəşfiyyat əməliyyatlarında necə uğurla iştirak edib, düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə o işğal olunmuş Azərbaycan torpaqlarını
qeyd-şərtsiz tərk etməyin vacibliyini onlara anladıb. Onun iştirak etdiyi əməliyyatlar haqqında dosye yəqin ki, nə vaxtsa açılacaq. Tarix
kitablarında, sənədli filmlərdə xatırlanacaq. Dostları isə onun həmin aprel döyüşlərində Goranboydan üzü Talış yüksəkliyinə qədər , Ağdərədə
necə ürəklə, həvəslə, qəhrəmanlıqla vuruşduğunu dedilər. Deyirlər ki, həmin gecələrdə Pəncəlinin döyüş ruhu bir ordunun gücünə bərabər idi.
Qarşısına çıxan düşmənləri məhv etdikcə, qanı coşub-daşırdı.”

Əmisi: “Bizi nə tarix, nə də təbiət dəyişi. Pəncəli də kəndimizin, elimizin obamızın mərdlik xüsusiyyətlərini özündə cəmləşdirmişdi. O
mənim şagirdim idi. Yaxşı oxuyurdu dərslərini. Əslində bu gün bizim məktəbdə məndən dərs alan bütün uşaqlarımızın hamısı Pəncəli kimi
vətənpərvər, yurdsevər olublar. Bizim məktəbin müəllimləri onları belə öyrətdik. Artıq Pəncəli öz məsləkini seçmişdi. Bir dəfə yenə bu həyətdə
oturmuşduq. Azərbaycan Prezidenti tərəfindən “İgidliyə görə medalı” ilə təltif olunmuşdu. Soruşdum ki, “oğul, o medalı sənə niyə verdilər?”.
Söhbəti yayındırdı. Sonra əlimi apardım başına, saçlarının arasında gəzdirib uşaqlıqda it gəmirən yerlərin qalıb-qalmadığı ilə maraqlandım. Dedi
ki, “saçımı dibdən qırxdıranda görünür yerləri”. Həmin günü asataralı digər Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevi xatırlayıb dedi ki, “əmi,
Mirzə Cəbiyev 19 yaşında qəhrəman oldu. O Şərqi Prussiyanın Könisberq şəhərində Qələbə bayrağını yüksəltdi. Gün o gün olsun ki, mən də
bayrağımızı Şuşaya asanlardan olum”.İnanın ki, dünənə qədər məktəblərimizdə Həzi Aslanov, Ziya Bünyadov, Mirzə Cəbiyev dərsləri keçilirdisə,
bu gün eyni məhəbbətlə Pəncəli Teymurov, Raquf Orucov, İnqilab Quliyev, Vüqar Yusifov dərsləri keçirilir. Axı Azərbaycan prezidenti, Ali Baş
Komandan İlham Əliyev də öz çıxışlarında daim deyir ki, “Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq səlanməsidir. Bu döyüşləri və o döyüşü
aparanları unutmaq olmaz!”.

Nəhayət verilən tapşırığa əsasən, Ordumuzun Xüsusi Təyinatlıları Murad Mirzəyev, Tural Qurbanov, Mühüd Orucov və Samit
İmanovun rəhbərliyi ilə Seysulanda çox uğurlu bir əməliyyat həyata keçirmişdilər. 6 nəfərlik ilk qrup səhər saat 5-6 arası Talış kəndinə girəndə
isə kənddə ancaq başlı başına gəzən mal-qara gözə dəyirdi. Pəncəli bir neçə saat əvvəl cəbhənin Gülüstan qalası tərəfindən istehkamı açmalı idi.

Gülüstan tərəfdən ermənidə olan posta gedən ensiz dağ yoluna tək-tənha çıxıb, düşmənin olduğu UAZ-ı saxlayaraq, maşında olan ermənini bir göz 210
qırpımında məhv etmişdi. Həmin vaxt bir neçə il əvvəl Kəlbəcər istiqamətində etdiyi oxşar bir əməliyyatı da xatırlamışdı. Düşmənin mövqelərinə
girərək, təkbaşına bir qrup erməni hərbçisini məhv etmişdi. Bir dəfə isə 4 nəfər erməni əsgərini minaya salmışdı. Xocalı soyqırımını törədən
erməni zabitini səhər tezdən hava işıqlaşanda izləmişdi. General-mayor rütbəsini almağa yollanan erməni polkovnikini qanına qəltan etmiş, əlində
çox dəyərli sübut gətirmişdi. Uşaq vaxtı dediyi Xocalı qisasını almışdı. Bir dəfə isə heyətini məhv etdiyi düşmən UAZ-nı gətirib öz
mövqelərimizə çıxarmışdı. Hətta dostlarına demişdi ki, bu UAZ-ın hissələrini söküb kəndə aparıb, yadigar saxlayacaq. 2014-cü ildə iştirak etdiyi
əməliyyatda 18 nəfər düşməni bir andaca partlatmışdı. Bir maraqlı xüsusiyyəti var idi ki, özü keçirdiyi əməliyyatların hamısını zabitlərinin və
əməliyyatda iştirak edənlərin adına yazdırarmış.Nahaq yerə ona “Xüsusi Təyinatlıların əfsanəsi” adını verməmişdilər. O aprel səhərində bir dəfə
Talış kəndinə girib, daha sonra Seysulan tərəfə keçmişdi. Düşməndən geri alınan mövqedə postları möhkəmləndirmək üçün Murad Mirzəyev,
Samit İmanov da onun açdığı istehkamla hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yol da qət etmişdilər. Azərbaycan Ordusunun
cavab atəşindən çaşan, hər zaman “Ohanyan xətti” deyib qoruduqları mövqelərdə yaranan fövqəladə vəziyyət ermənini çaş-baş salmışdı. Lakin
əsgərlərimizin yenicə təmizlədiyi səngərlər və mövqelərdə bizim hərbçilər də bərkitmə işləri aparardılar. Arxadan həm də kömək gözləyirdilər...

Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan
zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi
Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Yıxıldığı yerdən ayağa durub,
silahını götürərək səngərdən qabağa tullandı... Arxadan Murad Mirzəyev onu nə qədər çağırsa da, Pəncəli eşitmirdi... Çünki Pəncəli kontuziya
almışdı. Və özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə - qarşıda mənfur düşmən idi.
Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli ağır yaralanaraq, yerə yıxıldı... Üzbəüz döyüşdə qalsaydı, Pəncəli erməniyə can
verməzdi... Axı bu yollarda düşmən tapdağı altında olan ərazilərimizə keçib o qədər uğurlu əməliyyatlarda iştirak etmişdi ki...Belə olmamalıydı...
Pəncəli hələ Şuşaya bayraq sançmaq istəyirdi axı…(A.Eyvazlı.Femida.az.http://femida.az/az/news/75675/xocali-soyqirimini-toretmis-ermenini-

mehv-eden-doyuscu--aprel-doyuslerinin-gizli-terefi).

Şükür bu günə ki, arzuların gerçəkləşdi, bayrağımız Şuşaya sancıldı.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

211

212

213

214

GİZİR ELMİDAR SƏLİMXAN OĞLU SƏFƏROV

“Yanında igid olsun, kol dibi evin olsun.” (Atalar sözü)

Doğum tarixi: 26 iyul 1992-ci il. Neftçala rayonu, Aşağı Qaramanlı kəndi. 215
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 4 aprel 2016-ci il. Neftçala rayonu, Aşağı Qaramanlı kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.

Subay olub.
1992-ci il iyunun 26-da Yardımlı şəhərinin Horavar kəndində doğulan Elmidar Səfərov

ailədə 3 qardaş, 3 bacı olublar. 3 yaşında olarkən böyük qardaşı faciəvi şəkildə vəfat edəndən
sonra atası Səlimxan Səfərov ailəsi ilə birlikdə 1993-cü ildə Neftçala rayonunun Aşağı Qaramanlı
kəndinə köçüb. Bir müddətdən sonra ailə başçısı da vəfat edib. Elmidarın beş uşaqla başsız qalan
anası övladlarını çox çətinliklə böyüdüb.

Aminə Səfərova (anası): “Əslimiz Yardımlıdandır. Yardımlıda yaşayanda 7 yaşlı
oğlum Elsevər qəzaya düşdü, rəhmətə getdi. Ondan sonra yoldaşım Səlimxan evdə rahatlıq tapa
bilmədi. Uşağın ölümünü qəbul edə bilmirdi. Gecələr gedib qəbristanlıqda yatardı. Məcbur olub
Neftçalaya köçdük, Aşağı Qaramanlı kəndində yurd saldıq. Uşaqları hamı kimi biz də çətinliklə
böyütdük. Böyük oğlumun adını Elzibar, kiçiyin adını Elmidar qoyduq. Kasıbçılıqla yaşasaq da,
çox mehriban bir ailəmiz var idi. Hələ kiçik yaşlarından oğlanlarıma zəhmətə, torpağa
uyğunlaşmağı öyrətdik. Bəxtəvər kimi, torpaq aldıq, uşaqların köməyi ilə ev tikməyə başladıq. İki qardaş əl-ələ verib daş karxanalarında, gücləri
çatan, əlləri yetən yerlərdə çalışıb atalarına, mənə yardım edirdilər. Əvvəl evin bir gözünü tikib içərisinə yığışdıq... Evi də böyük tikdik ki, iki
oğlumuzun, qızlarımızın övladlarını bu evdə saxlayaq. Elmidar da çox zəhmətkeş oğul idi. Toyuq-cücənin yumurtasını, həyətin tərəvəzini sataraq,
pul yığıb özünə bir velosiped aldı. Elzibar əsgərlikdə olanda isə yığdığı pulla iki qoyun alıb gətirdi. Bir gün Elzibarla telefonla danışanda bu
xəbəri ona verdi. Elzibar inanmadı. Elmidar qoyunların qulağından tutub mələtdi ki, qardaşı səsini eşidib, inansın... Hər ikisi sevinirdi ki, bizim də
həyətimizdə mal-heyvan olacaq. Bir-birinə çox bağlı idilər. Sonra Elmidar əsgər getdi. Evə çox pis halda gəldi Elmidar. Onsuz da üzünü az-az
görürdük. Nə vaxt soruşsam deyirdi ki, idmanla məşğul olurlar. Mən hardan bilim ki, gedib erməninin işğal etdiyi torpaqları gəzib gəlir... Tövbə
ürəyim partlayardı. Od töküb özümü yandırardım, qoymazdım ki, getsin. Hansı ana razı olar ki, balası göz görə-görə düşmən içərisinə girsin.

Elmidardan nə qədər danışsam, yorulmaram. Bir də görürdün ki, 50 kiloluq un kisəsini alıb çiyninə gətirir. Deyirdim ay bala, belin düşər, 216
qabırğan yerindən oynayar... Pəhləvan idi oğlum. Onu erməni öldürə bilməzdi. O nəzərə-gözə gəldi. Boyu-buxunu qapıdan hündür idi balamın.
Mən heç balamdan doymadım. Şirin-şirin xatirələri düşür yadıma. Hərdən vaxt eləyib gələndə, məni aparıb Neftçalada dəniz qırağında gəzdirirdi.
Elə bil, bilirdi ki, ömrü qısa olacaq. Hara getsəydik, məni maşının qabaq oturacağında otuzdururdu. Bir dəfə ayaqlarım palçıqlı idi. Oturmaq
istəmədim maşınına. Dəliyə döndü. Dedi ki, “ana sənin o ayaqqabılarının palçığına qurbanam. Nəinki maşın, dünyanın bütün varı-dövləti sənə
qurban olsun”. Əl dırnaqlarımı, ayaq dırnaqlarımı tuturdu. Başımı xınasız görsə, o dəqiqə bacılarına zəng vurub, onlardan haqq-hesab tələb edirdi.
Maaşını alan kimi mənim üçün təzə paltarlar alıb gətirirdi. Görmədiyim günləri yaşadırdı balam mənə. Əkdiyim ağacın bəhrəsini yeyirdim. Fələk
tez qurutdu barlı-bəhrəli ağacımı. Əvvəllər razı olmurdum hərbiyə getməyinə, deyirdim ki, sənsiz uzun müddət ayrı qala bilmərəm. Deyirdi ki,
ana, öyrəşəcəksən. Sən demə bu günləri üçün deyirmiş... Balam məni uzun ayrılıqlara öyrətdi.

Qızımın uşağı olanda Ceyranbatana gəlmişdim. Martın 26-da hamımız xəstəxanaya gedirdik. Dayanacaqda dayanmışdıq. Bir də gördük ki,
Elmidar da gəlib çıxdı. Elə bil ki, həyatıma Günəş doğdu. Ana-bala qucaqlaşıb görüşdük. Bir-birimizə təzə nəvənin gəlişi ilə gözaydınlığı verdik.
Qardaşımgildə oturub bir az söhbətlkəşdik. Ancaq baxdım ki, balamın halı-əhvalı həmişəki kimi deyil. Analar balasının hər əhvalından duyarlar.
Dedim nə olub ay bala, niyə kefsizsən? Gülümsədi. Balamın xırda gülüşləri var idi. Elə yaraşırdı ki, üzünə. Gülümsünüb məni aldatdı. Sonra
cibindən pul çıxarıb mənə uzatdı. Götürmədim. Dedim neynirəm, ay oğul, özünə lazım olar. Dedi “bunu götür, axşam işdən icazə alıb gələcəyəm.
Səninlə çoxlu söhbət edəcəyəm”. Maşına oturub getdi... Bir də baxdım ki, pəncərədən boylanıb yenə məni tərəfə baxır... Nəsə onun o baxışı, o
görüntüsü ürəyimi sızlatdı. O nə təlatüm idi, o nə ağrı idi... Heç vaxt belə olmamışdım. Sən demə, o xırda gülüşləri də, balamın o mehriban səsini
də son dəfə görüb, son dəfə eşidirəmmiş...Son bir-iki il idi ki, çətin günlərimiz arxada qalmışdı, xoş günlərimiz başlayırdı. Özünə yeni avtomobil
alımışdı. Həyətin bir hissəsinə tikinti materialları tökmüşdü ki, yeni ev tikib birlikdə yaşayacağıq. Balama nişan aparmağa hazırlaşırdım. Lakin bu
dəfə də amansız fələk sevincimi gözümdə qoydu.”

Fəranə xanım (kiçik bacısı): “Başımdakı bu qara örtüyü qardaşım mənə hədiyyə almışdı. Ona görə indi əlimdən yerə qoymuram. Onun
ətrini alıram elə bil ki, bu yaylıqdan. Qardaşım mənim hər şeyim idi. Toyumu da o elədi. Mənim toyumda da “Vətən oğlu” mahnısını çaldırıb
oynadı. Anam ona yaxınlaşıb dedi ki, “ay bala, heç olmasa bu gün əsgər mahnısına deyil, bir şən mahnıya oynayaydın”. Anama demişdi ki, “Vətən
mənim hər şeydimdir!!!”.
Elə sevinirdi ki, toyumda. Hamı ilə oynadı, hamı ilə şənləndi. Oğlum dünyaya gəlmişdi. Martın 30-da eşitdim ki, ermənilər yenə aləmi qatıblar bir-
birinə. Aprelin 1-dən sonra qardşımla əlaqə saxlaya bilmədik. Bilmirdim canımı aparıb haraya qoyum.

Qardaşım Vətənə, Bayrağa, İslami dəyərlərə çox bağlı idi. Aprelin 1-dən 2-nə keçən gecə Bakıda bir külək var idi ki, gəl görəsən. Küləyin
səsi adamı qorxudurdu. Səsdən üşənirdim. Elə bil ki, ürəyimə dammışdı ki, bu sazaq-bu külək hansısa bir pis xəbər gətirəcək. Həmin gecə,
özümdən asılı olmayaraq dedim ki, ay Eli, görəsən sən hardasan? Bu yağışda neynirsən? Axırınıcı dəfə zəng vuranda telefonda bu səsi eşitdim:
“Bu nömrə söndürülmüşdü. Aprelin 2-dən sonra bildik ki, 12 şəhidimz var. Bundan sonra bizim heç rahatlığımız olmadı. Lakin arada mənim həyat
yoldaşım Elşənlə əlaqə saxlayıb. Elşənə deyib ki, “bilmirəm gələcəyəm, ya gəlməyəcəyəm...”

Aprelin 3-ü günortadan sonra, Bakıdakı qohumlar Amina ananı aldadaraq, Neftçalaya Aşağı Qaramanlıdakı evinə gətirdilər. Yolboyu
Aminə ana bacısı və qardaşı oğlundan nə baş verdiyini soruşdu. Axırda bacısı oğlu Tacir özünü toplayıb, çox çətinlikılə də olsa xalası Aminəyə
dedi: “... xala, sənə bir söz deyəcəm, Eliş yaralanıb... Elişi evə gətirirlər...”. Və Aminə xala əllərini başına gözünə-çırparaq haray çəkib, qışqırıb
ağlayıb ki, “yalan deyirsiniz, yaralını evə gətirməzlər, düzünü deyin, balama nə olub?!.”.

Elmidar Səfərov isə, anasına deməsə də qardaşı Elzibara öz sözlərini demişdi. Son günlər ermənilərin fəallaşmasından 217
şübhələnən kəşfiyyatımçılarımız , eləcə də çevik və qədərincə təcrübəli olan hərbiçi Elmidar, yenə də əməliyyata gedəcəyini bilirdi. Adətən ağır
əməliyyatlara getməzdən əvvəl qardaşı ilə görüşər, ona öz vəsiyyət və tövsiyyələrini edərdi. Bu dəfə isə həm dayısı oğlu, həm də bacısının əri olan
Elşənlə görüşərək, telefonunun, komputerinin kodunu və parolunu, və qardaşına çatacaq sözlərini yazıb vermişdi. Və bir də Elşənə tapşırmışdı ki,
anamdan muğayat olun.

Elzibar Səfərov (qardaşı) : “Elimdar ailənin dördüncü uşağı idi, biz üç bacı, iki qardaşıq. Uşaqlığımız elə də yaxşı keçməyib. İmkansız
idik. Atam xəstə olduğuna görə tək onun qazancı ilə bu ailəni dolandırmaq çox çətin idi. Elimdar orta məkəbdə oxuyanda mənimlə birlikdə
dərsdən sonra kənddəki daş karyerində işləyirdik. O, məndən dörd yaş kiçik idi, amma bədəncə məndən çox böyük, cüssəli idi. Mən hərbi
xidmətdən gələndən sonra onu tanımadım. İdmanla məşğul olduğu üçün çox qüvvəli olmuşdu. Elmidar orta mktəbdə oxuyarkən, boş vaxtlarında
daş karxanasına gedib, ailəmizə kömək edirdi. Biz iki qardaş çalışırdıq ki, bacılarımız da, anamız da az əziyyət çəksinlər. Çünki zəmanə də ağır
idi, dolanışıq da. Bir parça çörək tapanda Tanrıya şükür edirdik. Elə vaxt olurdu ki, anam qazanda bişirməyə ərzaq tapmırdı. Mən əsgərlikdən
qayıdandan sonra, 2009-cu il oktyabrın 1-də Elmidar əsgər getdi. Ən böyük arzusu hərbçi olmaq idi. Özü də evdə idmanın hər növü ilə məşğul
olurdu. Rayon mərkəzinə idman zalına gedib, orada idmanın karate növünü öyrənirdi. Onun bir devizi var idi: “İnsan həyata bir dəfə gəlir, Allah
eşqinə gərək düzgün və əməli saleh yaşayasan. Bacarırsan yaxşılıq et, özündən gücsüzə, yazığa kömək ol”. 6 ay idi ki, hərbi xidmətdə idi, mənə
zəng vurub dedi ki, hərbidə qalmaq istəyir. Xüsusi Təyinatlı Qüvvələrdən gəlib sınamışdılar. O, sınaqlardan uğurla keçib, normativləri yerinə
yetirmişdi. Anamdan halallıq istədi ki, ona gizir kimi fəaliyyətə başlamağa icazə versin. Anam da onun arzusuna qarşı gedə bilmədi. Xeyir-dua
verdi ki, vətənimiz üçün, elimiz üçün xeyirli əsgər olsun.” Son dəfə mart ayının 28-i görüşdüm onunla. Mənə zəng vurub dedi ki, təcili görüşmək
lazımdır. Təlimə gedir. Yola çıxdım, yol üstündə görüşdük. Dedi ki, ana Bakıdadır, onlarla görüşüb, indi mənimlə görüşməyə gəlib. Nə biləydim
ki, son görüşümüz imiş... Şəhidlik uca zirvədir. Hər kəsə qismət olmur. O bizim ailənin başını uca elədi. Qardaşımla fəxr edirəm. Hamı köçəcək
bu dünyadan, kimsə bu dünyada əbədi deyil, ancaq şəhid olmağı Tanrı hər kəsə qismət etmir. Qardaşımın şəhadətə yüksələndən sonra, dostları,
döyüş yoldaşları onun haqqında bilmədiklərimi və necə həlak olmasını danışdılar. Bizim Ordunun xüsusi təyinatlıları son illər düşmənə qan
uddururdular. Qardaşım ən çətin əməliyyatlarda iştirak edirdi, qrup başçısı kimi gedirdi. Mart ayında düşmənə cavab olaraq, onların hərbi
texnikasını məhv edərək, öz qrupu ilə yağılara sarsılmaz zərbələr endirmişdi.

Döyüşdən əvvəl öz qrupu ilə əməliyyata gedən Elmidar səhər obaşdan baxıb ki, ermənilərin Ural, UAZ və Niva maşınları kəndə sarı gəlir.
Arxadan tapşırıq alan Azərbaycan Ordusunun əsgərləri bu erməniləri avtomobillər qarışıq məhv etməliydilər. Bir göz qırpımında düşmənin üzərini
şahin kimi alıblar. Nivada ermənilərin yüksək çinli zabiti olub. Elmidar və döyüşçü dostları zabiti və onun yanındakıları məhv ediblər. Həmin gün
Elmidargil maşındakı silahları və Talış kəndi istiqamətində erməni hərbiçiləri üçün aparılan qənimətləri də ələ keçirərək, bizim əsgərlərə
çatdırıblar. Bir neçə dəqiqənin içində Elmidar düşmənin üç texnikasını məhv edib.

Elmidar həm də ağır atıcı silahdan bacarıqla istifadə etməyi, özündən qabaqdakı əməliyyatçıları müdafiə etmək qaydalarını gözəl bilirdi.
Aprelin 2-dən sonra güclü itkilərə məruz qalan erməni ordusu, çaşqınlıq içərisində Azərbaycan Ordusunun üzərinə 19 tank yeridib. Həmin 19
tankın 14-nü bizim XTQ-çilər elə Talış kəndi ətrafında məhv etməyə müvəffəq olublar.

Qardaşım dostluğa sadiq, mərd bir oğlan idi. Əslində bütün taborda hamı onun hörmətini saxlayırdı. XTQ-çilərin hamısı bir-biri ilə bir
candakı ürək kimi dost olurlar. Onlar bir-birinə inamlı, etibarlı olmasalar, irəliyə gedə bilməzlər. Talış yüksəkliyinin geri alınması bir zamanlar
dillərdə dastan, qəhrəmanlıq tarixi kimi qalacaq. Həmin döyüşdə fərqlənənlərdən biri də qardaşımın rəhbərlik etdiyi qrup olub. Talış kəndində

təmizləmə işləri aparandan bir az sonra, səhərə yaxın qarşıda özünü ölülüyə vuran erməni qəflətən döyüşçümüz Dilsuzu vurub, Dilsuz Elmidarın 218
gözləri qarşısında həlak olub. Elmidar da həmin andaca ermənini məhv etmişdi.

Dilsuz vurulandan sonra Ravil Novruzov və Elmidar önə keçərək, bir az da kəndin içərilərinə doğru irəliləyiblər. Ravil qabağa keçərək,
yeni mövqeni ələ keçirib. Və elə bilib ki, qarşıdakı DOD-da daha kimsə yoxdur. Oyuq kimi yerə keçən Ravil qarşısında bir yaralı erməni görüb.
Erməninin əli tətikdə imiş. Ravil onu gülləbaran edib, bu zaman yaralı erməni döyüşçüsünün ağrıdan əli tətiyə sıxılıb və açılan güllələr Ravilə
dəyib. Bundan sonra Elmidar daha da qəzəblənib, irəliyə keçərək, sonuncu erməni qarşısına çıxana qədər vuruşmaq istəyib. Və Ravilin qanını
almaq üçün qarşısına çıxan postdakı əsəgərlərin hamısını gülləbaran edib. Ravilin şəhidliyindən bir az sonra, onun qanını əsl dost kimi ala
bilmişdi. Əslində döyüşün birinci günü Elmidar öz üzərinə düşən əməliyyat planını həyata keçirmişdi, o qayıdıb arxa cəbhədə rahat otura bilərdi.
Lakin Vətən torpaqlarının azad olunması kimi qürurverici bir döyüşdə sona qədər iştirak etmək üçün o yenidən qabaqda olan dostlarının yanında
olmuşdu.

Bizim döyüşçülərlə üzbəsurət gələ bilməyəcəyini yəqin edən düşmən sonradan Ordumuzun yerləşdiyi hissələrə ancaq ağır artilleriya
silahlarından atəş açırdı. Həmin top mərmilərindən biri də Elmidar Səfərovun dayandığı mövqeyə düşmüş, qəlpələr onu başından yaralamışdı. 8
saat yaralı qaldıqdan sonar keçinib. Dostları onu qollarının üstünə alaraq, döyüş meydanından çıxarmışdılar...

Onun xatirəsinə məscidin həyətində abidə tikdirdik. Elimdara görə verilən pulla məscidi təmir etdik. Çünki bu onun arzusu idi. Özü namaz
qılıb, oruc tutan adam idi. Biz iki qardaş ibadət əhliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz çox sevinirik ki, sizin kimi adamlar onları
xatırlayır, döyüş yollarını işıqlandırırsınız.”

Hatəm (dostu): "O, həmişə rayona gələndə birinci məscidə gəlirdi, sonra atasının qəbrini ziyarət edib sonra evə gedirdi. Elimdar çox güclü
uşaq idi. Elimdarın cənazəsini məscidə gətirəndə bütün kənd camaatı səhərə kimi onun cənazəsinin yanında oturdu. Ötən il oktyabr ayında mənə
dedi ki, bir balaca fürsət gözləyirik ki, bizə komanda verilsin və ermənilərə hücum edək. Biz onlara göstərəcəyik döyüş necə olur. Elə də oldu.
Elimdar şəhidlik zirvəsinə ucaldı. Elimdar şəhadət məktəbin dərk eləmişdi və o, bilirdi şəhidlik nədir. O, gözünü qırpmadan vətən uğrunda
canından keçdi. Bu onun arzusu idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Döyüş yoldaşları: “Elmidar hər dəfə doğum gününü erməni tapdağında olan yurdlarımızda kəşfiyyat əməliyyatlarını yerinə yetirərək qeyd
edirdi, həmin günlərdə kəşfiyyata getməyi özünə şərəf bilirdi. Öz ad gününü əməliyyatda keçirəndə deyirdi ki, hər adama öz doğum gününü
Vətənin işğalda olan torpaqlarında keçirmək qismət olmur. Dəfələrlə pusquya düşmüş qrupu çətin vəziyyətdən qurtarmışdı. Elə bil ki, havanın
ətrindən, gecənin rəngindən, küləyin istiqamətindən duyurdu hər səsi. İstiqaməti o qədər düzgün və doğru təyin edirdi ki, hesablamalarında heç
vaxt yanlışlığa yol vermirdi. Nə zaman əməliyyata gedirdisə, uğurla qayıdırdı. Onun əməliyyatları xidmət etdiyi taborun “Son dərəcə məxfı”
qovluğunda xüsusi yer tutur. Elmidarla əməliyyata gedəndə çox arxayın olurduq. Onun ilahi bir gücü-qüvvəsi vardı. Tanrı ona şir-pələng gücü
vermişdi. Çox güclü idi, onun qollarını heç kim qatlaya bilməzdi. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi.192 sm boyu ilə hamıdan
hündür idi. Dünyada hamıdan çox anasını istədiyini, onunla nəfəs aldığını deyirdi. Anasına və ailəsinə çox bağlı idi. Bu yay evlənəcəkdi. Elmidar
yaddaşımızda mərd, cəsarətli, dost yolunda canından keçən, vətənpərvər, dürüst bir hərbçi və insan kimi qaldı. Ömrünü “Aprel döyüşləri”ndə
xalqına, vətəninə bağışladı. ( A.Eyvazlı.https://modern.az/az/news/152086).

Elmidar Səfərovun şərəfinə Neftçalanın Aşağı Qaramanlı kəndində park salınıb, parkda şəhidin büstü qoyulub.Şəhidin adının
əbədiləşdirilməsi təşəbbüsü onun qardaşı Elzibar Səfərov və hərbçi dostları tərəfindən irəli sürülüb.

Ailə üzvləri deyir ki, Elmidar Səfərov sonuncu dəfə ötən ilin martın 28-də evə gələrək özünün “Vaz-2106” markalı avtomobilini qardaşına əmanət
edir. Aprelin 1-də isə dayısı oğluna zəng edərək bircə kəlmə deyir - "Bizim üçün dua edin"! 24 yaşında şəhidlik zirvəsinə ucalan qəhrəman
prezident ilham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medala layiq görülür. İndi Elmidar təkcə
doğulduğu ailənin deyil, bütün Azərbaycanın igid oğlu kimi könüllərdə yaşayır.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

219

220

221

GİZİR ORXAN KAZIM OĞLU HÜMBƏTOV

“Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir keyfiyyət.” ( L.İ.Brejnev)

Doğum tarixi: 4 noyabr 1992-ci il. Şəki rayonu, Kiş kəndi.
Vəfat tarixi: 2 aprel 2016-cı il. Ağdərə uğrunda.
Dəfn edilib:. 5 aprel 2016-cı il. Şəki rayonu, Kiş kəndi.
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Subay idi.

222

Orxan Hümbətov 1992-ci ilin 4 noyabr günündə Şəki rayonunun Kiş kəndində anadan olub. Gizir Orxan Hümbətov 2016-cı ilin aprel
ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i isəOrxan Hümbətov
doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif

edildi.(https://az.wikipedia.org/wiki/Orxan_H%C3%BCmb%C9%99tov).
Pərvanə Hümmətova (anası): “Mənim balam şəhid olub, ancaq internetdə Allahını unudan adamlar ağızlarına gələni yazırlar. Deyirlər ki,

sağdır. Oğlum həlak olmamışdan telefonunu itirib, o da hansısa dələduzun əlinə keçib... İndi balamı ağızlarda söz edirlər. Yaxşını yaza bilmirsən,
pisi də yazma. Qarabağı tanımayan vicdansız əclaflar, torpağı özünə Vətən bilməyənlər... Get sən də döyüş, torpaq hamımızın torpağıdır. Arvad,
kişi, balaca, böyük, hamının torpağıdır. Mənim oğlumun 24 yaşı təzə tamam olmuşdu, şəhid oldu, get vuruş, sən də şəhid ol Vətən yolunda, ya
qəhrəman ol qayıt. Ancaq pis iş görmə, böhtan danışma... Mənim şəhidim, dövlətim, oyuncaq deyil. İki oğlum var. Böyük oğlum Vüsalın 29 yaşı
var. İnstitutu bitirəndən sonra diplomu evin bir küncündə qaldı, heç yerdə iş tapmadı, iş vermədilər. Axırda gedib keçən il hərbiyə yazıldı. İndi

işləyir. Elə qardaşı Orxana baxıb, hərbçi oldu. Orxanı isə gücümüz çatmadığından heç yerdə oxutmadıq. Ancaq məktəbdə yaxşı oxumağı olmasa 223
da, həmişə Kiş kəndindəki Heydər Əliyev adına məktəbin gözü oldu. Güləş, amsterlinq - qol yarışlarına gedib, medallar, fəxri fərmanlar, diplomlar
gətirərdi. Birinci oldu, birinci yerləri qazandı, həmişə Azərbaycan bayrağını qaldırdı. Böyük oğlum Vüsalın toyuna hazırlaşırdıq. Yer də
danışmışdıq. Gəlinin toyu iyunda, bizimki isə sentyabrda olacaqdı. Gəlinin dəvətnamələri paylanmışdı. Orxan tikinti dəm-dəstgahı alıb tökdü ki,
toya qədər ev tikək, gəlini yaraşıqlı evə gətirək. Dedi ki, çatmayan pulu bankdan götürəcək. Qardaşı üçün elçiliyə də Orxanın köməkliyi ilə getdik.
Neçə dəfə Vüsal elçi göndərmək istəsə də, əlimizdə-ovcumuzda imkan olmadığından getməmişdik. Onda Vüsal 1 ay idi ki, işləyirdi. Bir gün Vüsal
zəng vurub istədiyi qız ilə danışırdı, birdən qıza dedi ki, anam sabah elçi gələcək. Çox narahat oldum. Dedim ay oğul, qız istəmək asandırmı?
Mənim hələ qız qapısına getməyə imkanım yoxdur. Sonra ana-bala qərara gəldik ki, Orxana zəng vuraq. Evimizin böyüyü elə bil Orxan idi. Zəng
vurdum, dedim Orxan qardaşına elçi getmək istəyirik, pul lazımdır. Səhəri günü 400 manat göndərdi. Sonradan qız qapısına neçə dəfə getdiksə,
bayramlıq, xonçalıq pulları Orxan verdi. Elə sevinirdi, elə hazırlaşırdı ki,qardaşının toyuna... Ona deyirdim ki, qardaşından sonra səni
evləndirəcəm. Deyirdi ki, yox ay ana, mənə hər qız gəlməz. Mənim ailə quracağım qız, gərək hər vaxt mənim ölüm xəbərimə hazır olsun...

Bu oğlumla üz-üzə etdiyim son söhbətim oldu. Aprelin 3-ü axşam saat 9-un yarısında danışdıq onunla. Atası ilə birlikdə soruşduq ki,
neyləyirsən. Cavab verdi ki, kursdan gəlmişəm, yatıram. Bizi aldatdı. O heç yalan danışmamışdı. Torpağın, Vətənin xətrinə mənə yalan dedi.Ahu
gözlü balamın mənalı baxışları, xırda gülüşləri var idi. Güləndə gözləri süzülərdi. Heç doymadım qucaqlamaqdan, boyuna baxmaqdan. Axırıncı
dəfə evə gələndə qucaqlamaq istədim çiyinlərini, qollarım bir-birinə çatmadı. Özünü sıxıb balacalaşdırdı, sonra ürəyimə sıxdım Orxanı. Gedəndə
çörək dişlədib qoydum evə ki, qayıdıb yeyəcək. Adətən bizim tərəflərdə səfərə çıxan adamın salamat qayıtması üçün, əzizləri ona çörək
dişlədərlər... O çörək elə də durur orda... Qardaşını yaman çox istəyirdi. Vüsal evə on dəfə də girib çıxsa, hər dəfə Orxan onun üçün ayağa durardı.
Atalarının yanında nəfəslərini də çəkmirdilər. Onları o qədər mehriban böyütmüşəm ki... Onlar uşaq olanda, ataları çox vaxt burada olmurdu.
Rusiyaya çörək pulu dalınca gedirdi. İndi köhnəlmiş bu bir otaqlı, bir eyvanlı evimizi də o Rusiyanın pulu ilə tikmişdik. Bu uşaqlar nə qazansalar
gətirib atalarına verərdilər. Sonra xərclik üçün pulu məndən istəyərdilər. Deyirdim ay bala, vermisiniz, özünüz istəyin atanızdan... Belə, böyük-
kiçik yeri bilən, abırlı həyalı uşaqlar böyütmüşəm. Orxan uşaq vaxtı böyürtkən yığıb, turistlərə satırdı. Alveri yaxşı olanda evə sevinə-sevinə
gəlirdi.Müharibə illərinin pis vaxtları idi. Aclıq var idi ölkədə, dolanışıq çətin idi. Qazandığı pulla özünə, qardaşına məktəb paltarı alırdı. Birdən
evdə heç çörək də tapmırdıq. Bir də görürdüm ki, böyürtkən satıb, çörək gətirib. O yavan çörəyə tabe olurdular. Elə vaxt olurdu, o yavan çörəyi
onlara yedirib, özüm ac yatırdım. Biz o uşaqları elə çətinliklə böyütdük.Hərb sənətini yaman sevirdi. Deyirdi ki, ana, mən general olacağam. Nə
vaxt evə gəlirdisə, çəkmələri, paltarları palçığın içərisində olurdu. Deyirdim ki, ay bala, siz elə palçıqda təlim keçirsiniz. Bir dəfə də palçıqlı
çəkmələrinin torpağını təmizləyib, bir torbaya yığıb dedi: “Ana, Şəkidə Qarabağın torpağını Kiş kəndinə gətirən bir nəfər varsa, o da mənəm”.
Torpağı yığıb mənə verdi, dedi ki, Şuşa alınınca, saxla.” (Şükür olsun bu günə Şuşa artıq azaddır-A.S.)

Mən də rəhmətlik anamdan eşitmişdim, anasına çox bağlı olan övlada bir acı dəyəndə, ananın qarnının içi yanar, sızıldayar. 1 həftə öncə,
bədənim yanırdı. Bədənimə su tökdüm ki, bəlkə sərinləsin... Əlacı olmadı. Gedib dərdimi qonşuya danışdım ki, bədənimin istiliyi mənə imkan
vermir. Aprelin 4-ü səhər yoldaşım Kazımdan soruşdum ki, cəbhə bölgəsindən nə xəbər var. Kazım dedi ki, televizorda dedilər ki, 3 nəfər gizir

şəhid olub. Rahatlıq tapammadığımdan həyətə çıxıb, ot-ələfi təmizlədim ki, başım qarışsın. Zibili aparıb, kədin kənarına atanda, əllərimi göyə 224
qaldırıb, döyüşlərdə həlak olan şəhidlər üçün ağladım, dua etdim onlara. Bu vaxt kənd bələdiyyəsindən olan nümayəndə məni görübmüş, amma
qayıdıb gedib. Bələdiyyə işçilərinə deyib ki, Orxanın şəhid olmaq xəbərini ailəsinə çatdıra bilmədim. Çünki qadın əlini göyə qaldırıb, əsgərlər
üçün Allahdan mərhəmət istəyirdi. Beləcə həmin gün axşama qədər kəndin bir çox adamı bu qapıya gəlib, geri qayıdıb. Hə, oturub televizora
baxanda, şəhidlərin şəkillərini görüb yana-yana elə ağlayıram... Öz-özümə deyirəm ki, sizin ananız ölsün, necə dözəcək ayrılığınıza...Torpaqla
danışırdım, deyirdim ki, ay torpaq, neylədin bu cavanları, heç heyfin gəlmədimi?! Ayağa durub, Kazımdan soruşdum ki, ay kişi, bilmədin o ölən
gizirlərin adı nədir, kimdir? Ancaq Orxan nə atasının, nə də mənim ağlıma gəlmirdi, elə bilirdim ki, təlimdədir. Yenə durub çıxdım həyətə, əlimi
göyə açıb dedim ki, ay Allah sən hamının balasını salamat qaytar, mənim Vüsalımla, Orxanım da onların içərisində. Qonşum Bənövşə gəlib
televizoru söndürdü. Dedim, ay qız, dəli olmusan, bu nədir, televizoru niyə söndürürsən, qoy xəbərlərə baxaq. Şəhidlərin adını deyəcəklər. Arvad
televizoru söndürüb, qaça-qaça getdi. Durub onun dalınca çıxanda, baxdım ki, qaynım darvazadadır. Məni görcək “evimiz yıxılıb” - deyib, başına
döydü. Qışqırdım ki, Vüsala nə olub?! Dedi Vüsal deyil, Orxandır. Özümü o hündür pilləkəndən yerə çırpdım. Vurdum eyvanın pəncərələrini
sındırdım. Bir də gördüm balamın tabutunu bayrağa büküb gətirirlər. Əlimin qanı balamın büküldüyü bayrağa qarışdı. Bundan da ağır dərd olar?!
Sən demə dünən gecədən bütün kənd bilir, gəlib bizə deməyə ürək eləmirlər. Sonra bildik ki, oğlum Ağdərə uğrundakı vuruşlarda qəhrəmanlıqla
həlak olub. 14 nəfər qarşıda həlak olan hərbçiləri çıxarmaq üçün gedəndə, düşmənin atdığı qəlpədən yaralanıb. Polkovniklər - Raquf Orucov,
Qobustanlı gizir Orxan Müstəcəbov, Qəbələdən olan gizir Sahil Şirinov, Dəhnə kəndindən Vüqar Süleymanov... və başqaları da onlarla birlikdə
həlak olublar. Qobustandan olan Orxan mənim Orxanımın meyitini çıxarmaq istəyəndə, onu da vurublar. Onlar ikisi də yaşıd imişlər.

Orxan meymun ilində doğulmuşdu. Bəzən adamın öz ili özünə düşmür. Bu il də meymun ilində təhvil olmuşdu. Vüsal da, Orxan da çox
vaxt bu qapıdan qoşa girərdilər. Dünən Vüsalı qucaqlayıb deyirəm ki, hanı Orxan? Vüsal deyir ki, ana bundan sonra məni iki dəfə bas bağrına,
Orxan mənim içərimdədir, hiss edəcək. Mənim varlığıma köçüb.”(https://www.aznews.az/news/cemiyyet/109774.html).

Kazım Hümbətov (atası): “Bu evin təməlini qoymağa elə Orxanla birlikdə başladıq. Gücümüz çatan tikinti materiallarını da alıb
tökmüşdük həyətə. Oğlum şəhid olanda bu həyətə Şəkidən, başqa rayonlardan 4800 adam gəldi. Həmin adamların içərisində eloğlumuz Mili
Məclisin deputatı Cavanşir Feyziyev də var idi. Uşağın üç mərasimi günü kənd sovetindən həyətdəki evin təməli haqqında soruşub, deyiblər ki,
Orxan başlamışdı. O da həmin evin tikintisini öz üzərinə götürdü. Kəndimiz Qarabağ döyüşlərində Orxanla birlikdə 9 şəhid verib. Kənd
qəbirstanlığındakı həmin 9 şəhid məzarının üstünü götürüb, hamısını mərmər etdi. Tanrı köməyi olsun.”

Vüsal (qardaşı): “Hələ körpəlikdən anamdan “qaqaş” istəmişəm. Kənddə hamının evində uşaq görəndə gəlib ağlayardım. Mənim 6 yaşım
olanda qardaşım dünyaya gəldi. Əmim qızının yanına gedib ad qoyma kitabındakı adları axtardıq. İndiyə kimi yadımdadır. Orxan adının üstündə
dayandıq. O zaman həm də türk aktyoru Orxan Gəncəbayın kinoları dəbdə idi. Bir də əmim qızı kitabdan Orxan adının mənasını oxuyub dedi ki,
“Ordu xanı” deməkdir. Sevindim. Dedim qoy, qaqaşım böyüyüb ordu xanı olsun. 5-ci sinifdə oxuyandan beyninə girmişdi ki, hərbçi olacaq. İki
dəfə hərbçi olmaq üçün imtahan verdi. İdman normativlərini yerinə yetirdi, testdən keçmədi. Əsgəri xidmətini başa vurub qayıdandan 1 il sonra
gedib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar hissəsinə yazıldı. Dəfələrlə təlimlərdə fərqlənmişdi. Türkiyədə xüsusi təlim kursunu

uğurla başa vurmuşdu. NATO-nun sülhməramlı dəstəsində iştirak etmişdi. Mavi beretlilərdən idi. NATO-nun növbəti Azərbaycandakı hərbi təlim 225
kursunu aprel ayında bitirəcəkdi. Məndən kiçik olsa da, ondan çox şey öyrənirdim. Arxam, dayağım idi. Ona ideal bir şəxsiyyət kimi baxırdım. Bir
ölçü vahidi tapmıram ki, aramızdakı münasibəti dəyərləndirim. Tən idim, yarımçıq qalmışam. Aprelin 3-ü axşam saat 9-da mənimlə danışıb,
özümdən muğayat olmağı tövsiyə etdi. Heç fərqinə də varmadım sözlərinin deyilişinə. Ancaq adətən belə danışmazdı. Fikirləşdim ki, təlim
kursundadır. Sən demə, anamgildən sonra mənimlə danışıb, vida görüşü edirmiş. Özüm də hərbçiyəm. Mənə deyəndə ki, qardaşın şəhid olub,
inana bilmədim. Onun yoxluğunu dərk edə bilmirəm. Deyirəm bəlkə yalandır, bəlkə qayıdacaq, gözüm telefonda qalır ki, bəlkə zəng edəcək...
Telefonumuzun danışıq balansı bitəndə ya o məndən, ya mən ondan xahiş edirdik ki, balans yükləyək. Dünən də elə oldu, telefonumun balansı
bitmişdi, götürüb Orxana zəng vurmaq istədim ki, balans yükləsin... Amma birdən hiss etdim ki, yoxdur axı... bilirsiniz, o yoxluq necə olur? Səsi
yoxdur, özü yoxdur... onu bir dəfə qucaqlamaq, ətrini duymaq üçün dünyamı verərəm, ancaq yoxdur Orxan... Yoxluğuna inanmasam da ... yoxdur!
Təkcə adının şəhidlər siyahısında olduğundan rahatlıq tapıram. Təki onların qanını ala bilək.”

Orxanın feysbuk hesabındakı maraqlı bir qeydi sizinlə paylaşıram: “Xüsusi əməliyyatlar üçün xüsusi insanlar vardır. Qarşıdakı düşmən
dəstəsi sizdən sayca üstün ola bilər. Lakin düşmənin sayca üstün olması Xüsusi Təyinatlılar üçün heç bir şey ifadə etməz. Önəmli olan sayca
üstünlük deyil, Xüsusi Təyinatlıların öyrəndikləri hərb sənəti, bir-birinə olan bağlılıqları və əməkdaşlığın güclü olmasıdır... Xüsusi Təyinatlılar
düşmənin heç gözləmədiyi anda və zəif nöqtəsindən vurur və düşmən dəstəsi geri çəkilmək, dağılmaq məcburiyyətində qalır. Xüsusi Təyinatlılar
elə buna görə qeyri-mümkünü bacaran bir ovuc qəhrəman olaraq xatırlanar. (https://www.aznews.az/news/cemiyyet/109774.html.Aida Eyvazli

AzNews.az).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

226

((Şəhidimizin anası Pərvanə xanım)

227

GİZİR NURLAN RASİM OĞLU ABDULLAYEV

“Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o,
özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın.”

( M.F.Axundzadə)

Doğum tarixi: 14 fevral 1994-cü il. Zərdab rayonu, Böyük Dəkkə kəndi. 228
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində gedən döyüşlərdə.
Dəfn edilib: 5 aprel 2016-cı il. Zərdab rayonu, Böyükdəkkə kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay olub. Ailənin tək oğlu idi.

14 fevral 1994-cü ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində doğulub, elə həmin kənddə də
orta məktəbi bitirən gizir Nurlan Rasim oğlu Abdullayev 2012-ci ildə Naxçıvanda əsgəri xidmətini başa
vurduqdan sonra Müddətdən Artıq Hərbi Xidmətə gedir. Ailənin yeganə oğul övladı, Tərtər bölgəsində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atası II qrup əlil olub. Atasının müharibədə aldığı yaralar
həmişə onu düşündürüb. İlk dərslərini Bakıda Hərbi Kursantlıq məktəbində keçib. Hətta bir dəfə gedib
Mübariz İbrahimovun yatdığı otaqda, çarpayıda da yatır.
Gizir Nurlan Abdullayev Cənab Ali Baş Komandanın “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli
medalla təltif edilmişdir.

Rasim dayı (atası): “Nurlanın cənazəsini gətirənlər deyirlər ki, Nurlan Raquf komandirin
sevimli əsgəri olub. “Bəs hanı o komandir?” deyəndə, oğlumun döyüşçü dostları dedilər ki, “elə Nurlan Raquf komandirlə birlikdə şəhid olub.”
Raquf komandirin yanında Nurlan tam dəyişmişdi. O əmin idi ki, Raquf Orucovun yanında yaxşı zabit, kəşfiyyatçı olacaq. Komandirləri də buna
inanırmışlar. Əks halda onu hansısa təlimləri keçməyə göndərməzdilər. Ailəmizdə Nurlan boyda, cüssədə (1,85) ikinci uşaq yoxdur. Nurlan
Ağdərə ətrafında döyüşüb, şəhid olub. Ölümünə qədər hamı onu yaxşı dost, övlad, məhlə uşağı, sadə əsgər bilirdi. Adamlara işi və rütbəsi
haqqında danışmazdı. Deyirdi ki, “komandir tapşırıb ki. gördüyünüz işin böyüklüyü qədər özünüzü kiçik görün”. Deyirdik ay bala sənə hərbi
forma gözəl yaraşır. Bir dəfə kəndin içinə formada çıx. Deyirdi ki, “ata ayıbdı, mən geyimimdən istifadə etsəm bu yaxşı olmaz. O geyimin yükü,
məsuliyyəti ağırdır.” Daha biz də geyimlə bağlı bir şey istəmirdik ondan.

Evə sonuncu dəfə döyüşdən az əvvəl gəlmişdi. Qızımın toyu idi. Nurlansız olmazdı. Zorla icazə alıb gəlmişdi. Bir bacı, bir qardaş idilər.
Hər gün bacısının hal-əhvalını soruşurdu. Qardaşının nə yazdığını qızım demirdi heç vaxt bizə. Sanki havada gəzir. Məndən utanır, amma anasına
deyib ki, Nurlan qoymadı məni xoşbəxt olmağa, onu bağışlaya bilmirəm.

Həmişə qol saatı qolunda yatardı. Nə qədər edərdik çıxarmazdı saatı qolundan. Deyirdi orda olmasa yata bilmir. Bir dəfə də həyətdə iş
görürdüm. Birdən “a gədə qolum qırıldı” deyə bir səs eşitdim. Gəldim ki, anası saatı qolundan açmaq istəyib. Nurlan da yuxulu olub ani olaraq
evdə olduğunu unudub. Anasının biləyindən tutub. Saat biləyini də incidib hələ. İndi də yara sağalmayıb. Anası o yaranı sığallayır. Deyir Nurlanın
son hədiyyəsi oldu bu mənə.

Bacısının toyuna bir neçə gün qalmış uzanıb dincəlirmiş, anasına deyib ki, darıxıram orda sənsiz gəl biraz yanımda uzan, yoxsa çıxıb
gedəcəm. 5 saat anasının qollarında yatıb.

Təzəcə ev tikdirirdi əmisilə köməkləşib. Nəsib olmadı.”
Afət xanım (anası): “Balam uca boylu, enli kürəkli idi. Eldə-obada onu sevməyən yox idi. Vətənsevər idi, alicənab idi. Balam
məzuniyyətini bitirib hərbi hissəyə gediridi, ayaqqabılarını təmizləyirdim. Geyinib məni ürəyinə sıxdı. Dedi ki, “ana mən sizdən doymuram, dedim
ki evdə qalaydın doyaydın da”. Nə bilim ki, balam ayrılığı duyubmuş. Bilsəm getməsin deyə ayaqlarına yıxılar, başına dolanardım.”
Nurlanın bütün əşyaları həyətdəki əmisinin (orda yaşamır) evində olduğundan elə bilirəm ki, Nurlan ordadır.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

229

(Nurlan Abdullayevin valideynləri)

230

GİZİR RAVİL ELMAN OĞLU NOVRUZOV

“Amal uğrunda ölmək-əbədi yaşamaqdır.”
(Şeyx Məhəmməd Xiyabani)

Doğum tarixi: 5 sentyabr 1986-ci il. Xızı rayonu. 231
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində
Dəfn edilib: 4 aprel 2016-ci il. Xızı rayonu, Giləzi kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilib.

Subay idi.

5 sentyabr 1986-cı ildə Xızı rayonunun Giləzi kəndində anadan olan gizir Ravil
Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma
zamanı qəhrəmancasına şəhid olmuşdu. Aprelin 4-ü isə Ravil Novruzov doğulduğu Xızı
rayonunun Giləzi kəndində dəfn olunmuşdu. Ravil Novruzov ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi
xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

(https://az.wikipedia.org/wiki/Ravil_Novruzov).

Nargilə xanım (anası): "Ravilin 30 yaşı var idi. Toyuna hazırlaşırdım. Fikirləşirdim ki, daha bu il məcbur da olsa evləndirəcəyəm.
Balalarıma fərq qoymuram. Kənd adamıyıq. Uşaqlarımın hamısı zəhmətkeşdir. Ravil lap zəhmətkeş olub. Əsgəri xidməti başa vurandan sonra iki
il Sumqayıtda şirkətdə mühafizə xidmətində işlədi. Bütün qazancını evə xərcləyirdi. Onun əli iş tutandan bəri, güzəranımız az-az yaxşılaşırdı. Bu
həyətin daş hasarını, evin qabağındakı artırmanı onun zəhməti hesabına başa gətirmişik. Bağçada-bağda, əkilən ağacların hər birində balamın əl
izi, zəhməti var. Bu il martın 19-u bir də gördük ki, qonaq otağı və mətbəx üçün stol və stul dəsti alıb gətirdi. Dedim ki, ay bala, niyə əziyyət
çəkirsən. Həmin mebelləri yasında işlətdim. Sonuncu dəfə onların hərbçi dəstəsini yaxınlığımızdakı hərbi hissəyə gətirmişdilər. İki gün keçmədi
evə gəldi, dedi ki, 3-4 günlüyə bizi dərs keçməyə aparırlar. Dedim ki, ay bala, nə çox dərs keçirlər. Həmin gün dostunun maşınını özü sürüb
həyətə gətirdi. Onu heç vaxt rol arxasında görməmişdim. Maşının qapısını açıb düşəndə, maşın açarları da əlində idi. Gördüm ki, balama maşın

elə gözəl yaraşır ki, gözümə şirin gəldi. Dedim ay oğul, sənə maşın nə qəşəng yaraşdı. Birini də sən al. Dedi , alacağam. Balamın çox arzuları var 232
idi. Bizim hamımızın könlünü görürdü. Atasının, qardaşlarının, bacısının əyin-baş paltarlarını alırdı. Hamını sevindirirdi. Bir dəfə də hərbidən
gəlib dedi ki, ana gözlərini yum, sənə sürpriz edəcəm. Bir də hiss etdim ki, boğazıma boyunbağı bağlayır. Qızıl boyunbağı almışdı mənə. Sonuncu
dəfə görüşümüzdə isə mənə iki köynək gətirmişdi: biri xına rəngində, biri qara. Dedim ay Ravil, bu qaranı niyə almısan. Dedi ki, istəmirsənsə,
aparıb verim xalama. Həmin köynəyi balamın yasında geyindim. Aprelin 2-si Aygün dedi ki, ana, Qarabağda müharibə başlayıb. Ürəyim qırılıb
ayaqlarımın altına düşdü. Ravilə zəng vurduq, zəng çatmadı. Kəndimizdən olan xüsusi təyinatlı dəstədə təlim keçən bütün cavanların evinə gedib
soraqlaşdım. Dostu Xaliqgilin də qapısını döydüm. Dedilər, Xaliq yaralanıb qospitalda yatır. Xaliqə zəng vurdum, sən demə ayağından yaralanan
Xaliqi döyüş meydanından çıxarıb, sonra, yenidən mövqeyə qayıdıb. Xaliq dedi ki, Ravil döyüş meydanındadır.Ravil heç bizə sirr verməzdi.
Deyirdim, ay bala işdə nə ilə məşğul olursan? Deyirdi dərs keçirik, idman edirik. Deyirdim ki, ay bala nə yaxşı işdir, qal işlə orada. Maaşı da
yaxşıdır. Çıxma o işdən. Nə biləydim ki, balam Vətənini azad etməyə hazırlaşır. Səhər saat 6-da onu yola salanda çıxdıq darvazaya, yolun
yarısına qədər getmişdi ki, geri qayıdıb, bankomat kartını mənə verib dedi ki, al bunu saxla. Dedim ay bala, sənin pul kartını neynirəm ki?! Dedi,
ay ana, otaqlar üçün qapılar sifariş vermişəm, pulun yarısı qalıb, birdən qapını gətirib, məni evdə tapmazlar. Ona görə, burdan pulu çıxarıb ustaya
siz verərsiniz. Sən demə oğlum bilirmiş ki, müharibə başlayır. Bilsəm ayaqlarına yıxılardım, yanımda saxlayardım. Amma fikirləşirəm ki, o Vətəni
məndən çox sevirdi. Həmişə onunla fəxr edirdim. İndi lap çox fəxr edirəm. Gələn hamı onun şücaətindən danışır. Nə qədər dostları var imiş
oğlumun. Elin, obanın, Vətənin bu ağır günündə Mehriban xanım biz şəhid analarını başına topladı. Məni düz Mehriban xanımın yanında
otuzdurdular. Əlimdən tutub, ovundururdu məni, neçə dəfə üzümdən öpdü. Elə ağlayırdı ki… O boyda prezidentin xanımı mənə təsəlli verirdi. Gör
oğlum məni hansı mərtəbəyə qaldırdı. Heç yatsam yuxuma da girməzdi ki, nə vaxtsa Mehriban xanımla üz-üzə gələcəyəm. Necə sadə xanımdır.
Hamımıza dedi ki, Vətən torpaqlarını azad edəcəyik. Şəhid övladlarımızın qanı yerdə qalmayacaq. "

Xalası: “Ravil hamımızın fəxri idi. Görürsən bu kəndi, hamı bir-birinə çox mehribandır. Qohumcanlı bacım balası, hansımızın bir
problemi olurdu özünü irəliyə verirdi. Çox kasıb yaşayan bir bacım da var. Ravil Novruz bayramı günlərində getmişdi onunla görüşməyə. Görüb
ki, qızı qızdırmanın içərisində yanır. Tez təcili yardım çağırtdırıb, həkimin pulunu verib.”

Aygün xanım (bacısı): "Üç qardaş bir bacıyıq. Ravil mənim həm qardaşım, həm dostum idi. Nə vaxt gəlsə, ev üçün yeni nəsə alıb
gətirirdi. Bayram günlərini bizimlə keçirdi. Cəbhəyə yola düşməmişdən əvvəl evə gəldi. Dedi ki, yol çantamı yığ. Hərbçi çantasına sabun,
şampun, təmiz paltarlar qoydum. Üst başını dəyişdirəndə, cibindəki xırda pulları çıxarıb, mənə verib dedi ki, bunları saxlayarsan. Ağlıma hardan
gələydi ki… Soruşduq hara gedirsən, dedi 3-4 günə qayıdacam, təlimlər başlayıb. Qardaşım həmişə sürprizlər etməyi sevirdi. Ötən il ad günümdə
mənə qızıl boyunbağı və üzük hədiyyə etmişdi".

Böyük qardaşı : "Hər qardaş Ravil kimi ola bilməzdi. Ravil və Mirzə qardaşım məndən kiçikdirlər. Aramızda pərdə var idi. Böyük-kiçik
yeri bilərdi. Az danışardı. Bütün sözü-söhbəti bacım Aygünlə idi. Bizim babalarımız da, əmilərim də hərbçi olublar. Qəhrəmanlıq nəsil
şəcərəmizdə var. Anamın atası Ağaverdi baba 1941-45-ci ildə müharibə başlayanda 70-dən artıq yaşı olub. Nənəm deyərdi ki, o heç vaxt evdə
oturmazdı. Giləzidə Dəmir yolu vağzalında vəzifə sahibi olub. Müharibə illərində Vətənə xidmətlərinə görə Qızıl medal və Lenin ordeni ilə
mükafatlandırılıb. Atamın atası, Mirzə Salman oğlu Novruzov da Böyük Vətən müharibəsi iştirakçısı olub. O müharibədə 7 il vuruşub. Berlinə
qədər gedib çıxıbmış. Ancaq boğazından bir dəfə faşist gülləsi ilə yaralanıb. Lakin müharibədən qayıdıb gəlmişdi. Təsadüfə baxın ki, Ravil də bu

döyüşlərdə elə babam kimi boğazından yaralanıb, snayperin atdığı güllə nəticəsində həlak olub. Əmilərimdən biri Sovetin Polşada və 233
Əfqanıstanda apardığı absurd müharibələrin iştirakçısı və veteranı idi. Məndən balaca idi deyə onu həmişə döyərdim”.

Xəyyam Həsənov (dostu): “Ravilin yoxluğuna heç inana bilmirəm. Ön cəbhəyə getməmişdən iki gün qabaq evlərinə gəlmişdi. Məni
çağırdı, balıq qızartdırmışdı. Heç yeməyini tək yeməzdi, süfrəsini tək açmazdı. Onunla oturub bir stəkan çay içmək də adama zövq verirdi.
Ümumiyyətlə, işinin xırdalıqları, keçirdikləri əməliyyatlar haqqında heç nə danışmırdı. Silahlı Qüvvələrdə Müddətdən artıq xidmət keçirdi. Onun
özü bir Ordunun qarşına çıxacaq qədər cüssəli-güclü, hazırlıqlı idi. Ancaq Müdafiə Nazirliyinin təltif etdiyi Fəxri fərmanlar, medalları haqqında
sevinclərini həmişə bizimlə bölşərdi. O həmişə birinci olmağı sevirdi”.( https://modern.az/az/news/100601).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Səmtimüəyyənetmə birinciliyi yarışları 20 ilə yaxındır ki, keçirilir. Səmtimüəyyənetmə
yarışları dağ, meşə, düzənlik, oyalıq və başqa təbii coğrafi relyeflərdə keçirilir. Yarış iştirakçıları həmin ərazilərdə kiçik miqyaslı xəritənin və
kompasın köməyi ilə məntəqələri ardıcıllıqla tapmalıdır. Bu yarışın əsas cəhəti odur ki, hərbi qulluqçular ilk növbədə xəritədən və kompasdan
istifadə etməyi yaxşı bilməli və yüksək fiziki hazırlığa malik olmalıdırlar. Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən
idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar. Ravil Novruzov da bu yarışların ən bacarıqlı və güclü
iştirakçılarından olar və birinici, ikinci yerləri qazanırdı.

Elvin Mustafayev (dostu): “Onun necə dost olmasını sözlə ifadə edə bilmirəm. Onunla dost olanlar bilir ki, Ravil necə vətənpərvər, igid
bir oğlan idi. Hamımız anamızı çox sevirik. Onun anasına sevgisi, qayğısı bir başqa idi. Deyirdi ki, ağır əməliyyatlarda adamın gözünün qabağına
ilk əvvəl ana, bacı, doğmalar gəlir. Sonra hərəkətə keçəndə unudulur bir müddət. Silahlı Qüvvələrdə iştirak etdiyi gündən bir dəfə də təlim
sirlərini, keçirdikləri əməliyyatları barədə söhbət açmadı, hər zaman Vətənə güvənirdi. Öz peşəsi ilə fəxr edirdi. Həmişə hərbçi paltarı geyinirdi”.

Bunu da qeyd edək ki, Ravil Novruzov aprel döyüşlərinə qədər Giləzi kəndinin ilk şəhidi olmuşdur.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

234

235

GİZİR TEYMUR SABİR OĞLU QASIMOV

“İgid özü üçün doğular, başqaları üçün ölər.”
(Tatar atalar sözü)

Doğum tarixi: 4 yanvar 1992-cı il. Göyçay rayonu, Çaxırlı kəndi. 236
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il.Mingəçevir şəhər Şəhidlər xiyabanı.
Qoşun növü: A. R. Quru Qoşunları.
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.
Nişanlı idi.

1992-ci ilin 4 yanvar günündə Mingəçevir şəhərində anadan olan gizir Teymur
Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən
atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Teymur Qasımov
doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdı.
Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Teymurla bir yerdə Bakıda N saylı hərbi hissədə işləyirdik. Gizir rütbəsindəydi.
Cəbhədə gedən bütün döyüşlərdə iştirak edirdi. Yoldaşlarına həmişə can yandırardı. Biz
Talış kəndində döyüşürdük. Onlar bizə köməyə gəlirdilər.

Mingəçevir İnternat məktəbinin məzunu olan Teymur, eyni zamanda idmançı idi.
2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə
gizir kimi vətənə xidmət edib. (https://az.wikipedia.org/wiki/Teymur_Qas%C4%B1mov_(%C5%9F%C9%99hid,_1992) .
Nuran Qasımov (qardaşı): "Aprelin 2-dən 4-nə kimi gedən bütün döyüşlərdə iştirak elədi. Ayın 4-də xəbərimiz olmadı ondan. Erməni
postlarını tutmuşduq. Başladıq əsgər və zabitlərimizi axtarmağa. Əvvəl elə bildik ki, Teymur itkin düşüb. Sonra öyrəndik ki, yaralı yoldaşlarına
kömək edərkən şəhid olub. 4 gün axtardıq. Postlardan birinin yanında, meşədə onun meyitini tapdıq. Qardaşım Tərtər rayonunun Talış kəndi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. 4 gün döyüş apardıq, bu üç gündə kifayət qədər torpağımızı azad etdik. Düşmən tərəfdən
çoxlu itki verildi. Ağır döyüşlər gedirdi. Ermənilərdən müqavimət görmədik. Biz irəlilədikcə onlar qaçdılar. Müqavimət göstərmək istəyəni də
dərhal məhv edirdik.Talış, Seysulan, Lələtəpə, Naftalanın bütün yüksəklikləri bizdədi. Talışdan Madagezə kimi açıqlıqdı. İndiyə kimi Lələtəpə
idi Füzuli yolunun qarşısını kəsən. İndi o da bizdədi. Yol açılıb.”
Gülnarə Qasımova (anası): “Teymurdan danışılası o qədər xatirələrimiz var ki, ipə-sapa düzülməz, günlərlə danışılsa çözülməz. Oğlumun
hər işi gözəl idi. Ceyranla qol-boyun olub toylarda rəqs edəndə hamı tamaşalarına yığılırdı.”
Ceyran xanım (bacısı): “Mən evin ilk övladıyam. Atam çörəkçi olub. 1986-ci ildə mən, 1987-ci ildə qardaşım Nuran, 1992-ci ilin
yanvarında isə Teymur dünyaya gəlmişdi. Qardaşlarım mənim qanadlarım idilər. Onların əhatəsində özümü elə xoşbəxt sayırdım ki... Böyük

qardaşımla aramızda pərdə var. Teymur isə kiçik olduğundan onunla zarafatım tutardı. Yadıma gəlir uşaq vaxtı əlimizdən bir xəta çıxsaydı, 237
qorxudan günahı Teymurun üstünə yıxardıq. Çünki evdə onu tənbeh etməzdilər. Teymur isə özünü günahkar göstərməklə bizi müdafiə edərdi.

Qardaşlarım çox mehriban idilər. Nuran 2009-cu ildə Yaltaya işləməyə getdi, 3 il orda qaldı. Teymur əsgərlikdən qayıtdıqdan sonra, o da
Yaltanın yolunu tutdu. Cəmi 3 ay Nuranla bərabər oldu, qayıdıb gəldi ki, mən Azərbaycansız yaşaya bilmərəm. 2012-ci ildə hər ikisi MAXE
kurslarına yazıldılar. İkisi bir otaqda yanaşı çarpayıda yatırdılar. Bir-birilə demək olarki nəfəs alırdılar. 3 ay ərzində kursu başa vurdular. Nuran
Ağstafadakı, Teymur isə Ağcabədidəki N sayılı hərbi hissələrə kəşfiyyatçı göndərildilər. O gündən sonra onlar yalnız məzuniyyət günlərində
görüşürdülər. 2015-ci ilin dekabr ayında Nuranı nişanladıq. Həmin nişan günündə Teymur gəlinimizin qohumu olan qıza vuruldu. İlk sevgisini
bizə etiraf etdi və günlərin birində qız evinə Teymur olmadan nişan apardıq. Hamı anama bəxtəvərlik gətirdi. Dedilər ki, “ay Gülnarə
şikayətlənirdin ki, oğlanlarım evlənmir, indi ikisinə birdən gəlin gətirəcəsən”.

Qardaşım gedəndən sonra ondan bir xəbər çıxmadı. Nurana yazırdım, ağlayırdım ki, Teymurdan mənə bir cavab versin. Nuran da
Teymurun tapşırıqda olduğunu, qayıdanda bizimlə əlaqə saxlayacağını deyirdi...Düz aprelin 8-nə kimi gözlərim yolda və telefonda qaldı. Aprelin
6-dan qardaşıma yazdıqlarım çatmadı ona. Bütün ümidlərim sönməyə başladı. Ayın 8-də yaxın qohumlardan biri mənə zəng vurub dedi ki,
Teymur yaralıdır, evə gətirirlər. Bu xəbəri eşidəndən sonra atamgilə necə çatdığımdan xəbərim olmayıb. Özümü yerə çırpıb ah-nalə elədim, Allaha
yalvardım ki, qardaşım sağ olsun. Onu dünyada hamıdan çox istəyirdim. 13 yaşlı oğlum Süleyman həmişə məndən soruşurdu ki, “ay ana Teymur
da sənin oğlundur?”. Hətta övladım da hiss edirdi ki, Teymur mənə balamdan da artıqdır....Teymur mənim xoşbəxtliyim, sağlamlığım, gülüşüm

idi...
Aprelin 8-i xalam Rəfiqə gəlib anama dedi ki, Teymur yaralıdır. Sonra Nuran xalama qardaşımın ölüm xəbərini verdi və xəbəri anama da

çatdırmağı tapşırdı ki, tabutu həyətə gətirəndə şok olmayaq. Axşamüstü Nuran qardaşımın tabutunu gətirdi. Məni qucaqlayıb ağlaya-ağlaya dedi
ki, “bacı başını uca tut, qardaşımız vətən yolunda şəhid oldu...” Elə ağladıq, elə yandıq ki, bacı-qardaş ürəyimizə dağ çəkilmişdi.

Tabut gətiriləndə evə hardansa bir pişik gəlib girmişdi. Tabut yerə qoyulanda bu pişik də gəlib oturdu baş tərəfdə. Mən ağladıqca üzümə
baxırdı. Aprelin 9-da qardaşımı dəfn etdilər. O gündən sonra 40 gün bu pişik bizdən əl çəkmədi. Harda ağlayırdımsa gəlib üzümə baxırdı. Meylimi
bu pişiyə salmağa başlamışdım. Bir gün yenə ürək tutmalarım başladı. Teymur şəhid olandan sonra, onun qoluna bağladığı gümüş bilərziyini
Nuran mənə vermişdi. Özümdən gedəndə onu hiss etdim ki, həmin pişik qolumdakı bilərziyi üç dəfə çəkişdirdi. Qolumu yuxarı-aşağı dartaraq
hərəkətə gətirdi və özümə gəldim. Qardaşımın 40-ı çıxandan sonra pişik də harasa getdi, tapa bilmədik. İndi də gözüm onu axtarır....

Qardaşım üçün ah-nalə, fəryad etdiyim o ağrılı günlərimin birində evdə dizlərimi yerə qoyub qışqıra-qışqıra Teymuru çağırdım: “Teymur
varsansa səsimə səs ver, bircə dəfə səni görüm sonra rahatlanım, niyə məni eşitmirsən” – deyə nalə çəkdim. Bu zaman qapının üstündəki işıq
lampası çilik-çilik olub yerə töküldü. Teymurun ruhu məni eşitmişdi, səsimə gəlmişdi...Bir dəfə də qızım Mədinənin sinif yoldaşının anası zəng
vurub mənə dedi ki, “Teymuru heç vaxt görməyib, ancaq bu gecə onun yuxusuna gəlib deyib ki, “bacım çox ağlayır. Buralara yağış yağır, ancaq
siz ona deyin ki, burda mənim yerim yaxşıdır, mən səngəri qoruyuram...” İndi ümidim qardaşımın məzarına, şəkillərinə, xəyalına qalıb. Tez-tez
gedrik məzarına. Hər dəfə təzə tər çiçəklər görürük. Elimiz-obamız, dostları qardaşımı unutmurlar.

Qardaşımın ölümündən sonra dostları danışır ki, Nuranın vuruşduğu kəşfiyyat dəstəsi mühasirəyə düşəndə, onları Teymurgilin kəşfiyyat
dəstəsi xilas edib. Onlar Talış ətrafında dağlıq ərazilərdə döyüşdüklərindən, orada hərəkət çox çətin olub. Döyüş meydanında Teymur görüb ki, ən
yaxın dostları - Seymur Baxışov, Şahin Cavadzadə, Elvin Namazov, Toğrul Fərəczadə minaya düşüb, yaralanıblar. Teymur öncə Şahin
Cavadzadəni döyüş bölgəsindən çıxarmağa cəhd edib, əynindəki paltar, silah-sursatla onu xilas edə bilməyəcəklərini dərk edib, qoruyucu

gödəkcəsini və silah-sursatını kənara atıb, dizlərini yerə vuranda minaya toxunub, partlayış zamanı özü də ağır yaralanıb. Nurandan soruşdum ki, 238
həmin dəqiqə qardaşıma kömək etmək olardımı? Dedi ki, müharibə şəraitində və dağlıq yerdə bu çox çətin olur. Qardaşımın minaya düşdüyü
ərazi, onların aldıqları səngərdən 500 metr aralıda imiş. Ancaq Nuran Teymuru axtarsa da aprelin 7-nə qədər ondan bir xəbər tutmayıb. Vuruşduğu
ərazilərdən keçəndə dost-tanışlardan Teymuru soruşub, ön cəbhədə olduğunu deyiblər. Yazıq qardaşım internetdən şəhid şəkilləri arasında üzü
üstə düşən əsgər meyidi görüb. Onu əlindəki əlcəkdən tanıyıb. Bu əlcəyi Teymura Bakıdan o özü alıb gətirmişdi. Ondan sonra hərbi hissə
komandanlığına bu barədə məlumat verib, Goranboya gələrək qardaşımın meyidini morqdan götürüb...

Nurana deyirəm sən nə zülm çəkdin Teymuru elə cansız görəndə...Sən o boyda yolu əziz qardaşını çiyinlərində necə gətirdin? Aldığı
yaralarına necə baxdın, necə öpüb-oxşadın onu?

Həyətimizdə iki toy çalınacaqdı...Bizim həyətdə qardaş toyu çalınmadı. Hətta Nuran Teymur üçün bəy kostyumu da almışdı, onu kiçiltmək
üçün dərziyə də birlikdə getmişdilər. Teymurun 40-ı çıxanda nuran onu götürüb gəldi. Bir dəfə də onda öldüm dirildim....Teymurun dəfnindən 3
ay sonra sevdiyi qız nişanlandı...

Nuranın nişanlısı isə həmin günlərdən etibarən, mənə bacı oldu. Nuranın nişanlısının ailəsi başımıza gələn faciənin ağırlığını dərk
etdiklərindən toy çaldırmadılar. Nuran dedi ki, “əgər qardaşımın toyu olmadısa mən də bu həyətdə toy çaldırmayacağam”. Gəlinimizin atası
ağsaqqal və müdrik kişidir. Atamla danışıb məsləhət etdilər ki, ASAN xidmətdə gənclərin rəsmi nigahı kəsilsin, sonra qızı toysuz-çalğısız evimizə
gətirək. Belə də etdik.

İndi Nuranın bir oğlu olub, adını Teymur qoymuşuq. Ailəmizin sevincinə çevrilib. Əmisi Teymur kimi sarışındı. Atası ona “paşam” deyir.
Böyüyəndə əmisi haqqında çox şeyi biləcək...

Teymur həyətsevər, yaşamaq eşqilə dolu bir gənc idi. Mingəçevirdə avarçəkmə üzrə Respublika olimpiyalarında həmişə qalib gələrdi.
Dostları arasında mərd, sözünə sadiq bir oğul kimi ad çıxarmışdı.Aprel döyüşlərindən sonra 8-ci sinfə qədər təhsil aldığı 3 sayılı şəhər orta
məktəbi onun adını əbədiləşdirdi. Məktəbdə onun həyatından bəhs edən guşə yaradılıb. Dəfələrlə məktəb rəhbərliyi və kollektivi aprel şəhidlərinin
adına layiqli tədbirlər keçiriblər. İnanıram ki, Aprel şəhidlərinin qəhrəmanlığını gənclərimiz hər zaman xatırlayaraq və xatirələrini uca tutacaqlar”.

Mətanət İsmayılova (Şəhidlər Muzeyinin əməkdaşı): “Teymur bu Xiyabanın 325-ci sakinidir. Şəhidlərimizin 4-ü “Milli Qəhrəman”
adına, 7-si “Azərbaycan Bayrağı” ordeninə, 4-ü “İgidliyə görə medal”a layiq görülüb”.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

239

(Teymur Qasımovun uşaqlığı)

240

GİZİR ORXAN ƏLƏSGƏR OĞLU MÜSTƏCƏBOV

“Cəsarət qəhrəmanlığın anasıdır.”
(Türk atalar sözü)

Doğum tarixi: 5 mart 1993-cü il. Qobustan, Bədəlli kəndi. 241
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 5 aprel2016-cı il. Qobustan, Bədəlli kəndi.
Qoşun növü: A. R. Quru Qoşunları.
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilmişdir.

Subay idi.

Orxan Müstəcəbov 1993-cü ilin mart ayının 5-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub.
Aprelin 5-i isə Orxan Müstəcəbov Qobustan rayonunun Yekəxana kəndində son mənzilə yola salınmışdı.
Orxan Müstəcəbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif edilib.(https://az.wikipedia.org/wiki/Orxan_M%C3%BCst%C9%99c%C9%99bov).

Atası hələ o uşaq ikən rəhmətə gedən Orxan son məzuniyyətə gəlişində telefonundakı şəhid şəkillərini
anasına göstərib, "bax, ana onlardan nəyim artıqdır, ya əskikdir. Əgər bir gün şəhid olsam, qəti ağlama, sevin" demişdi. 23 yaşlı Orxan yaxın
aylarda evliliyi planlaşdırırdı. Toyuna çağıracağı kəslərin siyahısını tutduğu dəftər hələ stolun üstündə idi cənazəsi gələndə. Vətənini, bayrağını
sevən igid ruhu şad, məkanı cənnət olsun.

Şəhla Müstəcəbova (anası): “Üç oğlum var. Bu uşaqları bir əzabla böyütdüm. 1993-cü ildən sonra dövlətdən aldığım 80 manat yardımla
onları dolandırdım. Uşaqların atasını erkən itirdim. Ələsgər rəhmətə gedəndə 40 yaşı var idi. Böyük oğlum Elmir 16, Röyal 13, Orxanım isə 7
yaşında idi. Ağsaqqalımız Xanəsgər əmi həyat yoldaşımın ili çıxan gün mənə dedi ki, “ay gəlin, böyük oğlun Elmiri ver özüm saxlayım”. Vəziyyət
ağır idi. Başqa əlacım yox idi. Ağsaqqalımız qapıya diləklə gəlmişdi. Özünün övladı olmurdu. Bacısı qızını götürüb saxlayırdı. Elmiri də aparıb
yanında saxladı, ev-eşik sahibi elədi, elə bacısı qızı ilə də evləndirdi. Bu iki uşağa da əmiləri, dayıları kömək oldu, biri paltarını aldı, biri
ayaqqabısını aldı. Mən də həyət-bacada işlədim. Toyuq-cücə saxladım ki, uşaqlarım ac qalmasın. Yoxsa ki, 80 manatla uşaq böyütmək olardı.
Orxan elə körpəlikdən zirək uşaq idi. Payız oldumu, çıxırdı bu dağların-düzlərin döşünə, kəndin uşaqları ilə payız göbələyi yığıb magistral yolda
satırdılar. Polis də kəsirdi başlarının üstünü, göbələklərini dağıdır, qablarını sındırırdı ki, bir də yola çıxmasın uşaqlar. Qəfil qəzaya rast gələrlər.
Bu uşaq da neyləsin axı... Ağır illər idi. Kənddə-kəsəkdə iş yox idi gedib işləyib, balalarımızı dolandıraq. Bir də görürdün sevinə-sevinə gəldi ki,

“ana, yolda uşaqların göbələyinə az pul verirlər, mənə isə əmilər 3-5 manat artıq verirlər”. O da balamın ruzisi idi. Deyirdim “ay bala, görürülər 242
ki, sən hamıdan balacasan, ona görə də rəhm edib, könlünü alırlar. Allah sənə kömək eləyənə kömək olsun”. Balalarımı belə zülmlə
böyütdüm. Elə ki, ay tamam olurdu, bir də görürdün ki, qaça-qaça gəlib ki, “ana, 80 manatımızı verirlər”. Hərdən o pulları üst-üstə yığıb,
Şamaxıya aparırdım onu, əyin-baş, mer-meyvə, Allahın verənindən alırdım. Eh... hansı birini danışım, balamın zəhmət çəkdiyi günlərini... Ən çox
sevdiyi bayram Novruz idi. Çünki Novruzda atasının qəbrinin üstünə bayram payı aparardı. Bazardan evə qayıtdıqmı, birinci qəbiristanın
tədarükünü görərdi...13-14 yaşından sonra Bakının da yolunu tanıdı. Kəndin uşaqlarına qoşulub gedib ev tikənin, divar hörənin əlinin altında
işlədi, vedrə daşıdı. Beləcə evimizə köməyi dəydi. 2011-ci ildə aprel ayının 2-də əsgər getdi. Bir gün hərbçi əmisi Gülxana zəng edib deyib ki,
MAXE olmaq istəyir. Gülxan onu nə qədər dilə tutursa da, fikrindən döndərə bilmir. 9 ay əsgəri xidməti keçəndən sonra, öz arzusu ilə MAXE
sıralarına yazıldı, hərbi təlimlərini orada keçdi. Hərbi təlimini başa vurub gələndə, bir dəri- bir sümük idi. Dedim “ay oğul, mən səni belə
göndərmişdim hərbiyə?”. Dedi, “ana, fikir eləmə, bizim hərbi hissənin qanunları budur. Biz elə belə hərbçilər deyilik, bu Vətəni qorumalıyıq. Ona
görə ağır sınaqlardan, imtahanlardan keçmişik”. Sonra söhbət etdi ki, xüsusi təyinatlı dəstədə qulluq etmək istəyən əsgərlər arasından onu da
seçiblərmiş. Əsgərlikdən gələndən sonra, əhd etmişdi ki, ilk maaşını alanda Şıx Eyyub babanın üstündə qoç qurban kəsəcək. Balam işləməyə
başladı. Dediyi kimi, ilk maaşını alanda aparıb Şıx Eyyub babanın məzarı üstündə qurbanını kəsdi, hamıya payladı. Özü dilinə vurmadı. Erməni
tapdağı altında olan torpağımızda bütün kəşfiyyatçılar kimi, Orxanın da uğurlu əməliyyatları olurdu. Uğurlu əməliyyatların birindən sonra,
mükafat olaraq ona medal da vermişdilər. Balamın medalını öpüb gözümün üstünə qoydum. Təsadüfən həmin gün ondan soruşdum ki, “bala, heç
erməni görsən, öldürərsən?”Gülə-gülə dedi ki, “elə medalı ona öz torpağımızda düşməni məhv etdiyimə görə veriblər”. “Ay bala, erməni
vurmusan? Nöşün? Onun da anası var axı”, - deyə gileyləndim. Orxan dedi ki, “ana mən onu vurmasam, o məni vuracaq, onun mənim torpağımda
nə işi var axı? Mən onu vurmasam, arxadakı dostlarım məni satqın və fərasətsiz hesab edəcəklər. Biz Vətən torpağını qoruyuruq və onu mənfur
ermənilərdən təmizləməliyik. O, evə gələndə, səhər o başdan işə qayıdanda, ürəyim əsirdi. Həmişə narahat idim. Qorxurdum ki, yuxulu olar,
maşını qəza törədər. Dəfələrlə yolda ehtiyatlı olmasını tövsiyə edirdim. Bir dəfə də dedi ki, “ana, Allah eləməsin ki, yolda qəzaya düşüb ölüm. Bu
çox ucuz ölüm olar. Allah mənə ölüm qismət edəndə də ŞƏHİDLİK versin. Ən gözəli şəhid olmaqdır”.Oğlum Röyal Müşfiqabad qəsəbəsində
yaşayır. Mən də orada yaşayırdım. Bu Bədəllidəki kənd evimizə az-az gələrdik. Axırınıcı dəfə martın 19-da hamımızı yığıb gətirdi kəndə ki,
bayramı burda keçirək. Gedib bütün qohum-əqraba ilə görüşüb, hallaşıbmış. Dostları ilə görüşüb, onlara deyib ki, “bəlkə heç qismət olmadı bir də
görüşməyimiz...”. Nə bilim, balamın ürəyinə hardan dammışdı ki, ömrü belə qısa olacaq?! Təxminən 1 ay olardı ki, hərbi hissədən 1 otaqlı ev
almaq üçün raport yazmışdı. Deyirdi ki, yol gəlib-gedəndə yorulur. “Ana, gəl yanımda qal, həm darıxmaram, həm də yollarda vaxt itirmərəm”. 1
ay bundan əvvəl dedim ki, “bala, get özünə Müşfiqabad qəsəbəsindən torpaq sahəsi al, qardaşına yaxın ol, bu il də evləndirərəm səni”. Uşaq
sözümdən çıxmırdı. Gedib bankdan 12 min manat pul götürdü. 3 sot torpaq aldı Müşfiqabaddan. Həmin bankın pulunu bu yaxınlarda dövlətimiz
ödədi. Sağ olsun, prezidentimiz, sağ olsun Mehriban xanım Əliyeva. Bizə maddi yardım etdi. Yoxsa bu qədər millətin, gəlib-gedənin qarşısında
dayana bilməzdik. Oğlum qapımı yaman qonaqlı-qaralı elədi. “Martın 30-u Orxanı təlimə yola saldıq. Sonra qardaşı Elmirə zəng vurub, telefonuna
kontur yükləməyi xahiş edib. O gündən sonra Orxana zəng çatmadı. Fikirləşdim ki, yenə təlimdədir. Ancaq cəbhə zonasında ermənilərin yenə
aləmi bir-birinə qatmasından xəbərimiz vardı. Televizora baxırdıq. Aprelin 3-ü dedilər ki, 10 nəfər şəhid olub. Aprelin 4-ü dedilər ki, 3 nəfər də
şəhidimiz var. Elə pis oldum, dedim ay yazıq şəhid anaları, ay yazıq olan cavanlar. Amma hardan bilim ki, mənim oğlum elə o ilk şəhidlərin
sırasındadır. Orxanın telefonlarına zəng çatmayanda artıq narahat olmağa başladım. Uşaqlara dedim ki, hərbçi əmiləri Gülxana zəng vurub xəbər
bilsinlər. Gülxan Cəlilabadda xidmət edir. O, 1992-ci ildə Orduya könüllü gedənlərdəndir. Yanında bütün hərbçi dostları şəhid olub, özü sağ

qalıb. Allahın qisməti, yazısıdır. Gülxanın qismətində qardaşı balasını şəhid görmək də var imiş. Gülxan bir neçə saatdan sonra bizə zəng vurub 243
Orxanın ayağından yaralandığını, Gəncə qospitalında olduğunu dedi... Ağlayıb özümü öldürdüm ki, məni aparın, Gəncəyə... Dedilər ki, ora gedib-
gəlmək çətin olar, Orxanı bura xəstəxanaya gətirirlər. Başımı aldada-aldada məni Müşfiqabad qəsəbəsindən gecə ilə bu evimizə gətirdilər. Gördüm
ki, həyət doludur adamla. Yollara işıq çəkirlər, çınqıl töküb hamarlayırlar...Yenə də inanmadım. Qohum-əqrabanı, dost-tanışı həyətimizdə görsəm
də, ürəyimdə hələ bir ümid var idi. Fikirləşirdim ki, yəqin ayağından bərk yaralanıb. Öz-özümə deyirəm ki, hə, nolsun bir ayağı yaralı olar, ya da
yarısını kəsərlər. Allaha yalvarıram ki, ay Allah, ay Şıx Eyyub baba oğlumu mənə bir ayaqlı yetir, qoy bir ayaqla bəy dursun, əlində əsa tutsun...
Heç ağlıma gətirə bilməzdim ki, Orxan ölə bilər. Səhərə yaxın, balamın maşınında gəzdirdiyi bayrağa bükülü tabutunu gətirdilər. Hava yaman
soyuq idi. Dedim ki, balamın tabutunu içəri evə qoyun, balama soyuq olmasın. Məni evdən çıxardılar. Qoymadılar oğlumla halallaşım. Görmədim
balamın yarasını, bəlkə yarasından öpsəydim ayılardı... Orxanım məni belə yandırdı...”.

Elmir (qardaşı): “Qardaş itkisi çox ağırdır. Ancaq bir ona şadam ki, həmin döyüşdə həlak olan oğullarımız, qardaşım Orxan da daxil azad
etdikləri Vətən torpağında şəhid olublar. Talış yüksəkliyini alıb keçiblər qabağa, “dayan” əmri alana qədər irəli gediblər! Onların qanı öz
torpağımızda axıb. Qələbə sevincini yaşayıblar. Onlar geri aldıqları torpaqlarda mövqelərini bərkidiblər. Arxalarınca kömək gec gəlib, 4 saat
yarımdan sonra. Eşitdiyimə görə komandirləri Raquf Orucov,Vüqar Yusifovla birlikdə həlak olublar. Nə qədər erməni öldürüb, qisas alıblar.

Röyal (qardaşı): “Orxan özü könüllü olaraq bu yolu seçdi. Hərbi xidməti başa vurduqdan sonra “torpaqlarımız azad olana qədər hərb
sahəsində çalışacağam” deyirdi. O, daim öz peşəsi ilə öyünərək, doğma Qarabağımızın erməni qəsbkarlarından alınacağı günü, Ali Baş
Komandanın əmrini səbirsizliklə gözləyirdi. Qardaşım öz istəyinə nail oldu, bir hərbçi kimi böyük vətən sevgisi ilə şəhidlik zirvəsini fəth edə bildi.
Ancaq anam üçün, bizim üçün doğmalarımız üçün çox çətindir. Bu ağrını ancaq balası şəhid olanlar bilər. Onun bir damla nəfəsini yenidən hiss
etmək üçün nələrimizdən keçmərik. Gərək bunu hamı anlaya. Qardaşımın yoxluğunu hər yerdə hiss edirik. Sağ olsun rayonumuzun baş həkimi
Emin doktor. Anam üçün bir tibb bacısı ayırıb. Dava-dərmana da pul almır. Anamı nəzarətdə saxlayırlar. Özü tez-tez zəng vurub xəbər bilir. Hamı
şəhid ailəsinə belə yanaşsa, bütün səlahiyyətli orqanlar öz üzərlərinə düşən vəzifəni icra etsələr, şəhid ailələrinə də təskinlik olar ki, əzizləri
unudulmur, xatirəsinə hörmət var. Qardaşım kəndimizin 4-cü şəhididir. Qarabağ uğrundakı 1992-ci ildə gedən döyüşlərdə həlak olan Şikar Şikarlı
Azərbaycanın Milli Qəhrəmanıdır. Yəqin ki, qardaşımın da adını əbədiləşdirəcəklər. Onun adı əbədiləşərsə, anamın dərdinə bir az məlhəm olar.
İndi kənd uşaqları onun şəklini maşınlarında gəzdirirlər.” (A.Eyvazlı. https://modern.az/az/news/103299).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

244

245

GİZİR RUSİF İBRAHİM OĞLU AĞAYEV

“Cənnətə ilk girən şəxs şəhid olacaq.”

Doğum tarixi: 16 aprel 1987-ci il. Lənkəran rayonu, Hirkan qəsəbəsi 246
Vəfat tarixi: 2 aprel 2016-cı il. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqaməti
Dəfn edilib: 6 aprel 2016-cı il. Lənkəran rayonu Hirkan qəsəbəsi
Qoşun növü: A.R.Quru qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
İki övladı (Əli və Zəhra) var.

16 aprel 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olan Rusif Ağayev 2005-cı
ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra
könüllü olaraq xidmətini davam etdirib. Ailəli olub, iki uşaq atasıdır. Kəşfiyyatçı kimi qatıldığı döyüşdən
şəhid olaraq qalib ayrılmışdır.

Mahrux Ağayeva (həyat yoldaşı): "Səhər 6-ya qalırdı, qaynım zəng etdi ki, anamın vəziyyəti
pisləşib sizi rayona aparmağa gəlirəm, hazırlaşın. Heç ağlıma belə gəlməzdi ki, Rusifdən pis xəbər ola
bilər. Gecə danışmışdıq, hər şeyin yaxşı olduğunu demişdi. Qəsəbəyə çatanda içimi qəribə hiss bürüdü,
qapıya yaxınlaşanda hər şeyi başa düşdüm. Anladım ki, ömürlük bədbəxt oldum.

Atası ötən il Türkiyədən oğlumuza məktəbə gedəndə xüsusi tədbirlərdə geyinmək üçün böyük
ölçüdə hərbi geyim almışdı. "Zəng edib dedilər ki, medalı oğluna verəcəyik. Mən də o geyimi dərziyə
apardım, Əlinin əyninə kiçiltdilər. Amma Rusif hərbi geyimi Əliyə çox tez geydirdi.

8 ildir evliyik, amma bu illəri xatırlayanda ancaq xoş xatirələr yadına düşür. Bu 8 ildə heç bir pis
gün görmədim. Allahdan istəyim odur ki, mənə ayaq üstə durmaq üçün güc versin, uşaqlarımı Rusif arzuladığı kimi böyüdüm. Hər ikimiz cənub
zonasında doğulub yaşasaq da, Bakıda tanış olmuşuq. Mən bibimgilə qonaq gəlmişdim, necə oldusa hərbi hospitala getdik elə orada rastlaşdıq.
Ailə qurandan sonra Bakıda yaşamağa başladıq. İşindən heç danışmazdı evdə, mən də çox sual vermirdim. Son günə qədər hansı rayonda, hansı
döyüş bölgəsində olduğunu demədi. Xasiyyətini bilirdim, işinin məsuliyyətini də anlayırdım, heç harada olduğunu da sual etmirdim, mənim üçün
onun sağ olduğunu bilmək, səsini eşitmək vacib idi. Elə ayın 6-sında iki dəfə danışmışdıq. Hələ də olanlar mənə yuxu kimi gəlir. Hərdən deyirəm
kaş yenə qapı döyüləydi, deyəydi, təlimdəydim, qayıtdım. Amma bilirəm ki, artıq iki balamı böyütmək missiyası mənim çiynimdədir. Hər gün dua
edirəm ki, Allah mənə güc versin. Bilmirəm, sonrası necə olacaq, tənha necə böyüdəcəm onları. Rusif mənim üçün ancaq xoş xatirələr qoydu
getdi. Vətənini çox sevirdi, arzuladığı şəhidlik zirvəsinə ucaldı! Həmişə deyirdi ki, uşaqlarıma savad verəcəm, oxutduracam. Əli çox sual verir,
cavabsız suallardı, bilmirəm necə cavablayım. Şəkillərinə baxıram, öz-özümə soruşuram ki, görəsən doğrudan Rusif yoxdur?” Çox tez tərk elədi

ailəsini, vəfatından 10 gün sonra 29 yaşı olacaqdı, yenə ailəiçi ad günü planlamışdıq. Əməliyyatdan qayıdandan sonra uşaqlarını yanına alıb sadə,
təmtəraqdan uzaq doğum günü qeyd edəcəkdi. Rusifin qismətinə 29 illik qısa və yarımçıq ömür biçilibmiş sən demə, amma şərəfli bir ömür... Əli
elə bilir atası yenə Türkiyəyədir, tezliklə qayıdacaq. Deyir ki, "atam Türkiyədən qayıdanacan onun yerinə özüm işə gedəcəm”. Zəhra və oğlum
Əliyə atalarının şəhid olduğunu demək çox çətindir. Atasının tabutunu dəfn etmək üçün doğulduğu Hirkan qəsəbəsindəki dədə-baba evinə
gətirəndə Əli soruşdu ki, o qutudakı atamın iş yoldaşıdı, xəstələnib?” Heç kəs həqiqəti deyə bilmədi. Qızım Zəhra olanları başa düşür, amma
atasının bir daha qayıtmayacağı həqiqəti ilə uşaq beynində razılaşa bilmir. Deyir atam "lak” vurmağa qoymur, görsə, məni danlayacaq, amma
icazə alıb vuracam. Gecələr ağlayıb atasını səsləyir yenə.

Həlak olan günü qardaşına mesaj yazıb ki, "Narahat olma, sağam, hər şeyə hazır olun. Şər deməsən, xeyir gəlməz, nəsə olsa, ataya
deyərsən, Mahruxa necə baxmışamsa, elə də baxsın. Ataya əmanət”.

Əməliyyata getməzdən öncə Rusif Ağayev döyüş yoldaşlarına zarafatla deyibmiş ki, “görəsən, məndən başqa kim şəhid olacaq”.
(Nərgiz Ehlamqızı. https://teleqraf.com/news/toplum/97571.html).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

247

(Rusif İbrahimov və ailəsi)

248

249

GİZİR SEYMUR QULAMHÜSEYN OĞLU BAXIŞOV

“Vətəndən əziz heç bir şey yoxdur.” (Lukian)

Doğum tarixi: 1987-ci ildə 12 iyul. Sumqayıt şəhəri. 250
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonu istiqamətində.
Dəfn edilib: 20 aprel 2016-cı il. Sumqayıt şəhər Şəhidlər Xiyabanında.
Qoşun növü: A.R.Quru qoşunları.
“ Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.
1 oğul övladı var.

Əslən Masallıdan olan şəhid gizir Seymur Baxışov1987-ci ildə aprelin 12-də Sumqayıt
şəhərində anadan olmuşdur. Ailədə 3 övlad olan Seymurun böyük qardaşı Samir Baxışov və atası
da hərbçi olub. Hərbi xidmətdə 10 il qulluq edən gizirimiz, Tərtər rayonunda Lələtəpə
uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Seymur, döyüşdə qəhrəmancasına iştirak
etmiş, düşmənin bir neçə hərbi texnikasını partadıb, çoxlu erməni əsgərini öldürmüşdü.

Aynur Baxışova (həyat yoldaşı): "Seymurla 2008-ci ildə tanış olmuşduq. 2009-cu ildə isə ailə
həyatı qurmuşuq. Onunla yaşadığım günlər gözümün önündən bir lent kimi keçir. O, orta məktəbi
yaxşı qiymətlərlə bitirdiyinə görə təhsilini liseydə davam etdirib. Rus bölməsində təhsil alıb.
Seymur gənc yaxşlarından hərbiyə maraq göstərməyə başlayıb. Anasının qarşı çıxmasına
baxmayaraq, hərbçi olacağına qərar verdi. 7 ildə ondan heç vaxt eşitmədim ki, işindən yorulsun,
bezsin. Seymur hərb ilə nəfəs alırdı. O, dizindən əməliyyat olunmuşdu, hərbçilərin əksəriyyətinin diz bağlarında belə problemlər olur.
Əməliyyatdan sonra Seymurun iş yerini dəyişib, onu əsgər bölüyünə keçirmişdilər. Bu, ona pis təsir edirdi.O, "bu mənə pis təsir edir, mənim
yoldaşlarım orada qalıb, illərimi o işə vermişəm. Lazımsız insan kimi otura bilmərəm" deyə gileylənirdi. Seymur yenidən imtahan verdi,
komandanın qəbuluna gedərək əvvəlki işinə qayıtdı. 3 ay əvvəl paytaxtda - hərbi şəhərcikdə Seymura verilən yeni evə köçmüşdük. Seymur evi
həvəslə bəzəmişdi.Allah rəhmət eləsin, çox yaxşı insan idi. İndiyədək ondan bir dəfə də olsun inciməmişəm. Mehriban ailə idik. Seymur istəyirdi
ki, oğlu futbolçu olsun. Sonuncu dəfə martın 27-də gördüm onu. Aprelin 1-də gecə mənə mesaj yazdı. Hər şeyin yaxşı olduğunu deyirdi.
Mesajında oğlu Amin üçün darıxdığını yazmışdı. Son sözü bu oldu ki, "balama yaxşı bax, gələcəyəm...Bundan sonra Seymurdan xəbər tuta
bilmədik. İş yoldaşlarına zəng edib soruşduq. Dedilər ki, yoxa çıxıb, biz də tapa bilmirik. Sən demə, hamı Seymurun itkin düşdüyünü bilirmiş.
Bizdən gizlədiblər. Ümid edirdik ki, sağdır, haradasa qalıb. Onun ölümünü heç ağlımıza da gətirmirdik. Seymur Lələ Təpə uğrunda gedən
döyüşlərdə şəhid olub. Aprelin 2-də hərbçi yoldaşlarına köməyə gedən zaman həlak olub. Ayın 2-dən 20-ə qədər biz nələr çəkdik, bir Allah bilir.
Hər dəfə şəhid gələndə, meyitləri təmas xəttindən qaytaranda, yalvarırdım ki, bu dəfə də Seymurun meyiti olmasın. Ürəyimdə xəlvətcə dua


Click to View FlipBook Version