(Röyal Nəsirovun valideynləri
601
602
603
ƏSGƏR ALTUN FƏRMAN OĞLU DƏMİRLİ
“İnsan vətənini sevir, çünki azadlığı, rahatlığı, hüquqları və maraqları vətən
sayəsində qorunur.” (Namiq Kamal)
Doğulub: 1 sentyabr 1997-ci il. Şəmkir rayonu, Düyərli kəndi. 604
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 9 aprel 2016-cı il. Şəmkir rayonu, Düyərli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
1997-ci ilin 1 sentyabr günündə Şəmkir rayonunun Düyərli kəndində anadan olan Altun
Dəmirli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid olub. Aprelin 9-u isə Altun Dəmirli doğulduğu Şəmkir rayonunun Düyərli
kəndində son mənzilə yola salınmışdı. Altun Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Fəridə xanım (qonşusu): “Bizim kəndimiz hələ belə izdiham görməmişdi. Altunun cənzəsini kəndin və Şəmkirin balacadan tutmuş
böyüyünə qədər hamı – cavanları, kişiləri çiyinlərdində gəzdirdilər. Hamı onun şərəfinə qəhrəmanlıq mahnıları oxuyurdu. O uşaq bir başqa aləm
idi. 18 yaşında əsgər getdi. Əsgər gedənə qədər bu kənddə öz hörmətini qazanmışdı. Allahına, dininə çox bağlı adam idi. Neçə gənci də öz ətrafına
yığıb namaz qılmağı öyrətmişdi. Kəndimizin ağsaqqalı Qədim dayı rəhmətə getdi. Onun məzarının içərisinə özü girdi. Meyiti torpaqda özü
rahatladı. Heç yaşlı-başlı kişilər ürək edib məzara baxa bilmirlər. Bunun günü-güzəranı məsciddə keçirdi. İstəyirdi hamıya yardım etsin.
Kəndimizin bir toyu, bir məclisi onsuz olmurdu. Cavanları başına yığıb, həmin ev sahibinin toyunu, məclisini yola verirdi. Əllərindən gələn
köməyi əsirgəməzdilər. Çox pis ayrılıq oldu. İnanın ki, kənd hələ də özünə gələ bilmir. Hər evdə, hər ocaqda, hər məclisdə Altunun yeri görünür.
Altun məni ağlar qoydu, sinəmə dağlar çəkdi. Sağıma baxıram, soluma baxıram, balamı axtarıram. Gülşən mənim qızımdır. Onun gözlərinə baxa
bilmirəm. Balam bu cavan yaşında bala dağı çəkdi ürəyinə. Nə deyim, evimin işığı, yaraşığı gedib.
Gülşən İsgəndərova (anası): “Altunun yoxluğuna inanmıram. Gözləyirəm, elə bilirəm ki, bu dəqiqə qapıdan girəcək. Qardaşı Məftun
ondan balacadır. Gəlib uzanır bu döşəmədə. Elə səssiz-səssiz baxır şəkillərinə.
(http://femida.az/az/news/32911/%608-saat-d%C3%BC%C5%9Fm%C9%99nl%C9%99-%C3%BCzb%C9%99%C3%BCz- 605
c%C9%99bh%C9%99d%C9%99-qumbara-at%C4%B1b%60-%C5%9E%C9%99hid-Altun-D%C9%99mirlinin-h%C9%99yat-yolu).1992-ci ildə
atası Fərmanla ailə həyatı qurmuşuq. Uzun müddətdən sonra Allah 1997-ci il sentyabrın 1-də Altunu bizə pay verdi. 2003-cü il sentyabr ayının 1-
də məktəbə getdi. Elə ilk zəng günü Vətən haqqında söylədiyi şeirə bütün məktəb heyran qalmışdı. Hər kəslə dil tapırdı, ünsiyyətcil idi. Uşaqdan
böyüyə hamının qayğısına qalırdı. Məktəbin təsərrüfat işlərində bütün müəllimlərinə kömək edirdi. İdman uğurları ilə hər dəfə məktəbinin adına
şərəf gətirirdi. 2015-ci ilin oktyabr ayında əsgər getdi. Qohum-əqrabanın yığıldığı məclisdə Altun bibisinin kürəyinə vurub “bibi, 25 ildir ki,
torpaqlarımız işğal olunub, o torpaqlar məni gözləyir. Mən gedirəm ki, Vətəni xilas edim, Mübariz kimi şəhid olum” dedi.
Altun məktəbdə çox yaxşı oxuyurdu. Atası rəngsazdır. Mahalımızın ən yaxşı ustası kimi tanınır. Altun da 8-ci sinfin yay tətilindən sonra
atasına qoşulub rəngsazlıq peşəsini öyrənməyə başladı. Və dedi ki, elə atasının yolunu davam etdirəcək. Çox səliqəli idi. Nə iş görsə, gözəl
alınırdı. Hələ 16 yaşı olanda atasına demişdi ki, “elə et mən tez əsgər gedim”. Əsgər getməzdən əvvəl Bakıya getdi, bütün məscidləri ziyarət etdi.
Onunla məscidə namaz qılmağa gedən uşaqlar deyirlər ki, əsgər yola düşməzdən bir-iki gün əvvəl gedib kənd məscidinə, namazda əlini göylə
qaldırıb Allahdan Tərtərdə xidmət keçməsini, Mübariz kimi şəhid olmasını, Vətən torpaqlarının azad edilməsini diləyib. Elə arzusuna da
çatdı. Hərbi hissədə qumbaraatan olmaq istədiyini deyib. Hərbi xidmətini Tərtərdə keçirdi. Aprelin 1-i atasına zəng vurub dedi ki, “yanıma
gəlməyin, bizi təlimə aparırlar. Qayıdanda, özüm sizə xəbər edəcəm”. Aprelin 1-dən sonra balama zəng vurmaq mümkün olmadı.”
Azadə Tağıyeva (bibisi): “Aprelin 1-ində qəfil savaşın başlanma xəbərini eşidəndən sonra hamımız narahat olduq. Aprelin 7-nə kimi
Altunu axtardıq. Yenə də ürəyimə qara fikir gətirmirdim. Fikirləşirdim ki, yəqin ki, xəstəxanadadır, tapılar. Lakin aprelin 7-si axşamçağı Altunun
həlak olması xəbərini verdilər. Ata-anasına bu haqda demədik. Mən və bacım İradə qovrula-qovrula qaldıq. Qardaşım Fərmanın evi dağılmışdı...
Biz belə fikirləşmirdik... Aprelin 8-i isə bir daha inandıq ki, artıq Altun həlak olub. “Tabutu Şəmkirə aparırlar” xəbərini eşidəndən sonra əlimiz
yerdən-göydən üzüldü. Gecə ilə Bakıdan gəlib yığışdıq qardaşımın həmişə toy-bayramlı olan evinə. Fələk bizə yaman sitəm elədi. Altun hər uşağa
bənzəməzdi. O, Allaha, dinə inanırdı. Pis vərdişləri yox idi. Hərbi xidmətdə qulluq edəndə yanına getmişdik. Deyirdi ki, “ay bibi, bilmirəm bizi
niyə belə yedirib-içirdirlər. Yaman yaxşı baxırlar. Əynimizdəki paltarlar da bahalı paltarlardır. Bunların əvəzinə bizi səngərə aparsalar,
torpaqlarımızı geri alsaq, vətənin borcundan çıxarıq”. Onu dəfn edəndən bir neçə müddət sonra, hərbi hissəyə getdim. 6 ay idi əsgər getmişdi, lakin
döyüş yoldaşları, komandiri dedilər ki, qumbara atmaq peşəsinə çox gözəl yiyələnibmiş. 8 saat düşmənlə üzbəüz cəbhədə vətən torpaqlarının azad
edilməsi üçün düşmənlərə qumbara atıb. Özü də deyirlər ki, çox gözəl əhval ruhiyyədə olub. Hücum təzə başlayanda irəli göndərilib, 16 nəfərlə
birgə olub. Həmin 16 nəfərdən 13-ü düşmən tərəfinin atəş və snayper güllələrindən həlak olub, 3 nəfəri isə yaralanıb. Altun da qanaxmadan
həyatını itirib.
Altun gipsdən, gildən gözəl maketlər, heykəllər düzəldirdi. Əsgər getməzdən əvvəl gipsdən sevdiyi qızın adı yazılmış bir ürək suveniri
düzəltmişdi. Altun həlak olandan sonra isə onun əl işlərinin içərisinə baxanda gördük ki, həmin ürək suveniri iki yerə bölünüb.”
(http://www.yenizaman.az/v5/w54602/.../#.XqR78WgzbIU).Altunun atası Fərman ustadır. El-obanın evində-həyətində rəngsazlıq edir. Lakin oğlu
haqqında daha heç kimlə bir kəlmə də danışa bilmir. Çünki yol yoldaşı, köməkçisi, arzularının və yolunun davamçısı olan güvəndiyi oğlunun
yoxluğuna inana bilmir. Ağlayanda-sızlayanda da gizlin ağlayır”.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
606
(Altun Dəmirlinin valideynləri)
607
608
ƏSGƏR TEYMUR MİKAYIL OĞLU QASIMOV
“Vətənində ölməyən insan iki dəfə ölər.” (İsmayıl Həbib Sevük)
Doğum tarixi: 1996-cı il. Göyçay rayonu Çaxırlı kəndi. 609
Vəfat tarixi: 2 aprel 2016-cı il, Füzuli rayonu Horadiz qəsəbəsi.
Dəfn edilib: 5 aprel 2016-cı il, Göyçay rayonu Çaxırlı kənd məzarlığı.
Qoşun növü: A.R. Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Subay idi. Evin tək oğlu idi.
Teymur Qasımov 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.Əsgər Teymur
Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid oldu. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif
edildi. Şəhid Teymur Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb.
Göyçayda 49-cu məhəllədəki küçələrdən birinə aprel şəhidi Teymur Qasımovun adı verilib.
Mikayıl Qasımov (atası): “Ailəmi dolandırmaq üçün illərdir ki, Rusiyada işləyirəm. Oğlumun Vətən
torpağı uğrunda şəhid olması xəbərini eşidib, yola çıxsam da, gec gəlib çatdım. Dəfn zamanı elin-obanın
içərisində olmadım. Dəfndə böyük qardaşım Məhəmməd Qasımov iştirak edib. Teymur 1941- 1945-ci ildə
Böyük Vətən müharibəsində cəbhədə qalibiyyət bayrağını asanda alman gülləsindən həlak olmuş əmim
Teymurun adını daşıyırdı. Onun haqqında Rusiyada, Ukraynada kitablar yazılıb. O vaxt Kremlin rəhbərlərindən olan Ustinovdan şanlı məktub da
almışdıq. Hətta Lvova ailəmizin üzvlərini bir neçə dəfə anım tədbirlərinə dəvət ediblər, maddi imkanımız olmadığından əmimizin adına olan
mərasimlərdə iştirak edə bilməmişik. Teymur əmidən heç bir nişanə qalmayıb. O da dünyadan cavan köçüb. Oğluma əmimizin adını vermişdik ki,
onun şərəfini yaşatsın, gənc ruhu sevinsin. Sən demə Teymurun ömrü elə babasının ömrü qədər imiş. Ancaq neyləyə bilərik, hər kəsin bir alın
yazısı var. İndi bir oğlum qalıb.Valideyn üçün övlad itkisi ağırdır. Atalar səssiz ağlayar, atalar çox vaxt göz yaşlarını ürəklərinə axıdarlar.”
Məhəmməd Qasımov (əmisi): “Qardaşım Mikayıl Rusiyada işlədiyindən gözüm həmişə bu ailənin üstündə olub. Neçə dəfə xidmət etdiyi
hərbi hissəyə getmişdik, xidmətindən çox razı idi. Bir il 6 ay idi ki, hərbi xidmətdə idi,Teymur. Aprelin 2-də Vətən qarşısında borcunu yerinə
yetirərək evə qayıdacaqdı. Özünü gözləyirdik. Düşmən təxribatı başlamazdan 2 gün əvvəl, martın 31-i kiçik qardaşı Turala zəng vurub deyib ki,
anadan muğayat ol, atamı sənə tapşırıram. Özü də bərk-bərk tapşırıb ki, evdə kimsəyə bu barədə söz deməsin. Oğlumuz snayperçi idi. Qorxmaz bir 610
oğul idi. Hərbi hissədə komandirləri ondan həmişə razılıq edirdi. Nə qədər təşəkkür məktubları evimizə gəlirdi. Fəxr edirdik onunla ki, gedib
nəslin-kökün adını şərəflə doğruldur. Sən demə, hələ bir belə şərəfə də yüksəldəcəkdi bizi. Onun tabutunu həyətimizə gətirəndə qarşısına mən
çıxdım, ürəyim param-parça oldu. Ancaq tabutun üstündəki bayrağı, darvazamızın üstündə dalğalanan, məhəlləmizi bəzəyən bayraqları görəndə
içimdə bir titrəyiş keçdi. Ağladım ki, bizi bu MƏQAMA çatdırdın! O hissin adını deyə bilmirəm. Onu yaşamaq şərəf olsa da, istəyirəm ki, Vətən
torpaqlarımız qurbansız, şücaətlə alınsın. Sən getmə, mən getməyim, sən ölmə, mən ölməyim... Bəs kim xilas edəcək, kim qoruyacaq bu
torpaqları... Düşmənimizin axırına kimsə çıxmalıdır. Bu gün biz müharibə istəyirik. İcazə versinlər, yığsınlar bizi, gedək torpaqlarımızı azad edək.
Onda bilərəm ki, balamızın qanını almışam. İstəmirəm bu qan yerdə qalsın.”
Nuri İbrahimov (xalası oğlu): "Döyüşdə öz həmkarlarını çıxardan zaman həlak oldu. Qaçmadı, öz yaralı həmkarlarını çıxardaraq minaya
düşdü. Allah şəhidlərə rəhmət eləsin! Amin! Aprelin 2-dən 4-nə kimi gedən bütün döyüşlərdə iştirak elədi. Ayın 4-də xəbərimiz olmadı ondan.
Erməni postlarını tutmuşduq. Başladıq əsgər və zabitlərimizi axtarmağa-kimlər var, kimlər yoxdu. Əvvəl elə bildik ki, Teymur itkin düşüb, sonra
öyrəndik ki, yaralı yoldaşlarına kömək edərkən şəhid olub. Üç gün axtardıq. Postlardan birinin yanında, meşədə onun meyitini tapdıq. Aprelin 14-
də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Bəy kostyumu yerinə, üçrəngli bayrağa büründü qəhrəman qardaşımın. Vətəni uğrunda canını fəda
etməyi öz gələcəyindən daha üstün tutdu”. (Aida Eyvazlı. Çinarlı bölgənin rəşadətli övladı - Teymur Qasımov. 525-ci qəzet.- 2016.- 29 aprel.-
S6.http://www.anl.az/down/meqale/525/2016/aprel/488040.htm).
Deyirlər ki, Gülnar çox cavandır. Heç 45 yaşı olmayıb. Bu ağır dərdi daşıya bilmir. Ancaq bu günlərdə oğlu Teymur anasının yuxusuna gəlib.
Gülnar yuxusunda görüb ki, göydən xoş bir avazla gözəl kəlmələr gəlir. Həmin sözləri Gülnarın böyük bacısı təkrar edir. Sözlər yerə endikcə,
ananın qarşısındakı stəkana su damcıları dolur. Su stəkanın yarısına çatanda Teymur, stəkanı götürüb anasına verir və deyir ki: "Ana, iç, ağlama,
bu, səbr suyudur! Ana məni az ağla. Ağlama..." Boynu bükük, gözləri qəmdən solmuş Gülnar, yalnız bu yuxunu görəndən sonra bir az toxtayıb.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
611
612
613
APREL DÖYÜŞLƏRİ MÜHARİBƏ İŞTİRAKÇILARININ DİLİLƏ: Müsahibələr
KAPİTAN ELŞAD HAŞIMOV 614
“Sərhəd və vətəni qorumaq üçün bir gün və bir gecə gözləmək bir ay oruc tutmaqdan və
gecə namaz qılmaqdan yaxşıdır.” (Hz. Məhəmməd Peyğəmbər)
Kapitan Haşımov Elşad Bahadur oğlu 1986-cı il may ayının 7-də Abşeron rayon Digah qəsəbəsində anadan
olub. 1992-ci ildə Digah qəsəbə məktəbində təhsil almağa başlamış, 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi
liseyə daxil olmuşdur. 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş və 2007-ci ildə
oranı leytenant rütbəsi ilə bitirmişdir.Təhsilini 2007-2008-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
davam etdirmişdir. Türkiyə respublikasında çətinləşdirilmiş maneələr üzrə təlimat, həmçinin Türkiyədə yaşayış
məntəqələrində döyüş, yaxın döyüş, cəld atış kurslarını bitirmişdir və bu sahələrdə təlimatçı sertifikatına sahibdir.
2008-2009-cu illərdə Milli Ordu sıralarında motoatıcı taqım komandiri vəzifəsində xidmət etmişdir. 6 aylıq kursu
müvəffəqiyyətlə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələr sırasına qoşulmuşdur (2009). 2011-ci
ildə XTQ Qrup komandiri vəzifəsinə təyin olunmuşdur. 2014-cü ildən düşmən arxasında aktiv döyüş
fəaliyyətində iştirak etmişdir. Bu döyüş tapşırıqlarının hamısında uğur qazanan E.Haşımov, həmçinin Aprel
döyüşlərində də – Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Talış kəndində mühasirəyə
düşdükdən sonra ağır yaralanmışdır. Yalnız 20 saat sonra təxliyə oluna bilən Elşad Haşımov, 2017-ci ilin avqust
ayında Hərbi Hissənin Baş Qərərgah Rəisinin köməkçisi vəzifəsində çalışarkən ordu sıralarından təxris olunmuşdur.
Aprel döyüşlərində fərqləndiyinə görə Azərbaycan Respublikası prezidenti tərəfindən "Vətən uğrunda" medalı ilə təltif
edilmişdir.(https://az.wikipedia.org/wiki/El%C5%9Fad_Ha%C5%9F%C4%B1mov).
Elşad Haşımovun müsahibəsi: “Əməliyyat aprel ayının 1-də Goranboy rayonu Barambat meşəsi istiqamətində başladı və ön xətti keçdik.
Gecə saat 4-ə işləmiş puskuya düşdük və dəf etdik. Saat 05:15-də Talış kəndinə çatdıq və kəndi tam mühasirəyə aldıq. Günorta saat 11:30-a qədər
orada olduq. Bəzi səbəblərdən, düşmənin minaları texnikamızı vurduğu üçün, hərbi texnikalarımız köməyə gələ bilmədi. Saat 12:30-a qədər
kənddəki əsas yerlər, ermənilərin postları, sığınacaqları, kəndin hündür evləri verdiyimiz kordinatlarla artileriyamız tərəfindən vurulmuşdu. Saat
12:30-dan sonra ermənilər Madagiz istiqamətindən hücuma keçdilər. 7 tank, 4 topla gəldilər. 40 nəfər idik, bir şəhidimiz, bir də yaralımız var idi.
Komandanlığın əmri ilə bölgəni tərk etdik. Bir qədər sonra yeni komanda gəldi ki, kəndə yenidən girmək lazımdır. Bu dəfə 15 nəfər şəxsi heyətlə
kəndə girdik və orada 150-ə yaxın erməni xüsusi təyinatlıları tərəfindən puskuya düşdük. Üzbəüz döyüş oldu. Təxminən 30-40 dəqiqə ərzində
qeyri-bərabər şəraitdə döyüş oldu. Orada mən və xidmətdə olan bir hərbçimiz yaralandı və məsafənin uzaqlığı, düşmən sayının çox olması
səbəbindən təxliyyəmiz təxminən 20 saat çəkdi.
Xəbər tez yayılır (gülür). Geriyə çəkilən zaman Madagiz istiqamətində yaralandım. Düşmən snayperləri baş qaldırmağa imkan vermirdi. Bizim
uşaqlar da, məni çıxarmağa çalışırdılar. Düşündüm ki, mənə görə onları da vuracaqlar, həm də yaralı halda onları ləngidəcəm. Ona görə, onlara
dedim ki, məni burada qoyub gedin. Tapançamı çıxardım, özümü vurmaq istəyirdim ki, əlimdən aldılar, qoymadılar. Puskuda idik və Talış
kəndində tam axtarışda idik. Yanımda da 6 nəfər vardı. Sağ olsun uşaqları, qoymadılar nə özümü vurum, nə də orada qalım.
Xüsusi təyinatlıların amalı budur ki, yaralı və şəhidimizi geridə qoymayaq. Uşaqlar içdikləri xüsusi təyinatlı andlarına sadiq qaldılar.
Biz örtü və gizləmədən istifadə edirdik. Pilotsuz uçan aparatları qaldırmışdılar, tanklardan da kor atəş açırdılar. Həm də kəndin içərisində
çox atəş açmırdılar. Səbəb isə kənddə tikililərin olması idi. Yəqin düşünürdülər ki, kənd onlarda qalacaq, evləri dağıtmaq istəmirdilər. Bir
qismimizi bəlli etmişdilər, onları da ərazidən çıxara bildik. Açığını deyim ki, xüsusi təyinatlı qüvvələr olmasaydı, bizi orada məhv edərdilər. Orada
üstümüzə gələnlər adi əsgər bölmələri deyildi.
Məni yaralı vəziyyətdə çıxardanda hərbi hissə komandirimiz Mirzəyev Murad və digərləri postda qaldılar və postu tərk etmədilər. Postda 8
nəfər var idi, onlardan 7-si şəhid oldu, biri isə yaralı çıxdı. 8 nəfərin üzərinə ermənilərin xüsusi təyinatlı qüvvələri və hərbi texnikaları gəlirdi. Əsl
qəhrəmanlıq bu idi.
Onlar tam anlamamışdı ki, nə baş verib. Elə bilirdilər ki, 23-cü postun altında bizi puskuda qırıblar, biz geri çəkilmişik. İnternetdə videosu 615
yayılıb, kamaz məhv edilib, onların RAST xidmət rəisi öldürülüb. Onu mənim qrupum məhv edib. Onların ağlına gəlmirdi ki, günün günorta çağı
biz orada olarıq. Kamaz sərbəst şəkildə gəlib getmək istəyirdi, uşaqlar onları puskuya saldı. İki zabit yerindəcə öldürüldü. Həmin kamaz postlara
sursat aparırdı.
Artileriyamız möhtəşəm idi. Hansı nöqtəni dedik, vururdular. Bölüklərin yerləşdiyi yerlər, böyük evlər, cəmləşmə rayonları, hamısını
dəqiq vurdular.
Lələtəpə və Talış yüksəkliklərinin alınması orduya, xalqımıza inam gətirdi.
2012-ci ilə qədər belə bir mifalogiya var idi ki, erməni kəşfiyyatı hər gecə gəlir, gəlib postun yanında çay içir. Ancaq biz ora keçib
gələndən sonra bu mifalogiya məhv oldu. Onlarda da belə fikir formalaşıb indi. Uşaqlar onların efirinə girəndə iki tabor komandiri arasında
söhbətə qulaq asdıq. Tabor komandirinin biri deyir, necəsən? Digəri deyir, heç nə, oturub, gözləyirik görək, nə vaxt Yaşma gəlib öldürüb gedəcək.
Əsas odur ki, biz bunu bacarmışıq.(Səxavət Məmməd, www.yenicag.az - https://yenicag.az/tapancami-cixardim-ozumu-vurmaq-isteyirdim-aprel-
doyuslerinin-qehremani-ile-musahibe/).
616
KAPİTAN HİKMƏT MƏMMƏDOV
“İki növ gözü cəhənnəm odu yandırmaz. Biri “Allah qorxusundan ağlayan, digəri isə Allah yolunda gözləyərkən
yatmayan göz.” (Hz. Məhəmməd Peyğəmbər)
Hikmət Aydın oğlu Məmmədov 5 oktyabr 1985-cı il tarixində Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə 617
Azərbaycanın Milli Qəhrəmanı, Mətləb Quliyev adına 3 nömrəli orta məktəbin 1 -ci sinfinə daxil olub.
Orta təhsilini bitirdikdən sonra, 2001 -ci ilde Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2004-
cü ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2008-ci ildə həmin Ali məktəbi
bitirib leytenant rütbəsi alıb. 2009-cu ildə cəbhə bölgəsində xidmətə başlayıb. 2016-ci ilin Aprel döyüşlərində
düşmən tapdağı altında olan Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib, düşmən tərəfindən açılan
minamyot mərmisinin yanına düşməsi nəticəsində başından ağır yaralanıb.
İki övladı olan Hikmət Məmmədov ön xətdə göstərdiyi xidmətlərə görə “Qüsursuz Xidmətlərə Görə
Medalı”, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley Medalı, Azərbaycan Silahlı Qüvvələrinin 100
illiyi" yubiley Medalı, “Hərbi Xidmətlərdə Fərqlənməyə Görə” Medalı, “Vətən Naminə” Medalları ilə təltif
olunub. (https://az.wikipedia.org/wiki/Hikm%C9%99t_M%C9%99mm%C9%99dov_(qazi).
Hikmət Məmmədov döyüş başlayan gecəni belə xatırlayır: “Aprelin 1-i gecə duşmən hücuma keçdi. Hücumun qarşısını aldıq və əmr gəldi
ki, yalnız irəli. Düşməndən intiqam almaq hissi ilə irəli addımlayırdıq. Bu hisslə də, düşmənin üzərinə qartal kimi şığıdıq. 2 saat dayanmadan
gedən döyüşdə xeyli düşmən məhv edildi. Yüksəklikləri ələ keçirdik. Mən düşmən tərəfindən açılan minamyot mərmisinin yanıma düşməsi
nəticəsində başımdan ağır yaralandım və döyüş yoldaşlarım tərəfindən hərbi qospitala göndərildim. Başımda hələ də qəlpə var.
Bizə illərdən sonra Qələbə sevincini yaşadan igidlərimiz. Aprel gecəsində o qisas günü ölümdən qorxmadan Vətən sağ olsun, Anam sağ
olsun deyərək, Azərbaycanın yenilməz üç rəngli bayrağını Lələtəpədə dalğalandırdınız.”
(https://az.wikipedia.org/wiki/Hikm%C9%99t_M%C9%99mm%C9%99dov_(qazi).
Mən bu döyüşləri ordumuzun Ermənistan üzərində zəfərinin başlanğıcı kimi qiymətləndirirəm. Azərbaycan strateji baxımdan əsas
yüksəklikləri azad etdi, mənəvi baxımdan xalqımıza ruh yüksəkliyi verdi. Azad edilən ərazilərdən düşmən mövqelərinə nəzarəti tam öz üzərimizə
götürdük. Bu zəfər Ermənistana dərs verdi. Ərazilərdən qaçmaqla və döyüşlərin dayandırılmasını başqa dövlətdən xahiş etməklə bunu göstərdilər.
Bunu nəzərə alaraq cənab Prezident İlham Əliyev müvəqqəti də olsa döyüşləri dayandırdı. Azərbaycanın güclü ordusu var və əzəli torpaqlarını hər
an azad etməyə hazırdır.”(https://mediapost.az/news/aprel-doyuslerinin-istirakcilari-qelebenin-nece-elde-olunmasindan-danisirlar/44539).
BAŞ LEYTENANT AZƏR MƏMMƏDOV
"Vətən sağlamlıq kimidir, dəyəri itirildikdə başa düşülür."
(Süleyman Nazif)
Baş leytenant Azər Məmmədov 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmud 618
kəndində anadan olub. 2003-cü ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olduqdan sonra 2006-cı ildə həmin
liseyi bitirib. 2006-2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsili alan A.Məmmədov
hərbi məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşmə kursunu keçib.
Leytenant rütbəsində hərbi xidmətə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə başlayıb.
Hərb yolunda aprel döyüşlərinin silinməz izlər buraxdığını deyən baş leytenant Azər Məmmədov həmin
gecə baş verənləri belə xatırlayır: “Aprel döyüşlərinə qədər toqquşmalar olsa da, bu miqyasda döyüş olmamışdı.
Biz bir neçə gün əvvəl təlimdəydik. Təlimdən qayıdan zaman bizə məlumat verildi ki, ayın 1-də düşmənin
hücumu gözlənilir. Bu barədə kəşfiyyat məlumat əldə etmişdi. Buna görə də hamımız hazır vəziyyətdə idik.
Gözlənilən kimi də oldu. Aprelin 1-dən 2-nə keçən gecə onlar mövqelərimizə hücum etdi. Mənim döyüşdüyüm
istiqamət Tərtər rayonu Qapanlı və Seysulan tərəf idi. Həmin istiqamətdə düşmən gəldiyi qədər geriyə sıxışdırıldı.
Biz 3 istiqamətdə düşmənə cavab verirdik. Bir istiqamətdə mən əsgərlərimlə, ikinci istiqamətdə baş-leytenant
Həsrət Almaslı, üçüncü istiqamətdə isə kapitan Qəhrəmanov Nizami öz əsgərləri ilə döyüşürdü.
Düzdür, biz əsgərlərimizə müxtəlif təlim mərkəzlərində döyüş hazırlıqları, atış bacarıqlarının
artırılmasınını öyrədirik. Amma real döyüşlə təlim tam fərqlidir. Həmin gecə hər kəs özünə güvənli idi. Sanki
qisas üçün şans idi. Əsgərlərimi bir yerə toplayıb, tapşırıqlar verdim. Onlar hamısı önə atılmağa çalışırdı. Həmin
vaxt özümdə böyük əminlik və qürur hissi keçirdim. Əsgərlərimin bu qədər qorxmaz və döyüşə maraqlı olduğunu
təsəvvür etmirdim. Amma təəssüflər olsun ki, mənimlə çiyin-çiyinə döyüşən əsgərlərimdən şəhid olanlar da oldu.
Tağımımdan 5 nəfər şəhid verdik. Onlar Axundov Əbdülməcid, Mirzəyev Elvin, İbrahimov Mahmud, Nurayev Rəvan, Mirzəyev Mahir idi.
Hamısı mənim üçün qəhrəmandır. Döyüşə ilk can atanlardan idi əsgərlərim. Bu gün onları xatırladıqca fəxr edirəm. Düzdür, bu xatirələr məni çox
incidir. Amma belə bir deyim var ki, Vətən sağ olsun!
Artıq səhər 6 radələrində onların səngərlərinə çatmışdıq. Səngərdə üzbəüz döyüşlər başlamışdı. Düşmən böyük itki verdiyindən geri
çəkilməyə başlayırdı. Onlar bizim əks-hücumun qarşısını ala bilmədilər. Səngər döyüşlərində iki erməni hərbçisi ilə üzbəüz döyüşdə onları məhv
etdim. Həmin an qarşı tərəfdən bir erməni əsgəri üzərimə gəldi. Onu da vurduğum an yerə yıxıldı. Avtomatın tətiyi əlində çəkili vəziyyətdə
qalmışdı. Açılan güllə sol böyrəyimdən girib, sağ tərəfdən çıxdı. Hiss etdim ki, ayağımın gücü qalmayıb. Yerə yıxıldım, məni güllə ilə vuran
erməni həmin vaxt artıq ölmüşdü. Səngər döyüşləri isə davam edirdi. Digər istiqamətdə döyüşən baş leytenant Almasov Həsrət yaralandığımı
gördü. Sürünə-sürünə mənə tərəf gəlib, öz kəmərinə bağlayıb sürüməyə başladı. Çünki həmin anda döyüş gedirdi. Ərazidən məni çıxarmaq
olduqca çətin idi. Hardasa yaralı vəziyyətdə iki saata yaxın döyüş gedən ərazidə qaldım. Daha sonra tibbi yardım heyətinin köməkliyi ilə ərazidən
çıxarılıb hospitala aparıldım. Bu gün həyatda olmağıma görə döyüş yoldaşım Həsrət Almasova və həkimlərimizə minnətdaram. Həmin anda o 619
zabit şərəfini layiqincə yerinə yetirdi.
Mən o vaxt hospitalda idim. Aldığım yaradan sonra 12 gün komada qaldım. Ayılan zaman əsgərlərimin yaralandığını və şəhid olduğunu
bilmirdim. Palataya köçdükdən sonra 5 əsgərimin şəhid olduğunu bildim. O vaxt keçirdiyim hissləri bu gün sözlə ifadə edə bilmirəm. Döyüşlərin
dayandığını palataya gələn döyüşçülərdən eşitdim. O zaman bir neçə cərrahi əməliyyat keçirdiyimdən bir çox hadisələri xatırlmaqda çətinlik
çəkirəm.
Onların qaradərili döyüşçülərdən istifadə etməsi barədə mən də eşitmişəm.Amma mənim şəxsən rastlaşdığım erməni hərbçiləri adi əsgərlər
idi. Bir fakt var ki, düşmən tərəfi şəxsi heyəti çatışmadığından muzdlu döyüşçülərdən istifadə edir. Bu təsdiq olunmuş faktdır.
Bu danılmaz faktdır ki, bizim orduda texnika tamamilə yenidir. Müasir silahlanmamız var. Bunu aprel döyüşlərindən sonra ermənilər özləri
də etiraf etmişdi. Hərb əsasən ruh yüksəkliyini sevir. Bu isə bizim ordumuzda yüksəkdir. Texnikaları müqayisə etdikdə də bizim ordumuz
müqayisə olunmaz dərəcədə üstünlüyə malikdir.
Müharibə varsa, itki də olmalıdır.Ermənilərin itkiləri təbii ki, çox oldu. Onların rəsmi rəqəmlərlə verdikləri itkilər yalnız İrəvan erməniləri
idi. Qarabağdan olan ölülərin heç biri verilməmişdi. Əgər Ermənistan tərəfi Qarabağdan olan itkilərini də rəsmi şəkildə açıqlasaydı, onların itki
sayı 300-ü keçəcəkdi. Buna görə də düşmən itkilərini gizlətdi.
Aprel döyüşləri bizə qələbə, inam və ruh yüksəkliyi verdi.Hələ döyüşlər gedən zaman insanlar orduya, hərbçiyə necə böyük məhəbbətlə
yanaşırdı. Bütün bunlar bizim gözümüzün qarşısında baş verirdi. Yaralı hərbçilər hospitala gətirilən zaman yüzlərlə mülki şəxslər hospitalın
qarşısında idi. Onlar hərbçilərə dəstəklərini bildirməyə gəlirdi. Bu gün aprel döyüşləri deyəndə ağıla ilk növbədə qələbə gəlir. Düzdür, biz bu
döyüşlərdə şəhidlər verdik. Hansı ki, onun acısını bu günə qədər unuda bilmirik.
Aprel döyüşlərində qələbədən danışarkən müdafi naziri cənab general-leytenant Zakir Həsənovun orduda apardığı islahatları da qeyd
etmək lazımdır. Mən əvvəlki nazir Səfər Əbiyevin dövründə də xidmət etmişəm. Amma bir hərbçi kimi heç vaxt onu realda görməmişdim. Amma
Zakir Həsənov nazir təyin olunduğu vaxtdan ordunun içərisində oldu. Bu isə böyük məsələdir. Hərbçi yanında dəstək görəndə daha ruh yüksəkliyi
ilə xidmət edir.
Hazırda müalicələrimi davam etdirirəm. Bütün müalicəm Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev fondunun dəstəyi ilə
aparılır.
Gənclərə vətəni sevməyi, qorumağı tövsiyə edərdim. Çünki bu torpaqlar bizimdir. Onu qorumaq isə bizim
borcumuzdur...(http://femida.az/az/news/78061/vurdugum-ermeninin-elinde-acilan-gulle-mene-deydi-%E2%80%93-aprel-doyuslerinin-canli-
sahidi-fotolar-Müxbir: Mircəlal Məcidli.Femida.az “Vurduğum erməninin əlində açılan güllə mənə dəydi” – Aprel döyüşlərinin canlı şahidi).
620
621
622
BAŞ LEYTENANT HƏSRƏT ALMASOV
“Vətən, bir millətin əmlakı və həyatı, iffəti və şərəfi, dili, dini, tarixi və mədəniyyəti ilə yaşadığı torpaqdır.”
1990-cı ildə may ayının 1-də Yardımlı rayonunun Arvana kəndində doğulub. 8 uşaqlı 623
ailənin sonbeşiyi olsa da, ərköyün olmamışdı. Kənddən ayrılıb Bakıya gələrək, kimya
təmayüllü liseyi bitirib, ali təhsil alır. Əsgəri xidməti keçəndə isə çoxdan arzuladığı hərbçi
peşəsinin sirlərini lap dərindən öyrənməyə başlayıb. Onu nümunəvi və intizamlı əsgər kimi
Əfqanıstanda qulluq edən Azərbaycan Sülhməramlıları sırasında təlimə də göndəriblər. 2011-
ci ilin oktyabr ayından isə Azərbaycan Ordusunda zabit kimi çalışır. Baş-leytenant Həsrət
Almasov da aprel döyüşləri zamanı düşmənə qan udduran zabitlərimizdəndir. Döyüşlərlə
bağlı xatirələri, deyəcəkləri çoxdur.
Baş leytenant Həsrət Almasov: “Döyüşə atılmazdan bir neçə saat əvvəl bölük
komandiri olaraq, əsgərlərin hazırlığını bir də yoxladım. Hansı əhval-ruhiyyədə olmalarını
bilmək istəyirdim. Və döyüşdən əvvəl əsgərlərimlə xatirə şəkli də çəkdirdim. Bu şəkillərdə
bütün əsgərlər sevincli, şad-xürrəm, qələbə əzimliydilər. Döyüşə girməzdən əvvəl əsgərlərimə bir daha həmişə dediyim sözləri xatırlatdım:
“Azərbaycan əsgəri, unutmayın ki, erməni əsgəri qorxaqdır. Xocalı soyqırımını onlar Azərbaycanda erməni xofu yaratmaq üçün törətmişdilər.
Erməni bunu öz gücünə etməyib. Biz döyüşə ölməyə deyil, qələbə qazanmağa gedirik. Hər birimiz döyüşdən sağ çıxacağıq!”.
Aprel ayının 1- 2-nə keçən gecə saat 3-də ermənilərin təxribatının qarşısını almaq əmrini alandan sonra verilən tapşırığa əsasən,
bölüyümdəki əsglərlərlə hücuma keçdik.
Gecənin qaranlığında qorxmaz Azərbaycan əsgərləri komandirin əmri ilə döyüş xəttində öz yerlərini tutaraq hərəkətə keçdilər. Düşmən
mövqeyinə Seysulan tərəfdən ilk addım atan, mövqe yaran Samir Kaçayev, Vüsal və Vuqar Alıyev qardaşları oldu. Samir Kaçayev əmrə əsasən
sol cinahı açdı. Və bundan sonra arxadakı əsgərlər də hücuma keçdilər. Bir azdan tağım komandiri, baş leytenant Azər Məmmədov da öz dəstəsi
ilə sol tərəfdən hücuma qoşuldu. Tankın açdığı ilk yaylım atəşi ilə vurulan ermənilərin müşahidə məntəqəsi oldu. Bu məntəqənin vurulması ilə də
Seysulan azad olundu.
Erməni döyüşçülərinin içərisinə vəlvələ düşmüşdü. Tağım komandiri Azərin atdığı güllə erməni əsgərinin sifətindən tutdu, erməni tərəfdən
atılan güllə isə erməni mövqeyini atəşə tutan Azər Məmmədova dəydi. Həsrət Almasovun atdığı güllələr isə həmin dəqiqə 2 erməni döyüşçüsünü
də yerə sərdi. Bu vaxt gənc əsgərlərin arasına səs düşdü ki, “komandir vuruldu”.
Azəri arxadakı səngərə çatdırmaq üçün onu kürəyinə aldım, həm öz təchizatı, həm də Azərin təchizatı olsa da ağırlığı hiss etmirdim.
Əsgərlərdən ikisi də yaralanmış Məmmədovun ayaqlarından tutaraq, onu döyüş bölgəsindən 200 metr uzaqda olan səngərə çatdırdıq. Geri
qayıdanda çox sevdiyim döyüşçümüz Samir Kaçayevin şəhid olduğunu gördüm. Samir Kaçayev arxası üstə yerə uzanmışdı. Ondan qabaqda isə
üzbə-üz döyüşdə iki ermənini gəbərtmişdi. Samirin göylərə baxan üzündə bir məmnunluq və nifrət var idi. Başqa vaxt olsaydı Samirin yanından
çəkilməzdim. Ancaq indi döyüş vaxtı idi. Hər saniyə düşmənin məhvinə xidmət edirdik. Bir an ləngimək, döyüş xəttində nizamsızlıq yaradacaqdı.
Hədəf ancaq irəli idi. Samir Kaçayev öz işini görmüşdü. Onun fəallığı nəticəsində ilk döyüş xətti açılmışdı. Azərbaycan əsgərlərinin aldığı mövqe 624
yaralı və ölmüş ermənilərlə dolu idi. Samir Kaçayevin qisası alınmışdı...
Bir az keçəndən sonra çox sevdiyi əsgərlərindən Mikayıl Vahabzadə də düşmən mərmisindən şəhid olduğunu gördü. O, özündə
cəsarət tapıb erməni ilə ən yaxın üzbəüz mövqeyə keçmişdi. Mikayıl atıcı və manqa komandiri idi. Vahabzadə həlak olanda dan yeri hələ
açılmamşıdı.
Növbəti şəhidim isə Vüsal Alıyev oldu...
Aprelin 2-si döyüş bölgəsindən çıxarılan 3 şəhid ailəsinə göndərildi. Aprelin 5-dən sonra isə... Seysulanda azərbaycanlı əsgərlərin geri
aldıqları mövqe neytral zona elan olundu.
Şəhid Mikayıl Vahabzadənin şəkli bu günə kimi də telefonumun üst səhifəsində qalır. Onun yüksək ailə tərbiyəsi, davranışı, hərəkəti,
çətinliklərə dözməyinə, əsl həbçi mətinliyinə söz ola bilməzdir. Vahabzadə manqa komandiri olsa da, bütün çətinliklərin öhdəsindən gəlirdi.
Nizamlı-intizamlı idi. Şərəfli zabitə məxsus olan sirr saxlamaq keyfiyyətinə malik idi. Orduda çətinliklər olur, ordu kişilik məktəbidir. Mikayılı bir
dəfə də olsun o çətinliklərdən sınan, əyilən görmədilər. Aza tabe oldu, çoxa şükür etdi. Ətrafındakı əsgərlərin də hörmətini qazanmışdı. Aldığı ali
təhsil də hədər getməmişdi. Mikayıl kimi oğulu dünyaya gətirən ananın özü hamıdan əvvəl qəhrəmandır. Mikayılla həm də dost olmuşduq. Əhd
etmişdik ki, apreldə nişanım olacaq, o xeyir işdə birgə olaq. İkimiz də məzuniyyətimizi həmin aya saxlamışdıq...
Hər dəfə Samir Kaçayevə baxanda fikirləşirdim ki, onun orduda gələcəyin zabiti olması üçün çalışacam, nə lazımdısa edəcəm. Çünki
etibarlı idi, mərd idi. Samir sol cinahı açmaqla canı bahasına əsgər yoldaşlarını xilas etmişdi. Üzbəüz döyüşdə iki erməni əsgərini ölüdürdükdən
sonra, özü də qəhrəmanlıqla həlak olmuşdu. Nizam-intizamlı, tərbiyəli əsgər olduğundan döyüşdə də bu keyfiyyətlərini göstərdi. Elşən Səmədov
və Nazim Zəkaryayev eyni bölgədən, Şamaxıdan idilər. Səmədov çox zarafatcıl idi. Gözəl səsi var idi. Yanaqlarından o dağların havasının saflığı,
qırmızılığı heç keçməmişdi. Hərdən kefinin kök vaxtında, oxuyub əsgərlərin əhvalını qaldırardı. Nazim Zəkaryayev həmişə deyib-gülən, danışan,
bütün əmrləri yerinə yetirən səliqəli idi. Ona bir iş buyuranda, sevincinin həddi-hüdudu olmurdu. Motoatıcılığın sirlərini də öyrənmişdi.
Döyüşlər təzə başlayanda erməninin atdığı güllələr qoruyucu jiletə ilişib, daxilə keçməmişdi. Yalnız güllələrdən biri başımdakı dəmir
papağı yarıb saçlarımı ütüb keçmişdi. Nazim Zəkaryayev bunu görəndə, gəlib qucaqlamışdı, gözləri dolmuş halda “komandir, nə yaxşı ki, sizə heç
nə olmadı. Siz salamatsınız” deyib, döyüşə davam etmişdi. O da qəhrəmanlıqla həlak oldu. Son nəfəsinə kimi kişi kimi vuruşdu.
Azərbaycan Ordusunun zabitləri bu döyüşlərdə əvvəlcə özləri qabağa atılıb, əsgərləri arxalarınca apardılar. Həmin döyüşlərdə mayor İlham
Hüseynov öz sinəsini irəli verməklə bir əsgəri xilas etdi. Yaralı olduğunu görəndə isə vaxt itirmədən, əlindəki qumbaranı açıq saxladı ki, erməniyə
əsir düşərsə, özünü partlatsın. Lakin müharibədə sağ qalmaq bir qismətdir, mayor komandir İlham Hüseynovu əsgərlərimizin köməyi ilə döyüş
bölgəsindən çıxara bildik.
Həmin gün döyüşə atılan uşaqların hamısı qəhrəman idilər. Ermənilər təlaşa düşmüşdülər. Aləm dəymişdi bir-birinə, Azərbaycan
Ordusunun müzəffər əsgərləri geri aldıqları ərazilərdə erməniləri yerlə-yeksan edə-edə gedirdilər. Axşama yaxın erməni tərəfin gücdən və ruhdan
düşdüyü aydın görünürdü. Gecə yarısı o da məlum oldu ki, bizim hərbçi rabitəçilərimiz erməni əsgərlərinin öz mərkəzlərinə yalvarmalarını, silah
istədiklərini, ağlaşma səslərini tutmuşdular.
Ermənilər o qədər qorxuya düşmüşdülər ki, əqrəb çətin zamanlarında, düşməni ilə üz-üzə qalanda özünü sancıb öldürdüyü kimi, ermənilər
də boş qoyub qaçdıqları mövqelərini yenidən bombalamağa başladılar. Lakin həmin mövqelərdə Azərbaycan Ordusunun Vətən torpağını azad
etmiş əsgərləri şadyanalıq edir, sevincdən ağlayır, yaralılara yardım göstərirdilər.
Döyüşlərdə mən də bir neçə yerdən yara almışdım. Buna baxmayaraq yaraların ağrısı şəhid əsgərlərimin yarasını üstələyə bilməmişdi. Bu
gün həmin günlə bağlı unuda bilmədiyim bir hadisə Seysulan istiqamətində meyitlərin ərazidən götürülməsi ilə bağlıdır. Bir vaxtlar çiyin-çiyinə
vuruşduğum əsgərlərim artıq həyatda yox idi. Onların cansız bədəninin tanınması isə mənə tapşırılmışdı...Ərazidən meyitləri götürərkən çoxsaylı
erməni meyitləri də var idi. Erməni hərbçiləri meyitlərin hamısını götürmürdü. Elə meyitlər var idi ki, artilerriya zərbələrindən tanınmaz hala
düşmüşdü. Düşmən tərəfi həmin meyitləri ərazidən götürmədi....
Atəşkəs elan ediləndən sonra şəhid əsgərləri neytral zonadan çıxarılmağa gedəndə ən ağır anlarımı yaşadım. Komando verdiyim əsgərlərin
cansız bədənləri qollarım üstündə idi. Elşən Səmədovun cansız bədənini götürəndə, avtomat silahı da əlində idi. Onun barmaqları silahın
tətiyindən yapışmışdı. Həkim onun cansız əlindən belə silahı çox çətinliklə açıb götürdü. Elşənin cansız bədəni də döyüşmək istəyirdi, silahı
əlindən yerə qoymaq istəmirdi, silahından ayrılmaq istəmirdi.
Öz gözlərimlə gördüyümdən deyə bilərəm ki, gizli əməliyyatlarda, üzbəüz döyüşlərdə erməninin 1000-ə qədər itkisi oldu.”
Həmin günərdə Azərbaycan Ordusunun əsgərləri “Ohanyan xəttini” keçmişdilər. “Ohanyan xətti” Qarabağ müharibəsində 25 il
toxunulmaz qalmışdı. Və həmin döyüşlərdə ermənilərin “Ohanyan xətti” mifini Azərbaycan əsgərləri 4 saatın içərisində dağıtdılar.
(https://modern.az/az/news/112908. Aida Eyvazlı Kürşad ruhlu komandirin şəhid əsgərləri... 28 Sentyabr 2016).
625
626
627
BAŞ GİZİR ƏHLİYYƏT MEHDİYEV
"Türklərin bədənlərinin tərkibində, təbiətlərinin qarışığında olan xüsusiyyətlər, onları sahib olduqları
vətənlərinə, torpaqlarına çəkmək həssaslığına malikdir." (Cahiz)
Mehdiyev Əhliyət, 1990-cı ilin may ayının 25-də Ağdam
rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Orta
məktəbdə təhsil alarkən, 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil
olmuş, 2008-ci ildə oranı bitirərək, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil olmuşdur. 2012-ci ildə Ali Hərbi Məktəbi də bitirərək, 2012-
2013-cü illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu
keçmişdir. 2013-cü ilin iyul -dekabr ayına qədər Naxçıvandakı “N” saylı hərbi
hissədə taqım komandiri vəzifəsində xidmət etmişdir. 2013-cü
ilin dekabr ayından 2014-cü ilin iyun ayına qədər Xüsusi Təyinatlı
Qüvvələrin kursunda iştirak etmiş və kursu “kurs birincisi” olaraq bitirmişdir.
Düşmən arxasında döyüş tapşırıqlarını dəfələrlə uğurla yerinə yetirmişdir. 2016-cı
ildəki “Aprel döyüşləri”ndə yanında mərmi partlaması nəticəsində qapalı kəllə-
beyin travması keçirmiş, 1 illik müalicədən sonra 2017-ci ilin 17 iyununda ordu 628
sıralarından təxris edilmişdir. II qrup Qarabağ əlilidir.
Mükafatları:
Xüsusi Təyinatlı Qüvvələr kursunun kurs birincisi
2008-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif edilib.
2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif
edilib.(https://az.wikipedia.org/wiki/%C6%8Fhliy%C9%99t_Mehdiyev).
Əhliyyət Mehdiyev “Aprel döyüşləri”ni belə xatırlayır: “Qarabağ ərazisində ən çox acı yaşayan bizim rayon olub. Gözümüzün qabağında
bir də görürsən meşələrimizi yandırır, od vururdular, mənəvi əziyyət çəkirdik. Və bu günü çox gözləmişdik ki, gedib qisasımızı alaq. O günahı
olmayan meşələrimizi, otlaqlarımızı bu cinayətkarların əlindən xilas edək. Mən o yerləri necə arzulamayım ki, atam deyir ki, o torpaqlar alınsa,
mərkəzdən kəndimizə qədər olan 18-20 kilometr yolu dizin-dizin sürünərək gedərəm. Həmin aprel səhərində də bizə qüvvət verən bu ağrılar, bu
acılar, qisas hissi idi. Biz bilirdik ki, o torpaqları azad etsək şəhidlərimizin narahat ruhu dincələr.
Təlimdə idik. Yuxarı komandanlıqdan xəbər gəldi ki, ermənilər həmişəki kimi atəşkəsi pozub, mülki əhali yaşayan istiqamətlərə mərmilər
atıblar. Aprelin 1-dən 2-nə keçən gecə, düşmən hücumunun qarşısını almaq üçün böyük canlı qüvvə ilə döyüşə girdik. Zabit və gizirlər xüsusi
təyinatlılar öndə gedirdilər. Bizim təyinatımız məxfi olduğundan özümüzə məlum istiqamətdə düşmən mövqelərinə tərəf hərəkətə başladıq. 629
Bölüyümüzün komandiri polkovnik-leytenant Murad Mirzəyev, qərargah rəisimiz mayor Samid İmanov, kapitan Mühüd Orucov öndə gedirdilər.
Və təbii ki, sərkərdəsi öndə gedən əsgərin inamı, gücü, ruhu daha inamlı olur. Dərinliyə irəlilədikcə, erməni postlarını ələ keçirirdik. Bu dəfə elə
bil ki, Tanrının lütfükarlığı daha çox idi. Haraya ayaq qoyurduqsa, ancaq irəlini göstərirdi.
Həmin vaxt mən, Veysəl, Səməndər, Seymur Baxışov... eyni istiqamətdən Goranboydan Ağdərə istiqamətinə tərəf yol götürdük. 20 ildir ki,
getmədiyimiz, relyefinə öyrəşmədiyimiz, lakin tanış olan dağ yolları, yamaclar, çaylaqdan keçib getmək, hədəfə çatmaq, düzgün istiqamət
götürmək əslində çox çətin idi. Kəşfiyyat sirlərini bildiyimizdən, yaxşı mənimsədiyimizdən hiss etmişdik ki, qarşıda düşmən marığa yatıb, bizi
pusquya salıb, məhv etmək istəyir .Buna görə də bir an belə ayıq-sayıqlığı itirmirdik. Müəyyən vərdişlərimiz sayəsində dəstəmiz ermənilərin 20
ildən artıq müdafiədə oturduqları yüksəklikləri ələ keçirməyə başlamışdı. Çox dərinliyə gedib çıxmışdıq. Erməni bizi lap yaxınlıqdan biçmək
istəyirdi. Lakin bizim peşəkar zabitlərimiz onların bu planlarını bir anın içərisində alt-üst edə bildilər. Ermənilər gözləmədikləri halda əks-hücuma
məruz qalanda artıq özlərini itirdilər.
Qarşı tərəfdəki postda dayanan ermənilər də əks-hücum əməliyyatları həyata keçirirdilər. Onlar yüksəklikdən bizim yenicə aldığımız
postları vurmağa cəhd göstərirdilər. Sadəcə kəşfiyyatçılarımız və döyüşçülərimizi təbiətin hər bir relyef sahəsində hərəkət metodlarını yaxşı
bildiklərindən, qarşı tərəfin atdığı atəşlərdən yayına bilirdilər. Yenicə gəlib çatdığımız postda dəhşətli bir hadisənin şahidi oldum. Bir neçə dəqiqə
əvvəl vurub həlak etdiyimiz cılız erməni əsgərinin ayağına zəncir bağlanmışdı. Zəncirin uzunluğu 300-400 metrliyində olardı. Bir daha əmin
oldum ki, erməni əsgərlərini burada məcburi şəkildə, zəncirləyib saxlayır ki, bizim hücumlarımız olarsa, ona cavab versinlər. Onların bizim
torpaqlarda nə işi var ki? Məgər bilmirdilər ki, bir gün qanunsuz zəbt etdikləri torpaqlarda ölmək də var. Döyüşə girən, sərhəddə dayanan zabitin
və əsgərin olduğu yeri, ərazini qorumaq onun şərəf işidir.
Sol cinahdan Murad Mirzəyev və onun arxasınca da biz hücuma keçərək, artıq Talış yüksəkliyini əldə etmişdik. Aprelin 2-si günortadan
sonra kəşfiyyat məlumatları sayəsində bildik ki, düşmən iki briqadaya yaxın bir şəxsi heyətlə və zirehli texnika ilə üzərimizə gəlir. Qabaqda gedən
Samid İmanov sərrast atəşlərlə onların hərbi texnikasını məhv etdi. Göydə ancaq “qradlar”, artilleriya mərmiləri uçurdu. Biz böyük bir qüvvə ilə
hücuma keçəndən sonra, artıq səngərdə üzbəüz döyüşlərə başladıq. Həmin döyüşlərdə Elmidar Səfərov boynundan yaralandı. Nə qədər elədiksə,
onu döyüş meydanından geri çıxarda bilmədik. Uyğun mövqeyə çəkilib, ona ilkin tibbi yardım göstərdik. Neylədiksə döyüş mövqeyindən geri
çəkilmək istəmədi. Dedi ki, mən bu günü gör neçə ildir gözləyirəm, deyirsiniz, gedim arxada ölüm?! Vətən sevgisi gözlərini o qədər tutmuşdu ki,
qanı axa-axa döyüşə davam etdi. Bir neçə saatdan sonra yaxından dəyən düşmən gülləsi onun həyatına son qoydu.
Gözləyə bilməzdik. Əlbəttə, hər itki qəlbimizi parçalasa da, torpağın dostdan da əziz olduğunu burada hər bir döyüşçü bir daha yəqin etdi.
Qalibiyyət bizim tərəfdə idi. Onların əlimizə keçirilən texnikalarını götürüb istifadə etdik. Artıq aprelin 2-si günü saat 4-dən sonra erməni
texnikalarının səsi çox yaxından gəlirdi. Heç o səslər də bizi vahiməyə sala bilmədi. Əsgərlərimizdə, zabitlərimizdə, döyüşçülərimizdə güclü bir
döyüşçü ruhu var idi. Bilirsiniz ən əsası odur ki, bizim oğlanlar, Murad, Samid, Pəncəli, Şahin, Sərxan, Teymur, Tural qəhrəman kimi
döyüşürdülər. Sağ cinahda isə polkovnik-leytenant Raquf Orucov, polkovnik Vüqar Yusifov və onların döyüşçüləri irəliləyirdilər. Bir də onu
gördük ki, Seymur Baxışov yaralanıb. Buna baxmayaraq Elvin Namazov minalanmış sahəyə keçdi. Seymur Baxışova kömək etmək istəyəndə özü
də minaya düşdü. Və biz bildik ki, artıq onların ruhu Tanrı dərgahındadır. Döyüşə davam edirdik. Bizim döyüş qaydaları və xüsusiyyətlərinə görə,
kəşfiyyatçı və xüsusi təyinatlılar döyüşə böyük qüvvə ilə girmirlər. Öndə gedən istehkamçı və minatəmizləyən yollar açır, sakitcə “gəlin” işarəsini
verəndən sonra biz irəliləməyə başlayırıq. Kəşfiyyatçılar bir qayda olaraq, yaxınlaşan adamın ayaq səslərini və hənirtisini 40-50 metrə məsafədən
hiss edir. Qoşunların asfalt yolda hərəkətini 600 metrdən, torpaqda hərəkətini isə 300-400 metr məsafədən hiss edirlər. Əgər həmin əraziyə doğru 630
tank torpaq yolla irəliləyirsə onun səsini 1200-1500 metrdən, asfalt yolla gəlirsə 3000-4000 metr məsafədən hiss etməli və duymalıdır. Xüsusi
təyinatlılar və kəşfiyyatçılar hadisə yerində adətən göydən düşmüş kimi peyda olurlar. Belə çevik hərəkətlərimizlə götürdüyümüz postlarda
erməniləri heyrətə gətirən də bizim döyüş ruhumuz idi. Döyüşçülərimizdən biri də geri çəkilmirdi. Bizdən fərqli olaraq düşmənin əsgərləri
qoruduqları postları qoyub geri qaçırdılar. Axı bu torpaqlar onların deyil, bu yerlər onların Vətəni olsaydı, onlar da bizim kimi həmin torpaqlar
uğrunda şəhid olmağı şərəf sayardılar. Qarşı tərəfdəki dağ döşündən ermənilər bizə qarşı texnika ilə döyüşürdülər.
Elnur İsgəndərzadə, Tural Qurbanov yüksəkliklərin alınmasında cəsurluq göstərdilər, son nəfəslərinə qədər döyüşdülər. Təsəvvür edin ki,
bizim məharətimizi görən erməni hər zaman keşikdə durduqları üzbəüz mövqelərə ağır texnika gətirmişdilər.
Biz isə ancaq əl silahlarından istifadə etməklə onlara zərbələr endirirdik. Ermənilər bizim döyüş ruhumuzdan qorxaraq, özlərini
itirmişdilər. Baxmayaraq ki, minalanmış sahələrlə hərəkət edirdik. Həmin gün güllələrin yağışı altında irəliləyərək 1400 metr yüksəkliyə
qalxmışdıq. Uşaqlar elə bil ki, quşlardan qanad, ceyranlardan, dağ keçilərindən ayaq almışdılar. Adi günlərdə həmin yüksəkliyi fəth etmək üçün
azı 8-10 saat vaxt lazım olardı. İndi isə 2 saat ərzində biz o yerləri fəth etmişdik. Hamıya məlumdur ki, 1994-cü ildə atəşkəs rejimi tətbiq ediləndən
sonra, Ermənistanın tərkibində olan Rusiya qoşunları Ağdərəyə qədər irəliləyib dayanmışdılar. İndi həmin rus qoşunun adını dəyişib 5-ci Dağıdıcı
diviziya qoyublar. Bizim xüsusi təyinatlıların bölüyü həmin 5-ci Dağıdıcı diviziya ilə döyüşürdü. Bundan əlavə həmin istiqamətdə rusların 222-ci
xüsusi təyinatlı bir alayı da var. Bu hesabla bizim 1 xüsusi təyinatlımız erməni tərəfdən 6 əsgərlə vuruşurdu. Biz bu döyüşdə bir daha əmin olduq
ki, düşmən öz başı ilə deyil, rusun diktəsi, çəkdiyi plan və taktika ilə döyüşür.
Şəxsi heyətin qəhrəmanlığı qarşı tərəfdə olan erməniləri vahiməyə salmışdı. Biz bilirdik ki, son nəfəsimizə qədər döyüşəcəyik.
Öldürməliyik, lakin ölməməliyik. Əslində döyüşə girəndə də bu fikirlə girmişdik. Ermənilərin müxtəlif silahlardan açdıqları atəşləri biz RPK, RK,
M-60, artilleriya “qradları” ilə susdurmağa çalışırdıq. Atılan güllələrin, mərmilərin, topların səsindən göy üzü işıq idi. Atəşlər qaranlığı yox
etmişdi. Artıq üçüncü gün idi ki, dayanmadan döyüş gedirdi. Lakin yaralanan əsgərləri, çıxmaq şərti ilə, döyüşən əsgərlərin heç biri gözlərini
yumub, dincəlmək istəmirdilər. Qarış-qarış, addım-addım, təpə-təpə, keçid-keçid aldığımız torpaqlardan güc almışdıq. Bizim döyüşdüyümüz
dağlıq və dərə olan ərazilərdə ermənilər 50-dən çox itki vermişdilər. Bizim şəhid olan dostlarımız son nəfəslərinə kimi qəhrəmanlıqla, əsl
vətənpərvər kimi döyüşdülər. Samid İmanovu, Murad Mirzəyev, Mühüd Orucovu cəmləşmədə itirdik. Onlar həlak olan yerlər artilleriya atəşinə
tutulmuşdu.
Samid İmanov sona qədər, düşmənlə üzbəüz yaxın istiqamətdən vuruşurdu. Yaxınlaşanda gördük ki, Samidi hədəf alan düşmən onun iki
ayağından və çiyinlərindən vurmuşdu. Samid əlində olan bütün silahlardan sona qədər istifadə etmişdi. Böyrü üstə uzanaraq, elə bil ki, yuxuya
getmişdi. Əlində qumbara var idi. Qumbaranı sona saxlamışdı ki, əgər birdən düşmənə əsir düşərsə, özünü partlatsın. Gizir Sərxan Bayramov da
həmin ərazidə həlak olmuşdu. Sərxan sona qədər vuruşmuşdu. Hətta ona yaxınlaşanda gördük ki, özü-özünə ilkin tibbi yardım göstərib, aldığı
yaralara baxmayaraq, döyüş meydanından çıxmayıb, sona qədər vuruşub. Pəncəli Teymurov bir əfsanə idi. Talış yüksəkliyinin alınmasında xüsusi
fədakarlıq göstərmişdi. Ümumiyyətlə qrupumuzda olan hərbçilərin əksəriyyəti Pəncəli ilə bir bölükdə vuruşmaq istəyirdilər. O bizim Ordunun
əfsanəsi idi. Onun kimi istehkamçı olmaq hər oğlunun işi deyildi. Hamıdan öndə gedirdi, həm istehkamı açırdı, həm qarşıdakı minaları
təmizləyirdi, həm tankçı idi, müasir texnikanın hamısından başı çıxırdı. Döyüş onun ruhu, cismi idi. Döyüş dostlarını canından artıq sevirdi, həmin
gün həm Vətən uğrunda, həm də dostları uğrunda döyüşdü. Əslində ermənidən qisasımızı lap əvvəllər komandanlığı tapşırıqlarını yerinə
yetirərkən almışdı. Dəfələrlə ermənilərə ağır itki verdirib, istehkam qüvvələrini dağıtmışdı. Bu gün isə onun üçün bir fürsət idi ki, açıq döyüşdə öz 631
məharətini göstərirdi. Son nəfəsinə qədər bildiyi bütün döyüş metodlarını tətbiq etdi, bir qəhrəman kimi köçdü dünyadan.
Bu gün də o döyüşlərdə itirdiyimiz şəhidlərimizi, döyüş dostlarımızı unuda bilmirəm. Mühitlər, Muradlar, Samidlər, Raquflar, Vüqarlar,
İnqilablar qabaqda gedirlərsə, biz necə dayana bilərdik. Komandirin öndə getməyi arxada olan əsgərlərə ruh verir. Döyüşlərdə hər kəs çalışır ki,
komandirin yanında olsun, həm onu qorumaq, həm də döyüşdə yaxından iştirak etmək üçün. Bizim döyüşçülər ölümün gözünə dik baxa-baxa,
dönməyəcəklərini bilə-bilə, arxaya baxmadan son nəfəslərinə qədər irəli getdilər. Bölmə komandirimiz Etibar Cəlilov da həmin döyüşlərdə ağır
yaralanmışdı. Yaralanmasaydı, sona qədər vuruşacaqdı. Cəsur xüsusi təyinatlı döyüşçümüz Şəhriyar Eyvazovla birlikdə Etibar Cəlilovu
qollarımızın üstündə 2 kilometr məsafədən 4 saata kənar mövqeyə çıxardıq. Döyüş gedən relyef dağ-dərə, kol-kos olduğundan qucağımızda yaralı
aparmaq çox çətin idi. Şəhriyar Eyvazovla yenə döyüş meydanına qayıtdıq. Onu vertolyotla Bakıya apardılar. Yenidən geri qayıdıb, döyüşə
qatılanda, düşmənin atdığı artilleriya mərmisi ayağımızın altında partladı.
Dayandığımız torpaq ərazidə mərminin küləyi bizi yerdən götürüb göyə qaldırdı. Göydə çəkisizlik şəraitinə düşdüm. Torpaq bədənimə güllə kimi
dəyirdi. Topun həmləsi məni 5-6 metr yüksəkliyə qaldırıb, yerə çırpdı. Gözümün birini qan örtmüşdü. Heç nə görmürdüm. Bir gözümlə ətrafı seyr
etdim. Bədənimdə kəskin ağrılar var idi. Sonradan bildim ki, həmin zərbədən Şəhriyar elə yerindəcə həlak olub. Toz-tozanağın içərisindən çıxıb,
mövqeyimi dəyişdim. Döyüşün 3-cü günü, aprelin 4-ü göy üzü qara buludlarla dolmuşdu, hava elə soyuq idi ki. Sonradan döyüşün dayanması,
yenidən atəşkəs elan edilməsi haqqında əmr aldıq. Hamımızın dişi bağırsağını kəsirdi. Hamımız döyüşü davam etdirmək istəyirdik. İndi aldığımız
ərazilərin sevinci də gözümüzə görünmürdü. Axı biz qarşımıza məqsəd qoymuşduq ki, ermənini yuvasına qədər qovacağıq. Bununla belə aprelin
20-nə qədər müəyyən mövqelərdə bərkitmə işləri aparıb, yuxarı komandanlıqdan aldığımız tapşırıqları yerinə yetirməkdə davam etdik... Biz elə
bilirdik ki, yenə döyüşə girəcəyik.
Heç unuda bilmirəm o dostların üzlərini. Elvin Namazov təzə evlənmişdi. Döyüşə girəndə bilirdi ki, yaxın vaxtlarda övladı dünyaya
gələcək. Bir qayda olaraq, hər bir xüsusi təyinatlı onunla döyüşə girən yoldaşının bədən nişanələrini bilir. Elvinin də cansız bədənini mən gördüm,
əvvəlcə bir neçə güllə yarası alsa da, döyüşə davam etmişdi, sonra isə minaya düşərək həlak olmuşdu. Onunla son dəfə görüşmək üçün üzünə
sərilmiş üçrəngli bayrağı açanda, üzündə bir məmnunluq gördüm, elə bil ki, yatmışdı. Həmin Elvin idi. Döyüşdə mənimlə irəliləyən Elvin.
Polkovnik Vüqar Yusifovun şəhidliyindən sonra üzünə bir işıq dolmuşdu. Üzünün nuru ətrafa işıq saçırdı. Babək Abidovu, “Gecələr” ləqəbli
Toğrul Fərəczadəni, Bəxtiyar Hüseynovu, Seymur Baxışovu necə unudum? Bəxtiyarın yas mərasimində iştirak edirdik. Atası Rəfael dayını
görəndə hamımız yerimizdəcə donub qaldıq. Elə bil ki, bir almanın iki üzü imiş. Bir oğul atasına nə qədər oxşayarmış. Həmin törəndə atasının
gözündən bir damla da yaş çıxmadı. Bunun əvəzinə kiçik oğlunu çağırıb, ona nəsihət etdi, öyüd verdi, dedi ki, qardaşının dostları ilə dost ol,
qardaşın kimi yaşa ömrünü. Dedi ki, qardaşının qisasını almağa hər zaman hazır ol. Oğlunun vəfatından bir il sonra, Rəfael Hüseynov da oğul
həsrətinə dözməyib, dünyadan köçdü.
2016-cı ilin aprel günlərini hər zaman belə xatırlayacağam, həm qürur, həm də hüznlə. Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və
Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır. Tanrıdan bir
istəyimiz var, Ali Baş Komandan İlham Əliyev tezliklə əmr versin, və biz azad etdiyimiz torpaqların üstündəki mövqelərimizdən irəli keçərək,
qısa bir müddətdə düşməni geri oturdaq.(Şükürlər olsun ki, bu əmr gəldi və vətən torpaqları azad olundu-A.S).
Əhliyyət Mehdiyevin döyüş dostları arasında ləqəbi “Fred” olub. Bu ləqəbi ona Qarabağ döyüşlərinin ilk illərində böyük qəhrəmanlıq
göstərmiş, Milli Qəhrəman Fred Asifin həyat yolunu əzbər bildiyi üçün, onu özünə ideal saydığına görə veriblər. Əhliyyət indi ehtiyatda olan
zabitdir.Üç övladı var. Böyük oğlu Əlinin 3 yaşı var, aprel döyüşlərindən sonra onun bir cüt əkiz övladı (qızı Sunay və oğlu Nihad) dünyaya gəlib.
(Aida Eyvazlı. “Aprel döyüşləri”nin qəhrəmanı: “Ermənilər postları qoyub qaçırdılar” - Müharibə SÖHBƏTİ, 2 Avqust
2017;https://modern.az/az/news/139825).
632
633
ANONİM KƏŞFİYYATÇININ DEDİKLƏRİNDƏN
(Məxfiçilyə görə müsahibimizin ad və soyadını qeyd etmirik)
1)Hərbiyə maraq sizdə nə vaxtdan yarandı?
- Hərbiyə marağım məndə uşaqlıq illərindən var idi. Hər bir vətənpərvər Azərbaycan övladı kimi mənim də qəlbimdə daim xalqıma və millətimə
sevgi ta uşaqlıqdan formalaşmışdı. Torpaqlarımızın iyirmi faizinin erməni işğalı altında olması, mənfur ermənilərin tarix boyu xalqımızın başına
gətirdikləri müsibətləri oxuyanda və biləndə düşmənə qarşı qəlbimdə nifrət daha da çoxalırdı. Zaman keçdi böyüdüm və hərbi xidmətə çağrıldım.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına qoşuldum. Əsgər kimi ordu sıralarında bir il xidmət etdim. Bu müddətdə hərb işini
daha yaxından öyrəndim və hərbiçi olmağıma qərar verdim. Xüsusi gizirlik məktəbini bitirdim və Xüsusi Təyinatlı Qüvvələrdə Kəşfiyyatçı
vəzifəsində xidmət etməyə başladım.
2) İlk iştirak etdiyiniz əməliyyat yadınızdadırmı? İstərdim həmin vaxtlardan danışaq. 634
- Bildiyimiz kimi düşmən hər zaman təxribata əl atır, mövqeylərimizə hücum edir. Təbii ki, bizim də onlara cavabımız daha sərt olur. Əvvəllər
mühafizə qruplarının tərkibində idim. Sonralar hücumlara da qoşuldum. 2014-cü ilin avqustunda düşmən mütamadi olaraq postlarımıza hücum
etməyə başladı. Hərbi maşınımızı pusquya saldılar. Həmin vaxt 8 əsgərimiz şəhid oldu. Bu gördüyüm ağır döyüşlərdən idi. Demək olar ki, ilk
iştirak etdiyim əməliyyat idi. Biz həmin hücuma cavab verib, düşmənin xeyli canlı qüvvəsini məhv etdik. 2015-ci ilin yanvar ayında Tərtər
istiqamətində belə bir qanlı döyüş baş verdi. Səhər saatları idi. Ermənilər var gücləri ilə mövqelərimizə hücum etdilər. Həmin vaxt bir kəşfiyyatçı
gizirimiz sinəsindən vuruldu. Ona tibbi yardım etsək də həyatını xilas edə bilmədik. Güllə onun aorta damarını kəsmişdi. Bunlar Aprel döyüşlərinə
qədər iştirak etdiyim böyük əməliyyatlar idi.
3)Xüsusi Təyinatlının döyüş yolunu aprelsiz təsəvvür etmək mümkün deyil. Nə baş verdi həmin gün?
- Artıq aprelin 1-i idi. Düşmən gözlənilmədən bizim mövqelərimizə hücum etdi. Biz də təbii olaraq özümüzü müdafiə etməli idik. Gecə saat 03:00
radələrində qanlı döyüşlər başladı. Mənə mühafizəni təşkil etmək tapşırılmışdı. Qarşıda ermənin 3 postu yerləşirdi. Bizim digər kəşfiyyat
qrupumuz isə ermənilərin arxa tərəfinə keçmişdi. Düşmən də bundan xəbər tutduğu üçün onları məhv etmək üçün hərəkətə keçdi. Biz onları
mühasirədən çıxarmaq üçün 3 erməni postunu almalı və möhkəmlənməli idik. Düşmənlə aramızda döyüş başladı. 5-10 dəqiqə qanlı döyüş
getdikdən sonra posta girməyə müvəffəq olduq. Bir neçə erməni əsgərinin meyiti səngərdə uzanmışdı. Biz onların tam məhv olduğuna əmin olmaq
üçün başlarından təkrar atəş açdıq və postun içərisinə doğru irəliləməyə başladıq. Posta daxil olduq və mühafizəni təşkil edib yerləşdik. Posta olan
erməni əsgərlərinin yarısı silahlarını atıb qaçmışdılar. Qaçmayanlar isə artıq leş idilər. Orada erməni əsgərlərinin siqaretləri, güllələri, silahları
qalmışdı. Postdan qaçan erməni əsgərləri təpənin arxasında meşəlikdə gizlənmişdilər və oradan bizi müşahidə edirdilər. Komandanlığa məlumat
verdikdən sonra yerimizdə möhkəmlənməyə başladıq. Təxminən 80-ə qədər erməni meyiti var idi...
4) Həmin vaxt sizinlə paralel cəbhədə döyüşən dostlarınızdan xəbəriniz olurdumu?
- Bizimlə paralel cəbhədə digər kəşfiyyat qrupularımız əməliyyat keçirirdi. Onlar arasında güclü döyüş gedirdi. Biz onları görürdük. Düşmən
başını itirmişdi. Düşmən əsgərlərin çoxu silahı atıb qaçırdı. Gecədən səhərə kimi qanlı döyüşlər getdi. Səhər açılanda ətrafdaki mənzərə dəhşət idi.
Erməni əsgərlərinin meyitləri hər yana səpələnmişdi. Təxminən 80-ə qədər erməni meyiti var idi. 3 postdan ikisi artıq bizdə idi. Postları alanda
yaralımız olsa da, şəhid vermədik. Böyük itkilər verən düşmən geri çəkildi. Bu taktiki gediş idi. Gözlənilmədən ermənilər biz yerləşdiyimiz
postları tank atəşinə tutdular. Biz bilirdik ki, onlar postlara hücum edəcəklər. Belə də oldu. Aprelin 3-ü səhər açılanda olar artıq gecədən
tədbirlərini görmüşdülər. Snayperləri arxa mövqeylərdə yerləşdirmişdilər. Tanklar isə bizə hədəfləmiş və intensiv atəşə tuturdu. Ermənilərin xüsusi
təyinatlılarının itirdikləri postlara hücumları başladı. Onların irəliləməsinə həmin tank yol açırdı. Erməni tankı bizim ələ keçirdiyimiz postları
vururdu. Tankın atəşi ilə blendaj dağıldı. Tankın atəşi nəticəsində erməni piyadaları bizim üstümüzə irəliləyirdi. Komandanlıq əmr etdi ki, postu
tərk etməyin. Bizə əlavə kömək lazım idi. Bu vaxt köməyə Milli Qəhrəman Murad Mirzəyevin komandirliyi altında, Gizir Qurbanov, Baş
leytenant İsgəndərov, gizir Teymurov, gizir Cəfərov, Milli Qəhrəman mayor İmanov və digərləri köməyə gəldilər. Orada Polkovnik-leytenant
Murad Mirzəyev döyüşçülərə əmr etdi ki, sona qədər heç kim postu tərk etməsin. Onlar son nəfəslərinə qədər döyüşdülər. Postda da şəhid oldular.
Murad Mirzəyevin, Pəncəli Teymurovun və digər kəşfiyyatçılarımızın meyitlərini onlar götürdülər. Bu döyüşdə düşmən də xeyli itki verdi.
Onların arasında xüsusi təyinatlı zabitlər və çavuşlar daha çox idi.
5)Bəs sizinlə eyni zamanda düşmənə cavab verən kəşfiyyatçılarımız? 635
- Onlar erməni postlarına 20 metr qalmış minaya düşdülər. Şəhid gizirimiz Seymur Baxışov minaaxtaran idi. O birinci minaya düşdü. Bundan
sonra arxada gələn digər hərbiçilərimiz də ətrafa dağıldıqda mina partlayışı nəticəsində şəhid olanlarımız və yaralananlarımız oldu. Həmin dəstədə
gizir Seymur Baxışov, gizir Sərxan Bayramov, leytenant Elvin Namazov, gizir Toğrul Fərəczadə, gizir Şahin Cavadzadə, gizir Teymur Qasımov
və gizir Bəxtiyar Hüseynov mina partlayışı nəticəsində şəhid oldular. Orada Elvin Namazovun bədəni parçalanmışdı. O, iki dəfə minaya düşdüyü
üçün daha çox zədə almışdı. Onlardan şəhid olanlar oldu, qalan yaralılar isə dost bölmələrimiz tərəfindən xilas edildi.
6) Sizin sonrakı aqibətiniz necə oldu?
- Erməni tankı postu vurduqdan sonra biz ordan çıxmaq məcburiyyətində qaldıq. Sürətlə irəliləyərək meşəyə girdik və müqaviməti oradan davam
etdirməyə başladıq. Ermənilər yüksək mövqedə oturduqları üçün bizi rahat vura bilərdilər. Meşənin axırına qədər gəldik. Artıq erməni bizim
yerimizi bilmişdi. Meşənin içini müxtəlif silahlardan atəşə tutdular. Hərbiçilərimizdən biri ayağından yaralanmışdı. Həmin vaxt Milli Qəhrəman
Samid İmanov yaralı idi. Əlində qumbara tutmuşdu ki, əsir düşsə özünü partlatsın. Biz əvvəl meşəyə girəndə özünü partlatmaq istəyirdi. Onu bu
fikirindən çəkindirdik və tibbi yardım göstərdik. Ancaq zabit qüruru onu rahat buraxmadı. Bizə əmr etdi ki, onu yaralı şəkildə qoyub, köməyə
əlavə qüvvələr çağıraq. Əmrindən çıxa bilməzdik. Bura hərbidir. Biz geriyə, çaya tərəf gəldik. Həmin vaxt erməni fasiləsiz şəkildə bizi güllə-baran
edirdi. Arxada dost bölmələrimiz kömək üçün qarşımıza çıxdı. Biz onlara mayor Samid İmanovun yerləşdiyi yeri göstərdik. Özümüz isə fiziki
cəhətdən əldən düşdüyümüz üçün bir qədər arxaya çəkildik. Dost bölmələrimiz mayor Samit İmanovun yanına çatanda artıq o, aldığı güllə
yarasından dünyasını dəyişmişdi. Qeyd edim ki, mayor Samit İmanov iki ayağından güllə yarası alaraq ağır yaralanmışdı.
7) Mühasirəyə düşən hərbçilərimizin taleyi necə oldu?
- Bəli, biz ora gələndə mühasirəyə düşən yoldaşlarımızı qurtarmağa gəlmişdik. Orda olan kəşfiyyaçılarımızın fərdi hazırlığı və əzmkarlığı
nəticəsində, həmçinin bizim güclü dəstəyimiz nəticəsində, 2 şəhid ( Gizir Dilsuz Qareyev və gizir Elimdar Səfərov) və bir neçə yaralı olmaq şərti
ilə düşmən mühasirəsi yarıldı və mühasirədən sızaraq kəşfiyyatçılarımız xilas oldular. Şəhidlərin meyitlərindən düşmən əlinə keçən olmadı, digər
kəşfiyyatçılarımız onların meyitini döyüş meydanından çıxartmağı bacardılar. Onların xidmətləri çox böyük olub. Hesab edirəm ki, Milli
Qəhrəman adına layiq olan şəhidlərdən biri də onlardır.
8)Aprel bizə nə verdi və bizdən nəyi aldı?
- Aprel döyüşləri bir daha ordumuzun güc və bacarığını düşmənə sübut etdi və düşmən bildi ki, onun qarşısında keçən əsrin sonlarındakı kimi 636
pərakəndə ordu yox, daha güclü, daha hazırlıqlı, müasir silah və təhcizatla təmin olunmuş bir ordu dayanıb. Düzdür, itkilərimiz oldu, əlbəttə ki,
müharibədə itki qaçılmazdır. Qanla verilən torpaq qanla da alınmalıdır. Lakin bu bizim döyüş ruhunuzu heç vaxt söndürə bilməz. Əksinə döyüş
təcrübəmiz bir qədər də artdı. Aprel döyüşləri düşmənin zəif tərəflərini öyrənməyə də imkan verdi.
9)Deyirlər, kəşfiyyatçının şəxsi həyatı olmur…
- Niyə olmur ki? Kəşfiyyatçı da bir ananın övladıdır. Onun da daxili aləmi, öz arzu və planları var. Lakin əminliklə deyə bilərəm ki, əsl
kəşfiyyatçının birinci növbədə düşündüyü şey onun Vətəni, sonra ailəsi və digər şeylərdir.
10) Şəhid hərbçilərin içərisində yaxın dostunuz var idimi?
- Kimliyindən asılı olmuyaraq biz kəşfiyyatçılar hər zaman bir-birmimizə dost və qardaş olmuşuq.
11) Şəhid olan yoldaşlarınızdan sizə vəsiyyət edəni oldumu?
- Xeyr. Belə bir hadisə ilə qarşılaşmadım. Sizin verdiyiniz sual ancaq filmlərdə olur. Çünki döyüş elə bir hissdir ki, orda insan döyüşdən başqa heç
bir şey fikirləşə bilmir.
12) Son sualımı ünvanlayıram, qurabağa və ilan yemisinizmi?
- Gülür... Bəli, yemişəm. Qurabağa və ilan kəşfiyyatçının ən ləziz yeməyidir. (https://vk.com/wall-121289356_5308;
http://femida.az/az/news/39986/-Gizli--k%C9%99%C5%9Ffiyyat%C3%A7%C4%B1n%C4%B1n-m%C3%BCsahib%C9%99si:-
%60Qurba%C4%9Fa--v%C9%99--ilan--%C9%99n--l%C9%99ziz-yem%C9%99yimizdir%60(FOTOLAR-18+)Miri Məcidli
Femida.az).
COCUQ MƏRCANLI
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati 637
ərazi vahidində aid kənddir. Yerli ləhcədə “Cojux Mərcannı” kimi tələffüz edilir. 1993-cü
ilin oktyabrında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş
Cəbrayıl rayonunun bütün ərazisi düşmən tərəfindən ələ keçirilmiş və Cocuq Mərcanlı
kəndi tamamilə dağıdılmışdır. 4 ay sonra – 1994-cü ilin yanvarında Azərbaycan
ordusunun keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad
edilib. Nəticədə Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq kəndin ətrafındakı
yüksəkliklərdə mövqe tutub. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox
yaxın yerləşdiyi üçün əhali ora qayıda bilməyib, burada cəmi bir nəfər – Oqtay
Həziyev daimi yaşayıb. 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələ
təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan
azad edildi.
Qarabağ müharibəsindən əvvəl kənddə 1075 nəfər – 283 ailə yaşayıb, məktəb,
kitabxana, tibb məntəqəsi, poçt, dəyirman, yerli administrasiya fəaliyyət göstərib. Yerli
sakinlər taxılçılıq, üzümçülük, heyvandarlıqla məşğul olub.
Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 2018-ci il
üçün 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.
Hazırda kəndin əsas təsərrüfatı heyvandarlıqdan ibarətdir.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi
ilə 10 fevral 2017-ci ildə 4,3 milyon (dörd milyon üç yüz min) manat “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.
Kənddə Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi rayon mərkəzindən 35 km cənub-şəqrdə, Araz çayına yaxın düzənlikdə yerləşır. Kəndin ümumi
sahəsi 1605 hektar, kənd təsərrüfatına yararlı sahəsi 1134 hektar, ondan hazırda 726 hektarı Azərbaycanın nəzarətindədir. 630 hektar qışlaq
və 249 hektar yaylaq sahəsi isə kənddən kənardadır. Kəndin təsərrüfatbaşına uçot kitabında mövcud olan 418 ev təsərrüfatı və 1447 nəfər əhali
hazırda Respublikanın 21 şəhər və rayonunda məskunlaşmışlar.
COCUQ MƏRCANLI ERMƏİ İŞĞALINDAN SONRA
638
639
COCUQ MƏRCANLIYA OLAN SƏFƏRDƏN...
640
(Həziyev İsmət Əbil oğlu (tarix müəllimi) və Süleymanov Kamal Ərşad oğlu (Hərbi hazırlıq müəllimi)
641
(Zamin Həziyev, Şəhid Novruz Aslanov adına Cocuqmərcanlı kənd orta məktəbinin direktoru)
642
(“Nəsimi ili” ilə bağlı hazırlanmış stend sərgidən)
643
(Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdləri)
644
(Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdləri)
645
(Qayıdış parkı)
646
(Cocuq Mərcanlı kənd orta məktəbinin kitabxanası)
647
(Kəndin uşaq bağçası)
648
(Lələtəpə yaxınlığı)
649
(Kənd məscidi)
650
(Səyyar maqazin)