The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-05 06:16:31

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

komandiri kimi kəşfiyyatdan gələndə üstü qanlı olurdu və nə qədər yalvarsam da haraya getdiyini, nə olduğunu demirdi. Sonralar bilmişəm ki, hər
il şəhid anasının ildönümündə erməni tərəfə keçib anasının qəbrini ziyarət edər və geri dönəndə bir neçə ermənini güllə atmadan öldürüb gəlirmiş.
Bu nə ürək, bu nə qorxmazlıq, bu necə cəsarət?!

Bəli, o heç zaman etdiklərini demədi. Oxuduğumuz qədəri ilə qardaşına, ailəsinə, sürücüsünə və hamıya... Kimsəyə danışmadı.
Mən igid polkovnik-leytenant haqqında bildiyim çox az, cüzi şeyləri danışdım. Onun əməliyyat yoldaşları, mənim kimi xidmət yoldaşları,
yəqin ki, qalaq-qalaq məlumatlara malikdirlər və ümid edirəm, onlar da danışacaq. Son olaraq sizi əmin edirəm ki, bu ölkənin Orucov
səviyyəsində kəşfiyyatçısı olmayıb!( http://zefer.az/martyr/view/2/polkovnik-leytenant-raquf-ibrahim-oglu-orucov).
MƏZARINDA RAHAT UYU XALQININ ÜRƏKLƏRDƏ MİLLİ QƏHRƏMANI OLAN RAQUF ORUCOV. QİSASIN ALINDI!

51

(Raquf Orucov, həyat yoldaşı Sevinc xanım, övladları: Aqşin və Nihad)

52

53

54

55

56

(Müəllif şəhid məzarını ziyarət edərkən)

POLKOVNİK-LEYTENANT MURAD TELMAN OĞLU MİRZƏYEV

“Komandir birliyin beyni, əsas hərəkətverici qüvvəsidir.”
(Mustafa Kamal Atatürk)

Doğum tarixi: 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndi. 57

Vəfat tarixi: 2 aprel 2016 (40 yaşında) Tərtər istiqamətində .
Dəfn edilib: Bakı şəhər II Şəhidlər xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları (xidmət illəri 1991-2016).
Azərbaycanın Milli Qəhrəmanı.
İki övladı (Nurlan və Dəniz) var.

Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun
Muğangəncəli kəndində sadə bir kəndli ailəsində dünyaya göz açmış, ilk təhsilini də elə bu
kənddə almışdı. Gələcəkdə qəhrəman əsgər olaraq ərsəyə gəlməsini bu kənddə doğulmasına,
böyüyüb boya başa çatmasına borclu idi bəlkə də...1990-cı illərin əvvəlində ölkədə baş verən
proseslərə Murad biganə qala bilmirdi. Vətənin ağır günündə hərbi sahədə təhsil almağı,
hərbçi olmağı özünə borc bilirdi. Ailəsinə bu arzusunu bildirəndə birmənalı olaraq müsbət
qarşılanmamışdı onun bu fikri. Lakin o, hər nəyin bahasına olursa olsun, hərbi təhsil almalı,
yeni qurulan ordumuzda zabit olmalı, general rütbəsinə qədər yüksəlməli, Vətəninə, xalqına
layiqincə xidmət etməli idi... Onun bu iradəsi qarşısında valideyinlərinin deyəcəyi, edəcəyi
bir şey qalmamışdı artıq... Ad günü 31 marta - Azərbaycanlıların Soyqırımı Gününə təsadüf
etdiyindən, heç vaxt qeyd etməzmiş. Şəhid olduğu 3 aprel tarixindən 3 gün öncə 40 yaşı
tamam olmuşdu. Onu isə hər zaman iyun ayının 26-sında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik edirdilər.
1991-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Təhsil illəri Birinci Qarabağ müharibəsinə təsadüf etdiyindən 1992-ci ildə
Vətənin müdafiəsi üçün, Ağdam cəbhəsində düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq Hərbi komissarlığa müraciət edir. Lakin yaşının yetərsiz
olması ilə əlaqədar müraciəti qəbul edilmir və təhsilinə davam etməsi tövsiyə olunur. Beləcə, 1991-1994-cü illərdə təhsilini C.Naxçıvanski adına
BİHM-də davam etdirərək yüksək dərəcə ilə ilk hərbi təhsilini tamamlayır. 1994-cü ilin iyun ayında Türkiyə Ali Hərbi Quru Qoşunları Məktəbinə
(Kara Harp Okulu) daxil olur və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirir. Diplomu və xatirə “Qılınc və məzun üzüyü”
Ümummilli liderimiz Heydər Əliyev və o dövrün Türkiyə Cumhurbaşkanı mərhum Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil
aldığı 600 nəfər yerli və əcnəbi tələbə arasından Murad birinci seçilərək “Onur Başkanı” təyin olunur. 1998-ci il sentyabrında 3 aylıq Eyirdir Dağ

Komando məktəbində kursa başlayır, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən Tuzla Piyada məktəbində yeni kursa başlayıb, həmin ilin 58
iyul ayında kursu müvəqqətiyyətlə bitirir. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri
vəzifəsində xidmət edir. Bunu isə həyat yoldaşı Fizzə xanım və digər, qohumları da şəhid olduqdan sonra tərcümeyi-halını oxuyarkən öyrənmiş
olurlar. Sirr dolu həyatının bir dövründə belə bir səhifə də varmış demək. (Maqsud Həsənov. Qısa ömrün örnək olan səhifələri.Palitra 2019.-3

aprel.- S.13;http://anl.az/down/meqale/palitra/2019/aprel/642537.htm).
Qəhrəmanımız 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, motoatıcı taqım

komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət edib. 2000-ci ildən 2016-cı ilə kimi
xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsindən xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “Qüsursuz xidmətə
görə” (2 dəfə), “Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), “Azərbaycan Respubliksı Silahlı Qüvvələrinin yubiley medalı” (3 dəfə) olmaqla 7
fəxri medalla təltif edilib. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə
ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilib. 2016-cı
ilin aprelində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq
döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrupu ilə birlikdə yüzlərlə ermənini məhv edərək və
tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.

Hamı onu susqun, azdanışan, qapalı bir insan kimi tanıyırdı. Yaxınlarından başqa onu tanımayanların yanında qəti bildirməzdi hərbi sahədə
çalışdığını... Daha çox özünü mülki sahənin işçisi kimi göstərirdi. Bu rəftarı onu tanıyanlarda təəccüb doğursa da, Murad Mirzəyevin bir hərbçinin
sirr saxlayan olmasını sözdə deyil, əməldə həyata keçirməsi digərləri üçün bir örnək idi. 2004-cü ildə ailə qurub Murad Mirzəyev.

Aprelin 2-də axşamüstü Fizzə xanımla əlaqə saxlayır. Bircə kəlmə "salamatam" deyir. Ayın 3-də həyat yoldaşı onunla yenidən əlaqə
saxlamağa cəhd edir. Amma alınmır. Aprelin 4-də xəbər gəlir ki, vəziyyət gərgin olduğundan, Muradgilin dəstəsi ilə əlaqə kəsilib... Həmin gün
başqa bir zabitin həyat yoldaşı zəng edərək Fizzə xanıma başsağlığı verir...Aldığı xəbərdən şok olan qadın buna inanmır. Geri dönəcək deyə
Muradın yolunu gözləyir... Amma...Aprelin 10-da şəhid Murad Mirzəyevin cənazəsini Gəncəyə gətirirlər. “İstəyirəm ki, ataları uşaqların
yaddaşında canlı kimi qalsın” - deyən həyat yoldaşı igid komandirin cənazəsini uşaqlara göstərmir... Bu, çox böyük əzm tələb edir. Lakin
sevdiyini, ömür-gün yoldaşını, uşaqlarının atasını son mənzilə yola salan qadın bunu böyük hünərlə uşaqlardan gizlətməyə çalışır....Təbiəti çox
sevən Murad tez-tez ailəsini təbiət qoynuna apararmış. Halal insan kimi tanınan Milli Qəhrəman uşaqlarını onların öz istədikləri peşədə görmək
istəyirdi. O, hərbini seçəndə atası etiraz etsə də, özü qərarını verir. Bir dəfə oğlu Nurlandan soruşanda ki, hansı peşəni seçəcəksən? Oğlu deyib:
“Ata, mən hələ adam olmaq istəyirəm”. Oğlunun dilindən bu sözü eşitmək onu qürurlandırmışdı. Oğlunun idmanla məşğul olması Muradın
arzularından biri idi.

Şəhid qəhrəmanımız "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcə (10 il xidmət), "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcə (15 il xidmət),
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı 3-cü dərəcə, "Hərbi xidmətdə fərqlənməyə görə" medalı 2-ci dərəcə, "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı,

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Qızıl Ulduz" medalı (2016), Azərbaycanın Milli 59
Qəhrəmanı (2016) medalları ilə təltif edilmişdir.

Fizzə xanım (həyat yoldaşı): “Uşaqlıqdan hərbçi olmağa can atıb. Atası əvvəllər M.Mirvəyevin hərbçi olmasını istəmirmiş. Anasının
razılığı ilə o, sənədlərini hazırlayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. Murad 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alıb. O,
daha sonra 1994-cü ildən 1998-ci ilə qədər Türkiyədə Kara Harb Okulunda təhsilini davam etdirib. 1998-ci ildə müvəffəqiyyətlə təhsilini başa
vurub. Türkiyə prezidenti Süleyman Dəmirəl ona qılınc təqdim edib. Mərhum prezidentimiz Heydər Əliyev də həmin mərasimdə iştirak edib.
Murad Türkiyədə motoatıcı ixtisası üzrə təhsil alıb. O, Türkiyədə Dağ komanda kursunu və 1999-cu ildə İstanbulda Tuzla piyada kursunu keçib.
1999-cu ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqada komandasının taqım komandiri vəzifəsində çalışıb. Daha sonra
Azərbaycanın Müdafiə nazirliyi onu ölkəmizdə xidmət etməyə çağırıb. Murad Mirzəyev xidmətə Gəncədə yerləşən “N” saylı hərbi hissədə
başlayıb. Murad orada bir müddət işləyəndən sonra çoxdan arzuladığı Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Soruşanda deyirdi ki, hərbçi
olanda, gərək belə olasan. Murad çox ürəkli, mərd insan idi. O, imtahan verərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olmuşdu. Biz ailə həyatı
quranda Muradın rütbəsi kapitan idi. Mən Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alırdım. Sonuncu il idi. Murad yaxın bir
rəfiqəmin həyat yoldaşı ilə dost idi. Dostu Muradla birlikdə onun maşını ilə rəfiqəmin yanına gəlmişdilər. Murad məni ilk dəfə orada görmüşdü.
Bir-birimiz tanıyandan sonra 2004-cü ildə ailə həyatı qurduq. Murad evləndikdən 4 ay sonra Amerika Birləşmiş Ştatlarına (ABŞ) təhsil almağa
getdi. İki il orada oxudu. Altı ay ərzində dil kursunu müvəffəqiyyətlə bitirdi. Həmçinin Murad ABŞ-da (Ranger), İordaniya və Ruminyada kurslar
keçmişdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi. Biz ailə quranda evimiz yox idi. 10 ilə yaxın hərbçi şəhərciyində yaşamışıq. Muradın
vəzifəsi artırılandan sonra o, xidmətini Bakıda davam etdirməyə başladı. Hazırda yaşadığımız ev isə qardaşıma məxsusdur. Cəmiyyətdə bəzən belə
fikir var ki, hərbçi əsəbi olur, evdə ailəsinə sərt rəftar göstərir. Murad tam başqa insan idi. Onun işi nə qədər ağır olsa da, evə gülərüz gəlirdi. O,
övladlarına bağlı idi. Evdə çox az olurdu. Səhər 6-da gedirdi, bir də axşam saat 22:00-da qayıdırdı. Vaxt tapan kimi bizimlə birgə istirahətə
gedirdi. Bizi Xınalığa qədər aparıb. 11 illik ailə həyatımızda keçirdiyimiz günlər ömrümün sonuna qədər bəsimdir. Oğlumuz Nurlanın 7, qızımız
Dənizin isə 5 yaşı var. İlk övladımız ailə həyatı qurduqdan 5 il sonra doğulub. Həmişə oğluna deyirdi ki, birinci olmalısan. Evə gələndə
övladlarına vaxt ayırırdı. Muradın şəhid olmasını uşaqlara bildirməmişəm. Onlar hər gün atalarını soruşurlar. Nurlan deyir ki, ana, zəng et bəlkə
ata telefona cavab verdi, onun üçün darıxmışam, səsini eşitmək istəyirəm. İstəmirəm onların beynində atasız olduqları haqda fikir formalaşsın.
Murad işi ilə bağlı çox qapalı insan idi. Həmişə deyirdim ki, Murad bizə nə vaxt xoş xəbəri verəcəksiniz. Murad sonuncu dəfə bildirdi ki, narahat
olma, yaxın vaxtlarda yaxşı xəbərlər eşidəcəksiniz. Muradın döyüşlərdə hərbçi yoldaşlarına son sözü belə olub: “Ölənə qədər buradayıq, son
damla qanımıza qədər vuruşacayıq”. Bəziləri deyir ki, Murad istəsəydi qayıdardı, bu cür peşəkar zabitimiz şəhid oldu. Deyirəm ki, bu insanın
həyata gələndən düşüncəsi vətən uğrunda şəhid olmaq idi. Murad ölümə hazır olduğunu deyirdi. O, hətta mənə məsləhət verirdi ki, mənim
ölümümə sən də hazır olmalısan, şəhid olacağını sanki əvvəlcədən bilirdi.

Murad həddən artıq sadə, mərd, qorxmaz, ailəsinə bağlı insan idi. Hərbidə öz işinin öhdəsindən yüksək səviyyədə gəlirdi, eyni zamanda
qayğıkeş ata idi. Hələ biz ailə qurmamışdan mənə demişdi ki, mənim işim çox ağırdır. Bir var hərbçi, bir də var xüsusi təyinatlı... Amma düzü,
mən ailə qurandan sonra onun dediyi sözləri dərk elədim, gördüm ki, doğrudan da həddən artıq çətin peşənin sahibidir. Amma məni ən ağır
günlərə belə psixoloji cəhətdən hazırlayırdı. Deyirdi birdən belə bir şey olar, hər zaman mətin ol, mərd dayan! Biz bir-birimizi tamamlayırdıq. O,
evimizdəki bayrağı mənə təhvil verib gedib. O insan mənimçün ölməz insandır, ölüm sözünü yaxına buraxmıram. Mən onu əbədi yaşadacağam…

Sonuncu dəfə martın 28-i evdən gedib, amma aprelin 2-dək evlə telefon əlaqəsi saxladıq. Artıq Lələtəpə yüksəkliyi alınmışdı. Mən israrla 60
ondan harda olduğunu soruşdum, ancaq döyüşdə olduğunu, ya döyüşə gedəcəyini qəti bildirmədi. Sonda da dedim ki, təki sağ-salamat evə,
övladlarının yanına gəl... O zəngdən sonra əlaqə kəsildi. Muradın bir xasiyyəti var idi ki, heç zaman heç nəyi büruzə verməzdi. Üz cizgilərindən
də, hərəkətlərindən də bildirmədi ki, o, cəbhəyə, döyüşə gedir. Sonuncu dəfə də həmişəki kimi, gülə-gülə, övladları ilə görüşərək evdən getdi...”
(https://ordu.az/az/news/122196/suleyman-demirelin-qilinc-bagisladigi-milli-qehreman, Anar Kəlbiyev, Ordu.az)

Telman Mirzəyev (atası): “Martın sonlarında nəvəm zəng eləyib dedi ”baba, gəl də yanıma, xəstələnmişəm". Dedim “baş üstə”. Getdik,
komandir işdən gec gəldi, gecə yarısına qədər oturduq, söhbətləşdik. Ata-bala oturub söhbət edəndə ən çox dediyi bu idi ki, “ata, gərək Qarabağ
məsələsi həll oluna”. Biz həm ata-bala, həm qardaş, həm dost idik. Bizim bütün sirrimiz bir idi. Martın 31-də doğum günü idi, ancaq soyqırıma
görə həmin gün ad günü keçirmirdi. Ya 1-2 gün qabaq, ya da sonra qeyd edirdik. Martın 31-də 40 yaşı tamam oldu, aprelin 3-də isə həlak oldu. Bu
da Allahın qismətidir. Kiçik yaşlarından idmana çox böyük marağı var idi. Kənddə karate dərslərinə gedirdi. 12-13 yaşı olanda anası mənə dedi ki,
uşaq hərbçi olmaq istəyir. Dedim qoy böyüsün, 10-cu sinfi bitirsin, sonra ölçüb-biçib seçimini edər... Ancaq 14 yaşında qəti qərarını verdi. İsrarla
xahiş etdi ki, ”ata, məni Bakı şəhərindəki Cəmşid Naxçıvanski adına Hərbi Liseyə apar! Min şükür Allaha ki, o, son nəfəsinə qədər arzusuna,
muradına çatdı. Həm də prezidentimizi, xalqımızı arzusuna çatdırdı. Onun ən çox dediyi söz torpaqların azad olunması ilə bağlı idi. Heç olmasa
torpaqların bir hissəsinin, yüksəkliklərimizin düşməndən azad olunmasında iştirak etdi. Düzdür, ağır itkidir. Amma müharibənin də öz qanunları
var, qan da tökülməlidir, şəhid də verməliyik. Tarixən belə olub, qansız torpaq alınmayıb. Təsəllimiz budur ki, təkcə Murad Mirzəyev yox, bütün
Azərbaycanın zabit və əsgərləri Azərbaycana qələbə gününü yaşatdılar. Müdafiə naziri Zakir Həsənov mənimlə görüşəndə boynumu qucaqlayıb
kövrəldi. Dedi “bəli, siz valideynsiniz, ancaq sizə təsir etdiyi qədər bizə də təsir edir". Biz Muradı 14 yaşından dövlətə, xalqa əmanət etmişdik.
Aprelin 11-də torpağa tapşırdıq. Bəli, o vaxta qədər bizim övladımız idi. Amma artıq Murad bütün Azərbaycanın övladıdır. Murad Mirzəyev
İkinci Fəxri Xiyabanda uyuyur, döyüş yoldaşlarının əhatəsində. Rəhbərlik etdiyi hərbi hissənin qonşuluğuna köçüb, əbədilik... Mübariz İbrahimov,
Təbriz Musazadə və digər onlarla qəhrəman oğullarımız eyni məkanda uyuyurlar. Şəhidlərimizin müqəddəs ruhu Qarabağ torpaqlarının tam azad
olunmasından sonra rahatlıq tapacaq, İnşallah”.

Güllübəyim xanım (anası): “Murad gedəndə "ana, salamat qal" demişdi. "Sonuncu dəfə martın 28-də danışmışdım. Elə həmişə elə deyərdi.
Bu dəfə də elə dedi və getdi. Sonra da yoldaşı ilə danışıb. Vəssalam".

Səlim dayı (qaynatası): “Qızım Fizzə ixtisasca həkimdir. O vaxt elçi gələndə yoldaşım qızıma deyirdi ki, bax, bala, oğlan hərbçidir. Sənə
əziyyət olacaq. Mən özüm də polis işçisi olmuşam. Hərbçi həyatının nə olduğunu bilirəm. Amma qızımla çox sevirdilər bir-birini. Fizzə hər şeyi
gözünün qabağına almışdı. Hərbçi həyatının çətinliyini də, müharibəni də. Elə ona görə də, dəfndə müxbirlərə demişdi ki, mənim ərim
qəhrəmandır, mən onunla fəxr edirəm. Biz də "Allah mübarək eləsin" dedik, evləndilər. On il bundan qabaq toylarını elədik. İki uşaqları oldu.
Nurlan, bir də Dəniz...Səlim kişinin dediyinə görə, Murad oğlu Nurlanı hələ uşaqlığından əsil hərbçi kimi böyüdürdü. İki yaşı olardı, ya yox,
özüylə vertolyota mindirirdi. Böyük adam ilk dəfə minəndə qorxur vertolyotdan. Amma bu uşaqda qorxu hissi yox idi. Necə sevinirdi Murad
Nurlanın qorxmamağına. Videoya çəkdirirdi özüylə aparanda. Qayıdanda da ən xırda detalınacan danışırdı Nurlana. Özü də sevinə-sevinə deyirdi
ki, mənim balam general olacaq.40 yaşı martın 30-da tamam olub. Amma ağlı kəsəndən ad günü keçirməyib. Həmişə də deyirdi 31 Mart Soyqırım
günüdür, mən ad günü keçirə bilmərəm.

Bu dəfə də biz elə onun ad gününə gəlmişdik. Nurlan da deyirdi ki, getməyin, ata gələnə qədər burada qalın. Uşağın ürəyinə damıbmış 61
nədi, qaldıq. O da gəldi. Nə Nurlana, nə də Dənizə atalarının qəhrəmancasına həlak olduğu barədə heç nə demədik. Əlbəttə, biləcəklər. Mənim
gücüm isə hələ ki onların saçlarını sığallayıb, oxşamağa çatır”.(https://qafqazinfo.az/news/detail/cox-sevirdiler-bir-birini-144057).

Bacanağı: “Onu tanıdığımda hərbi rütbəsi kapitan idi...Təzəcə bu rütbəyə layiq görülmüşdü. Məndən sonra Kərimovlar ailəsinə pənah
gətirmiş, bizimlə qohum olmuşdu. Mənim keçdiyim yollardan o da keçmişdi, qayınatası Səlim müəllimin iş yerinə elçiliyə özü getmişdi. Mən
onun haqqında heç vaxt keçmiş zamanda danışmayacam, özümə söz vermişəm. O bizim qəlbimizdə, xatirələrimizdə yaşayan canlı əfsanə kimi,
Murad kimi daim qalacaq. Muradla rəsmiyyətdə bacanaq olsaq da, aramızda qardaşlıq münasibəti var idi. Muradla oxşar yönlərimiz çox idi. Hər
ikimiz eyni zonaya məxsus qonşu rayonlarda doğulmuş, hər ikimiz eyni illərdə Türkiyə Respublikasında (mən universitetdə, Murad alı hərbi
akademiyada) təhsil almışdıq. Yas mərasimində Muradın Türkiyədə Ankara Kara Harp Akademiyasında bərabər təhsil aldığı çoxsaylı yoldaşları
iştirak edirdi. Çıxışda onlar mənə yaxınlaşaraq Murad haqqında bildiklərini bizə, ailəsinə, uşaqlarına çatdırmağı özlərində borc bildilər. Dedilər ki,
xahiş edirik bunları ailəsinə, uşaqlarına çatdırasınız: Murad bizim təhsil aldığımız dövrdə istər yerli tələbələr, istərsə də əcnəbi tələbələr arasında
600 nəfər arasından birinci seçilmiş, “Onur Başkanı” elan edilmişdi. Göz yaşları içində bunları ailəsinə çatdırmamı istəmişdilər. Biz Muradı
demək olar ki, yaxşı tanımamışdıq. Çünki onun həyatının demək olar ki üçdə iki hissəsi hərbidə, üçdə bir hissəsi isə mülki həyatda keçirdi. İşiylə
əlaqədar olaraq bizimlə iş mövzusunda danışmaz, biz də işinə hörmət əlaməti olaraq artıq əksik suallar verməzdik. Özünü elə aparırdı ki, sanki
hərbi sahə ilə heç bir əlaqəsi yoxdur, hər hansısa özəl sektorda fəaliyyət göstərir. Halbuki, onun o səssiz baxışlarının altında necə dərin, mənalı bir
ömür varmış... Sadəliyi, böyük kiçik yeri bilməyi, tərbiyəsi, əxlaqı, Azərbaycan xalqına məxsus milli mənəvi dəyərləri özündə birləşdirməsi Onu
Murad edən əsas amillərdən idi... Ailəsinə həddən ziyadə bağlı, çox sadiq bir ailə başçısıydı. Həyat yoldaşı Fizzə, oğlu Nurlan və qızı Dənizlə
nəfəs alırdı adətən. Hər dəfə evə gələndə uşaqlarının ona dəqiqələrcə sarılıb, ayaqqabısını çıxarmağa imkan verməməsi illər sonra da
xatirələrimizdən silinməyəcək yəqin ki...Ailə içərisində keçirdiyimiz tədbirlərdə, ad günü mərasimlərində Murad işi ilə bağlı ən son təşrif buyuran
qonaq olurdu. Süfrənin bir tərəfində ona ayrı yer açılar, çox iştahla yemək yeyər və sonunda hazırlanan yeməkləri mütləq “əllərinizə sağlıq”
deyərək qiymətləndirərdi. Murad Mirzəyev sözün həqiqi mənasında bizim üçün, gənclərimiz üçün, uşaqlarımız üçün bir vətənpərvərlik nümunəsi
idi. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Geyindiyi o əsgər
formasına o qədər önəm, dəyər verirdi ki...Bir gün rayonda yaşayan qohumlardan biri Fizzədən Muradgilin geymədiyi köhnə əsgər forması
istəmişdi. Fizzə Murada bunu deyəndə Murad: “O forma bizim uniformamızdır, onun üstündə şəhidlərimizin qanı, Azərbaycanın bayrağı, mənəvi
dəyərlərimiz var. O forma adı iş görülərkən geyiləcək, ucuzlaşdırılacaq forma deyildir. Bir daha məndən belə şey istəmə” demişdi. Murad gedəndə
bizim ailənin qəhramanıydı, gələndə bütün Azərbaycan xalqının, millətinin qəhramanına çevrilmişdi artıq. Qəhramanımızla keçirilən vida
mərasimi də, fəxri xiyabanda dəfn olunması da Dövlətimizin Murada verdiyi layiqli qiymətin bariz nümunəsi idi. Xalq öz qəhrəmanını qəbul
etmiş, onu öz oğlu, qardaşı, balası kimi bağrına basmışdı. Murad artıq bizim olmaqdan çıxmış, xalqın, millətin, vətənin ən layiqli bir övladına
çevrilmişdi. Dəfn mərasimində bir daha bunun şahidi olduq. Biz (yoldaşı Fizzə və ailə üzvləri) məzarlığa gələndə onun məzarına yaxınlaşa
bilmirdik. Xüsusi təyinatlılardan birinə Murad Mirzəyevin həyat yoldaşıdı, kömək edin məzara yaxınlaşaq dediyimizdə bizi müşayət edərək
məzara qədər gətirdilər. Muradın məzarı başında daha öncə heç tanımadığımız, görmədiyimiz insanlar var idi. Qəhrəman Muradı sahiblənən, onu
qəlbində daim yaşatmağa söz vermiş xalqımızın vətənpərvər nümayəndələri idilər. Bizim dərdimizə sahib çıxan bu qardaş və bacılarımızı
gördüyümüzdə elə bil ürəyimizə su səpildi az da olsa...Həyat hər şeyə rağmən davam edir...Heç kəs həyatda daimi deyil. Bu gün bizlər bəlkə 20 il,
bəlkə 30 il Allahın bizə yazdığı qədər ömür sürüb bu dünyadan gedəcəyik. Lakin tək təsəllimiz Murad Mirzəyev kimi qəhrəmanlıq salnaməsində

öz yerləri olan, vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının Azərbaycan yaşadıqca, var olduqca yaşayacaq olmasıdır... (
https://qafqazinfo.az/news/detail/cox-sevirdiler-bir-birini-144057).

Qısa, lakin çox mənalı ömrünlə ailənin, xalqımızın, millətimizin, Dövlətimizin başını daim uca tutduğun üçün sənə təşəkkür edirik, bizim Milli
Qəhrəmanımız cənab polkovnik-leytenant Murad Mirzəyev... Sənin hər zaman söylədiyin kimi: “Mən bir gün Vətən uğrunda şəhid olsam, başınızı
dik tutun, sadəcə “Vətən sağ olsun” deyin”! Deyirik artıq. VƏTƏN SAĞ OLSUN!!!

MƏZARINDA RAHAT UYU QARDAŞIM QİSASIN ALINDI!

62

(Murad Mirzəyev və həyat yoldaşı Fizzə xanım)

63

64

(Müəllif şəhidin məzarını ziyarət edərkən)

MAYOR RASİM ƏBDÜLƏLİ OĞLU MƏMMƏDOV

“Vətən sevgisi imandan gəlir”. (Hz. Məhəmməd)

Doğulub: 20 may 1977-ci il. NMR, Babək rayonu,Cəhri kəndi. 65
Vəfat edib:4 aprel 2016-cı il (38 yaşında). Füzuli istiqamətində gedən döyüşlər.
Dəfn edilib: 5 aprel 2016-cı il.NMR, Babək rayonu,Cəhri kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları
“Qüsursuz xidmətə görə” II dərəcəli medalla təltif edilmişdir.
İki övladı (Asim və Aysu) var.

Rasim Məmmədov 1977-ci il, may ayının 20-də Naxçıvan MR–in Babək
rayonunun Cəhri kəndində anadan olub..1983-cü ildə Cəhri kənd orta məktəbinin 1-ci sinfinə getmiş
və 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə Bakı Ali Birləşmiş komandirlər məktəbinə
daxil olmuş və 2000-ci ildə tank qoşunları komandanı ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə
Rasim Məmmədova Leytenant hərbi rütbəsi verilmiş və Müdafiə nazirinin əmrinə əsasən xidmətini
davam etdirmək üçün 177 nömrəli hərbi hissəyə göndərilmişdir. 22.07.2000-ci il tarixdən
02.02.2001-ci il tarixədək 177 nömrəli hərbi hissənin Təlim taborunun PDM-2 tuşlayıcı Təlim
tağımının komandiri, 02.02.2001-ci il tarixdən 23.05.2002-ci il tarixədək T-55 Təlim döyüş tankları
tağımının komandiri, 23.05.2002-ci il tarixdən 18.01.2005-ci il tarixədək 077 nömrəli hərbi hissənin
tank tağım komandiri, 18.01.2005-ci il tarixdən 10.11.2007 tarixədək 130 saylı hərbi hissədə 1-ci
Mexanikləşdirilmiş bölük komandiri, 10.11.2007-ci il tarixdən 03.12.2010-cu il tarixədək 703
nömrəli hərbi hissənin 5 MAT Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi,
03.12.2010-ci il tarixdən 02.05.2011 tarixədək 703 nömrəli hərbi hissənin 5-ci Motoatıcı Taborun
Qərargah rəisi, 02.05.2011-ci il tarixdən 26.12.2011-ci il tarixədək 161 nömrəli hərbi hissənin 5-ci
Motoatıcı Taborun Qərargah rəisi, 26.12.2011-ci il tarixdən 30.11.2012-ci il tarixədək 704 saylı hərbi hissənin 5 MAT komandirinin müavini,
30.11.2012-ci il tarixdən 03.01.2014-cü il tarixədək 704 nömrəli hərbi hissənin 5 MAT komandiri, 03.01.2014-cü il tarixdən 18.04.2015-ci il
tarixədək 704 nömrəli hərbi hissənin 2 MAT komandiri, 18.04.2015-ci il tarixdən 706 nömrəli hərbi hissənin 2 MAT komandiri vəzifəsində
xidmət edirdi, Rasim Məmmədova 22. 07.2000 - ci il tarixdə “Leytenant”, 22.07.2002-ci il tarixində "Baş leytenant", 13.12.2005-ci il tarixidə
"Kapitan", 26.06.2011 tarixində isə "Mayor" hərbi rütbəsi verilmişdir.

Mayor Rasim Məmmədov tank taborunun komandiri idi. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə başlayan cəbhə boyu bütün uğurla
nəticələnən döyüş əməliyyatlarında iştirak etmişdir.

2016-cı il aprelin 4-də gecə uğurlu döyüşlərdən sonra, Füzuli istiqamətində Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid oldu. 66
Nəşi 5 aprel 2016–cı ildə Naxçıvan şəhərində dəfn edilmişdi.

Sərdar Cəlaloğlu (əmisi): “Şəhidimizlə bağlı təşkil olunan yas mərasiminə Naxçıvanda da həddindən artıq çox insan qatıldı. Bakıdan da
insanlar yas mərasimində iştirak etmək arzularını bildirdilər. Lakin məsafə uzaq olduğu üçün biz buna razı olmadıq. Ona görə də nəzərdə tutduq
ki, bir gün də Bakıda yas saxlayaq. Əslində biz bu mərasimi Rasim üçün təşkil etməmişik. Mərasim zalının divarına bütün şəhidlərimizin
şəkillərini vurmuşuq. Məclisdə də elan etdik ki, bu, Azərbaycan şəhidləri üçün təşkil olunan anım mərasimidir. Kimsə hansısa rayona şəhid yasına
gedə bilməyibsə, buranı ziyarət edə bilər. Bizim üçün fərqi yoxdur. Şəhidlərimizin hamısı xalqımızın, millətimizindir. Ailənin şəhidi ola bilməz.
Ailəninki bir can itkisi ola bilər. Biz Naxçıvanda olduğumuz zaman Türkiyənin İğdır vilayətinin rəhbərləri özləri ilə gətirdikləri din xadimləri ilə
birlikdə yas mərasimində iştirak etdilər. Türkiyənin vətəndaşları adından başsağlıqlarını bildirdilər. Eyni zamanda Türkiyə səfiri də şəxsən mənə
zəng edərək, öz başsağlığını verib. Yəni bu hal artıq şəhidlikdən çıxıb, böyük hadisəyə dönüb. Biz əvvəllər siyasi nümayəndə heyəti kimi xarici
ölkələrdə olduğumuz zaman yüksək rütbəli adamlarla görüşürdük. Qarabağla bağlı Azərbaycana kömək istədiyimiz zaman bizə bir cavab
verirdilər ki, sizin xalq döyüşmək istəmir və siz öz torpaqlarınızı almaq istəmirsiz. Lakin son hadisələr göstərdi ki, Azərbaycan xalqı öz torpağını
qorumaq üçün hər şeyə hazırdır. Xalqda çox qeyri-adi ruh yüksəkliyi var. Çox maraqlı bir məlumat əldə etdim ki, insanlar könüllü şəkildə orduya
getmək üçün adlarını yazdırıblar. Bu zaman içərilərində bir nəfər də hərbiyə yararsız şəxs olub. Ona deyiblər ki, sən hərbiyə yararsızsan, sənin
adını yaza bilmərik. Həmin şəxs bildirib ki, “döyüşməyə yararsızamsa, yük daşımağa, əsgərlərimizə yardım etməyə yararlıyam. Adımı yazın.”
Açığı, bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük. Bizə elə gəlirdi ki, gənclərimizdə vətənpərvərlik hissi yoxdur. Ancaq
indi bunun əksinin şahidi olduq. Naxçıvanda Rasim Məmmədovun tabutuna əlimizi vura və dəfn mərasimində insan çoxluğundan ona yaxınlaşa
bilmədik. Gənclərin də demək olar ki, hamısı həqiqətən ölümə getməyə hazır idi. İndi dünya deyir ki, Azərbaycan istəsə, gedib İrəvanı da tutar.
Bu, artıq danışıqlarda statuskvonun dəyişməsi deməkdir. Erməni başa düşür ki, torpaqların müharibə yolu ilə qaytarılması, Ermənistanın süqutuna
səbəb ola bilər. Eyni zamanda artıq Rusiya da gördü ki, dünyanın bir çox ölkələri Azərbaycanın tərəfindədir və müharibənin başlaması onların da
xeyrinə olmayacaq. İndi növbə Azərbaycan diplomatiyasının, siyasətinindir. Əgər biz, cəbhədə hərbiçilərimizin əldə etdikləri bu nailiyyəti, siyasi
və diplomatik nailiyyətə çevirə bilməsək, millət kimi uduzacağıq. Çevirərsək, irəliyə doğru nəhəng bir addım atmış olacağıq. İraq-İran
müharibəsində 1 milyon adam öldü. Müharibənin sonunda hər iki dövlət öz sərhədində qaldı. Ancaq heç kim bu iki dövlətə demədi ki, 1 milyon
əsgər öldü, bəs, niyə nailiyyət əldə olunmadı. Çünki müharibədə yalnız qələbə olmur. Ona görə də bizdə də indi hər məsələyə ləkə atmaq lazım
deyil. Ordu bu xalqın, dövlətindir. Ordunun hakimiyyətə aidiyyəti yoxdur. Xalqın ruhunu qırmaq, ordunun nailiyyətinə kölgə salmaq olmaz.
Ermənilər, Rusiya etiraf edir ki, Azərbaycan Ermənistandan bir çox məsələlərdə qat-qat üstündür. Ona görə də şəxsən mən bir şəhid ailəsi kimi
qürur hissi keçirib, fəxr edirəm. Heç kəsə də şəhid verdiyimizə görə nə minnət edirik, nə də irad tuturuq. Məncə başqa şəhid ailələri də bu cür
düşünür. Çünki biz övladımızı vətən üçün böyütmüşük. Vətənin torpağı ilə böyüyüb, vətənə də qurban gediblər. Burada qeyri-adi heç nə yoxdur.
Əvvəla deyim ki, mənim qardaşım oğlu da daxil olmaqla, digər zabitlərimiz də könüllü şəkildə irəli atılıblar. Ola bilər ki, ilk baxışda bizə bu,
yanlış kimi gələ bilər. Lakin burada məhz zabitlər nümunə göstəriblər. O nümunə əsasında əsgərləri irəli aparıblar. Bir çox yerlərdə bu adamlar
bildiriblər ki, əsgərlər geri çəkilsin, biz döyüşəcəyik. Şəxsən Rasim Məmmədov irəliyə atılanlardan olub. Elə birinci də o şəhid olub. Bu, onu
göstərir ki, ordunun özündə münasibətlər artıq tamam fərqlidir. Bundan öncə belə bir münasibət var idi ki, əsgəri verirlər qabağa və ölən də o olur.
Ancaq indi tam fərqli mənzərənin şahidi olduq və artıq düşüncələr də dəyişdi. Rasim Məmmədov tabor komandiri olub. Tabeliyində 500-ə yaxın

hərbi qulluqçu olub. Bu adamın özünün qabağa getməsi artıq onu göstərir ki, bizim ordumuzda da Türkiyə ordusunda olduğu kimi, zabitlər öndə
gedirlər. Hər birimizdə bir məğlubiyyət kompleksi var idi. Artıq o yoxdur.

Rasimin atası da birinci qrup əlildir. O da tabor komandiri olub. Hətta Heydər Əliyev ona milli qəhrəman adı da vermişdi. O zamanlar Ali

Sovetdə onun sənədlərini itirdilər. Rasim hələ 6-7-ci sinifdə oxuduğu zaman atası yaralanmışdı. Hərbçinin həyatının necə olması ona bəlli idi.

Lakin buna baxmayaraq o, Hərbi Akademiyaya qəbul olub, hərbçi oldu. Hərbi xidmətinin 90 faizini ön cəbhədə keçirdi. Onu da qeyd edim ki,

ailəmizdə 3 zabit, bir əsgər cəbhədədir. Vətən uğrunda ölməsək, ölümə razı olmasaq, bu itkilərdən narahat olsaq, heç zaman Qarabağı azad edə

bilməyəcəyik. Rasim şəhid olmadan öncə gedib, atası ilə görüşüb. Atasına deyib ki, mən səndən də 1 mərtəbə yuxarı çıxacağam. Bu isə onun şəhid

olmaq istəyinin göstəricisidir. Ölümündən bir neçə gün əvvəl isə həyat yoldaşına zəng edib, bildirmişdi ki, mən ad günümə şəhid kimi gələcəyəm.

2-3 gün sonra onun ad günüdür. Rasim şəhid olduqdan sonra ailə üzvlərimizdən heç birimizdə ruh düşkünlüyü yoxdur. Əksinə, cəbhədə olan

qohumlarımız daha da mübariz formada xidmətlərini davam etdirirlər. Hər baxımdan qəlbimiz sakitdir. O, ölümündən öncə öz qisasını da almışdı.

Hər birimiz öləcəyik. Ancaq şəhid kimi ölmək başqadır. Hesab edirəm ki, Azərbaycan xalqı şəhidlərə borcludur. Şəhidlər bizim bayrağımız kimi

bir atributumuzdur. Onları çox yüksək tutmalıyıq. Bu ruhda xalqı tərbiyə etsək, tezliklə Qarabağı da alacağıq. Əsas olan ruh yüksəkliyidir.

Ruhumuz sınmasa, özümüzdən qat-qat güclü dövlətin də qarşısında əyilmədən dayana biləcəyik”. (http://gundemxeber.az/olke/23230-

lmndn-4-saat-nc-ailsin-zng-edib-bildirdi-ki-hidin-misifotolar.html).

Əbdüləli Məmmədov (atası): “Oğulu onun üçün böyüdürsən ki, ya şəhid olsun, ya qazi... Qız uşağı deyil ki, saxlayıb, böyüdüb, ərə 67
verəsən. Mən özüm də 1992-ci ildə müharibədə yaralanmışam və 23 ildir ki, yataqdayam. Oğlum da mənim yolumu davam etdirmək istədi və
hərbiyə getdi. Mayor idi. Vətən üçün əlindən gələni etdi və sonda şəhid oldu. Dəfndə də hərbçilər iştirak etdi. Bütün protokollara uyğun olaraq,
oğlum şəhid kimi dəfn edildi. Döyüşlər bu cür davam etsə, yəqin ki, qələbə qazanacağıq. Ən azından heç olmasa, 5 rayonumuzu alaq. Sadəcə,
dövlət başçımızın əmri ilə həlledici bir həmlə lazımdır. Bu da yəqin ki, olacaq”. (http://mediainfo.az/partizan/48977).

Aysu (qızı): “Mən indi hər şeyi başa düşürəm. Ad günümdə mənə dediyin söz heç yadımdan çıxmır. Sən evə gec gəldin deyə mən tortu
kəsməmişdim. Sən saat 12-yə 10 dəqiqə işləmiş qapını döydün... Məni qucaqlayıb dedin ki, “bəs atası olmayanlar neyləsin...”

Qeyd edək ki, 1977-ci il doğumlu Rasim Məmmədovun may ayında 39 yaşı tamam olacaqdı. Ailədə 4 övlad olublar. Rasim Məmmədov
yeniyetməlik çağlarından hərbçi olmaq arzususu ilə yaşayıb. Bu arzu onda atası Əbdüləli Məmmədov, əmisi və bibisioğlu Vüqar Məmmədovla
birgə 1992-ci ildən Naxçıvanda Sədərək və Qarabağ uğrunda döyüşlərdə iştirak etdikləri vaxtlardan yaranıb. Atası həmin döyüşlərdə ağır
yaralanıb, I qrup əlil olub. Rasim də təkcə atasının deyil, ümumiyyətlə, öz torpağında dinc yaşayan insanlarımıza qarşı mənfur niyyəti olan
işğalçılardan qisas almağı qarşısına məqsəd qoyub. O, bu məqsədinə təhsil aldığı Ali Hərbi Məktəbin tankçı ixtisasına yiyələnəndə çatıb. Tank
qoşunlarında xidmət edən hərbi qulluqçu kimi Azərbaycanda 3-4 ixtisaslı kadrlardan biri olan Rasim Məmmədov indiyədək ölkəmizin cəbhə
bölgələri boyu bir çox ərazilərinin müdafiəsində yaxından iştirak edib. Tabeçiliyində 500-ə yaxın əsgər olub. Bir mütəxəssis olaraq göstərdiyi
hərbi xidmətə görə, ona yaxın günlərdə polkovnik-leytenant rütbəsi də veriləcəkdi. Ömür vəfa etmədi...

Rasim Məmmədovun iki övladı var. O şəhid olanda qızı 7-ci, oğlu 2-ci sinifdə oxuyurdu. Aprelin 3-dən 4-ə keçən gecə Rasim Məmmədov
ailəsi ilə telefon əlaqəsi saxlayıb. Çox nikbin ovqatda olub. Söhbət zamanı oğluna deyib: “Ermənilərin başına turp əkirik, baban Əbdüləlinin
qisasını aldım”. Aprelin 4-ü Lələtəpə yüksəkliyində sabaha qədər Ermənistan tərəfdən atəşkəsin pozulması addımına cavab olaraq Rasim

Məmmədovun rəhbərlik etdiyi heyət əks tərəfə layiqli cavab verib. Onun rəhbərlik etdiyi heyətdən özü də daxil olmaqla 3 hərbi qulluqçu və 2
əsgər qəhrəmanlıqla şəhid olsa da, düşmən tərəf xeyli hərbi texnika və canlı itkiylə qarşılaşıb. Məlumatlara görə, erməni döyüşçüləri silah-sursatı
ataraq həmin ərazidə döyüş mövqelərini tərk ediblər.

Rasim Məmmədovun, Birinci Qarabağ müharibəsinin qazisi olan, 25 ildən artıq əlil arabasında ömür yaşayan atası Əbdüləli Məmmədov
oğul itkisinə dözməyib 27 aprel 2016-cı ildə vəfat etmişdir. 500-600 avtomobil karvanı ilə şəhidin cənazəsi gecə yarısı olmasına baxmayaraq
qarşılandı. Rasim Məmmədov Naxçıvanda torpağa tapşırıldı. Şəhidin dəfn mərasiminə 10 mindən çox adam qatılıb. Şəhid R.Məmmədovun
Naxçıvanda olan yas mərasiminə qatıla bilməyənlər üçün isə Bakıda yerləşən mərasim zallarının birində anım mərasimi təşkil olunmuşdu.
(https://az.wikipedia.org/wiki/Rasim_M%C9%99mm%C9%99dov_(mayor).

Şəhidlər ölmür, dünyasını dəyişir. Mayor Rasim Məmmədov da şəhidlik zirvəsinə ucalıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda
mübarizəyə qalxıb şəhid olan Rasim Məmmədov və digər qəhrəman igidlərimizin ruhu bu gün şaddır. Şükürlər olsun ki, torpaqlarımız tamamilə
düşmən tapdağından azad edildi!

MƏZARINDA RAHAT UYU QARDAŞIM QİSASIN ALINDI!

68

69

(Rasim Məmmədov və həyat yoldaşı Samirə xanım)

70

71

72

MAYOR ELNUR ADİL OĞLU ƏLİYEV

“Türklərdən başqa dini və vətəni uğrunda canını verməyə hazır
əsgər görmədim.” (Hamilton)

Doğum tarixi: 16 avqust 1976-cı il. Füzuli rayonu, Dədəli kəndi. 73
Vəfat tarixi: 3 aprel 2016-cı il. Füzuli rayonu, Lələtəpə döyüşlərində.
Dəfn edilib: Füzuli rayonu, Dədəli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları
İki övladı (Elvin və Elxan) var.
Vətənə xidmətə görə III dərəcəli medulla təltif edilib.

Torpaq-uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək,
torpağa bağlı olmaq - budur vətənpərvərlik!

Məşhur şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana
bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim
kəsilib.Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar
sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan
qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Dədə Qorqud"da böyük
məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri "Vətən haqqı
ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar. Vətən doğma evin kandarından başlanır.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç
vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Belə ölümsüz qəhrəmanlarımızdan biri də, əsgərlərini xilas etmək üçün özünü bombanın üzərinə atan,
əsgərlərinə valideyin, böyük qardaş qayğısı ilə yanaşan igid, qorxmaz VƏTƏN OĞLU mayor Elnur Əliyevdir. Mayor Elnur Əliyev şəhidlik
yolunu böyük qardaş kimi qayğılarını çəkdiyi tabeliyində olan əsgərləri ölümdən xilas etmək üçün özünü düşmən qumbarasının üzərinə atmaqla
seçdi. O, cəbhə yoldaşlarının həyatını 2 azyaşlı övladının atasızlığından üstün tutdu və bununla həm də yüksək mənəviyyat nümunəsi göstərdi".

16 avqust 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində doğulan Elnur Əliyev 1991-ci ildə orta məktəbin 9-cu sinifini bitirib və 74
C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirən E.Əliyev, 1998-2008-ci illərdə Qərb
bölgəsində xidmət edib. Son 2 ildə Füzuli bölgəsində fəaliyyət göstərib. Evləri 1993-cü ildə işğal olunmuşdu. Valideynlərini itirdiyi üçün qardaş-
bacılarına valideyinik, böyüklük etmək evin böyük övladı olaraq Elnurun çiyinlərinə düşmüşdü. Həyatını hərbi ilə bağlamaq qərarı verəndə ən
böyük arzusu Vətən torpaqlarını, ata yurdunu, evini düşməndən azad etmək olmuşdur. Qardaşı Amid bəyi də hərbiçi olmağa meyilləndirmişdi.
Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar.

Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Elnur Əliyev
hərbi hissənin nizami hissə rəisi idi.

Bir neçə il öncə şəhid mayorun xanımı ilə əlaqə saxlayıb görüşmək istədiyimi bildirəndə Nuranə xanım məmnuniyyətlə qəbul etdi.

Nuranə xanım (həyat yoldaşı): “Həyata tutunmağa çalışırıq. Amma görürsən ki, yox alınmır. Çox çətindi. Bu evdə heç oturmadı Elnur.
Vəfatından sonra təmir olundu. Evin bu vəziyyətini görmədi heç. Tovuzun Qaralar kəndində olurduq. Dumanlı, çənli yer idi. Ermənistanın
kəndləri ilə həmsərhəd idi. Bulaqlara suya gedirdik. Çox şəraitsiz yer idi. İşıq belə yox idi. Pilləkən nərdivan kimi idi. Camaatın iməkləyə-
iməkləyə çıxdığı pilləkəni elə çıxıb düşürdüm ki. Kəndin evləri boş idi. Ancaq maldarlıqla məşğul olanlar yaşayırdı. O kəndə niva ya da milis çıxa
bilirdi. Elnur gecə durub gedirdi posta. Deyirdim bəs mən, deyirdi “camaatın balası postda yatar. Sən, mən burda olanda qorx orda mənə heç nə
olmaz. Gələn ordan gəlir mən ordayamsa qorxma”. Onda artıq qismətimlə barışdım ki, bu mənim taleyimdir. Bu insan əsgər balalarını öz
balalarından çox istəyib ki, dönüşü olmayan bir addım atıb. Hərbiçilərin xanımları həyat yoldaşlarıyla səngər yoldaşı olur. Biz qadınlarına o qədər
arxayın olublar, güvəniblər ki, “biz yoxuq, anaları var” deyə düşünüblər həmişə.

Qəti bir söz deməzdi evdə. Martın 31-i işdən gəldi, uşaqlarla oynadı biraz. Soruşdum ki, yemək yeyibsən? O da başı ilə bəli dedi. Daha
mən gəlib oturdum. Elnur da elə başa düşüb ki, yemək yeyirsən deyə soruşmuşam. Biraz keçdi oğlumuza dedi ki, bala yemək yoxdu evdə. Dedim
axı soruşdum dedin yemişəm. Getdim plov dəmləmişdim gətirdim, böyük bir bakalda da kompot süzdüm. Yedi, içdi uzandı. Onun həmin günkü
baxışlarını mən indi başa düşürəm. O baxışlar hər şeyi deyirdi sanki. O bilirmiş ki, hər şey ola bilər. O cür müharibə olan vaxt mənim xəbərim
olmayıb ki, vəziyyət bu qədər gərgindir. Uşaqları məktəbə aparırdım. Hamı məndən soruşurdu ki, vəziyyət necədi. Mən də deyirdim ki, əla. Hətta
o qədər sevinirəm ki, az qalıram gedəm səngərə tərəfə deyəm ay əsgərlər biz də sizə dəstəyik. Deyirdim nolasıdı ki, hər şey yaxşıdır. Mən tez-tez
Elnura zəng vurmazdım, o xoşlamırdı. Deyirdi lazım olanda mən vuracam. Həmin müddətdə heç zəng vurmadım Elnura. Uşaqları məktəbdən
götürüb evə qayıdanda yanımızdan təcili tibbi yardım maşın keçdi. Məni qəribə ağlamaq tutdu. Ürpəndim. İndi fikirləşirəm ki, o maşındakı Elnur
imiş. Ona görə mən elə oldum. Qaynım da hərbidə olur. Danışanda “belimiz qırılıb” deyə qışqırıb ağladı. Mən qorxdum ki, ona nəsə olub. “Elnur”
deyib telefonu bağladı. Dünyam qaraldı. Evdən çıxıb qaçmağa başladım. Hara gedirdim bilmirəm. Elə fikirləşirdim ki, yaralanıb. Yenə ölümü
ağlıma gətirmirdi. Hamı bilirmiş bir məndən başqa. Qapını açanda nə qədər millət gördüm. Elə gözləyirmişlər ki, hansısa vasitə ilə mən bilim. Heç
kim cəsarət etmirmiş mənə deməyə. Həmin vaxt böyük oğlum məni qucaqladı ki, “ana deyirlər atam şəhid olub, bəs sənə bir şey olsa biz necə
olacağıq. Onda elə bil biraz ayıldım, özümə gəldim. Dedilər Elnuru gətirirlər. Yolda ağladım, qışqırdım. Qaynım qucaqladı ki, “gəl, gəl deyəcəm.
Özünü ələ al”. Qardaş-bacıları deyir ki, “biz indi ata-anasız qaldıq”. Valideyinlərini çoxdan itirmişdi Elnur.

Sağ olsun yaxşı insanlar. Tanımadığımız o qədər insan var ki, yad edir, unutmur bizi”.

Nuranə xanımın ağladığını görən övladları gəlib analarını qucaqlayıb öpdülər. 75

Şəhidin yaxınlarından birinin (əfsuslar olsun ki, adını tapa bilmədiyim üçün qeyd etməmişəm) yazdıqları maraqlı olduğundan
təqdim edirəm: “Elnurla yaxın münasibətimiz olmasa da bu nəsli yaxşı tanıyıram. Bu şəcərənin qəribə bir alın yazısı var. Hələ keçən əsrin
əvvəllərində ulu babasını ermənilər qətlə yetirmişdi. Babası Əli 1960-cı ildə Kalininqradda hərbi xidmətdə olarkən suda boğulan iki azyaşlını xilas
edib, üçüncünün ardınca üzəndə özü də həlak olmuşdu. Əhmədbəylidəki dördyolu keçəndə Horadizə gedən yolun sol tərəfindəki lövhədəki
mənzərə gözlərimi qamaşdırdı. Uzaqda, dağın ətəyində sapsarı taxıl zəmisi, bir az bəridə asfalt yolun qırağında göz yaşı kimi dupduru kəhriz axır,
ondan da o yanda təndirin üstündə iri hərflərlə "Dədəli çörəyi" yazılmışdı. Bu mənim, həm də bu gün adı hər yerdə hörmətlə çəkilən, aprelin
əvvəllərində erməni təxribatına qarşı vuruşlarda şəhid olmuş mayor Elnur Əliyevin doğulduğu kəndin adı idi. Maşını necə saxlayıb aşağı
düşdüyümü indi də xatırlamıram. Lövhənin yaxınlığındakı təndirin başında dövrə vuran qadınlarla salamlaşdım. Bu saf qəlbli insanlar tanımaza-
bilməzə məni doğmaları kimi qarşıladılar. Heç birini tanımasam da fəhmlə çoxlarını kimlərəsə oxşatdım. Babalarının, nənələrinin adını çəkib: -
Sən Astan əminin, sən Matan xalanın nəvəsisən? - deyə soruşdum. Onların gözlərində sevinc qığılcımları parladı. Sualıma sualla cavab verdilər: -
Siz Astan babanı (o vaxt kənddə hamının dəyirmançı kimi tanıdığı Aslan kişiyə Astan deyə müraciət edirdik) tanıyırdınız, Museyib babanı
görmüşdünüz? Söhbətimizə o an yanımızda dayanan hərbi nömrə nişanlı maşının əyləc səsi üzündən ara verməli olduq. Sükan arxasından yerə
atılan gənc zabit şax addımlarla mənə yaxınlaşdı, çoxdan tanıdığı əzizi kimi qucaqladı. "Hamımız Dədəlidənik"-dedi. Bax, bu sizin dostunuz Əli
babanın həyat yoldaşı Ətlasdır. Sonra da çörək bişirənlərə tərəf dönüb: - "Tanımadınız? Əli babanın dostudur" Tahir əminin qardaşı, Suquş
nənənin Bakıdakı oğludur (anamın adı Şükufə olsa da kənddə hamı onu Suquş nənə deyə çağırırdı). ...Aramızdakı yaş fərqinə baxmayaraq
söhbətimiz alındı, fikirlərimiz də, arzularımız da üst-üstə düşürdü. Elnur Dədəlidə keçirdiyi günləri xatırladı: kənd adamlarının necə sadə,
qayğıkeş, yanımcıl olduğunu yada saldı. Kənddə bizə qarışqanı tapdalamağın da günah olduğunu aşılamışdılar. Fikrini təsdiqləmək üçün qəribə bir
misal da çəkdi: “Üçüncüdə oxuyurdum. Quşatanla bir bildirçin vurub sevinə-sevinə evə gətirdim. Elə bilirdim ki, quş vurduğuma görə nənəm məni
qucaqlayıb öpəcək, amma arvad elə qışqırdı ki, o səs indi də qulaqlarımda cingildəyir:- ermənisən, ilin bu vaxtında bala üstündə yatan quşu
vurarlar, bəs onun balalarını... Daha sözünün dalını gözləmədim, qonşu uşaqları da götürüb zəmiyə qaçdım. Anasız qalmış balaların harayı lap
uzaqdan eşidilirdi. "Yetimləri" yuva ilə birlikdə evə gətirdim, pərvazladıb uçurdana kimi Fizzə nənə ilə birlikdə onlara analıq etdik. O gündən
sonra daha heç ağcaqanadı da öldürməyə əlim gəlmirdi. Amma ermənilər Xocalıda körpələri süngüdən keçirib, qız-gəlinləri qanına qəltan
eləyəndən, kəndimizə bir-birinin ardınca şəhidlər gətiriləndən sonra dəyişdim, daha doğrusu həyat məni dəyişdi, indi mən həmin Elnur deyiləm...”

- Deyirlər siz həm də yaxşı snayperçisiniz?..

- Snayper deyəndə ki, atmağı bacarıram. Amma az-az atıram. Onlar bizə üç dəfə atəş açanda bir dəfə də mən tətiyi çəkirəm. Elnurun fikrini zabit
yoldaşı tamamladı: "Elnur quşu gözündən, ermənini biləyindən vurur". İkisi də gülür. Elnur bir qədər sakit halda: “Mən istəyirəm ki, onlar
torpaqlarımızdan qan tökülmədən çıxıb getsinlər. Amma getmirlər. İstəsəm hər gün neçəsini başından vuraram, amma biləyindən vururam ki,
bütün ermənilərə görk olsun, görənlər desinlər ki, o qolu kəsik oğlan Qarabağdakı ədalətsiz müharibədə şikəst olub. İndiyə kimi cəmi on yeddi
dəfə erməniyə güllə atmışam, on yeddi ermənini tək qol etmişəm”.

..."Dədəli çörəyi" yazılmış lövhəyə kədərli baxdığımı görən Elnur söhbəti dəyişmək üçün: “Bu təndiri tikdirmişik ki, gəlib gedənlərə
əsirlikdə qalan Dədəli adını – kəndimizi xatırladaq. Axşamlar bu ərtafdakı dədəlilərin hamısı bura yığışır. ...Bu kənddəki dədəlilərin hamısı
çörəklərini bu təndirdə bişirirlər... Özümüzə rahat ev-eşik düzəltsək də, ürəyimiz o əsirlikdə qalan kəndimizdədir. Qoca da, cavan da arzu-istəklə
yaşayır, tezliklə kəndə qayıdacaqlarından, ermənilərin dağıtdıqları evin yerində ikimərtəbəli imarət ucaldacaqlarından, uşaqlarının toyuna
Bakıdan hansı xanəndələri çağıracaqlarından danışırlar..”.İlk baxışda qaradinməz təsiri bağışlayan Elnur elə hey kənddən, kənddəki kəhrizdən,
İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə əkilmiş çinardan danışırdı. İndi fikirləşirəm ki, bəlkə Elnur bunların hamısını bilərəkdən,
düşünülmüş halda mənə çatdırmaq istəyirmiş.

Elnurla söhbətimiz xeyli çəkdi. Öyrəndim ki, əzəldən taleyi uğursuzluğa düçar olan Elnur Əliyev hələ ata-anasını neçə il əvvəl qaçqınlıq
illərində itirib... 1991-ci ildə kənddəki orta məktəbin 9-cu sinfini bitirdikdən sonra C.Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb, 1994-1998-ci
illərdə H.Əliyev adına Bakı Ali Birləşmiş komandanlıq məktəbində oxuyub. 1998-2013-cü illərdə Azərbaycanın Qərb bölgəsində Tovuz
rayonunda tağım komandiri və bölük komandiri, 2013-2014-cü illərdə Bərdədə taborun qərargah rəisi vəzifələrində işləmişdir. Son iki ildə isə öz
xahişi ilə Füzuli bölgəsinə bölük bölmə rəisi vəzifəsinə göndərilmişdir. Püxtələşmiş zabit kimi Füzuliyə qayıdıb, neçə dəfə dövlət mükafatları ilə
təltif olunub. Orduda qüsursuz xidmətlərinə və digər müsbət keyfiyyətlərinə görə ötən müddətdə beş dəfə müxtəlif dövlət mükafatları və
medallarla təltif olunmuşdur.

Füzuli bölgəsinə gəlməsindən danışan Elnur dedi: “Tovuzda bölük komandiri idim, işlərim də yaxşı gedirdi. Amma Füzuli məni çox 76

çəkirdi. Axı bu tərəfləri yaxşı tanıyırdım. Həm də istəyirdim ki, torpaqlarımızı düşməndən azad edəndə Füzuliyə birinci özüm girim, əsirlikdə

qalan kəndimizə bayrağı özüm sancım. Nazirliyə ərizə ilə müraciət etdim. Razılaşdılar”. Elnur öz peşəsini dərindən sevirdi: “Nə qədər ki,

torpaqlarımız azad olmayıb biz hamımız ilk növbədə əsgər olmalıyıq, silaha sarılmalıyıq - deyirdi. Hazırda Respublika Müdafiə Nazirliyində

xidmət edən kiçik qardaşı, mayor rütbəli Amid, daha bir neçə yaxın qohumu hərbçi peşəsini Elnurun tövsiyəsi ilə seçmişlər”.

Deyilənə görə, Elnur cəbhədə görüb eşitdikləri barədə gündəlik yazırmış, amma bu gündəlikdən əlimizə heç nə keçmədi. Füzuliyə aparıb
Məngələnata (Füzuli şəhərinin yaxınlığında ən uca təpədir) təpəsinə sancmaq üçün illərdən bəri özü ilə gəzdirdiyi, sonuncu döyüşdə deşik-deşik
olmuş bayraq, birdə cəbhə yoldaşlarının ölümündən sonra onun cibindən tapdıqları qana boyanmış bir parça kağızdakı üç-dörd kəlmə hər şeyi
deyirdi: "...Kəndimizə qayıdanda məni unutmayın, adımı kəhrizin başındakı çinara yazarsınız..."Dədəlidə iki kəhriz var. Biri kəndin ortasında,
o birisi də yalın o üzündə, "Daş yolun" qırağındakı kəhriz. Bu kəhrizlərin hər ikisini keçən əsrin əvvəllərində kəndin imkanlı kişiləri qazdırmışlar,
birini kənddən xeyli aralıda, Füzuli-Cəbrayıl yolunun qırağında üzə çıxarıblar ki, yol adamları istifadə etsinlər, birini də düz kəndin ortasına
çəkdiriblər. İkinci Dünya Müharibəsi başlayanda kənddən müharibəyə göndərilən cavanları adamlar elə o kəhrizin başından yola salarmışlar.
Kəhrizin üstündəki o çinarı da o vaxt əsgərliyə gedənlərin şərəfinə əkmişlər, sonralar müharibədən qayıtmayanların anma mərasimləri o çinarın
kölgəsində keçirilərdi, ruhlarına dualar oxunub ehsan verilərdi. Kənddəki kəhriz kəndlilər üçün görüş yeri kimi əbədiləşmişdi. Küsülülər də o
kəhrizin başında barışardılar, cavanlar da öz həyat yoldaşlarını o kəhrizin üstündə seçərdilər... Bəlkə Elnur da elə buna görə...Ayrılanda mobil
telefonunun nömrəsini yazıb vermişdi. Bakıya qayıdandan sonra da arabir telefon əlaqəsi saxlayırdıq. Bayramlarda mən zəng edirdim, adi günlərdə
o. Hər dəfədə də Füzulidən, doğma Dədəlidən danışar, torpaqlarımızı düşməndən təmizləmək üçün hər cür imkan olduğunu, orduda böyük ruh

yüksəkliyi yarandığını, bircə komandanın əmrinə ehtiyac qaldığını deyərdi.Ötən müddətdə Elnurla olan telefon danışıqlarımın, göndərdiyi SMS-
lərin bəzilərini indi də xatırlayıram:

-"...Bu gün Füzulinin işğalı günüdür. Gecə səhərə kimi üstümüzə güllə yağdırıblar. Cavab verməyə gec başlasaq da əclafları susdurduq,
itkimiz olmadı... 23 avqust 2015";

-"Dünən əsgər yoldaşlarımızdan biri yaralandı. Mən də iki erməninin sağ biləyini qırdım... 20 oktyabr 2015";

-... Dünən gecə gözümüzü də yummamışıq. Dığalar səhərə kimi hara gəldi atıblar. Hava işıqlaşanda iki dəfə tətiyi çəkdim hərəsində də bir
erməninin biləyini qırdım, polkovnik-leytenant uşaqların yanında icazəsiz atəş açdığıma görə narazılığını bildirsə də, axırda "çox sağ ol!" dedi!";

-"...Son günlər yaman qudurublar, heç bayramı necə keçirdiyimizi bilmədik. 24 mart 2016". Aprelin 1-də gecəyarı bir mesaj
göndərmişdi: "Bizə qarşı böyük təxribat başlayıb. Amma deyəsən, xilaskarımız, vətənin xilasına icazə verib... Məni ön cəbhəyə göndərmək
istəmirlər. Komandirin yanına girib çox xahiş etdim, birtəhər razı salmışam..." Bu bizim son əlaqəmiz oldu. Sonrakı telefon zənglərinin heç birinə
cavab gəlmədi. Az sonra qara xəbər yayıldı. (Asif Quliyev. Əsir düşmüş Dədəlinin şəhid oğlu.525-ci qəzet.- 2016.- 29 aprel.- S.6).

Yoldaşlarının dedikləri: “Neçə saat güllə yağışının altında qalsaq da, azğın erməniləri xeyli geri çəkilməyə məcbur etmişdik. Lələtəpədə 77
cəbhə xəttindən xeyli aralıdan gələn güllə səsindən və ermənilərin dirənişindən hiss edirdik ki, geri çəkilənləri özləri güllələyirlər. Biz düşməni
məhv etdikcə ardınca yeni-yeni qüvvə gəlirdi, amma addım-addım da olsa irəliləyirdik. Təpəyə çatmağa az qalmışdıq. Elnur bir neçə addım sağa
sürünüb uşaqların qabağına keçdi və bizə əlbəyaxa döyüşə hazır olmaq əmri verdi, elə bu zaman erməninin atdığı qumbara aramıza düşdü. Elnur
bir quş cəldliyi ilə özünü qumbaranın üstünə atıb: “Aralanın, özünüzü qoruyun!” - deyə əmr etdi. Sonra da: "Heyif, axırını görə bilmədim,
Füzuliyə girəndə məni də xatırlayın” dedi.”(http://www.anl.az/down/meqale/525/2016/aprel/488045.htm).

Digər gizir: - “Elnur bizə qardaşlıq edirdi -dedi. - Olduqca qayğıkeş, mehriban və həm də tələbkar komandir idi. Hərbi sirləri yaxşı bilirdi
və hamımıza da öyrədirdi. Elnur bütün söhbətlərinə vətəni sevməyin vacibliyindən başlayırdı: - Biz anamızı sevdiyimiz kimi, vətəni də
sevməliyik. Çünki anamızın anası vətəndir, - deyirdi. O bütün hərəkətləri ilə nümunə göstərməyə çalışırdı, ölümü ilə də hamımıza örnək oldu.

Lələtəpə uğrunda gedən döyüşlərdə Elnurla birlikdə vuruşan gənc əsgər: “Özü öldü, bizi isə ölümdən xilas etdi” .

Qənirə Paşayeva (millət vəkili): "Elnuru hələ Tovuzda xidmət etdiyi illərdən tanıyırdım. O, ön cəbhədə xidmət edirdi, hər dəfə Tovuza
yolum düşəndə onun xidmət etdiyi hərbi hissəyə baş çəkərdim. Elnur vətənini, torpağını dəlicəsinə sevən bir hərbçi idi. Füzuliyə Elnurun hüzur
məclisinə gedəndə əvvəlcə onun şəhid olduğu Lələtəpə döyüşlərində iştirak etmiş hərbçilərimizlə görüşdüm. Hamısı mayor Elnur Əliyevi mərd,
qəhrəman bir hərbçi - vətənini dəlicəsinə sevən bir əsgər olduğunu vurğuladı. O qəhrəmanlığı ilə hamıya örnək olan bir Vətən övladıdır". (Asif
Quliyev. Əsir düşmüş Dədəlinin şəhid oğlu.525-ci qəzet.- 2016.- 29 aprel.- S.6).

Əziz qardaşım Elnur, sən, öz torpaqlarımızı özümüzə qaytarmaq uğrunda gedən müharibədəki ağlasığmaz ölümünlə ölməzliyə qovuşdun,
misli-bərabəri olmayan igidliyinlə öz adını da əbədiləşdirdin, kəndini də. İyirmi ildən çoxdur ki, Dədəlisiz qalan dədəlilərə başucalığı gətirdin. İndi
sənin adın təkcə Dədəlidə, Füzulidə deyil, bütün Azərbaycanda dillər əzbəri olub, Azərbaycanda doğulan oğlan uşaqlarının əksəriyyətinin adını
Elnur qoyurlar. Sənin Aprel döyüşündəki, qəhrəmanlığından sonra bütün uşaqlar “böyüyəndə məndə Elnur kimi qəhrəman olacam” deyir. Sən
dünənə kimi bir ailənin oğlu idin, indi bütün Azərbaycan ailələrinin oğlu oldun. İndi hər yerdə hamı sənin igidliyindən danışır. Bu təkcə mənim
fikrim deyil, bütün Azərbaycan xalqının səsidir, arzusu, istəyidir. İndi Azərbaycanda hər evdə, hamının qəlbində bir şüar yaşayır - "Şəhidlər
ölmür, vətən bölünmür". Sən ölməmisən. Bəlkə də elə Dədəlidən olan bütün şəhidləri arzuladığın o xan çinarın kölgəsinə yığmısan. Gün
gələcək bütün azərbaycanlıların arzusu çin olacaq, doğma torpaqlarımıza qayıdacağıq. Sənin arzuladığın o kəhrizin başına, adının yazılmasını
istədiyin çinarın kölgəsinə yığışacağıq. Hələlik sənin adını ürəyimizə yazmışıq, onda sənin adını elə o məğrur çinara da yazacağıq. Dədəlisiz
günlərimizi xatırlayanda səni də sənin kimi şəhid olmuş bütün azərbaycanlıları yada salacağıq. Sən həmişə bizimlə olacaqsan!” O gün bu gündür
cənab mayor. Qeyd olunanları gerçəkləşdirməyimiz nəfəs qədər yaxındır.

Unutmayaq ki, Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız
cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca
tutan cəsur oğullar millətin qürur mənbəyidir.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

78

(Elnur Əliyev, həyat yoldaşı Nuranə xanım və oğlanları Elvin və Elxan)

79

80

(Elnur Əliyev sinif yoldaşları ilə) (Elnur Əliyev və anası)

81

(Elnur Əliyevin həyat yoldaşı Nuranə xanım) (Elnur Əliyevin oğlanları: Elvin və Elxan)

82

83

(Elnur Əliyevin oğlu)

MAYOR TƏBRİZ TARİYEL OĞLU MUSAZADƏ

“Vətən bir millətin evidir.” (Əhməd Midhəd)

Doğum tarixi: 12 avqust 1981-ci il. Gürcüstan, Dmanisi rayonu,Yaqublu kəndi. 84
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli rayonu, Lələtəpə döyüşləri.
Dəfn edilib: 11 aprel 2016-cı il. Bakı şəhəri II Fəxri Xiyaban.

Qoşun növü: A.R.Hərbi Hava Qüvvələri

İki övladı (Tayfun və Onur) var.
“Azərbaycan bayrağı ordeni” ilə təltif edilmişdir.
Ailənin tək oğlu idi.

1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində dünyaya gələn mayor
Musazadə Təbriz Tariyel oğlu 1993-cü ildən Bakıya köçmüş, 165 saylı məktəbdə təhsil almışdır. Təbriz
xalasının hərbçi həyat yoldaşından tez-tez hərb haqqında maraqlanarmış. Təbrizin hərbiyə marağı onunla
başlayıb. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 3 il liseydə oxuduqdan sonra 1999-cu
ildə Ali Hərbi Məktəbdə təyyarəçilik üzrə təhsilini davam etdirib. 2003-cü ildən bəri Azərbaycan Milli Ordusunda xidmət edib. 1996-1999-cu
illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb.Təyinatla Kürdəmirdə,
"Nasosnu"da, daha sonra Qalada xidmət edib. Təbriz Musazadə 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn
olunmuşdur."Azərbaycan Bayrağı" ordeni (2016) ilə təltif olunmuşdur.
Təbrizgil bir bacı, bir qardaş olub. Bacısı Afiqə Rusiyada yaşayır. Bu yay Təbriz məzuniyyətə çıxanda ailəsiylə birgə Rusiyaya, bacısıgilə
gedəcəkdi. Afiqəylə hər gün yazışırlarmış. Nə qədər işi olsa da, bacısına bir kəlmə də olsa, yazarmış. Təbriz bacısına sonuncu səsli mesajı Füzuli
səmasından göndərib: “Uçuram, uçuram, zəng edəcəm!” (https://lent.az/news/239290).
Bu uçuş Təbrizin son uçuşu oldu. Həyatını, işini, yaşamağı və ailəsini sevirmiş. Uğrunda canından keçməklə Vətəni hamısından çox
sevdiyini sübut etdi Təbriz. Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması
məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu
mayor Təbriz Musazadə II Fəxri xiyabanda torpağa tapşırıldı. Şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim

edildi.

Tovuz xanım (anası): “Mənə heç nə demirdi. Hər şeyi gizlədirdi. 31-i səhər işə getdi. Bir neçə saatdan sonra yoldaşları gəldi ki, Təbrizə 85
bir dəst mülki geyim verin, rayona toya gedəcəyik. Həmin gün də danışdıq, sabahı da. Dedi, işdəyəm, yaxşıyam. Ayın 2-si şəhid xəbəri gəldi.
Gözlədik, bəlkə yalan ola. Ümidimiz kəsildi... Quş kimi uçdu balam. Bu yolu özü seçmişdi, mən də onun arxasında durdum. Peşəsini çox sevirdi”.

Ruslan (xalası oğlu): “Təbriz uşaqlıqdan fərqli olub. Yaşıdları arasında vətənə olan hədsiz sevgisi ilə seçilərdi, risk etməyi sevərdi. İndiyə
kimi dəfələrlə riskli uçuşlar edib. Sonuncu dəfə Füzuli istiqamətində gedən döyüşlərdə olub. Hərbi vertolyotda ekipajın komandiri Təbriz
olub.Həmin gün ekipajda komandir pilot mayor Təbriz Musazadə, pilot mayor Urfan Vəlizadə, bort texnik baş leytenant Əbubəkir İsmayılov
olub.Döyüş yoldaşlarının dediyinə görə, Təbriz vertolyotu qaldırıb, bir dəfə vuruşub qayıdıb. Yoldaşları ilə yemək yeyiblər. İkinci dəfə qalxanda
bu hadisə baş verib. Təbrizi mən yaxşı tanıyırdım. O orda nə yaralı qayıtmayacaqdı, nə də əsir düşməzdi. Təbriz istədiyi kimi də öldü. Həmişə
deyərdi ki, zabitəmsə, döyüşdə həlak olmalıyam.Vətənpərvər insan idi Təbriz Musazadə. Övladlarını da vətənpərvər böyüdürdü. Hər işdən gələndə
uşaqlar atasını hərbi salamla qarşılayarmışlar. “Sən düz salam vermədin, qəbul etmirəm” deyərmiş. Uşaqlar təzədən salamlayarmışlar onu. Şəhidin
iki oğlu var: Tayfun və Onur. Sabah Tayfunun 10 yaşı tamam olacaq. Təbriz də gözünün ilki - Tayfunun doğum gününə həvəslə hazırlaşırmış. Hər
dəfə olduğu kimi. Lakin qismət olmadı.- Demokratik fikirli insan olub. Kimsəni nəyəsə məcbur eləməzdi. Deyirdi ki, oğlanlarım hansı peşəni
istəsələr, seçsinlər. 10 yaşındakı uşağa deyirdi ki, qərarı özün ver. Tayfun atasının şəhid xəbərini eşidəndən susub. Danışmır. Bəlkə də Onur onun
yolunu davam elədi.”(https://lent.az/news/239290).

Cəmil Qocayev: “Biz yaxın dost idik. O, elə uşaqlıqdan hərbçi olmaq istəyirdi. Bizimlə görüşəndə də hərbçi kimi salamlaşırdı. Kiçik oğlu
da özü kimi təyyarəçi olmaq istəyirdi. Sonuncu dəfə kəndə gələndə xeyli söhbət etmişdik. Elə hey Qarabağdan, cəbhədən danışırdı. Deyirdi ki,
lazım gəlsə hamımız öləcəyik, amma torpaqlarımızı azad edəcəyik. Təbriz və onun təyyarəçi dostları torpaqlarımızın azadlığı uğrunda şəhid
oldular. Şəhidlik zirvəsinə ucaldılar”.

Ənvər Süleymanov (Təbriz Musazadənin müəllimi): “Yaqublu kəndindən 12 nəfər 1992-93-cü illərdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ savaşında iştirak edib. Onlardan ikisi şəhid olmuşdu. Eşitmişik ki, Təbriz və onun dostları döyüş meydanından sağ çıxa bilərdilər. Lakin
onlar düşmənin qərargahını görüb və həmin ilan yuvasını dağıtmaq üçün canlarını qurban veriblər. Biz onlarla fəxr edirik. Bu kəndin gəncləri bu
gün də Vətənimiz Azərbaycan uğrunda döyüşməyə hazırdırlar. Son günlər cəbhə xəttində baş verənləri biz də izləyirik. Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə istənilən vaxt döyüşə atılmağa hazırıq.”

Yerin cənnət olsun igid qardaşım!
Şəhid pilot Təbriz Musazadə adına Təhsil və İncəsənət Hazırlıq Mərkəzi açılıb. Hazırlıq mərkəzinə şəhidin həyat yoldaşı Pərişan Musazadə
rəhbərlik edir. O, şəhid pilot Təbriz Musazadə adına Təhsil və İncəsənət Hazırlıq Mərkəzinin fəaliyyəti barədə danışarkən qeyd edib ki, “burada 4
yaşından başlayaraq abituriyent hazırlığı da daxil olmaqla bütün növ hazırlıqlar var. Mərkəzimizdə şəhid övladları üçün təhsil tamamilə pulsuz
olacaq, həmçinin hərbçi övladları üçün də müəyyən güzəştlər olacaq. Bütün uşaqlar üçün mərkəzimizdə yer var. Biz şəhidimiz Təbriz Musazadəni
və vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini anaraq buranı açdıq. Təbrizin timsalında bütün şəhidlərimizi burada yaşatmaq
istəyirik. Gələcəkdə mərkəzimiz böyüyəndən sonra şəhid ailələrinə yardım kampaniyaları həyata keçirəcəyik”.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

86

(Təbriz Musazadə və həyat yoldaşı Pərişan xanım)

87

88

(Mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə)

89

(Müəllif şəhidin məzarını ziyarət edərkən)

MAYOR URFAN ÜZEYİR OĞLU VƏLİZADƏ

“Vətən üçün yaşamaq, vətənin tərəqqi çalışmaq da vətən üçün ölmək qədər şərəflidir”.
(Qrigori Petrov)

Doğum tarixi: 1 noyabr 1978-ci il. Bakı şəhəri. 90
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli rayonu, Lələtəpə döyüşləri.
Dəfn edilib: 11 aprel 2016-cı il. Bakı şəhəri II Fəxri Xiyaban.
Qoşun növü: A.R.Hərbi Hava Qüvvələri
“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
İki 2 qız övladı (Zəhra və Betül) var.

Hərbi pilot kimi 20 illik təcrübəsi olan mayor Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakıda dünyaya
gəlib. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olur. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə
Azərbaycanda xidmətə başlamışdı. 2006-cı il 26 iyunda Könül xanım ilə ailə həyatı qurmuş, Zəhra (23.03.2008)
və Betül (14.03.2015) adında iki qız övladı yadigar qalıb.

Könül xanım (həyat yoldaşı): “Sonuncu dəfə aprelin 2-si, səhər tezdən telefonda danışanda Urfan dedi
ki, “Könül, narahat olma burda yaxşılıqdır, məni axşama gözləyin. “Həmin gün anamın ad günü idi. Axşam
restoranda idik hamımız. Bir də saytdan oxudum ki, helikopter vurulub. Urfanın da şəklini qoyublar. Düşmən
gülləsi Urfana vədini tutmağa imkan vermədi. Vurulan zaman bortda 3 pilot olub: mayor Təbriz Musazadə,
mayor Urfan Vəlizadə və Əbubəkir İsmayılov. Uçuşdan əvvəl Urfan yoldaşları ilə zarafatlaşıb ki, “hər kəs öz
yerində əyləşsin. Sonra tabutlarımız səhv düşər, mənimkilər səni, səninkilər məni ağlayar”. Zarafata salıb
gülsələr də, ürəklərində hər biri tapşırığın ciddiliyini və məsuliyyətini yaxşı biliblər.

Onunla evli olduğum bu on il ərzində hərbçi arvadı olduğumu hiss etdirmədi mənə. Nə vaxt imkanı
olurdusa, bizi gəzməyə aparardı, Zəhranın dərsləri ilə məşğul olardı. Deyirlər, hərbçilər sərt olur. Urfan işində ciddi olsa da, ailəsinə qarşı heç vaxt
sərt, kobud olmayıb. Hərdən deyirdim ki, Urfan, bir az uşaqlara acıqlan. Deyirdi, hələ uşaqdılar, nə vaxt böyüyərlər, onda acıqlanaram. Mehriban
ata, gözəl həyat yoldaşı olub Urfan. Kimsənin xətrinə dəyməzdi, incitməzdi. Uşaqlarını vətənpərvər böyüdürdü. “Çanaqqala” türküsü, “Qarabağ”
şikəstəsini dinlədərdi. Çox danışmazdı, susub otursa bəs edirdi. Həmişə çalışırdı ki, məni sevindirsin. Qızlarımızın doğum günündə dedim, əlavə
xərc eləmə, evdə qeyd edərik. Dedi, yox, sən dincəl, restoranda edəcəm. Həmin günü Urfan elə bil başqa adamıydı. O ki var yedi, içdi, danışdı,
güldü. Hətta mənim üçün mahnı da oxudu. Çox sevinirdi. Axırda məndən soruşdu ki, Könül, xoşbəxtsən? Dedim, həm də çox!” Şəkərli diabetdən
əziyyət çəkirəm. Gündəlik qəbul etdiyim dərmanlar bahalı olduğundan bəzən bitən dərmanı yoldaşımdan gizlədirdim. Mən üzülməyim deyə aldığı

dərman qutularının üstünə “bitanesin!”, “çok gözəlsən” kimi sözlər yazardı. Bir zamanlar atmağı düşündüyüm bu qutular bu gün ən dəyərli 91
əşyalarımdı. Həmin qutuları sevgiliykən Urfan mənə yazdığı sevgi məktublarıyla birgə saxlayıram. Ən böyük nigarançılığım Urfan Vəlizadə adlı
qəhrəmanın unudulub getməsidir. İstəyirəm Urfana Milli Qəhrəman adı verilsin. Xalq qəhrəmanını tanısın. Qızımız Zəhra da bizim məzun
olduğumuz 210 saylı məktəbdə oxuyur. O məktəbə Urfanın adını versələr, çox sevinərəm. Urfan öz xalqını, millətini sevən oğlanıydı. Deyirdi,
gərək Qarabağ problemini həll edək. Biz şərəfsiz deyilik. Bu dərdi övladlarımıza buraxmayaq. Bu gün o sevdiyi torpaq uğrunda şəhid oldu.
Urfanın atası Gəncə, anası Ağdam şəhərindəndir. Qarabağ müharibəsi zamanı yeniyetmə yaşında olan Urfan həm ana, həm də ata tərəfindən
şəhidlər verib. Ailənin növbəti şəhidi Urfanım oldu. Bu il hərbidən təqaüdə çıxmalıydı. Martın 30-da tibbi müayinədən keçdi. Qaydalara görə 1
həftə hospitalda yatmalıydı. Yatmadı. Evə gəldi. Dedim, bəs niyə qalmadın? Dedi, xahiş elədim, məni saxlamasınlar. Narahat olmayım deyə evdə
müharibədən heç nə danışmazdı. Dedi, “Könül, narahat olma, sabah bəlkə biz getdik”. Gedəndə mənə dedi “bir həftəlik gedirəm. Amma bəlkə
arada gəldim”. Həmişə mənə ümid verirdi. Dedim, tez get, tez də qayıt! Ayın 1-də evdə qonaq varıydı. Urfan zəng edəndə danışa bilmədim.
Özümü bağışlaya bilmirəm. Mən gərək o zəngə cavab verəydim. Görəsən, mənə nə deyəcəkdi? Nə sözü vardı? Mən ona nə vaxt zəng eləsəydim,
cavablayırdı. Heç vaxt olmayıb ki, mən zəng edəm, o cavab verməyə. Şəkər xəstəsiyəm. Qızıma tapşırmışdım ki, birdən pis olaram, komaya
düşərəm, atandan başqa heç kimə zəng eləmə. Atan harda olsa, özünü çatdıracaq. Səhəri, aprelin 2-si onun yarısı olardı zəng elədim ona.
Soruşdum, Urfan, neynirsiz? Dedi, dərs keçirik. Soruşdum, sən keçirsən? Güldü. Dedi, yox, bu dəfə bizə dərs keçirlər.(

http://www.unikal.org/news/144008).
On gün mən onun yolunu gözlədim. Ziyarətə getdim, dua etdim, Allaha yalvardım. Birdən yağış yağdı. Elə bildim dualarım qəbul oldu,

Urfanım sağ-salamat gələcək. Onun öləcəyinə inanmırdım. Çox qoçağıydı. İnanırdım ki, ölməyib, hardasa gizlənir. Yaralı olsa da, gələcək. On gün
sonra Urfanın nəşini gətirdilər. Zəhraya heç nə demədim, sadəcə 4 şəhidlə keçirilən vida mərasiminə apardım. Dedim, atasıyla o da vidalaşsın.

2014-cü ilin yayında Urfangilə ölkədən çıxmağa icazə verdilər. Urfan bizi Türkiyəyə apardı. Ordan qayıdanda Gürcüstanda bizi Təbriz
qarşıladı. Təbriz Urfanı yaman çox istəyərdi. “O mənim kumirimdi” deyərdi. Bizi apardı Dmanisiyə, baba yurduna. Orda mən onun əmisi qızını
gördüm. Çox xoşuma gəldi. Mənim də qardaşım subay idi. Gəldim evdə dedim. Onlar da bəyəndilər, qohum olduq. Qohum olmamışdan da əvvəl
Təbriz bizə gəlib-gedirdi. Urfan kənardan acıqlı görünürdü. Təbriz danışırdı ki, Türkiyədən təzə gələndə, öz-özünə deyirmiş, necə qaraqabaqdı?!
Zaman keçdikcə, bir-birini tanıdıqca, dost oldular. Gözləyirdi Urfan təqaüdə çıxsın. Deyirdi, Urfanın bütün paltarlarını mənə verərsən, mən
geyinəcəm. Urfanın arzularından biri də anasının qəbrini düzəltdirmək olub. Bu arzusunu reallaşdırmağa nə zaman, nə də maddi vəziyyəti imkan
vermədi.

O vaxtlar Urfanın bığı olduğu üçün ondan xoşum gəlmirdi. Bəzən düşünürdüm ki, bunun bığları var, yəqin bizdən böyükdür. O isə çox
ağırtəbiətli, ciddi bir oğlan idi. Mənə elə gəlirdi ki, o, mənə qarşı biganə deyil. Bir dəfə məktəbə gələndə gördüm, lövhədə yazılıb ki, "Urfan
Könülü sevir. O qədər pis olmuşdum ki… Sonralar ondan soruşanda deyirdi ki, "səndən xoşum gəlirdi, özüm qabaq sırada oturub, güzgü ilə sənə
baxırdım. Amma mən ondan uzaq gəzirdim. Hətta "Son zəng"də məni rəqsə dəvət edəndə acılamışdım ona. Urfandan uzaq qaçmağa çalışsam da,
məni Urfana nəsə bağlayırdı. Ara-sıra Urfanı yuxuda görürdüm. Hər dəfəsində Urfanın mənimlə küsülü olduğunu, onu incitdiyimi hiss edirdim
yuxularımda. Aradan 8 il keçəndən sonra, 2003-cü ildə yenidən qarşılaşdıq. Bu qarşılaşma fərqli oldu. Əvvəlcə telefon zəngləri ilə başlayan
münasibətlər, sonradan dəli bir sevgiyə çevrildi. Urfanın maddi çətinlikləri olduğundan onu gözləyirdim. Urfanı sevsəm də, heç vaxt bir pilotla,
üstəlik həmyaşıd olduğum biri ilə ailə həyatı quracağımı düşünmürdüm. Amma Urfanın sevgisi düşüncələrimə üstün gəldi. Urfan həftədə bir dəfə

ona verilən istirahət günlərində məni görmək üçün Kürdəmirdən Bakıya gəlirdi. Hər dəfə bir bəhanə ilə evdən çıxmağa çalışırdım. Anam 92
mühafizəkar qadındı. İcazə verməzdi. O qədər iş tapşırardı ki, bir də görürdüm, görüşə 2 saat gecikmişəm. Urfan isə səbrlə gözləyərdi. 2005-ci ildə
nişanlandıq. Toya hazırlaşırdıq ki, Urfanın anası infarkt keçirərək dünyasını dəyişdi. Qohumlar dedilər ki, 3 kişi — Urfan, atası və qardaşı tək
qalıb, toy mütləq olmalıdır. Mən yay toyu arzulamırdım. Amma toyumuz iyunun 26-da oldu. Evləndik. Xoşbəxt idim. İlk övladım 9 ayın
tamamında bətnimdə öldü, doğulmadı. Böyük depressiyaya düşmüşdüm. 3 ay sonra Zəhraya hamilə qaldım. Urfan hər zaman dayağım oldu.
Nişanlı olanda şəkər xəstəliyinə tutuldum. Bilmirəm stresdən idi, nədən idi, şəkərə tutuldum. Özü aparırdı həkimə, dərmanlarımı alar, üstünü yazıb
mənə verirdi ki, qəbul edim. Mənim üçün çox qorxurdu. Həkimlər mənə icazə vermirdi uşağım olsun. Həmişə deyirdi ki, "Könül, mən istəyirdim,
4 uşağım olsun, amma sən hamıdan önəmlisən, təki, sənə heç nə olmasın". Artıq Zəhra da böyümüşdü". 2014-cü ildə Urfana işdən xaricə səfərə
çıxmağa icazə verirlər: "Bizim üçün bir həftəlik İzmirə – Quş adasına tətil təşkil etmişdi. Orada çox gözəl günlər keçirdik. Sonra Betül dünyaya
gəldi. Urfan Betülə "ay parçam" deyirdi". Mənə isə "yavrum" deyə müraciət edirdi. Hər gün evə gələndə zəng edirdi ki, "yavrum, evə nə
lazımdır?". O bizi ovcunun içində saxlayırdı". (http://arxiv.islamazeri.com/yazdir/1/onun-sehid-olacagini-qizi-bir-hefte-onceden-hiss-edibmis-

foto--37522.html).
Urfan sonuncu dəfə 2016-cı il martın 31-də evdən çıxdı. Evə gəldi, çantasını yığmağa başladı. Dedim, Urfan yenə gedirsən? Dedi, "narahat

olma". Sonra uşaqlarını qucaqladı, öpdü, qoxuladı. Ürəyimə pis gəldi ki, bu, uşaqların qoxusunu niyə içinə çəkir. Həmişə gedəndə mənə pulun,
sənədlərin yerini deyərdi. Bu dəfə demədi. Yemək hazırladım, yedi. Sonra qapıdan çıxanda dedim, "gəl, səni qucaqlayım, birdən sənə nəsə olar".
Dedi, "ay qız, dəli-dəli danışma". Yola saldım, ardınca su atdım. Dedim, qoy, balkondan da su atım. Su atanda qab əlimdən düşdü.

Anamın da ad günü idi. Dedi, get, hədiyyəni al, gələndə mən də alaram. Urfan gedəndən sonra qonşum dedi ki, "Ay Könül, deyirlər,
müharibə başlayıb, Urfan necədi?". Dedim, yaxşıdır. Sonra televizoru açdım, baxdım ki, qəribə xəbərlər verilir. Sonra planşetdə xəbərlərə baxdım.
Yazılmışdı ki, təyyarə düşüb, sonra da təkzib verilmişdi. Anamın ad gününün necə keçdiyini hiss eləmirdim. Mənə elə gəlirdi ki, bədənim yoxdur,
əlimi-ayağımı hərəkət etdirə bilmirdim. Axşam qayıdanda artıq hamı bilirmiş ki, Urfan şəhid olub. Qardaşım Çingiz də bilirmiş. Biz onun
maşınında idik, gördüm, Çingiz əsəbidir. Evə gələndə gördüm telefonum zəng çalır. Zəhranın sinif yoldaşlarından birinin anasıydı, qışqırırdı:
"Könül, Urfan…." Sanki dünyam qaraldı. Özümü o qədər bərbad hiss edirdim ki. Çingiz dedi, "insulin vur, sonra baxaq xəbərlərə". Mən artıq ayaq
üstə ölmüşdüm. Zəhra da yanımdaydı, uşaq da pis vəziyyətdə idi. İynəmi vurdum. Qapı döyüldü, qonşularım girdilər içəri. Xəbəri eşidib hamısı
gəlib evimə. Artıq başa düşdüm ki, Urfana nəsə olub. Və xəbər təsdiqləndi. "İnsanlar gəlirdilər hər yerdən. Hər tərəf insanla dolu idi. Öldürmək
istəyirdim hamını ki, nəyə gəlmisiniz? Yox, yox, Urfan ölə bilməzdi. O, məni tək qoyub gedə bilməzdi. Yoooox. O mənim ən çox sevdiyim insan
idi… O qədər insan var idi. Heç kimi tanıya bilmirdim. Hamı məni axtarırdı. Ertəsi gün mənə dedilər ki, çadır qurulub, gəlməlisiniz. Urfanın
ayaqqabılarını, gödəkçəsini geyinmişdim. Elə bilirdim, yanımdadır. Gördüm, çadır qurulub. Kişi çadırında molla oxuyanda dəli oldum. Urfanım…
Havalandım. Elə bildim, mənə güllə dəydi. Dedim, "mənim yoldaşım sağdır". Tabutu gələnə qədər mən onun yolunu gözləyirdim. 2015-ci ildə
Urfanın hərbi xidmət dövrü başa çatmışdı. Təqaüdə çıxmalıydı. Müraciət də etmişdi. İş də təklif etmişdilər. Gəzib ev də tapmışdıq. Ev alacaqdıq.
Biz çox yaxşı yaşayırdıq, bircə evimiz yox idi.

Qızım deyir ki, yuxuda görüb ki, atası deyir ki, "mən gələcəyəm". Deyir sevinməyə qorxdum ki, birdən sevinərəm, alınmaz. Zəhra atasını
itirməmişdən bir həftə öncə sinifdə anidən ağlamağa başlayıb: "Müəllimi soruşub ki, "qızım nə olub?". Zəhra deyib ki, "bizim ailədə nəsə olacaq".
Zəhra tez-tez yuxular görürdü, deyirdi ki, "ana, səni yuxuda görmüşəm, görürəm ki, sən ölmüsən, atayla sənin qəbrinin üstünə gəlirik". Mənim
şəkərim var. Düşünürdüm ki, yəqin öləcəyəm. Uşaqları tapşırırdım Urfana, deyirdim, mənə nəsə olsa, uşaqlar sənə əmanətdir. Elə istəyirdim ki,

Urfanla qocalım. Deyirdim ki, Urfan səninlə qocalmaq istəyirəm. Deyirdi: "Ay Könül, axı mən o qədər yaşaya bilmərəm". 93

(http://arxiv.islamazeri.com/yazdir/1/onun-sehid-olacagini-qizi-bir-hefte-onceden-hiss-edibmis-foto--37522.html).
Mətanət Məmmədova (xalası): "Urfan ailənin 3 övladından 2-cisi olub. Biz fəxr edirik ki, Urfan kimi oğlumuz olub. Onun uşaqlığı
Ağdamda keçib. Biz hər il iyunun 26-sı Urfana zəng edib onu təbrik edərdik. Bu gün həm onun həyat yoldaşının doğum günü idi, həm toy günü,
həm də Silahlı Qüvvələr günü. Urfan çox gözəl insan idi. Vətənpərvər, qayğıkeş. Öz vətən sevgisini mənim oğluma da aşıladı. Mənim oğlum da
indi əsgərdir və vətəninə, torpağına o qədər bağlıdır ki… Biz onunla fəxr edirik. Könül də dəyərli qadındır. Üzərində ağır yükü var — iki qız
övladını böyütmək".
Xuraman xanım (bacısı): “Urfanın uşaqlıqdan hərbiyə marağı olub. Dərslərini də yaxşı oxuyurdu. Atam istəyirdi ki, Urfan həkim olsun.
Urfan da razılıq vermişdi. Amma məktəbi bitirən kimi sənədlərini Türkiyədə Hərbi Hava Məktəbinə vermişdi. Bütün fənləri yaxşı oxuyurdu. İldə
neçə dəfə atama o məktəbdən "Təşəkkürnamə"lər göndərilirdi. Biz orta vəziyyətdə yaşayan ailə olmuşuq. Urfan orada öz təqaüdü ilə bizə
hədiyyələr alıb göndərirdi. 1995-ci ildə qəbul oldu, məktəbi bitirəndən sonra Kürdəmirdə işləməyə başladı. 2006-cı ildə ailə həyatı qurandan sonra
təyinatını Qalaya aldı. Çox sakit adam idi. Hərbi sirri bizə danışmazdı. Nə vaxt harada olduğundan xəbərimiz olmazdı. Urfan uçuşları haqqında da
kimsəyə məlumat verməzdi. İstəmirdi ki, evdəkilər narahat olsunlar. Bir dəfə bilirdim ki, uçuşu var. O qədər zəng eləmişdim ki, axırda dedi ki, "ay
Xuraman, o qədər zəng elədin ki, uçuşu ləğv elədilər". Ona görə mənə demirdi çox zaman. Heç sonuncu dəfə Kürdəmirə getdiyini də bilmirdim.
Harasa gedəndə deyirdi "Kürdəmirə gedirəm", dəqiq yer deməzdi. Mən şəhid olması xəbərini də qohumlardan eşitmişdim". Qardaşımın şəhid
olmasına inana bilmirəm. Hələ də onun qayıdacağı ümidi ilə yaşayıram. Mənə "Urfan yoxdur, şəhid olub" deyəndə elə bildim dünyam qaraldı.
Mənə onun yerini heç kim vermir. Bütün gün ürəyimdə onunla danışıram. Dua edirəm". (https://sputnik.az/azerbaijan/20160626/405905912.html).
Urfan ən çox qəmli mahnıları dinləyərmiş. Bəzən saatlarla "Anlamazdım", "Sarı Laleler", "Çanakkale" mahnılarını dinləyərmiş. İndi Könül
hər dəfə Urfanın məzarına sarı güllər aparır. O, hələ də sevdiyinin bir parça daşa çevrildiyinə inanmır. Saatlarla Urfanın məzarıyla danışır. Onu
qınayır, danlayır, küsür. Küsür ki, onu bu həyatda tək buraxıb. Bəzən başını məzar daşına söykəyib pıçıldayır:"Sənsiz necə yaşayacağam,
Urfanım?". Urfan Könülün nəfəsi idi, sevdiyi idi, uşaqlarının atası idi. İndi Könülün tək bir arzusu var — qızlarını Urfanın arzuladığı kimi
böyütmək, təhsil vermək və gec-tez Urfanına qovuşmaq…
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

94

(Urfan Vəlizadə və həyat yoldaşı Könül xanım)

95

96

97

(Müəllif şəhidin məzarını ziyarət edərkən)

MAYOR SAMİT GÜLAĞA OĞLU İMANOV

“İnsan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir. Gedəndə də
gərək şərəflə gedəsən.” (Samid İmanov)

Doğum tarixi: 22 aprel 1981-ci il. Neftçala rayonu, Həsənabad qəsəbəsi 98
Vəfat tarixi: 4 aprel 2016-cı il, Tərtər rayonu istiqaməti
Dəfn edilib: 9 aprel 2016-cı il.Neftçala şəhəri Şəhidlər xiyabanı
Qoşun növü: A.R.Quru qoşunları
“Azərbaycanın milli qəhrəmanı” medalı ilə təltif edilib.
2 övladı (Fidan və Tayfun) var.

1981-ci ilin 14 oktyabrında Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və
Xuraman İmanovların ailəsində anadan olan Samid Gülağa oğlu İmanov ailənin birinci oğul
övladı idi. Samid İmanovun özündən böyük Aybəniz və Gülbəniz adında iki bacısı, Sadiq
adında isə bir qardaşı var idi. 1988-1998-ci illərdə də Neftçala rayonu 1 nömrəli tam orta
məktəbdə təhsil alan Samid İmanov 1998-2003-cü illərdə Heydər Əliyev adına Ali Hərbi
Məktəbdə oxumuş və həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Samid İmanov
2013-cü ilin iyun 16-da dayısı qızı Badam xanım ilə ailə həyatı qurmuşdu. Bu nigahdan
onların bir qızı Fidan (2014) və bir oğlu Turan (2016) var.

2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini,
qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir. Türkiyə Cümruhiyyətində
“Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-
2007”, “Anadolu Qartalı -2007” birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterrorist” kurslarında, İsveçrə krallığında “Dağ
təlimi” kursunda, Rumıniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı” kursunda iştirak edib. Xüsusi təyinatlı hərbi hissəyə qayıtmış, hərbi
hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-ci il avqust ayında erməninin
təxribatının qarşısını almaq üçün Samit İmanovun dəstəsinin keçirdiyi əməliyyat nəticəsində 20-yə yaxın erməni məhv
edilmişdir.(http://qanyaddashi.blogspot.com/2016/).

2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş zabitimizin son döyüşü olub. Mayor Samit İmanovun və
komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin başçılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə
əsasən, Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, onlarla düşmən əsgəri məhv edilib. Atışmada qəhrəman zabitimiz çiynindən
və ayağından yaralanıb. Samit bu gün yaşaya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur
komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq,
əmrin icra edilməsi üçün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq, tez zamanda yenidən ora qayıdıb, amma
komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Bununla belə, cəsur komandirin cəsur əsgərləri həyatlarını
riskə ataraq günün-günorta çağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur
komandir mayor Samit İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra düşmən əlinə keçməmək üçün yaralı halda kolluqda maskalanıb və
qumbaranı sinəsi üstündə saxlayaraq arxası üstə uzanıb. Amma aldığı yaralardan axan qan ölümünə səbəb olub, gözlərini canından artıq sevdiyi
vətəni, milləti üçün birdəfəlik yumub. Samid bu gün aramızda olmasa da, onun yetişdirdiyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını

alacaq.

Aşağıda qeyd olunan təltiflərlə yanaşı Samid İmanov Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcə (10 il xidmət) 99
 "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcə (15 il xidmət)
 "Hərbi xidmətdə fərqlənməyə görə" medalı 3-cü dərəcə
 "Hərbi xidmətdə fərqlənməyə görə" medalı 2-ci dərəcə
 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
 2016 — "Qızıl Ulduz" medalı
 2016 — Azərbaycanın Milli Qəhrəmanı (http://faktor.az/az/social/8204-ozunu-heyatdan-torpagini-dusmenden-azad-edene).
Samit İmanov göstərdiyi qəhramanlıqlara görə, kursant vaxtı mərhum prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə
qəbul edilərək mükafatlandırılımışdır.
Gülbəniz Sadıqova (bacısı): “Bircə onu bilmədim ki, Samidin ölümü rahat oldu, ya dəhşətli... Ancaq bir təsəllim var ki, deyirlər ki, şəhidlər
öləndə bir iynə ucu da olsun canları ağrımır, buna inanmaq istəyirəm. O arzuların içərisində təkcə özü yoxdur indi... Samidlə can bir qəfəs
olmuşuq, çünki həm də tələbəliyimiz bir keçib. Mən ailə həyatı qurandan sonra o Naxçıvanski adına Hərbi liseyə qəbul olundu. Sonra təhsil aldığı
bütün illərdə hər şənbə-bazar günlərini gəlib mənim yanımda qalardı. Həftənin birinci günləri dərsə qayıdanda, əyin-baş geyimini yuyub-
təmizləyib çantasına qoyar, 1 həftəlik tədarükünü görərdim. İndi isə oğlum Sadiq də (kiçik qardaşımın da, böyük oğlumun da adı Sadiqdir) hüquq-
mühafizə orqanı sisteminin məktəbində təhsil alır və hər həftənin birinci günü onun paltarlarını yol çantasına yığanda, Samid yadıma düşür... 15 il
yuyub ütülədiyim formanın içərisində axırda canını verdi. Hər gün, hər saat, hər dəqiqə yanlıb-yaxılıram. Samid mənim evimin ən əziz qonağı idi.
Bəlkədə gəncliyimizi birlikdə keçirdiyimizdəndir ya elə mənim gözlərim qaraşısında böyüdüyündəndir, onun yeri qəlbimdə başqa idi. Mən onun
həm böyük bacısı, həm anası, həm də dostu olmuşdum ötən 15 il ərzində. O, mənə övladlarımdan da əziz idi. Yeməyin ən dadlısını onun qarşısına

qoyurdum. Onu mən geyindirirdim. Yaxşı paltarlar görən kimi onu da aparırdım ki, alsın. İstəyirdim hər şeyin yaxşısını onun üçün edim. 100
Qardaşım çox məsuliyyətli idi. Savadlı, bilikli, bacarıqlı, intellektli idi. Gözəl nitq qabiliyyəti var idi. Deyirdi ki, “ay bacı, son illər vəzifə
pilləsində elə tez-tez yüksəlirəm ki, özümdən yaşlılara əmr edəndə utanıram”. Samidi 31 yaşında evləndirə bildik. Deyirdi ki, “mənim qız tapmağa
vaxtım yoxdur”. Bizim təkidlərimizlə ailə qurmaq xatirinə evləndi. Samid dəfələrlə Türkiyədə hərbi təlimlərdə olmuş, yaxşı təhsil almışdı. Deyirdi
ki, “bacı bir təzada məəttəl qalmışam, bizim qızlardan fərqli olaraq, Türkiyədəki qızların sevgililəri hərbçi və ya kursant olanda, bunu sevinərək,
vüqar hissi ilə hamı ilə bölüşürlər, ancaq bizim qızlar belə deyil… Heç bir kursantla dostluq edən qız görmədim. Kaş bizdə də belə ola”. Ona ailə
həyatı qurmaq üçün də qızı mən seçdim. Dedim ki, o zaman gəl dayımın qızını alaq. Heç bir söz demədi. Bilmirəm nəyə görəsə, həmişə deyirdi
“həyat çox qısadır". Martın 26-sı isə mənimlə birlikdə idilər. Digər dayım qızının toyuna hazırlaşırdıq. Dedi ki, “mən gələ bilməyəcəm,
sabah təlimə gedirəm”. Anam narahat olmasın deyə, soyuqqanlılıqa söz arasına söz qatıb dedim: “Gedirsən get də, gözün arxada qalmasın”. Əlini
mənə uzadıb dedi, “bax belə. Sən bir dənəsən. Sağ ol adamı belə yola salarlar”. Martın 31-i bir dəhşətli yuxu gördüm: Samidin evinin qapı-
pəncərəsi yanmışdı, evi su içində idi. Yuxunun təsiri məndən heç keçmirdi. Ona telefonla mesaj yazdım, cavab yazdı. Ürəyim rahat oldu ki,
salamatçılıqdı. Adəti üzrə bizə icazə vermirdi zəng etməyə, deyirdi, "vacib nəsə olmayınca, zəng etməyin, zəng edəndə ikinci çağırışdan sonra
gözləyin, özüm zəng edəcəm". Elə də edirdi. Aprelin 1-dən sonra xəbərini ala bilmədik. Narahat olmağa başlamışdım. Həyat yoldaşı Badamdan
soruşurdum, o da deyirdi ki, "Samidin dostlarının arvadları ilə danışıram, deyirlər, Samid də yaxşıdır”. Amma mən ürəyimdə fikirləşirdim ki, bəs
görəsən niyə Samidin özü ilə danışa bilmirik? Bəlkə qardaşımın başında nəsə bir hadisə var? Samid sağ olsaydı, yoldaşı ilə danışardı,
yazışardı. Badamdan Samidin hərbçi yoldaşlarından birinin həyat yoldaşının nömrəsini aldım və danışdım. "Gözlə, komandirin həyat yoldaşı ilə
danışım, görüm nə xəbər var?" dedi. Sonra yenidən danışdıq. Dedi, "harada qalırsan, gəlmək istəyirəm". Əsəbləşib qışqırdım ki, “mənə bir doğru
söz de”. Dedi, "hospitaldadır, gedin, axtarın". Mən xalam qızını da götürüb taksiyə əyləşərək, ağlaya-ağlaya hospitala qaçdım. Hospitalda heç bir
siyahıda Samidin adı yox idi. Məni başa saldılar ki, ölənləri hospitala gətirmirlər, yaralıların içində isə Samidin adı yox idi. Hər yerə xəbər
salmışdıq, yox idi… Qurban demişdim, qolu-qıçı olmasın, amma nəfəsi gəlsin. O uşaq gün görməmişdi. Ayağı hərbçi çəkməsindən çıxmadı. Hara
gedirdisə, uşaqlarına görə mənə arxayın idi. Samidi axtara-axtara qalmışdım. Kimsəyə deyə bilmirdim ki, Samiddən xəbər yoxdur. Atam və anam
da Samidin evində idi. Atama dedim ki, getsin evinə, cavab verdi ki, Samid gəlməyincə getməyəcək. Kimsənin xəbəri yox idi ki, Samid dardadır.
Elə həmin günlərdə Samidin qızının qızdırması var idi. Anam zəng vurub dedi ki, uşağı həkimə aparmaq lazımdır. Mən də gedib uşağı apardım
həkimə. Ürəyimdə isə qardaşımdan narahat idim. Və dərdimi, ağrımı onların heç birinə söyləmədim.

Xuraman İmanova (anası): “Samidin ikinci oğlu fevralın 12-də dünyaya gəldi. Getdim qaldım onlarda ki, həm gəlinimə - qardaşım qızına
kömək edim, həm də oğlumu görərəm. Martın 8-də Samid dedi ki, “ata da gəlib bizdə qalsın. Novruzu bir yerdə keçirək”. Martın 10-u ad günüm
idi. Yoldaşım Gülağa da gəldi. Novruzu da oğlumgildə onunla birgə keçirdik. Son iki ayı onunla qaldığım ən uzun zaman oldu. Bir gün də dedim
ki, “bala, mən daha qayıdım kəndə, ev var, həyət-baca var...”. Dedi “yox, ana sən uşaqların yanında 6 il qalarsan”. Dedim, “ay bala, niyə 6
il?”.Söylədi “yaxşı, 6 ay qalarsan”. Sonra qızı Fidanı qucağına aldı, əlimi Fidanın əlinə verib dedi ki, “Fidan, bu mənim anamdır”. Başını da qoydu
mənim dizimin üstünə, onun saçlarını, boyun-boğazını, qollarını ovxaladım, ətrini ürəyimə çəkdim. Sən demə balamı sonuncu dəfə
əzizləyirəmmiş... Heç doymadım Samidimdən. Martın 27-si səhər saat 6-da çıxdı evdən. Gecə saat 11 idi, zəng vurdu ki, “ana, yemək hazırlayın
gəlirəm”. 28-i də səhər-səhər çıxdı işə getdi. Heç qucaqlaşıb öpüşmədik də... Hər gün yola saldığımız kimi yola saldım. Pilləkənləri enəndə bir
dəfə dönüb baxdı. O baxışı qaldı yadımda. Gözlərimdə oğlumun boynubükük bir şəkli var indi. Pilləkənləri enəndə dönüb baxmağını unuda
bilmirəm. Elə narahat idim. Gəlindən tez-tez soruşurdum ki, nə xəbər var. O da qalırdı naəlac... Beləcə gözləməyə başladıq. Əslində narahat olsaq


Click to View FlipBook Version