The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

PAŞA YAQUB

ÖVLİYALAR
ENSİKLOPEDİYASI

I cild

Bakı - 2020

Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-415d-09/15 saylı, 11 dekabr 2020-ci il tarixli məktubu ilə nəşrinə razılıq verilmişdir.

Paşa Yaqub
ÖVLİYALAR ENSİKLOPEDİYASI

Redaktor: Nazim Tapdıqoğlu (Vəlişov)
Dizayner: Yaqub Məmmədov

Övliyalar Ensiklopediyası

REDAKTORDAN ÖN SÖZ ƏVƏZİ

Paşa Yaqubu uzun illərdir ki, tanıyıram. Onun
Azərbaycanın müxtəlif bölgələrində yaşamış
müqəddəs övliyaların, yaşadıqları dövrün görkəmli
şəxsiyyətlərinin həyat və fəaliyyətlərindən bəhs edən bir neçə
kitablarından da xəbərim var. İndi sevinirəm ki, o, övliyalar
haqqında araşdırmalarını bir kitabda, “Övliyalar ensiklopediyası”
adlandırdığı topluda cəmləşdirmişdir. Övliya ərəb dilində vəli
sözünün cəmi olub, “həyatını Allah yolunda sərf edərək Ona
yaxınlaşmağa nail olmuş müqəddəs insan”, “müqəddəs, təmiz,
pak, saf şəxsiyyət” anlamını bildirir. Övliyalarımızdan bəhs edən
bu dəyərli kitab çox maraqlı və oxunaqlı bir dildə yazılmışdır.
Əlbəttə ki, mən həm də bir oxucu olaraq çoxdan idi ki, bu kitabın
çapını gözləyirdim. Budur, nəhayət ki, kitab kompüterdən 400
səhifəlik vərəqlərə çıxarılmış halda artıq qarşımdadır və mən
onun ilk oxucusu və redaktoruyam.
Azərbaycanın ictimai fikir tarixində İslam dininin rolu
misilsizdir. İslamın bir sıra təriqət və cərəyanları, tanınmış
sufi alimləri, şeyxləri, dövrünün görkəmli elm və mədəniyyət
xadimləri cəmiyyətimizdə zaman-zaman baş vermiş sosial-
siyasi hadisələrdə islami dəyərləri, müqəddəs xanəgahlarımızı,
pirlərimizi, ziyarətgahlarımızı uzun əsrlər boyu qoruyaraq
bu günümüzə gətirib çıxarmışlar. Əsrlərin daş yaddaşı olan
kitabələrdə Azərbaycanda fəaliyyət göstərmiş neçə-neçə sufi

3

Paşa Yaqub

cəmiyyətlərin, kəramətli şeyxlərin, ruhani alimlərin adlarına
rast gəlmək olar. Məlumdur ki, İslam dünyasında geniş
yayılmış sufizm çox mürəkkəb bir fəlsəfi cərəyan olmuşdur.
Azərbaycanın ictimai həyatında, tarixində onun İslam dünyası
ilə mədəni-siyasi əlaqələrində orta əsr sufi cəmiyyətinə mənsub
olan övliyalarımızın, ruhani alimlərimizin, şeyxlərimizin,
şairlərimizin özünəməxsus, mühüm, ləyaqətli yeri olmuşdur.

Son orta əsrlərdən bəhs edən kitablardan da görürük
ki, sufi cəmiyyətlərində Allaha qovuşmaq – təsəvvüf, vəhdəti-
vücud məqsədinin metodları, eləcə də xüsusi təlimlər müxtəlif
cür olmuşdur. Son yüzilləri əhatə edən müxtəlif türbə, pir və s.
abidələrimizin kitabələrindəki ”Qurani Kərim”in “ər-Rəhman”
surəsinin 26 – 27-ci ayələrində “Yer üzündə olan hər kəs fanidir;
ancaq əzəmət və kəramət sahibi olanlar Rəbbimin zati-baqidir”
kəlamı da min ildən artıqdır ki, şərəfli ömür yolu keçmiş sufi
şeyxlərini cəmiyyətimizə təqdim edir.

Təcrübəli tədqiqatçı Paşa Yaqubun “Övliyalar
ensiklopediyası” kitabında Dədə-Qorquddan üzü bəri, bu
günlərimizə qədər davam edən Əxlaqın – Ümumislam
mədəniyyətinin boy verən bəhərləri – inanılmış, sınanılmış
şeyxləri, mövlanaları, seyidləri, kəramət sahiblərini oxuculara
tanıdır. Kitabda XIII əsrdə Türkiyədə əsası Mövlana Cəlaləddin
Rumi tərəfindən qoyulmuş mövləvilik (mövlə ərəb dilində
“Allah, Tanrı, Yaradan” deməkdir), orta əsrlərdə Kiçik Asiyada,
o cümlədən, Azərbaycanda meydana gələn, “Zəhmət qardaşları”
cəmiyyətinin üzvləri hesab edilən əxilik (əxi sözü ərəb dilində

4

Övliyalar Ensiklopediyası

“qardaş” anlamını ifadə edir), eləcə də nəqşibəndilik, ələvilik
və s. təriqətlər və onların nümayəndələri barədə maraqlı yazılar
da yer almışdır. Məlumdur ki, İslam şərqində, o cümlədən də
Azərbaycanda bəzi görkəmli alim və şairlərə hörmət əlaməti
olaraq mövlana (əntiqfüruş) deyirdilər (məsələn: Mövlana
Məhəmməd Füzuli, Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani və
s.). Müridizm və Nəqşibəndiyyə tərəfdarları ilə bağlı məlumatlar
da kitabı daha maraqlı və oxunaqlı etmişdir.

Kitabda Azərbaycanda təsəvvüf tarixinin şanlı
səhifələri hesab olunan onlarla şeyxlərimizin, seyidlərimizin,
mollalarımızın, müqəddəs insanlarımızın həyatdakı əməlləri
haqqında ibrətamiz məlumatlar toplanmışdır. Bu seçilmişlər –
fəzilət və kəramət sahibləri daim Allaha ibadət edənlər, əllərində
olan malı, mülkü kasıblara, ehtiyacı olanlara paylayanlar,
xəstələrə şəfa verənlər, insanlara xeyirxahlıq göstərənlərdir.
Kitabı vərəqləyib oxuduqca insanda Allah sevgisi, Onun
peyğəmbərinə inam, müqəddəs övliyalara rəğbət və məhəbbət
hissi artır. Bu yerdə dahi Nizami Gəncəvinin məşhur deyimi
yadıma düşür:

Bizə qorxu, ümid, şadlıq, qəm verən,
Günəş, Ay, Ulduzlu bir aləm verən,
Bu yeri, bu göyü odur saxlayan,
Onun varlığına şahiddir cahan.

5

Paşa Yaqub

İdrakın çatırsa vahid Allaha,
Nədir? Və necədir? – Soruşma daha.
Hər işə elə bir son verər dərhal,
Onu dərk etməyə acizdir kamal...

Oxucu kitabdan belə məlumat da əldə edir ki, təsəvvüf
dövründə Azərbaycanda təsis olunan ilk təkyələrdən biri Pir
Hüseyn xanəgahıdır. Bu xanəgah qismən xaraba halında olsa
da, min ilə yaxındır ki, günümüzə qədər ribat xarakterli böyük
təkyə kimi gəlib çatmışdır. Kitabda bu böyük təkyə haqqında da
maraqlı məlumatlar özünə yer tapmışdır.

Məlumdur ki, Azərbaycanda XIII əsrdən etibarən
Sührəverdiliyin təsiri ilə Əbhəriyyə, Zahidlilik, Xəlvətiyyə,
Səfəviyyə təriqətləri meydana gəlmişdir. Bundan az sonra
Hürufilik, İşraqilik, Əxilik kimi mühüm fəlsəfi və mistik cərəyanlar
yaranmışdır. Kitabda həmin fəlsəfi və mistik cərəyanlara mənsub
olan görkəmli övliyalar haqqında da məlumatlara yer ayrılmışdır.

Paşa Yaqubun “Övliyalar ensiklopediyası” kitabında
Azərbaycanın demək olar ki, bütün bölgələrinin şeyxləri,
övliyaları, pirləri, seyidləri əhatə olunmuşdur. Kitabda Seyid
Yəhya Bakuvi, Mir Həmzə Nigari, Üveys-əl Qərani, Həzrət baba,
Şıx Eyyub baba, Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani, Hacı
Mahmud Əfəndi Aslanbəyli, Hacı Əhməd Əfəndi Külüllü, Hacı
Mahmud Baba Kürdəmirli, Şeyx Hacı Əbdi Əfəndi Qaracallı
ən-Nəqşibəndi, Şeyx Əhməd Əfəndi Talalı və digər övliyalar
haqqında ətraflı məlumatlar verilmişdir.

6

Övliyalar Ensiklopediyası

Azərbaycanın bütün coğrafiyasını təmsil edən dövrünün
məşhur övliyalarının, görkəmli şəxsiyyətlərinin həyat və
fəaliyyətlərini öyrənmək baxımından Paşa Yaqubun bu dəyərli
kitabı çox qiymətlidir. Bu kitab xüsusilə, XVII – XX əsrlərdə
yaşamış görkəmli övliyaların həyat və fəaliyyətləri ilə tanış
olmaq və gələcəkdə onları tədqiq etmək nöqteyi-nəzərindən
araşdırıcılara faktlar verir, maraqlı diskussiya meydanları yaradır.
Məhz bu cəhətlərinə görə kitab dəyərləndirilməyə layiqdir.

Allah-taala bütün iman sahiblərini imandan əksik etməsin!
Müqəddəs övliyalarımızın kəramətləri daim köməyimiz olsun!

Mən “Ön söz”ün sonluğu olaraq qələm dostum, istedadlı
yazıçı-publisist, təcrübəli araşdırıcı, tanınmış psixoterapevt,
elmi-lədun bilicisi, həkim, 35 kitab müəllifi olan Paşa Yaquba
həyatda uzun ömür, cansağlığı, xoşbəxtlik, gələcək yaradıcılıq
yollarında böyük uğurlar arzulayıram.

NAZİM TAPDIQOĞLU (VƏLİŞOV)
tarixçi, tədqiqatçı, pedaqoq, şair, publisist,

“Qızıl Qələm” mükafatı laureatı

7

Paşa Yaqub

KƏRAMƏT NƏDİR?

Allah-taala “Qurani-Kərim”də buyurur: “Allah
istədiyi şəxsə hikmət (elm, mərifət, kəramət) bəxş
edər. Kimə hikmət bəxş olunmuşsa, ona çoxlu xeyir (əbədi
səadət) bəxş olunmuşdur”.
İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məş­ğ­ ul olduqca
və Quran ədəbi, Quran əxlaqı ilə yaşadıqca, onun nuru artır və
Allaha başqa­ların­dan daha yaxın olur. Yaxın olduqca da duaları
dah­ a tez qəbul edilir. Belə şəxsləriAllah “Quran”da “vəliyullah”,
“həbibullah”, “övliy­ aüllah” adlandırır ki, dilimizə tərcüməsi
Allahın vəlisi, dostu, həbibi mə­nasını verir. Belə şəxslər xalq
arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Həm kişilər,
həm də qadınlar arasında rast gəlinən bu cür şəxslər mərifət
elminə sahib olurlar. Mərifət elminə (elmi-ləduna) sahib olan
şəxs istər kişi olsun, istər qadın, kəramət sahibi sayılır.

Kəramətin formaları

Allah dostları kəramətin özləri üçün böyük bir
imtahan olduğunu bilərək, bu haldan həmişə eh­tiyat
etmişlər və şükürlə Rəbblərinə yönəlmişlər. Onlar əsl kəramətin
“istiqamət” olduğunu dərk etmiş və bu cür yaşa­ya­raq, başqalarına
nümunə olmuşlar.

8

Övliyalar Ensiklopediyası

Kəramət – Allah dostu olan bir şəxsdə föv­qə­ladə bir halın
meydana gəlməsidir. Peyğəmb­ ərl­ərd­ ə zühur edən qeyri-adi
hallara isə, möcüzə de­yi­lir.

Kəramət, Allahın öz quluna bir ikramıdır. O, iki cür olur:

1) Hissi və maddi kəramət. Buna misal ola­raq uzun
məsafəni qısa zamanda qət etmə, az qi­danı çox­ alt­ma, su
üzərində yerimə, odda yanm­ amaq kimi kəram­ ətl­əri göstərmək
olar. Allah dostları bu cür kəramətlərə çox da önəm ver­məz və
onu daim cəmiyyətdən gizlətməyə çal­ış­ arlar. Bütün bunların
Allahın imtahanı olmas­ ından qorxarlar.

2) Mənəvi və həqiqi kəramət. Bu kəramətlər elm,
ürfan, səxavət, mərifət və əxlaqla əlaqəli kəra­mətlərdir.
Bir insan pis, xoşagəlməz halından imtina edərək, gözəl və
hamının bəyəndiyi bir hala gələrsə, deməli, ən böyük kəramət
budur. Həqiqi kəramət elmdə, ürfanda, əxlaqda, ibadətdə,
itaətdə, əməldə, ədəbdə və insanlıqda gös­tə­rilən üstün
nümunələr, fəzilətlərdir.“İstiqamət kəram­ ət­dən üstündür.
Çün­ki kəramət nəfsin, istiqamət isə Rəbb­ in səndən istədiyi
şeydir” – deyilmişdir. Bu sə­bəbd­ ən də biz hər namazda
“Fatihə” surəsini oxuyarkən Rəb­bim­ izə “Bizi doğru yola
hidayət et” (5-ci ayə) - dey­ ə, dua edirik.

Həqiqi Allah dostları elm, ürfan və əxlaq vas­ itəsilə
baş verən dəyişiklikləri, irəliləmələri və yüksəlişləri gerçək
kəramətlər olaraq qəbul etm­ işl­ər. Hissi və maddi kəramətlərə isə,
çox da önəm verməmişlər. Bir şeyxin və yaxud seyidin göst­ərd­ iyi
ən böyük kəramət bir ka­fir­in mömin olmas­ ı­na, bir günahkarın

9

Paşa Yaqub

pis əxlaqdan nəfsini tərbiyə etməsinə vəsilə və vasitə olmasıdır.
Hissi və madd­ i kəramətə isə, bütün çarələr tükəndikdə, əlac kə­
sildikdə baş vurmuşlar.

Övliyalardan biri həqiqi kəramətin Allah-taal­a­nın dost­
luğunu qazanmaq və Allahı sevmək ol­duğunu belə ifadə
etmişdir: “Nə qəlbdə, nə də ürəkd­ ə sevgilinin gör­ əc­ əyi boş bir
yer yoxdur. Mənim arzum, xəyalım və se­vin­cim Allahdır. Öm­rüm
olduqca Onunla olsam, xoş bir həyat yaşa­ya­cağam. Qəlbimə
gələn dərdlərin çarəsinə ondan başqa həkim tapa bilmədim”.

Həqiqi kəramətin Allahın dostluğunu qa­zan­m­ aq, əxlaqca
yüksəlmək və nəfsin tər­biyə edilməsi olduğunu Həzrət Rəbiyə
ilə Həzrət Həsən Bəsri arasında baş verən bir əh­va­latd­ a aydın
görmək olur. Belə ki, bir gün Həsən Bəsri1 Fərat çayının
kənarında oturan Rəbiyy­ əni görüncə, səccadəsini suyun üzərinə
sərib: “Gəl burada iki rükət namaz qılaq” - dedi. Rəbiyyə:
“Us­tad, axirət əhlinə dünya bazarından bir nü­mun­ əmi gös­
tərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu
bənzərini göstərməkdə aciz qalsın” – deyə cavab verdi. Rəbiyyə
daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də bu­ra­
ya gəl və insanların gözündən qeyb ol” - de­dikd­ ən sonra əsas
söyləmək istədiyini söy­lədi: “Us­tad, sənin etdiyini balıqlar,
mənim etdiyimi isə, mələklər edər”.

Buradan belə qənaətə gəlmək olur ki, kəramət “Allah­ ım,

1 Həsən Bəsri VII əsrdə yaşayıb. Həzrət Peyğəmbərin xanımlarından
birinin yaxın qohumu olduğundan körpəliyi Peyğəmbərin evində keçib və ondan
dərs alıb. Peyğəmbərdən aldığı elm və feyzlərlə övliyalıq məqamına çatan bu şəxs
İslamı təbliğ etmək üçün Azərbaycana ezam olunur və ömrünün sonuna qədər burada
qalır. Hazırda onun qəbri Şamaxı rayonu ərazisindədir.

10

Övliyalar Ensiklopediyası

yaradılışımı gözəlləşdirdiyin kimi, əxl­a­qımı da gözəlləşdir” -
duasıyla həyatı səadət və riza ilə yaş­ a­maqdır. Necə ki, Həzrət
İbrahim: “Ya Rəb­bim, məndən sonra gələcək nəsillər arasında
xoş sözlərlə anılıb, göz­ əl duyğularla xatırlanmamı istəyirəm” –
deyə dua etmişdir...

Əlinizdəki bu kitab da Azərbaycan ərazisində yaşamış
Allah dostlarını xoş sözlərlə anıb, gözəl duy­ğ­ ularla yad etmək
istəyindən yazılıb ərsəyə gəldi.

Bir tədqiqatçı olaraq, niyyətim övliyaların kam­ il elmini,
nümunəvi əxlaqını, gözəl əməllərini müasir insanlarımıza nü­
mun­ ə göstərməkdir. Bun­ a nə dərəcədə nail olduğumu kitabı
oxuyanda və ya oxuyub başa çatanda biləc­ əksiniz.

Ümid edirəm ki, Allaha yaxınlaşmaq, Onun dər­ga­hında
məqam qazanmaq istəyən hər bir mömünə kitabda bəhs olunan
Allah dostlarının həyatı bir nümunə olacaqdır.

11

Paşa Yaqub

KƏRAMƏT SAHİBLƏRİ CƏMİYYƏTİN
TRANSFORMATORU FUNKSİYASINI

YERİNƏ YETİRİRLƏR

“Allah Kainatı riyazi dillə yaratmışdır».
Qalileo Qaliley

Bildiyimiz kimi, Kainat fizikanın qanunları (fi­
ziki qanunlar) ilə idarə olunur. Yəni İlahi sis­temd­ ə
enerjinin paylanması ilə, fizikada enerjinin payl­an­ması qanunları
üst-üstə düşür.
Məsələn, “Quran”da 36-cı surə YA SİN ad­lan­ ır. İly­ as
Peyğəmbərə müraciətlə müqəddəs kit­ab­da «İlyasin» deyilməsi,
bu sözün «kamil insan», «Peyğ­ əm­bər» sözü­nün sinonimi
olduğunu deməyə əsas verir.
Bildiyimiz kimi, peyğəmbərlər və kəramət sah­ ib­ləri Allah-
taala ilə bəndələri ara­sınd­ a enerji ötür­ücüsü funks­ iyasını yerinə
yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə
yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq.
Kamil insanın anatomik quruluşunda 5 duyğu üzv­ ü, 5 oma,
5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şö­bə vard­ ır və gündə 5
dəfə ibadət edir. Sada­la­dığım 5 amili özündə cəmləşdirən kamil
insanın – kəramət sahbinin Qurandakı rəmzi 36-dır (YASİN).

12

Övliyalar Ensiklopediyası

Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olm­ aqla, hər
vəziyyətdə 36 (!) sarğı olur.

Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi ene­r­
ji (vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı sözə
ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, ha­mıs­ ını deyil,
onların şüuru səviyy­ ə­sində (həzm edə biləc­ əyi qədər) ötürür.

Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu
cürdür. “Transformasiya” - ÇEVİRMƏ deməkdir və onun
funksiyası mənbədən qəbul etdiyi yüks­­ ək ­gərginlikli enerjini
alçaqgərginlikli enerjiyə (220) çevirib, mənsəbə (cihazlara)
ötürməkdən ibarətdir.

Bildiyimiz kimi, transformatorlar - yüksəldici və alçaldıcı
olmaqla - iki qrupa bölünür.

Yüksəldici transformatorların vəzifəsi qəbul etdik­
ləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onl­ara nəin­
ki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün dey­ ildir.
İnsanı məsafədən vurur. Onun üçün də belə transf­ormatorlar
məhəllələrdən kə­nard­ a qoyulur və onlarla əlaqə alçaldıcı trans­
form­ at­or­un vasitəsi ilə qurulur.

İlahiyyat sistemində bunun misalı vəhy gət­ir­ən mə­
ləklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki müm­kün
deyildir, hətta uzaqdan belə onu görməsi ilə mələy­ in enerji və
informasiya yükünə tab gətirə bil­məzlər (xatırladım ki, Həzrət
Cəb­ray­ ıl tərəfindən vəhy Pey­ğəm­bərimizə çox vaxt mə­həl­lə­dən
kənarda – Hira dağında nazil olardı).

13

Paşa Yaqub

Alçaldıcı transformatorlar isə, məhəllə (oxu: cəm­ iy­yət)
daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul
etdiyi yüksəkgərginlikli enerjini (vəhyi) azaldaraq, cihazların
(oxu: insanların) tut­u­muna uy­ğun – 220-yə çevirərək, ötürürlər.

İlahi sistemdə bunun misalı peyğəmbər və kə­ramət
sahibləridir ki, qəbul etdikləri vəhyin bir his­səsini özl­ərində
saxlamaqla (informasiya yü­kü­nü azaltm­ aqla) insanların beyin
tutumuna (şüur səviyy­ əsinə) uyğun olaraq cəmiyyətə ötürürlər.

İlahi sistemdə və fizikada enerjinin saxlan­mas­ ı və
paylanmasındakı bənzərlik bununla bitmir. Belə ki, məişətimizdə
istifadə et­diy­ i­miz büt­ün cihazların üzərində bir qayda olaraq 220
ədədi həkk olunmuşdur.

Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) da­şıyıcısı olan
insanın da üzərinə həkk olun­muşd­ ur. Belə ki, hər bir insanın
anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb!

Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək
istəyirəm. Fiziklərdə belə bir haqlı sual ya­ranacaq ki,
peyğəmbərlər və kəramət sahibləri də bioloji cəh­ ət­dən bizim
kimi insanlar old­ uğu halda, niyə onlar məl­əyin informasiya və
enerj­i yükünə tab gətirə bilir, başqa insanlar tab gət­ir­ə bilmir?

Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları
ilə vermək mümkündür. Belə ki, adətən transformatorların
tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla
(genişləndirm­ ək­lə) buna nail olurlar.

Kamil insanlarda da eynən bu cürdür – vəhy qəbul

14

Övliyalar Ensiklopediyası

etməzdən öncə onların qəlbində genişlənmə pros­ es­ i ged­ ir. Yəni,
onların enerji və informasiya götürmə qab­ il­iyyəti artırılır. Bu
barədə “Quran”ın “Açılıb genişl­ənmə” (94) surəsində belə
deyilir:

“Məgər biz sənin köksünü açıb genişlənd­ ir­məd­ ikmi?!”
“Quran”, 94:1.

Yeri gəlmişkən, Bəyazid-Bistamidən Allaha yaxınlaşmaq
üçün məsləhət istəyən bir dərvişə verdiyi cavaba nəzər salaq:
“Allahın vəli qullarını sev! Onların könlünə girməyə çalış!
Çünki Allah hər gün o ariflərin qəlblərinə 360 dəfə nəzər edər.
Bu nəzərlər əsasında səni də orada görsün” (Burada 360 ədədi
Yer kürəsinə işarədir).

Söz ardı: qəlbində açılıb genişlənmə getməyən bir şəxsin
bu mövzunu şərh etməsi mümkünsüz olardı.

15

Paşa Yaqub

TESTER CİHAZINDAKI FUNKSİYALAR
KƏRAMƏT SAHİBLƏRİNDƏ DƏ VAR

Yuxarıda qeyd etdik ki, Yaradan Kainatı fizikanın
qanunları ilə idarə edir. Odur ki, əvvəlki yazımızda
peyğəmbərlərin (o cümlədən kəramət sahiblərinin) cəmiyyətin
transformatoru funksiyasını yerinə yetirdiyi barədə hesablamalar
verdik. Bu yazımızın mövzusu isə, testerdir.
Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar
isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə
ki, televizor, kompyüter və s. cihazları təmir edən ustaların
demək olar ki, hamısının stolunun üstündə tester aparatı olur.
Aparatın çoxsaylı funksiyaları vardır. Belə ki, o, həm cihazın
daxilində problemi (qırılmış detalı) müəyyən edir, həm də dəyişən
(ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit
(düzxətli) cərəyana çevirir.
Qeyd edim ki, cihazda olan bu problem enerji (ruh)
daşıyıcısı olan insanda da bir çox hallarda özünü biruzə verir.
Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti
gah yaxşı, gah da pis (dəyişkən) olur.
Hələ ta qədimdən - son 50-60 ilə (tibb elmi inkişaf edənə)
qədər bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə
olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonralar
Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların

16

Övliyalar Ensiklopediyası

xeyir-duası, nəfəsi vasitəsi ilə ötürdükləri enerjinin təsirindən
özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edərdilər
və xəstəlikdən sağalardılar.

Araşdırmalarımız göstərir ki, peyğəmbərlərin və digər
kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının
funksiyası ilə üst-üstə düşür…

Mövlanə Cəlaləddin Rumi bu cür enerji ötürən insanları
mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb
işçiləri ilə) belə müqayisə edir:

“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq
baxırlar və insanın cismini, əczalarla müalicə edirlər.

Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və
Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə
edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”.

Qeyd edim ki, insan ruhunda baş verən qeyri-sabit hallar
və xəstəliklər neqativ enerjinin təsirindən yaranır və qorxu,
həyəcan, qarabasma, baş, çiyin, oynaq, sinir ağrıları, depressiya
və s. xəstəliklərlə özünü biruzə verir.

 Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri
düz getmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində
onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz)
qalırlar (xalq arasında buna qara zolağa düşmə də deyirlər). 
Belə adamların səhhətində yaranan problemləri maddi həkimlər
(tibb işçiləri) dərmanlarla aradan qaldırmaqda çətinlik çəkirlər;
dərmanlarla müalicələr effekt vermir. Çünkü birinci səbəb
(neqativ enerji), sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır.

17

Paşa Yaqub

Təəssüf ki, müasir tibb elmi (bütün digər elmlər kimi)
yarımçıq olduğundan və insanda olan ruhu nəzərə almadıqlarından
(ruhun sirlərini bilmədiklərindən), səbəbə qarşı deyil, nəticəyə
qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu
ömrü boyu xəstəxana yollarında qalırlar. Bunun səbəbi enerjiyə
dayanır. Yəni, insandakı sabit enerji “dəyişən cərəyan”
formasına keçdiyindən, onu heç bir dərman pereparatı sağaltmır.
Bu cür xəstələrin övliyaların ziyarətində sağalmaları fizikanın
qanunlarına söykənir. Yuxarıda qeyd etdiyim kimi, kəramət
sahibləri insanın ruhuna təsir edərək, onun enerjisini “sabit
cərəyan” formasına salırlar. Eynən tester cihazında olduğu kimi.

Məhz bu qabiliyyətlərinə görə peyğəmbərlərin və
övliyaların həyatlarına nəzər saldıqda görürük ki, onlar həm də öz
dövrlərinin həkimi olmuşlar. Sual yaranır: kəramət sahiblərinin
xəstələri müalicə etməsinin elmi əsası varmı? Varsa, bunu necə
izah etmək olar? Bu sualın cavabını növbəti yazımızda verəcəyik.

Ziyarətgahlar cəmiyyətin “ildırımötürücü”ləridir

Fiziki qanunlardan daha bir misal çəkim.
Yaşayış məntəqələrində binalar tikilərkən, ona
ildırımötürücülər quraşdırılır. İnsan cəmiyyətində isə, bu
funksiyanı kəramət sahibləri və yaxud onların müqəddəs
ziyarətgahları yerinə yetirirlər. Belə ki, insanlar övliyalara, və
yaxud onların ziyarətgahlarına üz tutmaqla, xəstəliklərdən,
həmçinin, müəyyən bəlalardan qurtula bilirlər...

18

Övliyalar Ensiklopediyası

ÖVLİYALAR KƏRAMƏTİ BU ELEMENTİN
KÖMƏYİ İLƏ GÖSTƏRİBLƏR

Peyğəmbərlər və övliyalar tarixinə nəzər saldıqda
görürük ki, onların hər biri insanları inandırmaq üçün
öz möcüzələri ilə gəliblər. Məsələn, Musa Peyğəmbər Qırmızı
dənizdən yol açaraq,  qövmünü oradan salamat keçirdi; əlindəki
əsayla cadugərlərin etdikləri sehrləri qırdı (bax: Quran, 20-ci
surə).
İsa Peyğəmbərin korların gözünü açması, ölünü diriltməsi
və s. göstərdiyi böyük möcüzələr idi.
Bugünlərdə mətbuatda dərc olunan “ABŞ-ın Aya
sahiblənmək istəyinin sirri  Quranda imiş...” araşdırma
məqaləsindən göründüyü kimi, Məhəmməd əleyhissəlamın
möcüzəsi ilə Ayın parçalanması faktı artıq  Amerika Milli
Kosmik Agentliyinin (NASA) Ayda tədqiqat aparan alimləri
tərəfindən təsdiq olundu. 
Peyğəmbərlərdən sonra yaşamış bir çox imamların və
övliyaların da kəramət göstərərək xəstələrə şəfa verməsi barədə
yaxın keçmişimizdə çoxsaylı faktlar mövcuddur. 
Bütün bunları xatırladıqca insan beynində bir sual yaranır:
peyəmbərlərin və Allah dostlarının göstərdikləri bu möcüzələrin,
kəramətlərin baş verməsi üçün böyük bir enerji tələb olunur. Bu
enerji onlarda necə yaranır? Bunun bir elmi izahı varmı?

19

Paşa Yaqub

Yuxarıda qeyd etdiyimiz kimi, Kainat fizikanın qanunları
ilə (fiziki qanunlarla) idarə olunur. Burada baş verən bütün enerji
proseslərində bir qanunauyğunluq vardır. Ancaq, müasir elm
Kainatda baş verən bir çox qanunauyğunluqları izah etməkdə
acizdir. Ona görə ki, hal-hazırda istifadə edilən Elementlərin
Dövri Sistemi saxtalaşdırılıb. Mendeleyevin ölümündən sonra
cədvəldən “Efir” adlanan elementi çıxardılar. Bu saxtalaşdırma
kimya, fizika və tibb elmlərinin inkişafına zərbə vurdu. Bu
elmlərdə bir yarımçıqlıq, natamamlıq yarandı. Bu səbəbdən də
müasir elm Kainatda baş verən bir çox hadisələri, o cümlədən, 
möcüzə və kəramətləri izah edə bilmir.  Çünki, “Efir” elementinin
sirlərini bilmədən bunları izah etmək mümkün deyil.

Qeyd edək ki, Mendeleyev sağ olarkən, onun tətərtib etdiyi
Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı
element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları”
kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır. 

Kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz
cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol
küncündə yerləşən bu maddə “Dünya efiri” idi.

Cəvəldə “Efir”  “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır
qrupuna, sıfır sırasına  daxil edilmiş yeganə element idi. Atom
çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır.

“Efir”in hissələri atomları, molekulları  formalaşdırır,
amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir
hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir).

20

Övliyalar Ensiklopediyası

1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabının 
8-ci nəşrində Mendeleyev cədvəli

Mendeleyevin vəfatindan (1907) sonra, bəşəriyyətin
tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib,
“Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv

21

Paşa Yaqub

etdilər.

Beləliklə də, Kainatın bir çox sirlərini qizlətmiş oldular.
Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü “0” qrupu
mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya, tibb
elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın
tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil
müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq
tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. 

Tarixə nəzər yetirsək, görərik ki, “Efir” elementinin
sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı
şəkildə öldürülüblər. Belə ki, bir çox alimlər bu sonsuz enerji
maddəsinin cəmiyyətin  xeyrinə tətbiq edilmə variantlarını
işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin
tərəqqisini istəməyən mafiyoz qüvvələr buna imkan verməyiblər.
Məsələn, böyük alim Nikola Tesla (1856 – 1943) “Efir”dən energi
alınmasının mümkünlüyünü sübut etdi. Alim  bu elementin sirrini
bilməklə,  daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin
naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu
gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı.
Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini
kəşfiyyat xidməti  yoxa çıxardı...

Sual yaranır: “Efir” elementi və onun faydalarının
bəşəriyyətdən belə ciddi-cəhdlə  gizlədilməsinin səbəbi nədir? 

Səbəb odur ki, bu  element Kainatın enerjisini, ruhunu
təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın,
yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar

22

Övliyalar Ensiklopediyası

edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil
(ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi
işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurlarına
nəzarət edən mafiyaların marağına uyğun deyildir.  Bu səbəbdən
də elmin inkişafına mane olmaqla, bu gün dünyada yarımçıq –
inamsız, imansız, dərrakəsiz bir kütlə formalaşdırıblar ki, onları
asanlıqla istismar edirlər (bu kütlənin yanında övliyalardan,
kəramətdən danışmanda onlara gülməli gəlir). Bu sirləri
bilməyən adam kamilləşə bilməz. Kamilləşməyən adam isə,
Peyğəmbərlik, övliyalıq məqamına yüksələ bilməz. Ona görə də 
müasir dövrümüzdə  möcüzə göstərən adamlara rast gəlinmir;
kəramət sahiblərinə isə, çox nadir hallarda rast gəlinir.  

“Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır

Yuxarıda qeyd etdik ki, peyğəmbərlərin və kəramət
sahiblərinin xəstələrə şəfa verməsi “Efir” enerjisi
ilə mümkün olur. Elementlərin Dövri Sistemindən “Efir”in
çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının
qarşısını aldığı kimi, tibb elminə də zərbə vurdu. Tibb elmi adını
çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarımçıq qaldı. 
Həkim olaraq, təcrübəmiz göstərir ki, “Efir” elementinin
sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin
müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla
bu sirləri kəşf etməklə, daimi işləyən mühərriki, enerjinin
naqilsiz ötürülməsini ixtira etmişdi (təəssüf ki, bütün bunlar
bəşəriyyətdən gizlədildi). Qeyd edək ki, kəramət sahiblərinin

23

Paşa Yaqub

xəstələri sağaltması məhz bu sirlərə əsaslanır. İnsan bədənində
toplanan və orqanların funksiyasını pozan, ağrılara, xəstəliklərə
səbəb olan neqativ enerjini bədəndən məhz “Efir”in enerjisi
ilə xaric etmək mümkündür. Bu sirlər tibb elminə məlum
olmadığından, bir çox xəstəliklər müalicəsiz hesab edilir. Hansı
ki, belə “müalicəsiz” xəstəliklərin çoxunu elə indi də “Efir”lə
müalicə edib, sağaltmaq mümkündür.  

Zaman keçdikcə insan oğlu dərk edəcək ki, “Efir”dən
alınan enerji bütün xəstəliklərin dərmanıdır.   Məsələn, bütün
növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri,
zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas
olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi
disfunksiyalar, hormon pozğunluqları,  nevrozlar, sinir sistemi
xəstəlikləri, yuxusuzluq, parkinson,  şizofreniya, miqren, zob,
mielit, masteniya, dağınıq skleroz, dəmirov və digər dəri zöhrəvi
xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroz, xərçəng  və s şişləri
bu enerjinin vasitəsi ilə tam sağaltmaq mümkündür (hazırda bu
sətirlərin müəllifi də həmin metodla bu və ya digər xəstəlikləri
sağaldır).

Onu da qeyd etmək yerinə düşər ki, “Efir”in sirlərini
bilməklə, nəinki yanındakı xəstəni, hətta, səndən min
kilometrlərlə uzaqda olan xəstəni də sağaltmaq olur. Necə ki, N.
Tesla enerjini naqilsiz ötürürdü...  

24

Övliyalar Ensiklopediyası

ÖVLİYALARIN VƏZİFƏLƏRİ

Araşdırmalarımız göstərir ki, övliyalıq məqamına
yüksəlmiş şəxslərin hər biri Allah tərəfindən
müəyyən bir vəzifə ilə görəvləndirilmişdir.
Ariflərin ən məşhuru, yüksək elmlər və mərifətlər sahibi,
ariflərin başı olan zata Qütb-ül-arifin deyilir.
Qütb-ül-irşad isə, aləmin irşadına (doğru yolu tapmasına)
və hidayətinə (səadətə və qurtuluşa çatmasına) vəsilə olan vəli
zat, mürşiddir. Yəni, aləmin irşadı və hidayəti üçün feyzlərin
gəlməsinə vasitə olur.
Qütb-ül-irşad hər zaman olmur. Elə zamanlar olur ki,
aləm imandan və hidayətdən büsbütün məhrum qalır. Rəsulullah
əfəndimiz dövrünün Qütb-ül-irşadı idi.
Qütb-ül-irşad vasitəsi ilə bütün insanlara iman və hidayət
gəlməkdədir. Fəqət qəlbi pozuq olanlara nə qədər feyzlər gəlsə
də onlara faydası olmaz. Bu, şəkər xəstəsinə verilən qiymətli
qidaların onun qanında zəhər halına gəlməsinə bənzəyir. Yaxud
ağzının dadı qaçan xəstənin ən dadlı qidaları dadsız bilməsi
kimidir.

Qütb-ül-irşad kamil və mükəmməl, yetişmiş və
yetişdirəbilən olur. Əsrlərdən, uzun illərdən sonra bir dənəsinə
rast gəlinirsə, yenə böyük nemətdir. Hər şey onunla nurlanır.
Onun bir baxışı və bir kəlmə sözü qəlblərdən çox mərəzləri yox

25

Paşa Yaqub

edər.

Böyük vəli İmam Rəbbani bu mövzuda bunları
söyləmişdir: “Kəmali-fərdiyyəyə də sahib olan qütb-ül-irşad
çox az bulunur. Əsrlərdən, çox uzun zamanlardan sonra belə
bir gövhər dünyaya gəlir. Qaralmış olan aləm onun gəlişilə
aydınlanır. Onun irşadının və hidayətinin nurları zaman-
zaman bütün dünyaya yayılır. Hər kəs ondan feyz alır. Arada
o olmadan kimsə bu nemətə qovuşmaz. Onun hidayətinin
nurları ən qüvvətli radio dalğaları kimi bütün dünyaya yayılar.
O böyük zatı tanıyan və sevən bir kimsə onu düşünürsə, yaxud
o, bir kimsəni sevər, onun yüksəlməsini istərsə, o kimsənin
qəlbində sanki bir pəncərə açılar; bu yolda sevgi və ixlasına
görə qəlbi o dəryadan daim feyz alar. Bunun kimi bir kimsə
Allah-taalanı zikr edirsə və bu zatı heç düşünməzsə, məsələn,
onu tanımazsa, yenə ondan feyz alar. Fəqət birinci feyz daha
böyük olar. Onu inkar edər, yaxud, bəyənməzsə, bu böyük zatın
qəlbini qırmışsa, Alah-taalanı zikr etsə belə, rüşd və hidayətə
qovuşmaz. Ona inanmaması və yaxud qəlbini qırması feyz
yolunu qapadar. O zat bunun zərərini istəməsə belə, hidayətə
qovuşmaz. Rüşd və hidayət var görünürsə də, əslində çox azdır,
yaxud faydasızdır. O zata inanan və sevənlər onu düşünməsələr
və Allahı zikr etməsələr belə, yalnız onu sevdikləri üçün rüşd
və hidayətə qovuşarlar”.

Övliyaların bir qisminin vəzifəsi insanları irşad etmək,
doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki,
onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir.

26

Övliyalar Ensiklopediyası

Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı
(düzəni) ilə görəvli olduqlarını hər kəs bilməz (dərk etməz).
Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu
vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni, insanlara doğru
yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda
bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi,
bəziləri qırx, bəziləri isə, yetmiş olduğunu söyləmişlər.

Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında
buyurmuşdur: “Ümmətim arasında hər zaman 40 kişi bulunur.
Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar
səbəbi ilə qullarından bəlaları götürər. İnsanlar onların Allah
yanında dərəcə və mövqelərini bilməzlər. Onlar bu mərtəbəyə
namaz və orucla yetişmədilər”.

Abdullah ibn Məsud: “Ya Rəsulallah! Nə ilə bu dərəcəyə
çatdılar?” - deyə soruşdu.

“Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər”
- deyə, buyurdu.

Müşkül işlərin asanlaşması və çətinliklərin aradan
qaldırılması ilə görəvləndirilən övliyalar da vardır ki, onlara
Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar qütbü) deyilir.

Qütb-ül-ebdal – aləmin nizamı ilə əlaqələnən, bolluq-
qıtlıq, barış-savaş, xəstəlik-sağlamlıq, ruzi, yağmur və buna
bənzər olaylarla görəvləndirilən, hər kəsin tanımadığı (dərk
etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar deyə
söylənilən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu
böyük vəlilərdir. Böyük Alim İmam Rəbbaninin bildirdiyinə görə

27

Paşa Yaqub

Qütb-ül-ebdal (Qütb-ül-medar) bu zat hər zaman bulunur. Həzrət
Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva (gizlilik,
hamının dərk etməməsi) lazımdır. Odur ki, bu şəxsləri hər kəs
dərk etməz. Hətta, bunlardan bir çoxu öz-özlərini tanımazlar.
Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-ebdal aləmdə,
dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat
eşqi) gəlməsinə vasitə olar. Hər şeyin yaradılması, ruzilərin
göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa
tapması Qütb-ül-ebdal (Qütb-ül-medar) deyilən zatın feyzləri ilə
olur”.

28

Övliyalar Ensiklopediyası

SEYİD ƏLİ AĞA

“Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və
onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis
əməllərdən çəkinmişlər, onlara dünyada da, axirətdə də müjdə
vardır”. “Quran”, “Yunis” surəsi, 62 - 64-сü ayələr.

Allahın dost seçdiyi saleh qullarından biri də kəramət
sahibi Seyid Əli ağadır. O, XIX əsrdə Qərbi
Azərbaycanın Göyçə mahalının Qızılvəng kəndində yaşayıb.
Hal-hazırda Şəmkirdə yaşayan törəmələrində bu günədək
qorunub saxlanan şəcərədə Seyid Əli Seyid Budaq oğlunun
Həzrət Peyğəmbərin və Həzrət Əlinin nəslindən olduğu öz
təsdiqini tapmışdır (şəcərə sənədi 1832-ci ildə 54 mötəbər alimin
möhürü ilə təsdiq olunaraq verilmişdir).
Seyidin kəramətlərini təsdiq edən əhvalatlar zaman-zaman
nəsildən-nəslə ötürülərək bugünümüzədək gəlib çıxmışdır.
Onlardan birini oxuculara təqdim etmək yerinə düşərdi. Belə
ki, Seyid Əli ağanın müasiri olmuş Nəbi kişi öz nəvələrinə
danışırmış ki, bir gün Göyçə mahalının Yarpızlı kəndində bir
yas məclisində oturmuşduq. Seyid Əli ağa məclisin başında
oturub söhbət edirdi. Söhbət əsnasında birdən qəflətən yerindən
qalxıb əlini irəli uzadıb, dedi: “Vay-vay-vay, a bala qorxma, a
bala qorxma”. Bu vaxt hamı gördü ki, seyidin barmağı qanadı.
Məclisdəkilər soruşdular ki, “Ağa, barmağın niyə qanadı? Kimə

29

Paşa Yaqub

“qorxma-qorxma” deyirdin?” Seyid Əli ağa dedi: “Qızılvəng
kəndindən filankəslər (adları ilə dedi) arandan gəlirdilər,
qabaqlarında da bir inək vardı, yolda tar (qar uçqunu – müəllif.)
onları aparırdı. Bu anda məni çağırdılar, onları götürüb qırağa
qoyanda, barmağım daşa dəydi qanadı”. Nəbi kişi söhbət
edirmiş ki, məclisdə çox adam vardı, seyidin bu sözünə inanan
olsa da, çox adama gülməli gəldi. Hamı bir-birinin üzünə baxdı.
Fikirləşdik ki, bizimlə bərabər məclisdə oturan adam bir neçə
kilometr uzaqda tara düşənləri necə xilas edə bilər? Bu düşüncə
məclisdəkilərin üzündən aydın oxunurdu. Ortada cəmi bir fakt
vardı ki, seyidin barmağı bizm gözümüzün qarşısında havada
qanadı və onun xilas etdiyini iddia etdiyi və adlarını çəkdiyi
adamları məclisdəkilər hamısı tanıyırdılar. Odur ki, hamı
səbirsizliklə məclisin qurtarmasını gözləyirdilər ki, gedib həmin
adamlardan tara düşüb-düşmədiklərini soruşsunlar.

Nəhayət, məclis başa çatır, camaat evinə dağılışıb
gedirlər. Axşamüstü həmin Yarpızlı kəndinin camaatı küçədə
dayanıb, günorta baş vermiş əhvalatı müzakirə edirdilər ki,
bunun doğruluğunu qonşu Qızılvəng camaatından necə soruşaq.
Mübahisənin qızğın vaxtında görürlər ki, Seyid Əli ağanın
günorta adını çəkdiyi adamlar girdilər kəndə; qabaqlarında da
bir inək. Camaat onları dövrəyə alıb, soruşurlar ki, siz yolda tara
düşmüşdünüzmü? Cavab verirlər ki, bəli, bizi tar aparırdı, Seyid
Əli ağanı çağırdıq, gördük yanımızdadır. Bizi bir-bir götürüb
qırağa qoydu. Heyvanımızı da xilas etdi. Bir az gələndən sonra
baxdıq ki, seyid yanımızda yoxdur. Bu inəyi də ona nəzir
eləmişik. Axşamı bu kənddə qalıb, sabah Qızılvəngə çatan kimi,

30

Övliyalar Ensiklopediyası

inəyi ona aparacağıq...

Şahidlərin danışdıqlarına və bizə gəlib çatan məlumata
görə Seyid Əli ağa dünyasını dəyişən gün insanlar qəribə bir
möcüzənin şahidi olublar. Belə ki, Seyidin cənazəsi yuyacaqda
olarkən, böyük bir göyərçin dəstəsi göy üzünü bürüyüb.
Göyərçinlər hissə-hissə yuyacağa enərək, cənazədən axan suyu
ağızları ilə tutub, suyun yerə tökülməsinə imkan verməyiblər.
Birinci hissə göyərçinlər ağızlarını su ilə doldurub, qalxdıqdan
sonra, yuxarıda gözləyən ikinci dəstə yuyacağa enib. Onlar da
suyu götürüb, qalxdıqdan sonra, üçüncü dəstə enib... Bu minvalla,
şahidlərin danışdığına görə göyərçinlər imkan verməyiblər ki,
seyidin cənazəsindən axan su yerə tökülsün.

Hazırda Seyid Əli ağanın qəbri Göyçə mahalının Qızılvəng
kəndindədir. Yurdunda Seyid Mirisə adlı oğlu qalıb.

Seyid Mirisə

Seyid Mirisə Seyid Əli oğlu XIX əsrin ikinci yarısı,
XX əsrin əvvəllərində Göyçə mahalının Qızılvəng
kəndində yaşayıb. Onun kəramətlərinə dair əhvalatlar bu gün
də maraqla danışılmaqdadır. Deyilənə görə Seyid Mirisə yol
ilə gedərkən bir nəfər həmkəndlisinin torpağa buğda səpdiyini
görür. Soruşur ki, “Ay qonşu, bərəkətli olsun, nə əkirsən?”
Qonşusu buğda əkdiyini danıb, deyir zəyrik (heyvan yemi)
əkirəm. Mirisə ağa deyir: “Allah zəyriyinə bərəkət versin”.
Ağsaqqalların danışdığına görə, həmin adamın səpdiyi

31

Paşa Yaqub

buğda sahəsində bir dənə də olsun buğda bitmir – hamısı zəyrik
olur.

Oğru belə tövbə etdi

Bir nəfər oğurluq məqsədi ilə gecə Seyid Mirisənin
həyətinə gəlir. Yaxınlaşanda görür ki, seyid həyətdə
namaz qılır, həyat yoldaşı Zeynəb nənə də yanındadır. Oğru
kənarda dayanıb gözləyir, seyid səhərə qədər ibadətdən ayrılıb,
evə keçmir ki, bu da heyvanları aparsın. Səhər açılır, oğru
fikirləşir ki, sabah gecə gələrəm. Sabah gecə gəlir, yenə eyni
mənzərənin şahidi olur: Mirisə ağa həyat yoldaşı ilə həyətdə
namaz qılır. Yenə səhər açılır. Oğru gedib, gündüzü yatır, üçüncü
gecə bir də gəlir ki, bu gecə seyidin heyvanlarını mütləq aparsın.
Üçüncü gecə də Seyid Mirisə ilə Zeynəb nənəni həyətdə ibadət
edən görür. Səhərə qədər çöldə gözləyən oğru, səhər açılanda
kor-peşman evinə qayıdır. Oğru bu üç gün ərzində gündüzlər
də tez-tez seyidin evinin yanından keçir ki, görsün bunlar
gündüzlər yatırlarmı? Baxıb görür ki, ağa gündüzlər həyat
yoldaşı ilə bərabər öz iş-gücündədir. Seyidin gecə-gündüz
yatmaması, gündüzlər işdə, gecələri səhərədək ibadətdə olması,
oğrunu heyrətə salır və qərara gəlir ki, bunun sirrini, səbəbini
mütləq öyrənməliyəm: axı necə ola bilər ki, insan gecə-gündüz
yatmasın? Dördüncü gün səhər tezdən oğurluq etmək istəyən
adam seyidin evinə qonaq gəlir. Mirisə babadan soruşmağa
cürət etmir, Zeynəb nənəyə deyir ki, “Ay Zeynəb nənə, sənə bir

32

Övliyalar Ensiklopediyası

sirr açacam, amma, Allaha and verirəm aramızda qalsın. Üç
gecədir sizin həyəti pusuram ki, heyvanlarınızı aparam. Amma,
gecə səhərə qədər həyat yoldaşınla səni həyətdə namaz qılan
görürəm. Gündüzlər də evinizin yanından keçəndə, görürəm
ikiniz də iş-güclə məşğulsunuz. Artıq sizin heyvanlarınız məni
maraqlandırmır. Mən bircə sirri bilmək istəyirəm ki, siz günlərlə
yuxusuz necə qalırsınız? Bunu öyrənmək üçün gəlmişəm”.
Zeynəb nənə deyir ki, “Bala, gündüzlər gördüyün bizik, həyət-
bacada öz işimizlə məşğuluq. Axşam olanda isə, giririk yatağa,
bir də səhər oyanırıq. Allaha and olsun üç gecədir ki, biz bir
dəqiqəliyə də olsa həyətə düşməmişik, necə yatmışıqsa, səhər elə
də oyanıb qalxmışıq”. Oğru başa düşür ki, seyidin malını Allah
qoruyur. Orada da tövbə edir və bir daha oğurluq etmir...

Seyid Mirisə ağanın qəbri Göyçə mahalının Qızılvəng
kəndindədir. Dünyasın dəyişəndə yurdunda Seyid Mirhəsən,
Seyid Mirhüseyn və Seyid Mirmahmud adında oğlanları və bir
qızı qalıb. Oğlanları öz kəramətləri ilə məşhur seyidlər olublar.

33

Paşa Yaqub

AĞBİL PİRİ

Quba rayonunda ehtiramla ziyarət edilən müqəddəs
yerlərdən biri də Ağbil piridir. Bu pir Quba-Qusar
şose yolunun sağ tərəfində, Ağbil kəndinin ərazisindəki
qəbristanlıqda yerləşir.

Həmin
qəbiristanlıqda vaxtilə üç
günbəz olsa da, günümüzə
onlardan yalnız ikisi
gəlib çatmışdır. Günbəzin
biri düzbucaqlı olmaqla,
kitabəsi yoxdur. Digər
günbəz isə, xaricdən
səkkizguşəli, daxildən isə,
dördbucaq olmaqla, “Şeyx
Məzyəd” türbəsi adlanır.
Türbənin qapısı üzərində
əhəng daşına həkk olunmuş
üç sətirlik kitabə vardır.
Kitabədə aşağıdakı sözlər
yazılıb:

“Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah zamanında
– Allah onun sayəsini əskik etməsin – Sufi Rəfiəddinin oğlu ağıllı
şeyx, Şeyx Məzyədin məzarı üzərində doqquz yüz qırxıncı il

34

Övliyalar Ensiklopediyası

tarixində (1533-1534) tikildi”.

XIX əsrdə burada tədqiqat aparmış rus tarixçisi B. Dorn
digər türbədəki kitabəni tərcümə etmişdir. Tərcümədən məlum
olur ki, türbədə dəfn olunan Şeyx Məzyədin oğlu Şah Muraddır
və o, Şeyx Bəyazidin nəvəsidir:

“De: Ey özləri

öz əleyhlərinə çıxan

qullarım! Allahın

mərhəmətindən ümidsiz

olmayın. Həqiqətən (tövbə

etdikdə) Allah bütün

günahları bağışlayır.

Çünki, O, bağışlayan və

mərhəmətlidir (Quran).

Bu bina sultan oğlu

sultan, Sultan Xəlilullah

– Allah onun dövlət və

səadətini əbədiləşdirsin

- zamanında Allahın

rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah

Murad bin Şeyx Məzyəd bin Xacə bin Şeyx Bəyazid – Allah onu

və bütün möminləri bağışlasın – üçün doqquz yüz qırxıncı (1533-

1534) ildə tikilmişdir”.

Kitabələrdə yazılanlardan məlum olduğu kimi, türbələrdə
dəfn olunanlar kəramətli övliyalar olmaqla, həyatlarını İslam
dininin inkişafına və cəmiyyətin mənəvi dirçəlişinə həsr etmiş,

35

Paşa Yaqub

bu yolda da şəhid olmuşlar. Odur ki, qədirbilən Azərbaycan
xalqı onların əməyini unutmur, müqəddəs məzarlarını daim yad
edərək, Allaha etdikləri dualarda övliyaları vəsilə tuturlar. Pirdə
dəfn olunan övliyanın üzünün nuru xatirinə Rəbbim indiyədək
burada edilən yüzlərlə, minlərlə duaları qəbul etmişdir. Odur
ki, burada ziyarətçilərin ardı-arası kəsilmir. Bu kitabı yazarkən,
biz də bir neçə saat Ağbil pirində olduq və pirin kəramətindən
faydalnmış onlarla ziyarətçi ilə söhbət etdik. Onlardan bir
neçəsini diqqətinizə çatdırırıq:

Birinci ziyarətçi:
- Bir neçə il idi ki, barmaqlarımda yaralar vardı, çox
müalicələr etdirsəm də, xeyri olmurdu. Nəhayət, bu pirə
üz tutdum. Burada mücövürçü qadın qəbrin torpağından
suya qarışdırıb, yaralarıma sürtdü. Bir neçə gündən sonra
barmaqlarımdakı yaralardan əsər-əlamət qalmadı.

Mənim pirlərə inamım olmayıb

İkinci ziyarətçi:
- Uşaqlıqdan sağ əlimin şəhadət barmağının uc hissəsində
ziyil kimi bir çıxıntı vardı, əlimi bir şeyə vuranda ziyilin ucu
ağrıyırdı. Məni çox incidirdi; müalicələrin də xeyri olmurdu.
Evimizin yanında “Çinarlı piri” adlanan pir vardı, hamı deyirdi
ki, oranın tutyasındən sürtdük, yaramız, ziyilimiz sağaldı, get
sən də sürt, barmağın sağalsın. Amma mən heç vaxt pirlərə

36

Övliyalar Ensiklopediyası

inanmırdım. Fikirləşirdim ki, bu qədər dərmanların sağaltmadığı
yaranı pirin tutyası necə sağalda bilər?

Bir gün gəlin köçdüyüm evin qonşuluğunda yaşayan bir
qadın mənə pul verib xahiş etdi ki, uşağım xəstədir, atan evinə
gedəndə bu nəziri Çinarlı pirinə qoy, oradan mənə tutya gətir.

Mən həmin nəziri mücövürçüyə verib, əhvalatı danışdım.
O, nəziri alıb, pirin torpağından kağıza büküb, mənə verdi.

Həmin tutyanı evdə stolun üstünə qoymuşdum. Birdən
necə oldusa, kağız cırılıb, torpaq stolun üstünə dağıldı. Sağ
əlimlə torpağı sıyırıb başqa bir kağıza bükdüm və qonşu gələndə
ona verdim.

Sabahı gün hiss etdim ki, əlimi bir şeyə toxunduranda
ziyilin ucu ağrımır. Əmin olmaq üçün şəhadət barmağımı yerə
bərk-bərk sürtdüm, gördüm həqiqətən də ağrımır. İki gündən
sonra barmağımdakı ziyil tamamilə yoxa çıxdı. O hadisədən
sonra məndə pirə və onun tutyasına qarşı inam yarandı. Bəlkə
də o tutyanın dağılması və mənim yaralı barmağımla ona
toxunmağım bir qismət imiş ki, məndə inam yaransın.

Türbəni sökənlər peşman oldular

Yuxarıda qeyd etdim ki, Ağbil pirində üç türbə
olmuş, onlardan biri sovet dönəmində sökülmüşdür.
Həmin sökülmə hadisənin şahidi olanlar söhbət edirlər ki,
otuzuncu illərdə əsgərləri gətirib, günbəzin birini sökdürürlər və

37

Paşa Yaqub

kərpiclərini başqa bir binanın tikintisi üçün maşına yükləyirlər.
Ancaq nə qədər cəhd etsələr də, maşın yerindən tərpənmir. Sonda
əlacsız qalıb, kərpici yerə boşaldırlar. Əsgərlərə əmr verən şəxs
isə, həmin yerdə infarkt keçirir və xərəkdə qayıdır.

Ağbil kəndinin yetmiş dörd yaşlı sakini, kitabxanaçı
Şəfiyeva Sara Hüseyn qızı söhbət edir ki, mən uşaq olanda,
dağa gedən və yaxud dağdan qayıdan çobanların Ağbil pirində
düşərgə saldıqlarının, heyvanlardan bir neçəsini burada qurban
kəsərdiklərinin çox şahidi olmuşam. Kənd camaatına elan
edərdilər ki, hamı gəlib qurban payını aparsın. Çobanlar söhbət
edirlərmiş ki, ata-babalarımızın vəsiyyətinə görə, sökülmüş
türbənin yerində qotur xəstəliyinin şəfası var, biz heyvanlarımızı
həmin türbənin ətrafına fırladanda və qurban kəsəndə həmin ili
qoyunlarımız qotur olmurdular.

38

Övliyalar Ensiklopediyası

SEYİD MİRŞAHVERƏN AĞA

“Həqiqətən Biz sənə kövsər bəxş etdik! Ona görə də (bu
nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
(Oğlanların vəfat etdiyi zaman sənə sonsuz deyən) düşmənin
özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artaraq,
adına həmişə rəhmət oxunacaqdır!)” “Quran”, “Kövsər” surəsi.

Həzrəti Peyğəmbərin

qiyamətə qədər törəyib artan və
adına rəhmət oxunan nəslinin
nümayəndələrindən biri də Seyid
Mrşahverən ağadır. O, 1924-cü
ildə Yardımlı rayonunun Pirembel
kəndində doğulub. Atası Seyid
Şahmar, anasının adı isə, seyidə
Saray olub.

1920-ci illərin ortalarında
atası rəhmətə getdiyindən, bu
seyid ailəsi dağlıq kənd olan
Pirembeldən aran kənd olan Lallar (Masallı rayonu) kəndinə
köçdülər. Bu vaxt ailədə Mirşahverən və Ağayar adında iki oğul
var idi.

Nəhayət, 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda
hamı kimi, seyid ailəsinin də oğluna çağırış vərəqəsi gəldi. O

39

Paşa Yaqub

vaxt Seyid Mir Şahverənin yaşı çatmadığından, böyük qardaşına
çağırış vərəqi gəldi. Lakin, kiçik qardaş Mirşahverən böyük
qardaşının öhdəsində övladlarının olmasını nəzərə alıb, yaşının
az olmasına baxmayaraq, onun əvəzindən müharibəyə yollandı.
O, 1942-ci ildə qolundan güllə yarası aldığına görə müharibədən
tərxis olunub evinə qayıdır.

Ailənin dolanışığı kolxozda işləməklə ödənirdi. Lakin,
seyid Mirşahverən ağa ömrünü yalnız kolxozda işləməklə
keçirmək fikrində deyildi. Onda hələ uşaqlıqdan Quran elminə
böyük maraq vardı. Bu maraq onu 1960-cı illərin əvvəllərində
Masallı rayonunun Köçəkli kəndinə gətirdi. Burada o, Molla
Şıxverdidən Quranı öyrənməyə başladı. Daha sonra həmin
kənddə yaşayan və ilahiyyat elmini dərindən bilən Molla Qaibin
yanında elmi biliklərini təkmilləşdirdi.

Bir gün Köçəkli kəndindəki bir məclisə özünü seyid kimi
təqdim edən iki nəfər gəlib çıxır. Onlardan biri özünü məclis
əhlinə göstərmək üçün “mən qaynar suya əlimi salaram, sən də
edə bilərsənmi?” – deyir; o biri “mən yanan çırağı qoltuğumun
altına qoyaram, sən də edə bilərsənmi?” – deyə, bir-birləri
ilə şit zarafatlar edirlər. Onların belə özündənrazılıqları və
özlərini xalqa göstərmək istəmələri Seyid Mirşahverən ağanın
xoşuna gəlmir və onları susdurmaq məqsədi ilə durub qaynayan
samovara yaxınlaşır, lüləyini açaraq, təzə qırxılmış başını qaynar
suyun altına tutur. Məclis əhlinin gözü qarşısında başını yuyub
quruladıqdan sonra, gəlib yerində oturur. Bunu görən camaat,
gözlərini bayaq özlərini seyid kimi təqdim edən və “mən belə

40

Övliyalar Ensiklopediyası

edərəm, mən belə edərəm…” deyən iki nəfərə zilləyirlər ki,
görsünlər onlar neyləyəcəklər. Vəziyyətin qəlizləşdiyini görən
həmin iki nəfər susaraq, bir bəhanə ilə oranı tərk edirlər.

Bu və digər kəramətlərini gördükdən sonra, yerli
camaatın Seyid Mirşahverən ağaya hörmət və məhəbbətləri
daha da artır. Kəndin ağsaqqalları ona təklif edirlər ki, ailəsini
də yığıb, Köçəkliyə köçsün. Seyid əvvəlcə tərəddüd etsə də, bir
müddətdən sonra razılaşır.

Ailəsini Köçəkli kəndinə gətirən Mirşahverən ağa əvvəlcə
müəllimi Molla Şıxverdinin evində məskunlaşır. Daha sonra
kənd sakinləri iməcilik yolu ilə kərpic kəsərək, Seyidə yeni yurd
yerində ikiotaqlı ev tikib verirlər. Həmin vaxtdan Peyğəmbər
nəsli bu kənddə yaşamağa başlayır.

Seyid Mirşahverən ağa öz elmi, imanı, təqvası və ləyaqəti
ilə müqəddəslik zirvəsinə çatmış, insanlar üçün kamillik və
səxavət nümunəsi olmuşdur.

Rəbbim “Qurani-Kərim”də belə buyurur:

“Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz
ki, Rəbbin hikmət, elm sahibidir”. “Davar” surəsi, 83.

Allah-taala Mirşahverən ağanın da xidmətlərini nəzərə
alıb, onu dərəcə-dərəcə yüksəltmişdir. Çünki o, xalqa xidmət
etdikcə, nəfsini öldürmüş və ruhən paklaşaraq, Allahla dostluğa
layiq vəli bir qula çevrilmişdir. Yeri gəlmişkən, Peyğəmbərimizin
hədislərindən birində: “Bir qövmə xidmət edən şəxs (əcr və
mükafata nail olmaq baxımından) onların ən üstünüdür” - deyə,

41

Paşa Yaqub

buyurmuşdur. Başqa bir hədisi-şərifdə isə buyurur: “Bir nəfər
yolda gedərkən qarşısında bir tikan kolu gördü və onu götürüb
yoldan kənara atdı. Bu səbəbdən Allah ondan razı qaldı və
qüsurlarını bağışladı”. (Buxari, Azan 32).

Buradan belə məlum olur ki, Allah dərgahında ən məqbul
əməl, Allah rizası üçün insanlara xidmət etmək və gözəl əxlaq
sahibi olmaqdır ki, Mirşahverən ağanın simasında da biz bunun
aydın nümunəsini görürük. O, bütün həyatını insanların hidayətə
çatması və daxili aləmlərinin mənəvi gözəlliklərlə bəzədilməsi
kimi ülvi bir xidmətə həsr etmişdir.

Yeri gəlmişkən, Seyid Mirşahverən ağanın haşimilər
nəslindən bir imam övladı olduğunu rəsmən təsdiq edən sənəd
(şəcərə) bu gün onun Köçəklidə yaşayan oğlu Mirqadirin evində
saxlanılır.

Farsca yazılmış bu sənəddə aşağıdakı mətn yazılıb:

Tərcüməsi:

“Bismillahirrəhmanirrəhim.

Bütün mömin və müsəlman qardaşlar, Mir Şahverən Mir
Şahmar oğlu imamın sülaləsindəndir və əhli-beytə mənsubdur.
Hər kim bu seyidə ianə etsə, Allaha və Allahın rəsuluna xoş
gedər. Ali-Məhəmmədin xümsü baxımından ianə etmək lazım və
vacibdir. Bunun cəddinin başqa adları belədir:

Mir Şahverən ibn Mir Şahmar ibn Mir Hüseyn ibn Mir
Rza ibn Mir Sücaəddin ibn Mir Qiyas ibn Mir Məhəmmədrəhim
ibn Mir Məhəmmədyar ibn Yarməhəmməd ibn Mir Saleh ibn Mir

42

Övliyalar Ensiklopediyası

Şahrux ibn Mir Əlvənddin ibn Mir Kamal ibn Mir Əlvənddin
ibn Mir Şahrux ibn Mir Qiyas ibn Mir Saleh ibn Mir Hüseyn ibn
Zeynəlabidin əleyhüssəlam”.

Sənəd 5 özəl möhürlə təsdiqlənib. Möhürlərin sahiblərinin

43

Paşa Yaqub

adları:
Mir Qiyas;
Qaib;
Mir Ağabəy.
İkisinin adı isə oxunmadı.
Sənəddən göründüyü kimi, seyid Mirşahverən ağanın

şəcərəsi İmam Zeynalabidin əleyhissəlama, onun da vasitəsi ilə
Həzrəti Peyğəmbərimizə bağlanır.

Mirşahverən ağa 1985-ci ilin 12 fevralında dünyasını
dəyişdi. Şərif məzarı Köçəkli kənd qəbiristanlığındadır.

44

Övliyalar Ensiklopediyası

HƏZRƏT BABA

“Allah dostlarının bir qismi həzrət Adəm xislətli, bir
qismi həzrət İbrahim, həzrət Musa, həzrət İsa xislətli; bir
qismi də Məhəmməd (s.ə.s) məşrəblidir. Bunlardan bir qismi
irfan əhli, bir qismi məhəbbət və könül əhli, bir qismi tövhid
əhli; bir qismi də məchuldur. Yəni təvazökarlıq və gizliliklər
içindədir…” (Mövlanə Cəlaləddin Rumi)

Həzrət Baba ziyarətgahı Quba rayonunun İsmayıllı
rayonu ilə sərhəddində, Şahdağın zirvəsində, dəniz
səviyyəsindən 3626 metr yüksəklikdə yerləşir. Bura həm
Qubadan, həm də İsmayıllıdan keçməklə gəlmək mümkündür.
Həzrət babanın yaşadığı tarix dəqiq məlum deyildir.
Məlum olan odur ki, övliyaların qütbü (qütbül övliya) sayılır.
Azərbaycanda yaşamış bir çox məşhur övliyalar – Şıx Eyyub
Baba (1730-1797), Mövlanə Hacı İsmayıl Kürdəmirli (1782-
1848), Ərəş mahalından Şeyx Yusif Əfəndi (XIX əsr), Qaracallı
Hacı Abdu əfəndi (XIX əsr) və digər kəramətləri ilə məşhur
olan Allah dostları Həzrət babanı özlərinə mürşid sanmış, ondan
mənəvi feyz (ilham) aldıqlarını qeyd etmişlər. Elə bu ilhamla
da uca məqamlara yüksəlmişlər. Onlar öz sağlıqlarında ilin
istənilən fəslində Həzrət Babanı ziyarət etmişlər. Və bu yolu
davam etdirməyi öz müridlərinə və sevənlərinə vəsiyyət etmişlər.
Bu vəsiyyətlərə əməl edən möminlər neçə əsrlərdir ki, Həzrət

45

Paşa Yaqub

Babanın nurundan və xeyir duasından bəhrələnmək üçün bu
çətin yolu qət edirlər. Gəmilər dənizdə azmamaq üçün mayaka
baxdıqları kimi, insanlar da həyat dənizində yollarını azmamaq
üçün Həzrət babanın əbədi nurundan, işığından faydalanırlar.

Həzrət babanın xeyir-duasına və nuruna möhtac olan
qullardan biri olduğumdan, bu işığa doğru yola çıxdım.
Xoşbəxtlikdən əziyyətim hədər getmədi – Həzrət babadan
aldığım ilhamla bir neçə kitab yazdım və onun kəramətilə də
onları çap etdirdim.

1997-ci ilin iyul ayının son günlərində Ziyarətgahda
olarkən bir çox maraqlı və heyrətamiz hadisələrin şahidi oldum.
Onlardan bəzilərini oxuculara təqdim edirəm.

Qrup halında Babadağın ətəyində düşərgə salmışdıq.
Uzaq yol gəldiyimizdən, gecəni gəldiyimiz avtobusda yatıb,
səhər ziyarət üçün dağın başına qalxmalıydıq. Gecə səs-küyə
oyandım. Avtobusdan düşüb, orada düşərgə salmış insanlardan
nə baş verdiyini soruşdum. Məlum oldu ki, Göyçaydan gələn
qrupun bir neçə üzvü dağda itkin düşüblər. Orada itkin düşməyin
(özəlliklə də gecə vaxtı) nə demək olduğunu həmin ziyarətdə
olmuş adamlar yaxşı bilirlər – sağ qalmaq ehtimalı sıfıra bərabər
olur. Bu adamlardan artıq bir gün idi ki, xəbər yox idi. Qrupun
digər üzvləri (kişilər) yerli adamlardan bələdçilər götürüb,
güman gələn yerlərə baxıb, əliboş qayıtmışdılar. Onların itkin
düşməsindən bir gün və bir gecə keçdiyindən, artıq əllərini lap
üzmüşdülər. Geri qayıda da bilmirdilər. Artıq səhər açılmaq üzrə
idi; bəziləri ağlayır, bəziləri də tonqalın ətrafında ümidsiz halda

46

Övliyalar Ensiklopediyası

başlarını aşağı salıb oturmuşdular. Bu vaxt yaxınlıqdakı qayanın
üstündən qadın səsi eşidildi. İtkin düşən qadınlardan biri idi,
düşərgədəki qrup yoldaşlarını səsləyirdi. Kişilər bələdçilərlə
birgə dərhal səs gələn tərəfə yüyürdülər. Təxminən iki-üç saatdan
sonra yanlarında bir qızla geri qayıtdılar. Bu, itkin düşən təxminən
6-7 nəfərdən biri idi və sağ qalan yeganə zəvvar idi. Başlarına
gələnləri həyəcanla yoldaşlarına danışırdı. Danışdıqlarından
məlum oldu ki, ziyarət edəndən sonra, camaatın gəldiyi ənənəvi
yolla deyil, kiminsə təklifi ilə başqa bir kəsə yolla qayıtmaq
istəyiblər. Beləliklə, qurupdan ayrılan 6-7 nəfər dağın başında
yolu azıblar. Üstəlik də gecəyə düşdüklərindən və susuzluqdan
heydən düşüb, hərəsi bir tərəfdə çöküb qalıblar. Qız söhbət edir
ki, axıra iki nəfər qaldıq – mən və başqa bir qadın. Bir cığırı
tutub, təxmini irəliləyirdik. Heydən düşdüyümüzdən, oturub
bir qədər dincimizi almaq qərarına gəldik. Nəhayət, mən dedim
durub gedək, qadın etiraz etdi ki, getməyə artıq taqəti qalmayıb,
elə burdaca yatacaq, nə olar-olar. Burada yatmaqla vəhşilərə
yem ola biləcəyimizi dərk etdiyimdən mən dayanmadım və
tək-tənha cığırla getməyə başladım. Nəhayət, məndə də taqət
qalmadı və o biri yoldaşlar kimi, mən də bir daşın dibinə çöküb,
“nə olar-olar” deyib, gözlərimi yumdum. Bir qədər yatdıqdan
sonra, kişi səsinə oyandım. Gördüm başımın üstündə ağ paltarlı,
ağ əmmaməli, nurani bir kişi dayanıb. Məni oyadıb, qalxmağımı
və onun ardınca gəlməyimi əmr etdi. Mən onun ardınca getməyə
başladım. Nəhayət, gəlib düşərgə səmtində bir qayanın üstündə
dayandıq. Buradan belə yol yox idi. Nurani kişi dedi: “Burada
otur, yoldaşların gəlib səni tapacaqlar”. Belə deyib, özü yox oldu.

47

Paşa Yaqub

Orada oturub, səhərin açılmasını gözlədim. Hava işıqlaşanda
aşağı baxdım, və maşınları, adamları gördüm. Çağırmağa
başladım. Yoldaşlarım gəlib qayanın aşağısına çatdılar. Ancaq,
qaya sıldırım olduğundan, yuxarı çıxa bilmirdilər. Nəhayət,
bələdçilərdən biri yuxarı çıxa bildi və kəndirlə məni aşağı salladı.
Şükür ki, salamat gəlib bura çıxdım.

Mən həmin qızdan soruşdum ki, bəs nurani kişi səni orada
qoyub gedəndən sonra, tək qaldığın vaxtda, səhər açılana qədər
qorxmadınmı? Qız cavab verdi ki, o gedəndən sonra başqa bir
möcüzə baş verdi: mən sanki şəhərin ortasında oturmuşdum,
hər tərəfdə işıqlar yanırdı və adamlar o tərəf-bu tərəfə hərəkət
edirdilər. Amma, mən onlarla təmas yarada, danışa bilmirdim,
sanki başqa bir aləmə düşmüşdüm. Beləcə, onlara tamaşa etdim
və qorxum-ürküm olmadı...

Düşərgədəki tonqalın ətrafında ziyarətçilərin danışdığı
söhbətlərdən mənə təsir edən və unuda bilmədiyim başqa bir
əhvalat, həkim xanımın danışdıqları oldu. Həmin xanım ziyarətə
gəlməsinin səbəbini belə izah edirdi: “Kiçik qardaşımı mən
evləndirmişəm, 5-6 ildir ailə qursalar da övladları olmurdu.
Qardaşım ayrılmaq istəyirdi, qoymurdum ki, arada mən varam,
qızın ailəsi mənə yaxın ailədir, evliliyə mən zamin durmuşam.
Nə isə... İki ailənin arasında çıxılmaz vəziyyətdə qalmışdım.
Keçən il üz tutdum Həzrət baba ziyarətgahına. Burada dua edib,
düşdüyüm çətin vəziyyətdən çıxmaq üçün Allahdan Həzrət baba
xatirinə bu ailəyə bir övlad istədim. Şükür Allaha duam qəbul
olundu. Bu yaxında qardaşımın ailəsində övlad dünyaya gəldi,

48

Övliyalar Ensiklopediyası

bununla da söz-söhbətə son qoyuldu. Mən də əhdimə əməl edib,
qurban kəsməyə gedirəm”.

Elə biz də bu inam və danışılan hadisələrdən aldığımız
xoş təəssüratla səhər saatlarında Babadağın zirvəsinə üz tutduq.
Ziyarətgahda olarkən, Həzrət babaya xitabən, arzularımı və
ümidlərimi ifadə edən bir şeir də yazdım. Yeri gəlmişkən, həmin
şeiri dəyərli oxucularımın diqqətinə çatdırıram.

AY BABA

Cəmi - müsəlman adını
Müqəddəs tutur ay Baba.
Sənin mübarək ruhun
Göylərdə uçur, ay Baba.

Bu dünyanın sərt çağında
Qaldıq düşmən qabağında.
Qoyma kafir ayağında,
Bizə arxa dur, ay Baba.

Allahsızlar haqqı danır,
Şeytanı da Allah sanır.
Haqqın özü də tapdanır,
Nə yatmısan, dur, ay Baba.

49

Paşa Yaqub

Qarışıbdır quruyla yaş,
Naxələflər kəsirlər baş.
Bizə zamin olaydın kaş,
Çalınanda SUR, ay Baba.

Şair Musa Yaqub “Babadağın ağ dumanı” poemasında
təsvir etdiyi rəvayətə görə Həzrət baba Babadağın ətəyində
yaşayırmış. Bir gün tufan, qasırğa başlayır və nəticədə Qaraçay,
Vəlvələçay, Girdimançay çayları daşaraq, insanların əkin-
biçinini, təsərrüfalarını zay edir. Selin-suyun dayanmadığını
görən bölgə əhalisi övliya kimi tanıdıqları Həzrət babanın yanına
gələrək, bu fəlakətin qarşısını almağı xahiş edirlər. Bəsirət
sahibi olan Həzrət baba bilir ki, bu iş şeytandandır. Yəni, şeytan
dağın başındakı bulağı qarışdırır, bu səbəbdən də tufan, leysan
səngimir. Övliya şeytanı qovmaq və əhalini təbii fəlakətdən
xilas etmək üçün gecəikən dağın başına üz tutur. Bu tufanlı,
yağışlı, ildırımlı havada, indiyədək insan ayağı dəyməyən,
hündür bir dağın başına çıxmaq, ölümlə çarpışmaq demək idi.
Zülmət gecədə hər qaya, hər daş bir vahimədir. Tufan az qalır
qayanı dibindən qoparsın. Bu çətin dağ yolunu Həzrət baba
şeytanı meydandan qovmaq, insanları onun şərindən, bəlasından
xilas etmək üçün gedirdi. Məhz belə bir xoş niyyət, müqəddəs
amal naminə Allah-taala övliyanın dizinə qüvvət, yoluna işıq,
nur verirdi. Babanın əlindəki NUR ağacı Musa Peyğəmbərin
əsası kimi, həm onun yoluna işıq salır, həm də özünə dayaq

50


Click to View FlipBook Version