Övliyalar Ensiklopediyası
QƏFLƏ PİRİ
Azərbaycanın şimal bölgəsində əhalinin üz tutduğu
ziyarətgahlardan biri də “Qəflə piri” adıyla tanınan
müqəddəs məkandır. Bu pir Qusar rayonunun Yeni Həyat
kəndində, şose yolunun kənarında yerləşir. Bura əsasən qorxu,
stress nəticəsində xəstəlik tapan insanlar üz tuturlar. Pirin adı da
buradan götürülmüşdür.
Pirdə mücövürçülük edənlər Mehtərlə, Dilbər ər-
arvaddırlar. Onlar elə burada tanış olub, evləniblər. Bu
evlənmənin çox maraqlı və ibrətamiz bir tarixçəsi var. Onların
həyat hekayəsini öz dillərindən oxuculara təqdim etməyi lazım
bildik.
Mirzəliyeva Dilbər Paşa qızı – Qəflə pirində xidmətçi,
Mehtərin həyat yoldaşı:
- 20 yaşımda məni Türkmənistana ərə verdilər. Ora
gedəndən sonra, bidim ki, ərim qumarbaz və içki düşkünüdür.
Bütün günü məni pambıq tarlasında işlədir, qazandığım pulu
zorla əlimdən alaraq, ya arağa, ya da qumara verirdi. Baldızım
mənim halıma acıyırdı. Dedi bu səndən qabaqkı arvadını
qumarda uduzub, bir gün səni də uduzacaq, başına çarə qıl.
Bir gün xəlvət evdən qaçıb, dəniz vağzalına gəldim və
gəmiyə mindim. Sənədim olmadığından (həyat yoldaşım onları
gizlətmişdi ki, qaçmayım), məni gəmidən düşürmək istədilər.
Bu vaxt özümdən getmişəm, heç nədən xəbərim olmayıb.
101
Paşa Yaqub
Özümə gələndə gəminin dəryanın ortasında olduğunu gördüm.
Beləliklə, Azərbaycana gəldim. Gələndən sonra məndə sudurğa
yarandı. Tez-tez özümdən gedirdim. Məni aparmaq üçün
Türkmənistandan arxamca gəldilər. Lakin, tez-tez sudurğa
keçirdiyimdən, atam məni onlara vermədi.
Sonralar mən bu xəstəlikdən xilas olmaq üçün çox
müalicələr elədim, heç bir nəticəsi olmadı. Üç il əziyyət çəkəndən
sonra Qəflə pirinə gəldim. Bir müddət ziyarət günlərində
buranı ziyarət edib, pirdə yatdım. Hər ziyarətdən sonra özümdə
yüngüllük hiss edirdim. Nəhayət, tamam sağaldım. Pirə xidmət
edən Mehtər adlı oğlan mənə elçi göndərdi və biz evləndik.
İndi bizim xoşbəxt ailəmiz, övladlarımız var. Hər ikimiz bu
ziyarətgahda xidmət edirik. Nə qədər xidmət etsək, bu övliyanın
borcundan çıxa bilmərik.
Mirzəliyev Mehtər Əmralı oğlu – Qusar rayonunun
Lanqu kənd sakini:
- Rusiyanın Həştərxan şəhərində işləyərkən avtomobil
qəzasında sağ qıçımı itirdim və evə qayıtdım. Burada mənə çox
çətin oldu. İşləyə bilmədiyimdən maddi çətinlik çəkirdim, ailə
qura bilmirdim. Bir gün gəldim Qəflə pirinin mücövürçüsü Hacı
Rövbərin yanına, xahiş etdim ki, icazə versin pirdə xidmətçi
işləyim. O da icazə verdi. Mən burada təmizlik işlərinə baxırdım.
Yorulanda hərdən pirdə yatırdım. Maraqlıdır ki, gözümü yuman
kimi, uşaqlıqda mənimlə bir sinifdə oxuyan Dilbər adlı qız
gəlib dururdu gözümün qabağında. Fikirləşirdim ki, görəsən o
haradadır, nə işlə məşğuldur, ailə qurubmu? Onu da deyim ki, heç
102
Övliyalar Ensiklopediyası
əvvəllər o qız mənim yadıma
düşməzdi, indi də başqa yerdə
olanda yadıma düşmürdü,
ancaq pirdə uzanan kimi, gəlib
gözümün qabağında dururdu.
Bir müddət belə davam
elədi, sonra bir gün ziyarətə
bir ailə gəldi, xəstə qızlarını
gətirmişdilər. Fikir verdim ki,
həmin sinif yoldaşım Dilbərdi;
xəstə halda idi. Dedilər tez- Qəflə piri
tez özündən gedir. Amma, bir
müddət pirə gəlib-gedəndən sonra onda sağalma hiss olunurdu.
Mən atama dedim ki, o qızla evlənmək istəyirəm.Atam dedi sənin
bir ayağın yoxdur, o da ağır xəstədir, siz necə dolanacaqsınız?
Amma, mənim əl çəkmədiyimi görüb, elçi getməyə razı
oldu. İndi də Dilbərin atasıgil razı olmadılar ki, qız xəstədir,
tez-tez sudurğa keçirir, siz onu saxlamayacaqsınız. Amma
mənim əl çəkmədiyimi, qızın da mənə meyli olduğunu görüb,
evlənməyimizə razılıq verdilər. Evlənəndən sonra Dilbərin
səhhətində heç bir problem olmadı. Hər ikimiz ziyarətgaha
xidmət edirik. İki övladımız var, xoşbəxtik. Allah bu pirə üz
tutanların hamısına xoşbəxtlik nəsib etsin.
Mehtər və onun həyat yoldaşı Dilbər xanım söhbət etdikcə,
yadıma Mövlana Cəlaləddin Rumi ilə karvansarada sakin olan
Tavusi Gənci arasında baş verən bir əhvalat düşdü. Əhvalat belə
103
Paşa Yaqub
olmuşdur:
Mövlana Vəzir Ziyaəddinin karvansarasına getmişdi. O
karvansarada Tavusi Gənci adlı bir qadın var idi. Mövlana bu
qadının otağının qarşısında oturdu.
Bu qadının adı həmişə günahlarla xatırlanırdı. Ancaq
Mövlananı otağının qarşısında gördükdə inanmadı. Dərhal gedib
Mövlananı öz otağına dəvət etdi.
Mövlana böyük hörmətlə bu dəvəti qəbul edib, Tavusi
Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua etməklə
məşğul oldu. Bu qadın üçün də dua etdi.
Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib ona
verdi.
Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi.
Tavusi Gəncini görən kimi ona aşiq oldu. Habuki Əmir bu qadını
əvvəllər də tanıyırdı. Amma ilk dəfə idi onu gözəl görüb sevdi
və ona evlənmək təklif etdi.
Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən
soruşdu:
- Səni zamanın “Rəbiəsi” kimi görməyimin səbəbi nədir?
Tavusi Gənci başındakı sarıq parçasını göstərərək belə
dedi:
- Gözəlliyim məndən deyildir. Məni daxilim və xaricimlə
dəyişdirən Mövlananın kərəm əlidir.
104
Övliyalar Ensiklopediyası
ABDULLA PADARLI
Görkəmli şair və övliya, böyük mütəfəkkir, Abdulla
Padarlı Oğuz rayonunun Padar kəndində, Çayqıraq
məhəlləsində doğulub. Doğulduğu kənddə və arxivlərdə
apardığımız araşdırmalardan məlum oldu ki, şair ilk təhsilini
atası Məhəmməd Dursun oğlundan aldıqdan sonra, Ağdaş
mədrəsəsinə daxil olmuşdur. Daha sonra elmi biliklərini artırmaq
üçün Dəməşq şəhərinə üz tutmuş, burada Ali Ruhani məktəbini
bitirdikdən sonra, Həcc ziyarətinə getmişdir. Ərəbistana səfəri
vaxtı İranı, Türkiyəni və digər ölkələri də səyahət etmişdir. O,
Dəməşqdə tarix, fəlsəfə, məntiq, tibb, poetika və nücum elmlərinə
yiyələnmişdir. Hacı Abdulla Padarlı doğma ana dilindən başqa
ərəb, fars, türk və avar dillərini də bilmişdir.
Padarın Qala yeri qəbiristanlığında Şeyx Hacı Abdulla
Padarlının başdaşındakı ərəbcə kitabəni AMEA Etnoqrafiya
İnstitutunun professoru Məşədixanım Nemətova aşağıdakı kimi
tərcümə etmişdir:
“Məlumdur ki, əgər dünyada bir adam qalsa belə, o dövr
105
Paşa Yaqub
edəcəkdir. Dünyada peyğəmbərlər də bir-birini əvəz edərək
gəlib gediblər. Dünyada ölüm olmasına baxmayraq, biz dünyada
çox qalacağıq (yəni, adımız əbədi olacaq). Şeyx Hacı Abdulla
ibn Dursun əl-Padari yerini təzələyərək, fani dünyadan baqi
dünyaya köçdü və 22 səfər 1323 ildə (28.04.1905) vəfat etdi”.
Bu kitabədəki yazıda
diqqətimizi çəkən ən maraqlı
məqam Hacı Abdullanın Dursun
Padar nəslindən olmasıdır.
Araşdırmalarımız zamanı
məlum oldu ki, Şeyx Dursun
Padar, məşhur övliya olmaqla,
Ağsu rayonunda olan günbəzi
müqəddəs ziyarətgahdır.
Onun məzarı üstündəki ərəbcə
kitabədə aşağıdakı sözlər
yazılmışdır:
Abdulla Padarlının “Bu xoş rayihəli
başdaşındakı kitabə müqəddəs (ziyarətgah) və
işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd
Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci
ildə baş vermişdir”. Miladi – 1399.
Şeyx Dursun türbəsi haqqında məlumatlara akademik
B.Dornun və tarixçi C.Aleksandroviçin kitablarında da rast
gəlinir. Həmçinin, Dornun kitabında təqdim olunan arayışda Şah
İsmayıl Xətai nəslinin Şamaxıda irşad etdiyi sübut olunur. Dorn
106
Övliyalar Ensiklopediyası
bu arayışı XIX əsrdə Şamaxıda olarkən əldə etmişdir. Arayışda
deyilir:
“Vaxtilə Şamaxıda “Piri-şirvan” adı ilə şöhrət tapmış
bir məzar olmuşdur. Burada dəfn olunmuş övliyanın adı Şeyx
Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyyid Salahdır. Ərdəbildə məzarı
məşhur olan Şeyx Səfi həmin bu Şeyx Mikayılın böyük qardaşıdır.
Şeyx Səfi qardaşını Şirvanşahların hakimiyyəti zamanı Şirvana
irşad etməyə (dini təbliğ etməyə) göndərmişdir. Necə ki, öz
övladlarından olan şeyx Cüneydi Quba vilayətinə irşad etməyə
göndərib. Şeyx Mikayıl Şirvan vilayətində çox-çox irşad edib və
“Piri-pirani Şirvan”- “Şirvan pirlərinin piri” adını alıb”.
Həmin arayışda daha sonra Şeyx Dursun Padar haqqında
qısa və maraqlı məlumat vardır:
“Şeyx Dursunun əsli Şirvan əhlindəndir. Xançobanı
mahalından, Padar tayfasındandır. Şamaxının Kalaxana
qəryəsinin qərbində vaqe olan məşhur yeddi günbəzlər bu Şeyx
Dursunun övladlarındandır”.
(Qeyd: arayışda göstərilən Şeyx Cüneyd Şah İsmayıl
Xətainin babası olmaqla, qəbri hazırda Qusar rayonunun Həzrə
kəndindədir).
Tarixçi Aleksandroviç isə, Şeyx Dursun türbəsi haqqında
məlumat verərkən onun müctəhid olduğunu, atasının Əhməd
Gilani olduğunu yazır.
Onu da qeyd edim ki, Şeyx Dursun Padarın Şamaxıda
(Yeddigünbəzdə) dəfn olunan övladlarından birinin - Şıx
107
Paşa Yaqub
Mahmud babanın şəcərəsini araşdırarkən onun nəslinin
Şirvanşahlar dövlətinin şahı olmuş Şirvanşah Şeyx İbrahim
Xəlilullaha (hakimiyyət dövrü: miladi 1382 - 1417) qədər
uzandığı üzə çıxdı.
Abdulla Padarlının gümbəzi. Oğuz rayonu Padar kəndi
Yuxarıda qeyd etdik ki, şair və övliya Abdulla Padarlının
başdaşında həmin bu Şeyx Dursun Padarın nəslindən olduğu
göstərilmişdir. Oğuz rayonunun Padar kəndində tədqiqat
apararkən əmin oldum ki, onun törəmələri bu kənddə də irşad
etmiş və haqqında bəhs etdiyim şair və övliya Şeyx Hacı Abdulla
Padarlı da bu nəslin törəmələrindəndir.
Abdulla Padarlının Pəri adlı bir qızı olmuş, sonrakı
108
Övliyalar Ensiklopediyası
nəsli də bu qızın vasitəsi ilə davam etmişdir. Şair Abdulla
alagöz, sarışın, uca boylu qıvraq adam olmuşdur. Gözəl nitq
qabiliyyəti varmış, adi söhbətlərini də çox zaman qafiyəli nəsrlə
edərmiş. O, Şeyx olaraq irşad etrmiş və tələbələr yetişdirmişdir.
Müasirlərindən Mücrüm Kərim Vardani, Şıx Səməd (bəzi
mənbələrdə Şah Səməd də deyirlər), Məlikballı Qurban və
Ağdaşlı Molla Şabanla şerləşdiyi məlumdur.
Təbiəti çox sevirmiş. Təmiz əxlaqlı, gülərüz, səxavətli,
pak, vətənsevər insan olmuş, başqalarını da belə görmək
istəmişdir. Abdulla Padarlının gözəl sənət nümunəsi olan
şeirlərindən bəziləri Salman Mümtazın “El şairləri” kitabında
çap olunmuşdur.
Şairin əlyazmaları AMEA Əlyazmalar İnstititunda bu
günədək saxlanmaqdadır. Həmin əlyazmalardan birini – Şıx
Səmədlə deyişməsini oxuculara təqdim edirəm.
Qıfılbənd
Şıx Səmədin Abdulla Padarlı ilə deyişməsi
Şıx Səməd:
Səndən xəbər alım, Abdulla qardaş,
Hansı yerin bulaqları yeddidir?
Hansı şair hansı yeri vəsf edib,
Kəlməsi min, varaqları yeddidir?
109
Paşa Yaqub
Abdulla:
Al cavabın deyim, Şıx Səməd qardaş,
O üzdür ki, bulaqları yeddidir2.
Əbu Nəvvas Məkkə şəhrin vəsf edib,
Kəlməsi min, varaqları yeddidir.
Şıx Səməd:
Nə heyvandır əsil-nəsil yetirməz?
Nə ağacdır bəhər-meyvə gətirməz?
Hansı adam yaxşılığı itirməz,
Hansı yerin ocaqları yeddidir?
Abdulla:
O qatırdı-əsil-nəsil yetirməz,
O söyüddür-bəhər-meyvə gətirməz,
Əsil adam yaxşılığı itirməz,
O Kəşmirdi, ocaqları yeddidir.
Şıx Səməd:
O nədir ki, payız olur, yaz olur?
O nədir ki, orda işvə-naz olur?
O nədir ki, min də olsa az olur?
O kimdir ki, otaqları yeddidir?
2 Üzdə olan 7 dəliyə - 2 burun, 2 qulaq, 2 göz, 1 ağız – işarədir.
110
Övliyalar Ensiklopediyası
Abdulla:
Göbələkdir - payız olur, yaz olur,
Eşq bağında işvə, qəmzə, naz olur,
O, ömürdür - min il olsa, az olur,
O, İmrandır, - otaqları yeddidir.
Şıx Səməd:
O nədir ki, doymaq olmaz buyundan;
O nədir ki, çatı olmaz muyundan?
Nə bulaqdır-içmək olmaz suyundan,
Nə millətdir daraqları yeddidir?
Abdulla:
O övladdır - doymaq olmaz buyundan,
O ceyrandır - çatı olmaz muyundan.
O gözdür ki, içmək olmaz suyundan,
Taciklərdir - daraqları yeddidir3.
3 Tacik xalqının 7 dişli milli daraqlarına işarədir.
111
Paşa Yaqub
SEYİD MİR MÖVSÜM AĞA
“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq
baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini
müalicə edirlər.
Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və
Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə
edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir” (Mövlanə
Cəlaləddin Rumi).
Belə mənəvi həkimlərdən biri də Seyid Mir Mövsüm
Ağadır. Öncə qeyd edim ki, onun əsl adı Seyidəli
olub. 1883-cü ildə Bakıda, İçərişəhərdə, Firdovsi küçəsi 3 saylı
mənzildə Seyid Mir Talib Ağanın ailəsində dünyaya gəlib.
Doğulduğu ocaq babası, kəramət sahibi Mir Mövsüm ağanın
adı ilə məşhur olduğundan və həmin kəramət zaman-zaman
Seyidəlidə təcəlli etdiyindən ona babasının adıyla “Seyid Mir
Mövsüm Ağa” – deyə müraciət ediblər.
Anası Xədicə xanımın deməsinə görə, normal uşaq kimi
dünyaya gəlib. Anası bir həftədən sonra bələyi açır ki, uşağı
çimizdirsin, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı
üçün axund çağırırlar. O, baxır və deyir: “Allaha pənah, bu uşaq
qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi
iflic, danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici
112
Övliyalar Ensiklopediyası
olduğundan sümüyündə kalsium
azlığı olub, qamətini şax saxlaya
bilmirdi.
Seyidəli fiziki cəhətdən zəif
olsa da, hələ kiçik yaşlarından həm
ailə üzvləri, həm də qohumları onda
qeyri-adilik hiss edirdilər. O, hamıdan
fərqlənirdi. Əlini xəstəyə çəkən kimi,
həmin şəxsin bütün ağrıları keçirmiş.
Hələ sağlığında əfsanəvi bir
nüfuza malik olmuşdur. İnsanlara
təskinlik, inam, mənəvi qüvvə təlqin
edən, cəfadan qurtarıb şəfa verən, fitri istedad, ecazkar qabiliyyət
sahibi kimi o, böyük nüfuz qazanmışdır.
Mir Mövsümzadə nəsli 1930-cu illərin siyasi
repressiyalarından kənarda qalmayıb. 1937-ci ildə “NKVD”
əməkdaşları bu həyətə tez-tez gəlib-gediblər. Mir Mövsüm
Ağanın kiçik qardaşı Mir Kazım ağa o illərdə çox əziyyət
çəkib. Həbs olunmasa da, “NKVD”yə aparılıb, kitabları, bir
sıra sənədləri müsadirə olunub. “NKVD” əməkdaşları, hətta bu
ocağın qadınlarına belə əzab verməkdən, onları incitməkdən
çəkinməyiblər. Ağanın bacısı Səkinə xanımı, xalası qızı və
böyük qardaşı mərhum Seyid Hüseyn ağanın həyat yoldaşı
olan Sara xanımı dəfələrlə dindirməyə aparıblar. Seyidin özünə
toxunmasalar da, qapısına gələnlərin ayağını buradan kəsmək
yolunda mübarizə aparıblar. Amma buna nail ola bilməyiblər.
113
Paşa Yaqub
Hakimiyyət rəhbərlərinin göstərişi ilə Ağadan sonra qohumları
bu ocağa ziyarətə gələnləri içəri buraxa bilmirlər. Tək-tək
adamlar gecəylə gizlincə gəlir, yalvar-yaxar həyətə girir, ziyarət
edir, niyyətlərini edib gedirdilər.
Şüvəlanda olan qəbiristanlıqda Mir Mövsüm Ağanın
pak məzarını ziyarət edərkən, bura üz tutmuş və Seyidin
kəramətindən bəhrələnmiş bir neçə ziyarətçilərlə söhbət etdim.
Bu söhbətlərdən birini oxucuların diqqətinə çatdırıram.
Sumqayıt şəhər 21 saylı orta məktəbdə fizika müəlliməsi:
- Mənim İmam övladlarına və onların ziyarətgahlarına
böyük inamım və hörmətim var. İmkan daxilində onları
ziyarət etməyə çalışıram və kəramətlərindən faydalanıram. Bu
yaxınlarda bərk xəstələnmişdim. Müalicələr effekt vermirdi. Bir
il yataqda qaldım. Oğlum Elmarın 8 yaşı vardı. Rəsm çəkməyə
böyük həvəsi vardı. Dedi: “Ana, Mir Mövsüm ağanın rəsmini
çəkəcəm, o sənə şəfa verəcək”. Dedim: “Bala, sən uşaqsan, elə
böyük şəxsiyyətin şəklini çəkmə, pis alınar”.
Bir gün gördüm uşaq Seyidin şəklini çəkib gətirdi.
Pis alınmamışdı, oxşayırdı. Asdı başımın üstündən. Həmin
gecə yuxuda Mir Mövsüm ağanı gördüm: Gördüm ziyarətinə
getmişəm; Seyid ayağa qalxıb, mənə tərəf gəldi və əlini başıma
çəkdi. Həmin anda beynimdən belə bir fikir keçdi ki, Ağa yeriyə
bilmirdi, necə oldu ki, indi yeridi? Bu vaxt yuxudan ayıldım və
114
Övliyalar Ensiklopediyası
Mir Mövsüm ağanın Şüvəlan kəndindəki ziyarətgahı
əhvalımda yaxşılıq hiss etdim. Səhər durub yeriməyə başladım.
Həmin gündən xəstəliyim keçib getdi. Sonra gəlib Mir Mövsüm
ağanın qəbrini ziyarət etdim.
Qeyd edim ki, Seyid Mir Mövsüm Ağa 1950-ci ildə 67
yaşında vəfat edib. Onun şərif məzarı və İçərişəhərdə yaşadığı
ev mömünlərin sevimli ziyarətgahıdır.
Ağanın ruhu bu sətirlərin müəllifi üçün də mənəvi qida,
ilham mənbəyidir. Buradan etdiyim duaların Allah dərgahında
rədd edildiyini heç görmədim. Ən çətin sualların cavabı, çıxılmaz
vəziyyətdən çıxış yolları, bəzi kitablarımın adları beynimə məhz
bu müqəddəs ziyarətgahda gəlib.
Allahın nuru Seyid Mirmövsüm Ağanın, onun da xeyir-
duası inanan insanların üzərindən əskik olmasın! Amin.
115
Paşa Yaqub
XIZIR ZİNDƏ PİRİ
Azərbaycan xalqının müqəddəs tapınaq yeri kimi üz
tutduğu məkanlardan biri də Xızır Zində piridir.
Bu pir Bakı-Quba şose yolunun solunda, Siyəzən rayonu
ərazisində, Beşbarmaq dağında yerləşir. Bu yer xalq arasında
Xızır Peyğəmbərin məqamı kimi qəbul olunur. Belə ki, Xızır
əlehissəlamı yad etmək istəyənlər və dualarında onu vəsilə
tutmaq istəyənlər bura üz tuturlar. Beşbarmaq dağında bu günə
qədər qalan qədim tikililərin qalıqları, həmçinin mağaralar onu
deməyə əsas verir ki, bu inanc əsrlərin sınağından çıxaraq, bu
günümüzə gəlib çatmışdır. Yəni, bizim əcdadlarımız da bu
məkanı müqəddəs tutmuş, sevə-sevə ziyarət etmiş və ibadət
məqsədi ilə burada məscid inşa etmişlər. Zində sözü ərəbcə diri
mənasını bildirdiyindən, Xızır Zində sözü də Diri Xızır kimi
tərcümə olunur.
“Quran”dan və Peyğəmbərin hədislərindən bizə məlumdur
ki, yüksəkliklərdən edilən dualarAllah dərgahında tez qəbul edilir.
Musa Peyğəmbərin Tur dağına, Məhəmməd əleyhissəlamın Hira
dağındakı mağaraya çəkilməsi də məhz bununla əlaqədar idi. Bu
mənada Xızır Peyğəmbərin də Beşbarmaq dağını və buradakı
mağaranı özünə ibadət yeri seçməsində bir qanunauyğunluq
vardır.Təsadüfü deyildir ki, Xızır Peyğəmbərhaqqında“Quran”ın
məhz “Mağara” (18) surəsində xəbər verilir. Burada deyilir
ki, Musa Peyğəmbər batini elmi (elmi-lədun) öyrənmək üçün
116
Övliyalar Ensiklopediyası
Allahdan bu elmə malik olan Xızır Peyğəmbəri ona yetirməsini
diləyir. Rəbbim onun duasını qəbul edərək, Xızır əleyhissəlamın
yerini nişan verir. İki peyğəmbərin görüşü və onların arasında
olan dialoq çox maraqlıdır. Belə ki, Həzrət Musa lədun elmini
öyrənmək üçün Xızır Peyğəmbərə şagird olmaq istəyini bildirir.
Xızır əleyhissəlam etiraz edərək bildirir ki, sən ancaq zahiri elmi
bildiyindən, mənimlə yoldaşlıq etməyə səbrin çatmaz, mənim
gördüyüm işlərə dözə bilmərsən. Musa Peyğəmbər təkid edərək,
onun heç bir əmrindən çıxmayacağına, heç bir işinə mane
olmayacağına söz versə də, sonadək dözə bilmir və onlar yarı
yolda ayrılmalı olurlar. Bu ibrətamiz əhvalat Quranın “Mağara”
(18) surəsinin 60-82-ci ayələrində belə təsvir olunur:
“Yadına sal ki, bir zaman Musa öz gənc dostuna
(xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla
görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun
müddət gəzib dolanmayınca geri dönməyəcəyəm!”
“Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda yeməyə
götürdükləri balığı unutmuşdular, balıq isə dirilib suya atılmış
dənizdə bir yarğana tərəf üzmüşdü”.
“Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri
zaman (Musa) öz gənc dostuna dedi: “Nahar yeməyimizi gətir.
Bu səfərimiz bizi lap əldən saldı!”
“O isə: “Görürsənmi, biz qayanın yanında oturduğumuz
zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə
yalnız Şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizə
yollanmışdır! – deyə, cavab verdi”.
117
Paşa Yaqub
“(Musa:) “Elə axtardığımız yer buradır!” – dedi və onlar
öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri qayıtdılar”.
“(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət əta
etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən
birini (Xızırı) tapdılar”.
“Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən
elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
“(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan,
görəcəyim işlərə əsla dözə bilməzsən (Sənin onlara səbrin
çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə
ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən
qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə
çıxacaqsan)”.
“Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd
olmadığın) bir şeyə necə dözə bilərsən?”
“(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən.
Sənin heç bir əmrindən çıxmayacağam!”
“(Xızır:) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə
izah etməyincə məndən heç bir şey haqqında soruşma! – dedi”.
“Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə
mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə
olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu,
günahı böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”.
“(Xızır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə
bir yerdə olanda görəcəyim işlərə əsla dözə bilməzsən?”
118
Övliyalar Ensiklopediyası
“(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama
və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”
“Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda
(Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “Heç bir günah iş
tutmayan, buna görə də qisasa layiq olmayan pak (məsum) bir
canamı qıydın? Doğrudan da, çox pis bir iş gördün”.
“(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi
ki, mənimlə birlikdə olanda edəcəyim əməllərə əsla dözə
bilməzsən?”
“(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey
barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə
(Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq
mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”.
“Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət
əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları
qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar
orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır)
onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun
müqabilində bir muzd (çörək pulu) alardın. . .”
“(Xızır) dedi: “Bu, artıq mənimlə sənin aranda ayrılıq
vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə
bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər
verəcəyəm!”
“Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula
mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin
119
Paşa Yaqub
adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla
ələ keçirəcək bir padşah var idi”.
“Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi
(Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir
olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz
arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq”.
“Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-
anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini
istədik”.
“Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi.
Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh bir
adam idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən
bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi
(Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın
əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin
yozumu (batini mənası) budur!”
20 yanvar gecəsi Xızır Zində babanı çox
qəmgin gördüm
Pirdə olarkən söhbət etdiyim Peyğəmbər aşiqlərinin
danışdıqlarından da buranın həqiqətən Peyğəmbər məqamı
olduğuna şübhə yeri qalmırdı. İctimai marağa səbəb olacağını
nəzərə alıb, ziyarətgahda söhbət etdiyim bəzi insanların başlarına
gələn əhvalatları öz dillərindən oxuculara təqdim edirəm.
120
Övliyalar Ensiklopediyası
Beşbarmaq dağı
Quba rayonunun Əlibəyqışlaq kənd sakini:
- Uşaqlığımdan bu pirə böyük inamım var və imkan
daxilində tez-tez ziyarət etməyə çalışıram. Hərdən yuxuma da
girir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə yuxuda
gördüm ki, Xızır Zində Baba Beşbarmaq dağının başında oturub,
əli üzündə yollara baxır. Çox qəmgin, pərişan oturmuşdu. Sanki
çiyinlərində dağ boyda ağır yük vardı. Öz-özümə fikirləşdim
ki, görəsən nə hadisə baş verib ki, Baba belə qəmgindir?
Səhər açılanda eşitdim ki, rus qoşunları bu gecə Bakıda qırğın
törədiblər.
Gənc yaşlarımda bir gecə ailəlikcə evdə yatmışdıq deyə,
müsahibim söhbətini davam etdirir: - Otaqda məndən başqa anam
və kiçik bacı-qardaşlarım vardı. Gecə yuxudan ayılıb, anamın
121
Paşa Yaqub
üstünün açıldığını gördüm. İstədim durub yorğanı anamın üstünə
çəkəm, amma hava soyuq olduğundan və yuxu şirin olduğundan
fikrimdən vaz keçdim. Birdən öz-özümə fikirləşdim ki, körpə
olanda anam mənim üstümü nə qədər örtübdür, gecələri başımın
üstündə dayanıbdır, indi mən bir dəfə qalxıb onun üstünü örtə
bilmirəm. İçimdə özümü qınamağa başladım. Bu anda qapı
pəncərələr tayba-tay açıldı, içəri külək daxil oldu və küləklə
birgə otağa gülab ətri yayıldı. Elə bu vaxt qapının ağzında bir
kişi göründü. Kişi əlindəki əsanı yerə vurub: “Dur ananın üstünü
ört!” - deyə əmr etdi. Mən qaranlıqda kişinin üzünü aydın görə
bilməsəm də, səsini və hənirtisini açıq eşidirdim. Çünkü, dəqiq
bilirdim ki, yuxulu deyildim, oyaq idim.Yatağımdan qalxıb gedib
yorğanı anamın üstünə çəkdim və qayıdıb yerimə girdim. Bu
vaxt həmin kişi sağ biləyimdən yapışıb: “Mən Xızır Zindəyəm”
- dedi və yox oldu. Bir anlığa fikirləşdim ki, görəsən bu yuxudur,
yoxsa reallıq? Ətrafa baxdım ki, qapı-pəncərə hələ də açıqdır,
anamın üstü isə örtülüdür (hansı ki, anamın üstü əvvəlcə açıq
idi, sonra mən örtmüşdüm). Durub qapı-pəncərəni də örtərək,
təkrar yatağıma uzandım.
Mənim həyatım çox çətinliklərlə keçib - deyə, müsahibim
söhbətini davam etdirir: - vəziyyətdən çıxmaq üçün həmişə
Allaha və Xızır Zində Babaya dua etmişəm. Bir gecə yuxuda iki
qoç gördüm biri ağ, biri qara. Ağ qoçun boynunda qara yaylıq,
qara qoçunsa boynunda ağ yaylıq vardı. Bir səs mənə dedi ki,
bu qurbanlar Xızır Zində Babanındır. Bu yuxunu bir neçə il
dalbadal təkrar-təkrar görsəm də, əhəmiyyət vermirdim. Bu ilin
yanvar ayında yenidən yuxuda həmin qoçları gördüm. Bu dəfə
122
Övliyalar Ensiklopediyası
həmin səs mənə konkret olaraq dedi: “Bilirsən, bu qurbanları
hara aparmalısan? Bu qurbanları Xızır Peyğəmbərin ocağına
aparmalısan; diri Peyğəmbərin ocağına”. Artıq mən bu yuxuya
ciddi yanaşmağa başladım və pul toplayıb iki qoç aldım - biri
ağ, biri qara. Ağ qoçun boynuna qara yaylıq, qara qoçun da
boynuna ağ yaylıq bağlayıb, keçən ay gətirib burada - Beşbarmaq
dağında kəsdim. Qurbanları kəsib gedəndən sonra özümdə xeyli
yüngülləşmə hiss elədim. Sıxıntılarım yavaş-yavaş azalmağa
başladı. İçimdə özümü qınadım ki, gərək mən bu qurbanları
neçə il bundan qabaq kəsəydim.
123
Paşa Yaqub
ŞEYX MAHMUD ƏFƏNDİ
“Üzüağ olanlar Allahın mərhəməti içərisində olub,
orada (cənnətdə) həmişəlik qalacaqlar!” “Quran”, “İmran
ailəsi” surəsi, 107-ci ayə.
Allahın cənnətlə müjdələdiyi üzüağ bəndələrindən
biri də Şeyx Mahmud əfəndidir. O, 1809-cu ildə Qax
rayonunun Almalı kəndində doğulub, atası Hacı Məhəmməddir.
Şeyx Mahmud əfəndi haqqında apardığımız arxiv
araşdırmaları zamanı məlum oldu ki, o, savadlı olduğundan,
gəncliyində İlisu sultanı Daniyal Sultanın dəftərxanasında mirzə
işləmiş, həmçinin qohumu Hacı Ağa Bəyin yazı işlərinə kömək
etmişdir.
Sultandan və bəydən yüksək əməkhaqqı almasına
baxmayaraq, onu ən çox mənəvi elmlər maraqlandırırdı. Odur ki,
Mahmud əfəndi mənəvi dünyasını zənginləşdirmək və təsəvvüfü
biliklərə yiyələnmək üçün, işini tərk edərək, Qax rayonunun
Lələli kəndinə getmiş, orada Sufi (Nəqşibəndiyyə) şeyxi Hacı
Yunis əfəndiyə mürid olmuşdu. Mürşidi ona bir müddət batini
elmləri öyrətdikdən, təsəvvüf mərtəbələrində kamal dərəcəsinə
çatdıqdan sonra Almalı və ətraf kəndlərdə irşad etmək üçün
xilafətnamə vermişdir.
Həmin vaxtdan Şeyx Mahmud əfəndi irşada başlamışdır.
124
Övliyalar Ensiklopediyası
Şeyxin ətrafına çoxlu sayda müridlər
toplanması və bölgədə böyük nüfuz
qazanması çar hökumətini narahat
edirdi. Həmin dövrdə Şeyx Şamil öz
müridləri ilə rus hökumətinə qarşı
“Qazavat” etdiyindən, hökumət
məmurları Almalı Mahmud əfəndinin
də “Qazavata” dəstək olacağından
ehtiyat edirdilər. Odur ki, Şeyxi həbs
edərək, Rusiyaya sürgün etdilər. Şeyx Mahmud Əfəndi
Məmurlar onu aparmaq üçün,
faytona mindirərkən, nə qədər cəhd etsələr də, atlar yerindən
tərpənməmişlər. Nəhayət, övliya icazə verdikdən sonra, atlar
hərəkətə başlamışlar. Yolda gecənin qaranlığında faytonun təkəri
açılmış, məmurlar qaranlıqda təkəri yerinə bağlaya bilməmişlər.
Nəhayət, Şeyx Mahmud əfəndi yenə öz kəraməti ilə onları
dardan qurtarmışdı. Belə ki, övliya sağ əlini təkərin üstünə
tutduqda, əlindən çıxan işıq (nur) təkəri işıqlandırmış, məmurlar
onu yerinə bağlayaraq yollarına davam etmişlər.
Şeyxin sürgün dövrü Tatarıstanda keçib. Sürgündə olduğu
illərdə Mahmud əfəndi Kazan Universitetində müəllim kimi
fəliyyət göstərib. Nəhayət, 1862-ci ildə sürgündən qayıdıb.
Yerli məmurlar övliyanın xalq arasındakı nüfuzundan
və müridlərinin çoxluğundan həmişə ehtiyat edirdilər. Xalqın
rus hökumətinə qarşı narazılığını bildiklərindən, qorxurdular
ki, Şeyx Mahmud əfəndi xalqı üsyana qaldırar. Odur ki, Şeyxə
125
Paşa Yaqub
qarşı müxtəlif üsullarla təzyiqlər göstərib, onu köçməyə məcbur
etmək istəyirdilər.
Belə bir məqamda, 1864-cü ildə Həştərxan şəhərinə ilan
sürüləri doldu və xalqın rahatlığını pozmağa başladı. Həştərxan
valisi vəziyyətdən çıxmaq üçün Almalı Şeyx Mahmud əfəndini
şəhərə dəvət etdi və ondan kömək etməsini xahiş etdi. Övliya
Həştərxana gələndən üç gün sonra, şəhərə doluşan ilan
sürülərindən əsər-əlamət qalmadı. Xalq əmin-amanlığa qovuşdu.
Həştərxan valisi övliyanın bu şəhərdə yaşaması və irşad etməsi
müqabilində ona hər cür şərait yaradacağına söz verdi. Şeyx
onun təklifini qəbul edərək, ömrünün sonuna qədər bu şəhərdə
yaşadı və ətrafına çoxlu müridlər toplayaraq, İslam dininin
gözəlliklərini xalqa təbliğ etdi.
Nəhayət, 1876-cı ildə övliya Şeyx Mahmud əfəndi Allahın
rəhmətinə qovuşdu. Qəbri Həştərxan şəhərinin Maşeyx (Şeyxlər)
kəndindəki qəbiristanlıqda, Şeyx Buxarinin qəbrinin yanındadır.
Şeyxin Qax rayonunun Almalı kəndində yaşadığı və irşad
etdiyi evi indi möminlərin ən sevimli ziyarətgahıdır. Övliyanın
həmin kənddə tikdirdiyi məscidi sovet hökuməti gümbəzini və
minarəsini götürərək mədəniyyət evinə çevirmişdi. Bu gün də
həmin bina mədəniyyyət evi kimi fəaliyyət göstərir.
Mahmud əfəndinin sürgündən qabaq Azərbaycanda
Abdulla və Arif adında iki oğlu olub. O, Həştərxanda da ailə
qurmuş, orada Abdullah və Əbdurrəhman adlı iki oğlu olmuşdur.
Onun Həştərxanda inşa etdirdiyi “Г” şəkilli, ikimərtəbəli,
çoxmənzilli evi sovet hökuməti dövründə alınaraq, əhaliyə
126
Övliyalar Ensiklopediyası
yaşayış evi ikimi bölüşdürülmüşdür. Evin yalnız bir otağını
Şeyxin nəvəsi Rəqibəyə vermişlər ki, o da 1970-ci illərdə orada
Şəfiqə adlı bir qızı və adını bilmədiyimiz bir oğlu ilə yaşamışdır.
Rəqibə xanım 1970-ci illərdə ona qonaq getmiş
qohumlarına danışırmış ki, Şeyx bu evdə yaşayan vaxtı öz
otağının qapısını heç vaxt kilidləməzmiş. Sadəcə, qapını örtüb
gedərmiş. Buna baxmayaraq, özündən başqa heç kəs qapını aça
bilməzmiş. Mahmud Əfəndi gələndə isə, qapı Qüdrəti-İlahidən,
əl vurmamış açılarmış.
Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına
yüksələn Mahmud əfəndinin Azərbaycanda, Dağıstanda,
Tatarıstanda və Həştərxanda minlərlə müridi olmuşdur ki,
onlardan aşağıdakıların adları məlumdur:
1. Şeyx Əhməd əfəndi Talalı.
2. Hacı Məhəmməd əfəndi ər-Ruçi (1885-ci ildə Qax
rayonunun Şotavar kəndində vəfat etmiş, məscidin həyətində
dəfn edilmişdir).
3. Əbdülvəhhab əfəndi əl-Həştərxani.
4. Hacı Həmzət əfəndi əs-Saxuri (1890-cı ildə İlisu
kəndində vəfat etmişdir, “Beşbulaq”ın yaxınlığında türbəsi var).
5. Məhəmməd Zakir əfəndi əl-Gistavi (Tatarıstanda
təsəvvüfi fəaliyyət göstərmişdir.)
6. Hacı Əfəndi əl-Qaxi
7. Hacı Həzrət əfəndi əs-Saxuri (1866-cı ildə Dağıstanın
127
Paşa Yaqub
Saxur kəndində vəfat etmiş, orada da dəfn olunmuşdur.)
8. Hacı Cəbrayıl əfəndi əs-Saxuri (1889-cu ildə Qax
rayonunun Ləkit kəndində vəfat etmiş, orada da dəfn olunmuşdur,
hazırda qəbri ziyarətgahdır).
9. Hacı İsmayıl əfəndi (1884-cü ildə Zaqatala rayonunun
Suvagil kəndində vəfat etmiş, orada dəfn olunmuşdur).
10. Hacı Baba əfəndi (1886-cı ildə Qaxda vəfat edib,
orada dəfn olunub).
12. Hacı Nurullah əfəndi (1896-cı ildə vəfat edib, Şəkinin
Laysk kəndində dəfn olunub).
128
Övliyalar Ensiklopediyası
ŞEYX ƏHMƏD ƏFƏNDİ
“Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua
edərək) yalvarıb yaxaran və özünü tamamilə Allaha təslim
etmiş bir zat idi”. “Quran”,“Hud” surəsi, 75.
Həyatını elm öyrənməyə və öyrətməyə sərf edən və
bu yolla övliyalıq məqamı qazanan şəxslərdən biri
də Şeyx Əhməd Əfəndidir. O, 1839-cu ildə Zaqatala rayonunun
Tala kəndində doğulub. Atası Mustafa əkinçiliklə məşğul olurdu.
Erkən yaşlarında atasını itirdiyindən el arasında “Yetim Əhməd”
deyə çağrılırmış.
“Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!”
Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur
ki, yaşıdlarından fərqli olaraq Talada kənd ağsaqqallarının təşkil
etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak
edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq
asardı. Yetim Əhmədin uşaqlıqda iştirak etdiyi məclislərdən
biri də Ramazan ayının son on gecəsində qeyd edilən Qədr
gecəsinin ehtimal edildiyi Əhya gecələri idi. Onda balaca Əhməd
ağsaqqalların bura nə üçün toplaşdığını və Qədr gecəsinin
nə olduğunu bilmirdi. Heç kəs, hətta, mollalar da ona nəyisə
129
Paşa Yaqub
öyrətməkdə maraqlı deyildilər. Çünkü, onlar dərsi imkanlı
ailələrin uşaqlarına keçirdilər. Odur ki, axşamdan bir az keçmiş
evin bir küncündə oturan yetim Əhmədi yuxu tutdu. Mollalar isə,
Qədr gecəsini görmək arzusuyla ibadətlərini davam etdirdilər.
Amma, necə deyərlər “Sən saydığını say, gör fələk nə sayır”.
Gecənin bir vaxtı ağsaqqal, nurani bir şəxs balaca Əhmədi
yuxudan oyadıb, ona həyətdə dəstəmaz aldırdı. Bu gecə “Qədr
gecəsi” olduğunu bildirib, onun mahiyyətini uşağa başa saldı:
namaz qılıb dua etməyin vacib olduğunu bildirdi. Müqəddəs
“Quran”ın qədr gecəsi surəsini izah etdi.
Əhməd bütün bunları bildikdən sonra namaz qılıb dualar
etdi. Səhər açılanda ağsaqqallar yuxudan oyanıb bir-birlərindən
Qədr gecəsini görüb görmədiklərini soruşdular. Heç biri müsbət
cavab vermədikdə, balaca Əhməd gecə şahidi olduğu əhvalatı
danışdı. Mollalar çox pərt oldular ki, neçə illər ibadət etdikləri
halda Allah dərgahında Yetim Əhmədin hörməti onlarınkindən
üstündür.
Bu əhvalatdan sonra Əhməd əfəndi elm öyrənməyə
başladı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm
əfəndidən dərs aldı. Daha sonra isə, İlisuda Səid əfəndinin
yanında elmini bir qədər də dərinləşdirdi.
1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və
tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət
Əfəndi ilə birlikdə Nəqşibəndiyyə şeyxi almalı Mahmud
əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran
Əhməd Əfəndi seyr və sülukunu tamamlayaraq məzun oldu.
130
Övliyalar Ensiklopediyası
Şeyx Mahmud əfəndi Talada
irşad etmək üçün Əhməd əfəndiyə
xilafətnamə (icazənamə) verdi. Həmin
dövrdə onun əqidədaşı olan Şeyx
Şamil çar hökumətinə qarşı müridizm
hərəkatına rəhbərlik etdiyindən
ruslar Zaqatala şeyxlərinin də onlara
qoşulacağından ehtiyat edib 1863-cü
ildə Şeyx Əhməd əfəndini həbs etdilər.
Şeyxi İrkutsk vilayətinə sürgün etdilər. Şeyx Əhməd Əfəndi
Bir müddət çar həbsxanasında saxlanan
Əhməd əfəndi öz kəramətləri ilə nadzorları heyrətə saldı. Belə
ki, gündə beş vaxt namazda kameranın qıfılları Qüdrətli-İlahidən
açılar, Şeyx həyətdə dəstəmaz alıb, namaz qıldıqdan sonra
yenidən kameraya qayıdarmış. Bu və digər möcüzələri görəndən
sonra 1866-cı ildə övliyanı sərbəst buraxdılar.
Sürgündən qayıdandan sonra Əhməd əfəndi Aşurə adlı
qızla ailə qurdu. Daha sonra iki dəfə Həcc ziyarətində oldu.
İkinci Həcc ziyarətindən qayıdanda İstanbula gəldi. Səkkiz il
İstanbulda yaşayan Şeyx Əhməd burada ikinci dəfə evləndi və
Abidət adlı qızı oldu (Abidətin qəbri Talada atasının yanındadır).
Əhməd əfəndi İstanbulda yaşadığı dövrdə Sultan
Əhməd camisində dərs deyirdi. Sonralar o, Misirin Əl-əzhər
Universitetinə müəllim kimi dəvət alsa da, xanımı vəfat
etdiyindən Talaya qayıtdı.
İstanbulda olarkən İmam Şamilin oğlu Qazı Məhəmməd
131
Paşa Yaqub
Əhməd əfəndi ilə görüşərək, “Qazavat”etmək istədiyini bildirdi
və Şeyxdən məsləhət istədi. Əhməd əfəndi Şeyx Şamilin oğluna
yazdığı məktubda belə tövsiyə edirdi:
“İndi vuruşmağın əhəmiyyəti yoxdur. Atan 30 il vuruşdu,
lakin, o da lazım olanda qılıncı yerə qoydu. Türk xalqı böyük
xalqdır, amma yenə deyirəm ki, hər işin öz vaxtı var”.
Tala kəndində irşad etdiyi müddətdə Şeyx Əhməd
əfəndinin ətrafına yüzlərlə mürid toplaşmışdı. Müridləri onda
zaman-zaman kəramətlər müşahidə edirdilər. Belə ki, bir gün
namaz vaxtı Şeyx səcdəni həddən artıq uzatdı. Müridləri onun bu
qədər səcdədə qaldığını görməmişdilər. Namazın sonunda ondan
bunun səbəbini soruşduqda bildirdi ki, həmkəndliləri dağ yolu ilə
gedərkən uçquna düşdülər və məni çağırdılar; onların köməyinə
getdiyimdən səcdədən qalxa bilmədim. Müridlərdən bəziləri
buna şübhə etsələr də, qapıdan çıxanda şeyxin başmaqlarının
yaş olduğunu gördükdə şübhələri aradan qalxdı.
Əhməd əfəndi insanlara xeyirxahlığı təbliğ etdiyi kimi,
özü də bu xeyirxahlığın nümunəsi idi. Belə ki, o, öz vəsaiti və
rəhbərliyi ilə Talaya 14 km uzunluğunda su xətti çəkdirdi. Bu
gün də insanlar həmin sudan istifadə etdikcə övliyaya rəhmət
oxuyurlar.
Şeyx Əhməd əfəndi 1901-ci ildə Talada əsasını qoyduğu və
lazım olan vəsaitini ayırdığı məscid 1910-cu ildə tamamlanmaqla,
keçmiş SSRİ-də ən böyük məscid idi.
Kəramətli övliya və Nəqşibəndiyyə şeyxi olan Əhməd
132
Övliyalar Ensiklopediyası
əfəndi 1904-cü ildə dünyasını dəyişdi. Cənazə namazına 1500-ə
yaxın adam dayanmışdı. Dəfn mərasimində iştirak edənlər isə,
15 minə yaxın idi.
Dəfn mərasimdə iştirak edənlərin bir ucu qəbiristanlığa
çatanda arxa tərəfi hələ şeyxin həyətində idi. Şeyxin cənazəsi Tala
qəbiristanlığında müqəddəs bəsil nəslindən olan Hacı Ramazanın
(Ölüm tarixi hicri-1308 miladi 1890-1891) məzarının yanından
keçəndə hansısa bir qüvvənin təsiri ilə dayandı. İnsanlar nə
qədər cəhd etsələr də, cənazə irəliləmədi. Bir neçə dəqiqə sonra
cənazə yoluna davam etməyə başladı. Deyilənə görə Əhməd
əfəndi sağlığında da bu müqəddəs məzarın yanından keçəndə
ayaq saxlayıb dua vermədən keçməzmiş.
Şeyx Əhməd əfəndinin başdaşının kitabəsinin ərəbcədən
tərcüməsi belədir:
“Hökmranlıq vahid, qüdrətli Allaha məxsusdur! İki
dünyanın hökmdarına eşq olsun! Bu məzar pirlik məqamına
çatmışların çırağı, bu torpaq xalqın günəşi, böyük xilaskarların
və əzəmətli şeyxlərin qütbü, qüdrətli və hakimiyyət sahibi Allaha
qovuşanların və ariflərin tacı, öz əsrinin vahidi, zəmanəsinin
yeganəsi, Allahı dərk etmiş, Allahın rəsulunun canişini, xalqın
və dinin mürşidi, on dörd məsumun dini uğrunda zəhmət çəkən
alim, əl-Məhəmmədi, əl-Xadrai, ən-Nəqşibəndi, əl-Mücəddədi,
əl-Xalidi, əl-Mahmudi (Almalı Mahmud Əfəndi nəzərdə tutulur-
müəllif.) Talalı şeyx Əhməd Əfəndi 1321-ci ildə zilhiccə ayının
onu gecəsi vəfat etmişdir (27 fevral 1904-cü il) Torpağı pak
olsun”.
133
Paşa Yaqub
Şeyxin məzarının sol tərəfində Nəqşibəndi şeyxi,
Dağıstanlı Hacyu əfəndinin qəbri vardır. Qəbrin başdaşının
ərəbcə kitabəsinin tərcüməsi belədir:
“Allah! Mahmud əfəndi Almalı, Şüayb əl-Bəkir əfəndi,
Hacı İbrahim əfəndi əl-Qcuri, Əhməd əfəndi, şəkili Hacyu əfəndi,
imam rəbbani Əhməd Sirhindi, Bağdadlı Xalid, ölüm məlaikəsi
Bahəddin Məhəmməd əl-Buxari... Bu qəbir İslamın çırağı,
xalqların mürşidi, qüdrət və hakimiyyət sahibi ariflərin və Allaha
qovuşanların son dərəcə yaxşısı və layiqlisi, əsrinin yeganəsi,
zəmanəsinin vahidi, Allahı tanıyan, Allahın rəsulunun canişini,
on dörd məsumun dini uğrunda çalışan görkəmli alim Hacyu
əfəndi əl-Məhəmməd, əl-Xədrai nəqşibəndi, əl-Mücəddədi, əl-
Xalidi, əş-Şəkuri Dağıstanlı, hicri, 1367-ci ildə, rəbi ələvval
ayının onu, gecə yarısı (22 fevral 1948) vəfat etmişdir. Kitabəni
talalı Əbdül Qadir yazmışdır”.
Başdaşının arxa tərəfində nəqşibəndiyyənin içərisində
“Allah” sözü yazılmış ürək formalı çevrədən ibarət embleması
həkk olunmuşdur.
Hər iki kitabədən göründüyü kimi, nəqşibəndiyyə
silsiləsindən olan alimlərin adları hörmətlə yad edildikdən sonra
mərhumun adı çəkilir.
Əhməd əfəndinin Tala kəndindəki evini 30-cu illərdə
sovet hökuməti müsadirə edərək MTS idarəsinə verdi.
Şeyxin Abdulla və Məhəmməd adlı iki oğlu qalmışdı.
Abdulla uşaq yaşlarında dünyasını dəyişdi. Din xadimi olan
134
Övliyalar Ensiklopediyası
Məhəmməd isə, Ruqiyyət adlı qızla evləndi. Onların nikahından
Əhməd (1905) və Mustafa (1906) adında iki oğlu, Aşurə (1923
təv) Xatimət, Əminəxatun, Minəsona adlı dörd qızı olub.
Atasının yolunu davam etdirdiyinə görə rus hökuməti
Məhəmməd əfəndini də təqib etməyə başladı. 1930-cu illərdə
həbs olunan Molla Məhəmməddən sonralar heç bir xəbər
çıxmadı. Onun həbsinin səhərisi günü isə arvadı Ruqiyyəni,
oğlanları Əhmədi və Mustafanı, körpə qızları Aşurəni, Xatiməti,
Əminəxatunu da həbs edərək, sürgünə göndərdilər. Qızlardan
biri Minəsona ərdə olduğu üçün, onun özünü yox, ərini sürgün
etdilər. Qızlardan yeganə sağ qayıdan Aşurə söhbət edirmiş ki,
Qazaxıstan çöllərində çox ağır sürgün həyatı keçiriblər. Azov
dənizindən qamış qırıb, ocaq yandırırmışlar. Çox çətinliklə əldə
etdikləri kəpəyi həmin ocaqda qaynadıb, horra bişirib içirlərmiş.
Anası və iki bacısı bu məşəqqətlərə dözməyərək orada vəfat
ediblər. On yaşlıAşurə isə vətənə qayıdıb (sonralar o, Həbibullah
adlı şəxslə ailə qurub).
Molla Məhəmmədin oğlanları Mustafa və Əhməd 1933-
cü ildə sürgündən qayıdandan sonra, yenə də təqib olunduqlarını
görüb, dağlara çəkiliblər. 1937-ci ilə qədər qaçaq həyatı
yaşayandan sonra, qonşularından biri öyrədilərək onların yanına
göndərilib və aldadılaraq aşağı endirilib. Evlərinə qayıdan kimi
Əhmədi və Mustafanı həbs edərək, güllələnməyə göndəriblər.
135
Paşa Yaqub
Möcüzəli quş
Yuxarıda qeyd etdim ki, 30-cu illərdə Molla
Məhəmmədin ailə üzvləri repressiya olunanda Minəsona adlı
qızına toxunmamışdırlar. O, 1979-cu ildə dünyasını dəyişdi.
Mərhumənin 40-ı günü baş verən bir möcüzə gələnləri
heyrətə saldı. Belə ki, göyərçin boyda, həddən artıq bəzəkli
bir quş qadınların oturduğu otağa girərək, Aişənin (sürgündən
sağ qayıdan qızın-müəllif) başına qonub və qanadını geniş
açaraq onun yanında əyləşən Əminətin başına salıb. Bir qədər
durduqdan sonra, quş pəncərənin qabağına qonub və oturanlara
tamaşa etməyə başlayıb. Həmin vaxt evdə Hafizə adlı qohum
qadın yataqda xəstə yatırmış. Qadınlardan biri quşu götürüb,
xəstənin üzərinə qoyur ki, bəlkə şəfa tapa. Hafizənin üzünə
diqqətlə baxan quşun gözlərindən yaş axmağa başlayır. Həmin
günün səhəri Hafizə dünyasını dəyişir. Daha sonra quşu götürüb
həyətə çıxarırlar ki, gələnlər hamısı görsün. Hadisə şahidlərinin
danışdığına görə hələ nə o vaxtadək, nə də ondan sonra belə bir
bəzəkli, yaraşıqlı və gözəl gözlərə malik bir quş görməyiblər.
Şeyx Əhməd əfəndinin davamçıları:
1. Hacı Osman əfəndi (ölümü 1918);
2. Hacı Mustafa əfəndi Əl-Qadiri;
3. Əbdülvəhab əfəndi əs-Saxuri;
4. Həsən Dəbir ət-Taşi;
136
Övliyalar Ensiklopediyası
5. Musa Dəbir-əl-Qarani əd-Dağıstani;
6. Hacı Mamay əfəndi;
7. Ömər əfəndi əl-Qarali;
8. Hacı Mustafa Əfəndi əl-Malaxi (1919-cu ildə Qax
rayonunun Malax kəndində vəfat edib.);
9. Hacı Şirin əfəndi əl-Güllükü (1899-cu ildə Səudiyyə
Ərəbistanının Ciddə şəhərində vəfat edib)
10. Əbdürrəhman əfəndi əl-Əhhadi (qəbri Zaqatala
rayonunun Tala kəndində şeyxinin yanındadır);
11. Musa əfəndi əl-Göynüki;
12. Temirxan əfəndi əl-Çarışlı;
13. Murtuza Əli əfəndi əz-Zəldi əl-Xaraxi;
14. Hacı Gülməhəmməd əfəndi əl-Mosuli;
15. Hacı Əbdürrəhman əfəndi əl-Qumuği (1909-da vəfat
edib, qəbri Tala kəndindədir);
16. Əbdüssəlam Əfəndi əl-Xaçmazi (qəbri Oğuz
rayonunun Padar kəndidndədir.);
17. Hacı Şamil əfəndi əl-Batuni;
18. Hacı Ömər əl-Hədli əl-Aradi;
19. Hacı Əndal əl-Hədli əl-Aradi;
20. İbn Həcər əl Ukehi;
21. Hacı Bəkri əfəndi əl-Məşləfi (Zaqatala);
22. Cüneyd Əfəndi əl-Qaxi.
137
Paşa Yaqub
KƏRİM BABA
“İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, Allah
onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri
sevməz!” “Quran”, “İmran ailəsi” surəsi, 57-ci ayə.
Yaxşı əməllərinə görə Rəbbimin mükafatlandırdığı
qullarından biri də böyük övliya Kərim Babadır.
O, XIX əsrdə Oğuz rayonunun Filfilli kəndində yaşamışdır.
Atasının adı Vəlixan olub. Elm, iman və təqva sahibi olduğundan,
həmçinin, həyatını “Quran”ın və İslamın təbliğinə həsr
etdiyindən, allah-taala onu peyğəmbərlərdən sonra ən yüksək
məqama-övliyalıq məqamına yüksəltmişdir. Duaları Haqq
dərgahında rədd olunmadığından, insanlar çətin anlarında ondan
dua etməyi xahiş edərlərmiş. Ağsaqqalların danışdığına görə
isti yay aylarında uzun müddət imiş ki, Oğuz bölgəsində yağış
yağmadığından camaatın əkinləri susuzluqdan yanırmış. Yenə
də insanlar ümid yeri kimi Kərim Babaya üz tutub, Allaha dua
etməsini xahiş edirlər. Övliya onlara məsləhət görür ki, imkanlı
adamlar hərəsi bir qurban götürüb cümə günü qəbiristanlığa
toplaşsınlar.
Cümə günü kənd ağsaqqalları deyilən yerə gəlirlər və
çoxları da qoyun qurbanı gətirirlər. Kərim Baba qəbiristanlıqda
dəfn olunmuş kəramətli bir övliyanın qəbrinin başında “Quran”
oxuyur, namaz qılır və həmin övliyanı vəsilə tutaraq Allahdan
138
Övliyalar Ensiklopediyası
yağış yağdırmasını istəyir. Baba duasını qurtarandan sonra
qurbanları kəsməyə başlayırlar. Bir neçəsini kəsdikdən sonra,
deyir: “Dayanın, kəsdiklərinizi də götürün tez məscidə gedəyin,
qurbanların qalanını da orada kəsin”. Səbəbini soruşduqda
övliya cavab verir ki, “Bu saat güclü yağış yağacaq, tez buradan
aralanmaq lazımdır”. Hava çox isti və günəşli olduğundan
çoxları inanmır. Lakin insanlar məscidə çatmamış göyün üzünə
qara bulud gəlir və güclü yagış başlayır. Beləliklə, camaatın
bütün əkinləri bol-bol su içir.
“Kərim Baba elmli və ağır övliyadır”
Filfilli kəndində olarkən ağsaqqallarla da görüşdüm.
Onların danışdıqları maraqlı söhbətləri oxuculara təqdim edirəm:
Abdullayev Abdulla Həbib oğlu - Filfilli kəndinin 80 yaşlı
sakini:
- Atam danışırdı ki, bir gün Dağıstandan bir şeyx Filfilliyə
qonaq gəlib. Babam Molla Beydullah əfəndi kəndin mollası
olduğundan, gələn qonaq da bizə düşüb. Dağıstanlı şeyx babamdan
xahiş edib ki, onu Filfilli qəbiristanlığına aparsın. Babam onun
xahişini yerinə yetirir və oradakı övliyaları birlikdə ziyarət
edirlər. Şeyx qəbiristanlıqda dəfn olunmuş öliyaların qəbrlərinin
ayaq tərəfində duraraq, onların bütün əlamətlərini - boyunu, sifət
cizgilərini, elmini, həyatda olarkən nə işlər gördüyünü, nədən
öldüyünü babama danışmağa başlayır və bildirir ki, bəsirət gozü
139
Paşa Yaqub
açıq olduğundan, qəbirdəki şəxsi görür və onun ruhu ilə söhbət
edir. Hacı Məsim əfəndinin qəbrinin yanında olanda onun çox
elmli olduğunu, Kərim Baba haqqında isə, elmli olmaqla yanaşı,
həm də ağır övliya olduğunu deyib. Köhnə qəbiristanlıqda
olan bir övliya qəbrinin yanında duranda isə, onun düşmənləri
tərəfindən xəncər yarası ilə öldürüldüyünü bildirib. Babam ondan
soruşub ki, mən də ilahiyyat elmini, “Quran”ı bilirəm və kəndin
mollasıyam; bəs mən niyə qəbirdəkilərlə danışa bilmirəm? Şeyx
cavab verib ki, “Sənə verilən nəzirlərin çoxusu haramdır, ona
görə də bəsirət gözün açılmır”.
Babam yataqda yatan iki oğlunu şeyxə göstərib: Bunlardan
hansınin faydalı olacağını soruşub. Şeyx hər iki uşağın başına əl
çəkib, Abdulla əmim haqqında deyib ki, bu uşaqdan muğayat ol,
gedəsi qonaqdır. Çox keçmir ki, əmim dünyasını dəyişir.
Kərim Babanın şərif məzarı hazırda Filfilli kəndində
müqəddəs ziyarətgahdır.
140
Övliyalar Ensiklopediyası
HACI MUSTAFA ƏFƏNDİ
Sufi şeyxi Hacı Mustafa əfəndi övliyaların
görkəmlilərindəndir. O, XIX əsrin ortalarından 1919-
cu ilə qədər Qax rayonunun Malax kəndində yaşamışdır.
Atasının adı İsgəndər olub. Onun Malax kəndindəki
qəbrinin başdaşındakı kitabənin ərəbcədən tərcüməsi belədir:
“Ya Rəhman, Ya Rəhim! Yer üzündə olan hər kəs fanidir.
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Bu
məşhur şeyx, bacarıqlı mürşid, sufilərdə üçüncü dərəcəyə
çatmışların başçısı (əl-salikin), iki müqəddəs şəhəri-Məkkə və
Mədinəni ziyarət etmiş, şərəflilərin və zəvvarların, insanların və
cinlərin başçısı əl-Hac Mustafa Əfəndi, əl-Əhmədi, əl-Mahmudi,
əl-Xalidi, əl-Xədra Nəqşibəndi şeyx əl-Hacı Mustafa Əfəndi bin
Hacı İsgəndərin qəbridir. Rəhmətlik cəmadiül-əvvəl ayı 1337-
ildə (03-04.03.1919) cənnət otağına köçmüşdür”
Kitabədən göründüyü kimi, Hacı Mustafa əfəndi sufiliyin
nəqşibəndiyyə qoluna mənsub olmaqla, üçüncü dərəcəyə çatmış
şeyx olmuşdur. Bildiyimiz kimi, sufilərdə bu dərəcəni almaq
üçün mütləq digər sufi şeyxinə mürid (tələbə) olmalı və onun
rəhbərliyi altında bütün zahiri və batini elmləri mənimsəmək
gərək. Sonda imtahan verərək, müvəffəqiyyət qazanan tələbə
hansısa bir bölgəyə şeyx təyin edilirdi. İmtahanlardan biri 40
saymaq idi ki, bu vaxt mürid bir bardaq su və qırx ədəd xurma
götürüb, qaranlıq quyuya girər, gündə bir qurtum su və bir
141
Paşa Yaqub
xurma yeyərdi. Bu müddətdə orada ibadət edər və “Quran”ı
oxuyub, başa çıxardı. 40 gün tamam olanda müridi quyudan
çıxarıb, tanımadıgı bir qəbiristanlığa aparar, oradakı qəbirlərdən
birini (və yaxud bir neçəsini) göstərib, qəbirdə yatan şəxsin
cinsi, yaşı, həyatdakı fəaliyyəti və s. barədə soruşardılar. Əgər
düzgün cavab verərdisə, deməli 40 saymaq effektli olmuşdur.
Bu vaxt ona dərəcə verər və şeyx təyin edərdilər. Dərəcəsini
artırmaq istəyənlər bəsirətli olduğunu sübut etmək üçün daha
ağır imtahanlardan keçməli olardılar.
Şeyx Mustafa Əfəndi də üçüncü dərəcəli (əl-saik) şeyx
rütbəsi almazdan oncə, bir neçə il böyük övliya talalı Şeyx Əhməd
Əfəndiyə mürid oldu. Onun nəzarəti altında seyr və sülukunu
tamamladıqdan, zahiri və batini elimləri mənimsədikdən sonra,
imtahan verərək, müvəffəqiyyət qazanmış və irşaq fəaliyyəti
göstərmək üçün Malax bölgəsinə şeyx təyin edilmişdir.
Yeri gəlmişkən, qeyd edim ki, talalı Şeyx Əhməd əfəndi
özü Almalı Şeyx Mahmud əfəndidən (1809-1876) dərs almış, o
da öz nəvbəsində kəramətli övliya Lələli Şeyx Yunis Əfəndidən
(XVIII-XIX əsr) dərs almış, sonuncu isə, Kürdəmirli mövlana
Hacı İsmayıl Əfəndi Şirvanidən (1782-1848) dərs almışdır.
Hacı Mustafa Əfəndi şeyx olmaqla yanaşı, həm də kəramət
sahibi övliya idi. Duaları haqq dərgahında qəbul olunduğundan,
insanlar çətin anlarında ona üz tutardılar. Onun bəsirət və kəramət
sahibi olmasını sübut edən əhvalatlar bu gün də xalq arasında
maraqla danışılmaqdadır. Deyilənə görə, Şeyx cümə namazından
qayıdanda həyat yoldaşı soruşur ki, niyə gec gəldin? Cavab verir
142
Övliyalar Ensiklopediyası
ki, namazdan sonra Şalbuz Babanı ziyarətə getmişdim, onunçün
ləngidim (Dağıstanda dəfn olunmuş övliya). Qadın heç nə
demədən otağa keçir. Şeyxin iki arvadı vardı. Mustafa Əfəndi
eşidir ki, qadınlardan biri o birinə deyir: “Əfəndi elə bilir ki,
biz qadınıq deyə heç nədən başımız çıxmır, bizi aldatmaq istəyir.
Guya biz bilmirik ki, bir saatın içində Dağıstanda Şalbuz Babanı
ziyarət edib, qayıtmaq olmaz?!”
Övliya bu söhbəti eşitsə də, heç nə demir. Növbəti cümə
günü namazdan evə qayıdanda qəsdən həyat yoldaşına deyir
ki, başmaqlarımı təmizlə. Qadın başmağa baxanda, üstündə qar
olduğunu görür və ərinin Şalbuz Babanın ziyarətindən gəldiyinə
heç bir şübhə etmir.
Onu da qeyd edim ki, sufilərin həyatına dair apardığım
araşdırmalardan görünür ki, onlardan üçüncü dərəcəyə (əl-salik)
çatanlar su üzərində gəzmək, uzaq məsafəni qısa vaxta qət etmək
kimi problemlərin öhdəsindən Allahın izni ilə çox asanlıqla
gəlirlər. Şeyx Mustafa əfəndidə də bu cür kəramətlər olmuşdur.
XX əsrin əvvəllərində Malax kəndində taun xəstəliyi
yayılmışdı. Xeyli sayda insan bu xəstəliyin qurbanına çevrilmişdi.
Nəhayət, ağsaqqallar Hacı Mustafa əfəndinin yanına gəlib,
çıxış yolu göstərməsini xahiş etdilər. Bu xəstəlikdən dünyasını
dəyişənlərin məzarlığı təpənin ütündə idi. Şeyx camaatı toplayıb,
həmin məzarlığın altından təpənin bir üzündən o biri üzünə tunel
qazdırdı. Sonra bütün kənd əhalisini bir-bir həmin tuneldən
keçirməyə başladı. Özü isə tunelin çıxışında dayanaraq, əlində
tutduğu və əvvəlcədən dua oxuduğu bir vedrə sudan adamların
143
Paşa Yaqub
üzərinə çiləməyə başladı. Yaşlı adamların danışdığına görə
həmin gündən kənddə bir nəfər də olsun bu bəlaya düçar olmadı.
“Bu ev it kimi adamlara qismət olacaq”
Şeyxin Malax kəndindəki evini ötən əsrin əvvəllərində
İlisudan olan ustalar inşa etmişlər. Evin eyvanlarından birinə
tamet döşənmişdir. Həmin dövrdə tametlər həyətdə kustar
usulla hazırlandığından yaş-yaş düzülürdü, yerində də quruyub
bərkiyirdi. Bir gün ustalar görürlər ki, axşam eyvana düzdükləri
tametin üzərində itin ayaq izləri var. Mustafa Əfəndiyə deyirlər
ki, bu tametləri sökək, başqasını düzək; bunlar artıq murdarlanıb,
sizə layiq deyillər. Şeyx cavab verir ki, “Narahat olmayın, onsuz
da yaxın vaxtlarda bu ev it kimi adamlara qismət olacaq”.
Bu söhbətdən sonra çox keçmir ki, övliya dünyasını dəyişir.
Bir neçə ildən sonra isə, Allahı inkar edənlər - kommunistlər
hakimiyyətə gəlirlər. Şeyx Mustafa Əfəndinin evini müsadirə
edərək, bir otağını kolxoz sədrinə, birini partiya katibinə, birini
komsomol katibinə, bir otağını isə, məktəbə verirlər. Övladlarını
isə kənddən didərgin salırlar.
Nəhayət, sovet hökuməti dağılana yaxın nəvə-nəticələri
həmin mülkü geri qaytara bilirlər. Onu da qeyd edim ki, həmin
eyvandakı it ləpirləri bu günə qədər qalmaqdadır.
144
Övliyalar Ensiklopediyası
Malax kəndinin adı Ömərabad olub
Malaxda olarkən, burada diqqətimizi çəkən qədim bir
məscidin qalıqları oldu. Məciddəki kitabənin məzmunundan
aydın olur ki, bina Molla Xəlilin oğlu Molla Mübin tərəfindən
hicri 1277-ci ildə (miladi 1860-1861) tikilib.
Digər bir camenin ərəbcə yazılmış kitabəsində deyilir ki,
hazırda Malax adlanan ərazi əvvəllər Ömərabad adlanırmış.
Həmin cameni 1906-cı ildə Hacı Mustafa Əfəndi kənd camaatının
köməyi ilə tikdirmişdir.
Bu və digər faktlar sübut edir ki, Şeyx Mustafa əfəndi
mədəni-maarif işlərinin inkişafında, bölgədə sosial problemlərin
həll edilməsində də mühüm işlər görmüşdür. Onun çox zəngin
kitabxanası olmuşdur ki, kommunistlərin hakimiyyəti dövründə
hamısı yandırılmış, və yaxud torpağa basdırılmışdır.
Kəramətləri ilə məşhur olan Şeyx Mustafa əfəndinin şərif
məzarı bölgənin inanclı insanları tərəfindən bu gün də hörmətlə
yad edilməkdədir. Biz də öz növbəmizdə bu həzrətin pak ruhuna
dualar oxuyub, Bakıya qayıdırıq...
145
Paşa Yaqub
ŞEYX YUSİF ƏFƏNDİ
“Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti
heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu
kimsəyə (həkimə, övliyaya və s.) izn verdikdən sonra şəfa verə
bilər”. “Qurani-Kərim.”
Ayədən göründüyü kimi, Allahın razı olduğu şəxs
Onun şəfasını bəndəyə catdıra bilər. Belə şəxslərdən
biri də məşhur sufi Şeyxi Yusif Əfəndidir. O, Ərəş mahalının
Ərəbbəsrə kəndində (indiki Yevlax rayonun tabeliyində kənd)
doğulub. Müqəddəs məzarı da bu kənddədir. Şeyxin başdaşının
kitabəsində ərəbcə aşağıdakı sözlər həkk olunmuşdur:
“Bu məqbərə məşhur şeyx, böyük və ləyaqətli mürşid,
müqəddəs övliyaların görkəmlisi (qütbü), əzəmətli seyyidlərin
başcısı, mövlana, iki müqəddəs ziyarətgahda olmuş əl-Hac,
insanların və cinlərin başcısı əl-Hac Yusif Əfəndi İbn mərhum
Məhəmməd İbn Molla Yusif əl-Bəsrənindir. Rəcəb ayı 1324
(21.08-20.09. 1906) ildə dünyadan köçmüşdür”.
Kitabədən onun böyük ruhani alim, mürşid olduğu və
babasının adını daşıdığı məlum olur. Molla sözündən görünür
ki, onun babası da alim olmuşdur. Bundan başqa Mövlana
Yusifin mənşəcə İraqın Bəsrə şəhərindən olduğu aydınlaşır.
Azərbaycan Milli Elimlər Akademiyasının əməkdaşı,
146
Övliyalar Ensiklopediyası
professor Məşədixanım Nemətova Şeyx Yusif Əfəndinin oğlu
Bahəddin Yusifova istinadən yazırdı ki, Yusif Əfəndi Oğuz
rayonunun Tüntül kəndində dəfn olunmuş ruhani alim Hacı
Şeyx Yusif padar Hacı Əli Babanın müridi (tələbəsi), o da öz
növbəsində dərviş Evliya Nəbinin (Qəbələ rayonunun Novul
Qışlaq kəndində dəfn olunub) müridi, o da Mövlana Şeyx Hacı
İsmayıl Kürdəmirlinin (1782-1848) müridi olmuşdur (Şeyx
Hacı İsmayıl Kürdəmirlinin həyat və fəaliyyəti haqda ötən
yazılarımızda məlumat vermişdik).
Şeyx Yusif Əfəndinin başdaşındakı ləqəblərdən aydın
olur ki, o, sufilik ideyalarını təbliğ edən nəqşibəndiyyə təriqətinə
mənsub bir şeyx olmuşdur. O, həm də kəramət sahibi kimi
bölgədə nüfuz qazanmışdı. Onun övliyalığını təsdiq edən bir çox
əhvalatlar bu günümüzə qədər gəlib çatmışdır. Bu əhvalatların
birində deyilir ki, Zaqatalanın İtitala kəndində yer sürüşməsi baş
verirmiş və sürüşmə dayanmadığından, camaatın əkin sahələri
hissə-hissə zay olurmuş. Ağsaqqallar Ərəbbəsrəyə - Şeyx
Yusif Əfəndinin yanına gəlib, onlarla birlikdə kəndə getməyi
və sürüşmənin dayanması üçün dua etməyi xahiş edirlər.
Şeyx faytona minib, onlarla bərabər yola düşür. Bu
vaxt Tasmalı kəndinin camaatı eşidirlər ki, Yusif Əfəndi bu
yoldan keçəcək; yolun qırağında dayanıb, onu gözləyirlər.
Bu gözləmənin səbəbi o idi ki, onların taxıl sahəsinə siçanlar
darışmışdı və camaatın əkinlərini məhv edirdilər. Nəhayət,
Yusif Əfəndi gəlib çatanda tasmalılar salam-kəlamdan sonra
dərdlərini övliyaya danışdılar. Şeyx onlardan bir çanaq buğda
147
Paşa Yaqub
istədi. Buğda hazır olanda dua oxuyub, onu qarışdırdı. Tapşırdı
ki, buğdanı əkin sahələrinizə səpin. Onlar da bu deyilənə əməl
etdilər. Ondan sonra ziyanvericilər bir daha orada görünmədilər.
Beləliklə, övliya yoluna davam etdi. O, İtitalanın
torpaqlarını gəzdikdən sonra, ağsaqqallara tapşırır ki, camaatdan
pul toplayıb, bir qara cöngə alsınlar və onu bu torpaqlarda
gəzdirib, sonra qurban kəssinlər. Özü də gəzdikcə, əsasını
yerə sürtüb, dualar oxuyurmuş. Deyilənə görə, camaat onun
tapşırdığına əməl edib, dediyi qurbanı kəsəndən sonra, həmin
kənddə sürüşmə dayanır.
Şeyxin Zaqatalaya səfəri bir neçə gün çəkir və bu müddətdə
bölgənin bütün kəndlərindən ağsaqqallar dəstə-dəstə onun
ziyarətinə gəlir və öz kəndlərinə qonaq dəvət edirlər. Hamısı da
istəyirdi ki, övliya məhz onun qonağı olsun.
Belə məclislərdən biri də Çobankol kəndində, Lələyovlar
məhəlləsində qurulur. Burada Varxiyan, Əliabad, Tasmalı, Muxas
kəndlərinin də ağsaqqalları iştirak edirdilər. Peyğəmbərin şəninə
mövlud oxuyub, ehsan verilir. Məclis açıq havada, təbiətin
qoynunda qurulmuşdu. Bahar fəsli olduğundan çöl-çəmən al-
əlvan çiçəklərlə bəzənmişdi. Şeyx Yusif Əfəndi təbiət vurğunu
olduğundan, bu gözəlliyə baxmaqdan doya bilmirdi. Təbiətin
gözəlliyi ilə yanaşı, insanların saflığı, mehribanlığı onu valeh
etmişdi. Beynində belə bir fikir yarandı ki, bu cür gözəl təbiətdən
və gözəl insanlardan ayrılıb getməsin; elə burada da yurd-yuva
qurub, yaşasın. Bu fikirlə də palıd ağacının dibində uzandığı
yerdə onu yuxu apardı. Bu vaxt qəribə bir yuxu gördü: doğulub
148
Övliyalar Ensiklopediyası
boya-başa çatdığı Ərəbbəsrə
torpağı: “Məni bəyənmədin?”
- deyib, ondan incidiyini
bildirir. Bu yuxunun təsirindən
Şeyx Yusif Əfəndi Zaqatalada
qalmaq fikirindən daşınır və
Ərəbbəsrəyə qayıdır.
Şeyx Yusif Əfəndi 1906- Суфилярин Гымыр кяндиндяки
cı ildə dünyasını dəyişdi və тякйяси. Загатала району
Ərəbbəsrə kəndində dəfn olundu.
Yurdunda Əfəndi, Camal, Xalid,
Əbubəkir, Hacı Məhəmmədəli
və Bahyəddin adında altı oğlu
qaldı.
Şeyx Yusif əfəndinin oğlu Xalid Baba da kəramətlərilə
məşhur olan bir övliya olmuşdur. O, Ərəbbəsrə kəndində
doğulsa da, İlisu sultanı Daniyel sultanın Yusif Əfəndiyə
bağışladığı torpaq sahəsində ailələrinə məxsus qoyunları
otararmış. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra, onların var-dövlətini müsadirə etdilər. Bundan sonra
Xalid Baba dolanışığını təmin etmək üçün Zaqatalanın Qımır
kəndinə gəldi. Çünki, burada atasının müridləri yaşayırdı və
kənddə onların nəslinə böyük sayqı və məhəbbət vardı. Qımırda
çox adam istəyirdi ki, Xalid Baba onun evində qalsın. Xalid
Baba əvəlcə bir neçə gün Məhəmmədsaleh kişinin qonağı oldu.
Orada qalarkən bu ailənin övladı olmadığını görüb, süfrədən
149
Paşa Yaqub
iki ədəd qənd götürərək, dua oxuyur və ev sahiblərinin hərəsinə
birini verərək, deyir: “İnşəallah tezliklə övladınız olar.” Növbəti
il - 1932-ci ildə həmin ailənin bir qızı dünyaya gəlir. Uşağa ad
qoymasını Xalid Babadan xahiş edirlər. Baba körpəyə Məryəm
adı verir və deyir ki, bu qızı yeni dünyaya gələn Məcid adlı
oğluma ad eləyirəm.
Xalid Baba kəramətli övliya olmasına baxmayaraq, daim
öz əlinin əməyi ilə yaşayırdı. Belə ki, o, bağlardan meyvə, bostan,
tərəvəz dərməklə pul qazanar, ailəsini dolandırardı.
Xalid Baba 1937-ci ilin Stalin repressiyasına məruz qaldı
və Sibirə sürgün olundu. O, ömrünü sürgündə başa vurdu və geri
qayıtmadı…
Hacı Yahya əfəndi
Yuxarıda qeyd etdik ki, Zaqatala rayonunun Qımır
kəndində Şeyx Yusif əfəndinin müridləri yaşayırdılar. Onlardan
biri də Hacı Yəhya Əfəndi idi. O, XIX əsrin ortalarından XX əsrin
əvvəllərinə qədər yaşamaqla, sufi şeyxi Ərbbəsrəli Şeyx Yusif
Əfəndinin müridi olmuş, irşad etrmək üçün ondan icazənamə
almışdır. Onlar tez-tez həm Ərəbbəsrədə, həm də Qımırda zikr
mərasimləri təşkil edərdilər. Zikr mərasimlərinin keçirildiyi yerə
təkyə deyirdilər. Sufilərin Qımırdakı təkyəsinin qalıqları bu gün
də durur və onun ətrafında sufi şeyxlərinin, o cümlədən Hacı
Yəhya Əfəndinin məzarları var.
150