Övliyalar Ensiklopediyası
edirdi. Beləliklə, Həzrət baba Səbətkeçməzdən, Salavatgahdan,
Qurbangahdan keçib, Qızılqayaya çatdı. Bu vaxt əlindəki şər
ağacıyla bulağı qarışdıran şeytan hiss etdi ki, aşağıdan nəsə bir
işıq, nur gəlir. Bu nurun təsirindən şeytanın qolları boşalmağa,
başı gicəllənməyə başladı. Lənətə gəlmiş daha da qəzəblənərək,
son qüvvəsini toplayıb, bulağı var qüvvəsiylə qarışdırmağa
başlayır. Bu vaxt Həzrət baba Toğruldərəyə çatmışdı. Tufanın
daha da şiddətləndiyini görüb, qayaya sığındı. Bir qədər nəfəsini
dərdikdən sonra, əlindəki Nur ağacının köməyi ilə irəliləməyə
başladı. O, irəlilədikcə, şeytan qüvvədən düşürdü. Baba
Yəhərdaşdan keçəndə şeytan onu gördü və nurundan az qaldı
gözləri kor olsun. Ömrü boy zülmətə, şərə xidmət etmiş bu
lənətəgəlmiş bədheybət varlıq, Həzrət babanın şöləsi qarşısında
davam gətirə bilməyib, qaçmağa başladı. Nəhayət, Günəş
parladı və tufan, sel dayandı. Həzrət baba ömürlük bulağın
başında yaşamağa qərar verdi ki, şeytan bir daha qayıdıb bulağı
qarışdıra bilməsin.
Çoxdan bəri göyün üzünü örtən qara buludlar çəkilmiş,
Günəş öz nurunu ətrafa səpələmişdi. Bütün Girdiman elləri,
Aran elləri Həzrət babanın şəninə alqış deyə-deyə yenidən əkib-
biçməyə başladılar. Bunu görən övliyanın Ay üzü sevincdən şölə
saçırdı.
Rəvayətə görə Həzrət baba bulağın başında bir neçə gün
ac qaldı. Bunu görən İsgəndər quşu gəlib övliyanın yanına
qondu və Qüdrəti-İlahidən dilə gəlib dedi: “Yaradan məni sənə
yem göndərib, kəs başımı”. Quş üzünü qibləyə çevirib, başını
51
Paşa Yaqub
daşın üstünə qoysa da, Həzrət baba onu kəsmədi. Bu vaxt
sürüdən bir dağ kəli ayrılaraq, Babanın qarşısında dayandı və
dilə gəldi: “Ey Allahın nurlu bəndəsi, sənin ac qalmağın bizə
dərddir; bizi bu dərddən qurtar. Mən sənin halalınam, ruzinəm,
kəs məni ye”. Həzrət baba: “Sənin kimi yaraşıqlı bir canlını
kəsməyə mənim əlim gəlməz” – deyib, imtina etdi. Bu vaxt
Həzrət baba gördü ki, İsgəndər quşları, kəkliklər, göyərçinlər və
digər quşlar sıra ilə düzülərək, ona tərəf gəlirlər. Quşların hər
biri dimdiyndə bir buğda gətirərək, övliyanın qarşısına qoydular.
Beləliklə, böyük bir buğda topası yarandı. Baba buğdadan bir az
yeyib toxdayandan sonra, qalanını əkmək qərarına gəldi. Bunun
üçün dağın ətəyinə enərək, əlindəki nur ağacıyla qarağacdan
boyunduruq, dəmirağacdan xış düzəltdi, qarağac siyirməsini
samıbağı eləyib, xışı dağ kəlinə qoşub, Musa bulağının ətrafını
şumlamağa başladı. Taxılın bir hissəsini şumlanmış torpağa
səpdi. Həmin ili o qədər məhsul oldu ki, yığıb-yığışdırmaq
mümkün olmadı. Həzrət baba taxılı biçərkən, birdən göyün
üzünü qara bulud aldı, güclü tufan, leysan başladı. Baba tez
bulağa tərəf qaçdı; gördü qara bir quzğun caynağında şər ağacı
bulağı qarışdırır. Tez qartalları səsləyib, quzğunu tutmağı
tapşırdı. Üzü aşağı uçub, dərədə gizlənən quzğun o vaxtdan uca
zirvələrə həsrətdir və qidası da ancaq murdar leşdir.
Musa Yaqubun qələmə aldığı bu rəvayətə görə quzğunun
əməli sovuşmamış, Həzrət baba eşidir ki, lap uzaqda, dağın
ətəyində onu səsləyən var. Səsindən tanıyır ki, ömür-gün yoldaşı
Güllü nənədir. Belə çovğunlu, qarlı havada dağa çıxmağın
nə demək olduğunu yaxşı bilən Baba, üzü aşağı yüyürməyə
52
Övliyalar Ensiklopediyası
başlayır. Amma, artıq gec idi, övliya çatınca, həyat yoldaşı
doluya, çovğuna tab gətirməyib, dünyasını dəyişmişdi. Həzrət
baba göz yaşları içində Güllü nənəni oradaca dəfn edib, özü
dağın zirvəsinə - Musa bulağına qalxır (Güllü nənənin qəbri
dağın ətəyində hələ də qalmaqda və insanlar tərəfindən ziyarət
olunmaqdadır). Bulağın başında nur ağacını yerə sancır. Bu vaxt
bütün aləm nura boyanır. Həzrət baba da nur ağacıyla bərabər
nura dönərək, göylərə çakilir. Bu işığı, bu nuru açıq-aşkar görən
Girdiman elləri, Aran elləri, Turan elləri bu işığa, nura doğru,
işıqlı və nurlu sabaha doğru axın-axın gəlməyə başladılar. Biz
də bu axının indiki davamçıları olaraq, bu işıqlı, nurlu yolun
yolçusu olduq. ALLAHIN nuru Həzrət babanın üzərindən, onun
da xeyir-duası bu kitabı yazanın, çapına maddi və fiziki kömək
edənlərin, eləcə də bu kitabı sevə-sevə oxuyanların üzərindən
əskik olmasın. Amin.
53
Paşa Yaqub
ABBAS ƏFƏNDİ
(Axund baba)
Allahın dərəcə-dərəcə yüksəldərək, övliyalıq məqamına
çatdırdığı dostlarından biri də “Axund baba” adı ilə tanınan
Abbas ə fəndidir. O, XVII əsrin ikinci yarısında indiki Qax
rayonunun Güllük kəndində yaşamışdır. Müqəddəs məzarı
Qax rayonunun Güllük kəndində, Qax-Zaqatala şose yolunun
kənarındadır. Abbas əfəndi həm sağlığında, həm də ölümündən
sonra ziyarət olunan məşhur övliyalardandır. Onun baş daşındakı
kitabədə yazılanlardan bunu aydın görmək olur:
“Yer üzündə olan hər kəs
fanidir. Bu axirət evinin sahibi
rəhmətlik, günahları bağışlanmış -
yüksəkAllahonunvəvalideynlərinin
qəbrini işıqlandırsın - Allahın
onlara salamı olsun! Ölüm elə bir
kasadır ki, hamı ondan içməlidir.
Qəbir elə bir qapıdır ki, hamı
ondan keçməlidir. Yüksək Allahın
rəhmətinə ehtiyacı olan Molla
Abbas Əfəndidir.
Tarix: Min yüz on altıncı il” (miladi - 1704-1705)
54
Övliyalar Ensiklopediyası
Övliyanın məzarını ziyarət edərkən, bir çox zəvvarlarla
söhbət etdim ki, onların söhbətlərinin bəzi məqamlarını
diqqətinizə çatdırıram.
Pirin kəraməti oğrunu ram etdi
Güllük kənd orta məktəbinin riyaziyyat müəlliməsi:
- Kəndimizdən bir nəfərin evindən oğurluq etmişdilər,
sübut edə bilmirdilər. Evi soyulan gedib Axund babanın qəbrinin
üstündə dua edib ki, evini oğurlayan şəxs nə qədər ki malını geri
qaytarmayıb, şam kimi ərisin, heç bir işi irəli getməsin, məcbur
olub malını geri qaytarsın. Aradan 5-6 ay keçəndən sonra,
oğru gəlib özü həmin adamdan üzr istəyib ki, eşitmişəm məni
pirdə qarğımısan, qarğışın məni tutub. Günü-gündən şam kimi
əriyirəm, heç bir işim irəli getmir. Xahiş edirəm məni bağışla,
get pirdə mənə halallıq ver.
Bir rəfiqəm vardı, cavan gəlin idi - deyə, müəllimə söhbətini
davam etdirir: - düzgün olmayan adamların əhatəsinə düşmüşdü,
bu səbəbdən evlərində həmişə söz-söhbət, dava-dalaş olurdu.
Həmin rəfiqəm deyir bir gün getdim Axund babanın ziyarətinə,
dua etdim ki, evlərindən söz-söhbət, dava-dalaş kəsilsin, məni
düzgün başa düşsünlər, mən də əgər səhv yoldayamsa, düz yola
qayıdım.
Bu yaxında həmin gəlinlə rastlaşdım, ailədəki vəziyyətini
soruşdum, dedi pirdə dua edəndən sonra evdə bir-birimizi başa
55
Paşa Yaqub
düşməyə başladıq, nə mən pis adamlarla yoldaşlıq etmədim,
nə də evdə söz-söhbət olmadı. İndi bir-birimizə can deyib, can
eşidirik.
Müəllimə danışdıqca, yadıma Mövlana Cəlaləddin Rumi
ilə karvansarada sakin olan Tavusi Gənci arasında baş verən bir
əhvalat düşdü. Əhvalat belə olmuşdur:
Mövlanə Cəlaləddin Rumi vəzir Ziyaəddinin
karvansarasına gəlmişdi. O karvansarada Tavusi Gənci adında
bir qadın yaşayırdı. Qadının adı günahlarla xatırlanardı. Mövlanə
bu qadının otağının qarşısında oturdu.
Qadın Mövlananı otağının qarşısında gördükdə inanmadı.
Dərhal gəlib Mövlananı öz otağına dəvət etdi.
Mövlana böyük hörmətlə bu dəvəti qəbul edib, Tavusi
Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua etməklə
məşğul oldu. Bu qadın üçün də dua etdi.
Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib ona
verdi. Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi.
Tavusi Gəncini görən kimi ona aşiq oldu. Halbuki əmir bu qadını
əvvəllər də tanıyırdı. Amma ilk dəfə onu gözəl görüb sevdi və
ona evlənməyi təklif etdi.
Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən
soruşdu:
– Səni zamanın Rəbiəsi kimi görməyimin səbəbi nədir?
Tavusi Gənci başındakı sarıq parçasını göstərərək belə
dedi:
56
Övliyalar Ensiklopediyası
– Gözəlliyim məndən deyildir. Məni daxilim və xaricimlə
dəyişdirən Mövlananın kərəm əlidir.
(Qeyd: Rəbiə VII əsrdə yaşamış xanım övliyadır)
Bu və digər hadisələr göstərir ki, Axund babanın (Abbas
əfəndinin) kəraməti ilə çox qəlblər təmizlənmiş və mənəvi
zənginliyə qovuşmuşdur. Allah bu cür dostlarının xeyir-duasını
millətimizin üzərindən əskik etməsin! Amin.
57
Paşa Yaqub
ŞEYX TAPDIQ VƏ YUNİS ƏMRƏ
“Zəif görünən o tayfanı (möminləri) yer üzünün daim
xeyir bərəkət verdiyimiz Şərq tərəflərinə varis etdik”. “Quran”,
“Əraf” surəsi, 137-ci ayə.
Tarixi mənbələrdən məlum olduğu kimi, Hacı Tapdıq
böyük sufi mütəfəkkiri və öz dövrünün görkəmli
övliyası kimi tanınmışdır. Bir çox ilahiyyat alimlərinin və
şeyxlərin yetişməsində onun böyük əməyi olmuşdur. O
cümlədən, böyük sufi şairi Yunis Əmrə də seyr və sülukunu
onun yanında tamamlamışdır. Şairin yazdığına görə, 40 il
mürşidi Hacı Tapdığa xidmət etmiş və ondan mənəvi elmləri əxz
etmişdir. Yunis meşədən odun qırıb gətirərkən, həmişə ağacın
düzünü gətirərmiş. Bunun səbəbini soruşanda deyib: “Qırx ildir
mürşidimə xidmət edirəm, onda əyri bir şey görmədim. Qoy
odunlar da düz olsun”.
Bektaşi rəvayətnaməsində Yunis Əmrənin gəncliyi
haqqında belə bir rəvayət var: “Rum eli qariyələrindən birində
Yunis adlı bir fağır vardı. Rəncbərliklə məşğul olurdu. Bir il
quraqlıq olduğundan, Yunisin ruzisi tükəndi. Dövrün övliyası
və alimi kimi tanınan Hacı Bektaşın yanına gəlib, buğda istədi.
Bektaş Vəli onu bir müddət dərgahında saxladı. Yunis getmək
istəyəndə Şeyx ona sifariş göndərdi: “Buğdanı istəyir, yoxsa
ərənlər himmətini?” Yunis çox şeylərdən qafil olduğundan,
58
Övliyalar Ensiklopediyası
buğdanı istədi. Bektaş Vəli təkrar xəbər göndərdi: “İstərsə o,
alacaq hər dənəsinə nəfəs edəyim”. Yunis yenə buğdanı istədi.
Bektaş Vəli üçüncü dəfə xəbər göndərdi: “İstərsə hər çəyirdək
sayınca himmət edəyim”. Yunis yenə buğdada israr etdi. Buğdanı
götürüb güdəndə yolda öz cahilliyini dərk etdi və Şeyxin
hüzuruna qayıdıb üzr istədi”.
Sonralar mənəvi dünyasını zənginləşdirmək üçün Yunis
Əmrə Azərbaycana gələrək Şeyx Tapdığa intisab etdi.
Şeyx Yunisin Oncallı kəndindəki qəbri üzərində ərəbcə
kitabənin tərcüməsi aşağıdakı kimidir:
“Biz torpaqdan
günahsız yaranmışdıq,
torpağa isə, günahkar
qayıdırıq. Bu qəbri
məşhur Şeyx Yunisin
xatirəsini əziz tutmaq
üçün, Mirzə ibn Çələbi
məşhur Soltan ibn Saleh
ibn Məhəmməd ibn
Məhəmməd Zaman (ibn) İmam-Əli Allah onları bağışlasın- 821-
ci il tarixdə bina etdi” (tərcümə AMEA-nın əməkdaşı, etnoqraf
Alim Məşədixanım Nemətovaya məxsusdur).
Şeyx Hacı Tapdığın həmin məzarlıqdakı qəbri üzərindəki
daş kitabənin tərcüməsi isə, belədir:
“Rəhimli və mərhəmətli olan Allahın adı ilə. Hər iki
dünyanın Rəbbinə həmd olsun! Onun yaratdığı Məhəmmədə və
59
Paşa Yaqub
onun nəslinin hamısına salam və salavat. Bu evi (qəbr evini)
Şeyx Mirzə ibn Çələbi və Salman ibn Saleh 1207-ci ildə bina
etdirmişdir”.
Hər iki kitabədəki tarixlər şeyxlərin dəfn tarixlərini deyil,
qəbirüstü abidənin bərpa tarixlərini göstərir. Həmçinin birinci
kitabə ilə ikinci kitabənin qoyulması arasında çox böyük zaman
fərqi vardır. Qəbirləri bərpa edən şəxslər də eyni nəsildən olub,
eyni adları daşısalar da, müxtəlif əsrlərdə yaşamış və təkrar
adları daşımış adamlardır.
Tarixi mənbələrdə Yunis Əmrənin Sakariya çevrəsində
- Sarıköydə, hicri tarixlə 648-ci (miladi-1250) ildə doğulduğu,
məşhur sufi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin (1207-
1273) və Sufi Şeyxi övliya Hacı Bektaş Vəlinin müasiri olduğu,
72 il ömür sürdüyü, Qax rayonunun Oncallı kəndində Hacı
Tapdıq babanın müridi olduğu və miladi tarixlə 1320-ci ildə
vəfat edərək Oncallı qəbirstanlığında dəfn olunması haqqında
təkzibolunmaz faktlar mövcuddur.
60
Övliyalar Ensiklopediyası
Şeyx Hacı Tapdığın və Şeyx Yunisin qəbirləri dünyanın
hər yerindən gələn zəvvarların ən sevimli ziyarətgahıdır. Son
dövrlərdə Türkiyə Prezidenti Abdulla Gül də bu şərif məzarları
ziyarət etmişdir. Biz də öz növbəmizdə bu müqəddəsləri ziyarət
etdik və orada rastlaşdığımız maraqlı əhvalatları qələmə aldıq.
Onlardan bəzilərini oxuculara təqdim edirik.
Şabanova Nəzakət Xurşud qızı - Qax rayonunun Oncallı
kənd sakini, ziyarətgahın xidmətçisi:
-Atam ölənə qədər bu müqəddəslərə xidmət edib, indi də
mən xidmət edirəm. Mənim bura gəlişimin maraqlı tarixçəsi
var. Həyat yoldaşım rəhmətə gedəndən sonra körpə uşaqları
saxlamaq mənim üçün ağır idi. Maddi çətinlik çəkirdim. Bir gün
bu ziyarətgaha gəlib Allaha dua etdim ki, bu övliyalar xatirinə
mənə ruzi yolu açsın. Həmin gecə yuxuda gördüm ki, burada
ziyarətçilərə çay paylayıb, xidmət edirəm. Səhər açılanda
gördüm buranın mollası İbrahixəlil kişi bizə gəldi və təklif etdi
ki, gəl bu ziyarəygahda xidmətçi işlə. O gündən gəlib, burada
zəvvarlara xidmət edirəm.
Bir gün qardaşım Hacalı xəstələnmişdi, atam nəzir etdi
ki, oğlum sağalsın, ziyarətgahda bir otaq tikərəm. Niyyəti hasil
oldu, amma, otağı tikəndə çox çətinlik çəkdi. Sovet dövrü idi,
imkan vermirdilər. Tez-tez gəlib tikdiyini sökürdülər. Nəhayət
gəlib gecə tikdi.
Nəvəm Sabirdə sudurğa vardı - deyə, Nəzakət xanım
söhbətini davam etdirir - gətirdim ziyarətgaha, Allaha dua etdim
ki, uşaq sağalsın, burada qoç qurbanı kəsərəm. Həmin gündən
61
Paşa Yaqub
sonra uşaqda sudurğa olmadı. Qurbanımı kəsdim. Bir gün
yuxuda gördüm həmin nəvəm suda axır. Bu vaxt bir ağsaqqal,
ağ əmmaməli nurani bir kişi göründü və dedi: “Qorxma, uşağı
sənə qaytararam, amma bu uşaq üçün bir qurban da kəsərsən”.
Belə deyib, uşağı tutdu və mənə qaytardı. Mən də deyilənə əməl
edib, daha bir qurban da kəsdim.
Böyük sufi şairi Yunis Əmrənin şerlərindən bir neçəsini
diqqətinizə çatdırıram:
Səni
(Mürşidi Hacı Tapdığa)
Dağlar ilə, daşlar ilə
Çağırıram, Mövlam, səni!
Səhərlər də quşlar ilə
Çağırıram, Mövlam, səni!
Göy üzündə İsa ilə,
Tur dağında Musa ilə,
Əlindəki əsa ilə
Çağırıram, Mövlam, səni!
Dərya dərdli Eyyub ilə,
Gözü yaşlı Yəqub ilə,
O Mühəmməd məhbub ilə
Çağırıram, Mövlam, səni!
62
Övliyalar Ensiklopediyası
Şükr etdiyim Allah ilə,
Dildə “Qulhüvallah” ilə,
Daima zikrullah ilə
Çağırıram, Mövlam, səni!
Gördüm bu dünyanın halın,
Tərk eylədim qeylü-qalın,
Başı açıq, ayaq yalın
Çağırıram, Mövlam, səni!
Yunus oxur dillər ilə,
O şeyda bülbüllər ilə,
Haqqı sevən qullar ilə
Çağırıram, Mövlam, səni!
63
Paşa Yaqub
HACI CƏBRAYIL ƏFƏNDİ
“İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat
verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların
(Allahın dostlarının) heç bir qorxusu yoxdur və onlar qəm-
qüssə görməzlər!” “Quran”, “İnək” surəsi, 277- ci ayə.
Övliyalıq məqamına yüksələn Allah dostlarından biri də
Hacı Cəbrayıl əfəndidir. O, Dağıstanın Zaxur kəndində doğulsa
da, Qax rayonunun Ləkit kəndində yaşamış və orada fəaliyyət
göstərmişdir. Gəncliyində təsəvvüf elminin sirlərinə dərindən
yiyələnmək və mənəvi zənginləşmək üçün Almalı Şeyx Mahmud
əfəndiyə intisab etmişdir.
Şeyxi 300 müridi
içərisində Cəbrayıl əfəndiyə
xüsusi diqqət və qayğı
göstərirdi ki, bu da onun
kəramətli olması ilə bağlı
idi. Təsadüfi deyildir ki,
Mahmud əfəndi dini təbliğ
etmək üçün müridlərindən
cəmi 8 nəfərə xilafətnamə
(icazənamə) vermişdir ki, onlardan da biri Hacı Cəbrayıl əfəndi
idi. O, mürşidinin tapşırığı ilə Qax rayonunun Ləkit kəndində
irşad fəaliyyəti göstərmişdir.
64
Övliyalar Ensiklopediyası
Dağıstanın Zaxur mahalının imamı və Hacı Cəbrayıl
Əfəndinin müasiri olan məşhur övliya Şüayb Əfəndi öz
xatirələrində yazır:
“Mən Zaxurda imam işləyən vaxtı ora Hacı Cəbrayıl
əfəndi gəldi. Həmzət əfəndi ilə Küsay əfəndi də onunla idi.
Zaxur camaatı onları çox böyük ehtiramla qarşıladı. Hamı
onları yeməyə dəvət etmək istəyirdi. Onlar kənddə olan vaxtda
mən onlardan bir addım da olsa kənara ayrılmadım. Cəbrayıl
əfəndi məni özü ilə üzbəüz, diz-dizə otuzdurdu. Mən ondan həya
edirdim. Mürşidim Küsay Əfəndi utandığımı görüb gülümsündü.
Bu vaxt mən ustadımı çox sevdim. Hacı Cəbrayıl Əfəndi dedi:
“Oğlum, Şüayb Əfəndi, Zaxur camaatının bu qədər
hörməti qarşısında mən xəcalət çəkirəm ki, bir vaxtlar buradan
köçmüşəm”
O, məndən göz yaşları ilə ayrıldı. Ağlamağından hiss
etdim ki, biz bir də görüşməyəcəyik. O, dedi: “Şüayb, əgər
Allah imkan versə, biz bir də görüşəcəyik”. Amma, biz bir də
görüşmədik”.
Cəbrayıl əfəndidə çoxlu kəramətlər var idi. Müridlərindən
(tələbələrindən) Hacı Abdurahman əfəndiyə icazənamə verdi.
Abdurahman Əfəndi 1892-ci ildə rəhmətə getdi.
HacıCəbrayıləfəndibirgünyaxınadamlarındanbirneçəsini
çağırıb Şəkiyə göndərir. Tapşırır ki, Şəkidə filan məhəllədə, filan
formada darvazası olan ev var; girin evin həyətinə, bir qadının
qızıyla bərabər eyvanda oturduğunu görəcəksiniz. O qadınla
qızı kimsəsizdirlər. Qadına deyin ki Cəbrayıl əfəndi səni özünə
65
Paşa Yaqub
arvad etmək istəyir, qızını da götürüb gəlsin.
Zeynəb adlı həmin qadın Cəbrayıl əfəndinin təklifini
məmnuniyyətlə qəbul etdi. Yanında gətirdiyi qızı Ümmügülsümü
isə, sonralar Cəbrayıl əfəndi öz oğlu Abdurəhman ilə evləndirdi.
Hacı Cəbrayıl əfəndinin kəramətləri ilə bağlı çoxlu
əhvalatlar danışılır. Deyilənə görə, şeyxin atını oğurlamaq üçün
tövləyə girən oğru, ata yapışmış halda qalır. Axşamdan səhərə
qədər nə atdan əlini qopara bilir, nə də tövlədən çıxa bilir. Dan
yeri söküləndə övliya öz həyat yoldaşı Zeynəbi göndərir ki, get
oğruya de ki, getməyinə icazə verirəm, amma bir də oğurluq
etməsin. Həmin oğru oradaca tövbə edir və bir daha oğurluq
etmir.
Kəramətləri ilə məşhur olan Hacı Cəbrayıl əfəndi 1889-cu
ildə dünyasını dəyişdi, Ləkit kəndində də dəfn olundu. Qəbrinin
üzərindəki günbəzin üstünü 1937-ci ildə sovet hökuməti
sökdürdü. Sonralar nəslindən olanlar günbəzin üstünü təmir
etdirdilər.
Hacı Cəbrayıl əfəndinin yolunu oğlu Abdurahman əfəndi
davam etdirdi. O, Ləkit kəndində atasından qalan mədrəsədə
tələbələrə dərs verirdi. 1892-ci ildə vəfat edən Abdurəhman
əfəndinin yurdunda bu gün nəvəsi Əfəndiyev Abdulla Nuriddin
oğlu yaşayır. O da ata-babalarının yolu ilə gedərək “Quran”ı
təbliğ edir.
66
Övliyalar Ensiklopediyası
AXUND BABA
“Onlar Allaha, axirət gününə inanır, insanlara yaxşı
işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər
görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər”. Quran,
“İmran ailəsi” surəsi, 114-cü ayə.
İnsanlara yaxşı işlər görməyi təbliğ edən və pisliklərdən
çəkindirən saleh şəxslərdən biri dəAxund baba olmuşdur.
Övliyanın şərif məzarı Qax rayonunun Qum kəndindədir. XVIII-
XIX əsrlərdə yaşayan bu övliya dini təbliğ etməklə və tələbə
yetişdirməklə məşğul olduğundan xalq arasında “Axund baba”
deyə çağırılıb. Odur ki, əsil adı bilinmir.
Övliyanın bizə məlum olan Yusif adlı bir oğlu, həmin
oğuldan Mustafa, İsgəndər, Hacı Məhəmməd, Hacı adlı dörd
nəvəsi olub.
“Axund baba”nın
törəmələrindən bəziləri zaman-
zaman (hər biri öz dövründə)
övliyanın yolunu davam
etdirərək dini təbliğ etmiş və
övliyalıq məqamına yetişərək,
kəramət göstərmişlər. Məsələn,
onun nəticəsi Yusif Bağdadda ilahiyyat məktəbini bitirərək
67
Paşa Yaqub
dövrünün alimi kimi tanınmışdır. O, 1938-ci ildə Finlandiya
müharibəsinə getmiş, geri qayıtmamışdır.
“Axund baba”nın qəbri Qum kəndində, yaşadığı evin hə
yətindədir. Hər gün Qumdan və ətraf kəndlərdən, rayonlardan
neçə-neçə ziyarətçi müxtəlif niyyətlər üçün gəlib bu ocaqda
Allaha dua edirlər. Onlardan bəziləri ilə tanış olub söhbət etdim.
Bu söhbətlərin bəzi məqamlarını oxuculara təqdim edirəm.
Dualarım burada qəbul edildi
Birinci ziyarətçi:
- Böyük qızım Moskvada yaşayırdı, 14 il idi ailə qurmuşdu,
övladı olmurdu. Bir gün getdim Axund babanın ziyarətinə, dua
etdim ki, Allah qızıma bir övlad versin. Övliyanın xatirinə duam
qəbul olundu. Ziyarətdə olarkən, mücövürçü Abduləziz qardaş
dedi ki, sənin duanı Allah qəbul etdi. Dedim hardan bilirsən?
Dedi: “Sən dua edəndə, məni soyuq tər basdı, qəribə hal
keçirdim, hiss etdim ki, duan qəbul edildi”. Doğrudan da çox
keçmədi ki, qızım zəng edib hamilə olduğunu bildirdi. İndi onun
qızı Lalənin 5 yaşı var.
68
Övliyalar Ensiklopediyası
Pirin tütyəsini sürtdük, anamın gözü açıldı.
İkinci ziyarətçi:
-12-13 yaşım olardı, bir gün qəflətən anamın gözü
tutuldu, heç nəyi görmədi. Bir neçə gün anam gəzə bilmədi. O
vaxtlar həkim yox idi. Bir gün anam mənə qəpik verib “Axund
baba” ziyarətgahına göndərdi. Dedi bu nəziri ziyarətgaha
qoy, mücövürçü Xanpəri arvada de ki, anam deyir mənə tutya
versin, gözlərimə çəkim. Gəldim nəziri qoydum, Xanpəri
xalaya vəziyyəti danışdım. Arvad qəbrin üstündəki bardaqdan
boş stəkana su tökdü, qəbrin üstündəki xırda daşı da suya salıb
çıxartdı. Həmin suyu mənə verdi, tapşırdı ki, bu su ilə gözlərini
yusun, amma altına təmiz ləyən tutsun ki, su yerə tökülməsin.
Həmin suyu da axırda elə yerə tökün ki, ora insan ayağı
dəyməsin, təmiz yer olsun. Həmin tutyanı gətirdim evə, anam
onunla gözlərini, üzünü yudu. Ləyənə tökülən suyu da qalxdım
evin damına tökdüm ki, ora heç vaxt insan ayağı dəyməyəcək.
Gecə yatdıq, səhər duranda gördük ki, anamın gözləri açılıb.
Məhz bu kəramətlərin nəticəsidir ki, Axund babanın qəbri
bölgə əhalisininn inanc yerinə çevrilibdir.
69
Paşa Yaqub
ALTMIŞ ALTI ÖVLİYA
“Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir
bitki kimi göyərtdi”. “Nuh” surəsi, 17-ci ayə.
“Altmiş altı övliya” adı ilə tanınan müqəddəs ziyarətgah
Quba rayonunun Pir Vahid kəndində yerləşir. Qəbir daşlarındakı
yazılardan aydın olur ki, orta əsrlərdə burada sufiliyin Xəlvətiyyə
qoluna mənsub şeyxlər fəaliyyət göstərmiş, onlar öz həyatlarını
İslam dininin yayılmasına həsr etdiklərindən, övliyalıq məqamına
yüksəlmişlər. Odur ki, yerli əhali onların şərif məzarlarını zaman-
zaman ziyarət edərək, ruhlarına dualar oxuyurlar.
Məzarlıqdakı 66 övliyadan biri olan Şeyx Oqtayın
başdaşında yazılıb:
“Möcüzələr yaradan Əlini çağır. Sən onda bəlalardan
xilaskarını taparsan. Sənin vasitəçiliyinlə bütün kədər və
qüssələr keçib gedər Ya Əli! Ya Əli! Ya Əli!
Ya Allah! Sənin itaət etməyən qulun günahlarını boynuna
alaraq Sənin qarşında dayanmışdır. Səni çağırır. Əgər
bağışlasan, Sən buna qadirsən, əyər rədd etsən - Səndən başqa
bağışlayan ki, yoxdur, Ya Allah! Məhəmməd Mustafa! Allahın
ona salamı olsun.
Bu qəbir Şeyx Aslanın oğlu Şeyx Oqtayındır”.
70
Övliyalar Ensiklopediyası
1047 hicri = 1637/38 miladi
Məzarlıqdakı müqəddəs qəbirlərdən biri Pir Vahidin
nəvəsi, Şeyx Məhəmmədin oğlu Şeyx Səfinindir. Onun məzar
daşındakı yazı Quranın “İnək” surəsinin 256-cı ayəsi ilə başlayır:
“Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman)
azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı)
inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən
yapışmış olur. Allah eşidəndir, biləndir!
Dünya bir saatlıqdır, onu itaətlə keçirməyə çalışın.
Şeyx Səfi b. Şeyx Məhəmməd b. Pir Vahid”.
1054 hicri = 1644/45
Həmin başdaşında bir bənd də şeir həkk olunmuşdur:
Bir cavan nazəninin məskənidir bu məzar,
Eyləmiş nazik tənin xakilə yeksan ruzigar.
Arzum budur duayi xeyir qılmış ola,
Hər kim bura etsə güzar.
71
Paşa Yaqub
Pir Vahid qəbiristanlığındakı 66 övliyadan daha birinin
başdaşında yazılıb:
“Bu qəbir rəhmətlik Maşallahın oğlu rəhmətlik,
bağışlanmış Əhmədindir”.
1216 hicri = 1801/02.
Yazıdakı bağışlanmış sözündən məlum olur ki, qəbirdə
dəfn olunan övliyadır. Ziyarətgahdakı digər bir şərif məzarın
başdaşında yazılıb:
“Bu qazi Məhəmmədin qəbridir”.
1217 hicri = 1802/03.
“Altmış altı övliya” ziyarətgahında olarkən bu övliyaların
kəramətlərindən faydalanan bir çox ziyarətçilərlə söhbət etdim.
Burada tanış olduğum ailələrdən biri də Birinci Nügədi kənd
sakinləri Mirzəyev ÇingizAğabala oğlu və onun həyat yoldaşıdır.
Bu ailə də pirin daimi ziyarətçilərindəndir. Çingiz bəyin həyat
yoldaşı söhbət edir ki, evləndiklərindən beş il sonra övladları
olub. Bu müddətdə bura tez-tez ziyarətə gəlib, dualar ediblər.
Nəhayət, arzuları hasil olub:
- Buradakı övliyalara çox böyük inamımız var. Odur ki,
ailəlikcə tez-tez ziyarətə gəlirik. Yaşadığımız Nügədi kəndinin
beşinci məhləsində “Övlad piri” deyilən bir ocaq var. Orada
da övladla bağlı niyyətlər hasil olur. Həmişə istəyirdim ki, ora
gedib övladla bağlı niyyət tutum. Amma, nədənsə həmişə bunu
sonraya saxlayırdım. Bir gün yuxuda gördüm həmin pirdəyəm,
72
Övliyalar Ensiklopediyası
tutya içirəm, tutyanın torpağı ağzıma, boğazıma, sinəmə yapışıb.
Bu vaxt yuxudan ayıldım, amma, ayıq olmağıma baxmayaraq,
ağzımda, boğaz və sinəmdə çoxlu torpaq olduğunu hiss etdim.
Bir az udqunandan, su içəndən sonra ağzım təmizləndi. Səhər
durub qonşuluğumuzdakı həmin pirə getdim. Oranın xid-mətçisi
Həzrə xala pirin torpağından suya qarışdırıb, tutya düzəldib
mənə içirtdi. Tutyanı içərkən yuxuda necə olmuşdumsa elə
oldum: torpaq ağzıma, boğazıma, sinəmə yapışıb qaldı. Xeyli
su içəndən sonra ağzım təmizləndi. Ziyarətdən qayıdandan bir
müddət sonra hamilə qaldım və oğlum Murad dünyaya gəldi.
İndi onun 14 yaşı var. Sonrakı illərdə daha iki övladım dünyaya
gəldi.
Müsahibim danışdıqca yadıma “Quran”ın “İmran ailəsi”
surəsinin 37-ci ayəsi düşdü. Hansı ki, həmin ayədə Məryəm
torpaqdan yaranmış bitkiyə (fidana) bənzədilir:
“Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu
gözəl bir fidan (torpaqdan yaranan bitki) kimi böyütdü...”
73
Paşa Yaqub
ŞEYX HACI ƏHMƏD ƏFƏNDİ
Azərbaycanda yaşamış kəramət sahiblərindən biri də
Şeyx Hacı Əhməd əfəndidir. Atasının adı Hacı Ağası olmaqla,
tanınmış övliya Əhməd Bədəvi nəslinin davamçılarındandır. O,
XIX əsrdə Şəki rayonunun Baş Şabalıd kəndində yaşamaqla,
sufiliyin ələviyyə qoluna mənsub Şeyx olmuş, Azərbaycanın
şimal-qərb bölgəsində irşad fəaliyyəti göstərmişdir. Haşimilər
nəslindən və Həzrət Əli soyundan olduğundan, xalq arasında
seyid kimi tanınmışdır. Bu nəsildən olanlar Həcdən qayıdarkən
başqalarından fərqli olaraq başlarında yaşıl çalma olardı ki, bu
da onların haşimilər nəslindən olmalarının əlaməti idi.
Şəkinin Baqqal kəndində ziyarətgahı olan MahmudAxund
babanın qohumu olan Şeyx
Hacı Əhməd əfəndi bölgədə
bir çox şeyxlərin mürşidi
olmuşdur. Həmçinin, tanınmış
şair və din xadimi Molla Cümə
də onun yetirməsi olmuşdur
(el arasında danışılana görə,
Molla Cümənin “İsmipünhan”
adı ilə şeirlər ithaf etdiyi Şeyxin
Anaqız adlı qızı olmuşdur.
Lakin, Şeyx onların evlənməsinə
izn verməmişdir).
74
Övliyalar Ensiklopediyası
Kəramətləri ilə məşhur olan Allah dostu Şeyx Əhməd
əfəndinin bir çox maraqlı əhvalatları bu gün də dillər əzbəridir.
Deyilənə görə, Baş Şabalıd kəndində Qara adlı bir dəllək varmış
və övliya həmişə üz-başını ona qırxdırarmış. Bir gün şeyx yenə
də dəlləyi çağırtdıranda Qara cavab verir ki, “İşim var, gələ
bilmərəm”. Cavab Əhməd əfəndinin xətrinə dəyir və deyir:
“Səni görüm işdən dincəlməyəsən”. Deyilənə görə o vaxtdan
Dəllək Qaranın səhərdən axşamacan dincəldiyini görən olmayıb.
Bu gün bölgədə işlənən “Filankəs, Dəllək Qara kimi dayanıb-
dincəlmir” deyimi də, bu əhvalatla bağlıdır.
Шейх Ящмяд Яфяндинин вя ювладларынын
гябри. Шяки району, Баш-Шабалыд кянди
Şeyx Əhməd əfəndi Əsli adlı qızla evlənmiş, Anaqız adlı
qızı dünyaya gəldikdən sonra, Baş Göynük kəndindən Mədinə
xanımla nigahlanıb. Bu evlilikdən Məhəmməd, Mustafa,
Sadəddin adlı üç oğlu, Məkkə adlı bir qızı olduqdan sonra, 1889-
ci ildə dünyasını dəyişib.
75
Paşa Yaqub
Şeyxin oğlu Məhəmməd
əfəndi atasının yolunu davam
etdirərək, ilahiyyat elmini dərindən
öyrənmiş və mədrəsədə müəllim
işləmişdir. Həccə getmiş və seyid
titulu ilə çağırılmışdır. O, Baş
Göynük kəndindən Əminəxatun adlı
qızla evlənib, Mustafa və Xədicə
adlı övladları olub. Mustafa (Molla
Mustafa) 30-cu illərdə Şəkidə Sovet
hakimiyyətinə qarşı üsyana rəhbərlik
Molla Mustafa etdiyi üçün həmin illərdə kəndin
çoxsaylıkişiləriiləbirlikdə g üllələnib.
Əhməd əfəndinin oğlu Sadəddin əfəndi də atasının yolunu
davam etdirərək dini təhsil almış və din xadimi kimi tanınmışdır.
Şeyxin Baş Şabalıd kəndində olan günbəzi bölgədə ən
böyük ziyarətgahlardan biridir.
76
Övliyalar Ensiklopediyası
MURAD PİRİ
“Qurani-Kərimdən və Həzrət Peyğəmbərin (s.ə.s)
hədislərindən sonra Rəbbin xas qullarının sözlərindən daha
gözəl heç bir söz yoxdur. Çünki onların sözləri lədun elmidir.
Kəsbi deyildir. Buna görə də onlara peyğəmbərlərin varisləri
deyilir. O xas qulların kəlamlarını dinləyənlərin qəlbi feyzlə
dolar. Səy və cəhdləri artar. Sirlər onlara ayan olmağa başlayar
və şeytani vəsvəsələrdən, dünyəvi ehtiraslardan xilas olarlar”
(Mövlanə Cəlaləddin Rumi).
Murad piri adı ilə tanınan ziyarətgah Xaçmaz
rayonunun Qarğalı kəndinin ərazisində yerləşir.
Neçə əsrlərdir ki, insanlar burada etdikləri dualarla murada
çatdıqları üçün, pirin adı “Murad” qalmışdır. Burada ən çox
yel xəstəliyindən (və digər xəstəliklərdən) əziyyət çəkənlər şəfa
tapdıqlarından el arasında bura “Yel piri” də deyirlər. Buradakı
günbəzin içərisində kəramətli bir övliyanın qəbri vardır. Əvvəllər
qəbrin üzərində yazılı daş olsa da, 2000-ci ildə burada günbəz
tikilərkən, həmin daş yoxa çıxmışdır.
Keçən əsrin əllinci illərində bu kəndin sovxoz direktoru
Murad pirini dağıdıb, yerində əkin əkmək istəyib. Bu məqsədlə
rus millətindən olan bir traktorçunu ora göndərib. Amma,
nə qədər cəhd etsə də, traktor pirə toxuna bilməyib. Hər dəfə
qəbrə yaxınlaşanda motor sönürmüş. Nəhayət, əlacsız qalıb geri
77
Paşa Yaqub
qayıdıb. Ondan sonra heç kəs piri dağıtmağa cürət etməyib.
Xaçmazda olarkən, Murad pirinin kəramətindən
faydalanan bir çox insanlarla rastlaşdım. Onlardan birinin
söhbətini diqqətinizə çatdırıram.
Xaçmaz rayonunun Çarxı kəndinin 60 yaşlı sakini:
- Gəncliyimdə möhkəm xəstələnmişdim, yerimdən tərpənə
bilmirdim. Müalicələrin də effekti yox idi. Bir gün qohumlarım
məni maşının arxa oturacağına uzandırıb, Murad pirinə apardılar.
Çatanda yenə də əllərimdən, ayaqlarımdan yapışıb, maşından
düşürdülər və övliyanın qəbrinin yanına uzandırdılar. Mən burada
övliyanı vəsilə tutub, Allahdan özümə şəfa dilədim. Sonra mənə
pirin Tutyasından içirdilər. Qayıdandan sonra yaxşılaşmağa
başladım. Üç gündən sonra mən işə çıxdım. Hansı ki, mən neçə illər
idi yel xəstəliyindən əziyyət çəkirdim. Hərdən bir az yaxşılaşıb
gəzsəm də, bir yanı üstə gəzirdim, düz yeriyə bilmirdim. İndi
düz yeridiyimi görüb iş yoldaşlarım hamısı təəccüblənirdilər.
Həmin gündən neçə il keçib, hələ də xəstələnməmişəm.
Kərbəlayi İslam:
- Bizim bu Hacılar kəndində Seyid Mircəfər ağa adında
təqvalı bir seyid yaşayırdı. Çox gözəl insan idi. Xəstələnəndə
həmişə onun yanına gedir, o da əlini başımıza çəkib bizə dua
edirdi, onunla da ağrımız keçib gedirdi. Kəndimizdə sınaqdan
çıxmış bir adət də vardı ki, yay quraqlıq keçəndə Mircəfər ağanı,
ya da onun qızı Seyid Zəhranı qəflətən itələyib suya salırdılar,
onlar da hirslənirdilər, həmin gün mütləq yağış yağardı. Sonra
camaat onlara nəzir gətirirdi ki, hirsləri soyusun. Çünkü bu
78
Övliyalar Ensiklopediyası
cur hallarda onlar o qədər möhkəm hirslənirdilər ki, rəngləri
qapqara qaralırdı. Mən özüm bir neçə dəfə bu cür hadisənin
şahidi olmuşam.
Hacı Nəzər:
- Mən də Seyidin suya atılmasını bir neçə dəfə
görmüşəm. 1950-ci illər idi, yay quraqlıq keçirdi. Çoxdandı
yağış yağmadığından camaatın əkinləri yanırdı. Bir gün
kəndin kişiləri kolxozun istixanasının yanındakı gimgədə
toplaşıb söhbətləşirdilər. Söhbət quraqlıqdan düşəndə briqadir
Məmmədşah dedi ki, gəlin Mircəfər ağanı salağın suya, yağış
yağsın. Təklifi hamı bəyənsə də, bu işi icra etməyi heç kəs öz
üstünə götürmək istəmirdi. Məmmədşah dedi ki, bu işi mən
eləyərəm, amma siz nəziri qabaqcadan toplayın. Oradakı
adamlar əllərini ciblərinə salıb, hərə imkanı daxilində nəzir
çıxartdı. Bir nəfər nəzirləri topladı. Bu vaxt gördük Seyid bizə
tərəf gəlir. Gəlib çatanda Məmmədşah onu götürüb, yaxınlıqdakı
su quyusuna saldı. Hirsindən ağanın rəngi qapqara qaraldı. Onu
quyudan çıxardandan sonra toplanan nəzirləri verib üzrxahlıq
elədilər ki, yağışa görə elədik. Mircəfər ağa paltarını dəyişmək
üçün evinə getdi. Bu hadisə səhər-səhər baş vermişdi. Axşam
üstü yağan yağış kəndin bütün əkinlərini suladı.
79
Paşa Yaqub
HÜRÜLEY ZİYARƏTGAHI
“Həbib Nəccar şəhid olduqdan sonra vurulmuş başını
sol əli ilə yuxarı qaldırdı, sonra sağ əlinə alaraq üç gün, üç gecə
onun bədəni Antakiyanın küçə və bazarlarında gəzib dolaşdı;
başı isə qışqıra-qışqıra belə deyirdi: “Kaş qövmüm biləydi ki,
Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən
etdi!” “Yasin” surəsi, 13-27-ci ayələr.
Azərbaycanda mövcud olan müqəddəs yerlərdən
biri də Hürüley ziyarətgahıdır. Bu müqəddəs
məkan Balakən rayonunun Salban kəndində, Salban çayının
sahilində yerləşir. Ziyarətgahda dəfn olunan Şeyx, Dağıstan
Respublikasının Tlyarata rayonunun Hüruk kəndindən
olduğundan və Şeyxin adı məlum olmadığından, ziyarətgahın
adı da Hüruk kəndinin adıyla adlanır. Qeyd edim ki, Avar dilində
“Hürüley” sözünün tərcrüməsi “Hürüyə məxsus yer” mənasını
verir.
Qeyd edim ki, müqəddəs Şeyx burada kafirlərə qarşı
döyüşdə müridləri ilə birlikdə şəhadət məqamına yetişiblər.
Deyilənə görə o, yerli əhalidən bir möminin yuxusuna girərək,
sağlığında İmam Hüseyn aşiqi olduğunu və İmam kimi şəhidlik
məqamına yüksəlməsi üçün, Allaha daim dualar etdiyini deyib.
Nəhayət, Allah onun duasını qəbul edərək, İmam Hüseyn kimi
şəhid olmaq qismət edib. Şeyx, döyüşdən qabaq şəhid olacağını
80
Övliyalar Ensiklopediyası
duysa da, düşmənin qabağından qaçmayıb və İmam Hüseyn
məktəbindən bəhrələnərək, əqidəsi yolunda, İslamın dirçəlişi
naminə şəhadəti üstün tutub. Necə ki, Rəbbim “Qurani-Kərim”də
buyurur: “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun.
Kafirlərə qarşı döyüş (cihad) xoşunuza gəlmədiyi halda sizə
vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli,
bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu
Allah bilir, siz bilməzsiniz”. “Quran”, 2: 190-216.
Hüruk kəndinin müqəddəs Şeyxi də Rəbbinin əmrinə
uyğun olaraq, öz müridləri ilə birlikdə çoxsaylı düşmənə qarşı
döyüşə başladı. Bu qeyri bərabər döyüşdə düşmən macal
tapıb, qılıncla Şeyxin boynunu vurdu. Şeyxin müqəddəsliyi və
möcüzəsi də elə bu vaxt üzə çıxdı. Belə ki, onun mübarək başı
bədənindən ayrılan kimi, yerdə diyirlənə-diyirlənə “Əşhədü
ən la İlahə İllallah, Əşhədü ən Mühəmmədin Rəsul Allah”
deyərək, ucadan azan verməyə başladı. Bu tükürpədici səsdən və
heyrətamiz möcüzədən vahimələnərək hər iki qoşun əl saxladı
və donub qaldılar. Kafirlər gördükləri möcüzəni öz başçılarına
xəbər verdikdə, başı onun yanına gətirmələrini əmr etdi. Lakin,
əsgərlər başa yaxınlaşdıqda necə tufan qopdusa, qorxudan geri
çəkildilər.
Şeyxin vəsiyyətinə uyğun olaraq mübarək nəşi digər
şəhidlərlə bərabər, həmin yerdəcə dəfn olundu. Bu hadisənin
üzərindən əsrlərlə vaxt kecməsinə baxmayaraq, möminlər bu
müqəddəs Şeyxin və onunla birlikdə şəhid olanların xatirəsini
əziz tutur, pak məzarlarını sevə-sevə ziyarət edirlər.
81
Paşa Yaqub
Sovet dönəmində ziyarətgahda xidmətçi olmadığından,
hökumət buradakı anti-sanitariyanı bəhanə edərək, ziyarətgahı
dağıtmaq istəyir. Bunun qarşısını almaq üçün Balakən rayonunun
Cümə məscidinin imamı məscidə daim ibadətə gələn Pirdas adlı
mömin qadını yanına çağırıb, ondan bu ziyarətgaha xidmətçi
olmağı xahiş edir. Pirdas xala təklifi qəbul edərək, qızı Cənnətlə
(Ona el arasında Fatimət deyirlər) birlikdə ziyarətgaha gəlir və
canı-dildən çalışaraq burada səliqə-sahman yaradır.
Şeyxin qəbrindən hələ də azan səsi gəlir
2007-ci ildə Pirdas xala müqəddəslərin xidmətində
ömrünü şərəflə başa vurduqdan sonra bu haqq işi qızı Fatimət
davam etdirir. Fatimət xanımla söhbət edərkən dəfələrlə burada
möcüzəli hadisələrin şahidi olduğunu dedi:
- Bir gün cümə namazının vaxtı idi, həyətdə (qeyd edim
ki, müsahibim ziyarətgahdakı yardımçı tikilidə yaşayır) paltar
yuyurdum. Fikirləşdim ki, namazın vaxtı olsa da, iki dənə
köynək qalıb, bunları da yuyum, sonra dəstəmaz alıb, namaza
gedərəm. Bu vaxt azan səsi eşitdim. Ətrafdakı bu evlər həmin
vaxt hələ tikilməmişdi və buralarda insan yaşamırdı. Burada
birinci dəfə idi ki, azan səsi eşidirdim deyə, maraq məni
götürdü. Ətrafı gəzib, azanın haradan verildiyini bilmək istədim.
Nəhayət, Şeyxin məzarına yaxınlaşanda, səsin buradan gəldiyini
görüb, heyrətdən donub qaldım. Azan bitən kimi, dəstəmaz alıb,
namazımı qıldım.
82
Övliyalar Ensiklopediyası
Qədr gecəsini görsəm də bəhrələnə bilmədim
- Bir gecə anam məni çağırdı ki, səhərdir, sübh namazının
vaxtı keçib, dur namazımızı qılaq - deyə, Fatimət xanım söhbətini
davam etdirir: - dedim ola bilməz, mən indi yatmışam. Gözümü
açıb pəncərədən ziyarətgahın həyətinə baxanda hər tərəfi işıqlı
gördüm, sanki Günəş çıxmışdı. Saata baxdım, gördüm 3-ə işləyib,
təəccüb etdim. Həyətə çıxanda axşam yatarkən bağladığım
darvazanı taybatay açıq gördüm. Qəribə idi ki, hasardan kənarda
zülmət qaranlıq olmasına baxmayraq, Şeyxin qəbrinin ətrafı və
həyət işıqlı idi. Heç nə başa düşə bilməyib, darvazanı bağladım
və gedib yatdım. Bir neçə gündən sonra Ramazan bayramı idi,
məscidə getdim və şahid olduğum hadisəni məscidin imamına
danışdım. Dedi neçə gündür biz gecəni yatmırıq, məsciddə
ibadət edirik ki, bəlkə Qədr gecəsini görək; sən bu mübarək
gecəni gördüyün halda, ondan bəhrələnmədən, gedib yatmısan.
Sonralar öz-özümə təəssüfləndim ki, Qədr gecəsi olduğunu niyə
bilməmişəm.
Bir gün də Xatimət adlı bir qız məndən xahiş etdi ki,
gecəni səninlə ziyarətgahda qalıb, ibadətlə, dualarla məşğul
olmaq istəyirəm. Bir rəfiqəsilə gəlmişdi. Yorğun olduğumdan
mən yatdım, onlar ibadət etdilər. Gecəyarı gördüm məni çağırır,
pəncərədən bayıra baxıb, mənə dedi ki, Şeyxin qəbrinin üstündə
işıq görürəm, görəsən bura maşın gəlmir ki? Dedim ay qız,
buralarda insan yaşamır, dağlıq yerdir, yol yoxdur, burada maşın
nə gəzir? Dedi iki dənə işıq zolağının Şeyxin qəbrinin üstündən
göyə yüksəldiyini görürəm, sanki qəbrin yanında maşın dayanıb,
işıqları göyə tuşlanıb.
83
Paşa Yaqub
OSMAN ƏFƏNDİ
“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik)
bəxş edər. Kimə hikmət bəxş edil-mişsə, ona çoxlu xeyir (əbədi
səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edə bilər!”
Quran, “İnək” surəsi, 269-cu ayə.
Allahın hikmət bəxş edərək övliyalıq məqamına
yüksəltdiyi mötəbər qullarından biri də Zaqatala
rayonunun Gözbaraq kəndində yaşamış Osman əfəndidir. O,
1880-ci illərdə Dağıstan mahalının Rutul rayonunun Cınıx
kəndində doğulub.
Gənclik illərində Kazan şəhərindəki gimnaziyada
kommunizmin banisi və Sovet dövlətinin qurucusu V.İ.Leninlə
birlikdə oxuyan Osman əfəndi, Volodya ilə dostluq edir. Sonralar
o, Lenini belə xatırlayırdı: “Çox iti zəkalı, elmli, bacarıqlı və ağıllı
uşaq idi. Komandalara bölünüb topqalax oyunu oynayardıq,
Leninin komandasını heç bir komanda uda bilməzdi. Bir gün
Volodyadan xahiş etdim ki, sən bu gün oyuna qarışma, görək
komandan uda biləcəkmi? Həmin oyunu son üç ildə ilk dəfə idi
ki, Leninin komandası uduzurdu”.
Osman əfəndi Gimnaziyanı bitirdikdən sonra, çoxlu uşağa
sahib olan atası onu ailədən ayırır ki, sənə elm vermişəm, başqa
heç nəyə ehtiyacın yoxdur, get öz elminlə həyatını qur. Beləliklə,
84
Övliyalar Ensiklopediyası
Osman əfəndi Zaqatala rayonunun
Gözbaraq kəndində yaşay an və
dövrünün ilahiyyat alimi kimi tanınan
övliya Qasey əfəndinin yanına gəlir.
Ondan bir qədər dərs aldıqdan sonra,
Qasey əfəndi öz vəsaiti hesabına
Osman əfəndini Buxarada Mirərəb
Ali Ruhani məktəbində oxudur.
Buranı bitirdikdən sonra o, artıq
hərtərəfli biliyə malik bir din xadimi
kimi Gözbaraq kəndinə qayıdır Osman Əfəndi
və dini fəaliyyətlə məşğul olmağa
başlayır. Beləliklə, dövrünün alimi və övliyası kimi, xalq
arasında böyük nüfuz qazanır. Duaları müstəcəb olduğundan,
qapısından ziyarətçilər əskik olmazdı. “Quran”ın şəfaverici
xüsusiyyətlərindən xəstələrin müalicəsi üçün istifadə etməyi
bacaran Osman əfəndi, həm də həkim kimi şöhrət qazanaraq,
Loğman Peyğəmbərin missiyasını davam etdirirdi. Necə ki,
Rəbbim “Loğman” surəsində buyurur: “Həqiqətən, Loğmana:
“Allaha şükür et!” - deyə hikmət (elm) verdik” (12-ci ayə).
Osman əfəndinin həkimlik fəaliyyəti və müaliciə üsulları
barədə Gözbaraq kəndinin 82 yaşlı sakini Baba Hüseyn oğlu
bizimlə söhbətində maraqlı əhvalatlar danışdı:
- Kəndimizdə Saleh adlı cavan oğlan 1941-ci illər
müharibəsindən əsəbləri pozularaq qayıtmışdı. Gecə-gündüz
küçələri sərgərdan dolaşırdı. Bir kimsəsi olmadığından, ona
85
Paşa Yaqub
sahib çıxan da yox idi. Qonşumuz Məryəm xala onun qolundan
yapışıb, Osman əfəndinin ziyarətinə apardı və Allah rizasına bu
xəstəni müalicə etməsini xahiş etdi. Övliya onu bir həftə evində
saxlayaraq, müalicə etdikdən sonra, Saleh ağlı başında bir oğlan
oldu, ailə qurdu, övladları, nəvələri bu gün də kənddə yaşayırlar.
Mənim özüm də xəstələnəndə Osman əfəndiyə üz
tutardım – deyə Baba dayı söhbətini davam etdirir: - Qurandan
bir ayə yazıb mənə verdi ki, bir həftə su ilə iç. Gündə üç dəfə onu
içəndən sonra xəstəliyim keçib getdi.
Qohumlarımdan biri övladına toy edirdi. Onunla birlikdə
Osman əfəndini kəbin kəsmək üçün atla qonşu kəndə aparmalı
idik. O, çox qocaldığından atı evinin pilləkəninə yaxınlaşdırdıq
ki, rahat minsin. Övliya eyvana çıxan kimi, at onun qocalığını
və kəramətini hiss edib, dizi üstə çökdü ki, əfəndi rahat minsin.
O isə, əlindəki əsa ilə üç dəfə ata yüngül toxunub, “Sübhanallah,
Sübhanallah, Sübhanallah, qalx ay Allahın heyvanı, məndə
minəsi hal var” - dedi. At qalxdı və övliya ona mindi. O qədər
rəhmli adam idi ki, heyvana artıq əziyyət vermək istəmirdi.
Siçanlar övliyanın əmrinə tabe olub,
zəmini tərk etdilər
Osman əfəndi doğulduğu Cınıx kəndinə qonaq gəlmişdi.
Bir gün ağsaqqallar ona dedilər ki, kəndin taxıl zəmisinə
bir neçə gündür ki, siçan sürüsü daraşıb, artıq zəmilərin çox
86
Övliyalar Ensiklopediyası
hissəsini məhv ediblər, bizə bir kömək edə bilərsənmi? Övliya
təəccübləndi ki, bəs neçə gündə bunu mənə niyə deməmisiniz?
İki uşaq göndərir ki, gedin zəmidən bir siçan tutub
gətirin. Uşaqlar tapşırığı yerinə yetirirlər. Övliya siçanı əlinə
götürüb, “Quran”dan ayə oxuyaraq, onun üzünə üfürür və
uşaqlara qaytararaq, haradan tutmuşdularsa, ora da buraxmağı
tapşırır. Camaata üzünü tutaraq, üç günün tamamında filan
saatda siçanların zəmiləri tərk edəcəklərini bildirir. Kim istəsə,
onlara toxunmamaq şərti ilə gedib kənardan baxa bilər. Təbii ki,
övliyanın sözünə inanan da olur, ağız büzənlər də. Lakin, onun
dediyi gündə və saatda siçanların sürü ilə zəmini tərk edərək,
Samur çayını keçib, Cınıx meşəsinə doğru getdiyini kənd
sakinləri öz gözləri ilə görüblər.
Övliyanın nəvəsi bizə söhbət edir ki, orta məktəbdə
oxuyanda riyaziyyatdan zəif idim. Müəllimin verdiyi ev
tapşırıqlarını sinfimizdə Məhəmməddən başqa yazan olmurdu.
Bütün uşlaqlar oturub Məhəmmədin dərsə gəlməyini gözləyirdilər
ki, ev tapşırığını ondan köçürsünlər. Bir gün anama yalvardım ki,
babama desin, elə etsin ki, mən riyaziyyatdan yaxşı bilim. Anam
əlimdən yapışıb, məni babamın yanına apardı. Otağa girəndə
anamın uzun donunun ətəyinə büründüm ki, babam hirslənsə
məni vura bilməsin. Babam gəlişimizin səbəbini biləndə dedi:
“Dərsi oxumamış necə bilmək olar, getsin oxusun, bilsin da?!”
Anam dedi: “Oxuyur ey, başına batmır”. Babam əlini stolun
üstündəki kitaba atanda ürəyim üstümə gəldi, anamın ətəyindən
çıxıb, babamın yanında oturdum.Aradan 5-6 gün keçəndən sonra,
87
Paşa Yaqub
dərsə gedəndə görürdüm ki, uşaqlar ev tapşırığını köçürmək
üçün məni gözləyirlər...
Oxuyan qəlb başqadır
Babam qocalıb yataqda yatanda, anam ona dedi ki,
uşaqların birini öyrət, sənin yolunu davam etdirsinlər
- deyə, həmsöhbətim sözünə davam edir – xəstə gələndə
“Quran”la müalicə etsinlər. Babam dedi onların verdiyi ayə
xəstəyə təsir etməz. Bu işi görməyə mənə Allahdan izn verilib.
Müsahibim danışdıqca yadıma Həzrət Əli ilə bir kasıbın
arasında baş verən əhvalat düşdü:
Günorta vaxtı, ağacın kölgəsində istirahət edən xəlifə
Əli əleyhissəlamın yanına gələn həmyerlisi, ondan dolanışıq
üçün yardım istəyir. Həzrət Əli yerdən bir ovuc qum götürərək,
“Quran”dan bir ayə oxuyub, quma üfürür. Ayədə olan hikmətin
təsirindən qum qızıla çevrilir və kəndlinin ovcuna töküb: “Get
dolan” deyir. Həmin adam soruşur ki, “Ya Əli, sən “Quran”ın
filan ayəsini oxumadınmı?” İmam: “Bəli” deyəndə, kişi yerdəki
qumla ovuclarını doldurub həmin ayəni oxuyur. Amma nə qədər
cəhd etsə də, qum qızıla çevrilmir. Kişi soruşur ki, “Ya Əli,
həmin qumdur, həmin ayədir, niyə sən oxuyanda qızıla çevrilir,
mən oxuyanda çevrilmir?” Həzrət Əli buradakı hikməti belə
açıqlayır: “Ayə həmin ayə olsa da, oxuyan qəlb başqadır”.
Yuxarıda qeyd etdim ki, Osman əfəndi gənc yaşlarında öz
88
Övliyalar Ensiklopediyası
qohumu və ustadı Qasey əfəndinin yanına gəlib. Qasey əfəndinin
oğlu olmadığından, dünyasını dəyişərkən Osman əfəndiyə
vəsiyyət edib ki, mənim evimdə oturub yolumu davam etdirərsən.
Bir də vəsiyyət edib ki, bu evin quruluşunda heç bir dəyişiklik
etməsin, necə var, elə də qalsın. Vəsiyyətə uyğun olaraq Osman
əfəndi ustadının qızlarına müəyyən məbləğ ödəyərək evi satın
alıb. Nə öz sağlığında, nə də bu günkü nəvələri evin quruluşuna
əl vurmayıblar.
89
Paşa Yaqub
SEYİD MİRHƏBİ AĞA
“Allah göylərin və yerin nurudur. Onun nuru, içində
çıraq olan bir taxçaya bənzər: taxçadakı o çıraq bir qəndilin
içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə
Şərqdə, nə də Qərbdə olan mübarək bir zeytun ağacından
yandırılır. Onun yağı özünə od toxunmasa, sanki işıq saçır. O,
nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur”.
Quran, “Nur” surəsi, 35-ci ayə.
Allahın nuru ilə nurlanan möminlərdən biri də
Kərbəlayi Seyid Mir Həbi ağadır. Atasının adı
Seyid Mir Əli olmaqla, şəcərəsi imamlarımız vasitəsi ilə Həzrəti
Peyğəmbərimizə bağlanır. Onun əcdadları Kərbəla faciəsindən
sonra İrana köçüblər. İrandan isə, XIX əsrdə Azərbaycanın indiki
Ucar rayonunun Qəzyan kəndinə gəliblər.
Qazyana köçəndə Mir Həbi ağanın beş qardaşı, bir bacısı
olub. Burada onun kəramət sahibi olduğunu görüb, yerli əhali
ona çox böyük ehtiram göstərib. Xəstələnənlər, problemi olanlar,
dara düşənlər Seyidə üz tutar, onun duasıyla dərdlərinə çarə
tapardılar. Hətta, ilanlar da Kərbəlayi Mir Həbi ağanın əmrlərinə
tabe olar, onun tapşırığı ilə yuva qurduqları yaşayış evlərini tərk
edərdilər.
Tibb elminin inkişaf etmədiyi və kimyəvi dərmanların
90
Övliyalar Ensiklopediyası
olmadığı bir dövrdə Seyid Mir Həbi ağa ilan vuranları, sonsuzları,
əsəb xəstələrini və sair ağır xəstəlikləri öz kəramətiylə, Allaha
etdiyi dualarla sağaldardı.
Gecələr Mir Həbi ağanın qəbri üzərində nur gördüm
Mir Həbi ağanını dəfn olunduğu Qazyan kənd
qəbristanlığının qonşuluğunda yaşayan Əliyeva Xavər Soltan
qızı bizimlə söhbətində bunları bildirdi:
- Bir gecə həyətə
düşmüşdüm, birdən çəpərin o
biri üzündən - Seyid Mir Həbi
ağanın qəbri üstündən bir işığın
qalxdığını gördüm. Özünüz
görürsünüz ki, qəbiristanlıqla
bizim aramızdakı çəpər çox
alçaqdır; buradan baxanda ağanın
qəbri görünür. Alovabənzər işıq
dəqiq gördüm ki, Seyidin qəbri
üstündən qalxdı. Alov kimi Seyid Mirhəbi ağa
yanırdı, arxa tərəfi yaşıla çalırdı.
Hər tərəfə nur saçırdı. Qəbrin üstündən göyə qalxdı və uçub
getdi.
- Ata-babadan həm bizim ailənin, həm də kənd camaatının
Seyid Mir Həbi ağaya böyük inamımız olub – deyə Xavər xanım
91
Paşa Yaqub
söhbətini davam etdirir: - Yadımdadır, Sovet dönəmi idi, atam
pambıq briqadiri işləyirdi; çoxdandır yağış yağmadığından,
pambıq tarlası susuzluqdan yanırdı. Atam Mir Həbi ağanın qızı
Seyid Xanımdan xahiş etdi ki, yağış üçün dua etsin. Seyid xanım
da atasının qəbrinin torpağından götürüb dəsmala büküb, su arxına
qoydu və yağış üçün dua etdi. Həmin gündən başlayaraq üç gün
aramsız yağış yağdı, tarlalar doyunca su içdi. Üç gündən sonra
atam Seyid Xanıma dedi ki, daha bəsdir, get torpağı sudan çıxart.
Bizim nəsli ilan vurmur
Zərdab rayonunun Gəlmə kəndində yaşayan Mir Həbi
ağanın nəvəsi seyid Gülnisə xanımın atası və babası haqqında
danışdığı xatirələr də maraqlıdır:
- Bir dəfə həyətdə getdiyim yerdə, birdən ayağım sarmaşığa
ilişdi, ağzı aşağı yıxıldım otluğa. Yıxılanda gördum qarnımın
altında ilan var. Qorxumdan tərpənə bilmirdim ki, ilan vuracaq
məni. Gördüm ilan üzüyuxarı sinəmə tərəf gəlir. Gəldi çənəmin
yanından keçib çıxıb getdi. Onda yadıma düşdü ki, ağam deyirdi
bizim nəsli ilan vurmur, mən inanmırdım, deyirdim gürzə nə
bilir mən kimin qızıyam? İndi inandım ki, ağam düz deyirmiş.
Kəramətləri ilə bölgədə məşhur olan Kərbəlayi Seyid Mir
Həbi ağa 1933-cü ildə dünyasını dəyişib. Qəbri Qazyan kəndinin
qəbiristanlığındadır. Seyidin Həbib və Mirhüseyn adında iki
oğlu, Minayə, Güllü, Seyidxanım, Gülnisə, Güldəstə adında beş
qızı qalıb.
92
Övliyalar Ensiklopediyası
Seyid Fatimə
Seyid Fatimə Mir Fəttah qızı 1891-ci ildə indiki Ucar
rayonunun Qazyan kəndində doğulmaqla, yuxarıda bəhs etdiyim
Seyid Mir Həbi ağanın qardaşı qızıdır.
Ata-babalarında olan kəramət övladlarının bir çoxunda,
o cümlədən Seyid Fatimədə də özünü büruzə vermişdir. O, öz
kəraməti ilə ilanları ram edər, hətta, ilanlar bir çox hallarda ona
pənah gətirərmişlər.
Ucar şəhərində yaşayan Alagöz xanım anası Seyid
Fatiməni belə xatırlayır:
– Bir gün ailəlikcə eyvanda oturub çay içirdik. Yay vaxtı
idi, birdən gördük həyətə bir sürü ilan daxil oldu, çoxusu da
yaralı idi. Anam dedi onlara toxunmayın, davadan gəlirlər. Anam
onlara çərəklə yağ, bal verdi, yedilər, bir az dincəlib getdilər.
Yay vaxtı biz ailəlikcə eyvanda yatırdıq – deyə Alagöz
xanım söhbətini davam etdirir – səhər yuxudan oyananda
görürdük yatağımızın ətrafında ilanlar yatıblar. Anam ilanları
yığırdı mənim donumun ətəyinə, deyirdi apar boşalt narlığa.
Mən də aparıb boşaldırdım...
93
Paşa Yaqub
ŞEYX YUNİS ƏFƏNDİ
“Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün
Rəhman ürəklərdə bir sevgi yaradacaq (Allah həm özü onları
dost tutacaq, həm də onların məhəbbətini möminlərin qəlbinə
salacaqdır)”. “Quran”, “Məryəm” surəsi, 96-cı ayə.
Allah-taalanın sevdiyi və sevdirdiyi dostlarından biri də
Şeyx Yunis əfəndidir. Sufiliyin Nəqşibəndiyyə qoluna mənsub
olan bu Allah dostu, XIX əsrdə Qax rayonunun Lələli kəndində
yaşamışdır.
Sufiliyin prinsipinə görə şeyxlik təyinatla idi və bunun üçün
mütləq bir neçə il bir şeyxin yanında qalıb onun müridi olmalı
və onun elmi ilə yanaşı, əxlaqını, tərbiyəsini də əxz etməliydi.
Sonda şeyx öz müridinin elmini, əxlaqını, sirrə varmaq və sirr
üzərindən pərdələri qaldırmaq iqtidarını sınaqdan keçirdikdən
sonra, hansısa bir bölgəyə şeyx təyin etmək üçün icazənamə
verirdi. Belə icazənaməni alan şəxs şeyx təyin olunduğu yerdə
başına müridlər toplayaraq, irşad edər və kamal dərəcəsinə çatan
müridlərinə özü icazənamə verərdi.
Qeyd edim ki, Yunis əfəndi zahiri və batini elmləri
kürdəmirli Mövlanə Hacı ismayıl Sıracəddin Şirvanidən (1782-
1848) əxz etdi. Belə ki, bir neçə il ona mürid olduqdan və kamal
dərəcəsinə çatandan sonra, imtahan verərək, ondan şeyxlik üçün
94
Övliyalar Ensiklopediyası
icazə aldı. Onu da qeyd edim ki, Mövlanə Hacı İsmayıl əfəndi
on minlərlə müridindən cəmi bir neçə nəfərə icazənamə vermişdi
ki, onlardan da biri Şeyx Yunis əfəndi idi.
Araşdırmalarımız
göstərir ki, 1825-ci ildə
Mövlana Hacı İsmayıl əfəndi
Osmanlı dövlətinə köçdükdən
sonra, onunla Yunis əfəndi
arasında əlaqələndirici Hacı
Yəhya bəy əl-Qutqaşeni əl-
Məki adlı şəxs olmuşdur.
Bir məqama da
diqqətinizi yönəldim ki,
Mövlanadan icazənamə
alan şeyxlərin hamısının Шейх Йунус Яфяндинин эцnbязи
məzari-şərifləri bu gün xalq
tərəfindən ziyarətgaha çevrilib. Məsələn, Hacı Mahmud baba
Kürdəmirli (ö.1870), Mir Həmzə Seyid Nigari (1805-1886),
Hacı Mahmud əfəndi Aslanbəyli (1835-1891), Hacı Abdu
əfəndi Qaracallı, Xas Məhəmməd (Şeyx Şamilin ustadı) kimi
böyük şəxsiyyətlərin kamal dərəcəsinə çatmasında və övliyalıq
məqamına yüksəlməsində Mövlanə İsmayıl Şirvaninin böyük
rolu olmuşdur (bu övliyaların həyat və fəaliyyəti haqqında
əvvəlki fəsillərdə bəhs etmişik).
Qeyd edim ki, Hacı İsmayıl əfəndinin özünə icazənaməni
1821-ci ildə Bağdadlı Mövlanə Xalid vermişdir (hansı ki,
95
Paşa Yaqub
övliyaların qütbü sayılır).
Mövlana Cəlaləddin Rumi mürid-mürşid münasibətlərini
belə ifadə etmişdir:
“Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan necə yona
bilər? Sən get yaralarını bir könül cərrahına göstər. Sən onu
təkbaşına müalicə edə bilməzsən. Dünyəvi duyğu və səhhətinin
çarəsini təbibdən, insanı sonsuzluğa yüksəldən ilahi hisslərin
sirrini də mürşiddən öyrən”.
Şeyx Yunis əfəndi mürşid olaraq, bölgədə bir çox
övliyaların kamal dərəcəsinə çatmasında mühüm rol oynamışdır.
Belə ki, Azərbaycanda və Şimali Qafqazda tanınmış kəramət
sahiblərindən olan Almalı Şeyx Mahmud əfəndi də seyr və
sülukunu onun yanında tamamlamış və Yunis əfəndinin verdiyi
icazənamə ilə şeyxlik fəaliyyəti göstərmişdir.
İnsanlarsıxıntılıanlarında,həyatlarınınçətinməqamlarında
Yunis əfəndinin məsləhətlərindən və kəramətlərindən
faydalanardılar. Şeyxin Alazan çayının üzərindən yeriyərək
keçdiyini görənlər olmuş və şahidlərin danışdığı belə maraqlı
söhbətlər bu gün də məclislərdə maraqla danışılmaqdadır.
Məsələn, Qax rayonunun Qındırğa kəndinin ən yaşlı sakini
Orucov Xəlil Məhəmməd oğlu söhbət edir ki, atası və babası,
Yunis əfəndinin müasiri olublar və övliyanın kəramətlərinə şahid
olublar. Onlar söhbət edirlərmiş ki, qış vaxtı Lələli və Qındırğa
kəndlərinin heyvanları bəzən Alazan çayının o biri tayına keçər,
sahibləri arxasınca gedə bilməzdilər. Belə hallarda Yunis əfəndi
çayın üzəri ilə yeriyərək, heyvanları bu taya keçirər, camaatı
96
Övliyalar Ensiklopediyası
çətinlikdən qurtarardı.
Bu və digər xeyirxah əməllərinə görə camaat onu çox
sevərmiş. Onun ziyarətinə tək Azərbaycanın rayonlarından
deyil, dağıstandan da zəvvarlar gələrdi. Gələn ziyarətçilərdən
də bəziləri kəramətli olmuşlar. Məsələn, Dağıstanda tanınmış
övliya olan Mirzə Şeyxzadə tez-tez Yunis əfəndini ziyarət edər
və yolüstü Qındırğa kəndində yaşayan dostu Məhəmmədi də yad
etməyi unutmazmış. Bir gün də o, qonaq gələndə Məhəmməd
kişi övliyanın saçının uzandığını görüb, qonşudakı dəlləyi
çağırıb onu saçını qırxdırmağa razı salır. Dəllək işini qurtaranda
Mirzə baba saçı toplayıb, bir quyuda basdırmağı, üstünə də bir
heyva ağacı əkməyi tapşırır. Avqust ayı olmasına baxmayaraq,
ağac bitib və qol-budaq atıb. Üstündən səksən ilə yaxın bir vaxt
keçməsinə baxmayaraq, övliyanın yadigarı olan bu ağaca heç
kəs toxunmur. Bir dəfə qonşuluqda yaşayan bir kişi cürət edib
bu ağacdan qırıb odun kimi yandırıb. Elə həmin gün kişinin
evi yandığından, burada qurban kəsərək, peşmançılığını
bildirmişdir.
Şeyx Yunisin bizə məlum olan Abdulla adında bir oğlu və
Yunus adında bir nəvəsi olmuşdur. Övliyanın qəbri üzərindəki
gümbəzi də nəvəsi Yunis əfəndi tikdirmişdir ki, bu gün
möminlərin sevimli ziyarətgahıdır.
Burada haşiyə çıxaraq Şeyix Yunis əfəndi ilə, həyat yoldaşı
arasında baş verən maraqlı bir əhvalatı qiqqətinizə çatdırıram:
Bir gün həyat yoldaşı Şeyxə deyir ki, sənin kəramət
ğöstərməyində mənim də az da olsa payım var. Yunis əfəndi
97
Paşa Yaqub
həyat yoldaşının fikri ilə razılaşmır və ona istehza edir. Səhəri
gün qadın meşəyə odun qırmağa gedən həyat yoldaşına yemək
bağlaması verib yola salır. Yunis əfəndi meşədən qayıdanda
həmişəki kimi, Alazan çayının üzərindən yeriyərək keçmək
istəyir. Amma, nə qədər cəhd etsə də, buna nail ola bilmir. Hər
dəfə ayağını suya qoyanda qurşağa qədər suya batır. Əlacsız
qalıb, uzun bir məsafə qət edərək, camaat kimi, Alazanın dayaz
yerindən keçir. Evə gələndə həyat yoldaşı niyə belə gec gəldiyini
soruşur. Övliya cavab verir ki, həmişə Alazanın üstündən
yeriyərək keçirdim; bu gün keçə bilmədim, ona görə gec gəldim.
Qadın gülüb deyir: “Ay kişi, sənə demədim ki, sənin kəramət
göstərməyində mənim də payım var?! Bunu sənə sübut etmək
üçün səhər xəmiri dəstamazsız və başıaçıq yoğurdum, həmin
çörəkdən də dəsmala bağlayıb sənə verdim. Onu yeyəndən sonra
kəramət göstərə bilmədin. İndi bil ki, sənin kəramətində mənim
də payım var?!”
Deyilənə görə bu əhvalatdan sonra Şeyx Yunis əfəndi öz
həyat yoldaşına daha da hörmətlə yanaşmış və bir daha onun
xətrinə dəyən hərəkətə yol verməmişdir.
Bu əhvalatı son vaxtlar bizə tez-tez ünvanlanan: “İndi
niyə kəramətli adamlar yoxdur?” sualına cavab olaraq yazdım.
Yəni, kəramətli kişinin yetişməsi üçün ilk növbədə imanlı qadın
lazımdır.
98
Övliyalar Ensiklopediyası
SEYİD ŞƏMSƏDDİN MƏHƏMMƏD
Quba rayonunun Gədik kəndində XVII əsrin
əvvəllərində Şah Abbas tərəfindən tikilmiş bir türbə
mövcuddur. Türbənin tikilməsinin maraqlı bir tarixçəsi vardır.
Tarixi mənbələrdə göstərilir ki, Şah Abbas 1607 miladi
ilində Dərbəndə doğru yürüş edərkən, Vəlvələ çayının sağ
sahilində Çəpərxana adlanan ərazidə düşərgə salır. Şah libasını
dəyişərək, bir neçə əsgərlə ova çıxır ki, qoşunu yedizdirmək
üçün heyvan vursun. Bir yerdə “Quran” oxuyan pirani qocaya
rast gəlir. Şah Abbas salam verir. Kişi “Quran”ı tamamlayandan
sonra şahın adıyla salamı alır və deyir ki, “Quran” şahdan irəli
olduğundan, onu qurtarmamış sizin salamınızı ala bilməzdim.
Yanındakı bələdçi Şaha bildirir ki, bu pirani şəxs Seyid
Şəmsəddin Məhəmməddir. Şah Abbas ona deyir ki, ordumuzun
azuqəsi tükənib, əgər həqiqi seyidsənsə bir kəramət göstər,
Allahdan bizə ruzi gəlsin. Bu vaxt Heykallı dağından iki ceyran
onlara tərəf gəlir. Seyid Şaha deyir ki, əsgərlərinə tapşır, onlara
güllə atmasınlar, yanımıza gələcəklər. Ceyranlar gəlib çatanda
seyid ocaqdan iki dənə kösöv götürüb, yerə basdırır və ceyranları
bu mıxçalalara bağlayır. Daha sonra ceyranları sağaraq, südlü aş
bişirir və şahın bütün əsgərlərini qonaq edir. Qüdrəti-İlahidən
verilən bərəkətlə bir qazan yemək bütün əsgərləri doyuzdurur.
ŞahAbbas seyiddən xahiş edir ki, bu yürüşdə qələbə çalması
üçün ona xeyir-dua versin. Seyid Şəmsəddin Məhəmməd yerə
99
Paşa Yaqub
çaldığı kösövlərin dibində dəstamaz alıb, namaz qılaraq, onların
qələbə çalması üçün dua edir. Namazını qurtaranda görürlər ki,
kösövlər göyərib. Şaha bildirir ki, duam qəbul olundu, qələbə
çalacaqsan.
Şah Abbas Dağıstanı fəth edir və orada məscid tikdirir.
Qayıdarkən, gördüyü kəramətlərin müqabilində yenidən Seyid
Şəmsəddin Məhəmmədi ziyarət etmək istəyir. Lakin, onun
dünyasını dəyişdiyini eşidərək, məzarını ziyarət edir və bu şərif
məzar üzərində həmin bu günbəzi tikdirir. Bundan əlavə, seyidin
nəslinə 50 desyatin torpaq bağışlayır. Daha sonra isə, fərman
imzalayaraq, onları bütün vergilərdən azad edir.
Hazırda türbədə üç qəbir vardır. Qəbirlərdən biri Soltan
Seyid Kərimə, ikincisi, oğlu Seyid Şəmsəddin Məhəmmədə,
üçüncüsü isə, onun həyat yoldaşına məxsusdur.
100