The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar Ensiklopediyası

Gördüyüm işin əvəzində Allahdan
bir oğul istəyirəm

1970-ci ildə Şəki rayonundan Şəfaət adlı usta Ərəbocağı
kəndində Cəlal kişiyə ev tikirmiş... Burada Yolqulu Babanın
kəramətləri barədə çox əhvalatlar eşidir və pirə qarşı onda çox
böyük inam yaranır. Elə bu inamla da övliyanın qeyb olduğu
yerdə öz şəxsi vəsaiti hesabına bir günbəz tikdirir. Tikintini qur­
tar­anda Allaha dua edir ki, gördüyüm işin əvəzində bir oğul
özümə, bir oğul da dostum Cəlala istəyirəm. Qeyd edim ki, usta
Şəfaətin 5 qızı, Ərəbocaqlı Cəlal kişinin isə 6 qızı olmasına
baxmayaraq, onların heç birinin oğlu yox idi.

1971-ci ildə usta Şəfaətin 1 oğlu dünyaya gəldi ki, adını
Novruz qoydular. Cəlal kişinin isə, 1972-ci ildə oğlu dünyaya
gəldi.

Övliya məni depressiyadan çıxartdı

Ərəb­oca­ğı kənd məktəbinin Məhəmməd adlı müəllimi
başına gələnləri belə nəql edir:

- Dünyaya gələn övladlarım körpəikən ölürd­ ülər. Bu
minvalla yeddi övlad itirdim, bu səbəbdən stress keçirdim,
depressiyaya düşdüm.. Özümü çox pis hiss edirdim, çox

451

Paşa Yaqub

həkimlərə müraciət etsəm də, faydası olmurdu. Bir gün
gedib övliyanın günbəzində yatdım. Yuxuda nuranı bir insan
gördüm. O, mənə bəzi sözlər dedi ki, indiyə qədər onu heç kəsə
deməmişəm, bundan sonra da deməyəcəyəm. Yuxudan ayılandan
sonra məndə heç bir problem olmadı. Övliyanın xeyir-duası ilə
doğulan övladım da yaşadı.

452

Övliyalar Ensiklopediyası

ŞIX MECİD BABA

“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ard­ ımca
gəlin ki, Allah da sizi sevsin və gün­ ah­la­rınızı bağışlasın. Allah
bağışlayandır, mər­hə­mətlidir!” “Quran”, “İmran ailəsi”
surəsi, 31-ci ayə.

Allaha yaxınlaşmaq üçün hüzuruna gedilən
övliyalardan biri də Şıx Mecid Babadır. O, XIX
əsrdə Göyçay qəzasının Çə­rəcə kəndində yaşamışdır. Atası
İbrahim Baba da dövrünün övliy­ ası kimi həm sağlığında, həm
də ölümündən sonra ziyarət olunmuş və Göyçay rayonunun
Qoyunlu Şıxlı kəndində yaşamışdır. Onun kəramətlərinə dair bir
çox əhvalatlar bu gü­nüm­ üzədək gəlib çatmışdır. Bu əhvalatların
bir­ind­ ə deyilir ki, İbrahim Baba ona şəkk edən­ləri susdurmaq
üçün su dəyirmanına barmağını qoym­ aqla, dəyirman dayanıb.
Barmağ­ ını göt­ü­rəndə isə dəyirman işləyib.
Bu nəsil İsmayıllının Kürdmaşı kəndində yaşa­mış məhşur
övliya Şıx Məmmədiyim Babanın nəslindəndir.
Ata-babalarında olan kəramət Şıx Mecid Babada da özünü
göstərmişdir. Odur ki, ölü­mündən yüz ildən çox vaxt keçməsinə
baxm­ ayaraq xalq tərəfindən bu gün də sevilə-sevilə ziyarət
olunur.
Çərəcə kəndinin yaşlı adamları söhbət edirl­ər ki, Şıx

453

Paşa Yaqub

Mecid Baba dəlləkdə üzünü qırxdırarkən birdən dəlləyə deyib
dayan. Dəllək əlini saxlayıb, görür Babanın çiyninə iz düşdü.
Soruşur ki, bu nə izdi, düşdü çiyninə? Övliya əvvəlcə heç nə
demək istəmir, amma dəlləyin çox israr etdiyini görəndə, deyir
kəndimizdən filankəslə, filankəs meşədən odun gətirirdilər.
İndicə arabaları çevrildi, məni çağır­dılar, çiynimi təkərin altına
verdim. Bu iz də təkərin yeridir. Dəlləkxanada oturanlar əvvəl
inanmaq istəmirlər. Lakin axşamüstü həmin oduna gedənl­ərdən
başlarına nə gəldiyini soruşanda, Şıx Mecid Babanın çiyninə
düşən təkər izinin bu adamların arabasının izi olduğuna şübhə
etmirlər.

Mələk adlı qızla ailə quran Şıx Mecid Babanın İbrahim,
Kərim və Eyyub adında üç oğlu, Gülnabat adında bir qızı qaldı.

Övliyalara fərqli baxış

Hamıya məlumdur ki, bu gün cəmiyy­ ətim­ izdə Şıx
Mecid Baba kimi övliyalara mün­ asibət birmənalı
deyil. Belə ki, bir qrup təriqətçilər də vardır ki, Allah dostlarını
və onların kəra­mətlərini inkar etmək üçün çoxlu sayda qəzetlər,
kitablar buraxır, televiziya ek­ran­ larına çıxırlar. Onların
danışdıqlarını eşidəndə yadıma övliya Zün-Nun Misri ilə cahil
bir gəncin arasında olan əhvalat düşür. Əhvalat belə olmuşdur:
Bir gənc, Allahın sevimli bəndələrini – övl­iy­ aları inkar

454

Övliyalar Ensiklopediyası

edirdi. Zün-Nun Misri barm­ ağ­ ındakı üzüyü çıxarıb ona verdi
ki, apar bunu çərçiyə bir qızıla sat. Çərçilər bir gümüşdən
artıq vermədilər. Gənc geri dönüb vəziyyəti Zün-Nuna danışdı.
Zün-Nun dedi ki, indi apar cavahirat satanlara göstər, gör nə
verirlər. Orada üzüyü min qızıla almaq istədilər. Gənc gəlib Zün-
Nuna xəbər verdi. Zün-Nun gəncə belə dedi: “Allahın övliyaları
haqqında sənin biliyin çərçilərin bu üzüyü bilmələri və onu
qiymətlənd­ irmələri kimidir”.

Övliyanın sözünün qüvvəsi, bu gün bəzi təriqətçilərin də
Şıx Mecid Babanı və digər Allah dostlarını qiymətləndirməsi elə
çərçilərin üzüyü qiymətləndirməsi kimidir.

Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, sovet
dönəmində kommunistlər ümumiyyətlə, Allahın olmadığını
insanlara təbliğ edirdilər. Buna baxmayaraq, hamı bilirdi ki,
bu, dövlət ideolo­giya­sıd­ ır, məcburən qulaq assalar da, həm
təb­liğatçılar, həm də dinləyicilər qəlbl­ərində başqa cür (bunun
əksini) düşünürdülər. Bu gün həmin təbliğat bir qədər başqa
formada aparılır: Allah var, amma Onun dostları – övliy­ a­lar
yoxdur. Nəzərə alsaq ki, bu təbliğatı aparan təriqəti vahabilərin
hakim­ iy­yətdə ol­du­ğu dövlətlər maliyyələşdirir və o dövlətlər də
ingilislərlə müttəfiqdirlər (bəmin təriqəti hakim­ iyyətə ingilislər
gətirib) onda bu cür təbliğata kommunistlərin dövründə olduğu
kimi yanaş­ maq lazımdır.

“Belə deyin: “Biz Allaha, bizə nazil olan Qurana,
İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladına
göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən

455

Paşa Yaqub

bütün peyğəmb­ ər­lə­rə verilən şeylərə (möcüzələrə, kəramətlərə,
bəsirətə) inanmışıq. Onların heç birini digərindən ayırmırıq.
Biz ancaq Allaha boyun əyən müs­ əlmanlarıq!” Quran, “İnək”
surəsi, 136-cı ayə.

Həkim Baba

Allahın Özünə dost seçdiyi bəndələrindən biri də
Həkim babadır. O, XIX əsrin ortarlarından 1934-cü
ilə qədər Göyçay rayonunun Çərəcə kəndində yaşayıb. Həkim
babanın atası Hacı Salman yuxarıda kəramətlərindən bəhs
etdiyimiz Şıx Mecid Babanın qardaşıdır.
Həkim babanın maddi imkanları çox geniş olmuşdur.
Belə ki, ata- babalarından ona çox böyük torpaq sahələri miras
qalmışdır. Şamaxı, İsmayıllı, Ağsu rayonlarında, eləcə də Çərəcə
kəndində olan yaylaq və qışlaqları, əkin sahə­lərini icarəyə
verməklə, böyük miqdarda gəlir əldə edər­miş. Həkim Baba
həm övliya, həm də xeyriyyəçi kimi tanınmışdır. Onun Ucar
şəhər­ind­ ə dəmir yol stansiyasının ətrafında qırmızı kərpicdən
tikdirdiyi binalar bu günədək qal­maqd­ adır. Eyni zamanda Çərəcə
kəndindəki məscid bu xeyirxah övliyanın adı ilə bağlıdır. Həkim
Baba Xədicə və Dostuxanım adlı iki qızla (eyni vaxtda) nikahda
olmuş və onlardan on bir övladı olmuşdur...

456

Övliyalar Ensiklopediyası

QƏRİB ÖVLİYA

“Belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana),
İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övla­dına
göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən
(bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq.
Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha
boyun əyən müsəlmanlarıq!” “Quran”, “İnək” surəsi 136-cı
ayə.

Göyçay rayonunun Çərəkə kəndinin və ətraf kəndlərin
əhalisinin ziyarət etdiyi mü­qəddəs yerlərdən biri də
“Qərib övliya” ziyar­ətgahıdır. Çərəkədə olarkən kənd sakinləri
bu pirin kəramətləri və burada niyyətlərinin hasil olması barədə
biri-birindən maraqlı əh­valatlar danışdılar. Nəhayət, mən də bu
piri ziyarət edərək, yaxın qohumlarımdan birinin ağır xəstəlikdən
şəfa tapması üçün Allaha dua etdim. Və nəzir etdim ki, duanın
qəbul olunm­ ası müqabilində “Qərib övliya” ziyarətgahı haqqında
yazı yazacağam. Şükürlər olsun ki, Rəbbim duamı qəbul edib,
qohumuma şəfa verdi və mən də əhdimə əməl edib, bu yazını
yazıram.
Haqqında danışdığım pir Çərəkə kəndində Salmanova
Cəmilə Səlim qızının həyətinin ya­nın­dadır. Ziyarətgaha da
elə Cəmilə xala xidm­ ət edir. 1932-ci il təvəllüdlü bu qadının
danışd­ ığına görə, Qərib övliyanın kimliyi, həyatı və törəmələri

457

Paşa Yaqub

haqqında heç bir məlumat yoxdur. XX əsrin əvvəllərində pirə bu
həyətin sahibi Salman kişi xidmət edib. Ondan sonra oğlanları
Mehdi və Veyis ziyarətgahın xidmətində durublar. Onlar İkinci
Dünya müharibəsində qalandan sonra, Salmanın qardaşı arvadı
Xədicə burada gözətçi olub. O da dünyasını dəyişəndən sonra
Cəmilə xala pirə xidmət edir.

– Bəzən xəstə oluram, vaxtlı-vaxtında pirə gedə bilmirəm –
deyə Cəmilə xala söhbət edir - belə olanda Qərib övliya yuxuma
girir, deyir niyə gəlmirsən ziyarətimə? Deyirəm görürsən də
xəstəyəm, qocalmışam, yeriyə bilmirəm.

Bir dəfə xalamın əri İbrahim sərxoş vəziyyətdə bu pirdən
keçib gedib – deyə Cəmilə xala söhbətini davam etdirir – uzun
müddət yataqdan qalxa bilmədi. Mənə məsləhət etdilər, dedim
yuyunsun, gəlsin övliyanı ziyarət etsin, üzr istəsin bəlkə sağala.
Gəldi, “Quran” oxutdurdu, üzr istədi, mən də pirin torpağıyla
ovxaladım, onunla da sağalıb qayıtdı evinə.

Gözümüzü açandan görmüşük ki, xəstələn­ əndə
valideynlərimiz bizi pirlərə aparırdılar. Kəndimizin qırağında
“Sarılıq piri” deyilən pir var, sarılıq xəstəliyinə tutulanları
ora ziyarətə aparardılar, onunla da şəfa tapardı. Və yaxud göy
öskürəyə, ağ ciyər xəstəliyinə tutulanları kənddəki “Öskürək
piri” adlanan ziyarətgaha aparardılar, onunla da öskürəyi
keçib gedərdi. O vaxtlar həkim yox idi, dərman yox idi, Allah
bu pirləri insanlara şəfa mənbəyi yaratmışdı. İndi həkimlərin
aylarla, illərlə müalicə etdiyi xəstə­likl­ər­dən o vaxtlar piri bir
dəfə ziyarət etməklə yaxa qurtarmaq olurdu. İndi insanlarda

458

Övliyalar Ensiklopediyası

inam azaldığından, asan yolu qoyub, çətin yolu seçirlər.
Cəmilə xala danışdıqca yadıma “İnək” surə­sinin 186-cı

ayəsi düşdü:
“Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən

onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul
edərəm. Amma (bir şərtlə ki,) gərək onlar da Mənim çağırışımı
qəbul edib, Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki,
doğru yola yetişsinlər”.

459

Paşa Yaqub

SEYİD MİR VALİK AĞA

“Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik,
peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun
mükafatını verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə
layiq) salehlərdən olacaqdır!” “Quran”, “Hörümçək” surəsi,
27-ci ayə.

Rəbbimin həm bu dünyada, həm də axirətdə
mükafatlandırdığı saleh bən­də­lərindən biri də Seyid
Mir Valik Mir Zahid oğludur. O, 1931-ci ildə Ucar rayonunun
Rəstəcə kəndində doğulub. Atası Mir Zahid Ucarın Alpout
kəndindən olmaqla, məşhur kəramət sahibi Seyidağa Babanın7
nəslindəndir. Anası Seyidnisə xanım da Alpout kəndindən
olmaqla, tanınmış seyid Mir Kazım ağanın nəslindəndir.
Göründüyü kimi, Mir Valik ağanın həm ata, həm də ana
tərəfi məşhur seyidlərə bağlanır. Onun valideynləri XX əsrin 20-
ci illərində Alpoutdən Rəstəcə kəndinə – əmisi Mir Abduləzimin
yanına köçmüşlər. Yeri gəlmişkən, qeyd edim ki, Seyid Mir
Valikin əmisi Mir Abduləzim ağa da kəramətlərilə Ucarda və
ətraf rayonlarda məşhur olan seyid olmuşdur. Müasirlərinin
danışdığına görə, o, qaynayan bəhməzə əlini salıb, qarış­dır­ar­
mış. Duaları Allah dərgahında qəbul olund­ uğ­ undan, evindən

7 Сейидаьа Бабанын щяйаты вя кярамятляри барядя “Кярамят
сащиби” вя “Доьрулан цмидляр” китабымда бящс етмишям.

460

Övliyalar Ensiklopediyası

ziyarətçilər əskik olmazmış. Elə bu gün də Mir Abduləzim
ağanın qəbri-şərifi möminl­ərin sevimli ziyarətgahıdır.

Mir Abduləzim ağa dünyasını dəyiş­ ən­dən sonra, yolunu
qardaşı oğlu Mir Valik ağa davam etdirdi. Seyid Mir Valikin
ziyarətinə təkcə Ucar rayonundan deyil, Şirvan bölgəsinin bütün
rayonlarından ziyarətçilər gələrdilər. Müxtəlif niyyətlərlə bu
ocağa üz tutanlar demək olar ki, buradan əliboş qayıtmazdılar.

Seyid Səkinəbəyim

Rəstəcə kəndində və onun ətrafında yaşa­yan əhalinin
sevə-sevə ziyarət etdikləri müqədd­ əs yerlərdən biri
də Seyid Səkinəb­ əyimin qəbridir.
1926-ci ildə Qərbi Azərbaycanda doğulan Səkinəbəyim
Mirələkb­ ər qızı Fətullayeva 1947-ci ildə bacısı Sonabəyimlə
birlikdə Azərbaycana deportasiya edildilər. Ataları Seyid
Mirələkbər ağa isə Rusiyaya sürgün edildi.
Hündür boylu, arıq, qarabuğdayı qız olan Seyid
Səkinəbəyim heç vaxt ailə qurmayıb. Bacısı Sonabəyim isə
Şəmkir rayonundan olan Qarakişi adlı seyidlə ailə qurub.
Seyid Səkin­ ə­bəyimin özünün evi olmadığından Ucar şəhərində
yaşayan bacısı qızı Nəcifənin evində yaşayıb.
1963-cü ildə dünyasını dəyişən Seyid Səkin­ ə­bəyim Ucar
rayonunun Rəstəcə kənd­ ində torpağa tapşırılıb.

461

Paşa Yaqub

SEYİD MİR NAĞI AĞA

“İnsanların eləsi də vardır ki, Allahın razı­lığını
qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər,
Allah belə bəndələrinə qarşı çox mehribandır!” “Quran”,
“İnək” surəsi, 207-ci ayə.

Allahın məhəbbətini qa­zanan saleh şəxs­lərdən biri
də Seyid Mir Nağı ağadır. O, 1933 -cü ildə Ucar
rayonunun Lək kəndində do­ğulub. Atası Mir Həşim Mir Möhsün
oğlu Lək kənd­ inə Zərdab rayo­nun­ un Gəlm­ ə kənd­ indən köçüb
gəlm­ işd­ ir. Anası Həcər xanım isə tanınmış din xadimi Axund
Müseyibin (Lək kəndi) qızı idi.
Ataları 32 yaşında rəhmətə getdiyindən Mir Nağı ağa

və iki qardaşı – Seyid Əli və Seyid Hüseyn
ana babaları Axund Müseyibin himay­ əsində
böyüdülər.

Mir Nağı ağanın ata babası Seyid
Mirmöh­sün ağa da kəraməti ilə məşhur
olan seyidlərdən idi. O dövrün adamlarının
bu günümüzə gəlib çatan söhbətlərinə
görə Seyidin həyətində tez-tez cey­ranlar

görünərmiş.

Mir Möhsün ağanın ata-babaları İrandan Zərdab rayonunun

462

Övliyalar Ensiklopediyası

Gəlmə kəndinə gəlmişlər. Bir müddət Gəlmədə yaşadıqdan sonra
Ucar rayonunun Lək kəndinə köçüblər.

Seyid Mir Nağı ağa “Quran”ı atasından öyr­ən­mişdi.
İmanı, təqvası və səxavətinə görə xalqın sevimlisinə çevrilmişdi.
Yanğınsöndürmə idarəsində sürücü işləməsinə baxmayaraq, hər
ay öz əmək haqqısını alanda qonşuların ərzaq mağazasına olan
borcunu sildirərdi. Ucar camaatı Mir Nağı ağanı çox sevərdilər;
xeyir-şər məclislərində Seyidi başda otuzdurar, onunla
məsləhətləşməmiş bir iş görməzdilər.

463

Paşa Yaqub

MƏHƏMMƏD BABA

“Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir.
Biz isə sözsüz ki, günah etmişik! “Yusif” surəsi, 91-ci ayə.

Allah-talanın üstün et­diyi bən­dələrindən biri də kəra­
mə­tilə məşhur olan övliya Mə­həmməd Bab­ a­dır. O,
1921-ci ildə Göyçay rayonunun Xəlitli kəndində doğulub. Atası
İbrah­ imxəlil Baba da (1899-1923) döv­rün­ ün kəramətli övliyası
kimi tanınmışdır.
Məhəmməd Babanın anas­ ı Xaisə adlı möminə bir qadın
olmuşdur.
İbrahimxəlil Babanın anası Hənifə, atası Abdulvəli, ata
babası isə XIX əsrdə Göyçay qəzasının Hacıbəyli kəndində
yaşamış və “Qara Molla” adı ilə məhşur olan Məhəmməd
Baba olmuşdur. “Qara Molla” əslən ərəb ölkə­lər­indən gəlmə
olduğundan ölümünə az qalmış qohumları və övladları ilə
halallaşaraq, Həcc səfərinə yola düşmüş və bildirmişdir ki,
daha geri qayıtmayacaq. Səfər yoldaşları danışır­mışlar ki, Həcc
ziyarətini başa vurduqdan sonra “Qara Molla” dünyasını dəyişdi
və orada dəfn olundu. Sonralar oğlu Abdulrəhim əfəndi Məkkəyə
gedə­rək atasının qəbrini ziyarət etmişdir.
Məhəmməd Babanın atası İbrahimxəlil Baba Hacıbəyli
kəndindən Xəlitliyə köçüb və “Quran” hafizi olub.
İbrahimxəlil Baba kəramət sahibi övliya oldu­ğundan,
həyətindən ziyarətçilər əskik olmazmış. Onu görənlərdən

464

Övliyalar Ensiklopediyası

Xəlitli kənd sakini Məhəmməd Bəkir oğlu
söhbət edir ki, övliyanın əlində həmişə çəlik
olardı. Hirslənəndə çəliyi yerə vurar, çəlikdən
qığılcım çıxa rdı. Və yaxud yağış yağmayanda
insanlar İbrahimxəlil Babadan yağış üçün dua
etməsini xahiş edərdilər. O da öz növbəsində
əlindəki çəliyi suya vuraraq, dua edərmiş.
Beləliklə də, Allah-tala öz dostunun duasını
qəbul edib, insanların yağışa olan tələbatını Məhəmməd baba
ödəyərmiş.

Yeri gəlmişkən, qeyd edim ki, həmin çəlik və Babalardan
qalan xalça Məhəmməd Babada olmuş və o da atası kimi öz
dövründə insanların yağışa olan tələbatını ödəmək üçün həmin
əşyaları suya qoyaraq dua edər və duası qəbul edilərmiş. Həmin
çəlik bu gün də Məhəmməd Babanın ocağında saxlanılm­ aq­dadır.

İbrahimxəlil Baba Xaisə adlı qızla ailə qurm­ uş, Gülbəyim
adlı bir qızı, Məhəmməd adlı bir oğlu dünyaya gəldikdən sonra
1923-cü ildə, 25 yaşında dünyasını dəyişmişdir.

Məhəmmməd Baba ustalıq sənəti ilə güzəranını təmin
edərmiş. Onunla birlikdə işləyən Xəlitli kənd sakini Məhəmməd
Bəkir oğlu söhbət edir ki, kasıb adamlara ev tikəndə Məhəmməd
Baba çox vaxt onlardan pul götürmürdü. Atası Bəkir kişi sənətkar
oldu­ğun­dan, İbrahim Babanın həyətində tez-tez iş gör­ərmiş.
Ceyranların gəlib bu həyətdə sağıld­ ığının bir neçə dəfə şahidi
olmuşdu.

Məhəmməd Baba 1971-ci ilin dekabırın 19-unda dünyasını
dəyişib.

465

Paşa Yaqub

“XUBƏS SEYİD” ZİYARƏTGAHI

“Hər iki aləmdə Allahın baxdığı yer qəlbdir... Padşah
daim qəlbə, könülə baxar”.

Mövlana Cəlaləddin Rumi

Qəlbi Allah sevgisi ilə dolu olan Allah dostlarından biri
də “Xubəs Seyid”dir. O, XIX əsrin ikinci yarsından
XX əsrin 20-ci illərinə qədər Ucar rayonunun Xalac kəndində
yaşayıb. Göyçay rayonunun Alpoud kəndindən Xalaca köçəndə
“Xubəs Seyid”lə bərabər Çimnaz adlı qızı da gəlmişdi. (bura
nə səbəbdən köçmələri və digər ailə üzvüləri barədə bu günə
heç bir məlumat gəlib çatmamışdır). Onlar Xalacda Kərbəlayı
Əmrahın evində məs­kun­laşmışlar. Bir müddət sonra Kərbəlayı
Əmrah öz qızı Çimnazı Xubəs Seyidə ərə verdi. Beləliklə,
Seyidin həm qızının, həm də arvadının adı Çimnaz oldu. Qızı
Çiminaz yetkinlik yaşına çatdıqda Qəhrəman Kərbalayı Hüseyn
oğlu ilə ailə qurdu. Ailə qurandan bir neçə ay sonra atası
həyatla vidalaşdı. Yeddi ay ailə həyatı yaşadıqdan sonra Çimnaz
dünyasını dəyişdi.
Çimnaz adlı qadından isə Seyidin bir qızı olmuşdu.
Həmin qız ailə qurmuş və bir uşağı olduqdan sonra uşağı və özü
ölmüşdür.

466

Övliyalar Ensiklopediyası

HACI İSMAYIL ƏFƏNDİ
(Ərəbocağı ziyarətgahı)

“İnsanların eləsi də vardır ki, Allahın razılı­ğını
qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər.
Allah öz bəndələrinə qarşı çox mehribandır!” “Quran”, “İnək”
surəsi, 207-ci ayə.

Allah yolunda malını və canını sərf edərək, övliyalıq
məqamına yüksə­lənlərdən biri də Balakən
rayonunun Katex kəndində yaşamış Şeyx Hacı İsmayıl Süleyman
oğludur. Əcdadları Şamaxı rayonunun Ərəbq­ ədim kəndindən
gəldiklərindən, onların evi el arasında “Ərəbocağı ziyarətgahı”
adlanır. Hələ ta qədimdən bu günədək Balakən və ətraf
rayonların əhalisi bu ocağı sevə-sevə ziyarət edib, kəramətindən
faydalanırlar.
Şeyx Hacı İsmayıl əfəndi, bütün şüurlu həyatını İslam
dininin gözəlliklərini insanlara çatdırmağa sərf etmiş və öz elmi,
əxlaqı və təqvası ilə, bu gözəlliyin nümunəsi olmuşdur. Odur ki,
Rəbbim onu dərəcə-dərəcə yüksəld­ ərək, övliyalıq mərtəbəsinə
çatdırmışdır. Necə ki, allah-taala “Quran”da buyurur: “Biz
istədiyimiz şəxsi dərəcə-dərəcə yüks­ əldərik!” (“Yusif” surəsi,
76).
Hacı İsmayıl Əfəndi övliya kimi, bir çox kəramətlərə

467

Paşa Yaqub

sahib olmuş­dur ki, onlardan birini qeyd

etməyi vacib bildim. O, dünyasını

dəyişərkən, vəsiyyət edir ki, cənazəmi

yol ilə apararsınız. Qeyd edim ki, həmin

vaxt Katex kəndinin yolları dərin dərələri

xatırladırdı və bu dərələr su ilə dolu

olduğundan, insanlar yol­la deyil bağların

arasıyla (bir-birlərinin həyətindən

keçməklə) hərəkət edərd ilər. Yolla, ancaq

Щаъы Исмайыл яфяндинин kəl arabaları gedə bilirdilər. Nəhayət,

гябри. Балакян району, övliya dün­yasını dəyişən gün, cənazə

Катех кянди karvanı yola düzəldi və hər kəsi bir məsələ

narahat edirdi ki, yoldakı dərin gölməçələri necə keçəcəyik?

Şeyxin vəsiyy­ ətindən kənara çıxmaq da istəmirdilər. Karvan

yoldakı böyük göl­məçəyə çatanda isə, baş verən möcüzə, bütün

mərasim iştirakçılarını hey­rətə saldı. Belə ki, övliyanın cənazəsi

gölməç­ əyə çatanda, İlahinin qüdrətindən su iki yerə yarıldı və

camaat ortada yaranan quru yoldan keç­ əndən sonra, su yenidən

birləşdi. Bu möcüzə Tanr­ının öz dostuna olan məhəbbətinin

təcəllisi idi. Görünür Hacı İsmayıl Əfəndi də Allahla olan

dostluğuna və Onun məh­ əbbətinə güvənib, ölüm­ ündən bir

gün qabaq belə riskli bir vəsiyyət etmişdi. Ondan əvvəl Rəbbi,

Musa Peyğəmbərə olan məhəbbətini də təxminən bu cür nümaiş

etdirmişdi. Belə ki, Firon öz qoşunları ilə Musa əleyhissalamı

və onunla olanları təqib edərkən, Allahın əmri ilə dənizin suyu

aralanmış və onlara yol vermişdi.

1890-cı ildə Şeyx Hacı İsmayıl Əfəndi dünyasını

468

Övliyalar Ensiklopediyası

dəyişəndə, yurdunda Xəlil adlı oğlu qaldı ki, o da atasının
yolunu davam etdirərək, övliyalıq məqamına yüksəldi. Onun
da kəram­ ətinə dair əhvalatlar dillərdə dolaş­maqdadır. Belə
ki, 30-cu illərdə möhkəm quraq­lıq oldu­ğundan, əkinlər məhv
olurdu. Belə bir çətin vaxtda Katex kəndinin ağsaqqalları Xəlil
Babanın ziyarətinə gəlib ondan yağış yağması üçün dua etmə­
sini istəyirlər. Övliya onların xahişini nəzərə alıb, Rəbbinə üz
tutur. Rəbbi də öz dostunu xalq içində xəcil etmir və ona olan
məhəbbətini xalqa göstərmək üçün, duasını qəbul edib, yağış
yağdırır. Əkinlər bol-bol su içir və xalq aclıqdan xilas olur.

Bu əhvalat, yadıma Həzrət Ömərin xəlifəliyi dövründə
baş verən bir hadisəni saldı:

As oğlu Əmir Misiri fəth etmiş və oraya Vali təyin
olunmuşdu. Xalqı da müsəlmanlığı qəbul etmişdi. Ancaq hələ
də köhnə və batil adət-ənənələr davam edirdi. İslama zidd
olan həmin adətlərdən biri də Nil çayı ilə bağlı idi. Nil Misir
üçün həyat qaynağı idi. Əkinçiliklə dolanan Misir əhalisi Nilin
suyunun çəkilməsi qədər böyük bir fəlakət tanımırdı. Bu fəlakət
baş verəndə Misir xalqı qorxunc bir aclığın pəncəsində inləyirdi.

Bir il Nilin suyu yavaş-yavaş çəkilməyə başlamışdı. Məhsul
vaxtına hələ vardı. Quraqlıq davam edirdi. Belə gedərsə, Nil bir
dərə dibi kimi qalacaq, əkinçilər peşiman olacaqdılar. Bir dəstə
adam, vali Əmirin yanına gedib, dərdlərini ona söylədilər və
çarə istədilər:

- Ey Əmir, sizdən izn almaq üçün hüzurunuzdayıq. Əgər belə
davam edərsə, hamımız acından qırılacağıq. Bizim bir adətimiz

469

Paşa Yaqub

var: ən gözəl qızlardan birini bəzəyib, gəlinlik paltarında Nilə
atacağıq. Çay bundan sonra artır, coşur və qabarır. Bunu çox
sınamışıq. Nə deyirsiniz? Əgər izn verərsiniz, ayın 12-də bunu
edərik.

Vali çaşıb qaldı. Belə bir bəd adətə razılıq verilməsi
ağlabatan deyildi. O, dedi:

- İslamda sizin bu adətinizə yer yoxdur. Buna görə də mən
izn verə bilmərəm.

Xalq məcbur qalıb, Əmirin sözlərinə riayət elədi. Amma
iyun ayı keçib, iyul gəlsə də, çay qurumaqda davam edirdi.
Buna bir çarə tapılmalı idi. Vali çox düşünüb-daşındıqdan
sonra, Xəlifə Ömər Həzrətlərinə məktub yazmağı qərarlaş­dırdı.
Vəziyyət doğrudan da pis idi. Xalq artıq köç etmək üçün hazırlığa
başlamışdı, çox dəhşətli bir aclıq fəlakəti gözlənilirdi.

Möminlərin əmiri vəziyyəti biləndən sonra, məsələnin
ciddiliyini düzgün qiymətləndirdi. Bir cavab məktubu yazıb
göndərdi. Məktubda yazmışdı: “Allahın salamını ərz etdikdən
sonra, ey Əmir! Səni təbrik edirəm ki, belə bir bəd ənənəyə qarşı
çıxa bilmisən. Bu məktubun içinə ayrıca bir dua qoymuşam.
Həmin kağızı Nilə at”. Xəlifənin məktubunun içərisindəki
kağızda bunlar deyilirdi: “Möminlərin əmiri, Allahın qulu
Ömərdən, Misirin Nilinə! Əgər özbaşına qabar­ ırdınsa, qabarma.
Yox, əgər səni bir olan Allah qabardırsa, bir olan Allahdan səni
coşdurmağını dua edirik”.

Vali duanı götürüb çaya atır. Ertəsi gün bir də görürlər ki,

470

Övliyalar Ensiklopediyası

Nilin suları artıb və çay coşub.

Bu ibrətamiz əhvalatdan da görünür ki, Rəbbim zaman-
zaman cəmiyyətin içə­risində olan sevdiyi bəndələrinin –
dostlarının duasını qəbul edərək, müəyyən sıxıntıları, o cümlədən
quraqlıq sıxıntısını aradan qaldırır. Xəlil Babanın da duası ilə
yağış yağması buna bariz nümunədir.

Xəlil Əfəndi kasıb olduğundan,

qon­şuluqda sevdiyi Xədicə adlı qızı, ona

vermək istəm­ irdilər. Bir sabah o, qonşunun

darvazasının qabağında dayanır və Xədicə

inəkləri sağıb, evlərinə gedəndə, şəhadət

bar­mağını sənicdəki südə batırıb, çıxarır.

Qız evə çatanda, görürlər ki, süd pendir

kimi bərkiyib. Səbəbini soruşanda, qız

əhvalatı danışır. Valideynləri onun övliya

nəslindən olduğunu və özünün də qeyri- Щаъы Хялил яфяндинин
adi adam olduğunu görüb, kəramətindən гябри. Балакян району,

çəkinirlər və Xədicəni ona ərə verirlər. Катех кянди

1937-ci illərin repressiyaları vaxtı Xəlil Əfəndi ailəsi
ilə bərabər, 6 ay Balakənin Kortala kəndində yaşayıb, ara
sakitləşəndə isə doğma kəndinə qayıdıb.

1940-cı ildə dünyasını dəyişən Xəlil Baba, Katex
kəndində, atasının qəbrinin yanında dəfn olunub. Onların
mübarək məzarları üzərində tikilən günbəz, bu gün möminlərin
ən sevimli ziyarətgahlarındandır.

471

Paşa Yaqub

Sənə bir oğulla müjdə veririk

El arasında “Ərəbocağı” adlanan bu ziyarətgaha iki
əsrə yaxındır ki, insanlar müxtəlif niyyətlərlə üz
tutub, övliyanın Allah dərgahındakı hörmətindən faydalanırlar.
Belə insnalardan biri də Ramazan kişidir. Belə ki, Ramazan
kişinin ailəsində yeddi qız övladı olsa da, oğlu olmurd­ u. Bir
gün o, həyat yoldaşı Nazlı xanımla bu müqəddəs yeri ziyarət
edib, bir oğul övlad­larının olması üçün Allaha dua etdilər. Həm­
çinin nəzir etdilər ki, duaları qəbul ediləcəyi halda, həmin oğulu
bu ocağa xidmət etmək üçün nəzir edirlər. Yəni, bu oğul həm
Ramazann kişi ilə Nazlı ananın, həm də bu müqəddəs ocağın
oğlu olacaqdır.
Qeyd edim ki, övliyaların vasitə olduğu bu səmimi dua,
Haqq dərgahında qəbul oldu və dünyaya gələn Seyfulla adlı
oğulları, həm ata-anasına, həm də müqəddəslərə layiqli övlad
oldu. Övliyaların xeyir-duası ilə, müəl­limlikdən Balakən rayon
təhsil şöbəsinin müdiri vəzifəsinə qədər yüksələn Seyfulla
müəllim, müqəddəslərin xidmətində durmağı özünə şərəf hesab
edir.

Bu əhvalat, yadıma “Qurani-Kərim”də bəhs olunan Həzrət
Məryəmin və Həzrət Yəhyanın dünyaya gəlməsi əhvalatını saldı:

“İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimd­ əkini sənə
xidmətkar (qul) olmaq üçün nəzir edirəm. Bu nəziri məndən
qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” - dediyini
xatırla!...” “İmran ailəsi” surəsi, 35-41-ci ayələr.

472

Övliyalar Ensiklopediyası

“(Zəkəriyya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
belə demişdi: “Ey Rəbbim, artıq sümüyüm sustalmış, başım
ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməkdən heç vaxt
naümid olmamışam. Mənə də öz tərəfindən pak bir övlad bəxş
et! Sən, həqiqətən, duaları eşidənsən!”

Allahdan belə bir nida gəldi: “Ey Zəkəriyya! Sənə bir
oğulla (oğlun olacağı ilə) müjdə veririk…” “Quran”, Məryəm
surəsi, 3-7-ci ayələr.

Sufi Oruc baba

Katex kəndində, yolun qırağında digər ziyarətgah da
var. Ziyarətgahda olan günbəzin içərisində iki qəbir
vardır. Qəbirlərdən biri Şeyx Hacı Oruc Daşdəmir oğluna, digər
qəbir isə, onun oğlu Hacı Süleyman əfəndiyə məxsusdur. Onlar
sufiliyin ələviyyə qoluna mən­sub şeyx olduqlarından, el arasında
“Sofu” ləqəbilə tanınıblar. Birinci qəbirin baş­daş­ ındakı yazı
“Quran”ın “Rəhimli Allah” surəsinin 26-cı ayəsi ilə başlayır:
“Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Bu
qəbirin sahibi iki müqəddəs ziyarətgahda olmuş Şeyx Hacı Oruc
Daşdəmir oğlu. Hicri 1319 (1901-02)”.
Həmin başdaşındakı medalyonun içərisində isə ərəbcə bu
cümlə yazılıb:
“Bu qəbrin sahibi Allahın qulu, əl-Hacı Seyid Məhəmməd
Baqqalinin davamçılarındandır”.

473

Paşa Yaqub

Qeyd edim ki, Seyid Məhəmməd Baq­qalinin qəbri Şəki
rayonunun Baqqal kəndindədir. Qəbirüstü yazısı olmadığından,
ölüm tarixi dəqiq məlum deyil. Qəbirin bir neçə addımlığında
oğlu seyid Əhmədin qəbri vardır ki, onun ölüm tarixi 1794-1795-
ci illərdir. Hər iki qəbir ziyarət olunur. Buradan məlum olur ki,
Seyid Məhəmmədin həyat və fəaliyyəti XVII əsrin sonu, XVIII
əsrin əvvəllərinə təsadüf edir.

Sufi Orucun qəbrinin yanında dəfn olunan oğlu Hacı
Süleyman Əfəndinin ölüm tarixi h. 1338 (1919-1920) kimi
göstərilib. Qeyd edim ki, Süleyman Əfəndi rus ordusunun
əsgərləri tərəfindən öldürülüb.

474

Övliyalar Ensiklopediyası

ƏHMƏD BƏDƏVİ

Əhməd ibn-Əli 1199 miladi ilində Fas şəhərində
doğuldu. Əsasən Səyyid Bədəvi adı ilə məşhur idi
(digər ləqəbi Şıxabəddin olub) 6 yaşı olanda ailələri Məkkəyə
köçdü. Az müddətdən sonra atasını itirdi. O, uşaqlıqda “Quran”ı
əzbərdən bilirdi, bütün həyatını elmə həsr etdi. İraqdakı məşhur
övliy­ aların-Əhməd Rifainin, Əbdülqadir Gilaninin, Mənsur
Həllacın, Cüneyd Bağdadinin müqəddəs qəbirlərini ziyarət etdi.
Əhməd Bədəvi Tant şəhərində məskunlaşdı və böyük
səlahiyyətlər aldı. O, şeyx kimi bütünYaxın Şərqdə tanındığından,
hər tərəfdən yanına gəlirdilər ki, onun müridi olsunlar. O, namaz
qılırdı, 40 gün oruc tuturdu və gün ərzində bir ədəd zeytun
yeyirdi. Bütün bu günlər ərzində üzünü Allaha tutub otururdu.

Əhməd Bədəvinin tutduğu yol, sufiliyin Ələviyyə qolu idi.
Bu qolun, sufiliyin digər qolu olan Nəqşibəndiyyədən fərqi o idi
ki, bu qol, imam Hüseynə və Həzrət Əliyə bağlanır və bu böyük
şəxsiyyətlərin etdikləri duaları, zikr mərasimlərini yaşadırdılar.
Nəqşibəndiyyə qolu isə, İmam Cəfər Sadiq, İmam Qasım, Salman
Farisi və Əbu Bəkr həzrətləri vasitəsi ilə Həzrət Peyğəmbər
əfəndimizə bağlanır. Hər iki qol təsəvvüfə aid olduğundan,
onlar arasında elə bir prinsipial fərq yoxdur. Sadəcə, Ələviyyə
qolunda zikr mərasiminə başlarkən, Gülbəndi ilahisindən qabaq,
fasiləsiz olaraq 12 imamın adlarını çəkirlər: Allah, Allah, qoy
gündüzlərimiz xeyrili, gecələrimiz bərəkətli olsun; qoy pis işlər

475

Paşa Yaqub

bizdən uzaq olsun; düşmənlərimiz cəzalansın; qoy 12 imam bizə
kömək olsun; ərənlər onlardan ayrılmasın; qoy bizim arzularımız
həyata keçsin və dualarımız qəbul olsun; peyğəmbərlərin nuru,
Əlinin köməyi, müqəddəs Məhəmməd Bəhaəddin Üveysi və digər
müqəddəslərin xeyir-duası üstümüzdən əskik olmasın”.

Xristianların müqəddəs hesab etdikləri IX Lüdovik
Afrikanın şimalını işğal edəndə Əhməd Bədəvinin rəhbərliyi ilə
sufiliyin Ələviyyə qolu bu işğala qarşı mübarizəyə qalxdı.

Əhməd Bədəvi hicri 675 (miladi 1276) ildə Misirin Tant
şəhərində vəfat etdi. Həmin şəhərdə olan qəbri və adına olan
məscid ən böyük ziyarətgahlardan sayılır. Onun “Salavat”,
“Vəsiyyət”, “Əl-Əkbər fi-Xəlli əl-Fazil”, “Qayət əl-ixtisar”
əsərləri qalıb.

Səyyid Bədəvinin ardıcılları olan alimlər dünyanın bir çox
yerlərində, o cümlədən Azərbaycanda da yaşayıb-yaradıblar.
Bunlara misal olaraq, Şəki rayonunun Baş-Laysq kəndində
yaşamış və məzarı ziyarətgaha çevirilmiş məşhur övliya Şeyx
Nurullah Əfəndinin, həmin rayonun Baqqal kəndində yaşamış,
qəbri ziyarət olunan Mahmud Axund Babanın və Baş Şabalıd
kəndində yaşamış böyük övliya Şeyx Əhməd Əfəndinin adlarını
çəkmək olar.

476

Övliyalar Ensiklopediyası

ŞEYX NURULLAH ƏFƏNDİ

Əhməd Bədəvinin Azərbaycandakı ardıcıllarından
biri də məşhur övliya Şeyx Nurullah Əfəndidir. O,
Şəki rayonunun Baş-Laysq kəndində yaşamış, burada da dəfn
olunmuşdur. Onun başdaşındakı kitabədə aşağıdakı sözlər həkk
olunmuşdur:
Məşhur alim, ləyaqətli davamçı, böyük müqəddəs, ömrünü
xalqın maariflənməsinə və rifahına həsr edən, mövlanə Şeyx
Nurullah Əfəndi b.rəhmətlik Seyyid Məhəmməd Əli b. Səyyid
Nurullah b. Səyyid Siracəddin b. Səyyid Şeyx əl- İslam b. Səyyid
əs-Sədat Səyyid Mahmud əl-Əhmədi əl-Bədəvi əl-Hüseyni əl-
Ələviyi əl-Müstafavi.

Əl-Hüseyni əl-Ələvi qoluna mənsub olması, Şeyx
Nurullah Əfəndiyə xüsusi güc, qüvvət verirdi. O, İmam
Hüseynin şəhadətindən mənəvi ilham alırdı. Bununla yanaşı,
təsəvvüfi biliklərini Nəqşibəndi şeyxiAlmalı Mahmud Əfəndinin
(1809-1876) yanında təkmilləşdirdi. Seyr və sülukunu burada
tamamladıqdan sonr­ a, irşad fəaliyyəti göstərmək üçün mürşidindən
icazənamə (xilafətnamə) aldı. Beləliklə, Şeyx Nurullah Əfəndi,
sufiliyin iki qolunu – Ələviliyi və Nəqşibəndiliyi özündə
birləşdirdi. Şeyxin yaşadığı dövrdə Azərbaycan Çar Rusiyasının
əsarəti altında idi və xalq bu işğala qarşı mübarizə aparırdı. Çar
hökuməti bu müba­rizənin qarşısını almaq və yaxud effektini
azaltmaq üçün təriqətlər arasında süni zid­diyyət yaradırdı ki,

477

Paşa Yaqub

birləşib, müqavimət göstərə bilməsinlər. Belə mürəkkəb ictimai-
siyasi vəziyy­ ətdə, ağilli şeyx olan Nurullah Əfəndi, Ələviliklə
Nəqşibəndiliyi özündə birləşdirərək, müridizim hərəkatı yaratdı
və hər iki təriqətdən olan möminləri öz ətrafında birləşdirərək,
işğalçı reyimə qarşı müqavimətə rəhbərlik etdi.

Xatırladım ki, XVIII-XX əsrlərdə Ələviyyə qolu
Bosniyada da yayıldı və Nəqşibəndiyyə ilə birləşərək, xalqı öz
ətrafında vahid cəbhədə birləşdirdi.

Şeyx Nurullah Əfəndinin günbəzindəki başdaşının
kitabəsinə ərəbcə aşağıdakı mətn həkk olunmuşdur.

“Bu qəbir mərhum, bağışlanmış, məşhur şeyx, böyük,
ləyaqətli mürşid, hörmətli övliyaların görkəmlisi (qütbü),
əzəmətli başçıların və onun dynyəvi və axirət, su və qurudakı
bütün mərhə­mətlərini ümumiləşdirən yaxınların başçısı, bütün
həyatı boyu, gündüz işığında kor kimi həyatda qürurla şad-xürrəm
ötənləri öz hikmətilə fayd­ alandıran (yəni həyatda nöqsanlarını
görmə­yənləri başa salan) Şeyx, mövlanə Şeyx Nurullah Əfəndi
b. mərhum Seyyid Məhəmmədəli b. Seyyid Nurullah b. Seyyid
Siracəddin b. əl-Hüseyni əl-Ələvi əl-Mustafavi. Ramazan ayı
1317 (3.01-02.02.1900) ildə vəfat etmişdir”.

Şex Nurullah əfəndinin qəbri olan günbəzin üzərindəki
daş kitabədə ərəbcə aşağıdakı sözlər yazılıb:

“Bu mübarək məqbərəni ilisulu ustad İbrahim bina etdi:
1317(1900) il”.

Övliya Nurullah Əfəndinin kəramətinə dair dəlillər bu

478

Övliyalar Ensiklopediyası

gün də göz önündədir. Belə ki, bir gün o, Baş-Laysq kəndinin
qırağındakı meşədə imiş. Namaz vaxtı çatanda, dəstamaz almaq
istəir, lakin su tapmır. Bu vaxt Allaha dua edib, əlindəki əsanı
yerə vurur. İlahinin qüdrətindən həmin yerdən bulaq qaynamağa
başlayır. Bu gün də həmin məşhur bulaq “İstəmə bulağı” adı ilə
mövcuddur.

Nurullah Əfəndinin Məhəmmədəli, Məhəmm­ əd və
Abdullah adında bizə məlum olan üç oğlu, Maral adında bir
qızı olmuşdur.

479

Paşa Yaqub

MAHMUD AXUND BABA

“Torpaqdan yaradılmış olan Adəm, elmi Allahdan
öyrəndiyi üçün, elmi onu yeddi qat göyə qədər yüksəltdi.”

Mövlanə Cəlaləddin Rumi

Elmi ilə göylərə yüksələn və övliyalıq məqamı qazanan
Adəm övladlarından biri də Şeyx Mahmud Axund
Babadır. O, Əhməd Bədəvinin davamçılarından olmaqla, XVIII
əsrin ikinci yarısından, XIX əsrin 51-ci ilinə qədər Şəki rayonunun
Baqqal kəndində yaşamışdır. Atası, dövrünün Şeyxı və övliyası
kimi məhşur olan Hacı Əsgər Əfəndi olub. Soykökü Haşimilər
nəslinə bağlandığından babaları seyid titulu ilə çağırılıblar.
Hacı Mahmud Əfəndi Şeyx olaraq Azər­baycanın şimali-
qərb bölgəsində irşad fəaliyyəti göstərib. Odur ki, bölgənin
ictimai-siyasi həyatına təsir edə bilən nüfuzlu şəxsiyyət olmuşdur.
Mahmud Axund Baba, kəramət sahibi övliya olduğundan,
xalq tərəfindən sevilmiş və ziyarət olunmuşdur. Müasirləri yay
vaxtı onun başmaqlarında dəfələrlə qar olduğunu görərlərmiş.
1851-ci ildə dünyasını dəyişən Hacı Mahmud
Əfəndinin qəbri-şərifi, Bakkal kəndindəki Mahmud Axund
ziyarətgahındadır. Başdaşı dağ mənşəli daşdan hörülüb. Üzəri
bitki mənşəli ornamentlərlə bəzədilib. Başdaşının ortasında
ərəbcə, süls və aydın xətlə yazılmış kitabə var. Kitabədəki mətnin

480

Övliyalar Ensiklopediyası

ərəbc­ ədən tərcuməsi aşağıdakı kimidir. (Mətn, “Quran”ın 55-ci
surəsinin 26-cı ayəsi ilə başlayır):

“Yer üzündə olan hər kəs fanidir. Bu, Alim, əməlisaleh,
mükəmməl bir insan olan, iki müqəddəs məkanı ziyarət etmiş,
Hacı Mahmud Əfəndi b. məşhur mərhum əl-Hacı Əsgər əfəndi-
Mövlana Mahmud əl-Əhmədi əl-Bədəvi əl-Hüseyni əl-Ələvi
əl-Mustafavi nəslindəndir. Hicri 1267-ci ilin zilhiccə ayında
dünyadan köçdü”. Miladi 27.09-27.10. 1851-ci il.

Həmin başdaşındakı digər çərçivədəki ərəbcə mətnin
tərcüməsi belədir:

“Allahım! Sənin günahkar qulun olaraq, günahlarımı
etiraf edərək, səni çağırıram. Əgər bağışlasan-sən buna
qadirsən, əgər rədd etsən, səndən başqa kim rəhm edər. Mənim
qəlbim (ruhum) Sənin əlindədir. Səndən başqalarından üz
çevirib, Sənə yönəlmişəm. Söykənəcəyim elə bir yaxşı əməlim də
yoxdur. Bağışlanmaq ümidilə Sənə doğru gəlirəm”.

Ağası Baba

Mahmud Axund Babadan sonra, onun yolunu davam
etdirənlərdən biri də nəvəsi Ağası Baba oldu.
Atasının adı Seyid Hacı əl-Bakkali idi. Bölgədə Şeyx olaraq,
irşad fəaliyyəti göstərən Ağası Babanın kəramətlərinə dair bir
çox əhvalatlar danışılır. Qaxda bir nəfər onu qonaq çağırır və
sınamaq üçün, oğurluq heyvan kəsib bişirir ki görs­ ün qonaq

481

Paşa Yaqub

bunu duyacaqmı? Bir xeyli də qonaq dəvət

edir ki, onların yanında Ağası Babanı pərt

etsin. Övliya həy­ ətə girəndə hiss edir ki,

ocaqda bişən yemək haramd­ ır, həmin andaca

geri qayıdır...

Ağası Babanın qəbri Bakkal kəndində,

Mahmud Axund Baba ziyarətgah­ ınd­ a­

dır. Qəbrin üzərindəki baş­daşı, dağ mənşəli

daşdan hö­rülmüş, və üzəri bitki mənşəli, sadə

orna­mentlərlə bəzədilm­ işdir. Başdaşının orta­

sın­dakı kitabədəki ərəbcə mətnin tərcüməsi

aşağıdakı kimidir:

Ağası babanın … Bu qəbir/Şeyx/Seyyid//Ağası Baba//b.

qəbirüstü kitabəsi əs-Seyyid Hacı/Bakkalinindir. Hicri 1343-ci

ildə dünyasını dəyişdi” (miladi 1921-1922)



Mütübillah baba

“Nuhun nübüvvət müddəti sona yetdikdən, ömrü
qurtardıqdan sonra, Allah-taala ona belə vəhy etdi: Ey Nuh,
sənin nübüvvət dövrün qurtarmış, ömrün sonra çatmışdır. İndi
elm, iman və nübüvvət elminin əsərlərini öz övladlarından
birinə ver. Çünki Mən, nübüvvəti peyğəmbərlərin ailələrindən
kəsməyəcəyəm. Necə ki, Adəmdən sənin dövrünə qədər
kəsməmişəm. Yer üzünü Mənim dinimi insanlara tanıtdıran, mənə

482

Övliyalar Ensiklopediyası

itaət yollarını onlara deyən, dünyaya gələn nəsillərin qurtuluş
səbəbləri olan bir alimsiz qoymaram”. (Qüdsü hədislərdən).

Hədisdən göründüyü kimi, Allah peyğ­ əmbərlərə bəxş
etdiyi elmi itib-batmağa qoymur, bu elmi kimdəsə təcəlli etdirir.
O cümlədən, Əhməd Bədəvidən Mahmud Axund Babaya, Şeyx
Ağası Babaya qədər gəlib çatan elm, daha sonra, Mütübillah
Babada təcəlli etdi. Bu səbəbdən də, kəramətli övliya olaraq,
xalq tərəfindən sevildi və daima ziyarət olundu.

Mütübillah Baba, sağlığında həmişə
qonşu Zaman kişi ilə həyətdə oturub, söhbət
edərmiş. Bir gün Zaman kişi rəhmətə gedir.
Dəfn mərasimində, camaat içində Mütübillah
Babanın ağzından belə bir cümlə çıxır: “Get-
get Zaman kişi, 52-ci günündə gələ­cəm
yanına.” Bu söz toplaşanları təəccübləndirir
və qulaqlarda sırğa kimi qalır.

Zaman kişinin 52-si, Həzrət peyğəm­
bərimizin möv­lud ayı olan Rəbiəl-əvvəl ayının
12-nə düşdü. Həmin gün Mütübillah Baba,
cəddi Peyğəmbərin şərəfinə məclis qurdu
və mübarək mövludu şərafətlə qeyd etdi.
Gün­ ortadan keçəndən və çörək yeyiləndən Mütübillah babanın
sonra, qadınlara xəbər göndərdi ki, tez ev- qəbirüstü kitabəsi
eşiyi yığışdırın, bir azdan Əzrail gələcək. Dediyi kimi də
oldu, qadınlar qab-qacağı yuyub qurtarm­ ışdılar ki, axşamüstü
Baba dəstəmaz alıb namaz qılıb, yatağında uzandı və kəlmeyi-

483

Paşa Yaqub

şəhadətini deyərək, gözlərini əbədi yumdu.
Övliya dünyadan köçməzdən bir gün qabaq, qızı Məkkə

xanıma bir neçə vəsiyyət etdi. Vəsiyyətlərdən biri, dost kimi
sevdiyi və qayğısını çəkdiyi atı barədə idi: “Atımı məndən
sonra çox adam istəyəcək, heç kəsə vermə, ələlxüsus da, filankəs
(adını bəzi səbəblərdən çəkmirəm-müəllif) tez-tez gəlib minmək
istəy­ əcək, nəbadə onun minməsinə icazə verəsən. Niyazidən
(kürəkəni-müəllif) başqa mənim atımı minən olmasın. 10 ilin
tamamında at öləcək. Başını kəsib, evin arxasındakı təndirin
yanında basdırarsınız.” Məkkə xanım söhbət edir ki, atamın
ölümündən sonra, dediyi adam tez-tez gəlib, atı minmək üçün
istəsə də, heç birində vermədim. Axırı bezib, daha gəlmədi.
On ilin tamamında at öldü. Qonşular hamısı başına toplaşdılar.
Qəribə idi ki, atın noxtası boyunca xırda işıqlar düzülmüşdü
və nur saçırdılar. Onda başa düşdk ki, atam niyə başqasının
minməsinə icazə vermirmiş.

Övliyanın qəbrindən Quran səsi gəlirdi

- Bizdə adətdir ki, hər il Ramazan ayının axırıncı cümə günü
qəbiristanlığa gedib, hər kəs öz yaxın adamının qəbrini ziyarət
edir – deyə Məkkə xanım söhbətinə davam edir – Belə günlərin
birind­ ə, mən də babalarımı ziyarətə getmişdim.Yanımda iki qonşu
qadın da vardı. Atamın və Ağası Babanın qəbirləri yanaşıdır.
Onları ziyarət etdik. Ətrafa nəzər saldım ki, bəlkə qəbiristanlıqda

484

Övliyalar Ensiklopediyası

molla ola, bir “Yasin” oxutd­ urum. Amma, günorta olduğundan,
həm mollalar, həm də başqa ziyarətçilər dağılışm­ ışdılar. Bir az
oturmuşduq ki, avazla “Yasin” oxunduğunu eşitdik. Üçümüz də
o tərəf, bu tərəfə baxdıq ki, görək səs haradadır. Amma yenə
də qəbiristanlıqda heç kəsi görmədik. Diqqət etdikdə, gördük
“Quran” sədası qəbirdən gəlir. Yanımızdakı qadınlardan biri
nisbətən cavan olduğundan, dedi qorxuram, burada dayana
bilmərəm, qəbirdən səs gəlir. Dedim qorxma, gözləyək, “Quran”
qurtarsın, sonra gedərik. Fikir verdim ki, dörd nəfərin səsidir.
“Yasini” qurtardılar, “Fatihə” və “İxlas” oxudular, ardınca
zikr deməyə başladılar. “Lə İləhə İlləllah” dedikcə, ayağımızın
altında yer yırğalanırdı. Yanımızda olan, rəhmətlik Fatma xala
dedi ki, bu möcüzəni heç yerdə danışmayın, adam hər gördüyünü
danışmaz. Həm də inamsız adamlar sizə lağ edərlər ki, bunları
qara basıb. Ona görə də, uzun müddət bu hadisəni heç birimiz
danışmadıq.

- Bir gün yuxuda atamı gördüm – deyə, Mütübillah
Babanın qızı Məkkə xanım söhbətini davam etdirir – dedi ki,
bir qurban kəs, ətdən bir dəfə bişirməklik özünüzə saxlayın,
qalanını paylayın, baş-ayağını da, Xatun arvada verərsən. Bir
neçə gündən sonra, qoç aldırdım, qurbanı kəsəndə Xatun xala
darvazadan içəri girdi...

485

Paşa Yaqub

Xası baba və dostu baba

Şəki rayonunun Cunud kəndində yaşamış kəramətli
övliyalar Xası baba və dostu baba İslamın ilk
dövrlərində bura təşrif gətirmişlər. Ehtimal olunur ki, onlar
dinin gözəlliklərini və İslam qanunlarnı xalqa izah etmək üçün
bölgəyə ezam olunmuşlar. Bunu məskən saldıqları yerin adından
da görmək olur. Belə ki, “Cunud” sözü ərəbcə “Allahın ordusu”
mənasını verir. İslam ordusu bu yerdə düşərgə saldığından,
kəndin adını da onların verdiyi ehtimal edilir. Haqqında bəhs
etdiyimiz övliyalar da bu ordunun fəth etdiyi yerlərdə “Quran”ın
təbliği və əhalinin maariflənməsi ilə məşğul olmuşlar. Gördükləri
bu gözəl, savab işlər onların əxlaqını və mənəviyyatını
paklaşdırdığından, Xası və Dostu babalar övliyalıq məqamına
yüksələrək, xalq tərəfindən daim ziyarət olunmuşlar. Onların
Cunud kəndindəki şərf məzarları da bu gün yerli əhali tərəfindən
hörmətlə yad edilməkdədir. Övliyaların törəmələrindən bizə
məlum olan İsa baba XIX əsrdə onların yurdunda yaşamış və
gələn ziyarətçilərə xidmət etmişdir. İsa babanın nəsli isə, oğlu
Dadaş və qızı Məkkənin vasitəsi ilə davam etmişdir. Bu nəslin
davamçıları bu gün Qax şəhərində və Şəkinin bir neçə kəndində
yaşamaqdadırlar... Onların bildirdiklərinə görə Bakkal kəndində
yaşamış Mütibillah babanın nəsli ilə qohumluq əlaqələri vardır.

486

Övliyalar Ensiklopediyası

HACI OSMAN ƏFƏNDİ

“Səni də özündən əvvəl gəlib getmiş bir ümmətə
Peyğəmbər göndərdik ki, onlar Allahı inkar etdikləri halda,
sənə vəhy etdiyimizi onlara oxuyasan”. “Quran”, “Göy
gurultusu” surəsi, 30-cu ayə.

Allahın ayələrini insanlara təbliğ edən alimlərdən
biri də Hacı Osman Əfəndi olmuşdur. O, 1862-
ci ildə (hicri-1280) Dağıstanın Zaxur kəndində doğulub. Atası
Hacı Həzrət Əfəndi, Almalı Şeyx Mahmud Əfəndinin xəlifəsi
olmuşdur. Həzrət Əfəndi Şeyx Şamillə yaxın olduğundan, ruslar
tərəfindən evi yandırılmışdır. Sonradan ailə Qax rayonunun İlisu
kəndinə köçüb.
Osman Əfəndinin 4 yaşı olanda, atası rəhmətə getmiş və
o, əmisi Abdullah Əfəndinin himayəsində bö­yüm­ üşdür. Yeri
gəlmişkən, qeyd edim ki, Abdullah Əfəndi də yüksək təhsilə
malik ilahiyyat alimi olmaqla, Misirin Əl-Əsər Universitetini
bitirmişdir. O, həmçinin məşhur təsəvvüf şairi Məhəmməd
Əsgəri ilə yaxından dost olmuşdur. Abdullah Əfəndi özü də bir
çox əsərlərin, o cümlədən Almalı Şeyx Mahmud əfəndiyə həsr
etdiyi “ Mahmudiyyə” qəsidəsinin müəllifidir.
Hacı Osman Əfəndi ilk təhsilini əmisindən aldıqdan sonra,
mənəvi dünyasını zənginləşdirmək və təsəvvüf elminə vaqif
olmaq üçün Zaqatalanın Tala kəndindən olan Nəqşibəndi Şeyxi

487

Paşa Yaqub

Əhməd Əfəndiyə intisab etmişdir.
Üç il ona mürid olduqdan sonra
təsəvvüfü bilikləri təbliğ etmək üçün
mürşidindən icazənamə almışdır.
Əhməd Əfəndi onu Qax rayonunun
Ləkit kəndinə özünün xəlifəsi təyin
etmişdir.

Ləkitdə irşad fəaliyy­ ə­tinə
başlayan Hacı Osman Əfəndinin
çoxlu müridləri olmuşdur. O,
Hacı Osman əfəndinin həmçinin dövr­­ünün istedadlı şairi,
Ləkit kəndindəki evi ərəb­şünas alimi, Ərəb, Fars, Türk
ədəbiyyatının gözəl bilicisi kimi də şöhrət qazanmışdır. O,
əmisi Abd­ ullah əfəndi ilə birlikdə “Töhfətül-əhbab əl-Xalid­ iy­
yə fi şərhil-qəsidətil-Mahm­ ud­ iyyə” əsərinin müəl­li­fidir. Əsərdə
Abdullah Əfən­dinin “Mahmudiyyə” qəsid­ əsinə şərh yazmış,
həmçinin dövrünün islam alimlərinin həyat və fəal­iyy­ ətindən
bəhs etmişlər. Əsər 1914-cü ildə Temirxan-Şurada, ərəb dilində,
müəllifin şəxsi vəsaiti ilə çap olunm­ uşdur.

Hacı Osman Əfəndi yazır: “1904-cü ildə mən böyük bir
ev tikdim. Evin tikintisi gedərkən, narahat idim. Lakin Taladan
başlamış Qaxa qədər, bütün dost-tanışlar mənə kömək etdilər.
Üç aydan sonra tikinti başa çatdı. Bundan sonra ikinci dəfə
Həccə getdim. Səfərdə ikən oğlum oldu, adını Həzrət qoydum.
Bu uşaq dörd aydan sonra öldü. 1911-ci ildə isə Məhəmməd adlı
oğlum körpə yaşlarında dünyasını dəyişdi”.

488

Övliyalar Ensiklopediyası

Hacı Osman Əfəndi 1918-ci ildə vəfat edib. Qəbri Lək
kəndindədir.

Əmisi Abdullah əfəndi yazır: “Mən Həştərxana böyük
ustadın (Almalı Şeyx Mahmud Əfəndinin) görüşünə getdim, o
xəstə idi. Mənimlə görüşdü və bildirdi ki, artıq onun dünyadan
köçmək vaxtı çatıb. Həqiqətən də Şeyx 15 gün sonra dünyasını
dəyişdi. Mən dəfndə iştirak etdim, cənazə namazında dura
bildim, ancaq adamın çoxluğundan cənazəni götürmək mənə
nəsib olmadı. Çox adam gəlmişdi. Böyüklər üçün faytonlar
qoşulmuşdu. Şəhərdən məzarlığa bir fərsəx, miniklə (atla) 2
saatlıq yoldur. Mahmud Əfəndini Şeyx Buxarinin yanında dəfn
etdilər. O, bazar günü xəstələnmiş, həmin gün də vəfat etmişdir”.

489

Paşa Yaqub

ƏHMƏD BABA

“Lakin onların elmdə qüvvətli olanları və möminləri
sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz
qılır, zəkat verir, Allaha və axirət gününə inanırlar. Biz əlbbəttə
onlara böyük mükafat verəcəyik!” “Quran”, “Qadınlar”
surəsi, 162-ci ayə.

Allahın mükafatına layiq görülən övliyalardan biri də
Qax rayonunun Əmircan kəndində yaşamış Əhməd
Babadır. O, 1906-cı ildə Şəki rayonunun Baqqal kəndində
doğulub. Atasının adı Məhəmməd, babasının adı Mahmud olub.
Şəcərəsi Baqqalda ziyarətg ahı olan Mütübillah babaya bağlanır.
Əhməd Baba gəncliyində Əmircan kəndinə köçüb. Kənd
sovetinin binasında ona bir otaq veriblər. Do­lan­ ış­ ığını təmin et­
mək üçün bir müddət çobanlıq edir. Kəndin yaşlı adamları da­
nışır ki, özü kasıb olmasına bax­may­ araq, başsız, kasıb ailələrdən
əziyyət haqqı almazdı. Bir müdd­ ət çobanlıq etdikdən sonra kol­
xozda işə düzəlir və həyətyanı torpaq götürərək, kiçik bir otaq
tikib. Daha sonra Almalı kəndindən Tamam adlı qızla ailə quran
Əhməd Babanın bir qızı dünyaya gəlir. Bir neçə ildən sonra
birinci nikah pozulduğundan, Tanqıt kəndindən Zeynəb adlı
qızla evlənib, bu nigahdan doqquz övladı dünyaya gəlib.
Əhməd Babanı kəndin digər sakinlərindən fərql­ənd­ irən
ondakı kəramət olub. Məhz kəramətinə görə ins­ an­lar həm

490

Övliyalar Ensiklopediyası

sağlığında, həm də dünyasını dəyişəndən
sonra onu ziyarət edirlər.

Yaxın adamları bir neçə dəfə səhər
oyananda yay aylarında Əhməd Babanın
başmağında qar görmüşlər...

Övliyanın kəramətlərinə dair

əhvalatlar onun ölüm günü və ondan Əhməd baba
sonra da davam edib. Belə ki, 1966-cı

ildə dünyasını dəyişəndə pəncərədə yaşıl bir işıq (nur) görünüb.

Həmin anda Əhməd Baba dünyasının dəyişib. Həmin gündən

etibarən, üç gün çovğun olub. Bundan bir həftə qabaq Baqqal

kəndindən Babanı yoxlamağa gələn bibisi, onun yaxınlarına

həmin əlamətlərin olacağını demişdi. Həmçinin bildirmişdi ki,

bizim nəsildən dünyasını dəyişənlərin hamısında bu əlamətlər

baş verir.

Əmircanda olarkən, evləri qəbiristanlığa yaxın olan bir
neçə yaşlı adam, həmin yaşıl işığın bir neçə dəfə Əhməd Babanın
qəbrinin üstünə düşdüyünü dedilər.

Hədis: Əbu Hüreyra rəvayət edir ki, Peyğəmbər (s.a.s.)
demişdir:”Hər bir peyğəmbərin qəbul edilmiş duası olmuşdur
ki,o, bu dua ilə Allaha müraciət etmişdir. Mən isə öz duamı
axirətdə ümmətimə şəfaət etmək üçün saxlamışam”.(Əl-Buxari,
6304)

Kəramətli övliya əhməd Babanın da qəbul edilmiş duaları
olmuşdur. Allah onun xeyir duasını ona inananların və bu kitabın
müəllifinin üzərindən əskik etməsin!

491

Paşa Yaqub

HACI HƏMZƏT ƏFƏNDİ

“Biz Adəm övladını şərəfli və hörmətli etdik, onları suda
və quruda (gəmilərə, heyvanlara və nəqliyyat vasitələrinə)
mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz
ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli
üstün etdik.”

Allahın məxluqatın və insanların çoxundan üstün
edib, özünə dost tutduğu övliyalardan biri də Hacı
Həmzət Əfəfndidir. O, Dağıstanın Saxur kəndində doğulub.
Mənəvi dünyasını zənginləşdirmək və ilahiyyat elminin sirlərini
dərindən öyrənmək üçün Almalı Şeyx Mahmud Əfəndiyə intisab
etmişdir. Bir müddət ona mürid olandan sonra İlisuda irşad
fəaliyyəti göstərmək üçün mürşidindən icazənamə almışdır.
Hacı Həmzət Əfəndi öz əxlaqı, imanı, təqvası ilə insanlığa
bir nümunə idi. Allah onu insanlar arasından özünə dost seçərək,
kəramət bəxş etmişdi. Duaları Tanrı dərgahında tez qəbul
olunduğundan, qapısından ziya­rətç­ ilər əskik olmazdı. Onun
kəramətlərinə dair əhvalatlar bu gün də İlisuda dillər əzbəridir.
Deyilənə görə yolda gedərkən, ayağı yerdən təxminən dörd
barmaq hünd­ ür­lükdə olar, yerə toxunmazmış. Kənardan baxanlar
onun uçduğunu zənn edərlərmiş. Cümə namazını Dağıstanda
qılan övliya, 5-10 dəqiqəlik zaman fərqindən istifadə edərək,
İlisuya gələr, buradakı möminlərlə birlikdə təkrar cümə namazı

492

Övliyalar Ensiklopediyası

qılarmış.

Ətrafında çoxlu sayda müridlər olması və bölgədə
böyük nüfuzu Nikolay hökumətini bərk narahat edirdi. Rus
hökuməti Şeyx Şamilin müridizm hərəkatını yaratdıqdan sonra
yeni bir üsyanın baş qaldırmasından ehtiyat edirdi. Odur ki,
ustadı Şeyx Mahmud Əfəndidən sonra Hacı Həmzət Əfəndi də
təqib edilməyə başladı. Hətta çar məmurları onu həbs etmək
üçün gəlmiş, övliya bunu
qabaqcadan duyduğundan,
kənddəki iri qaya parçalarının
arasında gizlənmişdir. Şeyxi
evdə tapmayan məmurlar
kəndi ələk-vələk etdilər.
Qaya parçalarının yanından
keçəndə, İlahinin qüdrəti ilə Hacı Həmzət əfəndinin ziyarətgahı
hörümçəklər qaya parçalarının arasına tor çəkmiş, bunu görən
məmurlar burda insan olmadığını zənn edərək, əliboş qayıtmışlar
(xatırladım ki, bu hadisənin bənzəri Həzrət Peyğəm­bərimiz
Məhəmməd əleyhissalamın da həyatında baş vermişdir).

Hacı Həmzət Əfəndi 1890-cı ildə fani dünya ilə
vidalaşaraq, Allahın rəhmətinə qovuşdu. Qəbr­ini kəndin ümumi
qəbiristanlığında qazmaq istədilər. Lakin öv­liyan­ ın bir vaxt
gizlənərək, xilas olduğu qayalıqdan külüng səsi eşitmələri,
fikirlərini dəyişdi. Bunun bir işarə olduğunu qəbul edərək,
məzarı həmin yerdə qazdılar. Sonralar məzarın üstündə günbəz
tikdilər. Həmin günbəz “Beşbulağın” yanındadır.

493

Paşa Yaqub

Övliyanın yurdunda Nurməhəmməd və Murtuzəli adlı iki
oğlu, Hürü adlı bir qızı qaldı. Murtuzəli Türkiyədə Ali Ruhani
məktəbini bitirərək, yüksək savada və intell­ektual səviyyəyə
malik din xadimi oldu. Fəqət 25 yaşında sancıdan (çox güman
ki, kor bağırsaq sancısından) dünyasını dəyişdi.

Hürüdə kəramət müşahidə edildiyindən xalq tərə­findən
daim ziyarət olunmuşdur. Nurməhəmmədin oğlu Məhəmməd
Əfəndi 30 il Zaqatala Cümə məscidində müəzzin işləyib.

Övliyanın yolunu bu gün nəticəsi Hacı Novruz Ramazan
oğlu davam etdirir. Qax rayonunun qazisi olan bu imanlı din
xadimi 1970-ci illərdə Buxarada Mirərəb Ali Ruhani məktəbini
bitirib. Uşaqlıqdan ata-anadan yetim qalan Novruz Sadıqovun
tələbəlik illəri çox böyük maddi sıxıntılarla keçib. Belə ki, dörd
körpə qızı ilə İlisuda qalan həyat yoldaşı işləmədiyindən və hətta
uşaq pulu belə almadığından (o vaxt işləməyənlərə uşaq pulu
verilmirdi) Novruz məcbur olub, məktəbdən aldığı təqaüdün
bir hissəsini hər ay ailəsinə göndərirdi. Hətta bir gün məktəbi
yarımçıq tərk etmək qərarına gəlmişdi. Lakin gördüyü bir yuxu
onu bu fikrindən daşındırdı. Allahın köməyi və babalarının
ruhlarının mənəvi dəstəyi ilə məktəbi uğurla başa vuran
Novruz Sadıqovu Buxara Ali Ruhani məktəbində müəllim kimi
saxlamağa çalışsalar da ailə vəziyyəti onu ata ocağına qayıtmağa
məcbur etdi.

494

Övliyalar Ensiklopediyası

Babamın ruhu evimizdə dolaşır

Mahmudova Hürü Hacı Novruz qızı - Bakı Biznes
Universitetinin əməkdaşı:

- Atam Buxarada tələbə olan vaxtı tətilə gəlmişdi.
Həyətimizdə övliya babamdan qalma bulağın gözü
tutulduğundan, həm biz, həm də qonşular susuz qalmışdılar.
Atam səhərdən günortayadək çalışıb, bulağın gözünü açdı.
Bulağın suyundan dəstəmaz alıb, günorta namazını qılmağa
başladı. Mən evin bir tərəfində oturub, atama tamaşa edirdim.
Birdən gördüm pəncərədən bir işıq otağa daxil oldu, evin küncünə
qoyulmuş yaşıl çörək qazanının ətrafına iki dəfə fırlanıb, yenə
də pəncərədən çıxıb getdi. Atam namazını qurtaranda gördüyüm
möcüzəni ona danışdım. Dedi: “Babamızın ruhudur, ruzimizə
bərəkət verir”. Doğrudan da ailəmizdə heç kim işləməsə də,
atamın tələbəlik təqaüdü ilə həm özü dolanırdı, həm də biz
dörd bacı orta məktəbdə oxuyurduq. Geyimdə müəyyən çətinlik
çəksək də, qazandan çörəyimiz heç vaxt əskik olmurdu.

495

Paşa Yaqub

ŞEYX NASİH ƏFƏNDİ

“İçərimizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər
görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat
olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”.
“Quran”, “Ali İmran” surəsi, 104-cü ayə.

İnsanları yaxşı işlər görməyə həvəsləndirən və pis
işlərdən çəkindirən Allah dostlarından biri də Nasih
Əfəndi olmuşdur. O, 1917-ci ildə Zaqatala rayonunun Muxax
kəndində doğulub. Atası Məhəmməd Əfəndi bölgənin tanınmış
alimlərindən olub. Özündən başqa Məhəmmədsaleh və
Məhəmmədfateh adında qardaşları olub. Ataları bir gün onlardan
böyüyəndə nə olacaqlarını soruşur. Balaca Nasih atasının
kitablarını göstərib, “Bu əsərləri yazanlar bizim kimi insanlar
deyildirmi?” - deyə soruşmuş, atası da “Əlbəttə, bizim kimi
insanlardır” - deyə cavab vermişdir. Nasih Əfəndi demişdir:
“Onlar nə şəkildə kitab yaza bilmişlərsə, mən də onlar kimi
kitab yaza biləcək səviyyəyə çatacaq qədər oxuyacağam”.
1935-ci ildə Nasih Əfəndinin atası vəfat etdi. 20 yaşa
çatdıqda, zahiri elmlərini tamamladı və mənəvi elmlərə
yiyələnmək üçün Tala kəndində Nəqşibəndi şeyxi Hacıyev
Əfəndiyə mürid oldu. Seyr və sülukunu onun yanında tamam­
layan Nasih Əfəndi, Muxax kəndində irşad fəaliyyəti göstərmək
üçün mürşidindən icazənamə aldı.

496

Övliyalar Ensiklopediyası

Nasih Əfəndi kəramət sahibi
övliyalardan olduğ­ undan, zitarətçiləri
əskik olmazdı. Onun kəramətlərinə dair
bir çox əhvalatlar bu gün də xalqın dilində
dolaşmaqdadır.

Belə danışırlar ki, cümə günü kənd
sakinləri Nasih Əfəndinin imamlığı ilə
camaat namazı qılmaq üçün bir yerə cəm
oldular. Şeyx dəstəmaz almaq üçün bağçaya
keçdi. Aradan xeyli vaxt keçməsinə və Şeyx Nasih əfəndi
namaz vaxtı olmasına baxmayaraq, Nasih Əfəndi qayıtmırdı.
Yaxınl­arı baxçaya baxsalar da, onu tapa bilmədilər. Camaat
cərgədə səf-səf durub namaza başlamaq üçün imamı gözləyirdi.
Namaz vaxtının qurtarmasına yaxın bir də görüblər ki, şeyx
öz yerini tutub. Onun haradan, necə gəldiyini heç kəs bilmədi.
Həmin vaxt Zaqataladan olan zəvvarlar Həcc ziyarətindən
dönərkən, söhbət edirlərmiş ki, Cümə günü Nasih Əfəndini
Məkkədə namaz qılan gördük.

Şeyx Nasih Əfəndin in üç oğlu, dörd qızı olub. O, 1996-cı
ildə vəfat etmiş, Muxax kənd qəbiristanlığında dəfn olunmuşdur.

497

Paşa Yaqub

KƏRBƏLAYI HACI HƏMİD AXUND

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı
(Quranı) təbliğ et. Əgər (bunu) etməsən Allahın risalətini (sənə
həvalə etdiyi vəzifəni) yerinə yetirmiş olmazsan. Allah səni
insanlardan qoruyacaq”.“Quran”, “Süfrə” surəsi, 67-ci ayə

Quranın hökmlərini və İslam dininin gözəlliklərini
insanlara çatdırmaq üçünAllahın elm, irfan bəxş etdiyi
və alimlik dərəcəsinə çatdırdı ğı bəndələr­ind­ ən biri də Kərbəlayi
Məşədi Həmid axunddur. O, 1864-cü ildə Tovuz rayonunun
Azaflı kənd­ ində doğulub. Elmə çox böyük həvəsi olduğundan,
Nəcəfdə Ruhanilik məktəbinə daxil olub. Oranı müvəffəqiyyətlə
bitirdikdən sonra, bir müddət bu ali elm ocağında müəllim kimi
fəaliyyət göstərib. Hazırda dünyada tanınan bir çox alim və
ictimai xadimlər, o cümlədən İndira Qandinin atası Cavaharlal
Nehru da Kərbəlayi Həmidin dinləyicisi olmuşdur. Vətənə,
xalqa olan məhəbbət onu öz doğulduğu kəndə çəkib gətirmişdi.
Kəndə qayıdandan, öldüyü günə qədər bütün Gəncəbasar
bölgəsinin axundu kimi fəaliyyət göstərmiş və sevilmişdir.
Ərəb dilinin qrammatikasını, kimyanı, fizikanı, astro­nomiyanı,
təbabəti, riyaziyyatı və digər elmləri dərindən bildiyindən,
“Quran”ı sərbəst şəkildə tərcümə və təfsir edirdi. Bir neçə
dəfə Kərbəla, Məşhəd və Həcc ziyarətində olub. Bu ziyarətlərə
getməklə kifayətlənmirdi, bir neçə ay bu müqəddəs şəhərlərdə

498

Övliyalar Ensiklopediyası

qalıb, buranın nüfuzlu elm ocaqlarında,
həm öz elmini təkmilləşdirirdi, həm də
öz biliklərini tələbələrlə paylaşırdı. Odur
ki, onun ziyarəti bir neçə ay, hətta bəzən
bir ildən çox çəkirdi və ziyarətə ailəliklə
gedərdi.

Kərbəlayi Hacı Həmid axund İslamın
gözəlliklərini xalqa çatdırmaqla yanaşı, öz
əxlaqı, imanı, təqvası və qonaqpərvərliyi Hacı Həmid axund
ilə bu gözəlliyin nümunəsi idi. Kifayət
qədər maddi imkanı və xidmətçisi olmasına baxmayaraq,
həyətində fiziki işlər görməkdən zövq alarmış. Övladlarına
və nəvə-nəticələrinə öyüd-nəsihət verərkən, bunu çox yumşaq
və üstüörtülü şəkildə, eyhamla edərmiş. Təhsil Nazirliyində
Maliyyə mütəxəssisi vəzifəsində çalış­ an nəticəsi Məryəm xanım
söhbət edir ki, gəncliyimdə Ulu babam Hacı Həmid Axundgilə
qonaq getmişdim. 1970-ci illərin dəbinə uyğun don geyinmişdim.
Babam dedi: ”Qızım, Məryəm, donun nə yaman uzund­ ur, anana
de bir az onu gödəltsin”. Onlarda bir az oturandan sonra öz
babamgilə qonaq getdim. Hal-əhval tutandan sonra nənəm mənə
dedi ki, ay bala, bu paltarın nə yaman gödəkdir, axund babanın
ziyarətinə belə getmisən? Dedim, yox, ay nənə, nə danışırsan,
Axund Babam mənə dedi ki, anana deyərsən donunu bir az
gödəltsin. Nənəm dedi: “Bala, sən uşaqsan, başa düşmürsən, o
həmin sözlə anana xəbər göndərir ki, qızına paltarı uzun geydir.
Sən bir də belə paltar geyinmə”.

Son dərəcə təqvalı və həyalı olan Kərbəlayi Məşədi Həmid

499

Paşa Yaqub

axund insana heç vaxt başqasının yanında və açıq şəkildə tərbiyə
verməzdi, bunu təklikdə və üstüörtülü edərdi.

Axund dininə, imanına sədaqətli olduğu kimi, əhli-
ayalına da sədaqətli və məhəbbətli idi. O, zəngin bir ailənin qızı
olan Məşhədi Yaxşı ilə evləndi və dörd övladı olduqdan sonra,
həyat yoldaşı gənc yaşında dünyasını dəyişdi. Buna baxmayaraq
axund həyat yoldaşına olan məhəbbətinə sadiq qalaraq, ömrü
boyu evlənmədi.

Kərbəlayi Məşədi Həmid axund 1973-cü ildə doğulduğu
kəndd­ ə dünyasını dəyişdi. Ölü­mündən qabaq tez-tez deyərmiş
ki, burada ölmək istəmirəm, görün məni Kərbəlaya göndərə
bilərsin­ izm­ i? Dünyasını dəyişməzdən bir neçə gün qabaq nəvəsi
Tağıya de­yib ki, ömrüm başa çatır, məni apar Naxçıvana, oradan
İrana gizli yol bilirəm, keçim gedim Kərbəlada ölüm. Fəqət
sovet hökumətinin “kəsə-kəs” vaxtı olduğundan, heç kəs bu cür
risk edə bilməzdi. Həmin dövrdə sərhəd rayonu olan Naxçıvana
getmək özü böyük bir problem idi.

Axundun dəfn mərasimi çox böyük bir izdihamla yadda
qaldı. Şahidlərin danışdığına görə bölgədə ona qə­dər və
ondan sonra belə bir izdiham olmayıb. Res­publikanın bütün
rayonlarından ora qonaqlar gəlibmiş.

500


Click to View FlipBook Version