Övliyalar Ensiklopediyası
Şıxabdı baba (sağda) və oğlu Surxay baba
yerə gedər. Dedi Nəcəfqulu, deyəsən sən məni yaxşı tanımırsan,
səhər açılanda atı qapında görəcəksən. Belə deyib, getdi. Səhər
açılanda həqiqətən də gördüm at qapının ağzında dayanıb
kişnəyir.
Şıxabdı babanın daimi ziyarətçilərindən olan, Zərdab
rayon Pərvanlı kənd sakini Rüstəm kişi belə nəql edərmiş:
“Böyük Şıx Kürdəmirə köçəndən sonra həyat yoldaşım Gülarə
ilə onun ziyarətinə getməyi qərara aldıq. Bir səhər tezdən
durub, arabanı ata qoşdum, bir qədər ərzaq, bir kisə də kömür
qoydum ki. baba samovar qaynadar. Yolda gedəndə arabanın
təkəri dərin bir kərpic quyusuna düşdü. Çox əlləşib, çıxaraa
bilməyəndə, ürəkdən dedim ay Şıxabdı baba, köməyə gəl. Bu
anda araba quyudan çıxdı və biz yolumuza davam etdik. Nəhayət,
401
Paşa Yaqub
Kürdəmirdə babanın həyətinə çatdıq. Görüşəndən sonra dedim
ay baba, sənə yaxşı kömür gətirmişəm, samovar qaynadarsan.
Böyük şıx gülə-gülə dedi: “Ay Rüstəm, başına dəyməsin
gətirdiyin kömür; az qala çiynimi qırmışdın”. Belə deyib, sağ
çiynini açıb göstərdi. Çiyninə bir zolaq düşmüşdü, qançırma
olmuşdu. Dedim ay baba bu nədi belə? Dedi nə olacaq, araban
quyuya düşəndə özünü əziyyətə vermirsən, məni çağırırsan;
necə tələsdimsə, arabanın oxu çiynimi kəsdi. Belə deyəndə
çox peşman oldum və utandığımdan başımı aşağı saldım. Baba
mənim xəcalət çəkdiyimi görüb. Gülə-gülə boynumu qucaqladı;
dedi narahat olma, nə vaxt dara düşdün məni çağır, harda olsam
Allahın izni ilə dadına yetəcəm”.
Şıxabdı baba 1941-ci ildə dünyasını dəyişdi. Şərif məzarı
Kürdəmir şəhər qəbristanlığındadır. Onda olan kəramətlər
oğlanları Surxay babada və Ağasəf babada təcəlli etməyə başladı.
Surxay baba
Surxay Şıxabdı oğlu 1906-cı ildə Ucar rayonunun
Qaracallı kəndində doğulub. Gənc yaşlarında atası
Şıxabdı və anası Bənövşə ilə birlikdə Zərdab rayonunun Alıbəyli
kəndinə köçüblər. 1957-ci ildə isə, oradan qonşu Lələağacı kədinə
köçüb. Bu sətirlərin müəllifi də həmin kənddə yaşadığından,
övliyanın çox kəramətlərinə şahi olmuşdur. Belə ki, kəndimizdə
kim xəstələnərdisə, həkimdən öncə Surxay babanın ziyarətində
olar, bir çox hallarda onun kəramətiylə şəfa tapardılar. Bundan
402
Övliyalar Ensiklopediyası
başqa, dara düşənlərin, müşkül işləri olanların Surxay babaının
xeyir-duasıyla vəziyyətdən çıxdıqlarının çox şahidi olmuşam.
Övliyanın qonşuluğunda yaşayan bir dostum söhbət edir ki,
bir gün tilovumu götürdüm ki, gedim Kürdən bəlkə balı tuta
bildim. Darvazamızdan çıxanda gördüm Surxay baba oturub öz
darvazasının qabağındakı kötüyün üstündə. Yanından keçəndə
dedim ay baba, balığa gedirəm, bir xeyir-dua ver, tilova birinci nə
düşsə sənin payındır. Dedi get, uğurlu olacaq İnşallah. Getdim,
elə tilovu atan kimi, yekə bir çəki balığı düşdü, elə bil məni
gözləyirmiş. Sonrakı isə balaca bir çəki balığı oldu. Ondan sonra
daha heç nə düşmədi tilova. Balıqların ikisini də qalın kisəyə
qoyub, vurdum qoltuğuma, üz tutdum evə sarı. Yolda gəldikcə
beynimdə fikirləşirəm ki, Surxay baba nə biləcək mən birinci
hansı balığı tutmuşam, həm də balıqar kisədə görünmür. Balacanı
verəcəm, deyəcəm birinci bunu tutmuşam. Elə də elədim;
çatanda balaca balığı verib, dedim birinci bunu tutmuşam, sənin
payındır. Surxay baba gülə-gülə dedi a bala, mənim payım o
deyil, kisənin içindəkidir. Utanaraq, babanın öz payını çıxarıb
verdim və başa düşdüm ki, övliyanı aldatmaq olmazmış...
Surxay baba 1939-cu ildə Sovet ordusuna çağrılmış, 1942-
ci ildə ayağından yaralanaraq, ordudan tərxis olunmuşdur. 1985-
ci ildə Lələağacı kəndində dünyasını dəyişən Surxay babanın
şərif məzarı həmin kəndin qəbristanlığındadır və ətraf kəndlərin
əhalisinin sevimli ziyarətgahıdır.
403
Paşa Yaqub
Ağasəf baba
Şıxabdı babanın digər oğlu kəramətləri ilə məhşur olan
Ağasəf babadır. O, 1922-ci ildə Qaracallıda doğulsa
da, sonradan ailələri ilə birlikdə Zərdab rayonunun Alıbəyli
kəndinə köçmüşlər. Əliyev Ağasəf Şıxabdı oğlu İkinci Dünya
müharibəsində iştirak etmişdi. Daha sonra Zərdab rayon Təbiəti
Mühafizə Cəmiyətinin sədri vəzifəsində çalışmışdır. Ağasəf baba
1983-cü ildə dünyasını dəyişdi. Kəramətli övliya olduğundan
həm sağlığında, həm də ölümündən sonra ocağı daim ziyarət
olunur.
404
Övliyalar Ensiklopediyası
MİR YAQUB AĞA – QƏRİB SEYİD
“Biz israil oğullarından əhd almış, onlara peyğəmbərlər
göndərmişdik. Hər dəfə bir peyğəmbər onların yanına ürək
lərinə yatmayan bir hökmlə gəldikdə (həmin peyğ əmbrlərin)
bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. Və
belə hes ab edərdilər ki, onlara heç bir bəla üz verməyəcəkdir”.
“Quran”, “Süfrə” surəsi, 70-71-ci ayələr.
Haqq yolunda öldürülən Allah qullarından biri də seyid
Mir Yaqub ağadır.
El arasında “Qərib seyid” adı ilə tanınan bu Allah dostunun
əsli cənubi Azərbaycanın Ərdəbil şəhərind əndir. Şəcərəsi
VII imamımız Musa Kazım əleyhiss alam vasitəsi ilə Həzrəti
peyğəmbərimiz Məhəmm əd əleyhissalama bağlanır.
Mir Yaqub ağanın ulu babası, Ərdəbildə yaş ayan və
kəramətilə İslam aləmində məşhur olan Seyid Əli ağa haqqında
tarixi mənb ələrdə geniş məlumat verilir. Onun tarixə düş
məsinin əsas səbəblərindən biri də Əmir Teymurun (Teymurlən
gin) Seyidi ziyarət etməsidir. Bu hadisə barədə belə məlumat
verilir ki, Əmir Teymur neçə-neçə ölkələr fəth edərək, Ərdəbilə
gəlib çıxır. Teym urləngin belə bir müsbət xüsusiyyəti varmış
ki, fəth etdiyi ölkələrdə olan kəramət sahiblərinə toxunm azmış.
Əksinə, onlara ehtiram göstərərək, məsləhətlərindən və xeyir-
dualarından yararlanarmış. Əmir Ərdəbili fəth edəndə, əvvəlcə
405
Paşa Yaqub
şəhəri dağıtmaq istəyir. Lakin ona məlumat verirlər ki, bu
şəhərdə kəramətli bir seyid yaşayır. Teymurləng deyir qəlbimdə
tutd uğ um üç şeylə onun ziyarətinə gedəcəm. Əgər bu üç halı
onda müşahidə etsəm, Ərdəbili onun ixtiyarına buraxacağam,
əks halda məhv edəcəyəm.
Müridləri Şeyx Əliyə xəbər verdilər ki, Şah Teym ur onu
görmək üçün qapısına gəlib, dursun pişvarın a çıxsın. Seyid
dedi xoş gəlib, bir Allah qonağı kimi buyursun içəri, mən onun
pişvazına çıxmayacağam.
Teymurləng dedi: -Qəlbimdə tutduğum birinci halı gör
düm. Keçıb süfrə başında əyləşəndə, Şeyx köməkçilərinə
hamının eşidə biləcəyi səslə tapşırır ki, keçi südündən südlü aş
bişirib süfrəyə qoysunlar.
Əmir Teymur dedi: -Qəlbimdə tutduğum ikinci halı da
gördüm.
Xörək yeyiləndən sonra, şah öz sərkərdəsini göndərir
ki, dar günü üçün saxladığı zəhəri ona gətirsinlər. Zəhər hazır
olanda Teymurləng onu Seyid Əliyə verib, içməsini istəyir. Şeyx
zəhəri alıb, başına çəkir. Bir qədər keçmiş, Seyidin əlləri, üzü
və bütün bədəni göyərməyə başlayır. Oturanlar onun bu saat
öləcəyini zənn edirlər. Lakin bu vaxt Şeyxin bədənindən tər
axmağa başlayır ki, içdiyi zəhər də həmin tərlə xaric olur.
Seyid Əlinin əhvalının tezliklə yaxşılaşdığını görən Əmir
Teymur, üçüncü sınağının da uğurlu olduğun u görüb, Ərdəbilin
ixtiyarını Şeyxə verir və əllərini öpərək, ona dua etməsini istəyir.
406
Övliyalar Ensiklopediyası
(bu hadisə bir çox tarixçi və yazıçıların əsərlərində öz əksini
tapm ışdır).
Belə bir tarixi şəxsiyyətin - kəramətli seyidin nəvəsi
olan Mir Yaqub ağa sufizmi təbliğ etmək məqsədi ilə 1830-
cu illərdə gənc yaşlarında Azərbaycana gəlir. Əvvəlcə Qazax
bölgəsində dini təbliğ edən Seyid, sonralar Tovuz rayonunun
Aşağı Quşcu kəndinə köçmüşdür. Görənlər onun ortaboylu,
qaraqaşlı, qaragözlü, yanağında xal olan, nurani, gülərüz bir
insan olduğunu nəql edərlərmiş. Başında əmmamə, əynində daim
xirqə olarmış. Bir müddət bu
ərazidə yaşayan və fəaliyyət
göstərən “Qərib Seyid”
qonşu Ocaqlı kəndindən olan
dul qadınla ailə qurur. Bir
müdd ət yaşadıqdan sonra,
Seyid başa düşür ki, qadının
əvvəlki nikahdan olan və
bunlarla birlikdə yaşayan
oğlu quldurlarla əlbirdir və Mir Yaqub ağanın gümbəzi
oğurluqla dolanır.
Son dərəcə iman və təqva sahibi olan Mir Yaqub ağa
duyduğu bu əhvaldan pərişan olur və başlayır oğulluğuna
halallığı təbliğ etməyə. Lakin bu təbliğatın ögey oğula heç bir
faydası olmur, yenə də atalığından xəlvət oğurluqla məşğul
olur. Bu mövzuda Rəbbim belə buyurur: “Biz cinlərdən və
insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların
407
Paşa Yaqub
qəlbləri vardır, lakın onunla anlamazlar, onlar ın gözləri vardır,
lakin onunla (haqqı) görm əzlər. Onların qulaqları vardır, lakin
onunla (öyüd-nashət) eşitməzlər. Onlar heyvan kimidirər, bəlkə
də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz
onlardır!” “Quran”, “Əraf” surəsi, 179-cu ayə..
Mir Yaqub ağanın da oğulluğu ayədə göstərilən zümrədən
olduğu üçün heç bir təbliğat fayda verm ir.
Nəhayət, bir gecə ağa hiss edir ki, oğulluğu yenə kiminsə
evini qarət etməyə gedir. Ona mane olmaq üçün ardınca düşür.
Tovuz rayonunun Azaflı kəndinə çatanda, oğulluğu hiss edir
ki, onu izləyən var. Belind əki xəncəri çəkib, tanıyaraqmı, ya
tanımayaraqmı Mir Yaqub ağanı vurub öldürür və qaçır. Ara
dan bir neçə gün keçəndən sonra, öz oğru yoldaşları həmin qatil
oğulu vurub öldürürlər və cənazəsin in də harada olm ası heç kəsə
məlum olmur.
Haşiyə: Bu əhvalat yadıma Nuh Peyğ əmbərlə onun yol
azmış oğlunun əhvalatını saldı. Həmin əhvalatı “Quran”da
Rəbbim belə nəql edir: “...Gəmi onları dağlar kimi yüksək dal
ğalar ın içi ilə apardığı zaman Nuh (imandan) aralı olan oğlunu
haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min (və
yaxud islama daxil ol), kafirlərd ən olma!” Oğlu ona belə cavab
verdi: “Mən bir dağa sığın aram, o da məni sudan qoruyar”.
Nuh ded i: “Allahın rəhm etdiklər indən başqa, bu gün heç kəs
(insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa
ata ilə oğulun arasına girib onları bir-birindən ayirdı və o da
suda boğulanlardan oldu.”
408
Övliyalar Ensiklopediyası
Allahın saleh dostlarından olan Mir Yaqub ağan ın nəşini
Azaflı kəndinin sakinləri elə həmin gecə bir möcüzə sayəsində
aşkar etdilər. Belə ki, sakinlərdən biri gecə həyətə çıxanda, həmin
yerdə işıq yandığını və oraların nura qərq olduğunu görüb, heyrət
etdi və işığa doğru gəldi. Gəlib çatanda daim sevə-sevə ziya
rət etdiyi Mir Yaqub ağanın nəşını al-qan içındə gördü. Haray
çəkib, bütün kəndi ora yığdı. Amma artıq gec idi. Seyid həyatla
vidalaşmışdı. Yunus İmrə demış:
Gedər olduq DOSTUMUZA,
Yetəmmədik qəsdimizə.
Namaz üçün üstümüzə
Duranlara salam olsun!
Beləcə, Azaflı kəndinin sakinləri Seyidin namazını qıla
raq, elə həmin nura qərq olmuş yerdə də torpağa tapşırdılar.
1870-ci ildə baş verən bu hadisədən 150 il keçməsinə
baxmayaraq, bu günə qədər insanlar qərib seyid olan Mir Yaqub
ağanın nura qərq olmuş qəbrini sevə-sevə ziyarət edirlər. Bura
təkcə Azərbaycandan deyil, qonşu Gürcüstan, İran, İraq, Türkiyə
və s. dövlətlərdən zəvvarlar gəlir, qurbanlar kəsirlər.
Bu yazını yazarkən, bir gün bu ziyarətgahda oldum,
həmin gün ərzində onlarla zəvvar bu Seyidin kəramətindən
faydalanaraq, müxtəlif niyyətlərinin hasil olmasından danışdılar.
Allah-taalanın nuru Mir Yaqub ağanın üzərindən, Mir
Yaqub ağanın da xeyir-duası onu sevənlərin və ziyarət edənlərin
üzərindən əskik olmasın!..
409
Paşa Yaqub
SOFU XANMƏMMƏD
“De ki: Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin
mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə
vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə)
açıq-aşkar qorxulan bir peyğəmbərəm!” “Quran”, “Qumsal
təpələr” surəsi, 9-cu ayə.
Peyğəmbərlərdən sonra “Quran”ın gözəlliklərini və
İslam əxlaqını cəmiyyətə təbliğ edən övliyalardan
biri də Sofu Xanməmməd olmuşdur. Sufilik cərəyanına mənsub
olduğundan, el arasında ona “Sofu” deyə müraciət olunmuşdur.
Atasının adı Yaqub olan Sofu Xanməmməd XVIII əsrdə
indiki Qobustan rayonunun Qurbançı kəndində yaşamışdır.
Heyvandarlıqla məşğul olduğundan qış fəslini Bürgüd qışlağında
keçirərmiş. Hələ uşaqlıqdan ailə üzvləri onda kəramət hiss etsələr
də, həm özü bunu gizlədər, həm də ailə üzvlərinə tapşırardı ki,
bu barədə heç kəsə danışm asınlar. Gənc yaşlarında bir gün ona
agah olur ki, Şıx Eyyub Babaya (1730-1797) övliyalıq bəxş
olunub. Həmin gün bir məclisə gəlir və oturanlara elan edir
ki, “Batmanqılınc Eyyuba şeyxlik verildi, sanki yeddi dərənin
suyu bir yerə qarışdı. Mən onun yanına gedirəm, kim getmək
istəyirsə, gəlsin”. Qaracürlü kəndindən Ağ Abdal Babanın
nəvəsi Hacı Şeyx Məmməd də ona qoşulub, birlikdə Acıdərəyə
(Şamaxı rayonu) Şıx Eyyubun yanına gəlirlər və bir müddət
410
Övliyalar Ensiklopediyası
burada yaşayıb, ilahiyyat elminin müəyyən sirlərini ondan
öyrənirlər. Burada bir incə məqama diqqət yetirmək lazımdır ki,
övliyalıq məqamına yetişmək istəyən şəxslər mütləq özlərindən
əvvəl bu məqama yetişmiş kamil insanlardan dərs alır, ya da
onların müqəddəs ruhlarından mənəvi ilham – işarə alır, bu yolla
özlərini təm izləyərək övliyalıq məqamına yüksəlirlər. Bild iyimiz
kimi, Şıx Eyyubun ustadı Həzrət Baba olmuşdur. Aralarında bir
neçə əsr zaman fərqi olmasına baxmayaraq, Həzrət Babanın
köməkliyi ilə Şıx Eyyub mənəvi cəhətdən təmizlənərək kamillik
(övliyalıq) məqamına yüksələ bilmişdi. Sofu Xanməmməd də
bu yolu seçərək, özündən əvvəl övliyalığa layiq görülmüş Şıx
Eyyubu özünə mürşid qəbul etmişdir. Bu yollara dərindən bələd
olan Mövlana Cəlaləddin Rumi bu halı belə ifadə edir: “Bir
bıçaq öz sapını, başqa bıçaq olmadan necə yona bilər? Sən
get yaralarını bir könül cərrahına göstər. Sən onları təkbaşına
müalicə edə bilməzsən”. Bu nöqteyi-nəzərdən yanaşanda
Xanməmməd Babanın “könül cərrahı” yəni mürşidi Şıx Eyyub
Baba olmuşdur. Mürşüd də öz müridini yüksək dəyərləndirmiş,
seyr və sülukunu tamamlamaqda ona yard ımçı olmuş və sonsuz
qayğı və məhəbbət bəsləmişdir. Hətta Şıxın arvadı Şölə xanım
Xanm əmmədi oğlu Şıx Məhəmməddən çox istədiyinə görə ərini
ittiham edirdi. Şıx Eyyub müridinə olan sevgisinin səbəbini isbat
etmək üçün ocağa xəşil asdı. Arvadının gözü qarşısında xəşilə
duz səpərək belə dedi: “Ay Sofu Xanməmməd, bu xəşildən
yemək üçün səni çağırıram; ay oğlum Məhəmməd, bu xəşildən
yemək üçün səni çağırıram”. Şıx arvadı Şöləyə dedi ki, ikisini
də çağırdım, görək hansı çağırışıma tez gələcək”. Qeyd edim
411
Paşa Yaqub
ki, Şıx Məhəmməd Acıdərədə ata evinin yaxınlığında, Sofu
Xanməmməd isə buradan on kilometrlərlə uzaqda – Qurbançıda
idi. Nə isə. Xəşil bişib, süfrə səriləndə, Sofu Xanməmməd
artıq dəstamazını alıb, süfrənin başında yerini rahatlamışdı. Şıx
Məhəmməd Baba isə ondan bir xeyli sonra – süfrə yığışana yaxın
gəlib çıxmışdı. Buna baxmayaraq, Şıx Eyyub Baba övladına
olan sevgisini bayatı ilə belə ifadə etmişdi:
Məhəmməddən doymaram,
Doysam da əldən qoymaram,
Onu Allaha tapşırıram,
Özüm də gözdən qoymaram.
“Qarğadöyən Xanməmməd”
Bir gün Şıx Eyyub Baba Sofu Xanməmmədi toxum
səpməyə göndərir. Xanməmməd Baba toxumu
səpdikcə, qarğalar kütləvi şəkildə cumub, toxumu götürürmüşlər.
Sofu Xanməmməd hirslənib belindən qurşağını açır və qarğaları
qabağına qatıb, qoyun kimi döyə-döyə Şıxın həyətinə gətirir.
Şıx və müridləri Xanməmmədin başına toplaşıb, onun kəraməti
qarşısında heyrətlərini gizlədə bilmirlər. Şıx Eyyub Baba deyir
bu heyvanları burax getsinlər, bir də bura gəlməzlər. Elə də
olur, Sofu Xanməmmədin yaşadığı dövrdə oralarda qarğa cinsi
412
Övliyalar Ensiklopediyası
gözə dəymir. Həmin vaxt Şəki-Zaqatala bölgəsində qarğaların
çoxalması müşah idə edildiyindən, yerli əhali deyirmiş ki, bunlar
“Qarğadöyən Xanməmmədin” əlindən qaçıb gəliblər. Beləliklə,
Xanməmmədin adının əvvəlinə “Qarğadöyən” ləqəbi də əlavə
olunur.
Sofu Xanməmməd Mərziyə adlı qızla ailə qurub. Bu
nikahdan Mirzə və Dəmir adlı iki oğlu, adını bilmədiyim iki qızı
olub.
Xanməmməd Baba dünyasını dəyişərkən vəsiyyət edib
ki, mən öləndə cənazəmi atımın belinə qoyarsınız, at harada
dayansa, qəbrimi orada qazarsınız. Bürgüd qışlağında dünyasını
dəyişən övliyanın vəsiyyətinə uyğun olaraq cənazəsini öz atının
belinə qoyurlar. At bir neçə kəndin ərazisini keçərək Qurbançı
kəndinin yanında “Çayobası” deyilən yerə gəlir və dayanaraq
üç dəfə fırlanır. İnsanlar işarəni başa düşüb, qəbri həmin yerdən
qazırlar. Bu günədək möminlər övliyanın qəbrini sevə-sevə
ziyarət edirlər.
Sofu Dəmir
Sofu Xanməmməd dünyasını dəyişəndən sonra yolunu
oğlu Sofu Dəmir davam etdirm işdir. Atasından dərs
alan və onun təlim-tərbiyəsi ilə böyüyən Sofu Dəmir övliyalıq
məqam ına yüks əlmək üçün atasını təqlid edr, onun qoyduğu
yoldan kənara çıxmırdı. Odur ki, zaman keçdikcə və yaşa dolduqca
onda da kəramət özünü biruzə verirdi. Atasının ölümündən sonra
413
Paşa Yaqub
isə Sofu Dəmir artıq kamil br övliya olaraq insanlara doğru yol
göstərirdi. Onun kəramətlərinə dair əhvalatlar bu gün də dillər
əzbəridir. Övliyanın kamillik dərəcəs inin göstəricisi olan bu
əhvalatlardan bir neçəsini oxucuların diqqətinə çatdırmağı lazım
bildim.
Pir Xəlilin qəbrinin açılması
Pir Xəlil Baba Sofu Dəmirin yuxusuna girib deyir ki,
məni Qurbançı Abdulkərimin atının ayağının altından
qurtar. Abdulkərim Qurbançı kəndində dövlətli bir adam imiş.
Sofu Dəmir onun yanına gəlib deyir sənin evinin küncündə –
at bağladığın yerdə kəramətli bir övliyanın qəbri var, adı Pir
Xəlildir. Atını onun qəbrinin üstünə bağlamağın övliyanı narahat
edir. Evə bitişik olan bu artırma çardaq ev qarışıq sökülməlidir
ki, burada təmizlik olsun. Sən evini bir qədər kənardan tikərsən.
Ev yiyəsi Abdulkərim buna etiraz edəndə, Sofu Dəmir
ağsaqqalları yığıb, onların qabağında məsələni danışır və təkid
edir ki, evin yeri dəyişdirilsin. İş o yerə çıxır ki, ev yiyəsi
hökumətə şikayət edir. Hökumət nümayəndələri gələndə bütün
tərəflər və kənd camaatı toplaşır. Hökümət adamları Sofu
Dəmirə deyirlər ki, sən deyən yeri qazacağıq, əgər qəbir çıxsa,
bu evi buradan sökdürəcəyik. Yox əgər çıxmasa, səni sürgünə
göndərəcəyik. Sofu Dəmir razılaşır. Bir qədər qazıldıqdan sonra
cənazənin qoyulduğu yerə çatırlar ki, həmin yerin qıraqları
daşla hörülübmüş. Sofu Dəmir deyir daha qazmayın, cənazəyə
414
Övliyalar Ensiklopediyası
çatmışıq. Hökümət adamları razılaşsalar da, Abdulkərim
razılaşmır, deyir cənazəni görməsəm, inanmaram. Başlayır
özü bellə qəbrin dərinliyindən torpağı çıxarmağa. Bu anda
görünən mənzərə toplaşanları heyrətə salır: övliyanın cənazəsi
çürümədən, elə dəfn olunduğu kimi də qalmışdı.
Bu möcüzəni görəndən sonra hökumət adamları evin
sökülməsinə qərar verdilər. Həmin qəbrin sah ib i Pir Xəlil
Babanın üzərində sonralar günbəz tik ildi. Bakı-Şamaxı yolunun
üzərində olan bu günbəz möminlərin ən sevimli ziyarətgahların
dandır.
Qurbançı Abdulkərim isə həmin il yaylağa köçmədi, çünki
bu hadisədən sonra heyvanlarının hamısı qırılmışdı.
Pirin qəzəbinə gələnin aqibəti
Kürdəmir kəndlərinin birində qışlaqda olan Sofu Dəmir
bir gecə yuxuda narahat oldu. Arvadı Havanisə xanım
soruşdu ki, ay kişi, nə olub sənə? Dedi Qurbançı “Bişmişqulaq
Ata” Sarı piri təhqir etdi, pir də onu vurdu; ona ağır bəla gəldi.
Mənə deyirlər ki, onu sənin yanına gətirəcəklər, əl vurma, vursan
həmin bəla sənə düşəcək.
Aradan bir neçə gün keçmiş övliya yenə yuxuda narahat
olur. Arvadı səbəbini soruşanda ona dedi: -Mənə deyirlər ki,
“Bişmişqulaq Ata”nın arvadı çox əziyyətlə ərini Kürdəmirə
sənin yanına gətirir, onun əziyyətinə görə sənə icazə veririk ki,
ona əlini çəkəsən”.
415
Paşa Yaqub
Pirin qəzəbinə gəlmiş və ölümcül halda olan “Bişmişqulaq
Ata”nın arvadı eşşəyin belinə çarpaz ağac bağlayır, ərini də
birtəhər eşşəyə oturdub, həmin ağaca sarıyır və Şamaxının
(indiki Qobustanın) Qurbançı kəndindən Kürdəmirə yola düşür.
Kürdəmirin kəndlərinin birində camaat soruşur ki, ay arvad,
bu meyiti hara aparırsan? Deyir bu mənim ərimdir, xəstələnib,
bizim bir şıxımız var, Göyçaydan bu kəndlərin birinə gəlib, onu
axtarıram ki, kişiyə əlini çəksin. Camaat gülüşür, deyirlər buna
şıx neyləyəcək, bu ölüdür, apar basdır.
Nəhayət, soraqlaşa-soraqlaşa Sofu Dəmirin olduğu kəndi
tapıb, onun alaçığına çatırlar. Arvad ərini bağladığı kəndiri
açanda, kişi eşşəyin belindən yıxılıb meyit kimi tir-tap uzanır
alaçığın qabağına. Sofu Dəmir yaxınlaşıb deyir ə, Sarı pir sənə
neyləmişdi ki, onu təhqir edirdin, bilmirdin belə olacaqsan? Belə
deyib, Şıx əlindəki dəyənəklə yerdə tərpənməz, ölü vəziyyətdə
olan xəstəyə güclü zərbələr endirməyə başlayır. Nəhayət,
zərbənin təsirindən xəstə qıvrılmağa, əl-ayağını büküb-açmağa
başlayır. Bir azdan xəstə çətinliklə ağaya qalxıb, dəyənək
zərbələrindən qurtulmaq üçün axsaya-axsaya aralanmaq istəyir.
Övliya əlindəki dəyənəklə kişinin hər yerinə zərbələr endirir.
Xəstə məcbur olub, yüyürə-yüyürə alaçığın başına fırlanmağa
başlayır. Sofu Dəmir də yüyürə-yüyürə arxad an ona dəyənək
zərbələri endirir və “bir də belə qələt eləmə” deyir. “Bişmişqulaq
Ata” dəyənəkdən canını qurtarmaq üçün eşşəyin belinə tullanır
və qaçmağa başlayır, arvadı da onun dalınca. Gəldikləri yolla geri
qayıdanda yarım saat bundan qabaq onlara gülən bir dəstə adam
hələ də yolun üstündə idilər. Adamlar ər-arvadı yenidən görəndə
416
Övliyalar Ensiklopediyası
heyrət edirlər. Bayaq meyit kimi çarpaz ağaca bağlanan kişi, indi
eşşəyi çapır, arvadı da arxasınca yüyürürdü. Bu hadisədən sonra
övliyaya inanmayan həmin kəndin əhalisi onu ən çox ziyarət
edənlərdən olurlar.
Qəbrin üstündə yatdım, dəvəmi mənə göstərdilər
Qurbançı kəndindən (Qobustan rayonu) Soltanmurad
kişi söhbət edirmiş ki, dəvəmi itirmişdim, çox pərişan
idim, fikirləşdim ki, bu işdə mənə Allahdan aşağı Sofu Dəmirin
oğlu Şıxzadə kömək edər. Getdim onun ziyarətinə. Dedi get
atam ın qəbrinin yanında yat, dəvənin yerini sənə dey əcəklər.
Dediyi kimi də elədim, başımı qoydum Sofu Dəmir Babanın
qəbrinin üstünə, yatdım. Yuxuda gördüm deyirlər ki, dəvən
getdi, dur. Yuxudan ayılıb, ətrafa baxdım, gördüm aralıdan dəvə
karvanı keçir. Yüyürüb karvana çatdım, gördüm dəvəm karvanın
içindədir. Dedilər dəvə özü gəlib qoşulub karvana. Dəvəmi
götürüb evimə getdim.
İlan dəvəni sahibinə təhvil verdi
Cəyirli kəndindən (Qobustan rayonu) bir nəfərin
dəvəsi itibmiş. Əli hər yerdən üzülən dəvə sahibi
Sofu Xanməmmədin nəvəsi Şıxzadə Babanın yanına gəlir ki,
məsləhət alsın. Övliya ona məsləhət görür ki, get Sofu Xanməm
məd Babanın qəbrinin üstündə yat, dəvəni tapıb verəcək. Kişi
417
Paşa Yaqub
deyilənə əməl edib, Çayqurbançıda Sofu Xanməmməd Babanın
qəbrini ziyarətə gəlir. Ziyarət etdikdən sonra dəvəsini tapmaq
niyyəti ilə qəbrin yanında yatır. Yuxu görməmiş oyanır və
oyandığına görə peşiman olur ki, niyə tez oyandım, bir qədər də
yatsaydım, bəlkə yuxu görərdim. Birdən çevrilib geri baxır, görür
bir dəvə qaranəfəs yüyürə-yüyürə ona tərəf gəlir. Yaxınlaşanda
kişi görür ki, itirdiyi dəvədir, boynunun ardında bir ilan oturub,
dəvəni qova-qova gətirib. Qəbiristanlığın darvazasından girəndə
ilan dəvənin boynundan düşüb, otların arasında yox olub. Dəvə
sahibi isə Allahın qüdrətinə və övliyanın kəramətinə heyrətlə
nərək dəvəni götürüb evinə yollanıb.
İlan Səbzalını necə qorudu?
Sofu Dəmirin oğlu Qismət Baba söhbət edərmiş ki,
Şıxlar kəndindən (Qobustan rayonu) Səbzalı adlı
çobanımız vardı. Bu çoban tənbəl idi, sürünü otlağa buraxandan
sonra yatırdı, bir də görürdük ki, qoyunların çoxusu qayıdıb
yatağa. Bir gün yenə qoyunlar yatağa qayıdanda bildim ki,
Səbzalı yatıb. Dəyənəyimi götürdüm əlimə, atama dedim gedib
o çobanı döyəcəm, bir də yatmasın. Dedi “A bala, özünü yorma,
döyə bilməyəcəksən”. Hirsləndim, dedim indi mən döyərəm, sən
də baxarsan. Gəldim gördüm Səbzalı yatıb. Fikirləşdim ki, elə
bunu yatdığı yerdə dəyənəklə döyəc əyəm. Yaxınlaşanda gördüm
bunun sinəsinin üstündə yekə bir ilan var. İlan məni görəndə
başını bir qədər qaldırıb, mənə doğru uzandı. Fikirləşdim ki,
418
Övliyalar Ensiklopediyası
fırlanıb o biri tərəfdən vuracam. Mən hara fırlandımsa, ilan da
o tərəfə fırlandı, fısıldayıb, az qala üstümə tullanacaqdı. Başa
düşdüm ki, ilan Səbzalını qoruyur. Geri çəkildim və Səbzalını
çağırdım. Çoban ayıldı və ilanı əli ilə götürüb, çiyninə qoydu,
oturub mənə baxdı. Başa düşdü ki, yatdığına görə onu döyməyə
gəlmişəm. Dedim ilanı at qırağa, gedək yatağa. Dedi and iç ki,
dədəmin canı səni vurmayacam, ilanı qoyum qırağa. Dedim
dədəmin canı səni vurmayasam, ilanı qoy qırağa, gedək yatağa.
Səbzalı çiynindəki ilanı əlinə alıb, yerə qoydu və qalxıb mənimlə
bərabər yatağa yollandıq.
Qismət Baba deyir bir az aralanmış geri baxdım, gördüm
ilan dik qalxıb quyruğu üstə, arxamızca baxır ki, görsün mən
Səbzalını vurmuram ki. Yatağa çatanda atam gördü çobanla
yanaşı söhbət edə-edə gəlirik, güldü, dedi “A bala, sənə demədim
ki, özünə əziyyət vermə, sən Səbzalını döyə bilməzsən?”
Qismət Baba deyir ki, Səbzalı ilə bir ili iyirmi toğluya
müqavilə bağlamışdıq. On ay çobanlıq etsə də, iyirmi toğlusunu
verib, xoşluqla yola saldım.
419
Paşa Yaqub
Malakanın qarnından ilan çıxaran övliya
Mərəzədə bir malağan Sofu Dəmir Babanın qoyununu
oğurlayır. Qoyunu kəsib yeyəndən sonra hiss edir ki,
qarnında ilan gəzir. Çox çalışsa da, ilanı xaric edə bilmir. Nəhayət
bir neçə ağsaqqal götürüb, Sofu Dəmirin ziyarətinə gəlir. Üzr
istəyir və kömək etməsini xahiş edir. Övliya onu evində yatırdır
və yuxuya gedəndən sonra gələn ağsaqqalların gözü qarşısında
ilan onun qarnından çıxıb, sürüşüb gedir. Bu hadisədən sonra
Sofu Dəmir Baba haqqında el arasında “Malakanın qarnından
ilan çıxaran övliya” deyimi yaranır.
Sofu Dəmir Baba Havanisə adlı qızla ailə qurub. Bu
nikahdan Qismət, Atababa, Şıxbaba, Şıxzadə adında dörd oğlu
dünyaya gəldi. 1902-ci ildə ahıl yaşda dünyasını dəyişən Sofu
Dəmir Babanın qəbri-şərifi Qobustan rayonunun Qurbançı
kəndindədir.
Şıxzadə Baba
Sofu Dəmir Babadan sonra onun yolunu davam etdirən
dörd oguldan biri də Şıxzadə Baba olmuşdur. O, 1863-
cü ildə indiki Qobustan rayonunun Qurbançı kəndində doğulub.
Heyvandarlıqla məşğul olduqlarından, yayda Qurbançıda, qışda
Göyçayın Çayarxı kəndində yaşayırmışlar Onların Çayarxına
420
Övliyalar Ensiklopediyası
ilk gəlişlərində baş verən əhvalat bu günədək xalq arasında
danışılır. Belə ki, Şıxzadə Baba kəndə ilk dəfə gələndə Göyçay
çayından ayrılan 5-6 arxdan birinin içərisində düşərgə salıblar.
Kənd ağsaqqalları onlara deyiblər ki, sel gələndə bu arxlar
su ilə dolu olur. Arxın içərisində düşərgə salmayın, sel sizi
aparar. Şıxzadə Baba deyib siz narahat olmayın, biz olan yerə
sel gəlməz. Doğrudan da sel gəlib, o biri arxları doldursa da,
övliyanın olduğu arxa su gəlmir.
Çayarxı kəndində Sədi kişinin övladı olmurdu. Arvadı
Fatma ərinin iş görəndə başına çaldığı yaylığı Şıxzadə Babanını
arvadı Zöhrə xanıma verdi ki, övliyanın başının altına qoysun,
bəlkə övladları olması barədə onlara bir müjdə verə.
Şıxzadə Baba səhər oyananda Zöhrəyə dedi ki, yenə məni
yatmağa qoymadın, kimin yaylığını qoymuşdun başımın altına?
Arvadı dedi ki, Sədi kişinin.
– Deyərsən uşaqları olacaq, amma bir tərəfdən həmişə
yanıq olacaqlar.
Doğrudan da bir il sonra – 1936-cı ildə Sədi kişi ilə Fatma
arvadın Qismət adlı bir oğulları, növbəti illərdə isə yenə bir
oğul, üç qız övladları dünyaya gəldi. Oğlanlarından yarısalar da,
qızlarından yanıq oldular. Belə ki, iki qızı yetkinlik yaşlarında
dünyalarını dəyişdilər, bir qızı isə ailə qursa da, övladı olmadı.
Şıxzadə Baba Köşək adlı qızla ailə qurub. Bu nikahdan
Əhlixan, Həmidxan, Misirxan, Xandəmir adlı övladları dünyaya
gələndən sonra Köşək xanım dünyasını dəyişdi.
Şıxzadə Baba daha sonra Zöhrə adlı qızla evləndi. Bu
421
Paşa Yaqub
nikahdan isə Misirxan, Əlizadə, Nazeykə, Həmidxan və Abbas
dünyaya gəldi.
Kəramətləri ilə məşhur olan Şıxzadə Baba 1936-cı ildə
Göyçayın Çayarxı kəndində dünyasını dəyişdi. Övliyanın qəbri-
şərifi Çayarxı kəndindədir. Oğlu Hacı Abbas tərəfindən qəbri
üzərində günbəz tikilib. Bu günbəz Göyçay və ətraf rayonların
əhalisinin ən sevimli ziyarətgahlarındandır.
422
Övliyalar Ensiklopediyası
BABARATMA PİRİ
Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin
dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə
sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!”
“Səhər, axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan
ürəyində Rəbbini yad et və qafillərdən olma!” “Quran”,
“Möminun” surəsi, 60, “Əraf” surəsi, 205.
Duaların qəbul edildiyi yerlərdən biri də Babaratma
piridir. Pir Şəki rayonunun eyni adlı kəndində yerləşir.
Burada övliyanın məqbərəsi və məscid binası mövcuddur.
Sovet dönəmində Məşədixanım Nemətovanın rəhbərliyi ilə
Azərbaycan Elmlər Akademiyasının əməkd aşları burada
tədqiqat apararkən məscid bin asının üzərində yazılı kitabəyə rast
gəlmişlər. Ərəbcə, süls xətlə yazılmış kitabənin mətni belədir:
“Mərhəmətli və Rəhimli Allahın adı ilə.
Bu qəbir məşhur alim, seyid... Hacı əl-Hərəmeyn (iki
müqəddəs yerin) hacısı Hacı Ağa Məhəmmədindir. Allahın və
Onun vəlisinin köməyi və müqəddəsliyi ilə bu binanı bərpa
etməyə başladı Hacı-əl-Hərəmeyn Seyyid Hacı Ağa Məhəmməd
Əfəndi ibn Seyyid Qasım Çələbi ibn Seyyid Qədeş Çələbi Əfəndi
ibn Seyyid Hacı Şeyx Dədə Mürsəl Şeyx Babarta 1005-ci ildə”
(1596-1597).
423
Paşa Yaqub
Yazıdan göründüyü kimi, pirdə dəfn
olunan övliyanın adı məşhur alim Hacı Ağa
Məhəmm əd Əfəndidir. Binanı bərp a edən isə
övliyanın nəslindən olan Hacı Məhəmməd
Əfəndi olduğu qeyd edilib. Onun üç-dörd arxa
qohumlarının “seyid”, “rəhbər” ləq əbi ilə gös
tərilmələri və Şeyx Dədə Mürsəlin Şeyx Babarta
kimi qeyd olunması təsadüfi deyildir. Belə ki,
“Babarta” sözü “Baba ribat sözünün dəyişilmiş
(təhrif olunm uş) formas ıdır və “Xanagah
Babaratma Şeyxi” deməkdir. Görünür, həmin yerdə İslamı
pirinin kitabəsi təbliğ edən Xanagah (dini mərkəz) olmuşdur ki,
övliya Hacı Ağa Məhəmməd və onun nəslindən
olanlar da burada Şeyx kimi fəaliyyət göstərərək, övliyalıq
məqamına yüksəlmişlər. Xanagahın fəaliyy əti təxmin ən XV
əsrdən sonraya təsadüf edir. Daş kitabələrdən görünür ki, XVI-
XVII əsrlərdə burada təmir-bərpa işləri görülmüşdür. Digər kita
bədə qeyd edilmiş ərəbcə yazı da bu fikrimizi təsdiq edir:
“Bu şərəfli məscidi divarları ilə birgə Babartma kəndindən
olan və ziyarətgahda yaşayan Molla Abdulla İbn Molla Əbdül
Müttəlib, Peyğəmbər Əleyhissalamın hicrətindən sonra 1100
ildə bərpa etdirdi və öz əli ilə qəbrini qazdı” (1688-1689).
Kitabədən görünür ki, MollaAbdullanın həyat və fəaliyyəti
dini mərkəzə - ribata bağlı olmuşdur. Onun özünün və atasının
daşıdığı “molla” ləqəbi isə onların alim olmalarına işarədir.
Övliya yaşadığı dövrdə İslam dininin gözəlliklərini xalqa
424
Övliyalar Ensiklopediyası
çatdırmaqla yanaşı, özü də bu gözəlliyin
nümunəsi olmuşdur. Odur ki, Rəbbim onu
övliyalıq məqamına yüksəldərək, özünə dost
seçmişdir. Onun kəramətini əks etdirən faktlar
bu günümüzə qədər gəlib çatmışdır. Belə ki,
pirin yaxınlığında “Sarıca” deyilən təpəlikdə
daşa dönmüş bir əjdaha mövcuddur. Uzunluğu
təxminən beş metr, ağzıaçıq formada
daşlaşmış bu ilan deyilənə görə övliyanın
sağlığında yerli əhaliyə çox ziyan vururmuş. Babaratma
Nəhayət, insanlar dövrün alimi və övliyası pirinin kitabəsi
Hacı Məhəmmədə şikayət etmiş, o da öz növbəsində əjdahanın
daşa dönməsi üçün Rəbbimə dua etmişdir. Allah öz dostunun
kəramətini və dərgahındakı hörmətini bugünkü, nəslə görk
etmək üçün əjdahanı daşa döndərmişdir. Necə ki, “Quran”ın
“sovurub dağıdan küləklər” surəsində Rəbbim buyurur: “Və
orada şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq”.
Həmin nişanələrdən biri də yenə “Sarıca” adlanan
təpəlikdədir. Burada daşa dönm üş qoyun sürüsü mövcuddur.
Belə ki, kənardan baxanda qoyun sürüsünü xatırladan bu daşlar
özündə maraqlı bir əhvalatı yaşadır. Rəvayətə görə övliya həmin
sürünün sahibindən bir qoyun satın almaq istəyir ki, qurban
kəssin. Lakin həmin şəxs yalandan and içir ki, qoyunlar onun
olmadığından sata bilməz. Hacı Ağa Məhəmməd onun yalandan
and içməyinə hirslənərək, deyir yalansa bu qoyunlar daşa donsün.
Rəbbim övliyanın sözünü eşidərək sürünü daşa döndərir.
425
Paşa Yaqub
Piri dağıtmaq istəyən traktorlar
daş-kəsək altında qaldı
Babaratma pirində olan kəramət sovet dönəm ində də
özünü büruzə vermişdir. Belə ki, yaşlı adamların
danışdığına görə, 1960-cı illərdə piri dağıtmaq üçün buldozerlər
göndərilmişdir. Axşam düşdüyündən, traktorları kənarda
saxlayıb, piri sabah dağıtmağı qərara almışlar. Lakin Allahın
qərarı daha kəsərli olmuşdur. Belə ki, gecə sel gəlmiş və traktorlar
daş-kəsək altında görünməz olmuşlar. Ancaq bir-neçə gündən
sonra gələn ekskovatorçular əzilmiş traktorların qalıqlarını daş-
kəsək altından çıxarıb aparmışlar.
Xalq övliyanın kəramətlərini zaman-zaman müşahidə
etdiyindən, həm sağlığında, həm də ölümündən sonra onun
fəaliyyət göstərdiyi və dəfn olunduğu müqəddəs xanəgahı
ziyarət etmiş və bu gün də bu ənənəni davam etdirməkdədirlər.
Bu gün Azərbaycanda, həm də qonşu dövlətlərdə yaşayan
möminlər müxtəlif niyyətlərlə Babaratma pirini ziyarət edib,
arzularının həyata keçməsi üçün dualar edirlər. Pirdə olarkən,
ziyarətçilərin bir neçəsi ilə söhbət etdim. Onların söhbətlərinin
bəzi məqamlarını diqqətinizə çatdırmağı lazım bildim.
Abdurahmanova Sumayə Qurban qızı - Şəki rayonu
Başgöynük kəndi:
- Kənddə həkim işləyən bacımın boğazında şiş vardı.
426
Övliyalar Ensiklopediyası
O, Türkiyədə, Bakıda müalicə olundu, dedilər əməliyyat
olunmalıdır. Çox nigaran idim. Əməliyyatdan bir gün qabaq
yuxuda gördüm ki, bacım bu piri ziyarət edir: əynində yaşıl
xalat, üstündə qırmızı güllər vardı, günbəzə girəndə xalatdakı
güllər kəpənəyə dönüb, bacımın ətrafında fırlanmağa başladılar.
Səhər açılanda xəbər gəldi ki, bacımın əməliyyatı çox
uğurlu keçib. Artıq o, sağalıb, evinə qayıdıb.
Hacı Məhəmməd Əfəndi
Şəkidə olarkən möminlərin ən sevimli ziyarət
gahlarından olan Hacı Məhəmməd Əfənd inin qəbrini
ziyarət etməyi özümə borc bildim. Qəbrin üzərində yazılı kitabə
olmadığından, onun tarixi haqqında dəqiq fikir söyləmək çətindir.
Buradan edilən dualar Haqq dərgahında tez qəbul edildiyindən
ziyarətçiləri əskik olmur. Biz də öz növbəmizdə fürsətdən
istifadə edib Həzrəti Mövlanənin dili ilə burada dua etdik:
Ey Rəbbim! Bizimlə halımıza görə davranma. Öz ikram və
ehsanına görə davran!
Ey Rəbbim! Kərəm və lütfünlə hidayət etdiyin qəlb i yenidən
zəlalətə, azğınlığa meyl etdirmə. Bəlaları bizdən uzaqlaşdır və
dəyişdir. Ey əfvi çox olan, günahları örtən Rəbbim! O günahlara
görə bizdən intiqam alma. Bizə əzab etmə.
Ey Rəbbim! Biz nəfs ilə şeytana it kimi tabe olduqsa da,
Sən əzab aslanını bizim üstümüzə salma!
427
Paşa Yaqub
Ey Hayy, əbədi diri olan Rəbbim! Sən Kərəm sahibisən.
Ey yaradılmışların ehtiyacını ödəyən Rəbbim! Sən varkən başqa
bir şəxsi xatırlamaq və ondan bir şey ummaq doğru deyildir.
Ey Rəbbim! Ruhumda bir elm qətrəsi var.
Allahım! Onu həva və həvəslə tən torpağından qoru!
Ey ehsanı çox olan Rəbbim! Cəfa içində keçib-gedən ömrə
mərhəmət et!
Ey əfv etməyi sevən Rəbbim! Bizi əfv et. Üsyan dərdimizə
çarə qıl.
Ey yardım istəyənlərin yardımçısı! Bizi hidayət et.
Ey Rəbbim! Dua və yalvarışlarımızla Sənə layiq olmayan
sözləri bilməyərək söyləyib xəta etdiksə, o kəlmələri Sən düzəlt
və duamızı qəbul et. Çünki sözlərin hakimi və sultanı ancaq
Sənsən.
Ey aləmləri yaradan! Qaralmış, qatılaşmış və sanki daş
olmuş qəlbimizi mum kimi yumuşalt. Bizdən kölə kimi istifadə
edən nəfsimizdən bizi satın al.
Ey Rəbbim! Sənə nə ərz edim, çünki Sən hər gizli və aşkar
şeyi bilirsən.
428
Övliyalar Ensiklopediyası
Həşpirim Baba
Həşpirim Babanın qəbri Şəki rayonunun Kiş kəndində
yerləşir. Övliyanın adı “Hacı” və “Pir” sözlərinin
təhrif olunmuş formas ında yarandığı güman olunur. Kiş və ətraf
kəndlərin əhalisi övliyanın qəbrini sevə-sevə ziyarət edirlər.
Ziyarətgaha Nadir adlı xeyirxah bir şəxs nəzarət edir. Ondan
qabaq ata-babaları bu pirə xidmət göstəriblər. O da ənənəni
davam etdirərək, ziyarətçilərin xidmətində olur.
Həşpirim Babanın qəbrinin olduğu qəbiris tanlıqda
Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından
sayılan və bu yolda şəhid olan Aydın Məmmədovun da qəbri
vardır. Onu da ziyarət edib, ruhuna salavat göndərməyi özümə
borc bildim. Məzarın üstündəki bir bənd şeir diqqətimi çəkdi:
Ey şəhid oğlu, şəhid, istəmə məndən məqbər,
Sənə qollarını açaraq, durmuş Peyğəmbər.
Sənə dar gəlməyəcək, məqbəri kimlər qazsın,
Yazalım gəl səni tarixə, desəm, sığmazsın.
429
Paşa Yaqub
ŞIX BABA PİRİ
Qəbələ rayonunun Həmzəli kəndində Şıx Baba
piri vardır. Pirdəki qəbir nəqşibəndi şeyxi Şıx
Məhəmmədə məxsusdur. O, XIX əsrdə yaş amaqla, “Quran”ın
incəliklərini və İslam dininin gözəlliklərini insanlara təbliğ
etməklə məşğul olmuş, bu səbəbdən də övliyalıq məqamına
yüksəlmişdir. Bildiyimiz kimi övliyalıq məqamına yüksələnlər
hamısı özündən qabaq bu məqama yüksələn övliyalardan dərs
alır və onun yanında seyr və sülukunu tamamlayır. Belə mürid-
mürşid münasibətləri bütün övliyaların, şeyxlərin həyatında
vardır. Həm də hər hansı bir təriqəti təbliğ etmək üçün mütləq
həmin təriqətin şeyxlərindən icazənamə alınmalı idi. Bu cür qanun
bu gün də qüvv ədədir. Bunun üçün də icazənamə almaq istəyən
şəxs həmin şeyxdən dərs almalı, imtahan verməli idi. Mürid-
mürşid münasibətləri də yaranırdı. Nəqşibəndi təriqətində isə bu
cür məsələlər daha ciddi idi. Belə ki, burada icazənamə verən
şeyx (Mürşid) özü kəramətli (övliya) olmaqla, icazən am əni də
minlərlə müridlərindən ancaq bir neçəsinə verirdi, hansılar ki,
seyr və sülukunu tamamlaya bilirdilər. Yəni, müridin imanı,
əməli, əxlaqı, təqvası, mərifəti, nəfsi elminə uyğun kamilləşmiş
olurdusa, seyr və sülukunu tamamlanmış sayılırdı. Belə şəxs
kamillik məqamında olduğundan artıq duaları Haqq dərgahında
rədd olunmurdu və kəramət göstərirdilər. Şıx Məhəmməd Baba
da seyr və sülukunu kəramətli övliya, yaşadığı vaxtdan bu
430
Övliyalar Ensiklopediyası
günədək mömünlərin sevimli ziyarətg ahı olan nəqşibəndi şeyxi
Qaracallı (indiki Ucar rayonu tabeliyində kənd) Hacı Abdu
Əfəndinin (1825-1872) yanında tamamladı. Hacı Abdu Əfəndi
minlərlə müridindən cəmi 12 nəfərinə icazənamə vermişdir
ki, onlardan da biri bu gün sevə-sevə ziyarət etdiyimiz Şıx
Məhəmməd Baba idi. Qeyd edim ki, Hacı Abdu Əfəndi özü
icazənaməni kəramətli övliya, möminlərin səcdəgahı Kürdəmirli
(Şahsevən kəndi) Hacı Mahmud Babadan almışdır. O isə
seyr və süluk unu Mövlanə Hacı İsmayıl Siracəddin Şirvan i
nin (1782-1848) yanında tamamlayaraq, şeyxliyini təsdiqləyən
icazənamə almışdır.
Şıx Məhəmməd Baba kəramətli övliya olmaqla yanaşı,
həm də şeyx kimi çoxlu müridləri olmuş, onlarla birlikdə
“Quran”ın incəliklərini və İslam dininin gözəlliklərini xalqa
təbliğ etmışdir. Onun kəramətlərinə dair bir çox əhvalatlar bu
gün də xalq arasında dillər əzbəridir. Övliya özü həyatda olma
sa da, cəmiyyətə faydası çox dirilərdən artıqdır. Belə ki, Şıx
Babanın qəbri-şərifini ziyarətə gələn insanlar bir çox müşkül
işlərinin çarəsini, sağalmaz xəstəliklərinin dərmanını onun
kəraməti ilə tapırlar.
Şıx Məhəmməd Babanın məzarı üstündəki, günb əzi 1911-
ci ildə usta Fərrux öz vəsaiti ilə tikdirib.
Günbəzin ətrafı Qaracöhrə ağacları ilə əhatə olun
muşdur. Ağacın meyvələri şirin və mətli olm aqla, sentyabrda
yetişir və müalicəvi əhəmiyyətə malikdir. Sovet dönəmində bu
ağacları qırıb taxta emal etmək istəyiblər. Lakin pir öz kəraməti
431
Paşa Yaqub
ilə ərazisind əki ağacların qırılmasına imkan verməyib. Belə
ki, pirin ərazisində qırılan ilk ağac onu qıranın başına düşərək
öldürüb. Digər fəhlələr işi davam etdirmək istəyəndə, növbəti
ağac da o biri fəhlənin başına düşərək öldürüb. Ondan sonra kənd
ağsaqqallarının məsləhətini nəzərə alıb, pirdə ağac qırılmasını
dayandırdılar.
Mövlanə Sədrəddin
Şıx Məhəmməd Babanın günbəzinin yanında Möv
lanə Sədrəddinin də qəbri vardır. Qəbrin üzərinə
mərmər başdaşı və sinə daşı qoyulmuşdur. Sinə daşında ərəbcə
mərhumun adı və vəfatı tarixi yazılmışdır. “Bu qəbir alim,
Fazil Mövlanə Sədrədd inindir. 1012-cu il” (1603-1604) Sinə
daşında nəbatı naxışlarla “Quran”ın 2-ci sürəsinin 256-cı ayəsi
33-cü ayəsi, 29-cu surəsinin 56-cı ayələri yazılm ışd ır. Qəbir
üzərindəki tarixdən görünür ki, ilahiyyat alimi olan və mövlanə
titulu qazanan Sədrəddin Şıx Məhəmməddən iki əsr qabaq
yaşamışdır.
Mövlanə Sədrəddinin qəbirüstü kitabəsi
432
Övliyalar Ensiklopediyası
Qəybi Baba
Qəybi Baba adıyla məşhur olan bu pir Qəb ə
lə rayonunun Həmzəli kəndindədir. Pirin ərazisi
təxminən iki hektardır və qalın meşəlikdir. Şıx baba pirində
olduğu kimi burada da ağaclara toxunanlar ziyan çəkdiyindən,
heç kəs buradan ağac qırıb aparmır. Burada uzunu on metr, eni 6-7
metr olan bir daş tikilinin qalıqları mövcuddur. Daş qalıqlardan
görünür ki, neçə əsrlər bundan qabaq burada birmərtəbəli otaq
olmuşdur. Həmin otağın daş divarları uçulub tökülmüş,indi
yalnız yarım metr hündürlükdə divarın qalıqları qalmışd ır. Bu
divarların arasında tarixi bilinməyən qəbir vardır.
Pirə xidmət edən Həmzəli kənd sakini Yusifova Həqiqət
Şaban qızı bizimlə söhbətində bunları bildirdi:
- Təzə gəlin olanda ürəkkeçmələrim olurdu. Bir gün
qaynanam məni pirə gətirib, ziyarət etdirdi. Ondan sonra
ürəkkeçməm olmadı. Sonralar bir dəfə bu pirin sahibi Qəybi
Baba yuxuma girib dedi həyat yoldaşına de ki, içkidən uzaq
olsun, “Quran”ı öyrənsin.Yoldaşım da bu tapşırığa əməl etdi. Bir
gün baba yuxuma girib, daş hasarın içərisində olan ağaclardan
birini mənə göstərdi. Dedi döşündə şiş olan qadınlar sinələrini
bu ağaca sürtərək Allahdan şəfa diləsələr, niyyətlərinə çatarlar.
Səhər gəlib mən bu ağaca baxanda gördüm başqa ağaclardan
fərqli olaraq, onun gövdəsində qadın döşünə bənzər yumrular
var. Baba həmçinin demişdi ki “Qızımın darağını tapıb, hansı
sonsuz qadın saçını darasa, ana olar” Təəssüf ki, o darağın
433
Paşa Yaqub
harada olduğu bilinmir.
- Qəbələ radiolokasiya stansiyasında Alekseylə Yelena
adlı ər-arvad işləyirdilər, - deyə Həqiqət xanım söhbətini davam
etdirir-uşaqlarını ziyarətə gətirmişdilər. Dedilər əsəb xəstəsidir.
Aradan bir qədər keçəndən sonra bir də gəldilər ki, uşaq sağalıb.
434
Övliyalar Ensiklopediyası
“ÇİLLƏXANA” ZİYARƏTGAHI
“Kitabda (“Quran”da) Məryəmi də yad et. Xatırla ki,
bir zamanlar mələklər belə demişdilər: Ya Məryəm, həqiqətən,
Allah səni seçmiş, (eyiblərdən təm izləmiş) cəmi aləmlərin
(bütün dünyanın) qadınlarından üstün tutmuşdur!” “Quran”,
19: 16; 3:42:.
Ayələrdən göründüyü kimi, Allah-taala bəzi imanlı və
təqvalı xanımları zaman-zaman özünə dost seçmiş
və övliyalıq səviyyəsinə yüksəltmişdir. Belə xanım övliyalardan
birinin də qəbri Ucar rayonunun Qulabənd kəndində “Çilləxana”
ziyarətgahı adı ilə tanınan pirdədir. Bu pirdə ziyarət olunan
xanım övliyanın adı və tarixi barədə heç bir mənbədə məlumata
rast gəlmədim. Bilinən odur ki, əsrlərdən bəridir ki, bu pir öz
kəraməti ilə insanların dadına yetir. Bu səbəbdən də ziyarət
çiləri əskik olmur. Övliyanı əsasən Novruz bayramı ərəfəsində-
ilin axırıncı çərşənbə (üçüncü) günü ziyarət edib, burada niyyət
tuturlar. Ona görə də pirin adı “Çilləxana”və yaxud “Çilləxanım”
qalmışd ır. Burada ən çox xanımların niyyəti qəbul olunur.
Bəxtinin açılmamasından, sonsuzluqdan əziyyət çəkən
xanımlar ilin axırıncı çərşənbəsini bura üz tuturlar. Qulabənd
kəndində söhbət etdiyim yaşlı nəslin nümayəndələri bildirirdilər
ki, uşağı olmayan qadınlar ilaxır çərşənbədə burada rəmzi yüyrük
düzəldib asırlar. Həmin anda yüyrük özü-özündən yellənirsə,
435
Paşa Yaqub
deməli niyyət qəbul edildi, uşaq olacaq. Həm bu kənddən, həm
də ətraf kəndlərdən, Ucar, Bakı, Sumqayıt və digər şəhərlərdən
onlarla xanım ın adlarını çəkdilər ki, xanım övliyanın kəramətilə
sonsuzluqdan xilas olub, növbəti ilaxır çərşənbədə qucaqlarında
uşaq, pirdə qurban kəsib, övliyaya ehsan veriblər.
Oğul nəvəm olması üçün pirdə yüyrük asdım
Xanım övliyanın kəraməti ilə arzusuna çatan
xanımlardan biri də Qulabənd kənd sakini Fəridə
Hidan qızı Əhmədovadır. Onun danışdıqları maraqlı əhvalatları
diqqətinizə çatdırıram:
- Qızım Günay ailə qurandan sonra bir qızı dünyaya gəldi.
İkinci uşağa hamilə olanda həkim deyir ki, bu sənin sonuncu
hamiləliyindir. Ona görə qızım istəyirdi ki, ikinci və sonuncu
uşağı oğlan olsun. Rusiyanın Voronej vilayətində yaşayırdılar.
Oradan mənə zəng etdi ki, ana, ilaxır çərşənbə günü “Çilləxana”ya
gedəndə, mənim üçün niyyət tut ki, oğlum olsun. Dedim ay
qızım, mən Allahdan utanıram, o cür dua edə blmərəm, oğul-
qız hamısı Allahın payıdır. Dedi mən niyyət etmişəm ki, oğlum
olsun, pirdə xanım övliya üçün anıt qəbri düzəldərəm, (övliya
həmin yerdə qeybə çəkild iy indən, orada qəbir yoxdur, sadəcə
bir neçə hektar ərazi ağaclıqdır - müəllif), İlaxır çərşənbə günü
hamıyla bərabər mən də “Çilləxana”ya getdim- deyə Fəridə
xanım söhbətini davam etdirir- Yüyrük asıb, dua etdim ki,
qızımın ürəyində nə arzusu varsa, Allah həyata keçirsin. Bu vaxt
436
Övliyalar Ensiklopediyası
gördüm ki, yüyrük yellənməyə başladı. Tez Günaya zəng edib,
təbrik etdim ki, niyyətin qəbul olundu. Çox keçm ədi ki, qızımın
oğlu dünyaya gəldi. Növbəti ilaxır çərşənbəyə qədər biz artıq
anıt qəbri düzəltmişdik.
Fəridə xanımın Voronej şəhərində yaşayan qızı Günay
xanım söhbətə qoşulur:
- Voronejdə Günel adlı qonşumuz - 9 il idi ailə qurmuşdu,
övladları olmurdu. Voronejdəki məşhur klinikalarda müayinə və
müalicə olunsa da, həkimlər ümidverici bir söz deməmişdilər.
Mənim oğlum dünyaya gələndən sonra qonşum Günel bu
əhvalatı eşitdi və məndən xahiş etdi ki, anana de növbəti ilaxır
çərşənbə günü mənimçün çilləxanada yüyrük assın. Anam onun
arzusun yerinə yetirdi; beləliklə, bir ildən sonra Günelin bir qızı
dünyaya gəldi.
- Digər qızım Gülər qonşu Alpı kəndinə gəlin köçmüşdü,
dörd il idi ki, uşağı olmurdu-deyə, Fəridə xanım söhbətini davam
etdirir - Onun üçün də, yüyrük asıb, niyyət tutdum. Xoşbəxtlikdən
onun da yüyrüyü yelləndi. Qaynatası bunu eşidib, nəzir etdi ki,
gələn ilaxır çərşənbəyə qədər nəvəm olsa, ilaxır çərşənbə günü
pirdə qoyun qurbanı kəsəcəyəm. Allah edilən duaları qəbul
edib, bir il tamam olmamış bizə nəvə payı verdi. Növbəti ilaxır
çərşənbə günü qaynatası qoyun qurbanını kəsdi.
“Çilləxana” ziyarətgahında dəmirdən tikilən və üstü şiferlə
örtülən çardaq 2009-cu ildə Qulabənd kənd sakini Məmmədov
Şöhrət Bəhmən oğlu tərəfindən tikdirilib.
437
Paşa Yaqub
Piri yandıranın evi yandı
Bir neçə il bundan qabaq, iki nəfər “Çilləxana”nın
yanında qoyun otarırmışlar. Biri o birinə deyir ki,
mən bu piri yandiracağam, görüm mənə nə edəcək. Yoldaşının
etirazlarına məhəl qoymayan nadinc adam piri yandırır və bir
neçə gündən sonra özünün də evi yanır.
Traktor pirə girə bilmədi
Çilləxana pirindəki kəramət zaman-zaman özünü
biruzə vermişdir. Belə ki, Sovetlər dönəmində kənddə
meliorasiya işləri görülərkən layihəyə görə kollektor pirin
ortasından keçməli imiş. Lakin pirə çatanda möcüzə baş verir:
heç bir texnika pirin sərhəddindən içəri keçə bilmir. Belə ki,
texnikalar kənarda normal işləsələr də, pirə daxil olanda motorları
sönürdü. Beləliklə, bir neçə gün iş dayandıqdan sonra, icraçılar
Respublika layihə institutu ilə məsləhətləşib, kollektorun üzünü
döndərib, pirin ətrafı ilə çəkdilər.
438
Övliyalar Ensiklopediyası
Şıx Kərim Baba
Qulabənd kəndində insanların çətin məqamlarda üz
tutduqları müqəddəs yerlərdən biri də Şıx Kərim
Babanın qəbridir. Sovet dönəmində övliyalar haqqında olan
yazılı mənbələr məhv edildiyindən, Azərbaycan arxivindən Şıx
Kərim Baba barədə məlumata rast gəlmək mümkün deyildir.
Lakin Türkiyə arxivində bu övliya haqqında az da olsa, meəyyən
bilgilər vardır. Belə ki, Amasiya şəhərində olan Mövlanə İsmayıl
Siracəddin Şirvanidən (Kürdəmirli) bəhs edən sənədlərdə
Şıx Kərim Babanın da adına rast gəldim. Belə ki, onun ölüm
tarixi 1857 göstərilməklə, tanınmış Nəqşibəndi Şeyxi və övliya
Qaracallı Hacı Abdu Əfəndinin müəllimi olduğu qeyd edilir.
Şıx Kərim Babanın qəbri kəndin ortasından keçən yolun
sağ tərəfində, su arxının üstündə yola bitişikdir. Kəndin ümumi
qəbiristanlığı əvvəl burada olsa da, sonralar yerini dəyişiblər.
Odur ki, Kərim Əfəndinin qəbri burada tək qalmışdır. Qəbrin
üstü Göyçayın Potu kəndində yaşamış, övliyanın nəslindən olan
Fatimə xanım (1919-2004) tərəfindən daşdan götürülmüşdür.
Ehtimal olunur ki, Şıx Kərim Babanın soy kökü
İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşamış məşhur övliya
Şıx Məmmədiyim Babaya bağlanır. Düzgünün Allah bilir.
439
Paşa Yaqub
Seyyid Həşim Baba
Qulabənd kəndində ziyarət olunan ocaqlardan biri
də Seyyid Həşim Baba ocağıdır. Seyyid XIX əsrdə
yaşayıb. Kəraməti ilə məşhur olduğundan daim ziyarətçiləri
olarmış. Onların gözü qarşısında dəfələrlə ocaqda qaynayan
bəhməzi əli ilə qarışdırmışdır. Bu cür qeyri-adi hallar xalq
arasında Seyyid Həşim Babaya olan inamı daha da artırmışdır.
Seyyidin kəramətindən inanclı insanlar bu gündə faydalanırlar.
Belə inanclı insanlardan biri də tarixçi Rizvan müəllimdir. O,
bizimlə söhbətində bildirdi ki, bu yaxınlarda əllərinin dərisində
alacalar yaranıbmış. Çox müalicə etsə də, xeyri olmayıb. Nəhayət,
Seyyid Həşim Baba ocağına üz tutub. Ocağın külündən əlinə
sürtəndən sonra, alacalar azalmağa başlayıb. Rizvan müəlim
deyir üç dəfə cüməaxşamı günləri bu ocaqda ziyarətdə olub, kül
sürtəndən sonra, əlimdəki alacalardan əsər-əlamət qalmadı.
440
Övliyalar Ensiklopediyası
SEYİD HÜSEYN AĞA
“Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün
bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (Allahın
sevib-seçdiyi bəndələrinə vəhy, ilham yolu ilə elm öyrətməsini)
bilməz”. “Quran” “Yusif” surəsi, 68-ci ayə.
Allahın elm, hikmət bəxş edərək şərəfləndirdiyi saleh
qullarından biri də Seyid Hüseyn ağa idi. O, 1988-
ci ilə qədər Ağdam rayonunun Qalayçılar kəndində yaşayıb.
Atası Seyyid Şirin və babası Seyyid Mirəziz ağa kəramətləri
ilə məşhur olublar. Seyyid Mirəziz ağa Laçın rayonun Böyük
Seyidlər kəndində yaşayıb.
Ceyranlar ocağa gəldilər
Kəlbəcərli Mirzəxan kişi söhbət edir ki, 1988-ci ildə
Seyyid Hüseyn Kəlbəcərdə Yəhəryurd yaylağında
idi. Biz də onu ziyarətə getmişdik. Həmişəki kimi ziyarətində
adamlar çox idi. Alaçığın qabağında oturmuşduq ki, gördük
dağın başından bir cüt ceyran bizə tərəf gəlir. Yüyürə-yüyürə
çayı keçən ceyranlar gəlib Seyyidin alaçığ ın ın yanındakı
ocağından külü yalamağa başladılar. Yanımızdakılardan biri
tüfəngi qaldırdı ki, ceyranları ovlasın. Mir Hüseyn ağa cəld
441
Paşa Yaqub
tüfəngi ovç unun əlindən alıb, kənara tulladı. Dedi “Görmür
sənmi ocağa gəliblər, ziyarətgahda ov edərlərmi?”
- Qonşu kənddən Sara adlı qadın qızını yaylağa - Seyid
Hüseyn ağanın ziyarətinə gətirmişdi ki, qızın əyilmiş ağzını
düzəltsin - deyə Mirzəxan kişi söhbətini davam etdirir - ağa dedi
burada yatsa, yüz faiz söz verirəm ki, sağalacaq. Anası qızı ilə
bərabər həmin gecəni Seyyidin qonağı oldular. Səhər duranda
gördük qızın ağzında dünənki əyrilikdən əsər-əlamət qalmayıb.
Anası dedi “Gələndə nəzir etdim ki, qızım sağalsın, həyətdəki
inək düyəsini Seyyidə nəzir verəcəm. İndi gedib gətirəcəm”.
Seyid dedi: “Qoy qalsın, gələn il yaylağa gələndə verərsən”.
Gələn yay yenə Sara xala gəlir ki, düyə doğub, sabah
balası ilə birlikdə gətirib verəcəm. Seyyid deyib “Sən o nəziri
götürəndə balan xəstə idi, ürəyin yandığına görə fikirləşmədən
bütün var-dövlətini nəzir deyə bilərdin. Ona görə də mən onu
qəbul etmirəm. Səndən beş manat pul alıb, inəyi sənə satıram”.
Seyyid Hüseyn ağa Sürayə adlı qızla ailə qurub və bu
nikahdan dörd oğlu, beş qızı dünyaya gəlib.
442
Övliyalar Ensiklopediyası
SEYİD ZEYNALABİDİN
(“QARA SEYİD”)
“İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə
ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər
vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman:
“Bu bizim əvvəcə (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər.
Əslində isə bu (ruzi, meyvələr) onlara dünyadakılara zahirən
bənzər olaraq verilmişdir. Onlardan ötrü orada pak zövcələr
də var. Onlar (möminlər) orada əbədi qalacaqlar” “Quran”,
“İnək” surəsi, 25.
Allahın cənnətlə müjd ələdiyi saleh qullarından biri
də Seyid Zeynalabidin ağadır. Xalq arasında “Qara
Seyid” adı ilə tanınan bu şəxs XVIII-XIX əsrlərdə Sabirabad
rayonunun Axtaçı kəndində yaşamışdır. Qəbri şərifi Kür çayının
sol sahilində-hazırda Hacıqab ul rayonunun ərazisi olan Axtaçı
kəndindədir. Seyidin doğum tarixi məlum olmasa da, dəfn tarixi
1828-ci ildir.
Kəramətləri ilə məşhur olan “Qara Seyid”-in həm
sağlığında, həm də ölümündən sonra əsrlər keçməsinə
baxmayaraq, məzarı başından ziyarətçilər əskik olmur.
Haşimilər nəslindən olan Seyid Zeynalabidin ağanın
şəcərəsi VII imamımız Həzrəti Musa Kazım vasitəsi ilə
Həzrət Əli Əleyissalama bağlanır. Bunu təsdiq edən ərəbcə
443
Paşa Yaqub
tərtib olunmuş rəsmi şəcərə sənədində Həzrət Əlidən başlayan
soykökü aşağıdakı kimi sıralanır: İmam Əli – İmam Hüseyn-
İmam Zeynalabidin – İmam Məmmədbağır – İmam Cəfər Sadiq
– İmam Musa Kazım – Seyid Abdullah – Seyid Musa – Seyid
İsa – Seyid Cəmaləddin – Seyid Həsən – Seyid Bağır – Seyid
Fəxrəddin – Seyid Əhməd – Seyid Cəfər – Seyid Tahir – Seyid
Həmzə - Seyid Hüseyn – Seyid Rza – Seyid Zeynalabidin (”Qara
Seyid”).
“Qara Seyid”in kəramətlərinə dair bir çox əhvalatları xalq
öz yaddaşında bu günədək qoruyub saxlamışdır. Bu əhvalatlardan
tək birini nəql etməyim kifayətdir ki, onun necə kəramətə malik
möhtəbər bir Seyid olması haqqında oxucuda təsəvvür yaransın:
Dövrünün ixtiyar sahibi olan bəylərindən birinin övladı
olmurdu. Nəzir etdi ki, Allah ona övlad bəxş etsə, ərazisində
hakim iyyəti altında yaşayan bütün seyidlərə ənam paylayacaq.
Nəhayət, Allah ona bir oğul bəxş edəndə elan verdi ki,
bütün seyidlər ənam almaq üçün saraya toplansınlar. “Qara
Seyid” də toplaş anlar arasında idi. Lakin ona xoş getməyən bir
məqam vardı ki, ənam almaq üçün gələnlərdən bəziləri seyid
deyildi. Seyid Zeynalabidin bu məsələni Bəyə demək istəmədi
ki, onlara ağır cəza verər, peşmançılıq olar. Çıxış yolu kimi Bəyə
təklif etdi ki, həyətdə təndir qalasın, toplaşanlar bir - bir yanar
təndirə girib “Yasin” surəsini oxuyub çıxsınlar. Kim sağ çıxsa,
ənam da ona verilsin. Bəy bu maraqlı təklifi bəyəndi və dedi
birinci səndən başlayaq.
Beləliklə, təndir alovlanıb, köz düşəndə “Qara Seyid”
444
Övliyalar Ensiklopediyası
“Quran” – Kərimi götürüb təndirə girdi və ağzını dəmirlə
qapamağı tapşırdı.
Seyid Zeynalabidin ağa
“Yasini” başa çatdırıb, təndirdən
çıxanda, ənam almağa gələnlərdən
heç kim qalmamışdı.
Saray adamları təəcüblə
təndirin içərisinə baxanda heyrətləri
daha da artdı: təndirin dibind ə
bayaqkı közlərdən əsər-əlamət yox
idi. Əksinə, közün yerində yaşıl
çəmənlik görünürdü.
“Qara Seyid”in həyatında baş verən və dillər əzbəri olan bu
möcüzə yadıma Mövlanə Cəlaləddin Rumi ilə rahiblər arasında
baş verən aşağıdakı əhvalatı saldı.
Əhvalatı kilsəsinin rahibi belə rəvayət edir:
- Bir gün biz 40 rahib, sual vermək üçün Mövlanə
Cəlaləddin Ruminin yanına gedirdik. Onunla bazarda bir
sobanın qarşısında rastlaşdıq və sualımızı verdik.
- “Quran”ın “Məryəm” surəsinin 71-ci ayəsində deyilir
ki, içinizdən heç biriniz xaric olmamaq şərti ilə hamınız mütləq
cəhənnəmə gedəcəksiniz. Bu Allah qatında mütləq olaraq bir
hökmdür. Bu ayəyə görə istər mömin olsun, istər olmasın, hər
kəs cəhənn əmdən keçəcəkdir. Madam ki, belədir, onda islam
dininin üstünlüyü nədədir?
445
Paşa Yaqub
Mövlana sualı cavablandırdı:
- Bəli! Hər kəs cəhənnəmdən keçəcək. Ancaq möminlər
cəhənnəmə girdikləri zaman, cəhənnəm atəşi onları
yandırmayacaq. Hətta cəhənnəm atəşi möminlərə belə deyəcək:
- Ey mömin, tez keç! Nurun atəşimi söndürür.
Lakin eyni atəş, Allahın əmri ilə inanm ay anları
yandıracaqdır. Atəş eyni atəşdir, lakin əmr müxtəlifdir.
Mövlana açıqlamasını isbat etmək üçün dedi:
- İstəyirsinizsə, burada sınayaq və sizə bunun döğruluğunu
göstərək.
Biz rahiblər bu sınağı görmək istədiyimizi söylədikdə isə
köynəklərimizi çıxarmağımızı istədi. Köyn əklərimizi çıxarıb,
ona verdik. O da köynəklərimizi əbasının içinə qoyub, sarıdı və
eləcə sobanın içinə atdı.
Bir müddət sonra sobanın qapağını açıb, əlini alovun
içinə salıb, əbanı götürdü və qarşısına qoydu. Alovun içindən
çıxmış əbada kiçik bir yanıq izi belə yox idi. Ancaq, əbanın
içini açanda bizim köynəklərimizin hamısı yanıb kül olduğunu
gördük. Biz heyr ətə düşərək, yanmış köynəklərimizə və Mövla
nanın yanmamış əbasına bax arkən o belə dedi:
- Ey rahiblər! Gördüyünüz kimi biz atəşə belə girərik, siz
də belə!
Bu sözdən sonra bir-birimizə baxdıq və İslamın
üstünlüyünü etiraf edərək, bu dinə gəlməyə qərar verdik.
446
Övliyalar Ensiklopediyası
“Qara Seyid”də olan kəramət ondan sonra gələn nəsillərdə
də özünü büruzə vermişdir. Məsələn Seyidin nəvəsi Mir Fəttah
ağa (1906-1970) qonşusunun yanan ot tayasının içərisinə girmiş,
bu vaxt leysan yağış yağaraq tayanı söndürmüşdür. Onun atası
Mir İsgəndər də kəramətli seyid olmuşdur. O, hicri 1365-ci ildə
Hacıqabul rayonunun Meyniman kəndində dəfn edilmişdir.
Dəfndən bir gün sonra oğlu Mir Fəttah Baba yuxuda gördü ki,
ağ dəvənin belində bir ağ paltarlı adam atasının qəbirini açıb
cənazəni çıxartdı və dəvəyə qoyaraq götürüb apardı. Mir Fəttah
ağa səhər atasının qəbirini ziyarət etməyə gedəndə, qəbiri salamat
görsə də, qəbirin ətrafında dəvənin ləpiri aydın görünürdü.
447
Paşa Yaqub
“ƏRƏBOCAĞI” ZİYARƏTGAHI
(Yolqulu Baba)
“...Möminlər dedilər: Onların (məzarı) üstündə bir
məscid tikəcəyik ki, gələcək nəsillər burada Allaha ibadət
etsinlər!” “Mağara surəsi”, 21-ci ayə.
Allaha ibadət etmək məqsədi ilə üzərində məscid
tikilən müqəddəs şəxslərdən biri də Yolqulu Babadır.
Bura el aras ında “Ərəbocağı” ziyarətgahı kimi tanınır. Yanındakı
kəndin adı da buradan götürülərək “Ərəbocağı” qoyulub.
Ziyarətgahın yaranması haqqında belə söyləyirlər ki, İs
lam ın ilk dövrlərində “Qurani-Kərim”in göz əlliklərini və şəriət
qayd alarını təbliğ etmək üçün bir qrup ərəb mənşəli mötəbər
alimlər Azərbayc ana ezam olunurlar. Onlar İpək yolu ilə hərəkət
edərkən, indikiAğdaş rayonunun Ərəbocağı (o vaxtlar bu yerlərin
adı şübhəsiz ki, başqa cür olub) kəndində düşərgə salıblar. Bir
gün sübh namazında gələn alimlərdən biri gizli namaz qılarkən
əsası, təsbehi və başmaqları həmin yerdə qalmaqla, özü qeybə
çəkilir. Yoldaşları və orada yaşayan adamlar görürlər ki, alimin
libasının ətəyi bir qarış çöldə qalmaqla, namaz qıldığı yerdə də
torpağa batıb. Deyilənə görə torpaq bir qədər hündürləşərək,
qəbir formasını alıbmış. Başa düşürlər ki, övliyanın ömrü tamam
olduğundan, Allah-taala onu burada torpağa tapşırıb. Qalan
448
Övliyalar Ensiklopediyası
əşyaları da bu fikri təsdiq edən əlamətlərdir. Yoldaşları yerli
əhaliyə bildirirlər ki, bu alim mötəbər bir övliyanın nəslindən
olmaqla, duaları Allah dərgahında qəbul olunan kamil bir şəxs –
övliya idi. Odur ki, onun şərif məzarını qoruyun ki, yeri itməsin,
özünüz də yaxşı olar ki, buradan köçüb, bir qədər kənarda
məskunlaşasınız. (Bu, müqəddəs yerin təmizliyi baxımından
daha məqsədəuyğundur)
Bu günümüzə gəlib
çatan söhbətlərə görə, həmin
alimin – övliyanın adı Yolqulu
Baba olub (bu adın mənası
Islam yolunun qulu, xidm ətçisi
deməkdir. Bu sözün ərəbcəyə
tərcüməsi “Abdutariq”
olduğundan və övliyanın ərəb Ərəbocağı ziyarətgahı
ölk əsindən gəldiyini nəzərə
alıb bəzi adamlar onun adının elə Abdutariq olduğunu söylə
yirlər. (Bu adların və söhbətlərin daha dəqiqini Allah bilir).
Yerli əhali övliyanın qeyb olduğu gündən həmin yerdə
müxtəlif möcüzələrin şahidi olurlar. Belə ki, axşam vaxtı bir
işığın oradan çıxdığını, bir müddətdən sonra yenidən qayıdıb,
ora daxil olduğunu müşahidə edirlər. Odur ki, ərəb alimlərinin
tövsiyəsini nəzərə alıb, yerli əhali (Həmin vaxt o yerdə 5-10 ailə
varmış) bir qədər kənarda məskunlaşır. Beləliklə “Ərəbocağı”
ziyarətgahı və Ərəbocağı kəndi yaranır.
Yolqulu Babanın qəbri üzərində əvvəlcə dövrə uyğun
449
Paşa Yaqub
olaraq, qamışdan, üstü havarla örtülmüş məscid tikilir və
zaman-zaman möminlər burada Allaha ibadət edib, sıxıntıdan
qurtulmaları üçün dua edirlər.
XX əsrin əvvəllərində ziyarətgahın üzərind ə üstü kirəmitlə
örtülmüş günbəz formalı tikili olub. Sovetlər dönəmində (1940-
cı illərin əvvəllərində) sovet sədri ilə kolxoz sədri fəhlələri zorla
ziyarətgaha gətirərək, günbəzi sökməyi əmr edirlər. Fəhlələr
buna etiraz edəndə, onları qamçı ilə döyərək, tikintini sökməyə
məcbur ediblər. Nəticədə Kənd Sovet sədri ömrünü it kimi hürə-
hürə başa vurub. Deyilənə görə, insanlara xəsarət yetirməməsi
üçün onu zəncirlə ağaca bağlay ıblarmış.
Hadisənin digər təşkilatçısı – Kolxoz Sədri Möylan isə
günbəzin üstündən sökdürdüyü kirəmitlə özünə ev tikdirdi,
sonra isə həbs olundu və həbsxanada öldüyündən orada da dəfn
olundu.
“...Allah yolunu qapamaq (və yaxud dağıtm aq), onu inkar
etmək, Məscidülhərama girm əyə mane olmaq və oradakıları
kənara çıxarmaq Allah yanında daha böyük günahdır”. “İnək”
surəsi, 217-ci ayə.
“O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki,
Allah hər şeyə qadirdir!” - dedi”. “İnək” surəsi, 259-cu ayə.
450