The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar Ensiklopediyası

hadisədən sonra bütün qohumlar biri-birinə dəydi. Hamı başa
düşdü ki, bütün bu olanlar qurbanı gecikdirdiyimizə görə baş
verir. Atamgil də işə qarışdılar, nəhayət bir qoç alıb, “Çərşənbə”
ziyarətgahında kəsəndən sonra uşaqda heç bir problem olmadı.
Ərəb müəlliflərinin yazdıqlarına uyub, az qala uşağımın ölümünə
bais olacaqdım...

Muradova Fatmasoltan Buğday qızı - Qax rayonunun
Güllük kəndinin 80 yaşlı sakini:

- Nəvəm Məhəmmədin iki yaşı olanda, onda qorxudan
sudurğa yarandı. Tez-tez tuturdu, dili qatlanırdı, çox çətinliklə
açırdıq. Ona görə də uşağı tək qoya bilmirdik. Bir neçə il müalicə
etdirdik, müvəqqəti xeyri olsa da, yenə də sudurğa tuturdu. Bir
gün apardım Oğuz rayonunun Kərimli kəndinə - “Çərşənbə
ocağı” deyilən ziyarətgaha. Oradakı övliyaların qəbirlərini
ziyarət etdik, “Keçid daşı” deyilən yer vardı, onun altından
uşağı üç dəfə keçirtdik. Niyyət etdim ki, uşaq sağalsın, gətirib
burada qoç qurbanı kəsəcəm. Oradan gələndən sonra bir dəfə də
olsun sudurğa keçirməyib. İndi nəvəmin 22 yaşı var, əsgərlikdən
qayıdıb.

Allah qalana bərəkət versin!..

Əhmədova Gülsurə Zahid qızı- Kərimli kənd sakini:
- Qabaqlar 25 baş qoyunumuz vardı. Bir gün toya getdik,
qoyunlar nəzarətsiz qalıb itdilər. Uşaqlar çox axtarsalar da, tapa

301

Paşa Yaqub

bilməd­ ilər. Gecə dua etdim ki, Ya Allah, sabah qoyunlarımı
tapım, “Çərşənbə” ocağında bir qoç qurbanı kəsərəm. Gecə
yuxuda gördüm ki, həmin ziyarətgahdayam, hər tərəf yaşıl
çəmənl­ik, gül-çiçəkdir, qoyunlarımız da burada yatış­ ıblar. Öz-
özümə dedim, bizim qoyunlarımız burdaymış ki, biz də bunları
axtarırıq. Sonra dedim qoyunların hamısı yoxdur. Belə deyəndə,
yuxuda arxa tərəfdən bir kişi səsi eşitdim: Allah qalana bərəkət
versin! Səhər yuxudan ayılanda, uşaqlar gedib dərədən qoyunları
tap­ ıb gətirdilər. Amma, bir ana qoyunla, balasını çaqqal yemişdi.
Həmin günü də əhdimə əməl edib, ziyarətgahda qurban kəsdim.

Piri dağıdan traktorçu qəzaya düşdü

Ziyarətgahın yerləşdiyi Kərimli qəbirist­an­lığı Bakı-
Oğuz yolunun üzərində yerləşir. Əvvəllər burada
yol olmayıb. 50-ci illərdə Nikolay adlı bir rus traktorist, bul­
doz­ erlə qəbirirləri dağıdaraq, qəbiristanlığın ortas­ ından indiki
bu yolu çəkirmiş. Kənd ağsaq­qaları ona deyirlər ki, qəbirləri
dağıtma, yolu qəbirstanlığın kənarından çək. Nikolay öz dilində
söyüş söyüb, işinə davam edib. Nəha­yət, işini qurtarıb, getmək
istəyəndə, traktor dərəyə yuvarlanıb və Nikoloy traktorun altında
qalaraq, həlak olub.

302

Övliyalar Ensiklopediyası

Həlim Baba

Allahın müjdə verdiyi dostlarından biri də Həlim
Babadır. Dağıstan Respub­likasında doğulub,
yaşayan bu övliyanın qəbri-şərifi Oğuz rayonunun Kərimli
kəndindədir. Həlim Baba Oğuz-Zaqatala bölgəsində yaşamış və
müasirləri olmuş övliyalarla sıx əlaqədə olmuş və onların təşkil
etdikləri zikr məclislərində iştirak etmişdir. Belə səfərlərin birində
xəstələnərək, Kərimli kəndində Əhməd adlı bir mömin kişi­nin
evində qalmışdır. Hicri 1323-cü ildə (1905/1906) vəfat edərək,
həmin kəndin qəbiris­tan­lığında dəfn edilmişdir. Övliyanın şəxsi
əşya­lar­ını və paltarlarını son dövrlərə qədər Əhmədin nəvəsi
Fəxrəddin müəllim saxlamışdır. Onun ölümündən sonra isə
həmin əşyalar Həlim Babanın qəbri yanında basdırılmışdır.
Sovet dönəmində Məşədixanım Nemətovanın rəh­bərliyi
ilə milli Elimlər Akademiyasının bir qrup əməkdaşı övliyanın
qəbir daşındakı ərəbcə olan kitab­ ə­ni oxumuş və aşağıdakı kimi
tərcümə etmişlər:

“Şeyx Səd ibn Şeyx Həlim. Dərviş Həlim ibn İshaq, ibn
Qədir Zruği əs-Səmburu. Hicri 1323-cü ildə (1905-1906) vəfat
etmişdir. Allah ona rəhmət eləsin!”

Həlim Babanın ailə üzvləri Dağıstanda qalıb. Son dövrlərdə
törəmələrindən bir neçəsi övliyanın Kərimlidəki qəbrini və öm­
rü­nün sonlarında yaşadığı evi ziyarət ediblər. Onların buranı necə
tanımalarına gəldikdə isə bildiriblər ki, Həlim Baba qohumlardan
birinin yuxusuna girərək, öz qəbrini və Kərimlidəki yaş­ ad­­ ığı

303

Paşa Yaqub

evin, həyətindəki üstündə namaz qıld­ ığı sal daşı göstərərək, bu
yerləri ziyarət etməyi tap­şırm­ ışd­ ır. Yuxu görən şəxs qohumlarını
da götürərək, Dağıstandan Azərbaycana gəlib və yuxuda ona
göstərilən yolla gedərək, ulu babas­ ının qəbrini və yaşadığı evi
taparaq ziyarət ediblər. Biz də öz növbəmizdə Övliyanın şərif
məzarını ziyarət etdikdən sonra ömrünün son­lar­ınd­ a yaşadığı
evdə də olduq. Ev sahibləri ilə söhbətdən mə­lum oldu ki, inanclı
insanlar müx­təlif niyyətlərlə övliyanın qəbrini və yaşa­dığı evi
ziyarət edirlər. Sovet dönəmində həmin həyətdə ev tikilərkən,
səhər durub görürm­ üşlər ki, dünən hörülən divar gecə uçaraq
yerlə yeksan olub. Bir neçə dəfə bu hadisə təkrarlandıqdan
sonra, qonşul­uqdakı yaşlı adamlar deyiblər ki, evin tik­ ild­ iyi
yerdə övliyanın cənazəsi yuyulmuşdur. Evin yerini dəyişdikdən
sonra bir daha uçulmayıb.

Həlim Babanın qəbrinin üstünü Kərimli kəndində
doğulan və hazırda təhsil nazirliy­ ində işləyən İlyar Vahabov
götüzdürübdir.

Ağdaşlı Baba

Kərimli kəndində ziyarət yerləri çoxdur. Bu da kəndin
tarixinin qədimliyi ilə əlaqədardır. Belə ki, bura
qədim yaşayış məs­kəni olduğundan, bir çox din xadimləri,
seyidlər burada irşad fəaliyyəti göstərmiş və övliyalıq məqamına
yüksəlmişlər. Həmin övliyalar kən­din müxtəlif yerlərində dəfn
olunduğundan, həmin yerləri bugünkü nəsl müqəddəs sayır və

304

Övliyalar Ensiklopediyası

ehtiramla yad edirlər. Belə yerlərdən biri də “Ağdaşlı Baba”
adı ilə tanınan övliya qəbridir ki, kəndin qırağında yerləşir.
Burada dəfn olunan övliya, Ağdaş rayonundan olmaqla, XIX
əsrin sonları, XX əsrin əvvəllərində Vard­ anl­ıda irşad fəaliyyəti
göstərərək, İslam dini­nin gözəlliklərini xalqa çatdırmış və özü
də bu gözəlliyin nümunəsi olmuşdur. Bir gün o, Vardanlıdan
Ağdaşa gedərkən, yolda quldurlar tərəfindən tamah məqsədi ilə
öldürülür və həm­ in yerdə də, basdırılır.

Aradan bir neçə ay keçəndən sonra, Vardanlı kəndinin
sakinləri torpaq sahələrini xışla şumlayarkən, yerdən bir əl
çıxdığını görürlər. Həmin yeri qazarkən, “Ağdaşlı Baba”nın
cəsədini görürlər. Amma, qəribə imiş ki, aradan aylarla vaxt
keçməsinə baxmayaraq, övliyanın nəşi çürümədən olduğu kimi
qalmışdır. Kəndlilər nəşi ailəsinə təhvil vermək üçün, arabaya
qoyaraq, Ağdaşa yola düşürlər. Onu da qeyd edim ki, həmin vaxt
övliya cavan, subay oğlan imiş. Cəsədi anası qarşılayır və oğul
itkisindən çox pərişan olur. Amma bildirir ki, oğlu vəsiyyət edib
ki, harada ölsəm, orada da dəfn edərsiniz. Odur ki, övli­yanın
nəşini Vardanlıya qaytarıb, tapdıqları yerdə də dəfn ediblər.
Həmin gündən bu yana, “Ağdaşlı Baba”nın şərif məzarı insanlar
tərəf­indən yad olunmaqdadır. Onunla bağlı müxt­əlif əhvalatlar da,
el arasında danı­şılm­ aqdadır. Deyilənə görə, Vardanlı kənd sakini
Məhəmm­ ədkərim kişi, sahədə buğda səpirmiş. Yoldan keçən
yaşlı bir kişi, ondan bir parça çörək istəyir. Məhəmmədkərim
kişi “Çörəyim olsa, uşaqlarıma verərəm” deyib, onu rədd edir.
Kişi “Çörəyin olsun, amma yeməyə uşağın olmasın”- deyərək,
oradan uzaqlaşıb. Həmin vaxt Mə­həmm­ ədkərimin iki qızı

305

Paşa Yaqub

varmış. Bu hadisədən sonra onun on uşağı dünyaya gəlsə də,
heç biri yaşamayıb. İki qızı da ər evinə köçdüyündən, onun
süfrəsinin qırağında uşaq oturmurmuş. Kifayət qədər zəngin olan
Məhəmmədkərimi bu hal çox narahat edirmiş. Həmçinin onun
iki otaqlı evinə qəflətən od düşür və otağın biri yandıqdan sonra,
od öz-özündən sönür. Bir gün “Ağdaşlı Baba” onun qonağı
olur. Ev sahibi övliyadan övladlarının qalmamasının səbəbini
soruşub, ondan dua etməsini istəyir. Qonaq, bu suala sabah cavab
verə biləcəyini deyir. Səhər açılanda, övliya, ev sahibinə deyir
ki, Xızır Peyğəmbər nə vaxtsa səni sınamaq üçün çörək istəyib,
sən də verməyəndə, qarğıyaraq gedib. O ki, qaldı evinin bir
otağının yanıb, o biri otağının salamat qalmasına, həmin otağın
altında çox qədimlərdə övliyalardan biri dəfn olunub. Yenidən
övladın olması üçün, yeddi qara qoç qurbanı kəsməlisən ki, Allah
səni bağışlasın. Qurbanın birini öz həyətındəki övliyanın qəbri
yanında kəs. Qalanlarını da hər həftə bir ziyarətgahda kəsərsən.
Məhəmm­ əd­kərim kişi deyilənə əməl etdikdən sonra, Allah onu
bağışlayaraq, qocalan vaxtında ona bir oğul bəxş edib. Onun evi
Kərimlinin aşağı başında, “Davuduşağı” məhləsində hələ də
durur və ziyarət olunur.

Şıx Mazar Baba

Yuxarıda qeyd etdiyim kimi, Kərimli kəndi ərazisində
çoxlu sayda övliyalar dəfn olunub ki, onların şərif
məzarları ziyarətgahdır. Belə övliyalardan biri də Şıx Mazar

306

Övliyalar Ensiklopediyası

Babadır. Onun qəbri qonşu Qarabaldır kəndinin yaxınlığındadır.
Kəndin başqa sahələrindən fərqli olaraq, pirdən heç kəs ağac
qırmır. Ona görə də burada yaşıllıqdır. Qarab­ aldır kənd sakini
Əliyev Yamən Abdulla oğlu söhbət edir ki, kolxoz dövrü
ipəkqurdu saxlayırdıq. Bir gün atam dedi gedək Şıx Mazar
Babanın pirindəki tut ağacının yarpağından qıraq, gətirək, qurda
verək. Mən ondan qabaq gedib, tut ağacına qalxdım. Dəhrəni
nazik bu­da­ğa vurdum, kəsmədi, ikinci dəfə vurdum, yenə
kəsmədi. Təəccübləndim ki, təzə itilənmiş dəhrə niyə kəsmir?
Üçüncü dəfə vuranda, dəhrə əlimdə çevrilərək, qayıdıb, ucu
alnıma girdi, alnımdan qan fışqırdı. Çox qorxdum, aşağı düşüb,
ağacın dibində oturdum. Bu vaxt atam gəlib çıxdı, məni görüb,
güldü, dedi: “Oğul bir az tələsmisən, gözlə, icazəsini alım.”
Atam namaz qıldı, Quran oxudu, sonra dedi: “İndi qalx budağı
qır”. Qalxdım, çox rahatlıqla budaqları qırdım. Gedəndə, atam
dedi “Bala başqa yer­lərə xəyalın getməsin, buradakı ağaclar Şıx
Mazar Babaya məxsusdur, qırmazdan öncə, gərək övliyadan
icazə alasan.”

Qeyd edim ki, bu cür qəribə hadisələr bu pirdə əvvəllər də
baş vermişdir. Belə ki, Qumlax kəndindən bir “Hacı” nökərlərini
göndərib ki, gedin pirdən ağac qırıb gətirin, lazımımdır. Nökərlər
getməyiblər ki, biz qorxuruq. “Hacı” özü baltanı götürüb ki,
ağacı qırsın, iki dəfə vurub, üçüncüdə infakt keçirərək, orada da
dünyasını dəyişib.

Bir məsələni də qeyd edim ki, bu pirdə başqa adam dəfn
olunmur. Deyilənə görə, övliya buna icazə vermir. Camaat danışır
ki, köç yaylağa gedəndə, çobanlardan biri pirin yaxınlığında

307

Paşa Yaqub

dünyasını dəyişir. Yoldaşları onu Şıx Mazar Babanın yanında
dəfn edirlər. Səhər açılanda camaat görür ki, cənazə pirdən
kənarda, açıqda qoyulub, qəbrin yeri də düzlənib.

Kənd sakinləri danışırlar ki, prin ətrafına hasar çəkmək
üçün, bir neçə dəfə material gətir­ilsə də, səhər açılanda görüblər
ki, materiallar kənara səpələnib.

308

Övliyalar Ensiklopediyası

ŞIX SEYIDƏLİ BABA

Övliyaların görkəmlilərindən olan Şıx Seyidəli babanın
şərif məzarı Qusar rayonunun Piral kəndində yerləşir. 
Kənddə olduğum günlərdə fürsətdən istifadə edib, «Piler»
(mənası yüksəklik deməkdir) pirini və Şıx Seyidəli Babanın
qəbirlərini də ziyarət etdim.
Mənimlə bərabər ziyarətdə olan kənd sakini 87 yaşlı
Bünyəddin Balasultan oğlu bu pirlərlə bağlı şahidi olduğu çox
maraqlı və məzəli bir əhvalat danışdı:
- 1933-cü il idi. 13-15 yaşlarında üç uşaq Piral kəndində
«vəziyyətə nəzarət» edirdik. Başçımız xalaoğlum Ağalar
idi. Hər gün səhər bir yerə toplaşıb, axşama qədər bağları,
bağçaları “çalıb-çapırdıq”. Yetənə yetib, yetməyənə də bir daş
atırdıq. Hətda iş o yerə çatmışdı ki, Ağalar dirilərə sataşmaqla
kifayətlənməyib, ölülərə də daş atırdı. Belə ki, o, pirlərə gedib,
orada biədəb söyüşlər söyər, hətta oranı murdarlamaqdan da
çəkinməzdi.
Bir səhər Ağalar «işə» gəlmədi. Mən onun arxasınca
evlərinə getdim. Gördüyüm mənzərədən heyrət etdim: Ağalar
yumaq kimi yumrulanıb qalmışdı. Əlləri, ayaqları və ağzı
açılmırdı. Evin küncündəki oxlovu götürüb, onun ağzına saldım
və dişlərini bir təhər azacıq aralayıb, çaynikin lüləyindən ağzına
bir az su tökə bildim. Çox çətinliklə suyu uddu. Nə qədər

309

Paşa Yaqub

çalışdımsa əllərini, ayaqlarını aça bilmədim. Tez yüyürüb,
anasına xəbər verdim (anası mənim xalam idi və başqa ərə
getmişdi). Dünyagörmüş qadın idi; gəlib baxan kimi, dedi bu
uşağı pir vurub, yəqin dinc durmayıb, pirə sataşıb. Atasına dedi,
tez ol arabanı qoş, bir qurban da götür, gedək pirə.

Ağaları güc-bəla arabaya qoydular, beş-altı ağsaqqal da
götürüb pirə yola düşdülər. Mən də bunlara qoşuldum ki, görüm
bu işin axırı necə qurtaracaq. Birinci Şıx Seyidəli Babanı ziyarət
etdilər. Qurban kəsib, “Quran” oxudular və anası (Ərzi xalam)
ağlayıb-sıtqayıb, Övliyadan bağışlanma dilədi. Sonra Piler pirinə
getdik. burada da eyni şeylər təkrar olundu və qurbanın ətini
bişirməyə başladılar. Yumağa dönən “qəhrəmanı” da bir qıraqda
qoymuşdular. Birdən fikir verdim ki, Ağalar yuxuya gedib. Bir
müddətdən sonra o, ayıldı və heç nə olmayıbmış kimi, qalxıb,
bizimlə süfrə başında oturub, çörək yeməyə başladı.

O hadisədən sonra Ağalar heç vaxt atamanlıq etmədi və
pirlərin yanından keçəndə həmişə «Bismillah» deyib keçərdi.

Bünyəddin kişi söhbət edir ki, həmin dostum böyüyəndə
çox ağıllı adam oldu. Hətta, sovxoz direktoru vəzifəsinə qədər
yüksəldi.

Allah rəhmət eləsin! Maraqlı və ibrətamiz hadisədir.

«Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə,
haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb
zülqədə, zülhiccə və məhərrəm aylarına), qurbanlara, boynuna
nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü

310

Övliyalar Ensiklopediyası

və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub
(ziyarətə) gələnlərə hörmətsizlik etməyin! (Onlara qarşı nalayiq
işlər görməyi özünüzə halal (rəva) bilməyin!)... Yaxşılıq etməkdə
və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və
düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan
qorxun! Həqiqətən, Allahın əzabı şiddətlidir!» “Quran”, «Süfrə»
surəsi, 2.

311

Paşa Yaqub

ÜVEYS ƏL-QƏRANİ

De: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə
məni dinlədikdən sonra məclisimdən iki-iki, bir-bir durub
gedin, sonra da bir dərindən düşünün, görəcəksiniz ki, sizin
yoldaşınızda  heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı
şiddətli əzabla sizi qorxudan, xəbərdar edən bir Peyğəmbərdir!”
“Quran”, 34:46.

Allahın hikmət bəxş edərək Özünə dost seçdiyi
sadiq   qullarından biri də Üveys əl-Qəranidir.
Övliyanın şərif məzarı Zərdab rayonunun Seyidlər kəndi iləAğdaş
rayonunun Qaxay kəndinin arasında olan qəbiristanlıqdadır.
Öncə qeyd edim ki, övliyaların qütbü sayılan Üveys əl-Qərani
(ona xalq arasında Veyis baba deyirlər) Yəmənin Qərani
kəndində doğulub. Tarixi mənbələr xəbər verir ki, Peyğəmbər
əfəndimiz sağ ikən Üveys onu görmədən İslamı qəbul etmişdir.
Heç vaxt bir-birlərini görməsələr də, Peyğəmbərlə bu Allah
dostu arasında möhkəm və qırılmaz dostluq bağları olmuşdur.
Yeri gəlmişkən, övliyanın həyatından bəhs edən filmdə də bu
fakt qabarıq göstərilir. Odur ki, Peyğəmbərimiz onun iman və
sədaqətini nəzərə alaraq, dünyasını dəyişən vaxt öz xirqəsini
(imamlıq libasını) Üveysə vəsiyyət etmişdir. Vəsiyyəti yerinə
yetirmək üçün Həzrət Ömər və Həzrət Əli Kufəyə gəldilər və
xütbədən sonra Qərani kəndindən olanlardan Üveysi tanıyıb-

312

Övliyalar Ensiklopediyası

Üveys Əl-Qəraninin qəbri

tanımadıqlarını soruşdular. Cavab verdilər ki, bir nəfər var, amma,
o, sizin axtardığınız adam ola bilməz, divanədir, insanlardan
qaçar bir halı vardır.  Ömər dedi: “Onu axtarıram, haradadır?”
Dedilər ki, Ərnə vadisində bizim dəvələri otarır. Əvəzində biz
ona axşam yeməyi veririk. Saçı-saqqalı pırtlaşıqdır, şəhərlərə
gəlməz, kimsə ilə söhbət və yoldaşlıq etməz, insanların yediyini
yeməz, üzüntü və nəşə bilməz, camaat ağlayanda o gülər,
başqaları güləndə o ağlar.

 Həzrət Əli və Həzrət Ömər onların nişan verdikləri yerə
getdilər, gördülər ki, Üveys namaz qılır. Allah-taalanın əmri
ilə dəvələri bir mələk qoruyurdu. Üveys həzrətləri insanların
yaxınlaşdığını görəndə namazı qısa qıldı. Salamdan sonra Həzrət
Ömər soruşdu ki, adın nədir? Üveys dedi: “Allahın qulu”. Dedilər
sağ əlini göstər. Gördülər Peyğəmbərin buyurduğu kimi sağ əli
ağappaqdır. Ömər dedi: “Peyğəmbərin sənə salamı var, buyurdu
ki, onun ümmətinə dua edəsən”. Üveys bildirdi ki, xəlifəyə daha

313

Paşa Yaqub

layiqdir ki, müsəlmanlara dua etsin.

Həzrət Ömər buyurdu:

- Mən öz vəzifəmi yerinə yetirirəm, sən də Peyğəmbərin
vəsiyyətinə əməl et.

 Üveys Qərani dedi:

- Ey Ömər, yaxşı bax, bəlkə sənə məndən başqası nişan
verilmişdir?

 Həzrət Ömər buyurdu:

- Rəsulullah sənin nişanını verib.

  Üveys dedi: “Rəsulullahın xirqəsini mənə verin, dua
edəcəyəm”. Xirqəni alıb, geymədən onlardan uzaqlaşdı. Xirqəni
yerə qoyub, üzünü torpağa sürtdü və belə dua etdi:

- Ya Rəbbim! Ümməti Məhəmmədin hamısını mənə
bağışlamadıqca bu xirqəni geymərəm. Sənin Peyğəmbərin bunu
mənə həvalə etdi. Onun xəbərçiləri Həzrət Ömər və Həzrət
Əlidir. Ya Rəbbim! Hər biri  öz işin gördü. Sənin işin qalmışdır.
Səda gəldi ki, bir hissəni bağışladım, xirqəni gey!

Üveys dedi: “Xeyr, hamısını istəyirəm”. Təkrar əmr
gəldi: “Milyonlarla adamı sənə bağışladım, xirqəni gey!”
Dedi: “Hamısını istəyirəm”. Bu yalvarış çox çəkdi. Səhabələr
dözmədilər, gedib onun nə etdiyini öyrənmək istədilər. Üveys
onları görüncə dedi: - Niyə gəldiniz? Sizin bu gəlişiniz
olmasaydı, bütün Məhəmməd ümməti bağışlanmadıqca bu
xirqəni geyməyəcəkdim. Səbr etməli idiniz.

314

Övliyalar Ensiklopediyası

Üveys əl-Qəraniyə hədiyyə edilən xirqeyi-şərifin bir
parçası Van şəhəri civarındakı İrisan bəylərinə qədər gəlib
çatmış və onlardan Şükrüllah əfəndi onu 1617-ci ildə Əbdül
Məcid xana hədiyyə etmişdir. Əbdül Məcid bu xirqeyi-səadət
üçün Fatih civarında Xirqeyi-Şərif camesini tikdirmişdir. Hər il
Ramazan ayında bu xirqə xüsusi qurğuda saxlanılmaqla, xalqa
nümayiş etdirilir.

Tarixi mənbələrdə göstərildiyinə görə, Üveys əl-Qərani
(Veyis baba) həzrətləri Həzrət Ömərin xəlifəliyi dövründə
Mədinəyə gəlmiş, sonra bir müddət Bəsrədə yaşamışdır.
Miladi tarixlə 650-ci ildə (bəzi mənbələrdə 655) Həzrət Əlinin
rəhbərliyi ilə İslam ordusu Azərbaycana gələrkən Üveys də bu
yerlərə gəlmiş və burada şəhadətə yetişmişdir (bəzi mənbələrdə
bu döyüş “Süffan döyüşü” kimi göstərilir. Qeyd   edim ki,
“süffan” sözünün ərəbcədən tərcüməsi “düzən” deməkdir).
Onun ölümü barədə Yəmənə xəbər çatanda, cənazəni aparmaq
üçün adamlar gəlir. Ancaq onlar gələnə qədər yerli əhali Veys
babanın və digər şəhidlərin cənazəsini çoxdan dəfn etmişdilər.
Gələn nümayəndələr cənazənin çıxarılmasını tələb etdikdə, yerli
əhali İslam qanunlarını əsas götürüb qəbrin açılmasına etiraz
edirlər. Mübahisənin savaş həddinə çatdığını görən ağsaqqallar
gecə yatmağı, söhbətin davamını sabaha saxlamağı məsləhət
görürlər.  Beləliklə, qonaqlar yatmaqda ikən ev sahibləri Veyis
babaya oxşar başqa bir şəhidin cənazəsini tabuta qoyub, səhər
tezdən nümayəndələrə təslim edirlər. Heç nə başa düşməyən
elçilər tabutu götürüb yola düşürlər. Yəməndə dəfnə toplaşanlar
tabutu açırlar və … hər şeyi başa düşürlər. Lakin baş vermiş

315

Paşa Yaqub

hadisənin Üveys əl-Qəraniyə sevgidən və İslam qanunlarına
uyğun olduğunu nəzərə alıb, din xadimləri həmin şəhidi dəfn
edib, məzarını müqəddəs tutmağı tapşırırlar. Veyis babanın həqiqi
məzarı haqda mübahisə də buradan yaranıb.  Bu əhvalatı XIX
əsrin əvvəllərində kürdəmirli Mövlanə İsmayıl Şirvani bıçaqçılı
Molla İsmayıl əfəndiyə danışmış və bildirmişdir ki, Veys babanın
həqiqi məzarı Qaxay kəndi yaxınlığındadır.   Mövlanə həmin
yerdə olan üstünü kol basmış təpəciyi göstərərək, buranı qazıb,
qəbri üzə çıxarmağı tapşırır. Molla İsmayıl bir neçə nəfərlə
birlikdə həmin yeri qazanda həqiqətən, iki metr hündürlükdə
bir baş daşına və övliyanın, eləcə də digər şəhidlərin qəbirlərinə
rast gəlirlər.  Həmin vaxtdan bu günədək həmin şərif məzar
övliyasevərlərin sevimli ziyarətgahına çevrilmişdir.  Onu da
qeyd edim ki, sovet dönəmində başqa ziyarətgahlar kimi bura da
yerli məmurlar tərəfindən dəfələrlə hücumlar olmuş, dağıtmağa
çalışsalar da, buna nail ola bilməmişlər. Hansısa sirli bir qüvvə
bu hücumların qarşısını almışdır. Belə hücumlardan birinə şahid
olmuş yerli sakinlərdən biri həmin hadisəni belə xatırlayır:

- Pambıq yığımı vaxtı idi, ziyarətə gələnlər qurbanlarını
kəsmiş, ehsan qazanlarını ocağa asmışdılar. Bu vaxt hay düşdü
ki, İbrahimov gəldi, qaçın. O Ağdaşın birinci katibi idi. Onu
görəndə hərə bir tərəfə dağıldı. Katib yüyürüb həmkəndlimiz
Məhəmməd adlı bir kişini tutdu, yaxasından yapışıb darta-darta
gətirdi Veyis babanın qəbrinin yanına. Dedi yerdəki daşı götür
vur başdaşına. Kişinin qorxusundan əlləri tir-tir əsirdi, dedi vura
bilmərəm. İbrahimov qışqırdı ki, vurmasan bu saat səni həbs
etdirəcəyəm. Kişi naəlac qalıb, yerdəki daşı götürüb başdaşına

316

Övliyalar Ensiklopediyası

vurdu. Bu vaxt dəhşətli bir mənzərə yarandı: başdaşından bir
od çıxıb, Məhəmmədin gözlərinə düşdü. Kişi gözlərini tutub
yerə oturdu və “Ay Allah, öldüm” deyib qışqırmağa başladı.
Bundan sonra Katib Məhəmməddən aralanıb, kənarda dayanan
mücövürçü Ziyəddin əfəndiyə cumdu. Onun boğazından yapışıb
boğmağa başladı. Camaat hamısı kənarda durub heyrətlə baxırdı.
Heç kəs qorxusundan yaxın durub aralamırdı. Bu vaxt gördük
başımızın üstündəki ağacın   budağı öz-özündən   aşağı əyilir.
Budaq gəlib Katiblə Ziyəddin əfəndinin arasına girdi. Budaqdan
nəhəng bir ilan düşüb İbrahimovun boynuna dolandı. Katibin
ürəyi gedib, tir-tap uzandı. Onunla gələnlər hamısı qorxusundan
qaçıb dağıldılar. Ziyəddin əfəndi ilanı araladı və bizə dedi bunu
götürün maşına qoyun. Biz katibi birtəhər götürüb maşınına
qoyduq və sürücüsü maşını sürüb ordan uzaqlaşdı. Sabah eşitdik
ki, İbrahimov həmin gecə ailəsi ilə birlikdə Ziyəddin əfəndini
evindən götürüb bura ziyarətə gəliblər və baş verənlərə görə üzr
istəyiblər.

Yadımdadır ki, sovet dönəmində bir dəfə də kolxoz sədri
Qəhrəmanova tapşırdılar ki, Veyis babanın qəbrini dağıtsın,
insanlar ziyarətə gəlməsinlər. O da qardaşlarını götürüb gəldilər
bura. Elə həmin gün Qəhrəmanovun evi yandı, sabahı gün isə
qardaşı öz maşınında yandı. Ondan sonra heç kəs qorxusundan
bura hücum etmədi. 

Veyis babanın hikmətli sözlərindən bəzilərinə nəzər
salaq:

-Yanında olmayan bir kəs üçün dua etmək ziyarət

317

Paşa Yaqub

əsnasında yüzü üçün dua etməkdən daha yaxşıdır. Üz-üzə edilən
duada səmimiyyət olmaz, bəlkə də riya qarışar o duaya;

- Qəlbinə çox diqqət et;
- Allahını tanıyana heç bir şey gizli qalmaz;
- Yüksəklik axtardım,   təvazökarlıqda tapdım. Rəislik
axtardım, xalqa nəsihətdə tapdım. Əsil-nəsəb axtardım, təqvada
tapdım. Rahatlıq axtardım, zühudda tapdım. Zənginlik axtardım,
təvəkküldə tapdım.
Söz ardı:   yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin
müəllifi də dünyaya gələrkən qurbanı bu ziyarətgahda kəsilib.
Allah bütün edilən duaları və kəsilən qurbanları qəbul etsin!

318

Övliyalar Ensiklopediyası

HƏZRİ BABA

“Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət
edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət
mükafatı isə daha böyükdür. Kaş (bütün insanlar bunu) dərk
edəydilər”. “Quran”, “Bal arısı” surəsi, 41-ci ayə.

Allah uğrunda hicrət edənlərdən biri də Həzri babadır.
Onun müqəddəs qəbri-şərifi İsmayıllı rayonunun
İsmayıllı kəndinin aşağı tərəfindəki qəbiris­ tanlıqdadır. Neçə
əsrlərdir ki, insanların bu qəbirləri ziyarət etməsi və bir çox
sağalmaz xəstəliklərdən məhz burada şəfa tapması, Həzri
babanın Allah dərgahında məqamının ucalığına dəl­alət edən
əlamətlərdəndir (Yerli əhalinin tanıdığı on­larla şəxs bu günbəzə
qoll­arı bağlı dəli olaraq daxil olmuş, ziyarətgahdan ağlı başında
normal insan kimi çıxmışlar. Onlardan hətta sonralar ərə gedib,
ailə sahibi olanlar da bu gün kənddə yaşamaqdadırlar).
Həzri babanın qəbri üzərində qədim zamanlarda tik­ ilmiş
günbəz bu günə gəlib çatmadığından, övliyanın yaşadığı tarixi
də müəyyənləşdirmək mümkün olmadı.
Sovet hökuməti dağılandan sonra İsmayıllı kəndinin
sakini, əməlisalehlər zümrəsindən olan Şıxəli Məhəmməd
oğlu qəbrin ətrafını kol-kosdan təmizləyib və öz şəxsi vəsaiti
hesabına Həzri babanın qəbri-şərifi üzərində günbəz tikdirib.
Belə əməlisaleh şəxslər haqqında Rəbbim buyurur: “Mallarını

319

Paşa Yaqub

Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir
toxuma bənzəyir ki, bu sünbüllərin hər birində yüz ədəd dən
vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın
lütfü genişdir!” “Quran”, “İnək” surəsi, 261-ci ayə.

Şıxalı baba 2005-ci ildə (80 yaşında) dünyasını də­yişsə
də, ruhu yenə də Həzri babanın gümbəzində do­laşmaqdadır.
Oğlunun danışdığı əhv­ alat buna sübutdur:

-Həzri babanın günbəzinin üs­tünd­ ən damırdı. Atam (Şıxalı
baba - müəllif) yuxuma girib, dedi günbəzin damını düzəltdir.
Gedib baxdım, gördüm tavan tamam dəyişilməlidir. Bir müddət
götür-qoy etdim ki, mən bunu necə düzəltdirim. Bir gün yenə
də atam yuxuma girib, soruşdu ki, günbəzi düzəltdirmisən?
Mən “yox” deyəndə gördüm kişi küsüb getdi. Səhər yuxudan
duran kimi material aldım, usta gətirdim, günbəzin üstünü
dəyişdirdim”.

Həzri babanın ziyarətinə xəstə aparanlar bir çox hal­larda
Şıxalı babanı da özləri ilə götürərlərmiş. İn­sanlar buna adət
etdiklərindən, Şıxalı baba haqqa qovu­şandan sonra da uzun
müddət xəstələr gəlib onu axta­rıblar. Onun oğlunun danışdığı
bir əhvalat çox maraqlıdır:

-Kəndimizdə əsəbləri pozulmuş bir qız vardı, daim kü­
çələri dolaşardı. Bir gün bu qız girdi bizim həyətə, dedi Şıxalı
babanı axtarıram, məni ziyarətə aparsın. Dedik Şıxalı baba
dünyasını dəyişib. Qardaşım bu qızı apardı Həzri babanın
ziyarətinə. Ziyarətdən çıxanda ağlı başında normal bir qız olub.
Ondan sonra daim səliqə-sahmanla geyinib, ədəbli davranmağa
başladı. Hətta, onu əvvəllər tanıyan, əsəblərinin pozuq olduğunu

320

Övliyalar Ensiklopediyası

bilən bir oğlan bu qızın gözəlliyinə, ədəb-ərkanına vurulub, ona
elçi göndərdi. İndi gözəl ailələri, övladları var”.

Bu söhbət yadıma Mövlanə Cəlaləddin Rumi ilə,
karvansarada sakin olan Tavusi Gənci arasında baş verən bir
əhvalatı saldı. Əhvalat belə olmuşdur:

Mövlanə Cəlaləddin Rumi vəzir Ziyaəddinin kar­vans­ a­
rasına gəlmişdi. O karvansarada “Tavusi Gənci” adında bir
qadın yaşayırdı. Mövlanə bu qadının otağının qar­şı­sında oturdu.

Qadın Mövlanəni otağının qarşısında gördükdə inan­
madı. Dərhal gəlib onu öz otağına dəvət etdi.

Mövlanə böyük hörmətlə bu dəvəti qəbul edib, Tavusi
Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua etməklə
məşğul oldu. Bu qadın üçün də dua etdi.

Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib ona
verdi. Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi.
Tavusi Gəncini görən kimi ona aşiq oldu. Halbuki əmir bu qadını
əvvəllər də tanıyırdı. Amma ilk dəfə onu gözəl görüb sevdi və
ona evlənməyi təklif etdi.

Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən
soruşdu:

– Səni zamanın Rəbiəsi5 kimi görməyimin səbəbi nədir?

Tavusi Gənci başındakı sarıq parçasını göstərərək belə
dedi:

– Gözəlliyim məndən deyildir. Məni daxilim və xaricimlə
dəyişdirən Mövlanənin kərəm əlidir.

5 Рябия - ВЫЫ ясрдя йашамыш ханым ювлийадыр.

321

Paşa Yaqub

QARA MOLLA

“Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər
biləndən üstün bir bilən də vardır”. “Quran”, “Yusif” surəsi,
76-cı ayə.

Allah-taalanın dərəcələrlə yüksəltdiyi saleh bənd­ ə­lə­
rindən biri də Qara Molladır. Elm, iman və təq­va
sahibi olan Qara Molla XIX əsrdə Göyçay qəza­sı­nın Hacalıbəyli
və yaxud Yeniarx kəndləri ərazisində ya­şa­mışd­ ır. Kəramət sahibi
övliyalardan olmuşdur. İla­hiy­yat el­mini dərindən bildiyindən,
çoxlu sayda müridləri olm­ uş­dur. Çox güman ki, elminin
çoxluğuna, şəxsiyy­ ə­ti­nin böy­ üklüyünə görə ona “Qara Molla”
adı verilm­ işdir. Çün­k­ i “Qara” sözü böyüklük, bilginlik məna­
sında işləd­ ilir.
Asiya adlı qızla ailə quran Qara Mollanın Abdulh­ ə­lim və
Abdulvəli adlı iki oğlu, adını bilmədiyimiz bir qızı olmuşdur
(yeri gəlmişkən qeyd edim ki, həmin qız Göyçay rayonunun Potu
kəndində ərdə olmuş, övladı olmadan vəfat etmişdir. El arasında
sınaqdan çıxmış bir inanca görə, uşağı olmayan qadınlar Qara
Mollanın qızı­nın Potu qəbiristanlığında olan qəbrinin üstünə bir
sərnic süd tökməklə, niyyətlərinə çatarlarmış. Bu gün qəbrin
yeri blinmir).
Qara Molla dünyasını dəyişməzdən öncə qohum-əq­

322

Övliyalar Ensiklopediyası

rəb­ alarını toplayıb bildirmişdir ki, artıq ömrü başa çatmaq
üzrədir. “Həcc ziyarətinə gedirəm, orada öləcəy­ əm. Oğlanlarım
böyüyəndə biri gəlib mənim qəbrimi tapar”.

Vəsiyyətni etdikdən sonra, övliya Həcc ziyarətinə yola
düşdü.

Hacı Əfəndi

Qara Molla dünyasını dəyişəndə yurdunda qalan iki
oğlundan birinin adı Abdulhəlim olmuşdur. Həccə
getdiyinə və dini təhsili olduğuna görə el arasında “Hacı Əfəndi”
çağrılmışdır. Atası kimi o da kəramət sahibi övliyalardan olmuş
və Göyçay rayonunun Yeniarx kəndində yaşamışdır.
Kəbəni təvat etmək və atas­ ının qəbrini ziyarət etmək
məqs­ ədi ilə Hacı Əfəndi Həcc yolç­ uluğuna çıxdı. Həcc ziyar­ə­
tini başa vurduqdan sonra atasının qəbrini çox axtarsa da, tapa
bil­mədi. Ümidini üzüb, ağlamağa başladı. Gecə yuxusunda atası
Qara Mollanı gördü. Atası öz qəbrini röyada oğluna göstərdi.
Abdülhəlim Əfəndi səhər tezdən gedib atasının qəbri-şərifini zi­
yar­ət etdi.
Kəramətilə başqalarından fərqlənən Hacı Ab­dulh­ əlim
əfəndi 1909-cu ildə dünyasını dəyişdi. Ölümünə bir neçə gün
qalmış qohum-əqrəbasına vəsiyyət etdi ki, onun məscidin
həyətində basdırmasınlar. Çünki çox keçmədən hökumət başına
sarı kafirlər gələcəklər ki, məscidlərə at bağlayacaqlar.

323

Paşa Yaqub

Hacı Əfəndi dünyasını dəyişən gün kənd camaatı onun
vəsiyyətinə əməl etməyərək, cənazəni Yeniarx məscidinin
həyətində dəfn etdilər.

Hacı Abdulhəlim Əfəndinin uzaqgörənliyi özünü
doğrultdu. Ölümündən on il sonra hakimiyyətə gələn kom­
munistlər kənd məscidini bağlamaqla yanaşı, qohuml­a­
rından tələb etdilər ki, övliyanın qəbrini məscidin həyə­tindən
köçürsünlər.

Qəbir açılanda isə orada Hacı əfəndinin cənazəsindən
əsər-əlamət görünmədi. Bu da bir möcüzə idi.

Hacı Abdulhəlim Əfəndinin kəramətinə dair Mall­ı Şıxlı
kənd sakini 90 yaşlı Aydınova Güleykə Namizəd qızı uşaqlıqda
şahidi olduğu maraqlı bir əhvalatı danışdı:

– 5-6 yaşlı uşaq idim. Bizim indiki həyətin yerində üzüm
bağı var idi. Evimiz üzüm bağına yaxın olduğund­ an, üzüm
yetişən vaxtı hər il gəlib üzüm yığıb yeyirdik. Bir il üzüm yetişən
vaxtı tənəklərə xəstəlik düşdü. Meyvələr yetişməmiş hamısı
büzüşmüşdü, yemək mümk­ ün deyildi. Bir gün gördüm bağa bir
kişi girdi. Dedilər ki, bu kişi Hacı Əfəndi (Abdulhəlim Əfəndi)
babadır. Baba cərgələrin arasında getdikcə bütün tənəklərin
üstün­ ə tüpürürdü. Evimiz yaxın olduğundan mən eyvanda oturub
Babaya diqqətlə fikir verdim. Bağda bir neçə adamın cərgəsi
vardı və o adamlar hamısı Babadan xahiş etdilər ki, onların
tənəklərinə də tüpürsün. Baba işini qurtar­an­dan sonra bağın
ortasında dəs­təmaz alıb, namaz qıldı, çoxlu dua etdi. Aradan 3-4
gün ke­çəndən sonra, de­dilər üzümlərin qırışığı açılıb. Bu xəbər

324

Övliyalar Ensiklopediyası

böyükl­ərdən çox biz uşaqları sevin­dirdi. Həmin il bağın meyvəsi
əvvəlki illərdən çox oldu.

Əhməd əfəndi

Hacı əfəndi dünyasını dəyişəndə, onun yolunu oğlu
Əhməd əfəndi davam etdirməyə başladı. Atasından mükəmməl
dini təhsil alan Əhməd əfəndi Göyçay rayo­nunun Mallı-Şıxlı
kənd məscidinin imamı vəzivəsini icra edirdi. O, 1911-ci ildə
həyatla vidalaşmışdır.

İbrahim baba

Yuxarıda qeyd etdim ki, Qara Mollanın Abdulvəli adlı
oğlu da olmuş və o, Hacalıbəyli kəndində yaşamışdır. Abdulvəli
baba da dövrünün tanınmış övliyalarından olmuşdur. Onun
İbrahim adlı yeganə oğlu da atasının yolunu davam etdirmişdir.

Sehrli xalça

Mallışıxlı kəndində olarkən, övliyanın törəmələrindən biri
babalarının kəramətinə dair şahid olduğu bir əhvalatı danışdı:

- Yadımdadır, babalarımızdan bir xalça yadıgir qalm­ ış­­

325

Paşa Yaqub

dı, ailəmiz o xalçanı göz bəbəyi kimi qoruyub sax­lay­ ırdı. Yay
aylarında quraqlıq olanda, kolxoz sədri gəlib dayımdan xahiş
edirdi ki, o xalçanı axar suya qoysunlar. Dayım xalçanı arxa
qoyub, nə isə dualar oxuyurdu. Həmin günün axşamından yağış
yağmağa başlayırdı. Ta ki, bütün əkin sahələri sü içib, doyurdu,
ondan sonra dayım xalçanı sudan götürürdü.

“Allah göydən bir yağmur endirdi, vadilər öz tutum­
larına görə onunla dolub daşdı…” “Quran”, “Göy gu­rul­tusu”
surəsi, 17.

326

Övliyalar Ensiklopediyası

ÇALI PİRİ

“Həqiqətən Səfa və Mərvə Allahın əlamətləridir (ibadət
nişanələrindəndir). Evi (Kəbəni) həcc və ümrə yolu ilə ziyarət
etdikdən sonra bunları da təvaf etməkdə (ətrafına dolanmaqda)
heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq
yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır,
(onu) biləndir.” “Quran”, “İnək” surəsi, 158-ci ayə.

Ayədən göründüyü kimi, müqəddəs şəxslərin – kə­
ramət sahiblərinin yaşadıqları, ibadət etdikləri və
yaxud dəfn olunduqları yerləri təvaf etməkdə heç bir günah
yoxdur və insana əlavə savab qazandırır.
Məkkəyə getməyə, Səfa və Mərvanı ziyarət etməyə madd­ i
imkanı olmayanlar, yaşadıqları ərazidə olan kəramətli şəxslərin
qəbirlərini və yaxud ibadət yerlərini ziyarət etməklə, əlavə savab
qazanmaqdadırlar. Belə ziyar­ət yerlərindən biri də Çalı piridir.
Çalı piri Zərdab rayonunun Çallı kəndində yerləşir.
Üstündəki türbə sovet dönəmində dağıldığından, buranın tarixini
müəyyən etmək mümkün deyildir.
Pir haqqında müəyyən əhvalatlar bu günümüzə qədər
gəlib çıxmışdır. Bilinən budur ki, bura Çalı adlı bir övli­yanın
ibadət etdiyi və qeybə çəkildiyi yerdir. Bu Allah dostu yaşadığı
dövrdə övliya olduğunu xalqdan giz­lətm­ işdir. Bir imkanlı şəxsin

327

Paşa Yaqub

heyvanlarını otararaq, güzə­ranını təmin edərdi. Yeri gəlmişkən
qeyd edim ki, bir çox övliyalar, o cümlədən Musa Peyğəmbər
və Yaqub Peyğ­ əmbər də ömürlərinin müəyyən mərhələsində
çobanlıq etməklə güzəran keçirmişlər. Bu barədə “Quran”da
olan bir epizoda nəzər salaq:

(Şüeyb Peyğəmbər Musaya) dedi: “Səkkiz il mənə
xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini
sənə ərə verərəm…” “Quran”, “Hekayət” surəsi, 27-ci ayə.

Qeyd etdiyim kimi, Çalı Baba da imkanlı bir şəxsə çobanlıq
edərmiş. Hər səhər heyvanları götürüb kənddən uzaqlaşar,
axşam qaranlıq düşəndə evə qayıd­ ardı. Bir gün o, heyvanların
qaçıb, dağılmaması üçün örüşün yanında xəndək qazmağa bel
və kürək götürüb evdən çıxdı. Günortaya yaxın ağası görülən işə
baxmaq üçün çobanın arxasıyca yollanıb. Örüş yerinə çatanda
gördüyü mənzərədən yerindəcə donub qaldı: bel hansısa bir
qüvvənin təsiri ilə torpağı qazır, kürək də o qayda ilə xəndəyin
içindəki torpağı bayıra tullayırdı. Çalı Baba isə örüşün hündür
bir yerində üzü qibləyə səcdə halında idi. Ağa səsini çıxarmadan
geri döndü və bu möcüzəyə şahid olmaq üçün bir neçə ağsaqqal
götürüb, həmin yerə yol­lan­dı. Ağsaqqallar da həmin mənzərəni
görüb heyrət et­dil­ər. Bir öynədə bir dəstə kişinin görə biləcəyi
qədər iş gör­ülm­ üşdü. Ağsaqqallar ziyarət üçün Çalı Babaya
yaxınl­aşdıqda, övliya Rəbbindən onu qeybə çəkməyini istədi.

Allah-taala öz dostunun duasını qəbul edib, onun ruhunu
dərgahına götürdü. Çalı Babadan yeganə əlamət kimi çuxasının
ətəyi qaldı.

328

Övliyalar Ensiklopediyası

Həmin gündən kənd camaatı övliyanın qeyb olduğu
yerdə badət etmək üçün məscid tikmək qərarına gəldilər.
Necə ki, Əshabi-kəhfdən bəhs edən ayədə Rəbbim buyur­ur:
“… Möminlər isə: “Onların məzarı üstündə (Allaha ibadət
etmək məqsədilə) bir məscid tikəcəyik!” - dedilər.” “Quran”,
“Magara” surəsi, 21-ci ayə.

Əsrlərdir ki, ətraf kəndlərin əhalisi müxtəlif xəstə­
liklərdən, sıxıntılardan əziyyət çəkəndə Çalı pirinə üz tutur və
burada ibadət və dualar edirlər.

Allah-taala Çalı Babanın üzü hörmətinə buradan edilən
duaların və niyyətlərin çoxusunu qəbul etdiyindən, övliyanın
ziyarətçiləri əskik olmur.

329

Paşa Yaqub

SEYİD MİR CAVAD AĞA

“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxd­ ur və
onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gə­tirmiş və pis
əməllərdən çəkinmişlər, onl­ar­ a­ dün­ ­ya­da da, axirətdə də müjdə
vard­ ır”. Quran, “Yun­ is”­ surəsi, 62 və 64-cü ayələr.

Allahın dünyada və axirətdə müj­dələdiyi dostl­a­rınd­ an­
biri də 28 il Göyçay rayon Cümə məscidində imam­­
lıq etmiş, kamil elm və iman sahibi seyid Mir Cav­ ad­ ağadır.
Şəcərəsi İmam Hüseyn əleyh­ iss­ ala­mın nəsil xətti ilə
Həz­rəti Peyğ­ əmbə­rimizə qədər gedib çıx­ an Kazımov Ca­v­ ad
Mir Ələkbər oğlu 1943-cü ilin sen­tyabr ayının 25-də Masallı
rayonunun Qızılavar kən­din­ in Se­yi­doba məh­ əlləs­ ində dünyaya
göz açıb.
İlk təhslinə hələ 4 yaşından Seyidoba ibtidai mək­təb­ ind­ ə
başlayan balaca Mir Cavad məktəbi bitird­ ikdən sonr­­a, 1957-ci ildə
sənədlərini Bakı Dəmiryol Texn­ ol­oj­i Texn­ ikumuna təqdim edir.
Sənədləri burada yoxa çıxd­ ı­ğınd­­ an, ilahiyyat elmini öyrənməyi
qarşısına məq­səd­ qoy­­ ur. Molla Hüseyn Əli, Molla Fəttah, Şeyx
Qüdr­ət, Molla Əli Nağı, molla Cəbrayıl (qaynatası), Şeyx Hü­
seyn kimi ustadlardan dərs alan Mir Cavad ağa fiqh, üsul, şəriət
elmlərinin sirlərini dərindən öyr­ən­mişdi.
Müqəddəs “Qurani-Kərim”in “Davar” surəsinin 83-cü

330

Övliyalar Ensiklopediyası

ayəsində Rəbbim buyurur: “Biz istəd­ i­
yim­ iz şəxsi dərəcə – dərəcə yük­səl­di­
rik. Şüb­hə­siz ki, Rəbin hikmət, elm
sahibidir”.

Allah-taala digər dostları kimi Seyid Mircavad ağa
Mir Cavad ağanı da dər­əcə-dərəcə
yüksəldərək, böyük bir rayonun axundu
(imamı) vəzifəsinə qədər çatdırmışdır.
Belə ki, malik ol­d­ uğu elmini, təcrübəsini,
iman və təqv­ a­sını nəzərə alıb, 1978-ci
ildə şeyxülislam onu Göyçay rayonuna
axund təyin etmişdir.

Göyçay camaatı, ümumilikdə Şirvan eli Seyid Mir Cavad
ağanın simasında yüksək intellektə, kamil ima­na və təqvaya
malik bir alim qazanmışdılar. O, dini rəhb­ ər olmaqla bərabər,
həm də yetimlərin himay­ əçisi, ka­sıbların Allahdan aşağı ümid
yeri, Al­lahs­ ız kom­mu­nist rejiminin kor etdiyi insanlara haqq
yolu göstərən bir çıraq idi.

Axund kimi çalışdığı illərdə respublikamızın demək olar
ki, bütün bölgələrində hörmət və nüfuz qazanmış Hacı Cavad
ağa, İslam dininin gözəllikl­ərini, əxlaqını, mənəviyyatını xalqa
çatdırmaqla gər­gin əmək sərf etmiş və özü bu gözəlliklərin nü­
mun­ əsi olmuşdur.

331

Paşa Yaqub

Cəddim Peyğəmbər (s) dəbdəbəli evdə yaşamay­ ıbsa,
mən nə cəsarətlə yaşaya bilərəm?

Seyidin həyat yoldaşı Gülcahan xanım:
- Mircavad ağa çox nəfsi tox, insanpərvər adam idi. Həm
seyid, həm də axund olduğuna görə, ona çoxlu nə­zirlər verirdilər.
Deyirdim ay seyid, nə vaxta qədər məsc­ idin verdiyi daracaq
otaqda yaşayacağıq? Bir ev tikd­ irək, uşaqlarımız böyüyür…
Deyirdi cəd­dim Pey­ğəm­bər (s) dəbdəbəli evdə yaşamayıbsa,
mən nə cəs­ a­rətl­ə elə evdə yaşaya bilərəm?
Yetim uşaqların qayğısına, öz uşaq­larından çox qal­ırd­ ı.
Bir gün qış vaxtı, azca odunumuz vardı, se­yid on­ un çox hissəsini
maşına yı­ğaraq, aparıb verdi yaxınlıqdakı baş­çısını itirmiş bir
ailəyə. Dedi qış vaxtıdır, onların uşaq­ları körp­ əd­ ir, xəstələnər.
Dedim bəs bi­zim də uşaql­ar körpədir də, onlar xəs­tələnməz?
Dedi, bizim uşaql­arın üstündə mən va­ram, xəs­tə­lənsələr, mən
müal­ic­ ə etdirəc­ əm. Amma onların uşaqları xəstələnsə, müal­icə
etdir­ənləri yoxdur.

Mir Cavad ağanı Kərbəlada ziyarət etdik

- Seyid dünyasını dəyişəndən sonra, əlil qızım Asiya onun
üçün çox darıxırdı, sakitləşdirə bilmirdik-deyə Gül­c­ a­han xanım
söhbətini davam etdirir. Həmişə deyirdi ki, ağanı Kərbəlada

332

Övliyalar Ensiklopediyası

görürəm, məni aparın ora, ağanı orada ziy­ arət edəcəm. Birtəhər
pul toplayıb, qızı da götürüb, getd­ im Kərbəlaya. Orada ağam
Həzrəti Əbülfəz Abb­ a­sın­ qəbrini təvaf edərkən, Asiya dedi:
“Mir Cavad ağanı görürəm, deyir balaca bacın Bahar üçün də
dua elə”. Kərbəladan qayıdandan sonra Asiya sakitləşdi, daha
ağ­lamadı.

333

Paşa Yaqub

MUSTAFA BABA

“Şərq də Qərb də Allahındır: hansı tərəfə yö­nəl­sə­
ni­z (səfər etsəniz) Allah ordadır. Şübhəsiz ki, Allah (Allahın
mərhəməti) genişdir, (O, hər şeyi) biləndir!” “Qur­an”, “İnək”
surəsi, 115-ci ayə.

Hələ ta qədimdən bu günə kimi Şirvan mahalında qəbri
müqəddəs ziyarətgaha çevrilən, xatirəsinə eht­iram
göstərilən övliyalardan biri də Mustafa babadır.
Əliyev Mustafa Alı oğlu XVIII əsrin ikinci ya­rısı və XIX
əsrin birinci yarısında indiki Ucar ray­ on­ u­nun Qaradağlı kəndində
yaşamışdır.
Mustafa Babanın şəcərəsi Həzr­əti Əli vasitəsi ilə fəxri -
kainat Peyğ­ əmb­ ərimiz Həz­r­əti Məhəmməd əleyhissalama qədər
gedib çıxır.
Əcdadları Kərbəla faciəsində xəlifə Yezid tərə­fin­dən­
qətlə yetirildikdən sonra, Mustafa Babanın nəsli İraq­d­ an, İranın
Xoy şəhərinə köçmüşlər. Təxminən XV-XVI əsrlərdə bu ailə,
İrandan Azər­baycanın mər­kə­zi–aran bölgəsinə, daha doğrusu,
indiki Ucar ray­ o­nu­n­ un Qaradağlı kəndinə gəlmişlər.
Mustafa Babanın bizə məlum olan dörd qard­ a­şı­nın adları
bunlardır: Abdulla Baba, Rə­him­ Ba­ba,­ Alı Baba (qəbri Zərdab
rayonunun Yuxarı Sey­ idlər kən­di yaxınlığında, Böyük övliya

334

Övliyalar Ensiklopediyası

Veyis Bab­ an­ ın­qəbr­ in­ in­yanınd­ adır) və Qəhrəman Baba. Bu ailə
hey­van­darl­ıq­la­ məşğul olduqlarından, qışda Qara­dağl­ıda, yayda
isə Qəb­ ələdə yaylaqda olmuşlar.

Türkiyənin Adyaman şəhərində yaşayan və Həz­rət­ Əlinin
32-ci nəsli olan Seyid Ab­dulb­ aq­ ir­in­ bil­dirdiyinə görə, Qara
Mustafa Əli əley­hiss­ alamın 28-ci nəslidir. Qeyd edim ki, övliya,
yaşadığı dövrdə “Qa­ra Mustafa” adlandırılmışdır. “Qara” sö­zü
burada bö­yüklük, ucalıq, ululuq və bilginlik məna­larında iş­lən­
mişd­ ir.

Gülxar adlı qızla ailə quran Mustafa babanın bizə mə­­
lum olan Aslan və İslam adında iki oğlu, Anaqız adın­da bir qızı
olmuşdur (düzgününü Allah bilir).

Kəramətli övliya və seyid olan Mustafa Baba, ölümündən
bir qədər əvvəl böyük oğlu Aslanı ya­nına alıb, Qaradağlıdan
xeyli aralı, Göyçaya tərəf uza­nan bir düzənlikdə, yaşıl çəmənli
bir yeri göst­ə­rər­ək,­ “Mən öləndə, burada dəfn edərsiniz” - deyə
və­siy­yət edib.

Vaxt tamam olub, övliya dünyasını dəyişəndə, vəs­ iy­yət­inə
əməl edərək, onu dediyi yerdə dəfn edirlər. Həmin vaxt burada
insan yaşamadığından, övladları Mus­tafa Babanın qəbrinin tənha
qalmasını məqbul say­ma­yıblar. Odur ki, bir neçə ildən sonra,
seyidin övl­adl­ar­ı tədricən həmin əraziyə köçməyə başlayıblar.
Bel­əl­ikl­ə, yaranan bu yaşayış məskəni Müskürlü adlanıb.

Hal-hazırda Göyçay rayonunun ərazisi olan Müs­kürl­ü­
kəndi, rayon mərkəzindən (Ucara tərəf) 18 km, Ucar rayon­ unun
mərkəzindən isə 4 km aralı da yerləşir. Əra­zisi 1630 hektar,

335

Paşa Yaqub

əhalisi 2009-cu ilin yanvar ayına olan­ məlumata görə 1086
nəfərdir.

Mustafa babanın sınağa çəkilməyi

Mustafa babanın övliyalığı, kəramətləri haqda söz-söh-
bətlər yayılanda, 5-6 nəfər bəyzadə bir yer­ə toplaşıb,
onu sınamaq qərarına gəlirlər. Öz ara­lar­ınd­ a söz qoyurlar ki, bu-
radan birbaşa gedirik Mus­taf­an­ ın­ evinə, əgər bizə dizi qara, gözü
qara bir toğlu kəsib, sacda bişirsə və üstünə nar vursa, biləcə-
yik ki, əsl övliyadır – bizim ürəyi­mizdən keç­ ənl­­əri duyur. Onda
biz hərəmiz ona altı şahı6 nəzir verərik. Yox əgər, ürəyimizdə
tutduğumuz şeyləri etməzsə, hər yerdə danışarıq ki, Mustafada
kəramət yoxdur. Belə sözləşib, ata minib, düzəldilər yolarına.
Bunlar yol gəlməyində olsun, sizə kimdən deyim, Mustafa
Babadan. Baba, oğlu Aslanı çağırıb, sürüdəki fil­an qoyunun
dizi qara, gözü qara balasını gətirib, hə­yə­tə bağlamağı tapşırır.
Qonaqlar həyətə daxil olanda, on­ların gözün­ ün qarşısında
toğlunu kəsdirib, sacda biş­ irtd­ irir. Yem­ ək hazır olanda, Baba,
Aslana deyir ki, oğul, alaçığın arxas­ ın­dakı nar ağacında üç
ədəd nar var, get ikisini gətir. Yaz fəsli olduğundan və nar möv­
sümü olmadığından, Aslan du­ru­x­ ur, getm­ ək is­tə­mir. Atası deyir
oğlum, dediyimi elə. Asl­an alaçığın arx­ a­sındakı ağacda üç dənə
nar görəndə, hey­rətindən do­nub qalır. İkisini qırıb gətirib hazır
yeməyin üzərinə vur­ur.

6 Шащы – пул ващидидир.

336

Övliyalar Ensiklopediyası

Qonaqlar yeməklərini yeyib, qurtardıqdan sonra biri o
birilərinin qulağına pıçıldayır ki, nəzirimizi ver­mə­yə­k, görək
onu da biləcəkmi?

Qonaqlar yola düşmək istəyəndə Mustafa baba de­yir,­
əgər nəfsim üçün deyirəmsə, nəfsim yansın, il­ham­la­ deyir­əm­sə,
müsəlman olan inansın! Sizin hərənizin alt­ı şahı borc­ unuz var,
istəyirsiniz verin, istəmirsiniz verm­ əyin.

Bəyzadələr övliyanın nəzirini verib, yoll­ar­ı­na­ dü­zə­lirl­ər.

“İndi bildik ki, övliyasan”

Mustafa Babadan sonra oğlu İslam Babada kər­a­mət
özünü büruzə verməyə başla­mış­dır. Xalq arasında
İslam Babanın övliyalığına dəlalət edən bir çox əhvalatlar
danışırlar ki, onlardan birini diq­qə­ti­ni­zə çatdırmağı lazım bildim.
Müskürlü Məşədi kişi söhbət edərmiş ki, bir gün ara­bayla
gəlirdim, yolda iki nəfər yad adam görüb onl­a­rı da arabaya
mindirdim. Onlar başladılar öz aral­a­rınd­ a danış­mağa ki, gəl
İslam Babanı sınayaq. Ürə­yim­ iz­də­ tutaq ki, əgər İslam Baba bizə
xəşil bişirib, üstünə bal töksə biləc­ əyik ki, ürəkdən keçənləri
bilir. Yox əgər xəşil bişirməsə, deməli övliya deyil.
Qonaqlar yol gəlməyində olsun, sizə kimdən deyim İslam
Babadan. Həyat yoldaşı Gülzarı səsləyir ki, dur xəşilin suyunu
as ocağa, qonaqlarım gəlir, məndən xəşil istəyirlər.
Məşədi kişi danışırmış ki, mən də bunlarla birlikdə gəldik

337

Paşa Yaqub

İslam Babagilə. Süfrəyə birinci çay, ardınca isə xəşil gəldi.
Baldan, bəhməzdən töküb yedik. Yeyib qurtarandan sonra,
qonaqlardan biri dedi:

- Ay İslam, qa­pın­da toyuqdan, çolpadan, bir şey yox idi,
kəsib biş­ ir­əy­din? Bu nədir, yayın günündə xəşilnən bəhməzi
verdin bizə, ürəyimizi buland­ ırdın?

İslam Baba dedi:
- Ə, istədiyiniz zəhər bu idi də, çolpa istəyəydiniz, onu
bişirəydik.
Qonaqlar gülüşürlər. Durub İslam Babanın əllərini öpürlər.
Deyirlər:
- Bağışla, səni sınamaq istəyirdik ki, görək övliyalığın
haqqında deyilənlər düzgündürmü? İnd­ i bildik ki, həqiqi
övliyasan.

338

Övliyalar Ensiklopediyası

SEYİD MİR SƏDİ AĞA

“İnsanların eləsi də vardır ki, Allahın razılığını
qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah
öz bəndələrinə qarşı çox mehribandır!” “Quran”, “Bəqərə”
surəsi, 207-ci ayə.

Allahın razılığını qazanmaq yolunda malını və canını
fəda edənlərdən biri də Seyid Mir Sədi ağadır.
Mir Sədi Seyid Müslüm oğlu 1908-ci ildə Göyçay
rayonunda doğulub. Atası, əvvəlki fəsildə kəramətl­ə­rindən
bəhs etdiyim Seyid Mir Fazil ağa ilə əmio­ ğ­lu olmaqla, nəsilləri
VII İmam Musa Kazım Əley­hiss­ alam vasitəsi ilə Həzrəti
Peyğəmbərimizə qədər gedib çıxır.
1934-cü ildə 25 yaşında əmisi Seyid Mirsahibin qızı Tutu
xanımla ailə qurub.
Mir Sədi ağa 1937-ci ildən 1953-cü ilə qədər Göyçay
rayon dövlət taxıl tədarükü İdarəsinin müdiri vəzifəsində çalışıb.
Səxavəti, əliaçıqlığı və comərdliyi ilə insan­lığ­ a nü­
munə olan Seyid Mir Sədi, mühar­i­bəyə gedən qoh­ um-əqrəba
uşaqlarının, həmçinin Göyçayın bütün kasıb və yetim uşaqlarının
Allahdan aşağı ümid yeri idi. O, aclığ­ ın tüğyan etdiyi müharibə
illər­ində və müharibədən sonr­a­kı dövrd­ ə bir çox başsız ailələrin
sağ qalması üçün Allahın gön­dərdiyi bir vas­ itə idi. Allah yolunda

339

Paşa Yaqub

payladıqlarını gizli etməyi sevirdi. Çalışırdı pay verdiyi adamlar
onun etdikl­ə­rini görməsinlər ki, sonradan rastlaşanda xəcalət
çəkməs­ inlər.

Tutu xanım söhbət edərmiş ki, axşamüstü həy­ ətdə inək
sağırmış. Əri də yanında dayanıb ona kömək edirmiş. Birdən
həyət qapısı döyülür və yarıaralanmış qapıdan içəri bir torba
uzadılır. Qapının arxasında dayanıb, üzünü göstərməyən bir
şəxs: “Ağamın qapısına gəlmişəm, məni boş qaytarmaz” - deyir.
Mir Sədi ağa həyat yoldaşına deyir o torbanı unla doldur, üstünə
iki çörək qoy, başqa bir torbaya da buğda doldur, qoy qapının
ağzına. Amma qapını aralayıb, gələnin kimliyinə baxma ki,
utanmasın.

Tutu xanım ərinin bütün tapşırıqlarına əməl edir. Lakin,
qapıya çatanda, səbri tükənir və qapını aralayıb, gələnin üzünə
baxır. Bu vaxt əri əlindəki mundarça ağacından düzəldilmiş
dəyənəyi arxadan onun kürəyinə vurur.

Aldığı zərbənin təsirindən yerə yıxılan Tutu xanım sonralar
bu hadisəni xatırlayaraq söhbət edirm­ iş ki, “yaşadığımız 21 ildə
əmioğlum məni bir­cə həmin gün vurdu. Amma haqlı da vurdu.
Filankəs bə­yin (adını heç kəsə deməyib – müəllif) oğlunu di­
lən­ ən görmək, məni kürəyimə dəyən mundarça ağacından çox
ağrıtdı”.

Tutu xanım onu da söhbət edirmiş ki, həmin hadisədən
sonra əri həftədə bir dəfə ərzaq bağlaması düzəltdirib, həmin bəy
oğlunun evinə xəlvət gön­dərirmiş ki, kimsədən çörək istəyib,
qürurunu sınd­ ırmasın.

340

Övliyalar Ensiklopediyası

Seyid məscidi satın aldı

"Haram olan ayda döyüş haqqında səndən soru­şanlara
söylə: - O ayda döyüşmək böyük günahd­ ır. Lakin Allah yolunu
qapamaq, onu inkar etmək, Məscidülhərama girm­ əyə mane
olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha
böyük günah­dır". “Quran”, “İnək” surəsi, 217-ci ayə.

Sovetlər dönəmində hər yerdə olduğu kimi, Göy­çayda da
məscidi mömünlərin üzünə bağlamışdılar. Bu azmış kimi, 1942-
ci ildə xəbər yayıldı ki, məscidi kazarma edirlər, sabahdan sovet
əsgərləri oraya yer­ləş­diriləcəklər. Bu xəbər Mir Sədi ağaya
çatanda, günorta yeməyini yarımçıq qoyub, cəld ayağa durdu.
Tutu xanıma dedi: “Mən gedirəm, axşam nökər Nəcəfq­ ulunu
göndərəcəm, nə desə verərsən!. Qoym­ aram ki, ata-babalarımızın
tikdirdiyi Allah evində rus, erməni əsgərləri qalsın”.

Axşam həyət qapısı döyüldü. Gələn nökər Nəcəf­qulu idi.

341

Paşa Yaqub

“Ağa bir kilo qızıl gətirməyimi istəd­ i”- dedi. Tutu xanım bir kilo
qızılı çəkib, Nəcəfquluya verdi.

Axşamdan bir qədər keçmiş, Seyid Mir Sədi ağa evə qa­
yıtdı. Sevincək idi. “Allah, sənə şükür, məscid kafirlərə qismət
olmadı”. - dedi. Həyat yoldaşı: “Bunu necə elədin?”, - deyəndə,
“Məscidi bir kilo qızıla al­dım. Tədarük idarəsi üçün taxıl anbarı
adıyla aldım. Vaxt gələr qaytararam mömünlərə”.

Onu da qeyd edim ki, Göyçay qəzasında yeganə olan
bu məscid 1906-cı ildə bişmiş kərpicdən tikilib. Bura istifadə
olunan 124 min kərpici Mir Səidi ağanın atası və əmiləri – üç
qardaş- Seyid Müslüm, Seyid Mirsahib və Seyid Əşrəf alıb
veriblər. Lahıclı Molla Əliqulu isə camaatdan ianə topl­ay­ araq,
ustaların və işlənən digər materialların pulunu verdi.

… Nəhayət Mir Sədi ağanın gözlədiyi zaman gəlib çatdı.
1953-cü ildə Seyid məscidi mömünlərin ixtiyarına verə bildi.
Tabeliyində olan müddətdə ağa məscidin torpaq döşəməsini
taxta ilə əvəzləmiş, minarəni təmir etdirmiş və ora çıxmaq üçün
pilləkən tikdirmiş, pəncərələrə içəridən əlavə taxta pəncə­rələr
düzəltdirmiş, həyətdə dəstəmazxana tikdirmiş, həyət qapısına
taxta darvaza bağlatdırmış, daimi su ehtiyatı olmaq üçün, yerdən
hovuz qazdırıb, içərisini betonlatdırmışdı.

Seyid Mir Sədi ağa 1954-cü ildə 47 yaşında düny­ asını
dəyişdi. Yurdunda Mir Sənan, Mir Vaqif, Mi­rəl­i, Mirağa, adında
dörd oğlu, Zərifə, Mələk, Məl­ah­ ət və Dilşad adında dörd qızı
qalmışdır, Övladl­arının hamısı ali təhsillidirlər, Mir Sənan
düny­ a­sını dəyişmiş, qalanları isə müxtəlif elm ocaqlarında
çalışmaqdadırlar.

342

Övliyalar Ensiklopediyası

SEYİD MİR SƏYYAF AĞA

“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müd­rik­
lik) bəxş edir. Kimə hikmət bəxş edilmişsə, ona çoxl­u­xeyir
(əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adam­lar dərk
edə bilər!” “Bəqərə” surəsi, 269-cu ayə.

Allahın hikmət bəxş edərək şərəfləndirdiyi saleh bən­
dələrindən biri də seyid Mir Səyyaf ağadır.
Seyid Mir Səyyaf Mir Həşim oğlu 1900-cu ildə Kürd­ əm­ ir
rayonunun Köhüllü kəndində dünyaya gə­lib. Həm ata tərəfdən,
həm də anası Seyid Suma tər­əf­dən olmaqla, hər iki tə­rəfdən
seyiddir. Əcdadları İor­da­ni­yad­ a ya­şa­yıblar. Əb­dür­əzaq adlı ulu
babası Azər­bayc­ a­nın­ Cəlil­ab­ ad bölgəsinə köçüb. On­dan son­rakı
nəs­ ill­ər­in­ sıralanm­ as­ ı aşağı­dakı kimidir:
Əbdürəzaq - Mirzə - Cəfər Mirzə Seyid Cəfər
Mirabbas Mirhəşim Mir Səyyaf
Seyid Mir Səyyaf ağa, dini təhsilini əvvəlcə öz kənd­
lərində axund yanında almış, 1928-ci ildən 1935-ci ilə qədər isə
Türkiyədə ali ruhani məkt­ə­bin­də­ tamaml­a­mışdır. Bundan sonra,
elmini da­ha da təkm­ ill­əşd­ ir­mək üçün bir qədər də Səmər­qənddə,
Təbr­iz­də,­ Tehranda tanınmış alimlər yanında qalaraq, fiqh, üsul,
şəriət elml­ərinin sirlərini dərindən öyrənərək, ka­mil­ bir elmə
sahib olmuşdur. 1935-ci ild­ ə vətəninə qa­yıd­ araq, axund kimi
fəa­liyy­ ətə başl­a­mışdır.

343

Paşa Yaqub

Mir Səyyaf ağa seyid Fatimə
adlı əmisi qızı ilə ailə qurm­ uş, Yaxşı
və Xədicə adlı iki qızları dünyaya gəl­
dikd­ ən sonra, həyat yoldaşı rəhmətə
getmişdir.

Bir müddətdən sonra, Zöhrə
adlı digər əmisi qızı ilə ail­ə quran Mir
Səyyaf ağanın bu nikahdan doqquz öv­
la­dı dün­yaya gəlmişdir.

Mir Səyyaf ağa Savadlı və düzgün adam olduğu

üçün seyidi müharibə dövrü istehlak cəm­ iyyətinə anbardar

qoyublar. Sonr­­alar suv­ arm­ a sistemləri idar­ə­sin­də su kanallarına

nə­zarətçi vəz­ ifəsinə tə­yin edilib. Daim vəz­­ ifəli adamlara hör­

mətlə yanaşıb. Rəhb­ ərl­ər də ona eht­iram göstəriblər.

Kamil elmə yiyələnən Mir Səyyaf ağa, həm də ka­mil
iman və təqva sa­hibi idi. Odur ki, duaları Allah dər­gahında rədd
olun­murd­ u. Beləliklə, kəramət sahibi se­yidlərdən olan Mir Səy­
yaf ağa, insanların arzusunu, ist­əyini Allaha çat­dır­an­ və xoş
niyyətlərin Tanrı dərg­ a­hınd­ a qəbul edilməsi üçün gecə-gündüz
dualar edən bir vasitəçiyə çev­rilm­ iş­dir.­ Xəstələr şəfa üçün,
çarəsizlər dərdlərinin əlacı üçün seyidə mü­ra­ciət edər və onun
evindən əliboş qayıtmazdılar.

Seyid Mir Səyyaf ağa 1995-ci ildə dünyasını də­yiş­mə­
sinə baxmayaraq, yenə də insanlar onun oca­ğın­ a üz tu­tur və bu
ocağın kəramətlərindən faydal­anırlar.

344

Övliyalar Ensiklopediyası

MİR HƏMZƏ SEYİD NİGARİ

“Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir
elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu (Allahın sevib-
seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz.
“Quran”, “Yusif surəsi”, 68-ci ayə.

Mövlanə İsmayıl Şirvani dünyasını dəyişəndə yerinə
ən kamil müridi Şeyx Həmzə Nigarini xəlifə təyin
etdi.
Həmzə Nigari 1805-ci ildə Qarabağ xanlığının Bərgüşad
mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində dünyaya
gəlmişdir. Atası Mir Rüknəddin Əfəndi Mir Paşa təxəllüsü ilə
tanınmışdır (türk mənbələrində isə Seyid Paşa kimi göstərilmişdir)
Anası Xeyransa xanım isə Qızxanım adı ilə tanınmışdır.
Şəcərəsi Ağabalım və Malikəjdər Baba vasitəsi ilə Həzrəti
Peyğəmbərimizə qədər gedib çıxır.
Elm ardınca diyar-diyar gəzən Seyid Mir Həmzə ona bu
yolda maddi və mənəvi dəstək olan iman və səxavət sahibi Nigar
xanımın şərəfinə “Nigari” təxəllüsünü götürmüşdür.
Həmzə Nigari ilk təhsilini Şəkinin Dəhnə kəndində
almışdır. Sonra isə böyük sufi mütəfəkkiri Mövlanə Xaliddən
dərs almaq üçün səyahətə çıxmışdır. Xarputa çatanda Xalidin
vəfat etdiyini eşitmiş, oradan Sivasa getmişdir.

345

Paşa Yaqub

Həmzə Nigari Sivasda olarkən, Mövlanə İsmayıl
Siracəddin Şirvaninin adını eşitmiş, ona mürid olmaq üçün
yola çıxmışdır. O Azərbaycanda olarkən, Rus dövlətinin
təzyiqləri ilə üzləşmiş, yenidən Türkiyəyə - Sivas şəhərinə
qayıtmışdır. Mürşidi Siracəddin Şirvaniyə də burada yetişmişdir.
Həmzə Nigari burada təsəvvüf elminin sirlərini öyrəndikdən
sonra mürşidindən icazə alaraq ziyarət səfərinə çıxmışdır.
Əvvəlcə Konyaya gedib Mövlanə Cəlaləddin Ruminin
türbəsini ziyarət etmiş, sonra isə, Məkkə, Mədinə, Şam,
Qüds şəhərlərinə gedərək, müqəddəs yerləri ziyarət etmişdir.
Ziyarətini tamamlayıb, Amasiyadan dönən Həmzə Nigari irşad
etmək üçün mürşidi Mövlanə Siracəddin Şirvanidən icazənamə
almışdır.

Həmzə Nigari İrşad fəaliyyətinə Bərgüşad və Bərdə
ərazisində başladı. Burada mollaların təqib və təzyiqləri ilə üzləşdi.
Daha sonra Qazax bölgəsində geniş fəaliyyət göstərmiş, ətrafına
minlərlə mürid toplamışdır (Qarabağ mahalında “Şıx əfəndi”
Qazax bölgəsində isə “Həzrəti Pir” təxəllüsü ilə məşhur olmuşdur).
Vətənpərvər və azadlıqsevər olan Mir Həmzə Azərbaycanın
Rusiya dövlətinin əsarətində qalmasına dözə bilmirdi. Xalqı
çar hökumətinə qarşı üsyana qaldırmaq üçün təbliğat aparır
və əqidədaşı Şeyx Şamilin ruslara qarşı apardığı müharibəyə
canlı qüvvə və maddi yardımla vaxtaşırı dəstək olurdu. Çar
hökuməti bunu bildiyindən Mir Həmzə Seyid Nigarinin gizli
şəkildə ölümünə qərar verir. Bir neçə dəfə Şeyxə qarşı sui-
qəsd təşkil edilsə də, Allah öz dostunu bütün təhlükələrdən hifz
etmişdir. Nəhayət, bu böyük sufi mütəfəkkiri mühacirət etmək

346

Övliyalar Ensiklopediyası

məcburiyyətində qalır. Bir neçə
ay Qubadlı rayonunun Çələbilər
kəndi yaxınlığında Hərtiz dağındakı
mağarada gizlənir. Burada ona Səfər
adlı mömin bir şəxs qulluq edir.

Nəhayət, gizli yollarla Həmzə Nigari
Osmanlı dövlətinə mühacirət
edən Nəqşibəndi Şeyxi Həmzə
Nigari Krım müharibəsindən sonra
Ərzurumun Bakurlar məhəlləsinin
məscidindəki dərsxanada üç il dərs
verir.

Həmzə Nigariyə müraciət edənlərdən kim olursa-olsun,
əvvəlcə müraciət edənin halını, səviyyəsini diqqətlə tədqiq edər,
ona görə də rəftar edərdi. Yəni, misal üçün, dərviş olmaq istəyən
şəxsin fitri qabiliyyətini tədqiq etdikdən sonra, ona istedadına
görə tapşırıq verərdi. Bəzisinə də fərz olan ibadət etməsini və
haramdan çəkinməsini tapşırmaqla kifayətlənərdi.

İnabətdəki təlim üsulu

Müridin idrak və zəkasına uyğun onun anlaya biləcəyi
səviyyədə mütaliə tapşırar, artıq yükləmədən
çəkinərdi. Müridinin anlamaqda çətinlik çəkəcəyi ifadələri
işlətmirdi. Onun qüdsi nəfəsləri o qədər təsirli idi ki, ən bəsit
ifadələri belə dinləyicisinə zövq verər və anlaşılardı.

347

Paşa Yaqub

Başına ürfan tacını qoyub dərsə və ya ibadətə girərkən,
bam-başqa bir hal alarmış. Üzünü bir nur, bir işıq haləsi
bürüyər, riqqətdən tələbələrinin bir çoxunun ürəyi gedərmiş.
Ərzurumdan İstanbula gələn Həmzə Nigari bir müddətdən
sonra Amasiyada məskunlaşmış, təfsir və hədis elmlərini tədris
etməklə yanaşı, təsəvvüfü fəaliyyətlə də məşğul olmuşdur.

Ətrafına on minlərlə müridlər toplanan nəqşibəndi şeyxi
Həmzə Nigarinin nüfuzundan narahat olan Sultan Əbdülhəmid
onun Xarputa sürgün edilməsinə fərman verir.

Malik Əjdər türbəsi. Laçın rayonu, Cicimli kəndi

Burada diqqət çəkən məqamlardan biri odur ki, həmin
vaxt Osmanlının Daxiliyyə Naziri Nigarinin şeyxi və onu xəlifə
təyin edən Mövlanə Siracəddin Şirvaninin oğlu Şirvanzadə
Mehmet Rüşdi Paşa idi. O, hakimiyyətdə yerini isti saxlamaq
üçün atasının dostlarını və müridlərini təqib edirdi. Həmzə
Nigarinin sürgün olunması fərmanını da Sultan məhz Mehmet

348

Övliyalar Ensiklopediyası

Rüşdi Paşanın raportlarına əsasən vermişdi. Bu barədə müridləri
Həmzə Nigariyə sual verəndə Şeyx deyib: “Allah heç bir
valideynə xeyrsiz övlad qismət etməsin”.

Həmzə Nigari 1886-cı ildə dünyasını dəyişdi. Vəfatından
əvvəl Xarput valisindən Amasiyada dəfn olunmasını xahiş etdi.
Vali Amasiyanın 8 günə dəf ediləcək bir məsafədə olmasını və
bu müddətdə cəsədin iylənəcəyini əsas gətirib, vəsiyyətə etiraz
etmək istədi. Şeyx cavabında: “80 il “Allah-Allah” deyən bu
bədən 8 günə qoxuyacaqsa, qoy qoxusun”-deyir. Vəsiyyətinə
uyğun olaraq cənazəsi Amasiyaya gətirilib, burada dəfn
olunmuşdur. Qarabağdakı müridlərinin yardımı ilə türbəsi və
Şeyxin adına məscid inşa edilmişdir.

Həmzə Nigarinin “Fütuhati-məkkiyyə”yə yazdığı
“Təvzihat”, türkcə və farsca divanı, “Nigarnamə” və “Saqinamə”
adlı əsərləri vardır.

Aşağıda adları çəkilən məşhur övliyalar şeyx Həmzə
Nigariyə mürid olaraq, ondan irşad etmək üçün icazənamə
almışdılar.

1) Hacı Mahmud əfəndi Qərani (Qazax rayonu);

2) Mir Seyid Həsən Hüsnü əfəndi əd-Dağıstani;

3) Ağarəhim Ağa Dilbazi;

4) Qazi Osman əfəndi;

5) Şahnigar Xanım Rəncur;

6) Hacı Teyyub əfəndi;

349

Paşa Yaqub

7) Hacı Zəkəriyyə əfəndi;
8) Hacı Mustafa əfəndi;
9) Postlu Hacı Mahmud əfəndi.

Mir Həmzə niyə “Nigari” təxəllüsünü götürdü?

Yuxarıda qeyd etdim ki, Seyid Mir Həmzə yaxın
dostu Nigar xanımın şərəfinə “Nigari” təxəllüsünü
götürmüşdü. Araşdırmalar göstərir ki, Nigar xanım ərli və
zəngin bir qadın olmaqla, Mir Həmzəyə böyük inam və etiqad
bəsləmiş, ona elm almaq üçün dünyanı dolaşmaqda böyük maddi
və mənəvi dəstək vermişdir (necə ki, Xədicə anamız Peyğəmbər
əfəndimizə dəstək olmuşdur). İman əhli olan bu xanımın elmə
böyük marağı olmuş, elm adamlarına yardım etməyi özünə
mənəvi borc bilmişdir. Onun dəstəyindən yararlanan Mir Həmzə
də bu köməyin əvəzi olaraq həm ona daim duaçı olmuş, həm də
adını təxəllüs götürərək, bugünkü və gələcək nəsillərə çatmasına
səbəbkar olmuşdur.
Bu əhvalatda ibrət alınası məqamlardan biri də odur ki,
Peyğəmbərimizin zamanında (elə ondan sonra da) Xədicə kimi
minlərlə zəngin qadın vardı. Onlardan ancaq Xədicə anamız
öz sərvətini Allaha xoş gedən bir işə: İslamın yayılmasına və
Peyğəmbər əleyhissalamın fəaliyyətinə sərf etdiyi üçün, yalnız
onun adı bugünümüzə qədər gəlib çıxıb və qiyamətə qədər də
nə qədər ki, Məhəmməd əleyhissalamın adı çəkiləcək, onunla

350


Click to View FlipBook Version