The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar Ensiklopediyası

SEYİDAĞA BABA

Azərbaycanda kəramətləri ilə məşhur olan seyidlərdən
biri də Seyidağa babadır. O, 1898-ci ildə indiki Ucar
rayonunun Alpout kəndində doğulub. Seyidağa baba dünyaya
gələndə atası Mirmövsüm ağanın dünyadan köçməsinin 40-cı
günü idi. Odur ki, o, anası Yetərin himayəsində böyümüşdür.
Yüksək əxlaqı, gözəl tərbiyəsi və təqvası ilə tay-tuşlarından
seçilirdi. Çox keçmədi ki, ata-babalarında olan kəramət Seyidağa
Babada da təcəlli etməyə başladı.
Yeri gəlmişkən, qeyd edim ki, seyidağa Babanın şəcərəsi
İmam Rza əleyhissəlamın oğlu Həzrət Məhəmm­ əd Təqi vasitəsi
ilə Həzrət Peyğəmbər Məhəmməd əleyhissəlama qədər gedib
çıxır.

Seyidağa Babanın qəbri-şərifini hətta
imamlar da ziyarət edirlər.

Alpout kəndində olarkən Seyidağa babanın kəram­ ətlərinə
və qəbri-şərifi ətrafında baş verən möcüzələrə dair çox maraqlı
söhbətlər eşitdim ki, onlardan bəzilərini diqqətinizə çatdırmağı
lazım bildim.

Məmmədov Rövşən Arzuman oğlu –Alpout kənd sakini:

201

Paşa Yaqub

– Təxminən 14 ya 15 yaşım vardı, cümə axşamı günü
idi. Seyidağa babanın qızı Seyid Zeynəb mənə dedi ki, ağanın
qəbrini ziyarətə gedirəm, gəl mənimlə gedək. Zeynəb xalanın
mənimlə həmyaşıd olan nəvəsi Rafiq də bizimlə gedirdi. Seyid
Zeynəb qəbiristanlığa tək getmək istəmədiyindən Rafiqlə məni
özünə həyan götürmüşdü.

Günortadan sonra idi. Ziyarət edib, üçümüz də otur­muşduq
Seyidağa babanın qəbrinin kənarında. Birdən at ayaqlarının
tappıltısını eşitdik. Bura qəbiristanlığın ortası olduğundan atlı
dəstəsinin gəlməsi bizi təəccübləndirdi. Üçümüz də qalxıb ətrafa
baxdıq, heç kəsi görmədikdə təəccüblə bir-birimizə baxıb, aşağı
oturduq. Birdən yanı­mızda dörd atlının dayandığını gördük.
Qılınc qalxanla yaraqlandıqlarından, görünürdü ki, qədim
dövrün adamlarıdır. Onları görən kimi üçümüz də ayağa qalxdıq.
Rafiqlə mən qorxduq. Seyid Zeynəb xala bizi sakitləş­dirib dedi
qorxmayın, imamlarımızdandır, ziyarətə gəliblər.

Onu da deyim ki, atlılardan biri - daha mötəbər görünəni
qarşıda dayanmışdı. Onun sağında, solunda və arxasında dayanan
üç yaraqlı atlılar ondan bir-iki addım geridə dayandıqlarından,
sanki onu üç tərəfdən mühafizə edirdilər (bunu qırıcı təyyarələrin
göydə uçuş vəziyyəti ilə də müqaisə etmək olar: biri lap öndə,
digərləri sağdan, soldan və arxadan onu mühafizə edirlər).
Qarşıda dayanan mötəbər atlı dua verdi, ərəbcə nəsə oxudu,
bəlkə də “Quran” idi. Biz üçümüz də lal-dinməz gələnlərə
baxırdıq. Təxminən on dəqiqə dur­duqdan onra üzü qiybləyə tərəf
dönüb bir neçə addım getdikdən sonra yox oldular. Hansı ki, o

202

Övliyalar Ensiklopediyası

istiqamətdə yol yoxdur. Onlar gedəndən
sonra biz təəccüblə o yan – bu yana
baxdıq, bir şey görə bilmədik. Amma,
bayaq dayandıqları yerdə atların ayaq
izləri hələ də qalmışdı.

Yeri gəlmişkən qeyd edim ki, Seyidağa baba
Rövşənin danışdığı bu hadisəni Seyidağa
Babanın qızı Zeynəb xala da mənə olduğu
kimi danışdı.

Məmmədov Qədir Sədir oğlu - Alpoud kənd sakini -
Seyidağa babanı belə xatırlayır :

– Katib Cəfərovun dövründə “Kirpi” jurnalı ağanın
karikaturasını çəkmişdi. Redaktoru da, rəssamı da üç günün
ərzində faciəli şəkildə öldülər. Sonra Cəfərov Seyidağa babaya
pambıq sahəsi ayırdı ki, getsin becərsin. Kənd camaatı iməcilik
edib, bir gündə həmin sahənin alağını təmizlədilər. Katib gəlib
baxdı, bir bəhanə tapa bilmədi, başladı Seyidlə mübahisə
etməyə ki, camaat niyə sənin evinə ziyarətə gəlir? Birdən necə
oldusa, katib başını əyib dedi vur başıma. Seyidağa baba şəhadət
barmağını uzadıb, dedi sənin başına ağam Həzrət Abbas vursun.

Aradan 3-4 gün keçmiş katibin ölüm xəbəri gəldi.
Ölməzdən öncə yaxınlarına deyib ki, o kişi barmağını başıma
tuşlayanda, başımdan sızıltı keçdi. Məni onun qarğışı tutdu.

Seyidağa baba çox insanpərvər, nəfsi tox adam idi. Gündə
ziyarətinə onlarla xəstə, dərdli gəlirdi. İmkanlı adamların verdiyi
nəzirlərin imkansız ziyarətçilərin cibinə basırdı ki, birdən yol

203

Paşa Yaqub

pulunuz olmaz. Ondan söz düşəndə həmişə yadıma Sədi Şirazinin
misraları düşür:

Kim ki, çatmır dərdlilərin dadına,
İnsan demək olmaz onun adına.
Seydağa baba 1961-ci ilin noyabrın 25-də haqq dünyasına
qovuşdu. Onun həyatı kimi, ölümü də möcüzəli oldu. Belə ki,
seyid yatağında xəstə yatan vaxt birdən açıq qapıdan otağa qatı
duman daxil olur. Elə bir duman ki, hətta, xəstənin yanında oturan
uşaqları da bir-birlərini görə bilmirlər. Bir neçə dəqiqədən sonra
otaqdan duman çəkilir. Evdə oturanlar baxırlar ki, Seydağa baba
artıq dünyasın dəyişibdir.
Seyidağa babanın xeyir-duası onu sevənlərin üzərindən
əskik olmasın! Amin.

204

Övliyalar Ensiklopediyası

HƏZRƏT LEYLA XANIM

Azərbaycanda mövcud olan və insanlar tərəfindən
müqəddəs tutulan ziyarətgahlardan biri də Bakının
Bilgəh kəndində yerləşən Həzrət Leyla xanımın xanəgahıdır. O,
VII İmam Həzrət Museyi Kazım əleyhissəlamın qızıdır. Atasının
və qardaşı İmam Rza əleyhissəlamın şəhadətə yetirilməsindən
sonra IX əsrdə xəlifə Məmunun təqibindən yaxa qurtarmaq üçün
ailə üzvləri ilə bərabər o da Azərbaycana pənah gətirmişdir.
Tarixi mənbələrdən məlumdur ki, Həzrət Əli övladlarının
Hicaz bölgəsindən digər yerlərə köçü daha çox siyasi amillərlə
bağlı olub. Belə ki, 661-ci ildə Həzrət Əlinin qətlə yetirilməsi
ilə Müaviyənin hakimiyyətə yolu açılır və o, cəmi bir neçə ay
içərisində xilafətə rəhbərliyi ələ keçirir. Beləliklə, sonradan
“Əməvilər” adlandırılan Müaviyənin sülaləsi, təxminən, 90 il -
750-ci ilədək hakimiyyətdə olur.

Qeyd edim ki, xilafətdə sülalə dəyişikliyi - Əməvilərin
(661-750) Abbasilərlə (750-1258) əvəzlənməsi İmam Cəfər
Sadiqin dövründə baş verdi. Belə ki, 749-cu ildə ərəb xilafətinə
qarşı mübarizənin əsas mərkəzinə çevrilən Xorasanda “Bəni-
Haşim” qəbiləsinə mənsub iki nəslin başladığı qiyam Əməvi
hökmdarı Mərvanın qətlə yetirilməsi ilə nəticələndi və xilafət
soy etibarilə Peyğəmbərin (s.) əmisi Abbas ibn Əbdülmütəllibə
gedib çıxan “Abbasilər”in əlinə keçdi.

Baxmayaraq ki, Abbasilər hakimiyyətə gəlmək üçün

205

Paşa Yaqub

Həzrət Əli övladlarının tərəfdarlarının dəstəyindən yararlanıblar,
ancaq onlar da seyidləri – İmamları və onların oğlanlarını öz
səltənətlərinə ən böyük təhlükə sayaraq, təqib etməyə başladılar.
Məsələn, tarixdən məlumdur ki, Abbasi xəlifəsi Mehdi VII imam
Museyi Kazımın nüfuzundan ehtiyatlanaraq, onu Mədinədən
xilafətin yeni paytaxtı Bağdada gətirtdirib və daimi nəzarətdə
saxlayıb. Bəzi mənbələrin yazdığına görə, xəlifə Mehdi hətta onu
öldürtmək də istəyib. Ancaq Museyi-Kazımın ölüm fərmanını
verdiyi gecə yuxusunda Həzərti Əlini görərək, fikrindən daşınıb,
tövbə edib və Museyi-Kazımı yenidən Mədinəyə qaytartdırıb.

Digər Abbasi xəlifəsi olan Harun-ər-Rəşid İmam Museyi
Kazımı təkrar Mədinədən Bağdada gətizdirərək, həbsxanaya
saldırıb və 799-cu ildə zəhərlə öldürtdürüb.

  Tarixçilərin yazdığına görə, İmam Museyi-Kazımın
19 oğlu və 18 qızı dünyaya gəlib. Qeyd edək ki, bizim
araşdırmalarımıza görə, Azərbaycanda mövcud olan seyid
ailələrinin əksəriyyəti də soy etibarilə ya İmam Zeynülabidinin,
ya da İmam Museyi Kazımın övladlarına gedib bağlanır. İstər
Azərbaycan, istərsə də Gürcüstan və Rusiya arxivlərində bunu
təsdiqləyən təkzibedilməz dəlillər - xeyli sayda sənədlər, seyid
ailələrinin şəcərələri mövcuddur.

Həzrət Leyla xanım yuxarıda qeyd etdiyim kimi, VII
İmam Həzrət Museyi Kazım əleyhissəlamın qızıdır. Atasının
və qardaşı İmam Rza əleyhissəlamın şəhadətə yetirilməsindən
sonra IX əsrdə xəlifə Məmunun təqibindən yaxa qurtarmaq üçün
ailə üzvləri ilə bərabər o da Azərbaycana pənah gətirmişdir.

206

Övliyalar Ensiklopediyası

Azərbaycanın qədim kəndlərindən olan Bakının Bilgəh kəndində
məskunlaşmışdır. Deyilənə görə Mirmahmud adlı şəxslə ailə
qurub və ən azı bir övladı olub (düzünü tək olan Allah bilir). Əhli-
Beytə sonsuz sayğı və məhəbbətləri olan yerli əhali Peyğəmbər
nəvəsi Həzrət Leyla xanıma layiq olduğu hörməti göstərmiş,
onu göz bəbəyi kimi qorumuşlar.

İmam qızının sağlığında özü, dünyasını dəyişdikdən
sonra isə, Bilgəh kəndində olan qəbri Azərbaycan xalqının
ziyarətgahına çevrilmişdir. Dualarının Allah dərgahında qəbul
olunmasını istəyənlər Həzrət Leyla xanımın mübarək ruhunu
yad edərək, ondan şəfaətçi olmasını istəyirlər.

207

Paşa Yaqub

HƏZRƏT RƏHİMƏ XANIM

Azərbaycanda mövcud olan müqəddəs tapınaq
yerlərindən biri də Nardaran piridir. Burada dəfn
olunan Həzrət Rəhimə xanım Həzrət Peyğəmbərimizin nəvəsi
olmaqla, VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın
qızı, Həzrət İmam Rza əleyhissəlamın bacısıdır. Atası və qardaşı
şəhadətə yetişəndən sonra IX əsrdə xəlifə Məmunun zülmündən
qaçıb iki bacısı ilə Azərbaycanın Nardaran kəndinə sığınmışdır.
Bugünkü günə gəlib çatan məlumatlara görə, Rəhimə xanım
Nardaranda Mirabdulla adlı bir şəxslə ailə həyatı qurmuş, bu
nikahdan bir övladları olmuşdur (düzünü Allah bilir).
Bu ailənin hər üç üzvünün – Rəhimə xanımın, Mirabdullanın
və övladının qəbirləri Nardaran kəndindəki ziyarətgahdadır.
Rəhimə xanımın qəbrinin üzərində hələ ta qədimdən türbə
mövcud olmuşdur. Türbənin üzərindəki kitabəni etnoqraf alim
Məşədixanım Nemətova bu cür tərcümə etmişdir:
“Bu mübarək məscidin, Allahın evinin bina olunmasına
hacıların seçilmişi, dövrün yeganəsi, Böyük sədr Xacə Hacı
Həmzə ibn Qutlu Mahmud Şahabadi – Allah onun müvəffəqiyyətini
əbədi etsin – yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi:
1363-1364).
Kitabədə adı çəkilən Xacə Hacı Həmzə Şirvanşahlar
dövlətində baş sədr vəzifəsində işləmişdir. Bu vəzifə dövlətdə

208

Övliyalar Ensiklopediyası

şirvanşahdan sonra üçüncü şəxsiyyət hesab olunurdu. Məqbərə
qarşısında dəfn olunmuş şəxslərin başdaşındakı kitabələrdən
görünür ki, onlar da dövrlərinin görkəmli alimləri olmuşlar.
Hicri 1049-cu ildə (1639- 1640) şəhid olmuş Şeyx Sədinin adına
digər mənbələrdə rast gəlməmişik. Onunla yanaşı, oğlu Şeyx
Xoda Pulad da dəfn olunmuşdur. Şeyx ləqəbinə və “əs – şəhid
əs – səid” – xoşbəxt şəhid sözlərinə görə Şeyx Sədinin hər hansı
bir hərəkatda, mübarizədə həlak olduğunu güman etmək olar.
Şeyxlər ümumiyyətlə, müsəlman dünyasında ən nüfuzlu şəxslər
olmaqla ölkənin sosial-mədəni, iqtisadi-siyasi həyatında mühüm
rol oynayırdılar.

“Nardaran Piri” abidələri kompleksində sənətkarlarla
əlaqədar olmuş “əxi” cəmiyyəti üzvlərinin də abidələri vardır.
Qeyd olunan kompleksdə daha bir maraqlı məscid və məqbərə
abidəsi vardır. Abidənin üzərini uzun illər qum örtmüş, 1950-
ci ildə o, qum altından çıxarılmışdır. Bina iki otaqdan ibarətdir.
Düzbucaqlı plana malik əvvəlinci otaq (5,80 x 3,20 x 2,53 m)
məscidə aiddir. İkinci tağ tavanlı otaq (2,75 x 2,75 x 2,53) isə

209

Paşa Yaqub

türbə binasıdır. Türbənin başqa yerdən qapısı yoxdur. Buraya
ancaq məsciddən açılan çatmatağlı qapıdan (1,13 x 0,58) daxil
olmaq olar. Məscidin tağlı qapısı (1,20 x 0,59 m) eşmə ilə,
kiçik baştağı isə sadə həndəsi naxışlarla haşiyələnmişdir. Qapı
üzərindəki iki parça əhəng daşında (1,07 x 3,9) kufi elementli
süls xətti ilə kitabə həkk olunmuşdur. Ərəbcə kitabənin məzmunu
belədir:

“Bu məscidin tikilməsinə mömin Şeyx Nurəddin Mahmud
ibn Şeyx Zahid Əbu Yusif həqiqətən yeddi yüz yeddinci ildə
(1307-1308) əmr etmişdir -Hökmdarlıq Allaha məxsusdur”.

Kitabədə daha iki şeyxin – Nurəddin Mahmud və atası şeyx
Zahid Əbu Yusifin adları çəkilir. Qeyd olunan şeyxlərin elmi və
ictimai-siyasi fəaliyyətləri indi “Nardaran piri” adlanan ruhani,
sosial, mədəni, həmçinin siyasi mərkəzlə sıx bağlı olmuşdur.

Şirvanşahdan sonra dövlətdə üçüncü vəzifə olan baş sədrin
həmin kompleksdə məscid binası tikdirməsi bir daha göstərir
ki, qeyd olunan sosial-dini mərkəz təkcə imamzadə kimi yox,
ölkənin ictimai, iqtisadi, siyasi həyatında mühüm rol oynamış
mərkəzlərdən biri olmuşdur. Belə mərkəzlər adətən baş sədrin
tabeliyində olurdu.

Pir kompleksi yaxınlığında daha başqa məscid, karvansara
binası, ətrafda böyük qəbiristanlıq da mövcuddur. Kompleks
yaxınlığında hamam binası da olmuşdur. Lakin bu hamam uçub
dağılmış, kitabəsi isə qalmamışdır. Çox mümkündür ki, bunlar
hamısı qeyd olunan dini-sosial mərkəzin vəqflərindəndir. Hamam
binasının üzərindəki kitabəni hələ 1920-ci illərdə arxeoloq

210

Övliyalar Ensiklopediyası

İ. Əzimbəyov oxuyub nəşr etdirmişdir. Maraqlı burasıdır ki,
hamam da baş sədr tərəfindən tikilmişdir. Ərəbcə yazılmış həmin
kitabənin mətni belədir:

“Bu pak və təmiz imarətin tikilməsinə sədr əl – möhtərəm
Xacə Zeynəddin ibn mərhum Dağmanlı Mövlana Şəhabəddin
(Allah ona rəhmət eləsin!) əmr etdi” (1338 miladi)”.

Yuxarıda qeyd etdim ki, Həzrət Rəhimə xanım və onun
ailə üzvlərinin qəbirləri üzərində tikilmiş məscid binası əsrlər
boyu qum altında qalmış, yalnız 1950-ci ildə tapılaraq qum
altından çıxarılmışdır. Araşdırmalarımız zamanı məlum oldu
ki, bu məscidin tapılması çox maraqlı bir hadisə nəticəsində
baş vermişdir. Belə ki, Nardaran kənd sakini Yunis kişi bir gecə
yuxusunda görür ki, İmam Museyi Kazım əleyhissəlamın qızı
Həzrət Rəhimə xanım bu yeri ona göstərib deyir ki, qalmışam
qumun altında, gəl məni xilas elə. Səhər açılanda Yunis kişi
bir neçə ağsaqqalla bu yerə gəlir. Baxıb görürlər ki, göstərilən
yerdə balaca bir çökəklik var. Sanki qum altda harasa axıb
gedir. Camaat toplaşıb həmin yerdən qumu daşıyıb, dənizə tərəf
tökürlər. Bir qədər qazdıqdan sonra məscid binasını tapırlar və
içəridəki qumu boşaltdıqda, xanım həzrətlərinin qəbrini aşkar
edirlər.

1994-cü ildə Nardaran əhalisindən toplanmış vəsait
hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa edilib.
Məscidin tikintisində iştirak edən yaşlı sakinlərdən biri həmin
günləri belə xatırlayır:

- 14 avqust 1994-cü il tarixindən Nardaran camaatının

211

Paşa Yaqub

köməkliyi ilə burada tikintiyə başladıq. Tikintidə demək olar ki,
bütün kənd sakinləri iştirak edirdi. Kimisi bellə qumu vedrələrə
yığır, kimisi dolu vedrələri kənara daşıyırdı ki, qədimdə tikilmiş
türbənin ətrafı qumdan təmizlənsin. Camaatın belə qızğın işlədiyi
vaxt birdən gözüm kənarda oturub ağlayan cavan bir oğlana
sataşdı. Bu oğlan bizim kənddən idi. Qarabağ müharibəsində
yanında mina partlayıb, partlayışın təsirindən ayaqları tutulub.
Yaxınlaşdım oğlana, dedim niyə ağlayırsan? Dedi ki, mən də
qum daşımaq istəyirəm, heyif ayağım işləmir. Dedim ki, camaat
dağılıb gedəndən sonra sən yatarsan burada, inşallah xanım
şəfaətçi olar, sabah sən də qum daşıyarsan. Axşam biz getdik
evə, oğlan qaldı ziyarətgahda. Səhər tezdən qayıdıb gələndə
gördüyüm mənzərədən heyrətə gəldim: Dünən ağlayan oğlan
əlində vedrə qum daşıyırdı. Məni görüb sevinə-sevinə yüyürdü
üstümə, dedi: “Dayı, sağ ol ki, mənə düzgün məsləhət verdin”.
Dedim danış görüm, necə oldu bu? Dedi: Yatmışdım burada,
gecə yuxuda gördüm hicablı bir xanım gəldi, mənə dedi ki, sənə
kömək edəcəm, sən də sabah qum daşıyarsan. Bu vaxt yuxudan
ayıldım, gördüm ayağım normal işləyir. Daha yatmadım, beli,
vedrəni götürdüm gecədən başladım qum daşımağa.

Bakı şəhər sakini, Təhsil Nazirliyinin adının çəkilməsini
istəməyən əməkdaşı Nardaran piri ilə bağlı xatirələrini bizimlə
bölüşür:

- 2000-ci il idi, London Universitetinə qəbul olunmaq üçün
sənəd vermişdim. Azərbaycana ayrılmış üç yerə 500 nəfərə yaxın
adam sənəd vermişdi. Ona görə də qəbul olunma ehtimalım çox

212

Övliyalar Ensiklopediyası

az idi. Gecə-gündüz oxuyur və Allaha yalvarırdım ki, əziyyətim
itməsin, qəbul ola bilim. İmtahana bir neçə gün qalmış bacım
Turac (o da sənəd vermişdi) dedi: “Yuxuda gördüm ki, hardasa
tanımadığımız bir pirə getmişik, növbə ilə qədim tağlı qapıdan
əyilib içəri keçirik. İçəridə üç nəfər nurani qadınlar əyləşiblər –
İslami geyimdə. Onlar münsiflər heyəti kimi gələnləri sorğu-sual
edirdilər. Birinci İlhamə girdi. Bu nurani, ağ libaslı xanımlar bir
neçə söz soruşduqdan sonra İlhamənin kürəyinə əllərilə yavaşca
vurub ”Sən keçdin” dedilər.” Turac özü onlara yaxınlaşanda:
“Sən hələ gözlə” -deyiblər.

- İmtahandan sonra bir neçə mərhələdə müsabiqələr oldu
– deyə, müsahibim söhbətini davam etdirir: - Hər mərhələdə
uğur qazansam da, növbəti mərhələnin həyəcanı məni boğurdu.
Bu ərəfədə qəribə bir yuxu gördüm: Gördüm ki, tanımadığım bir
ziyarətgahın həyətinə daxil oluram. Giriş darvazasından girəndə
sağ tərəfdə havada üç nəfər qadın dayanıb, bu qadınlar ağ rəngdə
gözəl bir İslami libas geyiblər, sifətləri də çox nurludurlar. Bu
anda beynimə bir informasiya sızdı ki, bu xanımlar üç bacıdırlar,
müqəddəsdirlər. Pirin darvazasından əyilib həyətə keçəndə bu
xanımlar əlləri ilə mənə aşağıdakı günbəzi göstərdilər. Günbəzə
tərəf irəliləyəndə sağ tərəfdə bir su quyusu gördüm. Quyunun
yanına gəlib maraqla tamaşa etdim. İçərisi şəffaf su ilə dolu idi.
Suya bir qədər baxdıqdan sonra günbəzə doğru getdim... Səhər
yuxudan oyanıb müsabiqəyə getdim və qəbul olan üç nəfərdən
biri mən oldum.

Sonralar yuxuda gördüyüm o piri çox axtardım. Bir

213

Paşa Yaqub

gün bacım Turacla birlikdə Nardaran pirinə - Həzrət Rəhimə
xanımın ziyarətinə getdik. Birinci dəfə idi ki, bu pirə gedirdik.
Darvazadan həyətə girən kimi tanıdım ki, yuxuda gördüyüm
ziyarətgah buradır. Su quyusu da sağ tərəfdə həmin yuxuda
gördüyüm yerdə idi. Günbəzə daxil olanda Turac dedi ki,
mənim də yuxuda gördüyüm günbəz buradır. Sonra öyrəndik ki,
burada dəfn olunan Həzrət Rəhimə xanım Həzrət Musa Kazım
əleyhissəlamın qızıdır və üç bacıdırlar. Onu da deyim ki, bacım
Turac sənəd verdiyi universitetə həmin il qəbul ola bilmədi,
növbəti il qəbul oldu.

Üçüncü ziyarətçi:

- Məndə belə bir hal yaranmışdı ki, bütün günü başım
hərlənirdi, az qalırdım yıxılam. Daim dərman içirdim, təzyiqimi
ölçdürürdüm, həkimə gedirdim heç bir təsiri olmurdu. Bir gün
məndə yenə də o hal baş verdi. Atam təzəcə rəhmətə getmişdi.
Anam da ağladı ki, bu qızın dərdi məni öldürəcək. Mən bir az
limonlu şərbət içib uzandım, ancaq yatmadım, yarıoyaq olduğum
halda gözümün qarşısına Nardaran piri gəldi və başı hicablı, qara
geyimli bir qadın mənə dedi: “Səndə heç bir qorxulu xəstəlik
yoxdur, sənin şəfan burdadır, gəl bura, şəfa taparsan. İndi qalx
ayağa, uzanma, get anana de ki, fikir eləməsin”. Mən ayağa
qalxıb anama dedim, bibim də bizdə idi. Anam o saat o pirə
nəzir dedi. Atamın qırxından sonra Nardarana getdik və Rəhimə
xanımın məzarını ziyarət elədim. O gündən bu günədək məndə
baş ağrısı, başgicəllənmə olmayıb.

214

Övliyalar Ensiklopediyası

Dördüncü ziyarətçi:

- Qəbələdə yaşayırdım. Dindar deyildim, hərdən
bildiyim bir neçə duanı oxuyardım. Amma dini ibadətləri
yerinə yetirmirdim. Ailəmizdə də namaz qılan, dini gözəl bilən
adam olmayıb. İmamlar haqqında məlumatım da yox idi. Bir
dəfə yuxuda bir məzarın önündə durduğumu gördüm. Məzar
daşının üzərində ərəbcə yazılar vardı. Kimsə mənə: “Bu, İmam
Rzanın məzarıdır” - dedi. Bundan sonra imamaların kim olduğu
ilə maraqlandım, İmam Rzanın 12 imamdan biri olduğunu və
böyük din xadimi olduğunu öyrəndim. Uzun müddət keçdi.
Yuxularımda hərdən tanımadığm ziyarətgahları görürdüm.

Nardaran piri haqqında heç bir məlumatım yox idi. Heç
Nardaran adlı yer olduğunu da bilmirdim. Bir dəfə yuxuda
özümü bir məscidin önündə olduğumu gördüm. Müxtəlif
adamlar həyətə daxl olur, məscidə girirdilər. Məscidin önündə
bir çeşmə vardı, mən də həmin çeşmənin önündə durmuşdum.
Üzünü görmədiyim bir nəfər mənə dedi: “Bura Nardarandır. Bu
sudan iç, niyyət et”.

Sudan içdim, amma yadımda deyil, niyyət etdim, ya yox.
Bir müddət keçəndən sonra bu yuxunu rəfiqəmə danışdım. O,
həyəcanla dedi: “Nardaran Bakının kəndidir, orada çox böyük
bir ziyarətgah var, yuxuna giribsə, demək səni çağırır. Mütləq
ziyarətə getməlisən”.

Nardaranı tanımadığımı bildirəndə rəfiqəm məni oraya
aparacağına söz verdi. Sonradan Bakıya köçdüm və həmin
rəfiqəm Bakıya gələndə məni Nardarandakı ziyarətgaha apardı.

215

Paşa Yaqub

Ziyarətgaha daxil olanda heyrətləndim, məscid də, önündəki
çeşmə də eynilə yuxuda gördüyüm kimi idi. Burada dəfn
olunmuş xanımın İmam Rzanın ailəsindən olduğunu biləndə
daha da heyrətləndim. Bundan sonra imkan olduqca ən azı ildə
bir dəfə Nardaran ziyarətgahına gedir, dua oxuyuram. Görünür,
həqiqətən də ziyarətgahlar bizim bilmədiyimiz bir enerji sahəsinə
malikdirlər. Ona görə yüz illərlə insanların üz tutduğu məkanlara
çevrilmişlər.

Adım Rəhimədir, sənə şəfa verməyə gəlmişəm

Beşinci ziyarətçi:
- Öd kisəmdəki daşdan əziyyət çəkirdim. Çox müalicələr
alsam da, cərrahiyyə əməliyyatı keçirsəm də, heç bir nəticə
vermirdi. On ildən artıq idi ki, yataqda xəstə yatırdım. Bir dəfə
həkim gəlib məni müayinə edəndən sonra onun yan otaqda
uşaqlarla danışığını eşitdim: “Daha biz bacardığımızı etdik,
bundan sonra əlimizdən bir şey gəlmir. Ancaq Allah sağalda
bilər”. Bu söhbəti eşidəndən sonra çox narahat oldum. Bir
gün damarıma sistem qoşulduğu halda yuxuya getdim. Yuxuda
gördüm qarapaltarlı bir qadın gəldi yanıma. Soruşdum:
“Kimsən?” Dedi: “Adım Rəhimədir, biz dörd bacıyıq. Sənə şəfa
verməyə gəlmişəm. Üzünə üç dəfə üfürəcəm, sağalacaqsan”.
Mənə gülmək gəldi ki, 10 ildir həkimlər mənə cürbəcür
müalicələr edirlər, əməliyyat edirlər, sağalmıram, indi sənin

216

Övliyalar Ensiklopediyası

üfürməyinləmi sağalacağam? Dedi sağalacaqsan və üzümə üç
dəfə üfürdü. Bu vaxt yuxudan ayıldım. Əhvalımda yaxşılıq hiss
etdim. Həmin gündən yataqdan qalxdım və özümdə heç bir
xəstəlik hiss etmədim.Amma yuxuma gələn qadının kim olduğunu
bilmirdim. Çox soraqlaşandan sonra dedilər Nardaranda dəfn
olunan İmam Museyi Kazımın qızı Rəhimə xanımdır. Gəldim
onun özünün və bacılarının məzarlarını Ziyarət etdim. Allah bu
müqəddəs xanımların xatirinə bütün xəstələrə şəfa versin!

Nəzərova Amalya Ramazan qızı – Hacıqabul şəhər 5 saylı
orta məktəbin İngilis dili müəlliməsi:

- Həyatımda çox sıxıntılar, çətinliklər yaşayırdım. Hər
gün dua edib Allahdan kömək diləyirdim. Bir gün maraqlı bir
yuxu gördüm: Gördüm bir səhrada gedirəm, bir qadin yolda
dayanib, o qadın məni görən kimi səhrada anında əlimdən tutdu,
əzizlədi və evinin yolunu mənə göstərdi.

Səhrada daha iki keçəl kişiləri də gördüm. Onları diri-diri
torpağa gömmüşdülər, tək başları qalmışdı çöldə. Biri-birinin
bənzəri olan bu kişilər məndən imdad diləyir və inildəyirdilər.
Onlara baxdım ürəyim ağrıdı. Sonra o nurlu qadın dayandıgı
yerdən əlini qabağa uzatdı ki, ged ora. Mən uzun duz yol gedib,
bir hündür evə rast gəldim, qalxdım ora, başı hicablı qadınlar
hamısı yerə sərilmiş süfrədə yemək yeyirdilər. Mənə dedilər ki,
bura Rəhimə xanımın evidir. O, özü orada ağappaq paltarda və
ağ şalda üzübağlı oturmuşdu. Mən orada cox rahat və sevindirici
oturmuşdum. Məni yuxarı evə çəkdilər və yemək verdilər.

Yuxudan ayılandan sonar özümü çox rahat hiss etdim.

217

Paşa Yaqub

Sıxıntıllarım da yavaş-yavaş keçməyə başladı. Amma, Rəhimə
xanımın kim olduğunu bilmirdim. Son günlər mağazadan
“Xanım övliyalar” kitabını aldım. Orada Rəhimə xanımın
həyatından bəhs edən fəsli oxuyanda başa düşdüm ki, yuxuda
gördüyüm xanım budur.

218

Övliyalar Ensiklopediyası

HƏZRƏT HƏKİMƏ XANIM

Bibiheybət pirində dəfn olunan Həzrəti Həkimə xanım
İmam Museyi Kazım əleyhissalamın qızı, İmam
Rzanın bacısıdır.
Sevimli qardaşının şəhadətindən sonra IX əsrdə Həzrət
Həkimə xanım ailə üzvləri ilə birlikdə İranın Ənzəli şəhərinə
gəlir. Buradan da deyilənə görə xeyirxah Baba Sücəddin
tərəfindən dənizlə Bakı limanına çatdırılır. Baba Sücəddin
Bakını Həzrət üçün təhlükəsiz bildiyindən, onu Hacı Bədir adlı
imkanlı bir dostuna tapşırır (düzgününü Allah bilir). Səxavətli,
ədəbli, Əhli-Beytə sadiq bir insan olan Hacı Bədir bütün ömrü
boyu evində himayə etdiyi İmam övladlarına xidmət etmişdir.
Düşmənlərinə xəbər çatmasın deyə, həzrətin əsl adını gizlədir,
ona “Bibi” deyə müraciət edirdilər. Həkimə xanımın yanında
Heybət adlı xidmətçisi olduğundan, ona – “Bibi Heybət” yəni,
“Heybətin bibisi” deyə, müraciət etmişlər.

Həzrət Həkimə xanım Bakıya gələrkən qardaşı İmam
Rzanın balalarını da gətirmişdir. Həmin uşaqların – iki oğlan,
bir qız – məzarları da Həzrət Həkimə xanımın müqəddəs məzarı
ilə yan-yana Bakının cənub girəcəyində dəfn edilmişdir. Hacı
Bədir (bəzi mənbələrdə onun elə Heybət olduğu bildirilir) isə
öz arzusuyla xanımın ayaq tərəfində və aşağı səviyyədə dəfn
edilmişdir. Onların dəfn edildiyi yer “Bibiheybət” piri adı ilə
bütün dünyada məşhurdur. Buraya ziyarətə həm Azərbaycandan,

219

Paşa Yaqub

həm də qonşu ölkələrdən çoxlu sayda zəvvarlar gəlir.

Bibiheybət məscidi Şirvanşah II Fərruxzad tərəfindən
XII əsrdə inşa edilmişdir. Məscidin divarındakı kitabədən A.
Bakıxanov, P.İ.Berezin, B.Dori və N.O. Xanıkov öz əsərlərində
bəhs etmişlər. Həmin kitabədə məscidi 1281-1282-ci illərdə II
Fərruxzad ibn II Əhsitan ibn III Fəribüruzun memar Mahmud
ibn Sədiyə tikdirdiyi yazılmışdır. Kitabənin mətni aşağıdakı
kimidir:

“Bu Məscidi tikməyi əzəmətli Məlik, böyük sultan,
dövlətin və dinin qoruyucusu, möminlər əmirinin köməkçisi əbu-
l-Fəth Fərruxzad ibn Əhsitan özünə rəva görmüşdür. Allah onun
hakimiyyətini ucaltsın”!.

Bu mətn Xanəgah məscidinin mehrabındakı kitabədəki
mətnlə eynidir.

Bibiheybət piri ilə bağlı apardığımız araşdırmalar
zamanı əldə etdiyimiz tarixi sənəd və fərmanlardan görünür
ki, Şirvanşahlardan başlayaraq, Səfəvilərədək bütün hakimlər
Bibiheybət məqbərəsini həmişə himayə altında saxlamışlar.
Bu fərmanlardan biri I Şah Təhmasib tərəfindən 1547-ci ildə
verilmişdir. Bu fərmanda Abşeron yarımadasının cənub-
şərqində, Bakı şəhəri yaxınlığında yerləşən Zığ kəndinin əmlak
və sərvətinin keçmiş dövrlərdən etibarən Bibiheybət məqbərəsinə
vəqf olunması təsdiq edilir və həmin fərmanların hələ də öz
güçünü itirmədiyi təsdiq olunur.

I Şah Abbasın 1607- ci ildə verdiyi fərmanda isə,

220

Övliyalar Ensiklopediyası

deyilir:
“Zığ kəndinin sərvət və əmlakını, asitanə dərvişlərinin

1000 baş və Zığ kəndi rəiyyətlərinin 500 başdan ibarət
qoyunlarının çobanbəyliyini, malibağ vergisini, pambıq əkininin,
habelə asitanə dərvişlərinin Duldərədəki taxıl əkininin üşürünü
və üç neft quyusunun vergisini məbləğli və məbləğsiz olaraq,
keçmiş qayda üzrə adı çəkilən idarəyə bağışladıq, mərhəmət
buyurduq”.

Başqa bir sənəd 1667-ci ildə Şah Süleymanın verdiyi
fərmandır. Bu fərmanda şah şirvan vilayətinin bəylərbəyisi və
Bakı hakiminin nəzərinə çatdırır ki, Bibiheybət məqbərəsinin
mütəvəlli və dərvişlərinin vəqf yerlərinə və hüquqlarına təcavüz
edilməsin.

Mərdəkan kəndində də Bibiheybət şıxlarının vəqf yerləri
vardı. Bu yerlər Mərdəkandakı dairəvi qalanın ətrafındakı

221

Paşa Yaqub

üzüm bağlarından ibarətdi. O vaxtdan burdakı dairəvi qala
mərdəkanlılar tərəfindən Şıx qalası adlanır. Qalanın belə
adlanmasına səbəb qala ətrafındakı torpaq sahəsinin Bakının Şıx
kəndində mövcud olan Bibiheybət pirinə vəqf olunmasıdır.

Mərdəkandakı XIII əsr abidəsi olan bu qalanı ərəb
Məsudun oğlu Əbdülməcid tikdirmişdir. Qalanın qapısının
yuxarı hissəsindəki daş kitabədə onun Şirvanşah Fərruxzad
oğlu Gərşasbın hakimiyyəti zamanı 600-cü ilin mordad ayında
tikildiyi yazılıb. Kitabədə adı çəkilən Şirvanşah Gərşasbın
hakimiyyəti miladi 1204-1224-cü illəri əhatə etdiyindən, qalanın
da bu illərdə tikildiyi ehtimal edilir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Şirvanşah Fərruxzad
oğlu Gərşasbın adına Hacıqabul rayonu ərazisində, Pirsaat çayının
sahilində yerləşən məşhur Pir Hüseyn xanəgahının kitabəsində,
eləcə də Bibiheybət pirinin kitabəsində də rast gəlirik.

Bibiheybət məscidində uyuyan İmam balalarını dünyanın
bir çox tanınmış şəxsiyyətləri öz dövrlərində ziyarət etmiş və
burada duaları qəbul olunmuşdur.

Belə ki, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri
olan Azərbaycan xalqının şairə qızı Xurşud Banu Natəvan
(Qarabağ xanı Mehdiqulu xanın qızı) ərə gedəndən sonra bir
müddət uşağı olmadığı üçün Bibiheybət ziyarətgahına gəlmiş
və burada Allahdan özünə övlad diləmişdir. Nəzir olaraq isə bu
ziyarətgaha yol çəkməyi əhd etmişdir. Oğlu dünyaya gələndən
sonra əhdini yerinə yetirən Xurşud Banu Natəvan balasını
qucağına alıb, çəkdirdiyi yolla Həzrət Həkimə xanımın qəbrini

222

Övliyalar Ensiklopediyası

ziyarətə gəlmişdir. Nəzir dediyi yolu salmaqla xan qızı Natəvan
Azərbaycanı Yaxın Şərq və qonşu ölkələrlə birləşdirən ticarət və
ziyarət yolunu xeyli asanlaşdırmışdır.

Həzrəti Həkimə xanımın Şıx kəndindəki (Sovet dövründən
bu yana kəndə Şıxov deyirlər) türbəsini Quba xanı Fətəli xan da
tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində dünyasını dəyişən
Fətəli xan öz arzusu ilə ziyarətgahın həyətində dəfn olunmuşdur.
Fətəli xanın məzarı 1937-ci ilin repressiyası dövründə yerlə
yeksan edilmişdir. Yaxşı ki, onun baş daşı qorunmaq, mühafizə
olunmaq üçün Azərbaycan Tarix Muzeyinə təhvil verilmişdir.

1934-cü ildə Mircəfər Bağırovun hakimiyyəti dövründə
(çox güman ki, onun tapşırığı ilə) Səməd adlı kommunist
rəhbərlərdən biri ziyarətgaha qarşı insanlığa sığışmayan hərəkətə
yol vermişdir. Yəni, bu nadan ziyarətgaha bomba qoyub buranı
partlatmışdır. Xoşbəxtlikdən imam övladlarının qəbirləri
dağılmamış və xalq bu qəbirləri məscidin yıxılmış sütunları
altında gizlətmişdir. Sovet dönəmində insanlar gizli yolla uzun
müddət bu qəbirləri ziyarət etmişlər.

Qeyd edim ki, Səmədin də əməlləri cəzasız qalmamışdır.
Belə ki, repressiya illərində o da Sibirə sürgün olunmuş və
sürgündən kor olmuş halda qayıtmışdır.

Bu hadisə yadıma Nacuruddövlənin hakimiyyəti dövründə
baş verən ibrətamiz bir əhvalatı saldı. Əhvalat belə olmuşdur:

Nəcuruddövlənin hakimiyyəti dövründə Həzrət
Peyğəmbərimizin qəbrinin qonşuluğunda yaşayan iki yəhudi
evlərinin içərisindən lağım ataraq, Peyğəmbərin pak qəbrini

223

Paşa Yaqub

dağıtmaq istəyirdilər. Nəcuruddövlə yuxuda görür ki, Peyğəmbər
ona deyir: “Məni bu iki nəfərin əlindən xilas et”.

Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdən donub
qalır və bilir ki, Mədinədə nəsə pis bir hadisə baş verməkdədir.
Mədinəyə gəlib, şəhər əhalisinin hamısını cərgəyə düzdürür.
Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü həmin iki
nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub, bu məkrli planlarını
zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər.

Sonra göstəriş verir ki, şərif qəbrin ətrafını qazıb, onu
əridilmiş filizlə doldursunlar ki, poladdan olan bir divar yaransın
və gələcəkdə heç kəs belə işlərə cəsarət etməsin”.

Sözardı Həmin iki nəfərin törəmələri indi bütün Şərqi əhatə
eləyiblər və müqəddəs ziyarətgahlara qənim kəsiliblər. Allah
həqiqi müsəlmanları zalımların fitnə-fəsadlarından qorusun!
Amin! Həzrət Həkimə xanımın şərif məzarı hələ ta qədimdən
bu günümüzədək övliyasevərlərin sevimli ziyarətgahına
çevrilmişdir.

224

Övliyalar Ensiklopediyası

BULUD BABA

“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur
və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və
pis əməllərdən çəkinmişlər - onlara dünyada da, axirətdə də
müjdə vardır. Allahın vədləri heç vaxt dəyişməz. Bu, böyük
qurtuluşdur (uğurdur)!” “Quran”, “Yunus” surəsi, 62-64.

Kəramətli Allah dostlarından biri də Şeyx Hacı Bulud
babadır. Onun şərif məzarı Ağdaş rayonunun Xosrov
kəndindədir. Mənəviyyat həkimi olan Şeyx Hacı Bulud baba XIX
əsrdə Dağıstan mahalının Axtı rayonunda doğulmuşdur. Ona
Bulud adının verilməsilə əlaqədar belə rəvayət edirlər ki, anası
hamilə olarkən qızmar yay günlərinin birində camaatla bərabər
zəmidə taxıl biçirmiş. İstidən nəfəsi qaralan qadın göylərə üz
tutub deyir:
“Ya Rəbbim, vəziyyətim özünə əyandır, istidən nəfəsim
kəsilir, buludunu göndər Günəşin qabağını kəssin, oğlum olsa
adını Bulud qoyaram”. Anası əməlisaleh qadın olduğundan
duası tez qəbul olunarmış. Deyilənə görə həmin anda da
göyün üzünü bulud alır. Ətrafa bir sərinlik, bir rahatlıq yayılır.
Aradan bir neçə ay keçəndən sonra həmin qadının oğlu
olur. Qadın əhdinə əməl edərək uşağın adını Bulud qoyur.
Haşiyə: “İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim,
bətnimdəkini sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm.

225

Paşa Yaqub

Bu nəziri məndən qəbul et! Əlbəttə, sən eşidənsən, bilənsən!” –
dediyini xatırla!” Qurani-Kərim, “Ali-İmran” surəsi-35.

Bulud baba Şeyx Şamilin rəhbərliyi ilə gedən Çeçen-
Rus müharibəsində təqib olunduğundan gənc yaşlarında Axtı
rayonundan Azərbaycanın Ağdaş rayonunun Ərəb kəndinə
köçür.

Bulud baba Ərəb kəndində yaşadığı müddətdə gənc
olmasına baxmayaraq, allah-taalanın verdiyi fövqəladə
qabiliyyətə və kəramətə malik olduğu üçün yerli əhali tərəfindən
sevilmiş və hörmət görmüşdür.

Bir müddətdən sonra Ərəb kəndindən Ağdaşın Xosrov
kəndinə gələn Bulud baba burada dövrünün ilahiyyat alimi kimi
tanınan Hacı Məhəmməd Tağı Əfəndilə tanış olur və onun təkidli
xahişi ilə elə Xosrov kəndində də məskən salır.

Hacı Bulud bir müddət Hacı Məhəmməd Tağı əfəndidən
dərs alır və özünü onun şagirdi hesab edir. Hacı Buludda övliyalıq
kəramətlərinin olduğunu hamıdan qabaq hiss edən Məhəmməd
Tağı əfəndi ona sonsuz qayğı və ehtiram göstərir və başqalarına
da bunu məsləhət görür.

Eyni zamanda Hacı Bulud da öz ustadını yüksək
dəyərləndirmiş, hətta vəsiyyət etmişdir ki, məni ustadımın
yanında dəfn edin. Ziyarətimə gələnlər birinci onu ziyarət etsin,
sonra məni.

Hacı Bulud baba ömrü boyu evlənməmişdir. Doğulduğu
tarix dəqiq məlum olmasa da, dəfn tarixi qəbrin üstündəki daşda

226

Övliyalar Ensiklopediyası

hicri 1311 (miladi 1890) göstərilmişdir. Qəbri Ağdaş rayonunun
Xosrov kənd qəbiristanlığındadır.

Övliyanın qəbri üzərində günbəz tikilmişdir. Günbəzdə
Hacı Buludun şəxsi əşyaları da saxlanılır. Bu əşyalar içərisində
diqqətimi çəkən balaca ölçüdə daş kitabə oldu. Üstü naxışlarla
bəzədilmiş kitabədə ərəb qrafikası ilə “Ərəb Əmirindən Şeyx Hacı
Buluda” sözləri yazılmışdır. Buradan aydın olur ki, Bulud baba
Həcc mərasimində olarkən Məkkənin Əmiri ilə də görüşmüş, o
da öz növbəsində bu Allah dostuna özəl olaraq əbədi saxlanması
mümkün olan bu daş kitabəni yadigar vermişdir.

At da bizimlə birlikdə zikr etdi

Hacı Bulud babanın doğulduğu yeri ziyarət etmək və
onun haqqında məlumatlarımı zənginləşdirmək üçün Dağıstan
mahalının Axtı rayonuna da səfər etdim. Burda bir çox adamlarla
göruşdüm ki, onlardan biri də Axtı rayonunun Cümə məscidinin
imamı Həbibullayev Hacı Mirzə Zeynəddin oğlu idi. O, mənə
Bulud babanın kəramətləri barədə bunları danışdı:

– Təxminən 15-20 il bundan qabaq idi. Beş-altı ağsaqqal
yığışıb Bulud babanın ocağını (doğulduğu evi) ziyarət etdik.
Gedənlər hamısı ibadət əhli idi. Günorta namazını qıldıq. Quran
oxuduq. Sonra yoldaşlardan biri dua elədi ki, “Ya Rəbbim, bu
ocaqda bizə bir kəramət göstər”. Dairəvi oturub zikr edirdik.
“La İlahə İllallah” dedikcə başımızı sağa-sola əyirdik. Atlarımız
kənarda otlayırdı. Birdən atların biri dəstədən ayrılıb, yanımıza

227

Paşa Yaqub

gəldi və dizi üstə çökərək, bizimlə bir sırada dayandı. O da bizim
kimi başını sağa-sola əyərək sonadək bizimlə zikr etdi.

Bulud babanın duası ilə yağış yağdı

Belə rəvayət edirlər ki, uzun müddət imiş Ağdaş
bölgəsində yağış yağmırmış. Quraqlıq olduğundan əkin sahələri
tələf olurmuş. Ağsaqqallar belə qərara gəliblər ki, uzun müddət
ibadətlə məşğul olan, “Quran”ı dərindən bilən, ağzı dualı adamlar
müsəlləyə çıxsınlar, bəlkə Allahın yazığı gəlib yağış yağdıra.

Beləliklə, Ağdaşın Cümə məscidinin imamı başda olmaqla
bir çox dindarlar gəlib otururlar Türyançayda, başlayırlar dua
edib, Allaha yalvarmağa. Çox dua edirlər, bir nəticə hasil olmur.

Xosrovdan gedən Tağı əfəndi deyir ki, bizim kənddə
Bulud adlı bir nəfər var, kəramətli adamdır, duası tez qəbul
olunur. Gedib onu çağıraq, bizimlə birgə dua etsin. Ağdaşın baş
mollası deyir ki, mən neçə illər ilahiyyat elmini öyrənmişəm,
böyük ustadlardan dərs almışam, “Qurani-Kərim”i tərcümə
edirəm. Bulud kimdir ki, mənim duam qəbul edilməyən yerdə
onun duası qəbul edilə?

Çox mübahisələrdən sonra razılaşırlar ki, Bulud babanı
çağırsınlar. Ağdaşın baş mollası yenə etiraz edir, lap axırda
and içir ki, əgər Buludun duası ilə yağış yağsa, mən saqqalımı
qırxacağam.

Nə isə. Bulud baba gəlir bunların yanına və başlayır

228

Övliyalar Ensiklopediyası

Allaha dua etməyə. Deyilənə görə ağzından sözu qurtarmamış
göyün üzünü qara bulud alır. Elə bir sel gedir ki, çaylaqdan bir
təhər çıxıb canlarını qurtarırlar.

Heyvan borcunu belə ödədi

Hacı Bulud babanın sağlığında Xosrov kəndində bir
nəfərin oğlu xəstələnir. Əhd edir ki, oğlum sağalsın, həyətdəki
boğaz inəyim doğanda balasını Allah yolunda Hacı Bulud
babaya nəzir verərəm. Vaxt keçir, uşaq sağalır, inəyin balası da
erkək olur. Amma, ata əhdinə əməl etmir. Üç il keçir, heyvan
böyüyür. Həmin adam nəzir dediyi öküzü bazara satmağa aparır.
Öküz yolda qaçıb Bulud babanın həyətinə gəlir. Baba onu görən
kimi tanıyır ki, bu, qurbanlıqdır. Deyir axır ki, gəldin! Heyvanın
ardınca da sahibi gəlib çıxır. Bulud baba deyir: “Ey insan, heyvan
heyvanlığı ilə öz borcunu yerinə yetirir, amma sən borcunu
vermək istəmirsən. Mənim heç nədən ehtiyacım yoxdur, götür
heyvanını da çıx get”. Bu əhvalatdan görünür ki, bəzi imansız
insanlardansa heyvan daha həssas və sadiqdir; Allah qarşısında
borcunu ödəməyə daha çox meyillidir.

229

Paşa Yaqub

BABADİLİM PİRİ

Azərbaycanda sufiliklə bağlı zaviyələrdən biri də
Babadilim piridir. Bu pir Quba rayonunun Hapıt
kəndində yerləşir. Günbəzin içərisində iki övliyanın qəbri
vardır. Binanın divarının çöl tərəfində müxtəlif dövrlərdə ərəbcə
yazılmış üç ədəd daş kitabə var.
Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya
İnstitutunun elmi əməkdaşı Məşədixanım Nemətova kitabələri
aşağıdakı kimi tərcümə etmişdir:
Birinci kitabə:
“Allahdan başqa Allah yoxdur. Məhəmməd Onun elçisidir.
Bu mübarək zaviyə binası tikilmişdir. Əzəmətli şeyxlərin şeyxi
Şeyx Kamil və Şeyxzadə və Şeyx Mir Hacı və Şeyx Səid və Şeyx
Cami və Şeyx Tahir və Şeyx Camal və Şeyx Rəhim və Şeyx Ağa,
Mir Məhəmməd və Şeyx Səid və Şeyx Şirzad”.
İkinci kitabə:
“Allahdan başqa Allah yoxdur. Məhəmməd Allahın
Peyğəmbəridir, Əli Allahın köməkçisidir. Bu binanı
möhkəmlənmiş, qalibiyyətli, zəfərli şah Səfiəddinin (hakimiyyəti)
dövrünün əvvəllərində Soltan Fərrux tikdirmişdir.”
Üçüncü kitabə:
“Qarqiçay və Kükcə Badkuinin səyi və ustadlığı ilə min
otuz səkkizinci il tarixdə” (1623-1624).

230

Övliyalar Ensiklopediyası

Dördüncü kitabədə yazılıb:
“Şeyx Arif Nurunun oğlu ibn Məhəmməd bağışlanmış,
vahid Allaha inanan Fətəlixan... Allah onun hökmranlığını
əbədiləşdirsin!... ustadları Cəfər və şamaxılı Haşim”.
Yazılardan belə qənaətə gəlmək olur ki, burada X-XI
əsrlərdə sufiliklə bağlı bir mərkəz olmuş, kitabələrdə adları
çəkilən şeyxlər də həmin zaviyədə fəaliyyət göstərmişlər.

Kənd əhalisi övliyanın qəzəbinə gəldi

Babadilim pirini ziyarət və tədqiq edərkən Hapıt kəndinin
ağsaqqalları mənə pirlə bağlı maraqlı əhvalatlar danışdılar.
Əhvalatlardan biri adını çəkmək istəmədiyim qonşu kəndin
camaatına aiddir. Belə ki, hər il bu kəndin əhalisi üç illik bir
cöngə alıb, Babadilim pirində qurban kəsirlər. Neçə əsrlərdir ki,

231

Paşa Yaqub

davam edən bu ənənənin maraqlı bir tarixçəsi vardır. Əhvalat
belə olmuşdur:

Pirdə dəfn olunan övliyanın sağlığında onun üçillik bir
cöngəsi itir. Övliya duyumla bilir ki, heyvanı həmin qonşu
kənddən kimsə tutub. Kənd camaatına sifariş göndərir ki, heyvanı
buraxsınlar. Amma camaat sözü bir yerə qoyaraq, yalandan
and-aman edir ki, heyvan bizim kənddə tutulmayıb. Üçüncü
gün Şeyx özü həmin kəndin məscidinə gələrək ağsaqqallara
deyir ki, bilirəm, heyvanım bu kənddə tutulub və siz onu tutanı
tanıyırsınız. Xahiş edirəm həmin adama deyin heyvanı qaytarsın.
Camaat yenidən and içir ki, cöngə bu kənddə tutulmayıb. Övliya
naəlac qalıb, üzünü kəndə sarı tutaraq: “Ay heyvan, sağsansa
dirin gəlsin, kəsilmisənsə dərin gəlsin” – deyir. Belə dedikdə,
Qüdrəti-İlahidən kəramət hasil olaraq, heyvanın dərisi kənddəki
həyətlərin birindən diyirlənə-diyirlənə çıxaraq, gəlib camaatın
qabağında dayanır.

Bayaq and-aman edən adamlar bu möcüzəni görəndən
sonra utandıqlarından başlarını aşağı salırlar. Belə olduqda
övliya üzünü onlara tutaraq: “Sizi görüm yeddi bölük olasınız
və sözünüz bir yerə düz gəlməsin. Uşaqlarınızın beşiyindən ilan
çıxsın” – deyərək, kənd əhalisini qarğıyir.

Deyilənə görə həmin gündən sözü gedən kənd yeddi bölük
olur və heç vaxt sözləri bir yerə düz gəlmir. Ən dəhşətlisi də odur
ki, körpə uşaqların beşiyində ilan görünməyə başlayır. Bundan
sonra camaat pul toplayaraq üçillik bir cöngə alırlar, Şeyxin
həyətində qurban kəsərək, üzr istəyirlər. Həmçinin, söz verirlər

232

Övliyalar Ensiklopediyası

ki, beşiklərdə ilan görünməsin, hər
il kənd camaatı bir baş üçillik cöngə
alaraq burada qurban kəsəcəklər.

Bundan sonra uşaqların
beşiyində ilan gözə dəymir.
Camaat əhdinə əməl edərək, hər il
qurbanı gətirib Babadilim pirində
kəsirlər. Üstündən əsrlər keçməsinə
baxmayaraq, hələ də bu ənənə davam
edir.

Yeri gəlmişkən, bu əhvalat yadıma “Qurani-Kərim”də
zikr olunan Saleh Peyğəmbərin dəvəsinin kəsilməsi hadisəsini
saldı:

...“Ey camaatım! Allahın bu dəvəsi sizin üçün bir
möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik
etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız! Lakin onlar
dəvəni tutub kəsdilər...”. “Quran”, “Hud” surəsi, 64-65.

233

Paşa Yaqub

ŞEYX HEYDƏR VƏ ŞEYX CÜNEYD

Tarixdən bizə məlumdur ki, Şeyx Cüneyd İslam dinini
dirçəltmək və Azərbaycanla Dağıstanı Rusiyanın
təsir dairəsindən çıxarmaq üçün öz müridləri ilə birlikdə bölgəyə
yürüş etdi. 1460 miladi ilində Samur çayının sahilində Şirvanşah
I Xəlullahın qoşunları onu şəhid etdilər. Şeyx Cüneyd Həzrə
kəndində dəfn edildi.
Hazırdaonunqəbribölgəninənböyükziyarətgahlarındandır.
Qəbri üzərindəki türbəni 1544/45 miladi ilində I Şah Təhmasibin
hakimiyyəti dövründə onun vəziri Xacə Fəxrəddin Əhməd
Fərəhani oğlu Xacə Ziyaəddin Nizamülmülkün oğlu Ağa
Məhəmməd tikdirmişdir. Bunu türbənin qapısı üzərinə hörülmüş
daş kitabədən bilmək olur. Kitabəni AMEA-nın Etnoqrafiya
instititutunun əməkdaşı Məşədixanım Nemətova aşağıdakı kimi
tərcümə etmişdir:

234

Övliyalar Ensiklopediyası

“Bu mübarək və şərəfli imarəti yüksək sultan, kəramətli
və ədalətli xaqan, fars və ərəb hökmdarlarının ağası – Allah
onun kölgəsini yerlərdən əskik etməsin – qurunun və suyun
qəhrəmanı, dini, dünyanı, xilafəti və səltənəti əzizləyən,
Mustafaya (Peyğəmbərə) mənsub olan şəriət qaydalarını yayan,
Murtəzəvi təriqətinin əsasını qoyan, minnət və ehsan edən,
Allah tərəfindən müvəffəqiyyətlənmiş, ehtiyacsız Allaha təvəkkül
edən, Sultan oğlu Sultan Əbülmüzəffər şah Təhmasib əl-Hüseyni
Bahadurxanın – Allah onun hökmranlığını və sultanlığını
daimi etsin və hər iki dünyanı onun yaxşı işləri və ehsanı ilə
feyzləndirsin, öz qəlbini, biliyini Allaha və bəşər aləminə həsr
etməkliyi ilə həzrətlərindən seçsin (məxsus qılsın) – hökmranlığı
zamanında səadət və əzizlik sahiblərinin ən fəxrlisi, vahid Allahın
rəhmətinə qovuşmuş Xacə Fəxrəddin Əhməd Fərahaninin –
yüksək Allah onun şükürlərini, səylərini və yaxşı işlərini qəbul
etsin – oğlu, qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri,
Allah rəhmətinə getmiş Ziyaəddin Nizamülmülk oğlu ən yüksək
vəzirlərin vəziri, hökmdar və valilərin bəyənilmişi, xalqın
bütün üzvlərinin tədbirçisi, xalqın yaxşı işlərinə zamin olan,
əmmamə sahiblərinin xidmətkarı, kəramət sahiblərinin itaət
olunmuşu, yaxşı işlər binalarının banisi, ehsan və səy edənlərin
çalışqanı, vahid Allahın mehribanlığı ilə seçilmiş əzizlik və
vəzirlik fələkinin günəşi Ağa Məhəmməd, kəramət sahiblərinin
sultanı, yetişmiş və bəyənilmişlərin rəhbəri, ariflərin rəisi, düz
yolla gedənlərin yol göstərəni, təriqət məsləkində vahid yol
seçmiş, həqiqət məmləkətlərinin sahibi, öz razılıqları ilə eyni
məslək istəyənlərin müridi, kainatın sahibi, öz fazilliyi (biliyi) ilə

235

Paşa Yaqub

dövlətli olan Sultan Şeyx Cüneyd Səfəvinin – Allah onun qəbrini
nurlandırsın, şəhid olduğu yeri haqq eləsin – qəbri üzərində 951
ilin axırında tikilməsinə müvəffəq olmuşdur”.

951=1544/45.
Şeyx Cüneyd öz əqidəsi yolunda şəhid olduqdan sonra
onun yolunu oğlu Şeyx Heydər davam etdirdi. Şeyx Heydəri
dayısı Uzun Həsən tərbiyə etmiş, boya-başa çatdıqdan sonra
şeyxliyə layiq görülmüşdür. Şeyx Heydər Azərbaycanın şimal
bölgəsində dini təbliğ edərkən şəhid oldu və Xızı rayonunun
Tıxlı kəndindən 3-4 km şimali-şərq tərəfdə dəfn edildi.
Şeyx Heydərin qəbri üzərindəki türbənin farsca yazılmış
kitabəsində çox maraqlı tarixi faktlar əks olunmuşdur. Kitabəni
etnoqraf -alim M.Nemətova aşağıdakı kimi tərcümə etmişdir:

“Bu böyük məzar Allah yolu ilə gedənin müqəddəs
şəhidgahı, həqiqət yolçusunun qəbri, hikmətli Quran dininin
həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan
Heydərindir.

236

Övliyalar Ensiklopediyası

Şirvan - Ruman - İran müharibəsində öldürülmüşdür
(Məqbərə) o ildən min otuz birinci ilə kimi xarab vəziyyətdə idi.
Etibarlı imam Əmir əl-möminin Əli ibn Əbu Talıb Şeyx Cüneydin
oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu bilib,
qəbrin parlaqlığı və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah
İsmayılın yuxusuna gəlib buyurdu ki, uzun müddət bu bərəkətli,
böyük qəbir Şirvan dağlarından bir dağın ortasında gizli qalıb.

Fərman verdi ki, onu bu cəfa dolu quyudan və alçaqlıq
zülmündən qurtarıb, aşkar edib, qəbir üzərində bina tiksinlər.
Mərhəmətlə o Ali və yüksək cavanın dəfn olunduğu dağın ətəyini
50 zər (bir zər 107 sm-dir) eninə çapıb, dərinliyə getdilər. Qədim
qəbrin yerini aşkara çıxarıb, ona təzim etdilər. Şah Səfi Bahadur
xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbir üzərindəki
bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlaikələr
astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx
doqquzuncu il tarixdə”.

Kitabədə yazılanlardan görünür ki, Şah İsmayıl Xətainin
atası olan Şeyx Heydərin qəbri uzun müddət gizli qalmış, sonralar
Əli əleyhissalam İsmayılın yuxusuna girərək, atasının qəbrinin
yerini ona agah etmişdir. Şah İsmayıl Şirvana yürüşləri zamanı
qəbrin yerini axtarıb tapmış, üzərində türbə tikdirərək, orada
Şıxlar kəndini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan
etmişdir. Əsrlər keçdikdən sonra kəndin əhalisi buradan köçsə
də, hazırda dağın ətəyində həmin kəndin xarabalıqları qalmışdır.

Tarixilik baxımından mühüm əhəmiyyət kəsb edən Şeyx
Heydərin və onun oğlu Şeyx Cüneydin qəbirlərini bölgə əhalisi
bu gün həm də müqəddəs ziyarətgah kimi yad edirlər.

237

Paşa Yaqub

PİR HÜSEYN XANƏGAHI

“Həqiqətən Səfa və Mərvə (İsmayıl peyğəmbərin
anası Həcərin gəzdiyi və dua etdiyi təpələr - müəllif) Allahın
əlamətləridir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və
ümrə yolu ilə ziyarət etdikdən sonra bunları da təvaf etməkdə
(ətrafına dolanmaqda) heç bir günah yoxdur. Hər kəs (vacibdən
əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi
yaxşı işdən) razı qalandır, onu biləndir”. “Quran”, “İnək”
surəsi, 158-ci ayə.

Ayədən göründüyü kimi, müqəddəs şəxslərin –
kəramət sahiblərinin yaşadıqları, ibadət etdikləri və
yaxud dəfn olunduqları yerləri təvaf etməkdə, ziyarət etməkdə
heç bir günah yoxdur və o, insana əlavə savab qazandırır.
Məkkəyə getməyə, Səfa və Mərvanı ziyarət etməyə maddi
imkanı olmayanlar yaşadıqları ərazidə olan kəramətli şəxslərin
qəbirlərini və yaxud ibadət yerlərini ziyarət etməklə, əlavə savab
qazanmaqdadırlar. Belə ziyarət yerlərindən biri də Pir Hüseyn
xanəgahıdır. Xanəgah Hacıqabul rayonunun Rəncbər və Qubalı
kəndlərinin ərazisində, Pirsaat çayı sahilində yerləşir.
Şeyx Pir Hüseyn adı ilə şöhrət tapmış əl-Hüseyn bin
Əli, tarixi mənbələrdə əzəmətli, görkəmli pir, sufilikdə üçüncü
dərəcəyə çatmış (əl-salik), müqəddəslərin görkəmlisi, ruhani

238

Övliyalar Ensiklopediyası

işləri ilə məşğul olan, imam kimi dərəcələrlə qeyd edilmişdir ki,
bu da onun, dövrünün ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir.

Hündür bürclü divarlarla əhatə edilmiş xanəgah
kompleksinin memarlıq abidələri orta əsr əzəmətini bu gün
belə, saxlamışdır. Abidələrin üzərindəki XII-XV əsrlərə aid daş
kitabələr bu günə qədər qalmaqdadır. Xanəgah kompleksinə orta
əsr Şirvan-Abşeron memarlığının ən nadir əsərlərindən sayılan
türbə, məscid, karvansara və yardımçı tikililər daxildir.

Pir Hüseyn görkəmli alim-
filosof kimi, Azərbaycanda elmi-
fəlsəfi fikir tarixində, İslam-fəlsəfi
dünyagörüşünün formalaşmasında
mühüm rol oynamışdır. O, 954-
cü ildən 1072-ci ilə qədər yaşamış
öz böyük qardaşı Məhəmməd
Bakuvidən 25 il sonra, qocalıq
dövründə vəfat etmişdir.

Xanəgahın abidələr kompleksi Pir Hüseynin məzarı
ətrafında yerləşmişdir. Kompleksdə olan yazılı daşlar – kitabələr
əsasında demək olar ki, xanəgah tikililərindən çoxunun əsası
Şirvanşah Gərşasbın oğlu Fəribrüz və II Axsıtanın oğlu II
Gərşasbın vaxtında qoyulmuşdur. Vaxtilə xanəgahda tədqiqat
aparmış V.A.Kraskovskaya yazırdı: “Dünyada Pir Hüseyn
türbəsinin kaşı bəzəkləri ilə ancaq Məşhəddəki İmam Rza
məqbərəsi rəqabət edə bilər”.

İran tarixçisi Vəssafın (1264-1334) verdiyi məlumata

239

Paşa Yaqub

görə, Pir Hüseyn xanəgahının zəngin təsərrüfatı, kitabxanası,
külli miqdarda dövləti, o cümlədən qızıl külçələri də olmuşdur.
Məhz buna görə də xanəgah müxtəlif dövrlərdə dəfələrlə
qarət edilmişdir. Pir Hüseyn məqbərəsinin al-əlvan yazılı-
naxışlı kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini
bəzəməkdədir. Peterburq Dövlət ermitajında, Gürcüstan Dövlət
Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın
Luvr, Britaniya və başqa muzeylərində nümayiş etdirilir. Bir
neçə ədəd əlvan kaşı parçası həmçinin, kompleksdəki məscidin
gəcdən düzəldilmiş mehrabı Nizami adına Ədəbiyyat muzeyində
saxlanılır. Xanəgah tikililəri söküldükdən sonra daş kitabələr
Bakı muzeylərinə gətirilmiş və çoxusu itib getmişdir.

Şərq baştağdan düşmüş 6 parça ərəbcə kitabədə yazıldığına
görə bina Şirvanşah Fəribrüz ibn Gərşasb dövründə böyük sədr
Həsən ibn Məhəmmədin vəsaiti və əmri ilə 1243-44-cü ildə
tikilmişdir. Xanəgahın şərq divarında Şirvanşah I Xəlilullahın
adı ilə əlaqədar bir kitabə olmuşdur. Bu günə ancaq fotoşəkli
gəlib çatmış kitabədən məlum olur ki, I Xəlilullah zamanı da
burada tikinti işləri aparılmışdır. Əbdüssəməd adlı bir usta da
xanəgahda bərpa işləri görmüşdür.

Minarənin səkkizgüşəli hssəsindəki kitabədən məlum olur
ki, o, 1256-cı ildə tikilmişdir. Lap yuxarıda qoyulmuş iki kiçik
kitabələr də minarənin Şirvanşah Axsitanın oğlu II Gərşasbın
göstərişi ilə 1294-cü ildə, bərpa edilməsi qeyd olunub. Həmçinin
bərpa işlərini memar Şəmsəddin bin Mahmud, inşaatçı Mahmud
bin İbrahimi aparmışlar. Minarənin ən böyük kitabəsi onun

240

Övliyalar Ensiklopediyası

giriş qapısı üzərindəki əhəng daşına fars dilində həkk olunmuş
yazıdır. Bu yazıda qeyd olunduğuna görə, minarə böyük monqol
hökmdarı Munka Buğa Qaan vaxtında onun Azərbaycan canişini
Arqun ağanın xanəgaha bəxş etdiyi daimi gəlir verən vəsaitlər
hesabına və onun səyi nəticəsində bina olmuşdur. Kitabədə tarix
qeyd olunmamışdır.

Tarixçi Vəssafın yazdığına görə Qızıl Orda xanı Sultan
Məhəmməd Özbək Pir Hüseyn xanəgahını ziyarətə gəlmiş
və Qızıl Orda qoşunlarının talan etdiyi əmlakın ziyarətgaha
qaytarılmasını təmin etmişdi.

Elxani hökmdarlarından əbu Səid və Məhəmməd
XudabəndədəPirHüseynxanəgahınıziyarətetmişlər.Məhəmməd
Xudabəndə Bakı yaxınlığındakı digər sufi xanəgahına da
ziyarətə gəlmiş, onun şeyxi Əbu Səid Abdal Bakiyə bəxşişlər
təklif etmişdir. Lakin şeyx monqol hökmdarının bəxşişlərindən
imtina etmişdir...

Monqolların xanəgahlara olan diqqət və münasibətlərinin
əsas səbəbi Azərbaycanın həmişə Qərblə Şərqi birləşdirən bir
körpü rolunu oynaması idi. İşğalların ilk dövrlərində məscidləri
yandıran bütpərəst monqol hökmdarları sonralar Azərbaycana
sahib olmaq uğrunda apardıqları mübarizədə İslam faktorundan
istifadə etmişlər.

Bəs necə oldu ki, monqolları səcdəyə gətirmiş, onlara
İslamı qəbul etdirmiş xanəgahlar XIX əsrin əvvəllərindən
başlayaraq süquta uğrayıb talan edilmişdir? Təkcə Pir Hüseyn
xanəgahının öyrənilməsi tarixinə nəzər salsaq, bəzi məsələləri

241

Paşa Yaqub

dərk etmiş olarıq.

V.A.Kraçkovskaya xanəgahın öyrənilməsini üç dövrə
bölür: Birinci dövr 1858-1861-ci illərdir. Bu zaman Bartolemey,
Nanıkov, Dorn kimi Rusiya Peterburq Akademiyasının
akademikləri, şərqşünas alimləri Qafqazda və Xəzərin sahil boyu
ölkələrində hərbi qulluğa təyin olunmuşdular. Onlar eyni zamanda
yerli xalqın adət-ənənəsini, etnoqrafiyasını, tarixi abidələrini və s.
öyrənirdilər. Onlar bir çox əlyazmaları toplamış, kitabələri tədqiq
etməklə də məşğul olmuşlar. 1858-ci ildə ilk dəfə Pir Hüseyn
Xanəgahında olmuş Bartolemey (Ermitajda numizmatika ilə
məşğul olurdu) kompleksi son dərəcə xaraba halında görmüşdür.
Pir Hüseyn türbəsinin və məscidin al-əlvan kaşı bəzəkləri onu
heyrana gətirmişdi. O, dünya mədəniyyətinin çox nadir abidəsi
sayılan bu kaşı parçalarından bir neçəsinin yerindən qoparıldığını
gördükdə kompleksin Peterburqa köçürülməsini təklif etmişdir.
Sonra kompleksin Tiflisə köçürülməsini qərara almışlar. Lakin
bu qərar yerinə yetirilməmişdir.

İkinci dövr 1907-ci ildə Tiflisdə Qafqazşünaslıq
İnstitutunun elmi katibi S.V.Ter-Avetriyanın xanəgahda işə
başlamasına təsadüf edir. O, kaşıların təsvirini və fotosunu
çəkmişdi. Kraçkovskaya da Ter-Avetriyanın ona təqdim etdiyi
materiallar əsasında kaşı parçalarının kitabələrini bir qədər
bərpa edib oxumuşdu. Kraçkovskayanın yazdığına görə, məhz
Ter-Avetriyanın xanəgahdakı fəaliyyətindən sonra bütün kaşı
parçaları yoxa çıxmışdır. Sonralar həmin kaşı bəzəklərinin sorağı
Avropanın muzeylərindən gəlmişdir.

242

Övliyalar Ensiklopediyası

Üçüncü dövr 1936-cı ilin oktyabrında təşkil olunmuş
ekspedisiyanın işi hesab olunur. Bu zaman bütün kaşı bəzəklərinin
yeri artıq boş idi. Onlardan üç ədəd kaşı parçasından ikisi
türbədən, biri isə, məsciddən tapılmışlar.

Göründüyü kimi, istər Çar Rusiyası, istərsə də Sovet
Rusiyası zamanında, bura göndərilən “tədqiqatçı”lar əslində
xanəgahda olan daş kitabələri və yazılı kahıları oğurlamaqla,
talamaqla məşğul olmuşlar. Ona görə də xanəgaha aid yazlı
nümunələr bu gün Avropa və Rusiya muzeylərində daha çoxdur,
nəinki xanəgahın özündə.

Maraqlı xatirələr

Pir Hüseyn ziyarətgahında olarkən bələdçi mənə xatirə
kitabına ürək sözlərimi yazmağı təklif etdi. Yazmazdan əvvəl
xatirə kitabını vərəqlədim. Məndən qabaq yazılmış xatirələr
pirin kəramətinə dair maraqlı əhvalatlar olduğundan, həmin
xatirələrin bəzilərini moderator.az-ın oxucularına təqdim etmək
qərarına gəldim:

“Peterburqdan mənə zəng etdilər ki, orada yaşayan qızım
Leylanın ilk uşağı doğulmaq üzrədir və uşaq tərs gəldiyindən
qızın həyatı təhlükəlidir. Ya ana, ya da uşaq ölməlidir. İki rükət
“Hacət namazı” qılıb Allahdan kömək istədim və nəzir etdim ki,
duam qəbul olunsa, Pir Hüseyn ziyarətgahında qurban kəsərəm.
Həmin gecə yuxuda çay qırağında olduğumu və bir pirani insanın

243

Paşa Yaqub

qayıqla suda gəldiyini gördüm. Qəribə idi ki, qayıq suyun axarına
yox, tərsinə (!), gəlirdi. Amma, bu şəxs gəmini çəkmək üçün
avardan (kürəkdən) istifadə etmirdi, gəmi öz-özündən gəlirdi.
Gəlib mənə çatanda həmin pirani qoca əlindəki çəliyi uzadıb
dedi tut bu çəlikdən. İki dəfə təkrar edəndən sonra tutdum. Dedi
sənin Pir Hüseynə dediyin nəziri Allah qəbul etdi. Sənə bir qız
nəvəsi pay verildi. Mən dedim anasına bir xəta olmadı ki? Təkrar
dedi ki, sənə deyirəm Allah nəzirini qəbul etdi. Nə anasına, nə də
balasına heç bir xətər yetmədi.

Səhər açılanda xəbər gəldi ki, qızım sağ-salamat qurtarıb.
Gətirib qurbanını kəsdik”.

İsmayılov Hacı Əlisalam İbrahim oğlu

24 may 2008-ci il.

***

“10 il bundan əvvəl qızım Günelin qəflətən dili və ayaqları
tutulmuşdu. Nə danışa, nə də yeriyə bilirdi. Aşura günü qızımı
götürüb bu ziyarətgaha gəldim. Dua etdim ki, imamların qırxına
qədər qızımın dili açılsın. Maraqlıdır ki, 40 günün tamamında
- imamların qırxı günü qızımın dili və ayaqları açıldı. Allaha
şükür etdim ki, Pir Hüseyn ziyarətgahında etdiyimiz duanı qəbul
etdi”.

Cabbarova Durna,

14 avqust 2002-ci il

***

244

Övliyalar Ensiklopediyası

“Həyat yoldaşımın ağzı əyilmişdi, qə nədər həkimlərə,
ocaqlara getdiksə faydası olmadı. Yoldaşım dedi ki, daha
bezmişəm, özümü öldürəcəm. Məhərrəmlik ayı idi, yuxuda
rəhmətlik anamı gördüm. Dedi: “A bala, nə rahat yatmısan?
Sən üç ildən sonra qızını, 7 ildən sonra oğlunu Pir Hüseyndən
almadınmı? Niyə ərinin də şəfasını ondan almırsan?” Səhər
oyanıb yuxumu həyat yoldaşıma danışdım. Həqiqətən də
qızım və oğlum anamın dediyi illərdə burda dua edəndən sonra
doğulmuşdular. Yoldaşımla durub gəldik pirə. Ziyarət edəndən
sonra sağalmağa başladı. Həmin məhərrəm ayı çıxana qədər
həyat yoldaşım tamam sağaldı”.

Səmayə - Əli Bayramlı şəhəri,

14 sentyabr 2008-ci il

***

“Bir neçə il bundan qabaq həyat yaddaşımla Pir Hüseyn
xanəgahını ziyarətə gəldik. Mən günbəzə girib ziyarət edib, dua
verib çıxdım. Həyat yoldaşım qorxusundan günbəzə girmədi ki,
içəridə əqrəb olar, başıma düşər. Qayıdanda maşınımızı saxlayıb,
yolun qırağındakı ağacın kölgəsində süfrə açdıq ki, çörək yeyək.
Bu vaxt bir quş başımızın üstündə dayandı və dimdiyində
gətirdiyi əqrəbi süfrəmizin üstünə atdı. Həyat yoldaşım dedi ki,
bu, bizə işarədir. Süfrəni yığışdırıb, pirə qayıtdıq və yoldaşım
günbəzə girib ziyarət etdi. Elə onun xahişi ilə də bu əhvalatı
olduğu kimi xatirə kitabına yazdım”.

245

Paşa Yaqub

***
“60-cı illərdə Hacıqabul şəhərindən bu pirə piyada
gəlmişdim. Gəlib gördüm böyük traktorlar, ekskavatorlar pirin
ətrafında toplaşıb buranı sökmək istəyirlər. Dayanıb gözlədim
ki, görüm piri dağıda biləcəklərmi? İki traktor çalışdı ki, piri
içəridən uçursun. Amma nə qədər cəhd etdilər, traktor yerimədi.
Onlar ruslar idi, axşama qədər əlləşib, heç nə edə bilmədilər,
qayıdıb getdilər”.

Məmmədova Gülbəs,
Hacıqabul şəhəri

***
“Ailə qurandan sonra dünyaya gələn bütün uşaqlarım
ölürdü. Bir gün Pir Hüseyn yuxuma girib dedi: “Gəl qəbrimi
ziyarət elə. Günbəzin astanasını şirələyib deyərsən: “Mən
səndən övlad istəyirəm”. Dediyi kimi eləyib getdim. Ondan
sonra doğulan qızım yaşadı və adını Pirxanım qoydum. İndi
onun 12 yaşı var”.

B. Nazilə,
Stansiya Navahi

Mənbə: Pir Hüseyn xanəgahının Xatirə kitabı.

246

Övliyalar Ensiklopediyası

HACI MAHMUD ƏFƏNDİ ASLANBƏYLİ

“Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç
birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını
verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
Quran, “Qadınlar” surəsi, 152-ci ayə.

Allahın mükafatlandıraraq övliyalıq mərtəbəsinə
yüksəltdiyi mömin bəndələrindən biri də Hacı
Mahmud əfəndidir.
Hacı Mahmud Veysəl Qərani oğlu 1835-ci ildə Qazax
rayonunun Aslanbəyli kəndində anadan olub. İlk təhsilini
atasından alan Mahmud əfəndi, sonralar ərəb və fars dillərini
dərindən öyrənmişdir. Təhsilini artırmaq məqsədi ilə bir müddət
Şəkidə sufi şeyxlərinin açdığı mədrəsədə oxuyur. Təhsilini
tamamladıqdan sonra, yenidən Qazaxın Aslanbəyli kəndinə
qayıdır. Burada elmi bilikləri təbliğ etmək üçün mədrəsə tikdirir.
Bu mədrəsəyə tezliklə ətraf rayonlardan çoxlu sayda tələbələr
toplaşır.
1870-ci illərdə Hacı Mahmud əfəndi Türkiyənin
Amasiya şəhərinə gedərək, orada nəqşibəndi şeyxi Mir
Həmzə Seyid Nigariyə intisab etmişdir. Seyr və sülukunu
tamamladıqdan sonra, Həmzə Nigari Hacı Mahmud
əfəndiyə icazənamə vermiş və Qazax bölgəsində irşad
etməsini tapşırmışdır. Daha sonra Həcc ziyarətinə getmişdir.

247

Paşa Yaqub

Həzrət Peyğəmbərimiz buyurur: “Bir neçə şəxsə qibtə etmək
olar: elminə əməl edib, onu xalqa öyrədənə və var–dövlətini
Allah yolunda sərf edənə”. Hər iki halı Hacı Mahmud əfəndinin
həyatında müşahidə etmək mümkündür. Belə ki, o, həm elmə
əməl edərək onu təbliğ edir, həm də var-dövlətindən Allah
yolunda, İslam dininin dirçəlişi üçün istifadə edirdi.

Qərbi Azərbaycandan – Qaraçöp mahalından, Zəngəzur
mahalından, Göyçə mahalından çoxlu sayda müridlər Hacı
Mahmud əfəndinin tikdirdiyi məktəbdə təhsil almışlar ki, bu
müddətdə onların yemək və yaşamaq xərclərinin hamısını əfəndi
öz üzərinə götürmüşdür.

O, müridlərinin yemək və yaşayış xərclərini qarşılamaq
üçün meyvə bağı salmış, İncəçaydan böyük xərc hesabına
kəndə su çəkdirmişdir (bu gün də Aslanbəyli camaatı həmin
sudan istifadə edir və övliyanın ruhuna rəhmət oxuyurlar). Hacı
Mahmud əfəndi xanəgahın bütün təsərrüfat və maliyyə işlərini
ən etibarlı və təqvalı müridi Əhməd Qaramana tapşırmışdı.

248

Övliyalar Ensiklopediyası

Çar Rusiyasının əleyhinə danışdığına görə Hacı Mahmud
əfəndi iki dəfə qısa müddətə həbs olunub. Əvvəlcə Qazaxda
“Şəkərin qalası” deyilən qalada saxlanılıb (indi həmin yer əsəb
xəstəlikləri xəstəxanasıdır). Sonra Tiflisdə “Tamara qalası”
deyilən qalada saxlanılıb. Həbsxanada olarkən bir çox kəramətləri
üzə çıxıb. Belə ki, hər namaz vaxtı çatanda həbsxana kamerasının
qapısındakı qıfıl qüdrəti-İlahidən açılarmış və Hacı Mahmud
əfəndi çıxıb çöldə dəstəmaz alıb, namaz qılıb qayıdarmış.

Hacı Mahmud əfəndi, Həmzə Nigariyə çox böyük sayğı
və hörmət bəsləmişdir. Nigarinin qəbri üzərindəki türbə və
məscidin tikilməsində də onun təşəbbüsü və səyi olmuşdur.

Hacı Mahmud Əfəndi 1891-ci ildə dünyasını dəyişdi.
Vəfatından əvvəl rus məmurları digər nəqşibəndi şeyxləri kimi,
ona da osmanlı dövlətinə köçməyi tövsiyə etmişdilər. Lakin, o,
bu təklifi qəbul etməmişdir.

Hacı Mahmud Əfəndi
vəsiyyətinə uyğun olaraq
Aslanbəyli kəndində, müridi
Seyid Yasin adlı şəxsin yanında
dəfn edildi. Kürəkəni Mustafa
ağa Miralayevin və müridlərinin
köməyi ilə qəbri üzərində günbəz
tikilib. Hacı Mahmud Əfəndinin
məzar daşında “Ya Allah, Ya
Seyid Nigari, Ya Həzrət Mövlanə”
və Şeyxin öz adı yazılmışdır. Hacı Mahmud Əfəndinin gümbəzi

249

Paşa Yaqub

Həmçinin, günbəzdəki daş kitabələrdə Füzulinin və Həmzə
Nigarinin qəzəllərindən parçalar həkk olunmuşdur.

Hacı Mahmud əfəndinin Məhəmməd, Əhməd və Veyis
adlı üç oğlu, Aişə və Sayalı adlı iki qızı olmuşdur.

Dünyaya gəldiyimə görə Allaha və
Hacı Mahmud əfəndiyə minnətdaram

Övliyanın ziyarətində olarkən, burada bir çox ziyarətçilərlə
tanış oldum. Onlardan birinin (adının çəkilməsini istəməyən
şairənin) söhbətini oxuculara təqdim edirəm:

- Anam mənə hamilə olanda evdə uşaq çox olduğundan,
məni abort etmək istəyib. Hacı Mahmud əfəndi anamın yuxusuna
girərək, deyib ki, bətnindəki uşağı tələf eləmə, onu dünyaya
gətir. Lakin, anam məsləhətə qulaq asmayaraq, Qazaxdakı qadın
həkiminə müraciət edib. Həkim deyib indi Bakıya gedirəm,
tələsirəm, qayıdıb gəlib abort edərəm. İki gündən sonra həmin
həkimin ölüm xəbəri gəlib. Qəzaya düşərək dünyasını dəyişib.

Aradan bir müddət keçəndən sonra, anam yenə məni abort
etdirmək fikrindən daşınmayıb. Kənddəki mamaça ilə danışaraq,
bu işi onun vasitəsi ilə həyata keçirmək istəyib. Razılaşdırılmış
vaxtda anam bütün hazırlıqları görüb, mamaçanı gözləyirmiş.
Lakin, mamaça həyət darvazasından girəndə qonşunun bəd
iti zənciri qıraraq onun üstünə cumur. Beləliklə, üz-gözünü it
yemiş mamaçanı təcili həkimə çatdırırlar. Beləliklə, anam başa

250


Click to View FlipBook Version