The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar Ensiklopediyası

Yuxarıda qeyd etdim ki, Yəhya   Əfəndinin mürşidi
ərəbbəsrəli Şeyx Yusuf Əfəndi olmuşdur. Bundan əlavə bütün
övliyalarda olduğu kimi, Şeyx   Yəhya Əfəndinin də mənəvi
mürşidi olmuş və onunla ruhən təmasda olmuşdur. Bu,
Dağıstanın Axtı rayonunda dəfn olunmuş və  müqəddəs  məzarı
ziyarətgah olan, övliyaların   qütbü sayılan Şalbuz Baba idi.
Həyat yoldaşı Zalxa xanım söhbət edirmiş ki, isti yay günlərində
Yəhya Əfəndinin başmaqlarında qar görərmiş və bunun sirrini
soruşanda heç bir cavab almazmış. Həmçinin, həyat yoldaşına
tapşırarmış ki, gördüklərini heç kəsə danışmasın. Sonralar Zalxa
xanım dəqiqləşdirib ki, əri bəzən gecə ikən Şalbuz Babanın
ziyarətində olub, qayıdır. Övliya dünyasını dəyişənə qədər Zalxa
xanım bu sirri açmır.

Qımır camaatının danışdığı əhvalatlardan məlum olur ki,
Şeyx Yəhya Əfəndi şox kəramətli bir övliya olmuşdur. Bir gün
oğrular arasında mübahisə olur ki, Yəhya Əfəndinin həyətindən
oğurluq etmək mümkün deyil. O, bəsirətli adam olduğundan,
həyətinə girənlərin niyyətini duyur.   Oğrulardan biri bununla
razılaşmır, deyir mən oğurlayaram, siz də baxarsınız. O, öz
oğru yoldaşları ilə mərcə duraraq, axşam övliyanın həyətinə
oğurluğa girir. Qeyd edim ki, hamı kimi Şeyxin də həyətinin
ətrafına  yulğundan çəpər çəkilmiş, ağacdan doqqaz qoyulmuşdu.
İlk baxışdan həyətə girmək və buradan oğurluq etmək o qədər
də çətin görunmürdü. Oğru da elə buna arxayın idi. Nə isə...
Bu zavallı bir gecə övliyanın həyətinə girdi və eşikdəki   arı
təhnəsini götürərək, darvazadan   çıxmaq istədi. Elə   problem
də bundan sonra yarandı. Belə ki, oğru nə qədər axtarsa da,

151

Paşa Yaqub

darvazanı tapa bilmədi. Adi yulğundan hörülmüş çəpər oğrunun
gözünə hündür divar kimi göründü. Beləcə, səhərə qədər həyətdə
o baş-bu başa fırlana-fırlana qaldı. Hacı Yəhya   Əfəndi sübh
namazına   duranda oğruya salam verib, içəri dəvət etdi. Oğru
ondan çiynindəki təknəni alıb yerə qoymağı və darvazanın yerini
göstərməyi xahiş etdi  və etdiyi hərəkətə görə üzr istədi. Çünki,
gecəni səhərə qədər o, həyətdə fırlanarkən   təknəni çiynindən
yerə qoya  bilməmişdi… 

Murad əfəndi

Qımırda  yaşamış sufi şeyxlərindən biri də Murad Əfəndi
olmuşdur. XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər həyat
sürən bu Allah dostu bütün ömrünü İslam dininin və müqəddəs

kitabın təbliğinə həsr etmişdir. O,
təhsilini Ərəbbəsrə kəndində Şeyx
Yusif Əfəndidən almış, daha sonra
Talalı Şeyx Əhməd Əfəndinin
(1839-1904) yanında seyr və
sülukunu tamamlayaraq, irşad üçün
icazənamə almışdır. Yeri gəlmişkən
qeyd edim ki, Murad   Əfəndinin
atası Xanməhəmməd Əfəndi   də
mollalıq etmiş, din xadimi kimi
Мурад Яфяндинин гябри bölgədə nüfuz qazanmışdır.

152

Övliyalar Ensiklopediyası

Sarı pir

Qımır kəndində olan ziyarətgahlardan biri də “Sarı
pir”dir. Burada ən çox sarılıq xəstəliyindən əziyyət cəkənlər
şəfa tapdığından, el arasında adı “Sarı pir” və ya “Sarılıq piri”
kimi qalmışdır. Hələ ta qədimdən ətrafda yaşayan əhali burada
bir çox kəramətlərin, hikmətlərin şahidi olmuşlar. Belə ki, Bazar
kəndinin   sakinləri Məhəmməd və Məhəmmədhənifə adlı iki
nəfər   axşam namazı vaxtı pirin yanından keçırmişlər. Birdən
havada ardıcıl düzülmüş nurların pirə doğru gəldiyini görürlər.
Onların dediyinə görə düz xət boyunca düzülmüş on iki ədəd nur
“Sarı pir”ə eniblər.

Xalq arasında sınaqdan çıxmış bir inanc mövcuddur ki,
kimsə başqası tərəfindən zülmə, haqsızlığa məruz qalarsa Sarı
pirə gəlib, günahkarın cəzalanması üçün mıx çalır və tezliklə
nəticəsini görür. Bu barədə Qımır kənd sakini Həşimov Həşim
Məhəmməd oğlunun danışdığı bir əhvalatı oxucularımın
diqqətinə təqdim edirəm:

- Gecə həyətimdən heyvanlarım oğurlanmışdı. Oğrunu
təxmin etsəm də, boynuna almırdı. Ona dedim: “Gedirəm Sarı
pirə mıx çalmağa, sənə pis olacaq”. Getdim oğrunun tapılması
və cəzalanması niyyəti ilə pirə   mıxı çaldım, mücövürçüyə
tapşırdım ki, üç gündən sonra gəlib çıxaracam, ona qədər heç
kəsin çıxarmasına imkan verməsin. Üç günün tamamında pirə
gedəndə mıxın çıxarıldığını gördüm. Mücövürçüdən soruşanda
dedi: “Filankıs gəldi mənə yalvardı, mən də mıxı ona göstərdim,

153

Paşa Yaqub

çıxarıb, getdi”. Deməli, oğrunu
düzgün təxmin etmişdim. Yenidən
onun yanına gedib, heyvanlarımı
istədim. Dedi: “Satıb, pulunu
xərcləmişəm, məni bağışla”. 

Çox keçmədi ki, böyük
biabırçılıqla onun ailəsi dağıldı və
özü də kənddən baş götürüb getdi.

Sarı pir Növbəti müsahibim Zaqatala
rayonunun Bəhmədli kənd sakini
başına gələn faciəli hadisəni belə
nəql edir:

-Oğlum ağır xəstələnmişdi. Zaqatalada sarılıq diaqnozu
ilə müalicə alsa da, vəziyyəti ağırlaşırdı. Həkimlər dedilər təcili
Bakıya - Mərkəzi Klinikaya çatdırın. Axşam uşağı evə gətirdim
və taksiyə zəng etdim ki, səhər üzü bizi Bakıya aparsın. Həmin
gecə qəribə yuxu gördüm: “Sarı pir”də dəfn olunan övliyanın
həyətimizə gəldiyini gördüm. Dedi uşağı Bakıya aparma, sabah
gətir ziyarətimə, sağaldaram. Səhər üzü bu yuxunu görüb ayıldım
və yoldaşıma danışdım. Dedi taksi gəlir, yoldadır; biz Bakıya
çıxmalıyıq, ziyarət qalsın sonraya. Beləliklə, icazə vermədi.
Bakıda həkim baxıb dedi sarılıq olub, amma, düzgün müalicə
getmədiyindən xəstəlik şiddətlənib. Nə qədər cəhd etsələr də,
oğlumu sağalda bilmədilər, Bakıdan tabutda qayıtdı. Hələ də
özümü qınayıram ki, gərək yuxuda mənə deyilənə əməl edib,
uşağı “Sarı pir”ə aparaydım. Çünkü, ata-babadan görmüşük ki,

154

Övliyalar Ensiklopediyası

sarılıq xəstəliyi olanları bu pirə aparardılar, onlar da şəfa tapardı.

Şəfalı ocaq

Yevlax rayonunda insanların üz tutduqları müqəddəs
tapınaq yerlərindən biri də “Yulğun ocağı” adı ilə tanınan
müqəddəs yerdir. Bu pir Salahlı kəndinin əraziində, kəndin
kənarında, təxminən yüz kvadrat metr ərazidə yerləşir. Ərazi
yulğunluq olduğundan, pirin adı da buradan götürülüb. Burada
hansı övliyanın dəfn edildiyi məlum olmasa da, neçə əsrlərdir ki,
insanlar burada ehsanlar verib, dua etməklə ağır xəstəliklərdən
və sıxıntılardan qurtulmuşlar. Zamanın sınağından çıxdığından,
bu yerə heç kəs toxunmağa, oranın ağacını qırmağa cəsarət etmir.
Salahlı kəndində Sovet hakimiyyəti qurulanda kəndə yeni kolxoz
sədri təyin olunan Əliqulu adlı sədr pambıq əkini vaxtı sahələri
gəzərkən, sahənin ortasında həmin bu piri görür. Briqadirdən
soruşur ki, buranı niyə şumlamırsınız? Briqadir cavab verir ki,
bura pirdir, müqəddəs ziyarətgahdır, buranı indiyədək heç kəs
ayaqlamayıb, biz də ayaqlaya bilmərik. Traktorçu əmr edir ki,
tez buranı şumla, pambıq əkdirəcəyəm. Traktorçu deyir mən ora
toxuna bilmərəm, qorxuram. Belə olanda Əliqulu atını minib
deyir indi mən atla buranı ayaqlayaram, siz də görərsiz ki, burada
qorxulu heç nə yoxdur. Bu sözləri deyib, ata minib, pirin içərisinə
girir. Bu vaxt at tullanaraq, sədri yerə yıxır və onu ayaqları altına
salıb, tapdalamağa başlayır. Briqadir və traktorçular yüyürərək,
Əliqulunu bir təhər atın əlindən alırlar. Ondan sonra nə Əliqulu,
nə də ondan sonra gələn kolxoz sədrləri pirə toxunmağa cürət
etmirlər.

155

Paşa Yaqub

MƏHƏMMƏD DAVUDİ

“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O
daim Allaha sığınan bir kimsə idi”. “Quran”, “Sad” surəsi, 30-
cu ayə. 

Azərbaycanda XIX əsrdə yaşamış və İslam dinini
təbliğ etmiş görkəmli şeyxlərdən biri də Məhəmməd
Davudi olmuşdur. O, Zaqatala rayonunun Car kəndində 1823-
cü ildə doğulub. Həyatını şəriət elmini öyrənməyə və onun
gözəlliklərini xalqa təbliğ etməyə həsr etmişdir. Məhəmməd
əfəndi “Quran”ı atası, ilahiyyat alimi olan Davud əfəndidən
öyrənmişdi. Hələ altı yaşı olanda “Quran”ı sərbəst oxuyurdu.
Gənc yaşlarında Dağıstanda tanınmış sufi şeyxlərindən dərs aldı.
Daha sonra təhsilini davam etdirmək üçün Misirə getdi. Bir neçə
il orada təhsil aldıqdan sonra Buxaraya getdi. Burada nüfuzlu
elmi-dini mərkəz olan Buxara İlahiyyat Universitetində elmi-dini
biliklərini daha da təkmilləşdirdi. Sonra Cara qayıtdı. “Quran”
hafizi və ilahiyyat elminin dərin bilicisi olaraq yaşadığı  bölgədə
böyük nüfuz qazandı. Hər tərəfdən onun yanına tələbələr gəlirdi.
O, çox oxuyar və çox da yazardı. Onun kitabları və əlyazmaları
öz dövründə çox yayılmışdı. Hətta vaxtilə Talada yaşamış və
hazırda şərif məzarı ziyarətgah olan Şeyx Əhməd əfəndi (1839-
1904) də Davudinin elmi biliklərindən faydalanmışdır. 
        Məhəmməd Davudinin qəbri Car kəndindəki məscidin

156

Övliyalar Ensiklopediyası

həyətindədir. Başdaşındakı kitabə “Quranın 55-ci surəsinin 26-
27-ci ayələri ilə başlayır:

“Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm
sahibi olan Rəbbinin zatı baqidir. Hicri 1334 il (1915-1916).

 Bu qəbir Carda dünyasını dəyişmiş, şəriət elmlərinin dərin
bilicisi, elm bağının bağbanı, zəka meydanında qələbə çalmış
müdriklərin başçısı, mövlana, hacıların zinəti, Hacı Məhəmməd
Əfəndi Davudinindir. O, daim ilahiyyat elmini araşdıraraq, təbliğ
etmiş, ömrünün sonunadək Zaqatala bölgəsində unudulmuş
Mürciid təlimini təbliğ etmiş və ölərkən işi yarımçıq qalmışdır.
Allah onun ruhunu şad etsin”!

Tədqiqatçı Timur Aytberov “Qafqaz avarları” kitabında
yazır: 

157

Paşa Yaqub

“Carda yaşayan tarix müəllimi Sədulda, Məhəmməd
Davudinin soyundan (şəcərəsindən) bəhs edən kitab vardır.
Orada olan şəcərə bir neçə onilliklər əvvəl Qabaqçöl kəndində
saxlanan hicri 1180-ci  illərə (1766-1767) aid ərəbcə əlyazmanın
surətidir. Həmin əlyazmada Məhəmməd əfəndinin özündən
əvvəlki nəslinin şəcərəsi bu ardıcıllıqla göstərilmişdir:

Hacı Məhəmməd əfəndi (1915-1916-cı ildə vəfat edib);

Davud əfəndi;

Məhəmməd əfəndi;

Usman əfəndi;

Davud əfəndi;

Davud əfəndi;

Molla Məhəmməd;

Beptilava;

Əhməd;

Loğman;

Əhmədil Car-Talalı;

Qasım;

Beptilava;

Məhəmməd Davudinin Xanəli;
başdaşı, Car kəndi Qasım;
Abdulla;

158

Övliyalar Ensiklopediyası

Abdulkərim;
Seyid Əli”.
Tədqiqatçı T. Aytberovun göstərdiyi bu faktdan aydın
olur ki, Məhəmməd əfəndinin onuncu nəsli (əcdadı) Əhmədil
Car-Talali adını daşımışdır. Bu fikrə əsaslanıb belə güman edə
bilərik ki, hazırda Car-Tala dairəsində yaşayan və Davudovlar
kimi tanınan nəsillər bölgəyə XVII əsrin ortalarında gəlmiş və
holodililər arasında məskunlaşmışlar.
Şəcərə siyahısındakı sonuncu adın Seyid Əli olmasına
əsaslanıb belə bir fikir də yürütmək olar ki, Davudinin soykökü
Həzrət Peyğəmbərimizin nəslinə - haşimilər soyuna bağlanır
(düzgününü Allah bilir).
Məhəmməd Davudinin ideoloj irsini araşdırdıqda sufiliyin
nəqşibəndiyyə qoluna mənsub olan Davud ət-Taiyə bağlı olduğu
məlum olur.
  Yeri gəlmişkən, qeyd edim ki, Davud ət-Tai sufilik
cərəyanının nəqşibəndiyyə qoluna mənsub olan və bu silsilədə
Peyğəmbər Əfəndimizdən sonra dördüncü pillədə duran, hicri
184-də (800-801) vəfat edən nəqşibəndi şeyxidir. O, İmami-
Əzəm Əbu Hənifənin tələbəsi olub. Ola bilsin ki, Məhəmməd
əfəndi ideoloji cəhətdən olduğu kimi, nəsil şəcərəsi ilə də Davud
ət-Taiyə bağlı olsun. Düzgününü Allah bilir.

159

Paşa Yaqub

Mürciid təlimi

Məhəmməd Davudinin baş daşındakı kitabədə diqqət
çəkən digər maraqlı məqam, onun  mücriid təlimini
təbliğ etməsidir. Belə ki, İslam lüğətində olan məlumata görə,
mürciid təlimi Həzrət Osmanın ölümündən sonra müsəlmanlar
arasında mənasız çəkişmələrin qarşısını almaq məqsədi ilə
Həzrət Əlinin   nəvəsi Əl-Həsən bin Məhəmməd tərəfindən VIII
əsrin əvvəllərində yaradılmışdı və barışdırıcılıq, birləşdiricilik
mövqeyi tutmuşdu. Bu təlim  həm Həzrət Ömər, həm də Həzrət
Əli tərafdarlarını özündə birləşdirmişdir. Onların təbliğatına görə
nə Həzrət Osmanı, nə də Həzrət Əlini günahkar hesab etmək
olmaz; onların günahı olub-olmadıgı axirət günü bilinəcək. O
vaxta qədər bu böyük şəxiyyətlər haqqında mənfi fikir söyləmək
doğru deyildir. Onun bu və digər mütərəqqi fikirləri tezliklə
xilafətin bütün ölkələrinə - Xorasana, Suriyaya, İraqa və s.
yayıldı. Tarixin müxtəlif dövrlərində  İmami-əzəm Əbu Hənifə,
Davud ət-Tai, Qaylan Əd-Dəməşqi kimi böyük İslam alim və
övliyaları bu təlimə öz töhfələrini vermişlər.     
    Bu gün həyatını araşdırdığımiz Şeyx Məhəmməd
Əfəndinin baş daşındakı kitabədən aydın olur ki, bu böyük  alim
və övliya da öz dövründə mürciid təlimini təbliğ etməklə, İslam
dinindəki parçalanmanın qarşısını  almağa, cəmiyyətin birliyinə
və bütövlüyünə çalışmışdır. Çünki allah – taala “Quran”da dini
parçalayanların axirətdə cəzalanacağını xəbər verir: 

“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla

160

Övliyalar Ensiklopediyası

heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra
(axirətdə) onlara etdiklərini xəbər verəcəkdir!” Quran, “Davar”
surəsi, 159-cu ayə.

  Məhəmməd Əfəndi də təqva sahibi olduğundan, dini
parçalamaqdan qorxmuş və İslamı unudulmuş mürciid təlimi ilə
təbliğ etmişdir. Kitabədən də göründüyü kimi, onun ölümündən
sonra yolunu davam etdirən olmamışdır.

  Başdaşındakı digər kitabənin tərcüməsindən isə aydın
olur ki, Məhəmməd Əfəndi elmin öyrənilməmiş sahələrini
tədqiq etmiş (onun zəngin kitabxanası olmuş, kitablarının bir
hissəsi nəvəsi Məhəmmədəfəndinin evində saxlanmaqdadır),
kamilləşərək, övliyalıq məqamına yüksəlmişdir:

“Uşaqlıqdan yüksək keyfiyyətləri özündə birləşdirərək,
elmin öyrənilməmiş səhifələrini tədqiq edərək və elmini
tamamlayaraq, tədricən kamillik (müqəddəslik) zirvəsinə çatıb,
Davudi oldu. O, ölməyib, bir dünyadan, başqa dünyaya köçüb.
Onun əsərləri dövrünü işıqlandırır (çünki  o, Məhəmməd Davud
oğlu olaraq, Allahın yolunu  getməkdə səhv etməyib). O, yüksək
mərtəbələrə çatdıqca, yenə də öz ləyaqətini qoruya bilmiş və
göylərə qədər yüksəlmişdir (Allah böyükdür). 

  Bu adam Car və Nuxa diyarında böyük nüfuz sahibi
olmuşdur. O, ətrafına gümüşü işıq saçan, elmin okeanı, yetkinliyin
və səxavətin zirvəsi olmuşdur”.

Kitabədən aydın olur ki, Məhəmməd Əfəndi öz elmi,
imanı, təqvası və ləyaqəti ilə müqəddəslik zirvəsinə çatmış,
insanlar üçün kamillik və səxavət nümunəsi olmuşdur.

161

Paşa Yaqub

Tarixi şərait

Məhəmməd Davudinin həyat və fəaliyyətini
öyrənməzdən öncə, yaşadığı dövrün ictimai-siyasi
hadisələrinə nəzər salmağı vacib bilirəm. 1803-cü ilin martında
rus qoşunları beş minlik gürcü qoşunu ilə birlikdə mühüm strateji
əhəmiyyətə malik olan Car-Balakənə hücuma keçdilər. Mərd və
mübariz xalq olan avarlar düşmənə layiqli cavab verdilər. Lakin,
ruslar və gürcülər sayca dəfələrlə çox olduğundan və nizami
orduda birləşdiklərindən Car-Balakəni ələ keçirdilər. 1803-
cü il aprelin 12-də Tiflisdə Car-Balakənin Rusiyanın tərkibinə
qatılması barədə “Andlı öhdəlik” sənədi imzalandı. Bu sənədə
görə carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, girovlar
verməli və öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər.
Lakin carlılar müqavilənin şərtlərini yerinə yetirmədiklərinə
görə general Qulyakov 1804-cü ilin yanvarında yenidən Carı
işğal etdi və yandırdı. Sonra rus qoşunları Zaqatalaya doğru
hərəkət etdilər. Zaqatala yaxınlığında carlılar onların üzərinə
hücum edərək qələbə çaldılar. Salamat qalan rus əsgərləri Muxax
kəndinə tərəf geri çəkildilər, general Qulyakov isə öldürüldü.
Bu hadisə general Sisianovu çox qəzəbləndirdi. Onların
bağışlanmaq haqqındakı müraciətlərinə general öz məktubunda
belə cavab verirdi: “Kafir əclaflar. İstəyirsiniz ki, mən sizə
inanım və əfv edim. Siz mənim gəlməyimi gözləyin və onda mən
sizin bütün evlərinizi yandıracağam, sizin özünüzü oda yaxacaq,
uşaqlarınızın və qadınlarınızın içalatını dartıb çıxaracağam”.
Carlılar müqavimətin mənasız olduğunu görüb, tabe oldular.

162

Övliyalar Ensiklopediyası

Rus tarixçisi N. F. Dubrovin yazırdı ki, Sisianov 1803-
cü ildən dağlı tayfalarını qorxuya salır və xanlıqları bir-birinin
ardınca istila edirdi. Car-Balakənin ardınca İlisu sultanlığı işğal
edildi.

Həmin dövrdən başlayaraq Nikolay hökuməti
Azərbaycanın şimal-qərbində əhalinin milli tərkibini dəyişməyə
başladı. Belə ki, erməniləri, almanları, ingiloyları, rusları bu
bölgəyə köçürüb, onlara çoxlu torpaq sahələri, geniş imtiyazlar
verərək, müsəlman əhalini sıxışdırmağa başladılar.

Azərbaycanın digər bölgələrində xanlıq idarə üsulu
komendantlıq adlanan hərbi idarə ilə əvəzlənsə də, Car-Balakən
camaatlarında daxili muxtariyyət hələ də qalmaqda idi. Bu da
çarizmin müstəmləkəçilik siyasətinə uyğun gəlmirdi. Həm
də, Car kəndinin coğrafi vəziyyəti elə idi ki, o, Dağıstan,
Gürcüstan və Şəki xanlığının qovşağında idi. Tiflis – Şamaxı –
Bakı ticarət yoluna nəzarət edirdi. Bu da Rusiyanın Qafqazdakı
hakimiyyətinə təhlükə yaradırdı. İran və Türkiyə ilə müharibə
zamanı ruslar Car-Balakənin və Dağıstanın arxadan hücumuna
məruz qala bilərdilər. Car keçidinə yiyələnmədən ruslar Dağıstanı
ələ keçirə bilməzdilər. İ. F. Paskeviçin 1830-cu ildə hazırladığı
plana əsasən Dağıstana hücum Car vilayətindən başlamalı idi.
Planı icra etmək üçün Paskeviç Muğanlı – Padar – Əliabad –
Tala – Car istiqamətindən hücum edərək, 3 mart 1830-cu ildə
Cara daxil oldu.

Baş verən hadisələr Car-Balakən şeyxlərini ciddi narahat
edirdi. Odur ki, müridizm ideoloqlarından olan Şeyx Şabanın

163

Paşa Yaqub

rəhbərliyi ilə 1830-cu ilin iyunun 12-də Carda rus hökumətinə
qarşı üsyan başlandı. Üsyançılara kömək etmək üçün Dağıstan
şeyxi Həmzət bəy iki min müridlə köməyə gəldi. Həmin ilin 15
oktyabrında rus qoşunları məğlub oldu.

Lakin, bir aydan sonra, noyabrın 14-də əks-hücuma
keçən rus ordusu Car, Köhnə Zaqatala və Göyəm kəndlərini ələ
keçirdilər. Bununla Car vilayət idarəçiliyi ləğv edilərək, əvəzində
Gürcü quberniyasına tabe olan uyezd idarəçiliyi yaradıldı.

Müstəmləkəçi hakimiyyət orqanları Car-Balakən
əhalisinə qarşı kobud müstəmləkə siyasəti yeridirdi. Hökumətin
yeritdiyi zorakı xristianlaşdırma siyasətinin də sosial-siyasi
vəziyyətin kəskinləşməsində mühüm rolu oldu. Carlıların şəxsi
və torpaq hüquqlarını müəyyən etmək üçün Zaqatalaya hökumət
komissiyası gəlmişdi. Komissiya belə fikirdə idi ki, Carlıların
torpaqlarında yaşayan ingiloyları və muğalları qazandıqları
gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl
(torpaq-red.) sahiblərinin aslılığından qurtarmaq lazımdır.
Torpağı becərənlər ingiloy və muğallar olduğundan, bu
tədbirin həyata keçirilməsi nəticəsində Katex, Matsex, Tağam,
Dörddoqqaz, Sumayıllı, Qarahacılı, Car və Tala kəndlərinin
keşkəl sahibləri əsas gəlir mənbəyindən məhrum olurdular. Bu
səbəbdən də keşkəl sahibləri olan avarlar burada islahatların
keçirilməsini istəmirdilər. Həmçinin bölgədə xristianlaşdırma
siyasəti yeridilirdi. Belə ki, xristianlığı qəbul edənlər vergidən
azad edilir, torpaqların yaxşısı onlara verilirdi.

164

Övliyalar Ensiklopediyası

Rusiyanın zorla xristianlaşdırma siyasəti

Həmin dövrü araşdıran tarixçi Arzu Əşrəfqızı “Car-
Balakən camaatlığı” kitabında yazır: “Rusiya
imperiyasının işğallarına qədər Car-Balakən camaatlığının və
İlisu sultanlığının əhalisi etnik tərkibindən asılı olmyaraq İslam
dininə etiqad edirdi”.
1850-1856-cı illərdə xristianlıq zorla Zəyəm, Lələpaşa,
Tasmalı, Qax, Əlibəyli, Qarağan, Qoduqlu, Meşəbaş, Şotavar,
Mirsaq, Yengivar və digər kəndlərin əhalisinə qəbul etdirildi.
Burada yaşayan xalqlar İslam amilinin ətrafında sıx birləşmişdilər.
Xüsusilə, xaricdən gözlənilən hücum təhlükələrində bu amil
yerli əhalinin düşmənə qarşı birgə mübarizəsində mühüm rol
oynayırdı.

Buna görə də Rusiya imperiyasının Car-Balakən
camaatlığını qısa müddətdə işğal etmək planları reallaşmadı.
1803-1804-cü illərdə rus qoşunlarının Car-Balakən camaatlığına
yürüşləri işğalın başa çatdırılmasında həlledici rol oynaya
bilmədi. İşğal prosesini tezliklə başa çatdırmaqda maraqlı olan
çarizm yerli əhalinin müqavimətini qırmaq və onu itaətə gətirmək
üçün özünün sınaqdan keçmiş “silahından” – xristianlaşdırma
siyasətindən istifadə etməli oldu.

Qeyd edək ki, Azərbaycanı işğal etməsinə qədər çarizmin
bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə
də əhalisi müsəlman olan İslam dövlətlərində yerli əhalini
xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından

165

Paşa Yaqub

(çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici
siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin
(müsəlmanların və bütpərəstlərin) zorla xristianlaşdırılması
olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının,
həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan – yerli
əhalinin xristianlaşdırılması və bunun nəticəsində yaranmış dini
parçalanmalardan istifadə edərək burada möhkəmlənir.

Car-Balakən və İlisu sultanlığının ərazisində də
xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu
kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki
məsələdə fərq var idi: 1) başlanğıcda Car-Balakən camaatlağının
ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların
xristianlaşdırılması nəzərdə tutulmuşdu, 2) camaatlığın
ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus
pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı.

Ümumilikdə isə Car-Balakən camaatlığının və İlisu
sultanlığının ərazisində aparılan xristianlaşdırma siyasətini
həyata keçirilmə metodlarına və nəticələrinə görə 3 mərhələyə
bölmək olar.

1. 1803-1850-ci illər;

2. 1851-1863-cü illər;

3. 1864-1890-cı illər;

Birinci mərhələdə Rusiya dövləti xristianlaşdırma
siyasətinin həyata keçirilmə yollarını axtarmaqla məşğul idi.

Qeyd edək ki, çar hökuməti Şimal-Qərbi Azərbaycanda,

166

Övliyalar Ensiklopediyası

yəni Car-Balakən camaatlığı və İlisu sultanığında xristianlığı
(pravoslavlığı) yaymaq cəhdlərinə 1803-cü ildə Car-Balakən
camaatlığının işğalı zamanı başladı. Özünü “gürcü əsilli,
rus ürəkli” adlandıran çar generalı Sisianovun təşəbbüsü ilə
rusların Car-Balakən camaatlığına yürüşünün nəticəsi olan
“Car-Balakənin Rusiyanın itaətinə keçməsi haqqında”kı andlı
öhdəlikdə qədim albanların nəsilləri olan müsəlman ingiloyların
yaşadığı Əliabad kəndinə “xüsusi status” verildi. Xüsusi bənddə
carlılara kənd camaatının “xristian dininə etiqad etməsi” üçün
maneə törətməmələri şərti qoyuldu (41, s. 685-687). Lakin gürcü
kilsəsinin “zorla müsəlmanlaşdırılmış gürcülər” kimi qələmə
verdiyi ingiloyların guya “xristianlığı qəbul etmək arzusunda
olmaları” barədə çar hərbi və siyasi dairələrində formalaşdırdığı
yalnış fikirlər özünü doğrultmadı. Car-Balakən camaatlığının
ərazisində yaşayan ingiloylar arasında İslam dininin dayaqlarının
kifayət qədər güclü olduğunu görən çar hökuməti burada
xristianlaşdırma işini “əlverişli imkan yaranana qədər” tarixə
saldı.

XIX əsrin 20-ci illərindən başlayaraq İlisu sultanlığının
ərazisində yaşayan ingiloylar arasında pravoslavlığı yaymağa
cəhdlər edildi (45, s. 427-428). Qafqazdakı rus qoşunlarının baş
komandanı general Yermolovun aşağıdakı ifadəsi bu cəhdlərin
əsas məqsədlərinə tam aydınlıq gətirir: “Bu yolla dinc qonşulara
və zaman keçdikcə sadiq təbəələrə çevrilərdilər” (45, s. 428-
429).

1830-cu ildə çarizm Car-Balakən camaatlığını tamamilə

167

Paşa Yaqub

itaət altına aldıqdan sonra, burada yaşayan ingiloyların
xristianlaşdırılması məsələsi yenidən ortaya atıldı. Hələ 1830-
cu il aprelin 15-də qraf Paskeviç Gürcüstanın ekzarxı,
mitropolit İonaya göndərdiyi gizli məktubda Car vilayətinin
xalqlarının xristianlaşdırılması üçün “öz ağlı və müdrikliyi
ilə seçilən bir neçə gürcü keşişi”nin hazırlaşdırılmasını
xahiş etmişdi (47, s. 249). Lakin Car-Balakən camaatlığının
ləğvindən sonra, burada yaradılmış Car-Balakən vilayətinin
rəisi general-mayor knyaz Bekoviç-Çerkasski Paskeviçin
bu qərarının müsbət nəticə verəcəyinə inanmırdı. O, yazırdı:
“Bizim keşişlərin birdən-birə onların tayfaları arasında
görünməsi, şübhəsiz onlarda bizim hökumətə qarşı pis fikir
yaradacaqdır. Eyni zamanda artıq yarım əsrdən çox İslam
dininə etiqad edən ingiloyların da bizim keşişləri yaxşı
qarşılayacaqlarına inanmaq mümkün deyil” (47, s. 446-
447). Yeri gəlmişkən, Gürcüstan ekzarxı mitropolit İonanın
özü də “dinindən zorla ayrılmışlar” adlandırdığı ingiloyların
“könüllü” şəkildə xristianlığa qayıdacaqlarına inanmırdı. Buna
görə də baş komandan qraf Paskeviçə yazdığı məktubda Car-
Balakən vilayətinin rəisinin öz missiyalarını yerinə yeirmək
üçün ora göndəriləcək keşişlərə “hərtərəfli imkan yaratmasını”
vacib sayırdı (47, s. 249-250).

1832-ci ildə Gürcüstan ekzarxı mitropolit İona Tiflis
keşişi İmnadzeni Zaqatalada yerləşən rus qoşunları arasında
dini ayinləri icra etmək adı altında müvəqqəti polk keşişi
vəzifəsinə təyin edərək buraya göndərdi. Mitropolit İonanın
təlimatlarına əsasən keşiş İmnadze Car vilayətinin əhalisinin

168

Övliyalar Ensiklopediyası

əhval-ruhiyyəsi ilə tanış olmalı,

müxtəlif bəhanələrlə Əliabad

və ona yaxın ingiloy kəndlərinə

gedərək camaatla yaxınlaşmalı

və onları provaslavlığa

döndərməyin əlverişli yollarını

və vaxtını öyrənməli idi. Lakin

ingiloyların xristianlığı qəbul

etmək niyyətlərinin olmadığını

görən keşiş İmnadze tezliklə öz

vəzifəsindən istefa verərək geri

dönməyə məcbur oldu (178, v.

4-6). Şeyx Şamilin Car kəndindəki büstü

1835-ci il oktyabrın 12-də Baş komandan baron Q. V.
Rozen ingiloyların xristian dininə “həqiqətən meyl etdiyinə”
şəxsən əmin olmaq üçün Car-Balakən vilayətinin rəisi Antropova
əmr etdi ki, “ingiloy kəndlərinin hər birindən həmkəndlilərinin
şüuruna təsir etmək imkanında olan və xristian dinini qəbul
etməyə daha çox meyl göstərən iki nüfuzlu şəxs müəyyən
edərək” təcili onun yanına göndərilsin (178, v. 15 (a)). Lakin
Antropovun xristianlığı qəbul etməyə meyilli olduğunu güman
edərək seçdiyi həmin şəxslər Müsəlman bayramının gəlməsi
münasibətilə evlərində qalıb bayram keçirməyi üstün tutmuş və
bunun üçün icazə verməsini xahiş etmişlər (178, v. 23).

Qeyd edək ki, əmri sonralar da yerinə yetirmək mümkün
olmamışdır.

169

Paşa Yaqub

İngiloyların yaxın gələcəkdə xristianlığı qəbul edəcəyinə
ümidini itirən Gürcüstan ekzarxı hətta keşiş İmnadzenin yerinə
təyin edilmiş keşiş Erianova missioner fəaliyyətinə görə Osetin
Ruhani komissiyasının4 fondundan maaş verməkdən belə imtina
edir (178, v. 34 (a)). Baş komandan baron Rozen isə ingiloylar
xristianlığı “könüllü” qəbul etmək niyyətində olmadıqlarına
görə xristianlaşdırma işini hələlik təxirə salmağı və gələcəkdə
əlverişli vəziyyət yaranan kimi yenidən bu işə təkan verməyi
təklif edir (178, v. 34(a)).

Artıq keçın illər ərzində ingiloyların sosial-iqtisadi
vəziyyətilə ətraflı tanış olan işğalçılar əhalini daha təsirli
tədbirlərin köməyilə xristianlığa döndərməyə cəhd edirdilər.
1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi
general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək
müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad
olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15
rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi.
Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı.
1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov
xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə
verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə
xüsusi bir əmir verdi (206, v. 31).

4 Osetin Ruhani Komissiyası 1745-1860-cı illərdə fəaliyyət
göstərmişdir. Komissiyanın fəaliyyətində əsas məqsəd Rusiyanın Qafqazda
dayaqlarının möhkəmləndirmək üçün yerli xalqlar arasında xristianlığı yaymaq
olmuşdur. Komissiya gürcü kilsəsinin xüsusi səyi ilə tərtib olunmuş siyahıda adları
olan xalqlar – osetinlər, xevsurlar, udinlər, ingiloylar, tuşinlər, kistinlər, inquşlar,
abxazlar arasında xristianlığı yayırdı.

170

Övliyalar Ensiklopediyası

Əhalinin iqtisadi ehtiyaclarına hesablanmış bu siyasət,
dərhal olmasa da, tədricən öz “bəhrəsini” verməyə başladı. Belə
ki, artıq 1851-ci ildə Car-Balakən dairəsində 1133 nəfər ingiloyu
xristianlaşdırmaq mümkün oldu (206, v. 21).

Çarizmin xristianlaşdırma siyasəti nəticəsində
xristianlaşdırılan (pravoslavlaşdırılan) ilk ingiloy kəndləri
vaxtilə İlisu sultanlığının ərazisinə daxil olan Qax, Qorxanda,
Meşəbaş, Kötüklü, Əlibəyli kəndləri oldu. Süskənd və Şotavar
kəndlərinin camaatı isə xristianlığı qəbul etməkdən imtina
etdilər (206, v. 223). Tezliklə Qax və Qorağanda kilsə tikintisinə
başlanıldı (206, v. 31).

Qeyd etmək lazımdır ki, bu kilsələr Rusiya dövlət
xəzinəsinin vəsaiti hesabına tikilmişdir. Çar hökuməti onların
tikintisi üçün xəzinədən 3.800 rubl ayırmışdır. 1891-ci ildə
keçmiş Car-Balakən camaatlığının ərazisində də kilsə tikintisinə
başlanılır. Bu kilsənin tikintisi üçün Qafqazda Pravoslav
Xristianlığının Bərpası Cəmiyyəti 400 rubl ayırmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Qafqazda Pravoslav
Xristianlığının Bərpası Cəmiyyəti Gürcüstanın ekzarxı,
Kartalini və Kaxeti mitropoliti İsidorun təşəbbüsü ilə və Qafqaz
canişini knyaz Aleksandır Baryatinskinin səyləri nəticəsində
yaradılmışdır. 1860-cı il iyunun 9-da Rusiya çarının fərmanı
ilə təsis olunmuş həmin cəmiyyətə imperatriçə Mariya
Aleksandrovna özü himayədarlıq edirdi. Cəmiyyətin fəaliyyət
göstərdiyi illərdə onun hesabından Qafqazda, o cümlədən
Şimal-Qərbi Azərbaycan ərazisində pravoslav xristianlığını

171

Paşa Yaqub

yaymaq məqsədilə 1.475.482 rubl 04 qəpik pul xərclənmişdir.
Elə Tasmalı kilsəsi də bu pulların hesabına tikilən kilsələrdən
biri idi (143, s. 100-121).

XIX əsrin 50-ci illərinin sonlarında keçmiş Car-
Balakən camaatlığının ərazisində yaşayan ingiloyların da
xristianlaşdırılmasına başlanıldı (206, v. 7). Bu illərdə zorakılıq
tədbirləri baş alıb gedirdi.

Lakin ingiloyların böyük əksəriyyəti verilən imtiyazlara,
həyata keçirilən şirnikləndirmələrə aldanmır, özlərinin İslam
etiqadlarını qoruyub saxlayırdılar. Elə buna görə də çar
hakimiyyət orqanları müxtəlif imtiyazların verilməsindən
xeyli vaxt keçməsinə baxmayaraq, burada xristianlaşdırma
işini “məcrasına” qoya bilməmişdilər. Əhali öz dini inamını
saxlamaq üçün Gürcüstan ekzarxının göndərdiyi missionerlərə
ciddi müqavimət göstərirdi. Bunun nəticəsində 1856-cı ilədək
burada cəmi 19 nəfər ingiloyu pravoslavlaşdırmaq mümkün
olmuşdur. Əcnəbi missionerlər buradakı fəaliyyətlərinin nəticəsiz
qaldığından, yaxın gələcəkdə keçmiş Car-Balakən camaatlığının
ərazisində yaşayan ingiloylar arasında xristianlığın yayılacağına
ümid etmirdilər (204, v. 238)

Buna görə də çar məmurları keçmiş Car-Balakən
camaatlığının ərazisində yaşayan ingiloyları zorla
xristianlaşdırmağa başladılar. Zəyəm, Tasmalı, Lələpaşa
kəndlərində xristianlaşdırma daha qəddarlıqla həyata keçirilirdi.
Özü də bu proses görünməmiş vandalizm aktları ilə müşayiət
olunurdu. Məsələn, müsəlman kəndlərindəki məscidlər əhalinin

172

Övliyalar Ensiklopediyası

gözü qarşısında dağıdılırdı. Xristianlığı qəbul etmək istəməyən
əhalinin bir hissəsi evlərini tərk edərək dağlara qaçırdılar (192,
v.1-1 (a), 8-8(a)). Qaçıb canını qurtara bilməyənləri isə, zorla,
döyə-döyə nohurun yanına gətirmiş və zorla xristianlığı qəbul
etdirmişdilər (209, v.13 (a), 16 (a)).

Car-Balakən dairəsinə göndərilmiş müstəntiq Purseladze
polis rəisinin xristianlığı qəbul etmək istəməyən bir nəfər yaşlı
müsəlmanı dəfələrlə döydürməsinin şahidi olmuşdur. Xristianlığı
qəbul etmək istəməyənləri xaç suyuna salmaq üçün nohurlara
doğru qovmaqdan ötrü odlu silahlardan və hərbi qüvvələrdən də
istifadə olunurdu (220, s. 211).

Çar məmurlarının zorakılıqları nəticəsində 1858-ci ildə
ingiloyların yaşadıqları Tasmalı, Zəyəm, Lələpaşa, Marsa və
Yengian kəndlərinin əhalisinin xeyli hissəsi xristianlaşdırıldı
(pravoslavlaşdırıldı) (77, v. 11). Bu zaman Gürcüstan ekzarxı
hətta Balakən, Tasmalı, Zəyəm və Yengianda kilsə tikintisi üçün
plan və layihələr hazırlatdırdı (82, v. 54).

Qeyd etmək lazımdır ki, dairə rəisi və onun köməkçiləri
əhalinin zorla xristianlaşdırılması işinə o qədər aludə olmuşdular
ki, heç bir etiraza məhəl qoymurdular. Zorla xristianlaşdırma
həyata keçirildikdən sonra, xristian dininin qaydalarına uyğun
ibadət etməyənləri və mövcud qaydaya etiraz edənləri həbs
cəzası və sürgün gözləyirdi (192, v. 5 (a)-6, 8 (a)). Özbaşınalıq
elə həddə çatmışdı ki, 1861-ci ildə knyaz Tarxan Mouravov özü
camaatın gözü qarşısında dini etiqadını dəyişməkdən imtina
edən mollanı cəzalandırmış, saqqalından tutaraq sürümüşdü

173

Paşa Yaqub

(209, v. 11).

Bölgənin bütün əhalisini xristianlaşdırmaq iştahasında
olan gəlmə keşişlərin ədəbsiz hərəkətləri də heç bir ölçüyə
sığmırdı. Dairənin yerli hakimiyyət nümayəndələri isə onları
himayə edir və əllərindən gələn köməyi əsirgəmirdilər. Hətta
onlar məhbəsdə olan cinayətkarlara da öz dinlərini könüllü
dəyişəcəkləri halda cəzadan azad ediləcəklərini vəd edirdilər
(209, v. 4). “Quldurlar, oğrular, əxlaqsızlar xristianlığı qəbul
etməklə, asanlıqla cəzadan yaxalarını qurtarır və kilsənin
himayəsinə sığınırdılar. Nəticədə Car-Balakən dairəsinin
rəisi Stoletovun özünün etiraf etdiyi kimi, “15 il müddətində
oğruları, acgözləri, əxlaqsızları müsəlmanlıqdan döndərməyə
çalışaraq heç bir inamı olmayan 2000 nəfər toplaya bilmişik”
(209, v. 1 (a))

Öz etiqadlarından – İslamdan üz döndərmək istəməyən
ingiloylar 1858-1861-ci illər ərzində dəfələrlə Qafqaz canişininə
zorla xristianlaşdırıldıqlarına dair şikayət ərizəsi ilə müraciət
etmiş və rəsmi cavab gözləmədən yenidən İslama qayıtmışlar.
Zorla pravoslavlaşdrılmış ingiloyların öz əvvəlki dini etiqadlarına
– İslama qayıtmaları elə kütləvi hal almışdır ki, yüksək rütbəli
çar məmurları İslama qayıtmış ingiloylara qarşı hansı tədbirləri
görəcəklərini belə bilmirdilər. Bu məsələ çar hakimiyyət
orqanlarını çox narahat edirdi və onlar hər hansı düşünülməmiş
qərarın kütləvi müqavimət hərəkatına çevriləcəyindən ehtiyat
edirdilər (206, v. 3 (a)). Nəhayət, 1861-ci ildə bu məsələyə açıq
münasibət bildirildi: “... yenidən İslama dönmüş ingiloylar

174

Övliyalar Ensiklopediyası

xristian hesab edilməsin və lazım olan məsələlərdə şahidlik
edərkən müsəlman dininin qaydalarına görə and içsinlər” (206,
v.9 (a)-10).

Lakin bununla yanaşı, çar hökuməti xristianlaşdırılmış
əhali arasında bu dini etiqadı qoruyub saxlamaq üçün daha
sərt addımlar atmağa başladı. Bunlardan ən başlıcası o idi ki,
İslam dininə qayıdan ingiloylar xristianlığı qəbul edərkən
əldə etdikləri bütün imtiyazlardan dərhal məhrum edilirdilər
və yenidən üzərlərinə əvvəlki vergilər qoyulurdu. Yüksək
rütbəli məmurlar bununla İslama axının qarşısını alacaqlarına
ümid edirdilər. Lakin zorla xristianlaşdırılanların əksəriyyəti
əldə etdikləri bütün imtiyazlardan və güzəştlətrdən məhrum
olunmalarına baxmayaraq, yenidən əvvəlki etiqadlarına – İslam
dininə qayıdırdılar. Pravoslavlaşdırılmış ingiloyların kiçik
bir qismi isə əldə etdikləri güzəştləri itirməmək üçün zahirən
xristian olaraq qalır, gizlində isə öz etiqadına sədaqətlərini
davam etdirirdilər. Əslində onların xristian dininin qayda-
qanunlarından heç xəbərləri belə yox idi. Onlar doğum, ölüm və
s. bu kimi məsələləri rəsmiləşdirmək xatirinə kilsəyə müraciət
etdikdə belə, İslam dininin qayda-qanunlarına uyğun hərəkət
edirdilər. Məsələn, biri-birlərini müsəlman adları ilə çağırır, öz
ölülərini dəfn edərkən tabuta qoymaq əvəzinə kəfənə bürüyür,
məzar daşlarının üzərinə Azərbaycan dilində yazırdılar. Hətta
qadınlar və kişilər kilsədə yanaşı oturaraq ibadət etmirdilər (78,
v. 51:79, v. 5, 12:81, v. 80).

Elə buna görə də 1863-cü il üsyanından sonra Zaqatala

175

Paşa Yaqub

dairəsinin yeni rəisi Stoletov general Karsova məktubunda
bildirirdi ki, dairədə xristianlığın normalarına cavab verəcək
bir nəfər də olsa xristian yoxdur (209, v. 1 (a)). Real vəziyyət
keşişlərin raportlarında da öz əksini tapmışdı. Qorağan keşişi
Nikolay Bornabov yazırdı: “Qorağan prixodunda fəaliyyətə
başladığım vaxtdan bu günə qədər qorağanlıların dini-ruhani
xristian həyatında mübarizə aparmaq məcburiyyətində
qaldığım çoxlu sapmalar qeydə alınmışdır. ... pravoslav
inamının tələblərini yerinə yetirmək və ruhani atanın öyüd-
nəsihətlərinə qulaq asmaq, eşitdiklərini qəbul etmək və
sonra onları öz həyatına tətbiq etmək Qorağan xristianının
xarakterinə xas deyil. ... Kilsəyə və keşişin yanına ancaq
ölünü basdırmaq, yeni doğulmuşu xaç suyuna salmaq,
nikah bağlamaq üçün qaçırlar və bunu da yalnız nikahın
və yeni doğulmuş uşağın qeydiyyatını rəsmiləşdirmək üçün
edirlər...” (81, v. 80).

Yaranmış dözülməz şəraitdə Zaqatalanın Tasmalı və
Lələpaşa kəndlərinin sakinləri bu qəddar müstəmləkə siyasətinə
etiraz əlaməti olaraq hamılıqla Türkiyəyə köçürülmələri barədə
ərizə ilə Qafqaz canişininə müraciət etmişlər (209, v. 13 (a)).
Lakin canişindən müsbət cavab almayacaqlarını qət edən Car-
Balakən əhalisi kütləvi surətdə azadlıq hərəkatına qalxdı. 1863-
cü ildə Hacı Murtuzun başçılığı altında xalq üsyanı başladı.
Hacı Murtuz rus ordusunun keçmiş kapitanı olmaqla, əhali
içərisində böyük nüfuza malik idi. O, Balakənin Noblevan
kəndində doğulub mədrəsə təhsili almış, fars, ərəb, türk dillərini
yaxşı bilən v şəriət qanunlarına ciddi əməl edən birisi idi. Rus

176

Övliyalar Ensiklopediyası

hökuməti ondan xristianlığı qəbul etməyi tələb etmiş, tələbi
yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilmişdir. Hətta çar
məmuru Şalikov onu Balakəndə kilsə tikmək üçün torpaq sahəsi
verməyə məcbur etmişdi. Bu hadisə onun üsyana rəhbərliyi öz
üzərinə götürməsinə səbəb olur (220, s. 206). Balakənli Bürcəli
və Carlı Molla Zəngi Hacı Murtuzun ən yaxın köməkçiləri idilər.
Bölgənin bütün müridləri onlarla birlikdə idi.

İngiloylar, xüsusən də əliabadlılar Hacı Murtuzun rəhbərlik
etdiyi üsyanın əsas təşkilatçılarından biri idilər. Bu da səbəbsiz
deyildi. Belə ki, Əliabad və Tasmalı kəndlərinin əhalisinin
xristianlığı qəbul etməkdən qəti şəkildə imtina etmələrinə
baxmayaraq, burada Qafqazda Pravoslav Xristianlığının Bərpası
Cəmiyyətinin hesabına tikiləcək kilsələrin təməli qoyulmuşdu.
Bölgənin əhalisini tamamilə xristianlaşdırmaq arzusu ilə 1862-
ci ildə Balakəndə də kilsə tikintisinə başlanılmışdı (143, s. 22;
192, v. 23).

Qısa müddət ərzində Əliabad üsyanın mərkəzinə çevrildi.
Camaat dəfələrlə Əliabadın kənd məscidində yığışaraq üsyana
hazırlıq işlərini və növbəti dəfə hansı addımın atılacağını müzakirə
etmişlər. Belə yığıncaqlardan birində əliabadlılar xristianlığı
qəbul etmiş ingiloy kəndlərini üsyana hazırlamaq missiyasını öz
üzərlərinə götürdülər. Onlar xristianlığı qəbul etmiş ingiloyları
inandırdılar ki, dövlət gec-tez onların xristianlaşdırılmasına sərf
etdiyi bütün vəsaiti: altı illik güzəşt, bəylərin torpaq asılılığından
azad edilmələri barədə təəhhüdü, kilsə tikintiləri ilə bağlı olaraq
il ərzində kilsə tərəfindən kəsilmiş aylıq məvacibi ləğv edəcək

177

Paşa Yaqub

və bunun əvəzini onlardan alacaqdır (77, s. 20).

Bütün bu izahat işlərinin nəticəsində, çox keçmədən
ingiloylar zorla xristianlaşdırıldıqlarına dair şikayətlə Qafqaz
canişininə müraciət edərək, yenidən İslam dininə qayıtmaq
arzusunda olduqlarını bildirirlər. İyunun 5-də Əliabad məscidində
üsyana hazırlığı yoxlamaq məqsədi ilə son yığıncaq keçirildi.
Yığıncaqda əhalisi xristianlaşdırılmış ingiloy kəndlərinin də
nümayəndələri iştirak edirdilər. Onlar da əliabadlılarla birlikdə
Hacı Murtuza kömək etməyə hazır olduqlarını bildirirlər (77, v.
50).

6 iyun 1863-cü il tarixdə üsyançılar, o cümlədən zorla
xristianlaşdırılmış ingiloylar axşam Zaqatala qalasına hücuma
başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi Şalikov
öldürüldü. Çar hökuməti üsyanın geniş vüsət almasından təşvişə
düşərək onun yatırılması üçün təcili tədbirlərə əl atdı. Temirxan-
Şuradan buraya 3 minlik süvari rus qoşunu da yeridildi. Üsyan
iştirakçıları arasında kütləvi həbslər həyata keçirildi. Qorağan
kəndindəki məscid bağlanıldı. Əmrə tabe olmayaraq həmin
məscidə gələnləri və İslama etiqad edənləri kütləvi surətdə həbs
etdilər.

Hərbi-səhra məhkəməsinin qərarı ilə üsyanın 18 nəfər ən
fəal iştirakçısı dar ağacından asıldı. Min nəfərdən çox üsyançı və
onların ailə üzvləri ağır katorqa işlərinə göndərildi. Hacı Murtuz
Yenisey quberniyasına sürgün edildi və on ildən sonra orada
vəfat etdi. Hökumət dairələri üsyanda iştirak etmiş kəndlilərə
vəhşicəsinə divan tuturdu. Vurulan ziyan üsyançıların hesabına

178

Övliyalar Ensiklopediyası

ödənildi. Üsyan iştirakçılarının əmlakı dağıdıldı və talan edildi.

Üsyan nəticəsində ingiloylar kütləvi surətdə
xristianlaşdırılmaqdan imtina etdilər və bnunla 7 pravoslav icması
bağlandı (77, v. 16). Yalnız Qax, Qorağan kəndlərinin əhalisinin
bir qismi, həmçinin Əlibəyli kəndinin əhalisi pravoslavlıqda
qaldı.

1879-cu ildə Serafimoviçin Zaqatala dairəsinə rəis
təyin edilməsindən sonra vəziyyət yenidən dəyişdi. O, gürcü
missionerlərinin fəaliyyətinə yenidən xeyir-dua verdi.

Lakin Serafimoviçin səyləri istənilən nəticəni vermədi.
Belə ki, 1880-ci ildə yalnız tasmalılardan 20 ailəni xaç
suyuna salmaq mümkün oldu. Lakin 1881-ci ildə Serafimoviç
Balakəndə öldürülən kimi tasmalılardan 11 ailə yenidən
İslama qayıtdı. Bundan sonra, Tasmalıda pravoslavlaşdırılmış
ingiloylar tamamilə öz dininə qayıtdı (79, v. 16-17). Artıq 1883-
cü ildə Tasmalı, Zəyəm, Yengian kəndlərinin hər birində cəmi
bir ailə xristianlığa etiqad edirdi (80, v. 27). Bununla Tasmalı
prixodunun da bağlanma təhlükəsi yaranır. Amma, missionerlər
coğrafi mövqeyinə görə mühüm nöqtədə yerləşən Tasmalını
itirmək niyyətində deyildilər. Missionerlər üçün Tasmalı onun
əhatəsində yerləşən Zəyəm, Lələpaşa, Marsan, Varxian, Şotavar,
Yengian, Əliabad kəndlərində missionerlik fəaliyyətini tədricən
bərpa etməyə imkan verəcək mərkəz idi (79, v. 8).

1891-ci ildə Tasmalı kilsəsinin tikintisinə başlanıldı.
Missionerlər yeni kilsənin tikintisi üçün uğurlu yer seçmişdilər.
Yeni kilsə yerli müsəlman əhalinin müqəddəs saydıqları alban

179

Paşa Yaqub

kilsəsinin xarabalıqları üzərində tikiləcəkdi (79, v. 3). Qafqazda
Pravoslav xristianlığını bərpa edən cəmiyyət bu kilsənin tikintisi
üçün 4.000 rubl ayırmışdı (79, v. 1).

1892-ci ildə isə, Meşəbaş və Kürmük kilsələrinin
tikintisinə başlanılır. Kürmük kilsəsi də həm müsəlman, həm
də xristian əhalinin ziyarətgahı olan Alban məbədinin üzərində
tikildi (79, v. 7; 84, v. 3).

İngiloy Ruhani İdarəsinin səyləri nəticəsində Qax
sahəsinin ingiloylarının xristianlığa döndərilməsində xüsusi
xidmətləri olan kapitan Merkulov Əliabad sahəsinin rəisi təyin
edildi. 1892-ci ildə onun səyləri nəticəsində tasmalılardan 12 ev
yenidən xristianlaşdırıldı (79, v. 17; 80, v. 15). Artıq 1892-ci ildə
Tasmalıda 16 ev, hər iki cinsdən birlikdə 75 nəfər, Zəyəmdə iki
ev, 6 nəfər, Yengianda isə bir ev və 3 nəfər xristian idi (80, v. 27-
28). 1892-ci ilin mayında Merkulov öz vəzifəsindən istefa verən
kimi tasmalılardan 12 ev yenidən İslama döndü.

Qeyd etmək lazımdır ki, Zaqatala dairəsində
xristianlaşdırmadakı uğursuzluqlardan sonra, missionerlər öz
fəaliyyətlərini bərpa etməyin yeni yollarını axtarırdılar. Qorağan
keşişi Qvtisavarov xristianlaşdırma işini “yaxşılaşdırmaq” üçün
ciddi təkliflər verdi. Onun fikrincə missionerlər öz fəaliyyətlərinə
ilk növbədə müsəlman uşaqlarını rus məktəblərinə cəlb
edilməsindən başlamalı idilər. Bu gənc nəslin xristian dininə
istiqamətləndirilməsinə imkan verəcəkdi. Yaşlı müsəlmanlar
arasında xristianlığı yaymaq üçün isə, müsəlmanlar üzərində
polis nəzarəti gücləndirilməli və xristian şəxslərə qəsdən etimad

180

Övliyalar Ensiklopediyası

göstərmədikləri halda onlar cəzalandırılmalı idilər. Xristianlara
müsəlmanlarla müqaisədə açıq şəkildə üstünlük verilməsini
vacib sayan keşiş, xristianlığı qəbul etməyənlərin daha az
məskunlaşmış ərazilərə köçürülməsini təklif etdi.

Missionerlər eyni zamanda xristianlığı qəbul edənləri
müsəlmanlar və xristianlar tərəfindən xristian adları ilə
çağırılmasının vacib olması (əks halda qaydanı pozanların
cəzalandırılması), ölən xristianın mirasının yaxın müsəlman
qohumuna verilməməsini tələb etdi. Onun fikrincə, belə
məsələlərdəprinsipialmövqegöstərilsə,pravoslavlaşdırılmışların
sayı artacaqdı (78, v. 51-56). Lakin, əhalinin ciddi müqaviməti
nəticəsində bu tələbləri də həyata keçirmək mümkün olmadı.Artıq
əhalinin kütləvi xristianlaşdırılması mümkün deyildi. Ona görə
də missionerlər heç olmasa ayrı-ayrı insanları xristianlaşdırmaq
üçün kilsə qanunlarını pozmaqdan belə çəkinmirdilər. Məsələn,
1896-cı ildə Taras İvaniski adlı keşiş Balakən sakini Dibir
Musayevi xristianlaşdırarkən Ruhani Konsistoriyasının 31-ci
maddəsini pozmuşdu. Bu hadisə Ali Ruhani İdarəsi tərəfindən
müzakirə olunsa da, nəticə uğurlu olduğu üçün T. İvaniski
cəzasız qaldı (83(a), v.46, 73).

Keşişlərin özfəaliyyəti təkcə Zaqatala dairəsinə aid deyildi.
Onlar imkan düşəndə digər qonşu müsəlman vilyətlərində də
“öz müqəddəs borclarını” yerinə yetirirdilər. 1900-cü ildə Nuxa
vilayətində Şirin bəy Əliyevin “arzusunu gözündə qoymaq”
istəməyən keşişlər öz təcrübələrinə əsaslanaraq ölünü də
xristianlaşdırırlar. Mərhumun adı dəyişdirilərək Aleksandr
olur. Nəşi isə, müsəlman qəbiristanlığından çıxarılıb xristian
qəbiristanlıında dəfn edilir (83, s. 18, 25). Halbuki, buna oxşar

181

Paşa Yaqub

hadisə Yengian kəndində olarkən kəndin sakinlərindən biri
İbrahim Hacı Məhəmməd oğluna nəinki İslam dininə dönməyə
icazə verilmədi, hətta, kəndin digər sakini Nur Məmməd oğlunu
müsəlman adəti ilə dəfn edən molla məsuliyyətə cəlb olundu
(81, v. 126).

Beləliklə, Rusiya hökumətinin gürcü kilsəsi ilə birlikdə
Car-Balakən camaatlığının və İlisu sultanlığının ərazisində
həyata keçirdikləri xristianlaşdırma siyasətinin nəticələri onların
tam arzuladığı kimi olmadı. Lakin, 70-80 illik fəaliyyət nəticəsiz
də qalmadı. Zorla xristianlaşdırma siyasəti nəticəsində XIX əsrin
əvvəllərinə qədər aralarında bir nəfər də olsun xristian olmayan
ingiloylar arasında ədavət və düşmənçilik yarandı. Tasmalı keşişi
Bakradzenin Gürcüstan ekzarxına yazdığı məruzədən bir parça
bunu sübut edir: “Pravoslavlarla Məhəmmədilər (müsəlmanlar)
arasında indi güclü bir düşmənçilik və qisasçılıq başlanıb; indi
onların arasında nə qohumluq, nə qonşuluq, nə dostluq, nə
tanışlıq, nə də ki, əvvəlki kimi ictimai münasibətlər var” (77, v.
13).

Beləliklə, zor gücünə və böyük maddi imtiyazlar hesabına
ingiloyların bir hissəsinə pravoslavlığı qəbul etdirməklə,
Rusiya imperiyasının hakim dairələri Azərbaycanın şimal-qərb
torpaqlarında, o cümlədən Car-Balakən camaatlığının və İlisu
sultanlığının yerli əhalisi arasında gələcəkdə uğurla istifadə
edilə biləcək qarşıdurma ocağı yaratdı və bu yolla işğal olunmuş
ərazilərdə öz mövqelərini möhkəmləndirdi”. (Arzu Əşrəfqızı
Məmmədova. “Car-Balakən Camaatlığı” kitabı, səh. 165-174)

182

Övliyalar Ensiklopediyası

PİR CAHAN

Azərbaycanda müqəddəs ziyarətgaha çevrilən xanım
övliyalardan biri də “Pir Cahan” adı ilə tanınan
pirdə dəfn olunmuş xanımdır. Bu pir Zərdab rayonunun Lələağacı
kəndi ilə Yarməmmədbağı kəndinin sərhədində yerləşir. Pirin
ərazisi sıx bitmiş yulğun ağacları ilə örtülüdür. Burada cəmi iki
ədəd qəbir mövcuddur. Qəbirlərdən biri xanım övliyaya, digəri
isə, kişiyə (ola bilsin ki, onun həyat yoldaşıdır. Düzgününü Allah
bilir) məxsusdur. Bu pir orta əsrlərdən bu yana mövcuddur. Ona
görə də buradakı ağaclara toxunulmur. Şahidlərin dediklərinə
görə, pirin yanından keçən adamlar müxtəlif zamanlarda burada
qədim geyim formasında bir qadınla bir kişini görmüşlər və onlar
bir anda yox olmuşlar.Ağsaqqalların dediyinə görə, zaman-zaman
insanlara görünən və yox olan bu varlıqlar ola bilsin ki, pirdə
dəfn olunanların ruhlarıdır. XIX əsrdə bu pirə Yarməmmədbağı
kənd sakini Soltanəhməd kişi mücövürçü olmuşdur. Onun pirdə
mücövürçü olmasının çox maraqlı tarixçəsi vardır və bu, mühüm
bir tarixi hadisəyə bağlanır. Belə ki, təxminən 1850-ci illərin
əvvəllərində Soltanəhməd kişi pirin yanından keçəndə burada
yad bir kişi görür və onunla salamlaşaraq kimliyi ilə maraqlanır.
Kişi cavab verir ki, “Mən Ağsunun Külüllü kəndindən olan Hacı
Əhməd əfəndiyəm. Nikolay hökumətinin təqibindən qaçaraq
bura sığınmışam”. Beləliklə, Hacı Əhməd əfəndi bir müddət
(1850-ci illərin əvvəllərində) bu pirdə yaşayır və bu müddətdə

183

Paşa Yaqub

Soltanəhməd kişi hər gün evindən ona çörək gətirib verir.
Soltanəhməd kişinin övladlarına danışdığı və bu günə gəlib
çatan söhbətə görə, günlərin birində Hacı Əhməd əfəndi onun
gətirdiyi çörəyi yeyərək, artıq getmək vaxtı olduğunu bildirir və
Soltanəhməd kişi ilə halallaşır. Tapşırır ki, bundan belə bu pirə
mücövürçü olarsan və bura xidmət göstərərsən. Bunu deyəndən
sonra möcüzəli şəkildə bir anda yox olmuşdur. Həmin vaxtdan
Soltanəhməd kişi ölüncə “Pir Cahan” pirinə xidmət göstərmiş,
ölümündən sonra bu işi övladları və nəvələri davam etdirmişlər
(son 5-6 ilə qədər nəvəsi Soltanəhməd bu işi davam etdirirdi).

Araşdırmalarımız göstərir ki, XIX əsrin ortalarında Ağsu
rayonunun Külüllü kəndində həqiqətən də Hacı Əhməd əfəndi
adlı şəxs (məşhur Bilal əfəndinin atası) yaşamış və kəramətli
övliya olmuşdur.

Tarixi mənbələrdən o da məlumdur ki, Külüllü kəndindən
olan Hacı Əhməd əfəndi öz təhsilini Kürdəmirdə məşhur
Nəqşibəndi Şeyx Mövlanə Hacı İsmayıl Şirvanidən (1782-1848)
almış və müridizm hərəkatının öncüllərindən biri olmuşdur.

Çar hökumətinin sufilərə qarşı amansız mübarizəsi Hacı
Əhməd əfəndidən də yan keçmədi. Belə ki, 1813-cü ildə Rusiya
ilə İran arasında bağlanan “Gülüstan” müqaviləsindən sonra
Azərbaycanın şimalında din xadimlərinə, özəlliklə də sufilərə
qarşı böyük təzyiq və təqiblər başlandı. Bu gün arxivdə saxlanan
rus rəsmi sənədlərində 1849-cu ildə Şamaxı quberniyasından
dindarların kütləvi şəkildə sürgün olunması haqda qeydlər
vardır. Sürgünlərin səbəbi kimi, Şirvan əhalisinin yeni təlim

184

Övliyalar Ensiklopediyası

– müridizm bayrağı altında mübarizəyə başlamaları göstərilir.
Sənədlərdə həmçinin hərəkatın rəhbərinin Külüllü Hacı Əhməd
əfəndi olduğu göstərilir (!).

Hadisədən yeddi il sonra knyaz Behbudov təəssüf
edirdi ki, 1849-cu il sürgünləri zamanı Hacı Əhməd əfəndinin
kənarda qalması (tapılmaması) 1855-1856-cı illərdə yeni Şirvan
üsyanının başlanmasına səbəb olmuşdur.

Tədqiqatçı Məhəmməd Rıhtımın araşdırmalarına görə,
1855-ci ilin yanvarından etibarən çar məmurları Şeyx Hacı
Əhməd əfəndini izləməyə başlayırlar. Knyaz Behbudov 1856-cı
il 6 sentyabr tarixində Daxili İşlər Nazirliyinə göndərdiyi 552
saylı rəsmi məktubda Hacı Əhməd əfəndinin və Qaraqoyunlu
Qəhrəman bəyin həbs edilərək Tambov quberniyasına sürgün
olunduğunu qeyd edir.

Hacı Əhməd əfəndi 1856-cı il dekabrın 24-də Tambov
şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur.

Göründüyü kimi, tarixi sənədlərdə göstərilənlərlə “Pir
Cahan”ın mücövürçüsü Soltanəhməd kişinin dediyi sözlər tam
üst-üstə düşür və zaman baxımından da uyğun gəlir.

Sual yaranır ki, Şamaxı üsyanının rəhbəri Külüllü Şeyx
Əhməd əfəndi çar məmurlarından qaçarkən gizlənmək üçün niyə
məhz “Pir Cahan”ı seçmişdir? Bu sualın dəqiq cavabı məlum
olmasa da, onu bir neçə variantda izah etmək olar. Birinci variant
sufi şeyxlərinin aldıqları mənəvi ilham və işarələrlə əlaqəlidir.
Belə ki, kəramətli övliya olan Əhməd əfəndiyə mənəvi işarələrlə
göstərilə bilərdi ki, bu pir onun üçün təhlükəsizdir və burada

185

Paşa Yaqub

təqibdən qurtula bilər.
İkinci variant genetik bağlılıqla əlaqədardır.

Araşdırmalarımız göstərir ki, bir çox kəramət sahiblərinin nəsil
şəcərəsi çox qədimlərdə mövcud olmuş pirlərə, imamlara bağlana
bilir. Odur ki, Hacı Əhməd əfəndinin də nəsil şəcərəsinin “Pir
Cahan”da dəfn olumuş xanım övliyaya bağlanması mümkündür.
Bu iki ehtimaldan hansının doğru olmasını Allah bilir.

Pir Cahan piri əsrlərdir ki, bölgə əhalisinin sevə-sevə
ziyarət etdikləri müqəddəs məkandır. Buradan edilən dualar
xanım övliyanın üzünün nuru hörmətinə Allah dərgahında
tez qəbul edildiyindən bugünkü nəsil tərəfindən də yad
edilməkdədir...

186

Övliyalar Ensiklopediyası

PİR HƏSƏN PİRİ

Pir Həsən ziyarətgahı Mərdəkanda yerləşir. Yeri
gəlmişkən, qeyd edim ki, bu pir kompleksində iki
qədim türbə mövcuddur. Türbələrdən biri (nisbətən hündürdə
olanı) Pir Həsənə, digəri isə, (daha qədimi), Xədicə xanıma
məxsusdur.
Pir Həsənin türbəsinin üzərindəki ərəbcə kitabəni
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutunun əməkdaşı
Məşədixanım Nemətova aşağıdakı kimi tərcümə etmişdir:
“Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi
Pir Həsənindir. Onu əzəmətli xaqan Şah Abbas – Allah onun
hökmranlığını əbədiləşdirsin – vaxtında Dərviş əl-Hüseyni
tikdirmişdir. Min iyirmi birinci il” (1612-1613).

Kitabədən göründüyü kimi, günbəz 1612-1613-cü illərdə
tikilmişdir. Qeyd edim ki, pir kompleksində olan digər günbəz
daha qədimdir. Burada VII imam Həzrət Museyi-Kazımın
nəvəsi Həzrət Xədicə xanım dəfn olunmuşdur. O, kəramətləri
ilə məşhur olan xanım övliyalardandır.

187

Paşa Yaqub

Bu həzrətin türbəsi uzun illər qum altında qalmışdır. 1990-
cı illərin əvvəllərində bir nəfər mömin şəxsin gördüyü yuxu ilə
əlaqədar ərazidə olan qum təmizlənmiş, nəticədə Xədicə xanımın
günbəzi və qəbri üzə çıxarılmışdır. Həmin dövrdən burada bir
çox çarəsiz xəstələr şəfa tapdığından bu qəbir insanlar tərəfindən
müqəddəs tutulmuş və pir kimi ziyarət olunmağa başlanmışdır.
Bunu ziyarətgaha qoyulmuş xatirə kitabından da aydın görmək
olur.

Belə ki, bu kitabda ziyarətçilər başlarına gələn maraqlı
əhvalatları qeyd etmişlər. İctimai marağı nəzərə alıb, xatirə
kitabında yazılmış bir neçə xatirəni moderator.az-ın oxucularına
təqdim edirəm:

“Ağır xəstəlik keçirdiyimdən can üstə olmuşam. Anam bu
halımdan qorxmuşdu. Sonra mən xəstəlikdən sağalıb qalxsam
da, anam bərk xəstə düşdü. Onda qorxudan həm ürək, həm də
şəkər xəstəlikləri yaranmışdı. Bu, onu çox qorxudurdu. Bir ay
xəstəxana şəraitində yatmasına baxmayaraq, anamda heç bir
irəliləyiş hiss olunmurdu. Dünyagörmüş qohumlarımız bizə

188

Övliyalar Ensiklopediyası

məsləhət gördülər ki, “Pir Həsən” ziyarətgahına gəlib buradakı
müqəddəsləri, o cümlədən Xədicə xanımın məzarını ziyarət edək.
Belə də etdik. Bu gün beşinci dəfədir ki, buranı ziyarət edirik.
Birinci gün gələndə anam təngnəfəslikdən yeriyə bilmirdi. İkinci
gün bir az yüngülləşmə, üçüncü gün daha çox yüngülləşmə
hiss olunurdu. Bu gün artıq anam özünü sağlam hiss edir. Biz
pirdə dəfn olunanlara Allahdan rəhmət diləyirik. Allah onların
xatirinə bura üz tutan çarəsizlərin dərdinə çarə qılsın”.

Rzayeva Cəlalə Rauf qızı –

Bakı şəhəri, Naxçıvan küçəsi 94, mənzil 5.

***

“Qızım Mehparə uşaq dünyaya gətirərkən onda psixi
pozğunluqlar yaranmışdı. Əsəb xəstəxanasında aparılan
müalicələr heç bir effekt vermirdi. Gecə ikən onu xəstəxanadan
götürüb, xəlvət bu pirə gətirdim. Ziyarət edib gedəndən sonra
tamam sağaldı”.

Hüseynova Səkinəxanım Mirismayıl qızı –

Maştağa qəsəbəsi, Axund Mirəbdülxaliq küçəsi, ev 1.

5 may 2002-ci il.

***

“Mən Nadirova Vüsalə Zeynal qızı bu müqəddəs
ziyarətgahın daimi zəvvarlarından biriyəm. Hələ xəstə olmayana
qədər ailə üzvlərimlə bu piri ziyarətə gəlirdik. 28 oktyabr 2002-
ci il tarixdə sübh çağı sudurğa keçirdim, dilim qatlanmışdı.

189

Paşa Yaqub

Valideynlərim məni həkimlərə apardılar. Lakin qəbul etdiyim
iynə-dərmanların heç bir müsbət təsiri olmurdu. Hər dəfə sudurğa
keçirəndə elə zənn edirdim ki, həyatımın sonudur. Nəhayət,
valideynlərim məni bu pirə ziyarətə gətirdilər. İki dəfə ziyarət
edəndən sora özümdə xeyli yüngüllük hiss etdim və burada niyyət
tutdum ki, tam sağalım, üçüncü dəfə ziyarətə piyada gələrəm.
Allah niyyətimi qəbul etdi və buradakı müqəddəslər xatirinə
mənə şəfa verdi. Əhdimə əməl edib, piyada gəlmişəm”.

Nadirova Vüsalə Zeynal qızı –
Əmircan qəsəbəsi, ev 4, mənzil 53.

17 avqust 2003-cü il

***

“Mən Şərafət Həsənova Neftçala rayonunun Mirqurbanlı
kəndində yaşayıram. Bura ziyarətə gəlməmişdən qabaq uzun
müddət müxtəlif xəstəxanalarda yatmışam. Məni qorxudan o idi
ki, xəstəliyimin nə olduğunu həkimlər müəyyən edə bilmirdilər.
Ağrılar məni çox pis vəziyyətə gətirirdi. Sonra qaynanam məni
Bakıya gətirdi. “Pir Həsən” pirinə üç gün dalbadal ziyarətə
gəldim. Xanım Xədicənin və Pir Həsənin şərif məzarlarını ziyarət
etdim. İndi məndə hər şey yaxşıdır. Ağrılardan qurtulmuşam.
Bura üz tutanların hamısına Allahdan şəfa diləyirəm”.

Şərafət Həsənova –

Neftçala rayonunun Mirqurbanlı kənd sakini.

13 dekabr 2003-cü il.

190

Övliyalar Ensiklopediyası

***

“Qaynanam Rzayeva İsbəngülü iflic vəziyyətdə “Pir
Həsən” ziyarətgahına gətirdim. Həm Seyidin, həm də seyidə
Xədicə xanımın qəbirlərini ziyarət etdik. Buna qədər əlimizi
hər yerdən üzmüşdük. Xəstədə ağız, burun, çənə tanınmaz hala
düşmüşdü, çənə pis şəkildə aşağıya əyilmişdi. Biz bura iki dəfə
ziyarətə gələndən sonra Allahın möcüzəsi ilə rastlaşdıq. Pirdə
olarkən, bir göz qırpımında sifət düzəlməyə başladı. Biz getmək
üçün maşına əyləşəndə xəstə özünə gəlmiş və artıq özünü rahat
hiss edirdi. Bundan sonra ailəmiz həmişə pir sahibinə dualar
edirik”.

Səfərov Xəyyam Nüsrət oğlu -

Keşlə qəsəbəsi, Moskva prospekti, ev 79.

20 aprel 2004-cü il.

***

“Mən – Türkan qəsəbə sakini Əliyeva Əntiqə Balaəhməd
qızı 15 oktyabr 2004-cü il tarixdə süd vəzimdə şiş olduğunu
hiss etdim. Həmin gün səhər həkimə gedib, diaqnostik aparata
girdim. İki ədəd şabalıd və qoz boyda şiş olduğunu dedilər və
əməliyyat etməyi təklif etdilər.

Xəstəxanadan çıxıb, birbaşa üz tutdum ziyarətgahlara.
Mir Mövsüm ağanı, Mir Sultan ağanı, “Pir Həsən” pirini,
Maştağada Seyid İbad ağanı və digər müqəddəs yerləri ziyarət
etdim. Üç dəfə bura gəlib, Xədicə xanımın və Pir Hüseynin
günbəzlərini ziyarət etdim. Sonralar üç klinikada müayinədən

191

Paşa Yaqub

keçdim ki, görüm məndə şiş var, ya yoxdur? Hər üçü təsdiq etdi
ki, məndə şiş yoxdur. Mən bu gün – 9 noyabr 2004-cü il tarixdə
bura gəlib qurbanımı kəsirəm.

Həyat yoldaşım Əliyev Bəyləri də bir il bundan əvvəl ağır
vəziyyətdə bu pirə gətirmişdik. Həmin vaxt o da şəfa tapdı. Onun
da qurbanın bu gün birlikdə gətirmişik. Qurbanolduqlarımın
möcüzəsinə inanırdım, bilirdim ki, sinəmdə olan şiş yox olacaq,
onlar məni darda qoymazlar”.

Əliyeva Əntiqə Balaəhməd qızı -

Türkan qəsəbə sakini.

9 noyabr 2004-cü il.

***

“Mən Əsədov Dəyanət Əhliman oğlu özüm bilmədiyim
xəstəliyə görə Bakıdakı (...) əsəb xəstəxanasında müalicə alırdım.
Beynimə müxtəlif fikirlər gəlirdi və mən onu edirdim. Elə bilirdim
yaxşı hərəkətdir. Sonradan etdiyimə peşman olurdum. Hərdən
sanki ağlımı itirirdim. Bir gün əmim Qubad məni xəstəxanadan
qaçırıb “Pir Həsən” ziyarətgahına gətirdi. Burdakı günbəzə
girib Allaha yalvardım ki, məni sağaltsın.

Şükür Allaha, günbəzdən 200 metr aralanmışdım ki,
burnumdan qan açıldı. Ondan sonra həmin xəstəlik məni tərk
etdi”.

Əsədov Dəyanət,

19 dekabr 2008-ci il.

192

Övliyalar Ensiklopediyası

“Oğlum Teymur Qarabağ müharibəsində minaya
düşəndən sonra yarası sağalsa da, özünü həmişə narahat hiss
edirdi – qorxurdu, diksinirdi. Bir gün onu bura ziyarətə gətirdim.
Pir Həsənin və Xədicə xanımın qəbirlərini ziyarət etdikdən sonra
narahatlığı keçib getdi”.

Paşayev Fazil -
Mingəçevir şəhərində məskunlaşmış

Laçın rayon sakini.

193

Paşa Yaqub

AXUND MİRZƏ ƏBU TURAB

Mərdəkandakı “Pir Həsən” pir kompleksində dəfn
olunan nurlu simalardan biri də Axund Mirzə Əbu
Turabdır. O, Bakı şəhərinin İçərişəhər hissəsində anadan olmuş
və fəaliyyəti də əsasən Bakı ilə bağlı olmuşdur. O, dövrünün
bütün ictimai və mədəni hadisələrində yaxından iştirak etmişdir.
Məsələn, 1905-ci ildən nəşr olunan “Həyat” qəzetinin mühərriləri
Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi yazıçı
və ictimai xadimlər sırasında Axund Mirzə Əbu Turabın da
imzasına tez-tez rast gəlmək olur.
O, təhsilini Mədinədə alaraq, ərəb dilinə mükəmməl
yiyələnmişdi. Əmircan məscidində və habelə şəhərin bir çox
məscidlərində moizələr oxuyurdu. Öz dövründə ilahiyyat elminin
ən görkəmli nümayəndəsi hesab olunurdu. Elmin, maarifin dostu,
mövhumatın, dini fanatizmin qatı düşməni idi. Şəbeh çıxarmaq,
baş yarmaq, zəncir vurmaq, şaxsey-vaxsey kimi dini adətlərə
qarşı çıxaraq, müsəlmanları islamiyyətə dəxli olmayan belə
zərərli adətlərdən çəkinməyə çağırırdı (həm minbərdən və həm
də mətbuat səhifələrindən). Buna görə də fanatik qara qüvvələr
onu sevmirdilər. Onu açıq-açığına hədələyərək, deyirdilər ki,
bu axund bizi bidətə çağırır. Axundun öz qızını Tağıyevin qız
məktəbinə qoyması onun düşmənlərini daha da qəzəbləndirmişdi.
Həyatı bir neçə dəfə təhlükə qarşısında qalmışdı. Belə hallarda

194

Övliyalar Ensiklopediyası

o, Mərdəkandakı bağında gizlənirdi.
Moizələrində həmişə sünni-şiəçiliyin
əleyhinə çıxırdı. İslamda təfriqə
salanlarla mübarizədə silahını heç
zaman yerə qoymamışdı.

Cəmiyyətinmütərəqqiziyalıları
ilə onun arasında bəzən münaqişə və
mübahisələr də baş verirdi. Xüsusilə
“Həyat” qəzetində dərc edilmiş və
sonralar 1907-ci ildə Tiflisdə kitabça
şəklində nəşr edilmiş “Bizə hansı
elmlər lazımdır?” məqaləsində irəli Axund Mirzə Abu Turab
sürülən məsələlər ətrafında qızğın mübahisələr getmişdir. Söhbət
hansı elmlərin vacibliyi barədə idi. Bəzilərinin düşündüyü kimi,
Əbu Turab elm ədyanla elm əbyanı (dünyəvi elmlə ilahiyyat
elmini – müəllif) heç zaman bir-birinə qarşı qoymamışdı. O,
yalnız hansı elmi əvvəlcə öyrənməyin əhəmiyyətindən danışır
və özünün bütün mülahizələrini də bunun əsasında qururdu.
Axund Əbu Turab ilk növbədə insanın daxili aləminin paklığını,
təmizliyini və zənginləşməsini lazım bilirdi. Mənəvi daxili aləmi
zənginləşdirmədən dünyəvi elmlərin öyrənilməsi fayda verməz -
deyirdi. İnsanda insaniyyəti tərbiyələndirmək üçün onun fikrincə
birinci növbədə ilahiyyata yiyələnmək lazımdır. Bu barədə belə
yazırdı: “Hikməti təbiini bilməklə insan olmaq olmaz. Hikməti
ilahi ilə kamil olmaq insanı insan edər”.

Söhbət ancaq bu barədə gedirdi. Bəziləri isə Axund Əbu

195

Paşa Yaqub

Turabı düzgün başa düşməyərək, belə nəticə çıxarırdılar ki, guya
o, dünyəvi elmləri inkar edir, yalnız dini elmlərə, ilahiyyata
rəvac verir. Əslində Axund Əbu Turabın məqsəd və məramı hər
şeydən əvvəl insanın daxili aləmini zənginləşdirmək idi. Belə
olmadıqda onun fikrincə insanın məşğul olduğu təbii elmlər heç
bir səmərə verməz: “Bəs lazımdır insan əvvəl dəyanət elmini
təhsil edib, sonra sair ülum və maarifə iştiqal etsin”.

Məlum olduğu kimi, elmlə din arasındakı mübahisəyə
hələ qədim zamanlarda Əbu Əli İbn Sina, Fərabi, İbn Rüşüd
kimi üləmalar da girişmişdi.

Axund Mirzə Əbu Turabın məqaləsi ətrafında gedən
mübahisələrdə Əli bəy Hüseynzadə bu məsələ ilə əlaqədar çıxış
edən Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” jurnalından
fərqli olaraq, məsələyə daha mötədil və ehtiyatla yanaşırdı. O,
yazırdı: “Russo ülum və fənnin ziddinə, əleyhinə idi. Lakin Əbu
Turab bu qədər irəli getmir. O, ancaq buyurur ki, ülum və fünun
təhsil etməməkdə, onlardan məhrum olmaqda bir zərər yoxdur.
Yetər ki, ülum diniyəyə həqq ilə vaqif olaq. Elm və din, ixtilafi
din və məzhəb... qorxulu sözlər deyilmi? Lakin heç qorxmayın.
Çünki həqiqət halda niza və ixtilaf elm ilə din arasında deyildir.
Çünki nə haqq və mubin (aşkar) olan din elmdən qorxar və nə də
elmi həqiqət din və məzhəbə düşməndir. İxtilaf bunların arasında
deyildir”.

Əli bəy Hüseynzadə ixtilafı özlərini din bilicisi hesab
edən mollalarla din elmindən xəbəri olmayan elm və maarif
xadimləri arasında görürdü. Beləliklə, söhbət nə dinin və nə də

196

Övliyalar Ensiklopediyası

elmin inkarından deyil, onlardan birinin üstünlüyündən gedirdi.

Şübhəsiz ki, Axund Mirzə Əbu Turab üstünlüyü dinə
verirdi: “Tibb elmində bədənin xəstəliklərinə əlac etmək olar,
lakin onunla insanlıq kəsb etmək olmaz”.

Axund Əbu

Turab fəal publisist idi.

Hansı mövzuda yazırsa-

yazsın, insanları həmişə

maarifə və birliyə

çağırırdı. Öz dərin biliyi,

mərifəti və xeyirxahlığı

ilə hamının hörmətini

qazanmışdı. H.Z.Tağıyevin ona xüsusi hörmət və ehtiramı vardı.

Bu səbəbdən də Tağıyev vəsiyyət etmişdir ki, onu Əbu Turabın

ayaq tərəfində dəfn etsinlər (vəsiyyətə əməl edərək milyonçunu

Axundun ayaq tərəfində dəfn ediblər).

Axund Mirzə Əbu Turabın ölümündən sonra 1914-cü ildə
Orucov qardaşlarının nəşriyyatı tərəfindən onun “İslamın təfriqəsi
səbəbləri” adlı kitabı nəşr edilmişdir. Bu kitabda islamiyyət
içərisindəki təfriqənin əsas səbəbləri geniş izah olunurdu.
Axund Mirzə Əbu Turab 1910-cu ildə vəfat etmişdir. Qəbri
Mərdəkandakı Pir Həsən ziyarətgahındadır. Qəbri üzərindəki
məqbərəni neft milyonçusu Murtuza Muxtarov tikdirmişdir.

197

Paşa Yaqub

OCAQ ZİYARƏTGAHI

Gədəbəy rayonunun Arıxdam kəndinin yaxınlığında
olan “Ocaq” ziyarətgahı dağın başında yerləşir.
Burada edilən dualar Haqq dərgahında tez qəbul olunduğundan,
bölgənin inanclı insanları bu yeri müqəddəs hesab edərək,
dualarını burada edirlər. Ziyarətgahda olarkən rastlaşdığım
insanlar mənə maraqlı əhvalatlar danışdılar. Onlardan ikisini
oxuculara təqdim edəcəm.
İlk müsahibim Gədəbəy rayonunun Arıxd­ am kənd sakini
Hacıyeva Aybəniz Əli qızıdır:
- Yay ayları idi, ailəlikcə yaylağa köçmüşdük. Alaçığımız
“Ocaq” ziyarətgahının yaxınlığında idi. Bizdən başqa da
burada düşərgə salanlar vardı. Hamı yay aylarında heyvanlarını
burada saxlayardı. Maarif kəndindən də bir ailə burada köç
salmışdı.. Onların çoxlu qızları vardı. Qadın yenidən hamilə
idi. “Ocaq” ziyarətgahına qurban götürmüşdülər ki, bu dəfə
oğulları olsun. Bir gün eşitdik ki, bu alənin yenidən qızı olub.
Kişi bundan hirslənib gedib ziyarətgahı dağıdıb. Bunu eşidəndə
çox pis olduq. Həmin gecə yayın ortası olmasına baxmayaraq,
güclü qar yağdı, heyvanlar yeməyə ot tapmadılar. Pis vəziyytdə
qaldıq. Kişilər toplaşıb “Ocağı” bərpa etdilər, ondan sonra
hava açıldı. Həmin qar əriyəndə isə, sel yarandı və piri dağıdan
kişinin bütün heyvanlarını sel apardı.

198

Övliyalar Ensiklopediyası

“Ocaqda yatandan sonra, deputat seçildim”

Məmmədov Qəzənfər Qənbər oğlu – Gədəbəy rayonunun
arıqdam kənd sakini, Azərbaycan Ali Sovetinin sabiq deputatı:

- Bir səhər qonşum məni çağırıb dedi “Ocaq”a ziyarətə
gedirəm, təkəm, gəl mənimlə gedək. Mənim pirə getmək
niyyətim olmasa da, qonşumun sözünü yerə salmamaq üçün
razılaşdım. Piyada yola düzəldik. Təxminən 10 km yol qət
edərək, ziyarətgaha çatdıq. Bir az uzandıq ki, yorğunluğumuz
çıxsın. Məni yuxu tutdu və maraqlı bir röya gördüm. Gördüm elə
həmin “Ocaq” ziarətgahında qonşumla oturmuşuq, kənardan bir
dəstə kişi ziyarətə gəlirlər. Gələnlər boy sırası ilə (ən hündürü
qabaqda olmaqla) düzülüb gəlirdilər. Qabaqlarında bir erkək
quzu, bir dənə də erkək dananı başı açıq halda qurbanlıq
gətirirdilər. Həm də gələnlərin geyim-kecimlərindən rəsmi
dövlət adamları olduqları görünürdü. Öz geyimimə də baxdım,
gördüm çox nimdaşdır; fkirləşdim ki, bu geyimlə rəsimi şəxsləri
qarşılaya bilmərəm, qoy keçim arxaya, heç məni görməsinlər.
Arxaya keçmək istəyəndə, bir də paltarıma baxdım, gördüm
mən də rəsmi formadayam - əynimdə kostyum, qalstuk... Belə
olanda gələnləri qarşıladım, dedim: “Ziyarətiniz qəbul olsun!”.
Qabaqda gələn rəsmi şəxs dedi: “Bizim ziyarətimiz qəbul olub,
gəlmişik. Allah sizin də ziyarətinizi qəbul etsin!”.

Yuxudan xoş ovqatla ayıldım. Ziyarət edib, qayıtdıq. Onda
mən kolxozda briqadir işləyirdim. Həmin günlərdə kartof yığımı

199

Paşa Yaqub

başlandı. Allah məhsula elə bir bərəkət verdi ki, plandan üçqat
artıq kartof topladım. Bu göstəricilərə görə rayonda birinci yerə
çıxdım. Bu nailiyyətlərimi nəzərə alıb, həmin il məni Azərbaycan
Ali Sovetinə deputatlğa namizədliyimi verdilər. Rəhbərlik şəxsi
işlərimə baxıb, bəyəndi və məni deputat seçdilər. “Ocaq”da
gördüyüm yuxu çin çıxdığından, gətirib burada qurban kəsdim.
Beləliklə, dalbadal iki çağırış Respublika Ali Sovetinin deputatı
oldum.

Müsahiblərim söhbət etdikcə yadıma “Quran”ın aşağıdakı
ayəsi düşdü:

“Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə,
haram (hörmətli) aya, qurbanlara, boynuna nişan taxılmış
qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını
diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub ziyarətə
gələnlərə hörmətsizlik etməyin! (Onlara qarşı nalayiq işlər
görməyi özünüzə rəva bilməyin!)... Yaxşılıq etməkdə və pis
əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və
düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan
qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” “Quran”,
“Süfrə” surəsi, 2.

200


Click to View FlipBook Version