The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar Ensiklopediyası

NOVRUZ BABA ZIYARƏTGAHI

Oğuz rayonunun Baş Daşağıl kəndindəcamaatınsevə-sevə
ziyarət etdikləri müqəddəs yerlərdən biri də böyük övliya Novruz
Babanın şərif məzarıdır. Sağlığında öz kəraməti və qəbul edilən
duaları ilə çarəsizlərin dadına yetən övliya, dünyasını dəyişsə
də, qədirbilən daşağıllılar onu unutmur, xatirəsini ehtiramla
yad edirlər. XIX əsrin ortalarından, XX əsrin əvvəllərinə qədər
bu kənddə yaşayan Novruz Babanın kəramətlərinə, səxavətinə
və mərhəmətinə dair əhvalatlar bu gün də məclislərdə maraqla
danışılmaqdadır. Oxucular üçün də maraqlı olacağını nəzərə
alıb, həmin əhvalatlardan bir neçəsini kitaba daxil etməyi qərara
aldım.

Baş Daşağıl kənd sakini Aydın kişi (1884-1988) söhbət
edirmiş ki, Sarıgüneydə taxıl səpirdik, Novruz Baba da bizimlə
idi. Evə gələndə Baba mənə tapşırdı ki, gedəndə bizim həyətə
girərsən, qurban kəsildiyini görəcəksən; de ki, yarısını filan
qonşuya, yarısını da filan qonşuya versinlər (adba-ad tapşırdı).
Onlar bizim qonşuluğumuzda yaşayırdılar. Gələndə həyətlərinə
baxdım, heç kəsi görmədim. İşə qayıdanda gördüm həyətdə
qurban kəsirlər. Novruz Babanın tapşırığını onlara çatdırıb,
yoluma davam etdim.

Bu hadisə Novruz Babanın kasıb olmasına baxmayaraq,
necə səxavətli, əliaçıq və mərhəmətli olmasına sübutdur.
Mərhəmət barədə həzrət Peyğəmbərimiz belə buyurur:

501

Paşa Yaqub

Mərhəmət edənlərə Rəhman olan Allah-taala mərhəmət
edər. Yer üzündəkilərə şəfqət və mərhəmət göstərin ki, göy
üzündəkilər də sizə mərhəmət etsin (Tirmizi, Birr, 16/1924).

Novruz Babanın müasiri olan və 1988-də dünyasını
dəyişən Qara Aydın baba danışırmış ki, bir gün kənd ağsaqqalları
ilə məscidin qabağında oturmuşduq. Novruz Baba da yanımızda
idi. Birdən övliya əlini cəld irəli uzadıb, geri çəkdi və pərişan
halda “vay-vay” dedi. Soruşduq ki, ay Baba, nə oldu sənə? Dedi
“Hacı Əsəd Şəkidə faytondan yıxıldı, tuta bilmədim, qıçı sındı”.
Bu söhbətdən təxminən 2-3 saat sonra, gördük Hacı Əsədin
faytonu gəlir, özünün də qıçı qırılıb.

Novruz Babanın kəraməti haqqında kənd sakini İsmayıl
Əsgərov (1856-1964) söhbət edirmiş ki, gecə kəllərim
Əhmədağzı deyilən yerdə qalmışdı, gətirməyə qorxurdum. Evdə
oturduğum yerdə dedim “Ay Novruz Baba, kəllərimi qorumağı
sənə tapşırıram, qurd-quş yeməsin”. Səhər durub onları
axtarmağa gedəndə yolda Baba qabağıma çıxdı. Gülə-gülə dedi
səhərə qədər qoymamısan yatmağa, sənin kəllərini güdmüşəm;
filan ağacın altında yatıblar, get gətir.

Getdim gördüm dediyi yerdə yatıblar, götürüb gəldim.

Deyilənə görə, bir nəfər Ərköyün dağında ağac qırırmış.
Dağın ətəyi sıldırım qaya olduğundan, adətən buradan düşən
ağaclar xırdalanar və ancaq odun üçün yararlı olarmış. Həmin
adam isə, ağaclardan material üçün istifadə etmək istədiyindən,
sınmasını istəmirmiş. Adam üzünü göyə tutaraq, deyib ki, ay
Allah, bu ağaclar dərəyə salamat düşsünlər, Novruz Babaya bir

502

Övliyalar Ensiklopediyası

girvənkə düyü nəzir verərəm.

Bütün ağaclar dərəyə

salamat düşür. Adam

axşamüstü evinə qayıdır ki,

sabah kəllərini gətirib ağacları

aparsın. Yolda Novruz Baba

ilə rastlaşsa da, ona heç nə

demir. Səhər ağacları öküzə Novruz baba ziyarətgahı
bağlayıb gətirəndə, kəndin

girişində öküzlər dayanır və nə qədər çalışsa da, heyvanlar

yerimir. Sahibi ağacları azaltsa da, yenə də öküzlər çəkmirlər.

Adam yorularaq, heyvanları buraxır və evinə qayıdır. Yolda yenə

də Novruz Baba ilə rastlaşır və heç nə demədən yanından ötüb

keçmək istəyir. Övliya onu arxadan çağırır, deyir nəzirini niyə

vermirsən ki, öküzlər ağacları çəksinlər. Belə deyib, çiynini açır

və kürəyindəki sıyrıq yerlərini ona göstərir. Adam heyrət içində

ondan uzaqlaşır. Səhər Novruz Babanın yanına xahişə gəlirlər

ki, həmin adam həyəcandan xəstələnib, yataqdan qalxa bilmir,

onun üçün dua etsin. Övliya onun evinə gedərək, əlini xəstənin

başına çəkir və adamın qorxusu keçir, sağalaraq ayağa qalxır.

Novruz Babanın duyumuna dair belə bir əhvalat danışırlar
ki, cümə günü namazdan sonra Polad Molla Məhəmməd
məsciddə “Quran” oxuyur, ağsaqqallar qulaq asırlarmış. Ona
diqqətlə qulaq asan Novruz Baba hiss edir ki, molla inəyi itdiyinə
görə “Quran”ı tələm-tələsik və yanlış oxuyur. Deyir: “Ay Molla
Məhəmməd, inəyin filan yerdə otlayır, tələsmə, “Quran”ı düzgün

oxu”.

503

Paşa Yaqub

USUB BABA ZİYARƏTGAHI

Oğuz rayonunun Baş Daşağıl kəndində XIX əsrdə
yaşamış görkəmli övliyalardan biri də Usub Babadır.
Kəramət sahibi buAllah dostunun Davud adlı bir oğlu, Eminəxatun
adlı bir qızı olmuşdur. Davud 1930-cu illərin əvvəllərində ahıl
yaşlarında vəfat etmişdir. Bacısı Eminəxatun kəramətli övliya
olmuşdur. Onun kəramətlərinə dair əhvalatlar bu günədək xalq
arasında maraqla danışılmaqdadır. Deyilənə görə o, yaralanan
heyvanların yarasını sarımaq üçün tez-tez dağlara gedər, bəzən
gecə yarıda qayıdarmış. Bu da qardaşı ilə Eminəxatun arasında
tez-tez mübahisə yaranmasına səbəb olurmuş. Davud getdiyi
yeri bildirməsini və onu da özü ilə aparmasını bacısından tələb
edər, Eminəxatun da bundan qəti şəkildə imtina edər və hara,
nə üçün getdiyini gizli saxlayarmış. Bir gün qardaşı onu gizli
şəkildə izləmək qərarına gəlir. O, gördüyü mənzərədən heyrətə
gəlir belə ki, dağlardakı ceyranlar və marallar bacısını dövrəyə
alıb, onu ziyarət edirdilər. Eminəxatun qardaşının yaxınlaşdığını
görüb, bu günədək ciddi-cəhdlə gizlətdiyi kəramətinin aşkar
olmasından narahat olur və qeyb olması üçün Rəbbinə dua edir.
Allah onun duasını qəbul edib, həmin anda qeybə çəkir. Odur ki,
bəziAllah dostları kimi, Eminəxatunun da qəbri yoxdur. Sonralar
Davud dünyaya yenicə gələn qızına bacısı Eminəxatunun adını
verdi.

Usub Baba və övladları ilə ata-babadan qonşu olan
Saymat Alosman qızı söhbət edir ki, yuxuda gördüm uçub,

504

Övliyalar Ensiklopediyası

dağların arxasındakı dərəyə

düşdüm. Orada olan ağ bir

evə yaxınlaşdım. İçəridən

ucaboylu, göyçək sifətli,

qırmızı yanaqlı, göygöz bir

qız çıxıb, məndən bura niyə

gəldiyimi soruşdu. “Elə-belə”

– dedim. Dedi: “Bilirsən bura Usub babanın qəbri
haradır?” Duruxduğumu

görəndə, dedi: “Bura ziyarətgahdır, get yumurta nəzir gətir”.

Qayıdıb, hər əlimə üç yumurta götürüb, həmin yerə getdim.

Yumurtaları bir-bir ona verəndə axırıncısı əlimdən düşüb,

sındı. Qadın dedi: “Narahat olma, bura gəlibsə, deməli Allah

qəbul eləyib”. Gördüyüm bu qəribə yuxunu səhər Molla Baxışa

danışdım. O, “Quran”a istixarə eib, dedi: “Altı övladın olacaq,

üç oğlan, üç qız, amma biri sınıq olacaq”. Onda mənim üç

qızım, bir oğlum vardı, beşinciyə hamilə idim. Bir müddətdən

sonra oğlum oldu (Altıncı uşaq da oğlan oldu). Bir gün yolda

Molla Baxışla rastlaşdım. Dedi bildinmi yuxuda gördüyün qız

kim idi? Dedi o, Usub Babanın qızı Eminəxatun idi. Sənin təzə

doğulmuş uşağının sifətində həmin ziyarətgahın nişanəsi var.

Dedim görməmişəm. Dedi uşağın sifətinin sağ tərəfinə diqqətlə

bax, görəcəksən. Evə gələndə baxdım gördüm uşağın sifətində

sağ gicgahdan aşağı göy xət gəlir. Uşaq böyüyəndə donuz kababı

yedi, ondan sonra həmin nişanə yoxa çıxdı.

Yuxarıda qeyd etdim ki, Usub Babanın oğlu Davud Baba
kəramətli övliya olmaqla, keçən əsrin 30-cu illərində vəfat etmiş,

505

Paşa Yaqub

onun Nütbiyə adlı qadınla nikahından Eminəxatun adlı bir qızı,
İsa adlı (1926 təvəllüd) bir oğlu olmuşdur.

İsa Baba, Xanım adlı qızla ailə qurub və dörd övladı
olub. Onun Əfsarə adlı qızı hazırda Oğuz şəhərində yaşayır.
Əfsarə xanımın öz ata-babaları haqqında danışdığı xatirələrin
əhəmiyyətini nəzərə alıb, sizlərə təqdim edirəm:

- Mən uşaq olanda, həyətimizdə tut ağacları vardı. Bəzən,
gecələr həmin ağacların koğuşunda işıq yandığını görürdüm.
Anamdan soruşurdum ki, lampanı niyə ağacın koğuşuna
qoymusan? Deyirdi gözünə görünür, keç içəri. Usub Baba ilə
Davud Babanın yaşadığı ev torpaqdan idi. Biz həmin evdə
yaşayırdıq. Evin döşəməsi yox idi, elə qədimdən torpağın üstünə
həsir salıb, onun üstündən otururduq. Evin küncündən, boşqab
boyda bir yerdən torpaq qaynayırdı. Həmin qaynayan torpağın
rəngi və forması ətrafdakı torpaqdan fərqlənirdi. Qum kimi
dənəvar olan bu torpaq, ətrafa yayılmır, qaynadığı yerdə azacıq
hündürləşib, dayanırdı. Üstündən nə qədər götürülsə də, azalmır,
yenə əvvəlki vəziyyətini alırdı. Evimizə ziyarətə gələnlərə atamgil
bu torpaqdan tutya verərdilər. Bu adət onlara öz ata-babalarından
qalmışdı. Atam rəhmətə gedəndən sonra, anam babalarımızdan
qalan həmin tut ağaclarını kəsdirdi və evin içərisinə taxtadan
döşəmə vurdurdu. Ondan sonra ailəmizdə böyük uğursuzluqlar
oldu. Babalarımız bir neçə adamın yuxusuna girib, demişdilər
ki, üstümüzə ağır yük qoyublar, deyin ki, onu götürsünlər.
Anam belə məsələlərə inanmadığından, əhəmiyyət vermirdi. O
evdə olmayanda mən usta gətirib, torpaq qaynayan yerdən polu

506

Övliyalar Ensiklopediyası

kəsdirib, ora qapaq qoydum. Onu da deyim ki, Usub Babanın
başdaşının dibindən sonralar həmin qaynayan torpağın rəngində
torpaq qaynamağa başladı.

Yadımdadır, atam həmişə qəbiristanlıqdan ot çalıb,
gətirərdi – deyə, Əfsarə xanım söhbətini davam etdirir - Hər
dəfə otu tayaya yığanda bir heyvanımız ya ölərdi, ya da canavar
parçalayardı. Bir gün dedim ki, ay ata, sən qəbiristanlıqdan
otu çalıb, gətirirsən, orada da kəramətli adamlar yatıb. Onların
qəbrinin yanında bir qoç kəs, Usub Babamın ehsanından payla.
Onda heyvanlarımız ölməyəcək. Atam bir toğlunun üstünə əlini
qoydu, dedi bu onların ehsanıdır, gələn il ot çalmağa başlayanda
kəsəcəm.

Vaxt keçdi, ot çalımı başlayanda toğlu artıq böyük bir
qoç olmuşdu. Atam dedi bu qoçu qəbiristanlığa aparmağa
mənim gücüm çatmaz, elə həyətdə kəsəcəm. Dedim ata, mən
Usub Babamın qəbrinin yanında kəsməyi nəzir etmişəm, gəl ora
aparaq. Aramızda mübahisə yarandı, dedim bu qoçu buraxıram,
babalarımız qəbul edirsə, özü getsin onların qəbrinin yanına.
Belə deyib, qoçun başını açıb, buraxdım. Heyvan düzəldi yola,
biz də onun arxasınca... Qoç gəlib, Usub Babanın qəbrinin
yanında dayandı və üzünü qibləyə çevirdi. Atam dedi indi bunu
burada kim kəsəcək? Dedim narahat olma, qoçu bura gətirən,
kəsəni də gətirəcək. Birdən gördüm Manaf kişi qəbiristanlığın
yanından keçir. Dedim Manaf dayı, bu qoçu kəsə bilərsənmi?
Dedi niyə kəsmirəm, bu saat dəstəmaz alıb, gəlirəm. Beləcə, o
ehsanı kəsib, payladıq, ondan sonra heyvanlarımız ölmədi.

507

Paşa Yaqub

SEYİD SADIQ AĞA

“Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş
edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu
ancaq ağıllı adamlar dərk edə bilər!” “Quran”, “Bəqərə”
surəsi,269-cu ayə

Allahın hikmət bəxş etdiyi sevimli qullarından biri
də Seyid Mir Sadıq ağadır. O, 1929-cu ildə Masallı
kəndində dünyaya gəlib. Atası Hacı Seyid Rza dövrünün din
xadimi və “Quran” hafizi kimi bölgədə məşhur olmuşdur. Anası
Mənzər xanım isə, hələ Mir Sadıq uşaq olarkən dünyasını
dəyişmişdi.
Babası Seyid Mir Bəşir Mir Həşim oğlu 1880-ci ildə
Ərkivanda doğulmuş, Nəcəfdə dini təhsil alaraq, dövrünün
kəramətli və savadlı seyidlərindən olub. O, hələ Nəcəfdə təhsil
alarkən Gövhər adlı ərəb əsilli dul qalmış qadınla ailə qurmuş,
bu izdivacdan Rza adlı oğlu dünyaya gəlmişdir. Mir Bəşir ağa
Nəcəfdə təhsilini başa vurub Vətənə qayıtdıqdan 12 il sonra
Gövhər xanım ondan olan oğlu Rzanı Ərkivandan Kərbəla
ziyarətinə gedən Kərbəlayi Allahyar kişi vasitəsi ilə atası Seyid
Mir Bəşirin yanına göndərir. Beləlklə, həmin vaxtdan Seyid Rza
Ərkivanda yaşamağa başlayır və atasının yanında dini təhsil
alaraq, “Quran” hafizi olur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həm

508

Övliyalar Ensiklopediyası

seyid Rza, həm də atası

Mir Bəşir ağa hökumətin

təzyiqləri ilə üzləşirlər.

Hətta, Seyid Mir Bəşir

həbs olunaraq, bir müddət

təhlükəsizlik orqanlarının

zindanında saxlanır.

Azad olunduqdan sonra

təqiblərdən yayınmaq üçün

oğlu Seyid Rza ilə birlikdə

Yardımlı rayonunun ucqar

kəndlərində din xadimi və

seyid olduqlarını gizlədərək

yaşamışlar. Nəhayət, 1938- Seyid Sadıq ağa
ci ildə Mir Bəşir axund 58

yaşında dünyasını dəyişmiş və Ərkivan qəbiristanlığında dəfn

olunmuşdur.

“Sədəf su almayınca əbri-nisandan
gövhər verməz”

Bildiyimiz kimi gövhər (ləl-cəvahirat) dənizin dibində,
sədəfin içində olur və o, gövhər olmamışdan qabaq
ilbiz olur. İlbizin gövhərə çevrilıməsi çox maraqlı və ibrətamiz
bir prosesdir. Belə ki, içində ilbiz olan sədəf uzun bir məsafə qət
edərək, dənizin dibindən üzünə doğru hərəkət edir. Və bu, elə
hesablanır ki, həmin üzə çıxma aprel (nisan) ayında baş verir;

509

Paşa Yaqub

həmin gün ilk bahar yağışı yağır. Sədəf ağzını açaraq, bahar
(aprel) yağışının ilk damcısını udur və ağzını yumub, təkrar
okeanın dibinə qayıdır. Burada bir müddət ilbizlə bahar suyunun
arasında reaksiya gedir və nəticədə gövhər (ləl-cəvahirat) yaranır.
Dahi şairimiz Məhəmməd Füzuli bu ibrətamiz prosesi bir beyt
ilə çox gözəl ifadə etmişdir:

“Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”.

Bu ibrətamiz prosesi insan həyatında da müşahidə etmək
mümkündür. Belə ki, hansı nəslin kökündə xeyirxah, əməlisaleh,
kəramətli adam olubsa, zaman keçdikcə həmin nəsildə bu əlamət
kimdəsə özünü büruzə verir. Yuxarıda qeyd etdiyim kimi, Həzrət
Peyğəmbərimizin mənsub olduğu haşimilər soyundan olan Seyid
Mir Sadıq ağanın nümunəsində biz bunu aydın görürük. Belə ki,
onun atası Seyid Rza, babası Seyid Mir Bəşir ağa ... da bölgə
əhalisi tərəfindən kəramət sahibləri kimi ziyarət olunmuşlar.

Mir Sadıq ağa öz kəramətləri ilə xalq arasında məşhur
olmuş və sevilmişdir. Yaşadığı dövrdə ağır xəstəliyə, çarəsiz
duruma düşənlər ona üz tutar, dua etməyi xahiş edərdilər.
Bilirdilər ki, seyidin duası Allah dərgahında rədd olunmur. Ona
üz tutanlar heç vaxt naümid qayıtmazdılar.

Seyid Mir Sadığı başqa kəramət sahiblərindən fərqləndirən
əsas xüsusiyyət onun daim hərəkətdə olması idi. Onu hər yerdə
görmək olardı – parkda, yolda, küçədə, çayxanada, kafedə,

510

Övliyalar Ensiklopediyası

rayon tədbirlərində, toyda,

yasda və s. O, hər yerdə idi.

Hətta ən ucqar kəndlərdə belə

xeyr-şər məclislərinə gedənlər

ağanı orada görərdilər. Söhbət

etdiyim din xadimlərindən biri

dedi ki, dəvət olunduğum “40”,

yaxud, “il” mərasimlərində

seyidigörəndətəəccüblənirdim

ki, mərhumun yaxınları belə

bugünkü mərasimdən xəbərsiz Seyid Sadıq
olduqları (unutduqları) halda ağanın məqbərəsi
Mir Sadıq ağa bunu haradan

bilir? Bir gün dözməyib, bu sualı ona verdim. Cavab verdi ki,

bunu mənə hər gecə yuxuda bildirirlər.

Din xadimləri onu da qeyd etdilər ki, Seyid Sadıq ağanı ən
çox kasıbların xeyir-şərində görmək olurdu. O, həmin məclislərə
yeyib-içmək üçün yox (toylarda içki içildiyinə görə çox vaxtı
orada çörək yeməzdi), məclis sahibinə maddi kömək etmək üçün
gələrdi. Belə ki, gün ərzində rayon camaatı onun cibinə çoxlu
nəzirlər qoyardılar. O, hansı məclisə gedərdisə, pencəyinin yan
ciblərinə doldurulmuş pulları saymadan ora boşaldıb gələrdi.
Hətta məclisdə oturmuş bir çox kasıb insanlara (o, kimin cibində
pul olub-olmadığını kənardan hiss edirdi), bəzi din xadimlərinə
də pul paylayardı. Ərkivan kəndinin mollası Mövsüm kişi söhbət
edir ki, 1990-cı illərin sonları idi, unun bir kisəsi bazarda 12
“şirvana” satılırdı. Bu da dövlətə işləyənin 5-6 aylıq əmək haqqısı

511

Paşa Yaqub

demək idi. Mənim kimi işləməyənlərin halından isə danışmağa
dəyməzdi. Belə bir ağır zamanda evdən un qurtardı. Evimizdə
cəmi 3 “şirvan”ımız vardı. Mağazalara borcum olduğundan nisyə
vermirdilər, dost-tanış da hamısı mənim günümdə olduğundan
heç kəsdən borc istəməyə dəyməzdi. Bütün bunları fikirləşə-
fikirləşə küçədə addımlayırdım ki, qarşıma Seyid Mir Sadıq ağa
çıxdı. Soruşdu: Hara gedirsən? Dedim ki, filankəsin yasına.
Dedi: Sən get, mən də bir azdan gəlirəm. Məclisdə “Yasin”
oxumağı mənə tapşırdılar. Elə oxumağa təzə başlamışdım ki,
ağa girdi içəri. Surəni oxuyub başa çatanda Mir Sadıq ağa adəti
üzrə məclisdəki kasıb adamların üstünə pul atmağa başladı.
Pencəyinin yan cibindən çıxardığı bir çəngə pulu yumrulayıb
mənə sarı fırıldatdı. Yanımdakı molla pulu götürmək istəyəndə
ağa dedi o, sənin deyil, Mövsümündür. O da pulu qoydu mənim
cibimə. Evə gələndə uşaqlar bu pulları (pulun hamısı o vaxtkı
“Məmmədəmin” idi) yerə töküb saydılar, gördülər cəmi 9
“şirvandır”. Hansı ki, un almaq üçün bizə bu məbləğ lazım idi
və bunu yetirməsi üçün neçə gün idi ki, Allaha dua edirdik. Pulu
əldə etdiyimə sevinsəm də onu xərcləməyə cəsarət etmirdim
ki, birdən ağa səhvən bunu mənə vermiş olar. Bəlkə sayını
bilmədiyinə görə belə çox verib? Çünki oradakıların hamısına
az məbləğdə vermişdi. Bu qədər böyük məbləği mənə verməsinə
inana bilmirdim. Odur ki, sabah pulu götürüb yola çıxdım və
həmişəki kimi seyidlə rastlaşdım. Dedim ağa, mənə bu qədər çox
pulu bilərəkdən verməyinə şübhə edirəm, bəlkə səhv etmisən,
bu pul mənə çatası deyilmiş? Dedi: - Narahat olma, o sənin
haqqındır, gecə yuxuda mənə demişdilər ki, bu pul Mövsümə

512

Övliyalar Ensiklopediyası

çatacaq”.

Ərkivan kənd sakini, Qarabağ müharbəsi veteranı Qafur
Məmmədov isə, söhbət edir ki, Füzuli rayonunda gedən ağır
döyüşlərdə bərk xəstələnib yatağa düşdüm. Bir gecə yuxuda
gördüm ağır döyüş başlayıb, həm düşmən, həm də bizim tərəfdən
çoxlu insan itkisi olub. Həmin yuxuda Seyid Mir Sadıq ağanı
da gördüm. Gördüm bizim qazarmanın yanına gəlib, mən onu
ziyarət edirəm və ağır döyüş getdiyini, bərk xəstələndiyimi ona
deyirəm. Əllərini öpüb, dua etməsini istəyirəm, həm də cibimdən
iki min manat pul çıxarıb seyidə nəzir verirəm. Ağa nəziri qəbul
edib, dedi ki, narahat olma, sənə heç nə olmayacaq. Səhər
yuxudan ayılanda dedilər ki, düşmən ordusu hücuma keçib, ağır
döyüş gedir. Əsgərlərin hamısını döyüşə apardılar, mən yataqda
xəstə olduğuma görə mənə qazarmada qalmağa icazə verdilər.
Ciblərimə baxdım, gördüm o vaxtın puluyla (üstündə Nizaminin,
Qız qalasının şəkli olan pullar idi) cəmi iki min manat pul
var. Onları toplayıb, üstümdə gizlətdim ki, sağ-salamat evimə
dönəndə bunu seyidə nəzir verəcəyəm. Həmin gün qanlı döyüş
getdi və hər iki tərəfdən çoxlu itkilər oldu. Bizim rayondan olan
bir yoldaşım da şəhid oldu. Onun cənazəsini rayona gətirməyi
mənə tapşırdılar. Rayona gələndən sonra Mir Sadıq ağanın
ziyarətinə getdim və yuxumu danışıb, nəziri ona verdim. O,
mənə xeyir-dua verib yola saldı. Dedi qorxma, hər şey yaxşı
olacaq və tezliklə sağ-salamat evinə qayıdacaqsan. Bir-neçə gün
müalicə alıb sağalandan sonra yenidən hərbi hissəyə yollandım.
Ora çatanda gördüm hissədən heç kəs qalmayıb, həmin döyüşdə
hamısı şəhid olub. Beləliklə də, məni evə qaytardılar.

513

Paşa Yaqub

ƏSHABİ-KƏHF

Əshabi-Kəhf Naxçıvan  şəhərindən təqribən 12  km
aralı, Culfa rayonunun Bənəniyar kəndi ərazis­ ində,
İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır.
Əshabi-kəhf  ərəb dilində «mağara adamları» deməkdir.
EyniadlıyerinKiçikAsiyavəya Fələstin ərazisindəolmasıhaqqında
qədim dini ədəbiyyatlarda, o cümlədən “Quran”da məlumat var.
“Quran”ın «Kəhf» («Mağara») surəsində əksini tapmış əhvalata
görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün
bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış,
bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad
dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər.
 Bu məsələ «Qurani-Kərim»in 18-ci surə, 17-ci ayəsində
belə açıqlanır: «Baxsaydın, günəşin mağaranın sağ tərəfindən
doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını,
onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...».
Adətən mağaranın içərisinə girəcəkdən baxarkən, yəni
girişdən sağ və sol nəzərdə tutulur, məhz Naxçıvandakı «Əshabi-
Kəhf»də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın
sağ tərəfi) gündoğana düşür. «Qurani-Kərim»dəki bu fikirlər
mağaranın Naxçıvanda olmasını sübut edir. «Beləcə insanları
onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu,
qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar

514

Övliyalar Ensiklopediyası

aralarında «Əshabi-Kəhf»in vəziyyətini araşdırırdılar. Dedilər
ki: «Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı
bilir». Onların vəziyyətinə vaqif olanlar isə: «Bizlər kəsinliklə
onların yan başlarında bir məscid tikəcəyik» – dedilər”.
Naxçıvandakı «Əshabi-Kəhf»də indiki məscid də qeyb olanların
yaxınlığındadır.

Mağaranın quruluşu, təbii
coğrafi şəraiti ilə tanışlıq buranın
ilkin yaşayış məskənlərindən
biri olmasını söyləməyə
imkan verir. Mağarada qışın
soyuğundan, yayın istisindən
qorunmaq üçün hər cür şərait
var. Son illərə qədər mağaranın Əshabi-Kəhf ziyarətgahı
girəcəyindən çıxan bulaq içməli
suyu tam təmin edə bilirdi. İndi bulaq quruyub. Mağaradakı təbii
sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış
tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii
girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarət idi ki, bu da
mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan
qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarət
olmasına baxmayaraq, çoxlu ağac və kollar var.

“Əshabi-Kəhf” mağara sahibləri mənasını daşıyır.
Rəvayətə görə, hələ bütpərəstlik zamanı Dağ Yunis adlı şah xalqa
zülm etdirirmiş. Şahın ədalətsizliyinə dözə bilməyən 4 gənc onun
zülmündən qurtularaq buradakı mağaralarda gizlənib. Allahdan

515

Paşa Yaqub

onları qeyb etmələrini diləyiblər. Allah onları 309 il yatırdıqdan
sonra dağı parçalayaraq qeyb edib. O vaxtdan bəri “Əshabi-
Kəhf” Allahın möcüzəsi kimi insanların inam yerinə çevrilib.
Bu müqəddəs yeri ziyarətə gələnlər həmin gənclərin bir
zamanlar yatdıqları qayanın içərisində Allahdan arzu edib,
ora daş yapışdırırlar. Əgər kimin niyyəti baş tutacaqsa, həmin
adamın daşı bura yapışır. “Əshabi-Kəhf” ziyarətgahında insanın
marağına səbəb olan tək bu yer deyil.

“Əshabi-Kəhf”i ziyarətə gələnlər bu qayanın yanında
niyyət tutub, onun içərisindəki dar cığırdan keçməyə çalışırlar.
Əgər həmin dar cığırı keçə bilsələr, onda niyyətləri baş tutacaq.
Deyirlər ki, kimin niyyəti safdır, bu cığırdan keçəcək. Əksinə
olduğu təqdirdə isə, o şəxs nə etsə də, bu dar cığır onun üçün
keçilməz olacaq. Ziyarətgahda qara daş, yəni meteorit də var. Bu
daşın göydən nə zaman və necə düşməsi haqda məlumat yoxdur. 
“Əshabi-Kəhf” ziyarətgahında olan məsciddə iki yazılı daş var.
Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir.
“Qurani-Kərim”in “Kəf” surəsinin ayələri yazılan bu daşlar
Naxçıvan xanlığı tərəfindən qoyulub.

“Əshabi-Kəhf” ziyarətgahının daha bir maraqlı və
möcüzəvi yeri Damcıxanadır. Belə ki, ziyarətə gələnlər
ürəklərində niyyət tutub, burada otururlar. Əgər niyyətləri həyata
keçəcəksə, yuxarıdan həmin adamın başına su damcısı düşəcək...

Naxçıvandakı “Əshabi-Kəhf” mağarası geniş olmaqla,
burada bir neçə kitabə vardır. Kitabənin tədqiqatçısı Hacı
Fəxrəddinin araşdırmalarından məlum olur ki, üzərində

516

Övliyalar Ensiklopediyası

“Qurani-Kərim”in “Əl-Kəhf” surəsinin 9, 10, 11, 12, 17 və
18-ci ayələri həkk edilmiş mərmər lövhə /kitabə/ təbii aşınma
nəticəsində məhv olmaq təhlükəsində olduğu üçün Naxçıvan
hakimi Şükürulla xanın qərarına əsasən onun üzü təzədən ayrı
bir daşa yazılaraq əvvəlki daşın yerinə qoyulmuşdur. Bu hicri
1190, miladi 1776-cı ildə olmuşdur.

517

Paşa Yaqub

ŞEYX YUSİF ƏFƏNDİ

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər:
“Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha
həmd olsun! “Quran”, “Qarışqalar” surəsi, 16-cı ayə

Allah-taalanın mömünlərin çoxundan üstün tutaraq elm
verdiyi və övliyalıq məqamına yüksəltdiyi sevimli
bəndələrindən biri də Oğuz rayo­nunun Padar kəndində yaşamış,
müqəddəs məzarı ziya­rətgah olan Şeyx Yusif əfəndidir. Onun
atası Şeyx Hüseyn əfəndi Həsən oğlu da dövrünün alimi və övli­
yası kimi tanınmış, bu gün də şərif məzarı ziyarət olunmaqdadır.
O, əslən Dağıstandan (Xasavyurt altınd­ an) olmaqla, məşhur
övliya Şeyx Şüeyb əfəndinin (1853-1909) nəslindəndir. Şimali
Qafqazda Şeyx Şamil­in rəhbərlik etdiyi milli azadlıq hərəkatı
(mür­üdizim) məğlubiyyətə uğradıqdan sonra bu hərəkatın bir
çox iştirakçıları kimi, Hüseyn Əfəndinin nəsli də Dağıstandan
Azərbaycana köç etmək məcbur­iyyətində qaldı.
Hüseyn Əfəndinin kəramətlərinə dair əhvalatlar bu gün
də xalq arasında maraqla danışılmaqdadır. Belə ki, XIX əsrin
sonlarında bir il yay çox quraqlıq keçir. Yağış yağmadığından,
camaatın əkini tələf olurmuş. Bir dəstə kənd ağsaqqalı toplaşıb,
Şeyx Hüseyn əfən­dinin yanına xahişə gəlirlər ki, yağış üçün
Allaha dua etsin. Övliya məsləhət görür ki, ümumi şəkildə bir

518

Övliyalar Ensiklopediyası

qurbanlıq alıb, kəndin yaxınlığındakı “Yalov təpə” deyilən yerdə
kəsib, kasıb-kusuba paylasınlar, ondan sonra o, həmin təpənin
üstündə dua edəcək.

Camaatın içində bu təklifə dodaq büzənlər olsa da,
ağsaqqallar səhər günorta namazı vaxtı qurbanlıq qo­çu götürüb,
təpənin üstündə cəmləşirlər. Qurban kəsil­ib, yet­imələrə, kasıblara
paylanandan və bir hissəsi də orad­ a ehsan kimi yeyiləndən sonra,
övliya yaxınl­ıqd­ ak­ ı kolun arxasına keçərək, tənhalığa çəkilib,
Rəbbinə dua etməyə başlayır. Deyilənə görə camaat evinə çatm­ a­­
mış yağış yağmağa başlayır və bütün əkinlər su içir.

Bu əhvalat yadıma Musa peyğəmbərin bir hədisini saldı:

Allah Bəni İsrailə yeddi il qəhətlik bəxş etdi. Musa yetmış
min nəfərlə yağış istəmək üçün müsəllaya çıxdı (Dua etmək
üçün hündür bir yerə çıxmağa Müsəlla deyilir.) Xitab gəldi:
“Ey Musa, mən bunların dualarını necə qəbul edim, halbuki
günahlar onların üzlərinə kölgə salmışdır. Batinləri isə xəbis və
çirkindir. Mənə dua edirlər, lakin yəqinləri yoxdur. Özlərini də
mənim cəzamdan amanda hesab edirlər. Mənim bəndələrimdən
Bərx adlı bir nəfərin yanına qayıdıb de ki, gəlib dua etsin. Mən
də qəbul edim (Qudsi hədislərdən).

Hədisdən göründüyü kimi, Allah-taala zaman-zaman
cəmiyyətin sıxıntılarını sevdiyi bənd­ ə­lər­inin duası ilə aradan
qaldırır. Bu vaxt həmin bənd­ ə­nin Allah yanındakı hörməti xalqa
bəlli olur. Şeyx Hüseyn Əfəndinin Allah dərgahındakı hörməti
də, həmin hədisdən sonra bir daha təsdiq oldu.

Şeyx Hüseyn əfəndinin yeddi oğlundan aşağı­dakıların

519

Paşa Yaqub

adları məlumdur: Lətif, Yusif, İsa, Cəlal, Abdulla, Kərim.
Oğlanlarının hamısı din yolu tutaraq, övliyanın adına layiq
olsalar da, Yusif Əfəndi onlardan fərqlənirdi: Ata-babalarında
olan bəsirət, kəramət onda özünü daha qabarıq göstərirdi. Odur
ki, o, elmi biliklərini daha da artırmaq və mənəvi dünyasını
zənginləşdirmək üçün Padarlı Şeyx Əhməd əfəndinin yanına
getdi. Məlumat üçün bildirim ki, Şeyx Əhməd əfəndi sufiliyin
Nəqşibəndiyyə qoluna mənsub Şeyx idi və bölgədə bir çox
övlayaların kamal dərəcəsinə çatmasında mühüm rol oynamışdır.
Nəqşib­ ənd­ iyyə qolu barədə aydın təsəvvür yaranması üçün onun
Həzrəti Peyğəmbərimizdən başlayan və Yusif əfəndiyə gəlib
çatan qızıl silsiləsini diqqətinizə çatdırıram.

İsmayıl Şirvani ardıcıllarından olan, Nəqşi­bənd­ iyyə Şey­xi
Cəmaləddin əl-Qumuği «Nəqşibəndliyin Qızıl Sils­ iləsini» belə
açıqlayır:

“...Sizə mənşəyindən günümüzə qədər gələn baş­
lıca şeyxləri sayaraq, Nəqşibəndiyyə təriqətinin sil­sil­ə­sini
anladacağam (Allah sənə bilmədiklərini öyrəts­ in).

Mömin şəxslər əvvəllər də müridlərinə möminliyi öyrətmək
üçün şeyxlərinin və onların soyundan gələnl­ərin əxlaqlarını
öyrətməyi adət etmişlər.

Mən də Nəqşibəndiyyə silsiləsini anladacağam və bu işə
ruhumu, məxluqatın əfəndisi, peyğəmbərlərin qütbü, dindar
insanların qəlbi, bütün islami təriqətl­ərin ustadı, bu təriqətləri
Cəbrayıl vasitəsi ilə uca Allahdan alan, Allahın bütün insanların
arasında seçdiyi Həzrəti Məhəmmədə (s.a.s.) yönəldərək

520

Övliyalar Ensiklopediyası

başlayıram.

Həzrəti Peyğəmbər (s.a.s.) bu yolu əfəndimiz xəlif­ə­lərin
ən şərəflisi və möminlikdə birinci durumda olan Həzrəti Əbu
Bəkirə ötürdü. Həzrəti Əbu Bəkr bu yolu Həzrəti Peyğəmbərin
(s.a.s.) ailəsinin bir üzvü qəbul edilən Əl-Hac Salman Farisiyə
ötürdü.

Salman Farisi də təriqəti, son dərəcə dindar və Allahın
lütflərinə yetişmiş, hicrətin II əsrində Mədinədə vəfat edərək
Baqi qəbirstanlığında dəfn edilən imam Qasıma ötürdü. Qasım
da onu həqiqətə görə hərəkət edən imamların imamı Cəfəri-
Sadiqə ötürdü.

Cəfər-Sadiq Həzrət Əli əleyhissalamın soyundan olub,
hicrətin 148-ci ilində Mədinədə vəfat etmiş və Baqid, atasının
və babasının yanında dəfn edilmişdir.

Cəfəri-Sadiq Allahın gücü ilə gücləndirilmiş, imam, allahı
tanıyanların şahı Bəyazid Bistamiyə ötürdü.

Bəyazid Bistami də təriqəti, Allahın dostu və Onu
diləyənlərin sığınağı Əbül Həsən Harakaniyə ötürdü.

Əbül Həsən də onu qütblərin qütbü, imam Əbu Əli
Fəramədiyə ötürdü.

Əbu Əli də Şeyx (Əbu Yaqub Yusif) Həmədaniyə ötürdü.

Yusif Həmədani də xalqın sığınağı Əbdülxaliq
Gücdüvaniyə ötürdü.

Əbdülxaliq Gücdüvani də onu insan sifətindən təmizlənmiş,

521

Paşa Yaqub

imam, övliyaların qütbü, şeyx Arif Rivgeriyə ötürdü.

Arif Rivgeri də dünyəvi qayələrdən tamamilə sıyrılmış
olan, şeyxlərin şeyxi Mahmud İncir əl-Fağneviyə ötürdü.

Mahmud İncir də özünü Allah eşqinə həsr etmiş, imam
Həzrət Əzizan adı ilə tanınan Əli ər-Ramiteniyə ötürdü.

Əli də tamamilə Allaha yönəlib, digər hər şeyi unu­dan
imam, övliyaların qütbü, Məhəmməd Baba əs-Səmmasiyə
ötürdü.

Məhəmməd Baba da Allahı tanıma qabiliyy­ ətlərinin
qaynağı, böyük insanların şahı, imam Seyid Əmir Külalə ötürdü.

Seyid Əmir də onu təriqətin imamı, insanların sığınağı,
böyük ilham sahibi Şah Nəqşibənd adı ilə tanınan Məhəmməd
üveys əl-Buxariyə ötürdü.

Məhəmməd də sirlər xəzinəsinin sahibi, qütblərin qütbü
Əlaəddin Əttar adı ilə tanınan Şeyx Məhəmməd əl-Buxariyə
ötürdü.

O da əfəndimiz (mövlanə) Hisarlı imam Yaqub Ərhiyə
ötürdü.

O da Xacə Əhrar adı ilə tanınan səmərqəndli Şeyx
Abdullaha ötürdü. O da şeyxlərin şeyxi, möv­la­nə Məhəm­məd
Zahidə ötürdü.

O da əmisioğlu, şeyx, imam, mövlanə dərviş Məhəmmədə
ötürdü.

O da möhtərəm oğlu mövlanə Xacə əs-Səmərq­ əndi əl-

522

Övliyalar Ensiklopediyası

Amlanakiyə ötürdü.

O da ilahi eşq qədəhinin doldurucusu, güclü imam sahibi,
qütb şeyx Məhəmməd Baqiyə ötürdü.

O da təriqəti kəramətlər sahibi, sirlərin qaynağı, İmam
Rəbbani ismi ilə tanınan Şeyx Əhməd Faruqi Sirhindiyə ötürdü.

O da öz sirlərini əlində saxlayan oğlu, şeyxlərin şeyxi
Məhəmməd Məsuma ötürdü.

O da həqiqət dənizində boğulan, oğlu, haqq dostl­arının
şahı Şeyx Səfiəddinə ötürdü.

O da ilahi müşahidə və haqqı tamaşa sahibi, böy­ ükl­ə­rin
şahı, imam Bədvanlı Seyid Nur Məhəmmədə ötürdü.

O da böyük imam, həqiqət günəşinin seçilmişi Həbi­
bullah Maravcaniyə ötürdü.

O da qütbül-övliya, təmizlik nümunəsi, zahiri və batini
mükəmməlliyə sahib olan Dehlili Şeyx Abdullaha ötürdü.

O da doğruluğun qütbü, Allah aşiqi, əfəndimiz, imanın
nuru Süleymaniyyəli Şeyx Xalidə ötürdü.

O da xalqın sığınağı və həqiqət xəzinələrinin sahibi,
böyük imam Kürdəmirli Şeyx İsmayıla ötürdü.

Mövlanə Kürdəmirli Hacı İsmayıl əfəndinin təlimi, bir
neçə xətlə davam etmişdir ki, onlardan da biri Hacı Yəhya bəy
əl-Qutqaşini əl-Məki - Hacı Yunus Əfəndi Lələli- Almalı Şeyx
Mahmud Əfəndi- Şeyx Əhməd əfəndi Talalı - Padarlı Şeyx
Hüseyn əfəndi və onun oğlu Şeyx Yusif əfəndi xəttidir.

523

Paşa Yaqub

Şeyx Yusif əfəndinin Padar kəndindəki məzarının
başdaşında aşağıdakı sözlər həkk olunmuşdur.

“Bu kamilləşmiş rüh­ a­ni alim (alim ər-rəbb­ ani) əl-
Həmədani mər­hum Yu­sif əfəndi ibn Yusif əfəndi əl-Bəyani hicri
1325 (1907-1908)-ci ildə xəstəl­ənd­ i və 1914-cü ildə xəstəlikdən
nəfəsi day­ andı və mənim Yusifim bu dünyadan köçdü”.

Başdaşındakı yazıdan göründüyü kimi, Şeyx Yusif
əfəndi kamillik dərə­cəsinə çatmış bir alim, övliya olmuşdur.
Başdaşındakı yazıda diqqət çəkən digər məqam burada Yusif
Həmədaninin adının çəkilm­ əsidir. Qeyd edim ki, yuxarıda
Nəqsibəndiyyənin qızıl silsiləsində adı çəkilən Yusif Həmədani
İranın Həmədan şəhərində hicri 440-cı ildə doğulmaqla, İslam
tarixində tanınmış alim və övliya olmuşdur. Miladi 1140-cı

524

Övliyalar Ensiklopediyası

ildə dün­yasını dəyişən bu övliyanın adının burada yazılm­ a­sının
görünməyən tərəfləri vardır. Belə ki, övliyaların həyatda görünən
mürşidləri (müəllimləri) ilə yanaşı, görünməyən mürşidləri də
olur ki, onlar həmin mürşidin yolunu və yarımçıq qalan işlərini
davam etdirirlər. Məsələn, şamaxılı övliya Şıx Eyyub baba­nın
mürşidi Həzrət Babadır ki, onların həyatda yaşa­dıqları zaman
arasında min ilə yaxın fərq vardır.

Yusif Həmədaninin də adının Yusif Əfəndinin başdaşında
yazılması onlar arasında mənəvi əlaqəyə və davamçılığa işarədir.

Şeyx Yusif əfəndinin bölgədə irşad fəaliyyəti göstərərək,
bir çox din xadimlərinin yetiş­məs­ ində əməyi olmuşdur. Onlardan
Padarda Sədi baba­nın, Şəkidə Məhəmməd Əfəndinin adları bizə
məlumdur.

Sədi baba söhbət edirmiş ki, bir gün bölgənin bütün
din xadimlərini Şəkiyə topladılar. Türkiyədən gəlmiş mötəbər
din xadimlərinin təşkil etdikləri bu yığıncaqda Dağıstanın və
Azərbaycanın şimal-qərb bölgəsinin ruhaniləri iştirak edirdilər.
Məclisin qızğın vaxtında Türkiyədən gələn şeyx üzünü şəkililərə
tutaraq dedi: “Ey şəkililər, Yusif Əfəndini qoruyun, o, Şəkidə bir
dənədir”. Sonra üzünü btün məclisə tutub dedi: ”Ey qafqazlılar,
Yusif Əfəndini qoruyun, o, Qafqazda bir dənədir.”

Şeyx Yusif əfəndinin həyatını araşdıranda məlum olur ki, o,
həqiqətən də öz dövrünün yeganəsi ol­muş­dur. Fəqət nə şəkililər,
nə də qafqazlılar onu qoruya bilmədilər. Çünki Allah ona çox az
ömür yazmışdı: cəmi 35 il. O, bu ömrü şərəflə yaşadığından və
Allaha həsr etdiyindən, bu gün müqəddəs məzarı ziyərətg­ ahdır.

525

Paşa Yaqub

XX əsrin ilk illərində Qafqaz müftisi Yusif Əfəndiyə
məktub yazaraq bildirir ki, erməni və gürcü keşişləri canişinin
yanında bir Ümumqafqaz toplantısı keçirərək “Quran”ın incildən
aşağıda olduğunu isbat etməyi və bundan sonra bütün Qafqazda
müsəlmanları mənən sıxışdırmağı planlaşdırırlar. Xahiş edir ki,
bu toplantıya tutarlı bir məqalə hazırlasın. Yusif Əfəndi toplantıya
qısa vaxtda monoqrafiya təqdim edir və çox uğurlu nəticə alınır.
Keşişlərin məkrli planı baş tutmur. Buna görə Müftinin Yusif
Əfəndiyə yazdığı cavab məktubunda “Müsəlmanlar Sizin bu
xidmətinizi heç vaxt unutmayacaqlar” təşəkkürü var idi.

.... Yuxarıda qeyd etdim ki, Yusif əfəndi məşhur alim və
övliya Şüeyb əfəndinin nəslindəndir. Yəqin elə buna görədir ki,
Hüseyn əfəndi öz nəvəsinin (Abdullanın oğlunun) adını Şöyüb
qoymuşdur...

526

Övliyalar Ensiklopediyası

HACI ƏBDÜSSALAM ƏFƏNDİ
(Salam Baba)

“Qurani-Kərimdən və Həzrət Peyğəmbərin (s.ə.s)
hədislərindən sonra Rəbbin xas qullarının sözlə­rindən daha
gözəl heç bir söz yoxdur. Çünki onların sözləri lədun elmidir.
Kəsbi deyildir. Buna görə də onlara peyğəmbərlərin varisləri
deyilir. O xas qull­arın kəlamlarını dinləyənlərin qəlbi feyzlə
dolar. Səy və cəhdləri artar. Sirlər onlara ayan olmağa başl­ayar
və şeytani vəsvəsələrlə dünyəvi ehtiraslardan xilas olarlar”.

“Allah dostlarının bir qismi həzrət Adəm xislətli, bir
qismi həzrət İbrahim, həzrət Musa, həzrət İsa xislətli; bir qismi
də Məhəmməd (s.ə.s) məşrəblidir. Bunlardan bir qismi irfan
əhli, bir qismi məhəbbət və könül əhli, bir qismi tövhid əhli;
bir qismi də məchuldur. Yəni təvazökarlıq və gizliliklər için­
dədir…” Mövlanə Cəlaləddin Rumi.

Padarda yaşayan Allah dostlarından biri də Hacı
Əbdüssalam Əfəndidir ki, xalq arasında Salam Baba
kimi tanınır və bugünədək ziyarət olunur. O, XIX əsrdə qonşu
Garaz kəndində doğulub. Həmin əsrin 80-ci illərində bu kəndi
sel apardığından, ailəl­ikcə Oğuz rayonunun Xaçmaz kəndinə
köçüblər. Molla Əhməd əl-Bəyaninin nəslindən olan Əbdüs­
sa­lam Əfəndi gənc yaşlarında Talalı övliya, Nəqşibəndi şeyxi

527

Paşa Yaqub

Hacı Əhməd əfəndidən təsəvvüf elminin sirlə­rini öyrənməyə
başlayır. Burada o, kamal dərəcəsinə çatdıqdan sonra, mürşidi
tərəfindən Padar kəndində irşad etmək üçün Şeyx təyin olunur.
Onun hərtərəfli biliyə malik mükəmməl bir alim olduğu qəbrinin
üstündəki kitabədən də görünür. Belə ki, onun Padarın “Bazar
yeri” məhəlləsindəki qəbrinin başdaşındakı ərəbcə mətnin
tərcüməsi belədir (mətn qurannın 29-cu surəsinin 57-ci ayəsi ilə
başlayır):

“Hər bir kəs ölümü dad­
ma­lıdır. Sonra siz Bizə doğru
qayıd­ arsınız”.

“Bu qəbir alim, fazil, kamil
şeyx əl-Hac Əbdüssalam Əfəndi
ibn molla Əhməd əl-Bəyaninindir.
Allah onların yatdığı yerlərini
rahat etsin və qəbirlərini nurl­an­
dırsın. Peygəmbərin hicrət­in­dən
1325-ci (1907/1908) il”

Başdaşının arxa tərəfindəki
ərəbcə kitabədə isə deyilir:

“Ey ziyarət edənlər, bilin ki, burada dəfn olunan şəxs
sağlığ­ ında böyük alim, müdərris, tədq­ iqatçı, kamil şeyx idi. Onun
mür­şüdi, şeyx və ustadı Talalı əl-Hac Əhməd Əfəndi olmuşdur.
Onun torpağı müqəddəs olsun”.

528

Övliyalar Ensiklopediyası

Daha sonra bütün sufilərdə
olduğu kimi, “Quran”ın 55-ci
surəs­ inin 26-27-ci ayələri həkk
olun­ ub:

“Onların eşitdikləri söz
ancaq “Salam” olacaqdır. Sağ
tərəf sahibləri ! Kimdir onlar?!”

Kitabədəki yazılardan

da göründüyü kimi, Şeyx

Əbdüssəlam Əfəndi böyük alim və

tədqiqatçı ol­muşdur. Onun dilçilik

mövzusunda bir neçə əsəri olsa da, təəssüf ki, bu günümüzə qədər

gəlib çatmamamışdır. 1937-ci illərin repressiyası dövründə bu

kitabların bir hissəsi torpağa basdırılmışdır. Onun qalan əsərlə­

rindən və zəngin kitabxanasından bəhrə­lə­nə­rək, dilçi alim,

filologiya elimlər doktoru, aka­de­mik Əbdüləziz Dəmirçizadə bir

çox əsərlər yazmışdır.

Hacı Əbdüssalam Əfəndi Gülzar xanımla ailə qurmuş,
Əbdulrəhim, Əhməd, Abdulla, Məhəmməd adında oğlanları,
Salihə, Malikə, Barikə adında qızları olmuşdur.

Hacı Salam Babanın oçağı bu gün də xalq tərəf­indən
sevilə-sevilə ziyarət olunur, kəramətindən faydalanırlar.
Onun kəramətlərinə dair bir çox əhval­atlar bu gün də maraqla
söylənilməkdədir.

Deyilənə görə, Əbdüssalam Əfəndi səhər namazına
duranda görür ki, evin çardağında bir nəfər oturub, belində də

529

Paşa Yaqub

bir kisə buğda var. Şeyx onun

kimliyini soruşanda, məlum olur

ki, gecə oğurluğa gəlmiş bu şəxs

bir kisə buğda götürüb, amma,

yerindən qalxa bilmir, eləcə

gecədən donub qalıb burada.

Övliyanın ona yazığı gəlir və

deyir icazə verirəm, buğdanı

götür get. Baba sübh namazını

qılıb qurtardıqda, həyat yoldaşı

Gülzar xanım xəbər verir ki, oğru

darvazandan çıxanda yenidən

donub qalıb, yerindən tərpənə

bilmir. Cavab verir ki, mən icazə

Salam babanın oğlu Əhməd versəm də, ocaq icazə vermir,

(ayaqüstə) buğdanı qoysun, getsin. Oğru

buğdanı qoyub, çıxıb gedir.

Şeyxin nəslindən olanlar söhbət edir ki, onun həyətində
palıd ağacının dibində bir ağ ilan yaşayırdı. İlan gündə bir dəfə
evin qabağına gələr, Nübar nənə (Şeyxin gəlini) mis camda onun
qabağına süd qoyardı. İlan südü içib yerinə qayıdardı. Bəzən də
ilan südü içəndən sonra dayanıb gözləyirdi. Onda Nübar nənə
çörəyin üstünə yağ yaxıb, ilanın qabağına qoyardı. İlan çörəyi
yedikdən sonra, çəkilib gedərdi.

Bir gün Nübar nənə baramaqurduna vermək üçün həyətdəki
tut ağacının budaqlarını qırırmış. Birdən kəsdiyi budaqdan onun

530

Övliyalar Ensiklopediyası

üstünə qan sıçrayır. İkinci budağı kəsdikdə, yenə eyni hadisə
təkrar olunur. Nənə əlindəki dəhrəni yerə qoyub, gəlib, eyvanın
qırağında durur və deyir özümü pis hiss edirəm, deyəsən nə isə
bədbəxt bir hadisə olacaq. Aradan 15-20 dəqiqə keçmiş xəbər
gətirirlər ki, Nübar nənənin səhhətində sağalmaz xəstəlik aşkar
edilən qızı özünü suya ataraq intihar edib.

Hacı Əbdüssalam əfəndinin yaşadığı həyətdə bugünədək
musiqili toy etmək mümkün deyil. Bir gün Şeyxin nəvəsi
(Abdullanın qızı) Məryəmə toy edirlərmiş. Yay olduğundan,
ca­maat həyətdə ağacların al­tında outr­ubl­armış. Günortadan
sonra musiqi çalınm­ ağa başla­yanda, qəflətən hava dəyişir və
göy gurultusu, şimşək çaxması ins­ anlarda vahimə yaradır. Qə­fil
gələn fırtına ağacların buda­ğını qoparıb, adam­ların üstünə atır.
Vəziyyəti belə gördükdə, toplaşanlar hamısı dağılıb gedirlər.
Məclis əhli dağılışan kimi hava açılır. Bu hadisədən sonra həmin
ocaqda musiqi çalınmır.

531

Paşa Yaqub

SEYİD YUSİF AĞA

Seyid Yusif ağa kəramətləri ilə məşhur olan Allah
dostlarındandır. O, 1926-cı ildə Bərdə rayonunun
Canavarlı (indiki Yusifli) kəndində doğulub. Atasının adı Seyid
Hüseyn, babası Seyid Mirsədi, onun da atası Seyid Mircəlil ...
olmuşdur.
Seyid Yusif ağanın ocağını ziyarət edərkən uzun illər
onunla qonşuluq etmiş Qasımov Musa İbrahim oğlu seyidlə
bağlı maraqlı xatirələrini bizimlə bölüşdü. Həmin xatirələrdən
bəzilərini oxucularımıza təqdim edirik.

- 2004-cü il idi, Seyid Yusif ağa ilə həyət qapısının ağzında
dayanıb söhbət edirdik. Yanımızda bir yük maşını dayandı,
kuzovunda bir camış vardı. Kabinənin qapısı açılanda qonşu
Qayalı kəndindən olan rəhmətlik Hüseyn kişini gördük. Salam-
əleykumdan sonra dedi ki, ağa, bu camışı sənə nəzir gətirmişəm.
Seyid hirsləndi, dedi bu boyda nəzir olar? Nəzir bir manat olar,
iki manat olar, yoxsa bir yekə camışı gətirmisən ki, sənə nəzir
gətirmişəm?! Düşürmə heyvanı, qaytar apar! Zorla Hüseyn
kişini otuzdurdu maşına, heyvanı da düşürməyə qoymayıb, geri
qaytardı. Mən ömrümdə belə gözütox adam görmədim!

- Bir gün də həyətdə məşğul idim – deyə, Musa Qasımov
söhbətini davam etdirir – gördüm Seyid Yusif ağa küçə qapısının
ağzında kiminsə üstünə qışqırır ki, “Çıx get, girmə həyətə!”
Fikirləşdim ki, indiyədək Seyid heç kəsə belə söz deməyib,

532

Övliyalar Ensiklopediyası

görəsən bu kimdi, nə edib ki,

ağa bunu həyətə buraxmır?

Darvazadan çıxdım, gördüm

Seyid Yusif ağa əlində ağac öz

darvazasının qabağında dayanıb,

qarşısında da nəhəng bir ilan var.

İlan həyətə girmək istəyir, Seyid

onun qabağını kəsib qoymur, Seyid Yusif ağa
deyir çıx get burdan! Ağa mənə

dedi ki, Musa, aralan burdan, bu kafir səni də çalar. Girdim

həyətimizə, başladım uzaqdan bu hadisəni izləməyə. Gördüm

ilan uzaqlaşdı ordan, gedib girdi kənardakı kolluğa. Yaxınlaşıb

soruşdum ki, ağa, nə məsələdi bu belə? Dedi: “Musa, bu ilan

bir nəfəri vurub, gəlib bura. Qapıdan birinci girsəydi, vurduğu

adam öləcəkdi. Ona görə də həyətə buraxmadım ilanı. Bunun

çaldığı adamı da harada olsa, bir azdan gətirərlər yəqin”.

Küçədə bir az söhbət etmişdik ki, birdən gördük qonşu
Hacı Mahmudlu kəndindən bir qadını arabaya uzadıb gətirirlər.
Çatanda dedilər ağa, bu qadını indi yaxından ilan çaldı, əlacımız
sənədi, bir kömək elə. Seyid qadının yarasını çərtdi, pis qanı
çıxardı, sonra qatıq sürtdü. Daha sonra ağzının suyundan yaraya
vurdu. Sağalması üçün çoxlu dua etdi. Xəstə bir neçə gün Seyid
Yusif ağanın evində qalandan sonra qalxıb sağ-salamat evinə
getdi.

Atam kolxozda pambıq briqadiri işləyirdi – deyə,
müsahibim söhbətini davam etdirir – bir gün mənə dedi: “Oğul,

533

Paşa Yaqub

məndən ərizə yazıblar ki,
seyidin adına əməkgünü
yazıram. Bu gün gəlib
yoxlayacaqlar. Ağa da sahədə
olacaq, sən də yanında
ol, qoyma işləsin; özün
sahəni sula. Soruşan olanda
deyərsən seyid də işləyir”.
Bir azdan gördüm Bərdə
Rayon Partiya Komitəsinin
birinci katibi Rza Aslanov
Seyid Yusif ağanın məqbərəsi maşınla gəlir. Ağa sahənin
o biri başında olduğundan,
mən yaxınlaşdım. Katib soruşdu ki, Yusifi tanıyırsan? Dedim
bəli, sahənin o biri başında işləyir. Dedi çağır bura. Gələndə,
katib soruşdu ki, seyidsən? Dedi nə bilim yoldaş katib. Aslanov
dedi əgər seyidsənsə, niyə əziyyət çəkirsən, Allaha de, yağış
yağdırsın, sahəni suvarsın. Ağa dedi onu Allah bilər, məsləhət
bilsə yağdırar.

Aslanov bizdən aralanıb, atamla bərabər o biri sahəyə
tərəf addımladılar. Yolu yarıya çatmamış çiskin yağış başladı.
Sahəyə çatanda artıq elə bir leysan yağırdı ki, özlərini katibin
maşınına güclə saldılar. Aslanov atamla seyid Yusif ağanı maşına
mindirdi, mənə dedilər qaç evə. Gəldim gördüm katib seyidin
evində oturub. Çıxanda atama dedi seyidi sənə tapşırıram, hər
ay əmək haqqını yazarsan, gətirib evində də verərsən, kişi əsl
seyiddir.

534

Övliyalar Ensiklopediyası

Seyid Yusif ağa 2005-ci ilin avqustun 26-da bu dünya ilə
vidalaşıb haqqa qovuşdu. Allahın nuru onun üzərindən, onun da
xeyir-duası bizlərin üzərindən əskik olmasın!

535

Paşa Yaqub

SEYİD YƏHYA BAKUVİ

Seyid Yəhya Bakuvi mənşəcə Azərbaycan türklərindən
olan Azərbaycanıntanınmış filosof alim və şairlərindən
biri, xəlvətilik təriqətinin ikinci qurucusu Bakuvi eyni zamanda
xəlvətiliyin virdi olan  Virdü-Səttarın  müəl­lifidir. 2013-cü
ildə  UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid
Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd
edilməsi haqqında qərar qəbul edilib.

Seyid Yəhya 1403-cü ildə Azərbayc­ anın Şama­xı şəhərində
doğulmuşdur. Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-
Seyid Bəhaəddin əş-Şamaxi əl-Şirvani əl-Bakuvidir. Şamaxıda
anadan olmasına baxmayaraq, o, hakimiyyət mərkəzi olan Şirva­
na mənsub edilmişdir. O dövrlərdə Şirvan bölgəsində olan üləma
və şeyxlərin Şirvani nisbəsi ilə yad olunması geniş yayılmışdı.
Şirvani nisbəsi ilə yanaşı, ona Bakuvi nisbəsinin də verilməsi
həyatının ən uzun və mühüm dövrünü Bakıda keçirməsi, oradakı
irşad fəaliyyəti ilə ətraf aləmdə tanınıb məşhur olması və burada
vəfat etməsi ilə əlaqədardır. Azərbaycan mənbələrində daha çox
Yəhya Bakuvi kimi yad edilir. Əsərlərində doğulduğu Şamaxı
şəhərinin adından götürülən əş-Şamaxi nisbəsinə az təsadüf
olunur. Seyid Yəhya üçün qaynaqlarda sevgi və hörmət ifadə
edən bir çox üstün sifətlər ifadə olunmuşdur:

1. -Nəqiblər nəqibi, nəciblərin nəcibi, şeyxlərin şeyxi,
seyidlərin görkəmlisi;

536

Övliyalar Ensiklopediyası

2. -Şeyx, arifi-billah;

3. -Xəlvətilik təriqətinin feyz qaynağı;

4. -Qüdvətüs-sani, həqiqət məşrəbində imamür-rəbbani,
qütbül-arifin, cəlalül-milləti vəl-həqqi vəd-din;

5. -Qütbü-vəqtihi və fəridi-əsrihi;

6. -Safiyyə üləmasının böyüklərindən, qüdvəyi-sani,
gövs;

7. -Xəlvətilik taifəsinin piri-sanisi.

Piri-sani Seyid Yəhya

üçün ən çox istifadə olunan və

adətən onunla adlanmış olan

bir ifadədir. Pir təsəvvüfdə

təriqətin qurucusu, təriqət

sahibi anlamında işlədilir. Bu

mənada xəlvətiliyin piri Ömər

Xəlvətidir. Piri-san isə ikinci

ər anlamındadır. Bir təriqətin Seyid Yəhya Bakuvi
quruluşundan sonra təriqətə

yeni bir istiqamət verən və yeni həyat qazandıran sufiyə deyilir.

Məsələn,  qadiriliyin  piri-sanisi İsmayıl Rumi (piri  Əbdülqədir

Geylanidir), xəlvətiliyin piri-sanisi S.Yəhyadır.

Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır. Onun
atası altıncı imam  Musa Kazımın  soyundandır. Şeirlərində
“Seyid” təxəllüsündən istifadə etmiş, əsərlərinin sonunda adını
Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. Babaları

537

Paşa Yaqub

Seyid Yəhya Bakuvi türbəsi. Bakı, İçərişəhər

nəqiblər sülaləsindən olmuşdur. Atası Bəhaəddin  Şirvanşahlar
dövlətinin nəqibül-əşrafı idi.

Seyid Yəhyanın uşaqlıq illəri Şamaxıda, ailəsinin yanında
keçmişdir. Uşaqlıq dövrünə aid əlimizdə ancaq mənqəbə
kitablarında xatırlanan məlumatlar vardır. Bu mənqəbələrdən
onun zəngin və nüfuzlu bir ailədə doğulduğu anlaşılır. Ailəsinin
seyid olması da onun öz mühitində sayılan və sevilən biri olmasını
təmin etmişdir. Bütün bunlarla yanaşı, kiçik yaşlarından əxlaqı
və tərbiyəsi ilə insanlar üzərində müsbət təsir oyatmışdır.

S.Yəhyanın mükəmməl bir təhsil aldığı şəksizdir.
Əsərlərinin çoxunu  ərəb dili  və  fars dillərində  yazmış olması
öz doğma Azərbaycan türkcəsi ilə yanaşı, bu iki dilə də hakim
olduğunu göstərir. Əsərləri İslam dininə aid bir çox elm sahəsinə

538

Övliyalar Ensiklopediyası

dərindən bələd olduğu təsəvvürünü yaradır.

Müəllimlərinin kim olduğuna dair məlumatı “Şəfaül-əsrar”
əsərində vermişdir. Burada yad etdiyi adlardan «ustadım» dediyi
Şeyx Şəmsəddin Əxıskətidən fiqh elmini, Mövlana Hafizəddin
əl-Gərdəridən ərəb dili, bəlağət və xitabəti, «ustadım və sənədim»
dediyi Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin
əs-Sərabidən əqaid və kəlam elmlərini öyrənməsi məlumdur.

S.Yəhya  Bakıda  qırx ildən çox yaşamışdır. Bakıya
getməsinə səbəb olan hadisə  Şeyx Sədrəddinin  vəfatından
sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtlafdır.
Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid
Yəhyanı yerinə təyin etmiş və ona itaət etmələrini söyləmişdir.
Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta
əyləşmiş və S.Yəhya Bakıya köçmüşdür.

Seyid Yəhyanın Bakıya
köçdüyü zaman Şirvanşah I
Xəlilullah xan idi. O, Bakıya
gəldikdən sonra burada Şirvanşah
I Xəlilullah xanın da yardımı ilə
xəlvətiliyin ilk böyük xanəgahını
açmışdır. Bakıdakı xanəgahın
inşasında Şirvanşah I Xəlilulllah
xanın yardımçı olmasını  Seyid
Yəhya türbəsinin  ətrafında

Seyid Yəhya Bakuvinın günbəzi

539

Paşa Yaqub

Şirvanşah tərəfindən inşa edilən məscid və digər binalardan da
anlamaq mümkündür. Mənbələrdə də Şirvanşah I Xəlilullahın
ona böyük yardım göstərdiyi və hörmət etdiyi qeyd edilmişdir.

Şirvanşah I Xəlilullah  xan ilə aralarındakı yaxşı
münasibəti göstərən əlamətlərdən biri də S.Yəhyanın  “Kəşfül-
qülub”  əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu
ifadələrlə başlayır: «Bu risaləni yazmanın səbəbi ədalət əmiri,
aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül Mənnanın
hökmünün davam etdiricisi, Xəlilür-rəhmanın adaşı sultan ibni
sultan Əmir Xəlilullahın (Uca Allah bütün aləmə və almdəkilərə
yaydığı rəhməti ilə onu ən uca məqama çıxarsın) gündən-günə
artan dövlətinin itidali-vasitəsi ilə tapdığım əmniyyət və əman ilə
yazdım (Əmirül-adil. Əzam, Əkrəm, Xülasətüs-səlatin fil-aləm,
əl-Müəyyəd, əl-Məlikül-Məənnan, Xəlilur-rəhman, Sultan ibni
sultan, Əmir Xəliullah hallədallahu təala səradika əzəmətəhu və
cəlalulhu adına yazılmışdır”.

Mənbələrdə S.Yəhyanın təsəvvüfi həyatı ilə bağlı
məlumatlarla yanaşı, ailə həyatı ilə də bağlı məlumatlara rast
gəlinir. Onun xanımı şeyxin qızıdır. Şeyx Sədrəddin gələcəkdə
xəlvətiliyin ən böyük şeyxi olacaq istedadlı müridi S.Yəhyanı
qızı ilə evləndirmişdi.

S.Yəhya Bakıda vəfat etmişdir. Vəfatı haqqında müxtəlif
tarixlər verilmişdir. Əksər mənbələr S.Yəhyanın Şirvanşah I
Xəlilullahın ölümündən 9 ay sonra öldüyünü göstərir. Şirvanşahlar
dövlət­inin  görkəmli tədqiqatçısı  Sara Aşurbəyli  Əbdürrəhman
Cəlaluddin əs-Suyuti və Məhəmməd ibn Əhməd ibn İlyasa

540

Övliyalar Ensiklopediyası

əsaslanaraq yazır: «Şirvanşah I Xəlilullahın ölüm tarixi Misir
tarixçisi Əbdürrəhman  Cəlaluddin əs-Suyutinin  (1445–1505)
«Nəzm əl-ükban fi iyan» əsərində belə qeyd edilmişdir: «Şirvan
hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi, Şamaxı hakimi,
hökmdarların möhtərəmi, mömini, ləyaqətlisi və ədalətlisi
olmuşdur. O, böyük müsəlman hökmdarlarının sonuncusudur.
Şirvan və Şamaxı məmləkətlərində əlli ilə yaxın hökmdarlıq
etmiş və 869-cu ildə (miladi 3 sentyabr 1464 – 23. avqust
1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı vardı. Buna
baxmayaraq asanlıqla oxuyurdu və sapsağlam idi».

Çələbi Xəlifənin  Bakı səyahətini anladan Xulvi Seyid
Yəhyanın cənazə mərasimi haqqında bilgi verir. Çələbi Xəlifə
onu görmək üçün Ərzincandan yola çıxmış, ancaq Bakıya çatanda
insanların dəstələrlə bir tərəfə getdiklərini görmüşdür. Maraq edib

541

Paşa Yaqub

səbəbini soruşanda «Seyid Yəhya adında kamil bir mürşidimiz
vardı. Bu gün vəfat etdi. Ona son vəzifəmizi etməyə gedirik».
– cavabını almışdır. Bu xəbərə çox üzülmüş, camaatla  cənazə
namazını qılaraq o gecə qəbri başında muraqəbəyə getmişdir.

Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim
Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis
etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində
böyük təsirə malik olmuş və geniş yayılmışdır.

S.Yəhyanın əsərlərində onun fəlsəfi-dini düşüncəsi və
təsəvvüfi anlayışı barədə geniş məlumat vardır. Ona qədər
təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi.

Seyid Yəhya irsinə aid olan əsərlər aşağıdakılardır:
1. “Ətvarül-qəlb”
2. “Bəyanül-elm” (Çehel Mənazil və həft məqam)
3. “Əsrarüt-Talibin”
4. “Ətvarül-qəlb”
5. “Qəzəliyyat”
6. “Kəşfül-qülub”
7. “Qisseyi-Mənsur”
8. “Kitabül-vüdu”
9. “Məkarimi-əxlaq”
10. “Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü

vəchəhu”

542

Övliyalar Ensiklopediyası

11. “Mənazilül-aşiqin”
12. “Mənazilüs-sabiqin”
13. “Meyari-təriqət”
14. “Rümuzül-işarət”  (Təfsir və təvili «İhdinəs siartəl

müstəqim»)
15. “Risaleyi-Ma la buddə batiniyyə” (Əsrarül-vüdu)
16. “Risalə fi Səlavatin-nəbi”
17. “Şərh Məratibi-əsrari-qülub”
18. “Şərh Sualati – Gülşəni-əsrar”
19. “Şərül-Əsmai-səmaniyyə”
20. “Şəfaül-əsrar”
21. “Təsərrufatü mükaşəfat”
22. “Virdü-Səttar”
Seyid Yəhyanın təsəvvüf elminin bir çox sahəsində
yazılmış olan əsərlərindəki dil, ədəbi xüsusiyyətlər və məzmun
zənginliyi müəllifin təfəkkürününn dərinliyini göstərməsi
baxımından da dəyərlidir. Bununla yanaşı, onun nəzm və nəsrlə
çoxlu sayda əsər yazması da diqqəti xüsusi cəlb edir. Çünki, ona
qədər xəlvəti şeyxləri arasında bu sayda və çeşiddə əsər yazan
olmamışdır.
Mənbələrdə Seyid Yəhyanın iyirmi minə yaxın müridinin
olduğu, onlardan 360-nın xilafət aldığı bildirilir. Ən məşhur
mürid və xəlifələri bunlardır:

543

Paşa Yaqub

1. Dədə Ömər Rövşəni[44]
2. Pir Şükrüllah Ənsari
3. Əlaəddin Rumi
4. Həbib Qaramani
5. Pir Məhəmməd Ərzincani
6. Ziyaəddin Yusif Müsküri[45]
7. Seyid Əhməd Sünnəti
8. Baba Qütb
9. Pirzadə Fəthullah
10. Pirzadə Nəsrullah
11. Hacı Həmzə Çankıri
12. Sinan Rumi
13. Baba Rəsul Xəlvəti
14. Dərviş Kamal
15. Üveys Xəlvəti
16. Şeyx Mənsur əfəndi

544

Övliyalar Ensiklopediyası

ŞEYX İBRAHİM ƏFƏNDİ

Xalq arasında Əfəndi Baba adı ilə məşhur olan
Şeyx İbrahim Əfəndi övliyaların görkəm­
li­ nümayəndələrindəndir. O, XIX əsrdə Şabran rayonunun
Qalagah kəndində yaşamışdır. Atasının adı İsmayıl, babasının
adı Musa Axund olub. Ata babası Çələbi Axundun XVIII əsrdə
Şam şəhərindən gəldiyi bildirilir. Ümum­ iy­yətlə, onların soykökü
ata tərəfdən haşimilər nəslindən Həmzə Şühədaya, ana tərəfdən
isə, Həzrət Ömərə bağlanır.
İbrahim Əfəndi ilk təhsilini Qalagahda öz ata-babalarından
almışdır. Elmə böyük həvəsi oldu­ğun­dan Kürdəmirli Mövlana
Şeyx İsmayıl Əfəndiyə (1782-1848) intisab etmiş, iyirmi bir il
ona mürid olaraq, irşad üçün icazənamə almışdır (onunla birlikd­ ə
Xas Məhəmməd, Molla Məhəmməd Yaraqlı (1777-1838), Seyid
Cəmaləddin əl-Qumuği, İmam Qazi Məhəmməd (Şeyx Şamilin
mürşidi) və digər tanınmış şəxsiyyətlər də Mövlanəya mürid
olmuş, elmin sir­lər­ini öyrənərək, irşad üçün ondan icazənamə
almışlar). Nənqşibəndi Şeyxi Mövlanə Hacı İsmayıl Əfəndiyə
intisab etməsini İbrahim Əfəndi belə xatırlayır:

“Gəl əvvəl başdan söyləyim ki, bu övliyalıq elmi
(Nəqşibəndilik – müəllif) tamam yer üzərindən götü­rül­müşdü.
Ancaq alimlik (fiqh elmi) var idi bizim dövr­ ümüzdə. Biz fəqirlər bu
elmlə məşğul idik. Eşidirdik ki, Şirvana övliyalar gəlib-gedirlər.
Sonra haqlıq ilə Mövlana Hacı İsmayıl Şirvani (Allah ondan razı

545

Paşa Yaqub

olsun!) Kürdəmirə gəldi, sakin oldu və bir para müxlis (xalis)
adamlara özü xəbər göndərdi ki, “buraya gəlin”. Bir də Diyallı
Məhəmmədə. Ona da elan etdi ki, “bir buraya, mənim yanıma
gəl!” O, cavabında dedi: “Səndən irəli çox adamlara getdik, bir
şey hasil olmadı”. Mövlana qurbanolduğum cavabında dedi ki,
bu da onların birisi olsun. Xəlilli Molla Məhəmməd öz dilindən
söylədi ki, “Mən görə-görə Diyallı Məhəm­məd Əfəndi mərhum
Hacı İsmayılın yanına getdi-gəldi. Mən ondan xəbər aldım ki,
nə gördün? Buyurdu ki, “Mən gedən vaxtda Mövlananı (İsmayıl
Şirvanini) məscid qabağında əyləşmiş və yemişan ağacına söy­
kənmiş gördüm. Mənə dedi: “Dəstamazın yoxdursa, dəstamaz
al”. Cavabında dedim ki, dəstəmazım var. Buyurdu: “Üzü
qibləyə mənim yanımda əyləş və göz­ ünü yum”. Mən də o nə,
təhər ki, buyurmuşdu, eləcə əyləşdim. “Boş dur”- dedi. Yəni qəm
və qüssə qəlbinə gətirmə. Mən də boş durdum, nagah ustadım
Şeyx Məhəmməd Cekli kömürdən qara qabağımda durdu. Mən
ağladım. Çünki ustadımdır deyə. Sonra dedi: “Ağlama, onda
heç nə yoxdur”. Bu vaxt qəlbimdə fikirləşdim ki, əgər Məkkə
və Mədinəni mənə müayinə (aşkar) göstərsə, gerçək övliyadır,
yoxsa yox. Elə fikirləşən kimi tələbim hasil oldu (yəni bu şəhərlər
göründü). Sonra buyurdu: “Get, daha gəlmə”.

Mövlananın ki, haqlığı bilindi, xalq Hacı Məhəmm­ əd Səid
Əfəndini vəkil edib, onun qulluğuna gönd­ ərdilər. O, Mövlanaya
dedi: “Adamlar sənə salam göndərdilər, dedilər ki, eşitmişik
bəy həqq təriqət gətiribdir. Necə olsun gərək?” O da dedi ki,
“Bu haqq təriqət hər adamın işi deyildir. Neçün ki, uzun işdir”.
Məhəmməd Səid Əfəndi dedi: “Bəs biz zəlalətdə qalaq? Bizə bir

546

Övliyalar Ensiklopediyası

çarə”. Buyurdu: “Doğrudur, zəlalətdə qalmaq olmaz”.

Biz fəqirlər uzaqdan baxırıq ki, yanına gəlib- gedənlər
qəbir əhlindən kəşflə xəbər verirlər. Onlard­ an xəbər aldıq:
“Sizdə bu hal necə zahir oldu?” Onlar dedilər: “Bu yolda çox
əziyyət çəkdik”. Soruş­duq: “Heç bir adam buna taqət gətirə
bilməzmi?” Dedilər: “Allah qismət etsə, olar”. Soruşduq: “Bəs
necə edək ki, əhli- əzab olmayaq?” Dedilər: “Mövlan­ aya mürid
olmaqla mümkündür”.

Beləliklə, Mövlanadan

icazənamə alan İbrahim Əfəndi

Qalagaha qayıdaraq, Şeyx kimi fəa­

liyyətə başladı. O, elmi biliyinə və

kəramətinə görə təkcə öz kəndində

deyil, bütün Quba mahalında və Da­

ğıstanda şöhrət qazandı və sevildi.

Tezliklə Azər­baycanın bir çox

bölgələrindən, həmçinin Dağıstan

mahalından onun yanına müridlər

gəlməyə başladılar. Əbdülvahab əfəndi

Şeyx İbrahim Əfəndinin

İsmayıl, Əbdülvahab və Məmməd (Molla Məmməd) adında

üç oğlu olmuşdur. Övladları da atalarının yolu ilə gedərək,

İslam dininin təbliğində mühüm rol oynamış və Qafqazda Şeyx

Şamilin rəhbərliyi ilə gedən müridizm hərəkatında fəal iş­ti­rak

etmişlər. Onların bu fəa­liyy­ əti çar Ru­si­yasını qəzəbləndird­ i­

yindən atan­ ı və üç oğulu həbs etmişlər. Molla Məmməd qaça­raq,

547

Paşa Yaqub

İrana keçmiş, Əfəndi Baba iki oğlu

ilə Sibirə sürgün olun­muşdur (son­

ralar Molla Mə­həmm­ əd İrand­ a dəstə

toplay­ a­raq, Azərb­ aycana keçmək

istəm­ iş, lakin gəlməyinə bir gün

qalmış zəh­ ərlənərək öldürülmüşdür).

Yedd­ i il bir yerdə qaldıqdan sonra

İsmayıl Əfəndi ilə Əbdülvahab

Əfəndi Kazana göndərilmiş, ataları

isə Səfəralı adlı müridi ilə Sibirdə

qalmışdır.

Əbdülvahab əfəndi və Kazanda olarkən İsmayıl
qardaşı İsmayıl əfəndi Əfəndi ömrünü başa vur­muş, qardaşı

onu orada dəfn etmişdir. Lakin, vəsiyyət etmişdir ki, nə vaxt

yuxuna gəlsəm, məni buradan çıxarıb, vətənimə apararsan.

Qəbrimi açanda isə, buradakı dostlarım yanında olsun.

Aradan bir müddət keçəndən sonra Əbdülvahab Əfəndi
Azərbaycana qayıdır. İki ildən sonra İsmayıl Əfəndi onun
yuxusuna girərək, nəşinin çıxarılması barədə işarə verir.
Əbdülvahab Əfəndi artıq qocal­mışdı. O dur ki, oğlu Həmdullah
Əfəndi ilə, Dəhnəli Hacı Nəcəfi Kazana göndərir. Onlar deyilən
ünvanl­arda İsmayıl Əfəndinin qəbri-şərifini və dostlarını tapırlar.
Məsələdən agah olan dostlar əhalinin müq­ ədd­ əs ziya­rətgah­ ı­
na çevrilmiş şərif mə­zarın heç bir halda açılmasına razılıq ver­
məyəcəklərini bild­ i­rirlər. Lakin, Dəhnəli Hacı Nəcəf xəncərini
çəkərək: “Mən qəbri açmağa gedirəm, kimin hünəri varsa yaxın

548

Övliyalar Ensiklopediyası

gəlsin” -deyir. Övliyanın dostları əlacsız qalıb, qəbri özləri
açırlar və nə­şi tabuta qoyaraq, ehtiramla və göz yaşları içində
yola salırlar.

İsmayıl Əfəndinin mübarək nəşini gətirən qatar Şabran
stansiyasına çatanda, yerli əhalinin çox hissəsi onları qarşılamağa
çıxmışdı. Ağsaqqallar Həmdullah Əfəndiyə: “Sağ ol ki, atanın
cənazəsini vətənə gətir­din, sənə halal olsun!” - deyəndə,
Həmdullah Əfəndi: “Onu mən gətirmədim, onu Hacı Nəcəfin
xəncəri gətirdi” - deyərək Hacının xəncərini göstərmişdir.
Camaat övliyanın cənazəsini çiyinlərinə
alıb, Qalag­ a­ha üz tutur. Həmin gün
bütün bölgə əhalisi Qalagahda, İsmayıl
Əfəndinin dəfn mərasiminə toplaşmışdı.
Kəndd­ ə indiyədək görünməmiş qələbəlik
vardı. Quba mahalının və Dağıstanın
demək olar ki, bütün ağsaq­qalları, nüf
uzlu adamları bu mərasimdə iştirak etmək
üçün Qalagaha gəlmişdilər. Ağsaqqallar
təklif edirlər ki, cənazə açılmadan dəfn
edilsin. Lakin Əbdülvahab Əfəndi
etirazlara baxmayaraq cənazəni açır. İki Həmdullah əfəndi
il keçməsinə baxmayaraq, kəfən indi
bükülmüş kimi idi. Əbdülvahab Əfəndi: “Baxın görün diri övliya
necə olur”-deyib, qardaşının üzünü açır. İsmayıl Əfəndi sanki
yuxuya dalıbmış kimi, sifətində, bədənində heç bir dəyişiklik
olmadan uzanmışdı. Toplaşanlar bu möcüzədən heyrətə gəldilər.
“Allahu-Əkbər!” sədaları göylərə yüksəldi. Elə bu sədalar altında

549

Paşa Yaqub

da İsmayıl Əfəndini atasının yanında dəfn etdilər.

İsmayıl Əfəndinin oğlu Həm­dullah Əfəndi də dövrünün sa­
vadlı və çox böyük nüfuza malik şəxsiy­yəti olmuşdur. O, İttihad
part­iy­ asının üzvü olmaqla, Azər­bayc­ an Xalq Cümhuriyyəti
dövr­ünd­ ə Parlamentin üzvü seçilmişdir. Kafir ermənilər 1918-
ci ildə Qu­ba mahalında soyqırım törə­dənd­ ə, həmçinin 1920-ci
ildə bol­şeviklər daşnaklarla birləşib Azər­baycana hücum edəndə
Həmdullah Əfəndi ətrafına 2500 nəfərlik dəstə toplayaraq xalqın
müdafiəsinə qalxmışdır. Ona bu döyüşlərdə dostu Qaçaq Mayıl
1500 nəfərlik dəstə ilə, Əli Bəy Zizinski 2000 nəfərlik dəstə ilə
kömək edird­ ilər. Onların şücaətləri haqqında məndən qabaqkı
müəlliflər geniş tədqiqat apard­ ıql­a­rından, mən bu mövzu
üzərində çox dayanmıram. Təkcə onu qeyd etməyi lazım bilirəm
ki, düşmən Həmdullah Əfəndinin başına böyük məbləğdə pul
qoy­sa da, istəyinə çata bilmir. Kafir­lər daha murdar yola əl atırlar.
Onlar mahalın qadınlarını top­layıb, işgəncə verməyə başla­yır­lar.
Və Həmdullah Əfəndiyə xə­bər göndərirlər ki, qadınların azad
olmasını istə­yirsənsə, silahı yerə qoy. O da məcbur olub dö­yüşü
dayandırır və dağlara çə­kilir. Bununla da Azərb­ aycanda sovet
hökuməti qurulur.

Diqqətinizi maraqlı bir mə­qama cəlb edim ki, Həmdullah
Əfəndi və onun ata-babaları rus işğalına qarşı mübarizə aparsalar
da, bu nəslin digər nüma­yəndələri olan Qəzənfər Musabəyov
(Əfəndiyev), Ayna Sultanova (Əfəndiyeva) bu höku­mətə
inanaraq, ona xidmət edirdilər. Amma zaman göstərdi ki, düş­
mənə bel bağlamaqda onlar yanılıblar. Xidmət­lə­rinin heç on

550


Click to View FlipBook Version