Övliyalar Ensiklopediyası
ili tamam olmamış M.Bağırov onların güllələnməsi haqqında
əmr verdi. Bunun ardınca da Həmdullah Əfəndi həbs olundu və
güllələndi. Yaxın ətrafı ona təslim olmamağı, qaçmağı məsləhət
görsələr də, cavab verib ki, “istəmirəm mənə görə yenidən
qadınları incitsinlər”. Lakin, Allahsızlar hökuməti yenə də qa
dınlardan əl çəkmədi. Həmdullah Əfəndi həbs olunduqdan sonra
onun 103 yaşlı qoca anasını kəl arabasına uzandıraraq, qızları
və nəvələri ilə birlikdə Qazax rayonuna sürgün etdilər (hazırda
onun qəbri ziyarətgahdır və Qazax rayonunda “Qərib bacı” adı
ilə tanınır).
551
Paşa Yaqub
SOLTAN BABA PİRİ
Şabran rayonunda möminlərin ziyarət etdikləri Allah
dostlarından biri də Soltan Baba adı ilə tanınan
övliyadır. Onun qəbri-şərifi Şabran rayonunun Uqah kəndindədir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı,
professor Məşədixanım Nemətovanın yazdığına görə burada
əvvəllər daş kitabə olsa da, sonralar bu kitabə yoxa çıxmışdır.
Kitabənin M. Nemətova tərəfindən edilmiş tərcüməsi aşağıdakı
kimidir:
“Bu türbə şeyxlərin məliki, zahidlərin (Sufilikdə III
dərəcəyə çatmışlara zahid deyilir) qütbü Şeyx Əbu Bəkrindir –
Allah ona rəhmət eləsin! Bu türbəni məmləkətlərin sultanı, qad ir
Fərruxzad ibn Axsitan (vaxtında) Nəcəf Məhəmməd bin Nasir
beş yüz doxsan dördüncü (1197-1198) il tarixdə tikdirdi”.
Kitabədən göründüyü kimi, Şeyx Əbu Bəkr yüksək
titulları olan ruhani alimdir. O, sufiliyi təbliğ edən cəmiyyətin
şeyxi olaraq, bölgə əhalisi tərəfindən sevilmiş və zaman-zaman
ziyarət olunmuşdur.
552
Övliyalar Ensiklopediyası
PİRƏZƏNBİL PİRİ
Bu pir Xaçmaz rayonunun Padar kəndində yerləşir.
Burada iki övliyanın qəbri vardır ki, onların adları
dəqiq bilinmir. Orta əsrlərə aid olan bu qəbirlər hələ ta qədimdən
yerli əhali tərəfindən müq əddəs sayılır və müxtəlif niyyətlərlə
ziyarət olunur. Ziyarətə gələnlərin əlində zənbil olduğundan,
pirin adı pirəzənbil kimi qalmışdır (düzgünü Allah bilir).
Burada hər həftənin çərşənbə və şənbə günləri qələbəlik
olur. Söhbət etdiyim ziyarətçilər müxtəlif niyyətlərlə bu piri
ziyarət etdiklərini və niyyətlərinin hasil olduğunu dedilər.
Pirin kəramətlərinə dair Quba rayonunun Barlı kənd sakini
Seyidəhmədova Səidə Kamil qızı bunları dedi:
- Oğlum Yusifin bir
yaşı var, üç gündür qızdırması
39-dan aşağı düşmür. Həkim
iynə vuranda 38-ə düşür. Uşaq
üzüstə qalıb. Bu gecə yuxumda
gördüm ki, uşağı qollarımın
üstünə alıb, harasa aparıram.
Birdən gördüm bu pirin
həyətindəyəm. Ağ saqqallı,
əmmaməli, nurani bir kişi məni
qarşılayıb, uşağı yanındakı
böyük bir daşın üstünə
553
Paşa Yaqub
qoymağımı istədi. Dediyini etdikdə dua
oxuyaraq, əlini uşağın üzərinə çəkdi,
dedi ki, Allah şəfa verəcək. Bu vaxt
mən yuxudan ayıldım. Səhər tezdən
Yusifi də götürüb, ailəlikcə bura ziyarətə
gəldik. Artıq axşamüstüdür, hələ uşağın
qızdırması qalxmayıb, normal oynayır...
554
Övliyalar Ensiklopediyası
ŞEYX ÖMƏR BABA
Şeyx Ömər Babanın müqəddəs məzarı Xaçmaz
rayonunun Vələmir kəndi ərazisində, meşənin
içərisində yerləşir. Azərbaycanın şimal bölgəsinin əhalisi,
həmçinin qonşu Dağıstan müsəlmanları onun qəbrini sevə-sevə
ziyarət edib, ruhuna dualar oxuy urlar.
Ziyarətgahın ağaclarını qırmaq istəyənlər
bir-birlərini qırdılar
Sovet hökuməti yeni qurulanda əsgərləri göndəriblər
ki, övliyanın qəbrinin olduğu meşəni qırsınlar. Kənd
ağsaqqalları onları başa salmağa çalışırlar ki, ziyarətgahın
ağaclarını qırmaq olmaz, ziyan çəkərsiniz. Əsgərlər öyüd-
nəsihətə məhəl qoymayıb, işə başlamaq istəyəndə öz aralarında
dava düşür və əllərindəki balta ilə biri-birlərini çapmağa
başlayırlar. Beləliklə, bir neçəsi ölüb, bir neçəsi yaralandıqdan
sonra əsgərlər qayıdıb gedirlər və bir daha ora qayıtmırlar.
Pirə toxunan birinci katibin ağzı əyildi
Xaçmaz rayon Partiya Komitəsinin birinci katibinin
göstərişi ilə 1970-ci illərin əvvəllərində Şeyx Ömər
555
Paşa Yaqub
Babanın ziyarətgahına aparan yolda köndələn xəndək qazılır ki,
ziyarətçilər keçib gedə bilməsinlər. Həmç inin pirdəki qab-qacaq
yük maşınına yüklənərək, Sumqayıt şəhərindəki util zavoduna
göndərilir. Lakin, yük maşınının sürücüsü Allahın qəzəbindən
qorxaraq, qabları Beşbarmaq dağında yerləşən Xıdırzində
pirinə boşaldır. Katibi inandırmaq üçün isə, Sumqayıta ged ərək,
zavoddan təhvil aktı alır. Allahın qəzəbi özünü çox gözlətmir.
Elə həmin gecə katibin ağzı əyilir. Həkimlər çox müalicə
etsələr də, faydası olmur. Əlacsız qalıb, Vələmir kəndinə, Ömər
Babanın nəslindən olan Məhəmməd kişinin evinə üz tutur.
Katib ondan üzr istəyərək, ağzının düzəlməsi üçün dua etməsini
istəyir. Məhəmməd kişi babalarından qalan əsanı onun üzünə
sürtür və gecə ikən ziyarətə aparır (katib gündüz ziyarət etməyə
qorxurdu). Nəhayət, yolu düzəldib, qabları yerinə qaytarandan
sonra katibin ağzı düzəlir.
Ziyarətçilər övliyanın kəramətindən faydalanırlar
Burada niyyət tutanların niyyəti övliyanın duası ilə
tez hasil olur. Bu mövzuda ziyarətçilər mənə çox
əhv alatlar danışdılar. Oxucuların marağını nəzərə alıb, həmin
əhvalatlardan bir neçəsini diqqətinizə çatd ırıram.
Bəyova Həzrə Bəxtiyar qızı (Xaçmaz rayonu, Vələmir
kənd sakini, Şeyxin törəməsi):
- Ailə qurmağımdan beş il keçməsinə baxmayaraq,
övladımız olmurdu. Müalicələrinin də xeyri yox idi. Bir gün bir
görücünün yanına gedib, ondan məsləhət istədim. Dedi sənin
556
Övliyalar Ensiklopediyası
arxanda böyük bir övliya dayanıb, niyə ondan yardım istəmirsən?
Dedim ki, o, mənim ulu babamdır, həkimə getməzdən qabaq
onu ziyarət edirəm. Dedi sənin bu cür hərəkət etməyin babanın
xoşuna gəlmir. Çünki, o, səni tək müalicə etmək istəyir, həkimsiz.
Evə qayıdandan sonra maraqlı bir yuxu gördüm. Gördüm
Ömər babamın məzarının yanındayam, babam əlində su bardağı
tutub, hansı ki, həmin bardaq həmişə məzarın üstündə olur.
Mənə dedi: “Mənim xəstə balam, gəl səni müalicə eləyim”. Belə
deyib, məzarın üstündəki daşla üzümə, sinəmə sürtdü. Bu vaxt
yuxudan ayıldım. Sabahı gün ziyarətə getdim. Bir müddətdən
sonra hamilə qaldım və qızım dünyaya gəldi.
Xaçmaz rayon Hacalıbəy kənd sakini Müxubəliyev Cəlal
Müxubəli oğlu:
- Uzun müddət idi ki, təzyiqdən əziyyət çəkirdim. Tez-
tez təzyiqim 180-200-ə qalxırdı. Müxtəlif həkimlərə müraciət
etmişdim, deyirdilər ki, qorxudan, ya da stressdən yaranıb. Uzun
müddət müalicələr alsam da, xeyri olmurdu, arabir təzyiq qalxıb
məni pis vəziyyətə salırdı. Bir gün bir qoç qurbanı götürüb,
Vələmir kəndinə - Şeyx Ömər Babanın ziyarətinə getdik. Qur
banı kəsib, Quranını oxudandan sonra mən orada yatdım. Və
həmin gündən 5-6 il keçib, hələ də təzy iqim qalxmayıb.
Şeyx Ömər Babanın bildiyimiz qədər Mürşid və Cümşüd
adında iki oğlu olmuşdur ki, onlar da atalarının yolunu davam
etdirdiklərindən, xalq arasında “Şıx” (şeyx) təxəllüsü ilə
çağırılmışlar.
Şeyx Cümşüdün oğlu Şeyx Qasım Babanın da qəbri
Vəlmir kəndində Ömər Babanın qəbrinin yanındadır.
557
Paşa Yaqub
ŞEYX YUSİF MÜSKÜRİ
Azərbaycanın şimal bölgəsində ən çox ziyarət edilən
övliyalardan biri də Şeyx Yusif Əfənd idir. Onun
şərif məzarı Xaçmaz rayonunun Şıxlar kəndindəki günbəzdədir.
Haşimilər nəslindən olan və soykökü Həzrət Əli və Həzrət
Fatimə vasitəsi ilə Peyğəmbər Əfəndimizə bağlanan Şeyx Yu
sifin şəcərəsi bu gün Xaçmaz rayonunun Seyidlər kəndindəki
törəmələrinin evində saxlanm aqd adır. Tam adı Yusif ibn Əli əl-
Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir.
Abbasqulu ağa Bakıxanov Mövlana Şeyx Molla Yusif
haqqında “Gülüstani-İrəm” əsərində belə məlumat vermişdir:
“Onun ulu babaları Qubanın Müskür nahiyəsinə Qarabağdan
gəlmişlər. Şeyx cənabları hicri səkkizinci əsrin ortalarında
dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra,
Seyid Yəhya Bakuvidən (XIV-XV əsrlər) irşad xirqəsi almış
və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır.
Şeyxin məzarı və onların yurdu olan kənd Şıxlar adı ilə
adlanmışdır. Onun əsərlərindən ancaq “Bəyanül-Əsrar” adlı
ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddimə və 24 fəsildən
ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə,
təriqət sahibləri və füqəranın adət və ədəbinə aid olan geniş
mövzuları müxtəsər bir surətdə izah edir. Şeyx Yusif Müşküri
hicri səkkizinci əsrin axırlarında vəfat etmişdir.
Tədqiqatçı Mehmet Rıhtımın araşdırmalarına görə Şeyx
558
Övliyalar Ensiklopediyası
Yusifin vəfat tarixi 1485-ci miladi Şeyx Yusif əfəndinin
ilidir. Onun atası Şirvanın qazil- məqbərəsi
quzatı və dövrünün nüfuzlu alimlə
rindən olmuşdur. İlk təhsilini
atasından alaraq, doqquz yaşında
“Quran”ı oxumağı tam öyrənib başa
çatdırmış, həddi-buluğa yetəndə
dərs deməyə başlamışdır. Sonralar
Həccə Misir, Qüds, İsgəndəriyyə,
Bağd ad və Şamda olmuş, buradakı
böyük alimlərdən dərs alaraq, elmi
biliklərini təkmilləşdirmişdir. Daha
sonra Şamaxıya gələrək, elm tədrisi
ilə məşğul olmuşdur.
Seyid Yəhya Bakuvidən dərs almağı ona Həzrət
Peyğəmbərimiz yuxusunda tövsiyə etmişdir. Yusif Əfəndi dərhal
Bakıya gələrək, Seyid Yəhyaya yetişmiş və ona mürid olmuşdur.
Şeyxinin əmri ilə xəlvətə girmiş8 çətin riyazətlər ilə böyük mər
təb ələr keçib, xəlifəlik məqamına çatmışdır.
Seyid Yəhya onu irşad üçün Şamaxıya gönd ərmişdir.
Burada onun yüzlərlə müridi olmuşdur.
Nəzminin yazdığına görə, Seyid Yəhya Bakuvi ölümündən
əvvəl xəlifələri və müridləri toplayaraq, “məndən sonra səccadə
və Allahın əmanəti Məxdumund ur”- demişdir. (Bakuvi əzizləmə
8 Xəlvətə girmək - qaranlıq otaqda 40 gün qalaraq, ətraf aləmlə
əlaqəsini kəsib, ancaq ibadət və zikr etmək, quran oxumaqla məşğul olmaqdır.
Bu müddətdə mürid ancaq məhdud miqdarda su və quru çörəklə qidalanır.
559
Paşa Yaqub
mənasında Yusifə “Məxdum” təxəllüsü vermişdi). Lakin Seyid
Yəhya dünyasını dəyişəndə onun ortancıl oğlu Fətullah atasının
səccadəsində oturmuş, Yusif Məxdum da ona güzəştə gedərək,
müridləri sakitləşd irmişdir. Daha sonra Şeyx Yusif Şamaxıya
gələrək, burada irşad etmiş, bir müddətdən sonra isə Qubanın
Müskür nahiyəsində fəaliyyətini davam etdirmişdir.
Qəbri-şərifi Xaçmazın Şıxlar kəndindəki günbəzdədir.
Həmin günbəzdə Şeyxin oğlu Məhəmməd Əminin və digər
şeyxlərin də qəbirləri vardır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi
işçisi, professor Məşədixanım Nemətova Məhəmməd Əminin
qəbrinin üstündəki ərəbcə yazını bu cür tərcümə etmişdir:
“Bu qəbir, Mövlana Şeyx Yusifin oğlu, mərhum Məhəmməd
Əminindir. Səkkiz yüz altmışıncı il” (1455-1456-cı miladi ili).
M.Nemətovanın tədqiqatlarından o da məlum olur ki,
Şeyx Yusifin digər övladları və nəvələri də onun yolunu davam
etdirərək, şeyxlik titulu qazanmışlar. Bunu günbəzdən kənardakı
qəbirlərin üstündəki yazıların tərcüməsindən görmək olur:
“O əbədidir, əzəmətlidir. Bu, Şeyx Yusif Müsk ürinin
övladı, mərhum, bağışlanmış Şeyx Əşrəfindir!”.
“Bu qəbrin sahibi Şeyx Əşrəfin oğlu rəhmətlik, günahları
bağışlanmış İsgəndərindir. Allah ona rəhmət eləsin”.
“Onun sahibi və maliki, bu qəbir Şeyx Mövlana Yusifin
övladlarından Şeyx Əşrəfin oğlu Şeyx Tahir indir. Allah ona
rəhmət eləsin. Səfər ayı”.
560
Övliyalar Ensiklopediyası
Şeyx Yusif Əfəndinin nəsil şəcərəsi bu gün də davam
etməkdədir. Belə ki, onun törəmələri Xaçmaz rayonunun Seyidlər
kəndində və Dağıstan Respublikasında yaşamaqdadırlar...
561
Paşa Yaqub
SEYİD LAZIM AĞA
Azərbaycanda, Qarabağda kəraməti, mərhəməti,
möcüzələri ilə məşhur olan, ad-san qazanan
övliyalardan biri də Seyid lazım ağadır. Yüz ildən artıq ömür
sürmüş bu müqəddəs insan indi də bütün Qarabağda həmişə
hörmət və ehtiramla yad olunur. Seyid lazım ağanın soykökü
dördüncü imamımız Zeynalabdın Əleyhsalama bağlanır.
Kəramətləri ilə məşhur olan
Seyid Lazım Ağa 1880-ci ildə Laçın
rayonunun Böyük Seyidlər kəndində
anadanolmuşdur.Kiçikyaşlarındaolarkən
ailəsi ilə birlikdə Ağdam rayonunun
Çəmənli kəndinə (sonralar Şıxbabalı
kəndinə) köçmüşlər.
Dini məktəb oxumasa da, Seyid
Lazım Ağa “Quran”ı əzbərdən bilmiş,
çox mükəmməl “Quran” oxumuşdur.
Seyid Lazım Ağa 1994-cü il yanvar ayının 3-ü cümə
günü 114 yaşında Mingəçevir şəhərində dünyasını dəyişmişdir.
Məzarı Ağdam rayonunun Çəmənli kəndindədir (Cümşüd
məscidində). Ağanın məqbərəsi hər gün ziyarətçilərlə dolu olur.
Yurdunda üç övladı (Seyid Məhəmməd ağa, Seyid Humay,
seyid Pəri) qalır.
562
Övliyalar Ensiklopediyası
HACI MƏHƏMMƏD ƏFƏNDİ
(Ağdonlu Baba)
Kəramət sahibi Allah dostlarından biri də Hacı
Məhəmməd əfəndidir. Atasınn adı Kərim olmaqla,
1766-cı ildə indiki Ucar rayonunun Qazıqumlaq kəndində
doğulub, orada da yaşamışdır. Axın-axın ziyarətçiləri olan bu
Allah dostunun atlasdan, zər-zibalı paltarlar geymək imkanı
olsa da, təvazökarlıq göstərərək, daim axirət libası olan ağ
paltar geyərmiş. Odur ki, xalq arasında “Ağdon baba” -deyə
çağırılarmış. Elmə çox böyük həvəsi olan, ömrü boyu elm
öyrənib təbliğ edən Hacı Məhəmməd əfəndi bu yolla Allaha
yaxınlaşaraq, övliyalıq məqamına yüksəlmişdir. Övladları
Umar, Hacıbala və Həmidə yüksək təhsil vermişdir.
Din xadimi kimi yüksək savada malik olan Umaq əfəndi
Qəbələnin Bum kəndinin məscidinə imam təyin olundu və
ömrünün sonunadək orada yaşadı. Hazırda Bumda yaşayan
“Umarovlar” tirəsi Ağdon babanın törəmələridir.
Elmə maraq övliyanın törəmələrində də özünü biruzə
vermişdir. Belə ki, Hacı Məhəmməd əfəndinin nəticəsi (Hacıbala
əfəndinin nəvəsi) İsmayıl əfəndi Çar Rusiyası dövründə
məktəb açdığına görə hökumətin xoşuna gəlməmiş və müxtəlif
bəhanələrlə həbs olunmuşdur (Bayıl həbsxanasında Stalinlə
birgə yatmışdır). Repressiyalar İsmayıl əfəndinin inadını qıra
bilməmiş və o, daim elmin ardınca getmişdir. 1918-1920-ci
563
Paşa Yaqub
illərdə Şuşada mədrəsəni bitirərək, uzun illər rus dili müəllimi
işləmişdir. Sovetlər dönəmində Azərbaycan ziyalılarına qarşı
aparılan repressiya dalğası İsmayıl əfəndidən də yan keçmədi.
1950-ci ildə onu həbs edərək, 10 il iş verdilər. 1953-cü ildə
Stalinin ölümündən sonra bütün ziyalılar kimi, İsmayıl əfəndi
də bəraət aldı.
Ağdon Babanın digər nəticəsi Yəhya əfəndi də yaşadığı
Qazıqumlaq kəndində ilk dəfə olaraq məktəb açmışdır. O, özü
Türkiyədə Ali Ruhani məktəbini bitirmişdi. Qazıqumlaqda
açdığı məktəbdə ilahiyyat elmi ilə yanaşı, dünyəvi elmləri –
riyaziyyat, təbiət, tarix və digər fənləri də tədris edirdi. Burada
Ucar rayonunun bir çox kəndlərindən uşaqlar gəlib təhsil
alırdıar. Yəhya əfəndinin müsəlman balalarına elm öyrətməsi çar
rusiyasını qıcıqlandırırdı. Bu səbəbdən o da müəyyən müddət
həbsdə yatmalı oldu...
Ağdon Babanın şərif məzarı bölgə əhalisi tərəfindən
bu gün də sevə-sevə ziyarət olunur. Övliyanın ziyarətçiləri ilə
söhbətlərimizdən məlum oldu ki, bura əsasən bədənində ziyil və
s. yaralar olanlar üz tuturlar. Qəbrin torpağından tutya düzəldərək,
yaraya sürtür və bir neçə günə həmin yaradan, ziyildən xilas
olurlar...
564
Övliyalar Ensiklopediyası
MİSKİNLİ ABDAL
(Seyid Hüseyn Məhəmməd oğlu)
(1430-1535)
Tarixdə “Miskin Abdal” kimi məşhurlaşan, əsl adı
Seyid Hüseyn Məhəmməd oğlu olan bu görkəmli
şəxsiyyət təxminən 1430-cu ildə Qərbi Azərbaycanın Göyçə
mahalının Zərgərli (Sarıyaqub) kəndində doğulub boya-başa
çatmışdır. Uşaq yaşlarından ərəb və fars dillərinə mükəmməl
yiyələnmiş, “Quran”nı, dini və dünyəvi elmləri mükəmməl
mənimsəmişdi. Atası onu uşaq yaşlarından Göyçəli İbrahimin
yanına şagird kimi qoymuşdur. Gənc Hüseyn ustadından qopuz
çalmağı və ozan sənətinin sirrlərini öyrənmiş, uşaq yaşlarından
Göyçə və ətraf bölgələrdə böyük ad-san qazanmışdır.
Hüseynin ulu babası, XIII əsrdə yaşamış Yaqub ilə Şah
İsmayılın ulu babası Səfiəddin arasında sarsılmaz dostluq,
silahdaşlıq olmuşdur. Yaqub və onun nəsil davamçıları Səfiəddin
tərəfindən əsası qoyulmuş sufi cərəyanı olan “Səfəviyyə”
təriqətinin Göyçə və ətraf bölgələrdə yayılması ilə məşğul olmuş,
bu cərəyanın tanınmış nümayəndələri kimi tanınıb seçilmişlər.
Bu məqsədlə Göyçədə Hüseynin babaları tərəfindən fəlsəfi
məktəb sayılan sufi (dərviş) camiəsi – icması olan “Təkyə”
yaradılmış, burada çoxsaylı sufi müridləri, tələbələri yetişmiş və
ətraf bölgələrə missioner olaraq göndərilmişlər.
565
Paşa Yaqub
Miskin Abdal bir neçə şeirində “Seyid”, həmçinin
“Ocaqzadə” (yəni, İmam Əlinin oğlu Hüseynin nəslindən)
olduğunu vurğulayır: “Seyid Miskin Abdal mənəm, söz mənim,
meydan mənim”, yaxud, “Ocaqzadə bir təb əhli nökərəm” və
sair.
O, həmçinin şeirlərində “Qırxlar Piri özü verib dərsimi
ümman mənim”, yaxud, “Qırxlar Piri özü düzüb ayağıma atəşi”
-deyə, məhz sufi mürşidlərinin ocağı, təsəvvüf iyerarxiyasının
ali Divanı – 40 m üqəddəs Abdalın olduğu “Qırxlar piri”ndən
566
Övliyalar Ensiklopediyası
(Qırx Abdal Pirindən) dərs aldığını
göstərir.
Xatırladaq ki, Şah İsmayıl
Xətai də şeirlərində “Qırxlar
meydanına vardım, Gəl bəri, ey
can – dedilər; Salam verdim izzət
ilə, Gir, iştə meydan, – dedilər!”
– deyə, “Qırxlar piri”ndən dərs
aldığını bildirir.
Gənc Hüseyn – Miskin
Abdal, məhz bu fəlsəfi mühitdə
böyümüş, yetkinləşmiş, sufizmin
sirrlərinə dərindən yiyələnmişdi. Miskinli Abdal
O, sufizmin şəriət, təriqət, mərifət
mərhələlərini keçərək, ən yüksək mərhələsi olan – Həqiqət
mərhələsinə çatmışdı. Odur ki, yaşadığı dövrdə “Miskin” və
“Abdal” ləqəbləri ilə tanınmışdır. ”Miskin” anlayışı sufizmdə
bütün dünyəvi nemətlərdən imtina edərək, təsəvvüfün “vəhdəti-
vücud” nəzəriyyəsinə əsasən, özünü Allah qarşısında kiçildərək,
öz “mən”ini Allahın varlığı qarşısında heçə endirərək, yox
edərək, “fənafillah” mərhələsinə yetişməyi, “Allahda ərimə,
yox olma” dərəcəsini fəth etməyi, ən yüksək təvazö sahibinə
çevrilməni ehtiva edirdi. Yəni, Allah qarşısında “miskinləşməni”
nəzərdə tuturdu. Məhəmməd Peyğəmbər haqda olan mötəbər
hədislərin birində “Allahım, məni miskin olaraq yaşat, miskin
olaraq öldür və miskinlər zümrəsi ilə birgə dirilt” -deyə, dua
567
Paşa Yaqub
etdiyi bildirilir.
Məlumdur ki, böyük sufi mütəfəkkirləri və şairləri də eyni
yolçuluğu keçərək bu adlarla mükafatlanmış, çoxsaylı şeirlərində
“miskin” təxəllüsündən istifadə etmişlər.
“Abdal” anlayışı isə, özünü tamamilə Allaha ibadətə həsr
edən, Ona təmənnasız qul kimi xidmət edən, Allah tərəfindən
hikmət, fəzilət və kəramət (möcüzələr göstərmək qabiliyyəti və
sair) verilmiş, sufizmdə “Xızır” (əbədi diri qalmaq) məqamına
yetişmiş, seçilmiş nadir şəxslərə, ən böyük sufi mürşidlərinə,
övliyalara, müqəddəslərə verilmiş ad, başqa sözlə, orden idi və
bu ada layiq görülən sufi Pir, Şeyx məqamına yetişirdi.
Məhəmməd Peyğəmbərin mötəbər hədislərinin birində
deyilir: “Suriya əhalisini lənətləməyin, onların arasında
Abdallar vardır! Abdallar Cənnətə çox ibadət etməklə (oruc və
namazla) deyil, Allahın rəhməti, nəfslərinin comərdliyi, səxavəti,
qəlb təmizliyi, bütün insanlara rəhmət diləmələri səbəbindən
girəcəklər!”.
İsveçrə şərqşünası Adam Mets 1922-ci ildə nəşr olunmuş
“İslam intibahı” əsərində yazır: “IV-X əsrlərin tarixçilərinə
və salnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız
Abdallar məlum olmuşdur!”. Çox maraqlıdır ki, ən qədim Türk
ilahi inanc sisteminin nüfuzlu ruhaniləri olan kişi Şamanlar da
“Avdal - Abdal” adlanırlar. Həmçinin Şimali Qafqaz, Dağıstan,
Altay, Orta Asiya, Qazaxıstan və Sibir xalqlarında İslama qədərki
“tanrılar pateonu”nda (çoxallahlılıq dövründə) Abdal “ov
tanrısı”, “ov heyvanlarının himayədarı”, “mübarək, müqəddəs
568
Övliyalar Ensiklopediyası
şəxs”, mistik, metafizik qüvvəyə, möcüzələr göstərmək
qabiliyyətinə (yağış yağdırmağa, xəstələri sağaltmağa, bəlaları
aradan qaldırmağa və sair) malik “ilahi varlıq” kimi tanınmışdır.
İndi də bu mistik dünyagörüş həmin xalqların mifologiyasında
yaşamaqdadır.
IV-V əsrlərdə mövcud olmuş böyük “Ağ Hun” dövləti də
tarixi mənbələrdə “Abdal dövləti” adlanmışdır. Ən qədim Türk
tayfalarından biri kimi Abdallar bu gün də Avrasiyanın, demək
olar ki, bütün bölgələrində kompakt halda yaşamaqda davam
edirlər. Həmin ölkələrin hamısında, hətta uzaq Norveçdə belə
Abdal adı ilə çoxsaylı yer, dağ, yurd yerləri, yaşayış məntəqələri
vardır.
Tarixdə Abdal təxəllüsü daşıyan Pir Sultan Abdal, Abdal
Musa, Qayğusuz Abdal, Təslim Abdal və sair kimi sufi şairləri
də olmuşdur. Aşıq Ələsgər də “Ələsgərəm, Abdal ollam, Eşqin
girdabında qallam” -deyə, Allaha olan eşqini sufiyanə tərzdə
çox yüksək tərənnüm etmişdir. Məşhur avropalı səyyah Adam
Oleari Abdalların “yalnız Səfəvilər ölkəsindən və Əli nəslindən
olduqlarını, Abdal adının onlara sufizmin bütün mərhələlərini
layiqincə keçdikdən sonra titul kimi verildiyini” bildirmişdir.
Miskin Abdalın ailə həyatı
Əksər haqq aşiqləri kimi Miskin Abdala da yuxusunda
Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə
569
Paşa Yaqub
gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra
bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o,
uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan
tacir qızı Həlimə ilə evlənmişdir. Bu nikahdan onların 4 övladı –
Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Abdal Şah İsmayılın mürşidi olub
Tarixi mənbələrə görə, gənc İsmayıl və ailəsi dayıları
tərəfindən təqib edilərkən Gilanda onun təlim-tərbiyəsi ilə
məşğul olan “Təriqət Qərargahı”na Miskin Abdal, Hüseyn Lələ
bəy, Xəlifət əl-Xülafa, Dədə və Xədim daxil idilər (V.F.Minorski
“Təzkirat əl-mülük”). Onların hər biri İsmayılın sufizmi, dini,
dünyəvi elmləri mənimsəməsi, düzgün tərbiyə alması, böyük
sərkərdə kimi yetişməsi ilə məşğul idilər. Həmçinin, gənc
İsmayılın Gilandan əvvəl Göyçə gölündə yerləşən Ağdamar
qalasındaMiskinAbdalvəatasıMəhəmmədtərəfindəntəqiblərdən
gizlədilməsi və irşad edilməsinə dair qaynaqlar mövcuddur.
1500-cü ildə gənc İsmayıl Bütöv və Böyük Azərbaycan uğrunda
müqəddəs yolçuluğa, mübarizəyə başlayarkən mürşidi (lələsi,
ustadı) Miskin Abdalın məsləhəti ilə Göyçədə yaşayan “Ərəş”
və “Zülqədər” tayfaları da İsmayılın dəstəsinə qoşularaq, o,
Təbrizdə taxta çıxanadək mübarizənin ön cərgələrində olmuşlar.
Azərbaycanın şimalından zəfərlə qayıdan İsmayıl Miskin
Abdalı da özü ilə birgə Təbrizə aparmış, orada şahlıq şərbətini,
570
Övliyalar Ensiklopediyası
sufilərin qədim adətlərində olduğu kimi, məhz sufi Şeyxi, Piri
olan “Abdal”dan – Miskin Abdalın əlindən alıb içərək taxta
əyləşmişdir. Miskin Abdal bir müddət sarayda müxtəlif yüksək
dövlət vəzifələrində çalışmış, Təbrizdə Şah İsmayılın gündəlik
ziyarət etdiyi, talib, yəni tələbə kimi getdiyi və dərs aldığı
Sufi təkyəsinə – ocağına bir Sufi Şeyxi kimi rəhbərliyi həyata
keçirmişdir. Şah İsmayılın 50-dən çox şeirinin yer aldığı, yalnız
nihan, yəni gizli dərvişlər arasında oxunan “Divan”ındakı
sırf təsəvvüf şeirlərində Şah İsmayıl Miskin Abdalı özünün
mürşidi, “Pir”i kimi vəsf edir. Miskin Abdal bir müddət sarayda
şairlər birliyinə başçılıq etmiş, daha sonra diplomatik missiya
ilə əlaqədar qonşu ölkələrə ardıcıl səfərlər etmişdir. Xüsusilə,
Osmanlı dövləti ilə Səfəvilər arasında olan gərginliyin aradan
qaldırılması məqsədilə bir neçə dəfə Osmanlı sultanı Sultan
Səlimlə görüşmüş, onu mənasız və qanlı döyüşlərdən, qardaş
qırğınından çəkinməyə çağırmışdır: “Sərgərdan qalmışam
Urum elində; Paşam, mürvət eylə, belə kar olmaz!”. Osmanlı
sultanına müraciətlə yazdığı şeirində Miskin Abdal deyirdi:
“Türk Əcəmə, Əcəm Türkə zülm eyləsə, günahdı,
Hər ikisi bir kökdəndi, yaradanı Allahdı”.
Miskin Abdal eposşünaslığımıza, dastan yaradıcılığına da
dəyərli töhfələr bəxş etmişdir. Belə ki, o, Şeyx Heydər övladlarının
acı taleyinə həsr edilmiş “Aslan şah və İbrahim” dastanının,
habelə “Yetim Hüseyn” dastanlarının da müəllifidir. Həmçinin,
Miskin Abdalın sağlığında və ya ölümündən sonra sufi aşiqləri
tərəfindən onun həyatı ilə bağlı “Miskin Abdal və Sənubər” və
571
Paşa Yaqub
“Miskin Abdal və Şah İsmayıl” dastanları yaradılmışdır.
MiskinAbdalın şeir yaradıcılığı da zəngin və çoxçalarlıdır.
Onun sufi-təsəvvüf məzmununda – qoşma, gəraylı, divani,
təcnis, deyişmə, bayatı, mərsiyə janrlarında onlarla şeirləri
orta əsr Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. Onun
Dağlar şeiri Azərbaycan ədəbiyyatında bu mövzuda yazılan
şeirlərin zirvəsində dayanır. Lakin bu şeirlər onun zəngin
ədəbi yaradıcılığının yalnız cüzi bir hissəsidir. Onun şeirlər
külliyyatının ayrı-ayrı dövlətlərin arxivlərində araşdırmalar
aparılmaqla axtarılıb tapılması istiqamətində elmi araşdırımalar
davam etdirilməli və zəngin ədəbi irsi üzə çıxarılmalıdır.
Miskin Abdal öz dövründə, demək olar ki, bütün İslam
arealında, hətta üç ənənəvi səmavi dinin müqəddəs məkanı
olan tarixi Fələstin ərazilərində, Qüdsdə – müsəlmanların 2-ci
müqəddəs məscidi sayılan “əl-Əqsa” məscidində böyük sufi
mürşidi, övliya, pirani ustad kimi tanınmış, şöhrət qazanmışdır.
Şeirlərinin birində bu barədə özü belə deyir: “Günbəz əl-Cizrədə,
Məscid-Əqsada, Onlar da tanıyır dür usta məni”.
Şah İsmayıl Miskin Abdal haqda fərman verdi
Təsadüfi deyildir ki, 1515-ci ildə Şah İsmayıl Xətai Miskin
Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən
verilmiş böyük hikmət, fəzilət, kəramət sahibi olması, böyük
sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq
572
Övliyalar Ensiklopediyası
edir. Fərmanda deyilirdi: “Ey
mömin insanlar, Miskin Abdal
mötəbər şəxsdir, ona inanın,
nə mətləbiniz varsa, ondan
diləyin!”. Həmin fərmanla
Zərgərli kəndi Miskin Abdala
hədiyyə edilir, ətraf 5 kəndin
vergisinin də ona çatacağı
bildirilir. Həmin fərmanın
əsli və Miskin Abdala məxsus
digər dəyərli sə nəd və
əşyalar indi də “Miskin Abdal
ocağı”nda qorunub saxlanılır
və ziyarət edilir. Məlum
olduğu kimi, Miskin Abdal
bir müddət indiki Dağıstanın
Axtı rayonunun Miskinci
kəndində məskən salmış və
orada “Səfəviyyə” təriqətinin
yayılması, sufi müridlərinin
hazırlanması və səfəvilərin
şimal sərhədlərindən
gözlənilən təhlükələrin
qarşısının alınması ilə məşğul Şah İsmayıl Xətainin Miskin Abdal
haqda verdiyi fərmanın surəti
olmuşdur.
1503-cü ildə Miskin Abdal valideynlərinin ölüm xəbərini
eşidərək şahın icazəsi ilə Dağıstanın Miskinci kəndindən
573
Paşa Yaqub
Zərgərli kəndinə, yəni Sarıyaquba geri qaydarkən yolda Dağıstan
dağlarında borana düşərək iki oğlu – Əli və Həsəni donvurmadan
itirir. Böyük oğlu Şadman və qızı Məleykə sağ qalır ki, onun
nəslini də bu iki övladı davam etdirir.
Miskin Abdalın yurd saldığı, ocaq çatdığı, məskunlaşdığı
hər bir yer, yurd-yuva Azərbaycan xalqı tərəfindən “ocaq”,
Pir kimi qorunmuş, ziyarət edilmiş, insanların ümid, pənah
yeri, Allaha dilək etdiyi müqəddəs məkan olmuşdur. Qərbi
Azərbaycanda (Ermənistan) – Miskin Abdalın vətəni Sarıyaqub
kəndində onun əşya və səndlərinin qorunub saxlanıldığı yer
“Miskin Abdal Ocağı” kimi ziyarət edilmişdir. Hətta, XVII
əsrin sonunda Səfəvilər şahı Sultan Hüseyn də Zərgərli, yəni
Sarıyaqub kəndinə gələrək, Miskin Abdalın məzarını ziyarət
etmiş, onun adına xütbə oxutdurmuşdur. Bu barədə rəsmi
sənədlər hazırda da Goranboy rayonunun Qaradağlı kəndində
onun qız nəslinin nümayəndələri tərəfindən qorunub saxlanılır
və ziyarət edilir. Qərbi Azərbaycanın (Ermənistan) Dərəçiçək
mahalında Axta (Razdan) rayonunun Miskin (Axundov) kəndi
Miskin Abdalın adını daşımış, Qarakilsə (Quqark) rayonunun
Hollavar, Mollaqışlaq, Haydarlı kəndlərində Miskin Abdalla
bağlı 8 ziyarətgah mövcud olmuşdur. Azərbaycan ərazisində
Gədəbəy rayonunun “Miskinli çuxuru” adlanan yerdə yerləşən
11 kəndin ərazisi Miskin Abdalın şərəfinə “Miskinli obası”,
bir kənd də Miskinli adlanır. Oğuz rayonunun Xaçmaz (keçmiş
Abdallı) kəndində Miskin Abdalın 20 tərəfdarının qəbri olduğu
bildirilir. Dağıstanın Miskinli kəndi də bütöv Dağıstanda şiə
məzhəbində olan yeganə kompakt yaşayış məntəqəsi kimi
574
Övliyalar Ensiklopediyası
Miskin Abdalın əziz xatirəsini bu gün də öz adında yaşadır.
Həmin qəsəbədə 19 müqəddəs ziyarətgah mövcuddur. Miskin
Abdal öz dövründə “Abdal” ilə yanaşı, “Pir”, “Ata”, “Şeyx”
kimi sufi titullarını da daşımışdır.
1524-cü ilə qədər Təbrizdə, sarayda müxtəlif yüksək
dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın
vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılır və saraydan birdəfəlik
üz döndərib, doğma Göyçəsinə qayıdır. O Şah İsmayılın vəfatı
ilə bağlı şeirində deyir: ”Şeyx oğlu İsmayıl, o cənnət-məkan,
Düşməz ələ bir yadigardı, getdi”.
Miskin Abdal Göyçədə ilk məktəb açıb, maarifçilik işləri
ilə məşğul olur. 1535-ci ildə 105 yaşında vəfat edir və kənddə
dəfn olunur. Onun şəcərəsini yeganə oğlu Şadmanın və qızı
Məleykənin nəslinin nümayəndələri davam etdirir.
Miskin Abdal mənbələrdə
Miskin Abdalın barəsində hələ sovet senzurasının
tüğyan etdiyi keçmiş SSRİ dövründə mətbuatda – qəzet, jurnal
və kitablarda məqalələr verilmiş, yaradıcılığı, şeirləri nəşr
olunmuş, haqqında olan rəvayətlər dərc edilmişdir. Səfəvilər
tarixinə həsr olunmuş ilk tarixi roman olan “Bakı 1501” adlı
əsərində (1981) yazıçı Əzizə Cəfərzadə ilk dəfə Miskin Abdal
obrazını tarixi-bədii ədəbiyyatımıza gətirmiş, onu Səfəvilərin
böyük şairi və aşıq obrazında təqdim etmişdir. Həmin əsərdə
575
Paşa Yaqub
o, sarayda ədəbi gecənin
birinin sırf Məhəmməd
Füzuli və Miskin Abdalın
yaradıcılığına həsr
olunduğunu göstərməklə,
orada Miskin Abdal ilə
Şah İsmayılın son dərəcə
ibrətamiz və maraqlı
mükaliməsini vermiş, Şah
İsmayılın Miskin Abdalın
adına fərman imzalaması
faktını təsvir etmişdir.
2001-ci ildə ilk dəfə
Azərbaycan Milli Elmlər
Akademiyasının Ədəbiyyat
İnstitutunun Elmi Şurasının
Miskin Abdalın ocağında qərarı ilə “Miskin Abdal”
saxlanan tarixi sənəd kitabı işıq üzü görmüş,
əməkdar rəssam Cabbar
Quliyev tərəfindən onun əzəmətli portreti çəkilmişdir. 2005-ci
ildə Tofiq Hüseynzadənin “Səfəvilərin böyük övliyası Miskin
Abdal” kitabı nəşr olunmuşdür. Miskin Abdalın daşıdığı sufi
anlayışlarının əs aslı elmi izahına həsr edilmiş elmi-tədqiqat
əsəri olan “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” əsəri
isə, Tofiq Hüseynzadənin müəllifliyi ilə 2018-ci ildə kitab
şəklində nəşr olunmuşdur. 2018-ci ildə həmçinin Azərbaycan
Yazıçılar Birliyinin üzvü Niftalı Göyçəlinin “Miskin Abdal və
576
Övliyalar Ensiklopediyası
Səfəvilər”, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun
Elmi Şurasının qərarı ilə “Səfəvilərin böyük ideoloqu, sufi şeyxi
– Miskin Abdal” (professor Mahmud Allahmanlı) kitabları nəşr
olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Nurəddin
Ədiloğlunun Səfəvilər tarixinə həsr olunmuş “Taxt və tabut”
tarixi romanında (2019) Miskin Abdal Şah İsmayıl Xətainin
vəziri vəzifəsində əsərə daxil edilmişdir.
Kəramətləri
Miskin Abdalın tarixin yaddaşında qalan, haqqında
yaradılmış dastanlarda və xalqın hafizəsində daşlaşan, dillərdən
düşməyən çoxsaylı kəramətləri, mistik – metafizik, fəvqəladə
qabiliyyətləri və möcüzələri vardır ki, onlardan bir neçəsini
oxucuların diqqətinə çatdırırıq.
Miskin Abdal niyə ocağını oğluna deyil,
qızına vəsiyyət etdi?
Miskin Abdalın Göyçə mahalında Zərgərli (Sarıyaqub)
kəndindəki evinin həyətinə qeybdən maral sürüsü gəlmişdir. Bir
dəfə Miskin Abdalın oğlu Şadman atasının Sarıyer yaylağındakı
ilxısına, mal-qarasına basqın edən “Şahsevən” adlanan tayfadan
577
Paşa Yaqub
olan bir neçə qulduru (bəzi mənbələrə görə 10 qulduru)
öldürmüşdür.
Həmin gün şər qarışır, həmişə vaxtında sağına gələn
marallar bu dəfə nədənsə sağına gəlmir. Handan-hana sürü
həyətə gəlir. Abdalın arvadı Həlimə maralları sağıb, südü
qazanda həyətdəki ocağın üstünə qoyur. Elə bu vaxt Həlimə
alovun işığında qazandakı maral südünün qan kəsdiyini görür.
Həlimə həyəcanlanaraq tez bu haqda əri Miskin Abdala xəbər
verir:
- Evin yıxılmasın, ay Abdal, marallardan qan sağılıb. Süd
qan kəsdi.
Miskin Abdal Allahdan əta edilmiş kəramət sahibi övliya
olduğundan, ocaqdakı südün qana çevrilməsinin sirrini hiss edib
dedi:
- Yəqin ki, Şadman adam öldürdü, Ocağıma qan saldı.
Gecənin bir aləmində Şadman evə gəlib çıxır. Həqiqətən
də məlum olur ki, o, atasının ilxısına, mal-qarasına qənim
kəsilmiş quldurların on nəfərini təkbaşına qılıncdan keçirmişdir.
Şadman öyünərək, qürurla atasına:
- Ata, arxayın yat, bir nəfər qəlbinə dəymişdisə, əvəzində
on adamın qanını axıtmışam, - deyir.
Bu xəbərdən Miskin Abdal bərk qəzəblənir, əlindəki əsası
(çəliyi) burum-burum olur (həmin əsa indi də “Miskin Ocağı”nda
saxlanılır). O, əsasını qeyzlə yerə çırpır. Bu vaxt, rəvayətə
görə, hətta, zəlzələ baş verir. Miskin Abdal hirslənərək yanar
578
Övliyalar Ensiklopediyası
ocaqdan höyüş bir armud ağacının kösövünü götürüb, Şadmana
tərəf atır. Lakin Allah Şadmanı günahı olmadığı üçün (yəni,
basqın edən quldurları zərərsizləşdirmək niyyəti ilə öldürdüyü
üçün) atasının qəzəbindən qoruyur. Hamını heyrətə gətirən və
neçə əsrlərdir dillər əzbəri olan bir möcüzə baş verir - Miskin
Abdalın Şadmana tərəf atdığı yanmış kösöv Şadmana çatmamış
yerə sancılaraq, höyüş olduğundan, kök atıb, bitir və bir müddət
keçdikdən sonra “Yanıq armud” ağacına çevrilir. Həmin ağac
hər axşam sanki yanırmış kimi, özündən nur saçmış, yerli əhali
tərəfindən müqəddəs yer kimi ziyarət edilmişdir.
Bu hadisədən sonra, sufi şeyxi, övliya Miskin Abdal oğlu
Şadman adam öldürdüyü üçün, vəfatından əvvəl müqəddəs
“Ocağı”nın – müqəddəs əşya və sənədlərinin əli insan qanına
batmış oğlu Şadmanda deyil, saflıq və paklıq mücəssəməsi olan
qızı Məleykədə (o da öz əmisi oğlu ilə evlənmişdir) qalmasını
vəsiyyət edir. “Ədəbiyyat və incəsənət” qəzetinin 30 noyabr
1974-cü il tarixli sayında şair Məmməd Aslanın “Miskinlərin
ən məğruru” adlı məqaləsində və eləcə də “Miskin Abdal və
Şah İsmayıl” dastanında “Ocağın” Miskin Abdal tərəfindən qız
nəslinə vəsiyyət edilməsi barədə maraqlı məlumatlar verilmişdir.
Ustad sənətkar, daşkəndli Aşıq Hacı Bayramov “Ocağ”ın
Miskin Abdal tərəfindən oğlu Şadmana yox, qızı Məleykəyə
verilməsi ilə bağlı ən çox yayılmış aşağıdakı əhvalatı danışmışdır.
(bu əhvalat Miskin Abdalın oğlu Şadmanın nəslinin
tanınmış nümayəndəsi, jurnalist, şair-publisist, folklorşünas
tədqiqatçı Tofiq Hüseynzadənin “Səfəvilərin böyük övliyası
579
Paşa Yaqub
Miskin Abdal” kitabında Aşıq Hacı Bayramova istinadən
verilmiş, həmçinin, “Miskin Abdal və Şah İsmayıl” dastanının
bir parçası kimi bütün rəsmi nəşrlərdə yer almışdır.)
Həmin tarixi rəvayət belədir: 1535-ci ildə Miskin Abdal
ölüm ayağında olarkən oğlu Şadmanı çağırıb deyir:
– Oğul, günahın olsa da, olmasa da adam öldürüb, qan
tökübsən. Buna görə müqəddəs “Ocağ”ımın sənə qalmasını
məsləhət bilmirəm. Məndən sonra ”Ocağ”ımı ata payı kimi
qızıma - Məleykəyə ver.
Şadman atasının məsləhəti ilə razılaşır. Miskin Abdalın
vəfatından sonra oğlu Şadman atasının vəsiyyətinə əməl edir.
“Ocağ”ı bacısı Məleykəyə verir. Lakin unutduğundan atasının
burum əsası evdə qalır, digər əşya və sənədləri isə verir.
Bu zaman qeybani bir hadisə - möcüzə baş verir. Ər evində
olan bacısı Məleykə səhər yuxudan durub, görür ki, ’’Ocaq”
yerində yoxdur. Başı alovlu atası evinə - qardaşı Şadman gilə gəlir,
əhvalatı ona danışır. Şadman evdə əvvəl “Ocağ”ın saxlanıldığı
yerə gedib baxır ki, “Ocaq” əvvəlki yerindədir. Onlar bu işə
mat-məəttəl qalırlar. Allaha təvəkkül edirlər. Şadman “Ocağ”ı
yenidən bacısına verir. Lakin həmin gecənin səhəri Məleykə
yenə də bu hadisə ilə üzləşir. Yenə də ata evinə gedib, “Ocağı”
Şadmangildən gətirir.
Bu hal bir neçə dəfə təkrar olunur. Axırda Məleykə ağlayıb
deyir:
- Ay qardaş, axı, mən nə günah iş görmüşəm ki, atamın
580
Övliyalar Ensiklopediyası
”Ocağ”ı bizdə dayanmır?
Qardaşı Şadman ona ürək-dirək verib, ”Ocağ”ı yenə
də bacısına qaytarır. Həmin gecə Allahın bu möcüzəsinin sirri
açılır. Şadman həmin gecə yatıb, yuxusunda atasını görür. Atası
yuxusunda ona deyir:
- Oğul, evdəki burum çəliyimi də ”Ocağ”a qoy. “Ocaq”
bir daha geri qayıtmayacaq.
Şadman anlayır ki, atasının burum-burum çəliyi yadından
çıxıb, evdə qalıb. Şadman unudub evdə saxladığı atasının burum
əsasını - çəliyini də “Ocağ”a qoyub bacısına verir. O vaxtdan
“Ocaq” bacısı Məleykə gilin evində qalır, bir daha oradan yox
olmur.
Bu hadisədən sonra Zərgərli (Sarıyaqub) kəndində Miskin
Abdalın adı ilə iki tayfa: “Şadmanlı” – oğul və ’’Ocaqlı” – qız
tayfaları yaranır.
Miskin Abdalın “Ocağ”ın qız nəslində qalmasına
dair vəsiyyətinə nəsilbənəsil əməl olunmuş və həmin əşya və
sənədlər onun qız nəslinin nümayəndələri tərəfindən qorunub
saxlanılmışdır. Hazırda da “Miskin Ocağı” Goranboy rayonunun
Qaradağlı kəndində saxlanılır və qədirbilən xalqımız tərəfindən
ziyarət edilir.
Həmin əhvalatlar Sarıyaqub və digər kəndlərin, Göyçə
və ətraf mahalların əhalisinin uşaqdan-böyüyə hamısının
dilinin əzbəri olmuşdur. Qərbi Azərbaycanın (Ermənistanın)
indiki Qarakilsə (Quqark) rayonunun Mollaqışlaq, Haydarlı və
581
Paşa Yaqub
Hollavar kəndləri, Axta (Razdan) rayonunun Miskin (Axundov)
kəndi və Gədəbəy rayonunun Miskinli obasının (bu oba
“Miskin” adlanan kəndi və digər 10 kəndi əhatə edir) əhalisi
arasında da “Yanıq armud” ağacı və yuxarıda göstərilən digər
tarixi rəvayətlər, möcüzələrlə bağlı maraqlı əhvalatlar indi də
yaşayır.
“Şadmanlı” nəslinin tanınmış nümayəndəsi Tofiq
Hüseynzadə həmin tarixi əhvalatları 2005-ci ildə yazdığı
“Şadman” poemasında qüdrətlə nəzmə çəkmişdir.
Miskin Abdalın kəraməti ilə yaranan
“Şadmanlı bulağı”
Göyçədə, yaşadığı Zərgərli kəndində əhali içməli sudan
əziyyət çəkdiyinə görə, Miskin Abdal hamının yanında bir neçə
rükət namaz qılaraq, Allaha dərin zikrdə bulunaraq dua etmiş,
“Allahın qüdrəti və qüvvəti qarşısında hər şey acizdir” – demiş,
Allah onun duasını qəbul etmiş, az sonra göy üzü tutulmuş,
möhkəm ildırım çaxmış, ildırım Miskin Abdalın yaşadığı evin
arxasındakı böyük qayaya düşüb, qayanı ikiyə parçalamış,
möcüzə olaraq həmin qayanın yarılan hissəsindən bir bulaq
fışqırmışdır, həmin bulaq oğlunun adı ilə “Şadmanlı bulağı”
adlanmışdır. “Şadmanlı bulağı”nın dibində boy atan ağacın
dibində hər cümə günü və digər müqəddəs günlərdə gecələr
şam yanmasına bənzər yaşıl rəngdə nur şölələnmişdir. XX əsrin
582
Övliyalar Ensiklopediyası
başlanğıcında bir naxələf şəxs deyilənləri eşitməyərək, bu ağacı
kəsib odun etmişdir. Bir il keçməmiş, həmin ailədən ancaq bir
xarabalıq nişanə qalmışdır…
Miskin Abdalı od yandırmırdı
Miskin Abdal Qərbi Azərbaycanın (Ermənistanın) Axta
(Razdan) rayonunun Miskin kəndində olarkən yerli əhali
onun müqəddəsliyinə inanmayıb, sınamaq məqsədilə gur ocaq
qalamış, Miskin Abdal qucağında qumral bir quzu ocağın içinə
girmiş, ocaq yanıb qurtarmış, lakin nə özü, nə də quzu heç
bir zərər görməmişdir. Bundan sonra əhali ona inam gətirmiş
və kəndi onun adına “Miskin” adlandırmış, sonradan SSRİ
dövründə həmin kənd “Qayğı ocağı” daha sonra isə, “Axundov”
ilə əvəzlənmişdir.
Bu əhvalat bizə “Quran”da “əl-Ənbiya” surəsinin 68-70-
ci, “Səffat” surəsinin 97-98-ci və “əl-Ənkəbut” surəsinin 24-cü
ayələrində göstərilən İbrahim Peyğəmbərin Nəmrud tərəfindən
yandırılması üçün odun içərisinə atılması, lakin Allahın onu
qoruması və zərər çəkmədən xilas olması əhvalatını xatırladır.
Miskin Abdal yeri gələndə gözəgörünməz olurdu
Miskin Abdal Təbrizdə sarayda olduğu vaxtlarda, Allahın
583
Paşa Yaqub
lütfü olaraq verilmiş – gözə görünə bilməmək (“Tayyi məkan” və
“Tayyi zaman”) kəramətinə görə, Şah İsmayıl Xətainin sarayında
şahın otağına keçərkən saray mühafizəçiləri onu görməmiş, yəni,
onların gözünə görünməmiş, ona görə də mühafizəçiləri şahı
xəbərdar edə bilməmiş, içəri daxil olduqda şah bu işə heyran
qalmışdır, mühafizəçilərini çağırtdırıb, soruşmuş, onlar Miskin
Abdalın içəri keçməsini görmədiklərini demişlər. Bu hadisə
“Miskin Abdal və Şah İsmayıl Xətai” dastanında, habelə, Miskin
Abdal və Şah İsmayıl Xətainin şeirlərində öz əksini tapmışdır
(Miskin Abdalın törəmələrindən olan, Tofiq Hüseynzadənin
babası Paşanın qardaşı – XX əsrdə yaşamış Həsənov Abuzər
Hüseyn oğlunda da eyni qabiliyyətlər olmuşdur).
Şah İsmayılın qoşununu bir çörəklə doyduran kəramət
Səfəvilərin apardığı döyüşlərin birində Miskin Abdal
sərkərdə kimi iştirak edərkən, qoşunun azuqəsi qurtarmış və
onlar çıxılmaz vəziyyətdə qalmışlar. Miskin Abdal qoşunu
yeməklə təmin edəcəyini bildirib, Allahı zikr edərək, çoxlu
dualar etmişdir. Allah onun duasını qəbul etdiyindən, o, bir badya
(kasa) qatıq və bir kömbə çörəklə bütün qoşunu doydurmuşdur.
Yeyildikcə, qatıq qabda bulaq kimi qaynayıb, artmış və çörək
də yeyildikcə çoxalmış, hələ artıq da qalmışdır. Bunu görən Şah
İsmayıl və qoşunu çox heyrətlənmiş və onun böyük kəramət
sahibi olduğuna qəti iman etmişlər. Miskin Abdalın həmin
badyası indi də “Ocağ”ında saxlanılır. Bu əhvalat “İncil”də İsa
584
Övliyalar Ensiklopediyası
Peyğəmbərin bir dəfə göyə baxaraq, Allaha dua edib 5.000 nəfər
kişini (qadın və uşaqlar istisna olmaqla) 5 çörək və 2 balıqla
doyurması, 12 dolu səbətin də artıq qalması, bir dəfə isə “şükran
duası” edərək, 3 gündür ac qalan 4.000 kişini (qadın və uşaqlar
istisna olmaqla) 7 çörək və bir az da balıqla doyurması, 7 dolu
zənbil yeməyin də artıq qalması əhvalatlarını xatırladır…
Ermənilər Miskin Abdalın ocağında
yaşaya bilmədilər
Miskin Abdal cismən doğmalarının yanında olmasa
da, Qeyb Ərəni – “Ricalül Qeyb” kimi onun həmişə diri olan
müqəddəs ruhu və mistik qüvvəsi doğmalarının yurdunda,
ocağında dolaşırdı. Bu müqəddəsliyin təzahürü kimi vaxtilə
Miskin Abdalın, sonra isə oğlu Şadman və törəmələrinin, 1988-ci
ilin məlum hadisələrinə qədər isə, Tofiq Hüseynzadənin ailəlikcə
yaşadığı ocaqda – evin həyətində həmişə bir “Ocaq ilanı”
yaşayırdı. Bundan başqa, 1988-ci ilin məlum hadisələrindən
sonra bir dəfə Sarıyaqub kəndinə gedən Tofiqin əmisi, qonşuluqda
yaşayan Lətif Hüseynov çox maraqlı bir faktın şahidi olmuşdu.
Lətif Hüseynov 1988-ci ilin dekabr ayınadək Sarıyaqub kənd
orta məktəbində təsərrüfat müdiri vəzifəsində işlədiyindən,
1988-ci ilin məlum hadisələri ilə əlaqədar, kəndin Azərbaycanlı
əhalisi doğma yurdlarını tərk etdikdən sonra, dövlət xətti ilə
kənd orta məktəbinin maddi vəsaitlərinin təhvil-təslimi üçün
1989-cu ildə Sarıyaqub kəndinə qayıtmalı olmuş, orada kəndə
yenicə köçmüş bir yaşlı erməni ona vaxtilə Miskin Abdalın
585
Paşa Yaqub
Miskin Abdalın yaşadığı həyətdə tikilmiş müasir ev. Göyçə mahalı,
Basarkeçər rayonu, Sarıyaqub (Zərgərli) kəndi, 1988-ci il.
yaşadığı, “Ev damı” deyilən yerin “Pir” olduğunu demiş
(ermənilər ziyarətgahlara, “Ocağa” “Pir” deyirdilər), əmisi
L.Hüseynov bu müqəddəs yurdun – evin ermənilər tərəfindən
murdarlanacağından və ya dağıdılacağından çəkinərək, orada
Pir olmasını inkar etməyə çalışmış, lakin həmin erməni, bu evdə
gözünə “Nur” göründüyü və digər çox təsirli möcüzə faktları ilə
qarşılaşdığını (“Nur” görməsindən başqa, digər nələrin şahidi
olması barədə L.Hüseynova danışmaqdan imtina etmiş) israrla
bildir ərək, evin “Pir”, yəni “Ocaq” olduğunu demişdir. Məhz
bu faktdan sonra ermənilər həmin evlərə, yəni Tofiqin yaşadığı və
qonşuluqda, ona bitişik olan əmisi Lətifin evlərinə toxunmamış
və orada yaşamaqdan çəkinmişdilər. Miskin Abdalın müqəddəs
ruhu öz kəraməti ilə naxələf erməniləri “Ocağı”na ayaq basıb,
orada yurd salmağa imkan verməmişdir.
586
Övliyalar Ensiklopediyası
Rəssam Miskin Abdalı yuxusunda görüb,
portretini yaratdı
Əməkdar rəssam, Miskin Abdalın portretini yaratmış
Cabbar Quliyev Miskin Abdal ilə bağlı bir xatirəsini belə
danışır: “Xoşbəxtəm ki, Miskin Abdal kimi bir dahi şəxsiyyətin
ilk əzəmətli portretini yaratmaq mənə nəsib oldu. Bu portreti
yaratmazdan əvvəl çox düşünüb-daşındım. Nəhayət, 15 gündən
sonra yuxumda Miskin Abdalı gördüm və ayılıb, gördüyüm kimi
eskizini verdim və portreti yaratmağa başladım. “Miskin Abdal”
mənim şah əsərimdir”.
Miskin Abdalın vətəndən uzaqdakı ocaqları
Gədəbəy rayonunda 11 kəndi əhatə edən Miskinli
obasında da Miskin Abdal bir müddət yaşamış, orada da onun
ocaq çatdığı, namaz qıldığı yerlər müqəddəs sayılmışdır. Orada
Miskin Abdalın adına bir neçə “Ocaq” yeri hazırda da insanlar
tərəfindən ziyarət edilir, həmin obanın əhalisi də Miskin Abdalı
mənəvi cəhətdən ulu babaları sayırlar…
Qarakilsə (Quqark) rayonunun Mollaqışlaq kəndinin
ərazisində Cəbrayıl, Şorax və Xamoy dağlarının arasında Şorax
dərəsində XVI əsrdən yadigar qalan “Miskin Abdal ocağı”
587
Paşa Yaqub
1988-ci ilin məlum hadisələrinə qədər dini ziyarətgah kimi
insanların ümid, pənah yeri olmuşdur. Həmin kəndlərin əhalisi,
hamısı Miskin Abdalı özlərinin mənəvi cəhətdən ulu babası
hesab edirlər.
588
Övliyalar Ensiklopediyası
HACI MİRXAS AĞA
Cəlilabad rayonunun Hasıllı kəndində yerləşən “Armud
ağacının altı” və yaxud, “Tanrı ocağı” adı ilə tanınan
bir ziyarətgah mövcuddur. Burada təxminən Cəlilabad diyarının
tanınmış, önəmli və dəyərli din alimlərindən biri sayılan Hacı
Mirxas Ağa ibn Möhsün ibn Musa Musəvi (vəfatı: 1281 h. q.-
1860 miladi) dəfn edilib.
Bu ziyarətgah yerli əhali arasında “Armud ağacının altı”
kimi tanınsa da, əslində onun adı “Tanrı ocağı” olmuşdur. Qədim
diyarımızın tarixi və olanlarını öz xüsusi gündəliklərində qeyd
edən mərhum Leyla xanım Muğanlı da bu ziyarətgahı “Tanrı
ocağı” kimi təqdim etmişdir. (Bax: “Sehrli diyarın sirri”, Sabir
Nəsiroğlu, səh: 34, “Həmşəhri” Cəmiyyəti, 1976).
Çox güman ki, bu ziyarətgahın “Tanrı ocağı” adlanması
orada dəfn edilmiş dəyərli və mənəvi insanlara (Hacı Mir Xas
Ağa və daha sonra Hacı Mir Əbdül-Hüseyn Ağa) görədir.
Bu ziyarətgahın daha sonralar “Armud ağacının altı”
adlanmasının səbəbi isə vaxtilə Mirxas Ağanın dəfn edildiyi
bu məkanda bir neçə armud ağacının olmasından qaynaqlanır.
Burada digər insanların məzarı da mövcud deyildir. Bu
məkanda yalnız bir neçə armud ağacı və onların altında dəfn
edilmiş Mirxas Ağanın məzarı olmuşdur. Bu baxımdan həmin
məkan bu günədək “Armud ağacının altı” kimi yaddaşlara həkk
olunub. Həmin ziyarətgah Hasıllı kəndinin cənub hissəsində və
589
Paşa Yaqub
Mişarçayın yaxınlığında yerləşir.
Əldə olan məlumatlara görə, bu gün “Armud Ağacının
Altı” kimi tanınan “Tanrı ocağı” adlı ziyarətgahın yerindən
indiki Hamarqışlaq kəndinə qədər ərazi o zamanlar Hasıllıda
pəhləvan kimi tanınan Kərim kişinin şəxsi mülkü olmuşdur.
Ziyarətgahda dəfn olunan şəxslər kimlərdir?
“Tanrı ocağı” ziyarətgahında dörd məzar müşahidə edilir.
Onlar aşağıdakılardan ibarətdir:
1. Mərhum Mirxas Ağa ibn Möhsün ibn Musa Musəvi
(vəfatı: 1281 h. q.- 1860 miladi);
2. Mir Əbdül-Hüseyn Ağa Musəvi;
O, əslən Cəlilabadın Mirtəhməzli kəndindən olmuş və
590
Övliyalar Ensiklopediyası
öz dövrünün müctehidlərindən sayılırdı. Onun təxminən 1935-
ci ildə vəfat etdiyi bildirilir. Deyilənlərə görə, “Tanrı ocağı”
adlı ziyarətgahın bu günkü yeri Kərim kişinin şəxsi mülkü
olduğundan, burada sonradan dəfn edilən Mir Əbdül-HüseynAğa
Musəvi ölümündən 1 gün öncə Kərimi yanına çağıraraq ondan
həmin məkanda bir nəfərlik qəbir yerini xahiş edir və mərhum
Kərim də onun bu məkanda dəfninə razılıq verir. Məhz bundan
sonra öz dövrünün müctehid-alimlərindən sayılan Mir Əbdül-
Hüseyn Ağa Musəvinin vəsiyyətinə görə, həmin məkanda Hacı
Mirxas Ağanın ayağı tərəfdə dəfn edilmişdir.
3. Piriyev Seyid Cahangir Seyid Piri oğlu (1850-1920);
O, 1953-cü ildə Yardımlının Primbel kəndindən Salyana
deportasiya edilmiş, təxminən 1954-1955-ci illər ərzində isə
indiki Cəlilabadın Astanabad kəndinə köçüb məskunlaşmışdır.
Bununla belə, Piriyev Cahangirin bu məkanda dəfn edilməsi
xəbəri Hasıllı kəndinin əhalisi və ağsaqqalları tərəfindən
birmənalı qarşılanmamış, hətta, onun burada dəfn edilmədiyi
iddia edilmişdir. Hər halda bu barədə ayrıca və xüsusi araşdırmaya
ehtiyac duyulur...
4. İbrahimova Məşədi Mir Səkinə Mir İbadulla qızı (1892-
1969).
Qeyd etmək lazımdır ki, Mir Səkinə xanım mərhum Mir
Hopunun əmisi nəvəsidir. O da, vəfatından öncə yaxınlarına
həmin məkanda dəfn edilməsini vəsiyyət etmişdir.
Burada yuxarıda adları çəkilənlərdən başqa şəxslərin də
dəfn edildiyi bildirilir. Onları aşağıdakılardan ibarətdir:
591
Paşa Yaqub
5. Mərhum Cahanbəyim xanım;
O, Hacı Mirxas Ağanın həyat yoldaşı və bəy nəslindən idi.
Cahanbəyim xanım əslən Vilgic mahalının Nəmin kəndindən
olmuş, həm də Peyğəmbər sülaləsindən sayılırdı.
Yuxarıda təqdim edilən məlumatlara əsasən, əslində
bu məkanda ilk dəfə dəfn edilmiş şəxs mərhum Mirxas Ağa
olmuşdur.
Əldə olan məlumatlara görə, MirxasAğanın məzarı üstündə
mövcud olan sinə daşından əvvəl orada başqa (təxminən bənzər)
bir sinədaşı olub. Avam camaat gəlib oraya daş yapışdırmaqla
niyyət tutduqları üçün Sovet Hakimiyyəti zamanı məscidlər,
dini məkanlar və pirlərin məhv edildiyi illərdə o daşı götürüb
aparmaq istəyiblər. Lakin daş çox ağır olduğu, onu qaldırmaq
üçün münasib texnika olmadığı, habelə oraya hansısa texnikanın
gətirilməsi üçün relyef əlverişli olmadığından yeganə çarəni
daşı sındıraraq hissələrə ayırmaqda və yaxınlıqda basdırmaqda
görüblər.
Buna rəğmən Hacı Mirxas Ağanın məzar daşının xırda
parçaları yerdə qaldığından bura gələnlər yenə də ora daş
yapışdıraraq niyyət tuturdular. Hətta, bu gün həmin ziyarətgahla
yaxından tanışlığı olan 60-70 yaşlı ağsaqqallar da həmin məkanda
yerə tökülmüş daş parçalarını xatırlayırlar...
Cəlilabad və Muğan tarixinin peşəkar və dəyərli
araşdırmaçısı, tədqiqatçı jurnalist Sabir Nəsiroğlu Urufzadə
də “Muğan salnaməsi” adlı dəyərli əsərinin 27-ci səhifəsində
592
Övliyalar Ensiklopediyası
Cəlilabadın tarixini öz xüsusi dəftərlərində qeyd etmiş mərhum
Leyla Muğanlıya (Yelena Konstantinovna Çeburaşkina) istinad
edərək həmin ziyarətgah barədə bir sıra məlumatları təqdim
etmişdir.
O, “Muğan salnaməsi” adlı dəyərli əsərində mərhum
Leyla Muğanlının “Gündəlik” (I dəftər, səh: 22) əsərinə istinad
edərək yazır: “Hasıllıda və Muğanın digər kəndlərində mömin
adamların çoxlu məzarları var. Bura ən çox ziyarət edilən
müqəddəs yerlərdəndir...”
Daha sonra bu müqəddəs ocaqların birini təsvir edən Leyla
xanım Muğanlı öz gündəliyində qeyd edir ki: “Bu müqəddəs
məzar mahalda tanınmış bir seyidə məxsus idi. Baş daşında bu
sözlər böyük ustalıqla ərəb dilində həkk olunmuşdur: “Ya Allah
ya Muhəmməd, ya Əli, həzə-l-mərqədu-l-mərhumi-l-məğfuri
rəhmətu-lahi-aleyhi, Hacı Mir Xas Ağa İbn Möhsün İbn Musa
sənə əlfin və miəteyni vahid və səməninə. Huva-l-lahu-l-ləzi,
lə ilahə illə, huva alimu-l ğeybi va ş-şəhadəti, huvar-rəhmanur-
rəhim, ya qadiə-l hacati, ya rəfiə-dəraçati. Əl-maut kəsun kullu-
n-nəsi şəribuhu, va-l kəfənu turabun (siyabun) kullu-n-nəsi
ləbisuhu, va-l-qabru bəbun kullu-n-nəsi daxilihu».
Tərcüməsi belədir: «Ya Allah, ya Məhəmməd, ya Əli!
Bu qəbir mərhum, bağışlanmış (Allah ona rəhmət eləsin) Hacı
Mir Xas Ağa İbn Mir Möhsün Musəvinindir. O, tək Allahdır,
ondan başqa ilahi yoxdur, görünənləri və görünməyənləri də
bilən mərhəmətli, rəhmlidir. Həm ehtiyacları ödəyən, dərəcə
və səviyyələri qaldıran. Ölüm elə bir qədəhdir ki, hamı ondan
593
Paşa Yaqub
içməlidir. Kəfən elə bir libasdır ki, onu hamı geyinməlidir. Tabut
elə bir gəmidir ki, ona hamı minməlidir. Qəbir elə bir qapıdır ki,
hamı oradan girməlidir”.
Leyla Muğanlı bu ocaqda ikinci bir seyidin məzarı
olduğunu bildirərək qeyd edir ki, orada qoyulmuş qəbir daşında bu
sözlər yazılmışdır: “Bu məzarda uyuyan Mir Abdul Hüseyn Ağa
Musəvidir. Allah ona min rəhmət eləsin. Amin”. (Bax:“Muğan
salnaməsi”, Sabir Nəsiroğlu, Bakı, “Alatoran”, 2014, səh: 27).
Mir Xas Ağa öz dövründə Hasıllı kəndinin ağsaqqalı,
önəmli din xadimi və dini rəhbəri olmuşdur. Onun daha çox
İraqın Nəcəf şəhərində ali dini təhsil aldığı ehtimal edilir.
Mir Xas Ağa özündən sonra dini rəhbərlik vəzifəsi mərhum
Mirməmməd Ağanın (vəfatı: 1976 m.) atası, Ərdəbil, Təbriz
və Nəcəf şəhərlərində ali dini təhsil almış görkəmli din xadimi
Mir Hüseyn Ağaya (1859-1931) tapşırmışdır. Məhz Mir Hüseyn
Ağadan sonra Hasıllıda dini rəhbərlik vəzifəsi Mirməmməd
Ağaya çatmışdır.
Mərhum Mirxas Ağanın iki oğlu olub. Onlardan birinin
adı Seyid Əhməd, digərinin adı isə Mir İlyas olmuşdur. Hər ikisi
o dövrün nadir təhsilli və ziyalılarından olublar.
Qeyd: Mir Xas ağa haqda bu yazını hazırlayarkən,
İlahiyyat elmləri doktoru İlqar İsmayılzadənin bu mövzuda
mətbuatda dərc olunmuş bir məqaləsindən istifadə etdim.
594
Övliyalar Ensiklopediyası
Qurandakı
Riyazi
Hikmətlər
595
Paşa Yaqub
596
Övliyalar Ensiklopediyası
DİALEKTİKANIN QANUNLARI
ALLAHI VƏ QURANI TƏSDİQ EDİR
«... Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb
öyüd-nəsihət qəbul etmirsiniz?». “Quran”, 6:80
İndiyədək ateistlər Allahın varlığını inkar etmək üçün
darvinizm və dialektikanın qanunlarından istifadə
ediblər.
Bu qanunun mahiyyətinə vardıqda isə, görürük ki, darvinizm
nəinki “Quran”ı və Allahı inkar etmir, əksinə, onları təsdiq edir.
Belə ki, “Quran” bütün kainatı özündə əks etdirən səmavi
kitabdır. Kainat isə kimyəvi elementlərin birləşməsindən
yarandığından, bu müqəddəs kitabda surələrin düzülüşü ilə,
elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir
uyğunluq vardır. Elmi-ladun araşdırmalarımız göstərir ki,
həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi
əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin
qanunlarını–sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət
dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi, inkarı
inkar qanunlarını əks etdirir.
Belə ki, “Quran”ın əvvəlki surələri nə qədər mülayimdirsə,
sıra nömrələri artdıqca surələr sərtləşməyə dogru gedir. Bu
da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət
597
Paşa Yaqub
dəyişikliyinə keçməsi qanunlarına uyğundur.
Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq
xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü
göstərir.
Bundan başqa, surələr ikili xassə göstərir. Yəni onlar həm
müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişdir ki, bu da
dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanununa uyğundur.
Mendeleyev cədvəlində bu hal eyni elementin ikili (həm
müsbət, həm də mənfi) xassəyə malik olması ilə özünü göstərir.
(Yeri gəlmişkən, ikili xassəyə malik olma Allahın yaratdığı
digər bioloji varlıqlar kimi, insanda da özünü aydın göstərir. Yəni,
qarşılaşdığı adamdan asılı olaraq, hər bir insan, kimyəvi elementlər
kimi, gah mənfi, gah da müsbət xassə nümayiş etdirir).
Buradan açıq-aşkar görünür ki, indiyədək Allahı inkar
etmək üçün istifadə edilən dialektikanın qanunları, əslində Allahı
və “Quran”ı təsdiq edir.
Bunu sübut etmək üçün bir neçə hesablamaya nəzər salaq.
Əvvəlcə bir suala cavab verək: “Quran” niyə məhz
114 surədə nazil oldu? Başqa ədəd ola bilməzdimi? Bunun
tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-taalanın elmi və qərarı
ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;
598
Övliyalar Ensiklopediyası
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu
müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada
bəşəri dəyərlər çox mülayimliklə (!) təbliğ edilir və heç bir
cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da
bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından
bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19,
29, 39 ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar:
129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs
etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır.
(Yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi
olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır.)
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və
cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
599
Paşa Yaqub
Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın
surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab
mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim
13-cü surənin 6-cı ayəsində buyurur:
«Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq,
onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin
cəzası da şiddətlidir!» 13:6.
Düsturdan göründüyü kimi, “Quran”ın əvvəlki
surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca
kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə səbəb olur;
beləliklə də, surələr və ayələr sərtləşməyə doğru gedir.
Dövri Sistemdə bu hal dövrlərdə nömrələr artdıqca,
metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması
ilə özünü göstərir.
Buradan açıq-aşkar görünür ki, indiyədək Allahı inkar
etmək üçün istifadə edilən dialektikanın qanunları, əslində Allahı
və “Quran”ı təsdiq edir.
Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”ın
surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü
mahiyyətcə biri-birini tamamladığı kimi, riyazi cəhətdən də biri-
birlərini təsdiq edirlər. Bunu sübut edən bir neçə faktı diqqətinizə
çatdıracağıq.
600