The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-12 01:45:21

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar ensiklopediyası (Paşa Yaqub)

Övliyalar Ensiklopediyası

düşür ki, övliyanın tapşırığına əməl etməmək ona pis nəticələr
verə bilər. Ona görə də bu gün mən dünyaya gəldiyimə görə
ilk növbədə Allahıma, ondan sonra isə, Hacı Mahmud əfəndiyə
borcluyam. Odur ki, te-tez övliyanın ziyarətinə gəlirəm.

251

Paşa Yaqub

ƏHMƏD ƏFƏNDİ BABA

“Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün
Rəhman ürəklərdə bir sevgi yaradacaq. (Allah həm özü onları
dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən
möminlərin qəlbinə salacaqdır)”. “Quran”, “Məryəm” surəsi,
96-cı ayə.

Allahın sevdiyi və möminlərə sevdirdiyi dostlarından
biri də böyük övliya Əhməd əfəndi babadır. O,
XIX əsrdə indiki Ucar rayonunun Ramal kəndində yaşayıb.
Allahın bəxş etdiyi kəramət sayəsində həm sağlığında, həm
də ölümündən sonra qəbri ziyarətgaha çevrilib. Neçə əsrlər
keçməsinə baxmayaraq, bu gün də insanlarAllaha etdiyi dualarda
Əhməd əfəndini vəsilə tuturlar və dualarının bir çox hallarda
qəbul edilməsi övliyanın qəbrinin və yaşadığı evin daimi ziyarət
olunmasına səbəb olur.
Deyilənə görə, günorta namazı vaxtı Əhməd əfəndi baba
həyətindəki bağa girərmiş və burada bir müddət görünməz
olarmış. Həyat yoldaşı ora-bura baxsa da, ərini görə bilməzmiş.
Bir azdan görərmiş ki, Əfəndi baba bağdan gəlir.
Bir gün qadın uşaqlardan birini tovlayıb ərini pusmağı
tapşırır ki, gör kişi namazını harada qılır. Bir azdan uşaq həyəcanlı
halda qayıdıb gəlir ki, atam əsasını yerə vurdu, əsa qaldı orada,
amma, özü yox oldu.

252

Övliyalar Ensiklopediyası

Aradan bir az keçəndən sonra, görürlər Əhməd əfəndi
baba gəlir. Arvadı soruşur ki, ay kişi, haradaydın, başmağındakı
bu qar nədi bu vaxtı? Əhməd baba duruxur və sirri açıldığına
görə hirslənir. Deyir sizi kor olasınız, gərək mənim arxamca
baxasınız?!

Deyilənə görə, həmin gündən babanın arvadının və
uşağının gözündə şikəstlik yaranır. Maraqlıdır ki, həmin nəslin
bugünkü nümayəndələrində də bu problem zaman-zaman özünü
büruzə verməkdədir. Onlar bunu babalarının o vaxtkı qəzəbi ilə
əlaqələndirirlər.

Mələklər Əhməd əfəndi babanı ziyarət edirdilər

Ramal kəndində olarkən Əhməd əfəndi ilə bağlı çoxlu
maraqlı söhbətlər eşitdim. Belə söhbətlərdən birini Ramal kənd
məscidinin əfəndisi Hacı Sahib danışır:

- Bir gecə yatağımda uzanmışdım, nə qədər çalışdım
gözümə yuxu getmədi. Gecə yarı durub dəstəmaz alıb namaz
qıldım. Namazdan sonra pəncərənin qabağında dayanıb səmaya
baxırdım. Birdən gördüm ki, Əhməd əfəndi babanın qəbrinin
üstünə göydən işıq zolağı düşüb. Sanki ulduzlar üç şaquli xətt
boyunca düzülüb, heyrətamiz mənzərə yaratmışdılar. Bu xətlərin
bir ucu göydə, bir ucu da Əhməd əfəndi babanın qəbrinin
üstündə idi. Ətraf nura boyanmışdı. Ulduzlar elektrik lampası
kimi düzülüb, ətrafa işıq saçırdılar. Sonra fikirləşdim ki, ulduz
belə balaca-balaca olmaz, yəqin bu mələklərdir ki, qüdrəti–İlahi

253

Paşa Yaqub

ilə nur saçırlar. Birdən ağlıma gəldi ki, bəlkə bu görünənlər heç
yoxdur, mənim gözümə illüziya kimi görünür və yaxud, bəlkə
mən qızdırmalıyam? Odur ki, əmin olmaq üçün qonşu otaqda
yatan anamla bacımı çağırdım. Onlar gələndə dedim ziyarətgah
tərəfə baxın görün nə görürsünüz? Heyrət içində dedilər:
“Ulduzlar zolaq kimi düzülüblər Əhməd əfəndinin qəbrinin
üstünə. Üç xətt boyunca düzülüblər”. Bundan sonra əmin oldum
ki, gördüyum möcüzə illüziya deyil, həqiqətdir.

Əhməd əfəndi baba xəstəxanada dadıma yetdi

Növbəti müsahibim Abdullayev İsax İbniyamən oğlu
başına gələn hadisəni belə nəql edir:

- Zavodda işləyərkən istehsalat qəzası baş vermiş, üstümə
dəmir düşmüşdü. Qolum, qıçım, daxili orqanlarım, qabırğalarım
əzilmiş, sınmışdı. Sağ ayağım isə, tamamilə qıçımdan
aralanmışdı. Həkimlər ayağımı kəsməyi planlaşdırırdılar.
Yataqdan qalxa bilmirdim. Bir neçə ay idi ki, dəhşətli ağrıdan
yata bilmirdim, özümə ölüm arzulayırdım. Bir gecə məni yuxu
apardı. Yuxuda gördüm qapı açıldı, iki nəfər içəri girdi. Qabaqda
gələn ağ paltarlı, ağ saqqallı, ağ saçlı nurani bir kişi idi, onu
tanımırdım. Arxasınca gələni tanıdım ki, rəhmətlik Molla Məcid
babamdır. Qabaqda gələn kişi yanımda dayanıb dedi mən sənin
Əhməd əfəndi babanam, nə olub sənə?

Dedim Baba, görürsən də, vəziyyətimi, neçə aydı ağrıdan

254

Övliyalar Ensiklopediyası

yata bilmirəm. Başıma gələnləri olduğu kimi babama danışdım.

Sözümü qurtaranda Əhməd əfəndi baba üstümdəki ağ
mələfəni götürüb qoydu qırağa. Yaralarıma baxıb, qıraqda
Molla Mecid babamla nə isə danışdı. Sanki, həkim kimi
məsləhətləşirdilər. Sonra yanıma gəlib, əlini üç dəfə başımdan
ayağımadək çəkib dedi: “Qorxma, sənə heç nə olmayacaq,
anadan olduğun kimi, durub gəzəcəksən”.

Bu anda bədənim ani olaraq alovlanan kimi oldu. Sanki,
bədənimdən elektrik cərəyanı keçdi. Sonra gördüm ayağımın
qırılan yerinə elə bil köz basıldı, alışıb yanır. Elə bil qırılan dəmiri
qaynaq edirdilər. Bu anda ağrının – daha doğrusu, yanğının
şiddətindən yuxudan ayıldım. Qışqırığıma, tibb bacıları gəldi.
Dedim üstümü açın, alışıb yanıram. Üstümü açanda gördülər
barmaqlarım tərpənir. Ona qədər barmaqlarım tərpənməmişdi,
həkimlər həmin ayağımı kəsmək istəyirdilər.

Tibb bacıları heyrət içində baxdıqları vaxt, onların
gözünün qabağında ayaqlarımda nə qədər mil vardısa hamısı
hansısa bir qüvvənin təsiriylə çıxıb töküldü yerə. Ayaqlarımdan
daşlar asmışdılar, onlar da qırılıb töküldü yerə. Həkimi çağırdılar,
o da heyrətləndi ki, bu nə işdi belə, mən ömrümdə belə hadisə
görməmişəm. Həkim dedi bunun əlin, ayağın sarıyın çarpayıya.
Sarıdılar, amma, qurtaran kimi, məni hansısa qüvvə silkələyirdi,
o saat da əl-ayağımdakı kəndirlər qırılıb tökülürdü yerə. Bu hal
üç dəfə təkrar olundu, hər üçündə kəndirlər qırılıb yerə töküldü.
Daha sarımadılar. Sonra qeyri-adi bir qüvvə başladı məni idman
elətdirməyə. Qolumu, qılçamı büküb-açırdı. Neçə aylardı ki,

255

Paşa Yaqub

onları tərpətməmişdim. İndi bükülüb, açıldıqca, şak-şak edirdi...

Beləcə, bir neçə gündən sonra mən yeriməyə başladım.
İlahinin qüdrəti və Əhməd əfəndinin kəraməti ilə bədənimin
bütün sınan, əzilən hissələri bir neçə günün içində bitişib,
anadangəlmə kimi oldu.

Müsahibimin danışdığı bu əhvalat yadıma Mövlanənin
tələbələrinə vəsiyyətini saldı:

Mövlanə Cəlaləddin Rumi vəfatından əvvəl tələbələrini
topladı, şəfqətlə onlara baxdı və:

- Vəfatımdan sonra pərişan və hüzursuz olacaqsınız,
deyə düşünməyin. Hansı halda olursunuz olun, mənimlə olun!
Məni xatırlayın, Allahın izni ilə üzümü sizə göstərər, maddi
və mənəvi yardımlar edərəm. Quruda və dənizdə Allahın izni
ilə yardımınıza çataram. Sözlərimi yaxşı dinləyin! Sizə bəzi
tövsiyələr edəcəyəm. Bunları eşidənlər eşitməyənlərə söyləsin!
Gizli və aşkar Allahdan qorxun! Günahlardan çəkinin! Az yeyib,
az yatıb, az danışın! Çox oruc tutun! Zamanınızı namaz qılaraq
dəyərləndirin! Şəhvəti tərk edib, səfeh və cahillərlə mücadilə
etməyin! Onlarla oturub-durmayın! Onları özünüzə həmsöhbət
etməyin. Daima yaxşı insanlarla bərabər olun! Ya xeyirli
danışın, ya da susun! İnsanların sıxıntılarına səbr edin və bilin
ki, insanların ən xeyirlisi insanlara ən faydalı olanıdır.

Mövlanənin bu vəsiyyəti bu gün də öz aktuallığını
itirməmişdir. Təcrübə göstərir ki, Allahın vəli qullarını sevən,
onlara inanan şəxslər onların ölümündən sonra da kəramətlərindən

256

Övliyalar Ensiklopediyası

faydalana bilirlər. Çünki, insan cismən ölsə də, ruhən daim
sağdır. Əgər o, sağlığında duaları və əməlləri ilə insanların
dadına çatıbdırsa, dünyasını (məkanını) dəyişəndən sonra da
dada çata bilir. Allah bizləri öz bərəkətindən və övliyaların xeyir-
duasından məhrum etməsin! Amin!..

257

Paşa Yaqub

MÖVLANƏ HACI İSMAYIL KÜRDƏMİRLİ

İslam dininin yarandığı ilk vaxtlarda meydana gələn
sufilik cərəyanının əsas dayağı nəqşibəndilik olmuşdur.
Orta əsrlərdə nəqşibəndilik məktəbi Azərbaycanda da yaranmağa
başladı. Tarixi mənbələrdə bu məktəbin yaradıcısı olaraq XIII
əsrdə yaşamış Əfşar Babanın adı çəkilir. XV əsrdə isə, böyük
ustad Nemətullah Naxçıvani Azərbaycanda nəqşibəndiliyin
daha da inkişaf edib yayılmasında böyük xidmətlər göstərmişdi.
Onlardan sonra da Azərbaycanda sufilik məktəbini davam
etdirən böyük mütəfəkkirlər yetişdilər. Bu araşdırmamızda belə
mütəfəkkirlərdən bir neçəsinin həyat və fəaliyyətini öyrənəcəyik.
Nəqşibəndiyyə məktəbinə mənsub, azərbaycanlı
sufilərdən biri də 1514-cü ildə Təbrizdə anadan olmuş Əbu Səid
ibn Sunullahdır.
XVI əsrdən başlayaraq dövlət rəhbərlərinin və mollaların
çoxsaylı təzyiqləri səbəbindən bir çox sufi mütəfəkkirləri
Azərbaycanı tərk edərək Hindistan, Anadolu, Misir, Türküstan
kimi bölgələrdə məskunlaşdılar. Bu da öz növbəsində
Azərbaycanda təsəvvüfün zəifləməsinə səbəb oldu.
XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin
Bağdaddan Kürdəmirə qayıtması ilə, Azərbaycanın təsəvvüf
tarixində önəmli bir mərhələ başlandı. Belə ki, 1817-ci ildə
ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn

258

Övliyalar Ensiklopediyası

İsmayıl Şirvani, nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə
ideologiyasının - müridizmin formalaşmasında mühüm rol
oynadı.

Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani
1782/83-cü illərdə Şirvan xanlığının Bölükət mahalının
Kürdəmir kəndində doğulub. Bəzi mənbələrdə atasının adının
Şeyx Ənvər Şirvani olduğu bildirilir.

İsmayıl Şirvani ilk təhsilini Şamaxıda Məhəmməd Nuri
əfəndidən almışdır. 1800-cü ildə Ərzincana gedərək, dövrünün
məşhur alimlərindən olan Övliyazadə Əbdürrəhman əfəndidən
bir neçə il təhsil alaraq, oradan Toqata gedir və bir neçə il də
burada elmi biliklərini təkmilləşdirir.

İsmayıl Şirvani Bağdadda Şeyx Yəhya Mərvəzi əl-
İmadidən hədis elmini, Molla Məhəmməd ibn Adəmdən
hikəmiyyə elmini öyrənir. 1805-ci ildə Burdura gələrək fiqh
elmindən dərs alır və 1806-cı ildə vətəninə qayıdır. Burada
yeddi il elmi biliklərin tədrisi ilə məşğul olduqdan sonra, Həcc
ziyarətinə gedir.

İsmayıl Şirvani mənəvi elmlərdə yüksələrək, kamillik
məqamına yetişmək üçün kamil bir mürşid - övliya axtarır,
bu mürşidə bağlanmaq istəyirdi. Odur ki, zamanın ən məşhur
vəlilərindən, feyz mənbəyi, nəqşibəndi Şeyx Abdullah əd-
Dəhləvi həzrətlərinə mürid olmaq üçün Hindistana yola düşür.
Bəsrəyə çatanda, Abdullah əd-Dəhləvidən mənəvi işarə aldı:
“Sənin Şeyx Xalidlə sirlərin var, onun yanına get”. Odur ki, yarı
yoldan qayıdaraq, Bağdada – Mövlanə Xalidin məqamına getdi

259

Paşa Yaqub

və ondan zahiri və batini elmləri öyrənməyə başladı (Mövlanə
Xalid özü də Abdullah əd-Dəhləvidən dərs almışdı).

İsmayıl Siracəddin elmdə və təsəvvüf məktəblərində
kamal dərəcəsinə çatdıqdan sonra, ona tələbə yetişdirmək üçün
icazənamə vermişdir. Qeyd edim ki, Mövlanə Xalid özünün on
minlərlə müridindən yalnız bir neçəsinə icazənamə vermişdir
ki, onlardan da biri kürdəmirli İsmayıl Şirvanidir. 1821-ci ildə
verilən və hazırda Amasiyadakı türbəsinin divarından asılan
ərəbcə yazılmış bu icazənamənin tərcüməsi belədir:

“Həmd sadəcə Allaha məxsusdur. Salavat və salam
vəhyinə seçdiyi Həzrəti Məhəmmədə (s.ə.s.), onun davamçılarına
və səhabəsinə olsun.

Bundan sonra Allahın xəlifəsi olaraq şəfqətli, sadiq dost,
alim, fazil, ariflərin və fəzilətlilərin mənbəyi, sədatı-təriqi-
nəqşibəndiyyənin əmri ilə qüvvətləndirilmiş qardaşım, sevdiyimiz,
uca və kərəmli Hacı İsmayıl əfəndiyə icazə verdim. Allah-
taala bərəkətini, dərəcələrini və hallarını artırsın, tələbələrinə
feyzlərini yağdırsın. Ona nəqşibəndiyyə təriqətində irşad, zikr
və tövhid təlqini ilə, taliblərə nəzərinin təsirini, nurları müəyyən
etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən
sonra icazə verdim. Bu icazəni silsileyi-aliyyənin böyüklərindən
aldığım müsaidə və peyğəmbərin sünnəsi üzərinə istixarədən
sonra verdim.

Övliyanın yoluna təşəbbüs edən hər kəs onun söhbətini
qənimət bilsin...

260

Övliyalar Ensiklopediyası

İsmayıl Şirvani Məscidi. Amasiya

Ona Quran müəllimlərinə, fiqh alimlərinə, sufilərə hörmət
etməyi, qəlb səlaməti, nəfs səmahəti, comərdlik, gülərüzlük,
əziyyət verməkdən çəkinmək, qardaşların qüsurlarını əfv etmək,
böyüklərə və kiçiklərə nəsihət, düşmənlikləri tərk etmək, tamahı,
ehtiyacının yerinə yetiriləcəyi xüsusunda Allaha etimad etməyi
(Allah özünə etimad edənləri darda qoymaz) vəsiyyət edirəm.
Qurtuluşun ancaq doğruluqda olduğundan əsla ayrılmamaq
və Allaha vasil olmaq ki, bu ancaq Həzrəti Məhəmmməd
əleyhissalama tabe olmaqdır. Özünün heç kimsədən daha üstün
olduğunu zənn etməyib, öz nəfsini hər kəsdən aşağı görsün.
Əleyhində danışmağı davam edəni və həsəd edəni Allaha həvalə
etsin. Başına gələn şəri qeyrəti ilə dəf etməyə çalışmasın. Bu
təriqəti – Aliyənin şeyxləri dağlar kimi hümmətləri ilə sənə
yetişəcəklər. Əgər istərsə, Allah-taalanın qüdrəti ilə fəsadı o
anda maddi olaraq bağlarlar.

261

Paşa Yaqub

Bəndələrinin sayısınca, razı olduğu nəfslər ədədincə,
ərşinin zinəti və kəlmələrinin mürəkkəbləri sayınca Allahın
salavat və salamı yenə Nəbiyyi-Ümmisi Məhəmmədin özünün və
davamçılarının üzərinə olsun.

Aləmlərin Rəbbinə həmd olsun!
Mən fəqir və misgin Xalid ən Nəqşibəndi, əl Mücəddidi.
Mövlayi-Kərimin böyük fəzlinə yetişmiş.
Möhrü -Şərif:
əl-Xalidi
ən-Nəqşibəndi
əl-Mücəddidi
əl-Qadiri
əl-Kübrəvi
əs-Sührəverdi
əl-Çişti.
Bu cür icazənamələr təriqətin sağlam əsaslar vasitəsi ilə
davam etməsi, yalançı şeyxlərin meydana çıxmasının qarşısının
alınması, ən başlıcası isə, o şəxsin mürşidliyə layiq olduğunu
sübut etməsi baxımından əhəmiyyətli sənəddir.
İsmayıl Şirvaniyə bu icazənamə hansı xüsusiyyətlərinə
görə verilmişdir? Bu suala icazənamənin mətnində cavab tapmaq
olur: “... taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki
və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra

262

Övliyalar Ensiklopediyası

icazə verdim”. Deməli, Mövlanə Xalid şeyxlərə, mürşidlərə
məxsus xüsusiyyətləri (batini elmlə sirlər üzərindən pərdələri
qaldırmaq, nurları müəyyən etmək və s.) İsmayıl Şirvanidə
görmüş, təcrübədən keçirmiş və bundan sonra icazənamə
vermişdir.

İsmayıl Şirvani ardıcıllarından olan, Nəqşi­bən­diyyə Şey­
xi Cəmaləddin əl-Qumuği “Nəqşibəndliyin Qızıl Sils­ iləsini”
belə açıqlayır:

“... Sizə mənşəyindən günümüzə qədər gələn başlıca şeyx­
ləri sayaraq, Nəqşibəndiyyə təriqətinin silsiləsini an­ladacağam
(Allah sənə bilmədiklərini öyrətsin).

Mömin şəxslər əvvəllər də müridlərinə möm­ inliyi öy­
rətmək üçün şeyxlərinin və onların soyund­ an gəl­ən­lə­rin
əxlaqlarını öyrətməyi də adət etm­ işdilər.

Mən də Nəqşibəndiyyə silsiləsini anladacağam və bu işə
ruhumu, məxluqatın əfəndisi, peyğəmb­ ərlərin qütb­­ ü, dindar
insanların qəlbi, bütün islami təriqətlərin ust­­adı, bu təriqətləri
Cəbrayıl vasitəsi ilə uca Allahdan alan, Allahın bütün insanların
arasında seçdiyi Həzrəti Mə­həmmədə (s.a.s.) yönəldərək baş­
layıram.

Həzrəti Peyğəmbər (s.a.s.) bu yolu əfəndimiz xə­lif­ə­lər­ in
ən şərəflisi və möminlikdə birinci durumda olan Həz­rəti Əbu
Bəkrə ötürdü. Həzrəti Əbu Bəkr bu yolu Həzrəti Peyğəmb­ ərin
(s.a.s.) ailəsinin bir üzvü qəbul edilən Əl-Hac Salman Farisiyə
ötürdü.

263

Paşa Yaqub

Salman Farisi də təriqəti, son dərəcə dindar və All­ah­ ın­
lütflərinə yetişmiş, hicrətin II əsrində Mədin­ ədə vəf­­at edərək
Baqi qəbiristanlığında dəfn edilən imam Qas­ ıma ötürdü. Qasım
da onu Həqiqətə görə hərəkət edən imamların imamı Cəfəri-
Sadiqə ötürdü.

Cəfər-Sadiq Həzrəti Əli əleyhissalamın soyundan olub,
hicrətin 148-ci ilində Mədinədə vəfat etmiş və Baq­ idə atas­ ının
və babasının yanında dəfn edilmişdir.

Cəfəri-Sadiq Allahın gücü ilə gücləndirilmiş, imam, Allahı
tanıyanların şahı Bayazid Bistamiyə ötürdü.

Bayazid Bistami də təriqəti, Allahın dostu və Onu
diləyənlərin sığınağı Əbül Həsən Harakaniyə ötürdü.

Əbül Həsən də onu, qütblərin qütbü, imam Əbu Əli
Fəramədiyə ötürdü.

Əbu Əli də Şeyx (Əbu Yaqub Yusif) Həmədaniyə ötürd­­ ü.

Yusif Həmədani də xalqın sığınağı Əbdülxaliq Güc­dü­­
vaniyə ötürdü.

Əbdülxaliq Gücdüvani də onu insan sifətindən təm­ izl­ən­
miş, imam, övliyaların qütbü, şeyx Arif Rivg­ e­ri­yə­ötür­dü.

Arif Rivgeri də dünyəvi qayələrdən tamamilə sıyr­ ıl­mış­
olan, şeyxlərin şeyxi Mahmud İncir əl-Fağneviyə ötür­dü.

Mahmud İncir də özünü Allah eşqinə həsr etmiş, imam
Həzrət Əzizan adı ilə tanınan Əli ər-Ramiteniyə ötürd­­ ü.

Əli də tamamilə Allaha yönəlib, digər hər şeyi unu­

264

Övliyalar Ensiklopediyası

dan­ imam, övliyaların qütbü, Məhəmməd Baba əs-Səmm­ asiyə
ötürdü.

Məhəmməd Baba da Allahı tanıma qabiliyy­ ətl­ərinin qay­
nağı, böyük insanların şahı, imam Seyid Əmir Kül­al­ə­ötürdü.

Seyid əmir də onu təriqətin imamı, insanların sığ­ ın­ ağ­ ı,­
böyük ilham sahibi Şah Nəqşibənd adı ilə tanınan Məh­ əmməd
Üveys əl-Buxariyə ötürdü.

Məhəmməd də sirlər xəzinəsinin sahibi, qütblərin qüt­
bü Əlaəddin Əttar adı ilə tanınan Şeyx Məhəmməd əl-Buxariyə
ötürdü.

O da əfəndimiz (mövlanə) Hisarlı İmam Yaqub Cər­hiyə
ötürdü.

O da Xacə Əhrar adı ilə tanınan Səmərqəndli Şeyx Ab­
dullaha ötürdü.

O da şeyxlərin şeyxi, mövlanə Məhəmməd Zahidə ötürd­ ü.

O da əmisioğlu, şeyx, imam, mövlanə Dərviş Məh­ əm­mədə
ötürdü.

O da möhtərəm oğlu mövlanə Xacə əs-Səmərq­ əndi əl-
Amlanakiyə ötürdü.

O da ilahi eşq qədəhinin doldurucusu, güclü iman sahibi,
qütb Şeyx Məhəmməd Baqiyə ötürdü.

O da təriqəti kəramətlər sahibi, sirlərin qaynağı, İmam
Rəbbani ismi ilə tanınan Şeyx Əhməd Faruqi Sirh­ in­diyə ötürdü.

O da öz sirlərini əlində saxlayan oğlu, şeyxlərin şey­x­ i

265

Paşa Yaqub

Məhəmməd Məsuma ötürdü.

O da həqiqət dənizində boğulan, oğlu, haqq dostl­ar­ ı­n­ ın
şahı Şeyx Səfiəddinə ötürdü.

O da ilahi müşahidə və haqqı tamaşa sahibi, bö­yük­lər­ in
şahı, imam Bədvanlı Seyid Nur Məhəmmədə ötür­d­ ü.

O da böyük imam, həqiqət günəşinin seçilmişi Həb­ ib­ ullah
Maravcaniyə ötürdü.

O da qütbül-övliya, təmizlik nümunəsi, zahiri və bat­ini
mükəmməlliyə sahib olan dehlili Şeyx Abdull­aha ötürdü.

O da doğruluğun qütbü, Allah aşiqi, əfəndimiz, iman­ ın­
nuru Süleymaniyyəli Şeyx Xalidə ötürdü.

O da xalqın sığınağı və həqiqət xəzinələrinin sah­ ibi, böyük
imam Kürdəmirli Şeyx İsmayıla ötürdü...

İsmayıl Şirvani, Mövlanə Xaliddən aldığı icazənamə ilə
Şirvanda Nəqşibəndiyyə məktəbini təlim edən ilk şeyxdir. Onun
təlimi sufiliyi, dünya malından çəkinməyi, özünü tamamilə
Allaha həsr etməyi təbliğ edirdi.

Mövlanə İsmayıl Şirvaninin təlimi, imanı və kəramətləri
haqqında xəbərlər bütün Qafqaza yayıldı. Onun yanına qonşu
kənd və obalardan, Zərdabdan, İlisudan, Dağıstandan müridlər
toplaşmağa başladı. Bu müridlər içərisində Kürdəmirdən Hacı
Mahmud Baba, Dağıstandan Molla Məhəmməd Yaraqlı, Xas
Məhəmməd, Qarasubasar mahalının Zərdab kəndindən Hacı
Əhməd Əfəndi, Qaracallıdan Hacı Abdı Əfəndi, Qarabağ
xanlığının Bərgüşad mahalının Cicimli kəndindən Mir Həmzə

266

Övliyalar Ensiklopediyası

Seyid Nigari kimi tanınmış şəxslər vardı. Mövlanənin təlimi
sayəsində bu müridlər sonralar övliyalıq səviyyəsinə qədər
yüksəlmiş və xalq tərəfindən sevilən şəxsiyyətlər olmaqla
bərabər, hər birinin çoxlu sayda müridləri olmuşdur.

Qalagahlı İbrahim Əfəndi Nənqşibəndi Şeyxi Mövlanə
Hacı İsmayıl Əfəndiyə intisab etməsini belə xatırlayır:

“Gəl əvvəl başdan söyləyim ki, bu övliyalıq elmi
(nəqşibəndilik – müəllif.) tamam yer üzərindən götürülmüşdü.
Ancaq alimlik (fiqh elmi) var idi bizim dövrümüzdə. Biz fəqirlər
bu elmlə məşğul idik. Eşidirdik ki, Şirvana övliyalar gəlib-
gedirlər. Sonra haqlıq ilə Mövlanə Hacı İsmayıl Şirvani (Allah
ondan razı olsun) Kürdəmirə gəldi, sakin oldu və bir para müxlis
adamlara özü xəbər göndərdi ki, “buraya gəlin”. Bir də Diyallı
Məhəmmədə. Ona da elan etdi ki, “bir buraya, mənim yanıma
gəl!” O, cavabında dedi: “Səndən irəli çox adamlara getdik, bir
şey hasil olmadı”. Mövlanə qurbanolduğum cavabında dedi ki,
bu da onların birisi olsun. Xəlilli Molla Məhəmməd öz dilindən
söylədi ki, “Mən görə-görə Diyallı Məhəmməd Əfəndi mərhum
Hacı İsmayılın yanına getdi-gəldi. Mən ondan xəbər aldım
ki, nə gördün? Buyurdu ki, “Mən gedən vaxtda Mövlanəni
(İsmayıl Şirvanini) məscid qabağında əyləşmiş və yemişan
ağacına söykənmiş gördüm. Mənə dedi: “Dəstamazın yoxdursa,
dəstamaz al”. Cavabında dedim ki, dəstəmazım var. Buyurdu:
“Üzü qibləyə mənim yanımda əyləş və gözünü yum”. Mən də
o təhər ki, buyurmuşdu, əyləşdim. “Boş dur” - dedi. Yəni, qəm
və qüssə qəlbinə gətirmə. Mən də boş durdum, nagah ustadım

267

Paşa Yaqub

Şeyx Məhəmməd Cekli kömürdən qara qabağımda durdu. Mən
ağladım. Çünki ustadımdır deyə. Sonra dedi: “Ağlama, onda heç
nə yoxdur”.

Bu vaxt qəlbimdə fikirləşdim ki, əgər Məkkə və Mədinəni
mənə müayinə (aşkar) göstərsə, gerçək övliyadır, yoxsa yox. Elə
fikirləşən kimi, tələbim hasil oldu. Yəni, sağ əlinin iki barmağını
aralayaraq, buradan bax dedi. Mən baxdıqda bu şəhərlər göründü.
Sonra buyurdu: “Get, daha gəlmə”.

Mövlanənin ki, haqlığı bilindi, xalq Hacı Məhəmməd Səid
Əfəndini vəkil edib, onun qulluğuna göndərdilər. O, Mövlanəyə
dedi: “Adamlar sənə salam göndərdilər, dedilər ki, eşitmişik bəy
həqq təriqət gətiribdir. Necə olsun gərək?”

O da dedi ki, “Bu haqq təriqət hər adamın işi deyildir.
Neyçün ki, uzun işdir”.

Məhəmməd Səid Əfəndi dedi: “Bəs biz zəlalətdə qalaq?
Bizə bir çarə”.

Buyurdu: “Doğrudur, zəlalətdə qalmaq olmaz”.

Biz fəqirlər uzaqdan baxırıq ki, yanına gəlib-gedənlər
qəbir əhlindən kəşflə xəbər verirlər. Onlardan xəbər aldıq: “Sizdə
bu hal necə zahir oldu?”

Onlar dedilər: “Bu yolda çox əziyyət çəkdik”.

Soruşduq: “Heç bir adam buna taqət gətirə bilməzmi?”

Dedilər: “Allah qismət etsə, olar”.

Soruşduq: “Bəs necə edək ki, əhli əzab olmayaq?”

268

Övliyalar Ensiklopediyası

Dedilər: “Mövlanəyə mürid olmaqla mümkündür”.

(İbrahim əfəndinin arxivindən)

1813-cü ildə Rusiya ilə İran arasında “Gülüstan
müqaviləsi” bağlandıqdan və Azərbaycan bu iki dövlət arasında
bölündükdən sonra, Mövlanə və onun müridlərinə qarşı
təzyiqlər başlandı. 1825-ci ildə Qafqaz canişini Yermolovun
əmri ilə İsmayıl Şirvaninin iki müridi - Bölükənd mahalı Cəyli
kəndlindən Hacı Məmməd Nəbi əfəndi və Zərdablı molla
Əhməd əfəndi Rusiyanın mərkəzi vilayətlərinə sürgün edildilər
(sonralar molla Əhməd əfəndi sürgündən qaçaraq, Türkiyədə
şeyxinə yetişmiş və burada Hacı Əhməd Qiyasi əfəndi Şirvani
kimi tanınmışdır).

Bu hadisələrdən sonra Mövlanə İsmayıl Şirvani
Kürdəmirin Şıxımlı kəndindən Türkiyənin Axıska vilayətinə,
1828-ci ildə isə, Amasiya şəhərinə köçdü. Bu zaman onu çoxlu
sayda müridi müşayiət edirdi.

İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etdi.
Amasiya yaxınlığındakı Şamlar qəbirstanlığında dəfn olundu.
Hazırda qəbri üzərində 1869-cu ildə oğlu Ştirvanzadə Mehmet
Rüşdi Paşa tərəfindən tikilən türbə və məscid kompleksi hələ də
qalmaqdadır.

Mövlanə dünyasını dəyişəndə dörd oğlu, bir qızı qalmışdır
ki, adları aşağıdakı kimidir:

1. Şirvanzadə Mehmet Rüşdi Paşa - 1828-ci ildəAmasiyada
anadan olub. Müxtəlif illərdə Şam valisi, Suriya valisi, Maliyyə

269

Paşa Yaqub

Naziri, Daxiliyyə Naziri, nəhayət Osmanlı sultanı Sultan
Əbdüləzizin hakimiyyəti dövründə Baş Nazir vəzifəsinə qədər
yüksəlmişdir.

2. Əbdülhəmid Əfəndi - Kürdəmirdə doğulmuş, 1846-cı
ildə Amasiyada suda boğularaq ölmüşdür.

3. Əhməd Hülusi Əfəndi - 1833-cü ildə Şirvanda anadan
olmuş, İstanbul qazisi vəzifəsinə qədər yüksəlmiş, 1888-ci ildə
Amasiyada vəfat etmişdir.

4. Mustafa Nuri bəy – 1844-cü ildə Amasiyada anadan
olmuş, 1897-ci ildə vəfat etmişdir, Fateh qəbiristanl­ığında dəfn
edilmişdir.

5. Hacı Şərifə Fatma xanım - Hacı İsa Ruhi əfəndinin
zövcəsi olmuşdur.

İstifadə edilmiş mənbə: 1. Məhəmməd Məhəmmədcəlil,
Fariz Xəlilli - “Mövlanə İsmayıl Siracəddin Şirvani” Bakı,
“Adiloğlu” nəşriyyatı, 2003.

270

Övliyalar Ensiklopediyası

SEYİD MİR FAZİL AĞA

“Qulum elə bir hala gələr ki, mən onun görən gö­zü,
eşidən qulağı olaram”. (Allah-taala, Qüdsi hədislər­dən).

Yeddinci imam həzrəti Museyi-Ka­zımın nəslin­dən
olan Seyid Mir Fazil Mir Abutalıb oğlu XIX əsrin 60-
cı ill­ərində Şamaxı şəhərində anadan olu­ b. Anasının adı Xanım
olub. Ömrünün 30 ilini ilahiyyat elm­lərinin öyrənilm­ ə­sinə sərf
etmişdir. Təhsilini əvvəl Nəcəf­də, sonra Türkiyədə, daha sonra
isə, yen­ idən Nə­cəfdə tamamlamışdır. Ayətullah dərəcəsinə qədər
yüks­ əlm­ işdir.
Nəcəfdə təhsilini başa vurd­ uqd­ an son­ra, həmin şə­hərd­ ə
Ra­ziyə adlı ərəb mənşəli möm­ inə bir qızla ailə qur­ub.
1906-cı ildə seyid Mir Fazil ağa təhsilini tamamlayaraq,
do­ğuld­ uğ­ u­ Şamaxı şə­hə­r­in­ ə gə­l­ib. 1918-ci ildə isə, Göy­çay şə­
hərinə köçüb. Burada əvvəlc­ ə Potu kənd məs­ci­din­ in,­ sonra isə,
Göyçay şəhər Cümə məsc­ idinin axund­ u olub.
Öz elmi və imanı ilə kamillik zirvəsinə ucalan Mir Fazil
ağa nümunəvi bir əxlaq sahibi idi. Hətta o, küç­ ə­yə­ çıxanda üzünə
rübənd örtərmiş ki, naməhrəm görm­ əs­ in.
Mir Fazil ağa həddən ziyadə səxavət əhli olub. Belə
ki, gündüzlər ziyarətçilərin ona gətirdikləri nəz­ irl­ə­ri gecələr
torbaya yığıb, oğlan­larının çiyninə qo­yarmış, özü də yanlarıyla

271

Paşa Yaqub

gedərmiş kasıbların, ye­timl­ə­rin, xəstələrin qapısına. Heç kəs
görmədən ərzağı qa­pıd­ an içəri qoyub, əsayla qapını döyərmiş.
İçəridən səs gəl­əndə tez oradan aralanıb gedərmiş ki, azuqənin
kim tərəfindən gətirildiyini bilən olmasın. Çünki, seyid is­təmirdi
ki, kimsə onu görəndə utansın və yaxud göz­ ü­kölgəli olsun.

Nə maşın, nə də at seyidi zindana aparmadı

Bir gün Raziyə nənə yuxuda görür ki, bir müct­əhid vəfat
edib; cənazəsini aparanlar hamısı müc­təhidlərdir. O cümlədən,
həyat yoldaşı da bu­ra­da­dır. Müctəhidlərdən biri digərinə deyir:
“Seyid Mir Faz­ il­ağanı görürsən? O da cəddi Həzrət Museyi-
Kazım ki­mi, ömrünü zindanda başa vuracaq”.

1941-ci ilin iyun ayının 23-də (müharibə başl­a­ya­
nın səhəri günü) Mir Fazil ağanı həbs et­mə­yə gəl­irlər. Seyidi
dustaq maşınına qoyurlar ki, apars­ ın­lar. Bu vaxt maşının mo­
toru sönür. Çox çalışsalar da, mo­tor­u­ işə sala bilmirlər. Seyid
maşından düşəndə motor işlə­yir­,­ maşına minəndə isə, sönürmüş.
“NKVD” işç­ il­ə­rin­ in əlacları kəsilib, fayton gə­tiriblər. Mir Fazil
ağa fayt­on­ a minəndə indi də at ye­rindən tərpənməyib. Atı nə qə­
dər qamçılasalar da, hərə­kət etməyib. Seyid dey­ ib: “Ata nahaq
əziyyət verməyin, ons­ uz da getm­ ə­yə­cək, yaxş­ ısı budur mən
düşüm, piyada gedim”.

Hamısı bir yerdə piyada gəlirlər “NKVD”nin Göy­çay­r ayon
şöbəsinə. Seyid bir müddət burada saxlanılır. Bu müddətdə hər

272

Övliyalar Ensiklopediyası

gün Göyçayda yaşayan rusl­arın və qeyri millətlərin təşkilatçılığı
ilə həbsxana qar­şısında mitinq, piket keçirilir. Hökumətin əlac­ ı
kəsilir, Mir Fazil ağanı Bakıya – Bayıl türməsinə gönd­ ərirlər.

Mir Fazil ağaya hökm oxuyan hakim,
məhkəmə zalında öldü

Mir Fazil ağanın 80 yaşı olduğuna
görə, o dövr­ün qanunları ilə həbs oluna,
sürgünə gönd­ ərilə bilməzmiş. Ona görə
də istintaqçılar saxtak­ arlıq edə­rək, onun
yaşını 20 il azaldıblar.

Məhkəmə hakimi isə, yalançı
şahidlərə istinad edə­rək,­ nahaqdan
seyidə on il iş kəsir. Hökmü elan edən­
də Mir Fazil ağa bu ədalətsizliyə etiraz Seyid Mir Fazil ağa
olaraq Haqq dərg­ ahına üz tutur və başqalarının eşitməyəcəyi bir
səsl­­ə dua edir. Şahidələrin dediyinə görə, bu vaxt hak­ im iclas
zalındaca yıxılaraq canını tapşırır.

Bu hadisədən bir neçə gün sonra isə, seyidə cəza is­tə­yən
prokuror faciəli surətdə həlak olur.

Maraqlıdır ki, bu işdə keçən şahidlərin də həyatı müxtəlif
fac­ iə­lərlə sona yetm­ iş­di.­ Yaşlı göyçaylıların danışdığına görə,
yalandan şahidlik edənlərdən biri ömrünü it kimi hürə-hürə başa
vur­muşd­ ur.

273

Paşa Yaqub

Seyidin möcüzələri həbsxana rəisini çaş-baş saldı

Bayıl həbsxanasının keşikçiləri də Mir Fazil ağa­nın
çox möcüzələrinin şahidi olurlar. Belə ki, hər gün sübh tezdən
nəzarətçilər görürlər ki, seyidin ka­merasının qapısı açıqdır, özü
isə həyətdə dəstəmaz alır,­ yaxud, namaz qılır.

Bu hadisə hər gün təkrar olunurmuş və həbsxana rəisi çox
çalışsa da, bunun qarşısını ala bilmirmiş. Rəisə elə gəlirmiş ki,
nadzorlardan kimsə kameranın qap­ ı­sını açıb, seyidi çölə buraxır.
Odur ki, tez-tez nəzarətçiləri dəyişirmiş. Amma, bir fay­dası
olmurmuş, yenə də sübh namazında seyidi həy­ ət­də görürmüşlər.

Ermənini Mir Fazil ağaya nəzarətçi qoydular

Həbsxana rəisi belə qərara gəlir ki, Mir Fazil ağanın
nəzarətçisi erməni olsa, onun qapısının qıfılı açılm­ az. Belə də­
edir: seyidin kamerasının keşiyini çəkm­ əyi erməni nadz­ ora
tapşırır. Amma, nə fayda, yenə də sübh na­mazl­arında seyidi
həyətdə namaz qılan gördülər.

Nəhayət, 1942-ci ilin aprelində seyid Mir Fazil ağa­nın­
saxlandığı kameranın qapısını açanda, içəridən göyərçinə bənzər
bir quşun uçub getdiyini görürlər. Kameraya girəndə, seyidin an­
caq baş­maqlarını tapırlar. Seyid özü yox olmuşdu. Həbs­xana rə­

274

Övliyalar Ensiklopediyası

isi yenə də bu möcüzəyə inanmadı. Nadz­ or­ları bu işdə müqəssir
bilib, həbs et­dilər. Həmin günü Ağanın ke­şiyini çəkən nadzoru
is­tint­aq olunmaq üçün, Tiflisə hərbi tribunala göndər­dilər.

Nadzor seyidi yuxusunda gördü

1947-ci ildə həmin (tribunala göndərilən) nadzor Mir Fazil
ağan­ ın ocağını ziyarət etmək üçün, həyat yoldaşı ilə birlikdə
Tiflisdən Göyçaya gəlir və həbsxanada baş verən yuxarıdakı
hadisələri də seyidin ailə üzvlərinə o danışır. Həm­çinin bildirir
ki, 1942-ci ildə Tiflisə-tribunala gönd­ ərilərkən, yolda dustaq
vaqonunda Mir Fazil ağa yuxusuna gir­ib. Seyid nadzora deyib
ki, başqalarından fərqli olaraq, sən mənim haqqımda pis söz­
danışmadın, kobud rəftar etmədin. Ona görə də qorxma, sənə
heç nə etm­ ə­yəcəklər. Əksinə, sənə orada vəzifə verəcəklər.

Be­lə də olur. İstintaq müəyyən edir ki, seyidin qeyb ol­
ma­sı sirri-İlahidir və bu işdə nəzarətçinin heç bir gü­nahı yoxdur.
Beləliklə, işə xitam verilir və həmin nəzarətçi də orada yüksək
vəzifəyə təyin olunur.

275

Paşa Yaqub

ŞIX EYYUB BABA

“Biz Davuda və Süjeymana elm verdik. Onlar dedilər:
“Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha
həmd olsun!” “Quran”, “Qarışqalar” surəsi, 16-cı ayə.

Allah-taalanın bəndələrinin çoxundan üstün tutaraq,
elm, hikmət verdiyi dostlarından biri olan Şıx Eyyub
baba (1730-1797) Şamaxı xanlığının Ərəbqədim kəndində
doğulub. Uşaq yaşlarında atasını itirdiyindən, anası ilə bərabər,
ana ocağı Quşçu kəndinə gələrək, dayısının himayəsində
yaşayıblar.
Soykökü haşimilər nəslinə bağlanan övliyanın,
əcdadları VII əsrdən sonra Ərəbistandan Azərbaycana İslam
dininin gözəlliklərini və qayda-qanunlarını təbliğ etmək üçün
ezam olunmuşdular. Təbii ki, özləri də Peyğəmbər nəslinin
nümayəndələri olaraq, iman və təqva baxımından bu gözəlliyin
nümunəsi olublar.
Şıx Eyyub baba Quşçu kəndində Şölə adlı qızla ailə
qurmuş, dolanışığını önləmək üçün əkinçilik və heyvandarlıqla
məşğul olmuşdur.
Bildiyimiz kimi, övliyalıq məqamına yüksələn şəxslər
mütləq özlərindən əvvəlki övliyaların ya müridi olur, ya da
dünyasını dəyişmiş müqəddəslərdən mənəvi ilham – işarə alır,

276

Övliyalar Ensiklopediyası

bu yolla qəlblərini təmizləyərək, tədricən övliyalıq məqamına
yüksəlirlər. Mövlanə Cəlaləddin Rumi bu halı belə izah edir:

“Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan necə yona
bilər? Sən get yaralarını bir könül cərrahına göstər. Sən onları
təkbaşına müalicə edə bilmərsən”.

Şıx Eyyub babanın

mürşidi Babadağda

ziyarətgahı olan Qütbül-

övliya (övliyaların qütbü)

Həzrət Baba idi. İnsanlar

arasında özünə həmsöhbət

tapa bilməyəndə Babadağa

qalxar, günlərlə orada tək

qalaraq, Həzrət Babanın ruhu ilə həmsöhbət olar, ondan mənəvi

güc, ilham alaraq qəlbini cilalayardı.

Çar hökumətinə aid arxiv sənədlərində Şıx Eyyub baba və
onun müridlərinin zikr mərasimləri haqda sənədlərə rast gəldim.
Sənəddə yazılır:

“Cəzbə adlanan zikr mərasimlərini Şıx Eyyub həftədə bir
dəfə - Cümə günləri Bakı-Şamaxı yolunun üstündəki Acıdərə
adlanan yerdə keçirir. Şıx Eyyub nəfssiz adamdır. Özünü Həzrət
babanın xəlifəsi hesab edir. Həzrət babanın nəsil davamçıları
olmadığı üçün, gətirilən nəzirlərin hamıya məxsus olduğunu
müridlərə bildirir. Ədalətli bölgü aparmaq üçün o, müridlər
arasında cümlə-icma yaradıb. Bütün nəzirlər Cümə gününə
qədər toplanır, Cümə namazından sonra isə, toplanan nəzirlər

277

Paşa Yaqub

müridlər arasında ədalətlə bölünür.

Müridlər ayinlərini – zikirlərini belə həyata keçirirlər:

Cümə günü bütün müridlər Acıdərədə yığışırlar. Günorta
Cümə namazı qılınarkən müridlər Şeyxin ətrafında yarımdairə
vurub eyni səslə oxumağa başlayırlar. Min dəfə “La İlahə
İllallah” (Allahdan başqa Allah yoxdur), sonra Şeyxin həftə
ərzində öyrətdiyi zikirləri oxuyurlar. Başlarını və bədənlərini
sağa-sola əyərək, vəcdə gələnədək “Allah hey” oxuyurlar.
Görəndə ki, müridlər yorulub, Şeyx ucadan hansısa zikri oxuyur,
müridlər o dəqiqə sakitləşirlər.

Sonra xəlifələri xeyir-dua almaq üçün, Şeyxə yaxınlaşır,
o da onların kürəyinə yumruqla vurur. Daha sonra növbə sıravi
müridlərə çatır...

Şeyx Eyyubun ölmündən sonra şeyxlik oğlu Molla
Məhəmmədə keçir. O, atasının təlimini heç bir yenilik gətirmədən
davam etdirir. Onun ölmündən sonra isə, şeyxlik Əhmədpaşaya
keçir”.

(Mənbə: Qafqaz Təhsil idarəsinin nəşri. Tiflis. İ. K.
Kodolkovskinin Qafqazadakı hərbi və mülki dəftərxanası).

Şıx Eyyuba övliyalıq kəramətləri bəxş olunması haqda
xəbərlər Şirvan xanı Mustafa xana çatanda, xan onu sınamaq
qərarına gəldi. Xan evdən çıxarkən həyat yoldaşı (Güləndam
xanım, yaxud, Fatma Bəyim) bir qızıl üzüyü dəsmala bükərək,
ərinə verir və deyir ki, əgər görsən Eyyubda həqiqətən öliyalıq
kəramətləri var, onda bu hədiyyəni mənim adımdan ona verərsən.

278

Övliyalar Ensiklopediyası

Mustafa xan yolda gedərkən, qəlbində fikirləşir ki, əgər
Eyyub da başqaları kimi, mənim pişvazına çıxıb, qulluq göstərsə,
biləcəm ki, övliya deyil.

Nəhayət, xan yaylağa gəlib çatır. Şeyxin onun pişvazına
çıxmadığını görüb, alaçığa daxil olur. Salam-kəlamdan sonra
Şıx Eyyub baba deyir: “Xan, pişvazına çıxmamağımı qonağa
hörmətsizlik kimi qəbul etmə. Qəlbində tutduğun fikrə görə
pişvazına çıxmadım”.

Mustafa xan bir qədər söhbətləşib, təam kəsdikdən sonra,
çıxıb getmək istəyir. Şeyx üstüörtülü şəkildə eyham vurur ki,
cibində mənə çatası nəzir var. Xan bağlamanı çıxarıb övliyaya
verir. Şıx Eyyub baba xanın həyat yoldaşını inandırmaq üçün
(həyat yoldaşı “əgər övliyadırsa, üzüyü verərsən” demişdi) yan
otağa keçdi və xəlvət ocaqdan bir köz götürüb pambığa bükdü.
Pambığı isə, xanımın üzük bükdüyü həmin dəsmala bükdü.
Sonra, Mustafa xanın yanına qayıdıb, bağlamanı xanımına
verməsini xahiş etdi; tapşırdı ki, yolda açıb baxmasın. Xan
evdə öz xanımı ilə birgə bağlamanı açanda heyrətdən donub
qaldılar: övliyanın kəramətindən od pambığı yandırmamışdı.
Bu hadisədən sonra Mustafa xan Şamaxı ilə Hacıqabul arasında
olan və Acıdərə adlanan min hektara yaxın torpaq sahəsini Şıx
Eyyuba hədiyyə etdi.

Həmin torpaqlar Azərbaycanda Sovet hakimiyyəti
qurulana qədər övliyanın törəmələrinin mülkiyyətində olmuşdur.

279

Paşa Yaqub

Bürsülyozdan xilas edən möcüzə

Şıx Eyyub babanın Acıdərədəki ziyarətgahında olarkən,
bura gələn ziyarətçilərlə həmsöhbət oldum. Onların danışdıqları
maraqlı söhbətlərin bəzilərini oxuculara təqdim edirəm.

Birinci ziyarətçi:

- Qardaşım Nadir bürsülyoz xəstəliyinə tutulmuşdu, ağır
qızdırma ilə Bakıda klinikalardan birində müalicə olunurdu.
Həkimlər qızdırmanı bir qədər aşağı salsalar da, dedilər bu
xəstəlik insandan heç vaxt tam çıxmır, odur ki, ömrünün
sonunadək gərək müalicə ala. Xəstəxanada yatan günlərdə
qardaşım dedi ki, Şıx Eyyub baba yuxuma girdi, günbəzinin
yolunu göstərib, dedi gəl ziyarətimə, səni bu dərddən qurtararam.

Biz qardaşımı xəstəxanadan xəlvət götürüb, bir neçə
ağsaqqalla Acıdərəyə yola düşdük. Yuxunun doğruluğunu
yoxlamaq üçün, Nadiri qabağa buraxdıq ki, görək günbəzin
yolunu tanıyacaqmı? Çünkü, o, heç vaxt burada olmamışdı.
Maraqlıdır ki, qardaşım həm qəbiristanlığın yolunu, həm də
burada olan üç günbəzdən hansının Şıx Eyyuba mənsub olmasını
kənardan göstərdi. Ziyarət edib qayıdandan sonra Nadirdə bir
daha qızdırma olmadı və o, xəstəxanaya qayıtmadı.

İkinci xanım ziyarətçi:

- Övliyalara xidmət etməyi çox xoşlayıram. Şıx Eyyub
babanın nəticəsi rəhmətlik Mustafa babaya uzun müddət xidmət
etmişəm. Atam onun müridlərindən idi. Hər cümə axşamı bir

280

Övliyalar Ensiklopediyası

müridin evində toplaşıb zikr edirdilər. Bu zikr mərasimləri çox
maraqlı olurdu. Hətta, ətraf kəndlərdən də xəstə, əsəbi pozulmuş
adam olanda gətirirdilər bu zikr mərasiminə, dairə halında
oturan müridlərin ortasına qoyurdular, mərasim bitənə qədər
xəstə sağalırdı. Bir gün bizim evdə zikr edirdilər. Oğlum Elmar
onda təzə-təzə ayaq açıb yeriyirdi. Mustafa baba uşağı zikr
edilən otağa çağırıb, müridlərin oturduğu dairənin ortasında
otuzdurdu. Oxuduqları hər kupletin sonunda “Hey baba, heyy”
deyirdilər və bu vaxt Şıx uşağın üzünə üfürürdü. Zikir mərasimi
davam etdikcə, gördüm uşaq oturduğu yerdən bir qədər havaya
qalxıb. Sanki, havada oturmuşdu. Zikr davam etdikcə, uşaq
tədricən qalxırdı. Mərasim qurtaranda Elmar təxminən yarım
metr hündürlükdə idi, övliya onu yapışıb, yerə otuzdurdu.

Şıx Mustafa baba öz kəraməti ilə hər zaman dadıma
yetibdir. Bir gün də qonşularla taksi tutub, Saatlı rayonuna
getmişdik. Orada mağazaya girəndə baxdım ki, pulum evdə
qalıb. Narahat oldum ki, mən burada pulsuz neyniyəcəyəm?
Alınası şeylər vardı, yanımdakı adamlarda da artıq pul yox
idi ki, mənə versinlər. Pərişan halda küçədə dayanmışdım ki,
birdən yanımda bir maşın saxladı, içərisindən iki qadın düşdü.
Qadınlardan biri üzümə diqqətlə baxıb, dedi: “Haralısan?”
Dedim: “Nəyə görə soruşursan?” Dedi: “Səni Şamaxıdan Şıx
Eyyub babanın nəslinə oxşatdım, ona görə soruşuram”. Dedim:
“O nəsildən deyiləm, amma, həmin nəsildən Şıx Mustafa babaya
xidmət edirəm”. Dedilər nə yaxşı bizə rast oldun, Şıxa nəzirimiz
var, çoxdandır göndərməyə adam axtarırdıq, sənə versək
çatdırarsanmı? Dedim: “Çatdıraram”. Bu qadınlar sovet pulu ilə

281

Paşa Yaqub

hərəsi bir “iyrimibeşlik” çıxarıb mənə verdilər. Yanındakı kişi
də bir “onluq” verdi, oldu cəmi 60 manat. O vaxt bu, böyük
məbləğ idi. Puldan bir az götürüb bazarlıq etdim, lazımi işlərimi
gördüm. Qayıdanda gördüm Şıx Mustafa baba bizdədir. Məni
görən kimi, dedi: “A bala, orada qabağına kim çıxdı?” Dedim:
“Ay baba, iki qadın, bir kişi çıxdı, sənə nəzir göndərdilər”. Belə
deyib, yan otağa keçdim, oradan xərclədiyim qədər pul götürüb
qoydum bu pulun üstünə və 60 manatı gətirib Şıxın qabağına
qoydum. Mustafa baba gülə-gülə dedi: “A bala, elə bilirsən
mən bilmədim sən pulu yan otaqdan götürdüyünü? Götür
pulun hamısını qoy cibinə, halal xoşun olsun. O pulu sənə mən
göndərdim. Gördüm yad yerdə darda qalmısan, Rəbbimə dua
etdim ki, sənə pul yetirsin. O da duamı qəbul edib, bizə çatası
nəziri sənə yetirdi, halal xoşun olsun, çox əziyyətimi çəkmisən”.
Nə qədər israr etsəm də, övliya pulu götürmədi.

Bir dəfə də Şıx Mustafa baba bir stəkan suya dua oxuyub,
üfürdü, verdi mənə ki, iç. Suyu içəndə əlim titrədi, sudan bir neçə
damcı çənəmə düşdü. Səhər yuxudan duranda gördüm həmin su
damcısı düşən yerlərdə üstən aşağı sırayla ət xalları düzülüb –
müsahibim dodağından çənəsinə qədər düzülmüş ət xallarını
göstərir – Bu hadisədən sonra hamilə qaldım və oğlum dünyaya
gəldi. Maraqlıdır ki, yeni doğulan körpənin də çənəsində ət
xalları eyni yerdə, eyni formada düzülmüşdü...

282

Övliyalar Ensiklopediyası

PİR ABDULKƏRİM

“Sən də ağlını başına topla, övliyaların öyüd və
nəsihətlərini canla-başla dinlə, üzüntü və qorxudan qurtul,
mənəvi rahatlığa qovuş! Vəlilərin sözləri abi-həyat dolu
camdır, ondan doya-doya iç ki, qəlbində mənəvi çiçəklər, güllər
açılsın! Allah dostlarının hüzurundan uzaqlaşsan, həqiqətdə
Allahdan uzaqlaşarsan” (Mövlanə Cəlaləddin Rumi).

Mövlanənin tapşırığına əməl edərək, Allaha
yaxınlaşmaq üçün Pir Abdulkərim babanın
hüzuruna getdim. Övliyanın məqbərəsi Qobustan rayonunun
Nabur kəndində, dağlıq ərazidə yerləşir. Deyilənə görə keçmiş
zamanlarda övliya burda qeyb olmuşdur (düzgününü Allah
bilir). Bu məkanı XVIII əsrdə Şıx Eyyub babanın tapşırığı ilə
el arasında “Xəlfə İsmayıl” kimi tanınan müridi təsbit etmişdir.
Əhvalat belə olmuşdur ki, Şamaxıda yaşamış övliya Şıx Eyyub
baba (1730-1797) müridi İsmayıla bu yeri nişan verərək, deyib
ki, sürülərin orada çətinə düşüb, çobanlar səni gözləyir, tez özünü
çatdır. Xəlfə İsmayıl mürşidinin sözü ilə həmin bu yerə gəlsə də,
nə sürünü, nə də çobanları görür. Bir az var-gəl etdikdə, yerdən
bir işıq (nur) zolağının qalxdığını görür. Əvvəl bunu alov bilir.
Amma, işığa doğru əlini uzatdıqda, bunun alov deyil, bir nur
olduğunu başa düşür. Həmin yerdə namaz qılır və yeri itirməmək
üçün, ora bir ağac basdıraraq gedir.

283

Paşa Yaqub

Gördüyünü mürşidinə danışır. Şıx Eyyub baba deyir bu
gecə yuxumda PirAbdulkərim baxımsızlıqdan və mal tapdağında
qalmasından mənə gileyləndi. Mən də səni göndərdim ki, görüm
öz hiknmətini sənə də göstərəcəkmi? Rast ki, görmüsən, bu
gündən səni ora mücövürçü təyin edirəm. Oranı qoru və gələn
xəstələrə, çarəsizlərə dua elə.

Xəlfə İsmayıl mürşidinin tapşırığına əməl edir və çox
keçmir ki, həmin yerdə günbəz tikdirir. Elə həmin vaxtdan da
bölgənin inanclı insanları bir problemləri, sıxıntıları olanda
gəlib burada dua edirlər. Zaman-zaman ziyarətçilərin bura üz
tutmasından görünür ki, Pir Abdulkərim babanın kəramətindən
faydalanan çoxdur. Ziyarətgahda olarkən söhbət etdiyimiz
zəvvarlar da pirdəki kəraməti təsdiq edən əhvalatlar danışdılar.
Onlardan bəzilərinin söhbətlərini sizə təqdim edirəm:

Birinci ziyarətçinin dedikləri:
- Qorxu keçirmişdim, çox narahat olurdum, gecələr
yuxudan diksinib oyanırdım. Bir gün gəlib Pir Abdulkərim
babanın günbəzində yatdım. Həmin vaxt yuxuda gördüm ki,
günbəzdə övliyanın yanında uzanmışam, məndən soruşur ki,
yatmısan? Dedim yox, uzanıb dincəlirəm. Dedi: “Dincəl, daha
qorxun olmayacaq”. Həmin anda yuxudan ayıldım. Həqiqətən
də ondan sonra məndə bir daha diksinmə, qorxma olmadı.

284

Övliyalar Ensiklopediyası

Keçid daşı

Pir Abdulkərim ziyarətgahında ortasında deşik olan yumru
bir daş mövcuddur. Adına keçid daşı deyilir. Zəvvarlar niyyət
tutub bu daşdakı deşikdən keçirlər. Deşiyin giriş hissəsi bir
qədər geniş olsa da, çıxış hissəsi çox dardır. İlk baxışdan adama
elə gəlir ki, buradan çıxmaq olmaz. Daşdan keçən insanlara
fikir verəndə xəyalımda ananın dünyaya uşaq gətirməsi prosesi
canlandı. İnsanlar çıxdıqları yerə qayıdıb baxanda öz-özlərinə
təəccüblü gəlir ki, mən
buradanmı çıxdım? Zəvvarlar
deyirlər ki, buradan keçəndən
sonra özümüzdə mənəvi
cəhətdən yüngülləşmə hiss
edirik, sanki, dünyaya yenidən
gəlmiş kimi oluruq.

Keçid daşı barədə
zəvvarlardan biri başına gələn
maraqlı bir əhvalatı danışır:

Pir Abulkərimin gümbəzi
- Oğlum dörd il idi
ki, ailə qurmuşdu, uşağı olmurdu. Dedilər qorxuluğu olub,
Pir Abdulkərim ziyarətghındakı daşdan keçirdin, sağalacaq.
Deyilənə əməl etdik. Həqiqətən də, qayıdandan sonra, gəlin
hamilə qaldı və nəvəm dünyaya gəldi.

Buranı ziyarət edən vaxt başqa bir maraqlı əhvalatın da
şahidi olduq – deyə, müsahibim söhbətini davam etdirir: - Bizi

285

Paşa Yaqub

bura kəndimizdən Mehdi adlı bir sürücü gətirmişdi. O, pirə
içkili halda gəlmişdi və keçid daşından keçənlərə baxıb, lağ edib
gülürdü. Qayıdandan sonra Mehdi xəstəliyə düşdü, üşütmə-
qızdırma ara vermirdi. Həkimlər malyariya xəstəliyinə qarşı çox
müalicə etsələr də, nəticəsi olmadı. Bir gün övliya nəslindən bir
nəfər ona dedi ki, səndə heç bir xəstəlik yoxdur, keçid daşına lağ
etdiyinə görə bu hallar səndə baş verir. Get piri ziyarət elə, daşdan
keç, sağalacaqsan. Mehdi deyiləni etdikdən sonra, həqiqətən də
üşütmə-qızdırması keçib getdi.

Pirin mücövürçüsü söhbət edir ki, bir gün günbəzdə
oturmuşdum, mənə dedilər ki, keçid daşının yanında ilan bir
gəlinin ətəyindən tutub, buraxmır. Gəldim ilanı araladım. Sonra
gəlini kənara çəkib, söhbət edəndə məlum oldu ki, qüsul etməmiş
gəlibmiş, ona görə ilan daşdan keçməyə imkan verməyib.

Abdulkərim baba bizi bir oğulla müjdələdi

Qobustan rayonu, Nərimankənd sakini:
- Altı qızım vardı. Oğlum da olmasını arzulayırdım. Bir
gün qızlarımdan biri dedi ki, Pir Abdulkərim babanı yuxuda
gördüm, dedi qardaşın olacaq, aş dəmləyib, gətirib pirdə mənə
ehsan verərsiz. Sonra da balaca bir qazan göstərib, deyib bunda
da əriştə bişirib gətirərsiz. Maraqlıdır ki, göstərdiyi balaca
qazandan evimizdə vardı. Bu söhbətdən sonra ailəmizdə oğlan
uşağı dünyaya gəldi. Mən aşı və əriştəni bişirib, gətirib pirdə

286

Övliyalar Ensiklopediyası

ehsan verdim.
Mərəzə qəsəbə sakini:
-Övliyalara inamım, etiqadım böyükdür. Ata-babalarımız

daim bu bölgədə yaşayan övliyalara mürid olublar, onların
xidmətində durublar. Mən də bu yolu davam etdirmyə çalışıram.
Oğlum olmasını çox arzulayırdım, bu məqsədlə ziyarətgaha
gəlib, Allaha dua etdim. Bir gün yuxuda Pir Abdulkərim baba
mənə iki alma verdi. Ondan sonra iki oğlum dünyaya gəldi.

Bir gün də həyat yoldaşımla öz maşınımızda evə gəlirdik,
gecə vaxtı idi, “Diri baba” pirinin yanından keçəndə gördüm pirin
qarşısında bir ağ paltarlı, bəstəboy, nurani kişi dayanıb, əlində
təsbeh vardı. Yoldaşıma dedim saxla maşını, baxaq babaya,
bunu bizə Allah qismət edib. Dayanıb tamaşa etdik. Üzü qibləyə
dayanıb Əzan verirdi, çox məlahətli səsi vardı, adamı riqqətə
gətirirdi. Əzanı qurtarandan sonra yolumuza davam etdik.

287

Paşa Yaqub

DİRİ BABA

Diribaba türbəsi   Şamaxı  rayonunun  Mərəzə  kən-
dində (indiki  Qobustan şəhərində), dağın döşündə
tikilmiş ikimərtəbəli türbədir. Birinci mərtəbədə iki otaq
vardır. Bu otaqlar cənub tərəfdən fasadda iki çatmatağla qeyd
edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan
çatma formasındadır. Ondan sağdakı kiçik kvadrat otağın tavanı
isə, səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı çatmatağlı
çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır.

İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan
ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir.
Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin
dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla
bəzədilmişdir.

Böyük otağın fasada açılan, eləcə də Şərq və Qərb tərəfə
baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış
iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir.
Təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu
abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.

Bu binada memarın bir sıra maraqlı yaradıcılıq
xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik
formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi,
qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin

288

Övliyalar Ensiklopediyası

ciddiliyini qeyd etməsi,
daxili fəza boşluqlarının
düzgün təşkili, daxili
həcmlərin tapılmış nisbət-
ləri, dekorativ oymaların
gözəlliyi və sairəni
göstərmək olar.

Binanın mərtəbə- Diri baba türbəsi
lərini bir-birindən ayıran
dekorativ yazı kəmərində
abidənin tarixi hicri 805-
ci il (miladi  1402) kimi
göstərilmişdir.

Günbəzli salonun tromplarının hörmə naxışları
öz gözəlliyi və məharətlə işlənməsi  Şirvanşahlar saray
kompleksinin  eyni tipli dekorativ işləri səviyyəsindədir. Bu
trompların birində həkk edilmiş yazıya görə, bu türbə ustad
Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq
üslubu onu XV əsrdə  Bakıda  inşa edilmiş görkəmli abidələr,
xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.

Türbə özünün fövqəladə görkəmi və plan quruluşuna
görə hələ XVII-XIX əsrlərdə Azərbaycanda olmuş
səyyah və memarların diqqətini özünə cəlb etmişdir.
1636-cı il dekabrın 30-dan 1637-ci il martın 27-nə qədər Şamaxıda
olmuş Holştiniya hersoqluğunun elçisi və səyyah Adam Oleari,
Diri Baba türbəsi haqqında qısa, lakin dəyərli məlumat verir.

289

Paşa Yaqub

O hətta türbənin qapısı üzərində olan kitabənin oxunmasına
cəhd belə göstərmiş, lakin onu düzgün oxuya bilməmişdi.
XIX əsrin 60-cı illərində Azərbaycanda olan Peterburq
Universitetinin şərq fakültəsinin professoru, məşhur şərqşünas
B.Dorndəburadaolarkənhəmintürbəiləmaraqlanmışdır.Çünkibu
abidə istər inşa edildiyi mövqe, istərsə də özünün tip xüsusiyyətləri
və memarlıq xüsusiyyəti etibarilə nadir təsadüf edilən abidədir.
Bu, qayada qurulmuş nəhəng qartal yuvasına bənzəyən abidə
ağ ahəng daşından tikilmişdir və qəribə, qeyri-adi və cazibədar
memarlıq gözəlliyi var. Türbəyə getmək üçün dərədən keçmək
və düz divar kimi, yüksəyə dırmaşmaq lazımdır. Memar abidəni
yerləşdirmək üçün, dərənin kənarındakı qayada süni mağara açmış
və abidə onun içində inşa olunmuşdur. Məhz buna görə də, abidənin
yalnız bir fasadı var, qalan tərəfləri isə qayanın içərisindədir.
Türbə haqqında bır sıra rəvayətlər var. Rəvayətə görə, 1918-
ci ildə ermənilər bölgədə qırğınlar törədən zaman üç qadın
qucağında körpəsi ilə son ümid yeri kimi Diri Baba türbəsində
gizlənib. Ermənilər onları təqib etsələr də, türbənin içərisində tapa
bilməyərək, daha doğrusu, onları görməyərək, geri qayıdıblar.

Qeyd edək ki, abidədə ötən əsrin 70-ci illərində bərpa işləri
aparılıb, bununla yanaşı, burada yeni bərpa işlərinə ehtiyac var.

İstər-istəməz ortaya maraqlı bir sual da çıxır. Diri Baba
kimdir? Bəzi mənbələrə görə, Diri Baba dövrünün böyük sufi
övliyalarından olan Seyid İbrahim nəslinin nümayəndələrindən
olub. Tanınmış Osmanlı səyyahı Övliya Çələbi “Səyahətnamə”
əsərində türbənin içərisində səcdə anında vəfat etmiş bir övliyanı

290

Övliyalar Ensiklopediyası

gördüyünü yazır: “Mən türbədə olduğum zaman bir övliyanın
səcdəyə getdiyini gördüm. Daha sonra sufi müridlərindən
öyrəndim ki, mənim gördüyüm övliya bir neçə il əvvəl dünyasını
dəyişib”.

“Səyahətnamə” əsərindən irəli gələn faktlar
səbəbindən həmin sufi aliminin Diri Baba olduğu barədə
məlumatlar yayılıb. Bundan başqa, Diri Baba haqqında
məlumatlar avropalı səyyahların da əsərində yer alıb.
Azərbaycnlı alim Seyid Rəşid Bakuvi isə Diri Baba türbəsi
haqqında verdiyi məlumatlarda göstərib ki, bu böyük İslam
aliminin məzarı Şirvandakı əsas sufi ocaqlarından biri olub.
Sufilik cərəyanının tarixən bu ərazidə geniş yayılması faktını
nəzərə alsaq, deyilənlərin həqiqətə yaxın olduğu qənaətinə gələ
bilərik.

Sufi dərvişlərinin ibadətgahı

Diri Baba XV əsrdə yaşasa da, sonrakı dövrlərdə də bu
böyük mütəfəkkirin türbəsi sufi dərvişlərin ibadətgah yerinə
çevrilib. Türbə ətrafında yerləşən sufi mağaraları bunun bariz
nümunəsidir. Tarixi mənbələr göstərir ki, ərazidə sufizmin başqa
qolları da mövcuddur. Aparılan araşdırmalara görə, sufizmin
xəlvətilik təriqətinin də böyük alimləri burada yetişib.

Xəlvətilik İslamda ən geniş yayılan sufi təriqətlərindən
biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkkülə
başlayan xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim
Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulub.

291

Paşa Yaqub

ŞEYX NURULLAH ƏFƏNDİ

Azərbaycanda yaşamış kəramətli övliyalardan biri də
Şeyx Nurullah Əfəndidir. O, Şəki rayonunun Baş-
Laysq kəndində yaşamış, burada da dəfn olunmuşdur. Onun
başdaşındakı kitabədə aşağıdakı sözlər həkk olunmuşdur:

“Məşhur alim, ləyaqətli davamçı, böyük müqəddəs,
ömrünü xalqın maariflənməsinə və rifahına həsr edən, mövlanə
Şeyx Nurullah Əfəndi b.rəhmətlik Seyyid Məhəmməd əli b. Səyyid
Nurullah b. Səyyid Siracəddin b. Səyyid Şeyx əl- İslam b. Səyyid
əs-Sədat Səyyid Mahmud əl-Əhmədi əl-Bədəvi əl-Hüseyni əl-
Ələviyi əl-Müstafavi”.

Əl-Hüseyni əl-Ələvi qoluna mənsub olması, Şeyx
Nurullah Əfəndiyə xüsusi güc, qüvvət verirdi. O, İmam Hüseynin
şəhadətindən mənəvi ilham alırdı. Bununla yanaşı, təsəvvüfü
biliklərini Nəqşibəndi Şeyxi Almalı Mahmud Əfəndinin
(1809-1876) yanında təkmilləşdirdi. Seyr və sülukunu burada
tamamladıqdan son­ra, irşad etmək üçün mürşidindən icazənamə
(xilafətnamə) aldı. Beləliklə, Şeyx Nurullah Əfəndi, sufiliyin
iki qolunu – Ələviliyi və Nəqşibəndiliyi özündə birləşdirdi.
Şeyxin yaşadığı dövrdə Azərbaycan Çar Rusiyasının əsarəti
altında idi və xalq bu işğala qarşı mübarizə aparırdı. Çar
hökuməti bu mübar­izənin qarşısını almaq və yaxud effektini
azaltmaq üçün təriqətlər arasında süni zid­diyyət yaradırdı ki,
birləşib, müqavimət göstərə bilməsinlər. Belə mürəkkəb ictimai-

292

Övliyalar Ensiklopediyası

siyasi vəziy­yətdə, ağıllı şeyx olan Nurullah Əfəndi, Ələviliklə
Nəqşibəndiliyi özündə birləşdirərək, müridizim hərəkatı yaratdı
və hər iki təriqətdən olan möminləri öz ətrafında birləşdirərək,
işğalçı reyimə qarşı müqavimətə rəhbərlik etdi.

Xatırladım ki, XVIII əsrdə və XX əsrin əvvəllərində
Ələviyyə qolu Bosniyada da yayıldı və Nəqşibəndiyyə ilə
birləşərək, xalqı öz ətrafında vahid cəbhədə birləşdirdi.

Şeyx Nurullah Əfəndinin günbəzindəki başdaşının
kitabəsinə ərəbcə aşağıdakı mətn həkk olunmuşdur.

“Bu qəbir mərhum, bağışlanmış, məşhur şeyx, böyük
ləyaqətli mürşid, hörmətli övliyaların görkəmlisi (qütbü),
əzəmətli başçıların və onun dünyəvi və axirət, su və qurudakı
bütün mərhəm­ ətlərini ümumiləşdirən yaxınların başçısı, bütün
həyatı boyu, gündüz işığında kor kimi həyatda qürurla şad-xürrəm
ötənləri öz hikmətilə fayd­ alandıran (yəni həyatda nöqsanlarını
görməy­ ənləri başa salan) Şeyx, mövlanə Şeyx Nurullah Əfəndi
b. mərhum Seyyid Məhəmmədəli b. Seyyid Nurullah b. Seyyid
Siracəddin b. əl-Hüseyni əl-Ələvi əl-Mustafavi. Ramazan ayı
1317-ci ildə (3.01-02.02.1900) vəfat etmişdir”.

Əhməd Bədəvi

Şeyx Nurullah əfəndinin baş daşındakı kitabədə diqqət
çəkən məqamlardan biri də burada övliya Əhməd
Bədəvinin adının çəkilməsidir. Qeyd edim ki, Əhməd ibn-

293

Paşa Yaqub

əli 1199 miladi ilində Fas şəhərində doğuldu. Əsasən Səyyid
Bədəvi adı (digər ləqəbi Şıxabəddin olub) ilə məşhur idi. Onun 6
yaşı olanda ailələri Məkkəyə köçdü. Az müddətdən sonra atasını
itirdi. O, uşaqlıqda “Quran”ı əzbərdən bilirdi, bütün həyatını
elmə həsr etdi. İraqdakı məşhur övliy­ aların - Əhməd Rifainin,
Əbdülqadir Gilaninin, Mənsur Həllacın, Cüneyd Bağdadinin
müqəddəs qəbirlərini ziyarət etdi.

Əhməd Bədəvi Tant şəhərində məskunlaşdı və böyük
səlahiyyətlər aldı. O, şeyx kimi bütünYaxın Şərqdə tanındığından,
hər tərəfdən yanına gəlirdilər ki, onun müridi olsunlar. O, namaz
qılırdı, 40 gün oruc tuturdu və gün ərzində bir ədəd zeytun
yeyirdi. Bütün bu günlər ərzində üzünü Allaha tutub, otururdu.

Əhməd Bədəvinin tutduğu yol, sufiliyin Ələviyyə qolu idi.
Bu qolun, sufiliyin digər qolu olan Nəqşibəndiyyədən fərqi o idi
ki, bu qol, imam Hüseynə və Həzrət Əliyə bağlanır və bu böyük
şəxsiyyətlərin etdikləri duaları, zikr mərasimlərini yaşadırdılar.
Nəqşibəndiyyə qolu isə, İmam Cəfər Sadiq, İmam Qasım, Salman
Farisi və Əbu Bəkr həzrətiləri vasitəsi ilə Həzrət Peyğəmbər
əfəndimizə bağlanır. Hər iki qol təsəvvüfə aid olduğundan, onlar
arasında elə bir prinsipial fərq yoxdur. Sadəcə, Ələviyyə qolunda
zikr mərasiminə başlarkən, “Gülbəndi” ilahisindən qabaq,
fasiləsiz olaraq 12 imamın adlarını çəkirlər: “Allah, Allah, qoy
gündüzlərimiz xeyirli, gecələrimiz bərəkətli olsun; qoy pis işlər
bizdən uzaq olsun; düşmənlərimiz cəzalansın; qoy 12 İmam bizə
kömək olsun; ərənlər onlardan ayrılmasın; qoy bizim arzularımız
həyata keçsin və dualarımız qəbul olsun; peyğəmbərlərin nuru,
Əlinin köməyi, müqəddəs Məhəmməd Bəhaəddin Üveysi və digər

294

Övliyalar Ensiklopediyası

müqəddəslərin xeyir-duası üstümüzdən əskik olmasın”.

Xristianların müqəddəs hesab etdikləri IX Lüdovik,
Afrikanın şimalını işğal edəndə, Əhməd Bədəvinin rəhbərliyi
ilə, sufiliyin Ələviyyə qolu bu işğala qarşı mübarizəyə qalxdı.

Əhməd Bədəvi hicri 675-ci ildə (miladi 1276) Misirin
Tant şəhərində vəfat etdi. Həmin şəhərdə olan qəbri və adına
olan məscid ən böyük ziyarətgahlardan sayılır. Onun “Salavat”,
“Vəsiyyət”, “Əl-Əkbər fi-xəlli əl-fazil”, “Qayət əl-ixtisar”
əsərləri qalıb.

Səyyid Bədəvinin davamçıları olan ailmlər dünyanın bir
çox yerlərində, o cümlədən Azərbaycanda da yaşayıb, yaradıblar.
Bunlara misal olaraq, Şəki rayonunun Baş Laysq kəndində
yaşamış və məzarı ziyarətgaha çevirilmiş, məşhur övliya Şeyx
Nurullah Əfəndinin, həmin rayonun Baqqal kəndində yaşamış,
qəbri ziyarət olunan Mahmud Axund Babanın və Baş Şabalıd
kəndində yaşamış böyük övliya Şeyx Əhməd Əfəndinin adlarını
çəkmək olar.

Şeyx Nurullah əfəndinin qəbri olan günbəzin üzərindəki
daş kitabıdə ərəbcə aşağıdakı sözlər yazılıb:

“Bu mübarək məqbərəni İlisulu ustad İbrahim bina etdi:
1317(1900) il”.

Övliya Nurullah Əfəndinin kəramətinə dair dəlillər bu
gün də göz önündədir. Belə ki, bir gün o, Baş Laysk kəndinin
qırağındakı meşədə imiş. Namaz vaxtı çatanda, dəstəmaz almaq
istəyir, lakin su tapmır. Bu vaxt Allaha dua edib, əlindəki əsanı

295

Paşa Yaqub

yerə vurur. İlahinin qüdrətindən həmin yerdən bulaq qaynamağa
başlayır. Bu gün də həmin bulaq “İstəmə bulağı” adı ilə
mövcuddur.

Nurullah Əfəndinin Məhəmmədəli, Məhəmm­ əd və
Abdullah adında bizə məlum olan üç oğlu, Maral adında bir
qızı olmuşdur.

296

Övliyalar Ensiklopediyası

ÇƏRŞƏNBƏ OCAĞI

Çərşənbə ocağı adı ilə tanınan ziyarətgah Oğuz
rayonunun Kərimli kəndində yerləşir. Əsasən ilaxır
çəşənbədə kütləvi şəkildə ziyarət olunduğundan, bura Çərşənbə
ocağı, yaxud, Çərşənbə piri adlandırılır.
Pirdə olarkən ziyarətçilər mənə başlarına gələn maraqlı
əhvalatları danışdılar. Onlardan birinin – Məmmədova Kişbər
Bayram qızının söhbətini oxucularıma təqdim edirəm:

- Bir səhər gördüm həyət darvazası döyülür. Açanda üç-
dörd nəfərin qapıda dayandığını gördüm. Dedilər bizi bura sənin
İrkutskda yaşayan oğlun göndərib. Söhbət əsnasında məlum oldu
ki, bunların yaxın adamları mənim oğlumla Rusiyada bir yerdə
işləyirmiş. Bir gün əsəbləri pozulub. Müalicə effekt verməyəndə
oğlum bunlara danışıb ki, kəndimizdə “Çərşənbə piri” adlanan
bir pir var, əsəb xəstələri ora gedəndə sağalırlar. Bu xəstəni aparın
bizim kəndə, anama deyin, sizinlə getsin həmin pirə, bəlkə xeyri
oldu.

Oğlumun xahişini nəzərə alıb, gələn qonaqlarla kəndimizin
qəbiristanlığında olan həmin Seyid qəbrini ziyarətə getdik.
Pirdə molla yox idi. Biz qəbrin ətrafında bir az oturduq. Xəstə
anlaqsız vəziyyətdə idi, qolundan tutub saxlamışdılar. Dedim
xəstəni qəbrin başına fırladın. Sonra qəbrin üstündəki balaca
daşı götürüb, xəstənin üzünə, başına sürtdüm. Bu vaxt xəstənin
halı, sifətinin mimikası dəyişdi, başının tükləri biz-biz durdu.

297

Paşa Yaqub

Belə olanda çox qorxdum, ürəyimdə özümü qınadım ki, mən
niyə belə elədim, bu dəlidir, bu saat məni öldürəcək. Amma,
Allaha şükür ki, hirslənmədi, sakit oturdu qəbrin yanında. Hiss
olunurdu ki, əvvəlki kimi narahat deyil. Bir azdan valideynləri
dedilər, durun, gedəyin evimizə. Xəstə oğlan dedi burada
“Quran” oxunmasa, mən getməyəcəm. Maşınla gedib mollanı
gətirdilər. “Quran” oxunarkən, xəstəni yuxu tutdu. Bir-iki
saatdan sonra ayıldı. Artıq əvvəlki adam deyildi, anlaqlı şəkildə
söhbət etməyə başladı. Gələnlər sevinə-sevinə öz evlərinə, mən
də öz evimə qayıtdım.

Həmin gecə qorxulu bir yuxu gördüm: ağ paltarlı, ağ
əmmaməli nurani bir kişi gəldi. Dedi bugünkü səhvinə görə
səni cəzalandırmağa gəlmişəm. Soruşdum ki, səhvim nədir?
Dedi: “Birincisi, ziyarətinə gəldiyiniz övliyanın ruhuna Quran
oxunmadan, suya verilmədən daşı götürüb xəstəyə sürtdün,
ikincisi, sən dəstəmazlı olmadığına görə daşa əlini vura
bilməzdin. Odur ki, sən cəzalanmalısan”. Belə deyib, əlindəki
murdar şeyi mənə verərək, “Bunu yeməlisən” – dedi. Mən onun
qarşısında diz çöküb: “Səhv etmişəm, məni bağışla” - dedim. Bu
vaxt həmin adam yox oldu və mən yuxudan ayıldım. Ayılandan
sonra səhvimi başa düşdüm və üzr istədim.

Qeyd: müsahibim xəstənin adını və ünvanını desə də,
müxtəlif səbəblərdən burada qeyd etmədim.

298

Övliyalar Ensiklopediyası

Ərəb müəlliflərinin sözünə uyub az qala

uşağımı öldürəcəkdim

Məmmədova Xuraman Əjdər qızı başına gələnləri belə
nəql edir:

- Təzə gəlin olan vaxtlarımda yuxuda gördüm ki, dağın
başında, böyük bir qəbrin yanındayam, yalvarıram ki, “Ay Zində
baba, səndən bir oğul istəyirəm”. Bir neçə gün dalbadal bu
yuxunu gördüm. Aradan bir müddət keçdikdən sonra oğlum
dünyaya gəldi.

Zində babanın kim olduğunu, harada dəfn olunduğunu
öyrənmək istəsəm də, buna nail ola bilmirdim. Günlərin birində
həyətə dilənçi girdi, qaynanam ona nəzir verərkən, evə dəvət etdi
ki, bir stəkan çay içsin. Dilənçi dedi: “Tələsirəm, Zində babanı
ziyarətə gedirəm”. Dedim: “Kimi ziyarətə gedirsən?” Dedi:
“Zində babanı”. Dedim: “Neçə ildir mən onu axtarıram, tapa
bilmirəm”. Dedi: “Quba yolunun üstündə, dağın başındadır”.
Mən ona nəzir verdim ki, ziyarətgaha qoysun.

Nəhayət, aradan bir müddət keçdi, uşaq beş yaşa çatanda
sudurğa keçirdi, ölüm ayağında oldu. Əl açdım göyə, dedim:
“Ya Rəbbim, bu uşaq ayılsın, birinci sinfə gedən gün kəndimizdə
olan, “Çərşənbə” pirində qurban kəsərəm”.

Allah duamı qəbul etdi, həmin andaca uşaq ayıldı.
Böyüyüb, birinci sinfə gedəsi oldu. Əhdimə əməl edərək, qurban
kəsməli idim. Məscidə gedən və ərəblərin kitablarını oxuyan

299

Paşa Yaqub

kişi qohumlarım qurban kəsməyə icazə vermədilər. Dedilər
ərəb müəlliflərinin kitablarında pirdə qurban kəsməyi qadağan
edirlər.

Uşaq üç gün dərsə gedəndən sonra, sağ biləyinin
aşağısından çiban çıxdı, dörd ay əlinə qələm ala bilmədi,
yoldaşları əlifbanı öyrənib başa çatanda bu ilk hərfləri yazmağa
başladı. Aradan bir il də keçdi, yenə də qurbanı kəsməyə icazə
vermirlər...

...Ürəyimə dammışdı ki, bu il də uşağa nə isə olacaq.
Sentyabrın birində uşaq məktəbli formasını geyib ikinci sinfə
yola düşürdü ki, pilləkəndən düşəndə ayağı ilişib yerə yıxıldı.
Tərs kimi, yerdə, pilləkənin düz qabağında şüşə butılkanın qırığı
varmış. Bu, heç vaxt olmayan bir hal idi ki, yarıdan qırılmış
butılka oturacaq hissəsi aşağı, sınıq hissəsi bıçağın ucu kimi
ağzıyuxarı halda pilləkənin qabağında durubmuş. Sanki, kimsə
qəsdən bunu bura qoymuşdu. Həmin bıçağabənzər butılka
uşağın çənəsinin altından necə batdısa, məktəbli forması al
qana boyandı. Təcili, yardım çağırdıq, şüşəni çıxarıb, yarasını
sarıdılar. Yaxşı ki, səs telləri zədələnməmişdi...

Yenə də evdə qurban kəsib-kəsməmək üstündə söz-söhbət,
mübahisələr qızışdı və kişilər imkan vermədilər ki, əhdimə əməl
edəm. Beləcə, daha bir il də ötdü...

Uşağın üçüncü sinfə getməsinə saylı günlər qalırdı.
Yenə də ürəyim əsirdi ki, görəsən bu il nə baş verəcək? Allaha
yalvarırdım ki, heç nə olmasın. Nə isə... Məktəb başlanmasına
üç gün qalmış uşaq meyvə ağacından yıxıldı, sağ qolu qırıldı. Bu

300


Click to View FlipBook Version