The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

551

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar.
Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır
və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və
yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.

Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fər­
ziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta
siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər
də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər
Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir
ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə
yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər.
Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar mən­
dən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün
vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimiz­
dir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiy­
yət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses
daim davam etsin.

Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dia­
loqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk.
Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm
mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən bey­
nəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar
forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri – bütün bunlar
bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçiril­
məsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli
zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar ol­
sun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə,
Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar,
qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir.
Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrü­
bəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli
töhfəsini verir və verəcəkdir.

Bir daha demək istəyirəm ki, biz Azərbaycanda bütün məsələlə­
ri ardıcıllıqla, məqsədyönlü şəkildə həll edirik. Bizim siyasətimi­
zin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını
Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla

552

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr
uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem – Ermənis­
tan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiy­
yatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə
istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı
tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik.
Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqla­
rında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasın­
lar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda – İrə­
van xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar.
Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş
öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm
ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda
Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər
məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz
ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.

Mən bir daha Sizi və bütün Azərbaycan xalqını bu tarixi hadisə
– Heydər məscidinin açılışı münasibətilə ürəkdən təbrik etmək istə­
yirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il bayramı gəlir. Bu bayramlar münasibətilə bütün Azərbay­
can xalqını təbrik etmək istəyirəm. Azərbaycan xalqına rifah, sülh,
tərəqqi arzulayıram. Sağ olun.

553

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

HEYDƏR MƏSCİDİNİN AÇILIŞINDA İŞTİRAK ETMƏK
ÜÇÜN RUSİYA FEDERASİYASININ ŞİMALİ QAFQAZ
RESPUBLİKALARINDAN GƏLƏN DİN XADİMLƏRİ İLƏ
GÖRÜŞ

26 dekabr 2014-cü il

Prezident İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz
respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açı­
lışında iştiraklarına görə təşəkkür etdi və bunu xalqlarımız arasında
dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirdi. Belə tədbirlə­
rin Qafqaz müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdığını və
regionda sülhə və sabitliyə xidmət etdiyini deyən dövlətimizin baş­
çısı qonaqların təmsil etdikləri Şimali Qafqaz respublikalarında ge­
dən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdır­
dı. Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymət­
ləndirən Prezident İlham Əliyev tarix boyu xalqımızın öz dini-mənəvi
dəyərlərinə sadiq qaldığını vurğuladı. Prezident İlham Əliyev dinin
azad olduğu müasir dövrdə mövcud olan təhlükənin – müəyyən
dairələrin gəncləri öz tarixi köklərindən ayırmaq cəhdlərinin oldu­
ğunu söylədi və bu prosesin qarşısının alınmasında, eləcə də gənc
nəslin milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında
dini liderlərin rolundan, həmçinin dinlərarası dialoqun genişləndi­
rilməsinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı qonaqları
qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Ru­
siya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni
məscidin açılışında iştiraka dəvətə görə minnətdarlığını bildirdi.
Qonaq Heydər məscidinin çox gözəl tikildiyini və öz əzəməti ilə
Ulu Öndər Heydər Əliyevin adına layiq olduğunu söylədi. İsmayıl
Berdiyev qeyd etdi ki, Azərbaycanda belə bir möhtəşəm məbədin
istifadəyə verilməsi Heydər Əliyev müdrikliyini yaşadan Prezident
İlham Əliyevin xidmətləri sayəsində mümkün olub. Belə məscid­
lərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün
Tanrıya dua etdiklərini və dualar zamanı işğal altındakı Qarabağ
torpağını unutmadıqlarını bildirən İsmayıl Berdiyev, bu məsələnin
tezliklə həllini tapacağına əminliyini ifadə etdi.

554

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

2015

555

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı
münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən
təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Tarixən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayən­
dələri qarşılıqlı anlaşma və hörmət şəraitində, əmin-amanlıq, dost­
luq və qardaşlıq mühitində yaşamışlar. Təsadüfi deyil ki, Azərbay­
can dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədə­
niyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik
ölkə kimi tanınır. Bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlif­
liyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi Azərbay­
canda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən
biridir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı xalqla­
rın və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həm­
vətənlərimiz Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək,
ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş cəmiyyəti quru­
culuğunda, respublikamızın inkişafı və tərəqqisi naminə aparılan
böyük quruculuq işlərində yaxından və fəal iştirak edirlər.
Özündə yeniliyi, həmrəyliyi və əmin-amanlığı təcəssüm etdirən
Milad bayramı xristian icması tərəfindən hər il ölkəmizdə yüksək
əhval-ruhiyyə və təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə
bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoş­
bəxtlik və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2015-ci il

556

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS SOFİYA KİLSƏSİNDƏ
Sofiya şəhəri, 4 mart 2015-ci il

Prezident İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfəri
çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

Bolqarıstan paytaxtının mərkəzi hissəsində yerləşən Müqəddəs
Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb edən ən qədim məbədidir.

Kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlə­
timizin başçısına məlumat verildi ki, tarixi mənbələrdə burada ilk
kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd im­
perator I Konstantin tərəfindən daha da genişləndirilib. Sonrakı
əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qa­
lıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib.
Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı impe­
riyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə ye­
tirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir
ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəd­
dən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca
mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq
bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu
göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi
Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır.

Prezident İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini
yazdı.

557

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKANA RƏSMİ SƏFƏRİ

6 mart 2015-ci il

Vatikana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəd­
dəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkib­
də görüşü olub.

Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlı­
ğın səviyyəsindən məmnunluq ifadə edildi. Azərbaycanda bütün
dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icma­
lar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdü­
yü bildirildi. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin
olduğu diqqətə çatdırıldı. Bu sahənin inkişafına xüsusi diqqətin
göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək
səviyyədə olduğu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü­
naqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

558

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKANDA KATOLİK KİLSƏSİNİN RƏHBƏRİ
PAPA FRANSİSK İLƏ GÖRÜŞ

6 mart 2015-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fran­
sisk ilə görüşüblər.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vati­
kanda rəsmi qarşılanma mərasimi oldu.

559

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva
və Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə Azərbay­
can ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən
məmnunluq ifadə edildi. Münasibətlərimizin yaxşı perspektivləri­
nin olduğu vurğulandı. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək
qiymət və mühüm əhəmiyyət verdiyi bildirildi. Mədəniyyətlərarası
və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlət­
lərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oy­
nadığı diqqətə çatdırıldı. Ölkəmizdə nümunəvi tolerantlıq mühiti­
nin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və
əmin-amanlıq şəraitində yaşadığı bildirildi.

Söhbət zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva­
nın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikan­
da həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğu­
landı.

Görüşdə qarşılıqlı hədiyyələr təqdim edildi.

560

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BƏRDƏ TÜRBƏSİNDƏ APARILAN TƏMİR İŞLƏRİNİN
GEDİŞİ İLƏ TANIŞLIQ

12 mart 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə tür­
bəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nü­
mayəndələrindən olan Əhməd bin Əyyub əl-Hafiz Naxçıvani tərə­
findən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüs­
tü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Türbə daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvarı gün­
bəzdən, yeraltı hissəsində dəfn üçün ayrılmış sərdabadan, yerüstü
hissəsi isə xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı
işğal etmələrindən sonra abidənin kitabələri dağıdılıb, üzərində ərəb
əlifbası ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər baxımsız qalan
türbənin qala qapıları uçub dağılmış, özü bərbad vəziyyətə düşmüş,
həyətyanı sahədə ağaclar qurumuş və yaxud qırılıb məhv edilmişdi.
Abidənin ərazisinin xeyli hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olu­
naraq müxtəlif məqsədlər üçün istifadə edilirdi.

561

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Sonralar tariximizin yadigarı, əsrlər boyu yadelli istilaçılara bo­
yun əyməyib bu günümüzədək gəlib çıxan türbənin ətrafı təmiz­
lənmiş, zəbt olunmuş həyətyanı sahələr geri alınmış və bir sıra
əlavə işlər görülmüşdü. Buna baxmayaraq, türbənin bərpası və tə­
miri mümkün olmamışdı.

Nəhayət, tarixi keçmişimizə, abidələrimizə həssaslıqla yanaşan
Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonun­
da başlanan genişmiqyaslı abadlıq və bərpa işləri türbənin təmiri­
ni gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında
Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti
tərəfindən Bərdə türbəsində bərpa işlərinə başlanıb və bu proses
davam etdirilir. Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytar­
maq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyət­
yanı sahədə abadlıq-tikinti işləri aparılır.

562

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI FRANSİSK HƏZRƏTLƏRİNƏ

Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblə­
rinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın, mul­
tikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə müvəf­
fəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə
sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və
həmrəyliyə xidmət edəcəkdir.
Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü,
apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, müqəddəs
missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq
diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2015-ci il

563

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ
BAŞ KATİBİNİN ADINDAN VERİLMİŞ NAHARDA NİTQİ

Səudiyyə Ərəbistanı, Ciddə şəhəri
6 aprel 2015-ci il

Əlahəzrət Şahzadə.
Cənab baş katib.
Əziz dostlar.
Əvvəlcə, göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bil­
dirmək istərdim. Səudiyyə Ərəbistanında yenidən olmağımdam
çox şadam. Dünən gözəl ölkənizə rəsmi səfərim başlayıb. Əlahəz­
rət, Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə
ikitərəfli münasibətlərimizə dair bir çox məsələləri və regional pro­
sesləri müzakirə etmək şərəfinə nail oldum.
Biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik.
Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş və dostdurlar. Bütün
beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və
dəstəkləməkdə davam edəcəyik.
Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iq­
tisadi və siyasi əməkdaşlığa dair müxtəlif layihələri, qarşılıqlı ti­

564

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

carətin, həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi
tərəfdaşlığımızı siyasi əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq.
Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının iş adam­
larından ibarət böyük nümayəndə heyəti və noyabr ayında Sizin
ölkəyə yollanacaq bizim nümayəndə heyətimiz, fikrimcə, iqtisadi
əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq. Başqa sözlə,
əminəm ki, səfərim ölkələrimiz arasında qardaşlıq münasibətlərini
daha da möhkəmləndirəcək.

Bu gün, həmçinin Azərbaycanın fəal üzv olduğu İslam Əmək­
daşlıq Təşkilatında olmaq mənim üçün böyük şərəfdir. Cənab baş
katib, artıq qeyd etdiyiniz kimi, son bir neçə il ərzində Azərbaycan­
da nazirlər səviyyəsində müxtəlif görüşlər keçirilib. Azərbaycan İs­
lam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol oynamağa
və dünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır. Cənab baş
katib, düzgün qeyd etdiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğumuz zaman biz
BMT ilə İƏT arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət ye­
tirirdik və beləliklə, təşkilatımızın fəaliyyətinə daha çox diqqətin
cəlb edilməsinə nail olduq.

Fürsətdən istifadə edərək, ölkəmizin BMT-nin Təhlükəsizlik Şu­
rasına qeyri-daimi üzvlük üçün Azərbaycanın namizədliyinə ver­
diyi güclü dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkürü­
mü bildirmək istəyirəm. Həmin vaxt mən çox aydın şəkildə bəyan
etdim ki, əgər seçilərsə, Azərbaycan nəinki özünü, eləcə də bütün
müsəlman aləminin ölkələrini təmsil və müdafiə edəcək.

Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışa­
cağıq. Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul
edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki oyunlar
təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəl­
man aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq.
Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürmə­
liyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gün­
dəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından
öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələri­
mizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlü­
yündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini,

565

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda
biz bu cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi
dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səu­
diyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir.
Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün
əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nüma­
yiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim
etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar,
sərgilər və digər mədəni tədbirlər təşkil etmişik.

İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan
verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirmə­
liyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu
bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümü­
zü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün
daha fəal olmalıyıq.

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəl­
man qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlə­
rimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəru­
ri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm
ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam
Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq.

Mən göstərilən qonaqpərvərliyə görə bir daha Səudiyyə Ərəbis­
tanının rəhbərliyinə və İslam Əməkdaşlıq Təşkilatına öz minnət­
darlığımı bildirmək istəyirəm. Dünəndən etibarən burada özümü
öz evimdəki kimi hiss edirəm. Bu, qardaşlığımızın təzahürüdür və
əməkdaşlığımızın mahiyyətidir.

Bir daha çox sağ olun. Sizin hamınızı Azərbaycana səfərə dəvət
edirəm.

566

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM DÜNYASININ ƏSAS MÜQƏDDƏS ŞƏHƏRİ
MƏKKƏDƏ ÜMRƏ ZİYARƏTİNDƏ

6 aprel 2015-ci il

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva
və ailə üzvləri xüsusi zəvvar libası geyinərək əl-Həram məscidinə
gəldilər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və
əzəməti ilə insanı heyran edir.

Ziyarətgahın yüksək səviyyəli din xadimləri dövlətimizin başçı­
sını mehribanlıqla qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxs­
lər Kəbənin ətrafına dolanıb təvaf etdilər və məsciddə namaz qıldı­
lar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzv­
ləri Kəbəyə daxil oldular, burada da namaz qıldılar.

Bildiyimiz kimi, Kəbə evinin qapıları müstəsna hallarda ali qo­
naqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Azərbaycan Prezidenti
İlham Əliyev və ailə üzvləri üçün açıldı. Bu da Prezident İlham Əli­

567

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önə­
min ifadəsidir. Bu, həm də Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyi­
nin dövlətimizin başçısına olan böyük hörmətinin və dərin səmimi
münasibətinin təzahürüdür.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan
Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni İslam di­
ninin ayinlərinə uyğun olaraq yeddi dəfə qət etdilər.

Həzrəti Məhəmməd bu torpaqda doğulub, peyğəmbərliyə ça­
tıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə Həz­
rət Məhəmməd Peyğəmbərin dövründən başlayaraq bütün dünya
müsəlmanlarının ən müqəddəs ziyarətgahına çevrilib. Sonralar
Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri ara­
sında əzəmətli məscid tikilib. Hər il Həcc ziyarəti zamanı dünyanın
müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafı­
na dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə in­
sanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət
və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala Qu­
rani-Kərimin “Ali-İmran” surəsində belə buyurur: “Həqiqətən, in­
sanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bü­
tün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın
nişanələr, İbrahimin məqamı var”. Tarix boyu bir çox dəyişikliklərə
məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə ye­
nidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı əl-Hə­
ram məscidini seyr etdi.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat ve­
rildi.

568

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM DÜNYASININ MÜQƏDDƏS
ŞƏHƏRLƏRİNDƏN OLAN MƏDİNƏYƏ SƏFƏR

7 aprel 2015-ci il

Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və
ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.

Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını bö­
yük hörmət və ehtiramla qarşıladılar.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə
üzvləri Peyğəmbər məscidində namaz qıldılar.

Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi adlanan bu mü­
qəddəs məkan dünyanın ən böyük məscidlərindən biridir. İslamda
Məkkədəki əl-Həram məscidindən sonra ikinci müqəddəs ocaq he­
sab olunan Peyğəmbər məscidi hicrətdən sonra Mədinədə Məhəm­
məd peyğəmbər və əshabı tərəfindən inşa edilib. Sahəsi 400 min
kvadratmetr olan məscidin 10 minarəsi var.

Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə
müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səu­
diyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hör­
mətlə qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibətin
və onun nüfuzunun nəticəsi idi ki, dövlətimizin başçısına Peyğəm­
bər məscidində dərin ehtiram göstərildi, Məhəmməd peyğəmbərin
dəfn olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin
ziyarəti üçün açıldı.

Məscidlə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbay­
can Prezidentinə öz hörmət və ehtiramlarını bildirdilər, onlar döv­
lətimizin başçısına səmimi salamlarını çatdırdılar.

Məhəmməd peyğəmbərin vaxtında bu məscid onun Mədinədə
bütün fəaliyyətinin mərkəzi olub. Buna görə də Peyğəmbər məs­
cidi faktiki olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab
edilirdi. Miladi təqvimlə 632-ci ildə Həzrət Məhəmməd dünyası­
nı dəyişdikdə hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan
evində dəfn edilib. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvar­
lar ənənəvi olaraq Mədinəyə gələrək Peyğəmbər məscidində həzrət
Məhəmmədin məzarını da ziyarət edirlər.

569

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İs­
lam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda
yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650 min
müsəlmanın eyni vaxtda ibadətlə məşğul olmaq imkanı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanı­
mı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfə­
ri aprelin 7-də başa çatıb.

570

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“AZƏRBAYCAN VƏ ŞƏRQİ ANADOLUNUN TÜRK-
MÜSƏLMAN ƏHALİSİNİN SOYQIRIMI”
MÖVZUSUNDA KEÇİRİLƏN II BEYNƏLXALQ ELMİ
KONFRANSIN İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə
başlaması münasibətilə təbrik edirəm.
İnsanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı
probleminin dərindən və hərtərəfli öyrənilməsi mühüm əhəmiy­
yətə malikdir. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırıl­
ması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdı­
rılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilmə­
sinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə
halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.
Azərbaycan xalqı da son yüz ildə dəfələrlə amansız təcavüzün
qurbanı olmuş, qırğınlara, deportasiya və etnik təmizləmələrə mə­
ruz qalmışdır. Konfransın keçirildiyi Quba şəhərində 8 il əvvəl aş­
kar edilmiş kütləvi insan məzarlığı erməni millətçilərinin XX əs­
rin əvvəllərində Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman
əhalisinə qarşı həyata keçirdiyi sistemli və məqsədyönlü qətllərin
yalnız bir fraqmentidir. Sovet hakimiyyəti dövründə bu cinayətlə­
rin ört-basdır olunması, tarixçilərin öz elmi-tədqiqat işlərini məh­
dud ideoloji çərçivələr və yanlış metodologiya əsasında aparmağa
məcbur edilməsi erməni ekspansionist şovinizminin daha da güc­
lənməsinə rəvac vermiş, 23 il əvvəl dünya ictimaiyyətinin gözü
qarşısında Xocalı soyqırımı kimi ağır faciənin baş verməsinə zəmin
yaratmışdır. Etnik mənsubiyyətə görə törədilmiş bu kütləvi qırğına
beynəlxalq birliyin vaxtında adekvat münasibət bildirməməsi son­
ralar planetin başqa yerlərində, o cümlədən Avropanın mərkəzində
soyqırımı cinayətlərinin təkrarlanmasına yol açmışdır.
Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə
xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə
hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda oldu­
ğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və
multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tole­

571

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl təd­
birlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi
qüv­vələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı
cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmən­
çilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdır­
lar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi
yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa
qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə ob­
yektiv elmi qiymətin verilməsi ola bilər.

Şübhə yoxdur ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıla­
rın qatıldığı bu beynəlxalq elmi konfrans maraqlı məruzə və çıxış­
larla, problemin ayrı-ayrı aspektlərinə dair qiymətli faktların təq­
dimatı ilə yadda qalacaqdır. Əminəm ki, gələcək araşdırmalarınız
da türk-müsəlman xalqlarının şanlı keçmişinin faciəli məqamlarına
işıq salmağa və tarixidən ibrət dərsi götürməyə xidmət edəcəkdir.
Bu nəcib fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2015-ci il

572

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM HƏMRƏYLİYİ İDMAN FEDERASİYASI
PREZİDENTİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ

8 aprel 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həmrəyli­
yi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığı­
nın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz əl-Səudun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz əl-Səud Azərbay­
canda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkə­
mizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını
vurğuladı və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin
başçısını təbrik etdi. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına
da tam hazır olduğunu məmnunluqla qeyd etdi.

Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz
əl-Səudla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçı­
sı ailəsi ilə birlikdə müqəddəs Kəbədə dua etmək üçün yaradılan
yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığı­
nı ifadə etdi. Məkkədə, Mədinədə və Ciddə şəhərində İslam Əmək­
daşlıq Təşkilatında olduğunu vurğulayan Prezident İlham Əliyev

573

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin
daha da möhkəmləndirilməsində bu səfərin önəmini qeyd etdi.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz əl-Səudun Azərbay­
cana səfərinə toxunan dövlətimizin başçısı bu səfərin ölkələrimiz
arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxı­
mından rolunu vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda,
səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin
müzakirəsi üçün də yaxşı fürsət yaradacağını dedi.

574

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa
bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoş­
bəxtlik, cansağlığı və firavanlıq arzularımı yetirirəm.
Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin
qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin
nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı
hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni
özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayır­
lar. Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən
və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kə­
sin vətənidir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bü­
tün milli və dini azlıqları, o cümlədən Azərbaycan cəmiyyətində
özünəməxsus yeri olan pravoslav xristianlar, millətlərarası və din­
lərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli
töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bü­
tün sahələrində yaxından iştirak edirlər.
Gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlı­
ğı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu
əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və
rifah arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2015-ci il

575

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“İSLAM MAARİFÇİLİYİ VƏ MÜASIR DÖVR”
MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ
KONFRANSIN İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!
Sizi – “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konf­
ransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş
arzu və diləklərimi yetirirəm.
Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən
münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahür­
lər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf
ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və ma­
arifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici
missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlə­
rarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir.
Dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən bi­
rinə çevrilməkdə olan Azərbaycanda İslam maarifçiliyi və müasir
dövr kimi mühüm bir mövzu ətrafında tanınmış dini liderlərin, hö­
kumət və dövlət rəsmilərinin, görkəmli alimlərin, din mütəxəssislə­
rinin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin bir araya gəlməsini
son dərəcə təqdirəlayiq hal hesab edirəm. İslamın daxilindəki­ma­
a­rif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdırlar. Bu
baxımdan, keçirilən konfransın elmi tərəfi ilə yanaşı, həm də böyük
ictimai əhəmiyyəti var.
Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaş­
dığı ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata ke­
çirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq
nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda ke­
çirilməsi bunu bir daha sübut edir.
Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiy­
yət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın döv­
lət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi

576

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlı­
ğın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük,
həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu xeyirxah və nəcib işdə hər birinizə cansağlığı, konfransınıza
uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2015-ci il

577

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

FRANSANIN YƏHUDİ İNSTİTUTLARININ
TƏMSİLÇİLİK ŞURASININ PREZİDENTİNİN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

27 aprel 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın
Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çu­
kermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məh­
suldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bil­
dirdi. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələri­
nin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Ölkəmizə Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi
İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk
gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını dedi.
O, ölkəmizdə ilk dəfə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar
görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini
çatdırdı. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Rocer
Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən
obyektiv qiymət verilməsinin vacibliyini də vurğuladı.

578

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ÜÇÜNCÜ QLOBAL BAKI FORUMUNUN
AÇILIŞINDAKI NİTQİ

28 aprel 2015-ci il

Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda salamlayıram, hər birinizə “Xoş gəldiniz!”
deyirəm. Çox şadam ki, bu gün biz Bakıda 60-dan çox dövlətin
nümayəndələrinin iştirakı ilə belə bir vacib, mühüm tədbir təşkil
etmişik. Hazırkı və keçmiş prezidentlər, baş nazirlər, siyasətçilər,
dövlət və ictimai xadimlər bu gün Bakıda dünya siyasəti ilə bağlı
məsələləri nəzərdən keçirəcəklər. Onların baxışları dəyərli bilikləri
və təcrübələrinə əsaslanır. Düşünürəm, bu nadir fürsətdir ki, bura­
da bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcək­
də hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın
bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı
tədbirlərin görülməli olduğunu müzakirə edək.
Olduqca məmnunam və fəxr edirəm ki, qısa bir zaman kəsiyin­
də çox mühüm beynəlxalq təsisata çevrilmiş bu mərkəz dahi azər­
baycanlı Nizami Gəncəvinin adını daşıyır. Nizami ilə fəxr etməyən

579

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

azərbaycanlı tapmaq çox çətindir və mən Nizami Gəncəvi Bey­
nəlxalq Mərkəzinin həmsədrləri - xanım Prezident Vayra Vike-Frey­
berqaya və cənab Serageldinə dünya səviyyəli beynəlxalq təsisatın
yaradılması ilə bağlı diqqətəlayiq fəaliyyətləri və töhfələrinə görə
minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi gələcəkdə dünya siyasətinin mühüm məsələlə­
rinə müraciət edəcək və irəli getmək yollarının müəyyənləşdirilmə­
sində, gərginliyin azaldılmasında, əməkdaşlıq və qarşılıqlı anlaşma
mühitinin yaradılmasında daha da vacib rol oynayacaq.

Eyni zamanda, şadam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkə­
zi vaxtaşırı tədbirlərini Azərbaycanın qədim şəhəri və Nizami­
nin vətəni olan Gəncədə təşkil edir. Mərkəz əsasən humanitar
məsələlərlə məşğul olan təsisatdan bu gün dünya siyasətinə aid bü­
tün məsələləri – iqtisadi inkişafla, sosial problemlərlə, münaqişələ­
rin həlli ilə bağlı məsələləri müzakirə edən bir təşkilata çevrilmiş­
dir. Əlbəttə, humanitar aspekt də burada vacib rol oynayır.

Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan
olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azər­
baycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya
arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda
Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü ro­
lunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin
köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan­
da müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri
hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar. Müstəqil olandan
sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlə­
rindən birinə çevrilmişdir. Gələn ay biz III Beynəlxalq Mədəniyyət­
lərarası Dialoq Forumuna ev sahibliyi edəcəyik.

Biz hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Bu tədbir
əsasən sülh şəraitində birgə yaşayış, etimadın artırılması və dünya­
da müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin azaldılması
məsələlərini müzakirə edir. Ancaq böyük tarix və mədəniyyətimizə
baxmayaraq, Azərbaycan 20 ildən bir qədər çoxdur ki, müstəqildir
və bu illər diqqətəlayiq transformasiya illəri olmuşdur.

Bugünkü nailiyyətlərimiz aydın nümayiş etdirir ki, yalnız
müstəqil olduğumuz illərdə bizim insanlar böyük uğur əldə edə

580

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bilər, öz gələcəyini müəyyən edə bilər, planlar qura bilər və dünya­
dakı mövqelərini müəyyən etməklə böyük iqtisadi transformasiya
və uğura nail ola bilər.

Bəli, Azərbaycan hər zaman enerji resursları ilə zəngin ölkə ol­
muşdur. Ancaq, eyni zamanda, xatırlayırıq ki, Azərbaycan müstəqil
olmayan dövrdə biz bu resursların bəhrəsini görə bilmirdik. XX əsrin
əvvəlində Azərbaycan bütün dünyada hasil olunan neftin yarısından
çoxunu istehsal edirdi. Siz o vaxtkı mənzərəyə baxsanız çiçəklənmə,
bərabərlik və sosial firavanlıq görə bilməzsiniz. Sovet dövründə, xü­
susilə də İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti faşizmlə
mübarizədə çox mühüm rol oynamışdır. Sovet İttifaqının neftinin 70
faizini Azərbaycan təmin etmişdir. Lakin müstəqil olandan sonra biz
ekoloji fəlakət, neft sənayesinin dağılması, iqtisadi və sənaye tənəz­
zülü ilə üzləşdik. Yəni çox qısa bir zamanda – yalnız taleyimiz öz
əlimizdə olanda biz uğura nail ola bilmişik. Bu çox çətin dövr idi,
çünki biz yalnız dövlət və dövlətçiliyin əsaslarını yaratmaqla kifayət­
lənməli deyildik. Biz, eyni zamanda, bütün sistemi transformasiya
etməli idik – həm siyasi, həm də iqtisadi. Biz planlı iqtisadiyyatdan
bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, to­
talitarizmdən demokratiyaya keçməli idik.

Düşünürəm ki, siyasi və iqtisadi islahatların paralel aparılma­
sı, sürətli transformasiya, sabitlik proqnozlaşdırıla bilən iqtisadi və
sosial inkişafı təmin etmişdir. Bu gün Azərbaycan bütün azadlıq­
lardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar
təmin edilir – media azadlığı, azad, senzurasız internet, ifadə və
toplaşma azadlığı, din azadlığı var. Siyasi transformasiya davam
edir. Biz bundan sonra da hüquq sistemimizin təkmilləşdirilməsi
üzərində çalışmalıyıq. Çünki ədalət – cəmiyyətdə ədalət, ailədə
ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin nor­
mal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir. Həmçinin
Azərbaycan özünün dünya xəritəsindəki yerini müəyyən edə bil­
mişdir. Bizim ölkəmiz həm Avropa Şurasının, həm də İslam Əmək­
daşlıq Təşkilatının üzvüdür. Biz dünyada çox az sayda dövlətlərdə­
nik ki, hər iki təsisatın üzvüyük.

Azərbaycanın bu təşkilatlarda güclü mövqeyi var və biz fərqli
tarixə, ənənəyə və mədəniyyətə sahib olan ölkələri daha da yaxın­

581

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

laşdırmaqda mühüm rol oynayırıq. Azərbaycan həm də Qoşulma­
ma Hərəkatının üzvüdür. Bu da bizim prioritetlərimizin göstərici­
sidir. Biz bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilməyimizlə fəxr edirik. Bu da aydın göstərir ki,
beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəklə­
yir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində
öz mövqeyini ifadə edir.

Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsiz­
lik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti
və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq
hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məf­
hum deyil Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir
təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güc­
lü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə
məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra
dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud
şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasi­
bətlər sisteminin bütün konstruksiyasına xələl gətirir.

Düşünürəm ki, bu, bizim çox açıq və aydın şəkildə müzakirə et­
məli olduğumuz bir məsələdir. Biz imkanlarımızdan, intellektual
potensialımızdan və beynəlxalq nüfuzumuzdan istifadə etməyə
çalışmalıyıq ki, bu gün mövcud olan beynəlxalq münasibətlər sis­
temini gücləndirə bilək. Beynəlxalq hüquqa hörmət etməliyik. Bey­
nəlxalq təşkilatların qətnamələrinə hörmətlə yanaşmalıyıq. Çünki
bəzi hallarda qətnamələr dərhal icra olunur, – mən BMT Təhlükə­
sizlik Şurasının qətnamələrini nəzərdə tuturam, – digər hallarda isə
onlar illər, onilliklər boyu icra edilmir.

O zaman, beynəlxalq hüquq, siyasi maraqlar və siyasi prioritetlər
arasında ziddiyyət yaranır. Bu isə məyusluğa gətirib çıxarır. Belə
bir vəziyyətin yaranmasına səbəb olur ki, ikili standartlar istisna
deyil, bir qaydaya çevrilir. Bir ölkə olaraq biz bunun nə qədər ağrı­
lı olduğunu yaxşı bilirik, çünki biz ikili standartlardan, beynəlxalq
hüququn kobud şəkildə pozulmasından əziyyət çəkirik.

Bildiyiniz kimi, Azərbaycanın tarixi və beynəlxalq səviyyədə
tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir ki,
davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə

582

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

qəbul etmişdir ki, onlar Ermənistan qoşunlarının Azərbaycan əra­
zisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dağlıq Qa­
rabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir
ölkəsi “Dağlıq Qarabağ Respublikası” adlanan bu qanunsuz quru­
mu müstəqil olaraq tanımamışdır.

Biz işğaldan əziyyət çəkirik. Bizim ərazimizin 20 faizdən artıq
hissəsi hələ də işğal altındadır və bir milyondan artıq azərbaycanlı
öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Biz etnik təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqı­
rımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən
tanınıb və həmin proses davam edir.

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir.
Bu, BMT Nizamnaməsində əks olunub, bu, Helsinki Yekun Aktın­
da da beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib.
Burada heç bir ziddiyyət olmamalıdır və aydın başa düşülməli­
dir ki, müqəddəratın müəyyən edilməsi hüququ dövlətlərin ərazi
bütövlüyünü pozmamalıdır və istənilən dövlətin ərazi bütövlüyü
ölkənin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz.
Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü
qədər dəyərlidir. Təəssüflər ki, dünyanın müxtəlif yerlərində aq­
ressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır.
Ərazi bütövlüyünün pozulması münaqişələrin yaranmasına səbəb
olur və Dağlıq Qarabağ münaqişəsi bu vaxta qədər həll edilsə idi,
bəlkə də digər münaqişələrin şahidi olmazdıq.

Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə
həll edilməsinə olduqca sadiqdir. Yeri gəlmişkən, digər vacib bey­
nəlxalq təsisatlar – Avropa Parlamenti, Avropa Şurasının Parlament
Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəka­
tı buna bənzər qətnamələr qəbul etmişdir ki, münaqişə beynəlxalq
hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır.

Əlbəttə, bu, bizim ölkəmiz üçün ən böyük problem, inkişafımız
üçün ən böyük maneədir. Lakin buna baxmayaraq, Azərbaycanın
inkişafı çox uğurlu olmuşdur və son on il ərzində bizim iqtisadiy­
yatımız üç dəfədən çox artmışdır. Biz iqtisadiyyatımızın şaxələn­

583

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dirilməsi və enerji sektorundan asılılığı azaltmağa müvəffəq ol­
muşuq. Bu gün enerji sektoru ümumi daxili məhsulun təqribən 30
faizini təşkil edir. Beləliklə, şaxələndirmə siyasəti böyük tərəqqiyə
səbəb olmuşdur və hətta bu gün neftin qiymətinin aşağı düşdüyü
bir vaxtda, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən
çox artmışdır.

Biz şaxələndirmə siyasəti, sərmayələr və müasir infrastrukturun,
əlverişli işgüzar mühitin yaradılması sayəsində özümüzü neftin
qiymətinin qeyri-sabitliyindən qoruya bilmişik. Azərbaycan xarici
sərmayələr üçün açıq ölkədir. Müstəqillik illəri ərzində Azərbayca­
na 200 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır.
Ötən il 27 milyard, yəni, 30 faiz birbaşa xarici sərmayə qoyulmuş­
dur. Beləliklə, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir.
Çünki bizdə çox yaxşı işgüzar və sərmayə mühiti var. Davos Dünya
İqtisadi Forumunun qiymətləndirilməsinə görə, rəqabət qabiliyyəti
baxımından Azərbaycan iqtisadiyyatı 38-ci yerdədir.

Yəni bir daha qeyd edirəm ki, bu, enerji resursları sayəsində de­
yil, islahatlar və son illər ərzində görülən işlər nəticəsində mümkün
olmuşdur. Biz demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik
və hazırda bu göstərici 5 faizdən azdır. Yoxsulluq kəskin şəkildə
azalaraq, 2003-cü ildə 49 faiz olduğu halda, 2013-cü ildə 5 faizə en­
mişdir. Hesab edirəm ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda,
çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sekto­
runun inkişafından əldə edilən gəlirlərin toplanması, dövlət vəsa­
itinin xərclənməsində şəffaflıq bizim inkişafımız üçün, həmçinin
vacib rol oynamışdır.

Növbəti illərdə biz daha çox saxələndirməyə diqqət yetirməliyik
və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texno­
logiya və kənd təsərrüfatıdır. Azərbaycan artıq kosmik sənayeyə
malik ölkədir, bizim iki peykimiz var və kosmik sənayenin sürət­
li inkişafı bizim planlarımızın göstəricisidir. Çünki əhalimiz artır,
iqtisadiyyatımız da artmaqdadır. İqtisadiyyat əhalinin artımından
daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə
biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etmə­
lidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik. Biz çox
çalışmalıyıq, dövlətçiliyimizi və müstəqilliyimizi gücləndirməliyik.

584

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütmək imkanı
verir. Zəif və asılı olduqda, sən təsir altına düşürsən, fərq etməz
kimdən, ancaq yenə də təsir altına düşürsən.

Güclü iqtisadiyyat qurmaqla biz özümüzü istənilən xarici təsir­
dən qorumuş olduq. Biz istədiyimiz kimi yaşamaq istəyirik. Əsrlər
boyu Azərbaycan imperiyaların, digər dövlətlərin tərkibində olub.
Bu gün biz azadıq və bizim insanlar müstəqillikdən həzz alır və
onun üstünlüklərini görürlər. Biz öz seçimimizi müdafiə etməli­
yik və seçimimizi müdafiə edəcəyik. Bizim seçimimiz demokrati­
ya, sosial firavanlıqdır. Bizim seçimimiz Azərbaycan xalqı daxilin­
də sülhdür, multikulturalizm, dinlərarası dialoq, dünyanın bütün
ölkələri ilə əməkdaşlıq, habelə regional və hamımız üçün faydalı
qitə əhəmiyyətli layihələrin həyata keçirilməsidir.

Enerji təhlükəsizliyinə gəldikdə, enerji təminatının şaxələndiril­
məsində Azərbaycan öz vacib rolunu oynayır. 20 il ərzində biz elə
bir neft strategiyası yürütmüşük ki, onun sayəsində regionda yeni
enerji xəritəsi yaranmışdır. Biz bir neçə neft boru kəməri vasitəsilə
Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirə bilmişik və
bu gün Xəzər dənizinin nefti – təkcə Azərbaycanın resursları deyil,
Xəzərin şərq sahillərinin nefti də beynəlxalq bazarlara məhz Azər­
baycan vasitəsilə nəql edilir.

Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini həyata ke­
çiririk. Azərbaycan burada da təşəbbüs irəli sürmüş və aparıcı rol
oynamağa başlamışdır. Bu layihə “Cənub” Qaz Dəhlizi adlanır və
o, 4 hissədən ibarətdir. Birincisi, dünyanın ən böyük qaz yataqların­
dan olan “Şahdəniz” yatağının işlənilməsi, növbəti mərhələ Azər­
baycan və Gürcüstanı birləşdirən boru kəmərləri sisteminin inşası­
nı nəzərdə tutan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru
Kəməridir ki, onun inşası nəzərdə tutulmuşdur. Hazırda artıq bü­
tün Türkiyə ərazisində – ölkənin şərq sərhədindən qərb sərhədinə­
dək tikinti işləri başlayıb və Trans-Adriatik Boru Kəməri – TAP-dır
ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq inşa ediləcək və
Albaniya ərazisindən İtaliyaya uzanacaq.

Bundan əlavə, Bolqarıstan da bizim enerji siyasətimizin bir hissə­
sidir. Biz görürük ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli for­
matı daha böyük formata çevrilmişdir. Əminəm ki, qarşıdan gələn

585

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

illərdə Balkan ölkələri bizim boru kəmərləri sistemimizə qoşulacaq,
xüsusilə nəzərə alsaq ki, hazırda Avropada əlaqələndirici kəmərlər
inşa edilir. Biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan nəhəng
qaz ehtiyatlarına və tikilməkdə olan infrastruktura malikdir. Bizim
planlarımıza görə, 2018-2020-ci illərdə mənim adını çəkdiyim bü­
tün bu layihələr yekunlaşmalıdır. Bu, 45 milyard dollarlıq sərmayə­
dir, texniki baxımdan olduqca mürəkkəbdir. Əlbəttə, bizim geniş
əlaqələndirməyə və əməkdaşlığa ehtiyacımız var. Bu məqsədlə
Azərbaycan “Cənub” Qaz Dəhlizinin Məşvərət Şurasını təsis etmiş
və cari ilin fevral ayında onun ilk iclasını keçirmişdir.

Həmin iclas mənim sadaladığım ölkələrin, eləcə də Birləşmiş
Ştatlar və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinə
bu məsələni müzakirə etmək imkanını yaratdı. Biz mətbuat üçün
birgə bəyanat da qəbul etdik ki, orada Azərbaycanın aparıcı rolu
aydın şəkildə müəyyən edilmişdir. Bu, bizim Avropa İttifaqı ilə
əməkdaşlığımızın bir hissəsidir, ancaq əməkdaşlığımız bununla
bitmir. Bununla yanaşı, biz anlayırıq ki, Avropa İttifaqı üçün ener­
jinin şaxələndirilməsi deyərdim, milli təhlükəsizlik məsələsidir və
biz həmin məsələyə məhz bu şəkildə yanaşmalıyıq. Enerji təhlükə­
sizliyi milli təhlükəsizlikdən ayrıla bilməz. Daha bir vacib məsələ
mənbələrin şaxələndirilməsidir. Marşrutların şaxələndirilməsi də
vacibdir. Ancaq mənbə eynidirsə, şaxələndirilmənin heç bir mənası
yoxdur. Bizim halda, söhbət mənbələrin şaxələndirilməsindən ge­
dir və Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Əl­
bəttə, mən demək istəmirəm ki, digər mənbələr əhəmiyyətli deyil
və biz heç kimlə rəqabət aparmağa çalışmırıq. Lakin digər mən­
bələr artıq istifadə olunur və yeganə yeni mənbə Xəzərdir, Azər­
baycandır. Hesab edirəm ki, biz burada vacib rol oynayırıq və bu,
davam edəcəkdir.

Bununla yanaşı, bizim Avropa İttifaqı ilə əməkdaşlıq formatımız
mövcuddur və gələn ay Riqada “Şərq Tərəfdaşlığı”nın növbəti Zir­
və toplantısı keçiriləcəkdir. Azərbaycan bu proqramın fəal iştirak­
çısıdır və demək istərdim ki, biz, eyni zamanda, Avropa İttifaqının
üzv dövlətləri ilə ikitərəfli əlaqələrimizi gücləndiririk. Bu günədək
Azərbaycan artıq ittifaqın 7 ölkəsi ilə Strateji Tərəfdaşlığa dair saziş
imzalamış və ya birgə bəyanat qəbul etmişdir. Bu, Avropa İttifaqı

586

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

üzvlərinin dörddəbiridir və düşünürəm ki, növbəti illərdə Avropa
İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan dövlət­
lərə qarşı daha da fərqləndirilmiş yanaşma olmalıdır. Çünki bun­
lar fərqli ölkələrdir, fərqli hədəflərə və fərqli iqtisadi inkişafa malik
dövlətlərdir. Bu səbəbdən bizim üçün ən münasib format strateji
tərəfdaşlıqdır. O, bizim münasibətlərimizin mahiyyətini və gələcə­
yini əks etdirəcəkdir.

Yekunda bizim üçün prioritet olan məsələ ilə bağlı bir neçə söz
demək istərdim, bu da təhsildir. Təhsil bilikdir, təhsil gələcəkdir,
bizim üçün təhsil müasirləşmə deməkdir. Bizim bəxtimiz gətirib ki,
Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumə­
timiz ildə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim gənclər
dünyanın aparıcı universitetlərində təhsil alsınlar. Təhsil həm də, ra­
dikallaşmadan müdafiədir. Bu da bu regionda yerləşən ölkə üçün çox
vacibdir. Radikallaşmadan müdafiə əlbəttə ki, cəmiyyətdə sabitlik və
ədalət, habelə onun iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan
qaldırılması deməkdir. Çünki radikallar yoxsulluq, işsizlik, sosial və
siyasi ədalətsizlikdən istifadə edirlər. Radikallar bu vasitələrdən isti­
fadə edərək gənclərin beyinlərini korlayırlar və özlərinin məqsədlə­
rinə nail olmaq üçün onları öz sıralarına cəlb edirlər.

Bu səbəbdən bizim üçün təhsil radikallaşmadan müdafiə, müa­
sirləşmə və inkişaf deməkdir. Biz Azərbaycanı məhz belə görmək
istəyirik və Azərbaycanın hansı şəkildə inkişaf etməli olması ilə
bağlı cəmiyyətimizdə tam konsensus var. Bizim inkişaf yolumuz
azadlıq, demokratiya, iqtisadi və sosial tərəqqi, bütün tərəfdaşları­
mızla yaxşı münasibətlər yoludur ki, müstəqilliyimizi gücləndirək
və seçimimizi qoruya bilək.

Əziz dostlar, sizi bir daha Azərbaycanda salamlayıram və foru­
ma uğurlar diləyirəm.

587

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ
BAŞ KATİBİ İLƏ GÖRÜŞ

18 may 2015-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad
bin Amin Mədəni ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında
əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif sahələrdə həya­
ta keçirilən birgə layihələrin önəmi qeyd olundu. Prezident İlham
Əliyev bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfərini xa­
tırlayaraq bu səfərin uğurla keçdiyini və müxtəlif sahələrdə əmək­
daşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından səmərəli
olduğunu diqqətə çatdırdı.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni
paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, ge­
dən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ar­
tıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətindən danışan İyad bin Amin Mə­
dəni bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi
baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Söhbət za­
manı Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələ­

588

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

589

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKIDA III ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI
DİALOQ FORUMUNUN RƏSMI AÇILIŞINDA ÇIXIŞ

18 may 2015-ci il
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz.
Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Fo­
rumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü
dəfədir ki, bu qlobal forumu təşkil edirik. Bu, mədəniyyətlərarası
dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nü­
mayiş etdirir.
Bu gün yüzdən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə
bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mə­
dəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün
forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbay­
can bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətlə­
ri, sivilizasiyaları bir araya gətirməyə çalışır.
Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsiş­
məsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə
ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz
rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və et­
nik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şərai­
tində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər
müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə
nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın gö­
rünsün.
Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim
məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbayca­
nın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələ­
rindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim
Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoq­
lar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir
və biz bununla fəxr edirik.
Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nü­
mayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələri­

590

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ni verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdən­
dir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin,
sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif
beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin
güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fi­
kir mübadiləsinə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş
verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan
edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları
və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli ol­
duğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin
azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir.
Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlə­
rin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi.

Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasət­
çilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət
təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır.
Bildiyimə görə, Forumun mövzularından biri məhz ictimai xadim­
lər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda gö­
rürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif
yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o za­
man siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliy­
yəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini
birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fi­
kirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin
müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab
edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təq­
dim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada
vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multi­
kulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi
ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır
və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nə­
dir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antise­
mitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində
sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

591

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz
qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oy­
namağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan
ölkədir, ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var.
Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə
Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib.
Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub. Beləliklə, bizim
etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri
cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlə­
rimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamı­
şıq, müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz
müstəqilik, ancaq bu müsbət meyil davam edir və bu dəyərlərin
təşviqi məsələsinə sadiqik.

Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin
ən vacib elementlərindən biri əlbəttə ki, təhsildir. Biz təhsilə böyük
diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 fa­
izə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş
ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və
texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda,
təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa
qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı
sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr Foru­
mun diqqət mərkəzində olacaq və hesab edirəm ki, Azərbaycanın
təcrübəsi də maraq doğuracaq. Çünki biz də bu gün təhsil sistemi­
mizi transformasiya edirik və onu beynəlxalq standartlara çatdırı­
rıq. Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli
yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha
çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni za­
manda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvər­
lik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və
xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab
edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə
və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail ol­
maq mümkündür.

Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı olu­
ruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məz­

592

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

həb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz
bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərə­
katı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət,
onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki
biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə
edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniy­
yətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm
ki, Bakı bu gün belə məsələlərin müzakirə edildiyi məkandır.

Müstəqil Azərbaycan nisbətən gənc dövlətdir, yalnız 24 ildir
ki, müstəqildir. Lakin bu illər islahat, transformasiya, inkişaf illəri
olub. Biz dövlətimizi qurmaq fürsəti əldə etdik. Biz ənənələr və mə­
dəniyyət ölkəsiyik. Siz Bakının abidələrini görürsünüz. Ölkəmizin
digər yerlərinə səyahət etsəniz xalqımızın memarlıq, tarixi və dini
abidələrini görərsiniz. Bu da bizim mədəni irsimizin bir hissəsidir.
Ancaq müstəqil ölkə kimi biz gəncik və biz dövlətimizi, siyasi sis­
temimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda bizim ölkə­
mizin təcrübəsi onu nümayiş etdirib ki, inkişafa, tərəqqiyə sadiqlik,
cəmiyyətin dəstəyi varsa, transformasiya uğurlu ola bilər.

Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür,
regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz
regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji
təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzin­
dədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr regionun hüdudlarını
aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi
məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada ar­
tıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Nəqliy­
yat infrastrukturuna gəldikdə, biz bu gün tarixi İpək Yolunu bərpa
edirik. Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsini yaradırıq.
Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturu­
na deyil, xalqlararası təmaslara sərmayə yatırırıq. Tarixi İpək Yolu
Azərbaycandan keçmişdir. Biz bu gün onu müasir texnologiyaların
tətbiqi və qonşu dövlətlərin iştiraki ilə bərpa edirik. İqtisadi və sosial
inkişafla bağlı bütün layihələrimiz regional əməkdaşlığı, xalqlar və
ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Bununla yanaşı, beynəlxalq arenada oynadığımız rol dünya ic­
timaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Biz fəxr edirik ki,

593

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində Azərbay­
can 155 dövlətin dəstəyi ilə ən mötəbər beynəlxalq qurum olan BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, o deməkdir
ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti bizi dəstəkləmişdir.
Səmimi deyə bilərəm ki, bizim heç də bu 155 dövlətin hər biri ilə
fəal əlaqələrimiz yoxdur. Lakin düşünürəm ki, müstəqilliyimizin
bərpasından ötən qısa müddət ərzində bizim etibarlı tərəfdaş kimi
davranışımız, birgə dəyərlər və milli maraqlara əsaslanmış müstəqil
mövqeyimiz ölkəmizə müsbət münasibət yaratmışdır.

Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq.
Müstəqilliyi bərpa etdikdə biz dövlətimizi qurmalı və siyasi sistemi­
mizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi isla­
hatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sər­
vətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının
təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahat­
lar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət
mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental
azadlıqlar – siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı
təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.

Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımı­
za əsaslanan iqtisadi siyasət müstəqilliyimizin ilk illərində müəy­
yənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan vermişdir. Bu da
iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı sə­
viyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni
biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə
qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox
fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksi­
mum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji
təhlükəsizliyini təmin edirik.

Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur.
Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsul­
luq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstə­
rici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika
yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin ar­
tırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili
məsələlərə yönəldirik.

594

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək
üçün görüləcək işlərimiz çoxdur. Halbuki Davos İqtisadi Forumu­
nun qiymətləndirməsinə əsasən, iqtisadiyyatın rəqabətqabiliyətlili­
yinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvət­
lər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı,
biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüska­
rıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə
humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar
Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bu­
günkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.

Üç həftədən, yəni bir aydan da az vaxtdan sonra Azərbaycan ilk
Avropa Oyunlarına ev sahibliyi edəcək. 2012-ci ilin sonunda qəbul
edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya
Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi
böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avro­
pa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi
ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan bi­
ridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq ha­
zırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman
tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim
üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş et­
dirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam
Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni iki il ərzində eyni ölkədə,
eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları ke­
çiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə
təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.

2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamış­
dır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət na­
zirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət
edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv
olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əmək­
daşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mə­
dəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və
artıq buna “Bakı prosesi” adı verilib.

Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multi­
kulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səyləri­

595

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

mizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayən­
dələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi
bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır.
Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə

töhfəmizi verməyə calışacağıq.
Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

596

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM HƏMRƏYLİYİ İDMAN FEDERASİYASININ
PREZİDENTİ İLƏ GÖRÜŞ

13 iyun 2015-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Av­
ropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə
səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının preziden­
ti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli
Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdullah bin Mosaad
bin Əbdüləziz əl-Səudu qəbul edib.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz əl-Səud Səudiy­
yə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əl-Səudun salamla­
rını dövlətimizin başçısına çatdırdı. O, Birinci Avropa Oyunlarının
açılış mərasiminin yüksək səviyyədə təşkil olunması münasibə­
tilə Prezident İlham Əliyevi təbrik etdi. Ölkələrimizin ikitərəfli və
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla inkişaf
etdiyini vurğulayan Abdullah bin Mosaad bin Əbdüləziz əl-Səud
Səudiyyə Ərəbistanının Azərbaycan ilə əlaqələrin daha da geniş­
ləndirilməsinə böyük önəm verdiyini dedi.
“Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə toxu­
nan dövlətimizin başçısı mərasimdə nümayiş etdirilən kompozi­
siyanın Azərbaycanın tarixinin, mədəniyyətinin və müasirliyinin
ifadəsi olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz
arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı im­
kanların olduğunu dedi.
Dövlətimizin başçısı Kral Salman bin Əbdüləziz əl-Səudun sa­
lamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səu­
diyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

597

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN AZƏRBAYCANDAKI
SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

22 iyun 2015-ci il

Prezident İlham Əliyev: – Hörmətli səfirlər, mən sizi ürəkdən
salamlayıram.

Bizim görüşlərimiz Ramazan ayında ənənəvi xarakter daşıyır və
sizi görməyimə çox şadam.

Xahiş edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı təm­
sil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri var.
Biz ikitərəfli formatda gözəl əməkdaşlıq edirik və bu əməkdaşlıq
gündən-günə dərinləşir. Biz maraqlıyıq ki, müsəlman ölkələri ilə
siyasi, iqtisadi əlaqələrimiz, mədəniyyət sahəsində əlaqələr daha
da inkişaf etsin. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivə­
sində uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə
BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bizim əməkdaşlığımız çox
yüksək səviyyədədir.

598

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz
daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda
təşkilatın Baş katibi ilə mənim görüşlərim olmuşdur. İslam Əmək­
daşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azər­
baycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın
fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da
gücləndirək. Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarət­
dir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman
ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir.
Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha
da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənis­
tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azər­
baycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm
BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqe­
yimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə mü­
naqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbayca­
nın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə
görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək
istəyirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmaması region üçün ən böyük təhlükə mənbəyidir. Bildiyi­
niz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan
tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma
torpağından qaçqın və köçkün vəziyyətinə düşmüşdür, xalqımıza
qarşı Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarda bü­
tün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscid­
lərimizi də dağıdıb, yerlə-yeksan ediblər. Amma biz o torpaqlara
qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüquq norma və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şu­
rasının qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan isə
beynəlxalq hüquq normalarını kobudcasına pozur və BMT Təh­
lükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq, ədalət,
o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi
dəstəkləyir. Ədalət bərpa olunacaq və Azərbaycan öz ərazi bütöv­
lüyünü bərpa edəcək.

599

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox
əlamətdar hadisə baş vermişdir. Bakıda ölkəmizin ən böyük məs­
cidi – Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan
dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə
yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olu­
nub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün
müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən
biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikil­
mişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən
biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid
də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni bu, bir daha
ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks
etdirir.

Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasında­
kı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəy­
lik Oyunları keçiriləcək. Əminəm ki, bu oyunlar bütün müsəlman
ölkələrini biri-biri ilə daha da sıx birləşdirəcək.

Hörmətli səfirlər, sizi bir daha salamlayır və sizə fəaliyyətinizdə
uğurlar arzu edirəm.

Heydər Şiyə Qubeyşi əl-Barrak (İraqın Azərbaycandakı səfiri): –
Cənab Prezident, bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür
edirəm. Bu, bizim üçün artıq ənənəyə çevrilib. Bu görüş bizi çox se­
vindirir. İlk növbədə, icazə verin, həmkarlarım - İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin səfirləri adından Sizə müqəddəs Ramazan
ayı münasibətilə təbriklərimi çatdırım.

Ulu Tanrıdan bu ayın Sizə, Azərbaycana və bütün İslam dünyası
ölkələrinə sülh, firavanlıq və inkişaf gətirməsi üçün dualar edirik.
Həmçinin fürsətdən istifadə edərək Sizi Birinci Avropa Oyunları və
iki ildən sonra keçiriləcək İslam Həmrəylik Oyunları münasibətilə
təbrik etmək istərdim.

Cənab Prezident, icazə verin, qeyd edim ki, bu möhtəşəm oyun­
lara ev sahibliyi etməklə Azərbaycan dünyaya özünü sülhsevər
ölkə kimi təqdim etdi.

Cənab Prezident, bu şərafətli ayda biz müqəddəs Ramazanın
mənəvi dəyərlərini nümayiş etdiririk. Sizin də artıq qeyd etdiyi­
niz kimi, biz İslam həmrəyliyinə və birliyinə töhfələr veririk. Çünki

600


Click to View FlipBook Version