The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yihələri icra etmək olar. İnfrastruktur layihələrinin, sosial proqram­
ların həlli, iqtisadi və sənaye potensialının möhkəmlənməsi üçün
müxtəlif tədbirlər görülür və siz bunların hamısını yaxşı bilirsiniz.
Ancaq o dövrdə ki, Azərbaycan tamamilə, demək olar ki, iqtisadi
cəhətdən iflic vəziyyətdə idi, Azərbaycanda sənaye istehsalı üçün,
ümumiyyətlə, heç bir vasitə yox idi. 1994-cü ilin yazında ki, Ulu
Öndər bu müqəddəs yeri ziyarət etmişdi, o vaxt bizim perspektiv­
lərimiz də çox müəmmalı idi. Bizim heç neft müqaviləmiz də im­
zalanmamışdı. Ancaq milli mənəvi dəyərlərə Ulu Öndərin verdiyi
önəm və qiymət imkan yaratdı ki, hətta məhdud iqtisadi imkanlar
şəraitində məscidin tikintisi başlansın. 1997-ci ildə başlanmış tikinti
1998-ci ildə başa çatmışdır və Heydər Əliyevin iştirakı ilə məscidin
əsas korpusunun, əsas hissəsinin açılışı olmuşdur.

Bu gün Azərbaycanda bütün sahələrdə Heydər Əliyevin siyasəti
davam etdirilir. Biz bu siyasətə sadiqik və Azərbaycan onun qoy­
duğu yolla gedir.

Azərbaycanın son illər ərzində əldə etdiyi uğurların təməlində
Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi xətt dayanır. Biz bu
xəttə sadiqik, biz Azərbaycanı onun göstərdiyi yolla inkişaf etdi­
ririk və Azərbaycanın hərtərəfli inkişafı üçün əlimizdən gələni
əsirgəmirik. Bu gün istər iqtisadi sahədə, sosial məsələlərin həlli

201

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

istiqamətində, nəhəng infrastruktur layihələrinin icrası sahəsində
–bütün istiqamətlərdə biz uğurlardan qürur hissi ilə danışa bilərik.

Azərbaycan doğrudan da, çox yüksək dərəcədə inkişaf edib­
dir. Biz öz siyasi və iqtisadi mövqelərimizi möhkəmləndirmi­
şik. Biz bölgədə söz sahibiyik. Azərbaycan müasirləşir, yenilə­
şir, Azərbaycanın bölgədəki imkanları və mövqeləri güclənir,
artır. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk və bu gün istər iq­
tisadi inkişaf baxımından, sənaye istehsalı artımı baxımından,
istərsə ölkədə ictimai-siyasi vəziyyətin sabit olması baxımından
Azərbaycan haqlı olaraq bu bölgənin lideri adını qazanmışdır.
Biz nəinki iqtisadi islahatlara üstünlük veririk, eyni zamanda, siyasi
islahatları da uğurla icra edirik və demokratik inkişaf baxımından
Azərbaycan bölgə üçün nümunə ola bilər və biz bunu yaxşı bilirik.
Azərbaycan xalqının yaxşı yaşaması üçün, rahat yaşaması üçün biz
bütün imkanlardan istifadə edirik.

Bu gün bizim ölkəmiz bölgədə gedən proseslərə çox böyük təsir
imkanlarına malikdir. Azərbaycan dünyada gözəl imic əldə edib­
dir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bizim­
lə bərabər layihələrdə iştirak etmək istəyən ölkələrin sayı artır və
Azərbaycan öz böyük imkanlarından bölgədə əməkdaşlığın inkişa­
fı üçün məharətlə istifadə edir. Biz ölkəmizi gələcəyə aparırıq. Biz
milli-mənəvi dəyərlər əsasında, bizim zəngin mədəni və tarixi irsi­
miz əsasında müasir ölkə yaradırıq və bu istiqamətdə artıq böyük
uğurlara nail olmuşuq.

Bu gün elə məsələ tapmaq çətindir ki, biz bunu edə bilməyək.
Bax, bu müqəddəs ocağa gələrkən mən yolda maşını saxladım və
yuxarıdan Bibiheybət buxtasına baxdım. Bir müddət bundan əvvəl
mənim tərəfimdən göstəriş verilmişdi ki, bütün bu ərazi neftlə çirk­
lənmiş gölməçələrdən təmizlənsin. Bu ərazidə uzun illər – bir əsr­
dən çoxdur ki, neft hasil edilir və ekoloji vəziyyət çox acınacaqlı idi.
Bu gün yuxarıdan bu əraziyə baxarkən gördüm ki, həqiqətən də
elə məsələ yoxdur ki, biz bunu həll edə bilməyək. Artıq köhnədən
qalan neft dirəkləri yığışdırılıb, Bibiheybət buxtasının ətrafında 30
mindən çox ağac əkilibdir. Ekoloji vəziyyət böyük dərəcədə yaxşıla­
şıbdır və vaxtilə ekoloji fəlakət sahəsi kimi tanınan bu ərazi bu gün
artıq ekoloji cəhətdən ən təmiz yerlərdən birinə çevrilib və bu, hələ

202

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

başlanğıcdır. Bir ildən, iki ildən sonra o ağaclar böyüyəcək, o gözəl
parklar böyüyəcək, orada insanların istirahəti üçün, yaşaması üçün
çox gözəl imkanlar yaranacaqdır. Nə üçün mən bunu deyirəm, ona
görə ki, bir daha qeyd etmək istəyirəm ki, müasir Azərbaycanın
qarşısında elə problem yoxdur ki, biz bunu uğurla həll etməyək
və bütün istiqamətlərdə bizim proqramlarımız uğurla icra edilir.
Həyatımızın hər bir sahəsi üçün müvafiq proqramlar var və onların
konkret icra mexanizmləri var, maliyyə resursları var. Ölkəmizdə
gedən quruculuq-abadlıq işləri hər bir Azərbaycan vətəndaşını se­
vindirir. Biz nəinki transmilli enerji və nəqliyyat layihələrini icra
edirik, biz ölkəmiz üçün, ölkə daxilində çox böyük infrastruktur və
sosial obyektlərin tikintisi ilə məşğuluq, – təhsil sahəsində, səhiyyə
sahəsində, yollar çəkilişi sahəsində, – bütün sahələrdə.

Azərbaycanın artan iqtisadi imkanları və artan nüfuzu, yenə də
deyirəm, Ulu Öndərin 1990-cı illərin ortalarında başlanmış uğurlu
neft strategiyasına əsaslanır. Əgər o vaxt o cəsarətli addım atılma­
saydı, bu gün Azərbaycan əlbəttə ki, müstəqil siyasət apara bilməz­
di. Biz müstəqil siyasət aparırıq, Azərbaycan xalqının maraqları
əsasında bu siyasəti aparırıq və bundan sonra da bu siyasətə sadiq
olacağıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli
ideya ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət azərbay­
cançılıq ideyası uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik
ideyası uğrunda və müstəqil həyat ideyası uğrunda birləşibdir.
Budur bizim əsas siyasi prinsiplərimiz və bu prinsiplər əsasında
biz öz siyasətimizi qururuq – istər ikitərəfli formatda, istər bölgədə
gedən əməkdaşlıq prizmasından. Bizim əsas sütun prinsiplərimiz
bunlardır və bütün sahələrdə olduğu kimi, Azərbaycanda gedən
ictimai-siyasi proseslər elə müsbət istiqamətdə inkişaf edir ki, Azər­
baycanda yaşayan bütün dinlərin nümayəndələri özlərini çox rahat
hiss edirlər. Azərbaycan bu baxımdan bir nümunə ölkə ola bilər
və artıq dünya birliyi bunu daha da dərindən dərk etməyə başla­
mışdır. Ölkəmizdə keçirilən çoxsaylı dialoqlar, forumlar əsasında
sivilizasiyalararası dialoqun möhkəmlənməsi, dinlərarası münasi­
bətlərin tənzimlənməsi işində Azərbaycan nəinki bölgədə, dünya­
da əvəzolunmaz funksiyasını yerinə yetirir.

Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlə­
rin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin

203

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüz­
dür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çox­
konfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə
deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, bey­
nəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələ­
cəkdə əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dün­
ya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli
köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını,
azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlər­
də bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur,
milli-mənəvi dəyərlərimiz olubdur, ana dilimiz olubdur, bizim
dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və
hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır.
İslam dini Azərbaycan xalqının formalaşmasında çox mühüm rol
oynamışdır və bu gün bizim dini abidələrimiz bərpa olunur. Bi­
biheybət məscidinin ərazisi xeyli genişləndirilmişdir. Mən qeyd
etdim ki, 1998-ci ilin iyulun 12-də məscidin əsas hissəsi istismara
verilmişdir. Düz 10 il sonra 2008-ci ilin iyulun 12-də biz Bibiheybət
məscid-ziyarətgahına yeni həyat veririk və bu gözəl salon yenidən
tikilmişdir. Məscidin yuxarı hissəsində təmir-bərpa işləri aparıl­
mışdır, – əminəm ki, buraya toplaşan dostlarımız imkan tapıb və­
ziyyətlə tanış olacaqlar, – ən yüksək səviyyədə təmir-bərpa işləri
aparılmışdır. Mən dəfələrlə müxtəlif müsəlman ölkələrində olmu­
şam. Orada olarkən məscidləri ziyarət etmişəm. Deyə bilərəm ki,
biz Bibiheybət məscidində mövcud olan vəziyyətlə fəxr edə bilərik.
Burada ən keyfiyyətli materiallardan istifadə olunubdur, ən gözəl
ustalar burada işləyiblər, fədakarcasına işləyiblər. Bu məscidin ti­
kintisində və tikintinin başa çatmasında iştirak etmiş bütün insan­
lara mən öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox şadam
ki, bu gözəl, müqəddəs yerdə əzəmətli məscid tikilib. 2005-ci ildə
mən burada olarkən məscidin genişlənməsi üçün və ərazinin bö­
yüməsi üçün müvafiq göstərişlər vermişdim. Ondan sonra burada
praktiki işlər başlanmışdır. Ərazi genişləndirildi, yadınızdadır, bu­
rada məscidə bitişik çoxsaylı fərdi evlər var idi. Biz orada yaşayan
insanları köçürdük, onlara yüksək səviyyədə kompensasiya verildi.
Söz düşmüşkən, qeyd etmək istəyirəm ki, indi Azərbaycanda, Ba­

204

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

kıda və digər yerlərdə çox böyük quruculuq-abadlıq işləri aparılır,
infrastruktur layihələri icra olunur və bəzi hallarda köçürülmələr­
lə bağlı problemlər yaradılır. Mən bütün müvafiq qurumlara ciddi
göstəriş vermişdim ki, bütün köçürülən ailələrə lazımi səviyyədə
kompensasiya verilsin, onlar ya yeni yerlərlə təmin olunsunlar, ya
maddi kompensasiya verilsin ki, onlar daha da yaxşı şəraiti o vəsait
hesabına əldə edə bilsinlər.

Burada yeni salonlar tikilibdir və bu gün qürur hissi ilə deyə
bilərəm ki, Bibiheybət məscidi bir memarlıq abidəsidir. Həm bu­
nun xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək standartlara
cavab verir. Ondan sonra, tikinti zamanı mən işin gedişi ilə tanış ol­
maq üçün burada olmuşam, baxmışam, öz fikirlərimi bildirmişəm.
Biz tikintinin aparılması üçün bütün lazımi tədbirləri gördük. Döv­
lət hesabına böyük vəsait ayrılıbdır və bu gün biz yenə də böyük
qürur hissi ilə deyə bilərik ki, bu müqəddəs ocaq dünyanın ən yük­
sək standartlarına cavab verir.

Bütövlükdə Azərbaycanda dini abidələrə, onların qorunması­
na, onların bərpasına çox böyük diqqət göstərilir. Bildiyiniz kimi,
Təzəpir məscidində çox böyük quruculuq işləri aparılır. Əgər biz
desək ki, Təzəpir məscidində təmir işləri aparırıq, səhv edərik. Fak­
tiki olaraq, yenidən qurulur. Orada da ərazi böyük dərəcədə ge­

205

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

nişləndirilib, çox gözəl memarlıq üslubunda inzibati binalar tiki­
lir, həm xarici görünüşü tamamilə yeniləşdirilir, həm də daxildə
dizayn işləri çox yüksək səviyyədədir. Mən bir daha demək istə­
yirəm ki, əlbəttə, hər bir təmiri etmək olar və bunun keyfiyyəti də
müxtəlif səviyyədə ola bilər. Amma mənim istəyim ondan ibarətdir
ki, bizim üçün, Azərbaycan xalqı üçün, Azərbaycan müsəlmanları
üçün müqəddəs olan yerlərdə dünyanın ən yüksək texnologiyaları
tətbiq olunsun, ən gözəl ustalar işləsin və ən gözəl materiallardan
istifadə olunsun. Bu gün Təzəpir məscidində də sürətlə tikinti gedir
və yəqin ki, yaxın zamanlarda biz orada da açılışa toplaşacağıq.

Əjdərbəy məscidində də təmir-bərpa işləri gedir. Bildiyiniz kimi,
bu yaxınlarda Bakıda katolik kilsəsinin açılışını biz bərabər qeyd
etmişdik. Bütün bunlar Azərbaycanın reallıqlarıdır. Bütün bun­
lar bizim siyasətimizin təzahürüdür, eyni zamanda, Azərbaycan
vətəndaşlarının mənəvi vəziyyətini göstərir. Azərbaycan vətəndaş­
ları çox dözümlüdürlər, çox tolerantdırlar. Azərbaycanda yaşayan
bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss
edirlər.

Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə
tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstəriş­
ləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bü­
tün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı,
rahat hiss etsinlər. Bunu etmək üçün bizim imkanlarımız var və
Azərbaycanın ildən-ilə artan iqtisadi gücü və potensialı burada ya­
şayan bütün insanların həyat səviyyəsinə müsbət təsir göstərir.

Mən, əziz dostlar, bu gözəl gündə sizi bir daha salamlamaq istə­
yirəm və bütün Azərbaycan xalqını Bibiheybət məscidinin tikin­
tisinin başa çatması və istifadəyə verilməsi münasibətilə ürəkdən
təbrik etmək istəyirəm.

Sağ olun.

206

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKANIN ÖLKƏMİZDƏKİ APOSTOL NUNSİSİ
KLAUDİO QUCEROTTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 5 sentyabr 2008-ci il
K.Qucerotti Roma Papası XVI Benediktin salamlarını dövlətimi­
zin başçısına çatdırdı. O, Vatikanın dövlət katibi, kardinal Tarçizio
Bertoninin Azərbaycana səfərini və Bakıda katolik kilsəsinin açılış
mərasimini məmnunluqla xatırlayaraq, Azərbaycan Prezidentinin
və xanımının həmin mərasimdə iştirakının tədbirə xüsusi şərəf ver­
diyini vurğuladı.
Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məm­
nunluğunu bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün din­
lərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliy­
yəti üçün hər cür şəraitin yaradıldığını vurğuladı, bu siyasətin bun­
dan sonra da davam etdiriləcəyini bildirdi.
Dövlətimizin başçısı Roma Papası XVI Benediktin salamlarına
görə minnətdarlığını bildirdi və özünün də salamlarını ona çatdır­
mağı xahiş etdi.

207

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN BAYRAMI
MÜNASİBƏTİLƏ MÜSƏLMAN ÖLKƏLƏRİNİN
BAKIDAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 17 sentyabr 2008-ci il

İlham Əliyev: Hörmətli səfirlər!
Mən sizin hamınızı qarşıdan gələn müqəddəs Ramazan bayramı
münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim təb­
riklərimi və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və
hökumət başçılarına çatdırasınız.
Ramazan bayramı Azərbaycanda rəsmi bayram kimi ölkəmiz öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra qeyd olunmağa başlamış­
dır. Amma ondan əvvəlki dövrlərdə, əlbəttə ki, Azərbaycan xalqı hə­
mişə bu müqəddəs bayramı geniş qeyd edirdi. Bu bayram həmişə,
bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Müstəqil­
lik bərpa olunandan sonra Azərbaycan bütün ölkələrlə və əlbəttə ki,
müsəlman ölkələri ilə də diplomatik münasibətlər qurmuşdur. O
vaxtdan bu günə qədər bizim münasibətlərimiz çox sürətlə inkişaf
edir. Bu münasibətlər çox yüksək səviyyədədir. Mən deyə bilərəm ki,
təmsil etdiyiniz ölkələrin tam əksəriyyətinə rəsmi səfərlər etmişəm və
sizin ölkələrinizin dövlət, hökumət başçıları Azərbaycanda dəfələrlə
olmuşlar.
Müsəlman ölkələri ilə bizim münasibətlərimiz çoxşaxəlidir.
Biz çox istəyirik ki, bütün istiqamətlərdə münasibətlər inkişaf et­
sin və nəinki siyasi sahədə, eyni zamanda, ticarət, mədəni, hu­
manitar və başqa sahələrdə biz birlikdə daha da yeni işlər görək.
Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu dəstək,
əminəm ki, hər bir ölkə üçün çox önəmlidir. İslam Konfransı Təş­
kilatı çərçivəsində çox uğurlu əməkdaşlıq edirik. Bildiyiniz kimi,
İslam Konfransı Təşkilatının xətti ilə Azərbaycanda nazirlər səviy­
yəsində bir sıra tədbirlər keçirilmişdir. Növbəti illərdə də yeni təd­
birlər gözlənilir. Biz çox istəyirik ki, İslam Konfransı Təşkilatı çərçi­
vəsində, orada təmsil olunan ölkələr arasında ikitərəfli və çoxtərəfli
əlaqələr daha da güclənsin və İslam həmrəyliyi daha da güclənsin.

208

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bizi həm İslam dini birləşdirir, həm tarix birləşdirir, həm də müş­
tərək keçmişimiz birləşdirir. Mən tam əminəm ki, indiki zamanda,
qloballaşan dünyada bütün İslam ölkələrinin uğurlu əməkdaşlığı,
bir-birini dəstəkləməsi hər bir ölkənin mövqelərini gücləndirir.

Mən əminəm ki, qarşılıqlı ticarət əlaqələrinin inkişafı isitiqamə­
tində atılmış və gələcəkdə atılacaq addımlar bizim imkanlarımızı
daha da genişləndirəcəkdir. Bunu etməklə biz bir-birimizin iqtisa­
diyyatına öz töhfəmizi vermiş oluruq. Əlbəttə ki, bizim ölkələrimi­
zin qarşısında duran problemləri həll etməliyik və bu istiqamətdə
bir-birimizə arxa, dayaq olmalıyıq.

Bildiyiniz kimi, müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafı
ölkəmizin bölgədə mövqelərinin möhkəmlənməsinə gətirib çıxar­
mışdır. Azərbaycanda aparılan islahatlar, güclü iqtisadi inkişaf
ölkə qarşısında duran əsas ciddi problemlərin həlli üçün çox gözəl
şərait yaratmışdır. İqtisadi inkişaf baxımından son dörd il ərzin­
də Azərbaycan dünya miqyasında birinci yerdədir. Azərbaycanın
dövlət büdcəsi son beş il ərzində 10 dəfədən çox artıbdır. Bu, bizə
imkan verir ki, bütün sosial məsələlərin həlli üçün səylərimizi da­
vam etdirək. Yəni, bir sözlə, Azərbaycan öz daxili imkanlarına, öz
gücünə istinad edərək ölkə qarşısında duran iqtisadi və sosial prob­
lemləri uğurla həll edir.

Ölkə qarşısında duran ən ciddi problem Ermənistan-Azərbay­
can, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasıdır.
Azərbaycan uzun illərdir çalışır ki, bu məsələni danışıqlar yolu ilə
həll etsin. Ancaq hələlik heç bir nəticə yoxdur. Şübhəsiz ki, bu məsələ
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli və işğalçı
qüvvələr işğal olunmuş bütün torpaqları boşaltmalıdır. Bu işdə bey­
nəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında İslam
ölkələrinin dəstəyi bizim üçün çox önəmlidir.

Bildiyiniz kimi, bu ilin mart ayında Birləşmiş Millətlər Təşkilatı­
nın Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında yaran­
mış vəziyyətlə bağlı böyük üstünlüklə qətnamə qəbul edilmişdir. Bö­
yük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müsəlman ölkələ­
rinin əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləmiş və qətnamənin
qəbul olunmasında həlledici rol oynamışdır. Bu, çox vacibdir. İlk növ­
bədə, bu onu göstərir ki, İslam həmrəyliyi məsələləri həll olunur və

209

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

həlledici anlarda ölkə üçün, Azərbaycan üçün çox vacib olan məsələ­
də müsəlman qardaşlarımız bizimlə çiyin-çiyinə dayanmışlar. Digər
tərəfdən, bu səsvermə bir növ həqiqət anı idi. Həm Azərbaycan döv­
ləti üçün, həm də Azərbaycan vətəndaşları üçün bu səsvermə çox şeyi
göstərdi.

Mən bunu dəfələrlə demişəm və bu fürsətdən istifadə edib
Azərbaycanın haqq işini dəstəkləyən və bizim lehimizə səs
verən bütün ölkələrin dövlət, hökumət başçılarına bir daha öz
minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan da öz növ­
bəsində İslam həmrəylik prinsiplərinə sadiqdir və bizim də
beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müxtəlif vaxtlar­
da səsvermələrdə mövqeyimiz İslam həmrəyliyini əks etdirir.
Bir sözlə, mən bir daha qeyd etmək istəyirəm ki, bizim ölkələri­
mizin arasında olan münasibətlər həm ölkələrimizin mövqelərini
möhkəmləndirir, həm də dünya miqyasında çox vacib bir amildir.
Biz gələcəkdə İslam həmrəyliyinin möhkəmləndirilməsi və İslam
ölkələri arasında münasibətlərin inkişafı üçün öz səylərimizi da­
vam etdirəcəyik.

Sizi qarşıdan gələn gözəl bayram münasibətilə bir daha ürəkdən
təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Ərşad Ömər İsmayil (İraqın Azərbaycandakı səfiri): Cənab Prezi­
dent, icazə verin, Sizə sözümü Azərbaycan dilində bildirim.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab
İlham Əliyev!

Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasında akkreditə olunmuş İslam dövlət­
lərinin səfirləri, nümayəndələri adından və şəxsən öz adımdan bö­
yük fərəh hissi ilə Sizi müqəddəs Ramazan ayı və qarşıdan gələn
Ramazan bayramı münasibətilə təbrik edirəm. Zati-alinizə davamlı
müvəffəqiyyət və bütün Azərbaycan xalqına tərəqqi arzulayıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə bu mübarək bayram müna­
sibətilə İslam dövlətlərinin səfirlərini qəbul etdiyiniz üçün dərin
minnətdarlığımızı bildirmək istəyirəm.
Cənab Prezident, icazə verin, Azərbaycanın bütün Qafqaz regio­
nunun iqtisadi və mədəni mərkəzinə çevrilməsinin şahidi olduğu­
muza görə dərin razılığımızı və fəxr etdiyimizi bildirim. Biz Azər­

210

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

baycanda neft və qeyri-neft sahələrinin inkişafına gətirib çıxarmış
və güclü iqtisadiyyatın düzgün əsaslarının möhkəmləndirilməsi
məqsədi ilə həyata keçirilən siyasət, islahatlar nəticəsində bütün
sahələrin tərəqqi etdiyi bir dövrdə yaşayırıq.

Azərbaycan son dörd ildə iki dəfədən çox iqtisadi artım səviyyə­
sinə görə dünya ölkələri arasında birinci yerə çıxmışdır.

Öz növbəsində, Azərbaycanda hökm sürən sabitlik və təhlükə­
sizlik də bütün Qafqaz regionunda onun əhəmiyyətini artırır.
Müsəlman dövlətləri hər zaman və hər yerdə Azərbaycanı dəstək­
ləyərək, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlü­
yü çərçivəsində, beynəlxalq hüquq normalarına riayət edilməklə,
bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına
qaytarılması yolu ilə həllinə çağırır.

Biz hamımız şahidik ki, Sizin müdrik rəhbərliyiniz altında Azər­
baycan dini tolerantlığın və sivilizasiyalar arasında dialoqun ən ba­
riz nümunəsinə çevrilmişdir.

Cənab Prezident, bu mübarək günlər və qarşıdan gələn Rama­
zan bayramı münasibətilə Sizə bir daha ən səmimi təbriklərimizi
yetirirəm. Qadir Allahdan bütün qardaş Azərbaycan xalqına və bü­
tün İslam aləminə tərəqqi, rifah, sülh, müvəffəqiyyətlər diləyirik.
Əs-Sələmu aleykum və rəhmətullahi və bərəkatuhu!

211

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

25 sentyabr 2008-ci il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Hörmətli xanımlar və cənablar!
Ramazan ayında bizim görüşlərimiz çox gözəl ənənəyə çevri­
libdir. Biz hər il burada yığışırıq, birlikdə iftar açırıq və öz ürək
sözlərimizi ifadə edirik. Bu gün mənim ünvanıma deyilən bütün
xoş sözlərə görə Şeyx həzrətləri, sizə və bizim dostlarımıza öz min­
nətdarlığımı bildirmək istəyirəm. Bütün Azərbaycan xalqını əmin
etmək istəyirəm ki, mən bundan sonra da çalışacağam ki, Azərbay­
can xalqına, doğma Vətənə ləyaqətlə xidmət edim.
Bildiyiniz kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edən­
də bizim ölkəmiz ən çətin, ən ağır vəziyyətdə idi. Müstəqillik illə­
ri Azərbaycan üçün sınaq illəri olmuşdur. Azərbaycan xalqı sübut

212

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

etdi ki, özü öz müqəddəratını müəyyən edə bilər, özü seçdiyi yolla
uğurla gedə bilər və qarşıda duran problemlərin həlli işində çox
uğurlu addımlar ata bilər. Nəzərə alsaq ki, müstəqillik əldə olunan­
da bizim həm siyasi, həm də iqtisadi vəziyyətimiz çox ağır idi, son­
rakı illər ərzində, 17 il ərzində əldə edilmiş nailiyyətlər doğrudan
da çox böyükdür.

O da sirr deyil ki, bizim müstəqilliyimizin əsası məhz 1993-cü
ildə qoyulmuşdur. Düzdür, 1991-ci ildən Azərbaycan müstəqil
ölkə kimi yaşayırdı. Ancaq müstəqilliyimizin ilk illəri faktiki ola­
raq Azərbaycanın gələcək müstəqil həyatını şübhə altına salmış­
dı. Çünki ölkədə yaranmış vəziyyət – daxili çəkişmələr, vətəndaş
müharibəsi, torpaqlarımızın itirilməsi və iqtisadi iflic, demək olar
ki, ölkənin gələcəyini qeyri-müəyyən etmişdi. 1993-cü ildə xalqın
istəyi və tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
vəziyyət sabitləşdi və biz o ildən bu günə qədər, sözün əsl məna­
sında, inkişaf dövrünü yaşayırıq. Bu dövr asan olmamışdır, çətin,
keşməkeşli olmuşdur. Bu dövr ərzində həm müstəqilliyimizə zər­
bələr vuruldu, həm də sabitliyin pozulması istiqamətində addımlar
atıldı, təxribatlar törədildi. Ancaq Azərbaycan dövləti və dövlətin
rəhbəri öz müdrik siyasəti ilə bütün çətinlikləri aradan qaldırdı və
indi dünyada çox böyük hörmətə malik olan ölkədir.

Biz daxildə mövcud olan problemlərin həllində çox uğurlu ad­
dımlar atırıq və bunun nəticələrini bütün istiqamətlərdə görürük.
Mən bu barədə çox danışmaq istəmirəm. Hesab edirəm ki, Azər­
baycanın əldə etdiyi nailiyyətlər hər şeyi hər bir sözdən daha yaxşı
göstərir.

Son beş il ərzində mən ölkənin problemlərinin həlli işində öz səy­
lərimi göstərmişəm. Prezident kimi çalışmışam ki, bütün istiqamət­
lərdə olan, bütün sahələrdə olan problemləri biz tezliklə həll edək.
Azərbaycanda inkişafın sürəti, demək olar ki, bu amildən asılıdır.
Mən çox istəyirdim və bu gün də istəyirəm ki, ölkə qarşısında duran
problemlər tezliklə həll olunsun, Azərbaycan xalqı yaxşı yaşasın. Biz
buna layiqik. Biz onilliklər ərzində, əsrlər boyu başqa ölkələrin tərki­
bində yaşamışıq. Biz böyük xalqıq, amma çox qısa tarixi bir dövr ər­
zində öz dövlətimiz olmuşdur. Son bir neçə yüzilliklər ərzində bizim
müstəqil yaşamaq imkanımız olmamışdır. Ancaq buna baxmayaraq,

213

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

biz öz milli mənsubiyyətimizi, milli ruhumuzu saxlaya bilmişik. Şü­
bhəsiz ki, bu işdə əsas rolu bizim mənəvi dəyərlərimiz, ənənələri­
miz, bizim dinimiz, ana dilimiz oynamışdır. Bütün bu amillər azər­
baycanlıları bir millət kimi qorudu. Biz müstəqil həyata başlayanda
bu müstəqilliyi möhkəm əsaslar üzərində qururduq və bu gün onu
möhkəmləndiririk.

Ona görə mən bir daha demək istəyirəm, çox istəyirəm ki, Azər­
baycanın qarşısında duran problemlər tezliklə həll olunsun. Azər­
baycan inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycanda insanlar rahat,
firavan yaşasınlar. Maddi rifah şəraitində yaşasınlar. Bunun üçün
biz hər şeyi edirik. Ölkədə sabitlik qorunub saxlanılır, Azərbaycan­
da həm iqtisadi, həm də sosial yönümlü layihələr uğurla icra olu­
nur. Qəbul edilmiş bütün proqramlar vaxtlı-vaxtında icra edilir. Son
beş il ərzində elə hal olmamışdır ki, hansısa vəd verilsin, yaxud da
məsələ qarşıya qoyulsun, ancaq həll olunmasın. Bütün proqramlar
konkret xarakter daşıyır və hər bir proqramın arxasında konkret icra
mexanizmləri, maliyyə resursları və düşünülmüş strateji xətt daya­
nır. Belə olan halda, əlbəttə, ölkənin uğurları tezliklə baş verəcəkdir.

Bizim ölkəmiz iqtisadi inkişaf baxımından dörd il ərzində dün­
ya miqyasında birinci yerdədir. Digər göstəricilərimiz onu deməyə
əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Azərbaycan
xalqını narahat edən bütün problemlər həll olunur. Mənim beş il
bundan əvvəl qoyduğum məqsəd bundan ibarət olmuşdur. Prob­
lemlər var, onlar həll edilməlidir və onlar həll olunur.

Mən şübhə etmirəm ki, Azərbaycanda yaranmış bu gözəl icti­
mai-siyasi vəziyyət növbəti illərdə də davam edəcək və öz təsirini
göstərəcəkdir. Bizim başladığımız layihələrin bir hissəsi növbəti il­
lərdə başa çatacaqdır. Onların bəhrəsini növbəti illərdə görəcəyik.
Ancaq artıq bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycanın
uğurlu inkişafı artıq reallıqdır, faktdır. Bunu Azərbaycan xalqı və
bütün dünya görür. 

Prezident kimi mənim üçün, ilk növbədə, Azərbaycan xalqının
maraqları böyük önəm daşıyır. Mən çalışmışam və bundan sonra
da çalışacağam ki, Azərbaycan xalqının maraqlarını tam şəkildə
müdafiə edək, qoruyaq, Azərbaycan dövlətinin mövqelərini möh­
kəmləndirək. Azərbaycan yaşadığımız bölgənin inkişafı üçün, regi­

214

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

onal əməkdaşlığın dərinləşməsi üçün və bölgədə sabitliyin bərqərar
olunması üçün öz önəmli töhfəsini verir. Biz bütün dövrlərdə bu iş­
lərdə fəal iştirak edirdik və Azərbaycan bölgədə sabitləşdirici amil
kimi daim mövcud idi. Ancaq əlbəttə ki, böhranlı şəraitdə bu özünü
daha da qabarıq büruzə verir. Dinc vəziyyətdə, yəni rahat şəraitdə,
əlbəttə ki, bütün məsələləri çox asanlıqla həll etmək mümkündür.
Kiməsə elə gələ bilər ki, bu işlər təbii xarakter daşıyır. Ancaq başqa
cür də ola bilər. Azərbaycan başqa istiqamətdə inkişaf edə bilər.
Bizim strateji seçimimiz, 1993-cü ildə müəyyən edilmiş siyasi xətt
ən düzgün xəttdir. Strateji xətt düzgün xəttdir və bütün faktiki ad­
dımlarımız, siyasi təşəbbüslərimiz bir məqsədi güdürdü ki, Azər­
baycanın dövlətçiliyi möhkəmlənsin, müstəqilliyi əbədi, dönməz
olsun. Azərbaycanda vətəndaşlar yaxşı yaşasınlar və Azərbaycan
öz daxili imkanlarından istifadə edərək, güclü dövlətə çevrilsin. Bu
işdə biz qarşıya qoyduğumuz bütün vəzifələri uğurla icra etmişik.

Bu gün bir daha demək istəyirəm, nəinki ölkə daxilində, bölgə­
də Azərbaycanın təsir imkanları artır. Biz bu imkanlardan səmərəli
şəkildə istifadə edirik. Bizim bütün təşəbbüslərimiz – istər siyasi,
istər iqtisadi, istər enerji, istər nəqliyyat və istərsə də başqa sahələr­
dəki təşəbbüslərimiz regional əməkdaşlığa yönəldilibdir. Bölgə­
də sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına və
möhkəmlənməsinə yönəldilibdir. Yəni bizim təşəbbüslərimiz xoş­
məramlı təşəbbüslərdir.

Mən qətiyyətlə deyə bilərəm ki, növbəti illərdə Azərbaycanın
bölgədəki nüfuzu, mövqeyi və rolu artacaqdır. Bu, həm böyük üs­
tünlükdür, – halbuki, bu üstünlük göydən düşməyib, biz özümüz
bunu əldə etmişik, – həm də böyük məsuliyyətdir. Yəni bölgədə
gedən hadisələrə bizim təsir imkanlarımız artdıqca, məsuliyyəti­
miz də artır. Biz istər daxili siyasətdə, istərsə də xarici siyasətdə bü­
tün addımları böyük məsuliyyət hissi ilə atırıq. Xarici siyasətimiz
daxili siyasəti tamamlayır. Xarici siyasət Azərbaycanın dünyadakı
mövqelərinin möhkəmlənməsinə xidmət göstərir. Daxili siyasətdə
atılan addımlar – həm iqtisadi islahatlar, həm sosial məsələlərin
həlli, həm də bütövlükdə ictimai-siyasi vəziyyətin sabitliyi Azər­
baycan cəmiyyətinin inkişafına yönəldilibdir.

215

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan milli və dini dözümlülük baxımından nümunə ölkə
kimi göstərilir. Bu, reallıqdır və o, Azərbaycan xalqı tərəfindən ya­
radılıbdır. Bu sahədə həm dövlət siyasəti çox güclüdür və birmə­
nalıdır, həm də Azərbaycanda yaşayan insanların duyğuları da çox
təmizdir.

Azərbaycanda bütün insanlar, bütün millətlərin, dinlərin nü­
mayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt mil­
li, yaxud da dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da
olmamışdır, olmamalıdır və əminəm ki, olmayacaqdır. Bu, bütün
başqa amillərlə yanaşı, ölkəmizin uğurlu inkişafını təmin edən
amildir. Yəni bizdə həm ictimai-siyasi vəziyyət sabitdir, həm təh­
lükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunur, həm də iqtisa­
di islahatlar uğurla icra edilir. Bildiyiniz kimi, Dünya Bankı və Bey­
nəlxalq Valyuta Fondu Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi
qiymətləndirmişdir. Bu, böyük qiymətdir və bu qiymət dünyanın
ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən verilibdir. Bu,
kimliyi bəlli olmayan hansısa təşkilatın, yaxud da qeyri-dövlət təş­
kilatının rəyi deyil Bu, ciddi beynəlxalq maliyyə qurumlarının ver­
diyi qiymətdir.

Biz gələcək illərdə bütün istiqamətlərdə öz səylərimizi davam
etdirəcəyik. Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olaraq qa­
lacaqdır. Azərbaycanda demokratiyanın inkişafı istiqamətində
mühüm addımlar atılacaqdır. Deyə bilərəm ki, bu gün biz bu is­
tiqamətdə böyük nailiyyətlər əldə etmişik. Azərbaycanda təhlükə­
sizlik tədbirləri görüləcək, iqtisadi islahatlar, sosial proqramların
icrası davam etdiriləcəkdir. Növbəti illərdə böyük infrastruktur la­
yihələri gözlənilir. Bizim maliyyə imkanlarımız artır. Növbəti ilin
dövlət büdcəsi təxminən 15 milyard dollar həcmində olacaqdır. Bu,
son 5-6 il ərzində misli görünməmiş bir irəliləyişdir. Bizim dövlət
xərclərimiz on dəfədən çox artır. Bunun nəticəsi olaraq, bütün la­
yihələr uğurla icra edilir. 

Bir daha demək istəyirəm ki, biz öz gücümüzə arxalanırıq və öz
gücümüzdən səmərəli istifadə edirik. Bütün bu işlər Azərbaycan
xalqının dəstəyi sayəsində görülür. Yəni bizim bütün uğurlarımız
Azərbaycan xalqının uğurlarıdır. Əgər xalq bizim təşəbbüslərimizi
dəstəkləməsəydi, onların heç biri yerinə yetirilə bilməzdi. Bir sözlə,

216

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

mən gələcək illərə böyük nikbinlik hissi ilə baxıram və bilirəm ki,
Azərbaycanın çox parlaq, bundan da gözəl gələcəyi olacaqdır. Bi­
zim nəzərdə tutduğumuz işlərin bir hissəsi icra olunub, bir hissəsi
icra edilir, amma böyük hissəsi gələcəkdədir. Mən tam əminliklə
deyə bilərəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil
olacaqdır. Bizdə iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün me­
yarlar dünyanın ən inkişaf etmiş ölkələrinin meyarlarına bərabər
olacaqdır. Belə olan halda, ölkəmizin uzunmüddətli inkişafı təmin
olunacaq və Azərbaycan uğurla irəliyə gedəcəkdir.

Biz müqəddəs Ramazan bayramı ərəfəsindəyik, bir neçə gündən
sonra bu gözəl bayramı qeyd edəcəyik. Bu gözəl bayram Azərbaycan
xalqının qəlbində daim yaşamışdır. Düzdür, müstəqillikdən əvvəl biz
bu bayramı, sadəcə olaraq, evlərdə qeyd edirdik. Ancaq yenə də bu,
həmişə azərbaycanlılar üçün çox əziz, doğma bayram olmuşdur.

Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxt­
lik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Doğma Vətənimizə
yeni nailiyyətlər arzulayıram. Sağ olun.

217

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının qədim milli mərasimlərindən olan Roş-Ha-
Şana – Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi
arzu və diləklərimi yetirirəm.
Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma
Vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ay­
rı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və
qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın hökm sürdüyü
çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil
və mədəniyyətini, milli-mənəvi adət-ənənələrini günümüzəcən qo­
ruyub saxlamışlar.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi icma­
sı bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi,
elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyi­
mizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətləri­
nin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu
layiqincə yerinə yetirir.
Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniləşmə, xoş müj­
dələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha
hamınıza xoşbəxtlik, ailələrinizə sevinc və səadət arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2008-ci il

218

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RAMAZAN BAYRAMI MÜNASIBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşla­
rımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik
edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan
ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-­
amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır.
Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borcunu ye­
rinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mər­
həmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində
qələbə sevincini yaşayırlar.
Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşları­
mız Ramazan günlərini qürur hissləri ilə yola salır, məmnunluqla
bayram sevincini bölüşürlər. Hər yerdə xalqımızın və dövlətimizin
firavanlığı, rifahı üçün diləklər edilir, şəhidlərimizin ruhuna dua­
lar oxunur. Bütün bu xeyirxah niyyətlərə qoşularaq, Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman
övladlarımızın xatirəsini böyük ehtiramla yad edir, Allahdan onla­
ra rəhmət, ailələrinə səbir diləyirəm.
Əziz bacı və qardaşlarım!
Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən
orucluq mərasimləri xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqli­
yini nümayiş etdirir, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq
və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram
günlərində bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələri­
nizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2008-ci il

219

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT

27 sentyabr 2008-ci il

Boris Simanduyev (Dağ yəhudiləri icmasının sədri): Hörmətli,
əziz Prezidentimiz, biz Sizi hər dəfə burada görəndə məmnunluq
hissi keçiririk. Sizinlə görüşümüz qəlbimizdə elə bir iz buraxır ki,
illərlə təəssürat altında oluruq. Biz ona görə Sizi sevirik ki, Siz bi­
zim ölkəmizi, respublikamızı çox qüdrətli bir dövlətə çevirmisiniz.
Bugünkü gündə Azərbaycanla hesablaşmayan elə bir dövlət yox­
dur. Çox böyük dövlətlərin rəhbərləri Sizinlə görüşə can atırlar.
Biz bundan iftixar hissi keçiririk. Əminik ki, Siz bizi gözəl gələcəyə
aparacaqsınız. Buna biz heç bir şübhə etmirik. Çünki siz bizim çox­
millətli dövlətdə əmin-amanlıq yaratmısınız. Əmin-amanlıq da ki,
əsas şərtdir. Əmin-amanlıq olmayan yerdə inkişaf da ola bilməz.
Bu, Azərbaycanda var. Dinlər arasında olan münasibətlər də bir-bi­
rinə qarşılıqlı hörmət əsasında qurulur. Bütün konfessiyalar bir-bi­
rinə hörmət edirlər, bizdə əmin-amanlıq var. Harada əmin-amanlıq
olursa, orada tərəqqi də olur. Allaha şükür, Azərbaycanda həmişə
əmin-amanlıq olub, mənə elə gəlir ki, tolerantlıq nöqteyi-nəzərin­
dən Azərbaycan bütün dünya üçün nümunə ola bilər. Bizə çoxlu
qonaqlar gəlir, onlar bizimlə görüşür, fikrimizi öyrənirlər. Eşidən­
də ki, bizdə, Azərbaycanda millətlər arasında əlaqələr necə quru­
lub, onlar bizə qibtə edirlər, bizdən razılıq hissi ilə ayrılırlar. Biz
ümidvarıq ki, bu, belə də olacaqdır.

Möhtərəm Prezident, Sizin rəhbərliyiniz nəticəsində Azərbayca­
nın siması tamamilə dəyişibdir. Yəni Azərbaycanın elə bir regionu
yoxdur ki, orada inkişaf, tərəqqqi olmasın. İstehsal müəssisələri
tikilir, iş yerləri yaradılır, ictimai binalar, mədəni-maarif ocaqları,
məktəblər tikilir. Həddən artıq inkişaf gedir. Belə bir qüdrətli döv­
lət bizi ruhlandırır, yaşayıb-yaratmağa sövq edir.

Siz keçən illərdə burada olanda, bəlkə də yuxarıdan baxanda
bu imarətləri görməmişdiniz. İndi Allaha şükür, baxıb görürsünüz
ki, nə qədər bizdə inkişaf var, gözəl bir qəsəbə yaratmışıq. Buraya
gələn qonaqlar bizə baxıb fərəhlənirlər. Onlar da fərəhlənirlər ki,

220

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

belə bir ölkədə, belə bir inkişaf var. Mənə belə gəlir ki, bu inkişafı
görməyən ya kor, ya kardır, yaxud da ki, onlar qanmazdır, qanmır­
lar. Biz bunu görürük, bunu dərk edirik. Fəxr edirik ki, Allah-Təala
bizə Sizin kimi bir Prezidenti bəxş edibdir. Biz xoşbəxt adamlarıq.
Hamımız ümidvarıq ki, bizə bəxş edilən bu insan bizim dayağımız
olacaq, biz də onun ətrafında sıx birləşib, ona dayaq olacağıq. Çün­
ki, biz ona inanırıq, onu sevirik, onunla fəxr edirik.

Allaha şükür edirik ki, Siz buraya belə bir vaxtda – bayramlar
ərəfəsində gəlmisiniz. Bizim camaatımız bir aya yaxındır ki, səhər
sübh açılandan sinaqoqlarda ibadət edir, Allah-Təalaya üz tutub
bizim dövlətimizin başçısına cansağlığı arzu edir, dövlətimizin
tərəqqisi naminə dualar deyir. Bizim camaatımız, xalqımız Allaha
yaxın adamlardır. Allah-Təala da bizim səsimizi eşidir, bizə kömək
olur, Sizə kömək olur, Siz də bizə kömək olursunuz. Mən Sizi bu
bayramlar münasibətilə – Ramazan bayramı, yəhudilərin Yeni il
bayramı münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür, ailə
səadəti, bizi gözəl gələcəyə aparmaqda qüvvə, iradə arzulayırıq.

Möhtərəm Prezident, bir də Yeni il bayramında Allah-Təala bü­
tün insanların qismətini müəyyən edir. İlin başında nə olacaqsa, hə­
yat necə başlayacaq, necə qurtaracaqsa – onu təyin edir. Allah-Təala
elə etsin ki, Sizin adınız Allahın həyat kitabında müqəddəs insanla­
rın arasında birinci yazılsın. Dövlətimiz tərəqqi etsin, Azərbaycan
iri addımlarla bundan sonra da inkişaf etsin. Amin!

İlham Əliyev: Çox sağ olun, xoş sözlərinizə görə sizə minnətda­
ram. Sizi ilk növbədə qarşıdan gələn bayram münasibətilə təbrik
etmək istəyirəm. Rəsmi məktub da imzalamışam. Bütün yəhudiləri
onların bayramı münasibətilə təbrik edirəm və bu bayramda bütün
yəhudi icmasının üzvlərinə xoşbəxtlik, cansağlığı, yeni uğurlar ar­
zulamaq istəyirəm.

Siz çox düzgün söylədiniz ki, bizim ölkəmizin üstünlüyü onda­
dır ki, burada bütün millətlər, bütün dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar, qardaş kimi yaşayırlar. Bu, bizim xüsusiyyə­
timizidir və bu, bizə təbii gəlir. Biz buna öyrəşmişik. Biz uşaqlıq
dövründən belə ab-havada yaşamışıq. Bəzi xarici qonaqlar Azər­
baycana gələndə, yaxud da ki, bizim təcrübəmizi öyrənməyə baş­
layanda təəccüblənirlər. Necə ola bilər ki, burada bütün xalqlar çox
mehriban şəraitdə yaşayırlar, qardaşlıq şəraitində yaşayırlar.

221

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir və bu,
bizim böyük nailiyyətimizdir və böyük sərvətimizdir. Bütün mil­
lətlərin nümayəndələri bir ailə kimi, qardaş kimi yaşayırlar, yara­
dırlar, Azərbaycanın inkişafında öz mühüm əməyini qoyurlar və
ölkəmizin inkişaf etmiş dövlətə çevrilməsi işində öz fəaliyyətlərini
göstərirlər.

Bizim ölkəmiz, bütün bölgələr inkişaf edir. O cümlədən, Qubada
Qırmızı qəsəbənin inkişafı da xüsusi yer tutur. Burada tikilən bi­
nalar, gözəl şərait, əlbəttə ki, çox sevindiricidir. Mən çox istəyirəm
ki, burada həmişə həyat belə gur olsun, həmişə toy-bayram olsun,
həmişə sülh, əmin-amanlıq şəraitində yaşasınlar. Mən də Prezi­
dent kimi əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm ki,
Azərbaycanda bu gözəl ənənələr davam etsin, əbədi olsun və əbədi
də olacaqdır. Azərbaycanın inkişafı uzunmüddətli olsun, burada
sabitlik, əmin-amanlıq daha da möhkəmlənsin, bütün görülən işlər
insanların daha da yaxşı yaşamasına xidmət göstərsin.

Biz iqtisadi cəhətdən xeyli dərəcədə güclənmişik. Müstəqil ölkə­
miz son illər ərzində misli görünməmiş inkişaf yaşayıbdır. Sosial
məsələlərin həlli, investisiyalar, büdcə artımı – bütün bunlar insan­
ların gündəlik həyatına öz təsirini göstərir. Mən istəyirəm ki, daha
da çox göstərsin. İstəyirəm ki, Azərbaycanda yoxsulluq, işsizlik
olmasın, insanlar yaxşı işlə təmin olunsunlar, yaxşı maaş alsınlar,
yaxşı pensiya alsınlar. Düzdür, son illər ərzində biz bütün bu sosial
ödəmələri xeyli dərəcədə artırmışıq, ancaq hələ ki, bu, bizi tam şə­
kildə qane edə bilməz. Bizim istəyimiz odur ki, Azərbaycan inkişaf
etmiş ölkələrin sıralarına daxil olsun və inkişaf etmiş ölkələrə xas
olan bütün parametrlər Azərbaycanda tətbiq olunsun. Bunu etmək
üçün bizim imkanlarımız var. Allaha şükür, təbii ehtiyatlar var,
gözəl təbiət var, regionların inkişafı sürətlə gedir, ictimai vəziyyət
çox müsbətdir, təhlükəsizlik, sabitlik şəraitində yaşayırıq, vətəndaş
həmrəyliyi, millətlərarası sülh şəraitində yaşayırıq. Bilirsiniz, bir
daha demək istəyirəm ki, heç də hər bir ölkədə belə gözəl mənzərə
müşahidə olunmur. Baxın, dünyanın müxtəlif yerlərində, uzaq,
yaxın bölgələrdə nə qədər böyük çaxnaşmalar, qarşıdurmalar var.
Milli zəmində, dini zəmində qarşıdurma, bəzi hallarda münaqişə,
bəzi hallarda sadəcə məişət zəminində qarşıdurma var. Bunların

222

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

heç biri Azərbaycanda yoxdur, heç biri də olmayacaqdır. Bunun tə­
minatçısı Azərbaycan xalqıdır, bizim siyasətimizdir, bax, sizin fəa­
liyyətinizdir, sizin Azərbaycanda xoşbəxt, rahat yaşamağınızdır.
Bu, doğrudan da böyük sərvətdir və bir daha demək istəyirəm ki,
biz buna öyrəşmişik. Biz hesab edirik ki, bu, təbiidir və biz haqlı­
yıq. Bəzi başqa yerlərdə yaşanan hadisələr təbii deyil Onlar süni
şəkildə ortaya atılmış ədavət toxumlarıdır ki, insanları bir-birinə
qarşı hərəkət etməyə məcbur edir. Bizim ölkəmiz isə öz inkişafı­
na bax, bu cür davam edəcəkdir, – həm iqtisadi inkişaf, həm sosi­
al məsələlərin həlli, güclü siyasət, xarici siyasət. Siz öz sözünüzdə
bizim xaricə siyasətə toxundunuz. Bizim siyasətimiz çox açıqdır,
aydındır, birmənalıdır, səmimidir. Biz öz maraqlarımızı müdafiə
etməliyik, bütün ölkələrlə yaxşı münasibətlər qurmalıyıq və işlə­
ri qarşılıqlı maraqlar əsasında aparmalıyıq. Azərbaycanın hər bir
bölgəsində, hər bir qəsəbəsində, kəndində bu gözəl inkişaf daha da
sürətlə getməlidir.

Mən çox şadam ki, yenidən sizinlə görüşürəm. Bu bizim birin­
ci, ikinci görüşümüz deyildir. Qubada olarkən həmişə çalışıram ki,
sizinlə görüşüm, öz ürək sözlərimi sizə deyim və bu vasitə ilə öz
hörmət, məhəbbətimi bir daha ifadə edim.

Sizə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

223

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs
Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən
səmimi arzularımı yetirirəm.
Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolun­
da, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını,
eyni zamanda, onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, huma­
nizm və qardaşlıq duyğularını təcəssüm etdirir.
Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin
təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük
sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin inkişafı,
xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimi­
zin nurlu xatirəsi ehtiramla yad edilir. Əmin olduğumu bildirirəm
ki, müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah
niyyətlər gerçəkləşəcək, Ulu Tanrının mərhəməti xalqımızın və döv­
lətimizin üstündən əskik olmayacaqdır. 
Əziz bacı və qardaşlar!
Bu müqəddəs gündə bir daha Sizə, dünyanın müxtəlif guşələrin­
də yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi yeti­
rir, hamınıza möhkəm can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələri­
nizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2008-ci il

224

2009

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad
bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hamınıza
ən xoş arzularımı yetirirəm.
Bu gün dünyada tolerantlıq örnəyi kimi səciyyələndirilən çox­
millətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində bütün xalqlar,
etnik-dini icmalar qarşılıqlı hörmət və etimad şəraitində, əmin-a­
manlıq mühitində yaşayıb fəaliyyət göstərirlər. Məmnuniyyət his­
si ilə qeyd etmək istəyirəm ki, ölkəmizin tam hüquqlu vətəndaşları
olan pravoslav xristian icması öz dil və mədəniyyətini, dini etiqadı­
nı, adət-ənənələrini qoruyub saxlamaqla, milli-dini bayram və mə­
rasimlərini azad və sərbəst şəkildə icra edir, Azərbaycanda gedən
böyük quruculuq işlərində, dövlət müstəqilliyimizin daha da möh­
kəmləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
İsa peyğəmbərin mövludu ilə əlamətdar olan və bəşər sivilizasi­
yasında yeni bir tarixi mərhələnin əsasını qoyan Milad günü bütün
dünyada olduğu kimi, Azərbaycanda da hər il pravoslav xristian
icması tərəfindən təntənə ilə bayram edilir. Yeniliyin, əmin-amanlı­
ğın, şəfqət və mərhəmət duyğularının rəmzi olan bu nurlu bayram
münasibətilə bir daha hər birinizə xoşbəxtlik, ailələrinizə firavan­
lıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2009-cu il

226

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
ZATI-MÜQƏDDƏSLƏRİ KİRİLƏ
Zati-müqəddəsləri,
Moskvanın və bütün Rusiyanın Patriarxı vəzifəsinə seçilməyiniz
münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Azərbaycan və Rusiya xalqları arasında dərin tarixi
köklərə malik olan dostluq və mehriban qonşuluq münasibətləri Si­
zin bu ali ruhani vəzifədə xidmətiniz dövründə daha da möhkəm­
lənəcəkdir.
Zati-müqəddəsləri, Sizə möhkəm cansağlığı, firavanlıq və bütün
təşəbbüslərinizdə uğurlar diləyirəm.
Hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2009-cu il

227

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“BAKI-İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009”
MƏDƏNİYYƏT İLİNİN EMBLEMİNİN TƏQDİMAT
MƏRASİMİ

18 fevral 2009-cu il

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO)
baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri Heydər Əliyev Sa­
rayında keçirilən təntənəli açılış mərasimində “Bakı-İslam mədə­
niyyətinin paytaxtı-2009” mədəniyyət ilinin emblemini Azərbay­
can Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Prezident İlham Əliyev Bakının İslam mədəniyyətinin paytax­
tı elan olunmasında həm İslam Konfransı Təşkilatının, həm də
İSESCO-nun çox böyük rolu olduğunu vurğulayaraq demişdir ki,
İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tüveycri Azər­
baycanın böyük dostudur və onun fəaliyyəti hesabına İSESCO ilə
Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtə­
lif proqramlar həyata keçiririk. İSESCO-nun xətti ilə Azərbaycanda

228

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESCO arasın­
da əlaqələr yeni yüksək pilləyə qalxıbdır. Bu, çox böyük əhəmiy­
yətə malik olan bir məsələdir.

İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri, İs­
lam Konfransı Təşkilatının baş katibinin müavini Atta el-Manane
Baxit mərasimdə çıxış etmişlər. Onlar qədim tarixi, zəngin mədə­
niyyəti olan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi al­
tında görülən işlərdən, ölkənin dinamik inkişafından, beynəlxalq
əlaqələrindən söz açmış, tarixi abidələrin bərpası və digər mühüm
işlərdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO-nun
və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Meh­
riban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmişlər.
İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri “Ba­
kı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin emble­
mini Prezident İlham Əliyevə təqdim etmişdir.

229

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009”
MƏDƏNİYYƏT İLİNİN TƏNTƏNƏLİ AÇILIŞI 
MƏRASİMİNDƏ NİTQ

18 fevral 2009-cu il

Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakıda, Azər­
baycanda çox əlamətdar bir gündür. Biz “Bakı – İslam mədəniyyəti­
nin paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə yığışmışıq.
Bu, Bakı şəhəri üçün böyük şərəfdir. Mən şübhə etmirəm ki, bu gözəl
tədbir, açılış mərasimi və bundan sonrakı tədbirlər uğurlu keçəcək
və İslam dünyasının, İslam mədəniyyətinin birləşməsi, bir-birinə
daha da yaxın olması üçün öz müsbət rolunu oynayacaqdır.
Mən bu qərarın qəbul edilməsində rolu olan bütün insanları bu­
rada salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istə­
yirəm. Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması İslam
Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısında baş
verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESCO
təşkilatının çox böyük rolu olmuşdur. Mən bu gün İSESCO-nun

230

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

baş direktoru cənab əl-Tüveycrinin fəaliyyətini xüsusilə qeyd et­
mək istəyirəm. Bu qərarın qəbul edilməsində onun çox böyük rolu
olmuşdur. Cənab əl-Tüveycri Azərbaycanın böyük dostudur və
onun fəaliyyəti sayəsində İSESCO ilə Azərbaycan arasında əlaqələr
çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiri­
rik. İSESCO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir.
Beləliklə, Azərbaycan ilə İSESCO arasında əlaqələr yeni yüksək pil­
ləyə qalxır. Bu, çox böyük əhəmiyyətə malik bir məsələdir.

Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir, cəmi 17 ildir
ki, müstəqil ölkə kimi yaşayırıq. Biz bu illər ərzində çalışmışıq və
çalışırıq ki, İslam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi
verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir.
Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində
çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı təd­
birlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət
və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox təd­
birlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla
və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın ol­
masına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına
çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik,
həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaş­
lıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə
təqdim etməliyik, İslam ölkələri arasında daha çox qarşılıqlı ticarət
aparılmalıdır.

Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş
Millətlər Təşkilatında İslam ölkələrinin birliyi, həmrəyliyi çox bö­
yük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu
hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəb­
büslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükə­
sizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr
olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möh­
kəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda siviliza­
siyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər
görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır.

Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə İslam Konfransı Təş­
kilatı xətti ilə, İSESCO xətti ilə və Avropa strukturlarının xətti ilə çox­

231

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

saylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox
önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin
möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr
nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da
bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən İslam həmrəyliyinin
daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam
etdirəcəyik.

İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünya­
da bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bü­
tün İslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar
mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki İslam
dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim
mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.

Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Ba­
yaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi
17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik
olan ölkədir. Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmış­
lar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiy­
yatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azər­
baycan dilimiz – bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu
möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quru­
culuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənə­
vi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi
möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın
hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız
var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam
şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da
möhkəmləndirə bilmişdir. Bu gün Azərbaycan istər xarici siyasətdə,
istərsə də daxili işlərdə müstəqil siyasət aparan ölkədir. Bizim bütün
imkanlarımız səfərbər olunubdur. Azərbaycanın bölgədəki rolunun
artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, Azərbay­
canın çox etibarlı tərəfdaşa çevrilməsi işləri – bunlar uğurla davam
etdirilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim
həm siyasi addımlarımız, həm də regional müstəvidə atdığımız ad­
dımlar, irəli sürülmüş təşəbbüslər dostluğa, əməkdaşlığa yönəldilib­

232

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dir. Biz istəyirik ki, bölgədə sülh olsun, təhlükəsizlik olsun. Belə olan
halda, inkişaf üçün daha da çox imkanlar olacaqdır.

O ki qaldı bizim ümumi inkişafımıza, Azərbaycan son beş il ər­
zində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqti­
sadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiy­
yat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da
gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə
böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş
işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər
yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir.

Əlbəttə ki, hər bir ölkənin hərtərəfli inkişafı üçün, ilk növbədə,
mənəvi əsaslar olmalıdır. Onlar da bizdə var. Eyni zamanda, düşü­
nülmüş siyasət aparılmalıdır və biz qoyulan məqsədə ardıcıllıqla
addımlamalıyıq. Hər bir ölkənin hərtərəfli inkişafı həm də mədə­
niyyət sahəsində inkişafı ehtiva edir. Bu sahəyə çox böyük diqqət
göstərilir. Baxmayaraq ki, Azərbaycan bir neçə il bundan əvvəl
demək olar ki, ən çətin iqtisadi sınaqlardan çıxa bilmişdir.

Bizim müstəqil iqtisadi inkişafımızın tarixi o qədər də böyük
deyildir. Baxmayaraq ki, bugünkü dünyada maliyyə böhranı geniş
vüsət alıb və ən inkişaf etmiş ölkələr bu böhrandan əziyyət çəkir və
öz xərclər proqramlarına düzəlişlər edirlər, amma Azərbaycanda
humanitar sahəyə, mədəniyyətə ayrılan xərclər azalmır. Azərbay­
canda bundan sonra da bizim mədəni irsimizin qorunması üçün
nə qədər lazımdırsa, o qədər vəsait ayrılacaqdır. Artıq biz bunu
görürük. Azərbaycanda demək olar ki, bütün tarixi abidələr bərpa
edilir, yeni mədəniyyət ocaqları yaradılır, teatrlar, muzeylər bər­
pa olunur və ən müasir, gözəl səviyyədə yeniləri tikilir. Biz bu si­
yasəti bundan sonra da davam etdirəcəyik. Əlbəttə, xüsusilə dün­
ya miqyaslı böhran zamanı iqtisadi sıxıntılar, iqtisadi problemlər
qaçılmazdır. Hər bir ölkə bu və ya digər dərəcədə bu problemlərlə
üzləşir. Ancaq bu o demək deyil ki, həmin problemlər bizə elə təsir
etməlidir ki, bizim üçün əsas olan istiqamətlərə bir az biganə qalaq.
Yox, əksinə, mən hesab edirəm ki, hər bir böhrandan çıxmaq üçün,
ilk növbədə, güclü iradə olmalıdır, düşünülmüş siyasət olmalıdır
və qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün qüvvələr səfər­
bər edilməlidir. Biz bu gün bunu Azərbaycanda görürük.

233

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən səslənən bə­
yanatlar da bir daha bunu göstərir. Bu bəyanatlar ondan ibarətdir
ki, Azərbaycan dünya iqtisadi böhranına ən çox hazır olan ölkələr­
dən biridir. Bu hazırlıq göydən düşmür, son illər ərzində aparılan
ardıcıl siyasət nəticəsində mümkün olubdur. Bu hazırlığı biz özü­
müz qazanmışıq, əldə etmişik. Bütün bunlar bizim düşünülmüş
siyasətimizlə, atılan addımlarla, Azərbaycan iqtisadiyyatına qoyu­
lan sərmayələrlə, iqtisadi potensialımızı şaxələndirməklə mümkün
olubdur. Mən şübhə etmirəm ki, Azərbaycan dünyanı bürümüş çox
ciddi, ağır iqtisadi və maliyyə böhranından şərəflə, üzüağ çıxacaq­
dır. Bizim inkişafımız bundan sonra da uğurlu, uzunmüddətli və
dayanıqlı olacaqdır.

Bir daha demək istəyirəm ki, biz hətta bu müddət ərzində də
mədəniyyətə ayrılan vəsaiti azaltmamalıyıq, öz diqqətimizi ondan
əsirgəməməliyik. Azərbaycanın zəngin mədəni irsinin qorunması
üçün və zənginləşdirilməsi üçün öz əməli işlərimizi bundan sonra
da davam etdirməliyik.

Bakının çox gözəl memarlıq abidələri var. Əminəm ki, şəhərimi­
zin qonaqları bu abidələrlə tanış olacaqlar. Bu abidələr Azərbaycan
dövləti tərəfindən lazımı səviyyədə qorunur və bundan sonra da
qorunacaqdır. Eyni zamanda, Azərbaycanın digər bölgələrində çox­
saylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən
qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çün­
ki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik
təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına
düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətin­
də yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermə­
nilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün
dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda,
beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in
faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər
ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstəri­
libdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni
budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı si­
yasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan

234

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri
yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu et­
mək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlü­
yü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına
qayıtmalıdırlar.

Keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məc­
lisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə əlaqədar
qətnamə qəbul edilərkən bizə səs verən bütün ölkələri, İslam ölkələ­
rini bu yüksək kürsüdən bir daha salamlayıram, onlara öz dərin
minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm,
baxmayaraq ki, böyük dövlətlər, bu münaqişə ilə bilavasitə məşğul
olan ölkələr qətnamənin qəbul olunmasına problemlər yaratmaq
istəyiblər və əleyhinə səs vermişlər, ancaq bu qətnamə böyük səs
çoxluğu ilə qəbul edilibdir. 39 ölkə qətnaməyə səs verdi və onların
içində əksəriyyəti müsəlman ölkələridir. Bax, budur real İslam həm­
rəyliyinin nəticələri. Budur bizim müştərək siyasətimizin uğurları.
Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının
qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da si­
yasətində bu prinsipləri rəhbər tutacaqdır.

Əziz dostlar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə bir daha ürək­
dən təbrik etmək istəyirəm. Bütün İslam dünyasına sülh, əmin-­
amanlıq arzulayıram. Bütün müsəlman bacı-qardaşlarımıza xoş­
bəxtlik və tərəqqi arzulayıram.
Sağ olun.

235

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə şəxsən öz adımdan və Azər­
baycan xalqı adından Sizə ən səmimi təbriklərimizi yetirməkdən
məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı dostluq və
əməkdaşlıq münasibətlərinin inkişafı daim ümumbəşəri dəyərlə­
rin, insanlar arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin bərqərar
olmasına töhfələr verəcəkdir. 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali xidməti­
nizdə uğurlar, həmməzhəblərinizə sülh və rifah diləyirəm.
Hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2009-cu il

236

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bü­
tün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və
xoşbəxtlik arzulayıram.
Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühiti, et­
nik-mədəni müxtəliflik, xalqlar arasında mehriban dostluq və
qardaşlıq münasibətləri cəmiyyətimizdə mütərəqqi əxlaqi-mənə­
vi dəyərlər sistemini formalaşdırmış və bu üstün keyfiyyətlər ic­
timai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Biz haqlı
olaraq bunu xalqımızın tarixi nailiyyəti hesab edir, ölkədə sülhün,
əmin-amanlığın, vətəndaş həmrəyliyinin daha da möhkəmləndi­
rilməsi və dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olma­
yaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi
istiqamətində səylərimizi davam etdiririk.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan cə­
miyyətinin ayrılmaz hissəsi olan çoxminli pravoslav xristian icması
milli-mənəvi dəyərlərini və adət-ənənələrini qoruyub saxlamaqla,
ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak
edir, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərir.
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət
rəmzi kimi hər il Azərbaycanda geniş qeyd edilir. Bu əziz gündə
bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzula­
yıram.
Bayramınız mübarək olsun! 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2009-cu il

237

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Tarixin ən kütləvi insan fəlakətinə səbəb olmuş İkinci Dünya
müharibəsi bir çox xalqların, xüsusilə də yəhudi xalqının həyatın­
da müdhiş qara səhifə kimi yaşamaqdadır. Bu qanlı savaş zamanı
milyonlarla yəhudi əsilli insan faşizmin günahsız qurbanına çev­
rilərək, məqsədyönlü soyqırımı siyasətinə məruz qalmışdır.
1943-cü ilin aprelində Varşava yəhudi gettosunda saxlanan məh­
buslar faşizmin qanlı cinayətlərinə, milli-dini ayrı-seçkiliyə qarşı
qətiyyətli etiraz aksiyasına başlamış, qeyri-bərabər ölüm-dirim sa­
vaşında qəhrəmanlıqla həlak olsalar da, öz milli haqları və insani
ləyaqəti uğrunda şərəfli mübarizə örnəyi vermişlər. Faşizmlə mü­
barizədə mənəvi qələbə rəmzinə çevrilmiş bu hadisə tarixə təkcə
yəhudilərin müsibəti deyil, eyni zamanda qəhrəmanlıq nümunəsi
kimi daxil olmuşdur.
Təəssüflə qeyd etmək istəyirəm ki, tarixdən ibrət dərsi götür­
məyən ayrı-ayrı siyasi-şovinist dairələr, irticaçı rejimlər və ideo­
logiyalar bu gün də beynəlxalq sülh və əmin-amanlıq üçün ciddi
təhlükə mənbəyi olaraq qalmaqdadır. Son iyirmi ildə Ermənistanın
Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş de­
portasiya və etnik təmizləmə siyasəti, kütləvi qətl və terror aksiya­
ları, nəhayət Xocalıda azərbaycanlıların dəhşətli qətliamı zəmanə­
mizin acı gerçəkliyidir. Biz hansı coğrafiyada törədilməsindən asılı
olmayaraq, etnik-dini düşmənçiliyin və ayrı-seçkiliyin hər cür təza­
hürünü bütövlükdə bəşər sivilizasiyasını təhdid edən cinayət kimi
qiymətləndirir və dünya birliyini bu bəşəri təhlükəyə qarşı səfərbər
olmağa dəvət edirik.
Əziz həmvətənlər!
Hər il mütərəqqi dünya ictimaiyyəti Yəhudi Xalqının Müsibəti
və Qəhrəmanlığı Gününü böyük ehtiramla yad edir. Bu milli hüzn
gününüzdə Azərbaycan xalqı adından bir daha kədərinizə şərik ol­
duğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan
rəhmət diləyirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2009-cu il

238

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TƏZƏPİR MƏSCİD KOMPLEKSİNDƏ

6 iyul 2009-cu il

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla ilə
birlikdə Təzəpir məscid kompleksinə gəldi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə dövlətimizin başçısı İlham Əliyevə burada aparılan əsaslı
yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verdi.

Bildirildi ki, məscid kompleksində ən yüksək səviyyədə yeni­
dənqurma, tikinti və tərtibat işləri görülmüşdür.

Kompleksin ərazisində bu məscid kompleksinin Azərbaycan Pre­
zidenti İlham Əliyevin təşəbbüsü əsasında yenidən qurulmasını bil­
dirən lövhə qoyulmuşdur.

Dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə Bakı İslam Univer­
sitetinin tədris korpusu və Qafqaz Müsəlmanları İdarəsi üçün beş­
mərtəbəli inzibatı binası ilə tanış oldu. Təzəpir məscidinin önündə
xatirə şəkli çəkdirdi və məsciddə nümayiş olunan qədim kitablara,
Təzəpir məscidi haqqında CD-lərə baxdı, xatirə kitabına ürək sözlə­
rini yazdı.

239

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mərasimin rəsmi hissəsi başlandı.
Tədbir iştirakçıları Prezident İlham Əliyevi sürəkli alqışlarla qar­
şıladılar.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 

İlham Əliyev: Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə mən sizin hamınızı səmimiyyətlə salamlayıram və bu
gün Azərbaycan üçün bu əlamətdar və tarixi gündə sizin hər birinizə
cansağlığı, xoşbəxtlik arzulayıram.
Bu gün həqiqətən tarixi bir gündür. Əsaslı təmirdən və yeni­
dənqurma işlərinin aparılmasından sonra Təzəpir məscidi yenidən
fəaliyyətə başlayır. Məscid əsaslı təmir edilib, ərazisi genişləndirilib,
ətrafdakı bir neçə ev köçürülüb və bir sözlə, bu gün burada – ta­
rixi bir yerdə həm bizim milli və dini dəyərlərimizi əks etdirən gözəl
kompleks, eyni zamanda, ən müasir standartlara cavab verən yeni
gözəl şərait yaradılıbdır. Həm məscidin binası təmir olunub, eyni
zamanda burada mərasimlər korpusu, ruhani idarəsinin iqamətga­
hı, konfrans zalı, universitet binası tikilmişdir. Bir sözlə, əminəm ki,
bundan sonra bu gözəl tarixi yerdə dinlərarası dialoqun dərinləşmə­
si, Azərbaycan xalqının, Azərbaycandakı bütün xalqların nümayən­
dələrinin normal yaşaması üçün müxtəlif tədbirlər, simpoziumlar,
konfranslar və başqa tədbirlər keçiriləcəkdir.
Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi döv­
lətdir. Ancaq bununla bərabər, biz öz milli və dini ənənələrimizə,
dəyərlərimizə çox sadiqik. Biz ümumbəşəri dəyərləri bölüşürük.
Ancaq bizim üçün başlıca, məna daşıyan dəyər Azərbaycanın milli
dəyərləridir.
Bütün dövrlərdə Azərbaycanda bütün xalqlar mehribanlıq şəra­
itində yaşayıblar və Azərbaycan dövləti, müstəqil Azərbaycan döv­
ləti bundan sonra da ölkəmizdə bu gözəl ənənələri yaşatmaq üçün
əlindən gələni edəcəkdir. Onu da demək istəyirəm, baxmayaraq ki,
Azərbaycanda din dövlətdən ayrıdır, Təzəpir məscid kompleksinin
yenidən qurulması üçün vəsait dövlət tərəfindən ayrılıbdır. Bir il
bundan əvvəl əsaslı təmirdən və genişləndirmə işlərinin aparılma­

240

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

sından sonra yenidən istifadəyə verilmiş Bibiheybət məscid-ziyarət­
gah kompleksinin qurulmasına yenə də Azərbaycan dövləti eyni
qaydada vəsait ayırmışdı. Əjdərbəy məscidinin yenidən qurulması
üçün yenə Azərbaycan dövləti, Azərbaycan hökuməti vəsait ayır­
mışdı. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan
öz dini və milli ənənələrinə çox sadiqdir, İslam dinini yaşatmaq, İs­
lam həmrəyliyini genişləndirmək üçün əlindən gələni edir. Biz bunu
etməliyik və edəcəyik. İslam dini böyük bir dindir. İslam dini dost­
luq dinidir, qardaşlıq dinidir, həmrəylik dinidir.

Əfsuslar olsun ki, bəzi hallarda bəzi yerlərdə İslam dini haqqın­
da qəsdən yalan məlumatlar ortaya çıxarılır. İslamofobiya bir siyasət
kimi aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və
buna böyük ehtiyac vardır. Ancaq bununla bərabər, bəzi hallarda bu
sözlərin arxasında dini ayrı-seçkilik meyilləri də görsənir. Biz bunu

241

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rədd edirik. İslam dininə qarşı aparılan kampaniyanı rədd edirik.
Əsassız ittihamları rədd edirik.

Bir daha demək istəyirəm ki, İslam dini dostluq dinidir və biz elə
etməliyik ki, öz dəyərlərimizi dünyaya təqdim edək, təbliğ edək, real
vəziyyəti dünya birliyinə çatdıraq. Bunu etmək üçün mütləq bütün
İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlıq aparılmalı­
dır. Azərbaycan öz tərəfindən bunu edir və baxmayaraq ki, biz gənc
müstəqil ölkəyik, – Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa
edib, – İslam həmrəyliyinin bərqərar olması üçün öz töhfəmizi veririk.

Azərbaycan bu barədə öz sözünü müxtəlif tədbirlərdə demişdir.
İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanda çoxsaylı mötə­
bər tədbirlər keçirilmişdir. İslam Konfransı Təşkilatında həmrəyliyin
və əməkdaşlığın dərinləşməsi üçün Azərbaycan dövləti öz siyasətini
aparır və yəqin təsadüfi deyildir ki, gənc müstəqil Azərbaycan döv­
ləti bütün İslam aləmində böyük hörmət qazana bilmişdir. Əgər belə
olmasaydı, İslam aləmi Azərbaycan dövlətinin paytaxtı Bakı şəhə­
rini İslam dünyasının mədəni paytaxtı kimi seçməzdi. Biz bu adı
böyük qürur hissi ilə daşıyırıq. Bu münasibətlə Azərbaycanda bir
neçə ay bundan əvvəl böyük mərasim keçirilmişdir və Bakı bu gün
bütün İslam dünyasının mədəni paytaxtıdır. Biz bundan sonra da
öz addımlarımızla, həm siyasi addımlarımızla, eyni zamanda Azər­
baycanda dini icmaların birgə fəaliyyəti nəticəsində bu məsələlərin
həllinə daha da böyük diqqət göstərəcəyik.

Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanda bütün millətlə­
rin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azər­
baycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmamışdır,
yoxdur və olmayacaqdır. Azərbaycanda yaşayan bütün insanlar bi­
zim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini
dözümlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə
bilər.

Bir daha demək istəyirəm ki, biz öz siyasətimizi və öz gələcəyi­
mizi möhkəm tarixi, mədəni, milli və dini əsaslar üzərində qururuq.
Ancaq eyni zamanda, Azərbaycanda yaşayan bütün başqa dinlərin
nümayəndələri də özlərini rahat hiss edirlər. Biz dərin mədəniyyətə
malik olan bir xalqıq və bununla haqlı olaraq qürur hissi keçiririk.
Bizim çox dərin ənənələrimiz vardır. Ancaq bununla bərabər dün­

242

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yəvi ölkə olaraq biz irəliyə doğru gedirik. Biz Azərbaycanda müasir­
liyin və ənənələrin sintezini görürük və yəqin ki, bu amil ölkəmizin
ümumi uğurlu inkişafında öz rolunu oynamışdır.

Azərbaycan son illər çox sürətlə inkişaf edir. Ölkə qarşısında du­
ran bütün vəzifələr icra edilmişdir. Siyasi müstəvidə Azərbaycan
bölgədə özünəlayiq yerini tuta bilmişdir. Beynəlxalq təşkilatlarda
ölkəmiz böyük hörmətə malikdir. Azərbaycanda aparılan iqtisadi
islahatlar onu göstərir ki, ölkəmiz iqtisadi artım templərinə görə
son beş il ərzində dünya çapında birinci yerdədir. Azərbaycanda
yaşanan iqtisadi inkişaf və iqtisadiyyatın artımı heç bir başqa ölkə­
də bu vaxta qədər müşahidə olunmamışdır. Ölkə qarşısında duran
sosial məsələlərin həlli, iqtisadi islahatların dərinləşməsi, bölgədəki
mövqelərimizin möhkəmləndirilməsi istiqamətində böyük nailiy­
yətlər əldə edilibdir. Əgər Azərbaycanda vətəndaş birliyi, həmrəy­
liyi olmasaydı, bütün bunları əldə etmək mümkün olmazdı. Azər­
baycanda bu gün diskussiyalar aparılır və bu da təbiidir. Ancaq bir
məsələyə bütün Azərbaycan xalqı yekdil mövqedən yanaşır. O da
ondan ibarətdir ki, ölkəmiz necə inkişaf etməlidir, hansı yolu tutma­
lıdır, hansı addımlarla irəliyə getməlidir. Azərbaycan xalqında bu
məsələlərlə bağlı, bu mövzularla bağlı heç bir fikir ayrılığı yoxdur.
Biz möhkəm milli və dini əsaslar üzərində irəliyə gedirik, gələcəyə
gedirik, müasirliyə gedirik.

Bu gün bu gözəl mərasimdə bizimlə bərabər hörmətli Şeyx həz­
rətlərinin dəvəti ilə qonşu bölgələrdən gələn müsəlman qardaşları­
mız da iştirak edirlər. Mən onların Azərbaycana gəlişini çox alqış­
layıram, onları səmimiyyətlə salamlayıram. Müsəlman ölkələrini
və Şimali Qafqaz respublikalarını təmsil edən nümayəndələrin iş­
tirakı, əlbəttə ki, bu mərasimə əlavə əhəmiyyət verir. Bu münasibət­
lə demək istərdim, biz hamımız çalışırıq və çalışmalıyıq ki, bütün
Qafqazda sülh tam bərqərar olunsun. Çünki Qafqaz, – mən bunu
dəfələrlə demişəm, – vahid orqanizmdir. Cənubi Qafqaz ölkələri
müstəqil dövlətlərdir, Şimali Qafqaz respublikaları Rusiya dövləti
tərkibində fəaliyyət göstərirlər. Ancaq bu coğrafi ərazi, eyni zaman­
da, təkcə coğrafi ərazi deyil Qafqaz xalqları bir-birinə çox bağlıdır,
çox yaxındır və biz çox istəyirik ki, bütün Qafqazda sülh bərqərar
olunsun. Müharibələrə, qarşıdurmalara son qoyulsun və nəhayət,

243

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

uzun illər ərzində, onilliklər, əsrlər ərzində Qafqazda yaşayan in­
sanların əziyyətinə son qoyulsun. Hər halda Azərbaycan dövləti öz
üzərinə düşən vəzifəni icra edir. 

Eyni zamanda, onu da demək istəyirəm ki, Cənubi Qafqazda
münaqişələrin mövcudluğu bizim ümumi inkişafımıza böyük ma­
neədir, böyük təhlükədir. Təkcə bizim üçün yox, bütün bölgə üçün
böyük təhlükədir. Bu təhlükələrin içində ən böyük təhlükə Ermə­
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmama­
sıdır. Atəşkəs rejimindən sonra 15 ildir ki, məsələ öz həllini tapmır.

Azərbaycanın əzəli torpaqları işğal altındadır. 20 faiz torpaqları­
mız işğal altındadır. Bu etnik təmizləmə siyasətindən əziyyət çəkən
1 milyon vətəndaşımız qaçqın, köçkün şəraitində yaşayır. İşğal edil­
miş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən hər şey dağıdı­
lıbdır. Bütün binalar, evlər, məktəblər, xəstəxanalar, məscidlər dağı­
dılıbdır. Buna son qoyulmalıdır və bu münaqişə yalnız beynəlxalq
hüquq normaları əsasında öz həllini tapa bilər. Bu normalar hamıya
bəllidir və dünyanın ən birinci beynəlxalq təşkilatı olan BMT və onun
Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaq­

244

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

larından çıxarılmasına dair 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun
ki, Ermənistan tərəfi buna məhəl qoymur. ATƏT, İslam Konfransı
Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqə­
dar ədalətli mövqe tuturlar. Bu mövqe ondan ibarətdir ki, Azərbay­
canın ərazi bütövlüyü bərpa olunmalıdır, bütün işğalçı qüvvələr
bizim torpaqlarımızdan çıxarılmalıdır və ondan sonra sülh sazişi
imzalana bilər.

Mən tam əminəm ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi
tezliklə öz həllini taparsa, bu nəticənin müsbət təsirini biz bütöv­
lükdə Qafqazda görə bilərik. Çünki bir daha demək istəyirəm ki,
Qafqaz vahid orqanizmdir. Azərbaycan həm Xəzər ölkəsidir, həm
Qafqaz ölkəsidir. Rusiya həm Xəzər ölkəsidir, həm Qafqaz ölkəsidir.
Bu gün Rusiyanı təmsil edən nümayəndələr bizim qonaqlarımız­
dır. Yaxşı bilirlər ki, bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında
çox vacib sazişlər imzalandı. Rusiya-Azərbaycan münasibətlərinin
inkişafı bütün Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində
çox mühüm rol oynayır və oynayacaqdır. Bizim digər qonşuları­
mızla münasibətlər də eyni qaydada qarşılıqlı hörmət, bir-birimizin
işinə qarışmamaq və qarşılıqlı etimad prinsipləri əsasında qurulur
və dövlətlərarası münasibətlər gələcəkdə də, yalnız bu çərçivədə da­
vam etdirilməlidir.

Mən bir daha bugünkü gözəl tədbirdə olmağımdan çox məm­
nunam. Mən Təzəpir məscidinin yenidən qurulması və təmir işlə­
rinin aparılması ilə vaxtaşırı maraqlanmışam, gəlmişəm, özüm gör­
müşəm, bəzi hallarda müəyyən tövsiyələrimi də vermişəm və çox
şadam ki, Bakının mərkəzində, ölkəmiz üçün, xalqımız üçün tarixi
olan bir yerdə gözəl, müasir kompleks yaradılıbdır. Bu münasibətlə
sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sağ olun.

245

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TƏZƏPİR MƏSCİD KOMPLEKSİNİN AÇILIŞINDA
İŞTİRAK EDƏN XARİCİ ÖLKƏLƏRİN
DİN XADİMLƏRİ İLƏ GÖRÜŞ

6 iyul 2009-cu il

Dövlətimizin başçısı Təzəpir məscid kompleksinin açılış mərasi­
mində iştirak etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək
dedi ki, bizim müxtəlif xalqlarla, o cümlədən din xadimləri ilə yax­
şı münasibətlərimiz vardır. Qafqazda sülh hamıya lazımdır. Həm
regionda yaşayan xalqlara, həm də bütün dünyaya. Təəssüflər ol­
sun ki, regionumuzda həmişə münaqişələr, müharibələr olub və bu
gün də vardır. Bütün bunlara ancaq birgə səylərlə son qoymaq olar.

Azərbaycan Prezidenti vurğuladı ki, biz öz dinimizi dünyaya
olduğu kimi təqdim etmək üçün maarifləndirmə işlərini gücləndir­
məliyik. Müxtəlif təşkilatlar çərçivəsində tədbirlər də keçirilməli­
dir. Prezident İlham Əliyev bu istiqamətdə Bakıda keçirilən mü­
hüm tədbirlər barədə qonaqlara məlumat verdi və dedi ki, Azər­
baycan dinlərarası dialoqun mərkəzi olmaq imkanına malikdir. Bir
tərəfdən, Azərbaycanda İslam ənənələri çox möhkəm və qədimdir.
Digər tərəfdən, ölkəmizin coğrafi vəziyyəti də öz rolunu oynayır.
Azərbaycan həm Avropanın, həm də Asiyanın bir hissəsidir.

Müsəlman dövlətləri ilə yaxşı əlaqələr qurmaqla yanaşı, Avro­
pa Şurasının üzvü olan və digər Avropa qurumları ilə əməkdaşlıq
edən Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu
vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, respublikamızın
hər bir vətəndaşı özünü cəmiyyətin bir hissəsi kimi hiss edir. Haki­
miyyətlə din xadimləri arasında möhkəm dostluq əlaqələri vardır.
Bunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu
gün də davam etdirilir.

Dövlətimizin başçısı bu məsələlərdə Qafqaz Müsəlmanları İdarə­
sinin və MDB Müsəlmanları Məsləhət Şurasının sədri Şeyxülislam
Allahşükür Paşazadənin xidmətlərindən də danışdı.

Daha sonra Prezident İlham Əliyev respublikamızın iqtisadi in­
kişafı barədə xarici ölkələrin din xadimlərinə məlumat verərək bil­
dirdi ki, dünyada mövcud olan iqtisadi böhrana baxmayaraq, son

246

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

beş ayda Azərbaycanın iqtisadiyyatında 4,5 faiz artıma nail olun­
muşdur. Bütövlükdə son beş il ərzində iqtisadiyyat 2,6 dəfə artmış­
dır. Yoxsulluq 49 faizdən 13 faizə enmiş, 800 minə yaxın yeni iş yeri
yaradılmışdır. Regionlarda sosial məsələlərin həllinə böyük diqqət
yetirilir.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qa­
rabağ münaqişəsi zamanı doğma yurdlarından didərgin düşmüş
məcburi köçkünlərin, eləcə də Ermənistandakı qədim torpaqla-rın­
dan qovulmuş soydaşlarımızın və Orta Asiyadan Azərbaycana köç­
müş mesxeti türklərinin problemlərinin həlli istiqamətində görülən
işlərdən danışmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, qonşu
ölkələrdən fərqli olaraq, biz bu problemləri kənardan yardım alma­
dan, öz gücümüzlə həll edirik.

Daha sonra Azərbaycan Prezidenti Rusiyanın regionları, xüsusilə
də Şimali Qafqaz respublikaları ilə əlaqələrdən, bütövlükdə qonşu
Rusiya Federasiyası ilə münasibətlərin bugünkü vəziyyətindən da­
nışmış, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi və humanitar
sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkə xalqlarının
mənafeyinə xidmət etdiyini əsaslandırmışdır.

Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl Berdıyev
Təzəpir məscid kompleksinin əsaslı yenidənqurmadan sonra din­
darların istifadəsinə verilməsini çox mühüm hadisə kimi dəyərlən­
dirmiş və demişdir ki, Allah eşqinə bu dünyada məscid tikənə Al­
lah-Təala cənnətdə saray tikir. İsmayıl Berdıyev Ulu Öndər Heydər
Əliyev haqqında xoş xatirələrini də dilə gətirmiş, Azərbaycanda
dinlə dövlət arasındakı dostluğun digər ölkələr üçün nümunə ol­
duğunu söyləmiş, bu amilin respublikada gedən inkişaf prosesinə
təsirindən danışmışdır.

“Mən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
din xadimlərinə və ümumiyyətlə, müsəlmanlara gözəl münasibə­
tinin şahidiyəm”, – deyən Azərbaycan-İran Dostluq Cəmiyyətinin
sədri Əhəd Qəzai bildirmişdir ki, bu qayğı hazırda Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir və Təzəpir məscid komp­
leksinin yenidən qurularaq dindarların istifadəsinə verilməsi bu­
nun əyani təzahürüdür. Əhəd Qəzai Azərbaycanda digər məscidlə­

247

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rin, müqəddəs ocaqların da bərpasına diqqət yetirilməsini müsbət
hal kimi səciyyələndirmişdir.

Küveyt Dövlətinin İslam və vəqf nazirinin müavini Adil əl-Fəlah
Prezident İlham Əliyevi, bütün Azərbaycan xalqını Təzəpir məs­
cid kompleksinin açılışı ilə əlaqədar təbrik etmiş və din xadimləri­
nin belə formatda görüşünün təşkilinə görə dövlətimizin başçısına
minnətdarlığını bildirmişdir. Bakı barədə təəssüratlarını danışan
qonaq yüksək inkişafda Azərbaycan Prezidentinin xüsusi xidmət­
ləri olduğunu söyləmişdir.

Bu yaxınlarda Küveytdə səfərdə olduğunu vurğulayan Prezi­
dent İlham Əliyev Küveyt əmiri ilə səmərəli danışıqlar apardığını
və onu Azərbaycana səfərə dəvət etdiyini bildirmişdir. Dövlətimi­
zin başçısı Adil əl-Fəlahdan xahiş etmişdir ki, onun salamlarını və
dəvətini bir daha Küveyt əmirinə çatdırsın.

248

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

A.H.PAŞAZADƏNİN “ŞƏRƏF” ORDENİ İLƏ
TƏLTİF EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikasında vətəndaşların vicdan azadlığının
təmin olunmasında böyük xidmətlərinə görə Şeyxülislam Allahşü­
kür Hümbət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2009-cu il

249

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

28 avqust 2009-cu il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Hörmətli xanımlar və cənablar!
Mübarək Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə
çevrilibdir. Bu görüşlərdə biz öz ürək sözlərimizi deyirik, fikir mü­
badiləsi aparırıq. Bu görüşlər əslində Azərbaycan cəmiyyətində
hökm sürən inkişafdan xəbər verir, Azərbaycan cəmiyyətinin nə
qədər vahid cəmiyyət olduğunu bir daha göstərir. Azərbaycanda
din dövlətdən ayrıdır. Ancaq eyni zamanda, dövlət və din arasında
möhkəm birlik vardır. Bu birliyin təməlini müasir dövrdə Ulu Ön­
dər Heydər Əliyev və hörmətli Şeyx həzrətləri qoymuşlar. Onların
dostluğu, onların bir-birinə olan münasibəti və Azərbaycan naminə
gördükləri işlər bu gün də gözəl ənənə olaraq Şeyx həzrətləri və
mənim tərəfimdən davam etdirilir.
Azərbaycanda bütövlükdə Heydər Əliyev siyasəti bütün sahələr­
də uğurla davam etdirilir. Bu siyasət yeganə yolumuzdur. Bunu
mən hələ altı il bundan əvvəl demişdim və bu gün, bugünkü həyat,
bugünkü Azərbaycanın reallıqları bunu əyani şəkildə sübut edir.
Azərbaycan düzgün yolla gedir, Azərbaycan hərtərəfli inkişaf edir.
Biz öz potensialımızı maksimum dərəcədə işə sala bilmişik və gün­
dən-günə möhkəmlənən dövlətçiliyimiz və inkişaf edən ölkəmiz
bizim üçün qürur mənbəyidir.
Dinlərarası münasibətlərdə Azərbaycan dünya miqyasında
nümunə sayıla bilər. Bu, təkcə bizim tərəfimizdən deyil, eyni za­
manda, Azərbaycan reallıqlarını dərindən bilən insanlar tərəfin­
dən də qəbul edilir. Azərbaycan xalqı öz dini və milli ənənələrinə,
milli-mənəvi dəyərlərinə sadiq xalqdır. Biz əsrlər boyu bu mənəvi
dəyərləri qəlbimizdə saxlamışıq və bu gün də bütün ümumbəşə­
ri dəyərləri qəbul edərək bizim üçün ən başlıca amil milli-mənəvi

250


Click to View FlipBook Version