The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

fəaliyyət göstərən mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət
olunmuş müəllimlər dərs deyirlər.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan məd­
rəsənin tələbələri ilə görüşüb söhbət etdilər.

Şəki Cümə məscidi ilə tanışlıqdan sonra Baş nazir Rəcəb Tayyib
Ərdoğana Qurani-Kərim hədiyyə olundu.

Türkiyənin Baş naziri də Cümə məscidinə Qurani-Kərim hədiy­
yə etdi. 

401

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN BAŞ NAZİRİ RƏCƏB
TAYYİB ƏRDOĞANLA BİRGƏ ŞƏKİNİN KİŞ
KƏNDİNDƏKİ ALBAN MƏBƏDİNDƏ

12 sentyabr 2012-ci il

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəki­
nin Kiş kəndindəki Alban məbədi ilə tanış olmuşlar.

Dövlət başçısına və Baş nazirə məlumat verildi ki, bu məbəd era­
mızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin
özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu abidə
erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci
ildə abidədə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılmış, 2003-cü
ilin sentyabrında məbədin açılışı olmuşdur. Layihə məşhur norveç­
li alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilmişdir.

Eyni zamanda, bildirildi ki, Kiş kəndinin Maflar məhəlləsində
yerləşən məbədin ərazisini əhatə edən divarların qalıqları bəzi yer­
lərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az
qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir.

402

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

403

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan
yastı tava daş vardır. Bu tarixi abidənin qülləsi, ona bitişik divarlar
yerli materialla – şırım daşla hörülmüş və kirəclə suvanmışdır.

1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İns­
titutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin
kasa şəklində olduğunu sübut edildiyi diqqətə çatdırıldı. Misir eh­
ramları da məhz bu cür bünövrə üzərində qurulmuşdur.

Qeyd edildi ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə
də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın
yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd
tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir
Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin
orta əsrlərə aid sərdabələrinə baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Kişdən qayıdarkən yolüstü
kənd sakinləri İsmayıl İlyasovun, İlyas Süleymanovun və Ənvər
Süleymanovun evlərində oldular, ailə üzvləri ilə səmimi söhbət et­
dilər, onlarla xatirə şəkli çəkdirdilər.

404

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının Yeni il bayramı – Roş-Ha-Şana münasibətilə
ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yeti­
rirəm.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin ayrıl­
maz hissəsi olan yəhudi vətəndaşlarımız yüz illərdir ki, ölkəmizdə
əmin-amanlıq, dostluq və qardaşlıq münasibətləri şəraitində yaşa­
yır, öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaq­
la Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə
gedən böyük tərəqqi və inkişaf prosesində, azad vətəndaş cəmiyyə­
ti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında yəhudi icmasının özünəməxsus rolu vardır.
Əziz dostlar!
Hər il təntənə ilə bayram etdiyiniz Roş-Ha-Şana özündə yeniliyi,
mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirir. Bu əziz gün münasi­
bətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə
xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2012-ci il

405

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

PARİSDƏ LUVR MUZEYİNİN İSLAM İNCƏSƏNƏTİNƏ
HƏSR OLUNMUŞ YENİ ZALLARININ AÇILIŞ
MƏRASİMİNDƏ

18 sentyabr 2012-ci il

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Res­
publikasının Prezidenti Fransua Olland mərasimdə iştirak etmişlər.

Dövlət başçısını və xanımını Fransa Prezidenti Fransua Olland
qarşıladı.

Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Lue­
rett bildirdi ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam
incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu
baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə
olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiya­
sının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.

Fransa Prezidenti Fransua Olland çıxış edərək bildirdi ki, rəsmi
Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradıl­

406

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

masından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi
duyur. Fransa dövlətinin başçısı söylədi ki, 2003-cü ildə ideya kimi
yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin hə­
yata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri
əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasi­
bətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata
keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham
Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək dedi:

“Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını
göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezi­
dentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istə­
yirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fran­
sanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər.
Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir”.

Fransa Prezidenti diqqətə çatdırdı ki, bu layihə sivilizasiyalar
arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə
gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropa və İslam mədəniyyəti
arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradır.

Sonra qonaqlar Luvr muzeyinin İslam incəsənəti bölməsi ilə ta­
nış oldular. Bildirildi ki, bu bölmənin yaradılması muzeyin tarixin­
də xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxi­
tektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəs­
süm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəl­
man ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən
ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanmış
müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də
daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən
artıq natamam və zədələnmiş yaradıcılıq işləri sərgilənir. Muzeyin
bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olmuş
dövlətlərə aid sənət əsərləri də saxlanılır.

Diqqətə çatdırıldı ki, yeni zalların açılmasında Fransa ilə yanaşı,
Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olmuşdur.

Muzeyin İslam incəsənəti bölməsində nümayiş etdirilən ekspo­
natlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Meh­
riban Əliyeva muzeyin həyətində xatirə şəkli çəkdirdilər.

407

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə
Kral sarayının binasında açılmışdır. Parisin mərkəzində yerləşən
muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə art­
mışdır. Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə
isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8
milyon 800 min ziyarətçi gəlmişdir.

408

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

II BAKI BEYNƏLXALQ HUMANİTAR
FORUMUNDA NİTQ

04 oktyabr 2012-ci il

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar, əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram.
Bu gün II Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başla­
yır. Foruma gəlmiş bütün qonaqlar bizim əziz qonaqlarımızdır.
Əminəm ki, bu gün və sabah keçiriləcək görüşlər, aparılacaq dis­
kussiyalar çox dəyərli olacaq, yeni fikirlər ortaya çıxacaq və beləlik­
lə, humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır.
Mən çox şadam ki, I Forumdan keçən dövr ərzində biz bu müs­
bət meyilləri daha da gücləndirə bilmişik. II Forumun təşkili əs­

lində onu göstərir ki, I Forum çox uğurlu keçmişdir. Əminəm ki,

bundan sonra üçüncü, dördüncü, beşinci forumlar keçiriləcəkdir

və artıq bu gözəl ənənə yaranmaqdadır. Buna doğrudan da böyük

ehtiyac vardır.

Çünki I Forumun yekunları, qəbul edilmiş qərarlar, Bəyannamə,

əslində, hamımızın gələcəyə olan baxışlarını ifadə edir. Bu baxışlar

ondan ibarətdir ki, biz çalışmalıyıq bütün dünya xalqları bir yerdə

olsunlar. Biz çalışmalıyıq ki, qarşılıqlı anlaşma meyilləri güclənsin,

dini, milli zəmində qarşıdurmalara yol verilməsin. Əksinə, əmək­

daşlıq meyilləri daha da gücləndirilməlidir. Ümid edirəm ki, II Fo­

rumun yekunları da müsbət olacaqdır. Beləliklə, dünya miqyasında

humanitar məsələlərlə bağlı yeni bir format yaranmaqdadır.

Bakıda Humanitar Forumun keçirilməsi təsadüfi deyildir. Azər­

baycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuş­

dur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azər­

baycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəra­

itində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən

əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azər­

baycan uğurla inkişafını davam edəcəkdir.

2008-ci ildə “Bakı prosesi” başlamışdır. “Bakı prosesi” 2008-ci

ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin top­

409

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lantısında İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştira­
kı ilə başlamışdır. Bu müsbət təcrübə artıq ona gətirib çıxardı ki,
“Bakı prosesi” başlandı. Ondan sonrakı dövrdə digər beynəlxalq
tədbirlər keçirilmişdir və nəhayət, Beynəlxalq Bakı Forumu artıq
bir forum kimi formalaşmış və indi bu proses uğurla davam edir.

Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə
hesab edirəm ki, hamımız üçün çox maraqlıdır.

Multikulturalizm forumun mövzularından biridir. Əminəm ki,
bu mövzu ilə bağlı çox dəyərli fikirlər səslənəcək, diskussiyalar
aparılacaqdır. Multikulturalizmin müsbət gələcəyi haqqında fikir­
lər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab edirəm
ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli
və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikultura­
lizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına bax­
mayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir an­
layışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri
Azərbaycanda bir ailə kimi yaşamışlar.

Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşı­
durma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır.

410

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikir­
lər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb­
dır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü
və gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm me­
yillərini gücləndirmək üçün öz səylərimizi qoyaq. Bakı Beynəlxalq
Humanitar Forumunun məqsədlərindən biri də məhz multikultu­
ralizm meyillərinin gücləndirilməsidir.

Multikulturalizmin alternativi yoxdur. Mən bu barədə keçən
forumda da fikirlərimi bildirmişəm. Bir daha tam əminliklə deyə
bilərəm ki, multikulturalizm gələcək inkişaf üçün ən məqbul
variantd­ ır. Çünki multikulturalizmin alternativi özünü təcriddir.
XXI əsrdə qloballaşan dünyada hesab etmirəm ki, hər hansı bir
dövlət öz gələcəyini özünütəcrid prinsipləri əsasında qurmağa
cəhd etsin. Ona görə forumda səslənəcək fikirlər, xüsusilə bu möv­
zu ilə bağlı fikirlər hesab edirəm ki, bizim ümumi işimizə dəyərli
töhfə olacaqdır. Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-biri ilə
əməkdaşlıq etsinlər, qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol
verilməsin. Bəzi hallarda təxribat xarakterli addımlar, bəyanatlar,

411

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

hərəkətlər qeyri-adekvat reaksiya ilə üzləşir və beləliklə qarşıdur­
ma, qarşılıqlı etimadsızlıq meyilləri güclənir. Biz bunu bölgəmizdə
də, digər bölgələrdə də görürük. Ona görə hesab edirəm ki, həm
siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və me­
dia nümayəndələrinin məsuliyyəti ondan ibarətdir ki, müsbət me­
yilləri, müsbət təcrübəni işıqlandırmaq lazımdır. Biz fəaliyyətimizi
bu müsbət təcrübə əsasında qurmalıyıq. Hesab edirəm ki, əgər bax
bu yanaşma üstünlük təşkil edərsə, o zaman dünya daha da əm­
niyyətli olacaqdır və xalqlararası əlaqələr müsbət, sağlam zəmində
qurulacaqdır.

Dediyim bütün bu məsələləri uğurla həll etmək üçün əlbəttə ki,
cəmiyyətlərdə, xüsusilə inkişaf etməmiş ölkələrdə təhsilin səviyyə­
si mühüm rol oynayır. Biz Azərbaycanda bu sahəyə böyük diqqət
göstəririk. Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita for­
malaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. Təhsil hər bir cəmiy­
yəti irəliyə aparan amildir.

İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkə­
nin inkişafını müəyyən edəcəkdir. Ölkələr var ki, zəngin təbii re­
surslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün
o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə biz Azər­
baycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala
çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyi­
miz prinsip – “qara qızılı insan kapitalına çevirmək” prinsipi bu
gün artıq işləyir. Azərbaycanda gənc, istedadlı intellektual təbəqə
formalaşır. Biz görürük ki, müasir yanaşma olduğu halda dərhal
inkişaf da olur, tərəqqiyə meyillər də göstərilir. Təhsilin səviyyəsi
yüksək olan ölkələrdə xoşagəlməz hallar da nadir hallarda olur və
mübarizə sivil qaydalarla aparılır. Biz indi görürük ki, dünyanın
müxtəlif yerlərində narazılıq halları artmaqdadır. Bəzi hallarda bu
narazılıq çox qabarıq şəkildə özünü göstərir – toqquşmalarla, da­
valarla, qan tökmə ilə nəticələnir. Təhsilin, ümumi mədəniyyətin
səviyyəsi yüksək olan yerlərdə isə bu, sülh xarakteri daşıyır. Biz
çalışmalıyıq ki, – hər halda biz Azərbaycanda buna çalışırıq, – mə­
dəni, sivil mübarizə yolları üstünlük təşkil etsin. Bu, bizim üçün
lazımdır, bölgə üçün lazımdır. Çünki biz bu bölgədə yaşayırıq, biz
adada yaşamırıq. Baxmayaraq ki, Azərbaycanda bütün işlər müs­

412

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bət istiqamətdə inkişaf edir, – həm iqtisadi sahədə, siyasi islahatla­
rın aparılması sahəsində, humanitar sahədə, – yenə də biz, əlbəttə
ki, bu bölgədə yaşayırıq və bölgələrin problemləri bizim üçün də
çox vacibdir. Çalışmalıyıq ki, xoşagəlməz meyillərin qarşısı maksi­
mum dərəcədə alınsın və istənilən etiraz dalğaları sivil qaydalarla
aparılsın. Bilirəm ki, təhsil Forumun mövzularından biri olacaqdır
və bu sahəyə, əlbəttə ki, xüsusi diqqət göstərilməlidir.

Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Müstəqilliyimi­
zin cəmi 21 yaşı vardır. Ancaq Azərbaycan çox zəngin mədəni irsə
malik olan bir ölkədir. Bizim mədəni irsimiz dövlət tərəfindən la­
zımınca qorunur, beynəlxalq təşkilatlar tərəfindən qorunur. Uzun
illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, biz mil­
li xüsusiyyətlərimizi, mənliyimizi qoruya bilmişik, milli identifika­
siyamızı itirməmişik və bunun başlıca səbəbi mədəniyyətdir.

Bizim ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, ana dilimiz,
milli dəyərlərimiz vardır. Bizim milli dəyərlərimiz ümumbəşəri
milli dəyərlər əsasında qurulubdur. Hesab edirəm ki, qloballaşan
dünyada, xüsusilə gənc nəsil üçün milli mənəvi dəyərlər xüsusi rol
oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük
əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniy­
yətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə
olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olma­
yan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədə­
niyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməz­
lər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı
olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik
əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə
xüsusi diqqət göstərilməlidir. Çünki biz bu gün sürətli elmi-texniki
tərəqqi dövründə yaşayırıq. Yeni texnologiyalar, internet və digər
texnologiyalar, əlbəttə, bizim üçün çox vacibdir və Azərbaycan bu
sahədə böyük uğurlara nail ola bilibdir. Azərbaycanda internet tam
azaddır və internet istifadəçilərinin sayı artıq 65 faizə çatmışdır.

Ancaq bununla bərabər, biz çox istəyirik ki, gənc nəsil milli ruhda,
vətənpərvərlik ruhunda, öz tarixinə, mədəniyyətinə hörmət ruhun­
da böyüsün, tərbiyə alsın. Beləliklə, hesab edirəm ki, dünya üçün də

413

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

və dünyada gedən proseslər üçün də bu, müsbət rol oynayacaqdır.
Humanitar sahədə digər istiqamətlər də böyük əhəmiyyət daşı­

yır. Bəzi hallarda, misal üçün, idmanla bağlı məsələlərə biz sadə­
cə olaraq bir idman yarışı kimi baxırıq. Ancaq o da həqiqətdir ki,
dünyada Olimpiya oyunları kimi ikinci belə mötəbər tədbir tapmaq
çətindir ki, insanları bu qədər birləşdirsin. Olimpiya oyunları bü­
tün xalqları, bütün insanları birləşdirir. Bu, həm rəqabətdir, həm
yarışdır, həm də dostluq və qarşılıqlı anlaşma rəmzidir. Bəzi hal­
larda bir-biri ilə düşmənçilik edən ölkələrin nümayəndələri döyüş
meydanında yarışırlar, bir-birinin əlini sıxır və bir-birini qələbə ilə
təbrik edirlər.

Əfsuslar olsun ki, biz bunu yalnız Olimpiya oyunları zamanı
görə bilərik. Beləliklə, idman amili mədəniyyətlərarası dialoqun
gücləndirilməsində də çox mühüm rol oynayır və biz Azərbaycan­
da bu sahəyə böyük diqqət göstəririk. İdmanda əksər hallarda mü­
barizə qaydalar əsasında aparılır və bu, yəqin ki, idmanı siyasətdən
fərqləndirən əsas amildir.

Siyasətçilərin məsuliyyəti haqqında da bir neçə kəlmə demək
istəyirəm. Hesab edirəm ki, dünyada gedən ağrılı, yəni narahat­
lıq doğuran proseslərin təməlində siyasətçilərin məsuliyyətsizliyi
dayanır. Bu məsuliyyətsizlik müxtəlif formalarda özünü büruzə
verir. Bəzi siyasətçilərin təxribat xarakterli bəyanatlarının o qədər
də yüksək savadı olmayan insanları hansısa aqressiv yollara təhrik
etməsi halları artıq müşahidə olunur. Digər tərəfdən, siyasətçilərin
qeyri-real vədləri, populist çıxışları və real iqtisadi əsaslara söykən­
məyən sosial təşəbbüslər cəmiyyətlərdə haqlı narazılığa səbəb olur.

Maliyyə və iqtisadi böhranın yəqin ki, əsas səbəblərindən biri də
məhz budur. Qeyri-real vədlərin verilməsi, populist vədlər və ifrat
dərəcədə borclanma meyilləri əslində maliyyə və iqtisadi böhranı
şərtləndirən amillərdən biridir.

Humanitar sahədə də siyasətçilərin məsuliyyəti çox böyük əhə­
miyyət daşıyır. Çünki internet dövründə, qloballaşan dünyada
dünyanın istənilən yerində deyilən hər bir söz dərhal əks-səda do­
ğurur. Ona görə siyasətçilər daha da məsuliyyətli olmalı, bu məsu­
liyyəti dərk etməlidirlər. Belə olan halda dünyada gərginliyin hə­
rarəti kəskin şəkildə aşağı düşəcəkdir.

414

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Humanitar məsələlərdən danışarkən, əlbəttə, bizi ən çox narahat
edən problem haqqında da bir neçə kəlmə söz demək istəyirəm.
Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşibdir. İyirmi
ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli
torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə
erməni işğalının altındadır. Bu işğal davam edir. Azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bütün azərbaycanlılar
Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulmuşdur. Hazırda
dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azər­
baycandadır.

Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar
bu gün öz doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın
işğalçı siyasəti bu gün də davam edir.

Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı törədildi, gü­
nahsız insanlar, onların içində qadınlar, uşaqlar vəhşicəsinə qətlə
yetirildi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı.
Yəni həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqırımı törə­
dildi. Bu soyqırımını, bu vəhşiliyi törədənlər hələ ki, dünya birliyi
tərəfindən adekvat qınaqla üzləşməyiblər.

Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq
təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq
əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi yox­
dur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hör­
mət azalır, həm inam itir.

BMT Təhlükəsizlik Şurası 20 il bundan əvvəl erməni silahlı qüv­
vələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına
dair 4 qətnamə qəbul etmişdir. Onların heç biri icra edilmir. Bütün
digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Parla­
menti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da
oxşar qətnamələr qəbul etmişlər. Azərbaycanın ərazi bütövlüyü
dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki, öz həllini
tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvo­
nun uzadılmasına olan marağıdır. Ancaq onlar anlamalıdır ki, sta­
tus-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək
və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun. Çünki biz

415

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq
və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Amma digər
tərəfdən, bu işğalla da barışmaq mümkün deyildir.

Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıbdır.
Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət et­
məli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə
əsl sülh və əməkdaşlıq yarana bilər.

Bu problemə baxmayaraq, ölkəmiz müstəqillik dövründə böyük
və uğurlu yol keçmişdir. Azərbaycanda aparılan siyasi islahatlar bu
gün azad cəmiyyətin yaranmasına gətirib çıxarmışdır. Azərbaycan­
da bütün azadlıqlar vardır, siyasi islahatlar, demokratiyanın inki­
şafı uğurla davam edir. Eyni zamanda, iqtisadi sahədə islahatlar si­
yasi islahatları daha da gücləndirir. Çünki siyasi islahatları iqtisadi
əsaslar olmadan aparmaq bəzi hallarda uğursuzluğa gətirib çıxarır
və biz tarixdən bunu bilirik. Ona görə Azərbaycanda iqtisadi və si­
yasi islahatlar paralel şəkildə aparılır. İqtisadi sahədə, – və nəzərə
alsaq ki, bu forumun mövzularından biri də iqtisadi məsələlərdir,
– son illər ərzində biz böyük uğurlara nail ola bilmişik. Bir neçə
rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan son bir
neçə il ərzində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inki­
şaf edən ölkə olmuşdur. Son 7-8 il ərzində iqtisadiyyatımız 3 dəfə
artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 7
faizə düşmüşdür. Biz çalışacağıq ki, ondan da aşağı düşsün. İşsizlik
problemi demək olar ki, köklü şəkildə həll edilmişdir. Əlbəttə ki,
hələ işsizlər vardır. Ancaq onların sayı 5,4 faizdir.

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7 faizini
təşkil edir. Bu da onu göstərir ki, biz iqtisadi islahatlarımızı, təşəb­
büslərimizi aparmaqla, irəli sürməklə fəaliyyətimizi daxili resurs­
lar üzərində qurmuşuq. Çox borc götürməmişik. Ona görə də biz
xarici borcu istənilən vaxt tam şəkildə ödəyə bilərik. Bu göstəriciyə
görə, hesab edirəm ki, Azərbaycan dünya miqyasında ən qabaqcıl
yerlərdədir.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar
bəhrəsini verir. Bildiyiniz kimi, Azərbaycan neft və qaz ehtiyatla­
rı ilə zəngin olan bir ölkədir. Ancaq bu ilin 6 ayının göstəriciləri

416

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

onu deyir ki, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox inkişaf edib.
Yəni şaxələndirmə prosesi artıq reallıqdır. Gələcəkdə uzunmüd­
dətli, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün bütün imkanlar
vardır. İlk növbədə, siyasi iradə vardır. Ondan sonra artıq güclü
maliyyə vəziyyəti mövcuddur.

Bizim tərəfimizdən irəli sürülmüş enerji və nəqliyyat layihələri
nəinki Azərbaycan və bölgə üçün, Avropa üçün böyük əhəmiyyət
daşıyır. Yəni biz gələcəyimizi indidən proqnozlaşdıra bilərik və
görə bilərik ki, 5 ildən, 10 ildən sonra Azərbaycan necə inkişaf edə­
cəkdir. Mən bütün bu islahatları aparan bir şəxs kimi heç bir çətin­
lik görmürəm. Mən əminəm ki, iqtisadi sahədə inkişaf dayanıqlı və
sürətli olacaqdır.

Sosial məsələlərin həllinə gəldikdə, insanların rifah halı yaxşıla­
şır və yoxsulluğun azaldılması buna dəlalət edir. Sosial ədalət prin­
sipləri Azərbaycanda əsas rol oynayır, bazar iqtisadiyyatı prinsip­
ləri inkişafımız üçün əsas alətdir və hazırda özəl sektorun ümumi
daxili məhsuldakı payı 83 faizdir. Yəni biz 21 illik müstəqillik döv­
ründə nəinki keçid mərhələsini başa vurmuşuq, planlı iqtisadiyyat­
dan bazar iqtisadiyyatına keçə, eyni zamanda, aparılan islahatlar­
la neft-qaz amilindən iqtisadi inkişafımızın və vətəndaşlarımızın
gələcək asılılığını maksimum dərəcədə azalda bilmişik.

Növbəti illərdə elmi-texniki tərəqqi, yüksək texnologiyaların tət­
biqi ilə bağlı bizim kifayət qədər geniş planlarımız vardır.

Gələcəyə baxışlarımız da çox aydındır. Müasir, müstəqil Azər­
baycan dövləti bir neçə prinsip üzərində qurulmuşdur.

Bunların arasında güclü dövlət anlayışı çox mühüm yer tutur.
Çünki müstəqillikdən məhrum edilmiş, əsrlər boyu başqa dövlət­
lərin tərkibində yaşamış xalq üçün dövlətçilik əsasları müstəsna
əhəmiyyət daşıyır. Dövlətçilik əsaslarının möhkəmləndirilməsi
işində əlavə tədbirlər görüləcəkdir. Güclü dövlət bizim ümummilli
fikrimizdir, ümummilli ideyamızdır.

Bununla bərabər, daxili resurslarımıza istinad etməyimiz də bizə
uğur qazandırdı. Yenə də deyirəm ki, bütün bu uğurları biz böyük
borc almadan daxili imkanlar hesabına əldə edə bilmişik. Yəni
bu anlayış da bizim üçün çox önəmlidir. Biz milli-mənəvi və dini
dəyərlərə bağlı olan xalqıq və dəyərlərimizi yüksək qiymətləndiri­

417

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rik. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Cəmiyyətin və
dövlətin dünyəvi əsasları kifayət qədər güclüdür. Hesab edirəm ki,
növbəti illərdə bu istiqamətdə proseslər ancaq müsbət istiqamətdə
davam edəcəkdir. 

Bayaq qeyd etdiyim kimi, Azərbaycan əsrlər boyu ictimai-siya­
si quruluşdan asılı olmayaraq, müxtəlif dinlərin, xalqların Vətəni
olmuşdur və bu gün də belədir. Azərbaycanda bütün xalqların,
bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir ay­
rı-seçkilik qoyulmur və qoyula da bilməz. Yəni bu da müasir Azər­
baycanı təcəssüm etdirən amillərdən biridir. Onu deyə bilərəm ki,
bu sahədəki təcrübəmiz artıq başqa ölkələrdə də maraq doğurur.

Sosial ədalət prinsipləri mütləq möhkəmləndirilməlidir. Dünya­
da gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsiz­
likdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə ta­
mamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara
əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də
çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İn­
sanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə
də addımlar uğurlu istiqamətdə atılmışdır.

Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan
amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib
yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təh­
lükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlə­
tin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük
addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları
azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və
öz dövlətinin gücünü artırmaq üçün çalışırlar.

Cəmiyyətdə, ümumiyyətlə, çox müsbət ab-hava, quruculuq,
yaradıcılıq və inkişaf ab-havası vardır. Bütün bu müsbət meyillə­
ri gücləndirmək üçün əlbəttə ki, beynəlxalq əməkdaşlığa böyük
ehtiyac vardır. Azərbaycan sivilizasiyalararası dialoqun gücləndi­
rilməsində öz rolunu oynayır. Bu rol əminəm ki, gələcəkdə yalnız
artacaqdır. Bunun təbii səbəbləri vardır, çünki biz qitələrin arasın­
da yerləşirik. Siyasi səbəbləri vardır, çünki bu, bizim siyasi əqidə­
mizdir və tarixi əsasları vardır. Azərbaycan həm Avropa Şurasının,
həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Dünyada bir neçə

418

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ölkə vardır ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana
baxdıqda bəzi hallarda avropalılara Azərbaycan Asiya ölkəsi kimi
təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxanda Avropa
ölkəsi kimi təqdim edilir. Yəni deyə bilərəm ki, Azərbaycanda bu
sintez - mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu, bi­
zim milli mənliyimizi şərtləndirən amillərdən biridir.

Təbii coğrafi körpü olmaqla bərabər, biz humanitar sahədə də
körpü rolunu oynamağa çalışırıq. Forumun əsas məqsədi ondan
ibarətdir.

Bir daha demək istəyirəm ki, I Forumun yekunları, keçən il apa­
rılan diskussiyalar bizi doğrudan da böyük dərəcədə ruhlandırdı.
Əminəm ki, bu forumun nəticələri də müsbət olacaqdır. Bütün qo­
naqlar burada öz dəyərli fikirlərini bildirəcəklər. Bu forumda ta­
nınmış siyasi, ictimai xadimlər, Nobel mükafatı laureatları, media
nümayəndələri, alimlər iştirak edirlər. Yəni dünyanın 60-dan çox
ölkəsindən nümayəndələr vardır. Deyə bilərəm ki, dünyanın intel­
lektual elitası bu gün və sabah Bakıda öz dəyərli fikirlərini bildirə­
cəkdir.

Mən bir daha sizi, əziz qonaqlar, səmimiyyətlə salamlayıram.
Mən bilirəm ki, qonaqlarımızın bəziləri ilk dəfə Azərbaycana səfər
edirlər. Əminəm ki, bu səfər, eyni zamanda, ölkəmizlə tanışlıq
üçün gözəl imkan olacaqdır və siz öz təəssüratlarınızı qəlbinizdə
saxlayacaqsınız. Mən bilirəm ki, Bakıya bir dəfə gələn hər bir qonaq
şəhərimizə yenə qayıtmaq istəyir. 

Bir daha sizi salamlayıram və forumun işinə uğurlar arzula­
yıram.

Sağ olun!

419

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi – Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələr­
də yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik
və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə
ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı İslamın bir din kimi tamamlandığı və insanlar
üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümüdür.
Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına
kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağ­
lılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakar­
lığa hazır olduqlarını nümayiş etdirirlər.
Qurban bayramı həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayra­
mıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qur­
ban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir,
cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaş­
lığın təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş xeyriyyəçilik
tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı
olanlara könül xoşluğuyla yardım göstərir.
Əziz həmvətənlər, hörmətli soydaşlar!
Mübarək Qurban bayramı günündə hamınıza Tanrıdan möh­
kəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət
arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2012-ci il

420

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS TAXT-TACIN ÖLKƏMİZDƏKİ APOSTOL
NUNSİSİ MAREK SOLÇİNSKİNİN ETİMADNAMƏSİNİN
QƏBULU MƏRASİMİ

9 noyabr 2012-ci il

Marek Solçinski fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Apostol nunsi etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsisi ilə
söhbət etdi.
Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlə­
rin uğurla inkişaf etdiyi vurğulandı, həyata keçirilən birgə humani­
tar layihələrdə Heydər Əliyev Fondunun iştirakının əlaqələrimizin
daha da genişləndirilməsi baxımından önəmi qeyd olundu, müna­
sibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə
edildi.

421

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“DÖVLƏT VƏ DİN: DƏYİŞƏN DÜNYADA TOLERANTLIĞIN
GÜCLƏNDİRİLMƏSI” BİRİNCI BEYNƏLXALQ BAKI
FORUMUNUN İŞTİRAKÇILARINA

Hörmətli Forum iştirakçıları!
Sizi “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndiril­
məsi” Birinci Beynəlxalq Bakı Forumunun iştirakçılarını ürəkdən
salamlayır, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Ayrı-ayrı dövlətlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət
nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların və aparıcı
elmi-tədqiqat mərkəzləri təmsilçilərinin, görkəmli din xadim­
lərinin Azərbaycanda bir araya gəlməsini təqdirəlayiq hal hesab
edirəm. Qloballaşma prosesinin sürətləndiyi müasir dünyada ge­
dən mürəkkəb etno-siyasi proseslərdə dinin yeri və rolu, beynəlxalq
münasibətlərdə və cəmiyyət həyatında din amili, bəşəriyyətin gələ­
cək taleyi naminə mədəniyyətlərarası dialoq kimi qlobal məsələlə­
rin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Zəngin mədəni-mənəvi
irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din müna­
sibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında
yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsa­
düfi deyildir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən
biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyəti­
nin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Məmnuniyyət
hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda tarixən heç vaxt
milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş,
qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və
dini münasibətlər mövcud olmuşdur. Ayrı-ayrı etiqad və inanclara
malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında,
etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında
bizim xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlə­
rin müstəsna rolu vardır.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respub­
likası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həya­
ta keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və
çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət ve­

422

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quru­
culuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi
və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə
mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini
dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli
siyasətin məntiqi nəticəsidir. Əminəm ki, Bakı Forumunda sürətlə
dəyişən dünyada tolerantlığın gücləndirilməsi, universal mənəvi
dəyərlərin beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması, dini zə­
mində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yolları­
nın araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan
insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilmə­
si kimi aktual problemlər ətrafında konstruktiv fikir mübadilələri
aparılacaq və səmərəli tövsiyələr səsləndiriləcəkdir.

Bu xeyirxah və gərəkli fəaliyyətinizdə hər birinizə cansağlığı,
Beynəlxalq Forumun işinə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2012-ci il

423

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKININ BİNƏQƏDİ RAYONUNUN ƏRAZİSİNDƏ İNŞA
OLUNAN MƏSCİD KOMPLEKSİNDƏ APARILAN TİKİNTİ
İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

30 dekabr 2012-ci il

Son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin qədim
tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı imzaladığı sərən­
camlar dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi­
dir. Dövlətimizin başçısının tapşırıqları əsasında Bakıda Təzə Pir,
Əjdərbəy məscidləri və digər dini-tarixi abidələr əsaslı şəkildə bər­
pa olunaraq dindarların istifadəsinə verilmişdir. Məscidlərin və
digər dini-tarixi abidələrin bərpası işləri Azərbaycanın bütün böl­
gələrində uğurla həyata keçirilir.

Dövlət başçısının tapşırığı ilə Bakının Binəqədi rayonu ərazisin­
də yeni məscid kompleksinin inşasına başlanılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev inşaat işlərinin gedişi ilə ta­
nış olmaq üçün kompleksin tikildiyi əraziyə gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
məscid kompleksinin layihəsinin baş planı əsasında Prezidentə mə­
lumat verdi. Bildirildi ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4
min kvadratmetr təşkil edəcəkdir. Ucaldılacaq 4 minarənin hər bi­
rinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin
hündürlüyü isə 35 metr olacaqdır.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi
daşlarla üzlənəcəkdir. Kompleksin daxilində isə tamamlama-bəzək
işlərində mərmərdən və taxtadan istifadə olunacaqdır. Məscid
kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradıla­
cağı da nəzərdə tutulur.

Dövlət başçısı inşaat sahəsini gəzdi, tikintinin gedişi ilə maraq­
landı, müvafiq tapşırıqlarını verdi. 

424

2013

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
İsa peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı
münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən
təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Dünya dinləri ölkəmizdə yüz illər boyu dinc yanaşı və əmin-­
amanlıq şəraitində fəaliyyət göstərmişdir. Tarixən burada siviliza­
siyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu,
etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması,
zəngin multikulturalizm ənənələri müasir Azərbaycan cəmiyyətin­
də ümummilli mənəvi-ictimai dəyərlərin və dözümlülük prinsip­
lərinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilmə­
sində müstəsna rol oynamışdır. Biz bu tarixi nailiyyəti milli dövlət­
çiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları­
nın hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad
azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərin­
dən biri hesab edirik. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm
ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz hissəsi
olan xristian icması, o cümlədən pravoslav həmvətənlərimiz icti­
mai-siyasi həyatın bütün sahələrində və ölkəmizdə gedən möh­
təşəm quruculuq işlərində fəal vətəndaşlıq mövqeyi nümayiş et­
dirirlər.
Əziz dostlar!
Yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və
şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda
təntənə ilə qeyd edilir. Bu nurlu gün münasibətilə bir daha hamını­
za bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə
bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 yanvar 2013-cü il

426

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QƏBƏLƏ ŞƏHƏR MƏSCİDİNİN YENİ BİNASININ
AÇILIŞINDA

28 fevral 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ
şəhər məscidinin yeni binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, məscidin tikintisinə
2010-cu ilin may ayında başlanılmışdır. Heydər Əliyev Fondunun
sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor” MMC,
binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahə­
si 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. İnşaat
işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunmuş­
dur. Məscidin həyətində Ulu Öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin milli-mənəvi və dini dəyərlərimizə qayğısını əks et­
dirən fotoguşə yaradılmışdır.

427

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Məscidlə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, bura­
da eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər
mömin ibadət edəcəkdir. Məscidin müqəddəs Qurani-Kərimdən
surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq mək­
təbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə
olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Dini ocağın həyətində ki­
çik memarlıq üslubunda iki fəvvarə də inşa edilmişdir. Məscidin
həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və ki­
şilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur.
Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir
işıqlandırma sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olundu.
Dövlətimizin başçısı məsciddə yaradılan şəraitdən razılığını bil­
dirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

428

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI FRANSİSK HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan
və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan müxtəlif din
və etiqadlara mənsub insanların mehriban və qarşılıqlı hörmət şə­
raitində yaşadığı bir ölkədir. Ümidvaram ki, dünyada sülhün, sa­
bitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma,
dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dia­
loqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu baxımdan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı si­
vilizasiyalar və dinlərarası dialoqun, tolerantlığın təşviqinə yönəl­
miş əməkdaşlığımızın hazırkı səviyyəsi məmnunluq doğurur.
Sizə möhkəm cansağlığı, uzun ömür, ümumbəşəri dəyərlərin
təntənəsi və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda
uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2013-cü il

429

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“MDB MÜSƏLMANLARI SÜLH VƏ SABİT İNKİŞAF
TƏRƏFDARIDIRLAR” BEYNƏLXALQ ELMİ-PRAKTİK
KONFRANSININ İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!
Sizi – MDB Müsəlmanları Məşvərət Şurasının Bakıda keçirdiyi
Beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayır, ən səmi­
mi arzu və diləklərimi yetirirəm.
Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən
biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Sivilizasiya­
ların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizdə, tarixən
müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada
əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcud
olmuş, yüksək tolerantlıq ənənələri formalaşmışdır. Cəmiyyətimiz­
də belə mütərəqqi münasibətlərin bərqərar olmasında İslam dini­
nin müstəsna rolu danılmazdır. Azərbaycanda milli mədəniyyətin
və mentalitetin ayrılmaz hissəsi olan İslam dini öz ümumbəşəri
mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-­
amanlığa, humanizmə və həmrəyliyə dəvət etmişdir.
Bu gün ölkəmizdə tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifli­
yin qorunub saxlanması və daha da inkişaf etdirilməsi həyata keçi­
rilən siyasətin başlıca istiqamətlərindən biridir. Dövlət-din münasi­
bətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquqi nor­
malarla tənzimlənir. Biz bu təcrübəni ölkədə gerçəkləşdirilən dini
siyasətin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi
sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühiti­
nin zəruri amili kimi qiymətləndiririk.
Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proses­
lər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini
ekstremizm və İslamofobiya kimi arzuolunmaz təzahürlər müşahi­
də edilir. Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını
təhdid edən belə hallara qarşı mübarizədə aparıcı dünya dinlərinin
sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əmək­
daşlığa, dini-mənəvi liderlərin nüfuzlu sözünə ciddi ehtiyac vardır.
Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tər­

430

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

biyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi İs­
lami dəyərlərin təbliği və təşviqi müasir tələblər səviyyəsində apa­
rılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməli­
dir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının
daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaş­
lıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahə­
də nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam
Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, son illərdə MDB Din­
lərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz
Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən Dünya Dini Li­
derləri Sammitinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitli­
yi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir
daha bariz şəkildə nümayiş etdirmişdir. Azərbaycan dövləti din­
lərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün
səyləri bundan sonra da dəstəkləyəcəkdir.

Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzu­
ya həsr olunmuş bugünkü beynəlxalq toplantınız da konstruktiv
müzakirələr ruhunda keçəcək, dinlərarası və mədəniyyətlərarası
dial­oqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma və dostluq kimi
bəşəri dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini verəcəkdir.

Bu xeyirxah yolda hər birinizə uğurlar və cansağlığı arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2013-cü il

431

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“MDB MÜSƏLMANLARI SÜLH VƏ SABİT İNKİŞAF
NAMİNƏ” MÖVZUSUNDA BAKIDA KEÇİRİLƏN
KONFRANSIN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

23 aprel 2013-cü il

İlham Əliyev: Bilirəm ki, siz burada konfransda iştirak edirdi­
niz. Bu konfransda iştirak etdiyinizə görə çox sağ olun. Çox mü­
hüm və aktual mövzu idi. Sizin iştirakınız, əlbəttə, bu konfransa
xüsusi əhəmiyyət verdi. Tədbirin möhtərəm Şeyximizin rəhbərli­
yi ilə Bakıda keçirilməsi və sizin dəstəyiniz xalqlarımız arasında
qardaşlığın, qarşılıqlı münasibətlərin və ümumi məqsədimizin
göstəricisidir. Çünki hamımız istəyirik ki, bütün dünyada, bizim
regionda, Qafqazda sülh olsun, müharibələr, əzablı günlər olmasın.
Bir daha demək istəyirəm ki, belə bir mövzu düzgün seçilmişdi:
“Müsəlmanlar sülh naminə”. Biz hamımız sülh istəyirik, hamımız
buna can atırıq. Əlbəttə, bizim müqəddəs yerləri ziyarət etməyiniz
sevindiricidir. İndi yenə Bakıdasınız.

Əminəm ki, biz hələ gələcəkdə də tez-tez görüşəcəyik. Əlbəttə
ki, ünsiyyət, görüşlər, beynəlxalq tədbirlərdə iştirak, səylərin cəm­
ləşdirilməsi – bütün bunlar çox müsbət haldır.

Mən hamınızı salamlayıram, bizim burada və başqa yerlərdə ke­
çirdiyimiz tədbirlərdə fəal iştirakınıza görə təşəkkür edirəm.

Bütün bunlar bizim ümumi köklərimizə, tariximizə və ümumi
məqsədimizə əsaslanan əməkdaşlığın baş tutmuş formatıdır. Bir
daha xoş gəlmisiniz!

Allahşükür Paşazadə: Hörmətli cənab Prezident həzrətləri.
Mən istərdim ki, Qafqazın Şeyxülislamı kimi Sizə minnətdarlığı­
mı bildirim. Sizin bu gün bizi qəbul etməyiniz bir daha dinə, mənə­
viyyata olan münasibətinizin göstəricisidir.
Allah-Təala Heydər Əliyev həzrətlərinə rəhmət etsin. Onun qoy­
duğu yol bu gün də davam etdirilir. Azərbaycan inkişaf edir. Hey­
dər Əliyev həzrətləri prezident seçiləndən sonra ilk addımlarından
biri Peyğəmbər əleyhis-salamın mövludu günü Təzəpir məscidinə
gəlməsi oldu. Yəni bu yol müqəddəs məkandan keçir və bu gün də
davam edir.

432

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bu gün Sizin Azərbaycan üçün gördüyünüz işlər göz qabağında­
dır. Siz Azərbaycanda və onun hüdudlarından kənarda məscidləri,
kilsələri bərpa etdirirsiniz. Bakıya gələn din xadimləri də bunu xü­
susi vurğulayırlar. Azərbaycan həm maddi, həm də mənəvi cəhət­
dən sürətlə inkişaf edir. Biz Prezidentimiz ilə, Azərbaycanımız ilə
fəxr edirik.

Bu konfransın Bakıda keçirilməsi və mənim MDB Müsəlmanları
Məşvərət Şurasına ikinci dəfə beş illiyə sədr seçilməyim Sizə, Azər­
baycana yüksək hörmət və ehtiramın göstəricisidir. Biz – müxtəlif
dinlərin xadimləri birlikdə sülh və qardaşlıq üçün öz təcrübələ­
rimizdən istifadə etmək istəyirik. Biz Ümrə ziyarətində olduq.
Peyğəmbərin məzarının yanında hamımız Heydər Əliyev həzrətlə­
rinin və Zərifə xanımın ruhuna dua etdik və mən Quran oxudum.

Demək istəyirəm ki, bu konfrans başqa yerlərdə də keçirilə bilər­
di. Ancaq tədbirin Bakıda keçirilməsi, Sizin və digər dövlət başçıla­
rının, dini liderlərin konfransımıza təbriklər göndərməsi Azərbay­
cana verilən önəmin və hörmətin təsdiqidir. Bu, Sizin apardığınız
siyasətin düzgünlüyünü təsdiq edən bir faktdır. Ona görə də hamı­
mızın adından Sizə təşəkkürümü bildirirəm.

İsmayil Berdiyev (Rusiya Federasiyası Qaraçay-Çərkəz Respubli-
kasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının
sədri): Bizim hamımızın böyük hörmət etdiyimiz, sovet dövründə
isə Siyasi Büronun üzvü olması ilə fəxr etdiyimiz Sizin atanızın 90
illiyi ərəfəsində Bakıya gəlmişik. Biz burada Sizin atanızın, ananı­
zın ruhuna Quran oxuduq, dualar etdik. Allah ruhlarını şad etsin.
Sizə gəlincə, Siz də hər şeyi xalqınız üçün edirsiniz. Sizin qəlbiniz­
də iman işığı vardır. Şeyxin dediyi kimi, atanız Sizi özü ilə ilk dəfə
məscidə ziyarətə aparıb və hamısı da bundan başlayıb. Biz Sizin
Həcc ziyarətində olmağınızın kadrlarını görmüşük. Bütün bunlar
sübut edir ki, Sizin qəlbinizdə iman və inam vardır. Allah sizi qo­
rusun!

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi. Ulu
Öndərlə birlikdə müqəddəs ocaqları ziyarətlərini məmnunluqla xatırlayan
dövlətimizin başçısı həmin səfərlərlə bağlı xatirələrin daim qəlbində yaşa-
dığını qeyd etdi. Din xadimləri arasında daimi təmasların və müntəzəm
görüşlərin önəmini vurğuladı.

İlham Əliyev: Biz həmişə bir yerdəyik, ünsiyyətdəyik. Mən sizin
rolunuzu çox yüksək qiymətləndirirəm. Həm də müsəlman dün­

433

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yasında böyük nüfuzu olan Şeyximizin rolunu yüksək dəyərlən­
dirirəm. Sizin respublikaların rəhbərləri ilə görüşlərimiz, onların
ölkəmizə səfərləri və sizin Azərbaycanda keçirilən tədbirlərdə iş­
tirakınız, digər təşəbbüslər sıx əlaqələrimizin sübutudur. Bir sözlə,
biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdiririk. Bizim İslam
ölkələri ilə birlikdə beynəlxalq fəaliyyətimizdə və beynəlxalq mü­
nasibətlər çərçivəsində, burada keçirdiyimiz forumlar sırasında si­
zin konfransınız da müstəsna əhəmiyyətə malikdir.

Dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlı­
ğın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndiril­
məsi çox əhəmiyyətlidir.

Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyə­
canlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Biz
nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində
bu terminlər işlədilir. Terrorçuları “islamçı” adlandırırlar. Terror­
çunun nə milləti, nə də dini vardır.

Azərbaycanda milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi
işinə dövlət səviyyəsində daim diqqət yetirilir, dini-tarixi abidələ­
rin bərpası və mühafizəsi sahəsində mühüm tədbirlərin həyata ke­
çirilir. Eyni zamanda, Azərbaycan dövlətinin ölkəmizin hüdudla­
rından kənarda da müxtəlif dinlərə məxsus məbədlərin bərpasında
və tikintisində fəal iştirak edir və bu işlərin bundan sonra da davam
etdiriləcək.

Bu gün Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə məs­
cidində gedən bərpa işləri aparılır. Bu, tarixi məsciddir. Bu, Azər­
baycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə inşa edilib.
Onu zəlzələlər dağıtmışdı. Şamaxı şəhəri zəlzələdən zərər çəkəndə
paytaxt Bakıya köçürüldü. Sonra isə artıq XX əsrdə məscid erməni
vandalizminə məruz qaldı, ermənilər tərəfindən yandırıldı. Bütün
bunlar sənədləşdirilib. 1918-ci il bizim xalqımız üçün çox ağır il idi.
O vaxt Bakıda, Şamaxıda, Qubada və digər regionlarda minlərlə
azərbaycanlı qətlə yetirilmişdir. Biz bütün tarixi və dini abidələri­
mizi bərpa edirik, onları əziz tutur, qoruyuruq. Biz xalqlarımızın
rifahı naminə birlikdə çalışacağıq. 

Sultan Mirzayev (Rusiya Federasiyası Çeçenistan Respublikasının
müftisi): Möhtərəm Prezident, Bakıda keçirilən konfransın əhə­

434

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

miyyəti böyükdür və MDB dövlətləri ilə yanaşı, digər ölkələrin
nümayəndələrinin də ilk dəfə bu tədbirdə iştirakı əlamətdar ha­
disədir. Bakının artıq nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir
məkana çevrilib və əminəmliklə bildirməkm istəyirəm ki, budəfəki
konfransın da səmərəli nəticələr verəcək.

Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə
çox ağır dövr idi. O, Azərbaycanı ayağa qaldırdı, ölkəni inkişaf et­
dirməyin yolunu göstərdi. Çox sağ olun ki, Siz də bu yolla gedirsi­
niz, olanları qoruyursunuz, inkişaf etdirirsiniz, genişləndirirsiniz.

Bu gün Çeçenistanda sülh, sabitlik hökm sürür. Bu da Şimali
Qafqazda çox mühüm rol oynayır. Bütün Şimali Qafqaz regionu­
nun müftiləri bunu təsdiq edə bilərlər.

İlham Əliyev: Mən tez-tez bu barədə deyirəm: cəmiyyətimizin
əsasında mənəvi-tərbiyəvi prinsiplər durur. Əgər biz bunu itirsək,
cəmiyyət olmayacaqdır. Onda biz bünövrəni itirmiş olarıq. Biz həm
dinimizi, həm dilimizi, həm ədəbiyyatımızı, həm də incəsənətimizi
qoruyub saxlamışıq. Müstəqillik illərində də bu mövqeləri möh­
kəmləndirmişik. Gənclər də milli ruhda tərbiyə olunmalı, savadlı
olmalıdırlar.

Təmim Əhməd (Ukraynanın müftisi): Hörmətli Prezident, Azər­
baycan dövləti tərəfindən tolerantlığa, dini etiqada, mənəvi dəyər­
lərə göstərilən yüksək qayğı cəmiyyətin ümumi inkişafına böyük
töhfələr verib. Mən demək istəyirəm ki, bizim Ukraynada ən azı
MDB-nin demək olar ki, bütün millətlərinin nümayəndələri yaşa­
yırlar. Buna görə də bütün ölkələrdə sülh və əmin-amanlıq olanda
bizdə də sülh və əmin-amanlıq olur. Ukrayna MDB ölkələri üçün
çox mühüm strateji yerdir. Biz müxtəlif ənənələrə və mədəniyyət­
lərə malik bütün müsəlmanlarla birlikdə çalışırıq.

***
Təmim Əhməd Kiyevdə ilk məscidin inşasına Azərbaycan dövlətinin
göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.
Ukrayna müftisi Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Muhəmməd Yusifpahiç (Serbiyanın müftisi): Cənab Prezident,
Azərbaycanda sülhün və əmin-amanlığın mövcudluğundan məm­
nunluq hissi keçirdimi bildirmək istəyirəm. Əlbəttə, biz Ermənis­

435

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıyıq.
Azərbaycana qarşı haqsızlıq olub və var. Ölkənin Dağlıq Qarabağla
birlikdə 20 faiz ərazisi işğal altındadır. 

***
Muhəmməd Yusifpahiç münaqişənin həlli ilə bağlı Prezident İlham
Əliyevin müdrik siyasət apardığını söylədi. Serbiyanın müftisi Azərbay-
can dövlətinin başçısına Belqradda ölkənin qədim tarixi abidələrindən olan
məscidin bərpasına, həmçinin pravoslav kilsəsinin təmirinə göstərilən yar-
dıma görə təşəkkür etdi. O, Bakıda keçirilən konfransın əhəmiyyətindən də
danışdı.
Serbiyanın müftisi Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim
etdi.

Şafik Pşixaçev (Beynəlxalq İslam Missiyasının prezidenti, Qafqaz
Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi): Möh­
tərəm Prezident! Biz Sizin münasibətinizə uyğun olaraq yenə də,
artıq bu dəfə belə bir formatda “MDB müsəlmanları sülh və sabit
inkişaf naminə” adlı konfransı keçirmək üçün Bakıya toplaşmışıq.
Biz hamımız Sizin atanızın bu xoş münasibətlərin əsasını qoyma­
sını çox əziz tuturuq. Biz müqəddəs yerlərdə dua etmişik. Biz Si­
zin valideynləriniz üçün dua etmişik. Xalqına böyük nemətlər bəxş
edən və ölkənizin tərəqqisi üçün yol göstərən Heydər Əliyevin ru­
huna dua oxumuşuq. Bu, bizim “MDB müsəlmanları sülh və sabit
inkişaf naminə” adlı ikinci konfransımızdır. İlk konfrans 2009-cu
ildə Moskvada keçirilmişdi. İndi Bakıda toplaşmışıq. Buranı seç­
məyimiz təsadüfi deyildir. Mənim həmkarlarımın, qardaşlarımın
fikirlərinə qoşuluram ki, Bakı İslam mədəniyyətinin mərkəzlərin­
dən biridir. Bu, Sizin xoş məramınızdır, Sizin iradənizdir. Biz Sizə
çox minnətdarıq. Biz dua edirik ki, Allah-Təala Sizə həmişə kömək
olsun və uğurlarınız daha da artsın.

***
Prezident İlham Əliyev Məşvərət Şurası çərçivəsində əməkdaşlığın
gələcəkdə də genişləndirilməsi işində Şura üzvlərinə uğurlar arzuladı.

436

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

437

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA
Hörmətli həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürək­
dən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini
tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyə­
tində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hör­
mət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Biz
bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir,
tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını,
multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbli­
ğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən
biri hesab edirik.

Çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının
özünəməxsus yeri vardır. Məmnuniyyətlə qeyd etmək istəyirəm
ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq,
Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristian­

438

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmiz­
də gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq
mövqeyi nümayiş etdirirlər.

Yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğuları­
nın rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd
edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, həyatınıza firavan­
lıq gətirsin.

Bayramınız mübarək olsun!
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2013-cü il

439

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

SUMQAYITDAKI CÜMƏ MƏSCİDİNDƏ ƏSASLI
TƏMİRDƏN SONRA YARADILAN ŞƏRAİTLƏ TANIŞLIQ

3 may 2013-cü il

Dövlətimizin başçısı Cümə məscidinin yenidənqurmadan əvvəl­
ki vəziyyətini əks etdirən fotolara baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, ibadətgahın təməli
1989-cu ildə qoyulmuşdur. 2003-cü ildə istifadəyə verilən məscidin
ərazisi 4,5 hektardır. Burada, eyni zamanda, 500 nəfər ibadət edə
bilər. Məscid 2011-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham
Əliyev burada olarkən verdiyi tapşırığa müvafiq olaraq əsaslı təmir
edilmişdir. Burada 34 metr hündürlüyündə minarə ucaldılmışdır.
Mehrab yenidən qurulmuş, günbəzin daxilinə Qurani-Kərimdən
ayələr həkk olunmuş, döşəmə əsaslı təmir edilmişdir. Məscidin is­
tilik və elektrik sistemləri də tamamilə yenilənmiş, divarları üzlük
daşlarla üzlənmiş, hasarı yenidən qurulmuşdur.

Azərbaycan Prezidenti məscidin axundu ilə söhbət etdi.
Axund Rauf Sərdarov: Cənab Prezident, şəhərimizə xoş gəlmi­
siniz! Sizi ikinci dəfə şəhərimizin Cümə məscidində görməyimiz
bizi çox sevindirir, xoşhal edir. Siz iki il bundan əvvəl bu məscidə
baxmışdınız. Layihə hazırlanması, bərpa işləri görülməsi üçün tap­
şırıq vermişdiniz.
Allaha şükürlər olsun ki, əsaslı surətdə bərpa olunan, yeni mi­
narəsi tikilən məscidimiz bu gün möminlərin ixtiyarına verilir.
Bu, bizi çox sevindirir. Bu, Sizin dinimizə olan məhəbbətiniz və
sayğınızdır. Sizə minnətdarıq.
Cənab Prezident, Sizin bu gün buraya gəlişiniz bir neçə cəhətdən
bizim üçün bayramdır. Əvvəla, ölkənin rəhbəri şəhərimizə, məsci­
dimizə gəlib. Bu, bizim üçün bayramdır. Bu gün həm də məscidi­
mizin açılışı olacaqdır. Bu, ikinci bayramdır.
Üçüncü bayram isə məscidimizin adı ilə bağlıdır. Bu, Cümə məs­
cidi adlanır. Siz də çox gözəl gündə, cümə günündə buraya gəlmisi­
niz. Cümə günündə də yüz minlərlə insan bir araya yığışıb ibadət,
dua edirlər. Cümə Allahın rəhminin yerdə nazil olan günüdür.

440

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bundan əlavə, cənab Prezident, sonuncu Peyğəmbərimiz, İslam
dininin banisi Həzrət Rəsulullahın qızı Fatimeyi-Zəhranın doğum
günüdür. Bu da bir gözəl gündür.

Cənab Prezident, Sumqayıtdan olan zəvvarların Həcc ziyarəti­
nin təşkilinə görə Sizə minnətdarlıqlarımızı bildiririk. Eyni zaman­
da, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunması, məscidlərin,

ziyarətgahların inşası və bərpası istiqamətində Ulu Öndər Heydər
Əliyevin həyata keçirdiyi böyük işlərin davam etdirilməsinə görə
Prezident İlham Əliyevə təşəkkür edirik.

Bütün bunlar üçün biz Sizə təşəkkür edir, Ulu Öndərə rəhmət
diləyirik. Allah Sizi qorusun. Allah Sizə, ailənizə xoşbəxtlik, səadət
nəsib etsin. Qoy bu əmin-amanlıq, abadlıq ölkəmizdən heç vaxt əs­
kik olmasın. Cənab Prezident, Allah Sizi hifz etsin.

Dövlətimizin başçısına Qurani-Kərim hədiyyə olundu.
İlham Əliyev: Çox sağ olun. Doğrudan da, əlamətdar bir gün­
dür. Mən iki il bundan əvvəl gəlmişdim. Tikinti işlərinə bərabər
baxırdıq. İndi ən yüksək səviyyədə tikilibdir. Həm xarici görünü­
şü, həm daxili tərtibatı gözəldir. Faktiki olaraq yenidən tikilibdir.
Minarəsi tikilibdir. Bütün lazımi şərait vardır. İstilik, kondisioner,

441

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

böyük həyət vardır. Yəni burada ibadət üçün bütün imkanlar var­
dır. Bu məscid bir sənət, memarlıq əsəridir. Elə də olmalıdır. İki
minə yaxın məscid vardır. Onların böyük əksəriyyəti müstəqillik
dövründə tikilibdir. İndi qədim vaxtlardan bizə miras qalan məs­
cidlərin bərpası ilə də məşğuluq.

Bu yaxınlarda Azərbaycanın ən qədim məscidi olan Şamaxı
Cümə məscidinin də açılışını edəcəyik. Bu məscid 743-cü ildə tiki­
libdir. İndi onun yenidən tikilməsi başa çatır. Orada köçürülmələr
də var idi, yollar genişləndirildi.

Bakıda dini, tarixi abidələrimizin bərpasından da dəfələrlə söhbət
aparmışıq: Təzəpir məscidi, Bibiheybət məscidi, Əjdərbəy məscidi.

Binəqədidə ölkəmizin ən böyük məscidi tikilir. Bu, həm bizim
müqəddəs dinimizə olan münasibətimizdir, eyni zamanda, İslam
aləmində Azərbaycan indi çox görkəmli yer tutur. İslam Əməkdaş­
lıq Təşkilatının xətti ilə mötəbər tədbirlər keçirilir.

Müsəlman aləmində Azərbaycan çox böyük hörmətə malik olan
bir ölkədir. Nəinki Azərbaycanda, müsəlman aləmində İslam həm­
rəyliyinin gücləndirilməsi üçün biz əlimizdən gələni əsirgəmirik.
Belə gözəl, dini, tarixi abidələrin tikintisi, bərpası bundan sonra da
davam etdiriləcəkdir.

ŞAMAXI CÜMƏ MƏSCİDİNİN ƏSASLI BƏRPA VƏ
YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLMƏ
MƏRASİMİNDƏ NİTQ

17 may 2013-cü il

Hörmətli din xadimləri!
Hörmətli səfirlər!
Əziz dostlar!
Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür. Bu gün biz
Şamaxı Cümə məscidinin əsaslı təmirdən sonra açılışını qeyd edi­
rik. Bu mərasimdə iştirak etmək üçün Azərbaycana gəlmiş Şimali
Qafqaz müftilərini, bütün qonaqları salamlayıram.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müsəlman
ölkələrinin səfirləri də bu gün bizimlə bərabərdirlər.
Qeyd etməliyəm ki, bu gün bu gözəl tədbirdə ölkəmizin hər bir

442

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bölgəsindən nümayəndələr iştirak edirlər. Azərbaycanın hər bir ra­
yonundan din xadimləri bu gün buradadırlar. Əslində, bu gün bü­
tün Azərbaycan buradadır, Şamaxıdadır, Şamaxı Cümə məscidinin
açılışında iştirak edir.

Bu məscidin Azərbaycan tarixində xüsusi yeri vardır. Azərbay­
canın ən qədim məscididir. Bu məscid 743-cü ildə tikilmişdir. Azər­
baycanda, bütün Qafqazda İslam dininin yayılmasında Şamaxı
Cümə məscidinin çox böyük rolu olmuşdur. Əfsuslar olsun ki, təbii
fəlakətlər nəticəsində məscid iki dəfə dağıntılara məruz qalmışdır.
1859-cu və 1902-ci illərdə Şamaxıda baş vermiş güclü zəlzələlər nə­
ticəsində məscidin böyük hissəsi dağılmışdır. Ondan sonra 1918-ci
ilin mart ayında soyqırımı zamanı bu məscid vəhşi erməni quldur
dəstələri tərəfindən yandırılmışdır. Bu məsciddə sığınacaq tapmaq
istəyən mindən yuxarı günahsız insan, – onların arasında uşaqlar
və qadınlar da olmuşdur, – ermənilər tərəfindən yandırılmışdır.
Vəhşi erməni quldur dəstələri sonra da Xocalı soyqırımını törətmiş­
lər. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız insan həlak olmuş­
dur, onlardan 63-ü uşaq, 100-dən çoxu qadın idi.

Ancaq bu gün Şamaxı Cümə məscidi yenidən yaşayır, öz qapı­

443

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

larını dindarların üzünə açmışdır. Azərbaycan dövləti bu məscidin
bərpası üçün bütün lazımi tədbirləri görmüşdür. Sovet dövründə
təbii ki, məscid fəaliyyət göstərmirdi. 2009-cu ildə mənim tərəfim­
dən Şamaxı Cümə məscidinin əsaslı təmiri ilə bağlı müvafiq Sərən­
cam verilmişdir və 2010-cu ildən gərgin işlərə başlanmışdır. Mən
şəxsən hər il burada gedən tikinti-quruculuq işləri ilə tanış olur­
dum, göstərişlərimi verirdim və əsas məqsəd ondan ibarət idi ki,
məscidin tarixi hissəsi qorunsun, saxlanılsın. Bax, bu sütunlar, di­
varlar tarixi divarlardır. Beləliklə, bu gün məscidin həm daxili tərti­
batı, həm xarici görünüşü zövq oxşayır. Bir daha demək istəyirəm,
ən önəmli məsələ odur ki, qədim divarlar, daşlar qorunub, eyni za­
manda, yeni tikililər də əlavə olunubdur.

Yəni bu, əslində Azərbaycanda bütövlükdə gedən işlərin təzahü­
rüdür. Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində
qururuq. Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür.
Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzə­
rində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad
Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bil­
mişdir. Bu gündən başlayaraq məsciddə bütün lazımi mərasimlər

444

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

keçiriləcəkdir.
Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün

dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbay­
canda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı
1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta sovet dövründə insanla­
rın qəlbində olan imanı öldürə bilməmişlər. Azərbaycan xalqı öz
müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış
və yaşatmışdır.

Dostlarımız – Şimali Qafqaz müftiləri, səfirlər, digər qonaqlar
bizim, demək olar ki, bütün tədbirlərimizdə – Təzəpir məscidinin
əsaslı təmirindən sonra açılış mərasimində, Bibiheybət məscidində,
Əjdərbəy məscidinin yenidən açılışlarında iştirak etmişlər. Bu, öz­
lüyündə göstərir ki, Azərbaycanda həm dini ocaqlar bərpa edilir,
eyni zamanda, bütün bölgələrdə məscidlər tikilir. Bu yanaşma yenə
də demək istəyirəm ki, dövlət siyasətidir. Bundan sonra da biz bu
yolla gedəcəyik. Bütün dini abidələrimizi bərpa edəcəyik və edirik.
Qeyd etmək istəyirəm ki, son 10 il ərzində Azərbaycanda 200-dən
çox məscid tikilmişdir, 80-dən çox məscid təmir edilmişdir.

Hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə di­
ni-tarixi memarlıq abidəsi bərpa edilir. Bakının Binəqədi rayonun­
da Azərbaycanın ən böyük məscidi inşa olunur.

Azərbaycan müstəqil dövlət kimi İslam həmrəyliyinə də öz
töhfəsini verir. Bütün müsəlman ölkələri ilə biz çox mehriban mü­
nasibətlər qurmaq əzmindəyik. Əslində bunu etmişik. İslam həm­
rəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Azərbaycan
İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan bu təşki­
latın fəaliyyəti üçün lazımi töhfələr verir. İslam Əməkdaşlıq Təşki­
latı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymət­
ləndirir.

Biz çalışmalıyıq ki, bundan sonra da İslam həmrəyliyini güclən­
dirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək.

Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Bakıda na­
zirlər səviyyəsində mötəbər tədbir keçirilmişdir. Belə tədbirlərin
sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycanda müxtəlif
humanitar forumlar keçirilir. Dünya dinlərinin liderlərinin zirvə
görüşü keçirilmişdir. Bu ayın sonunda Mədəniyyətlərarası Dialoq

445

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Forumunun keçirilməsi nəzərdə tutulur. Yəni Azərbaycan dövləti
artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilmişdir. Azər­
baycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə
kimi yaşayır və yaşayacaqdır. Azərbaycanda nə dini, nə milli zə­
mində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır və
əminəm ki, olmayacaqdır.

Eyni zamanda, dünyada gedən bəzi proseslər bizi haqlı olaraq
narahat edir. İslam dininə qarşı ədalətsiz münasibət sərgilənir. Bəzi
ölkələrdə islamofobiya meyilləri güclənir.

İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dün­
yada İslam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq.
Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər
görür. Keçən ilin sentyabr ayında dünyanın ən böyük muzeyi olan
Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılışı
olmuşdur. Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyi­
ni vermişdir. Bu, əslində bizim bütün İslam mədəniyyətinə olan
töhfəmizdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Vatikanda ilk
dəfə olaraq müsəlman ölkəsinin sərgisi keçirilmişdir. Bu da Azər­
baycan sərgisi idi. Yəni biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki,
İslam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat
çatdıraq. Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış
təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu
məsələnin dərinləşməsində öz rolunu oynayır.

Əfsuslar olsun ki, müxtəlif bölgələrdə vətəndaş müharibəsi ge­
dir, qardaş qanı axıdılır. Biz buna imkan verə bilmərik.

Qeyd etdiyim kimi, Şamaxı Cümə məscidi təbii fəlakətlərə, er­
məni vəhşiliyinə məruz qalmışdır. Şamaxının demək olar ki, bütün
binaları o vaxt – 1918-ci il soyqırımı zamanı dağıdılmışdır. Amma
məscidi dağıda bilməmişlər. Bu məscid 1270 ildən sonra artıq ye­
nidən fəaliyyətə başlayır. Bu, doğrudan da böyük tarixi hadisədir,
çox böyük rəmzi məna daşıyır. Bu, onu göstərir ki, Azərbaycan
xalqı əyilməzdir.

Hazırda işğal altında olan Şuşa məscidi, Ağdam məscidi, işğal
altında olan digər məscidlər yarıdağılmış vəziyyətdədir. Ancaq
gün gələcək biz o məscidləri də bərpa edəcəyik. Şuşa məscidini də,
Ağdam məscidini də, işğal altında olan digər məscidləri də bərpa

446

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

edəcəyik. İşğalçıları Azərbaycan torpaqlarından qovacağıq. Azər­
baycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaq­
larda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcəkdir. O günü
yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan
vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik,

ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz belə gözəl abidələr ya­
radırıq. Biz tarixi ədaləti bərpa edirik. Əminəm ki, Şamaxı məscidi
bundan sonra əbədi yaşayacaqdır.

Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan
öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da
qadirdir.

Bir daha mən bütün Azərbaycan müsəlmanlarını, bütün dün­
ya müsəlmanlarını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik
edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

447

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKIDA II ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI
DİALOQ FORUMUNUN AÇILIŞINDA NİTQ

30 may 2013-cü il
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş
gəlmisiniz. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Şadam ki, bu
Forum ikinci dəfə Bakıda keçirilir. Yadımdadır, iki il bundan əvvəl
birinci Forumun keçirilməsi zamanı mən belə bir fikir irəli sürmüş­
düm ki, yaxşı olar bu Forum ənənəvi olsun. Çox şadam ki, bizim
dostlarımız da bu təşəbbüsü dəstəkləmiş və bu gün bizimlə bərabər
ikinci Forumda iştirak edirlər.
Əslində bu Forumun keçirilməsi “Bakı prosesi”nin təzahürüdür.
“Bakı prosesi” 2008-ci ildə başlamışdır. Hesab edirəm ki, müasir
tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması
Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə
Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. On­
dan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasın­
dan həmkarlar qoşulmuşlar. Yəni Bakı, əslində coğrafi körpü rolu­
nu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da mü­
vəffəqiyyətlə icra edir.
2010-cu ildə də çox önəmli hadisə baş vermişdir. Dünya dinlə­
ri liderlərinin Bakıda zirvə görüşü və 2011-ci ildə birinci Forum
keçirilmişdir. Artıq “Bakı prosesi” inkişaf edir və əminəm ki, bu
Forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim
ümumi işimizə töhfə verəcəkdir. Çünki biz hamımız istəyirik ki,
dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zə­
mində həllini tapsın, əməkdaşlıq meylləri güclənsin, xoşagəlməz
halların qarşısı alınsın, ümumiyyətlə, dünyada sivilizasiyalararası
dialoqun inkişafında müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar
olsun ki, biz hələ istədiyimizə tam şəkildə nail ola bilmirik. Çünki

448

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar,
vətəndaş müharibələri baş verir, anlaşılmazlıq meylləri artır. He­
sab edirəm ki, bu vacib məsələlərin bu formatda müzakirə edilmə­
si, ümumi işimizə, əməkdaşlıq işimizə bir töhfə olacaqdır.

Hesab edirəm ki, bu Forumun Azərbaycanda keçirilməsi təsa­
düfi deyildir. Çünki Azərbaycan əsrlər boyu burada yaşayan bütün
millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur.
Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və
çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri,
bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma
şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstün­
lüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında
bu amil də öz rolunu oynamışdır.

Qeyd etməliyəm ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq,
bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məka­
nı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri
biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha
da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudla­
rı ilə məhdudlaşdırmırıq. Azərbaycan tərəfindən irəli sürülmüş
təşəbbüslər bu gün dünyada da əks-səda yaradır. Hesab edirəm ki,
bizim bütün regional təşəbbüslərimiz – istər siyasi, iqtisadi, digər
sahələrlə bağlı təşəbbüslərimiz də, eyni zamanda, regional əmək­
daşlıq üçün yaxşı şərait yaradır və xalqlararası, millətlərarası dia­
loqun aparılması bu müsbət meyilləri daha da gücləndirir. Ölkələ­
rin siyasi maraqları ola bilər və vardır. Təbii ki, iqtisadi maraqlar da
vardır. Bir çox hallarda ölkələri birləşdirən bu maraqlardır. Ancaq
hesab edirəm ki, əməkdaşlığın müsbət meyillərini gücləndirmək
üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır.

Hesab edirəm ki, Forumun gündəliyi çox genişdir, burada mü­
zakirə ediləcək məsələlər böyük əhəmiyyət kəsb edir və gələcəyə
müştərək baxışlarımızla bağlı fikirlər də səslənəcəkdir. Bu, çox va­
cib məsələdir – müştərək gələcək. Bu dünyada hər bir xalq üçün,
hər bir millət üçün yer vardır. Təki sülh, əmin-amanlıq, qarşılıq­
lı anlaşma olsun. Əməkdaşlığın üstünlüyünü biz Azərbaycanın
uğurlu inkişafında görürük. Bizim regional təşəbbüslərimizlə bağlı
olan bütün addımlarımız əməkdaşlığa yönəldilibdir. Biz əməkdaş­

449

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lıq, qarşılıqlı dəstək vasitəsilə öz iqtisadi və siyasi maraqlarımızı da
tam şəkildə təmin edirik. Regional əməkdaşlıq məsələlərinə gəldik­
də hesab edirəm ki, bizim müsbət təcrübəmiz maraqlı ola bilər. Eyni
zamanda, Azərbaycan nəinki çoxmillətli və çoxkonfessiyalı ölkədir,
eyni zamanda, nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm
İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və hər iki təşkilatda çox
fəal iş aparır, hər iki təşkilatda çox möhkəm mövqelərə malikdir.
Bax, bizim bu xüsusiyyətlərimiz hesab edirəm ki, mədəniyyətləra­
rası dialoqun inkişafına da töhfəsini verməkdədir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır. Əlbəttə ki, Azər­
baycanda milli və dini ənənələr çox güclüdür. Müstəqil Azərbay­
can dövləti güclü milli mənəvi dəyərlər üzərində qurulubdur. Eyni
zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən
başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur. İki gün
əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini qeyd edir­
dik. Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk
respublika idi və əslində nəinki Azərbaycan xalqının müstəqilliyi­
ni şərtləndirdi, eyni zamanda, bölgədə də, müsəlman aləmində də
respublika quruluşunun inkişafına, yayılmasına təkan vermişdir.

Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əmək­
daşlıq Təşkilatında da çox fəal iş aparır. Böyük qürur hissi ilə deyə
bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı
elan edilmişdir. Bizim digər qədim şəhərimiz Naxçıvan isə 2018-ci
il üçün bu şərəfli ada layiq görülmüşdür. Bununla bərabər, keçən il
Bakıda Avropanın və bəlkə də dünyanın ən mötəbər musiqi yarışı
– “Eurovision” keçirilmişdir. 2015-ci ildə Birinci Avropa Oyunla­
rı Azərbaycanda keçiriləcəkdir. Yəni bax bu məsələlər özlüyündə
göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması
üçün nəinki çox gözəl zəmin və əsas vardır, eyni zamanda, biz öz
təşəbbüslərimizlə, öz xarici siyasətimizlə və sivilizasiyalararası dia­
loqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk.

Bu, doğrudan da çox vacib məsələdir, çünki dünyada biz hamı­
mız bunun şahidiyik, həm müsbət, həm də mənfi meyillər vardır.
Son vaxtlar, xüsusilə multikulturalizmlə bağlı müxtəlif fikirlər səs­
lənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəzi
ölkələrdə, hətta siyasətçilər bu barədə açıq bəyanatlar verirlər. İc­

450


Click to View FlipBook Version