The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Yəhudi xalqının milli Yeni il bayramı – Roş-Ha-Şana münasibə­
tilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklə­
rimi yetirirəm.
Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən ası­
lı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi
vətəndaşlarımız, yüz illərdir ki, əmin-amanlıq şəraitində yaşayaraq
ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak
edirlər. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilmə­
si, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin
qorunub saxlanması dövlətin daimi himayəsi altındadır və bu si­
yasət gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəkdir.
Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan
Roş-Ha-Şana münasibətilə bir daha hamınızı səmimi qəlbdən təb­
rik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzula­
yıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2011-ci il

351

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“XXI ƏSR: ÜMİDLƏR VƏ ÇAĞIRIŞLAR”
DEVİZİ İLƏ BEYNƏLXALQ HUMANİTAR
FORUMUN AÇILIŞINDA NİTQ

Gülüstan sarayı, 10 oktyabr 2011-ci il

Hörmətli qonaqlar! 
Hörmətli xanımlar və cənablar, əziz dostlar! 
Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Azərbaycana
xoş gəlmisiniz. 
Bu gün və sabah Bakıda çox əlamətdar Forum işləyəcəkdir. Fo­
ruma gəlmiş bütün qonaqlar bizim əziz qonaqlarımızdır. Əminəm
ki, bu iki gün ərzində Forum çərçivəsində aparılacaq fikir müba­
diləsi, səslənəcək təkliflər humanitar sahədə əməkdaşlığın daha da
dərinləşməsinə xidmət göstərəcəkdir. 
Deyə bilərəm ki, Bakı I Beynəlxalq Humanitar Forumunun keçi­
rilməsi ilə bağlı təşəbbüsü Rusiya və Azərbaycan ziyalıları irəli sür­
müşlər. Rusiya və Azərbaycan rəhbərliyi də bu təşəbbüsü dəstək­
ləmişlər. Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində mütəmadi
qaydada humanitar əməkdaşlığa dair beynəlxalq tədbirlər keçirilir.
2008-ci ildən “Bakı Prosesi” başlamışdır. “Bakı Prosesi”nin təmə­
li 2008-ci ildə qoyulmuşdur. O vaxt Bakıda Avropa Şurasına üzv
Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına biz İslam Əmək­
daşlığı Təşkilatının nümayəndələrini, nazirləri dəvət etmişdik və
ilk dəfə olaraq birgə beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə
isə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Ba­
kıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də
dəvət edilmişdi. Yəni artıq bu ənənə başlamışdı. 2010-cu ildə Bakı­
da Dünya Dinləri Liderlərinin Zirvə Görüşü keçirilmişdir və mən
o tədbiri çox yaxşı xatırlayıram. Həm müzakirələr, eyni zamanda,
qəbul edilmiş qərarlar sivilizasiyalararası dialoqun möhkəmlənmə­
sinə dəyərli töhfəsini vermişdir. Keçən il paytaxtımızda, eyni za­
manda, digər beynəlxalq tədbirlər keçirilmişdir. Nəhayət, bu ilin
aprel ayında Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçi­

352

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rilməsi də əlamətdar hadisə kimi tarixdə qalmışdır. Yəni bu, artıq
gözəl ənənədir. 

Mən ümid edirəm ki, bugünkü tədbir və ondan sonrakı görüşlər
və Azərbaycanda keçiriləcək növbəti beynəlxalq forumlar arzula­
rımızı reallığa çevirəcəkdir. Arzularımız ondan ibarətdir ki, bütün
dünya xalqları, bütün ölkələr bir-biri ilə daha da səmimi münasi­
bətdə olsunlar, qarşılıqlı anlaşma daha da dərinləşsin, beynəlxalq
əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılsın.

Təsadüfi deyil ki, bütün bu tədbirlər, humanitar sahədə aparılan
islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azər­
baycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə
kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda hökm sürən icti­
mai-siyasi quruluşdan asılı olmayaraq, bütün xalqlar bir ailə kimi
yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç
bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə
yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sa­
diqdir. 

Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtə­
lif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehriban­
lıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Yəni ölkəmizdə bu
səpkidə keçirilən tədbirlərin ənənəvi xarakter alması təbiidir və mən
çox şadam ki, dəvətimizi qəbul edib forumda iştirak edən görkəmli
ictimai xadimlər bu gün bizim qonaqlarımızdır. Əminəm ki, forum
çərçivəsində aparılan diskussiyalar, yaradılacaq təmaslar bizi daha
da sıx birləşdirəcəkdir. İndiki zəmanədə, qloballaşan dünyada belə
tədbirlərin keçirilməsinin çöx böyük əhəmiyyəti vardır. 

Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da
təsirini göstərmişdir. Azərbaycan o ölkədir ki, burada mədəniy­
yətlər, sivilizasiyalar görüşür, birləşir. Bizim gücümüz birliyimiz­
dədir. Milli və dini müxtəlifliyimiz bizim gücümüzü daha da ar­
tırır. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bütün
dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Bütün dini abi­
dələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, ti­
kilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq
ab-havası əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha

353

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

da gücləndirir. 
Ölkəmizdə aparılan bütün islahatlar, – istər siyasi, istər iqtisa­

di islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları daha
da yaxşı yaşasınlar, Azərbaycan öz gücünü artırsın və bunu etmək
üçün təkcə iqtisadi islahatların aparılması kifayət deyildir. Bunu
etmək üçün cəmiyyətdə çox sağlam iqlim olmalıdır. Bunu etmək
üçün, əlbəttə ki, Azərbaycanda bütün xalqlar həmişə olduğu kimi,
mehribanlıq və əməkdaşlıq şəraitində yaşamalıdır. 

Azərbaycanın tarixi və keçmişi göstərir ki, bunu etmək mümkün­
dür. Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının,
həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan na­
dir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal
üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı
dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər bö­
yük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz
nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın
bu sahədəki təcrübəsi maraq doğurmazdı. 

“Bakı prosesi” 2008-ci ildən bu günə qədər uğurla inkişaf edir.
Əminəm ki, növbəti illərdə bu proses çərçivəsində əlavə tədbirlərin
keçirilməsi bizim işimizə böyük dəstək olacaqdır. 

Bizim ölkədə, bütövlükdə bütün dövrlərdə humanitar sahəyə
çox böyük diqqət göstərilmişdir. Bu gün də bu sahə hökumətimiz
üçün prioritet sahədir. Azərbaycanda elmin, təhsilin inkişafı, səhiy­
yə, mədəniyyət, idman sahələrində yaşanan inkişaf bütövlükdə hu­
manitar sektorun inkişafına xidmət göstərir. Bu sahələr üzrə ölkədə
konkret proqramlar vardır. Proqramlar icra edilir. Bu sahə gələcək­
də də prioritet olacaq və biz çalışacağıq ki, nəzərdə tutulan bütün
vəzifələr uğurla icra edilsin. 

Humanitar sahə hər bir ölkə üçün çox vacibdir. Əlbəttə, humani­
tar sahəyə daha da böyük diqqət göstərmək üçün ölkənin maliyyə
imkanları da olmalıdır. Müstəqilliyimizin ilk illərində biz böyük
çətinliklər içərisində yaşamışıq. Azərbaycanda həm iqtisadi, həm
siyasi böhran yaşanırdı. Ola bilər ki, 90-cı illərin əvvəllərində bu
sahəyə lazımi dərəcədə diqqət göstərilmirdi. Ona görə yox ki, bu
diqqətdən kənarda qalmışdır. Ona görə ki, maliyyə imkanlarımız

354

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yox idi. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən
sürətlə inkişaf edən ölkədir. Humanitar sahənin inkişafı, əlbəttə ki,
bizim üçün prioritetdir. Bu sahəni inkişaf etdirmək üçün bizdə im­
kanlar vardır. Sirr deyil və hamımız yaxşı bilirik ki, ölkənin gələcə­
yini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar
amildir. Ona görə Azərbaycanda təhsilə, elmə qoyulan sərmayə öz
nəticəsini verir və verəcəkdir. Bir neçə il bundan əvvəl irəli sürülən,
“qara qızıl”ı insan kapitalına çevirək tezisi artıq bu gün reallıqdır.
Minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təh­
sil alır. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar əminəm
ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaqdır.
Bununla bərabər, elmin inkişafı, gəncləri elmə cəlb etmək üçün
konkret proqramlar icra edilir. Bu yaxınlarda qəbul edilmiş “Azər­
baycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası da
bu məqsədi güdür. 

Bu gün və gələcəkdə ölkələrin uğurlu inkişafını müəyyən edən
elmi-texniki tərəqqidir. Bizim üstünlüyümüz ondan ibarətdir ki,
Azərbaycan təbii ehtiyatlarla da zəngin olan ölkədir və biz bu ehti­
yatlardan səmərəli şəkildə istifadə edirik. Yoxsulluq şəraitində ya­
şayanların sayı son 7 ildə Azərbaycanda 5 dəfə, yəni 500 faiz aşağı
düşmüşdür. Bu, onun nəticəsidir ki, dediyim kimi, biz maddi re­
sursları insan kapitalına çeviririk. Gələcəkdə də humanitar sahə­
də çox ciddi addımlar atılacaqdır. Ancaq bütün müsbət meyillərlə
yanaşı, humanitar sahədə çətinliklər də vardır. Bizim ən böyük çə­
tinliyimiz ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərə­
findən tanınmış torpaqları uzun illərdir işğal altındadır. Bu, böyük
humanitar fəlakətdir. Bir milyon Azərbaycan vətəndaşı öz doğma
torpağında qaçqın, məcburi köçkün şəraitində yaşayır. Azərbay­
cana qarşı etnik təmizləmə siyasəti aparılmışdır və Ermənistanın
işğalçı siyasəti Azərbaycana böyük zərbələr vurmuşdur. Azərbay­
cana həm maddi ziyan, həm mənəvi zərbələr vurulmuşdur. 

Biz ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə həllini tapa­
caq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bü­
tövlüyü bərpa ediləcəkdir. Bunu etmək üçün hüquqi zəmin kifayət
qədər güclüdür. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır

355

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

və orada göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaq­
larından qeyd-şərtsiz çıxarılmalıdır. BMT-nin Baş Məclisi qətnamə
qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkila­
tı, Avropa Şurası, ATƏT, yəni bütün beynəlxalq təşkilatlar bizim
mövqeyimizi gücləndirərək münaqişə ilə bağlı çox dəyərli qərarlar
və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarla­
rın həyata keçirilməsi hələ mümkün olmamışdır. Yenə də deyirəm,
bütün çətinliklərlə bərabər, bu, böyük humanitar fəlakət idi. Çünki
adambaşına düşən qaçqınların sayına görə, əfsuslar olsun ki, Azər­
baycan dünyada birinci yerdədir. 

Bu münaqişəyə tezliklə son qoyulmalıdır və vətəndaşlarımız
doğma torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur, ele­
mentar hüququdur. Nəhayət, ədalət bərpa edilməlidir. Son illər
ərzində Azərbaycanda bütün sahələrdə yaşanan inkişaf, əlbəttə
ki, bizi həm ruhlandırır, eyni zamanda, məsuliyyətimizi də artırır.
Bu gün regional işlərdə Azərbaycan tərəfindən irəli sürülən təşəb­
büslər nəinki ölkəmiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır.
İqtisadi və siyasi təşəbbüslərimiz bir məqsədi güdür: ilk növbədə,
Azərbaycan xalqı daha yaxşı yaşasın. Digər tərəfdən, qonşuluqda
yaşayan insanlar daim əlaqədə olsunlar. Bizim regional təşəbbüs­
lərimizin məqsədi ondan ibarətdir ki, qonşu ölkələrlə əlaqələrimizi
daha da gücləndirək. Bu gün bu, belədir. Azərbaycanın qonşula­
rı ilə çox səmimi və konstruktiv münasibətləri mövcuddur. Bütün
dünya ölkələri ilə münasibətlərimiz çox sağlam zəmində qurulmuş­
dur. Bu münasibətlər dostluq, tərəfdaşlıq münasibətləridir, bəra­
bərhüquqlu münasibətlərdir. Bu il biz müstəqilliyimizin iyirmi illik
yubileyini qeyd edirik. İyirmi il ərzində ölkəmiz böyük yol keçmiş­
dir. Bu gün toplaşdığımız bu forumun Azərbaycanda keçirilməsi,
bütün dünyadan tanınmış və hörmətli ictimai xadimlərin Forumda
iştirakı mənim sözlərimin təsdiqidir. 

Bizim hər birimiz – ictimai xadimlər, siyasətçilər, cəmiyyətdə
nüfuz sahibləri olan insanlar çalışmalıyıq, elə etməliyik ki, gələ­
cəkdə xalqlararası əlaqələr daha da güclənsin. Buna böyük ehti­
yac vardır. Bu, sadəcə olaraq bir şüar deyildir. Sadəcə olaraq indi
dəbdə olan ifadələr deyildir. Bu, zərurətdir. Biz bunu ölkəmizdə

356

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

görürük. Əgər Azərbaycanda milli zəmində, dini zəmində hər han­
sı bir xoşagəlməz hal olsaydı, bu, ölkəmiz üçün böyük bir fəlakət
olardı. Bizim həm dövlət siyasətimiz, eyni zamanda, cəmiyyətdə
mövcud olan ab-hava və cəmiyyətdən gələn siyasi sifariş onu diktə
edir ki, biz bu məsələlərə daim diqqət göstərməliyik, siyasətimi­
zi inamla və müvəffəqiyyətlə irəli aparmalıyıq. Bu gün dünyada
multikulturalizm haqqında kifayət qədər geniş diskussiyalar apa­
rılır. Forumun mövzularından biri də məhz multikulturalizmdir.
Bu, təbiidir. Çünki son illər ərzində bu məsələ ilə bağlı müxtəlif
səpkidə disskusiyalar aparılır. Deyə bilərəm ki, bir anlayış, bir ter­
min kimi, multikulturalizm nisbətən yeni bir ifadədir. Ancaq biz
Azərbaycanda əsrlər boyu multikulturalizm şəraitində yaşamışıq.
Həyatımız, xüsusilə son iyirmi il ərzində müstəqil ölkə kimi təcrü­
bəmiz göstərir ki, multikulturalizmin gələcəyi vardır. Biz bunu tam
əminliklə deyirik. Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qon­
şu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə
bu gün multikulturalizmi şübhə altına qoymaq, yaxud onun iflası
haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir.
Çünki multikulturalizmin alternativi yoxdur. 

Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram
ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi
qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir
yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndi­
rilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət,
başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən
başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün
xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları,
öz ənənələri vardır. Hər bir insan – həm ölkənin vətəndaşı, həm
ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə
yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu
gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin
fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz forum
multikulturalizmin təsdiqidir, onun təntənəsidir. 

Əziz dostlar, bu gün və sabah müzakirələr zamanı əlbəttə ki, çox
dəyərli fikirlər səslənəcəkdir. Əminəm ki, bu fikirlər ümumi işimizə

357

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

öz töhfəsini verəcəkdir. Mən bir daha sizi Azərbaycanda ürəkdən
salamlayıram. Mən çox şadam ki, Birinci Bakı Beynəlxalq Humani­
tar Forumu bu gün işinə başlayır. Əminəm ki, Forumun doğrudan
da çox ciddi nəticələri, gözəl qərarları olacaqdır. Eyni zamanda, Bakı
və Azərbaycan ilə tanış olmaq üçün sizə yaxşı imkanlar yaradılacaq­
dır. Azərbaycana ilk dəfə gələn qonaqlar şəhərimizlə tanış olacaqlar.
Yəqin ki, bu gün Azərbaycan haqqında, Azərbaycanda yaşanan in­
kişaf haqqında sizin özünüzün də təəssüratlarınız olacaqdır.

Mən Forumun təşkilində iştirak etmiş, bu təşəbbüsü irəli sür­
müş və dəstəkləmiş bütün insanlara minnətdarlığımı bildirmək
istəyirəm.

Forumun işinə uğurlar arzulayıram. 
Sağ olun.

358

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TÜRKİYƏNİN DİYANƏT İŞLƏRİ BAŞQANI
MEHMET GÖRMEZİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİLƏ GÖRÜŞ

Prezident sarayı, 14 oktyabr 2011-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbir­
lərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin
yüksək səviyyədə keçirildiyini qeyd edən dövlətimizin başçısı əmək­
daşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğuladı. Pre­
zident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri Başqanı
Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrimizin
daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini dedi.

Diyanət İşləri Başqanı Mehmet Görmez Türkiyə Respublikasının
Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına çatdırdı. Sonuncu dəfə beş il əv­
vəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə
çox yüksək inkişafın şahidi olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdul­
lah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Preziden­
tinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

359

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın
müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq
bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasim­
ləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa
hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, in­
sanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir. 
Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban
bayramının xüsusi yeri vardır. Xalqımız yüz illərdir ki, Allah və
din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu
günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, döv­
lətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin
ölməz xatirəsi ehtiramla yad olunur. 
Əziz bacı və qardaşlarım!
Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayra­
mı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülük ovqa­
tını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duy­
ğularının təntənəsini nümayiş etdirir. Bu mübarək gündə bir daha
hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik,
süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. 
Qurban bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2011-ci il

360

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QƏBƏLƏ ŞƏHƏR MƏSCİDİNİN YENİ BINASININ
TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞLIQ

18 noyabr 2011-ci il

Məscidin axundu: Xoş gəlmisiniz, cənab Prezident. Sizi Allahın
adı ilə salamlayıram. Möhtərəm Prezident, gözəl şəhərimizdə belə
bir məscidin tikintisi üçün göstəriş verdiyinizə görə bütün Qəbələ
camaatı, bütün Qəbələ dindarları adından Sizə dərin təşəkkürümü­
zü bildiririk. Hörmətli Prezident, müqəddəs kitabımız olan bu Qu­
rani- Kərimi bizdən qəbul etməyinizi xahiş edirik.

Prezident İlham Əliyev məscidin gələcək görüntülərini əks etdirən fo-
tostendə baxdı. Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki ki-
çik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin
binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800
kvadratmetr torpaq sahəsi ayrılmışdır. Məscidin ikimərtəbəli əsas binası-
nın, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə
minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını
artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır.
Hazırda binanın daxilində işlər davam etdirilir.

Azərbaycan Prezidentinə məscidin ərazisində aparılan abadlıq işləri
barədə də məlumat verildi.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, məscidin ərazisindəki
məişət binasında da əsas işlər görülmüşdür. Burada kitabxana, mərasim
zalı, dəstəmaz yerləri və digər otaqlar olacaqdır.

Azərbaycan Prezidenti tikinti işlərinin milli xüsusiyyətlər nəzərə alın-
maqla aparılmasına dair tapşırıqlarını verdi.

Fəttah Heydərov (Milli Məclisin deputatı): Bu cür məscidlər inşa
olunub və olunur. Bunun sayı-hesabı yoxdur.

İlham Əliyev: Bəli. Həm inşa, həm bərpa olunur.
Fəttah Heydərov: Hər birinin həm memarlığına, həm də qurulu­
şuna diqqət yetirirsiniz.
İlham Əliyev: Bakıda da məscidlər tikilib, bərpa olunub. Misal
üçün, Təzəpir məscidi, Bibiheybət məscidi. Azərbaycanın ən qədim
məscidi Şamaxı məscididir. Vaxtilə ermənilər Şamaxını dağıtmış,
məscidi yandırmışdılar, amma axıra qədər dağıda bilməmişdilər.

361

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Fəttah Heydərov: Torpağın altında qalmışdı. Bir balaca hissəsi
görünürdü. İndi orada böyük kompleks yaradılmışdır.

İlham Əliyev: Mən birinci dəfə Şamaxıda bu məscidi görəndə
dedim ki, biz bunu mütləq bərpa etməliyik. Özü də necə bərpa?!
Biz onu yenidən qururuq. Onun tarixi hissəsi, tarixi divarları qalır,
yeni minarələr ucaldılır. Ən hündür minarələr orada olacaqdır. Bir
də ki o tarixdir. O məscid 700-cü illərdə tikilibdir.

Fəttah Heydərov: Milli-mənəvi dəyərlərə bu cür diqqət və qay­
ğıya görə insanlar hər yerdə Sizə minnətdarlıqlarını bildirirlər. Al­
lah köməyiniz olsun.

İlham Əliyev: Özü də bax belə, bu səviyyədə tikmək lazımdır
– zövqlə, keyfiyyətlə, şəhər memarlığına, şəhərsalma qaydalarına
uyğun şəkildə. Yerli icra orqanlarının razılığı ilə, qanuni şəkildə
yerlər ayrılmalıdır. Belə gözəl əsərlər dini və memarlıq abidəsi kimi
əbədi olaraq qalacaqdır.

Fəttah Heydərov: Çox sağ olun. Mən bu rayondan Milli Məclisin
deputatıyam. İnanın, insanlar Sizə çox minnətdarlıq edirlər. Çünki
mənəvi ehtiyacları ödəmək üçün bura bir ocaqdır. Bu, azərbaycan­
çılıq ideyasına xidmət edir.

İlham Əliyev: Gəncədə İmamzadə dini-tarixi kompleksi yeni­
dən qurulur. Bilirsiniz ki, o da qədim ibadət yeridir. O da tamamilə
yenidən qurulur. Gözəl, möhtəşəm bir yer, dini mərkəz olacaqdır.
Axundun geyimi də mənim xoşuma gəlir. Mən bu barədə Şeyx həz­
rətlərinə də demişəm ki, bizim din xadimlərinin geyimləri də gözəl
olmalıdır, əlbəttə ki, bizim bütün dinimizə xas olan ənənələri qoru­
maq şərtilə.

Axund: Cənab Prezident, biz də çox minnətdarıq. Çox məmnu­
nuq ki, mənəvi dəyərlərimiz olan ibadət ocaqlarımız, məscidləri­
miz hər zaman Prezidentimizin diqqət mərkəzindədir. Allah Siz­
dən razı olsun.

İlham Əliyev: Sağ olun.

362

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKIDAKI ƏJDƏRBƏY MƏSCİDİNİN ƏSASLI TƏMİR
VƏ YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA

22 dekabr 2011-ci il

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada Qafqaz
Xalqları Ali Dini Şurasının üzvlərini salamladılar. 

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Qafqaz
Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdü.

İlham Əliyev: Bu gün, bizim hamımız üçün əlamətdar bir gündə
– Əjdərbəy məscidinin fəaliyyətinin bərpa olunduğu gündə birlik­
də olmaq ikiqat xoşdur. Sağ olun ki, gəlmisiniz. Bizim ziyarətgah­
ların bərpa edilməsi fəaliyyətimizin ən mühüm istiqamətlərindən
biri, mənəvi borcumuzdur. 

Bu məscid zəngin tarixə malikdir. Mənə çox xoşdur ki, biz onu
təkcə bərpa etməmişik, həm də genişləndirmişik. O, bəlkə də on
dəfədən çox genişləndirilmişdir və yüzilliklər boyu qalacaqdır. 

Azərbaycanda bütün dini abidələr mühafizə olunur, bərpa edilir.
Təzəpir məscidindəki görüşümüz yadımdadır. Həmin məscid də
bərpa olunandan və yenidən qurulandan sonra onu birlikdə açmış­
dıq. Bu gün Azərbaycanın ən qədim məscidlərindən biri – Şamaxı
şəhərindəki Cümə məscidi bərpa olunur, əslində yenidən inşa edi­
lir. Ümid edirəm ki, lap yaxın vaxtlarda, yaxın bir-iki ildə biz gözəl
Şamaxı şəhərində həmin məscidin açılışına birlikdə toplaşacağıq. 

Mənə çox xoşdur ki, sizin hamınızın bir-birinizlə bu cür gözəl
dostluq münasibətləriniz vardır. Bu münasibətlər ölkələrimizin,
respublikalarımızın qədim ünsiyyət mədəniyyəti ənənələrinə ma­
lik olan xalqları arasında münasibətləri də çox cəhətdən möhkəm­
ləndirir. Mənə xoşdur ki, irəli sürülmüş təşəbbüsləri biz birlikdə
reallaşdırırıq. Sizin respublikalarla Azərbaycan arasında bu cür fəal
əməkdaşlıq yeni mərhələyə, yeni formaya keçir. Bu, bizim xalqların
hamısı üçün, eləcə də Rusiya-Azərbaycan münasibətləri üçün çox
böyük əhəmiyyət kəsb edir. 

Din xadimləri arasında bu formatda keçirilən tədbirlər ümumi
maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir.

363

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Eyni zamanda, din xadimlərinin dostluq münasibətlərinin gənclər
arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə də nü­
munədir. Bu baxımdan Qafqaz Gəncləri Forumunun keçirilməsinin
əhəmiyyətli hadisədir və ümid edirəm ki, gələcəkdə ənənəvi xarak­
ter alacaqdır. 

Xahiş edirəm, sizin təmsil etdiyiniz respublikaların bütün sakin­
lərinə, həmin respublikaların rəhbərlərinə ən xoş duyğularımızı
çatdırasınız. Bildiyiniz kimi, bizdə rəhbərlik səviyyəsində müna­
sibətlər də çox yaxşıdır. Bu yaxınlarda biz Bakıda görüşdük və çox
yaxşı danışıqlar apardıq. Əməkdaşlığı bundan sonra necə təşkil et­
mək barədə yaxşı söhbətimiz oldu.

Biz hamımız Qafqazda sülh, əmin-amanlıq, əməkdaşlıq, inki­
şaf olmasında maraqlıyıq. Siz hamınız öz xalqlarınızın parlaq nü­
mayəndələrisiniz və əminəm ki, bütövlükdə bizim regionda əmək­
daşlıq da çox cəhətdən Qafqazın din xadimləri arasında sıx qarşı­
lıqlı əlaqələrdən, əməkdaşlıqdan və dostluqdan asılı olacaqdır.

Bir daha xoş gəlmisiniz. 
Allahşükür Paşazadə: Cənab Prezident, mən sizə Əjdərbəy məs­
cidinin yenidən qurularaq istifadəyə verilməsinə göstərdiyi dəstəyə
görə minnətdarlığımı bildirirəm. Bu gün ölkədə dini-mənəvi dəyər­
lərin hər zaman uca tutulmasında Ulu Öndər Heydər Əliyevin xid­
mətlərini xatırlamamaq mümkün deyil
Allah-Təala Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev həz­
rətlərinin təməl daşını qoyduğu irsi bu gün Siz davam etdirirsiniz.
O təməl daşını qoyarkən mənə verdiyi nəsihətləri Qafqazın Şeyxül­
islamı kimi, bu gün də yaddan çıxarmıram. 
Yemij Nurbiy (Rusiya Federasiyasının Adıgey Respublikası və Kras-
nodar vilayətinin müftisi): Cənab Prezident, biz Sizi Qafqaz müsəl­
manları, Adıgey müsəlmanları adından salamlayırıq. 
Biz Bakıya gələndə özümüzü evimizdəki kimi hiss edirik, çünki
burada bütün insanlar qonaqpərvərdir. Biz buraya gələndə insanla­
rın bekar oturmadıqlarını görür və hiss edirik. Bakı şəhəri və bütün
Azərbaycan günbəgün, saatbasaat böyüyür. 
Biz bu gün ölkənizdə böyük inkişafın şahidi olduq. Azərbay­
canda dini-mənəvi dəyərlərə verilən böyük önəmdən məmnunuq.
Azərbaycan xalqı Vətən naminə şərəflə çalışır və bildirirəm ki, gö­
rülən işlərin gələcək nəsillərə bir ərməğandır.

364

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Vaxt olacaq ki, gələcək nəsil bizdən soruşacaq: biz onlara nə ver­
mişik? Bu, bizim üçün əsasdır. Bu gün biz, burada olanlar, xüsusən
liderlər onlara ötürmək üçün estafet çubuğu hazırlamalıyıq. 

Cənab Prezident, biz çox şadıq, bir daha təkrar edirəm, Sizinlə
fəxr edirik. Bizim Şeyxlə fəxr edirik. Biz iki-üç ay buraya gəlməyən­
də onun üçün darıxırıq. Biz – Şimali Qafqaz müftiləri çox möhkəm
bir ailə kimiyik və bizim çox yaxşı işimiz vardır. 

İlham Əliyev: Ölkəmiz haqqında, mənim barəmdə, möhtərəm
Şeyx barəsində xoş sözlərə görə sağ olun. Biz sizin fikirlərinizi çox
qiymətləndiririk və çox minnətdarıq ki, bizim uğurlarımıza səmi­
mi qəlbdən sevinirsiniz. Hesab edirik ki, respublikalarımızdan hər
birinin uğuru bizim ümumi uğurumuzdur. 

Prezident İlham Əliyev Şimali Qafqaz xalqları arasında əsrlər boyu
mövcud olan ənənəvi dostluq əlaqələrinin bölgədə əmin-amanlığın və sül-
hün möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi və bu baxımdan gənc-
lərin xeyirxah, yaradıcılıq ruhunda tərbiyə olunmasının gələcək ümumi
inkişafa töhfə verəcəyini dedi.

Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Qafqaz Xalqları
Ali Dini Şurasının üzvlərinin Azərbaycan Prezidentinə müraciətini oxudu:

“Azərbaycan Respublikasının Prezidenti 
Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Çox hörmətli cənab Prezident! 
Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri regionun ən nü­
fuzlu ölkələrindən birinin başçısı, Azərbaycanın lideri, çox böyük
siyasi nüfuza malik olan Zati-aliləri, möhtərəm cənab İlham Əli­
yevə səmimi arzularımızı bildirir və xeyir-dua veririk. 
Qafqaz ərazisində yaşayan bütün xalqlar ölkənin dövlət müstə­
qilliyinin möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının
yüksəldilməsi naminə Sizin yorulmaz fəaliyyətinizin şahididir. Siz
milli-mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub sax­
lanmasına çox böyük diqqət və qayğı göstərən şəxsiyyətsiniz. Sizin
genişmiqyaslı fəaliyyətiniz müsəlmanlar tərəfindən yüksək qiy­
mətləndirilir və onların qəlbində mənəvi dəyərlərə yüksək diqqə­
tin ifadəsi kimi əks-səda tapır. Məhz bu səbəbdən Azərbaycanda
din-dövlət münasibətləri bütün Qafqaz regionunda yüksək qiy­
mətləndirilən müdrik siyasət nümunəsidir. 

365

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bizim üçün çox vacib və şərəflidir ki, Sizin soykökünüzdən
qayn­­ aqlanan mənəviyyata hörmət hissi bu gün Zati-alilərinizin
və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində lə­
yaqətlə davam etdirilir. 

Bizə məlumdur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan
Respublikasının bütöv bir tarixi epoxası Ümummilli Lider Heydər
Əliyevin adı ilə bağlıdır. Bu müraciəti imzalayanların çoxu Sizin
mərhum atanızla və Sizinlə görüşlərdən aldıqları dərin təəssüratla­
rı öz qəlblərində xoş bir xatirə kimi saxlayır. 

Tam əminliklə deyə bilərik ki, Sizin məqsədyönlü fəaliyyətiniz
sayəsində yaranmış ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, dini
tolerantlıq Heydər Əliyev məktəbinin tarixi və mütərəqqi ənənələ­
rindən qaynaqlanan uğurlu siyasətin məntiqi nəticəsidir. 

Hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək
böyük sevinc və hörmət hissi ilə Sizi 50 illik yubileyiniz münasi­
bətilə səmimi qəlbdən təbrik edək və Sizə Qafqaz uzunömürlülü­
yü, cansağlığı və gələcək fəaliyyətinizdə böyük uğurlar diləyək.
Biz dindarlar Azərbaycan xalqının firavanlığı və Qafqazda sabit­
liyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə bəyənir və
dəstəkləyirik. Ümid edirik ki, Qafqazdakı bütün münaqişələr, o
cümlədən Qarabağ problemi yaxın vaxtda beynəlxalq hüquq nor­
maları çərçivəsində dinc yolla öz həllini tapacaqdır. İnşallah, Sizin
rəhbərliyinizlə Azərbaycan xalqı dünya səviyyəsində daha böyük
uğurlar qazanacaqdır.

Ulu Tanrı Sizə yar olsun. Bizim dualarımız və ümidlərimiz daim
Sizinlədir. Amin.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:
• Şeyxülislam Allahşükür Paşazadə - sədr 
• Soltan Mirzəyev, Çeçenistan Respublikasının müftisi – Ali

Dini
• Şura sədrinin birinci müavini 
• Yemij Nurbıy – Adıgey Respublikasının və Krasnodar diya­

rının müftisi 
• Əhməd Abdullayev – Dağıstan Respublikasının müftisi 
• Soltanəhməd Karlayev – Kalmık Respublikasının müftisi 
• Hacımurad Qatsalov – Şimali Osetiya – Alaniya müftisi 
• Şafiq Psixaçev – Qafqaz Müsəlmanları İdarəsinin Moskvada­

kı səlahiyyətli nümayəndəsi, müfti 

366

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

• Şərafəddin Çaçayev – Kabarda-Balkar Respublikasının müf­
tisinin müavini 

• Aleksandr İşein – Bakı yeparxiyasının və rus pravoslav kil­
səsinin yepiskopu 

• Semyon İxiilov – Dağ yəhudiləri icmasının başçısı 
• Vladimir Fekete – Katolik kilsəsinin nümayəndəsi 
• Əli Əliyev – Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı

səlahiyyətli nümayəndəsi 
• Şəhabəddin Kərimov – Qafqaz Müsəlmanları İdarəsinin
• Dərbənddəki qazısı. 

Bakı şəhəri, 22 dekabr 2011-ci il”.
Marat Qatin (Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla
Əməkdaşlıq İdarəsinin rəisi): Hörmətli İlham Heydər oğlu, icazə verin
sizi salamlayım və qardaş Azərbaycan torpağında bizə göstərilən
qonaqpərvərliyə görə minnətdarlığımı bildirim. Elə bir həftə əvvəl
möhtərəm Şeyx bizim Kazanda olmuşdur. Onların bizim Prezident
Rüstəm Nurqaliyeviç Minnixanovla ayrıca görüşləri olmuşdur.
Həmin görüş çərçivəsində din sahəsində iki respublika arasında
qarşılıqlı fəaliyyətin geniş spektri müzakirə edilmişdir. Zənnimcə,
həmin razılaşmaların müəyyən bəhrəsini lap yaxın vaxtlarda görə­
cəyik.
Bizim tatar müsəlmanları burada himayə etdiyi üçün Şeyximizə
minnərdarlığımı bildirirəm. Hətta bax bu məsciddə imamlardan
biri tatardır.
Şafiq Psixaçev (Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiy-
yətli nümayəndəsi): Cənab Prezident, mən sizə bu məscidin yenidən
qurulmasına verdiyi dəstəyə görə təşəkkür edirəm.
Biz bilirik ki, Sizin mərhum atanız məscidləri bərpa etməyə baş­
lamışdı, Siz davam etdirirsiniz. Siz atanızın işlərinin layiqli davam­
çısısınız.
Mən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri adından
çıxış edirəm. Qeyd edildiyi kimi, mən özüm Qafqaz Müsəlmanla­
rı İdarəsinin Moskvadakı nümayəndəsiyəm. İnteqrasiya proseslə­
rini dayandırmaq olmaz. Bu gün biz sülhün, mənəviyyatın, dinin
böyük sınaqlara məruz qaldığını hiss edir, görür və şahidi oluruq.
Hesab edirik ki, bu gün Azərbaycanın nümunəsi burada müxtəlif

367

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dinlərin nümayəndələrinin bir-birinə necə münasibət bəslədikləri­
ni, dövlət-din münasibətlərinin necə formalaşdığını insanların bil­
mələri üçün bir örnəkdir.

Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacı Murad
Qatsalov Azərbaycanda həyata keçirilən dinamik iqtisadi inkişaf
proseslərindən şad olduğunu və bunun böyük əhəmiyyət daşıdı­
ğını qeyd etdi.

Əjdərbəy məscidinin açılışına həsr olunmuş mərasim Quran
ayəsinin oxunması ilə başlandı.

368

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ƏJDƏRBƏY MƏSCİDİNİN ƏSASLI TƏMİR VƏ
YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA NİTQ

22 dekabr 2011-ci il

Hörmətli Şeyx həzrətləri! 
Hörmətli Şimali Qafqaz respublikalarının müftiləri!
Hörmətli din xadimləri!
Əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl və
əlamətdar bir gündür. Əjdərbəy məscidi əsaslı təmirdən sonra isti­
fadəyə verilir, qapılarını dindarların üzünə açır. Bu, çox gözəl və ta­
rixi hadisədir. Əjdərbəy məscidi bizim milli sərvətimizdir. Bu məs­
cid bir əsr bundan əvvəl məşhur xeyriyyəçi Hacı Əjdərbəy Aşurbə­
yov tərəfindən tikilmişdir. Oktyabr inqilabından sonra bağlanmış,
1940-cı illərdə yenidən fəaliyyətə başlamışdır. Ancaq son illər ər­
zində məscidin həm xarici görünüşü, həm daxili vəziyyəti böyük
vəsait tələb edirdi. Bir neçə il bundan əvvəl mənim Sərəncamım­
la Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır və məscidin
əsaslı təmiri işləri başlanmışdır. Mən təmir gedən zaman vəziyyətlə
dəfələrlə tanış olmuşdum və ondan sonra hörmətli Şeyx həzrətlə­
rinin təklifi ilə məscidin sahəsi böyük dərəcədə genişləndirilmiş­
dir. Deyə bilərəm ki, bu gün məscidin sahəsi əvvəlkindən ən azı 10
dəfə böyükdür. Burada bütün təmir və yenidənqurma işləri böyük

369

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

zövqlə, böyük məhəbbətlə həyata keçirilmişdir. Mən çox şadam ki,
bu tarixi dini abidəmiz bu gün yüksək səviyyədə təmir edilib və öz
qapılarını üzümüzə açır. 

Azərbaycan xalqı öz dini və tarixi ənənələrinə çox sadiqdir. Di­
nimiz, tariximiz, milli-mənəvi dəyərlərimiz bizim üçün müstəsna
əhəmiyyət kəsb edir. Son illər ərzində bizim tarixi, dini abidələri­
miz təmir edilir, yenidən qurulur. Bizim üçün çox böyük əhəmiy­
yət daşıyan ziyarətgahlar, ibadət yerləri dövlət tərəfindən qorunur,
təmir edilir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bibiheybət
məscidinin əsas korpusu 1998-ci il iyulun 12-də istifadəyə verilmiş­
dir. Bibiheybət ziyarətgahı böyük, çoxəsrlik tarixə malik olan bir
ziyarətgahdır. XIII əsrdə orada məscid tikilmişdir. Keçən əsrin 30-
cu illərində sovet rəhbərliyinin göstərişi ilə Bibiheybət məscidi da­
ğıdılmışdır. Bibiheybət məscidinin bərpası Ulu Öndərin təşəbbüsü
ilə həyata keçirilmişdir və qeyd etdiyim kimi, 1998-ci ildə birinci,
əsas korpus istifadəyə verilmişdir. Ondan düz 10 il sonra – 2008-
ci il iyulun 12-də Bibiheybət məscidinin əlavə tikililəri istifadəyə
verilmişdir. Məscid böyük dərəcədə genişləndirilmişdir və bu gün
Azərbaycanın ən gözəl məscidlərindən birinə çevrilmişdir.

Ondan sorna – 2009-cu ildə yenə də dövlət vəsaiti ilə Təzəpir
məscidində yenidənqurma, bərpa, genişləndirmə işləri aparılmış­
dır. Hörmətli qonaqlarımızla birlikdə biz Təzəpir məscidinin yeni­
dən açılışını bərabər qeyd etmişdik.

Bu gün – 2011-ci ilin sonunda Əjdərbəy məscidinin yenidən
gözəl bir formada dindarların sərəncamına verilməsi də böyük
və əlamətdar hadisədir. Onu da qeyd etmək istəyirəm ki, hazırda
xalqımız üçün çox böyük mənəvi dəyər daşıyan Şamaxı Cümə məs­
cidində yenidənqurma, bərpa işləri aparılır. Şamaxı Cümə məsci­
di Azərbaycanın ən qədim məscididir. 743-cü ildə tikilmiş məscid
ondan sonra təbii dağıntılara, zəlzələyə məruz qalmışdı, onun bir
hissəsi dağıdılmışdı, ondan sonra bərpa edilmişdir. 1918-ci ildə er­
mənilər tərəfindən Şamaxı məscidi dağıdılmışdır, yandırılmışdır.
Ancaq yenə də Şamaxı məscidi bir dini ocaq, tarixi memarlıq abidə­
si kimi yaşayırdı və bizim qəlbimizdə yaşayırdı. 

Şamaxı Cümə məscidinin bərpası bizim müqəddəs borcumuz
idi. Mən çox şadam ki, bu gün biz bu işlərə başlamışıq, dövlət tərə­
findən vəsait ayrılmışdır. Mən dəfələrlə təmir-tikinti işləri ilə ma­
raqlanmışam. Şamaxı Cümə məscidi yəqin ki, bütün təmir-tikinti

370

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

işləri başa çatdıqdan sonra Azərbaycanın ən böyük, ən möhtəşəm
məscidlərindən biri olacaqdır. Xalqımız üçün çox böyük əhəmiy­
yət daşıyan Gəncədəki İmamzadə tarixi-dini kompleksinin yenidən
qurulması prosesi gedir. Əminəm ki, yaxın gələcəkdə biz İmamza­
dənin yenidən açılışını bərabər qeyd edəcəyik. 

Mən sadəcə olaraq bir neçə böyük əhəmiyyət daşıyan məscid­
lərin bərpası ilə bağlı görülən işlər haqqında fikirlərimi bildirdim.
Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son
8 il ərzində Azərbaycanda 117 məscid tikilmişdir. Onların bir his­
səsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev
Fondu tərəfindən tikilmiş və təmir edilmişdir. Yəni bu, özlüyün­
də onu göstərir ki, bu, bizim ümumxalq işimizdir. Bir daha demək
istəyirəm ki, Azərbaycan xalqı öz dini və mənəvi ənənələrinə sadiq
olan xalqdır. Biz hesab edirik ki, bu sahədə işlər daha da sürətlə
aparılmalıdır. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə tə­
min edilibdir. Biz müqəddəs dinimizə – İslam dinimizə sadiq olan
xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsəd­
lə Azərbaycan çox böyük işlər görür – həm Azərbaycan dindarları,
həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm
də əsassız hücumlardan qorumalıyıq.

Əfsuslar olsun ki, bəzi hallarda biz belə hallarla üzləşirik – İs­
lam dininə qarşı ədalətsiz hücumlarla, islamofobiya meyilləri ilə
rastlaşırıq, bəzi kütləvi informasiya vasitələrində İslam dininə qarşı
böhtan kampaniyaları aparılır. Əlbəttə, biz bütün bu xoşagəlməz

371

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

hallara dərhal reaksiya verməliyik və veririk, sübut edirik ki, İslam
dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət
dinidir. Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm
etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uza­
dılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu
ümumbəşəri dəyərlərin hamısı İslam dinində təmsil edilir. Yəni İs­
lam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir. Həqiqət
bundan ibarətdir. 

Ancaq əfsuslar olsun ki, İslam dininə qarşı aparılan çirkin təb­
liğat kampaniyası hələ də davam edir. Biz həm bu yalan, böhtan
üzərində qurulmuş kampaniyaları dağıtmaq üçün, həm öz təbliğat
işimizi daha da güclü şəkildə aparmalıyıq, eyni zamanda, bizim
birliyimiz – İslam dünyasının birliyi, birləşməsi bu kampaniyanı
aparanlara ən gözəl cavab ola bilər.

Azərbaycan öz tərəfindən İslam həmrəyliyinin gücləndirilməsi
üçün səylərini əsirgəmir. Biz İslam Əməkdaşlığı Təşkilatına üzv
olduqdan sonra bütün bu müsbət meyillərin gücləndirilməsinə
töhfəmizi vermişik. İki il bundan əvvəl Bakı “İslam mədəniyyətinin
paytaxtı” elan edilmişdi. Bu, bizim üçün çox böyük şərəf, həm də
çox böyük məsuliyyət idi və İslam dünyasının Azərbaycana göstə­
rilən hörməti idi. Bu, İslam dünyasının Azərbaycanda İslam dininə
olan hörmətinə verilən böyük qiymət idi. Onu da qeyd etməliyəm
ki, bizim təşəbbüsümüzlə 2018-ci ildə Azərbaycanın digər qədim
şəhəri – Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” elan edilibdir. 

Bu səpkidə aparılan tədbirlər davam etdiriləcək və Azərbaycan­
da dini məsələlərin müzakirə edilməsi üçün müxtəlif beynəlxalq
tədbirlər keçirilir. Mən çox şadam ki, Azərbaycan bu məsələlərin
müzakirəsində fəal rolunu artırır. Dünya ictimaiyyəti və dünya
birliyi belə tədbirlərin Azərbaycanda keçirilməsinə də çox müsbət
yanaşır. Bir müddət bundan əvvəl Şeyx həzrətlərinin yubiley gün­
lərində böyük beynəlxalq tədbirə müxtəlif dinlərin nümayəndələ­
ri gəlmişlər, iştirak etmişlər, ürək sözlərini demişlər. Ondan sonra
Bakıda dünya dinlərinin rəhbərlərinin zirvə görüşü keçirilmişdir.
Ötən il Bakıda keçirilən I Beynəlxalq Humanitar Forumunda da
məhz dini dözümlülük, tolerantlıq, müxtəlif dinlərə mənsub olan
insanların əməkdaşlığı mövzuları diqqət mərkəzində idi. 

372

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan bu məsələlərin həlli üçün öz təcrübəsini bölüşməyə
hazırdır. Mən çox şadam ki, bizim təcrübəmiz artıq öyrənilir. Azər­
baycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşa­
yırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində heç
bir qarşıdurma, heç bir anlaşılmazlıq olmamışdır və əminəm ki,
olmayacaqdır. Mən tam əminəm ki, öz dininə hörmət edən insan
mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır. Dinlərarası dialoq
daha da gücləndirilməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər,
müxtəlif yanaşmalar vardır. 

Mən qeyd etməliyəm ki, I Beynəlxalq Humanitar Forumunun
mövzularından biri də multikulturalizm mövzusu idi. Bizim təşəb­
büsümüzlə bu mövzu gündəliyə salınmışdı, çünki buna böyük eh­
tiyac vardır. Çünki indi dünyada müxtəlif yanaşmalar mövcuddur,
fikirlər səslənir, bəziləri deyir ki, multikulturalizm artıq ölüb, mul­
tikulturalizmin gələcəyi yoxdur. Azərbaycanın fəaliyyəti və Azər­
baycanın timsalında görülən işlər göstərir ki, multikulturalizm ya­
şayır. Onun ünvanlarının biri məhz Azərbaycandır və digər ünvan­
lar vardır. Multikulturalizmə alternativ yoxdur. Multikulturalizmə
alternativ özünütəcriddir. 

Yəni biz istəyirik ki, dünyada müsbət meyillər, əməkdaşlıq,
dostluq, qardaşlıq meyilləri güclənsin və burada din xadimlərinin
çox böyük rolu vardır. Biz öz tərəfimizdən təşəbbüsləri bundan
sonra da irəli sürəcəyik. Azərbaycan burada yaşayan bütün xalq­
ların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli
vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hör­
mətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri,
katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır.
Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz
töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi
səviyyədə öyrənilməyib. Əgər öyrəniləcəksə, mən tam əminəm ki,
bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər.

Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün din-dövlət
əlaqələri çox böyük əhəmiyyət daşıyır. Bu əlaqələr də Azərbaycan­
da çox yüksək səviyyədə həll olunur. Din-dövlət əlaqələrinin sağ­
lam zəmində qurulması hər bir cəmiyyət üçün çox vacibdir. Azər­
baycanda bu məsələlər yüksək səviyyədə təşkil edilir. Din-dövlət
münasibətlərinin bu səviyyədə qurulmasında Ulu Öndər Heydər

373

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun Şeyx həzrətləri ilə
şəxsi dostluğu din-dövlət münasibətlərinin inkişafına böyük töhfə
vermişdir. Bu gün bizim Şeyx həzrətləri ilə şəxsi dostluğumuz və
bir-birimizə olan rəğbətimiz din-dövlət əlaqələrinin güclənməsinə
də öz töhfəsini verir.

Biz hamımız çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək,
gücləndirək. Bizim çox gözəl perspektivlərimiz vardır. Biz bu il
müstəqilliyimizin bərpasının 20 illik yubileyini böyük təntənə ilə və
böyük uğurlarla qeyd etmişik. İyirmi il ərzində Azərbaycan böyük
və şərəfli yol keçmişdir. Bütün başqa sahələrdəki uğurlarla yanba­
yan, iqtisadi, sosial məsələlərin həlli ilə yanaşı, Azərbaycanda ictimai
vəziyyətin çox müsbət səviyyədə olması bizim böyük sərvətimizdir.
Bu sahədə nüfuzlu insanların sözləri böyük əhəmiyyət daşıyır. 

Mən bu gün bu gözəl tədbirdə bizimlə bərabər iştirak edən qo­
naqları xüsusi salamlayıram, onları xüsusilə alqışlayıram. Bu gün
bizim qardaşlarımız, Şimali Qafqaz respublikalarının hörmətli
müftiləri bizimlə bərabər bu gözəl tədbirdə iştirak edirlər. Bu, bi­
zim dostluğumuzun rəmzidir. Biz dəfələrlə görüşmüşük və gö­
rüşəcəyik. Nüfuzlu insanların sözlərinə böyük ehtiyac vardır. Mən
çox şadam ki, Qafqazda indi əməkdaşlığın yeni mərhələsi başlayır
və bu mərhələnin yaradılmasında din xadimlərinin çox böyük zəh­
məti vardır. Məhz bizim görüşlərimizin nəticəsi olaraq son müd­
dət ərzində bir neçə gözəl tədbir keçirilmişdir. Biz Bakıda Qafqaz
respublikalarının gənclərini bir yerə yığa bilmişik və bütün Şimali
Qafqaz respublikalarının gəncləri Bakıya Qafqaz Gənclər Forumu­
na gəlmişdilər. Bu yaxınlarda Şimali Qafqaz respublikalarının rəh­
bərləri bizim qonaqlarımız idi. Ondan sonra bizim böyük hökumət
nümayəndə heyətimiz bütün Şimali Qafqaz respublikalarına səfər
etmişdir, əlaqələr yaratmışdır. İqtisadi və investisiya sahələrində
imkanlar araşdırılmışdır. Yəni bu gün Qafqazda əməkdaşlığın yeni
mərhələsi başlayır. Bu mərhələnin başlanmasında Şimali Qafqaz
respublikaları və Azərbaycan xüsusi rol oynayır. Bu münasibətlər,
eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına çox
müsbət təsir göstərir və Rusiya-Azərbaycan əlaqələrində Qafqaz
mövzuları daim gündəlikdədir. Bizim ümumi fikrimiz ondan
ibarətdir ki, Qafqazda sülhü birgə səylərlə daha da gücləndirməli­
yik, təhlükəsizliyi, əməkdaşlığı təmin etməliyik və insanların yaxşı
yaşaması üçün birgə səylər göstərməliyik. 

374

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mən çox şadam ki, bu gün Şimali Qafqaz respublikalarının və
Azərbaycanın din xadimləri bir yerdədirlər. Əvvəlki dövrdə də əl­
bəttə ki, bütün Qafqaz xalqları bir-biri ilə daim əlaqədə idilər. Bizi
tarixən dostluq, qardaşlıq əlaqələri bağlayır.

Bu, çox vacib məsələdir. Bütün Qafqaz üçün çox vacib məsələdir.
Əlbəttə ki, bu əlaqələr bütün başqa sahələrə də öz təsirini göstərir. 

Biz indi Qafqazda sabitliyin, əməkdaşlığın təmin edilməsi üçün
çox ciddi addımlar atırıq. Şimali Qafqaz müftilərinin fəaliyyəti, on­
ların öz respublikalarındakı və beynəlxalq səviyyədə nüfuzu, əl­
bəttə, bir də onu göstərir ki, bu insanlar öz xalqlarının dəyərli nü­
mayəndələridir. 

Mən bu gün bu gözəl gündə Şeyx həzrətlərinin fəaliyyətini bir
daha qeyd etmək istəyirəm. Şeyx həzrətləri böyük təcrübəyə malik
olan həm din xadimidir, həm ictimai xadimdir, həm dünyada bö­
yük nüfuza malik olan şəxsiyyətdir. Hazırda Qafqazı narahat edən
problemlərin həlli üçün Şeyx həzrətlərinin fəaliyyəti xüsusi əhə­
miyyətə malikdir. O, dəfələrlə Qafqaz respublikalarına səfər edib.
Şimali Qafqaz respublikalarında Şeyx həzrətlərinin çox böyük nü­
fuzu vardır. Ona digər ölkələrdə böyük hörmət vardır. 

Bayaq qeyd etdiyim kimi, din-dövlət əlaqələri yüksək səviyyə­
də olduqda bu, bütün bölgədə yaşayan insanların xeyrinədir. Bu,
Azərbaycanın xeyrinədir. Çünki bu, həm Azərbaycanın mövqeyini
gücləndirir, həm Azərbaycanı dünyaya təqdim edir. Eyni zamanda,
bu, bütün bölgə üçün çox vacibdir. Çünki hazırda Azərbaycan böl­
gədə sabitləşdirici amil kimi artıq dünya tərəfindən tanınır, dün­
yada Azərbaycana olan hörmət artmaqdadır və bunun ən gözəl
göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olması­
dır. Dünyanın 155 ölkəsi bizi dəstəkləmişdir, bizə inanmışdır və öz
səsini bizə vermişdir. Yəni bu, ölkəmizin 20 illik müstəqillik tarixin­
də xarici siyasət sahəsində əldə edilən ən böyük uğurdur. 

Əziz dostlar, bir daha sizi ürəkdən salamlayıram. Bu gün doğ­
rudan da çox gözəl, tarixi bir gündür. Əjdərbəy məscidi qapılarını
tamamilə yeni görkəmdə dindarların üzünə açır. Bu gözəl hadisə
münasibətilə sizi bir daha təbrik edirəm, bütün qonaqları bir daha
salamlayıram. Sizə cansağlığı və uğurlar arzulayıram. Sağ olun!

375

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

GƏNCƏ DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞU
ƏRAZİSİNDƏKİ “İMAMZADƏ” KOMPLEKSİNİN
BƏRPASI İLƏ ƏLAQƏDAR İŞLƏRİN SÜRƏTLƏNDİRİLMƏSİ
HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən
“İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndi­
rilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Preziden­
tinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2,0 (iki)
milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəy­
yən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncam­
dan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2011-ci il

376

2012

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
İsa peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı
münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik
edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi ye­
tirirəm.
Bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalarara­
sı və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycan­
da tarixən dinlər və etiqadlar əmin-amanlıq, qarşılıqlı hörmət və
etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təm­
silçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgi­
si, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəy­
lik nümayiş etdirmişlər.
Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlan­
ması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir
mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsəd­
lərindən biridir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki,
Azərbaycanın zəngin etno-mədəni palitrasında özünəməxsus yeri
və rolu olan xristian icması, o cümlədən pravoslav etiqadlı həm­
vətənlərimiz ölkəmizdə gedən böyük quruculuq işlərində əsl
vətəndaşlıq əzmi ilə yaxından iştirak edirlər.
Əziz dostlar!
Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və
şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu
bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza fi­
ravanlıq gətirsin.
Bayramınız mübarək olsun!

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2012-ci il

378

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

GƏNCƏDƏKİ “İMAMZADƏ” KOMPLEKSİNDƏ
APARILAN TƏMİR-BƏRPA VƏ TİKİNTİ İŞLƏRİNİN
GEDİŞİ İLƏ TANIŞLIQ

21 yanvar 2012-ci il

Prezident İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksində
aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısı kompleksin eskiz layihələri ilə tanış oldu. Məlu­
mat verildi ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə in­
diyədək xeyli iş görülmüşdür. On min kvadratmetrdən çox əraziyə
asfalt örtüyü salınmış, 4 min 400 poqonmetr bəzəkli səki daşları
döşənmişdir. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahə­
də dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir,
müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutu­
lan 36 günbəz artıq inşa edilmiş, 5 böyük günbəzin quraşdırılması
isə başa çatmaq üzrədir. Dövlətimizin başçısının müvafiq Sərənca­
mı ilə Prezidentin Ehtiyat Fondundan ayrılan 3 milyon manat və­
sait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək
keyfiyyətlə icra olunur.

Bildirildi ki, “İmamzadə”, yaxud “Göy imam” türbəsi VIII əsrə
aid tarixi abidədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu
İbrahim dəfn olunmuşdur. “İmamzadə” türbəsinin tikintisi XIV əs­
rin sonu – XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid,
sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa edilmişdir.
Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək
qorunub saxlanmışdır. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan
“İmamzadə” kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilmişdir.
Buna görə də kompleksdə bərpa işlərinə ehtiyac duyulurdu. Prezi­
dent İlham Əliyevin kompleksin bərpası ilə bağlı imzaladığı Sərən­
cam isə bu baxımdan tarixi əhəmiyyətə malikdir.

Qeyd edildi ki, orta əsr Azərbaycan memarlığının dəyərli nü­
munələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yo­
lunun üzərində yerləşmişdir. “İmamzadə” əsrlərdən bəri Azərbay­
candan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarət­

379

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

gahına çevrilmişdir. Bu dini mərkəz Gəncənin qədimliyini sübut
etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da
göstərir.

Dövlət başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması
ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

380

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

SALYANDA ƏSASLI TƏMİR VƏ BƏRPA EDİLMİŞ
CÜMƏ MƏSCİDİ İLƏ TANIŞLIQ

14 mart 2012-cü il

Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yeni­
dənqurma işləri barədə məlumat verildi.

Prezident İlham Əliyev bu dini ocağın əvvəlki və indiki vəziyyə­
tini əks etdirən stendlərə baxdı.

Dövlət başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar
zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əş­
yaları və digər tapıntılarla tanış oldu.

Sonra Prezident İlham Əliyev Cümə məscidində yaradılmış şəra­
itlə tanış oldu. Bildirildi ki, tarixi abidə olan Cümə məscidi 1865-ci
ildə tikilmişdir. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzin­
dən 6-sı sökülmüş və dini məbəddən anbar kimi istifadə olunmuş­
dur. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşmişdir. 1992-ci
ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqə­
dar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş

381

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

məscid yararsız vəziyyətə düşmüşdür. 2010-cu ilin fevralından Mə­
dəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa iş­
lərinə başlanılmış, ötən ilin iyununda başa çatdırılmışdır. Hazırda
məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə
ibadət üçün hər cür şərait yaradılmışdır. Yeraltı sulardan mühafizə
məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılmışdır.

Bildirildi ki, Cümə məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-
ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən müha­
fizə olunur.

Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev
görülmüş işlərdən razılığını bildirdi. 

382

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan
və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. 
Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əmək­
daşlıq əlaqələrimiz ümumbəşəri dəyərlərin təntənəsi, insanlar ara­
sında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması naminə
bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiya­
nızda uğurlar arzulayır, həmməzhəblərinizə əmin-amanlıq və rifah
diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2012-ci il

383

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün
xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoş­
bəxtlik arzularımı yetirirəm.
Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz
illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad
mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluq­
larını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar.
Dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələ­
ri müasir cəmiyyətimizin başlıca ictimai dəyərlərindəndir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bü­
tün milli azlıqları, o cümlədən pravoslav xristianlar millətlərarası
və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, icti­
mai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxın­
dan iştirak edir, vətəndaş cəmiyyəti quruculuğunda fəallıq nüma­
yiş etdirirlər.
Pasxa bayramı əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət
duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bay­
ram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2012-ci il

384

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN AZƏRBAYCANDAKI
SƏFİRLƏRİ VƏ DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNİN
RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 13 avqust 2012-ci il

İlham Əliyev: Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram.
Bir neçə gündən sonra bütün müsəlman aləmi müqəddəs Rama­
zan bayramını qeyd edəcəkdir. Bu bayram ərəfəsində müsəlman
ölkələrinin səfirliklərinin nümayəndələri ilə görüşlərimiz artıq
gözəl ənənəyə çevrilibdir. Xahiş edirəm ki, mənim səmimi salam­
larımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hö­
kumət başçılarına çatdırasınız. 

Təmsil etdiyiniz ölkələr ilə bizim çox sıx əməkdaşlığımız var­
dır. İkitərəfli formatda əlaqələr güclənir, genişlənir və demək olar
ki, bütün sahələri əhatə edir. Azərbaycanda müsəlman ölkələrinin
səfirliklərinin sayı ildən-ilə artır. Keçənilki görüşdə mən, hətta de­
mişdim ki, bir neçə ildən sonra bu masada artıq yer qalmayacaqdır.
Yəni bütün bunlar onu göstərir ki, doğrudan da, ikitərəfli formatda
əlaqələrimiz güclənir, genişlənir və bu, bizi çox sevindirir.

385

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan da öz xarici siyasətində İslam ölkələri ilə əməkdaşlı­
ğa xüsusi önəm verir. Biz bütün beynəlxalq təşkilatlarda müsəlman
ölkələrinin mövqeyini müdafiə edirik və bu qarşılıqlı dəstək bizi
daha da gücləndirir.

Onu da qeyd etməliyəm ki, biz nəinki ikitərəfli formatda, eyni
zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləş­
diririk. Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma
üzv ölkələrin dəstəyini daim hiss edirik. Birləşmiş Millətlər Təşki­
latında qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Keçən il Azərbaycan
BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir.

Bu seçkilərdə müsəlman ölkələrinin çox böyük rolu olmuşdur.
155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi, eyni za­
manda, müsəlman aləminə olan hörmətin təzahürü idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də biz
daim müsəlman ölkələrinin dəstəyini hiss etmişik. Bu dəstək bi­
zim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, uzun illərdir ki, bey­
nəlxalq hüquq normaları kobudcasına pozulur.

Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri po­
zulmuşdur. Azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçi­
rilmişdir. Yenə də Xocalı soyqırımının rəsmən soyqırımı kimi tanın­
ması müsəlman aləmindən başlamışdır. Xocalı soyqırımını soyqırı­
mı kimi birinci Pakistan dövləti tanımışdır və buna görə biz qardaş
ölkəyə minnətdarlığımızı bildirmək istəyirik.

Bildiyiniz kimi, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraş­
dırıcı missiya göndərmişdir. Missiyanın məruzəsində açıq-aydın
göstərilir ki, bütün binalar, evlər, müqəddəs din ocaqlarımız er­
mənilər tərəfindən dağıdılmışdır. İşğal edilmiş ərazilərdə bütün
müsəlman məscidləri ermənilər tərəfindən yerlə yeksan edilmişdir.

Biz Azərbaycanda İslam həmrəyliyinin güclənməsinə də böyük
əhəmiyyət veririk. Xüsusilə indiki zəmanədə buna daha da böyük
ehtiyac vardır.

Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsini İslam
aləmi tərəfindən bizə verilən böyük dəstək kimi qiymətləndiririk.
Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərə­
findən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır. İslam
dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərimizin
təməlində İslam dəyərləri dayanır.

386

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Əlbəttə, biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx
birləşsin, qarşımızda duran problemlər həll olunsun, gələcəkdə
bir-birimizə daha da böyük dəstək verə bilək. Biz istəyirik ki, bütün
müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin,
vətəndaş müharibəsinə yol verilməsin.

Əfsuslar olsun ki, Azərbaycanda da müstəqilliyimizin ilk illərin­
də vətəndaş müharibəsi baş vermişdir. Bundan böyük faciə ola bil­
məz. Biz qardaş qanının axıdılmasına imkan verməməliyik.

Ərəb Liqasının Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeyi­
ni, bildiyiniz kimi, Azərbaycan ilk günlərdən dəstəkləmişdir. Biz
bu gün də bu dəstəyi veririk. Eyni zamanda, BMT Təhlükəsizlik
Şurasında da Ərəb Liqasının mövqeyini müdafiə edirik və bundan
sonra da müdafiə edəcəyik.

Yenə də demək istəyirəm ki, biz bütün dövrlərdə, müstəqil­
lik dövründə İslam ölkələri ilə daha da yaxın olmaq üçün səylər
göstərmişik. Hesab edirəm ki, bu gün bu əməkdaşlıq ən yüksək
səviyyədədir. Biz bir-birimizi bundan sonra da dəstəkləməliyik,
bir-birimizə siyasi dəstək verməliyik.

Dünya miqyasında bəzi hallarda İslam haqqında qəsdən yayılan
şayiələrə birgə mübarizə ilə cavab verməliyik. İslamı terrorla bağ­
lamaq cəhdləri böyük günah və böyük cinayətdir. Biz buna qarşı
birgə səylərlə daha da ciddi mübarizə aparmalıyıq. Terrordan ən
çox zərər çəkən müsəlman xalqları olmuşlar.

Hörmətli səfirlər, mən bir daha sizi salamlayıram. Yenə də demək
istəyirəm ki, əməkdaşlığımızın çox gözəl tarixi və gözəl gələcəyi
vardır. Qarşıdan gələn müqəddəs bayram münasibətilə bir daha
sizi və təmsil etdiyiniz xalqları təbrik edirəm.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri): Cənab Prezident, öncə bizimlə görüşə vaxt ayırdığınıza görə
təşəkkürümü bildirirəm. Belə görüşlərin məhz Sizin sayəsində xoş
ənənəyə çevrilmişdir.

Ramazan bayramı münasibətilə Sizi müsəlman ölkələrinin Azər­
baycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri
adından səmimi qəlbdən təbrik edirəm. Bu ay müsəlman dünyası
üçün əhəmiyyət kəsb edir. Sülh və əmin-amanlıq ayı olan bu ayda
Sizinlə görüşməkdən çox məmnunuq.

387

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Cənab Prezident, bu gün Azərbaycan yalnız regional deyil, eyni
zamanda, beynəlxalq proseslərə, meyillərə bilavasitə təsir edən mü­
hüm ölkələrdən birinə çevrilmişdir. Keçən il Azərbaycana edilən
yüksək səviyyəli səfərlər silsiləsi və Azərbaycanda keçirilən əhə­
miyyətli tədbirlər bunun bariz göstəricisidir. Biz Azərbaycanda
iqtisadi və sosial sahələrdə davam edən uğurlu dinamik islahatlar
prosesini və müsbət dəyişiklikləri səmimi diqqət və məmnuniyyətlə
müşahidə edirik. Bu prosesin ən parlaq və inandırıcı sübutlarından
biri isə hazırda dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhrana
baxmayaraq, Azərbaycanın milli iqtisadiyyatının inkişafı istiqamə­
tində dərin təsir bağışlayan nəticələr göstərməkdə davam etməsi və
ölkədə həyata keçirilən infrastruktur layihələri təşkil edir. Təbii ki,
bütün bunların arxasında düzgün və düşünülmüş iqtisadi islahat­
lar durur. Siz, cənab Prezident, Ümummilli Lider Heydər Əliyevin
təməlini qoyduğu iqtisadi islahatları müvəffəqiyyətlə davam etdi­
rirsiniz. Azərbaycan xalqı artıq bu islahatların bəhrəsini görür.

Biz müsəlman ölkəsinin nümayəndəsi kimi Azərbaycanın BMT
Təhlükəsizlik Şurasına böyük dəstəklə üzv seçilməsi bizə son­
suz qürur verir və bundan çox məmnunuq. Bu, Azərbaycan üçün
müstəqilliyinin 20 illiyinə töhfə və dünya birliyi tərəfindən ölkəmi­
zin böyük nüfuza malik olduğunun göstəricisidir.

Azərbaycanın humanitar sahədəki uğurlarının da miqyası çox
böyükdür. Bu baxımdan Azərbaycan təmsilçilərinin “Eurovisi­
on-2011” mahnı müsabiqəsindəki parlaq qələbəsi bütün müsəlman
dünyası üçün çox böyük hadisə olmuşdur.

Bu ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin Ba­
kıda səmimi qonaqpərvərlik və yüksək təşkilatçılıq ilə keçirilməsi
müsəlman dünyasını çox sevindirdi. Müsəlman ölkələrinin səfir­
ləri və nümayəndələri olaraq Sizi bu müvəffəqiyyət münasibətilə
təbrik edirik. Həmçinin Azərbaycanın İslam ümmətinin zəngin
mirasının yenidən canlandırılması, inkişaf etdirilməsi istiqamətin­
də intensiv təşəbbüslərini də məmnuniyyətlə qeyd edirik. Bunun
ən bariz nümunəsi Azərbaycanda hər il keçirilən Beynəlxalq Mu­
ğam müsabiqəsidir. İslam ümmətinin nümayəndələri olaraq Ermə­
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün acısını,
əzabını, sıxıntısını yaşamış azərbaycanlı qardaşlarımızın kədərini

388

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

və üzüntüsünü paylaşırıq. Müsəlman ölkələrinin Dağlıq Qarabağ
münaqişəsinin BMT-nin müvafiq qətnamələrinin tətbiq edilməsi və
beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bü­
tövlüyü, bütün qaçqınların və məcburi köçkünlərin doğma torpaq­
larına qayıtması şərti və sülh yolu ilə həllində Azərbaycanı dəstək­
ləməsi təqdirəlayiqdir.

Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda
yüksək dini tolerantlığın, sivilizasiyalararası dialoqun mövcud olduğunu
bildirən türkiyəli diplomat ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının təd-
birlərində fəal iştirakının, müsəlman dünyası ilə əməkdaşlığın dərinləş-
dirilməsi istiqamətindəki təşəbbüslərinin və bu məsələdə əhəmiyyətli rol
oynadığının şahidi olduğunu diqqətə çatdırdı.

Müasir dünyada ölkələrarası dostluq və əməkdaşlığın möhkəmləndi-
rilməsinin önəminə toxunan Hulusi Kılıç görüşə görə Prezident İlham
Əliyevə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nü-
mayəndəliklərinin rəhbərləri adından bir daha təşəkkürlərini çatdırdı.

Hulusi Kılıç: Hörmətli Prezident, mübarək Ramazan ayı və qar­
şıdan gələn bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir,
hamımız üçün çox mühüm olan ayda bu gün keçirdiyimiz görüş
üçün Sizə bir daha ən dərin təşəkkürlərimizi bildiririk. Sizə fəa­
liyyətinizdə uğurlar arzulayır, Uca Allahdan qardaş Azərbaycan
xalqına və İslam dünyasına bərəkət, rifah, müvəffəqiyyət, xoşbəxt­
lik, güc və firavan həyat diləyirik.

İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

389

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

14 avqust 2012-ci il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Xanımlar və cənablar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Müqəddəs Ramazan
ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir.
Bu ənənəni Ulu Öndər Heydər Əliyev və Şeyx həzrətləri qoy­
muşlar. Bu ənənə davam etdirilir. Mən hər il böyük məmnuniyyət­
lə Şeyx həzrətlərinin iftar süfrəsində iştirak edirəm.
Bugünkü görüşümüzdə Şimali Qafqaz müftilərinin iştirakı xü­
susi əhəmiyyət daşıyır. Mən qardaşlarımızı səmimiyyətlə salamla­
yıram. Onlar Azərbaycana tez-tez gəlirlər. Hər dəfə gələndə çalışı­
rıq ki, görüşək, bir yerdə olaq. Onlar bizim tədbirlərimizdə iştirak
etmişlər. Təzəpir məscidinin, Əjdərbəy məscidinin yenidənqur­
madan sonra açılışlarında iştirak etmişlər. Gələcəkdə İmamzadə
dini-tarixi kompleksinin bərpasından və Azərbaycanın ən qədim
məscidi olan Şamaxı məscidinin əsaslı təmirdən sonra açılışında da
biz onları görməyə şad olacağıq.
Qafqaz vahid orqanizmdir. Azərbaycan xalqı əsrlər boyu Şima­
li Qafqaz xalqları ilə bir yerdə olmuşdur. Bu gün bu birlik davam
etdirilir. Şimali Qafqaz respublikalarının rəhbərləri dəfələrlə Azər­
baycanda olmuşlar. Biz hamımız istəyirik ki, Qafqazda daim sülh,
sabitlik, əmin-amanlıq və qarşılıqlı anlaşma olsun. Bu məqsədlərə
çatmaq üçün din xadimlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Şimali Qafqaz müftiləri öz respublikalarında çox böyük hörmətə
malik olan insanlardır. Onların bizim hörmətli şeyx həzrətləri ilə
əlaqələri, dostluq telləri xalqlarımızı daha da sıx birləşdirir.
Eyni zamanda, bu gün məclisimizdə türkdilli dövlətlərin iqti­
sadiyyat nazirləri də əyləşiblər. Türkiyə, Qazaxıstan, Qırğızısta­
nın iqtisadiyyat nazirləri də bizim qonaqlarımızdır. Bu tərkibdəki

390

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

görüş rəmzi xarakter daşıyır. Çünki Azərbaycan Qafqaz ölkəsidir,
eyni zamanda, türkdilli dövlətdir. Azərbaycan o ölkədir ki, burada
millətlər, xalqlar, dinlər görüşür, birləşir və bir ailə kimi yaşayırlar.
Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan həm Xəzər höv­
zəsində, həm türk dünyasında, həm Qafqazda özünəməxsus yerə
malikdir. Azərbaycan dünya miqyasında böyük hörmətə malik
olan ölkədir. Bunun əyani sübutu keçən ilin oktyabr ayında BMT
Təhlükəsizlik Şurasına keçirilən seçkilərdir. Dünyanın 155 ölkəsi
Azərbaycanın namizədliyini dəstəkləmişdir, bizə inamını göstər­
mişdir. Biz bu inamı doğrulduruq. Təhlükəsizlik Şurasındakı fəa­
liyyətimiz çox ciddidir, səmimidir. Biz bu mötəbər təşkilatda bey­
nəlxalq hüququ və ədaləti müdafiə edirik.

Bu gün Şeyx həzrətləri din-dövlət münasibətlərinə toxundu. Bu
münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyev dayanmışdı,
Şeyx həzrətləri dayanmışdır. Ulu Öndər Heydər Əliyev müasir
Azərbaycan dövlətinin qurucusudur. Eyni zamanda, dövlət siyasə­
tinin müəllifidir. Bu gün Heydər Əliyev siyasəti bütün istiqamət­
lərdə davam etdirilir – xarici siyasətdə, daxili siyasətdə, din-dövlət
münasibətlərinin tənzimlənməsində, sosial məsələlərin həllində.
Sadəcə olaraq, həyat davam edir, Azərbaycan inkişaf edir. Qarşımı­
za yeni çağırışlar çıxır, yeni məsələlər həll olunur.

Azərbaycan çox dinamik inkişaf edir. Ancaq inkişafımızın əsas is­
tiqamətləri Ulu Öndər tərəfindən qoyulmuşdur. Hesab edirəm ki, bu
gün Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter da­
şıyır. Bu münasibətlər nə qədər güclü olarsa, cəmiyyətdə bir o qədər
də sülh, əmin-amanlıq və inkişaf olacaqdır. Bu münasibətlərin inkişa­
fında Şeyx həzrətlərinin çox böyük rolu vardır. Şeyx həzrətləri həm
Azərbaycanda, həm xaricdə – Qafqazda böyük nüfuza malik şəxsiy­
yətdir. Mən bu barədə keçən görüşümüzdə də qeyd etdim. Müxtəlif
dövrlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüş­
lərimdə Şeyx həzrətlərinin fəaliyyətinə çox böyük diqqət və qiymət
verilmişdir. Bu, əlbəttə ki, bizi sevindirir. Bu gün Qafqazda müsbətə
doğru gedən proseslərdə Şeyx həzrətlərinin böyük rolu vardır.

O, Qafqaz respublikalarına mütəmadi qaydada səfərlər edir və
bu səfərlər bizim üçün, Qafqaz respublikaları üçün, bütövlükdə
Rusiya-Azərbaycan münasibətləri üçün böyük məna daşıyır.

391

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zaman­
da, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərlə­
ri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs
Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşa­
mışdır. Sadəcə olaraq, müstəqillik əldə etdikdən sonra bu bayram
rəsmi bayram kimi qeyd edilir.

Milli-mənəvi dəyərlərə söykənən, inkişafda olan gənc, müstəqil
Azərbaycan həm iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələ­
rində böyük uğurlara nail olmuşdur. Ancaq gələcəyimiz, gələcək
inkişaf üçün milli dəyərlər daim diqqət mərkəzində olmalıdır, qo­
runmalıdır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir,
xüsusilə indiki zəmanədə.

Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallar­
da ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur,
sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoru­
yub saxlayan milli-mənəvi dəyərlərimizdir, İslami dəyərlərimizdir,
dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin
uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstə­
rilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng gedə
bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli
dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, mil­
li-mənəvi əsaslarımız zərər görsə, onda əlbəttə, ölkə böyük çətin­
liklərlə üzləşər.

Biz müstəqil ölkəyik. Müstəqilliyimizin artıq 20 illik yubileyini
qeyd etmişik. Müstəqil ölkə kimi müstəqil siyasət aparırıq. Siyasə­
timiz xoşniyyətli, xoşməramlı siyasətdir. Biz bütün ölkələrlə bəra­
bərhüquqlu münasibətlər qurmuşuq. Bütün ölkələrlə yaxşı münasi­
bətlər qurmaq istiqamətində uğurlar əldə etmişik. Daxili siyasətdə
islahatlar Azərbaycanı böyük dərəcədə irəliyə aparmışdır. İqtisadi
inkişaf baxımından Azərbaycan dünya miqyasında ən sürətlə in­
kişaf edən ölkədir. Dünyada iqtisadi və maliyyə böhranının ikinci
dalğasının hökm sürdüyü bir vaxtda Azərbaycanda inkişaf davam
edir. Bu ilin 7 ayının yekunları artıq bəllidir. İqtisadiyyatımız artır,
qeyri-neft iqtisadiyyatımız isə 10 faizdən çox artmışdır.

Müstəqil siyasət aparmaq üçün əlbəttə ki, güclü iqtisadi dayaqlar
və güclü ideoloji əsaslar olmalıdır. Azərbaycanda bu amillər vardır.

392

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bizim ideoloji əsaslarımızı azərbaycançılıq fəlsəfəsi, azərbaycançı­
lıq məfkurəsi təşkil edir. Bizim iqtisadi islahatların təməlində bazar
iqtisadiyyatı prinsipləri dayanır. Sosial siyasətin təməlində isə insan
amili dayanır. Vaxtilə “nefti insan kapitalına çevirmək lazımdır” si­
yasəti bəyan edilmişdi. Bu siyasət artıq öz bəhrəsini verməkdədir.

Azərbaycanda çox keyfiyyətli və dəyərli gənc nəsil yetişir. Gənc
nəsil vətənpərvərlik ruhunda tərbiyə alır. Azərbaycan dünya miq­
yasında idman sahəsində də qabaqcıl yerlərdədir. İdmanın inkişafı
ölkənin ümumi inkişafına təsir göstərir və bunu müəyyənləşdirir.
Təsadüfi deyildir ki, Olimpiya Oyunlarında ölkələr bir növ bir-biri
ilə yarışa girirlər. Kim nə qədər çox medal qazanırsa, o ölkənin imi­
ci bir o qədər də çox artır.

Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azər­
baycan güclü dövlətdir, o cümlədən idman sahəsində də güclüdür.
Ən sevindirici hal ondan ibarətdir ki, medallar – qızıl, gümüş və bü­
rünc medallar qazanan idmançılar müstəqillik dövründə yetişmiş
gənc insanlardır. Azərbaycan idmanına son illər ərzində göstərilən
diqqətin hesabına onlar artıq peşəkar idmançılardır. Onlar Azər­
baycanın milli bayrağını on dəfə qaldırdılar və dövlət himnimizi iki
dəfə səsləndirdilər.

Hər bir sahədə olduğu kimi, idmanda da inkişaf özünü göstər­
mişdir. O ki qaldı mənəviyyatla bağlı olan məsələlərə, qeyd etmə­
liyəm ki, Azərbaycanda bu məsələlərə xüsusi diqqət göstərilir. Bü­
tün dini abidələr təmir edilir, bərpa olunur. Təzəpir, Bibiheybət,
Əjdərbəy məscidləri, İmamzadə, Şamaxı məscidi və digər məscid­
lər bərpa olunur, təmir edilir. Digər dinlərə mənsub olan məbədlər
təmir edilir.

Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir.

Hörmətli arxiyepiskop Aleksandr Ulu Öndərin kəlamlarını yada
saldı ki, Azərbaycan çoxmillətli dövlətdir və bu, bizim böyük sər­
vətimizdir. Bu, həqiqətən də belədir. Bu sahədə də dövlət siyasəti­
miz dəyişməz olaraq qalır. Hesab edirəm ki, son illər ərzində Azər­
baycanın bu sahədəki uğurları dünya ictimaiyyətinə daha da dol­
ğun şəkildə çatdırılır. Çünki ölkəmizdə keçirilən müxtəlif forumlar,
dini konfranslar, dünya dini liderlərinin zirvə görüşləri bir daha

393

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

göstərir ki, Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayən­
dələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri
bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrü­
bəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac
vardır. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyildir. Əf­
suslar olsun ki, dünyanın müxtəlif yerlərində dini zəmində mü­
naqişələr, toqquşmalar, qarşıdurmalar hələ də davam edir. Bəzi
hallarda bu qarşıdurmalar daha da şiddətli xarakter daşıyır və bu,
bizi çox narahat edir. Çünki dini zəmində münaqişələr ən təhlükəli
münaqişələrdir. Bunların fəsadları çox ağır və acı ola bilər.

Biz hamımız çalışmalıyıq, dünya ictimaiyyəti, mütərəqqi bəşə­
riyyət çalışmalıdır ki, dini zəmində münaqişələrin sayı azalsın.
Buna nail olmaq üçün biz çox diqqətli və məsuliyyətli olmalıyıq.
Hamımız – dövlət, hökumət başçıları, media nümayəndələri, din
xadimləri, ictimai xadimlər diqqətli, məsuliyyətli olmalıyıq. Çünki
bəzi hallarda deyilən yanlış, təhqiramiz bir ifadə böyük fəsadlara
gətirib çıxarır. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında
çox sözlər deyilir, amma əslində bu dialoqu pozmaq üçün addımlar
atılır. Buna yol vermək və göz yummaq olmaz. Bu hadisələr - hara­
dasa müqəddəs Qurani–Şərifin yandırılması, məscidə od vurulma­
sı, məscidin gülləbaran edilməsi beynəlxalq ictimaiyyətin qınağına
çevrilməlidir. Biz bu hallara biganə qala bilmərik. Nəinki müsəl­
manlar, bütün dinlərin nümayəndələri, dünya liderləri öz səsini
ucaltmalıdırlar. Hesab edirəm ki, bu məsələlərlə bağlı ciddi düşün­
məyə böyük ehtiyac vardır. Konkret addımların atılması üçün dün­
yanın tanınmış siyasi xadimlərinin ciddi sözlərinə ehtiyac vardır.

Bizi, eyni zamanda, narahat edən məsələlərdən biri də islamo­
fobiyanın genişlənməsidir. Buna yol vermək olmaz. Çünki bu ya­
naşmanın axırı yoxdur. Bu, böyük bir qarşıdurmaya gətirib çıxara
bilər. İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin güc­
lənməsi, bəzi xarici mətbu orqanlarda İslamın terrorla bərabərləş­
dirilməsi halları bizi çox hiddətləndirir.

İslam sülh, qardaşlıq, mərhəmət dinidir. Bəzi hallarda terrorçu­
ya islamçı deməklə bütün dinimiz, bütün müsəlman aləmi təhqir
olunur. İslamçı terrorist deyildir. İslamçı İslam dininə mənsub olan
insandır. Bir də ki, terrorun nə milləti, nə də dini vardır. Bu barədə
çox danışılır, amma biz gərək artıq praktiki addımlara keçək.

394

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə erməni
terrorçuları bizə qarşı 30-dan yuxarı terror aktı törətmişlər.

Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan hə­
lak olmuşdur. Biz bu terror aktlarını hər hansı bir dinlə bağlamı­
rıq. Ona görə də burada məsuliyyət məsələləri ön planda olmalıdır.
Xüsusilə siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik məsələ­
nin müsbət istiqamətdə deyil, mənfi istiqamətdə getməsinə gətirib
çıxarır.

Biz Azərbaycanda bütün bu məsələləri təhlil edərkən bir daha
görürük ki, doğrudan da ölkəmizdə nadir bir təcrübə formalaşmış­
dır. Bu təcrübənin, əlbəttə ki, güclü əsasları vardır. Çünki əsrlər
boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivə­
sində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nüma­
yiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Baxmaya­
raq ki, o vaxt multikulturalizm anlayışı yox idi. Ancaq bizim həyat
tərzimiz məhz multikulturalizmdir. Bu güclü zəmin üzərində Ulu
Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqil­
lik dövründə biz bu meyilləri daha da gücləndirdik. Azərbaycan
bu siyasəti seçdi. Biz özünü təcridetmə siyasətini deyil, dünyaya
açıq olmaq, dünya ilə bir yerdə olmaq və ən mütərəqqi təcrübəni
Azərbaycanda tətbiq etmək siyasətini aparmışıq. Bu gün isə biz öz
həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla
təcrübəmizi dünya birliyinə təqdim edirik.

Hesab edirəm ki, müqəddəs Ramazan ayında biz bu məsələlərlə
bağlı gərək açıq danışaq, fikirlərimizi açıq bildirək. Bir daha demək
istəyirəm ki, Azərbaycanda ölkə daxilində bu məsələlərlə bağlı heç
bir narahatlıq yoxdur. Məndə Prezident kimi heç bir narahatlıq yox­
dur, çünki bütün məsələlər lazımi səviyyədə tənzimlənir. Əminəm
ki, bundan sonra - əbədiyyətə qədər Azərbaycanda millətlərarası
münasibətlər nümunəvi olacaqdır. Ancaq biz vakuumda yaşamı­
rıq. Biz istəyirik ki, hər yerdə belə olsun. Biz istəyirik ki, heç bir
yerdə dini zəmində heç bir qarşıdurma olmasın. Bəzi hallarda biz
İslam aləminin içində bu qarşıdurmanın şahidi oluruq. Bu, ümu­
miyyətlə, dözülməzdir.

Beləliklə, deyə bilərəm ki, biz bu məsələlərin müsbət istiqamətdə
həlli üçün səylərimizi davam etdirəcəyik. Öz işimizlə, əməllərimiz­

395

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lə beynəlxalq işbirliyini, beynəlxalq həmrəyliyi gücləndirəcəyik,
dinlərarası münasibətlərin inkişafına töhfəmizi verəcəyik.

Dünən mən müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. O
görüş də ənənəvi xarakter daşıyır. Bu gün də onlar buradadırlar.
Bir daha demək istəyirəm ki, Azərbaycan İslam aləminin bir parça­
sıdır. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, güclənir. İs­
lam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini zəmində gedən pro­
seslərə çox yüksək qiymət verir.

Bu, bizi daha da ruhlandırır.
Bu fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan
bayramı münasibətilə Azərbaycan xalqını və bütün dünya müsəl­
manlarını təbrik edirəm. Sağ olun.

396

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan həmişə İslam dünyasının tarixi-mədəni mərkəzlə­
rindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi
dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublika­
mızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunve­
riciliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin
edilmiş, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi,
bayramların keçirilməsi üçün münbit şərait yaradılmışdır.
Ramazan bayramını bütün müsəlman aləmi kimi bizim xalqımız
da hər il böyük məmnunluq hissi ilə qeyd edir.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı
insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca
Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.
Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını
daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi
kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Cəmiyyətdə vəhdət və humanizm duyğularını, Allah və Vətən
sevgisini daha da gücləndirən Ramazan ayı artıq başa çatmaqda­
dır. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bu
günlərdə könül xoşluğu ilə bayram sevincini bölüşürlər. Xalqımı­
zın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir,
şəhidlərimizin ölməz ruhuna dualar oxunur.
Əziz bacı və qardaşlarım!
Dua və diləklərinizin Tanrı dərgahında qəbul olunması arzusu
ilə bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün
soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxt­
lik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2012-ci il

397

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QƏBƏLƏ ŞƏHƏR MƏSCİDİNİN YENİ BİNASININ
TİKİNTİSİNDƏ SON TAMAMLAMA İŞLƏRİ İLƏ
TANIŞLIQ

10 sentyabr 2012-ci il

Dövlət başçısı məscidin tikintisinin tam başa çatmasından sonra­
kı görüntülərini əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası
son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin yeni
binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə
800 kvadratmetr torpaq sahəsi ayrılmışdır.

Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin,
körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi ar­
tıq başa çatdırılmışdır. Minarənin davamlılığını artırmaq məqsədi

398

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda
binanın daxilində işlər yekunlaşmaq üzrədir.

Diqqətə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında
da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı,
dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcəkdir.

399

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN BAŞ NAZİRİ
RƏCƏB TAYYİB ƏRDOĞANLA BİRGƏ XIX ƏSRİN
TARİXİ-MEMARLIQ ABİDƏSİ OLAN
ŞƏKİ CÜMƏ MƏSCİDİNDƏ

12 sentyabr 2012-ci il

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş na­
zir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan XIX əsrin ta­
rixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkmişlər.

Azərbaycan Prezidentinə və Türkiyə Baş nazirinə Cümə məscidi
və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat
verildi.

Bildirildi ki, şəhərin mərkəzində yerləşən Cümə məscidinin
həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli
inşaat materiallarından - çaylaq daşı və bişmiş kərpicdən istifadə
edilmişdir. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxta­
dan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənmişdir. İbadət
zalının üç giriş qapısı və 44 pəncərəsi vardır. Hündürlüyü iki metr
olan mehrab nəbati ornamentlərlə işlənmişdir. İkinci mərtəbədə
isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir. Məscidin nəzdində

400


Click to View FlipBook Version