The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCAN YƏHUDİ İCMASININ
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 3 oktyabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yəhudilərin Roş-
Ha-Şana - Yeni il bayramı münasibətilə ölkəmizin yəhudi icmasının nü-
mayəndələrini qəbul etmişdir.

Prezident İlham Əliyev yəhudi icmasının təmsilçilərini bayram mü-
nasibətilə təbrik edərək onlara və ailələrinə, Azərbaycanın bütün yəhudi
icmasına firavanlıq, cansağlığı arzuladı, ölkəmizdəki inkişafdan, iqtisa-
di-siyasi proseslərdən danışdı.

İlham Əliyev: Azərbaycanda müxtəlif xalqların nümayəndələri,
müxtəlif dinlərə məxsus insanlar sülh və əmin-amanlıq şəraitində
yaşayırlar.

Əlbəttə, Azərbaycanda yaşayan bütün xalqlar arasında sülhün
olması başlıca nailiyyətdir. Çox xoşdur ki, bu dostluq, qardaşlıq
münasibətləri ildən-ilə möhkəmlənir və bütün bunlar ölkəmizin
rifahının xeyrinədir. Milli həmrəylik olmayan ölkələrdə problem­
lər də var, çətinliklər də var, anlaşılmazlıq da var. Milli həmrəylik
olan ölkələrdə isə sülh, firavanlıq və həmrəylik var. Biz hamımız
ölkəmiz üçün firavanlıq istəyirik. Hamımız Azərbaycan vətəndaş­
larıyıq və öz Vətənimizi sevirik. Azərbaycanda olan bu doğmalıq
şəraiti çox mühümdür.

Azərbaycandakı yəhudi icması çox böyük tarixə, ənənələrə
malikdir və özünün bənzərsiz özgürlüyünü, mədəniyyətini, milli
adət-ənənələrini qoruyub saxlamışdır, cəmiyyətə çox fəal inteqra­
siya etmişdir.

Semyon İxiilov (Azərbaycan Dağ yəhudiləri icmasının sədri): Ölkə­
mizdə yəhudilərə yaradılan şərait üçün minnətdarlığımı bildirirəm.
Respublikamızda son illərdə bütün sahələrdə sürətli inkişaf var.
Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə yönəldilmiş
Prezident fərmanları və sərəncamlarının əhəmiyyətini xüsusi vur­
ğulamaq istəyirəm.

101

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Cənab Prezident, ölkəmiz müstəqilliyə nail olduğu vaxtdan bəri
qayğını, ilk növbədə, dahi Heydər Əliyevin böyük qayğısını daim
hiss edirdik. İndi isə biz bu qayğını, bəlkə də böyük qayğını Sizdən
görürük.

Hər zaman onlara göstərilən diqqətdən razılığımı bildirirəm. Xo­
lokost və Xocalı soyqırımı da xalqlarımızı birləşdirən amillərdən­
dir. Biz görülən bütün işlərə görə Sizə və həyat yoldaşınıza – Azər­
baycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü
bildirmək istəyirik. Bir ildə 132 məktəb tikilməsi barədə təşəbbüs
görünməmiş və eşidilməmiş bir işdir. Hələ nə qədər də tikiləcəkdir.
Özü də bu, əsla son hədd deyildir.

İlham Əliyev: Xatırladım ki, ölkənin bütün regionlarında
məktəblərlə yanaşı, ən müasir tibb avadanlığı ilə təchiz olunmuş
xəstəxanalar da tikiləcəkdir.

Gennadi Zelmanoviç (Azərbaycanın Avropa yəhudiləri dini icma-
sının sədri): Yəhudi mədəniyyətinin inkişafına göstərilən diqqətə
görə Sizə, cənab Prezident, təşəkkür edirəm. Yüz ildə ilk dəfə ola­
raq sinaqoq tikildi. Buna Sizin də köməyiniz oldu. Yəhudi evi də
inşa edildi. Hazırda məktəblərimiz də var. Moskvadan sonra ikinci
məktəbimizi Bakıda tikmək üçün kifayət qədər torpaq ayırdığınıza
görə Sizə təşəkkür edirik. Semyon Borisoviçlə biz xarici ölkələrdə,
müxtəlif konfranslarda tez-tez oluruq. Orada antisemitizm üzrə
monitorinq keçirilir. Azərbaycan bu siyahıya heç vaxt düşmür. Ək­
sinə, orada Azərbaycan həmişə nümunə kimi göstərilir, deyirlər ki,
baxın, öyrənin.

İlham Əliyev: Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasında
münasibətlər uğurla inkişaf edir. Başlıcası budur ki, biz insanların
arzu və istəklərinə əsaslanan birmənalı, müstəqil xətt yeritməliyik və
bu istiqamətdə işləyirik. Siz Heydər Əliyevin rolunu qeyd etdiniz.
Doğrudan da, Azərbaycanın tarixində onun nadir rolu olmuşdur.

Müstəqilliyimizin ilk çağlarını xatırladaraq deyim ki, o vaxt ha­
kimiyyətdə olanların ölkənin və xalqın taleyinə göstərdikləri bi­
ganəliyi əks etdirən çoxlu faktlar məlumdur. Eyni zamanda, onu
da bildirirəm ki, dini dözümlülüyünə görə həmişə yaxşı mənada
seçilən Azərbaycan tolerantlığın inkişafı baxımından nümunəvi

102

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ölkə olmalıdır, burada bütün dinlərin nümayəndələrinə hörmət və
ehtiramla yanaşılır.

Meyer Bruk (Azərbaycanın Avropa yəhudiləri icmasının baş ravvini):
Biz bu yaxınlarda yəhudilərin dünya konqresində olduq. Orada bil­
dirildi ki, Azərbaycanda antisemitizm yoxdur, Azərbaycanda yəhu­
dilərin təhlükəsizliyi və əmin-amanlığı təmin edilmişdir. Konqresdə
Heydər Əliyevin bu işdə rolu və xidmətləri xüsusi vurğulandı. Yaxşı
yadımızdadır, biz Heydər Əliyevlə görüşəndə o demişdi ki, Azərbay­
canda yəhudilər arxayın ola bilərlər.

Görüşün sonunda Azərbaycan yəhudi icması adından Prezidentə hə-
diyyələr təqdim olundu.

103

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ŞEYXÜLİSLAMIN MÜQƏDDƏS RAMAZAN AYI
MÜNASİBƏTİLƏ AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

26 oktyabr 2005-ci il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirə­
sinə hamının qəlbində böyük ehtiram var, böyük hörmət var. Bu­
günkü Azərbaycan Heydər Əliyevin əsəridir. Hamımızın yadında­
dır ki, ölkəmiz müstəqilliyini əldə edəndə çox böyük problemlərlə,
çətinliklərlə üzləşmişdi. Faktiki olaraq, Azərbaycanın dövlətçiliyi­
nin taleyi şübhə altında idi. Ölkə parçalanma ərəfəsində idi. Ölkədə
gedən mənfi proseslər, xaos, anarxiya, özbaşınalıq, vətəndaş qarşı­
durması Azərbaycanı faktiki olaraq dünya xəritəsindən silə bilərdi.
Heydər Əliyevin qətiyyəti, xalqın ona olan inamı, onun siyasi baca­
rığı, təcrübəsi və biliyi bizim xalqımızı böyük bəlalardan qurtardı.
1993-cü ildən başlayaraq Azərbaycan inamla irəliləyib, inkişaf edib,
ölkəmizin bütün sahələri inkişafdadır. İlk növbədə, iqtisadi inkişaf
göz qabağındadır. Məhz 1990-cı illərin ortalarında başlanmış köklü
iqtisadi islahatlar bu gün Azərbaycanın hərtərəfli inkişafına möhkəm
zəmin yaratmışdır. Bu əsaslı, möhkəm təməl üzərində bu gün çox in­
kişaf etmiş iqtisadiyyat irəliləyir. İqtisadi inkişaf sürətinə görə Azər­
baycan bu gün dünyada ən qabaqcıl ölkədir.
Azərbaycanda siyasi proseslər, vətəndaş cəmiyyətinin forma­
laşması prosesləri də uğurla gedir, ölkədə demokratiyanın inkişafı,
qanunun aliliyi təmin olunur. Biz, Azərbaycana indi rəhbərlik edən
şəxslər bu böyük məsuliyyəti dərk edirik. Bizə əmanət kimi verilən bu
ictimai ab-hava, bu gözəl şərait, milli birlik gərək saxlanılsın. Gərək
bu sabitlik möhkəmləndirilsin, asayiş qorunsun. Ona görə biz bu bö­
yük məsuliyyəti dərk edirik. Prezident kimi mən çalışıram əlimdən
gələni edim ki, Azərbaycanın davamlı inkişafı təmin olunsun, ölkə­
də vətəndaşlar rahat şəraitdə yaşasınlar, sabitlik qorunsun. Hesab
edirəm, iki il ərzində görülən işlər deməyə əsas verir ki, biz bu yoldan
dönməmişik.

104

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mən Prezident vəzifəsinə seçilən zaman və andiçmə günündə
çıxışımda da qeyd etmişdim ki, biz bu mövqedə möhkəm dayana­
cağıq və bu yoldan dönməyəcəyik. Bu gün həyat onu göstərir ki,
bizim sözümüzlə əməlimiz arasında vəhdət, birlik var.

Heydər Əliyev siyasəti bu gün yaşayır və yaşamalıdır. Ölkəmi­
zin normal inkişafı üçün başqa yol yoxdur. Həm iqtisadi inkişafda
əldə edilmiş nailiyyətlər, həm Azərbaycanın beynəlxalq müstəvidə
mövqelərinin möhkəmlənməsi, həm sosial məsələlərə böyük diqqə­
tin göstərilməsi, həm Azərbaycanda demokratik proseslərin inkişa­
fı, həm də sabitliyin qorunması təmin olunur. Bu sabitliyi pozmaq
istəyən qüvvələr bilirlər ki, buna nail ola bilməzlər. Bizim gücümüzü
sınamaq istəyən qüvvələr var, bəlkə də bundan sonra da olacaqdır.
Amma biz gücümüzü göstərmişik. Lazım olan anda tam qətiyyətlə,
cəsarətlə bütün addımları atırıq.

Mən sülhün tərəfdarıyam. Mən cəmiyyətdə normal əlaqələrin, o
cümlədən, siyasi müstəvidə normal əlaqələrin tərəfdarıyam və öz
işimlə, qəbul edilmiş qərarlarla çalışıram ki, buna nail olum. Ancaq
əgər kimsə Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyirsə, qey­
ri-qanuni yollara əl atırsa, bilməlidir və bilir ki, bizim tərəfimizdən
çox ciddi addımlar atılacaqdır. Ən cəsarətli addımlar atılmalıdır və
atılıbdır ki, Azərbaycanda sabitlik qorunsun, insanlar normal yaşasın­
lar. Heç kimə icazə verilməyəcək ki, burada qeyri-qanuni hərəkətlərə
yol versinlər. Yaxud da ki, Azərbaycan yenidən 1990-cı illərin əvvəllə­
rində yaşadığı o mühitə sürüklənsin. Bu, artıq tarixdir.

Azərbaycanın inkişafı imkan verəcək ki, ölkədə hər bir vətəndaş
normal yaşasın, ölkəmiz inkişaf etsin və Azərbaycan dünya birli­
yində yerini daha da möhkəm tuta bilsin.

Bu işdə biz hamımız həmrəyik. Mən çox şadam ki, Azərbaycan­
da dövlətlə din arasında münasibətlər gündən-günə möhkəmlənir,
çox yüksək səviyyədədir. Bunun səbəbi haqqında keçən il burada
olarkən öz fikirlərimi bildirdim. Hesab edirəm ki, Ulu Öndər Hey­
dər Əliyev ilə Şeyx həzrətləri arasında olan səmimi dostluq mü­
nasibətləri buna çox gözəl təkan verirdi. Bu gün bu münasibətlər
davam edir. Şəxsi münasibətlərimiz çox səmimidir, eyni zamanda,
dövlətlə din arasında bağlılıq çox möhkəmdir.

Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən
ayrıdır. Ancaq buna baxmayaraq, dövlətlə din arasında əlaqələr,

105

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

münasibətlər çox möhkəmdir. Mən də öz fəaliyyətimdə çalışıram
ki, bu əlaqələri daha da möhkəmləndirim. Biz hamımız çalışırıq,
o cümlədən Azərbaycan dindarları çalışırlar ki, Azərbaycan möh­
kəmlənsin, zənginləşsin və qüdrətli dövlətə çevrilsin.

Əlbəttə, ölkəmizin hərtərəfli inkişafı üçün iqtisadi potensial əsas
rol oynayır. Hər şey buna bağlıdır. Bizim göstəricilərimiz də göz
qabağındadır. Büdcəmiz artır, maaşlar artır, iqtisadi inkişaf sürəti
artır. Eyni zamanda, hər bir ölkənin normal inkişafı üçün ümum­
milli həmrəylik mühüm rol oynayır. Azərbaycanda bu da var və
gündən-günə möhkəmlənir. Azərbaycanda bütün millətlərin, bü­
tün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və mən çox şadam
ki, ölkəmizdə dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir.
Bizim ölkəmiz başqa ölkələr üçün də nümunə ola bilər və olmalı­
dır. Bilirsiniz ki, xüsusilə indiki zəmanədə dünyada sivilizasiyalar
arasında gedən dialoqa böyük önəm verilir. Dünyanın bir çox yer­
lərində bu dialoq ya aparılmır, yaxud da konfessiyalararası müna­
sibətlər lazımi səviyyədə deyildir. Azərbaycanda isə bu, ən yüksək
səviyyədədir. Bizim ölkəmizdə yaşayan bütün dinlərin nümayən­
dələri bunu hiss edirlər. Prezident kimi mən də çalışıram ki, Azər­
baycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri
bu qayğını hiss etsinlər. Bunun əyani sübutları da kifayət qədərdir.

Mən xatırlayıram, Roma Papasının vəfat etdiyi günlərdə Şeyx
həzrətləri ilə birlikdə biz Romada dəfn mərasimində iştirak etmiş­
dik. Papanın xatirəsinə öz hörmət və ehtiramımızı bildirmişdik.
Ondan sonra mənim Vatikana rəsmi səfərim olmuşdu və səfər za­
manı Azərbaycanda tikiləcək yeni katolik kilsəsinin torpaq sənəd­
ləri təqdim edilmişdir. Mən çox şadam ki, artıq kilsənin tikintisinə
başlanmışdır və təməl daşının qoyulması mərasimi keçirilmişdir.

Ümumrusiya Patriarxı II Aleksi Azərbaycanda səfərdə idi və
çox səmimi görüşümüz oldu. Bildiyiniz kimi, II Aleksi məni Rus
Provoslav Kilsəsinin ən yüksək ordeni ilə təltif etmişdir. Bunlar
lazımdır və vacibdir. Çünki bu, bizi daha da birləşdirir. Bilirsiniz
ki, mənim Azərbaycanda yaşayan yəhudi icması ilə, – həm onların
yığcam yaşadıqları yerlərdə, eyni zamanda, Bakıda və ölkəmizin
digər yerlərində, – mütəmadi görüşlərim olur. Bütün bunlar Azər­
baycanın normal inkişafı üçün əsas şərtlərdir. Mən çox şadam ki,

106

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycanda biz ümummilli həmrəyliyə nail olmuşuq. Çox şa­
dam ki, Azərbaycanda millətlərarası münasibətlər yüksək səviyyə­
dədir. Bu sahədə mənim tərəfimdən bütün lazımi addımlar atılır və
gələcəkdə də atılacaqdır.

Mən çox şadam ki, bu gün biz yenidən birlikdəyik. Müqəddəs
Ramazan ayında birlikdəyik. Artıq bu, gözəl ənənəyə çevrilibdir.
Mən keçən il də burada idim və birlikdə biz iftar süfrəsini açdıq, bu
gün də buradayam. Bu, Azərbaycanın inkişafı üçün lazımdır. Şeyx
həzrətləri ilə çox səmimi münasibətlərimiz var, biz tez-tez görüşü­
rük, müxtəlif məsələləri müzakirə edirik. Bu bağlılıq həm bizə la­
zımdır, həm də ölkəyə lazımdır. Bütün dindarlara lazımdır, bütün
vətəndaşlara lazımdır.

Mən bir daha Şeyx həzrətlərinə öz hörmətimi ifadə etmək istə­
yirəm. Məni bu məclisdə iştirak etmək üçün dəvət etdiyinə görə
minnətdarlığımı bildirmək istəyirəm. Yadımdadır, keçən il burada
çıxış edərkən demişdim ki, əgər dəvət etsəniz, gələn il də gələcəyəm
və həmişə sizinlə birlikdə olacağam. Sağ olun.

107

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BİBİHEYBƏT MƏSCİD-ZİYARƏTGAH KOMPLEKSİNDƏ
31 oktyabr 2005-ci il

Prezident İlham Əliyev əvvəlcə məsciddə İmam Rza əleyhis-səla­
mın bacısı Həzrət Hökumə xanımın və yeddinci imamın üç nəvəsinin
dəfn olunduğu yerə gəldi, İslam aləminin mənəvi dəyərlərindən olan
bu qəbirləri ziyarət etdi. Onların ruhuna dua oxundu.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür
Paşazadə və Bibiheybət məscid-ziyarətgahının axundu Hacı Hikmət
Əlizadə dövlətimizin başçısına məscidin tarixi, müqəddəs məzarlar
üstündə tikilmiş baş ziyarətgah, kişilər və qadınlar üçün nəzərdə tu­
tulan ibadətgahlar barədə məlumat verdilər. Bildirildi ki, Ulu Öndər
Heydər Əliyev bu məscidi dörd dəfə ziyarət etmişdir. Burada 1257-ci
ildə Şirvanşah II Fərruxzad tərəfindən ilk minarə ucaldılmışdı. 700 il
ərzində burada Azərbaycan memarlığının nümunəsi qorunub saxlanıl­
mışdı. Çox şükür olsun ki, Ümummilli Liderimiz Heydər Əliyev məs­
cid-ziyarətgaha ikinci həyat verdi. Qədirbilən Azərbaycan xalqı da Ulu
Öndərimizin şərəfinə burada “Heydər minarəsi”ni ucaltdı.

108

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Din xadimləri “Heydər minarəsi”ndən azan verilməsinin vacibliyini
də vurğuladılar, eyni zamanda, bildirdilər ki, Qafqazda və keçmiş SSRİ
məkanında bu cür minarə, mehrab heç yerdə yoxdur. Heydər Əliyevin
əvəzsiz xidmətlərini unutmayan ustalarımızın əl işləri burada daim ya­
digar qalacaqdır.

Prezident İlham Əliyev vaxtilə Ulu Öndər Heydər Əliyevin göstərişi
ilə burada görülən işləri, Azərbaycan ustalarının sənətkarlığını yüksək
qiymətləndirdi.

Dövlətimizin başçısı dedi ki, mən buraya nə qədər lazımdırsa, vəsait
ayıracağam, biz məscid-ziyarətgahı tezliklə yüksək səviyyədə tamam­
lamalıyıq. Burada başqa ölkələrdən və respublikamızdan gələn zəv­
varları qəbul etmək üçün hər cür şərait yaradılmalıdır. Bundan ötrü nə
qədər vəsait lazımdırsa ayrılacaqdır.

Din xadimləri bildirdilər ki, vaxtilə Ulu Öndərimizə də məlumat
verilmişdi, bu məscid İslamın dörd müqəddəs ziyarətgahı sırasında
üçüncü yeri tutur.

Üçmərtəbəli kompleksdə zəvvarları qəbul etmək və yerləşdirmək
üçün otaqlar, qadınlar üçün ayrıca dəstəmazxanalar, ehsan otağı,
mədrəsə və kitabxana nəzərdə tutulmuşdur. Eyni zamanda, məscidin
tarixini əks etdirən muzeyin yaradılması, ümumiyyətlə, ən müasir sə­
viyyəli kompleksə çevrilməsi, ərazinin genişləndirilməsi üçün köməyə
ehtiyac duyulduğu bildirildi.

109

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Xatırladıldı ki, neçə əsrlik tarixi olan qədim ziyarətgah Ümummilli
Lider Heydər Əliyevin qayğısı sayəsində uzun fasilədən sonra yenidən
dindarlara qaytarılmışdır. Bibiheybət məscidi sovet dövründə – 1934-cü
ildə vəhşicəsinə partladılsa da, bütün müsəlman aləmində ən müqəd­
dəs yerlərdən biri sayılan bu ziyarətgahın yolunu xalq unutmadı.

Şeyxülislam dedi ki, Ümummilli Lider Heydər Əliyev yenidən ha­
kimiyyətə gələndən sonra məscidin bünövrəsini qoydu. Bu, o demək­
dir ki, Ulu Öndər dinə bağlı idi, xalqın mənəviyyatının qorunmasına
diqqətlə yanaşırdı. O vaxt bizə dedi ki, bir ildən sonra açılışa gələ­
cəyəm. Bizdə narahatlıq yarandı ki, buna nail ola biləcəyik, yoxsa yox.
Amma nə yaxşı ki, o, bizə vaxt qoydu, tələsdirdi. Vaxtilə Azərbaycanın
altı rəhbərinə müraciət edilsə də, heç biri məscidin yenidən tikilməsinə
kömək etmədi. Amma Həzrət Əlinin mövludu günündə cənab Heydər
Əliyevə müraciət edən kimi, işə başlanması barədə tapşırığını verdi.
Burada onunla çəkilmiş şəkillərimiz də var.

Sonra Prezident İlham Əliyev ölkəmizin, xalqımızın firavanlığı na­
minə nəzir verdi.

Hacı Hikmət Əlizadə dövlətimizin başçısına müraciətlə dedi ki, cə­
nab Prezident, Allah balalarınızı sağ-salamat etsin, Sizdən razı olsun.
Xalq Sizdən razıdır. Adi bir vətəndaş kimi deyirəm, Siz bəzi vicdansız­
lara layiqli cəza verdiniz, xalqın ürəyindən tikan çıxardınız. Qoy gör­
sünlər ki, Həzrət Əlinin oğlu İmam Hüseyn olan kimi, cənab Heydər
Əliyevin də oğlu İlham Əliyevdir. Biz onu dəstəkləyirik.

Dövlətimizin başçısı, Ümummilli Lider Heydər Əliyevin müxtəlif il­
lərdə məscidə ziyarətləri zamanı çəkilmiş fotoşəkillərinə və “Azərbay­
can Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev cənabları
21 may 1994-cü il Qurban bayramında burada çıxış edərək Bibiheybət
ziyarətgahının bərpasına rəvac vermiş və bu işi öz himayəsinə götür­
müşdür. Bu tarixi hadisəni əbədiləşdirmək və xalqın minnətdarlığını
bildirmək üçün burada “Heydər minarəsi” ucaldılmışdır” sözləri ya­
zılmış lövhəyə baxdı.

Azərbaycan Prezidenti məscid-ziyarətgahla, əvvəlki məscidin fo­
toşəkilləri, yeni layihələrlə tanış oldu, üçüncü mərtəbədən ətrafı seyr
etdi, kompleksin ərazisinin genişləndirilməsi üçün lazımi tədbirlər gö­
rülməsi barədə tapşırıqlarını verdi. Dövlətimizin başçısı dedi ki, mən

110

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırı­
ram, ciddi məşğul olsun, ətrafda yaşayan sakinlərlə danışsın. Təklif ve­
rin, onlara ya torpaq, ya da mənzil ayrılsın.

Bildirildi ki, əvvəlki məscidin minarələrinin hündürlüyü 16 metr idi,
indikilər isə 43 metr olacaqdır. Prezident İlham Əliyev ərazinin təmiz­
lənməsindən, yolun genişləndirilməsindən sonra burada ən müasir
səviyyədə məscid-ziyarətgah kompleksinin yaradılacağını bildirərək
dedi ki, biz bütün işlərə kompleks şəkildə baxmalıyıq. Memarlıq baxı­
mından çox gözəldir, gərək daxili interyeri, dizaynı da ən yüksək sə­
viyyədə olsun. Ona görə ən yaxşı mütəxəssisləri cəlb etmək lazımdır.
Lazım gələrsə, xaricdən də dəvət olunsunlar ki, kompleks gözəl və
əzəmətli olsun. Bura tarixi yerdir və onu xalqa qaytarmaq bizim mənə­
vi borcumuzdur.

Şeyxülislam Allahşükür Paşazadə İslamın mənəvi dəyərlərinin qo­
runmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına
dərin minnətdarlığını bildirərək dedi ki, cənab Prezident, Allah Sizə
cansağlığı versin. Bu, bizə Ramazan ayında ən gözəl hədiyyə oldu.
Müqəddəs Ramazan ayında Ulu Tanrıdan Sizə uğurlar diləyirik.

111

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜSƏLMAN ÖLKƏLƏRİNİN BAKIDAKI
SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

1 noyabr 2005-ci il

İlham Əliyev: Hörmətli səfirlər, sizi qarşıdan gələn müqəd­
dəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Xahiş
edirəm ki, mənim təbriklərimi və xoş arzularımı təmsil etdiyiniz
ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Ramazan bayramı Azərbaycan xalqının qəlbində həmişə yaşa­
mışdır. Ancaq yalnız Azərbaycan müstəqil dövlət kimi yaşamağa
başlayandan sonra bu bayram ölkəmizdə rəsmi bayram kimi qeyd
olunur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
müsəlman ölkələri ilə əlaqələrimiz çox sürətlə inkişaf etməyə baş­
ladı və bu gün bütün sahələrdə bizim çox uğurlu əməkdaşlığımız
vardır. Biz bütün zamanlarda müsəlman ölkələrinin dəstəyini hiss
etmişik və bu gün də hiss edirik. Həm ikitərəfli çərçivədə, həm də
İslam Konfransı Təşkilatı çərçivəsində bizim çox uğurlu əməkdaş­

112

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lığımız var. Xüsusilə Azərbaycanı ən çox narahat edən Ermənis­
tan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli işində biz daim
müsəlman ölkələrinin dəstəyini hiss etmişik, bu gün də hiss edirik
və buna görə sizə minnətdarıq.

Mən Prezident vəzifəsinə seçiləndən sonra müsəlman ölkələ­
rinə çoxsaylı səfərlər etmişəm. Bizim çox gözəl əlaqələrimiz vardır.
Təmsil etdiyiniz ölkələrin rəhbərliyi ilə də mənim çox səmimi mü­
nasibətlərim vardır. Səudiyyə Ərəbistanına, Pakistana, Qazaxısta­
na, İran İslam Respublikasına, Türkiyəyə, Özbəkistana səfərlər et­
mişəm və bundan sonra da səfərlərim olacaqdır. Bu, çox vacibdir.
Bu səfərlər çərçivəsində həm çox vacib məsələlər müzakirə olunur,
sənədlər imzalanır, həm də şəxsi əlaqələr də yaranır. Bu əlaqələr də
ölkələr arasında münasibətlərdə, əlbəttə, çox önəmlidir.

Fürsətdən istifadə edərək, dünyada yaşayan bütün müsəlmanlara
müqəddəs Ramazan bayramı münasibətilə öz təbriklərimi çatdırmaq
istəyirəm. Ümid edirəm ki, gələcəkdə də İslam həmrəyliyi möhkəm­
lənəcəkdir. Biz bir-birimizə həmişə dayaq olacağıq. Çətin anlarda
həmişə bir-birimizin yanında olacağıq. Beləliklə, ölkələrimiz inkişaf
edəcək, bizim aramızda olan dostluq əlaqələri möhkəmlənəcək, in­
sanlarımız da sülh, rifah şəraitində yaşayacaqlar.

Əli Həsən Əhməd Cəffər (Diplomatik nümayəndəliklərin başçıla-
rı adından müsəlman ölkələri səfirlərinin duayeni, Səudiyyə Ərəbistanı

113

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Krallığının Azərbaycandakı səfiri): Cənab Prezident, dəyərli vaxtınızı
ayırıb müsəlman ölkələrimizin səfirlərini müqəddəs Ramazan bay­
ramı münasibətilə qəbul etdiyiniz üçün Sizə minnətdarıq. Zati-a­
liləri, öz səmimi salamlarımızı Sizə çatdırır və bu müqəddəs Ra­
mazan ayının qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və
tərəqqi gətirməsini arzulayırıq.

Hörmətli cənab Prezident!
Əsası son 10 ildə mərhum Prezident Heydər Əliyev tərəfindən
qoyulmuş siyasətin layiqli davamçısı olaraq, Sizin yürütdüyünüz
daxili və xarici siyasət nəticəsində biz Azərbaycanın gündən-günə
inkişafı və tərəqqisinin şahidi olmuşuq.
May ayında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli surət­
də açılışı bir tarixi məqamdır və cənab Prezident, Sizi bu tarixi nai­
liyyətin əldə olunması münasibətilə bir daha təbrik edirik. İnanırıq
ki, bu fakt ölkə üçün yeni iqtisadi uğurun müjdəsidir.
Azərbaycanın Cənubi Qafqazda mühüm coğrafi-strateji məkan­
da yerləşməsi böyük imkanlar vəd edir, regionda sülhün və sabit­
liyin təməlini təşkil edir. Dağlıq Qarabağ probleminin beynəlxalq
normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh
yolu ilə həll edilməsi regionda yeni iqtisadi əməkdaşlıq üçün geniş
imkanlar yaradacaqdır. Biz Azərbaycanın bu haqq işinə öz mənəvi
və siyasi dəstəyimizi bir daha ifadə edərək, sülh prosesinin Minsk
qrupu çərçivəsində Azərbaycanın maraqlarına uyğun öz həllini ta­
pacağına ümid edirik. İnanırıq ki, bu proses Azərbaycanı razı sala­
caq nəticə ilə bitəcəkdir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçən islahatlar beynəlxalq
aləm tərəfindən dəstəklənir. Qərbə inteqrasiya cəhdləri ilə bərabər,
müsəlman ölkələri ilə yaxın dostluq əlaqələri qurması Azərbaycana
Qərb və Şərq arasında körpü yaratmaq üçün geniş imkanlar açır.
Cənab Prezident, çıxışımın sonunda Səudiyyə Ərəbistanının sə­
firi kimi öz adımdan və həmkarlarımın adından gələn ay Məkkə
şəhərində müsəlman ölkələri rəhbərlərinin sammitinin keçirilə­
cəyini bir daha xatırladır və ümid edirəm ki, bu sammitdə digər
müsəlman dövlətlərinin rəhbərləri ilə birlikdə Siz müsəlman dün­
yasını narahat edən məsələlərin müzakirəsində iştirak edəcəksiniz.

114

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Əziz həmvətənlər!
Sizi və bütün dünya azərbaycanlılarını müqəddəs Ramazan bay­
ramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu
və diləklərimi yetirirəm.
Xalqımızın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şə­
hid olmuş qəhrəman Azərbaycan övladlarının nurlu xatirəsini bu
əziz bayram günlərində bir daha böyük ehtiramla yad edir, onlara
Allahdan rəhmət diləyirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ra­
mazan ayı insanları xeyirxah niyyətlər naminə vəhdətə dəvət edən,
onlara mənəvi zənginliyin, əxlaqi saflığın və cismani-ruhi kamilli­
yin fərəhini yaşatmaqla xeyrin şər, mənəvi ucalığın nəfs üzərində
qələbə təntənəsini nümayiş etdirən bir aydır.
Azərbaycan xalqı öz böyük və şərəfli tarixi boyu həmişə Uca Tan­
rıya tapınmış, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq
olmuşdur. Müstəqillik illərində mütərəqqi İslami dəyərlərə qayı­
dış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində xalqımızın bütöv­
lüyü və birliyində misilsiz rol oynayan amillərdəndir. Azərbaycan
oğul və qızlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin
daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də
məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir.
Əziz bacı və qardaşlarım!
Orucluq Allah rizası üçündür və hər bir müsəlmanın müqəd­
dəs dinimiz qarşısında mənəvi borcudur. Siz mübarək Ramazan
günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurursunuz.
İnanıram ki, Allah və din yolunda cəfakeşliyiniz və Azərbaycanın
əmin-amanlığı naminə etdiyiniz dualar sayəsində Böyük Yaradan
öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bu əziz bayram günündə bir daha hamınıza firavanlıq, ailələri­
nizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2005-ci il

115

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MƏKKƏDƏ ÜMRƏ ZİYARƏTİ

6 dekabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ciddədən
İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkəyə gəlmişdir.

Həzrət Məhəmməd (s) bu torpaqda doğulmuş, peyğəmbərliyə
çatmış, İslam dini Məkkədə yaranmışdır. Məkkədəki Allah evi
Kəbə Həzrət Məhəmməd peyğəmbərin (s) dövründən başlayaraq
bütün dünya müsəlmanlarının ən birinci müqəddəs yerinə çevril­
mişdir. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və
Mərvə təpələri arasında əzəmətli məscid tikilmişdir. Hər il həcc zi­
yarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlar­
la müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür,
məsciddə namaz qılır.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxs­
lər xüsusi libas geyinərək, “əl-Həram” məscidinə gəldilər. Bir neçə
mərtəbəli və doqquzminarəli məscid öz gözəlliyi və əzəməti ilə in­
sanı heyran edir.

116

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla
qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxs­
lər Kəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan
Prezidenti və nümayəndə heyətinin üzvləri bu iki təpə arasındakı
bir kilometrlik məsafəni yeddi dəfə qət etdilər.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı “əl-Hə­
ram” məscidini seyr etdi. Azərbaycan Prezidentinə məscid haqqın­
da ətraflı məlumat verildi.



117

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ

Möhtərəm Şeyxülislam həzrətləri!
Sizi – Qafqaz müsəlmanlarının liderini, Azərbaycanın görkəmli
dini-ictimai xadimini əlamətdar yubiley – şeyxülislamlıq fəaliyyə­
tinizin 25 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Siz təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün bey­
nəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xa­
dimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, bö­
yük hörmətə və nüfuza sahib olan şəxsiyyətsiniz.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev dini-ictimai fəaliy­
yətinizi yüksək dəyərləndirərək deyirdi: “Müqəddəs dinimiz olan
İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz böl­
gəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxül­
islam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun
Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu
dini qurum İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanla­
rın dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin
həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm
mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycan xalqının azadlıq uğ­
runda mübarizəsində Allahşükür Paşazadənin tutduğu əsl vətən­
daş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi
prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həl­
lində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nü­
mayiş etdirdi”.
Ulu Öndərin xidmətləriniz barədə belə yüksək qiymətini xatırla­
maqla, müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olunmasında,
onun təməllərinin möhkəmləndirilməsində ardıcıl fəaliyyətinizi,
eyni zamanda, dövlət-din münasibətlərinin milli maraqlarımıza
uyğun tənzimlənməsi, cəmiyyətdə vətəndaş birliyinin təmin olun­
ması və dini-mənəvi sabitliyin qorunub saxlanılması işinə verdiyi­
niz töhfəni minnətdarlıq hissi ilə qeyd edirəm. Bu gün ölkəmizin
dünyada tolerantlıq örnəyi kimi tanınmasında və Azərbaycanın
Qafqazda mənəvi mərkəz olaraq qəbul edilməsində Sizin müstəsna
xidmətləriniz vardır.

118

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Çoxillik uğurlu fəaliyyətiniz, dünyada gedən mürəkkəb icti­
mai-siyasi proseslərdə, konfessiyalararası münasibətlərin tənzim­
lənməsi sahəsində yüksək fəallığınız, dini-mənəvi və bəşəri ideal­
lara sadiqliyiniz Sizə, haqlı olaraq, həm ölkəmizdə, həm də xaricdə
böyük hörmət qazandırmışdır. Bir çox beynəlxalq dini təşkilatlar­
da, nüfüzlu elmi-dini mərkəzlərdə Azərbaycanı layiqincə təmsil
edirsiniz. Dini-ictimai xadim kimi Azərbaycan həqiqətlərini, Qara­
bağ probleminin və əsassız erməni iddialarının mahiyyətini dünya
ictimaiyyətinin diqqətinə çatdırır, bütövlükdə Qafqaz regionunda
sülhün və əmin-amanlığın bərqərar olunmasında çoxşaxəli fəaliy­
yət göstərirsiniz.

Möhtərəm Şeyxülislam həzrətləri!
Bu gün Siz həyatınızın kamillik mərhələsini yaşayırsınız.
Əminəm ki, bundan sonra da xalqımızın milli-mənəvi birliyi və
əmin-amanlığı uğrunda yorulmadan çalışacaq, Azərbaycanın şərəf­
li adını daim uca tutacaqsınız. Bu xeyirxah yolda Sizə uzun ömür,
möhkəm cansağlığı arzulayıram.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2005-ci il

119

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

GÜRCÜSTAN PATRİARXI II İLYA İLƏ GÖRÜŞ
Prezident sarayı, 20 dekabr 2005-ci il

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin
şeyxülislam vəzifəsində fəaliyyətinin 25 illiyi münasibətilə Bakıda
keçirilən tədbirdə Gürcüstan Patriarxı II İlyanın iştirakından məm­
nunluğunu bildirən dövlətimizin başçısı Azərbaycan və gürcü xalq­
ları, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, dostluq
münasibətlərinin daim inkişaf etdiyini vurğuladı.

Prezident İlham Əliyev Gürcüstan Patriarxlığı ilə Qafqaz Müsəl­
manları İdarəsi arasında yaranmış gözəl əlaqələrin ölkələrimizin
əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verdiyini nəzərə
çatdırdı.

Patriarx II İlya gürcü xalqı adından dövlətimizin başçısını salam­
ladı, Prezident Mixail Saakaşvilinin ən səmimi arzularını, dərin eh­
tiramını Prezident İlham Əliyevə çatdırdı. O, Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadənin şeyxülislam kimi fəaliy­
yətinin 25 illiyi münasibətilə Bakıda keçirilən tədbirdə məmnun­
luqla iştirak etdiyini vurğuladı.

Prezident İlham Əliyev səmimi salamlara görə minnətdarlığını
bildirdi və onun da salamlarını Gürcüstan Prezidenti Mixail Saa­
kaşviliyə çatdırmağı xahiş etdi.

120

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RUSİYA MÜFTİLƏR ŞURASININ SƏDRİ
RAVİL QAYNUDDİN İLƏ GÖRÜŞ

Prezident sarayı, 20 dekabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Müftilər Şurasının sədri Ravil Qaynuddini qəbul etmişdir.

Dövlətimizin başçısı ilə görüşdən çox məmnun qaldığını bil­
dirən qonaq Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allah­
şükür Paşazadənin şeyxülislam vəzifəsində fəaliyyətinin 25 illiyi
münasibətilə Bakıda keçirilən tədbirdə iştirakını böyük məmnun­
luqla vurğuladı.

Ravil Qaynuddin Rusiyada yaşayan müsəlmanlar adından döv­
lətimizin başçısını salamladı, Şeyxülislam Hacı Allahşükür Paşaza­
dənin keçmiş sovet respublikalarında yaşayan müsəlmanlar arasın­
da hörmət qazandığını bildirdi.

Prezident İlham Əliyev Rusiya Müftilər Şurasının sədri Ravil
Qaynuddinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allah­
şükür Paşazadənin şeyxülislam vəzifəsində fəaliyyətinin 25 illiyi
münasibətilə keçirilən tədbirdə iştirakından məmnun olduğunu
vurğuladı.

121

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ
VƏ BİR QRUP DİN XADİMİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 22 dekabr 2005-ci il

Allahşükür Paşazadə: Bismillahir-rəhmanir-rəhim!
Hörmətli cənab Prezident həzrətləri!
Bu gün bizim üçün həqiqətən də xoş gündür. Sizin iltifatınız,
dini-mənəvi dəyərlərə verdiyiniz qiymət, Sizin xalqımızın milli
ənənələrinə verdiyiniz qiymət göstərir ki, inşallah, Azərbaycanın
mənəvi dəyərləri get-gedə daha da yüksələcəkdir. Azərbaycan həm
iqtisadi, həm mənəvi və həm də tarixi baxımdan yüksəlişdədir və
deyə bilərəm ki, MDB dövlətləri arasında zirvədədir. Ulu Öndəri­
miz Heydər Əliyevə Allah rəhmət eləsin, biz onu yaddan çıxara bil­
mərik. Allah-Təalanın köməyi ilə Azərbaycanı bu səviyyəyə gətirib
çıxaran o olmuşdur və indi Siz, İlham Əliyev həzrətləri bu işi uğur­
la və şərəflə davam etdirirsiniz. Azərbaycan xalqı, onun əksəriyyə­

122

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tini təşkil edən müsəlmanlar, eləcə də din xadimləri, mənəviyyat
sahibləri, elm sahibləri Sizdən çox razıdırlar və Sizə, Azərbaycanın
parlaq gələcəyinə inanırlar. Ona görə də mən elə bilirəm ki, bizim
bugünkü gəlişimiz bir neçə cəhətdən önəmlidir.

Heydər Əliyev həzrətləri ilə bizim görüşlərimiz çox olub, xaricdə
çox olmuşuq. Deyə bilərəm ki, onun mənim həyatımda və şeyxü­
lislamlığın tarixində çox böyük rolu olmuşdur. İnanın, mən bilirəm
və bunu dəfələrlə demişəm, sovet dövlətinin dağıldığı dövr­də mə­
nim Qafqazda şeyxülislamlığı bacarmağım, ancaq və ancaq onun
siyasəti, uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Əvvəllər də
və sonrakı dövrlər də onun mənə tövsiyələri olmuşdur. Mən çox
fəxr edirəm ki, həmişə Ulu Öndərlə bir cəbhədə olmuşam, bir yer­
də olmuşam və ondan bəhrələnmişəm. Bundan sonra da onun töv­
siyələrini axıra qədər yerinə yetirəcəyəm.

Bu gün o, həyatda bizimlə bərabər deyil, amma onun davamçı­
sı İlham Əliyev həzrətləri bizimlədir. Əgər mən bir saat, beş saat
onun yanında olmuşamsa, Siz onun yanında böyümüsünüz, ondan
bəhrələnmisiniz. İndi görün, biz Sizdən nə qədər bəhrələnməliyik,
nə qədər öyrənməliyik. Çünki o, bir dərya idi, biz onun yanında bir
damlayıq. Siz də o dərya ilə damlanın arasındasınız. Ona görə biz
də Sizdən öyrənməyi bacarmalıyıq və öyrənirik.

Onu da deyə bilərəm ki, Heydər Əliyev həzrətləri mənə tövsiyə
etdi ki, Ruhani İdarəsini bir az elmiləşdir, müasirləşdir, oraya elmi
bir nəfəs gətir. Onun tövsiyəsi ilə mən Qafqaz Müsəlmanları İdarəsi
nəzdində Elmi-Dini Şura yaratdım. Bizim Elmi-Dini Şurada din xa­
dimləri də var, çox görkəmli alimlər var, filosoflar da var. Onun beş
nəfəri Sizin prezident seçkilərindəki vəkillərinizdir. Bütün vəkilləri
götürəndə onun iyirmi faizi bizim Elmi-Dini Şuranın payına düşür.
Amma biz o dövrdə də hesab edirdik və indi də hesab edirik ki, biz
hamımız Sizin vəkillərinizik və əlbəttə, indi də bunu davam etdiri­
rik. Həqiqətən də, bunun bəhrəsini görürük. Qafqaz Müsəlmanları
İdarəsinin bütün dünyada məşhur olması da bunu göstərir. Mənim
şeyxülislamlıq fəaliyyətimin 25 illiyində həqiqətən çox fərəhləndim
ki, çağırılmayan insanlar da gəldi. Yəni, mən yüz əlli adam çağırmış­
dım, amma səkkiz yüz adam gəldi. Yəni, özləri bildilər gəldilər. 35
dövlətdən nümayəndələr gəldi və mən bilirəm ki, heç dəvət olunma­

123

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

mış, eşidib gəldilər. Bu özü bir daha göstərir ki, bu gün mənəviyyatı­
mız sağlamdır, göstərilən yol doğru yoldur və inşallah, bu tolerantlıq
yolu ilə də gedəcəyik. Oradakıların hamısı müsəlman deyildi, xris­
tianların, yəhudilərin də nümayəndələri, katolik kilsəsi rəhbərinin
nümayəndəsi də vardı. Bu tolerantlığın bünövrəsini qoyan da Sizin
atanızdır və bu gün də Siz davam etdirirsiniz.

Əlbəttə, mən Sizin məktubunuza görə də öz minnətdarlığımı
bildirmək istəyirəm. Siz hər dəfə mənə müraciət edəndə, hər dəfə
məktub göndərəndə daha çox məsuliyyət hiss edirəm. Daha çox fi­
kirləşirəm ki, Allah-Təala mənə daim imkan yaratsın ki, Azərbay­
canın bütövlüyü üçün, müstəqilliyi üçün və dini-mənəvi dəyərlərin
saxlanması üçün əlimdən gələni edim. Onun üçün də biz bu gün
buradayıq. Şeyxülislamlar çox olub, amma bugünkü, bəhrələnmiş
şeyxülislamlığın bünövrəsini qoyan Heydər Əliyev həzrətləri olub­
dur. Əlbəttə, mən çox arzu edirdim ki, bizim də bir rəmzimiz olsun
ki, o, daim yaşasın və dünyada bilinsin ki, şeyxülislamlıq daimidir,
inşallah, daimi də davam edəcəkdir. Hələ Heydər Əliyev həzrətlə­
rinin dövründə, onun məsləhəti ilə mən “Şeyxülislam” ordenini ya­
ratmışdım. Əlbəttə, bu ordeni ona təqdim etmək nəsib olmadı. Siz
bilirsiniz, Elmi-Dini Şura və Qazılar Şurası belə qərara aldılar ki, və­
fatından sonra, bu ordenlə təltif edilsin.

İkinci bir məclisimiz oldu, bu məclisdə qəti şəkildə bildirildi ki,
bu ordeni yalnız İlham Əliyev həzrətlərinə verəndən sonra başqa­
larına verəcəyik. Bu ordeni ona görə veririk ki, biz Sizinləyik, Sizə
yaxınıq, bizi Sizdən ayırmaq olmaz. Ona görə ki, Siz həqiqət car­
çısısınız, biz də Sizə kömək edən adamlarıq. Müsəlmanlar həmişə
Sizinlədir. Başqa dindarlar da Sizinlədir, həqiqətən, onlar da Sizi
çox istəyirlər. Sizi təkcə müsəlmanlar deyil, Azərbaycanda yaşayan
başqa dinlərdən olanlar, başqa millətlər də çox istəyir. Əgər xalq
bir adamı istəyirsə, həmişə Allah da onu çox istəyir. Mən Sizin bu
yaxınlarda Kəbə evində elədiyiniz niyyətləri, elədiyiniz ibadətləri
də görmüşəm. Siz özünüz üçün dua etmirdiniz, Siz xalq üçün dua
edirdiniz. Mən eşidirdim ki, Qarabağın azad olunması üçün dua
edirdiniz. Ona görə də mən bir daha Sizə təşəkkürümü bildirirəm
və Allaha dua edirəm ki, İlahi Sizin kimi bir Prezidenti bizə bəxş et­
mişdir, Allah-Təala onu saxlasın, ailəsini saxlasın. Gələcəkdə onun
rəhbərliyi ilə Azərbaycanı biz xoşbəxt görək, azad görək. 

124

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İndi də icazə verin, mən Sizə ünvanlanan qərarı oxuyum: 
“Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şu­
rası qərara alır: 
İlham Heydər oğlu Əliyev Ulu Öndər Heydər Əliyev həzrətləri­
nin tarixi ənənələrini uğurla davam etdirərək, Azərbaycan Respub­
likasının dövlət müstəqilliyinin təmin edilməsi, dini, milli-mənəvi
dəyərlərin dirçəldilməsi, ölkədə tolerantlığın bərqərar olunması
sahəsində göstərdiyi dəyərli xidmətlərinə görə “Şeyxülislam” or­
deni ilə təltif edilsin.
Şeyxülislam Allahşükür Paşazadə”.
Sonra Hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevə “Şeyxülis-
lam” ordenini təqdim etdi.
İlham Əliyev: Çox sağ olun, hörmətli Şeyx həzrətləri, əziz dostlar.
Bu yüksək mükafata görə, yüksək ordenə görə, məni təltif etdiyinizə
görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən,
Azərbaycanda gedən proseslər, hökm sürən sabitlik, milli birlik, to­
lerantlıq bizim ölkəmizi daha da gücləndirir. Siz Ulu Öndər Hey­
dər Əliyevin fəaliyyəti haqqında öz fkirlərinizi ifadə etdiniz. Bu,
həqiqətən də belədir. Azərbaycanda normal cəmiyyətin yaranmasın­
da onun müstəsna xidmətləri olmuşdur. Bütün sahələrdə – istər iq­
tisadi potensialın inkişafında, istər xarici siyasətimizin möhkəmlən­
məsində və uğurla aparılmasında, istərsə də ölkəmizin, xalqımızın
dini-mənəvi ənənələrinin inkişafında, onların qorunub saxlanmasın­
da onun çox böyük xidmətləri olmuşdur. Mən bu barədə öz fikirlə­
rimi dəfələrlə bildirmişdim, demişdim ki, hörmətli Şeyx həzrətləri,
Ulu Öndərlə sizin şəxsi dostluğunuz, şəxsi əlaqələriniz Azərbaycan­
da bu gözəl ab-havanın yaranmasında çox mühüm rol oynamışdır.
Biz bu şəraitdə yaşayırıq və bizə bu, bir növ təbii görünür. Amma
başqa ölkələrin təcrübəsinə, tarixinə, bu gününə nəzər salanda görü­
rük ki, Azərbaycanda hökm sürən milli birlik, vətəndaş birliyi, tole­
rantlıq başqa ölkələrdə çox nadir hallarda müşahidə olunur.
Azərbaycan bu baxımdan bir örnək olmalıdır, bir nümunə ol­
malıdır. Bizdə bütün xalqlar, bütün konfessiyaların nümayəndələ­
ri özlərini çox rahat hiss edirlər, eyni, bərabər hüquqa malikdirlər.

125

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Təbii ki, bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Amma ən
önəmlisi odur ki, real həyatda da biz bunu görürük. Heydər Əliyev
siyasi xəttinin davamçısı kimi mən əlimdən gələni edirəm ki, onun
siyasəti, onun müəyyən etdiyi istiqamətlər Azərbaycanda davam
etdirilsin. Böyük qürur hissi ilə deyə bilərəm ki, bütün istiqamətlər­
də biz buna nail olduq. İqtisadi inkişaf baxımından, siyasi proses­
lərin inkişafı baxımından, sabitliyin, milli birliyin möhkəmləndiril­
məsi baxımından Azərbaycanda bu siyasət davam etdirilir.

Əlbəttə ki, həyat yerində durmur, qarşımıza yeni vəzifələr, yeni
çağırışlar çıxır. Dünya dəyişir, bölgəmiz də dəyişir. Məsələn, son iki
il ərzində bizim bölgəmizdə və dünyada çox ciddi proseslər, ciddi
hadisələr baş verir. O hadisələr ki, ölkələrin inkişafına, onların təh­
lükəsizliyinə təsir göstərir. Bu baxımdan Azərbaycanda bu gözəl
ab-havanı qoruyub saxlamaq, Azərbaycanı, sözün əsil mənasında,
əmin-amanlıq, əməkdaşlıq məkanına çevirmək və bunu qoruyub
saxlamaq, bu, əlbəttə ki, hesab edirəm ki, böyük uğurlardır, böyük
nəticələrdir. Tutaq ki, Azərbaycandan, Bakıdan hansı tərəfə – istər
Şimala, istər Cənuba, istər Qərb istiqamətinə, – baxsaq, görərik ki,
bütün istiqamətlərdə yeni təhlükələr ortaya çıxır. Yeni münaqişə
ocaqları yaranır. Azərbaycanın coğrafi və geosiyasi vəziyyəti elə­
dir ki, bölgədə gedən proseslər bizim təhlükəsizliyimizə və inkişa­
fa təsir edə bilər. Ona görə bu mümkün olan risklərin azaldılması,
bölgədəki bütün ölkələrlə normal əlaqələrin qurulması və davam
etdirilməsi bizim təhlükəsizlik şəraitində yaşamağımızı təmin edir.
Ölkə Prezidenti kimi mənim əsas vəzifəm budur ki, Azərbaycanda
sabitlik davam etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın və bi­
zim milli maraqlarımız təmin olunsun və ölkəmiz möhkəmlənsin,
güclənsin. Bu da var, bunu bütün istiqamətlərdə müşahidə edirik.
Yenə də deyirəm, mən çox şadam ki, bizim nəzərdə tutduğumuz
bütün proqramlar öz həllini tapır.

Hər bir ölkənin normal inkişafı üçün, bütün siyasi, iqtisadi və
başqa amillərlə yanaşı, milli-mənəvi dəyərlər də çox əhəmiyyətli
yer tutur. Ulu Öndər Heydər Əliyev istər 1970-ci illərdə, istərsə də
1990-cı illərdə müstəqil Azərbaycanın Prezidenti kimi öz fəaliy­
yətində milli-mənəvi dəyərlərə həmişə böyük diqqət göstəribdir.
Çünki çox gözəl başa düşürdü ki, ölkəmizin inkişafı məhz dərin

126

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tarixi, mədəni və dini köklər üzərində qurulmalıdır. Müstəqil Azər­
baycanın uğurları, bu istiqamətdə atılmış addımlar ölkəmizi daha
da möhkəmləndirir. Biz öz tariximizə qayıtdıq. Öz ənənələrimizi
davam etdiririk və mənəvi cəhətdən bizim cəmiyyətimiz çox sağ­
lamdır. Bizim millətimizə xas olan bu gözəl ənənə davam etdirilir.
Bizim xalqımız, Azərbaycanın bütün vətəndaşları bundan bəhrələ­
nirlər.

Bu baxımdan, əlbəttə ki, Qafqaz Müsəlmanları İdarəsinin fəa­
liyyəti, bütün Qafqazın Şeyxi kimi sizin fəaliyyətiniz, bizim ölkə­
mizi daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın beynəlxalq
mövqelərini möhkəmləndirir.

Bu günlərdə sizin fəaliyyətinizin 25 illik yubileyi qeyd olunurdu.
Əfsuslar olsun ki, o gün mən Naxçıvanda idim. İran İslam Respub­
likasının Prezidenti oraya səfər edirdi. Ona görə mən Naxçıvana
səfəri təxirə sala bilmədim. Ancaq məktubumda öz ürək sözləri­
mi ifadə etdim. Ondan sonra, axşam Naxçıvandan qayıdarkən si­
zinlə görüşdük, mən sizi təbrik etdim və qonaqlarla da görüşdüm.
Məni də həm sevindirir, həm də bütövlükdə gözəl bir göstəricidir

127

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ki, dünyanın müxtəlif ölkələrindən çox dəyərli insanlar, böyük dini
rəhbərlər sizi təbrik etmək üçün Azərbaycana gəlmişdilər. Bu, sizə
olan böyük hörmətin nəticəsidir, böyük məhəbbətin əlamətidir. Əl­
bəttə ki, bu, bizim ölkəmizə də çox böyük bir dayaqdır. Bizim ölkə­
mizin mövqelərini möhkəmləndirir.

Mən Gürcüstan Patriarxı və Rusiya Müftilər Şurasının rəhbəri ilə
görüşlərimdə onu vurğuladım ki, biz fəxr edirik ki, bütün Qafqa­
zın Şeyxi azərbaycanlıdır, Azərbaycan nümayəndəsidir. O görüşlər
əsnasında bir daha gördüm ki, onlar sizə lider kimi, mənəvi rəhbər
kimi baxırlar. Bunu mən başqa tədbirlərdə də müşahidə etmişəm.
Biz sizinlə birlikdə bir neçə beynəlxalq tədbirlərdə iştirak etmişik.
Vatikanda, ondan sonra Səudiyyə Ərəbistanında səfərlərdə, son İs­
lam Konfransı Təşkilatının Məkkə şəhərində keçirilmiş zirvə görü­
şündə yenə birlikdəydik. Orada mən müxtəlif dinlərin nümayən­
dələrinin sizə olan hörmət və ehtiramını gördüm. Bu, böyük bir
nailiyyətdir. Əlbəttə ki, həm sizin şəxsi nailiyyətinizdir, həm də
bütün Azərbaycan xalqının nailiyyətidir. Çünki bu, bizim ölkəmizi,
millətimizi daha da gücləndirir. Ona görə mən bir daha sizi yubiley
münasibətilə təbrik etmək istəyirəm.

Bizim gələcəkdə çoxlu işlərimiz var. Bilirsiniz ki, bu son müddət
ərzində bir neçə layihə üzərində birlikdə işləyirik. Həm Bibiheybət
məscidinin tikintisi başa çatdırılmalıdır, həm də Təzəpir məscidi
əsaslı təmir olunmalıdır və artıq bu yaxınlarda işlər başlanacaqdır.
Biz mart ayında Məkkədə olarkən, müqəddəs Kəbədə dua edərkən,
– siz onu bilirsiniz, – niyyət eləmişdim ki, Bakıda yeni, böyük,
əzəmətli məscid tikilsin. Artıq ilkin işlər başlanmışdır, yer müəy­
yən edilmişdir, indi orada hazırlıq işləri gedir, layihə üzərində iş­
ləyirlər. Mən tapşırıq verdim ki, o, sizə də təqdim olunsun. Ondan
sonra birlikdə baxarıq və Elmi-Dini Şura ilə bərabər öz iradlarınızı
verərsiniz. Mən istəyirəm ki, çox möhtəşəm, əzəmətli, yeni məscid
tikilsin və bütün müsəlmanlar bundan bəhrələnsinlər.

Yenə də bu yüksək mükafata görə sizə təşəkkür edirəm.

128

2006

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN
PRAVOSLAV XRİSTİAN İCMASINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristianlarını müqəddəs Milad bayra­
mı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı
yetirirəm.
Azərbaycanda tarixən ayrı-ayrı dinlər qarşılıqlı hörmət və
əmin-amanlıq şəraitində mövcud olmuş və bu gün də dinc, yanaşı
fəaliyyət göstərməkdədir. Qeyd etmək xoşdur ki, İslam dini özün­
dən əvvəlki dinlərə və səmavi kitablara, o cümlədən Xristianlığa
yüksək ehtiramla yanaşaraq, zaman-zaman insanlar arasında başqa
etiqad və inanclara qarşı yüksək dözümlülük, səbirli münasibət
duyğuları aşılamışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kə­
rimdə İsa peyğəmbər və onun mövludundan məhəbbətlə bəhs edilir
ki, bu da dinlərimiz arasında ənənəvi xoş münasibətlərin sarsılmaz
təməllər üzərində bərqərar olduğunu göstərir.
Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycanda
heç vaxt milli-dini ayrı-seçkilik hallarına yol verilməmiş, burada
yaşayan bütün xalqlar öz dil və mədəniyyətini, dini etiqadını, milli
adət-ənənələrini qoruyub saxlayaraq, daha da inkişaf etdirmişlər.
Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bü­
tün vətəndaşlarımız kimi, pravoslav xristianlar da respublikamızda
yaradılmış demokratik-hüquqi şəraitdən, insan hüquq və azadlıqla­
rından hərtərəfli yararlanmaqla, Azərbaycanda gedən tarixi yeniləş­
mə və müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak edir,
vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Əziz bacı və qardaşlar!
Hər il böyük təntənə ilə qeyd etdiyiniz İsa peyğəmbərin Mövlu­
du günü yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət bayramıdır. Bu
əziz gündə bir daha sizə möhkəm cansağlığı, ailələrinizə səadət və
əmin-amanlıq arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2006-cı il

130

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşla­
rımızı müsəlmanların həmrəylik və qardaşlıq günü olan müqəddəs
Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən
səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağa­
ları şəraitində yaşamalı olsa da, heç vaxt tarixi köklərindən ayrı düş­
məmiş, milli adət-ənənələrini, dini etiqadını, inanc və mərasimləri­
ni günümüzəcən qoruyub saxlamışdır. Bu gün demokratik-hüquqi
prinsiplərin, din və vicdan azadlığının bərqərar edildiyi müstəqil
Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd olu­
nan Qurban bayramı da belə əbədiyaşar adətlərimizdəndir.
Yüz illərdir ki, xalqımız Uca Tanrının İslamı bir din kimi tamamla­
yıb insanlar üçün hidayət yolu seçdiyi mübarək günü böyük təntənə
ilə bayram edir, özünün İlahi kəlama, bəşəri ideallara, milli-mənəvi
dəyərlərə bağlılığını və sadiqliyini ürək açıqlığı ilə nümayiş etdirir.
İnsanlar arasında şəfqət və mərhəmət duyğularının, humanizm
və qardaşlığın rəmzi olan Qurban bayramı, eyni zamanda, müsəl­
manların xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır ol­
maq şərəfinin təcəssümüdür.
Bu müqəddəs bayram günlərində respublikamızın daha da
tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün etdiyiniz dua və
niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlü­
yü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir
daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm.
Əmin olduğumu bildirirəm ki, builki mübarək Qurban bayramı da
ölkəmizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənə­
sinə çevriləcəkdir.
Əziz bacı və qardaşlarım!
Bu əziz gündə sizə Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə
xoşbəxtlik, evlərinizə xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 yanvar 2006-cı il

131

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüzün ildönümü münasibətilə Sizi və Sizin si­
manızda bütün katolikləri öz adımdan və Azərbaycan xalqı adın­
dan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vatikan əlaqələrinin inkişafı, dostluq
və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsi üçün
bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, ümumbəşəri dəyərlərin təntənəsi na­
minə ali xidmətinizdə uğurlar, həmməzhəblərinizə əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2006-cı il

132

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAX-İNGİLOY KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ
12 aprel 2006-ci il

Kəndin sakinləri Prezident İlham Əliyevi və ailə üzvlərini böyük
səmimiyyətlə qarşıladılar. Onlar Prezidentə müraciətlə dedilər ki,
burada özlərini Azərbaycanın tamhüquqlu vətəndaşları kimi hiss
edirlər, heç vaxt ayrı-seçkilik hiss etməmişlər, tarix boyu qonşular­
la qardaş kimi yaşamışlar, doğma Vətənimizin inkişafı, tərəqqisi
üçün hər zaman öz köməklərini əsirgəmirlər. İngiloylar Ümummil­
li Lider Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, onların rahat
yaşayışı üçün yaradılmış bu şəraiti dahi şəxsiyyətin məqsədyönlü
fəaliyyətinin nəticəsi hesab edirlər. Azərbaycan Prezidenti İlham
Əliyevin bu siyasi xətti uğurla davam etdirməsini ürəkdən bəyənir­
lər və onu daim dəstəkləyəcəklər.

Prezident İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinin
bundan sonra da ardıcıl davam etdiriləcəyini vurğuladı, ölkəmizdə
yaşayan bütün milli azlıqların hüquqlarının qorunmasına, dini to­
lerantlığın saxlanmasına daim diqqət yetiriləcəyini bildirdi. Qonşu
Gürcüstanla Azərbaycan arasında münasibətlərin son illər daha da
inkişaf etdiyini, xalqlarımızın rifahı naminə birgə regional layihələ­
rin həyata keçirildiyini, Prezident Saakaşvili ilə aralarında sıx dost­
luq münasibətlərinin olduğunu, qonşu ölkəyə səfər edərkən orada
azərbaycanlılar yaşayan kəndlərə gedib güzəranları ilə yaxından
tanış olduğunu vurğuladı. Prezident İlham Əliyev Gürcüstan Pre­
zidentinin ölkəmizə növbəti səfəri zamanı onu buraya gətirəcəyini
vəd etdi.

133

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS GEORGİ KİLSƏSİ İLƏ TANIŞLIQ
12 aprel 2006-ci il

Kilsənin keşişi Prezident İlham Əliyevi, xanımını və qızını səmi­
miyyətlə qarşıladı, bildirdi ki, XIX əsrdə tikilmiş bu ibadətgahda
dini ayinlərin icrası üçün hər cür şərait yaradılmışdır. Kilsə həm də
tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri kilsəyə daxil
olub burada şam yandırdılar, Allaha dua etdilər.

Prezident İlham Əliyevə məlumat verildi ki, Qax rayonunda 7
minə yaxın gürcü yaşayır. Onların adət-ənənələrinə həmişə hör­
mətlə yanaşılır, dini tolerantlıqdan razıdırlar və Azərbaycan dövlə­
tinin, Prezidentin siyasətini bəyənirlər.

Kilsənin keşişi görüşdən xatirə olaraq Prezidentə İncil bağışladı.

134

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCAN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bü­
tün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər biri­
nizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Vicdan və dini etiqad azadlığının bərqərar edildiyi müstəqil Azər­
baycan Respublikasında davamlı tolerantlıq mühiti, müxtəlif kon­
fessiyaların çoxəsrlik ənənələrə söykənən azad və dinc yanaşı fəa­
liyyəti, dini-milli adət-ənənələrin, bayram və mərasimlərin qorunub
saxlanması günümüzün gerçəkliyidir. Pasxa bayramı da hər il res­
publikamızda geniş qeyd olunan belə dini mərasimlərdəndir.
Ölkəmizin xristian icması Azərbaycanın müstəqilliyinin möh­
kəmləndirilməsi, hüquqi, demokratik dövlət quruculuğu prosesinin
uğurla həyata keçirilməsi işində böyük əzmkarlıq və əsil vətəndaşlıq
mövqeyi nümayiş etdirir. Ümidvaram ki, dilindən, dinindən və etnik
mənsubiyyətindən asılı olmayaraq, respublikamızın bütün vətən­
daşları doğma vətən qarşısında övladlıq borcunu bundan sonra da
ləyaqətlə yerinə yetirəcək, Azərbaycanın daha da tərəqqisi, xoşbəxt
gələcəyi naminə səy və bacarıqlarını əsirgəməyəcəklər.
Pasxa əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət bayramıdır.
Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət
gətirsin.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2006-cı il

135

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Tarix boyu bir çox milli fəlakətlərlə üzləşmiş yəhudi xalqı İkinci
Dünya müharibəsi zamanı ağır soyqırımı siyasətinə məruz qalmış,
uşaqlara, qadınlara, qocalara belə aman verilmədən milyonlarla yə­
hudi faşizmin günahsız qurbanına çevrilmişdir.
1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının bu dəhşət­
li qırğına, milli-dini ayrı-seçkiliyə qarşı tarixi etiraz aksiyası və öz
milli haqları uğrunda qeyri-bərabər ölüm-dirim savaşına qalxma­
sı insan ləyaqətinin faşizm və zorakılıq üzərində mənəvi qələbəsi
kimi tarixə düşmüşdür. Hər il bütün mütərəqqi bəşəriyyət bu ha­
disəni – Yəhudi Xalqının Müsibəti və Qəhrəmanlığı Gününü böyük
ehtiramla və ürək ağrısı ilə yad edir.
Faşizmin yəhudi xalqına qarşı həyata keçirdiyi qanlı soyqırımı
siyasətinə vaxtında layiqli siyasi-hüquqi qiymət verilsə də, faciə­
nin dəhşətləri, milyonlarla günahsız insanın şikəst taleləri hələ də
ürəkləri göynətməkdə, tarixin yaddaşında qara ləkə kimi yaşamaq­
dadır. Təəssüf ki, belə cinayətlər bu gün də təkrar olunur. XX əsrin
sonlarında Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza
qarşı törədilmiş deportasiya və soyqırımı cinayətləri, qanlı terror və
kütləvi qətliamlar, misli görünməmiş Xocalı müsibəti beynəlxalq
aləmin gözü qarşısında baş vermiş və hələ də ədalətli qiymətini al­
mamışdır.
Biz yəhudi xalqının yaşamış olduğu milli bəlaları xatırlamaqla,
hazırda bəşər sivilizasiyasını təhdid edən hər cür zorakılığı, mil­
li-irqi ayrı-seçkiliyi, etnik-dini dözümsüzlüyü, soyqırımı və terror
cinayətlərini qətiyyətlə pisləyir, dünyada sülh və təhlükəsizlik na­
minə bütün mütərəqqi qüvvələrlə əməkdaşlığa hazır olduğumuzu
bir daha bəyan edirik.

Əziz həmvətənlər!
Azərbaycanda tarixən dilindən, dinindən, etnik mənsubiyyə­
tindən asılı olmayaraq, bütün xalqlar mehriban ailə kimi yaşamış,

136

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bir-birinin dərdinə, sevincinə ortaq olmuşlar. Yəhudi xalqının milli
hüzn günündə Azərbaycan xalqı adından kədərinizə şərik olduğu­
mu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəh­
mət diləyirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2006-cı il

137

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKANIN DÖVLƏTLƏRLƏ ƏLAQƏLƏR ÜZRƏ
DÖVLƏT KATİBİ ARXİYEPİSKOP COVANNİ LAYOLONUN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 22 may 2006-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vatikanın
dövlətlərlə əlaqələr üzrə dövlət katibi arxiyepiskop Covanni Layo­
lonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyevin Vatikan dövlətinə səfərinin uğurla
keçdiyini bildirən arxiyepiskop Covanni Layolo dövlətimizin baş­
çısı ilə görüşünü məmnunluqla xatırlatdı. Qonaq Roma Papası Za­
ti-müqəddəsləri XVI Benediktin salamlarını Prezident İlham Əli­
yevə çatdırdı.
Dövlətimizin başçısı İlham Əliyev Vatikana səfərinin səmərəli
keçdiyini vurğuladı, Zati-müqəddəsləri XVI Benediktin salamları­
na görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papası­
na çatdırmağı xahiş etdi.

138

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Əziz həmvətənlər!
Yəhudi xalqının qədim milli bayramlarından olan Roş-Ha-Şana –
Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd edirəm ki, bu günAzərbaycanda milli-etnik
və dini tolerantlıq mühiti hakimdir. Ölkəmiz bu cəhətdən bir çox dövlət­
lər üçün nümunə ola bilər. Bu bizim tarixi nailiyyətimiz olmaqla xalqı­
mızın mütərəqqi ənənələri, zəngin milli-mənəvi dəyərləri, humanizmi
ilə bağlıdır. Azərbaycanın yəhudi icmasına dövlətimizin, xalqımızın və
vətəndaşların səmimi dostluq və qayğıkeş münasibəti bunun əyani sü­
butudur. Müstəqil Azərbaycan dövləti mütərəqqi tarixi ənənələrinə və
müasir beynəlxalq normalara uyğun olaraq milli azlıqların, o cümlədən
yəhudi icmasının sosial-iqtisadi və mədəni ehtiyaclarına daim diqqət və
qayğı göstərmiş və bu siyasəti bundan sonra da davam etdirəcəkdir.
Əsrlər boyu Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması
xalqımızın və cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir. Yəhudi vətən­
daşlarımız həmişə Azərbaycan xalqının yanında olmuş, onun sevincini
də, kədərini də bölüşmüşlər. Yəhudi icmasının təmsilçiləri ölkəmizin
tamhüquqlu vətəndaşları kimi iqtisadi, sosial-mədəni və ictimai-siyasi
həyatın bütün sahələrində yaxından iştirak edir, eyni zamanda, Azər­
baycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin
beynəlxalq əlaqələrinin inkişafına layiqli kömək göstərirlər.
Yeniləşmə və mənəvi saflıq bayramı olan Roş-Ha-Şana hər il Azər­
baycanda yəhudi icması tərəfindən təntənə ilə qeyd olunur. Bu əziz
gün münasibətilə sizi bir daha səmimi qəlbdən təbrik edir, ailələrinizə
əmin-amanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2006-cı il

139

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TƏZƏPİR MƏSCİDİNDƏ VƏ ONUN ƏRAZİSİNDƏ
APARILAN TƏMİR-TİKİNTİ VƏ ABADLIQ
İŞLƏRİ İLƏ TANIŞLIQ

21 sentyabr 2006-cı il

Dövlətimizin başçısını burada Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ehtiramla qarşıladı.

Prezidentə məlumat verildi ki, məscidin ərazisində aparılan
təmir-tikinti işlərinə bu il iyunun 10-dan başlanmışdır. Burada
Qafqaz Müsəlmanları İdarəsinin və İslam Universitetinin inzibati
binaları, qonaq evi yerləşəcəkdir. Üç korpusdan ibarət olacaq yeni
kompleksin mərkəzində 900 kvadratmetrlik konfrans salonu tikilə­
cəkdir. Qurbangah, namazgah və yardımçı otaqlar da olacaqdır.
Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir.
“İnam H” şirkəti tərəfindən hazırda 6 min kvadratmetr ərazidə ti­
kinti işləri yerinə yetirilir.

Prezident İlham Əliyev əvvəlcə Təzəpir məscidinin daxilində
aparılacaq təmir işləri ilə maraqlandı, milli memarlıq üslubunda
hazırlanmış ayrı-ayrı layihələrə baxdı. Dövlətimizin başçısına mə­
lumat verildi ki, məscidin daxilindəki əsas çilçırağın çəkisi çox ağır
olduğu üçün dəyişdiriləcək, işıqlandırma sistemi müasir üslubda
qurulacaqdır. Tavan və divar suvaqları ilkin memarlıq nümunələ­
ri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdiriləcək,
Qurani-Kərimin ayələrindən yazı-naxışlar, xüsusi dini emblemlər
və rəmzlərlə bəzədiləcəkdir. Qapı-pəncərələr də dəyişdiriləcəkdir.
Bildirildi ki, 1926-cı ildən məscid kinoteatr kimi istifadə olunduğu
üçün binanın daxili quruluşu dəyişdirilmiş, qədimilik əlamətləri
itirilmişdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra məscid bir neçə
dəfə təmir edilmiş, lakin Bakıda baş vermiş sonuncu güclü zəlzələ
nəticəsində divarlarda çatlar əmələ gəlmişdir.

Dövlətimizin başçısı məscidin bütünlüklə əsaslı təmir olunma­
sının, işıqlandırma sisteminin milli üslub qorunub saxlanılmaqla
dəyişdirilməsinin zəruriliyini bildirdi.

140

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Sonra Azərbaycan Prezidenti məscidin ərazisində aparılan tikin­
ti işlərinin gedişi ilə maraqlandı.

Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin mil­
li, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmiz­
də dini ocaqlara diqqət və qayğısını yüksək qiymətləndirdi. Eyni
zamanda, bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin burada yer­
ləşən əvvəlki binası, mədrəsə və ətrafdakı bəzi evlər sökülmüşdür.
Üç aydan artıqdır inşaat işləri aparılır. Bütün işlər 2008-ci ilin bi­
rinci rübünədək başa çatdırılacaqdır. Təmir-tikinti işlərinə 8,2 mil­
yon dollar sərf olunacaqdır. Əlavə layihələr də nəzərdə tutulubdur.
Universitet binası genişləndiriləcək, ərazidə bütün kommunikasiya
sistemi yenidən qurulacaqdır. Bütün bu işlər dövlətimizin başçısı­
nın təşəbbüsü və dəstəyi ilə aparılır.

Prezident İlham Əliyev ətraf ərazini gəzdi, yolların, küçələrin
genişləndirilməsinin, məscidin xarici görünüşünə xüsusi diqqət ye­
tirilməsinin zəruriliyini söylədi.

Sonra dövlətimizin başçısı məscidin ərazisində tikilən sahələrin
layihəsinə, məscidin əvvəlki və üç tərəfdən yeni görünüşünün şə­
killərinə, tikintidə istifadə olunan mərmər və daşların nümunələ­
rinə baxdı.

Qafqaz Müsəlmanları İdarəsinin, İslam Universitetinin inzibati
binaları və qonaq evi bir-birinə bitişik olacaqdır. Burada 100-dək
avtomobilin saxlanması üçün yeraltı dayanacaq da tikiləcəkdir.

Prezident İlham Əliyev bütün fasadların xüsusi daşlarla üzlən­
məsinin, əsasən yerli materiallardan istifadə olunmasının, məs­
cid-kompleksin, eləcə də şəhərdə tikilən binaların daha yaraşıqlı
görünməsinə xüsusi fikir verilməsinin vacibliyini bildirdi. O, Təzə­
pir məscidinin ümumi görünüşünün xüsusi əhəmiyyət daşıdığını
vurğuladı, məscidin günbəzinin yenidən qurulması, bu istiqamətə
gələn əsas yolların genişləndirilməsi, müasir işıqlandırma sistemi ilə
təmin olunması, ətrafdakı bəzi sakinlərin köçürülməsi və abadlıq iş­
lərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə
müvafiq tövsiyə və tapşırıqlarını verdi.

141

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜSƏLMAN ÖLKƏLƏRİNİN RESPUBLİKAMIZDAKI
SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

19 oktyabr 2006-cı il

İlham Əliyev: Hörmətli səfirlər, mən sizin hamınızı qarşıdan
gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik
edirəm, xahiş edirəm ki, mənim təbriklərimi təmsil etdiyiniz ölkələ­
rin dövlət və hökumət başçılarına çatdırasınız. Ramazan bayramı
ölkəmizdə dövlət bayramı kimi Azərbaycan öz dövlət müstəqilli­
yini bərpa etdikdən sonra qeyd olunur. Buna baxmayaraq, bütün
dövrlərdə bu bayram Azərbaycanda çox əziz bayram olmuşdur.
Azərbaycanda yaşayan insanlar bütün dövrlərdə bu bayramı ge­
niş qeyd etmişlər və bu gün bir daha demək istəyirəm ki, müstəqil
dövlət kimi ölkəmizdə bu bayram hər bir azərbaycanlı üçün çox
əziz bayramdır.

İndi Azərbaycan müstəqil bir dövlət kimi yaşayır və İslam ölkələ­
ri ilə çox fəal əlaqələrimiz vardır. Biz bütün beynəlxalq məsələlərdə
çox geniş əməkdaşlıq edirik. İslam Konfransı Təşkilatının fəal üzvü
olan Azərbaycan öz xarici siyasətində bu istiqaməti həmişə diqqət
mərkəzində saxlayır. Bildiyiniz kimi, bu il Azərbaycanda İslam
Konfransı Təşkilatının xətti ilə iki çox əhəmiyyətli tədbir – xarici işlər
və turizm nazirlərinin toplantıları keçirilmişdir. Bu onu göstərir ki,
Azərbaycan çox çalışır İslam dünyasında öz yerini möhkəmləndirsin
və İslam həmrəyliyinin möhkəmlənməsinə töhfəsini versin.

Təmsil etdiyiniz ölkələrlə də bizim çox işgüzar, səmimi müna­
sibətlərimiz var. Mən təmsil etdiyiniz ölkələrin tam əksəriyyətinə
səfərlər etmişəm və sizin ölkələrinizin dövlət və hökumət başçıları
Azərbaycana səfərlər etmişdir. İkitərəfli formatda əlaqələrimiz çox
uğurludur və bizim üçün çox əhəmiyyətlidir. Bizim əməkdaşlığı­
mız, birgə səylərimiz ikitərəfli əlaqələrin inkişafı üçün vacibdir,
həm də regionda gedən proseslərə çox böyük təsir göstərir, bizi na­
rahat edən problemlərin həlli üçün də önəmlidir. Deyə bilərəm ki,
bütün sahələrdə bizim aramızda qarşılıqlı anlaşma, böyük hörmət
var, bizi dostluq qardaşlıq münasibətləri bağlayır.

142

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində də sizin ölkələrinizin dəstə­
yi bizim üçün çox vacibdir. Bu dəstəyə görə mən sizə və bütövlük­
də bütün İslam dünyasına öz minnətdarlığımı bildirmək istəyirəm.

Çünki İslam Konfransı Təşkilatının qərarlarında, qətnamələrin­
də bu məsələyə çox ciddi münasibət göstərilir, Azərbaycanın haqq
işi dəstəklənir. Əlbəttə ki, bu, bizim mövqeyimizi daha da möh­
kəmləndirir. Bütün müsəlman ölkələri bir-birinə dayaq olmalıdır,
lazım olan halda bir-birinə kömək etməlidir. İslam həmrəyliyi hər
bir ölkənin möhkəmlənməsində öz rolunu oynayır və əminəm ki,
bizim aramızda olan qardaşlıq, dostluq əlaqələri gələcəkdə daha da
möhkəmlənəcəkdir.

İslam Konfransı Təşkilatının da son zamanlardakı fəaliyyəti çox
uğurludur, təşkilat öz nufuzunu, dünya birliyində öz çəkisini artı­
rır. Əlbəttə ki, təşkilatın uğurlu fəaliyyəti onun üzvü olan ölkələrin
təşkilata olan münasibətinin nəticəsidir. Azərbaycan bu baxımdan
İKT-də çox fəal iştirak edir və biz çalışırıq ki, İslam dünyasını nara­
hat edən bütün məsələlərin həllində fəal rol oynayaq.

Əziz dostlar sizi qarşıdan gələn bu böyük bayram münasibətilə
bir daha ürəkdən təbrik edirəm. Bir daha xahiş edirəm ki, mənim
ən səmimi salamlarımı dövlət və hökumət başçılarına çatdırasınız,
təmsil etdiyiniz ölkələrin xalqlarına mənim hörmət, məhəbbətimi
çatdırasınız. Sağ olun.

Andar Şukputov (Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyət-
li səfiri): Hörmətli cənab Prezident, ilk növbədə, bütün müsəlman­
lar üçün müqəddəs olan Ramazan bayramı münasibətilə səmimi
təbriklərimizi qəbul edin. İcazə verin, bununla əlaqədar müsəlman
dövlətlərinin burada olan bütün səfirləri adından Sizi və Sizin si­
manızda bütün qardaş Azərbaycan xalqını təbrik edim, sülh, fira­
vanlıq və tərəqqi arzulayım. Sizin yeritdiyiniz xətt ölkənin iqtisadi
sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möh­
kəmlənməsinin təmin olunmasına kömək edir. Fəal və tarazlı xarici
siyasət beynəlxalq aləmdə də dəstəklənir. Ona görə də qeyd etmək
xoşdur ki, müsəlman dünyası və müsəlman dövlətləri ilə əmək­
daşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan,
haqlı olaraq, müsəlman birliyinin layiqli hörmətini qazanmışdır.

143

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bu il İslam Konfransı Təşkilatı çərçivəsində bir sıra mühüm tədbir­
lər keçirilməsi buna parlaq sübutdur.

Təxminən 2 milyard nəfər əhalisi olan müsəlman ölkələrini öz
sıralarında birləşdirən bu nüfuzlu beynəlxalq təşkilata il ərzində
Azərbaycanın sədrlik etməsi münasibətilə Sizi təbrik edirik. Bu­
nunla əlaqədar xüsusi vurğulamaq istərdim ki, İKT-nin üzvü olan
ölkələrin xarici işlər nazirlərinin 33-cü konfransı və turizm nazirlə­
rinin 5-ci konfransı bu il Bakıda təşkilati baxımdan ən yüksək sə­
viyyədə keçirilmişdir. Bu çox mühüm beynəlxalq tədbirlərdə qəbul
olunmuş yekun sənədləri planetimizdə sülhün və sabitliyin qoru­
nub saxlanması üçün müsəlman ümmətinin ümumi səylərinin bir­
ləşdirilməsinə kömək etmişdir.

10 müsəlman dövlətinin daxil olduğu İqtisadi Əməkdaşlıq Təş­
kilatı ölkələrinin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş
9-cu zirvə toplantısı region çərçivəsində əməkdaşlığa əlavə təkan
vermişdir. Ümumiyyətlə, cari il mühüm hadisələr baxımından
Azərbaycan üçün çox əlamətdar və zəngin olmuşdur. Yaranması
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə
bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilib başa çatdı­
rılması, şübhəsiz, Azərbaycanın daha böyük iqtisadi tərəqqisinə,
inamlı inkişafına kömək edəcəkdir.

Hörmətli cənab Prezident, Siz Dağlıq Qarabağ probleminin ni­
zama salınması prosesində mühüm addımlar atırsınız. Bununla
əlaqədar ümidvar olduğumuzu bildiririk ki, çoxillik münaqişə dip­
lomatik yolla, beynəlxalq normalara uyğun olaraq Azərbaycan Res­
publikasının ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir. İslam
ölkələri həmişə Azərbaycanın mövqeyini dəstəkləyirlər və əminik
ki, bu, gələcəkdə də davam etdiriləcəkdir.

Hörmətli cənab Prezident, çıxışımın sonunda, icazə verin, səmi­
mi qəbula görə həmkarlarım adından Sizə bir daha təşəkkür edim,
Sizə və ailənizə xoşbəxtlik və firavanlıq, yüksək dövləti fəaliyyə­
tinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və
tərəqqi arzulayım.

Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev: Sağ olun.

144

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

20 oktyabr 2006-cı il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Əziz dostlar!
Ramazan bayramı ərəfəsində bizim görüşlərimiz ənənəvi xarak­
ter alır. Şeyx həzrətləri öz çıxışında qeyd etdi ki, mən prezident və­
zifəsinə seçiləndən sonra bizim aramızda belə bir söhbət olmuşdu,
Şeyx həzrətləri maraqlanmışdı ki, bu görüşlərdə iştirak edəcəyəm,
yoxsa yox. Mən isə dedim ki, heç bir vəzifədən asılı olmayaraq, bi­
zim dostluğumuz da yerindədir, bir-birimizə olan hörmət də, mü­
nasibətlərimiz də yerindədir. Ən önəmlisi budur. Hər bir vəzifə
müvəqqətidir. İnsani münasibətlər, səmimi ünsiyyət – bu amillər
insanları daha da zənginləşdirir. Məhz buna görə, bu münasibət­
lərə görə və bütövlükdə bu gün səslənən fikirlərə görə indi Azər­
baycanda çox gözəl ab-hava var.
Din xadimlərinin çıxışlarında Azərbaycanda hökm sürən
əmin-amanlıq, dini, milli tolerantlıq öz əksini tapmışdır. Bu,
həqiqətən də belədir. Çıxışlarda səslənən fikirlər tam həqiqətdir.
Bu gün Azərbaycanın uğurlu inkişafı bütün başqa amillərlə yanaşı,
məhz bu amildən asılıdır. Azərbaycanın hərtərəfli inkişafı, Azər­
baycanda vətəndaş cəmiyyətinin formalaşması və möhkəmlənməsi
üçün mütləq və mütləq millətlərarası dialoq möhkəmlənməlidir.
Azərbaycan çoxmillətli ölkədir. Biz başqa ölkələrdən, qonşu ölkə­
dən fərqli olaraq monodövlət deyilik. Azərbaycanda müxtəlif mil­
lətlərin və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, ölkəmi­
zin inkişafı üçün çox mühüm bir amildir. Bu, bir tərəfdən insanla­
rın ürəyindən gələn bir duyğudur, bir tələbdir, digər tərəfdən, din
xadimlərinin fəaliyyətidir və əlbəttə ki, dövlət siyasətidir. Azərbay­
canın hansı istiqamətdə inkişaf edəcəyi bu üç əsas amildən asılıdır.

145

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mən çox şadam ki, ölkəmizdə bütün sahələrdə irəliləyiş, inkişaf
var. Həm iqtisadi sahədə, həm Azərbaycanın dünyadakı mövqelə­
rinin möhkəmlənməsi işində və əlbəttə ki, ictimai proseslərin inki­
şafında da çox müsbət meyillər vardır. Bu siyasətin indiki vəziy­
yətinin təməlində Ulu Öndər Heydər Əliyevin qoyduğu yol daya­
nır. Məhz Azərbaycan üçün ən çətin, ən ağır illərdə, 1990-cı illərin
əvvəllərində onun cəsarətli addımları, uzaqgörənliyi, müdrikliyi,
siyasi təcrübəsi Azərbaycanı böyük bəlalardan xilas etdi, inkişaf
yoluna çıxardı. Bu gün biz hamımız, onun davamçıları, onun silah­
daşları bu yolu davam etdiririk.

Əlbəttə, həyat yerində durmur, qarşımıza yeni vəzifələr çıxır,
yeni çağırışlar meydana çıxır. Dünyada gedən proseslər istər-
istəməz Azərbaycana da öz təsirini göstərir. Amma eyni zamanda,
Azərbaycanın möhkəmlənməsi və güclənməsi ona gətirib çıxarır
ki, ölkəmizdə gedən proseslər artıq bölgədə öz təsirini göstərmək­
dədir. Azərbaycan müstəqil ölkə kimi möhkəmlənir. Artıq bizim
müstəqilliyimiz əbədi, dönməz xarakter alıbdır. Bizim iqtisadi
müstəqilliyimiz, enerji təhlükəsizliyimiz, müstəqil siyasət apar­
maq iqtidarında olmağımız, əlbəttə ki, ölkə qarşısında duran bü­
tün problemlərin həlli üçün başlıca vasitədir. Elə problem yoxdur
ki, biz onu həll edə bilməyək. Bizim ölkə iqtisadi inkişaf cəhətdən
birinci yerdədir və iqtisadi artım baxımından bu gün Azərbaycan­
la rəqabət aparmaq iqtidarında olan başqa ölkə yoxdur. Biz bunu
qürur hissi ilə deyirik. Çünki bu, doğrudan da böyük nailiyyətdir.
Amma bu, bizə əsas vermir ki, əldə edilmiş nailiyyətlərlə kifayət­
lənək. Ölkəmizdə hələ çoxlu problemlər var və biz bunların həlli
üçün əlimizdən gələni edirik. Əminəm ki, bizim uğurlu iqtisadi si­
yasətimiz Azərbaycanın iqtisadiyyatını möhkəmləndirəcək və bu,
Azərbaycanda yaşayan hər bir insanın gündəlik həyatında öz əksi­
ni tapacaqdır.

Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmətə malikdir. Həm
beynəlxalq təşkilatlarda, həm də ikitərəfli formatda Azərbaycanın
birmənalı siyasəti, düzgün, açıq və səmimi siyasəti çox böyük təq­
dirlə qeyd olunur. Siyasətdə və təbii ki, həyatda adamın bir üzü
olmalıdır. Ancaq o halda sənə hörmət edəcəklər. Biz bu hörməti

146

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

qazanmışıq, bu hörməti çox yüksək qiymətləndiririk və əlbəttə ki,
gələcək fəaliyyətimizdə bu amil başlıca rol oynayacaqdır.

Əmin-amanlıq, təhlükəsizlik, Azərbaycanın hərtərəfli inkişafı,
ictimai-siyasi vəziyyətin normal səviyyədə qalması ölkəmizin inki­
şafı üçün başlıca amildir. Hansı ölkələr inkişaf edir?! Biz bunu uzaq
tarixdən də, yaxın tarixdən də bilirik. Son müddət ərzində bölgədə
və dünyada gedən proseslər də bunu təsdiq edir. O ölkə inkişaf edir
ki, orada iqtidarla xalq arasında birlik var. O ölkə inkişaf edir ki, iq­
tidarın fəaliyyəti xalq tərəfindən bəyənilir, dəstəklənir və qarşılıqlı
inam var. O ölkə inkişaf edir ki, orada sabitlik və inkişaf var, maddi
rifah, əmin-amanlıq var. Bütün bunlar Azərbaycanda var. Azərbay­
canın hərtərəfli inkişafı onun əyani göstəricisidir. İndi ölkəmizdə
elə bir sahə, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf
getməsin. Hər bir istiqamətdə xüsusi proqram var və bizim işləri­
miz proqram şəklində gedir.

Son illər ərzində əldə edilmiş nailiyyətləri sadalamaq üçün, bəlkə
də, bir neçə saat vaxt lazım olar. Biz bunu bacardıq, biz bunu edirik.
Mən çox şadam ki, ölkəmizin çox uğurlu gələcəyi heç kimdə şübhə
yaratmır. Nə ölkə əhalisi, nə də beynəlxalq ictimaiyyət buna şübhə
edir. Artıq hamı görür və hamı bilir ki, Azərbaycan müstəqil ölkə
kimi dünyadakı mövqelərini möhkəmləndirir, iqtisadi potensialını
gücləndirir. Bizim nəhəng enerji layihələrimiz həm ölkəmiz üçün,
həm bölgə üçün və desəm yəqin ki, səhv etmərəm, həm də dünya
üçün çox böyük əhəmiyyət kəsb edir. Biz bu işlərin təşəbbüskarıyıq
və bu işləri inamla aparırıq.

Azərbaycanda iqtisadi inkişaf və sosial rifah prinsipləri Prezi­
dent kimi mənim üçün eyni əhəmiyyət kəsb edir. Çünki əsas və­
zifəmiz insanların yaxşı yaşamasıdır. Biz bunun üçün də çalışırıq.
Biz bunun üçün də elektrik stansiyaları yaradırıq, yollar salırıq, qaz
xətləri çəkirik, məktəblər, xəstəxanalar tikirik – bütün başqa işləri
məhz bunun üçün görürük. Mən çox şadam ki, bunun nəticələrini
də görürük.

Azərbaycan İslam dünyasında öz yerini möhkəmləndirir. İslam
bizim dinimizdir. 15 il müstəqillik dövründə İslam dini azərbay­
canlılara qayıtdı. Düzdür, bütün dövrlərdə, ən çətin dövrlərdə in­
sanların qəlbində İslam dini yaşamışdır. Ancaq biz müstəqil ölkə

147

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

olandan sonra bütün milli, dini bayramlarımızı dövlət bayramları
kimi qeyd etməyə başladıq. O cümlədən, müqəddəs Ramazan bay­
ramı da dövlət bayramı kimi qeyd edilir və artıq iki gün qeyd olu­
nacaqdır. İslam dünyasında Azərbaycanın çox böyük hörməti var.
İslam Konfransı Təşkilatının xətti ilə Bakıda təkcə bu il iki mötəbər
tədbir keçirilmişdir. Bizim fəaliyyətimiz çox uğurludur və İslam
həmrəyliyinin möhkəmlənməsinə Azərbaycan öz töhfəsini verir.
Bizi İslam ölkələri ilə çox güclü tellər bağlayır və son illər ərzində
bu əlaqələr daha da möhkəmlənmişdir.

Burada deyildi ki, Azərbaycanda bütün dinlərə mənsub olan
abidələr bərpa olunur, məbədlər tikilir. Bibiheybət məscidinin bər­
pası üçün lazımi tədbirlər görülür. Biz keçən ilin sonunda Şeyx
həzrətləri ilə bərabər orada görülən işlərlə tanış olduq və müva­
fiq göstərişlər verildi. İndi orada təmir işləri çox yüksək səviyyədə
aparılır. Təzəpir məscidinin bərpası üçün lazımi tədbirlər görülür
və bununla bərabər, Qafqaz Müsəlmanları İdarəsinin yeni inzibati
binasının tikintisi də artıq sürətlə gedir. Əminəm ki, məscidin bina­
sı və inzibati korpus yaxın zamanlarda yüksək səviyyədə istifadəyə
veriləcəkdir. Əjdərbəy məscidinin təmiri uğurla gedir. İçərişəhər
məscidində də iş – bir daha sübut edir ki, biz düzgün istiqamətdə
inkişaf edirik.

Əziz dostlar, istəyirəm, sizə öz hörmətimi bir daha ifadə edim.
Şeyx həzrətlərinə öz hörmət, məhəbbətimi ifadə edim. Şeyx həzrət­
ləri ilə dostuq və bizi çoxdan dostluq münasibətləri bağlayır. Şeyx
həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox bö­
yük əməyi, çox böyük xidmətləri var. Bunu biz də bilirik, bütün
başqa dinlərin nümayəndələri və başçıları da bilir. Bütün dünyada
Şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Başqa
dinlərin başçılarının Azərbaycana səfərləri zamanı, Qafqaz xalqla­
rının dini nümayəndələrinin Azərbaycana səfərləri zamanı və bey­
nəlxalq tədbirlərdə mən bunun şəxsən şahidi olmuşam. Əlbəttə ki,
bu, bütövlükdə Azərbaycanın hörmətini qaldıran amildir.

Sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə
ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, səadət arzulayıram.

148

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının bərabərlik, humanizm və həmrəylik
günü kimi qeyd edilən müqəddəs Qurban bayramı münasibətilə ürək­
dən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban mərasimi Uca Yaradana məhəbbət, yüksək əxlaqi-mənə­
vi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət təlqin edən
İslamın bir din kimi tamamlanıb insanlar üçün hidayət yolu seçil­
məsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəl­
manlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sev­
gisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmağın
fərəhini təcəssüm etdirir.
Öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sadiq olan xalqımız
hər il Qurban bayramını böyük təntənə ilə qeyd edir. Ölkəmizin hər
yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin əmin-amanlı­
ğı və rifahı naminə dualar edilir. Bu əziz gündə bayram diləkləri­
nizə qoşularaq, Azərbaycanın milli müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz xatirəsini böyük
ehtiramla yad edir, onların ailələrinə səbir diləyirəm.
Müstəqil Azərbaycan Respublikası artıq özünün hərtərəfli inkişaf
mərhələsinə qədəm qoymuşdur. Xalqımızın milli-mədəni yüksəlişi,
dövlətimizin davamlı siyasi-iqtisadi tərəqqisi Ümummilli Liderimiz,
dövlət müstəqilliyimizin memarı Heydər Əliyev tərəfindən müəy­
yən edilmiş inkişaf strategiyasının başlıca məqsədlərindəndir. Biz
daim bu kursa sadiq qalacaq, cəmiyyətimizdə hökm sürən ictimai-si­
yasi sabitliyi, milli-mənəvi həmrəyliyi daha da möhkəmləndirməklə
Azərbaycanın gələcək uğurlarını təmin edəcəyik.
Əziz bacı və qardaşlar!
Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır.
Bu əziz gündə hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan
soydaşlarımıza bayram təbriklərimi, çatdırır, ailələrinizə səadət,
süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2006-cı il

149

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

PİR HƏSƏN ZİYARƏTGAHINDA

30 dekabr 2006-cı il

Ziyarətgah XVI əsrə aiddir. Burada Pir Həsənin və yeddinci
imam Museyi Kazımın qızı Xədicə xanımın qəbirlərinin olduğu bil­
dirilir. Axund Hacı Mirzə Əbu Turab Axundzadənin türbəsi, Hacı
Zeynalabdin Tağıyevin və qızı Sara xanımın məzarları da burada­
dır. Bu ziyarətgah el arasında qorxu və nəzər piri kimi də tanınır.

Ziyarətgaha toplaşmış sakinlər, din xadimləri Prezidenti və xa­
nımını böyük hörmət və ehtiramla qarşıladılar.

İlham Əliyev: Sizi bayramlar münasibətilə təbrik edirəm. Bura
da çox gözəlləşib, abadlaşıbdır. Abadlıq işləri yüksək zövqlə aparı­
lıbdır. Əlbəttə, bu işləri görmək bizim borcumuzdur. İndi Təzəpir
məscidində böyük tikinti işləri gedir. Həm Qafqaz Müsəlmanları
İdarəsinin yeni inzibati binası tikilir, həm də məscidin özü təmir olu­
nur. Bibiheybət məscidində, Əjdərbəy məscidində də yenidənqur­
ma, təmir işləri gedir. İndi bizim imkanımız var, gərək bunu edək.
2000-ci ildə buraya birinci dəfə gəlmişdim. O vaxt burada bəzi işləri
gördük. Amma sonra baxdıq ki, daha böyük işlər görülməlidir. İndi
ziyarətgah görkəmini tam dəyişibdir. İnsanların rahatlığı üçün hər
yer gözəl, yüksək səviyyədə olmalıdır. Eyni zamanda, gərək xarici
görkəm də gözəl, həm bizim milli ənənələrə uyğun şəkildə, həm də
müasir tələblərə cavab verən səviyyədə olsun.

Lətif Cəlilov (Ziyarətgahın rəhbəri): Cənab Prezident, xoş gəlmi­
siniz. Allah Sizə cansağlığı versin, ömrünüzü uzun etsin. Ulu Ön­
dərimiz demişdir ki, ziyarətgahlarımızın, məscidlərimizin hamısı­
nı abadlaşdırmaq lazımdır. O yükü Siz üzərinizə götürdünüz. Ulu
Tanrı Sizin köməyiniz olsun. Biz Sizinlə fəxr edirik. Allaha şükür
edirik ki, bizim belə Prezidentimiz var. İndi bura Ciddə şəhərinə
oxşayır. Bu, insanların qəlbində, bəlkə də, min illərlə yaddaqalan
xeyirxah işdir. Bu da Sizin adınızla bağlıdır ki, hörmətli Preziden­
timiz 2006-cı ildə buranı ziyarət etmiş, bu dini ocağı orta və yeni
nəslə bəxş etmişdir.

150


Click to View FlipBook Version