The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Cənab Prezident, Ulu Öndərimiz bir söz də demişdir: “Keçmişi
qoru, gələcəyi qur”. Siz əməli işinizlə keçmişi qorudunuz, gələcəyi
də UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bura­
da qurdu. Allah sizlərə cansağlığı versin.

Sonra Prezident İlham Əliyev yeddinci imam Museyi Kazımın
qızı Xədicə xanımın qəbrinə, axund Əbu Turabın türbəsinə, Hacı
Zeynalabdin Tağıyevin büstünə, onun və qızı Sara xanımın məzar­
larına baş çəkdi, qurbangaha və dəstənamazxanalara baxdı. Məlu­
mat verildi ki, memarlıq abidəsi olan və dövlət tərəfindən mühafizə
edilən türbədə və ətraf ərazidə 2000-ci ildə Azərbaycan Dövlət Neft
Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham
Əliyevin təşəbbüsü ilə abadlıq, bərpa işləri görülmüşdür.

Dövlətimizin başçısı ziyarətgaha gələn kişi və qadınların ayrı­
ca namaz qılmaları, dua etmələri üçün tikilən məscidi ziyarət etdi,
bunun əsl Şərq üslubunda inşa edildiyini bildirdi və xatirə kitabına
ürək sözlərini yazdı:

“Pir Həsən ziyarətgahının Azərbaycan tarixində çox böyük yeri
vardır. Burada aparılan təmir-bərpa işləri, məscidin tikilməsi, abad­

151

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lıq işlərinin aparılması bütün İslam dininə sadiqliyimizi və böyük
hörmətimizi bir daha göstərir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, əvvəl­
lər ailələrdə qeyd olunan bayramlar dövlət bayramları kimi qeyd
edilir. Biz öz milli dəyərlərimizi, ənənələrimizi, bayramlarımızı hər
şeydən uca tutmalıyıq.

Bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasi­
bətilə təbrik edirəm.

Lətif Cəlilov Prezident İlham Əliyevə yadigar olaraq Qurani-Kərim və
təsbeh hədiyyə etdi, onunla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidenti sonra Pir Həsənin qəbrini dolanaraq Qura-
ni-Kərimin altından keçdi, ölkəmizin firavan və xoşbəxt gələcəyi naminə
xanımı ilə birlikdə qutuya nəzir saldı, ziyarətgahın ərazisini gəzdi.

152

2007

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN
PRAVOSLAV XRİSTİAN İCMASINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi, Azərbaycanın bütün xristian icmasını İsa peyğəmbərin mübarək
mövludu - Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə
ən səmimi arzularımı yetirirəm.
Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki,
Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmış­
dır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək,
insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin
yaranmasında misilsiz tarixi rol oynamışdır. Azərbaycanda heç vaxt mil­
li-irqi ayrı-seçkilik, dini dözümsüzlük halları mövcud olmamışdır.
Müstəqil Azərbaycan Respublikası bu gün də öz mütərəqqi ənənələ­
rinə sadiqdir. Azərbaycan xalqına xas olan yüksək insanpərvərlik, cə­
miyyətimizdə hökm sürən milli-dini dözümlülük mühiti, ictimai-siyasi
sabitlik və vətəndaş həmrəyliyi, etnik azlıqlar və dini icmalar arasında
qarşılıqlı hörmət və etimad ölkəmizi dünyada tolerantlıq örnəyi kimi ta­
nıtmışdır. Biz haqlı olaraq bununla fəxr edir və sizi əmin etmək istəyirəm
ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir
Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təminatı bundan sonra
da dövlətin daim diqqət mərkəzində olacaqdır.
Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan pravoslav xristian ic­
ması ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir.
Əminəm ki, ölkəmizin tərəqqisi və inkişafı naminə vətəndaşlıq borcu­
nuzu bundan sonra da layiqincə yerinə yetirəcəksiniz.
Hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən Milad bayramı
yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət bayramıdır. Qoy bu əziz gün
ailələrinizə xoşbəxtlik, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2007-ci il

154

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DİN SİYASƏTİ:
GERÇƏKLİKLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA
KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!
Sizi – “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər
və perspektivlər” mövzusunda Bakıda keçirilən Beynəlxalq konf­
ransın iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən xoş arzu və
diləklərimi yetirirəm.
Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət
göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı eti­
mada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini müna­
sibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə
həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və
dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir.
Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-aman­
lıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzə­
dək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin
misilsiz tarixi rolu danılmazdır.
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müstəqil Azərbaycan
Respublikasının bütöv bir tarixi mərhələsi bilavasitə Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ictimai-siyasi hə­
yatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin
sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, dini etiqad və
vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik
dəyərlərin cəmiyyətin prioritet yaşayış normalarına çevrilməsində
müstəsna xidmətlər göstərmiş, bu sahədə özündən sonra böyük si­
yasi irs və dövlətçilik təcrübəsi miras qoymuşdur.
1998-ci ilin dekabrında Bakıda keçirilmiş “İslam sivilizasiyası
Qafqazda” adlı beynəlxalq simpoziumda Heydər Əliyevin trans­
milli münasibətlərdə və cəmiyyət həyatında din amili, dünyada ge­
dən mürəkkəb etno-siyasi proseslərdə İslam dininin yeri və rolu,
bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalararası dialoqun zə­
ruriliyi kimi qlobal məsələləri əhatə edən tarixi çıxışı bu gün də öz
aktuallığını və siyasi dəyərini saxlamaqdadır.

155

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Müasir mərhələdə Azərbaycan hökumətinin din siyasəti Heydər
Əliyevin demokratik dövlət quruculuğu kursuna əsaslanır. Ölkədə
mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini
tolerantlıq mütərəqqi tarixi ənənələrdən bəhrələnən belə uğurlu si­
yasətin məntiqi nəticəsidir.

Bu gün ölkəmizdə dini etiqad və vicdan azadlığının Azərbay­
can Respublikasının Konstitusiyasına, eyni zamanda, beynəlxalq
hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsi üçün
zəruri hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda dünya
dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq şəraitində
fəaliyyət göstərir, yüzlərlə İslam və qeyri-islam dini icmaları və tə­
riqətlər dini inanclarını azad və sərbəst şəkildə icra edirlər. Son illər
tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi
və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən
böyük sinaqoqun inşası, vaxtilə bolşeviklər tərəfindən dağıdılmış
rus pravoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq
dindarların istifadəsinə verilməsi – bütün bunlar Azərbaycan ger­
çəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.

Hörmətli konfrans iştirakçıları!
Azərbaycanda dini etiqad azadlığı və dözümlülük mühiti dünya
ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar və görkəmli din xadimləri
tərəfindən dəyərli örnək kimi qiymətləndirilir. Əminəm ki, əhəmiyyət­
li bir mövzunun müzakirəsinə həsr olunan toplantınız Azərbaycanda
tarixən formalaşmış milli-mənəvi mədəniyyətin, tolerantlıq ənənələri­
nin, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin və dövlət-din
münasibətləri sahəsində Azərbaycan Respublikasının nümunəvi təc­
rübəsinin beynəlxalq miqyasda öyrənilməsində və təbliğində mühüm
rol oynayacaq, mədəniyyətlərarası dialoqa və əməkdaşlığa öz layiqli
töhfəsini verəcəkdir.
Bu xeyirxah və gərəkli fəaliyyətinizdə hər birinizə cansağlığı,
konfransın işinə uğurlar arzulayıram.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2007-ci il

156

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün
xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoş­
bəxtlik arzularımı yetirirəm.
Əsrlər boyu dünya dinləri Azərbaycanda qarşılıqlı etimad və
əmin-amanlıq şəraitində fəaliyyət göstərərək insanlar arasında hu­
manizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar
olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mü­
hitinin formalaşmasında böyük rol oynamışdır.
Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişa­
fı, etnik-mədəni müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlan­
ması Azərbaycan hökumətinin xüsusi diqqət və qayğıyla yanaşdığı
məsələlərdəndir. Müstəqil Azərbaycan Respublikasında dövlət-din
münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq norma­
larına uyğun olaraq tənzimlənmiş, vicdan azadlığının maneəsiz hə­
yata keçirilməsi üçün lazımi siyasi-mənəvi şərait təmin olunmuş­
dur. Bu gün ölkənin dindar təbəqəsi, o cümlədən xristian icması öz
dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlə­
rini azad və sərbəst şəkildə icra edir, respublikanın ictimai-siyasi,
mədəni-mənəvi həyatında və vətəndaş cəmiyyəti quruculuğunda
yüksək fəallıq göstərirlər.
Hər il Azərbaycanda təntənə ilə keçirilən Pasxa bayramı xe­
yirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsidir. Bu əziz
gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah
arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2007-ci il

157

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik
edirəm.
Siz bütün həyat və fəaliyyətinizlə ümumbəşəri dəyərləri tərən­
nüm edərək, insanlar arasında qarşılıqlı anlaşma, dostluq və həm­
rəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalı­
şırsınız.
Müqəddəs Taxt-Taca rəhbərlik edərək insanları mərhəmət, şəfqət
və ülfətə çağırışlarınızla, şəxsi nümunə və fədakarlığınızla bütün
dünyada böyük rəğbət, hörmət və nüfuz qazanmışsınız.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məm­
nunluq duyur, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm idealla­
rının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm.
Hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2007-ci il

158

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
İkinci Dunya müharibəsi zamanı yəhudi xalqı misli görünmə­
miş soyqırımı siyasətinə məruz qalmış, milyonlarla mülki əhali, o
cümlədən qocalar, qadınlar, uşaqlar xüsusi amansızlıqla və kütləvi
şəkildə məhv edilərək faşizmin qurbanı olmuşdur.
1943-cü ilin aprelində Varşava gettosunda saxlanılan yəhudi məh­
buslar faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı üsyana qalxmış, qey­
ri-bərabər ölüm-dirim mübarizəsində öz milli mənliyi, insani ləyaqəti
və şərəfi uğrunda canlarını fəda etmişlər. Tarixdə Yəhudi Xalqının
Müsibəti və Qəhrəmanlığı Günü kimi əbədiləşən bu hadisə hər il
mütərəqqi dünya ictimaiyyəti tərəfindən ehtiramla qeyd edilir, soyqı­
rımı qurbanlarının xatirəsi ürək ağrısı ilə yad olunur.
Son iki əsrdə ermənilərin əli ilə törədilən soyqırımı, deportasiya,
etnik təmizləmə kimi dəhşətli faciələri öz taleyində yaşamış Azərbay­
can xalqı, harada törədilməsindən asılı olmayaraq, hər cür irqçiliyə,
ayrı-seçkiliyə, o cümlədən antisemitizmə qarşı barışmaz mövqedə
olmuş, belə milli fəlakətlərə biganə qalmamışdır. Təsadüfi deyildir
ki, 270 il bundan əvvəl milli-dini təzyiqlərə və zorakılığa məruz qa­
landa yəhudi xalqının bir qismi məhz Azərbaycan torpağına pənah
gətirmiş və əmin-amanlığa qovuşmuşdur. Bu gün cəmiyyətimizin
ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız Azərbaycanda dost­
luq və qardaşlıq şəraitində firavan həyat sürür, dil və mədəniyyətini,
adət-ənənələrini qoruyub saxlamaqla ölkənin ictimai-siyasi həyatında
yaxından iştirak edirlər.
Əziz həmvətənlər!
Yəhudi xalqının milli hüzn günündə bir daha kədərinizə şərik
olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan
rəhmət diləyirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2007-ci il

159

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüzün ildönümü münasibətilə Sizə öz adımdan
və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əmin olduğumu bildirirəm ki, Azərbaycan-Vatikan münasibət­
ləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın qarşılıqlı ira­
dəsinə və məramına uyğun olaraq daim inkişaf edəcək və geniş­
lənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, bütün həm­
məzhəblərinizə sülh və rifah diləyirəm.
Hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2007-ci il

160

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“DÖZÜMLÜLÜYÜN VƏ QARŞILIQLI ANLAŞMANIN
İNKİŞAFINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN
ROLU” MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ
KONFRANSIN İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!
Sizi – “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında küt­
ləvi informasiya vasitələrinin rolu” mövzusunda Bakıda keçirilən
beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayır, hamınıza
ən səmimi arzularımı yetirirəm.
Düşünürəm ki, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslə­
rinin, görkəmli mütəxəssislərin, ictimai və din xadimlərinin, KİV
təmsilçilərinin iştirak etdiyi belə bir tədbirin sivilizasiyaların qo­
vuşduğu, qarşılıqlı anlaşmanın və tolerantlığın hökm sürdüyü
Azərbaycan Respublikasında keçirilməsi tamamilə məntiqidir.
Azərbaycan müsəlman ölkəsi olmaqla, dünyəvi və çoxkonfessi­
yalı dövlətdir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniy­
yətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilir. Məmnu­
niyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan tarixin heç bir
dönəmində milli-dini zəmində qarşıdurmanın və ayrı-seçkiliyin ol­
madığı nadir ölkələrdən biridir. Əsrlər boyu müxtəlif xalqların, dini
konfessiyaların təmsilçiləri burada dinc yanaşı və əmin-amanlıq
şəraitində yaşamışlar. Etnik-dini müxtəlifliyə, zəngin milli-mənə­
vi dəyərlərə malik cəmiyyət və dözümlülük mühiti formalaşmış,
vətəndaş həmrəyliyi ölkəmizin pozulmaz birgəyaşayış normasına
çevrilmişdir.
Hazırda dünya birliyində layiqli yerini tutan müstəqil və de­
mokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli in­
teqrasiya siyasəti həyata keçirir. Ölkəmiz bütün nüfuzlu beynəlxalq
və regional təşkilatlarda, o cümlədən İslam Konfransı Təşkilatın­
da uğurla təmsil olunur. Biz qarşılıqlı münasibətlərin, ikitərəfli və
çoxtərəfli əməkdaşlıq əlaqələrinin dinamik inkişafına bundan son­
ra da xüsusi önəm verəcəyik.
Cəmiyyət həyatında, ümumən dünyada gedən ictimai-siyasi
proseslərdə və sivilizasiyalararası dialoqda dünya dinlərinin və

161

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

milli mədəniyyətlərin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət
kəsb edir. Bu amilin rolu nəzərə alınmadan beynəlxalq münasibət­
lərin, xalqlar arasında əməkdaşlığın, mədəni-mənəvi inteqrasiya­
nın səmərəli formulunu təsəvvür etmək çətindir.

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müa­
sir dünyada, eyni zamanda, ziddiyyətli proseslər, ayrı-ayrı böl­
gələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar da müşahidə
olunur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdur­
malar, terrorizm, separatçılıq, dini ekstremizm kimi bütövlükdə
bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugün­
kü acı gerçəkliyidir. Qonşu Ermənistan tərəfindən təcavüzə məruz
qalmış, torpaqlarının 20 faizi işğal olunmuş, etnik təmizlənməyə
və soyqırımına düçar edilmiş, üstəlik, mədəni-ideoloji təxribatlarla
üzləşən Azərbaycan bu gerçəklikləri öz üzərində çox kəskin hiss
etməkdədir. Təəssüf ki, bəzi dini və siyasi dairələrdə başqa dinlərə,
fərqli mədəniyyətlərin daşıyıcılarına yanlış və qərəzli yanaşma me­
yilləri özünü göstərir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa,
aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehti­
yac vardır. Etnik-dini münaqişələrə, dindən siyasi məqsədlər üçün
istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində,
ilk növbədə, nüfuzlu siyasi və dini liderlər, ictimai xadimlər, güclü
təsir imkanlarına malik olan mətbuat durmalıdır. Hazırda bütün
dünyada sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təş­
viqi günümüzün vacib məsələlərindəndir. Xüsusən televiziyaların,
mətbuatın təsir gücündən düzgün istifadə olunmalı, maarifləndir­
mənin rolu və imkanları artırılmalı, bütün səylər demokratik cə­
miyyətdə bütövlüyün və etnik-mədəni müxtəlifliyin qorunmasına
yönəldilməlidir.

Bu işdə bəşəriyyətin milli-mədəni tərəqqisində müstəsna bir
mərhələ açmış İslam dininin tarixi rolu xüsusi qeyd edilməlidir.
Öz ümumbəşəri mahiyyəti və demokratizmi ilə İslam dini insan­
ları daim sülhə, həmrəyliyə, dözümlülüyə, humanizmə və mənə­
vi-əxlaqi kamilliyə dəvət etmişdir. Müsəlmanların müqəddəs kita­
bı Qurani-Kərimdə İslamdan əvvəlki dinlərə, səmavi kitablara və
peyğəmbərlərə böyük ehtiramla yanaşılır, yüksək dözümlülük və

162

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

mərhəmət duyğuları təbliğ olunur. Eyni sözləri tam məsuliyyətlə
digər dünyəvi dinlər haqqında da demək mümkündür.

Hörmətli konfrans iştirakçıları!
Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr
olunmuş toplantınız konstruktiv müzakirələr ruhunda keçəcək, si­
vilizasiyalararası dialoqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma
və dostluq kimi bəşəri dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini
verəcəkdir.
Konfransın işinə uğurlar, hamınıza sülh, əmin-amanlıq və fira­
vanlıq arzulayıram.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2007-ci il

163

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“ƏZHƏRİ ŞƏRİF” UNİVERSİTETİNİN
REKTORU İLƏ GÖRÜŞ

Qahirə şəhəri, 6 may 2007-ci il

“Əzhəri Şərif” Universitetinin inzibati binasında universitetin
rektoru Şeyx Məhəmməd Tantavi Prezident İlham Əliyevi və onu
müşayiət edən nümayəndə heyətini böyük hörmət və ehtiramla sa­
lamladı. Misir və Azərbaycanın əlaqələrinin tarixi kökləri olduğu­
nu xatırladan rektor Azərbaycan Prezidentinin rəsmi səfərini yük­
sək qiymətləndirdi, bu səfərin elm, təhsil sahələrində də qarşılıqlı
əməkdaşlığın inkişafına təkan verəcəyini söylədi.

Rektor bildirdi ki, hazırda universitetdə digər müsəlman ölkələ­
rinin tələbələri ilə yanaşı, 76 azərbaycanlı gənc də təhsil alır. X əsrdə
əl-Əzhər məscidi nəzdində yaradılmış universitet sonralar fəaliyyə­
tini genişləndirərək, elmi-dini mərkəzə çevrilmişdir. Hazırda onun
nəzdində müxtəlif institutlar, akademiya, zəngin elmi kitabxana,
xəstəxana, məscid, xeyriyyə idarələri və sair fəaliyyət göstərir.
1961-ci ildə universitetin strukturunda dəyişiklik edilmiş, Ali Elmi
Şura və İslamşünaslıq Akademiyası yaradılmışdır. Universitetdə
Müsəlman hüququ, İlahiyyat, Ərəb dili, Tibb və digər fakültələr
vardır. Müsəlman dünyasının məşhur alimlərinin bir çoxu ali təh­
sillərini bu universitetdə almışlar. Əl-Əzhər hökumət tərəfindən
maliyyələşdirilir, eyni zamanda, həm Misir, həm də digər müsəl­
man ölkələrinin şirkətləri ona vəsait ayırır.

Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyevə xatirə
hədiyyəsi təqdim olundu.

164

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB
YƏHUDİ İCMALARI FEDERASİYASININ PREZİDENTİ
LEV LEVAYEVİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 31 may 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Yə­
hudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə məmnunluqla vurğulandı ki, Azərbaycanda tarixən
millətlərarası, konfessiyalararası münasibətlər qarşılıqlı hörmət və
dostluq əsasında qurulmuşdur. Xüsusi qeyd olundu ki, ölkəmiz­
də milli-dini tolerantlıq yüksək səviyyədədir və bu müsbət ənənə
uğurla davam etdirilir.
Prezident İlham Əliyev MDB Yəhudi İcmaları Federasiyası pre­
zidentinin Azərbaycana səfərinin xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu söylədi.

165

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Əziz həmvətənlər!
Yəhudi xalqının qədim milli mərasimlərindən olan Roş-Ha-Şana
– Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən
səmimi arzu və diləklərimi yetirirəm.
Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin,
milli-dini tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim
tarixi nailiyyətimizdir. Ölkəmizin bütün xalqları, o cümlədən yəhu­
di icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış,
heç bir ayrı-seçkiliyə məruz qalmadan milli-mədəni özünəməxsus­
luğunu günümüzəcən qoruyub saxlamışdır. Müstəqil Azərbaycan
dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir və müa­
sir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının
təminatı, milli azlıqların qorunması, onların dil və mədəniyyətinin
inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu
gün cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Məmnuniyyət
hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi vətəndaşlarımız respubli­
kamızda gedən tarixi quruculuq işlərində, ictimai-siyasi proseslər­
də yaxından iştirak edir, müstəqil dövlətimizin daha da möhkəm­
ləndirilməsində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Roş-Ha-Şana yeniləşmə, tövbə və mənəvi saflıq bayramıdır. Qoy,
bu əziz gün həyatınıza xoş müjdələr, ailələrinizə sevinc və səadət
gətirsin.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2007-ci il

166

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN BAKIDAKI FÖVQƏLADƏ
VƏ SƏLAHİYYƏTLİ SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 1 oktyabr 2007-ci il

İlham Əliyev: Hörmətli səfirlər, sizi görməyimə çox şadam. Mən
sizin hamınızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik
etmək istəyirəm və təmsil etdiyiniz ölkələrin xalqlarına, dövlət və
hökumət başçılarına səmimi təbriklərimi və ən xoş arzularımı çat­
dırmağı xahiş edirəm.

Ölkələrimiz arasında çox fəal və səmərəli əməkdaşlıq mövcud­
dur. Müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfir­
likləri, Azərbaycan ilə təmsil etdiyiniz ölkələr arasında əməkdaş­
lığın genişləndirilməsində mühüm rol oynayır. Bildiyiniz kimi,
Azərbaycan qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi, tərəfdaşlığın
və dostluğun inkişafı üçün xarici ölkələrdə fəal şəkildə yeni səfirlik­
lərini açır. Biz İslam həmrəyliyi işinə öz tərəfimizdən töhfə veririk və
hesab edirik ki, müsəlman ölkələri arasındakı siyasi münasibətlər,
iqtisadi əməkdaşlıq çətinlikləri aradan qaldırmağa və iqtisadiyyatı
daha güclü şəkildə inkişaf etdirməyə imkan yaradacaqdır. Fikrim­
cə, bu da öz növbəsində regional iqtisadi proseslərin sürətləndiril­
məsi işinə xidmət edəcəkdir. Bu baxımdan Azərbaycan bu sahədə
oynadığı rolu bundan sonra da davam etdirəcəkdir. Biz beynəlxalq
təşkilatlar çərçivəsində həyata keçirdiyimiz əməkdaşlıqdan razıyıq,
İslam Konfransı Təşkilatı çərçivəsində işbirliyi qurmuşuq və ümid
edirəm ki, bu təşkilat gələcəkdə beynəlxalq səviyyədə öz rolunu və
mövqeyini daha da möhkəmləndirəcəkdir.

Bildiyiniz kimi, ötən il Azərbaycanda İKT nazirlərinin iki mü­
hüm görüşü keçirilmişdir və bu tədbirlər Azərbaycana hələ səfər et­
məmiş müsəlman ölkələri nazirləri üçün ölkəmizlə daha yaxından
tanış olmaq imkanını yaratdı. İslam Konfransı Təşkilatı, həmçinin
Birləşmiş Millətlər Təşkilatında sarsılmaz həmrəylik mövqelərimi­
zi daha da gücləndirir. İstər Birləşmiş Millətlər Təşkilatında, istər­
sə də hər hansı digər beynəlxalq təşkilatlarda müxtəlif məsələlər

167

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

üzrə müzakirələr və səsvermələr zamanı Azərbaycan müsəlman
ölkələrini dəstəkləyir. Biz qardaş müsəlman ölkələri tərəfindən
Azərbaycana da eyni münasibəti görürük. Mövqeyimiz dəstəklə­
nir, Azərbaycan özünün bir nömrəli problemi olan Dağlıq Qarabağ
münaqişəsi məsələsi beynəlxalq təşkilatlarda müzakirə olunarkən
hər zaman müsəlman ölkələrinin dəstəyini hiss edir. Bildiyiniz
kimi, İslam Konfransı Təşkilatı münaqişənin Azərbaycanın ərazi
bütövlüyü prinsipi əsasında həllinə dair bir sıra qətnamələr qəbul
etmişdir.

Mən bir daha bildirmək istəyirəm ki, biz ölkələrimiz arasında
əməkdaşlığın səviyyəsindən məmnunuq. Qeyd edərdim ki, gələ­
cək xarici siyasət gündəliyimizdə də İslam həmrəyliyi məsələsi
önəmli rol oynayacaq və bu cür məsələlər hər zaman bizim diqqət
mərkəzimizdə qalacaqdır.

Mən bir daha tərəfdaşlığımızdan məmnunluğu ifadə edərək,
ölkələrinizin dövlət və hökumət başçılarına, xalqlarınıza şəxsi təb­
riklərimi çatdırmağınızı xahiş edirəm. Mən Prezidentliyimin 4 ili
ərzində müsəlman dünyasının bir çox ölkələrinə səfər etmişəm və
eyni zamanda, bir çox müsəlman ölkələrinin rəhbərləri burada mə­
nim qonağım olmuşlar. Bu proses davam edir və əminəm ki, gələ­
cəkdə də uğurla davam edəcəkdir.

Əli Həsən Əhməd Cəfər (Səudiyyə Ərəbistanı Krallığının Azərbay-
candakı fövqəladə və səlahiyyətli səfiri, ölkəmizdəki diplomatik korpusun
duayeni): Cənab Prezident, mən və səfir həmkarlarım Zati-aliləriniz
tərəfindən qəbul olunmağımızdan və müqəddəs Ramazan bayramı
münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını təbrik et­
məkdən şərəf duyuruq.

Cənab Prezident, icazə verin, səfirlər tərəfindən hazırlanmış Bir­
gə bəyanatı diqqətinizə çatdıraq. Zati-aliləri, səfirlər arasında əldə
olunmuş razılığa görə, həmin Birgə bəyanatı oxumaq üçün, icazə­
nizlə, sözü Misir səfirinə verim.

Yusif Əhməd İbrahim əl-Şərkavi (Misirin ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri): Azərbaycan Respublikasının Prezidenti Zati-alilə­
ri cənab İlham Əliyev!

Zati-aliləri, Azərbaycan Respublikasında akkreditə olunmuş
müsəlman ölkələrinin səfirləri adından və şəxsən öz adımdan bö­

168

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yük məmnuniyyətlə müqəddəs Ramazan ayı və qarşıdan gələn if­
tar münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş arzuları
və səmimi təbrikləri çatdırmaq istəyirəm.

Eyni zamanda, bu fürsətdən istifadə edərək, müsəlman ölkələri­
nin səfirləri ilə keçirdiyiniz ənənəvi görüşlərə görə Zati-alilərinizə
minnətdarlığımızı bildiririk.

Azərbaycanın bütün Qafqaz regionunun siyasi, iqtisadi və mə­
dəni mərkəzinə çevrildiyi bir vaxtda ölkənizdə olmağımızdan şərəf
və fərəh hissi duyuruq.

Azərbaycan iqtisadiyyatı bütün istiqamətlərdə inkişaf etməkdə­
dir. Bu gün ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində
neft və qeyri-neft sektorları uğurla inkişaf edir. Son illər ərzində
iqtisadi potensialını möhkəmləndirən Azərbaycan illik iqtisadi ar­
tımını təqribən 40 faiz səviyyəsinə qaldıra bilmişdir və bu rəqəm
beynəlxalq iqtisadi təşkilatlar tərəfindən təsdiq edilir.

Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycanda bərqərar
olunmuş daxili sabitlik və əmin-amanlıq böyük əhəmiyyət kəsb edir.

Zati-aliləri, hər zaman olduğu kimi, müsəlman ölkələri indi də
Dağlıq Qarabağ probleminin Azərbaycan Respublikasının ərazi bü­
tövlüyü çərçivəsində beynəlxalq hüquq normaları əsasında həllini
və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə
yetirilməsini dəstəkləyir.

Azərbaycan tolerantlığın bariz nümunəsidir. Bu, burada əyləşən
həmkarlarımız, səfirlər, eləcə də bir çox yerli və beynəlxalq müşa­
hidəçilər və təşkilatlar tərəfindən qeyd edilir.

Zati-aliləri, icazə verin, müqəddəs bayram münasibətilə Sizə
həmkarlarımız, müsəlman ölkələrinin səfirləri adından bir daha ən
səmimi təbriklərimi çatdırım və məmnunluq hisslərimizi Sizinlə
bölüşək.

Qadir Allahdan qardaş Azərbaycan Respublikasının xalqına və
böyük müsəlman ümmətinə daimi sülh, tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, Ramazan bayramınız mübarək!
İlham Əliyev: Xoş sözlərinizə görə sağ olun, cənab səfir.
Mən bütün qardaş müsəlman ölkələrinin istəklərini əks etdirən
bu bəyanatı dinləməkdən çox məmnun oldum. Müstəqilliyin lap
başlanğıcından biz müsəlman ölkələrinin dəstəyini hər zaman hiss

169

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

etmişik. Həmin vaxt Azərbaycan bir çox problemlərlə, - siyasi, sosi­
al, iqtisadi problemlərlə üzləşmiş gənc ölkə idi. O dövrdə Azərbay­
can Ermənistanın hücumu və erməni terror təşkilatlarının terror
aktları hədəfində idi. Daxili vəziyyət çox mürəkkəb idi. Vətəndaş
müharibəsi gedirdi. Müstəqilliyimizin əvvəlində və hazırda müsəl­
man ölkələri tərəfindən möhkəm dəstək bizə əlavə güc verir. Bey­
nəlxalq təşkilatlarda biz hər zaman sizin dətəyinizə arxalanırıq və
bunu həmişə görürük.

Vaxt keçdikcə Azərbaycan üzləşdiyi çətinlikləri aradan qaldıra
bildi. Ölkəmiz öz növbəsində müsəlman həmrəyliyinin gücləndi­
rilməsi işinə öz töhfəsini verməyə başladı. Bu gün siz də bizə arxa­
lana bilərsiniz. Biz beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə
müsəlman ölkələrini dəstəkləyirik. Bu, bizim aydın siyasi xəttimiz­
dir, səmimi münasibətimizdir. Mən qəti şəkildə inanıram ki, ha­
mımız tərəfdaşlığımızı gücləndirmək, bir-birimizə dəstək vermək
üçün çalışmalıyıq. Çünki ölkələrimiz yalnız qarşılıqlı dəstək mühi­
tində uğurla inkişaf edə bilər.

Çox şadam ki, müsəlman ölkələri ilə iqtisadi, mədəni sahələrdəki
əməkdaşlığımız və siyasi münasibətlərimiz möhkəmlənir. Mən məm­
nunluqla qeyd etmək istərdim ki, burada təmsil etdiyiniz ölkələrin
demək olar ki, hamısına səfər etmişəm. Eyni zamanda, bu ölkələrin
rəhbərləri də Azərbaycanda səfərdə olmuşlar. Əminəm ki, bu səfərlər
gələcəkdə də davam etdiriləcəkdir.

Qeyd etdiyiniz kimi, indi Azərbaycan sürətlə inkişaf edən ölkəyə
çevrilmişdir. Gələcəkdə geniş perspektivlərimiz var. Ölkəmizdə
tam siyasi sabitlik, millətlərarası sülh mövcuddur. Azərbaycanda
bir çox millətlərin və dinlərin nümayəndələri yaşayır. Hər bir vətən­
daşımız bərabər hüquq və azadlıqlara malikdir. Biz bununla fəxr
edirik. 15 il böyük tarix, vaxt bölümü deyil, lakin bu illər ərzində
müstəqilliyimiz və iqtisadi inkişafımız daha da möhkəmlənmişdir.

Mən sizi bir daha təbrik etmək istəyirəm, sizin hamınıza və
xalqlarınıza uğurlar, ölkələrinizə sülh, İslam dininin və müsəlman
xalqların sivilizasiyaların inkişafında oynadığı rolun dünyada daha
yaxşı anlaşılmasını arzulayıram. Əminəm ki, birgə səylərlə bütün
məqsədlərə nail olacağıq.

170

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ŞEYXÜLİSLAMIN MÜQƏDDƏS RAMAZAN AYI
MÜNASİBƏTİLƏ AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

4 oktyabr 2007-ci il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Hörmətli səfirlər!
Hörmətli xanımlar və cənablar!
Şeyx həzrətləri, ilk növbədə, mənim ünvanıma deyilən bütün
xoş sözlərə görə sizə və din xadimlərinə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan xalqını əmin etmək
istəyirəm ki, mən bundan sonra da doğma xalqımın etimadını doğ­
rultmağa çalışacağam.
Dörd il bundan əvvəl Azərbaycan xalqı mənə öz etimadını
göstərdi, ölkəmizin ən yüksək vəzifəsinə seçdi. Əlbəttə, o vaxt
Azərbaycan xalqı yaxşı bilirdi ki, Heydər Əliyevin siyasi xətti da­
vam etdiriləcəkdir. Amma necə, hansı formada davam etdiriləcək,
uğurlar necə əldə olunacaq, ümumiyyətlə, idarəçilik üslubu hansı
şəkildə inkişaf edəcək, – yəqin ki, bunları bilmək mümkün deyil­
di. Mən çox şadam ki, dörd il ərzində görülən bütün işlər, aparı­
lan siyasət Azərbaycanı daha da inkişaf etdirdi, ölkəmiz daha da
qüdrətləndi, gücləndi, öz mövqelərini möhkəmləndirdi, ölkəmizdə
vətəndaş birliyi tam şəkildə bərqərar olundu. Xalqla iqtidar arasın­
da münasibətlər ən yüksək səviyyədədir. Bizim bütün planlarımız,
nəzərdə tutduğumuz proqramlar həyatda öz əksini tapdı. Bundan
sonra da biz hamımız çalışmalıyıq ki, doğma Vətənimizi daha da
sürətlə inkişaf etdirək, mövcud olan bütün problemləri həll edək.
Elə edək ki, Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşasın.
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarak­
ter daşıyır və mən hörmətli Şeyx həzrətlərinə öz minnətdarlığı­
mı bildirmək istəyirəm ki, o, bu tədbirləri keçirir. Bundan başqa,
gündəlik həyatda öz fəaliyyəti ilə Azərbaycanda dini tolerantlığın
möhkəmlənməsinə çox böyük töhfə verir. Azərbaycan xalqı bunu
bilir, qiymətləndirir və bu, ölkəmizin hərtərəfli inkişafı üçün çox

171

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

vacibdir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlə­
rin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu nadir bir təcrübədir.
Düzdür, biz buna öyrəşmişik və hesab edirik ki, belə də olmalıdır.
Təsəvvür edə bilmərik ki, başqa cür ola bilər. Amma biz bilirik ki,
başqa cür də olur. Bəzi hallarda dinlərarası münasibətlərə gərginlik
gətirilir, süni şəkildə qarşılıqlı ittihamlar irəli sürülür. Bəzi hallarda
müxtəlif ölkələrdə İslam dini haqqında çox yanlış təsəvvür yaradı­
lır. Biz bunun qarşısına öz təcrübəmizi qoymalıyıq, görülən işləri
qoymalıyıq. Azərbaycanın timsalında görülən işləri qoymalıyıq və
bunu edirik. Bu, bizim ölkəmiz üçün lazımdır, bölgə üçün lazımdır
və dinlərarası münasibətlərin inkişafı, sivilizasiyalararası dialoqun
möhkəmlənməsi üçün lazımdır. Azərbaycan bu sahədə öz töhfəsini
verir və əminəm ki, bundan sonra da ölkəmizdə dinlərarası müna­
sibətlər yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir. Əlbəttə,
bu işlərdə dövlət siyasəti və yenə də qeyd etmək istəyirəm ki, din
xadimlərinin birgə fəaliyyəti çox mühüm rol oynayır. Mən, eyni za­
manda, bizim yəhudi, xristian, o cümlədən katolik qardaşlarımızın
fəaliyyətini də yüksək qiymətləndirmək istəyirəm. Şeyx həzrətlə­
rinin rəhbərliyi ilə bütün bu işlər məqsədyönlü şəkildə, çox böyük
dəqiqliklə, çox böyük mədəniyyətlə aparılır və Azərbaycanın inki­
şafında, ölkəmizin möhkəmlənməsində bunun çox böyük rolu var.

172

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bizim ölkəmizin çox böyük imkanları var və ildən-ilə bu imkan­
lar artır. İqtisadi potensial güclənir, Azərbaycanda demokratikləş­
mə prosesləri çox sürətlə gedir. Biz dünyaya çox sürətlə inteqrasi­
ya edən ölkəyik. Demək olar ki, Azərbaycanda hər bir sahə inkişaf
edir. Hər bir sahənin inkişafı üçün dövlət və hökumət proqramları
var və bunlar icra olunur. Ancaq əgər ictimai-siyasi ab-hava yaxşı
olmasa, Azərbaycanda millətlərarası münasibətlər yüksək səviy­
yədə olmasa, bizim uğurlarımız yarımçıq olardı. Yalnız bütün bu
amillərin sintezi ölkəmizi daha da irəliyə aparacaq və bunlar bizdə
var. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, sabitlik
ölkəmizin inkişafına ən böyük töhfədir. Biz görürük, o ölkələrdə ki,
sabitlik pozulur, orada daim böhran hökm sürür, inkişafdan söhbət
gedə bilməz, vəziyyət gərginləşir və ölkə daim ziddiyyətlər içəri­
sindədir.

Əlbəttə, Azərbaycanda problemlər, iqtisadi, sosial problemlər
var. Amma onlar aradan qaldırılır. Bundan başqa cəmiyyəti nara­
hat edən problemlər yoxdur. Ölkə hansı istiqamətdə inkişaf edir,
düzgün istiqamətdə, yaxud da səhv istiqamətdə – bu barədə cəmiy­
yətdə diskussiyalar aparılmır. Bu, bizim böyük nailiyyətimizdir.
Yəni Azərbaycan xalqı tam şəkildə bu ideyalar ətrafında, azərbay­

173

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

cançılıq fəlsəfəsi ətrafında, dövlətçilik ideyaları ətrafında birləşir.
Bu birlik bizim gücümüzdür və bizə, iqtidara imkan verir ki, çox
sakit, rahat şəkildə öz siyasətini ardıcıl surətdə həyata təqdim etsin
və Azərbaycanın hərtərəfli inkişafına nail olunsun. Biz bunu görü­
rük. Mən din xadimlərinin bu sahədəki fəaliyyətini çox yüksək qiy­
mətləndirirəm.

Azərbaycanda din dövlətdən ayrıdır. Bu, bizim Konstitusiyamı­
za görə belədir. Amma, eyni zamanda, din dövlətlə birdir. Çünki
bizim amalımız birdir. O da ondan ibarətdir ki, ölkəmizin müstəqil­
liyi daha da möhkəmlənsin. Azərbaycanda bütün sosial problemlər
öz həllini tapsın, işsizlik aradan qaldırılsın, yoxsulluq aradan qal­
dırılsın, ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənsin, regional
müstəvidə aparıcı rol oynayaq. Bu fikirlər, bu ideyalar bütün Azər­
baycan xalqını birləşdirən ideyalardır.

Mən çox şadam ki, indi Azərbaycanda çox gözəl ictimai-siyasi
vəziyyət var, çox gözəl ab-hava var. Xalqımız da gələcəyə çox bö­
yük nikbinliklə baxır və buna əsas var. Bizim iqtisadi uğurlarımız
dünyanın heç bir başqa ölkəsində heç vaxt olmamışdır. Heç bir
ölkədə üç il ərzində iqtisadiyyat iki dəfə artmamışdır. Dörd il ər­
zində büdcə xərcləri təxminən 10 dəfə artmamışdır. Bu yaxınlarda
Milli Məclisdə deputatlar gələn ilin büdcəsinə baxacaqlar, müza­
kirə edəcəklər və hökumət tərəfindən təklif olunan paket çox ge­
nişdir. Yəni ilkin təklif ondan ibarətdir ki, bizim icmal büdcəmiz
12 milyard dollara bərabər olsun. Beş il bundan əvvəl bizim büdcə­
miz cəmi 1,5 milyard dollar idi. Yəni bu reallıqdır və özünü hər bir
sahədə göstərir. Gələn il təkcə dövlət investisiya xərcləri 3 milyard
dollar olacaqdır. Haraya xərclənəcək?! İnfrastruktur layihələrinə,
su kəmərlərinə, elektrik stansiyalarına, qaz xətlərinə, məktəblərə,
xəstəxanalara, yollara, körpülərə. Bizim bütün rayonlarımızda bu
işlər davam edir.

Biz regional inkişaf proqramını dörd il bundan əvvəl qəbul et­
mişik. Mən əmin idim ki, biz bunu icra edəcəyik. Yadımdadır, o
vaxt deyəndə ki, Azərbaycanda 600 min iş yeri yaradılacaq, bəzi
hallarda buna inanmırdılar. Amma reallıq bundan ibarətdir. Hələ
ki, proqramın icrası başa çatmayıb, ancaq 570 min iş yeri açılmışdır.
570 min insan işlə təmin olunmuşdur, öz ailəsinə pul gətirir. Bu iş

174

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yerləri, öz növbəsində, yeni istehsalların yaranmasına gətirib çıxa­
rır. Yəni qeyri-neft sektoru inkişaf edir. Bütün bunlar bir-biri ilə sıx
bağlı olan məsələlərdir. Yəni ki, iqtisadi sahədə bizim apardığımız
siyasət özünü tam sübut edir.

Siyasi sahədə müstəqil siyasət Azərbaycan xalqı tərəfindən bəyə­
nilir, dəstəklənir. İqtisadi güc bizə imkan verir ki, xarici siyasətimiz
Azərbaycan xalqının maraqları əsasında, yalnız və yalnız bu amil­
lər əsasında qurulur.

Sosial məsələlərin həlli müşahidə olunur və bu iş daha da sürətlə
gedəcəkdir. Bir sözlə, mən Dağlıq Qarabağ problemindən başqa,
Azərbaycanın qarşısında heç bir problem görmürəm. O problemi
də biz həll etməyə çalışırıq və çalışacağıq. Haqq-ədalət bizim tərə­
fimizdədir, bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdə­
dir və biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Buna şübhəm yoxdur və bunu etmək üçün mən gecə-gündüz çalı­
şıram. Həm diplomatik səylər, həm siyasi səylər, həm xarici səfər­
lər, beynəlxalq təşkilatlarla əməkdaşlığımız, Azərbaycan haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və eyni zamanda,
iqtisadi və hərbi güc, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması – biz bu işləri paralel şəkildə aparırıq.

Mən əminəm ki, ölkəmiz ildən-ilə möhkəmlənəcək, qüdrətlənə­
cəkdir. Biz öz gələcəyimizi çox aydın görürük. Azərbaycan inkişaf
etmiş ölkəyə çevrilməlidir. Yəni dünyada inkişaf etmiş ölkələr o qə­
dər də çox deyil, biz onlardan biri olmalıyıq. Bütün imkanlar var,
xalqımız istedadlıdır, biliklidir, iqtisadi potensial güclənir, siyasi
proseslər müsbət istiqamətdə inkişaf edir, regional mövqeyimiz
möhkəmlənir, güclü sənaye potensialı yaranır.

Biz ölkəmizi müasirləşdirməliyik. Biz öz tarixi keçmişimizə, mil­
li-mənəvi dəyərlərə bağlıyıq. Öz dinimizə, milli ənənələrimizə bağ­
lıyıq. Bu, uzun illər, onilliklər ərzində müstəmləkə vəziyyətində
yaşayanda bizi, Azərbaycan xalqını bir xalq kimi qorudu. Keçmi­
şimiz, mədəniyyətimiz, dilimiz, dinimiz bizim tariximizdir. Amma
biz gərək gələcəyə bunun əsasında baxaq. Biz gərək bütün dünyada
müsbət olan yenilikləri Azərbaycana gətirək, tətbiq edək. Biz gərək
gənclərimizi maarifləndirək, xarici ölkələrin aparıcı ali məktəblə­
rinə göndərək ki, onlar orada yaxşı bilik alsınlar, ondan sonra gəlib

175

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

öz doğma xalqına peşəkarlıqla xidmət etsinlər. Yəni müasirlik, çox
güclü mənəvi bazanın üzərində qurulan müasirlik bizim ölkəmi­
zin gələcəyidir. Mən bu gələcəyi çox açıq görürəm. Əminəm ki, biz
buna nail olacağıq və ölkəmiz daha da sürətlə inkişaf edəcəkdir.
Hər bir ölkənin vətəndaşı istəyir ki, onun ölkəsində sülh, əmin-a­
manlıq olsun, maddi rifah olsun və insanlar rahat, yaxşı yaşasınlar,
işsizlər, yoxsullar olmasın. Biz də bunu istəyirik, mən də bunu istə­
yirəm və bunu edirik.

Mən əziz Şeyx həzrətlərinə bir daha öz məhəbbət duyğularımı
bildirmək istəyirəm. O, bu gün Ulu Öndər haqqında danışdı. O
da sirr deyil ki, məhz Heydər Əliyevlə Şeyx həzrətlərinin dostlu­
ğu Azərbaycanda bu dini tolerantlığın inkişafına çox böyük təkan
vermişdir. Onların dostluğu, onların arasında olan səmimi münasi­
bət bütün cəmiyyətə öz müsbət təsirini göstəribdir. Bizim aramızda
da dostluq var və bu indi yaranmayıbdır. Mən Prezident olandan
əvvəl yaranıbdır. Hətta yadımdadır ki, hələ Prezident seçilməmiş­
dən burada buna bənzər bir məclisdə olmuşdum. Mən Prezident
seçiləndən sonra Şeyx həzrətləri dedi ki, Siz Prezidentsiniz, yəqin
gəlməzsiniz. Dedim ki, bizim dostluğumuzda heç nə dəyişməmiş­
dir. Prezident müvəqqəti bir vəzifədir, bir müddət var, ondan son­
ra yoxdur. Ancaq insani münasibətlər əbədidir, dostluq əbədidir.
Biləndə ki, bu dostluq ölkəmizin mənafeyinə xidmət edir, mən
daha da çox sevinirəm.

Əziz dostlar, bu gözəl gündə, müqəddəs Ramazan ayında sizin
hamınızı bir daha ürəkdən salamlayıram, xoşbəxtlik və cansağlığı
arzulayıram. Sağ olun.

176

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Əziz həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən
təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Dünya müsəlmanlarının müqəddəs kitabı Qurani-Kərimin nazil
olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə
birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ru­
hi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə
təntənəsini nümayiş etdirir.
Xalqımız tarixi boyu həmişə Uca Tanrıya tapınmış, milli köklə­
rinə, dini-mənəvi ənənələrinə daim sadiq olmuşdur. Müstəqillik
illərində mütərəqqi İslami dəyərlərə qayıdış cəmiyyətimizin əx­
laqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət
göstərmişdir.  Azərbaycan  övladlarının yüksək vətənpərvərliyi,
dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda
sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sa­
diqliyin nümunəsidir.
Öz canlarını ölkəmizin müstəqilliyi və torpaqlarımızın azadlığı
uğrunda qurban vermiş Azərbaycanın qəhrəman övladlarının əziz
xatirəsini bu mübarək bayram günlərində bir daha böyük ehtiram­
la yad edir, onlara Allahdan rəhmət diləyirəm.
Əziz bacı və qardaşlarım!
Siz mübarək Ramazan günlərini böyük məmnunluq və fərəh
hissləri ilə başa vurursunuz. İnanıram ki, müqəddəs dinimiz yo­
lunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqi­
si naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və
şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bu əziz bayram günündə sizin hamınızı və ölkəmizin hüdudla­
rından kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər bi­
rinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət
arzulayıram.
Allah orucunuzu qəbul etsin!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2007-ci il

177

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİLƏ
KEÇİRİLƏN KONFRANSIN İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!
Beynəlxalq Tolerantlıq günü münasibətilə keçirilən, olduqca
aktual bir mövzuya həsr edilmiş konfransınızı salamlayır və onun
işinə uğurlar diləyirəm.
Böyük İpək yolu üzərində yerləşən ölkəmiz tarix boyu bütün sə­
mavi dinlərin məbədlərini ucaldaraq onlara sitayiş edən insanlar
üçün unikal dözümlülük mühitinin formalaşdırılması ilə həqiqətən
fəxr edə bilər. Müstəqil Azərbaycan Respublikası qloballaşma şərai­
tində İpək yolunun bərpası sayəsində iri miqyaslı layihələr çərçivə­
sində enerji, nəqliyyat və informasiya dəhlizlərini yaratmaqla tole­
rantlıq ənənələrinin dirçəldilməsini və yaşadılmasını təmin etmişdir.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmuş Beynəlxalq
Tolerantlıq günü və qəbul edilmiş “Dözümlülük prinsipləri dek­
larasiyası” istər ölkəmizin tarixi ənənələri, istərsə də mövcud mü­
hiti ilə həmahəng səsləşir. Tolerantlığın mənəvi, siyasi və hüquqi
müstəvidə bərqərar olması təhsildə, mədəniyyətdə, ümumən cə­
miyyət həyatının müxtəlif sahələrində strateji əhəmiyyətə malik
proqramların həyata keçirilməsini tələb edir. Məhz bu baxımdan
Azərbaycanda təmsil olunan bütün dini icma nümayəndələrinin
bu konfransda tolerantlıq, dözümlülük problemlərinin geniş mü­
zakirəsini keçirmələri təqdirəlayiqdir.
Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən
nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həm­
çinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda
görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tole­
rantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan
verir. Bu gün sivilizasiyaların toqquşması və qarşıdurması konsep­
siyasına tərəfdar çıxanlar zəngin tolerantlıq ənənələrinə malik olan
və Şərqlə Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi Azər­
baycanın təcrübəsindən bəhrələnə bilərlər.
Hər birinizə cansağlığı, xoşbəxtlik və səmərəli fəaliyyətinizdə
müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2007-ci il

178

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşla­
rımızı mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edir,
hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Müqəddəs Qurban bayramı İslamın bir din kimi tamamlanması
və bununla da bəşər övladının mükəmməl əxlaqi dəyərlərə, əmə­
li-saleh yaşayışa, doğru-düzgün həyat yoluna dəvət edilməsi ilə
əlamətdardır.
Müsəlmanlar arasında mənəvi-ruhi birliyin, həmrəylik və qar­
daşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban mərasim­
ləri, eyni zamanda onların Allah yolunda və xeyirxah amallar uğ­
runda hər cür fədakarlığa hazır olmalarının təcəssümüdür. Məhz
bu mübarək gündə inanclı insanlar Uca Tanrıya yaxınlığını, İlahi
kəlama, mənəvi dəyərlərə bağlılığını könül xoşluğu ilə nümayiş et­
dirmək fürsəti əldə edirlər.
Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqə­
rar edildiyi müstəqil Azərbaycan Respublikasında Qurban bayramı
hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Ölkəmi­
zin hər yerində Allahın adına qurbanlar kəsilir, respublikamızın
tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir,
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canların­
dan keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Bütün xeyirxah dua və niyyətlərə qoşularaq, əmin olduğumu
bildirirəm ki, builki Qurban bayramı da xalqımızın milli-mənəvi
həmrəyliyinin, cəmiyyətimizdə şəfqət və mərhəmət duyğularının
təntənəsinə çevriləcəkdir.
Əziz bacı və qardaşlar!
Bu mübarək gündə hamınıza Ulu Tanrıdan möhkəm can sağlığı,
ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2007-ci il

179

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BİBİHEYBƏT ZİYARƏTGAH KOMPLEKSİNDƏ

20 dekabr 2007-ci il

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı günü Bibi­
heybət ziyarətgah kompleksində olmuşdur.

VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dün­
yasının 3-cü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin 4
nümayəndəsi uyuyur. İmam Museyi Kazımın qızı Həzrət Hökümə
xanımın məzarı da həmin ziyarətgahdadır. Azərbaycanın say-seç­
mə övladları ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz, o cümlə­
dən xalqımızın iman və inanc yeri olan Bibiheybət ziyarətgahı da
sovet dövründə repressiyaya məruz qalmış, 1934-cü ildə buradakı
məscid dağıdılmışdır.

Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan Ulu
Öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi
dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yenidən
həyat verilmişdir. Ümummilli Lider 1994-cü ilin martında Qur­
ban bayramı günündə bu müqəddəs ocağı ziyarət etmiş, 1997-ci il
iyulun 23-də, Peyğəmbərin mövludu günündə burada yeni məs­
cid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, yenə də
Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış
mərasimində iştirak etmişdir.

Heydər Əliyev ideyalarına sadiq qalan və uğurla davam et­
dirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimi­
zin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman
və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid
kompleksinin genişləndirilməsi də əksini tapmışdır. Dövlətimizin
başçısı 2005-ci ilin oktyabrında buranı ziyarət edərkən fikirlərini
bölüşmüş, tövsiyələrini vermişdir. Hazırda Bibiheybət ziyarətgah
kompleksinin inşası sürətlə davam etdirilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, ərazinin relyefinin
mürəkkəbliyi nəzərə alınaraq, ziyarətgahın və buradan keçən ma­
gistral yolun genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçi­
rilmişdir. Köhnə evlər sahiblərinə yeni mənzillər verilməklə və ya

180

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

konpensasiya ödənilməklə sökülmüşdür. Tikintinin ümumi sahəsi
1800 kvadratmetrdən çoxdur. Məscidin yaxınlığından keçən ma­
gistralın 1,8 kilometri genişləndirilərək, 30-34 metrə çatdırılmışdır.
Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu
məsciddə də ilk dəfə muzey və kitabxana zəvvarların ixtiyarına ve­
riləcəkdir. Burada aparılan yenidənqurma tədbirləri ölkəmizdə dini
dəyərlərə nə qədər həssaslıqla yanaşılmasının bariz nümunəsidir.

Dövlətimizin başçısına məlumat verildi ki, məsciddə eyni vaxtda
təxminən 3 min nəfərin namaz qılması mümkündür. Qadınlar və
kişilərin ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılmış­
dır. Namaz qılınacaq yerin döşəməsinin altında xüsusi istilik siste­
mi quraşdırılmışdır. İnşaat və tərtibat işləri klassik Şərq memarlığı
üslubunda yerinə yetirilir.

Kompleksdə çoxlu yardımçı otaqlar da tikilmişdir.
Hər cür şəraiti olan qurbangah da yaradılmışdır. İndiki Qurban
bayramı münasibətilə bu ziyarətgahda kəsilən qurbanlar Bibihey­
bət qəsəbəsində yaşayan aztəminatlı insanlara və şəhid ailələrinə
paylanılmışdır. Kompleksdə yeməkxana, meyitlərin yuyulması
üçün xüsusi yer də olacaqdır.
Ziyarətgahın axundu Hikmət Əlizadə bildirdi ki, layihəçilər,
inşaatçılar bütün işləri yüksək səviyyədə görürlər. Buranın ayrıca
qazanxanası, su təchizatı sistemi vardır. Bütün kommunikasiya sis­
temi mükəmməl şəkildə quraşdırılır.
Dövlətimizin başçısına kompleksin üst hissəsində görülən işlər
barədə də məlumat verildi. Bildirildi ki, burada geniş meydança
olacaq, yay aylarında ziyarətgaha gələnlərin istirahəti üçün hər cür
şərait yaradılacaqdır.
Prezident İlham Əliyev Xəzərin sahilinin bu hissəsində görülə­
cək digər işlərdən də danışdı, ziyarətgahda davam etdirilən yeni­
dənqurma tədbirləri barədə tapşırıqlarını verdi, buradan paytaxtın
mənzərəsini seyr etdi. Dövlətimizin başçısı burada xatirə şəkli çək­
dirdi.
Sonra Prezident İlham Əliyev Həzrət Hökümənin məzarını zi­
yarət etdi. Şeyxülislam Allahşükür Paşazadə Həzrət Hökümənin və
İmamın burada dəfn edilmiş 3 nəvəsinin ruhuna dua oxudu.
Prezident İlham Əliyev ziyarətgahda nəzir verdi.

181

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Dövlətimizin başçısına məsciddə yüksək zövqlə aparılan tərtibat
işləri barədə geniş məlumat verildi. Bildirildi ki, məscidin mərkə­
zi salonu, foyenin tavanı, divarlar incə naxışlarla bəzədiləcəkdir.
Məscidin günbəzində Qurani-Kərimdən surə yazılacaqdır. Ümu­
miyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri
əksini tapacaqdır.

Dindarlar bildirdilər ki, demokratik prinsiplərin, dini etiqad və
vicdan azadlığının bərqərar olduğu Azərbaycanda bütün dini ocaq­
larda bu cür yüksək səviyyədə yenidənqurma işlərinin aparılması
böyük razılıq doğurur. Azərbaycan Prezidentinin bu işlərə bilava­
sitə nəzarət etməsi isə xüsusi rəğbət doğurur.

Prezident İlham Əliyev dini ocaqlarda ən müasir standartlara ca­
vab verən əsaslı təmir və yenidənqurma işlərinin bundan sonra da
davam etdiriləcəyini vurğuladı, Bibiheybət ziyarətgahında görülən
işlərdən razılığını bildirdi, müqəddəs Qurban bayramı münasibə­
tilə ən xoş arzularını çatdırdı.

182

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

TƏZƏPİR MƏSCİDİNDƏ APARILAN
YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞLIQ

20 dekabr 2007-ci il

Paytaxtımızın memarlıq simasında özünəməxsus yeri olan Təzə­
pir məscidində Prezident İlham Əliyevin tapşırığı ilə aparılan əsaslı
təmir və yenidənqurma işlərinin yarıdan çoxu görülmüşdür. Məs­
cidin yanında yeni kompleks də tikilir. Kompleksə Qafqaz Müsəl­
manları İdarəsinin və İslam Universitetinin inzibati binaları, xaric­
dən gələn ziyarətçilər üçün qonaq evi, geniş konfrans salonu daxil­
dir. Burada qurbangah, yardımçı otaqlar da tikilmişdir.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq,
kompleksin tikintisində milli memarlıq üslubuna xüsusi diqqət ye­
tirilir. Kompleksin elektrik, istilik və su təchizatı sisteminin quraş­
dırılması da son mərhələyə daxil olur.

183

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

184

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Məscidin özündə isə daxili tərtibat işlərinə başlanmışdır. Bu
incə və böyük ustalıq tələb edən işə tanınmış rəssam-bərpaçılar
cəlb olunmuşdur. İnteryerdə istifadə olunan rənglər, xüsusilə qızılı
rəng xaricdən gətirilmişdir. Təzəpir məscidinin bərpası və geniş­
ləndirilməsi dövlətimizin başçısının tariximizin keçmişinə, mənəvi
və dini dəyərlərimizə göstərdiyi diqqət və qayğının daha bir əyani
nümunəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə Prezident İlham Əliyevə məlumat verdi ki, məscid yeni­
dən qurularkən onun memarlıq üslubu qorunub saxlanılmışdır.

Bildirildi ki, ümumi sahəsi 7600 kvadratmetr olan kompleksin 6
min kvadratmetrində yenidənqurma işləri aparılır. Məscidin fasadı
xüsusi özəlliyi ilə seçilən naxışlarla bəzədilmişdir. Oyma naxışlar gi­
rişdə daha çoxdur. Burada memarlıq elementləri üstünlük təşkil edir.

Daha sonra məscidin interyeri ilə tanış olan Prezident İlham Əli­
yevə burada görülən işlər barədə də məlumat verildi. Günbəzdəki
naxışlar diqqəti daha çox cəlb etdi. Quran ayələrinin yazılmasında
müxtəlif rəng çalarlarından istifadə edilmişdir. Dövlətimizin başçı­
sı şəbəkədən hazırlanmış pəncərələrə də xüsusi diqqət yetirdi.

Prezident İlham Əliyev kompleksə daxil olan binaları gəz­
di. Dövlətimizin başçısına məlumat verildi ki, inzibati bina­
larda işçilərin fəaliyyəti üçün bütün şərait yaradılacaqdır.
Daha sonra Prezident İlham Əliyev kompleksə daxil olan binanın
üst qatından ərazini seyr etdi. Məlumat verildi ki, məscidin günbə­
zinə qızıl təbəqə çəkilmişdir. Ümumilikdə məsciddə 320 kvadrat­
metr sahə qızıl təbəqə ilə işlənmişdir.

Dövlətimizin başçısı konfrans, ehsan salonları ilə də tanış oldu,
məscidin ətrafında abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqla­
rını verdi.

Bildirildi ki, dini ayinlər zamanı insanların təhlükəsizliyinin tə­
min olunması məqsədi ilə yenidənqurma işləri başa çatdıqdan son­
ra Tolstoy küçəsinin məscidin yanından keçən hissəsi avtomobillə­
rin hərəkəti üçün bağlanacaqdır.

Prezident İlham Əliyev burada işlərin gedişindən razılığını bil­
dirdi və keyfiyyət məsələlərinə bundan sonra da xüsusi diqqət ye­
tirməyi tövsiyə etdi.

185

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ƏJDƏRBƏY MƏSCİDİNDƏ VƏ ONUN
ƏRAZİSİNDƏ APARILAN TƏMİR-TİKİNTİ,
ABADLIQ İŞLƏRİ İLƏ TANIŞLIQ

20 dekabr 2007-ci il
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə dövlətimizin başçısına məscid barədə məlumat verdi
və bildirdi ki, ərazidə işlərə bu ilin aprelindən başlanılmışdır. Tə­
mir-bərpa işlərində müasir texnologiyalardan istifadə olunsa da,
məscidin tarixi abidə olması nəzərə alınır. Ona görə də təmir-bərpa
işlərindən sonra da ilkin görkəminə uyğun olacaqdır. Məscidin ət­
rafında daxili həyət inşa olunur. Burada qurbangah, namazgah və
yardımçı otaqlar yerləşəcəkdir.
Prezident İlham Əliyev məscidin daxilində aparılan işlər­
lə də maraqlandı. Bildirildi ki, məscidin daxilindəki əsas çilçıraq
dəyişdiriləcək, işıqlandırma sistemi müasir üslubda qurulacaq­
dır. Tavan və divarları Qurani-Kərimin ayələri bəzəyəcəkdir.
Prezident İlham Əliyev ətraf ərazini gəzdi, məscidin xarici görü­
nüşünə xüsusi diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək
səviyyədə davam etdirilməsinin zəruriliyini söylədi.

186

2008

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad
bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi
arzularımı yetirirəm.
Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan müstəqil Azər­
baycan Respublikasının bütün vətəndaşları dilindən, dinindən, et­
nik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azad­
lıqlarına, o cümlədən vicdan azadlığına malikdirlər. Ölkəmizdə ya­
şayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını,
adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf
etdirmək üçün demokratik şərait təmin edilmişdir. Cəmiyyətimi­
zin mühüm hissəsi olan xristian icması da yaradılmış bu imkan­
lardan geniş şəkildə faydalanır. Məmnuniyyət hissi ilə qeyd etmək
istəyirəm ki, onlar Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi
həyatında yaxından iştirak edir, respublikamızın tərəqqisi naminə
fəal vətəndaş mövqeyi göstərirlər.
İsa peyğəmbərin mövludu günü kimi əlamətdar olan mübarək
milad bayramı yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət duyğu­
larının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələri­
nizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun! 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2008-ci il

188

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS TAXT-TACIN DÖVLƏT KATİBİ,
KARDİNAL TARÇİZİO BERTONE İLƏ GÖRÜŞ

7 mart 2008-ci il

İlham Əliyev: Mən çox şadam ki, siz Azərbaycana səfər edirsi­
niz və bilirəm ki, çox böyük və maraqlı proqramınız var. Yəqin ki,
proqramın əsas hissəsi bu günə düşür. Biz birlikdə Roma katolik
kilsəsinin açılışında iştirak edəcəyik. Bu, çox mühüm və önəmli ha­
disədir və mən əminəm ki, Azərbaycanda yaşayan bütün katoliklər
bu gün sevinc içindədirlər. Eyni zamanda, sizin səfəriniz imkan ve­
rir ki, münasibətlərimizi bir də nəzərdən keçirək və gələcək fəaliy­
yət haqqında danışaq. Bir daha sizi salamlayıram.

Tarçizio Bertone: Mən Azərbaycana səfərimi xüsusilə çox vacib
hesab edirəm. Çünki bildiyiniz kimi, bu səfərlə bağlı qərarımızı
çoxdan qəbul etmişdik. İndi isə onun baş tutmasından çox razı­
yıq. Eyni zamanda, səfərin önəmliliyi, vacibliyi ilə yanaşı, xüsusilə
Azərbaycanda müxtəlif dinlər və müxtəlif icmaların çox gözəl sülh
şəraitində, tolerantlıq və dözümlülük şəraitində birgə yaşamasını
olduqca yüksək qiymətləndiririk. Azərbaycanın bu adət-ənənəsini
nümunəvi hesab edirik. Eyni zamanda, cənab Prezident, Roma Pa­
pası XVI Benediktin ən xoş arzularını və ən səmimi salamlarını Sizə
çatdırırıq.

Dövlətimizin başçısı Roma Papası XVI Benediktin salamlarına görə
minnətdarlığını bildirdi, özünün də salamlarını və ehtiramını ona çatdır-
mağı xahiş etdi.

189

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKIDA MÜQƏDDƏS MƏRYƏM ANA KİLSƏSİNİN
RƏSMİ AÇILIŞINDA NİTQ

7 mart 2008-ci il

Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və ölkəmizdə
səfərdə olan Vatikanın dövlət katibi kardinal Tarçizio Bertoneni binanın
önündə kilsənin baş keşişi Yan Çapla böyük hörmət və ehtiramla qarşıladı.

Yan Çapla: Azərbaycanda bu gün katolik cəmiyyətinin həyat
rəmzi olan kilsənin açılması dünya katolik kilsəsi üçün yaddaqalan
bir gündür. Bu gün Azərbaycanın xristian katolikləri ona görə min­
nətdardırlar ki, Allahı tərifləmək və mənəvi dəyərləri zənginləşdir­
məyimiz üçün bizim yerimiz var. Qoy bu gün bu ölkədə hamının
dinc, yanaşı yaşaması və həmrəyliyinin xoş ənənəsi olsun.

İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­
yevdən nitq söyləməsini xahiş edirik.

İlham Əliyev: Hörmətli cənab kardinal Bertone!
Hörmətli xanımlar və cənablar!
Hörmətli din xadimləri!

190

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mən sizin hamınızı ürəkdən salamlayıram, bütün qonaqlara
Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Bu gün bizim həyatımızda çox əlamətdar və unudulmaz bir
gündür. Azərbaycanda katolik kilsəsi açılır və mən bu münasibətlə
Azərbaycanda yaşayan bütün katolikləri ürəkdən təbrik edirəm. Bu
hadisə onu göstərir ki, Azərbaycanda dinlərarası münasibətlər çox
yüksək səviyyədədir. Bu sahədə görülən işlər, tədbirlər Azərbay­
canın hərtərəfli inkişafına xidmət göstərir. Çünki hər bir ölkənin
normal, uğurlu inkişafı üçün iqtisadi və siyasi uğurlarla bərabər,
sülh olmalıdır, əmin-amanlıq, sabitlik olmalıdır, millətlərarası və
dinlərarası münasibətlər yaxşı səviyyədə olmalıdır. Biz bütün bun­
ları Azərbaycanda görürük. Azərbaycan xalqı əsrlər boyu bütün
başqa xalqlarla mehribanlıq şəraitində yaşamışdır, Azərbaycanda,
Azərbaycanın tarixində heç vaxt milli, yaxud da dini zəmində nəin­
ki münaqişə, hətta narazılıq da olmamışdır. Azərbaycanda yaşayan
insanlar bütün bunları çox yaxşı bilirlər. Əlbəttə, burada dövlət
siyasətinin çox önəmli rolu vardır. Eyni zamanda, Azərbaycanda
yaşayan insanların qəlbində olan qardaşlıq, mehribanlıq duyğuları
çox mühüm rol oynayır.

Biz bu gün hörmətli dövlət katibi ilə Vatikan-Azərbaycan müna­
sibətlərinin müxtəlif sahələrini müzakirə etdik. Biz, ümumiyyətlə,
bu səfərə çox böyük diqqət göstəririk və qiymət veririk. Çünki bu
onu göstərir ki, Vatikanla Azərbaycan arasında mövcud olan möh­
kəm əlaqələr daha da möhkəmlənir. Bu əlaqələrin inkişafında Azər­
baycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vatikana 1997-
ci ildə etdiyi səfəri xüsusilə qeyd etmək istəyirəm. O səfərdən sonra
münasibətlər, demək olar ki, yeni pilləyə qalxmışdır. Şübhəsiz ki,
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfə­
ri də bu münasibətlərin inkişafında çox böyük rol oynamışdır. Biz
hamımız həmin səfəri yaxşı xatırlayırıq. O, doğrudan da tarixi bir
səfər idi və bir daha göstərdi ki, Azərbaycan, müstəqil ölkəmiz bü­
tün istiqamətlərdə böyük uğurlara nail olubdur. Eyni zamanda və
ilk növbədə, millətindən, dinindən asılı olmayaraq, Azərbaycanda
yaşayan bütün insanlar eyni hüquqlara malikdirlər, bərabərdirlər
və bu, ölkəmizin gələcəyi üçün çox vacib amildir. 

191

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mən Vatikana öz səfərimi də xatırlayıram. 2005-ci ildə Vatikan­
da olarkən orada keçirilən danışıqlar, müzakirələr bir daha imkan
verdi ki, ikitərəfli münasibətlərimizi təhlil edək. Bugünkü tədbirin
baş verməsi üçün o vaxt lazımi tədbirlər görülmüşdü. Bakıda kilsə­
nin tikintisi üçün çox gözəl yer ayrılmışdır və qısa müddət ərzində
gözəl kilsə tikilmişdir. Mən bu hadisəyə müxtəlif aspektlərdən ya­
naşıram. İlk növbədə, bu gün Azərbaycanda yaşayan katoliklərin
bayramıdır. Katolik kilsəsinin fəaliyyətə başlaması onların böyük
bayramıdır. Digər tərəfdən, bu, tarixi həqiqətin bərpasıdır. Çünki
biz bilirik ki, XX əsrin əvvəllərində Azərbaycanda katolik kilsəsi
tikilmişdir, lakin bolşevik inqilabından sonra o, dağıdılmışdır. Bu
gün kilsənin tikilib istifadəyə verilməsi o tarixi həqiqətin bərpası
deməkdir. Digər tərəfdən, əminəm, dünyada yaşayan bütün ka­
toliklər üçün çox vacib və əlamətdar hadisədir ki, Azərbaycanda
bu kilsə tikilibdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini
dözümlülük, dini tolerantlıq çox yüksək səviyyədədir. Bu, bizim
böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, dinlərin nü­
mayəndələrinin bir ailə kimi, qardaşlıq, mehribanlıq şəraitində
yaşaması bizim ölkəmizi gücləndirir. Ölkəni gücləndirən müxtəlif
amillər var. Həm siyasi nüfuz, həm iqtisadi potensial, həm sosial
məsələlərin həlli və həm də digər məsələlər. Ancaq millətlərarası

192

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

münasibətlər, xüsusilə çoxmillətli ölkələrdə çox böyük əhəmiyyət
kəsb edən məsələdir. 

Azərbaycan çoxmillətli ölkədir. Biz bununla fəxr edirik və Azər­
baycanda yaşayan bütün milli azlıqlara öz qayğımızı göstəririk və
bundan sonra da göstərəcəyik. Azərbaycan o ölkədir ki, burada bü­
tün dinlər sərbəst fəaliyyət göstərir. Eyni zamanda, din dövlətdən
ayrıdır, Azərbaycan dünyəvi dövlətdir və bu da bizim üçün çox va­
cib olan məsələdir. Biz bütün dinlərə böyük hörmətlə yanaşırıq və
Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait var.

Bir daha demək istəyirəm ki, hesab edirəm, bugünkü hadisə gələ­
cək üçün də çox mühüm rol oynayacaqdır. Azərbaycanın gələcək
inkişafı, dünya birliyinə inteqrasiyası, Avropa ilə olan gözəl müna­
sibətlərinin davam etdirilməsi, Avropa İttifaqının qonşuluq siyasəti
çərçivəsində uğurlu fəaliyyətin davam etdirilməsi üçün bu hadisə
çox vacib rol oynayır. Əlbəttə, yenə deyirəm, ilk növbədə, Azərbay­

193

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

canda yaşayan katoliklər üçün bu gün böyük bayramdır. Mən bu
bayram münasibətilə bütün katolikləri təbrik etmək istəyirəm. 

Bir daha qeyd etmək istəyirəm ki, biz kilsənin tikilməsinə çox
böyük diqqət göstərmişik – həm yerin seçilməsində, həm də lazımi
sənədlərin hazırlanmasında. Mən çox şadam ki, bu gün biz hörmət­
li kardinal Bertone ilə bərabər bu kilsənin açılışında iştirak edirik.
Bir daha demək istəyirəm ki, bundan sonra da Azərbaycanda bü­
tün millətlər dövlət tərəfindən qayğı ilə əhatə olunacaqlar. Azər­
baycanda bundan sonra da heç vaxt nə milli, nə də dini zəmində
heç bir problem olmayacaqdır. Bütün milli azlıqlar bizim qardaş­
larımızdır. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri
bizim qardaşlarımızdır və bu qardaşlıq davam etdiriləcəkdir. Azər­
baycan dostluq ölkəsidir, qardaşlıq ölkəsidir. Azərbaycan o ölkədir
ki, uğurla inkişaf edir, irəliyə baxır və tərəqqi yolunu seçibdir.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik
edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

194

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

S.M.MUSAYEVİN “ŞÖHRƏT” ORDENİ İLƏ
TƏLTİF EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına
görə Salman Musa oğlu Musayev “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2008-ci il

195

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Vatikan arasındakı dostluq və əmək­
daşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq,
insanlar arasında qarşılıqlı anlaşma, həmrəylik və humanizm ide­
allarının təntənəsi naminə bundan sonra da ardıcıl şəkildə inkişaf
edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda
uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə, 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2008-ci il

196

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
İkinci Dünya müharibəsi zamanı faşizmin yəhudi xalqına qarşı hə­
yata keçirdiyi soyqırımı siyasətinin qurbanları hər il bütün mütərəqqi
bəşəriyyət tərəfindən ürək ağrısı ilə yad olunur. Bu dəhşətli kütləvi qır­
ğında uşaqlara, qadınlara, qocalara belə aman verilmədən, milyonlarla
insan yalnız yəhudi millətinə mənsub olduğuna görə qəddar işgəncə və
əzablarla məhv edilmişdir.
1943-cü ilin aprelində Varşavada yəhudi gettosu məhbuslarının öz
milli haqları uğrunda faşizmə qarşı qeyri-bərabər ölüm-dirim savaşına
qalxması və bu şərəfli mübarizədə qəhrəmanlıqla həlak olması insani lə­
yaqətin şər və zorakılıq üzərində mənəvi qələbəsi kimi tarixə həkk olun­
muşdur. Bu qanlı cinayətə zamanında hüquqi-siyasi qiymət verilmiş,
soyqırımı aksiyasının ideoloqları və təşkilatçıları layiq olduqları cəzala­
rını almışlar. Lakin faşizmin yolverilməz təzahürləri müasir zəmanəmi­
zin acı reallığına çevrilməkdə, milyonlarla insanın yaddaşını və taleyini
narahat etməkdədir.
Təəssüf hissi ilə qeyd edirəm ki, bu cür müsibətlər Azərbaycandan da
yan keçməmişdir. Son iki əsrdə, xüsusən də ötən yüzilliyin 80-ci illərinin
sonlarından xalqımız dəfələrlə erməni faşizminin hərbi, siyasi, ideoloji
irticasına məruz qalaraq soyqırımı, deportasiya, etnik təmizləmə kimi
milli fəlakətlərlə üzləşməli olmuşdur. Biz bütövlükdə bəşər sivilizasiya­
sını, beynəlxalq sülhü və əmin-amanlığı təhdid edən hər cür irqçiliyi,
milli-dini ayrı-seçkiliyi qətiyyətlə pisləyir, dünya birliyini belə hallara
qarşı vahid və barışmaz mövqe nümayiş etdirməyə çağırırıq.
Əziz həmvətənlər!
Milli hüzn gününüzdə bir daha Azərbaycan xalqı adından kədərinizə
şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allah­
dan rəhmət diləyirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2008-ci il

197

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə sə­
mimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və
əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illərdir ölkəmizdə təşəkkül tapmış davamlı tolerantlıq mü­
hiti ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dost­
luq münasibətləri şəraitində dinc yanaşı yaşaması, etnik-mədəni
müxtəlifliyin günümüzəcən qorunub saxlanması Azərbaycan cə­
miyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərt­
ləndirən tarixi nailiyyətimizdir.
Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı ol­
mayaraq, Azərbaycanın bütün vətəndaşları ölkədə mövcud olan
vicdan və dini etiqad azadlığından, mütərəqqi dövlət-din müna­
sibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlan­
maqdadır. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, respublikamızın
çoxsaylı pravoslav xristian icması da öz milli-mənəvi dəyərlərinə
sahib olmaqla, ölkəmizdə gedən böyük quruculuq işlərində yaxın­
dan iştirak edir və öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət
rəmzi kimi hər il Azərbaycanda geniş qeyd edilir. Qoy bu nurlu
bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2008-ci il

198

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BİBİHEYBƏT ZİYARƏTGAH KOMPLEKSİNİN ƏSASLI
YENİDƏNQURMA VƏ GENİŞ TİKİNTİ İŞLƏRİNDƏN
SONRA İSTİFADƏYƏ VERİLMƏ MƏRASİMİNDƏ NİTQ

12 iyul 2008-ci il
Hörmətli xanımlar və cənablar!
Hörmətli din xadimləri!
Əziz dostlar!
Bu gün Azərbaycan xalqının həyatında çox əlamətdar və tarixi
bir gündür. Bu gün Bibiheybət məscidində təmir-bərpa işləri və ge­
nişləndirmə işləri tam başa çatmışdır. Bu münasibətlə mən bütün
Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
VII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insan­
ların inanc və ibadət yeri olmuşdur və Azərbaycan xalqı tərəfindən
qorunmuşdur. Bibiheybət ziyarətgahının böyük tarixi vardır və
XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilmişdir. Bütün
dövrlərdə bu müqəddəs ocaq insanları özünə cəlb edib. Bildiyiniz
kimi, keçən əsrin 30-cu illərində məscid dağıdılmışdır. Bütövlükdə,
Sovet İttifaqı zamanında dinə qadağa qoyulmuşdur və məscidin da­
ğılmasını əks etdirən o acı kadrlar bizim gözümüzün qabağındadır.
Dəfələrlə biz bu dəhşətli hadisəni kinokadrlar vasitəsilə görmüşük.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
müstəqil ölkə kimi yaşamağa başlamışdır. Ancaq müstəqilliyimi­
zin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi. Demək olar ki, ölkə­
mizdə bütün istiqamətlərdə geriləmə müşahidə olunurdu. İqtisa­
diyyat çökmüşdü, sənaye istehsalı tənəzzülə uğrayırdı, ölkədə xaos
və böhran hökm sürürdü. Deyə bilərəm ki, 1991-93-cü illərdə mil­
li-mənəvi dəyərlərə də o qədər də böyük fikir verilmirdi. O vaxtkı
iqtidar nümayəndələri özlərini elə aparırdılar ki, sanki onlardan
əvvəl heç tarix də olmamışdır. Milli-mənəvi dəyərlərin təbliğ olun­
ması, bizim milli ənənələrimizə qayıdış prosesi Ulu Öndər Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başlamışdır. Məhz
1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlmə­
si Azərbaycanda bütün istiqamətlərdə xoşagəlməz proseslərin da­

199

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yanmasına gətirib çıxardı. Eyni zamanda, mənəviyyat sahəsində də
Azərbaycan xalqı öz mənəvi və dini köklərinə qayıtdı.

Bildiyiniz kimi, o illər Azərbaycan iqtisadiyyatı üçün böyük sı­
naq illəri olmuşdur. Demək olar ki, iqtisadi inkişaf sıfır dərəcəsində
idi, ölkədə çoxlu sosial problemlər mövcud idi. Sovet İttifaqının da­
ğılması nəticəsində və 1991-93-cü illərdə müşahidə olunan böhran
nəticəsində, demək olar ki, hər hansı bir iqtisadi dirçəlişdən söhbət
gedə bilməzdi.

Ulu Öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quru­
culuq, inkişaf dövrü başladı və baxmayaraq ki, o illərdə – 1993-
94-cü illərdə bizim dövlət büdcəmiz də çox məhdud idi, əlavə
imkanlarımız da yox idi, xəzinədə 1 manat vəsait də yox idi.
Buna baxmayaraq, Bibiheybət məscidinin bərpası üçün 1994-cü
ildə Heydər Əliyevin qərarı işıq üzü gördü. 1994-cü ildə Qur­
ban bayramında Heydər Əliyev buranı ziyarət etmişdi və göstə­
riş vermişdi ki, burada məscidin binası tikilsin. Ondan sonra la­
yihələndirmə işləri başlamışdır, layihə hazırlanmışdır və 1997-
ci ildə Həzrət Məhəmməd peyğəmbərin mövludu günündə
Heydər Əliyevin iştirakı ilə məscidin bünövrəsi qoyulmuşdur.
Mən xüsusilə iqtisadi çətinliklərə diqqəti yönəltmək istəyirəm.
Çünki Azərbaycanın indiki şəraitində əlbəttə ki, bütün böyük la­

200


Click to View FlipBook Version