The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKAN DÖVLƏTİNDƏ RƏSMİ
QARŞILANMA MƏRASİMİ

26 fevral 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vatikan
dövlətinə gəlmişdir. Dövlətimizin başçısının şərəfinə İsveçrə Qvar­
diyasının fəxri qarovul dəstəsi düzülmüşdü.

Burada dövlətimizin başçısının təntənəli qarşılanma mərasimi
oldu. Prezident İlham Əliyevi Müqəddəs Tax-Tacın prefekti mon­
senyor Xarven, prefektin müavini Paolo de Nikolo, İsveçrə qvardi­
yasının komandanı, Kardinallar kollegiyasının üzvləri, Roma Papa­
sının digər rəsmi nümayəndələri ehtiramla qarşıladılar.

Monsenyor Xarven dövlətimizin başçısını qarşılayanları ona təq­
dim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Vatikanın dövlət
katibi kardinal Ancelo Sodano ilə təkbətək görüşü oldu. Kardinal
Sodano dövlətimizin başçısını səmimiyyətlə salamladı, onun İtaliya
Respublikasına və Vatikan dövlətinə rəsmi səfərini yüksək dəyər­
ləndirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevə Vatikan dövləti­
nin başçısı, Zati-müqəddəsləri Papa II İohann Pavelin salamlarını
çatdırdı.

Azərbaycanın müstəqilliyinin Vatikan dövləti tərəfindən 13 il
bundan əvvəl tanındığını bildirən Ancelo Sodano vurğuladı ki,
Papa II İohann Pavel dinindən, irqindən, milli mənsubiyyətdən ası­
lı olmayaraq, bütün insanların, xalqların dostu kimi tanınır.

Özünə və ölkəmizin nümayəndə heyətinə göstərilən yüksək
qonaqpərvərliyə görə minnətdarlığını bildirən Prezident İlham
Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci ilin
sentyabrında İtaliyaya rəsmi səfəri zamanı Vatikanı ziyarət etdiyini,
Papa II İohann Pavel ilə görüşüb ətraflı fikir mübadiləsi apardığını,
eyni zamanda, Vatikan dövləti başçısının Azərbaycana səfərinin də
uğurla keçdiyini xatırlatdı. Prezident İlham Əliyev Zati-müqəddəs­
ləri Papa II İohann Pavelə Tanrıdan şəfa dilədi.

Görüşdə Azərbaycanla Vatikan dövləti arasında əlaqələrdən də
söhbət getdi. Kardinal Ancelo Sodano bildirdi ki, Azərbaycanda ti­

51

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

kilməkdə olan katolik kilsəsinin açılış mərasimində iştirak etmək
üçün Bakıya gələcəkdir.

Prezident İlham Əliyev ölkəmizdə hüquqi, demokratik, dünyə­
vi dövlət quruculuğu sahəsində görülən işlərdən, həyata keçirilən
islahatlardan ətraflı söhbət açdı. Daha sonra xalqımızın ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə­
sindən və onun respublikamız üçün faciəli nəticələrdən bəhs edən
dövlətimizin başçısı dedi ki, Ermənistan qeyri-konstruktiv mövqe
tutduğuna görə, məsələnin sülh yolu ilə aradan qaldırılması müm­
kün olmur. Bu məsələdə Azərbaycanın mövqeyini açıqlayan Pre­
zident İlham Əliyev bildirdi ki, mötəbər beynəlxalq təşkilatlar və
dünyanın nüfuzlu dövlətləri münaqişənin tezliklə həll edilməsi
üçün səylərini gücləndirməlidir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə qarşılıqlı
maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı. Görüş­
dən sonra Azərbaycan Prezidenti dövlət katibi Ancelo Sodanoya
xatirə hədiyyəsi təqdim etdi. Vatikanın dövlət katibi Prezident İl­
ham Əliyevə, habelə Azərbaycan nümayəndə heyətinin üzvlərinə
hədiyyələr və üzərində II İohann Pavelin şəkli olan xatirə medalları
təqdim etdi.

Sonra dövlətimizin başçısı İlham Əliyevi Müqəddəs Taxt-Tacın
prefekti monsenyor Xarven, prefektin müavini Paolo de Nikolo, İs­
veçrə qvardiyasının komandanı, Kardinallar kollegiyasının üzvləri,
Roma Papasının digər rəsmi nümayəndələri hörmətlə yola saldılar.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da axşam Bakı­
ya qayıtdı.

52

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ÜMRƏ ZİYARƏTİNDƏ

9 mart 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və qızı Leyla Əliyeva İslam dünyasının əsas
müqəddəs şəhəri olan Məkkəyə Ümrə ziyarətinə gəldilər.

Məkkədəki Allah evi Kəbə Həzrət Məhəmməd peyğəmbərin (s)
dövründən başlayaraq müsəlmanlarının ən müqəddəs yerinə çev­
rilmişdir. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və
Mərvə təpələri arasında əzəmətli məscid tikilmişdir.

Həmin gün axşam Azərbaycan Prezidenti İlham Əliyev və onu
müşayiət edən şəxslər xüsusi libas geyinərək “əl-Həram” məscidinə
gəldilər. Bir neçə mərtəbəli və doqquzminarəli məscid öz gözəlliyi
və əzəməti ilə insanı heyran edirdi.

Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla
qarşıladılar. Kəbəyə daxil olmaq və orada namaz qılmaq şərəfi heç
də hamıya nəsib olmur. Hər il Həcc ziyarəti zamanı dünyanın ən
müxtəlif guşələrindən gələn müsəlmanlar Kəbənin ətrafına dola­
nır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılırlar. Azərbay­
can Prezidentinə xüsusi ehtiram göstərildi, dövlətimizin başçısı İl­
ham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin içərisini ziyarət
etdilər və orada namaz qıldılar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan
Prezidenti və nümayəndə heyətinin üzvləri bu iki müqəddəs təpə
arasındakı bir kilometrlik məsafəni yeddi dəfə qət etdilər.

Dövlətimizin başçısı “əl-Həram” məscidini seyr etdi. Azərbay­
can Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.

Ziyarəti dinimizin tələblərinə tam uyğun şəkildə başa çatdıran
Prezident İlham Əliyev və Azərbaycan nümayəndə heyətinin üzv­
ləri Məkkədən ən pak hisslərlə və zəngin təəssüratla, bəşəri dəyər­
lər, sülh və əmin-amanlıq ideyaları təbliğ edən qüdrətli İslam di­
ninə mənsub olmaqdan sonsuz qürurla ayrıldılar.

53

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

KƏBƏNİ ZIYARƏT ETDİKDƏN SONRA MƏKKƏ
MƏSCİDİNİN QARŞISINDA JURNALİSTLƏRƏ
VERİLƏN QISA MÜSAHİBƏ

9 mart 2005-ci il

Jurnalist: Cənab Prezident, Siz bu gün hər bir müsəlman üçün
vacib olan şərəfli bir missiyanı yerinə yetirdiniz. Ziyarətdən sonra
öz hisslərinizi Azərbaycan xalqı ilə bölüşməyi xahiş edirik.

İlham Əliyev: Bu mənim həyatımda çox əlamətdar, tarixi bir
gündür. Mən ikinci dəfədir ki, buranı – Məkkəni ziyarət edirəm və
müqəddəs Kəbənin içərisində dualar etmişəm. Birinci dəfə 1994-cü
ildə Prezident Heydər Əliyev burada olarkən onunla bərabər olmu­
şam. Bu gün isə yenə də buradayam.

Bu hissləri ifadə etmək çox çətindir. Bunu yaşamaq lazımdır.
Mən hər bir müsəlmana bu gözəl hissləri yaşamağı arzulayıram.

Mən bu gün çox xoşbəxtəm. Çox şadam ki, ürəyimdə olan niy­
yətlərimi ifadə etdim, dua oxudum. Hesab edirəm ki, mənim həya­
tımda bu çox böyük bir hadisədir.

Bildiyiniz kimi, ümumiyyətlə, səfər çox uğurlu keçir. Səudiyyə
Ərəbistanı ilə Azərbaycan arasında siyasi münasibətlər çox yüksək
səviyyədədir. Bu səfər bunu bir daha təsdiqlədi. Biz bir-birimizi
daim dəstəkləyirik, ikitərəfli formatda, regional işbirliyi çərçivəsin­
də sıx əməkdaşlıq edirik.

Bilirsiniz ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağ­
lıq Qarabağ münaqişəsinə dair öz mövqeyini açıq bəyan edib və Er­
mənistanla bu günə kimi diplomatik əlaqələr qurmayıbdır. Bunun
özü gözəl bir nümunədir.

Dostluq, qardaşlıq, mehribanlıq nümunəsidir. Çox şadam ki, bi­
zim aramızda belə gözəl münasibətlər vardır və hörmətli Əlahəzrət
Vəliəhd mənim xahişimi yerinə yetirdi. Müqəddəs Kəbənin qapıla­
rını bizim nümayəndə heyətinin üzünə açdı. Biz də orada öz ibadə­
timizi etdik.

Jurnalist: Cənab Prezident, çox sağ olun, Allah ziyarətinizi qəbul
etsin!

İlham Əliyev: Sağ olun.

54

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İSLAM DÜNYASININ MÜQƏDDƏS
ŞƏHƏRLƏRİNDƏN OLAN MƏDİNƏYƏ SƏFƏR

10 mart 2005-ci il

Azərbaycan Prezidenti İlham Əliyevi Mədinənin hava limanın­
da əmir Mükrin ibn Əbdüləziz Al Səud böyük mehribanlıqla və
səmimiyyətlə qarşıladı. Hava limanında ali qonağın şərəfinə fəxri
qarovul düzülmüşdü.

Dövlətimizin başçısı xanımı və qızı ilə birlikdə hava limanından
birbaşa Peyğəmbər məscidinə gəldi. Prezident İlham Əliyev burada
Həzrət Məhəmmədin (s) qəbrini ziyarət etdi və namaz qıldı.

Dövlətimizin başçısına Peyğəmbər məscidi haqqında ətraflı mə­
lumat verildi. Peyğəmbər əleyhissəlamın tikdirdiyi məscid sonralar
müsəlman dünyasının ən görkəmli memarlarının iştirakı ilə yeni­
dən qurulmuşdur. İki müqəddəs ocağın xadimi, Kral Fəhd ibn Əb­
düləziz Al Səudun dövründə burada çox böyük işlər görülmüşdür.
Məscidin əzəməti, gözəlliyi buraya gələn hər bir adamı valeh edir.
Məscidin qorunmasına xüsusi diqqət yetirilir. On bir zonaya bö­
lünmüş məscidin hər yerinə minlərlə videokamera ilə nəzarət olu­
nur. Baş verə biləcək təhlükə haqqında nəinki Mədinədəki, hətta
ölkənin paytaxtı ər-Riyadda yerləşən dörd təhlükəsizlik mərkəzinə
dərhal məlumat çatdırılır.

Sonra Azərbaycan Prezidenti məscidin istilik, elektrik, soyudu­
cu, kommunikasiya sistemlərini tənzimləyən idarəetmə mərkəzi­
nin işi ilə yaxından tanış oldu.

Dövlətimizin başçısına ilk öncə məscidin Peyğəmbər əleyhissəlam
dövründən bu günə qədər genişləndirilməsi və abadlaşdırılması la­
yihələri haqqında, o cümlədən xəlifələr, habelə Səudiyyə Ərəbistanı
Krallığının indiki rəhbərliyi tərəfindən həyata keçirilən ən böyük la­
yihələr barədə ətraflı məlumat verildi və bildirildi ki, hazırda məs­
cidin ümumi sahəsi 100 min kvadratmetrə çatır. Bu da Həcc ziyarəti
mövsümü zamanı daxili və xarici nəzərə alınmaqla, bir milyon insa­
nın eyni vaxtda namaz qılmasına imkan verir.

7 km aralıda yerləşən güclü nasoslar vasitəsilə məscidə su veri­
lir. Zirzəmidə yerləşən 124 paylayıcı-soyuducu qurğu havanı sərin­

55

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ləşdirir. 4200 səsgücləndirici azan səsinin 4 km ətrafa yayılmasına
şərait yaradır. Elektrik təchizatı üçqat zəmanətlə işləyir. Hər birinin
gücü 2,5 meqavat olan 8 elektrik mühərriki məscidi enerji ilə təmin
edir. Bir şəbəkədən digərinə avtomatik olaraq 60 saniyə ərzində ke­
çilir. Bu anda məsciddə işıqların sönməməsi üçün xüsusi akkumul­
yatorlardan istifadə olunur. Ümumiyyətlə, burada elektrik enerjisi­
nin kəsilməsinin şahidi olmaq mümkün deyildir.

Sonra Azərbaycan Prezidenti məscidin damında quraşdırılmış
və uzaq məsafədən avtomatik hərəkətə gətirilən qübbələrin iş prin­
sipi ilə tanış oldu. Bildirildi ki, hərəsinin çəkisi 80 ton, sahəsi 300
kvadratmert olan qübbələr bir neçə saniyə ərzində səssiz açılır və
bağlanır. Bundan məqsəd namaz vaxtı havanı təmizləməkdir.

Məscidin açıq hissəsində xüsusi materialdan hazırlanmış 12 ədəd
nəhəg çətir quraşdırılmışdır. Ümumiyyətlə, məsciddə bütün xidmət
sahələrində 2 mindən çox mühəndis, texnik və digər işçilər çalışır.

Prezident İlham Əliyev xanımı və qızı ilə birlikdə qübbələrin və
çətirlərin açılıb bağlanması prosesini maraqla seyr etdi və xatirə
şəkli çəkdirdi.

***

Martın 10-da axşam Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başa çatdı.

Dövlətimizin başçısının şərəfinə Mədinənin hava limanında fəx­
ri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti fəxri qaro­
vul dəstəsinin qarşısından keçdi.

Prezident İlham Əliyevi Mədinənin əmiri Mükrin ibn Əbdüləziz
Al Səud, ölkəmizin ər-Riyaddakı səfiri Elman Araslı, Səudiyyə Ərə­
bistanı Krallığının Bakıdakı səfiri Əli Həsən Əhməd Cəfər və digər
rəsmi şəxslər böyük hörmət və ehtiramla yola saldılar.

Prezident İlham Əliyev həmin gün Vətənə qayıtdı.

56

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKAN DÖVLƏTİNİN ÖLKƏMİZDƏKİ APOSTOL
NUNSİSİ KLAUDİO QUCEROTTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 25 mart 2005-ci il

Azərbaycan Prezidenti İlham Əliyev katoliklərin qarşıdan gələn
Pasxa bayramı münasibətilə cənab Klaudio Qucerottini təbrik etdi,
Vatikana səfərini məmnunluqla xatirlayaraq, orada keçirilən danı­
şıqların, aparılan müzakirələrin Azərbaycan ilə Vatikan arasında
əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı.

Papa II İohann Pavelin səhhətinin yaxşılaşmasından məmnunlu­
ğunu vurğulayan Prezident İlham Əliyev bu şad xəbərdən sevinc
hissi keçirdiyini bildirdi.

Vatikanın apostol nunsisi hər şeydən öncə dövlətimizin başçısını
müsəlmanların həyatında ən mühüm hadisələrdən biri – Səudiyyə
Ərəbistanına Ümrə ziyarəti münasibətilə təbrik etdi və bütün Azər­
baycan xalqı üçün iftixar doğuran bir hadisə olduğunu vurğuladı.
O, Prezident İlham Əliyevin Vatikan dövlətinə səfərinə görə Papa II
İohann Pavelin adından ən dərin və səmimi minnətdarlıq hisslərini
çatdırdı. Cənab Qucerotti həmin səfər zamanı Papanın xəstəxana­
da müalicə olunmasına baxmayaraq, onu təmsil edən nümayəndə
heyəti ilə görüşməyə razılıq verdiyinə görə dövlətimizin başçısına
minnətdarlıq bildirdi.

Papa II İohann Pavelin məktubunu Prezident İlham Əliyevə təq­
dim edən nunsi dedi ki, Zati-müqəddəsləri xəstəxanada olarkən
ifadə etdiyi ən səmimi hisslər bu məktubda öz əksini tapmışdır.
Ümumiyyətlə, Vatikan dövlətinin rəhbərliyi, şəxsən Papa II İohann
Pavel məktubunda ifadə etdiyi kimi, Azərbaycan xalqının zəngin
mədəniyyəti, dini tolerantlığı ilə bağlı təşəkkürünü bildirdi. Mər­
hum Prezident Heydər Əliyev tərəfindən katolik icmasının fəaliy­
yəti üçün yaradılmış gözəl şəraitin bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi yüksək qiymətləndirilir.

Qonaq dövlətimizin başçısına Papa II İohann Pavelin səmimi sa­
lamlarını və ehtiramını çatdıraraq dedi ki, Zati-müqəddəsləri Azər­

57

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

baycan xalqının əmin-amanlığı və firavanlığı naminə katolik kilsəsi
tərəfindən hər cür kömək göstəriləcəyinə ümidvar olduğunu bildirir.

Dövlətimizin başçısı İlham Əliyev məktuba, səmimi salamlara
və ehtirama görə minnətdarlığını bildirdi, onun da səmimi salam­
larını, ehtiramını və tezliklə sağalmaq arzularını Zati-müqəddəslə­
rinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Papa II İohann
Pavelin ona və xalqımıza bəslədiyi səmimi hisslərə görə bir daha
təşəkkür etdi, Azərbaycan ilə Vatikan dövləti arasında əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı.

58

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AMERİKA YƏHUDİ BİRGƏ PAYLAŞDIRMA
KOMİTƏSİNİN SƏDRİ XANIM ELLEN HELLERİN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 28 mart 2005-ci il

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu komitənin nümayəndə heyətinin Azərbaycana səfəri­
ni həmin komitənin ölkəmiz ilə daha yaxından tanışlığına xidmət
edəcəyinə ümidvar olduğunu bildirdi.

Son illər ölkəmizdə böyük uğurlar qazanıldığını nəzərə çatdıran
Prezident İlham Əliyev siyasi, iqtisadi, sosial sahələrdə islahatların
müvəffəqiyyətlə həyata keçirildiyini vurğuladı.

Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə böyük önəm verdi­
yini nəzərə çatdıran dövlətimizin başçısı Azərbaycan ictimaiyyəti­
nin Amerika Yəhudi Birgə Paylaşdırma Komitəsini yaxşı tanıdığını
vurğuladı və bu təşkilatın böyük tarixə və zəngin ənənələrə malik
olduğunu bildirdi.

Azərbaycanda bütün dini konfessiyalara bərabər şərait yaradıl­
dığını qeyd edən Prezident İlham Əliyev dini-milli tolerantlığın
xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri olduğu­
nu açıqladı.

Azərbaycanın böyük tarixi olduğunu bildirən xanım Ellen Hel­
ler ölkəmizdə gedən proseslərdən heyranlıq duyduğunu söylədi.
Azərbaycanda tolerantlığın yüksək səviyyəsindən məmnunluqla
bəhs edən qonaq bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda an­
tisemitizmin olmadığını vurğuladı.

Azərbaycanda digər dini konfessiyaların nümayəndələri kimi,
yəhudilər üçün də gözəl şərait yaradıldığını nəzərə çatdıran xanım
Ellen Heller dedi ki, Azərbaycan əhalisinin müsəlmanlardan ibarət
olduğu nəzərə alınsa, bu çox böyük nailiyyətdir. O, Azərbaycanda
dini tolerantlıq, dini konfessiyalar üçün yaradılmış gözəl şəraitin
müsəlmanlar, xristianlar və yəhudilər arasında yüksək səviyyədə
münasibətlərin mümkünlüyü üçün yaxşı nümunə olduğunu bildir­

59

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

di. Xanım Ellen Heller bütün bunları Azərbaycanda demokratiya­
nın inkişafının təzahürü kimi dəyərləndirdi.

Qonaq Azərbaycanda qadınların ictimai-siyasi fəaliyyəti üçün
hər cür şəraitin yaradılmasından məmnun olduğunu söylədi.

60

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS TAXT-TACIN KARDİNALI
ƏLAHƏZRƏT COZEF RATZİNGERƏ

Əlahəzrət!
Vatikan dövlətinin başçısı, zəmanəmizin görkəmli xadimi, tarixi
şəxsiyyət Roma Papası II İohann Pavel həzrətlərinin vəfatı xəbəri
məni son dərəcə kədərləndirdi.
O, bütün həyat və fəaliyyətini bəşəriyyət naminə nəcib amallara
həsr etmişdir. Yer üzündə sülhün, əmin-amanlığın, insanlar arasın­
da həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması
yolunda fədakarlığı ilə II İohann Pavel həzrətləri milli və dini mən­
subiyyətindən asılı olmayaraq, milyonlarla insanın qəlbində yer
tapmışdır.
Azərbaycan ilə Vatikan arasında dostluq və əməkdaşlıq münasi­
bətlərinin təşəkkül tapmasında, inkişafında və möhkəmlənməsində II
İohann Pavel həzrətlərinin misilsiz xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, bütün həmvətənlə­
rinizə və həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2005-ci il

61

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKAN DÖVLƏTİNİN BAŞÇISI, ROMA PAPASI II İOHANN
PAVELİN VƏFATI İLƏ ƏLAQƏDAR POLŞANIN BAKIDAKI
SƏFİRLİYİNƏ GEDƏRƏK BAŞSAĞLIĞI VERMƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vatikan
dövlətinin başçısı, zəmanəmizin görkəmli xadimi, tarixi şəxsiyyət,
Zati-müqəddəsləri Roma Papası II İohann Pavelin vəfatı ilə əlaqə­
dar Polşanın Bakıdakı səfirliyinə gedərək başsağlığı vermişdir.

Azərbaycan dövlətinin başçısını səfirliyin binası önündə Polşa­
nın ölkəmizdəki müvəqqəti işlər vəkili Voyçex Quretski qarşıladı.

Prezident İlham Əliyev səfirliyin əməkdaşları ilə səmimi görü­
şüb onlara başsağlığı verdi, II İohann Pavelin vəfatı ilə əlaqədar sə­
firlikdə qoyulmuş matəm kitabına aşağıdakı sözləri yazdı:

Vatikan dövlətinin başçısı, zəmanəmizin görkəmli xadimi, dahi
şəxsiyyət II İohann Pavelin vəfatı xəbəri məni son dərəcə kədər­
ləndirdi. Roma Papası II İohann Pavel bütün həyat və fəaliyyətini
bəşəriyyət naminə nəcib amallara həsr etdi.

Vatikan ilə Azərbaycan arasında münasibətlərin inkişafında və
möhkəmlənməsində onun misilsiz xidmətləri olub.

2002-ci ildə Roma Papasının Azərbaycana tarixi səfəri Vatikan
ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yeni səhifəsini açdı. Bu
ağır günlərdə dünyanın bütün katoliklərinə öz adımdan və Azər­
baycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2005-ci il

Sonra Prezident İlham Əliyev müvəqqəti işlər vəkili Voyçex Quretski
ilə söhbət etdi. Dövlətimizin başçısı bir daha başsağlığı verərək dedi ki, bu
yaxınlarda Polşaya səfərim zamanı yaxşı görüşlərim oldu, Prezident cə-
nab Aleksandr Kvasnevski Papanın bağışladığı hədiyyələri və ibadət etdiyi
yeri göstərdi, Krakova, Papanın din xadimi funksiyalarını yerinə yetirdiyi
şəhərə də getdim. Ona görə də Papanın vəfatı xəbəri adamı ağrıdır. Polşa

62

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

vətəndaşlarına və bütün katoliklərə dərin hüznlə başsağlığı verir və səbir
diləyirəm.

Müvəqqəti işlər vəkili Voyçex Quretski üz vermiş kədərli hadisə ilə
əlaqədar onların dərdinə şərik olduğuna, səfirliyə gələrək başsağlığı ver-
diyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

63

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV PAPA II İOHANN PAVELİN
DƏFN MƏRASİMİNDƏ

7-8 aprel 2005-ci il
Prezident İlham Əliyev aprelin 8-də Romada Vatikan dövlətinin
başçısı, Zati-müqəddəsləri Papa II İohann Pavelin dəfn mərasimin­
də iştirak etmişdir. Papa ilə vidalaşmaq üçün Romaya 200-dən çox
nümayəndə heyəti gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasim zamanı Almani­
yanın kansleri Gerhard Şröder, Fransanın Prezidenti Jak Şirak, Bö­
yük Britaniyanın Baş naziri Toni Bleyr, Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan və Ukraynanın Prezidenti Viktor Yuşşenko ilə gö­
rüşmüşdür.

64

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİANLARINA

Hörmətli həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmi­
mi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və həyat­
da uğurlar arzulayıram.
Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda
yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət
hisslərini artıran, cəmiyyətdə əmin-amanlıq və həmrəylik prinsip­
lərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu
bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı ehtiram
şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd
edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış dini
dözümlülük və tolerantlıq mühitində Pasxa ilə bağlı dini mərasim
və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkə­
nin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edərək,
onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verirlər. Müstəqil
Azərbaycan Respublikasında formalaşmış dövlət-din münasibətlə­
ri cəmiyyətin bütün təbəqələri kimi, xristian pravoslavlarına da öz
dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Ümidvaram ki, Azərbaycanın daha da qüvvətlənməsi naminə
xristian həmvətənlərimiz öz səylərini bundan sonra da səfərbər
edəcək və var qüvvələrini əsirgəməyəcəklər. Bu gözəl yaz günlə­
rində sizə bayram ovqatı, ailələrinizə xoşbəxtlik diləyirəm.
Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2005-ci il

65

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Hər il bütün mütərəqqi bəşəriyyət Yəhudi Xalqının Müsibəti və
Qəhrəmanlığı Gününü böyük ehtiramla yad edir.
1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının faşizmə,
milli-dini ayrı-seçkiliyə qarşı ölüm-dirim mübarizəsinə qalxması
və bu yolda qurban getməsi bütövlükdə bəşər tarixinin parlaq sə­
hifələrindən biridir. Bu hadisə insani ləyaqətin şər və zorakılıq üzə­
rində mənəvi qələbəsi kimi rəmzləşmiş, tarixə təkcə yəhudilərin
müsibəti günü kimi deyil, həm də yəhudi xalqının öz milli haqları
uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur.
Tarix boyu yəhudi xalqının başı çox bəlalar çəkmişdir. Lakin
İkinci Dünya müharibəsi zamanı bu xalqa qarşı törədilmiş soyqı­
rımı və altı milyon günahsız insanın faşizmin, irqi ayrı-seçkiliyin
qurbanı olması öz kütləviliyi və amansızlığı ilə bəşəriyyətin yadda­
şında qara ləkə kimi yaşamaqdadır.
Bu milli müsibətə Azərbaycan xalqı heç zaman biganə yanaşma­
mış, yəhudilərin kədərinə, dərdinə yaxından şərik olmuşdur. Belə
faciələr xalqımızın taleyindən də yan keçməmiş, son iki yüz illik ta­
rixin ayrı-ayrı mərhələlərində, eyni zamanda, 1988-ci ildən sonrakı
dövrdə erməni faşizmi Azərbaycan torpaqlarında kütləvi qırğınlar,
talanlar və qarətlər, dəhşətli terror aktları törətmiş, xalqımıza qarşı
soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti həyata keçiril­
mişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, bütün bunlar dünyanın
və sivilizasiyalı bəşəriyyətin gözü qarşısında baş versə də, tarixi
ədalət hələ də bərpa edilməmişdir.
Biz hansı məkanda və coğrafiyada törədilməsindən asılı olma­
yaraq, milli-irqi ayrı-seçkiliyi, etnik-dini dözümsüzlüyü, soyqırımı
və terror cinayətlərini qətiyyətlə pislədiyimizi bir daha bəyan edir,
beynəlxalq ictimaiyyəti, qabaqcıl dünya dövlətlərini bütövlükdə
bəşər sivilizasiyasını hədəf almış bu cür bəlalara qarşı mübarizədə
səfərbər olmağa çağırırıq.

66

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Əziz həmvətənlər!
Yəhudi xalqının müsibətinin builki anım günü faşizm üzərində
Böyük Qələbənin altmışıncı ildönümü ərəfəsində qeyd olunur. Bu
qələbə sevincini milli hüzn gününüzdə faşizm qurbanlarının ruhu­
na təsəlli hesab edir, Azərbaycan xalqı adından kədərinizə şərik ol­
duğumu bildirirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 2 may 2005-ci il

67

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

GƏNCƏ ŞƏHƏRİNDƏ ŞAH ABBAS MƏSCİDİNİ ZİYARƏT
19 may 2005-ci il

Prezident İlham Əliyev Gəncənin müqəddəs yerlərindən olan
Şah Abbas məscidini ziyarət etdi.

Burada Azərbaycan dövlətinin başçısına Qurani-Kərim hədiyyə
olundu.

Məscidin axundu məlumat verərək bildirdi ki, 1606-cı ildə azər­
baycanlı alim və memar Şeyx Bəhaəddin tərəfindən tikilmiş və xalq
arasında Şah Abbas məscidi adlanan bu Cümə məscidi Azərbay­
can memarlığının ən gözəl nümunələrindəndir. 1985-ci ildə burada
bərpa işləri aparan erməni ustaları qədim memarlıq elementlərinin
izini itirməyə çalışmışlar. Günün istənilən saatında məscidin içəri­
sinə düşən Günəş şüasının qarşısını almaq üçün mühüm pəncərələ­
ri bağlamışlar. Hazırda əvvəlki vəziyyətində bərpa olunmuşdur.
Rus qoşunları Gəncəyə hücuma hazırlaşarkən Cavad xan buradan
şəhər əhalisinə müraciətlər edərmiş.

68

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Axund dindarlara, Gəncəyə göstərdiyi diqqətə, məscid binasının
dam örtüyünün təmirinə köməyinə görə Prezidentə təşəkkürünü
bildirdi.

Prezident İlham Əliyev məscidin otaqlarına, buradakı qədimi
əşyalara baxdı, çil-çıraqların köhnəldiyini vurğulayaraq, məscidə
kifayət qədər çil-çıraq hədiyyə edəcəyini söylədi.

Gəncənin baş axundu Hacı Tahir Azərbaycan Prezidentinə mü­
raciətlə dedi:

Cənab Prezident, mən millət adından danışan bəzi insanlara de­
yirəm: ey nankorlar, haqqı görməyi bacarın. Onları buradan, Allahın
evindən haqqa dəvət edirəm. Bütün gəncəlilər ürək sözlərini Sizə
çatdırmağı məndən xahiş ediblər. Onlar Sizə ona görə təşəkkür edir­
lər ki, Gəncəni abadlaşdırırsınız, Cavad xanın məqbərəsi, türbələr
tikilmiş, küçələr abadlaşmış, iş yerləri açılmışdır, böyük tikinti, qu­
ruculuq işləri gedir. Bunlar məhz Sizin xidmətinizdir. Allah Sizi ye­
tirən o ataya, o ali rəhbərimizə, o böyük liderimizə, o böyük öndəri­
mizə rəhmət eləsin, ruhu şad olsun!

Allah-Təala Sizi xəta və bəlalardan hifz etsin. Sizə Vətənimiz,
Azərbaycanımız, azadlıq və istiqlaliyyətimizin möhkəmlənməsi

69

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

naminə, Qarabağ torpağının alınması uğrunda fəaliyyətinizdə, ba­
lalarımızın gələcəyi, üçrəngli bayrağımızın daim ucalması, qüdrətli
ordumuzun yaranması naminə uğurlar diləyirik.

Mən bəzi ünsürlərə üzümü tutub deyirəm ki, biz gəncəlilər on­
ları 1992-1993-cü illərdə yaxşı tanıdıq. Bu gün Azərbaycanı yenidən
iğtişaşlara, qırğınlara, ölkəmizi geriyə sürükləmək istəyənlərə ar
olsun. Amerikada olan erməni mafiyası bu gün də Azərbaycanda
fəaliyyət göstərən bəzi müxalifət liderlərinin əli ilə respublikamız­
da qarışıqlıq salmaq istəyir. Biz onlara nifrət edirik. Qarabağ mü­
haribəsi iştirakçılarının, qəhrəman Cavad xan yetirmələrinin, mərd
oğul və qızlarımızın adından deyirəm ki, onlar tövbə etməli, haqqı
görməlidirlər.

Yaradan Allah Sizə qüvvət versin, xalqımıza bərəkət versin, mil­
lətimizi bütün bəlalardan saxlasın! Uca qamətli, qürurlu və vüqarlı,
dünyaya səsimizi çatdıran Prezidentimizi hifz etsin! Qoy mənim
bütün duama Azərbaycan xalqı amin desin! Biz hamımız Sizin əs­
gərinizik.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva məscidin
xidmətçiləri ilə xatirə şəkli çəkdirdilər.

70

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ÜMUMGÜRCÜSTAN KATOLİKOS-PATRİARXI
II İLİA İLƏ GÖRÜŞ

Prezident sarayı, 6 iyun 2005-ci il

Prezident İlham Əliyev Zati-müqəddəsləri II İlyanın Azərbayca­
na gəlməsindən məmnun olduğunu bildirərək dedi ki, dost və qar­
daş Azərbaycana səfəriniz çox əhəmiyyətli olacaqdır. Ölkələrimiz
arasında münasibətlər yüksək səviyyədədir. Tarixən belə olub və
xalqlarımız müstəqillik əldə edəndən sonra gələcəyimizi birlikdə
qururuq. Bütün sahələrdə fəal əməkdaşlıq edirik, siyasi, iqtisadi,
humanitar və bütün başqa sahələrdə möhkəm qarşılıqlı etimad
mövcuddur.

Prezident İlham Əliyev vurğuladı ki, hər iki ölkədə dini dözüm­
lülük yüksək səviyyədədir.

Bu, müasir cəmiyyətin inkişafında mühüm amildir və biz buna
çox böyük əhəmiyyət veririk. Azərbaycanda bütün dinlərin nü­
mayəndələri mehriban bir ailə kimi yaşayırlar. Bilirik ki, Gürcüs­
tanda da vəziyyət belədir və bu, ikitərəfli əməkdaşlığımızı möh­
kəmləndirmək üçün çox əhəmiyyətli amildir.

71

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İki ölkə rəhbərləri arasında qarşılıqlı anlaşmanın yüksək səviy­
yədə olduğunu xatırladan Prezident İlham Əliyev dedi ki, bu, digər
strukturların əməkdaşlığına da müsbət təsir göstərir. Əminəm ki,
biz gələcəkdə də dostluq edəcək, bir-birimizə kömək göstərəcək və
bir-birimizin nailiyyətlərinə sevinəcəyik.

Hörmətli qonağın respublikamızın gürcülər yaşayan bölgəsinə
də gedəcəyindən xəbərdar olduğunu söyləyən Prezident İlham Əli­
yev vurğuladı ki, bu, çox maraqlı səfər olacaqdır. Gürcülərin Azər­
baycanda, azərbaycanlıların Gürcüstanda yaşaması əlaqələrimizdə
vacib amildir. Onların yaxşı yaşaması bizim ikitərəfli əməkdaşlığımı­
zın gələcəyindən asılıdır. Mən şadam ki, bu sahədə yaxşı anlaşma və
yaxşı nəticələr var. Bu gün mən Sizin Azərbaycanın yüksək mükafatı
– “Şöhrət” ordeni ilə təltif olunmağınız barədə Sərəncam imzalamı­
şam və icazənizlə, Sizə təqdim edərdim. Bu mükafat Sizə Azərbaycan
ilə Gürcüstan arasında dostluq əlaqələrinin möhkəmlənməsində xid­
mətlərinizə görə verilir.

Prezident İlham Əliyevi Gürcü Pravoslav Kilsəsi və öz adından
salamlayan II İlya ona Gürcüstan Prezidenti Mixail Saakaşvilinin
səmimi arzularını çatdırdı.

Hörmətli qonaq dedi ki, Azərbaycan ilə Gürcüstan arasındakı
münasibətlər çox ölkələr üçün həqiqətən nümunədir. Bunun əsa­
sını rəhmətlik atanız, Prezident Heydər Əliyev qoymuşdur. Onu
şəxsən tanıyırdım və onunla görüşümü həmişə xatırlayıram. Həm­
çinin Sizin köməyiniz sayəsində ölkələrimiz, xalqlarımız arasında
ən yaxşı münasibətlər yaranmışdır. Biz əlimizdən gələni edirik
ki, Gürcüstanda yaşayan azərbaycanlılar özlərini yaxşı hiss etsin­
lər, Prezidentimiz onlara dediyi kimi, dövlət idarəçiliyinin bütün
sahələrində iştirak etsinlər. Azərbaycanda yaşayan gürcülərin də
vəziyyətinin yaxşı olması atanızın və Sizin xidmətlərinizdir. İndi
hər iki dövlətə cavan prezidentlər başçılıq edir və sizin üzərinizə
böyük məsuliyyət düşür.

Ölkələrimizin din xadimləri arasında əlaqələrdən danışan hör­
mətli qonaq dedi ki, Şeyxülislam Allahşükür Paşazadə ilə müna­
sibətlərimiz çox yaxşıdır. Bir-birimizi çoxdan tanıyırıq, aramızda
qarşılıqlı anlaşma və qarşılıqlı hörmət vardır. Şeyx öz fəaliyyətində
nə edirsə, Azərbaycan xalqının rifahı, ölkələrimiz, xalqlarımız ara­
sında dostluğun möhkəmlənməsi üçün edir.

72

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MOLOKANÇILIQ TƏRİQƏTİNİN 200 İLLİYİ İLƏ
ƏLAQƏDAR ÖLKƏMİZDƏKİ MOLOKAN İCMASININ
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı, 20 iyul 2005-ci il

İlham Əliyev: Ölkəmizdə bütün digər millətlərə və xalqlara,
dinlərə həmişə dözümlü münasibət göstərilmişdir. Əlamətdar ha­
disə münasibətilə Azərbaycanın molokan icmasının nümayəndələ­
rinə təbriklərimi və xoş arzularımı bildirirəm.

Təxminən iki əsr bundan əvvəl sizin əcdadlarınız Azərbaycana
köçürülmüşlər. O vaxtdan, bütün bu illər ərzində biz mehribanlıq
şəraitində, bir ailə kimi yaşayırıq. Xüsusən ötən dövrdə hökumət­
lərin də, ictimai-siyasi quruluşların da dəyişdiyini nəzərə alsaq, bu,
çox mühümdür. Çar hökuməti dövründə də, sosializm dövründə
də, Azərbaycanın müstəqil dövlət kimi yaşadığı indiki dövrdə
də bu baxımdan heç nə dəyişməmişdir. Bizim cəmiyyətimizdə
əmin-amanlıq, sıx qarşılıqlı anlaşma mövcuddur, heç bir problem,
hansısa ikili münasibət olmamışdır və əminəm ki, bundan sonra
da olmayacaqdır. Bu, ölkəmizin ən böyük nailiyyətlərindən biridir.
Azərbaycanda həm dini, həm də milli baxımdan dözümlülük var­
dır. Dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycanın hər
bir vətəndaşı bütün hüquqlardan istifadə edir və gələcəkdə də is­
tifadə edəcəkdir. Ümummilli Liderimiz Heydər Əliyev bu siyasəti
həmişə, 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi illərdə də və
Azərbaycanın Prezidenti olanda da həyata keçirmişdir. Bu siyasət
indi də davam edir.

Bir çox ölkələrdə milli azlıqlara ögey münasibət bəslənildiyi hal­
da, respublikamızda yaşayan xalqlar arasında dostluq, qardaşlıq
münasibətləri heç vaxt səngiməmişdir. Bu yaxınlarda növbəti qu­
rultayını keçirən Azərbaycanın rus icması da ölkəmizin ictimai-si­
yasi həyatında yaxından iştirak edir. Mən bu gün sizinlə, molokan
icmasının nümayəndələri ilə görüşdən məmnunluğumu bildirir və
sizin arzu və istəklərinizi dinləməyə hazıram.

Dünyasını dəyişmiş molokanların xatirəsi bir dəqiqəlik sükutla
yad olundu.

73

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Mariya Kojevnikova (Şamaxı rayonu icra hakimiyyəti başçısının
Çuxuryurd kəndi üzrə nümayəndəsi, Prezident təqaüdçüsü): Cənab Pre­
zident, rayonda yaşayan molokanların ən xoş arzularını Sizə çatdı­
raram.

Ata-babalarımızdan, ana və nənələrimizdən bizə qalan vəsiyyət,
Tanrının böyük tövsiyəsi budur – ətrafdakıları, yaxınlarını özünü
sevdiyin kimi sev. Biz həmişə bu ilahi tövsiyəyə əməl edərək yaşa­
mışıq, xüsusilə də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbər­
liyi dövründə. Bu keyfiyyətlər – ətrafdakıları və yaxınlarını özünü
sevdiyi kimi sevmək ona xas idi.

Respublikamızda yaşayan bütün xalqlar bərabər şəraitdə inkişaf
edirdilər, ona görə də Heydər Əliyevin Ümummilli Lider olması
heç də təsadüfi deyildir. Çünki o, bütün millətlərin xoşbəxtliyi uğ­
runda çalışırdı. Mən Heydər Əliyevin kolxozumuza gəldiyi vaxt­
ları heç zaman unutmayacağam. O, kəndimizdə təxminən altı dəfə
olmuşdu, zarafat edər və həmişə deyərdi ki, mənim molokanlarıma
salam söyləyin. Bunu eşitmək bizim üçün son dərəcə xoş idi.

Mən bu şeirimi Heydər Əliyeviçin anasına, o dövrdə yaşamış
bütün analara həsr edirəm (şeiri oxuyur).

Hesab edirəm ki, onların ruhları bizim bütün günahlarımızı ba­
ğışlayacaq və gələcək işlərimizə xeyir-dua verəcəkdir.

Cənab Prezident, icazənizlə molokan dindarlarının müraciətini
Sizə yetirim.

“Çox hörmətli cənab Prezident İlham Heydər oğlu!
Uzaq keçmişdə dini əqidələrinə görə çar hökuməti tərəfindən
təqib olunan əcdadlarımız pərən-pərən düşmüşdülər. Taleyin hök­
mü ilə onlar burada, gözəl Şirvan diyarında özlərinə ikinci Vətən
tapdılar. Onlar çox ağır sınaqlarla üzləşmiş, lakin dini əqidələrinə
sadiq qalaraq, İsa Məsih vasitəsilə bir olan Allaha etiqadlarında
qalmışlar. Bütpərəstliyə uymamışlar. 1830-cu ildə xeyirxah, gözəl
Azərbaycan xalqının torpağında ilk molokan məskənləri yaranma­
ğa başlamışdır.
Bizim xalqlarımız arasında heç vaxt milli ixtilaflar olmamışdır.
Bizim genlərimizdə nəsildən-nəslə İlahinin ən başlıca tövsiyəsi kök
salmışdır – ətrafdakıları, yaxınlarını özünü sevdiyin kimi sev. Bu
tövsiyə Ümummilli Liderimizin fəaliyyətində özünün parlaq tə­

74

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

cəssümünü tapmışdır. O, hamımızın, çoxmillətli respublikamızın
bütün sakinlərinin rifahına və tərəqqisinə böyük diqqət yetirirdi.
Heydər Əliyeviç bizim xalqımızın nümayəndələri ilə hər bir gö­
rüşündə deyirdi: mən sizin möhkəm, etibarlı təminatçınızam. Çox
hörmətli cənab Prezident İlham Heydər oğlu, biz bunu həmişə hiss
etmişik və indi də hiss edirik. Tarixi yubiley – Molokançılığın 200
illiyi ərəfəsində də biz Sizin qayğınızı hiss edir və deyirik: ataya
inanmışıq, oğula da inanırıq, ataya etibar etmişik, oğula da etibar
edirik. Ona görə də öz taleyimizi, burada qalan molokanların ta­
leyini dərin ümidlə Sizə tapşırırıq. Şərəfli, xeyirxah və çox məsu­
liyyətli işinizdə Allah Sizə yar olsun! Sizə dərin hörmət və ehtiram
bəsləyən dindar xristian molokanlar!”

Cənab Prezident, onlar bu hörmət və ehtiramlarını qadınları­
mızın toxuduqları süfrəyə bükülmüş bu Müqəddəs Kitabla təsdiq
edirlər.

Tanrının mərhəməti həmişə üstünüzdə olsun. Onların tapşırığı
ilə Müqəddəs Kitabı Sizə təqdim edirəm.

Aleksey Kozlovtsev (İsmayıllı rayonunun İvanovka kəndindəki Ni-
kitin adına təsərrüfatın rəhbəri): Cənab Prezident, mən Sizə həmkənd­
lilərimin xoş arzularını çatdıraram.

Vaxtilə burada, əsasən, Rusiyanın Tambov və Saratov vilayətlə­
rindən köçürülmüş molokanlar məskunlaşmışdılar. Əcdadlarımız
deyirdilər ki, “molokançılıq” sözü “süd kimi pak sözlər” deməkdir.

Bizim kəndimiz bu gün də mərhum Heydər Əliyeviçin ideya­
larına sadiqdir. O, Sizin ananızla birlikdə iki dəfə kəndimizin qo­
nağı olmuşdur. İvanovkalılar bunu xatırlayır və yad edirlər. İndi
kəndimizin həmin guşəsində muzey yaradılmışdır. Doğrudur, ki­
noarxivlə bağlı problemlərimiz vardır. Biz istəyirik ki, hər şeyi bu
muzeydə toplayaq.

Sizin icazənizlə, biz 200 illik yubileyi məhz İvanovkada bayram
etmək, hazırda yaşayan bütün ahılları bir yerə yığmaq istəyirik.

Heydər Əliyeviç indi təsərrüfatımızın adını daşıdığı mərhum
sədrimiz Nikolay Vasilyeviç ilə yaxından dost idi. İndi bizim məhz
bu təsərrüfatla bağlı problemimiz yaranmışdır. Biz kolxoz kimi qey­
diyyatdan keçə bilmirik. Sizin atanız bizim kolxozçuların, ivanov­
kalıların yaxın dostu idi. Həmin vaxt o demişdi ki, qoy, ivanovkalı­

75

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lar necə istəyirlərsə, eləcə də yaşasınlar. Mən bilirəm ki, bu ideyanı
Siz də dəstəklədiniz. Kənd camaatı kolxoz adını fermer təsərrüfatı
və ya hansı səhmdar cəmiyyəti ilə əvəz etmək istəmir. Biz kolxoz
olmuşuq və beləcə də qalmaq istəyirik.

Bizim daha bir məsələmiz var: hamımızın sevimlisi olan Mehri­
ban xanıma müraciət etmişik ki, kəndimizdəki məktəb binası çox
köhnədir və qəza vəziyyətindədir. Xahiş etmişik ki, imkan varsa,
məktəb tikintisi üçün Heydər Əliyev Fondundan vəsait ayrılsın.
İndi bizim məktəbin rus və Azərbaycan bölmələrində 600-dək şa­
gird var. Son üç ildə kənddə əhalinin artımı müşahidə olunur. Ona
görə də yeni məktəb binası azı 750 şagird üçün nəzərdə tutulmalıdır.

Molokanlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdar­
lığımı bildirirəm.

İlham Əliyev: Molokanlara indiyədək olan münasibət bundan
sonra daha da yaxşı olacaqdır. Hesab edirəm, Azərbaycanda ha­
mımızın bir ailə kimi yaşaması bizim çox böyük nailiyyətimizdir.
Bilirsiniz ki, Heydər Əliyevin sizə münasibəti çox səmimi olmuş­
dur. Dediyiniz kimi, o, sizin təminatçınız olub, bu gün isə mən sizin
təminatçınızam.

Bilirsiniz ki, Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlən­
dirilməsi, regionların inkişaf etdirilməsi sahəsində böyük işlər gö­
rülür. Molokanların məskunlaşdıqları ərazilərdəki problemlər, o
cümlədən görüşdə qaldırdıqları məsələlər mütləq həll ediləcəkdir.

Kolxoz forması qalmalıdır və mən bunu dəstəkləyirəm. Bunu
təsbit etmək üçün hansısa bir hüquqi mexanizm tapılması barədə
tapşırıq verəcəyəm. Çünki bunun özü də tarixdir. Prinsip etibarilə
mahiyyət dəyişə bilər, lakin tarixi saxlamaq lazımdır. Kolxoz elə
kolxoz olaraq da qalmalıdır.

Prezident İlham Əliyev molokan icmasının sosial-iqtisadi inkişafı ilə
bağlı görüş iştirakçılarının istək və təkliflərini dinlədi, Azərbaycan molo-
kanlarına ən xoş arzularını yetirdi.

Görüş iştirakçıları Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizin bey-
nəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, əhalinin firavan yaşayı-
şı naminə ardıcıl və məqsədyönlü fəaliyyətində Prezident İlham Əliyevə
uğurlar dilədilər. Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirdi.

76

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

25 iyul 2005-ci il

Əziz bacılar və qardaşlar!
Əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, bağrı­
ma basıram.
Bir il bundan əvvəl sizinlə bu yerdə görüşmüşdük. Çox səmimi
görüş olmuşdu, onu bu günə qədər xatırlayıram. Bu dəfə buraya
gələndə dedim ki, mütləq yenə öz qardaşlarımın yanına gedəcək,
dağ yəhudiləri ilə görüşəcəyəm. Çünki sizi görmək mənim üçün
həmişə çox xoşdur. Burada olan əhval-ruhiyyə, Azərbaycan döv­
lətinə bağlılıq, məhəbbət çox güclüdür. Bu, bir daha onu göstərir
ki, Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Biz böyük
ailə kimi yaşayırıq. Azərbaycanda heç vaxt dini, milli, etnik zə­
mində ayrı-seçkilik olmamışdır və olmayacaqdır. Bu, Azərbaycan
dövlətinin siyasətidir. Bu siyasəti bizim millətimizin, xalqımızın
Ümummilli Lideri Heydər Əliyev bizə miras qoyubdur. Həmin si­
yasət Azərbaycanda bu gün də davam etdirilir. Dini dözümlülük,
milli dözümlülük, tolerantlıq bizim ən böyük sərvətlərimizdən bi­
ridir. Azərbaycan bu baxımdan dünyada çox böyük bir örnəkdir,
nümunədir. Bütün xarici səfərlər zamanı görüşdüyüm insanlarla,
siyasətçilərlə söhbətlərdə istər-istəməz bu məsələyə də toxunulur
və mən çox şadam ki, bu məsələ artıq dünyada tanınır və bəyənilir.
Amma bu, bizim normal həyat tərzimizdir. Biz Azərbaycanı başqa
cür təsəvvür edə bilmərik. Azərbaycanın hər bir vətəndaşı mənim
üçün əzizdir, hər bir sakini mənim üçün doğmadır. Mən bu meh­
ribanlığı, bu səmimiliyi, bu qardaşlığı görəndə daha da sevinirəm,
daha da fərəhlənirəm. Məndə inam daha da artır ki, Azərbaycanın
qarşısında duran bütün vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Qarşımızda isə çoxlu vəzifələr durur. Bir il bundan əvvəl bura­
ya gələrkən, vəziyyətlə tanış olarkən, ümumiyyətlə, Qubada gedən
abadlıq işləri ilə tanış olarkən görürdüm ki, artıq canlanma başlayıb,
irəliləyiş var. İndi isə bu, özünü daha da qabarıq şəkildə göstərir. Re­

77

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

gionların inkişaf proqramı, onun icrası, yüz minlərlə yeni iş yerləri­
nin açılması, insanların həyat səviyyəsinin yaxşılaşması, minimum
əmək haqqının artırılması, sənaye obyektlərinin işə salınması, sürət­
li iqtisadi inkişaf – bütün bunlar Azərbaycanın reallıqlarıdır. Bütün
istiqamətlərdə bizim siyasətimiz düşünülmüş şəkildə aparılır, proq­
ram şəklində aparılır. Bu meyillər gələcəkdə daha da sürətlənəcəkdir.
Çünki bizim iqtisadi potensialımız daha da artacaqdır.

Mən buraya bax, o binadan gəlirəm, ərazi vergilər idarəsinin yeni
tikilmiş binasından gəlirəm. Orada vəziyyətlə tanış oldum və bir
daha Vergilər Nazirliyinin qarşısında vəzifə qoydum ki, Azərbay­
canın gələn il büdcəsi 3 milyard dollar olsun. Bu, nə deməkdir?! O
deməkdir ki, təxminən 1 milyard dollar əlavə vəsaitimiz olacaq və
biz gərək bundan səmərəli istifadə edək, insanlarımızın həyat səviy­
yəsinin yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına, iqtisadi poten­
sialın güclənməsinə, ordumuzun güclənməsinə yönəldək və bunu
edəcəyik. Çünki ölkəmizin ehtiyacları çoxdur, problemlər də çox­
dur. Onların ən böyüyü, bizi ən çox incidən, narahat edən yoxsulluq
problemidir. Düzdür, ilyarım ərzində yoxsulluğun səviyyəsi 49 faiz­
dən 40 faizə düşübdür. Amma 40 faiz də çoxdur. Bu, bizə yaraşmır.
Azərbaycanda yoxsulluq olmamalıdır və olmayacaqdır.

Yoxsulluğun da səbəbləri məlumdur. 1990-cı illərin əvvəllərində
ölkəmizə vurulmuş ziyan, Azərbaycanı həm iqtisadi, həm də siya­
si cəhətdən çox güclü, çox möhkəm sarsıtmışdı. Biz hələ indi özü­
müzə gəlirik. Belə olan halda ölkədə olan yoxsullar təbəqəsi, əlbəttə
ki, bizi çox narahat edir. Mövcud meyillər göstərir ki, yoxsulluq
azalır, bu il 40 faizdirsə, gələn il daha aşağı səviyyədə olacaqdır.
Çünki maaşlar artır, imkanlar yaranır, iş yerləri açılır, işsizlik ara­
dan qaldırılacaqdır.

İki il bundan əvvəl oktyabr ayında, prezident seçkiləri ərəfəsində
Qubada olarkən demişdim ki, prezident seçilərəmsə, Azərbaycan­
da 5 il ərzində 600 min yeni iş yeri yaradılacaqdır. Bizi istəməyən
qüvvələr buna mənfi münasibət göstərdilər, dedilər ki, İlham Əli­
yev seçkiqabağı vədlər verir. Çünki onlar özləri boş vədlər verir­
lər. Amma bizim verdiyimiz vədlər, həyatda öz əksini tapır. Əsas
məsələ odur ki, sözlə əməl bir olsun. Baxın, ilyarım keçib, Azərbay­
canda 250 min iş yeri yaranıbdır. Bu proses daha da güclənəcək,

78

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

sürətlə gedəcəkdir. Qarşımızda duran bütün məsələlər öz həllini
tapmalıdır. Bütün sahələrdə irəliləyiş var, bizi narahat edən prob­
lemlər də yavaş-yavaş aradan qaldırılacaqdır. Bunu etmək üçün
hər bir şərait var. Azərbaycan dövlətinin iradəsi var, düşünülmüş
siyasəti, strategiyası var. Azərbaycan xalqının Azərbaycan rəhbərli­
yinə inamı var, dəstəyi var. Bu inam mənə imkan verir ki, islahatla­
rı daha da sürətlə aparım.

Azərbaycanın böyük təbii sərvətləri də var. Xalqımızın lideri
Heydər Əliyevin təşəbbüsü ilə, uzaqgörənliyi ilə hazırlanmış neft
strategiyamız bu gün Azərbaycana böyük uğurlar gətirir. Bakı-Tbi­
lisi-Ceyhan neft kəməri reallıqdır. Qaz kəməri tikiləcək, ölkəmizə
milyardlarla dollar pul gələcəkdir. Bu pul da şəffaf şəkildə Döv­
lət Neft Fondunda yığılır və yığılacaqdır. Hər bir vətəndaş bilir ki,
dövlətdə nə qədər pul var. Bu da çox vacibdir ki, hamı bilməlidir,
nəyimiz var və bunlar necə xərclənməlidir. Bir sözlə, gələcək illər
Azərbaycanın inkişafına çox güclü təkan verəcəkdir. Gələcək illər­
də həm imkanlarımız artacaq, həm də yeni iş yerləri açılacaq, iqti­
sadiyyatımız daha da inkişaf edəcəkdir.

Əlbəttə, bütün bunlara nail olmaq üçün sülh lazımdır, əmin-aman­
lıq lazımdır, sabitlik lazımdır. Sabitliyi pozmaq istəyən qüvvələr öz
layiqli cavablarını aldılar, əgər bir də belə cəhdlər göstərilərsə, Azər­
baycan xalqı onlara öz layiqli cavabını verəcəkdir.

Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qa­
rabağ münaqişəsidir. Uzun illərdir ki, bu məsələ həll olunmamış
qalır. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların vasitəçilik missiyası
heç bir nəticəyə gətirib çıxarmadı. Son zamanlar o vasitəçilər daha
da fəallaşıblar, müxtəlif ideyalar meydana çıxır və danışıqlar prose­
sində Azərbaycanı qane edən məqamlar çoxalmaqdadır. İlk növbə­
də, problemin mərhələli həll yolu ilə aradan qaldırılması artıq dün­
ya birliyində qəbul edilən bir yanaşmadır. Bizim məqsədimiz ondan
ibarətdir ki, Azərbaycanın suverenliyi bərpa olunsun. Bizim başqa
dövlətin torpağında gözümüz yoxdur, amma öz torpağımızı da heç
kimə verən deyilik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azər­
baycan torpağı olaraq qalacaqdır. Çünki əsrlər boyu Azərbaycanın
torpağı olubdur. Bundan sonra da biz nail olmalıyıq və nail olaca­
ğıq ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması mümkün olsun.
Diplomatik, siyasi, iqtisadi səylər çox önəmlidir və biz bunu edirik.

79

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Eyni zamanda, düşmən bilməlidir ki, bizim gücümüz var, güclü
ordumuz var. Ona görə ordu quruculuğuna göstərilən diqqət məhz
bu məqsədi daşıyır.

Bizim büdcəmiz bu il 2004-cü illə müqayisədə təxminən 40 faiz
artıbdır. Hərbi xərclərimiz 76 faiz artıb və bundan sonra da arta­
caqdır. Biz qüdrətli ordu yaradacağıq və istənilən vaxtda, istənilən
yolla öz doğma torpaqlarımızı azad edəcəyik.

Əziz bacılar və qardaşlar!
Mən bu gün çox xoşbəxtəm ki, yenidən sizinlə birlikdəyəm. Keçən
dəfə burada olarkən mən sual verdim ki, probleminiz nədir, sizə necə
kömək eləyim. Dedilər ki, Sizin sağlığınız, hər şey yaxşıdır, əgər prob­
lemlər varsa, rayon icra hakimiyyəti ilə birlikdə biz özümüz bunları
həll eləyirik. Mən istəyirəm ki, problemlər, ümumiyyətlə, aradan qal­
dırılsın. Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün insanlar, bü­
tün xalqlar daha da yaxşı həyata layiqdirlər. Biz bunu təmin edəcəyik.
Biz Azərbaycanı qüdrətli ölkəyə çevirəcəyik ki, hər bir vətəndaş azad
yaşasın, rahat yaşasın, işlə təmin olunsun, yaxşı maaş alsın, övladları
yaxşı oxusunlar, mehribançılıq olsun. Azərbaycanda biz bunu istəyi­
rik. Bu meyillər var, amma istəyirəm ki, bu müsbət meyillər daha da
geniş vüsət alsın.
Yəhudilər mənim qardaşlarımdır, mən bu duyğularla, bu hiss­
lərlə yaşayıram. Siz qeyd elədiniz, mənim yadımdan çıxdı. Kolum­
biya Universitetində mənə bu barədə sual verdilər. Mən ürəkdən
gələn sözlərimi deyirəm. Orada da nə təbliğat naminə, yaxud da ki,
hansısa bir siyasi xal qazanmaq üçün demədim. Çünki onu bir dəfə
demək olar və ondan sonra unudula bilər. Bu, bizim siyasətimizdir,
bizim əməlimizdir, bizim işimizdir. Azərbaycanda bir neçə adam
var, adını siyasətçi qoyub, amma nə ilə məşğul olur? Boşboğazlıq­
la, boş-boş şeylər danışır, adama yaraşmayan ifadələr səsləndirir­
lər. Amma bunların arxasında heç nə yoxdur. Nə iş var, nə əməl
var, nə hansısa bir xəstəyə əl uzadır, nə qaçqına kömək edib, nə
daşı-daş üstünə qoyub, nə cəmiyyət üçün hansısa bir faydalı iş gö­
rübdür. Yox, ancaq söz danışmaq, boş-boş vədlər vermək, həqiqətə
uyğun olmayan sözlər danışmaq - budur onların işi. Bizim siyasə­
timiz bizim işimizdir. Bu iş bütün sahələrdə özünü göstərir: xarici
siyasətdə real nəticə var, daxildə də var, iqtisadiyyatımız dünya­

80

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

da ən yüksək sürətlə artır. Bu, bizim sözümüz deyil, Beynəlxalq
Valyuta Fondunun sözüdür. 2005-ci ildə Azərbaycan iqtisadiyyatı
artım sürətinə görə dünyada lider ölkə olacaqdır. Azərbaycanda
yaşayan bütün xalqlara diqqət, qayğı artıbdır. Mən bunun tərəfda­
rıyam, bu, mənim siyasətimdir. Azərbaycanda heç vaxt ayrı-seçki­
lik olmamalıdır və heç vaxt da olmayacaqdır. 1990-cı ilin əvvəllə­
rindəki yanlış, cinayətkar siyasətin nəticəsində Azərbaycanda milli
zəmində problemlər əmələ gəlməyə başlamışdı. Amma Azərbay­
can xalqı buna dözmədi. O iqtidar hakimiyyətdə cəmi bir il qaldı.
Nəyə görə? Xalq dözmədi buna, imtina elədi onlardan, rədd elədi o
siyasəti. Azərbaycanda heç vaxt ayrı-seçkiliyə yol verilməyəcəkdir.
Heç vaxt dini, milli zəmində fərq qoyulmayacaqdır. Bu, bizim si­
yasətimizdir. Azərbaycan xalqının siyasətidir və biz birlikdə bunu
davam etdirəcəyik.

Mən sizi ürəkdən salamlayıram, sizə ən xoş arzularımı, ən xoş
duyğularımı çatdırıram. Həmişə belə xoş əhval-ruhiyyədə olasınız.
Həmişə üzünüz gülsün, həmişə bir yerdə olaq, yığışaq, danışaq,
söhbətləşək, ölkəmizin bütün problemlərini bir yerdə həll edək.

Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram!
Sağ olun!

81

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QƏBƏLƏ ŞƏHƏRİNDƏ YENİDƏN BƏRPA EDİLMİŞ
CÜMƏ MƏSCİDİ İLƏ TANIŞLIQ

18 avqust 2005 ci il

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə yenidən bərpa
edilmiş Cümə məscidində olmuşdur.

Qəbələdə məscid 1899-1906-cı ildə tikilmiş, 1920-ci ilədək dini
ocaq kimi fəaliyyət göstərmişdir. Sonralar binadan savadsızlığın
ləğvi klubu, anbar, kinoteatr, mədəniyyət evi, muzey kimi istifadə
edilmişdir. 2005-ci ildən bərpa edilərək yenidən dindarların ixtiya­
rına verilmişdir. Burada eyni vaxtda 1000 nəfər namaz qıla bilir.
Rayon mərkəzində başqa bir məscid də vardır.

Prezident İlham Əliyevi burada məscidin axundu ehtiramla qar­
şıladı, Qurani-Kərim hədiyyə etdi, Azərbaycan dövlətinin başçısına
Allah-Təaladan cansağlığı, uzun ömür arzuladı.

Axund məscidi ziyarət etdiyinə görə Prezident İlham Əliyevə
təşəkkür edərək dedi ki, Azərbaycanın inkişafı yolundakı fəaliyyə­

82

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tinizdə Allah sizə yar olsun. Xalqın ədalətli Prezidentisiniz və biz
hamımız Sizin uğurlu siyasətinizi dəstəkləyirik və daim Sizə arxa
olacağıq.

Prezident İlham Əliyev dindarlara uğurlar və xoşbəxtlik arzula­
yaraq dedi ki, çox şadam, rayonlarda böyük işlər görülür, yerlərdə
vəzifəli şəxslər, icra hakimiyyəti başçıları yaxşı işləyirlər. Abadlıq,
quruculuq işləri gedir, problemlərin aradan qaldırılması üçün mü­
hüm tədbirlər görülür. Bütün dövrlərdə xalqın həqiqi lideri olan
Heydər Əliyevin uzaqgörən siyasəti indi də öz bəhrəsini verir. Eyni
zamanda, milli-mənəvi, dini dəyərlərimizin qorunmasında da Ulu
Öndərin böyük xidmətləri vardır.

Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olduğunu xatır­
ladan Prezident İlham Əliyev dedi ki, Ulu Öndərimiz 1970-ci illər­
dəki fəaliyyəti zamanı Azərbaycanın bugününü düşünürdü. Çünki
ən böyük sərvət xalqın, dövlətin azadlığı və xoşbəxtliyidir. Azər­
baycan Prezidenti bildirdi ki, görülən işlər daha da sürətlənəcəkdir.
İstəyirik ki, problemlər tez həll olunsun, lakin bunun zamana da
ehtiyacı vardır. Ancaq biz siyasi, iqtisadi istiqaməti düz seçmişik.
Əsas odur ki, bölgələr inkişaf etdirilir, onların problemləri həll olu­
nur. Bölgələrin paytaxt Bakının səviyyəsinə çatdırılması üçün çox
işlər görülməlidir.

Dindarlar Prezidentə bir daha təşəkkürlərini bildirdilər, ölkə­
mizdə aparılan quruculuq işlərini yüksək qiymətləndirdilər.

83

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QƏBƏLƏ RAYONUNUN NİC QƏSƏBƏSİNİN
SAKİNLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

18 avqust 2005-ci il

2300 illik tarixi olan bu qəsəbənin sakinləri dövlətimizin başçısı İlham
Əliyevi və xanımı Mehriban Əliyevanı böyük səmimiyyət və ehtiramla,
gül-çiçəklə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, Nicin 6,5 min nəfər əhalisi
var, bunun 4 mindən çoxu udilər, qalanı azərbaycanlılar və ləzgilərdir. Qəsə-
bədəki 5 orta məktəbin 3-də tədris rus dilində, 2-də isə Azərbaycan dilində
aparılır. Nicdə Qədim Alban kilsəsi və digər abidələr vardır. Respublika hö-
kumətinin köməyi ilə burada tarix muzeyi və açıq havada etnoqrafiya qoru-
ğu yaradılacaqdır. Eçmiədzin (erməni) katolikosluğunun təkidi ilə Peterburq
Müqəddəs Sinodu 1836-cı ildə alban katolikosluğunu ləğv etdikdən sonra
udilərin dini fəaliyyətlə məşğul olmasına qadağan qoyulmuşdu. 2003-cü
ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
udilərin dini fəaliyyətinin bərpa olunması barədə qərar vermişdir. 1993-cü
ildə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
Nic məktəblərinin I-IV siniflərində udi dili də tədris olunur. Udilər bunu Ulu
Öndər Heydər Əliyevin xidməti kimi yüksək qiymətləndirirlər.

İlham Əliyev: Mən sizin hamınızı ürəkdən salamlayıram. Mən
bu gün Qəbələdə idim. İndi də Qəbələ rayonundayam. İctimaiyyət­
lə müxtəlif görüşlər keçirmişəm, müxtəlif yerlərdə olmuşam. Yeni
müəssisələrin, obyektlərin təməlinin qoyulması mərasimində işti­
rak etmişəm.

Qəbələ rayonu çox sürətlə inkişaf edir. Çox böyük abadlıq, quru­
culuq işləri gedir və günün birinci yarısında bu məsələlərlə məşğul
idim. Günün ikinci yarısında mənim proqramımda Oğuz rayonuna
səfər vardı, amma fikirləşdim ki, mütləq gərək gəlim sizin yanınıza.
Nicə gəldim ki, sizinlə görüşüm, sizə öz hörmət və məhəbbətimi
bildirim.

Nic çox qədim məskəndir. Bura çox zəngin tarixə malik bir yer­
dir. Çox şadam ki, burada da işlər yaxşı gedir.

Azərbaycanın gərək hər bir yerində, hər bir bölgəsində, hər bir
rayonunda, hər bir kəndində quruculuq və abadlıq işləri getsin,

84

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

insanlar daha da yaxşı yaşasınlar və Azərbaycan dövləti daha da
möhkəmlənsin. Buna nail olmaq üçün biz əlimizdən gələni edirik.
İqtisadi islahatlar həyata keçirilir, yeni müəssisələr, iş yerləri açı­
lır və beləliklə Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir.
İl yarım bundan əvvəl regionların sosial-iqtisadi inkişaf proqramı
qəbul edilmişdir və bu proqram uğurla icra olunur. Mən istəyirəm
ki, müsbət dəyişikliklər hər bir kənddə hiss edilsin, hər bir kəndin
həyatında irəliləyiş, tərəqqi olsun, bizi narahat edən əsas problem­
lər - işsizlik, yoxsulluq azalsın, aradan qaldırılsın. Bu, Azərbayca­
nın paytaxtında da, ən ucqar rayonunda da, bütün kəndlərində də
olmalıdır.

Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanın gələcəyi
üçün indi ölkədə hökm sürən sabitlik, əmin-amanlıq, asayiş bun­
dan sonra da qorunmalıdır. Ölkəmizdə vətəndaş həmrəyliyi var.
Bu, çox böyük sərvətdir, çox böyük nemətdir. Azərbaycan çoxmil­
lətli dövlətdir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri
əsrlər boyu yaşamış, yaratmışlar. Biz hamımız bir ailəyik, hamımız
qardaşıq və bu qardaşlıq hissləri daha da möhkəmlənir. Sovet İt­
tifaqı zamanında Azərbaycan müstəqil dövlət deyildi, bir böyük
ölkənin bir hissəsi idi. Bu gün isə Azərbaycan müstəqil dövlət kimi
öz siyasətini özü aparır. O cümlədən, milli siyasətə böyük diqqət
göstərilir. Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqa ma­
likdir, eyni səviyyədə yaşayır və bundan sonra belə də olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti kimi mən bundan sonra da
əlimdən gələni edəcəyəm ki, Azərbaycanda yaşayan hər bir xalqın
nümayəndəsi özünü rahat hiss etsin, özünü yaxşı hiss etsin.

Azərbaycanın ən böyük nailiyyətlərindən, sərvətlərindən biri
də odur ki, bizim ölkəmizdə milli və dini baxımdan həmişə mehri­
banlıq olubdur. Bu zəmində heç vaxt ayrı-seçkilik, ziddiyyət olma­
yıbdır. Milli və dini dözümlülük bizim ölkəmizin inkişafına böyük
töhfədir. Hamımız bilirik ki, heç də bütün ölkələrdə vəziyyət buna
bənzər deyildir. Dünyada elə ölkələr var ki, orada yaşayan müxtə­
lif xalqlar bir-biri ilə yola getmir, müxtəlif dinlərin nümayəndələri
ünsiyyətdə olmurlar. Onlar təcrid olunmuş vəziyyətdə yaşayırlar.
Bu, həmin ölkələrin bəlası, faciəsidir. Böyük xoşbəxtlikdir ki, Azər­
baycanda yaşayan bütün xalqlar ölkəmizin bütün yerlərində özünü

85

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

doğma evindəki kimi hiss edir. Bu, bizim böyük nailiyyətimizdir.
Biz bəlkə də buna öyrəşmişik, gündəlik həyatda buna fikir vermi­
rik və düz də edirik ki, fikir vermirik. Çünki bu amil, bu problem
Azərbaycanda yoxdur. Çünki Azərbaycanda yaşayan bütün xalqlar
mənim qardaşlarımdır və Azərbaycan Respublikasının Prezidenti
kimi mən Azərbaycanda yaşayan bütün xalqların təminatçısı və
dövlət başçısıyam.

Mən ilk dəfədir ki, Nicdəyəm. Çox eşitmişəm, bilirəm ki, Nicin
çox böyük tarixi var, çox böyük mədəniyyəti var, nailiyyətləri var,
tarixi irsi çox zəngindir. Ona görə bu gün çox xoşbəxtəm ki, özüm
gəlmişəm sizin yanınıza, sizinlə birlikdəyəm. Görürəm ki, burada
əhval-ruhiyyə də yaxşıdır, ab-hava da yaxşıdır. Bütövlükdə rayon­
da görülən işlər məni çox sevindirir. Rayon rəhbərliyi yaxşı işləyir,
çalışır ki, bütün problemləri həll etsin. O cümlədən, sizin də prob­
lemlərinizin həllində çox böyük işlər görür. Mən də çalışacağam ki,
sizin problemlərinizi bundan sonra daha da sürətlə həll edək. Sizi
narahat edən, sizə çətinlik yaradan, maneçilik törədən hansı məsələ
varsa, indi mənə deyin ki, Bakıya qayıdanda bunların hamısını həll
edim.

Əgər bir sözünüz yoxdursa, onda sizin hamınıza uğurlar, can­
sağlığı arzulayıram. Arzu edirəm ki, həmişə olduğu kimi xoşbəxt
yaşayaq, Azərbaycan inkişaf etsin.

86

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

KARDİNAL KREŞENTSİO SEPENİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 12 sentyabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İncilin Təb­
liği Konqreqasiyasının prefekti, kardinal Kreşentsio Sepenin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı bazar
günü Bakıda katolik kilsəsinin təməlinin qoyulması mərasimi keçiril­
məsinin çox əlamətdar bir hadisə olduğunu vurğulayaraq bildirdi ki,
kilsənin tikilməsi haqqında qərar bir il əvvəl qəbul edilmişdi. Prezi­
dent İlham Əliyev Vatikana səfərini məmnunluqla xatırlayaraq dedi
ki, onun gedişində kilsənin tikintisi ilə bağlı son sənədləri Vatikana
təqdim etmişdi. Azərbaycanda bu kilsənin tikilməsi bir daha göstərir
ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir.
Bütün dinlər sərbəst şəkildə fəaliyyət göstərir, insanların hamısı bir
ailə kimi yaşayır.

87

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Prezident İlham Əliyev vurğuladı ki, biz Vatikanla münasibətlərin
inkişafına böyük əhəmiyyət veririk və əlaqələrimizin yüksək səviyyə­
də olmasından çox məmnunuq. Əminik ki, əməkdaşlığımız bundan
sonra da inkişaf edəcəkdir. Sizin Azərbaycana səfəriniz əlaqələrimi­
zin daha da inkişafına xidmət göstərəcəkdir.

Prezident İlham Əliyev Roma Papası II İohann Pavelin Azərbay­
cana səfərini yüksək qiymətləndirdi və ümummilli liderimiz Heydər
Əliyev ilə Papa arasında çox səmimi dostluq münasibətlərinin oldu­
ğunu vurğuladı.

Kardinal Kreşentsio Sepe qəbula görə öz adından və nümayəndə
heyətinin adından Azərbaycan Prezidentinə minnətdarlığını bildir­
di, ona Vatikan Dövlətinin başçısı XVI Benediktin salamlarını və ən
xoş arzularını çatdırdı. Qonaq dedi ki, mənim Azərbaycana səfərim
barədə Papanın məlumatı vardı və o, bu səfəri çox vacib hesab edir.
Zati-müqəddəsləri Papa XVI Benediktin adından Sizə dərindən təşək­
kür edirik ki, xeyirxahlıq göstərərək, Azərbaycanda bizim gördüyü­
müz işləri dəstəkləmisiniz və əminik ki, gələcəkdə bu dəstəyi görə­
cəyik. Papa II İohann Pavelin dəfn mərasimində iştirakınıza görə Sizə
dərin minnətdarlığımızı bildiririk. Vatikan tərəfi bunu çox yüksək
qiymətləndirmişdir. Sizin atanız, möhtərəm Heydər Əliev ilə Papa II
İohann Pavel arasında çox səmimi və sıx dostluq münasibətləri var
idi. Bakıda katolik kilsəsinin tikintisi üçün torpaq sahəsinin ayrılması
barədə Prezident Heydər Əliyev tərəfindən qəbul edilən qərar bizim
üçün böyük hədiyyə idi və bunu çox yüksək qiymətləndiririk. Bu,
Vatikanla əlaqələrin inkişafına böyük əhəmiyyət verməyinizin bariz
nümunəsidir.

Kardinal daha sonra dedi ki, biz bu gün səhər Azərbaycanın Ümum­
milli Lideri Heydər Əliyevin əziz xatirəsini anmaq üçün onun məzarı­
nı ziyarət edərək əklil qoyduq. Eyni zamanda, Şəhidlər xiyabanını da
ziyarət etdik. Biz kimsəsiz, yoxsul adamlar üçün evin tikilməsini arzu
edirik və bu məqsədlə torpaq sahəsinin ayrılması barədə qərar qəbul
etdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycanda
tolerantlıq mühiti hökm sürür və bu, çox vacibdir. Ölkənizdə bütün
sahələrdə böyük inkişaf vardır, həm dini, həm də mülki baxımdan tam
dözümlülük, tolerantlıq mövcuddur. Dünyanın hər bir guşəsində in­
sanların əmin-amanlıq şəraitində yaşaması və möhkəm sülhün olması

88

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Müqəddəs Taxt-Tacın əsas arzularından biridir. Bu baxımdan Zati-a­
linizə dəstək olaraq, bu işə öz töhfəmizi vermək məqsədi ilə ölkəniz­
də Vatikanın nümayəndəsi fəaliyyət göstərir. Eyni zamanda, Bakıdakı
katolik icmasının rəhbəri də bu sahədə Sizi dəstəkləməyə həmişə ha­
zırdır. Onlar bundan sonra da səylərini davam etdirərək, Azərbaycan
xalqının rifahı, sülh şəraitində tərəqqiyə nail olması naminə əllərindən
gələni əsirgəməyəcəklər.

Prezident İlham Əliyev Roma Papasının səmimi salamlarına görə
minnətdarlığını bildirdi və özünün də səmimi salamlarını, xoş arzu­
larını Zati-müqəddəsləri Papa XVI Benediktə çatdırmağı xahiş etdi.

89

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
II ALEKSİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 14 sentyabr 2005-ci il

İlham Əliyev: Zati-müqəddəsləri, mən Sizi, habelə, Sizinlə birlikdə
gəlmiş bütün qonaqları Azərbaycanda səmimi qəlbdən salamlamaq
istəyirəm. Xoş gəlmisiniz! Ölkəmizə səfərinizin bizim üçün çox böyük
əhəmiyyəti var. Biz hamımız Sizin 2001-ci ildəki səfərinizi xatırlayırıq,
indiki gəlişinizi də səbirsizliklə gözləyirdik. Bu, mehriban qonşuluq
münasibətlərimizin inkişafı üçün, daha böyük dostluq, qardaşlıq, səmi­
milik ab-havası yaradılması üçün çox mühümdür. Biz Azərbaycanda
fəxr edə bilərik ki, ölkəmizdə bütün millətlərin və dinlərin nümayən­
dələri böyük bir ailə kimi yaşayırlar. Bizdə tam qarşılıqlı anlaşma, milli
həmrəylik var. Bu, ölkəmizin uğurlu inkişafı üçün başlıca zəminlərdən
biridir. Əlbəttə ki, Rus Pravoslav Kilsəsinin və Qafqaz Müsəlmanları
İdarəsinin nümayəndələri arasında əlaqələr də çox vacibdir. Zənnimcə,
biz ölkəmizdə milli həmrəyliyə nail olmuşuq, bütün dinlərin nümayən­
dələri bərabər hüquqlara malikdir və özlərini eyni cür hiss edirlər.

90

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Sizin səfəriniz ölkələrimiz arasında dostluq münasibətlərinin daha
da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Son illər bu
münasibətlərin və qarşılıqlı iqtisadi əlaqələrin, siyasi əlaqələrin, sadə
vətəndaşlar səviyyəsində əlaqələrin inkişafı üçün çox möhkəm zəmin
yaranmışdır. Bunlar ölkələrimizə daha fəal əməkdaşlıq etməyə, həm
iqtisadiyyatı, həm də siyasi prosesləri inkişaf etdirməyə imkan verir.

Biz ikitərəfli münasibətlərin səviyyəsindən çox razıyıq. Bu müna­
sibətlərin inkişafında Sizin rolunuz da çox böyük və əhəmiyyətlidir.
Bunu nəzərə alaraq, Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq
münasibətlərinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndirərək,
Azərbaycan dövləti Sizi yüksək mükafatla – «Şöhrət» ordeni ilə təltif
etmişdir. Mən onu Sizə böyük məmnuniyyətlə təqdim etmək istərdim.

Patriarx II Aleksi: Zati-aliləri, icazə verin, yüksək mükafata görə
Sizə ürəkdən təşəkkür edim. Bu, mənim üçün gözlənilməzdir. Çünki
mənə elə gəlir ki, ölkələrimiz arasında münasibətlərin inkişafına ver­
məli olduğum böyük töhfəni verməmişəm. Lakin dini baxımdan artıq
neçə illərdir, hələ xalq deputatları qurultaylarının deputatları olduğu­
muz vaxtdan Şeyxülislam Allahşükür Paşazadə ilə bizim aramızda
yaxşı əməkdaşlıq mövcuddur.

Keçən il biz MDB Ölkələri Dini Liderləri Şurasının həmsədrləri se­
çildik. Biz bu Şurada əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirə­
cəyik, çünki din xadimlərinin sülhyaratma işinə töhfəsi həmişə böyük
olmuşdur, xüsusən də indi, dünyanın din xadiminin sözünə, sülhə,
əməkdaşlığa çağırışa ehtiyacı olduğu bir vaxtda. Düşünürəm ki, biz işi­
mizi gücləndirməliyik.

Zati-aliləri, Böyük Vətən müharibəsində Qələbənin 60 illiyinin bay­
ram olunduğu vaxtda məni Azərbaycana dəvət etdiyinizə görə Sizə
ürəkdən təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək, qardaşı­
mızın yüksək vəzifədə – Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifə­
sində fəaliyyətinin bu ilin sentyabrında 25 ili tamam olmasından istifa­
də edərək, təbrikimizi bildirmək üçün səfərimizi həmin vaxta salmağı
və eyni zamanda, Azərbaycana ikinci səfərimizi həyata keçirməyi qəra­
ra aldıq, çünki birinci səfərdən məndə ən xoş, işıqlı xatirələr qalmışdır.

Mən həmin səfər zamanı bizə göstərilmiş qonaqpərvərliyi minnət­
darlıqla xatırlayıram. Həqiqətən, görkəmli dövlət xadimi, müdrik xa­

91

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dim olan mərhum valideyniniz müstəqil Azərbaycanın təşəkkülü üçün
çox işlər görmüşdür, hələ Sovet İttifaqı vaxtında insanların həmrəylik,
əmin-amanlıq və əməkdaşlıq şəraitində yaşaması üçün çox işlər gör­
müşdür. Odur ki, bu gün biz hava limanından birbaşa mərhum Prezi­
dentin memorialını ziyarət etdik, Heydər Əliyeviç Əliyevin xatirəsinə
ehtiramımızı bildirdik. Çünki ölkəmizdə, Rusiyada, ona həqiqətən, də­
rin hörmət bəsləyirdilər. Ona görə biz də bu dərin hörmət hisslərini
Azərbaycana gələn kimi ifadə etməli idik.

Valideyninizin ölçülüb-biçilmiş və müdrik siyasətini davam etdir­
diyinizə və öz xidməti ilə yetirdiyi bəhrələri artırdığınıza görə Sizə
ürəkdən təşəkkür edirəm. Azərbaycanın din xadimlərini, o cümlədən
pravoslav rus icmasını, Bakı yeparxiyasını dəstəklədiyinizə görə Sizə
təşəkkür etmək istərdim. Mən birinci səfərimdən də bilirəm ki, Azər­
baycanın rus icmasının nümayəndələri burada özlərini əsla ikinci dərə­
cəli adamlar kimi hiss etmirlər, əksinə, ölkənin digər sakinləri ilə birlik­
də bərabər hüquqlara malikdirlər.

Son iki əsr ərzində xalqlarımız arasında təşəkkül tapmış möhkəm
mənəvi və mədəni əlaqələr, Tanrının ölkələrimiz üçün buyurduğu
kimi, ötən ildə də bütün sınaqlardan uğurla çıxmışdır. Xalqlarımız və
dövlətlərimiz uydurma dini ekstremizmə, davakar separatizmə qarşı
birlikdə çıxış edirlər. Ölkənizin siyasi təbəqələşmə, iqtisadi böhran zo­
lağından keçərək, hazırda Avrasiyada və dünyada layiqli yer tutmasını,
beynəlxalq proseslərdə getdikcə daha böyük rol oynamasını görmək
xoşdur. Biz belə bir faktı xüsusilə qiymətləndiririk ki, rus icması yerli
əhali arasında özünü bərabərhüquqlu hiss edir. Dinlərarası əməkdaş­
lığın və dialoqun inkişaf etdirilməsi sahəsində mövqelərimizin uyğun
gəldiyini xüsusi vurğulamaq istərdim.

Pravoslavlar da, müsəlmanlar da yekdil fikirdədirlər ki, İslam ter­
rorçuları deyilən terrorçuların və onların əlaltılarının əməlləri ən sərt
şəkildə pislənilməlidir. Kimliyindən, harada olmasından və nə kimi
şüarlarla pərdələnməsindən asılı olmayaraq, onlara haqq qazandırmaq
olmaz. Beslanda baş vermiş faciəyə münasibətdə nümayiş etdirdiyiniz
prinsipial mövqeni ayrıca vurğulamaq istərdim. Çox hörmətli İlham
Heydəroviç, bu, məni terror təcavüzü ilə əlaqədar Rusiya xalqı üçün o
ağır günlərdə söylədiyiniz sözlərə görə Sizə səmimi təşəkkürümü bil­
dirməyə vadar edir.

92

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Rus Pravoslav Kilsəsi Qarabağ münaqişəsinin qurbanlarına görə
kədərlənir və döyüş əməliyyatları zamanı əzizlərini, ev-eşiyini itirmiş
insanların halına dərindən acıyır. Ümidvarıq ki, Dağlıq Qarabağ prob­
lemi həll olunacaqdır. Biz, Qafqazın din xadimləri də Qarabağ prob­
leminin həllinə kömək etmək üçün Moskvada mənimlə birlikdə dörd
dəfə toplaşmışıq. Bu görüşlərdə həmişə fəal iştirak etdiyinə görə Şeyx
Paşazadəyə çox minnətdaram. Həmin görüşlərdə iştirak etmiş bütün
ermənilərin ali katolikosuna da minnətdaram. Din xadimləri olaraq,
biz görürük ki, bu problemi hərbi yolla deyil, ancaq dialoq yolu ilə,
danışıqlar yolu ilə həll etmək lazımdır.

Zati-aliləri, çox hörmətli İlham Heydəroviç, səmimi qəlbdən Sizə,
gözəl Azərbaycan torpağına, vətəndaşlarınıza dövlətin və cəmiyyətin
həyatında firavanlığın bərqərar olması yolunda sülh və əmin-amanlıq
arzulayıram.

Dediyim kimi, biz Azərbaycanda fəaliyyət göstərən, bütün prob­
lemlərin sülh yolu ilə həllində Sizə kömək edən və dinc quruculuğa
yardımçı olan din xadimlərinə kömək və dəstəyinizi yüksək qiymət­
ləndiririk. Azərbaycan xalqı üçün etdiyiniz bütün işlərə görə Sizə sağ
olun deyirik. Sağ olun ki, mərhum valideyninizin işlərini belə səylə
davam etdirirsiniz. Ümidvarıq ki, Azərbaycan xalqı bunu qiymətlən­
dirir və ölkənizdə yaşayan bütün xalqlar arasında sülh və həmrəylik
olacaqdır.

Bilmirdim ki, Siz mənə Azərbaycanın yüksək ordenini təqdim edə­
cəksiniz. İcazə verin, hörmətimizin əlaməti olaraq, təkcə Azərbaycan
xalqı qarşısında deyil, həm də rus xalqı qarşısında xidmətlərinizin qiy­
mətləndirilməsi əlaməti olaraq, mərhum valideyniniz kimi, Sizə də
Rus Pravoslav Kilsəsinin ordenini – birinci dərəcəli “Müqəddəs Sergi
Radonejski” ordenini təqdim edim. Belə ki, son bir ildə Siz Rusiya ilə
Azərbaycan arasında əməkdaşlığı geniş inkişaf etdirirsiniz, Rusiyanın
bir çox dövlət xadimləri Azərbaycana gəlmişlər, Siz Moskvada dəfələr­
lə rəsmi və işgüzar səfərlərdə olmusunuz, müxtəlif məsul vəzifələrdə
çalışan adamlar da gəlmişlər və bütün bu görüşlər xalqlarımız arasında
əməkdaşlığın möhkəmlənməsinə xidmət etmişdir. Biz bütün bunları
yüksək qiymətləndiririk. Müqəddəs Sergi Radonejski rus elinin böyük
zahidi idi, Yer kürəsində yaşayan bütün xalqlara duaçı idi.

93

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İlham Əliyev: Zati-müqəddəsləri, bu yüksək mükafata görə Sizə
təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir və mükafatı Sizdən
qəbul etmək ikiqat xoşdur. Sizi əmin etmək istəyirəm ki, Azərbaycanda
xalqlar arasında sülhün qorunub saxlanması və möhkəmlənməsi üçün,
ölkələrimiz arasında indi qarşılıqlı etimadın və dəstəyin tamamilə yeni
səviyyəsinə çıxan münasibətlərin inkişafı üçün gələcəkdə də var qüv­
və ilə səy göstərməyə hazıram. Mən ikitərəfli münasibətlərimizə ver­
diyiniz qiymətlə tamamilə razıyam. Münasibətlərimiz möhkəm təməl,
çox mehriban, səmimi hisslər üzərində qurulmuşdur. Əlbəttə ki, biz
bu münasibətlərin inkişaf etməsi üçün bundan sonra da var qüvvə ilə
çalışacağıq.

Mənim haqqımda, ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə də
Sizə təşəkkür edirəm. Əlavə etmək istərdim ki, cari il Rusiyada Azər­
baycan ilidir. Bu ilin əvvəlində biz Moskvada onu təntənəli şəraitdə
açdıq və gələn il Azərbaycanda Rusiya ilinin keçirilməsini səbirsizliklə
gözləyirik. Biz onu da uğurla keçirəcəyik. Əsla şübhəm yoxdur ki, bü­
tün səviyyələrdə münasibətlərimiz dinamik şəkildə, ölkələrimizin və
xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir. Yüksək mükafata görə
Sizə bir daha təşəkkür edirəm.

Patriarx II Aleksi: Din xadimləri də, öz növbəsində, bu münasibətlə­
ri inkişaf etdirəcəklər. Çünki dindarlarımız çox vaxt diqqət yetirirlər ki,
əgər din rəhbərləri arasında yaxşı qarşılıqlı münasibətlər varsa, deməli,
bu münasibətlərə qoşulmaq lazımdır.

İlham Əliyev: Azərbaycanın kifayət qədər mütəşəkkil və aktiv olan
rus icmasının fəaliyyəti də, Rusiyada, onun müxtəlif şəhər və vilayət­
lərində yaşayan azərbaycanlıların fəaliyyəti də bu işdə çox mühüm rol
oynayır. Bu faktlar əlaqələrimizin möhkəmlənməsinə kömək edir. Biz
bütün səviyyələrdə müsbət, fəal dinamika görürük və bu, bizi çox se­
vindirir. Azərbaycana bir daha xoş gəlmisiniz!

94

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“İSLAM ÜMMƏTİNİN HƏMRƏYLİYİ” MÖVZUSUNDA
BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN
İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

Prezident sarayı, 21 sentyabr 2005-ci il

İlham Əliyev: Əziz dostlar!
Hörmətli qonaqlar!
Sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisi­
niz! Bu günlərdə Bakıda beynəlxalq konfrans keçirilir. Qafqaz Xalq­
ları Ali Dini Şurasının üzvləri bu konfransa gəlmişlər. Ümid edirəm
ki, görüşlər çox səmərəli keçəcək və bizim aramızda olan dostluq,
qardaşlıq hissləri daha da möhkəmlənəcəkdir.
Azərbaycanda dini və milli zəmində tolerantlıq hökm sürür, bü­
tün xalqlar bir ailə kimi yaşayır. Əminəm ki, bu, ölkəmizin gələcəyi
üçün çox önəmli amildir. “İslam ümmətinin həmrəyliyi” mövzu­
sunda konfrans isə, əminəm ki, yeni imkanlar açacaq, bizim ara­
mızda olan əlaqələr təhlil olunacaq və gələcək perspektivlər müəy­
yən ediləcəkdir.
Bu gün Qafqazda sülh təkcə bizi, bu regionda yaşayanları deyil,
bu regiondan uzaqlarda yaşayan insanları da narahat edən mövzu­
dur. Təəssüflər olsun, belə kiçik coğrafi ərazidə bir çox onilliklər ər­
zində münaqişələr baş verir, günahsız insanların qanı tökülür və biz
hamımız sülhün bərqərar ediləcəyi günü gözləyirik. Bu işdə region
xalqlarının həmrəyliyindən, qarşılıqlı dəstəyindən, səmimi qardaş­
lıq hisslərindən, habelə ağsaqqalların, mənəvi liderlərin Qafqazda
həmişə qiymətləndirilmiş müdrik sözündən çox şey asılıdır.
Ölkəmizdə buna böyük əhəmiyyət verilir, bugünkü Azərbayca­
nı dini dözümlülük, tolerantlıq mühiti səciyyələndirir. Ölkəmizdə
müxtəlif dinlərə etiqad edən bir çox xalqların nümayəndələri yaşa­
yırlar və biz bir ailə kimi yaşayırıq.
Əmin olduğumu bildirirəm ki, Azərbaycana münasibətdə
ədalətsizlik – torpaqlarımızın erməni təcavüzkarları tərəfindən da­
vam edən işğalında özünü göstərən ədalətsizlik aradan qaldırıla­
caq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq, sülh
yaranacaqdır.

95

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Qafqazın dini liderlərinin səfərini və indiki konfransı Azərbay­
canın ictimai həyatında mühüm hadisələr kimi qiymətləndirərəm.
Bu hadisələrin birgə fəaliyyətimiz üçün də, regionda vəziyyət üçün
də, sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün də çox böyük
əhəmiyyəti olacaqdır.

Biz qarşılıqlı surətdə çox sıx bağlıyıq – Şimali və Cənubi Qafqazı
heç bir sərhədlə, heç bir digər amillərlə ayırmaq mümkün deyildir,
çünki əsrlər boyu region qarşılıqlı nüfuz, qarşılıqlı təsir və qarşılıqlı
dəstək şəraitində yaşamışdır. Şimali Qafqazda vəziyyətin inkişafı bi­
zim üçün çox vacibdir, eləcə də Azərbaycanda vəziyyət Şimali Qafqaz
üçün mühümdür. Bu, bizim birgə tariximizdir, biz onunla fəxr edirik,
əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşamışıq.

Allahşükür Paşazadə: Cənab Prezident, vaxt ayırıb onları qəbul
etdiyinizə görə Sizə təşəkkürümü bildirərəm. Bu görüş, Sizin mənə­
viyyatımıza, dinə verdiyiniz böyük qiymətdir. Bütün Qafqazın dini
liderləri burada iştirak edirlər. Əsas məqsədimiz azərbaycanlıların
dünyada qarşıdurmanın əleyhinə olduğunu göstərməkdir. Həm­
rəylik bizə çox vacibdir, buna ehtiyac vardır. Konfransın Bakıda ke­
çirilməsi barədə qərar biz İordaniyada olarkən, dünyanın tanınmış
180 aliminin iştirakı ilə qəbul olunmuşdur. Azərbaycanı ona görə
seçdilər ki, Sizin rəhbərliyinizlə ölkəmizdə tolerantlıq, başqa dinlərə
xoş münasibət hökm sürür. Ümummilli Liderimiz Heydər Əliyevə
Allah rəhmət eləsin, xalqımıza xas olan tolerantlığın daha da möh­
kəmlənməsi üçün çox iş görmüşdür. Bu, indi də davam etdirilir.

Azərbaycan və İran prezidentlərinin konfrans iştirakçılarına
göndərdikləri məktuba görə təşəkkür edirəm. Gələcəkdə də belə
tədbirlər, dialoqlar keçiriləcəkdir. Qafqaz Xalqları Ali Dini Şura­
sının Bakıda keçirdiyi konfransda Qafqazda baş verən hadisələrə
münasibət bildirildi, Dağlıq Qarabağ məsələsinin həllinə kömək
göstərilməsi, Şimali Qafqazda bəzi terrorçu qüvvələrə, vəhhabilərə
qarşı birlikdə mübarizənin aparılması məsələləri müzakirə edildi.

Cənab Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə həm iqtisadi,
həm də mənəvi cəhətdən inkişaf edir. Şərq ölkələri, Avropa dövlət­
ləri ölkəmizlə əlaqələr qurmağa çox böyük maraq göstərirlər. Vati­
kan nümayəndəsinin – kardinalın, Moskvanın və Bütün Rusiyanın
Patriarxının Azərbaycana səfərləri, bu gün isə bütün Qafqaz müf­

96

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tilərinin burada olması bir daha göstərir ki, ölkəmiz mənəvi cəhət­
dən inkişaf edir, bizə ehtiyacları vardır. Biz də Sizin köməyiniz və
rəhbərliyinizlə bu ehtiyacları ödəyəcəyik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi, mən məmnuniy­
yətlə bildirirəm ki, din xadimlərinin Prezidentin apardığı siyasəti
dəstəkləyirlər. Qarşıdakı parlament seçkilərinin demokratik keçə­
cəyinə və Azərbaycanın gələcəkdə böyük nailiyyətlər əldə edəcə­
yinə əmindirlər.

Beynəlxalq İslam Missiyasının icraçı direktoru Şafiq Pşixaçov Qafqaz
Xalqları Ali Dini Şurasının Azərbaycan Prezidentinə müraciətini oxudu və
dövlətimizin başçısına təqdim etdi.

Ayətullah Təsxiri (İranın Məzhəblər Birliyi Təşkilatının sədri): Cənab
Prezident, Sizinlə görüşməyimdən böyük şərəf duyduğumu bildi­
rirəm. Konfransın yüksək səviyyədə keçirilməsinə yaradılan şəraitə
görə İran Prezidenti Mahmud Əhmədinejadın və İran xalqının adın­
dan respublikamızın rəhbərinə minnətdarlıq etirəm.

Sünni və şiə məzhəblərinin bütün qollarını əhatə edən onlarca
alimin adından tədbirin təşkilatçılarına təşəkkürümü bildirmək
istəyirəm. Azərbaycan bu tədbirin keçirilməsi üçün ona görə seçil­
mişdir ki, ölkənin zəngin sivilizasiyası, tarixi, mədəniyyəti vardır.
Burada məzhəblərin yaxınlaşması üçün gözəl şərait mövcuddur.

Cənab Prezident, Sizin bizimlə ünsiyyətiniz, bizə qarşı münasi­
bətiniz mərhum atanız Heydər Əliyevi xatırlatdı. Onun bizə qarşı
xüsusi qayğısını “Qafqaz və İslam sivilizasiyası” adlı konfransda
görmüşdük, şahidi olmuşduq ki, o, nə qədər geniş dünyagörüşünə
sahibdir.

İsmayıl Berdiyev (Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə
Mərkəzinin sədri): Azərbaycanda dini dözümlülük sahəsində top­
lanmış təcrübə dini liderləri sevindirir və bu nümunə regionun bü­
tün xalqlarının rifahı naminə Qafqazın digər rəhbərləri üçün fayda­
lı olardı. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik
siyasətinə Qafqazda həmişə böyük hörmətlə yanaşmışlar. Cənab,
Prezident, Biz Tanrıya dua edəcəyik ki, Sizin müdrik siyasətiniz
sayəsində Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Siz regionda
sabitliyin möhkəmlənməsinə yönəlmiş siyasət aparırsınız.

Məhəmmədi Əraqi (İranın Mədəni Əlaqələr Təşkilatının sədri): Mən
səmimi qəbula görə təşəkkür edirəm, İranın Ali dini rəhbərinin sa­

97

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lamlarını, cənab President, Sizə çatdırıram. Mən Ulu Öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin Tehrana səfərlərini, keçirilmiş
görüşləri xatırlayıram, bunların unudulmadığını və belə görüşlərin
yenə də baş verəcəyinə ümidvar olduğumu vurğulayıram.

Mən Azərbaycanın mədəniyyət nazirinin dəvəti ilə Bakıya gəl­
mişəm, ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsinin artırıl­
ması barədə danışıqlar aparmışam. Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin İrana səfərini xatırlayaraq deyim ki, həmin səfər
zamanı biz anlaşma sənədini parafladıq.

Cənab Prezident, Sizdən xahişim ondan ibarətdir ki, bu barədə
müsbət rəyinizi bildirəsiniz və biz də sənədin icrasını təmin edək.

Məhəmmədi Əraqi Prezident İlham Əliyevə İran sənətkarlarının əl işi-
ni hədiyyə etdi.

İlham Əliyev: Bu gözəl hədiyyəyə görə sağ olun. Mən öz təşək­
kürümü bildirirəm və sizdən xahiş edirəm ki, mənim səmimi sa­
lamlarımı İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Xa­
meneiyə və Prezident cənab Mahmud Əhmədinejada çatdırasınız.
Mən İrana səfərimi xatırlayıram. Bu ilin əvvəlində səfər etmişdim
və bu, çox uğurlu səfər idi. Çox səmimi görüşlərimiz oldu. Xüsusilə
Ali dini rəhbərlə, digər dostlarımızla çox səmimi görüşlər oldu. Biz
ölkələrimiz arasında olan əlaqələrə çox böyük əhəmiyyət veririk.
Çox şadıq ki, bu əlaqələr bütün sahələrdə inkişaf edir və bizim ara­
mızda dostluq, qardaşlıq münasibətləri güclənir. Sizin də Bakıya
səfərinizə böyük əhəmiyyət verirəm. Ümid edirəm ki, belə səfərlər
nə qədər çox olsa, biz bir o qədər yaxşı əməkdaşlıq edəcəyik.

Azərbaycan haqqında, xatirəsi bütün azərbaycanlılar üçün əziz
olan Ümummilli lider Heydər Əliyev haqqında xoş sözlərə görə gö­
rüş iştirakçılarına təşəkkür edirəm. Bugünkü Azərbaycan onun əsə­
ridir. 1993-cü ildə, o, prezident seçilən dövrdə ölkədə aclıq, yoxsul­
luq, qarmaqarışıqlıq, anarxiya, tam hakimiyyətsizlik hökm sürürdü.
Heç kimə tabe olmayan quldur dəstələri şəhəri gəzib-dolaşır və qa­
nunsuzluq törədirdilər. Heydər Əliyev öz nüfuzunun, siyasi iradəsi­
nin gücü sayəsində və xalqın etimadına arxalanaraq, qısa müddətdə
vəziyyəti sabitləşdirməyə müvəffəq oldu. 1996-cı ildən sabitlik və
ictimai asayiş bərpa edildi, iqtisadi yüksəliş başlandı.

98

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Dünyada heç bir ölkə qeyri-sabitlik şəraitində inkişaf edə bil­
məz. Ötən illər Azərbaycan iqtisadiyyatının illik artımı orta hesab­
la 10 faiz olmuşdur. Cari ildə isə hələlik 20 faiz təşkil edir, əmək
haqqı, pensiyalar qaldırılır. İki ildə büdcə 2 dəfədən çox artmışdır,
tikinti işləri geniş vüsət almışdır, sərmayələrin həcmi artır. Əgər o
vaxt Azərbaycana Heydər Əliyev rəhbərlik etməsəydi və qayda-qa­
nun yaratmasaydı, ölkənin inkişaf perspektivlərini müəyyənləşdir­
məsəydi, bütün bunlar mümkün olmazdı. İndi ölkə bu təcrübə, bu
baza əsasında inkişaf edir.

Qonşularımızla – Rusiya ilə də, İranla da, Türkiyə ilə də, Gürcüs­
tanla da möhkəm təmələ əsaslanan yaxşı münasibətlərimiz var, biz
bu münasibətlərin qədrini bilirik. Gərək evdə sülh olsun, ətrafda
sülh olsun. Regionun bir çox ölkələrində münaqişələr var və belə
əhatədə əmin-amanlığı, qayda-qanunu, sabitliyi qoruyub saxlamaq
səylər tələb edir. İctimaiyyətin bu mühüm işdə iştirakı vacibdir.
Milli həmrəylik, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri
arasında sülh inkişafımızın başlıca şərtidir.

Mən dini liderlərin səfərini regionun dövlətləri arasında ikitərəf­
li münasibətlər üçün böyük əhəmiyyəti olan, etimadın möhkəm­
lənməsinə, ilk növbədə, insanlar arasında münasibətlərə əsaslanan
dövlətlərarası əlaqələrin inkişafına kömək edəcək hadisə kimi qiy­
mətləndirirəm.

Müraciətə görə hamınıza təşəkkürümü bildirirəm və mənim
ən xoş arzularımı öz dövlətlərinizin rəhbərlərinə yetirməyi xahiş
edirəm.

99

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Əziz həmvətənlər!
Sizi yəhudilərin ən qədim mərasimlərindən olan Roş-Ha-Şana –
Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə
hamınıza xoşbəxtlik, cansağlığı arzularımı yetirirəm.
Tarixən müxtəlif xalqların mehriban ailə kimi yaşadıqları Azər­
baycan bu gün milli müstəqillik yolu ilə inamla addımlamaqda­
dır. Ölkəmizdə milli azlıqların dil və mədəniyyətinin, milli-dini
adət-ənənələrinin qorunub saxlanılması, insan hüquq və azadlıq­
larının təmin edilməsi üçün zəruru demokratik hüquqi baza yara­
dılmışdır. Respublikamızın bütün xalqları kimi, yəhudi əhalisi də
ölkədə gedən tarixi proseslərin fəal iştirakçısıdır.
Əminəm ki, müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində
bundan sonra da yaxından iştirak edəcək, Vətənə övladlıq borcunu
layiqincə yerinə yetirəcəksiniz.
Mənəvi paklıq, tövbə günü və həyatın başlanğıcı kimi bayram
etdiyiniz Roş-Ha-Şana qoy hər birinizin həyatında əmin-amanlıq,
xoş müjdələr ili olsun.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2005-ci il

100


Click to View FlipBook Version