The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Milix Yevdayev (Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri):
May ayında biz Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin tər­
kibində İsraildə olduq. Knessetin sədri ilə görüşdə dedim ki, Azər­
baycan Prezidenti yaxın vaxtlarda bizə – yəhudilərə gözəl bir si­
naqoq hədiyyə etmişdir.

Oktyabrın 14-dən 17-dək Kiyevdə antisemitizmə qarşı müba­
rizəyə həsr edilmiş beynəlxalq forum keçirilirdi. Həmin foruma
mən də dəvət edilmişdim. Mən dedim ki, bizim Azərbaycanda
bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azər­
baycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı
mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır. Belə
hal yoxdur. Nə üçün? Ona görə ki, Ulu Öndərin dediyi kimi, tole­
rantlıq yüksək mədəniyyətin nəticəsidir. Azərbaycanda əsrlər boyu
tolerantlıq olmuşdur, var və olacaqdır.

Protoierey Vsevolod Çaplin: Moskvanın və bütün Rusiyanın
Zati-müqəddəs patriarxları – mərhum Patriarx Aleksi və indiki
Patriarx Kiril Azərbaycanda kilsə ilə dövlət arasında və dinlərarası
münasibətlərin vəziyyətini qiymətləndirmişlər. Bu gün baş yepis­
kop Patriarx Kirilin Arxiyerey məclisində son məruzəsini xatırla­
dı. Arxiyerey məclisi müəyyən dövriliklə keçirilir. Qeyd etməliyəm
ki, Avrasiyanın bir sıra ölkələrində kilsə-dövlət münasibətlərində
müəyyən mürəkkəbliklər olduğuna baxmayaraq, bir neçə il bundan
əvvəl mərhum Patriarx da, indiki Patriarx da Azərbaycanda həm
bizim kilsənin vəziyyəti, həm də dinlərarası dialoq sahəsində olan
təcrübə barədə həmişə yalnız müsbət fikir söyləmişlər. Biz təkcə
kilsənin həyatı ilə bağlı məsələləri müzakirə etmirik, Avrasiyada
və dünyada dinlərarası dialoqun perspektivlərini də Zati-müqəd­
dəsləri Şeyx ilə və ölkənin digər dini icmaları ilə birlikdə müzakirə
edirik. Müəyyən yeni təşəbbüslər vardır. Biz bu müsbət təcrübəmi­
zin, birgə fəaliyyət təcrübəmizin, ünsiyyət təcrübəmizin xristianlar­
la müsəlmanların münasibətləri, dinin və dövlətin münasibətləri,
dinlərarası sülhyaratma dialoqu sahəsində dünyada baş verənlərə
daha çox təsir göstərməsi üçün Rusiyada da, Bakıda da görüşəcəyik.

İlham Əliyev: Siz tamamilə haqlısınız. Buna böyük ehtiyac var­
dır. III Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinə əsasən,
beynəlxalq əməkdaşlığın bu cür formatı artıq yaranmışdır. Biz bun­
dan əvvəl də dünya dinlərinin liderlərinin zirvə görüşünü keçir­

501

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

mişik. Bu iki format bir-birini tamamlayır, çünki dinlərarası mü­
nasibətlərin gələcək inkişafına dair ciddi diskussiyalara və ümumi
yanaşmalar işləyib hazırlamağa ehtiyac çoxdur. Çünki dünyanın
müxtəlif hissələrində – həm Yaxın Şərqdə, həm də Avropada baş
verən proseslər bizi düşünməyə vadar edir və narahatlıq doğurur.
Bəzən yaxınlaşma prosesi əvəzinə ayrılma prosesi gedir. Bəzən
müəyyən bəyanatlar və ya hərəkətlər həmrəyliyə deyil, əksinə, eti­
madsızlığa səbəb olur. Ona görə də mənim fikrimcə, bu halda bütün
xalqlar arasında müsbət əməkdaşlıq tarixinə malik olan ölkələrin,
çoxmillətli ölkələrin təcrübəsinə əsaslanmaq lazımdır. Zənnimcə,
bu halda Rusiya və Azərbaycan qlobal miqyasda məhz dinlərarası,
mədəniyyətlərarası dialoqun birləşdirici amili ola bilər. Ona görə
ki, burada oxşar cəhətlər, əlaqələr çoxdur. Bundan əlavə, biz iki
qonşu dövlətik, Qafqaz da bizi birləşdirir, Rusiya və Azərbaycan
iki Qafqaz ölkəsidir.

Buna görə din xadiminin, hörmətli insanın sözü həmişə sanballı
olmuşdur. İndiki halda dövlətin siyasəti və din tamamilə eyni məc­
rada həyata keçirilir. Məqsədlər eynidir – inkişaf, rifah, dəyərlər,
qloballaşma dövründə ənənəvi dəyərlərin itirilməməsi, gənc nəs­
lin özünün etnik və dini köklərindən ayrılmaması. İdentiklik iti­
rilməməlidir, qloballaşma adı altında cəmiyyətin mənəvi əsasları
sarsıdılmamalıdır. Bu əsaslar olmadan heç bir ölkə, heç bir xalq
mövcud ola bilməz.

502

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

UNESCO-NUN QEYRİ-MADDİ-MƏDƏNİ İRSİN
QORUNMASI ÜZRƏ HÖKUMƏTLƏRARASI
KOMİTƏSİNİN VIII SESSİYASINA

Hörmətli sessiya iştirakçıları!
Sizi Bakı şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasının öz
işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonra­
kı fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Sessiyanız Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konven­
siyanın onilliyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən
müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qey­
ri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strate­
giyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azər­
baycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən
ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunmuş və mühüm la­
yihələr gerçəkləşdirilmişdir.
UNESCO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən son­
ra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliy­
yət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlə­
tinin həmişə diqqət mərkəzində olmuşdur. Daim inkişaf edən və
möhkəmlənən UNESCO – Azərbaycan əlaqələri xalqımızın qədim,
zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, onun
nailiyyətlərinin dünyada nümayiş etdirilməsinə geniş imkanlar ya­
ratmışdır.
Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı
və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymət­
li abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin
görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət
mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat
arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.
Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya
sahələrində Əməkdaşlıq haqqında Çərçivə Sazişinin imzalanması
ilə Azərbaycan və UNESCO arasında qarşılıqlı faydalı münasibət­
lər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və qlobal çağırışla­

503

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rın həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli
zəmin hazırlamışdır.

Əminəm ki, sessiyanız öz qərarları ilə ümumbəşər mədəni irsi­
nin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və
anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcəkdir.

Ən xoş arzularla,
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2013-cü il

504

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

2014

505

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
İsa peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı
münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən
təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram.
Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz
illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mü­
hitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğu­
nu, dil və mədəniyyətini qoruyub saxlayırlar. Bu gün Azərbaycan
dövləti sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun hökm
sürdüyü, yüksək humanizm və dözümlülük prinsiplərinə əsasla­
nan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norma­
sı kimi qəbul edildiyi nümunəvi bir cəmiyyətə malikdir. Məmnu­
niyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik
mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları,
o cümlədən pravoslav xristian icması millətlərarası və dinlərarası
münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətən­
daş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və qu­
ruculuq prosesində yaxından iştirak edirlər.
Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı ye­
niliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını
təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələ­
rinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 yanvar 2014-cü il

506

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANDA DİNİ MƏDƏNİYYƏTİN,
TOLERANTLIĞIN, DİNLƏRARASI VƏ
MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN TƏBLİĞİNİN
GÜCLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR
HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və
mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin et­
mək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət bü­
dcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan “Dini Mədəniyyətin İnkişafı” Fonduna 3,0 (üç)
milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəy­
yən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2014-cü il

507

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ROMA PAPASI FRANSİSK HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəbləri­
nizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlb­
dən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı münasibətlə­
rin inkişafı bundan sonra da ümumbəşəri dəyərlərin təntənəsinə,
insanlar arasında qarşılıqlı anlaşma, hörmət və həmrəyliyin bərqə­
rar olmasına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, müqəddəs amallar naminə fəaliyyəti­
nizdə uğurlar, məsləkdaşlarınıza daim əmin-amanlıq və firavanlıq
diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2014-cü il

508

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bü­
tün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı,
xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər
boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət
göst­ərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük
kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mü­
kəm­məl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural
ənənələrin formalaşmasında müstəsna rol oynamışdır. Təsadüfi
dey­ ildir ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası
və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.
Azərbaycan Respublikasında dövlət-din münasibətləri demok­
ratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə
tənzimlənmiş, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı
olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilmişdir.
Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşla­
rımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad
və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatı­
mızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yük­
sək fəallıq göstərirlər. 
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı
əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının
rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələri­
nizə sevinc və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2014-cü il

509

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKININ BİNƏQƏDİ RAYONU ƏRAZİSİNDƏ TİKİLƏN
YENİ MƏSCİD KOMPLEKSİNDƏ APARILAN İNŞAAT
İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

26 aprel 2014-cü il

Prezident İlham Əliyevə məscid kompleksinin layihəsi əsasında
görülən işlərlə bağlı məlumat verildi.

Dövlətimizin başçısı ayrı-ayrı inşaat sahələrini gəzdi, tikintinin
gedişi ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.

510

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKI BEYNƏLXALQ MULTİKULTURALİZM
MƏRKƏZİNİN YARADILMASI HAQQINDA FƏRMAN

Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mə­
dəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq
aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtə­
liflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfes­
siyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun
bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün
həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəl­
dilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm
sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi
qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu is­
tiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təb­
liğinin gücləndirilməsini zəruri edir.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dün­
yaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacib­
liyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural model­
lərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallı­
ğında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:

1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılsın. 
2. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnamə­
si” təsdiq edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərma­
na uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırla­
yıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddə­
tində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlu­
mat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi akt­
larının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bu­

511

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

nun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

3.4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xərclər sme­
tasını və ştat cədvəlini, işçilərinin say həddini, icraçı direktorunun
və işçilərinin aylıq vəzifə maaşlarını iki ay müddətində təsdiq edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin binasının ti­
kilməsi barədə təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin; 

3.6. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin
təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlə­
rini həll etsin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Bey­
nəlxalq Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına alınma­
sını bir ay müddətində təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2014-cü il

512

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

GƏNCƏ DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞU
ƏRAZİSİNDƏKİ “İMAMZADƏ” KOMPLEKSİNDƏ
ABADLIQ-QURUCULUQ İŞLƏRİNİN APARILMASI
HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki
“İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqə­
dar abadlıq-quruculuq işlərinin aparılması üçün Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə
Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəy­
yən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncam­
dan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 16 may 2014-cü il

513

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN AZƏRBAYCANDAKI
SƏFİRLƏRİ VƏ DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNİN
RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 9 iyul 2014-cü il

İlham Əliyev: Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram.
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter
daşıyır. Bizim ölkələrdə ənənələrə böyük hörmət vardır. Bir çox
məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir. Fürsətdən istifa­
də edərək xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş
arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına
çatdırasınız.

Biz sizinlə il ərzində müxtəlif tədbirlərdə dəfələrlə görüşürük,
təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarının, digər
yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri zamanı. Bir sözlə,
il ərzində biz tez-tez təmasda oluruq. Amma müqəddəs Ramazan

514

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ayında bizim görüşümüzün əlbəttə ki, xüsusi əhəmiyyəti vardır.
Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox

sıx əlaqələri vardır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyə­
dədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində
biz çox fəal əməkdaşlıq edirik.

Əlbəttə, biz hamımız istərdik ki, iqtisadi sahədə də əlaqələr yük­
sək səviyyədə olsun və buna çalışırıq. Hesab edirəm ki, indiki şə­
raitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes qu­
rumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər.

Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd
etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasəti­
mizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam
həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi
daha da möhkəmləndirək.

Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstək­
ləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə
BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelə­
rimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir.

Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin
həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi,
xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq bir­
lik tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq
normaları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər
bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını
törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abi­
dələrimiz ermənilər tərəfindən dağıdılmışdır. Bu münaqişə dünya­
da nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağ­
lı dörd qətnamə qəbul etmişdir. Ona görə əlbəttə ki, Azərbaycanın
mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hör­
mətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir.

Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşki­
latlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan
sonra da müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əmək­
daşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artı­
rır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırıl­

515

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan
BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki
dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfi­
mizdən irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə
çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə
məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim
ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə
BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prio­
ritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim
ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əmək­
daşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik.

Eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilmə­
si üçün Azərbaycan praktiki addımlar atır. Bildiyiniz kimi, İslam
Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin in­
kişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam
Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin bi­
rinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə “Bakı prosesi” adı ve­

516

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rilmişdir. Artıq “Bakı prosesi” beynəlxalq aləmdə tanınan və hör­
mətlə qəbul edilən bir prosesdir.

Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədr­
lik edir, öz prioritetlərini açıq şəkildə bəyan etmişdir. Çalışacağıq
ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün
əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır.

Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində islamofobiyaya
qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman
meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri
görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini,
tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandı­
raq, göstərək ki, İslam sülh, mərhəmət dinidir.

Bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti
vardır. Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azər­
baycan mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir. Hesab
edirəm ki, bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə
bilərik.

Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İs­
lam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əlbəttə ki, bu oyunlar bö­
yük idman bayramı olacaqdır. Ancaq, eyni zamanda, hesab edirəm
ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına
da öz müsbət təsirini göstərəcəkdir.

Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində
əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha
müsbət istiqamətdə gedəcəkdir.

Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii
resursları, iqtisadi potensialı vardır. Çalışmalıyıq səyləri birləşdirək
ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq. Sağ olun.

Həsən Hami (Mərakeş Krallığının Azərbaycandakı səfiri): Zati-alilə­
ri cənab İlham Əliyev.

Bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirik.
Azərbaycanda təmsil olunan bütün müsəlman ölkələrinin səfir­
ləri və müvəqqəti işlər vəkilləri adından Sizə müqəddəs Ramazan
bayramı və qarşıdan gələn Fitrə bayramı münasibətilə ən xoş arzu­
larımı çatdırıram. Allah Sizi ailənizi və qardaş Azərbaycan xalqını
qorusun.

517

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Zati-aliləri, Azərbaycan heyrətamiz şəkildə inkişaf edir və ölkə­
nizin iqtisadiyyatı dünyanın ən dinamik inkişaf edən iqtisadiy­
yatları sırasındadır. Ümumi daxili məhsul 3,4 dəfə artmış, strateji
valyuta ehtiyatları 50 milyard dollara çatmış, iqtisadiyyata 170 mil­
yard dollara yaxın sərmayə yatırılmışdır. Eyni zamanda, bu siyasət
siyasi, iqtisadi və sosial islahatlarla müşayiət olunur. Bu, hər məna­
da böyük bir nailiyyətdir.

Ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası dialoq, insan
inkişafının təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər
mövzulara həsr olunmuş beynəlxalq konfranslara ev sahibliyi et­
mişdir. Bu sırada Humanitar Forumu, Davos Dünya İqtisadi Foru­
munu və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə dəstək
üzrə beynəlxalq konfransı qeyd etmək olar.

İnsanları yaxınlaşdıran bu yanaşma təqdirəlayiqdir.
Əminəm ki, Azərbaycan məhz bu ovqatla 2015-ci ildə ilk Avropa
Oyunlarını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını təşkil edə­
cəkdir. Bu mötəbər tədbirlərin keçirilməsində Azərbaycana uğurlar
diləyirik.
Zati-aliləri, bütün bu nailiyyətlər Azərbaycanın sabit və təhlükə­
siz ölkə olduğunu təsdiq edir. Sizin müdrik və tarazlaşdırılmış si­
yasətiniz nəticəsində Azərbaycan regional və beynəlxalq əhəmiy­
yətli məsələlərin sülh yolu ilə həllinə töhfə verir.
Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bir daha
vurğulayır və ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi danışıq­
lar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivə­
sində həll ediləcəkdir.
Zati-aliləri, icazə verin bir daha Sizə möhkəm cansağlığı, Azər­
baycan xalqına isə gələcəkdə də tərəqqi və çiçəklənmə arzulayım.
Təşəkkür edirəm.

518

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ
İFTAR MƏRASİMİNDƏ NİTQ

17 iyul 2014-cü il

Hörmətli Şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Hörmətli məclis iştirakçıları.
İlk növbədə mənim ünvanıma deyilən bütün xoş sözlərə görə
sizə minnətdaram. Mən çox şadam ki, bu gün Azərbaycan uğurla,
inamla inkişaf edir. Bu gün dünyada Azərbaycan böyük hörmətlə,
böyük ehtiramla qarşılanır. Bizə olan hörmət, rəğbət gündən-günə
artır. Çünki dünya bilir ki, artıq biz etibarlı tərəfdaşıq. Dünya bi­
lir ki, Azərbaycanda gedən proseslər nəinki ölkəmizin inkişafını
müəyyən edir, eyni zamanda, bölgəyə də çox müsbət təsir göstərir. 
Artıq gözəl bir ənənədir ki, biz mübarək Ramazan ayında Şeyx
həzrətlərinin iftar süfrəsinə toplaşırıq. Təxminən bir il bundan əv­
vəl bu salonda görüşmüşük. Günlər, aylar tez keçir. Keçən il ərzin­
də Azərbaycan daha da güclənmiş, beynəlxalq mövqelərini daha
da möhkəmləndirə bilmişdir. Bizim inamlı, dayanıqlı inkişafımız
əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

519

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bu gözəl ənənənin səbəbkarları – Ulu Öndər Heydər Əliyev və
Şeyx həzrətləri doğrudan da çox gözəl bir ənənənin təməlini qoy­
muşlar. Çünki Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
sonra bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız
üçün çox ağır keçmişdir. Böyük problemlərlə, fəlakətlərlə üzləş­
mişdik. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Ulu Ön­
dər siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlər üzrə
konkret inkişaf strategiyamız müəyyən edilmişdir. İqtisadi islahat­
lar, siyasi islahatlar, ordu quruculuğu, sosial proqramların icrası,
eyni zamanda, din-dövlət münasibətlərinin qurulması, yaradılması
da Ulu Öndər tərəfindən irəli sürülmüş çox müdrik bir təşəbbüs
idi. Təbii ki, müstəqillikdən əvvəl bizim dövlətimiz yox idi və təbii
ki, din-dövlət münasibətləri də mövcud deyildi. Bu münasibətlər
möhkəm və sağlam təməl üzərində qurulubdur və bu gün ölkəmi­
zin uğurlu inkişafında din-dövlət münasibətləri xüsusi yer tutur.
Deyə bilərəm ki, Azərbaycanda bu münasibətlər nümunəvi xarak­
ter daşıyır. Əlbəttə, burada Ulu Öndərin və Şeyx həzrətlərinin şəxsi
dostluğu öz rolunu oynamışdır və bu gün bütün istiqamətlər üzrə
olduğu kimi, bu sahədə də ənənələr, ardıcıllıq davam edir. Bizim
də Şeyx həzrətləri ilə dostluğumuz həm ürəyimizdən gələn bir sifa­
rişdir, bir duyğudur, eyni zamanda, ölkəmizin inamlı inkişafı üçün
də mühüm amildir. Bu gün din-dövlət münasibətləri uğurla inkişaf
edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam
etdiriləcəkdir. 

Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyər­
lərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi
dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil Bizi əsrlər boyu bir
millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu
gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan,
çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçili­
yimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm
ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ide­
oloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları
vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq
deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici si­
yasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

520

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bu gün Azərbaycan kimi son on il ərzində iqtisadi sahədə in­
kişaf edən ikinci ölkə yoxdur. Bu da müstəqilliyimizin möhkəm­
ləndirilməsinə xidmət göstərir. Eyni zamanda, mənəvi dayaqlar –
cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas
şərtidir. Çünki iqtisadiyyat güclü ola bilər, – biz tarixdən bilirik ki,
ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, – ancaq əgər
mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.

Ona görə gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda
tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur. Dövlət
öz üzərinə düşən vəzifəni icra edir. Mən şadam ki, Azərbaycanda
çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələ­
cəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə de­
yirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da bu
gün ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər
insanın qəlbini qürurla doldurur. Milli-mənəvi dəyərlər, ənənələr,
bizim dini dəyərlərimiz əminəm ki, bundan sonra da inkişafımızın
əsas istiqaməti olacaqdır.

Bu gün iftar məclisimizdə dinlərarası münasibətlər haqqında da­
nışıldı. Azərbaycanda bu münasibətlərə də çox böyük diqqət yetiri­
lir. Deyə bilərəm ki, burada iki mühüm amil cəmləşir. Həm dövlət
siyasəti, eyni zamanda, cəmiyyətimizin vəziyyəti və statusu. Çün­
ki sadəcə olaraq dövlət siyasəti yeritməklə istədiyimizə nail olmaq
mümkün deyildir. Ona görə Azərbaycanda çox nadir bir ab-hava,
nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bü­
tün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu
bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər
daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini
bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu masa arxasın­
da bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların,
bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əl­
bəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq eyni zamanda, real
həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə
Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə
gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər
ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki
heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan

521

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni za­
manda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki,
ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bi­
zim böyük sərvətimizdir. 

Biz indi internet dövründə dünyada gedən proseslər haqqında
dərhal xəbər tuturuq. Əfsuslar olsun ki, bu xəbərlər heç də müsbət
deyildir. Dünyanın müxtəlif yerlərində – Avropada, Yaxın Şərqdə,
bizim bölgədə dini zəmində, məzhəb zəminində, başqa səbəblər
üzündən qan tökülür, müharibələr, vətəndaş müharibələri aparılır,
qarşıdurmalar baş verir. Azərbaycan sabitlik adasıdır. Azərbaycan
əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni ölkə daxilində ge­
dən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Bu gün
Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir.
Çünki biz öz addımlarımızla, təşəbbüslərimizlə, siyasi, iqtisadi, di­
gər istiqamətlər üzrə atılan addımlarla böyük dərəcədə bölgənin
gündəliyini müəyyən edirik.

Bizim qərarlarımızın əhəmiyyəti böyük dərəcədə artır və bütün
qərarlarımız müsbət istiqamətə yönəlibdir. Regional əməkdaşlığı
dərinləşdirmək, ölkə daxilindəki vəziyyəti və Azərbaycan xalqının
rifah halını daha da yaxşılaşdırmaq bizim əsas vəzifəmizdir.

Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqti­
dar arasındakı birlikdir. Bu birlik vardır. Birliyin təməlində dövlət
siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm,
bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azər­
baycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifa­
hı dayanır. Ona görə xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin
əsas şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik
pozulur və qardaş qanı tökülür, əlbəttə, bu, bizi çox incidir, üzür
və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir
daha cəlb edir. 

Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdur­
ma olmamışdır və olmayacaqdır. Bunun qarantı Azərbaycan döv­
lətidir, Azərbaycan xalqıdır. Biz dünyanın müxtəlif yerlərində baş
verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan
sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təh­
lükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar.

522

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir.
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas
şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə bö­
yük nikbinliklə baxaq. 

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda he­
sab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir.

Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu
gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq
meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir
ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar
məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik.
Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma
Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu
gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə
malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşki­
latının üzvüyük. Gələn il Bakıda I Avropa Oyunları, 2017-ci ildə
İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni bu, nadir bir və­
ziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz,
eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güc­
lənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar
olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə
olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma
aparan yoldur. 

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə
qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada Şeyx
həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlə­
rinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada
böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də
ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz
üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibət­
lərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi
öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da,
nadir bir təcrübədir. 

Mən bir daha qeyd etmək istəyirəm ki, bu iftar məclisimiz ənənə­
vi xarakter daşıyır. Bunun həm bizim, həm də cəmiyyət üçün çox

523

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

böyük əhəmiyyəti vardır. Cəmiyyət də görür ki, baxmayaraq Kons­
titusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yer­
dədir, çünki bizim amalımız birdir – daha güclü Azərbaycan qur­
maq, yaratmaq.

Bizim amalımız ölkəmizi inkişaf etdirmək, əsas məqsədimiz əra­
zi bütövlüyümüzü bərpa etməkdir. Buna nail olmaq üçün biz daha
da güclü olmalıyıq. Çünki əfsuslar olsun ki, – artıq bu, heç kəs üçün
sirr deyil, – dünyada daha çox beynəlxalq hüquq yox, güc amili rol
oynayır. Biz daha da güclü olmalıyıq. Biz güclənirik. Buna vaxt la­
zımdır. Ancaq baxsaq, görsək qısa müddət ərzində haradan-haraya
gəlmişik, onda tam əminliklə deyə bilərik ki, gücümüzü daha da
artıracağıq və bu güc, siyasət hesabına biz öz hədəfimizə çatacağıq. 

Bu gün işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları, soy­
daşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar, qayıtmalıdır­
lar, orada yaşamalıdırlar, yaşayacaqlar. Biz hamımız – Azərbaycan
vətəndaşları hər gün, hər an o müqəddəs günü yaxınlaşdırırıq və
yaxınlaşdırmalıyıq.

Mən bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri
ilə görüşmüşəm. Bu gün də onlar və digər ölkələrin səfirləri bizim
aramızdadırlar. Mən hesab edirəm ki, bu gün Azərbaycan həm İs­
lam aləmində, həm Avropada etibarlı tərəfdaş və dost kimi tanınır.
Bu şərəfli adı biz öz əməyimizlə, siyasətimizlə qazanmışıq. 

Fürsətdən istifadə edib bütün dünya müsəlmanlarını qarşıdan
gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Bütün Azərbaycan xalqını bir daha əmin etmək
istəyirəm ki, mən bundan sonra da ölkəmizin inkişafı, təhlükəsiz­
liyin təmin edilməsi və strateji hədəflərimizə çatmaq üçün öz səy­
lərimi əsirgəməyəcəyəm. Azərbaycan xalqına bir daha söz verirəm
ki, mən bundan sonra da doğma xalqımıza sədaqətlə xidmət edə­
cəyəm. Sağ olun. 

524

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Əziz həmvətənlər!
Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya
azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu
və diləklərimi çatdırıram.
Hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan
ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət
edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran
əziz bir aydır.
Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan
bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur.
Ölkəmizdəki dövlət-din münasibətləri, vətəndaşların dini etiqad
azadlığı milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına
uyğun olaraq tənzimlənir. Bu gün dünyanın tolerantlıq örnəyinə
çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı
hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunma­
sı və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən­
dir. Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən
etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bü­
tün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və meh­
riban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlə­
rindən biridir. 
Bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır. Oruc­
luğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar dünyanın və
ölkəmizin əmin-amanlığı naminə və Vətən torpağı uğrunda canını
fəda etmiş şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirlər.
Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında
inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyət­
lərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər bi­
rinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xe­
yir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2014-cü il

525

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ

Hörmətli Şeyx həzrətləri!
Sizi – tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə
təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə
uğurlar arzulayıram.
Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əx­
laqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə
sadiqliyinin təmin olunması istiqamətində Siz uzun illərdən bəri
uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərin­
də müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması
xalqımızın dini maariflənməsinə misilsiz ərməğandır. Ölkəmizdə
gənc nəslin İslam adət-ənənələri ruhunda formalaşması işində gər­
gin əməyiniz təqdirəlayiqdir.
Siz İslam dünyasında dinə dair sanballı araşdırmalarınızla ila­
hiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfrans­
lardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılma­
sına və İslam dünyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə yönəlmişdir.
Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş ta­
leyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsl vətəndaş müna­
sibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri
zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür
etdirir.
Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr
qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına
bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın uni­
kal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni
modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz.
Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə
xidmət göstərəcəksiniz.
Ən xoş arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2014-cü il

526

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

R.B. MOBİLİNİN “ŞÖHRƏT” ORDENİ İLƏ
TƏLTİF EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəa­
liyyətinə görə Robert Baqratoviç Mobili “Şöhrət” ordeni ilə təltif
edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2014-cü il

527

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“MƏDƏNİYYƏTLƏRARASI DİALOQ: MƏDƏNİYYƏT
VƏ DİN ARASINDA QARŞILIQLI ƏLAQƏ” MÖVZUSUNDA
2014-CÜ İL MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN DİNİ
ÖLÇÜSÜ ÜZRƏ AVROPA ŞURASININ MÜBADİLƏ
GÖRÜŞÜNÜN İŞTİRAKÇILARINA

Hörmətli görüş iştirakçıları!
Sizin hamınızı tolerantlıq məkanı kimi tanınan Azərbaycanda
səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı, uzun ömür və
müvəffəqiyyətlər arzulayıram.
Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qar­
şılıqlı anlaşma şəraitində yaşadığı Bakı şəhərində toplaşmağınız
rəmzi xarakter daşıyır. Müzakirə etdiyiniz məsələlərin müasir Av­
ropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq xüsusi qeyd et­
mək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi
zənginləşməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu mənəvi zəngin­
ləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində, onun
bütövlüyünün vacib şərtlərindən birinə çevrilmişdir. Eyni zaman­
da, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər
sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da ha­
zırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamət­
də konkret addımlar atılmaqdadır.
Yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz
dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və
əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoy­
muşdur. Ümidvaram ki, Mərkəz öz fəaliyyəti ilə insanlığın böyük
mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araş­
dırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin
ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində
gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaqdır.
Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədə­
ni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına
adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaş­
lığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mü­
hitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə

528

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün
ləğvi ilə mümkündür. İnanıram ki, Sizin görüşünüz ümumavro­
pa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli
töhfəsini verəcək və yekun qərarlarınız Avropa ailəsinin bütövlük­
də inkişafına xidmət göstərəcəkdir.

Bu nəcib işdə sizə uğurlar arzulayıram.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2014-cü il

529

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“İMAMZADƏ” KOMPLEKSİNDƏ APARILAN
TƏMİR-BƏRPA VƏ TİKİNTİ İŞLƏRİNİN
GEDİŞİ İLƏ TANIŞLIQ

Gəncə şəhəri, 18 oktyabr 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva Gəncə şəhərindəki “İmamzadə” kompleksində
aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndə­
si dövlətimizin başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Dövlətimizin başçısı və xanımı kompleksin eskiz layihələrinə
baxdılar.

VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında Göy günbəz,
Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” komp­
leksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq
abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsi­
dir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn

530

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV
əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi
ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafın­
da müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının
dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim kar­
van-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri
Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən
gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gən­
cənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki
yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-zi­
yarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzala­
yıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə ye­
nidən qurulması davam etdirilir. “İmamzadə”nin bərpası və təmiri
üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, bu ilin ma­
yında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısı
burada görülən işlərlə şəxsən 2 dəfə tanış olub, müvafiq tapşırıq və
tövsiyələrini verib.

531

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Prezident İlham Əliyevə və xanımına məlumat verildi ki, komp­
leksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, sə­
kilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdı­
rılıb, mükəmməl infrastruktur yaradılır. Burada 42 metr hündürlü­
yündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avto­
mobil üçün 2 dayanacaq inşa edilib. İki zaldan ibarət namazgahda
nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni
icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda
təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu
saxlamağa xüsusi diqqət yetirib.

Dövlətimizin başçısı və xanımı beşinci İmam Məhəmməd Baqi­
rin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldular. Burada
dua oxundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
müqəddəs Qurani-Kərim bağışlandı.

Bildirildi ki, 200 kvadratmetr ərazini əhatə edən qurbangahda
da işlər tamamlanır. Ziyarətgahın üçmərtəbəli əsas binasında təmir
işləri başa çatır. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi in­
zibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan
binada zəvvarlar üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısına və xanımına ziyarətgahın digər sahələ­
rində, həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxa­
nada hazırda davam etdirilən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev kompleksdə təmir-bərpa işlərinin uğur­
la yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

532

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“DİNİ TOLERANTLIĞIN MÖHKƏMLƏNDİRİLMƏSİ:
(AZƏRBAYCAN MODELİ, ATƏT REGİONU VƏ ONUN
HÜDUDLARINDAN KƏNARDA ÇAĞIRIŞLAR)”
MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA
İŞTİRAK EDƏN QAFQAZ XALQLARI ALİ DİNİ ŞURASININ
ÜZVLƏRİ İLƏ GÖRÜŞ

17 noyabr 2014-cü il

İlham Əliyev: Sizi yenidən Bakıda görməyimə şadam. Xoş gəl­
misiniz. Şadam ki, görüşlərimiz müntəzəm xarakter alır, Bakıda və
Azərbaycanın digər yerlərində tez-tez görüşürük. Həm də, əlbəttə
ki, dini dözümlülük, tolerantlıq məsələlərini müzakirə edən bey­
nəlxalq konfransda iştirak edirsiniz. Bu, bizim regionumuzda, bü­
tövlükdə dünyada, Yaxın Şərqdə və Avropada hazırda çox mühüm
mövzudur. Azərbaycan öz tərəfindən müxtəlif dinlərin nümayən­
dələri və xalqlar arasında daha çox anlaşma olması üçün səy göstə­

533

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rir. Biz müntəzəm tədbirlər keçiririk. Dini həmrəylik və tolerantlıq
mövzusunda dörd dəfə Beynəlxalq Humanitar Forum keçirmişik.
Bu, əsas mövzudur. İki dəfə Mədəniyyətlərarası Dialoq üzrə Bey­
nəlxalq konfrans keçirmişik. Həmçinin Bakıda Dünya Dinləri Rəh­
bərlərinin Sammitini keçirmişik. Yəni tarixi, coğrafi mövqeyi və
bugünkü reallıqlar nəzərə alınmaqla Azərbaycan bu istiqamətdə
mühüm rol oynayır.

Əlbəttə ki, bizi təhlükəsizlik, sülh məsələləri birləşdirir. Qafqaz­
da bunlar bizim ümumi mövzularımızdır. Qafqaz bizim ümumi
evimizdir. Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümu­
mi qayğımızdır. Dini liderlərin rolu gənc nəslin bizim ənənələrimiz
və əməkdaşlıq ruhunda tərbiyəsi baxımından, eləcə də ağsaqqalla­
rın, dini rəhbərlərin tövsiyələrinin mötəbər sayılması cəhətdən çox
böyük əhəmiyyət kəsb edir. Biz də bu ənənələri qoruyub saxlamalı
və möhkəmləndirməliyik. Bizim respublikaların gəncləri dini, mil­
li ənənələrimiz ruhunda böyüməlidirlər. Bizim ənənələrimiz xe­
yirxahlığa, sülhə, qardaşlığa əsaslanır. İslam sülh dinidir. Dünyanın
kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək,
İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox
narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sül­
hün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına
su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəm­
ləndirilir. Buna görə də bu konfrans baxışlarımızı, mövqeyimizi,
nöqteyi-nəzərimizi, dini dəyərlərimizi geniş dünya ictimaiyyətinə
çatdırmaq və qarşılıqlı anlaşmanın, hörmətin olması üçün daha bir
imkandır. O zaman dünya daha təhlükəsiz olar.

Qarşılıqlı hörmət, beynəlxalq hüquq, ədalət, dini dəyərlər dün­
yanın müsbət istiqamətdə inkişafı üçün mühüm təməldir. Təəssüf
ki, biz bunun əksini görürük. Qafqazda həm təhlükəsizliyi, həm
əməkdaşlığı, həm də inkişafı birgə səylərlə möhkəmləndirəcəyik.
Bir daha sizi səmimi-qəlbdən salamlayıram. Ümid edirəm ki, sizin
bu konfransda iştirakınız xoş və faydalı olacaq.

İsmayıl Berdiyev: (Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şura-
sının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi): Çox sağ olun,
İlham Heydəroğlu. Biz həqiqətən buraya məmnuniyyətlə gəlirik.
Çünki Azərbaycanı sevirik. Bakı daim getdikcə gözəlləşir. Hər dəfə

534

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yeniliklə üzləşirsən, düşünürsən ki, daha nə etmək olar?! Gəlirsən
və tamam başqa mənzərə görürsən.

Azərbaycanda inkişaf sürətlə gedir, paytaxtda ən böyük məsci­
din inşa olununur.

Gördüyünüz işlər Sizin soy-kökünüzlə bağlıdır. Sizin atanızla
Şeyxülislam Kəbəyə gedib, fotolar var. Sonra Sizinlə də gedib. Bü­
tün bu işlər bundan irəli gəlir.

İlham Əliyev: Mən dostluğumuzu, şəxsi münasibətlərimizi,
sizin Şeyximizlə olan münasibətlərinizi çox yüksək qiymətləndi­
rirəm. Biz əsrlər boyu dostluq və sülh şəraitində birlikdə yaşamışıq
və gələcəkdə də belə yaşayacağıq. Əlbəttə ki, bu dəyəri qorumalı­
yıq. Xalqlarımızı yaxınlaşdırmaq, eləcə də dini-mənəvi dəyərlərin
ölkəmizin inkişafının əsasını təşkil etməsi üçün biz öz tərəfimizdən
əlimizdən gələni edirik.

Görüş ərəfəsində bizim əvvəlki görüşlərimizi yada saldım. Biz Bi­
biheybət məscidinin genişləndirilməsi, bərpası, əslində yenidən qu­
rulmasından sonra açılış mərasimində, sonra Əjdərbəy məscidinin
təmirdən sonra açılışında, Şamaxıda Azərbaycanın ən qədim məsci­
dinin açılışında birgə iştirak etmişik. Həmçinin ümid edirəm ki, Ba­
kıda inşa edilən ən böyük məscidin açılışı sizin iştirakınızla olacaq.
Əminəm ki, əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək.

Allahşükür Paşazadə: Cənab Prezident!
Siz İslam, din, xalq üçün çox böyük işlər görürsünüz. Bu tole­
rantlıq günündə mən istərdim ki, Ulu Öndər Heydər Əliyevi yada
salım. Çünki bu gündə o həmişə bizi bir yerə yığardı, bizimlə gö­
rüşərdi, danışardı və bizə yol göstərərdi. Çünki bu tolerantlığın bü­
növrəsini qoyan Heydər Əliyev həzrətləri olmuşdur. Bu ənənə bu
gün də davam edir. Bu, bir daha Sizin, bayaq dediyiniz kimi, öz
kökünüzə, İslama, mənəviyyata verdiyiniz qiymətdir. Ona görə də
Sizə minnətdarlığımı bildirirəm.
Bu gün Qafqaz Müsəlmanları İdarəsi Sizin mənəvi dəstəyinizlə
imkan daxilində böyük işlər görür. Bu gün Azərbaycan hökuməti,
Qafqaz Müsəlmanları İdarəsi, ATƏT-in və UNESCO-nun ölkəmiz­
dəki nümayəndəlikləri birlikdə, özü də ilk dəfə belə bir konfrans
keçirdik.

535

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bu da Azərbaycanda din, vicdan azadlığının və tolerantlığın bir
nümunəsidir. Bu da Sizin bizim üçün yaratdığınız bir şəraitdir. Ona
görə də Sizə minnətdarlığımızı bildiririk.

İlham Əliyev: Çox sağ olun. Mən bir daha Qafqazda sabitliyin,
təhlükəsizliyin, inkişafın möhkəmləndirilməsi işində rolunuza
görə minnətdarlığımı bildirirəm.

Azərbaycan və Şimali Qafqaz xalqları arasında tarixən dost­
luq münasibətlərinin hökm sürub. Azərbaycanda yaşayan Şimali
Qafqaz xalqlarının, Şimali Qafqaz respublikalarında yaşayan azər­
baycanlıların bu dostluğun daha da möhkəmləndirilməsində mü­
hüm rol oynayır.

Konfrans Murtuza Muxtarovun evində keçirilir. O, Azərbayca­
nın ən zəngin adamlarından biri və mesenat olub. Bu evi də o, həyat
yoldaşına hədiyyə kimi inşa etdirib. Onun həyat yoldaşı Osetiyadan
idi. O, həmçinin öz vəsaiti hesabına Vladiqafqazda məscid tikdirib.
O, çox ləyaqətli insan idi. O, faciəvi şəkildə həlak olub. Bolşevik
inqilabından sonra əsgərlər onun evinə soxularaq, onu öz evindən
çıxarmaq istəyirdilər. Çünki Bakının əksər tarixi binalarını varlı in­
sanlar tikdiriblər. Onların əksəriyyəti ləyaqətli insanlar idi. Onlar
sərmayə qoyaraq məktəblər, xəstəxanalar inşa etdirirdilər. Bizim
indiyədək istifadə etdiyimiz Şollar su kəməri varlı adamlardan biri
və mesenat Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmişdir. O
zaman Murtuza Muxtarov quldurlara mənzilini ləkələməyə imkan
vermədi. Silahı çıxararaq hücum edənlərin bir neçəsini məhv etdi
və özü də həlak oldu. Əhvalat bax belə olub.

Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtə­
lif kontorlar fəaliyyət göstərib. Sonra ora nikah evi kimi fəaliyyət
göstərərək “Səadət” sarayına çevrildi. Mənim də nikahım orada
qeydiyyata alınıb. Sonralar bu ev pis vəziyyətə düşmüşdü. Biz bir
neçə il ərzində oranı bərpa etdik. Çünki binanın tarixi hissəsini qo­
ruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də ni­
kahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi
nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir.

Bilirsiniz ki, Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub,
son illər ərzində yüzlərlə yeniləri tikilib. Ancaq ürək ağrımız odur
ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər

536

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri,
həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar.
Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzində­
dir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını
göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə bu­
dur – tolerantlıq. Hətta müharibə şəraitində bəşəri və dini norma­
ları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış
məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümum­
bəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub. Bir
neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan
çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib.
Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir
neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz
torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə
həlak olmamışdır. Bax, belə epizodlar, əlbəttə ki, Qafqazdakı vəziy­
yəti ağırlaşdırır. Biz – Qafqazda minilliklər boyu yaşayanlar, yeni
köçənlərdən fərqli olaraq, ənənələrimizi qoruyuruq və qoruyaca­
ğıq. Biz xalqlarımızın həyatını daha da yaxşılaşdırmaq üçün əlimiz­
dən gələni edəcəyik.

Şafik Pşixaçev (Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiya-
sındakı səlahiyyətli nümayəndəsi): Mən də Sizə öz tərəfimdən təşək­
kür etmək istəyirəm. Çox sağ olun. Həqiqətən də Bakıya gəlmək
həmişə xoşdur. Bakı inkişaf tempi ilə bizi həmişə heyran qoyur.
Amma daha çox Sizin daimi qayğınız, bizimlə görüşəndə dedik­
ləriniz dəyər istiqamətləri, cəmiyyətin inkişafının dini-mənəvi tər­
kib hissəsi ötəri deyil Bu, heç bir parametrlərlə ölçülməyən böyük
dəyərə malikdir.

Bildirmək istəyirəm ki, Sizinlə görüşmüşük. Sizin köməyinizlə,
inşallah, gələn ildən Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Fede­
rasiyasında nümayəndəliyi tamhüquqlu fəaliyyətə başlayacaq. Bü­
tün hüquqi sənədlər tərtib olunub, hər şey Rusiya Federasiyasının
qanunları, Azərbaycan Respublikasının yeni qanunları ilə uyğun­
laşdırılıb. İnşallah, biz səfirliklə, Moskvada Heydər Əliyev Fondu­
nun nümayəndəliyi ilə birgə işləmək niyyətindəyik. İnşallah, qəti
əminik ki, bu nümayəndəliyin işi Rusiya Federasiyasının və bizim
qardaş Azərbaycanın xalqlarının daha da yaxınlaşmasına, səmərəli

537

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

qarşılıqlı fəaliyyətinə xidmət edəcək. Çox sağ olun. Biz Sizə məlu­
mat verəcəyik, biz işləyəcəyik. Məsuliyyətimizi dərk edirik. İnşal­
lah, bu istiqamətdə iş görəcəyik.

İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, artıq Mosk­
vada nümayəndəliyiniz var. Bu, xüsusən də son dövrdə bizim ol­
duqca fəal və dinamik inkişaf edən əlaqələri, dövlətlərarası müna­
sibətləri nəzərə almaqla çox vacibdir. Həmçinin deyərdim ki, bizim
Şeyxlə bütün Rusiyanın Patriarxı, Əlahəzrət Kirill arasında qardaş­
lıq münasibəti mövcuddur. Bu münasibətlər dostluğa, qardaşlığa
əsaslanır. Bu, çox vacibdir. Həm Rusiya, həm Azərbaycan çoxmil­
lətli və çoxkonfessiyalı ölkələrdir. Ona görə də bizim ölkələrdəki
sülh bütün dinlərin nümayəndələrinin qarşılıqlı fəaliyyəti, qarşılıq­
lı anlaşması və qarşılıqlı dəstəyindən asılıdır. Buna görə də biz Ru­
siya ilə ikitərəfli formatda qarşılıqlı fəaliyyət göstəririk. Əlbəttə ki,
Patriarxla Şeyx arasında şəxsi münasibətlər də mühüm rol oynayır.
Mən Patriarx Kirillin Bakıda olduğunu, həmçinin məscidi ziyarət
etdiyini xatırlayıram. İlk dəfə idi o, məscidi ziyarət edirdi. Bunun
Azərbaycanda baş verməsi rəmzi məna daşıyır.

Şafik Pşixaçev: Bu cür tolerantlıq təkcə bir-birinə qarşı dözüm­
lülük nümayiş etdirmək deyil O, səmərəli və fəal qarşılıqlı fəaliyyət
kimi qəbul edilir. Deməli, gələcəkdə də bu istiqamətdə birgə irəli
getmək lazımdır.

İlham Əliyev: Bu, tamamilə doğrudur. Çünki indi tolerantlıq­
dan çox danışılır. Amma bu anlayışı düzgün müəyyənləşdirmək
lazımdır. Bu cür konfranslar da buna xidmət edir. Bu, öz dəyər­
lərindən imtina etmək, kosmopolitizm, qloballaşmanın hər hansı
bir hissəsi deyil Hesab edirəm ki, bu, ilk növbədə öz dəyərlərinə
və xalqına bağlılıq, öz dininə və başqa dinlərə də hörmətdir. Siz
doğru deyirsiniz ki, bu, bir-birinə dözmək deyil, əksinə əlaqələrin,
münasibətlərin və anlaşmanın daha çox olmasına xidmət etmək­
dir. Çünki müxtəlif kütləvi informasiya vasitələrində açıq antiislam
təbliğatı aparılır. Biz buna dözə bilmərik. Biz burada, beynəlxalq
forumlarda, BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində
fəaliyyətimizdə də bunu bəyan edirik. Bəyan edirik ki, buna son
qoymaq lazımdır. Biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən­
də qaldırdığımız mövzulardan biri İslam Əməkdaşlıq Təşkilatı ilə

538

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BMT arasında bu məsələlərlə bağlı qarşılıqlı fəaliyyət idi. Ona görə
də bax, bugünkü gün də, hətta, bu konfrans da, digər tədbirlər də
İslamın sülh dini olduğunu sübut edir.

Biz İslam dinini ayrı-seçkilikdən, indi necə deyirlər, qara pi­
yardan hərtərəfli qorumaq üçün daha güclü olmalı, daha səmərə­
li işləməliyik və xarici qonaqları dəvət etməliyik. Bilirəm ki, xari­
ci ölkələrdən Şimalı Qafqaz respublikalarına çoxlu insanlar gəlir,
tanış olur, inkişaf, müasirlik görürlər. Hörmətli Şeyx də dəfələrlə
televiziyada Çeçenistan Respublikasında inkişaf barədə danışıb.
Müasir şəhər, müasir infrastruktur. Bax, bu inkişafın göstəricisidir.

***
Sonra Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının
müftisi Hacımurat Qatsalov respublika başçısının xatirə hədiyyəsini Pre-
zident İlham Əliyevə təqdim etdi.

539

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BİNƏQƏDİ RAYONU ƏRAZİSİNDƏ İNŞA EDİLƏN
HEYDƏR MƏSCİDİNDƏ APARILAN SON TAMAMLAMA
İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

24 dekabr 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa
edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi
ilə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ti­
kintinin başa çatdığını, hazırda burada son tamamlama işlərinin
həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə
inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Ar­
tıq məscidin fasadında bütün işlər görülüb, 95 metr hündürlüyün­
də 4 minarənin inşası başa çatdırılıb.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsu­
si daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi
ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasa­

540

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

541

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

542

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

dının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi
4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək iş­
ləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən
istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hün­
dürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin
daxilinə xüsusi gözəllik verir.

Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim
diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları
ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpa­
sı ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən
yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımı­
zın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət si­
yasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güc­
lü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi
Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib.
Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın
qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə hə­
yata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliye­
vin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı
sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli-
mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəti­
cəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində
geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. Hazırda Pre­
zident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədəki “İmamza­
də” kompleksində təmir-bərpa işləri aparılır. Artıq Azərbaycan və
Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi
də dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir
ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına im­
kan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli-mənəvi
dünyasına daha çox bağlı olsunlar.

Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yük­
sək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini
verdi.

543

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

544

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKIDA HEYDƏR MƏSCİDİNİN AÇILIŞINDA NİTQ
26 dekabr 2014-cü il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Hörmətli qonaqlar, mərasim iştirakçıları!
Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür.
Bu gün biz Azərbaycanın ən böyük məscidi olan Heydər məscidi­
nin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm.
Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadim­
lər, nümayəndələr gəlmişlər və bu mərasimdə iştirak edirlər. Eyni
zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən
onları səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib
bugünkü mərasimdə iştirak etdiklərinə görə onlara minnətdaram.
Onların bu mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini
bir daha təsdiq edir.

545

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq Sərən­
cam verilmişdir. 2012-ci ilin sentyabr ayında bu məscidin tikintisi
başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq əsəri ya­
radılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam, işlərin
gedişi ilə maraqlanmışam. Şadam ki, biz Heydər məscidinin tikin­
tisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi genişləndirildi,
yeni yollar salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib,
ərazi abadlaşdırılıb, mərasim zalı tikilib.

Bu, doğrudan da tarixi hadisədir. Çünki bu, Azərbaycanın gü­
cünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə
qədər sadiq olduğumuzu göstərir. Bu məscid Ulu Öndər Heydər
Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiy­
yətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət et­
mişdir. Onun rəhbərliyi altında hələ sovet dövründə – 1970-1980-ci
illərdə Azərbaycanda böyük inkişaf prosesi getmişdir. Azərbaycan
qabaqcıl respublikaya çevrilmişdir. Məhz o illərdə yaradılan böyük
sənaye potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına
xidmət göstərir. O illərdə – sovet dövründə Ulu Öndər milli dəyər­
lərə böyük diqqət göstərirdi. Onun bu sahədəki fəaliyyəti xalq tərə­
findən yüksək qiymətləndirilibdir. Heydər Əliyev öz xalqına hə­
mişə çox bağlı olub və onun məşhur kəlamı – “Mən fəxr edirəm
ki, mən azərbaycanlıyam” bu gün hər bir azərbaycanlı üçün yol
göstərir.

Müstəqillik dövründə Ulu Öndərin xalq qarşısında əvəzolun­
maz xidmətləri olmuşdur. Hətta müstəqilliyə qədər olan dövrdə
müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoymuş­
dur. Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda,
Naxçıvanın Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhu­
riyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir.
Yəni budur müstəqilliyə aparan yollarımız.

Azərbaycan xalqı Ulu Öndərə böyük etimad göstərərək onu
özünə rəhbər seçəndən sonra ölkədə vəziyyət müsbətə doğru də­
yişməyə başlamışdır. Biz o illəri yaxşı xatırlayırıq. Müstəqilliyimi­
zin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkəmizin, ümumiy­
yətlə, müstəqil ölkə kimi yaşaması sual altında idi. İqtisadi böhran,
siyasi böhran, sənaye istehsalının tənəzzülü, demək olar ki, ölkə

546

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

iflic vəziyyətinə düşmüşdü. Bundan əlavə, erməni işğalı, vətəndaş
müharibəsi Azərbaycanı sarsıdırdı, dağıdırdı. Azərbaycan xalqı öz
müdrikliyini bir daha göstərərək Ulu Öndərə üz tutub onu haki­
miyyətə dəvət etmişdir və böyük dəstək göstərərək 1993-cü ildə
Heydər Əliyevi Prezident vəzifəsinə seçmişdir.

Ondan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başlamış­
dır. Məhz Ulu Öndərin dünyagörüşü, baxışları, siyasi bacarığı
sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa
bilmişdir. Onun qoyduğu strateji xətt bu gün də dəyişməz olaraq
qalır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütün istiqamətlər
üzrə strateji hədəflərini müəyyən etmişdir. Biz bu hədəflərə çatmaq
üçün bu gün də çalışırıq və bu yolda böyük uğurlara imza atmışıq.

Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o
illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdur. O,
həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq
olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxış­
ları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük
nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir.

Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid
tikilmişdir. Yüzlərlə məscid təmir edilmişdir. Ulu Öndər müqəddəs
Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik
mənə də nəsib olmuşdur. Yəni o illərdə milli, dini dəyərlərə göstə­
rilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın
güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatı­
mız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiy­
yətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var.
İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasi­
bətləri burada böyük rol oynayır.

Bir sözlə, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri
misilsizdir, əvəzolunmazdır. Azərbaycan xalqı Ulu Öndərin xatirə­
sinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz – onun da­
vamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da gücləndiririk,
onun müəyyən etdiyi siyasi xətti davam etdiririk.

Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir.
Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəm­

547

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl
ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı bir­
lik möhkəmdir, sarsılmazdır. Bu birliyin təməlində xalq tərəfindən
bizim siyasətimizə olan dəstək dayanır. Bizim siyasətimiz isə milli
maraqlara söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər
şeydən üstündür.

Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata
bilibdir. Bunu bütün mötəbər beynəlxalq qurumlar qeyd edir. İq­
tisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanla­
ra göstərilən diqqət, regionların inkişafı, bütün bunlar reallıqdır.
Qeyd etdiyim kimi, bu gün bu məscidin açılışı mərasimində iştirak
edən soydaşlarımız Azərbaycanın bütün rayonlarını təmsil edirlər.
Onlar, orada yaşayan insanlar yaxşı görürlər ki, bu dəyişikliklər
insanlara nə qədər yeni imkanlar açır, rahatlıq verir. İnfrastruktur
layihələri, sosial layihələr, iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin
aradan qaldırılması, bütün bunlar Azərbaycan reallıqlarıdır.

Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziy­
yətdə nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi böhranın artıq
ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbay­

548

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

can sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq
və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah
içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli
inkişafını təmin edirik və beləliklə, Ulu Öndərin yoluna bir daha öz
işimizlə, əməlimizlə sadiq olduğumuzu sübut edirik.

Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq nü­
fuzumuz gündən-günə möhkəmlənir. Dünya birliyinin üzvlərinin
mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə ve­
rilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi
özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü
işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, re­
gional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə
verdiyimiz töhfələrdir.

Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir, ölkə daxilindəki prob­
lemlər öz həllini tapmaqdadır. Beynəlxalq mövqelərimiz kifayət qə­
dər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta
dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz
hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təc­
rid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda

549

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət
milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq.
Dəfələrlə demişəm, Ulu Öndərin adını daşıyan möhtəşəm məscid­
də bir daha demək istəyirəm ki, Azərbaycan müstəqillik yolu ilə
gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir. Mənim
üçün Prezident kimi əsas vəzifə xalqın etimadını doğrultmaqdır,
xalqa xidmət etməkdir. Mən bütün dövlət məmurlarını dəfələrlə
buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki,
biz hamımız – Prezident başda olmaqla xalqın xidmətçiləriyik. Bu­
dur bizim vəzifəmiz.

Azərbaycanda bütün azadlıqlar – mətbuat azadlığı, söz azadlığı,
sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir. Azərbay­
canda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab
edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə ma­
lik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə
təmin edilir.

Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilmiş
və ya təmir edilmişdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən
Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məsci­
di onların arasındadır. Hazırda “İmamzadə” dini, tarixi, mədəni
mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən bö­
yük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda di­
gər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına
tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət
vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban
kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini vermişdir.
Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni Azərbaycanda
bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir.
Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal
yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax,
bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn
istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz.

Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai
iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və dinlərarası
münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə
olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların,

550


Click to View FlipBook Version