The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:02:06

Ilham Eliyev-Tolerantliq

Ilham Eliyev-Tolerantliq

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

timai rəydə görürük ki, multikulturalizm meyllərinin inkişafı ilə
bağlı çox bədbin fikirlər vardır. Əfsuslar olsun ki, bəzi hallarda
siyasi bəyanatlar, qeyri-hökumət təşkilatlarının, bəzi media qu­
rumlarının fəaliyyəti sivilizasiyalararası dialoqun inkişafına deyil,
əksinə, ayrı-seçkiliyə daha da şərait yaradır. Ona görə burada si­
yasətçilərin, ictimai xadimlərin məsuliyyəti də böyük əhəmiyyət
daşıyır. Çünki bugünkü qloballaşan dünyada, internet dövründə
istənilən yerdə səslənən hər bir fikir, hər bir söz dərhal dünyada
böyük əks-səda verir.

Mən hesab edirəm ki, biz müsbət təcrübəni daha da geniş şəkildə
təbliğ etməliyik. Çünki burada, bu Forumda iştirak edən insanları
bir amal birləşdirir. Bizi multikulturalizmin inkişafı, mədəniyyətlə­
rarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müs­
bət meyillərin gücləndirilməsi amalı birləşdirir. Belə olan halda biz
də çalışmalıyıq ki, öz işimizlə, öz praktiki addımlarımızla bu müs­
bət meylləri gücləndirək.

Yenə də Azərbaycana qayıdaraq deyə bilərəm ki, multikultura­
lizm Azərbaycanda əsrlər boyu mövcud olmuşdur. Sadəcə olaraq
əvvəlki dövrlərdə biz bu ifadə ilə tanış deyildik. Bu, nisbətən yeni
bir ifadədir. Tolerantlıq, dözümlülük, multikulturalizm. Ancaq bu
amillər daim var idi. Azərbaycan multikulturalizmin ünvanların­
dan biridir. Azərbaycanda qeyd etdiyim kimi, bütün xalqlar, bütün
dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda bütün
dinlərin tarixi abidələri qorunur. Biz öz tarixi keçmişimizə çox bö­
yük hörmətlə yanaşırıq. Bakıda Zərdüştilik dininin gözəl abidəsi
qorunub saxlanılır – Atəşgah. Bu ayın 17-də Şamaxıda ölkəmizin ən
qədim məscidi bərpadan sonra yenidən açılmışdır. Məscid 743-cü
ildə – 1270 il bundan əvvəl tikilmişdir. Bu gün Azərbaycan bu məs­
cidi bərpa edib. Azərbaycan dövləti Bakıda sinaqoqun tikintisinə
də öz dəstəyini əsirgəməmişdir. Qədim alban kilsələri Azərbaycan­
da dövlət tərəfindən bərpa edilir, qorunur, pravoslav, katolik kil­
sələri fəaliyyət göstərir.

Yəni təkcə bax bu faktların sadalanması göstərir ki, doğrudan da
multikulturalizm üçün çox gözəl imkanlar vardır. Hesab edirəm ki,
dünyanın istənilən yerində bu müsbət meyillər güclənə bilər. Təki
siyasi iradə olsun. Təki siyasətçilərdə bu məsələ ilə bağlı düzgün is­

451

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tiqamət üstünlük təşkil etsin. Çünki multikulturalizmin alternativ­
ləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, kse­
nofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə
mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyillərin qarşısının alınması
üçün daha da fəal olmalıdır. Bu fəallıq müxtəlif formalarla tamam­
lanmalıdır.

Hesab edirəm ki, Bakıda keçirilən II Forum bu ümumi işimizə
verilən böyük töhfədir. Ancaq biz təkcə forumların keçirilməsi ilə
öz işimizi məhdudlaşdırmamalıyıq. Biz müxtəlif tədbirlər hazırla­
malıyıq, müxtəlif aksiyalar keçirməliyik. Mədəniyyətlərarası dia­
loqun inkişafı üçün ciddi tədbirlər görülməlidir.

Şadam ki, I Forumdan keçən dövr ərzində biz bu istiqamətdə
önəmli addımlar atmışıq. Əminəm ki, bu Forumun nəticələri də
çox müsbət olacaqdır. Forumdan sonra fəaliyyət planımız da qəbul
ediləcəkdir.

Multikulturalizmin inkişafı hər bir xalq, hər bir dövlət üçün la­
zımdır, vacibdir. Xüsusilə etnik təmizləmədən zərər çəkmiş ölkə
olan Azərbaycan üçün. Çünki məhz multikulturalizm meyillərinin
aşağı səviyyədə olması nəticəsində Azərbaycan torpaqları işğal
altına düşmüşdür. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Bizim
xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Azərbaycan
əhalisi Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuşdur.
Bizim bütün dini abidələrimiz, tarixi sərvətlərimiz dağıdılıb, ta­
lan edilib. Buna sübut ATƏT-in iki missiyasının məruzələridir. O
missiyaların məruzələrində açıq-aydın göstərilir ki, işğal edilmiş
torpaqlarda erməni silahlı qüvvələri tərəfindən bütün abidələr,
bütün infra­struktur, bütün binalar dağıdılıbdır. Bu ədalətsizlik da­
vam edir. Əfsuslar olsun ki, münaqişə öz həllini tapmır. Beynəlxalq
hüquq normaları əfsuslar olsun ki, bu münaqişə ilə bağlı işləmir.

BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli ilə bağlı dörd
qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələ­
rinin işğal edilmiş torpaqlardan çıxarılmasına dair açıq-aydın me­
sajlar vardır. İşğala qeyd-şərtsiz son qoyulmalıdır. Ancaq Ermənis­
tan bu qətnamələrə əməl etmir və işğal, ədalətsizlik davam edir.
Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişənin
tezliklə həlli bir tərəfdən beynəlxalq hüquq normalarına hörmə­

452

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tin əlaməti, digər tərəfdən tarixi ədalətin bərpası demək olacaqdır.
Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bütün topo­
nimlər Azərbaycan toponimləridir. Bütün abidələr xalqımızın məh­
suludur, Azərbaycan xalqının istedadının, zəhmətinin məhsuludur.

Münaqişənin tezliklə həll edilməsi bölgəyə sülh gətirəcəkdir.
Belə olan halda bölgədə proseslər daha müsbət istiqamətdə gedə­
cəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Azər­
baycanın ərazi bütövlüyü bütün dünya tərəfindən, beynəlxalq təş­
kilatlar tərəfindən tanınır. Münaqişənin həlli yalnız ərazi bütövlü­
yü prinsipləri əsasında ola bilər.

Biz hesab edirik ki, bu gün və sabah bu vacib məsələlərlə bağ­
lı dəyərli fikirlər eşidəcəyik. Forumun keçirilməsi əlamətdar ha­
disədir. İki il bundan əvvəl birinci Forumun keçirilməsi də hesab
edirəm ki, çox rəmzi xarakter daşıyırdı. Son iki il ərzində Azər­
baycanda bütün istiqamətlər üzrə inkişaf davam etmişdir. Mədə­
niyyətlərarası dialoqun inkişafı ilə bağlı çox vacib tədbirlər keçiril­
mişdir. 2011-2012-ci illərdə iki dəfə Beynəlxalq Humanitar Forum
keçirilmişdir. Demək olar ki, o forumların da mövzuları təxminən
eynidir. Baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal atlındadır və

453

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bir milyondan artıq vətəndaşımız məcburi köçkün vəziyyətində
yaşayır. Azərbaycanın sürətli inkişafı davam etmişdir. Azərbaycan
inkişaf edir. Bizim uğurlu inkişafımız bütün istiqamətlərdə özünü
göstərir.

Keçən Forumdan ötən dövr ərzində dünya birliyi Azərbaycana
böyük etimad göstərmişdir. 2011-ci ilin oktyabr ayında Azərbaycan
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir.
Bu, xalqımız, müstəqil dövlətimiz üçün böyük tarixi hadisədir.

İqtisadi sahədə uğurlu inkişaf meyilləri daha da güclənmişdir.
Demək olar ki, Azərbaycanda əsas iqtisadi və sosial məsələlər uğur­
la öz həllini tapır. Hətta dünyada gedən böhran illəri ərzində Azər­
baycanda iqtisadiyyat artmışdır. Bu gün iqtisadiyyatın şaxələndi­
rilməsi prosesi uğurla davam etdirilir. Dayanıqlı inkişaf üçün bu,
əsas şərtdir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit
reytinqlərini artırır. Azərbaycan iqtisadiyyatı dünyada 50 ən rəqa­
bət qabiliyyətli iqtisadiyyatlar arasındadır. Əlbəttə, sabit maliyyə
vəziyyətimiz, sabit siyasi vəziyyətimiz, regional təşəbbüslər, təbii
sərvətlər və ən önəmlisi insan kapitalı bu gün Azərbaycanı qabağa
aparan amillərdir. Bir neçə il bundan əvvəl biz bəyan etmişdik ki,
insan kapitalı hər şeydən üstündür. Çox güclü sosial siyasət aparı­
lır. Eyni zamanda, mədəniyyətlə bağlı, tarixi irsimizin qorunması
ilə bağlı çox böyük işlər görülür.

Əminəm ki, qonaqlar Bakının tarixi abidələri ilə də tanış olacaq­
lar. Şəhərimizə ilk dəfə gələn insanlar da xoş təəssüratlarını özləri
ilə öz vətənlərinə aparacaqlar.

Mən bir daha, əziz dostlar, sizin hamınızı ürəkdən salamlayı­
ram. Azərbaycana gəldiyiniz üçün sizə minnətdaram.

Foruma uğurlar arzulayıram. Sağ olun!

454

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

GƏNCƏ DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞU
ƏRAZİSİNDƏKİ “İMAMZADƏ” KOMPLEKSİNİN
BƏRPASININ TAMAMLANMASI İLƏ ƏLAQƏDAR
ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən

“İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamam­
lamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respubli­
kası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Haki­
miyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərənca­
mın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşmə­
ni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncam­
dan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2013-cü il

455

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MƏRAKEŞİN İSLAM İŞLƏRİ VƏ VƏQFLƏR NAZİRİ
ƏHMƏD TOUFİQİ İLƏ GÖRÜŞ

10 iyun 2013-cü il
Dövlət başçısı Azərbaycan ilə Mərakeş Krallığı arasında ikitərəf­
li əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Siyasi əlaqələ­
rimizin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham
Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək ver­
mələrinin önəmini qeyd etdi. Əlaqələrimizin inkişafında qarşılıqlı
səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Mərakeş
Krallığının İslam işləri və vəqflər naziri Əhməd Toufiqin ölkəmizə
səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi.
Qonaq Mərakeş Kralı VI Məhəmmədin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, turizm, mə­
dəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı
məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Mərakeş kralı VI Məhəmmədin salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çat­
dırmağı xahiş etdi.

456

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN AZƏRBAYCANDAKI
SƏFİRLƏRİ VƏ DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNİN
RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

20 iyul 2013-cü il

İlham Əliyev: Mən sizi səmimi-qəlbdən salamlayıram. Müqəd­
dəs Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir.
Mən sizi görməyimə çox şadam. Keçən ilin avqust ayında da gö­
rüşmüşdük. Eyni zamanda, il ərzində müxtəlif tədbirlərdə də bir
yerdə idik. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirləri bizim
mərasimlərimizdə fəal iştirak edirlər. Xüsusilə qədim məscidləri­
mizin təmirdən sonra açılışlarında da iştirak edirlər. Bibiheybət,
Təzəpir, Əjdərbəy məscidlərinin açılışlarında da biz bərabər idik.
Bu ilin may ayında Azərbaycanın və müsəlman aləminin ən qədim
məscidlərindən biri olan Şamaxı Cümə məscidinin əsaslı təmirdən
sonra açılışında da biz bərabər idik.

457

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bütün bu məsələlər bizi daha da birləşdirir və İslam aləmində
qarşılıqlı anlaşmanı gücləndirir. Təmsil etdiyiniz ölkələrlə Azər­
baycanın çox sıx əlaqələri vardır. Ölkələrimiz dost, qardaş ölkələr­
dir. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı
Azərbaycanda artır. Biz də öz növbəmizdə diplomatik nümayən­
dəliklərimizi də müsəlman ölkələrində artırırıq. Siyasi əlaqələr
çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf vardır. Ancaq
hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha
da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz
beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə
dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsin­
də bir-birini daim dəstəkləyibdir. İki il bundan əvvəl Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələ­
rinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq.

Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü­
naqişəsinin həllində də biz daim müsəlman ölkələrinin dəstəyini
hiss edirik. Bildiyiniz kimi, Xocalı soyqırımını soyqırımı kimi tanı­
yan ölkələrin sayı artmaqdadır. Biz çox şadıq ki, Xocalı soyqırımını
soyqırımı kimi ilk tanıyan ölkə müsəlman ölkəsi Pakistan olmuş­
dur. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından
əziyyət çəkir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Dağlıq
Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı etnik təmiz­
ləmə siyasəti aparılmışdır. Bu işğal nəticəsində bir milyondan artıq
azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş
torpaqlarda hər şey dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı missiyası
işğal edilmiş ərazilərə iki dəfə baş çəkibdir. Qeyd edibdir ki, hər
şey dağıdılıbdır. Bütün binalar, ictimai obyektlər, tarixi abidələr,
qəbirlər, məscidlər – hər şey ermənilər tərəfindən dağıdılıbdır.
Münaqişənin həlli üçün beynəlxalq hüquq normaları vardır. BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır və bu qətnamələr
qeyd-şərtsiz icra edilməlidir. Bir daha demək istəyirəm ki, bizim
mövqeyimizə verdiyiniz dəstəyə görə sizə minnətdaram.

Azərbaycan, eyni zamanda, İslam həmrəylinin gücləndirilməsi
işinə də öz töhfəsini verir və gələcəkdə bunu davam edəcəkdir. Son
illər ərzində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan­
da nazirlər səviyyəsində beş konfrans keçirilmişdir. Eyni zamanda,

458

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bu yaxınlarda Bakıda Fələstinə yardım məqsədi ilə donor konfransı
keçirilmişdir. Biz bu sahədəki səylərimizi bundan sonra da davam
etdirəcəyik. İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi
dəstək, Azərbaycanda görülmüş işlərə verdiyi qiymət bizi sevin­
dirir və ruhlandırır. Azərbaycan gənc müstəqil ölkə olmasına bax­
mayaraq, İslam həmrəyliyi məsələlərində çox fəaldır. Biz bundan
sonra da çalışacağıq ki, İslam aləmində birliyi daha da möhkəmlən­
dirək. Buna böyük ehtiyac vardır, çünki bizim gücümüz birliyimiz­
dədir. Biz daim bütün məsələlərdə bir-birimizə dəstək verməliyik.

Biz, eyni zamanda, çalışırıq ki, dünyada mədəniyyətlərara­
sı məsələlərdə də müsbətə doğru irəliləyiş olsun. Bildiyiniz kimi,
Azərbaycanda bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır.
Artıq beş ildir ki, “Bakı prosesi” davam edir. “Bakı prosesi” 2008-ci
ildə başlamışdır. O vaxt biz Avropa Şurasına üzv ölkələrin nazir­
lərinin toplantısına müsəlman ölkələrinin nazirlərini dəvət etmiş­
dik. Beləliklə, ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatını və Av­
ropa Şurasını təmsil edən nazirlər bir araya gəlmişlər. Ondan sonra
2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə burada keçi­
rilən konfransa biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət
etdik. Bildiyiniz kimi, son illər ərzində Bakıda iki dəfə Beynəlxalq
Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Biz hesab edirik
ki, belə tədbirlərin keçirilməsində böyük fayda və böyük ehtiyac
vardır. Biz hesab edirik ki, müxtəlif dinlərə mənsub olan xalqlar,
millətlər sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər və yaşamalı­
dırlar da. XXI əsrdə ayrı-seçkiliyə, diskriminasiyaya yol vermək
olmaz. Bəzi ölkələrdə islamofobiya meyillərinin gücləndirilməsi
bizi haqlı olaraq narahat edir və hiddətləndirir. Bu meyillərə qar­
şı biz birgə mövqe ortaya qoymalıyıq və səylərimizi daha da bir­
ləşdirməliyik. Eyni zamanda, İslam dininin sülhsevər, mərhəmətli
din olduğunu dünyada daha da geniş şəkildə təbliğ etməliyik. Bu
məqsədlə Azərbaycan müxtəlif beynəlxalq tədbirlər də həyata keçi­
rir. Keçən il dünyanın ən məşhur muzeyi olan Luvr muzeyində İs­
lam mədəniyyəti bölməsi açılmışdır. Biz fərəh hissi ilə deyə bilərik
ki, Azərbaycan bu bölmənin yaradılmasına öz dəstəyini və töhfəsi­
ni vermişdir. Eyni zamanda, Azərbaycan ilk müsəlman ölkəsidir ki,
Vatikanda öz sərgisini keçirə bilmişdir. Ona görə hesab edirəm ki,

459

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

biz bu istiqamətdə səylərimizi daha da sıx birləşdirməliyik və birgə
fəaliyyət göstərməliyik. Öz tariximizi, dinimizi, adət-ənənələrimizi
olduğu kimi dünyaya daha dolğun şəkildə təqdim etməliyik.

Əziz dostlar, mən bir daha sizi bu gözəl gündə salamlayıram.
Xahiş edirəm ki, müqəddəs Ramazan ayında mənim səmimi sa­
lamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına
çatdırasınız.

Həsən Hami (Mərakeş Krallığının Azərbaycandakı səfiri): Zati-alilə­
ri cənab İlham Əliyev, bizi – İslam ölkələrinin Azərbaycanda ak­
kreditə olunmuş səfirlərini və müvəqqəti işlər vəkillərini qəbul et­
məyinizdən şərəf duyuruq. Biz müqəddəs Ramazan ayı, həmçinin
qarşıdan gələn Fitr bayramı münasibətilə Sizə ən xoş arzularımızı
çatdırmaq istərdik. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqı­
nı qorusun.

Biz ölkələrimizi Azərbaycanda təmsil edirik. Eyni zamanda, biz
diplomatik elçilər, Sizin gözəl ölkənizdə müxtəlif sahələrdə çox bö­
yük inkişafın şahidi olmağımızdan məmnunluq hissi keçiririk.

Ölkənizin iqtisadiyyatı inkişaf edir. Azərbaycan davamlı artım
tempinə malikdir, bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələ­
ri sırasındadır. Bütün sahələrdə uğurlu layihələrin həyata keçiril­
məsini görmək olar. İnfrastruktur inkişaf edir və bütün bunlara bir
neçə ildə nail olunmuşdur. Bu, sözün əsl mənasında, heyrətamiz
nailiyyətdir.

Zati-aliləri, biz şəxsən Sizin və eyni zamanda, hökumətinizin
Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiq qala­
raq ölkənin daha da müasirləşdirilməsi istiqamətində fəaliyyətinizi
təqdir edirik. Son beş il ərzində Bakı mədəniyyətlər və sivilizasiya­
lar arasında dialoq mövzusuna həsr edilən beynəlxalq konfransla­
rın, seminarların və iclasların keçirildiyi dostluq şəhərinə çevrilmiş­
dir. Bu, həqiqətən möhkəm təməllər üzərində qurulmuş siyasətdir.
Belə ki, bu siyasət xalqları dialoqa, təcrübə mübadiləsinə, birlikdə
universal sivilizasiya qurmağa dəvət edir.

Xarici müşahidəçilər tarixi İpək Yolunun bərpası işinə Azərbay­
can xalqının həssas münasibətini və şəxsən Sizin müdrik rəhbər­
liyiniz altında hökumətinizin sadiqliyini xüsusi vurğulayırlar. Biz
qarşıdan gələn illərdə Azərbaycanın iki böyük idman tədbirinə -

460

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2015-ci ildə isə ilk Av­
ropa Avropa Oyunlarına ev sahibliyi etməsindən məmnunluq hissi
duyuruq. Əminik ki, ölkəniz bu tədbirləri də 2012-ci ildə “Eurovi­
sion” mahnı müsabiqəsinin təşkilində olduğu kimi, uğurlu və yad­
daqalan edəcəkdir.

Azərbaycan mehriban qonşuluq, xoşməramlı danışıqlar,
məsələlərin dialoq yolu ilə həlli istəyi prinsipinə söykənən müdrik
siyasəti sayəsində inkişaf edir. İslam Əməkdaşlıq Təşkilatının üzvü
olaraq ölkələrimiz Azərbaycanın ərazi bütövlüyünə və suverenli­
yinə dəstəyini bir daha ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, danışıq­
lar yolu ilə həllini arzulayır.

Zati-aliləri, icazə verin, bir daha Sizə möhkəm cansağlığı, qardaş
Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzulayaq.

Təşəkkür edirəm.

461

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AÇDIĞI İFTAR SÜFRƏSİNDƏ NİTQ

24 iyul 2013-cü il

Hörmətli Şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Xanımlar və cənablar!
Əziz dostlar!
İlk növbədə, Şeyx həzrətləri, mənim haqqımda dediyiniz xoş
sözlərə görə sizə minnətdaram. Eyni zamanda, digər çıxışlarda səs­
lənən fikirlərə görə də minnətdarlığımı bildirmək istəyirəm.
Əslində, bu çıxışlar və səslənən bu fikirlər bir daha bizim birli­
yimizi Azərbaycan cəmiyyətinin birliyini göstərir. Bizim birliyimiz
reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də
ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin
nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan

462

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində
ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, ol­
mayacaqdır.

İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə
Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugün­
kü mərasim bunun əyani sübutudur. Əminəm ki, bundan sonra da
Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam
zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır.

Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iq­
tisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaq­
ları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma,
qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təc­
rübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycan­
da vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini
və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir,
müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki,
Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuş­
dur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimiz­
dir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə
yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə
deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düz­
gün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir,
böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyaca­
ğıq. Dövlət öz tərəfindən öz üzərinə düşən vəzifələri icra edir. Çox
şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid
mövqedən çıxış edirlər.

Bugünkü iftar mərasimimiz ənənəvi xarakter daşıyır. Mən artıq
onuncu dəfədir ki, Prezident kimi bu mərasimdə iştirak edirəm. Bu
ənənəni Ulu Öndər Heydər Əliyev və Şeyx həzrətləri qoymuşlar.
Artıq Şeyx həzrətləri dediyi kimi, bu da nadir bir təcrübədir. Çün­
ki Azərbaycanda din-dövlət münasibətlərinin düzgün istiqamətdə
inkişafı üçün bu mərasimlər çox lazımdır. Hər bir sahədə olduğu
kimi, Ulu Öndərin o cümlədən bu sahədə qoyduğu ənənələr yaşa­
yır, davam edir.

Din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər
bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə tam

463

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün
bu münasibətlər demək olar ki, sıfırdan qurulmalı idi və quruldu
da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bi­
zim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam
ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim bö­
yük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq.

Ulu Öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərə­
findən, dindarlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Şeyx həzrətlərinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm.
Şeyx həzrətlərinin Azərbaycanda, Qafqazda çox böyük hörməti
vardır. Mən Şimali Qafqaz respublikalarının müftiləri ilə vaxtaşırı
görüşlər əsnasında bir daha görürəm ki, Şeyx həzrətlərinə nə qə­
dər böyük inam və hörmət vardır. Şeyx həzrətləri nəinki Qafqazda,
MDB məkanında tanınmış dini liderdir. Təsadüfi deyil ki, o, MDB
Dinlərarası Əlaqələndirmə Şurasına həmsədrlik edir. Dünya miq­
yasında, bizim bölgədə Şeyx həzrətlərinin fəaliyyəti çox uğurludur
və dövlətimizin maraqlarını təmin edir.

Bax bu nadir vəziyyət bir daha onu göstərir ki, Azərbaycan düz­
gün istiqamətdə inkişaf edir. Azərbaycanda hər bir istiqamət üzrə
düşünülmüş siyasət vardır. Hər bir məsələ ilə bağlı konkret yanaş­
ma mexanizmləri, yanaşma prinsipləri vardır, o cümlədən ictimai
proseslərlə, dini siyasətlə bağlı.

Təsadüfi deyildir ki, müstəqillik dövründə Azərbaycanda 2
minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində 140-a yaxın məscid
tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir. Digər dinlərin dini
ocaqları, məbədləri təmir edilir, tikilir, artıq burada deyildi. Yəni
bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən tam əminəm ki, insan­
larda başqa dinlərə olan hörmət öz dininə hörmətdən başlayır. Bu
nadir atmosferi biz düzgün qiymətləndirməliyik, qorumalıyıq, eyni
zamanda, dünyada təbliğ etməliyik. Azərbaycan haqqında dolğun
məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq.

Deyə bilərəm ki, son illər ərzində Azərbaycan ilə bağlı olan real­
lıqlar dünya ictimaiyyətinə çatdırılır. Dünyada Azərbaycan ilə bağ­
lı olan fikirlər müsbətdir. Bizim beynəlxalq nüfuzumuz artır. Əgər
belə olmasaydı, dünya birliyi bizə böyük etibar göstərib BMT Təh­

464

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

lükəsizlik Şurasına üzv seçməzdi. 155 ölkə bizə inandı, bizi dəstək­
lədi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyəti deməkdir.

Əlbəttə, əminəm ki, gələcəkdə də Azərbaycanda bütün ictimai
proseslər, o cümlədən dini siyasət düzgün istiqamətdə inkişaf edə­
cəkdir. Biz elə etməliyik ki, bizdən sonra gələn nəsil də milli ruhda,
vətənpərvərlik ruhunda tərbiyə alsın. Milli-mənəvi dəyərlər gələ­
cək nəsillər üçün əsas olmalıdır. Çünki dövlətimiz milli dəyərlər
üzərində qurulubdur. Biz müstəqil, demokratik dövlətik, dün­
yəvi ölkəyik. Eyni zamanda, bizim dövlətimiz çox güclü əsaslar,
ənənələr, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər bizi xalq
kimi qoruyub saxlaya bildi əsrlər boyu. Biz başqa dövlətlərin tər­
kibində yaşamışıq. Bu dəyərlər – öz dini bayramlarımıza olan mü­
nasibət, öz adət-ənənələrimizə olan hörmət, bütün bu amillər nə­
sildən-nəslə keçməli və davam etməlidir. Mən çox şadam ki, bizim
gənclərimiz də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar.

Vətən sevgisi hər bir insan üçün, xüsusilə gənclər üçün əsas ol­
malıdır.

Burada qeyd edildiyi kimi, Azərbaycanda multikulturalizmlə
bağlı keçirilən tədbirlər artıq dünyanın diqqətini cəlb etdi.

Multikulturalizm anlayışı nisbətən yeni anlayışdır. Ancaq bu
anlayışın mahiyyəti əsrlər boyu Azərbaycanda mövcud olmuşdur.
Yəni bu, bizim normal həyat tərzimizdir, başqa cür ola da bilməz.
Ona görə Azərbaycanda bu mövzu ilə bağlı keçirilən mötəbər təd­
birlər təbiidir. Azərbaycanda Şeyx həzrətlərinin təşəbbüsü ilə bir
neçə il bundan əvvəl dünya dinlərinin liderlərinin zirvə görüşü
keçirilmişdir. Humanitar forumlar keçirilir. İkinci dəfə Beynəlxalq
Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də çox əlamət­
dar hadisə idi. Çünki bu, artıq yeni ənənəyə çevrilmişdir. Bu tədbir­
lərin keçirilməsi və açıq fikir mübadiləsinin aparılması özlüyündə
müsbət haldır. Çünki ilk növbədə Azərbaycanın timsalında dinlə­
rarası, millətlərarası münasibətlərin necə uğurla tənzimlənməsini
hər kəs müşahidə edə bilər. Eyni zamanda, bu forumlarda açıq şə­
kildə aparılan fikir mübadiləsi insanları birləşdirir, yaxınlaşdırır.
Bəzi hallarda mövcud olan anlaşılmazlıqları da aradan götürür.
Eyni zamanda, göstərir ki, bütün xalqlar, bütün dinlər birlikdə ya­
şaya bilər. Əgər radikalizmə yol verilməsə, əgər radikalizmin qarşı­

465

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

sı alınarsa, əgər diskriminasiya, ksenofobiya, islamofobiya, rasizm,
faşizm kimi XXI əsr üçün məqbul olmayan anlayışlar aradan gö­
türülərsə və əgər dünya siyasətçiləri bu məsələlərlə bağlı öz qəti
mövqeyini ortaya qoyarlarsa qısa müddət ərzində bu sahədə sağ­
lamlaşma gedə bilər.

Ancaq əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksini görürük.
Görürük ki, bəzi hallarda daha çox ayrı-seçkiliyə rəvac verilir. Milli,
dini zəmin üzərində qərarlar qəbul edilir. Bəzi xalqlar diskrimina­
siyaya məruz qalırlar. Multikulturalizmlə bağlı fikirlər səslənir ki,
multikulturalizm iflasa uğradı. Multikulturalizmin gələcəyi yox­
dur. Bu, çox zərərli fikirlərdir. Mən bu barədə bir neçə dəfə fikirləri­
mi bildirmişəm və bir daha demək istəyirəm ki, multikulturalizmin
dünyada çox müsbət təcrübəsi, müsbət əlamətləri, ünvanları var­
dır. Onların biri də Azərbaycandır. Biz Azərbaycanın timsalında bu
münasibətlərin necə düzgün həll edilməsini görə bilirik. Ona görə
gələcəkdə də Azərbaycanda bu kimi forumlar keçiriləcəkdir.

Azərbaycan bu gün bölgənin iqtisadi mərkəzinə çevrilmişdir.
Siyasi proseslərin gedişatında bizim böyük rolumuz, təsir imkanla­
rımız vardır. Eyni zamanda, Azərbaycan bu gün humanitar sahədə
də bölgənin mərkəzidir. Xüsusilə, dinlərarası münasibətlərin qu­
rulması ilə əlaqədar bizim təcrübəmiz çox müsbətdir.

“Bakı prosesi” haqqında, Şeyx həzrətləri öz çıxışında söylədi. Bu
da Bakıda baş vermiş hadisədir. Bu proses 2008-ci ildə başlamış­
dır. İlk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına
üzv olan ölkələrin nazirləri bir araya gəldilər və birgə sənəd qə­
bul edildi. Ondan sonra müxtəlif tədbirlər keçirilmişdir. Əlbəttə ki,
Azərbaycanın nadir, siyasi imkanları da bu prosesin Bakıda həyata
keçirilməsinə xidmət etmişdir. Çünki biz həm İslam Əməkdaşlıq
Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. Hər iki təşkilatda
çox fəalıq və dinlərarası, mədəniyyətlərarası, qitələrarası körpü ro­
lunu oynayırıq. Ancaq bu coğrafi vəziyyət əgər ciddi siyasət olmasa
əlbəttə ki, çox böyük əhəmiyyətə malik deyildir. İş burasındadır ki,
Azərbaycanda reallaşan böyük layihələr, energetika, nəqliyyat, in­
frastruktur sahələrində reallaşan layihələr, humanitar sahədə real­
laşan təşəbbüslər Azərbaycanı bu bölgənin mərkəzinə çevirmişdir.
Bu, böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Çünki ar­

466

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

tıq dediyim bu məsələlərlə bağlı Azərbaycanın mövqeyindən, ya­
naşmasından və addımlarından çox şey asılıdır. Biz bu məsuliyyətə
hazırıq, bunu öz üzərimizə götürmüşük və əminəm ki, bu məsuliy­
yəti böyük şərəflə aparacağıq.

Əziz dostlar, bu müqəddəs Ramazan ayında görüşməyimizi mən
bir daha qeyd etmək istəyirəm. Bu ənənə yaşamalıdır və yaşayacaq­
dır. Bu ənənənin yaşadılması üçün hər bir Azərbaycan vətəndaşı
öz səylərini qoymalıdır və biz cəmiyyətdə formalaşmış çox gözəl
ab-havanı qorumalıyıq, müstəqil inkişafımızı təmin etməliyik. Biz
müstəqilliyin üstünlüklərini görürük. Bugünkü mərasim və bu
mövzu ilə bağlı burada səslənən fikirlər bir daha müstəqilliyin üs­
tünlüyünü təsdiqləyir.

Çünki müstəqilliyə qədər olan dövrdə belə mərasimlərdən söh­
bət gedə bilməzdi. Biz öz dini bayramlarımızı evlərdə, yaxınların
əhatəsində qeyd edirdik. Bu gün bizim dini bayramlarımız dövlət
səviyyəsində qeyd edilir. Ramazan bayramı, Qurban bayramı, əsr­
lər boyu yaşatdığımız, ürəyimizdə saxladığımız Novruz bayramı
bizim böyük sərvətimizdir, Azərbaycan xalqının böyük sərvətidir.

Qarşıdan gələn bayram münasibətilə sizi, bütün Azərbaycan
xalqını və dünya müsəlmanlarını təbrik etmək istəyirəm, hər biri­
nizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun. 

467

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaş­
larımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik
edir və ən səmimi arzularımı çatdırıram.
Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması
ilə əlamətdardır. İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı,
dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəl­
manlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək für­
səti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində
qələbə sevincini yaşayırlar.
Tarixən İslam dünyasının mədəni mərkəzlərindən biri kimi
tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət
həmişə qorunub saxlanmışdır. Respublikamızda vicdan və dini
etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə və
beynəlxalq standartlara uyğun olaraq təmin edilmiş, müstəqillik
illərində milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində
kompleks tədbirlər həyata keçirilmişdir. Məmnuniyyətlə qeyd et­
mək istəyirəm ki, İslam mədəniyyətinin nadir incilərindən olan ta­
rixi-dini abidələrimizin əsaslı şəkildə yenidən qurulması sahəsində
işlər davamlı xarakter almışdır. Bu il Cənubi Qafqazın ilk müsəl­
man məbədi – Şamaxı Cümə məscidi bərpa edilərək dindarların
istifadəsinə verilmişdir.
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mü­
barək Ramazan ayı artıq başa çatır. Orucluğun sınaqlarından al­
nıaçıq çıxan vətəndaşlarımız bayram sevincini səmimiyyətlə bö­
lüşür, xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün
diləklər edilir, şəhidlərimizin xatirəsi minnətdarlıqla yad olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə humanizmin, qardaşlıq və həmrəylik duy­
ğularının təntənəsinə çevrilən Ramazan ayını hər il olduğu kimi,
bu il də böyük qürur və məmnunluq hissi ilə yola salırıq. Bu əziz
bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərinizlə

468

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

həmrəy olduğumu bildirir, ailələrinizə firavanlıq, süfrələrinizə bol
ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!
İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2013-cü il

469

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının əlamətdar milli bayramlarından olan Roş-
Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və
diləklərimi yetirirəm.
Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan bu gün etnik-mə­
dəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı,
ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və eti­
mad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Xalqlararası
ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, vətəndaş həmrəyli­
yinin, nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü Azərbaycan
cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri vardır. Məmnu­
niyyətlə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız
hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin
ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi
dövlət quruculuğu prosesində fəal mövqe nümayiş etdirirlər.
Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğuları­
nın rəmzi olan Roş-Ha-Şana münasibətilə bir daha hər birinizi təb­
rik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzula­
yıram.
Bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2013-cü il

470

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ŞƏMKİRDƏ ƏSASLI BƏRPA EDİLƏN
ALMAN LÜTERAN KİLSƏSİ İLƏ TANIŞLIQ

10 sentyabr 2013-cü il

Dövlət başçısına məlumat verildi ki, kilsədə bərpa işlərinə 2012-
ci ilin mayında başlanılmış, bu ilin iyulunda sona çatdırılmışdır.
1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən
sonra yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salın­
mışdır. Parkda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili
üçün lazımi şərait yaradılmış, uşaq attraksionları quraşdırılmışdır.
Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da vardır. Lüteran
kilsəsinin bərpası və əsaslı təmiri Azərbaycan Respublikası Mədə­
niyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilmişdir.
Kilsənin ərazisi 10 hektardır.

Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində aparılan
yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərləri­
mizə himayədarlıq missiyasının daha bir əyani nümunəsidir. Şəm­
kirdə əsaslı bərpa olunan Alman Lüteran kilsəsi bu amala xidmət
edir.

Kilsə ilə tanış olan Prezident İlham Əliyev burada quraşdırılan
orqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinlədi.

Dövlətimizin başçısı kilsədə yaradılmış şəraitdən razılığını bil­
dirdi.

471

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

III İSLAM HƏMRƏYLİYİ OYUNLARININ KEÇİRİLDİYİ
İNDONEZİYANIN PALEMBANQ ŞƏHƏRİNDƏ TƏŞKİL
OLUNMUŞ “AZƏRBAYCAN GÜNÜ” İLƏ BAĞLI
VİDEOMÜRACİƏT

25 sentyabr 2013-cü il

Zati-aliləri, Milli Olimpiya komitələrinin üzvləri!
Əziz dostlar!
Mən sizi növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edə­
cək Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Fürsətdən isti­
fadə edərək mən bizim namizədliyimizi dəstəkləyən və Azərbay­
cana etimad göstərənlərə minnətdarlığımı bildirmək istərdim. Biz
idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss
etmələri üçün bu oyunların tarixində ən yaxşılarından birini təşkil
etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarına güclü dəstək verən
ölkədir. Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəf­
daşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meylləri tam
şəkildə dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam
mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim
şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin pay­
taxtı” olacaqdır.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqti­
sadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiy­
yat olmuşdur. Əminəm ki, bu fakt da Bakının İslam Həmrəy­
liyi Oyunlarına ev sahibi seçilməsində öz rolunu oynamışdır.
Son 10 il ərzində iqtisadiyyatımız 3 dəfədən çox artmışdır və biz
infrastruktura, o cümlədən idman infrastrukturuna böyük sər­
mayələr yatırmışıq. Beləliklə, biz oyunlara yaxşı hazırlaşmaq və qo­
naqlarımızı ən yaxşı şərait və xidmətlərlə təmin etmək üçün əlimiz­
dən gələni edəcəyik. Bizim artıq mühüm beynəlxalq tədbirlərin, o
cümlədən dünya və Avropa çempionatlarının keçirilməsində təcrü­
bəmiz vardır. Eyni zamanda, Bakı 2015-ci ildə keçiriləcək Avropa
Oyunlarının ilk paytaxtı seçilmişdir. Daha sonra isə 2017-ci ildə biz
İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik.

472

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir
ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtə­
lif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və
əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan
dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxt­
larından biridir. Biz tarixi və dini abidələrimizi qoruyur, təmir və
bərpa edirik. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı
Cümə məscidi tamamilə bərpa və təmir edilərək bu il istifadəyə ve­
rilmişdir. Bu məscid 743-cü ildə tikilmişdir. Biz ölkəmizi təqdim
etmək üçün səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, idmançılarla
yanaşı, çoxlu sayda turistlər və bir çox başqa insanlar - qardaşları­
mız Azərbaycan haqqında daha çox öyrənəcəklər.

Əminəm ki, bu oyunlar xalqlarımız arasında birlik və həmrəyli­
yin gücləndirilməsində çox əhəmiyyətli addım olacaqdır. Əminəm
ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaş­
lıq və dostluq oyunları olacaqdır. Mən sizin hamınızı 2017-ci ildə
Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm. Bakıda gö­
rüşənədək.

473

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

İNDONEZİYANIN PALEMBANQ ŞƏHƏRİNDƏ
KEÇİRİLƏN III İSLAM HƏMRƏYLİYİ
OYUNLARINDA QALİB GƏLMİŞ İDMANÇILARIMIZ,
ONLARIN MƏŞQÇİLƏRİ VƏ İDMAN
MÜTƏXƏSSİSLƏRİ İLƏ GÖRÜŞ

4 oktyabr 2013-cü il

İlham Əliyev: Əziz idmançılar, əziz dostlar.
Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və əldə edilmiş
uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycanı lə­
yaqətlə təmsil etmisiniz. İslam Həmrəyliyi Oyunlarında bizim ko­
mandamız böyük nəticələr əldə etmişdir, 24 medal qazanmışdır,
onlardan 6-sı qızıl medaldır. Bu, çox gözəl göstəricidir, böyük qələ­
bəmiz, böyük uğurumuzdur. Bu qələbə bir daha onu göstərir ki,
Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələ­
bələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır.
Dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliy­
yəti – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federa­
siyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki,
Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil et­
sin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın.
İslam Həmrəyliyi Oyunları müsəlman aləmində çox əlamətdar
bir hadisədir. Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarı­
şıdır, eyni zamanda, bu oyunlar İslam həmrəyliyini gücləndirən bir
amildir.
Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam
həmrəyliyi üçün də öz səylərini göstərir, öz töhfəsini verir. Bilirsi­
niz ki, İslam həmrəyliyini gücləndirmək üçün ölkəmizdə müxtəlif
tədbirlər keçirilir. 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin
paytaxtı” elan edilmişdir, 2018-ci ildə bu şərəfli missiya Naxçıvan
şəhərinin payına düşür. Bu məsələləri mən İslam Həmrəyliyi Oyun­
larının keçirilməsi zamanı videomüraciətimdə də ifadə etmişəm.
Beləliklə, bu oyunların hesab edirəm ki, nəinki idman sahəsində,
bütövlükdə müsəlman aləminin birləşməsində müsbət rolu vardır.
Ancaq, eyni zamanda, əlbəttə ki, bu, idman yarışıdır. Biz hər bir

474

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

idman yarışına hazırlaşırıq və çalışırıq ki, ölkəmiz orada ləyaqətlə
təmsil olunsun. İyirmi dörd medalın qazanılması və idmançıların
böyük uğurları bütün Azərbaycan xalqını sevindirir və bir də onu
göstərir ki, bu qələbə təsadüfi xarakter daşımır. Çünki son illərdə
Azərbaycan müxtəlif beynəlxalq yarışlarda ən yüksək pillələrə yük­
sələ bilmişdir. Keçən il keçirilmiş London Yay Olimpiya Oyunların­
da 10 medal qazanılmışdır ki, onlardan ikisi qızıl medaldır. Olim­
piya Oyunlarının tarixində biz ən yüksək pilləyə qalxa bilmişik,
dünya miqyasında 30-cu yerə layiq görülmüşük, Avropa ölkələri
arasında isə 15-ci yerdəyik. Bu, tarixi qələbədir.

Bu il Kazanda gənclərin universiadası keçirilmişdir. Orada da
Azərbaycan yüksək nəticələr göstərmiş, 16 medal qazanmışdır. On­
lardan dördü qızıl medaldır.

Bu dəfə İslam Həmrəyliyi Oyunlarında da biz öz gücümüzü bir
daha nümayiş etdirdik. Bir daha göstərdik ki, Azərbaycan idman
dövlətidir, idmanın böyük uğurları vardır və əminəm ki, böyük
gələcəyi olacaqdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, bu oyunlarda Azərbay­
can həm Olimpiya, həm qeyri-Olimpiya növləri ilə təmsil edilmiş­
dir. Hesab edirəm ki, bu da İslam Həmrəyliyi Oyunlarını fərqlən­
dirən müsbət cəhətdir. Bildiyiniz kimi, Azərbaycanda Olimpiya və
qeyri-Olimpiya növləri arasında heç vaxt ayrı-seçkilik, yaxud da ki,
fərq qoyulmamışdır. İdmanın bütün növləri bizim üçün eyni dərə­
cədə vacibdir və çalışırıq ki, Azərbaycanda qeyri-Olimpiya növlə­
rində təmsil olunan idmançılar dövlət tərəfindən qayğı ilə əhatə
olunsun. Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarında
da bizim təşəbbüsümüzlə qeyri-Olimpiya növləri olacaqdır.

Hesab edirəm ki, beynəlxalq İslam aləmində də bu bölgü aparıl­
mamalıdır. Çünki idmançılar bərabər hüquqlara malikdirlər. Hər
halda Azərbaycanda biz bütün idmançılara eyni şəraiti yaratmağa
çalışırıq və bundan sonra da çalışacağıq.

Bu qələbənin təməlində düşünülmüş dövlət siyasəti və eyni za­
manda, təlim-məşq prosesinin düzgün şəkildə təşkil edilməsi da­
yanır. İdmançıların fəaliyyəti üçün yaradılmış şərait gündən-günə
yaxşılaşır. Azərbaycanda hazırda 40 regional Olimpiya Mərkəzi
fəaliyyət göstərir. Bu da bölgələrdə istedadlı gənclərin seçilməsin­

475

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

də müsbət rolunu oynayır. Beləliklə, biz idmanın kütləviliyini tə­
min edirik. Bu, birinci prioritet məsələdir. Çünki gənclərimiz, uşaq­
larımız sağlam olmalıdırlar. Sağlam olmaq üçün əlbəttə ki, hər bir
insan idmanla məşğul olmalıdır.

Əlbəttə ki, hər bir ölkənin şöhrətini ucaldan onun idman nai­
liyyətləridir. Bu məsələyə də böyük diqqət göstərilir. İdmançılar
bizi daim sevindirirlər və beynəlxalq yarışlarda, Avropa, dünya
çempionatl­arında da yaxşı nəticələr göstərirlər.

Azərbaycanda mötəbər yarışların keçirilməsi artıq gözəl ənənəyə
çevrilmişdir. Azərbaycanda mütəmadi qaydada dünya və Avropa
çempionatları keçirilir. Şübhəsiz ki, 2015-ci ildə Azərbaycanda ke­
çiriləcək Birinci Avropa Oyunları bizim üçün çox böyük etimad­
dır və böyük məsuliyyətdir. Azərbaycan müsəlman ölkəsidir, eyni
zamanda, Avropanın idman aləmində təmsil olunur. İlk Avropa
Oyunlarının məhz Azərbaycanda keçirilməsi, hesab edirəm ki,
ölkəmizin böyük uğurudur, Avropa idman ailəsinin bizə olan bö­
yük etimadının nəticəsidir.

Biz hazırlıq işlərini ən yüksək səviyyədə aparırıq. Əvvəlki çıxış­
larımda qeyd etdiyim kimi, biz bu oyunları Olimpiya Oyunları
səviyyəsində keçirəcəyik və Birinci Avropa Oyunları tarixdə çox
uğurlu oyunlar kimi qalacaqdır.

Bildiyiniz kimi, Olimpiya hərəkatı Avropada yaranmışdır.
Ondan sonra Avropada da bərpa edilmişdir, ancaq Avropa
Oyunları heç vaxt keçirilməmişdir. İlk təcrübəni artıq biz həyata ke­
çirəcəyik və beləliklə, bu da tarixə verəcəyimiz bir töhfə olacaqdır.
2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunları da Azərbaycan­
da keçiriləcəkdir. Baxın, bu da çox rəmzi məna daşıyır, çünki cəmi
iki ildən sonra – 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəyliyi
Oyunları keçiriləcəkdir. Bu da ölkəmizin nəinki coğrafi yerləşməsi­
ni, daha çox siyasi və mədəni mahiyyətini göstərir.
Azərbaycan müsəlman ölkəsidir, İslam aləminin ayrılmaz bir
parçasıdır. Eyni zamanda, Avropa qurumlarına üzv olmuş ölkədir
və beləliklə, bu iki qitə Azərbaycanda birləşir. Azərbaycan coğrafi
cəhətdən də Asiya ilə Avropa arasında yerləşir, mədəni cəhətdən də
belədir. Siyasi cəhətdən də biz həm müsəlman, həm Avropa qurum­
larının üzvüyük. Azərbaycan nadir ölkələrdəndir ki, bu iki aləmdə

476

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

təmsil olunur və ləyaqətlə təmsil olunur. Bizim dövlətimiz də məhz
bu əsaslar üzərində qurulubdur. Müstəqil Azərbaycan dövləti çox
güclü milli-mənəvi dəyərlər, milli ənənələr üzərində qurulubdur.
Eyni zamanda, müasir dövlətdir, bütün ölkələrlə əməkdaşlıq üçün
açıqdır, dünyəvi və inkişafda olan dövlətdir.

Ona görə hesab edirəm ki, Avropa Oyunlarının və İslam Həm­
rəyliyi Oyunlarının Bakıda cəmi iki il ərzində keçirilməsi böyük si­
yasi məna daşıyır.

Bu gün ölkəmiz dünya miqyasında böyük hörmətə malikdir. Bi­
zimlə hesablaşırlar, bizim rəyimiz, fikrimiz böyük əhəmiyyət daşı­
yır. Azərbaycan bu gün nəinki regional məsələlərdə, həm də dünya
məsələlərində öz sözünü ən yüksək kürsüdən deyir və deyəcəkdir.

Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. 155
ölkə bizim namizədliyimizi dəstəkləmiş və bizə etimad göstərmiş­
dir. Bu ay Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT
Təhlükəsizlik Şurasına sədrlik edir. Bu, böyük etimaddır, böyük
uğurumuzdur, böyük nailiyyətimizdir. Əlbəttə ki, idmançıların
uğurları Azərbaycan haqqında dünyada daha da dolğun məluma­
tın əldə edilməsi üçün çox gözəl bir vasitədir. Çünki ölkələrin gücü,
o cümlədən idmanın inkişafından keçir. Azərbaycanda idman
sürətlə inkişaf edir, idmançılar bizi sevindirir və beləliklə, ölkəmi­
zin ümumi inkişafına öz töhfələrini verirlər.

Əlbəttə ki, dövlət bundan sonra da idmançıların maddi və məişət
problemlərinin həlli üçün öz dəstəyini əsirgəməyəcəkdir. Mən hər
ilin sonunda, ən azı hər il idmançılarla görüşürəm. Amma əslində
belə görüşlər ildə bir neçə dəfə keçirilir. Çünki qələbələr çoxdur və
mən çalışıram ki, böyük qələbələrlə Vətənə qayıtmış idmançılar­
la görüşüm. Ancaq ənənəvi olaraq, artıq 1997-ci ildən bu yana ilin
sonunda biz idmançılarla görüşürük, onları mükafatlandırırıq, on­
lara mənzillər verilir. Böyük mötəbər yarışlardan uğurla qayıdan
idmançılara pul mükafatları verilir və bu dəfə də veriləcəkdir.

Ancaq onu da qeyd etmək istəyirəm və əminəm ki, sizi və bü­
tün idmançılarımızı qələbələrə aparan əsas amil mükafat, maddi
məsələ deyil, Vətən sevgisidir, vətənpərvərlikdir, Vətənə olan bağ­
lılıqdır.

477

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Bu dəfə bizim dövlət himnimiz İndoneziyada altı dəfə səslən­
mişdir, 24 dəfə milli bayrağımız qaldırılmışdır. Əminəm ki, bü­
tün Azərbaycan xalqı sizin kimi bu qələbələrə sevinirdi. Çünki bu
qələbə sizin qələbənizdir, dövlətimizin, xalqımızın qələbəsidir.
Sizi bir daha salamlayıram və bir daha təbrik edirəm, yeni uğurlar
arzulayıram.

478

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi
olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir,
xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təş­
kil edən İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi
qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm
etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra et­
məklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın
və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar.
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi
qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik
və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə
milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xe­
yirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin
əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların
Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə
bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol
ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2013-cü il

479

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
SEÇİLMƏSİ İLƏ ƏLAQƏDAR ANDİÇMƏ MƏRASİMİ

Milli Məslis, 19 oktyabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azər­
baycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and
içdi:

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həya­ta ke­
çirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəc­­ əyimə,
dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoru­y­ ac­ ağı­ma, xalqa lə­
yaqətlə xidmət edəcəyimə and içirəm! Azərb­­ aycan Resp­ ublikasının
dövlət himni səsləndi.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:
Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının
əsrl­ər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq
qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət
bayrağını öpdü.

480

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

III BAKI BEYNƏLXALQ HUMANİTAR
FORUMUNDA NİTQ

Gülüstan sarayı, 31 okyabr, 2013-cü il

Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram,
bütün qonaqlara “Xoş gəlmisiniz” deyirəm.
Bu gün III Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır.
Bu, gözəl hadisədir. Ölkəmizin həyatında çox əlamətdar bir hadisə­
dir. Qeyd etməliyəm ki, artıq bu forum gözəl bir ənənəyə çevri­
libdir. Xatırlayıram, keçən il II Forumun açılışında çıxış edərkən
demişdim ki, ümid edirəm üçüncü, dördüncü, beşinci forum da
keçiriləcəkdir və görürəm ki, artıq bu, reallıqdır. Bu, onu göstərir
ki, beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstərilir.
Bu məsələlər daim diqqət mərkəzində olmalıdır. Çünki humanitar
məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amil­
lərdir.
Forumun işinə çox böyük maraq vardır. Yetmiş ölkədən 800-ə
yaxın qonaq iştirak edir. Demək olar ki, dünya birliyinin böyük bir
hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır.
Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük
diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələ­
dir. Hesab edirəm ki, ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də
toplanıbdır.
Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, huma­
nitar məsələlər də yüksək səviyyədə müzakirə edilir. Qeyd etmə­
liyəm ki, Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı
mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar
keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən bi­
rinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk
dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid
Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərara­
sı Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Foru­
munun da bu sırada öz yeri vardır. Əminəm ki, Forum çərçivəsin­
də aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar

481

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

əməkdaşlığa öz töhfəsini verəcəkdir.
Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Çün­

ki bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nü­
mayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar.
Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmaya­
raq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı
olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm
təməl üzərində qurur.

Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət
mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz
bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün din­
lərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azər­
baycanda qədim Zərdüştlük məbədi bərpa edilmişdir. Qafqazın ən
qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa
edilibdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı
Cümə məscidi əsaslı təmir edilibdir. Bu məscidin 1270 yaşı vardır.
Yəni bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasə­
tidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə
bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin
formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə in­
kişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir.

Bir daha qeyd etmək istəyirəm, təsadüfi deyil ki, humanitar
əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir. Əminəm
ki, forumun gözəl gələcəyi olacaqdır və bu beynəlxalq əməkdaş­
lıq platforması dünyada gedən müsbət proseslərə müsbət təsirini
göstərəcəkdir.

Forumun çox geniş gündəliyi vardır, çox maraqlı mövzular mü­
zakirə ediləcəkdir. Ancaq mənə verilən məlumata görə, ən böyük
maraq doğuran bölmə, “dəyirmi masa” multikulturalizmlə bağlı
olan məsələlərdir. Deyə bilərəm ki, forumun mərkəzində məhz bu
mövzu yerləşir. Çünki bu mövzu daim diqqət tələb edir və bu möv­
zu ilə bağlı dünyada müxtəlif fikirlər vardır. Əlbəttə, müsbət təcrü­
bə də, mənfi təcrübə də vardır. Hesab edirəm ki, bizim hamımızın
işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəfini
qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı möv­
cud olan ayrı-seçkiliyi aradan götürək.

Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etmə­

482

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

liyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda,
multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həya­
tımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cə­
miyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir.

XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz
XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya
kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə mul­
timədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği
hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin
fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun, bəzi hallarda
biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur.
Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm
sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz
təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çün­
ki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın
əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif
dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir.
Yəni bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri
dəyərlər hər bir normal cəmiyyətdə ,əsas təşkil edir. Belə olan halda
multikulturalizmlə bağlı problemlər əlbəttə ki, açıq şəkildə müza­
kirə edilməlidir. Biz bu problemləri gizlətməməliyik, ört-basdır et­
məməliyik. Onlar açıq şəkildə müzakirə edilməlidir, müsbət, mənfi
təcrübələr təhlil olunmalıdır. Bir daha demək istəyirəm, bizim əsas
amalımız ondan ibarət olmalıdır ki, multimədəniyyətli cəmiyyət­
lərin inkişafı üçün öz töhfəmizi verək. Deyə bilərəm ki, Azərbay­
canda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd
etdiyim kimi, bu, bizim dövlət siyasətimizdir, həyat tərzimizdir.

Humanitar Forumun məhz Bakıda keçirilməsi hesab edirəm ki,
bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir. Bunun­
la bərabər, deyə bilərəm ki, əfsuslar olsun Azərbaycan humanitar
fəlakətlə də üzləşmişdir. Uzun illərdir ki, bizim beynəlxalq birlik
tərəfindən tanınan torpaqlarımız işğal altındadır. Azərbaycanın
əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən
yeddi bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır. Bizə qarşı
etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbay­
canlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır.
Torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal edilmiş ərazilərdə

483

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıbdır.
Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə iki

dəfə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələ­
rində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təş­
kilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqeyini sənədlərdə əks
etdirmişlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni
işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb
edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şu­
rası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər.
Ancaq əfsuslar olsun ki, bu qərarlar, qətnamələr icra edilmir. Bura­
da biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq.
Onların qəbul etdiyi qərarlar kağızda qalır, icra edilmir. Əlbəttə,
bu, dözülməz bir faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərə­
findən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir. Bizə
gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır.

Məsələ ilə bağlı danışıqlar aparılır və əlbəttə ki, Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilmə­
lidir. Bir milyondan artıq qaçqın və köçkün öz doğma torpaqlarına
qayıtmalıdır. Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə,
eyni zamanda, insan haqlarının kobudcasına pozulması deməkdir.
Bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qa­
yıda bilmir. Bu çox böyük humanitar fəlakət əlbəttə ki, ölkəmizin
ümumi inkişafına çox böyük zərbə vurmuşdur.

Azərbaycanın bugünkü inkişafı diqqəti daha çox cəlb edir. Çün­
ki bu inkişafı biz işğal edilmiş vəziyyətdə əldə edə bilmişik. Foru­
mun mövzularından biri iqtisadi inkişafın humanitar aspektləridir.
Hesab edirəm ki, bu, çox maraqlı bir mövzudur. Yenə də Azərbay­
canın təcrübəsi burada hesab edirəm ki, maraqlı ola bilər. Çünki
baxmayaraq ki, biz etnik təmizləməyə məruz qalmışıq və torpaq­
larımız işğal altındadır, bir milyondan artıq qaçqın, köçkün vardır
və dövlət onlara maliyyə yardımı, qayğı göstərir. Bizim iqtisadi in­
kişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur.
Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı
3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə, dünya re­
kordudur. Eyni zamanda, Azərbaycanda sosial məsələlərin həllinə
də böyük diqqət göstərilmişdir. Çünki köklü iqtisadi islahatlar apa­

484

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

rılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür.
Azərbaycan son 20 il ərzində transformasiya dövrünü yaşamış bir
ölkə kimi əlbəttə ki, bu risklərdən də özünü qorumalı idi. Çünki
bizim müstəqilliyimizin cəmi 22 yaşı vardır və 22 il ərzində biz
müstəqil, azad ölkə kimi fəaliyyət göstəririk. Eyni zamanda, cəmi
20 ildir ki, Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prin­
sipləri əsasında qurur. Biz nəinki müstəqil deyildik, eyni zamanda,
Sovet İttifaqında mövcud olan iqtisadi sistem də əlbəttə ki, səmərəli
fəaliyyət göstərə bilməzdi. Ona görə bizim üçün transformasiya iki
istiqamətdə gedirdi. İlk növbədə, biz dövlətçiliyin əsaslarını qoy­
malı, möhkəmləndirməli idik, bütün demokratik təsisatlar qurul­
malı idi, Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Eyni
zamanda, iqtisadi sahədə köklü islahatlar aparılmalı idi, çünki bun­
suz inkişafımız mümkün olmazdı.

Əlbəttə, bu islahatların aparılması bir çox hallarda insanların
yaşayış səviyyəsinə mənfi təsir göstərə bilərdi. Ancaq bizim si­
yasətimiz və ciddi sosial siyasət ona gətirib çıxardı ki, sürətli iqti­
sadi inkişaf, eyni zamanda, insanların rifah halına da müsbət təsir
göstərmişdir. Bunu sübut etmək üçün mən bir neçə rəqəmi misal
gətirmək istəyirəm. Qeyd etdiyim kimi, iqtisadiyyat 10 ildə 3,4 dəfə
artmışdır. Büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensi­
yalar 9 dəfə artmışdır.

On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz
idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparı­
lan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min
iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir.

Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir.
Eyni zamanda, bütün bu məsələlərin bilavasitə humanitar sahəyə
dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkə­
zində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükə­
sizliyi və rifahı dayanır. Ciddi və məqsədyönlü sosial siyasət bizə
imkan verdi ki, ölkə inkişaf etsin və insanların rifah halı yaxşılaşsın.

Eyni zamanda, iqtisadi sahədə bizim əsas hədəfimiz qeyri-neft
iqtisadiyyatını artırmaq idi. Bu gün biz buna nail ola bilmişik. Bi­
zim ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təş­
kil edir. Davos Ümumdünya İqtisadi Forumunun reytinqinə əsasən

485

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada
39-cu yerdədir. Razılaşın ki, cəmi 20 il bazar iqtisadiyyatı prinsipi
əsasında yaşayan ölkə üçün bu nailiyyət hesab edirəm tarixi nailiy­
yətdir.

İqtisadi inkişafın sosial və humanitar aspektləri hesab edirəm ki,
hər bir ölkənin inkişafı üçün çox böyük maraq doğuran məsələ ol­
malıdır. Bu məsələ ilə bağlı nəinki müzakirələr, hesab edirəm ki,
tövsiyələr də verilməlidir. Çünki bəzi hallarda sosial məsələlərin
həlli üçün ayrılan vəsait gələcəkdə o ölkələr üçün iqtisadi problem­
lərin yaranmasına gətirib çıxarır. Biz bunu dünyada davam edən
iqtisadi və maliyyə böhranının təzahürlərində görürük. Bir çox hal­
larda siyasətçilərin qeyri-real, populist seçkiqabağı vədləri gələcək­
də iqtisadi problemlərə gətirib çıxarır.

Keçən Forumda mən bu məsələ ilə bağlı öz fikirlərimi bildir­
mişdim, siyasətçilərin məsuliyyəti haqqında danışmışdım. Hesab
edirəm ki, bu mövzu hələ diqqət mərkəzində qalacaqdır. Çünki
populist vədlər və ondan sonra onların icrası bir çox hallarda əsas­
sız borclanmaya gətirib çıxarır. Bəzi ölkələrin dövlət borcu ümumi
daxili məhsulun yüz faizini, ondan da çoxunu təşkil edir.

Daim borc götürən ölkələr o borcu qaytarmalıdırlar. Belə olan
halda ilk növbədə o borcun qaytarılması üçün sosial proqramla­
rın ixtisarı, maaşların kəsilməsi hesabına bunu etməyə çalışırlar.
Ona görə iqtisadi inkişafın və eyni zamanda, iqtisadi tənəzzülün
sosial-humanitar aspektləri çox ciddi təhlilə məruz qalmalıdır.
Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların
aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik. Ona
görə bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 7-8 fa­
izini təşkil edir. Biz istənilən vaxt bu borcu qaytara bilərik. Çünki
Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizi­
ni təşkil edir. Bu göstəriciyə görə də biz dünyada ön sıralardayıq.
Daxili resurslarımıza arxalanmaq hesab edirəm ki, ən düzgün si­
yasətdir.

Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq.
Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. İqtisadi inki­
şaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Burada əlbəttə
ki, uzlaşma düzgün aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı ilk

486

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

növbədə insanların həyat tərzində özünü göstərməlidir və insanla­
rın yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, əlbəttə
ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcəkdir. Azərbayca­
nın bu sahədə təcrübəsi vardır. Hesab edirəm ki, bu, qonaqlar üçün
maraqlı ola bilər.

Forum çərçivəsində, eyni zamanda, elmi innovasiyalar haqqında
“dəyirmi masa”lar keçiriləcəkdir. Azərbaycan bu sahədə də çalışır
ki, ön sıralarda olsun. Elmin inkişafına böyük diqqət göstərilir. Xü­
susi fond yaradılmışdır – Elmin İnkişafı Fondu. Yüksək texnologi­
yalara investisiya qoyulur. Bu ilin fevralında Azərbaycan kosmik
dövlətlərin sırasına daxil edilibdir. Birinci Azərbaycan peyki fəza­
ya qaldırılmışdır. Bu gün “Azərspace-1” Azərbaycan peyki dövlə­
timizə, xalqımıza xidmət edir. Bu gün internet texnologiyalarının
inkişafı daim diqqət mərkəzindədir.

Forumda qloballaşan dövrdə medianın aktual məsələləri mü­
zakirə ediləcəkdir. Bu “dəyirmi masa” da çox böyük diqqət cəlb
edir. Bu da əlbəttə ki, çox maraqlı mövzudur. Bu mövzu ilə bağlı
bilirəm ki, müxtəlif fikirlər və bu fikirlər arasında çox böyük fərq
vardır. Bir tərəfdən biz internet dünyasında yaşayırıq və bu, böyük
üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam
azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan hal­
da azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir.

Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir infor­
masiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir
söz dərhal əks-səda verə bilər.

Bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet va­
sitəsilə alırlar. Burada həm siyasətçilərin, həm media nümayən­
dələrinin, ictimai xadimlərin məsuliyyəti də əlbəttə ki, ön plana
çıxır. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbay­
canda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox
sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı
izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır,
hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş
verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir.
Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada əlbəttə
ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər

487

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndir­
mək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki,
dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzula­
rına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəf­
li olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bil­
məzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir
müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, mən bir vətəndaş
kimi fikirlərimi bölüşmək istərdim.

Medianın məsuliyyəti getdikcə artacaqdır. Məsuliyyətli ya­
naşma hesab edirəm ki, hər birimizin marağına xidmət göstərə­
cəkdir. Ümid edirəm ki, Forumda, ümumiyyətlə, bu məsələlərə
konseptual yanaşma ilə bağlı müzakirələr aparılacaqdır. Dünyanın
gələcəyi hansı istiqamətdə aparılacaqdır?! Biz hesab edirik ki, dün­
yanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hör­
mət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır. Əgər belə ol­
masa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər.
Ancaq biz müasir dünyada bəzi hallarda başqa bir mənzərə ilə üz­
ləşirik. Hazırda dünya siyasətində etimad böhranı yaşanır. Bu da
çox təhlükəli meyildir. Bəzi hallarda ən yaxın ölkələr, müttəfiqlər
arasında ziddiyyətlər, anlaşılmazlıqlar yaranır. Yəni etimad azalır.
Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə
bilməz. Beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar
əməkdaşlıq ancaq qarşılıqlı etimad əsasında, səmimiyyət üzərində
qurula bilər. Bəziləri hesab edir ki, səmimiyyət siyasi kateqoriya
deyildir. Ola bilər. Ancaq biz elə etməliyik ki, səmimiyyət siyasi
kateqoriyaya çevrilsin. Əgər belə olsa, onda hesab edirəm ki, dünya
daha da təhlükəsiz olacaqdır.

Bu gün dini zəmində gedən münaqişələr, müharibələr bizi çox
narahat edir. Çünki bunlar çox təhlükəli tendensiyalardır.

Humanitar məsələlərin müzakirəsi, humanitar əməkdaşlıq müs­
bət istiqamətdə atılan addımdır. Mən hesab edirəm ki, humanitar
əməkdaşlığın hər bir aspekti dünya gündəliyinin mərkəzində ol­
malıdır. Çünki bir daha demək istəyirəm ki, bir çox hallarda siyasi
və iqtisadi məsələlər təbii ki, ön plana çıxarkən bu məsələlər bir az
diqqətdən kənarda qalır. Buna imkan vermək olmaz.

Bu gün təhsillə bağlı məsələlər müzakirə ediləcəkdir. Azərbay­
can bu sahədə də ciddi islahatlar aparır. Elmin, təhsilin inkişafı

488

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

bizim gələcəyimizdir, hər bir dövlətin gələcəyidir. Mən dəfələrlə
qeyd etmişəm ki, ölkəmizin gələcəyi elmlə, təhsillə bağlı olacaqdır.
Biz xoşbəxtik ki, Azərbaycanda savadlılığın səviyyəsi çox yüksək­
dir – təxminən 100 faizdir. Bu, bizə imkan verir ki, təhsilin keyfiy­
yəti, elmin inkişafı daha da sürətlə getsin. Çünki bu, hər bir ölkə­
nin gələcəyidir. Eyni zamanda, savadlı, bilikli, yüksək təhsil almış
gənclər radikalizmdən uzaq olurlar. Onları yoldan çıxarmaq o qə­
dər də asan olmur. Ona görə elmin, təhsilin inkişafı, bilikli gənclə­
rin yetişdirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin
edəcəkdir. Əlbəttə, bu gün bizim qonaqlarımızın arasında inkişaf
etmiş ölkələrin nümayəndələri kifayət qədər çoxdur. Onlar daha
yaxşı bilirlər ki, inkişaf etmiş ölkələrin uğurlarını təbii resurslar de­
yil, elm, elmi-texniki tərəqqi, bilik təmin edib. Bizdə də belə olma­
lıdır. Bizdə təbii resurslar sadəcə olaraq bir vasitə idi ki, ölkəmizin
inkişafına təkan verilsin. Bundan sonra Azərbaycanın dayanıqlı in­
kişafı elmi-texniki tərəqqi, müasir texnologiyalar, azad, demokra­
tik cəmiyyət üzərində qurulmalıdır. Ölkəmizdə bu istiqamətdə bö­
yük addımlar atılır. Azərbaycanda demokratiyanın inkişafı, insan
hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamə­
tində çox ciddi islahatlar aparılmışdır. Azərbaycanda siyasi və iqti­
sadi islahatlar paralel şəkildə aparılır.

Deyə bilərəm ki, iki il bundan sonra Bakıda I Avropa Oyunla­
rı keçiriləcəkdir. Bu da tarixi hadisə olacaqdır. Çünki bu günə qə­
dər Avropa Oyunları keçirilməmişdir. Panamerika, Asiya oyunları,
Afrika oyunları keçirilmişdir. Olimpiya hərəkatı Avropada yaran­
mışdır və Avropada da bərpa edilmişdir, ancaq nədənsə Avropa
Oyunları keçirilməmişdir. Birinci oyunları keçirmək missiyası, bu
şərəfli missiya bizim üzərimizə düşür və 2015-ci ildə Azərbaycan­
da, müsəlman ölkəsində I Avropa Oyunları keçiriləcəkdir. Hesab
edirəm ki, bu hadisənin nəinki idman, eyni zamanda, böyük icti­
mai mənası vardır. Ondan iki il sonra – 2017-ci ildə Azərbaycanda
İslam Həmrəylik Oyunları keçiriləcəkdir.

Bu iki hadisə özlüyündə ölkəmizin dünyadakı rolunu əks etdi­
rir. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təş­
kilatına üzvdür və nadir ölkələrdəndir ki, hər iki təşkilatda təmsil
olunur. Bizim coğrafi vəziyyətimiz belədir ki, biz Asiya ilə Avropa

489

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

arasında bir körpüyük. Bizim siyasətimiz də bu funksiyanı güclən­
dirir.

Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı
sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir.
Bu, böyük, şərəfli missiyadır. Eyni zamanda, böyük məsuliyyətdir.
Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmü­
şük və bugünkü toplantı bunun bariz nümunəsidir. Mən əminəm
ki, Forum iştirakçıları bütün mövzularla bağlı öz fikirlərini bölüşə­
cəklər. Burada aparılacaq müzakirələr çox maraqlı olacaqdır. Mən
bunu bilirəm. Əminəm ki, bu müzakirələr, qəbul edilmiş qərar­
lar və gələcək birgə fəaliyyətimiz dünyada beynəlxalq humanitar
əməkdaşlığın inkişafına böyük töhfə olacaqdır.

Bir daha Sizi ürəkdən salamlayıram, Forumun iştirakçılarına
uğurlar arzulayıram. Əminəm ki, Forum çox böyük, uğurlu bir ha­
disə olacaqdır. Sağ olun!

490

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

VATİKAN DÖVLƏTİNİN MƏDƏNİYYƏT ÜZRƏ
PONTİFİK ŞURASININ PREZİDENTİ KARDİNAL
CANFRANKO RAVAZİNİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı, 04 noyabr 2013-cü il

Prezident İlham Əliyev Vatikan Dövlətinin Mədəniyyət üzrə
pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçı­
lıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin
uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin in­
kişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. İkitərəfli
münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident
İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi.
Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə
toxunan dövlətimizin başçısı son illər əməkdaşlığımızın yeni for­
matda inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əli­

491

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni
əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin Mədə­
niyyət üzrə Pontifik Şurasının prezidenti kardinal Canfranko Ra­
vazinin Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq”
ordeni ilə təltif olunduğunu dedi və ordeni kardinal Canfranko Ra­
vaziyə təqdim etdi.

Kardinal Canfranko Ravazi Azərbaycanın “Dostluq” ordeninə
layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığı­
nı bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət
ardıcıl olaraq inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərlən­
dirdi. Canfranko Ravazi yenidən prezident seçilməsi münasibətilə
dövlətimizin başçısını təbrik etdi. O, Azərbaycan ilə Vatikan ara­
sında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə
Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir
mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq
görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medalı döv­
lətimizin başçısına təqdim etdi. Kardinal Canfranko Ravazi ölkələ­
rimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əli­
yevanın xidmətlərini xüsusi qeyd etdi.

Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdi­
riləcəyinə əminliyini bildirdi.

492

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

BAKI VƏ AZƏRBAYCAN YEPARXİYASININ PRAVOSLAV
DİNİ-MƏDƏNİYYƏT MƏRKƏZİNİN AÇILIŞINDA

15 noyabr 2013-cü il

Prezident İlham Əliyevi Bakı və Azərbaycan arxiyepiskopu
Aleksandr və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə qarşıladılar.

Azərbaycan Prezidentinin şərəfinə kilsə zəngi çalındı.
Dövlət başçısına duz-çörək təqdim edildi.
Azərbaycan Prezidenti Moskva Patriarxlığının nümayəndələri,
Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Yeparxiyasının vi­
kariyi, Verey arxiyepiskopu Yevgeni, protoierey Vsevolod Çaplin,
Azərbaycandakı dini icmaların rəhbərləri və digər qonaqlarla gö­
rüşdü.
Prezident İlham Əliyev əvvəlcə Jen-Mironosits kilsəsində oldu.
Burada kilsə xoru dua oxudu.
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr kilsənin tarixi
barədə məlumat verdi. Bildirildi ki, Müqəddəs Jen-Mironosits kilsə­
si 1907-ci ildə tikilmişdir. 2001-ci ildə burada aparılan yenidənqur­

493

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

ma işlərindən sonra Ulu Öndər Heydər Əliyev dini məbədin açılış
mərasimində iştirak etmişdir. Bununla da kilsədə Azərbaycanda
yaşayan pravoslavların dini ayinlərini rahat icra etmələri üçün hər
cür şərait yaradılmışdır.

Dövlət başçısı Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav
Dini-Mədəniyyət Mərkəzi ilə tanış oldu. Mərkəz Prezident İlham
Əliyevin tapşırığı ilə inşa edilmişdir. 2012-ci ildə başlanılan tikinti
işləri nəticəsində dördmərtəbəli binada məsh otağı, müxtəlif təd­
birlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün
otaqlar, kilsə təhsilinin verilməsi məqsədilə bazar günü məktəbinin
fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, buradakı müxtəlif dini komitələr – yeparxi­
ya, kanonik ayinlər, kataxizasiya, eləcə də kilsə mediası üçün ayrı­
ca otaqlar nəzərdə tutulmuşdur. Mərkəzdə kitabxana da fəaliyyət
göstərir, qonaqlar üçün xüsusi otaqlar vardır.

Bakı və Azərbaycan Yeparxiyası adından Prezident İlham Əli­
yevə “Fərəh və Təsəlli” adlı Müqəddəs Məryəmin ikonası hədiyyə
edildi.

Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra Prezident İlham Əliyev çay süfrəsi arxasında məra­
sim iştirakçıları ilə söhbət etdi.
İlham Əliyev: Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Ye­
parxiyasının Dini-Mədəniyyət Mərkəzinin açılışı münasibətilə ha­
mımızı təbrik edirəm. Bu, ölkəmizin həyatında əlamətdar hadisə­
dir. Biz bunu çoxdan gözləyirdik və əlbəttə, belə bir mərkəzin açıl­
ması Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir.
Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyəti böyük tarixə
malikdir. Lakin təəssüf ki, bütün başqa dini abidələr kimi, Müqəd­
dəs Jen-Mironosits kilsəsi də dağıntılara məruz qalmışdır. Məscid­
lərin də, sinaqoqların da, katolik kilsəsinin də aqibəti belə olmuş­
dur. Sovet hakimiyyətinin ilk illərində onların çoxu dağıdılmış, la­
kin indi hamısı bərpa edilmişdir.
Əlbəttə, bu dini abidənin xüsusi əhəmiyyəti ondan ibarətdir ki,
Rus Pravoslav Kilsəsinin hər iki başçısı – Müqəddəs II Aleksi və
Müqəddəs Kiril bu kilsəyə baş çəkmişlər. Hər ikisi burada olmuş­
dur. Yəqin ki, Rusiya hüdudlarından kənarda Rus Pravoslav Kilsə­

494

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

sinin iki patriarxının baş çəkdiyi və xeyir-dua verdiyi kilsələrin sayı
o qədər də çox deyildir.

Əlbəttə, kilsənin nəzdində yeparxiyanın rəhbərliyi üçün ofis
kimi də xidmət edən bir mədəniyyət mərkəzinin, dini-mədəniyyət
mərkəzinin olması zəruri idi. Müəyyən çətinliklər də vardı, çünki
1990-cı illərin əvvəlində Azərbaycanda hərc-mərclik, xaos dövrün­
də çox işlər düzgün görülmürdü. O cümlədən kilsənin ətrafındakı
ərazi də əslində zəbt olunmuşdu.

Lakin sonradan biz təsirli tədbirlər gördük. Bu ərazi yeparxiyaya
verildi və Azərbaycan dövləti burada belə bir gözəl bina inşa etdi.
Bu da Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu
kilsənin böyük tarixi vardır. Bu məbəd keçən əsrin əvvəlində bir
azərbaycanlı mesenatın fəal iştirakı ilə tikilmiş və artıq müstəqillik
dövründə bir azərbaycanlı sahibkarın vəsaiti hesabına bərpa edil­
mişdir. Dini-mədəniyyət mərkəzi isə Azərbaycan dövlətinin vəsaiti
ilə tikilmişdir.

Bu, çox müsbət təcrübədir. Belə bir təcrübənin dərin kökləri var.
Eyni sözləri məscidlərin bərpası barədə də demək olar.

Onlar əsasən dövlət vəsaitləri hesabına bərpa edilmişdir. Eyni
sözləri sinaqoq haqqında da demək olar, o da dövlət vəsaiti ilə ti­
kilmişdir, katolik kilsəsinin bərpasında da dövlət iştirak etmişdir.

Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkə­
dir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh,
həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Biz haqlı olaraq fəxr
edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin
yaxınlığındakı kiçik bir kənddə yerləşir. Ən qədim məscidlərdən
biri də Azərbaycanda, Şamaxıda yerləşir. 743-cü ildə tikilmiş hə­
min məscid bu il bərpa olunmuşdur. Bakıdakı Atəşgah da bizim
tarixi keçmişimizin, Zərdüştilik dövrünün abidəsidir. Katolik kil­
səsi də bərpa edilmişdir, sinaqoqlar da tikilir. Yəni bunlar bizim
cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin
durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici
haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti
də, necə deyərlər, yanaşı dayanır.

Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir.
Bu günlərdə keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumun­
da multikulturalizm ən çox müzakirə edilən mövzu idi. Bu gün

495

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəz­
lərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində cəm­
ləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə
fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğramış,
özünü doğrultmamışdır. Bunlar çox narahatlıq doğuran bəyanat­
lar, tendensiyalardır. Əgər bu həqiqətən belədirsə, onda bu ciddi
müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki,
biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki,
elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, də­
rin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə
yoludur. Ona görə ki, qloballaşma dövründə, informasiya müba­
diləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir
vaxtda özünütəcrid ilə məşğul olmaq sadəcə məhvə məhkumdur.
Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələr­
də müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər
boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dost­
luq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının
əsasıdır. Buna görə də bugünkü hadisə sadəcə Azərbaycanda Rus
Pravoslav Kilsəsinin normal fəaliyyəti üçün şərait yaradılmasından
daha vacib məna daşıyır. Bu, böyük rəmzi məna daşıyır. Bu gün
bu hadisə ölkəmizin, xalqımızın tarixinə əsaslanır, bizim həyata
keçirdiyimiz siyasətin nəticəsidir. Müsəlmanların, pravoslavların,
katoliklərin və yəhudilərin bütün tədbirlərində, bütün bayramla­
rında bütün konfessiyaların rəhbərləri həmişə bir yerdə, bir masa
arxasında olur. Zənnimcə, bu da ölkəmizin qiymətli sərvətlərindən
biridir.

Sizi bir daha səmimi qəlbdən təbrik edirəm. Çox şadam ki, bu
gün biz gözəl hadisəni birlikdə və qonaqlarımızın iştirakı ilə bay­
ram edirik. Əminəm ki, burada işləmək üçün hər cür şərait olacaq­
dır. Müzakirə etdiyimiz mövzuları daim diqqət mərkəzində sax­
layırıq. Bu mövzular daim çox yaxşı nəticələr verəcəkdir. Bir daha
sizi təbrik edirəm, qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Arxiyepiskop Aleksandr: Zati-aliləri, cənab Prezident!
İcazə verin, bu əlamətdar hadisədə iştirak etməyinizə görə Sizə
səmimi-qəlbdən təşəkkürümü bildirim. Siz vurğuladınız ki, bu,
sadəcə Azərbaycanda Rus Pravoslav Kilsəsinin həyatına yeni tə­
kan verən hadisə deyil, həm də multikulturalizm deyilən prose­

496

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

sin təzahürü olacaqdır. Əlbəttə, Heydər Əliyevin sözləri həmişə
yadımdadır. Onun bir gözəl ifadəsini mən öz çıxışlarımda həmişə
misal gətirirəm: “Çoxmillətlilik bizim sərvətimizdir”. Bu, Azərbay­
can Respublikasının daxili siyasətinin mənasıdır. Bu, çox vacibdir.
Rus Pravoslav Kilsəsinin rəhbəri Zati-müqəddəsləri patriarx Kiril
üç dəfə Azərbaycanda olmuşdur – bir dəfə Kilsənin xarici əlaqələr
şöbəsinin sədri kimi, sonra Sizin dəvətinizlə, möhtərəm Şeyximi­
zin dəvəti ilə Rus Pravoslav Kilsəsinin rəhbəri kimi bu ilin fevral
ayında Arxiyerey məclisində məruzəsinin bütöv bir abzasını Azər­
baycanda dini həyatla bağlı vəziyyətə həsr etmiş, dinlərarası mü­
nasibətlərin inkişafına Sizin xüsusi töhfənizi ayrıca vurğulamışdır.
Biz artıq tolerantlıq barədə, yəni bir-birimizə münasibətdə dözüm­
lülük barədə deyil, konstruktiv dinlərarası dialoq barədə danışırıq,
həyatın və cəmiyyətin din xadimləri qarşısında qoyduğu müxtəlif
problemləri birgə səylərimizlə həll etməyə çalışırıq.

Zati-müqəddəsləri Patriarx Kiril bu əlamətdar hadisə münasibə­
tilə təbrik göndərmişdir.

Verey Arxiyepiskopu Yevgeni: Zati-aliləri, çox hörmətli cənab
Prezident.

Zati-müqəddəsləri möhtərəm Şeyx.
Diplomatik korpusun hörmətli nümayəndələri.
Dini konfessiyaların nümayəndələri.
Əziz bacılar və qardaşlar.
Əziz dostlar.
Bu gün təkcə Rus Pravoslav Kilsəsinin və Bakı Yeparxiyasının
həyatında deyil, həm də Azərbaycan Respublikasında çox mühüm
bir hadisə baş verir. Dövlət başçısının, respublika Prezidentinin bu­
rada iştirak etməsi bugünkü hadisəyə xüsusi əhəmiyyət verir.
Hörmətli cənab Prezident, Siz artıq bu hadisənin xüsusi əhəmiy­
yətini və vacibliyini qeyd etdiniz. Rus Pravoslav Kilsəsinin rəhbəri
Zati-müqəddəsləri Patriarx Kiril bu cür hadisələrə həmişə xüsusi
diqqət yetirir və o da təbrik göndərmişdir.
Həmin təbriki oxumaq şərəfi mənə nəsib olmuşdur.
Verey Arxiyepiskopu Yevgeni Moskvanın və bütün Rusiyanın Patri-
arxı Kirilin təbrikini oxudu:

497

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

“Zati-müqəddəsləri, Bakı və Azəbaycan arxiyepiskopu Alek­
sandra.

Bakı şəhərində Pravoslav Dini-Mədəniyyət Mərkəzinin təntənəli
açılış mərasiminin iştirakçılarına.

Zati-müqəddəsləri.
Əziz qardaşlar və bacılar.
Azərbaycan paytaxtında Pravoslav Dini-Mədəniyyət Mərkəzi­
nin açılışı mərasiminin bütün iştirakçılarını ürəkdən salamlayıram.
Əlamətdar haldır ki, bu mühüm hadisə Müqəddəs Jen-Mironosits
Kafedral Kilsəsinin bərpasının on illiyi ilə bir vaxta düşmüşdür.
Fərəhlə qeyd edirəm ki, Azərbaycan dövlətinin rəhbərliyi ölkə­
nin pravoslav icmasının ehtiyaclarına diqqətlə yanaşır və Bakı
Yeparxiyasının bir sıra layihələrini fəal dəstəkləyir. Pravoslav Di­
ni-Mədəniyyət Mərkəzinin inşası üçün torpaq sahəsi ayrılması
barədə prinsipial qərar qəbul etmiş və bu mühüm təşəbbüsün hə­
yata keçirilməsinə yardım göstərmiş Prezident İlham Heydər oğlu
Əliyevin xidmətlərini xüsusi qeyd etmək istərdim.
Zati-müqəddəslərinizə və təntənəli tədbirin bütün iştirakçılarına
möhkəm cansağlığı, xeyirxah əməllərinizdə və təşəbbüslərinizdə
Ulu Tanrıdan kömək arzulayıram. Tanrıdan hamınıza mərhəmət
diləyirəm.
Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril”.
İlham Əliyev: Sağ olun. Zati-müqəddəslərinə mənim təşəkkü­
rümü çatdırmağınızı xahiş edirəm. Bu məktuba görə mənim adım­
dan ona təşəkkür edin. Bakıda onunla görüşlərimizi xatırlayıram.
Bu görüşlər mənim yaddaşımda silinməz iz qoymuşdur. Biz diqqət
tələb edən çox mühüm məsələləri, o cümlədən ölkələrimiz arasında
dövlətlərarası münasibətlərin inkişafı məsələlərini müzakirə etmi­
şik. Bizim aramızda tam qarşılıqlı anlaşma var və baxışlarımız üst-
üstə düşür.
Onu da deməliyəm ki, kilsə təltiflərinə, kilsənin iki mükafatı­
na layiq görüldüyüm üçün qürur duyuram. Zati-müqəddəsləri
Patriarx II Aleksi məni Birinci dərəcəli “Sergi Radonejski” ordeni
ilə, Zati-müqəddəsləri Patriarx Kiril isə Birinci dərəcəli “Şərəf və
“şöhrət” ordeni ilə təltif etmişdir. Beləliklə, Rus Pravoslav Kilsəsi
məni kilsənin iki təltifinə layiq görmüşdür və yəqin ki, bu təltiflər

498

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

Azərbaycanda dinlərarası dialoq çərçivəsində, ölkəmizdə yaşayan
xalqlar arasında, bütün dinlərin nümayəndələri arasında münasi­
bətlərin möhkəmlənməsi çərçivəsində görülən işləri əks etdirir.

Möhtərəm arxiyepiskop Aleksandrın qeyd etdiyi kimi, Azərbay­
can xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, çoxmil­
lətlilik bizim sərvətimizdir. Bu, həqiqətən belədir. Biz xoşbəxtik ki,
müstəqillik dövründə cəmiyyətin inkişafının müsbət meyillərini
qoruyub saxlamışıq. Multimədəni cəmiyyət qurulması işində qa­
zandığımız uğurlar ölkəmizdə yaşayan bütün xalqların və bütün
dinlərin nümayəndələrinin ümumi xidmətidir.

Artıq qeyd etdiyim kimi, Azərbaycanda bu istiqamətdə də çox
ciddi dövlət siyasəti həyata keçirilir. Lakin belə demək mümkün­
dürsə, ictimai sifariş olmasa, dövlətin bu siyasətinin səmərəsi ol­
mazdı. Mənim fikrimcə, vəziyyətin nadirliyi məhz ondan ibarət­
dir ki, cəmiyyət də, Azərbaycandakı bütün xalqların və dinlərin
nümayəndələri də, dövlət də öz qarşısında cəmiyyətin qardaşlıq,
dostluq və qarşılıqlı hörmət əsasında yaxınlaşması, birləşməsi
məqsədini qoymuşdur.

Azərbaycanın pravoslav icmasının nümayəndələri Azərbaycan
dövlətinin çox böyük vətənpərvərləridir. Onlar ölkəmizin inkişa­
fına, mədəniyyətin, incəsənətin, təhsilin, iqtisadiyyatın inkişafına
böyük töhfələr verirlər. Biz bunu çox qiymətləndiririk, bu, bizim
sərvətimizdir. Bir daha demək istəyirəm, cəmiyyət o vaxt sağlam
olur ki, həm ölkənin inkişafının qlobal məsələlərinə, həm də mil­
lətlərarası, dinlərarası dialoq məsələlərinə dair ictimai konsensus
mövcud olsun.

Mənim fikrimcə, indiki halda bu amil Rusiya ilə Azərbaycan ara­
sında çox səmərəli, dinamik, müsbət istiqamətdə inkişaf edən döv­
lətlərarası münasibətlərin möhkəmlənməsində də çox mühüm rol
oynayır. Biz hamımız bir məqsədə – quruculuq, inkişaf, dostluğun,
qarşılıqlı anlaşmanın, dözümlülüyün və həmrəyliyin möhkəmlən­
məsi kimi nəcib məqsədə xidmət edirik. Bir daha xahiş edirəm, bu
məktuba görə mənim ən xoş arzularımı və təşəkkürümü çatdırın.

Allahşükür Paşazadə: Biz əlbəttə, bu gün çox sevinirik ki, bura­
da bir yerdə görüşürük. Deyə bilərəm ki, bu gün tolerantlıq günü­
dür. Bununla bərabər, cənab Prezident, Sizin bu gün buraya gəlmə­

499

İlham Əliyev: AZƏRBAYCAN TOLERANTLIQ ÖRNƏYİDİR

yiniz və bir masa arxasında birlikdə əyləşməyimiz artıq ənənə halı
almışdır. Bu ənənənin bünövrəsini qoyan dostum, qardaşım Ulu
Öndər Heydər Əliyev həzrətləri olmuşdur. O, həmişə bu gün bizi
yığardı, bizimlə danışardı və bizə tövsiyələr edərdi. Bu gün onun
bəhrəsini görürük və Siz də bunu davam etdirirsiniz.

Əlbəttə, bizi çox sevindirir ki, Azərbaycan dövləti son illərdə bö­
yük uğurlar qazanmışdır. Mən fəxr edirəm ki, bizim belə Preziden­
timiz vardır. Budəfəki Prezident seçkiləri Həcc ziyarəti dövrünə,
Qurban bayramı ərəfəsinə təsadüf etmişdir.

Ziyarətdə olan dindarlarımız müqəddəs Məkkədə Prezidenti­
mizə səs vermiş, dualar etmişlər. Demək istəyirəm ki, Azərbaycan
dünyanın diqqət mərkəzindədir. Dünya dövlətləri onun təcrübəsi­
ni öyrənə bilərlər.

Əlbəttə ki, bizim bir-birimizə münasibətimiz, din-dövlət müna­
sibətləri də çox yüksək səviyyədə inkişaf edibdir. Əgər dövlətimi­
zin rəhbəri bizə diqqət və qayğı göstərməsəydi, əlbəttə, biz dindar­
lar bu işləri görə bilməzdik. Ona görə də biz Sizə təşəkkürümüzü
bildiririk, Prezident həzrətləri. Siz həmişə dinindən, dilindən asılı
olmayaraq bütün dindarlara öz xoş münasibətinizi bildirmisiniz.
Bu gün Sizin burada iştirakınız özü də elə bunun əyani sübutudur.

Qaldı ki, bizim Rusiya ilə, Rus Pravoslav Kilsəsi ilə olan qardaş­
lıq münasibətlərimizə bu gün də davam edir və inşallah, bundan
sonra da davam edəcəkdir. Bu günlərdə mən Patriarx həzrətlərin­
dən bir məktub almışam. Məktubda gələcəkdə birgə sammitin ke­
çirilməsi təklif olunur. Hələ tam razılaşdırılmayıb, ola bilər ki, bu
sammit 2014-cü ildə Rusiyada, yaxud Azərbaycanda keçirilsin.

Ona görə də biz Sizə minnətdarlığımızı bildirmək istəyirik. Mən
istərdim bütün dindarlar, buradakı iştirakçılar adından üçüncü
dəfə Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edim,
Allah-Təaladan Sizə, ailənizə cansağlığı diləyim. Allah-Təala bir
xalqı istəyəndə həmişə ona müdrik dövlət rəhbəri göndərir ki, o
xalq öz doğru yolunu tapa bilsin.

Allah-Təala da Heydər Əliyevi, Sizi bizə doğru yol göstərmək
üçün müdrik bir şəxs, rəhbər göndərib. Allah-Təala Heydər Əli­
yevə rəhmət etsin. Sizə gələcəkdə xoşbəxtlik arzu edirəm. İnşallah,
hələ çox böyük işlər görəcəksiniz. Allah Sizi qorusun. Sağ olun.

500


Click to View FlipBook Version