The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by orkhanjamilli, 2021-07-08 02:46:14

İslam tarixi (Elnurə Əzizova)

İslam tarixi (Elnurə Əzizova)

Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Azərbaycan İlahiyyat İnstitutu

İslam tarixi

(Məhəmməd peyğəmbər dövrü)

i.f.d., dos. Elnurə Əzizova
Bakı 2019

Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun
maliyyə dəstəyi ilə çap edilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-483d-09/15 saylı, 13 sentyabr
2019-cu il tarixli məktubu ilə nəşrinə razılıq verilmişdir.

Elmi redaktor:
Aqil Şirinov

ilahiyyat elmləri üzrə fəlsəfə doktoru

Rəyçi:
Şahin Fərzəliyev
Tarix elmləri doktoru, professor

................................................................................Mündəricat

MÜNDƏRİCAT

Ön söz.............................................................................. 8

Fəsil 1
İlk dövr İslam tarixinin mənbələri
1.1. İslam tarixçiliyinin təşəkkülünə təsir edən amillər .. 10
1.1.1. İslamaqədərki ərəblərin tarix təsəvvürü
və mənbələri ............................................................... 10
1.1.2. Qurani-Kərimin gətirdiyi tarix təsəvvürü......... 12
1.1.3. Məhəmməd peyğəmbər dövrünün
rəsmi yazıları .............................................................. 13
1.1.4. Peyğəmbərin hədislərinin yazıldığı səhifələr ... 14
1.2. Məhəmməd peyğəmbərin həyatının yazılması
və siyər-məğazi ədəbiyyatının təşəkkülü ........................ 15
1.3. Səhabələrin tərcümeyi-halının yazılması: təbəqat
kolleksiyaları................................................................... 21
1.4. Mədinə və Məkkənin əhəmiyyəti kontekstində
şəhər tarixçiliyi................................................................ 24
1.5. Xərac və əmval əsərləri İslamın ilk dövründə
iqtisadi və ictimai tarixin mənbələri kimi ....................... 27
1.6. Dünya tarixini yazma təşəbbüsləri və ümumi tarix
əsərləri............................................................................. 29

Fəsil 2
İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti
2.1. Ərəbistan yarımadasının coğrafi xüsusiyyətləri....... 37
2.2. İslamaqədərki dövrdə Ərəbistan yarımadasında
siyasi vəziyyət................................................................. 40

3

İslam tarixi................................................................................

2.2.1. Cənubi Ərəbistanda qurulan dövlətlər..............41
2.2.2. Şimali Ərəbistanda qurulan dövlətlər ...............44
2.3. İqtisadi həyat və ticarət ............................................49

Fəsil 3
İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti
3.1. Əhalinin tərkibi ........................................................59
3.2. Ərəblərin mənşəyi və qismləri .................................60
3.2.1. Ərəbi-aribə........................................................62
3.2.2. Ərəbi-müstəribə ................................................62
3.3. Qəbilə həyatı ............................................................63
3.4. Ailə strukturu............................................................71
3.5. Adət-ənənələr ...........................................................74
3.6. Dəyərlər....................................................................78
3.7. Şeir, natiqlik (xitabət) və yazı ..................................81
3.7. Təqvim .....................................................................86
3.8. Dini həyat .................................................................89
3.8.1. Yəhudilik ..........................................................89
3.8.2. Xristianlıq .........................................................91
3.8.3. Zərdüştilik.........................................................94
3.8.4. Sabiilik..............................................................96
3.8.5. Bütpərəstlik.......................................................97
3.8.6. Həniflik............................................................104

Fəsil 4
Hicaz bölgəsi və Məkkə
4.1. İslamaqədərki dövrdə Hicaz bölgəsi .......................110
4.1.1. Məkkə ..............................................................112
4.1.2. “Hilfül-mütəyyəbin” və “hilfül-əhlaf”.............120
4.1.3. İlaf qurumu ......................................................122
4.2. Taif ..........................................................................124
4.3. Yəsrib (Mədinə) ......................................................127

4

................................................................................Mündəricat

Fəsil 5
Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı
5.1. Məhəmməd peyğəmbərin qəbiləsi və ailəsi ............ 131
5.2. Məhəmməd peyğəmbərin uşaqlığı .......................... 134
5.3. Məhəmməd peyğəmbərin gəncliyi, evliliyi,
İslamaqədərki peşəsi və cəmiyyətdəki yeri.................... 142
5.3.1. Ficar müharibəsində iştirak etməsi.................. 142
5.3.2. “Hilfül-füzul” anlaşmasında iştirak etməsi ..... 143
5.3.3. İslamaqədərki peşəsi ....................................... 145
5.3.4. Hz. Xədicə ilə evlənməsi................................. 147
5.3.5. Kəbə hakimliyi ................................................ 150
5.3.6. Həzrət Məhəmmədin dini həyatı ..................... 152

Fəsil 6
Məhəmməd peyğəmbərin Məkkədəki fəaliyyətləri
6.1. İlk vəhy ................................................................... 156
6.2. Məkkəlilərin İslama dəvət olunmaları .................... 159
6.3. Darülərqəmdə təbliğ................................................ 160
6.4. Qüreyşin Məhəmməd peyğəmbərə qarşı etiraz
səbəbləri ......................................................................... 164
6.4.1. Dini səbəblər ................................................... 165
6.4.2. İqtisadi səbəblər .............................................. 166
6.4.3. Siyasi səbəblər................................................. 168
6.4.4. Sosial səbəblər................................................. 172
6.5. Qüreyşin İslama qarşı etiraz və müxalifət yolları ... 173
6.5.1. Yalançılıqda ittiham ........................................ 173
6.5.2. İstehza və təhqir .............................................. 175
6.5.3. Məhəmməd peyğəmbərlə danışıqlar ............... 175
6.5.4. Əbu Taliblə danışıqlar..................................... 177
6.5.5. Fiziki işgəncə .................................................. 178
6.6. Həbəşistana hicrətlər............................................... 179
6.6.1. Həbəşistana birinci hicrət ................................ 179

5

İslam tarixi................................................................................

6.6.2. Həbəşistana ikinci hicrət..................................181
6.7. Müsəlmanlara qarşı iqtisadi embarqo .....................181
6.8. Hüzn ili....................................................................183
6.9. Məkkənin xaricində himayə axtarışı – nəticəsiz
Taif səfəri .......................................................................184
6.10. İsra və Merac hadisələri ........................................184
6.11. Məkkənin xaricində himayə
axtarışı - mədinəlilərlə ilk əlaqələrin qurulması.............185

6.11.1. Birinci Əqəbə biəti ........................................185
6.11.2. İkinci Əqəbə biəti ..........................................186
6.12. Mədinəyə hicrət ................................................187

Fəsil 7
Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri
7.1. Hicrətin İslam cəmiyyətindəki əhəmiyyəti .............194
7.2. Hicrətdən sonra Mədinədə aparılan islahatlar .........196
7.2.1. Mədinə məscidinin inşası ................................197
7.2.2. Qardaşlıq (müaxat) sisteminin təsis edilməsi ..201
7.2.3. Mədinə müqaviləsi ..........................................203

Fəsil 8
Məkkəlilərlə mübarizə
8.1. Qüreyş qəbiləsi ilə münasibətlərdə hərbi mərhələ ..209
8.1.1. Bədr qəzvəsi ....................................................220
8.1.2. Səviq qəzvəsi ...................................................226
8.1.3. Uhud döyüşü....................................................228
8.1.4. Məkkəlilərin Mədinəyə son hücumu – Xəndək
savaşı ..............................................................................233
8.1.5. Hüdeybiyə müqaviləsi .....................................241
8.1.6. Məkkənin fəthi.................................................251
8.2. Digər ərəb qəbilələri ilə münasibətlər .....................256
8.2.1. Rəci hadisəsi ....................................................257
8.2.2. Biriməunə hadisəsi ..........................................257

6

................................................................................Mündəricat

8.2.3. Müstəliqoğulları qəzvəsi ................................. 259
8.2.4. Hüneyn qəzvəsi ............................................... 259
8.2.5. Taif mühasirəsi................................................ 261

Fəsil 9
Qeyri-müsəlmanlarla münasibətlər
9.1. Mədinədəki yəhudi qəbilələri ilə münasibətlər....... 264
9.1.1. Bəni-Qeynüqa qəbiləsi .................................... 266
9.1.2. Bəni-Nəzir qəbiləsi.......................................... 268
9.1.3. Bəni-Qüreyzə qəbiləsi ..................................... 273
9.2. Mədinə xaricindəki yəhudi qəbilələrlə münasibətlər... 281
9.2.1. Xeybər ............................................................. 281
9.2.2. Digər yəhudi yaşayış məntəqələri ................... 285
9.3. Bizans və xristianlarla münasibətlər ....................... 286
9.3.1. Mutə səriyyəsi ................................................. 286
9.3.2. Təbük səfəri və Şimal-Qərbi Ərəbistandakı bəzi
bölgələrin fəthi ............................................................... 291
9.3.3. Nəcran xristianları ........................................... 297

Fəsil 10
İslamın Ərəbistan yarımadasında yayılması
10.1. İslama dəvət üçün elçilərin göndərilməsi ............. 302
10.2. Heyətlər ili ............................................................ 306
10.3. Vida həcci və vida xütbəsi .................................... 314
10.4. Məhəmməd peyğəmbərin vəfatı ........................... 319

İstifadə olunmuş ədəbiyyat.......................................... 324

7

İslam tarixi................................................................................

ÖN SÖZ

İslam tarixi əsası 610-cu ildə Quranın ilk ayələri ilə
yaranan inanc və düşüncə sistemini mənimsəmiş fərdlərin
meydana gətirdiyi cəmiyyətin on dörd əsrdən artıq davam
edən siyasi, ictimai, dini, iqtisadi və mədəni həyatını əha-
tə edir. Ərəbistan yarımadasında Məhəmməd peyğəmbə-
rin mənsub olduğu ərəblərlə qurulan ilk İslam cəmiyyəti,
tədricən, çoxsaylı millətləri özündə birləşdirmişdir. Ara-
larında oxuyub-yazanların çox az olduqları ilk müsəlman-
ların davamçıları iki əsrdən az müddətdə dünyanın elmi
mirasına yiyələnib onu inkişaf etdirmiş, nəticədə, öz
dövrlərinin ən yüksək elm və texnologiyasının təmsilçilə-
ri kimi üç qitəyə yayılmış bir elm mədəniyyəti qurmuşlar.
Avropadan Şimali Afrikaya, Ərəb ölkələri, İran, Qafqaz,
Hindistan, Çin və İndoneziyaya qədər geniş ərazidə quru-
lmuş bu mədəniyyət min ilə yaxın dünyanın ən qabaqcıl
mədəniyyəti sayılmışdır.

İslam tarixi dünya salnaməsinin ondördəsrlik bir za-
man kəsiyində müsəlmanların üç qitədə qurduqları döv-
lətlərin inkişafı, daha geniş mənada isə hazırda dünya
əhalisinin dörddəbirini təşkil edən iki milyarda yaxın mü-
səlman xalqların keçdiyi yoldur. Bu əsər İslam tarixinin
digər dövrləri ilə müqayisəedilməz dərəcədə əhəmiyyətli
olan hissəsinin, Məhəmməd peyğəmbər dövrünün siyasi
tarixinə həsr olunmuşdur.

8

.............................................İlk dövr İslam tarixinin mənbələri



Фясил 1
Илк дювр Ислам
тарихинин мянбяляри



9

İslam tarixi................................................................................

1.1. İslam tarixçiliyinin təşəkkülünə təsir
edən amillər

İslam dünyasında ilk sistemli tarix yazıçılığı
Məhəmməd peyğəmbərin həyatının yazılması ilə baş-
ladığı üçün siyər yazıçılığına paralel olaraq, həm də
İslam tarixçiliyinin əsası qoyulmuşdur. Bu prosesi
şərtləndirən başlıca amillər aşağıdakılardır:

1) İslamaqədərki ərəblərin tarix təsəvvürü və
mənbələri;

2) Qurani-Kərimin gətirdiyi tarix təsəvvürü;
3) Peyğəmbər dövrünün rəsmi yazıları;
4) Peyğəmbərin hədislərinin yazıldığı səhifələr.

1.1.1. İslamaqədərki ərəblərin tarix
təsəvvürü və mənbələri

İslamaqədərki ərəblərin tarix anlayışı şeir, soy
şəcərəsi – “nəsəb” (geneologiya) və qəbilələrarası
müharibələr tarixi olan “Əyyamül-ərəb”dən (Ərəb
günləri/müharibələri) ibarətdir. Köçəri həyat sürən
ərəb qəbilələri (bədəvilər) arasında yalnız şeirlər
deyil, ənsab və döyüş hekayələri də nəsildən-nəslə
əzbərlənərək ötürülürdü.

“Əxbarül-ərəb” (Ərəblərin xəbərləri) də adlandı-
rılan və daha çox dastanvari xəbərlərdən ibarət olan
bu şifahi ədəbiyyat nümunələri, bəzi oturaq qəbilələr
(həzərilər) arasında isə yazılı şəkildə İslamın yaran-
dığı dövrə qədər gəlib-çatmışdır. Müsəlman tarixçilər

10

.............................................İlk dövr İslam tarixinin mənbələri

cahiliyyət ərəblərinin soy-kökündən və tarixindən ya-
zarkən bu mənbələrdən də istifadə etmişlər. İslam
tarixində yazılmış ilk “ənsab” əsərlərinin müasir döv-
rə gəlib-çatmış ən qədim nümunələri göstərir ki, mü-
səlman tarixçilər qəbilələrin soy-şəcərəsindən bəhs
edərkən, onların İslamaqədərki tarix mənbələri sayı-
lan şeir, nəsəb və əxbarı birlikdə qeyd edirdilər. İbnül
Kəlbinin (v. 204/819) “Cəmhərətün-nəsəb” və “Nəsə-
bi Məad və’l-Yəmənil-kəbir”; Əbu Übeydin (v. 224/-
838) “Kitabün-nəsəb”; Zübeyrinin (v. 236/851) “Nə-
səbü-Qüreyş”; Zübeyr ibn Bəkkarın (v. 256/870)
“Cəmhərəti-nəsəbi-Qüreyş və əxbariha”; Bəlazürinin
(v. 279/892) “Ənsabül-əşraf”; İbn Düreydin (v. 321-
/933) “əl-İştiqaq” və İbn Həzmin (v. 456/1064)
“Cəmhərətü ənsabil-ərəb” adlı əsərləri kimi, “ənsab”
sahəsində yazılmış əsərlərdə həmin xüsusiyyətləri
görmək mümkündür.

Bundan əlavə, xüsusilə əhalinin köçərilikdən
oturaq həyata keçmə prosesinə parallel olaraq qurulan
Məkkə kimi şəhər-dövlətlərində qəbilədaxili, yaxud
qəbilələrarası müqavilələrin bağlanması və verilən
qərarların yazılması nümunələrinə rast gəlinir. Mən-
bələrdə, xüsusilə Kəbənin divarından asılan bəyanat
xarakteri daşıyan sənədlərə dair nümunələrə də rast
gəlmək mümkündür. Məsələn, İslamdan əvvəl Xüzaə
qəbiləsi ilə Əbdülmüttəlibin rəhbərliyi ilə Haşim-

11

İslam tarixi................................................................................

oğulları arasında Kəbənin içində yazılıb divarına ası-
lan ittifaq sənədi1, Məhəmməd peyğəmbəri himayə
etdiyinə görə, Qüreyşin Haşim və Müttəliboğullarına
qarşı qərar qəbul edib, Kəbə divarından asdığı yazılı
sənədi2 nümunə göstərmək mümkündür.

1.1.2. Qurani-Kərimin gətirdiyi tarix
təsəvvürü

Elmin əhəmiyyətinə dair ayələrin çoxluğu ilə
səciyyələnən Qurani-Kərim müsəlmanları öyrənmə-
yə və araşdırmağa təşviq edərkən, İslam tarixinin tə-
şəkkülünə də bir neçə cəhətdən istiqamət vermişdir.
Qeyd edək ki, Qurani-Kərimin yazılı bir mənbə olma-
sı, keçmişə dair məlumatları, əsasən, dastanvari şifahi
xəbərlərdən ibarət olan ilk müsəlmanların tarix təsəv-
vürünü dəyişdirən mühüm amillərdən biri olmuşdur.
Quran öz məzmununa görə də müsəlmanların tarix
yazıçılığına bir neçə istiqamətdə təsir etmişdir. İlk
növbədə, bəzi surələrdə peyğəmbərlərin nümunəvi
həyatlarından bəhs edən “qissə”lər vasitəsilə keçmiş
millətlərdən də qısaca danışılması müsəlmanlarda di-
gər xalqların tarixini araşdırmaq arzusu yaratmışdır.

Digər tərəfdən, Quranda bəşər tarixinin Adəm
peyğəmbərlə başlaması fikri də müsəlmanların dünya

1 İbn Səd, I, 85.
2 İbn Səd, I, 208-209; Təbəri, II, 335-336.

12

.............................................İlk dövr İslam tarixinin mənbələri

tarixi təsəvvürünün formalaşmasına təsir göstərmiş-
dir. Quran müsəlmanların yalnız keçmiş millətlər
haqqındakı tarix yazıçılığına təsir etməmiş, həm ca-
hiliyyət ərəblərinin, həm də ilk müsəlmanların siyasi,
dini və ictimai vəziyyəti ilə əlaqəli məlumatlar ver-
mişdir. Quran Məhəmməd peyğəmbərin həyatının
Məkkə və Mədinə dövrünə dair bir sıra mühüm hadi-
səyə işarə etməklə, həm “siyər” elminin təşəkkülünə
birbaşa təsir etmiş, həm də onun ilk mənbələrindən
biri olmuşdur.

1.1.3. Məhəmməd peyğəmbər dövrünün
rəsmi yazıları

Məhəmməd peyğəmbər dövründən etibarən,
Qurani-Kərim xaricində dini, siyasi, ictimai və iqtisa-
di cəhətdən əhəmiyyət daşıyan müxtəlif mətnlərin ya-
zılması prosesi də başlanmışdır. Peyğəmbərin Mədi-
nənin fərqli dini və etnik qrupları arasında bağladığı
“Mədinə müqaviləsi” və şəhərin sərhədlərinin təyin
edilərək yazıldığı sənədlər başda olmaqla, Ərəbis-
tanın müxtəlif bölgələrindəki ərəb qəbilələrinə,
həmçinin Bizans, Sasani imperatorluqları, Misir və
Həbəşistan hökmdarları kimi qonşu dövlətlərə gön-
dərdiyi dəvət məktubları, müxtəlif qəbilə və fərdlərə
verdiyi amannamə, əhd və iqta, müxtəlif vergilərin tə-
yin olunması ilə əlaqəli məktublar, ordu komandirləri
və valilərə göndərilən məktubların bir nüsxəsinin qo-

13

İslam tarixi................................................................................

runub-saxlanılması, ümumilikdə, İslam tarixi, xüsusi-
lə siyər əsərlərinin təşəkkülündə mühüm rol oynamış-
dır.3

1.1.4. Peyğəmbərin hədislərinin yazıldığı
səhifələr

Peyğəmbər həyatda ikən Əli ibn Əbu Talib, Ab-
dullah ibn Ömər, Abdullah ibn Əmr ibn As, Ənəs ibn
Malik, Əbu Hüreyrə, eləcə də digər gənc və uşaq sə-
habələrin ondan hədis yazdıqları məlumdur.4 Beləlik-
lə, Qurani-Kərimdən sonra hədislər İslam tarixçi-
liyinə məzmun və metod cəhətdən təsir etmiş ikinci
dini mənbələrdir. Xüsusilə rəvayətlərdə istifadə
olunan “ravi silsiləsi”nə diqqət yetirdikdə, hədislərin
yazılması ilk dövr İslam tarixi metodologiyasını
müəyyənləşdirən mühüm amillərdən biri olmuşdur.
Bir çoxu orijinal şəklinə uyğun müasir dövrə çatma-
maqla yanaşı, bu “səhifələr” hədis və siyər kitabları-
nın ilkin mənbələrini təşkil etmişdir.5

3 Məhəmməd Həmidullah Peyğəmbərin rəsmi yazılarını ilk dövr
mənbələrindən toplayaraq “Siyasi sənədlər” (əl-Vəsaiqüs-siyasiyyə) adı ilə
nəşr etdirmişdir. Məhəmməd Həmidullah, Məcmüatül-vəsaiqis-siyasiyyə
liəhdin-nəbəvi vəl-xilafətir-raşidə, Beyrut: Darün-nəfais, 2001.

4 Geniş məlumat üçün baxın. Mustafa əl-Azami, İlk Devir Hadis
Edebiyatı (tərcümə Hulusi Yavuz), İstanbul: İz yayıncılık, 1993, s. 34-58.

5 Hədislərin İslam tarixində mənbə kimi istifadə olunması metodolo-
giyası ilə əlaqəli baxın. Fuad Sezgin, “İslam tarihinin kaynağı olmak bakı-
mından Hadis’in ehemmiyeti”, İslam Tetkikleri Enstitüsü Dergisi, İstanbul:
İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları, 1957, II/1, s.19-36.

14

.............................................İlk dövr İslam tarixinin mənbələri

1.2. Məhəmməd peyğəmbərin həyatının
yazılması və siyər-məğazi
ədəbiyyatının təşəkkülü

Bir iman mövzusu kimi, Həzrət Məhəmmədin
peyğəmbərliyini, müsəlmanlara nümunə olan şəxsiy-
yətini ön plana çıxaran, həyatından mühüm epizod-
lara işarə edən Qurani-Kərim inanclarının gərəyi ola-
raq müsəlmanları peyğəmbərin tarixini öyrənməyə
təbii şəkildə təşviq etmişdir. Beləliklə, Peyğəmbər
həyatının müxtəlif cəhətləri müsəlmanlar üçün əhə-
miyyət daşımış, onun vəfatından sonra İslam tarixinin
fərqli sahələrinin mövzusuna çevrilmişdir. Bu da öz
növbəsində, Peyğəmbərin tərcümeyi-halı “siyər”,
dövründəki hərbi yürüşlər “məğazi”, söz və davranış-
ları “hədis”, ətrafındakı müsəlmanların qisa avtobioq-
rafiyası “təbəqat”, doğub-böyüdüyü və vəfat etdiyi
şəhərlər “şəhər tarixləri”, İslam vergi hüququnun əsa-
sını meydana gətirən islahatları “xərac” və “əmval”
kimi İslam tarixinin çoxsahəli mənbə əsərlərinin ya-
zılmasına zəmin hazırlamışdır.

Hərfi mənası ərəbcə “bir insanın tərcümeyi-halı,
əxlaqı və xüsusiyyətləri” olan “sirət”in cəmi kimi “si-
yər”, Məhəmməd peyğəmbərin həyatından bəhs edən
tarix sahəsinə və bu mövzuda yazılmış əsərlərə veri-
lən termindir. “Döyüş, döyüş hekayəsi” mənasında
“məğzat” sözünün cəmi olan “məğazi” isə Peyğəm-
bər dövründə baş vermiş hərbi yürüşlərə və bu möv-

15

İslam tarixi................................................................................

zuya dair əsərlərə deyilmişdir. Əksər hallarda Mə-
həmməd peyğəmbərin həyatından bəhs edən əsərlər
dövrünün hərbi yürüşlərini əhatə etdiyi üçün, “məğa-
zi” “siyər” ədəbiyyatına daxil edilmişdir.6

Siyər və məğazi yazıçılığının təşəkkülü nöqteyi-
nəzərindən VII əsrin ortalarından IX əsrin ortalarına
qədərki iki əsr böyük əhəmiyyət daşıyır. Bu dövrdə
siyər və məğazi əsərlərinin məzmunu və üslubu
formalaşmışdır. Həmin dövrün ilk nümunələri Pey-
ğəmbərin həyatından bəhs edən sonrakı əsərlərin həm
məzmununa, həm də üslubuna təsir göstərmişdir. Si-
yər və məğazi əsərlərinin xüsusiyyətlərinə görə bu
dövrü iki qismə ayırmaq olar. 1) Peyğəmbərin vəfa-
tından Əməvilər dövlətinin sonuna qədərki dövr; 2)
Abbasilər dövlətinin birinci əsri.

Peyğəmbərin vəfatından VII əsrin ortalarına qə-
dər siyər və məğaziyə dair rəvayətlər hədis yazıçılığı-
nın tərkib hissəsi kimi yazılmış, hədisçilər siyər və
məğazi rəvayətlərinin toplanmasında və məzmunu-
nun təyin olunmasında mühüm rol oynamışlar. Əmə-
vilər dövrü siyər yazıçılığında Ürvə ibn Zübeyr, Əban
ibn Osman, Şürəhbil ibn Səd, Asim ibn Ömər, Ab-
dullah ibn Əbu Bəkr əl-Xəzrəci (v. 130/747), İbn Şi-
hab əz-Zührinin (v. 124/742) mühüm rolları olmuş-
dur. Bu şəxslərin əsərləri müstəqil şəkildə deyil, Tə-

6 Mustafa Fayda, “Siyer ve meğazi”, DİA, XXXVII, 319.

16

.............................................İlk dövr İslam tarixinin mənbələri

bərinin “Tarix” əsəri daxil olmaqla, sonrakı dövr İs-
lam tarixçilərinin əsərlərində müasir dövrədək gəlib-
çatmışdır.

Abbasilərin hakimiyyətə gəldiyi VIII əsrin orta-
larından siyər və məğazi yazıçılığı daha sürətli və
səmərəli inkişaf mərhələsinə qədəm qoymuşdur. “Ta-
biun”7 nəslinin nümayəndəsi və ilk məğazi müəllif-
lərindən biri Musa ibn Üqbədir (v. 141/758). O, sə-
ləflərinin bu sahəyə dair mətnlərini toplayıb, xronolo-
ji ardıcıllığa görə təsnif etmişdir. Həmçinin siyərin
hədisdən ayrı, tarix elminin bir sahəsi kimi tədqiqinə
öncüllük etmişdir.

Musa ibn Üqbə Cahiliyyət dövrü, ərəb qəbilə-
lərinin nəsəbi və siyərlə əlaqəli çox sayda rəvayətin
yer aldığı “Kitabül-məğazi” adlı əsərində İbn Şihab
əz-Zührinin rəvayətlərinə üstünlük vermişdir. Əsəri-
nin ən mühüm xüsusiyyətlərindən biri, Peyğəmbər
dövrünün mühüm hadisələrində iştirak etmiş şəxslə-
rin adlarının siyahısını verməsidir. Musa ibn Üqbənin
əsəri müstəqil şəkildə müasir dövrə çatmamış, digər
mənbələrdəki rəvayətləri toplanaraq nəşr edilmişdir.8

Abbasilərin birinci əsrində siyər sahəsində özü-
nəməxsus bir cığır açan ən məşhur müəllif İbn İshaq-
dır (v. 151/768). Qasım ibn Məhəmməd ibn Əbu

7 Hədis və tarix yazıçılığında ravi silsiləsində “tabiun” (hərfi mənası
ardınca gələnlər) səhabələrdən sonrakı nəslin nümayəndələrini ifadə etmək
üçün istifadə olunan termindir.

8 Musa ibn Üqbə, əl-Məğazi (thq. M. Baqşiş Əbu Malik), Rabat 1994.

17

İslam tarixi................................................................................

Bəkr, Əban ibn Osman ibn Əffan, Məhəmməd əl-
Baqir, Əbu Sələmə ibn Əbdürrəhman ibn Öfv, Salim
ibn Abdullah ibn Ömər başda olmaqla, çox sayda
səhabə övladından siyər və hədis dərsləri öyrənən İbn
İshaq elmi fəaliyyətinin böyük hissəsini Mədinədə,
bir müddət Misirdə və nəhayət, Abbasi sarayında,
Bağdadda davam etdirmişdir. Abbasi xəlifəsi Mən-
surun böyük etimad göstərdiyi və oğlu Mehdinin
müəllimi təyin etdiyi İbn İshaq xəlifənin sifarişi ilə
“əl-Məğazi” (əl-Mübtədə vəl-məbəs vəl-məğazi –
“Başlanğıc, göndəriliş və qəzvələr”)9 adlı əsərini yaz-
mış, daha sonra xəlifənin təklifi ilə onun müxtəsər
nüsxəsini hazırlamışdır. Raviləri ilə birlikdə hədis,
siyər və məğaziyə dair çox sayda rəvayəti möv-
zularına görə təsnif edib xronoloji ardıcıllıq əsasında
yazan İbn İshaqın siyərinin tam nüsxəsi müstəqil
şəkildə müasir dövrə gəlib-çatmamışdır. Əsər İbn
Hişamın (v. 218/833) “əs-Sirətün-nəbəviyyə” əsərinə

daxil edilmiş10, bundan əlavə, Təbərinin tarix və təf-
sir əsərləri başda olmaqla, digər müəlliflərin əsərlə-
rində müasir dövrədək gəlib-çatmışdır.

İbn İshaqla birlikdə hədis və siyər yazıçılığın-
dakı metod fərqliliyi bir-birindən daha bariz şəkildə
fərqlənmişdir. Belə ki, əksəriyyətlə qısaməzmunlu

9 İbn İshaq, Sirət ibn İshaq: əl-müsəmma bi-Kitabi’l-mübtədə vəl-
məbəs vəl-məğazi (thq. Məhəmməd Həmidullah), Konya 1981.

10 İbn Hişam, əs-Sirətün-nəbəviyyə (thq. Mustafa əs-Səqqa və
digərləri), Dəməşq-Beyrut, 1424/2003.

18

.............................................İlk dövr İslam tarixinin mənbələri

olan, mətndə keçən hadisənin yer və zamanından da-
ha çox nəql edən ravilərin kimliyinin ön planda oldu-
ğu hədislərdən fərqli olaraq, tarix rəvayətlərində za-
man, məkan, iştirak edən şəxslər, səbəb və nəticə da-
xil olmaqla, baş vermiş hadisənin bütünlüyü əsas gö-
türülmüş, ravi silsiləsi daha azəhəmiyyətli sayılaraq,
rəvayətlər bəzən birləşdirilmiş, yaxud ravi silsiləsin-
dəki ilk ravi xaric, digərlərinin qeyd edilməsinə ehti-
yac duyulmamışdır.

Siyər yazıçılığının ilk həqiqi təmsilçisi hesab
edilən İbn İshaq bu sahədə əsər yazan xələflərinin hə-
qiqi ustadı hesab olunmuşdur. İbn İshaqın əsərinin
məzmunu bu gün də davam etdirilən klassik siyər çər-
çivəsini müəyyənləşdirmiş, bir ənənə olaraq, Məhəm-
məd peyğəmbərin həyatından bəhs edən bir çox əsər-
də davam etdirilmişdir. Başda İbn Hişam olmaqla,
İbn Səd, Bəlazüri, Əzraqi, Təbəri kimi əsərlərində
Məhəmməd peyğəmbər dövründən bəhs edən çox
sayda tarixçi onun rəvayətlərinə böyük yer vermişlər.

İbn İshaqın “Kitabül-mübtəda vəl-məbəs vəl-
məğazi” adlı əsərinin müasir dövrə çatmasında IX
əsrdə dilçi və nəsəb alimi kimi şöhrət tapmış İbn Hi-
şamın (v. 218/833) əvəzsiz rolu olmuşdur. İbn Hişam
İbn İshaqın əsərinin bəzi hissələrini qısaldaraq, bəzi
yerlərinə həm tarixi məlumatlar, həm də dilçiliklə
əlaqəli əlavələr artıraraq, yenidən tərtib etmişdir.
Əsər İslam dünyasında, tədricən, İbn Hişamın adı ilə
məşhurlaşmışdır.

19

İslam tarixi................................................................................

Abbasilər dövrünün birinci əsrində siyər və
məğazi sahəsində yazılmış məşhur əsərlərdən biri də
Vaqidinin (v. 207/823) “Kitabül-məğazi” nümunəsi-
dir. Məhəmməd Peyğəmbərin doğumundan vəfatına
qədər həyatından bəhs edən yuxarıda adları qeyd edil-
miş siyər əsərlərindən fərqli olaraq, Vaqidinin Məğa-
zi əsəri, əsasən, Peyğəmbər dövrünün hərbi yürüşlə-
rinin tarixinə həsr olunmuşdur. Vaqidi Məhəmməd
peyğəmbər dövrünün qəzvə və səriyyələrinin qələmə
alınmasında yalnız özündənəvvəlki yazılı mənbələr-
dən istifadə etməmiş, həmin döyüşlərdə iştirak etmiş
şəxslərin qohumları ilə görüşərək əlavə məlumatlar
da toplamışdır. Bundan əlavə o, Mədinə və Məkkə
daxil olmaqla, qəzvə və səriyyələrin baş verdiyi Hi-
caz və ətrafındakı bölgələrə səyahət edərək, hərbi yü-
rüşlərin həyata keçirildiyi yerləri gəzmiş, həmin coğ-
rafiyada apardığı müşahidələrini əsərində əks etdir-
mişdir.11

Siyər və məğazi sahəsində Abbasilərin birinci əs-
rinin adları qeyd olunan təmsilçilərinin təyin etdiyi
məzmun və metodologiya bu sahədə müstəqil əsər ya-
zanlarla yanaşı, “təbəqat” və ümumi İslam tarixi müəl-
lifləri tərəfindən əksər hallarda davam etdirilmişdir.12

11 Vaqidi, əl-Məğazi (thq. Marsden Jones), I-III, Beyrut 1984.
12 Siyər və məğazi sahəsində ərəbcə yazılmış əsərlərin siyahısı üçün
baxın: Fuat Sezgin, Geschichte des Arabischen Schrifttums (GAS), Leiden:
E.J.Brill, 1967, c. I/2, s. 65-117.

20

.............................................İlk dövr İslam tarixinin mənbələri

Ənənəvi siyər və məğazi rəvayətlərindən fərqli
olaraq, hədis və dəlailün-nübüvvə əsərləri kimi müx-
təlif mənbələrdən istifadə etməklə, özündənəvvəlki
müəlliflərə nisbətən daha genişməzmunlu olan Sü-
heylinin (v. 581/1185) “ər-Rövzül-ünf”13, Məqrizinin
(v. 845/1442) “İmtaül-əsma”14 və Şaminin (v. 942-
/1536) “Sübülül-hüda”15 əsərləri təfsilatına görə xü-
susi əhəmiyyətə malikdir.

1.3. Səhabələrin tərcümeyi-halının
yazılması: təbəqat kolleksiyaları

Məzmunu siyər və məğazini özündə ehtiva edən,
lakin onunla məhdudlaşmayan təbəqat, ənsab və təra-
cim əsərləri ilk dövr İslam tarixçiliyinin mühüm mən-
bələrindəndir. Hər hansı bir sahənin məşhur simaları-
nın tərcümeyi-hallarına həsr olunmuş təbəqat əsərləri
arasında İbn Sədin (v. 230/845) “Kitabüt-təbəqatil-
kəbir” adlı kitabı Peyğəmbərin siyər və məğazisindən
bəhs edən ilk təbəqat əsəri olması baxımından dəyərli
bir mənbədir. Bəsrə, Kufə, Məkkə, Mədinə və
Dəməşqdəki elmi fəaliyyətlərindən sonra Bağdadda

13 Süheyli, ər-Rövzül-ünüf fi şərhis-Sirətin-nəbəviyyə li-İbn Hişam, c.
I-VII, y.y. 1390/1970.

14 Məqrizi, İmtaül-əsma bima lin-nəbiyyi minəl-əhval vəl-əmval vəl-
həfədə vəl-məta (thq. Məhəmməd Əbdülhəmid ən-Nəmisi), c. I-XV,
Beyrut, 1420/1999.

15 Şami, Sübülül-hüda vər-rəşad fi sirəti xeyril-ibad (thq. Əbdülmüiz
Əbdülhəmid əl-Cəzzar), Qahirə: əl-Məclisül-əla liş-Şüunil-İslamiyyə, c. I-
XIII, 1427/2006.

21

İslam tarixi................................................................................

məskunlaşan İbn Səd, “Təbəqat” əsərini orada yaz-
mışdır. İbn Səd əsərini iki hissəyə ayırmış, birinci
hissəni Məhəmməd peyğəmbərin həyatına, ikinci
hissəni isə səhabə, “tabiun”, “təbəi-tabiun” nəslinin
və özünün vəfat tarixi olan 845-ci ilə qədərki ravilərin
tərcümeyi-halına həsr etmişdir. Bir tərəfdən, əsərinin
siyər və təbəqat hissələrində hədisçi diqqəti ilə ravi
silsiləsindən istifadə edən İbn Səd, digər tərəfdən,
müəllimi Vaqidi kimi, tarixçi həssaslığı ilə Peyğəm-
bər dövrü səriyyə və qəzvə yerlərini gəzərək müşahi-
dələr aparmışdır.

İbn İshaqın siyər və Vaqidinin məğazi sahəsin-
dəki əsərlərindən sonra, “Kitabüt-təbəqat” bu sahədə
yazılmış ən qədim mənbə olması baxımından əhə-
miyyətlidir. Adları qeyd olunan sələflərinin əsərlərin-
dən istifadə etməklə yanaşı, İbn Sədin onlardan fərqi
mövzuları özünəməxsus təsnif etməsidir. O, əsərlə-
rindən istifadə etdiyi müəlliflər kimi, Məhəmməd
peyğəmbərin Mədinə dövrünü tamamilə xronoloji ar-
dıcıllıq əsasına görə yazmamış, məzmunca yaxın
mövzuları qruplaşdırmışdır. Həmçinin Həzrət Mə-
həmmədin peyğəmbərliyinin dəlilləri ilə əlaqəli sələf-
lərindən daha ətraflı məlumat verən İbn Səd bu əsəri
vasitəsilə sonrakı siyər və məğazi əsərlərinin məz-
mununun çərçivəsini də müəyyənləşdirmişdir.16

16 İbn Səd, ət-Təbəqatül-kübra (thq. İhsan Abbas), I-IX, Beyrut 1968.

22

.............................................İlk dövr İslam tarixinin mənbələri

İbn Sədin “Təbəqat” əsərinin təsiri ilə yazılan
digər təbəqat əsəri Bəlazürinin “Ənsabül-əşraf” kita-
bıdır. Bəlazüri də Abbasi xəlifələri ilə yaxın münasi-
bət qurmuş, Xəlifə Mötəzin oğlunun müəllimi olmuş-
dur. Bəlazüri ənsab və təbəqat növünün ortaq xüsu-
siyyətlərini əks etdirdiyi əsərində Məhəmməd pey-
ğəmbərin mənsub olduğu Qüreyşin Bəni-Haşim qo-
lundan başlayaraq, digər ərəb qəbilələrinə doğru tər-
cümeyi-halını yazdığı şəxsləri ardıcıllıqla sıralamış-
dır. Əsərin birinci cildini təşkil edən siyər hissəsində
Ürvə, Zühri, İbn İshaq və Vaqidi kimi siyər və məğazi
alimlərinin əsərlərindən istifadə edilmişdir.17

Təbəqat əsərlərinin ilk nümunələrini təşkil edən
bu əsərlərdən başqa, Xəlifə ibn Xəyyatın “Kitabüt-
təbəqat”18, İbn Əbdülbərin “əl-İstiab”19, İbnül-Əsirin
“Üsdül-ğabə”20, İbn Həcərin “əl-İsabə”21 adlı əsərlə-
rində də siyər və məğaziyə xüsusi yer ayrılmışdır.
Qeyd etmək lazımdır ki, həmin əsərlərin sadəcə Mə-
həmməd peyğəmbərin həyatı ilə əlaqəli hissəsində
deyil, səhabələrin həyatından bəhs edən qismində də

17 Bəlazüri, Ənsabül-əşraf (thq. Riyaz Zirikli, Süheyl Zəkkar), c. I-XIII,

Beyrut, 1996.
18 Xəlifə ibn Xəyyat, Kitabüt-təbəqat (thq. Süheyl Zəkkar), c. I-II,

Dəməşq: Vizarətüs-səqafə vəs-səyyahə vəl-irşad vəl-qövmi.
19 İbn Əbdülbər, əl-İstiab fi mərifətil-əshab (thq. Əli Məhəmməd əl-

Bicavi), c. I-IV, Beyrut, 1412.
20 İbnül-Əsir, Üsdül-ğabə fi mərifətis-səhabə (thq. Xəlil Məmun Şiha),

c. I-V, Beyrut, 1418/1997.
21 İbn Həcər, əl-İsabə fi təmyizis-səhabə (thq. Əli Məhəmmd Bicavi, c.

I-VIII, Beyrut 1992.

23

İslam tarixi................................................................................

siyər və məğaziyə dair mühüm məlumatlar mövcud-
dur.

1.4. Mədinə və Məkkənin əhəmiyyəti
kontekstində şəhər tarixçiliyi

Şəhər tarixləri, xüsusilə ilk müsəlman cəmiyyə-
tinin doğulub inkişaf etdiyi və İslam mədəniyyətinin
müqəddəs beşiyi sayılan Məkkə və Mədinə haqqında
yazılanlar İslam tarixinin mənbələri arasında özünə-
məxsus yer tutur.22 Bu əsərlərin ən səciyyəvi xüsusiy-
yəti ondan ibarətdir ki, sözügedən nümunələr İslama-
qədərki dövrdən etibarən, həmin şəhərlərin fiziki xü-
susiyyətləri, məbədləri, məscid və mədrəsələri, bazar
və küçələri, şəhərsalma və memarlıq nöqteyi-nəzərin-
dən digər mənbələrdə çox az rastlaşılan məlumatları
ehtiva edir. Haqqında danışılan şəhərin coğrafi və fi-
ziki xüsusiyyətlərindən başqa, həmin əsərlər, xüsusilə
Məhəmməd peyğəmbər başda olmaqla, ilk dövr İslam
tarixinin çox sayda siyasi və ictimai siması haqqında
bioqrafik məlumatları əhatə etdiyinə görə, həm də
siyər sahəsində qiymətli mənbə hesab olunur.

22 Bəzi tarixçilərə görə İslamaqədərki Yəmən və Cənubi Ərəbistan
şəhərlərinə dair rəvayətləri ilə məşhur Übeyd ibn Şəriyyə əl-Cürhüminin
(v. 67/686) Əxbari-Yəmən əsəri, şəhər tarixçiliyi sahəsində yazılmış ilk
nümunələrdən olsa da orijinal şəkli ilə müasir dövrə gəlib çatmamışdır.
Übeyd ibn Şəriyyə, Əxbaru Übeyd ibn Şəriyyə əl-Cürhümi fi əxbaril-
Yəmən və əşarihə və ənsabiha əlal-vəfa vəl-kəmal, Səna 1979. Əzizova,
“Ubeyd b. Şeriyye”, DİA, cild. 42, s. 15-16.

24

.............................................İlk dövr İslam tarixinin mənbələri

Həsən əl-Bəsrinin (v. 110/728) “Fəzilətül-müca-
vərə fi Məkkətil-mükərrəmə” adlı risaləsi23 İslam
dünyasında şəhər tarixi sahəsində müasir dövrə gəlib-
çatan ən qədim mənbə hesab olunur.24 Məkkə tarixinə
dair məşhur əsərlər arasında Əzraqinin (v. 250/865)
“Əxbarü-Məkkə” nümunəsi Kəbə ilə əlaqəli geniş
məlumatlarla yanaşı, şəhərin binalarının kitabələri
haqqında da məlumat verdiyinə görə, mühüm tarixi
mənbə hesab olunur.25 IX əsrdə Məkkə tarixi ilə əla-
qəli yazılmış digər məşhur əsər Fakihinin (v. 272/-
885) “Əxbarü-Məkkə”26 əsəridir. Əsərdə Məkkənin
siyasi və sosial tarixi, topoqrafik xüsusiyyətlərinə dair
zəngin məlumatlardan əlavə, mühüm siyasi, ictimai
və elmi xadimlər haqqında da dəyərli bilgilər veril-
mişdir.

Mədinəli hədisçi və nəsəb alimi Məhəmməd ibn
Zəbalənin (v. 199/814) “Kitabül-Mədinə və əxbarüha”
əsərləri Mədinə haqqında yazılan ən qədim şəhər ta-
rixi mənbələridir.27 Əsərin orijinalı müasir dövrə çat-
masa da, rəvayətləri çox sayda ona istinad etmiş Səm-

23 Həsən Bəsri, Fəzilətül-mücavərə fi Məkkətil-mükərrəmə, İstanbul:
Mətbəəi-Amirə, 1280.

24 Sezgin, GAS, I, 591-594.
25 Əzraqi, Əxbarü Məkkə və ma caə fiha minəl-asar (red. Rüşdi Salih
Mələas), I-II, Beyrut 1416.
26 Fakihi, Əxbaru Məkkə fi qədimid-dəhr və hədisih (red. Əbdülməlik
Abdullah Düheyş), I-VI, Beyrut 1984.
27 Sezgin, GAS, I, 343-344.

25

İslam tarixi................................................................................

hudinin “Vəfaül-vəfa” əsərindən Ferdinand Vüsten-
feld tərəfindən toplanaraq nəşr edilmişdir.28 İbn Şəb-
bənin (v. 262/876) “Tarixül-Mədinətil-münəvvərə”29
əsəri, ümumilikdə, Mədinənin III/IX əsrə qədərki
tarixi haqqında, xüsusilə də şəhərin Məhəmməd
peyğəmbər dövründəki vəziyyəti barədə verdiyi
məlumatlara görə, mühüm mənbə hesab olunur.

Məkkə və Mədinə tarixi üzərinə müstəqil olaraq
yazılmış bu əsərlərdən başqa, xüsusilə Dəməşq və
Bağdad kimi İslam tarixinin ilk əsrlərində paytaxt
olmuş şəhərlərlə əlaqəli geniş əsərlər də yazılmışdır.

V/XI əsrin məşhur hədisçisi və tarixçisi Xətib əl-
Bağdadinin (v. 463/1071) Bağdad şəhərinin quruluşu,
siyasi və sosial tarixindən bəhs etməklə yanaşı, 7831
nəfər məşhur bağdadlının bioqrafiyasını əhatə edən30
“Tarixi-Bağdad” əsəri ənənəvi şəhər tarixindən daha
çox, üçəsrlik Bağdad ensiklopediyası kimi bu
kontekstdə qiymətləndirilə bilər.31

28 Ferdinand Wüstenfeld, Geschichte der Stadt Medina im Auszuge aus
dem arabischen des Samhudi, Göttingen 1860; Çetin, “İbn Zebâle”, DİA,
XX, 458.

29 İbn Şəbbə, Tarixül-mədinətil-münəvvərə (red. Əli Məhəmməd
Dundul, Yasin Saduddin Bəyan), I-II, Beyrut 1996.

30 Casim Avcı, “Târihu Bağdâd”, DİA, XL, 88-89.
31 Bağdadi, Tarixü Bağdad au Mədinətis-səlam, I-XIV, Beyrut t.y.

26

.............................................İlk dövr İslam tarixinin mənbələri

VI/XII əsrdə dəməşqli məşhur hədisçi və tarixçi
İbn Əsakirin (v. 571/1176) “Tarixi-mədinəti-Di-
məşq”32 adlı irihəcmli əsəri də ensiklopedik mahiy-
yətli şəhər tarixi mənbəyi sayılır. Əsər Dəməşq şəhə-
rinin quruluşundan müəllifin vəfatına qədərki siyasi,
sosial və mədəniyyət tarixindən bəhs etməklə yanaşı,
Məhəmməd peyğəmbər, Raşidi xəlifələr, Əməvilər,
Abbasilər, Fatimilər, Səlcuqilər, Zəngilər və Əyyubi-
lər dövləti haqqında da mühüm məlumatlar ehtiva
etməsi baxımından önəmlidir.33

1.5. Xərac və əmval əsərləri İslamın ilk
dövründə iqtisadi və ictimai tarixin
mənbələri kimi

İslam tarixinin qaynaqları arasında termin məna-
sı “torpaq vergisi” olan “xərac” və ümumilikdə, “ver-
gilər” mənasında “əmval” olaraq adlandırılan əsərlə-
rin özünəməxsus yeri var. İslam iqtisadiyyatı tarixinin
birincidərəcəli mənbələrindən olan bu kitablar Mə-
həmməd peyğəmbər dövründən etibarən, müəlliflərin
yaşadıqları dövrədək vergi və torpaq hüququna dair
mühüm məlumatları ehtiva edir.

Cəmiyyətin müsəlman və qeyri-müsəlman fərd-
lərindən alınan zəkat, cizyə, xərac, öşür və s. vergilər-

32 İbn Əsakir, Tarixü mədinəti Diməşq (red. Mühibbüddin Əbu Səid əl-
Əmrəvi, I-LXX, Beyrut 1995.

33 Abdülkerim Özaydın, “Târihu Medîneti Dımaşk”, DİA, XL, 90-92.

27

İslam tarixi................................................................................

lə əlaqəli bu əsərlərdəki məlumatlar, haqqında danışı-
lan bölgənin və dövrün sosial-iqtisadi həyatının
tədqiq olunmasında əhəmiyyətli mənbələrdir. Belə ki,
bu əsərlərdə bölgə və şəhərlərin təbii sərvətləri, ticari
əhəmiyyət daşıyan məşhur malları, əhalinin
məşğuliyyəti, geniş yayılmış peşələr və s. kimi siyasi
tarix ağırlıqlı klassik əsərlərdə nadir rast gəlinən
dəyərli faktlar qeyd olunmuşdur. Bundan əlavə, şəhər
və bölgələrin İslam torpaqlarına daxil edilməsi
prosesi və forması ilə əlaqəli məlumatların da bu
əsərlərin dəyərini artırdığını demək mümkündür.

Abbasilər dövrünün İslam hüquqçusu və ilk baş
qazısı (qazülqüzat) olan kufəli Əbu Yusufun (v.
182/798) Xəlifə Harun ər-Rəşidin (786-809) təklifi
ilə yazdığı “Kitabül-xərac”34 adlı əsəri xüsusi olaraq
torpaq və vergi hüququnu, ümumilikdə isə dövlətin
iqtisadi idarə sistemini əhatə edən mövzularla İslam
tarixinin ilk dövrlərinin sosial-iqtisadi həyatının təd-
qiqində mühüm mənbədir.35 Digər bir kufəli alim
Yəhya ibn Adəmin (v. 182/798) “Kitabül-xərac”36
əsəri də fəthlərdənsonrakı torpaq və vergi hüququ,
dövlət gəlirləri, qeyri-müsəlmanların hüquqi statusu
və dövlətin iqtisadi siyasətini əks etdirən mühüm
mənbədir.

34 Əbu Yusuf, Kitabül-xərac, Beyrut 1399/1979.
35 Cengiz Kallek, “Kitâbü’l-Harâc”, DİA, XXVI, 101-104.
36 Yahya ibn Adəm, Kitabül-xərac (red. Əhməd Məhəmməd Şakir),

Beyrut 1399/1979.

28

.............................................İlk dövr İslam tarixinin mənbələri

İslam tarixinin bu kateqoriyaya aid mənbələri
arasında Abbasilər dövrünün dil, nəsəb, din elmləri
ilə yanaşı, tarix sahəsinin də görkəmli alimi Əbu
Übeyd Qasım ibn Səllamın (v. 224/838) “Kitabül-
əmval”37 əsərinin xüsusi yeri vardır. İslam tarixinin
ilk iki əsrinə aid vergi və torpaq hüququna dair bu
əsərdə Məhəmməd peyğəmbərin hədislərini, səhabə-
lərin və sonrakı İslam hüquqçularının mövzuya dair
qərarlarını ehtiva etməsi baxımından əvvəlki əlaqədar
mənbələrdən daha geniş məlumatlar var. İyirmi ilə
yaxın Tarsus qazılığı vəzifəsini yerinə yetirən Əbu
Übeydin bu əsəri müəllifin yaşadığı III/IX əsrin
iqtisadi həyatı haqqında da birincidərəcəli mənbədir.

1.6. Dünya tarixini yazma təşəbbüsləri və
ümumi tarix əsərləri

Hadisələrin xronoloji ardıcıllığı əsasında yazıl-
mış ümumi tarix əsərləri həm siyər, həm də müəllifin
öz dövrünəqədərki İslam tarixinin mühüm mənbələri
arasındadır. Yuxarıda qeyd olunan İbn İshaqın “Kita-
bül-mübtədə vəl-məbəs vəl-məğazi” adlı “siyər” əsə-
ri, adından göründüyü kimi, Məhəmməd peyğəmbə-
rin həyatından əvvəl Adəm peyğəmbərlə başlayan qı-
sa dünya tarixi təsəvvürü yaratmaqla başlayır. İslam
dünyasında xronologiyaya uyğun yazılmış ümumi

37 Əbu Übeyd, Kitabül-əmval (red. Məhəmməd Əmarə), Qahirə 1989.

29

İslam tarixi................................................................................

tarix kitablarının müasir dövrə gəlib-çatan ilk nü-
munəsi VIII-IX əsrlərdə Bəsrədə yaşamış hədis,
ənsab və tarix alimi Xəlifə ibn Xəyyatın (v. 240/854)
“ət-Tarix”38 əsəridir. Əsəri hicri təqvimi əsasında
xronoloji ardıcıllıqla yazan müəllif, Məhəmməd pey-
ğəmbərin hicrətəqədərki həyatından qısa şəkildə bəhs
etmişdir. Müəllif hicri 1-232-ci illərin (miladi 622-
846-cı) siyasi, sosial hadisələri, döyüşlər, üsyanlar,
mühüm şəxslərin vəfatı, xəlifələrlə yanaşı, mərkəzi
şəhərlərin vali, qazı və digər məsul şəxsləri haqqında
qiymətli bioqrafik məlumatlar vermişdir.39

III/IX əsrin məşhur tarixçisi və ilk müsəlman
coğrafiyaçılardan hesab olunan bağdadlı Əhməd əl-
Yəqubinin (v. 292/905) “Tarixül-Yəqubi”40 adlı əsə-
rinin böyük bir hissəsi İslam tarixi haqqında olmaqla
birlikdə, əsər İslam tarixçiliyində müasir dövrə gəlib-
çatmış ilk ümumi tarix əsəri sayılır. Çünki ümumi
tarix anlayışını müsəlman təqviminin başlanğıcı,
hicrətin birinci ili ilə başladan Xəlifə ibn Xəyyatdan
fərqli olaraq, Yəqubi kitabını yaradılış hadisəsi ilə
başlatmışdır. Yaradılış hadisəsi ilə başlayan əsərdə
Adəm peyğəmbərdən etibarən peyğəmbərlər tarixi,
Süryani, Babil, Assuriya, Hindistan, Çin, Yunanıstan,
Bizans, İran, Türk və Misir hökmdarları, Şimali

38 Xəlifə ibn Xəyyat, ət-Tarix (red. Əkrəm Ziya əl-Öməri), Dəməşq,

1397.
39 Mustafa Fayda, “Halîfe b. Hayyât”, DİA, XV, 301-303.
40 Yəqubi, Tarixül-Yəqubi, I-II, Beyrut t.y.

30

.............................................İlk dövr İslam tarixinin mənbələri

Afrikanın Bərbəri tayfaları, Həbəşistan və İslama-
qədərki ərəblərin tarixi ilə əlaqəli məlumatlar verilir.
Daha sonra Məhəmməd peyğəmbərin anadan olma-
sından etibarən, hicri 259-cu (miladi 872-ci) ilə qədər
İslam tarixi, hadisələrin xronoloji ardıcıllığı əsasında
qeyd olunmuşdur.41

Qeyd olunan bu ilk nümunələrlə yanaşı, İslam
tarixçiliyində dünya tarixi təsəvvürü çərçivəsində ya-
zılmış ən məşhur əsər, şübhəsiz ki, təfsir, hədis, fiqh
və tarix sahəsinin böyük alimlərindən olan
Məhəmməd ibn Cərir ət-Təbərinin (v. 310/923)
“Tarixül-üməm vəl-müluk42 adlı kitabıdır. Müəllif,
yaradılışdan etibarən, hicri 302-ci (miladi 915-ci) ilə
qədərki hadisələri əhatə edən əsərini rəvayət
tarixçiliyi üslubunda yazmış, seçdikləri rəvayətlərin
doğru olduğunu müdafiə edən Vaqidi və Bəlazüri
kimi tarixçilərdən fərqli olaraq, tarixi hadisələrlə
əlaqəli şəxsi fikir və düşüncələrini əks etdirməmişdir.
Hər hansı bir tarixi hadisə, yaxud şəxslə əlaqəli əldə
etdiyi tarixi məlumatları toplayan müəllif, əlaqədar
rəvayətləri ravi silsiləsi ilə birlikdə nəql edərkən,
müəyyən bir seçim etmədiyini, rəvayətləri dəyərlən-
dirməyi oxuculara həvalə etdiyini bildirmişdir. Buna
görə də bəzən fərqli ravilərin nəql etdiyi, bəzən
aralarında ziddiyyət olan rəvayətləri də nəql etmişdir.

41 Murat Ağarı, “Ya‘kûbî”, DİA, XL, 287-288.
42 Təbəri, Tarixüt-Təbəri: Tarixür-rüsul vəl-müluk (red. Əbül-Fəzl
İbrahim), I-XI, Beyrut t.y.

31

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbərin Məkkə və Mədinə
dövrlərinə çox geniş yer verilmiş əsərdə Təbəri, bir
hissəsi müasir dövrə çatmamış siyər və məğaziyə dair
əsərlərdən də istifadə etmişdir. Bu xüsusiyyətlərinə
görə, onun əsəri sonrakı siyər tarixçiləri üçün də mü-
hüm bir mənbə rolu oynamışdır.43

İslam dünyasında X əsrdən etibarən sürətlə inki-
şaf edən ümumi tarix yazıçılığında, əsasən, Abbasilə-
rin paytaxtı olan Bağdad mərkəz rolu oynamışdır.
Dövrün məşhur səyyahı, tarix və coğrafiya alimi Əli
ibn Hüseyn əl-Məsudi (v. 345/956) “Mürucüz-zəhəb
və məadinül-cövhər” əsəri ilə ümumi tarix yazıçılı-
ğında Təbəridən fərqli bir istiqamət müəyyənləşdir-
mişdir. Təbəri kimi Məsudi də əsərini Adəm və digər
peyğəmbərlərlə başlayaraq, hind, Çin, yunan, Roma,
Bizans, İran dövlətləri, türklər, İslamaqədərki ərəblə-
rə dair tarixi hadisələri qeyd etmişdir. Qeyd edək ki,
o, bir neçə məsələdə İslam tarixçiliyinə yenilik gətir-
mişdir. Məsudi, ilk növbədə, əsərini yazarkən istifadə
etdiyi mənbələr daxil olmaqla, özündənəvvəlki əsər-
lərə tənqidi yanaşmağın vacibliyini irəli sürmüşdür.
Bundan əlavə, Məsudi siyasi tarixə üstünlük verən sə-
ləflərindən fərqli olaraq, iki hissəyə ayırdığı əsərinin
birinci hissəsini ensiklopedik mahiyyətdə yazmış,
haqqında bəhs etdiyi dövlət və millətlərin siyasi tarixi
ilə yanaşı, sosial tarixi və mədəniyyət ünsürlərinə dair

43 Mustafa Fayda, “Târihu’l-Ümem ve’l-Mülûk”, DİA, XL, 92-94.

32

.............................................İlk dövr İslam tarixinin mənbələri

mühüm məlumatlara da yer vermişdir. Dövrünün
məşhur coğrafiyaçısı olan Məsudi tarix əsərində dün-
yanın əsas coğrafi ünsürləri, dənizlər, adalar, çaylar,
dağlar, bölgələrin flora və faunası haqqında da mü-
hüm məlumatlar vermişdir. İslam dünyasından kənar-
da da bir çox bölgəni gəzmiş səyyah kimi o, həm mü-
şahidələri, həm də həmin bölgələrdə mütəxəssislərlə
görüşlərindən əldə etdiyi məlumatlarla onların inanc-
ları, adət-ənənələri, folkor və mədəniyyətinin digər
sahələrinə dair geniş məlumatlar vermişdir. Bu xüsu-
siyyətinə görə Məsudi, İslam tarixçisindən daha çox
dünya tarixçisi olaraq qəbul edilmişdir. Məsudinin
əsərinin ikinci hissəsində Məhəmməd peyğəmbər
dövründən etibarən, Abbasi xəlifəsi Fəzl ibn Cəfər
(946-974) dövrünə qədər İslam tarixi xronologiya
əsasında yazılmışdır.44

Məsudidənsonrakı dövr İslam tarixçiliyi, əsasən,
iki istiqamətdə davam etmişdir:

1) Siyasi tarixə üstünlük verməklə hadisələri
xronoloji ardıcıllıqla qeyd edən Təbəri məktəbinin rə-
vayətçi tarixçiliyi;

2) İslam coğrafiyasının xaricindəki millət və
dövlətlərin siyasi, sosial və mədəniyyət tarixinə dair
məlumat verən, siyasi tarixin xronoloji ardıcıllığında
rəvayətlərin dəyərləndirilməsinə üstünlük verən Mə-
sudi məktəbinin tənqidi tarixçiliyi.

44 Casim Avcı, “Mes‘ûdî, Ali b. Hüseyin”, DİA, XXIX, 353-355.

33

İslam tarixi................................................................................

Rəvayətçi tarix məktəbinin Təbəridənsonrakı
əsas təmsilçisi Zəngilər (1127-1233) və Əyyubilər
(1171-1462) dövrünün məşhur tarix və hədis alimi
İzzəddin İbnül-Əsir (v. 630/1233) olmuşdur. Orta əsr-
lərdə İslam tarixinin ən etibarlı və əhatəli mənbələ-
rindən hesab olunan “əl-Kamil fit-tarix”45 adlı əsərinə
yaradılış tarixi ilə başlayan İbnül-Əsir qədim millət
və dövlətlər haqqında məlumat verdikdən sonra, İs-
lam tarixini Məhəmməd peyğəmbərdən etibarən, hic-
ri 628-ci (miladi 1231-ci) ilə qədər xronoloji ardıcıl-
lıqla davam etdirmişdir. İbnül-Əsir İslam tarixinin
hicri 302-ci (miladi 905-ci) ilə qədərki hadisələrini
Təbərinin “Tarix” əsəri əsasında yazsa da, sələfinin
qeyd etdiyi rəvayətlərin ravi silsiləsini çıxarmış, eti-
bar etmədiyi rəvayətləri qeyd etməmiş, yeni rəvayət-
lər əlavə etmiş, bəzi rəvayətləri şərh edərək haqqında
bəhs etdiyi tarixi hadisələri səbəb-nəticəsinə görə
təhlil etmişdir. İstifadə etdiyi mənbələrin geniş əhatə-
si və rəvayətləri təhlil edərək seçməsinə görə, “əl-
Kamil fit-tarix” Orta əsrlər İslam tarixinin ən geniş-
mənbəli və ən mötəbər əsəri hesab olunmuşdur.46

İslam tarixçiliyinin ikinci istiqaməti – Məsudi ilə
başlayan tənqidi tarixçilik isə Büveyhilər (932-1062)
dövrünün məşhur əxlaq fəlsəfəçisi və tarixçisi İbn
Miskəveyh (v. 421/1030) tərəfindən “Təcaribül-

45 İbnül-Əsir, əl-Kamil fit-tarix (red. Abdullah əl-Qazi), I-XI, Beyrut

1415.
46 Abdülkerim Özaydın, “el-Kâmil”, DİA, XXIV, 281-283.

34

.............................................İlk dövr İslam tarixinin mənbələri

üməm”47 əsəri ilə inkişaf etdirilmişdir. İbn Miskə-
veyh də rəvayətçi məktəbin davamçısı İbnül-Əsir ki-
mi əsərində Təbərinin “Tarix” kitabından geniş istifa-
də etmişdir. İbn Miskəveyh əsərinə Nuh tufanını qeyd
etməklə başlasa da, hər iki tarixçidən fərqli olaraq,
haqqında dəqiq mənbələri olmadığı üçün tarixi dəyər
daşımadığı düşüncəsindən çıxış edərək, peyğəmbər-
lər tarixinə xüsusi yer verməmişdir.48 Hicri 372-ci
(miladi 983-cü) il hadisələrinə qədər dünya tarixini
əhatə edən əsərdə, müasir dövrə çatmamış bəzi mən-
bələrdən istifadə edildiyinə görə, həmçinin müəllifin
özünün yaşadığı Büveyhilər dövləti ilə əlaqədar sözü-
gedən mənbə birincidərəcəli tarix məxəzi kimi qiy-
mətlidir.

47 İbn Miskəveyh, Təcaribül-üməm (red. Əbül-Qasım Emami), I-VI,
Tehran: Suruş, 2001/1421.

48 Bununla birlikdə müəllif peyğəmbərlər dövrü ilə əlaqəli mənbələrə
yanaşmasını əsərin ilk hissəsini meydana gətirən İran tarixinə qarşı gös-
tərməmişdir. Beləliklə İbn Miskəveyh Şahnamənin əfsanəvi krallarından,
Pişdadilər sülaləsinin ikinci hökmdarı Huşəngin (30-70) dövrü ilə başla-
yaraq İran mərkəzli dünya tarixi yazmağa çalışmışdır. İlyas Akyüzoğlu,
İbn-i Miskeveyh ve Tarih Anlayışı, Ankara Üniversiteti Sosial Elmlər İns-
titutu, Ankara 2003, s. 39-40.

35

İslam tarixi................................................................................



Фясил 2

Исламагядярки яряблярин
сийаси вя игтисади вязиййяти



36

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

2.1. Ərəbistan yarımadasının coğrafi
xüsusiyyətləri

Asiya, Avropa və Afrika qitələrinin kəsişmə
nöqtəsində üç tərəfdən dəniz ilə əhatə olunan Ərəbis-
tan yarımadası üç milyon kvadrat-kilometrdən çox
sahəsi ilə dünyanın ən böyük yarımadasıdır. Ərəbis-
tan yarımadası Səudiyyə Ərəbistanı, Yəmən Respub-
likası, Oman, BƏƏ, Qətər, Bəhreyn və Küveytlə ya-
naşı, İordaniya və İraqın bir hissəsini əhatə edir. Ha-
zırda yarımada zəngin neft və qaz yataqları sayəsində
regionda mühüm geosiyasi mövqeyə sahibdir.

İslamın yaranması və yayılmasında mərkəz rolu
oynamasına görə, İslam tarixində mühüm yerə malik
olan Ərəbistan şərqdə Fars və Oman körfəzi, cənubda
Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz və
Əqəbə körfəzi ilə əhatə olunmuşdur. Ərəbistan yarım-
adası strateji əhəmiyyəti olan bir coğrafiyada, ölkə-
lərarası və qitələrarası ticarətin, dəniz və quru yolla-
rının qovşağında yerləşir. Buna baxmayaraq, Ərəbis-
tan yarımadasında coğrafi xüsusiyyətlərinə görə, tari-
xən qonşu bölgələrlə müqayisədə mərkəzi və qüdrətli
dövlətlər qurulmamış, həmçinin bəzi bölgələri istisna
olmaqla, bütünlükdə yadelli işğallara da məruz qal-
mamışdır.

37

İslam tarixi................................................................................

Ərəbistan yarımadasının siyasi xəritəsi

Yarımada təbii sərhədlərlə dörd coğrafi hissəyə
bölünür. Qərbdə Qırmızı dəniz sahilindəki Tihamə,
ondan şərqdə yerləşən Hicaz, daha şərqdə və yarım-
adanın mərkəzində Nəcd, yarımadanın cənub-qərbin-
də isə Yəmən yerləşir. Məhsuldarlığı və təbii sərvət-
ləri baxımından Yəmən istisna olmaqla, böyük hissəsi

38

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

səhralarla örtülmüş, daimi axan çayları olmayan və
illik yağış miqdarı az olan yarımadada yaşıl vahələr
çox deyildir. Azsaylı məhsuldar torpaqlarına baxma-
yaraq, əsrlər boyu Hicazda xurma, Yəməndə və Yə-
mamədə buğda, Taifdə üzüm kimi məhsullar yetişdi-
rilmişdir.

Ərəbistan yarımadasının fiziki xəritəsi

39

İslam tarixi................................................................................

2.2. İslamaqədərki dövrdə Ərəbistanda
yarımadasında siyasi vəziyyət

Ərəbistan yarımadasının ərazisinin böyük hissə-
sinin məhsuldar olmaması, təbiətinin sərtliyi, nəqliy-
yatının çətinliyi, dini və siyasi birliyin olmaması bu-
rada güclü dövlətlərin ortaya çıxmasına və uzun-
ömürlü siyasi təşkilatların yaranmasına mane olmuş,
bu da bölgədə siyasi və ictimai xaosun davam etmə-
sinə rəvac vermişdir. İslamdan əvvəl Ərəbistan ya-
rımadasının bəzi bölgələrində, əsasən də cənub və
şimaldakı “bərəkətli” torpaqlarda dövlətlər qurulmuş,
qonşu dövlətlərlə siyasi, hərbi və iqtisadi münasibət-
lər yaradılmışdır. Əslən Cənubi Ərəbistanın Yəmən
bölgəsindən olan Qəssanilər yarımadanın şimalında
məskunlaşmış, burada Bizans hakimiyyəti ilə yaxın
münasibətləri olan xristian dövləti qurulmuşdur.

Qəssanilər kimi, Cənubi Ərəbistandan şimala
köçən və əkinçiliyə əlverişli olan Hirə şəhəri yaxınlı-
ğında məskunlaşan Ləxmilər, yaxud hirəlilər isə
siyasi və idari cəhətdən Sasani imperatorluğuna bağlı
idilər. Ləxmilər Sasanilərin, Qəssanilər isə Bizans or-
dusunda köməkçi rollar oynamışlar. Şübhəsiz ki, bu
dövlətlərin hər biri, din sahəsi başda olmaqla, qonşu
mədəniyyətlərin təsirinə məruz qalmışdır. Bundan
əlavə, bu dövlətlərin gücləri və hərbi nüfuzları nə
qədər böyük olsa da, böyük siyasi güclər üçün bufer
dövlət rolu oynadıqlarına görə, siyasi cəhətdən
onların dəstəyindən asılı idilər. Şimali Ərəbistanda

40

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

qurulan bu yarımüstəqil dövlətlərdən fərqli olaraq,
yarımadanın cənubunda əkinçiliyə və yaxud ticarətə
əlverişli geosiyasi əhəmiyyəti olan bölgələrdə qurul-
muş Main, Səbə və Himyər kimi müstəqil dövlətlər
də uzun müddət siyasi müstəqilliklərini davam etdirə
bilməmişlər.

2.2.1. Cənubi Ərəbistanda qurulan dövlətlər
Məin: B.e.ə. 1400-650-ci illərdə Yəməndə
qurulmuş Məin Krallığının paytaxtı, hazırkı Səna
şəhəri yaxınlığındakı Məin şəhəri idi. Numizmatik
materiallar göstərir ki, Ərəbistan yarımadasında sikkə
ilk dəfə Məin Krallığında düzəldilmişdir. Geostrateji
əhəmiyyətli bölgədə yerləşən Məin dövləti,
yarımadanın şimalı ilə cənubu arasında ticarət
əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Çin
və Hindistandan gələn malların, xüsusilə Suriya,
Fələstin və Misirdə satılması ölkə iqtisadiyyatının
inkişafında mühüm rol oynayırdı.
Səbə: Səbə dövləti Məin Krallığının süqutundan
sonra, bölgədə qurulmuş mühüm dövlətlərdən digəri-
dir. Hazırkı Səna şəhərinin şərqində yerləşən Mərib
şəhəri Səbə dövlətinin paytaxtı olmuşdur. Şimali
Ərəbistandan Afrikaya qədər beynəlxalq ticarətlə
məşğul olan səbəlilər Mərib, Nəcran, Qürab və digər
böyük şəhərlərdə xarabalıqları müasir dövrümüzə
qədəq gəlib-çatmış saray, məbəd və qalalar inşa
etmişlər. Həmçinin Səbə dövləti, xüsusilə məhsuldar

41

İslam tarixi................................................................................

torpaqları sayəsində əkinçiliyi inkişaf etdirmiş, bu
məqsədlə də çoxsaylı su bəndləri inşa etdirmişdir.
Qurani-Kərimdə “seylül-ərim” kimi qeyd olunan,49
selin yıxdığı “Səbə bəndi”, yaxud “Ərim bəndi”
adlandırılan Mərib bəndi ölkənin su mühəndisliyi sa-
həsindəki inkişafını göstərir. Bundan əlavə, Qurani-
Kərimin 34-cü surəsi “Səbə” adlandırılır. B.e.ə. 750-
115-ci illər arasında mövcud olmuş Səbə dövləti
Himyəri qəbiləsinin lideri Yəşərha ibn Yəhdubun “Zu
Reydan” ünvanı ilə özünü kral elan etməsi nəticəsin-
də b.e.ə. 115-ci ildə tarixi yaddaşlara həkk olunmuş-
dur.50

Himyərilər: Himyərilər qısa müddətdə Qəhtani
ərəblərə məxsus olan paytaxt Reydanı və Zəfar şəhə-
rini, eləcə də Cənubi Ərəbistanın böyük bir hissəsini
ələ keçirdilər. Sələflərindən fərqli olaraq, ticarətə və
əkinçiliyə üstünlük verən himyərilər, siyasi geniş-
lənməyə meyilli olduqları üçün III əsrin sonlarına
yaxın, artıq Həzrəmövt və Mərkəzi Ərəbistana qədər
ərazilərini genişləndirmiş, İslamaqədərki dövrdə
Cənubi Ərəbistanın hərbi cəhətdən ən güclü dövlətinə
çevrilmişdilər. Aralıq dənizi ilə Çin və Hindistandan
gələn ticarət mallarının dəniz və quru ticarətində mü-
hüm rol oynayan Himyəri dövləti Dəba, Mehrə,

49 Səbə 34/ 15-16.
50 Cavad Əli, əl-Müfəssəl, II, 510-590; İsmail Yiğit, “Sebe”, DİA,
XXXVI, 241-243.

42

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

Ədən, Səba və digər yarmarkalar sayəsində Ərəbis-
tanın ticari həyatında mühüm rol oynayırdı. Xristian
Bizans ilə Zərdüşt Sasani dövlətinin dini və iqtisadi
siyasəti, IV əsrdə isə Xristianlıq və Yəhudilik arasın-
dakı rəqabət bölgənin siyasi sabitliyinin pozulmasın-
da mühüm rol oynamışdır. Yəhudiliyi qəbul edən
sonuncu Himyəri hökmdarı Zu Nüvasın xalqı da
Yəhudiliyi qəbul etməyə məcbur etməsi, etiraz bil-
dirən çoxsaylı xristianı Qurani-Kərimdə “ühdud” ola-
raq keçən51 quyularda diri-diri yandırması nəticəsin-
də, 525-ci ildə Həbəşistanın Aksum Krallığının ordu-
su komandir Əryatın başçılığı ilə Yəməni ələ keçirib
Zu Nüvası qətlə yetirdi. Beləliklə, Himyəri dövlətinin
varlığına son qoyuldu. Həbəşistan hakimiyyətinin
yarım əsrə yaxın davam etdiyi Yəməndəki Efiopiya
valisi Əbrəhə bölgədə Xristianlığın nüfuzunu artır-
maq məqsədilə Səna şəhərində böyük kilsə inşa etdir-
di. Daha sonra ərəblərin Kəbəyə Həcc ziyarətinin
qarşısını almağa çalışsa da, uğur əldə etmədiyi üçün
böyük bir ordu ilə Məkkəyə doğru istiqamət aldı.
Qurani-Kərimin “Fil” surəsində qeyd olundğu kimi,
bu təşəbbüsü də nəticəsiz qaldı.52

Həbəşistanın Yəmən valilərinin idarəsindən na-
razı olan yəmənlilər, Sasani hökmdarı I Xosrov Ənu-
şirəvanın dəstəyi ilə Himyəri sülaləsinə mənsub olan

51 Büruc 85/4-9.
52 İbn Səd, I, 70-72; İbn Hişam, s. 60-61; Təbəri, II, 132.

43

İslam tarixi................................................................................

Seyf ibn Zu Yəzəni hakimiyyətə gətirdilər. Az keç-
miş, onun qətl edilməsi nəticəsində, bölgənin haki-
miyyəti İslamın yayılmasına qədər Sasani dövlətinə
keçdi. Sasanilərin Yəməndəki son valisi Bazan,
7/629-cu ildə müsəlman olaraq İslam dövlətinin böl-
gədəki ilk valisi oldu.53

2.2.2. Şimali Ərəbistanda qurulan dövlətlər
Nəbati: – B.e.ə. IV əsrdə Əqəbə körfəzi ilə Ölü
dəniz arasında qurulmuş Nəbati dövlətinin paytaxtı
Petra şəhəri idi. Müəyyən bir müddət siyasi coğrafi-
yası Qırmızı dənizdən Fərat çayına qədər genişlən-
dirilən Nəbati dövləti Şimali Hicazı da hakimiyyətinə
keçirmişdi. Şimali və Cənubi Ərəbistan arasındakı
karvan ticarətində böyük təsiri olan Nəbati dövləti,
həmçinin Roma imperatorluğu ilə səhra xalqı arasın-
da bufer zonası rolunu oynayırdı. Əhalisinin əksəriy-
yəti köçəri olan Nəbatilər, yalnız metalqayırma kimi
oturaq cəmiyyətlərə məxsus peşələri öyrənməklə
daimi məskunlaşma həyatına uyğunlaşa bilmişdilər.
Roma imperatorluğu ilə siyasi və iqtisadi münasibət-
ləri pozulan Nəbati Krallığı 106-cı ildə imperator
Trayan tərəfindən süquta uğradıldı.54

53 Yəhya ibn Adəm, s. 119; İbn Hişam, s. 1081-1082; Bəlazüri, Fütuh,
s. 83; Təbəri, III, 120-121; Əbu Übeyd, Kitabül-əmval, s. 100.

54 Təbəri, Tarix, I, 197-207; Cavad Əli, əl-Müfəssəl, III, 5-10.

44

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

Nəbatilərin paytaxtı Petrada qaya məzarı (İordaniya)

Tədmür: Paytaxtı Dəməşqin 260 km şimal-şər-
qində yerləşən, Palmira da adlandırılan Tədmür şəhə-
ri Tədmür dövlətinin tərkibində, xüsusilə II-III əsrlər-
də ən parlaq dövrünü yaşamışdır. Beynəlxalq ticarət-
də mühüm rol oynayan ölkədə, kitabələri ilə birlikdə

45

İslam tarixi................................................................................

xarabalıqları müasir dövrə gəlib-çatan möhtəşəm bi-
nalar inşa edilmişdir. Ən məşhur hökmdarı Odenat
(Üzeynə) və hakimiyyətə ondan sonra gələn kraliça
Zenobiadır (Zeynəb). Roma imperatoru Aurrelien
272-ci ildə Tədmürü işgal edib, kraliça Zeynəbi Ro-
maya əsir aparması ilə Tədmür Krallığı süqut etmiş-
dir. Bizans imperatorluğu dövründə bölgədə Xristian-
lıq yayılmış, xüsusilə I Yustinian (527-565) dövründə
abadlaşdırılaraq kilsə tikdirilmiş, 13/634-cü illərdə
Xalid ibn Vəlid tərəfindən fəth olunana qədər bölgə
Bizans hakimiyyətində qalmışdır.55

Qəssani: Əslən yəmənmənşəli Qəhtani ərəbləri-
nə mənsub olan Qəssanilər III əsrdə Suriyaya köç-
müş, Cəfnə ibn Əmrin başçılığı altında paytaxtı Də-
məşq olan bir dövlət qurmuşdular. Bizansın təsiri ilə
Sasanilərlə və Hirədə dövlət quran Ləxmilərlə müba-
rizə aparmışlar. II Haris ibn Cəbələnin (529-569) ha-
kimiyyəti dövründə Bizansla olan münasibətləri ən
parlaq dövrünü yaşayan Qəssanilər, daha sonralar da
bu imperatorluğun müttəfiqi kimi qalmaqla yanaşı,
bəzi siyasi anlaşılmazlıqlar səbəbindən münasibətləri
zəifləmişdir. VII əsrin əvvəllərində Bizansla Sasani
imperatorluqları arasında baş vermiş uzunmüddətli
müharibələrdə Bizansın müttəfiqi olaraq göstərdikləri
hərbi dəstək nəticəsində Qəssanilər zəiflədilər. Bi-
zans-İslam mübarizəsində 15/636-cı ildə baş vermiş

55 Təbəri, Tarix, I, 618-621; Cavad Əli, əl-Müfəssəl, III, 76-141.

46

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

Yərmük döyüşündə 12000-lik ordu ilə müsəlmanlara
qarşı savaşan Qəssanilər məğlub olaraq, İslam haki-
miyyətinə daxil olmuşdular.56

Hirə (Ləxmi): Mərib bəndinin dağılmasından
sonra Qəhtanilərin bir qolu olan Ləxmilərin Cüzam,
Amilə və Tənux qəbilələri ilə birlikdə, III əsrdə
Şimala köçərək Hirə şəhərində qurduqları bu dövlət,
qurucu qəbilənin və paytaxt şəhərin adı ilə Ləxmilər
və yaxud Hirəlilər olaraq tanınır. İlk hökmdarı Əmr
ibn Ədi olan Hirə dövləti Sasanilərin vassalı kimi
Bizansa qarşı mübarizə aparmışdır. Onun oğlu
İmriülqeys (288-328) dövlətin ən qüdrətli hökmdarı
sayılıb Sasanilərə paralel olaraq Bizansla ittifaq qur-
muşdur. Havranda tapılmış məzarındakı kitabələrin
də göstərdiyi kimi, İmriülqeys Sasani və Bizans
dövlətlərinin vəkili olaraq qəbul edilmişdir. Dövlətin
digər qüdrətli hökmdarları olan III Münzir (506-554)
və III Nüman ibn Münzir (580-602) bir sıra məşhur
şairlərlə, o cümlədən Nabiğə əz-Zübyani ilə yaxından
təmasda olduqlarından, həmin hökmdarlar haqqında
məlumatlar daha çoxdur. Hirədə Sasanilərin təsiri ilə
yayılmış Məcusilik, Maniheizm və Məzdəkiliklə ya-
naşı, Ərəbistan yarımadasının böyük hissəsində ha-
kim olan Bütpərəstlik, mənsubları az sayda olmaqla
Yəhudilik və daha erkən dövrlərdən Xristianlıq

56 Təbəri, III, 378-380; Cavad Əli, əl-Müfəssəl, III, 400-410; Ahmet
Ağırakça, “Gassaniler”, DİA, XIII, 397-398.

47

İslam tarixi................................................................................

mövcud idi. Hakim təbəqə arasında Xristianlığın daha
geniş yayıldığı Hirə VI əsrin sonlarına yaxın Nəsturi
məzhəbinin mərkəzi rolunu oynamağa başladı. Bey-
nəlxalq ticarətlə yanaşı, əkinçilik və heyvandarlığın
da inkişaf etdiyi ölkənin, xüsusilə Hirə və Ənbar
şəhərləri tibb, fəlsəfə elmi və mədəniyyətin digər
sahələri baxımından inkişaf etmişdi. Hirəlilər 613-cü
ildə Sasanilərin hakimiyyətinə daxil olmuş, 633-cü
ildə isə Xəlifə Əbu Bəkrin hakimiyyəti dövründə
Xalid ibn Vəlidin komandirliyindəki ordu tərəfindən
fəth edilmişdir.57

Kində. Mənşəcə Qəhtani qəbiləsinə aid edilən
Kindəlilər Şimali və Mərkəzi Ərəbistanda hökm sür-
müş, III əsrdən etibarən Nəcd bölgəsində, daha sonra
Mesopotamiya, Fələstin və Suriyanı əhatə edən geniş
bir sahədə məskunlaşmışdır. “Akilül-mürar” ləqəbli
Hücr ibn Əmr tərəfindən 480-ci ildə Himyəri dövləti-
nin tərkibində qurulan Kindənin ilk paytaxtı Qəryə-
tül-Fav şəhəri olmuşdur. Hücrdən sonra hakimiyyətə
keçən oğlu Harisin zamanında (490-528), VI əsrin
əvvəllərində kindəlilər müstəqillik qazanaraq inkişaf
etdilər. Bizans imperatoru I Anastasi ilə 502-ci ildə
müqavilə bağlayan Haris, 525-ci ildə Bəkr və Təğlib

57 Təbəri, Tarix, III, 343-350; Cavad Əli, əl-Müfəssəl, III, 155-300;
M.J. Kister, “al-Hira: Some Notes on its Relations with Arabia”, Arabica,
XV, Leiden: 1968, s. 143-169; Mehmet Ali Kapar, “Lahmiler”, DİA,
XXVII, 54-55.

48

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

qəbilələrinin də yardımı ilə hirəliləri məğlub etdi.
528-ci ildə isə Hirə Kralı III Münzirə məğlub olan
Kində dövləti ilə müttəfiqlərinin qurduğu ittifaq
dağıldı. Taxtdan imtina edən III Münzir torpaqlarını
dörd oğlu arasında böldü. Əvvəlki gücünü itirmiş
Kində dövləti İslam fəthlərinə qədər bir əsrə yaxın
müddətdə Bizansın müttəfiqi olaraq mövcudiyyətini
davam etdirdi. Kindəlilər arasında Xristianlıqla yana-
şı, Yəhudilik və Məzdəkilik də mövcud olmuşdur.58

2.3. İqtisadi həyat və ticarət
Ərəbistan yarımadası Orta əsrlərdə dünya ticarə-
tinin məşhur istehlak mallarının əsas istehsalçısı ol-
mamışdır. Bununla yanaşı, yarımada geosiyasi möv-
qeyinə görə həm qurudan, həm də dəniz vasitəsilə
Şərq-Qərb ticarətində müstəsna rol oynamışdır. Cə-
nubda Məan, Səbə və Himyər, şimalda Qəssani və
Hirə dövlətlərinin iştirakı ilə Hindistan, Çin, Meso-
potamiya, Suriya, Misir, Həbəşistan və Bizans arasın-
da yaranan qədim ticari münasibətlərə59 yarımadanın

58 Təbəri, Tarix, II, 89-90, III, 138-140; Cavad Əli, əl-Müfəssəl, III,
315-385; Müstafa Sabri Küçükaşçı, “Kinde”, DİA, XVI, 37-38.

59 İslamaqədərki dövrdə ərəb yarmarkalarının ticari əhəmiyyəti üçün
baxın. Jones, “Asian Trade in Antiquity”, Islam and the Trade of Asia (ed.
D. S. Richards), s. 1-10; Crone, Meccan Trade, s. 12-50; Mahmud İbrahim,
s. 13-33; Heyd, Yakın-Doğu Ticaret Tarihi, s. 11 vd.; Hitti, İslâm Tarihi, I,
79-80 vd.

49

İslam tarixi................................................................................

dörd tərəfində təşkil olunan və bölgənin iqtisadi vəh-
dətini təmin edən yarmarkaların da rolu əlavə olun-
malıdır. Hicazdan bəhs edərkən, təfsilatlı şəkildə
qeyd olunacağı kimi, yarımadanın iqtisadi inkişafında
V əsrin sonlarından etibarən, Məhəmməd peyğəmbə-
rin ulu babası Haşim və qardaşlarının təşəbbüsü ilə
təşkil olunan və “ilaf” adlandırılan beynəlxalq ticarət
səfərlərinin böyük rolu olduğu mənbələrdə qeyd edi-
lir.60

Avropa, Afrika və Asiya ölkələri arasında ticarət
körpüsü vəziyyətində olan Ərəbistanın böyük ticari
əhəmiyyəti var idi. Bu bölgə həm də Qərb (Bizans)
ilə Şərq (Sasani) arasında tranzit coğrafi mövqeyə
malik idi. Cənubdan şimala gedən karvanlar Ərəbis-
tan yarımadasından keçirdi. Qədim zamanlardan
etibarən, müqəddəs bir məkan kimi qəbul olunan və
insanların ziyarət yeri olan Kəbə, Ərəbistanda ticarə-
tin inkişafında və iqtisadi dirçəlişdə mühüm rol
oynayırdı. İlin hər fəslində davam edən zəvvar axını,
Kəbənin ziyarəti, karvan ticarəti, Məkkə başda ol-
maqla, Hicaz əhalisinin ən əhəmiyyətli peşəsi və qa-
zanc yolu oldu. Savaşmağın və qan tökməyin haram

60 Haşim və qardaşlarının təşəbbüsü ilə qurulan “İlaf”la əlaqəli baxın.
İbn Həbib, əl-Münəmməq, s. s. 41-48; həmin müəllif, əl-Mühəbbər, s. 162-
164; İbn Hişam, s. 135; İbn Səd, I, 75-76; Təbəri, Tarix, II, 252; Şami, I,
316-317.

50


Click to View FlipBook Version