The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by orkhanjamilli, 2021-07-08 02:46:14

İslam tarixi (Elnurə Əzizova)

İslam tarixi (Elnurə Əzizova)

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

ibn Müdrikənin Kəbənin içində ucaltdığı rəvayət olu-
nan Hübələ133 ehtiram göstərilməsinin səbəblərindən
biri qarşısına qoyulmuş “əzlam”134 adlandırılan fal
oxları idi. Bütpərəst ərəblər ticarətlə məşğul olmaq,
səfərə çıxmaq, müharibə etmək məsələlərində qərar
verərkən, su quyusunun yerini, uşağın nəsəbini, qan-
bahasının miqdarını təyin edərkən və bunun kimi di-
gər mühüm məsələlərin həllində həmin fal oxlarına
müraciət edirdilər. Verilən qərar oxların üzərindəki
təsdiqləyici, qadağanedici yazılardan və digər əlaqə-
dar sözlərdən asılı olurdu.135

Kəbə ətrafındakı bütlər arasında digər qəbilələ-
rin sitayiş etdiyi bütlər də var idi. Qüreyş qəbilələrin
öz bölgələrində müxtəlif xammaldan hazırlayaraq si-
tayiş etdikləri bütlərin bir nümunəsini Kəbənin ətra-
fına yerləşdirir, beləliklə, həmin qəbilələrin Kəbəyə
rəğbətini artırmağa çalışırdı.

Bütpərəst ərəblərin əsas inanc və ibadətəri büt-
lərə dua və səcdə etmək, nəzir demək, qurban kəs-
mək, onları təvaf etmək idi. İbadətlər, əsasən, sağlam-
lıq, var-dövlət, çox sayda oğul övladı, döyüşlərdə qə-
ləbə və digər dünyəvi mənfəət qazanmaq məqsədilə
icra edilirdi. Bu, Quranda da bildirildiyi kimi, ölüm-
dənsonrakı həyat inancına sahib olmayan, onu açıq

133 Bu barədə fərqli rəvayətlər üçün baxın: Əzraqi, I, 117.
134 Qur’anda “əzlam” və yaxud “əqlam” şəklində keçən fal oxundan
istifadə etmək qadağan edilmişdir. Maidə, 5/3, 90; Ali-İmran, 3/44.
135 İbnül-Kəlbi, Kitabül-əsnam, s. 18; Cavad Əli, VI, 776-781.

101

İslam tarixi................................................................................

şəkildə inkar edən bütpərəstlər üçün təbii idi.136 Bu-
nunla birlikdə, bəzi rituallardan cəmiyyətin müəyyən
bir qismində ölümdənsonrakı həyat inancının olduğu
anlaşılır. Belə ki, vəfat edən şəxsin qəbrinə bir dəvə
bağlayaraq ölməsini gözləyir, yenidəndiriliş günündə
sahibinin ondan istifadə edəcəyinə inanılırdı. Bundan
əlavə, vəfat edən şəxsin istifadə edəcəyi inancı ilə
bəzən qəbirlərə qida və geyim qoyulurdu.

İslamaqədərki ərəblərin ən geniş yayılmış ibadə-
ti həcc idi. Əksər hallarda haram aylara “nəsi” tətbiq
edilməklə, iqlim və iqtisadi cəhətdən daha səmərəli
dövrə təyin edilən həcc ibadəti zamanı bütpərəst ərəb
qəbilələrinin böyük izdihamı Kəbə ilə yanaşı, Üzza,
Mənat və Zülxələsə kimi ətrafdakı büt evlərini ziyarət
edirdi. Həcc ibadəti xaricində də büt evlərinin və büt-
lərin təvaf edilməsi adəti geniş yayılmışdı. Kəbəmər-
kəzli müəyyən dini-iqtisadi imtiyazlara sahib Qüreyş
və müttəfiqlərindən ibarət “hüms” ittifaqının xaricin-
də qalan “hillə”yə mənsub qəbilələr arasında Kəbəni
çılpaq təvaf edənlər də olurdu.137

Əsas məişət yollarından biri kimi, heyvandarlı-
ğın geniş yayıldığı ərəb qəbilələrinin dini ritualları
arasında qurbanın özünəməxsus yeri var idi. Heyvan

136 Ənam, 6/29; Nəhl, 16/38; İsra, 17/49; Nəml, 27/67-68.
137 “Hüms” və “hillə” mənsublarının vəzifə və öhdəlikləri haqqında
baxın: İbn İshaq, s. 80-81; İbn Hişam, s. 189-190; İbn Həbib, əl-Münəm-
məq, s. 127-129; həmin müəllif, əl-Mühəbbər, s. 179-180; Əzraqi, I, 174-

180.

102

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

sürülərinin artırılması məqsədilə qurban deyilir, bu-
nun üçün dişi dəvə, yaxud qoyunun ilk balası daha
çox bala almaq niyyəti ilə qurban edilirdi.138 Hər han-
sı bir arzusunun yerinə yetməsi, xüsusilə heyvan
sürülərinin sayının artması üçün bütlərə qurban kəsi-
lirdi. Mindən artıq dəvəsi olan şəxsin dəvələrdən
birinin gözünü oyması,139 “mütəyyibə” adlı sədəqə
verməsi,140 müəyyən hallarda dəvənin bütlərə nəzir
edilərək ətinin və südünün, yük və minik vasitəsi kimi
istifadəsinin qadağan edilməsi141 bütpərəst ərəblərin
ibadətləri arasında idi.

İslamaqədərki ərəblərdə ibadət obyekti kimi,
bütlər ön planda olmaqla yanaşı, onlar tanrı hesab
olunmurdu. Dövrün şeirlərində əks olunduğu kimi,
bütpərəst ərəblərin inanc sistemində yaradıcı tanrı
inancı vardı və o, bütlərdən daha əhəmiyyətli idi.142
Qurani-Kərimin ifadələrinə görə, onlar bütlərin föv-
qündə olan bu tanrının yeri-göyü yaratdığını bilir,143

138 Sahib olduğu dəvələrin sayı müəyyən bir miqdara, bəzən yüzə çatan
şəxslər “fəra” və yaxud “ətirə” adlandırılan qurban kəsirdilər. “Ətirə”
xüsusilə rəcəb ayının ilk on günlüyündə kəsildiyi üçün “rəcəbiyyə” də de-
yilirdi. İbn Mənzur, Lisanül-ərəb, VIII, 249.

139 Cahiz, Kitabül-həyəvan, I, 17; Zəməxşəri, əl-Müstəqsə fi əmsalil-
ərəb, II, 41-42.

140 İbn Səd, VII, 71-72; İbn Həcər, əl-İsabə, II, 132.
141 Müəyyən xüsusiyyətlərinə görə bu heyvanlara “bahirə”, “saibə”,
“vəsilə” və “ham” kimi adlar verilirdi. Maidə, 5/103.
142 Cavad Əli, VI, 103-115.
143 Ənkəbut, 29/61-63; Loğman, 31/25; Zümər, 39/38; Zuxruf, 43/9.

103

İslam tarixi................................................................................

ən mühüm mövzularda onun adına and içir,144 dara
düşdükdə ondan mədəd umur,145 Allahın qızları və
oğulları olduğunu düşünür, mələklərin onun qızları
olduğuna inanırdılar.146 Onlar bütləri tanrıya aparan,
ona yaxınlaşdıran şəfaətedici vasitələr hesab edir,147
qurban kəsərkən tanrı ilə bütlər arasında bölüşdürür,
tanrı üçün ayrılan hissəni ehtiyacı olanlara verir, büt-
lər üçün ayrılanları isə onların hüzurunda təşkil edilən
ziyafətdə yeyirdilər.148

3.8.6. Həniflik
İslamın yayıldığı dövrdə Ərəbistan yarımada-
sında mövcud olan inanc formalarından biri Həniflik
idi. Mənsublarının “hənif” adlandırıldığı bu inanc
sistemi digər dinlərlə müqayisədə daha az yayılmış-
dır. Həm klassik mənbələrdə, həm də müasir tədqiqat-
çılar tərəfindən həniflərin inanc sistemi və camaat
quruluşu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür.
Bütün bunlardan anlaşıldığına görə, həniflər nə ərəb-
lər arasında geniş yayılmış bütpərəstliyi, nə də Yəhu-
dilik, Xristianlıq, Zərdüştilik və Sabiilik kimi bölgədə
mövcud olan digər dinləri qəbul edirdilər. Monoteist
bir tanrı inancına sahib olan həniflər politeizmə qarşı

144 Maidə, 5/53; Ənam, 6/109; Nəhl, 16/38; Nur, 24/53.
145 Yunus, 10/22; Furqan, 25/13; Ənkəbut, 29/65; Loğman, 31/32.
146 Ənam, 6/100; Həcm, 53/21.
147 Yunus, 10/18; Nəhl, 16/35; Zumər, 39/3; Zuxruf, 43/20.
148 Ənam, 6/136.

104

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

çıxmaqla və paqanizm adət-ənənələrinə etiraz etmək-
lə, özlərini İbrahim peyğəmbərin dininin davamçıları
hesab edirdilər.149

Hənifliyin sistemli bir dini konfessiya və yaxud
qrup meydana gətirəcək qədər institutlaşmadığı, fərdi
xarakter daşıdığı anlaşılır. Bu inanc mənsublarının
müştərək cəhəti cəmiyyətdə yayılmış dinləri qəbul et-
məyib, tək tanrı inancını mənimsəmək və münzəvi
həyat tərzinə üstünlük vermək idi.

Mənbələrdən anlaşıldığına görə, bütpərəst ərəb-
lərin əksəriyyətindən fərqli olaraq oxumağı-yazmağı
bacaran həniflər Xristianlığın və Yəhudiliyin müqəd-
dəs kitabları ilə tanış idilər.150 Bununla yanaşı, onların
inanc və ibadətlərinin yazıldığı hər hansı bir dini
mətndən bəhs olunmur. Mənbələrə görə, İslamın ya-
ranmasına yaxın bir tarixdə bəzi həniflər İbrahim
peyğəmbərin tövhid inancı üzərində qurulmuş dinin
əsaslarını müəyyənləşdirmək üçün qonşu ölkələrə üz
tutmuşlar.

Klassik mənbələrdə İslamaqədərki ərəblər ara-
sında hənif inancını mənimsəmiş şəxslərlə əlaqəli
məlumatlardan onların bir qisminin Həzrət Məhəm-
mədin peyğəmbərliyinə qədər vəfat etdiyini, bir qis-
minin Xristianlığı qəbul etdiyi, bəzilərinin isə İs-

149 Bəqərə, 2/135; Həc, 22/30-31.
150 Cavad Əli, VI, 457-459.

105

İslam tarixi................................................................................

lamdan sonra da öz inancında qaldığı anlaşılır. Nəc-
ran ətrafında yaşayan İyad qəbiləsinə mənsub Qüs ibn
Saidə əl-İyadi, qüreyşli Zeyd ibn Əmr ibn Nüfeyl
İslamın yaranmasından qısa müddət əvvəl vəfat
etmişlər. Qüreyşdən digər bir hənif – Xədicə bint Xü-
veylidin əmisioğlu olan Vərəqə ibn Növfəl İslamdan
qısa müddət əvvəl Xristianlığı qəbul etmişlər. Vərə-
qənin qohumu Osman ibn Hüveyris də Suriyada Xris-
tianlığı qəbul etmişdir. Taifin məşhur şairi və natiqi
səqifli Ümeyyə ibn Əbüs-Səlt özünün peyğəmbər-
liyini irəli sürərək, İslamı qəbul etmədən 630-cu ildə
dünyasını dəyişmişdir.

Məhəmməd peyğəmbərin babası Əbdülmüttəli-
bin də ömrünün sonlarına doğru hənif inancını qəbul
etdiyi, bəzən Hira dağında inzivaya çəkildiyi mənbə-
lərdə qeyd olunur. Bundan əlavə, Ərbab ibn Riab,
Übeydullah ibn Cəhş, Süveyd ibn Amir, Ümeyr ibn
Cündəb, Ədi ibn Zeyd, Seyf ibn Zuyəzən və digər
şəxslərin hənif inancını mənimsədikləri mənbələrdə
qeyd olunur.151

Həniflərlə əlaqəli mənbələrdəki məlumatlardan
belə anlaşılır ki, onlar ərəblər arasında geniş yayılmış
politeizmin inanc, ibadət və adət-ənənələrinə qarşı
çıxmışlar. Monoteist inancı mənimsəyən həniflər İb-

151 İslamın yarması ərəfəsində yaşamış həniflərlə əlaqəli geniş məlumat
üçün baxın: İbn İshaq, s. 95-100; Cavad Əli, VI, 453-468.

106

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

rahim peyğəmbərin təbliğ etdiyi inancın əsas prinsip-
lərinin axtarışında olmuşlar. Onlar yaşadıqları cəmiy-
yətin bir çox üzvündən fərqli olaraq oxumağı-yazma-
ğı bacarmış, səyahətlər vasitəsilə Xristianlıq, Yəhudi-
lik və digər qonşu din, inanc sistemləri ilə yaxından
tanış olmuş, müqəddəs kitablarını oxumuş, din mən-
subları ilə görüşmüşlər. İnanclarına uyğun din axtarı-
şında olan həniflərin bəziləri Ərəbistanda İslamaqə-
dərki dövrdə digərlərinə nisbətən daha sürətlə yayılan
sonuncu dini – Xristianlığı qəbul etmiş, bəziləri isə
hər hansı bir institutlaşmış dini qəbul etmədən vəfat
etmişlər. Beləliklə, tək tanrı və axirət inancına sahib
olan Həniflik İslamaqədərki ərəblərin politeizmdən
monoteizmə keçid prosesi üçün bir növ, ara mərhələ
rolunu oynamışdır. Həniflərin əksər hallarda fərdi
qaydada zahidlik həyatı yaşamaları, inanc, ibadət, əx-
laq qaydaları və ictimai strukturu olan özünəməxsus
dini camaata çevrilə bilməməsi nəticəsində, Həniflik
İslamın yaranmasından sonra öz əhəmiyyətini itir-
mişdir.

107

İslam tarixi................................................................................

Cahiliyyə dövrü Ərəbistan yarımadasında dinlər
108

............................................................ Hicaz bölgəsi və Məkkə



Фясил 4
Щиъаз бюлэяси

вя Мяккя



109

İslam tarixi................................................................................

4.1. İslamaqədərki dövrdə Hicaz bölgəsi
Məhəmməd peyğəmbərin doğulduğu, ömrünün
50 ilindən çoxunu və 22 illik təbliğ dövrünün 12 ilini
keçirdiyi Məkkə, onun hicrəti ilə birlikdə İslamın
güclənməsinin və yayılmasının mərkəzinə çevrilən
Mədinə kimi şəhərlər Hicazı İslam tarixi baxımından
Ərəbistanın ən mühüm bölgəsinə çevirmişdir. Hicaz
bölgəsi, yalnız İslamın yayıldığı mərkəz kimi deyil,
həm də İslamaqədərki Ərəbistanın iqtisadi və dini
mərkəzi kimi də əhəmiyyətli bölgə idi. Şimaldan İor-
daniyanın liman şəhəri Əqəbə, cənubdan Yəmən sər-
hədindəki Asir, qərbdən Qırmızı dəniz və şərqdən
Nəcd çölləri ilə əhatə olunmuş Hicaz yarımadanın
strateji əhəmiyyət daşıyan bölgəsi idi. Bunun səbəbi
daha əvvəl iqtisadi həyatla əlaqəli bəhs edildiyi kimi,
Hicazın Yəməndən başlayıb Əqəbə körfəzinə, oradan
da Aralıq dənizi limanlarına gedən tarixi Suriya-Yə-
mən ticarət yolu üzərində mühüm nöqtədə yerləşməsi
idi. Suriya-Yəmən ana ticarət yolundan başqa, Misir,
Efiopiya və İraq istiqamətlərindəki ticarət yollarının
da qovşağı Hicaza bağlı idi.152
Qədim dünyanın şərqini və qərbini bir-birinə
bağlayan bu ticarət yolları Şərqi Roma imperatorluğu
ilə Sasani Dövləti arasındakı müharibələr fonunda
xüsusi aktuallıq qazanırdı. Ərəbistana qonşu bu iki

152 O’leary, Arabia Before Muhammad, s. 103-106; Çağatay, İslâm
Dönemine Dek Arap Tarihi, s. 153; Faruk Abu-Chakra, “Trade and Trade
Routes of the Quraysh”, s. 41; Haqqı İsmail İbrahim, s. 30-48.

110

............................................................ Hicaz bölgəsi və Məkkə

böyük imperatorluq arasındakı siyasi-hərbi proseslər
Hicazda əhalinin oturaqlaşmasını şərtləndirən amil-
lərdən biri olmuşdur. Bu proseslər nəticəsində bir tə-
rəfdən, bəzi qəbilələr başlıca məşğuliyyət növü olan
heyvandarlıq nəticəsində adət etdikləri yarıoturaq
həyat tərzindən əsas məşğuliyyəti karvan ticarəti olan
şəhər həyatına keçmiş, digər tərəfdən isə əkinçiliklə
məşğul olan oturaq əhalinin məskunlaşdığı yaşayış
məntəqələri də ticarət sayəsində inkişaf etmişdir.

VII əsrdə Hicazın mühüm şəhərləri Məkkə, Taif
və Yəsrib (Mədinə) idi. İstər iqlimi, istərsə də əhali-
nin tərkibi və məşğuliyyəti baxımından bu şəhərlər
bir-birindən ciddi şəkildə fərqlənirdi. Belə ki, Qüreyş
qəbiləsinin idarə etdiyi Məkkə şəhərinin iqtisadiyyatı
daha çox ticarət və Kəbəyə bağlı dini turizm üzərində
qurulmuşdu. Qeyd edək ki, şəhər əkinçiliyə və
heyvandarlığa əlverişsiz olan çöl iqliminə malikdir.
Səqif qəbiləsinin idarəsindəki Taifin iqlimi isə daha
mülayim idi. Taifin iqtisadiyyatının əsasını üzümçü-
lük və ticarət təşkil edirdi. Mülayim iqliminə görə
Taif, həm də məkkəlilər üçün yaylaq rolunu oynayır-
dı. Əhalisi əsasən iki ərəb və üç yəhudi qəbiləsindən
ibarət olub, daha mozaik demoqrafiyaya malik
Yəsribin iqtisadiyyatının əsasını əkinçilik, xüsusilə
xurmayetişdiricilik təşkil edirdi.

111

İslam tarixi................................................................................

4.1.1. Məkkə
Siyasi, iqtisadi və dini cəhətdən oynadığı rola
görə, İslamaqədərki dövrdə Hicazın ən mühüm şəhəri
Məkkə olmuşdur. Bir şəhər kimi, axar su hövzələrin-
dən məhrum olan, əkinçiliyə yararsız bir ərazidə və
məskən salmağa çox əlverişsiz bir vadidə yerləşmə-
sinə baxmayaraq153, Məkkə şəhəri İslamın yarandığı
dövrdə, sadəcə, Hicaz bölgəsi üçün deyil, bütövlükdə
Ərəbistan yarımadası üçün böyük əhəmiyyət daşıyır-
dı. Məkkə bu önəmini, əsasən, karvan ticarəti yolları
üzərindəki strateji əhəmiyyətə malik mövqedə yerləş-
məsinə borclu idi. Məkkənin əhəmiyyətini artıran di-
gər bir səbəb isə yarımadanın bütpərəst qəbilələri ara-
sında müqəddəsliyinə böyük ehtiram göstərilən dini
mərkəz – Kəbə idi.
Məkkənin erkən dövr tarixi ilə əlaqəli məhdud
məlumatlara görə, həmin ərazidə qədim ərəb qəbilələ-
rindən Əmaliqə, ardından yəmənmənşəli qəhtanilər-
dən ibarət Cürhüm qəbiləsi yaşamışdır. Cürhümlülər
dövründə İbrahim peyğəmbər oğlu İsmayılı anası
Həcərlə birlikdə Məkkə vadisində məskunlaşdırmış-
dır. Daha sonra Kəbəni inşa edərək həcc ibadətinin
əsasını qoymuş, beləliklə, Məkkə “əmin” bir yer kimi
məşhurlaşmışdır. İsmayıl peyğəmbər Cürhüm qəbilə-
si ilə qurduğu evlilik nəticəsində yaranan “ərəbi-müs-

153 İbrahim, 14/37.

112

............................................................ Hicaz bölgəsi və Məkkə

tərəbə” (ərəbləşmiş ərəblər) adlandırılan Şimal ərəb-
lərinin əcdadı sayılmışdır. İsmayıl peyğəmbərin vəfa-
tından qısa müddət sonra, cürhümlülər Kəbənin ida-
rəsini öz öhdələrinə götürmüşlər. Mərib bəndinin da-
ğılmasına səbəb olan arim selindən sonra, III əsrin əv-
vəlində Yəməndən gələrək Məkkə ətrafında məskun-
laşan Xüzaə və Kinanə qəbilələri şəhərdəki cürhüm-
lülərlə yanaşı, İyad və Qətura qəbilələrini də məğlu-
biyyətə uğradıb öz hakimiyyətlərini təsis etmişlər.
Beləliklə, Məkkə iki əsrdən artıq bir müddət ərzində
xüzaəlilərin hakimiyyətində qalmışdır. Yuxarıda
qeyd olunduğu kimi, xüzaəlilərin dövründə Əmr ibn
Lüheynin təşəbbüsü ilə Məkkədə Bütpərəstlik yayıl-
mışdır.

Əmr ibn Lüheynin rəhbərliyi ilə böyüyərək, mü-
xtəlif qollara ayrılan Xüzaə qəbiləsi Məkkəni ələ
keçirmək istəyən qonşu qəbilələrin hücumlarına mə-
ruz qalmışdır. Bu qəbilələrdən biri də həmin dövrdə
müxtəlif qolları Məkkə ətrafında pərakəndə şəkildə
çadırlarda yaşayan Qüreyş qəbiləsi idi. Əmrin oğlu
Kəbin dövründə Qeys-Eylan, Hüzeyl və digər qəbilə-
lərin hücumuna qarşı mübarizə aparan Xüzaə qəbiləsi
V əsrin əvvəlində Qüsey ibn Kilabın (v. 480) rəhbərli
ilə birləşən Qüreyşə məğlub olmuşdur.

Məhəmməd peyğəmbərin beşinci nəslindən ba-
bası olan Qüsey ibn Kilab Xüzaə qəbiləsinin rəisinin
qızı ilə evli olduğuna görə, qayınatasının vəfatından

113

İslam tarixi................................................................................

sonra, onun Kəbə ilə əlaqəli vəsiyyət etdiyi səlahiyyə-
tinə yiyələnmək istəmiş, lakin xüzaəlilərin etirazı ilə
qarşılaşmışdır. Qüseyin qonşu Kinanə və Qüzaə qəbi-
lələrindən aldığı dəstəklə Xüzaə qəbiləsinə qarşı
apardığı mübarizədə qalib gəlməsi ilə xüzaəlilərin
Məkkədəki üstünlüyünə son vermişdir. Qüsey Qü-
reyşin bəzi qollarını Məkkənin xaricində yerləşdir-
mişdir (“Qüreyşi-zəvahir”). O, Qüreyşin on qolunu
isə Məkkənin on fərqli bölgəsində məskunlaşdırmış-
dır (“Qüreyşi-bitah”). Çadırlarda yarıköçəri həyat
yaşayan qəbiləsini Məkkənin hakim qəbiləsi mövqe-
yinə gətirən Qüsey qohumları xüzaəlilərin də Məkkə-
də yaşamasına icazə vermiş, bundan əlavə, həcc iba-
dətinin vaxtının təyin olunması səlahiyyətini Kinanə
qəbiləsinə həvalə etmişdir. İslamın yarandığı dövrdə
Haşim, Ümeyyə, Növfəl, Müttəlib, Zührə, Əbdüddar,
Əsəd, Teym, Məhzum, Ədi və Səhm Qüreyşin Mək-
kədə yaşayan əsas tayfaları idi.

Cürhüm qəbiləsinin Məkkədən gedərkən sökdü-
yü Həcərül-Əsvədi yerinə yerləşdirməklə Kəbəni
əsaslı təmir etdirən Qüsey Məkkədə müxtəlif quyular
açdırmış, Kəbənin ətrafında dəri hovuzlar inşa etdir-
məklə hacıların su ehtiyacını ödəmişdir.154 Qüsey
zəvvarların qida, təhlükəsizlik və digər ehtiyaclarının
təmin olunması üçün də müəyyən işlər görmüş, İsla-

154 Əzraqi, II, 215; İbnül-Əsir, əl-Kamil, I, 558.

114

............................................................ Hicaz bölgəsi və Məkkə

mın yaranmasına qədər davam edəcək Kəbə ilə əla-
qəli nədvə, qiyadə, hicabə (sidanə), siqayə, rifadə, si-
farə və liva kimi vəzifələri də öz səlahiyyətində bir-
ləşdirmişdir.

Nədvə - Qüsey Kəbənin şimal hissəsində Mək-
kənin idarə olunması ilə əlaqəli qərarların verildiyi
toplantı yeri kimi, “Darünnədvə” adlandırılan məclis
evi inşa etdirib qapısını Kəbəyə doğru açdırmışdır.
Darünnədvə Məkkənin “mələ” adlandırılan idarəçi
aristokratiyanın siyasi, dini, iqtisadi və ictimai əhə-
miyyət daşıyan məsələlərdə qərar vermək üçün top-
laşdığı yer idi. Orada məkkəlilərin həyatında mühüm
rolu olan ticarət karvanlarının göndərilməsi, mühari-
bə və sülh kimi mühüm qərarlar verilir, nikah və yet-
kinlik mərasimləri yerinə yetirilirdi. Darünnədvənin
inşa olunmasına qədər həmin yığıncaqlar Qüseyin
evində keçirilirdi.155

Qiyadə – hərfi tərcüməsi “rəislik” və “rəhbərlik”
olan, Məkkədən yola çıxan orduya komandirlik və
karvana rəhbərlik etmək məqsədilə təsis edilən vəzifə
idi. Qüseyin vəfatından sonra bu vəzifə Əbdülmənaf
ibn Qüseyə, ondan sonra Əbdülmənaf oğullarından
Əbdülşəmsə keçmişdir. Məhəmməd peyğəmbərin ba-
bası Haşimin əkiz qardaşı olan Əbdülşəmsin ələ ke-
çirdiyi qiyadə vəzifəsi vərasət yolu ilə Ümeyyə ibn
Əbdülşəmsdən Hərb ibn Ümeyyəyə, ondan da Əbu

155 İbn Səd, I, 70; Məqdisi, əl-Bəd, IV, 127.

115

İslam tarixi................................................................................

Süfyan ibn Hərbə keçmiş, beləlikə, Məkkənin fəthinə
qədər Ümeyyəoğullarının səlahiyyətində qalmışdır.
Hərb ibn Ümeyyə birinci və ikinci Ficar döyüşlərin-
də, Əbu Süfyan isə məkkəli müşriklərin müsəlmanla-
ra qarşı mübarizəsi əsnasında Uhud və Xəndək dö-
yüşlərində qiyadə vəzifəsini yerinə yetirmişdir. Mə-
həmməd peyğəmbər Vida xütbəsində siqayə və sida-
nə/hicabə vəzifələri xaric, qiyadə vəzifəsi daxil ol-
maqla digər vəzifələrin qüvvədən düşdüyünü elan
etmişdir.156

Hicabə (sidanə) – Kəbəyə nəzarət etmək, qapısı-
nı və açarlarını mühafizə etmək, müəyyən dövrlərdə
qapıların ziyarətçilər üçün açılması, hədiyyə verilən
qiymətli əşyaların, Kəbə örtüklərinin qorunmasından
ötrü nəzərdə tutulan vəzifədir. Kəbəyə xidmət etmək
mənasına gələn “sidanə” ilə eyni vəzifəni ifadə edir,
bu işi yerinə yetirən insana “hacib”, yaxud “sadin”
deyilirdi. Qüseyə isə bu vəzifə Xüzaə qəbiləsinin li-
deri olan qayınatası Hüleyl ibn Hübşiyyədən keç-
mişdir. Daha sonradan isə Qüseyin vəsiyyəti ilə oğlu
Əbdüddara keçmişdir. Əbdüddarın nəslindən varislik
yolu ilə Osman ibn Əbdüddara, Əbdüluzza ibn Osma-
na, Əbu Təlhə ibn Əbdüluzzaya, Təlhə ibn Əbu Təl-
həyə və İslamın yaranması əsnasında Osman ibn Təl-
həyə keçmişdir.157 Məkkənin fəthi günü Məhəmməd

156 Əzraqi, I, 109-112; Təbərî, II, 402.
157 İbnül-Cövzi, əl-Müntəzəm, II, 218; İbnül-Əsir, əl-Kamil, I, 557;
İbn Kəsir, əl-Bidayə, II, 209-210.

116

............................................................ Hicaz bölgəsi və Məkkə

peyğəmbər Osman ibn Təlhəyə Kəbənin qapılarını
açdıraraq, bütlərdən təmizlətdirdikdən sonra, açarları
yenidən Osman ibn Təlhəyə qaytarmışdır.158 Osma-
nın da mənsub olduğu Əbdüddarın qəbiləsinə mənsub
Şeybə oğullarının yerinə yetirdiyi bu vəzifə, müasir
dövrdə də eyni sülalə tərəfindən davam etdirilir.

Siqayə – Məkkənin yerli əhalisinin və Kəbəni
həcc ziyarətinə gəlmiş zəvvarların su ehtiyacını təmin
etmək məqsədilə təsis olunmuş vəzifədir. Əvvəllər
xalqdan toplanan pulla su ehtiyacı təmin olunurdu.
Qüsey Məkkə sakinlərini “Allahın qonşuları”, zəv-
varları “Allahın qonaqları” adlandıraraq, siqayə vəzi-
fəsinin şərəf və etibar vasitəsi olduğunu qəbul etdir-
mişdir. Məkkənin varlı sakinləri ilə şəhərin idarəet-
məsində mühüm rol oynayan qəbilə liderləri bu işi öz
öhdələrinə götürmüşlər. Qüseyin təşəbbüsü ilə mək-
kəlilər hər il bu məqsədlə müəyyən miqdar pul topla-
mış, büdcənin müəyyən hissəsi siqayə, böyük hissəsi
isə rifadə vəzifəsi üçün xərclənmişdir. Qüsey həm
yerli əhalinin, həm də qonaqların su tələbatını ödə-
mək üçün quyular qazdırmış, Kəbənin ətrafına sudolu
dərin hovuzlar yerləşdirərək bu vəzifəni özü icra et-
mişdir.159

158 İbrahim Sarıçam, “Hicâbe”, DİA, XVII, 431-432.
159 Əzraqi, II, 215; İbnül-Əsir, əl-Kamil, I, 558.

117

İslam tarixi................................................................................

Qüseydən sonra siqayə vəzifəsi vəsiyyətinə görə
oğlu Əbdüddara keçsə də, həm sayca, həm də nüfu-
zuna görə özünü bu işə daha layiq görən Əbdülmə-
nafın oğulları Haşim, Müttəlib, Növfəl və Əbdülşəms
Əbdüddara qarşı mübarizə aparmış və nəticədə, vəzi-
fə bölgüsündə dəyişikliyə nail olmuşlar. Darünnədvə,
sidanə və liva vəzifələri Əbdüddar oğullarına, siqayə
və bəzi vəzifələr Əbdülmənaf oğullarına verildikdən
sonra, Haşim siqayə vəzifəsini öhdəsinə götürmüş,
Məkkədə iki böyük quyu qazdırmış, siqayə və rifadə
vəzifələrinə ayrılan büdcəyə böyük dəstək vermişdir.
Haşimin vəfatından sonra, siqayə vəzifəsi ilk öncə ki-
çik qardaşı Müttəlibə, daha sonra Müttəlibin qardaşı
oğlu, Məhəmməd peyğəmbərin babası Əbdülmüttəli-
bə keçmişdir.160 Əbdülmüttəlibin Zəmzəm quyusu-
nun yerini yenidən aşkarlaması Haşimoğulları üçün
qürur səbəbi olmuş və cəmiyyətdə nüfuzunu artırmış-
dır. Əbdülmüttəlibdən sonra siqayə və rifadə vəzifələ-
rini davam etdirən Əbu Talib, bir neçə il qardaşı
Abbasa borclu olub, borclarını qaytara bilmədiyi
üçün hər iki vəzifəni ona vermişdir. Məkkənin fəthin-
dən sonra Məhəmməd peyğəmbər siqayə vəzifəsini
əmisi Abbasın yerinə yetirməsinə qərar vermiş və
Əməvilər (661-750) dövründə də bu vəzifə Haşim-
oğulları tərəfindən yerinə yetirilmişdir.

160 İbn Səd, I, 78-83; Yəqubi, Tarix, I, 242.

118

............................................................ Hicaz bölgəsi və Məkkə

Rifadə – Qüseyin təşəbbüsü ilə həcc mövsümün-
də Kəbəyə gələn kasıb zəvvarların qida ehtiyacını tə-
min etmək məqsədilə yaradılmış digər vəzifədir. Qo-
naqpərvərliyi yüksək keyfiyyət sayan Cahiliyyə ərəb-
ləri zəvvarlara xurma və kişmişdən hazırlanmış ye-
mək təqdim edirdilər. Əmr ibn Lühey ilk dəfə dəvə
ətindən yemək hazırladıb hacıları qonaq etmişdir. Qü-
seyin təklifi ilə bu adət sistemləşdirilmiş və məkkəli-
lər siqayədən əlavə, rifadə üçün də illik büdcə top-
lamağa başlamışlar. Həmin dövrdən etibarən, Qüsey
həccin ilk günlərində Məkkənin müəyyən yerlərində
dəvə ətindən yemək hazırladaraq, maddi dəstəyi ol-
mayan hacıları qonaq etmişdir. Qüseyin vəfatından
sonra bu vəzifəni vəsiyyətinə görə, oğlu Əbdüddar
davam etdirmiş, lakin yuxarıda qeyd olunduğu kimi,
müəyyən səbəb üzündən vəzifə Əbdülmənaf oğul-
larından Haşimə keçmişdir. Mənbələrə görə, əsl adı
Əmr olan Haşim Məkkədə qıtlıq baş verdiyi dövrdə
Dəməşqdən çörək gətizdirərək, ət suyunda “tirit” ad-
landırılan yemək hazırlayıb hacıları qonaq etdiyi
üçün “qıran, kiçildən, bölən” mənasında “Haşim” lə-
qəbini almışdır. Siqayə kimi rifadə vəzifəsini də Ha-
şimdən sonra qardaşı Müttəlib, sonra oğlu Əbdül-
müttəlib və onun oğulları Əbu Talib və Abbas yerinə

119

İslam tarixi................................................................................

yetirmişlər.161 Məhəmməd peyğəmbər Məkkənin fət-
hindən sonra rifadə vəzifəsini dövlətin səlahiyyətinə
vermiş və hacıların yemək xərclərinin dövlət büdcə-
sindən ödənilməsi qərarını vermiş və bu adət sonrakı
dövrlərdə də davam etdirilmişdir.

Qeyd olunan bu vəzifələrdən başqa, Məkkənin
siyasi və hərbi idarəçiliyində mühüm rolu olan digər
vəzifələr də mövcud idi. Varislik yolu ilə davam edən
qəbilənin bayrağını qorumaq vəzifəsi – “liva” Əbdüd-
dar oğullarının səlahiyyətində idi. Döyüş vaxtı Mək-
kənin xarici təmsilçiliyinin yerinə yetirilməsi üçün
müəyyənləşdirilmiş “sifarə” vəzifəsi İslamın yarandı-
ğı dövrdə Qüreyşin Ədi qolundan Ömər ibn Xəttab
tərfindən həyata keçirilirdi. Müharibə zamanı yaraq-
yasaq üçün qurulan çadır – “qübbə” və süvarilərin ko-
mandirliyi – “əinnə” vəzifələri Məhzumoğulları tay-
fasından olan Xalid ibn Vəlidin səlahiyyətində idi.

4.1.2. “Hilfül-mütəyyəbin” və “hilfül-əhlaf”
Kəbə ilə əlaqəli yuxarıda adları qeyd olunan və-
zifələr Qüseyin vəsiyyətinə uyğun olaraq oğlu Əb-
düddara verilmiş, ondan öz oğullarına keçmişdir. Qü-
seyin digər oğlu Əbdülmənafın oğulları Əbdülşəms,
Haşim, Müttəlib və Növfəl həm saylarının çoxluğu,

161 Bəlazüri, Fütuh, s. 64; Təbəri, Tarix, II, 251; İbnül-Cövzi, əl-
Müntəzəm, II, 207; İbnül-Əsir, əl-Kamil, I, 550.

120

............................................................ Hicaz bölgəsi və Məkkə

həm də ticarət sayəsində nüfuzlarının artması nəticə-
sində, sözügedən vəzifələrin özlərinə verilməsini tə-
ləb etmişlər. Vəzifələrin necə bölünəcəyi məsələsində
münasibətinə görə Qüreyşin qolları üç qismə ayrıl-
mışdır:

1) Məhzum, Səhm, Cümah və Ədi ibn Kəb qəbi-
lələri Əbdüddaroğullarını dəstəkləmiş;

2) Əsəd, Zührə, Teym ibn Mürrə və Haris ibn
Fixr Əbdümənafoğullarını dəstəkləmiş;

3) Amir ibn Lüey və Müharib ibn Fixr qolları isə
bitərəfliyini qorumuşdur.

Əbdülmənafoğullarını dəstəkləyənlər əllərini
ətirə batırıb, Kəbə divarlarına sürtdükləri üçün “mü-
təyyəbun” (ətir vuranlar), qurduqları ittifaq isə “hil-
fül-mütəyyəbin” adlandırılmışdır. Əbdüddaroğulları
ilə müttəfiqləri bir-birlərini sona qədər dəstəkləyə-
cəklərinə and içdiklərinə görə, özlərini “əhlaf” (and-
lılar), bağladıqları müqaviləni isə “hilfül-əhlaf” ad-
landırmışlar. Əbdüddaroğulları kəsdikləri heyvanın
qanına əllərini batırıb yaladıqları üçün “onlara
ləaqətüd-dəm” (qanyalayanlar), qurduqları ittifaqa
isə “hilfü ləaqətid-dəm” də deyilmişdir. Hər iki tərə-
fin qarşılıqlı döyüşəcəyi qəbilələr müəyyənləşdiril-
diyi halda, vəzifələrin bölüşdürülməsinə dair danışıq-
lar son anda nəticə vermişdir. Əbdüddaroğullarının
nədvə, hicabə və liva vəzifələrini, Əbdülmüttəlib-
oğullarının isə qiyadə, siqayə və rifadə vəzifələrini

121

İslam tarixi................................................................................

həyata keçirməsində razılığa gəlmişlər. Bu anlaşma
İslamın yarandığı dövrə qədər qüvvədə qalmışdır.162

4.1.3. İlaf qurumu

Ərəbistan yarımadasındakı genişmiqyaslı iqtisa-
di fəaliyyətdə Məkkə lokal və beynəlxalq əhəmiyyətə
malik rol oynayırdı. Qurani-Kərimdə müstəqil şəkil-
də “Qüreyş” surəsində bəhs edilən, ilk dövr İslam
tarixi mənbələrində də öz əksini tapan bu məsələ İlaf
qurumu idi. Məhəmməd peyğəmbərin ulu babası
Haşim ibn Əbdülmüttəlibin təşəbbüsü ilə V əsrin
sonlarına doğru qurulan İlaf qurumu bölgə ticarətində
mühüm dəyişiklik yaratmışdır.

İlafdan əvvəl Məkkəyə qonşu bölgələrdən əcnə-
bi tacirlərin gətirdikləri malları topdan alaraq öz şə-
hərlərində, yaxud yaxınlıqdakı Ükaz, Zülməcaz və
Məcənnə yarmarkalarında pərakəndə satışı həyata
keçirən bəzi tacirlərdən fərqli olaraq, bu qurumdan
sonra məkkəlilər beynəlxalq ticarətdə mühüm rol
oynayırdılar. Məkkəlilərin beynəlxalq ticarətdə iştira-
kının öncülü sayılan Haşim ibn Əbdülmənaf ticari
səfərdə ikən Suriyada bağladığı müqavilə ilə ticari
fəaliyyət sahəsini genişləndirmişdir. Haşimdən sonra
qardaşı Mütəllib Yəmən, Əbdüşəms Həbəşistan,
Növfəl isə Sasani hökmdarları ilə bunabənzər ma-
hiyyətdə ticarət müqaviləsi bağlayaraq, Ərəbistanın

162 İbnül-Cövzi, əl-Müntəzəm, II, 218; İbnül-Əsir, əl-Kamil, I, 557.

122

............................................................ Hicaz bölgəsi və Məkkə

dörd tərəfi ilə sərbəst ticarət etmə imkanı təmin
etmişdilər.163 İlaf qurumunun Ərəbistanın beynəlxalq
ticarətində yeni bir mərhələ açması sayəsində, xü-
susilə Suriya ön planda olmaqla birlikdə İraq, Həbə-
şistan, Yəmən, Bəhreyn və digər qonşu dövlət və böl-
gələrlə məkkəlilərin nəzarəti ilə daimi və daha təh-
lükəsiz ticarət səfərlərinin sayı artmışdı.

İlaf qurumu ilə inkişaf edən ticari münasibətlər
Qüreyşin, ixracat başda olmaqla, bölgə ticarətində
hakim rola yüksəlməsi, bazarlardakı ticari malların
növündən qiymətinə qədər hər şeyin tələb və istehsala
görə müəyyənləşdirilməsi, ehtiyac duyulan məhsul-
dan lazımi qədər gətirilməsini təmin edirdi. Bu qu-
rum, həmçinin bölgənin əcnəbi tacirlərdən iqtisadi
asılılığından qurtarılmasına və yalnız müqavilə bağ-
lanılan bölgələrlə deyil, həm də ticarət yolu üzə-
rindəki qəbilələrlə də yaxşı münasibətlər quraraq,
Məkkənin dini nüfuzuna paralel surətdə iqtisadi nü-
fuzunun da artmasına dəstək verirdi. Təqribən, dörd
nəsil öncəki sələflərinin ilk dəfə beynəlxalq ticarət
səhnəsinə çıxaraq, çatdıqları maddi rifahı davam
etdirərək meyvələrini toplayan məkkəlilər, Cahiliyyə
dövründə ticarətin mahiyyətinə yiyələnmişdilər. Bu-
nun nəticəsində Məkkə böyük var-dövlət qazanmış
varlılardan və məişətini birbaşa, yaxud vasitəli olaraq

163 İbn Həbib, əl-Münəmməq, s. 41-48; İbn Hişam, s. 135; İbn Səd, I,
75-76; Təbəri, Tarix, II, 252; İbnül-Cövzi, əl-Müntəzəm, II, 214; Şami, I,

316.

123

İslam tarixi................................................................................

ticarətə borclu olan insanlardan ibarət idi. Məşhur bir
ifadədə deyildiyi kimi, “Tacir olmayanın Qüreyşin
gözündə etibarı yox idi”.164 Beləcə, ticarət sayəsində
maddi cəhətdən güclənən Qüreyşdən Abdullah ibn
Cüdan, Əbu Süfyan, Vəlid ibn Muğirə və s. böyük
tacirlər ortaya çıxmışdılar.165

4.2. Taif
İslamaqədərki Hicazın ikinci əhəmiyyətli şəhəri
olan Taif Məkkədən 90 km cənub-şərqdə zəngin su
mənbələri və məhsuldar torpağı olan Vəc vadisində
yerləşir. Erkən dövrlərdə Vəc vadisində Əmaliqənin
və Qeys-eylanın müxtəlif tayfaları məskunlaşmışlar.
III əsrdən etibarən, səqiflilərin əcdadı sayılan Qəsi
ibn Münəbbihin bölgədəki Həvazin qəbiləsi ilə qur-
duğu ittifaqdan sonra, bölgə tədricən Səqif qəbiləsi-
nin hakimiyyətinə keçmişdir.166 Taifin bir şəhər kimi
təşəkkülündə bu hadisənin böyük rolu olmuş, zəngin
su mənbələri sayəsində suvarma texnologiyası inkişaf
etdirilmiş, üzümçülük, ona bağlı olaraq şərab və kiş-
miş ticarəti mühüm gəlir mənbəyinə çevrilmişdir.167
Su mənbələrinin bolluğu Taifdə həm də dövrün

164 Şami, II, 214.
165 Qüreyşli məşhur tacirlərin siyahısı üçün baxın: Əzizova, Hz.
Peygamber döneminde çalışma hayatı ve meslekler, s. 462-466.
166 Bəkri, Mucəm, I, 77-79.
167 İbn Hişam, s. 508-511; Vaqidi, I, 13-19; İbn Səd, II, 10.

124

............................................................ Hicaz bölgəsi və Məkkə

mühüm sənaye sahələrindən biri olan dəriçiliyin in-
kişafına səbəb olmuş, Taif dəriləri Ərəbistanın
məşhur ticarət məhsullarından sayılmışdır.168 İqlim
cəhətdən Hicazın ən mülayim şəhəri olan Taif bağ-
bostan məhsulları və bal istehsalı ilə də məşhur idi.

Əlverişli iqlimindən əlavə, Taif Yəməndən Hirə-
yə gedən ticarət yolu ilə şimal ticarət yolunun kəsiş-
mə nöqtəsində yerləşirdi. Buna görə, bir istehsalçı
kimi, ilk növbədə, həcc dövründə fəaliyyətə başlayan
Ükaz və digər yaxın yarmarkaları öz məhsulları ilə
təmin edən taiflilər, tədricən, beynəlxalq ticarətdə də
püxtələşmişlər. Ticarətə paralel olaraq yüksək faizlə
gəlirini artıran taiflilər İslamın yarandığı dövrdə böl-
gənin məşhur sələmçilərindən hesab olunurdular.169

İqtisadi cəhətdən güclənən Taif, tədricən, Mər-
kəzi Ərəbistanda dini-iqtisadi əhəmiyyətə malik
Məkkə ilə rəqabət edəcək bir şəhərə çevrilmiş, səqifli
tacirlər qüreyşli həmkarları ilə yarışacaq səviyyəyə
gəlmişdilər. Əslində, Taif ilə Məkkə arasında İslama-
qədərki dövrdən iqtisadi və ictimai münasibətlər inki-
şaf etmiş, nikah yolu ilə qohumluq münasibətləri qu-
rulmuşdu. Qüreyşin məşhur tacirləri beynəlxalq tica-
rətdə Taif dəriləri də satırdılar. Bundan əlavə, Abbas
ibn Əbdülmüttəlib, Ütbə və Şeybə ibn Rəbiə, Əbu

168 Həmdani, Sifəti-Cəzirətil-Ərəb, s. 260.
169 Əbu Übeyd, Kitabül-əmval, s. 284-285; Məqrizi, İmta, II, 86-88.

125

İslam tarixi................................................................................

Üheyhə, As ibn Vail kimi zəngin məkkəlilərin Taifdə
bağları və torpaq sahələri var idi.170

Bütün bunlara baxmayaraq, taiflilər iqtisadi və
dini nüfuzuna görə, daha üstün olan Məkkə ilə rəqa-
bət aparmışlar. Bu məqsədlə də bütpərəst ərəblər ara-
sında özünəməxsus yeri olan Lat bütü ətrafında mə-
bəd inşa edən Səqif Taifi də Məkkə kimi ziyarət böl-
gəsinə çevirmək istəmişdir. Bununla əlaqədar olaraq,
taiflilər 669-cu ildə Kəbəyə hücum edən Əbrəhə ilə
razılığa gələrək, ona yol göstərməsi üçün bələdçi ver-
mişlər. Məhəmməd peyğəmbərin də yeniyetmə vaxt-
larında iştirak etdiyi dördüncü Ficar döyüşündə taif-
lilər Qeys-eylan ittifaqının tərkibində Qüreyş-Kinanə
müttəfiqlərinə qarşı mübarizə aparmış və çox sayda
məkkəlinin öldürülməsinə səbəb olmuşlar.

Siyasi, iqtisadi və dini sahədən fərqli olaraq,
Taifdə elmi-mədəni inkişaf Məkkə ilə müqayisədə
daha yüksək səviyyədə idi. İqtisadi rifahın qorunması
məqsədilə möhkəm qala divarları ilə əhatə olunmuş
Taif oxumağı-yazmağı bilənləri, şairləri və təbibləri
ilə səciyyələnən bir şəhər idi. Hənif inancına mənsub
məşhur şair Ümeyyə ibn Əbüssəlt, güvənilən təbib
Haris ibn Kələdə və Nəzr ibn Haris, oxumağı-yaz-
mağı bilən Əmr ibn Zürarə, Qeylan ibn Sələmə, Yusif

170 Bəlazüri, Fütuh, s. 64; İbn Hişam, s. 365-366; Təbəri, Tarix, II,
345-346.

126

............................................................ Hicaz bölgəsi və Məkkə

ibn Həkəm və digərləri İslamaqədərki Taifin məşhur
simaları arasında idilər.

Daha sonra geniş şəkildə bəhs olunacağı kimi,
Qüreyş və Səqif arasında İslamaqədərki dövrdən
mövcud olan rəqabət Məhəmməd peyğəmbərin Mə-
dinəyə hicrətindən 2 il əvvəl, 620-ci ildə İslamın
yayılması üçün səfərə çıxdığı Taifdən171 müsbət
nəticə almamasının səbəblərindən biri olmuşdur.

4.3. Yəsrib (Mədinə)
Hicazın əhəmiyyətinə görə digər böyük şəhəri
hicrətə qədər “Yəsrib” adlandırılan Mədinə şəhəri idi.
Məkkədən 340 km şimalda yerləşən Mədinə də Taif
kimi, Hicazın su mənbələrinin çoxluğuna görə əkinə-
yararlı azsaylı bölgələrdən biri idi. Mənbələrdə qeyd
edildiyinə görə, erkən dövrdə Mədinədə məskunlaş-
mış Əmaliqə və Cürhüm qəbilələri kənd təsərrüfatı-
nın, əsasən, xurmayetişdiriciliyinin əsasını qoymuş-
lar.172 Daha əvvəl haqqında danışılan siyasi hadisələr
nəticəsində yəhudi qəbilələri də bura köçmüşlər. Ək-
səriyyətini Qeynüqa, Qüreyzə, Nəzir oğullarının təş-
kil etdiyi sözügedən yəhudi qəbilələri tikdikləri
“ütum” adlı qalayabənzər çoxmərtəbəli binalarla Mə-
dinənin şəhərə çevrilməsinə təkan vermişlər.173 Tədri-

171 İbn Hişam, s. 365-366; Təbəri, Tarix, II, 345-346.
172 Bəlazüri, Fütuh, s. 29; Yaqut, V, 84.
173 İbn Səd, III, 613; Vaqidi, II, 451.

127

İslam tarixi................................................................................

cən, sayca çoxalan yəhudilər yerli qəbilələri sıxışdı-
raraq şəhərdən çıxarmışlar. Əkinçiliyi inkişaf etdirən
yəhudilər ticarətlə yanaşı, zərgərlik, dəmirçilik, toxu-
culuq və silah emalı kimi peşələrdə püxtələşmiş, belə-
liklə, Mədinəni iqtisadi çəhətdən inkişaf etdirmişlər.

Təxminən, IV-V əsrlərdə Mərib su bəndinin da-
ğılması nəticəsində, Yəmədən şimala köçən qəhtani-
mənşəli Övs və Xəzrəc qəbilələri Mədinə bölgəsində
məskunlaşmış və əkinçiliklə məşğul olmuşlar. Bir
müddət siyasi və iqtisadi cəhətdən yəhudilərdən asılı
vəziyyətdə yaşayan bu qəbilələrdən Xəzrəc tayfası
Qeynüqaoğulları ilə, sayca daha az olan Övs isə Qü-
reyzə və Nəziroğulları ilə anlaşmışdır. Xəzrəc qəbilə-
sinin V əsrin sonunda qonşu ərəb qəbilələrindən al-
dığı dəstək sayəsində bu iki ərəb qəbiləsi Mədinədə
siyasi üstünlük qazanmışdır. İki qəbilə arasındakı it-
tifaq qısa sürmüşdür. Bir müddət sonra, Övs və Xəz-
rəc arasında yaranan anlaşılmazlıq bir əsrdən artıq
davam edən düşmənçiliyə çevrilmişdir. Bu müddət
ərzində aralarında çoxsaylı müharibələr yaşanmış,
həmin müharibələrin ən böyüyü isə 617-ci ildə baş
verən sonuncu döyüş – “Yövmi-Büas” (“Büas günü/-
döyüşü”) olmuşdur. Döyüş bir övslünün Xəzrəc qəbi-
ləsinin himayə etdiyi şəxsi öldürməsi nəticəsində baş-
lamışdır. Hər iki qəbilədən çox sayda insanın qətl

128

............................................................ Hicaz bölgəsi və Məkkə

edildiyi Büas döyüşündə Övs qəbiləsi qalib gəlmiş,
Xəzrəcin lideri Əmr ibn Numan öldürülmüşdür.174

Hicrətdən bəhs edərkən təfsilatlı şəkildə qeyd
olunacağı kimi, Məhəmməd peyğəmbərin Mədinəni
hicrət yurdu kimi seçməsində Büas döyüşünün nəti-
cələrinin böyük təsiri olmuşdur. Övs və Xəzrəc mən-
subları hər iki qəbilə arasında çox sayda insan tələfa-
tına səbəb olan uzunmüddətli ədavətdən çıxış yolunu
nüfuzlu bir liderin rəhbərliyində və yeni dində gör-
müşlər.

174 İbn Səd, I, 218-219; İbnül-Cövzi, əl-Müntəzəm, II, 385-386; İbnül-
Əsir, əl-Kamil, I, 531.

129

İslam tarixi................................................................................



Фясил 5

Мящяммяд пейьямбярин
Исламагядярки щяйаты



130

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

5.1. Məhəmməd peyğəmbərin qəbiləsi və ailəsi
Məhəmməd peyğəmbər Qüreyş qəbiləsinin Ha-
şimoğulları tayfasına mənsubdur. Qüreyşin ərəblərin
iki əsas qəbiləsindən biri olan Ədnanilərəqədərki sil-
siləsi bu şəkildədir: Məhəmməd ibn Abdullah ibn Əb-
dülmüttəlib ibn Haşim ibn Əbdülmənaf ibn Qüsey ibn
Kilab ibn Mürrə ibn Kəb ibn Lüey ibn Qalib ibn Fihr
(Qüreyş) ibn Malik ibn Nəzr ibn Kinanə ibn Xüzeymə
ibn Müdrikə ibn İlyas ibn Müzar ibn Nizar ibn Məad
ibn Ədnan. Ədnanın adı ilə bağlı Ədnanilər qəbiləsi
İsmayıl peyğəmbərlə əlaqələndirilərək İsmaililər də
adlandırılır. Məhəmməd peyğəmbərin Ədnandan İs-
mayılaqədərki nəsəbi haqqında özünün də təsdiqlə-
diyi dəqiq şəcərə tarix mənbələrində qeyd olunmayıb.
Məhəmməd peyğəmbərin atası Qüreyş qəbiləsinin
Haşimoğulları qolundan Abdullah ibn Əbdülmüttəlib,
anası isə Qüreyşin Zührəoğullarından Aminə bint Vəhb
ibn Əbdülmənafdır. Mənbələrdə Abdullah ibn Əbdül-
müttəlibin doğumu və həyatına dair fövqəltəbii hadisə-
lərdən bəhs edən müxtəlif rəvayətlər mövcuddur ki,
bunlar bəzi müəlliflər tərəfindən Həzrət Məhəmmədin
peyğəmbərliyinin dəlili kimi şərh olunmuşdur.175

175 Bəzi mənbələrdə Abdullahın - təsəvvüf ədəbiyyatında “nuri-
Məhəmməd” adlandırılan – və yaxud “nuri-nübüvvət” adlandırılan bir nura
sahib olduğu, evləndikdən sonra bu nurun Aminəyə keçdiyi qeyd olunur.
“Dəlailün-nübüvvə” (Peyğəmbərliyin dəlilləri) kimi əsərlərdə həzrəti Mə-
həmmədin peyğəmbərliyinin əlaməti kimi təqdim olunan bu rəvayətlərə
həm klassik, həm də müasir dövr İslam tarixçiləri tərəfindən müxtəlif
yanaşmalar bildirilmişdir. Baxın. Mehmet Şimşek, “Peygamberlik Nuru-
nun Hz. Muhammed’e İntikali”, İlahiyat Araştırmaları Dergisi, 2019, 11, s.
137-147.

131

Məhəmməd peyğəmbərin Mürrə ibn Kilaba qədər şəcərəsi İslam tarixi................................................................................
132

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

Gələcək peyğəmbərə işarət edən bu rəvayətlər-
dən başqa, mənbələrin böyük əksəriyyətində Abdul-
lahdan Əbdülmüttəlibin “qurbanlıq” oğlu kimi bəhs
edilir. Bu rəvayətlərə görə, Əbdülmüttəlib Məkkənin
qədim sakinləri olan Cürhüm qəbiləsinin şəhərdən
köçərkən doldurduğu Zəmzəm quyusunun yerini tap-
mış və Qüreyşin etirazına baxmayaraq, qazaraq isti-
fadəyəyararlı vəziyyətə gətirdiyi quyunu öz mülkiy-
yətinə daxil edərək siqayə vəzifəsini öhdəsinə götür-
müşdür. Qüreyşin ciddi müqaviməti ilə qarşılaşdığı
həmin dövrdə Harisdən başqa oğlu olmayan Əbdül-
müttəlib, əgər on oğlu olarsa, birini qurban verəcəyini
əhd etmişdi.176 On oğlu dünyaya gələn Əbdülmüttə-
lib, qohumlarının etirazına baxmayaraq, vədini yerinə
yetirmək istədiyi zaman oğlanları arasında atdığı
püşklə Abdullahı seçmişdir. Əbdülmüttəlib Abdullah
ilə qanbahası sayılan on dəvə arasında püşk atmış və
püşk doqquz dəfə oğluna, yalnız onuncu dəfə dəvələ-
rə çıxmışdı.177 Beləliklə, Əbdülmüttəlib yüz dəvə qur-
ban kəsməklə vədini yerinə yetirmişdir.178 Sonralar
Məhəmməd peyğəmbər əcdadı İsmayıl peyğəmbərlə

176 İbn İshaq, s. 2-3; İbn Hişam, s. 140-143; İbn Səd, I, 83-88; Əzraqi,

II, 46; Fakihi, II, 18-19.
177 İbn Hişam, s. 143-144; İbn Səd, I, 85; Əzrəqi, I, 92; Fakihi, II, 20;

Təbəri, II, 251.
178 İbn Səd, I, 89; Təbəri, II, 239-240. Cahiliyyət dövrü ərəbləri

arasında öldürülən bir şəxsin qanbahası olaraq verilən on dəvə diyəsi-
nin yüz dəvə ilə əvəz olunmasının bu hadisədən sonra geniş yayıldığı
qəbul edilir.

133

İslam tarixi................................................................................

doğma atası Abdullahı nəzərdə tutaraq, “Mən iki qur-
banlığın oğluyam”, – deyəcəkdi.

Evləndikdən qısa müddət sonra Suriyaya ticarət
səfərinə gedən Abdullah qayıdarkən yolda xəstələn-
miş, Mədinədə ana qohumları Ədi ibn Nəccar qəbilə-
sinin yanında xəstə yatdıqdan sonra vəfat etmişdir.179

5.2. Məhəmməd peyğəmbərin uşaqlığı
Ümumi qəbul olunmuş fikrə əsasən, Məhəmməd
peyğəmbər atasının vəfatından bir neçə ay sonra dün-
yaya gəlmişdir. Onun doğum tarixi haqqında mənbə-
lərdəki məlumatlar fərqlidir. Bu, ilk növbədə, Ca-
hiliyyə dövrü ərəblərinin rəsmi qəbul edilmiş tarix an-
layışının olmaması ilə əlaqəlidir. Bundan əlavə, Ca-
hiliyyə ərəblərinin “haram ayları” sabit bir dövrə yer-
ləşdirmək üçün tətbiq etdikləri “nəsi” adəti də Mə-
həmməd peyğəmbərin doğum tarixinin dəqiqləşdiril-
məsini çətinləşdirir. Bununla birlikdə, geniş qəbul
edilmiş fikrə əsasən, o, 571-ci ildə Məkkədə, klassik
mənbələrdə “Fil hadisəsi”nin baş verdiyi ilin 12
rəbiüləvvəlində dünyaya gəlmişdir.180

179 İbn Səd, I, 99; Təbəri, Tarix, II, 246.
180 Həm Fil hadisəsinin tarixi, həm də Məhəmməd Peyğəmbərin
həmin hadisədən neçə müddət sonra dünyaya gəldiyinə dair mənbələr-
də müxtəlif rəvayətlər vardır. Ümumi qəbul olunmuş fikrə görə, Mə-
həmməd Peyğəmbər bu hadisədən əlli və yaxud əlli beş gün sonra ana-
dan olmuşdur. Müxtəlif yanaşmalarla əlaqəli baxın: Cəfər Sübhani,
Əbədiyyət nuru Həzrət Muhəmməd, s. 92-95.

134

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

Cahiliyyə dövrü ərəblər arasında geniş yayılmış
südanalığı adətinə görə,181 körpə Məhəmmədə də süd
anası təyin olunmuş, əmisi Əbu Ləhəbin Süveybə adlı
kənizi qısa müddət ona süd vermişdir.182 Məkkəlilərin
adətlərinə görə, yenidoğulmuş körpələr doğulduqları
mühitdə böyüdülmür, həm fiziki sağlamlığı, həm də
nitq inkişafı üçün yaylaqdan gələn köçəri qəbilələrə
mənsub süd analarına verilirdilər. İbn İshaqdan gələn
rəvayətə görə, Məhəmməd peyğəmbər anadan olan il,
ənənəyə uyğun olaraq, səhrada yaşayan Həvazin qə-
biləsinin Səd ibn Bəkr qolundan bir neçə qadın Mək-
kəyə südövladlığı götürmək üçün gəlmişdi. Uzun-
müddətlik öz yurdlarına götürəcəkləri südövladını se-
çərkən, körpənin atasının ödəyəcəyi məbləğ böyük
əhəmiyyət daşıdığı üçün namizədlər arasında atasız
Məhəmməd cəlbedici görünməmişdi. Digər qadınlar
südövladlığı seçib Məkkədən çıxarkən, əliboş qayıt-
maq istəməyən Həlimə bint Abdullah naəlac qalaraq,
Əbdülmüttəlibin yetim nəvəsini özü ilə götürməyə
razı olmuşdur. Həlimə Məhəmməd peyğəmbəri iki il

181 Yenidoğulan körpələri iki il anasının əmizdirməsini tövsiyə edən,
lakin, valideynlər arasında qarşılıqlı razılığa əsasən, əmək haqqı ata tə-
rəfindən qarşılanmaq şərti ilə, körpənin süd anasına verilməsinin mümkün-
lüyündən bəhs edən Qur’an ayəsi, İslamın yarandığı dövrdə süd anası an-
layışının cəmiyyətdə geniş yayıldığını göstərir. Bəqərə, 2/233.

182 İbn Səd, I, 108; Yaqubi, Tarix, II, 9; Təbəri, Tarix, II, 158. Süveybə
həm də Həmzə ibn Əbdülmüttəlibi əmizdirdiyi üçün Həmzə, peyğəmbərin
həm əmisi, həm də süd qardaşı hesab olunurdu. İbn Səd, I, 108; Bəlazüri,
Ənsab (Həmidullah), I, 94; Təbəri, Tarix, II, 157-158.

135

İslam tarixi................................................................................

səhrada yanında saxladıqdan sonra, süddən ayıraraq
ailəsinin yanına gətirmiş, lakin Aminə oğlunun Mək-
kədə vəbaya yoluxacağı qorxusu ilə yenidən səhraya
qayıtmasını istəmişdi. Beləliklə, Həlimə Məhəmmədi
yenidən öz qəbiləsinin yanına apararaq dörd-beş yaşı-
na qədər orada saxlamışdır.183

Məkkə kimi dini və iqtisadi mərkəz olan Orta əsr
şəhərlərində böyük risk yaradan yoluxucu xəstəliklər-
dən qorunmaq məqsədilə süd anası ilə birlikdə daha
təhlükəsiz mühit olan səhraya göndərilən kiçik Mə-
həmmədin orada keçirdiyi dövrün onun həm fiziki,
həm də nitq inkişafına müsbət təsiri olmuşdur. Həli-
mə süddən ayırdığı zaman ikiyaşlı Məhəmmədin
dördyaşlı uşaq kimi göründüyünü qeyd etməklə, eh-
timal ki, çöl həyatının uşağın fiziki inkişafına təsirini
vurğulayırdı.184

Şifahi ədəbiyyata, natiqlik və xitabət sənətinə
böyük əhəmiyyət verən ərəblər üçün uşaqlığın ilk
dövrünün səhrada keçirilməsinin özünəməxsus sə-
bəbləri var idi.185 Südanası və dayəsi Həlimənin ya-

183 İbn İshaq, s. 26-27; İbn Hişam, s. 156-157; İbn Səd, I, 110-111;
Bəlazüri, Ənsab (Həmidullah), I, 92-94; Təbəri, Tarix, II, 158-159.

184 İbn Hişam, s. 158; İbn Səd, I, 112; Təbəri, II, 159.
185 Körpələrin həm dil, həm də fiziki cəhətdən inkişaf etməsi üçün
səhraya göndərilməsi ənənəsi ərəblər arasında sonrakı dövrlərdə də davam
etmişdir. Bu məsələ, xüsusilə vəliəhdlərin inkişafında vacib hesab edilmiş-
dir. Saray ənənəsinin hakim olduğu Əməvilər dövründə xəlifə Əbdülməlik
ibn Mərvan (685/705), aralarında güclü xitabəti ilə seçilən Süleymanın da

136

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

nında keçirdiyi dövrün Məhəmməd peyğəmbərə fizi-
ki inkişafla yanaşı, dil və nitq cəhətdən, xüsusilə
“fəsih” ərəb dilini öyrənməsinə görə də müsbət təsir
etdiyini demək mümkündür. Belə ki, Həzrət Məhəm-
məd daha sonralar yüksək nitq qabiliyyətini məhz
aralarında erkən uşaqlığını keçirdiyi və ərəblərin ən
“fəsih” danışan qəbilələrindən biri olan Həvazinin
Səd ibn Bəkr qoluna borclu olduğunu deyəcəkdi.186

Südanası ilə südövladı arasında Cahiliyyə döv-
ründən etibarən mövcud olan və Quranda187 da üzə-
rində durulan süd qohumluğu anlayışı çərçivəsində
Məhəmməd peyğəmbər sonralar da süd qohumları ilə
əlaqələrini davam etdirmişdir. Məkkədə qısamüddət-
lik südanalığı edən Süveybəyə və ailəsinə maddi-mə-
nəvi qayğı göstərmiş, vəfatına kədərlənmişdir.188 O,
Məkkəyə qıtlıq dövründə gələn südanası Həliməni
hədiyyələrlə yola salmışdır.189 Daha sonra da bəhs
ediləcəyi kimi, Hüneyn müharibəsindən sonra Həva-
zin qəbiləsi ilə münasibətlərin yaxşılaşdırılmasına

olduğu digər övladları ilə müqayisədə oğlu Vəlidin nitqindəki qüsuru, ona
olan bağlılığına görə yanından ayırıb çölə göndərməyə qıymaması ilə əla-
qələndirmişdir. İbn Əbdürəbbih, əl-İqdül-fərid, II, 480; Süheyli, Rövzül-
ünf, II, 168.

186 İbn Səd, I, 113; Cahiz, “əl-Övtan vəl-büldan”, Rəsail, IV, 117;
Süheyli, II, 167-168.

187 Nisa, 4/23.
188 İbn Səd, I, 108-109; Şami, I, 459.
189 İbn Səd,I, 113-14.

137

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbərin süd qohumluğunun da tə-
siri olacaqdı.190

İslam tarixi mənbələrində südanasının yanında
qaldığı dövrdə kiçik Məhəmmədin həyatında fövqəl-
təbii hadisələr baş verdiyi qeyd olunur. Bu hadisələr-
dən biri “şəqqi-sədr” (qəlbin açılması)191 hadisəsidir
ki, bununla ilə əlaqəli İslam tarixi mənbələrindəki
rəvayətlərlə bağlı həm klassik, həm də müasir dövr
İslam tarixçiləri tərəfindən peyğəmbərliyin əlaməti
kontekstində müxtəlif fikirlər irəli sürülmüşdür.192

Məhəmməd peyğəmbər dörd-beş yaşlarında
ikən Məkkəyə gətirilərək ailəsinə təhvil verilmiş-
dir.193 O, təxminən, altı yaşında ikən anası ilə birlikdə
Əbdülmüttəlibin ana qohumları Bəni-Nəccar qəbilə-
sinə baş çəkmək və atasının məzarını ziyarət etmək
məqsədilə Mədinəyə getmişdir. Ziyarətdən dönərkən
Aminə Mədinənin 190 km uzaqlığındakı Əbva kən-
dində xəstələnib vəfat etmişdir.194 Mənbələrdə qeyd

190 İbn Səd, I, 114-115; Təbəri, Tarix, III, 86; Məqrizi, İmta, II, 31.
191 İbn İshaq, s. 27-28; İbn Hişam, s. 134-135; İbn Səd, I, 119-120.
192 Mehmed Said Hatiboğlu, Hz. Peygamber’i Yanlış Yorumlama
Tezahürleri, İslami Araştırmalar, 1986, c. I, say. 2, s. 5-11; Bünyamin Erul,
Hz. Peygamber’in Risalet Öncesi Hayatına Farklı Bir Yaklaşım, Diyanet
İlmi Dergi, Peygamberimiz Özel Sayısı, 2000, s. 33-66; İsmail Metin, Hz.
Muhammed’in Risalet Öncesi Hayatına Yaklaşımlar: Fransızca Siyer Lite-
ratürü Örneği, Hadis ve Siyer Araştırmaları, 2016, c. II, s. 2, səh. 83-103.
193 İbn İshaq, s. 26-27; İbn Hişam, s. 156; İbn Səd, I, 110-111; Bəlazüri,
Ənsab (Həmidullah), I, 92-94; Təbəri, Tarix, II, 159-160; Süheyli, II, 144-
148; Məqrizi, İmta, I, 9-12; Şami, I, 470-477.
194 İbn İshaq, s. 19-28; İbn Hişam, s. 156-158; İbn Səd,I, 59-60;
Bəlazüri, Ənsab (Həmidullah), I, 79-81; Təbəri, II, 156-157.

138

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

olunduğuna görə, illər sonra Mədinədə Nəccaroğulla-
rına aid çoxmərtəbəli bir evə baxarkən Məhəmməd
peyğəmbər uşaqlığında anası ilə birlikdə Mədinədə
keçirdiyi günlərini xatırlamışdır.195

Erkən yaşlarında anasını da itirən Məhəmməd
peyğəmbər dövrün ərəb qəbilə adətinə görə, babası
Əbdülmüttəlibin himayəsinə keçmişdir. Səksəniki-
yaşlı Əbdülmüttəlib vəfat edərkən iki ilə yaxın hima-
yəsində saxladığı nəvəsini oğlu Əbu Talibə vəsiyyət
etmişdir. Əbdülmüttəlibin vəfatından sonra, Haşim-
oğulları qəbiləsinin rəisi olan Əbu Talib və həyat yol-
daşı, peyğəmbərin “anamdansonrakı anam” deyə mü-
raciət etdiyi Fatimə bint Əsəd196 onu bir övlad qayğısı
ilə böyüdüb boya-başa çatdırmışlar. Əbu Talib ömrü-
nün sonuna qədər Həzrət Məhəmmədə atalıq etmiş,
onu peyğəmbərliyi dövründə məkkəlilərin təzyiqləri-
nə qarşı qorumuşdur. Məhəmməd peyğəmbər də öz
növbəsində, Əbu Talibə mümkün olduğu qədər yar-
dım etmiş, yeniyetməlik vaxtında qoyun otarmaqla
ona dəstək olmuş,197 evləndikdən sonra isə əmisinin
oğlu Əlini öz himayəsinə götürməklə bu dəstəyi da-
vam etdirmişdir.

195 İbn Səd, I, 116; İbnül-Cövzi, əl-Müntəzəm, II, 272.
196 İbn Səd, I, 122; Zübeyri, Nəsəbi-Qüreyş, s. 39-40. Geniş məlumat
üçün baxın. Mehmet Aykaç, “Fatıma bint Esed”, DİA, XII, 225.
197 İbn Hişam, s. 160; İbn Səd, I, 125; Şami, II, 212-213.

139

İslam tarixi................................................................................

Məkkəlilərin çoxu kimi ticarətlə məşğul olan
Əbu Talib qardaşıoğlunu erkən yaşlarından ticarət sə-
yahətlərinə aparırdı. Mənbələrdə qeyd olunduğuna
görə, Həzrət Məhəmməd on yaşına yaxın ilk dəfə
əmisi Əbu Taliblə Suriyaya ticarət səfərinə çıxmış-
dır.198 İlk dövr İslam tarixi mənbələrində keçən bir rə-
vayətə görə, Məhəmməd peyğəmbərin doqquz və ya-
xud on iki yaşında əmisi Əbu Taliblə birlikdə çıxdığı
Suriya səfərində Büsra qəsəbəsi yaxınlığındakı xris-
tian monastırında Bəhira (bir rəvayətə görə, Əbdül-
qeys qəbiləsinə mənsub Sergius) adlı rahiblə görüş-
müşdür. Bu rəvayətə görə, Qüreyş karvanındakı az-
yaşlı Məhəmmədlə əlaqəli bəzi əlamətlər Bəhiranın
diqqətini çəkdiyinə görə məkkəliləri qonaq etmişdir.
Məhəmməd peyğəmbərlə aralarında olan dialoqdan
və bəzi fiziki xüsusiyyətlərindən rahib onun gözləni-
lən peyğəmbər olduğunu anlamış və Məhəmmədi qo-
rumağı Əbu Talibə tövsiyə etmişdir. Əbu Talib rahi-
bin məsləhəti üzrə səyahəti yarıda qoymuş və Mə-
həmməd peyğəmbəri Məkkəyə gətirmişdir.199

Bəhiranın Məhəmməd Peyğəmbərlə görüşməsi
ilə əlaqəli ilk dövr mənbələrindəki bu rəvayətlər, Orta
əsrlər xristian dünyasında müsəlmanlara qarşı itti-

198 Bəlazüri, Ənsab (Həmidullah), I, 96; İbn Qüteybə, əl-Məarif, s. 151;
Şami, II, 188.

199 İbn İshaq, s. 53-57; İbn Hişam, s. 180-183; İbn Səd, Təbəqat, I, 153-
155.

140

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

hamlar üçün istifadə olunmuşdur. Bu iddiaların əsa-
sını səlib yürüşləri dövründə – XI-XII əsrlərdə yazıl-
dığı düşünülən süryani dilində bir risalə təşkil edir.
Amerikalı şərqşünas və sami dilləri üzrə mütəxəssis
R.C.Qoteylin (R.J.H.Gottheil) ilk dəfə süryanicə və
ərəbcə bir neçə əlyazmasını tədqiq edərək, silsilə mə-
qalələrlə elm aləminə təqdim etdiyi bu nümunədə tər-
ki-dünya rahib Bəhira Quranı Məhəmməd peyğəm-
bərə öyrədən və İslamın memarı kimi təqdim olunur.
Qoteyl “apokalipsis-rəddiyyə” üslubundakı bu risalə-
də İslam tarixi mənbələrindəki “Bəhira rəvayətlə-
ri”nin Orta əsr xristianları tərəfindən saxtalaşdırıla-
raq, İslam dininə qarşı – Məhəmməd peyğəmbərin
həqiqi peyğəmbər olmayıb, təlimlərini Xristianlıqdan
aldığı iddiası – istifadə olunduğunu göstərir.200 Qo-
teyldən, təqribən, bir əsr sonra şərqşünas Barbara
Roggema “Sergi Bəhira əfsanəsi: İslama qarşı Şərq
Xristianlığı rəddiyyə və apokalipsisi” adlı doktorluq
dissertasiyasında İslam mənbələrindəki Bəhira rəva-
yətləri ilə xristian əfsanəsi Bəhiranı müqayisə etmiş-
dir. Roggema xristian mənbələrindəki Bəhira əfsanə-
sinin İslam mənbələrindəki rəvayətlərin dəyişdirilməsi
nəticəsində yazıldığını və Orta əsrlərdə xristianların

200 Richard James Horatio Gottheil, Bir Hıristiyan Bahira efsanesi – bir
tahrif örneği (XI-XII. Yüzyıl: Bahira hadisesinin Hz. Muhammedi (S.A.V.)
ve İslamiyeti reddeden bir efsaneye dönüştürülmesi (trc. Fatımatüz Zehra
Kamacı), İstanbul: İnkilab Yayınları, 2008.

141

İslam tarixi................................................................................

müsəlmanlara qarşı formalaşdırdığı rəddiyyə ənənəsi-
nin səciyyəvi nümunəsi olduğunu qeyd edir.201

İslam alimləri Bəhira hadisəsi ilə əlaqəli iddia-
lara Məhəmməd peyğəmbərin həmin dövrdə yaşının
az olması və qısamüddətli görüş nəticəsində İslam di-
ninin təlimlərini öyrənməsinin qeyri-mümkünlüyünü;
İslamın “tövhid” inancı ilə Xristianlığın “üç üqnum”
kimi əsas inanclarındakı fərqliliklər və digər səbəblə-
rə görə etiraz etmişlər.202

5.3. Məhəmməd peyğəmbərin gəncliyi,
evliliyi, İslamaqədərki peşəsi və
cəmiyyətdəki yeri

5.3.1. Ficar müharibəsində iştirak etməsi
Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı
ilə əlaqəli bir neçə mühüm hadisə mənbələrdə qeyd
olunur. Bunlardan biri onun Ficar döyüşlərində iştira-
kı ilə əlaqəlidir. Cahiliyyə ərəbləri arasındakı döyüş-
lər - “əyyamül-ərəb” ilə əlaqəli yuxarıda məlumat ve-
rilərkən qeyd olunduğu kimi, haram aylarda qurulan

201 Barbara Roggema, The Legend of Sergius Barbara: Eastern Chris-
tian apologetics and apocalyptic in responce to Islam, Leiden: E.J.Brill,
2012, s. 54 və d.

202 Əlavə məlumat üçün baxın: Ali Rıza Sağman, İslam Tarihinde
Bahira Meselesi, İstanbul: Ahmet Sait Mətbəəsi, 1959; Halis Demir, Recep
Tayyip Gedikli, Mikail Şeker, İslam Tarihindeki Bir Vakanın Yorum
Kritiği: Rahip Bahira Olayı, Ağrı İslami İlimler Dergisi (AGİİD), 2018,
sayı 2, s. 57/92; Arslan İhsan, “Vahiy Bağlamında Rahib Bahira Olayının
Değerlendirilmesi”, Recep Tayyip Erdoğan Üniversitesi Sosyal Bilimler
Dergisi (RTEU Journal of Social Sciences), 2018, sayı: 8, s. 313-341.

142

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

Ükaz, Zülməcaz və Məcənnə kimi həcc mövsümü
yarmarkalarında təhlükəsizliyi təmin etmək məqsədi-
lə qəbilələrarası anlaşmalar bağlanmışdır. Bu müqa-
vilənin pozulması nəticəsində, İslamaqədərki ərəb
tarixində “Ficar müharibələri” adlandırılan döyüşlər
baş vermişdir.203 Bu döyüşlərin ən qanlısı olan Dör-
düncü Ficar müharibəsi müttəfiq hesab edilən Qüreyş
və Kinanə qəbilələri ilə Qeys qəbiləsi arasında baş
vermişdir. Haşimoğullarının Zübeyr ibn Əbdülmüttə-
libin başçılığı ilə iştirak etdiyi bu döyüşdə Məhəm-
məd peyğəmbər də iştirak etmişdir. Ficar döyüşündə
iştirak etdiyi zaman Həzrət Məhəmmədin yaşı və mü-
haribə meydanındakı fəaliyyəti ilə əlaqədar mənbə-
lərdəki rəvayətlər müxtəlifdir.204

5.3.2. “Hilfül-füzul” anlaşmasında iştirak
etməsi

Həzrət Məhəmmədin peyğəmbərliyəqədərki hə-
yatı ilə bağlı mənbələrdə qeyd olunan digər bir hadisə
isə “Hilfül-füzul” anlaşmasında iştirak etməsinə dair-

203 Ficar döyüşləri üçün baxın. İbn Həbib, əl-Münəmməq, s. 160-180;
Yaqubi, Tarix, II, 15-16; İbn Qüteybə, əl-Məarif, s. 603-604; Fakihi, V,
183-186.

204 Məhəmməd peyğəmbərin 14-20 yaşları arasında olduğu, Qüreyş
ordusunda arxa cəbhədə yardım etdiyi və yaxud döyüşdə birbaşa iştirak
etdiyinə dair mənbələrdəki rəvayətlər fərqlidir. Geniş məlumat üçün baxın.
İbn Səd, I, 126-127; İsfahani, əl-Əğani, XXII, 62; İbn Həbib, əl-Münəm-
məq, s. 160-180; Yəqubi, Tarix, II, 15-16; İbn Qüteybə, əl-Məarif, s. 603-
604; İbnül-Əsir, əl-Kamil, I, 534-543.

143

İslam tarixi................................................................................

dir. Cahiliyyə dövründə Məkkədə qəbilələrarası ix-
tilafların qarşısının alınması, ziyarət və ticarət məqsə-
dilə şəhərə kənardan gələnlərin haqsızlığa məruz qal-
maması üçün Zübeyr ibn Əbdülmüttəlibin təşəbbüsü
ilə Məkkənin ən zəngin və nüfuzlu taciri Abdullah ibn
Cüdanın evində anlaşma bağlanmışdır.205

Qüreyş qəbiləsinin Haşim, Müttəlib, Zührə,
Teym və Əsədoğulları qollarının təmsil olunduğu bu
anlaşmada haqsızlığın qarşısının alınması üçün kö-
nüllülərdən ibarət qrup yaradılmışdır. Qrup üzvləri-
nin haqsızlığın qarşısını almağa and içdikləri bu mü-
qavilə, bir növ, maliyyə ilə əlaqəli problemlərin həlli
üçün qurulmuş məhkəmə rolunu oynamış,206 uzun
müddət Məkkənin dini-ticari mərkəz kimi nüfuzunun
qorunmasına xidmət etmişdir.207

Əmisi Zübeyrlə birlikdə müqavilədə iştirak edən
iyirmi (və yaxud otuzbeşyaşlı) Həzrət Məhəmməd,
peyğəmbərliyi dövründə də bu hadisədən təqdirlə
bəhs etmiş, orada iştirakından məmnunluğunu bildir-
miş, əgər belə bir anlaşma yenə bağlanarsa, heç tərəd-

205 İbn Hişam, s. 132-133; İbn Səd, I, 128-129.
206 İbn Hişam, s. 132-133; İbn Həbib, əl-Münəmməq, s. 52-59; Yaqubi,
Tarix, II, 17-18; İsfəhani, əl-Əğani, XVII, 288-295; Süheyli, II, 71-76;
Şami, II, 208-210.
207 Səid əl-Əfqani, s. 181-190; İhsan Abbas, s. 18; Həmidullah, “Hilfü’l-
Fudûl”, DİA, XVIII, 31-32.

144

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

düd göstərmədən orada iştirak edəcəyini söyləmiş-
dir.208

5.3.3. İslamaqədərki peşəsi
Qüreyş qəbiləsinin bir çox mənsubu, həmçinin
yaxın ailə üzvləri kimi Məhəmməd peyğəmbər də
erkən yaşlarından təcrübə qazandığı ticarəti özünə
peşə seçmişdir.209 Ərəbistan yarımadasının məşhur
yarmarkalarından Hicaz-Yəmən yolu üstündəki Hü-
başədə, Şərqi Ərəbistandakı Müşəqqər və Dəbada iş-
tirak edən Məhəmməd peyğəmbər, bəzi məlumatlara
görə, ticarət məqsədilə Həbəşistana da getmişdir.210
Beləliklə, Məhəmməd peyğəmbər, bir tərəfdən, tica-
rətlə məişətini təmin edərkən, digər tərəfdən, yarım-
adanın müxtəlif bölgələrinin sakinlərinin iqtisadi, si-
yasi, ictimai, dini və mədəni vəziyyəti ilə tanış olurdu.
Ticarət səfərləri sayəsində əldə etdiyi dünyagörüşü
peyğəmbərliyi dövründə müxtəlif qəbilələrə qarşı
münasibətlərin tənzimlənməsində Həzrət Məhəmmə-
də dəstək olacaqdı.

208 İbn Hişam, s. 133; İbn Səd, 128-129; İbn Həbib, əl-Münəmməq, s.
52-59; Yəqubi, II, 17; İsfəhani, XVII, 294; Əskəri, əl-Əvail, s. 39; Süheyli,
II, 75.

209 İbn İshaq, s. 59; İbn Hişam, s. 172-174, 178-179; İbn Səd, I, 121,
130, 156; Bəlazüri, Ənsab (Hamidullah), I, 96; İbn Qüteybə, əl-Məarif, s.
150-151; Təbəri, Tarix, II, 280-282; Şami, II, 187-189.

210 Hamidullah, “Hz. Peygamber’in İslam Öncesi Seyahatleri”,
İİFD, sy. 4 (1980), s. 330-337.

145

İslam tarixi................................................................................

İslamaqədərki dövrdə Məhəmməd peyğəmbərin
ticarət səfərləri

146

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

Ədalət, güvən, mərhəmət, namus, şərəf və digər
insani keyfiyyətləri baxımından, Cahiliyyə cəmiy-
yətinin əksər fərdlərindən fərqlənən Həzrət Məhəm-
məd, xüsusilə ticarətdəki etibarlılığı sayəsində “Mə-
həmmədül-əmin” (güvənilən Məhəmməd) kimi ta-
nınmışdır.211 Mənbələrdəki məlumata görə, Saib ibn
Əbu Saib adlı məkkəli tacir Məhəmməd peyğəmbərin
ticarət ortağı idi və onlar ixracat, idxalatla məşğul
olurdular. Bir ticarət ortağı kimi Saib, Həzrət Məhəm-
mədin karvanla qayıdarkən ona səfərdəki xeyir-zərər
haqqında məlumat vermədən evinə getmədiyini, Saib
ticarət səfərindən qayıtdığı zaman isə Məhəmməd
peyğəmbərin ona ancaq səhhəti ilə əlaqəli suallar ver-
diyini qeyd edir. Saib şərik kimi, Məhəmməd pey-
ğəmbəri mübahisə etməyən, təmkinli və kin bəsləmə-
yən bir şəxs kimi təqdim edərkən,212 onun gələcəkdə
təbliğ prosesində də görüləcək insani keyfiyyətlərini
təsvir edirdi.

5.3.4. Həzrət Xədicə ilə evlənməsi

Qeyd olunan xüsusiyyətlərinə görə, iyirmi ya-
şından etibarən bəzi məkkəli tacirlərin sərmayəsi ilə
ticari səfərlərə çıxan və bu sayədə məşhurlaşan Mə-
həmməd peyğəmbər, 25 yaşına çatdığı zaman, artıq

211 İbn Səd, I, 156; Bəlazüri, Ənsab (Həmidullah), I, 99.
212 Fakihi, III, 328; Məqrizi, İmta, I, 16.

147

İslam tarixi................................................................................

böyük ticarət karvanlarında sərmayədarları təmsil
edən tacir kimi məşhurlaşmışdı. Güvənilən tacir kimi,
Məhəmməd peyğəmbər ticarətdəki şöhrəti sayəsində
gələcək həyat yoldaşı, Məkkənin varlı tacirlərindən
Xədicə bint Xüveylid ilə tanış olmuşdur. Xədicə bint
Xüveylidlə ticarət ortaqlığı edən Məhəmməd pey-
ğəmbər onun köməkçisi Meysərə ilə Suriyaya ticarət
səfəri etmişdir. Həm səfər nəticəsində əldə edilmiş
böyük məbləğdə qazanca, həm də gənc tacirin əxlaqi
üstünlüyünə görə Xədicə ona evlənmə təklif etmiş və
Məhəmməd peyğəmbər onunla ailə qurmuşdur.213

Qüreyşin nüfuzlu simalarından Xüveylid ibn
Əsədin qızı olan Xədicə daha əvvəl iki dəfə ailə qur-
muş, birinci evliliyindən Hind adlı oğlu və bir qızı,
ikinci evliliyindən də Hind adlı qızı dünyaya gəl-
mişdir.214 İkinci həyat yoldaşının vəfatından sonra
Qüreyşin nüfuzlu şəxslərinin evlənmə təklifini qəbul
etməyən Xədicə Həzrət Məhəmmədlə evlənmişdir.215

Varlı tacir olan Xədicənin daha az maddi imkana
sahib Həzrət Məhəmmədi həyat yoldaşı kimi seçmə-
sində, iş ortaqlığı əsnasında onu yaxından tanımasının

213 İbn İshaq, s. 59; İbn Hişam, s. 178-179; Təbəri, Tarix, II, 280.
214 İbn İshaq, s. 229.
215 Zübeyr ibn Bəkkar, s. 23-34; Bəlazüri, Ənsab (Hamidullah), I, 97-
99; İbn Səd, VIII ,14-19. M.J.Kister, “The Sons of Khadija”, Jerusalem
Studies in Arabic and Islam, XVI, Qüds 1993, s. 59-95; M. Yaşar
Kandemir, “Hatice”, DİA, XVI, 465-466.

148

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

böyük rolu olmuşdur. Məhəmməd peyğəmbər Suriya-
ya Xədicənin adı ilə həyata keçirdiyi bir neçə ticarət
səfərindən qayıdarkən qadın onun necə bacarıqlı tica-
rətçi, etibarlı insan olduğuna yəqinlik hasil etmişdir.
Xədicənin bu qənaətə gəlməsində Həzrət Məhəm-
mədlə birlikdə Suriyaya ticarət səfərinə göndərdiyi
qulluqçusu Meysərənin səfər təəssüratlarının da təsiri
olmuşdur. Nəticə etibarilə, Həzrət Məhəmməd Xədi-
cənin ailə qurmaq barədə təklifini qəbul etmişdir.

Evləndikləri zaman Həzrət Xədicənin yaşı ilə
bağlı müxtəlif mənbələrdə rəvayətlər fərqlidir.216 İyir-
mi beş ildən çox sürən bu nikahdan onların ikisi oğ-
lan, dördü qız olmaqla, altı övladı dünyaya gəlmişdir.
Məhəmməd peyğəmbərin “Əbül-Qasım” adlandırıl-
masına səbəb olan ilk övladı Qasım kimi, digər oğlu
Abdullah da erkən yaşlarında, qızları Zeynəb, Ruqiy-
yə və Ümmü Gülsüm onun peyğəmbərliyi dövründə,
sonuncu qızı Həzrət Fatimə peyğəmbərin vəfatından
bir neçə ay sonra vəfat etmişdir. Məhəmməd peyğəm-
bərin nəsli qızı Fatimə ilə əmisioğlu Əli ibn Əbu
Talibin evliliyindən dünyaya gələn Həzrət Həsən və
Həzrət Hüseyn vasitəsilə davam etmişdir.

216 Həmin əsnada həzrət Xədicənin 28-40 yaşları arasında olduğuna dair
mənbələr üçün baxın. Zübeyr ibn Bəkkar, s. 33-34; İbn Səd, VIII, 17.

149

İslam tarixi................................................................................

5.3.5. Kəbə hakimliyi

Məhəmməd peyğəmbərin həyatının İslamaqə-
dərki həyatı ilə əlaqəli ilk dövr mənbələrinin böyük
əksəriyyətində qeyd olunan digər hadisə, onun 35 ya-
şında Kəbə hakimliyi vəzifəsini yerinə yetirməsi ilə
bağlıdır.

Sel sularından ciddi şəkildə zədələnmiş Kəbənin
605-ci ildə əsaslı şəkildə təmir olunması hadisəsi ilə
bağlı Qüreyş lazımi tədbirlər görmüşdür. Rəvayətlər-
dən anlaşıldığına görə, məkkəlilər mənəvi dəyəri yük-
sək olan bu vəzifəni yerinə yetirmək məqsədlə xüsusi
bir büdcə toplamış,217 Vəlid ibn Müğirənin başçılığı
altında bir dəstə qüreyşli, bizanslı bir tacirin Ciddə sa-
hilində, Şüeybədə qəza keçirmiş gəmisinin taxtalarını
və gəmidəki ustanı Məkkəyə gətirmişdir.218

Kəbənin təmiri əsnasında binanın divarlarının
inşası Qüreyşin müxtəlif tayfaları arasında bölüşdürül-
müşdür. Qapı tərəf Əbdülmənaf və Zührəoğullarına,
Həcərül-əsvəd ilə Yəmən tərəf Məhzum, Teym və
digər Qüreyş boylarına, Kəbənin arxa tərəfi Cümeyh
və Səhmoğullarına, əl-Hicr və ya Hatim tərəfi isə Əb-
düddar ibn Qüsey, Əsəd ibn Əbdülüzza və Ədiy ibn

217 Mənbələrdə həmin büdcəyə haqsızlıq, zülm və s. yollarla qazanılmış
pulun daxil edilməməsinə diqqət yetirildiyi qeyd olunur. İbn İshaq, 84; İbn
Hişam, s. 183; Əzraqi, s. 162; Təbəri, Tarix, II, 287.

218 İbn Hişam, s. 182; İbn Səd, I, 145; Təbəri, Tarix, II, 287; Əzraqi, I,
157-160;

150


Click to View FlipBook Version