The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by orkhanjamilli, 2021-07-08 02:46:14

İslam tarixi (Elnurə Əzizova)

İslam tarixi (Elnurə Əzizova)

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

buyurulduğu “haram aylar”da təşkil olunan yarmar-
kalar Ərəbistanda ticarətin inkişafına və rifah səviy-
yəsinin yüksəldilməsinə səbəb olan ən önəmli amil-
lərdən idi.

İslamaqədərki dövrdə Ərəbistan yarımadasında
Şərqlə-Qərbi, Şimalla-Cənubu birləşdirən ticarət kar-
vanlarının bir qismi lokal xarakter daşısa da, ikisi
beynəlxalq iqtisadi münasibətlər nöqteyi-nəzərindən
böyük əhəmiyyət daşıyırdı: Şərq və Qərb yolu adlan-
dırılan karvan yolları.61 Bu yolların birincisi Omanı
İraqla birləşdirir, Yəmən, Hindistan və İran mallarını
torpaq yolu ilə İraq, Tədmür və Suriya bazarına apa-
rırdı. Daha əhəmiyyətli hesab olunan və Cənubi Ərə-
bistan, Həbəşistan və hind mallarını Suriyaya daşıya-
raq, oradan alınan malların Həbəşistan və Hindistana
aparılması üçün Yəmənə daşıyan Yəmən-Suriya
arasındakı Qərb yolu isə Səna şəhərindən başlayaraq,
şərqə doğru Taif, Məkkə, Mədinə, Hicr (Mədaini-
Salih), Təbük, Məan, Mutə və Büsradan keçərək
Suriyaya çatırdı. Yarımadanın cənub və şimalını
birləşdirən bu əsas yollardan başqa, digər bir yol
Məkkədən Qırmızı dəniz sahili ilə Bədrdən keçərək
Əqəbə körfəzinə çatır. Oradan Eyləyə gedərək Məana
qayıdıb Mutədən Suriyaya çatır və yaxud şərqdən –

61 D’Oleary, Arabia Before Muhammad, s. 103-105; Səid Əfqani,
Əsvaqül-Ərəb, s. 15-16; Haqqı İsmail İbrahim, Əsvaqül-Ərəbit-ticariyyə,
s. 30-48.

51

İslam tarixi................................................................................

Sina yarımadasından Misir ərazisinə daxil olurdu.
Qərblə Şimal-Şərq arasındakı ticarət yollarından biri
isə Məkkəni Hirəyə birləşdirən karvan yolu idi. Onun
şərqindəki bir yol Rümma vadisindən Bəsrə körfəzinə
və Bəhreynə gedirdi. Digər bir yol isə Taif şəhərinin
cənubundan Təbalənin şərqinə, oradan Dəvasir vadi-
sindən Bəhreyn bölgəsinə gedirdi.62

Bu dövrün ən əhəmiyyətli ticarət mərkəzlərin-
dən biri də yarmarkalar idi ki, bunlardan ən məşhur-
ları arasında Ükaz, Zülməcaz, Məcənnə və Hubaşəni
saymaq olar. Ticarət mərkəzi olmaqla yanaşı, həm də
mədəniyyət mərkəzi rolunu oynayan bu yarmarkalar-
da ticari malların alış-verişi ilə yanaşı, şeir müsabiqə-
ləri keçirilir, xətiblər xütbələrini buradan xalqa çatdı-
rır, ərəb ədəbiyyatının şah əsərləri sayılan Cahiliyyə
dövrünün şifahi ədəbiyyat nümunələri dinləyicilərinə
ilk dəfə buralarda təqdim olunurdu. Bu müsabiqələr-
də birincilik qazanan şeirlər Kəbənin divarlarından
asılırdı. “Müəlləqətüs-səbə” (yeddi asqı) adlandırılan
məşhur şairlərin şeirləri də bunlardandır.

Şimalda Əzriat və Dumətülcəndəl; şərqdə Mü-
şəqqər, Dəba və Sühar; cənubda Şihr, Ədən, Rabiə və
Səna; Qərbdə Ükaz, Zülməcaz, Məcənnə və Xeybər
yarmarkaları Ərəbistanın dörd tərəfində qurulan və

62 O’leary, Arabia Before Muhammad, s. 103-106; Çağatay, İslam
Dönemine Dek Arap Tarihi, s. 153; Faruk Abu-Chakra, “Trade and Trade
Routes of the Quraysh”, s. 41.

52

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

aralarında ticarət karvanları ilə səfərlər təşkil olunan
yarmarkalar həmin bölgələr arasındakı karvan yolla-
rının yerləşdiyi marşrut istiqamətini göstərmək baxı-
mından mühüm səciyyə daşıyır. Bu yarmarkalarla
əlaqəli məlumatlar, əsasən, Hişam ibn Məhəmməd əl-
Kəlbinin (v. 204/819) müstəqil şəkildə müasir dövrə
gəlib-çatmamış əsəri “Əsvaqül-Ərəb”63 risaləsindən
nəql edən İbn Həbib (v. 245/860), Yəqubi, (v.
292/905), Mərzuqi (v. 421/1030) və Qəlqəşəndinin
(v. 821/1418) əsərlərində müasir dövrə gəlib çatmış-
dır.64

İslamaqədərki dövrdə Ərəbistan yarımadasında-
kı yarmarkalara gedən ticarət karvanları yolun keçdi-
yi ərazilərdə məskunlaşmış qəbilələrə aid bölgələrdən
hərəkət edən zaman təhlükəsizliyin təmin olunması
üçün ümumilikdə, həmin qəbilələrdən, yaxud onların
müttəfiqlərindən ibarət muzdlu mühafizə dəstələrin-
dən istifadə edirdilər. Mühafizə dəstəsi olmadan kar-
vanların mənzilə çatmasının mümkün olmadığını yar-
markalarla əlaqəli təfsilatlı məlumat verən müəllif-
lərin əsərlərindən görmək mümkündür.65

63 Fuat Sezgin, GAS, VIII, 341.
64 İbn Həbib, əl-Mühəbbər, s. 163-168; Yəqubi, Tarix, I, 270-271;
Mərzuqi, əl-Əzminə, II, 161-166; Qəlqəşəndi, Sübhül-Əşa, I, 468.
65 İbn Həbib, əl-Mühəbbər, s. 263-268; Yəqubi, Tarix, I, 270; Mərzuqi,
əl-Əzminə, II, 161-166.

53

İslam tarixi................................................................................

İslamın yarandığı dövrdə Ərəbistan yarımadasındakı
yarmarkalar66

Yarmarka Qurulduğu tarix Ərazi
1. Dumətülcəndəl
2. Müşəqqər 1-30 rəbiüləvvəl Dumətülcəndəl
3. Sühar
4. Dəba 1-30 cəmaziyəlaxır Müşəqqər
5. Şihr
6. Ədən 20-25 rəcəb Sühar
7. Səna
8. Rabiyə 20-30 rəcəb Dəba
9. Ükaz
11. Məcənnə 15 şaban Mehrə
10. Zülməcaz
12. Nətat 1-10 ramazan Ədən
13. Həcər
15-30 ramazan Səna

15-30 zilqadə Həzrəmövt

15-30 zilqadə Nəcd

15-30 zilqadə Mərrüzzəhran

1-8 zilhəccə Məkkə yaxınlığı

10-30 məhərrəm Xeybər

10-30 məhərrəm Nəcd/Yəmamə

66 Yarmarkalarla əlaqəli geniş məlumat üçün baxın. Səid Əfqani, s. 233-
389; Əzizova, Hz. Peygamber döneminde çalışma hayatı ve meslekler, s.
323-330.

54

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

Cahiliyyət dövründə həm yerli, həm də xaricdən
gələn tacirlərin iştirakı ilə Ərəbistanda ticarət həyatı
çox canlı idi. Yarımadanın iqtisadi həyatında mühüm
rolu olan yarmarkalardan Dumətülcəndəldə ətrafdakı
qəbilələrdən başqa yəmənli və hicazlı tacirlərin, Mü-
şəqqərdə öz ticarət malları ilə fars tacirlərin və müzər
qəbiləsinin torpaqlarından keçərkən qüreyşli mühafiz
dəstələrindən istifadə edən digər qəbilələrin, Dəbada
Hindistandan, Şərq və Qərbdən tacirlərin, Ükazda
Qüreyş, Həvazin, Qətəfan, Əsləm və Əhabiş qəbilə-
lərinin iştirak etmələri, yarımadanın iqtidasi həyatın-
dakı canlılığı və müxtəlifliyi göstərir.

Ticarət münasibətlərinin intensivliyi, idxal mal-
lara duyulan ehtiyac və istehlak baxımından, ilk növ-
bədə, Suriya bölgəsi tərcih edilirdi. Suriyadan başqa
Həbəşistan, Yəmən və İraq beynəlxalq ticarətin daim
aparıldığı yerlərdən idi. Həbəşistanlı tacirlər tez-tez
Hicaza ticari səfərlər həyata keçirir, qarşılıqlı olaraq
ərəb tacirlər də Həbəşistana ticarət səfərləri tərtib
edirdilər. Cahiliyyət dövründən etibarən, Həbəşistan
və Yəmənin sahil bölgələrindən tacirlər ticarət mal-
larını Məkkəyə, qurudan gələnlər Məkkə yaxınlığın-
dakı Mühəssəbə, dənizdən gələnlər isə Ciddəyə
gətirirdilər. Beynəlxalq ticarətdə mühüm rol oynayan
bir bölgə olaraq Yəmənə, xüsusilə kosmetika və ətir
məhsulları üçün gedilirdi. Gətirilən ticarət malı və yol
təhlükəsizliyi baxımından daha geri planda olmaqla

55

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbər dövründə Ərəbistanın
məşhur yarmarkaları

yanaşı, Sasani imperatorluğu hakimiyyətindəki İraq
bölgəsi yarımadanın beynəlxalq ticarətində alternativ
rolu oynayırdı.

Cahiliyyət dövründə ticarət məhsulları taxıl və
xurma başda olmaqla, qida məhsulları, minik və məi-
şət heyvanları, parça və müxtəlif bəzək əşyaları, silah
və mədənlər, Orta əsrin ən çox istifadə olunan xam
maddəsi sayılan dəri və ətir növləri idi. Bu ticarət
məhsullarının hər biri, xüsusilə istehsal olunduğu böl-
gəyə yaxın yarmarkada topdan və yaxud pərakəndə
satılır, beləliklə, hər yarmarka bir çox ticarət məhsulu

56

................. İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti

ilə yanaşı, özünəməxsus məhsulu ilə məşhurlaşırdı.
Məsələn, Sühar yarmarkası parçaları ilə, Dəba dəniz
yolu ilə gələn məhsulları ilə, Şihr ətir və kosmetika
maddələri ilə, Ədən yalnız yarımadada deyil, dəniz ti-
carətində də şöhrət tapmış ətirləri ilə, Səna pambıq,
boyaq maddələri, parça və dəmiri ilə məşhur idi. Həm
iştirak edənlərin, həm də məhsullarının müxtəlifliyi
ilə seçilən Ükaz yarmarkasının ən məşhur ticarət malı
yarmarkanın adı ilə məşhur Ükaz dəriləri idi. Abbasi-
lər dövrünün ensiklopedik alimi Cahiz (v. 255/869)
“ət-Təbəssür bit-ticarə” adlı əsərində Ərəbistan və ət-
raf bölgələri məşhur ticarət mallarına görə sıralayar-
kən bu mozaikanı göstərir.67

Adları qeyd olunan bu məşhur yarmarkalardan
başqa, lokal əhəmiyyətə malik digər yarmarkalar da
mövcud idi. Bunlardan biri İslam tarixində mühüm
rolu olmuş Bədr döyüşünün adını aldığı Bədr yarmar-
kası idi.68

Yarımadanın digər bölgələrində də Bədrin Hi-
cazdakı yerinə bənzər ikincidərəcəli yarmarkalar da
var idi. Bəhreyn bölgəsində Şərqdən gətirilən ətirlərin
anbarı sayılan Darin və məşhur “rüdəniyyə” mizraq-
larının satış anbarı olan Müşəqqərdəki Rüdeynə yar-
markası da buna nümunə göstərilə bilər.69

67 Cahiz, ət-Təbəssür bit-ticarə, s. 34-42.
68 İbn Hişam, s. 521-522; Vaqidi, I, 39; İbn Səd, II, 13; Təbəri, II, 438.
69 Səid əl-Əfqani, s. 214.

57

İslam tarixi................................................................................



Фясил 3
Исламагядярки яряблярин
иътимаи вя дини вязиййяти



58

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

3.1. Əhalinin tərkibi
İslamın yarandığı VII əsrdə Ərəbistan yarımada-
sının əsas sakinləri müasir dövrdə də olduğu kimi,
ərəblərdən ibarət idi. Ərəblərlə birlikdə yarımadada
yəhudilər, farslar və efiopiyalılar daxil olmaqla, digər
xalqların nümayəndələri məskunlaşmışdılar. Yəhudi-
lər, əsasən, Mədinə, Xeybər, Vadilqüra, Fədək və Yə-
mən daxil olmaqla, yarımadanın əkinçiliyə yararlı di-
gər bölgələrində məskunlaşaraq oturaq həyat sürür-
dülər.
Farslar isə xüsusilə Bəhreyn və Oman kimi Bəs-
rə körfəzi boyunca yarımadanın şərq qismlərində
məskunlaşmışdılar. Coğrafi səbəblərdən yarımadanın
digər bölgələrindən fərqlənən, antik müəlliflərin
“Arabia feliks” (xoşbəxt Ərəbistan) adlandırdığı Yə-
məndə İslamın yaranmasından bir əsr əvvəl siyasi və
iqtisadi səbəblərdən hakimiyyət uğrunda mübarizə
aparan farslar və efiopiyalılar məskunlaşmışdılar.
575-629-cu illərdə Yəməndə davam edən Sasani ha-
kimiyyəti, farslarla yerli əhalinin izdivacından ərəb-
lərin “əbna” (oğullar) adlandırdığı yeni etnik qrup da
yaranmış, lakin tədricən ərəbləşmişlər. Kompakt şə-
kildə məskunlaşmış sözügedən xalqlardan başqa,
Ərəbistanın müxtəlif şəhərlərində müxtəlif etnik kim-
liklərə mənsub qullar da yaşayırdılar. İlk dövr İslam
tarixi mənbələrində adlarına rast gəlinən Salmanı-Fa-
risi, Bilal Həbəşi, Ninevialı Əddas və digərləri həmin
kölələrdəndir.

59

İslam tarixi................................................................................

3.2. Ərəblərin mənşəyi və qismləri
Ərəblər say çoxluğuna görə və geniş coğrafi
ərazidə məskunlaşma baxımından, Sami xalqlarının
ən böyüyüdür. Bu xüsusiyyət ərəblərin danışdıqları
ərəb dili üçün də səciyyəvidir. Ərəb dili Sami dillərin
ən zəngini və inkişaf etmişi hesab olunur. Ərəblərin
ana vətəni sayılan Ərəbistan yarımadasının böyük
hissəsinin səhra və çöllərdən ibarət olması, digər tə-
rəfdən, sakinlərinin əksəriyyətinin uzun müddət kö-
çəri həyat tərzi sürməsi kimi səbəblərə görə, bəzi
istisnalarla onların arxeoloji qazıntılardan əldə edil-
miş dəqiq faktlara istinad edən, yaxud yazılı mənbə-
lərlə müasir dövrə gəlib-çatan tarixindən danışmaq
çətindir. Buna görə də İslamaqədərki ərəblərin yazılı
tarixi, əsasən, digər xalqlara aid tarixi mənbələrdən
əldə edilmiş məlumatlar əsasında yazılmışdır. Qədim
yunan dramaturqu Esxildən (b.e.ə. 535-456) Herodo-
ta (484-425), Strabondan (b.e.ə. 63-24) Pliniusa (v.
79) qədər Qədim dövrün müəllifləri Ərəbistanın coğ-
rafiyası ilə yanaşı, xalqının səciyyəvi xüsusiyyətləri
haqqında da məlumat verir. Həmin mənbələrdən əldə
edilən məlumatlara görə, b.e.ə. IX əsrdən etibarən
Assuriya Krallığı, VIII əsrdən Babil Krallığı ilə Şi-
mali Ərəbistanda məskunlaşmış ərəblər arasında
siyasi və ticari münasibətlər mövcud idi.
B.e.ə. VI əsrdə Əhəməni imperatoru II Kir Babili
işğal edərkən Babil Krallığına tabe olmuş ərəb qəbi-
lələrinin hərbi dəstəyindən də istifadə etmişdir. B.e.ə.

60

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

IV əsrdə Makedoniyalı İsgəndərin, ardından Roma im-
peratorluğunun Aralıq dənizi sahillərini ələ keçirməsi
nəticəsində Şimali Ərəbistandakı qəbilələr qismən ası-
lı vəziyyətə düşmüşdür. Romalıların Cənubi Ərəbista-
nın, Yəmənin sərvətlərini ələ keçirmə cəhdi nəticə ver-
məmiş, münasibətləri daha çox yarımadanın şimalında
və şimal-şərqində qurulan dövlətlərlə məhdudlaşan
Roma imperatorluğundan sonra, xüsusilə Mərkəzi Ərə-
bistan bölgəsi xarici istilalardan uzaq qalmışdır.

Ərəbistana qonşu imperatorluqlara aid yazılı
mənbələrdəki məlumatlar xaricində, ərəblərin islama-
qədərki tarixi haqqında ümumi qəbul edilmiş klassik
nəzəriyyəyə görə, ərəblər tarixi baxımdan iki böyük
hissəyə ayrılır:

a. Ərəbi-baidə,
b. Ərəbi-baqiyə.
Ad, Səmud, Mədyən, Təsm, Əmaliqə, Casim və
s. kimi qədim dövrlərdə müxtəlif dövlətlər quraraq
hakimiyyətlərini Suriyadan Misirə qədər yaymış, da-
ha sonra fərqli səbəblərə görə yox olmuş ərəbi-baidə
qrupuna daxil olan qəbilələr haqqındakı məlumatlar
daha çox Qurani-Kərim, İslamaqədərki ərəb şeiri və
digər mənbələrdə öz əksini tapmış əfsanəvi xəbərlər-
dən ibarətdir. Nəsli davam edən ərəbi-baqiyə isə özlü-
yündə 1. Ərəbi-aribə və 2. Ərəbi-müstəribə olmaqla
iki qrupa ayrılır.70

70 Hakkı Dursun Yıldız, “Arap/Tarih”, DİA, III, 273.

61

İslam tarixi................................................................................

3.2.1. Ərəbi-aribə
“Qəhtanilər” də adlandırılan yəmənmənşəli bu
qəbilələr toplusu Cürhüm və Yərub adlı iki qola ayrıl-
mış, Yərubdan Kəhlan və Himyər adlı iki ayrı qoldan
çox sayda qəbilə (bətn) meydana gəlmiş, bu qəbilələr,
tədricən, öz ana yurdlarından Ərəbistan yarımadası-
nın müxtəlif bölgələrinə yayılmışlar. Mədinədəki Övs
və Xəzrəc, Hirədəki Ləhm və Cüzam qəbilələri, Bəh-
reyndən Həzrəmövtə, oradan da Nəcdə köçən Kində
qəbiləsi bu qəbilələrdəndir.

3.2.2. Ərəbi-müstəribə
Ərəbəsilli olmayıb, sonradan ərəbləşən bu qəbi-
lələr topluluğuna Ədnanilər, Məadilər və Nizarilər,
həmçinin İbrahim peyğəmbərin oğlu İsmail peyğəm-
bərlə əlaqələndirilərək ismaililər də deyilir. Atası ki-
mi arami, kəldani və ibrani dillərində danışan İsmayıl
peyğəmbər və onun ardıcılları ərəb dilini Məkkədə
öyrənib, yerli Cürhüm qəbiləsi ilə qaynayıb-qarışdıq-
ları üçün “ərəbi-müstəribə” adlandırılmışlar. Məhəm-
məd peyğəmbərin iyirmi birinci nəsildən əcdadı sayı-
lan Ədnana mənsub olan Məad, Nizar, Rəbiə, Qətə-
fan, Kinanə, Qüsey və Qüreyş qəbilələri, mənsubları-
nın sayı çoxaldıqdan sonra yarımadanın müxtəlif böl-
gələrinə yayılmışlar. Əbdülqeys qəbiləsi Bəhreyn,
Bəni-Hənifə qəbiləsi Yəmamə, Bəkr ibn Vail qəbilə-
sinin bir qismi Yəmamə və Bəhreyn arasına, Təğlib

62

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

qəbiləsi əl-Cəzirə, Təmim qəbiləsinin bir qismi Bəh-
reynə, bir qismi Bəsrəyə, Süleym qəbiləsi Mədinə ya-
xınlarına, Səqif qəbiləsi Taifə, Həvazin qəbiləsi Öv-
tasa, Kinanə qəbiləsi Tihaməyə köçdü. Məkkə və ət-
rafında məskunlaşan Qüreyş qəbiləsi kimi istisnalar
olmaqla, Ədnani qəbilələrinin böyük əksəriyyəti Ti-
hamə, Nəcd və Hicazda köçəri və yarıköçəri həyat ya-
şayırdılar. İctimai həyat, dil, adət-ənənə baxımından
aralarında fərqliliklər olan Ədnani və Qəhtani qəbilə-
ləri həm Cahiliyyə, həm də İslam dövrlərində bir-bi-
rinə qarşı mübarizə aparmışlar.71

3.3. Qəbilə həyatı
Şimali və Cənubi Ərəbistanda qurulan dövlətlər
xaric olmaqla, yarımadanın böyük qismi, xüsusilə də
hər hansı bir dövlətin siyasi hakimiyyətində olmayan
Mərkəzi Ərəbistan həzəri və bədəvi həyat tərzi sürən
qəbilələrin hakimiyyəti altında idi. Qəbilələr eyni nə-
sil və qan bağı ilə birləşən təbii ailə birlikləri idilər.
Buna görə əksər hallarda aralarındakı qan bağına gö-
rə, bəzən də qan bağı olmadan siyasi və iqtisadi sə-
bəblərdən təşkilatlanırdılar. Müntəzəm siyasi qurulu-
şun və qoruyucu hüquq sisteminin olmadığı cahiliyyə
cəmiyyətində daim təhlükələrdən qorunmaq, hücum-
ların qarşısını almaq və təzminat ödəmək ehtiyacına
görə, qan bağı ilə bir-birinə bağlanan qəbilə üzvləri

71 Hakkı Dursun Yıldız, “Arap/Tarih”, III, 273.

63

İslam tarixi................................................................................

üçün “əsəbiyyə” ən güclü həmrəylik amilinə çevril-
mişdi. Əsəbiyyənin əsasını meydana gətirən nəsəb
anlayışına görə, canı və malı qəbiləsi tərəfindən qo-
runan bir ərəbin öz qəbiləsinə böyük ziyan vurduğu
zaman törətdiyi əmələ görə qəbiləsi ilə əlaqəsi kəsi-

lirdi.
Haqlı ilə haqsızı bir-birindən ayırmayan, cinayət

ilə cəzanın fərdiliyini qəbul etməyən “əsəbiyyə” ənə-
nəsi İslamaqədərki ərəb tarixinin mühüm siyasi hadi-
sələrindən olan “əyyamül-ərəb”in çoxunun səbəbi
olmuşdur. “Əsəbə” deyilən ata qohumları yolu ilə qu-
rulan qohumluq münasibəti böyük əhəmiyyət daşı-
maqla yanaşı, qəbilə strukturunun formalaşmasında
yeganə vasitə deyildi. Köməkləşmə, həmrəylik və
qoruma məqsədilə qəbilələr arasında andlı şəkildə ye-
rinə yetirilən “hilf” müəyyən bir bölgədə gözlənilən
haqsızlığın qarşısını almaq məqsədi daşıyan “civar”/-
“car”, azad edilmiş qulların cəmiyyətə qazandırılması
məqsədilə “vəla” İslamın ilk dövrlərinə qədər mövcu-
diyyətini davam etdirən aman və himayə metodları
idi. Siyasi və hüquqi boşluqların doldurulmasında
mühüm rolu olan qəbilə ittifaqı kor-koranə tərəfkeşlik
hissi ilə özlərindən olmayanların və yaxud müxalif
tərəflərin hüquqlarının pozulmasına və zülmə məruz
qalmasına da səbəb olurdu. Cahiliyyə şairi Cündəb
ibn Ənbərə aid edilən “zalım da olsa, məzlum da olsa,

64

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

qardaşına kömək et” beyti ərəblər arasında məsələ
çevrilmişdi.72

Ərəbistan yarımadasının əhalisi yaşadığı həyat
tərzinə görə həzəri (oturaq) və bədəvi (köçəri) olmaq-
la, siyasi, iqtisadi, ictimai və mədəni baxımdan bir-
birindən fərqlənən iki qismə ayrılırdı. Oturaq həyat
yaşayanlar mülayim iqlimin hakim olduğu, yağış və
axar suların nisbətən çox olduğu Yəmamə, Oman,
Nəcran və Yəmənin sahilə yaxın bölgələrində, eləcə
də Məkkə, Mədinə, Taif, Xeybər, Fədək, Vadil-qüra,
Eylə, Əzruh, Cərba kimi qəsəbə və şəhərlərdə yaşa-
yırdılar. Qəhtani və Ədnani mənşədən gələn çox say-
da bədəvi qəbilə isə Şimali və Mərkəzi Ərəbistanda
“mənzil” və yaxud “büyutül-qəbilə” deyilən ərazilər-
də yaşayırdı.

Məskunlaşdıqları yerin şəhər, qəsəbə, kənd və
yaxud vahə olmasına bağlı olaraq, həzəri və bədəvi
adlandırılan qəbilələr “məskən” üçün istifadə etdiklə-
ri materiala bağlı olaraq “əhli-mədər” (palçıq əhli) və
“əhli-vəbər” (yun əhli) adlandırılırdılar. Qədim dövr-
lərdən etibarən, heyvandarlıqla məşğul olan bədəvi
ərəblər, əsasən, dəri və yun kimi heyvanmənşəli mə-
mulatdan hazırlanmış çadırlarda yaşayırdılar.73 Coğ-
rafiyanın imkan verdiyi təbii inşaat materiallarından
Taifdəki kimi qalalar, Mədinədəki kimi “ütum”lar

72 Abdülkerim Özaydın, “Arap/İslam öncesi”, DİA, III, 321.
73 İnşaat materialına görə ərəblərin məskən növlərini təsnifinə dair
baxın: İbn Sidə, əl-Muhkəm, IV, 294; İbn Mənzur, XIII, 20.

65

İslam tarixi................................................................................

(çoxmərtəbəli binalar) inşa edirdilər. Hər ikisi müş-
tərək olaraq ticarətlə məşğul olmaqla yanaşı, həzərilər
əkinçilik və müxtəlif peşələrlə, bədəvilər isə yaşadıq-
ları coğrafi mühit və iqlim şərtlərinə görə heyvan-
darlıq və ovçuluqla öz məişətlərini təmin etdirirdilər.

Yarımadanın iqtisadi həyatına təsir edən başlıca
amillərdən biri əhalinin yaşayış tərzi idi. Buna görə
Ərəbistan yarımadasında köçəri və oturaqların həyat
tərzlərinə görə formalaşan iqtisadi həyatı ikiyə
ayırmaq mümkündür:

1. Bədəvilərin yaşadıqları və ümumiyyətlə,
ərəblərdən başqa millətlərin məskunlaşmadıqları ya-
rımadanın mərkəzi və sahil hissələri. Su mənbələrinin
azlığı və əkinçiliyə əlverişsizliyi ilə tanınan bu tor-
paqlarda köçəri ərəblər spesifik qəbilə həyatı sürür-
dülər. Qəbilənin bütün oymaqları və üzvləri hər barə-
də bir-biri ilə yardımlaşır, sahib olduqları mal və əm-
təəni öz aralarında paylaşırdılar. Ailə və qəbilə quru-
luşu, qəbiləçilik ənənəsi belə bir müştərəkliyin və
yardımlaşmanın əsas təşviqedici ünsürləri idi. Ailənin
malı, məhz onun müştərək malı və mülkü olduğu ki-
mi, oymaq və qəbilənin sərvəti və bu birlikləri mey-
dana gətirən fərdlərin, eləcə də ailələrin müştərək
malı sayılırdı. Oymaq və qəbilə rəisi hamıya ehtiyacı
olan qədər bu sərvətdən pay ayırırdı. Qəbiləni mey-
dana gətirən ailə və oymaqlar müştərək sərvətin art-
ması üçün çalışırdılar.

66

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

2. Ərəblərin oturaq (həzəri) həyat sürdüyü, tica-
rət, siyasət və səyahətlər yolu ilə digər oturaq xalqlar-
la əlaqələrin yaradıldığı bölgələr. Məkkə, Yəsrib
(Mədinə), Taif, Xeybər və Səna kimi çoxsaylı əhali-
nin yaşadığı yerlərdə ərəblər ərəb olmayanlarla bəra-
bər yaşayırdılar. Kəbənin yerləşdiyi və hacıların ziya-
rət etdiyi Məkkə ilə Ərəbistan-Bizans arasındakı
ticarət yolu üzərində yerləşən Yəsrib (Mədinə) müx-
təlif icmaların meydana gətirdiyi mərkəzlər idi.

Bədəvilər oturaq həyatı əsalətli və azad insanın
ruhuna uyğun hesab etmədikləri üçün həzərilərin
məişət yollarından olan peşə və əl sənətlərini qul
əməyi hesab edərək xor baxırdılar.74 İqtisadiyyat-
larının əsasını meydana gətirən köçəri heyvandarlıq
həyatlarının bütün sahələrində təzahür etdiyi üçün
“əhlül-vəbər” (yun xalqı) deyilən bədəvilərin köçəri
heyvandarlıqla məşğul olan digər toplumlardan fərqi
onda idi ki, onların heyvandarlığının əsasını çox vaxt
dəvə sürüləri meydana gətirirdi.

Əhliləşdirilməsi Ərəbistan yarımadası baxımın-
dan mühüm rol oynayan dəvə qida, nəqliyyat, suvar-
ma, toxuculuq və dəri sənayesində oynadığı rola görə,
oturaq xalqın da mühüm gəlir mənbəyi sayılmaqla
yanaşı, xüsusilə bədəvilərin ehtiyaclarının təminində
əsas ünsür sayılırdı. Süd və əti ilə çölün məhrumiyyət

74 Nümunə üçün baxın: İbnül-Kəlbi, Cəmhərə, s. 186-187; Bəlazüri,
Fütuh, s. 329.

67

İslam tarixi................................................................................

şəraitində bədəvinin əsas qidası sayılan dəvə, dərisi
və yunu ilə çadır və geyim tələbatını ödəyir, su və ot-
laq axtarışında nəqliyyat və yükdaşıma sahəsində hə-
yati əhəmiyyət daşıyırdı.

Mətbəx mədəniyyətindən musiqiyə, geyimdən
sosial fəaliyyətə qədər bir çox sahədə fərqlənən həzə-
rilərlə-bədəvilər arasında dil və ədəbiyyat baxımın-
dan da fərq var idi. Şifahi ədəbiyyatın hakim olduğu
ərəblər arasında ərəb dilinin təmiz, doğru və fəsih
istifadəsi baxımından bədəvilər şəhər xalqına nisbə-
tən daha avantajlı mövqedə idilər. Buna görə də şə-
hərlərdə yaşayan ərəblər fiziki olaraq güclü olması və
immunitet qazanmasına paralel olaraq, xüsusilə uşaq-
lığın ilk dövrlərində sürətli inkişaf edən nitqin daha
möhkəm əsaslar üzərinə qurulması üçün övladlarını
çölə – bədəvi süd anasının yanına göndərirdilər.75 Hə-
vazin qəbiləsinin Səd ibn Bəkr qoluna süd övladı ve-
rilən Məhəmməd peyğəmbər də dilinin fəsih olma-
sında içində böyüdüyü Bəni-Səd qəbiləsinin böyük
rolu olduğunu qeyd etmişdir.76

Şifahi ədəbiyyatdakı üstünlüklərinə baxmaya-
raq, bədəvilərdə yazı mədəniyyəti inkişaf etməmişdi.
Tarixi mənbələrə görə, Cahiliyyə dövründə Ərəbis-
tanda qəbilə nəsəbləri, məşhur divanlar, “müəlləqeyi-
səbə” (yeddi asqı) kimi yazılı şeir nümunələri, alqı-

75 İbn Hişam, s. 158; İbn Səd, c. 1, s. 112; Təbəri, Tarix, c. 2, s. 159.
76 İbn Hişam, s. 120.

68

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

satqı və borc müqavilələri, hər hansı bir qəbilə və
yaxud qəbilələr ittifaqı haqqında verilmiş qərarlar
yazılaraq saxlanılırdı.77 Bunun əksinə olaraq, hiss və
düşüncələrini yazma adəti olmayan bədəvilər çox
böyük əhəmiyyət verdikləri şeirlərin belə yazılmama-
sına xüsusi diqqət göstərir, buna görə şairlərin oxu-
yub-yazmasını və şeirlər yazmasını qəbahət hesab
edirdilər.

Həzəri və bədəvilərin ayırıca xüsusiyyətləri yal-
nız fiziki dairələrinə bağlı olan mədəniyyət ünsürləri
deyildi, həm də ictimai və iqtisadi şəraitin də təsiri ilə
müxtəlif strukturda təşəkkül edən dəyərlər sistemi idi.
Bədəvilər yaşamaq üçün vacib olan qida ilə yanaşı,
çadırdan geyimə, ayaqqabıdan su qablarına, silah və
silah qablarına qədər əsas ehtiyaclarını bəslədikləri
heyvanların ət, süd, yun və dərisi ilə təmin edirdilər.
Heyvan, dəri, yağ, qurut və s. kimi heyvanmənşəli
məhsulları yarmarka və bazarlara aparmaq xaricində
onların mədəniyyət mərkəzləri ilə irtibatı, demək olar
ki, yox idi. Buna görə də İbn Xəldun yalnız dəvə
çobanlığı ilə məşğul olan bədəvilərin, dəvədən başqa
heyvan cinsləri də yetişdirən digər köçərilərdən daha
bədəvi olduqlarını bildirir.78

77 Cahiliyyət və İslamın erkən dövrlərində yazılı sənədlərlə əlaqəli
baxın. Schoeler, Writing and Publishing: On the Use and Function of
Writing in the First Centuries of Islam, Arabica, 44, 1997, s. 423-435.

78 İbn Xəldun, Müqəddimə, c. 1, s. 306-307.

69

İslam tarixi................................................................................

Oturaq xalqın sosial və mədəni struktura uyğun
nizam və intizamı ictimai və mədəni həyatın norma-
larından uzaq yaşayan bədəvilərin düşüncə tərzinə
yad idi. Həzərilərdə siyasi təşkilat Məkkə və Taif ki-
mi şəhərlərdə bir qəbilə, Mədinə kimi bəzi şəhərlərdə
isə bir neçə qəbilə tərəfindən müştərək şəkildə yerinə
yetirilirdi. Bəzi qəbilələrarası ittifaqlar istisna olmaq-
la, müstəqil hərəkət edən bədəvi qəbilələri şəxsi key-
fiyyət və var-dövlətlərinə görə seçilən qəbilə şeyxləri
tərəfindən idarə olunurdu.

Qəbilələrin mərkəzi hakimiyyətə tabe olması ba-
xımından oturaq xalqla bədəvilər arasında Cahiliyyə
dövründən etibarən mövcud olan bu yanaşma fərqi
İslamı qəbul etdikdən sonra da davam etmişdir. Belə
ki, Məhəmməd peyğəmbərə qarşı müəyyən ədəb qay-
daları çərçivəsində rəftar edən mədinəli ənsar və
məkkəli mühacirdən fərqli olaraq bədəvilər sərt və
təhqiramiz davranışlar nümayiş etdirməkdən çəkin-
məmişdilər. Siyasi və iqtisadi müstəqilliklərinə olan
bağlılıqları və güclü əsəbiyyə duyğularının da təsiri
ilə bəzi bədəvi qəbilələr Məhəmməd peyğəmbərin
vəfatından sonra baş verən “irtidad” hadisələrində
iştirak etmiş, qatı və inadkar xarakterlərinin təsiri ilə
Quran və sünnəni öz fikirlərinə görə şərh edərək,
İslam cəmiyyətinin ilk radikal dini-siyasi qrupu
sayılan xaricilərin yaranmasında rol oynamışlar.79

79 Mustafa Fayda, “Bedevî”, DİA, V, 316.

70

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

3.4. Ailə strukturu
İslamaqədərki dövrdə, xüsusilə köçəri ərəb cə-
miyyətində ailə müstəqil olmaqdan daha çox mənsub
olduğu qəbilənin bir parçası kimi əhəmiyyət daşıyır-
dı. Fərdin cəmiyyətdəki nüfuzunu ailəsindən daha
çox qəbiləsi təyin edirdi. Hüquqi statusuna görə müs-
təqil bir qurum olmamaqla birlikdə qəbilə öz daxilin-
də böyük və kiçik ailələrdən ibarət idi:
1) Bir neçə nəsil əsil-kökü ilə birlikdə yaşayan
böyük ailə: “al”;
2) Ər-arvad və övladlardan ibarət daha kiçik
ailə: “iyal”.
Hər iki halda ailənin tərkibinə kölələr və məvali
də daxil idi. Bundan əlavə, övladlığa götürülmüş
şəxslər də ailənin bir üzvü sayılır, onlar kimi miras-
dan hissə alırdı.
Orta əsrlərin bir çox cəmiyyətində dini xarakter
daşıyan nikah İslamaqədərki ərəb cəmiyyətində dini
müqavilə hesab olunmur və xüsusi bir dini mərasimlə
həyata keçirilmirdi. Nikah, adətən, eyni qəbilənin
üzvləri arasında həyata keçirdi. Poliqamiyanın poligi-
niya növünün geniş yayıldığı cəmiyyətdə bir kişinin
ona yaxın həyat yoldaşı ilə evlənməsi hallarına
təsadüf olunurdu. Nikahın “mütə”, “bədəl”, “istibda”
və digər növləri ilə yanaşı, nikahsız birlikdə yaşama

71

İslam tarixi................................................................................

forması da mövcud idi.80 Boşanma cəmiyyətdə geniş
yayılmışdı. Boşanma hüququ, əsasən, kişilərin, bəzi
hallarda isə qadınların da səlahiyyətində olurdu.

İslamaqədərki dövr ərəb qəbilələrində hakim
olan patriarxal xarakter ailə üçün də səciyyəvi idi.81
Buna görə də “əsəbə” adlandırılan qan qohumluğu üs-
tünlük təşkil edirdi. Cahiliyyət cəmiyyətində iqtisadi
həyatda və müharibələrdə qəbiləsinin güc mənbəyi
olması kişini ailə içində qadından üstün mövqeyə
yüksəldirdi. Böyük əksəriyyəti köçəri həyat sürən
ərəb qəbilələrində yeni məskən arayışları, qəbilələrin
qarşılıqlı hücum və qarətləri, təbii olaraq, kişi fərd-
lərin cəmiyyət həyatındakı nüfuzunu artırırdı. Bu sə-
bəbdən, xüsusilə köçəri həyat yaşayan qəbilələr ara-
sında qadından fərqli olaraq kişi, iqtisadi həyatın
təminatçısı olmaqla yanaşı, bir döyüşçü kimi də ailə-
nin və qəbilənin güc mənbəyi idi. Bütün bunlar ailədə
kişiyə həm həyat yoldaşının, həm də övladlarının canı
və mülkiyyəti üzərində böyük səlahiyyətlər verirdi.

İslamaqədərki ərəblərin, əsasən, köçəri heyvan-
darlıq əsasında qurulmuş iqtisadi, siyasi və ictimai
həyatında qadın gücü təmsil edən kişi ilə müqayisədə
cəmiyyətə töhfəsi baxımından ikincidərəcəli insan

80 İslamaqədərki dövrdə nikah şəkilləri ilə əlaqədar baxın. İbn Həbib,
Mühəbbər, s. 340-341.

81 İslamaqədərki ərəblərinin bəzi qəbilələrin bir zamanlar matriarxal
xarakter daşıdığına dair fikirlər irəli sürülsə də, İslamın yarandığı dövrdə
ərəb qəbilələrində patriarxal xüsusiyyət üstünlük təşkil edirdi. Mehmet
Akif Aydın, “Aile”, DİA, II, 196-200.

72

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

hesab olunurdu. Evlənmə, boşanma və miras hüququ
olmayan qadın yalnız övlad dünyaya gətirdikdən son-
ra, ailənin bir üzvünə çevrilir, ərinin vəfatından sonra
miras və övladları üzərində hər hansı bir səlahiyyəti
olmadan qan qohumlarının himayəsində sayılırdı.
Ailədə hüquq və səlahiyyətlərin çoxu kişiyə aid oldu-
ğu üçün nikah, əsasən, birtərəfli müqavilə xarakteri
daşıyırdı.82

Ümumilikdə, qəbilə həyatında, xüsusilə köçəri
qəbilələr arasında ailədə kişi qadından daha çox
nüfuza sahib olduğu kimi, oğlan övladı da qız övla-
dından daha üstün hesab olunurdu. Çox sayda oğlan
övladına sahibi olmaq ailənin güc və nüfuzunun gös-
təricisi kimi iftixar mənbəyi sayılır, bunun təbii
nəticəsi kimi, qız övladı isə daha dəyərsiz hesab olu-
nurdu. Ailənin rəisi kimi atanın öz övladları, xüsusilə
qızları üzərində geniş səlahiyyətləri mövcud idi. Ata
bu geniş səlahiyyətlərindən istifadə edərək bəzən
sosial, psixoloji və iqtisadi səbəblərdən qız övladları-
nı yaşamaq hüququndan məhrum edirdi. Qadına qarşı
ümumi yanaşmanın nəticəsi olaraq arzulanmayan öv-
lad kimi baxılan yeni doğulmuş qız övladları, geniş
yayılmış bir adət olmamaqla yanaşı, bəzən canlı-canlı
basdırılırdı.83

82 Abdülkərim Özaydın, “Arap: İslam’dan Önce Araplarda Sosyal ve
İktisadi Hayat”, DİA, III, 321-322.

83 Nəhl, 16/58-59; Təkvir, 81/8-9.

73

İslam tarixi................................................................................

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki,
qadınların və qız övladlarının mövqeyi bədəvi və
həzəri cəmiyyətdə bir-birindən fərqli idi. Belə ki, ilk
dövr mənbələrinin verdiyi məlumatlardan anlaşıldı-
ğına görə, Məkkə və Mədinə daxil olmaqla, əhalinin
oturaq həyat yaşadığı şəhər və qəsəbələrdə qadınların
ictimai-iqtisadi statusu daha yüksək idi. Daha sonra
təfsilatlı şəkildə bəhs olunacağı kimi, Məhəmməd
peyğəmbərin həyat yoldaşı, Qüreyşin məşhur tacirlə-
rindən Xədicə bint Xüveylid həmin dövrün nüfuzlu
qadınlarından biri idi.

3.5. Adət-ənənələr
Cəmiyyətin kollektiv hafizəsinin nəsildən-nəslə
ötürülməsində böyük rolu olan adət-ənənələr, arala-
rında müəyyən fərqliliklərə baxmayaraq, köçəri və
oturaq həyat yaşayan ərəblər üçün müştərək xarakter
daşıyırdı. Digər cəmiyyətlərdə olduğu kimi, İslama-
qədərki ərəb cəmiyyətində də adət-ənənələrin forma-
laşmasında coğrafi mühit mühüm bir faktor olmuş-
dur. İqlim şərtlərinə bağlı olaraq ərəblərin mətbəx,
geyim, məskən və məişət həyatının bir çox sahəsinə
təsir edən ünsürlər arasında ikisi daha çox əhəmiyyət
daşıyırdı: xurma və dəvə.
Yarımadanın bir çox vahəsində ən çox yetişdiri-
lən meyvə kimi, xurma tarix boyu ərəblərin iqtisadi
və mədəni həyatında mühüm rol oynamış, ticarət hə-

74

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

yatındakı roluna paralel surətdə xurma ilə əlaqəli çox-
saylı söz ərəb dilinə daxil olmuş, köçəri və oturaq hə-
yat yaşamasından asılı olmayaraq, xurma ərəb mət-
bəxinə də böyük təsir etmişdir. Ərəb dilinin xurma
ağacı və meyvəsi ilə əlaqəli söz sayının çox olmasın-
dan da anlaşıldığı kimi,84 xurma yarımadanın əsas,
bəzi yerlərində isə yeganə ağac növü hesab edilirdi.
Məşhur ərəb filoloqu Əbu Əmr əl-Əla (v. 150/767)
ərəblər arasında xurmanın meyvəsinin qida, yarpağı-
nın və gövdəsinin yanacaq, budağının inşaat materia-
lı, lifinin ip, yarpaqlarının səbət, kötüyünün isə qab
kimi istifadə olunduğunu qeyd edərkən,85 onun məi-
şət həyatındakı çoxsahəli istifadəsindən xəbər verir.

Qeyd olunduğu kimi, Ərəbistan yarımadasının
coğrafiyasına və iqliminə uyğunluğu baxımından
ərəblərin həyatında mühüm rol oynamış ikinci amil
dəvədir. Meyvəsinə əlavə olaraq ağacından, lifindən,
hətta dəvələrin yemlənməsi məqsədilə çəyirdəyindən
də istifadə olunan xurma kimi dəvə də köçəri və ya-
xud oturaq həyat yaşamasından asılı olmayaraq,
ərəblərin həyatında mühüm rol oynamışdır. Böyük
hissəsi səhralardan ibarət yarımadada uzunmüddətli
səyahətlərdə suyadözümlülük və yükdaşıma xüsusiy-

84 Xurma ağacı və meyvəsinin yetişdiyi bölgə və növləri ilə əlaqəli
müxtəlif adlar üçün baxın. İbn Sidə, əl-Müxəssəs, II, 132-135.

85 Qali, əl-Əmali, III, 16.

75

İslam tarixi................................................................................

yətlərinə görə dəvə əlverişli yeganə minik və yükdaşı-
ma vasitəsi idi. Buna görə “quru gəmisi”86 də adlan-
dırılırdı. Ərəbistanın təbii su mənbələrinin azlığı ilə
məşhur çöllərində dəvənin südü maye, xurma xaricin-
də təbii qidanın olmadığı vahələrində əti qida, köçəri
həyata görə portativ evlərə ehtiyac olduğu üçün yunu
və dərisi məskən; ipək və pambıq kimi toxuculuq
xammalı yetişdirilməyə münasib olmayan bölgələrin-
də yunu geyim; nəqliyyat sahəsində minik və yükda-
şıma vasitəsi kimi, bölgə insanının əsas ehtiyaclarının
böyük hissəsini təmin edirdi.87 Buna görə də cahiliyyə
ərəbləri arasında dəvə çox vaxt ən dəyərli sərvət sa-
yılmış, qanbahası, mehr və s. kimi yüksək məbləğdə
pul tələb olunan hallarda mübadilə vasitəsi kimi isti-
fadə olunmuşdur.88

Köçəri həyatın üstünlük təşkil etdiyi ərəblər ara-
sında mətbəx mədəniyyəti çox bəsit olub, əsasən, xur-
ma, dəvə əti və süd məhsullarından ibarət idi. Həyat
standartlarının nisbətən yüksək olduğu şəhərlərdə ye-
mək növlərinın hazırlanmasında ət məhsullarından

86 Zürrummə, Divan (Carlie Henry Makartney), s. 638; Əsmai, Şərhi
Divani Zürrummə (Əbdülqüddüs Əbu Salih), Beyrut, 1993, II, 1002.

87 Dəvənin ərəblərin həyatındakı rolunun əhəmiyyətinə görə, Əbu Nəsr
əl-Bahili (v. 160-777), Nəsr ibn Yusif (v. 200/816), Əbu Übeydə (v.
207/822), Əsmai (ö. 213/828) və İbnüs-Sikkit (v. 243-857) kimi ilk dövr
ərəb dilçiləri dəvənin yaşı, cinsi, rəngi və digər fiziki xüsusiyyətlərinə dair
“Kitabül-ibl” kimi əsərlər yazmışlar.

88 Əlaqədar rəvayətlər üçün baxın. İbn Səd, I, 89; Təbəri, Tarix II, 239-
240, 379.

76

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

əlavə, tərəvəzdən də istifadə olunur və mətbəx mədə-
niyyəti çölə nisbətən daha zəngin olurdu. Əkinçiliyə
əlverişsiz yerlərdə əsas qida məhsulu kimi, ət və süd
məhsulları, Mədinə, Taif, Xeybər və digər əkinçilik
bölgələrində isə əlavə olaraq, tərəvəz məhsulları isti-
fadə edilirdi. İslamaqədərki ərəblərin qida növləri
kimi geyim şəkli də bəsit idi. Sıravi xalq sadə bir ən-
tari üstündən qurşaq və əbayə adlanırılan üst geyim,
varlı təbəqə isə bundan əlavə, bəzəkli arxalıq geyi-
nirdi.89

Əyyamül-ərəbdən bəhs edərkən qeyd olunduğu
kimi, aralarında ittifaq olmayan qəbilələr arasında
ərazi, su quyuları, qənimət və digər səbəblərdən mün-
təzəm şəkildə müharibələr baş verirdi. Bu müharibə-
lərdə qəbilənin döyüşçüləri ilə yanaşı, qadınlar və
uşaqlar da döyüş meydanına gətirilirdi. Bu, ailə üzv-
lərinin düşmən əlinə keçməməsi üçün döyüşçülərin
motivasiya edilməsi məqsədi daşıyırdı.90

İslamaqədərki ərəb cəmiyyətinin adət-ənənələri
arasında xüsusi günlər də qeyd olunmalıdır. Qəbilə
kimliyinin ön planda olduğu ərəblər arasında müştərək
qeyd edilən milli bayramdan danışmaq mümkün
olmasa da, hər bir bölgənin və qəbilənin qeyd etdiyi

89 Geniş məlumat üçün baxın: Əzizova, s. 132-133.
90 Nümunə olaraq, mənbələrdə 630-cu ildə müsəlmanlarla bütpərəst
Həvazin qəbiləsi arasında baş vermiş Hüneyn döyüşündə həvazinli gənc
komandir Malik ibn Övfün döyüşçülərin ailə üzvlərini, heyvan sürülərini
də döyüş meydanına gətirdiyi qeyd olunur. İbn Hişam, s. 958-959; Vaqidi,
III, 887-888; Təbəri, Tarix, III, 70-71.

77

İslam tarixi................................................................................

müəyyən günlər mövcud idi. Xüsusilə, iqtisadi, sosial
və mədəni cəhətdən qəbilələr arasında böyük əhəmiy-
yəti olan yarmarkalar şənlik atmosferində keçirilir, şeir
müsabiqələri və idman yarışları tərtib olunurdu.
Bundan əlavə, bütpərəst ərəb qəbilələri sitayiş etdikləri
bütlərin hüzurunda bayram şənlikləri tərtib edirdilər.

3.6. Dəyərlər
Qəhrəmanlıq, səxavətlilik, qonaqpərvərlik, vədə
və əmanətə sadiq olmaq, himayə etmək və bağışla-
maq kimi ümumbəşəri dəyərlər İslamaqədərki ərəb
cəmiyyətində də müsbət insani keyfiyyətlər hesab
olunur və yüksək qiymətləndirilirdi. Xüsusilə cəmiy-
yətin varlı təbəqəsi arasında xəsislik utanılacaq bir
xüsusiyyət hesab olunur, səxavətlilik mədh edilirdi.
Ensiklopedik alim Cahiz İslam coğrafiyasındakı şə-
hərlərin coğrafi vəziyyəti və əhalisinin antropoloji
xüsusiyyətləri haqqında məlumat verdiyi “əl-Övtan
vəl-büldan” adlı əsərində İslamaqədərki Məkkədən
bəhs edərkən, “hökmdarlar kimi şairlərə ənam verdik-
lərinə, müsafirləri qonaq etdiklərinə, qohumlarına
yardım göstərdiklərinə, Kəbənin ziyarətçilərinə xid-
mət etdiklərinə, dəri süfrələrdə piyada və süvari hər
kəsə “heysə”91 yedirdiklərinə” görə, Qüreyş tacirləri-
nin səxavətini mədh edir.92 İslamın yaranmasından

91 Xurma, qurudulmuş qatıq və kərə yağından hazırlanmış yemək növü.
Xəlil ibn Əhməd, III, 273; Razi, Muxtar, s. 69.

92 Cahiz, “əl-Övtan vəl-büldan”, Rəsail, IV, 116.

78

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

qısa müddət əvvəl Məkkədə yaşamış zəngin tacir Ab-
dullah ibn Cüdan93, mədinəli varlı səhabələrdən Səd
ibn Übadə94 ərəblər arasında səxavətinə görə dastan-
laşmış şəxslərdən idilər.

İslamaqədərki ərəb cəmiyyəti üçün səciyyəvi
olan xüsusiyyətlər arasında qumar, riba, şərab, zina
və digər vərdişlər geniş yayılmışdı. Əksəriyyəti kə-
nizlərdən ibarət qadınların iştirakı ilə əyləncəli şərab
məclisləri təşkil olunurdu. İsfəhaninin “əl-Əğani” ad-
lı əsərində nəql etdiyi bir məlumat anaxronizmə yol
açan bəzi nüanslar daşımaqla yanaşı, İslamaqədərki
ərəblərin geniş yayılmış bu vərdişlərini əks etdirməsi
nöqteyi-nəzərindən mühümdür. Bu xəbərə görə,
Məkkədə Məhəmməd peyğəmbərlə görüşmək üçün
gələn Bəkr ibn Vail qəbiləsinin məşhur şairi Meymun
ibn Qeys əl-Əşaya (v. 7/629) mane olmaq istəyən
məkkəlilər ona “Məhəmməd səndən əl çəkməyəcəyin
dörd vərdişi tərgitməyini istəyəcək: zina, qumar, riba
və şərab”, – demişlər.95

93 Mənbələrə görə səxavəti ilə məşhur zəngin məkkəlilərdən Abdullah
ibn Cüdan öz malikanəsində yalnız yerli ərəb yeməklərini deyil, Sasani
mətbəxinə aid bəzi yemək və şirniyyat növlərini də məkkəlilərə təqdim
etmişdir. İbn Həbib, əl-Münəmməq, s. 371-372; İsfəhani, əl-Əğani, VIII,
329-330; Fakihi, V, 196.

94 Evində hər gün çox sayda insanı qonaq etdiyinə və Məhəmməd
peyğəmbərin hicrətindən sonra ona hər gün yemək göndərdiyinə görə “Səd
ibn Übadənin kasası” mənbələrdə bir məsəl kimi istifadə olunmuşdur. İbn
İshaq, s. 243; İbn Səd, III, 614; İbn Həcər, əl-İsabə, III, 66.

95 İsfəhani, əl-Əğani, IX, 147.

79

İslam tarixi................................................................................

Geniş yayılmasına baxmayaraq, mənfi ictimai
və iqtisadi nəticələr doğurduğuna görə, İslamaqədərki
ərəb cəmiyyətində bu vərdişlərlə əlaqəli mənfi rəy də
mövcud idi. Əşa (v. 7/629), Tərəfə (v. 564), Ləbid ibn
Rəbiə (v. 41/661) kimi şairlərin yaradıcılığında, xü-
susilə şərabın insan ağlına, malına, sosial etibarına və
mövqeyinə mənfi təsirini vurğulayan nümunələrə rast
gəlmək mümkündür.96 Buna görə də aralarında hənif-
lərin və nüfuzlu şəxslərin olduğu Əbdülmüttəlib ibn
Haşim, Vəlid ibn Müğirə, Abdullah ibn Cüdan, Səf-
van ibn Ümeyyə, Vərəqə ibn Növfəl, Qüs ibn Saidə
kimi qüreyşlilərin İslamaqədərki dövrdə şərabdan im-
tina etdiyi və bəzilərinin öz ailə üzvlərinə də qadağan
etdiyi qeyd olunur.97 İbn İshaqın nəql etdiyi rəvayətə
görə, 605-ci ildə məkkəlilər Kəbənin əsaslı təmiri
üçün büdcə yaradarkən, zülm, riba və zina ilə qaza-
nılmış pulu qəbul etməmiş, pak olmadığına inandıq-
ları bu pulun müqəddəs binanın təmiri üçün istifadə-
sini doğru hesab etməmişdilər.98

96 Əşa, Divan, s. 308, 346-347; Yedi Askı, s. 14-15, 34-35; Təbrizi,
Şərhül-müəlləqətil-əsril-müzəhhəbat, s. 98-100, 309-311. Geniş məlumat
üçün baxın: Əzizova, Hz. Peygamber döneminde çalışma hayatı ve
meslekler, 435-452.

97 Cavad Əli, IV, 670-672.
98 İbn İshaq, s. 84; İbn Hişam, s. 183; Əzraqi, s. 162; Təbəri, Tarix,II,
287; Süheyli, III, 25.

80

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

3.7. Şeir, natiqlik (xitabət) və yazı
Köçəri həyat tərzi yaşayan digər xalqlar kimi, şi-
fahi ədəbiyyatın üstünlük təşkil etdiyi ərəblər arasın-
da da şeir ədəbiyyatın ən mühüm növünü təşkil edirdi.
İslamaqədərki ərəblər arasında şeir yalnız ədəbiyyat
növü deyil, həm də qəbilənin etibarını qoruyan, nüfu-
zunu yüksəldən bir vasitə idi. Buna görə də hər hansı
bir qəbilədən istedadlı bir şair çıxdığı zaman digər
qəbilələr onu təbrik edir, ziyafət verilir və bu, mühüm
bir hadisə kimi qeyd olunurdu.99 Yazıdan az istifadə
olunmasına bağlı olaraq, şeir həm də müxtəlif məlu-
matların və mədəniyyətin qorunaraq nəsildən-nəslə
ötürüldüyü yaddaş rolunu oynayırdı. Beləliklə, şeir
ərəblərin soy, nəsəb, adət və dünyagörüşlərinə dair
bütün məlumatlarını toplayaraq ehtiva edən, şan-şöh-
rətini qoruyan, keçmişdəki bütün uğurlarını, xatirə-
lərini unudulmaqdan qoruyub yaşadan ana mənbələri
olmuşdur.100
Cəmiyyətdə şeirin inkişafını şərtləndirən amil
yalnız şairin düşmən qəbiləsi qarşısında öz qəbiləsini
mədh etmə arzusu deyildi. Şeir həm də yarmarkalarda
təşkil olunan müsabiqələr vasitəsilə cəmiyyətin
mədəni həyatında mühüm rol oynayırdı.101 Ükaz və
Zülməcaz kimi “haram aylar”da tərtib olunan yarmar-

99 Nasirüddin əl-Əsəd, s. 61.
100 Çetin, “Arap/Edebiyat”, DİA, III, 286.
101 Geniş məlumat üçün baxın: Səid əl-Əfqani, s. 315-316.

81

İslam tarixi................................................................................

kalarda böyük şairlər xüsusi olaraq qurulmuş çadır-
larda şeirlərini dinləyicilərin qarşısında oxuyurdu-
lar.102 Ərəb ədəbiyyatına “müəlləqat” (asılmış) adı ilə
daxil olan İslamaqədərki məşhur qəsidə kolleksiyaları
həmin müsabiqələrdə seçilən şeirlərdən ibarətdir.103

Hər hansı bir şəxs və yaxud qəbilənin tərifləndi-
yi “mədhiyyə”, şairin ixtifar etmə məqsədilə yazdığı
“fəxriyyə”, qəhrəmanlıq və cəsarətin mədh edildiyi
“həmasə”, rəqibin pislənməsi məqsədilə yazılan “hi-
ca”, vəfat edən şəxsin arxasınca oxunan “risa” İs-
lamaqədərki ərəb şeirinin əsas növləri idi. VI əsrdən
etibarən Ərəbistan yarımadasında iqtisadi rifahın art-
ması sayəsində, xüsusilə mədhiyyə mövzusuna həsr
olunmuş qəsidə yazan şairlər də artmışdılar. Həm
yarımadadakı ərəb qəbilə rəislərinin və varlı tacirlə-
rin, həm də qonşu Ləxmi və Qəssani dövlətlərinin
hökmdarlarının səxavətli bəxşişləri şeirin bu növünü
daha da inkişaf etdirmişdir. Məsələn, mənbələr Həs-
san ibn Sabitin və Nabiğə əz-Zübyani kimi şairlərin
sözügedən dövlətlərin hökmdarlarının sarayında söy-
lədikləri mədhiyyələrinə görə yüksək miqdarda bəx-
şiş aldıqlarını xəbər verir.104 Həmçinin İslamaqədərki

102 İsfəhani, əl-Əğani, IX, 383, XI, 8.
103 Əzizova, “Ukâz”, DİA, XLII, 61-62; həmin müəllif, “Zülmecâz”,
DİA, XLIV, 570-571.
104 Nasirüddin əl-Əsəd, s. 82-83, 133. İsfəhaninin verdiyi təfsilata görə,
Qəssani hökmdarı Cəbələ ibn Eyhəm mədhiyyəsinə görə Həssan ibn Sabitə
üç yüz dinar vermiş və bəxşişini hər il təkrarlayacağını bildirmişdirb.
İsfəhani, əl-Əğani, XV, 154.

82

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

dövrün ən məşhur cəngavər şairi Düreyd ibn Simmə
və taifli məşhur şair Ümeyyə ibn Əbüssəlt Qüreyşin
qəbilə rəislərinin səxavətindən faydalanan şairlərdən-
dir.105 İsfahaninin verdiyi məlumata görə, məkkəli
zəngin tacirlərdən Abdullah ibn Cüdan mədhiyyəsinə
görə Ümeyyə ibn Əbüssəltə iki kəniz bağışlamış-
dır.106 Qəsidənin mədhiyyə növü İslamın yaranmasın-
dan sonra da davam edərək, ərəb şeirinin İslam döv-
ründəki inkişafına təsir göstərmişdir.

Şeirlə yanaşı, natiqlik qabiliyyəti də İslamaqə-
dərki ərəb cəmiyyətində yüksək dəyərləndirilirdi. Xə-
tiblər, adətən, cəmiyyətin bilik və dünyagörüşü yük-
sək olan şəxsləri, qəbilə rəisləri və kahinlər kimi cə-
miyyətin nüfuzlu simaları arasından çıxırdılar. Döv-
rün siyasi və ictimai şərtlərinə uyğun olaraq, şeir kimi
natiqlik mövzularının da əsasını qəbilələrarası rəqa-
bət təşkil edir, məşhur xütbələr, əsasən, qəbilənin
qəhrəmanlığının və səxavətinin mədh olunması, rəqib
qəbilənin həcv edilməsi mövzularını əhatə edirdi. Be-
lə hallarda rəqib qəbilənin xətibi dərhal öz qəbiləsinin
etibarını qorumaq üçün buna cavab verirdi.107

Natiqlik yalnız qəbilələrarası rəqabət və intiqam
zamanı deyil, nikah və sülh müqaviləsi bağlanarkən,
dəfn zamanı və digər xüsusi günlərdə də canlılığını

105 Cahiz, əl-Övtan vəl-Büldan, Rəsail, IV, 116-117.
106 İsfəhani, əl-Əğani, VIII, 341.
107 Cahiz, əl-Bəyan vət-təbyin, II, 272-273; İbn Düreyd, əl-İştiqaq, s.

237-238.

83

İslam tarixi................................................................................

qoruyan funksional bir ədəbiyyat sahəsi idi. Buna
görə natiqliyi ilə tanınmış Ədnani qəbilələrindən İyad
və Təmim başda olmaqla, ərəb qəbilələri arasında na-
tiqliyi ilə seçilən xüsusi nüfuzlu şəxslər mövcud idi.
Məhəmməd peyğəmbərin gəncliyində Ükaz yarmar-
kasında xütbəsini dinlədiyi İyad qəbiləsindən Qüs ibn
Səidə dövrün məşhur natiqlərindən biri idi.108 Bundan
əlavə, Məhəmməd peyğəmbərin ulu babası Haşim ibn
Əbdülmənaf və babası Əbdülmüttəlib ibn Haşim 628-
ci ildə Hüdeybiyə müqaviləsini bağlamaq üçün Qü-
reyşin təmsilçiliyini edən Süheyl ibn Əmr Qüreyşin
məşhur natiqlərindən sayılırdı. Təmim qəbiləsindən
Əksəm ibn Seyfi Qüreyş qəbiləsindən, İslamaqədərki
dövrün məşhur natiqlərindən biri idi.109

Şifahi ədəbiyyatla müqayisədə yazılı nümunələr
az inkişaf etmişdir. Ərəb yazısının məlum olan ilk nü-
munəsi Cənubi Ərəbistan mənşəli “müsnəd” yazısı-
dır. Müasir dövrə gəlib-çatmış ərəb yazısının Şimali
Ərəbistanda qurulmuş Nəbatilərin yazı sistemi əsa-
sında formalaşdığı qəbul edilir. Ərəb yazısının Nəba-
tilərdən Mərkəzi Ərəbistana keçidinə dair iki yanaş-

ma var:
1) Nəbatilərin bir bölgəsi olan İordaniya çayının

şərq sahilindəki Hövrandan Ənbar, Hirə, Dumətül-
cəndəl yolu ilə Hicaza keçmişdir;

108 İbn Səd, Təbəqat, I, 315; Cahiz, əl-Bəyan vət-təbyin, I, 52.
109 Hüseyin Elmalı, “Hitâbet/Arap Edebiyatı”, DİA, XVIII, 158-160.

84

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

2) Hövrandan Petraya, oradan da Şimal Qərbi
Ərəbistanda yerləşən əl-Üla şəhərindən hicazlıların
ticarət əlaqələri vasitəsilə Hicaza keçmişdir.110

İslamın yayıldığı bölgə kimi, Hicaz və Mərkəzi
Ərəbistanda xristian və yəhudilər arasında Müqəddəs
Kitaba bağlı olaraq ibri və süryani dillərində oxuma
və yazma yayılsa da, bütpərəst ərəblərin yazıdan isti-
fadəsi məhdud idi. Bununla birlikdə, qəbilə nəsəbləri,
məşhur şeir divanlarının “müəlləqə” kimi yazılı nü-
munələri, borc sənədləri və s. kimi yazı nümunələri
də mövcud idi.111 Mənbələrdə Kəbənin divarından
asılan bəyannamə xüsusiyyəti daşıyan sənədlərdən
bəhs edilir. İslamdan əvvəl Xüzaə qəbiləsi ilə Əbdül-
müttəlibin rəhbərliyi altında Haşim oğulları arasında
Kəbənin içində yazılıb divarından asılan ittifaq müqa-
viləsi,112 hicrətdən əvvəl Qüreyşin Məhəmməd pey-
ğəmbəri himayə etdiyinə görə Haşim və Əbdülmüttə-
lib oğullarına qarşı boykot qərarı alaraq Kəbə divarın-
dan asdığı yazılı sənəd113 həmin dövrün yazılı mətn
nümunələrindəndir.

Bütün bunlara baxmayaraq, İslamaqədərki dövr-
də tarix və ədəbiyyatı, əsasən, şifahi ədəbiyyat üzəri-
nə qurulmuş bütpərəst ərəblərdə yazının istifadəsinin

110 Nihad M. Çetin, “Arap/Yazı”, DİA, III, 376-377.
111 Geniş məlumat üçün baxın. Schoeler, Writing and Publishing: On

the Use and Function of Writing in the First Centuries of Islam, Arabica,

44, 1997, s. 423-435.
112 İbn Səd, I, 85.
113 İbn Səd, I, 208-209; Təbəri, Tarix, II, 335-336.

85

İslam tarixi................................................................................

geniş yayılmadığını demək mümkündür. Ərəb cəmiy-
yətində yazıdan sistemli şəkildə istifadənin geniş ya-
yılması prosesi, İslamı qəbul etmiş ərəblərin Müqəd-
dəs Kitab kimi Qurani-Kərimi oxuma zərurəti ilə
başlamışdır.

3.7. Təqvim
İslamaqədərki ərəblərin istifadə etdikləri təqvim
ay təqvimi idi: məhərrəm, səfər, rəbiüləvvəl, rəbiül-
axir, cəmadiyələvvəl, cəmadiyəlaxir, rəcəb, şaban, ra-
mazan, şəvval, zilqadə və zilhiccə. İlin on iki ayından
səkkizi “adi aylar” (əşhür itiyadiyyə), dörd ay isə “ha-
ram aylar” (əşhür hürum) adlandırılırdı: zilqadə, zil-
hiccə, məhərrəm və rəcəb. “Haram aylar”ın üçü zil-
qadə, zilhiccə və məhərrəm ard-arda gəlir (təqvim ili-
nin on birinci, on ikinci və birinci ayları), dördüncüsü
rəcəb ayı isə təqvimin yeddinci ayını təşkil edirdi.
Adətən, “haram aylar”da qəbilələr həm ticari,
həm də dini səfərlərini təhlükəsiz şəkildə yerinə yetir-
mək məqsədilə bir-birlərinə hücum etməz, talan və
qan tökməklə məşğul olmazdılar. Bununla yanaşı, qə-
bilələrin haram aylara qarşı yanaşmaları müxtəlif idi.
Mərzuqinin qeyd etdiyi məlumatlara görə, “haram ay-
lar”a qarşı münasibətinə görə ərəb qəbilələri üç qismə
ayrılırdı:
1) “Haram aylar”da talanla məşğul olub, insan
ölümü daxil, qadağan olan hər bir şeyi yerinə yetirən-
lər;

86

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

2) “Haram aylar”ın qaydalarına ciddi şəkildə ria-
yət edərək cinayətdən uzaq olanlar;

3) Yalnız “haram aylar”a qarşı hörmətsizlik
edənlərlə mübarizə aparıb, onları cəzalandırmağı
doğru hesab edənlər.114 “Haram aylar”da qoyulan qa-
dağaların pozulması nəticəsində baş verən döyüşlər
İslamaqədərki ərəb tarixində “Ficar müharibələri” ad-
landırılmışdır.115

İslamaqədərki ərəblərin təqvimi 354 günlük ay
təqvimi (qəməri təqvim) olsa da, 365 günlük Günəş
təqviminə (şəmsi təqvim) uyğunlaşdırılması məqsə-
dilə ona müdaxilə olunur və aradakı onbirgünlük fərq
ortadan qaldırılırdı. Təqvimin dəyişdirilməsi üsulu
“nəsi” (təxirə salmaq, artırmaq və yaxud əlavə etmək)
adlandırılırdı. “Nəsi” metodunun tətbiq olunması
dövrün siyasi-ictimai vəziyyəti ilə yaxından əlaqəli
idi. Belə ki, məişət yollarından biri olan talançılıq və
qəbilə strukturunun mühüm amili olan qan davasına
görə müntəzəm şəkildə müharibə edən qəbilələr üç ay
ardıcıl davam edən haram aylarda barış elan etmək
məcburiyyətində qalırdılar. Müharibəsiz keçən üç ay
qəbilələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyi

114 Mərzuqi, əl-Əzminə, II, 166. Əlavə olaraq baxın: Algül, “Haram
Aylar”, DİA, XVI, 105-106

115 “Yoldan çıxmaq, haqdan ayrılmaq, günah etmək, andı və vədi
pozmaq” mənasında “Ficar” adlandırılan bu müharibələrə dair geniş
məlumat üçün baxın: İbn Həbib, əl-Münəmməq, s. 160-180; Yaqubi, Tarix,
II, 15-16; İbn Qüteybə, əl-Məarif, s. 603-604; Fakihi, V, 183-186.

87

İslam tarixi................................................................................

üçün həcc ibadətinin bitməsindən sonra, “haram ay-
lar”a fasilə vermək istəyirdilər. Bu məqsədlə, həcc
ibadətinin yerinə yetirildiyi təqvim ilinin sonuncu ayı
olan zilhiccədən sonra, növbəti ilin birinci ayı olan
məhərrəm ayının əvəzinə, haram olmayan digər ay-
lardan biri təyin olunur, beləliklə, məhərrəm ayının
“haram” statusu təxirə salınırdı.116

Ərəblərin “nəsi” sistemini tətbiq etməsinin digər
səbəbi isə qəməri təqvimə görə həcc ibadətinin vax-
tının ilin bütün fəsillərinə düşəcək şəkildə dəyişməsi
idi. Bu da iqtisadi həyatda mühüm rolu olan, xüsusilə
zilqədə və zilhiccə aylarında tərtib olunan yarmarka-
ların hər il vaxtının dəyişməsi demək idi. Yarmarka-
ların və həcc ibadətinin yay aylarına düşməsi, iqtisa-
diyyatı bu ikisindən asılı olan qəbilələr üçün mənfi
nəticələr doğururdu. Bir tərəfdən, isti iqlim şərtlərin-
də səyahət etməyin çətinliyi, digər tərəfdən, bölgənin
iqliminə uyğun əkinçilik məhsullarının yarmarkalara
münasib vaxtda çıxarıla bilməməsi “nəsi” üsulunun
tətbiqi üçün əsas təşkil edirdi. Beləliklə, həm dini,
həm də iqtisadi səbəblərlə tətbiq olunan “nəsi” üsulu
vasitəsilə “haram aylar” sabit vaxta təyin edilirdi.117

116 Məqrizi, İmta, XVI, 315-317.
117 İbn Həbib, əl-Mühəbbər, s. 156-157; Məqrizi, İmta, XIV, 315-322;
Muhammed Hamidullah, “Hicrî Takvim ve Tarihî Arkaplanı” (tərc. Kasım
Şulul), Uludağ Üniversitesi İlahiyat Fakültesi Dergisi, IX/9 (2000), s. 671-
685; Mustafa Fayda, “Nesî”, DİA, XXXII, 578-579.

88

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

3.8. Dini həyat
İslamaqədərki dövrdə Ərəbistan yarımadasında
bütpərəstlik geniş yayılmaqla yanaşı, Yəhudilik,
Xristianlıq, Zərdüştilik, Sabiilik və həniflik kimi din
və inanc sistemləri mövcud idi.

3.8.1. Yəhudilik
İslamaqədərki dövrdə Ərəbistan yarımadasında
ən qədim monoteist din Yəhudilikdir. Tarix mənbə-
ləri yəhudilərin yarımadada məskunlaşma prosesinin
mərhələli şəkildə həyata keçirildiyini xəbər verir.
Yəhudilər ilk dəfə Babil hökmdarı II Nabukadnəzarın
(e.ə. 605-562) Qüdsü işğal edib Yəhuda dövlətinin
(e.ə. XI-VI əsrlər) varlığına son qoyması ilə başlayan
Babil sürgünündən qurtularaq bölgəyə gəlmişlər. 70-
ci ildə romalıların Qüdsü işğal etməsi nəticəsində
yəhudilər yarımadanın şimal və mərkəzi bölgələrin-
də, xüsusilə Mədinə, Xeybər, Fədək, Teyma, Vadil-
qürada, cənubda isə Yəməndə məskunlaşmışlar. Xris-
tianlığın Roma imperiyasında (e.ə. 27 – 476) yayıl-
masından sonra təqib olunan Suriya və Fələstində ya-
şayan yəhudilərin bir qrupu da yarımadada məskun-
laşmışdır.
Yəhudilər əksəriyyət etibarilə Xeybər, Fədək,
Teyma və digər yaşayış məskənlərində kompakt şə-
kildə məskunlaşsalar da, bəzi bölgələrdə ərəb qəbi-
lələri ilə birlikdə yaşamışlar. Yəsribdə (Mədinə) əha-
linin, təxminən, yarısını Qeynüqa, Qüreyzə, Nəzir

89

İslam tarixi................................................................................

başda olmaqla yəhudi qəbilələri, digər yarısını isə
Cənubi Ərəbistan mənşəli Övs və Xəzrəc qəbilələri
meydana gətirirdi. Mədinə kimi Xeybər də bölgədə
yəhudilərin siyasi və iqtisadi cəhətdən güclü olduğu
yaşayış məntəqəsi idi.

Yəmən, Mədinə və ətrafı kimi bəzi istisnalarla
yanaşı, Yəhudilik bölgədə rəsmi din statusu qazanma-
mış və ərəblər arasında geniş yayılmamışdır. Himyəri
dövlətinin (e.ə. 115-525) son hökmdarı Zunüvasın
(522-525) Yəhudiliyi qəbul etməsi bu istisnalardan-
dır. Mənbələrə görə, Zunüvasın Yəhudiliyi mənimsə-
məsindən sonra, Cənubi Ərəbistanda Bizans-Həbə-
şistan xristian birliyinin siyasi nüfuzunu zəiflətmək
məqsədilə yerli xristian xalq təqib olunmuş, 523-cü
ildə çox sayda nəcranlı xristian Qurani-Kərimin “Bü-
ruc” surəsində qeyd olunduğu kimi, “ühdud” adlandı-
rılan quyularda yandırılmışdır.118 525-ci ildə Həbəşis-
tanın xristian hökmdarının göndərdiyi Əryatın ordusu
Zunüvası məğlub etdikdən sonra, bölgə Xristianlığın
siyasi hakimiyyətinə keçmişdir.119

Yəhudiliyin milli din olması, “seçilmiş xalq” an-
layışı çərçivəsində dinin təbliğinə böyük əhəmiyyət
verilməməsi, Zunüvasın nümunəsində digər din mən-
sublarının təqib olunması, daha sonra geniş şəkildə
haqqında danışılacağı kimi, Mədinədəki yəhudi-ərəb

118 Büruc, 85/4-8.
119 İbn İshaq, s. 29-38; Təbəri, Tarix, II, 105-127.

90

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

qəbilələri arasındakı rəqabət bu dinin ərəblər arasında
geniş yayılmamasının səbəblərindən idi.

3.8.2. Xristianlıq
Yəhudiliklə müqayisədə Xristianlıq İslamaqə-
dərki ərəblər arasında geniş yayılmış monoteist din
idi. Həmçinin Yəhudilikdən fərqli olaraq, Xristianlıq,
xüsusilə Ərəbistan yarımadasının şimal və cənub böl-
gələrindəki bəzi ərəb dövlətlərinin və qəbilələrinin
rəsmi dininə çevrilə bilmişdir. Yarımadanın şimalın-
da, Suriya sərhədində yerləşən Qəssanilər Xristianlı-
ğın Yəqubi məzhəbini, İraq sərhədindəki hirəlilər isə
Nəsturi məzhəbini mənimsəmişdilər. Bundan əlavə,
Tənux, İyad, Ləxm, Təğlib, Bəkr kimi ərəb qəbilələri
arasında da Xristianlıq yayılmışdır.
Xristianlıq yarımadanın cənubunda şimala nis-
bətən daha az yayılmışdır. Xristianlığın Roma impe-
ratoru II Konstantinin dövründə (337-361) yayıldığı
Yəmənin şimalında yerləşən Nəcran, tədricən, bu di-
nin bölgədəki mərkəzinə çevrilmişdir. IV əsrin əv-
vəllərində Nəcranın Bəlharis bölgəsində inşa edilən
“Nəcran Kəbə”si monastrından başqa, 343-cü ildə
Roma imperiyasından göndərilən heyət Zəfar, Ədən,
Səna və Məribdə də kilsələr inşa etdirmişdir. Nəcran,
həmçinin imperator I Yustinianın (527-565) dövrün-

91

İslam tarixi................................................................................

də Bizans ərazisində təqib olunan monofizit xristian-
ların da bölgədəki sığınacağı olmuşdur.120

VI əsrin ikinci yarısında Bizans İmperatorluğu-
nun Cənubi Ərəbistanda, xüsusilə geostrateji əhəmiy-
yət daşıyan Yəməndə siyasi-iqtisadi nüfuzunu güc-
ləndirməsinin nəticəsi kimi, Xristianlıq yarımadanın
cənub bölgələrində möhkəmlənmişdir. Bizans impe-
ratorlarının bölgədəki siyasi-iqtisadi nüfuz vasitəsi
kimi, Xristianlıq Yəməndə efiopiyalıların hakimiyyə-
ti dövründə xüsusilə güclənmişdir. Himyəri hökmdarı
Zunüvasın 523-cü ildə xristianlara qarşı törətdiyi
qətliam bu prosesi şərtləndirən dini motiv olmuşdur.
Efiopiya hökmdarı Kələb Əla-Əsbəha (514-554)
Bizans imperatoru I Yustin (518-527) ilə apardığı
diplomatik danışıqların ardından, Əryat adlı koman-
dirin başçılığı ilə bir ordunu Yəmənə göndərmişdir.
Əryatın Zunüvası məğlub etməsi Himyərilər dövləti-
nin süqutu və ərazilərinin Efiopiya Krallığının tor-
paqlarına qatılması ilə nəticələnmişdir. Bir neçə il
sonra hakimiyyəti ələ keçirərək, müstəqilliyini elan
edən Əbrəhə adlı Yəməndəki efiopiyalı komandirlər-
dən biri Xristianlığın ərəb qəbilələri arasında yayıl-
ması üçün geniş fəaliyyətə başlamışdır. Əbrəhə bu
məqsədlə Sənada böyük bir kafedral inşa etdirmişdir.
İslam tarixi mənbələrinə görə, Kəbəni dini mərkəz
qəbul edən bütpərəst ərəblərin “Qülleys” adlandırılan
bu kafedrala qarşı hörmətsizliyi 569-cu (570-ci) ildə

120 Trimingham, Christianity among the Arabs in Pre-Islamic Times,
London –Nyu York, 1979, s. 290-310.

92

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

Əbrəhənin Məkkəyə uğursuzluqla nəticələnən hücu-
muna səbəb olmuşdur.121

Nəticədə, ümumilikdə Ərəbistan yarımadasında,
xüsusilə Yəməndə Xristianlığın möhkəmləndirilmə-
sində mühüm rol oynayan Efiopiya hakimiyyəti
Əbrəhənin məğlubiyyəti ilə zəifləmişdir. Əbrəhədən
sonra oğlu Məsruq qısa müddət hakimiyyətdə olmuş-
dur. O, Himyəri sülaləsinin davamçısı Seyf ibn Zu-
yəzənin başçılığı ilə yerli xalqın Sasani imperatoru I
Xosrov Anuşirəvandan (531-579) aldığı hərbi dəstək-
lə 573-cü ildə öldürülmüşdür. Bununla da efiopiya-
lıların Ərəbistan yarımadasındakı Bizans dəstəkli
Xristianlığı yayma fəaliyyəti sona çatmış, bunun əvə-
zinə qısa müddətdən sonra122 bölgədə Sasani İmperi-
yasının rəsmi dini olan Zərdüştiliyin təsiri görünməyə

121 Yunanca “ekklesia” (kilsə) sözünün ərəbcələşmiş şəkli kimi
“qəlis/qülleys” kimi mənbələrdə keçən bu məbəd üçün Bizans İmperiya-
sından memarlar gətirilmiş, əzəməti və şöhrəti ilə bütpərəst ərəblərin
mərkəzi məbədi olan Kəbə ilə rəqabət etməsi üçün böyük cəhd göstərilmiş-
dir. Əbrəhənin Kəbəni ortadan qaldırma istəyi yalnız Xristianlığın yayıl-
ması uğrunda atılmış bir addım olaraq dini xarakter daşımırdı. Yarımadanın
şimalı ilə cənubunu birləşdirən ticarət yollarının üzərində olan Məkkənin
ələ keçirilməsi, bununla mərkəzi Ərəbistanda nüfuzunu gücləndirdikdən
sonra Şimalda Sasani İmperatorluğu ilə müharibə şəraitində olan Bizansın
dəstəklənməsi Əbrəhənin yürüyüşünün iqtisadi və siyasi motivlərindən idi.

122 Sasani ordusunun dəstəyi ilə Yəməndə efiopiyalıların siyasi ha-
kimiyyətinə son verən ərəblərin dastanlaşmış hökmdarı Seyf ibn Zuyəzənin
575-ci ildə suiqəsd nəticəsində öldürülməsi ilə Sasani ordusunun koman-
diri Vəhriz yenidən bölgəyə yürüş tərtib etmiş və Yəmənin İslam hakimiy-
yətinə keçdiyi 629-cu ilə qədər davam edəcək Sasani hakimiyyəti başlamış-
dır. İslam tarixi mənbələrində “Fil hadisəsi” kimi qeyd olunan bu hadisədən
növbəti səhifələrdə təfsilatlı şəkildə bəhs olunacaqdır.

93

İslam tarixi................................................................................

başlanmışdır.
Roma imperiyasının və Efiopiya Krallığının si-

yasi-iqtisadi motivli fəaliyyətinin bir nəticəsi kimi,
Xristianlıq digər dinlərlə müqayisədə Ərəbistan ya-
rımadasında daha geniş yayılma arealı tapmışdır.
İslamaqədərki Ərəbistanda Xristianlığın yayılmasını
yalnız qeyd olunan siyasi, iqtisadi və ictimai səbəb-
lərlə izah etmək kifayət deyildir. Ümumbəşəri din
mövqeyindən çıxış etməsinin, sistemli təbliğ mexa-
nizminə və aktiv camaat strukturuna sahib olmasının
da Xristianlığın bütpərəst ərəb qəbilələri arasında ya-
yılmasında mühüm rolu olmuşdur.

3.8.3. Zərdüştilik
İslamın yarandığı dövrdə Sasani imperiyasının
rəsmi dini olan Zərdüştilik ərəb qəbilələri arasında
yayılmamışdır. Ərəbistanın İraq sərhədində Sasani
imperatorluğundan yarıasılı vəziyyətdə hökm sürən
Hirə Dövlətində (300-634) Zərdüştilik deyil, Xris-
tianlığın nəsturi məzhəbi rəsmi din kimi qəbul edil-
mişdir. Bununla birlikdə, yarımadanın Cənub və Şər-
qində, xüsusilə Bəhreyn, Yəmən və Omanda bu dinə
sitayiş edən farslar yaşayırdılar. Seyf ibn Zuyəzənin
575-ci ildə öldürülməsindən sonra Yəmən və digər
cənub bölgələrinin Sasani imperatorluğunun haki-
miyyətinə keçməsi nəticəsində bölgəyə çox sayda
Zərdüştiliyə mənsub hərbi dəstələr yerləşdirilmişdir.

94

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

Mənbələrin verdiyi məlumata görə, Sasani Döv-
lətinin yerləşdirdiyi hərbçilərdən başqa, həm Yəmən,
həm də Nəcd bölgəsində müxtəlif metal mədənlərin-
də işləyən çox sayda fars var idi. Onuncu əsrin məş-
hur tarix və coğrafiya alimi Həmdaninin (v. 360/971)
qeyd etdiyinə görə, Nəcddə yerləşən Şəmam gümüş
və dəmir mədənlərində İslamaqədərki dövrdən etiba-
rən Zərdüştilik dininə mənsub mindən çox fars işlə-
yirdi. Həmdani İslamın ilk dövrlərində də bölgədə
məskunlaşmağa davam edən bu zərdüştilərin özləri-
nəməxsus iki atəşgahı olduğunu xəbər verir.123 Yə-
məndəki məşhur gümüş mədəni Rəzraz zərdüştilərin
məskunlaşaraq mədənçiliklə məşğul olduqları digər
bölgədir. Həmdani İslamaqədərki dövrdən həmin mə-
dən ətrafında məskunlaşdığına görə, “Fürsəl-mədin”
(mədən farsları) adlandırılan həmin zərdüştilərin Ab-
basilər dövründə də bölgədə yaşadıqlarını qeyd
edir.124 Klassik İslam mənbələrində “Məcusilik” şək-
lində keçən Zərdüştiliyin ərəblər arasında yayılma-
masının başlıca səbəbləri, Zərdüştiliyin qismən milli
din xarakteri daşıması, Sasanilərin dinin yayılmasın-
dan daha çox siyasi-iqtisadi hakimiyyətə üstünlük
verməsi idi.

123 Həmdani, əl-Cövhərəteyn, s. 89-92; həmin müəllif, Sifə, s. 294, 299.
124 Həmdani, əl-Cövhərəteyn, s. 90.

95

İslam tarixi................................................................................

3.8.4. Sabiilik
İslamaqədərki ərəblər arasında geniş yayılmasa
da, bölgədə mövcud olan digər din Sabiilik idi. Qura-
ni-Kərimdə xristianlar və yəhudilərlə birlikdə qeyd
olunan125 sabiilər, xüsusilə yarımadanın şimalında,
Suriya və İraq sərhədlərində məskunlaşmışdılar. Ən
önəmli ritualı olan vəftizlə əlaqədar sabii adlandırı-
lan126 bu dinin mənsubları özlərini Nasurai (qoruyan-
lar, mühafizə edənlər), dinlərini isə Nasuraizm adlan-
dırırdılar. Nasuraizmin ilk dövr mənsublarını Xris-
tianlığaqədərki rəsmi Yəhudilik düşüncəsinə müxalif
dini camaat təşkil etmiş, daha sonra onlar Vəftizçi
İohanın (e.ə. I əsr) vəftiz camaatı ilə əlaqəli olmuşlar.
İohanın öldürülməsindən sonra, yəhudilər tərəfindən
təqib olunan sabiilər İordaniya-Fələstin ərazisindən
köç edərək, Cənubi Mesopotamiyada məskunlaşmış
və VII əsrin əvvəllərində bölgənin müsəlmanların ha-
kimiyyətinə keçməsi ilə birlikdə İslam siyasi haki-
miyyətinə daxil olmuşlar.127

125 Bəqərə, 2/62; Maidə, 5/69; Həc, 22/17.
126 Sabiilərin dili olan mandayicə “sabəə” “vəftiz olmaq” mənasındadır.
Şinasi Gündüz, Sâbiîler: Son Gnostikler, İstanbul: Vadi yayınları, 1999, s.

28-29.
127 Gündüz, s. 55-69. Abbasilər dövründə Hərran bölgəsində yaşayan

bütpərəstlər “zimmi” statusu ala bilmək üçün özlərini sabiilər kimi təqdim
etmişlər. Bu da öz növbəsində İslam tarixi mənbələrində X əsrdən etibarən
sabiilərlə əlaqəli termin qarışıqlığına səbəb olmuş və Qurani-Kərimdə
haqqında danışılan sabiilərdən (nasurailərdən) əlavə, Hərran bütpərəst-
lərinin də sabii kimi tanıdılmasına yol açmışdır. Gündüz, “Sâbiîlik”, DİA,

XXXV, 341-344.

96

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

Sabiilər Ərəbistan yarımadasının şimal-şərq sər-
hədinə yaxın məskunlaşsalar da, Sabiilik ərəb qəbilə-
ləri arasında yayılmamışdır. Regiondakı siyasi güclə-
rin hər hansı birindən rəsmi dəstək almaması, qnostik
inanc sisteminə sahib olması bunun əsas səbəblərin-
dəndir.

3.8.5. Bütpərəstlik
Köçəri və yaxud oturaq həyat yaşamasından asılı
olmayaraq, İslamaqədərki ərəblər arasında ən geniş
yayılmış din, şübhəsiz ki, bütpərəstlik idi. İlk dövr
mənbələrində bütpərəstliyin Ərəbistandakı kökləri ilə
əlaqəli iki fərqli rəvayət qeyd olunur. Daha geniş ya-
yılmış birinci rəvayətə görə, bütpərəstlik Ərəbistana
kənardan, digər mədəniyyətlərin, xüsusilə Nəbatilərin
təsiri ilə daxil olmuşdur. Rəvayətə görə, bütpərəstliyi
Ərəbistana gətirən şəxs Cürhüm qəbiləsinin Məkkə-
dən qovulmasından sonra Kəbənin idarəsini ələ keçi-
rən Əmr İbn Lüheydir (e.ə. III əsr). Yoluxduğu bir
xəstəliyin müalicəsi üçün İordaniyanın Bəlqa bölgə-
sinə gedən Əmr, şəfa tapdığı bu bölgədə Əmaliqə
qəbiləsinin bütlərə sitayiş etdiyini görmüş, oradan
aralarında Hübəlin də olduğu bir neçə büt gətirərək,
Kəbənin içində və ətrafında ucaltmışdır.
Ərəbistandakı bütpərəstliyin mənşəyi ilə əlaqəli
ikinci rəvayətdə isə Kəbənin müqəddəsliyindən qay-
naqlanan daxili faktor üzərində dayanılır. Daha az ya-
yılmış bu rəvayətə görə, Məkkədə yaşayan İsmayıl

97

İslam tarixi................................................................................

peyğəmbərin nəslinin davamçıları arasında baş verən
münaqişələr nəticəsində onların bir qismi başqa yer-
lərə köçmüşdür. Onlar Məkkədən çıxarkən müqəddəs
şəhərdən özləri ilə daş götürmüş və məskən saldıqları
yerlərdə Kəbəni təvaf edirmiş kimi, həmin daşların
ətrafında dolanmış, beləliklə, tədricən tövhid inancına
sahib dinlərinin əslini unudaraq bütlərə sitayiş etməyə
başlamışlar.

İslamın yarandığı dövrdə Bütpərəstliyin arasın-
da hakim din mövqeyində olmasının təbii nəticəsi ki-
mi, ərəb qəbilələri “sənəm” (cəm: əsnam), “vəsən”
(cəmdə: övsan), “nəsb” (cəm: ənsab) adlandırılan
müxtəlif formada büt, heykəl və obelisklərə sitayiş
edirdilər. Sənəm ağacdan yonulmuş, qiymətli metal-
dan hazırlanan və müəyyən bir formaya sahib bütlər
üçün istifadə olunurdu. “Vəsən” xüsusi bir formaya
salınmamış daş bütlərə deyilirdi. “Ucaldılmış daş”
mənasında “nəsb” isə üzərinə bütlərə nəzir deyilən
qurbanların qanı tökülən obelikslər idi.128

Bütlər müxtəlif formalarda olduğu kimi, bütpə-
rəstlik məbədləri də fərqli şəkillərdə olurdu. Bədəvi
ərəblər, adətən, bütlər üçün çadırlarda məbəd qurur,
həzərilər isə xüsusi büt evləri inşa edirdilər. Baxma-
yaraq ki, özünəməxsus bir bütü olan hər bir ev bütpə-

128 Geniş məlumat üçün baxın: Ahmet Güç, “Put”, DİA, XXXIV, 364-
365.

98

..................... İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti

rəst ərəblər üçün məbəd hesab olunurdu, ümumi isti-
fadə olunan məbədlərin sayı kifayət qədər çox idi. Di-
ni məqsədlə yanaşı, iqtisadi-ictimai maraqlar da fərd-
lərin büt məbədi yaratmasına səbəb olurdu. Büt evi –
“beyt”, büt məbədi – “tağut”,129 kubşəkilli – “kəbə”
bütpərəstlik məbədlərinin geniş yayılmış növləri idi.
Bəzi qəbilələrin özlərinəməxsus bütpərəstlik məbəd-
ləri digər qəbilələr tərəfindən də ehtiram göstərilərək
ziyarət edilirdi. Himyərlilərin Yəhudiliyəqədərki dövr-
də sitayiş etdikləri Sənadakı “Riyam”, Tey qəbilə-
sinin “Fəls”, Rəbiə qəbiləsinin “Rüza”, Bəkr ibn Vail
və İyaz qəbilələrinin “Zülqəəbat”, Dövs, Bəcilə və
Xəsəm qəbilələrinin “Zülxələsə” adlı büt evləri ya-
rımadadakı məşhur büt evləri idi. Məkkə və Taif
arasında Bətninəxlədə Qüreyş və Kinanə qəbilələri-
nin “Üzza”, Taifdə Səqif qəbiləsinin “Lat”, mədinəli
Övs və Xəzrəc qəbilələrinin Qırmızı Dəniz sahilində-
ki Müşəlləldə yerləşən “Mənat” adlı büt evləri Hi-
cazdakı məşhur büt məbədləri hesab olunurdu.130 Xü-
susilə Üzza, Lat və Mənata Hicazda böyük ehtiram
göstərilir və Quranda da bildirildiyi kimi, onlar tanrı-
nın qızları hesab olunurdu.131 Baxmayaraq ki, Səfa
təpəsindəki İsaf və Mərvədəki Nailə adlı bütlərin

129 İslamaqədərki ərəblər arasında “tağut” büt evindən başqa Allah
xaricində sitayiş edilən hər hansı bir əşya, büt və bütpərəstlik mənalarında
da istifadə olunurdu. Bəqərə, 2/256-257; Nisa, 4/51, 60, 76; Maidə, 5/60,
Nəhl, 16/36; Zümər, 39/17.

130 Cavad Əli, VI, 227-290.
131 Nəhl, 16/57; Nəcm, 53/19-23.

99

İslam tarixi................................................................................

işlədikləri günahdan ötrü daşa döndüklərinə inanılır-
dı, onlar tədricən ərəblərin sitayiş obyektinə çevir-
dikləri Kəbə ətrafındakı bütlərin məşhurlarından idi.

Bundan əlavə, Ərəbistanın müxtəlif yerlərində
digər çoxsaylı bütlərə də sitayiş olunurdu. Bunlardan
bəziləri Nuh peyğəmbərin dövründə də sitayiş edil-
diyi Quranda qeyd olunan Vədd, Süva, Yəğus, Yəuq
və Nəsr adlı bütlər idi. Kişi surətindəki “Vədd” bütü
Kəlb qəbiləsinə məxsus olub Dumətülcündəldə yer-
ləşirdi. Qadın surətindəki “Süva” Hüzeyl, Kinanə,
Müzeynə və Həmdan qəbilələrinin bütü idi və Məkkə
ilə Taif arasındakı Bətninəxlədə yerləşirdi. Şir şəklin-
dəki “Yəğus” bütünə Yəməndəki Məzhic və Cürəş
qəbilələri sitayiş edirdilər. At formasındakı “Yəuq”
Səna yaxınlığında yerləşirdi. Quzğun (və yaxud qar-
tal) formasındakı “Nəsr” himyərilərin Yəhudiliyəqə-
dərki bütü olsa da, yarımadanın başqa yerlərində də
sitayiş edilirdi.132

Məkkədəki Kəbə ərəb qəbilələri arasındakı möv-
qeyinə görə ən məşhur büt evi idi. Kəbənin içinə və
ətrafına yerləşdirilmiş üç yüzdən çox bütün ən böyü-
yü və məşhuru qırmızı əqiqdən insan şəklində düzəl-
dilmiş, qırılmış sağ qolunu Qüreyşin qızıl qolla əvəz
etdiyi Hübəl idi. Əmr ibn Lüheyn və yaxud Xüzeymə

132 Cavad Əli, VI, 227-290.

100


Click to View FlipBook Version