The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by orkhanjamilli, 2021-07-08 02:46:14

İslam tarixi (Elnurə Əzizova)

İslam tarixi (Elnurə Əzizova)

.............................................................. Məkkəlilərlə mübarizə

üstünlük qazandırmışdır. O zamana qədər digər qəbi-
lələr arasındakı dini və iqtisadi nüfuzuna görə müsəl-
manlara qarşı münasibətin formalaşmasında aparıcı
rol oynayan Qüreyşin müsəlmanlarla sülh bağlaması,
onlarla xüsusi bir düşmənçilik səbəbi olmayan digər
qəbilələrin Mədinə ilə daha yaxın diplomatik müna-
sibətlər qurması ilə nəticələnmişdi.

Bütün bunlar İslamın Ərəbistan yarımadasında-
kı yayılma prosesini sürətləndirdi. Daha sonra təfsi-
latlı şəkildə bəhs olunacağı kimi, müqavilədən sonra
Məhəmməd Peyğəmbər ərəb qəbilələrinə və qonşu
dövlətlərin hökmdarlarına İslama dəvət məktubları
göndərdi. Müsəlmanların 630-cu ildə 10 000 nəfərlik
ordusunun Məkkəyə girişi368 göstərirdi ki, Hüdeybiyə
müqaviləsindən sonrakı iki il ərzində müsəlmanların
sayı Hüdeybiyəyə qədər keçən on səkkiz ildə İslamı
qəbul edənlərin sayından daha çox olmuşdur. Bu da
Hüdeybiyə sülhündən sonra ərəb qəbilələri arasında
islamlaşma prosesinin sürətli göstəricisi idi.

8.1.6. Məkkənin fəthi
Hüdeybiyə anlaşması ilə birlikdə həm Qüreyşin,
həm də müsəlmanların müttəfiqi olan qəbilələr ara-
sındakı aktiv düşmənlik dayandırılmışdı. Lakin,
Məkkə ətrafında yaşayan və Qüreyşin müttəfiqi olan
Bəni-Bəkir qəbiləsi ilə müsəlmanların müttəfiqi olan

368 İbn Hişam, s. 927-928; Vaqidi, II, 799-800; İbn Səd, II, 135;
Bəlazüri, Ənsab (Hamidullah), I, 355-356.

251

İslam tarixi................................................................................

Xüzaə qəbiləsi arasında baş verən döyüş Hüdeybiyə
sülhünün pozulması ilə nəticələndi.

Sözügedən iki qəbilə arasında İslamaqədərki
dövrdən mövcud olan qan davasına görə, Bəni-Bəkir
qəbiləsinin mənsubları Qüreyşin də dəstəyi ilə gecə-
vaxtı Xüzaə qəbiləsi üzərinə hücum etmiş, qəbilənin
rəisini və iyirmiyə yaxın qəbilə üzvünü öldürmüşlər.
Xüzaəlilərin Mədinəyə heyət göndərərək dəstək istə-
dikləri Məhəmməd peyğəmbər Məkkəyə məktub
göndərmiş, ya Bəni-Bəkir qəbiləsi ilə olan ittifaqı
pozmağı, ya da öldürülən xüzaəlilərin qanbahasını
ödəməyi tələb etmişdir. Əks halda, Hüdeybiyə mü-
qaviləsinin pozulduğunu və məkkəlilərlə müharibəyə
hazır olduğunu bildirmişdir.369

Məkkəlilər Peyğəmbərin irəli sürdüyü şərtlərdən
heç birini qəbul etməmiş, müqavilənin yenilənməsi
məqsədilə Əbu Süfyanı Peyğəmbərlə razılaşmağa
göndərmişlər. Əbu Süfyanın Mədinədəki təşəbbüsü
müsbət nəticə verməmiş, bu şəkildə Hüdeybiyə mü-
qaviləsi iki il sonra məkkəlilər tərəfindən pozulmuş-
dur.370

Müqaviləni pozan məkkəlilər üzərinə hərbi yü-
rüşə hazırlaşan Məhəmməd peyğəmbər Qüreyşin hər-
bi hazırlığına mane olmaq üçün yürüşün planını son

369 İbn Hişam, s. 919-924; Vaqidi, II, 781-784.
370 İbn Hişam, s. 924-925.

252

.............................................................. Məkkəlilərlə mübarizə

dərəcə məxfi saxlamışdır.371 Bununla yanaşı, səha-
bələrdən Hatib ibn Əbu Bəltəə Qüreyşə Məkkə fəthi
barəsində xəbər göndərməyə təşəbbüs göstərmişdir.
Mənbələrə görə, Hatib ibn Əbu Bəltəə əslən Yəmən-
dən olub, Məkkədə Zübeyr ibn Əvvamın həlifi kimi
məskunlaşmış ailəsinin Məkkə fəthi əsnasında hima-
yəsiz qalacağından narahat olmuşdur. Buna görə də o,
əgər Qüreyşə xəbər göndərərsə, ona minnətli qalan
Qüreyşin istənilən halda Həzrət Məhəmmədin fəth
edəcəyi Məkkədə ailəsinin təhlükəsizliyinin təmin
edəcəyini düşünmüşdür. Peyğəmbərin göndərdiyi Əli
ibn Əbu Talib və Zübeyr ibn Əvvam Hatibin məktubu
verdiyi Sarə adlı kənizi yolda yaxalamış və məktubun
Məkkəyə çatmasının qarşısını almışdır. Mühakimə
olunan Hatibin yaxınlarını qorumaq məqsədilə bu ad-
dımı atdığını öyrənən Peyğəmbər, xəyanətinə görə
onu öldürməyi təklif edən bəzi səhabələrə rəğmən,
Hatibi bağışlamışdır.372

Məhəmməd peyğəmbər məkkəlilərin hazırlıqsız
ələ keçirilməsi, ciddi müqavimət qarşısında qan tö-
külməməsi məqsədilə ətrafdakı müsəlman qəbilələrə
xəbər göndərərək ordu toplanılması təlimatını ver-

371 Mənbələrdə qeyd olunduğuna görə Məhəmməd peyğəmbərin həyat
yoldaşı Aişə bint Əbu Bəkr, hərbi yürüşün istiqamətini soruşan atasına
bilmədiyini, yaxud Süleym, Səqif və Həvazin qəbilələrinə qarşı göndərilmə
ehtimalı olduğunu demişdir. İbn Hişam, s. 925; Maqrizi, İmta, I, 352.

372 İbn Hişam, s. 926-927.

253

İslam tarixi................................................................................

mişdir. Bu təlimata əsasən, ordunun həqiqi sayını giz-
li saxlamaq məqsədilə Mədinədən çıxan müsəlman
ordusu müsəlman ərəb qəbilələrinin hazırladıqları
hərbi dəstələrlə yolda birləşməli idi. Təhlükəsizliyin
təmini üçün Mədinədən çıxış qadağan edilmiş, Mədi-
nə və Məkkə arasındakı mühüm keçidlərə növbətçilər
yerləşdirilmiş və Məkkəyə xəbər aparılmasının qarşı-
sını alan tədbirlər görülmüşdü. Peyğəmbər məkkəli-
ləri hədəfdən yayındırmaq üçün Məkkə və Mədinə
yolu üstündəki Bətni-İdam adlı bölgəyə Əbu Qətadə
əl-Ənsarinin rəhbərliyi ilə kəşfiyyat dəstəsi göndər-
mişdi. Müsəlman ordusu 4 yanvar 630-cu (13 rama-
zan 8-ci) ildə Mədinədən çıxmış, mədinəlilərin miqat
yeri sayılan Zülhüleyfədə ehrama girmədən davam
etmiş və yolboyu qoşulan qəbilələrlə birlikdə İslam
ordusu 10 000 nəfərə çatmışdır. Ordu Mərrüzzəhran-
da düşərgə salanadək Qüreyş hadisədən xəbər tutma-
mışdır.373 Böyük bir müsəlman ordusunun şəhərə ya-
xınlaşdığını görən məkkəlilər Əbu Süfyanın başçılığı
ilə bir heyəti Məhəmməd peyğəmbərin yanına gön-
dərmişdir. Əbu Süfyan ordunun böyüklüyü qarşısında
“Qardaşın oğlunun mülkü necə də böyük imiş!” söz-
ləri ilə heyrətini Abbas ibn Əbdülmüttəlibə bildirmiş,
qarşılığında isə “Ey Əbu Süfyan, bu nübüvvətdir”, –
cavabını almışdır.374

373 İbn Hişam, s. 927-928; Vaqidi, II, 799-800; İbn Səd, II, 135;
Bəlazüri, Ənsab (Hamidullah), I, 355-356.

374 İbn Hişam, s. 931.

254

.............................................................. Məkkəlilərlə mübarizə

İslamı qəbul edərək Məkkəyə qayıdan Əbu Süf-
yan və elçi heyəti Məkkəyə dönərək, müqavimət gös-
tərməyin mənasız olduğunu xalqa bildirmiş və evləri-
nə çəkilməyi tövsiyə etmişdir. Qəbilə liderlərinin İs-
lamı qəbul etməsi qarşısında məkkəlilər təslim olmaq
məcburiyyətində qalmışlar. Məhəmməd peyğəmbər
Əbu Süfyan, Ümmü Hani, Hakim ibn Hizam, Əbu
Rüveyhə və Büdeyl ibn Vərqa kimi məkkəlilərin evi-
nə sığınanlara aman haqqı verərək, bununla onları
İslama yaxınlaşdırmağa çalışmışdır.

Mərkəzi ordu Məhəmməd peyğəmbərin, sol qol
Zübeyr ibn Əvvamın, ənsardan ibarət dəstə Səd ibn
Übadənin rəhbərliyi ilə qərbdən, ordunun sağ qanadı
isə Xalid ibn Vəlidin rəhbərliyi altında Məkkəyə daxil
olmuşdur. Peyğəmbər məcbur qalmadıqca qan tökül-
məməsi, qaçanların təqib olunmaması, yaralı və əs-
gərlərin öldürülməməsi barədə orduya təlimat ver-
mişdi. İslam ordusunun yalnız Xalid ibn Vəlidin rəh-
bərliyi altındakı sağ qolu Məkkə liderlərindən Səfvan
ibn Ümeyyənin başçılığı ilə İkrimə ibn Əbu Cəhl,
Süheyl ibn Əmr və digər müqavimət göstərən mək-
kəlilərə qarşı mübarizə aparmış, nəticədə, iyirmiyə
yaxın məkkəli öldürülmüş və bir neçə müsəlman
şəhid edilmişdir.375

375 İbn Hişam, 932-944; Vaqidi, II, 814-828; İbn Səd, II, 135-136;
Təbəri, Tarix, III, 58-65.

255

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbər Kəbəni təvaf etdikdən
sonra, Beytullah ilə əlaqəli siqayə və sidanə vəzifələri
xaric, Cahiliyyə dövründə mövcud olan bütün vəzifə-
ləri ləğv etdiyini bildirmişdir. O, aqibətlərinin necə
olacağını gözləyən məkkəlilərə müraciətlə “Sizcə
haqqınızda nə qərar verəcəyəm?” – deyə soruşmuş-
dur. Məkkəlilərin “Yaxşılıq edəcəyini düşünürük,
çünki sən comərd qardaşsan!” şəklindəki cavabının
qarşılığında Həzrət Məhəmməd “Gedin, siz azadsı-
nız!” sözləri ilə Məkkədə ümumi əfv elan etmişdir.376

Kəbə və ətrafının bütlərdən təmizlənməsindən
sonra, Bilal-Həbəşi Kəbənin üstünə çıxaraq azan oxu-
muş, beləliklə, Məhəmməd peyğəmbərin 20 illik təb-
liğ fəaliyyəti qarşısındakı ən böyük maneə olan Qü-
reyş təslim olmuş, Məkkə müsəlmanların siyasi haki-
miyyətinə daxil olmuşdur.

8.2. Digər ərəb qəbilələri ilə münasibətlər
Daha əvvəl qeyd edildiyi kimi, Uhud döyüşündə
məkkəlilərin müsəlmanlara qarşı əldə etdiyi üstünlük
ərəb qəbilələri arasında müsəlmanlara qarşı münasi-
bətə öz təsirini göstərmişdir. Bir neçə ay sonra Əsəd,
Amir, Hüzeyn, Lihyan, Ədəl və Qarə qəbilələri ilə
müsəlmanlar arasında baş verən hadisələri bu çərçi-
vədə dəyərləndirmək lazımdır.

376 İbn Hişam, s. 936-937.

256

.............................................................. Məkkəlilərlə mübarizə

8.2.1. Rəci hadisəsi
Bu qəbilələrlə müsəlmanlar arasında baş verən
hadisələrdən Rəci hadisəsi nəticələrinə görə xüsusi
əhəmiyyət daşıyır. Mədinəyə hücum etmək üçün ordu
toplayan Lihyan qəbiləsinin rəisi Xalid ibn Süfyanın
üzərinə göndərilən Abdullah ibn Üneysin rəhbərliyi
ilə səriyyə lihyanoğullarının hücum təhlükəsinin qar-
şısını almışlar. Bunun müqabilində lihyanoğulları qo-
hum qəbilələr olan Ədəl və Qarə ilə ittifaq qurmuş və
elçi heyəti göndərərək, İslamı öyrətməsi üçün Mədi-
nədən müəllim istəmişlər. Peyğəmbərin göndərdiyi
10-a yaxın səhabə lihyanoğulları tərəfindən ələ keçi-
rilərək şəhid edilmiş, Xübeyb ibn Ədi və Zeyd ibn
Dəsinə isə Bədrdə yaxınları öldürülən qüreyşlilərə in-
tiqam almaları üçün satılmış və Məkkədə həbs edilən
bu səhabələr daha sonra şəhid edilmişlər. Məhəmməd
peyğəmbər 6-cı/627-ci ildə Bəni-Lihyan qəzvəsi ilə
lihyanoğulları üzərinə yürüş təşkil etmiş, lakin qəbilə
mənsubları xəbərdar olduqları üçün tədbir görmüş və
döyüş baş verməmişdir.377

8.2.2. Biriməunə hadisəsi
Rəci hadisəsinə yaxın dövrdə baş vermiş digər
bənzər bir hadisə Biriməunə hadisəsidir. Amir ibn Sə-
sə qəbiləsinin rəisi Əbu Bəra Amir ibn Malik Mə-
dinəyə gələrək, qəbiləsinə İslamı təbliğ etmək üçün

377 İbn Hişam, s. 738-750; Vaqidi, I, 354-362.

257

İslam tarixi................................................................................

müəllim istəmiş, Peyğəmbər böyük əksəriyyəti Süffə
əhlindən olan bir qrup səhabəni xəzrəcli Münzir ibn
Əmrin rəhbərliyi ilə göndərmişdir. Məkkə yolu üzə-
rində Biriməunə adlı yerdə mədinəlilər bölgədəki qə-
bilələr tərəfindən öldürülmüşlər. Bəni-Amir qəbiləsi-
nin xəyanətə görə cəzalandırılması üçün Şüca ibn
Vəhbin başçılığı altında səriyyə göndərilmişdir.378

Biriməunə və Rəci hadisələrinin planı

378 İbn Hişam, s. 751-756; Vaqidi, II, 346-353; İbn Səd, II, 51-54.

258

.............................................................. Məkkəlilərlə mübarizə

8.2.3. Müstəliqoğulları qəzvəsi
Uhud döyüşündən sonra müsəlmanlarla bütpə-
rəst ərəb qəbilələri arasında baş verən digər mühüm
hadisə Bəni-Müstəqil qəzvəsidir. Müsəlmanlara qarşı
Qüreyş qəbiləsi ilə ittifaq quran Müstəliqoğullarının
rəisi Haris ibn Əbu Zirarın Mədinəyə hücum etmək
üçün ordu topladığı xəbərini alan Məhəmməd pey-
ğəmbər 700 nəfərlik heyət ilə 5-ci/627-ci ildə Bəni-
Müstəliq qəzvəsinə çıxdı. Müsəlmanlar Müstəliq-
oğulları ilə döyüşdə qalib gəlib, çox sayda əsir və qə-
nimət əldə etmişlər. Lakin Peyğəmbərin qəbilə rəisi
Harisin qızı Cüveyriyyə ilə evlənməsindən sonra
əsirlər azad edilmiş, bu hadisə Müstəliqoğullarının
İslamı qəbul etməsi ilə nəticələnmişdir. Müstəliq-
oğulları qəzvəsindən qayıdarkən Həzrət Məhəmmə-
din həyat yoldaşı Aişə bint Əbu Bəkrin xəyanətlə
ittiham edildiyi, İslam tarixində İfk hadisəsi kimi
tanınan hadisə baş vermişdir.379

8.2.4. Hüneyn qəzvəsi
Məhəmməd peyğəmbər Hüdeybiyə anlaşması-
nın yol təhlükəsizliyi ilə əlaqəli maddələrini pozan
Həvazin qəbiləsinin müxtəlif tayfaları üzərinə 627,
628 və 629-cu (hicri 6, 7 və 8-ci) illərdə bir neçə dəstə
göndərmişdi. Həvazin qəbiləsi Cahiliyyə dövründən

379 İbn Şəbbə, I, 190; Təbəri, Tarix, II, 612; Zəhəbi, Siyər, II, 154.

259

İslam tarixi................................................................................

etibarən, Qətəfan və Süleym qəbilələri ilə birlikdə qə-
bilələrarası müharibələrdə mühüm rol oynayan üç
“əsafil-ərəb” (ərəblərin üç sacayağından biri) adlandı-
rılırdı. Digər tərəfdən, Həvazin qəbiləsi ilə Qüreyş
arasında İslamdan əvvəl də mövcud olan düşmənçilik
Məhəmməd peyğəmbərə və İslama qarşı özünü büru-
zə verirdi. Həvazin qəbiləsi Məhəmməd peyğəmbə-
rin, əslində, Məkkəyə qarşı düzənlədiyi hərbi səfərin
özlərinə qarşı olduğunu düşünüb, hərbi hazırlıqlara
başlamışdı. Malik ibn Övfün rəhbərliyi ilə ailə üzvləri
və var-dövlətini də özləri ilə hərb meydanına gətirən
həvazinlilər Məkkənin fəthi əsnasında Övtasda qərar-
gah qurmuşlar. Bu qəbilənin Taifdə yaşayan böyük
bir qolu olan Saqif qəbiləsi də onlara qoşulmuşdur.
Kəşfiyyatçılar vasitəsilə bundan xəbərdar olan Mə-
həmməd peyğəmbər Məkkə fəthindən qısa bir müd-
dət sonra, 27 yanvar 630-cu il (6 şəvval 8-ci il) tarixdə
12 000 nəfərlik ordu ilə Həvazin qəbiləsi üzərinə hər-
bi əməliyyata başlamışdır. Huneyn vadisində qarşıla-
şan iki ordu arasındakı savaşın birinci mərhələsində
müsəlmanlar geri çəkilsələr də,380 Məhəmməd pey-
ğəmbərin çağırısı ilə yenidən toplanan İslam ordusu
böyük mübarizə nəticəsində qalib gəlmişdir. Hərbi
əsirlər ilə birlikdə qənimətlər də Ciranə adlı bir yerdə
saxlanılmış, geri çəkilən həvazinlilərin bir hissəsinin

380 Vaqidi, III, 887; İbn Hişam, s. 958-964; Təbəri, Tarix, III, 70-73.

260

.............................................................. Məkkəlilərlə mübarizə

sığındığı Taif şəhərinin mühasirəsindən sonra əsgər-
lər arasında bölünmüşdür. Həvazin qəbiləsindən gə-
lən bir heyət müsəlman olduqlarını bildirərək, əsirlə-
rin və mallarının qaytarılmasını istəmiş, əsirləri qay-
tarılan həvazinlilər İslamı qəbul etmişlər.381

8.2.5. Taif mühasirəsi
Huneyndə döyüş meydanından çəkilən Həvazin
ordusu qəbilənin bir qolu olan Səqif mənsubları ilə
birlikdə Taifə sığınmışdır. Taiflilərin İslama qarşı ilk
düşmənçiliyi 620-ci ildə Məhəmməd peyğəmbəri
daşlayaraq şəhərdən qovmaqla başlamışdı. Məhəm-
məd peyğəmbər Huneyn savaşından sonra, 630-cu (8-
ci) ildə Taif şəhərinə hücum edib şəhərin qalasını mü-
hasirəyə aldı. Bir aya yaxın sürən mühasirədən sonra
haram ayların yaxınlaşmasına görə, mühasirə ləğv
olunmuş və İslam Ordusu Həvazin qənimətlərinin
saxlanıldığı Ciranəyə qayıtmışdır.382 Orada həvazin-
lilərə aid əsir və qənimətlərə dair qərar verildikdən
sonra, Məhəmməd peyğəmbər və müsəlmanlar Mək-
kədə ümrə ziyarətini yerinə yetirərək Mədinəyə dön-
müşlər.

381 İbn Hişam, s. 975, 1000-1001; İbn Səd, I, 114-115; Təbəri, Tarix,
III, 86; Məqrizi, İmta, II, 31.

382 İbn Hişam, s. 992-996; Bəlazüri, Fütuh, s. 63; Vaqidi, III, 927-929;
İbn Səd, II, 158-159; Təbəri, Tarix, III, 81-84.

261

İslam tarixi................................................................................



Фясил 9

Гейри-мцсялманларла
мцнасибятляр



262

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

İlk müsəlmanların mənsub olduqları Qüreyş qə-
biləsinin hələ İslamaqədərki dövrdə digər din mən-
subları ilə münasibətləri mövcud idi. Ticarət mərkəzi
olan Məkkəyə gələn xristian və yəhudi tacirlər, o
cümlədən məkkəlilərin Suriya və Yəmən başda ol-
maqla, qonşu bölgələrə gedən karvanları vasitəsilə
müxtəlif din mənsubları ilə iqtisadi münasibətlər
qurulmuşdu. Bundan əlavə, İslamın yayıldığı ilk
illərdə Qüreyş bütpərəstlərinin dini mövzularda
mədinəli yəhudilərdən bəzi məsləhətlər aldıqları
mənbələrdə qeyd olunur. İbn Hişamın verdiyi
məlumata görə, məkkəlilər Nəzr ibn Haris və Üqbə
ibn Əbi Müeyti Həzrət Məhəmmədin peyğəmbərliyi-
nin həqiqiliyini müəyyənləşdirmək məqsədilə mədi-
nəli yəhudi alimlərin yanına göndərmişlər. Mədinəli
yəhudi din alimləri onlara Həzrət Məhəmməddən Əs-
habi-Kəhf, Zülqərneyn və ruh mövzularını soruşmağı
tövsiyə etmişlər. Qüreyş təmsilçilərinin Məkkəyə qa-
yıtdıqdan sonra sözügedən mövzularda Məhəmməd
peyğəmbərdən soruşduqları suallara bir müddət sonra
Quran ayələri vasitəsilə cavab verilmişdir. Digər tə-
rəfdən, Məkkə dövrünün sonlarına doğru, ümumilik-
də, Əhli-Kitabdan, xüsusilə İsrailoğullarından bəhs
edən383 Məkki ayələr vasitəsilə müsəlmanların hələ
hicrətədək yəhudilərin inanc və tarixi ilə əlaqəli
müəyyən nəzəri məlumatları mövcud idi.

383 Müddəsir, 74/31; Ənkəbut, 29/46; Əla, 87/18-19; Şüəra, 26/192-
197; Əhqaf, 46/10.

263

İslam tarixi................................................................................

9.1. Mədinədəki yəhudi qəbilələri ilə
münasibətlər

Daha əvvəl qeyd olunduğu kimi, Məhəmməd
peyğəmbərin Mədinəyə hicrəti əsnasında şəhər sakin-
lərinin yarısına yaxını yəhudilərdən ibarət idi. Mə-
həmməd peyğəmbər qurulan yeni siyasi-ictimai
struktura yalnız müsəlman əhalini deyil, Mədinənin
bütpərəst ərəblərini və yəhudi qəbilələrini də dövlətin
vətəndaşları kimi, “Mədinə müqaviləsi” adlandırılan
anlaşmaya daxil etmişdir. Mədinədə yaşayan bir çox
yəhudi qəbiləsi arasında üçü – Qeynüqa, Nəzir və Qü-
reyzə qəbilələri – digərləri ilə müqayisədə daha bö-
yük nüfuza malik idi.

Hüquqi və sosial zəmində Mədinədəki yəhudi-
lərlə birlikdə yaşama təcrübəsinin ilk göstəricisi olan
Mədinə müqaviləsi bağlanmaqla yanaşı, Məhəmməd
peyğəmbər İslamın yayılması prosesində ətrafındakı
digər topluluqlara qarşı etdiyi kimi, yəhudilərə də
yeni dini təbliğ edirdi. Mədinə yaxınlığında yerləşən
digər yəhudi yaşayış məskəni olan Xeybərə hicrətin
birinci ilində Peyğəmbərin göndərdiyi məktubda bu
mövzu açıq şəkildə qeyd olunurdu.384 Bundan əlavə,
Məhəmməd peyğəmbər Mədinədəki Qeynüqaoğul-
larına aid bazarda yəhudilərə müraciətlə Qüreyşlə

384 Hamidullah, İslam peyğəmbəri, II, 32-33.

264

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

ittifaq qurmamağa, Peyğəmbəri qəbul etməyə ça-
ğırmışdır.385

Hicrətin ilk dövrlərində Mədinədəki yəhudi qə-
bilələrinin mənsublarından İslamı qəbul edənlər və
yaxud müsəlmanlarla yaxın münasibətlər quranlar da
olmuşlar. Mənbələrin qeyd etdiyinə görə, Bəni-Qey-
nüqa qəbiləsinə mənsub yəhudi din alimi Abdullah
İbn Səlam ailəsi ilə birlikdə müsəlman olmuşdur. Ab-
dullah ibn Səlamın müsəlman olması ilə əlaqəli İbn
Hişamın nəql etdiyi təfsilatlı bir rəvayət Mədinədəki
yəhudi qəbilələrinin yeni dinin qəbul edilməsinə qarşı
münasibəti baxımından mühümdür. Bundan əlavə,
mənbələrə görə, Mədinənin varlı yəhudilərindən Mü-
xeyriq də İslamı qəbul etmiş, Uhud döyüşündə iştirak
etmiş və döyüşdən sonra vəfat edərkən var-dövlətini
Həzrət Məhəmmədə vəsiyyət etmişdir.386 Bütün bun-
lara əlavə olaraq, məkkəli bütpərəstlərlə müsəlmanlar
arasında baş verən döyüşlər ərəfəsində Qeynüqa, Nə-
zir və Qüreyzəoğullarının Mədinə müqaviləsinin şərt-
lərini pozmuşlar. Bu da onların cəzalandırılmaları ilə
nəticələnmişdir.

385 Hamidullah, İslam peyğəmbəri, II, 34.
386 Müxeyriqin müsəlman olmasına dair fərqli rəvayətlərin təhlili üçün
baxın: Bəlazüri, Fütuh, s. 22; Vaqidi, I, 263, 378; İbn Səd, I, 501-502; İbn
Hişam, s. 443, 672; Təbəri, Tarix, II, 531; İbn Həcər, əl-İsabə, VI, 57.

265

İslam tarixi................................................................................

9.1.1. Bəni-Qeynüqa qəbiləsi
Mədinənin cənub-şərqində məskunlaşan Qey-
nüqaoğulları şəhərin üç əsas yəhudi qəbiləsindən biri
olub, əsasən, ticarət, silah emalı və zərgərliklə məşğul
idilər. Hicrətdən sonra Mədinədəki ərəb və yəhudi
qəbilələri ilə bağlanan müqaviləyə Bəni-Qeynüqa
qəbiləsi Xəzrəc qəbiləsinin müttəfiqi kimi qoşulmuş-
dur. Bədr savaşında müsəlmanların qələbə qazan-
maqla Mədinədə siyasi nüfuzunu artırması Qeynüqa-
oğullarını narahat etmiş və müsəlmanlara qarşı müna-
sibətləri dəyişməyə başlamışdır.
İbn Hişamdan nəql olunan rəvayətə görə, Bədr
döyüşündən sonra, Məhəmməd peyğəmbər Mədinə-
nin ən böyük Bəni-Qeynüqa bazarında yəhudilərə
səslənmiş, Qüreyşin aqibətinə məruz qalmamaq üçün
onlara xəbərdarlıq etmiş və Tövratda haqqında xəbər
verilən elçinin özü olduğunu xatırladaraq onları İsla-
ma dəvət etmişdir. Yəhudilərin Məhəmməd peyğəm-
bərə cavabı münasibətlərin göstərilməsi nöqteyi-nə-
zərindən mühümdür: “Ey Məhəmməd! Sən yalnız öz
xalqını tanıyırsan. Təsadüfən məğlub etdiyin, hərb sə-
nətini bilməyən bir xalqla qarşılaşmağın səni aldat-
masın. Tanrıya and olsun ki, səninlə savaşsaq bizim
necə igid olduğumuza şahid olacaqsan”.387
İki tərəf arasında gərginliyin davam etdiyi tarixi
şəraitdə Bəni-Qeynüqa bazarındakı yəhudilərin bir

387 Hamidullah, İslam Peyğəmbəri, II,43.

266

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

müsəlman qadına qarşı nalayiq hərəkət etməsi arada-
kı ədavətin alovlanmasına və hər iki tərəfdən insan
ölümünə səbəb olmuşdur.388 Bu da öz növbəsində,
bağlanan müqavilənin pozulması ilə nəticələnmiş və
hadisədə iştirak etmiş yəhudilərin məhəlləsi mühasi-
rəyə alınmışdı.

Onbeş gün davam edən mühasirədən sonra, 624-
cü ilin may/aprel ayında (hicri 2-ci ilin zilqədə ayın-
da) Bəni-Qeynüqa qəbiləsi təslim olmuşdur. İlk növ-
bədə ələ keçirilən 700-ə yaxın döyüşçünün öldürül-
məsinə qərar verilmişdir. Xəzrəc qəbiləsinin rəisi
Abdullah ibn Übey müttəfiqi olan Qeynüqaoğulları-
nın bağışlanması üçün vasitəçilik etmiş və Məhəm-
məd peyğəmbərin razılığı ilə bütün qeynüqalılar əfv
edilərək, Mədinədən sürgün olunmuşlar. Sürgündən
əvvəl Qeynüqaoğullarına borclarını və əşyalarını top-
lamaq üçün üç gün möhlət verilmişdir. Gücləri çatan
qədər əşyalarını özləri ilə aparan Qeynüqaoğullarının
əsas məşğuliyyəti sənətkarlıq və ticarət olduğu üçün
çox sayda silah, silah emalında və zərgərlikdə istifadə
edilən alətləri qoyub-getmişlər. Mədinədən çıxdıqdan
sonra Qeynüqaoğulları bir aya yaxın müddət Vadil-
qüra qəsəbəsində qalmış, daha sonra Suriya yaxınlı-
ğındakı Əzriatda məskunlaşmışlar.389

388 Vaqidi, I, 176-177; Zəhəbi, Siyər, I, 377.
389 Vaqidi, I, 179; İbn Səd, II, 29; Təbəri, Tarix, II, 481.

267

İslam tarixi................................................................................

9.1.2. Bəni-Nəzir qəbiləsi
Mənsublarının say çoxluğuna və nüfuzuna görə
Mədinənin yəhudi qəbilələri arasında xüsusi yeri olan
Nəziroğulları şəhərin ətraf məhəllələrindən Bəni-Hətm
torpaqlarında yaşayırdılar. İslamdanəvvəlki dövrdə
Bəni-Qüreyzə qəbiləsi ilə birlikdə Xəzrəc qəbiləsinə
qarşı Övsü dəstəkləyən Nəziroğulları, xüsusilə hicrət-
dən 5-6 il əvvəl meydana gələn Büas döyüşündə Öv-
sün qalib gəlməsinə kömək etmişlər.390
Nəziroğulları Mədinənin iqtisadi həyatında da
mühüm rol oynayırdılar. Vahidinin nəql etdiyi rəva-
yətə görə, Nəzir və Qeynüqəoğullarına aid parça, ətir,
qiymətli daş-qaş və ərzaqyüklü yeddi ticarət karvanı
eyni gündə Büsra və Əzriatdan Mədinəyə gəlirdi.391
Sahib olduğu nüfuza görə, Nəziroğulları digər yəhudi
qəbilələrindən fərqli bəzi imtiyazlara malik idilər. Be-
lə ki, həmin qəbilədən öldürülən bir şəxs üçün qan-
bahası tam ödənilir, Bəni-Nəzirdən birinin qətl etdiyi
şəxs üçün yarım qanbahası ödənilirdi.
Bəni-Nəzir Mədinə müqaviləsinə İslamaqədərki
müttəfiqi Övslə birlikdə qoşulmuşdur. Hicrətin ilk il-
lərində müqavilə şərtlərinə görə tənzimlənən Nəzir-
oğulları ilə müsəlmanların münasibətləri zamanla
mənfi istiqamətdə dəyişmişdir. Müsəlmanların Bədr
qəzvəsindəki zəfərinin, ardından Qeynüqaoğullarının

390 İbn Səd, I, 218-219; Cavad Əli, əl-Müfəssəl, IV, 138-141.
391 Vahidi, s. 459-460.

268

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

Mədinədən sürgün edilməsinin bu prosesi şərtləndir-
diyini düşünmək mümkündür.

Öz növbəsində qəbilənin məşhur şairi Kəb ibn
Əşrəfin də hadisələrin mənfi istiqamətdə inkişafında
böyük rolu olmuşdur. Atası qəhtanimənşəli Bəni-Tey
qəbiləsindən, anası Nəziroğullarından olduğu üçün
Mədinənin həm ərəb, həm də yəhudi sakinləri arasın-
da özünəməxsus yeri olan Kəb ibn Əşrəf Bədr döyü-
şündə müsəlmanların qalib gəlməsindən narazı ol-
muş, həm Qüreyşə Bədrdəki itkisinə görə başsağlığı
vermək, həm də onları müsəlmanlara qarşı təhrik et-
mək məqsədilə bir heyətlə birlikdə Məkkəyə getmiş
və Əbu Süfyanla danışıqlar aparmışdır.

Mənbələrin qeyd etdiyi kimi, həm sahib olduğu
maddi imkanları, həm də cəmiyyətinin və dövrünün
ən təsirli təbliğat vasitəsi olan şairlik qabiliyyəti sayə-
sində Kəb ibn Əşrəf Məhəmməd peyğəmbər başda
olmaqla, müsəlmanlara qarşı bütpərəstləri təhrik et-
miş və dəstəkləmişdir.392 Bütün bunlar Kəbin 624-cü
ildə səhabələrdən Əbu Nailə ibn Səlamə, Əbbad ibn
Bişr və Haris ibn Övs tərəfindən öldürülməsi ilə nəticə-
lənmişdir.393 Kəbin xoşagəlməz davranışlarının mənfi

392 Kəb ibn Əşrəfin müsəlmanlar əleyhindəki fəaliyyətləri ilə əlaqəli
Quranın Həşr və Nisa surələrinin bəzi ayələrinin nazil olduğu qeyd olunur.
Mehmet Ali Kapar, “Ka’b b. Eşref”, DİA, XXIV, 3-4.

393 İbn Səd, II, 31-32. Kəb ibn Əşrəfin öldürülməsi hadisəsi və bunun
Nəzir oğullarının sürgün edilməsinə təsiri haqqındakı təhlillər üçün baxın.
Məhəmməd Həmidullah, İslam Peyğəmbəri, II, 38-39; Uri Rubin, “The
Assassination of Ka’b b. al-Ashraf”, Oriens, XXXII (1990), s. 65-71.

269

İslam tarixi................................................................................

nəticəsi barəsində Nəziroğullarını xəbərdar edən Mə-
həmməd peyğəmbər onlarla yeni bir müqavilə bağla-
mışdır. Mənbələrə görə həmin anlaşma Həzrət Mə-
həmmədin Nəziroğulları heyətini topladığı Rəmlə
bint Harisin evində bağlanmış və müqavilə mətnini
Əli ibn Əbu Talib yazmışdır.

Mənbələrə görə, bu hadisələrdən sonra Nəzir-
oğulları Uhud döyüşü ərəfəsində Əbu Süfyanın rəh-
bərliyi ilə bir heyətlə görüşərək, müsəlmanların hərbi
sirri sayılan məxfi məlumatları ötürmüşlər. Bəni-Nə-
zirin Uhudda müsəlmanların məğlubiyyətindən cə-
sarətlənərək, Məhəmməd peyğəmbərə qarşı sui-qəsd
hazırladığına dair mənbələrdə iki fərqli rəvayət qeyd
olunur. Birinci rəvayət 4cü/625-ci ildə baş vermiş Bi-
riməunə hadisəsində qurtulan səhabə Əmr ibn Ümey-
yə əz-Zəmrinin Bəni-Amir qəbiləsindən iki müsəlma-
nı səhvən öldürməsi nəticəsində ödəniləcək müştərək
qanbahasından Nəziroğullarının imtina etməsi ilə əla-
qəlidir. Bu rəvayətdə qeyd olunduğu kimi, anlaşmaya
görə, Nəziroğullarının payına düşəni qanbahasını tə-
ləb etmək üçün Məhəmməd peyğəmbər onların yaşa-
dığı məhəlləyə getmiş və orada sui-qəsd təşəbbüsünə
məruz qalmışdır. Mövzu ilə əlaqəli digər rəvayətə gö-
rə, Qüreyş qəbiləsi ilə əlbir olan Nəziroğulları öldür-
mək istədikləri Məhəmməd peyğəmbəri üç səhabəsi
ilə birlikdə özlərinin üç din xadimi ilə müzakirəyə
dəvət etmiş və tərtib etdikləri bir planla onu öldürmə-
yə cəhd etmişlər.

270

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

Nəticə etibarilə, 625-ci ilin avqust ayında (hicri
4-cü ilin rəbiüləvvəl ayı) Nəziroğullarının anlaşmaya
sadiq qalmayıb, müqaviləni pozduğuna görə Mədinə-
dən çıxması tələb edilmiş, əks halda, məsələnin mü-
haribə yolu ilə həll olunacağını bildirmişdir. Nəzir-
oğulları, ilk növbədə, şəhərdən çıxarılma təklifinə
müsbət baxmış, lakin müttəfiqi olan Abdullah ibn
Übey ibn Səlulun, Mədinədəki digər yəhudi qəbiləsi
Qüreyzəoğullarının və bəzi bədəvi ərəb qəbilələrinin
vəd etdiyi hərbi dəstəyə güvənərək, öz yurdlarında
qalaraq döyüşməyə qərar vermişlər.394

Bu qərardan sonra, Məhəmməd peyğəmbər, ilk
növbədə, Mədinədəki digər yəhudi qəbiləsi olan Qü-
reyzəoğulları ilə bitərəflik müqaviləsi bağlayaraq,395
625-ci ilin avqust ayında (4-cü il rəbiuləvvəl ayı) Nə-
ziroğullarına qarşı yürüşə çıxmışdır. On beş gün mü-
hasirədə qaldıqları müddətdə vəd olunan dəstəyi al-
mayan Nəziroğulları dəvələrinə yükləyə biləcəkləri

394 Nəzir qəbiləsinin Məhəmməd peyğəmbərə qarşı suiqəsd hazırlama-
sına dair rəvayətlərin dəyərləndirilməsinə fərqli yanaşmalar üçün baxın.
Muhammed Hamidullah, İslam Peyğəmbəri, II, 39-41; Nadir Özkuyumcu,
“Beni Nadir”, DİA, XXXII, 27-276; M.J. Kister, “Notes on the Papyrus
Text About Muhammad’s Campaign Against the Banu al-Nadir”, Archiv
Orientalni, XXXII (1964), s. 233-236.

395 Məhəmməd Həmidullaha görə, müsəlmanlar Bəni Nəzirə qarşı
müharibə elan etdiyi zaman Qüreyzə oğullarının bitərəf qalmasında Mədi-
nə müqaviləsi bağlanan zaman Nəzir və Qüreyzə oğulları arasındakı qan-
pulu fərqinin ləğv olunmasının da rolu olmuşdur. Hamidullah, İslam pey-
ğəmbəri, II, 46.

271

İslam tarixi................................................................................

malları ilə Mədinədən çıxmağı təklif etdilər. Təkliflə-
ri qəbul edilən Nəziroğullarına müharibə sursatları is-
tisna olmaqla, dəvələrinə yükləyə biləcəkləri malları-
nı özləri ilə aparmağa icazə verildi.

Vaqidinin verdiyi məlumata görə, evlərinin qa-
pısının kandarını da söküb-aparan396 Nəziroğulları
600 dəvə yükü və musiqiçilərin ifa etdiyi musiqi mü-
şayiəti ilə Mədinədən çıxmışlar.397 Böyük hissəsi Su-
riya və Əzriat bölgəsində, bəziləri Xeybərdə məskun-
laşan Nəziroğullarının qoyub-getdikləri əmlakdan qə-
nimət olaraq ələ keçirilən xurmalıq və əkin torpaqları
əksəriyyət etibarilə Mədinədə evi və torpağı olmayan
mühacir ailələrinə paylanmışdır.398 Silahlarını apar-
mağa icazə verilməyən Nəziroğullarından qalan yüz-
dən çox qılınc, əlli zireh və dəbilqə kimi çox sayda
silahı399 isə müsəlmanlar növbəti hərbi əməliyyatlar-
da istifadə etmişlər.

396 Vaqidi, I, 374. Sadəcə bir dəvə yükü əşya aparmalarına icazə veril-
məsinə baxmayaraq, Nəzir oğullarının qapıların kandarlarını söküb aparma
səbəbi ehtimal ki, ənənəvi olaraq yəhudilərin evlərinin kandarına bərkidi-
lən və gündəlik həyatın funksional bir dini atributu sayılan “mezuza”lar
olmuşdur.

397 İbn Hişam, s. 758; Təbəri, Tarix, III, 142.
398 Məhəmməd peyğəmbərin ailəsinin və Müttəlib oğullarının da
məişətini qismən bu ərazilərdən təmin etdiyi qeyd olunur. Vaqidi, I, 378;
Bəlazüri, Fütuh, s. 21-22. Bəni Nəzir qəbiləsindən Müheyriqin öz var-döv-
lətini həzrət Məhəmmədə vəsiyyət etdiyi də qeyd olunmalıdır. Bəlazüri,
Fütuh, s. 22; Vaqidi, I, 378; İbn Səd, I, 501-501; İbn Hişam, s. 443; Təbəri,
Tarix, II, 531.
399 Vaqidi, I, 377; İbn Səd, II, 58; Bəlazüri, Fütuh, s. 21.

272

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

9.1.3. Bəni-Qüreyzə qəbiləsi
Hicrət zamanı Mədinədəki üç böyük yəhudi qə-
biləsindən sonuncusu olan Bəni-Qüreyzə şəhərin cə-
nub-şərqində məskunlaşaraq, əsasən, xurma və taxıl
yetişdirməklə, ticarətlə məşğul olurdu. Qüreyzəoğul-
ları da Nəziroğulları kimi Övs qəbiləsinin müttəfiqi
olaraq Mədinə müqaviləsində iştirak etmişlər. Mədi-
nə müqaviləsində təfsilatlı şəkildə qeyd olunduğu
kimi, şəhərin yəhudi sakinlərinin inanc, can və mal
azadlığı qorunmalı, bunun müqabilində onlar da Mə-
dinənin digər sakinləri kimi, şəhərin müdafiəsində
iştirak etməli, həmçinin müsəlmanların düşmənlərinə
dəstək verməməli idilər. Qeynüqa və Nəziroğulları-
nın müqaviləni pozaraq, Mədinədən çıxarılmasından
sonra, şəhərin yəhudi topluluğu içində ən böyük qə-
bilə Qüreyzəoğulları idi.
Mənbələrdə qeyd olunduğuna görə, Mədinədən
sürgün olunduqdan sonra Xeybərdə məskunlaşmış
Nəziroğullarının rəisi Hüyey ibn Əxtəb müsəlmanla-
ra qarşı düşmənçiliyi davam etdirirdi. Öncə Məkkəyə
gedərək Qüreyşi təhrik edən və onlara müsəlmanlara
qarşı dəstək vəd edən Hüyey Xəndək döyüşünü təşkil
edənlərdən biri idi. Bundan əlavə, o, Xəndək döyüşü
əsnasında Qüreyzəoğullarının rəisi Kəb ibn Əsədlə
görüşmüş və onu müsəlmanlara qarşı xəyanət edərək,
Mədinə daxilindən hücum etməyə razı salmışdır. Hü-
yeyin təhriki ilə Məhəmməd peyğəmbərlə müqavilə

273

İslam tarixi................................................................................

şərtlərini pozan Qüreyzəoğulları şəhərdə iğtişaş törət-
məyə başlamışlar.400 Xəndək qəzvəsindən bəhs edi-
lərkən qeyd olunduğu kimi, mühasirə əsnasında mü-
səlman olan Qətəfan qəbiləsinin Bəni-Əşca qolunun
rəisi Nüeym ibn Məsudun Qüreyzəoğulları ilə müttə-
fiq ordular arasındakı anlaşmanı pozmağa nail olması
nəticəsində, Mədinənin daxilindən gələcək təhlükə-
nin qarşısı qismən alınmışdır.

Qüreyzəoğulları Mədinənin Qüreyş, Süleym,
Qətəfan, Xeybər yəhudilərindən ibarət müttəfiq ordu-
ları tərəfindən mühasirədə saxlanıldığı, müsəlmanla-
rın siyasi və hərbi cəhətdən yox olmaq təhlükəsi qar-
şısında qaldığı, maddi və mənəvi cəhətdən ağır şərait-
də olduğu Xəndək qəzvəsi kimi həssas bir dövrdə mü-
qaviləni pozmaqla xəyanət etmişlər. Buna görə də
Xəndək döyüşünün bitdiyi gün – 15 aprel 627-ci il (23
zilqədə 5-ci il) Məhəmməd peyğəmbər müəzzin Bilal
Həbəşiyə növbəti azanın Bəni-Qüreyzə torpaqlarında
oxunacağı təlimatını vermiş və günortadan sonra Əli
ibn Əbu Talibi kəşfiyyat dəstələrinin başında göndər-
miş, özü isə 3 000 nəfərlik müsəlman ordusunun baş-
çısı kimi Qüreyzəoğullarına qarşı hərbi yürüş tərtib
etmişdir.401

Məhəmməd peyğəmbərin İslama dəvətini və təs-
limolma təklifini qəbul etməyən Qüreyzəoğulları

400 İbn Hişam, s. 787-788; Təbəri, Tarix, II, 577.
401 Vaqidi, II, 497-498; Təbəri, Tarix, II, 591; Yəqubi, Tarix, II, 53.

274

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

“ütum” adlandırılan istehkam qalalarından müsəl-
manlara ox və daş atmaqla müdafiə mövqeyini seç-
mişdilər. İbn Hişamın nəql etdiyi rəvayətə görə, mü-
hasirənin uzanmasına görə Qüreyzəoğullarının lideri
Kəb ibn Əsəd qəbiləsinə üç şərtdən birini seçməyi
təklif etmişdir: 1) İslamı qəbul etmək; 2) öz qadınla-
rını və uşaqlarını əsir düşməmək üçün öldürdükdən
sonra ölənə qədər müsəlmanlara qarşı vuruşmaq; 3)
yəhudilər üçün müqəddəs gün hesab olunduğuna görə
heç kimin gözləmədiyi şənbə günü müsəlmanlara hü-
cum etmək.

Rəisləri Kəbin bu təklifini qəbul etməyən Qü-
reyzəoğulları 15 (və ya 25) gün davam edən mühasi-
rədən sonra Bəni-Nəzir qəbiləsinin təslim olduğu
şərtlərlə məğlub olmağı təklif etmişlər, lakin Məhəm-
məd peyğəmbərin, şərtsiz təslimolma tələbinin qarşı-
lığında təslim olmuşlar. Daha əvvəl mədinəli Xəzrəc
qəbiləsi Qeynüqaoğullarının cəzasını yüngülləşdir-
mək üçün müraciət etdiyi kimi, övslülər də Məhəm-
məd peyğəmbərin Qüreyzə qəbiləsinə daha yüngül
cəza verməsini istəmiş, beləliklə, Övs qəbiləsinin
liderlərindən Səd ibn Müazın hakim seçilməsinə qə-
rar verilmişdir.

Xəndək döyüşündə yaralanmış Səd ibn Müaz
həmin ərəfədə Mədinədə hərbi xəstəxana vəzifəsini
görən çadırda Rüfeydə əl-Ənsariyyə tərəfindən müa-
licə olunurdu. Yaralı vəziyyətdə Qüreyzəoğullarının

275

İslam tarixi................................................................................

məhəlləsinə gətirilən Səd həm Övs həm Qüreyzə qə-
bilələrindən, həm də Məhəmməd peyğəmbərdən ve-
rəcəyi qərara razı olacaqları vədini aldıqdan sonra
qərarını elan etdi: hərbçilərin öldürülməsi, qadın və
uşaqların əsir edilməsi, qəbilənin mallarının döyüş
qəniməti olaraq alınması.402

Həm yəhudilərin Müqəddəs Kitabı Tövrata,403
həm də təxribat yaradanlara verilən cəzalar arasında
belə bir hökm olduğu üçün Qurana404 uyğun sayılan
bu qərar icra edilmişdir. Mühasirə zamanı müsəlman
olan döyüşçülər Zübeyr ibn Bəta və ailəsi, Rüfaə ibn
Səmavəl kimi bəzi Qüreyzəoğulları isə mədinəli mü-
səlmanların vasitəçiliyi ilə bağışlanmışlar. Qüreyzə-
oğullarından əsir alınan qadın və uşağın bir qismi
azad edilmiş, dövlət büdcəsinə aid olan beşdəbir his-
səsi at və silah kimi döyüş sursatı almaq məqsədilə
satılmışdır.405 Bəzi tədqiqatçılara görə, həmin əsirlər,
ümumilikdə, Qüreyzəoğullarının dindaşları tərəfin-
dən, xüsusilə hadisələrin bu şəkildə nəticələnməsində
rolu olan qəbilə rəisləri Hüyey ibn Əxtəbə görə bu ad-
dımı atmaq məcburiyyətində olan Nəziroğulları tərə-
findən alınaraq azad edilmişdir.406

402 Bk. İbn Hişam, s. 796-797; Vaqidi, II, 510-511; İbn Səd, III, 425;
Təbəri, Tarix, II, 575, 586-587.

403 Qanunun təkrarı, XX/10-15.
404 əl-Maidə 5/33-34.
405 Vaqidi, II, 523; Təbəri, Tarix, II, 591-592.
406 Watt, Muhammad: Prophet and Statesman, s. 172-176; Peterson,

Muhammad: the Prophet of God, s. 126-127.

276

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

Qeyd etmək lazımdır ki, Mədinənin məşhur üç
yəhudi qəbiləsi olan Qeynüqa, Nəzir və Qüreyzəoğul-
larından müqavilə şərtlərinə riayət etmədiklərinə gö-
rə, ən sərt şəkildə cəzalandırılan qüreyzəlilərlə əlaqəli
ilk dövr İslam tarixi mənbələrindəki məlumatlar təd-
qiqatçılar tərəfindən birmənalı qəbul edilməmişdir.
Sözügedən rəvayətlər, xüsusilə XIX əsrin sonlarından
etibarən, ilk dövr İslam tarixini tədqiq edən bir çox
qərbli şərqşünas tərəfindən siyasi, hüquqi, sosial-iq-
tisadi və dini zəmində təhlil edilmişdir. Aralarında Sir
Viliam Müir və Leon Kaetaninin olduqları qərbli təd-
qiqatçıların bir qismi Qüreyzəoğulları hadisəsi ilə əla-
qədar Məhəmməd peyğəmbəri amansızlıqla ittiham
etmişlər.407 İngilis tarixçisi Montqomeri Vat, Maksim
Rodinson və digər şərqşünas alimlərin isə hadisəni İs-
lam Peyğəmbəri Məhəmmədin bir yəhudi qəbiləsinə
qarşı amansız qərarı kimi inanc kontekstində dəyər-
ləndirməkdənsə, dövrün müharibə şəraitinin siyasi və

407 İngilis şəqşünas Vilyam Mür Qüreyzə oğulları hadisəsinin heç bir
siyasi zərurətlə izah oluna bilməyəcəyini və bunun Məhəmməd peyğəmbər
adına mənfi bir hadisə olduğunu qeyd edir. İtalyan tarixçi Leon Kaetani
Qüreyzə oğulları ilə qərarın Məhəmməd peyğəmbər tərəfindən verildiyini
irəli sürür. Bu və digər şərqşünas alimlərin əlaqədar dəyərləndirmələri üçün
baxın: M.J. Kister, “The Massacre of the Banu Qurayza: A Re-Examination
of a Tradition”, Jerusalem Studies in Arabic and Islam, 8 (1986), s. 63;
Mehmet Azimli, Benu Kureyza Kuşatması ve Sonucu Hakkında Bazı
Düşünceler”, Dicle Üniversitesi İlahiyat Fakültesi Dergisi, X/2, Diyarbəkr
2008, s. 26-27.

277

İslam tarixi................................................................................

hüquqi zəminində labüd bir nəticə kimi izah etmiş-
lər.408

Son dövrlərdə İslamda birlikdəyaşama təcrübəsi
və dinlərarası münasibətlər kontekstində bir çox mü-
səlman tədqiqatçı da Bəni-Qüreyzə hadisəsi üzərində
durmuşdur. Bu tədqiqatçıların bir hissəsi Qüreyzə-
oğullarının cəzalandırılmasının əsas səbəbkarının
Məhəmməd peyğəmbər və yaxud Səd ibn Müaz deyil,
müsəlmanlara qarşı düşmənçiliyini Mədinədən sür-
gün edildikdən sonra Xeybərdən də davam etdirən və
Xəndək döyüşünün tərtibçiləri arasında olmaqla mü-
səlmanların Mədinədəki həyatını ciddi təhlükə altın-
da qoyan Bəni-Nəzirin rəisi Hüyey ibn Əxtəb oldu-
ğunu irəli sürmüşdür. Qərarın birbaşa Məhəmməd
peyğəmbər tərəfindən verilmədiyini vurğulayan baş-
qa bir qrup tədqiqatçıya görə, tərəflərin hakimliyini
öncədən qəbul etdiyi qərarverici şəxs kimi Səd ibn
Müaz, müsəlman cəmiyyətinin ölüm-qalım məsələsi
kimi baxdığı bu hadisədə, nə qədər amansız görünsə
də, ölüm hökmünü vermək məcburiyyətində qalmış-
dır.409

408 W. Montgomeri Watt, Muhammad at Madina, Oxford, 1956, s. 214-
215; Maxime Rodinson, Mohammed, New York, 1974, s. 213; Dəyərlən-
dirmələr üçün baxın: M.J. Kister, “The Massacre of the Banu Qurayza: A
Re-Examination of a Tradition”, s. 63.

409 Geniş məlumat üçün baxın: M.J. Kister, “The Massacre of the Banu
Qurayza: A Re-Examination of a Tradition”, s. 63-64; Hamidullah, İslam
peygəmbəri, II, 44-45; Mehmet Azimli, “Benu Kureyza Kuşatması ve

278

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

Bəni-Qüreyzə məsələsinə fərqli bir baxış hadisə-
nin tarixi gerçəkliyinə ehtiyatla yanaşan bir qrup ta-
rixçi tərəfindən ötən əsrin 70-80-ci illərindən etibarən
gündəmə gətirilmişdir. Xüsusilə V.N. Arafat “Neə
light on the Story of Banu Qurayza and the Jeəs of
Medina” adlı məqaləsində hadisə ilə əlaqəli İbn İs-
haqdan nəql olunan rəvayətlərin sənəd baxımından
mötəbər olmadığını, həmçinin İslamın və Quranın
ümumi prinsiplərinə zidd olduğunu bildirir. Müəllif
hadisənin təfsilatlarında çox sayda ziddiyyətli mə-
qamlar olduğunu, bu təfsilatların miladi birinci əsrdə
romalılarla yəhudilər arasında baş vermiş başqa bir
tarixi hadisəni xatırlatdığını, dolayısı ilə İslamı qəbul
etmiş yəhudilərin xələflərinin İbn İshaqın dövründə
Mədinə kontekstində yenidən inşa etdiklərini irəli
sürür.410 Bənzər bir fikir hindistanlı tarixçi Əhməd
Bərəkət (v. 1988) tərəfindən də bildirilmişdir. O da
Məhəmməd peyğəmbərin yəhudilərlə münasibətləri

Sonucu Hakkında Bazı Düşünceler”, Dicle Üniversitesi İlahiyat Fakültesi
Dergisi, X/2, Diyarbəkr 2008, s. 28-30.

410 Arafat miladi 73-cü ildə romalıların siyasi hakimiyyətinə qarşı
yəhudilərin Masada üsyanı və onun nəticələri ilə əlaqəli tarix
mənbələrindəki təfsilatlar, hadisənin səbəb və nəticələri ilə İbn İshaqın
Qüreyzəoğulları hadisəsinin təfərrüatları və nəticəsi arasındakı
paralelliyə diqqət çəkir. Beləliklə, müəllif, ənənəvi olaraq İslam tarixi
mənbələrində keçən Qüreyzə oğulları ilə əlaqəli rəvayətlərin, Masada
qətliamından qurtulanların sələfləri olan İslam dünyasındakı yəhudilər
tərəfindən yeni kontekstə uyğun yenidən inşa edildiyini və İbn İshaqın
həmin şəxslərdən topladığı məlumatları əsərində qeyd etdiyini irəli
sürür. W.N. Arafat, “New Light on the Story of Banu Qurayza and the
Jews of Medina”, JRAS (1976), s. 100-110.

279

İslam tarixi................................................................................

haqqında yazdığı “Prophet Muhammad and the Jeəs”
adlı əsərində İbn İshaqın Qüreyzəoğulları ilə əlaqəli
nəql etdiyi təfsilatlarda Abbasilər dövründə İslam
coğrafiyasında yaşayan yəhudilərin rəvayətlərinin tə-
sirində qaldığını bildirir. Dövrün yəhudi mənbələri-
nin hadisə ilə əlaqəli susqunluğunu irəli sürən müəl-
lif, bundan əlavə, Mədinə kimi kiçik bir şəhərin bazar
yerində yüzlərlə insanın eyni zamanda qətl edilməsi-
nin mümkün olmadığını qeyd edir.

Nəticə olaraq, uzun müddət Məhəmməd pey-
ğəmbərin digər din mənsublarına, xüsusilə yəhudilərə
qarşı münasibətində əks-arqument olaraq istifadə olu-
nan Bəni-Qüreyzə hadisəsinə dair ilk dövr İslam tari-
xi mənbələrindəki məlumatların tarixi cəhətdən tama-
milə əsassız olduğunu iddia etmək çətindir. Bununla
birlikdə, xüsusilə öldürüldüyü iddia edilən qüreyzəli
döyüşçülərin sayı ilə əlaqəli 400-dən 900-a qədər
fərqli rəqəmlərin göstərilməsini, hadisənin, ilahi əmr
kimi (mələk Cəbrayılın rəhbərliyi ilə) təqdim edil-
məsini və digər təfsilatlardan ayırdıqdan sonra, tarixi
hadisəni baş verdiyi siyasi-hərbi konteksdə təhlil
etmək olar. Beləliklə, Mədinə şəhər dövlətinin müttə-
fiq ordular tərəfindən müdafiə olunduğu müharibə
şəraitində ittifaqı pozan və xarici düşmənlə anlaşma
bağlayaraq, vətəndaşlıq öhdəliklərindən imtina edən
Bəni-Qüreyzə (və Nəzir) liderlərinin və onlara dəstək
olanların üsyançı qismində cəzalandırıldığını, geri
qalanların bir qisminin əsir alındığını, digərlərinin isə

280

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

azad edildiyini, yaxud bağışlandığını demək müm-
kündür.411 Bununla Mədinədəki sonuncu böyük yəhu-
di qəbiləsi olan Qüreyzəoğullarının sürgün olunduq-
dan sonra Xeybərdə məskunlaşan dindaşları Nəzir-
oğulları kimi bütpərəst ərəb qəbilələri ilə müsəlman-
lara qarşı ittifaq yaratmasının qarşısı alınmışdır. Di-
gər tərəfdən, Bəni-Qüreyzə hadisəsindən sonra da
Mədinədə yəhudilərin yaşamağa davam etdiyini
xəbər verən mənbələr bu hadisənin fonunda İslamın
ilk dövrlərindən etibarən yəhudilərə qarşı kütləvi qət-
liamlar törədildiyinə dair iddiaların əsassız olduğunu
göstərir.

9.2. Mədinə xaricindəki yəhudi qəbilələrlə
münasibətlər

9.2.1. Xeybər
Mədinədən 180 km uzaqlıqdakı Xeybər İslamın
yayıldığı dövrdə istehkam qalaları və məhsuldar
torpağı ilə yəhudilərin məskunlaşdıqları məşhur bir
yaşayış məntəqəsi idi. Xeybər Ərəbistan yarımadası-
nın Suriyadan və İraq istiqamətindəki əsas ticarət yol-
larından biri üzərində yerləşdiyi üçün həm də iqtisadi
cəhətdən əhəmiyyət daşıyırdı. Cahiliyyə dövründən
bölgənin məşhur yarmarkası Nətahda yerli heyvan-
darlıq və əkinçilik məhsulları ilə yanaşı, beynəlxalq

411 Azimli, “Beni Kureyza Kuşatması ve Sonucu Hakkında Bazı
Düşünceler”, s. 31-32.

281

İslam tarixi................................................................................

əhəmiyyətli ticarət malları da satılırdı.412 Bu xüsusiy-
yətlərinə görə, İslamın yayıldığı dövrdə Xeybər böl-
gənin siyasi-iqtisadi həyatında mühüm bir mövqeyə

malik idi.
4/625-ci ildə Mədinədən sürgün edildikdən son-

ra, bir qismi Xeybərdə məskunlaşan Nəziroğulları
məkkəli bütpərəstlərlə və Qətəfan, Fəzarə, Əsəd və
Süleymoğulları kimi ərəb qəbilələri ilə müsəlmanlara
qarşı müttəfiqlik edərək, Xəndək qəzvəsinin təşkil
olunmasında aktiv rol oynamış, Xeybərdə məskunlaş-
mış qəbilə rəisi Hüyey ibn Əxtəbin də təşviqi nəti-
cəsində Bəni-Qüreyzə qəzvəsi baş vermişdir. Xəndək
və Qüreyzə qəzvələrindən sonra xeybərlilər Mədinə
üçün daha böyük təhlükə yaradırdı. Bir tərəfdən, Xey-
bər Suriya və İraqdan Mədinəyə gələn ticarət yolları-
nın üzərində yerləşdiyinə görə müsəlmanlar üçün iq-
tisadi cəhətdən riskli idi. Digər tərəfdən, xeybərlilər
Qətəfan və Fəzarə kimi bütpərəst ərəb qəbilələrinin
Mədinəyə hücum etməsini təşviq edib dəstəklədiklə-
rinə görə,413 siyasi cəhətdən problem təşkil edirdilər.

Bütün bunları nəzərə alaraq, Məhəmməd pey-
ğəmbərin 628-ci ildə məkkəli bütpərəstlərlə Hüdeybi-
yə müqaviləsini bağlayıb Qüreyşin müsəlmanlarla

412 İbn Həbib, əl-Mühəbbər, s. 263-268; Yəqubi, Tarix, I, 270; Mərzuqi,
əl-Əzminə, II, 161-166; Səid Əfqani, s. 233 və d.

413 Mənbələrə görə xeybərlilər bir illik xurma məhsullarını vermək
şərtilə, bəzi ərəb qəbilələri ilə müsəlmanlara qarşı mübarizə aparmaq şərtilə
anlaşmışlar. Vaqidi, II, 562; İbn Səd, II, 89; Təbəri, Tarix, II, 642.

282

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

qonşuları arasında çıxa biləcək döyüşdə bitərəfliyini
təmin etmişdir. Hüdeybiyə sülhünü bağlayıb Mədinə-
yə qayıtdıqdan bir neçə həftə sonra, 7-ci ilin məhər-
rəm/628-ci ilin iyun ayında həzrət Peyğəmbər 1500
nəfərlik ordu ilə Xeybərə hərbi yürüş təşkil etmişdir.414

Mənbələrdə verilən məlumatlara görə, 10000-dən
çox döyüşçünün müdafiə etdiyi Xeybərin Naim, Qa-
mus, Şiq, Nətah, Kətibə və Sülalim daxil olmaqla, çox
sayda istehkam qalası bir aydan artıq mühasirədən son-
ra ələ keçirildi.415 Xüsusilə Qamus qalasının alınma-
sında Əli ibn Əbu Talibin böyük qəhrəmanlıqları ol-
muşdur. Vaqidinin rəvayətinə görə, müsəlmanlar bəzi
qalaların alınmasında mancanaqdan istifadə etmişlər.416

Xeybərin ələ keçirilməsindən sonra şəhər sakin-
ləri ilə əlaqəli müharibə əsiri statusu tətbiq etmək və
yaxud bölgədən çıxarmaq kimi təkliflər irəli sürül-
müş, lakin əkinçilik sahəsindəki təcrübələri nəzərə
alınaraq bölgədə qalmalarına icazə verilmişdir. Xey-
bərin sülh və döyüşlə fəth edilmiş fərqli ərazilərinə
müharibə hüququ tətbiq olunaraq, dövlətin və qəzvə-
də iştirak edən səhabələrin mülkiyyətinə daxil edil-
miş, xeybərlilər yetişdirəcəkləri xurma və digər əkin-
çilik məhsullarının yarısını dövlətə vergi olaraq ödə-
məklə bölgədə qalmışlar.417

414 Vaqidi, II, 653; İbn Səd, I, 487.
415 Vaqidi, II, 642-649; İbn Səd, II, 106-108.
416 Vaqidi, II, 647-648.
417 Bəlazüri, Fütuh, s. 28-34; Vaqidi, II, 690-691; İbn Səd, II, 114-115;
İbn Hişam, s. 876-877; Təbəri, Tarix, III, 15.

283

İslam tarixi................................................................................

Beləliklə, müsəlmanlar üçün iqtisadi və siyasi
mənada təhlükə yaradan Xeybər bölgəsi ələ keçiril-
məklə, Mədinə şəhər dövlətinin siyasi təhlükəsizliyi
təmin olunmuşdur. Mədinədən çıxarılmış yəhudilərin
də dəstəyi ilə müsəlmanlara qarşı təhdid vasitəsinə
çevrilmiş xeybərlilər, artıq məkkəlilərin siyasi müttə-
fiqi olaraq təsirini itirmişdilər. Bundan əlavə, Xeybər-
dən alınan vergilər müsəlmanların iqtisadi vəziyyəti-
nə də müsbət təsir etmişdir. Şübhəsiz, hərbi və iqtisa-
di gücünə baxmayaraq, xeybərlilərin məğlub olması
bölgədəki bütpərəst ərəb qəbilələri arasında müsəl-
manların nüfuzunun artmasına səbəb olmuşdur.

İslam tarixi mənbələrinin verdiyi məlumata gö-
rə, Xeybərin ələ keçirilməsindən sonra, bölgədə bir
neçə gün qalan Məhəmməd peyğəmbəri bölgənin nü-
fuzlu simalarından Səllam ibn Mikşəmin həyat yolda-
şı Zeynəb bint Haris qonaq etdiyi yeməklə zəhərlə-
məyə cəhd göstərmiş, lakin Peyğəmbər bundan xəbər
tutaraq qurtulmuşdur.418 Bununla birlikdə, Məhəm-
məd peyğəmbər Nəziroğullarının rəisi Hüyey ibn Əx-
təbin Xeybər qəzvəsində əsir düşmüş qızı Səfiyyəni
azad edərək evlənmiş və bölgə əhalisi ilə qohumluq
münasibəti qurmuşdur.419

418 Mənbələrin qeyd etdiyinə görə Məhəmməd peyğəmbərlə eyni
süfrədə olan səhabə Bişr ibn Bəra vəfat etmiş. Zeynəbə isə suiqəsdə görə
qisas tətbiq olunmuşdur. Vaqidi, II, 677-678.

419 Vaqidi, II, 707.

284

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

9.2.2. Digər yəhudi yaşayış məntəqələri
Məhəmməd peyğəmbər Xeybərdən sonra bölgə-
də yəhudi və xristian əhalinin məskunlaşdığı Fədək,
Teyma və Vadilqüra kimi yaşayış məntəqələrinə elçi
və yaxud hərbi dəstə göndərərək müqavilə bağlamış-
dır. Mədinə ilə Xeybər arasındakı Fədək bölgəsinə
Xeybərin fəthindən əvvəl, miladi 627-ci (hicri 6-cı)
ildə altı ay əvvəl Əli ibn Əbu Talibin komandirliyində
yüznəfərlik hərbi dəstə göndərən Məhəmməd pey-
ğəmbər420 Xeybərin ələ keçirilməsindən sonra, səha-
bədən Müheyyisə ibn Məsudu göndərmişdir. Fədək
heyəti ilə aparılan danışıqlar nəticəsində bölgə əhalisi
yetişdirdikləri məhsulun yarısını vergi vermək şərti
ilə öz torpaqlarında qalmışlar.421
Xeybər qəzvəsindən sonra müsəlmanların hərbi
yürüşlə ələ keçirdikləri yəhudilərə aid yaşayış mən-
təqələrindən digəri Vadilqüra oldu. Vadilqüra əhalisi
və Xeybər sakinləri arasında bağlanan müqavilənin
şərtləri eyni idi.422 Şimali Ərəbistanın yəhudilərin

420 Vaqidi, II, 562; İbn Səd, II, 89; Təbəri, Tarix, II, 642.
421 Əbu Yusif, s. 51; Vaqidi, II, 706-707; İbn Hişam, s. 876-877; 889-
890; Bəlazüri, Fütuh, s. 35. Fədək torpaqları sülh yolu ilə ələ keçirildiyi
üçün yarısının gəlirləri Məhəmməd peyğəmbərin yaşadığı dövrdə ailə
üzvlərinə ayrılmış, onun vəfatından sonra qızı həzrət Fatimənin və
peyğəmbərin həyat yoldaşlarının tələbinə baxmayaraq, xəlifə Əbu Bəkrin
qərarı ilə həmin gəlirlər dövlət büdcəsinə daxil edilmişdir. Bəlazüri, Fütuh,
s. 36-40; İbn Səd, II, 315-316; Təbəri, Tarix, III, 207-208. Fədək əhalisi
xəlifə Ömər ibn Xəttab dövrünə qədər həmin ərazidə yaşamışdır. Vaqidi,
II, 711; Bəlazüri, Fütuh, s. 35.

422 Vaqidi, II, 711; Bəlazüri, Fütuh, s. 41-42.

285

İslam tarixi................................................................................

məskunlaşdığı digər yaşayış məntəqəsi olan Teyma
xalqı ilə cizyə vergisi ödəmək şərti ilə müqavilə
bağlanmışdır.423

9.3. Bizans və xristianlarla münasibətlər
Müsəlmanların xristianlarla münasibəti hələ
Məkkə dövründən etibarən başlamışdır. Həzrət Mə-
həmməd ilk vəhy aldığı dövrdə Məkkədə xristian Və-
rəqə ibn Növfəl ilə görüşmüş, müsəlmanlar bütpərəst
Qüreyşin təzyiqlərindən xristian dövləti olan Həbə-
şistana (Efiopiyaya) hicrət etmək məcburiyyətində
qalmışlar. Bununla birlikdə, müsəlmanların xristian
dövlətlərlə diplomatik münasibətlərinin başladılması
Mədinə dövründə, xüsusilə Hüdeybiyə sülhündən
sonra həyata keçirilmişdir.

9.3.1. Mutə səriyyəsi
Hüdeybiyə sülhü bağlandıqdan sonra, Məhəm-
məd peyğəmbər həm Ərəbistan yarımadasındakı büt-
pərəst ərəb qəbilələrinin başçılarına, həm də qonşu
dövlətlərin hökmdarlarına dəvət məktubları göndər-
mişdir. Həmin hökmdarlar arasında Bizans və onun
vassalı Qəssani dövləti, Həbəşistan Krallığı və Misir
kimi xristian dövlətlər də var idi. Elçilərlə əlaqəli fə-
sildə bəhs olunduğu kimi, bu dövlət başçılarının Mə-

423 Vaqidi, II, 711; Bəlazüri, Fütuh, s. 42.

286

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

həmməd peyğəmbərin məktublarına münasibəti bir-
mənalı olmasa da, əsasən, beynəlxalq hüquq qaydala-
rı çərçivəsində cavablandırılmışdır. Bu çərçivədə İs-
lam-Bizans əlaqələrinin başlanğıcı müsbət istiqamət-
də atılmışdır. Belə ki, İslam mənbələrinə görə, Mə-
həmməd peyğəmbər imperator İrakliyə dəvət mək-
tubu göndərmiş, imperator da öz növbəsində elçini
hədiyələrlə yola salmışdır.

Məhəmməd peyğəmbərin Bizans imperatorlu-
ğuna bağlı Büsra valisinə göndərdiyi elçi Haris ibn
Ümeyr əl-Əzdi Qüdsdən 50 km uzaqlıqda yerləşən
Mütə yaxınlığında digər Qəssani əmiri Şürəhbil ibn
Əmr əl-Qəssaninin əmri ilə öldürülmüşdür. Digər tə-
rəfdən, həzrət Peyğəmbər həmin il qəssanilərə bağlı
Bəlqa yaxınlığındakı Zatü-Ətləh əhalisinə İslama də-
vət məktubu ilə göndərdiyi Kəb ibn Ümeyr əl-Qifari-
nin rəhbərliyindəki onbeşnəfərlik heyətin üzvləri,
Kəb istisna olunmaqla, öldürülmüşdür.424

Beynəlxalq hüquq normalarının pozulması sayı-
lan hər iki hadisə müsəlmanların Bizansa bağlı vassal
ərəb dövlətləri ilə sülh zəminində başlayan münasi-
bətlərinin müharibə meydanında davam etdirilməsinə
səbəb olmuşdur. Məhəmməd peyğəmbər Mutəyə
göndərmək üçün hazırlatdığı 3 000 nəfərlik orduya
birinci komandir kimi Zeyd ibn Harisəni, o şəhid
olarsa Cəfər ibn Əbu Talibi, üçüncü baçşı kimi isə

424 Vaqidi, II, 752-753.

287

İslam tarixi................................................................................

Abdullah ibn Rəvahəni təyin etmişdir. Peyğəmbər or-
du komandirinə insanları İslama dəvət etmək, əgər
qəbul edərlərsə, döyüşməmək təlimatını vermiş, bun-
dan əlavə dinc əhalini (uşaqları, qadınları, yaşlıları və
məbədlərə sığınmış insanları) öldürməməyi, ətraf
mühitə zərər vurmamağı (ağacları kəsməməyi və bi-
naları yandırmamağı) tapşırmışdır.425

İordaniyanın cənubundakı Məanda qərargah qu-
ran müsəlman ordusu həmin əsnada Qüdsdə olan Bi-
zans imperatorunun Bəkr, Vail, Ləhm, Cüzam və di-
gər ərəb qəbilələrinin də iştirakı ilə yüzminlik ordu ilə
Məana doğru gəldiyi məlumatını almışdır.426 Müqa-
yisəolunmayacaq qədər çox sayda bir orduya qarşı
mübarizə barəsində Məanda iki gün sürən müza-
kirələrdən sonra, müsəlman ordusu döyüşməyə qərar
vermiş və Mutədə Bizans ordusu ilə döyüşə girmişdir.
Peyğəmbərin təyin etdiyi komandirlərin şəhid edil-
məsindən sonra komandirliyi öhdəsinə götürən Xalid
ibn Vəlid orduda yerdəyişikliyi apararaq, ani hücuma
keçmiş, bununla müəyyən qədər vaxt qazanaraq or-
dunu daha az tələfat verməklə Mədinəyə qaytarmış-

425 Vaqidi, II, 757-758; İbn Səd, II, 128.
426 Mutə döyüşündə müsəlmanların qarşılaşdığı Bizans imperatorlu-
ğuna aid ordu ilə əlaqəli ilk dövr İslam tarixi mənbələrində haqqında bəhs
edilməyən bir məqam Bizans tarixçiləri tərəfindən qeyd olunmuşdur. Bi-
zans tarixçilərinin verdikləri bu məlumata görə, həmin əsnada Bizans im-
peratorunun Sasanilərdən aldığı müqəddəs əmanəti Qüdsə aparmaq üçün
Fələstinə getmişdir. Hüseyin Algül, “Mûte Savaşı”, DİA, XXXI, 385-587.

288

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

dır. Xalidin bu qərarı Mədinədə birmənalı qarşılan-
mamış, döyüşçülər ordudan yayınmaqla ittiham olun-
muşlar. Məhəmməd peyğəmbər Xalid ibn Vəlidin
qərarının doğruluğu, müsəlman ordunun qorunması
və daha güclü, təşkilatlı şəkildə yenidən döyüşə bil-
məsi üçün yerində atılmış addım olduğunu bildirmiş-

dir.427
Ordu komandirləri Zeyd, Cəfər və Abdullah da-

xil olmaqla, on beşə yaxın şəhid verən müsəlmanların
Mutə döyüşündəki əsas uğuru üçminlik müsəlman
ordusunun böyük Bizans ordusu qarşısında az sayda
itki ilə, həlak olmaqdan qurtularaq geri qaytarılması
olmuşdur. Bununla yanaşı, ilk olması nöqteyi-nəzə-
rindən Mutə döyüşü müsəlmanlara sayca böyük or-
dularla qarşılaşma təcrübəsi qazandırmışdır. Onlar
Bizans imperatorluğunun ordu gücü, döyüş bacarığı
və sursatı ilə yaxından tanış olma imkanı və gələcək-
də Suriya, İordaniya və Fələstin istiqamətində aparı-
lan hərbi yürüşlər üçün təcrübə qazanmışlar. Məhəm-
məd peyğəmbərin Mutə döyüşünə görə “Allahın qı-
lıncı” adlandırdığı Xalid ibn Vəlid Raşidi xəlifələr
dövrünün İslam fəthlərində də yüksək sərkərdəlik
bacarığı nümayiş etdirmişdir.

427 Vaqidi, II, 765-766; İbn Səd, II, 128-130.

289

İslam tarixi................................................................................

Mutə döyüşü
290

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

9.3.2. Təbük səfəri və Şimal-Qərbi
Ərəbistandakı bəzi bölgələrin fəthi

Məhəmməd peyğəmbər Mutə döyüşündən son-
ra, Bizansın müsəlmanlar üzərinə hücum edəcəyin-
dən narahat idi. Ümumiyyətlə, VII əsrin 20-ci illəri-
nin sonlarında Bizans-Sasani münasibətlərində Bi-
zansın açıq-aşkar üstünlüyü, müsəlmanların iki bö-
yük imperatorluqdan birincisindən daha çox ehtiyatlı
olmasına əsas verirdi. Belə bir vəziyyətdə Məhəm-
məd peyğəmbərin Suriyadan gələn ticarət karvanla-
rından aldığı xəbərlər də Mədinəyə Bizans Ordusu
hücumunun gözlənildiyini xəbər verirdi. Bu məlu-
matlara görə, Ərəbistan yarımadasının şimalındakı
Cüzam, Qəssan, Amilə və digər xristian ərəb qəbilə-
lərinin də qoşulduğu Bizans Ordusu İordaniyanın
Bəlqa bölgəsinə çatmışdı.428

Belə bir tarixi şəraitdə Məhəmməd peyğəmbər
bütün müsəlman qəbilələrinə Bizansa qarşı göndəri-
ləcək ordu hazırlayaraq Mədinəyə gəlmə təlimatını
vermişdir. Digər qəzvələrdə, adətən, hücum ediləcək
yerlə əlaqəli məlumatı məxfi saxlayan Məhəmməd
peyğəmbər qəbilələrin gediləcək məsafənin uzaqlığı-
nı və rəqibin hərbi gücünün böyüklüyünü diqqətə al-
ması üçün bu dəfə əvvəldən səfər haqqında məlumat
vermişdir.

428 Vaqidi, III, 990-991.

291

İslam tarixi................................................................................

İlk dövr İslam tarixi mənbələrindən anlaşıldı-
ğına görə, Təbük səfəri müsəlmanlar üçün həm səfər
tədarükü, həm də səfərin uzun məsafə və müddətinə
görə çətin olmuşdur. İlk növbədə, müsəlmanların
Mutə döyüşündən artıq tanıdıqları böyük bir hərbi gü-
cə qarşı ordu təşkil etməsi asan deyildi. Bundan əlavə,
bir tərəfdən, isti iqlim şəraiti, digər tərəfdən, xurma
yığımı zamanı olduğuna görə, müsəlmanlar Mədinə-
dən kənarda uzunmüddətli səfərə çıxmaqda könülsüz
idilər. Buna görə də İslam tarixində Təbük səfərinə
həmin dövrdə həm Mədinədəki müsəlmanların, həm
də İslamı qəbul etmiş bədəvi ərəb qəbilələrinin sınağı
olaraq baxılmışdır. Qurani-Kərimdə “çətin zaman”
adlandırılan Təbük qəzvəsi ərəfəsində müsəlmanlarla
yanaşı, Mədinədəki gizli müxaliflərin də psixoloji
vəziyyəti öz əksini tapmışdır.429

Digər döyüş sursatları ilə yanaşı, xüsusilə uzaq-
məsafəli hərbi yürüşlərdə ordudakı minik vasitələri
və buna bağlı olaraq süvari sayı mühüm əhəmiyyət
kəsb edir. Müsəlmanların o zamana qədər hazırladıq-
ları orduların ən böyüyü olan 30000-lik Təbük ordu-
sunun hazırlanmasında bu çətinlik xüsusilə hiss olun-
muşdur. Peyğəmbərin səfərbərlik elanından sonra,
xüsusilə varlı müsəlmanlar orduya böyük miqdarda
maddi dəstək göstərmişlər. Bu çərçivədə Osman ibn
Əffanın 1 000 dəvə və 70 atla yanaşı, böyük miqdarda

429 Tövbə, 9/38-47, 64-81, 90-93, 107-118.

292

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

pul, ərzaq və geyim dəstəyi göstərməsi, Əbu Bəkr ibn
Əbu Qühafənin 4 000 dirhəm verdiyi mənbələrdə
qeyd olunur.430

Mədinəli müsəlmanlarla yanaşı, Əsləm, Qifar,
Cüheynə, Əşcə və Süleym qəbilələrinin iştirakı ilə ha-
zırlanmış 30000-lik İslam ordusu ciddi bir maneə ilə
qarşılaşmadan Mədinədən 700 km uzaqda, Suriya ti-
carət yolunun üstündəki Təbükə çatdı. Təbükdə 15-
20 gün qalan müsəlman ordusu Bizansa aid hər hansı
bir ordu ilə qarşılaşmadı. Bu müddət ərzində İslama
dəvət məqsədi ilə əsasən xristianların, bir qismində
isə yəhudilərin yaşadıqları Cərba, Eylə, Əzruh, Məq-
na və Məan qəsəbələrinə dəstələr göndərildi. Danışıq-
lar nəticəsində bölgə əhalisi öz dinində qalmaq və
cizyə vergisi ödəmək şərtilə İslam dövlətinin təbəəli-
yini qəbul etdiyini bildirdi.431 Bundan əlavə, Xalid
ibn Vəlidin başçılığı ilə 400 nəfərlik hərbi birlik Suri-
ya, İraq və Yəmən ticarət yolları üzərində mühüm iq-
tisadi və strateji bölgə olan Dumətülcəndələ göndəril-
miş və bölgənin xristian hökmdarı Üqeydir ibn Əb-
dülməliklə cizyə ödəmək şərti ilə müqavilə bağla-
nılmışdır.432

430 Vaqidi, III, 991-992.
431 Vaqidi, III, 1032-1033; İbn Səd, I, 289-290; Bəlazüri, Fütuh, s. 69-
70; Məqrizi, İmta, II, 66-68.
432 İbn Səd, II, 166.

293

İslam tarixi................................................................................

Baxmayaraq ki, müsəlmanlar Bizansa aid hər
hansı bir ordu ilə qarşılaşmadan Mədinəyə qayıtmış-
lar, Təbük səfəri bir çox cəhətdən İslam tarixində mü-
hüm rol oynamışdır. İlk növbədə, həm müsəlmanlar,
həm də Mədinədəki müşriklər üçün çətin imtahan
olan Təbük səfəri cəmiyyətin sosial-psixoloji vəziy-
yətinin ortaya çıxmasına imkan yaratmışdır. Yuxarı-
da qeyd olunduğu kimi, Qurani-Kərimin “Tövbə”
surəsinin bir çox ayəsi Təbük səfəri ərəfəsində İslam
cəmiyyətindəki müxtəlif fərd və qrupların dini, siyasi,
iqtisadi və sosial səbəblərlə ordudan yayınmasını izah
edir.433

Digər tərəfdən, müsəlmanlar mövcud şəraitə
baxmayaraq, böyük bir ordu toplaya bilmiş və Mutə
döyüşü təcrübəsinə rəğmən, Bizans kimi güclü bir rə-
qibə qarşı yürüşə çıxmaq cəsarəti göstərmişlər. Bun-
dan əlavə, müsəlmanlar Şimal-Şərqi Ərəbistanın Əz-
ruh, Eylə, Cərba, Məqna və Təbük, həmçinin şimalda
Dumətülcəndəl kimi mühüm siyasi və iqtisadi strateji
bölgələri ilə cizyə müqaviləsi bağlayıb, onları öz
siyasi hakimiyyətlərinə daxil etmişlər. Bütün bunlar
baş verərkən müsəlmanlar Bizans cəbhəsindən hər
hansı bir hücuma məruz qalmamışlar. Qeyd olunanlar
nəzərə alındıqda, Təbük səfəri müsəlmanların qısa
müddət sonra Ərəbistan yarımadasından çıxaraq,
Sasani və Bizans istiqamətində aparacaqları fəthlərin

433 Vaqidi, III, 1060-1077.

294

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

və İslamın qeyri-ərəblər arasında yayılma prosesinin
başlanğıcı sayıla bilər.

Qeyd etmək lazımdır ki, Təbük səfəri əsnasında
Qurani-Kərimin “cizyə” ayəsi olaraq da adlandırılan
“Tövbə” surəsinin 29-cu ayəsinin bildirilməsi ilə
İslamın siyasi hakimiyyətinə daxil edilən, can, mal,
din və digər dəyərləri himayə altına alınan qeyri-mü-
səlmanlara vətəndaşlıq huququ (“zimmi”) verilmişdir.

295

İslam tarixi................................................................................

Təbük səfərinin planı
296

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

9.3.3. Nəcran xristianları
Cahiliyyə dövrü Ərəbistanda dini vəziyyətlə əla-
qəli daha əvvəl qeyd olunduğu kimi, Yəmənin şima-
lında yerləşən Nəcranda V əsrdən etibarən, Xristian-
lıq yayılmış və bölgə tədricən yarımadada Xristian-
lığın mərkəzinə çevrilmişdir. Məhəmməd peyğəmbər
Məkkənin fəthindən sonra İslama dəvət çərçivəsində
Nəcran əhalisinə də məktub göndərmişdir. Yarımada-
nın çox sayda ərəb qəbiləsi Məhəmməd peyğəmbərlə
danışıqlar üçün Mədinəyə gəldiyi üçün “heyətlər ili”
(sənətül-vüfud) adlandırılan hicri 9-cu (miladi 630-
631-ci) ildə Nəcranda yaşayan xristian Bəni-Haris ibn
Kəb qəbiləsinin də idarəçi və din xadimlərindən iba-
rət altmış nəfərə yaxın nümayəndə heyəti Mədinəyə
gəlmişdir. Məhəmməd peyğəmbər Nəcran heyətinə
qarşı rəsmi diplomatik qaydalara riayət etməkdən əla-
və, yalnız VII əsrin şərtlərində deyil, müasir dövrə
görə də böyük dini tolerantlıq nümunəsi göstərmişdir.
Namazın bitməsindən qısa müddət sonra, Məscidi-
Nəbəviyə gələn Nəcran heyəti öz ibadətini yerinə ye-
tirmək üçün hazırlaşdığı zaman, bəzi səhabələrin eti-
razına baxmayaraq, Məhəmməd peyğəmbər onlara
məsciddə ibadət etməyə icazə vermişdir.
Nəcran heyətinin başçısı Əbu Harisə ibn Əbdül-
məsih Həzrət Məhəmmədin İslama dəvətini qəbul et-
məmiş, dini məsələlərlə əlaqəli aralarında keçən mü-
zakirələrdən sonra İslam tarixində “mübahələ” olaraq

297

İslam tarixi................................................................................

bilinən hadisə baş vermişdir.434 Məhəmməd peyğəm-
bər qızı Fatimə, kürəkəni Əli ibn Əbu Talib, nəvələri
Həsən və Hüseynlə birlikdə nəcranlıları mübahiləyə
dəvət etmiş, lakin Nəcran heyəti buna yanaşma-
mışdır. Nəticədə, öz dinlərində qalmağı seçən nəcran-
lıların İslam hakimiyyətini qəbul etməsi üçün siyasi
xarakterli müqavilə bağlanmışdır. Bu müqaviləyə gö-
rə, tikiş məhsulları ilə məşhur olan Nəcran əhalisinin
cizyə vergisi kimi illik iki min ədəd libas vermək və
bölgəyə göndərilən müsəlman məmurları bir ay qo-
naq saxlamaq şərti ilə can, mal, din və digər dəyərlə-
rinin qorunacağına zəmanət verilmişdir.435

Nəticə olaraq həm yəhudilər, həm də xristianlar
nəzərə alındıqda, qeyd etmək lazımdır ki, Məhəmməd
peyğəmbər dövründə müsəlmanlarla digər din mən-
subları arasındakı münasibətlər qarşılıqlı anlayış və

434 Nəcran heyəti ilə müzakirələrdən sonra Xristianlıq haqqında birçox
məlumatın keçdiyi Ali İmran surəsinin səksəndən çox ayəsi nazil olmuşdur.
Həmin surənin “mübahələ ayəsi” adlandırılan 61-ci ayəsində tərəflər
haqsız olana lənət üçün dəvət olunmuşlar: “(İsanın Allahın qulu və
peyğəmbəri olması barəsində) sənə göndərilən elmdən sonra buna dair
səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanla-
rınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz özümüzü, siz də özü-
nüzü çağıraq! Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
Geniş məlumat üçün baxın: Mustafa Fayda, “Hz. Muhammed’in Necranlı
Hıristiyanlarla Görüşmesi ve Mübâhele”, İslam İlimleri Enstitüsü Dergisi,
Ankara Universiteti İlahiyyat Fakültəsi, 1975, II, s.143-149; Halil Aldemir,
“İhtilaf Çözümleme Yöntemi Olarak Mübahele”, İnsan ve Toplum Dergisi,

2011, I/2, s. 135-154.

435 Əbu Yusuf, s. 72; İbn Səd, I, 288-291; Əbu Übeyd, əl-Əmval, s. 280;

Bəlazüri, Fütuh, s. 75-76.

298

......................................... Qeyri-müsəlmanlarla münasibətlər

birlikdəyaşama təcrübəsi əsasında formalaşmış, inanc-
əsaslı hər hansı bir qarşıdurma olmamışdır. Bununla
yanaşı, müsəlman cəmiyyətinin mövcudiyyətinin təh-
did olunması, aradakı anlaşmanın pozulması, mühari-
bə şəraitində daxildən xəyanət edilməsi, göndərilən
elçinin öldürülməsi kimi beynəlxalq hüquq normala-
rının pozulması və yaxud hücum təhlükəsi kimi hal-
larda qeyri-müsəlmanlara qarşı özünümüdafiə xarak-
terli hərbi yürüşlər tərtib olunmuşdur. Bunun xaricin-
də, aşağıdakı cədvəldən də göründüyü kimi, Ərəbis-
tan yarımadasında İslamın yayılması prosesinə para-
lel olaraq qeyri-müsəlman əhalinin məskunlaşdığı bir
çox bölgə ilə sülh müqaviləsi bağlanaraq amannamə-
lər verilmişdir.

Qeyri-müsəlman əhalinin yaşadığı
bölgələrin statusu436

Bölgə Fəth Fəth Torpaq Məhsul Vergi
Xeybər ili şəkli statusu
Xurma, Məhsula
7/628 Hərb Qənimət taxıl şəriklik

Vadilqüra 7/628 Hərb Qənimət Xurma Məhsula
şəriklik
Teyma 7/628 Hərb Qənimət Xurma Məhsula
şəriklik

436 Əzizova, Hz. Peygamber döneminde çalışma hayatı ve meslekler, s.
173.

299

İslam tarixi................................................................................

Fədək 7/628 Sülh Fey Xurma, Məhsula
8/630 Sülh Mülk taxıl şəriklik
Bəhreyn 9/630 Sülh Mülk Məhsula
və Həcər Xurma, şəriklik
taxıl Fərd başına
Yəmən bir paltar
Pambıq
Məqna 9/630 Sülh Mülk Məhsulun
Xurma, ¼-i
Nəcran 9/631 Sülh Mülk balıq və
Mərib 9/630 Sülh Mülk 2000 dəst
parça paltar
70 dəst
Pambıq paltar

Pambıq

300


Click to View FlipBook Version