The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by orkhanjamilli, 2021-07-08 02:46:14

İslam tarixi (Elnurə Əzizova)

İslam tarixi (Elnurə Əzizova)

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı
151
Məhəmməd peyğəmbərin Həzrət Xədicə ilə evliliyindən dünyaya gələn övladları və nəvələri

İslam tarixi................................................................................

Kəboğullarına həvalə olunmuşdur. Binanın inşası ta-
mamlandıqdan sonra, növbə “Həcərül-Əsvəd” ad-
landırılan qara daşın yerinə qoyulmasına çatdıqda,
Qüreyşin boyları arasında mübahisə yaranmış və
vəziyyət qəbilədaxili savaş təhlükəsinə qədər ciddi-
ləşmişdir.

Qüreyşin ağsaqqalı və nüfuzlu simalarından
Əbu Ümeyyə ibn Müğirənin təklifi ilə bu iş Bəni-
Şeybə qapısından Kəbəyə ilk daxil olacaq şəxsin
qərarına həvalə edilmişdir. Mənbələrə görə, həmin
əsnada Bəni-Şeybə qapısından Kəbəyə daxil olan
Məhəmməd peyğəmbər Qüreyşin bütün qəbilə rəis-
lərinin iştirakı ilə Həcərül-Əsvədi bir örtüyə qoyub
yerinə qədər qaldırmış, sonra isə öz əli ilə yerinə
yerləşdirmişdir.219

5.3.6. Həzrət Məhəmmədin dini həyatı
Klassik İslam tarixi mənbələrinin verdiyi məlu-
matlara görə, Həzrət Məhəmməd peyğəmbərliyəqə-
dərki həyatında mənsub olduğu cəmiyyətin politeist
inanc sistemini qəbul etməmiş, bütpərəstliyə məxsus
ibadətlərdən uzaq olmuşdur. İbrahim və İsmayıl pey-
ğəmbərlərin təbliğ etdiyi monoteist inanca uyğun
olaraq, Tanrının varlığına inanan Həzrət Məhəm-
məd, mənbələrə görə, xüsusilə Kəbənin təmirindən

219 İbn İshaq, s. 83-85; İbn Hişam, s. 183-184; İbn Səd, I, 145-146;
Əzraqi, I, 161; Təbəri, Tarix, II, 287-289.

152

....................... Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı

sonra ona necə ibadət edəcəyinin yollarını axtarmağa
başlamışdır.

Ərəbistan yarımadasında dinlərlə əlaqəsi qeyd
olunan, Məkkədə İslamın yayıldığı dövrdə tək tanrı,
əməllərin qarşılığı, mükafat və cəza yeri olaraq axi-
rət inancına sahib olan, hənif adlandırılan şəxslər
mövcud idi. Aralarında peyğəmbərin babası Əbdül-
müttəlibin və Zeyd ibn Əmr ibn Nüfeylin (v. 606) də
olduğu bu həniflər, xüsusilə rəcəb və ramazan
aylarında Məkkənin 5 km şimal-şərqində yerləşən
Hira dağında (“Cəbəli-nur” – Nur dağı da adlandırı-
lır)220 özlərinəməxsus mağaralarda inzivaya çəkilir-
dilər.

Məhəmməd peyğəmbər də otuz beş yaşından
etibarən, xüsusilə ramazan ayında Hira dağında ma-
ğarada inzivaya çəkilərək, Tanrını təfəkkürlə məşğul
olmağa başlamışdır.221 Dağda keçirdiyi vaxt üçün
özü ilə götürdüyü quru ət, süd, zeytun yağı və çö-
rəkdən ibarət bir neçə günlük ərzaq bitdikdən sonra
Məkkəyə qayıdan peyğəmbər, adəti üzrə, evindən
əvvəl Kəbəni ziyarət edir,222 kasıblara köməklik
göstərir, bəzən dağa qayıdarkən həyat yoldaşı Həzrət
Xədicəni də özü ilə birlikdə aparırdı.223

220 Hamidullah, I, 73.
221 Təbəri, Tarix, II, 298-306
222 İbn Hişam, s. 249-252.
223 Təbəri, Tarix, II, 300.

153

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbərin inzivaya çəkildiyi və Quranın ilk
ayələrinin nazil olduğu Hira (Nur) dağı və Hira mağarası
154

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri



Фясил 6

Мящяммяд пейьямбярин
Мяккядяки фяалиййятляри



155

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbərin 610-cu ildə başlayıb,
632-ci ildə vəfat edənə qədər davam edən peyğəm-
bərlik dövrü ənənəvi olaraq iki hissəyə bölünür: Mək-
kə (610-622) və Mədinə (622-632) dövrü.

6.1. İlk vəhy
Mənbələrə görə, Həzrət Məhəmmədin Hirada
keçirdiyi təfəkkür dövründə, xüsusilə qırx yaşına ya-
xın gördüyü röyalar çin olmağa başlamış224, qeybdən
ona xitab olunmuşdur.225 Bütün bunlar peyğəmbərli-
yinin ilk əlamətləri hesab edilmişdir. Həzrət Məhəm-
məd qırx yaşında ikən, 610-cu ilin ramazan ayının son
on günündə, Qurani-Kərimdə “Qədr gecəsi” adlan-
dırılan gecə (“Qədr”, 97/1-5) vəhy mələyi Cəbrayıl
vasitəsilə “Oxu!” əmri ilə başlayan “Ələq” surəsinin
ilk beş ayəsi vəhy şəklində nazil olmuşdur.226
Həm vəhy prosesi, həm də Həzrət Məhəmmədin
vəhyə qarşı reaksiyası haqqında mənbələrdə təfsilatlı
şəkildə qeyd olunan rəvayətlərə görə, qarşılaşdığı ha-
disə Peyğəmbərə dərin təsir etmişdir. O, həyəcanla
dağdan evinə gəlmiş və yaşadığı hadisəni, ilk növbə-
də, həyat yoldaşı Xədicə ilə paylaşmışdır. Peyğəmbə-
ri sakitləşdirən Xədicə, onun kimi yüksək insani key-
fiyyətlərə malik bir insanın başına gələn hadisədən

224 İbn Səd, Təbəqat, I, 194.
225 İbn İshaq, s. 101.
226 Ələq, 96/1-5.

156

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

ümidsiz olmamasını tövsiyə etmişdir. Xədicə, xüsu-
silə onun qohumluq bağlarına böyük əhəmiyyət ver-
diyini, düzsözlü olduğunu, darda qalanlara köməklik
göstərdiyini, qonağa hörmət etdiyini vurğulayaraq,
yaşadığı hadisənin onu narahat etməməsini tövsiyə
etmiş, həyat yoldaşına təsəlli vermiş, güvəndiyini bil-
dirmişdir.227 Mənbələrə görə, Xədicənin tövsiyəsi ilə
Məhəmməd peyğəmbər bu hadisəni onun əmisioğlu
Vərəqə ibn Növfəllə məsləhətləşmişdir. Yəhudiliyin
və Xristianlığın müqəddəs kitablarından xəbərdar
olan Vərəqə ibn Növfəl Həzrət Məhəmmədə mələk
Cəbrayıl vasitəsilə vəhy göndərildiyini söyləmiş,
peyğəmbər olduğunu xəbər vermişdir.228

İlk dövr mənbələrində “bisət” (göndərilmə) ad-
landırılan bu hadisə Həzrət Məhəmmədin peyğəm-
bərliyinin başlanğıcı hesab olunmuşdur. Məhəmməd
peyğəmbərin risaləti məzmun baxımından fərqli üç
mərhələyə ayrılmışdır. Gizli dəvət dövrü hesab olu-
nan birinci mərhələdə o, fərdi qaydada İslama dəvət
etmiş, açıq dəvət dövrü hesab olunan ikinci mərhələ-
də isə yaxın qohumları daxil olmaqla, məkkəliləri və
ətraf qəbilələri dəvət etmişdir. Mədinəyə hicrətlə baş-
layan və vəfatına qədər davam edən üçüncü mərhələ
isə İslamın digər bölgələrə və xalqlara çatdırılmasını
əhatə etmişdir.

227 İbn Səd, Təbəqat, I, 194-195; Bəlazüri, Ənsab (Həmidullah), I, 104-

107.
228 İbn Səd, Təbəqat, I, 194-195; Bəlazüri, Ənsab, I, 104-107.

157

İslam tarixi................................................................................

Mənbələrə görə, Hira dağındakı ilk hadisədən
sonra bir müddət Peyğəmbərə vəhy gəlməmişdir.
Mənbələrdə “fətrətül-vəhy” adlandırılan və müddəti
haqqında fərqli rəvayətlər olan bu dövrün “Düha” su-
rəsinin nazil olması ilə sona çatdığı qeyd edilir.229
Fətrət dövrünün bitməsindən sonra nazil olan “Müd-
dəsir” surəsi vasitəsilə Məhəmməd peyğəmbərin təb-
liği insanlara çatdırması prosesi də başlamışdır.230

Bununla Məhəmməd peyğəmbər vəhyi insanlara
təbliğ etmə vəzifəsini öhdəsinə götürmüş, təqribən,
üç-dörd ilə yaxın davam edən gizli dəvət dövrü baş-
lamışdır.231 Bu mərhələdə yaxınlarını İslama dəvət
edən Həzrət Məhəmmədin peyğəmbərliyini, ilk növ-
bədə, ailə üzvləri, həyat yoldaşı Xədicə və qızları
Zeynəb, Ruqiyyə və Ümmü Gülsüm təsdiqləmişlər.

Həmin dövrdə Məhəmməd peyğəmbərin ailə
üzvlərindən başqa, uşaqlığından evində böyüyən əmi-
sioğlu Əli ibn Əbu Talib və Zeyd ibn Harisə də mü-
səlman olmuşlar. Həzrət Məhəmməd peyğəmbərlik-
dən əvvəl əmisi Əbu Talibin maddi çətinliyinə görə,
əmisioğlu Əlinin himayəsini öz öhdəsinə götürmüş,
onu öz övladı kimi böyütmüşdür.232 Mənbələrə görə,
Əli Həzrət Məhəmmədin həyat yoldaşı Xədicə ilə bir-
likdə ibadətini müşahidə etmiş, Peyğəmbərdən onun

229 Bəlazüri, Ənsab, I, 108-109.
230 Müddəssir, 74/1-5.
231 İbn Səd, I, 199.
232 İbn Hişam, 262-263.

158

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

mahiyyəti ilə əlaqəli məlumat alaraq müsəlman ol-
muşdur.233 Məhəmməd peyğəmbərin köləlikdən azad
edib övladlığa götürdüyü Zeyd ibn Haris ailə üzvləri
ilə birlikdə müsəlman olmuşdur. İslama dəvətin fərdi
qaydada aparıldığı bu dövrdə Məhəmməd peyğəm-
bərin ailə üzvlərindən başqa, yaxın dostlarından Əbu
Bəkr, Osman ibn Əffan, Zübeyr ibn Əvvam, Əbdür-
rəhman ibn Övf, Təlhə ibn Übeydullah, Cəfər ibn
Əbu Talib, Səd ibn Əbu Vəqqas, Osman ibn Məzun,
Səid ibn Zeyd, Əbu Übeydə ibn Cərrah, Ərqəm ibn
Əbülərqəm, Əbu Sələmə, Übeydə ibn Haris və digər-
ləri qəbul etmişlər.

6.2. Məkkəlilərin İslama dəvət olunmaları
Ailə üzvlərinə və Qüreyşin ayrı-ayrı fərdlərinə
İslamın təbliğ olunduğu vəhyin ilkin mərhələsindən
sonra, Məhəmməd peyğəmbər İslamı daha geniş çev-
rədə, həmçinin öz qəbiləsinə təbliğ etməyə başlamış-
dır. Bütpərəstlərdən çəkinmədən İslamı təbliğ etmə-
sini və ən yaxın qohumlarından başlamasını bildirən
Quran ayələrinə uyğun olaraq,234 613-614-cü illərdən
etibarən, Qüreyşi açıq şəkildə İslama dəvət edən və
təbliğ prosesini ən yaxın qohumlarından başlayan
Məhəmməd peyğəmbər 630-cu ildə Məkkənin fəthinə

233 Bəlazüri, I, 112-113.
234 Qurani-Kərimdə Məhəmməd Peyğəmbərin müşriklərdən çəkinmə-
dən vəhyi insanlara çatdırması bildirilmiş (əl-Hicr, 15/94) və təbliğ edərkən
ən yaxın qohumlarından başlaması əmr olunmuşdur (Şüəra, 26/214).

159

İslam tarixi................................................................................

qədər öz qəbiləsinə qarşı təbliğ fəaliyyətini davam
etdirmişdir.

Peyğəmbərin dəvət fəaliyyətinin mənsub olduğu
qəbilədən başlamasında, Cahiliyyə dövrü ərəb qəbilə
strukturunün mühüm tərkib hissəsi olan “əsəbiyyət”
anlayışının rolu böyük idi. Məhəmməd peyğəmbərin
yeni inancı təbliğ edə bilməsi üçün ilk növbədə, öz
qəbiləsinin dəstəyini alması labüd idi. Ümumilikdə
Qüreyşin, xüsusilə Haşimoğullarının himayəsi olma-
dan, ümumbəşəri çağırısı olan yeni dinin, hətta lokal
səviyyədə Məkkədə yayılması belə mümkün görün-
mürdü. Bundan əlavə, Kəbə ilə əlaqəli vəzifələri ye-
rinə yetirdiyinə, həmçinin Kəbəyə digər qəbilələrə aid
bütləri də yerləşdirdiyinə görə ərəblər arasında özü-
nəməxsus dini nüfuzu olan Qüreyşin İslama reaksiya-
sı yeni dinin Ərəbistan yarımadasında yayılma prose-
sinə də təsir edəcəkdi.

6.3. Darülərqəmdə təbliğ
Dəvətin ilkin mərhələsində Məhəmməd pey-
ğəmbər öz ardıcılları ilə adətən, gənc səhabə Ərqəm
ibn Əbülərqəmin evində toplaşırdı. Məkkənin nüfuz-
lu və İslama qarşı müxalifliyi ilə tanınan Məxzum-
oğullarına mənsub olan Ərqəm, on yeddi-on səkkiz
yaşlarından İslamı ilk qəbul edənlərdən idi. Ərqəmin
Kəbənin şimal-şərqindəki Əbu Qübeys dağının ya-
macında, Səfa təpəsində yerləşən evi Məhəmməd
peyğəmbərin həm məkkəli səhabələrlə, həm də həcc

160

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

və ümrə məqsədilə gələn zəvvarlarla görüşəcəyi yer
kimi ilk dövr İslam tarixində mühüm rol oynamışdır.
“Darül-Ərqəm” (Ərqəmin evi) İslamın yayılmasında
oynadığı rola görə, “Darül-İslam” olaraq da adlandı-
rılmışdır.

Bütpərəstlərdən çəkinmədən açıq şəkildə dini
yaymağı235 və bu prosesi yaxın qohumlarla başlama-
ğı236 bildirən ayələrlə yanaşı, Məhəmməd peyğəmbər
mənsub olduğu Haşim və Mütəlliboğullarına müra-
ciət etmişdir. O, bu məqsədlə ziyafət verərək, bir neçə
dəfə qohumlarını dəvət etmişdir. Tarixçi Bəlazürinin
verdiyi məlumata görə, Peyğəmbər qohumlarına bu
sözlərlə xitab etmişdir: “Mən ümumilikdə bütün
bəşəriyyətə, xüsusilə sizə göndərilmiş Allahın elçisi-
yəm. Allaha and içirəm ki, yuxuya keçdiyiniz kimi
öləcəksiniz, yuxudan oyandığınız kimi dirildiləcəksi-
niz. Əməllərinizin hesabını verəcəksiniz, yaxşılıqla-
rın əvəzində yaxşılıq, pis əməllərin əvəzində pislik
görəcəksiniz. Cənnət də, Cəhənnəm də əbədidir. İlk
xəbərdarlıq etdiyim insanlar da sizsiniz”.237 Peyğəm-
bərin bu təşəbbüsü əmisi Əbu Ləhəbin etirazı ilə qar-
şılanmış və müsbət nəticə verməmişdir. Beləliklə, öz
yaxın qohumlarından biri, əmisi Əbu Ləhəb Peyğəm-
bərin Məkkədəki ilk ciddi müxalifi olmuşdur.

235 Hicr surəsində Məhəmməd Peyğəmbərin müşriklərdən çəkinmədən
vəhyi insanlara çatdırması bildirilmiş (əl-Hicr, 15/94).

236 Şüəra surəsində təbliğ edərkən ən yaxın qohumlarından başlaması
bildirilmişdir (Şüəra, 26/214).

237 Bəlazüri, Ənsab (Həmidullah), I, 118-119.

161

İslam tarixi................................................................................

Mənbələrdən belə məlum olur ki, qısa müddət-
dən sonra öz qohumlarını yenidən dəvət edən pey-
ğəmbər, Əbu Ləhəbin daha sərt etirazı ilə qarşılaşmış-
dır. Əbu Ləhəb Məhəmməd peyğəmbərin yaydığı fi-
kirlərin, ilk növbədə, öz qəbiləsinə ziyan vuracağını,
onun dəvətini qəbul və yaxud onu himayə edərlərsə,
Haşimoğullarının Qüreyşin digər qollarının təqib və
təzyiqinə məruz qalacağını bildirmiş, qohumlarını
Həzrət Məhəmmədin fəaliyyətinə mane olmağa təş-
viq etmişdir. Haşimoğullarının rəisi olan əmisi Əbu
Talib isə qardaşı oğlunu himayə edəcəyini bildir-
miş,238 həqiqətən də 619-ci ildə vəfat edənə qədər
Məkkədəki ən böyük dəstəyi kimi, onu Qüreyşə qarşı
qorumuşdur.

Bunun əksinə, Lat və Mənat bütləri ilə birlikdə
ərəblərin üç məşhur bütündən biri Üzzaya xüsusi bağ-
lılığı olan Əbu Ləhəbin,239 Bütpərəstliyə qarşı çıxan
Məhəmməd peyğəmbərə qarşı ilkgünkü etirazı zaman
keçdikcə daha sərt müxalifətə çevrilmişdir. İslamaqə-
dərki dövrdə qardaşı oğlu ilə müsbət münasibətləri
olan, onun qızları Ruqiyyə ilə Ümmü Gülsümü öz
oğulları Ütbə ilə Üteybə ilə nikahlayan Əbu Ləhəb,
İslamdan sonra həyat yoldaşı Ümmü Cəmilin müda-
xiləsi ilə onların ayrılmasına qərar vermişdir. Qü-
reyşin Ümeyyəoğulları qolunun rəisi Əbu Süfyanın

238 Bəlazüri, Ənsab (Həmidullah), I, 119-121.
239 Vaqidi, Məğazi, II, 874.

162

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

bacısı olan Ümmü Cəmil, öz növbəsində, Əbu Ləhə-
bin Peyğəmbərə qarşı münasibətində böyük rol oyna-
mışdır. Məkkədə İslamın yayılmasına ciddi etiraz
edən qüreyşli qadınlardan biri kimi səciyyələnən Üm-
mü Cəmil Peyğəmbərə qarşı təhqiramiz davranışlar
nümayiş etdirmişdir. Peyğəmbəri yalançılıq, sehrbaz-
lıq, aravuruculuq və separatçılıqda ittiham edən Əbu
Ləhəbin və onun həyat yoldaşının təhqiredici davra-
nışlarına reaksiya kimi, “Təbbət” surəsi nazil olmuş-
dur.240 İslamın yayılması üçün Məhəmməd peyğəm-
bərin öz qəbiləsi Haşimoğullarının dəstəyinə çox eh-
tiyacı olduğu bir zamanda, əxlaqi üstünlüyü ilə səciy-
yələnən qardaşı oğlunun çox ağır bir üsluba malik
Quran ayələrini bildirməsi, Əbu Talibin vəfatından
sonra Haşimoğullarının rəisi seçilən Əbu Ləhəbin
qardaşı oğlunu himayədən məhrum etməsinin əsas
səbəblərindən biri olacaqdı.

“Qəbiləni və qohumlarını xəbərdar et!” ayəsi-
nə241 görə, yaxın qohumları olan Haşimoğullarından
sonra, Məhəmməd peyğəmbər bütünlükdə Qüreyşi
İslama dəvətetmə qərarı vermişdir. Səfa təpəsinə çı-
xaraq Qüreyşin Fihr, Müharib, Haris, Teym ibn Qa-
lib, Amir ibn Lüey, Ədi, Səhm, Cüməh, Məxzum,
Teym ibn Mürrə, Zührə, Əbdüddar və Əbdülüzza
oğullarını çağırmış, qəbiləsinin ona olan güvənini də

240 Onun bu davranışı Təbbət surəsində öz əksini tapmışdır (Təbbət,

111/1-5).
241 Şüəra, 26/214.

163

İslam tarixi................................................................................

xatırladaraq, onlara bu şəkildə müraciət etmişdir: “Ey
qüreyşlilər! Bu dağın arxasında düşmən ordusu oldu-
ğunu desəm, mənə inanarsınızmı?” Qüreyşin Mə-
həmməd peyğəmbərin yalanına şahid olmadıqlarını,
ona görə də sözlərinə inanacaqlarını bildirməsindən
sonra, Peyğəmbər bu sözlərlə davam etmişdir: “Elə
isə sizi gözləyən böyük bir əzab barəsində xəbərdarlıq
edirəm! Allahın əmr etdiyi kimi, sözünü ən yaxın qo-
humlarıma çatdırıram. Allahdan başqa ilahın olmadı-
ğına şəhadət edənə qədər bu dünyada da, axirətdə də
sizə heç bir faydam olmaz!”.

Mənbələrin qeyd etdiyinə görə, orada da əmisi
Əbu Ləhəb Peyğəmbəri təhqir edərək təbliğinə mane
olmuşdur.242 Beləliklə, Peyğəmbərin həm öz yaxın
qohumlarına, həm də ümumilikdə, Qüreyş qəbiləsinə
dəvəti ilkin mərhələdə müsbət nəticə verməmişdir.

6.4. Qüreyşin Məhəmməd peyğəmbərə qarşı
etiraz səbəbləri

Başlanğıcda Peyğəmbərin təbliğinə qarşı ciddi
əks-reaksiya göstərməyən Qüreyşin nüfuzlu simaları
Bütpərəstliyi ciddi şəkildə tənqid edən Quran ayələ-
rindən sonra, İslama böyük təhlükə kimi baxmışlar.
Qüreyşin İslamı təhlükə hesab etməsinin dini, ictimai,
siyasi və iqtisadi və digər çoxsaylı səbəbləri var idi.

242 Bəlazüri, I, 119-121.

164

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

6.4.1. Dini səbəblər
İlk növbədə, adət-ənənənin böyük əhəmiyyət da-
şıdığı qəbilə həyatının bir gerçəyi olaraq, əcdadının
miras qoyduğu Bütpərəstlik Qüreyşin dini-ictimai hə-
yatında mühüm yer tuturdu. Əlaqədar Quran ayələri-
nin də göstərdiyi kimi, Bütpərəstlik ata-babadan mi-
ras qalan dəyərlər və adətlər kimi məkkəlilər üçün
əhəmiyyətli idi. Məkkəli bütpərəstlər İslama qarşı
müxalifliklərini əcdadlarının getdikləri yolu davam
etdirmə arzuları ilə əsaslandırırdılar.243
Fil hadisəsindən sonra Məkkə Ərəbistan yarım-
adasında Bütpərəstliyin mühüm mərkəzinə çevrilmiş-
di. Əbrəhənin ordusunun məğlubiyyəti, Kəbəyə və
“Allahın xalqı” (əhlullah) və yaxud “Allahın qonşu-
ları” (ciranullah) kimi Qüreyşin böyük nüfuz qazan-
masına səbəb olmuşdu. Buna görə də Qüreyş başda
olmaqla Kinanə, Xüzaə və Bəni-Amir ibn Səsə qə-
bilələri İsmayıl peyğəmbərin nəslinə mənsub olma-
ları, Məkkənin sakinləri və Kəbənin mühafizləri ol-
duqları üçün özlərini “Hüms” (təəssübkeş) adlandıra-
raq, iqtisadi nəticələri də olan dini imtiyazlar əldə et-
mişdilər.244

243 Bəqərə, 2/170; Maidə, 5-104; Araf, 7/28; Tövbə, 9/23; Loğman,
31/21; Səbə, 34/43; Saffat, 37/69; Zühruf, 43-22.

244 İbn İshaq, s. 80-81; İbn Hişam, s. 189-190; İbn Həbib, əl-
Münəmməq, s. 127-129; eyni müəllif, əl-Mühəbbər, s. 179-180; Əzraqi, I,
177-180; Yaqubi, I, 256-257; İbn Qüteybə, əl-Məarif, s. 616.

165

İslam tarixi................................................................................

Bundan əlavə, Kəbə ilə əlaqəli vəzifələri yerinə
yetirən Qüreyş, müxtəlif ərəb qəbilələrinə aid bütləri
Kəbəyə toplayaraq, oranı ərəb qəbilələri üçün tanrılar
panteonuna çevirmişdi. Bunun sayəsində ərəblər ara-
sında qazandıqları dini nüfuzu itirmək istəmirdi.
Quran isə Bütpərəstliyi açıq şəkildə tənqid edirdi:
“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir
zərər verə bilən bütlərə ibadət edir və “Bunlar Allah
yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De:
“Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər
verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaq-
dır və ucadır!”.245

6.4.2. İqtisadi səbəblər
Digər tərəfdən, Qüreyş qəbiləsi Bütpərəstliyin
ləğv olunması nəticəsində ərəb qəbilələri arasındakı
dini nüfuzuna paralel olaraq, iqtisadi gücünü də itirə-
cəyindən narahat idi. Yuxarıda qeyd olunduğu kimi,
Fil hadisəsinin nəticəsi kimi, VI əsrin sonlarından eti-
barən, ərəb qəbilələri arasında dini nüfuzu artan Qü-
reyş müttəfiq olduğu bəzi qəbilələrlə dini-iqtisadi im-
tiyazları olan “hüms” qrupunu yaratmışdır. Hüms
çərçivəsində Qüreyş və müttəfiqləri dini səciyyə da-
şıyan, lakin əslində, iqtisadi nəticələri olan imtiyazlar
əldə etmişlər. Belə ki, hümsə mənsub olmayan tacir-
lərin Məkkəyə qida məhsulu daxil etməsi qadağan

245 Yunus, 10/18.

166

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

olunur, tələbatını Məkkədən təmin etməsi şərti irəli
sürülürdü. Bundan əlavə, həcc dövründə hümsə mən-
sub olmayanların Kəbəni ziyarət zamanı yalnız mək-
kəlilərdən alacaqları geyimdən istifadə etməsi şərt
qoyulurdu.246 Kəbənin müqəddəs məkan hesab edil-
məsi üzərində qurulmuş bu sistemin Qüreyşin iqtisadi
gücünə təsiri danılmaz idi.

Bundan əlavə, Məkkə yaxınlığında məşhur Ükaz
daxil olmaqla, Məcənnə və Zülməcaz kimi haram ay-
larda qurulan yarmarkalar Qüreyşin iqtisadiyyatına
təsir edən mühüm amil idi.247 Buna görə də Bütpərəst-
liyin ləğv olunması, həmin ticari mərkəzlərin zəiflə-
məsinə və məkkəlilərin ciddi iqtisadi zərər görməsinə
səbəb ola bilərdi. Üstəlik, ümumilikdə, Ərəbistan ya-
rımadasında, xüsusilə yarımadanın iqtisadi həyatın-
dakı rolu ilə seçilən Məkkə əhalisinin ticari fəaliyyə-
tində ribanın böyük rolu var idi.248 Bütün bunlar diq-
qətə alındıqda, İslama qarşı müxalifətdə Məkkənin
iqtisadi gücünü təmsil edən tacirlərin xüsusi rolunun
olması təəccüblü deyildir.

246 İbn İshaq, s. 80-81; İbn Hişam, s. 189-190; İbn Həbib, əl-Münəm-
maq, s. 127-129; həmin müəllif, əl-Mühəbbər, s. 179-180; Əzraqi, I, 177-
180; Yaqubi, I, 256-257; İbn Qüteybə, əl-Məarif, s. 616.

247 Əzizova, “Ukâz”, DİA, XLII, 61-62.
248 Ticarətin halal, ribanın isə haram olduğuna dair ayələrlə qadağan
olunmuşdur. Bəqərə, 2/275-279.

167

İslam tarixi................................................................................

6.4.3. Siyasi səbəblər
Məhəmməd peyğəmbərin dini liderliklə yanaşı,
siyasi nüfuz qazanması təhlükəsi, Qüreyş liderlərinin
İslama qarşı ən mühüm etiraz səbəbi idi. İqtisadi gü-
cü, nəsəbi və sosial statusu ilə seçilən Məkkənin nü-
fuzlu simaları, həm də şəhərin idarəolunmasında söz
sahibi idilər. Onlar inanc sistemindəki dəyişikliklə
bərabər, ictimai və iqtisadi vəziyyətin də dəyişməsi
nəticəsində öz siyasi güclərini itirmək qorxusu ilə
Peyğəmbərə etiraz və müsəlmanlara qarşı mübarizə
aparmışlar.
Cəmiyyətin siyasi, iqtisadi və sosial statusuna
görə seçilmiş fərdlər kimi, Quranın “mələ” adlandır-
dığı bu seçkinlər topluluğu249 Qüreyşin köçərilikdən
oturaq həyata keçdiyi Qüsey dövründən etibarən tə-
şəkkül etmiş və Məkkənin son ikiəsrlik siyasi həya-
tında mühüm rol oynamışdır. Qəbilə rəislərindən iba-
rət bu qrup Darünnədvə adlandırılan məclisdə mü-
haribə və sülh qərarı vermək daxil olmaqla, idarəetmə
ilə əlaqəli mühüm səlahiyyətlərə sahib idi.250
Aralarında Əbu Cəhl, Üqbə ibn Əbu Müeyt, Və-
lid ibn Müğirə, Ümeyyə ibn Xələf, Ütbə ibn Rəbiə,
Şeybə ibn Rəbiə və digərlərinin olduğu bu siyasi elita

249 Ənam, 6/124; Zühruf, 43/31.
250 İbn Hişam, s. 124-132; İbn Səd, I, 70; Məqdisi, əl-Bəd, IV, 127;
Cavad Əli, əl-Müfəssəl, V, 235-237; Ülkər Şirəliyeva, Kur’an-i Kerim’e
Göre Nübüvvete Karşı Direniş ve Sebepleri (Magistr dissertasiyası), İstan-
bul: Mərmərə Universiteti Sosial Elmlər İnstitutu, 2001, s. 10-15.

168

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

Məhəmməd peyğəmbərin yeni inanc sistemi vasitəsi-
lə qanunvericilik səlahiyyətinə sahib olmasından na-
rahat idi. Mənbələrin qeyd etdiyinə görə, onların bir
çoxu peyğəmbərliyi siyasi-sosial üstünlük kimi görür
və belə bir statusun Məhəmməd kimi sıravi bir
məkkəliyə deyil, cəmiyyətdə təsir gücünə malik qəbi-
lə rəislərindən birinə verilməsinin daha doğru olaca-
ğını irəli sürürdülər.

Məkkənin idarəetmə sisteminin dəyişməsindən,
sahib olduqları siyasi nüfuzu itirmək və imtiyazların-
dan məhrum olmaq qorxusu ilə yeni dinin yayılması-
na qarşı mübarizə 630-cu ildə Məkkənin fəthinə qədər
davam etmişdir.

Bundan əlavə, Qüreyşin müxtəlif boyları arasın-
da tarixi kökləri keçmişə dayanan qəbilələrarası rəqa-
bətin də Məhəmməd peyğəmbərin təbliğinə qarşı eti-
razlara təsiri rolu az deyildi. Həzrət Məhəmmədin
Haşimoğullarına mənsub olması, Qüreyşin, xüsusilə
Ümeyyə və Məxzumoğulları kimi digər güclü boyla-
rının etirazı ilə qarşılanmışdır. Haşimoğulları ilə
Ümeyyəoğulları arasında İslamaqədərki dövrdən
mövcud olan rəqabət, Həzrət Məhəmmədin peyğəm-
bərliyi ilə yeni bir mərhələyə keçmişdi. Müsəlman-
olma qərarı ilə qəbiləsinin ciddi etirazına səbəb olan

169

İslam tarixi................................................................................

Osman ibn Əffan və Xalid ibn Səid kimi ilk müsəl-
manlar istisna olmaqla,251 Ümeyyəoğulları, ümumi-
likdə, açıq dəvətin ilk günlərindən etibarən Qüreyşin
digər qəbilə rəislərini də təşkilatlandırdılar. Məxzum-
oğulları ilə bərabər, Ümeyyəoğullarından Ütbə ibn
Rəbiə və Əbu Süfyan müsəlmanlara qarşı Bədr (624),
Uhud (625) və Xəndək (627) müharibələrində bütpə-
rəst Qüreyş ordusuna başçılıq etmişlər.

İslamın yarandığı ərəfədə Məxzumoğullarının
rəisi seçilmiş Əbu Cəhlin bu sözləri Qüreyşin qolları
arasındakı nüfuz mübarizəsinin Məhəmməd peyğəm-
bərə qarşı müxalifətə necə təsir etdiyini izah edir:
“İndiyə qədər Əbdülmənafoğulları ilə üstünlük uğ-
runda mübarizə apardıq. Onlar acları doyuzdurduqda,
biz də bunu etdik. Onlar əliaçıqlıq etdilər, biz də sə-
xavətli davrandıq. Onlar qan davalarında vasitəçilik
edib qanbahası ödədilər, biz də eynisini etdik. Ara-
mızdakı rəqabətdə bərabər səviyyəyə gəldiyimiz bir
dövrdə, onlar vəhy alan bir peyğəmbərə sahib olduq-
larını iddia etdilər. Biz bu məsələdə onlarla rəqabət
edə bilmərik. Heç vaxt onun peyğəmbərliyini qəbul
etməyəcəyik”.252 Öz qəbiləsindən olmayan bir insa-
nın peyğəmbərliyini qəbul edə bilməyəcəyinin əsas
səbəbini açıq şəkildə ifadə edən Əbu Cəhl, Məkkədə
Məhəmməd peyğəmbərin və müsəlmanların həyatını

251 İbn Səd, IV, 100-101; İbn Əbdülbər, əl-İstiab, II, 420-424; İbn
Həcər, əl-İsabə, II, 236-238.

252 İbn İshaq, s. 170; İbn Hişam, s. 337-338.

170

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

təhqir, təzyiq və fiziki işgəncə ilə çətinləşdirmiş, Bədr
döyüşündə öldürülənə qədər bu məsələdə Qüreyşi
təşkilatlandırmağa davam etmişdir.

Ümeyyə və Məxzumoğullarından başqa Qürey-
şin digər qollarının, həmçinin Taif şəhərinin sakinləri
olan Səqif qəbiləsinin nüfuzlu simalarının da Həzrət
Məhəmmədə siyasi nüfuz gətirəcək peyğəmbərliyi
münasib görmədiklərinə etiraz etdikləri aydın olur.
Məsələn, Məxzumoğullarından Vəlid ibn Müğirə və
yaxud Taifin liderlərindən Əbu Məsud ibn Əmrin253
peyğəmbər olaraq seçilməyə daha layiq olduqları id-
diası Quranın “Onlar dedilər: Nə üçün bu Quran iki
şəhərdən (Məkkə və ya Taifdən) olan böyük bir ada-
ma nazil edilmədi?”254 ayəsində öz əksini tapmışdır.

Qüreyşin peyğəmbərə etiraz edən tayfaları ara-
sında Səhmoğullarının da xüsusi rolu olmuşdur. Əbu
Talibin bir şeirində Məxzumoğulları ilə bərabər,
Səhmoğullarının da peyğəmbərə və Haşimoğullarına
qarşı düşmənçiliyi vurğulanır.255 Qüreyşin Məkkəyə
kənardan gələnlərin Peyğəmbərlə görüşməsinə mane
olmaq üçün təyin etdikləri şəxslərdən biri, Səhmin
nüfuzlu simalarından Nübeyh ibn Həccac Həzrət
Məhəmmədin peyğəmbərliyini doğru hesab etmir və
“Allah səndən başqa peyğəmbər göndərəcək bir nəfər

253 İbn Hişam, s. 387; Bəlazüri, Ənsab, I, 134.

254 Zuxruf, 43/31.
255 İbn Hişam, s. 309.

171

İslam tarixi................................................................................

tapmadı?” sözləri ilə özünün peyğəmbərliyə daha la-
yiq olduğunu irəli sürürdü.256

Səhmoğullarının digər bir mənsubu, Cahiliyyə
dövründən məzlumlara qarşı haqsızlığı ilə tanınan,
“Hilfül-füzul” cəmiyyətinin təzminat aldığı ilk şəxs
kimi tarixə düşən As ibn Vail də haqqında çox sayda
ayənin nazil olduğu inkarçılardan biridir. O, oğulları
Qasım və Abdullah erkən yaşlarında vəfat edən Pey-
ğəmbəri öldükdən sonra adı xatırlanmayacaq “nəsli
kəsilmiş” (əbtər) adlandıraraq,257 oğul övladının bö-
yük əhəmiyyət daşıdığı ərəb cəmiyyəti üçün Peyğəm-
bərin liderliyə uyğun meyarlara cavab vermədiyini
irəli sürürdü.

6.4.4. Sosial səbəblər
Dini, iqtisadi və siyasi səbəblərlə yanaşı,
Cahiliyyə ərəblərinin mövcud sosial münasibətlər və
əxlaq normaları da Qüreyşin İslamı qəbul etməsinə
mane olurdu. Belə ki, sosial münasibətlərdə haqq və
ədalət əvəzinə, “əsəbiyyət” prinsipindən hərəkət edən
ərəb cəmiyyəti qumar, haqsız qazanc, güclünün zəifi
əzməsi, yalan və zina kimi xüsusiyyətləri ilə
səciyyələnirdi. İsfahaninin nəql etdiyi və daha əvvəl
də qeyd olunan rəvayət, ümumilikdə, ərəblər arasında
geniş yayılmış bu xüsusiyyətlərin məkkəlilərin

256 Bəlazüri, I, 44; İbn Həbib, əl-Münəmməq, s. 54-59 (Nübeyhin Mək-
kədəki - Hilfülfuzula səbəb olan zorbalığından danışılır).

257 Kövsər, 108/1-3; İbn Hişam, s. 34.

172

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

İslama etiraz səbəblərindən olduğunu göstərir. Bu
rəvayətə görə, Bəkr ibn Vail qəbiləsinin məşhur şairi
Meymun ibn Qeys Əşa (v. 629) Məkkədə Peyğəm-
bərlə görüşmək istədiyi zaman Qüreyş bu sözlərlə ona
mane olmuşdur: “Məhəmməd səndən əl çəkməyəcə-
yin dörd vərdişi tərgitməyi tələb edəcək: zina, qumar,
riba və şərab”.258

6.5. Qüreyşin İslama qarşı etiraz və
müxalifət yolları

Məkkəlilərin Məhəmməd peyğəmbərə və ilk
müsəlmanlara qarşı əks-reaksiyası, ilk növbədə, eti-
razla başlamış, tədricən, psixoloji, sosial və iqtisadi
cəhətdən daha ağır sanksiyalar tətbiq olunmuşdur.
Vəlid ibn Müğirə başda olmaqla, Əbu Ləhəb, Əbu
Cəhl və digər Qüreyş liderlərinin müsəlmanlara qarşı
düşmənçiliyini, təzyiq və təqiblərini tarixi fakt kimi,
Quranın yüzə yaxın ayəsi də təsdiqləyir.259

6.5.1. Yalançılıqda ittiham
Adları yuxarıda qeyd olunan Qüreyş liderləri, ilk
növbədə, yerinə yetirə bilməyəcəyi şərtlər irəli sürə-
rək Peyğəmbəri susdurmağa çalışmış, bu məqsədlə

258 İsfəhani, IX, 147.
259 Nümunə üçün baxın: Hicr, 15/94-96; Zuxruf, 43/31-32; Qələm,
68/10-16; Müddəssir, 74/11-26; Ələq, 96/9-19; Təbbət, 111/1/5 və digər.

173

İslam tarixi................................................................................

möcüzələr göstərməsini tələb etmişlər.260 Peyğəmbə-
rin Quran ayələri vasitəsilə verdiyi cavablara baxma-
yaraq, onların İslama qarşı münasibətlərində dəyişik-
lik olmamışdır.261

Qüreyşin Peyğəmbərə qarşı digər etiraz şəkli
onu şairlik, kahinlik və dəlilikdə ittiham etməsi idi.262
Bundan əlavə, onlar Peyğəmbərin təbliğ etdiklərini
başqa din xadimlərindən öyrəndiklərini iddia edir-
dilər: “Biz onların “(Quranı) ona bir insan öyrədir!” –
dediklərini bilirik. Onların isnad etdikləri şəxsin dili
əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir” ayəsində
də263 öz əksini tapdığı kimi, Peyğəmbərin İslamı digər
din alimlərindən öyrəndiyini iddia edirdilər.264 Bu
məqsədlə Nəzr ibn Haris və Üqbə ibn Əbu Müeyt
Peyğəmbərin cavablandırmaqda aciz qalacağını dü-
şündükləri suallar üçün Əhli-Kitab alimlərinə müra-
ciət etmiş və Zülqərneyn, Kəhf əshabı və digər möv-
zularda ona suallar vermişlər.265

260 İsra, 17/90-93; Fürqan, 25/7; İbn Hişam, s. 315-319; Bəlazüri,
Ənsab, I, 126-146.

261 İbn Hişam, s. 322-335.
262 Ənam, 6/7; Nəhl, 16/103; Ənbiya, 21/5; Fürqan, 25/5; Düxan, 44/14;
Tur, 52/29; Qələm, 68/2; Məaric, 70/40-41; İnfitar, 82/22.
263 Nəhl, 16/103.
264 İbn Hişam, s. 393.
265 Kəhf, 18/9, 83; Bəlazüri, I, 142.

174

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

6.5.2. İstehza və təhqir
Məkkə liderləri Peyğəmbərin məqsədindən da-
şınması üçün təhqiramiz davranışları ilə onu ictimai
yerlərdə təhqir edir, psixoloji təzyiqlər göstərirdilər.
Quranda “istehza edənlər”266 olaraq adlandırılan hə-
min Qüreyş mənsubları “Əbdülmüttəliboğullarının
səmadan xəbər alan oğlu gəlir”, – deyərək Peyğəm-
bərə istehzalı sözlərlə müraciət edirdilər.267 Əsvəd ibn
Əbdülyağusun Peyğəmbəri gördüyü zaman “Ey Mə-
həmməd, bu gün yenə də səmadan səninlə danışdı-
larmı?”268 söyləyərək onu təhqir etdiyi mənbələrdə
qeyd olunur. Bundan əlavə, Qüreyş liderləri Peyğəm-
bərin ictimai yerlərdə insanlara müraciətinə, Kəbədə
ictimai şəkildə ibadətinə müxtəlif yollarla mane olur-

dular.

6.5.3. Məhəmməd peyğəmbərlə danışıqlar
Qüreyş liderləri mövcud nizamı pozduğunu, əc-

dadlarının qoyub-getdiyi adət-ənənələrdən imtina et-
diyini, cəmiyyətdə təfriqə yaratdığını irəli sürərək,
Məhəmməd peyğəmbərə təbliğ fəaliyyətini dayandır-
masını təklif edirdilər. Bunun əvəzində var-dövlət,
şan-şöhrət, məqam-mövqe kimi dəyərlər vəd edirdi-
lər. Qüreyşin təmsilçisi kimi, Məhəmməd peyğəm-

bərlə danışıqlar aparmaq üçün Ümeyyəoğullarının

266 Hicr, 15/95.
267 İbn Səd, I, 199; Bəlazüri, I, 115-116.
268 Bəlazüri, I, 131-132.

175

İslam tarixi................................................................................

rəislərindən Ütbə ibn Rəbiə təyin olunmuşdu. Ütbə
Məhəmməd peyğəmbərin müsbət xüsusiyyətlərini sa-
dalamış, lakin təbliğ fəaliyyəti ilə Qüreyşə zərər ver-
diyini bildirmişdi. Bu fəaliyyətindən imtina edərsə,
ona var-dövlət, şan-şöhrət və məqam təklif edirdi.
Peyğəmbərin qəbul etmədiyi bu təkliflər, daha sonra
Qüreyşin digər liderlərinin də iştirakı ilə keçirilən bir
məclisdə yenidən vəd olunurdu.269

Qüreyş bütpərəstlərinin təklif və vədlərini qəbul
etməyən Peyğəmbərə digər təklifi, təbliğ etdiyi inanc
sistemində qəbiləsinin bütlərinə də yer verməsi ol-
muşdur: “Ey Məhəmməd, bir il sənin tanrına, bir il də
bizim tanrılara ibadət edək, beləliklə, ortaq qərara gə-
lək. Hansımızın tanrısı faydalıdırsa, qarşı tərəf ondan
istifadə edər”. Bu təklifə görə, Qüreyş Həzrət Mə-
həmmədin təbliğ etdiyi Allah inancını qəbul edəcək,
Peyğəmbər də öz növbəsində bütlərə hörmətlə yana-
şacaqdır.270

Məkkə bütpərəstlərinin bu təklifinə “Şirk qoş-
maqdan Allaha sığınıram” sözləri ilə etiraz edən Pey-
ğəmbər Quranın əlaqədar surəsini çatdırmışdır: “De,
ey kafirlər. Mən sizin ibadət etdiklərinizə ibadət
etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən
deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən
deyiləm. Siz də mənim ibadət etdiklərimə ibadət edən

269 İbn İshaq, s. 187-188; İbn Hişam, s. 314-316; Bəlazüri, I, 151.
270 Vahidi, Əsbabün-nüzul, (Qahirə, 1959), s. 343-344; İbn Hişam, s.
388; Bəlazüri, I, 134.

176

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

deyilsiniz. Elə isə sizin dininiz sizə, mənim dinim də
mənə!”.271 Bu surə vasitəsilə, bir tərəfdən, Allaha şə-
rik qoşmağın İslamın əsas prinsipi olan tövhidə zidd
olduğu bildirilir, digər tərəfdən, inanc və ibadət azad-
lığı çərçivəsində hər kəsin öz ibadətini yerinə yetir-
məkdə azad olduğu vurğulanırdı.

6.5.4. Əbu Taliblə danışıqlar
Məhəmməd peyğəmbərlə bir neçə dəfə görüşən
Qüreyş təmsilçiləri müsbət nəticə ala bilmədikləri
üçün Haşimoğullarının rəisi və ilk gündən etibarən,
qardaşı oğlunu dəstəkləyən Əbu Talibi razı salmağa
çalışdılar. Qüreyşlilərin bir neçə dəfə müraciət etdik-
ləri Əbu Talib hər dəfə onları xoşluqla yola salmasına
baxmayaraq, qardaşı oğlunu müdafiə etməyə davam
etmişdir. Peyğəmbərin fəaliyyətinin olduğu kimi
davam etdiyini görən məkkəlilər Əbu Talibi daha sərt
şəkildə xəbərdar və təhdid etmişlər. O da öz növbə-
sində, çıxılmaz vəziyyəti Peyğəmbərə çatdırmışdır.
Məhəmməd peyğəmbər Məkkədə güvəndə
yaşaya bilməsi üçün qəbiləsinin rəisi kimi Əbu Tali-
bin himayəsinə ehtiyacı olmaqla yanaşı, nəyin baha-
sına olur-olsun fəaliyyətini davam etdirəcəyini bu
sözlərlə bildirmişdir: “Günəşi bir əlimə, ayı digər əli-
mə versələr, bu yoldan dönmərəm!”. Qardaşı oğlunun

271 Kafirun, 109/1-6.

177

İslam tarixi................................................................................

qəti qərarı qarşısında Əbu Talib sona qədər onu mək-
kəlilərdən qoruyacağına söz vermişdir. Mənbələrə
görə, Məkkənin məşhur şairlərindən olan Əbu Talib
doxsan dörd beytdən ibarət “Lamiyyə” qəsidəsini
Peyğəmbəri Qüreyşdənı qorumaq məqsədilə söylə-
mişdir.272

6.5.5. Fiziki işgəncə
Qüreyş bütpərəstlərinin bütün cəhdlərinə bax-
mayaraq, Peyğəmbərin ətrafında tərəfdar kütlənin art-
masına paralel olaraq, Məkkə liderlərinin həzrət
Məhəmmədə və müsəlmanlara qarşı etirazları daha
sistemli xarakter almış, psixoloji təzyiqdən fiziki
təzyiq və zorakılığa doğru sərtləşmişdir. Təzyiqə
məruz qaldıqları dövrdə həm Qüreyşdən, həm də
başqa qəbilələrdən bəzi nüfuzlu şəxslərin İslamı
qəbul etmələri müsəlmanlara müəyyən qədər dəstək
olmuşdur. İgidliyi ilə məşhur olan Peyğəmbərin əmisi
Həmzə, döyüş bacarığı və pəhləvanlığından əlavə,
İslamaqədərki dövrdə Qüreyşin qonşu dövlətlərdəki
elçisi kimi tanınan Ömər ibn Xəttab, Qifar qəbiləsinin
ən cəsur əsgəri sayılan Əbu Zər əl-Qifari, Yəmənin
Əzd qəbiləsinin Dövs qolunun nüfuzlu şəxslərindən
olub, qəbiləsinin İslamı seçməsində rol oynayan
Tüfeyl ibn Əmr əd-Dövsi bu səhabələrdəndir.

272 İbn Hişam, s. 272-280; Ethem Ruhi Fığlalı, “Ebu Talib”, DİA, X,
238.

178

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

6.6. Həbəşistana hicrətlər
6.6.1. Həbəşistana birinci hicrət
Müsəlmanların sayının və nüfuzunun artdığını
görən Qüreyş, artıq yalnız tənqidlə kifayətlənmir, təz-
yiq və zülmə də əl atırdı. Qəbiləsinin aman hüququn-
dan məhrum etdiyi müsəlmanları müdafiə etməyə gü-
cü catmayan Məhəmməd peyğəmbər onların sığınma-
sı üçün ərəb qəbilələri arasında müvafiq yer tapma-
dığı üçün Efiopiyaya (Həbəşistana) hicrəti məsləhət
görmüşdür. Efiopiyanın “Nəcaşi”273 titullu Kralı Əs-
həmənin bütpərəst ərəblərdən fərqli olaraq, Xristian-
lığa mənsub olması, İslamaqədərki dövrdə məkkəli-
lərlə ticari münasibətləri vasitəsilə ədalətli bir hökm-
dar kimi tanınması, bölgəyə Məkkə yaxınlığındakı
Şüeybə limanından asanlıqla gedilə bilməsi və digər
cəhətlər Peyğəmbərin müsəlmanlar üçün mühacirət
yeri kimi Həbəşistanı seçməsinə səbəb olmuşdu.
Mənbələrin verdiyi məlumata görə, on bir kişi və
dörd qadından ibarət olan birinci mühacir qrupunda
aşağıdakı səhabələr var idi: Həzrət Məhəmmədin qızı
Ruqiyyə və həyat yoldaşı Osman ibn Əffan, Əbü Hü-
zeyfə ibn Ütbə və həyat yoldaşı Səhlə bint Süheyl,
Əbu Sələmə və həyat yoldaşı Ümmü Sələmə, Amir
ibn Rəbiə və həyat yoldaşı Leyla bint Əbu Xəsmə,
Zübeyr ibn Əvvam, Müsəb ibn Ümeyr, Əbdürrəhman

273 Həbəşistan kralları üçün “hökmdar” mənasında istifadə olunan
“negus” titulu ərəb dilinə “nəcaşi” şəklində keçmiş, daha sonra mənbələrə
ləqəb və yaxud xüsusi ad yerinə istifadə olunmuşdur.

179

İslam tarixi................................................................................

ibn Övf, Osman ibn Məzun, Əbu Səbrə, Xatib ibn
Əmr və Süheyl ibn Beyza. Mühacirlər Məkkə ya-
xınlığındakı Şüeybə limanından ticarət gəmiləri ilə
Həbəşistana hicrət etmişlər.274

Müsəlmanların 615-616-cı illərdə
Həbəşistana hicrəti

274 İbn İshaq, s. 154-159; İbn Hişam, s. 321-322; İbn Səd, I, 204-205.

180

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

6.6.2. Həbəşistana ikinci hicrət
İslam tarixinin ilk mühacirləri olan bu heyətin
müsbət təəssüratı növbəti il yüznəfərlik ikinci heyətin
Həbəşistana mühacirəti ilə nəticələnmişdir. İslamın
Ərəbistan yarımadasından kənara çıxmasının ilk nü-
munəsi olan Həbəşistan hicrətinin yaradacağı nəticələr-
dən narahat olan Qüreyş, Əshəməyə elçi heyəti gön-
dərərək, müsəlmanların qaytarılmasını tələb etsə də,
tərəflərin iddia və dəlillərini dinləyən hökmdar mü-
səlmanları himayə etməyə qərar vermişdir. Həbəşistan
mühacirlərinin bir hissəsi Mədinəyə hicrətdən sonra,
digərləri də 7-ci (628) ildə Mədinəyə qayıtmışdır.

6.7. Müsəlmanlara qarşı iqtisadi embarqo
Məkkəlilər Məhəmməd peyğəmbərin təbliğinə
mane olmaq üçün növbəti addımı qəbiləsinin ona ver-
diyi dəstəyi kəsmək istiqamətində atdılar. Qüreyş bu
addımı ilə Haşimoğulları və Mütəlliboğullarını iqtisa-
di, sosial və psixoloji cəhətdən çətin vəziyyətdə qoy-
maq, onları Peyğəmbərə verdikləri dəstəkdən imtina-
ya məcbur etmək istəyirdi. Beləliklə, onlar Məhəm-
məd peyğəmbərə, onun Haşimoğulları ilə Mütəllib-
oğullarından ibarət olan yaxınlarına iqtisadi və psi-
xoloji cəhətdən təsir etmək üçün onlarla qohumluq və
hüquqi münasibətlərini kəsərək, bu iki ailəni düşmən
elan etdilər. Qüreyşlilər bu iki qəbilə üzvləri ilə nikah
və ticarət daxil olmaqla, sosial və iqtisadi əlaqələri

181

İslam tarixi................................................................................

qadağan etdiklərinə dair anlaşma yazaraq Kəbənin
divarından asdılar.275

Bu anlaşmaya görə, Məkkə bütpərəstləri ilə eyni
cəbhədə qalmağa qərar verən Əbu Ləhəb və oğulları
istisna olmaqla, bütün Haşim və Mütalliboğulları
616-619-cu illər arasında Əbu Talib məhəlləsində
(Şibü-Əbi Talib) yaşamağa məcbur edildilər. Əbu
Talibin məhəlləsindəki müsəlmanların karvan ticarəti
ilə məşğul olması imkansız sayıldığı üçün Peyğəm-
bərin əmisi Əbu Talibin və həyat yoldaşı Xədicənin
var-dövləti bu dövrdə bitmiş, müsəlmanlar maddi çə-
tinliklə üzləşmişdilər.276

Əbu Talibin yaxın qohumlarından Züheyr ibn
Ümeyyə və Hişam ibn Əmrin təşəbbüsü əsasında Qü-
reyşin rəisləri ilə danışıqlar aparılmış, nəhayət, Mü-
tim ibn Ədi və bəzi şəxslərin də səyi nəticə vermişdir.
Qüreyşin nüfuzlu şəxslərindən olmasına baxmayaraq,
müsəlmanlara qarşı açıq şəkildə düşmənçilik göstər-
məyən, hətta embarqoda olduqları zaman Əbu Talib
məhəlləsinə ərzaq göndərən Mütim ibn Ədi bir neçə
nəfərlə birlikdə qadağanın aradan qaldırılmasına ça-
lışmışdır. Bu məqsədlə, hətta embarqo sənədini Kəbə
divarından götürmüşdür. Məhəmməd peyğəmbər
Mütim başda olmaqla, embarqonun ləğv edilməsində
rolu olmuş məkkəlilərin xidmətini daha sonralar da

275 İbn Səd, I, 208-209; Təbəri, Tarix, II, 335-336; Şami, II, 502.
276 İbn İshaq, s. 137-142; İbn Hişam, s. 375-380; İbn Səd, I, 208-210;
Bəlazuri, I, 233-235.

182

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

minnətdarlıq hissləri ilə yad etmişdir.277 O, həmçinin
göstərdikləri fədakarlığa və həmrəyliyə görə Haşim-
oğulları ilə Mütəlliboğullarını Qurani-Kərimdə “zil-
qürba” (“Ənfal”, 8/41) olaraq keçən öz yaxın qohum-
ları kateqoriyasına daxil etmiş, eyni qohumluq dərə-
cəsində olan Əbdülşəmsoğulları ilə Növfəloğullarını
bu kateqoriyadan kənar tutmuşdur.

6.8. Hüzn ili
Üçillik embarqo məkkəlilərin istədiyi nəticəni
verməsə də, müsəlmanların iqtisadi cəhətdən zəiflə-
məsinə səbəb olmuşdur. Embarqonun ləğv olunma-
sından bir il sonra, 619-620-ci ildə Əbu Talib və
Həzrət Xədicə qısa müddət ara ilə vəfat etdilər.
Ümumilikdə müsəlmanlara, xüsusilə peyğəmbərə
maddi və mənəvi cəhətdən böyük dəstək olan hər iki
şəxsin vəfatı həzrət Məhəmmədi və müsəlmanları çox
kədərləndirdiyi üçün həmin il “hüzn ili” adlandırıldı.
Əbu Talibin vəfatından sonra Haşimoğullarının rəisi
hesab edilən Əbu Ləhəb yaxın qohumlarının tövsiyəsi
ilə qardaşı oğlunu himayə etməyə razı olsa da, Əbu
Cəhl və Üqbə ibn Əbu Müeyt kimi Qüreyşin nüfuzlu
şəxslərinin təzyiqi ilə qərarını dəyişdirmiş, beləliklə,
hüzn ilindən etibarən müsəlmanların Məkkədəki
vəziyyəti daha da çətinləşdi.

277 İbn İshaq, s. 147; İbn Səd, I, 163.

183

İslam tarixi................................................................................

6.9. Məkkənin xaricində himayə axtarışı –
nəticəsiz Taif səfəri

Qüreyşin münasibətinin daha da sərtləşdiyini
görən Peyğəmbər İslamı təbliğ etmək və müsəlman-
lara sığınacaq tapmaq məqsədilə Məkkədən kənara üz
tutdu. Bu məqsədlə o, övladlığı Zeyd ibn Harisə ilə
birlikdə, Hicazın üç böyük şəhərindən biri olub, Mək-
kənin 90 km şimal-şərqində yerləşən Taifə, Səqif
qəbiləsinin yanına getdi. Səqifin məşhur simalarından
Əmr ibn Ümeyrin oğullarını və qəbilənin digər nüfuz-
lu şəxslərini İslama dəvət edən Peyğəmbər müsbət bir
nəticə ala bilmədi. Qüreyş ilə qohumluq və ticarət
münasibətləri olan səqiflilər, nəinki Peyğəmbərin də-
vətinə qulaq adı, hətta onu daşlayaraq şəhərdən qov-
dular. Əbu Ləhəb qardaşı oğlunu himayədən məhrum
etdiyi üçün Məhəmməd peyğəmbər Məkkəyə daxil
olarkən Qüreyşdən bir nəfərin himayəsinə ehtiyacı
var idi. Qüreyşin nüfuzlu şəxslərindən Mütim ibn Ədi
Peyğəmbəri himayə etdi.278

6.10. İsra və Merac hadisələri
İlk dövr mənbələrindəki məlumatlara görə, hüzn
ili, ardından uğursuzluqla nəticələnən Taif səfərindən

278 İbn Hişam, s. 364-366.

184

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

sonra, Məhəmməd peyğəmbər mənəvi səyahət, Me-
rac hadisəsi ilə mükafatlandırıldı.279 Merac səyahətin-
də Məhəmməd peyğəmbərin digər dinlərin peyğəm-
bərlərindən daha yüksək dərəcəyə ucaldılmasına dair
rəvayətlər, İslamın Məkkənin sərhədlərini açaraq
ümumbəşəri bir dinə çevriləcəyi şəklində şərh olunur.

6.11. Məkkənin xaricində himayə axtarışı -
mədinəlilərlə ilk əlaqələrin qurulması

Yuxarıda da qeyd olunduğu kimi, hələ İslamın
ilk dövrlərindən etibarən, Məhəmməd peyğəmbər
həcc və ümrə üçün ətrafdan Məkkəyə və ticarət üçün
yaxınlıqdakı Ükaz yarmarkasına gələn ərəb qəbilələ-
rini İslama dəvət etmək üçün fəaliyyət göstərirdi.

6.11.1. Birinci Əqəbə biəti
Bu fəaliyyətləri çərçivəsində o, 620-ci ilin həcc
dövründə Yəsribdən (Mədinədən) gələn Xəzrəc qəbi-
ləsinə mənsub onaltınəfərlik bir qrupla Məkkənin üç
kilometrliyində yerləşən Əqəbə adlı yerdə görüşərək
onları İslama dəvət etmişdir. Xəzrəclilərlə Mədinənin
digər ərəb qəbiləsi Övslə uzun illər davam edən düş-
mənçiliyin bitməsi və Mədinədə sabitliyin yaradıl-
ması ümidi ilə Peyğəmbərin təklifinə müsbət yanaşıl-
mışdır. 621-ci ilin zilhiccə ayında on nəfər Xəzrəc, iki

279 “Üruc” (yüksəlmək) kökündən “merac” Məhəmməd Peyğəmbərin
Məscidi-Həramdan Məscidi-Əqsaya gecə səyahəti və oradan Allahın dər-
gahına yüksəlməsi üçün istifadə olunan termindir.

185

İslam tarixi................................................................................

nəfər Övs qəbiləsindən olmaqla, onikinəfərlik heyət
Əqəbədə Məhəmməd peyğəmbərlə görüşərək, ona bu
şərtlərlə biət etmişlər: Allaha şərik qoşmayacaqlar,
oğurluq və zina etməyəcəklər, uşaqları öldürməyə-
cək, iftira etməyəcək və əmrlərinə tabe olacaqlar.280

6.11.2. İkinci Əqəbə biəti
Birinci Əqəbə biəti adlanan bu hadisədən sonra
Məhəmməd peyğəmbər İslamın təlimlərini öyrətməsi
və Mədinədə müsəlman cəmiyyətinin əsasını qoyma-
sı məqsədilə səhabə Müsəb ibn Ümeyri Yəsribə
göndərdi. Müsəbin fəaliyyətləri müsbət nəticələndi,
Mədinənin iki nüfuzlu siması – Səd ibn Müaz və
Üseyd ibn Hüzeyr başda olmaqla, şəhərdə müsəlman-
ların sayı artdı. Birillik fəaliyyət nəticəsində, 622-ci
ilin həcc zamanı aralarında iki qadının da olduğu
yetmiş beş mədinəli Əqəbədə Peyğəmbərlə görüşdü.
Qardaşı oğlu ilə gələn Abbas ibn Əbdülmüttəlib mə-
dinəlilərə müraciətlə Peyğəmbəri öz şəhərlərinə apar-
dıqları üçün ərəb qəbilələrinin təhdid və təzyiqi ilə
qarşılaşacaqlarını xəbərdar etmiş, əgər qoruya bil-
məyəcəklərsə, bu işi öhdələrinə götürməməyi tövsiyə
etmişdir.
Mədinəlilərin Peyğəmbəri qoruyacaqlarına dair
vədindən sonra, Həzrət Məhəmməd onlardan bu şərt-
lərlə biət aldı: “Hicrət edən Peyğəmbəri can, mal və
ailələrini qoruduqları kimi qoruyacaqlar. Xoş gündə

280 İbn Hişam, s. 373-377.

186

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

də, dar gündə də onun sözünü dinləyəcək, lazımi
maddi dəstəyi göstərəcəklər. Xeyiri əmr edib şərə ma-
ne olacaqlar, tərəddüd etmədən haqqın tərəfində ola-
caqlar”.281

İkinci Əqəbə biəti mədinəlilərdən Peyğəmbərin
daim əlaqə saxlayacağı on iki nəfər təmsilçi seçilməsi
ilə başa çatdı. İkinci Əqəbə biəti birincisindən fərqli
olaraq, müdafiəxarakterli döyüşlə əlaqəli məsələlərə
toxunduğu üçün282 “Biəti-hərb” adlandırılmışdır.
İkinci Əqəbə biətindən sonra Məhəmməd peyğəm-
bərin Mədinəyə hicrətə icazə verməsi nəticəsində ilk
dəfə Amir ibn Rəbia ilə həyat yoldaşı Leyla bint Əbu
Hasmə hicrət etdi, bunun ardından da qruplar halında
müsəlmanların Məkkədən köçü başlandı.

6.12. Mədinəyə hicrət
İlk gündən Məhəmməd peyğəmbərin İslamı təb-
liğ etməsinə qarşı çıxan məkkəlilərin etirazı yeni dini
inkar etməklə məhdudlaşmırdı. Onlar Məhəmməd
peyğəmbər başda olmaqla, müsəlmanları təhqir et-
miş, onlara təzyiq göstərmiş və işgəncə vermişdilər.
Məşhur səhabə Əmmar ibn Yasirin atası Yasir və
anası Süməyyəni işgəncə ilə öldürmüşdülər. Məhəm-
məd peyğəmbər əmisi Əbu Talibin himayəsində oldu-
ğu dövrlərdə Qüreyşin əzab-əziyyətinə daha az məruz

281 İbn Hişam, s. 379-386.
282 İbn Hişam, s. 383.

187

İslam tarixi................................................................................

qalsa da, onun vəfatından sonra digər müsəlmanlar
kimi, o da məkkəlilərin açıq hədəfində idi.

Müsəlmanlar belə bir şəraitdə, adətən, Qüreyşin
təqib və təzyiqinə məruz qalmamaq üçün gizli şəkildə
hicrət edirdilər. Bununla birlikdə, mənbələrdə bildi-
rildiyinə görə, Ömər ibn Xəttab kimi Qüreyşə mey-
dan oxuyaraq hicrət edənlər də var idi. Qüreyşin müx-
təlif vasitələrlə müsəlmanların hicrətinə maneolma
cəhdinə baxmayaraq, qısa müddətdə müsəlmanların
əksəriyyəti Yəsribə köçdü. Geridə, sadəcə, Həzrət
Peyğəmbər, Əli ibn Əbu Talib və anası, Əbu Bəkr və
ailəsi, həmçinin hicrət etmə imkanı olmayan və müş-
riklərin mane olduqları şəxslər qalmışdılar.283

Müsəlmanların kütləvi şəkildə Mədinəyə köçü
Məhəmməd peyğəmbərin də hicrət edəcəyinə işarə
idi. Bu isə öz növbəsində, Peyğəmbərin Mədinədə
güclənməsi və Qüreyş üçün təhdidə çevrilməsi demək
idi. Məkkəlilər məsələnin həlli üçün Darünnədvədə
toplandılar və Əbu Cəhlin təklifi ilə Peyğəmbəri öl-
dürməyə qərar verdilər.

Məhəmməd peyğəmbər isə Əbu Bəkrlə birlikdə
Məkkədən çıxaraq, Qüreyşi yanıltmaq məqsədilə əv-
vəlcə Sövr dağındakı mağarada bir neçə gün qaldıq-
dan sonra, 13 sentyabr 622-ci ildə Mədinəyə doğru
yola çıxdı.

283 İbn Hişam, s. 400-413.

188

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

Məhəmməd peyğəmbərin hicrət səfəri

189

İslam tarixi................................................................................

Mənbələrdə Qüreyşin Məhəmməd peyğəmbəri
yaxalamaq üçün yüz dəvə mükafat müəyyənləşdir-
diyi, Süraqə ibn Malik kimi bəzi şəxslərin buna cəhd
etdiyi, lakin bu təşəbbüslərin uğursuzluqla nəticələn-
diyi qeyd olunur.284

Səkkizgünlük səfərdən sonra Məhəmməd pey-
ğəmbər və hicrət yoldaşı Əbu Bəkr Mədinə yaxınlı-
ğındakı Quba qəsəbəsinə çatmış, aralarında Əli ibn
Əbu Talibin də olduğu Məkkədən gələn mühacirləri
gözlədiyi dörd gün müddətində Qubada məscid inşa
etdirmişdir. Cümə günü Qubadan Yəsribə doğru yola
çıxan Peyğəmbər Ranuna vadisində Salim ibn Övf
qəbiləsinin yurdunda ilk Cümə namazını qıldırmışdır.

Mənbələrdə qeyd olunduğuna görə, Məhəmməd
peyğəmbərin bir dəstə mühacirlə Mədinəyə girişi şə-
hər əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşı-
lanmışdır.285 Mədinəlilərin Əqəbə görüşlərindən eti-
barən müsəlmanları və Peyğəmbəri himayə etməklə
mühüm bir öhdəlik götürmələrinin özünəməxsus si-
yasi, ictimai, dini və iqtisadi səbəbləri diqqətə alın-
dıqda, bu qarşılanma təbii hesab olunmalıdır. İslamın
yaranması əsnasında Övs və Xəzrəc qəbilələri arasın-
da bir əsrdən çox sürən düşmənçilik var idi. Bu düş-
mənçiliyin son mərhələsi kimi, VII əsrin başlanğıcın-

284 İbn Hişam, s. 418; İbn Səd, I, 229; Təbəri, II, 376.
285 İbn Hişam, s. 425.

190

................. Məhəmməd peyğəmbərin Məkkədədki fəaliyyətləri

da iki qəbilə arasında bir neçə il davam edən Büas dö-
yüşü olmuş və nəticədə, hər iki tərəfdən çox sayda in-
san tələf olmuşdur.286 Buna görə, öz qəbilələri xari-
cindən bir nəfərin mövcud düşmənliyin sona çatma-
sında rol oynaya biləcəyinə inanan Övs və Xəzrəc
mənsubları həzrət peyğəmbərin İslamın təlimləri ilə
aralarındakı rəqabətə son verəcəyini ümid edirdi-
lər.287 Digər tərəfdən, Mədinədə birlikdə yaşadıqları
yəhudi qəbilələrindən eşitdikləri, yaxın zamanda
gələcəyi gözlənilən “qurtarıcı”ya (Məsih) olan inanc
da mədinəlilərin Həzrət Məhəmmədi gözlənilən pey-
ğəmbər olaraq qəbul etməsinin səbəbi sayıla bilərdi.

Mədinəlilər nöqteyi-nəzərindən qüvvədə olan
bu dini və siyasi görüşlərə əlavə olaraq, Məhəmməd
peyğəmbərin də Mədinəni hicrət yurdu kimi seçməsi-
nin özünəməxsus səbəbləri var idi. Məkkədə bütpə-
rəst qüreyşlilərin təqib və təzyiqlərinə məruz qalan
müsəlmanların ərəb qəbilələri arasında himayəçi tap-
masının mümkünsüzlüyünə görə Məhəmməd pey-
ğəmbər onları Həbəşistana göndərmişdi. Ərəbistan
yarımadasından kənarda yerləşən, Xristianlıq kimi
qurumlaşmış rəsmi dini olan və yarımada ərəblərin-
dən fərqli olaraq müəyyən dövlət ənənəsinə sahib Hə-
bəşistan bir dəstə müsəlman üçün müvəqqəti sığına-

286 İbn Səd, I, 218-219; İbnül-Əsir, əl-Kamil, I, 531.
287 Adem Apak, Anahatlarıyla İslam tarihi, I, 171-172.

191

İslam tarixi................................................................................

caq xarakteri daşısa da, İslamın yayılması və müsəl-
man cəmiyyətinin inkişafı üçün münasib deyildi.
Peyğəmbərin müsəlmanlar üçün yeni vətən axtarışı
məqsədi ilə Məkkəyə yaxın və Qüreyşlə iqtisadi əla-
qələri olan Taifə səfəri bu şəhərin İslamın dəstəklən-
məsinə, müsəlmanların himayə edilməsinə münasib
olmadığını göstərmişdi. Beləliklə, Mədinənin Ərə-
bistanın mərkəzi ticarət yolunun üzərində yerləşməsi,
bu baxımdan İslamın təbliğinə daha münasib bir
mövqedə olması; coğrafi xüsusiyyətinə görə müda-
fiəyə əlverişli bölgə hesab edilməsi, bundan daha
əhəmiyyətlisi isə siyasi baxımdan yeni idarəetmə sis-
teminə yararlı olması onun hicrət yurdu kimi seçil-
məsi səbəbləri arasında qeyd oluna bilər.

192

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri



Фясил 7

Щиърятин сийаси, игтисади
вя иътимаи нятиъяляри



193

İslam tarixi................................................................................

7.1. Hicrətin İslam cəmiyyətindəki
əhəmiyyəti

Mədinəyə hicrət yalnız bütpərəst qüreyşlilərin
təqib və təzyiqindən xilas olan müsəlmanların inanc
azadlığına qovuşması, yaxud İslamın daha əlverişli
şəraitdə təbliğ olunması kimi dini xarakter daşımırdı.
Bu hadisə siyasi, iqtisadi, ictimai və mədəni nəticələri
nöqteyi-nəzərindən İslam tarixində dönüş nöqtəsi
olmuşdur. Məkkədə siyasi cəhətdən əzilən sinif sə-
viyyəsindəki müsəlmanlar hicrət vasitəsilə siyasi
müstəqilliyə qovuşmuş və Peyğəmbərin rəhbərliyi ilə
qurulmuş yeni dövlətin vətəndaşlarına çevrilmişlər.
Belə ki, Məhəmməd Peyğəmbər Mədinəyə hicrətlə
birlikdə dövlətin təşkilatlanması məqsədilə bir sıra
zəruri tədbirlər həyata keçirmişdir. O, hicrətdən dər-
hal sonra Mədinənin sərhədlərini müəyyənləşdirərək,
yeni qurulan dövlətin vətəndaşlarının inanc, can və
mal təhlükəsizliyini təmin edən siyasi nizam yarat-
mışdır. Həmçinin bundansonrakı siyasi və hərbi fəa-
liyyətdə Mədinə sərhədləri əsas götürülərək, yarım-
adanın müxtəlif bölgələrindəki qəbilələrlə diplomatik
münasibətlər qurulmuş, yeni bir siyasi vahid kimi İs-
lam dövlətinə təsis etdiyini göstərmişdir.

Bundan əlavə, Qüreyşin on ilə yaxın təzyiqi qar-
şısında hər hansı bir silahlı müqavimət göstərməyən
müsəlmanlar, hicrətin birinci ilindən etibarən, təhlü-
kəsizliyin təmini və müdafiə məqsədilə kiçikhəcmli
hərbi yürüşlər həyata keçirmişlər ki, bu da “Biəti-

194

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

hərb” adlandırılan İkinci Əqəbə biətində nəzəri olaraq
qeyd edilən zəruri hərbi müdaxilə siyasətinin həyata
keçirilməsi idi. Qüreyş bütpərəstlərinin təzyiqlərinə
qarşı səbr etməyi tövsiyə edən Quranın Məkkə dövrü
ayələrindən fərqli olaraq, hicrətdənsonrakı ayələrdə
müsəlmanların müdafiə məqsədilə hücumlara qarşılıq
göstərməsinə icazə verilmişdir. Bütün bunlar Pey-
ğəmbərin rəhbərliyi ilə İslam dövlətinin güclənməsi-
nə, ərəb qəbilələri arasında müsəlmanlara qarşı yeni
baxış formalaşmasına səbəb olmuşdur. Nəticədə, İs-
lamın yayılması qarşısındakı maneələr tədricən orta-
dan qaldırılmış, çox sayda ərəb qəbiləsi ilə münasibət
qurulmuş, beləliklə, Məkkə ilə müqayisədə Mədinə
dövründə İslam sürətlə tərəfdar kütləsi toplamışdır.
Hadisələrin bu istiqamətdə inkişafı 628-ci ildə mək-
kəlilərlə müsəlmanlar arasında bağlanan Hüdeybiyə
müqaviləsində Qüreyşin də İslam dövlətini rəsmi şə-
kildə tanıması ilə nəticələnəcək idi.

Hicrətlə birlikdə Mədinədə yalnız yeni siyasi ni-
zam təsis edilməmiş, həm də yeni cəmiyyət anlayışı
formalaşmışdır. Siyasi-ictimai mənsubiyyət nöqteyi-
nəzərindən Cahiliyyə dövrü ərəbləri üçün səciyyəvi
olan qəbilə kimliyinin yerini yeni kimlik forması, dini
kimlik almışdır. Ərəb qəbilələri üçün yeni olan bu
kimlik şüurunun təşəkkülü və ilk müsəlman cəmiyyə-
tinin siyasi-ictimai cəhətdən möhkəmlənməsi üçün
İslamı qəbul edənlərin Mədinəyə hicrət etməsi Qur-
anda vurğulanaraq müsəlmanlardan tələb olunmuş,

195

İslam tarixi................................................................................

Məhəmməd peyğəmbər də Mədinəyə hicrəti biətin
şərti hesab etmişdir. İlk İslam cəmiyyəti üçün zəruri
olan bu qərar Məkkənin fəthinə qədər qüvvədə olmuş,
yalnız müsəlmanların təhlükəsizliyinin təmin olun-
masından və Qüreyş kimi siyasi rəqibin təsirsizləşdi-
rilməsindən sonra Məhəmməd peyğəmbər tərəfindən
ləğv edilmişdir.

Bütün bunlar diqqətə alındıqda, hicrət İslamın
yayılması və ümumbəşəri bir dinə çevrilməsi prose-
sində mühüm rol oynamışdır. İslam tarixindəki bu
əhəmiyyətinə görə hicrətlə birlikdə başlayan Mədinə
dövrü Məhəmməd peyğəmbər tərəfindən yeni mər-
hələ kimi vurğulanmış və hicrət tarixi olan 622-ci il
Raşidi xəlifələr dövründə müsəlmanların təqvim baş-
lanğıcı kimi qəbul olunmuşdur.

7.2. Hicrətdən sonra Mədinədə aparılan

islahatlar
Cahiliyyə dövründə Yəsrib adlandırılan Mədinə,
hicrətdən sonra “Peyğəmbər şəhəri” mənasında “əl-
Mədinətün-Nəbəvi”, “Mədinətür-Rəsul” adlarını al-
mış, daha sonra qısaldılaraq, Mədinə adlandırılmış-
dır. Məhəmməd peyğəmbər ömrünün sonuna qədər
Mədinədə yaşayıb, orada vəfat etdiyi üçün bu şəhər
müsəlmanların Məkkədən sonra ikinci müqəddəs şə-
həri hesab olunmuşdur. Müsəlmanlar üçün mənəvi
dəyərindən əlavə, Mədinə siyasi cəhətdən də İslam
tarixinin ilk dövrlərində mühüm rol oynamış, İslam

196

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

dövlətinin ilk paytaxtı kimi Peyğəmbər dövründən
dördüncü Raşidi xəlifəsi Əli ibn Əbu Talibin zama-
nına qədər müsəlmanların siyasi mərkəzi olmuşdur.

Məhəmməd peyğəmbər yeni dinin və dövlətin
mərkəzi kimi Mədinədə inzibati, iqtisadi, ictimai və
dini sahədə islahatlar aparmışdır. Məscidi-Nəbəvinin
inşası, “müaxat” sisteminin və “süffə” qurumunun tə-
sisi, şəhərin sərhədlərinin təyin edilməsi, əhalinin si-
yahıyaalınması, Mədinə müqaviləsinin imzalanması,
müsəlmanlar üçün yeni bazarın qurulması bu islahat-
ların mühüm tərkib hissəsi olmuşdur.

7.2.1. Mədinə məscidinin inşası
Mədinə məscidinin inşası hicrətdən sonra həyata
keçirilən ən mühüm hadisələrdən biri idi. Mənbələrə
görə, Mədinəyə hicrət zamanı Məhəmməd peyğəm-
bərin dəvəsi Qəsvənin çökdüyü ərazi sahiblərindən
alınaraq məscidin inşasına başlanılmışdır. Yeddi ay
sürən inşaat müddətində Məhəmməd peyğəmbər hə-
min əraziyə ən yaxın səhabənin, Əbu Əyyub əl-Ən-
sarinin evində yaşamış, orada müsəlmanlardan biət
almış, təbliğ fəaliyyətini davam etdirmişdir.288
Tikintisi yeddi ayda tamamlanan Mədinə məsci-
di, təqribən, 1000 m² sahədə tikilmiş üstüaçıq bir tikili

288 İbn Hişam, 428.

197

İslam tarixi................................................................................

idi. Məhəmməd peyğəmbərin ailə üzvləri üçün məs-
cidin şərq divarına bitişik otaqlar inşa edilmişdir.289
İlk dəfə Qüdsə doğru müəyyənləşdirilmiş qiblə bir il
yarımdan sonra Qüdsdən Məkkəyə doğru dəyişdiril-
miş, əvvəlki yeri isə tədricən, Quranın sistemli
şəkildə öyrənilməsinə həsr olunmuş, “Süffə”
(kölgəlik) adlandırılan tədris qurumu üçün istifadə
olunmuşdur. Müəzzin Bilal Həbəşinin azan oxumaq
üçün iplə çıxdığı “üstüvanə” adlandırılan hündür yer,
daha sonra ənənəvi məscid memarlığının mühüm bir
ünsürünə çevriləcək minarə funksiyasını görmüşdür.

Məscidi-Nəbəvi Mədinədə müsəlmanların mər-
kəzi məbədi olmaqla yanaşı, Məhəmməd peyğəmbə-
rin dövlət başçılığı, Ali Baş Komandanlıq, müəllim-
lik, hakimlik və digər sahələrdəki fəaliyyətinə görə
siyasi, ictimai, iqtisadi, elmi və mədəni cəhətdən çox-
funksiyalı bir məkan olmuşdur. Belə ki, Peyğəmbər
bir dövlət başçısı və Ali Baş Komandan kimi siyasi
və hərbi məsələləri səhabələrlə məsciddə məsləhət-
ləşərək qərar verirdi. Rəsmi və diplomatik görüşləri
məsciddə həyata keçirən Peyğəmbər “üstüvanətül-
vüfud” adlandırılan sütunun yanında elçi və heyətləri
qarşılayır, bəzən heyətlərin məsciddə qurulmuş çadır-
da qonaqlamasını təmin edirdi. Bundan əlavə, Pey-

289 İbn Hişam, s. 426-427; İbn Səd, I, 239-240; Təbəri, Tarix, II, 397.

198

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

ğəmbər bir hakim kimi müsəlmanların hüququ məsə-
lələrini də məsciddə həll edirdi. Qeyd edilənlərə para-
lel olaraq, Peyğəmbərin birincidərəcəli vəzifəsi olan
Quranın öyrədilməsi Məscidi-Nəbəvinin inşa olundu-
ğu zamandan etibarən təhsil qurumu kimi inkişafına
yol açmışdır. Yuxarıda bəhs olunduğu kimi, məsci-
din, ilk növbədə, Mədinədə evi olmayan mühacir sə-
habələrin və elçi heyətlərinin gecələdiyi “Süffə” ad-
landırılan hissəsi qısa müddət sonra Quranın sistemli
şəkildə öyrədildiyi bir tədris qurumuna çevrilmiş və
Məscidi-Nəbəvi nümunəsində məscidlər İslam tarixi
boyunca din elmlərinin öyrədildiyi tədris mərkəzi ol-
mağa davam etmişdir. Həm Peyğəmbər, həm də Ra-
şidi xəlifələri dövründə yarımadanın müxtəlif böl-
gələrinə İslamı öyrətmək üçün göndərilən, Quranı
yaxşı bildikləri üçün “qürra” adlandırılan müəllim
səhabələr “Süffə əshabı” arasından seçilmişdir. Son
olaraq qeyd etmək lazımdır ki, ətrafındakı bazar və
dükanların da təsiri ilə şəhər mərkəzi hesab olunan
Məscidi-Nəbəvi Mədinə müsəlmanlarının sosial və
mədəni həyatında da mühüm rol oynamış, bayram və
şənliklərdə xalqın toplaşdığı mərkəzə çevrilmişdir.

199

İslam tarixi................................................................................
Mədinə məscidinin planı

200


Click to View FlipBook Version