The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by orkhanjamilli, 2021-07-08 02:46:14

İslam tarixi (Elnurə Əzizova)

İslam tarixi (Elnurə Əzizova)

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

7.2.2. Qardaşlıq (müaxat) sisteminin təsis
edilməsi

Mədinədə aparılan ən mühüm islahatlardan biri,
hicrətdən qısa müddət sonra “mühacir” (hicrət edən)
adlandırılan məkkəli müsəlmanlarla “ənsar” (kömək
edən) adlandırılan mədinəli müsəlmanlar arasında
“müaxat”ın (qardaşlıq) təsis edilməsi idi.290 Yüzə ya-
xın mühacirlə ənsarın qardaş elan edildiyi müaxat sis-
temi nəticəsində mühacirlər yalnız məkan dəyişikliyi
səbəbi ilə inanc azadlığına qovuşmamış, həm də mə-
dinəli müsəlmanların iqtisadi və psixoloji dəstəyi
sayəsində yeni yurda daha asan şəkildə adaptasiya
olunmuşlar. Cahiliyyə dövrü ərəblərinin qəbilə qar-
daşlığının din qardaşlığı anlayışı ilə əvəz olunması
məqsədi daşıyan müaxat sisteminin ilk müsəlman cə-
miyyətinin siyasi, ictimai, dini, hərbi, iqtisadi və mə-
dəni cəhətdən təşəkkülündə mühüm rolu olmuşdur.

Müaxat, ilk növbədə, Mədinədə müxtəlif ərəb
qəbilələrinə mənsub müsəlmanlar arasında yaranma

290 İlk dövr mənbələrində müsəlmanlar arasında “müaxat”ın ilk
dəfə Məkkədə təsis olunduğuna dair rəvayətlər vardır. Bu rəvayətə
görə Məhəmməd peyğəmbər Məkkədə ikən Əbu Bəkrlə Ömər ibn Xət-
tab, Osman ibn Əffanla Əbdürəhman ibn Övf, Təlhə ibn Übeydullahla
Zübeyr ibn Əvvam, Səd ibn Əbu Vəqqasla Müsəb ibn Ümeyr, Əbu
Übeydə ibn Cərrahla Əbu Hüzeyfənin mövlası Salim, Həmzə ibn Əbül-
müttəliblə Zeyd ibn Harisə, Bilal Həbəşi ilə Übeydə ibn Harisi qardaş
elan etmiş, özünü isə “dünyada və axirətdə qardaşım” dediyi Əli ibn
Əbu Taliblə qardaş elan etmişdir.

201

İslam tarixi................................................................................

ehtimalı yüksək olan ixtilaf və münaqişələrin qarşısı-
nı alan vasitə idi. Həmçinin Qurani-Kərim ayələrində
olduğu kimi, klassik İslam tarixi mənbələrində “mü-
nafiq” adlandırılan “gizli müxaliflər”in Qüreyşlə itti-
faqqurma imkanını zəiflədən güclü bir müsəlman
cəmiyyətinin qurulmasında da müaxatın mühüm rolu
var idi. Digər tərəfdən, müaxat vasitəsilə ənsarın
maddi dəstək göstərdiyi mühacirlər sayəsində müsəl-
manlar Mədinədə iqtisadi balansın öz xeyirlərinə
dəyişməsinə nail olmuşlar. Mədinədə müsəlmanlar
üçün qurulan bazarda291 əksəriyyəti ticarətlə məşğul
olan mühacirlər vasitəsilə o zamana qədər şəhərin iq-
tisadi həyatında mühüm rol oynayan yəhudilərin
iqtisadi təsiri azalmışdır. Bəzi hallarda səfərdə olan
“din qardaşı”nın ailəsinin məişət problemlərini həll
etmək, Peyğəmbərdən eşitdiklərini onunla paylaşmaq
da müaxat çərçivəsində mühacir və ənsarın bir-birinə
dəstəyini təmin etmişdir. Bədr döyüşünə qədər müa-
xat çərçivəsində bir-birinin mirasçısı da sayılan ənsar
və mühacir arasındakı miras hüququ, bu döyüşdən
sonra əlaqədar Quran ayələri ilə ləğv olunmuş292 və
müaxat sistemi qarşılıqlı yardımlaşmanın tövsiyə
olunduğu din qardaşlığı ilə ümumiləşdirilmişdir.293

İslam tarixində bu hadisənin bəzi mühüm nəti-
cələri oldu. Mühacirlərin Mədinəyə uyğunlaşmasını

291 Bəlazüri, Fütuh, s. 19; İbn Şəbbə, I, 183.
292 Ənfal, 8/72-75.
293 Hücurat, 49/10.

202

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

təmin etdi. Mühacirlərə maddi dəstək imkanları araş-
dırılarkən bunun mənəvi bir qardaşlıq ilə dəstək-
lənməsi təmin edildi. Kömək olunanlarda yaranacaq
psixoloji əzilmişliyin onların faydalı fərdlərə çevril-
məsi ilə ortadan qaldırıldı. Səhabə arasında ortaq
kimlik anlayışı yayıldı. İnkar edənlər və gizli müxa-
liflərə (münafiqlərə) qarşı ümmə arasında bir həmrəy-
lik təmin edildi.

Beləliklə, bütün sərvətini Məkkədə qoyub-gələn
mühacirlərin maddi və mənəvi ehtiyaclarının təmini
üçün böyük bir dəstək yaradıldı. Məhəmməd peyğəm-
bər belə bir qardaşlıq bağı ilə sadəcə, çətin vəziyyətdə
olan mühacirlərin ehtiyaclarını təmin etməklə kifayət-
lənməyib, qəbilə əsasına bağlı olan qardaşlıq anlayı-
şının yerinə din qardaşlığı təsəvvürünü inşa etdi.

7.2.3. Mədinə müqaviləsi
Peyğəmbərin hicrəti zamanı Mədinədə mərkəzi
idarəetmə sistemi yox idi. Mədinənin ərəb (Övs və
Xəzrəc) və yəhudi (Bəni-Qeynuqa, Bəni-Nəzir və
Bəni-Qüreyzə) qəbilələrinin hər biri öz qəbilə rəisi
tərəfindən idarə olunurdu. Mədinənin on minə yaxın
əhalisinin altı minini ərəb, dörd minini yəhudilər təş-
kil edirdi. Ərəb qəbilələrindən, təqribən, min beş yü-
zü müsəlman, dörd min beş yüzə yaxını isə bütpərəst
idi.294

294 Mustafa Özkan, “Medine Vesikası”, DİA, II (EK), 213.

203

İslam tarixi................................................................................

Siyasi, dini və etnik tərkibindəki bu müxtəlifliyə
görə Mədinə Qüreyşin idarəsindəki Məkkə, həmçinin
Səqif qəbiləsinin hakim olduğu Taif kimi digər böyük
Hicaz şəhər-dövlətlərinə bənzəmirdi. Yuxarıda qeyd
olunduğu kimi, Övs və Xəzrəc qəbilələri arasındakı
mübarizə yüz ildən çox davam etmiş, ən qanlısı Büas
müharibəsi çox sayda döyüşlərə səbəb olmuşdur.295
Həmin dövrdə Nəzir və Qüreyzə oğullarının Övsü,
Qeynüqə oğullarının isə Xəzrəci dəstəkləməsindən də
aydın olduğu kimi, yəhudi qəbilələri arasında siyasi
birlik yox idi. Mədinədə siyasi cəhətdən Övs və Xəz-
rəc qəbilələri yəhudilərdən daha üstün olsalar da,
ticarət, əkinçilik, dəmirçilik, toxuculuq, silah və zinət
əşyaları istehsalı kimi mühüm sahələrdə yəhudi qəbi-
lələr iqtisadi üstünlüyə malik idilər.

Mədinə məscidi və müaxat sistemi kimi vasitə-
lərlə Mədinədə müsəlmanlar arasında dini birlik yara-
dılsa da, məkkəli bütpərəstlərin mədinəlilərə müsəl-
manların geri qaytarılması üçün göndərdikləri mək-
tublar hələ də təhlükəsizliyin təmin olunmadığını
göstərirdi. Beləliklə, mühacir və ənsar arasında həm-
rəyliyi artırmaq, onları daxili və xarici təhdid-
təhlükələrə qarşı müdafiə etmək, Mədinəni xarici hü-
cumlardan birlikdə qorumaq, Qüreyş və Mədinədəki

295 Övs və Xəzrəc arasında Cahiliyyə dövründə baş vermiş döyüşlərlə
əlaqəli baxın: İbnül-Əsir, əl-Kamil, I, 319-543.

204

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

bütpərəst ərəblər ilə yəhudilər arasında ittifaq yaradıl-
masına mane olmaq zəruri idi. Bütün bu amilləri diq-
qətə alan Məhəmməd peyğəmbər Mədinədə sülh və
əmin-amanlıq şəraitində birlikdə yaşamaq üçün yal-
nız müsəlmanların deyil, Övs və Xəzrəcin bütpərəst
mənsubları və yəhudi qəbilələrinin də daxil edildiyi
Mədinə müqaviləsini imzaladı.

Klassik mənbələrdə “kitab” və yaxud “səhifə”
adlandırılan Mədinə müqaviləsi296 dövlətin qurulma
məqsədi, funksiya və əsas prinsipləri, dövləti meyda-
na gətirən ünsürlər, onların öz aralarında və başqaları
ilə münasibətləri, idarəetmə və hüquq sistemi, inanc
və vicdan azadlığı, can, mal və digər dəyərlərin təh-
lükəsizlik kimi mövzuları əhatə etdiyinə görə, bəzi
müasir tədqiqatçılar tərəfindən “Mədinə Konstitusi-
yası” adlandırılmış, İslam tarixində ilk yazılı qanun
hesab olunmuşdur. Mədinənin onminlik əhalisi
nəzərə alındıqda azlıq (min beş yüz nəfər) təşkil edən
müsəlmanlar nöqteyi-nəzərindən Mədinə müqaviləsi
Qüreyşin hücumlarına qarşı qorunmağın və Mədinə-
nin müsəlman olmayan əhalisinin dəstəyinin zəma-
nəti idi. Mədinənin qeyri-müsəlman əhalisinə görə isə
bu müqavilə Mədinədə Cahiliyyə dövründə mövcud
olmayan daxili sabitliyin təmini üçün mühüm addım

idi.

296 İbn Hişam, s. 501-504; Əbu Übeyd, Kitabül-əmval, s. 193.

205

İslam tarixi................................................................................

Din azadlığını, yaşamaq haqqını, mal və can təh-
lükəsizliyini müdafiə edən bu müqavilə insan hüquq-
larının qorunması baxımından çox əhəmiyyətli idi.
Adam öldürməyi, zülm və haqsızlığı qadağan edən,
dövrün siyasi və mədəni həyatında yeni cığır açan
qırxyeddibəndlik bu müqavilədə vurğulanan əsas
müddəalar bunlardır:

1. Şəhər dövlətinin tərkibindəki qruplar bir
“ümmə” təşkil edirlər.

2. “Allahın Rəsulu Məhəmməd” ali qərarver-
mə səlahiyyətli hakim və ordu başçısıdır.

3. Dövlət və adları müqavilədə qeyd olunan di-
ni-siyasi qruplar qarşılıqlı hüquq və öhdəliklərə ma-
likdirlər.

4. Hər bir qrup daxili məsələlərinin həllində
sərbəstdir. Qanpulu, əsirlik fidyəsi, müharibə xərcləri
və s. hüquqi, hərbi və maddi məsələləri daxili qayda-
da həll etməlidir. Yalnız müxtəlif qruplar arasındakı
anlaşılmazlıqlarda son qərar Məhəmməd peyğəmbər
tərəfindən verilir.

5. Müsəlmanlar, yəhudilər və digər qruplar xa-
rici təhlükəyə qarşı həmrəylik və qarşılıqlı yardım
göstərməlidirlər.

6. Hər bir qrupun fərdləri müxtəlif hücumlara
və hücum təhlükələrinə qarşı birlikdə mübarizə apar-
malıdırlar.

206

............................ Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri

7. Qeyri-müsəlman mədinəlilər müsəlmanların
düşməni Qüreyşlə ittifaq qurmamalı və onları himayə
etməməlidirlər.

8. Bütün qrupların din və vicdan azadlığı təmin
olunmalıdır.297

Bu müqavilə nəticəsində Mədinədə mühacir və
ənsarın; övslü və xəzrəcli bütpərəstlərin və yəhudi qə-
bilələrinin iştirakı ilə bir konfederasiya dövləti yara-
dıldı. Baxmayaraq ki, Məhəmməd peyğəmbər bu fe-
derasiyaların ən kiçiyinin, min beş yüz nəfərlik mü-
səlmanların rəhbəri idi, Mədinənin daxili siyasi və
ictimai vəziyyəti onun təşəbbüsü və liderliyi ilə belə
bir müqavilənin bağlanmasına əlverişli idi. Əqəbə
biətləri vasitəsilə hələ hicrətdən əvvəl bu siyasi birli-
yin bünövrəsini qoyan Məhəmməd peyğəmbər, Mə-
dinə müqaviləsində “ümmət” adlandırılan bu siyasi
birliyə daxil olan hər hansı bir tərəf arasındakı anla-
şılmazlığa son qərar verən bir hakim və ordu koman-
diri kimi qəbul edilmişdir. İlk baxışda müxtəli dini və
etnik qruplar arasında bağlanmış ictimai bir müqavilə
kimi görünməklə yanaşı, bu müqavilə daha əvvəl
mərkəzi idarəyə sahib vahid bir dövlət xüsusiyyətinə
malik olmayan Mədinənin şəhər dövlətinə çevrilməsi
istiqamətində mühüm amil olmuşdur.

297 Mədinə müqaviləsinin şərtləri ilə əlaqəli baxın: İbn Hişam, s. 501-
504; Əbu Übeyd, Kitâbül-Əmval, s. 193-196; Muhamməd Hamidullah,
İslam Peyğəmbəri, I, 209-234.

207

İslam tarixi................................................................................



Фясил 8
Мяккялилярля мцбаризя



208

.............................................................. Məkkəlilərlə mübarizə

Məhəmməd peyğəmbərin 610-cu ildə başlayıb,
vəfat etdiyi 632-ci ilə qədər ötən otuz iki ildən artıq
vaxt ərzində İslamın Ərəbistan yarımadasında yayıl-
ması prosesi çoxsaylı maneələrlə qarşılaşmışdır. Büt-
pərəst ərəb qəbilələri Peyğəmbərin təbliğ fəaliyyəti
qarşısındakı ən böyük məneələrdən biri olmuşdur.
Xüsusilə, 628-ci ildə bağlanan Hüdeybiyə sülh müqa-
viləsinə qədər müsəlmanların daha çox mübarizə
apardıqları ərəb qəbiləsi isə Peyğəmbərin mənsub ol-
duğu Qüreyş olmuşdur.

8.1. Qüreyş qəbiləsi ilə münasibətlərdə hərbi
mərhələ

Məhəmməd peyğəmbərin və ilk müsəlmanların
mənsub olduqları Qüreyş qəbiləsi on ilə yaxın müx-
təlif üsullarla İslamın yayılmasına mane olmuşdur.
Qüreyşin Peyğəmbər başda olmaqla, Məkkədəki mü-
səlmanlara siyasi, iqtisadi və psixoloji yollarla təzyiqi
hicrətdən sonra da davam etmişdir. Müsəlmanların
Həbəşistana hicrət etməsi ilə barışmayan, onların geri
qaytarılması üçün dəfələrlə elçi heyəti göndərən Qü-
reyş, eyni siyasəti Peyğəmbərin Mədinəyə hicrətin-
dən sonra da davam etdirmişdir.

Qüreyşin liderləri müsəlmanları himayə etdiklə-
rinə görə, mədinəliləri siyasi və iqtisadi cəhətdən
təhdid edirdilər. Əbu Süfyan və Übey ibn Xələf hicrət-
dən qısa müddət sonra Mədinəyə məktub göndərərək,
Məhəmməd peyğəmbəri və müsəlmanları himayə

209

İslam tarixi................................................................................

etdiklərinə görə cavab verməli olduqlarını bildirmiş-
lər. Məktubda Məkkə və Mədinə arasında “ərəb qə-
bilələri arasında çıxacaq ən iztirablı bir müharibə”nin
baş verəcəyi təhdidi ilə onları Həzrət Məhəmmədi
himayədən imtinaya çağırmışlar.298 Müharibə təhdid-
lərindən əlavə, hicrətin ilk dövründə Qüreyş qəbiləsi-
nin Mədinə əhalisini çətin vəziyyətdə qoyan iqtisadi
sanksiyalar da tətbiq etdikləri mənbələrdə qeyd olu-
nur.299

Məhəmməd peyğəmbər Məkkə dövründə Qü-
reyşin psixoloji, fiziki və iqtisadi təzyiqlərlə müşayiət
olunan düşmənçiliyinə qarşı hər hansı bir aktiv mü-
xalifət göstərməmiş, səhabələrə də səbr etməyi məs-
ləhət görmüşdür. Beləliklə, Məkkədə müsəlmanlarla
məkkəli bütpərəstlər arasında hər hansı bir hərbi qar-
şıdurma yaranmamışdır.

Hicrətlə birlikdə həm müsəlmanların siyasi və
dini vəziyyəti dəyişmiş, həm də Qüreyşlə aralarındakı
münasibətlərdə dönüş nöqtəsi yaranmış və hərbi mər-
hələ başlanmışdır. Qüreyşin Həbəşistana və Mədinə-
yə hicrət edən müsəlmanlara qarşı təzyiqlərini davam
etdirməsi, xüsusilə mədinəliləri müsəlmanları himayə
etdiklərinə görə təhdid etməsi nəzərə alındıqda, mü-
səlmanlar nöqteyi-nəzərindən Qüreyşə qarşı hərbi
müdaxilənin birinci səbəbi özünümüdafiə idi. Belə ki,

298 İbn Həbib, əl-Mühəbbər, s. 271-274; Hamidullah, I, 241-242.
299 İbn Hişam, s. 646; Hamidullah, I, 242.

210

.............................................................. Məkkəlilərlə mübarizə

Qüreyşin on ildən artıq təzyiqlərlə davam edən, mü-
səlmanların haqsız yerə yurdlarından çıxarılması ilə
nəticələnən düşmənçiliyinə qarşı, hicrətdən sonra
müdafiəxarakterli döyüşə icazə verən Quran ayələri
nazil olmuşdur: “Zülmə məruz qaldıqlarına görə vu-
ruşanlara (döyüşməyə) izin verilmişdir. Allah onlara
kömək etməyə, əlbəttə qadirdir! O kəslər ki, haqsız
yerə, ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə
yurdlarından (Məkkədən) çıxarıldılar...”.300 Bundan
əlavə, həmin hərbi yürüşlər, ilk növbədə, müsəlman-
ların yeni siyasi birliyə və hərbi gücə malik olduqla-
rını göstərmək məqsədi daşıyırdı. Digər tərəfdən, bu
hərbi yürüşlərin əksəriyyəti Suriya və İraq ticarət yol-
larından keçən Qüreyş karvanlarına qarşı tərtib edilir
və iqtisadi təzyiq funksiyasını yerinə yetirirdi.

Bütün bu səbəblərdən hicrətin birinci ilində Mə-
həmməd peyğəmbər Mədinə ətrafında bir neçə qəzvə
və səriyyə təşkil etmişdir. Bu proses əvvəlcə Qürey-
şin iqtisadi gücünün əsasını meydana gətirən ticarət
karvanlarının müsəlmanların nüfuz dairəsində olan
Mədinə ətrafındakı karvan yollarından keçməsinə
mane olmaqla başlamışdır. Müsəlmanlara qarşı mü-
barizəsində Qüreyş bütpərəstlərinin ən mühüm maddi
gücü minlərlə dəvədən ibarət ticarət karvanları idi.
Müsəlmanların Mədinədə məskunlaşmalarından, təq-
ribən, bir il sonra məkkəlilərin ticarət karvanlarına

300 Həcc, 22/39-40.

211

İslam tarixi................................................................................

hücum etməsi onları iqtisadi cəhətdən zəiflətməklə
yanaşı, həm də psixoloji təzyiq məqsədi daşıyırdı. Be-
ləliklə, 624-cü ildə müsəlmanlarla məkkəlilər arasında
baş vermiş ilk mühüm müharibə sayılan Bədr qəz-
vəsinə qədər Qüreyşə qarşı bir neçə səriyyə və qəzvə
tərtib olunmuşdur. 623-cü ilin ilk aylarında Həmzə ibn
Əbdülmüttəlibin başçılığı ilə otuznəfərlik hərbi dəstə
Mədinənin qərbində Qırmızı dəniz sahilində Cüheynə
qəbiləsinin ərazisində düşərgə salmış Əbu Cəhlin baş-
çılığı ilə üçyüzdəvəlik karvanla qarşılaşmışdır. Cühey-
nənin rəisi Məcdiy ibn Əmrin hər iki tərəfi himayə
etməsi nəticəsində İs səriyyəsi adlandırılan bu hərbi
yürüşdə toqquşma baş verməmişdir.301

İs səriyyəsindən bir neçə həftə sonra, Übeydə
ibn Harisin başçılığı ilə digər bir səriyyə Əbu Cəhlin
oğlu İkrimənin rəhbərliyi ilə ikiyüznəfərlik Qüreyş
karvanına qarşı göndərilmişdir.302 Bir ay sonra Səd
ibn Əbu Vəqqasın başçılığı ilə müsəlmanların səkkiz-
nəfərlik hərbi dəstəsinin həyata keçirdiyi Hərrar sə-
riyyəsində303 də dahaöncəki səriyyələrdə olduğu kimi
tərəflər toqquşmamışlar.

301 İbn Hişam, s. 503; Vaqidi, I, 9-10; İbn Səd, II, 6; Bəlazüri, Ənsab
(Hamidullah), I, 371; Təbəri, Tarix, II, 402.

302 İbn Hişam, s. 499-500; Vaqidi, I, 10-11; İbn Səd, II, 7; Bəlazüri,
Ənsab (Hamidullah), I, 371; Təbəri, Tarix, II, 402.

303 İbn Hişam, s. 507; Vaqidi, I, 11; İbn Səd, II, 7; Bəlazüri, Ənsab
(Hamidullah), I, 371; Təbəri, Tarix, Târih, II, 403.

212

.............................................................. Məkkəlilərlə mübarizə

Adları yuxarıda qeyd olunan bu səriyyələrdən
başqa, Qüreyş karvanlarına qarşı Məhəmməd pey-
ğəmbərin başçılığı ilə bir neçə qəzvə də həyata keçi-
rilmişdir. 623-cü ildə həyata keçirilmiş Əbva/Vəd-
dan,304 Ümeyyə ibn Xələfin başçılığı ilə 2500 dəvəlik
Qüreyş karvanına qarşı Büvat305 və 624-cü ildə Əbu
Süfyanın rəhbərliyi ilə 1000 dəvəlik karvana qarşı
tərtib olunan Zatülüşeyr qəzvəsi306 bu məqsədlə Pey-
ğəmbərin tərtib etdiyi qəzvələrdəndir.

Belə məlum olur ki, bu ilk səriyyə və qəzvələrin
birincidərəcəli məqsədi Qüreyş karvanlarının ələ keçi-
rilməsi olsa da, yeganə hədəfi bu deyildi. Onlar, eyni
zamanda, göndərildikləri bölgələrdəki ərəb qəbilələ-
rinin müsəlmanlara qarşı münasibətini, Qüreyşə qarşı
müsəlmanlarla əməkdaşlıq etməsinin müəyyənləşdi-
rilməsi məqsədi daşıyırdı. İbn İshaqdan nəql olunan
rəvayətə görə, Bədr döyüşü ərəfəsində Məhəmməd
peyğəmbərin kəşfiyyat məqsədilə göndərdiyi səhabə-
lərdən Bədr quyularının yaxınlığında yerli tayfalardan
Cüheynəyə mənsub iki qız arasında keçən dialoqdan
ticarət karvanının bir-iki gün ərzində bölgəyə çataca-
ğını, o zaman karvana xidmət edərək qazanacağı pulla

304 İbn Hişam, s. 499; Vaqidi, I, 12; İbn Səd, II, 8; Bəlazüri, Ənsab
(Hamidullah), I, 287; Təbəri, Tarix, II, 403-404.

305 İbn Hişam, s. 505; Vaqidi, I, 12; İbn Səd, II, 8; Bəlazüri, Ənsab
(Hamidullah), I, 287; Təbəri, Tarix, II, 407. Önkal “Buvât”, DİA, VI, 478.

306 İbn Hişam, 505-507; Vaqidi, I, 12-13; İbn Səd, II, 9; Bəlazüri, Ənsab
(Hamidullah), I, 287; Təbəri, Tarix, II, 408.

213

İslam tarixi................................................................................

yoldaşına olan borcunu ödəyəcəyini bildirmişdir.307
Bu rəvayət karvan yolları üstündə yaşayan qəbilələrin
karvanların səfər vaxtını bildiklərini, eyni zamanda,
onlara pul və yaxud mal müqabilində xidmət etdiklə-
rini göstərir.308

Qeyd etmək lazımdır ki, Məhəmməd peyğəmbər
Mədinə ətrafındakı bölgələrdən keçən digər qəbilələ-
rə aid ticarət karvanlarına deyil, yalnız Qüreyş qəbilə-
sinə aid olan karvanlara qarşı yürüşlər tərtib edirdi.
Mədinədəki müsəlmanlarla məkkəlilər arasında “mü-
haribə hüququ” qüvvəyə minmişdi. Buna görə də mü-
səlmanların hərbi yürüşləri bəsit şəkildə karvan qarəti
deyildi. Bu yürüşlər zamanı bölgədəki digər qeyri-
müsəlmanlara zərər yetirilmir, onlar təhlükəsiz şəkil-
də yaşayırdılar. Digər tərəfdən isə Həzrət Peyğəmbər
Qüreyşə qarşı bu hücumlarında ticarət yolları üzərin-
də yaşayan qəbilələrin də dəstəyini almaq məcburiy-
yətində idi. Bu qəbilələr müsəlmanlarla ittifaq qur-
maqla yalnız karvanlar sayəsində əldə edəcəkləri bö-
yük gəliri itirmə riski ilə qarşı-qarşıya qalmırdılar.
Həmçinin bu qəbilələr torpaqlarından Qüreyş karvan-
larının müsəlmanların hücumuna məruz qalması şə-
raitində Qüreyş kimi güclü bir qəbiləyə cavab vermək
məcburiyyətində qala bilərdilər.309

307 İbn Hişam, s. 520-521; Vaqidi, I, 40; Təbəri, Tarix, II, 437.
308 Bu mövzu ilə əlaqəli geniş məlumat üçün baxın. Əzizova, Hz.
Peygamber döneminde çalışma hayatı ve meslekler, s. 431-432.
309 Hamidullah, İslam Peyğəmbəri, I, 243-244.

214

.............................................................. Məkkəlilərlə mübarizə

Karvan yolu üstündəki qəbilələrdən bəzilərinin
tədricən İslamı qəbul etməsi nəticəsində, bu yollar
Qüreyş üçün təhlükəli bölgəyə çevrilmişdi. Bunu
3/624-cü ildə Zeyd ibn Harisənin başçılığı ilə göndə-
rilən Qərədə səriyyəsi əsnasında məkkəli tacir Səfvan
ibn Ümeyyənin şikayətdolu sözlərindən görmək
mümkündür: “Məhəmməd və əshabı ticarət imkanını
əlimizdən almışlar. Onlarla necə mübarizə aparacağı-
mızı bilmirik. Hələ də sahil yolunu öz nəzarətlərində
saxlayırlar. Bundan əlavə, sahil əhalisi də onlarla bir-
likdə hərəkət edir”.310 Qeyd etmək lazımdır ki, mək-
kəli tacirlərin karvan yolları üzərindəki bu təhlükəsiz
vəziyyt 6/628-ci ildə Hüdeybiyə müqaviləsinin əlaqə-
dar maddələri ilə aradan qaldırılana qədər davam et-
mişdir.311

Peyğəmbərin onillik Mədinə dövründə özünün
rəhbərlik etdiyi qəzvələrin və səhabələrdən birinin
başçılığı ilə göndərdiyi səriyyələrin böyük əksəriyyə-
ti Qüreyş qəbiləsinə qarşı olmuşdur. Bədr, Uhud və
Xəndək müharibələri, Hüdeybiyə müqaviləsi müsəl-
manlarla məkkəlilər arasındakı siyasi-hərbi münasi-
bətlərdə mühüm dönüş nöqtələri olmuşdur. Nəhayət,
630-cu ildə Məkkənin fəth olunması və qəbilə rəislə-
rinin İslamı qəbul etməsi nəticəsində Qüreyşin düş-
mənçiliyi sona çatmışdır.

310 Vaqidi, II, 197.
311 Əbu Übeyd, Kitabül-əmval, s. 250-251; Bəlazüri, Fütuh, s. 43.

215

Məhəmməd peyğəmbər dövründə Qüreyş karvanlarının ələ keçirilməsi üçün tərtib olunan səriyyə və
qəzvələr (Əzizova, Hz. Peygamber döneminde çalışma hayatı ve meslekler, s. 317-318)

Tarix Hərbi Ordu Karvan başçısı İstiqamət Nəticə
İslam tarixi................................................................................əməliyyatın adı komandiri
216
1 ramazan 1 İs səriyyəsi Həmzə ibn Əbu Cəhl ibn Hişam Suriya- Karvan ələ
/mart 623 Əbdülmüttəlib Məkkə keçirilmədi

2 şəvval 1 Rabiğ səriyyəsi Übeydə ibn Əbu Süfyan (İkrimə ibn Əbu ? Karvan ələ
/aprel 623 Haris Cəhl və yaxud Miqraz ibn Həfs) keçirilmədi

3 zilqədə Hərrar səriyyəsi Səd ibn Əbu ? Karvan ələ
1/ may 623 Vəqqas ? keçirilmədi

4 Cəmaziyələvvəl 2 Əbva/Vəddan Məhəmməd ? Karvan ələ
/Noyabr 623 qəzvəsi peyğəmbər keçirilmədi

5 Büvat qəzvəsi Məhəmməd Ümeyye b. Halef el-Cümahî ? Karvan ələ
peyğəmbər keçirilmədi

6 ramazan 2 Zətülüşeyrə Məhəmməd Əbu Süfyan Məkkə- Karvan ələ
/mart 624 qəzvəsi peyğəmbər Suriya keçirilmədi

7 rəcəb 2/yanvar 624 Bətni-Nəhlə Abdullah ibn Əmr ibn əl-Həzrəmi Taif-Məkkə Karvan
səriyyəsi Cəhş ələ keçirildi

8 ramazan 2 Bədir qəzvəsi Məhəmməd Əbu Süfyan Suriya- Karvan
/mart 624 peyğəmbər Məkkə ələ keçirildi

9 Cəmaziyəlaxir 3 Qərədə səriyyəsi Zeyd ibn Səfvan ibn Ümeyyə Məkkə-Nəcd- Karvan
/noyabr 624 Harisə /Əbu Süfyan İraq-Suriya ələ keçirildi

10 cəmaziyələvvəl 6 İs səriyyəsi Zeyd ibn Səfvan ibn Ümeyyə Suriya- Karvan
/sentyabr-oktyabr 627 Harisə Məkkə ələ keçirildi

.............................................................. Məkkəlilərlə mübarizə

Qeyd olunduğu kimi, müsəlmanlar hicrətdən on yeddi
ay sonra baş verən Bətni-Nəxlə səriyyəsinə qədər
məkkəlilərə qarşı, bir neçə hərbi yürüş tərtib etmiş,
lakin Qüreyşin gördüyü tədbirlər sayəsində silahlı
toqquşma baş verməmişdir. 624-cü ilin yanvar ayında
(hicri 2-ci ilin rəcəb ayı) Abdullah ibn Cəhşin rəh-
bərliyi ilə göndərilən yeddi-səkkiz mühacirdən ibarət
hərbi dəstə müsəlmanlarla Qüreyş arasında ilk silahlı
qarşıdurma sayılan Bətni-Nəxlə səriyyəsini həyata
keçirmişdir.312

Peyğəmbərin təhlükəsizlik tədbirlərinə görə,
göndərilmə məqsədini gizli saxladığı bu hərbi dəstə
Yəmən-Taif istiqamətindən Məkkəyə doğru gedən
ticarət karvanlarının Məkkəyə çatmamış son mənzili
sayılan Bətni-Nəxlədə Qüreyş karvanına hücum et-
mişdir. İbnül-Həzrəminin başçılığı ilə Taifdən qayı-
dan Qüreyşin dördnəfərlik ticarət karvanını ələ keçi-
rildiyi bu səriyyə müsəlmanların düşmənə hücum
edib öldürdüyü, əsir və qənimət əldə etdiyi ilk səriyyə
olmuşdur.

Abdullah ibn Cəhşin rəhbərliyi ilə hərbi dəstənin
Qüreyşin ticarət karvanını ələ keçirdiyi bu səriyyə

312 Mənbələrə görə Bətni-Nəxlə səriyyəsində iştirak edən mühacirlər
bunlardır: Əbu Hüzeyfə ibn Ütbə, Amir ibn Rəbiə, Vaqid ibn Abdullah,
Üqqaşə ibn Mihsan, Xalid ibn Bükeyr, Səd ibn Əbu Vəqqas, Ütbə ibn
Qəzvan (və bəzi mənbələrə görə, Süheyl ibn Beyza). İbn Hişam, s. 508-
511; Vaqidi, I, 13-19; İbn Səd, II, 10; Bəlazüri, Ənsab (Hamidullah), I, 371-
373; Təbəri, Tarix, II, 410-414; Mustafa Fayda, “Batn-ı Nahle Seriyyesi”,
DİA, V, 202-203.

217

İslam tarixi................................................................................

rəcəb ayında (hicri 1-ci ilin rəcəb/miladi 624-cü ilin
yanvar ayı) baş verdiyi üçün haram aylarla əlaqəli
qadağanı pozmuş hesab olunurdu. Belə ki, səriyyədə
iştirak edən müsəlmanlar özlərini ihramlı kimi göstə-
rərək, Əmr ibn Həzrəminin başçılığı ilə məkkəlilərin
dəri, kişmiş və şərabyüklü karvanını ələ keçirmişlər.
Rəcəb ayının son günündə olduqlarına görə karvana
hücum etməkdə tərəddüd keçirən müsəlmanlar “İndi
ələ keçirməsək, sabah başqa bir “haram”a, “haram
torpaqlara” daxil olacaqları üçün toxuna bilməyəcə-
yik”, – deyərək karvana hücum etmişlər.313

Bu hadisə haram ayların müqəddəsliyinə xələl
gətirdiyi iddiası ilə Qüreyşin müsəlmanlara qarşı təb-
liğat vasitəsinə çevrilmişdir.314 Məhəmməd peyğəm-
bər döyüş əmri vermədiyi halda, bütpərəstlərlə müha-
ribə edən səhabələrə ciddi irad bildirmiş, mədinəli
müsəlmanlar da onları qınamışlar. Bir müddət sonra
nazil olan və “fitnə” adlandırılan bütpərəstlərin dav-
ranışlarının haram aylardakı müharibədən daha pis
olduğunu bildirən ayə315 vasitəsilə səriyyə iştirakçı-
larına qarşı müsəlmanların münasibəti düzəlmişdir.

Bu səriyyə nəticəsində Qüreyş müsəlmanların
yalnız Şimaldan Suriya və Şərqdən İraq ticarət yolu

313 İbn Hişam, s. 509; Bəlazüri, Ənsab (Hamidullah), I, 372; Təbəri,
Tarix, II, 411-412.

314 İbn Hişam, s. 509-510; Bəlazüri, Ənsab (Hamidullah), I, 372; Təbəri,
Tarix, II, 412.

315 Bəqərə, 2/217.

218

.............................................................. Məkkəlilərlə mübarizə

üzərindən deyil, Məkkənin cənubundan hücum edə
biləcək qədər yaxınlaşan ciddi bir təhlükəyə çevril-
diyini görmüşlər. Qüreyşlə hərbi münasibətlərdə yeni
bir mərhələnin başlanğıcı olan Bətni-Nəxlədən iki ay
sonra iki tərəf arasında ilk meydan döyüşü olan Bədr
qəzvəsi baş vermişdir.

İlk səriyyələrin planı

219

İslam tarixi................................................................................

8.1.1. Bədr qəzvəsi
Qüreyş bütpərəstləri mühacirlərin Məkkədə qo-
yub-getdiyi əmlakını da öz sərmayələrinə qataraq, şi-
mal və cənub istiqamətində ticarət karvanları tərtib
edirdilər. Bu karvanlardan biri də Əbu Süfyanın rəh-
bərliyi ilə 624-cü (hicri 2-ci) ildə Suriyadan qayıdan
1 000 dəvədən ibarət ticarət karvanı idi. Mənbələrin
verdiyi məlumata görə, qüreyşli bütpərəstlərin, de-
mək olar ki, hamısının sərmayə qoyduğu 50 000 di-
narlıq bu karvanda Səid ibn As və şəriklərinin, Məh-
zumoğullarının, Haris ibn Amir və Ümeyyə ibn Xələf
kimi qəbilə rəislərinin böyük hissəsi var idi.316 Qüreyş
tacirləri əldə ediləcək qazancı müsəlmanlara qarşı or-
du hazırlanması üçün istifadə etməyi planlayırdılar.317
Bətni-Nəxlə səriyyəsində olduğu kimi, Qüreyşə iqti-
sadi təzyiq göstərmək məqsədilə müsəlmanların bu
karvanına hücumu iki tərəf arasında ilk meydan mü-
haribəsi olan Bədr qəzvəsi ilə nəticələnmişdir.
Qüreyşin bir çox tacirinin iştirak etdiyi ticarət
karvanının Əbu Süfyanın rəhbərliyi ilə Suriyaya səfər
etdiyi xəbərini alan Məhəmməd peyğəmbər böyük
sərvət daşıyan bu karvanın mühafizəsinin zəif olduğu,
buna görə də hərbi dəstə göndərməklə ələ keçirilə bi-
ləcəyi barədə səhabələrlə istişarə etmişdir. Hərbi yü-

316 Vaqidi, I, 27; Məqrizi, İmta, I, 85-86.
317 İbn Səd, II, 12-13; Təbəri, Tarix, II, 421-422.

220

.............................................................. Məkkəlilərlə mübarizə

rüşə çıxmadan on gün əvvəl karvan haqqında məlu-
mat toplamaq üçün kəşfiyyat məqsədilə göndərdiyi
Təlhə ibn Übeydullah və Səid ibn Zeyd məlumatı
zamanında çatdıra bilməmiş, yalnız Bədr qəzvəsi gü-
nü qayıtmışlar. Peyğəmbər 9 mart 624-cü (12 rama-
zan 2-ci) ildə 305 nəfərlik ordu ilə Mədinədən yola
çıxmışdır. Orduda 305 müsəlman (74 mühacir və 231
ənsar), yetmiş dəvə və iki at var idi.318

Suriyadan qayıdan Əbu Süfyan Hicaza yaxınlaş-
dıqda, müsəlmanların hücum planından xəbər tutaraq,
Məan yaxınlığında Dəmdən ibn Əmr əl-Qifarini
Məkkəyə göndərərək dəstək istəmiş, digər tərəfdən,
karvanı gözlənildiyinin əksinə, Bədr yaxınlığından
deyil, çox az istifadə olunan Qırmızı dəniz sahili yolu
ilə aparmışdır. Elçinin xəbəri çatdırması ilə Əbu Cəh-
lin rəhbərliyi ilə 1000 nəfərlik, 700 dəvə və 100 atdan
ibarət Məkkə ordusu yola çıxmış, Qırmızı dənizin 9
km uzaqlığında yerləşən Cühfə kəndinə çatdığı za-
man karvanın qurtulduğunu öyrənmişdir. Karvanın
ələ keçirilməsi təhlükəsi sovuşsa da, Qüreyşin hərbi
gücünü müsəlmanlara göstərmək üçün məkkəlilər yü-
rüşə davam etmişlər.

Digər tərəfdən, müsəlmanlar Mədinənin 160 km
Cənub Qərbində və Qırmızı dənizin 30 km uzaqlığın-
da Suriyadan Məkkəyə gedən ticarət yolu üzərində
yerləşən Bədr qəsəbəsi yaxınlığında yerləşmişlər.

318 İbn Səd, II, 12; Təbəri, Tarix, II, 478.

221

İslam tarixi................................................................................

Peyğəmbərin kəşfiyyat məqsədilə Bədr quyularına
göndərdiyi Əli ibn Əbu Talib, Zübeyr ibn Əvvam və
Səd ibn Əbu Vəqqasın ələ keçirdiyi Qüreyşə aid kö-
lələrdən məkkəlilərin ordusu haqqında məlumat al-
mış, Əmmar ibn Yasir və Abdullah ibn Məsudu təkrar
göndərərək, bu məlumatı dəqiqləşdirmişdir.319

İki ordu 14 mart 624-cü (17 ramazan 2-ci) ildə
Bədrdə qarşılaşmışdır. Bədrə daha erkən çatan müsəl-
manlar Həbbab ibn Ərətin tövsiyəsi ilə ən yaxın qu-
yunun yanında yerləşərək digər quyuları örtmüş, la-
kin daha sonra Peyğəmbər məkkəlilərin sudan istifa-
də etməsinə icazə vermişdir. Məhəmməd peyğəmbər
Ömər ibn Xəttabı məkkəlilərə göndərərək, tərəflərin
müharibə etmədən geri qayıtmasını irəli sürmüş, lakin
bu təklif qəbul edilməmişdir.

Ənənəvi ərəb müharibə üsuluna görə, iki tərəf
arasında cəngavərlərin döyüşü ilə başlayan Bədrdə
müsəlmanlardan Həmzə ibn Əbdülmüttəlib Qüreyş
ordusundan Əsvəd ibn Əbdüləsəd əl-Məxzumi ilə
döyüşərək onu məğlub etmişdir. Məkkənin nüfuzlu
şəxslərindən Ütbə ibn Rəbiə, qardaşı Şeybə və oğlu
Vəlidlə mübarizə aparmaq üçün ənsardan Övf, Müəv-
viz və Abdullah ibn Rəvahə çıxmış, lakin öz qohum-
ları ilə mübarizə aparmaq istədikləri üçün onlara qarşı
çıxan Həmzə, Əli ibn Əbu Talib və Übeydə ibn

319 Təbəri, Tarix, II, 423.

222

.............................................................. Məkkəlilərlə mübarizə

Harislə mübarizə aparmış və öldürülmüşlər.320 Tək-
bətək döyüşün bitməsindən sonra başlayan meydan
müharibəsi müsəlmanların qalibiyyəti ilə nəticələn-
miş, yetmiş məkkəli bütpərəst öldürülmüş, yetmiş
nəfəri əsir alınmış, on dörd müsəlman şəhid olmuş-
dur. Bədr şəhidlərinin cənazə namazını qılaraq dəfn
edən Peyğəmbərin tövsiyəsi ilə qüreyşli bütpərəstlə-
rin cənazələri də basdırılmışdır.

Bədr qəzvəsinin planı321

320 İbn Səd, III, 8; İbn Qüteybə, əl-Məarif, s. 124; Yəqubi, II, 47.
321 Mustafa Fayda, “Bedir Gazvesi”, DİA, V, 326.

223

İslam tarixi................................................................................

Bədr şəhidliyi

Peyğəmbər əsirlərlə əlaqəli qərar vermək üçün
səhabələrlə məsləhətləşmiş, əsirlərin öldürülməsi tək-
lifinə müsbət yanaşmamış, hər birinin maddi vəziy-
yətinə bağlı olaraq 1000-1400 dirhəm müqabilində
azad buraxılmalarına qərar vermişdir. Məkkə dövrün-
də müsəlmanlara işgəncə etdiklərinə görə Qüreyşin
nüfuzlu simalarından Üqbə ibn Əbu Müeyt və Nəzr
ibn Haris qətl edilmiş, onların xaricində məkkəli əsir-
lərə qarşı humanist davranılmışdır. Əsirlikdən qurtu-
luş pulunu ödəməyən bəzi əsirlər on müsəlmana oxu-
ma-yazmağı öyrətmək müqabilində, bəziləri isə hər

224

.............................................................. Məkkəlilərlə mübarizə

hansı bir əvəz ödəmədən azad edilmişdir.322 Peyğəm-
bərin qızı Zeynəb də Bədrdə müharibə əsiri olan hə-
yat yoldaşı Əbül-Asın azad olunması üçün ərə gedər-
kən anasının hədiyyə etdiyi boyunbağını göndərmiş-
dir. Boyunbağını görən Həzrət Peyğəmbər təsirlənə-
rək, Əbül-Ası azad etmiş, Məkkəyə döndükdən sonra
qızını Mədinəyə göndərmək qərarına gəlmişdir.323

Bədr qəzvəsinin hər iki tərəf üçün mühüm nəti-
cələri olmuşdur. Müsəlmanların nöqteyi-nəzərindən
yanaşdıqda, Bədrdə qazanılan qalibiyyət müsəlman-
lara psixoloji cəhətdən müsbət təsir etmiş; müsəlman-
ların Mədinə daxil olmaqla, yarımadadakı ərəb qəbi-
lələri arasında nüfuzunu artırmış; İslamın təbliğ olun-
ması üçün daha əlverişli zəmin yaranmış; əsirlərdən
alınan fidyə Mədinədə qurulan yeni dövlətə iqtisadi
cəhətdən dəstək olmuş; Peyğəmbərin hərbi sahədəki
bacarıq və strategiya qabiliyyətini göstərmiş; onun
müharibə zamanı əsir və yaralılara qarşı münasibəti,
qənimətin təqsim edilməsi ilə əlaqəli qərarları müsəl-
manların müharibə hüququnun əsas prinsiplərini
müəyyənləşdirmişdir.

Bədrin məkkəli bütpərəstlərə görə nəticələri ki-
mi aşağıdakıları qeyd etmək olar. İqtisadi və dini cə-
hətdən ərəb qəbilələri arasında özünəməxsus yeri
olan Qüreyşin etibarı zədələnmiş. Qüreyşin nüfuzlu

322 İbn Hişam, s. 511-512; Vaqidi, I, 27-28; İbn Səd, II, 11-20; Bəlazüri,
Ənsab (Hamidullah), I, 288-308; Təbəri, Tarix, II, 421-230.

323 İbn Səd, VIII, 31; Təbəri, Tarix, II, 468.

225

İslam tarixi................................................................................

şəxslərindən və İslama qarşı ifrat düşmənçilikləri ilə
tanınan Əbu Cəhl, Übtə ibn Rəbiə, Şeybə ibn Rəbiə,
Ümeyyə ibn Xələf, Üqbə ibn Əbu Müeyt, Nəzr ibn
Haris və digərləri öldürülmüş. Qüreyş öldürülən yet-
mişdən çox mənsubunun qan davası və intiqamı üçün
müsəlmanlara qarşı yeni müharibə hazırlığı başlat-
mış. Qüreyşin liderlərinin öldürülməsi ilə Ümeyyə-
oğullarının lideri Əbu Süfyan Məkkənin idarə olun-
masında mühüm siyasi simaya çevrilmiş. Oğlunu,
atasını və digər yaxın qohumlarını Bədrdə itirən həyat
yoldaşı Hind bint Ütbə ibn Rəbiənin təhriki ilə Əbu
Süfyan məkkəlilərlə birlikdə Bədrin intiqamını alma-
ğa and içmişdir.

8.1.2. Səviq qəzvəsi
Bədr müharibəsində qarşılaşdığı böyük bir məğ-
lubiyyətdən sonra Əbu Süfyanın rəhbərliyi ilə Qüreyş
qəbiləsi gecikmədən növbəti döyüş hazırlıqlarına
başladı. Bədrdə öldürülən qohumlarının intiqamından
əlavə, Suriya-Misir ticarət yolunun kəsilməsi və kar-
vanlarına hücum edilməsi də məkkəli bütpərəstləri
narahat edirdi. Digər tərəfdən, Mədinə müqaviləsinin
şərtlərini pozan Qeynüqa qəbiləsi sürgün olunduğu
üçün şəhərdəki digər yəhudi qəbilələrinin müsəlman-
lara qarşı münasibəti dəyişmiş, Mədinə yəhudilərinin
liderlərindən Kəb ibn Əşrəf Məkkəyə gedərək, Bədrə

226

.............................................................. Məkkəlilərlə mübarizə

görə Qüreyşə başsağlığı vermiş, onları müsəlmanlar-
dan intiqam almağa təşviq etmiş və dəstək verəcəyini
vəd etmişdir.324

Bədrdə qətlə yetirilən Əbu Cəhlin yerinə Mək-
kənin yeni lideri olan Əbu Süfyan həm itirilmiş qəbilə
etibarını yenidən qazanmaq, həm də yaxınlarının inti-
qamını alacağına içmiş və bəzi mənbələrə görə, iki-
yüznəfərlik hərbi dəstə ilə Mədinəyə yürüş etmişdir.
Mədinənin birgünlük uzaqlığındakı Seyb dağının ya-
xınlığında Nəziroğulları rəislərindən Səllam ibn Miş-
kəmin evində gecələyən Əbu Süfyanın sübh vaxtı
Mədinə yaxınlığındakı Üreyd vadisinə göndərdiyi
hərbi dəstə müsəlmanlara aid xurma bağlarını yandır-
mış və ənsardan iki müsəlmanı qətlə yetirərək Mək-
kəyə geri qayıtmışlar. Xəbər Mədinəyə çatdıqda, Mə-
həmməd peyğəmbər məkkəlilərin dəstəsini Qərqərə-
tülküdr adlı yerə qədər təqib etmiş, lakin Qüreyş dəs-
təsi ələ keçirilə bilməmişdir. Məkkəlilər azuqə olaraq
özləri ilə gətirdikləri “səviq” adlandırılan qovrulmuş
un kisələrini yolda qoyub qaçdıqlarına görə, Məhəm-
məd peyğəmbərin rəhbərliyi ilə bu hərbi yürüş “Səviq
qəzvəsi” adlandırılmışdır.325

324 İbn Hişam, s. 643-646.
325 Vaqidi, I, 181; İbn Səd, II, 37; Təbəri, Tarix, II, 485.

227

İslam tarixi................................................................................

8.1.3. Uhud döyüşü

Səviq qəzvəsinə səbəb olan hərbi yürüş Əbu
Süfyanın fərdi şəkildə intiqamını almaq təşəbbüsü ki-
mi qiymətləndirilə bilər. Ümumilikdə, Qüreyş lider-
ləri Bədr qəzvəsində öldürülən yaxınlarının intiqamı-
nı almaq, qəbilələrinin ərəblər arasında sarsılmış nü-
fuzunu bərpa etmək istəyirdilər. Bu məqsədlə Bədrdə
müsəlmanların hücumundan xilas olan Əbu Süfyanın
rəhbərliyindəki karvanın gəlirlərinin Mədinəyə qarşı
yeni bir döyüşdə istifadə edilməsi qərarlaşdırıldı.
Məkkə ətrafındakı müxtəlif qəbilələrə göndərilən qü-
reyşlilərin də cəhdi nəticəsində iki min nəfəri muzdlu
olan üçminlik ordu hazırlandı. Orduda 700 zirehli,
200 süvari və 3000 dəvə var idi.326 Bəzi məkkəli qa-
dınlar əsgərləri təşviq etmək və onlara dəstək olmaq
məqsədilə orduda iştirak edirdilər. Ramazan ayının
sonunda Məkkədən çıxan Qüreyş ordusu şəvval ayı-
nın əvvəlində Mədinənin şimalında məskən saldı.
Mənbələrin qeyd etdiyinə görə, aralarında Əbu Süf-
yanın həyat yoldaşı Hindin də olduğu on beş məkkəli
qadın orduda ruh yüksəkliyi yaratmaq məqsədilə dü-
şərgədə və döyüş boyunca savaş meydanında musiqi
alətlərinin müşayiəti ilə nəğmələr oxuyaraq ordunu
cəsarətləndirirdi.327

326 İbn Səd, II, 37-39; Təbəri, Tarix, II, 503-505.
327 İbn Hişam, s. 651; Vaqidi, I, 201-202, 225; İbn Səd, II, 37, 40;
Təbəri, Tarix, II, 504-505, 510.

228

.............................................................. Məkkəlilərlə mübarizə

Məhəmməd peyğəmbər əmisi Abbas ibn Əbdül-
müttəlibin göndərdiyi bədəvi vasitəsilə, həmçinin
Xüzaə qəbiləsindən Əmr ibn Salimin verdiyi məlu-
matlarla məkkəlilərin hazırlığı və ordusu haqqında
məlumat əldə etmişdi. Bundan əlavə, o, kəşfiyyat dəs-
təsi göndərərək məkkəlilərin ordusunun tərkibi, təc-
hizatı və məskən saldıqları yer barəsində məlumatları
dəqiqləşdirdi. Bütün məlumatlar nəzərə alınaraq, sə-
habələrlə məsləhətləşən Peyğəmbər Qüreyşə qarşı
meydan müharibəsinə deyil, Mədinənin müdafiə
olunmasına üstünlük verdiyini bildirdi. Bununla ya-
naşı, Peyğəmbər səhabələrin əksəriyyətinin fikri ola-
raq şəhərdənkənar meydan döyüşünə razılıq verdi.328
Mədinədən 1000 nəfərlə (100 zirehli) çıxan İslam or-
dusuna Səniyyə təpəsinin yaxınlığında Xəzrəc qəbi-
ləsinin nüfuzlu siması Abdullah ibn Übeyin müttəfiqi
olan 600 nəfərlik yəhudi ordusu qoşulmaq istəsə də
Peyğəmbər qəbul etmədi, bundan əlavə, orduya qo-
şulmuş azyaşlı şəxsləri Mədinəyə göndərdi.329

23 mart 625-ci ildə (7 şəvval 3-cü il) Mədinənin
5 km şərqində yerləşən Uhud dağına çatan İslam Or-
dusu arxada dağ, solda Eyneyn təpəsi olmaqla düşər-
gə qurdu. Qeyd etmək lazımdır ki, döyüş meydanına
çatmazdan əvvəl, Mədinə yaxınlığındakı Şövt adlı
yerdə meydan döyüşünə məcburi gətirildikləri etirazı

328 İbn Hişam, s. 652-653.
329 İbn Hişam, s. 653-654.

229

İslam tarixi................................................................................

ilə Abdullah ibn Übey 300 nəfərlik dəstəsi ilə ordu-
dan ayrıldıqdan sonra, İslam ordusunun sayı 700 nə-
fərə düşmüşdü.330

Ordunun döyüş mövqeyini müəyyənləşdirən Mə-
həmməd peyğəmbər Müsəb ibn Ümeyri bayraqdar,
sağ və sol cinahlara və arxadakı dəstəyə komandirlər
təyin etdi. Ordunun arxadan müdafiəsi üçün Abdullah
ibn Cübeyrin rəhbərliyi ilə əlli nəfər oxçunu Eyneyn
təpəsinə yerləşdirdi. Ordu komandirindən yeni bir
təlimat gələnə qədər yerlərində qalmağı əmr etdi.331

Meydan döyüşü başlanmazdan əvvəl Əbu Süf-
yan mədinəli müsəlmanlara, Övs və Xəzrəc qəbiləsi-
nə xəbər göndərmiş, Qüreyşin məqsədinin onlarla dö-
yüşmək olmadığını bildirərək müharibədən çəkilməyi
təklif etmişdi. Ənsarın bu təklifi qəbul etməməsi ilə
ənənəvi şəkildə təkbətək mübarizə ilə başlayan dö-
yüşdə Əli ibn Əbu Talib Qüreyşin bayraqdarı Təlhə
ibn Əbu Təlhəni, Həmzə ibn Əbdülmüttəlib isə Təl-
hənin qardaşı Osmanı öldürdü. Müsəlmanlar bayraq-
darın da aralarında olduğu məkkəlilərdən iyirmi nəfə-
rə yaxınını öldürmüş, bütpərəstlərin geri çəkildiyini
gördükdən sonra, qalib gəldiklərini düşünərək qəni-
mətləri toplamağa başlamışlar. Peyğəmbərdən yeni
bir təlimat almadıqlarına və başçı Abdullah ibn Cü-
beyrin etirazlarına baxmayaraq, Eyneyn təpəsindəki

330 İbn İshaq, s. 304; İbn Hişam, s. 653; Təbəri, Tarix, II, 504.
331 İbn Hişam, s. 654.

230

.............................................................. Məkkəlilərlə mübarizə

oxçular da döyüşün bitdiyi qənaətinə gəlmiş və qə-
nimət toplamaq üçün meydana enmişlər. Döyüşün əv-
vəlində qüreyşlilər Uhuda yaxınlaşarkən süvari dəs-
təsi ilə ordudan ayrılan Xalid ibn Vəlid arxadan mü-
səlmanlara hücum etmişdir. Müqavimət göstərən Ab-
dullah ibn Cübeyri və onunla birlikdə qalan oxçuları
öldürdükdən sonra Xalid müsəlman ordusuna hücum
etmişdir.332

Xalidin hərbi manevrindən cəsarətlənən Qüreyş
ordusu geri dönmüş, beləliklə, məkkəlilər döyüş niza-
mı pozulmuş İslam ordusuna iki tərəfdən hücum et-
mişlər. Aralarında Həmzə ibn Əbdülmüttəlib də ol-
maqla yetmişə yaxın səhabə şəhid edilmiş333, məkkəli
bütpərəstlərdən iyirmi nəfəri öldürülmüşdür. Məhəm-
məd peyğəmbər başda olmaqla, müsəlmanların bö-
yük əksəriyyəti yaralanmış, Uhud dağında qayalıq-
lara çəkilmiş və müdafiə mövqeyini seçmişlər.334

Bədrdə öldürülən yaxınlarının intiqamını almaq
üçün müsəlmanlardan öldürülənlərin cəsədlərinə iş-
gəncə verən Qüreyş ordusu Məkkəyə geri qayıtmış-
dır. Döyüş bitdikdən sonra qəzvədə iştirak etmiş qa-
dın səhabələrin də dəstəyi ilə Məhəmməd peyğəmbər
daxil olmaqla, yaralılara tibbi yardım göstərilmiş, şə-
hidlərin və qüreyşlilərin ölülərinin dəfn olunmasın-
dan sonra müsəlmanlar Mədinəyə qayıtmışlar.

332 Vaqidi, I, 240-245.
333 İbn Səd, III, 14-15; Zəhəbi, Siyər, I, 177-179.
334 İbn Hişam, 658-660; Vaqidi, I, 250-254; İbn Səd, II, 46-47.

231

İslam tarixi................................................................................

Uhud döyüşünün planı

Qüreyşin təkrar Mədinəyə hücumetmə xəbərini
alan müsəlmanlar 500 nəfərlik bir ordu ilə Həmraül-
Əsəd qəzvəsinə çıxmış, hər hansı bir ordu ilə qarşı-
laşmadıqları üçün beş gün sonra geri qayıtmışlar.335

Uhud döyüşünün həm məkkəli bütpərəstlərə,
həm də müsəlmanlara görə mühüm nəticələri olmuş-
dur. Qüreyşlilər Bədrdə öldürülən yaxınlarının intiqa-
mını almış, ərəb qəbilələri arasında itirdikləri nüfuz-
larını yenidən qazanmışlar. Eyneyn təpəsindəki oxcu-
ların bir ordu rəhbəri kimi Məhəmməd peyğəmbərin

335 İbn Hişam, s. 682-683; Vaqidi, I, 334-340; İbn Səd, II, 48-49;
Bəlazüri, Ənsab (Hamidullah), I, 336-339; Təbəri, Tarix, II, 534/538.

232

.............................................................. Məkkəlilərlə mübarizə

təlimatını yerinə yetirməyib, qənimət toplamağa üs-
tünlük verməsi ilə gedişatı dəyişən Uhud savaşı mü-
səlmanların hərbi sahədəki ilk ciddi uğursuzluğu idi.
Baxmayaraq ki, döyüşdən qısa müddət sonra güc-
lərini toplayaraq Qüreyşi təqib etmək üçün qəzvəyə
çıxmışlar. Uhudda yetmiş nəfərin şəhid olması, şəhid-
lərə işgəncə verilməsi, çox sayda səhabənin yaralan-
ması müsəlmanları psixoloji cəhətdən sarıtmış və
zəiflətmişdir. Aşağıda təfsilatlı şəkildə qeyd olunaca-
ğı kimi, Uhud döyüşünün nəticəsi həm Mədinədəki
qeyri-müsəlmanların, həm də qonşu ərəb qəbilələri-
nin müsəlmanları hədəf almasına səbəb olmuşdur.

8.1.4. Məkkəlilərin Mədinəyə son hücumu –
Xəndək savaşı

Bədr və Uhud döyüşləri Qüreyşin müsəlmanlara
qarşı düşmənçiliyini bitirməmişdi. Əksinə, Qüreyş
qəbiləsi Uhud döyüşündən sonra Suriya ticarət yolu-
nun müsəlmanlardan təhlükəsizliyini təmin edə bil-
məmiş, Məhəmməd peyğəmbərin 5/626-cı ildə Zatür-
riqa336 və Dumətülcəndələ337 yürüşü ilə Hicazdan Su-
riya və İraqa gedən ticarət karvanları təhlükə altına

336 Mədinəyə üç günlük uzaqlıqda olan Zatür-riqaya Qətəfanın Ənmar
və Sələbə qollarının Mədinəyə hücum xəbərinin alınması nəticəsində tərtib
olunmuş bu qəzvə üçün baxın. Vaqidi, I, 395-397; Bəlazüri, Ənsab
(Hamidullah), I, 340-343; İbn Səd, II, 61-62.

337 Mənbələrə görə, Dumətülcəndəlin xristian hakimi Üqeydir ibn
Əbdülməlik bölgəsindən keçən Mədinə karvanlarına hücum etdiyi

233

İslam tarixi................................................................................

düşmüşdür. Buna görə də Xəndək döyüşünə Qüreyşin
Uhud müharibəsində yarımçıq qalmış hərbi-siyasi
niyyətinin tamamlanması təşəbbüsü kimi baxmaq
mümkündür. Bədr və Uhud döyüşlərindən fərqli ola-
raq, Qüreyş daha böyük ordu və daha sistemli bir
döyüş strategiyası nəticəsində hədəfinə çatacağına
inanırdı. Buna görə də digər bütpərəst ərəb qəbilə-
lərin, həmçinin Mədinədə yaranmış yeni siyasi-iq-
tisadi-dini birliyin güclənməsinə qarşı olan bölgədəki
yəhudilərin dəstəyinin alınması vacib idi.

Məkkəlilərin ehtiyacı olan bu dəstək Mədinə
müqaviləsinin şərtlərini pozduqları üçün Uhud döyü-
şündən sonra Xeybərə sürgün olunan Nəziroğulların-
dan gəlmişdir. Nəziroğulları Xeybərə köçdükdən son-
ra, yerli əhalinin də dəstəyini alaraq, müxtəlif ərəb
qəbilələri ilə ittifaq bağlayır və müsəlmanların Suriya
ticarətinin təhlükəsizliyini pozurdular. Nəziroğulla-
rından Səllam ibn Əbu Hüqeyq, Hüyey ibn Əxtab, Ki-
nanə ibn Əbü Hüqeyq, Hövzə ibn Qeys və digərlərin-
dən ibarət bir qrupun iştirakı ilə Qüreyşə elçi heyəti
göndərilmiş və müsəlmanlara qarşı hərbi müdaxilə
olarsa, dəstək göstəriləcəyi vəd olunmuşdur. Digər tə-
rəfdən, onlar Xeybərin birillik xurmasının müqabilin-
də Qətəfan və Fəzarə qəbilələrini, həmçinin Süleym,
Kinanə və Səqif qəbilələrini də bu ittifaqa qoşmuş,

üçün Məhəmməd peyğəmbər bölgəyə hərbi yürüş tərtib etmişdir. Va-
qidi, I, 403; İbn Səd, II, 62; Bəlazüri, Ənsab (Hamidullah), I, 341; Məq-
rizi, İmta, I, 202.

234

.............................................................. Məkkəlilərlə mübarizə

Mədinənin üç tərəfdən mühasirə olunaraq ələ keçiril-
məsini planlamışlar.338

Beləliklə, Uhud döyüşündən sonra Qüreyş başda
olmaqla, bölgənin digər bütpərəst ərəb qəbilələri ilə,
həmçinin Mədinə və Xeybərdə yaşayan yəhudilərlə
müsəlmanlar arasında artan siyasi gərginlik, məkkəli-
lərin rəhbərliyi ilə Mədinəyə yeni hücumla nəticələn-
mişdir. Qüreyşlə yanaşı, Xeybər yəhudiləri, Qətəfan,
Fəzarə, Əsəd və Süleym kimi qonşu ərəb qəbilələrin-
dən ibarət müttəfiq ordusuna görə bu döyüş, Quranın
“Əhzab” surəsinin 20 və 22-ci ayələrində “əhzab”
(hizblər/qruplar) ifadəsi keçdiyi kimi həm də “Əhzab
qəzvəsi” adlandırılmışdır. Beləliklə, Xəndək döyüşü
əsnasında müsəlmanlara qarşı Qüreyşin, digər bütpə-
rəst ərəb qəbilələrinin və bölgədəki yəhudilərin üçlü
ittifaqı yaranmışdır.339

Suriya və İraqdan Mədinəyə gələn taxıl karvan-
larının Dumətülcəndəldən keçməsinə mane olunduğu
üçün Məhəmməd peyğəmbər Dumətülcəndələ yürüş
təşkil etmiş, lakin, Mədinəyə hücum olunacağına dair
aldığı xəbərə görə geri qayıdaraq döyüş hazırlıqlarına
başlamışdır.340 Uhud döyüşünün nəticələrini, üstəlik,
məkkəlilərin daha böyük bir ordu ilə hücuma keçəcə-
yini də nəzərə alan Peyğəmbər Mədinənin daxildən

338 İbn Hişam, s. 776-777.
339 Adem Apak, İslam tarihi, I, 223.
340 Vaqidi, I, 403; İbn Səd, II, 62; Bəlazüri, Ənsab (Hamidullah), I, 341;
Məqrizi, İmta, I, 202.

235

İslam tarixi................................................................................

müdafiə olunmasına qərar vermişdir. Bunun üçün sə-
habələrlə məşvərət nəticəsində, Salman Farisinin tək-
lifi ilə şəhərin ətrafında xəndək qazılaraq müdafiəsinə
qərar verilmişdir.341 Şəxsən Məhəmməd peyğəmbərin
də yaxından iştirak etdiyi xəndək qazılması prosesin-
də müsəlmanların Bəni-Qüreyzə yəhudilərindən çox
sayda qazıntı alət-ədəvatı aldıqları qeyd olunur.342
Beləliklə, Mədinənin müdafiəyə əlverişsiz yerlərdə
bir neçə həftə boyu ümumi uzunluğu 5,5 km, eni 9 m,
dərinliyi 4,5 m olan bir xəndək qazılmışdır.343

Mənbələrdə qeyd edildiyinə görə, xəndək qazıl-
dıqdan sonra Mədinəyə çatan Əbu Süfyanın başçılığı
ilə müttəfiqlərin 10000-12000-lik ordusuna qarşı mü-
səlmanların 3000 nəfərlik ordusu şəhərin müdafiəsi
üçün təyin olunmuşdu. Mühasirə müddətində Nəzir-
oğullarının təhriki ilə müttəfiqlərə dəstək vəd edən
Mədinədəki Qüreyzəoğulları qəbiləsi hərəkətsiz hala
gətirildiyi üçün şəhərin daxilindən müsəlmanlara qar-
şı gözlənilən hücum baş tutmadı. İyirmi günə yaxın
davam edən mühasirə əsnasında müəyyən kiçik dö-
yüşlər baş versə də, müttəfiqlər hazırlıqlı olmadıqla-
rından, uzunsürən səfərdən nəticə əldə etmədilər.344

341 İbn İshaq, s. 70-71; İbn Hişam, s. 778-779.
342 Məqrizi, İmta, I, 225.
343 Məhəmməd Hamidullah, “Hendek gazvesi”, DİA, XVII, 194-195.
344 Vaqidi, II, 464-466; İbn Səd, II, 67-69.

236

.............................................................. Məkkəlilərlə mübarizə

Mədinədə xəndək qazılan yerlər

237

İslam tarixi................................................................................

Mədinənin mühasirədə qaldığı Xəndək döyüşü
əsnasında, müsəlmanlar üçün yeganə təhlükə şəhər
xaricindəki müttəfiq ordusu deyildi. Mədinə müqavi-
ləsi ilə şəhərin müdafiə olunmasını öhdələrinə götür-
müş yəhudi qəbilələrindən Qüreyzəoğulları düşmənlə
əməkdaşlıq etməklə, daxildə də müsəlmanlar üçün
təhlükəli vəziyyət yaratmışdılar. Belə ki, mühasirə
müddətində Xeybərdəki Qeynüqaoğullarının lideri
Hüyey ibn Əxtəb, Qüreyzəoğullarının rəisi Kəb ibn
Əsəd əl-Qürəzi ilə müsəlmanlar əleyhinə ittifaq qur-
muşdu.345 Beləliklə, müsəlmanlar biri daxildə, digəri
xaricdə olmaqla şəhəri mühasirəyə alan iki düşmən
arasında qalmışdılar.

Mənbələrdə qeyd edildiyinə görə, Xəndək mü-
hasirəsi əsnasında şəhərdəki müsəlman qadınlar Qü-
reyzəoğullarından gələcək təhlükədən qorunmaq
üçün ənsarın “ütum” adlandırılan çoxmərtəbəli evlə-
rinə yerləşdirilmişdilər.346 Mənbələrə görə, Peyğəm-
bərin bibisi Səfiyyə bint Əbdülmüttəlib müsəlman
qadınların bir qisminin mühasirə əsnasında sığındığı
şair Həssan ibn Sabitin Fari adlı malikanəsinə hücüm
edən Bəni-Qüreyzəyə mənsub bir nəfəri öldürmüş-
dü.347 Qüreyzə qəbiləsinin xəyanət etdiyini öyrənən

345 İbn Hişam, s. 781-782; Vaqidi, II, 454-456; İbn Səd, II, 71.
346 İbn Hişam, s. 786-787; Vaqidi, II, 469; Təbəri, Tarix, II, 575-
577.
347 İbn Hişam, s. 787-788; Təbəri, Tarix, II, 577.

238

.............................................................. Məkkəlilərlə mübarizə

Məhəmməd peyğəmbər onların üzərinə hərbi dəstə
göndərərək mühasirəyə salmışdı.

Digər tərəfdən, Məhəmməd peyğəmbər Qətəfan
və Fəzarə qəbilələrinə heyət göndərərək, onları Mə-
dinənin illik xurmasının üçdəbir hissəsi müqabilində
məkkəlilərlə ittifaqı pozmağa dəvət etmiş, lakin hə-
min qəbilələrin məhsulun yarısını tələb etməsi ilə ra-
zılaşmadığı üçün bu plan həyata keçməmişdir.348 Mü-
hasirə müddətində Qətəfanın bir qolu olan Bəni-Əşcə
qəbiləsinin rəisi Məhəmməd peyğəmbərə müsəlman
olduğunu bildirmiş, Peyğəmbərin təklifi ilə Xəndək
döyüşünün nəticəsini dəyişdirəcək bir plan həyata ke-
çirmişdir. Müsəlman olduğunu qəbiləsindən gizləyən
Nüeym ibn Məsud bir tərəfdən, Bəni-Qüreyzə, digər
tərəfdən, Qüreyşlə ayrı-ayrılıqda görüşərək, onların
bir-birinə etimad etməməsi ilə nəticələnəcək danışıq-
lar aparmışdır. O, ilk növbədə, Qüreyzə qəbiləsi ilə
görüşərək, müttəfiq ordularının müharibədən sonra
öz ölkələrinə dönəcəyini və Qüreyzənin yalnız qala-
cağını xatırladaraq, Qüreyş və Qətəfan qəbiləsindən
zəmanət olaraq bəzi şəxsləri öz yanında saxlamasını
təklif etmişdir. Nüeym, daha sonra Əbu Süfyanla gö-
rüşərək, Bəni-Qüreyzənin müsəlmanlara qarşı çıxdıq-
ları üçün peşman olub yenidən onlarla müqavilə bağ-
ladıqlarını, bu müqaviləyə görə, Qüreyşin bir neçə
nüfuzlu simasını öldürmək üçün tələb edəcəklərini

348 İbn Hişam, s. 783-784.

239

İslam tarixi................................................................................

bildirmiş, bunun müqabilində Məhəmməd peyğəm-
bərin Bəni-Nəzir yəhudilərinin torpaqlarına qaytarı-
lacağına dair vəd verdiyini demişdir. Beləliklə, Nəzir-
oğulları ilə müttəfiq ordu arasında anlaşma pozul-
muşdur.349

Qısa bir müddətdə bitəcək bir döyüş üçün hazır-
lanmış müttəfiqlər ordunun ərzaq və digər ehtiyatının
bitməsi, Mədinənin iqlim fərqliliyi, məkkəlilərin iq-
tisadi həyatında mühüm rolu olan həcc dövrünün ya-
xınlaşması və s. amillərə görə mühasirəni ləğv etmək
məcburiyyətində qalmışlar.

627-ci ilin 1 martında (5 şəvval 7-ci il) başlayıb,
24 martda (1 zilqədə) sona çatan Xəndək döyüşündə
altı müsəlman şəhid olmuş, qüreyşlilərdən səkkiz nə-
fər öldürülmüşdür. Qeyd etmək lazımdır ki, mühasirə
zamanı yaralanan müsəlmanların müalicəsi üçün İs-
lam tarixində ilk dəfə sistemli səhiyyə xidməti verən
tibb ocağı qurulmuşdur. Qadın səhabələrdən Rüfeydə
bint Səd əl-Əsləmiyyənin xidmət göstərdiyi çadırda
başda Səd ibn Müaz olmaqla, Xəndək müharibəsi əs-
nasında ciddi yaralanmış müsəlmanlar müalicə olun-
muşlar.350

Müsəlmanlarla Qüreyş arasındakı münasibətlər-
də bir dönüş nöqtəsi olan Xəndək qəzvəsi ilə birlikdə

349 İbn Hişam, s. 788; Vaqidi, II, 470-484; İbn Səd, II, 69-70.
350 İbn Hişam, s. 796; Vaqidi, II, 510; İbn Səd, VIII, 291; Təbəri, Tarix,
II, 575, 586-587.

240

.............................................................. Məkkəlilərlə mübarizə

məkkəlilərin hicrətdən sonra müsəlmanlara qarşı hər-
bi yürüşləri sona çatmışdır.

Xəndək müharibəsindəki 10-12 minlik müttəfiq
ordusu Mədinəyə hicrətdən sonra məkkəlilərin mü-
səlmanlara qarşı yaratdığı ən böyük ordu idi. Qüreyş
qəbiləsi müsəlmanlara qarşı bir daha belə böyük ordu
təşkil edə və müttəfiqləri ilə birlikdə Mədinə üzərinə
hücuma keçə bilmədi. Müsəlmanlar isə Hicazda o
vaxta qədər toplanan ən böyük müttəfiq ordusuna qa-
lib gəldikləri üçün ətraf qəbilələr arasında Uhudda
itirdikləri nüfuzlarını yenidən qazandılar. Xəndək
qəzvəsindən sonra müsəlmanların düşmənə qarşı hərb
siyasətində də mühüm dəyişiklik baş vermiş, artıq hü-
cum etməsini gözləmədən düşmən üzərinə ordu gön-
dərilmişdir.

8.1.5. Hüdeybiyə müqaviləsi
Xəndək döyüşündə müsəlmanlar müttəfiq ordu-
lara qalib gəlsələr də, düşmən qrupların ayrı-ayrılıqda
Mədinəni üç tərəfdən təhdidi davam edirdi. Qüreyş
qəbiləsi cənubdan, talançı Qətəfan və Fəzarə qəbilə-
ləri Mədinədən sürgün edilmiş Nəziroğulları ilə bəra-
bər, Xeybər şəhəri isə şimaldan müsəlmanlar üçün
təhlükə olaraq qalırdı. Eyni anda üç fərqli tərəflə mü-
barizə aparmağın çətinliyini nəzərə alan Məhəmməd
peyğəmbər bəzi rəqibləri ilə münasibətləri sülh şə-
raitində həll etməyə çalışmışdır.

241

İslam tarixi................................................................................

Fəzarə və Qətəfan heç bir dövlət ənənəsi olma-
yan talançı köçəri qəbilələr olduqları üçün Məhəm-
məd peyğəmbər onlara etibar etməmişdir. O, fərqli
etnik və dini kimliyə mənsub, üstəlik, Mədinədən sür-
gün olunmuş Nəziroğulları ilə sülhü mümkün hesab
etməmişdir. Belə vəziyyətdə Peyğəmbərin özünün
mənsub olduğu qəbilə, həm də müsəlmanların dini
mərkəzi olan Məkkə sakinləri olduqları üçün Qüreyş
qəbiləsi ilə sülh müqaviləsi bağlamaq daha real görü-
nürdü. İslamın Ərəbistan yarımadasında yayılmasının
sürətlənməsində də Qüreyşlə sülhün böyük rolu ola
bilərdi. Nineviya döyüşündə Bizansın qalib gəlməsi
Sasanilərin Ərəbistan yarımadasındakı ərazilərində
İslamın yayılmasına imkan yaratmış, yəmaməli qəbi-
lələrdən müsəlman olanlar sayəsində İslam Bəsrə
körfəzinə qədər yayılmışdı. Belə bir şəraitdə Məkkə
ilə bağlanacaq sülh müqaviləsi İslamın Yəməndə də
yayılmasına yol aça bilərdi.351

Müsəlmanların lehinə olan dini, sosial və siyasi
səbəblərlə yanaşı, iqtisadi cəhətdən də Qüreyş müsəl-
manlardan gələcək sülhü qəbul etməyə hazır görünür-
dü. Müsəlmanların Mədinəyə hicrətindən sonra, Qü-
reyşin yeganə qazanc yolu olan ticarət karvanlarının
təhlüksizliyi mədinəlilər tərəfindən pozulduğu üçün
Məkkə iqtisadi böhranda idi. Suriya və Misirdən ke-
çən ticarət karvanlarına əlavə olaraq İraq ticarət yolu

351 Hamidullah, İslam peyğəmbəri, I, 279-280.

242

.............................................................. Məkkəlilərlə mübarizə

da müsəlmanların nəzarətində idi. Bundan əlavə,
Yəmamədəki Bəni-Hənifə qəbiləsinin nüfuzlu şəxslə-
rindən Sümamə ibn Üsalın müsəlman olmasından
sonra, Məkkəyə Şərqdə Yəmamə və Nəcddən ərzaq
malları gəlməsi çətinləşmiş, cənubdan isə müsəlman-
ların sadiq müttəfiqi və Qüreyşin rəqibi Xüzaə qəbi-
ləsi Yəmən yolunu təhlükə altında qoymuşdu.352

Qüreyşin belə bir şəraitdə müsəlmanlara qarşı si-
yasi düşmənliyi davam etdirməsi çətin olduğu üçün,
rəqibləri arasında müsəlmanlarla sülh bağlamağa ən
uyğun tərəf kimi görünürdü. Hüdeybiyə müqaviləsi
bağlanana qədər Məhəmməd peyğəmbər də Qüreyşin
iqtisadi çətinliyini nəzərə alaraq, münasibətləri yum-
şaltmaq üçün müəyyən tədbirlər görmüşdü. O, 5-ci/-
627-ci ildə Məkkədə qıtlıq baş verdiyi zaman şəhərin
imkansız ailələrinə 500 dinar məbləğində yardım
etmiş, Əbu Süfyana böyük miqdarda Mədinə xurması
göndərərək, bunun müqabilində satmaqda çətinlik
çəkdiyi dəriləri almışdır.353 Digər tərəfdən, Əbu Süf-
yanın Həbəşistana hicrət etmiş qızı Ümmü Həbibə ilə
evlənərək, nikah diplomatiyası vasitəsilə Məkkənin
rəisi ilə münasibətləri yaxşılaşdırmağa çalışmışdır.354

Mənbələrdən verilən məlumata görə, Məhəm-
məd peyğəmbər məkkəli müsəlmanlarla birlikdə altı

352 Hamidullah, İslam peyğəmbəri, I, 274-276; həmin müəllif,
“Hudeybiye antlaşması”, DİA, XVIII, 218-219.

353 Əbu Übeyd, Kitabül-Əmval, s. 347; İbn Həcər, əl-İsabə, III, 413.
354 İbn Hişam, s. 1162.

243

İslam tarixi................................................................................

il əvvəl çıxdıqları doğma şəhərini yenidən görmək və
Kəbəni təvaf etmək məqsədilə ümrə etmək qərarını
vermiş, Mədinədə öz yerinə Nümeylə ibn Abdullah
əl-Leysini vəkil təyin edərək, 1500-ə yaxın səhabə ilə
628-ci ilin mart ayında (hicri 6-cı ilin zilqədə ayı)
Məkkəyə doğru yola çıxmışdır.355 Mədinənin mi-
qat356 yeri olan Zülhüleyfədə ümrə məqsədi ilə ehra-
ma girən müsəlmanlar özləri ilə yetmişə yaxın qur-
banlıq dəvə və yalnız səfər silahı götürmüşdülər.

Məkkədən 17 km aralıqdakı Hüdeybiyəyə çatan
müsəlmanlar Xalid ibn Vəlidin başçılığı ilə 200 nə-
fərlik Qüreyş dəstəsi tərəfindən dayandırılmış və on-
ların Məkkəyə girmələrinə maneçilik törədilmişdir.357
Tərəflər arasında danışıqların başlanması üçün Mə-
həmməd peyğəmbər müsəlmanların təmsilçisi olaraq
Xüzaə qəbiləsinin rəislərindən Büdeyl ibn Vərqanın
rəhbərliyi ilə bir heyəti, ardınca Hiraş ibn Ümeyyəni
Məkkəyə göndərdi. O, məqsədinin ümrə olduğunu,
müharibə etmək niyyətinin olmadığını bildirdi. Qü-
reyş də öz növbəsində, Mikrəz ibn Həfs və Ürvə ibn
Məsud əs-Səqəfini elçi olaraq göndərdi, lakin ilkin
danışıqlar nəticə vermədi. Üstəlik, bu danışıqlar za-
manı Qüreyş daim müsəlmanların sülh niyyəti ilə
gəlmədiyini göstərmək üçün təhrikedici davranışlar

355 İbn Hişam, s. 854.
356 Həcc və ümrə ziyarətinə gedənlərin ehrama girmələri üçün təyin
olunmuş xüsusi yerlərə verilən ad.
357 İbn Hişam, s. 855; Vaqidi, II, 572-578; İbn Səd, II, 95-96.

244

.............................................................. Məkkəlilərlə mübarizə

nümayiş etdirirdi. Belə ki, Qüreyşin müsəlmanlara
daş və ox atmaq üçün göndərdiyi qırxnəfərlik bir dəs-
tə müsəlmanlar tərəfindən ələ keçirildi. Peyğəmbərin
bu dəstəni bağışlaması məkkəlilərin öz planlarını
həyata keçirməsinə mane oldu.358

Göndərdiyi vasitəçilərin Qüreyşlə danışıqları bir
nəticə vermədiyi üçün Məhəmməd peyğəmbər mək-
kəli müsəlmanlardan birini elçi olaraq göndərməyə
qərar verdi və ilk növbədə, Ömər ibn Xəttabı seçdi.
Ömər Qüreyşin ona qarşı düşmənçiliyini xatırladaraq,
qəbiləsi Ədiyoğullarından heç kimin onu Məkkədə
müdafiə edə bilməyəcəyini də əlavə etdi. O, bu iş
üçün münasib namizəd kimi, Ümeyyəoğullarından
olan, elçiliyi daha az təhlükəli hesab edilən Osman
ibn Əffanı təklif etdi. Məhəmməd peyğəmbər Ömər
ibn Xəttabın bu təklifini münasib hesab edib, Osman
ibn Əffanı Qüreyşlə danışıqlar üçün Məkkəyə gön-
dərdi.359

Osman ibn Əffan Ümeyyəoğullarının lideri Əbu
Süfyan başda olmaqla, Qüreyşin qəbilə rəisləri ilə gö-
rüşüb, Peyğəmbərin və müsəlmanların ümrə məqsə-
dilə gəldiklərini, Kəbəni ziyarət edib qayıdacaqlarını
bildirdi. Məkkəlilər ona əgər istərsə, Kəbəni təvaf edə
biləcəyini, lakin nə Peyğəmbərin, nə də digər müsəl-
manların ziyarətinə icazə verilməyəcəyini bildirdilər.

358 İbn Hişam, s. 856-859; Vaqidi, II, 590-595; İbn Səd, II, 96.
359 İbn Hişam, s. 859.

245

İslam tarixi................................................................................

Osman ibn Əffan bu təklifi qəbul etmədiyi üçün mək-
kəlilər onu həbs etdilər.

Osman ibn Əffanın bir müddət Məkkədə saxlan-
masından onun öldürüldüyünü düşünən müsəlmanlar
bütpərəst məkkəlilərə qarşı sonunadək mübarizə apa-
racaqlarına dair Peyğəmbərə biət etdilər.360 Müsəl-
manlar ağacın altında biət etdikləri üçün həmin ağaca
görə Quranda “Rizvan biəti” (Beyətürrizvan) adlan-
dırılan361 bu hadisədən sonra məkkəlilər Osman ibn
Əffanı azadlığa buraxdı. Onlar müsəlmanlarla danı-
şıqlar üçün Süheyl ibn Əmrin başçılığı ilə bir heyət
göndərmiş və müzakirələrdən sonra tərəflər arasında
Hüdeybiyə müqaviləsi bağlanmışdır.

Mətnini Əli ibn Əbu Talibin yazdığı, müsəlman-
ların lideri kimi Məhəmməd peyğəmbərin və Qü-
reyşin təmsilçisi olaraq Süheyl ibn Əmrin imzaladığı
bu müqavilədə məkkəlilərin bir çox tələbinin qəbul
edildiyi şərtlər üstünlük təşkil edirdi:

1. Müsəlmanlar həmin il ümrə ziyarətini yerinə
yetirməyib, Hüdeybiyədən Mədinəyə qayıtmalı və
ümrə üçün növbəti il gəlməli idilər.

360 İbn Hişam, s. 859-860.
361 “And olsun ki, ağac altında sənə beyət etdikləri zaman Allah mö-
minlərdən razı oldu, ürəklərində olanı bildi, onlara arxayınlıq göndərdi və
onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.” Fəth,
48/18.

246

.............................................................. Məkkəlilərlə mübarizə

2. İki tərəf arasındakı bu müqavilə onillik müd-
dətə bağlanılır. Bu müddət ərzində tərəflər bir-birinin
təhlükəsizliyinə zəmanət verirlər.

3. Vəlisinin icazəsi olmadan məkkəlilərdən biri
Məhəmməd peyğəmbərin yanına Mədinəyə getsə, ge-
ri qaytarılmalı, lakin Mədinədən bir nəfər Məkkəyə
sığınsa geri qaytarılmamalıdır.

4. Hər iki tərəfin müqavilə müddətində bir-bi-
rinə qarşı qılınc çəkməyəcəyinə və xəyanət etməyə-
cəyinə zəmanət veriləcək.362

5. Bu müddət ərzində iki tərəfdən biri bu müqa-
viləyə daxil olmayan başqa bir tərəflə müharibə edər-
sə, digər tərəf neytrallığını qorumalıdır. Hər iki tərəf
idarə etdiyi ərazidə karvan, həcc və ümrə səfərlərinin
təhlükəsizliyini təmin etməlidir.

6. Ərəb qəbilələri istədikləri tərəflə ittifaq qura
bilərlər.

7. Müqaviləni imzalayan tərəf-müqabillərin-
dən başqa, onlarla müttəfiq olan qəbilələr də bu anlaş-
maya riayət etməlidirlər.363

362 Əbu Übeydin və Bəlazürinin nəql etdiyi mətndə hər iki tərəfin də
karvan yollarının təhlükəsizlikdə olduğuna dair aşağıdakı maddə keçir:
“Müqavilə müddətincə müsəlmanlardan biri həc və yaxud ümrə üçün və
yaxud Yəmən və Taifə getmək üçün Məkkəyə gələrsə, təhlükəsizlikdə ola-
caq. Buna bənzər şəkildə, Suriyaya və yaxud şərqə getmək üçün Mədinəyə
gələn məkkəlilər də təhlükəsizlikdə olacaqlar.” Əbu Übeyd, Kitabül-
əmval, s. 250-251; Bəlazüri, Fütuh, s. 43.

363 İbn Hişam, 860-862; İbn Səd, II, 98-102; Vaqidi, II, 611-612.

247

İslam tarixi................................................................................

Müqavilə mətnində məkkəlilərin tələbi ilə “Al-
lahın elçisi Məhəmməd” (Muhamməd ər-Rəsulullah)
yerinə Məhəmməd ibn Abdullah yazılması, həmin il
ümrəyə icazə verilməməsi, məkkəli müsəlmanların
Mədinəyə hicrətinə mane olunması, Mədinədən Mək-
kəyə qayıtmaq istəyənlərə icazə verilməsi kimi şərt-
lərə görə, ilk baxışda müsəlmanların əleyhində görün-
düyü üçün səhabələr müqaviləyə etiraz edərək ehram-
dan çıxmaq istəmədilər. Vəziyyəti həyat yoldaşı Üm-
mü Sələməyə danışan Məhəmməd peyğəmbər onun
məsləhəti ilə ilk növbədə, özü ehramdan çıxdı, bunu
görən səhabələr də Peyğəmbərin qərarından dönmə-
yəcəyini anlayaraq ehramı tərk etdilər.364

Müqavilənin bağlanmasından dərhal sonra baş
verən bir hadisə müsəlmanların müqavilənin şərtləri
ilə razılaşmasının səbəbini anlamaq üçün mühümdür.
Məkkəlilərin təmsilçisi vəsfi ilə Hüdeybiyə müqavi-
ləsini imzalayan Süheyl ibn Əmrin oğlu Əbu Cəndəl
Bədr qəzvəsindən əvvəl müsəlman olmuş, lakin atası
onu Məkkədə nəzarət altında saxladığı üçün Mədinə-
yə hicrət edə bilməmişdir. Maddələrin qərarlaşdırılıb
müqavilənin bağlandığı əsnasında Məkkədən qaçaraq
Məhəmməd peyğəmbərə pənah gətirən Əbu Cəndəl
atasının tələbi və müqavilənin imzalanmayacağı təh-
didi ilə qaytarılmışdır. İşgəncə etməyəcəyinə dair söz

364 İbn Hişam, s. 861-863; İbn Səd, II, 102-103; Yəqubi, Tarix, II, 54;
Təbəri, Tarix, II, 620-621.

248

.............................................................. Məkkəlilərlə mübarizə

verməsinə baxmayaraq, Süheylin oğlunu sürüyərək
Məkkəyə aparması müsəlmanlara ağır təsir etmişdi.365

Bu və digər səbəblərə görə Hüdeybiyə müqavi-
ləsi qısa bir müddət məkkəlilərin lehinə bağlanmış
müqavilə kimi görünsə də, həm iki tərəf arasında mü-
qavilə bağlanması, həm də İslamın yayılmasına təsiri
baxımından mühüm hadisə idi. Qısa müddətdən sonra
məkkəlilər özləri məkkəli müsəlmanların Mədinəyə
hicrətinin qarşısının alınmasına dair müqaviləyə daxil
etdikləri maddənin ləğv olunmasını istəmişlər. Mü-
səlman olduğu üçün atasının Məkkədə həbs etdiyi bir
digər səhabə – Əbu Basir Hüdeybiyə müqaviləsindən
sonra Məkkədən Mədinəyə qaçmış, lakin müqavilə-
nin şərtlərinə görə, Mədinəyə göndərilən iki mühafi-
zin müşayiəti ilə məkkəlilərə qaytarılmışdır.366 Mək-
kə yolu üzərindəki Zülxüleyfədə mühafizlərindən
qurtulan Əbu Basir Mədinənin qərbində Qırmızı
dəniz sahilindəki İs və Sifülbəhrdə məskunlaşmışdır.
Hüdeybiyə müqaviləsi əsnasında müsəlmanlara sığı-
nan, lakin anlaşmaya görə geri qaytarılan Əbu Cəndəl
başda olmaqla, məkkəlilərin məhkum etdiyi onlarca
müsəlman Əbu Basirin yanına qaçmış və Məkkə
karvanlarına hücum edərək maddi ziyan vuran bir

365 İbn Hişam, s. 862; Vaqidi, II, 607-609.
366 Qeyd etmək lazımdır ki, Hüdeybiyyə müqaviləsindən sonra Məhəm-
məd peyğəmbər Mədinəyə hicrət edən müsəlman qadınların məkkəlilər
tərəfindən geri qaytarılması tələbini qəbul etməmiş, müqavilədə qadınların
qeyd olunmadığını bildirmişdir. İbn Hişam, 867-868.

249

İslam tarixi................................................................................

dəstəyə çevrilmişdilər. Beləliklə, Hüdeybiyə müqavi-
ləsində dəyişiklik etməyə məcbur olan Qüreyş, xüsu-
silə Əbu Basir və Əbu Cəndəl başda olmaqla, bölgə-
dəki müsəlmanların Mədinəyə getməsinə razı olmuş-
dur.367

Beləliklə, Hüdeybiyə müqaviləsinin ilk baxışda
məkkəlilərin lehinə görünsə də, əslində qısa müddət
sonra müsəlmanların mənfəətinə uyğun bir müqavilə
olduğu anlaşılmışdır. İlk növbədə, bu müqavilə ilə
Qüreyş bütpərəstləri o zamana qədər yalnız ata-baba-
larının dininə, siyasi və sosial nizamına və adət-ənə-
nəsinə qarşı çıxan müxalif qrup hesab etdikləri və
müstəqil kimliklərini qəbul etmədikləri müsəlmanları
artıq danışıqlar aparılası bir tərəf olaraq görməyə baş-
lamışlar. Qüreyşin bu yanaşması, digər ərəb qəbilələri
arasında da müsəlmanlara qarşı münasibətlərin dəyiş-
məsinə səbəb olacaq idi. Digər tərəfdən, Hüdeybiyə
müqaviləsi nəticəsində həm Qüreyşin müsəlmanlara
qarşı hərbi yürüşü dayandırılır, həm də o, xeybərlilər
başda olmaqla mədinəlilərə qarşı digər müttəfiqlərin-
dən uzaqlaşdırılırdı. Bu da öz növbəsində Mədinəyə
qarşı müttəfiq orduların yenidən hücum etmə riskini
azaldırdı.

Bundan əlavə, Hüdeybiyə müqaviləsi sayəsində
müsəlmanların əldə etdikləri sərbəstlik İslamın digər
qəbilələr arasında yayılması baxımından da onlara

367 İbn Hişam, s. 865-866; Vaqidi, II, 626-630; Təbəri, II, 638-639.

250


Click to View FlipBook Version