Din psixologiyasının təşəkkül tarixi
yaşadıqları dövrün elmi düşüncəsi və şərtlərinə
görə, insanın dinə münasibətini əks etdirən iman,
inkar, şübhə, təvəkkül, təslimiyyət, bağlılıq, etiraz
və digər anlayışları tədqiq etmişlər. Eyni zamanda,
insan psixikası ilə bağlı nəfs, qəlb, ağıl, ruh, yuxu,
idrak, iradə, vəhy və ilham kimi psixoloji məfhum-
larla əlaqəli ortaya qoyduqları izah və şərhlərlə
psixologiya və din psixologiyasının inkişafına mü-
hüm töhfələr vermişlər. Keçən əsrlərdə İslam dün-
yasında “İlmun-nəfs” və “İlmu əhvalir-ruh” başlıqlı
əsərlərin yazılması müsəlman alimlərinin psixolo-
giyanın inkişafında əhəmiyyətli rol oynadıqlarını
göstərir.
İslam aləmində digər elmlərdə olduğu kimi,
ilmun-nəfs də müqəddəs kəlamların işığında for-
malaşmış, eyni zamanda, yunan fəlsəfi fikrindən
faydalanaraq inkişaf etmişdir. İlmun-nəfs sahə-
sində yazılan müstəqil əsərlərdən başqa, bəzi İs-
51
Din psixologiyası
lam elmlərində də psixoloji mövzulara yer veril-
mişdir. Məsələn, kəlam elmi ilə əlaqəli əsərlərdə
duyğu, qavrayış, idrak, iradə, iman, hidayət kimi
mövzular yer aldığı kimi, əxlaqla əlaqəli kitablarda
da nəfsin təbiəti, halları, qabiliyyətləri, yaxşı və pis
xarakterlərin səbəbləri, arzu və niyyətlərin idarə
edilməsi kimi psixoloji problemlər mühüm yer
tutmuşdur.
İslam dünyasında psixologiya ilə əlaqəli çox
qiymətli fikirlər təsəvvüf ənənəsində yaranmışdır.
Təsəvvüf alimləri insan ruhunun dərinliklərinə baş
verən, ruhani yetkinlik yolunda keçirdikləri mistik
təcrübələrini təsvir etməyə çalışmışlar. Onlar sufi-
lərin müşahidə etdikləri daxili təcrübələri, duyğu
və həyəcanları “ilmi-əhval” adı ilə qələmə almışlar.
Beləliklə, aşağıda İslam dünyasında insan ru-
hu ilə bağlı əsərlər qələmə alıb, fikir və izahları ilə
tarixi inkişaf prosesində psixologiyanın formalaş-
masına təsir göstərmiş bəzi müsəlman filosoflar və
52
Din psixologiyasının təşəkkül tarixi
təsəvvüf alimlərinin insan psixikası ilə bağlı fikir-
lərini qısa şəkildə nəzərdən keçirək.
2.1. Haris əl-Mühasibi (781-857)
Tanınmış təsəvvüf alimi Haris əl-Mühasibi,
əsasən, özünümüşahidə metodu ilə şüur hallarını
və insanın ruhi hallarını öyrənmə baxımından din
psixologiyasında özünəməxsus yerə malikdir. Mü-
hasibi sağlam dini şüur və dini təcrübə qazanma-
nın ilkin şərtlərini müəyyənləşdirmə ilə yaxından
maraqlanmışdır.
Mühasibi insanı bütov psixi varlıq kimi nə-
zərdən keçirirdi. Onun dövrü üçün xarakterik olan
ruh-bədən antaqoniyası konsepsiyasını qəbul et-
mirdi. Mühasibi bədəndəki müstəqil ruh və ya bə-
dənə həbs edilmiş ruh anlayışı ilə razılaşmırdı. O,
qəlb, ağıl və nəfsi ruhi həyatın insanın davranışla-
rına istiqamət verən qüvvələri kimi təsvir edirdi.
53
Din psixologiyası
Onlar insanın psixi strukturunun təməl element-
ləridir.
Qəlb – duyğu, düşüncə və iradə kimi bütün
ruhi funksiyaların mərkəzidir. Qəlb ilə vəzifələrin
şüuruna və yüksək dəyərlərə çatmaq mümkündür.
Qəlb – insanın düşünən, hiss edən, transsendental
aləmlə (metafizik) əlaqə quran hissləridir. Qəlb –
ağıl, nəfs və şeytandan gələn təsir və hisslər (xata-
rat-həvatir) çərçivəsində davranışın reallaşmasın-
da iradəyə istiqamət verir. Təsir mənbələrindən
qəlbə çatan və davranışa çevrilmək istəyən duyğu,
düşüncə və arzular, sadəcə, qəlbin nəzarətindən və
təsdiqindən keçərək davranış halını ala bilər. Onun
təsdiqlədiyi və təmayüllərinə uyğun olanlar real-
laşır, təsdiqlənmədikləri isə əngəllənir.
Mühasibi ağıl ilə bağlı öz dövründə mövcud
olan fikirlərə tənqidi yanaşmış, daha sonra mülahi-
zələrini irəli sürmüşdür. Onun fikrincə, ağıl insan-
54
Din psixologiyasının təşəkkül tarixi
da doğuşdan var olan və biliyin məhz ondan yaran-
dığı bir qabiliyyətdir. Ağıl vasitəsilə bilik iki yolla
əldə edilir; birincisi, Mühasibinin “fəhm” dediyi və
bütün insanlarda müştərək olan idrak qabiliy-
yətidir. Bu, insan ruhunun duyğular vasitəsilə qə-
bul edilən hissləri, nizamlı tam halında birləşdirmə
və məfhumlaşdırma qüvvəsidir. Onun əsas xüsu-
siyyəti həssaslıq və qəbuletmə xüsusiyyətidir. İkin-
cisi – ağlın praktiki cəhəti hesab edilən bəsirətdir.
Bu da Allahı, dini hökmləri, mövcud olan nəsnələ-
rin dəyərini, dünya və axirətdə faydalı-zərərli olan-
ların qiymətini bilavasitə dərk etməkdən ibarətdir.
Mühasibi nəfs məfhumuna metafizik məna
vermir, onu, sadəcə, psixoloji mənada istifadə edir.
O, nəfsi insanın fiziopsixoloji və sosiopsixoloji –
bütün arzu, istək, ehtiyac, motiv və təmayüllərin
məcmusu kimi nəzərdən keçirir. Şeytan insana
nəfs yolu ilə təsir edir. Ontoloji həqiqəti olmayan
55
Din psixologiyası
xarakteri, yəni reallığı olmadığı üçün nəfsin öldü-
rülməsi mümkün deyildir. Mühasibi hesab edirdi
ki, insanın vəzifəsi nəfsi ilə mücadilə edib, onu pis
təmayüllərdən (həvəs və şəhvətlərdən) uzaqlaş-
dırmaqdır.
2.2. Farabi (870-950)
Farabinin psixoloji fikirlərində, əsasən, Aris-
totelin təsiri aydın nəzərə çarpır.
Məlum olduğu kimi, Şərq peripatetizm (məş-
şailik) məktəbinin ən görkəmli nümayəndələrin-
dən biri olan Farabinin əsas məqsədi ağıl-iman, fəl-
səfə-dinin uzlaşdırılması problemi idi.
Farabinin fikrincə, insan ruhunun (nəfs) beş
qüvvəsi vardır: bəsləyici qüvvə, qavrama qüvvəsi,
müxəyyilə qüvvəsi, arzuetmə qüvvəsi, və düşünmə
qüvvəsi.
- Bəsləyici qüvvə – qidalanma, həzm pro-
sesi və bioloji inkişafı təmin edir.
56
Din psixologiyasının təşəkkül tarixi
- Qavrama qüvvəsi – duyğu orqanlarının
köməyi ilə ətrafdan gələn hissləri qə-
bul edir.
- Müxəyyilə qüvvəsi – idrak prosesi bit-
dikdən sonra, hisslərlə qavranıla bilən
obyektlərin izlərini qoruyur. Yuxu
halında da fəaliyyət göstərən bu qüvvə
idrak vasitəsilə zehində meydana gə-
lən izləri bir-biri ilə birləşdirir, yaxud
ayırır.
- Arzuetmə qüvvəsi – insanın müəyyən
şeyə ya yaxınlaşmaq, ya da uzaqlaşmaq
istəyidir; onun üçün darıxır və ya on-
dan ikrah duyur. Sevgi və nifrət, dost-
luq və düşmənçilik, pislik və mərhə-
mət kimi nəfslə əlaqəli duyğuların
meydana gəlməsini bu qüvvə təmin
edir.
- Düşünmə qüvvəsi – elm, sənət və əxlaqın
57
Din psixologiyası
mənbəyidir. Elm və sənətə məhz bu
qüvvə sayəsində nail olunur, nəyin
edilib-edilməməsi onunla müəyyən-
ləşdirilir.
Farabinin idrak prosesinə xüsusi maraq gös-
tərmiş və ağlın müəyyən səviyyələrini müəyyən-
ləşdirmişdir. O, idrak prosesində əsas rol oynayan
ağlın (zəkanın) 4 səviyyəsini fərqləndirirdi: poten-
sial ağıl, aktiv ağıl, qazanılmış ağıl, fəal ağıl. Düşün-
cənin hərəkətverici amili olan ağıl potensial bir
qabiliyyətdir ki, o, getdikcə inkişaf edərək, mate-
riyanı anlamaqdan başlayaraq, mücərrəd varlıq-
ları qavrama səviyyəsinə yüksəlir. Farabi hesab
edir ki, ağlın inkişafı metafizik mahiyyətə sahib
olan fəal düşüncə vasitəsilə baş verir. İnsanın fəal
ağla nisbəti gözün Günəşə olan nisbətinə müqa-
bildir.
Farabi müasir psixologiyanın aktual prob-
lemlərindən olan insan şəxsiyyətinin tiplərindən
58
Din psixologiyasının təşəkkül tarixi
bəhs etmişdir. O, düşüncələri, təcrübələri və dav-
ranışları əsasında fərqli insan tipləri konsepsi-
yasını yaratmışdır. Bunlar - bəsit insan, şaşqın in-
san, nadan insan və fəzilətli insan tipləridir.
- Bəsit insan – müxəyyilə qüvvəsi və
zehni quruluşu sağlam olsa da, təc-
rübəsi olmayan insandır.
- Şaşqın insan – ruh halı və xəyal dünya-
sı ümumi qəbul edilmiş normalara
uyğun olmayan insanlardır.
- Nadan insan – məqsədə çatdıran dav-
ranışları müəyyənləşdirə bilməyən in-
sanlardır.
- Fəzilətli insan – zehni lazımi biliklərlə
təchiz olunmuş, bilik və davranışları
ideal tənzimlənmiş və məqsədli şəkil-
də yaxşı əməllərə can atan insanlardır.
Farabi yuxu və vəhy hadisəsini psixoloji ba-
xımdan izah etməyə cəhd göstərmişdir. O, vəhyin
59
Din psixologiyası
mahiyyətini başa düşmək üçün yuxunun açar
rolunu oynadığına inanırdı. Filosof hesab edirdi ki,
yuxuların bir qismi gizli qalmış xatirələrin, təmin
olunmamış arzu və istəklərin, təmayüllərin, müx-
təlif fiziki və ruhi halların ifadəsi kimi reallaşır. Bu
izahdan aydın görünür ki, Farabi yuxunu insanın
şüuraltı prosesləri ilə əlaqələndirir. Beləliklə, Fa-
rabi psixoanalitikanın yaranmasından yüzillərlə
əvvəl yuxuda şüuraltının oynadığı mühüm rolu
düzgün göstərə bilmişdir. Digər tərəfdən, o, hesab
edirdi ki, sadiq röyalar vəhylə eyni mahiyyətə ma-
likdir. Belə ki, müxəyyilə qüvvəsinin yuxuda və ya
oyaq ikən fəal ağıl ilə əlaqə qurması nəticəsində
sadiq röyalar və ya vəhy meydana çıxır. Farabinin
fikrincə, ruhani baxımdan yetkinləşmiş şəxslər
oyanıq olduqları halda da fəal ağılla əlaqə yarada-
raq, ilahi həqiqətləri vəhy vasitəsilə dərk edirlər.
Bu fikir Farabinin vəhy nəzəriyyəsinin əsasını təş-
kil edir.
60
Din psixologiyasının təşəkkül tarixi
2.3. İbn Sina (980-1037)
İslam fəlsəfi fikrində psixologiya ilə bağlı
önəmli təhlilləri ilə diqqət cəlb edən digər müsəl-
man mütəfəkkir İbn Sinadır. Eyni zamanda, mü-
kəmməl həkim olan İbn Sina müasir dövrdə psixo-
logiya üçün aktual olan bir çox problemləri öz döv-
ründə ətraflı araşdırmış və qiymətli fikirlər irəli
sürmüşdür.
İbn Sinanın araşdırmalarında istifadə etdiyi
metodlar, demək olar ki, müasir elmi metodlarla
üst-üstə düşür. O, əsasən, tibbi və psixoloji araşdır-
malarda müşahidə və təcrübə metodlarından geniş
istifadə etmişdir. İbn Sina insanın xəstəlikləri ara-
sında fiziki və psixoloji mərəzləri fərqləndirmişdir.
O, bir çox ruhi pozuntuları sırf psixoloji metodlarla,
əsasən, təlqinetmə texnikası ilə müalicə etmişdir.
İbn Sina insan hissləri ilə bağlı yaratdığı nə-
zəriyyədə daxili və xarici duyğuları bir-birindən
61
Din psixologiyası
fərqləndirir. Xarici hisslər dedikdə, əvvəllər də mə-
lum olan beş hiss – görmə, eşitmə, toxunma, dadbil-
mə və iybilmə nəzərdə tutulur. Toxunma hissi, eyni
zamanda, 5 hiss kateqoriyasını ehtiva edir ki, bun-
lar da soyuqluq-istilik, quruluq-yaşlıq, sərtlik-yum-
şaqlıq, qabarıqlıq-hamarlıq, həzz və iztirab duyğu-
larıdır.
İbn Sina daxili hisslər və ya zehni qabiliyyət-
ləri beş qismə ayırır: müştərək hisslər, təsəvvür qüv-
vəsi, müxəyyilə qüvvəsi, təxmin qüvvəsi, hafizə qüv-
vəsi.
- Müştərək hisslər (hissi-müştərək) – ho-
vuza bənzəyir, xarici hisslərdən gələn
məlumatlar burada toplanır, bir-birin-
dən ayrılır və idrak səviyyəsinə çatır.
- Təsəvvür qüvvəsi (qüvveyi-müsəvvirə)
– müştərək hisslərin xarici hisslər va-
sitəsilə əldə etdiyi təəssüratları duyu-
lan obyektlərin aradan qalxmasından
62
Din psixologiyasının təşəkkül tarixi
sonra da mühafizə edir.
- Müxəyyilə və ya təfəkkür qüvvəsi (qüv-
veyi-mütəxəyyilə) – təsəvvür qüvvəsi-
nin mühafizə etdiyi şəkillərdən bəzilə-
rini bir-biri ilə birləşdirir, bəzilərini də
seçib ayırır. İbn Sinanın fikrincə, bu
davranış heyvan tərəfindən istifadə
edildiyi zaman təxəyyül şəklində olub,
bəsit hal qazanır. İnsan tərəfindən isti-
fadə edildiyində isə təfəkkür səviyyə-
sinə yüksəlir.
- Təxmin qüvvəsi (qüvveyi-vəhmiyyə) –
qavranılan obyektin qiymətləndiril-
məsini təmin edir. Bu mənada, təxmin
qüvvəsi sayəsində idrak edilən ob-
yektlər faydalı-zərərli, yaxşı-pis, dost-
düşmən və s. baxımdan qiymətlən-
dirilib, onlara münasibət müəyyənləş-
dirilir.
63
Din psixologiyası
- Hafizə qüvvəsi – təxminetmə duyğusu-
nun anladığı mənaları mühafizə edir.
İbn Sinanın fikrinə görə, bu qüvvələrin
hər biri beynin fərqli tərəflərində yer
alır və həmin hissələrin zədələnməsi
ilə həmin qüvvələr də öz fəaliyyətini
dayandırır.
Yuxu hadisəsi İbn Sina üçün əhəmiyyət kəsb
edən mövzulardan biri olmuşdur. Yuxunun psixo-
loji izahında o, Farabinin təsiri altında qalmışdır.
Onun özünə xas olan yeni fikirlərinə də təsadüf
etmək mümkündür. İbn Sina hesab edirdi ki, insan
oyanıq olduğu vaxtlarda əsas diqqətini hisslərə,
yuxuda isə diqqətini xəyallarına yönəldir. Bu ba-
xımdan, yuxular şüursuzluq səviyyəsində deyil,
insanın təxəyyülü əsasında yaranır.
İbn Sina tədqiqatlarında müasir psixiatri-
yanın öyrəndiyi problemlərlə məşğul olmuşdur,
məsələn, K.Q.Yunq tərəfindən istifadə edilən və
64
Din psixologiyasının təşəkkül tarixi
insanın keçmişdə yaşanmış gizli xatirələrini aşkara
çıxarmağı nəzərdə tutan “əlaqə testləri” metodu ilk
dəfə İbn Sina tərəfindən tətbiq edilmişdir. O, bu
metodla eşq və sevdanın səbəb olduğu ruhi xəstə-
liyi müalicə etmişdir. İbn Sinanın, həmçinin uşaq
psixologiyası və psixiatriyası ilə bağlı fikirlərinin
müasir psixologiya üçün də mühüm mənbə təşkil
etdiyi qeyd olunur.
“Ölüm qorxusundan qurtuluş” adlı əsərində
İbn Sina ölüm təşvişinin səbəblərini və ondan xilas
olmanın yollarını göstərir. Görkəmli filosof, eyni
zamanda, “Hüzn” və “Qəm-qüssənin aradan qaldı-
rılması” adlı kitablarında ruhi xəstəliklərin müali-
cəsi ilə əlaqədar faydalı mülahizələr irəli sürmüş-
dür.
İbn Sina göstərmişdir ki, ruhi xəstəliklərin
bir çoxu beyində meydana gələn pozuntularla bağ-
lıdır. O, beyində ifraz edilən maddələr və sinir sis-
65
Din psixologiyası
temi arasında müəyyən müvazinətin olduğunu id-
dia edir və hesab edirdi ki, bu tarazlığın pozulması
fiziki və ruhi xəstəliklərin yaranmasına səbəb olur.
İbn Sina, eyni zamanda, zehni fəaliyyətin və duy-
ğuların hər birinin beynin müəyyən hissələri ilə
əlaqəli olduğunu göstərməyə çalışmışdır. Bu ba-
xımdan, İbn Sina müasir biologiya və tibb elminin
inkişafından əsrlərlə əvvəl insan davranışları və
ruhi xəstəliklər ilə beyin arasındakı əlaqələri mə-
harətlə göstərərək, psixologiyada nevrobioloji ya-
naşmanın yaradıcısı rolunda çıxış etmişdir.
2.4. Əbu Talib əl-Məkki (v. 996)
İslam təsəvvüf ənənəsinin görkəmli nüma-
yəndələrindən hesab edilən Əbu Talib əl-Məkki
həm insan psixologiyası ilə əlaqəli, həm də təsəv-
vüfi həyatda mənəvi inkişafın müxtəlif mərhələlə-
rindəki dini təcrübələrlə əlaqəli özünəməxsus fi-
66
Din psixologiyasının təşəkkül tarixi
kirlər irəli sürmüşdür. O, həmçinin İslam dünya-
sında ilk dəfə mistik həyatda tətbiq edilən mənəvi
tərbiyəni və dini həyatı psixoloji baxımdan izah et-
məyə cəhd göstərən alim kimi tanınmaqdadır.
Qeyd edək ki, Məkkinin psixologiya ilə bağlı fikirlə-
rinin bir çoxu Əbu Hamid əl-Qəzali tərəfindən əxz
olunduğuna görə, ona aid fikirlər çox vaxt Qəzaliyə
aid edilmişdir.
Məkkinin fikrincə, insan yaradılış etibarilə
fərqli xüsusiyyətləri və xislətlərinə görə dörd tipə
bölünür: rübubiyyət xislətləri, şər xislətləri, heyvani
xislətləri, übudiyyət xislətləri. Bu xislətlər, eyni za-
manda, insanın təməl motivləri və təmayüllərini
təşkil edir.
- Rübubiyyət xislətləri. Rübubiyyət –
ərəb dilində ağalıq və hakimiyyət mə-
nalarını ifadə edir. Kibr, iqtidar, bö-
yüklük, güc-qüvvət və zənginlik sevgi-
si kimi xüsusiyyətləri ehtiva edir. Bu
67
Din psixologiyası
xüsusiyyətləri önə çıxan insan tipləri
daim üstünlüyə və hakimiyyətə can
atır. Psixoloji və sosial motivlər olaraq
adlandırılan müstəqillik, üstünlük, ha-
kimiyyət, uğur qazanma, özünü real-
laşdırma, sevilmə, bəyənilmə və pres-
tij əldə etmə kimi istək və təmayüllə-
rin mənbəyidir.
- Şər xislətlər – Məkkinin “şeytaniyyət”
adlandırdığı bu xüsusiyyətlər hər cür
hiylə, aldatma, həsəd və pis xasiyyət-
ləri ehtiva edir. Bu xislətlər zorakılıq
və pislik etmək kimi mənfi sosial tə-
zahürlərin mənbəyi sayılan təmayül-
lərdir.
- Heyvani xislətlər – qidalanma və cinsi
tələbat kimi bütün canlılarda mövcud
olan müştərək ehtiyaclardır ki, müasir
psixologiyada bunlar, əsasən, fizioloji
68
Din psixologiyasının təşəkkül tarixi
istəklər kimi xarakterizə edilir. Hey-
vani xislətin hakim olduğu insan tip-
lərində həyatın ali məqsədi fizioloji tə-
ləbatların ödənilməsi ilə məhdudlaş-
dır.
- Übudiyyət xislətləri. “Übudiyyət” de-
dikdə, qorxu, itaət və təvazökarlıq ki-
mi təmayüllər nəzərdə tutulur. İnsan-
da digər təmayüllərlə yanaşı, tabelik
amili də mövcuddur. Belə ki, tabelik
təhlükəsizliyin təmin edilməsinin ən
qədim üsullarından biridir. Məkkiyə
görə, übudiyyət xüsusiyyəti, eyni za-
manda, insanın əsas sosial tələbatla-
rından hesab edilən bağlılıq, mənsu-
biyyət, hörmət və digər ehtiyacları
ifadə edir.
Məkki iradi davranışın həyata keçməsindən
69
Din psixologiyası
əvvəl bir neçə psixi mərhələnin baş verdiyini dü-
şünür. Onun fikrincə, iradi fəaliyyət aşağıdakı psixi
mərhələlərdən keçir: himmət, xatirə, vəsvəsə, niy-
yət, əqd, əzm.
- Himmət (arzu, məqsəd) – insanın zeh-
nində qəfildən yaranan, şüurda ani
meydana çıxan düşüncədir. Əgər bu
düşüncə pis əməllərlə bağlı istəkdirsə,
bu mərhələdə ondan yayınmaq daha
asan olur.
- Xatirə (xəyal) – anidən şüurda meyda-
na çıxıb, zehni məşğul edən düşüncəyə
çevrilən, xəyal və təsəvvür halına gə-
lən psixi halətdir.
- Vəsvəsə (daxili səs) – bu mərhələdə in-
san zehində oyanan yaxşı və ya pis
düşüncəni “edib-etməmə” mövzusun-
da qərarsızdır və bunu sorğu-sual edir.
Onun zehninə tərəddüd hakim olur.
70
Din psixologiyasının təşəkkül tarixi
Əgər bu düşüncə pis əməllərlə əlaqəli-
dirsə, onun qarşısının alınması hələ də
mümkündür.
- Niyyət – hər hansı bir hərəkəti icra
edib-etməmək haqqında insanın zeh-
nində cərəyan edən daxili səs və dü-
şüncə mütəmadi baş verirsə, bu, da-
vamlı hal alıb niyyətə çevrilir.
- Əqd (iradə) – bu və ya digər hərəkətin
həyata keçirilməsi istiqamətində niy-
yətin təkidli hala gəlməsidir. Burada
insan təkcə iradəsi ilə hərəkəti icra
etməyə niyyətlənmir, həm də bu qə-
rara ruhu və könlü ilə bağlanır.
- Əzm (qəti qərar) – bu mərhələdə niy-
yət edilən hərəkəti həyata keçirməkdə
təkidli olan insanın düşüncəsi daha da
möhkəmlənərək qəti qərara çevrilir.
71
Din psixologiyası
Məkkinin fikrincə, Quran ayələrində forma-
laşdırmaq, nizama salmaq, tarazlamaq kimi məna-
larda işlədilən “təsviyə”, “tədil” və “təqvim” anla-
yışları insanın zahiri və daxili xüsusiyyətləri, başqa
sözlə, cismani və ruhi xüsusiyyətləri nəzərdə tutur.
O, bu fikirləri ilə insanın xarici hissləri və daxili
dünyasında baş verən zehni prosesləri vurğulamış,
insanın şüuruna təsir edən amilləri ətraflı təhlil et-
mişdir.
2.5. Əbu Hamid əl-Qəzali (1058-1111)
İslam dünyasında psixoloji fikirləri ilə diqqət
cəlb edən alimlər arasında Qəzalinin özünəməxsus
yeri vardır. O, müsəlman filosofların fikirlərindən
istifadə etmiş, həm də insan psixikasının izahında,
xüsusilə də idrak nəzəriyyəsində bəzi yeniliklərə
imza atmışdır. Qəzali İslam fəlsəfəsində və kəlam-
da mühüm anlayışlardan sayılan hiss, idrak, şəx-
siyyət, qəlb, ağıl, ruh, nəfs və onun xüsusiyyətləri,
72
Din psixologiyasının təşəkkül tarixi
insanın ruhunun mahiyyəti və s. məsələləri ətraflı
öyrənməyə çalışmışdır. Eyni zamanda, iman, iba-
dət, dua, tövbə və dini davranışlarla birlikdə təsəv-
vüfi həyatın müxtəlif problemləri və mərhələləri
haqqındakı baxışları ilə din psixologiyasının tarixi
inkişafı baxımından qiymətli fikirlər ortaya qoy-
muşdur.
Qəzali insan şəxsiyyətini meydana gətirən
təməl motivləri və xüsusiyyətlərini 4 qrupda təsnif
etmiş və insanın bütün təmayüllərinin bu motivlər
əsasında yarandığını irəli sürmüşdür. O, şəxsiyyə-
tin formalaşmasında əsas rol oynayan təməl mo-
tivlərini aşağıda göstərilən formada təsnif etmiş-
dir: rübubiyyət (üstünlük), şeytaniyyət (yamanlıq),
səbuiyyət (qəzəb) və heyvaniyyət (şəhvət). Qeyd
edilməlidir ki, Qəzalinin şəxsiyyəti formalaşdıran
motivlərin müəyyən edilməsində Əbu Talib əl-
Məkkinin təsirində qaldığı aydın nəzərə çarpır.
Yeganə fərq Məkkinin “übudiyyət” dediyi xislətin
73
Din psixologiyası
əvəzinə Qəzalinin səbuiyyət motivini daxil etmə-
sidir. Qəzali hesab edir ki, insanda bu xüsusiyyət-
lərdən hansı üstün olarsa, şəxsdə o istiqamətdə
davranışlar meydana çıxar. Beləliklə, bu təməl
motivlərin üstünlüyü və qarşılıqlı münasibətləri
zəminində şəxsiyyət və xarakter formalaşır.
- Rübubiyyət – insanın üstünlük qazan-
ma arzusundan ibarət olan iftixar,
böyüklük, şan-şöhrət, zənginlik və ox-
şar xüsusiyyətləri ifadə edir. Qəzali bu
arzuların, eyni zamanda, insanın güna-
ha batmasının əsas səbəbi olduğunu
düşünür.
- Şeytaniyyət – həsəd, nifaq, hiylə və al-
datma, ümumilikdə, pis əməllərin
meydana gəlməsində əsas rol oynayan
motivdir. Adından da məlum olduğu
kimi, bu motiv dinlərdə bütün şər
əməllərin rəmzinə çevrilmiş şeytan ilə
74
Din psixologiyasının təşəkkül tarixi
yanaşı təsvir edilir.
- Səbuiyyət – qəzəb, kin, zorakılıq, dağıt-
ma və s. davranışların əsas motivi kimi
çıxış edir.
- Heyvaniyyət və ya bəhimiyyət – insanı
fizioloji ehtiyaclara, o cümlədən həzz
və zövqlərin ödənilməsinə təhrik edir.
Heyvaniyyət motivində şəhvət əsas
hərəkətverici amil rolunu oynayır.
Qəzalinin fikrincə, bu təmayüllər insan şəx-
siyyətinin formalaşması prosesində tədricən inki-
şaf edir. İnsan şəxsiyyətində, ilk növbədə, yaranan
motiv heyvaniyyətdir. Sonra səbuiyyət inkişaf edir.
Bu iki xüsusiyyət birləşincə, aldatma və hiylə tə-
mayülləri əmələ gəlir ki, bu da şeytaniyyət motivi-
nin əsasını təşkil edir. Ən son yaranan xüsusiyyət
75
Din psixologiyası
rübubiyyətdir ki, bu da üstünlük qazanma və haki-
miyyət arzusundan irəli gəlir.1
Bu dörd motiv şəxsiyyətin formalaşmasında
yaxından rol oynayır. Şeytaniyyət qəzəb və şəhvət
təmayüllərini şər əməllərə təhrik edir. Ağlın vəzi-
fəsi bu prosesə mane olmaq, şeytani hissləri cilov-
lamaqdır. Ağıl hökmdar rolu oynayıb, qəzəb və
şəhvət təmayüllərini bir-birinə qarşı qoyaraq, on-
ların təsirini neytrallaşdırmağa çalışır. Əgər buna
nail olarsa, şəxsiyyətin müvazinəti təmin olunur və
rübubiyyət təmayülü önə çıxır ki, bu, heç də hər
zaman ağıl üçün müyəssər olmur. Belə olduğu təq-
dirdə, ağıl qəzəb, şəhvət, təcavüzkarlıq təmayül-
lərinin təmin edilməsinə yönəlir və onların vasitə-
sinə çevrilir.
Qəzali bu mücadilə prosesində dinin mühafi-
zəedici amil kimi çıxış etdiyini irəli sürmüşdür.
1 el-Gazzali, Ebu Hamid Muhammed, İhyau Ulumi`d-din, terc: A.
Serdaroğlu, Bedir Yayınevi, İstanbul 1974, C.III, s. 24.
76
Din psixologiyasının təşəkkül tarixi
Belə ki, əgər dini inanc qəlbdə möhkəmlənmə-
yibsə, şeytani hisslər asanlıqla ağlı öz hakimiyyəti
altına almağa nail olur. Beləliklə, qəlb daim şər
əməllərə yönəlmiş olur. Dini inanc isə Qəzalinin
fikrinə görə, insanın daim xeyirə və yaxşı əməllərə
yönəlməsinə səbəb olur.
Qəzali bəşəri fəaliyyətin dinamikliyini müa-
sir psixologiyanın motivasiya nəzəriyyəsinə yaxın
şəkildə təsvir edir. Onun fikrincə, insan şüuru iki
mənbədən gələn təsirlər nəticəsində – xarici və da-
xili hisslər vasitəsilə formalaşır. Xarici hisslər de-
dikdə, İbn Sinanın da qeyd etdiyi kimi, görmə,
eşitmə, toxunma, dadbilmə və iybilmə nəzərdə tutu-
lur. Daxili hisslər isə insan xarakterinin əsasını təş-
kil edən təxəyyül, xatirə (hafizə), arzu (şəhvət) və
qəzəb kimi təmayüllərdir.
Qəzalinin psixoloji fikrində idrak prosesinin
mahiyyəti mühüm yer tutur. O, idrakın dörd səviy-
yəsini fərqləndirmişdir: hissi idrak, xəyali idrak,
77
Din psixologiyası
vəhm idrakı, əqli idrak.
- Hissi idrak – idrak prosesinin ilk səviy-
yəsini təşkil edir. Bu, hiss orqanları ilə
əldə olunan duyğu və qavrayış prose-
sidir.
- Xəyali idrak – hiss orqanları ilə idrak
edilən obyektlərin hafizədə həkk olun-
ması, hissiyyat kəsildikdən sonra onla-
rın izlərinin xəyalda qalmasını ifadə
edir.
- Vəhm idrakı – idrak edilən obyektin
xarici əlamətlərindən əlavə, onun ma-
hiyyəti və keyfiyyəti ilə bağlı, məsələn,
faydalı-zərərli, yaxşı-pis və s. kimi qiy-
mətləndirici baxımdan idrak edilməsi-
dir. Bu səviyyədə idrakın aksioloji as-
pektindən bəhs edilir.
- Əqli idrak – idrak prosesinin son və üst
78
Din psixologiyasının təşəkkül tarixi
səviyyəsini təşkil edir. Son mərhələ ağ-
la aid olan idrakdır. Bu səviyyədə ağıl
cisimləri maddi əlamətlərindən mü-
cərrədləşdirərək, tam və mükəmməl
şəkildə dərk edir. Ağıl idrak etdiyi ob-
yektə hər hansı kənar əlamət əlavə et-
mir. Onu mücərrəd, həqiqətə uyğun
vəziyyəti ilə idrak edir.
Qəzalinin təməl insan motivlərinin meydana
gəlməsi və davranışlara təsiri ilə bağlı fikirləri
müasir psixologiyada hələ də aktuallığını qoruyur.
Məsələn, A.Maslounun insanın ehtiyaclar iyerarxi-
yasında fizioloji ehtiyaclar və özünüreallaşdırma
ehtiyacları ilə müqayisə edilə bilər. Bu baxımdan,
fizioloji ehtiyaclar Qəzalinin şeytaniyyət, özünü-
reallaşdırma ehtiyacı isə rübubiyyət motivi ilə əhə-
miyyətli dərəcədə oxşarlıq kəsb edir. Z.Freyd tərə-
findən insanın ən təməl bioloji ehtiyaclarını ifadə
edən “id” və Qəzalinin şeytaniyyət motivi arasında
79
Din psixologiyası
da yaxın əlaqələr aydın nəzərə çarpır. Freydin “id”,
“eqo” və “super-eqo” üçlüyündə ifadəsini tapan nə-
zəriyyəsi Qəzalinin şəxsiyyət nəzəriyyəsinə yaxın-
lığı ilə diqqət cəlb edir. Nəhayət, Alfred Adlerin
(1870-1937) şəxsiyyət psixologiyasında təməl mo-
tiv kimi nəzərdən keçirdiyi insanın “üstünlük
qazanma” arzusu Qəzalinin “hakimiyyətə can at-
maq” mənasında işlətdiyi rübubiyyət motivi ilə
mühüm oxşarlıqlar daşıması aydın nəzərə çarpır.
80
Din – psixoloji fenomen kimi
ÜÇÜNCÜ FƏSİL
DİN –
PSİXOLOJİ FENOMEN KİMİ
81
Din psixologiyası
DİN – PSİXOLOJİ FENOMEN KİMİ
1. Din anlayışı və onun mahiyyəti
Müasir cəmiyyətdə dinin insan həyatındakı
təsirinin getdikcə zəiflədiyi və gələcəkdə dinin yox
olacağı haqqında verilən bir çox təxminlərə bax-
mayaraq, din ən müasir cəmiyyətlərdə belə, insan-
ların həyatında öz əhəmiyyətini qoruyub saxlayır.
“Qallup” Tədqiqat Mərkəzinin müntəzəm olaraq
həm qlobal səviyyədə, həm də ayrı-ayrı ölkələr üz-
rə apardığı sorğulardan bunu aydın şəkildə gör-
mək mümkündür. 2018-ci ildə “Qallup” tərəfindən
ABŞ-da aparılan sorğuda amerikalıların 72%-i di-
nin onların həyatında əhəmiyyətli olduğunu bildir-
mişdir. Ölkəmizdə aparılan anket sorğuları sovet
rejiminin 70 illik ateist ideologiyasına baxmaya-
raq, dinin insanların həyatında əhəmiyyətini qoru-
yub saxladığını göstərir. Belə ki, Dini Araşdırmalar
82
Din – psixoloji fenomen kimi
Mərkəzi tərəfindən 2014-cü ildə keçirilən sorğuda
respondentlərin 92.9%-i dini baxımdan inanclı ol-
duğunu bildirmiş, yarıdan çoxu (56.1%) isə islami
qaydalara laqeyd olmadığını bildirmişdir. Belə ki,
İslamın əmr və qadağalarının hamısına əməl edən-
lər 7.5%, çoxuna əməl edənlər 16.3%, bəzilərinə
riayət edənlər isə 32.3% təşkil edir. Respondent-
lərin konkret olaraq yerinə yetirdikləri dini iba-
dətlərə gəlincə, gündəlik namazların hamısını qı-
lanlar, ümumilikdə, 40.4% təşkil edir ki, bu da ki-
fayət qədər ciddi rəqəmdir. Gələcəkdə namaz
qılmağı planlaşdırdığını deyənlərin 32% təşkil et-
məsi də ümumilikdə, namaz ibadətinə müsbət ya-
naşıldığını göstərir.
Qeyd edilməlidir ki, oruc ibadətinə də ümu-
milikdə müsbət yanaşma olduğu görünür. Belə ki,
Ramazan ayında müntəzəm olaraq oruc tutanlar
respondentlərin 37.5%, arabir oruc tutanlar isə
18.8%-ni təşkil edir.
83
Din psixologiyası
Din psixologiyası dini etiqad sistemi və icti-
mai institut kimi yox, fərdi hadisə kimi tədqiq edir.
Bəs din psixologiyasında “din” dedikdə nə nəzərdə
tutulur? İlk baxışda dinin nə olduğu çox aşkar və
“hamının bildiyi” nəsnə kimi görünsə də, bütün
etiqadlardan olan fərdlər üçün müştərək olan cə-
hətləri müəyyənləşdirmək bir o qədər də asan
deyildir. Din psixologiyası nöqteyi-nəzərindən irəli
sürülən din tərifi həm fərdin dini həyatının bütün
cəhətlərini əhatə etməli, həm də dini etiqadından
asılı olmayaraq, bütün fərdlər üçün müştərək olan
cəhətlərə yer verməlidir. O zaman sual yaranır:
psixoloji cəhətdən din nədir? İctimai-humanitar
elmlər – fəlsəfə, sosiologiya, psixologiya və digər-
ləri bu günədək dinə bir-birindən fərqli yanaş-
malar nümayiş etdirmişdir. Misal üçün, antropoloq
və sosioloqlar dinə xarici perspektivdən (outside
perspective) yanaşır və onu fərddən kənarda, icti-
mai kontekstdə dəyərləndirirlər.
84
Din – psixoloji fenomen kimi
Psixoloqlar isə daxili perspektivlə (inside
perspective) dini tədqiq edir, dinin nə olmalı oldu-
ğunu deyil, insanların dini necə dərk etdikləri və
dinin psixoloji faydalarını araşdırırlar. Bununla ya-
naşı, psixoloqlar din ilə insan münasibətinin müx-
təlif yönlərini vurğulamışlar. Misal üçün, Uilyam
Ceyms dini fərdi və institusional olmaqla iki yerə
ayırır və bir psixoloq kimi fərdi din üzərində daya-
nır. Dini illüziya kimi qəbul edən Ziqmund Freyd
onun təsəlliedici yönünü, dini qəbul etməyi, bir
növ, alınyazısı olaraq irəli sürən Karl Qustav Yunq
isə insanın dini seçimlə bağlı iradəyə sahib olmadı-
ğını vurğulamışdır. İnsan iradəsinə böyük əhəmiy-
yət verən Viktor Frankl və Abraham Maslou kimi
psixoloqlar isə dinin insan təbiətinə uyğun olduğu-
nu və insanın din ilə münasibətlərində sahib ol-
duğu iradəni vurğulamışlar. V.Frankl dini insanın
özünə üstün gəlməsi kontekstində tədqiq etdiyi
85
Din psixologiyası
halda, A.Maslou dini insanın özünüreallaşdırma-
sına töhfə verən vacib element kimi qəbul etmişdir.
Din psixologiyasının banisi sayılan Uilyam
Ceyms dinin tərifini “fərdin hissləri, əməlləri və fərdi
təcrübələri” kimi müəyyənləşdirir. Robert Touless
Uilyam Ceymsə oxşar nöqteyi-nəzərdən çıxış edə-
rək, hissləri ön plana çəkərək, dinin tərifini “mü-
qəddəs ilə praktik ünsiyyət hissi” kimi nəzərdən ke-
çirir.
Son vaxtlarda dinin insanlara çarəsizliklər
qarşısında təsəlli yeri olmaqdan çox, məna qazan-
dırma və həyatı dəyişdirmə imkanına diqqət çəkən
Kennet Parqament isə dinə “müqəddəs ilə bağlı
məna axtarışı” kimi tərif verir.
Müasir dövrümüzədək dinin çox sayda tərifi
verilsə də, hamı tərəfindən qəbul edilən müştərək
tərifi mövcud deyildir.
Dinin müştərək tərifinin mövcud olmama-
sının bir-biri ilə əlaqəli iki əsas səbəbi mövcuddur.
86
Din – psixoloji fenomen kimi
Birincisi, elm adamlarının dinə müəyyən bir as-
pektdən yanaşmalarıdır. Hər elm adamı dini tədqiq
etdiyində onun müəyyən bir cəhətini və yaxud
funksiyasını mərkəzə alaraq dinə yanaşır, dinin
tərifini də həmin nöqteyi-nəzərdən verir. İkinci
səbəb isə dinin özünün çoxcəhətli və mürəkkəb bir
xüsusiyyətə sahib olmasıdır. Din düşünmənin, his-
setmənin, davranışın və münasibət qurmağın yol-
larından biri olduğu üçün fərdin həyatının bütün
aspektlərində mövcuddur. Ona görə də dinin bü-
tün cəhətlərinin və aspektlərinin bir tərifdə əhatə
edilməsi olduqca çətindir.
Dinin müxtəlif tərifləri “substantiv təriflər”
(mahiyyətlə bağlı) və “funksional təriflər” olmaqla
iki qrupa ayrılır. Substantiv təriflər dini təşkil edən
əsas elementlər baxımından, funksional təriflər isə
fərdin və cəmiyyətin həyatında yerinə yetirdiyi
funksiyalar baxımından dinə tərif verməyə çalışır.
87
Din psixologiyası
1.1. Dinin substantiv tərifləri
Bu yanaşma dini hadisələri, mədəniyyətin
tərkib hissəsində mövcud olan özünəməxsus real-
lıq olaraq qəbul edir. Dinin mahiyyətini təşkil edən
dəyişməz bəzi elementlər mövcuddur və bunların
başqa ictimai və mədəni sahələrə reduksiya edil-
məsi mümkün deyildir. Dinin mahiyyətlə bağlı tə-
riflərində nəzərə çarpan və dinin mahiyyətini təş-
kil etdiyi bildirilən əsas elementlər aşağıda qeyd
olunanlardır
1. Dinin əsas mahiyyəti fövqəltəbii qüvvə-
lərlə əlaqədir. Din fövqəltəbii və müqəd-
dəs olduğuna inanılan bir varlığı əsas alır.
Lakin fövqəltəbii qüvvə elmi tədqiqatın
mövzusu deyildir. Fövqəltəbii qüvvə ef-
fektiv bir amil kimi insanın şüuruna və
davranışlarına təsir etməsi baxımından
tədqiq edilir.
2. İnsanın fövqündə “obyektiv” bir reallıq
88
Din – psixoloji fenomen kimi
olduğuna inanılan Tanrı, eyni zamanda,
dindar insanın onunla bu və ya digər
formada münasibət qurduğu, ona sadiq
olduğunu hiss etdiyi daxili, şəxsi bir real-
lıqdır. Beləliklə, mömin insanın daxili alə-
mində böyük təsirə malik olan müqəddəs
bir qüvvə, şəxsi və subyektiv bir reallıq
baxımından immanent olma xüsusiy-
yətinə sahibdir. Bununla əlaqəli olaraq
din fərdin həyatında müəyyən tərzdə və
miqyasda etiqad və əməllər, fikir və tə-
səvvürlər, hiss və təcrübələr, münasibət
və davranışlar bütövü kimi özünü büruzə
verir.
3. Psixoloji anlayışa görə, din ümumiləşdi-
rilmiş fikirləri, inancları və təsəvvürləri,
insanların mənəvi və mücərrəd baxımdan
bütöv dərketmə tərzini, reallığın müəy-
yən bir tərifini və mənasını ehtiva edir,
89
Din psixologiyası
eləcə də şəxslərdə vəfalılıq və sədaqətlilik
hissi yaradır.
4. Din etiqad, ehkam, əxlaq və müqəddəs ilə
bağlı münasibət və davranışlardan iba-
rətdir.
1.2. Dinin funksional tərifləri
İnsanların fərdi və ictimai həyatında inandıq-
ları dinin bir çox təsirlərini və funksiyalarını müşa-
hidə etmək mümkündür. Bəzi din tərifləri bu təsir
və funksiyalardan birini və ya bir neçəsini əsas
götürür. Məsələn, dinin əsas funksiyasının ölüm ilə
bağlı yaranan sualları cavablandırmaq olduğunu
irəli sürən funksional bir din tərifinə görə, “Din – in-
sanın bir gün öləcəyini bildiyinə görə, qarşılaşdığı
sualları fərdi olaraq anlamaq üçün etdiklərinin
məcmusudur”.
Bu cür funksional təriflərdə dinin müəyyən
bir xüsusiyyəti, funksiyası əsas götürülərək, bütün
90
Din – psixoloji fenomen kimi
dini sistemi ona uyğun formada müəyyənləşdirmə
cəhdi nəzərə çarpır. Əslində, bu cür təriflər dinin
bir və ya bir neçə funksiyasına reduksiya etmək ki-
mi arzuolunmaz yol izləyir. Ümumi olaraq baxdıq-
da, dinin fərd və cəmiyyət ilə bağlı bir çox təsir və
funksiyasından danışmaq mümkündür:
1. İnanılan həqiqətləri müəyyənləşdirir.
Tanrı ilə ünsiyyət qurmağın metod və
üsullarını, qaydalarını şərh edir.
2. Həyat, ölüm, tale, xoşbəxtlik və digər əsas
ekzistensial məsələlərlə bağlı verdiyi
izahlarla insanlara mükəmməl dünyagö-
rüşü təmin edir.
3. Din mövcudluğu (existence) və reallığı
şərh edərək, kimliyin tərifi vasitəsilə
insanı bu bütövün içinə yerləşdirir. Belə-
liklə, fərdin həyatının mənalı olmasını tə-
min edir, məna axtarışına cavab təşkil
edir.
91
Din psixologiyası
4. İnsana hüdudlarını və vəzifələrini bildirə-
rək, vicdanında məsuliyyət hissi oyandırır.
Necə yaşamalı olduğu ilə bağlı bir yolgös-
tərici təqdim edərək insanı maarifləndi-
rir, qeyri-müəyyənlikdən xilas edir.
5. Fərdin xarakterində, hisslərində və qəl-
bində özünə yer edir, arzuları və ehtiyac-
ları, qorxuları və ümidləri, çatışmazlıqları
və hüdudları ilə maraqlanır. Dəyərlər və
mənanın ali prinsipi kimi fərddə böyük
dəyişikliklərə yol açır.
6. Eyni etiqadda olan fərdlər arasında bir
ahəng, müştərək məqsəd və amallar
müəyyənləşdirərək dini qrup, icma və
kollektivlərin formalaşmasını təmin edir.
Cəmiyyətin müxtəlif təbəqələri arasında
inteqrasiya və həmrəyliyi gücləndirir.
7. Din mənəvi rahatlıq, həyatın mənası, nə-
92
Din – psixoloji fenomen kimi
zarət, özünü inkişaf etdirmə, fiziki sağ-
lamlıq kimi fərdi amalları əhatə edir. Bu-
nunla yanaşı, din Tanrı ilə yaxınlıq arzu-
su, digər insanlarla dostluq, dini bir icma-
ya üzv olma, dünyada əmin-amanlığı və
ədaləti təmin etmə məqsədi kimi ictimai
amalları da əhatə edir.
8. Dini ideya və məqsədlər həm ali dəyər-
ləri, həm də dağıdıcı və mənfi davranışları
əhatə edir. Misal üçün, bəzi insanlar di-
gərlərinin ayağının altını qazmaq, özünü
mədh etmək, nüfuz qazanmaq, yüksəl-
mək üçün dindar olmayanların və yaxud
dindarlığa qarşı çıxanların bütün hərislik-
lərini reallaşdırmaq üçün bəzi dini me-
todlardan (məsələn, müəyyən dini qrupa
üzv olmaq) istifadə edirlər. Bundan əlavə,
bir sıra insanlar məqsədlərinə çatmaq
üçün dağıdıcı dini yollardan istifadə edir,
93
Din psixologiyası
bəzi hallarda özlərinin inkişafını təmin
edən dini yollar izləyirlər. Misal üçün, bə-
zi dini icmaların məqsədi daha çox insanı
əhatə etmək, bir sıra icmaların məqsədi
isə fərqli görüşlərə malik olan insanlara
zülm etmək və qeyri-tolerantlıq olur.
Dinin yuxarıda qeyd olunmuş psixoloji və
ictimai ehtiyacları təmin etmək üçün yerinə yetir-
diyi funksiyalar elmi tədqiqatların mövzusudur.
Qeyd edildiyi kimi, dinin bir çox fərdi və
ictimai funksiyası mövcuddur. Lakin bunların biri
və yaxud hamısı dinin özünü ifadə etmir. Bəzi din
psixoloqları bu qəbil səhvlərə yol verərək, “reduk-
sionist” din məfhumunu irəli sürüblər. Bundan
əlavə, bəzi din psixoloqları da din məfhumunun
hüdudlarını olduqca genişləndirərək, fərdi bağlı-
lıqları (məs.: uğur qazanma, incəsənət pərəstişkar-
lığı, idman fanatizmi və s.), ideologiyaları və digər
94
Din – psixoloji fenomen kimi
bəşəri sistemləri də əhatə edən din tərifi irəli sü-
rürlər.
2. Din – obyektiv reallıq kimi
Din psixologiyasının tədqiqat mövzusu olan
din hər şeydən əvvəl mədəniyyətin tərkib hissə-
sində mövcud olan bir reallıqdır. Mədəni reallıq
olan din fərdlərdən kənarda mövcud olan obyektiv
hadisədir. Fərdlər bu reallığın əhatəsində, bu real-
lıq tərəfindən əhatəyə alınırlar. Onunla qarşılıqlı
formada bir-birlərinə təsir edir və müəyyən müna-
sibət formalaşdırırlar. Din mədəni reallıq kimi bəzi
elementlərdən ibarət olan bütövlük təşkil edir. Bu
bütövün əsas elementləri aşağıdakılardır:
1. Dini icma və ənənə: İslam, Xristianlıq, Yə-
hudilik; şiəlik, sünnilik, pravoslavlıq, pro-
testanlıq və s.
2. Dini institutlar: şeyxulislamlıq, papalıq,
patriklik, xaxamlıq və s.
95
Din psixologiyası
3. Din dili: Allah, Tanrı, peyğəmbər, halal, ha-
ram, günah, savab, vəhy, müqəddəs, mö-
min, kafir, cənnət, cəhənnəm, şeytan, mə-
lək, namaz, oruc, cihad, sədəqə, “Allah kö-
məyin olsun”, “Allaha əmanət olun” və di-
gər söz və ifadələr.
4. Dini şəxslər: peyğəmbər, imam, molla,
şeyx, rahib, papa, xaxam və s.
5. Dini əşyalar: Quran, səccadə, təsbeh, xaç
və s.
6. Dini məkanlar və zaman: Kəbə, məscid,
ziyarətgah, pir, kilsə, sinaqoq; Qədr gecə-
si, Əhya gecələri, Ramazan və Qurban
bayramı, cümə, məhərrəm ayı və s.
7. Dini mərasimlər: Camaat namazı, Qur-
ban, dua, zikr, mövlud, vaftiz, günahını
etiraf etmə (confession) və s.
Dinin bütün bu elementləri biri digərini ta-
96
Din – psixoloji fenomen kimi
mamlayan və biri digəri ilə məna qazanan, bütöv-
lükdə özünəməxsus bir sistem təşkil edir. Ona görə
də bunların hər birinin dini reallığı təmsil edən
simvolik dəyəri mövcuddur. Yəni din, eyni zaman-
da, simvolik sistemdir.
Din ictimai-mədəni reallıq kimi özünəməx-
sus dili və məfhumları, ənənəsi, institutları, simvol-
ları, ibadətləri, təmsiledici əşya və şəxsləri ilə bütöv
sistemdir. Dini mühakimə eşitmək, müəyyən ayin,
mərasim və ibadəti seyr etmək və yaxud simvolik
dini bir fiqur haqqında düşünmək müxtəlif dini
hiss və təcrübələr hərəkətə gətirir. Eyni zamanda,
özlərini dinə yaxın hiss edən insanlar da bəzi dini
fəaliyyətlər həyata keçirirlər. Odur ki, din psixo-
loqlarının vəzifəsi dinin özünü yox, insan təcrübə-
sində meydana gələn təzahürlərini tədqiq etmək-
dir. Dini reallığı təmsil edən hər amil müəyyən
“dini simvol” olduğu üçün, hansısa mədəniyyət
mühitində yaşayan hər kəs dini simvollarla mütləq
97
Din psixologiyası
qarşılaşır, onlara müsbət və yaxud mənfi münasi-
bəti formalaşır.
3. Din – subyektiv reallıq kimi
Müəyyən bir mühitdə dinin simvolları ilə qar-
şılaşan fərdlər onlarla əlaqələrindən asılı olaraq, öz
şəxsi dindarlıqlarını formalaşdırırlar. Doğulduğu gün
qulağına azan oxunan və beləliklə, həyatının ilk gü-
nündən din hadisəsi ilə qarşılaşan müsəlman uşaq
evdə, ailədə üzvlərinin danışıqlarında və əməllərində
gördüyü dini öyrənmiş olur. Din onun daxili aləmin-
də subyektiv həyat kimi yer tutmağa başlayır. Belə-
liklə, xarici aləmdə mövcud olan hadisələr fərdlərin
daxili aləmində də müəyyən inkişaf prosesində möv-
cudluq və struktur qazanır. Subyektiv reallıq kimi di-
ni formalaşdıran elementlərin bəziləri aşağıdakılar-
dır: dini inanclar, dini məfhumlar və ifadələr, dini mü-
hakimələr, dini təsəvvürlər, dini mövqe və münasi-
98
Din – psixoloji fenomen kimi
bətlər, dini hiss və həyəcanlar, dini əməllər və fəaliy-
yət.
Elmi tədqiqatın mövzusu olaraq dini reallı-
ğın bu iki fərqli cəhəti, yəni dinin obyektiv və sub-
yektiv aspektləri bir-biri ilə əlaqəli formada möv-
cud olur. Fərddən kənarda müəyyən istinadı olma-
yan dini etiqaddan danışmaq mümkün deyil. Mü-
səlman hesab olunan yaşadığı cəmiyyətin mədə-
niyyətinin ona öyrətdiyi bir Allaha inanır, onunla
ünsiyyətdə olduğu vaxt hiss və həyəcan hiss edir,
Ona dua və ibadət edir. Öyrəndiyi dini biliklərə
uyğun dini təsəvvürlər və mühakimələr formalaş-
dırır. Bu dinin müqəddəslərinə hörmət bəsləyir və
dini mərasimlərində iştirak edir.
Din insan həyatının bütün sahələrini əhatə
edir. İnsanın məna dünyasını əhatə edən inanc və
dəyərlər idrak, duyğu və davranışın hər növündə,
fərdi və ictimai təcrübənin hər sahəsində effektli
99
Din psixologiyası
ola bilir. Dini inanc şəxsi həyatın bütün element-
lərini təyin edən və onları birləşdirən bir xüsusiy-
yətə malikdir. Din psixoloqları dinin fərdlərin hə-
yatındakı bu çoxcəhətli təzahürünü ölçə bilən şka-
lalar formalaşdırmışlar. Növbəti mövzu fərdlərin
dindarlığının psixoloji cəhətdən tədqiqidir.
4. Dindarlıq anlayışı və onun müxtəlif
aspektləri
Din kimi, dindarlığın tərifinin verilməsində
də bir çox çətinlik mövcuddur. İnsanların həyatını
formalaşdıran prinsiplər sistemi kimi din subyek-
tiv reallıq olduğu halda, dindarlıq dini prinsiplərin
həm fərdi, həm də ictimai həyata transfer edilmiş
vəziyyətidir. Ona görə də dindarlıqda söhbət dini
etiqadların müxtəlif münasibət və davranışlarla
fərdin gündəlik həyatına təsir etməsindən gedir.
Dindarlıq bilik, hiss, davranış və s. aspektləri əhatə
edən çoxyönlü struktura malikdir.
100