The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-07 05:04:34

Din psixologiyası kitab SON

Din psixologiyası kitab SON

Din dəyişdirmənin psixologiyası

daha çox uşaqlıq dövründə ailədə sistemli şəkildə
dini mənimsəməyən fərdlər arasında geniş yayıl-
mışdır. Məsələn, A.Kösenin (2008) həyata keçirdi-
yi tədqiqatda İngiltərədə İslam dinini qəbul edən-
lərin uşaqlıqda dini mənimsəməyən və ya dindən
uzaq, sekulyar həyat tərzinə sahib olanların təşkil
etdiyi məlum olmuşdur. Deməli, din dəyişdirməyə
səbəb olan amillər arasında ailədə dini dəyərlərə
yiyələnməmək və ya din haqqında kortəbii biliklə-
rə sahib olmaqdır.

Din dəyişdirməyə səbəb olan başqa bir amil
isə din ilə bağlı yanlış məlumatlara malik olmaqdır.
Xüsusilə, cəzalandırıcı və ehkamçı din təsəvvürü-
nün uşaqlaqda təlqin edilməsi uşaqları dindən so-
yudur, dinə mənfi münasibətin formalaşmasına sə-
bəb olur. Belə insanlar həyatlarının daha irəli mər-
hələlərində yenidən din və ya başqa bir məzhəb ilə
qarşılaşa, dinlə bağlı yanlış məlumatlara sahib ol-

301

Din psixologiyası

duğu qənaətinə gələ bilərlər. Nəticə olaraq bu sə-
bəbdən başqa bir dini seçə bilər.

3.3. Uğursuz sosiallaşma
Sosiallaşma – fərdin yaşadığı sosial-mədəni
mühitin norma və dəyərlərini mənimsəməsi pro-
sesi kimi başa düşülür. Sosiallaşma prosesi ailədə
başlayır və insanın həyatı boyu davam edir. Uğur-
suz sosiallaşma fərdin cəmiyyətə inteqrasiya edə
bilməməsinin başlıca səbəbidir. Bu, eyni zamanda,
fərdin cəmiyyətin dini dəyərlərinə yadlaşmasına
və özünəməxsus dünyagörüşünə sahib olmasına
gətirib çıxara bilər. Qısası, cəmiyyətin dini dəyərlə-
rinə uğurlu inteqrasiya etməyən fərdlərin din də-
yişdirməsi daha çox müşahidə olunur.
Qeyd olunduğu kimi, bəzi insanlar öz mədəni
və dini dəyərlərinə tam inteqrasiya olunmadığına
görə, cəmiyyətin dini-mənəvi dəyərlərini bölüş-

302

Din dəyişdirmənin psixologiyası

mür, onları mənimsəmir. Eyni zamanda, bəzi fərd-
lər cəmiyyətin mədəniyyəti və mədəniyyətin tər-
kib hissələrindən olan dini təsəvvürlər ilə razılaş-
mayıb, bunlara əks mövqedən çıxış edir. Bunun bir
çox səbəbi ola bilər: fərd aid olduğu cəmiyyətin di-
ni-ideoloji dünyagörüşü, adət-ənənələri və təqdim
etdiyi həyat tərzi ilə qane olmayıb, bunların müasir
dövrün tələbləri ilə uyğunlaşmadığı nəticəsinə gə-
lə bilər. Bir çox insan ənənəvi formada qəbul etdiyi
dini daha sonrakı dövrlərdə məhz bu dinin inanc
sistemlərini məntiqli hesab etmədiyinə görə tərk
edir. Belə ki, dinin elm, fəlsəfə və ya ağıl ilə ziddiy-
yətə düşdüyünü hesab edənlər həmin dindən çıx-
maqda və ya axtardığı meyarlara cavab verən baş-
qa bir dini qəbul etməkdədir.

Sosial məhrumiyyətlərlə üzləşən və sosial
mühitdən gözlədiyi dəstəyi görməyən fərdlər öz
mədəniyyətlərinə mənfi münasibət bəsləyirlər.
Həssas qruplara daxil olan belə insanların başqa

303

Din psixologiyası

mədəniyyətə, dinə və məzhəbə meyil etmələri
mümkündür.

3.4. Başqa dinə mənsub səxslərin
nümunəvi davranışları

Fərqli dinə mənsub insanlarla yaxın münasi-
bətlər və onların nümunəvi davranışları din dəyiş-
dirmənin səbəblərindən birini təşkil edir. Uzun-
müddətli proses olan din dəyişdirmə hadisəsi za-
manı fərd öz dini inancına tənqidi meyildə olmalı-
dır. Belə ki, fərqli dinə mənsub olanlarla yaxın mü-
nasibətlər zəruri surətdə din dəyişdirməklə nəti-
cələnmir. İnsan öz dininə səmimiyyətlə bağlı olub,
başqa din və mədəniyyətə mənsub olanlarla da
yaxın münasibətlərini davam etdirə bilər. Öz dini
ənənəsində isə razılaşmadığı məqamlar və şübhə
doğuran hallar mövcuddursa, bu, onun başqa dinə
mənsub olanlardan daha tez təsirlənməsinə gəti-
rir.

304

Din dəyişdirmənin psixologiyası

Qeyd edək ki, xüsusilə ağır sosial və psixoloji
böhranlarda fərdlərin başqa mədəniyyətə mənsub
olan şəxslərin maddi və ya mənəvi dəstəyini alması
həmin mədəniyyətə qarşı empatiya duyğularının
yaranmasına və daha da möhkəmlənməsinə gəti-
rib çıxarır.

3.5. Fərqli dinə mənsub olanlarla evlilik
Fərqli dinə mənsub olan biri ilə evlənmək
din dəyişdirmənin əsas səbəblərindən biridir. İn-
san sevdiyi insanın dini və mədəniyyətinə müsbət
baxmağa meyillidir. Ailə həyatında dayanıqlılıq və
sağlam münasibətlərin davamiyyəti üçün din birli-
yinin vacib amil olduğu qeyd edilir. Ailədə dini
birlik olmadan ortaq həmrəylik və səmimi münasi-
bətlərin yaranması çətinləşir. Buna görə də ailə
üzvləri getdikcə dini baxımdan eyni istiqamətə yö-
nəlirlər. Əsasən, qadının kişinin dinini qəbul etmə-
si müşahidə edilir, amma əks hallar da baş verir.

305

Din psixologiyası

Ailə həyatında fərqli dinə mənsub insanlar arasın-
da gedən dini müzakirələr də din dəyişdirmənin
səbəblərindən biridir.

Din dəyişdirməklə bağlı aparılan araşdır-
malar evliliyin din dəyişdirmənin səbəblərindən
biri olduğunu ortaya qoymuşdur. 4 Tədqiqatlar
göstərir ki, ailədə ər-arvaddan biri digərinin dini
həyatından təsirlənərək onun dinini qəbul edir: ya
evlilikdən əvvəl biri onun dinini qəbul etməyi şərt
qoşur, ya da tərəf müqabillərindən hər ikisi eyni
vaxta dinlərini dəyişdirir.

3.6. Travmatik hadisələr
Travmatik hadisələr din dəyişdirmənin sə-
bəblərindən biri kimi çıxış edir. Belə ki, boşanma,
bədbəxt hadisələr, təbii fəlakətlər, ölüm və oxşar

4 Bax: Köse A. (2008)

306

Din dəyişdirmənin psixologiyası

hadisələr fərdin həyatına, eləcə də dinə olan müna-
sibətinə dərindən təsir edir. Kreilşeymer (Krail-
sheimer, 1980) tarixdə iz qoymuş bir çox məşhur
insanın – Blez Paskal, Martin Lüter və Avqustin da-
xil olmaqla, 12 tanınmış şəxsiyyətin həyat hekayə-
sini tədqiq edərək, onların hamısının həyatında
böhranlı hadisələrin mühüm rol oynadığını müəy-
yənləşdirmişdir. İnsanın onun üçün xüsusi əhə-
miyyətə malik birini itirməsi dünyagörüşündə cid-
di dəyişikliklərə səbəb ola bilir. Başqa mühüm amil
isə boşanma hadisəsidir. Boşanma, həm ər-arvad,
həm də uşaqlar üzərində ağır nəticələr doğurur.
Bu, bəzən insan üçün həyatın mənasının itirilməsi
kimi ekzistensial problemlərin yaranmasına zəmin
hazırlayır.

Yuxarıda qeyd olunan sosial və emosional
travmatik hadisələr insanın həyata baxışını dəyiş-
dirdiyi kimi, onun dinə münasibətində də ciddi

307

Din psixologiyası

dəyişikliklər meydana gətirə bilər. Təbii ki, bu pro-
sesin tamamlanması üçün intellektual aspetin oy-
nadığı rolların da vurğulanması lazımdır. Belə ki,
sosial, psixoloji və eksiztensial böhranlar insanı öz
əvvəlki dünyagörüşünü təhlil etməyə, baş verən-
lərə məna verməyə təşviq edir. Yəni travmatik ha-
disələr nəticəsində yaranan psixi-emosional həs-
saslıq din dəyişdirmənin zəruri səbəbi deyildir, la-
kin onun üçün zəmin hazırlayan amildir. Belə hadi-
sələr fərdin din dəyişdirməsi üçün vasitə rolunu
oynayır və ya bu prosesi sürətləndirir. Nəhayət,
böhranlı psixoloji vəziyyət, identifikasiya və mən-
subiyyət problemləri rasional axtarışlarla birləşə-
rək, fərdin dini baxışlarının yenidən formalaşma-
sında mühüm amil kimi çıxış edir.

308

Din dəyişdirmənin psixologiyası

3.7. Eksiztensial axtarışlar
Dindəyişdirənlərin həyat təcrübəsinə nəzər
saldıqda, onların əksəriyyətinin dinə münasibəti-
nin dəyişilməsindən əvvəl həyatın mənası, ölümün
mahiyyəti, kainatın mənşəyi və digər eksiztensial
suallara cavab axtardıqları müşahidə olunur. Bu,
insanın əvvəlki dünyagörüşünün onu qane etmə-
diyi və həyatı mənalandırma təşəbbüsünün ilkin
mərhələsi kimi nəzərə çarpır.
Din dəyişdirmə hadisəsi bir çox insan üçün
həyata məna qazandırma cəhdinin nəticəsidir. İn-
san bəzən cəmiyyətdə geniş yayılmış dünyagörüş-
lərinə şübhə ilə yanaşmağa və onları yenidən nə-
zərdən keçirməyə ehtiyac hiss edir. Bu ehtiyac baş-
qa mədəniyyətlə tanış olmaq və onları mənimsə-
mək səbəbi kimi meydana gəldiyi üçün insanın
daxili tələbatı nəticəsində də yarana bilər. Bu ba-
xımdan, yəhudiəsilli psixoloq V.Frankl hesab edir

309

Din psixologiyası

ki, həyata məna qazandırma cəhdi insanın funda-
mental tələbatlarından birini təşkil edir. İnsan hər
halda – həm xoşbəxt olduğu anlarda, həm də ən
ağır həyat şərtlərində baş verən hadisələrə məna
verməyə, həyatına bir dəyər qazandırmağa ehtiyac
hiss edir. O, hesab edir ki, insanın ruhani böhran-
ları məhz həyata mənaqazandırma fəaliyyətinin
uğursuz olmasından irəli gəlir.

Deyilənlərdən aydın olur ki, ekzistensial ax-
tarışlar və həyata məna qazandırma cəhdləri in-
sanın təbii ehtiyaclarını təşkil edir.

Məlumdur ki, dini zəmində həyatın məna-
landırılması daha münasibdir, hətta bu, dinin əsas
funksiyalarından biridir. Bu prosesdə fərd dünyəvi
həyat tərzi yaşadığı halda, əvvəlki dininə sarılır,
yaxud mənəvi ehtiyaclarına adekvat cavab verən
başqa bir dinə yönəlir. Qeyd olunanlar ekzistensial
axtarışların din dəyişdirmə prosesinin əsas səbəb-
lərindən biri kimi çıxış etdiyini göstərir.

310

Din dəyişdirmənin psixologiyası

Bəzi araşdırmalar göstərmişdir ki, ümumiy-
yətlə, qadınlar daha çox evlilik və sosial mühitə
inteqrasiya səbəbindən dinlərini dəyişdirir. Qadın-
larda din dəyişdirmədə, əsasən, emosional və so-
sial amillər rol oynayır. Kişilər isə ənənəvi dini
inanclarla qane olmamaq və başqa dinin məntiqli
yönlərini kəşf etmə səbəbindən dinlərini dəyişdi-
rirlər. Kişilərdə daha çox intellektual amillər əsas
rol oynayır. Din dəyişdirmə hadisəsinin, əsasən,
21-40 yaş qruplarında baş verdiyi qeyd edilir.

4. Din dəyişdirmənin mərhələləri
Din dəyişdirmə psixologiyada sosial-psixolo-
ji proses kimi nəzərdən keçirilir. Fərd din dəyiş-
dirmə prosesində psixoloji böhran, axtarış, fərqli
din ilə tanışlıq və qərarvermə kimi müxtəlif mərhə-
lələrdən keçir. Bunları nəzərə alan psixoloqlar din
dəyişdirmə hadisəsini bir proses kimi qiymətlən-

311

Din psixologiyası

dirərək, onu izah edən müxtəlif modellər yaratmış-
lar. Qeyd edilməlidir ki, psixoloqlar din dəyişdirmə
prosesini izah edən vahid bir model üzərində an-
laşa bilməyiblər. Aşağıda bunlardan biri – praktik
və yığcamlıq baxımından səmərəli hesab olunan
üçmərhələli model daha təfsilatlı nəzərdən keçiri-
lir. Bu model 1) öz dininə yadlaşma; 2) yeni dinlə
tanışlıq; 3) yeni dini qəbul etmək mərhələləri kimi
xarakterizə edilə bilər.

4.1. Öz dininə yadlaşma
Birinci mərhələdə fərd ailəsinin və cəmiyyə-
tin ona bəxş etdiyi dini dünyagörüşü özünə uyğun
hesab etmir. Fərd cəmiyyətdən uzaqlaşır, onun
norma və dəyərlərini bölüşmür. Cəmiyyətin həyat
tərzi onun üçün heç bir məna kəsb etmir. Nəticədə,
sosiologiyada da geniş istifadə edilən anlayışların-
dan biri olan yadlaşma prosesi baş verir: fərd özü-
nü cəmiyyətə yadlaşmış hiss edir. Bu mərhələdə

312

Din dəyişdirmənin psixologiyası

insan başqa mədəniyyət və dinlərdə ekzistesial
suallarına cavab axtarır. O, mənəvi ehtiyaclarına
cavab verən dünyagörüşlərini qəbul etməyə hazır
vəziyyətə gəlir.

4.2. Yeni dinlə tanışlıq
İkinci mərhələdə axtarış içində olan fərd mü-
taliə, diskussiya və digər aktiv fəaliyyət, yaxud tə-
sadüfi qarşılaşma nəticəsində onun mənəvi ehti-
yaclarına cavab verən din ilə tanış olur. Əgər yeni
din onun üzləşdiyi problemlərə müəyyən qədər ca-
vab verirsə, fərdin həmin dinə qarşı müsbət müna-
sibəti yaranır. Bu emosional əlaqələr nümunəvi bir
dindar insan və ya evləndiyi həyat yoldaşı olarsa,
nəticə daha təsirli alınır.

313

Din psixologiyası

4.3. Yeni dini qəbul etmə
Üçüncü mərhələdə fərd dini qəbul etmək
üçün hazır vəziyyətə gəlir. Yeni dinin ideologiyası-
nı mənimsəyir, ayinləri yerinə yetirməyə çalışır.
Dinin ona tam münasib olduğu qənaəti hasil olduq-
dan sonra, fərd yeni dini qəbul etməyə qərar verir.
Bir çox hallarda din dəyişdirmə dini mərasimlərin
müşayiəti ilə həyata keçirilir. Bundan sonra fərd
yeni dini baxışlarına görə həyatını tənzimləyir.
Bütün hallarda din dəyişdirmə prosesinin
uzunmüddətli mərhələ olduğu aydın nəzərə çarpır.
İnsanın ənənəvi dini baxışlarının dəyişilməsinə tə-
sir göstərən müxtəlif sosial-psixoloji və emosial
amillər vardır. Lakin nəticədə, din dəyişdirmə pro-
sesində rasional və intellektual qərarlar həlledici
rol oynayır.

314

Din dəyişdirmənin psixologiyası

5. Din dəyişdirmənin tipləri
Din dəyişdirmə, yaxud dini qəbul etməyə
dair aparılan araşdırmalar bu prosesin müxtəlif
tiplərinin olduğunu müəyyənləşdirmişdir. Araş-
dırmalar göstərir ki, bəzi din dəyişdirmə hadisələ-
rində başqa dinin mənsubları ilə yaxın münasibət-
lər, digərlərində intellektual baxımdan öz dini və
mədəniyyəti ilə qane olmamaq və digər motivlər
daha mühüm rol oynayır. Məsələyə bu aspektdən
yanaşan din psixoloqları Lofland və Skonovd
(1981) din dəyişdirmə hadisələrini ətraflı təhlil
edərək, bu prosesdə həlledici rol oynayan motiv-
lərin altı tipinin fərqləndirmişlər: intellektual, mis-
tik, təcrübə, emosional, yenidənoyanış, icbari.

- İntellektual motiv. İntellektual motiv-
lərlə dindəyişdirən insanlar başqa din-
ləri və mədəniyyətləri araşdıraraq,
oxuyaraq, mütaliə edərək tanış olur.

315

Din psixologiyası

Müxtəlif dinləri müqayisə edir, onların
üstün və nöqsan tərəflərini qiymətlən-
dirərək, rasional qərar qəbul edir. Eyni
zamanda, fərd yeni dinin onun həya-
tına hansı töhfələri verəcəyini hesaba
qataraq praqmatik addımlar atır. İn-
tellektual motiv səbəbindən baş verən
din dəyişdirmə hadisəsində başqa di-
nə mənsub olan insanlarla ünsiyyət,
sosial təzyiq və digər motivlərdən da-
ha çox fərdin araşdırmaları və şüurlu
seçimi əsas rol oynayır.
- Mistik motiv. Mistik motiv vasitəsilə
din dəyişdirmə hadisəsi fərdin yaşa-
dığı dərin dini təcrübə nəticəsində baş
verir. Dini və ya mistik təcrübə dedik-
də, fərdin hər hansı bir səbəbdən özü-

316

Din dəyişdirmənin psixologiyası

nü fövqəltəbii varlığa yaxın hiss etmə-
si, ona qovuşması kimi insanın həya-
tını dəyişdirə bilən intuitiv-ruhani hal-
lar nəzərdə tutulur. Belə dini təcrübə-
lər yaşayan insanların həyatında, adə-
tən, böyük dəyişikliklər baş verir. Bun-
lardan biri də məhz din dəyişdirmə və
ya dinə dərindən sarılma kimi təzahür
edir.
- Təcrübə motivi. Bu din dəyişdirmə tipin-
də fərd hər hansı bir dini yoxlamaq və
yaxından təcrübə etmək məqsədilə
onun ibadət və ayinlərini icra etməyə
başlayır. Məsələn, məscidə və ya kilsəyə
gedir, dindarlarla ünsiyyət qurur, belə-
liklə, dini daxildən öyrənməyə və təc-
rübə etməyə çalışır. Nəhayət, o, həmin
dini qəbul edib-etməmə haqqında öz

317

Din psixologiyası

qərarını verir.
- Emosional motiv. Din dəyişdirmə bir

çox hallarda fərdin başqa dinə mənsub
olan insanlarla emosional münasibət-
ləri, yaxın ünsiyyət, sevgi və s. Duyğu-
mərkəzli səbəblərlə reallaşır. Fərd bu
və ya digər dini qrupun üzvlərindən də-
rindən təsirlənir, onların isti münasi-
bəti səbəbindən həmin dinə meyil edir.
Emosional motivlər səmimi olaraq din
dəyişdirmə hadisəsinin əsas amillərin-
dən biri kimi çıxış edir.
- Yenidənoyanış motivi. “Yenidənoyanış”
dedikdə, fərdin dini duyğularının oyan-
dırılması, onun yenidən dinə sarılmaya
təşviq edilməsi nəzərdə tutulur. Yəni
fərd fəal dini həyat yaşamadığı halda,

318

Din dəyişdirmənin psixologiyası

müəyyən bir dini mərasimdə və ya təb-
liğatda iştirak etmənin təsiri ilə dindar-
laşmağa qərar verir və öz dininə dərin-
dən sarılır. Yenidənoyanış motivi vasi-
təsilə fərd dini dəyişdirməkdən daha
çox əvvəl aid olduğu dininə ciddi riayət
etməyə başlayır.
- İcbari motiv. Din dəyişdirmə hadisə-
sində icbarilik, yəni fərdin öz istəyi
olmadan xüsusi metodlarla onun dinə
cəlb edilmə motivindən də bəhs edilir.
Xüsusilə də yeni dini hərəkatlarda fəal
missionerliklə məşğul olan qruplar ic-
bariliyin bir növü kimi beyinyuma tex-
nikalarından istifadə edirlər. Beyinyu-
ma texnikasını sistematik təlqin kimi
başa düşə bilərik. Belə olan təqdirdə,

319

Din psixologiyası

fərd müəyyən bir qrupun və ya xariz-
matik dini liderin sosial, intellektual və
ya emosional təzyiqi altında yeni dinə
cəlb edilir.

320

Mistisizmin psixologiyası



DOQQUZUNCU FƏSİL
MİSTİSİZMİN

PSİXOLOGİYASI



321

Din psixologiyası

MİSTİSİZMİN PSİXOLOGİYASI

İnsanlar etiqad etdikləri dinlərə inam bəslə-
mə və onun ayinlərinə riayət etmə səviyyəsi baxı-
mından olduqca fərqlənirlər. Bəzi dindar insanlar
dinin formal öhdəliklərini yerinə yetirməklə kifa-
yətlənir, digərləri isə daha dərin dini idraka nail
olmaq üçün asketik həyat tərzi və ya zahidlik yolu-
nu seçirlər. Dini təcrübə və ya mistisizmin xüsusi
bir forması olan “təsəvvüf” belə dərin dini həyatın
nümunələrini təşkil edir. Mistisizm müxtəlif mədə-
niyyətlərdə bir-birindən fərqli formada təzahür
etsə də, mistik həyata xas olan bir çox ortaq xü-
susiyyətləri və psixoloji halları da özündə ehtiva
edir. Din psixologiyasında mistisizm məhz bu as-
pektdən - mistik həyat üçün səciyyəvi olan psixo-
loji halətlər, mistisizmin ümumi xarakteristikası,

322

Mistisizmin psixologiyası

onun tipləri və s. tədqiqat obyektinə çevrilərək öy-
rənilir.

1. Mistisizmin mahiyyəti
Müxtəlif formalarda təzahür edən mistisizm
hiss və ağlın xaricindəki yollarla əldə edilən idrak
şəklini, batini təcrübə və şüur hallarını, idrakın va-
sitəsiz şəklini ifadə edən bir anlayışdır. Mistisizm
təkcə dinə xas olmayıb, hər bir mədəniyyətdə qey-
ri-dini inanc sistemlərində öz ifadəsini tapan uni-
versal hadisədir. Bu baxımdan, dindarlar qədər
dinsiz və inancsızlar, bütpərəst, yaxud da aqnostik-
lər də mistik təcrübəyə nail ola bilərlər. Odur ki,
belə mürəkkəb fenomeni, ancaq onu formalaşdı-
ran dini və mədəni mühitin təyin etdiyi nümunələr
əsasında xarakterizə etmək mümkündür. Ümumi-
likdə, bütün mistik təcrübələr üçün səciyyəvi cə-
hətlər ali həqiqətin mahiyyətinə nüfuz etmək və

323

Din psixologiyası

mütləq həqiqətə nail olmaq barəsində dərin hiss-
lər və psixi təcrübələrin yaşanılmasıdır.

Finlandiya əsilli tanınmış psixoloq Nils G.
Holm mistisizmi belə tərif edir: “Mistisizm fərdin
qeyri-adi və xüsusi formada nail olduğu özünə-
məxsus, xüsusilə də diniməzmunlu idrak və bilik-
lər ehtiva edən təcrübələrin məcmusudur”. O, qeyd
edir ki, bu idrak kainatın mahiyyəti və Tanrının
varlığı ilə bağlı idrak formasıdır. Bir çox mistikin və
sufinin sözlərində bu amil açıq ifadə edilmişdir.
Məsələn, dahi Azərbaycan sufi şairi İmadəddin Nə-
siminin “ənəlhəqq” sözü ilahi varlığın idrakı və ona
qovuşmanın ifadəsi olmuşdur. Eləcə də “Məndə sı-
ğar iki cahan, mən bu cahana sığmazam” qəzəlində
bu mənada ilahi varlıqla birlik təcrübəsi öz əksini
tapmışdır:

Məndə sığar iki cahan, mən bu cahanə
sığmazam,

324

Mistisizmin psixologiyası

Gövhəri laməkan mənəm, kövnü-məkanə
sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir,
adəməm,

Dar ilə künfəkan mənəm, mən bu məkanə
sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə
pəncu-şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyanə
sığmazam.

2. Dini mistisizm və qeyri-dini mistisizm
Mistisizmin iki forması bir-birindən fərqlən-
dirilir: dini mistisizm və qeyri-dini mistisizm. Dini
mistisizmdə ilahi atributlar əsas götürülərək, ruhi
kamilləşməyə can atmaq, dünyəvi həyatla əlaqə-
ləri azaltmaq, ölümsüz ruha və Allaha qovuşmaqla
bağlı təcrübələr ehtiva olunur. Dini mistisizm ilahi
varlığın idrakı ilə əlaqədardır. Bu baxımdan, dini

325

Din psixologiyası

mistisizmin dini təcrübə ilə yaxın əlaqələri vardır.
Qeyri-dini və ya təbii mistisizmdə isə fövqəltəbii
bir varlığa bağlı olmadan və ya ona etiqad gös-
tərmədən fərdin öz ruhi potensialını inkişaf etdir-
məsi isə ruhi kamilləşmə prosesidir. Eyni zaman-
da, bu kamilləşmə prosesində insanın yaşadığı təc-
rübələrdir.

Dini mistisizmdə əsas məqsəd ilahi varlığın
köməyi ilə onu yaxından idrak etmək, ona qovuş-
maqdır. Burada mistikin şəxsiyyəti fərdin fövqün-
də olan bir reallığa görə formalaşır. Qeyri-dini mis-
tisizmdə isə bəşəri qabiliyyət, insanın daxili ener-
jisi sayəsində ruhi özünüinkişaf reallaşır. Ümum-
ilkdə, dini mistisizmlə təbii mistisizm həm məqsəd,
həm də nəticələr baxımından fərqlənir.

Mistik və təsəvvüfi cərəyanlar özünü vasitə-
siz və intuitiv formada açığa çıxaran Tanrı və ya
fövqəltəbii qüvvə təcrübəsinə nail olmağa çalışır.
Bu təcrübələrdə Tanrı və ya “mütləq həqiqət”lə

326

Mistisizmin psixologiyası

birləşmənin, yaxud onun vasitəsiz idrakı hadisəsi
baş verir. U.Ceyms, Berqson və bəzi başqa filosof-
lar insan şüurunun iki tipini – analitik və intiutiv
tiplərini bir-birindən ayırd edirlər. Bu yanaşmaya
görə, analitik şüur rasional və empirik metodlar
vasitəsilə, intuitiv şüur isə heç bir vasitə olmadan
həqiqətin holistik idrakını (mütləq həqiqətə çat-
maq) nəzərdə tutur. Mistiklərin təcrübələri məhz
intuitiv şüurla əldə edilən idrak prosesi ilə bağlıdır.

Dini mistisizm üçün “ilahi varlığa qovuşmaq”
arzusu səciyyəvidir. Mistisizmi tədqiq edən bəzi
alimlərə görə, mistik təcrübə insanın Tanrını idrak
etmə arzusunun universal ifadəsidir. Mistisizmə
xas olan əlamətlərdən biri mistikin şüurunda Tan-
rıdan ayrı düşmə duyğusunun onda yaratdığı nata-
mamlıq hissidir. Odur ki, o, daim sövqi-təbii olaraq
ayrı düşdüyü əslinə qovuşmağa, əvvəlki halına qa-
yıtmağa can atır. Bu mənada, bəzi sufilərin ölüm
anını “aşiqin öz məşuquna qovuşması” metaforası

327

Din psixologiyası

ilə ifadə etmələri aydın başa düşülür.

3. Mistisizm və təsəvvüf
“Təsəvvüf” İslam dininə aid mistik təlimlər və
cərəyanların ümumi adıdır. “Mistisizm” anlayışı tə-
səvvüfü də ehtiva edir, lakin bu anlayışları tam ey-
niləşdirmək düzgün deyildir. Təsəvvüf dini misti-
sizmin bir forması olaraq, İslam mədəniyyəti daxi-
lində meydana gəlmiş “İslam mistisizmi” kimi çıxış
edir. Buna baxmayaraq, qeyd edilməlidir ki, təsəv-
vüfdə İslamdan irəli gələn bəzi xüsusiyyətlərə görə,
digər dini mistisizmdən fərqlənən bir çox cəhətlər
də mövcuddur.
Təsəvvüf İslam dininin inanc və ayinləri əsa-
sında və buna əlavə olunan xüsusi mistik təlimlər,
rituallar, asketik həyat tərzi üsulları ilə dərin dini
təcrübələrin idrak edilməsini qarşısına məqsəd
qoyur. Təsəvvüfün əsas məqsədi İslama səmimi
bağlılıq və Allaha qovuşmaqdır. Digər mühüm bir

328

Mistisizmin psixologiyası

fərqi isə təsəvvüfi təcrübələrin bir mənəvi rəh-
bərin nəzarətində və onun bələdçiliyində həyata
keçirilməsidir. Təsəvvüfün mistisizm ilə fərlənən
cəhətlərini ümumilikdə belə fərqləndirmək olar:

- bir mənəvi rəhbərə bağlanmaq, ona
təslim olmaq;

- dində qadağan sayılan əməllərdən
uzaqlaşmaq;

- pəhrizkarlıq və nəfsani arzuları tərk
etmək;

- Allahdan başqa hər şeydən qəlb bağlı-
lığını kəsmək;

- zehni, sadəcə, Allahı xatırlamaqla məş-
ğul etmək.5

Təsəvvüfün psixologiyasında təsəvvüfi cərə-
yanların mənəvi yetkinləşmə prosesinin müxtəlif

5 Yüksel A.Ş., Karacoşkun M.D. Tasavvuf psikolojisi. Din psikolojisi El
Kitabı. (ed. Karacoşkun M.D). Ankara: Grafiker Yayınları, 2017, s. 240-
241.

329

Din psixologiyası

mərhələləri fərqləndirilir. İslam təsəvvüfündə mə-
nəvi yetkinləşmə nəfsin (ruhun) yüksəldiyi mərtə-
bələrlə ölçülür. Məsələn, İslam təsəvvüf fikrində
geniş qəbul olunan anlayışa görə, nəfsin aşağıdakı
mərtəbələri vardır: nəfsi-əmmarə, nəfsi-ləvvamə,
nəfsi-mülhimə, nəfsi-mütməinnə, nəfsi-raziyə, nəfsi-
mərziyə, nəfsi-kamilə.

Təsəvvüfdə ən aşağı mərtəbə qəbul olunan
nəfsi-əmmarə heyvani arzuların hökm sürdüyü, sa-
dəcə, zövq və fizioloji ehtiyaclara yönəlmiş insan
psixikasını ifadə edir.

Nəfsi-ləvvamə dedikdə, özünənəzarət mexa-
nizmini inkişaf etdirən, doğru-yanlışı ayıra bilən,
özünü məzəmmət edən ruhi hal başa düşülür.

Nəfsi-mülhimə mərtəbəsində sufi, artıq özü-
nə tam nəzarət edir və yaşadığı dini təcrübələrlə
ilahi varlığın ilkin idraklarına nail olur. Nəfsi-mül-
himə, eyni zamanda, ilham alan ruhani haləti ifadə
edir.

330

Mistisizmin psixologiyası

Nəfsi-mütməinnə ruhani kamilləşməyə nail
olmuş, qəlbi aram tapmış, özünü heyvani arzular-
dan tam azad etmiş sufinin mərtəbəsidir. Bundan-
sonrakı nəfsi-raziyə, nəfsi-mərziyə və nəfsi-kamilə
mərtəbələri tam kamilliyə yetişmiş, Allahın razı ol-
duğu və onun da Allahda fani (ondan başqa hər şe-
yi tərk etdiyi) olduğu mərtəbələr kim qəbul edilir.

Təsəvvüfi cərəyanlarda insanın fərdi xüsu-
siyyətləri nəzərə alınaraq mənəvi baxımdan yet-
kinləşdirilir. Bu prosesdə insan fərqli mənəvi inki-
şaf mərhələlərindən keçərək, kamil insan olma
yolunda irəliləyir, onun şəxsiyyəti formalaşır. Yu-
xarıda qeyd olunan yeddi mərtəbədən keçərək in-
sanın mənəvi halları təkmilləşir. Belə ki, təsəv-
vüfdə insan nəfsinin dəyişməz xarakterə malik ol-
duğu deyil, onun tərbiyə edilməsi və mənəvi inki-
şafa meyilli olduğu fikri qəbul edilir. Mənəvi inkişaf
hər nəfs mərtəbəsinə müqabil olan yeddi mərhə-

331

Din psixologiyası

lədən keçir: tövbə mərhələsi, vəra mərhələsi (gü-
nahlardan çəkinmə), zöhd mərhələsi, fəqr mərhələsi
(yoxluq şüuru), səbir mərhələsi, təvəkkül mərhələsi,
riza mərhələsi. Ümumilikdə, İslam təsəvvüf ənənə-
sində mənəvi inkişaf prosesi “seyri-süluk” adlanan
mənəvi yolçuluq kimi xarakterizə edilmişdir.

4. Mistik təcrübə ilə dini təcrübə
arasında fərqlər
Qərbdə din psixoloqlarının əksəriyyəti dinin
intuitiv və hissi cəhətinə xüsusi diqqət yetirməyə
başlayıblar. Belə ki, dini təcrübənin fərqləndirici
xüsusiyyətinin mistik ünsürü ehtiva etdiyi üçün
dəyər qazandığını ifadə edərək, mistik təcrübə ilə
dini təcrübəni eyniləşdirənlər də vardır. Amerikalı
tanınmış din psixoloqu V.H.Klark (1902-1994)
iddia edir ki, dini təcrübəni digər insani təcrübə-
lərdən ayıran və onu özünəməxsus bir təcrübəyə

332

Mistisizmin psixologiyası

çevirən məhz onun mistik xüsusiyyətidir. Onun fik-
rincə, təcrübənin dini olmasını təmin edən xüsu-
siyyət məhz təcrübənin öz keyfiyyəti içində möv-
cud olmalıdır. Bu keyfiyyət də məhz mistik ünsür-
dür. Mistik təcrübə içərisində digər bütün insani
təcrübələrdən keyfiyyət baxımından fərqli tək bir
təcrübə vardır. O, bu tədqiqatında belə bir ümumi
nəticəyə gəlir:

- mistisizm psixoloji baxımdan dini
təcrübə kimi xarakterizə edilən ruh
halıdır;

- mistisizm təkbaşına heç bir dini
ənənəyə aid olmamaqla yanaşı, din-
lərin əksəriyyətində mərkəzi fikir-
dir;

- mistisizm köklü şəxsiyyət dəyişik-
liklərinə səbəb olduğuna görə ol-
duqca dərin şəxsiyyət səviyyəsini
əhatə edir;

333

Din psixologiyası

- mistisizm üçün lazım olan qabiliy-
yətlər əsasən anadangəlmədir.6

Türk din psixoloqu Hayati Hökelekli mistik
təcrübəyə dini keyfiyyət qazandıran xüsusiyyətin
təkcə həmin təcrübənin keyfiyyəti ilə bağlı olduğu
fikri ilə razılaşmır. O, hesab edir ki, mistik təcrübə
dini məqsəd və yönəlişlik ehtiva etdiyində dini xü-
susiyyət qazanır. Mistik təcrübə heç bir dini mahiy-
yətə bağlı olmadan da meydana çıxa bilər. Buna
görə də dini təcrübə ilə mistik təcrübə fərqləndi-
rilməlidir. Şübhəsiz, dini təcrübə ilə mistik təcrübə
arasında yaxın əlaqələr mövcuddur: dini təcrübə
özlüyündə mistik aspektləri də ehtiva edə bilər, la-
kin bunlar eyni nəsnələr deyildir. Məsələn, bir su-
finin yaşadığı dini təcrübələr onun dini həyəcan-
ları, duyğuları və arzularını əks etdirir. Mistik təc-
rübə isə bu və ya digər dini ənənəyə bağlı olmadan

6 Hökelekli Hayati. Din psikolojisi. Ankara: Türkiye Diyanet Vakfı
Yayınları, 1993, s. 318-319.

334

Mistisizmin psixologiyası

insan ruhunun dərinliklərində meydana çıxan əbə-
diyyət, sonsuzluq, ekzistensial tələbatlarla bağlı
psixi halların təzahürüdür. Buna görə də hesab edi-
rik ki, mistisizmi hər hansı bir dinə aid etmədən
insan ruhunun fitri yönəlişi, ruhi kamilləşməyə can
atması kimi qiymətləndirmək daha doğru yanaş-
madır.

5. Mistik təcrübənin səciyyəvi
xüsusiyyətləri
Din psixoloqları mistik təcrübə üçün səciy-
yəvi olan xüsusiyyətləri müəyyənləşdirməyə çalış-
mışlar. XX əsrin əvvəllərindən etibarən, Amerika
din psixologiyasında mistisizm aktual problemlər-
dən biri olmuşdur. U.Ceyms “Dini təcrübənin müx-
təliflikləri” adlı əsərində bu problemi ətraflı tədqiq
etmişdir. O, ümumilikdə dinin meydana gəlməsini
və əsasını subyektiv dini təcrübələrlə əlaqələndi-

335

Din psixologiyası

rirdi. U.Ceyms dini təcrübənin əsas əlamətləri ara-
sında ifadəolunmazlıq, idrakla əlaqədarlıq, keçi-
cilik, passivlik kimi xüsusiyyətləri vurğulamışdır.

Rudolf Otto “Müqəddəsliyə dair” (1917) adlı
əsərində mistisizm problemini tədqiqat obyektinə
çevirmişdir. R.Otto, ilk növbədə, insanın təbii ola-
raq hissiyyatlarının fövqündə bir təcrübə sferası-
nın mövcudluğu fikrini əsaslandırmağa çalışır. Ru-
hunun dərinliklərində insan apriori bir sahə ilə tə-
rif edilməsi olduqca çətin olan, insanda dəhşət və
heyranlıq oyandıran bir varlıq sahəsi ilə qarşılaşır.
Otto bu sirli varlığı “numinos” adlandırmışdır.
Onun fikrincə, numinos mistik təcrübədə sirli, hey-
rətləndirici, eyni zamanda, insanda dəhşət oyan-
dıran formalarda özünü nümayiş etdirir. Mistisiz-
mə keçid irrasionallığın çoxalması ilə müşayiət

336

Mistisizmin psixologiyası

olunur. R.Otto hesab edir ki, mistik təcrübə nu-
minosla qarşılaşmanın aydın göstəricisidir.7 R.Otto
dini təcrübəyə xas olan əlamətləri əsaslandırmaq
üçün müxtəlif mistiklərin təcrübələrindən nümu-
nələr verir.

İsveç alimi Nathan Söderblom mistisizm ilə
bağlı marağa səbəb olan fikirlər irəli sürmüşdür. O,
mistisizmi iki kateqoriyaya ayırmışdır: şəxsiyyət
mistisizmi və sonsuzluq mistisizmi (təbii misti-
sizm). Sonsuzluq mistisizmində Tanrı ilə əlaqə
qeyri-şəxsi xüsusiyyətə malikdir. Bu təcrübəni da-
ha çox universal şüur və idrak prosesi kimi başa
düşürlər. Bundan fərqli olaraq, şəxsiyyət mistisiz-
mində isə şəxsi varlığa malik olan ədalətli və insa-
na sevgi bəsləyən tanrı ilə ünsiyyət yaradılır. Be-
ləliklə aydın olur ki, vəhymərkəzli dinlər şəxsiyyət

7 Otto R. Kutsala Dair: Kutsal Tasarısındakı Sezgizel Faktör ve
Rasyonele Olan İlişkisi Üzerine Bir Araştırma. İstanbul: Altıkırkbeş
Yayınları, 2014, s. 44-45.

337

Din psixologiyası

mistisizminə, natural din isə sonsuzluq mistisiz-
minə aid olan dinlərdir. N.Söderblom sonrakı dövr-
lərdə mistisizmin iki formasını da fərqləndirmiş-
dir. Bunlar insan iradəsi olmadan, özbaşına mey-
dana çıxan mistisizm və insanın istəyi ilə yaranan
mistisizm idi. Onun fikrincə, sonuncusu protes-
tantlıqda qurtuluş təcrübəsi ilə nisbətən uyğunluq
təşkil edir.

Britaniya filosofu və ictimai xadimi V.T.Steysin
(1886-1967) “Mistisizm və fəlsəfə” (1960) adlı əsə-
ri mistisizmin təhlili baxımından böyük əhəmiyyə-
tə malikdir. Onun əsəri müxtəlif mistik təcrübə-
lərin fəlsəfi-sistematik təhlilinə həsr edilmişdir.
V.Steys mistisizmi istiqamət baxımından iki qismə
ayrımışdır: xaricə yönəlmiş – ekstravert mistisizm
və daxilə yönəlmiş – introvert mistisizm. İntrovert

 Natural din – ağıl, məntiq və ya təcrübə vasitəsi ilə əsaslandırılan dini
baxışlar sistemi.

338

Mistisizmin psixologiyası

mistik təcrübələr həqiqi və səmimi olan mistisiz-
min tipik nümunəsini təşkil edir. V.Steys bu təcrü-
bənin tipik əlamətlərini aşağıdakı kimi xarakterizə
etmişdir:

- birlik şüuru, bir olanın idrakı, boş-
luq və saf şüur;

- məkansızlıq, zamansızlıq;
- obyektivlik, gerçəklik duyğusu;
- xoşbəxtlik, əmin-amanlıq;
- müqəddəs varlığa, dini mərasim-

lərə yönəlmiş arzu;
- təzadlılıq;
- dil ilə ifadəolunmazlıq. 8
Ümumiyyətlə, mistik təcrübənin xarakteri
haqqında çoxlu fikri irəli sürülmüşdür. Onları da
nəzərə alaraq, mistik təcrübənin xüsusiyyətlərinə

8 Holm N.G. Din psikolojisine giriş. (tər. Abdulkerim Bahadır). İstanbul:
İnsan Yayınları, 2007, s. 66-69.

339

Din psixologiyası

vasitəsizlik, transsendentallıq və digər əlamətlər
əlavə oluna bilər. Aşağıda bu xüsusiyyətlərin bəzi-
ləri daha ətraflı nəzərdən keçirilmişdir.

5.1. Transsendentallıq
Mistik təcrübənin səciyyəvi cəhətlərindən biri
transsendentallıq, yəni bu təcrübənin fövqəltəbii
xüsusiyyət daşımasıdır. Demək olar ki, bütün mis-
tik təcrübələrdə zamanın və məkanın fövqündə
baş verən duyğular mövcuddur. Mistik özünün
“sonsuz bir varlıq” ilə təmasda olduğunu duyur.
Subyekt-obyekt münasibətlərinin gündəlik mahiy-
yəti aradan qalxaraq, şəxsi mənlikdən qurtulduğu-
nu hiss edən mistik özünü şəxsi mənliyini aşan və
onu bütövlükdə əhatə edən başqa varlıqla yaxın
münasibətdə olduğunu təcrübə edir. Bu transsen-
dental təcrübə bütün şüuru əhatə edir, onun şəx-
siyyətinə dərindən təsir göstərir, ruhani dünyasını
yenidən formalaşdırır. Mistik təcrübənin insanın

340

Mistisizmin psixologiyası

şəxsiyyətində dərin iz buraxmasına baxmayaraq,
qısa bir müddətdən sonra keçib gedir və o, şüurun
normal səviyyəsinə qayıdır.

5.2. İfadəolunmazlıq
Vilyam Ceymsin mistik təcrübə ilə bağlı xa-
rakteristikasında bu təcrübənin söz ilə ifadə olun-
masının qeyri-mümkünlüyü mühüm yer tutur.
Mistisizm, ilk növbədə, psixi haldır. Psixi hadisənin
bir növü olan psixi hal keçici xüsusiyyət daşıyır və
onun ifadə olunması çətindir. Söhbət transsendental
təcrübələrdən gedirsə, məsələ daha da çətinləşir.
Bunun başqalarına izah olunması, demək olar ki,
mümkün deyildir.
İslam təsəvvüf ənənəsindən bizə məlumdur
ki, bəzi sufilər mistik təcrübələri ilahi bəxşiş, eyni
zamanda, sirr hesab edir və bu sirri başqalarına aç-
mağı tövsiyə etmirdilər. Bu məsələ ilə bağlı, adə-
tən, belə misallar gətirilir: “Sevginin mahiyyətini

341

Din psixologiyası

anlamaq üçün sevmək zəruri olduğu kimi, bir su-
fini (mistiki) başa düşmək üçün də onun yolunu
keçib, onun mistik təcrübələrini yaşamaq vacib-
dir”. Buna görə də sufilər və mistiklər yaşadıqları
təcrübələri simvolik, bəzən də müəmmalı formada
ifadə edirdilər.

5.3. Keçicilik
Mistik hallar çox vaxt qeyri-sabit, dəyişikliklə-
ri göstərən, müvəqqəti hallar kimi təzahür edir. Hər
təcrübənın ardından ruh daha da zəngin və daha yet-
kinləşmiş olur. Fövqəltəbii təcrübələr mistiklərdə
ziddiyyətli hisslər yarada bilər; sevinc-kədər, rahat-
lıq-iztirab, ümid-qorxu və digər hisslər mistik təcrü-
bə üçün səciyyəvidir. Mistik təcrübə bu baxımdan
müvəqqəti olduğu kimi, həm də dəyişkən xarakter
daşıyır. Təcrübəni yaşayan ona tam nəzarət edə bil-
mədiyinə görə, mistik təcrübənin keçici və dəyişkən
olması, əslində, başadüşülən bir durumdur.

342

Mistisizmin psixologiyası

5.4. Passivlik
Qeyd edilməlidir ki, mistik təcrübənin tam
nəzarət altına alınması mümkün deyildir. Mistik
müəyyən hərəkətlərlə bu təcrübənin yaranmasına
təkan verə bilər, lakin bu, həmişə ona müyəssər ol-
maz. Təcrübənin yaşandığı anda isə mistik passiv
vəziyyətdədir, o, sadəcə olaraq, təcrübənin obyekti
rolunda çıxış edir. Təcrübə anında mütləq varlığın
hər tərəfdən onu əhatə etdiyini, iradəsinin yoxa
çıxdığını hiss edir. Lakin o, fasiləsiz idrak prose-
sinin daxilində olduğunu, yəni bilgi axınına məruz
qaldığını duymaqdadır.

5.5. İdrakla əlaqədarlıq
Mistisizmin idrakla əlaqədarlıq xüsusiyyəti
dedikdə, mistik təcrübənin bilik dəyəri daşıdığı, bu
təcrübənin idrak prosesi olduğu, müəyyən həqi-
qətlərin dərk edilməsi ilə bağlılığı nəzərdə tutulur.
Mistik təcrübədə insan elə həqiqətləri dərk edir ki,

343

Din psixologiyası

bu, onun şəxsiyyətinə dərindən təsir göstərir, onun
həyat tərzini köklü surətdə dəyişdirir. Onlar hə-
yata tamam başqa gözlə baxmağa başlayırlar. Bu
dəyişikliklər onun analitik ağıl ilə idrak edilməsi
mümkün olmayan həqiqətlərin dərk edilməsinin
nəticəsi sayılır.

İslam təsəvvüf tarixində qeyd olunur ki, ta-
nınmış sufi Həllac Mənsur “ənəlhəqq” və buna ox-
şar ifadələr səbəbindən dinsizlikdə ittiham oluna-
raq edam edildikdə, o belə demişdir: “Allahım, on-
ları bağışla, çünki onlar mənim bildiklərimi bilmir-
lər. Əgər bilsəydilər, məni edam etməzdilər”. Həl-
lac Mənsurun onu edam edənlərə qarşı belə huma-
nist yanaşması, eləcə də ölüm qarşısında mətin
mövqeyi onun mistik təcrübələrində qazandığı ila-
hi həqiqətləri idrak etməsi ilə izah oluna bilər.

344

Mistisizmin psixologiyası

5.6. Vasitəsizlik
Mistik təcrübə mövcudatın idrak olunma
prosesində subyekt və obyekt fərqinin aradan qal-
xdığı bir təcrübədir. Mistik təcrübədə şüur özünün
xaricində müəyyən obyektlə hiss və ağlın rolu ol-
madan birbaşa əlaqə yaradır, sanki həmin varlığın
tərkib hissəsinə çevrilir. İzahı və ifadəsi mümkün
olmayan bir əlaqə duyğusu hasil olur. Mistik təcrü-
bədə bilik intuitiv formada, yəni heç bir vasitə
olmadan birbaşa obyektin dərki prosesi baş verir.

5.7. Birlik
Kainatın, varlığın, bir sözlə, hər şeyin birliyi
hissi mistik təcrübə üçün səciyyəvi cəhətlərdən bi-
ridir. Mistik təcrübədə baş verən birlik subyekt və
obyekt arasında müşahidə edənlə fərqin aradan
qalxmasıdır. Mistik bu durumda özünü mütləq hə-
qiqətin parçası, onunla eyni mahiyyətə malik ol-

345

Din psixologiyası

duğunu heyranlıqla müşahidə edir. Birlik təcrübə-
sini yaşayanlar kainatda hər şeyin bir-birinə bağlı,
ilahi varlığın kölgəsi kimi müşahidə etdiklərini irə-
li sürürlər. Onlar müşahidə edilən çoxluğun, əslin-
də, illüziya, hər şeyin mütləq həqiqətin təzahürün-
dən ibarət olduğunu irəli sürürlər. İslam təsəvvü-
fündə “vəhdəti-vücud” (varlığın birliyi) adlanan tə-
lim məhz birlik təcrübəsinin ifadəsi olmuşdur. Di-
gər dinlərdə də mistik təcrübələrin birlik hissi ilə
bağlı olduğunu göstərən fikirlər mövcuddur.

346

Ədəbiyyat

ƏDƏBİYYAT

Arslantürk Z., Arslantürk H. Uygulamalı Sosyal
Araştırma: SPSS, Kavramlar, Teknikler, Me-
totlar, Bilgisayar Uygulamaları. İstanbul,
2016.

Ayten Ali. Din Psikolojisi: Dine ve Maneviyata Psi-
kolojik Yaklaşımlar. İstanbul: İz Yayıncılık,
2013.

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya: Ali mək-
təblər üçün dərslik. Bakı: Çinar-Çap, 2009.

Certel Hüseyin. Din psikolojisi. Ankara: Andaç Yayın-
ları, 2003.

Freud Sigmunt. Totem və Tabu. Bakı: Qanun Nəşriy-
yatı, 2017.

347

Din psixologiyası

Fromm Erich. Psikoanaliz və din. İstanbul: Say Ya-
yınları, 2017.

Holm N.G. Din Psikolojisine Giriş. (tər. Abdulkerim
Bahadır), İstanbul: İnsan Yayınları, 2007.

Hökelekli Hayati. Din psikolojisi. Ankara, 2001.
Köse Ali. Freud ve Din. İstanbul: İz Yayıncılık, 2016.
Peker Hüseyin. Din Psikolojisi. İstanbul: Çamlıca

Yayınları, 2008.
Schultuz D.P., Schultuz S.E. Modern Psikoloji

Tarihi. İstanbul: Kaknüs Yay., 2007.
Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi Psixologiya.

Bakı, 2014.
Otto R. Kutsala Dair: Kutsal Tasarısındakı Sezgizel

Faktör ve Rasyonele Olan İlişkisi Üzerine Bir
Araştırma. İstanbul: Altıkırkbeş Yayınları,
2014.

348

Ədəbiyyat

Yapıcı Asim. Ruh Sağlığı ve Din. Adana: Karahan
Kitabevi, 2013.

Ардашкин И. Б. Психология религий: учебное
пособие. Томск, 2009.

Дамте Д.С., Антонов К.М. и др. Психология рели-
гии: между теорией и эмпирикой: сбор-
ник научных статей, Москва 2015.

349

Din psixologiyası

Çapa imzalanmışdır: 06.10.2019
Kağız formatı: 60x90 1/16
Tiraj: 500

350


Click to View FlipBook Version