The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-07 05:04:34

Din psixologiyası kitab SON

Din psixologiyası kitab SON

Fərdi dindarlığın mənbələri

həm cəmiyyətdə haqsızlığa və yaxud uğurusuzluğa
məruz qalmış fərdlərlə həmrəylik nümayiş etdirir,
həm də onlara itirdikləri ictimai statusu və mənsu-
biyyət hissini yenidən qazandırır. Beləcə, qrup
içində davam edən dəyərlər sistemi mənimsənilə-
rək yeni bir dindarlıq formalaşır.

Bununla yanaşı, qeyd edilməlidir ki, sırf ça-
rəsizlikdən irəli gələn dindarlaşma meyli daimi və
davamlı bir dindarlığa zəmanət vermir. Çünki mü-
hit və şərait normallaşan kimi, bir çoxlarının əvvəl-
ki dini vərdişlərinə qayıtdıqları müşahidə edilmiş-
dir.

4.4. Günahkarlıq hissi
Hər bir insan nizamlı və sakit bir həyat yaşa-
ya bilmək üçün özü və başqaları ilə olan münasi-
bətlərində müəyyən qaydalara əməl etməli oldu-
ğunu düşünür. Fərd qaydalarla dünyaya gələrkən
ictimai-mədəni mühitin bir hissəsi kimi ailəsi və

201

Din psixologiyası

yaxın ətrafı ilə qarşılaşır. Vaxt keçdikcə və fərd ic-
timailəşdikcə bu qaydaları əxlaqi dəyərlər kimi
mənimsəyir. Beləcə o, davranşlarını bu dəyərlərə
uyğunlaşdıraraq planlaşdırır və həyata keçirir. Din
özünün dəyərlər sistemi ilə həm fərdin, həm də
cəmiyyətin həyatını nizamlayan ən güclü ictimai
institutlardan biridir. Dində etiqad əsaslarının əx-
laqi prinsiplərlə də yaxın əlaqəsi mövcuddur. Din
əxlaqi dəyərlərə xüsusi əhəmiyyət verir və mömin-
lərdən onlara əməl olunmasını tələb edir. Din dav-
ranışları qiymətləndirərkən “yaxşı” və “pis” məf-
humları ilə birlikdə savab və günah kateqoriya-
larını da önə çıxarır. Bütün dini əmr və tövsiyələr
əxlaqi prinsiplərdən möhkəm yapışmağa təşviq
edir və hər qadağan və çəkindirmə, əsasən, əxlaqi
bir prinsipin qorunmasına xidmət edir. Bu xü-
susiyyəti etibarilə din əxlaqi prinsiplərə əməl
edənlərə dünya və axirətdə mükafatlar vəd edir,

202

Fərdi dindarlığın mənbələri

əməl etməyənlərə cəza veriləcəyi ilə bağlı xəbər-
darlıq edir. Dini inanclar əxlaqi dəyərləri dəstək-
ləyib təşviq etdiyi üçün yaxşılıq etmək və savab iş
görmək istəyənlərin, təbii olaraq, dinə yönəlmə
ehtimalı yüksəkdir. Burada mövzu ilə bağlı maraqlı
olan sual budur ki, görəsən, əxlaqi narahatlıqlar,
günahın səbəb olduğu günahkarlıq hissi fərdləri
dinə yönəldirmi?

Günahkarlıq hissi insan təbiətinin sövqedici
universal xüsusiyyətlərindən biridir. Psixoanalist-
lərin xüsusilə vurğuladıqları kimi, bu hissin kökləri
uşaqlıq dövründəki valideyn-uşaq münasibətləri-
nə gedib çıxır. Lakin bu hiss həyatın hər dövründə
işlədilən günahlardan asılı olaraq, yenidən özünü
göstərə bilir və insanı ciddi seçim qarşısında qo-
yur. Günahkarlıq hissi cəmiyyətdə günah və qada-
ğan qəbul edilən davranışlarla bağlıdır. Bu hissin
əsas mənbələrindən biri cinsi arzuların yaratdığı

203

Din psixologiyası

əxlaqi problemlərdir. Digəri isə eqoistlik və altu-
rizm arasında meydana gələn ziddiyyət və münaqi-
şələrdir. Başqa sözlə, fərdin şəxsi istəkləri ilə aid
olduğu mədəniyyətin gözləntiləri arasındakı se-
çimlə bağlı ziddiyyətlərdir.

Vicdan cəmiyyətin münasib bildiyi amillərin
və qaydalarının insandakı təmsilçisidir. Vicdan
əvvəlcə valideynlərin, daha sonra isə cəmiyyətin
pis-yaxşı, səhv-düz, gözəl-çirkin kimi əsas kateqo-
riyalarının mənimsənilməsi ilə formalaşır. Başqa
sözlə, vicdan fərdin davranışlarının cəmiyyətin də-
yərlərinə uyğun olub-olmadığına nəzarət edən da-
xili hakim və nəzarət mexanizmidir. Fərd bir günah
işlədəndə vicdan hərəkətə gəlir və günahkarı işlət-
diyi günahın ehtimal olunan nəticələrinə əsasən
mühakimə edərək onu məhkum edir. Şübhəsiz, bu
məhkumetmə əksər vaxtlar fərddə gərginliklərə
yol acır. Bu cür vəziyyətlərdə o, vicdanını sakitləş-
dirmək və gərginlikdən xilas olmaq üçün günahını

204

Fərdi dindarlığın mənbələri

kompensasiya etmək üçün bəzi axtarışlara başla-
yır. Vicdan məhkəməsinin dindəki qarşılığı ilahi
məhkəmədir. Dinin əmrlərinə tabe olmadığı və ya-
xud qadağanlarını pozduğu vaxt dindarda günah-
karlıq hissi yaranır və nəticə etibarilə özünü ilahi
məhkəmədə məhkum olunmuş kimi hiss edir. Bu
da təbii olaraq, məhkumluqdan irəli gələn gərgin-
likdən xilas ola bilmək üçün dini kompensasiya
axtarışlarına başlayır. Belə olan halda, günahkarlıq
hissi fərdləri dinə yönəldən psixoloji mənbələrdən
biri kimi qəbul edilə bilər. Bir çox tədqiqat və araş-
dırmaların nəticələri də bunu dəstəkləyən faktlar
aşkar etmişlər.

ABŞ-da din psixoloqlarının yeniyetmələr
üzərində apardıqları araşdırmalar dinə laqeyd bir
həyatdan sonra, dindar həyata başlayan yeniyet-
mələrin bu dəyişmədən öncə ciddi günahkarlıq
hissi yaşadıqlarını aşkar etmişdir. Başqa bir

205

Din psixologiyası

araşdırmada isə anidən dindar həyata başlayan-
ların 55%-in günahkarlıq hissindən şikayət etdik-
ləri və yalnız dindar həyata başladıqdan sonra
özlərini məmnun və sükunət içində hiss etdikləri
müəyyən edilmişdir. Gənclər üzərində aparılan di-
gər tədqiqatlarda da oxşar nəticələr əldə edilmiş-
dir. Bu nəticələrə görə, dindar gənclər ciddi gü-
nahkarlıq hissi daşıyırlar.

Nəticə etibarilə, yuxarıda verdiyimiz sualı
belə cavablandırmaq olar ki, dini inanc və dəyərlər
günahkarlıq hisslərinin yaranmasına yol açdığı
halda, bu hisslərin məngənəsində vicdan əzabı çə-
kənlər üçün kompensasiya və təsəlli mənbəyi də
təşkil edərək ikitərəfli bir funksiya yerinə yetirir.

206

Fərdin inkişafı və din



ALTINCI FƏSİL
FƏRDİN

İNKİŞAFI VƏ DİN



207

Din psixologiyası

FƏRDİN İNKİŞAFI VƏ DİN

Fərdin fiziki, koqnitiv və psixo-sosial inkişafı
dindarlıq üçün müəyyən imkanlara, eyni zamanda,
məhdudiyyətlərə yol acır. Aşağıda bu imkan və
məhdudiyyətlər haqqında danışılacaq.

Bədənimiz böyüdükcə və inkişaf etdikcə ye-
ni imkanlar və problemlər qazanır. Fiziki inkişafın
dörd cəhəti, xüsusilə fərdi dindarlıq üçün böyük
önəmə sahibdir. 1) Beynimiz uşaqlıq dövründə
sürətlə inkişaf edir və beləliklə, dönə-dönə düşün-
məmizi təmin edən düşünmə tutumumuz artır; 2)
Doğulanda əl, qol, ayaq və əzələlərimizin böyüklü-
yü, gücü və ətraf mühitin aktiv kəşfini təmin edə-
cək qədər koordinasiyası zəifdir. Buna baxmaya-
raq, müəyyən bir vaxtdan sonra iməkləməyi, yeri-
məyi və qaçmağı öyrənirik. Ətrafı kəşfetmə qabi-
liyyətinin inkişafı biliyin və bilik əldə etməyin daim

208

Fərdin inkişafı və din

inkişafının əsas mənbəyidir; 3) Bizim cinsi inkişafı-
mız, xüsusilə yeniyetməlikdən əvvəl və sonra ciddi
şəkildə dəyişən kimliyimiz özü ilə yeni imkanlar və
problemlər gətirir; 4) Uzun illər yaşadıqdan sonra
bədənimizdə, artıq durğunluq əlamətləri ortaya
çıxır. Burada əvvəlcə fiziki cəhətdən bir geriləmə-
dən, daha sonra ölüm ilə nəticələnən bir prosesdən
söhbət gedir. Bu fiziki dəyişikliklərin hər biri dini
həyatı da ehtiva edir. Fərdin inkişafı ilə bağlı tədqi-
qatlar aparan psixoloqlar bu dəyişikliyin müxtəlif
aspektlərini araşdırmışlar.

1. Koqnitiv inkişaf mərhələləri
Fərddə uşaqlıqdan etibarən başlayan fiziki
dəyişikliklər aydın formada koqnitiv inkişafa təsir
edir. Bu, dini həyata da öz təsirini göstərir. Ölüm və
yaxud həyatın mənası ilə bağlı mövzularda ciddi
suallar verməsi üçün uşaqların lazımi koqnitiv
qabiliyyəti hələ kifayət qədər inkişaf etməmişdir.

209

Din psixologiyası

İsveçrəli psixoloq Jan Piaje (1896-1980) uzun illər
uşaqların koqnitiv inkişafını müşahidə edərək
dərin analizlər apardı və önəmli nəticələr əldə etdi.
J.Piaje hesab edir ki, uşaqlar fərqli olaraq dörd
idrak mərhələsindən keçir: sensomotor mərhələ,
əməliyyatqabağı mərhələ, konkret əməliyyatlar
mərhələsi, formal əməliyyatlar mərhələsi. Piajenin
bu təsnifatında fərdlər arasında fərqliliklərin
mümkün olduğu və bəzi fərdlərdə müəyyən bir
mərhələnin nisbətən daha tez, bəzi fərdlərdə daha
gec başlanma ehtimalının mümkünlüyü nəzərdən
qaçırılmamalıdır.

1.1. Sensomotor mərhələ
Bu mərhələ anadan olandan 2 (iki) yaşınadək
olan dövrü əhatə edir. Bu mərhələ aclıq hiss etdik-
də, təmizliyə ehtiyac yarandıqda və yaxud yorul-
duqda ağlayaraq ifadə edilən daxili ehtiyacların
ifadəsi ilə və tədricən xarici aləmə diqqətin artması

210

Fərdin inkişafı və din

ilə xarakterizə olunur. İlk illərdə körpənin şüurun-
da fərd ilə xarici aləm arasında hansısa bir fərqlilik
mövcud olmur və onun üçün varlıq o anda təcrübə
etdiklərindən ibarət olur. Bununla bərabər, qısa
müddət sonra uşaq bəzən özünün də təsir göstərdi-
yi kənarda baş verən hadisələrin proqnozlaşdırıla
bilən xüsusiyyətə sahib olduğunu öyrənir. Uşaq
sahib olduğu əşyaların istifadəsini kəşf etmək üçün
sınaq-yanılma metodunu istifadə etməyə başlayır.

Balaca danışa bilmədiyi üçün ətrafı ilə bağlı
bilikləri izləmə və nizamlamada məhdud qabiliy-
yətə malikdir. Altıaylıq bir körpənin çarpayının üs-
tündəki oyuncağını silkələməkdən xoşu gəlir, lakin
oyuncaq yerə düşərsə, onu axtarmır. Diqqətini gö-
rə bildiyi müəyyən obyektə yönəldir. Bu mərhə-
lədə olan körpə üçün gözlə görünməyən müəyyən
şeyin zehində də təmsili yoxdur.

Xarici aləmi qavramağa başladıqca, hadisə-

211

Din psixologiyası

lər arasındakı təsir-əks-təsir əlaqəsi daha çox ay-
dınlaşır. On səkkiz ayınadək körpə hərəkət edən
bir oyuncağın ipinin çəkilməsinin hansı nəticəyə
yol açacağını təxmin etməyi öyrənir. Həyatın ikinci
ilində kəşfetmə qabiliyyəti sistemli olaraq sürətli
formada inkişaf edir və sensomotor mərhələnin
sonuna doğru simvolik düşüncə başlayır.

1.2. Əməliyyatqabağı mərhələ
Bu mərhələ iki yaşından yeddi yaşınadək
qədər olan dövrü əhatə edir. Uşaq danışmağı bu
dövrdə öyrənir. Düşüncəsi simvolların istifadəsini
ehtiva edir. Lakin hələ eqosentrik, mistik və o anda
dərk edilən amillə məhduddur, məntiqi əlaqələrin
fərqində deyil. İki məlumat arasındakı ziddiyyət və
yaxud imkansız olan vəziyyətlərin təsəvvür edil-
məsi əməliyyatqabağı mərhələdə olan uşaq üçün
təəccüblü bir şey deyil.

212

Fərdin inkişafı və din

1.3. Konkret əməliyyatlar mərhələsi
Konkret əməliyyatlar mərhələsi 7-11 yaş
arasındakı dövrü əhatə edir. Bu dövrdə uşağın dü-
şüncəsi saxlanma qanununu, yəni görünüş və za-
hirində dəyişikliklərə baxmayaraq, nəsnələrin
əsas xassələrinin eyni formada davam etdiyi fikrini
dərk etməyə başladığı üçün ətrafi anlamaqda ciddi
dəyişikliklər baş verir. Bu mərhələdə bir uşaq na-
zik, uzun bir stəkandakı suyu qısa geniş stəkana
tökdükdə miqdarının eyni qaldığını bilir. Əməliy-
yatqabağı mərhələdə olan uşaq isə bunu bilmir.
Konkret əməliyyatlar mərhələsində olan
uşaq konkret və əyani şəkildə verilən məntiqi zid-
diyyətləri dərk edə bilir. Uşaq, artıq fəal şəkildə in-
san ilə bağlı olanları da ehtiva edən hadisələri başa
düşməyə çalışır. Konkret əməliyyatlar mərhələsin-
də olan uşaqların əksəriyyəti həyatın və ölümün
mənbəyi haqqında suallar verməyə və dini hadisə-
lər haqqında düşünməyə başlayırlar. Lakin düşüncə

213

Din psixologiyası

formal mücərrəd deyil, konkretdir. Misal üçün,
Allahın harada olduğu, nəyə oxşadığı və bunabən-
zər konkretlik ehtiva edən suallar soruşurlar.

1.4. Formal əməliyyatlar mərhələsi
Formal əməliyyatlar dövrü, təxminən, 11
yaşında başlayır. Bu mərhələdə fərd formal və
mücərrəd mühakimə, ümumi məntiq qaydaların-
dan istifadə etmə qabiliyyəti qazanır. Simvolik dil,
analogiya və məcazı, artıq dərk edir. Bir problemi
kəşf etmək üçün artıq daha sistematik yanaşma
nümayiş etdirilir. Düşüncə mümkün olanı və var
olanı ehtiva edəcək formada genişlənir və fərd
doğru izahları səhv izahlardan ayıra bilmək üçün
bəzi analizlər apararaq, sistematik hipotezlərdan
istifadə edə bilir. Başqalarının nöqteyi-nəzəri dərk
edilə bilir; hətta Allahın varlığı, həyatın məqsədi və
ölümdən sonra həyat kimi mücərrəd mövzularda
müəyyən fikirlərə malik ola bilir.

214

Fərdin inkişafı və din

2. Koqnitiv inkişafın dinə təsiri
Jan Piaje koqnitiv inkişafın dördmərhələli
modelini dini həyat baxımından dəyərləndirməmiş-
dir. Lakin bu model dini həyat nöqteyi-nəzərindən
bəzi önəmli məhdudiyyətləri bizə göstərir. Belə ki,
din dili son dərəcə mücərrəd, simvolik, analogiya və
metaforalardan istifadə edən bir üsluba malikdir.
Uşaq transsendental həqiqəti konkret və gündəlik
təcrübənin xaricində təsəvvür edə bilmədiyi üçün
bunu kifayət qədər dərk edə bilməz. Bu üslubu başa
düşə bilməsi üçün fərdin mücərrəd əməliyyatlar
mərhələsində olması lazımdır ki, bu da Piajeyə görə,
11 yaşından əvvəl mümkün deyildir. Ona görə də
Allahın əbədi, əzəli, hər şeyə qadir, hər şeyi bilən bir
varlıq kimi təsvir edilməsi çox vaxt uşağın Allahı
göydən, buludların üzərindən bizə baxan ağsaqqallı
və çox böyük bir baba kimi təsəvvür etməsinə sə-
bəb olur.
Din təhsili üzrə məşhur pedaqoq Ronald

215

Din psixologiyası

Qoldman “Uşaqlıqdan yeniyetməliyə dini düşüncə”
adlı kitabında 11 yaşından kiçik uşaqlarda mücər-
rəd düşüncə inkişaf etmədiyi üçün onlara din
haqqında nəsə öyrətməyin arzuedilməz olduğunu
deyir. Çünki bu zaman uşaq başa düşə bilmədiyi
ekzistensial problemlər haqqında mücərrəd və
simvolik din dili ilə ifadə edilmiş baxışlarla qarşı-
laşır. Şübhəsiz, uşaqlar bu baxışları özlərinin möv-
cud koqnitiv inkişaf mərhələsinin düşüncə xüsu-
siyyətlərinə, yəni əməliyyatqabağı və yaxud kon-
kret əməliyyatlar mərhələsinə xas olan literal anla-
ma xüsusiyyətinə uyğun olaraq başa düşməyə çalı-
şacaqlar. Nəticə etibarilə, dini məfhumların doğru
mənası və məqsədi səhv başa düşüləcəkdir.

Ronald Qoldman formal əməliyyatlar mər-
hələsinə çatmamış uşaqlar arasında apardığı bir
araşdırmada uşaqların 80%-nin İncildəki dini
hekayələrə literal məna verdiklərini aşkar etmiş-
dir. Erik Marşal və Stüart Hempl “Uşaqlardan

216

Fərdin inkişafı və din

Tanrıya məktublar” adlı tədqiqatında uşaqlardan
Tanrıya məktub yazmalarını istəyiblər və kitabla-
rında bu məktublara yer veriblər. Uşaqların yazdı-
ğı məktublardan bəziləri belədir:

Əziz Tanrı, keçən həftə Nyu-Yorka gedərkən
Saint Patrik kilsəsini gördüm. Çox gözəl bir
evdə yaşayırsan (Frankl).
Əziz Tanrı, niyə heç televiziyaya çıxmırsan?
(Kim).
Əziz Tanrı, yeni hekayələr yaza bilərsən?
Yazdıqlarının hamısını oxuyub qurtardıq və
yenidən başa qayıtdıq (Terri).
Bu məktublarda yer alan cümlələr konkret
əməliyyatlar mərhələsinin özünəməxsus ifadələri-
dir.
Formal əməliyyatlar mərhələsinə çatanda
mücərrəd, simvolik düşüncə tutumunun formalaş-
dığı ilə bağlı Piajenin tezisi Qoldmanın 13 yaşın-
dakı və daha böyük uşaq, yeniyetmələr arasında

217

Din psixologiyası

apardığı tədqiqatda da təsdiqləndi. Belə ki, Qold-
manın araşdırmasında bu mərhələdəki fərdlər
diqqətlərini müqəddəs kitablardakı hekayələrin
literal mənasından çox, onun dərin ehtiram və
hörmət təlqin edən xüsusiyyətlərinə cəmləşdirdi-
lər. Robert Kolz “Uşaqların mənəvi həyatı” adlı
tədqiqat əsərində 12 yaşındakı bir qız uşağının
mücərrəd səviyyədəki suallarını nəql edir: “Tanrı-
nın necə olduğunu bilmək istəyirəm. O kimdir?
İnsanlardan çox-çox əvvəl mövcud olmuş biridir-
mi? O, realdırsa, bizim necə olmalı olduğumuzla
bağlı nə düşünür?”.

Qoldmanın yanaşması yeniyetmələrin əməliy-
yatqabağı mərhələyə aid koqnitiv strukturdan istifa-
də edərək, dini məfhumları səhv başa düşmələrin-
dən əlavə bəzi narahatlıqlar da yaradır. Qoldman,
hətta uşaqların dinə literal bir məna verdikdən son-
ra, növbəti illərdə də din dilinin və məfhumlarının

218

Fərdin inkişafı və din

mücərrəd, simvolik strukturuna uyğun hərəkət et-
mələrinin çətin olduğunu düşünür. Uşaq onun etiqa-
dını formalaşdıran konkret əməliyyatlar mərhələ-
sini arxada qoyaraq böyüdükcə üç seçimlə qarşıla-
şır: 1) din təsəvvürünü dinin mücərrəd, simvolik və
ekzistensial xüsusiyyətlərinə uyğun olaraq dəyişdir-
məsi; 2) dinin literal mənasına bağlı qalmaq və bu-
nun doğru olduğuna inanmaq; 3) dinin literal mə-
nasının sadəlövh bir anlayış olduğunu düşünərək
rədd etmək.

Bir qədər diqqətlə nəzər yetirdikdə, birinci
seçimin reallaşması imkan daxilindədir. Əgər vali-
deynlər, müəllimlər və sosial mühit tərəfindən lite-
ral mənada başa düşülən dini etiqada bağlı qalmaq
üçün ictimai cəhətdən bir dəstək mövcud olarsa,
ikinci seçimin reallaşma ehtimalı vardır. Buna bax-
mayaraq, ictimai dəstəyin olmadığı vaxt üçüncü
seçim reallaşma ehtimalı ən çox olan variantdır.

219

Din psixologiyası

Məktəblilər arasında aparılan bir çox tədqiqat Qol-
dmanın bu analizlərini haqlı çıxarmış və təsdiq-
ləmişdir.

3. Yaş dövrləri və dindarlıq
Dindarlıq fərdin inkişaf dövrlərinə uyğun
olaraq bir-birindən fərqli dinamik xüsusiyyətə ma-
likdir. İnsan anadan olarkən hər hansı bir dini qə-
bul edə bilən, mənsubu olduğu mədəniyyəti mə-
nimsəyərək ona öyrədilənləri öyrənə bilən bir qa-
biliyyətlə bu dünyaya gəlir. Vaxt keçdikcə dini
prinsipləri öyrənərək və onu həyatına tətbiq edə-
rək dindarlığını formalaşdırır.

3.1. Erkən uşaqlıq dövrü (1-3 yaş)
Üç yaşınadək uşaqlarda hər hansı şüurlu dini
münasibət və davranış müşahidə edilmir. Təxmi-
nən, üç yaşından etibarən uşaqlar özünün və vali-
deynlərinin xaricində və ya fövqündə üstün bir

220

Fərdin inkişafı və din

qüvvənin mövcud olduğu hissinə sahib olmağa
başlayırlar. Lakin bu o demək deyildir ki, üç yaşın-
dan əvvəlki dövr fərdin gələcəkdəki dini həyatı
baxımından əhəmiyyətsizdir. Üç yaşından əvvəlki
dövr də dini həyatın əsasının qoyulması nöqteyi-
nəzərindən böyük əhəmiyyət daşıyır. Məşhur psi-
xoloq Erik Eriksona görə, körpəlik dövrü sayılan
ilk iki il fərddə “təməl inam” hissinin formalaşması
üçün ən mühüm dövrdür. Bu dövrdə körpənin
ehtiyac və “tələbatları” lazımi şəkildə təmin edilər-
sə, bu onda, xüsusilə anasına qarşı, dərin bir inam
hissi formalaşmasına səbəb olur. Əks təqdirdə,
dünyaya və digər insanlara qarşı inamsızlıq hissi
formalaşır. Bu baxımdan, Erikson körpəlik dövrü-
nü fərdin gələcəkdə Allah ilə münasibətləri və din-
darlıq həyatı üçün önəmli olduğunu irəli sürür.
Eriksonun fikrinə görə, bütün dinlər dünyəvi im-
kanları təmin edən bir ruzi bəxş edənə uşaq kimi
bağlılıq hissinə malikdir.

221

Din psixologiyası

Lii Kirkpatrik və Filip Şaver də övladların
anaya qarşı bağlılığı ilə dindarlıq arasında yaxın
münasibət olduğunu irəli sürmüşlər. Onlar birlik-
də həyata keçirdikləri bir tədqiqatda fərdlərin öz
analarına bağlılıq tərzi ilə dinə münasibətləri və
dindarlıq həyatları arasındakı əlaqəni araşdırıblar.
Kirkpatrik və Şaver 213 böyükyaşlıdan uşaqlıq
dövründə anaları ilə olan münasibətlərini əmin
(secure), qaçınan (avoidant) və narahat-qərarsız
modellərindən biri ilə aşağıdakı təsvirlərə əsasən
təsnif etmələrini xahiş etdilər. Hər bir alternativi
işarələyən iştirakçıların faiz nisbəti aşağıda mötə-
rizə içində qeyd edilmişdir.

Əmin: “Anam, əsasən, istiqanli və ürəyiyuxa
idi. O, mənə həmişə dəstək olurdu və təkbaşına bir
iş görməyimə daim icazə verirdi. Münasibətlərimiz
həmişə səmimi idi. Bu münasibətlərlə bağlı ümümi
bir şübhəm va yaxud şikayətim yoxdur (50.7%).

Qaçınan: “Anam olduqca soyuq, uzaq və rədd

222

Fərdin inkişafı və din

edən bir insan idi, xahiş və arzularımı yerinə yetir-
mirdi. Çox vaxt onun marağının başqa şeylərə ol-
duğunu və dəfələrlə onun mənə sahib olmaq is-
təmədiyini hiss etdim” (8.1%).

Narahat-qərarsız: “O, mənə qarşı olan dav-
ranışlarında son dərəcə ziddiyyətli hərəkət edirdi.
Bəzən istiqanlı, bəzən də soyuq idi. Öz ehtiyac və
gündəlik məsələləri ilə məşğul idi. Bəzən də mə-
nim ehtiyaclarıma qulaq asan və reaksiya verən
xüsusiyyəti var idi. Məni şübhəsiz ki sevirdi. Lakin
bunu həmişə ən gözəl formada nümayiş etdirmir-
di” (42.7%).

Yuxarıda təsvir edilən əmin bağlılıq tərzi ilə
Eriksonun təməl inam məfhumu arasında ciddi ox-
şarlıqlar mövcuddur. Qaçınan tərz isə inamsızlıq
məfhumu ilə oxşardır. Narahat-qərarsız kateqori-
yası bu ikisinin ortasında yerləşir.

Bu araşdırmanın nəticələrinə görə, əmin
bağlılıq tərzinə sahib olan fərdlərin dini həyatları

223

Din psixologiyası

müstəsna dərəcədə analarının dini həyatının təsiri
ilə formalaşmışdır. Belə ki, əmın bağlılıq tərzinə sa-
hib olan fərdlər arasında anaları dindar olanlar öz-
ləri də dindar olmuşlar. Ancaq anaları dindar olma-
yanlar da dindar deyildilər. Bu da model olma, özü-
nü eyniləşdirmə və digər sosial öyrənmə formala-
rının təsirini göstərir. Bu tədqiqatın ən önəmli nə-
ticəsi o oldu ki, anası ilə arasında keçmişdə çox zəif
bağlılıq olanlar, yəni qaçınan bağlılıq tərzinə sahib
olanlar, digər bütün iştirakçılara nisbətən “daha
çox sevən bir Tanrı”ya inandıqlarını, Tanrı ilə daha
yaxın münasibətdə olduqlarını və dini ayinlərdə
sıx iştirak etdiklərini bildirdilər. Kirkpatrik və Şa-
ver bu tədqiqatlarında “qaçınan bağlılıq keçmişinə
sahib olan insanlarda Tanrının və dinin kompen-
sasiya funksiyasını yerinə yetirdiyi, yəni Tanrının
əvəzedici bağlılıq fiquru kimi xidmət etdiyi” nəticə-
sinə gəldilər.

Bütün bunları birlikdə dəyərləndirsək, belə

224

Fərdin inkişafı və din

nəticə meydana çıxır: E.Eriksonun bir fərziyyə ki-
mi irəli sürdüyü və “anaya bağlı olan “təməl
inam”ın sonrakı illərdə dinə maraq üçün lazım olan
bazanı təşkil etdiyi” fikri müəyyən şərtlər da-
xilində, yəni ana dindar olduğu təqdirdə doğrudur.
Digər tərəfdən, uşaqlıqda “inamsızlıq” meydana
gəlibsə bu, fərdi əmin bir formada bağlılıq göstərə
biləcəyi müqəddəs varlıq arxtarışına sövq edir.

3.2. Məktəbəqədər yaş dövrü (3-6 yaş)
Bu yaş dövründə danışma qabiliyyətinin inki-
şaf etməyə başlaması nəticəsində, uşaqlar hər şey-
dən əvvəl istifadə etdikləri sözlərə ailələrindən və
yaxın ətraflarındakı insanlardan eşitdikləri dini
məfhumları da əlavə edirlər. Mənsubu olduqları di-
nə aid olan əsas məfhumları (Allah, peyğəmbər,
cənnət, cəhənnəm, günah, savab) öyrənirlər. İntel-
lektual cəhətdən məfhumların həqiqi mənasını

225

Din psixologiyası

dərk edəcək səviyyədə inkişaf etməsələr də, öyrə-
dilən məfhumları əzbərləyərək gündəlik həyatda
istifadə edə bilirlər; xüsusilə 5-6 yaşında öyrəndik-
lərini tətbiq edirlər. Bəzən böyüklərə də müdaxilə
edərək, onlara dini prinsipləri (yeməyə “bismillah”
ilə başlamadın, yalan danışdın və s.) xatırladırlar.
Onlara öyrədilənləri etiraz etmədən öyrənir və
onların doğru olduğuna səmimi qəlbdən inanırlar.
Bu dövr uşaqların çox sual verdikləri “filosofanə bir
dövr” olduğu üçün uşaqlar Allah və din mövzusun-
da da bir çox sual verərək, dini həyatın element-
lərini başa düşməyə çalışırlar. Bu dövr təqlid döv-
rüdür. Uşaqlar dini həyat ilə bağlı müşahidə etdik-
lərini təqlid edirlər. Valideynləri kimi namaz qılır və
dua edirlər. Bu dövrdə mücərrəd zəka inkişaf etmə-
diyi üçün uşaqlar antropomorfist bir Allah təsəvvü-
rünə malik olurlar. Allahı insana oxşadaraq dərk
etməyə çalışırlar. Bu yaşdakı bir uşaq üçün Allah,
bəzən dağlardan daha hündür, hamıdan daha güclü,

226

Fərdin inkişafı və din

bəzən də “Ferrari”dən daha sürətli bir varlıqdır.
Bu dövrdə Allah məfhumu haqqında uşağa

verilən biliklər və aldığı tərbiyə onun həm dini
duyğularının inkişaf etməsi, həm də psixi sağlam-
lığı baxımından olduqca vacibdir. İfrat təzyiq və
qorxu ilə tərbiyə edilmiş bir uşaq üçün Allah, əsa-
sən, cəza verən varlıq kimi təsəvvür edilir. Bəzi va-
lideynlər kiçik yaşdakı uşaqları “Allah baba səni
kor edər” kimi sözlərlə qorxudaraq onları sözə-
baxan etməyə çalışırlar. Əslində isə müsbət istiqa-
mətdə olacaq dini tərbiyəni mənfi istiqamətə çevi-
rirlər. Beləliklə, uşağın təsəvvüründə Allah bəndə-
lərini sevən, onlara kömək və yaxşılıqlar edən bir
varlıq kimi yox, ancaq qəzəblənən, cəza verən bir
varlıq kimi formalaşır.

Uşağa sevgiyə və mərhəmətə əsaslanan bir
tərbiyə verilməsi nəticəsində o, Allahı inam bəslə-
nə bilən, qoruyucu bir varlıq kimi təsəvvür edə-

227

Din psixologiyası

cəkdir. Beləcə, Allaha inam bəsləyərək və onun qo-
ruyuculuğuna sığınaraq varlığının təhlükəsizliyini
təmin edən uşaq ondan uzaqlaşmaq istəməyəcək-
dir.

3.3. Məktəbyaşlı dövr (6-11 yaş)
Bu dövrdə uşağın dini münasibət və davra-
nışlarının formalaşmasında ailə ilə yanaşı, uşağın
əhatəsinin, xüsusilə də məktəb mühitinin böyük
rolu vardır. Belə ki, ailə ilə yanaşı, məktəbin və icti-
mai çevrənin, yoldaşlarının uşağa təsiri artmağa
başlayır. Məktəbə başlamazdan əvvəl valideynləri-
ni model qəbul edən və onların davranışlarını təq-
lid edən uşaq məktəb həyatına başladıqdan sonra
müəllimindən nümunə götürməyə başlayır. Onu
avtoritet qəbul edir və dediklərinə əməl etməyə ça-
lışır. Ona görə də müəllimin davranışları, din ilə
bağlı münasibəti və dedikləri uşağın dini inkişafı
baximindan çox önəmlidir.

228

Fərdin inkişafı və din

Lakin ailə bu dövrdə də uşağa ən çox təsir
edən amildir. Ailə fərdlərinin dini davranışları
uşaq üzərində böyük təsirə malikdir. Xüsusilə də
dini davranışlara ailə fərdlərinin hamısı tərəfindən
əməl edilməsi uşağın bunları mənimsəməsinə yol
açır. Qeyd edək ki, valideynlərin dinə münasibəti
və dini həyatı bir-biri ilə ziddiyyət təşkil edərsə,
bu, uşağın dini davranışları mənimsəməsinə də
mənfi təsir göstərər.

Digər tərəfdən, əgər valideynlər müəyyən
bir davranışı yerinə yetirmirlərsə və uşaqdan
ona əməl etməyi tələb edirlərsə, bu, uşaqda hansı
hərəkətin səhv, hansının düzgün olduğu haqqın-
da dolğun bir fikrin formalaşmasına mane olur və
onun şübhəyə düşməsinə gətirib çıxarır. Misal
üçün, evdəkilər içkidən istifadə etdikləri halda,
uşağa “Biz bunu içsək də əslində içmək pis şeydir,
sən içmə”, – desələr də bu, uşağın içkidən uzaq
durmasına səbəb olmayacaq. Uşaq, hətta çox vaxt

229

Din psixologiyası

onu içmək üçün can atacaqdır.
Kiçikməktəbli yaş dövründə uşağın özünə-

məxsus əxlaqi mühakimə qabiliyyəti olmur və
ailənin öz sosial əhatəsinin təsirində olur. Uşaq bu
dövrün axırına yaxın mücərrəd düşünmə qabiliy-
yətinin inkişafı nəticəsində böyük insanların Allah
təsəvvürünə malik olmağa başlayır. Antropomor-
fist düşüncə forması mücərrəd düşüncə ilə əvəz-
lənməyə başlayır. Əvvəllər Allahı insana aid mo-
dellər, cizgilər çərçivəsində təsəvvür edən uşaq
getdikcə simvolik və mücərrəd düşüncəyə müra-
ciət edərək, Allahı da mücərrəd məfhumlarla dü-
şünməyə başlayır.

Bir amili də əlavə etmək lazımdır ki, ailədə
və əhatəsində din ilə bağlı çox az şey görən uşaq-
larda dini hisslərin inkişafı gecikir, hətta getdikcə
bu hisslər daralır.

230

Fərdin inkişafı və din

3.4. Yeniyetməlik dövrü (12-16 yaş)
Uşaqlıq mərhələsi uşağın həddi-büluğa çat-
ması ilə qurtarır. İslam dininə və digər bəzi dinlərə
görə, uşaq həddi-büluğa çatdıqda, artıq onun
məsul olma dövrü başlayır. Beləliklə, fərdin etiqad,
ibadət və əxlaq baxımından yaxşı və pisi, səhv və
düzü seçmə qabiliyyətinə sahib olduğu qəbul
edilir.
Həddi-büluğ, yəni yeniyetməlik normal inki-
şaf tempinə görə qızlarda 11-13, oğlanlarda 12-14
yaşlarında başlayır. Təxminən, 16-17 yaşınadək
davam edən yeniyetməliyin ilk mərhələsi fərdin
inkişafı baxımından həm fizioloji, həm də psixoloji
dəyişikliklərin çox sürətlə meydana gəldiyi bir
dövrdür. Bununla əlaqəli olaraq davranışlarda da
bir çox dəyişiklik özünü göstərir.
Bu dövrdə hisslərin bir-birinə qarışdığı mü-

231

Din psixologiyası

şahidə edilir, səbatsızlıqlar və ifrat hərəkətlər özü-
nü göstərir. Problemlər çoxalır, müxtəlifləşir, emo-
siyalar ən yüksək səviyyəsinə çıxır. Eyni zamanda,
yeniyetmələr böyüklərin onları başa düşməyə-
cəyini güman etdikləri üçün kömək istəməkdən də
çəkinirlər. Qeyd edilməlidir ki, təkbaşına problem-
lərini həll etməkdə çətinliklə üzləşir və ətrafındakı
insanlara qarşı mənfi münasibət bəsləyirlər. Belə-
cə bəzi yeniyetmələr tənhalıq hissinə qapılır və
ənənəvi həyat tərzindən uzaqlaşaraq, özlərinin
formalaşdırdıqları bəzi davranışları tətbiq edirlər.
Beləliklə, ictimai mühitə özgələşir (yadlaşma) və
ailə təsirinin, dini-əxlaqi dəyərlərin yerini tay-tuş-
ların mühakimələri tutmağa başlayır.

Bu dövr fərdin bir çox baxımdan seçimlər
etdiyi keçid dövrüdür. Fərd peşə, din və s. məsələ-
lərdə ilk şüurlu qərarlarını bu dövrdə verir. Kim-
liyinin önəmli bir hissəsini bu dövrdə formalaşdırır.

232

Fərdin inkişafı və din

Din ilə bağlı qərarları da kimliyinin önəmli
bir hissəsini təşkil edir. Həyatın mənası ilə bağlı
eksiztensial suallar ilk dəfə bu dövrdə fərdi düşün-
dürməyə başlayır. Şübhələr çoxalır və o dövrədək
öyrənilənlərə qarşı bir inamsızlıq formalaşır. Dinə
qarşı münasibətlərində də bunun təsirləri özünü
göstərir. Bu mərhələdə Allahın varlığı və bəzi dini
prinsiplərlə bağlı şübhələr yarana bilir. Cinsi inki-
şafın ortaya çıxması nəticəsində yeniyetmələr fizi-
ki-bioloji ehtiyacları ilə dinin prinsipləri, üsyan-
karlıq hissləri ilə dinin itaət çağırışı arasında qalıb,
konflikt və depressiya yaşayırlar. Din isə bu dö-
nəmdə təkcə konfliktin deyil, eyni zamanda, yeni-
yetmənin ekzistensial suallarına cavab verərək,
kimliyinin formalaşmasına köməklik edərək, prob-
lemlərin öhdəsindən gəlməyə dəstək ola bilir.

Əvvəllər Allahı insana aid modellər çərçivə-
sində təsəvvür edən uşaq yeniyetməlik dövründə

233

Din psixologiyası

insana oxşayan Allah təsəvvüründən tamamilə xi-
las olur. Tək, tayı-bərabəri olmayan, dəyişməyən,
bütün kainatın yaradıcısı, hər yerdə mövcud olan,
canlı və ölümsüz bir Allah düşüncəsini dərk etmə-
yə başlayır.

Yeniyetmələrin dinə yönəlməsində onun aid
olduğu ictimai mühitin, valideynlərin, tay-tuşla-
rının, kəndin və məhəllənin böyük təsiri olur. Eyni
zamanda, bəzi təbii fəlakətlər də dini hiss və dü-
şüncələrin baş qaldırmasına kömək edən səbəb-
lərdir. Qohumlardan və yaxınlardan kiminsə ölmə-
si, yaxud əlacsız və çarəsiz bir xəstəliyə tutulması
yeniyetmənin dini hiss və düşüncələrinin oyanma-
sına səbəb ola bilir. Belə ehtimallara baxmayaraq,
bu dövrün ən xarakterik xüsusiyyətlərindən biri
qərarsızlıq və şübhədir. Bu dövrdə fiziki inkişaf ilə
yanaşı, koqnitiv cəhətdən də inkişaf edən yeniyet-

234

Fərdin inkişafı və din

mə uşaqlıq dövründəki passiv vəziyyətindən uzaq-
laşıb, onun üçün maraqlı olan mövzularda müəy-
yən ölçüdə müstəqil düşünməyə başlayır. Din yeni-
yetməni maraqlandıran mövzular arasında olduğu
üçün bunlarla bağlı da düşünür və inanclarını yeni-
dən nəzərdən keçirir. Dini əmrlər və məsləhətlərlə
bağlı öz mövqeyini müəyyənləşdirir. Uşaqlıqdan
etibarən valideynlərindən eşitdiyi və əsasən, eyni
ilə qəbul etdiyi məsləhətləri ilk yeniyetməlik dövrü
boyu arabir yenidən düşünür, dinin bəzi tərəflə-
rinə daha möhkəm bağlanır, digərlərinə şübhə ilə
yanaşmağa başlayır.

Yeniyetmənin bir çox məsələyə şübhə ilə
yanaşmasına müəyyən amillər təsir edir. Xüsusilə
koqnitiv inkişaf və mühakimə qabiliyyətinin art-
ması uşaqlıq illərində tərəddüdsüz qəbul edilən di-
ni inanclarla bağlı düşünməyə yol açır. Bundan əla-
və, məktəbdə öyrənilən dəqiq elmlərin bəziləri də

235

Din psixologiyası

dini etiqadları ilə ziddiyyət təşkil edə bilər. Yeni-
yetmə bu yeni biliklərin işığında uşaqlıq inancları
haqqında yenidən düşünür. Oxuduğu müxtəlif
dərslər və kitablar sayəsində bu mövzularda bir
çox fərqli fikirlərin və yanaşmaların olduğunun
fərqinə varır. Eyni zamanda, yoldaşlarının da din
ilə bağlı bir-birindən fərqli fikirləri ilə qarşılaşır.
Beləliklə, müxtəlif inanc və etiqadlar haqqında mə-
lumat sahibi olduqca, istər-istəməz öz inancının
mötəbərliyindən şübhə etməyə başlayır, yaxud
inanclarını yenidən nəzərdən keçirməyə ehtiyac
hiss edir.

Şübhələr əvvəlcə ibadət formaları (namaz
qılmaq, uzun günlərdə oruc tutmaq, başa düşmədi-
yi dildə Quran oxumaq və dua etmək və s.) ilə bağlı
yaranır. Sonra isə dinin məzmunu (Allahın və insa-
nın mahiyyəti, günah, ölümdənsonrakı həyat, qəza-
vü-qədər və s.) ilə bağlı şübhələr başlayır. Aparılan

236

Fərdin inkişafı və din

tədqiqatlar yeniyetmə yaşda olan qızların oğlan-
lara nisbətən daha az şübhəçi olduqlarını göstərir.

Yeniyetmə din ilə bağlı şübhəyə düşəndə, on-
da mənəvi gərginlik, günahkarlıq hissi özünü göstə-
rir. Beləliklə, yeniyetmədə daxili ziddiyyətlər mey-
dana gəlir: Dini inancları mövcud olduğu formada
qəbul etməlidir, yoxsa şübhələrinə əsaslanaraq,
onun bəzi cəhətlərini və yaxud hamısını tərk etmə-
lidir?

Bəzi tədqiqatçıların fikrincə, şübhə etmək
normal, hətta yaxşı haldır. Şübhə mərhələsini
yaşamayanlar ya əqli cəhətdən qüsurlu olanlar, ya
da uşaqlıq dövründə ciddi təzyiq göstərilərək dini
tərbiyə verilən fərdlərdir. Qeyd edilməlidir ki, dini
şübhəni təkcə koqnitiv inkişafla izah etmək düz-
gün deyildir. Əqli səviyyəsi normal, hətta yüksək
olan bir çox yeniyetmə vardır ki, onlar heç vaxt

237

Din psixologiyası

şübhəyə düşmürlər. Onlar uşaqlıq dövründə öyrə-
dilən dini inanclarına sadiq qalırlar. Bu, əsasən,
uşağın kiçik yaşlardan etibarən aldığı tərbiyə və
ailədə öyrəndikləri ilə məktəbdən və həmyaşıdla-
rından əxz etdiyi biliklər arasındakı fərqlilikdən
irəli gəlir.

Qısası, yeniyetməlik dövrü fərdin dini möv-
zularda öz-özünə fikir və düşüncə sahibi olmağa
başladığı, başqalarından öyrənilən fikirlərin tənqi-
di baxışla yenidən nəzərdən keçirildiyi bir dövr-
dür. Bu dövrdə yeniyetmə valideynlərinin və əha-
təsindəki fərdlərin əxlaqi davranışlarına tənqidçi
yanaşması ilə baxmağa başlayır, onların söz və
davranışlarına fikir verir. Əgər kimsə dürüst olma-
dığı halda, özünü doğru kimi qələmə verərək, bəzi
şəxsi maraqlarını güdürsə, yeniyetmə bu cür hal-
ları təəccüblə qarşılayır və onu əxlaqi ölçülərə uy-

238

Fərdin inkişafı və din

ğun saymır. Xüsusilə, bu cür davranışları din adam-
larında, yaxud özünü dindar göstərənlərdə müşa-
hidə etməsi yeniyetmənin mənəvi dünyasında
dinə qarşı şübhə yaranmasına səbəb olur. Ona görə
də ilk yeniyetməlik dövründə olanlar böyüklərin,
xüsusilə bu cür davranışlarına etiraz edərək, öz
vicdanlarının onları yönləndirdiyi istiqamətdə hə-
rəkət edirlər. Doğru qəbul etdiyi yolda hərəkət
etmək yeniyetmə üçün bir ləyaqət məsələsidir.

3.5. Gənclik dövrü (17-21 yaş)
Gənclik dövründə fiziki və koqnitiv inkişaf
davam edir. Yeniyetməlik dövrünə nəzərən bu
mərhələdə fərdin daha çox inkişaf etdiyi, hiss və
duyğularındakı ifratlıqların azaldığı, müvazinətli
davranış və münasibətin artdığı, böyüklərlə müna-
sibətlərin normallaşmağa başladığı müşahidə edi-
lir. Bu dövrdə fərdlər problemlərinə daha realist və

239

Din psixologiyası

daha az hissi yanaşırlar. Bu səbəbdən də əhatəsin-
dəki insanlarla daha yaxşı yola gedir, ifrat və hissi
yanaşmalarını tərk edərək, tolerant və rasional bir
anlayış mənimsəyirlər.

Eyni zamanda, bu dövrdə din ilə bağlı get-
dikcə şübhələrdən xilas olaraq dini inanclarında
səbat göstərməyə başladıqları müşahidə edilir.
Qeyd edək ki, din ilə bağlı problemlər hələ də tam
mənada öz həllini tapmır. Bəzi yeniyetmələr uşaq-
lıq dövründəki dini inancları ilə artan biliklərini
uzlaşdıra bilmirlər. Dini ya tamamilə rədd edirlər,
yaxud bəzi tərəflərini qəbul etmirlər. Digər tərəf-
dən isə bəzi cəhətlərini qəbul edərək, dini həyatla-
rına davam edirlər. Yeniyetmələrin əksəriyyəti isə
həyatlarında dinin yerini və önəmini hiss edir və
daha öncəki inanclarını ya eyni ilə, ya da bir qədər
dəyişdirərək mənimsəyirlər.

240

Fərdin inkişafı və din

Gənclik dövründə, xüsusilə universitet həya-
tına başlayan gənclərdə dini ibadətlərin yerinə
yetirilməsində çox vaxt ciddi laqeydliklər yaranır.

Dindar ailələrdə yetişən gənclər universitet
illərində ailələrindən uzaq qaldıqları üçün dini iba-
dətlərin yerinə yetirilməsində böyük önəmi olan
qrup nəzarətinin və yaxud sosial nəzarətin təsirin-
dən də uzaq olurlar. Bu da dindar ailələrdə gündə-
lik həyatın bir parçası olan dini ibadətlərin tələbə
həyatı yaşayan gənclər tərəfindən yerinə yetiril-
məsinə çox vaxt etinasızlıq göstərməsinə səbəb
olur.

3.6. Yetkinlik dövrü (21-35 yaş)
Yetkinlik dövründə yeniyetməlik və gənclik
dövründəki şübhələr və mütərəddidlik nisbətən
azalır. İnanc məsələsində yeniyetməlik dövrü ilə

241

Din psixologiyası

müqayisədə səbat artır. Yetkinlik dövrü – yeniyet-
məlikdəki dini şübhə, qərarsızlıq və çalxantıların
qaydasına düşməyə başladığı və getdikcə aradan
qalxdığı mərhələdir. Bu dönəmdə fərdin dini həya-
tında müvazinət, yenidənqurma, köhnə inanc və
adətlərin nəzərdən keçirilərək qaydaya salınması
istiqamətində irəliləyişlər baş verir. Bu irəliləyişlər
hissilikdən rasionallığa doğru bir proses şəklində
müşahidə edilir.

Bir çox araşdırmaya görə, bu mərhələ fərdin
dini həyatının ən sönük və dini ibadətlərin ən az
yerinə yetirildiyi dövrdür. Bu mərhələdə yetkin
insanların maraq göstərdikləri amil din deyil, inki-
şaf dövrünün ümumi xüsusiyyətlərinə uyğun olaraq
peşə, karyera, evlilik, yəni şəxsi gələcəkləridir. İn-
sanlar bu dönəmdə müəyyən bir peşəyə yiyələn-
mək, evlənmək və həyat şəraitini dayanıqlı vəziyyə-

242

Fərdin inkişafı və din

tə gətirmək üçün daha çox vaxt ayırmaq məcburiy-
yətində qaldıqlarına görə, ibadətə və dini həyata
əsasən vaxt tapmırlar.

Buna baxmayaraq, 30 yaşından sonra din-
darlıq səviyyəsində yüksəliş müşahidə olunur.
Fərdlər evləndikdən və uşaqlarını böyütməyə və
tərbiyə etməyə başladıqdan sonra mədəni irsin bir
hissəsi olan dini etiqad və dəyərlərin önəmini daha
yaxşı dərk edirlər.

Yetkinlik dövrünün sonuna doğru fərd həm
öz məhdudluqları və qabiliyyətləri, həm də həyat
haqqında daha realist bir baxış formalaşdırır. Bu
fərqində olmaq nəticəsində o, əvvəllər lazımsızlığı-
na inandığı və yaxud rədd etdiyi bəzi adət-ənənələ-
rin və dini dəyərlərin həyatın çətinliklərini dəf et-
mək və qeyri-müəyyənliklərinə məna vermək üçün
böyük imkanlar təmin etdiyini görür. Həyatdakı bu

243

Din psixologiyası

yeni mövqeyi onu dinə daha elastik və müsbət bax-
mağa yönəldir.

3.7. Orta yaş dövrü (36-60)
Orta yaş dövrü insan həyatının böhranlı bir
mərhələsidir. Bu yaş dövründə olan insan həyatın
onu hər gün qocalığa və labüd olan sona apardığı
hissini intensiv olaraq yaşayır. Ona görə də insan
həyatında orta yaş dövrü, əsasən, təşviş, narahatlıq
və ziddiyyətlərin hakim olduğu mərhələdir. Xüsu-
silə 40-45 yaşlarında əksər insanda psixoloji böh-
ran özünü göstərir və o, həyatı ilə bağlı özünə, necə
deyərlər, hesabat verir. Əgər bu hesabatdan sonra
həyatla bağlı qeyri-məmnunluq yaranırsa, fərdin
mistik məzmunlu dindarlıq həyatına yönəlmə ehti-
malı artır. Bu dövrdəki psixoloji böhran dinə olan
marağı artırır və din fərd üçün birbaşa mənada sığı-
nacaq olur. Fərd həyatı ilə bağlı daha əhəmiyyətli

244

Fərdin inkişafı və din

olan amillərin, bir növ, planını hazırlayır və əksər
fərdlər “dini daha yaxşı yaşamağı” da bu plana daxil
edir.

Bir çox insan valideynlərindən birini və ya
ikisini bu mərhələdə itirdiyi üçün yeni kamilləşmə
dövrü yaşayır. Ölüm hadisəsi və həyatın mənası ilə
bağlı məsələlər haqqında ciddi şəkildə düşünür və
onlara yenidən məna verir.

Bu yaş dövründə bəzi fərdlərdə dini rəddet-
mə meyli də müşahidə olunur. Bəzi fərdlər illərdir,
mənimsədikləri dini inanc və mövqeyin onu xoş-
bəxt etmədiyini, inandığı dini inanclar içində yaşa-
dığı, həyat arasında ziddiyyətlər olduğunu düşünə-
rək, eyni zamanda, yaxınlaşan sonu anlayaraq, bəl-
kə də qorxudan irəli gələn bir reaksiya nəticəsində
sahib olduğu dini inancları rədd etməyə meyilli
olur.

245

Din psixologiyası

3.8. Yaşlılıq dövrü (60 yaşdan sonra)
Yaşlılıq dövründə fərd hissi və fiziki cəhət-
dən geriləməyə davam edir. Bu dövrdə fərd ölüm
və axirət haqqında daha çox düşünür. Bu mənada,
fərd bəzən təlaş keçirir, bəzən də inancına sığına-
raq mənəvi rahatlıq tapır. Keçmişlə bağlı kompen-
sasiyalar bu dövrdə artır. Keçmişdə dindarlıq hə-
yatında nöqsanlı qalan yerləri doldurmağa çalışır.
Bu yaş dövründə dini həyatın mahiyyəti ilə bağlı
ciddi dəyişiklik baş vermir. Belə ki, yaşlılıq döv-
ründə, əsasən, dini həyatla bağlı əvvəllər qazanılan
vərdişlər davam etdirilir. Həyatın digər sahələri ilə
bağlı azalan fəaliyyətin yerini dini həyat və ibadət-
lər tutur.

246

Psixi sağlamlıq və din



YEDDİNCİ FƏSİL
PSİXİ SAĞLAMLIQ

VƏ DİN



247

Din psixologiyası

PSİXİ SAĞLAMLIQ VƏ DİN

Elm dünyasında, xüsusilə son 25-30 ildə din-
darlığın və mənəviyyatın insan sağlamlığına müs-
bət təsiri olduğu fikri get-gedə sürətlə yayılır və el-
mi jurnallarda bu mövzu ilə bağlı nəşr olunan təd-
qiqatların sayı artır. Son illərdə mövzu ilə bağlı
dünyada minlərlə tədqiqat nəşr edilmişdir. Bu böl-
mədə mövzu ilə bağlı aparılan tədqiqatlar və psixo-
loqlar tərəfindən irəli sürülən fikirlər çərçivəsində
psixi sağlamlığın dindarlıq və mənəviyyatla olan
əlaqəsi müzakirə ediləcək.

1. Dindarlıq və mənəviyyat (spirituality)
Dindarlıq – din ilə bağlı düşüncə, davranış,
motivasiya və yönəlişlikləri ehtiva edən geniş bir
mövzudur. “Dindarlıq” məfhumu yanaşmadan asılı

248

Psixi sağlamlıq və din

olaraq müxtəlif mənalara gəlir. Mənsub olduğu di-
nin ibadətlərindən heç birini yerinə yetirmədiyi
halda, təkcə Tanrıya olan inancı, yaxud Tanrı ilə öz
arasında “xüsusi” olduğuna inandığı bir münasibə-
tə görə, özünü dindar olaraq görən insanlar möv-
cuddur. Digər tərəfdən, dinin tələb etdiyindən da-
ha çox ibadət etməsinə baxmayaraq, ağlına gələn
bəzi vəsvəsələrə görə özünü Tanrıdan uzaqlaşmış,
yaxud böyük günah işlətmiş bir asi kimi görən
insanlara da rast gəlmək mümkündür.

Bunların xaricində hər hansı bir dinə mən-
sub olmayan, hətta Tanrını inkar edən bir ateistin
belə, mənəvi hisslərə və mistik meyillərə malik ol-
ması da mümkündür. Belə olduğu halda, mənəviy-
yatın əhatə dairəsinin dindarlığın hüdudlarını aş-
dığını, mənəvi olduğu halda, dini olmayan hisslərin
var olduğunu demək mümkündür. Mənəviyyatda
dindarlığın əksinə, misal üçün, əvvəlcədən müəy-

249

Din psixologiyası

yənləşdirilmiş davranış və əməllərin mövcud ol-
maması mümkündür. Dində obyektiv, müşahidə
edilə bilən rituallar və tələb olunan davranışlardan
söhbət getdiyi halda, mənəviyyatın bunları öz
tərkibində ehtiva etməsi labüd deyil.

Dindarlıq və mənəviyyatın tədqiqatların
mövzusu olmuş bir çox elementindən danışmaq
mümkündür. Aşağıda müəyyən bir ardıcıllığa əməl
etmədən bu elementlərdən bəzilərini nəzərdən ke-
çirək.

Dua. Tarix boyu bütün dünyada insanlar bə-
zən bir istəyi, bəzən bir şikayəti, bəzən də min-
nətdarlığı, peşmanlığı, tövbəni ifadə etmək, bəzən
də sadəcə, hisslərini bölüşmək üçün Tanrıya dua
edir. Psixoloji cəhətdən önəmli bir özünüifadə və
rahatlıq imkanı təmin edən dua psixi və fiziki sağ-
lamlığa müsbət təsir etdiyi hesab olunan əsas dini
elementlərdən biri kimi bəzi tədqiqat mövzusu
olmağa davam edir və formalaşdırılan dindarlıq

250


Click to View FlipBook Version