Psixi sağlamlıq və din
şkalalarının ən vacib elementlərindən birini təşkil
edir.
Meditasiya. Bir dua növü kimi qəbul edilən
meditasiya müxtəlif dinlərdə mənəvi yüksəlişin
önəmli hissəsidir. Meditasiya ilə bəzən dini ibadə-
tin xaricində sekulyar bir istirahət və dincəlmə
məşğələsi kimi qarşılaşmaq mümkündür. Elm
adamları meditasiyanın psixi və fiziki sağlamlığa
təsirləri ilə bağlı çoxistiqamətli tədqiqatlar aparır-
lar.
Məbədə getmək. Fərdin psixoloji cəhətdən
dincəlməsini və sosiallaşmasını təmin edən ele-
mentlərdən biri də məbəddə icma/qrup ilə birlikdə
müntəzəm olaraq yerinə yetirilən ibadətlərdə işti-
rak etməsidir. Qərbdə, xüsusilə kilsəyə müntəzəm
gedənlərlə getməyənlərin psixi və fiziki sağlamlıq-
larını müqayisə edən bir çox tədqiqat aparılmışdır.
Müqəddəs mətnin mütaliəsi. Müqəddəs mətni
mütaliə etmək, bəzən mətnin mənasını dərk etmək
251
Din psixologiyası
cəhdi xaricində, eyni zamanda, bir ibadət forması
halını alır. Qurani-Kərimin mənasını başa düşmə
məqsədi daşımadan əvvəldən-axıra xətm edilməsi,
bəzən bunun birlikdə həyata keçirilməsi bir çox
halda rast gəlinən amildir. Bu mənada, tədqiqat-
larda dindarlığın önəmli bir göstəricisi kimi, mü-
qəddəs mətnlərin oxunmasına yer verilir.
Dini itaətkarlıq. Narahatlığı azaldan, psixolo-
ji rahatlığı təmin edən bir amil kimi qiymətləndi-
rilən və bu səbəbdən, dindarlığın önəmli göstərici-
lərindən biri olduğu üçün elmi tədqiqatlarda yer
verilən suallardan biridir.
Daxili motivasiyalı və xarici motivasiyalı din-
darlıq. Daxili motivasiyalı dindarlıq dedikdə, tam
bir itaətkarlıqla dinə bağlılıq və dini məsələləri di-
gər bütün məsələlərin fövqündə görmək nəzərdə
tutulur. Xarici motivasiyalı dindarlıqda isə bir təh-
lükə ilə qarşılaşdıqda, şəxsi təhlükəsizliyi təmin et-
252
Psixi sağlamlıq və din
mək də daxil olmaqla, dini olmayan məqsədlərə çat-
maq üçün dindən istifadə etmə meyli və şəxsi ma-
raqlar ön plandadır. Dindarlıqdakı dərəcə fərqinə
də diqqət çəkən bu təsnifatın dindarlığın psixi və
fiziki sağlamlığa təsir etməsi ilə bağlı önəmli bir
dəyişiklikdən xəbər verən bir amil olub-olmadığı
tədqiqatçıların marağını ehtiva edən mövzudur.
Müsbət Tanrı obrazı. İnsanların tanrı haqqın-
dakı düşüncə və inanclarının onların hissi əhval-
ruhiyyələrində fərqliliklər meydana gətirmə ehti-
malına istinad edərək, müsbət və mənfi Tanrı ob-
razı sağlamlıqla bağlı tədqiqatların mövzusu kimi
ön plana çıxır.
2. Psixi sağlamlıq
Dindarlığın bir məfhumu olaraq, psixi sağ-
lamlığın müəyyən dərəcədə nisbi olduğunu qeyd
etmək lazımdır. Psixi sağlamlığın da standart bir
tərifinin verilməsi bəzi səbəblərə görə çətindir.
253
Din psixologiyası
Məsələn, anadangəlmə qaradinməz və çəkingən
olan insanlar bu xarakteri olduqca normal qəbul
edərək, qətiyyən müalicə olunmaq ehtiyacı hiss et-
mirlər. Digər halda, ünsiyyətə önəm verən müəy-
yən insan qrupunun arabir yaşadığı çəkingənlik və
adamayovuşmazlıq xarakterinə bürünməsi böyük
narahatlıq doğurur. Birinci şəxslər üçün adi olan
bu hal ikinci qrupdan ötrü sosial fobiyadır və dər-
hal müalicə edilməlidir. Bu mənada, müəyyən bir
dərəcəyə qədər xəstəliklər şəxsin özü və yaxud ya-
xınları tərəfindən xəstəlik kimi qəbul edilərək hə-
kimə müraciət edilməyənədək xəstəlik hesab edil-
mir. Burada dindarlıq və mənəviyyatın subyektiv
təsirlərindən söhbət getdiyi üçün, fərdin psixi
problemlərlə bağlı şikayətinin dini, yaxud mənəvi
amillərlə ortadan qaldırılıb-qaldırıla bilmədiyi
haqqındakı qərar tamamilə insanların öz subyek-
tiv qiymətləndirmələri nəzərə alınaraq verilir. Mə-
sələni bu cür qoyduqdan sonra, aşağıda dindarlığın
254
Psixi sağlamlıq və din
psixi sağlamlığa təsirləri bəzi cəhətlərdən nəzər-
dən keçiriləcəkdir.
Xoşbəxtlik hissi. Dinin fərdi təsiri kontekstin-
də tədqiq edilən mövzulardan biri onun özünü
ümumi olaraq xoşbəxt hiss edib-etməməsidir. Uil-
yam Ceyms də psixi cəhətdən özünü yaxşı hiss et-
mə ilə bağlı əsas məqamın fərdin özünü xoşbəxt
hiss edib-etməməsi olduğunu bildirir. Həyatın mə-
nasının olduğu hissini anlamaq, ümumi olaraq xoş-
bəxt olmaq, həyatdan, mənsubu olduğu, mənimsə-
diyi dindən razı qalmaq psixi sağlamlığın yaxşı və-
ziyyətinin göstəricilərindən biri kimi qəbul edilir.
Depressiya. Psixi xəstəliklər içində cəmiyyət-
də ən çox rast gəlinənlərdən biri depressiyadır. Əh-
val-ruhiyyə və motivasiya ilə birbaşa əlaqəsi olan
depressiya dindarlıq və mənəviyyat ilə əlaqəsi ən
çox araşdırılan əsas mövzulardan biridir.
İctimailəşmə-təcrid. Psixi sağlamlığın itiril-
məsinin əsas əlamətlərindən biri də fərdin ictimai
255
Din psixologiyası
həyatdan uzaqlaşaraq təcrid olmasıdır. Başqa nöq-
teyi-nəzərdən təcrid olmaq psixi xəstəliklərin sə-
bəblərindən ola bilər. Buna paralel olaraq, ictimai-
ləşmə də profilaktik xüsusiyyəti ilə yanaşı, müalicə
üsulları arasında da yer alır. Dini həyat və fəaliyyə-
tin bəhrəsi kimi qiymətləndirilən ictimailəşmə ilə
dindarlıq və mənəviyyat arasındakı əlaqə müxtəlif
tədqiqatların mövzusunu təşkil edir.
Stress və stressin idarə edilməsi. Bir çox psixi
və fiziki xəstəliklərin səbəbi olan stress ilə mübari-
zədə dini inanc, hiss və davranışların əhəmiyyətli
rolu olduğu ehtimal edilir.
İntihar. Depressiya da daxil, bir çox psixi xəs-
təliklər əsnasında baş vermə ehtimalı olan ən pis
və narahatlıq doğuran hallardan biri – xəstəliyin
dözülməz həddə çataraq ağıl və məntiqin öz funk-
siyasını itirməsi, nəticədə xəstənin intihar etməsi-
dir. Həyatın gətirdiyi bir sıra çətinliklər, bəzən,
psixi cəhətdən sağlam olan insanları da intihara
256
Psixi sağlamlıq və din
sövq edir. Dindarlıq və mənəviyyatın intihar ilə hər
hansı bir formada əlaqəsinin olub-olmaması elm
adamları tərəfindən araşdırılan mövzulardan
biridir.
Ölüm təşvişi. Ölüm insanlar üçün ciddi stress
mənbələrindən biridir. Dinlərin də öz mənsubla-
rına verdiyi xəbərlər arasında ölümlə bağlı məlu-
matların sayı olduqca çoxdur. Dinlərin ölümə ver-
diyi mənanın ölüm təşvişini artırıb-artırmadığı və
yaxud azaldıb-azaltmadığı din psixologiyası sahə-
sindəki tədqiqatların əsas mövzularından biridir.
Anksiyetə. Anksiyetə (təşviş) depressiyaya
çox yaxın, hətta bəzən depressiya ilə qarışdırılan
və ən az depressiya qədər geniş yayılmış psixi xəs-
təlikdir. Anksiyetədə, əsasən, fərdin özünün və ya
yaxınlarının həyatı və gələcəyi ilə bağlı təşviş və
narahatlıqların əsas əlamət kimi özünü göstərdiyi
müşahidə edilir. Bu xəstəlik dindarlıq ilə qarşılıqlı
əlaqəsi ən çox araşdırılan mövzulardan biridir.
257
Din psixologiyası
3. Dindarlığın psixi sağlamlığa
təsirlərinə dair tədqiqatlar
Dindarlıq və mənəviyyatın psixi sağlamlığa
təsirləri ilə bağlı aparılan tədqiqatların əksəriyyə-
tində müsbət, bəzilərində isə neqativ münasibətlər
aşkarlamışdır. Sayı az olan sonuncular haqqında
daha sonra danışacağıq. Əvvəlcə sayı xeyli çox olan
və dindarlıq ilə psixi sağlamlıq arasında müsbət
münasibətlər aşkarlayan tədqiqatlar və onların əl-
də etdikləri nəticələr haqqında məlumat veriləcək.
2007-ci ildə Q.C.Morris və T.Mak Adie tərə-
findən həyata keçirilən tədqiqatda xristianlar, mü-
səlmanlar və heç bir dinə mənsub olmayanlar ara-
sında müqayisə aparıldı. Dominantlıq, istiqanlılıq,
tolerantlıq, həyat enerjisinə sahib olmaq və həs-
saslıqdan ibarət olan, şəxsiyyətə aid 5 amilə görə
aparılan müqayisədə bu əlamətlərin heç birində
yuxarıda qeyd edilən üç qrup arasında hər hansı
bir fərq müşahidə edilmədi. Araşdırılan digər
258
Psixi sağlamlıq və din
məsələ ümumi olaraq əhvalın yaxşı olması ilə bağlı
idi. Müsəlmanlar və xristianlar, ümumi olaraq,
özünü yaxşı hissetmə ilə bağlı hər hansı bir dinə
mənsub olmayanlara nisbətən olduqca yüksək nə-
ticə göstərdilər. Bu nəticə hər hansı bir dinə mən-
sub olanların onları təşviş və narahatlığa sövq
edən mövzularda öz dinlərindən mənəvi dəstək al-
dıqlarının əlaməti kimi qəbul edilə bilər.
Kennet Parqament insanların qarşılaşdıqları
problemlərin öhdəsindən gəlmələrində din və mə-
nəviyyatın ciddi rolu olduğunu irəli sürür. K.Parqa-
mentin fikrinə görə, din və mənəviyyatın prob-
lemlərin öhdəsindən gələ bilmək üçün təsirinin
nisbətini müəyyənləşdirən amil o şəxsin problem-
lərlə mübarizə sxemində dinin hansı mövqedə dur-
duğu və şəxsin nə dərəcədə mükəmməlliyə malik
olmasıdır. Parqamentin bu fikrinə paralel olaraq,
Riçard Fehrinq və həmkarları birlikdə apardıqları
araşdırmalarda yaşlı xərçəng xəstələrində daxili
259
Din psixologiyası
motivasiyalı dindarlıqla daha çox nikbinlik və daha
az dərd-qəm arasında pozitiv münasibət aşkar et-
mişlər.
Marqarit Poloma və Brayn Pendletonun
1990-cı ildə Şimali Amerikada və Avropada apar-
dıqları bir tədqiqatda dindar olanların dindar
olmayanlara nisbətən daha çox xoşbəxt və həyat-
larından razı olduqları aşkar edilmişdir. Bundan
başqa, həm Nik Donovan ilə Devid Halpernin, həm
də Con Hellivel ilə Robert Putnamın apardıqları
tədqiqatlara görə, müəyyən bir dini inanca sahib
olanların özlərini ateist adlandıranlara nisbətən
həyatlarından razılıq səviyyəsinin yüksək olduğu
bilinmişdir. Eyni zamanda, Poloma və Pendletonun
1991-ci ildə telefon ilə təsadüfi olaraq zəng etdik-
ləri 560 yetkin insanla müsahibə yolu ilə həyata
keçirdikləri araşdırma, meditasiya başda olmaqla,
müxtəlif dua ayinlərinin ümumi olaraq həyatdan
razılığa, ekzistensial məmnuniyyətə, xoşbəxtliyə
260
Psixi sağlamlıq və din
və mənsub olduğu dindən razılığa müsbət təsir et-
diyini göstərir. Harold Koeniqin 1997-ci ildə apar-
dığı tədqiqat da dindar olanların dindar olmayan-
lara nisbətən daha çox həyat məmnuniyyətinə sa-
hib olduqlarını göstərir. H.Koeniqin 1999-cu ildə
apardığı tədqiqatda isə dindarların daha az dep-
ressiyaya məruz qalan bir həyat yaşadıqları aşkar
edilmişdir.
Kristofer Ellison 1991-ci ildə apardığı təd-
qiqatda dini inancı olan insanlarda daha yüksək
həyat məmnuniyyəti, xoşbəxtlik, həyata təsir edən
travmatik hadisələrin mənfi nəticələrinə daha az
məruz qalmaq əlamətini müşahidə etmişdir. Müx-
təlif tədqiqatçıların inkişaf etmiş ölkələrdə apar-
dıqları tədqiqatlar nəticəsində dindar insanların
və dindar cəmiyyətlərin dindar olmayan insan və
cəmiyyətlərə nisbətən daha yüksək məmnuniy-
yətə və əhval-ruhiyyəyə sahib olduqları aşkar edil-
mişdir.
261
Din psixologiyası
A.M.Lokun fikrincə, aparılan tədqiqatlar dua
edən insanların tez-tez öz həyatlarında məmnun-
luq, məna və məqsədə sahib olma hissini yaşadıq-
larını göstərir. Marlena Vudmansi dua ilə psixi sağ-
lamlıq arasındakı əlaqəni aşkar etmək üçün apar-
dığı tədqiqatda, Ceff Levin başda olmaqla, bu sahə-
də araşdırma aparan tanınmış alimlərin əsərlərini
qiymətləndirərək aşağıdakı nəticəyə gəlir:
1. Dini inanc və əməllər fərddə qorxusuz bir
kimlik hissi meydana gətirir, anksiyetə
dərəcəsini azaldır və stress altında olar-
kən lazımlı olan elastikliyi artırır.
2. Dini inanc, ölüm də daxil olmaqla, həyatın
müxtəlif problemləri qarşısında fərdin
daha məntiqli qiymətləndirmə aparması-
nı təmin edən məqsəd və məna hissini
qazandırır.
3. Dini inanc və rituallar nikbinlik, inanma
262
Psixi sağlamlıq və din
və saflaşma kimi müsbət hisslərin yaran-
masına səbəb olur.
4. İnanc sahibi olan insanların formalaşdır-
dığı bir qrupa olan bağlılıq, fərddə aidiy-
yət, etibar etmə, ehtiyac olanda ictimai
dəstək tapmaq kimi komfortu ilə yanaşı,
başqalarına kömək etmə imkanı da təmin
edir.
5. Dua, ritual, ibadət və s. fərdə ali qüvvə ilə
birlikdə olma hissini bəxş edir, bu da on-
da daxili rahatlıq hissini təmin edir.
6. Dini etiqad, nizamlı həyat tərzi, vərdiş və
məsuliyyət şüuru təmin edir.
Cenifer Yakopson 2002-ci ildə başqası üçün
edilən duanın, duanı edənin psixi və fiziki sağlam-
lığına təsirini araşdırdı. 110 dua edənin və univer-
sitetin birinci kursunda oxuyan 502 tələbənin daxil
olduğu araşdırmada dua edənlər iştirakçı tələbələ-
263
Din psixologiyası
rin yarısına 6 ay boyunca dua etdilər. Dua edənlə-
rin daha dərindən və hiss edərək dua etmələri
üçün müxtəlif tədbirlər həyata keçirildi. Bu araş-
dırmanın sonunda aşağıdakı nəticə əldə edildi:
1. Bütün dua edənlərin əqli sağlamlıqları
ilə yanaşı, həyatları ilə bağlı bir məna
və məqsədə sahib olma hissində yaxşı-
laşmaya doğru dəyişiklik müşahidə
edildi.
2. Dəyişikliklər yaşlılarda gənclərdən da-
ha çox özünü göstərdi.
3. Həyatla bağlı məna və məqsədə sahib
olma hissinin dua ilə psixi sağlamlıq
arasında bir vasitə olduğu aşkar edildi.
1979-cu ildə Şyütz duanın özünəinama
təsirini araşdırdığı tədqiqatında duanın özünəina-
ma ciddi dərəcədə müsbət təsir göstərdiyini aş-
karladı. D.Riçard şifahi dua psixologiyası ilə bağlı
1990-cı ildə həyata keçirdiyi araşdırmada duanın
264
Psixi sağlamlıq və din
intensivliyinin artmasının həyatın mənası ilə bağlı
hissin güclənməsinə müsbət təsirini müəyyən etdi.
Anne Elizabet Kuper 2003-cü ildə 50
psixologiya tələbəsi arasında apardığı eksperi-
ment ilə mənəviyyat, dua və meditasiyanın stress
və çətinliklərlə mübarizədəki rolunu araşdırdı.
Nəticədə, bu cür mənəvi elementlərin streslə mü-
barizədə böyük resurs ola bildiyi müəyyənləşdiril-
mişdir.
Parqament 1997-ci ildə apardığı tədqiqatda
səmimi xitab duasının psixi və fiziki baxımdan özü-
nü yaxşı hiss etmə ilə bağlı müsbət təsirini aşkar-
lamışdır. C.A.Astin isə 1997-ci ildə həyata keçirdiyi
bir araşdırmada 28 nəfərdən təsadüfən seçdiyi 14
nəfərə 8 həftə meditasiya elətdirdi. Bu 14 nəfərdən
12-si 8 həftəlik prosesin sonunadək meditasiyanı
müntəzəm olaraq yerinə yetirdi. Eksperimentdən
sonra həyata keçirilən yoxlamada meditasiya
edənlərdə etməyənlərə nisbətən daha az stress
265
Din psixologiyası
əlaməti, anksiyetə, obsessiv-kompulsiv pozuntu,
depressiya, somatik pozuntu, emosionallıq, psixo-
tisizm və paranoid düşüncə əlaməti özünü göstər-
mişdir.
Dua ilə bağlı önəmli tədqiqat digər məşhur
araşdırma müəllifi S.O’Laoire tərəfindən hıyata ke-
çirildi. O, 1997-ci ildə duanın anksiyetə, depressiya
və xarakterə təsiri haqqında apardığı araşdırmada
kontrol və eksperiment qrupuna dua edən fərdlərə
test tətbiq etdi. Araşdırmada statistik baxımdan
ciddi nəticələr əldə edilməsə də, dua edənlərin ən
müsbət nəticələrə nail olduğu, dua ilə keçirilən
vaxtın nə qədər uzanarsa, əldə edilən faydanın da
çox olduğunu aşkarladı. Digər bir maraqlı nəticə
başqalarının onlara dua etdiyini bilənlərdə daha
yaxşı nəticələrin əldə edilməsi idi. Bu da psixoloji
motivasiyanın fiziki vəziyyətə və yaxud fiziki və-
ziyyətlə bağlı hiss edilənlərə hansı dərəcədə təsir
etdiyini aşkarlayan növbəti faktdır.
266
Psixi sağlamlıq və din
Frederik Karl Kollins 2003-cü ildə duanın
təqaüdə çıxmış yaşlılarda anksiyetə pozuntusu və
depressiya ilə əlaqəsinə aid tədqiqat həyata keçir-
di. O, 295 təqaüdçü arasında apardığı araşdırma ilə
duanın insanların psixi sağlamlığına müsbət təsir
etdiyini aşkarladı. Eyni zamanda, duanın anksiyetə
və depressiyanın azalamasına təsir edən önəmli
bir amil olduğunu müəyyənləşdirdi. Dua etməyin
və dualı bir həyat yaşamağın psixi xəstəliklərin
yaxşılaşmasında önəmli rolu üzə çıxdı. 1957-ci ildə
Parker və S.Cons və 1986-cı ildə Qriffit və həmkar-
ları tərəfindən birlikdə aparılan tədqiqatlar duanın
psixi xəstəliklərin azalmasında müsbət təsirə sahib
olduğunu üzə çıxarmışlar.
Ceyms və Uelsin 2003-cü ildə apardıqları
tədqiqat ilə duanın həyatda qarşılaşdığı vəziyyət-
lər qarşısında şəxsə sağlam qiymətləndirmələr
aparmağı və düşüncələrini nizamlamağı təmin et-
diyini müəyyənləşdirdi. Onlar, eyni zamanda, dini
267
Din psixologiyası
ibadət və əməllərin, xüsusilə stresli vaxtlarında
fərdin özünə daha yaxşı nəzarət etməsini təmin
etdiyini aşkarladılar.
Şuayl və Çadhraynın Pakistanda 1000-ə ya-
xın müsəlman arasında həyata keçirdiyi araşdır-
mada dindarlıq ilə fərdin özünü yaxşı hiss etməsi
arasında müsbət əlaqə olduğu üzə çıxarıldı.
Əlcəzairdə Əbdülxaliq və Naceyrin 244 kol-
lec tələbəsi arasında apardığı araşdırma dindar-
lığın fiziki, psixi sağlamlıq, xoşbəxtlik hissi, həyat
məmnuniyyəti, nikbinliklə güclü formada müsbət,
bədbinlik və anksiyetə ilə isə mənfi əlaqədə oldu-
ğunu müəyyən etdi. Tounsend və həmkarları tərə-
findən aparılan araşdırmalarda isə daha maraqlı
nəticə əldə edildi. Onlara görə, islami əsaslı psixo-
terapiya normal psixoterapiyaya nisbətən anksi-
yetədə və depressiyada daha sürətli bir müalicə
gücünə malikdir.
268
Psixi sağlamlıq və din
M.Mörfi və S.Donovan 1997-ci ilə meditasi-
yanın insanlara psixoloji və fiziki təsirləri haqqın-
da apardıqları tədqiqatda 1931-1996-cı illər ara-
sında aparılmış araşdırmaları qiymətləndirdilər.
Bu tədqiqatda meditasiya və ona bənzər sakitləş-
dirici proseslərin kəskin və xroniki anksiyetələrə
mane olduğunu müəyyən etdilər. Tədqiqatda bun-
dan əlavə, mənəviyyatla bağlı təhsili olan şəxslərin
bu sahədə təhsil almayanlara nisbətən başqa in-
sanlara qarşı daha çox empatiya hissinə sahib ol-
duqları, digər şəxslərin problemləri ilə daha çox
maraqlandıqları bilindi.
Aparılan tədqiqatlara görə, fərdin kollektiv
dini ayinlərdə müntəzəm iştirak etməsi onun icti-
mai təcriddən çıxaraq ictimailəşməsini, bu səbəb-
dən də daha çox ictimai dəstək almasını təmin edir.
Bu mənada, Strobric və həmkarlarının birlikdə
apardıqları araşdırmalar diqqətəlayiqdir. Bu araş-
269
Din psixologiyası
dırmaya əsasən, həftəlik olaraq dini ayinlərdə işti-
rak edən fərdlərdə daha çox ictimailəşmə və evli-
liklər də daxil olmaqla, fərdlərarası münasibətlərin
artımı müşahidə edilir. Bu çoxalmanın qadınlar
arasında daha yüksək olduğu nəzərə çarpır. Sözü-
gedən araşdırmanın əldə etdiyi digər diqqətəlayiq
nəticə həftəlik ayinlərdə iştirak edənlərdə daha az
depressiyaya rast gəlinməsidir.
Fatma Şengül 2007-ci ildə dindarlıq və psixi
sağlamlıq arasındakı əlaqə ilə bağlı apardığı tədqi-
qatda insanların dindarlıq aspektlərindən bilik-
ritual və təcrübə-təsir aspektlərindəki artımın
anksiyetə dərəcələrində azalmaya səbəb olduğu-
nu, digər tərəfdən, bilik-ritual və ictimai aspektin
fərddəki ədavət hissini azaltdığını aşkarlamışdır.
C.Çu və H.E. Kleyn 1985-ci ildə şizofreniya
xəstəliyinə tutulmuş şəxslərin sağaldıqdan sonra
yenidən xəstələnmələri ilə bağlı araşdırma apar-
270
Psixi sağlamlıq və din
dılar. Araşdırmanın nəticələrinə görə, kilsə ayin-
lərində müntəzəm olaraq iştirak edən şizofreniya
xəstələrinin sağaldıqdan sonra yenidən xəstələn-
mə nisbəti kilsəyə getməyənlərlə müqayisədə da-
ha az oldu. Rebekka Prospt və həmkarlarının bir-
likdə 1992-ci ildə klinikaya müraciət edən depres-
siya xəstələri arasında apardıqları araşdırmada isə
müalicəsində dini məzmundan istifadə edilən xəs-
tələrdə müalicəsində dini məzmundan istifadə
edilməyənlərlə müqayisədə daha çox uğur əldə
olunduğu müəyyənləşdirildi.
C.D.Qardner və həmkarları dini itaətkarlığın
psixi sağlamlığa təsiri ilə bağlı birlikdə apardıqları
tədqiqatda mövzu haqqında 6 eksperimental araş-
dırmanı qiymətləndirdilər. Onların əldə etdikləri
nəticəyə görə, dini itaətkarlıq psixi sağlamlığa
müsbət təsir edir. Mak Koeniq və Larsonun, Larson
və Larsonun, Smit və həmkarlarının 2003-cü ildə
271
Din psixologiyası
apardıqları tədqiqatlar isə dindarlıq və mənəviy-
yatın depressiya, narkotik maddədən istifadə və
intiharın da daxil olduğu psixi sağlamlığa aid neqa-
tiv halların meydana gəlmə nisbətini azaldan, hə-
yat məmnuniyyətini isə artıran təsirə malik oldu-
ğunu göstərdi.
Şüarts və həmkarlarının 2003-cü ildə 2016
nəfər presviterian xristian arasında birlikdə həya-
ta keçirdikləri digər araşdırmaya əsasən, başqala-
rına kömək etmək kömək almaq ilə müqayisədə
əqli sağlamlığa daha müsbət təsir göstərir.
Müsik və həmkarları isə 2003-cü ildə apar-
dıqları tədqiqatda bunabənzər təsirin könüllü fəa-
liyyət meydana gətirdiyini, Mak Kullof və həmkar-
ları 2004-cü ildə şükür etməyin nevrotisizmi azal-
tdığını aşkarladılar. Bağışlamanın isə yüksək təzyi-
qə, xroniki ağrılara, bəzi zərərli vərdişlərə müsbət
təsir etdiyi müxtəlif tədqiqatlarla aşkar edilmişdir.
272
Psixi sağlamlıq və din
Digər tərəfdən, Vitvliet və həmkarlarının apardıq-
ları tədqiqatlarda kin saxlamağın psixi və fiziki
sağlamlığa mənfi təsir göstərdiyi üzə çıxmışdır.
Kiekolt-Klazer və həmkarlarının 2005-ci ildə
həyata keçirdikləri bir tədqiqatda kin saxlamağın,
bədənin böyümə hormonları da daxil olmaqla,
ətrafa adaptasiya olmasına təsir edən hormonla-
rının funksiyalarını pozduğunu aşkar etdilər.
Azhar və Varma tərəfindən aparılan kliniki
araşdırmada böyük itki üz vermiş 30 nəfər dindar
malayziyalıda dini terapiyanın təsirləri tədqiq edil-
mişdir. Üzərində eksperiment aparılmış şəxslərin
hamısı qısa, sekulyar psixoterapiya və antidepres-
siya müalicəsi aldı. Onlardan 15 nəfərinə isə möv-
zu ilə bağlı dini məsələlərin müzakirə edildiyi əla-
və psixoterapiya müalicəsi də tətbiq edildi. Altı
ayın sonunda dini psixoterapiya müalicəsi alan 15
nəfərdə bu müalicəni almayan 15 nəfərə nisbətən
psixi cəhətdən ciddi şəkildə yaxşılaşma əlamətləri
273
Din psixologiyası
müşahidə olundu. Tədqiqatçılar itki üz verən və
yas saxlayan, dindarlığı yüksək olan xəstələrin se-
kulyar müalicə seanslarına dini psixoterapiya da
əlavə edildikdə, daha tez yaxşılaşdıqları nəticəsinə
gəldilər. Bu tədqiqatçılar müsəlman xəstələr ara-
sında apardıqları tədqiqatlarda da buna oxşar nə-
ticələr əldə etdilər.
Alvardo və həmkarları, Martin ilə Uritsman
isə güclü dini hisslərin ölüm qorxusunu azaltdığını
müəyyənləşdirmişlər. Riçman katoliklər, xristian
sayntistlər və bəhailər arasında apardığı müqayi-
sədə ölüm ilə bağlı ən çox təşviş keçirənlərin kato-
liklər, ən az təşviş keçirənlərin isə bəhailər olduğu-
nu aşkarlamışdır. Bu nəticə müxtəlif dinlərdə möv-
cud olan etiqad əsaslarının və ibadətlərin bir-bi-
rindən fərqli ola bildiyini və bunun da insanların
psixi və fiziki sağlamlıqlarına müxtəlif formalarla
təsir etdiyini göstərir.
274
Psixi sağlamlıq və din
1989-cu ildə ümumi olaraq dinin psixi sağ-
lamlıq üzərindəki təsirini araşdıran Mark Krauford
və həmkarları insanların psixi sağlamlıqları üzə-
rində dinin hər hansı mənfi təsirinin olmadığını,
əksinə, müsbət izlərinin olduğunu bildirdilər.
Bergin 1983-cü ildə həyata keçirdiyi meta-
analizdə 1980-ci illərdə din və psixi sağlamlıq ilə
bağlı aparılan tədqiqatları nəzərdən keçirmişdir.
Bu analizin nəticələrinə görə, aparılan tədqiqatlar-
dan 23%-i din ilə psixi sağlamlıq arasında nisbətən
az əlaqə olduğunu, 47%-i isə ikisi arasında daha
çox əlaqə olduğunu, 30%-i ikisi arasında hər hansı
bir əlaqə olmadığını aşkarlamışdır.
3.1. Dindarlığın psixi sağlamlığa bəzi
mənfi təsirləri
Yuxarıda qeyd edildiyi kimi, dindarlıq və mə-
nəviyyat arasındakı münasibəti araşdırmaq üçün
aparılan empirik tədqiqatlarin bəziləri bu ikisi
275
Din psixologiyası
arasında müsbət bir əlaqə olmadığını, bəziləri isə
ikisi arasında, hətta mənfi münasibət olduğunu aş-
karlamışdır. Aşağıda sayı çox az olan bu cür təd-
qiqatlar haqqında məlumat veriləcəkdir.
Asim Yapısı və Hasan Kayıklık universitet
tələbələri arasında həyata keçirdikləri araşdırma-
da dindarlıq ilə özünəhörmət və anksiyetə arasın-
dakı əlaqəni tədqiq etmişlər. Əldə edilən nəticəyə
görə, daxili motivasiyalı və xarici motivasiyalı din-
darlıqla özünəhörmət və anksiyetə arasında nə-
zərəçarpan bir əlaqə müəyyənləşdirilməmişdir.
Gənclərin dinə önəm vermə səviyyələri, namaz qıl-
ma, oruc tutma və dua etmə davranışları onların
özünəhörmət səviyyələrində hər hansı bir fərqlili-
yə yol açmamışdır. Malik olduqları subyektiv din-
darlıq duyğuları və subyektiv dini bilik səviyyələri
bu mənada önəmli fərqliliklər meydana gətirir.
C.T. Kuiperin təhlillərinə əsasən apardıqları
tədqiqatlarında E.L.Coven dua ilə zəif özünəinam,
276
Psixi sağlamlıq və din
E.M.Pattison və həmkarları gündəlik həyatda
stressin idarə edilməsindəki uğursuzluq, C.M.Spel-
lman və həmkarları anksiyetə, O.Strunk aqressiya,
Koeniq və həmkarları isə depressiya arasında
müsbət (diskomfortu artıran) bir əlaqə aşkarladı-
lar.
Murat Yıldız 2001-ci ildə həyata keçirdiyi bir
araşdırmada dindarlıq səviyyəsi artdıqca, ölüm
qorxularından xilas olmada önəmli artımın mey-
dana gəldiyini müəyyən etmişdir. Tədqiqatçının
fikrincə, bunun səbəbi ölümdənsonrakı həyat, gü-
nahkarlıq hissi və ölüm anının çətinliyi ilə bağlı
inanclardır.
3.2. Dindarlıq psixi sağlamlığa necə
mənfi təsir edir?
Uilyams Sterntal dinin bəzi stereotipləri, aq-
ressiyanı, özgələşməni, stressi, neqativ dini təc-
rübələri artırıcı xüsusiyyətinin olduğunu və buna
277
Din psixologiyası
görə də bəzi zərərli cəhətlərinin də mövcudluğunu
irəli sürür. Yuxarıda qeyd edilən bəzi tədqiqatların
nəticələri də dindarlıq və mənəviyyatın psixi sağ-
lamlığa müsbət və yaxud mənfi təsir etməsinə sə-
bəb olan amillərin mahiyyəti ilə bağlı düşünməli
olduğumuzu göstərir. Müəyyən bir dinin psixi sağ-
lamlığa müsbət, digərinin isə mənfi təsir etdiyi ilə
bağlı rəqəmlərə nəzər saldıqda, hansısa dini po-
zitiv, digərini isə neqativ kateqoriyaya daxil edə-
cək nəticələr əldə edilmədiyini söyləyə bilərik. Əl-
də edilən nəticələrin, hətta dinlərin hamısının psixi
və fiziki sağlamlığa müsbət təsir etdiyini qəti for-
mada demək mümkündür. Bəzi din mənsublarının
isə sahib olduqları inancların onlarda müəyyən
dərəcədə stressə yol açması mümkündür. Burada
Kirkpatrik və Şaverin 1990-cı ildə dindarlıq ilə psi-
xi və fiziki sağlamlıq arasındakı əlaqə haqqında
həyata keçirdikləri araşdırmanın nəticələri bizə
278
Psixi sağlamlıq və din
mövzu ilə bağlı daha aydın məlumat verir. Bu araş-
dırmanın nəticələrinə əsasən, Tanrıya pozitiv for-
mada inanan şəxslər Onu cəza verən bir varlıq kimi
görənlərə nisbətən həyatdan məmnunluq, daha
yüksək rahatlıq və daha az tənhalıq hissi nümayiş
etdirmişlər. Buna oxşar nəticələri 1997-ci ildə
apardığı tədqiqatla Kennet Parqament də əldə
etmişdir. Digər tərəfdən, din-depressiya münasi-
bətini araşdıran tədqiqatların meta-analizləri nəti-
cəsində dindarlıq ilə depressiya arasında düzxətli
olmayan əlaqə müəyyənləşdirilmişdir. Belə ki, qatı
dindarlarda və dindar olmayanlarda depressiya
əlamətinin səviyyələri daha yüksək olmuşdur.
İfrat dini davranışlarda istinad edilən mü-
qəddəs mətn ifadələri o dinin mənsublarının az bir
hissəsində bəzi davranışlara səbəbi ola bildiyi hal-
da, əksəriyyətində eyni reaksiyaya səbəb olmur.
Xristianlar üçün İncildəki İsa peyğəmbərin çarmı-
279
Din psixologiyası
xa çəkilmə hadisəsini buna misal göstərmək müm-
kündür. Xristianların əksəriyyəti üçün kədərli bir
hadisə kimi qəbul edilən çarmıx hadisəsi bəzi xris-
tianlarda daha güclü hisslər oyadır. Tarixdə bəzi
mistiklərin bu tarixi hadisəni eynən İsa peyğəm-
bərin yaşadığı kimi yaşamaq, eyni iztirabı hiss et-
mək üçün özlərini çarmıxa çəkdirdikləri və müxtə-
lif işgəncələrə məruz qoyduqları bildirilir. Belə ol-
duğu halda, insanların Tanrıya pozitiv və yaxud
neqativ bağlılıqlarının, ya da ifrat dini inanc və me-
yillərə malik olmalarının arxa planında dinlər de-
yil, fərdi xüsusiyyətlər vardır.
Burada mövzunu izah etmək məqsədilə di-
gər bir mövzu haqqında danışmaq ehtiyacı yaranır.
Əslində, adi sevinc, qorxu, kədər, təəccüb və sevgi
kimi hisslərin dini sevinc, dini qorxu, dini təəccüb,
dini sevgi kimi hisslərdən fərqi yoxdur, hamısı eyni
sinir sisteminə əsaslanır. Sadəcə olaraq, birinin
yönəli olduğu obyekt dini, digərininki isə din ilə
280
Psixi sağlamlıq və din
əlaqəli olmayan bir obyektdir. Uilyam Ceyms və
digər bəzi mütəfəkkirlərin fikrincə, bir çox dini
duyğular və sirli mistik hisslər, əslində, adi hisslə-
rin üst-üstə yığılaraq təşkilatlanmış vəziyyətidir.
Tədqiqatçılar Saver və Rabin də bu fikirlə razılaş-
dıqlarını bildirirlər. Belə olan halda, adi psixi xəs-
təliklərin dini psixi xəstəliklərlə eyni olduğu irəli
sürülə bilər. Misal üçün, Mehdi, yaxud Məsih oldu-
ğunu iddia edən bir şizofrenik xəstənin əsas prob-
lemi din ilə bağlı deyil, əksinə, o şəxsin psixi struk-
turunun dözümlülük səviyyəsi ilə bağlıdır. Əgər bir
şəxs dözümsüz sinir sitemi strukturuna malik-
dirsə, kiçik bir təzyiq elementi də onun psixi xəstə
olmasına gətirə bilər. Bu təzyiq elementi bəzən di-
ni inanclar, bəzən də bir ideologiya, fəlsəfə, eşq və
yaxud gündəlik həyatın səbəb olduğu problemdir.
Ona görə də bəzi insanlar özünün ali qüvvələrə ma-
lik bir dindar olduğunu, bəzən də əsilzadə nəslə
281
Din psixologiyası
məxsusluğunu zənn edə bilər. Psixoanalitik yanaş-
mada da bildirildiyi kimi, şəxsə keçmiş həyatında
təsir edən, daha sonra şüuraltına yerləşən və fər-
qində olmadan təzyiq göstərən element hansıdır-
sa, şəxs də onunla bağlı bir kimliyə bürünür.
Burada dindarlıqdakı bütün ifratçılıqların və
qeyri-adi mistik təcrübələrin psixi bir xəstəlik for-
ması olduğunu irəli sürən, hətta dindarlığın da psi-
xi xəstəlik olduğunu iddia edən yanaşma ilə yuxa-
rıda ifadə edilən yanaşma arasında böyük fərqlilik-
lər olduğunu ifadə etmək lazımdır. Yuxarıdakı ya-
naşmada diqqətə çatdırılan amil budur ki, insanla-
rın dindarlığın stressə yol açan, anksiyetəyə səbəb
olan cəhətlərini seçib ona sarılaraq, ümid verən və
anksiyetəni azaldan cəhətlərini gözardı etmələri
onların şəxsi xarakterlərindən irəli gəlir. Ümumi
olaraq dindarlıq və mənəviyyat, yuxarıda aydın şə-
kildə göstədildiyi kimi, psixi və fiziki sağlamlığa
müsbət təsir göstərir.
282
Psixi sağlamlıq və din
4. Dindarlıq və psixi sağlamlıq əlaqələrinə
dair nəticələr
Aparılan tədqiqatlar və tanınmış psixoloq-
ların mülahizələri analiz edildikdə, mənəviyyatın
və dindarlıq həyatının insanların psixi sağlamlığı-
na və vərdişlərinə önəmli təsirinin olduğu, psixi və
fiziki sağlamlığa müsbət təsir etdiyi bilinir. Dinin
insanları alkoqol, narkotika və s. zərərli vərdişlə-
dən qoruyan, insanları bir-birinə yaxınlaşdıran və
bir-birinə kömək göstərməyə təşviq edən, beləlik-
lə, ictimai və fərdi əmin-amanlıq təmin edən qay-
daları bunun səbəblərindən biridir. Bundan başqa,
bu həyatın müəyyən mənasının və məqsədinin ol-
duğunu, insanların fövqündə insanları qoruyan və
qayğısına qalan bir qüvvənin mövcudluğunu,
ölümdən sonra yeni bir həyatın başlayacağını, bu
səbəbdən haqsızlığa məruz qalacağı halda, ədalə-
tin bərqərar olacağını bilməsi şəxsi fərdi-psixi və
bilavasitə fiziki problemlərə qarşı hifz edir. Fərdin
283
Din psixologiyası
qarşılaşdığı kiçik problemlərdən böyük fəlakətlə-
rədək bir çox nəsnənin, əslində, onun üçün bir
imtahan olduğunu bilməsi və yaxud bunların ilahi
taleyin parçası olduğunu düşünməsi, şübhəsiz ki,
psixoloji narahatlığı və anksiyetəni azaldan vacib
amillərdir. Digər tərəfdən, problemli olan bir çox
inanc və davranışlar ilə problemli xarakterlər bir-
ləşdikdə dindarlıq insanın psixi sağlamlığı nöqteyi-
nəzərindən fərdə mənfi təsir göstərə bilir. Belə ki,
eyni dini arqumentin müxtəlif şəxslərdə fərqli nə-
ticələrə yol açması mümkündür. Beləliklə, bəzi hal-
larda dindarlıq fərdin psixi sağlamlığına və bilava-
sitə fiziki sağlamlığına mənfi təsir göstərə bilir. Mə-
sələyə bütöv formada baxdıqda isə dindarlıq və
mənəviyyatın psixi-fiziki sağlamlığa müsbət təsir
göstərdiyi müşahidə edilir.
284
Din dəyişdirmənin psixologiyası
SƏKKİZİNCİ FƏSİL
DİN DƏYİŞDİRMƏNİN
PSİXOLOGİYASI
285
Din psixologiyası
DİN DƏYİŞDİRMƏNİN PSİXOLOGİYASI
1. Din dəyişdirmənin mahiyyəti
Din psixologiyasının aktual problemlərindən
birini də din dəyişdirmə mövzusu təşkil edir. “Din
dəyişdirmə” dedikdə, din psixologiyasında fərdin
bu və ya digər bir dini qəbul etmək, başqa dinə keç-
mək və ya dini inancı tərk etmək anlayışları nəzər-
də tutulur.
Məlum olduğu kimi, fərdin dinə münasibə-
tini müəyyənləşdirən müxtəlif sosial və psixoloji
amillər mövcuddur. İnsanın sosial həyatda yaşadı-
ğı günahkarlıq, natamamlıq hissi, kimlik böhran-
ları, həyatda məna axtarışı, bədbəxt hadisələr və s.
onun dinə münasibətinə ciddi təsir göstərir. Belə-
liklə, həyatda rast gəldiyi problemlər, müsbət və ya
mənfi hallar insanın dini inancları və davranışları-
286
Din dəyişdirmənin psixologiyası
nın yenidən formalaşmasına səbəb ola bilər. Məsə-
lən, sevdiyi insanı itirən bir fərd ölümdənsonrakı
həyatı düşünərək, həyatın mənasını axirət dünya-
sında görərək dinə sarıla bildiyi kimi, cəmiyyətdə
baş verən ədalətsizliklərə etiraz olaraq dini inancı
tərk edə bilər. Bu mənada, insanın həyatında baş
verən gözlənilməz və faciəvi hadisələr onun dinə
münasibətini dəyişidirən səbəblərdəndir. Ümumi-
likdə, qeyd edilməlidir ki, fərdin dini həyatı psixo-
loji, sosial-mədəni, ictimai və digər amillərin təsiri
ilə davamlı dəyişikliklərə məruz qalır və bu proses
dinamik xüsusiyyətə malikdir.
“Dini qəbul etmək” dedikdə, fərdin dini də-
yərlərdən uzaq olan həyatının bu və ya digər döv-
ründə dinə qayıtması, fəal surətdə dini dəyərlər
əsasında həyatını yaşaması nəzərdə tutulur. İngilis
dilində “conversion” sözü ilə ifadə olunan bu an-
layış Azərbaycan dilinə həm hidayət olunma, haqq
yola gəlmə, həm də dini dəyişdirmək, bir məzhəb
287
Din psixologiyası
və ya dindən başqa dinə keçmək mənasında işlə-
dilir. “Hidayət olunma” mənasında işlədildikdə, yu-
xarıda qeyd edildiyi kimi, dinə münasibətin dəyi-
şilməsi dini inanc və ayinlərdən uzaq, dünyəvi hə-
yat tərzi yaşayan fərdin müəyyən bir hadisə uc-
batından dinə əhəmiyyət verməsi və dini inanclar
əsasında həyatını tənzimləməsidir. Bu prosesin
sosial və psixoloji aspektləri din psixologiyasının
aktual problemlərindən birini təşkil edir. “Dini
dəyişdirmək”, yaxud “dindən çıxmaq” dedikdə isə
insanın fəal dini həyata riayət etməsi halında
müəyyən səbəblərdən öz dini və ya məzhəbinə
münasibətinin dəyişilməsi, dindən uzaqlaşmaq və
ya başqa dinə yönəlmək nəzərdə tutulur. Nəticədə,
insan əvvəlki dinini tərk edərək başqa bir dinə və
ya məzhəbə keçir.
Din dəyişdirmə fərqli nəticələr meydana gə-
tirən müxtəlif formalarda baş verir. Səmimi olaraq,
288
Din dəyişdirmənin psixologiyası
öz sosial mühitinin dini ənənələrini tərk edib, baş-
qa dinlərə yönələnlər olduğu kimi, evlənmə səbə-
bindən kortəbii başqa bir dini qəbul edib, daha
sonra isə həmin dini dərindən mənimsəmə halları
da müşahidə edilir.
Dini qəbul etmək prosesində, həm də din də-
yişdirmədə yetkinklik dövrü əlahiddə rol oynayır.
Belə ki, bu dövr fərdin dini-ideoloji dünyagörüşü-
nün formalaşdığı mərhələ kimi çıxış edir. Buna
baxmayaraq, dinə münasibətin dəyişilməsi təkcə
yetkinlik dövrü ilə məhdudlaşmır, çünki bir çox
tədqiqatlarda din dəyişdirmənin gənclik dövrlə-
rində də baş verdiyi göstərilmişdir. Gənclik dövrlə-
rində dünyəvi ideologiyaları mənimsəyənlər həya-
tın mənası ilə bağlı axtarışlarda alternativ dünya-
görüşlərinə, eləcə də dini-ideoloji baxışlara üz tuta
bilərlər.
Qeyd edilməlidir ki, dinə münasibətin dəyişil-
məsi qısa vaxtda baş verən bir hadisə deyil, bu,
289
Din psixologiyası
uzunmüddətli proses kimi təzahür edir. Ümumiy-
yətlə, bu proses həyatın mənası ilə bağlı axtarış,
mövcud dini baxışların təhqiqatı, sorğu-suala tutul-
ması, alternativ dünyagörüşlərinin nəzərdən keçi-
rilməsindən ibarət olan hazırlıq dövrü və yeni dinin
qəbul edilməsi ilə nəticələnən uzunmüddətli proses
kimi öz əksini tapır.
2. Dinlərin din dəyişdirmə hadisəsinə
münasibəti
Bütün dünya dinlərinin din dəyişdirmə hadi-
səsinə münasibəti bir-birindən fərqlənir. Bu fərqli-
liklər həm din dəyişdirmənin təsdiq, ya da inkar
edilməsində, həm də din dəyişdirmək üçün lazım
olan şərtlərdə özünü göstərir.
Uzaq Şərq dinlərində dinin qəbul edilməsi
üçün hər hansı bir rəsmi ayin mövcud deyildir. Şin-
toizmdə dinin qəbul edilməsi və ya dindən çıxmaq
üçün xüsusi ayinlər nəzərdə tutulmayıb. Şintioizmə
290
Din dəyişdirmənin psixologiyası
mənsub olan dindar, eyni zamanda, başqa bir dinə
də sitayiş edə, digər dinlərin ayinlərini də yerinə ye-
tirə bilər. Belə ki, şintoistlərin bir çoxu, eyni zaman-
da, həm də buddizmə sitayiş edir. Taoizmə mənsub
olanlar, həmçinin buddizmə və konfuçyanizmə eti-
qad edirlər. Qısası, bu cərəyanlarda dini qəbul et-
mək, din dəyişdirmək və ya dindən çıxmaq böyük
əhəmiyyət kəsb etmir.
Hinduizm digər dinlərdən nisbətən fərqlə-
nir. Bu dində daha çox mədəniyyət və həyat tərzi
mövcud olduğuna görə, hindu ailəsində dünyaya
gəlməyən insan tam mənasında hinduizmə mən-
sub ola bilməz. Bu baxımdan, başqa xalqlar arasın-
da hinduizmin təbliğ edilməsi dini təlimlərdə nə-
zərdə tutulmur. Qeyd edək ki, hinduizmin medita-
siya kimi bəzi ənənələrinin başqa insanlar tərəfin-
dən icra edilməsi isə hinduizmdə müsbət qarşıla-
nır. Digər dinlərin ardıcılları da hinduizmin bu ənə-
nələrini mənimsəyə bilər. Bunun üçün onların din
291
Din psixologiyası
dəyişdirməsi tələb olunmur.
Uzaq Şərq dinləri arasında buddizm dini qə-
bul etmək məqsədilə müəyyən təlimlərin təsdiq
edilməsi şərtini irəli sürdüyünə görə digərlərindən
fərqlənir. Buddizmə görə, insan ruhunun kamilləş-
məsi və saflaşması ruhani təkamüllə reallaşır.
Odur ki, bu dini qəbul edən buddizmin inanc əsas-
larını təşkil edən “üç prinsipi” (triratna) – Budda,
Dhamma və Sanqha inancını təsdiq etməlidir.
Yəhudilikdə din dəyişdirmə mürəkkəb pro-
sesdir. Ortodoks və mühafizəkar yəhudilikdə yə-
hudi olmayanların bu dini qəbul etməsi qarşısında
ciddi tələblər qoyulur. Bunun üçün yəhudi hüquq-
larını bilən din xadimlərinin icra etdiyi məhkəmə-
yə müraciət edilir. Məhkəmədə yəhudiliyin çətin
din olduğu, ağır şərtlər və öhdəliklər daşıdığı onla-
ra bildirilir, bu səbəbdən yəhudiliyin qəbul edil-
məsi, bir qayda olaraq, yəhudi olmayanlara tövsiyə
edilmir. Lakin öz istəyində israrlı olanlar üçün
292
Din dəyişdirmənin psixologiyası
müəyyən rəsmi ayinlərin müşayiəti ilə dinə qəbul
olunma mərasimləri həyata keçirilir.
Reformist yəhudilikdə din dəyişdirmə qarşı-
sında qoyulan tələblər və məhdudiyyətlər əhəmiy-
yətli dərəcədə yüngülləşdirilmişdir. Hətta refor-
mist yəhudi cərəyanlarında dinin fəal təbliğini qar-
şıya məqsəd qoyan missionerlik fəaliyyəti mühüm
yer tutur. Reformistlər yəhudiliyin milli dini olma-
dığını, iudaizmin də digər dünya dinləri kimi uni-
versal xarakter daşıdığını və bu dinin, əslində, bü-
tün insanlığa göndərildiyini irəli sürürlər. Onlar,
həmçinin dini yeni qəbul edənlər qarşısında rəsmi
ayinlərin icra olunmasını vacib hesab etmirlər. Re-
formist iudaizmdə yəhudiliyin qəbul olunması
üçün hər hansı şəxsin yəhudi din xadimləri qarşı-
sında Tanrıya ibadət edəcəyini, dinin öhdəliklərinə
riayət edəcəyini və Kitabi-Müqəddəsdə göstərilən
missiyaya sadiq qalacağını bildirməsi kifayət edir.
Katolisizmə görə, din dəyişdirmə insanın
293
Din psixologiyası
ölüm qorxusu, günahlardan tövbə etmək və s. təc-
rübələrindən sonra baş verir. Katolik kilsəsinə görə
bu dini qəbul etmək Tanrının sonsuz mərhəməti he-
sab edilir. İsanın ilahi varlığına inanmaqla, onun in-
sanların əsl günahını təmizləmək məqsədilə özünü
fəda etməsinə inanmaqla xristianlıq qəbul olunur.
Xristianlığın inanc əsasları qəbul edildikdən sonra,
xaç suyuna çəkmə mərasimi icra edilir. Pravoslav-
lıqda da Xristianlığın əsasları təsdiq edildikdən son-
ra, kilsədə rahibin nəzarəti ilə lazımi dini məlumat-
lar öyrənilir, xaç suyuna çəkmə mərasimi həyata
keçirilir. Xristianlığı qəbul edən şəxs İsanın ilahiliyi-
nə, təslisə inandığını təsdiq edir. Dini qəbul etmə
mərasimi rəsmi xarakter daşıyır. Xristianlığın pro-
testant qolunda dini qəbul etmə mərasimi nisbətən
qeyri-formal surətdə həyata keçirilir. Protes-
tantlığın qəbul edilməsi üçün insanın günahkarlığı
etiraf olunmalı, İsanın xilaskar və Tanrının oğlu ol-
294
Din dəyişdirmənin psixologiyası
duğu təsdiq edilməlidir. Qeyri-formal olmaqla ya-
naşı, protestantlığın qəbul edilməsi bir dini rəhbə-
rin şahidliyi ilə həyata keçirilir.
İslam dini fikrində dini qəbul etmək – “ihti-
da” (ərəb dilincə - hidayət olunma, haqq yoluna
gəlmək), dini dəyişdirmək isə (İslamı tərk etmək)
“irtidad” (ərəb dilində - qayıtmaq, dindən çıxmaq)
terminləri ilə ifadə olunur. İslamda bütün insanla-
rın Allah inancına meyilli doğulduğu (fitrət) qəbul
olunur. Buna görə də dini qəbul etmək təbii hal ki-
mi nəzərdən keçirilir. Bir hədisdə bütün insanların
fitrət üzərində doğulduğu, lakin daha sonra vali-
deynləri tərəfindən başqa inanclara doğru yönəl-
dildiyi bildirilir.
İslamda dini qəbul etməyin rəsmi forması
yoxdur. İslamı qəbul etməyin şərti, məlum olduğu
kimi, Allahın təkliyinə və Həzrət Məhəmmədin
Allahın peyğəmbəri olduğunu təsdiq etməkdən
295
Din psixologiyası
ibarətdir. İslamın qəbulu hər hansı bir formal sə-
ciyyə daşımır. Buna baxmayaraq, inancın elan edil-
məsi məqsədilə iki nəfərin, yaxud din xadiminin
yanında şəhadət gətirmək bəzi müsəlman cəmiy-
yətlərində adət halına çevrilmişdir.
Ümumiyyətlə, dini ənənələrin əksəriyyətində
dini qəbul etmək müsbət, dindən çıxmaq isə mənfi
hal kimi qiymətləndirilir. Bu, dinlərin normativlik
xüsusiyyətinin təbii nəticəsidir. Din psixolo-
giyasında isə bu problemin tədqiqi deskriptiv ya-
naşma əsasında həyata keçirilir. Din psixologiyasın-
da məqsəd dini qəbul etmək və din dəyişdirmənin
sosial, mədəni və psixoloji səbəbələrini anlamaq,
dinə münasibətin dəyişilməsi prosesinin ayrı-ayrı
mərhələlərini müəyyənləşdirməkdən ibarətdir.
296
Din dəyişdirmənin psixologiyası
3. Din dəyişdirməyə təsir edən amillər
Din dəyişdirmə hadisəsi uzun və mürəkkəb
prosesdir. Bu prosesə təsir edən amillər müxtəlif-
dir. Alimlərin bir qismi din dəyişdirmə hadisəsində
psixi-emosional amillərin aparıcı rol oynadığını,
digərləri isə intellektual amillərin həlledici oldu-
ğunu düşünürlər. Birinci qrupda yer alan alimlər
din dəyişdirmədə uşaqlıqdan başlayaraq, sonrakı
dövrlərdə insan psixikasına təsir edən duyğu və
təcrübələrin əhəmiyyətini vurğulayır. Din dəyiş-
dirmə hadisəsindən öncə ruhi böhranların yaşan-
dığı qeyd olunur. Ümumilikdə, bu yanaşmada dinə
münasibətin dəyişilməsində duyğu amilinin əsas
rol oynadığı iddia edilir. İntellektual amillərin din
dəyişdirməkdə əsas amil kimi çıxış etdiyini irəli
sürənlər isə bu hadisənin rasional və şüurlu bir
axtarışın nəticəsi olduğunu hesab edirlər. Bu ba-
xımdan, hər iki amili nəzərə alaraq, aşağıda din də-
yişdirmə hadisəsində mühüm rol oynayan sosial
297
Din psixologiyası
və psixoloji amilləri nəzərdən keçirməyi lazım bi-
lirik.
3.1. Ailəvi problemlər
Uşaqların ilk sosiallaşma və təlim-tərbiyəsi
ailədə başlayır. Ailədə uşaq həm fizioloji, həm də
psixoloji baxımdan inkişaf edir. Uşaqların ailədə al-
dığı təlim-tərbiyə, qazandıqları bacarıqlar, eləcə də
yaşadıqları təcrübələr sonrakı dövrlərdə sosial hə-
yatda olduğu kimi, dinə münasibətinin formalaş-
ması və dəyişilməsinə də öz təsirini göstərir. Məsə-
lən, bəzi psixoloqlar ailə üzvləri arasındakı müna-
qişə, anlaşılmazlıq və digər ailədaxili problemlərin
uşaqların dinə münasibətinin dəyişməsində mü-
hüm rol oynadığını qeyd edirlər. Xüsusilə də vali-
deynlər tərəfindən kifayət qədər sevgi və qayğı
görməyən uşaqlarda sağlam dünyagörüşünün for-
malaşmaması üçün zəmin yaranır. Bu, onların dinə
qarşı sağlam mövqeyinin nüəyyənləşdirilməməsi-
nə səbəb olur.
298
Din dəyişdirmənin psixologiyası
Qərbdə yeni dini hərəkatlara qoşulanlarla
bağlı aparılan bir tədqiqatda dini cərəyanlara üz
tutanların çoxunun ailəsinə yadlaşmış, ailəiçi
problemlərin qurbanı olmuş gənclərin təşkil etdiyi
məlum olmuşdur.
Nyu-Yorkda yerləşən “Mehr Baba” adlı dini
cərəyanlara üzv olanlar haqqında aparılan tədqi-
qatlarda bu dini qrupa qoşulanların hamısının
ailəsi ilə münasibətlərinin gərgin olduğunu aşkara
çıxarmışdır. Onların, demək olar ki, hamısı vali-
deynlərinin izdivacını “uğursuz evlilik” kimi xarak-
terizə etmişdir. Başqa bir misal olaraq, Ulmanın
(Ulman) dinini dəyişdirən 4 fərqli qrupla bağlı təd-
qiqatı göstərilə bilər: o, 40 nəfərdən ibarət respon-
dentlərlə apardığı araşdırmada dinini dəyişdirən-
lərin böyük əksəriyyətinin xoşbəxt bir uşaqlıq
dövrü keçirmədiklərini müəyyənləşdirmişdir.3
3 Köse A., Ayten A. Din Psikolojisi. s. 145
299
Din psixologiyası
Qərbdə İslam dinini qəbul edənlər arasında
sosial-psixoloji araşdırma aparan türk din psixoloqu
Ali Köse (2008) İslamın qəbul edilməsi ilə uşaqlıq
dövründə ailəvi problemlərə məruz qalmağın bir-
başa əlaqəli olduğunu ortaya qoymuşdur. O, belə
bir nəticəyə gəlir ki, İslam dinində ailə institutunun
sağlam təməllərə söykəndiyini və ailə dəyərlərinə
yüksək dəyər verildiyini öyrənən bəzi insanlar bu
səbəbdən İslam dinini qəbul edirlər.
3.2. Ailənin dini təmayülləri
Fərdin dinə münasibətini formalaşdıran ən
mühüm amillərdən biri, şübhəsiz, ailənin dini tə-
mayülləridir. Bu baxımdan, uşaqların gələcək hə-
yatlarında dinə münasibəti ailənin dini təmayül-
lərinin davamı kimi təzahür edir. Ailə başçıları
üçün din nə qədər əhəmiyyətlidirsə, orada yetişən
uşaqların dinə meyil etmə ehtimalı o dərəcədə
yüksəkdir. Buna görə də din dəyişdirmə hadisələri
300