Psixoloqların dinə dair nəzəriyyələri
belə dinləri inkişaf etməmiş dinlər kimi xarak-
terizə edir. Avtoritar dində fərdlər şəxsi təşəbbüs-
dən imtina edib, fövqəltəbii varlığa təslim olmaq
məcburiyyətindədir. Belə dinlərdə itaətkarlıq ən
böyük fəzilət, üsyankarlıq isə böyük günah hesab
olunur. Ən ali dəyərin itaətkarlıq sayılması insan
azadlığı və özünü reallaşdırması qarşısında ciddi
maneə təşkil edir. E.From iddia edir ki, avtoritar
dində tanrımərkəzlilik azad insan şəxsiyyətinin
tənəzzülünə səbəb olur, insanı özü-özünə yadlaş-
dırır.
Humanist dində sevgiyə, həqiqətə, özünü
reallaşdırmağa xüsusi əhəmiyyət verilir. Bu tipə
aid olan dinlərin mərkəzində insan və onun po-
tensialının inkişafı dayanır. İnsan özünü, təbii və
sosial mühitini anlamağa çalışaraq, biliyini, sahib
olduğu güclərini artırmağa istiqamətləndirir. Hu-
manist dində ən böyük fəzilət itaətkarlıq yox,
kamilləşmək, inkişaf etmək hesab olunur. Fərd
sahib olduğu xüsusiyyətlərini inkişaf etdirərək,
151
Din psixologiyası
Tanrıya aid edilən məziyyətləri özündə canlandır-
ma imkanı qazanır. Bu dinin əsas nəzarət mexaniz-
mi insanın öz vicdanıdır. E.From humanist dinləri
“inkişaf etmiş” və ya “həqiqi din” hesab edir. O,
tarixi dinlər içərisində buddizmi, taoizmi, Xristian-
lıqda İsanın təlimlərini, Xristianlıq və Yəhudilik-
dəki mistik cərəyanları humanist dinlərə nümunə
göstərir. Bizim fikrimizcə, İslam dinində meydana
gəlmiş təsəvvüf cərəyanları E.Fromun humanist
dininə xas olan əlamətləri tam daşıdığına görə
humanst dinlərə aid edilə bilər.
E.From hesab edir ki, dinin əsas funksiyası
insan şəxsiyyətinin inkişafına təkan vermək, onu
doğru tərəfə istiqamətləndirməkdir. Din insan hə-
yatına harmoniya və məna qazandırır. Ona özünü
həsr etdiyi məqsədlər və hədəflər verir. Çətin vaxt-
larda din insanın təsəlli mənbəyi kimi çıxış edir.
E.From məhz humanist dinlərin bütün bu xüsusiy-
yətləri özündə cəmləşdirdiyini irəli sürmüşdür.
152
Psixoloqların dinə dair nəzəriyyələri
7. Viktor Frankl (1905-1997)
Tanınmış Avstriya psixiatrı Viktor Frankl
psixologiyada “Loqoterapiya”nın yaradıcısı kimi
şöhrət qazanmışdır. V.Frankl yəhudiəsilli olduğu-
na görə, II Dünya müharibəsi illərində nasistlərin
həbs düşərgələrinə göndərilir, ailəsinin bir neçə
üzvü ölüm düşərgələrində genosidin qurbanı olur.
V.Frankl həbs düşərgələrində olarkən “Həkim və
ruh” əsərini, həbsdən xilas olduqdan sonra isə “İn-
sanın məna axtarışı” adlı kitablarını qələmə almış-
dır. Onun yaratdığı loqoterapiya Freydin psixo-
analiz və Adlerin fərdi psixologiyasından sonra,
üçüncü Vyana psixologiya məktəbi hesab olunur.
V.Frankl psixologiyasının diqqət mərkəzin-
də müasir insanın problemləri dayanır. O, ənənəvi
psixologiya yanaşmalarının insanı anlama və onun
problemlərini həll etmə metodlarını adekvat hesab
etmirdi. Bu səbəbdən, həyatın mənası problemini
mərkəzə qoyan psixoloji yanaşmanı yaradır. Onun
fikrincə, fərdin ən təməl motivasiya mənbəyini
153
Din psixologiyası
“məna axtarışı” təşkil edir. V.Frankl hesab edir ki,
insan davranışlarının əsas motivləşdirici amili
olaraq, Freydin irəli sürdüyü cinsi istək, və yaxud
Adlerin irəli sürdüyü üstünlük arzusu, əslində, mə-
na axtarışından törəyən amillərdir. İnsan həyatı
boyu ərtafında baş verən hadisələri, eləcə də öz
həyatını mənalandırma istəyi ilə hərəkət edir. De-
mək olar ki, bütün insan həyatı məna axtarışı cəh-
dindən ibarətdir. Lakin bu məna axtarışı, sadəcə,
dünya ilə əlaqədar deyil. İnsan, həm də ali məna
axtarışına yönəlir ki, bu da öz əksini ali varlıq olan
Tanrıda tapır. Məna axtarışının əngəllənməsi in-
sanda ekzistensial boşluq və mənəvi böhrana sə-
bəb olur. Bu da insan həyatını mənasız, dəyərsiz,
yaşamağa dəyməyən bir hala çevirir.
Viktor Franklın fikrincə, insanın psixi prob-
lemlərinin bir çoxu məhz həyatına məna qazandıra
bilməməsi ilə bağlıdır. Loqoterapiyanın məqsədi
insanın həyatın mənasını kəşf etməsi və həyatın
154
Psixoloqların dinə dair nəzəriyyələri
dəyərini başa düşməsini təmin etməkdir. Loqote-
rapiya xəstənin həyatın reallığını qəbul etməsini
nəzərdə tutur. Bu yanaşmaya görə, həyatda xoş-
bəxtliyin də, iztirabların da mütləq bir mənası
vardır. İnsanın bu həqiqəti anlamadan reallıq ilə
barışması mümkün deyildir. Bu baxımdan, din
insan həyatına məna qazandırmada mühüm rol
oynayır. İnsan dini həyatı tərcih etmək haqqına
malikdir, lakin onu hər hansı bir dini qəbul etməyə
məcbur etmək olmaz. İnsan öz azad iradəsi ilə dini
qəbul etməlidir. Deyilənlərdən aydın olur ki,
V.Frankl fərdi dindarlığın tərəfdarı kimi çıxış edir,
institusional dinə və ehkamçılığa qarşı çıxır.
V.Frankl din və Tanrı ilə bağlı fikirlərini
“Şüuraltı Tanrı” adlı kitabında nəzərdən keçirir. O,
din psixologiyasına “gizli Tanrı”, “şüuraltı Tanrı” və
“şüuraltı dindarlıq” terminlərini daxil etmişdir. Bu
mənada, insan Tanrıya inansa da, inanmasa da,
onunla heç bir halda ünsiyyət qura bilməz: bu, gizli
Tanrının mahiyyətindən irəli gəlir. İnsanın gizli
155
Din psixologiyası
Tanrıya olan münasibəti şüuraltında formalaşdı-
ğına görə, V.Frankl şüuraltı Tanrı anlayışından isti-
fadə edir. Belə bir Tanrı anlayışına əsaslanan dini
təcrübələr də şüuraltı dindarlıq formasında təza-
hür edir.
V.Frankl hesab edir ki, dinin əsas funksiyası
fərdin həyatına məna qazandırmaq və güvənc yeri
təmin etməkdir. İnsanların həyatına məna qazan-
dırmada dinin rolu əvəzedilməzdir. Buna görə də
V.Frankl müasir cəmiyyətdə dinin gələcəyi haqqın-
da nikbin mövqedən çıxış edir: o, dinin gələcəkdə
də cəmiyyət və fərd həyatında önəmli rol oynaya-
cağına inanır.
156
Fərdi dindarlığın mənbələri
BEŞİNCİ FƏSİL
FƏRDİ DİNDARLIĞIN
MƏNBƏLƏRİ
157
Din psixologiyası
FƏRDİ DİNDARLIĞIN MƏNBƏLƏRİ
1. Sosial-mədəni amillər
Bir çoxumuz dinin tamamilə şəxsi bir məsələ
olduğunu hesab edirik. Başqalarının din haqqında
dediklərini dinləsək də, axırda Allah, axirət və s.
Mövzularda nə cür bir etiqadı mənimsəyəcəyimizə
özümüzün qərar verdiyimizi düşünürük. Bizi dini
məsələlərlə bağlı heç kimin məcbur etmədiyini,
inanıb-inanmamağın bizimlə Allah arasında olan
bir mövzu olduğunu fikirləşirik.
Bəs, görəsən, həqiqətən də belədirmi? Sosial
psixologiya sahəsində aparılmış bir çox tədqiqata
görə, azad formada seçilən şəxsi dini münasibət və
davranışlar, əsasən, ictimai təsirin nəticəsidir. Da-
ha dəqiq desək, təkcə öz ictimai tərbiyə mühiti-
mizin bizə verdiyi dini münasibət və davranışlar
158
Fərdi dindarlığın mənbələri
arasından seçim etməkdə azadıq. Nəzəri bir məf-
hum olan “ictimai təsir” termini bu məsələni başa
düşmək üçün bizə faydalı bir başlanğic təmin edir.
İctimai təsir nəzəriyyələrinin qəbul etdikləri müş-
tərək fikir bundan ibarətdir ki, fərdlərin fikir, hiss
və təcrübələri digər insanların ciddi təsirinə məruz
qalır.
Biz ssenariyə sadiq qalmağa məcbur edilən
bir aktyor kimi, əslində, ictimai tamaşanın bir par-
çasıyıq. Bir çox sosioloq və psixoloq, xüsusilə də
Ervinq Hofman ictimai təsirin vasitəli və mürəkkəb
formaları haqqında danışarkən ictimai həyatla
teatr səhnəsi arasındakı oxşarlığa diqqət çəkmiş-
dir. Ona görə də bu psixoloq və sosioloqlar üç məf-
hum üzərində geniş dayanmışlar: ictimai rollar,
ictimai normalar və referent qrupları. Burada icti-
mai rollar səhnənin hissələri, ictimai normalar
səhnənin ssenarisi, referent qrupları isə tamaşaçı-
lardır.
159
Din psixologiyası
İctimai rollar – ictimai strukturda müəyyən
mövqelərdəki şəxs və yaxud şəxslərdən gözlənilən
xarakteristik davranış formalarıdır. Başqa sözlə,
ictimai pyesdə oynanmalı olan teatrın hissələridir.
Sözsüz ki, bir cəmiyyətdə rolları yerinə yetirmək
bir teatr səhnəsindəkinə nisbətən olduqca mürək-
kəbdir. Bir insandan eyni anda bir çox fərqli ictimai
rolun icrası gözlənilir. Bunların bəziləri çox spesi-
fik və aşkar, bəziləri isə daha ümumi və qeyri-
müəyyəndir.
İctimai normalar – fərdin yerinə yetirməli
olduğu rolların mövcud olduğu ssenaridir. İctimai
normalar müəyyən rolları öz üzərinə götürən şəxs-
lər üçün yazılı və yaxud yazılı olmayan münasib
davranış qaydalarıdır. İctimai rollar kimi ictimai
normlar da spesifik və ümumi olurlar.
İctimai normalar bizə necə davranmalı oldu-
ğumuzu deyir. Bəzən bu normalar sahib olduğu-
muz rollar arasında münaqişəyə səbəb olur. Misal
160
Fərdi dindarlığın mənbələri
üçün, dindar ailədə böyüyən bir şəxsin qadın hə-
kimi olduğunu təsəvvür edin. Dindar bir müsəlman
kimi, “abort haramdır” normasına uyğun formada
davranmalı olan bu şəxsin qadın həkimi kimi xəs-
tələrinin abort əməliyyatı tələbini yerinə yetirməli
olması rol münaqişəsi yaradır. Bu cür rol münaqi-
şəsindən yaranan ifrat gərginlik ictimai rol və
normaların nə qədər güclü olduğunu göstərir.
İnsanları ictimai rol və normaların tələbləri-
nə tabe olmağa məcbur edən amil, əsasən, ictimai
pyesin təklikdə deyil, tamaşaçılar qarşısında oy-
nanması reallığıdır. Tamaşaçılar aktyorun referent
qruplarıdır. Referent qrupları ictimai pyesə şahid
olan tamaşaçıların hamısı deyil. Referent qrupu o
tamaşaçılardır ki, aktyor rolunu məhz onlar üçün
oynayır. Fərd bir aktyor kimi öz icrasını qiymətlən-
dirmək üçün tamaşaçının reaksiyasını əsas götü-
rür. Biz də ictimai davranışlarımızı istiqamətlən-
dirmək üçün referent qruplarını nəzərə alırıq.
161
Din psixologiyası
İstənilən qrup açıq və yaxud gizli olan müəyyən
vəziyyətlərə münasib ictimai rol və normaları
müəyyənləşdirir. Həmçinin pyesin hissələri və
ssenarisi ilə bağlı bəzi gözləntiləri mövcuddur.
Bunların fərqində olan fərd necə davranacağına
qərar verərkən, qrupun standartlarını əsas götü-
rür. Ona görə də fərd referent qrupunun təsdiqini
və razılığını istəyir, özü isə ictimai səhnədə bir
aktyor olaraq tamaşaçılardan, yəni referent qru-
pundan alqış gözləyir.
Bir uşağın ailəsi və ailə ətrafındakı yaxınları
ilk və başlıca referent qrupunu təşkil edir. Uşaq
böyüdükcə və evin xaricindəki insanlarla münasi-
bət qurduqca, başqa referent qruplarını, xüsusilə
də tay-tuşlarının təşkil etdiyi referent qruplarını
əsas götürür. Yaşımız artdıqca, daha çox ictimai rol
və normalara yiyələnir və buna görə də hər birimiz
bir-biri ilə toqquşan müəyyən referent qrupu
şəbəkəsinə malik oluruq. Referent qruplarımız
162
Fərdi dindarlığın mənbələri
şəxsən tanıdığımız insanlardan başqa, tanımadı-
ğımız insanları, hətta üzv olmadığımız qrupları da
ehtiva edir. Bütün bunlara baxmayaraq, bir qrupun
referent qrupu olması bizim o qrupun təsdiqinə və
razılığına verdiyimiz önəmlə düz mütənasibdir.
2. İctimai təsirlər
İctimai rollar, normalar və referent qrup-
larının dini həyatımıza hansı təsirləri var? Əslində,
dini məsələlərin gündəlik obyektiv reallığın föv-
qündə olması ictimai təsirin dinə güclü nüfuza
malik olmasının önəmli bir səbəbi kimi nəzərə çar-
pır. Bu mənada, Leon Festingerin də “ictimai mü-
qayisə prosesləri” nəzəriyyəsində göstərdiyi kimi,
obyektiv olmayan inanc və münasibətlər, xüsusilə
ictimai təsirə məruz qalır. Öz qabiliyyətlərimizi
qiymətləndirərkən, əsasən, obyektiv standartlara
əsaslanırıq. Misal üçün, nə qədər sürətli qaça bil-
diyimizi saniyəölçən ilə yoxlaya bilərik; yaxud bir
163
Din psixologiyası
dili hansı səviyyədə bildiyimizi bəzi standart dil
imtahanları ilə müəyyənləşdirmək mümkündür.
Lakin daha subyektiv xüsusiyyət daşıyan görüşlə-
rimizi, inanclarımızı və yönəlişliklərimizi qiymət-
ləndirmək, dəyərini ölçmək üçün obyektiv stan-
dartlar mövcud olmadığından, onları referent
qruplarının standartları ilə müqayisə edərək qiy-
mətləndiririk. Nəticədə, inanclarımız referent
qruplarının ciddi təsirinə məruz qalır. Məsələn, hə-
yatımızda pis bir hadisə üz verəndə bunu günah-
larımızın cəzası, Allahın imtahanı, yoxsa uğursuz
bir təsadüf və yaxud insanların səhvlərinin nəticəsi
kimi qiymətləndirməliyik? Şübhə yoxdur ki, belə
subyektiv məsələlərlə bağlı yanaşmamız, əsasən,
aid olduğumuz referent qrupunun baxışını əks
etdirir.
İctimai təsirin dini etiqadlar üzərindəki təsi-
rini müxtəlif müstəvilərdə müşahidə etmək müm-
kündür. “Hare krişna”, “Kilsələr birliyi” və bir sıra
164
Fərdi dindarlığın mənbələri
başqa dini icmalarda ictimai təsirin necə işlədiyinə
nəzər salaq: qrupa yeni daxil olanlar qrupla birlik-
də yaşamağa və bütün var-dövlətini və şəxsi mül-
kiyyətini qrupa verməyə təşviq edilirlər. Beləliklə,
əvvəlki rolları ilə əlaqələri kəsilir və köhnə nor-
malar və referent qrupları təsirini itirir. Bəzən
qrupa yeni daxil olan ilə onun köhnə ictimai təsir
sistemi arasındakı məsafə şeytanın yeni qrup üz-
vünü “işıqlı yol”dan ayırmaq üçün valideynlər və
dostlar vasitəsilə yeridilən fikri ilə daha da böyü-
yür. Sonra isə ailəsi və dostları tərəfindən atılan
hər hansı bir addım şübhə ilə qarşılanır. Qrup tərə-
findən müəyyənləşdirilən hər şeyə şübhə ilə yana-
şan bütün təşəbbüslər şeytani əməl kimi qiymət-
ləndirilir.
Köhnə ictimai dəstək sistemi əvəzinə yeni
qrup yeni üzvə aydın formada müəyyənləşdirilmiş
təzə rollar və referent qrupları təmin edir. Beləlik-
165
Din psixologiyası
lə, doğru fikir və davranışlar aydın formada müəy-
yənləşdirilir. Bu ictimai dəstək sisteminin transferi
uğurlu alınarsa, qrupa yeni daxil olan şəxs qısa
müddət sonra onun həqiqət anlayışına və yaxud
qrup liderinin əmrlərinə müqavimət göstərməkdə
gücsüz vəziyyətə düşür. Bu proses, əslində, qrupa
yeni qoşulan şəxsin köhnə rollar, normalar və
referent qruplarını zəiflətmək və onları yeniləri ilə
əvəz etmək üçün ictimai təsirin güclü formada
istifadə edilməsindən ibarətdir. ABŞ-ın San-Fran-
sisko şəhərində fəaliyyət göstərən “Xalqın məbədi”
(Peoples Temple) təriqətinin 900-dən çox üzvü-
nün qrup lideri Cim Consun əmrlərinə tabe olaraq,
1979-cu ildə evlərindən çıxıb Qayanada yerləşən
bir meşədə məskunlaşması, orada uşaqlarını və
tərəddüd göstərən yoldaşlarını öldürməsi, sonra
da hamısının birlikdə intihar etməsi bu prosesin nə
qədər güclü olduğunu göstərən dramatik bir ha-
166
Fərdi dindarlığın mənbələri
disədir. Bu misal ictimai təsirin din üzərindəki gü-
cünün həqiqətən də çox böyük olduğunu göstərir.
3. Sosial-mədəni və fərdi xüsusiyyətlərin
dinə təsirinin empirik əsasları
Çoxumuz mütləq tabeçilik tələb edən dini
qrupların ictimai təsiri altında deyilik. Buna bax-
mayaraq, ictimai təsirin təhlili eyni ictimai təzyiq-
lərin dini münasibətimizi formalaşdırdığını və ya-
xud formalaşdıra bildiyini irəli sürür. Bu təhlillərə
görə, bir-birindən fərqli ictimai rollar, normalar və
referent qruplarını formalaşdıran sosial-mədəni
zəmindən irəli gələn fərqliliklər şəxsi din anlayışla-
rında da müxtəlifliklərə səbəb olur. Nəticədə, bir
şəxsin cinsinə, sosial-iqtisadi statusuna, təhsil sə-
viyyəsinə, valideynlərinin dini mənsubiyyətinə və
digər xüsusiyyətlərinə baxaraq, onun dinə münasi-
bətini təxmin etmək mümkündür.
Aşağıda din ilə dörd mühüm sosial-mədəni
167
Din psixologiyası
xüsusiyyət arasındakı münasibətlərə aparılan təd-
qiqatlar kontekstində nəzər yetirilərək mövzu təh-
lil ediləcəkdir.
3.1. Cins xüsusiyyəti
Dünyanın bir çox ölkəsində aparılan empirik
tədqiqatlar qadınların kişilərə nisbətən daha din-
dar olduqlarını göstərir. Xüsusilə xristian cəmiy-
yətlərində araşdırmalar göstərir ki, qadınlar kişi-
lərə nisbətən daha çox kilsəyə gedir, özlərini Tan-
rıya yaxın hiss edir, müqəddəs kitabları çox oxu-
yur, daha çox ibadət edir və ibadət edərkən dərin
mənəvi hisslər keçirirlər. Onillər ərzində aparılan
bütün tədqiqatlarda bu mənzərənin dəyişmədiyi
görünür. Amerikanın məşhur araşdırma institut-
larından olan Pyu Tədqiqat Mərkəzinin 2016-cı
ildə dünyanın 192 ölkəsində apardığı empirik təd-
qiqatlarda dindarlığın bütün aspektlərində xris-
tian qadınların kişilərə nisbətən daha çox dindar
168
Fərdi dindarlığın mənbələri
olduqları bilinmişdir. Misal üçün, bu ölkələr ara-
sında xristian olan 54 ölkədə gündəlik ibadətlərin
yerinə yetirilməsində qadınlarla-kişilər arasında,
orta hesabla, 10 % fərq vardır. Xristian ölkələ-
rindəki qədər böyük fərqlə olmasa da, müsəlman
dünyasında da qadınlar kişilərə nisbətən daha din-
dardırlar. Pyu Tədqiqat Mərkəzinin yuxarıda qeyd
edilən araşdırmasında 40 müsəlman ölkəsində
gündəlik ibadətlərin yerinə yetirilməsində qadın-
larla-kişilər arasındakı fərqin, orta hesabla, 2 %
olduğu aşkarlanmışdır. Göründüyü kimi, müsəl-
man ölkələrində bu fərq nisbətən az olsa da, ümu-
milikdə, din qadınların həyatında kişilərə nisbətən
daha əhəmiyyətli yer tutur. Bəs, psixoloqlar bunu
necə izah edirlər?
Qadınların kişilərə nisbətən daha dindar ol-
maları din psixoloqları tərəfindən müxtəlif forma-
larda izah edilmişdir. Bu izahların bəzilərinə görə
məsələnin kökündə bioloji, digər görüşlərə əsasən
169
Din psixologiyası
isə sosial-mədəni amillər dayanır.
Psixoanalitik yanaşmaya görə, Tanrı ideyası,
əslində, ucaldılmış ata obrazıdır, başqa sözlə, ata-
nın inikasıdır. Ona görə də bizim Tanrı inamına
münasibətimiz fiziki atamızla olan münasibətimiz-
dən asılıdır. Psixoanalitik yanaşmaya görə, atalar
qızlarının ilk sevgi obyektidir. Anaya sevgi obyekti
kimi baxan oğul üçün isə ata qorxulu bir rəqibdir.
Bu baxımdan, oğlanlara nisbətən qızların ataları ilə
münasibətləri daha isti və yaxın olduğuna görə,
qadınlar atanın inikası olan Tanrıya daha çox inam
bəsləyirlər.
Qadınların daha dindar olmasının kökündə
bioloji səbəblərin dayandığını irəli sürən digər bir
izaha görə, qadınlıq təbiəti kişilərə nisbətən daha
çox din ehtiyacı tələb edir. Bunun sübutu kimi, kişi-
lərə nisbətən qadınların daha çox günahkarlıq his-
sinə qapılmaları, itaətkarlıq, asılılıq, narahatlıq və
təlaş mövzusunda kişilərdən daha zəif olmaları
170
Fərdi dindarlığın mənbələri
göstərilir. Bioloji fərqliliklərdən irəli gələn bu xü-
susiyyətlərin dinin təmin etdiyi bağışlanma, inam,
gələcəyə ümid və digər ehtiyacları yaratdığı hesab
edilir. Beləliklə, qadınlar bu ehtiyaclarını təmin et-
mək üçün dinə yönəlirlər.
Bir çox tədqiqatçı qadınları dinə yönəldən bu
xüsusiyyətlərin kökündə bioloji amillərin yox, icti-
mai amillərin dayandığını irəli sürür. Bu yanaş-
maya görə, qadınlarda belə xüsusiyyətlərin möv-
cud olması onların qadın cinsinə sahib olmasından
deyil, qızların tərbiyə edilməsindəki ictimai təsir-
dən irəli gəlir. Belə ki, ata xaqanlığının hökm sür-
düyü cəmiyyətlərdə qızların və oğlanların tərbi-
yəsi bir-birindən fərqlidir. Qızlardan daha diqqətli
olmaları tələb edilir, eyni zamanda, bu tərbiyə nəti-
cəsində qızlar itaəti və məsuliyyəti öyrənirlər. Nə-
ticədə, qızlarda daha çox günahkarlıq hissi, məsu-
liyyət, itaətkarlıq və s. şəxsi xüsusiyyətlər formala-
171
Din psixologiyası
şır. Bu xüsusiyyətlər isə yuxarıda qeyd edildiyi ki-
mi, dinin təmin etdiyi ehtiyacları yaradır. Eyni za-
manda, dinin ən başlıca tələbinin itaətkarlıq olması
qadınları dinə daha çox yaxınlaşdırır.
Dindarlıqda qadınlarla kişilər arasında
müşahidə edilən fərqliliklərin bioloji müxtəliflik-
lərdən çox ictimai təsirin nəticəsi olduğu yanaş-
ması doğrudursa, ənənəvi kişi və qadın rolları ilə
bağlı dəyişikliklər bu fərqliliklərin azalmasına sə-
bəb ola bilər. Əslində, bu istiqamətdə dəstəkləyici
bir tədqiqat da mövcuddur. Edvard Tomsonun
1991-ci ildə universitet tələbələri arasında apar-
dığı bir tədqiqatda mərhəmətli, hisslərini asanlıqla
izhar etmə və qohumlara qarşı fədakar olma kimi
feminin (qadınlara xas) xüsusiyyətlərə malik olan
oğlan və qızların başqalarına nisbətən daha dindar
olduqları aşkar edildi. Hətta bu xüsusiyyətlərə ma-
lik olan oğlanların dindarlığı eyni xüsusiyyətləri
daşıyan qızlara nisbətən daha yüksək idi. Lakin bu
172
Fərdi dindarlığın mənbələri
məsələdə daha dəqiq nəticələr üçün geniş tədqi-
qatlara ehtiyac vardır. Əgər cins və dindarlıq ara-
sındakı əlaqə cinsiyyət rollarındakı sosial-mədəni
dəyişikliklər nəticəsində dəyişməsə, o zaman din-
dəki cinsiyyət fərqliliklərinin bioloji fərqliliklərdən
irəli gəldiyi ehtimalına dəstək daha da artacaq.
3.2. İctimai-iqtisadi status
“İctimai-iqtisadi status” termini cəmiyyətdə
həyat səviyyəsi fərqli olan sinif və yaxud təbəqələri
ifadə edir. Mənzil şəraitindən əyləncəyədək malik
olduqları imkanlar baxımından sosial-iqtisadi sə-
viyyəsi yüksək olan varlılar təbəqəsi orta təbəqə-
dən, xüsusilə də sosial-iqtisadi səviyyəsi aşağı olan
kasıblardan açıq-aşkar fərqlənirlər. Başqa sözlə,
varlıların dünyası, əsasən, imkanlar və fürsətlər
dünyasını təmsil etdiyi halda, yoxsulların dünyası
bir çox imkansızlıq və məhdudiyyətləri ehtiva edir.
Təbii olaraq bu fərqlilik digər bütün məsələlərdə
173
Din psixologiyası
olduğu kimi, fərdin din ilə olan münasibətində də
böyük təsirə malikdir. İctimai məhrumluqların,
yoxsulluğun, ayrı-seçkiliyə məruz qalmağın və ya-
xud kimsəsizliyin dinə yönəlmədə xüsusi bir
əhəmiyyəti varmı? Varlı və rifah içində yaşayanlar,
ictimai nüfuz sahibi olanlar, əsasən, dini dəyər-
lərdən uzaq bir həyatımı seçirlər? Sosial-iqtisadi
səviyyə ilə dindarlıq arasında nə cür əlaqə möv-
cuddur? Bu suallara aşağıda cavab verməyə ça-
lışacağıq.
Gəlir səviyyəsindəki fərqliliklərin dini həya-
ta önəmli dərəcədə təsirinin olub-olmadığı və
sosial-iqtisadi səviyyə ilə dindarlıq arasında hansı
əlaqə olması din psixoloqlarının və din sosioloqla-
rının nəzərini cəlb edən məsələlərdən biridir. Ona
görə də dünyanın bir çox ölkəsində gəlir səviyyəsi
ilə dindarlıq arasındakı əlaqə bir çox tədqiqatın
predmeti olmuşdur. Gəlir səviyyəsi ilə bağlı müx-
174
Fərdi dindarlığın mənbələri
təlif təsnifatlar mövcud olsa da, ən çox istifadə edi-
ləni aşağı-orta-yüksək formasındakı üçlü təsnifa-
tdır. Aşağıdakı izahlarda da bu üçlü təsnifat əsas
götürülmüşdür.
Amerika və Avropa ölkələrində aparılan təd-
qiqatlar dini sahədə fəaliyyət göstərənlərin, əsa-
sən, iqtisadi baxımdan orta gəlir səviyyəsindəki
insanlar olduğunu göstərir. Varlı təbəqə yüksək sə-
viyyədə təşkil olunmuş dini fəaliyyətdə iştirak et-
diyi halda, yoxsullar ən çox dinin ruhi və mənəvi
aspekti ilə maraqlanırlar. Yəni gəlir səviyyəsi fərqli
olanlar dini həyatın müxtəlif aspektlərində bir-
birindən fərqli münasibət və davranışlar nümayiş
etdirirlər. Misal üçün, gəlirləri ilə müqayisədə et-
dikləri kömək az görünsə də, gəlir səviyyəsi yüksək
olanlar dini fəaliyyətə və təşkilatlara daha çox ianə
edirlər. Başqa sözlə, onlar bu cür təşkilatlarda və
fəaliyyətdə birbaşa iştirak etmək əvəzinə, əsasən,
175
Din psixologiyası
maddi kömək etməyi üstün tuturlar. Bu, varlı tə-
bəqə mənsublarının dini həyatla münasibətlərinin
qismən və vasitəli olduğunu göstərir.
Xristianlar arasında aparılan müxtəlif tədqi-
qatın nəticələri sosial-iqtisadi status ilə kilsəyə
gedənlər arasında müsbət istiqamətdə önəmli bir
əlaqə olduğunu göstərir. Buna baxmayaraq, aşağı-
gəlirli təbəqələrin, yəni yoxsulların çarəsizlik və
məhrumiyyətdən irəli gələn mövcud vəziyyətləri-
nə din ilə bəraət qazandırmağı üstün tutduqları
irəli sürülür. Bunun səbəbi, böyük ehtimalla, dinin
hansısa haqq və mənfəətdən məhrum olan fərd və
qruplara ümid və güc mənbəyi kimi xidmət etməsi-
dir.
Göründüyü kimi, sosial-iqtisadi vəziyyət ilə
dindarlıq arasındakı əlaqələr təktərəfli və təkcə-
hətli deyildir. Ona görə də dindarlıq ilə gəlir səviy-
yəsi arasındakı əlaqələrin müxtəlif amillərə görə
formalaşdığını demək mümkündür. Tədqiqatların
176
Fərdi dindarlığın mənbələri
müxtəlif mədəni mühitlərdə aparıldığını nəzərə al-
saq, onda nəticələrin də bir-birindən fərqli olaca-
ğını proqnozlaşdıra bilərik. Belə ki, xristian və
müsəlman ölkələrində aparılan araşdırmaların nə-
ticələri məsələnin təkcə gəlir səviyyəsi ilə əlaqəli
olmadığını göstərir. Misal üçün, Qərbdəki araşdır-
maların bəzilərinə görə, dindən ən uzaq təbəqə az
gəliri olanlardır. Türkiyə kimi müsəlman ölkələrin-
də aparılan tədqiqatlarda isə orta və azgəlirli təbə-
qənin din ilə daha yaxın münasibətdə olduğu, dinə
ən uzaq təbəqənin isə yüksəkgəlirlilər olduğu aş-
kar edilmişdir. Ölkəmizdə bu mövzuda yetərli say-
da araşdırma aparılmadığı üçün hər hansı bir fikir
irəli sürmək mümkün deyil.
Nəticə etibarilə Qərbdə varlıların din ilə qur-
duqları natamam və vasitəli münasibəti bir tərəfə
qoysaq, ümumi olaraq araşdırmalardan belə bir
nəticə çıxarmaq olar: sosial-iqtisadi vəziyyət ilə
177
Din psixologiyası
dindarlıq arasındakı münasibətdə ən yüksək din-
darlıq səviyyəsinə orta sosial-iqtisadi səviyyədə
olanlar çatırlar. İkinci sırada aşağı sosial-iqtisadi
səviyyədə olanlar gəlir. Dini həyatla əlaqəsi ən az
olanlar isə yüksək sosial-iqtisadi səviyyəyə malik
olanlardır. Lakin bu ümumiləşdirmədən kənar
bəzi istisnaların mövcudluğu ehtimalı da yaddan
çıxarılmamalıdır.
3.3. Təhsil səviyyəsi
Fərdi dindarlıq haqqında aparılan araşdır-
maların, demək olar ki, hamısında şəxsin dindarlı-
ğının formalaşmasında əsas amil kimi ailə institutu
qeyd edilir. Ailə təkcə ilk dini tərbiyənin verildiyi
və ilk dini meyillərin formalaşdığı mühit deyil. Eyni
zamanda, fərdin sonrakı dini tərbiyə seçimlərinə
də ən çox təsir edən önəmli bir sosial institutdur.
Belə ki, dinə meyilliliyin güclü olduğu ailələrdə
178
Fərdi dindarlığın mənbələri
uşaqların dinəsaslı təhsilə yönəlmə ehtimalı yük-
səkdir. Məsələyə bu kontekstdə baxanda arxada
qalan hər təhsil mərhələsinin dindarlıği artırdığını
deyə bilərik. Dini məktəblərdə, mədrəsələrdə, ha-
fizlik kurslarında oxuyan uşaqların daha sonra öz
istəyi ilə İlahiyyat fakültəsində təhsilinə davam
etməsi, normal olaraq, onların dindarlıq səviyyə-
sini də artırır. Fərqli cəmiyyətlərdə dini təhsil
müəssisələrində aparılan tədqiqatlar da bunu dəs-
təkləyir.
Bəs din təhsili verməyən təhsil müəssisələ-
rində oxuyan fərdlərin din ilə münasibətləri ne-
cədir? Təhsil səviyyəsi yüksəldikcə dinə və dini hə-
yata maraq artırmı, yoxsa azalırmı? Araşdırmalar
universitet tələbələrinin bu ali təhsil ocağına get-
məyənlərə nisbətən ənənəvi dini inanclara daha az
bağlı olduqlarını göstərir. Bu, ali təhsilin fərdlərə
tənqidi düşüncəni və ictimai mühitin müəyyən-
ləşdirdiyi dini anlayışları birbaşa qəbul etməməyi
179
Din psixologiyası
öyrətdiyinin göstəricisi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, bu izah tam doğru deyildir. Tələbə-
lərin məzun olduqdan və cəmiyyətin içinə daxil ol-
duqdan sonrakı mövqelərini tədqiq edən araş-
dırmalar onların dini inanc və mövqelərinin daha
mühafizəkar, eləcə də ənənəvi inanca meyilli oldu-
ğunu göstərmişdir. Ona görə də tədqiqatçıların ək-
səriyyətinə görə, universitet dini inanclarda mü-
vəqqəti etinasızlığa səbəb olur.
Bu, universitetin təsirinin referent qrupun-
dakı dəyişmə ilə bağlı olduğunu göstərir. Evindən
ayrılıb universitetə gələn tələbə ailə içində do-
ğulub böyüdüyü ictimai mühit ilə olan referent əla-
qələrini zəiflədir, eləcə də başqa tələbələr və fakül-
tə kimi yeni referent qrupunun təsiri altına düşür.
Elmi referent qrupları dinə qarşı daha liberal və
skeptik mövqedən yanaşırlar. Dini skeptiklik dərə-
cəsində elmi fənlər arasında da fərqliliklər oldu-
ğunu göstərən bəzi dəlillər mövcuddur. Məsələn,
180
Fərdi dindarlığın mənbələri
dini təhsil verməyən ali məktəblərdəki psixoloqlar
ən az dindarlıq səviyyəsinə malikdirlər. Psixoloq-
lardan sonra isə sosioloqlar və digər sosial fənlərin
müəllimləri gəlir. Bu sıralamada ən son təbiət və
humanitar elmlərdəki universitet müəllimləri gə-
lir. Beləliklə, universitet tələbələri, xüsusilə də so-
sial və davranış elmləri sahəsində təhsil alanlar
daha böyük bir dini skeptizmlə bağlı böyük ictimai
təzyiq ilə qarşı-qarşıya qalırlar.
Əlbəttə, burada bəzi istisnalar da mövcud-
dur: tələbəlik həyatında bir tələbə özünün əvvəlki
dini inanclarını daşıyan, hətta onu daha da intensiv
formada yaşayan referent qrupları ilə qarşılaşa bi-
lər və onların qrupunun bir üzvünə çevrilə bilər.
Tələbələr məzun olub elmi olmayan cəmiy-
yətə geri qayıtdıqdan sonra, tələbəlik rolunu və bu
rolun arxasındakı elmi referent qrupunu tərk edir-
lər. Yeni rollar, normalar və yeni referent qrupları
181
Din psixologiyası
ilə qarşılaşırlar. Universitetdə olarkən onları cəsa-
rətləndirən açıqfikirli mülahizələr yeni referent
qrupunun nəzərində şüursuz və sadəlövh görünür.
Belə olan halda, inancların yenidən dəyişməsi üçün
ictimai təzyiq meydana gəlir. Tədqiqatlardan əldə
edilən empirik nəticələrə görə, bu dəfə dəyişmə
daha çox cəmiyyətdə geniş yayılmış ənənəvi mü-
hafizəkarlığa doğru olur.
Deyilənlərdən aydın olur ki, dini təhsil ver-
məyən ali təhsil müəssisələri, əsasən, daha müs-
təqil tənqidi düşüncəyə doğru daimi bir dəyişimə
yox, yeni referent qrupunun sosial təzyiqi altında
fərdin müəyyən dərəcədə yeni normalara tabe ol-
masına gətirir. Fərdlər bu təzyiqi arxada qoyub
yeni ictimai mühitə daxil olduqda, yeni ictimai
təzyiqlə qarşılaşırlar. Bunun nəticəsində onların
fikir və mövqeyi müəyyən dərəcə dəyişir.
182
Fərdi dindarlığın mənbələri
3.4. Valideynlərin dini həyatı
Bir şəxsin dinə bağlılığının ən güclü mədəni
müəyyənləşdiricisi onun valideynlərinin dinə bağ-
lılığıdır. Aparılan bir çox tədqiqat böyüklərin əksə-
riyyətinin hələ də valideynlərinin dinlərinə və
məzhəblərinə bağlı olduqlarını göstərir. Bu tədqi-
qatların nəticələrinə görə, əgər ailə üçün din
önəmlidirsə, valideynlərin hər ikisi də eyni dini
anlayışa mənsubdursa və uşaqla-valideynlər ara-
sında yaxın, səmimi bir ünsiyyət mövcuddursa, on-
da valideynlərin din anlayışının uşaqlara təsiri
daha güclüdür.
Uşaqlıq dövründə ən çox təqlid edilən mo-
dellər valideynlərdir. İnam və sevgiyə əsaslanan
münasibətləri uşağın tədricən valideynləri ilə ey-
niləşməsinə, yəni özünü onlarla bir tutmasına sə-
bəb olur. Eyniləşmənin təsiri ilə uşaq valideynlə-
rinin bütün davranışlarını təqlid etməyə və onlara
183
Din psixologiyası
uyğun davranmağa çalışır. Beləliklə, dini davranış-
lar da uşağın dünyasında yer tapmağa başlayır. Bu
mövzu ilə bağlı aparılan tədqiqatların hamısının
müştərək olaraq aşkarladığı fakt ondan ibarətdir
ki, dinə münasibət və davranışların özülünün qo-
yulmasında ən təsirli amil ilk uşaqlıq dövründəki
ailə münasibətləridir.
Uşaqda himayə və bağlılıq ehtiyacının və hər
şeyi öyrənmə arzusunun güclü olduğu, buna görə
də ilk dini təsirlərə açıq və istəkli olduğu məsələsi
məlum faktdır. Uşaq ən yaxını kimi valideynlərinin
söz və davranışlarını maraqla izləyir və çox vaxt da
onları təkrarlamağa çalışır. Məlum olduğu kimi,
uşağın bu təqlid cəhdləri valideynlərin xoşuna gə-
lir və sevgi nümayiş etdirilərək uşaq mükafatlandı-
rılır. Getdikcə bunun fərqinə varan uşaq təqdir və
razılıq qazanmaq üçün dini davranışlar da daxil
olmaqla, təqlidlərini daha tez-tez təkrar etməyə
184
Fərdi dindarlığın mənbələri
başlayır və daha çox yaxınlıq göstərir. Beləliklə, di-
ni məfhum, söz və əməllər getdikcə daha çox mə-
nimsənilir.
Valideyn ictimai mükafat və cəzanın əsas
mənbəyidir, hətta onlar öz uşaqları üçün əsas re-
ferent qrupudur. Deməli, uşaq valideynlərin dinlə
bağlı gözləntilərini yerinə yetirmək üçün güclü
sosial təsir altındadır. Bu təsir valideynlər üçün
dinin önəmli olduğu, valideynlə-uşaq arasındakı
münasibətin referent qrupunun təsiri baxımından
yaxşı səviyyədə olduğu və uşağın ailəsi ilə eyniləş-
diyi (identifikasiya) situasiyalarda daha güclü
formada özünü göstərir. Lakin bu təsir uşaq evdən
ayrıldıqda və valideynlərin təsirindən birbaşa
uzaqlaşdıqda, eyni zamanda, başqa referent qrup-
larının təsiri ilə qarşılaşdıqda nisbətən zəifləyir.
185
Din psixologiyası
4. Dindarlığın psixoloji mənbələri
Sosial-mədəni təsir nəzəriyyəsi fərdi dindar-
lığı, əsasən, ictimai mühitin fərd üzərindəki təsir-
ləri ilə izah edir. Bu yanaşma sosial mühitin fərd
üzərindəki təsirini aşkar etmək nöqteyi-nəzərin-
dən önəmlidir. Lakin fərdi tamamilə sosial mühitin
gözləntilərinə görə davranan, sosial mühitlə hər
zaman uzlaşan bir varlıq kimi gördüyü üçün nöq-
sanlıdır. Ona görə də biz, həmçinin fərdin daxili
aləmindəki prosesləri də nəzərdən keçirməliyik.
İnsan sosial mühitin təsirindən müstəqil olaraq
özü müəyyən düşüncə və davranışlar üçün təşəb-
büs göstərə bilən fəal canlı varlıqdır. Digər tərəf-
dən, insan sosial mühitə və ümumiyyətlə, həyatın-
da üzləşdiyi problemlərin öhdəsindən gələ bilmək
üçün müəyyən mexanizmlərə müraciət edir. Fərdi
dindarlığı bu nöqteyi-nəzərdən araşdırsaq, görərik
ki, insan dinə təkcə aid olduğu sosial mühitə boyun
əyərək deyil, eyni zamanda, öz təşəbbüsü ilə və
186
Fərdi dindarlığın mənbələri
onu məşğul edən suallara cavab tapmaq üçün də
yönəlir. Digər tərəfdən, insan aid olduğu sosial mü-
hitin çağırışlarına bir cavab kimi də dinə və dini
qruplara yönəlir.
Aşağıda fərdləri dinə yönəldən əsas psixolo-
ji amillərə nəzər salınacaq.
4.1. Məna axtarışı
Məna axtarışı düşüncə, mövqe və davranış-
ları müəyyənləşdirən ən əsas hərəkətvericilərdən
biridir. İnsan həmişə həqiqətin elmini əldə etməyə
cəhd göstərib. “Həqiqət axtarışı” kimi də adlandırı-
lan bu axtarışda insanın əsas məqsədi həyatdakı
mövqeyini müsbət istiqamətdə müəyyənləşdirən
əsas mənaya çatmaq və beləcə, varlığı mənalandır-
ma ehtiyacını təmin etməkdir. Həyat nədir, mənası
və məqsədi varmı? İnsan ilə dünya arasındakı
əlaqə necə olmalıdır? Ölüm nədir, ölümdən sonra
nə baş verəcək? Mən kiməm, nə varam, haradan
187
Din psixologiyası
gəlmişəm, sonum necə olacaq? Niyə bu qədər əzab-
əziyyət, qəm-kədər var? Bu kimi suallar həqiqət və
məna axtarışının ifadə formalarıdır. Mövzunun
əsas qayəsi olan məna axtarışı həyatı bütün nöq-
sanları ilə birlikdə bütöv formada başa düşməyi
ifadə edir. Təbiəti etibarilə bir mənaya inanmaq
məcburiyyətində olan insan üçün məna inancı
insanın fövqündə mənəvi bir kateqoriyadadır. Vik-
tor Frankl müasir insanın ən böyük probleminin
məna ehtiyacı və arzusunun aradan qaldırılmasın-
da görür. O, “loqoterapiya” adını verdiyi düşüncə
və müalicə təlimi çərçivəsində görüşlərini ifadə
etmişdir. Loqoterapiyanın məqsədi insanın ən əsas
ehtiyacı olan məna arzusunu təmin edərək, mənalı
həyatın formalaşmasına kömək göstərmək, həm
də müasir insanı dövrün xəstəliyi olan mənasızlıq-
dan xilas etməkdir. Loqoterapiyaya görə, insanda
anadangəlmə mövcud olan məna arzusu onu ən
amansız və təhlükəli şərtlərlə belə, möhkəm yapışa
188
Fərdi dindarlığın mənbələri
biləcəyi bir dəyərə, bir məqsədə və yaxud bir hə-
dəfə yönəldə bilər. Lakin məna arzusuna mane tö-
rədildiyi və maneənin aradan qaldırılmadığı vəziy-
yətlərdə insan mənasızlığa düşür. Bu mənasızlıq-
dan xilas olmağın yeganə yolu isə məna arzusunun
yenidən funksional və effektiv olmasıdır.
Məna axtarışının insan həyatında malik
olduğu təsir gücünü və dəyərini müəyyənləşdir-
mək məqsədilə müxtəlif məkan və zamanlarda bir
çox araşdırma aparılmışdır. Bu araşdırmaların nə-
ticəsinə əsasən, insanların 80-90%-i üçün həyatda
bir məna tapmaq onların ən əsas ehtiyacıdır.
Məna axtarışında olan insan ən münasib
olan həll yolunu tapmaq və beləcə, ona hakim olan
gərginlik və təzadlardan xilas olmaq məqsədilə
həll yolu axtarır. Bu məqsədlə bəzən elmə, bəzən
ideologiyalara, bəzən də dinə müraciət edir. Lakin
nə elm, nə də fikir və ideologiyalar onu bu axta-
rışında kifayət qədər qane edə bilir.
189
Din psixologiyası
Xüsusilə də insanın fövqündəki biliklər haq-
qında fikir və ideologiyalar ciddi çatışmazlıqlar eh-
tiva edir. Bunun müqabilində dinin bu mövzularda
deyəcəyi çox şey var. Mənasızlıqdan xilas olmaq və
beləcə mənalı bir həyata qovuşma prosesində dini
dəyərlər ilə məna axtarışı arasında ciddi əlaqə
mövcuddur.
Din bütün həyatı şərh edən, qeyri-məlum
olan bir çox məsələyə verdiyi qaneedici cavablarla
əvəzsiz bir sistemdir. Buna görə də bir çox din psi-
xoloqu əldə etdiyi nəticələrə əsaslanaraq, dini
böyükmiqyaslı məna sistemi adlandırmışdır. Qor-
don Alport da dinin intellektual və mənəvi baxım-
dan ən mükəmməl məna mənbəyi olduğunu vur-
ğulayaraq deyir: “Din hər şeyin dərinliyindəki mə-
nanı kəşf etmək üçün ən böyük amildir. Çünki din
bütün dünyagörüşləri arasında ən məntiqli və ən
müfəssəl olanıdır”.
Demək olar ki, bütün sahələrə dair qaneedici
190
Fərdi dindarlığın mənbələri
cavablar verən dəyər sistemi ilə din sahib olduğu
məna imkanları ilə insanın axtarışlarına xidmət
edir. Din özünün əsas funksiyalarından biri kimi,
mədəniyyət və yaxud ideologiyaların izah etməkdə
aciz qaldığı intellektual və bir çox mövzuda mənəvi
bilik mənbələri təqdim edir. Simvollar sistemi kimi
din insanın yaşadığı dünyaya məna verə bilməsinə
kömək edir. İnsan psixologiyasının əsas ehtiyacları
ilə bağlı olan dini inanc başqa cür cavab verilməsi
imkansız kimi görünən insanın varlıq səbəbi və hə-
yat haqqındakı bir çox sualı cavablandıraraq zehni
və ruhu sakitləşdirir. Eyni zamanda, din intellektin
öhdəsindən gəlməklə çətinlik çəkdiyi məntiqin
fövqündəki suallara hazır cavablar verərək, onu
lazımsız təfsilatlardan və çıxılmaz vəziyyətdən
qoruyur.
191
Din psixologiyası
4.2. Ölüm qorxusu və ölümsüzlük
arzusu
Təbiəti etibarilə həyatın ən əsas keyfiyyəti
yaşamaqdır. Doğulan hər canlı sövqtəbii olaraq sağ
qalmağa, həyatını qorumağa və davam etdirməyə
çalışır. İnsan bu məqsədlə həyatı boyunca çalışır.
Ölüm insanın yaşamaq arzusunun ən böyük təhdi-
di, həyata son verən yeganə reallıqdır. Bütün tex-
noloji imkan və inkişafa baxmayaraq, insan ölü-
mün əsrarəngizliyi və təsiri qarşısında hələ də aciz
və çarəsizdir. Buna görə də ölüm ümumiyyətlə
qorxunc və dəhşətli bir hadisədir. Ölüm qorxusu
isə qorxuların ən böyüyü və ən məşumu kimi qəbul
edilir. Tarixdə bəsit və yaxud inkişaf etmiş bütün
mədəniyyətlərin ölümün öhdəsindən gələ bilmək
üçün mərasim və ayinlərdən ibarət müxtəlif təlim-
lərinin mövcud olması bu mənada diqqətəlayiqdir.
Ölüm qorxusu xüsusi qorxu növüdür. Bu, hər
192
Fərdi dindarlığın mənbələri
insanda gizli və yaxud aşkar formada varlığını qo-
ruması və malik olduğu təsir gücü baxımından di-
gər qorxu növlərindən fərqlənir. Bu mövzuda araş-
dırmalar aparan tədqiqatçıların bəziləri bütün
qorxuların təməlində ölüm qorxusunun dayandı-
ğını irəli sürürlər. Onlara görə bu qorxu insan
həyatının ilk illərindən başlayır, şəxsiyyətin forma-
laşmasında önəmli rol oynayır və həyatı sonuna
qədər insanı təhdid edir.
Ölüm qorxusu müxtəlif qorxu və narahatlıq-
ları ehtiva edən mürəkkəb və əsasən, qeyri-müəy-
yən hissi strukturdur. Bu mürəkkəb strukturu for-
malaşdıran qorxu növlərini aşağıdakı kimi saymaq
olar: qeyri-müəyyənlik qorxusu, bədəni itirmə
qorxusu, iztirab çəkmə qorxusu, tənhalıq qorxusu,
yaxınlarını itirmə qorxusu, nəzarəti itirmə qorxu-
su, kimlik hissini itirmə qorxusu və s.
Ölüm qorxusu ilə yanaşı, insanın sahib ol-
193
Din psixologiyası
duğu ən güclü arzulardan biri də ölümsüzlük arzu-
sudur. Bu arzu insanda anadangəlmə mövcuddur
və bütün həyatı ölümdənsonrasını əhatə edir.
Ölümsüzlük və yaxud əbədilik arzusunun hissi ifa-
dəsi olan sonsuzluq hissi psixoloji bir reallıq olaraq
bütün insanlarda özünü hiss etdirir. İnsan həyatı
ölümün çəkdiyi sərhəd ilə ölümsüzlük arzusu ara-
sında keçir. Sonsuzluq hissi insanın müvəqqəti və
məhdud mövcudiyyətindən xilas olma ümididir.
Günümüzdə böyük vəsaitlər xərclənərək aparılan
tədqiqatların əhəmiyyətli bir hissəsi insan ömrünü
uzatmaq üçündür. Genetika, kosmetika, qida və
səhiyyə sektorunda getdikcə yayılan və illərdir da-
vam edən araşdırmaların önəmli bir hissəsi bu
məqsədə xidmət edir. Öldükdən sonra gələcək za-
manda yenidən həyata qayıtmaq ümidi ilə hücey-
rələrin xüsusi saxlanma şəraitində dondurulması
ilə bağlı səylər və klonlama və yaxud kök hüceyrə-
lərin köçürülməsi sahəsindəki nailiyyətlər, əsasən,
194
Fərdi dindarlığın mənbələri
ölümsüzlük arzusunun və sonsuzluq hissinin kon-
kret inikasları kimi qiymətləndirilə bilər.
Bu məqamda mövzumuz baxımından ma-
raqlı olan sual budur ki, ölüm qorxusu ölümdən
sonra yaşamağı davam etdirmə arzusunu hərəkətə
gətirən və beləliklə, insanı dinə istiqamətləndirən
bir sövqtəbii ola bilərmi? Sonsuzluq hissi dindar-
lığın necə mənbəyi olur?
Yuxarıda da deyildiyi kimi, insanın ən böyük
arzusu mümkün olduğu qədər çox yaşamaqdır. Bu
arzu ölüm hadisəsi ilə təhdid edilir. Din təqdim
etdiyi etiqad və dəyər sisteminə uyğun yaşamaq
şərti ilə insana ölümün, xəstəliklərin və çatışmaz-
lıqların olmadığı əbədi həyat vəd edir. Vəd edilən
bu cənnət həyatında dindar hər cür qorxu və nara-
hatlıqdan uzaq, istədiyi hər şeyə sahib olacaq. Bun-
dan başqa, axirət inancı ilə din insanın bu dünyada
çəkdiyi bütün iztirab, haqsızlıq və ədalətsizliklərin
əvəzinin ödənəcəyini, günahı olanların cəzasını
195
Din psixologiyası
çəkəcəyini vəd edir. Dinin ölümdənsonrakı həyat
üçün vəd etdiyi bu müsbət mənzərədə ölümün mə-
nası dəyişir. Bu mənzərədə ölüm yox edən, qor-
xunc və dəhşətli bir hadisə kimi deyil, mənəvi ra-
hatlığın, yaxşılıqların və ədalətin hakim olduğu
əbədi bir həyata keçidi ifadə edən mənəvi körpü
kimi təsvir edilir. Dinin ölümə qazandırdığı bu
müsbət mənanın psixoloji izahı hamı üçün eyni de-
yildir.
K.Q.Yunq və onun davamçıları ölümdən son-
ra bir həyat olduğuna inanmağın insan üçün
qaçılmaz yönəlmə olduğu görüşündə həmfikirdir-
lər. Bu görüşdə olanlara görə, ölümdən sonra yeni-
dən dirilməyi və əbədi bir həyatın mövcudluğunu
xəbər verən dinin ən əsas funksiyalarından biri
inananların ölüm ilə bağlı narahatlıqlarını aradan
qaldıraraq, əbədilik hissini təmin etməsidir.
196
Fərdi dindarlığın mənbələri
4.3. Məhrumiyyət və çarəsizlik
İnsanın bir ehtiyacını, istəyini və arzusunu
yerinə yetirmək istəyəndə müxtəlif səbəblərlə
məqsədinə çata bilməməsinə psixologiyada “məh-
rumiyyət” deyilir. Məhrumiyyət meydana gələndə
insanda gərginlik artır, qəzəb, qorxu, narahatlıq və
çarəsizlik hissi yaranır. Məhrumiyyətlə qarşılaşan
fərd bu çətin vəziyyətdən xilas olmaq üçün yollar
axtarır. Xüsusilə də insanın sahib olduğu imkan-
larla öhdəsindən gəlinə bilməyən məhrumiyyətlər
qarşısında dini etiqad və dəyərlər güclü kompen-
sasiya funksiyasını yerinə yetirir.
Din psixoloqlarının əksəriyyəti dini etiqad
və dəyərlərin insanın öz gücü və səyi ilə öhdəsin-
dən gələ bilmədiyi çətin vəziyyətlərdə kompensa-
siyaedici, güc və inam təmin edən bir mənbə oldu-
ğunu qəbul edirlər. Lakin Z.Freyd və K.Marks kimi
din əleyhdarları fərdin dindarlığını təkcə çarə-
sizliklə əlaqələndirirlər. Onlara görə, bütövlükdə
197
Din psixologiyası
din, əsasən, yolunu səhv salmış insani0 arzu, həqi-
qətəuyğun olmayan, reallıqdankənar xəyal və illü-
ziyadır. Dini münasibət və davranışlar onların
nöqteyi-nəzərincə acizlik və qeyri-məmnunluqdan
irəli gələn ziyanlı amillərdir. Tarix boyunca şəxsi
və ictimai təcrübələr göstəmişdir ki, insan öh-
dəsindən gələ bilmədiyi sıxıntı, iztirab və itkilər
üçün özünün fövqündə bir xilaskar axtararaq,
müxtəlif ibadət formaları ilə ondan kömək istəyir.
Məlum olduğu kimi, həyatı ali səviyyədə ni-
zama qoyan və ona nəzarət edən, insanın həll edə
bilmədiyi məsələləri yoluna qoyan ali və güclü var-
lıqlardan təkcə dinlər danışır. Belə olan halda in-
san təbii olaraq dinə yönəlir. İnsanda bu cür yö-
nəlmənin mövcud olması ilə bağlı araşdırmaçılar
arasında hər hansı fikir ayrılığı yoxdur. Fikir ay-
rılıqları daha çox bu cür yönəlməyə səbəb olan
daxili və ətraf amillərlə bağlıdır.
198
Fərdi dindarlığın mənbələri
İnsanlarda məhrumiyyət və çarəsizlik hissi-
nə yol açaraq, onları ilahi kömək tələbinə yönəldən
iki əsas mənbə mövcuddur. Bunlardan biri insanın
öhdəsindən gələ bilmədiyi üçün məhrumiyyət his-
si yaşadığı zəlzələ, sel, quraqlıq, xəstəlik kimi təbii
hadisələridir. Digəri isə status, prestij və özünəina-
mın itməsi; başqaları ilə əlaqə və ünsiyyət çətinliyi;
iş və peşə problemləri kimi insanın təkcə öhdəsin-
dən asanlıqla gələ bilmədıyı ictimai məhrumiyyət-
lərdir.
Müxtəlif vaxtlarda alimlər tərəfindən həyata
keçirilən araşdırmalar çarəsizlik və məhrumuyyət-
lərin, xüsusilə yoxsul olan insanları dini davranışa
yönəldərək, dindar bir şəxsiyyətin formalaşmasın-
da önəmli dərəcədə rol oynadığını göstərir. Din o
biri dünya ilə bağlı məqsəd və hədəflər göstərərək,
məhrumiyyətlə üzləşən insana bu dünyada çəkdik-
lərinin əvəzində müxtəlif mükafatlar vəd edərək,
199
Din psixologiyası
ona əmniyyət təlqin edir və gərginliyini tarazlaşdı-
raraq sakitləşməsini təmin edir. Aparılan tədqiqat-
lara əsasən, insanlar gözlənilməz fəlakətlərlə, mü-
haribələrlə, xəstəliklərlə və ölüm təhlükəsi ilə qar-
şılaşanda, dua və ibadətlərə daha çox önəm verir
və daha uzun müddət onları yerinə yetirirlər. Məh-
rumiyyətin güclü şəkildə hiss edildiyi bu cür vəziy-
yətlərdə dindarlar Tanrının gözlənilməz müdaxilə-
lərinə arxalanırlar.
Oxşar tendensiyalar sosial məhrumiyyətlər-
lə üzləşərkən də özünü göstərir. Yaşadığı cəmiy-
yətdə fərdi kimliyini təhdid edən müxtəlif maneə-
lərlə üzləşənlər, iqtisadi və sosial statuslarını iti-
rənlər, özlərini cəmiyyətdən təcrid edilmiş və tən-
ha qalmış hiss edənlər çox vaxt onları dəstəkləyən
bir sosial mühitə yönəlirlər. Bu məqamda xüsusilə
dini qruplar, icmalar və təriqətlər ictimai dəstək
axtaranlar üçün əvəssiz mühit rolu oynayır. Bir çox
dini qrup təmin etdiyi maddi və mənəvi imkanlarla
200