Din – psixoloji fenomen kimi
Dindarlıq, əslində, dini elementlərlə bəşəri xüsu-
siyyətlərin kombinasiyasından yaranır. Ona görə
də fərdlərin və cəmiyyətlərin dindarlığı şəxsi xa-
rakterə və aid olunan mədəniyyətə görə bir-birin-
dən fərqlənir. Məhz insan xarakterindəki fərqlilik-
lərə görə də səmimi dindarlıqla yanaşı, səthi və
qeyri-səmimi dindarlar da mövcuddur. Eyni za-
manda, mühafizəkar, təəssübkeş, aqressiv dindar-
larla yanaşı, tolerant və dözümlü dindarlar da
vardır. Mədəni mənsubiyyət fərqlilikləri də din-
darlıqlar arasındakı fərqliliklərin səbəblərindən
biridir.
Hər bir din anlayışı özünün etiqad və ibadət-
lərinə uyğun olaraq, müəyyən dindarlıq forması
meydana gətirir. Dinə inanan hər fərd dini müxtəlif
şəkildə qavrayır və din onun həyatında nisbətən
fərqli formada təzahür edir. Bu mənada, dindarlıq
ilə din arasındakı ən əsas fərq dindarlığın dinamik
101
Din psixologiyası
proses hesab olunmasıdır. Dindarlıq şəxsə, mə-
dəniyyətə və inanılan dinin əsas prinsiplərinə görə
dəyişir. Fərdin şəxsi xüsusiyyətləri, cinsiyyəti, yaşı,
yaşadığı ictimai mühit, maddi vəziyyəti və təhsil
səviyyəsi, ailə vəziyyəti, peşəsi, dini biliklərinin
səviyyəsi, yaşadığı travmatik hadisələr onun din-
darlığının xüsusiyyətlərinə təsir edir. Bu element-
lər fərdin dini həyatının intensivlik səviyyəsinə,
həm də onun dini həyatının formasına təsir edir.
Bu mənada, dindarlığın bəzi əsas xüsusiyyətlərini
aşağıdakı kimi sadalamaq mümkündür:
1. Dindarlıq tək forması olan dəyişməz bir
anlam deyil və şəxslərə, qruplara görə
dəyişən, inkişaf edən dinamik struktur və
prosesdir. Dinin təsiri şəxsə, şəxsin mən-
sub olduğu din anlayışına, dinə bağlanma
dərəcəsinə, ictimai-mədəni mühitə, şəx-
sin fiziki və psixi sağlamlığına və digər
102
Din – psixoloji fenomen kimi
amillərə bağlı olaraq fərqlilik nümayiş et-
dirir.
2. Fərdlərin və qrupların həyatındakı müx-
təlif amillərdən asılı olaraq (yaş, cinsiyyət,
bilik səviyyəsi, maddi vəziyyət, siyasi-
ictimai hadisə və şərtlər), dinə sadiqliyin,
dini etiqad və dəyərlərə özünü həsr etmə-
yin və onları öz həyatında əks etdirməyin
fərqli dərəcələri mövcuddur.
3. Dindarlıq fərdin və cəmiyyətin həyatında
müəyyən bir sahə ilə məhdudlaşmır və
həyatın hər sahəsinə öz təsirini göstərir.
İnanc, ibadət, hiss, bilik, əxlaqi dəyər, mü-
nasibətlər, ictimai maraq, mövqe, davra-
nışlar və digər sahələrdə dindarlığın möv-
cudluğunu və təsirlərini görmək müm-
kündür. Bu mənada, dindarlığın müxtəlif
aspektləri vardır.
Tanınmış din psixoloqu Qordon Alportun
103
Din psixologiyası
“xarici motivasiyalı” (extrinsic) və “daxili motiva-
siyalı” (extrinsic) fərqləndirməsi ən məşhur din-
darlıq tipologiyasıdır. Q.Alport ayin və mərasim-
lərdə dini məqsəddən başqa hər hansı fayda və
xeyir üçün iştirak edənlərlə, məhz dini məqsəd
üçün iştirak edənləri bir-birindən fərqləndirir. Al-
porta görə, bir çox xarici motivasiyalı dindarlıq
meyilləri praqmatist dindar tipinə aiddir. Burada
məqsəd şəxsin ictimai dayağını artırması, təsəlli
tapması, seçdiyi həyat tərzinə bəraət qazandırması
və digər amillər olur. Bunun əksinə, daxili motiva-
siyalı dindarlıqda isə etiqad ali dəyər kimi qəbul
edilir. Bu cür dini hiss fərdin bütün həyatının moti-
vasiyasıdır və həyatına məna qatır. Burada din, ar-
tıq fərdi maraqların müəyyən hissəsi ilə məhdud-
laşmır.
Q.Alportun fikrincə, xarici motivasiyalı fərd-
lər dinlərindən istifadə edir, daxili motivasiyalı
fərdlər isə dinlərini yaşayırlar. Xarici motivasiyalı
104
Din – psixoloji fenomen kimi
fərdlər təhlükəsizlik, təsəlli, ünsiyyət, yaxınlıq, sta-
tus, özünü bəyəndirmək və digər məsələlərdə dini
faydalı hesab edirlər. Onlar elastik din anlayışını
asanlıqla qəbul edir və yaxud müəyyən dini anla-
yışı özlərinin başlıca ehtiyaclarına uyğunlaşdı-
rırlar. Daxili motivasiyalı şəxslər üçün isə din əsas
motivasiya mənbəyidir. Onlar üçün digər ehtiyac-
lar nə qədər güclü olur-olsun, daha az əhəmiyyət-
lidir və mümkün olduğu qədər dini etiqad və əməl-
lərə uyğunlaşdırılırlar.
Q.Alport sonralar həmkarı Ross ilə birlikdə
bu iki növ dindarlığı empirik olaraq ölçə bilmək
üçün dini oriyentasiya şkalası adlanan və biri xarici
motivasiyalı, digəri isə daxili motivasiyalı dindar-
lığı ölçmək üçün istifadə edilən iki şkaladan ibarət
anket tərtib etdilər. Alportun nəzəriyyəsi və tərtib
etdiyi anket dindarlığlın oriyentasiyasını müəy-
yənləşdirməyə səy göstərirdi.
105
Din psixologiyası
Bəzi tədqiqatçılar isə nəzəri və empirik araş-
dırmalarını dindarlığın müxtəlif aspektlərinin
öyrənilməsinə həsr etmişlər. Dünyadakı müxtəlif
dinlərə mənsub olan şəxslərin və qrupların həya-
tını tədqiq etdikdə məlum olur ki, dindarlıq həya-
tın bir deyil, bir çox sahəsində təzahür edir. Müx-
təlif din mənsublarının dindarlıq həyatının müştə-
rək xüsusiyyətlərə malik olduğu aydın görünür. Bu
müştərəklik özünü dindarlığın aspektlərində gös-
tərir. Bir şəxsin və yaxud qrupun nə cür dindar ol-
duğu bu aspektlərin tədqiqi ilə aşkar edilir. Çarlz
Qlok və Rodney Stark dindarlığın müxtəlif aspekt-
ləri ilə bağlı nəzəri və empirik tədqiqatlar aparmış
ən tanınmış alimlərdəndirlər. Qlok və Stark dinlərə
və fərdlərə görə dindarlıqlar arasında müəyyən
fərqliliklər olduğunu, lakin bütün dindarlıqların
müştərək olduğunu irəli sürmüşlər. Onların din-
darlığı beş aspektdən tədqiq edən yanaşması din
106
Din – psixoloji fenomen kimi
psixologiyası sahəsində əksər tədqiqatçılar tərə-
findən qəbul edilir. Bu yanaşmada dindarlığı
müəyyən etmək üçün tədqiq edilən dindarlıq as-
pektləri aşağıda göstərilmişdir.
4.1. İnanc (etiqad) aspekti
Məzmunu və çərçivəsi müxtəlif dinlərə, ya-
xud eyni dinin fərqli məzhəblərinə və qruplarına
görə bir-birindən müəyyən dərəcədə fərqli olsa da,
etiqadlar bütün dini ənənələrdə əsas yer tutur. Bir
şəxsin din ilə münasibəti hər şeydən əvvəl, o dinin
başlıca etiqad prinsiplərini qəbul etməsi ilə baş-
layır. Dinin müəyyənləşdirdiyi etiqadi prinsiplər
ilahi bir varlığın mövcudluğunu, onun xüsusiyyət-
lərini və digər etiqadi elementlərini (axirət, qurtu-
luş, cəza, alınyazısı və s.) qəbul etməyi şərt olaraq
irəli sürür. Hər din bu etiqadi əsasların fərqli yön-
lərini vurğulayır.
107
Din psixologiyası
Bəzi dini inanclar aid olduğu dinin mahiyyə-
tini müəyyənləşdirir. O, dindəki digər etiqad və
inancların təməlini təşkil edir. Məsələn, tövhid
İslamın, təslis inancı isə Xristianlığın səciyyəvi xü-
susiyyətidir. Bir müsəlman dünyasını Allahın va-
hidliyi və heç nəyə bənzəməməsi anlayışı ilə qurur.
Bir xristianın bütün inanc dünyası Ata, Oğul və
Müqəddəs ruh formasında ifadə olunan üç üqnum
təliminə etiqad etməyə əsaslanır. İnancın mövcud
olması-olmamasından başqa, nə qədər güclü olma-
sı da fərdlər arasında fərqliliklərə səbəb olur. Eyni
zamanda, dini inancların mədəniyyəti formalaşdır-
ma və müəyyən dünyagörüşünün mənbəyi olma
funksiyası da nəzərdən qaçırılmamalıdır.
4.2. Ritual (ayin, ibadət) aspekti
Demək olar ki, bütün dini ənənələrdə bəzi
ayin, mərasim, ibadət mövcuddur. Dua, namaz,
oruc həcc, qurban və digər ibadət və mərasimlər
108
Din – psixoloji fenomen kimi
dini həyatın əsas elementlərindən biridir. Bir dinə
mənsub olan və onun əqidəsini mənimsəyən din-
dar şəxslərin yerinə yetirməli olduqları müəyyən
vəzifələri mövcuddur. Bu vəzifələr inandıqları ilahi
və müqəddəs varlığa itaəti təmsil edən və onunla
ünsiyyətə girməyə, ona yaxın olmağa, onun tərə-
findən bəyənilməyə və onun qəzəbindən qorun-
mağa imkan verən əməllər və fəaliyyətdir. Bir şəx-
sin mənsub olduğu din tərəfindən müəyyənləş-
dirilən ibadət vəzifəsini yerinə yetirmək üçün gös-
tərdiyi səy onun dindarlığının göstəricisi və həmin
dinin əqidəsini səmimi olaraq mənimsəməsinin
ifadəsi kimi qəbul edilir.
Dindarların mənsub olduqları dinin ibadət-
lərini yerinə yetirmə intensivliyi bir-birindən fərq-
li olur. Digər tərəfdən, bir ibadəti yerinə yetirmək
o ibadətin bütün iştirakçıları üçün eyni dərəcədə
əhəmiyyət və məna kəsb etmir. Dindarlığı ölçmək
109
Din psixologiyası
istəyən tədqiqatlarda hər iki cəhət nəzərə alınma-
lıdır.
4.3. Təcrübə (emosional) aspekti
Dinin təcrübə aspekti fərdin müqəddəs
aləmlə birbaşa ünsiyyətində yaşadığı dini hissləri
(mənəvi rahatlıq, dərin ehtiram, qorxu, sevgi və s.)
ehtiva edir. Dinə inanan hər insan bu hissləri müx-
təlif intensivlikdə yaşayır və hər din fərdin sub-
yektiv dindarlığının göstəricisi olan bu təcrübəyə
müəyyən dəyər verir. Bəzi dini ənənələrdə bu da-
xili-mənəvi təcrübələr böyük əhəmiyyət daşıyır.
Bəzilərində isə ibadətlər və əxlaqi dəyərlər prio-
ritet təşkil edir. Əsasən, dindarlığın mistik anlayış-
ları dini təcrübənin intensiv olaraq yaşanmasını
məqsəd kimi götürür və bunu həyata keçirmək
üçün xüsusi üsullara müraciət edir. Buna görə də
dini hisslərin ən coşqun nümunələrinə mistik din-
darlığı mənimsəyənlərdə rast gəlinir.
110
Din – psixoloji fenomen kimi
Dindar insanlar dini təcrübələri əksər hallar-
da ibadət əsnasında dua edərkən yaşayırlar. Lakin
dinin təcrübi aspekti bu hallarla məhdudlaşmır.
Misal üçün, gündəlik həyatında hansısa müsbət
hadisə ilə qarşılaşan inanclı bir şəxsin bunu Allah
tərəfindən ona bəxş edilən bir amil kimi qəbul
edərək, dərin ehtiram, minnətdarlıq və sevgi hiss-
lərini yaşaması mümkündür. Dindarlar dinin təc-
rübə aspektinin sözlərlə ifadə edilməsində əsasən
çətinlik çəkirlər. Ona görə də dindar insanlardan
yaşadıqları bəzi dini hisslər haqqında soruşduqda,
bunu sözlərlə ifadə etməyin çətin olduğunu, yaşa-
maq lazım olduğunu bildirirlər.
Dini hisslər, əsasən, dindarlığın digər as-
pektlərinin tərkib hissəsi kimi mövcud olur. Ona
görə də bu aspektin tədqiqi dindarlığın hər bir as-
pekti ilə əlaqəli şəkildə aparıla bilər. Əslində, digər
aspektlər nəzərə alınmadan nə dini hiss və təcrü-
111
Din psixologiyası
bələr tam mənada başa düşülə bilər, nə də dini təc-
rübə nəzərə alınmadan dindarlığın digər aspekt-
ləri düzgün anlaşılar.
4.4. Bilik aspekti
Hər dinin mənsubu öz dininin əsas etiqad və
dəyərləri haqqında müəyyən qədər biliklərə malik
olur. Fərdin dindarlığının əsas göstəricilərindən
biri də dini biliklərinin səviyyəsi və dini öyrən-
məyə verdiyi onəmdir. Bir inancı bilmək onu qəbul
etməyin ilk şərtidir. Ona görə də dinin bilik aspekti
ilə etiqad aspekti arasında sıx əlaqə mövcuddur.
Dini biliklərlə ibadət aspekti arasında da yaxın əla-
qə mövcuddur. Bir şəxsin ibadətinin onun dini
biliklərindan daha çox olması mümkün deyildir.
Lakin dindar fərdlərin bütün dini biliklərinin qaçıl-
maz olaraq ibadətlərində əks edildiyini iddia et-
mək doğru deyildir. Dini prinsipləri öz həyatında
əks etdirmək üçün bilikdən daha çox amilə (inanc,
112
Din – psixoloji fenomen kimi
iradə, motivasiya, mədəni və sosial mühit) ehtiyac
vardır. Bundan başqa, dindar həyat yaşaya bilmək
üçün lazım olan biliklərin dinlərə və məzhəblərə
görə bir-birindən fərqləndiyini də unutmaq olmaz.
4.5. Təsir aspekti
Dindarlıq həyatı həm fərdin dini həyatını in-
kişaf etdirir, həm də həyatın bütün sahələrində
bəzi təsirlər meydana gətirir. Qidalanma, davranış
qaydaları, fərdi əxlaq, ictimai münasibətlər və di-
gər sahələrdə dinin müəyyən qədər təsiri özünü
göstərir. Bu mənada dindarlıq həyatı fiziki və psixi
sağlamlıq, xarakter inkişafı, özünəhörmət, ictimai
maraqlar, seçimlər və münasibətlər, dünyagörüşü
və həyat tərzi ilə yaxından əlaqəlidir.
Dinin təsir aspekti əqidə, təcrübə, ibadət və
bilik dairələrinin, sanki nəticəsini təşkil edir. Daha
doğrusu, bu aspektlər insanın düşüncə, hiss və
113
Din psixologiyası
davranışlarında meydana gətirdiyi təsirlərin məc-
musudur. Təsir çərçivəsi digər aspektlərin gün-
dəlik həyatdakı təzahürlərini ehtiva edən əlamət-
lərdir. Bu aspekt möminin dinə bağlılığı və ibadət-
ləri nəticəsində onun yönəlişlikləri və davranış-
larında meydana gələn dəyişikliyi ifadə edir.
114
Psixoloqların dinə dair nəzəriyyələri
DÖRDÜNCÜ FƏSİL
PSİXOLOQLARIN DİNƏ
DAİR NƏZƏRİYYƏLƏRİ
115
Din psixologiyası
PSİXOLOQLARIN DİNƏ DAİR NƏZƏRİYYƏLƏRİ
Psixologiya elminin meydana gəldiyi dövr-
dən etibarən, psixoloqlar din məsələsinə maraq
göstərmiş və fərdin dini həyatına dair tədqiqatlar
aparmışlar. Məhz belə tədqiqatlar nəticəsində psi-
xologiyanın müstəqil bir sahəsi kimi din psixolo-
giyası inkişaf etmişdir. Psixologiya elminin əsasını
qoyan alimlərin yaradıcılığında dinə psixoloji ya-
naşma mühüm yer tuturdu. Məsələn, psixologi-
yada funksionalizm məktəbinin banisi Uilyam
Ceyms (1842-1910) “Psixologiyanın prinsipləri”
və “Dini təcrübənin müxtəliflikləri” adlı əsərlərin-
də fərdin dini təcrübələrini araşdırır, din fenome-
nini elmi metodologiyanın müzakirə obyektinə çe-
virirdi. 1879-cu ildə ilk psixologiya laboratoriyası
qurmaqla psixologiya elminin əsasını qoyan alman
116
Psixoloqların dinə dair nəzəriyyələri
alimi Vilhelm Vundt (1832-1920) “Millətlərin psi-
xologiyası” adlı əsərində din probleminə geniş yer
vermişdir. Ümumilikdə, psixoloqlar tədqiqatların-
da din mövzusuna geniş yer verməklə yanaşı, on-
ların dinə münasibətləri də müxtəlif idi; onların
bəziləri dinə və dini həyata determinist, pozitivist
aspektdən yanaşır, digərləri isə dinin insan psixi-
kası üçün zərərli tərəflərini vurğulayıb, dinin fərdi
və ictimai həyatda əhəmiyyətli rollarını nəzərə
almırdı. Lakin vaxt keçdikcə, din institutunun fərdi
və sosial funksiyaları bir çox funksionalist psi-
xoloqlar, antropoloqlar və sosioloqlar tərəfindən
(məs.: U.Ceyms, E.Dürkheym və b.) lazımi səviyyə-
də qiymətləndirilməyə başlanmışdır. Bunları nəzə-
rə alaraq, psixoloqların din haqqında fikirləri və
nəzəri yanaşmalarının qısa təhlilini vermək olduq-
ca çətindir.
Psixoanaliz məktəbinin banisi Ziqmund Freyd
(1856-1939) dinin acizlik qarşısında qalan insanın
117
Din psixologiyası
təsəlliedici funksiyasını vurğulayaraq, dinin kütlə-
vi nevroz və illüziya olduğunu iddia edir, elmi dü-
şüncənin inkişafı ilə insanların bu “xəstəlik”dən
xilas olacağını irəli sürürdü. Karl Q.Yunq dinin və
Tanrı inancının kollektiv təhtəlşüur və arxetiplərin
məhsulu olduğunu düşünür, dinin qəbul edilmə-
sində fərdi iradənin rolunu əhəmiyyətsiz sayırdə.
Erix From (1900-1980), Abraham Maslou (1908-
1970) və digər humanist psixoloqlar isə fərdin
iradəsini və özünü reallaşdırmasını mühüm amil
hesab edərək, dini-mistik həyatın insanın yaradıcı
potensialı nəticəsində meydana gəldiyini hesab
edirlər. Humanist psixologiyanın nümayəndələrin-
dən olan Viktor Frankl (1905-1997) israrla qeyd
edir ki, insanın həyatına məna qazandırma axta-
rışına cavab verən ən mühüm amil məhz dindir.
Müasir dövrdə psixologiyada dinə münasibət əhə-
miyyətli dərəcədə dəyişərək, dinin insanın ruhi
118
Psixoloqların dinə dair nəzəriyyələri
sağlamlığının və sosial həyatının tənzimlənməsin-
də müsbət rol oynadığı vurğulanmağa başlanmış-
dır.
1. Uilyam Ceyms (1842-1910)
Uilyam Ceyms amerikalı psixoloqların öncül-
lərindən biri, eyni zamanda, din psixologiyasının
əsasını qoyan alimlərdən biri hesab olunur. O,
apardığı araşdırmalarla psixologiyanın fəlsəfədən
ayrılaraq müstəqil elm olmasına mühüm töhfələr
vermişdir.
U.Ceyms praqmatizm fəlsəfəsinin metodolo-
ji yanaşmalarını psixologiyaya tətbiq etimişdir.
Praqmatizmə görə, doğru biliyin əsas meyarı fay-
dalı olmasıdır, yəni bir şey faydalıdırsa, deməli,
ona inanmaq mümkündür. U.Ceyms dinə münasi-
bətində də praqmatizmin prinsipləri aydın nəzərə
çarpır.
119
Din psixologiyası
Ceyms psixologiyada funksionalizm məktə-
binin nümayəndələrindən biridir. Funksionalistlər
hesab edirlər ki, psixologiya insanın ətraf mühitə
uyğunlaşmasını öyrənən elm kimi çıxış etməlidir.
Bu məktəbin mənsubları həm daxili, həm də xarici
müşahidəyə üstünlük verirlər. Onlar, eyni zaman-
da, həm insanın şüur hallarını tədqiq edir, həm də
öyrənmə və unutma kimi təcrübəyə əsaslanan
mövzular haqqında araşdırmalar aparırlar. Funk-
sionistlərə görə, hər davranışın bir vəzifəsi və
müəyyən funksiyası vardır. Bu baxımdan, psixolo-
giya şüurun məzmunlarını onların funksiyalarına
görə təhlil etməlidir. Bu məktəbin məhz “funksio-
nalizm” olaraq adlandırılmasının da səbəbi budur.
Funksionalistlər davranışı ətraf mühitə aktiv
uyğunlaşma prosesi kimi tərif edirlər. Onlar struk-
turalistlərdən fərqli olaraq, zehnin məzmunundan
çox, zehni fəaliyyətə əhəmiyyət verirdilər. Belə ki,
onların məqsədi düşünmə, idrak, duyğular və iradə
120
Psixoloqların dinə dair nəzəriyyələri
kimi fərqli psixi fəaliyyətlərin baş verən müxtəlif
problemlərin həllinə necə təsir etdiyini araşdır-
maqdır.
Davranışlara praqmatizm nöqteyi-nəzərin-
dən yanaşan funksionalizm psixologiyanın müxtə-
lif sahələrinə tətbiqində əhəmiyyətli rol oynamış-
dır. O, bir məktəb olmaqdan daha çox müəyyən
prinsiplərə və istiqamətlərə əhəmiyyət verən psi-
xoloji cərəyan kimi qalmışdır. Belə ki, müasir dövr-
də özünə “funksionalist” deyən psixoloq qrupu da
qalmamışdır. Bununla belə, məktəbin müdafiə
etdiyi fikirlər psixoloqlar arasında qəbul olunmuş
mülahizələrdir.
U.Ceyms din psixologiyasının ən mühüm
klassik əsərlərindən biri olan “Dini təcrübənin
müxtəliflikləri” əsərini qələmə almışdır. Bu kitab-
da insan şüurunun fizioloji, bioloji və kimyəvi ba-
xımdan izah olunmasının mümkün olmadığını irəli
sürür, tibbi materializmə kəskin etiraz edirdi. O,
121
Din psixologiyası
Tanrı inancını dini təcrübə dəlili ilə əsaslandır-
mağa çalışırdı. Hesab edirdi ki, dini təcrübə Tanrı-
nın varlığı üçün kafi sübut təşkil edir. Funksiona-
lizm aspektindən çıxış edən Ceymsin fikrincə, di-
nin insan həyatı üçün yerinə yetirdiyi əvəzolun-
maz funksiyaları mövcuddur. Buna görə də insan-
ların dinə etiqad etməsi ağlabatan və rasional he-
sab olunmalıdır.
U.Ceymsin din psixologiyası subyektiv dini
təcrübələrə əsaslanır. O, Freyd və Yunqdan fəqli
olaraq, dinin mənşəyi ilə deyil, onun nəticələri, yə-
ni dinin insan həyatına verdiyi töhfələrlə maraqla-
nırdı. Onun fikrincə, din həqiqət olduğu üçün fay-
dalı deyil, faydalı olduğu üçün həqiqət hesab olun-
malıdır. Bir inanc bu və ya digər fərdə fayda verir-
sə, onun həyatına məna qazandırır; həyatın hədəf-
lərini müəyyənləşdirməkdə istiqamət verirsə, on-
da Tanrı inancı həmin fərd üçün praqmatik baxım-
dan həqiqətdir.
122
Psixoloqların dinə dair nəzəriyyələri
Dahi Amerika psixoloqu dini və mistik təcrü-
bəni özünümüşahidə metodu ilə araşdıraraq onun
əsas xarakterini izah etmişdir. Onun fikrincə, dini
təcrübəni səciyyələndirən xüsusiyyətlər aşağıda-
kılardır:
- passivlik: dini təcrübəni yaşayan
fərd fövqəltəbii qüvvənin təsiri al-
tındadır, bu vəziyyətə özü nəzarət
etməkdə acizdir;
- ifadəolunmazlıq: dini təcrübəni ya-
şayan şəxs onu heç bir şəkildə təs-
vir edə, dil ilə izah edə bilməz;
- idrakla əlaqədarlıq: (noetic) dini
təcrübə yaşayan şəxs üçün univer-
sal həqiqətlər aşkar olunur, hansı
ki, onu başqa yolla heç cür əldə
etmək mümkün deyil;
- keçicilik: dini təcrübə müvəqqəti ol-
ma xarakterinə malikdir.
123
Din psixologiyası
U.Ceyms düşünürdü ki, dinin mənşəyini və
meydana gəlməsini subyektiv dini təcrübələr təş-
kil edir. O, dinin təşkilati və doktrinal aspektlərini
ikincidərəcəli hesab edirdi. Hətta U.Ceymsin kilsə-
yə getmədiyi və ibadətlə məşğul olmadığı bildirilir.
Onun fikrincə, din fərdi təcrübədən ibadətdir; di-
gər rəsmi dini rituallar, simvollar, dini təlimlər,
təşkilatlar dinin davam etməsini təmin edən kö-
məkçi vasitələrdir.
Dinin fərdi və institusional yönlərinin möv-
cud olduğunu göstərən U.Ceyms onun fərdi yö-
nünü tədqiqat obyektinə çevirmişdir. Dinin və
Tanrının həqiqət olması problemindən daha çox,
dinin fərdi həyatda oynadığı rol və dinin funksiya-
larını öyrənməyə çalışır. Dinin insan həyatında çox
əhəmiyyətli rol oynadığını düşünən Ceyms müasir
cəmiyyətdə dinin yeri haqqında optimistdir. O,
dinin müasir dövrdə tənəzzülü fikrini qəbul etmir
124
Psixoloqların dinə dair nəzəriyyələri
və onun gələcəyi haqqında müsbət baxışlara ma-
likdir.
2. Ziqmund Freyd (1856-1939)
Vyanalı psixoloq və həkim Ziqmund Freyd
şüuraltı nəzəriyyəyə əsaslanan psixoanaliz məktə-
binin əsasını qoymuşdur. Z.Freyd hesab edirdi ki,
insan davranışlarının çoxu şüuraltı proseslərdən
qaynaqlanır. Elə isə sadəcə, şüuru şərh etməyə isti-
qamətlənmiş psixoloji düşüncə insan davranış-
larına istiqamət verən motivlərin idrakında yetərli
ola bilməz. İnsan davranışları şüurun dərinliklə-
rində var olan gizli qüvvələrin analizi vasitəsilə
izah edilə bilər. Bu təlimə, əsasən, “id”, “eqo”,
“super-eqo” olmaqla, şüurun üç əsas hissəsi vardır.
Şəxsiyyətin nüvəsini təşkil edən “id” bədənə aid
bioloji məfhumdur. Ehtiyac və motivlərdən ibarət
olan bu xam təbiətdə həzz hissi hakimdir. “İd”, eyni
zamanda, bütün ruhi qüvvələrin enerji qaynağıdır.
125
Din psixologiyası
“Eqo” və “super-eqo” – şəxsiyyətin zamanla inkişaf
edən tərəfləridir. “Super-eqo” insanın mənsub ol-
duğu cəmiyyətin dəyər sistemini mənimsəməsi ilə
formalaşır və şəxsiyyətin sosial tərəfini meydana
gətirir. “Eqo” isə “id” və “super-eqo” arasında ta-
razlığı təmin etməyə çalışan idarəçi funksiyasıdır.
Z.Freyd psixologiyaya yeni baxış və münasibət tər-
zi gətirmişdir. Bu cərəyan, eyni zamanda, ruhi hə-
yatın bioloji təməllərinə də diqqət çəkmişdir. Frey-
din şəxsiyyət nəzəriyyəsi təşəkkül tapdıqda, onun
bioloji təmələ əsaslandığı məlum olmuşdur.
Psixoanalitik cərəyanda “təhtəlşüur” termini
şüurun görünməyən qismini ifadə edir. Psixoa-
nalizin banisi Z.Freyd insan şüurunun strukturunu
aysberqə bənzədir. Belə ki, aysberqin suyun üstün-
də qalan kiçik hissəsi şüur sahəsinə, suyun altında
qalan böyük hissəsi isə şüuraltı (təhtəlşüur) sahə-
yə bənzəyir. Bu geniş şüuraltı sahədə təmin olun-
126
Psixoloqların dinə dair nəzəriyyələri
mamış, ört-basdır edilmiş arzu və ehtiyaclar, duy-
ğular, düşüncələr, impulslar, xüsusilə də cinsi is-
təklər yer tutur və özünü reallaşdırmaq üçün şüura
davamlı olaraq təsir göstərir. Bəzən isə şəkil dəyiş-
dirərək, sərhədləri aşıb, yuxu və xəyallar halında
şüurda ortaya çıxır.
Z.Freyd dinlə əlaqəli fikirlərini, əsasən, “To-
tem və tabu” və “Bir illüziyanın gələcəyi” adlı əsər-
lərində nəzərdən keçirmişdir. O, sosioloqlar kimi
dinin mənşəyi haqqında ifadə edilən müxtəlif nə-
zəriyyələrdən biri olan totemizmə əsaslanaraq, di-
nin necə meydana gəldiyini izah etməyə çalışmış
və insanın digər fəaliyyəti kimi, dini də cinsi təmələ
əsaslandırmışdır.
Qeyd edək ki, totemizm – insanlarla müqəd-
dəs hesab edilən totem (bitki, heyvan, əşya və s.)
arasında fövqəltəbii qohumluğa inanmağa əsasla-
nan ibtidai etiqadlar sistemi kimi başa düşülür.
127
Din psixologiyası
Totemin kəlmə mənası “işarə”, “iz” mənalarına gə-
lir. Klan və ya qəbilənin ulu əcdadı sayılan totem
bir heyvan və ya bitki ola biləcəyi təqdirdə, hər
hansı bir heyvanın müəyyən orqanı və ya bir bitki-
nin müəyyən parçası da ola bilər. Freydin fikrincə,
totemizm bütün dinlərin mənşəyini təşkil edir və
bütün dinlər totemizmdən təkamül edərək meyda-
na gəlmişdir.
Z.Freyd dinin necə meydana gəldiyini belə
izah etmişdir: “İbtidai insan sürüsündə bütün qa-
dınları özünə saxlayıb, böyüyən oğulları sürüdən
uzaqlaşdıran güclü və qısqanc ata günlərin birində,
artıq qüvvətlənmiş oğulları tərəfindən öldürülüb,
sonra da əti yeyilir. Oğullar, eyni zamanda, cinsi
ehtiyaclar və üstünlük arzularını əngəllədiyi üçün
nifrət etdikləri ataya qarşı sevgi və heyranlıq du-
yurlar. Onu öldürdükdən sonra, əvvəlcədən giz-
lədilmiş sevgi ortaya çıxır və onlar peşman olurlar.
Atalarının ruhu ilə barışmaq istəyən oğullar onu
128
Psixoloqların dinə dair nəzəriyyələri
əvəz edəcək totem heyvanı kimi qəbul edirlər.
Beləcə, ilk din olan totemizm oğulların yaşadıqları
təqsirkarlıq və günah duyğusundan xilas olmaq və
ata ilə yenidən barışmaq təşəbbüsündən meydana
çıxmışdır”.
Z.Freyd “Bir illüziyanın gələcəyi” adlı əsərin-
də dinin bir xəyaldan ibarət olduğunu iddia edir. O,
Tanrı inancını iki mənbəyə əsaslandırır. Bunlardan
biri insanın təbiət hadisələri qarşısında hiss etdiyi
acizlik, digəri instinktlərin ruhi həyata təsiri
nəticəsində hiss edilən acizlikdir. Freydin fikrinə
görə, insanın instinktləri, şüuraltı istək və arzuları
ilə ictimai dəyərlər arasında ziddiyyət və toqquş-
ma mövcuddur. Sərbəst halda qaldığı zaman istək
və arzularının arxasınca gedən insanı cəmiyyətin
mədəni dəyərləri bir sıra qadağalarla əngəlləyir.
Belə olduğu halda, insan onu təhlükəyə atan
şüuraltı istək və arzuların təzyiqindən xilas olmaq
129
Din psixologiyası
üçün mədəni və dini dəyərlərin himayəsinə gir-
mişdir.
İnsan daxili və xarici qüvvələr qarşısında
acizlik hiss etdiyi zaman, usaqlıq təcrübələrini
xatırlayır və onlara dönür. Freyd bunu “illüziya”
adlandırır. Ona görə din uşaqlıq təcrübələrinin
təkrarıdır. Hələ zehni inkişafını tamamlamamış
uşaq təhdidçi qüvvələrin qarşısında gücsüzlük və
acizlik hiss etdiyi zaman atasına qarşı etimad,
heyranlıq hiss edib ona sığınır, ona güvənirsə, in-
sanın din qarşısındakı vəziyyəti də belədir. O, he-
sab edir ki, din uşaqlardakı şərtlərə bənzəyən adət-
lər altında meydana gələn nevroz halıdır.
“Musa və təktanrıçılıq” adlı kitabında
Z.Freyd böhran və ümidsizlik dövrlərində cəmiy-
yətlərin mifoloji şəxsiyyətlər yaratmağa meyilli
olduğunu irəli sürür. Bu tezisdən çıxış edərək,
Freyd Musanın tarixi yox, əfsanəvi bir şəxsiyyət
130
Psixoloqların dinə dair nəzəriyyələri
olduğunu iddia edir. Digər tərəfdən, Müqəddəs Ki-
taba görə, iki Musanın olduğunu, misirli və məd-
yənli Musanın mövcudluğundan bəhs edir. Misirli
Musa qədim təktanrılı Aton dinini yaymağa çalış-
mışdır. Freydin fikrincə, Misir xalqı bu dini qəbul
etmədiyinə görə, Musa təktanrılı dini yəhudilər
arasında yaymağa başlamışdır. Daha sonra misirli
Musa qətlə yetirildikdən sonra, mədyənli Musa
təktanrılı dinin peyğəmbəri kimi onun yolunu
davam etdirmişdir. Beləliklə, Z.Freyd iddia edirdi
ki, ilk təktanrılı din məhz qədim Misirdə yaranmış
Aton dinindən meydana gəlmiş, sonralar isə sami
xalqlar arasında geniş yayılmağa başlanmışdır.
3. Karl Qustav Yunq (1875-1961)
Karl Q. Yunq psixoanaliz məktəbinin nüma-
yəndələrindən biri hesab olunur. O, əvvəllər
Z.Freydin fikirlərinə yaxından maraq göstərmiş,
lakin sonralar onunla Freyd arasında bəzi fikir
131
Din psixologiyası
ayrılıqları yaranmışdır. K.Q.Yunqun əsas etirazı
Freydin psixoanalizində “libido” anlayışına həddən
artıq yer verilməsi idi. Freydə görə, “libido” cinsi
arzu mənasını ifadə etsə də, K.Q.Yunq libidonu
ruhun əsas enerjisi kimi nəzərdən keçirirdi.
Yunq psixoloji araşdırmalarında deskriptiv
metodlardan istifadə etmişdir. O, mücərrəd
nəzəriyyələrdən çox öz müşahidələri və təcrübə-
lərinə əsaslanmışdır. Araşdırmalarında fenome-
noloji müşahidə metoduna söykənən K.Q.Yunq din
tədqiqatlarında da bu metoddan geniş istifadə
etmişdir. O, dindar insanın yaşadığı ruhani təc-
rübələrlə kifayətlənir, dinin metafizik və fəlsəfi
mahiyyətini tədqiqat obyektinə çevirmirdi. Yunq
dini fenomenlərin psixoloji həqiqət olduğunu
hesab edir, buna görə də dini inancların həqiqət
olub-olmaması baxımından deyil, onların psixoloji
funksiyaları baxımından qiymətləndirilməsi fikrini
irəli sürürdü.
132
Psixoloqların dinə dair nəzəriyyələri
K.Q.Yunq “Psixologiya və din” və “Ruhunu
axtaran müasir insan” adlı əsərlərində din və Tanrı
ilə bağlı məsələləri nəzərdən keçirmişdir. Dinə
dair baxışlarında təcrübə metodundan istifadə
etməklə yanaşı, müxtəlif dinlərin dini mətnlərinə
və müqəddəs kitablarına da müraciət etmişdir.
Z.Freyddən fəqli olaraq, Yunqun dinə münasibəti
müsbətdir. O, dinə, əsasən, arxetip konsepsiyası
çərçivəsindən yanaşır. K.Q.Yunqun fikrincə, arxe-
tiplər kollektiv şüuraltının nəticəsidir və davranış-
larımızı stimullaşdıran əsas amillərdəndir. İnsan-
lar arxetipləri sonradan qəbul etmirlər, onlar insa-
nın ruhani dünyasında irsən mövcud olur və şüur-
altı sahəyə aiddir. Arxetiplər – insanları hadisələri
müəyyən bir tərzdə qəbul etməyə, duymağa və
onlara reaksiya verməyə yönəldən anadangəlmə
ideya, yaxud xatirələrdir. K.Q.Yunq dini şüuru da
kollektiv şüuraltının məhsulu olan arxetip kimi
nəzərdən keçirmişdir.
133
Din psixologiyası
O, şüuraltının mahiyyəti məsələsində də
ənənəvi psixoanalizdən ayrıldı. Yunqun fikrincə,
insanın şüuraltı aləmi iki qismə bölünür: fərdi
şüuraltı və kollektiv şüuraltı. Fərdi şüuraltı hissə-
sinə insanın unutduğu, sıxışdırdığı arzular, hisslər
və s. aid edilir. Kollektiv şüuraltına isə insan
zehninin dərinliklərində mövcud olan arxetiplər
və mifoloji obrazlar daxildir. İnsan davranışlarının
əsas motivləşdirici amili olan arxetiplər din duy-
ğusunun da mənbəyini təşkil edir. Dini şüurun
baza elementləri məhz kollektiv şüuraltında for-
malaşır və onlar gerçək psixi fenomenlərdir. Bu
mənada, bütün fərdi dini təmayüllər kollektiv
şüuraltının təzahür etməsidir. Beləcə, bütün dini
inanclar, təlimlər, rituallar və s. sadəcə olaraq
uşaqlıq dövrünün sıxışdırılmış arzularından ibarət
deyil, onlar fərdi tələbatların fövqündə bir reallığa
malikdir.
K.Q.Yunq hesab edir ki, kollektiv şüuraltı dini
134
Psixoloqların dinə dair nəzəriyyələri
fenomenlərin mənşəyini təşkil etməklə yanaşı,
həm də bəşəriyyətin nail olduğu fundamental
dəyərlərin də əsasını təşkil edir. Tanrı inancı isə bu
fundamental dəyərlərlə bağlı bir fenomendir. O,
özünü tarixin müxtəlif dövrləri və mədəniy-
yətlərində bir-birindən fərqli formalarda göstərir:
animizm, politeizm, monoteizm, təslis və s. Bu
baxımdan, Tanrı obrazı insanın şüuraltına hakim
olur, onun bütün düşüncə və davranışlarına təsir
edir. Məhz buna görə insanlar, adətən, Tanrı
inancını qəbul etməyə meyilli olurlar.
Karl Q. Yunq dinə funksionalizm aspektin-
dən yanaşır və dini onun funksiyaları baxımından
qiymətləndirir. O, hesab edir ki, insanın ruhi sağ-
lamlığı üçün din vacib rol oynayır: dindən uzaqlaş-
ma ciddi ruhi pozğunluğa səbəb olur. Din həm fərdi
sağlamlıq, həm də sosial həmrəylik üçün böyük
əyəmiyyət kəsb edir. K.Q.Yunqun fikrincə, din in-
135
Din psixologiyası
san həyatına məna qazandırma baxımından mü-
hüm funksiya yerinə yetirir. Müasir dövrdə insanın
məna axtarışına müsbət cavab verir, onu yadlaşma
problemindən xilas edir.
Qeyd edilməlidir ki, K.Q.Yunq insanın ira-
dəsi, dini seçim və Tanrıya inanma haqqında deter-
ministik mövqedən çıxış edir. Yunqun fikrinə görə,
insan dinlə bağlı mövzularda azad seçim imkanına
malik deyil. Belə ki, dinə və Tanrı inancına meyil-
lilik insanın kollektiv şüuraltı tərəfindən şərtlən-
dirilir. Qısası, inanc insanın taleyidir. Kollektiv
şüuraltında irsən nail olunmuş Tanrı obrazı özünü
məcburi surətdə insana qəbul etdirir, beləliklə,
inanc insanın taleyinə çevrilir.
4. Alfred Adler (1870-1937)
Avstriya psixoloqu və psixoterapevti Alfred
Adler əvvəlcə Ziqmund Freydin tələbəsi və əmək-
136
Psixoloqların dinə dair nəzəriyyələri
daşı olmuş, onun psixoanalitik nəzəriyyəsini mü-
dafiə etmişdir. Lakin sonralar müəyyən fikir ayrı-
lıqları səbəbindən Freyddən ayrılıb, fərdi psixolo-
giya sistemini yaratmışdır. A.Adler “Fərdi psixolo-
giya” adlı əsərini qələmə alaraq psixologiya elminə
mühüm töhfələr vermişdir. Onun ənənəvi psixo-
analizdən ayrıldığı əsas məqam fərdin gələcəyə
dair arzu və gözləntilərinin əhəmiyyəti ilə bağlıdır.
A.Adler iddia edirdi ki, insan psixikasının əsas
motivləşdirici amili təkcə keçmişlə bağlı şüuraltı
hisslər və arzular deyil, həm də gələcəklə bağlı
məqsəd və hədəflərdir.
A.Adler hesab edirdi ki, insan keçmişdə
yaşadığı təcrübələrdən daha çox, qarşıya qoyduğu
hədəflərinə nail olma istəyindən təsirlənir. Z.Frey-
də görə, insan həyatında çarəsizliklər və haqsızlıq-
lara məruz qaldıqda, digər dünyada ədalətin bərpa
olacağına ümid edərək təsəlli tapır. Yəni, Z.Freyd
137
Din psixologiyası
dini, sadəcə, təsəlliedici bir mexanizm kimi nəzər-
dən keçirir. Bu da onun dinə mənfi münasibət
bəsləməsinin əsas səbəblərindən biridir. Lakin
Alfred Adlerin fikrincə, din insanın fəaliyyətini tən-
zimləyərək onun həyatına mühüm töhfələr verir.
Belə ki, ölümdən sonrakı həyata inanan insan bunu
nəzərə alıb, arzu-istək, davranış və hərəkətlərini
gələcək həyata uyğun olaraq tənzimləyir. Qeyd
edilməlidir ki, ənənəvi psixoanalizdə şüur hissə-
lərə bölünərkən, – id, eqo, super-eqo, – Adlerin psi-
xoloji yanaşmasında insan şüuru bütöv bir sistem
kimi nəzərdən keçirilir.
Z.Freyd insan şüuruna təhtəlşüurun, A.Adler
isə rasional düşüncənin hakim olduğuna inanır.
A.Adlerin fikrincə, fərd özünün ehtiyac və tələbat-
larından xəbərdar olan şüurlu varlıqdır. O, insan
psixikasının formalaşmasında uşaqlıq dövrünün
böyük əhəmiyyət kəsb etdiyini qəbul edir, lakin bu
prosesdə sosial amillərin bioloji amillərdən daha
138
Psixoloqların dinə dair nəzəriyyələri
mühüm rol oynadığını irəli sürür. İnsan təbiəti
etibarilə sosial varlıqdır. O, başqaları ilə daimi
surətdə ünsiyyətdədir, onlarla sosial münasibətlər
qurur. Buna görə də insanın ruh dünyasını və fəa-
liyyətini başa düşmək üçün onun sosial münasi-
bətlərini, davranışlarını və psixi yönəlişliklərini
öyrənmək labüddür.
A.Adlerin fərdi psixologiyasında “üstünlük
qazanma” arzusu və “dəyərsizlik hissi” mühüm yer
tutur. Üstünlük qazanmağa cəhd insana xas olan
əsas tələbatlardan biridir. Bu, fərdi inkişafa, uğur
qazanmağa və özünü reallaşdırmağa can atmaqdır.
Məhz buna görə insan bütün həyatı boyu üstünlük
qazanma uğrunda mübarizə aparır. Fərdlərin və
cəmiyyətin inkişafı da bu təməl motivin həyata
keçirilməsi nəticəsində meydana gəlir. İnsanlar bu
motivi müxtəlif şəkillərdə reallaşdırmağa çalışır-
lar. Ümumilikdə, humanistik psixologiya adlanan
139
Din psixologiyası
bu yanaşmaya əsasən, insan öz şəxsi həyatını istə-
diyi şəkildə müəyyənləşdirmək imkanına malikdir.
Bu mənada, fərd öz davranışlarını həyata keçir-
məkdə və taleyini formalaşdırmaqda fəal rol oyna-
yır. A.Adlerin psixologiyasında bu, “Mənin yaradıcı
gücü” kimi xarakterizə edilir.
Qeyd olunduğu kimi, A.Adler “dəyərsizlik
hissi”nin insan davranışlarını təyin edən əsas amil
hesab edir. O düşünür ki, dəyərsizlik hissi həm fər-
din, həm də cəmiyyətin inkişafına xidmət edir. Də-
yərsizlik hissi acizlik və gücsüzlük şüurundan
meydana gəlir. Buna görə də insanlar sürəkli ola-
raq nöqsanlarını, çatışmazlıqlarını aradan qaldır-
mağa və kompensasiya etməyə can atırlar. Belə-
liklə, nöqsanları aradan qaldırmağa çalışmaq onla-
rın davamlı inkişaf etməsinə gətirib çıxarır. Deyi-
lənlərdən aydın olur ki, insanın əsas tələbatların-
dan biri olan üstünlük qazanma arzusu dəyərsizlik
hissindən irəli gəlir.
140
Psixoloqların dinə dair nəzəriyyələri
Alfred Adler hesab edir ki, insanın Tanrıya
inanması da dəyərsizlik hissinin kompensasiya
edilməsi ilə bağlıdır. Dinlərdə Tanrı mükəmməl
varlıq kimi təsəvvür edilir. İnsanlar Tanrıya inan-
maqla öz acizlik və nöqsanlarını aradan qaldırırlar.
Axtardıqları üstünlüyü Tanrıda tapır, Ona bən-
zəyərək üstünlük qazanmağa cəhd edirlər. Bu sə-
bəbdən, Tanrı inancı insan həyatında mühüm rol
oynayır. Tanrı insan həyatına müqəddəs məna
verir, həyatını tənzimləyir, onun dünyagörüşünü
formalaşdırır. A.Adlerin fikrincə, Tanrı inancı in-
san həyatının ali məqsədidir.
A.Adlerin fərdi psixologiyasında din iki ba-
xımdan əhəmiyyət kəsb edir: fərdi motivasiya və
ictimai təsirlər. Tanrı mövcud olub-olmama cəhə-
tindən deyil, fərd üçün əsas motivləşdirici amil
kimi çıxış etdiyinə görə əhəmiyyətlidir. Bu inanc
insan davranışlarına istiqamət verir və onun
fəaliyyətinə məna qazandırır. Digər tərəfdən, din
141
Din psixologiyası
fərdin öz sosial mühitinə fəal təsir göstərməsinə
zəmin yaradır və sosial bir hərəkat kimi çıxış edir.
Bu baxımdan, həm dünya dinləri, həm də ibtidai
dinlər fərd və cəmiyyət üçün önəmli funksiyaları
yerinə yetirirlər.
5. Abraham Maslou (1908-1970)
Abraham Maslou humanist psixologiyanın
əsasını qoyan psixoloqlardan biri hesab olunur.
A.Maslou “Motivasiya və şəxsiyyət” adlı kitabında
insanın ruhi sağlamlığının mahiyyətini tədqiq et-
mişdir. Onun məqsədi ruhi baxımdan sağlam həyat
tərzi yaşayan və özünü reallaşdıran şəxslərin psi-
xologiyası əsasında ruhi pozğunluqların səbəbini
öyrənməkdən ibarət idi. Buna görə də onun huma-
nist psixologiyasının tədqiqat obyektini ruhi xəstə-
likləri olanlar yox, psixi baxımdan sağlam insanlar
təşkil edirdi.
İnsanın təbiət etibarilə xoşniyyətli olmasına
142
Psixoloqların dinə dair nəzəriyyələri
inanan A.Maslou düşünürdü ki, uyğun şəraitdə o
özünün potensiallarını və müsbət təmayüllərini
inkişaf etdirmə iradəsinə malikdir. A.Maslounun
fikrincə, insanların ehtiyaclarına cavab verən bir
sıra tələbatları vardır. Bu tələbatların öz-özlüyün-
də müəyyən iyerarxik quruluşu vardır. Alt səviyyə-
dəki tələbatlar təmin edildikdən sonra yuxarı
səviyyədəki tələbatlara ehtiyac yaranır. Abraham
Maslou, bu mənada, insan tələbatlarının 5 səviy-
yəsini fərqəndirmişdir: fizioloji tələbatlar, təhlükə-
sizliyə tələbat, mənsubiyyət və sevgiyə tələbat, hör-
mət tələbatı, özünüreallaşdırmaya tələbat.
1. Fizioloji tələbatlar: yemək-içmək,
cinsi ehtiyaclar və s.
2. Təhlükəsizliyə tələbat: müdafiə,
iztirabdan xilas olmaq və s.
3. Mənsubiyyət və sevgiyə tələbat: di-
gər insanlarla emosial münasibət-
lər və sevilmə ehtiyacı.
143
Din psixologiyası
4. Hörmət tələbatı: özünəhörmət eh-
tiyacı, insan ləyaqəti hissinə və
başqaları tərəfindən hörmət qa-
zanmağa ehtiyac.
5. Özünüreallaşdırmaya tələbat: ins-
an həyatının ali məqsədi kimi öz
istək, arzu, potensiallarının həyata
keçirilməsi, inkişaf etməsi və azad-
lığını reallaşdırmasına olan tələ-
bat.
A.Maslounun fikrinə görə, özünü reallaşdı-
ran insan bu və ya digər dinə sitayiş edib-etməmə-
sidən asılı olmayaraq dindar hesab olunur. Belə ki,
özünüreallaşdırma prosesində insanın rəhbər
tutduğu dəyərlər dinlərin ortaya qoyduğu dəyər-
lərlə eynilik təşkil edir. O, özünü reallaşdırmağa
can atan insanları “Tanrının yolunu tutanlar” kimi
xarakterizə edir. Özünü reallaşdıran insanlar dün-
ya dinlərinin də əsasında duran “özünənəzarət,
144
Psixoloqların dinə dair nəzəriyyələri
altruizm, ictimai mənfəətə üstünlük vermək, vasi-
tələrdən daha çox hədəflərə istiqamətlənmək”
kimi idealları rəhbər tuturlar.
A.Maslou Tanrı inancı və dini insanın bioloji
quruluşu ilə əlaqələndirir. Onun fikrincə, Tanrı
inancı və din duyğusu insanın təbiətində mövcud-
dur, onlar fövqəlbəşər xarakter daşımır. Maslou
dinin fərdi təcrübə aspektini yüksək qiymətlən-
dirir. Yəni o, fərdi dindarlığı müdafiə edir, lakin
dinin təşkilat, institusional aspektini isə qəbul
etmir, dini müəyyən bir qrupla assosiasiya etməyə
mənfi münasibət bəsləyir. “Ehkamçı din” və “mis-
tik din” kateqoriyalarını bir-birindən fərqləndirən
Maslou dindarları da iki qismə ayırır: ehkamçı
insan və mistik insan. Maslou mistik dini – həqiqi
din, mistik insanı isə həqiqi dindar hesab edir.
A.Maslounun humanist psixologiyasının
əsas anlayışlarından biri də “varlıq dəyərləri” an-
145
Din psixologiyası
layışıdır. “Varlıq dəyərləri” dedikdə, yaxşılıq, xeyir-
xahlıq, ədalət, doğruluq, təvazökarlıq və digər uni-
versal etik dəyərlər nəzərdə tutulur. Bu dəyərlər,
eyni zamanda, dini bir məna daşıyır. Belə ki, din-
lərin də əsas məqsədi varlıq dəyərlərinin bərqərar
edilməsidir. Odur ki, bu dəyərləri ideal formada
həyata keçirməyə cəhd göstərən insan dindar
hesab olunur. Özünü reallaşdırmağa çalışan insan
məhz varlıq dəyərləri əsasında həyatını tənzim-
ləyən şəxslərdir. Deyilənlərdən aydın olur ki,
özünü reallaşdıran şəxslərə xas olan xüsusiyyətlər
dinlərin təbliğ etdiyi əsas dəyərlərlə uyğunluq
təşkil edir. Buna görə də Maslounun psixologi-
yasında din insitutu varlıq dəyərlərinin təminatçısı
kim böyük əhəmiyyətə malikdir.
146
Psixoloqların dinə dair nəzəriyyələri
6. Erix From (1900-1980)
Erix From psixoanalitika nəzəriyyəsinin
inkişaf etdirilmiş neofreydizm cərəyanının nüma-
yəndələrindən biridir. O, psixoanalitik nəzəriy-
yənin əsaslarını qəbul etsə də, Freydin “libido”ya
ifrat dərəcədə əhəmiyyət verdiyni düşünürdü.
E.From hesab edirdi ki, insanın davranışlarının, sa-
dəcə, cinsi instinktlər əsasında izah edilməsi müm-
kün deyil, çünki insan həm də təbiət etibarilə sosial
varlıqdır. İnsan ünsiyyətə, həmrəyliyə meyillidir.
Onun şəxsiyyətinin formalaşmasında təkcə süur-
altı hisslər deyil, eyni zamanda, sosial-iqtisadi
amillər də mühüm rol oynayır.
Metodoloji baxımdan insan psixikasını öy-
rənmək üçün sadəcə müşahidə edilə bilən davra-
nışlarla kifayətlənmək də ona görə doğru deyildir.
İnsanın arzu, istək, məqsədləri də nəzərə alınmalı,
özünümüşahidə metodundan istifadə edilməlidir.
Qeyd edilməlidir ki, insan şüuraltı qüvvələrin təsiri
altında olmadığı kimi, sosial-iqtisadi amillərin də
147
Din psixologiyası
passiv məhsulu deyildir. E.Fromun psixologiyasın-
da insan sosial mühiti nəzərə alan və ona fəal
reaksiya verən iradə sahibi bir varlıq kimi nəzərdən
keçirilir. Bu baxımdan, E.From humanist psixologi-
yaya yaxınlığı ilə diqqəti cəlb edir.
E.Fromun fikrincə, insan davranışlarına ən
çox təsir edən motivasiya mənbəyi sevgi duy-
ğusudur. O, sevginin, sadəcə, bir duyğu olmadığını,
eyni zamanda, bilik və fəaliyyət tələb edən bir amil
olduğunu düşünür. Sevgi bir şeyə nail olmaqdan
çox bəxş etmək, başqalarına töhfə verməklə bağ-
lıdır, digər insanlara hörmət və qayğı göstərmək
fəaliyyətidir. Sevmək, həmçinin bütün insanlara
qarşı bu duyğunu istiqamətləndirməkdir; əgər in-
san təkcə bir nəfəri sevib, digər insanlara qarşı
laqeydlik edirsə, bu, həqiqi sevgi deyildir. Sevgi
bütün insanları, dünyanı, həyatı, Tanrını sevmək-
dir. E.From hesab edir ki, həqiqi dinin kökündə
sevgi dayanır. Əgər dinin təlimləri insanlarda
azadlıq, xoşbəxtlik yaradırsa, həmin din sevgiyə
148
Psixoloqların dinə dair nəzəriyyələri
əsaslanır. Yox, əgər dini təlimlər insanda iztiraba,
əsarətə səbəb olursa, deməli, o din mənbəyində
sevgi mövcud deyildir.
E.From din və Tanrı ilə bağlı baxışlarını
“Psixoanaliz və din”, “Özünü müdafiə edən insan”
və s. kitablarında irəli sürür. E.From dinlərin əsas
funksiyasının insanın inkişafı və özünü reallaşdır-
masının təmin edilməsi olduğunu bildirir. Bu ba-
xımdan, insanın hansı dinə sitayiş etməsi əhəmiy-
yət kəsb etmir, əhəmiyyətli olan insanın sevməsi
və özünü təkmilləşdirməyə cəhd etməsidir. Etiqad
göstərdiyi dində bu xüsusiyyətlər mövcuddursa,
dini simvollar, rituallar və ehkamlar ikincidərəcəli
əhəmiyyətə malikdir.
Dinə funksionalist aspektdən yanaşan E.Fro-
ma görə, əsas olan dinin yerinə yetirdiyi funk-
siyalardır. O, dinə belə tərif verir: “Din – bir qrup
tərəfindən bölüşülən, həmin qrupun üzvlərinə özlə-
rini həsr etdikləri hədəflər və ortaq davranış nümu-
149
Din psixologiyası
nələri təqdim edən düşüncə sistemidir”. Erix Fro-
mun ifadə etdiyi kimi, insanda istiqamətlənmə və
bağlanma ehtiyacı vardır. İnsan varlığının ayrılmaz
hissəsi olan bu istiqamətlənmə və bağlanma ehti-
yacı, eyni zamanda, ən böyük enerji qaynağıdır.
İstiqamətlənəcək və bağlanılacaq məqsədə sahib
olma baxımından dinə ehtiyacı olmayan insan yox-
dur. Tarix boyunca din institutunun universal key-
fiyyətə malik olmasının səbəbi insanın varlıq quru-
luşunda mövcud olan istiqamətlənmə və bağlanma
ehtiyacıdır.2
E.From dinləri insanın azadlığı və inkişafına
töhfə vermə, yaxud buna mane olma baxımından,
“humanist din” və “avtoritar din” kateqoriyalarına
ayırır. Avtoritar din ehkamçı və tanrımərkəzlidir.
Avtoritar dində fərd özünü mütləq gücə sahib olan
fövqəltəbii varlıq qarşısında aciz hiss edir. Bu,
onun özünüinkişafı üçün maneə təşkil edir. E.From
2 Fromm, Erich, Psikanaliz ve Din, çev: Şükrü Alpagut, İstanbul 1990, s.
34-35.
150