The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

şiə gəncin vəhabi suallarına cavabları

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by elmeddinquliyev022, 2022-03-18 16:56:07

Şiə gəncin vəhabi suallarına cavabları

şiə gəncin vəhabi suallarına cavabları

İran İslam Respublikasının
Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi

Məhəmməd Təbəri 

 
 
 
 

ŞİƏ GƏNCİN  
VƏHHABİLƏRİN SUALLARINA  

CAVABI 

Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin DK-97d-09/15 №-li
razılıq məktubuna əsasən nəşr olunmuşdur.

Tərcümə: İran İslam Republikasının
Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzi

Redaktor: Seyid Əliəsgər Behbudlu

ŞİƏ GƏNCİN VƏHHABİLƏRİN SUALLARINA CAVABI
Bakı, QANUN nəşriyyatı, 2017, 272 səh., 200 tiraj
Çapa imzalanmışdır: 30.05.2017

ISBN 978-9952-36-324-1

© Məhəmməd Təbəri, 2017
© QANUN nəşriyyatı, 2017

 2

ÖN SÖZ

1979-cu ildə İranda İslam İnqilabının parlaq qələbəsi dünyanın
diqqətini bu inqilabın fikri əsaslarına çəkdi. Belə ki, boş əllə və si-
lahsız olan bir cəmiyyətin başdan-ayağa silahlanmış zalım Pəhləvi
rejiminə necə qələbə çalması hamını düşündürməkdə idi. Allahın
kitabına, Həzrət Peyğəmbərin (s) sünnəsinə və Əhli-beyt (ə) yoluna
sadiq qalan bir dövlət onunla davam edən düşmənçiliklərə rəğmən,
hələ də ayaq üstədir və inşallah, Allahın istəyi ilə ayaq üstə qala-
caqdır.

Bu hadisə dünyanın müxtəlif mütəfəkkirlərini, yazıçılarını və
tədqiqatçılarını Quranda sitayiş olunan və onlar üçün xüsusi bir
hüquq olan Əhli-beyt (ə) təlimi ilə tanışlıq fikrinə saldı və həqiqəti
yaxından öyrənmək istədilər.

Dünyanın bu təlimi tanımağa üz tutması başda Amerika və onun
müttəfiqləri olmaqla böyük qüdrətləri və sionistləri qorxuya saldı.
Onlar bu uca fikir və təfəkkürün regionda yayıla biləcəyindən və
onların təsis etdikləri qondarma hökumətlərin laxlayacağından
qorxuya düşdülər. Ona görə də yalançı və tanınmayan firqə və
məzhəblərin ətəyindən yapışdılar ki, onların köməkliyi ilə Əhli-
beytin (ə) simasını ləkələsinlər və onun azadlıqsevər fikirlərinin
yayılmasına mane olsunlar.

Təbiidir ki, həmin qondarma və saxta məzhəblərin içərisində
vəhhabilik xüsusi rol oynamış oldu. Çünki onun üzərində İslam adı
var idi və həmçinin iqtisadi qüdrət və digər imkanlar baxımından
bu sahədə daha faydalı ola bilərdi. Buna görə də İran İslam İnqi-

 3

labından sonra istismarçıların yaratdıqları bu firqənin məsul şəxs-
ləri şiəlik haqda çoxlu kitabların və məqalələrin çapına, eləcə də
televiziya proqramlarının hazırlanmasına başladılar. Onların başlıca
hədəfi şiəliyin qeyri-məntiqi və qəbuledilməz olduğunu diqqətə
çatdırmaq idi.

Əhli-beytin (ə) düşmənləri bu günədək müvafiq sahəyə o qədər
vəsait ayırıblar ki, məzhəblərin tarixində bunun misli görün-
məmişdir. Yalnız Sudanın paytaxtı Xartumda “əl-Şiə vəl-Təshih”
kitabının səkkiz milyon nüsxəsi, habelə həmin ölkənin digər mən-
təqələrində isə iki milyon nüsxəsi yayılmışdır. Bu ölkədə yaşayan
insanların günahı isə Əhli-beytə (ə) olan sevgiləriydi.

Bu məsələləri izləyənlər deyirlər: Təxminən 40000 İnternet saytı
vəhhabiliyi təbliğ etməklə məşğuldur. İndiyə qədər dünyada şiə
əleyhinə təxminən 10000 kitab və məqalə çap olunmuşdur ki, on-
ların bəzilərinin tirajını milyonlarla nüsxə təşkil etmişdir. Şiəliyin
əleyhinə olan bu dalğa bir çox həqiqətpərəst və ziyalı alimləri bu
təlimlə yaxından tanış olmağa məcbur etdi. Onlar fikirləşirdilər ki,
görəsən, bu təlimin əleyhinə olan bu qədər hay-küy nəyə görədir.

Onlar bir qrup şiə alimləri ilə yaxından əlaqə saxlayıb həqiqəti
soruşdular və nəticədə iftiraçıların yalanlarını anladılar, indi də
anlamaqdadırlar. Onlar “‫“ ”يدخلون في دين ﷲ افواجا‬dəstə-dəstə Allahın
dininə daxil olacaqlar.”

Beləcə, şiə alimləri bir addım belə atmadan Misirdə, İordani-
yada, başqa ərəb ölkələrində, hətta Avropa və Amerikada şiəliyi
tanıma dalğası yarandı və pak qəlbli cavanların ürəyi Əhli-beyt (ə)
təliminin məhəbbəti ilə doldu. İş o yerə gəlib çatdı ki, onların bəzisi
vəhhabi yazarlardan uzaqlaşdılar.

Təəccüblüdür! Tarix təkrarlanır. Roma Papasının rəhbərlik et-
diyi idarə də bir müddət İslam dinini xoşa gəlməyən bir din kimi
göstərməyə çalışmış və hətta bu məqsədlə müxtəlif adlar altında
ordular da yaratmışdır. Ancaq bu mənfur təbliğat əks nəticə verdi

 4

və İslam dalğası bütün Avropanı və Amerikanı bürüdü. Allah-
təalanın köməkliyi ilə inşallah, xristian Avropası müsəlman Avro-
pası olacaqdır.

Yaxın vaxtlarda “Şiə gənclərin hidayət edilməsinə səbəb olan
suallar” adlı bir kitabça əlimə keçdi. Bu kitabçada müəllifin, tərcü-
məçinin adı, habelə nəşriyyatın və çap olunduğu mətbəənin adları
belə göstərilməmişdi.

Həmin kitabçanın müqəddiməsində belə yazılmışdı: “Mən bu
sualları müxtəlif saytlardan və şiə əleyhinə olan kitablardan
toplamışam və burada mənim həmin sualları toplamaqdan savayı
başqa bir rolum olmamışdır.”

Kitabı tərtib edən və ya tərtib edənlər belə iddia edirlər: “Bu
sualların nəticəsində cavanlar hidayət olunmuşlar.” Ancaq onlar
həmin gənclərdən yalnız Bəhreyndən olan bir cavanın adını çəkir-
lər. Əgər bu məlumat düzgündürsə, deməli yalnız bir gənc Əhli-
beyt (ə) vilayətindən ayrılıb və Əməvi vilayətinə qoşulmuşdur.
Lakin kitabı tərtib edənlər həmin gənci heç görməyiblər.

Beləliklə, hidayət olunduğu iddia edilən cavanlardan bir xəbər
yoxdur və adı çəkilən saytlar isə vəhhabi saytlarıdır ki, bütün dünya
müsəlmanları onlara nifrət edirlər.

Adı çəkilən saytlar siyasi saytlardır və Londondan idarə olunur.
Misal üçün: www.isl.uk və onları idarə edənlər İran İslam
Respublikasının dövlətçilik sistemi ilə müxalif olanlardır. Hazırda
qarşımızda duran əsas sual bundan ibarətdir ki, görəsən, həmin
sualları gənclərin özləri verərək və onlara cavab tapa bilmədik-
lərindən Əhli-beytdən (ə) üz döndərib Əməvi firqəsinə qoşulublar,
yoxsa bu sualları başqaları tərtib etmişlər?

Görəsən, Quran nöqteyi-nəzərindən doğru yol öz suallarını elm
və zikr əhlindən soruşmaq deyilmi? Əgər belədirsə, cavabları

 5

tapdıqdan sonra hamısını bir yerə toplayar və Quran ayəsinə riayət
edərək çap edərdilər: “‫”فَ ْسئَلُو ْا اَ ْھ َل ال ﱢذ ْک ِر إِن ُکنتُ ْم لاتَ ْعلَ ُمو َن‬1

Həqiqətdə sualların cavabını Quran və sünnətdə axtarıb tapma-

lıydılar. Quran da belə buyurur:
‫أَا ْلحآ َسِخ ُنِر‬ ‫َو ا ْليَ ْو ِم‬ ِ ‫تُ ْؤ ِمنُو َن بِا ﱠ‬ ِ‫ﱠﷲ‬
“ ‫َخ ْي ٌر َو‬ ‫”ذلِ َك‬2 ‫ُك ْنتُ ْم‬ ‫إِ ْن‬ ‫ال ﱠر ُسو ِل‬ ‫َو‬ ‫إِلَى‬ ُ‫فَ ُر ﱡدوه‬ ‫َش ْي ٍء‬ ‫في‬ ‫تَنا َز ْعتُ ْم‬ ‫فَإِ ْن‬
ً‫تَأْويلا‬

Bu sualları sadə, az məlumatı olan, yaxud məlumatsız və ya

müvafiq sahənin mütəxəssisi olmayan gənclərə vermək elmi qay-

daya, eləcə də dindarlıq qaydalarına tam ziddir.

                                                           
1 Ənbiya surəsi, 7-ci ayə: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”
2 Nisa surəsi, 59-cu ayə: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və
qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu, daha
xeyirli və nəticə etibarilə daha yaxşıdır.”

 6

VƏHHABİLİK CƏRƏYANI İLƏ TANIŞLIQ

Həmin sualları radikal vəhhabilər hazırladıqlarına görə, bu cərə-
yanın kökü, onu yaradan və Əhli-sünnətin arasında onların yeri
barədə danışmaq lazımdır. Bilmək lazımdır ki, bu qondarma və
saxta təlim nə zaman yaranmışdır.

Vəhhabiliyin ideoloji əsasları hələ h.q. tarixi ilə VIII əsrdə İbn
Teymiyyə Hərrani tərəfindən yaradılmışdır. O, Həzrət Peyğəmbərin
(s) sünnətinə zidd olaraq heç bir zaman evlənməmiş və azğın fikir-
lərinə görə dörd dəfə zindana salınmışdı. İbn Teymiyyə Əhli-sün-
nətin görkəmli şəxsləri tərəfindən tənqid olunaraq təkfir edilmişdir.
Onun kafir olması barədə fikirlərini bildirən bəzi Əhli-sünnət
alimlərinin qeydlərini də burada təqdim edəcəyik. Burada onu da
qeyd etməyi özümüzə borc bilirik ki, vəhhabilik sonradan, yəni h.q.
tarixi ilə XII əsrdə Məhəmməd ibn Əbdülvəhhab tərəfindən daha
da genişləndirildi. Bu təlimin yaradıcılarının əsas hədəfi müsəlman-
lar arasında təfriqə yaratmaq və öz yaxınlarından savayı başqa hər
bir kəsi təkfir etməkdir.

Şafii məzhəbinin görkəmli nümayəndəsi Təqiəddin əl-Səbki1
deyir:

–Məhəmməd ibn Əhməd ibn Osman əl-Zəhəbi tarixçi və rical
alimidir. Əhli- sünnətin ehtiram etdiyi bir şəxs və İbn Teymiyyənin
şagirdidir. O, İbn Teymiyyənin fikirlərini rədd edərək “Bəyan
zoğləl elm vəl-Tələb” əsərini yazmışdır. O, bu kitabda İbn Teymiy-
yənin fikirlərindən bəhs edərək son dərəcə təəssüfləndiyini bildir-
mişdir.2

                                                           
1 Müqəddimə əl-Dürrur muziə fi rədd əla İbn Teymiyyə.
2 Bu kitab bir çoxlarının inkar etməsinə baxmayaraq, Zəhəbiyə məxsusdur.
Çünki Hafiz Səxavi özünün “əl-Əlan bil- Tubix” əsərində yazır: “Mən Zəhəbiyə
məxsus bu kitabı görmüşəm.” “əl-Əlan bil-Tubix”, səh.77.

 7

İbn Həcər Heysəmi qeyd edir ki, İbn Teymiyyəni Allahın azğın,
zəlil, kor və kar etdiyi bir bəndə hesab edir.1

Qazi Tacəddin əl-Səbki yazır ki, İbn Teymiyyə alimlərə böyük
ziyan vurmuş, öz şagirdlərini cəhənnəm uçurumuna yuvarlatmış-
dır.2

Əllamə Təqiəddin əl-Hüsni yazır: “İbn Teymiyyə qəlbində xəs-
təliyi olan, azğın və fitnəkar bir adamdır.”3

İbn Həcər Əsqəlani “Hədislər əmiri” adı ilə məşhurdur. O, hə-
dislər və İmam Əlinin (ə) şəxsiyyəti barədə mövzulara toxunmuş,
eləcə də səhih hədisləri rədd etməkdə məşhur olan İbn Teymiyyəni
tənqid etmişdir. O, belə yazır: “Bir çox mötəbər hədisləri rədd
etmiş və bəzi şəxsləri (misal üçün, İbn Teymiyyə onun müasiri olan
Əllamə Hillini murdarlanmış adam adlandırırdı!) pisləməkdə çox
ifrata varmışdır. Hətta o qədər ifrata varmışdır ki, bəzən Əli ibn
Əbu Talibin (ə) naqis olaraq göstərilməsinə belə səbəb olur.”4

Alusi təfsir müəllifidir və o, İbn Teymiyyəni yolundan azmış bir
şəxs adlandıraraq onun barəsində İbn Həcər Əsqəlani kimi belə
deyir: “Küfr etməkdə və nalayiq sözlər danışmaqda məşhurdur.”5

Zahid Kövsərinin müasirlərindən olan Seyid Həsən Səqaf və bir
çox başqa şəxslər isə demişlər: “Vəhhabilər Müaviyəyə iqtida edən
və İmam Əliyə (ə) qarşı mübarizə aparan, habelə onda ayıb
axtaranlara “şeyxülislam” deyərək onların fikir və nəzərlərini vəhy
kimi qəbul edirlər.”

Bu cərəyan tarixin bir dönəmində sakit qaldı, lakin bir müddət-
dən sonra Məhəmməd ibn Əbdülvəhhab tərəfindən yenidən təbliğ
edilərək yayıldı. Bu cərəyanın banilərinin və onu yayanlarının ən

                                                           
1 əl-Fətavi əl-Hədisə, səh.144.
2 Təbəqat əl-Şafeiyyə, IV cild, səh.76.
3 Dəf əl-Şübəhat ən-Rəsul vəl-Risal.
4 Lisanül-mizan, VI cild, səh. 319.
5 Ruhul-məani, I cild,səh. 18-19.

 8

başlıca məqsədi müsəlmanlar arasında təfriqə salmaq, özlərindən
və yaxınlarından savayı başqa hər bir kəsi təkfir etməkdir.

Hər bir halda qeyd etdiyimiz kitabda1 müəyyən bir qəribəlik və
ziddiyyət özünü aydın şəkildə göstərir. İndi isə həmin kitabın
müqəddiməsindən bir səhifəni ixtisarla təqdim edirik:

Kitabın dördüncü səhifəsində belə yazılıb: “Allahın iradəsi
müsəlmanların qruplara və müxtəlif məzhəblərə ayrılaraq düşmən
vəziyyətdə bir-birinin əleyhinə sui-qəsd edərək bölünmələrində
olmuşdur. Bəli, təfriqəyə düçar olaraq və ...”

Bir neçə sətirdən sonra belə davam edir: “Beləliklə, öz ümmə-
tinin xeyirxahı olanlar və onların vəhdətdə olmasını istəyənlər haqq
bayrağının altına qayıtsınlar. Əxlaq, şəriət və əqidə baxımından
Həzrət Peyğəmbərin (s) dövrünə qayıtmağa çalışsınlar.”

Bu müəllifin şiə gəncləri dəvət etdiyi məzhəbdə bir tərəfdən,
Allah müsəlmanları qruplara bölünüb bir-biri ilə düşmənçilik et-
məsini istəyir, digər bir tərəfdən isə onların vəhdətini istəyir!

Əgər həqiqətən də Allahın iradəsi iki dəstəlikdirsə, o zaman ki-
tab və sünnət ilə vəhdətə dəvət ləğv olunmuş sayılacaq. Çünki Al-
lahın iradəsi faydalıdır və ondan qayıdış yoxdur:

2‫إِنﱠ َما أَ ْم ُرهُ إِ َذا أَ َرا َد َش ْيئًا أَ ْن يَقُو َل لَهُ ُک ْن فَيَ ُکو ُن‬
– Allah bir şeyin var olmasını iradə etdiyi zaman Allahın əmri
ona ancaq “ol” deməkdir. O da dərhal olar.

İndi isə bu barədə qısa bir hədisi özün oxu!
Müəllif şiə cavanları Əhli-sünnət yoluna və qaydasına dəvət
etmək istəyir və Əhli-sünnət dedikdə isə məqsədi yalnız vəhhabi-
lərdir. Onlar özlərini Əhli-sünnət adlandırırlar və dünya müsəl-

                                                           
1 Şiə gənclərin hidayət edilməsinə səbəb olan suallar.
2 Yasin surəsi, 82-ci ayə.

 9

manlarının çoxunu təşkil edən Əhli-sünnət firqələri isə bu bir qrup
adamın nəzərində Əhli-sünnət deyillər. Vəhhabilər Əhli-sünnət fir-
qələrinin təmsilçilərini açıq şəkildə təkfir edərək onları müşrik sa-
yırlar.

Hətta müəllifin özü müqəddimənin sonunda yazır: “Sonda
onlara xatırladıram ki, haqqa qayıtmaq batil yolu davam etməkdən
yaxşıdır və əgər onlardan biri hidayət olunsa və sünnətə bağlı olsa,
onun yeri dinlərindən üz çevirib və ömürlərini şəhvətlə məhv edən,
ya da şübhələrə düçar olan minlərlə tənbəl və işsiz sünnidən daha
üstün və yuxarıdır.”1

                                                           
1 Şiə gənclərin hidayət edilməsinə səbəb olan suallar.
  10

KİTABIN ARAŞDIRILMASI

Bundan öncə də dedim ki, “Şiə gənclərin hidayət edilməsinə
səbəb olan suallar” kitabçası şiə etiqadını tənqid etmək məqsədilə
çap olunmuşdur və bu kitabçada 178 sual yazılmışdır.

İndi isə kitabçanın mətni ilə tanış olmaq üçün kənar məsələləri
nəzərə almadan bir neçə məqamı xatırlatmaq istəyirəm.

Sualları yazan və yaxud yazanlar bəzən eyni bir sualı 27 dəfə
təkrar etmişlər. Misal üçün, “Şiələrin səhabələrin dindən çıxmaları
haqda əqidələri nədən ibarətdir?” Onlar bir sual vasitəsilə bunu
soruşa bilərdilər. Lakin onlarda sualların sayını artırmaq istəklə-
rinin olması nəzərə çarpır.

Bəzi sualların cavabı digər suallarda verilmişdir. Misal üçün,
səhabələrin dindən çıxması barədə Həzrət Peyğəmbərdən (s) belə
bir hədis nəql edirlər: “Mən Kövsər hovuzunun kənarında idim.
Tərəfdaşlarımdan bir dəstə daxil olmaq istədilər, lakin onlara icazə
verilmədi. Mən onların mənim səhabələrim və tərəfdaşlarım olduq-
larını dedim. Bildirdilər: Onların səndən sonra dində nə bidətlər
qoyduqlarını bilmirsən!”

Bu hədis səhabələrin dindən çıxmalarına aid 27 sualın cavabıdır.
Həmin hədis 115-ci sualda verilmişdir.
Bəzi suallar digər suallarla uyğun deyildir. Misal üçün, 71-ci
sual belədir: “Bütün səhabələr Əbu Bəkrlə beyət etdilər və heç bir
müxalifətçilik olmadı.” Ancaq 76-cı sualda belə yazılmışdır: “Ən-
sar Əbu Bəkrlə müxalifətçilik etdi və Səd ibn Übadə ilə beyətə
çağırdılar. Əli evdə oturdu və nə onlarla idi, nə də bunlarla.”
Bəzi suallar əslində sual yox, əksinə bir iddia və ittihamdır.
Misal üçün, 123- cü sualda belə yazılmışdır: “Şiənin qaydalarından
biri də budur ki, Əhli-beytdən hər kəs imamlıq iddiası etsə, gərək
xariqüladə bir şey etsin. Bu onun düzgün olmasının nişanıdır və bu
yolla imamlığı təsdiq olunur.”

  11

Burada heç bir sual qeyd olunmamışdır. Bu iddia əslində bir
ittihamdır və şiə imaməti bu cür müəyyən etmir.

Bəzi suallar Əllamə Məclisi kimi alimlərin dediklərini səhv
anlamaqla bağlıdır. Yəni elə başa düşüb ki, şiələr ziyarət oxuduq-
dan sonra üzü qəbrə namaz qılırlar. (155-ci sual)

Bəzi sualların, bəlkə də əksəriyyətinin sənədi yoxdur və bilinmir
ki, haradan götürüb şiəyə aid ediblər. Qeyd etmək lazımdır ki, bu
məqam əksər suallara hakimdir və nümunə yazmağa ehtiyac
yoxdur.

Bəzi suallar bir şiə aliminin şəxsi fikirlərinə dair tənqidlərlə
bağlıdır və bunu bütün şiələrə aid edirlər.

Həzrət Mehdi (ə.c) barəsində olan sualları elə yazırlar ki, guya
bu, sünnilərin və şiələrin müştərək inancı deyildir! Doğrudur ki,
Həzrət Mehdinin (ə.c) anadan olması bir çox Əhli-sünnət alimləri
tərəfindən qəbul edilməyib, lakin bəzi sünni alimləri Həzrətin (ə.c)
anadan olmasına etiqad edirlər. Bir qrup sünni alimi Həzrət Meh-
dinin (ə.c) hədislərini mütəvatir (düzgün) hədislərdən sayırlar və bu
barədə dəyərli kitablar belə yazmışlar. Hətta son illərdə Ərəbis-
tanda “Bəyn yədi əl-Saə” adlı bir kitab da yazılmışdır ki, məhz bu
kitab bir çox anlaşılmayan məsələlərin üzərindən pərdəni
götürmüşdür. Ancaq bu sualı yazan və ya yazanlar mehdiçilik
məsələsini bu şəkildə təhqir və ya inkar edirlər.

Qeyd edilən kitabda bir çox olmuş tarixi hadisələr də inkar edilir
və çalışılır ki, guya səhabələr arasında heç bir ixtilaf mövcud
olmamışdır. Həmçinin Bəni- Haşim ilə Bəni-Üməyyə arasında tam
qarşılıqlı məhəbbət olduğu bildirilmişdir. Bunun üçün də bir çox
dəlillər, o cümlədən də bu iki qövmün təmsilçiləri arasında, özü də
aşağı səviyyələrdə bir neçə evlilik hallarının baş verməsindən söz
açılır.

Suallarda şiəliyə qarşı məsxərələrə və təhqiramiz sözlərə də rast
gəlinir, hətta İmam Həsən (ə) və İmam Hüseynin (ə) cənnət

  12

cavanlarının ağası olması məsələsi elə bir şəkildə qeyd edilir ki,
heç bir həqiqi müsəlman və hidayət olunan şəxs belə bir danışıq
tərzini təsəvvür edə bilməz. Yalnız təəssübkeş, kinli və savadı az
olan adamlar belə bir danışıq tərzindən istifadə edə bilərlər. Ürəyi
yanan və həqiqətpərəst insanlar bu cür danışa bilməzlər.

Kitabı tərtib edən yazır: “Mən bu sualları saytlardan toplamı-
şam.” Gəlin baxaq görək, bu sözlər nə dərəcədə doğrudur.

Həqiqət budur ki, bu kitabı Süleyman ibn Saleh əl-Xəraşi1
ərəbcə yazıb və kitabın ərəbcə adı belədir: “Əsələ qadət şəbab şiə
ila əl-Həqq.” Kitabın tam mətni ərəb dilində vəhhabi saytlarında
mövcuddur və ər-Riyadda çap olunmuşdur.

Bununla belə, necə iddia etmək olar ki, həmin sualları saytlardan
toplamışam?

Onu da qeyd etməliyik ki, bu sualların əksəriyyəti doktor Nasir
ibn Əli əl-Qəffari tərəfindən toplanılmış və “Əqaid şiə isna əşə-
riyyə ərz və nəqd” kitabında təqdim olunmuşdur. O, Ərəbistanın
Qəsim bölgəsindəki Məhəmməd ibn Səud Universitetinin müəlli-
midir.

Əsl həqiqətdə onlardan heç biri bu sualları müəyyən bir fikri
irəli sürmək üçün toplamayıb, əksinə bir-birilərindən götürüblər.
Doktor Qəffarinin kitabı barəsində onu demək lazımdır ki, bu kitab
yalan və böhtanla doludur. Bundan əlavə, onun kitabında təhqira-
miz və ədəbsiz sözlər kifayət qədərdir. Bu üzdən onun kitabı de-
mək olar ki, qəbul edilməmişdir və hər bir kəs ədəbsizliyi üzündən
ona nifrət edir. Buradan da məlum olur ki, əgər bir məzhəb və
cərəyan belə bir üsulla yayılmaq, öz əhatə dairəsini genişləndirmək
istəyirsə, təbiidir ki, ümmət tərəfindən qəbul edilməyəcəkdir. Çünki
adı çəkilən cərəyanın təmsilçiləri haqdan və ixlasdan uzaqdırlar.

                                                           
1 Şiənin qətlini vacib bilən şəxs və eyni zamanda bu suallarla onları hidayət
etmək istəyən şəxs!

  13

Xüsusilə də İslam Peyğəmbərinin (s) sünnətinə riayət etmək iddiası
ilə yalnız özlərini Əhli-sünnət hesab edir və başqalarına qarşı
təzyiq və düşmənçilik edirlər. Məgər İslam Peyğəmbəri (s) yalan
danışan, başqalarını təhqir edən və nalayiq sözlər danışan bir şəxs
olmuşdur? Əsla, heç bir vaxt!

Odur ki, vəhhabilərdən soruşuruq: “Əgər bu suallarla şiə ca-
vanlarını hidayət edə bilirsinizsə, bəs niyə öz cavanlarınızı indiyə-
dək hidayət edə bilməmisiniz? Bu gün onların əksəriyyəti dindən
uzaqlaşmışdır. Onlardan minlərlə gənc marksizm və liberalizm
təlimlərinin toruna düşərək, eləcə də yollarını azaraq terrorizm və
narkomaniya kimi bəşəri bəlalara meyil edərək öz İslam və ərəb
mədəniyyətlərindən üz çevirmişlər.

Şiə gəncləri isə Allaha şükürlər olsun ki, bu gün də Səqəleynə
söykənməklə, Quran və Əhli-beyt (ə) mədəniyyəti ilə yaxından
tanış olduqlarından kənar meyillərdən uzaqdırlar. Onların barəsində
bir şübhəniz olsa, şiə alimlərinə müraciət etməklə öz cavablarınızı
ala bilərsiniz. Əmin olun ki, bu cür suallar onları sarsıda bilməz,
əksinə onları dinlərində daha da möhkəmləndirir. Bu cür əməl və
hərəkətlər barədə belə demək lazımdır: “Allah istərsə, düşmən də
xeyirli ola bilər.”

Bir mətləbə də işarə etmək zəruridir ki, bu kitabda üç mövzuya
hər şeydən daha artıq diqqət yetirilmişdir:

1. Səhabələrin dindən çıxması, yəni şiələrin etiqadına görə,
səhabələrin Həzrət Peyğəmbərdən (s) sonra dindən uzaqlaşması;

2. Səhabələrin təhqir edilməsi, yəni şiələrin səhabələri söyməsi;
3. Həzrət Peyğəmbərin (s) xanımı Ayişəyə hörmətsizlik edil-
məsi.
Hazırda bu üç mövzunun səhih olub-olmaması ilə heç bir işimiz
yoxdur, çünki sual və cavablarda şiələrə atılan həmin böhtanların
əsassızlığı aşkara çıxarılacaqdır.

  14

Burada qeyd edəcəyimiz əsas məqam isə ondan ibarətdir ki,
yuxarıda haqqında bəhs olunan həmin üç mövzu şiənin müxalifləri
olanlar barədə daha səhihdir. Çünki hər üç mətləb onların ən səhih
kitabları olan “Səhihi-Buxari” və “Səhihi-Müslim”də qeyd edilmiş-
dir. Lakin təəssüflər olsun ki, həmişə bunlara göz yummuşlar. Hə-
min mənbələrin əsasını isə qeyd etdiyimiz kimi, “Səhihi-Müslim”
və “Səhihi-Buxari” təşkil edir. Biz qeyd etdiklərimizin sübuta çat-
dırılması üçün hər üç mövzuya aid ən səhih kitablardan nümunələr
təqdim edəcəyik.

1. Səhabələrin dindən uzaqlaşması

544-cü ildə anadan olan və 606-cı ildə dünyadan köçən uca
məqamlı hədis nəql edən İbn Əsir Cərzi “Cameül-üsul fi əhadis ər-
Rəsul” adlı bir kitab yazaraq altı kitabın hədislərini orada toplamış-
dır. Həmin kitabın X cildinin altıncı bölməsində, “Hovuz” mövzu-
sunda “Səhihi-Buxari” və “Səhihi-Müslim”dən on hədis nəql edil-
mişdir ki, onların hamısı Həzrət Peyğəmbərin (s) dünyadan köçmə-
sindən sonra səhabələrin dindən çıxmalarına aiddir. Hədislərin ha-
mısının burada nəql olunmasının məqsədəuyğun olmadığını düşü-
nərək onların nömrələrini də qeyd etməklə yalnız ikisini təqdim
etməklə kifayətlənirik.

1.Buxari və Müslim Əbu Hüreyrədən belə nəql edirlər ki, Həzrət
Peyğəmbər (s) buyurdu:

“ ‫ يَا َر ﱢب‬:‫ فَأَقُو ُل‬،‫ فَيُجلو َن َعن ال َحو ِض‬،‫يَ ِر ُد َعلَ ﱠي يَو َم القِيَا َم ِة َرھطٌ ِمن أَص َحابِي‬
‫ إِنﱠ ُھ ُم ارتَ ﱡدوا َعلَى أَدبَا ِر ِھ ُم القَھقَ َرى‬،‫ إِنﱠ َك َلا ِعل َم لَ َك بِ َما أَح َدثُوا بَع َد َك‬:‫”أَص َحابِي! فَيَقُو ُل‬1

–Qiyamət günündə səhabələrimdən bir qrup yanıma gələcəklər,
ancaq onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: “İlahi!

                                                           
1 Cameül-üsul, X cild, səh. 469, nömrə 7998.

  15

Onlar mənim səhabələrimdir.” Xitab gələcək: “Sən onların səndən
sonra nə bidətlər qoyduqlarını bilmirsən? Onlar dindən dönərək
əvvəlki hallarına qayıtmışlar.”

Bu hədisi Buxari və Müslim öz səhihlərində nəql etmişlər.
2. Buxari öz səhihində belə nəql edir: “Həzrət Peyğəmbər (s)
buyurdu: “Mən hovuzun kənarında dayanaram. Bir qrup yaxınlaşar
və mən onları tanıdıqda onlarla mənim aramda bir nəfər ortaya
çıxar və deyər: “Gəlin gedək.” Deyərəm: “Onları hara aparırsan?”
Deyər: “Atəşə tərəf.” Soruşaram: “Onlar nə etmişlər?” Deyər: “On-
lar dindən üz çevirmişlər və əvvəlki vəziyyətlərinə qayıtmışlar.”1
Yenə də bir qrup zahir olur. Mən onları tanıdıqda bir nəfər
mənimlə onların arasında durub deyər: “Gəlin.” Soruşaram:
“Hara?” Deyər: “Atəşə tərəf.” Soruşaram: “Onlar nə ediblər?” De-
yər: “Dindən üz çevirərək əvvəlki hallarına qayıdıblar. Onların az
bir hissəsindən başqa bir kimsə nicat tapmayacaq.”2
Bu iki hədisi nümunə üçün nəql etdik, qalan hədislər də bu
məzmundadırlar.
Ən səhih Əhli-sünnət kitablarında səhabələrin dindən dönmələri
haqda hədislər mövcud olduğu bir halda bunu şiələrə aid etmək
yaraşarmı? Hər iki kitabda həmin dediyimiz on hədis nəql
edilmişdir.

2. Səhabələrin təhqir edilməsi

Səhabələrin təhqir edilməsi, yaxud onların söyülməsi də daha
çox istinad edilən məsələlərdəndir. İndi isə bunun əsasının kim
tərəfindən qoyulduğuna nəzər salaq və şiənin deyil, onun yaxa-

                                                           
1 Yenə orada, nömrə 7998. İxtisar məqsədilə ərəbcə mətni qeyd etmirik.
2 Zəhmət olmasa müraciət edin: “Cameül-üsul”, X cild, hovuz bölməsindən 2-ci
fəsil, nömrə 7998-dən 8004-dək.

  16

sından tutaq. Şiələr heç bir zaman səhabələri təhqir etməmişlər.
Şiələr Həzrət Peyğəmbəri (s) sağlığında görən və düz yoldan
çıxmayan hər bir kəsi sevirlər.

Əlbəttə, Həzrət Peyğəmbərə (s) itaət etməyən və onun yolundan
azanlardan isə imtina edirlər, amma onları təhqir etmirlər.

Burada iki əsərin adını qeyd edəcəyik ki, səhabələri təhqir
edənlərin kimliyi aydın olsun.

“Səhihi-Müslim”də Səd ibn Vəqqasın oğlu Amir belə nəql edir:

‫ أَ ﱠما َما‬:‫ َما َمنَ َع َك أَ ْن تَ ُس ﱠب أَبَا ال ﱡت َرا ِب؟ فَقَا َل‬:‫“ أَ َم َر ُم َعا ِويَةُ ْب ُن أَبِي ُس ْفيَا َن َس ْع ًدا فَقَا َل‬
1 ”...ُ‫َذ َك ْر ُت ثَ َلاثًا قَالَ ُھ ﱠن لَهُ َر ُسو ُل ﷲِ َصلﱠى ﷲُ َعلَ ْي ِه َو َسلﱠ َم فَلَ ْن أَ ُسبﱠه‬

–Müaviyə ibn Əbu Süfyan Səd ibn Vəqqasa Əlini söymək əmri
verib dedi: “Əbu Turabı söyməkdə sənə nə mane olur?” Səd
cavabında dedi: “Allahın Rəsulunun (s) onun barəsində dediyi üç
mətləbi xatırladıqda heç vaxt onu təhqir etmərəm.”

O, həmin üç mətləbi bəyan etdi, lakin biz burada onları bir daha
qeyd etmirik.

Bu hədisin ən səhih kitablarda olması onu göstərir ki, səhabə-
lərin, o cümlədən də Həzrət Əli (ə) kimi möhtərəm bir şəxsiyyətin
təhqir edilməsinin əsasını qoyan Müaviyə ibn Əbu Süfyan
olmuşdur. Ümmət arasında da bu pis adəti yayan məhz odur,
təəssüflər olsun ki, sələfilər ondan razılıq tələb edirlər.

İbn Əbd Rəbə Müaviyə barəsindəki hadisələrlə əlaqədar olaraq
yazır: “Həsən ibn Əli (ə) dünyadan köçdükdə Müaviyə həcc
ziyarətini yerinə yetirmək məqsədilə Mədinəyə daxil oldu. O,
Allahın Rəsulunun (s) minbərindən Həzrət Əliyə (ə) lənət oxumaq
istədi. Ona dedilər: “Səd ibn Əbu Vəqqas məsciddədir və heç bir
zaman bu işə razılıq verməz. Onun nəzərini öyrən və sonra əməl

                                                           
1 Səhihi-Müslim, Əli ibn Əbu Talibin fəzilətləri bölməsi, hədis-2404.

  17

et.” Odur ki, bir nəfəri onun arxasınca göndərib vəziyyəti çatdırdı-
lar. Səd ibn Əbu Vəqqas dedi: “Əgər Əlini (ə) söysən, məsciddən
gedər və bir daha geri qayıtmaram.” Bu üzdən Müaviyə lənət
oxumaq fikrindən daşındı. Səd ibn Əbu Vəqqas vəfat etdikdən
sonra isə o, minbərdən Həzrət Əlini (ə) lənətlədi və öz təyin etdiyi
məsul şəxslərə belə yazdı ki, minbərlərdən Əlini lənətləyin və onlar
da belə etdilər.

Allahın Peyğəmbərinin (s) xanımı Ümmi Sələmə Müaviyəyə
belə bir məktub yazdı: “Siz minbərlərdən Əlini (ə) yox, bəlkə də
Allahın Rəsulunu (s) lənətləyirsiniz! Çünki deyirsiniz ki, Əli (ə) və
onu istəyənlərə lənət olsun. Mən şəhadət verirəm ki, Allah və
Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) sevənlərdir.” Ancaq Müavi-
yə onun sözlərinə etina etmədi.1

3. Allahın Peyğəmbərinin (s) xanımı Ayişəyə hörmətsizlik

Bu kitabçanın ittihamlarından biri də dəfələrlə təkrar edilərək
şiənin Həzrət Peyğəmbərin (s) xanımı Ayişəyə nalayiq sözlər
deməkdə ittiham edilməsidir. Ancaq şiə təfsirlərində mübarək
“Nur” surəsinin təfsirində bunun tam əksini görürük.

Şiənin Ayişəni tənqid etməsi onun Bəsrəyə qoşun çəkməsi və
Əmirəlmöminin Həzrət Əlinin (ə) əleyhinə qiyam etməsinə görədir
və İfk məsələsindən onu uzaq tuturlar.

İndi isə çox olsa da belə vəhhabilərin suallarına təkrar cavab
veririk və xatırladırıq ki, bu suallar şiə gənclərin əqidəsində heç bir
dəyişiklik yaratmamışdır və əksinə onların əqidələrini daha da
möhkəmləndirir.

                                                           
1 əl-Əqd əl-Fərid, V cild, səh.114. Həmçinin bax: “əl-Xəsais”, Nəsayi, səh.132,
hədis-91; “Seyri-elamül-nəbəla”, Zəhəbi, III cild, səh.31; “Fəthül-bari”,
Səhabələrin fəzilətləri bölümü, VII cild, səh. 71.

  18

Sual 1:
Əmirəlmöminin Əlinin (ə) qızı Ümmi Gülsümü Ömər ibn
Xəttabla evləndirməsi yaxşı münasibətlərin nişanəsi deyilmi?
Cavab:
Ümmi Gülsümün Ömər ibn Xəttabla evlənməsi tarixdə ixtilaflı
məsələlərdəndir. Belə ki, tarixin bu hissəsi müxtəlif formalarda və
bir-birinə uyğun olmayan şəkildə nəql edilmişdir. Beləliklə, bir
şeyin sübut edilməsi üçün belə bir məsələyə istinad etmək olmaz.
Misal üçün:
1. Əli (ə) onu Ömərlə evləndirdi;
2. Bu iş Əlinin (ə) əmisi Abbasın vasitəsilə baş tutdu;
3. Bu iş təhdid üzündən baş tutdu;
4. Evlənmə baş verdi və Ömərin ondan Zeyd adlı bir oğlu oldu;
5. Xəlifə toydan sonra öldürüldü;
6. Zeydin də övladı var idi;
7. O öldürüldü və varisi də yox idi;
8. O və anası bir gündə öldürüldülər;
9. Anası ondan sonra həyatda idi;
10. Onun başlığı qırx min dirhəm idi;
11. Onun başlığı dörd min dirhəm idi;
12. Onun başlığı beş yüz dirhəm idi.
Bu kimi fikir ayrılıqları insanın beynində şəkk-şübhə yaradır və
evlənməyin əsl həqiqət olub-olmamasını sual altına alır.1
Fərz edək ki, bu evlilik baş tutub, ancaq aşağıdakı mətləblərə
əsasən, heç bir vaxt demək olmaz ki, bu, rəğbətdən, əmr dinləmək-
dən və pak nəfs üzündən olmuşdur. Çünki şübhəsizdir ki, Həzrət
Peyğəmbərin (s) ailəsinin zamanın xəlifələri ilə münasibətləri qa-
ranlıq olmuşdur. Vəhy evinə edilən hücum, Həzrət Peyğəmbərin (s)

                                                           
1 Zürriyyətul Tahirə, Əbi Bəşər Dulabi (224-310), səh.157 və 162-də bu
ixtilafları qeyd edir.

  19

qızının evinə hücum edilməsi və ona qarşı hörmətsizlik göstə-
rilməsi və s. Bütün bunlar inkar edilən məsələlər deyildir, çünki
mötəbər sənədlər də bunu təsdiq edir.1

Ömər kobud və qaba bir adam idi. Birinci xəlifə onu xəlifəliyə
seçdikdə səhabələrdən bir qrupu buna etiraz edərək dedilər: “Bizi
kobud və qaba bir adama düçar etdin!”

Təbəri yazır: “Xəlifə birinci Əbu Bəkrin qızı Ümmi Gülsümü
istədi, lakin Əbu Bəkrin qızı onun kobud əxlaqına görə bu elçiliyi
rədd etdi.”2

Beləliklə, bu evliliyi yaxşı münasibətlərin nişanəsi saymaq
olmaz.

Əgər evlilik həqiqətən də yaxşı əlaqə və fikir baxımından bir-
liyin nişanəsi olsaydı, onda gərək Həzrət Peyğəmbərin (s) Əbu Süf-
yanın qızı Ümmi Həbibə ilə evliliyində də onunla həmfikir oldu-
ğunu söyləyək. O, İslam əleyhinə qanlı müharibələr aparmış və
onun Ühüd, Əhzab müharibələrindəki rolu hamıya bəllidir.

Həmçinin Həzrət Peyğəmbər (s) Huyy ibn Əxtəbin qızı Səfiyyə
ilə də evlənmişdir. Məgər Həzrət Peyğəmbərin (s) bu evliliyi Huyy
ilə həmfikir olmasının göstəricisidir?!

Şiə alimləri bu tarixi hadisəni tənqid edən çoxlu kitablar yaz-
mışlar. Maraqlanmaq istəyənlər “Rahname-ye həqiqət ” kitabına
müraciət edə bilərlər.

                                                           
1 Vəhy evinə hücum və Həzrət Peyğəmbərin (s) əziz qızının evinə hücum Əhli-
sünnətin ən mötəbər sənədlərində qeyd olunmuşdur. Misal üçün: İbn Əbi Şeybə
əl-Müshəf, “Əsnadi Buxari”, vəfatı 235, VIII cild, səh. 490, nömrə 4549;
“Ənsabul əşraf Bəlazuri”, Bəlazuri, səh.586, Qahirə, “Dairətül məarif” nəş-
riyyatı, İbn Qüteybə (276-213), “əl-İmamə vəl-siyasə”, I cild, səh. 13012, Misir,
“Məktəbətül ticari kubra” nəşriyyatı; “Tarixi-Təbəri”, Təbəri (310-224), II cild,
səh. 443; “İstinab”, İbn Əbd əl-Birr (463-368), III cild, səh.972 və başqa
sənədlər.
2 Tarixi-Təbəri, V cild, səh. 58.

  20

Sual 2:
Əli (ə) Əbu Bəkr və Ömərlə beyət etdi. Bu beyət onların
xilafətdə haqlı olmalarının nişanəsi deyilmi?
Cavab:
Şiənin etiqadına və inancına əsasən, Əmirəlmöminin Həzrət Əli
(ə) kimsə ilə beyət etməmişdir. Çünki özünü Allah-təala tərəfindən
seçilmiş bir xəlifə hesab edirdi. Ancaq hakimiyyətin başqalarının
əlinə düşdüyünü gördükdə onları bəzi yerlərdə təlimatlandırmağı
və yol göstərməyi özünə bir vəzifə bildi. Həzrət (ə) özü də bu haq-
da belə buyurur: “Gördüm ki, əgər öz haqqımı almaq ardınca
düşsəm, həmin mövcud olan İslam da aradan gedəcəkdir.”1
Odur ki, vəziyyəti belə gördükdə həmkarlığı lazım bildi.
Hətta bəzi ərəblər zəkat verməkdən boyun qaçırdıqları zamanda
belə sükut etməkdən savayı başqa bir çarə tapmadı. Lazım bildiyi
zamanlarda isə pərdəni bir kənara çəkərək öz haqqını müdafiə
etməyə başladı.
Əhli-sünnət rəvayətlərinə əsasən, Əmirəlmöminin Həzrət Əli (ə)
həyat yoldaşı Fatimeyi Zəhranın (s.ə) dünyadan köçməsindən sonra
beyət etmişdir. Lakin Fatimə (s.ə) həyatda olduğu vaxtlarda Əbu
Bəkr ilə danışmamış və ona qarşı qəzəbini gizlətməmişdir.2
Fərz edək ki, Həzrət Əli (ə) Xanım Fatimeyi Zəhranın (s.ə)
dünyadan köçməsindən sonra Əbu Bəkrlə beyət etmişdir. Lakin
bütün mühəddislər və alimlər bir fikirdədirlər ki, Həzrət Fatimeyi
Zəhra (s.ə) ömrünün son anlarına qədər beyət etmədi və onlardan
üz çevirdi!
İbn Həcər “Səhihi-Buxari”nin şərhində belə nəql edir: “Fatimə
Əbu Bəkrə qəzəbləndi və ondan uzaqlaşdı. Altı gündən sonra isə

                                                           
1 Nəhcül-bəlağə, 62-ci məktub.
2 Səhihi-Buxari, IV cild, səh. 82 və VIII cild, səh.30.

  21

dünyadan köçdü. Həyat yoldaşı Əli ona namaz qıldı və bu barədə
Əbu Bəkrə bir xəbər vermədi.”1

İndi sizdən soruşuruq: “Buxarinin rəvayətlərinə əsasən, Həzrət
Peyğəmbərin (s) əziz qızı dünyanın ən üstün xanımı idi və adətən,
belə bir məsum, yaxud məsumun ardınca gedən bir xanım nə üçün
Əbu Bəkrlə beyət etmədi? Əgər həqiqətən də Əbu Bəkrin xəlifəliyi
qanuni idisə, onda bəs niyə Həzrət Peyğəmbərin (s) əziz qızı ona
qarşı qəzəbliydi?”

Daha aydın şəkildə desək, Həzrət Peyğəmbər (s) buyurmuşdur:

”2‫“ من مات وليس في عنقه بيعة إمام مات ميتة جاھلية‬
– Hər kim imamı ilə beyət etmədən ölsə, onun ölümü cahillik
ölümüdür.

İndi bu iki suala cavab verilməlidir:
Həzrət Peyğəmbərin (s) əziz qızı Əbu Bəkrlə beyət etmədi və
boynunda imamla beyət yox idi. Belə olduqda, Allah eləməsin,
onun ölümü cahillik ölümü idi?
Özünü zamanın imamı kimi tanıdan həqiqi olmamış və həqiqi
imamın yerində əyləşmişdi.
Birincisini seçə bilmərik, çünki Həzrət Peyğəmbərin (s) qızı
Allahın hər bir pislikdən təmizlədiyi xanımdır və Həzrət Peyğəm-
bər (s) onun barəsində buyurmuşdur:

3" ‫" فاطمة سيدة أھل نساء أھل الجنة‬

                                                           
1 Fəthül-barı, babül ğəzvətül Xeybər, VII cild, səh.493, hədis-4240; “əl-
Fərayez”, XII cild, səh.5, hədis-6726.
2 Səhihi-Müslim, VI cild, səh.22, bab hokm min ferəq əmrül müslimin; “Sünəni-
Beyhəqi”, VIII cild, səh.156.
3 Buxari, IV cild, səh. 25, babe mənaqeb qərabətil Rəsul (s).

  22

Həmçinin yenə də onun barəsində buyurmuşdur:

1" ‫" يا فاطمة إن ﷲ ليغضب لغضبك ويرضى لرضاك‬

Qeyd etmək lazımdır ki, o, pak və paklanmış olmuşdur və heç
bir vaxt Həzrət Peyğəmbərin (s) əmrinə qarşı hərəkət etməmişdir.

Nəticədə deyirik:
Həzrət Fatimənin (s.ə) beyət etmədiyi adam həqiqi imam
olmamışdır və yəqinliklə dünyadan köçdükdə boynunda zamanının
imamının beyəti olmuşdur ki, bu da Allahın Rəsulunun (s) vəlisi
Əli ibn Əbu Talib (ə) idi, başqa bir şəxs isə olmamışdır.
Buxarinin dediyinə (fərz edək ki, onun dediyi səhihdir) əsasən,
Həzrət Əli (ə) altı aydan sonra beyət etdi. Bu onu göstərir ki, bu
seçkilər İmamın (ə) nəzərində düzgün olmamışdır. Çünki İmam Əli
(ə) heç bir zaman qanuni işlərdən kənara çəkilməzdi.
Bütün bunlarla yanaşı, təəccüblüdür ki, Xanım Fatimeyi Zəh-
ranın (s.ə) və onun əziz həyat yoldaşı Həzrət Əlinin (ə) məzlumiy-
yəti, onlara xilafət tərəfindən edilən zülmlə dolu tarixi sənədləri
görməməzliyə vururlar. Yalnız bir beyətlə, o da altı ay sonra edil-
miş beyətlə kifayətlənirlər. Bu yolla da Allahın Rəsulunun (s)
vəfatından sonra baş verən həmin acı hadisələrin üstünü ört-basdır
edirlər!
Buradan da aydın olur ki, İbn Həzmdən nəql edilən (117-ci sual)
və “Şiədən soruşuruq: Əli ibn Əbu Talib altı aydan sonra Əbu
Bəkrə beyət etdi. Onun bu beyəti təxirə salması düzgün idi, ya
yox?” sualı yalnız İbn Həzm və onun tərəfdarlarının inandığı bir
fərziyyə idi. Həzrət Əli (ə) tərəfindən heç bir zaman beyət olma-
mışdır və həm də zamanın xəlifəsinin altı ay sonradan Əlinin (ə)
beyətinə heç bir ehtiyacı da yox idi. Çünki işləri əlinə almışdı və

                                                           
1 Səhihi-Buxari, IV cild, səh. 210; “Müstədrəki əl-Hakim”, III cild, səh.154.

  23

Əli ibn Əbu Talib (ə) isə Həzrət Peyğəmbərin (s) qızına görə, va-
cibi tərk edəcək bir insan deyildi. Qeyd etməliyik ki, Həzrətin (ə)
onlarla əməkdaşlığı və onların yanında olması bir növ təlimatlan-
dırma, yol göstərmə məqsədi kəsb etmişdir. Əsas hədəf isə heç
olmasa İslamın aradan getməsinin qarşısını almaqdan ibarət olmuş-
dur. Müaviyənin Həzrət Əliyə (ə) məktubunda da bu həqiqət qeyd
edilmişdir.

Sual 3:
Niyə Əli ibn Əbu Talib (ə) öz övladlarına xəlifələrin adlarını
qoymuşdur?
Cavab:
Bilirik ki, ilk üç xəlifənin adları məhz elə həmin üç nəfərə
məxsus olmamışdır. Bu adlar həm İslamdan öncə və həm də sonra
ərəblərin arasında kifayət qədər geniş yayılmışdı. Bu adqoyma
xilafət məqamına və onu idarə edənlərə görə olmamışdır. Siz misal
üçün, İbn Əbd əl-Birrin “əl-İstiab” və İbn Əsirin yazdığı “Əsədul
ğabə” kimi rical kitablarına müraciət etməklə müəyyən bir nəticəni
əldə edə bilərsiniz.
Biz burada yalnız İbn Əsirin “Əsədul-ğabə fi mərifətül səhabə”
kitabında qeyd olunmuş və adlarında “Ömər” adı olan şəxslərin
adlarını təqdim edirik.
1.Ömər Əsləmi; 2. Ömər Cəmhi; 3. Ömər ibn Həkəm; 4. Ömər
ibn Salim əl-Xuzai; 5. Ömər ibn Səraqə; 6. Ömər ibn Səd əl-
Ənmari; 7.Ömər ibn Səd Əsləmi; 8. Ömər ibn Sufyan; 9. Ömər ibn
Əbi Sələmə; 10. Ömər ibn Amir; 11. Ömər ibn Übeydullah; 12.
Ömər ibn Əkrəmə; 13. Ömər ibn Əmr əl-Leysi; 14. Ömər ibn
Uməyr; 15. Ömər ibn Ovf; 16. Ömər ibn Ğəzyə; 17. Ömər ibn əl-
Həqq; 18. Ömər ibn Malik ibn Əqəbə; 19 Ömər ibn Malik əl-
Ənsari; 20 Ömər ibn Müaviyə əl-Ğaziri; 21 Ömər ibn Yəzid; 22.
Ömər ibn əl-Yəmani.

  24

Bunlar İbn Əsirin yazdıqlarıdır və Ömər adlı tabeini də buraya
əlavə etsək, onda təsdiq edəcəksiniz ki, bu adlar cahillik dövründə
də və eləcə İslam dövründə də ərəblər arasında kifayət qədər
məşhur olmuşdur və həmin adları eşitdikdə ağıla yalnız ilk üç
xəlifənin adı gəlmir.

Bundan əlavə, həmin adqoymada başqa bir şey də olmuşdur ki,
altıncı sualın cavabında onu deyəcəyik.

Beləliklə, təkcə adqoyma ilə bütün tarix boyu Əhli-beytə (ə)
edilən zülmləri inkar etmək mümkün deyil.

Bundan əlavə, şiələrə qarşı yönəlmiş təzyiqləri, vəhşiliyi və
sıxıntılı vəziyyəti nəzərə alsaq, o zaman görərik ki, Əhli-beytdən
olan məsum imamlar şiələri xilas etmək məqsədilə şəriətdə icazə
verilən bu kimi işləri görməyə məcbur olurdular.

Misal üçün, xəlifələrin adlarını övladlarına qoyurdular.
Səhabələrlə qohumluq əlaqələri qururdular ki, bu təzyiqlərdən xilas
olsunlar. Bəni-Üməyyə və Bəni-Abbasın zülmkar xilafət sistemləri
ilk üç xəlifə ilə zidd olmaq bəhanəsi ilə və xalqın sadəliyindən
istifadə edərək onların, eləcə də şiələrin yaşayışını çətinləşdirir və
onları öldürərək qarət edirdilər.

Sual 4:
Osman qətlə yetirildikdən sonra müsəlmanlar Əlinin (ə)
evinə axışdılar ki, ona beyət etsinlər. Şiələr deyirlər: “Əli (ə)
buyurdu: "‫“ " دعوني والتمسوا غيري‬Məni buraxın və başqasını ax-
tarın.” Əgər Əli (ə) xəlifə idisə, niyə deyirdi ki, başqasını ax-
tarın?
Cavab:
Xilafət iki şəkildə təsvir olunur və bunların hər ikisi də bir-
birilərindən fərqlənirlər:
1. Təyin edilmiş xilafət: Bu zaman xəlifə Allah-təala tərəfindən
təyin edilir. Bu mənada xilafət nə ləğv olunur və nə də ondan

  25

keçmək olmaz. Yəni xilafət peyğəmbərlik kimi qəbul edilir və bir
fərdin öhdəsinə qoyulmuş ilahi bir vəzifə olaraq təsbit olunur;

2. Seçkili xilafət: Burada isə xəlifə xalq tərəfindən seçilir. Qeyd
etmək lazımdır ki, İmam (ə) ikinci mənada olan xilafəti qəbul
etmir.

Osmanın qətlindən sonra camaat Əli ibn Əbu Talibdən (ə) əv-
vəlki üç xəlifə kimi beyətlə hakimiyyəti ələ almasını istədi və
İmam (ə) bu zaman belə buyurdu: “Məni buraxın və başqasını
axtarın.” O, bu istəyə müsbət cavab vermədi.

Bu xilafəti və beyəti qəbul etməmək İmamın (ə) təyin edilmiş və
həqiqi xəlifə olmaması mənasını ifadə etmir. Bu, onun əvvəlkilərin
yolunu səhv bilməsinə görə idi.

Ancaq niyə qəbul etmədi? Onlar Əlinin (ə) ardınca elə bir vaxt-
da gəlmişdilər ki, peyğəmbərlik dövründəki səhabələrə hakim olan
pak ruhiyyə aradan getmişdi və onun yerinə dünyapərəstlik və var-
dövlət, qızıl hərisliyi bəzi səhabələri tamamilə dəyişdirmişdi.

Tarix Təlhə və Zübeyrin, eləcə də Əbdürrəhman ibn Ovf və Səd
ibn Əbi Sərəhin dəhşətli var-dövlətinin üstündən pərdələri götür-
müşdür.

Əvvəlki xəlifə Afrikadan əldə olunan qənimətin beşdə birini
Mərvan ibn Həkəmə verdi. Bu məsələ o dərəcədə gözə çarpan idi
ki, o, həyatda ikən səhabələrin bir qismi açıq-aşkar şəkildə xəlifəni
tənqid edirdilər. O dövrün şairlərindən biri bu barədə belə demişdi:

‫أعطيت مروان خمس الـ غنيمه آثرته و حميت الحمی‬
–Afrikanı qənimətinin beşdə birini Mərvana verdin və onu
seçdin və öz qohumlarını himayə etdin.

İmam (ə) belə bir vəziyyətdə deyir: “Mən bu camaata xəlifə
olmağa layiq deyiləm. Bu qayda ilə uyğun gələn birini tapın.”

  26

Ancaq camaatın israrını gördükdə müsəlmanların vəhdətini
qorumaq və güclərin bölünməsinin qarşısını almaq üçün məcbur
qalıb beyəti qəbul etdi. Lakin özünün məsləhət bildiyi qaydanı elə
ilk xütbəsində elan etdi. Əvvəlki xəlifə tərəfindən yol verilən bütün
israfçılıqlar zamanı xərclənmiş vəsait beytülmala (xəzinəyə) geri
qaytarılmalıdır. Həzrət (ə) belə buyurdu:

‫َو َ ﱠﷲِ لَ ْو َو َج ْدتُهُ قَ ْد تُ ُز ﱢو َج بِ ِه اَلنﱢ َسا ُء َو ُملِ َك بِ ِه اَ ْل ِإ َما ُء لَ َر َد ْدتُهُ فَإِ ﱠن فِي اَ ْل َع ْد ِل َس َعةً َو‬
1‫َم ْن َضا َق َعلَ ْي ِه اَ ْل َع ْد ُل فَا ْل َج ْو ُر َعلَ ْي ِه أَ ْضيَ ُق‬

–And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız
ərə verib kəniz alsalar da belə, sahibinə qaytaracağam. Çünki
ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) açılma və
genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar
etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz və
gücsüz) olar.

Sualları toplayan şəxs İmamın (ə) sözlərini kamil şəkildə nəql
etməmişdir. Bu həqiqətin, yəni İmamın (ə) xalqın dəvətini və be-
yətini qəbul etməməsinin aydın olması üçün onun sözlərini kamil
şəkildə nəql edirik:

– Məndən əl çəkib başqasını istəyin. Müxtəlif sifətləri və rəng-
ləri olan bir işə qol qoyuruq. (Belə ki,) ürəklərin ona dözümü
yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun
yükünü çəkməyəcəkdir (inkar edəcəklər). Üfüqləri qara bulud
(zülm, sitəm və bidət) bürüyüb (haqq-həqiqət günəşi onun altında
gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki,
mən sizin dəvətinizi (beyətinizi) qəbul etsəm, özümün bildiyim
kimi rəftar edəcəyəm. Və (xəlifəliyi qəbul edib işə başlasam)
danışanın (nəfsani istəklərinə uyğun və şəriətə zidd olan) sözünə,

                                                           
1 Nəhcül-bəlağə, 15-ci xütbə.

  27

(özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni)
məzəmmət edənin qınağına qulaq asmayacağam. 1

Həzrət (ə) bu kəlamında o zaman mövcud olan hakim vəziyyəti
və həqiqətlərin bir hissəsini şərh edir və özünün hakimiyyəti barədə
olan yeni qaydalarını bəyan edir. O zamankı cəmiyyətə xas və
hakim olan xüsusiyyətləri qeyd edir:

–Allahın Rəsulunun (s) sünnətində 23 ildən sonra tədriclə baş
vermiş dəyişikliklər. Misal üçün, ərəbi qeyri ərəbdən üstün tutmaq,
o cümlədən qullardan üstün hesab etmək və s.;

–Osmanın beytülmalı ədalətsizcəsinə bölməsi və Bəni-Üməy-
yədən olan öz yaxınlarını vəzifəyə təyin etmsi, bunun nəticəsində
isə müsəlmanlar qiyamına və özünün qətlə yetirilməsinə səbəb
olması;

İmamla beyət edənlərin bəzilərinin hökumət fürsətlərindən2 sui-
istifadə etmələri;3

İmamın (ə) hakimiyyəti ələ almaq üçün israrı və istəyi barədə
yayılmış şayiələr; 4

Müaviyənin İmama (ə) münasibətdə kin saxlaması. Çünki onun
yaxınları Həzrət Peyğəmbərin (s) zamanında Əli (ə) tərəfindən
öldürülmüşdülər. O, İmamın (ə) Osmanın qətlində əli olmasına dair
bəhanənin ardınca düşmüşdü və bu məqsədlə Osmanın qatillə-
rindən qisas almaq məqsədilə istədiyini edirdi; 5

İmam (ə) Osmanın seçilməsindən on il əvvəl fitnə-fəsadların
ortaya çıxacağı barədə xəbər vermişdi.6 İndi də İmam (ə) onun
davamını daha kəskin və qəzəbli, daha açıq-aydın şəkildə görür və

                                                           
1 Nəhcül-bəlağə, 91-ci xütbə.
2 Yenə orada, 162-ci xütbə, 191 və 202-ci kəlam.
3 Yenə orada, 162-ci xütbə, “əl-Miləl vən-Nihal”, Şəhristani, səh. 32 və 33.
4 Yenə orada, 172-ci xütbə.
5 Nəhcül-bəlağə, 10, 28 və 64-cü məktublar.
6 Şərhi Nəhcül-bəlağə, İbn Əbil Hədid, I cild, səh. 195.

  28

bildirirdi ki, xalqın ürəkləri və ağılları onun müqabilində tab gətirə
bilməyəcəkdir.1

Həmçinin başqa işlər də məcbur etdi ki, İmam (ə) sözünu uzat-
madan həqiqəti insanlara anlatsın və o günün böhranlı vəziyyətini
xalqa başa salsın. Və höccəti onlara tamam etsin ki, beyətdən sonra
başqalarının İmama (ə) etiraz etməsi üçün bir bəhanə qalmasın. Bu
üzdən İmam (ə) sonralar bu məqama bir daha toxunaraq təkidlə
buyurmuşdur:

2"...ً‫" لَ ْم تَ ُك ْن بَ ْي َعتُ ُك ْم إِيﱠا َي فَ ْلتَة‬
– Siz mənə fikirləşmədən və düşünmədən beyət etməmişdiniz ki,
indi də onu sındırasınız.

Əmirəlmöminin Həzrət Əli (ə) Səqifədən sonrakı sükutunun və
Osmanın ölümündən sonra hakimiyyəti qəbul etməsinin səbəbi
barədə belə deyir:

‫" فَأَ ْم َس ْک ُت بِيَ ِدی َحتﱠی َرأَ ْي ُت َرا ِج َعةَ النﱠا ِس قَ ْد َر َج َع ْت َع ِن ا ْل ِإ ْس َلا ِم يَ ْد ُعو َن إِلَی َم ْح ِق‬
‫َد ْي ِن ُم َح ﱠم ٍد ص فَ َخ ِشي ُت إِ ْن لَ ْم أَ ْن ُص ِر ا ْل ِإ ْس َلا َم َو أَ ْھلَهُ أَ ْن أَ َری فِي ِه ثَ ْلماً أَ ْو ھَ ْدماً تَ ُکو ُن‬
3"... ‫ا ْل ُم ِصيبَةُ بِ ِه َعلَ ﱠی أَ ْع َظ َم ِم ْن فَ ْو ِت ِو َلايَتِ ُک ُم‬

– Beləliklə, (həmin vəziyyətdə) əl saxladım (onları öz ixtiyar-
larına buraxdım). Nəticədə camaatın bir dəstəsinin dindən dönərək
mürtəd olduqlarını və İslamdan qayıdaraq Məhəmmədin (səlləllahu
əleyhi və alihi və səlləm) dinini məhv etmək istədiklərini gördüm.
Qorxdum ki, İslam və müsəlmanların köməyinə başlamasam, onda
nöqsan və dağıntı (yaranmasını) görərəm və onun müsibət və
kədəri mənim üçün nəticəsi (susuz adamın su sandığı) ilğım kimi
(yaxınlaşanda) yoxa çıxan və ya bulud kimi səpələnən bir neçə

                                                           
1 Nəhcül-bəlağə, 92-ci xütbə.
2 Yenə orada, 136-cı xütbə və 54-cü məktub.
3 Nəhcül-bəlağə, İmamın (ə) Misir camaatına məktubu, nömrə-62.

  29

günlük müvəqqəti mal olan sizə hakimlik və vilayəti əldən çıxar-
maqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı
hərəkətlərin arasında ayağa qalxdım (İslam və müsəlmanlara kö-
mək edərək onları məəttəlçilik və çaşqınlıqdan qurtardım). Nəticə-
də əyrilik və təxribatların qarşısı alındı və onlar məhv oldular, din
(mürtəd və dağıdıcıların fitnələrindən) sakitlik taparaq (nigarançı-
lıqdan) qurtulub öz yerində qərar tutdu.

Sual 5:
Əgər Fatiməyə (s) xəlifələr tərəfindən zülm olunmuşdusa,
onda niyə igid həyat yoldaşı onu müdafiə etməmişdi?
Cavab:
Bu sualda İmamın (ə) həyat yoldaşını müdafiə etməməsi real bir
gerçəklik kimi göstərilmişdir, halbuki bu mətləbə dair heç bir dəlil
mövcud deyildir.
Həzrət Əli (ə) şəriət baxımından öhdəsinə düşən vəzifəni lazımi
səviyyədə yerinə yetirmişdir. Amma o günlər müdafiə məqsədilə
döyüşmək, qan tökmək və s. kimi işlərə rəvac vermək İslamın mə-
nafeyinə deyildi. Əgər qılınc çəksəydi, Bəni-Haşim və Ğədir-
Xumdan Həzrət Əli (ə) ilə beyətə sadiq olan səhabələr bir tərəfdə,
xilafət də digər bir tərəfdə qalacaqdı. Belə olduqda isə müsəlmanlar
iki qrupa bölünəcək və İslamın mahiyyətinə xələl gəlmiş olardı.
Münafiqlər böyük bir narahatçılıqla Həzrət Əlinin (ə) yanına
gələrək dedilər:

"‫ أَ ْب ِسط يَ َد َك َحتﱠى أُبَايِ َع َك‬،‫»يَا أَبَاا ْل َح َسن‬
– Ey Əbülhəsən, əlini uzat ki, səninlə beyət edək.

Bu sözləri deyən isə İslamın əzəli düşməni Əbu Süfyan idi.
Əmirəlmöminin Həzrət Əli (ə) onun Həzrət Peyğəmbərin (s)
ailəsinə yalandan ürək yandırmasında əsl məqsədinin Mədinədə
daxili çəkişmələrə rəvac verməkdən ibarət olduğunu çox gözəl
bilirdi. O, belə buyurdu:

  30

‫ وإنك وﷲ طال ما بغيت الإسلام شراً لا حاجة لنا‬،‫إنك وﷲ ما أردت بھذا إلا الفتنة‬
‫في نصيحتك‬

–Allaha and olsun, sənin bu sözlərində fitnə məqsədi vardır. Sən
həmişə İslamın və müsəlmanların pisliyini istəmisən. Bizim sənin
xeyirxahlığına ehtiyacımız yoxdur.

Əziz sual verən şəxsin (əlbəttə, əgər soruşan varsa) diqqətini bir
məqama cəlb etmək istəyirəm. Şücaət hər bir yerdə qılınc çəkib
vuruşmaqdan ibarət deyildir. Şücaətli şəxs öz öhdəsinə düşən vəzi-
fəyə əməl edəndir. Nə çox şücaətli adamlar var ki, bir kəlmə haqq
sözü belə eşitməyə tabları çatmır. Sədinin qeyd etdiyi məşhur bir
misalda olduğu kimi: “İki yüz kiloqramlıq daşı qaldırır, lakin bir
kəlməyə tab gətirə bilmir.”

Həzrət Peyğəmbər (s) bir gün camaatın bir nəfərin ətrafında
toplaşdığını görüb soruşdu: “Bu kimdir?” Dedilər: “Bu, dilavər bir
şəxsdir və ən ağır çəki daşlarını belə qaldıra bilir.” Həzrət Pey-
ğəmbər (s) buyurdu: “Öz nəfsi istəklərinə qələbə çalan şəxs dilavər
insandır.”1

İslam tarixi göstərir ki, o zamanlar İslam dini bəzilərinin qəlbin-
də hələ kök atmamışdı və pöhrə halında idi. Odur ki, ruzigarın
təsirindən yerindən oynaya bilərdi.

İslam Peyğəmbəri (s) Ayişəyə buyurdu:

2‫لو لا ان قومک حديث عھدھم بالجاھليه لھدمت الکعبه ثم لجعلت لھا بابين‬
– Əgər Qüreyş camaatı yenicə müsəlman olmasaydı, Kəbənin
vəziyyətini dəyişərdim. Bir qapının yerinə iki qapı qoyardım.

                                                           
1 Biharül-ənvar, I cild, səh. 77 və 112.
2 Müsnədi-Əhməd, VI cild, səh. 176.

  31

Biz Həzrət Peyğəmbərdən (s) daha şücaətli bir insanı tanımırıq,
lakin Həzrət (s) hər bir işə uyğun və münasib olan vəziyyəti
müəyyən edə bilirdi. Belə bir vəziyyətdə bir tərəfdən zəkata mane
olanların hay-küyü ucalmaqdaydı, digər bir tərəfdən isə daxili
müharibə başlaya bilərdi!

Ühüd və Əhzab döyüşlərində qılınc çəkib kafirlərin boynunu
vuran Həzrət Əli (ə) kimi bir qəhrəmanın Həzrət Peyğəmbərin (s)
vəfatından sonra öz qılıncını müsəlmanların boynuna endirəcəyini
gözləyənlər görünür, İslamın tarixini heç araşdırmamışlar və o
dövrdəki vəziyyətdən xəbərdar deyillər. Onlar nə İslamı dərk edə
biliblər və nə də Həzrət Əli əleyhissəlamı.

Sual 6:
Bəzi adlı-sanlı səhabələr Həzrət Peyğəmbərin (s) ailəsi ilə
qohumluq münasibətləri yaratmışdılar. Əhli-beyt (ə) də onları
sevmiş və onlarla dostluq əlaqələri qurmuşdular.
Cavab:
Burada iki məqamı xüsusilə qeyd etmək zəruridir:
1. Sual edən şəxs bu sualla qəbilə təfəkkürünə malik olduğunu
göstərir. O, belə deyir: “Səhabələrlə Əhli-beytin (ə) bir-biri ilə qo-
humluq əlaqələri qurması onların arasında olan ülfət və dostluğun
bariz bir nümunəsiydi. Çünki ərəb qəbilələri arasında evlilik həmin
iki qəbilə arasında ülfət və səmimilik nişanəsidir.
Əhli-beytin (ə) bəzi səhabələrlə (hamısı ilə yox) qəbilə ixtilafı
yox, əksinə əqidə və rəftar ixtilafları var idi. Aydındır ki, belə bir
ixtilaf bir neçə nəvə və nəticənin evlənməsi ilə aradan qaldırıla
bilməzdi.
Başqa sözlə desək, əgər Həzrət Peyğəmbərin (s) ailəsinin
hansısa bir qrupla siyasi və maliyyə ixtilafı olsaydı, deyərdik ki, qız
vermək və ya qız almaq nəticəsində iki tərəfin mövqeləri bir-birinə
yaxınlaşmış və bir-birilərinə ülfət əli uzatmışlar.

  32

Onların əsas ixtilafı Allahın Rəsulunun (s) vəfat etməsindən
sonra cəmiyyətə rəhbərlik kimi əsas və son dərəcə vacib bir məsələ ilə
bağlı olmuşdur. Bu əsas ixtilaf heç bir vaxt bir neçə evliliklə aradan
getməzdi, necə ki, indiyədər aradan getməmişdir. Hüseyn ibn Əlinin (ə)
və Həsən ibn Əlinin (ə) nəvələrindən bir neçəsinin xəlifələrin və
səhabələrin nəvələri ilə ailə qurmaları onların bütün əqidə, fiqh və
siyasi məsələlərdə eyni fikrə malik olmaları anlamına gəlmir.

İraqda sünni və şiə ailələrə mənsub olan insanlar arasında evlən-
mə hallarına tez-tez rast gəlinir, lakin bu heç bir vaxt onu göstərmir
ki, həmin cütlükləri təmsil edən gənclər bir-birilərinin əqidəsini də
qəbul edirlər.

Üçüncü xəlifənin həyat yoldaşlarından biri Nailə adlı xristian bir
xanım idi. Məgər bu Osmanın xristian olmasının göstəricisidirmi?1

2. Bu evlilik Quranın əsl mahiyyətinə söykənir.
2‫أَ ﱠلا تَ ِز ُر َوا ِز َرةٌ ِو ْز َر أُ ْخ َرى‬

Əgər keçmişdə Həzrət Peyğəmbərin (s) ailəsinə sevgi bəslə-
məmiş və Həzrətin (s) qızına zülm etmişlərsə, bu o demək deyildir
ki, onların nəvələri və nəticələrinin də həmin cinayətdə şərik
olmaları şəksizdir.

Bundan əlavə, üçüncü sualın cavabında qeyd etdik ki, məsum
imamlar yaşadıqları dövrdə onlara qarşı yönəlmiş təzyiqlərin aşağı
salınması məqsədilə bəzi övladlarına xəlifələrin adlarını qoyur-
dular. Bəzən isə bu təzyiqlərin qarşısını almaq üçün qız verir və ya
qız alırdılar. Bir qədər öncə də qeyd etdik ki, belə evlilikləri əqidə
vəhdətinə dair dəlil hesab etmək olmaz.

                                                           
1 əl-Nəcm surəsi, 38-ci ayə.
2 Sünəni-Tirmizi, V cild, səh. 305. Həmçinin bax: “Mənaqibi Müsnədi-Əhməd”,
“Mənaqibi Əli ibn Əbu Talib” fəsli, I cild, səh. 77.

  33

Sual 7:
Şiələrin fikrincə, imamlar qeyb elmini bilir və öz ölümlə-
rindən xəbərləri olurdu, yaxud öz ixtiyarları ilə ölürdülər. Belə
olduqda camda zəhər içən imam bir növ intihar etmiş sayılır?
Cavab:
Əvvəla, imamın Allah-təala yolunda şəhid olmaqdan xəbərinin
olması və ya öz ixtiyarı ilə qılıncla ölümü seçməsi ilahi bir təklif,
bəlkə də eynilə Allah-təalanın istəyinə təslim olmaqdır. İmam Hü-
seyn ibn Əli (ə) tam ixtiyar sahibi və mükəmməl məlumata malik
olan bir şəxs kimi Kərbəla yolunu seçdi və bu yolda öldürüləcəyini
də bilirdi. Ancaq şəhadət onun üçün bir vəzifə idi ki, müsəlmanları
Əməvilər hakimiyyətinin əsl mahiyyəti ilə tanış etsin. İnsanların
laqeydliyini aradan qaldıraraq zamanın hakimlərinin əleyhinə cihad
ruhunu yenidən canlandırsin. Yezid kimi hakimlər vəhyi inkar edir
və Həzrət Peyğəmbərin (s) nübüvvətini şübhə altına salırdılar. O,
vaxtilə Bədr və Ühüd müharibələrində öz nəslindən öldürülənlərin
intiqamını almaq istəyirdi. Odur ki, öz şeirində belə deyir:

‫ل ِعبَ ْت ھا ِش ُم بِا ْل ُم ْل ِک فَلا َخبَ ٌر جا َء َولا َو ْح ٌی نَ َز ْل‬
‫لَ ْس ُت ِم ْن ُخنَد ٍف إِ ْن لَ ْم أَ ْنتَقِ ْم ِم ْن بَنی أَ ْح َم َد ما کا َن فَ َع ْل‬
‫َج َز َع ا ْل َخ ْز َر ِج ِم ْن َو ْق ِع ا ْلأَ َس ْل‬ ‫لَ ْي َت أَ ْشياخی بِبَ ْد ٍر َش ِھ ُدوا‬
‫ يا يَزي ُد لاتُ َش ْل‬:‫ثُ ﱠم قالُوا‬ ً‫َلأَ َھلﱡوا َوا ْستَ َھ ﱡلوا فَ َرحا‬
Bəni-Haşim səltənətlə oynadılar və yoxsa,

Nə bir xəbər var idi, nə də gəlmişdi vəhy.

Xəndəfin oğlu əsla olmaram, gər,

Məhəmmədin balalarından almasam intiqam.

Kaş Bədr döyüşündə öldürülmüş babalarım,

Xəzrəclilərin ah-fəğan etdiklərini görəydilər.

Görsəydilər, o zaman sevinərdilər və sevincdən,

Qışqırıb deyərdilər mənə: Ey Yezid, çox sağ ol!

  34

Zalım hakimiyyət qarşısında dayanan İmam (ə) ölümə getmə-
sinə dair qəti məlumata malik olmaqla yanaşı, şəhadətə tərəf ge-
dirdi ki, öz vəzifəsinə əməl etsin.

Digər imamlar və onların zəhərlənmələri barəsində isə de-
məliyik ki, bu məsum insanların zəhərlənmələri dil və qələmləri ilə
zülmkarlara və xəlifələrə qarşı apardıqları cihad olmuşdur. Həmin
cihadlar nəticəsində düşmənlər imamların əleyhinə qalxaraq onları
hər bir vasitə ilə sıradan çıxarmağa çalışırdılar. Əgər onların ölümü
və şəhadətləri sırf öz iradələrinin istəyi və bilərəkdən baş verirdi
deyilirsə, bunun mənası onların tam sərbəst şəkildə zülmkarlarla
mübarizəyə qalxmaları deməkdir. Bunun da nəticəsində təbiidir ki,
onları ya şəhid edir, ya da zəhərləyib öldürürdülər. Əgər onlar əllə-
rini əllərinin üstünə qoyaraq Əməvilərin və Abbasilərin zülmkar
xəlifələrinə sitayiş etsəydilər, heç bir zaman nəsibləri şəhadət ol-
mazdı.

İmamların həyatı özünütəcrid etmə və tənhalığa qapılmaqdan
ibarət olmamışdır. Onlar camaat arasında özlərinin əqidə və dini
hökmlərini təbliğ etməklə məşğul olur və bu kimi vəzifələri yerinə
yetirirdilər. Bu kimi rəftarların nəticəsində də onları ya şəhid
edirdilər, ya da zəhərləyirdilər. Bununla belə, imamlar tam ixtiyar
sahibi kimi bu zəhərlənmə hallarını qəbul edirdilər. Bu işdə məqsəd
isə İslam dininin daha da genişləndirilməsi və yayılması idi.

Ancaq bəzən evlərində zəhərlənmələri onların qeybdən xəbərdar
olmalarına, onların iradələrinə və istəklərinə bağlı olurdu. Əgər
vəziyyət tələb edərdisə, elmdən və xəbərdən istifadə edərdilər.
Rəvayətlərdə belə deyilir:

1‫ان الامام اذا شاء ان يعلم علم‬

                                                           
1 əl-Kafi, I cild, səh.258 (Şübhəsiz, İmam (ə) nə zaman istəsə, xəbərdar ola
bilər).

  35

Belə olduqda ola bilər ki, həmin elmdən istifadə etməmişlər və
bəlkə də belə məsləhət görülməmişdir.

Beləcə, Həzrət Peyğəmbərin (s) və imamların qeybdən xəbərdar
olmaları sanki yanlarında məktub olan şəxslər kimidirlər ki, istə-
dikləri zaman həmin məktubu açıb məzmunundan xəbər tuta bi-
lirlər. Əgər Həzrət Peyğəmbər (s) və imamlar müsibətlərə tuş
gəlsəydilər, məsləhət üzündən özlərində olan elmə diqqət yetirmək
istəməzdilər. İlahi məsləhətlə öz ixtiyarlarından bəhrələnərdilər. O
elmdən bəhrələnsəydilər də, Allah-təalanın istəyinə tam təslim
olduqlarından şəhadəti qarşılamağa gedirdilər.

Bu sualın cavabı ilahi şəxsiyyətlərin elmi barəsində olan
rəvayətlərə müraciət etməklə çox sadə bir şəkildə əldə olunur. Bu
barədə aşağıda adı çəkilən kitablara müraciət edin.1

Sual 8:
Həsən ibn Əli (ə) kifayət qədər qüvvəsinin olmasına baxma-
yaraq, müharibəni davam etdirmədi və Müaviyə ilə sülh
bağladı. Ancaq Hüseyn ibn Əli (ə) imkanlarının az olmasına
baxmayaraq, Yezidlə müharibəyə getdi? Onlardan biri səhv
etmişdir?
Cavab:
1. İnsan bu sualı toplayan və ya toplayanların bütün səhabələrə
ismət və ədalət libası geyindirmələrinə təəccüb etməyə bilmir.
Onların hamısını necə də pak və günahsız bilirlər. Məgər baba-
larına çoxlu sitayişlər olunan İmam Həsən (ə) və İmam Hüseyn (ə)
səhabə deyildilərmi? Niyə onlardan birinin işinin səhv olduğunu
düşünməliyik?

                                                           
1 Məfahim əl-Quran, səh. 338; “Agahi sevvom”, səh. 212-235-də bu sualların
bəzilərinə cavab verilmişdir.

  36

Buradan da açıq-aydın şəkildə bəlli olur ki, sualları toplayan
sələfi yox, nasibidir. Çünki sələfilər bütün səhabələri möhtərəm
bilirlər, lakin bu kitabçanı yazanın Həzrət Peyğəmbərin (s) gözü-
nün nuru olan o iki şəxsə az da olsa ehtiram göstərmədiyi göz
qabağındadır. Həzrət Peyğəmbər (s) buyurmuşdur:

1" ‫" َم ْن أَ َحبﱠنِي َوأَ َح ﱠب َھ َذ ْي ِن َوأَبَا ُھ َما َوأُ ﱠم ُھ َما َكا َن َم ِع َي فِي َد َر َجتِي يَ ْو َم ا ْلقِيَا َم ِة‬
–Hər kəs məni və bu ikisini və onların ata və analarını sevsə,
qiyamət günü mənimlə eyni dərəcədə olacaq.

Həmçinin Həzrət (s) buyurmuşdur:

2‫ا ْل َح َس َن َو ا ْل ُح َس ْي َن َسيﱢ َد ْی َشبَا ِب أَ ْھ ِل ا ْل َجنﱠ ِه‬
–Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır.

2. Sualı yazan o iki pak imamın hakimiyyət və səltənətdə
gözlərinin olduğunu qeyd etmək istəmişdir. Hədəf və məqsədləri
baxımından Müaviyə kimi olmuşlar. Müaviyə Həsən ibn Əli (ə) ilə
sülh müqaviləsindən sonra minbərə çıxaraq belə demişdir: “Ca-
maat! Mən sizinlə namaz qılasınız, yaxud oruc tutasınız deyə mü-
haribə etməmişəm. Hakimiyyətə gəlmək üçün müharibə etmişəm!”

Hər iki imam isə hakimiyyətə gəlmək fikrində yox, öz öhdə-
lərinə düşən vəzifələri yerinə yetirmək fikrində olmuşlar. Bəzən
vəzifə sülh bağlamağı, bəzən də cihad etməyi vacib edirdi. Necə ki,
babaları da Bədr və Ühüddə müharibə etdi, lakin Hüdeybiyyədə
sülh bağladı.

                                                           
1 Sünəni-Tirmizi, V cild, səh. 305. Həmçinin bax: “Mənaqibi Müsnədi-Əhməd”,
“Mənaqibi Əli ibn Əbu Talib” fəsli, I cild, səh. 77.
2 Sünəni-Tirmizi, V cild, səh. 656, hədis-3768, “Müstədrək Hakim”, III cild, səh.
151 və 154; “Səhihi- İbn Həyyan”, XV cild, səh.12, hədis-6959.

  37

3. Həsən ibn Əli (ə) qardaşı Hüseyn ibn Əlinin (ə) yolunu ge-
dərək qoşunlar itaətində olana qədər cihad etdi. Lakin dünyapə-
rəstliyin onları aldatdığını, eləcə də müharibənin davam etməsinin
insanların qırılmasına səbəb olacağını görüb müharibədən əl çəkdi
və məcburi sülhü qəbul etdi. O zamankı İraqın pərakəndəliyini və
iraqlıların müharibədəki süstlüyünü Həzrətin (ə) özündən savayı
başqa kimsə daha düzgün müəyyən edə bilməzdi.

Həzrət Müctəba (ə) ordusunun irəlilədiyi sonuncu məntəqə olan
Mədaində müfəssəl bir çıxış etdi və belə buyurdu:

–Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizə-
dən heç bir şəkk-şübhə çəkindirə bilməz. Biz bundan qabaq da
sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə
etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı
anlaşma sizdən uzaqlaşmışdır. Siz öz müqavimətinizi itirmisiniz və
indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin
mənfəətini dünya mənfəətindən üstün tutdunuz. Lakin indi isə
dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə oldu-
ğumuz kimiyik, ancaq siz bizə münasibətdə keçmişdə olduğunuz
kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə, bə-
ziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını
itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır, ikinci dəstə isə
ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən
boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və böyük
məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yo-
lunda hazırsınızsa, deyin, o zaman mübarizəyə qalxaq və onun bu
təklifinə qılıncla cavab verək, yox, əgər sağ-salamat qalmaq istə-
yirsinizsə, həmin təklifi qəbul edək və sizin razılığınızı təmin edək.

İmamın (ə) sözləri bu yerə çatan zaman hamısı bir ağızdan “biz
yaşamaq istəyirik”, – deyə qışqırdı.1

                                                           
1 İbn Əsir, “Üsdul Ğabə fi mərifətil səhabə”, Tehran, əl-Məktəbəül İslamiyyə, II
cild, səh.13-14; İbn Əsir, “əl-Kamil fi tarix”, Beyrut Darul Sadir, III cild,
səh.406; Məclisi, “Biharül-ənvar”, Tehran, əl-Məktəbəül İslamiyyə, 1393 h.q.

  38

Camaat Həsən ibn Əlini (ə) köməksiz qoyduqda, Həzrət (ə) də
sülhü seçdi.

O, döyüş ruhu olmayan belə bir qoşunla Müaviyə kimi güclü bir
düşmənlə müharibə edə bilərdimi? Təzadlı ünsürlərdən təşkil
olunmuş belə bir qoşunla, həqiqətən də, necə qələbə çalmaq
olardı?

Tədqiqatçılar İmam Həsənin (ə) sülhü barədə son dərəcə dəyərli
kitablar yazmışlar. Təəssüflər olsun ki, haqqında bəhs etdiyimiz
kitabçanın müəllifinin həmin kitablardan heç bir xəbəri yoxdur. Bu
barədə mütaliə etmək istəyənlər Şeyx Rəzi Ali-Yasinin yazdığı
“Sülhi əl-Həsən” kitabına və “Pişvayane İslam” kitablarına müra-
ciət edə bilərlər.

Bəs nəyə görə Həsən ibn Əli (ə) həmin kiçik bir qoşunla cihad
etmədi, lakin Hüseyn ibn Əli (ə) isə 72 nəfərlə cihad etdi? Bu
sualın cavabında demək lazımdır ki, İmam Həsənin (ə) şəhadəti o
gün hakim cəmiyyətə heç bir təsir göstərə bilməyəcək və Əməvilər
hakimiyyətinə qarşı hərəkata da səbəb olmayacaqdı. Çünki Əməvi
partiyası hələ cəmiyyətdə yaxşı tanınmamışdı. Ancaq İmam Hüsey-
nin (ə) şəhadəti İslam dünyasına bir təkan verdi və özündən sonra
hərəkatlar yaratdı.

Sual 9:
Kitabçada “Üsuli-kafi” əsərindən belə nəql olunur ki, orada
“Müshəfi- Fatimə” haqqında bəhs edilmişdir. Kitabçanı tərtib
edənlər “müshəf” kəlməsini Quran mənasında başa düşərək
onun barəsində suallar veriblər. Misal üçün:
1. Həzrət Peyğəmbər (s) və onun səhabələri Fatimənin
Quranını tanıyırdılarmı?

                                                                                                                                     
44-cü cild, səh. 21; Sibt ibn Cuzi, “Təzkirətül xəvas”, Nəcəf, Mənşurat
Məktəbətül Heydəriyyə, 1383 h.q, səh.199.

  39

2. Görəsən ...
Və ...
Cavab:
Təbiidir ki, bir nəfərin hədisi səhv tərcümə etməsi və onun
barəsində suallar sıralaması çox təəccüblüdür!
Hədis “Müshəfi-Fatimə”yə aiddir. Sualları toplayan isə elə başa
düşmüşdür ki, ərəb dilində “müshəf” kəlməsi Həzrət Peyğəmbərin
(s) zamanında olduğu kimi, Quran mənasındadır. Ancaq “müshəf”
kəlməsi “səhifə” sözündən götürülmüşdür və ərəb dilində mütləq
şəkildə “kitab” mənasındadır.
Qurani-kərimdə deyilir: “Əməl dəftərləri açılacağı zaman.”1
“Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda – İbrahi-
min və Musanın kitablarında da mövcuddur.”2
Tarixi mənbələrdə belə qeyd olunmuşdur ki, İslamın ilk dövr-
lərində “müshəf” kəlməsi “dəftər” və ya cildlənmiş “kitab” məna-
sında işlədilirdi. Hətta Həzrət Peyğəmbər (s) dünyadan köçdükdən
sonra da “müshəf” kəlməsi Quranın adı kimi istifadə edilmirdi. Hər
bir cildlənmiş kitaba müshəf deyirdilər.
İbn Əbi Davud Sicistani Quranın müshəfdə toplanılması barədə
Məhəmməd ibn Sirindən belə nəql edir: “Həzrət Peyğəmbər (s)
vəfat etdikdə Həzrət Əli (ə) and içdi ki, Quranın toplanıb başa
çatdırılması üçün cümə namazlarından savayı başqa heç bir iş üçün
çiyninə rida salmayacaq.”
Əbu əl-Aliyə nəql edir: “Onlar Əbu Bəkrin xilafəti dövründə
Quranı topladılar.”
O, həmçinin belə nəql edir: “Ömər ibn Xəttab Quranın
toplanılması barədə əmr verdi və o, Quranı müshəfdə toplayan ilk
şəxs idi.”3

                                                           
1 Təkvir surəsi, 10-cu ayə.
2 əl-Əla surəsi, 18 və 19-cu ayələr.
3 Kitabi-Məsahif, Hafiz Əbu Bəkr Abdullah ibn Əbi Davud Sicistani, səh. 9-10.

  40

Bu cümlələr də “müshəf” kəlməsinin o günlərdə “böyük dəftər”
və ya “cildlənmiş kitab” mənasında işlədildiyini göstərir. Sonralar
zaman keçdikcə bu söz Qurana aid edilməyə başlanıldı.

Bizim imamlarımızdan olan rəvayətlərdən belə məlum olur ki,
hətta onların zamanında da “müshəf” sözü “kitab” və ya “yazılı
dəftər” mənasını daşımışdır.

İmam Sadiq (ə) buyurur: “Hər kim Quranı müshəf üzərindən
oxusa, öz gözündən bəhrələnir.”1

Həmçinin başqa bir hədisdə isə belə qeyd edilmişdir: “Quranı
müshəf üzündən oxumaq (cildlənmiş yarpaqlar) ata və ananın
əzabını azaldar.”2

Tarixçilər Xalid ibn Mədanın tərcüməsi barədə yazırlar: “Xalid
ibn Mədan öz elmini düyməsi və tutacağı olan müshəfdə (dəftərdə)
qeyd etmişdir.”3

–Xalid ibn Mədan tabeindən idi və yetmiş səhabəni dərk
etmişdi.4

Buraya qədər aydın oldu ki, birinci əsrin sonlarına qədər “müs-
həf” kəlməsi cildli kitab və yaxud da cildlənmiş dəftər mənasını
kəsb etmişdir və insanlar öz məlumatlarını oraya yazırdılar. Son-
ralar Qurana müshəf deyildi, çünki zehinlərdən çıxıb vərəqə
köçürüldü və cildlənmiş formaya düşdü.

Bu məsələyə diqqət yetirdikdə dərk edirik ki, Həzrət Peyğəm-
bərin (s) qızının atasından öyrəndiyi elmi qeyd etdiyi müshəfə
malik olmasına qətiyyən təəccüb etməməliyik. O, bunu ən yaxşı bir
miras kimi öz övladlarına miras qoymuşdur.

Xoşbəxtlikdən Xanım Fatimeyi Zəhranın (s.ə) övladları bu müs-
həfin həqiqətini bilmiş və demişlər: “Bu müshəf atasından eşitdiyi

                                                           
1 Üsuli-kafi, II cild, səh. 613.
2 Yenə orada.
3 Kitabi-məsahifi Sicistani, səh.134-135.
4 əl-Bab fi Təhzibül Ənsab, İbn Əsir, III cild, səh. 62 və 63.

  41

məlumatlardan və mühəddis olduğuna görə mələklərdən eşitdiklə-
rindən savayı başqa bir şey deyildir.”

İndi isə bəzi rəvayətlərə toxunmaq istəyirik.
İmam Sadiq (ə) buyurmuşdur: “Bizdə olan yazılarda halal və
haram qeyd edilməmişdir və bu, Fatimənin (s.ə) müshəfidir ki,
orada Qurandan bir kəlmə belə yoxdur. O, Həzrət Peyğəmbərin (s)
diktəsi, Həzrət Əlinin (ə) xətti ilə yazılmışdır və onun hamısı bizim
ixtiyarımızdadır.”1
İmam Sadiq (ə) başqa bir rəvayətdə Xanım Fatimeyi Zəhranın
(s.ə) müshəfinin vəsfi ilə əlaqədar olaraq belə buyurur: “Allaha and
olsun ki, sizin Qurandan bir kəlmə belə orada yoxdur.” Nəql edən
deyir ki, mən soruşdum: “Onda elm vardırmı?” İmam (ə) cavabında
buyurdu: “Bəli, lakin adi elmlərdən olmayan bir elm vardır.”2
Deyilənlərə diqqət yetirdikdə belə məlum olur ki, Xanım
Fatimeyi Zəhranın (s.ə) müshəfinin Quranla əlaqəsi olmamışdır.
Bəziləri bundan istifadə edərək Əhli-beyt (ə) tərəfdarlarını Quranı
təhrif etməkdə ittiham etməyə çalışmışlar. Ancaq onlar istəsəydilər
müəyyən bir tədqiqat apardıqdan sonra bu barədə danışa bilərdilər.
Beləliklə, qeyd edə bilərik ki, bu sualın əsli olmadığından ona
cavab vermək də yersizdir.

Sual 10:
Şiənin bəzi hədis sənədlərində “Ömər” adlı şəxslər var?
Cavab:
Bu, üçüncü sualın təkrarıdır və onun cavabı müfəssəl şəkildə
verilmişdir.

                                                           
1 Bəsayirül dərəcat, səh. 157 və 158. Neman çap müəssisəsi.
2 Kafi, yenə orada, hədis-1.

  42

Sual 11: Şiə rəvayətlərində qeyd olunur ki, müsibətə səbir
etmək lazımdır, taqətsizlik və qərarsızlıqdan misal üçün, üzə
şillə vurmaq kimi işlərdən çəkinmək gərəkdir. Belə olduğu
halda niyə şiələr matəm vaxtlarında bu hədislərin əksinə əməl
edirlər?

Cavab:
Dünyadan köçənlər üçün ağlamaq fitri xüsusiyyətlərdən sayılır
və üz cırmaq kimi işlərdən fərqlənir. Birinci yol Həzrət Peyğəm-
bərin (s) və onun yaxınlarının yoludur. Oğlu İbrahim vəfat edəndə
buyurmuşdur: “Göz ağlayır, gözyaşı axır və qəlb yanır.”1
Ühüd müharibəsində Həmzə şəhid olduqda Əbdülmüttəlibin qızı
Səfiyyə Ühüd dağının ətəyində Həzrət Peyğəmbəri (s) axtarırdı.
Həzrət (s) Səfiyyəni gördükdə ənsarla onun arasında fasilə qoyaraq
dedi: “Onu öz halına buraxın.” Səfiyyə Həmzənin cənazəsinin ya-
nında əyləşdi və ağladı. Onun ağlamaq səsi ucaldıqda Həzrət Pey-
ğəmbərin (s) də ağlamaq səsi ucalırdı. O, astadan ağladıqda Həzrət
Peyğəmbər (s) də astadan ağlayırdı. Həzrət Peyğəmbərin (s) qızı
Fatimeyi Zəhra (s.ə) da ağlayırdı. Həzrət Peyğəmbər (s) qızı Fati-
məyə (s.ə) buyurdu: “Heç kim sənin kimi müsibət görməyəcək.”2
Həzrət Fatimeyi Zəhra (s.ə) Həzrət Peyğəmbər (s) dünyadan
köçdükdən sonra davamlı şəkildə ağlayır və buyururdu: “Ey ata,
sən Rəbbinə yaxınlaşdın, Onun dəvətini qəbul etdin və indi
əzəmətli behişt sənin yerindir.”3
İslam tarixi boyunca müsəlmanlar arasında istər səhabə, istərsə
də tabeində ağlamaq barəsində çoxlu misallar var. Onların hamısını
burada qeyd edə bilmərik. Şeyxeynin (Əbu Bəkr və Ömərin)

                                                           
1 Məcməül-Zəvayid, III cild, səh. 8.
2 İmtinaül-Əsma, Məğrizi, səh. 154.
3 Səhihi-Buxari, “Mərəzun Nəbi və vəfatuhu” bölməsi; “Müsnədi Əbu Davud”,
II cild, səh. 197; “Sünəni-Nəsayi”, IV cild, səh. 13; “Müstədrək Hakim”, III cild,
səh. 163; “Tarixi əl-Xətib, III cild, səh. 262.

  43

dostlarının ölümündə ağlamağı tarixi mənbələrdə qeyd olunmuş-
dur.1

Ayişə deyir: “Allahın Rəsulunun (s) ruhu çıxdıqdan sonra onun
başını balışa qoydum və sonra qalxıb digər qadınlarla birlikdə üzü-
mə və başıma vurmağa başladım.”2

İnsanın öz əzizləri üçün matəm saxlaması onun fitrətindən
qaynaqlanır. Tarixi mənbələrdə yazırlar: “Ühüd müharibəsində
ənsarlar öz ölənlərinə ağlayırdılar. Birdən Həzrət Peyğmbərin (s)
yadına düşdü ki, şəhadət şərbəti içən əmisi Həmzənin ağlayanı
yoxdur. Odur ki, ənsar xanımlarından öz əzizlərindən ötrü ağladıq-
ları kimi, Həmzə üçün də ağlamalarını istədi.”3

Həzrət Peyğəmbər (s) qızlarından birinin ölümünə ağladığı za-
man Übadə ibn Samit onun nə üçün ağladığını soruşdu. Həzrət
Peyğəmbər (s) cavabında dedi: “Ağlamaq Allah-təalanın insanlara
bəxş etdiyi mərhəmətdir və Allah ancaq sevdiyi bəndələrinə rəhm
edəcəkdir.”4

Lakin İslam dini baxımından dini rəhbərlərin və görkəmli
şəxsiyyətlərin dünyadan köçmələri tamamilə fərqlidir. Onlar dün-
yadan köçdükləri zaman matəm saxlamaq təkcə şəxsi səbirsizlik
deyil, əksinə onların tutduqları yolun himayə olunması sayılır.

Onlar İslam dininin həqiqi mücahidləri olmuşlar və heç bir
zaman Əməvilər, habelə Abbasilər hakimiyyətinin təmsilçiləri ilə
yola getməmiş və şəhadət şərbəti içmişlər. İnsanların matəm
yığıncaqları və ya əzadarlıq məclisləri keçirmələrində əsas məqsəd
isə o böyük şəxsiyyətlərin təlimlərini daim yaşatmaq və onun
əbədiliyini təmin etməkdir. Ona görə də hər növ sinə vurma, habelə

                                                           
1 Tövhid və sirkin sərhədləri, səh. 195 və 201.
2 Tarixi-Təbəri, II cild, səh. 441.
3 Məcməül-Zəvayid, VI cild, səh. 120, bu yas guya Səfiyyənin Həmzə üçün yas
mərasimindən öncə olmuşdur.
4 Sünəni-Əbi Davud, II cild, səh. 58; “Sünəni- İbn Macə”, I cild, səh. 481.

  44

növhə oxuma onların yollarının və müəyyən etdikləri qaydaların
daim yaşadılması üçündür ki, İslam ümməti bir daha zalım
münafiqlərin toruna düşməsin. “Qılıncla ölmək zillət içində yaşa-
maqdan daha yaxşıdır.”

Nəticə:
1. Buradan belə bir nəticəyə gəlirik ki, insanın əzizləri üçün
ağlaması ilahi bir mərhəmətdir. Bu, heç bir şeyin təsir göstərmədiyi
və kimsəyə rəhm etməyən daşqəlbli insanların müqabilində insanın
kamilliyidir;
2. Əzadarlıq, yürüş və qrupla mərsiyə oxuma məktəbinin
canlandırılması üçün bəyənilən bir işdir və sitayişə layiqdir;
3. Tasua və aşurada, həmçinin digər münasibətlərdə şiələrin
mərsiyə oxuması, habelə matəm yürüşünün siyasi tərəfi də vardır.
Bu mərasimlərdə əsas hədəf Əməviləri məhkum etmək, həmçinin
onları müdafiə edənləri özlərindən uzaqlaşdırmaqdır. Bununla da
əsas məqsəd Əməvilərin zülmkarlığının və Əhli-beytin (ə)
məzlumluğunun daim yaddaşlarda yaşadılmasıdır;
4. Əzadarlığın müxalifləri Əməvilərin zülmkarlığının və Əhli-
beytin (ə) məzlumluğunun şiələr tərəfindən yenidən dilə gətiril-
məsindən qorxurlar. Onlar müxtəlif rəvayətlər nəql edirlər ki, biz
də bunları inkar etmirik. Ancaq onların əsas hədəfi Əməvilərin
əməllərini ört-basdır etmək və Həzrət Peyğəmbərin (s) nəslini
təcrid etməkdir.

Sual 12:
Qəmə vurmaq və qan çıxartmağın hökmü nədir?
Cavab:
Əvvəlki sualın cavabında dedik ki, Bəni-Üməyyə və Bəni-
Abbas zalımlarını məhkum edən, eləcə də haqq və həqiqət yolunun
tərəfdarı olan bir təlimin dirçəldilməsi üçün edilən hər bir yürüş,
əzadarlıq və mərsiyəxanlıq haqqa kömək və Allah-təalaya tərəf

  45

atılan bir addım və dəvətdir. Ancaq əgər bu işlərin arasında İslam
şəriətinə xilaf işlər baş verərsə, heç bir alim onu dəstəkləmir.

Biz sualları toplayan və ya toplayanlardan soruşuruq: “Ötən il
İordaniyadan olan bir yeniyetmə özünə bomba bağlayaraq İraqın
Hillə şəhərindəki bir toy mərasimində özünü partlatdı və yüzdən
çox insan həmin hadisə zamanı həlak oldu. Bu xəbər onun
İordaniyadakı ailəsinə gəlib çatdıqda onun üçün “toy məclisi” təşkil
etdilər. Siz qadın, uşaq və günahsız insanları öldürən bu terrorçuları
müdafiə edirsiniz? Öz gözünüzdə tiri görmürsünüz ancaq ...”

Sual 13:
Ğədir-Xumda Həzrət Əli (ə) ilə beyət edən səhabələr nə
üçün onun xilafətə olan haqqının qəsb olunduğu zaman onu
müdafiə etmədilər?
Cavab:
Sual verən şəxsin bu barədə olan tarixi mənbələrə müraciət
etmədiyi və ya həmin materialları mütaliə etmədiyi nəzər-diqqəti
cəlb edir. Bəs o zaman haradan deyir ki, səhabələr etiraz
etməmişlər?!
Burada suala yığcam şəkildə cavab vermək tələb olunduğundan
Həzrət Əlinin (ə) haqqının əlindən alınması ilə əlaqədar bütün
etirazları və bəhsləri qeyd etmək fikrindən uzağıq.
Odur ki, bu barədə olduqca dəyərli və qiymətli olan “əl-Ğədir”
əsərini mütaliə etmək kifayət edər. Bu əsərdə səhabələrin və
tabeinlərin 22 bəhsi qeyd olunmuşdur.1
Bundan daha maraqlısı isə odur ki, Müaviyə ilə Əmr ibn Asın
arası dəyəndə Əmr ibn As Müaviyənin məktubunun cavabında ona
belə yazdı:

                                                           
1 əl-Ğədir, I cild, səh. 327-422.

  46

‫وقال رسولا )ص(فی يوم غدير خم الا من کنت مولاه‬.....‫" ويحک يا معاويه‬
1" ‫فعلی مولا ه الھم وال من والاه وعاد من عاداه و انصرمن نصر ه و اخذل من خذله‬

Bundan əlavə, sualları toplayan elə təsəvvür edir ki, guya səha-
bələr heç bir zaman Həzrət Peyğəmbərin (s) əmrindən çıxmamışlar.
Halbuki Həzrət Peyğəmbər (s) ömrünün son günlərində buyur-
muşdu: “Qələm və kağız gətirin, sizin üçün elə bir şey yazım ki,
heç bir vaxt yolunuzu azmayasınız.”

Lakin həmin vaxt bir qrup səhabə Həzrət Peyğəmbərin (s) bu
göstərişinə qarşı çıxdılar.2

Səhabələrin Həzrət Peyğəmbərin (s) əmrlərinə qarşı müxalifət-
çilik etmə halları o qədərdir ki, burada onları qeyd etməyi zəruri
hesab etmirik.

Sual 14:
Həzrət Peyğəmbər (s) vəfat etməmişdən öncə bir məktub
yazmaq istədi, lakin Ömər buna qarşı çıxdı. Bəs o zaman nə
üçün şücaətli olan Əli (ə) heç nə demədi?
Cavab:
Burada İbn Abbasla eyni fikirdəyik və deyirik:
–Allahın Rəsulu (s) cümə axşamı günü ölümünə çox az qalmış
dedi: “Mənim üçün qələm-kağız gətirin. Sizin azğınlığa düşmə-
məyiniz üçün elə bir şey yazım ki, heç bir vaxt yolunuzu azma-
yasınız.”3
Ancaq orada olanlardan bəziləri buna qarşı çıxdılar və Ömər ibn
Xəttab dedi: “Xəstəlik Həzrət Peyğəmbərə (s) güc gəlmişdir!”

                                                           
1 əl-Ğədir, I cild, səh.199, hədis-240.
2 Səhihi-Buxari, hədis-114.
ِ‫ َو ِع ْن َدنَا ِكتَا ُب ﱠﷲ‬،‫ "إِ ﱠن النﱠبِ ﱠي َغلَبَهُ ا ْل َو َج ُع‬:‫ قَا َل ُع َم ُر‬،ُ‫ا ْئتُونِي بِ ِكتَا ٍب أَ ْكتُ ُب لَ ُك ْم ِكتَابًا لاَ تَ ِض ﱡلوا بَ ْع َده‬3

‫ َولاَ يَ ْنبَ ِغي ِع ْن ِدي التﱠنَا ُز ُع‬،‫ قَا َل قُو ُموا َعنﱢي‬،ُ‫ فَا ْختَلَفُوا َو َكثُ َر اللﱠ َغط‬،"‫َح ْسبُنَا‬

  47

Başqa bir yerdə isə belə qeyd edilmişdir: “Peyğəmbər sayıq-
layır!” Həmin vaxt səhabələr bir-biriləri ilə mübahisə etməyə
başlayırlar.” Bu sözlər Həzrət Peyğəmbərin (s) qulağına gedib
çatdıqda buyurmuşdu: “Qalxın, buranı tərk edin. Peyğəmbərin
hüzurunda ixtilaf salmaq sizə yaraşmır.” İbn Abbas burada deyir:
“Ən böyük müsibət və faciə o zaman baş verdi ki, Həzrət Pey-
ğəmbərin (s) bir yazı yazmaq istəyinə mane oldular. Belə ki, pərdə
arxasından qadınların səsi ucaldı və onlar müxalifləri danlamağa
başladılar.”

Burada iki sual meydana çıxır:
1. Nə üçün ikinci xəlifə Həzrət Peyğəmbərin (s) təkid etdiyi
əmrə müxalif çıxdı? Bu müxaliflik Həzrət Peyğəmbərin (s)
əleyhinə bir üsyan deyildi?
Qurani-kərimdə buyurulur:

1‫يا أَ ﱡي َھا الﱠذي َن آ َمنُوا لا تُقَ ﱢد ُموا بَ ْي َن يَ َد ِي ﱠﷲِ َو َر ُسولِ ِه َو اتﱠقُوا ﱠﷲَ إِ ﱠن ﱠﷲَ َسمي ٌع َعلي ٌم‬
– Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allah-

dan və Peyğəmbərdən önə keçməyin ...

Məgər Allahın Rəsulunun (s) yazı yazmasının qarşısını almaq
Allahdan və Peyğəmbərdən (s) önə keçmək deyilmi?

2. Nə üçün Həzrət Peyğəmbər (s) istədiyi məktubu yazmadı.
Səbəbi məlumdur, çünki Həzrət Peyğəmbərin (s) sözü şübhə ilə
qarşılanarsa, yaxud ona “ağır xəstədir” və ya Allah eləməmiş,
“sayıqlayır” deyilərsə, yazacağının da aqibəti məlum idi. Ona da
həmin böhtanı atacaqdılar və nəticədə İslam dini təlimi də şübhə
altına alınacaqdı.

Bu açıqlamadan məlum olur ki, nə üçün Həzrət Əli (ə) Həzrət
Peyğəmbərin (s) tərəfini tutmadı. Aydındır ki, Həzrət Peyğəmbər

                                                           
1 Hucərat surəsi, 1-ci ayə.

  48

(s) yazmaqdan imtina edərdisə, Həzrət Əlinin (ə) itaətdən savayı
başqa bir çarəsi qalmayacaqdı.

Sualları tərtib edən şiələrin ən zəif yerinə toxunmaq istəmişdir,
ancaq görürük ki, Buxarinin “Səhih”in 6-cı cildində yazdığı hədis
Əməvilərin təliminin əsassız olduğunu göstərməklə yanaşı,
səhabələrdən bir dəstəsinin ədalətliliyinə ağır bir zərbə vurur.
Allahın Rəsulunun (s) həmin məktubu yazmamasına baxmayaraq,
xoşbəxtlikdən məscidə gedərək “Səqəleyn” hədisini buyurdu:

‫ ما إن تمسكتم بھما لن‬، ‫ وعترتي أھل بيتي‬، ‫ كتاب ﷲ‬: ‫إني تارك فيكم الثقلين‬
1‫تضلوا بعدي أبدا‬

Həzrət Peyğəmbər (s) əvvəlki hədisdə istifadə etdiyi azğınlıq və
zəlalət kəlməsini burada da istifadə etmişdir.

Sual 15:
“Kafi” əsəri Quranın şərhi və təfsiridir? Halbuki onun əksər
rəvayətləri zəifdir.
Cavab:
Batil inanclara inananların hiylələrindən biri də qarşı tərəfi ilk
olaraq ittiham etmək və ona sual verməkdir.
Birincisi, harada qeyd olunub ki, “Kafi” kitabındakı hədislər
zəifdir? Burada onu da qeyd etməliyik ki, “Kafi”dəki hədislər dörd
qismə bölünür:
1. Səhih hədislər;
2. Mötəbər hədislər;

                                                           
1 Əbqatül-ənvar kitabının müəllifi mərhum Mir Hamid Hüseyn əsərin bir
hissəsini buna və hədisin mətninin müəyyən edilməsinə aid etmiş və hamısını VI
cilddə qeyd etmişdir. Misal üçün: “Tirmizi”, II cild, səh. 207; “Müsnədi-
Əhməd”, III cild, səh.17, 26, 59; IV cild, səh. 366 və 371; “Müstədrək Hakim”,
III cild, səh.109-110; “əl-Sünnə İbn Əbi Asim”, səh. 629, hədis-1553.

  49

3. Yaxşı hədislər;
4. Zəif hədislər.
Şiənin özünün dəyərli hesab etdiyi kitabda hədislərin dörd qismə
bölünməsi bu təlimin həqiqətsevər bir təlim olduğunu göstərir.
Çünki insanların əlində Qurandan səhih bir kitab yoxdur və başqa
kitablar araşdırılmalıdır. Bu baxımdan “Kafi” əsərində hədislər çox
dəqiqliklə dörd qismə bölünmüşdür.
Əllamə Məclisi “Miratül-uqul” kitabında bütün bölmələri müəy-
yən etmişdir.
“Kafi” əsərinin müəllifi kitabın əvvəlində hədislərin müəy-
yənləşdirilməsi üçün imamlardan meyarlar nəql etmişdir:

1‫اعرضوھما علی کتاب ﷲ فما وافق کتاب ﷲ فخذوه و ما خالف کتاب ﷲ فدعوه‬
–Onları (zidd hədisləri) Allahın kitabı ilə uyğunlaşdırın. Allahın
kitabına uyğun gələnini qəbul edin, uyğun gəlməyəni isə rədd edin.

Lakin Əhli-hədis və sələfilər “Səhihi-Buxari” və “Səhihi-Müs-
lim” əsərlərini əvvəldən-axıradək səhih hesab etmiş və nəticədə
problemlərlə üzləşmişlər ki, hələ də bundan qurtara bilməyiblər.
Yalan və yalandan düzəldilmə hədislər mövzunun daha da
genişlənməsinə səbəb olur. “əl-Hədis Nəbəvi beyn vəvayə və
dərayə” kitabında bu mövzuya toxunulmuşdur.

İkincisi, “Kafi” əsərinin Quranın şərhi və təfsiri olması iddiası
barəsində deməliyik ki, əgər Quranda olan zəkat, oruc, həcc və
cihad kimi mövzuların burada təfsir edildiyi və onların şəraitinin
bəyan olunduğu iddia edilirsə, bu, “Kafi”yə aid deyildir. Bütün
hədis kitablarında hətta sihah və sünnələrdə də belə bir məqam
mövcuddur. Əgər “Kafi” əsərinin Quranın təfsiri kimi yazıldığını
demək istəyirlərsə, bu söz də əsassızdır və bunu kimsə deməmişdir.

                                                           
1 Kafi, I cild, səh. 8.

  50


Click to View FlipBook Version