Burada kəfgir qazanın dibinə dəydiyinə görə tərtibçi başqa bir
kitaba pənah aparır və mətləbi nəql etmir. İddia edir ki, cavanların
bir qrupunun hidayətedicisidir.
Hər bir halda imamların bir-birinin ardınca olması barədə aydın
və qəti dəlil mövcuddur və mühəddislərin kitablarında qeyd
olunmuşdur. İndi onların bəzilərinin adını qeyd edirik:
1. Kuleyni, “Kafi”, kitabın “Həcc” bölməsində;
2. Şeyx Hürr Amili, “İsbatul hudat bilnüsus vəl möcizat”.
Mən bir gənc şiə kimi əqidəmi Qurandan, Həzrət Peyğəmbərin
(s) müəyyən etdiyi qayda-qanunlardan və mütəvatir rəvayətlərdən
əxz etmişəm. “Şiə gənclərin hidayət edilməsinə səbəb olan suallar”
adlı kitabçanı mütaliə etdikdən sonra həmin sualları verənlərin
qərəzli olduqlarını gördüm və elə bu baxımdan hazırkı kitabçanı,
yəni “Şiə gəncin vəhhabilərin suallarına cavabı” kitabçasını
yazmaqla öz dini vəzifəmə əməl etdim.
Eyni zamanda başqa bir kitabçada sələfilərdən suallar soruş-
muşuq ki, həmin kitabça dünyanın müxtəlif yerlərində on minlərlə
aldanmış gənclərin düz yola qayıtmasına səbəb olmuşdur. Siz hər
bir ölkədə onların nümunələrini görə bilərsiniz və elə bu da həmin
qrupun qorxuya düşməsinə səbəb olmuş və nəticədə bu işi
görmüşlər.
Bir daha xatırladıram ki, bu gün Əhli-beyt (ə) məktəbi yenə də
inkişafdadır və hətta vəhhabilərin yaşadıqları yerlərdə də bunu mü-
şahidə etmək mümkündür. Məhz elə bu inkişaf hətta Nəcd vilayə-
tində yaşayan vəhhabiləri belə qorxuya salmışdır. Çünki görürlər
ki, bir qrup açıq-aşkar şəkildə, qorxmadan və dəlil-sübutlarla Əhli-
beyt (ə) məktəbini qəbul etdiklərini elan edir.
H.q. 27 rəcəb 1428-ci il
Allahın Rəsulunun (s) məbəs günü
251
MÜNDƏRİCAT
Ön söz..............................................................................................................3
Vəhhabilik cərəyanı ilə tanışlıq ......................................................................7
Kitabın araşdırılması .....................................................................................11
Sual 1: Əmirəlmöminin Əlinin (ə) qızı Ümmi Gülsümü Ömər ibn
Xəttabla evləndirməsi yaxşı münasibətlərin nişanəsi deyilmi?.....................19
Sual 2: Əli (ə) Əbu Bəkr və Ömərlə beyət etdi. Bu beyət
onların xilafətdə haqlı olmalarının nişanəsi deyilmi?....................................21
Sual 3: Niyə Əli ibn Əbu Talib (ə) öz övladlarına
xəlifələrin adlarını qoymuşdur?.....................................................................24
Sual 4: Əgər Əli (ə) Həzrət Peyğəmbərin (s) xəlifəsi idisə,
onda niyə ona beyət etmək istəyəndə dedi: “Məni buraxın və
başqasını axtarın?”.........................................................................................25
Sual 5: Əgər Fatiməyə (s.ə) xəlifələr tərəfindən zülm
olunmuşdusa, onda niyə igid həyat yoldaşı onu müdafiə etməmişdi?...........30
Sual 6: Bəzi adlı-sanlı səhabələr Həzrət Peyğəmbərin (s)
ailəsi ilə qohumluq münasibətləri yaratmışdılar. Əhli-beyt (ə) də onları
sevmiş və onlarla dostluq əlaqələri qurmuşdular...........................................32
Sual 7: Əgər imamların qeybdən xəbərləri var idisə, onda niyə zəhərlə
öldürüldülər?..................................................................................................34
Sual 8: Niyə Həsən ibn Əli (ə) Müaviyə ilə sülh bağladı və
Hüseyn ibn Əli (ə) isə Yezidlə müharibə etdi?..............................................36
Sual 9: “Müshəfi-Fatimə” dedikdə nə nəzərdə tutulur?................................39
Sual 10: Şiənin bəzi hədis sənədlərində “Ömər” adlı şəxslər var?................42
Sual 11: Şiə rəvayətlərində qeyd olunur ki, müsibətə səbir etmək
lazımdır, taqətsizlik və qərarsızlıqdan misal üçün, üzə şillə vurmaq
kimi işlərdən çəkinmək gərəkdir. Belə olduğu halda niyə şiələr matəm
vaxtlarında bu hədislərin əksinə əməl edirlər?...............................................43
252
Sual 12: Qəmə vurmaq və qan çıxartmağın hökmü nədir?...........................45
Sual 13: Ğədir-Xumda Həzrət Əli (ə) ilə beyət edən
səhabələr nə üçün onun xilafətə olan haqqının qəsb
olunduğu zaman onu müdafiə etmədilər?......................................................46
Sual 14: Həzrət Peyğəmbər (s) vəfat etməmişdən öncə
bir məktub yazmaq istədi, lakin Ömər buna qarşı çıxdı.
Bəs o zaman nə üçün şücaətli olan Əli (ə) heç nə demədi?...........................47
Sual 15: “Kafi” əsəri Quranın şərhi və təfsiridir?.........................................49
Sual 16: Əgər insan Allahın bəndəsidirsə, övladlara
nə üçün Əbdülhüseyn kimi adlar qoyulur?....................................................51
Sual 17: Əli ibn Əbu Talib Allahın onu xəlifə seçdiyini bildiyi
halda nə üçün Əbu Bəkr, Ömər və Osmanla beyət etdi? Əgər
qüdrəti yox idisə, deməli imam deyildi. Yox, əgər qüdrəti var
idisə, onda bəs nə üçün qüdrətindən istifadə etmədi? Deməli,
bu xəyanətdir. Bu barədə sizin cavabınız nədir?............................................53
Sual 18: Həzrət Əli (ə) xilafətə gəldikdən sonra nə üçün
müvəqqəti evliliyə rəvac vermədi?................................................................55
Sual 19: İlk iki xəlifənin zamanında İslamın fəthləri daha geniş
olmuşdur və heç bir vaxt o zamankı qüdrətə malik olmamışdır.
Ancaq sizin məsum hesab etdiyiniz Əli ibn Əbu Talibin (ə)
zamanında müsəlmanlar daxili ixtilaflarla üzləşdilər....................................60
Sual 20: Əgər Müaviyə pis insan idisə, onda nə üçün
Həsən ibn Əli (ə) onunla sülh müqaviləsi bağladı?.......................................62
Sual 21: Həzrət Peyğəmbər (s) Kərbəla torpağına səcdə etmişdir?..............64
Sual 22: Şiələr deyirlər: “Həzrət Peyğəmbərin (s) səhabələri
onun vəfatından sonra mürtəd olmuşdular?..................................................66
Sual 23: İmamət niyə Hüseyn ibn Əlinin (ə) nəsli ilə davam etdi?..............67
Sual 24: Nə üçün Həzrət Peyğəmbərin (s) xəstəliyi dövründə
Həzrət Əli (ə) namazda imamlıq etmədi?.....................................................68
253
Sual 25: İran kimi qüdrətli bir dövlətin olmasına baxmayaraq,
niyə Həzrət Mehdi (ə.c) zühur etmir?...........................................................69
Sual 26: Hicrət vaxtı Həzrət Peyğəmbər (s) Əbu Bəkri özü ilə
apardı, lakin Həzrət Əlini (ə) təhlükədə qoydu?...........................................71
Sual 27: Təqiyyə ya ölüm qorxusundandır, ya da işgəncə
qorxusundan. Əgər imamlar bu ikisindən qorxmayıblarsa,
onda nə üçün təqiyyə ediblər?.......................................................................72
Sual 28: İmamın təyin edilməsi cəmiyyətdəki zülm və şərin
aradan qaldırılması üçündür. Lakin biz görürük ki, Əli ibn Əbu
Talibin (ə) və ya onun övladlarının xilafətə təyin edilməsi ilə
zülm aradan getmədi......................................................................................74
Sual 29: Şiə fiqhində qadınlara torpaqdan miras düşmür, bəs
onda nə üçün Fatimə (s.ə) Fədəyi tələb edirdi?.............................................75
Sual 30: Əbu Bəkr dindən çıxanlarla mübarizə apardı, lakin
şiənin fikrinə görə, Əli ibn Əbu Talib (ə) xalqın dindən
çıxmaması üçün Həzrət Peyğəmbərin (s) diktəsilə
yazdığı Quranı evdən bayıra çıxartmadı?......................................................76
Sual 31: Əgər xilafət Əliyə (ə) mənsub idisə, onda nə üçün onun
qəsb edilməsinə etirazını bildirmədi?............................................................77
Sual 32: “Kisa” hədisi Həzrət Peyğəmbərin (s) ailəsindən dörd
nəfərə şamil edilir və onları günahlardan pak təqdim edir.
O biri imamların ismətinə dair hansı dəlillər vardır?.....................................77
Sual 33: İmam Sadiq (ə) bir yerdə deyir: “Mən iki tərəfdən Əbu
Bəkrin nəvəsiyəm.” Digər tərəfdən şiələr onunla bağlı belə rəvayət
edirlər ki, o, Əbu Bəkri məzəmmət etmişdir. Bu iki fikri bir-biri
ilə necə uzlaşdırmaq olar?..............................................................................78
Sual 34: Ömər Məscidül-Əqsanı azad etdi. Səlahəddin Əyyubi
onu bir daha geri aldı. Şiələrin hansı nailiyyətləri və fəthləri olmuşdur?......79
254
Sual 35: Ömər ibn Xəttab Beytül-Müqəddəsin açarlarını almaq
üçün gedəndə Əlini (ə) Mədinədə öz canişini təyin etdi.
Bunu necə şərh edə bilərsiniz?.......................................................................83
Sual 36: Şiələr deyirlər: “Həzrət Mehdi (ə.c) zühur etdikdən
sonra ali-Davud kimi hökm edib qəzavət edəcək.” Belə
olduqda keçmiş şəriətləri ləğv edən Həzrət Məhəmmədin (s)
şəriəti necə olacaq?........................................................................................83
Sual 37: Nə üçün Həzrət Mehdi (ə.c) zühur etdikdə
yəhudi və xristianlarla sülh bağlayacaq, Qüreyş və
ərəbləri isə qətlə yetirəcəkdir?.......................................................................85
Sual 38: Deyilənə görə şiələrin etiqadlarına əsasən,
imamlar analarının qabırğalarında olur və budlarından
dünyaya gəlirlər?!..........................................................................................86
Sual 39: İmam Sadiqdən (ə) nəql olunur: “Hər kim Mehdinin (ə.c)
adını çəksə, kafirdir. İmam Əsgəridən (ə) nəql olunur ki,
Həzrət (ə) Mehdinin (ə.c) anasına dedi: “Tezliklə övlad sahibi
olacaqsan və onun adını Məhəmməd qoyarsan?!”.........................................86
Sual 40: Kuleyni belə rəvayət edir ki, qara geyinmək məkruhdur,
lakin üç şey istisna olmaqla: qara çəkmə, əmmamə və əba.
Lakin iki səhifədən sonra isə soruşur: “Şiə niyə qara
geyinir? Qara geyimi seyidlərin geyimi seçiblər?”........................................87
Sual 41: Şiələr İmamiyyə, İsmailiyyə, Nəsiriyyə, Zeydiyyə,
Dəruziyyə və s. kimi firqələrə bölünür. Şiəliyi seçmək istəyən
yuxarıda deyilənlərdən hansını seçməlidir?...................................................89
Sual 42: Həzrət Peyğəmbərə (s) Qurani-kərimdən savayı
başqa kitablar da nazil olmuşdur ki, yalnız Həzrət
Əlinin (ə) ondan xəbəri olub?........................................................................89
Sual 43: Deyirlər ki, bir çox şiə alimləri, xüsusilə də İranda
ərəb dilini bilmirlər, bu doğrudurmu?............................................................94
255
Sual 44: Şiələrin əqidəsinə görə, səhabələrin əksəriyyəti
münafiq və kafir olmuşlar, onda bəs nə üçün atalarının
dinlərinə qayıtmadılar?..................................................................................94
Sual 45: Şiə rəvayətləri arasında təzad və ixtilaflar vardır.
Belə ki, bəzi alimlər bu təzadları aradan qaldırmaq üçün
kitablar yazmışlar?!........................................................................................95
Sual 46: Şiələr Əli ibn Əbu Talibin (ə) övladı Hüseyndən (ə)
əfzəl olduğunu deyirlər. Bəs nə üçün o Həzrətin (ə) şəhadəti
günü aşura günündəki kimi ağlamırlar?.........................................................98
Sual 47: Əli ibn Əbu Talibin (ə) və övladlarının vilayəti imanın
əsas sütunudur. Nə üçün bu əsas məsələ Quranda açıqca
bəyan edilməyib? Lakin vilayətdən aşağı olan namaz və
zəkat Quranda qeyd edilmişdir......................................................................99
Sual 48: Əgər şiələrin dediyi kimi, səhabələr bir-birinin
düşməni olsaydı, onda onlar birlikdə dünyanın bir çox
məntəqələrini necə fəth edə bilərdilər?........................................................100
Sual 49: Nə üçün şiələrin çoxu cümə namazı qılmırlar?.............................101
Sual 50: Nə üçün şiələr Quranın bəzi ayələrinin pozulduğuna
inanırlar? Ayələri Əbu Bəkr və Ömər dəyişdirib?.......................................102
Sual 51: Allah öz nurunu İslamın yayılması ilə tamamladı,
ya Əhli-beytə (ə) vilayəti və xilafəti verməklə?...........................................105
Sual 52: İmamlardan iki nəfər hakimiyyətdə oldular, qalan on
nəfərin hakimliyi və xilafəti harada qaldı?..................................................105
Sual 53: İmam Sadiq (ə) “Əbu Bəkri, yoxsa Öməri sevimmi?”
– sualının cavabında buyurdu: “Onları sev...” Həmçinin İmam
Baqir (ə) Əbu Bəkri “Siddiq” adlandırdı, ancaq siz?...................................106
Sual 54: Həzrət Əli (ə) öz övladlarından birinin künyəsini
Əbu Bəkr adlandırdı. O, qardaşı ilə birlikdə Kərbəlada öldürüldü.
Nə üçün şiələr bu hadisəni gizlədir və yalnız Hüseynin (ə)
öldürülməsinə istinad edirlər?......................................................................109
256
Sual 55: Axirətdə nicat tapmaq, daha aydın desək, behiştə getmək
şiələrin məsum imamlarına itaətlədirsə, onda nə üçün Quran yalnız
Allahın və Rəsulunun (s) itaətini bəyan edir?..............................................109
Sual 56: Həzrət Peyğəmbərin (s) zamanında bir çoxları onun
hüzuruna gəlir və ömürlərində bir dəfə Həzrəti (s) görərək öz
məntəqələrinə qayıdırdılar. Şübhəsiz, onlar Həzrət Əlinin (ə)
vilayəti haqda heç nə eşitməmişdilər. Onların İslam dini
haqda məlumatları naqisdir?.......................................................................112
Sual 57: Əmirəlmöminin (ə) Müaviyəyə məktubunda yazır:
“Mənimlə beyət edənlər Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər
idilər. Onlara beyət etdikləri əsaslarla da mənimlə beyət etdilər.
Beyətdə olan şəxsin başqa seçim yolu yox idi.”..........................................113
Sual 58: Şiələr Əbu Bəkr, Ömər və Osmanın “Beyətül rizvan”
ağacının altında Həzrət Peyğəmbərlə (s) beyətlərini inkar edirlər.
Halbuki Allah-təala xəbər verdi ki, o, Peyğəmbərlə ağac
altında beyət edənlərdəndir..........................................................................115
Sual 59: Heç bir sünninin Əhli-beytə (ə) nalayiq bir söz demədiyi
bir halda nə üçün şiələr səhabələrin böyüklərini, xüsusilə də
xəlifələri pisləməyi ibadət sayırlar?.............................................................117
Sual 60: Əgər imamlar qeybdən xəbərdardırlarsa, nə üçün Hüseyn (ə)
özü və yaxınlarından ötrü su tədarük görmədi ki, müharibədə susuz
qalmasınlar? O, suya ehtiyacı olacağını bilmirdi?.......................................119
Sual 61: İslam dini Həzrət Peyğəmbərin (s) dövründə
mükəmməlləşdi, ancaq şiə məzhəbi Həzrət Peyğəmbərin (s)
vəfatından sonra yarandı?............................................................................120
Sual 62: Allah-təala Ayişənin pak və günahsız olması barədə
məşhur “İfk” hadisəsində ayə nazil etdi. Ancaq bəzi şiələr hələ
də onu xəyanətdə ittiham edirlər. Səhifənin altında Əli ibn
İbrahimin və başqalarının təfsirlərində istinad axtarırlar.............................121
257
Sual 63: Əgər Əli (ə) və iki oğlu Həsən (ə), habelə Hüseyn (ə)
çətinliklər qarşısında fövqəladə qüdrətə malik olsaydılar, onda bəs
nə üçün Həsən ibn Əli (ə) Müaviyə ilə sülh bağlamağa məcbur oldu.
Hüseyn ibn Əli (ə) isə ağır vəziyyətə düşərək şəhid oldu və
öz hədəfinə çatmadı?....................................................................................123
Sual 64: Şiələr Əlinin (ə) fəzilətlərini səhabələrdən nəql edirlər
və eyni halda da onların əksəriyyətinin dindən uzaqlaşdığına
inanırlar. Bu cür rəvayətlərə necə etimad edirsiniz?....................................125
Sual 65: Şiələr Əbu Bəkr, Ömər və Osmanın hədəfinin padşahlıq və
hakimiyyət olduğunu iddia edirlər. Dəlil gətirirlər ki, onlar mürtəd və
kafirlərlə müharibə etdilər. Əgər belədirsə, deməli onların hədəfi
hakimiyyət deyildi.......................................................................................126
Sual 66: Qadiyani firqəsi öz rəhbərlərini peyğəmbər hesab
etdikləri üçün kafirdirlər. Onların “imamlar peyğəmbərlərin
xüsusiyyətlərinə malikdirlər”, – deyən şiələrlə nə fərqi var?......................127
Sual 67: Peyğəmbər (s) Ayişənin hücrəsində dəfn olunmuşdur,
lakin siz onu küfr və nifaq salmaqda ittiham edirsiniz.
Peyğəmbərin (s) Ayişənin hücrəsində dəfn olunması ona olan
əlaqəsinin nişanəsi deyildimi?.....................................................................128
Sual 68: Əbu Bəkr və Ömər Allah-təala və Həzrət Peyğəmbər (s)
yanında olan məqamlarına görə Həzrətin (s) yanında dəfn edilmək
iftixarını əldə etməmişdilərmi?....................................................................129
Sual 69: Şiələr iddia edirlər ki, Əli ibn Əbu Talibin (ə) vilayəti
Quranda aydın şəkildə qeyd edilib, lakin səhabələr bunu gizlətmişlər.
Bəs onda nə üçün səhabələr Əlinin (ə) imamətinə dəlalət edən
“Mənzilət” hədisi kimi hədisləri gizlətməmişlər?........................................129
Sual 70: Əbu Bəkrin xilafəti haqq idi, çünki səhabələr də qəbul etdilər
və Əli (ə) də buna qarşı çıxmadı?..............................................................131
258
Sual 71: Şiələr Müaviyənin mürtəd olduğunu deyirlər. Bəs onda
nə üçün Həsən ibn Əli (ə) müsəlmanlara başçılığı mürtəd
bir şəxsə tapşırdı?.........................................................................................132
Sual 72: Bir şəxs sünni olmadan Əlinin (ə) iman və ədalətini
təsdiq edə bilməz. Çünki müsəlmanlar üç qrupdurlar:
şiə, sünni və xəvaric.....................................................................................133
Sual 73: Əli (ə) İslamı qəbul etməkdə və cihadda daim Peyğəmbərin (s)
yanında olub, elm və zöhd baxımından digərlərindən öz üstünlüyü ilə
seçilib. Şiələr Səd ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Ovf və Abdullah
ibn Ömər qarşısında Həsən (ə) və Hüseyn (ə) üçün də bu fəzilətləri
sübut edə bilərlərmi?...................................................................................135
Sual 74: İkinci xəlifənin Əli (ə) ilə əlaqəsi var idi və buna sübut
olaraq onu altı nəfərlik Şuraya daxil etməsi idi. Əgər, məsələn,
Səd ibn Zeydi kənarlaşdırdığı kimi, onu da bu Şuradan çıxartsaydı
və başqasını təyin etsəydi, kim etiraz edə bilərdi?.......................................138
Sual 75: Ənsarın Əbu Bəkr ilə beyəti təbii idi?...........................................138
Sual 76. Xəlifələr övladlarını öz canişinləri təyin etmədilər. Lakin
Əli (ə) övladı Hüseyni (ə) özünün canişini təyin etdi?................................143
Sual 77: Abdullah ibn Ömər ibn Osman ibn Əffan Hüseyn ibn
Əlinin (ə) Fatimə adlı qızı ilə ailə qurdu və onların Məhəmməd adlı
övladları oldu. Fatimənin məlun nəvəsi olması mümkündürmü?
Əgər cavab mənfidirsə, onda siz necə deyirsiniz ki,
Qurandakı məlun şəcərə Əməvilərdir?........................................................144
Sual 78: İsmətin təqiyyə ilə ziddiyyəti yoxdur?..........................................146
Sual 79: Əhli-beytə (ə) tənə vurmaqla Qurana tənə
vurmağın fərqi yoxdur?................................................................................147
Sual 80: Əgər Həzrət Peyğəmbərin (s) bütün səhabələri mürtəd
olublarsa, Əhli-beytin (ə) qalanları haradadırlar?........................................147
Sual 81: Həzrət Mehdinin (ə.c) adı və atasının adı Həzrət
Peyğəmbərin (s) adı və atasının adı ilə eyni deyilmi?.................................148
259
Sual 82: Həzrət Mehdinin (ə.c) anasının adı, Həzrətin (ə.c) zühur
zamanı yaşı, anadan olduğu yer, yaşadığı yer, qeyb etməsinin
müddəti və hakimiyyətinin müddəti barədə müxtəlif rəvayətlər
mövcuddur. Bunlardan hansı səhihdir?........................................................149
Sual 83: Əmirəlmöminin (ə) buyurur: “Əgər sizi mişarla tikə-tikə
doğrasalar da, əl çəkməyin.” Bəs niyə deyib ki, təqiyyə edin?....................150
Sual 84: Əbu Bəkri Həzrət Peyğəmbər (s) ilə birlikdə hicrət
səfərinə çıxmağa nə məcbur etdi?................................................................152
Sual 85: Çoxlu ayələr var ki, Allah onlarda səhabələri mədh edir,
lakin şiələr deyirlər ki, səhabələr Həzrət Peyğəmbərin (s)
zamanında mömin olmuş, onun vəfatından sonra isə dindən
çıxmışlar. Məgər bu təəccüblü deyildir?......................................................154
Sual 86: Şiələr Həzrət Peyğəmbərin (s) vəfatından sonra
səhabələrin hamısının mürtəd olduğunu deyirlər. Onlar necə
dindən uzaqlaşmış ola bilərdilər ki, Müseyləmə, Tuleyhə, Əsvəd
və Səca kimi dindən çıxanlarla mübarizə aparmışlar?.................................155
Sual 87: Şəriətdən irəli gələn sünnətlərə əsasən, hər bir
peyğəmbərin yaxınlarının həmin ümmətin ən yaxşıları hesab
olunması təbiidir. Nə üçün şiələr bizim peyğəmbərin
səhabələrini kafir adlandırırlar?...................................................................155
Sual 88: Həzrət Peyğəmbər (s) ən çətin vəziyyətlərə düşdü, lakin
təqiyyə etmədi. Bəs, necə olur ki, şiə imamları təqiyyədən
istifadə etmişlər?......158
Sual 89: Əli ibn Əbu Talib (ə) xəvarici kafir bilmir. Siz
nə üçün Həzrət Peyğəmbərin (s) ən yaxın köməkçilərini və
xanımlarını kafir adlandırırsınız?................................................................159
Sual 90: Şiələrin fikrincə, icma yalnız imamın da orada olduğu
zaman höccət sayılır. Bu mənasız bir fikirdir, çünki məsum imam
olarsa, onda icmaya nə ehtiyac vardır?!.......................................................159
260
Sual 91: Nə üçün şiələr Zeydiləri kafir hesab edirlər? Axı onlar
Əhli-beyti (ə) sevənlərdəndirlər?!................................................................160
Sual 92: Şiələr deyirlər ki, Həzrət Peyğəmbərdən (s) sonra xilafət
Həzrət Əlinin (ə) haqqı idi. Çünki Həzrət Peyğəmbər (s) ona
buyurmuşdur: “Sənin mənə olan nisbətin Harunun Musaya olan
nisbəti kimidir.” Ancaq bilirik ki, Harun Musanın (ə) canişini
olmadı və ondan öncə vəfat etdi. Musanın (ə) canişini isə
Yuşə ibn Nun oldu?......................................................................................161
Sual 93: Şiələr öz ardıcıllarına hər cür günah etmək cürəti
vermişlər. Onların inanclarına əsasən, Həzrət Əlini (ə) sevdiklərinə
görə istədikləri hər bir günahı edə bilərlər?!................................................162
Sual 94: “Bəda” şiə əqidəsindəndir və başqa bir tərəfdən də
iddia edirlər ki, imamlar qeyb aləmini bilirlər. Məgər imamlar
Allahdan daha böyük və daha ucadırlar?.....................................................164
Sual 95: Şiələr tarix boyunca İslamın düşmənləri
ilə əməkdaşlıq etmişlər?...............................................................................167
Sual 96: Şiələrin çoxu Həsən ibn Əlini (ə) təhqir edir,
övladlarını isə məzəmmət edirlər. Məgər o,
Əhli-beytdən (ə) biri deyildi?!.....................................................................169
Sual 97: Şiələr çoxlu firqə və qruplara bölünmüşlər və onlar
bir-biri ilə müxalifdirlər. Hər bir firqə digərini kafir hesab edir.
Onlardan bir hissəsi də kafir Bəhayilərdir!..................................................170
Sual 98: Şiələr və sünnilər bu fikirdədirlər ki, Ömər bir çox
işlərdə Həzrət Əli (ə) ilə məşvərət etmişdir.
Bunu necə açıqlayırsınız?............................................................................171
Sual 99: Ömərin xəlifəliyi dövründə Salman Farsi Mədainin
və Əmmar Yasər də Kufənin hakimi oldular. Bu, şiələrin
etiqadı ilə necə uyğun gəlir?......171
Sual 100: Məsum imam problemləri həll etmək üçün təyin
edilir. Bununla belə, İslam cəmiyyətinə hakim olan
ixtilafları necə izah edirsiniz?......................................................................172
261
Sual 101: Şiələrin etiqadına görə, yer üzü höccətsiz qalmır və başqa
bir tərəfdən də deyirlər ki, təqiyyə dində onda doqquzdur. Şiələrin
imamları dinin onda doqquzunu camaata deməyiblər?...............................174
Sual 102: Şiələr inanırlar ki, imanın düzgün olması üçün imamları
tanımaq əsas şərtdir. İndi soruşmaq istəyirik ki, bəs on iki
imamdan əvvəlkilər haqda nə fikirləşirsiniz?..............................................175
Sual 103: Həzrət Peyğəmbərin (s) ənsar barəsində tapşırıq
verməsi onların xilafətə səlahiyyətinin çatmaması
mənasını ifadə edirmi?.................................................................................175
Sual 104: Şiələrin əqidəsinə görə, Həzrət Peyğəmbər (s) ləyaqətli
adamlardan uzaqlaşaraq münafiqləri danışmalarından tanıyar,
onlardan ordu rəhbəri seçər və bəziləri ilə də
qohumluq əlaqələri qurardı..........................................................................177
Sual 105: Şiələr Ayişəni kafir bilirlər?........................................................178
Sual 106: “Mənzilət” hədisi ilə Həzrət Əlinin (ə) vilayətinə necə
sübut gətirmək olar. Axı Harun da Həzrət Musadan (ə)
öncə vəfat etmişdi?......................................................................................179
Sual 107: Hədisdə on iki nəfərin vilayəti xəbər verilib, lakin
şiə imamlarından yalnız ikisi xəlifə olub, bunu necə
izah etmək olar?...........................................................................................180
Sual 108: Şiələr belə iddia edirlər ki, Həzrət Peyğəmbərin (s)
vəfatından sonra bir neçə nəfərdən başqa hamı mürtəd olmuşdur?!............182
Sual 109: Şiələr iddia edirlər ki, səhabələr doğru və ədalətli
deyillər. Lakin şiə kitablarında səhabələrin ədalətli olması
haqda hədislər görürük.................................................................................182
Sual 110: Həzrət Peyğəmbər (s) ümmətinə layiqli həyat yoldaşı
seçməyi tapşırdı. Bəs nə üçün özü – əlbəttə ki, şiələrin nəzərində
– layiqli qadınla evlənmədi?.......................................................................183
Sual 111: Əgər səhabələr arasında münafiq çox idisə, bəs onda
Farsı, Bizansı və Beytül-Müqəddəsi necə fəth etdilər?................................184
262
Sual 112: Böyük şiə alimi Şeyx Məhəmməd Hüseyn “Kaşifül-ğita”
əsərində Həzrət Əli (ə) barəsində yazır: “Həzrət Əli (ə) özündən
əvvəlki iki xəlifənin İslamın yayılmasındakı səylərini görüb onlarla
beyət etdi və sülh yolunu seçdi.” Deməli, qəbul edirsiniz ki, Həzrət
Əli (ə) özündən əvvəlki iki xəlifə ilə beyət etmişdir?!................................185
Sual 113: “Səhihi-Buxari” və “Səhihi-Müslim”də olan hədisə
əsasən, səhabələr mürtəd oldular. Bu hədis Əmmara, Salmana,
Əliyə (ə), Miqdad və Abuzərə də şamil olur?.............................................186
Sual 114: Malik Əştər məktubunda Əbu Bəkri öyür, lakin
şiələr onu tənqid edirlər?!............................................................................187
Sual 115: İbn Həzm şiələrdən soruşur: “Nə üçün Həzrət Əli (ə) altı
aydan sonra Əbu Bəkrlə beyət etdi? Əgər bu beyət düzgün iş idisə,
onda nə üçün onu altı ay təxirə saldı və əgər düzgün deyildisə,
nə üçün altı aydan sonra beyət etdi?”.........................................................188
Sual 116: Şiələr deyirlər: “Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə)
özündən sonra sükut etməyə dəvət etdi və Həzrət (ə) də dava və
qarışıqlığa qarışmadı.” Lakin Cəməl və Süffeyn əhli ilə müharibə
etdi. Yəni ilk günlərdə müharibə etmədi, əksinə hakimiyyətə
gəldikdən sonra müharibə etdi?!..................................................................189
Sual 117: Şiələr peyğəmbərlərlə imamlar arasında çox fərq qoymurlar.
Məclisi deyir: “Biz imamların peyğəmbərliklə vəsf olunmamasında
bir dəlil görmürük, yalnız peyğəmbərlərin sonuncusu rəvayət olunmaqla
nübüvvət və imamətin fərqi yoxdur?!”........................................................190
Sual 118: Şiələr deyirlər: “İmamın Allah-təala tərəfindən təyin
edilməsi ilahi bir lütfdür.” İmam Zamanın (ə.c) qeybdə olduğu bu
zamanda onun müsəlmanlara hansı lütfü vardır?.........................................193
Sual 119: Şiələr öz imamlarını məsum hesab edirlər, məgər onların
bəzi işləri məsumluqları ilə ziddiyyət təşkil etmir?.....................................194
263
Sual 120: Əhli-sünnətin Hərəmeyn alimləri belə bir fitva veriblər ki,
zərurət olduqda mürtəd BƏƏS-çilərə qarşı kafirlərdən kömək almaq
olar. Şiələr bu fitvanı tənqid etdilər, lakin Əllamə Hilli “Muntəhal
mətalib fi təhqiq məzahib”də nəql edir ki, şiələr Tusidən başqa,
bütün “zimmi”lərdən qiyamçılara qarşı kömək istənilməsini caiz
hesab edirlər. Bu ziddiyyəti necə şərh edə bilərsiniz?.................................196
Sual 121: Həzrət Peyğəmbər (s) Əhli-beytindən (ə) hər kim imamət
iddiası etsə və doğruluğunu sübut edəcək xariqüladə işlər görsə,
onun imamlığı şiələrin yanında təsdiq olunmuş olur. Ancaq imamlıq
iddiası edən Zeyd ibn Əlinin imamlığını şiələr qəbul etmədilər.
Bunun müqabilində isə qeyb aləmində olan və imamlıq iddiası
etməmiş Həzrət Mehdini (ə.c) qəbul etdilər?!.............................................197
Sual 122: Həzrət Peyğəmbər (s) Bəni-Şeybəni çağırıb Kəbənin
açarlarını onlara verdi. Bəs, nə üçün Həzrət Əlinin (ə) vilayəti
ilə bağlı bütün müsəlmanlardan ötrü xüsusi əhəmiyyət kəsb
edən bir işi görmədi?....................................................................................198
Sual 123: Həzrət Peyğəmbər (s) Üsamənin ordusundan boyun
qaçıranları lənətləmişdir?.............................................................................199
Sual 124: Şiələrin etiqadına əsasən, Quranın bir nüsxəsi də eynilə
nazil olduğu şəkildə Həzrət Əlidə (ə) olmuşdur. Hazırda sual
olunur ki, nə üçün Həzrət Əli (ə) xəlifə olduqda Quranın
həmin nüsxəsini aşkar etmədi?....................................................................201
Sual 125: Nə üçün şiələr Ümmi Gülsüm və Rüqəyyəni Həzrət
Peyğəmbərin (s) övladlarından hesab etmirlər?...........................................201
Sual 126: Şiələr I əsrdəki bütün Əhli-beyti (ə) kafir bilirlər.
Çünki onların rəvayətlərində deyilir ki, Həzrət Peyğəmbərdən (s) sonra
üç nəfərdən başqa hamısı mürtəd oldu........................................................202
Sual 127: Həsən ibn Əli (ə) dostlarının və qoşunlarının çox olmasına
rəğmən, Müaviyə ilə sülh bağladı. Lakin qardaşı Hüseyn ibn Əli (ə)
adamlarının az olmasına və sülh bağlaya biləcəyinə rəğmən, döyüşdü.
Bu iki nəfərdən birinin işi səhvdir?..............................................................203
264
Sual 128: Əbu Bəkrin zamanında Həzrət Əli (ə) mürtədlərlə olan
döyüşlərdə iştirak etdi və Bəni-Hənifə qəbiləsindən olan bir
kənizdən Məhəmməd Hənəfiyyə adlı bir oğlu oldu. Buradan
da aydın olur ki, Həzrət Əlinin (ə) nəzərində Əbu Bəkrin
xəlifəliyi haqq xəlifəlik olmuşdur. Əgər belə olmasaydı, Həzrət
Əli (ə) o döyüşdə iştirak edərdimi?!............................................................206
Sual 129: İmam Sadiqdən (ə) müxtəlif fikirlər nəql edilmişdir.
Misal üçün, nəcasət düşmüş su quyusu barədə bir dəfə belə demişdir:
“Quyu dərya kimi olduğundan murdar olmur.” Başqa bir dəfə buyurdu:
“Quyunun bütün suyu gərək çəkilsin.” Bir dəfə də belə demişdir:
“Oradan altı, ya yeddi vedrə su çəkilməlidir.” Bir-biri ilə ziddiyyət
təşkil edən bu rəvayətlərdən nə nəticə çıxaraq?...........................................208
Sual 130: Aşağıdakı kitablar şiənin etimad etdiyi kitablardır:
“Vəsaelüş-Şiə”, Hürr Amili, “Biharül-ənvar”, Məclisi və
“Müstədrəkül-vəsail”, Təbərsi. Bütün bu kitablar sonrakı dövrlərin
kitablarıdır. Əgər bu hədisləri sənədlə toplamışlarsa, deməli ona
qədər yazılmamışdır? Aqil insan XI-XIII əsrlərdə yazılan
rəvayətlərə necə etimad göstərə bilər?.........................................................209
Sual 131: Şiə və Əhli-sünnət kitablarında əqidə və bidətləri qəbul
etməmək barədə olan rəvayətlər eynidir, lakin şiələr onları təqiyyə
məqsədilə deyildiyinə görə nə üçün bir kənara qoyurlar?!..........................210
Sual 132: “Nəhcül-bəlağə”nin tərtibçisi belə nəql edir: “Əli (ə)
Əbu Bəkr və Öməri mədh etmişdir.” Bəs nə üçün şiələr
səhabələrdən eyb tuturlar? Həzrət Əli (ə) ürəyində olmayan
başqa bir şey demişdimi?.............................................................................210
Sual 133: Şiələr öz imamlarını məsum bilirlər, lakin imamların
səhvləri və xətaları barəsində rəvayətlər də vardır. Əllamə Məclisi
deyir ki, məsələ çox çətindir, çünki onların səhv və unutqanlıqlarına
dəlalət edən çoxlu nişanələr vardır!.............................................................212
265
Sual 134: Şiələrin on birinci imamı övladı olmadan dünyadan
köçdü. Odur ki, İmamiyyə məzhəbinin sütunlarının dağılmaması
üçün Osman adlı bir şəxs yalandan İmam Əsgərinin (ə) övladı
var idi və dörd il gizlənmişdir dedi. Şiələr onun sözünü
necə qəbul edirlər?.......................................................................................213
Sual 135: Şiələr həmişə Mərvan ibn Həkəmə hücumlar edir və hər
cür pisliyi ona aid edirlər. Sonra da kitablarında belə rəvayət
edirlər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) Mərvanın
arxasında namaz qılmışlar!..........................................................................214
Sual 136: Şiələr bir çox hekayətlərdə deyirlər: “Həzrət
Mehdi (ə.c) dünyaya gələndə göydə uçan quşlar yerə enib qanadlarını
onun üzünə və başına sürtdülər və sonra isə uçub getdilər. Atası
həmin quşların mələklər olduğunu bildirdi.” Belə bir nəticəyə
gəlirik ki, əgər mələklər onun köməkçiləridirsə, onda nə üçün
qorxur və sərdabda gizlənir?........................................................................216
Sual 137: Şiələr İmam (ə.c) üçün bir neçə şərt qoymuşlar. Birincisi,
atasının böyük oğlu olsun, ondan başqası imama qüsl verməsin və
Həzrət Peyğəmbərin (s) zirehi ona olsun. Bütün adamlardan ali
olsun, murdar olmasın və qeyb aləmini bilsin. Lakin bu
şərtlər onları çətinliyə salır!.........................................................................217
Sual 138: Şiələr imamın Quranda, ya hədisdə aşkarcasına təyin
edildiyini iddia edirlər. Əgər belə olsaydı, nə üçün şiə firqəsi
imamət barəsində ixtilaflara düçar olublar?!................................................218
Sual 139: Bəzi şiələr Ayişəyə qarşı əsassız ittihamlar irəli sürür
və “İfk” əhlinin ona atdığı böhtanları atırlar?!.............................................219
Sual 140: Şiələr deyirlər ki, elm imamlardadır və onların elm
mənbələri “Səhifeyi cameə” və “Əlinin kitabı”dır.......................................220
266
Sual 141: Şiələr öz kitablarında yazırlar: “Kufə əhli Hüseyn
ibn Əlini (ə) müdafiə etmədiklərinə görə üç nəfərdən savayı
qalanları mürtəd oldular.” İndi soruşmaq istəyirəm:
“Əgər İmam Hüseyn (ə) şiələrin dediyi kimi, qeyb aləmini bilsəydi,
onlara tərəf gedərdimi?”...............................................................................220
Sual 142: Şiələr belə iddia edirlər ki, onların on ikinci imamı
öldürülmək qorxusundan gizlənmişdir. Onlara deyirik: “Öncəki
imamlar heç qeyb olmadılar və öldürülmədilər?”........................................221
Sual 143: Şiələr yalnız Əhli-beytdən (ə) olan və səhih sayılan
hədislərə etimad etdiklərini bildirirlər. Onlar bir sözlə, imamları
da peyğəmbər kimi qəbul edirlər və özlərinin dedikləri sözləri
Allahın və Onun Rəsulunun (s) dedikləri kimi hesab edirlər.
Buna görə də onların kitablarında Həzrət Peyğəmbərin (s)
dedikləri azlıq təşkil edir..............................................................................222
Sual 144: Şiələr deyirlər ki, Əhli-beyt (ə) vasitəsilə onlara gəlib
çatan rəvayətlərə əməl edirlər. Biz də deyirik ki, Əhli-beytdən (ə)
Həzrət Əlidən (ə) savayı başqa heç kim Həzrət Peyğəmbəri (s)
görməmişdir. Həzrət Əli (ə) Həzrət Peyğəmbərin (s) bütün
göstərişlərini öz gələcək nəsilləri üçün nəql edə bilərdimi? Axı
Həzrət Əli (ə) bəzi vaxtlar Həzrət Peyğəmbər (s) səfər etdikdə
Mədinədə Onun canişini kimi qalırdı?.........................................................223
Sual 145: Həzrət Peyğəmbərin (s) dediklərini xalqa çatdıranların çoxu
onun Əhli-beytindən (ə) olmayıb. Həzrət Peyğəmbər (s) Əsəd ibn
Zürarəni Mədinəyə, Əla Həzrəmini Bəhreynə, Muaz və Əbu Musanı
Yəmənə və Utab ibn Üseydi Məkkəyə göndərmişdi. Şiələrin iddiası
nədir, deyirlər ki, Həzrət Əlidən (ə) və ya Əhli-beytdən (ə) savayı başqa
heç kim Həzrət Peyğəmbərdən (s) hədis nəql etmir?..................................224
Sual 146: Şiələr öz kitablarında etiraf edirlər ki, halal-haram elmi,
həcc məsələləri İmam Baqir (ə) vasitəsilə onlara çatmışdır. Yəni
bu barədə Həzrət Əlidən (ə) onlara heç nə gəlib
çatmamışdır?................................................................................................225
267
Sual 147: Şeyx Məmqani deyir: “Hər kəs Həzrət Höccəti (ə.c)
görsə, ədalətin ən yüksək həddində olmuş olar.” Biz onlara
deyirik ki, siz niyə Həzrət Peyğəmbəri (s) görən şəxs haqda
belə demirsiniz?...........................................................................................226
Sual 148: Şiələr imamların qəbul etmədikləri şəxslərin
rəvayətlərini qəbul etmirlər. Bu üzdən də səhabələrin
rəvayətlərini rədd edirlər. Lakin imamlardan birini və ya bir
neçəsini qəbul etməyən şiələrlə, misal üçün, Fəthiyyə ilə başqa cür
rəftar edirlər. Belə ki, onların rəvayətlərini qəbul edirlər. Bunu
necə izah etmək olar?..................................................................................226
Sual 149: Şiə alimləri deyirlər: “Kuleyninin “Kafi” kitabında
zəif və səhih rəvayətlər var. Başqa bir tərəfdən də deyirlər ki,
bu kitab Həzrət Mehdiyə (ə.c) təqdim olundu və Həzrət (ə.c)
buyurdu: “Bu kitab bizim şiələrimiz üçün kifayət edər.” Əgər
Həzrətə (ə.c) təqdim edilibsə, nə üçün zəif
rəvayətlər müəyyən edilməmişdir?!.............................................................227
Sual 150: Fəqih Həmdani “Misbahul fəqih” əsərində yazır:
“Sonuncuların fikrinə əsasən, icmanın höccət olması hamının
birliyində deyil, əksinə höccətin dəlili budur ki, məsumun
fikrini təxminlə tapaq.” Onlar qeybdə olanlarının rəyini
təxminlə tapırlar və eyni halda sələfilərin icmasını mötəbər
və meyar hesab etmirlər?!............................................................................228
Sual 151: Şiələr etiraf edirlər ki, onların ən tanınmış alimlərindən
biri İbn Babuveyh Qummidir. Yəni “Mən la yəhzərul-fəqih”
kitabının müəllifi. O, bir yerdə icma iddiası edir və başqa bir yerdə
isə bunun əksini deyir. Ona necə etimad göstərmək olar?...........................229
Sual 152: Şiələrdə çox təəccüb doğuracaq bir cəhət var ki, onlar
hər hansı bir məsələ ilə bağlı iki rəy olarsa və həmin rəylərdən
birini deyən məlum, digəri isə naməlum olarsa, naməlumun
dediyinə əməl edirlər. Görəsən, nə üçün?....................................................230
268
Sual 153: Şiə şeyxi “Biharül-ənvar”da deyir: “Qəbiristanlığa sarı
durmaq lazımdır, hərgah qiblənin əksi belə olmuş olsa.” Yəni öz
yaxınlarının qəbrinin ziyarətinə gedirlər və iki rükət ziyarət
namazı qılırlar, gərək qəbrə doğru oxunsun, qiblə başqa səmtdə
olmuş olsa da................................................................................................230
Sual 154: Şiələr bir çox Əhli-beyt (ə) nümayəndələri ilə müxalifdir?........231
Sual 155: Şiələr deyirlər ki, səhabələr Həzrət Əlinin (ə) canişin
təyin edilməsini gizlətdilər. Əgər belədirsə, onda bəs onun
fəzilətlərini niyə gizlətmədilər?...................................................................232
Sual 156: Şiələr deyirlər: “Həzrət Əsgəri (ə) əmr etdi ki, İmam
Mehdinin (ə.c) xəbərini hamıdan gizli saxlasınlar və etimad
edilməyənlərə deməsinlər.” Digər bir tərəfdən də deyirlər ki, əgər
bir şəxs imamını tanımasa, deməli Allahı tanımamışdır?!...........................232
Sual 157: Şiələr deyirlər: “Allah imamlarının ömrünü yüz illərlə
uzun edib, çünki insanların ona ehtiyacı vardır.” Onlara deyirik ki,
nə üçün Həzrət Peyğəmbərin (s) ömrünü uzun etmədi, axı xalqın
ona ehtiyacı var idi.......................................................................................233
Sual 158: Cəfər İmam Həsən Əsgərinin qardaşıdır. O demişdir
ki, qardaşının övladı olmamışdır, lakin şiələr onun sözünü qəbul
etmirlər. Çünki o, məsum deyildir, lakin Osman ibn Səidin iddia
etdiyi Həsənin övladı olmuşdur sözünü qəbul edirlər. Halbuki o
da məsum deyil. Bəs, bunu necə izah edirsiniz?..........................................233
Sual 159: Şiələrin etiqadlarından biri də “Tinət”dir, yəni Allah
şiələri məxsusi torpaqdan yaratmışdır. Və əgər şiə günah etsə,
onu sünnilərin ayağına yazırlar və sünnilərin də yaxşılıqları
şiələrin əməl dəftərində yazılır. Bu etiqadla şiələrin inandığı
“ixtiyar” məsələsi bir-biri ilə zidd deyil?.....................................................234
Sual 160: Şiə alimləri deyirlər: “Ənsar Həzrət Əlinin (ə) dostları
idi və onlar Siffeyn döyüşündə Həzrətin (ə) qoşununda idilər.”
Əgər belədirsə, o zaman soruşuruq ki, nə üçün xilafəti Həzrət
Əliyə (ə) vermədilər və Əbu Bəkrə tapşırdılar?...........................................235
269
Sual 161: Nə üçün Əhli-beytə (ə) münasibətdə edilən
tənələrə qətiyyətlə cavab verir, lakin Qurana edilən tənələrə
münasibətdə isə susursunuz?.......................................................................236
Sual 162: “Əraf” surəsinin 3-cü ayəsinin hökmünə görə, Allah
və Həzrət Peyğəmbərin (s) itaəti vacib buyurulmuşdur, bəs siz
nə üçün imamın itaətini də vacib hesab edirsiniz?......................................238
Sual 163: Şiə məzhəbi Zürarə və başqa rəvayətçilər vasitəsilə
onlara çatmışdır. Şiə imamları bu şəxsləri məzəmmət etmişlər,
lakin şiələr məzəmmət olunmuşların sözlərinə etimad göstərərək öz
imamlarının nəzərini rədd edirlər! Bu necə ola bilər?.................................239
Sual 164: Əgər şeyxeyn yaxşı insanlar olmasaydılar, onda sizin
dediklərinizdən belə çıxır ki, Həzrət Peyğəmbər (s) yoldaşlarını
yaxşı tərbiyə edə bilməyib? Aydındır ki, bu, Həzrət Peyğəmbərə (s)
qarşı yönəlmiş ən böyük təhqirdir................................................................240
Sual 165: Şiələr imamətin vacib olduğunu deyirlər, çünki imam
İslam şəriətini qoruyur və müsəlmanları düz yola yönəldir. Onda
sizdən soruşmaq istəyirəm: Sizin on iki imamınızdan hansı hakimiyyətdə
olmuşdur ki, dediyiniz bu işləri də görmüş olsun?......................................242
Sual 166: Əgər Həzrət Əli (ə) məsum idisə, onda bəs nə üçün
Allahdan günahının bağışlanmasını istəyir?................................................243
Sual 167: Şiələrin etiqadına əsasən, vilayətə dəvət etməyən heç
bir peyğəmbər olmamışdır. Şiələrə peyğəmbərlərin tövhid və ixlasa
dəvət etdiyi və Həzrət Əlinin (ə) vilayətinə dəvət etmədikləri
deyilir. Əgər belə bir vilayət varsa, onda nə üçün
yalnız şiələr onu nəql ediblər?.....................................................................244
Sual 168: İmamlar müvəqqəti nikah etmişlər, ya yox?...............................245
Sual 169: İmam Əli ibn Əbu Talib (ə) elmin qapısıdır
deyirsiniz. Bəs, necə olur ki, “məzi”nin hökmünü bilmir və
bir nəfəri Həzrət Peyğəmbərin (s) yanına göndərir ki, onun
hökmünü ona öyrətsin?................................................................................245
270
Sual 170: Həzrət Peyğəmbərin (s) səhabələrinin müxalif əməlləri
Həzrət Əlinin (ə) vilayətindən çıxmalarıdır. Nə üçün şiələrin
Fəthiyyə və Vaqifiyyə kimi firqələri bəzi imamları qəbul etmirlər,
rəvayət nəql edirlər?.....................................................................................246
Sual 171: Şiə mənbələrində deyilir: “İmamlar təqiyyə etmişlər,
bəs necə məsumdurlar?”..............................................................................247
Sual 172: Kuleyni belə nəql edir ki, İmam Əlidən (ə) əvvəlki
üç xəlifənin bidətlərini islah etməsini istədilər. Lakin Həzrət Əli (ə)
qəbul etmədi və dedi: “Bu, təfriqəyə səbəb ola bilər.” Şiələrin fikrinə
görə, əvvəlki xəlifələrin bidətləri Quran və qayda-qanunlara zidd idi.
Bəs, nə üçün Həzrət Əli (ə) inkar etmədi?...................................................248
Sual 173: Ömər Həzrət Əlini (ə) altı nəfərlik şuraya seçdi. Həzrət
Əli (ə) xilafətə Allah tərəfindən seçildiyi halda nə üçün bu
şurada iştirak etməyə razı oldu? Nədən özünün
təyin olunduğunu bildirmədi?......................................................................249
Sual 174: Şiələr imamlarla bağlı olan saxta hədislər uydururlar,
lakin onların alimlərindən biri belə demişdir: “Bu cür silsilə
şəklində on iki nəfərin adının çəkilməsi rəvayətlərdə yoxdur.”...................250
Sual 175: Şiə iddia edir ki səhabələrin əksəriyyəti Həzrət
Peyğəmbərin (s) vəfat etməsindən sonra mürtəd oldular. Yəni
Həzrət Əlinin (ə) imamətini qəbul etmədilər. Onda bəs nə üçün
deyirsiniz ki, Həzrət Əli (ə) mürtəd olmaq qorxusundan xəlifəliyə
təyin olunmasına baxmayaraq, bu barədə bəhs etmədi
və onlarla döyüşmədi?.................................................................................250
Sual 176: Şiələr imamları barədə təyinatın olduğunu deyirlər,
lakin ustad Feyz Nuri “əl-İmamət vəl-Nəss” kitabında bu
rəvayətləri tənqid etmişdir...........................................................................250
271
272