Bu sualın cavabı 34-cü sualda qeyd olundu. Səhabələrin bir-
birinə düşmən olduğunu şiəyə aid etmək tamamilə əsassızdır.
Şiənin əqidəsinə görə, səhabələrin bir hissəsi şiənin öndə gedənləri
olmuşlar. Və əksəriyyəti təşkil edən digər bir qrupdakı səhabələr
isə fikir və əqidə baxımından eyni olmamışlar, yəni bütün məsə-
lələrdə eyni fikirdə olmamışlar. Lakin cəmiyyətin bütövlüyünü
qorumaq üçün zamanın hakimlərinə qarşı çıxmırdılar. Hətta etiraz
edən səhabələr belə susdurulurdular. Misal üçün, Səd ibn Übadə
Şamda terrora məruz qaldı və onların dediyi kimi, naməlum bir
oxla öldürüldü. Abdullah ibn Məsud döyüldü və Abuzər Rəbəzəyə
sürgün edildi.
Biz bu sualları toplayana tövsiyə edirik ki, açıq və saf zehinlə
tarixi kitabları yenidən oxusun.
Sual 49:
Nə üçün şiələrin çoxu cümə namazı qılmırlar?
Cavab:
Cümə namazı adi zöhr və əsr namazı kimi bir namaz deyildir ki,
hər bir vəziyyətdə və hər bir imamın arxasında qılına. Cümə
namazı ibadət xarakterli siyasi bir namazdır ki, bu zaman imam
cəmiyyətə hakim vəziyyət və müsəlmanların vəziyyəti barədə iki
xütbə oxuyur. Və bu da hökumət olan zaman mümkündür ki, şiə
alimlərinə belə bir icazəni versin. Bu vəziyyət İslam inqilabından
öncə mümkün olmamışdır. Lakin şərait lazımi səviyyədə olmasa
da, bir çox şəhərlərdə cümə namazı təşkil olunurdu. İslam
İnqilabından sonra şərait yarandığından cümə namazı rəsmi status
aldı və hazırda geniş şəkildə həyata keçirilir.
101
Sual 50:
Nə üçün şiələr Quranın bəzi ayələrinin pozulduğuna ina-
nırlar? Ayələri Əbu Bəkr və Ömər dəyişdirib?
Cavab:
Kitabın müəllifi yazır: “Şiələr Quranın bəzi ayələrinin pozul-
duğuna inanırlar.”
Bu məsələni şiələrə aid edən şəxs gərək şiə kitablarından bunun
üçün sübut gətirsin. Şiə əqidəsində belə bir mətləb yoxdur. Bizim
ən qədim əqidə kitabımız Şeyx Səduqun “Əqaidi imamiyyə”
kitabıdır ki, orada da bunun əksi qeyd olunmuşdur.
Bundan əvvəl isə Fəzl ibn Şazan (h.q. 260-cı ildə vəfat edib)
təhrif əqidəsini şiələrin müxaliflərinə aid edərək deyir ki, Quran
təhrifdən qorunur və ondan heç nə azalmamışdır.
Sualları toplayan rəvayət nəql etməklə təhrif məsələsini şiəyə
aid edir. İndi isə biz oxucuların diqqətini iki məqama cəlb etmək
istəyirik:
a) Hədis kitablarında rəvayətin olması əqidəyə dəlil deyil.
Əqidəni əqaid kitablarında axtarmaq lazımdır. Quran və mütəvatir
hədislərə və həmçinin qəti ağıla əsasən belə bir məsələ şiələrin heç
bir etiqad kitabında qeyd edilməmişdir.
b) Müəllifin öz iddiası üçün sənəd kimi qeyd etdiyi rəvayətlər
Quran ayələrinin az və ya çox olması haqda deyildir. Yəni onların
təfsiri barəsindədir. Bu, səhv ayələrə aid deyil. Əhli-beytin (ə)
rəvayət dili ilə tanış olmayanlar bu təfsirlərin Qurandan götürül-
düyünü bildirirlər. Ancaq bu fikirlər Quran ayələrinə aid deyil və
yalnız ayələrin təfsiridirlər. İndi isə onun istinad etdiyi rəvayətlərə
toxunmaq istəyirik:
1. Deyir ki, “Üsuli-kafi” aşağıdakı ayənin təfsirindən əmələ
gəlmişdir:
.«وأشھدھم علی أنفسھم ألست بربّکم و أ ّن محمداً رسولی و أ ًن عليّاً أميرالمؤمنين
Cavab:
102
Bu hədis əgər fərz etsək ki, səhihdir, yenə də bu kəlmələrin
ayənin bir hissəsi olması mənasında deyildir. Burada demək istəyir
ki, zər aləmində insandan Həzrət Peyğəmbərin (s) peyğəmbərliyi
və Həzrət Əlinin (ə) vəsi olması barədə əhd-peyman alınmışdır.
Burada cümlə elə verilmişdir ki, ayəyə sığışmır.
2. Hədisdə Həzrət Peyğəmbərə (s) aid ayədən belə qeyd edil-
mişdir:
.« يعنی بالأمام« و ع ّزروه و نصروه-»والذين آمنوا به
Cavab:
Əgər kimsə hədisi əvvəldən-axıra qədər oxusa, yəqinə çatacaq-
dır. Həzrət Peyğəmbər (s) özünün vəfat etməsindən sonrakı imamın
mövqeyini bildirir və peyğəmbərin vəzifələri (vəhydən başqa) onun
çiynindədir.
Və bu zaman xatırladır: “Möminlər o şəxslərdir ki, peyğəmbərə
iman gətirib ona kömək edirlər.”
Peyğəmbərə iman ona nazil olan bütün şeylərə imandır və
bunlardan biri də Həzrət Əmirəlmömininin (ə) və onun canişin-
lərinin imamətidir.
Həqiqətdə imam peyğəmbərə olan imanın sərhədidir. Peyğəm-
bərə iman, yəni ismətə iman və onun möcüzələrinə, peyğəmbərlərin
sonuncusu olmasına və Əli ibn Əbu Talibin (ə) onun canişini
olmasına imandır.
3. Üçüncü hədisdə “zülmətdə kimi” ifadəsini filan və filan kimi
işlədir. Əli ibn İbrahimin təfsirində nəql edilir ki, onun da sənədi
çox qarışıqdır. Əslində bu kitabı Əli ibn İbrahim yazmamışdır,
bəlkə də Abbas ibn Məhəmməd adlı birisi yazmışdır ki, məchul bir
şəxsdir. Mətləbləri iki nəfərdən toplamış və bu iki nəfər də Əli ibn
İbrahim və Əbi Carud kimi tanınan Ziyad ibn Munzərdir.
Əli ibn İbrahimdən nəql etdiyi “Fatihə”, “Bəqərə” və “Ali-
İmran” surələrinin bir hissəsidir və “Ali-İmran”ın 45-ci ayəsindən
103
axıra qədər Ziyad ibn Munzərdən nəql etmişdir. “Nur” surəsində
gələn bu ayəni də rəvayət edən Ziyad ibn Munzərdir.
Beləliklə, bəhsin əsası olan hədisin:
1. Müəllifi məchul və tanınmamışdır;
2. Onun sənədi Cabir ibn Zeyd Cəfiyə gedib çıxır ki, Nəccaşi
onun barəsində demişdir: “Səhihlə yalnışı bir-birinə qatırdı.”1
Belə bir rəvayətlə şiələri ittiham etmək düzgündürmü?
Yenə də bu sualda deyir: “İmam (ə) aşağıdakı ayənin
« اولئک ھم المفلحون... »والّذين آمنوا به و ع ّزروه
təfsirində doğru yolda olanları belə təfsir etmişdir:
الّذين اجتنبوا الحبت و الطّاغوت أن يعبدوھا و الجبت والطاغوت فلان و فلان و
.«فلان
Burada Həzrət (ə) məzmunu bəyan edir. “Cibt” və “tağut” söz-
lərinin minlərlə şamil olduğu şeylər var. Həzrət (ə) burada onlardan
üçünə işarə edir. Bu, ayənin təhrifi sayılır?
Təhrif etmək azaltmaq və ya çoxaltmaqdır.
Qeyd etdiyi bütün hədislər təfsir yönlüdür və O, təfsirin ayədən
olduğunu təsəvvür etmişdir. Misal üçün ayə:
ً فی ولاية علی وولاية الأئمة من بعده – فقد فاز فوزا-»ومن يطع ﷲ و رسوله
«ًعظيما
Bu, İmam Sadiqdən (ə) nəql edilmişdir. O ayənin içində xətt ilə
ayrılan ifadənin ayədən olduğunu təsəvvür etmişdir. Lakin bu,
ayənin təfsiridir, ayənin özü deyildir.
Allaha və Onun Rəsuluna (s) itaətin əhatəsi genişdir və bun-
lardan biri də canişinlər haqdadır ki, O, müəyyən etmişdir.
Buna bənzər təfsiri Ayişədən Müslim nəql edir:
« و صلاة العصر-»حافظوا علی الصلوات و الصلاة الوسطی
1 əl-Zəriə ila təsanif əl-şiə, IV cild, “Təfsiri İbrahim ibn Əli”, “Külliyyat fi elm
rical”, səh. 227-340.
104
Burada “səlat” “Əsr” (əsr namazı) ayəsindən deyil, bəlkə onun
təfsiridir. Bu sahədə sən özün hədisi ətraflı şəkildə mütaliə et.
Sual 51:
Şiələr bu ayə haqqında deyirlər:
«...»يريدون ليطفؤوا نور ﷲ بأفواھھم وﷲ متم نوره
–Allah imaməti kamil etdi və bu ayədə “nur” imamətə işarədir.
Allah Öz nurunu İslamı yaymaqla kamil etdi, yaxud Əhli-beytə (ə)
vilayəti və xilafəti verməklə?
Cavab:
Bu, “əl-Kafi” kitabında (I cild, səh. 195-də) və “Biharül-ən-
var”da (23-cü cild, səh. 318-də) qeyd edilmişdir və onun mənası
məlumdur. Məqsəd İslam dininin yayılmasıdır və İslamın da
əsasları vardır ki, ilahi canişinlərin xilafəti İslamın əsaslarındandır.
Həzrət Peyğəmbərin (s) vəzifələri canişinlərin xilafəti ilə daha da
təkmilləşir. Çünki əgər bir sistem yaradılsa və onun gələcəyi üçün
planlar olmasa, yəqin ki, qarşıya qoyulan vəzifə də mükəmməl
şəkildə yerinə yetirilə bilməz. Bu üzdən Ğədir-Xumda Əmirəl-
möminin (ə) vəsi təyin olunduqdan sonra bu ayə gəldi:
1أکملت لکم دينکم
Beləliklə, Əhli-beytin (ə) imaməti Allahın kamilləşdirəcəyinə
vəd etdiyi nurun bir hissəsidir.
Sual 52:
İmamlardan iki nəfər hakimiyyətdə oldular, qalan on nəfə-
rin hakimliyi və xilafəti harada qaldı?
Cavab:
1 İkmal ayəsinin Ğədir-Xumda nazil olmasını 16 sünni hədis və təfsir alimi nəql
etmişdir. “əl-Ğədir”, I cild, səh. 230-238-ə müraciət edin.
105
Sualları toplayan xilafət dedikdə zahiri seçki ilə bağlı olan
xilafəti təsəvvür edir. Buna görə də deyir ki, digər on nəfərin
xilafəti harada qaldı? Onlar öz ustadlarının məktəbindən istifadə
edərək imaməti dünya məqamı və zahiri hakimiyyət hesab edirlər.
On nəfər zahirdə seçilmiş hakimiyyətdə olmadıqlarından xilafətdə
də olmamışlar! İmamət peyğəmbərlik kimi Allah tərəfindən olan
bir mənsəbdir. Sadəcə olaraq bunun bir fərqi var ki, peyğəmbərə
vəhylər gəlir, imam isə şəriətin bəyanedicisi və peyğəmbərin
yolunu davam etdirəndir. İstər camaat qəbul etsin, istər etməsin.
İmamətin qanuniliyi onlardan alınmamışdır.
Burada camaat məzəmmət olunur ki, nə üçün Allah-təalanın
höccətini tanımayıb və onun ardınca getməyiblər. Yəni nə üçün
hakimiyyətdə olmayan imamı Allah-təalanın höccəti kimi qəbul
etməyiblər?
Sual 53:
İmam Sadiq (ə) “Əbu Bəkri, yoxsa Öməri sevimmi?” –
sualının cavabında buyurdu: “Onları sev...”1 Həmçinin İmam
Baqir (ə) Əbu Bəkri “Siddiq” adlandırdı, ancaq siz..?2
Cavab:
Birinci hədis barədə demək lazımdır ki, sualları tərtib edən ya-
zının əslinə yox, şiələrə müxalif olan saytlara və öz həmfikirlərinə
müraciət etdiyindən hədisi nəql etməkdə xəyanət etmişdir. Yəni
hədisin bir hissəsini demiş, bir hissəsini isə ixtisara salmışdır.
Hədisin xülasəsi belədir: “Mədinənin hakimi Yusif ibn Ömər
Ümmi Xalid adlı bir qadına torpaq bağışlamışdı. O, İmam Sadiqin
(ə) evinə gələrək içəri daxil olmağa icazə istədi. Əbu Bəsir deyir:
“İmam Sadiq (ə) mənə dedi: “Onun sözünü eşitmək istəyirsənmi?”
1 Rövzətül-kafi, VIII cild, səh. 237.
2 Kəşfül-ğimmə, II cild, səh. 360.
106
Dedim: “Bəli.” Dedi: “Belə olduqda ona içəri daxil olmağa icazə
ver.” Bu zaman Əbu Bəsirə dedi: “Mən oturduğum xalının üstündə
otur, bu sənin mənim yaxınlarımdan olmağının nişanəsidir.” Qadın
içəri daxil olub sözlərini dedi. O, yaxşı nitq sahibi idi. Sonra İmam
Sadiqdən (ə) iki nəfər barəsində soruşdu. İmam (ə) buyurdu:
“Onları sev.” Qadın dedi: “Mən Allaha tərəf getdikdə onları sənin
əmrinlə sevdiyimi deyimmi?” Dedi: “Bəli.”
Bu zaman qadın dedi: “Sizin yanınızda olan və xüsusi xalının
üstündə əyləşən şəxs mənə onlara nifrət bəsləməyimi deyir, ancaq
Kəsirul Nəva (Zeydi məzhəbindən) məni onlarla dostluğa dəvət
edir. Onlardan hansı sənin yanında əzizdir və hansını daha çox
sevirsiniz?” Həzrət (ə) buyurdu: “Əbu Bəsir mənim yanımda
Kəsirul Nəva və onun adamlarından daha əzizdir.”1
Hədisin mənasını aça bilərsiniz. Həzrət (ə) məsləhət üzündən
həmin qadına o iki nəfəri sevməyə dəvət etmişdi və əgər ciddi
məsələ olsaydı, bu mətləblə yüz faiz zidd olan Əbu Bəsiri öz
yanına əyləşdirməzdi və onun Kəsirul Nəvadan daha əziz olduğunu
deməzdi. Xüsusilə də ki, o qadının Mədinə hakimi (Yusif ibn
Ömər) ilə əlaqəsi var idi və o günlər olan hər bir müxalif siyasi
fikri onun qulağına çatdırırdı. Həzrət (ə) üçün problem yarada
bilərdi.
Əhli-beyt (ə) rəvayətləri ilə tanış olanlar onların məntiqini dərk
edirlər.
Ancaq ikinci rəvayətin nə əvvəli var, nə də sonu. Əli ibn İsa
Ərbili (h.q. 693-cü ildə vəfat etmişdir) II əsrin adamlarından olan
Ürvə ibn Abdullahdan hədis nəql edir. Bu hədis iki cəhətdən bəhs
edilə bilməz:
1. Sənəd baxımından. Onu nəql edən Əli ibn İsa Ərbili (VII
əsrdə yaşamışdır) Ürvə ibn Abdullah adlı şəxsdən nəql edir ki, o da
1 Rövzətül-kafi, VIII cild , səh. 19.
107
İmam Baqirin (ə) (h.q. 57-114-cü illər) həməsridir. Belə bir
sübutsuz hədisə istinad etmək olarmı?
Şiə ricalında tək bir nəfər Ürvə ibn Abdullah ibn Quşeyr Cofi
var ki, Şeyx Tusi onu İmam Sadiqin (ə) səhabələrindən sayır, lakin
o, tamamilə məchul bir şəxsdir.1
Əhli-sünnət ricalında da Ürvə ibn Abdullah ibn Quşeyr Cofi
Əbu Səhl adı ilə tanınan birinin adı qeyd edilmişdir ki, o, Abdullah
ibn Zübeyrin yanında şagirdlik etmiş və ondan hədis nəql etmişdir.
Mənəvi baxımdan ona yaxın olmalıdır və bu ailə ümumilikdə
Əmirəlmöminindən (ə) uzaq idi və belə bir şəxs heç cür dəlil və ya
sübut ola bilməzdi.2
Bundan əlavə, hədisin məzmunundan da başa düşülür ki,
tamamilə onun dilindən yalan deyilmişdir. Çünki deyir: “Mən Əbi
Cəfərdən (ə) qılıncın bəzədilməsi barədə soruşdum.” O buyurdu:
“Əbu Bəkr Siddiq öz qılıncını bəzəyərdi.” Soruşdum: “Onu Siddiq
adlandırırsan?” O, yerindən atılaraq üzü qibləyə dayanıb dedi:
“Bəli, Siddiq! Bəli, Siddiq! Bəli, Siddiq! Hər kəs onun Siddiq
olduğunu deməsə, Allah dünyada və axirətdə onun sözünü qəbul
etməz!”
Bu tərzli hərəkət İmam Baqirin (ə) şəninə əsla münasib deyil və
burada həddindən artıq şişirtmə vardır. Abdullah ibn Zübeyrin şa-
girdi Ürvə ibn Abdullah bu hədisi o Həzrətin (ə) dilindən yalandan
düzəltmişdir.
1 Tənqih əl-Məqal, II cild, səh. 251, nömrə-788.
2 Təhzib əl-Kəmal fi əsmai-Rical, X cild, səh. 27, nömrə-3909.
108
Sual 54:
Əbülfərəc İsfəhaninin və Ərbilinin “Kəşfül-ğimmə” əsərinə
əsasən, Həzrət Əli (ə) öz övladlarından birinin künyəsini Əbu
Bəkr adlandırdı. O, qardaşı ilə birlikdə Kərbəlada öldürüldü.
Nə üçün şiələr bu hadisəni gizlədir və yalnız Hüseynin (ə)
öldürülməsinə istinad edirlər?1
Cavab:
Təəccüblüdür, görəsən, bu şəxs necə deyir ki, şiələr bu hadisəni
gizlədirlər! Halbuki bu mətləbi Şeyx Mufiddən nəql edən şiə
Ərbilidən nəql etmişdir!
Övladlara xəlifələrin adlarının verilməsi üçüncü sualda qeyd
olundu və cavabı da verildi. Və sübut olundu ki, həmin adların
xəlifələrə heç bir aidiyyatı yoxdur. Çünki bu adlar ərəblər arasında
həm İslamdan əvvəl və həm də sonra çox geniş yayılmışdır.
Bundan əlavə, bu adlar bəla qarşısında bir növ bəla olmuşdur ki,
üçüncü sualda qeyd etdik.
Sual 55:
Axirətdə nicat tapmaq, daha aydın desək, behiştə getmək
şiələrin məsum imamlarına itaətlədirsə, onda nə üçün Quran
yalnız Allahın və Onun Rəsulunun (s) itaətini bəyan edir?
و من يطع ﷲ و الرسول فأولئک مع الّذين أنعم ﷲ عليھم من النبيّين وال ّص ّديقين و
2«ًالشھداء و الصالحين و حسن أولئک رفيقا
–Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər
verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru
danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq
1 Kəşfül-ğimmə, II cild, səh. 67. Müəllif əsl səhifənin yerinə səh. 360-ı
göstərmişdir və bu da bir daha onu təsdiq edir ki, o, kitaba müraciət etməmişdir.
2 Nisa surəsi, 69-cu ayə.
109
edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir
yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!
» ومن يطع ﷲ و رسوله يدخله جنات تجری من تحتھا الانھار خالدين فيھا و.
1«ذلک الفوز العظيم
–Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və
Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar
axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün)
böyük qurtuluşdur (uğurdur)!
Cavab:
Allaha və Onun Rəsuluna (s) itaət etmək İslamın əsas
sütunlarındandır. Lakin bu ayələr imanın bütün əsaslarına iman
barəsində deyil. Çünki başqa ayələr də əmr sahiblərinə itaəti də
vacib saymışdır. Necə ki, buyurulur:
«...»يا آيھا الّذين آمنوا أطيعوا ﷲ و أطيعوا الرسول و أولی الأمر منکم
–Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan
ixtiyar (əmr) sahiblərinə itaət edin! (“Nisa” surəsi, 59-cu ayə.)
Burada əvvəlki iki məqama əmr sahibləri də əlavə edilmişdir.
Əmr sahiblərini necə təfsir etməkdə də heç bir fərq yoxdur.
Başqa bir ayədə Allah-təala həssas məsələləri başqalarının
yanında açıb-ağartmamağı əmr edir, onu əmr sahibinə müraciətə
yönləndirir.2
Allahın Rəsuluna (s) itaət etməyi əmr etmişdir ki, O da
“Səqəleyn” hədisinə itaət etməyi buyurmuşdur.
Əhməd ibn Hənbəl deyir: “Hakimlər və rəhbərlər istər yaxşı
əməl sahibi, istərsə də bəd əməl sahibi olsunlar, onlara itaət etmək
1 Nisa surəsi, 13-cü ayə.
2 Nisa surəsi, 83-cü ayə.
110
vacibdir. Hər bir kəs çiyninə xilafət əbası salsa və xalq onun
ətrafına toplaşsa və ya kimsə qılıncla bu məqama gəlib çatsa və
özünü əmirəlmöminin adlandırsa, ona itaət etmək lazımdır.”1
Əbu Cəfər Təhavi bu gün Mədinə Universitetində dərs kitabı
kimi istifadə olunan “Bəyan əl-Sinə vəl-Cəmaə” adlı əsərində
yazır: “Sultanlar və əmirlər nə qədər zalım olsalar da belə onların
əmrlərindən boyun qaçırmaq olmaz və biz heç bir zaman onlara
itaətdən boyun qaçırmamalıyıq. Günah əməllərə əmr etməyənə
qədər onlara itaət Allaha itaətdir.”2
Sualları toplayanlar hətta öz məktəblərində olan imamət
məqamından belə xəbərsizdirlər. Çünki hədislərdə belə deyilir:
.«من مات ولم يکن فی عنقه بيعة امام مات ميتةجاھلية
–Hər kəs imamına beyət etmədən ölsə, imansız ölmüşdür.
Əgər təkcə Allah və Onun Rəsulunun (s) itaəti vacib idisə, daha
onda hər bir zamanın imamı ilə beyət nəyə lazım idi?
Buna görə də imamət məqamı peyğəmbərlik məqamından sonra
ən üstün bir məqamdır ki, məsum imamlar bəzi ayələrin təfsirində
imamın vəzifə və məqamına işarə etmişlər. “Nisa” surəsində qeyd
olunan iki ayəni özlərinə sipər etməsinlər və bilsinlər ki, bu iki
məqamdan əlavə, Allah-təala müvafiq məqamı təyin etməyi Həzrət
Peyğəmbərə (s) tapşırmışdı. Həzrət Peyğəmbər (s) də “Səqəleyn”
hədisində və onun kimi başqa hədisdə Əhli-beytə (ə) itaət
olunmasını yeganə nicat yolu kimi göstərmişdir.
1 Tarixi məzahib İslamiyyə, Məhəmməd Əbu Zöhrə, II cild, səh. 322.
2 Şərhi əqidə əl-Təhaviyyə, səh. 110-111.
111
Sual 56:
Həzrət Peyğəmbərin (s) zamanında bir çoxları onun hüzu-
runa gəlir və ömürlərində bir dəfə Həzrəti (s) görərək öz mən-
təqələrinə qayıdırdılar. Şübhəsiz, onlar Həzrət Əlinin (ə) vila-
yəti haqda heç nə eşitməmişdilər. Onların İslam dini haqda
məlumatları naqisdir?
Cavab:
Əvvəla, bu sualın qarşısında soruşmaq lazımdır ki:
Birincisi, bir dəstə adam Həzrət Peyğəmbərin (s) hüzuruna gəlib
müsəlman olaraq bəzi hökmləri öyrəndikdən sonra öz diyarlarına
geri dönürdülər. Onlar dörd xəlifənin xilafəti barədə heç nə eşitmir
və dünyadan köçürdülər. Onların İslam dini haqda məlumatları
naqis idimi? Əhməd ibn Hənbəl və Əbu Cəfər Təhavi xəlifələrə
imanı İslam əqidələrindən hesab edirdilər.1
İkincisi, şübhəsizdir ki, hicrətin əvvəllərində bir qrup insan gəlib
sadə təlimlər alaraq geri qayıdırdılar. Onlar qayıtdıqdan sonra
Həzrət Peyğəmbər (s) canını Yaradanına tapşırana qədər müxtəlif
hökmlər gəldi, maarifləndirmə işləri aparıldı, lakin bütün bunlar
həmin müsəlmanların qulağınadək gedib çatmadı. Onların İslam
dini haqda məlumatları naqisdirmi?
Sualın cavabında deyirik ki, onlar Allahın Peyğəmbərinə (s)
beyət etmişdilər ki, nazil olanı və bundan sonra da nazil olacaqları
səmimi-qəlbdən qəbul edirlər və həmin göstərişlər onlara çatdıqda
itaət edəcəklər.
Həzrət Əlinin (ə) xəlifəliyi hicrətin üçüncü ilində bildirilmişdi,
lakin rəsmi deyildi və Ğədir-Xumda ümumi şəkildə elan edildi.
Beləliklə, o gündən əvvəl dünyadan köçənlərin Həzrət Əlinin (ə)
1 Kitab əl-Sünnə, Əhməd ibn Hənbəl və Əqidə Təhaviyyə, səh. 471 və 478,
məqalati İslamiyyun, səh. 323.
112
vilayəti barəsində vəzifələri də yox idi və onların Həzrət Peyğəm-
bərdən (s) gələnləri təsdiq etmələri kifayət edirdi.
Sual 57:
Əmirəlmöminin (ə) Müaviyəyə məktubunda yazır: “Mənim-
lə beyət edənlər Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər
idilər. Onlara beyət etdikləri əsaslarla da mənimlə beyət
etdilər. Beyətdə olan şəxsin başqa seçim yolu yox idi.”
Beləcə, aşağıdakı nəticəyə gəlirik:
1. İmamı (ə) mühacir və ənsar seçir;
2. Əbu Bəkr, Ömər və Osmanla olduğu kimi, Həzrət Əli (ə)
ilə də beyət etdilər;
3. Şura mühacir və ənsara məxsusdur və bu onların uca
məqamının nişanəsidir;
4. Mühacir və ənsarın qəbul etdiyi və beyət etdiyi şəxsi
Allah-təala da qəbul edir;
5. Şiələr Müaviyəyə lənət oxuyurlar, lakin Həzrət Əli (ə)
məktubunda ona lənət oxumur.
Cavab:
Qurani-kərim müsəlmanlara öyrədir ki, müxalif şəxslərlə bu üç
yolla danışsınlar:
a) Sübut və elmi dəlillərlə;
b) Nəsihət vermə yolu ilə;
c) Mübahisə etmə yolu ilə.
Beləliklə, Əmirəlmöminin Həzrət Əli (ə) özünün tərs düşmənləri
ilə qaydasına görə rəftar edirdi. Deyilişindən məlum olur ki, o,
qarşı tərəfin öz sözü və məntiqi ilə davranırdı və bunun üçün də
deyir: “O üç nəfərə beyət edənlər mənə də beyət etmişlər. Necə
olur ki, insanların o üç nəfərlə olan beyətini qəbul etdin, mənimlə
olan beyətlərini isə qəbul etmədin?”
113
Başqa bir məktubda yazır: “Qardaşın Yezid Əbu Bəkrin
Şamdakı əmiri idi və Mədinədə olan Ömərlə də beyət etdi. Sən
Ömərin əmiri idin və Mədinədə olan Osmana beyət etdin. İndi də
mənə beyət etməlisən. Çünki bu üçü də eynidir.”
İmam Əlinin (ə) həmin insanlarla belə danışması bu məntiqi
qəbul etməsinə sübut deyil.
İndi isə mətləbi bir qədər də açaq və baxaq görək ixtilafın kökü
haradadır?
Həzrət Əli (ə) mühacir və ənsarın beyəti ilə xilafəti ələ aldı.
Həm də camaatın çoxsaylı israrlarından sonra buna razılıq verdi.
Müaviyəni saleh adam hesab etmədiyindən onu Şam valiliyindən
kənarlaşdırdı. Həmin vaxt İmama (ə) ölkədəki vəziyyətə hakim
olanadək bir qədər səbir etməsini və yalnız bundan sonra onu
çıxarmasını xahiş etsələr də, Həzrət (ə) buyurdu: “Yox, Allaha and
olsun ki, bir gün də olsa belə onun hakimiyyətdə olmasını qəbul
edə bilmərəm.”
Həmin vaxt Müaviyə Osmanın qanının alınması bəhanəsilə
üsyan etdi və Həzrət Əlini (ə) Osmanın ölümündə əli olmasında
ittiham etdi. Belə bir vəziyyətdə Əmirəlmöminin Həzrət Əli (ə) ona
bir məktub yazdı:
–Ey Müaviyə, niyə üsyan etmisən? Sənin üçün üzr və bəhanə
olacaq şey qeyd edəcəyim bu iki şeydən biridir:
a) Mənim xəlifəliyim qeyri-qanuni olmuş olsun: Mənim
xəlifəliyim keyfiyyət və kəmiyyət baxımından öncəkilərin xəlifəliyi
ilə eynidir. Həmin üç nəfərə beyət edənlər mənə də beyət etmişlər;
b) Osmanın ölümündə rolum olmuş olsun: Əgər ağılla
düşünsən və nəfsani istəklərini bir kənara qoysan, görəcəksən ki,
Osmanın ölümündə ən günahsız şəxs mənəm.
Verdiyimiz şərhdən məlum olur ki, İmam (ə) kəlam və əqidə
məsələlərini bəyan etmir. O, üsyan edərək müsəlmanların vəziy-
yətini bir-birinə qatan bir insanın bəhanəsini aradan qaldırır. Onu
114
məntiqlə şər və fitnə-fəsaddan uzaqlaşdırmaq istəyir. O, bunu Təlhə
və Zübeyrlə, həmçinin xəvariclə də etdi ki, müharibənin və qan
tökülməsinin qarşısını ala bilsin.
Beləliklə, belə bir nəticəyə gəlirik ki, sual verənin beş yerə
böldüyü həmin sualın hər bir bəndi əsassızdır.
Ancaq Həzrət Əlinin (ə) öz məktubunda Müaviyəni nə üçün
lənətləməməsi məlumdur, çünki Həzrət (ə) bu məktubu yazmaqla
Müaviyəni rədd etmək yox, onu özünə tərəf cəlb etmək istəyirdi.
Beləcə, belə bir hədəflə, xüsusilə də İmamın (ə) başdan-ayağadək
bütün məktubunu əhatə edən bəlağətli kəlamlarla lənətləmək
qətiyyən bir-birinə uyğun gəlmirdi.
Sual 58:
Şiələr Əbu Bəkr, Ömər və Osmanın “Beyətül rizvan” ağa-
cının altında Həzrət Peyğəmbərlə (s) beyətlərini inkar edirlər.
Halbuki Allah-təala xəbər verdi ki, o, Peyğəmbərlə ağac altında
beyət edənlərdəndir.1
Cavab:
1. Böyük bir qrupu tərifləmək və onlara sitayiş etmək onların
hər birinə deyil, hamısına aiddir. “Bu universitetin tələbələri çox
çalışqan və ciddidirlər”, – dedikdə təbiidir ki, bu fikir ayrı-ayrı
fərdlərə deyil, onların əksəriyyətinə aiddir. Buna əsasən həmin
ayəni bir şəxsin fəzilətinə dəlil saymaq olmaz. Ən yaxşı dəlil budur
ki, münafiqlərin rəhbəri Abdullah ibn Übəyy və yanında olanlar da
“Beyətül rizvan”da idilər və Həzrət Peyğəmbərlə (s) beyət etdilər.
Əgər bir kənara çəkilsəydilər, tarixi mənbələrdə qeyd olunardı.
Necə ki, Ühüd müharibəsində qeyd olunur. Übəyyin oğlu özünün
yeddi yüz nəfərə yaxın adamı ilə İslam döyüşçülərindən ayrıldılar.
Bu ayə ilə Abdullah ibn Übəyyin fəzilətinə dəlil gətirmək olar?
1 Fəth surəsi, 18-ci ayə.
115
2. Ayənin kəlmələrinə diqqət yetirdikdə görürük ki, bu razılıq
həmin zamanda olmuşdur. Necə ki, buyurur:
«...»لقد رضی ﷲ عن المؤمنين اذا بيايعونک
–Səninlə beyət etdikləri zaman Allah onlardan razı oldu...
Aydındır ki, onlardan bu razılıq ömürlərinin sonuna qədər olan
bir razılıq deyildi. Əgər möhkəm bir dəlillə onlardan birinin İslam
qaydalarının əksinə bir iş gördüyü sübut olunarsa, ayənin mənası
ilə uyğunsuzluq yaranmayacaq? Bir mənada Allahın razılığı onun
feli sifətlərindəndir, zatı sifətlərindən deyil. Bu üzdən həmin surədə
xatırladı ki, bu beyət daimi olmalıdır, əgər əhd-peymanı sındırsalar,
bu onların özlərinin zərərinədir. Necə ki, buyurulur:
ا ّن الّذين بيايعونک انّما يبايّعون ﷲ يد ﷲ فوق ايديھم فمن نکث فانّما يکنث علی
1«...نفسه
–Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında
beyəti-rizvanda sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş
olurlar. Allahın qüdrət əli onların əllərinin üstündədir. Kim beyəti
pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun
özünə dəyər). Kim Allahla etdiyi əhd-peymanı yerinə yetirsə,
(Allah) ona böyük mükafat verər!
İslamda belə bir prinsip var: “”انما الاعما ُل بالخوانيم2 – Əməllər
nəticəsinə görə qiymətləndirilir. Buxarinin nəql etdiyi rəvayətdən
belə məlum olur ki, insanın yaşayışının ilk illəri hökm etmək
meyarı deyil, əksinə insanın həyatının hamısı hökm etmək üçün
meyardır. Həzrət Peyğəmbər (s) buyurdu: “”انما الاعما ُل بالخوانيم
1 Fəth surəsi, 10-cu ayə.
2 Səhihi-Buxari, IV cild, səh. 233, “əl-Ğədir”, 5-ci bölmə, hədis-7-66.
116
Çox insanlar həyatlarının əvvəlində yaxşı düşünən abid və gözəl
əməlli zahid olmuşlar. Belə ki, onların qəlbi ayənin nazil olmasına
aid olmuşdur, lakin şeytan onlara qələbə çalmış və onları düz
yoldan azdırmışdır. Bunun bariz nümunəsi sayılan Bələm Baur1
Bəni-İsraildən olan Qarundur.2
Beləliklə, baxaq görək, səhabələrin hamısı ömürlərinin sonunda
yaxşı qiymət almışlar, yaxud onların bəziləri Üsamənin ordusuna
qoşulmaqdan boyun qaçırmış və lənətə düçar olmuşlar.
Sual 59:
Heç bir sünninin Əhli-beytə (ə) nalayiq bir söz demədiyi bir
halda nə üçün şiələr səhabələrin böyüklərini, xüsusilə də
xəlifələri pisləməyi ibadət sayırlar?
Cavab:
Şiələr Əmirəlmöminin Həzrət Əlinin (ə) davamçılarıdır və o,
həmişə öz ardıcıllarına belə əmr edərdi: “Mən sizin söyüş söyən
olmağınızı istəmirəm, kaş ki, bunun yerinə öz əməllərini xatırlayıb
onların halını bəyan edəydilər.”3
Beləliklə, nalayiq sözlər demək, pisləmək və sualı yazanın dili
ilə desək, söymək mədəniyyətsiz adamların işidir. Həzrət Pey-
ğəmbər (s) buyurmuşdur: «“ – »سباب المؤمن فسوقMömini söymək
günahdır.”
Beləliklə, bu barədə şiələrdən görüb eşitdiyiniz:
Birincisi, bütün səhabəyə aid deyildir. Ümumilikdə Həzrət
Peyğəmbərin (s) səhabələri təxminən yüz min nəfər olmuşdur ki,
onlardan on beş mininin adı qeyd olunmuşdur və qalanları məchul
və tanınmamışlar. Ağıllı insan qaranlığa necə ox ata bilər və
naməlum şəxsə necə nalayiq sözlər deyə bilər?
1 Əraf surəsi, 175-ci ayə.
2 Qəsəs surəsi, 81-ci ayə.
3 Nəhcül-bəlağə, kəlamlar-206.
117
İkincisi, adı və xüsusiyyətləri qeyd olunan on beş min səha-
bədən əksəriyyətinin Əhli-beytə (ə) olunan müsibətlərdə əli olma-
mışdır və onların bir qrupu isə şiələrin öndə gedəni olmuşdur.
Onlar əvvəldən Həzrət Əlinin (ə) xilafətini və imamətini tanımışlar.
Heç bir günahı olmayan insanlara necə nalayiq sözlər demək olar?
Yalnız Əhli-beytin (ə) haqlarına təcavüz edən və onların
məqamlarına riayət etməyənlər tənqid olunur. Və onların əməlləri
İslam qaydaları ilə ölçülür, eləcə də bu işi Allahın Özü Quranda
görmüşdür. Vəlid ibn Üqbəni fasiq adlandırır1 və Həzrət Pey-
ğəmbəri (s) cümə namazının xütbəsində tək qoyaraq alver və boş
işlər dalınca gedənləri tənqid edir.2
Təəssüflər olsun ki, bəzi sələfilərə müqəddəslik donu geydiriblər
və hətta onları tənqid etmək dindən çıxmaq mənasında qəbul edilir.
Sələfilərə, səhabələrə və xəlifələrə geydirilən bu müqəddəslik donu
onların həyatlarında olmayıb və zaman keçdikcə Əhli-beyt (ə)
müqabilində onlar üçün bu müqəddəsliyi bilərəkdən icad ediblər.
“Səhihi-Buxari”ni vərəqləsəniz “Nur” surəsinin təfsirində hədis-
4720-ni araşdırın və görəcəksiniz ki, iki böyük səhabə Səd ibn
Müaz və Səd ibn Übadə məsciddə Həzrət Peyğəmbərin (s)
hüzurunda bir-biri ilə dava ediblər. Səd ibn Übadə Səd ibn Müaza
demişdir: “Allaha and olsun, yalan deyirsən!” Üseyd ibn Hüzeyr
Səd ibn Übadəyə demişdir: “Allaha and olsun ki, sən yalançılardan
və münafiqlərdənsən ki, münafiqləri müdafiə edirsən!”
Hətta Əmmar Yasər ilə Xalid ibn Vəlidin Həzrət Peyğəmbərin
(s) hüzurunda dava etmələri məşhurdur.3
Həzrət Peyğəmbər (s) heç bir zaman belə buyurmamışdır: “Siz
mənim adamlarımı yalançı və münafiq adlandırdığınız üçün
İslamdan kənarlaşdırılırsınız!”
1 Hucərat surəsi, 6-cı ayə.
2 Cümə surəsi, 11-ci ayə.
3 Müstədrəkül Hakim, III cild, səh. 29.
118
Həzrət Peyğəmbər (s) bu adamların bir hissəsini «– »فئه باغيه
“Üsyankar qrup” adlandırırdı. Həzrət Peyğəmbər (s) Əmmarı üz-
gözü tozlu görüb dedi: “Xoş Əmmarın halına! Onu üsyankar qrup
öldürəcək. Əmmar onları behiştə – onlar isə Əmmarı cəhənnəmə
dəvət edirlər.”1
Bundan əlavə, Əşəri məzhəbinə əsasən, təkfir etmək və lənətlə-
mək dindən çıxmağa səbəb olmur.
Sual 60:
Əgər imamlar qeybdən xəbərdardırlarsa, onda nə üçün
Hüseyn (ə) özü və yaxınlarından ötrü su tədarük görmədi ki,
müharibə vaxtı susuz qalmasınlar? O, suya ehtiyacı olacağını
bilmirdi?
Cavab:
Bir məsəldə belə deyilir: “Yalançının hafizəsi olmaz!” Bundan
öncəki sualda iddia etdiniz ki, sünnilər Əhli-beyti (ə) pisləmirlər.
Mən də bunu deyirəm. Ancaq bu sələfi kağızın mürəkkəbi hələ
qurumamış Hüseyn ibn Əlini (ə) pisləyir və onu ittiham edərək
aşağıda qeyd edəcəyim ayəni sanki görməmiş kimi davranır:
2«»وأع ّدوا لھم ما استطعتم من ق ّوة
–Bacardığınız qədər qüvvə (silah) və bəslənmiş atlar tədarük
edin!
Əgər bu şəxs Kərbəla tarixini düzgün oxusaydı və Hüseyn ibn
Əlinin (ə) bacarıq və canından keçməyini bilsəydi, anlayardı ki,
İmam Hüseyn (ə) kifayət edəcək qədər su götürmüşdü. Lakin Hürr
1 Səhihi-Müslim, IV cild, səh. 2234, hədis-2916; “Təbəqat İbn Səd”, III cild, səh.
252; “Müstədrəkül Hakim”, III cild, səh. 149; “Cameül-üsul”, IX cild, səh. 44,
hədis-6583.
2 Ənfal surəsi, 60-cı ayə.
119
ibn Ziyad Riyahinin qoşunu ilə üzləşdi və onları susuz gördü. Ona
görə də tapşırdı ki, su tuluqlarını onlara versinlər və hamını su ilə
təmin etsinlər. Hətta Həzrət (ə) yorğunluqdan su içməyə taqəti
olmayan birisinə kömək edərək ona su içirtdi.
İmam Hüseyn (ə) Həzrət Əli ibn Əbu Talibin (ə) oğludur ki,
Yezid suyu onun tərəfdarlarının üzünə bağlamışdı, adamlar susuz
idi. Odur ki, Həzrət (ə) hücum edərək suyu düşmən əsgərlərindən
geri aldı və hər iki tərəfə sudan istifadə etməyə icazə verdi.
İmam Hüseyn (ə) və yaxınları məhərrəm ayının ikinci günü
Kərbəlaya gəlib çatdılar və burada, yəni susuz və yaşayışdan uzaq
olan bir yerdə mühasirəyə alındılar. Məhərrəm ayının onuncu günü
isə şəhid oldular. Onlar bir neçə gün üçün necə su saxlaya
bilərdilər?
Sonda onu da qeyd etməliyik ki, Əhli-beytin (ə) üsulu insani
üsuldur. Onlar heç bir zaman düşməni susuzluqla məğlub etməz-
dilər. Bu, Əməvilərin üsulu idi və onlar da bundan istifadə edir-
dilər.
Daha öncə dedik ki, imamlar Allahın izni ilə qeybdən xəbərdar
olurdular, ancaq onlar da başqaları kimi adi qayda ilə yaşamalı
idilər.
Sual 61:
Aydındır ki, İslam dini Həzrət Peyğəmbərin (s) dövründə
mükəmməlləşdi, odur ki, Allah buyurur: «»اليوم أکملت لکم دينکم
Ancaq şiə məzhəbi Həzrət Peyğəmbərin (s) vəfatından sonra
yarandı?
Cavab:
Şiəlik Həzrət Peyğəmbərin (s) ardıcılı olmaq mənasındadır.
Onun gətirdiyi hər bir şeyə, o cümlədən də Həzrət Əlinin (ə) və
övladlarının vilayətini qəbul etməkdir.
120
Bu mənada şiəlik həm də İslamın eynidir və İslamdan ayrı
deyildir. İslam və şiəlik bir sikkənin iki üzü kimidir. Şiəlik Həzrət
Peyğəmbərdən (s) sonra yaranan siyasi və fəlsəfi bir təlim deyil.
Əslində Həzrət Peyğəmbərin (s) özü Həzrət Əlinin (ə) ardıcıllarına
şiə adını vermişdir.
Bu ayənin 1«– »ا ّن الّذين آمنوا و عملوا الصالحات أولئک ھم خير البريّة
“İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yax-
şılarıdır.”
Qeyd olunan ayənin təfsirində bu barədə rəvayətlər daxil
olmuşdur.2
Həzrət Əlinin (ə) ardıcıllarının şiə adlandırılması barədə Əhli-
sünnət mənbələrində qırx hədis vardır. Təbərsi və Süyuti onlardan
yalnız bəzilərinə işarə etmişdir.
“Bu gün dininizi kamilləşdirdim,” – ayəsi Gədir-Xum günündə
nazil olmuşdur. Həmin gün Həzrət Peyğəmbər (s) İslamın gələcək
memarını təyin etməklə dini mükəmməl bir səviyyəyə çatdırdı.
Təkmilləşdirdi dedikdə burada dinin qolları deyil, dinin əsasları
nəzərdə tutulur ki, bu ayədən sonra hökmlər barədə ayələr
gəlmişdir.
« »اليوم أکملت لکم دينکمayəsinin təfsiri üçün “əl-Mizan fi təfsir əl-
Quran” və “əl-Ğədir” kitablarına müraciət edin.
Sual 62:
Allah-təala Ayişənin pak və günahsız olması barədə məşhur
“İfk”3 hadisəsində ayə nazil etdi. Ancaq bəzi şiələr hələ də onu
xəyanətdə ittiham edirlər. Səhifənin altında Əli ibn İbrahimin
və başqalarının təfsirlərində istinad axtarırlar.
1 Bəyyinə surəsi, 7-ci ayə.
2 Təfsiri-Təbəri və Təfsir əl-Durr əl-Mənsur, “Bəyyinə” surəsinin təfsiri.
3 Nur surəsi, 11-ci ayə.
121
Cavab:
Sualı verən şəxs əgər real baxışlı bir adamdırsa, niyə şiələrin
mötəbər təfsirlərinə müarciət etməmişdir? Şiə təfsirçiləri “İfk”
məsələsində Ayişəni pak bilirlər. Siz bu məsələ barəsində mötəbər
şiə təfsirlərinə müraciət edə bilərsiniz.1
Mərhum Əllamə Təbatəbayi Əhli-sünnətin Həzrət Peyğəmbərin
(s) öz xanımından şübhələnməsi rəvayətini batil sayaraq onu rədd
edir, yəni Əhli- sünnətdən bir addım irəli gedir!
Bəzi şiə təfsirçiləri ilə sünni təfsirçiləri arasındakı ixtilaf bundan
ibarətdir. “İfk” məsələsi Ayişəyə yox, Mariya Qibtiyə aid olmuşdur
və tarixdə də buna dair sübutlar vardır. Hər bir halda Mariya və ya
Ayişə haqqında belə bir ittiham olmuşdur.
Təəccüblü burasındadır ki, müəllifin qeyd etdiyi iki təfsirdə
açıqcasına deyilir: “Peyğəmbərlərin xanımları günah edə bilərlər,
lakin ailə məsələlərində heç bir zaman xəyanət etməzlər.” Və bunu
ümumi bir qanun kimi qeyd edirlər. Bunu İslam Peyğəmbərinin (s)
qadınlarına da aid edirlər.
Onlar bu fikri “Təhrim” surəsinin 10-cu ayəsinin təfsirində, yəni
Nuh və Lutun xanımları barədə deyilən « »فخانتاھماyerdə qeyd
edirlər. Bu vəsf ilə sualları tərtib edən qeyd edir ki, guya bu kitabda
Ayişəni xəyanətdə ittiham etmişlər! Yaxşı olar ki, kitabın tərtibçisi
öz məzhəbinin təbliğində bir qədər elmi təmkinliliyə riayət etsin.
Bundan əvvəl (51-ci sualda) qeyd etdik ki, Qumminin təfsiri
elmi baxımdan dəyərli deyil. Çünki bu kitabın bir hissəsini Əli ibn
İbrahim kimi tanınmamış bir şəxslə, digər bir hissəsini isə Əbi əl-
Carud kimi tanınan Ziyad ibn Münzərlə əlaqələndirmişdir. Belə
olduqda niyə bu kitabı sənəd kimi göstərir. Seyid Bəhani və
başqaları da ondan təfsirlər nəql etmişlər.
1 Məcməül-bəyan, IV cild, səh. 120.
122
Əlbəttə, Ayişənin belə müdafiə olunması onun bütün işlərinə aid
deyil. Şübhəsizdir ki, öz zəmanəsinin imamının, yəni Həzrət Əlinin
(ə) əleyhinə silahlı üsyan etmək şəriətin və Quranın aşkar əmr-
lərinin ziddinədir. Qurani-kərim Həzrət Peyğəmbərin (s) xanımla-
rına buyurur:
1«...»وقرن فی بيوتکن
–Evlərinizdə qərar tutun.
Bu, yalnız şiənin dediyi bir şey deyil, bunu bütün tarixçilər və
təfsirçilər də demişlər. Ancaq Ayişənin bəzi havadarları onun
ictihad etdiyini bəhanə gətirirlər. Yəni Quran ayəsinə münasibətdə
öz nəzərini irəli sürmüşdür. İslam qanunlarından xəbərdar olan hər
bir şəxs bilir ki, kimsə Quran və Həzrət Peyğəmbərin (s) əmrinə
qarşı çıxaraq ictihad edə bilməz.
Sual 63:
Əgər Əli (ə) və iki oğlu Həsən (ə), habelə Hüseyn (ə)
çətinliklər qarşısında fövqəladə qüdrətə malik olsaydılar, onda
bəs nə üçün Həsən ibn Əli (ə) Müaviyə ilə sülh bağlamağa
məcbur oldu. Hüseyn ibn Əli (ə) isə ağır vəziyyətə düşərək
şəhid oldu və öz hədəfinə çatmadı?
Cavab:
Quran nöqteyi-nəzərindən Həzrət Peyğəmbər (s) xariqüladə bir
gücə malik olmuşdur. Ayın ikiyə bölünməsi, merac və s. kimi
kəramətləri hədis kitablarında yazılmışdır. Ancaq bu qüdrəti ilə
Ühüd döyüşündə onun dişi düşmənin oxu, ya da daşı vasitəsilə
sındırıldı, üzü qana bulaşdı və yaxınlarından yetmiş nəfər şəhid
oldular. Xəndək müharibəsində acından qarnına daş bağlayırdı.
Hüdeybiyyədə müşriklərlə sülh bağlamağa məcbur oldu. Havazun
1 Əhzab surəsi, 33-cü ayə.
123
döyüşündə onun hərbi qüvvələrinin düzümü bir-birinə qarışdı və
əsgərlər qaçmağa başladılar. Taif müharibəsində qələbə əldə edə
bilmədi. O, dünyadan köçəndən sonra Ərəbistan yarımadasında
çoxlu qəbilələr üsyan etdilər. Sizin fikrinizcə, nə üçün Həzrət
Peyğəmbər (s) belə xariqüladə qüdrətə malik olmaqla yanaşı, qeyd
olunan problemlərlə üzləşdi?!
Bu sualın cavabı ondan ibarətdir ki, peyğəmbərlər adi yol və
üsullarla təbliğat aparır və düşmənləri ilə döyüşürdülər. Və xüsusi
zamanlarda peyğəmbərliyin sübut edilməsi üçün xariqüladə işlərə
ehtiyac olurdu ki, bu kimi hallarda onlar qeybi gücdən kömək
alırdılar.
Əmirəlmöminin Həzrət Əli (ə) və onun övladları da bu qayda ilə
hərəkət etmiş və ölkəni adi qaydalarla idarə etmişlər.
Bu tərtibçi Hüseyn ibn Əlini (ə) təhqir edir və deyir ki, O, öz
hədəfinə çatmadı. Məlumdur ki, onun hədəfi müsəlmanlarda
mənəviyyatın, yaxşı işlərə dəvətin, pisliklərdən çəkindirmənin və
şəhadət tələb etməyin oyanması idi. Onların zalım Əməvi
hakimlərinin əlindən xilas olmasıydı. Hüseyn ibn Əli (ə) Allahın
fəzli ilə bu hədəfinə çatdı və ondan sonra baş verən bütün qiyamlar
məhz bu hərəkatın davamı idi.
Sual verən şəxs görünür, İmam Hüseynin (ə) də bəzi xəlifələr
kimi hakimiyyətə və qüdrətə nail olmaq niyyətində olduğunu
təsəvvür etmişdir. Bu üzdən də deyir ki, O, öz hədəfinə çatmadı!
Hüseyn ibn Əli (ə) şəhadəti ilə yenidən doğuldu. Maddi həyatı
əldən verməklə cəmiyyətdə daimi həyat əldə etdi və Allahın
yanında olan bərzəx həyatı da ona nəsib oldu. Belə deyir:
.پايان زندگی ھر کس به مرگ اوست
جز مرد حق که مرگ وی آغاز دفتر است
آغاز شد حيات حسينی به مرگ او
رمز آب حيات است و کوثر است،اين قصه
124
سربازی حسين و سرافرازی حسين
1امروز زينت ھر تاج و افسر است
Hər bir kəsin həyatının sonu bil ki, onun ölümüdür,
Allah adamının ölümüsə onun həyatının başlanğıcıdır.
Hüseynin həyatı da onun ölümüylə başladı, heyhat,
Bu hekayət abi həyat və Kövsər rəmzidir, əlbət.
Hüseynin şücaəti və Hüseynin vüqarı, əzəməti,
Bu gün hər bir tacın və hər sərkərdənin zinətidir.
Sual 64:
Şiələr Əlinin (ə) fəzilətlərini səhabələrdən nəql edirlər və
eyni halda da onların əksəriyyətinin dindən uzaqlaşdığına
inanırlar. Bu cür rəvayətlərə necə etimad edirsiniz?
Cavab:
Dəfələrlə demişik ki, bunlar şiələrə qarşı irəli sürülən ittiham-
lardır. Sualları yazanlar heç bir sənədə əsaslanmadan dəfələrlə
bunu təkrar edirlər. Təəccüblüdür ki, səhabələrin özləri çoxlarının
dindən uzaqlaşdıqlarını deyirlər. Bu barədə “Cameül-üsul” kitabı-
nın X cildinin “Kövsər hovuzu” bölməsinə müraciət edə bilərsiniz.
Həmin kitabda sihah və sünənlərdən 10 rəvayət nəql olunmuş-
dur. Həzrət Peyğəmbər (s) Kövsər hovuzunun başında ikən yaxın-
larından bir qrupu görür ki, onlara gəlməyə icazə vermirlər və
onları oradan qovurlar. Xitab olunur: “Səndən sonra onların nə
etdiklərini bilmirsən! Onlar mürtəd olmuşlar.”
Qeyd etmək lazımdır ki, bu hədislərin bir hissəsini kitabın
müqəddiməsində diqqətinizə təqdim etdik.
1 Bu şüar “( ولا تحسب ّن الّذين قتلوا فی سبيل ﷲ أموات بل أحيائ عند ربّھم يرزقونAli-İmran”
surəsi, 169-cu ayə) ilham almışdır. Allah yolunda öldürülənləri (şəhid olanları)
heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi
(cənnət ruzisi) əta olunur.
125
Məgər öz kitablarında olan şeyləri bizə aid etmələri düzgün-
dürmü? Bundan əlavə, dəfələrlə qeyd etmişik ki, səhabələrin bir
çoxu şiələrin öncülü olmuşdur və onların adları da müxtəlif
kitablarda verilmişdir. Əgər bir qrup səhabənin dindən uzaqlaşması
xəbəri şiələrin rical, ya hədis kitablarında yazılıbsa, onların elmi
dəyəri yoxdur və düzgün olduqda bu, Həzrət Əlinin (ə) vəsiyyətini
görməməzliyə vurmaq sayılır.
Bundan əlavə, hədis alimlərinin əksəriyyəti mütəvatir rəvayət-
lərdə iman və təqvanın şərt olmadığını deyirlər. Ğədir-Xum hədi-
sini 120 səhabə nəql etmişdir. Bu hədisi görməməzliyə vurmaq
olarmı, halbuki Əhli-sünnətin nəzərində onların hamısı adildir?
Sual 65:
Şiələr Əbu Bəkr, Ömər və Osmanın hədəfinin padşahlıq və
hakimiyyət olduğunu iddia edirlər. Dəlil gətirirlər ki, onlar
mürtəd və kafirlərlə müharibə etdilər. Əgər belədirsə, deməli
onların hədəfi hakimiyyət deyildi.
Osmanı öldürmək üçün mühasirəyə aldıqda isə onun
kimsəni öldürmədiyini qəbul edirlər.
Cavab:
Hər bir şəxsin niyyətini yalnız Allah bilir, lakin bəzən insanların
əməllərindən onların niyyətlərini bilmək olur. Əbu Bəkr hər hansı
bir şəkildə hakimiyyətə gəldi və Ömər də onun xəlifəliyinin möh-
kəmlənməsində var qüvvəsilə çalışdı. Əbu Bəkr vəfat etdiyi zaman
mühacir və ənsardan təşkil olunmuş Şuranın rəyini öyrənmədən
Öməri xəlifə seçdi. Ömər də vəfat etdiyi zaman altı nəfərlik Şura
təşkil etdi və onun üzvlərini elə seçdi ki, Həzrət Əlinin (ə)
xəlifəlikdən məhrum olunması qəti idi. Və həmin Şurada Həzrət
Əlinin (ə) cəmi iki səsi var idi. Dörd rəy isə müxaliflərin idi.
Xüsusilə Əbdürrəhman ibn Ovf Şuranın üzvü kimi iki şərti irəli
sürdü:
126
a) Allahın kitabı və sünnətə əməl etmək;
b) Əbu Bəkr və Ömərin üsullarına riayət etmək.
O, İmam Əlinin (ə) ikinci şərti qəbul etməyəcəyini bilirdi və elə
belə də oldu. Həzrət Əli (ə) onun müqabilində belə bir təklif etdi:
“Yalnız Allahın kitabına və Allahın Rəsulunun (s) sünnətinə əməl
edəcəyəm...”1
Ancaq Osmanın kimsəni öldürməməsi məsələsinə gəldikdə isə,
onu deməliyik ki, o, həmin vaxt mühasirədə idi və kimsəyə öldür-
mək əmrini vermək qüdrətində də deyildi. Halbuki hakimiyyətdə
olduğu zaman Həzrət Peyğəmbərin (s) yaxınlarını, misal üçün,
Abuzəri, Əmmarı, Abdullah ibn Məsudu və başqa şəxsləri
döydürməkdən çəkinmədi və misirliləri öldürmək əmrini verdi.
Sual 66:
Qadiyani firqəsi öz rəhbərlərini peyğəmbər hesab etdikləri
üçün kafirdirlər. Onların “imamlar peyğəmbərlərin xüsusiy-
yətlərinə malikdirlər”, – deyən şiələrlə nə fərqi var?
Cavab:
Şiələrin əqidə kitablarına bir dəfə müraciət etməklə bu iki
qrupun fərqi tam aydınlığı ilə üzə çıxacaqdır. Şiələrin əqidəsinə
əsasən peyğəmbərlik Həzrət Məhəmməd Peyğəmbərlə (s) xətm
olunmuşdur və daha qiyamətə qədər heç bir peyğəmbər dünyaya
gəlməyəcəkdir. Lakin bu o mənada deyildir ki, Həzrət Peyğəmbərin
(s) yanında tərbiyə görmüş pak insanların peyğəmbərin ümmətinə
rəhbərlik etməsi kimi vəzifələri (vəhy qəbul edilməsi istisna
olmaqla) öz öhdələrinə götürməsinlər. Bu, Həzrət Peyğəmbərin (s)
hədisində nəql edilmişdir ki, Müslim də həmin hədisi öz kitabında
qeyd etmişdir:
1 Şərhi Nəhcül-bəlağə, İbn Əbil Hədid, I cild, səh. 188 və 194; “Tarixi-Yəqubi, I
cild, səh.162.
127
1«»أنت منّی بمنزلة ھارون من موسی ا ّلا أنّه لا نب ّی بعدی
Sualları toplayan şəxs belə təsəvvür edir ki, əgər bir şəxs
məsumdursa, mütləq peyğəmbər olmalıdır. O, məgər bilmir ki,
Məryəm (c.ə) də məsum idi, ancaq peyğəmbər deyildi. O, belə
təsəvvür edir ki, əgər biri qeybdən bir xəbər verirsə, deməli
peyğəmbərdir. Lakin Həzrət Musanın (ə) müsahibi xariqüladə işlər
gördü və qeybdən də xəbəri var idi, amma peyğəmbər deyildi.
Peyğəmbərlik məqamına çatmayan Həzrət Yusif (ə) zindanda
olan iki nəfərin taleyindən xəbər verdi.
Sual 67:
Peyğəmbər (s) Ayişənin hücrəsində dəfn olunmuşdur, lakin
siz onu küfr və nifaq salmaqda ittiham edirsiniz. Peyğəmbərin
(s) Ayişənin hücrəsində dəfn olunması ona olan əlaqəsinin
nişanəsi deyildimi?
Cavab:
Sualları toplayanın tarixdən xəbəri yoxdur. Əhli-sünnət tarixçi-
ləri yazırlar ki, Həzrət Peyğəmbərin (s) vəfatından sonra ilk ixtilaf
onun harada dəfn edilməsi məsələsində yarandı.
Əbu Bəkr yaşadığı Sunh məntəqəsindən gəlib həmin ixtilafı həll
etdi və dedi: “Mən Həzrət Peyğəmbərdən (s) eşitmişəm ki, pey-
ğəmbərlər harada ölərlərsə, elə oradaca gərək dəfn edilsinlər.”
Deməli, Həzrət Peyğəmbərin (s) Ayişənin hücrəsində dəfn edilməsi
ona olan əlaqəsi ilə bağlı deyildir.
1 Səhihi-Müslim, nömrə-2404.
128
Sual 68:
Əbu Bəkr və Ömər Allah-təala və Həzrət Peyğəmbər (s)
yanında olan məqamlarına görə Həzrətin (s) yanında dəfn
edilmək iftixarını əldə etməmişdilərmi?
Cavab:
1. Sələfilər deyirlər ki, bir şəxs öldüsə, onun işi bitdi və heç vaxt
başqalarına xeyir və ziyan verə bilməz. Bu barədə peyğəmbərlər və
peyğəmbər olmayanlar arasında bir fərq yoxdur.
2. Allahın Rəsulu (s) dəfn edilən hücrə Əbu Bəkrin qızı Ayişəyə
məxsus idi. Beləcə, qızı atasının orada dəfn edilməsinə icazə verdi.
Ondan sonra Ömər yaralandıqda Ayişəyə xəbər göndərib onu da
orada torpağa tapşırmasını istədi.
Deməli, belə məlum olur ki, onların orada dəfn edilməsi zahirən
həmin yerin sahibi olan bir qadının icazəsi ilə baş vermişdir. Lakin
Həsən ibn Əlinin (ə) orada dəfn olunmasına icazə vermədi və bu
üzdən də Həzrət (ə) Bəqi qəbiristanlığında dəfn edildi. Başqalarına
icazə versəydi, onları da orada dəfn edərdilər.
Sual 69:
Şiələr iddia edirlər ki, Əli ibn Əbu Talibin (ə) vilayəti
Quranda aydın şəkildə qeyd edilib, lakin səhabələr bunu
gizlətmişlər. Bəs onda nə üçün səhabələr Əlinin (ə) imamətinə
dəlalət edən “Mənzilət” hədisi kimi hədisləri gizlətməmişlər?
1«»أنت منّی بمنزلة ھارون من موسی ا ّلا أنّه لا نب ّی بعدی
Cavab:
Bu sualda şiələr ittiham olunmuşdur və sualların tərtibçisi deyir
ki, Əli ibn Əbu Talibin (ə) vilayəti haqda Quranda aydın şəkildə
bildirilib, lakin onu gizlətmişlər.
1 Səhihi-Müslim, hədis-3404.
129
İndi onlardan soruşuram: “Hansı şiə bunu demişdir?” Məlumdur
ki, əsas məqsəd şübhə yaratmaqdır, yoxsa bu barədə heç bir sənəd
yoxdur.
Şiələrin əqidə kitablarında kimsə belə bir iddianı irəli sürmə-
mişdir. Bəli, Quranda Həzrət Əlinin (ə) imaməti barəsində ayələr
nazil omuşdur, lakin bu o mənada deyildir ki, orada Həzrət Əlinin
(ə) adı olmuşdur, amma sonradan silinmişdir! İndi isə ayələrin
başlıqlarına işarə edirik:
»انّما وليّکم ﷲ و رسوله والّذين آمنوا الّذين آمنوا الّذين يقيمون الصلاة و.1
1«يؤتون الزکاة و ھم راکعون
»يا ايّھا ال ّرسول بلّغ ما أنزل اليک من ربّک و ان لم تفعل فما بلّغت رسالته و ﷲ.2
2«يعصمک من الناس
3«ً »اليوم أکملت لکم دينکم و أتممت عليکم نعمتی و رضيت لکم الاسلام دينا.3
Həzrət Əlinin (ə) və övladlarının məsumluğu barədə olan ayələr.
Misal üçün:
4«ً»انّما يريد ﷲ ليذھب عنکم ال ّرجس أھل البيت و يط ّھرکم تطھيرا:.4
»وقل تعالوا ندع أبناءنا و أبناءکم و نسائنا و نسائکم ث ّم نبتھل فتجعل لعنة ﷲ علی.5
5«القوم الکاذبين
Xoşbəxtlikdən həqiqət günəşi heç bir zaman qara buludların
arxasında gizlənmir. Odur ki, bu ayələrin Əhli-beyt (ə) haqqında
nazil olma səbəbini hədis alimləri və təfsirçilər yazmışlar.
1 Maidə surəsi, 55-ci ayə.
2 Maidə surəsi, 67-ci ayə.
3 Maidə surəsi, 3-cü ayə.
4 Əhzab surəsi, 33-cü ayə.
5 Ali-İmran surəsi, 61-ci ayə.
130
Əlbəttə, ola bilər ki, bir qrup insan bunu inkar etsin, lakin onlar
həqiqəti heç cür gizlədə bilməzlər.
Sual 70:
İki dəlilə əsasən demək olar ki, Əbu Bəkr Həzrət Peyğəm-
bərdən (s) sonra haqq xəlifə idi:
1. Səhabələr onun xəlifəliyini qəbul etdilər və əgər belə
olmasaydı, onunla mübarizə aparardılar;
2. Əli (ə) də Əbu Bəkrə qarşı çıxmadı və onunla mübarizə
aparmadı!
Cavab:
Birincisi, səhabələrin Əbu Bəkrin xəlifəliyini qəbul etməsinə
dair dəlil yalnız bir iddiadır. Bu söz sahibinin ya Səqifədən xəbəri
yoxdur, ya da onu gizlədir. Əbu Bəkrlə müxalifətçilik elə əvvəldən
o qədər çoxdur ki, buraya sığmaz. Odur ki, biz sadəcə olaraq bir
neçə sənədlə kifayətlənmək fikrindəyik:
1. Xəzrəcilər Əbu Bəkrlə beyət etmədilər, çünki onların fikrinə
əsasən, hakimiyyət Səd ibn Übadədə olmalıydı. Səd ibn Übadə
Səqifədə ayaq altında əzildikdə hamısı dedilər: “Əlidən başqasına
beyət etməyəcəyik və nəticədə Xəzrəcilərin başçısı hakimiyyətin
qorxusundan Mədinəni tərk edərək Şama doğru getdi və orada da
terrora məruz qaldı. Amma onun qatili müəyyən olunmadı və
ölümünü də cinlərə aid etdilər!
Bir şair belə demişdir:
قد قتلنا سيّد الـ خزرج سعد بن عباده
فرميناه بسھمين فلم نخط فؤاد
2. Bəni-Haşim və bir qrup səhabə Əmirəlmöminin Həzrət Əlinin
(ə) evində toplaşaraq beyət etmək istəmədilər. Amma onları təhdid
etdilər, dedilər ki, evi yandırarıq və bu inkar ediləcək bir məsələ
deyil.
131
Ömər bir qrupla Həzrət Əlinin (ə) evinə gəldi. Həzrət Peyğəm-
bərin (s) qızı ilə qarşılaşanda dedi: “Bu qəbilə ilə sizin evinizi
yandırarıq. Bu qrup gərək evdən çıxıb beyət etsinlər.”
Bu barədə sənədləri səhifənin aşağısında müşahidə edə
bilərsiniz.1
Ancaq sualları tərtib edən nə üçün deyir ki, Həzrət Əli (ə)
özünün müxalif olduğunu bildirmədi? Dəfələrlə bu barədə demişik
ki, Əmirəlmöminin Həzrət Əli (ə) öz sözlərində2 sükut etməsinin
səbəbini də bildirmişdir. Həzrət Peyğəmbər (s) dünyadan köçdük-
dən sonra yaranmış vəziyyət çox narahatedici idi. Və belə bir
dönəmdə Həzrət Əlinin (ə) öz haqqını almaq üçün qiyam etməsi
İslamın aradan getməsi ilə nəticələnə bilərdi. Bu vəziyyətdə Həzrət
Əli (ə) yəqin ki, İslamın qalmasına daha çox üstünlük verəcəkdi.
Xilafət əldən getsə də belə bu Həzrət Peyğəmbərin (s) vəsiyyətinə
uyğun idi. Həzrət Peyğəmbər (s) bu barədə ona sükut etmək, lakin
Qasitin, Nakəsin və Mariqin kimilərlə döyüşmək əmri vermişdi. Bu
barədə daha öncə bəhs etmişik və təkrara ehtiyac yoxdur.
Sual 71:
Şiələr Müaviyənin mürtəd olduğunu deyirlər. Bəs onda nə
üçün Həsən ibn Əli (ə) müsəlmanlara başçılığı mürtəd bir şəxsə
tapşırdı?
Cavab:
İstər şiə olsun, istərsə də sünni, ümumiyyətlə, İslam fəqihləri
Müaviyəni qiyamçı bir şəxs kimi qəbul edir, itaəti vacib olan
1 əl-Müsnəf ibn Şeybə, VIII cild, səh. 572; “Ənsabül əşraf”, Bəlazuri, I cild,
səh.586, Qahirə, “Darül maarif” çapı; “əl-İmamə vəl-Siyasə”, İbn Qüteybə, I
cild, səh. 12 və 13, Misir çapı; “Təbəri”, II cild, səh. 443, Beyrut çapı; “əl-Əqd
əl-Fərid”, İbn Əbd əl-Birr, IV cild, səh.87, Xəlil Şərəfüddinin tədqiqi; “əl-
İstiab”, III cild, səh. 989, Əli Məhəmməd Becavinin tədqiqi və....
2 Nəhcül-bəlağə, 56-cı xütbə.
132
İmamın (ə) əleyhinə çıxan zalımlardan sayırlar. İmam Əhməd ibn
Hənbəl deyir: “Əgər Əmirəlmöminin Əli (ə) olmasaydı, bu qiyam-
çılarla müharibələr də olmazdı və İslam fəqihləri zülm əhlinin
hökmündən xəbərdar olmazdılar. O, Həzrət Peyğəmbərin (s) əmri
ilə üç qrupla döyüşdü:
a) Nakəsinlərlə (əhd-peymanlarını sındıranlar, Cəməl əshabı)
b) Qasitinlərlə (zülmkarlar)
c) Mariqinlərlə (imamlarının itaətindən çıxanlar – xəvaric-
lərlə).
Əmirəlmöminin Həzrət Əli (ə) öz döyüşlərində heç bir zaman
məğlub olmadı. O, öz vəzifəsinə əməl etdi və bu ayə ona şamil
oldu: «»احدی الحسنين
Həzrət Peyğəmbər (s) Ühüd döyüşündə zahirən məğlub oldu,
lakin qələbə onunla idi. Çünki vəzifəsinə əməl etmişdi.
Ancaq Həsən ibn Əli (ə) ona görə sülh bağlamadı ki, hakimiy-
yəti zalımlara tapşırdı desinlər. Onu bu sülhə məcbur etdilər. Əv-
vəlki sual və cavablarda təkrar-təkrar İmam Həsənin (ə) sülh
bağlamasının səbəblərinə də toxunmuşuq.
Əgər Həsən ibn Əli (ə) sizin əqidənizə əsasən, Müaviyə ilə sülh
bağlamaqla hakimiyyəti zalım birisinə tapşırdısa, onda belə çıxır ki,
İslam Peyğəmbəri (s) də Hüdeybiyyədə Allah evini və Məkkədə
olan müsəlmanları müşriklərin ixtiyarında qoymuşdu?! Hər ikisinin
də cavabı birdir və o da bundan ibarətdir ki, onlar sülh bağlamağa
məcbur oldular və şərait də bunu tələb edirdi.
Sual 72:
Bir şəxs sünni olmadan Əlinin (ə) iman və ədalətini təsdiq
edə bilməz. Çünki müsəlmanlar üç qrupdurlar: şiə, sünni və
xəvaric.
133
Əgər şiə Əlinin (ə) ədalətini səhabələr vasitəsilə təsdiq etsə,
həmin səhabələrin şeyxeyn barədə çoxlu rəvayətləri var və
xəvaric də Əlini (ə) inkar edənlərdir.
Cavab:
Allah-təala şahiddir ki, bu suala gəlib çatdıqda bir şey yazmaq
istədim, lakin xəcalət çəkdim! Həzrət Əli (ə) kimi bir şəxsiyyətin
təqvasında, imanında, cihadında və ədalətində şübhə yeri vardırmı
ki, kimsə sünni olmadan onu təsdiq edə bilməsin? Çox
axmaqcasına və uşaqcasına irəli sürülən bir fikirdir. Məsələn,
deyirik ki, günəş çıxdı. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur.
Sübut günəşin çıxmasıdır. Eləcə də bu gün bütün dünyanın istər
müsəlman, istərsə də qeyri-müsəlman əhalisi Həzrət Əlini (ə)
yüksək şəxsiyyət kimi qəbul edir və dünyanın ağıllı insanlarına
nümunə hesab edirlər. “Bir şəxs sünni olmadan Əlinin (ə) imanını
təsdiq edə bilməz” kimi bir fikri irəli sürmək məgər düzgündürmü?
İmamla (ə) iman bağlılığı olmayan Şibli Şuməyyil kimi bir şəxs
Həzrətin (ə) əzəməti qarşısında baş əyir və onu belə tərifləyir:
نسخؤمفردة لم يرلھا الشرق و لا الغرب،الامام علی بن أبی طالب عظيم العظماء
.«ًصورةً طبق الأصل لا قديماً ولا حديثا
–İnsanların imamı, böyüklərin böyüyü Əli ibn Əbu Talib Şərqdə
və Qərbdə olan yeganə nümunədir ki, nə keçmişdə və nə də
yaxınlarda onun bənzəri görünməmişdir.
Bir nəfər sələfinin “insan sünni olmasa, Əlinin (ə) imanını təsdiq
edə bilməz” deməsi məgər utanc gətirici deyilmi?!
Sualları toplayan hədisin qaydaları haqda bir vərəq də olsa belə
oxumamışdır, çünki mütəvatir xəbərdə nə İslam, nə ədalət və nə də
sünni olmaq şərt deyildir. Həzrət Əlinin (ə) ən pis düşmənləri olan
xəvariclər təhkim məsələsindən öncə onu ən üstün insan və ən
şərafətli səhabə kimi qəbul edirdilər.
134
Sual 73:
Əli (ə) İslamı qəbul etməkdə və cihadda daim Həzrət Pey-
ğəmbərin (s) yanında olub, elm və zöhd baxımından digərlərin-
dən öz üstünlüyü ilə seçilib. Lakin şiələr Səd ibn Əbi Vəqqas,
Əbdürrəhman ibn Ovf və Abdullah ibn Ömər qarşısında Həsən
(ə) və Hüseyn (ə) üçün də bu fəzilətləri sübut edə bilərlərmi?
Cavab:
Məgər sual edən şəxs Həzrət Əlinin (ə) fəzilətlərini qəbul etdi
ki, cənnət cavanlarının ağalarının fəzilətlərini də bilsin.
Biz Əhli-sünnət alimlərinin qəbul etdiyi möhkəm dəlillərlə
həmin iki imamın adının o üç nəfərdən üstün olmasını sübut edirik.
Müqayisə zamanı həmin iki məsum imamın məqamının aşağı
salındığını bilsək və dərk etsək də, yenə də müqayisə edirik və bu
da dəlillərimiz:
Əvvəla, “Təthir” ayəsi o üç nəfər haqqında nazil olub, ya Həsən
(ə) və Hüseyn (ə) barəsində? Müslim öz “Səhih”ində Ayişədən belə
nəql edir: “Həzrət Peyğəmbər (s) bir gün sübhçağı əbasını başına
çəkdi. Birdən Həsən ibn Əli (ə) gəldi və Həzrət (s) onu əbasının
altına aldı. Sonra Hüseyn ibn Əli (ə) gəldi və Həzrət (s) onu da
əbasının altına aldı. Sonra Fatimə (s) və daha sonra da Əli (ə) gəldi
ki, Həzrət Peyğəmbər (s) onları da əbasının altına çəkərək bu ayəni
oxudu:
1«ً»انّما يريد ﷲ ليذھب عنکم ال ّرجس أھل البيت ويط ّھرکم تطھيرا
–Həqiqətən, Allah-təala yalnız siz Əhli-beytdən pislik və
çirkinlikləri uzaqlaşdırıb və sizi pak-pakizə etmək istəyib.
İkincisi, “Mübahilə” ayəsi Həsən (ə) və Hüseyn (ə), Həzrət
Peyğəmbərin (s) əziz qızı Fatimeyi Zəhra (s.ə) və əmisi oğlu Həzrət
1 Səhihi-Müslim, “Fəzayel Əhli-beyt əl-Nəbi”, hədis-2424.
135
Əli (ə) barəsində nazil olub, yoxsa dediyin o üç nəfər barəsində?
Bu dörd nəfərin o günün bütün müsəlmanları arasından meydana
aparılması Həzrət Peyğəmbərin (s) duasına “amin” demək
səlahiyyətinə malik olmaları deyilmi?
Müslim öz “Səhih”ində belə nəql edir: “Müaviyə Səd ibn Əbi
Vəqqasa dedi: “Niyə Əlini pisləmirsən?” Dedi: “Əliyə (ə) necə pis
deyim ki, onun haqqında belə bir ayə nazil olmuşdur:
1«...»تعالوا ندع أبناءنا و آبناءکم
–De: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı...”
Həzrət Peyğəmbər (s) Əlini (ə), Fatiməni (s.ə), Həsən (ə) və Hü-
seyni (ə) çağırıb dedi: 2“ – اللّھم ھؤلاء أھلیİlahi, bunlar mənim
ailəmdirlər.”
Belə bir fəzilət o üç nəfər haqqında nəql olunmuşdurmu?
Müsəlmanların vəzifələrindən biri Həzrət Peyğəmbərin (s)
ailəsini sevməkdir ki, yalnız bu yolla kamilliyə çatıb kamal sahibi
olmaq mümkündür. “Zi Qurba” ayəsi də bu ailə haqqında nazil
olmuşdur:
3«»قل لا أسألکم عليه أجراً ا ّلا المو ّدة فی القربی
–De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində
qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey
istəmirəm.”4
Bu üç nəfəri sevmək də risalət müqabilində əcr sayılır?
1 Ali-İmran surəsi, 61-ci ayə.
2 Səhihi-Müslim, “Fəzayel əshab”, “Əlinin fəzilətləri” bölməsi, hədis-2404.
3 Şura surəsi, 23-cü ayə.
4 Təfsiri-Təbəri, XXV cild, səh.14; “Müstədrəkül Hakim”, III cild, səh. 172.
136
Buxari Üsamə ibn Zeyddən belə nəql edir ki, Həzrət Peyğəmbər
(s) Həsən (ə) və Hüseyni (ə) qucağına alaraq buyurdu: “İlahi! Mən
bu ikisini sevirəm, Sən də onları sev.”1
Biz Səd ibn Əbi Vəqqas barəsində bir söz demirik. Mühacir və
ənsar Həzrət Əliyə (ə) beyət etdilər. O, bundan boyun qaçırdı.
Əbdürrəhman ibn Ovf Osmanı xəlifəliyə seçməsi nəticəsində
tarixdə misli görünməmiş sərvətə sahib oldu. Belə ki, sərvətinin
səkkizdə birini dörd xanımı arasında bölüşdürdükdə hər birinə
səksən min dinar düşdü! Bu barədə özün müfəssəl məlumatları
oxuya bilərsən. Ondan miras qalan saf qızıl parçaları o qədər çox
idi ki, onları balta ilə bölənlərin əlləri belə qabar olmuşdu.2 Bu,
Mədinədə və onun ətrafında bir qrup insanların bir tikə çörəyə
möhtac qaldığı bir zamanda baş verirdi!
Abdullah ibn Ömər barədə də bir söz demirəm. O, Əhli-beytin
(ə) həqiqi dostlarından olmuşdur. Ancaq rəhbərlik baxımından
atasının da təsdiq etdiyi kimi bacarıqlı deyildi. Ömərə oğlunu
xəlifəliyə seç dedikdə belə dedi: “O, arvadına talaq verməkdə aciz
və bacarıqsız olduğu halda, bir ölkəni necə idarə edə bilər?”3
Bütün bunlarla yanaşı, biz Əhli-beyti (ə) sevməyənlərdən başqa,
Həzrət Peyğəmbərin (s) bütün səhabələrinə Allahdan rəhmət
diləyirik. Halbuki sualları toplayan burada Əhli-beytin (ə)
məqamını aşağı salmaq və Əməvilərin məqamını yüksəltmək
istəmişdir.
1 Səhihi-Buxari, hədis-3747; “Səhihi-Müslim”, hədis-2421.
2 Təbəqat ibn Səd, III cild, səh. 96, Leyden çapı; “Səffətul əl-Səffə İbn Cövzi”, I
cild, səh. 138; “əl-Riyaz əl-Nəzrə”, II cild, səh. 291; “Tarixi-Yəqubi”, II cild,
səh.146.
3 Sünəni-kübra, Beyhəqi, VII cild, səh. 324 və 325.
137
Sual 74:
İkinci xəlifənin Əli (ə) ilə əlaqəsi var idi və buna sübut
olaraq onu altı nəfərlik Şuraya daxil etməsi idi. Əgər, məsələn,
Səd ibn Zeydi kənarlaşdırdığı kimi, onu da bu Şuradan çıxart-
saydı və başqasını təyin etsəydi, kim etiraz edə bilərdi?
Cavab:
Birincisi, xəlifə çox ciddi və tutarlı bir Şura yaratmaq istəyirdi
ki, onun nəticəsini mühacir və ənsar da qəbul etsin. Odur ki, o,
Həzrət Əlini (ə) də bu Şuraya salmağa məcbur idi. O, bu işi ilə
Həzrət Əliyə (ə) yox, öz məqsədinə xidmət etmiş oldu.
İkincisi, tarixi mənbələrdən məlumatı olanlar bilirlər ki, Şuranın
tərkibi elə formalaşdırılmışdı ki, Həzrət Əlinin (ə) burada seçil-
məməsi tamamilə qəti idi. Çünki həmin altı nəfərlik Şurada Həzrət
Əlinin (ə) yalnız iki səsi var idi. Öz səsi və bir də əmisi oğlu
Zübeyr ibn Əvamın səsi. Zübeyr Həzrət Əlinin (ə) xeyrinə öz
namizədliyini geri götürdü və beləcə, Həzrət Əlinin (ə) iki səsi
oldu. Ancaq o biri dörd nəfərin hamısı, yəni Səd ibn Əbi Vəqqas,
Təlhə ibn Übeydullah, Əbdürrəhman ibn Ovf və Osman müxalif
cərgədə idilər. Burada Həzrət Əlinin (ə) müvafiq səsi yığmaması
təbii idi. Şuranın fəaliyyəti siyasi bir fənd idi ki, mühacir və ənsarı
cəlb etsinlər və nəticəsi də başqalarının xeyrinə başa çatacaqdı.
Əbdürrəhman ibn Ovf Həzrət Əli (ə) üçün şərt qoydu və bilirdi ki,
Həzrət (ə) həmin şərti qəbul etməyəcəkdir. Çünki onun irəli
sürdüyü şərtlər kitab və sünnətdə yox idi.
Sual 75:
Məlumdur ki, Əli (ə) evdə oturdu...Ənsar əvvəlcə Əbu Bəkrə
müxalif çıxaraq bir-birilərini Səd ibn Übadəyə beyətə çağır-
dılar. Sonra isə hamısı Əbu Bəkr ilə beyət etdilər. Onların
beyəti aşağıdakı üç dəlilə görə ola bilər?
1. Onlardan zorla beyət aldılar;
138
2. Əbu Bəkrin xilafətə daha layiq olması onlara aydın oldu;
3. Bu işi məqsədsiz gördülər.
Birinci və üçüncü dəlil batil olduğuna, habelə dördüncü
ehtimalın da olmamasına görə, məcburən deməliyik ki, ikinci
dəlil doğrudur?!
Cavab:
Yenə də məşhur bir məsəli yada salmaq istəyirəm: “Yalançının
hafizəsi olmaz!” Əvvəlki suallarda kitabın tərtibçisi demişdi ki,
hamı birinci xəlifə ilə beyət etdilər, ancaq burada isə etiraf edir ki,
ənsar beyət etməkdən boyun qaçırdı. Təəccüblüdür ki, burada da
sözünün əvvəlində deyir: “Ənsar Əbu Bəkrə müxalif çıxdı.” Və
yalnız bundan sonra deyir: “Sonra ənsarın hamısı Əbu Bəkrlə beyət
etdilər.”
Tarixi mənbələr isə belə deyir: “Səqifədə yalnız Ovs qəbiləsinin
başçısı Əbu Bəkr ilə beyət etdi. Çünki onlar belə düşünürdülər ki,
əgər Xəzrəcilər hakimiyyəti ələ alsalar, bu onlar üçün fəzilət sayı-
lacaq və onların özlərinə isə hakimiyyətdən bir fayda dəyməyəcək.
Bu üzdən onların rəhbəri ayağa qalxaraq Əbu Bəkrlə beyət etdi və
Xəzrəcilərdən Səd ibn Übadənin əmisi oğlu və onunla yaxşı
münasibətlərdə olmayan Bəşir ibn Səd adlı bir şəxs də beyət etdi.”1
Belə olduğu bir təqdirdə kitabın tərtibçisi necə deyə bilər ki,
bütün ənsar birinci xəlifə ilə beyət etdi?
Sualları tərtib edənin dediklərindən belə məlum olur ki, Səqifədə
Qərb demokratiyasını həyata keçirmək üçün hər bir şərait mövcud
idi. Burada tam sakitlik və əmin-amanlıq mövcud olduğundan
insanlar öz meyilləri ilə və heç bir qarışıqlıq olmadan Əbu Bəkri
xəlifə seçdilər. Ancaq bunu deyən şəxs Səqifə hadisəsi barədə tarixi
mənbələrdən bir vərəq belə mütaliə etməmişdir.
1 Tarixi-Təbəri, II cild, səh.458. Beyrut, “Ələmi” nəşryyatı.
139
İndi isə oxucular üçün Səqifədə baş verən kobud hadisələri
xülasə şəklində təqdim edirik:
Səqifədə mühacirlərdən üç nəfərdən çox adam olmamışdır! Əbu
Bəkr, Ömər və Əbu Übeydə Cərrah.
Təbəri yazır: “Mühacirlər Həzrət Peyğəmbərin (s) yuyulub
kəfənlənməsi ilə məşğul idilər. Ənsar Bəni-Saidə Səqifəsində vahid
bir partiya kimi iclas təşkil edərək mühacirlər olmayan bir yerdə
xəlifə seçmək istəyirdilər. Onlar danışmaqla məşğul idilər və
birdən Səd ibn Übadənin müxaliflərindən iki nəfər (ənsarın xəli-
fəliyə namizədləri) Məin ibn Üdəyy və Əvim ibn Saidə1 həmin yerə
gələrək Əbu Bəkrə dedilər: “Fitnə nütfəsi bağlanmaq üzrədir!
Ənsar Bəni-Saidə Səqifəsində toplanıb Səd ilə beyət etmək
istəyirlər. Əbu Bəkr mühacirlərə xəbər vermədən Ömər və Əbu
Übeydə Cərrah ilə yerindən qalxaraq Səqifəyə getdilər və Həzrət
Peyğəmbərin (s) qüsl və kəfən məsələsini də unutdular.
Onlar Səqifəyə daxil olduqları zaman Səd ibn Übadə çıxış edirdi
və öz çıxışında belə deyirdi:
– Ey ənsar əhli, siz başqalarından daha öncə İslamı qəbul etmi-
siniz. Buna görə də başqalarında olmayan bir fəzilətiniz vardır.
Qalxın və hakimiyyəti ələ alın.
Əbu Bəkr dedi: “Allah-təala Həzrət Məhəmmədi (s) peyğəm-
bərliyə seçərək camaata göndərdi və ona ilk olaraq iman gətirənlər
mühacirlər idilər.” Daha sonra isə öz çıxışında ənsardan iki qəbiləni
bir-birinin əleyhinə qaldırmağa çalışaraq dedi: “Əgər Ovs qəbiləsi
hakimiyyətə gəlsə, Xəzrəc onlardan aşağı səviyyəli deyil və
həmçinin Xəzrəc qəbiləsi hakimiyyətə gəlsə, Ovs qəbiləsi də
onlardan aşağı səviyyəli deyildir. Bu iki qəbilə arasında qanlar
tökülmüş və insanlar öldürülmüşlər.”2
1 əl-Əqd əl-Fərid, IV cild, səh. 257 və 258; “Sireye İbn Hişam”, II cild, səh. 660.
2 Bu diplomatiyaya əhsən. Öz hədəfinə çatmaq üçün “möminlər qardaşdırlar”
ayəsini unudub həssas vəziyyətdə iki qəbiləni bir-birinin əleyhinə qaldırmışdır!
140
Əbu Bəkrin çıxışı sona çatanda ənsardan Bədr səhabəsi olan
Həbbab ibn Munzər ayağa qalxıb dedi: “Ey ənsar əhli, qalxın və
hakimiyyəti ələ alın. Sizin müxaliflər sizin torpağınızda və sizin
sayənizdə yaşayırlar və heç bir zaman sizinlə müxalif olmağa da
cürət etməzlər.” O, sonra isə qılıncını qınından çıxarıb Əbu Bəkrə
dedi: “Allaha and olsun, kimsə mənim sözümü rədd etməz, edərsə,
onu qılıncla vuraram. Mən bu işin adamı və çöl şiriyəm.”
Ömər ona dedi: “Allah səni öldürsün.”
O da cavabında dedi: “Allah səni öldürsün.”
Bu vaxt onun üstünə tökülüşüb qılıncı əlindən aldılar.
Ömər çox sərt şəkildə Həbbab ibn Munzərin təklifini rədd
edərək dedi: “Ərəb heç bir zaman sizin hakimiyyətinizi qəbul
etməz və sizin xilafətinizi də qəbul etməz. Həzrət Peyğəmbər (s)
ənsar deyildi.”
Bu zaman məclisdə bir sükut yarandı. Xəzrəc qəbiləsindən Səd
ibn Übadənin əmisi oğlu və ona həsəd aparan Bəşir ibn Səd adlı
birisi sükutu pozaraq dedi: “Həzrət Peyğəmbər (s) Qüreyşdəndir və
onun qohumları hakimiyyətə daha çox layiqdirlər.”
Onun bu sözləri mühacirlərin gücünü artırdı. Əbu Bəkr fürsət-
dən istifadə edib bir addım irəli ataraq dedi: “İki nəfərdən biri ilə,
ya Ömər, ya da Əbu Übeydə ilə beyət edin.” Bu ciddi bir təklif
deyildi və həmin iki nəfərin Əbu Bəkri təklif etmələri üçün bir
müqəddimə idi. Bu zaman həmin iki şəxs ona beyət etdilər. Əbu
Bəkr çəkinmədən əlini beyət üçün uzatdı və bu vəziyyətdən
sevinən Bəşir ibn Səd onunla beyət etdi.
Həbbab ibn Munzər Bədri Ənsari dedi: “Sən Xəzrəc qəbiləsinin
üzünə ağ olan övladı və duz-çörək tanımayan bir şəxs və həsəd
aparansan!”
Ovs qəbiləsinin başçısı Xəzrəc qəbiləsinin geri çəkilməsindən
sevinərək öz qəbiləsinin bəzi üzvləri ilə söhbət etdi və onlara dedi:
141
“Əgər Xəzrəc əhli xilafətə yaxınlaşsalar, bu onlara imtiyaz
sayılacaq və yaxşı olar ki, Əbu Bəkrlə beyət edək.”
Ovs qəbiləsinin başçısı beyət etdikdən sonra adamlar arasında
bir qarşıdurma yarandı. Xəstə olan Səd ibn Übadə az qala ayaqlar
altında öləcəkdi.
Ömər qışqırdı: “Sədi öldürün! Allah onu öldürsün. O, münafiq
və fitnə salandır.”
Səd ibn Übadənin oğlu Qeys bu sözlərdən narahat olaraq
Ömərin saqqalından tutub dedi: “Allaha and olsun, əgər atamın
başından bir tük əksik olsa, ağzında bir diş belə qoymayacağam.”
Səqifədə olan mühacirlər belə bir beyətlə kifayətlənib oranı tərk
edərək məscidə gəldilər. Ancaq həm də tədriclə insanlardan beyət
alınırdı. Lakin bu qələbənin qarşısında başqa bir problem var idi.
Bu isə Həzrət Fatimənin (s.ə) evində toplaşan 18 nəfərlik bir qrup
idi. Onlar Həzrət Əlidən (ə) qeyrisinə beyət etmək istəmirdilər.
Həmin qrupu evdən qovmaq üçün onlar vəhy evinə hücum etdilər
və ağla gəlməyən işlər baş verdi. Bütün bunlar isə tarixi
mənbələrdə yazılmışdır və biz hələ bunlardan danışmırıq.1
Buradan da bir neçə məqam aydınlaşır:
1. Səqifədə danışılmayan İslam və müsəlmanların xeyri məsələ-
ləri idi. Onlar yalnız öz mənafeləri üçün çalışaraq istəyirdilər ki,
xilafət dəvəsi onların qapısında dursun. Ənsar özlərinin Həzrət
Peyğəmbərə (s) etdikləri xidmətlərə görə iftixar hissi keçirirdilər.
Mühacir də Həzrət Peyğəmbərə (s) yaxınlıqlarına görə fəxr edir-
dilər. Burada Allah-təalanın və Həzrət Peyğəmbərin (s) nə istədiyi
və İslamın xeyrinə olan məsələlərdən bəhs edilmədi.
2. Səqifə camaatından əslində yalnız dörd nəfər Əbu Bəkr ilə
beyət etdilər: iki nəfər mühacirdən – Ömər və Əbu Übeydə və iki
1 Öncə deyilənlərə aid sənəd daha çoxdur: “Tarixi-Təbəri”, I cild, hicri 11-ci ilin
hadisələri, səh. 456-dan sonra; “Tarixi İbn Əsir”, II cild, səh.132; “Əqd əl-
Fərid”, II cild, səh. 249.
142
nəfər də ənsardan – Xəzrəcdən Bəşir ibn Səd və Ovsdan Useyd ibn
Xuzeyr. Qalan şəxslər heç saya da salınmadılar, çünki qəbilə şeyxi
hamının səsini ifadə edirdi.
3. Səqifə hadisəsi (biz onun bəzi hissələrinə toxunduq) göstərir
ki, orada qarmaqarışıqlıq, hədə-qorxu və təhdidlə dolu bir ab-hava
mövcud olmuşdur.
Sualları toplayan Bəni-Saidə Səqifəsinin tarixindən bir vərəq
belə mütaliə etsəydi, o zaman bu qədər rəcəz oxumazdı.
Nəticədə beyət olundu və Xəzrəclərin başçısı Səd ibn Übadə
cinlər vasitəsilə (!?) çöldə öldürüldü və ona “Qətl əl-cin” (“Cin
tərəfindən öldürülən”) ləqəbi verildi.
Təbəri Ömər ibn Xəttabdan Səqifə barəsində belə nəql edir:
1«»کانت فلتة کفلنات الجاھلية
–Cahillik dövründəki kimi hesablanmamış bir iş idi.
Sonralar Ömər ibn Xəttabın özü də deyirdi:
2«... وقی ﷲ شرھا،»کانت بيعة ابی بکر فلتة
–Əbu Bəkr ilə beyət ölçülməmiş bir iş idi, Allah onun şərini
bizdən uzaq etsin.
Sual 76:
Şiələrin əqidəsinə görə, Şeyxeyn Əli ibn Əbu Talibi (ə)
xilafətdən uzaqlaşdırmağa müvəffəq oldular. Onlardan soruşu-
ruq: “Xilafətin onlar üçün hansı faydası var idi?” Onlar övlad-
larını öz canişinləri təyin etmədilər. Lakin Əli (ə) övladı Hüsey-
ni (ə) özünün canişini təyin etdi?
1 Tarixi-Təbəri, II cild, səh. 459.
2 Tarixi-Təbəri, II cild, səh. 446.
143
Cavab:
Sualı yazanlar şiə cavanlarını səhrada yaşayan, gözləri və qu-
laqları bağlı kimi təsəvvür edirlər?! Bütün siyasi hakimiyyət,
Ərəbistan yarımadasında hakimiyyət və həmçinin bütün müsəlman-
ların malları və canlarından böyük maddi qazanc ola bilərdimi?
Həmçinin öz rəqiblərini sıradan çıxartmaq və İslam qənimətlərini,
var-dövlətini əldə etmək, eləcə də ciyər yeyən Hindin övladını
müsəlmanların canına salmaq!
Bəs, nədən öz övladlarını bu məqama təyin etmədilər. Çünki
bunun üçün heç bir şərait mövcud deyildi. Təəccüblüdür, sualları
tərtib edən deyir ki, Əli (ə) oğlu Hüseyni (ə) öz canişini təyin etdi.
Əvvəla, bu Hüseyn (ə) yox, Həsən (ə) olmuşdur. İkincisi, bu iş ilahi
bir əmrlə baş vermişdir, Həzrət Əlinin (ə) özünün əmri ilə yox. Bu
ona oxşayır ki, deyəsən: “Canavar minarənin başında Şeyx Yəqubu
yedi.” Şeyx deyildi, peyğəmbər idi. Yəqub deyildi, Yusif idi.
Minarə də deyildi, quyu idi və canavar da yox idi. Yəni hadisənin
əsli büsbütün yalan idi!
Bəli, onlar bu qaydanı, yəni Əməvilərin irsi xilafətini bərqərar
etdilər. Müaviyə İmam Həsən (ə) ilə bağladığı sülh zamanı üzərinə
götürdüyü öhdəliyin əksinə olaraq və həm də qılınc gücünə
mühacir və ənsardan özünün ləyaqətsiz və fasiq oğlu Yezidə beyət
aldı. Və nəticədə cənnət cavanlarının sərvəri İmam Hüseyn (ə) belə
bir layiq olmayan və imansız bir adama beyət etməyə hazır
olmadığından şəhadəti qəbul etdi.
Sual 77:
Abdullah ibn Ömər ibn Osman ibn Əffan Hüseyn ibn Əlinin
(ə) Fatimə adlı qızı ilə ailə qurdu və onların Məhəmməd adlı
övladları oldu. Fatimənin məlun nəvəsi olması mümkündür-
mü? Əgər cavab mənfidirsə, onda siz necə deyirsiniz ki, Qu-
randakı məlun şəcərə Əməvilərdir?
144
Cavab:
Birincisi, bunu biz demirik, əksinə, sizin öz hədisləriniz deyir.
Quranda haqqında danışılan məlun şəcərə Bəni-Üməyyədir.
Abdullah ibn Ömər deyir: “Həzrət Peyğəmbər (s) buyurmuşdur:
“Yuxuda gördüm ki, Həkəm ibn Əbi əl-Asın övladları (Əməvilər)
meymun kimi minbərə dırmaşıblar və Allah bu ayəni göndərdi:
وما جعلنا الرؤيا التی أريناک ا ّلا فنتة للناس و الشجرة الملعونة فی القرآن و...»
1«ًنخ ّوفھم فما يزيدھم ا ّلا طغياناً کبيرا
...Sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş
(cəhənnəmdəki zəqqum adlı) ağacı insanlar üçün yalnız bir
imtahan etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların
tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!”
Yəli ibn Mərrə deyir: “Allahın Peyğəmbəri (s) buyurdu: “Bəni-
Üməyyə övladlarını minbərlərdə gördüm ki, sizə əmr verirlər.
Onların ləyaqətsiz bir hakim olduğunu görəcəksiniz.”
Həzrət Peyğəmbər (s) bu yuxunu gördüyünə görə qəmləndi və
qeyd olunan ayə nazil oldu.2
Eyni halda əgər bu qeyd olunan şəcərə təqvalı olsalar və doğru
yolla getsələr, o zaman lənətə düçar olmayacaqlar. Bu hökmə
əsasən:
«»يخرج الح ّی من الميّت و يخرج الميت من الح ّی
Və bu hökmə əsasən:
.«»ولا تزر وازرة وزر أخری
1 İsra surəsi, 60-cı ayə.
2 əl-Durr əl-Mənsur, V cild, “İsra” surəsinin 60- cı ayəsinin təfsiri və başqa
rəvayətlər.
145
Sual 78:
Şiələr bir tərəfdən imamların məsum olduğunu, digər tə-
rəfdən də təqiyyə etdiklərini deyirlər. Bu ikisi bir-birilə uyğun
gəlmir. Çünki əgər imamlarınızın dediklərinin doğru olduğunu
bilmirsinizsə, onların məsum olmalarının nə faydası var?
Cavab:
Bu sualda iki irad irəli sürülüb:
1. Etiqadla ismət arasında ziddiyyət və imamların təqiyyə
etməsinə etiqad;
2. Əgər imamlar danışdıqları zaman təqiyyə etmişlərsə, onda
onların danışdıqlarına etimad etmək olmaz. Çünki ola bilər ki,
təqiyyə etmiş olsunlar.
Birinci iradın cavabında deyirik ki, burada ziddiyyətin olması
qeyri- mümkündür. Misal üçün, deyək ki, Zeyd alimdir, yaxud
Zeyd alim deyil. Burada iki fikir mövcuddur və bir-biri ilə
ziddiyyət təşkil edir.
İkinci sualın cavabı olaraq bildiririk ki, birincisi, imamlar hər bir
yerdə təqiyyə etmirdilər. Hakim dairədən olan fəqihlərin və
hakimiyyət tərəfindən təsdiq olunan zaman hakimin fitvası ilə
imamların fitvaları bir-birinə zidd olsaydı, bu zaman şiələrdən
təhlükənin və ya zərərin uzaqlaşdırılması üçün təqiyyə edirdilər. Və
bəzən də təqiyyə etmirdilər. Beləcə, imamların təqiyyə etməsi
xüsusi yerlərdə olurdu. Hətta təqiyyə etdikləri zaman sözün deyiliş
forması elə olurdu ki, imamın səhabələrindən agah insanlar həmin
cavabın təqiyyə üçün verildiyini başa düşürdülər.
Məsum imamlardan olan rəvayətlərlə tanış olanlar təqiyyə
məqsədilə deyilən hədisləri bilirlər və hətta hədisin özü də onun
təqiyyə olmasını göstərir.
146
Sual 79:
Əhli-beytə (ə) tənə edən şəxsi təkfir edirsiniz. Əgər kimsə
Qurana da tənə etsə, onun əməlini izah etməyə çalışırsınız.
Niyə?
Cavab:
İftira asan işdir, ancaq onu sübut etmək çox çətindir. Bu
dediyiniz hansı kitabda yazılmışdır? Sualları toplayan bəzən özünü
itirərək sənədsiz iddiaları sual kimi qeyd etmişdir.
Sual 80:
Şiələrin etiqadına əsasən, səhabələrin az bir qismindən
(onlar yeddi nəfərdən çox deyillər) başqa, qalan səhabələrin
hamısı mürtəd olmuşlar. İndi soruşmaq istəyirəm ki, Əhli-
beytin (ə) qalanları, məsələn, Cəfərin və Əlinin övladları nə
oldular? Onlar da mürtəd oldular?
Cavab:
Bu sual neçənci dəfədir ki, təkrar edilmişdir (xüsusilə də 60-cı
sualda). Qeyd etdik ki, Həzrət Peyğəmbərin (s) yüz mindən artıq
səhabəsi olmuşdur. Onlardan on beş min nəfərinin adı müəyyən
olunmuşdur və qalanları, ümumiyyətlə, tanınmır. Beləliklə, şiələr
harada həştad beş min səhabəni mürtəd saymışlar? Həmin on beş
min nəfər səhabənin bir hissəsi şiələrin öncülləri olmuşlar. Tarixi
mənbələrə görə, səhabələrdən təxminən 200 nəfəri Həzrət Əlinin
(ə) şiəsi idi. Onların adları rical kitablarında qeyd edilmişdir. Bütün
bunlarla yanaşı, necə demək olar ki, yeddi nəfərdən başqa qalanları
mürtəd olmuşdur?
Bəzi şiə kitablarında bu barədə olan bəzi rəvayətlər vahid
xəbərdir və onlara etimad etmək olmaz. Lakin “Səhihi-Buxari” və
“Səhihi-Müslim”də səhabələrin mürtəd olması barədə təxminən on
147
rəvayət mövcuddur. Siz onlara nə cavab verirsiniz? Zəhmət olmasa,
“Cameül-üsul”1 kitabına müraciət edin.
Sual 81:
Əbu Davud öz “Sünən”ində belə nəql edir: “Əgər dünyanın
sonuna bir gün də qalsa, Allah-təala o günü o qədər uzun edər
ki, Əhli-beytdən (ə) bir nəfər adı adımdan, atasının adı atamın
adından olar.”2
Məlumdur ki, Həzrət Peyğəmbərin (s) adı Məhəmməd ibn
Abdullahdır. Mehdinin adı da Məhəmməddir. Bu rəvayəti
İmam Həsən Əsgərinin (ə) oğluna necə tətbiq edirsiniz?
Cavab:
Birincisi, Əbu Davudun nəql etdiyi bu rəvayətin şiə ilə heç bir
əlaqəsi yoxdur. Biz onun rəvayətlərinə cavab vermək məcburiy-
yətində deyilik, halbuki həmin rəvayətlərin bir hissəsini də qəbul
edirik.
İkincisi, Əbu Davud adı çəkilən rəvayəti bu şəkildə nəql et-
mişdir, lakin başqalarının kitablarında son cümlə nəql edilməmiş-
dir. Misal üçün, Tirmizi öz “Sünən”ində “Ma caə Məhdi” böl-
məsində belə yazıb:
.«»لاتذھب الدنيا حتی يملک العرب رجل من أھل بيتی يواطی اسمه اسمی
“Sünəni-Tirmizi”nin həmin bölməsi də belə nəql edir:
3«»يلی رجل من أھل بيتی يواطی اسمه اسمی
“Müsnədi-Əhməd”də də belə nəql edilir:
4«»لا تقوم الساعة حتی يلی رجل من أھل بيتی و يواطئ اسمه اسمی
1 Cameül-üsul, X cild. “Kövsər hovuzu” bəhsi.
2 Sünəni-Davud, IV cild, səh.160.
3 Sünəni-Tirmizi, IV cild, “Kitabül Fitən”, 52-ci bab, hədis-2230.
4 Yenə orada, IV cild, “Kitabül Fitən”, 52-ci bab, hədis-2231.
148
Beləliklə, aydın olur ki, hədisin bir hissəsi yalnız Əbu Davudun
özünə aiddir. Qəribədir, sual edən şəxs bu qədər eyni hədislərin
içərisindən yalnız Əbu Davudun özünə aid olan hədisi seçmişdir!?
Sual 82:
Həzrət Mehdinin (ə.c) anasının adı, həzrətin zühur zamanı
yaşı, anadan olduğu yer, yaşadığı yer, qeyb etməsinin müddəti
və hakimiyyətinin müddəti barədə müxtəlif rəvayətlər mövcud-
dur. Bunlardan hansı səhihdir?
Cavab:
Həzrət Mehdi (ə.c) məsələsi və bir zaman kəsiyində Həzrət
Peyğəmbərin (s) ailəsindən, yəni İmam Hüseynin (ə) nəslindən bir
nəfərin zühur edib dünyanı ədalətlə dolduracağı İslam əqidəsinin
mütləqlərindəndir. Xoşbəxtlikdən Əhli- sünnət mühəddisləri Həzrət
Mehdi (ə.c) haqda çox dəyərli kitablar yazmışlar. Və bu son illərdə
Səudiyyə Ərəbistanında “Bəyn yədi əl-Saə” kitabı çap edilmişdir.
Əhli-şiənin və Əhli-sünnətin qırxdan çox aliminin fikrinə
əsasən, İmam Həsən Əsgərinin (ə) oğlu Həzrət Mehdi (ə.c) dün-
yaya gəlmiş və bir müddət də onun yanında yaşayıb boya-başa
çatmışdır. Ancaq İmam Həsən Əsgəri (ə) dünyadan köçdükdən
sonra o da qeybə çəkilmişdir.
O Həzrətin (ə.c) yaşayışı o qədər də mühüm deyil, anasının
adının Nərcis, Süsən və ya Reyhanə olması da bu etiqadda heç bir
dəyişiklik yaratmır və həmçinin verilən digər suallar da eynilə
belədir.
Qəti olan Həzrətin (ə.c) bu dünyada yaşamasıdır. Xüsusi bir yeri
yoxdur, olsa da orada daimi deyil. Halbuki bəzi dualarda deyilir:
“Kaş biləydik ki, hardasan? Hansı diyardasan və ... Rəzəvidəsən, ya
Tuvada və ya başqa yerdəsən?” Bunlar bir növ Həzrətə (ə.c) olan
əlaqədir və onun bu adı çəkilən yerlərdən birində olmasını ifadə
etmir.
149
Təəccüblüdür ki, sualları toplayan “Nüdbə” duasını təhrif
etmişdir. Ona bəzi şeyləri artırmışdır. Misal üçün, bu cümləni :
«»أبرضوی أم غيرھا أم ذی طوی
Bir neçə nöqtə qoyaraq bu cümləni qeyd etmişdir:
«»أم فی اليمن بوادی شمروخ أم فی الجزيرةالخضراء:
Nəql etmədə bu əmanətə afərin demək lazımdır.
Əqidənin əsli bütün Əhli-şiə və Əhli-sünnət alimləri arasında
eyni fikirdir və ondan qalanlar və əsl olmayan məsələlər etiqad
deyil, başqa mətləbdir. Birinci mövzunu ikincidən ayırmaq
gərəkdir.
Bu mətləbin eynisi Həzrət Peyğəmbərin (s) merac məsələsində
vardır. Meracın olması mütləqdir. Rəvayətlərin bir hissəsi
mütəvatir və digər bir hissəsi də xəbər kimi nəql edilmiş və əqidəyə
aid deyildir və bunlara görə merac məsələsində şəkk etmək olmaz.
Sual 83:
Bir hədisdə belə deyilir ki, Əli ibn Əbu Talib (ə) buyurmuş-
dur: “Elə bir zaman gələcək ki, onda hədd icra olunmayacaq.
Xalqın malını nahaqcasına yeyərlər. Allahın dostları ilə
düşmənçilik, düşmənləri ilə dostluq edərlər.” Soruşmuşdular:
“Əgər biz o zamanda olsaq, nə edək?” Buyurmuşdur: “İsanın
(ə) yaxınları kimi olun ki, onları mişarla tikə-tikə etdilər və dar
ağacından asdılar. Çünki Allahın itaətində olan ölüm günahda
yaşamaqdan yaxşıdır.”
İndi bu hədis şiələrin inandığı təqiyyə ilə necə də uyğun
gəlir?
Cavab:
Təqiyyə Quranda olan və əqli bir həqiqətdir. Onu kimsə inkar
edə bilməz və təqiyyə barəsində iki ayə nazil olmuşdur:
150