The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

şiə gəncin vəhabi suallarına cavabları

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by elmeddinquliyev022, 2022-03-18 16:56:07

Şiə gəncin vəhabi suallarına cavabları

şiə gəncin vəhabi suallarına cavabları

Ancaq sələfilər və bu sualları toplayan demişdir ki, o da onlar-
dandır və bizim əksimizə olaraq vahid xəbəri təkcə fiqhi məsə-
lələrdə deyil, etiqad məsələlərində də qəbul edirlər. Və bu üzdən də
etiqad məsələlərində müəyyən problemlərlə üzləşirlər.

Sual 16:
Əgər insan Allahın bəndəsidirsə, övladlara nə üçün Əbdül-
hüseyn kimi adlar qoyulur?
Cavab:
Bəndəlik müxtəlif mənalarda işlədilir:
1.Allah-təala qarşısında bəndəlik: Burada bəndəlik qul, kölə
olmaq mənasındadır və bu, Allahın bütün bəndələrinə aid edilir.
İnsanın kölə olması Allah-təalanın xaliq olması və insanın məxluq
olmasıdır. Burada bəndəlik yalnız Allah-təalanın adına əlavə edilir
və deyilir: Abdullah. Çünki :

1ً‫إِ ْن ُک ﱡل َم ْن فِي ال ﱠسماوا ِت َو ا ْلأَ ْر ِض إِلاﱠ آتِي ال ﱠر ْحم ِن َع ْبدا‬
– Çünki göylərdə və yerdə olan bütün məxluqatdan elə birisi
yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi
gəlməsin.

Həmçinin Qurani-kərim Həzrət Məsihdən (ə) nəql edərək belə
buyurur:

2‫قا َل إِنﱢي َع ْب ُد ﱠﷲِ آتانِ َي ا ْل ِکتا َب َو َج َعلَني نَبِيًّا‬
–Mən, həqiqətən, Allahın quluyam. O, mənə kitab (İncil) verdi,
özümü də peyğəmbər etdi.

                                                           
1 Məryəm surəsi, 93-cü ayə.
2 Məryəm surəsi, 30-cu ayə.

  51

2. Müqavilə yolu ilə bəndəlik: Bu bəndəlik bir insanın döyüş
meydanında digər insan üzərində qələbə çalmasından sonra yaranır.

İslam dini fiqhdə xüsusi şəraitlərdə irəli sürülən bu bəndəliyi
qəbul etmişdir. Müharibə meydanlarında müsəlmanların əlinə
düşən əsirin ixtiyarı şəriət hakiminin əlindədir və o, mövcud üç
yoldan birini seçə bilər. Heç bir şey almadan əsiri azad edə bilər,
yaxud nəyinsə alınması müqabilində onu azadlığa buraxar və ya
onu əsirlikdə saxlayar.

Qeyd olunan üçüncü şərt daxilində əsir saxlanılan şəxs müsəl-
manın “bəndə”si hesab olunur və bu üzdən də fiqh kitablarında
“əbd” (qul) bölməsi vardır.

Məsələn, Qurani-kərimdə belə buyurulur:

‫َو أَ ْن ِک ُحوا ا ْلأَيامي ِم ْن ُک ْم َو ال ﱠصالِحي َن ِم ْن ِعبا ِد ُک ْم َو إِمائِ ُک ْم إِ ْن يَ ُکونُوا فُقَرا َء يُ ْغنِ ِھ ُم‬
1‫ﱠﷲُ ِم ْن فَ ْضلِ ِه َو ﱠﷲُ وا ِس ٌع َعلي ٌم‬

–Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh
(yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər
onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah
(lütfü və mərhəməti ilə) genişdir, (hər şeyi) biləndir!

Bu ayədə Allah-təala müharibə əsirlərini müsəlmanların qulu və
kənizi bilir və buyurur: “‫ – ” ِعبا ِد ُک ْم َو إِمائِ ُک ْم‬Burada “əbd” Allah
sözünə əlavə olunmuşdur.

3. İtaət etmək mənasında olan bəndəlik: Lüğət kitablarında bu
mənada qeyd olunmuşdur.2

Beləliklə, Əbdülrəsul və Əbdülhüseyn kimi adlar üçüncü mə-
nada işlədilmişdir. Əbdülrəsul və Əbdülhüseyn, yəni Həzrət

                                                           
1 Nur surəsi, 33-cü ayə.
2 Lisanül-ərəb vəl-Qamus əl-Muhit, “əbd” – qul.

  52

Peyğəmbərə (s) və İmam Hüseynə (ə) tabe olan. Şübhəsizdir ki,
Həzrət Peyğəmbərə (s) əmr sahibi kimi itaət etmək vacibdir. Hər
bir müsəlman Həzrət Peyğəmbərə (s) və imamlara itaət etməlidir:

1 ‫يا أَ ﱡي َھا الﱠذي َن آ َمنُوا أَطي ُعوا ﱠﷲَ َو أَطي ُعوا ال ﱠر ُسو َل َو أُولِي ا ْلأَ ْم ِر ِم ْن ُک ْم‬
–Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan
ixtiyar (əmr) sahiblərinə itaət edin!

Bu ayəyə əsasən, Qurani-kərim Həzrət Peyğəmbəri (s) “itaət
olunan” və müsəlmanları “itaət edən” adlandırmışdır. Əgər kimsə
bu adı övladına qoysa, qınanılmamalı və əksinə sitayiş olunmalıdır.
Biz fəxr edirik ki, Həzrət Peyğəmbərə (s) və İmam Hüseynə (ə)
tabe olaq və onların əmrlərini eşidək.

Aydındır ki, Əbdürrəsul və Əbdülhüseyn adlarında elə bir fərq
yoxdur. İnsan Allahın bəndəsi olduğu kimi, eyni zamanda Həzrət
Peyğəmbərə (s) də tabe ola bilər. Çünki qeyd etdik ki, Allaha
bəndəlik Onun xaliq olması ilə bağlıdır, lakin Həzrət Peyğəmbərə
(s) itaət Allahın əmri ilədir. O, insanı Həzrət Peyğəmbərə (s) itaətə
çağırır və Həzrət Peyğəmbəri (s) “itaət olunan” adlandırmışdır.

Sual 17:
Əli ibn Əbu Talib Allahın onu xəlifə seçdiyini bildiyi halda
nə üçün Əbu Bəkr, Ömər və Osmanla beyət etdi? Əgər qüdrəti
yox idisə, deməli imam deyildi. Yox, əgər qüdrəti var idisə,
onda bəs nə üçün qüdrətindən istifadə etmədi? Deməli, bu
xəyanətdir. Bu barədə sizin cavabınız nədir?
Cavab:
Birincisi, heç bir tarixi mənbədə Əmirəlmöminin Həzrət Əlinin
(ə) Ömər və Osmanla beyət etməsinə dair bir məlumat qeyd

                                                           
1 Nisa surəsi, 59-cu ayə.

  53

olunmamışdır. Çünki Ömərin xəlifəliyi Əbu Bəkr vasitəsilə təsbit
olundu və əsl həqiqətdə isə Əbu Bəkr xəlifə idi. Əbu Bəkr Öməri
xəlifə təyin edəndə camaat onun hüzuruna gəlib dedi: “Niyə kobud
bir şəxsi xəlifə qoydun? Əgər o, xəlifə olsa, kobudluğu daha da
artacaqdır. Dünyadan köçüb Allahın hüzuruna getdikdə onu
xəlifəliyə təyin etdiyinə görə nə cavab verəcəksən?

Əbu Bəkr onların cavabında dedi: “Allaha cavabım budur ki,
Allahın ən yaxşı bir insanını bu məqama seçdim.”1

Həmçinin Osmanın xəlifəliyinin rəsmiləşdirilməsi məsələsinə
gəldikdə isə, deməliyik ki, bu hadisə Əbdürrəhman ibn Ovfun xü-
susi hoqqabazlığı ilə baş vermişdir. Tarixi mənbələrdə də bu
məsələ mövcuddur və o, Həzrət Əlinin (ə) beyətinə belə ehtiyac
görmədi.

Yuxarıda qeyd olunan bu sualı tərtib edən şəxs haradan bilir və
necə belə qəti şəkildə deyir ki, Həzrət Əli (ə) onların ikisi ilə də
beyət etmişdir?!

Ancaq Əbu Bəkrlə beyət barədə demək lazımdır ki, şiənin
nəzərinə əsasən, heç bir beyət olmamışdır. Lakin Əhli-sünnətin
nəzərinə görə, Həzrət Əli (ə) altı aydan, yəni Fatimeyi Zəhra (s.ə)
atasına qovuşduqdan sonra beyət etdi. Burada ortaya belə bir sual
çıxır ki, nə üçün Həzrət Əli (ə) şəriət qanunundan geri qaldı? Sizin
nəzərinizə əsasən, əgər Həzrət Əli (ə) Həzrət Peyğəmbərin (s)
canişini deyildisə belə, adil bir səhabə idi. Onun bu şəriət hökmünü
altı ay gecikdirməsi qanuni idimi? Bəs, Həzrət Peyğəmbərin (s)
əziz qızının ölənədək beyət etməməsi necə izah edilə bilər? Bu
məsələ sizin öz rəvayət kitablarınızda vardır:

2‫من مات وليس في عنقه بيعة إمام مات ميتة جاھلية‬

                                                           
1 əl-Xərac, Əbu Yusif Bağdadi, səh.100.
2 Səhihi-Müslim, VI cild, səh.22, “Hökme beyne fərqe müslimin” bölməsi;
“Sünəni-Beyhəqi”, VIII cild, səh.156.

  54

Başqa bir mətləb isə ondan ibarətdir ki, sual verən şəxs deyir:
“Qüdrəti yox idisə, deməli imam deyildi.” O, elə düşünür ki,
imamət seçki ilə olan bir məqamdır və mütləq seçicilərin qüdrəti
işə yaramalıdır. Ancaq İmam Əlinin (ə) imaməti ilahi təyinatladır
və Allah-təala tərəfindən bu mənsəbə təyin olunanların xalqın
rəyinə ehtiyacları yoxdur. Onu da deməliyik ki, peyğəmbərlər və
onların vəsiləri həmişə zalım hakimiyyətlər tərəfindən
öldürülmüşlər. Belə çıxır ki, onların peyğəmbərliyinin və ya
canişinliyinin qüdrətləri olmadığına görə qanuni sayılmırlar?

Sual 18:
Niyə Həzrət Əli (ə) hakimiyyətə gəldikdən sonra:
a) Minbərdə dedi: . " ‫" َخ ْي ُر َھ ِذ ِه الأُ ﱠم ِة بَ ْع َد نَبِيﱢ َھا أَبُو بَ ْك ٍر َو ُع َم ُر‬
(“Peyğəmbərdən (s) sonra ümmətin ən xeyirlisi Əbu Bəkr və
Ömərdir.”)

b) Müvəqqəti evliliyə rəvac vermədi;
c) Fədəki geri qaytarmadı;
ç) “Həyyə əla xəyrül əməl” ifadəsini azana əlavə etmədi;
d) “Əssəlatu xəyrun min ənnov” kəlməsini azandan çıxar-
madı;
e) Xalq üçün başqa bir Quran gətirmədi və s.
Cavab:
Bu sualları toplayana (onlar bu sualları saytlardan topladıqlarını
iddia edirlər) xatırladıram ki, dediyiniz bu altı məsələni sübut
etməlisiniz. Siz elə bir iddia etmisiniz ki, onlar barəsində heç bir
sənəd yoxdur. Bu, Həzrət Əli (ə) ilə xəlifələr barəsində yalandan
uydurulan bir hədis deyil. Bu barədə 36 saxta hədis vardır və onlar

  55

haqda məlumat əldə etmək istəyənlər dəyərli “əl-Ğədir” kitabına
müraciət edə bilərlər.1

Həmin hədisləri araşdırarkən insana elə gəlir ki, Həzrət Əlinin
(ə) xəlifələri mədh və sitayiş etməkdən savayı başqa bir işi
olmamışdır. Əgər Həzrət Əli (ə) özündən əvvəlkilərin xəlifəliyinə
razı idisə, o zaman niyə beyəti altı ay gecikdirdi? Niyə dünya
xanımlarının ən üstünü və Həzrət Peyğəmbərin (s) əziz qızı
Fatimeyi Zəhra (s.ə) onlarla beyət etmədi?

Niyə bu saxta hədisi qəbul etməliyik, lakin hamının Həzrət
Əliyə (ə) aid olmasında vahid fikrə malik olduğu o gözəl xütbəni
qəbul etməməliyik? Həmin xütbədə isə belə buyurulur:

‫اَما َو ّﷲِ لَقَ ْد تَقَ ﱠم َص َھا ا ْب ُن اَبى قُحافَةَ َو اِنﱠهُ لَيَ ْعلَ ُم اَ ﱠن َم َحلّى ِم ْنھا َم َح ﱡل ا ْلقُ ْط ِب ِم َن‬
2‫ال ﱠرحى‬

–Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu mənim
xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə
kamillik baxımından) olduğumu bildiyi halda xəlifəliyi köynək kimi
əyninə geydi...

İmam (ə) başqa bir yerdə isə belə buyurmuşdur: “Onlar özbaşına
xilafət kürsüsündə oturdular. Üstün əsil-nəsəbimə və həmçinin
Həzrət Peyğəmbərə (s) ən yaxın qohum olmağıma baxmayaraq,
məni bir kənarda saxladılar.”3

2. İmam (ə) müvəqqəti nikah və Ömərin onu qadağan etməsi
haqqında buyurur:

                                                           
1 əl-Ğədir, VIII cild, səh. 54-62; “Təzkirətül xüləfa”, I cild, səh.77.
2 Nəhcül-bəlağə, 3-cü xütbə. İbn Xişab bu xütbəni Seyid Rəzi anadan olmadan
öncə 306-cı ildə Müsdəq ibn Şəbib üçün nəql etmişdir. “Şərhi Nəhcül-bəlağə”,
İbn Əbil Hədid, I cild, səh. 205.
3 Nəhcül-bəlağə.

  56

– Əgər Ömər müvəqqəti nikahın qarşısını almasaydı, bəd-
bəxtlərdən savayı başqa bir kimsə zina etməzdi.1

Tarixdə baş verən dəqiq hadisələrdən biri bu idi ki, bir qrup
səhabə müvəqqəti nikahın halal olmasını təkid edirdilər. Hətta
Zəhəbinin dediyinə əsasən, Məkkənin fəqihi İbn Cəric ardıcıl
olaraq müvəqqəti nikah etdirərdi.2

3. Fədək və onun niyə geri alınmaması barədə aydındır ki, əgər
hakimiyyət vaxtında onu xəlifənin adamlarının əlindən alsaydı, o
zaman dünyapərəstlikdə ittiham olunardı. Həzrət (ə) bir məktubda
Osman ibn Hənifə belə yazmışdır:

– Bəli, göyün kölkə saldığı bütün şeylərdən (dünya malından)
yalnız Fədək bizim əlimizdə idi ki, bir dəstə adam (üç xəlifə) ona
paxıllıq etdi (onu qəsb edərək əlimizdən aldı). Başqaları (İmam
əleyhissalam və Əhli-beyti) də bəxşiş edərək ondan keçdilər. Allah
gözəl hakimdir. Mən Fədəyi və Fədəkdən qeyrisini nə edəcəyəm?
Halbuki insanın yeri sabah (öləndən sonra) qəbir və gordur ki, onun
qaranlıqlarında nişanələri məhv olacaq və xəbərləri itib gedəcək-
dir.3

Sual verən şəxs Fədəyin tarixi ilə bağlı bir vərəqi belə oxuma-
mışdır. Fədək Məmunun zamanına qədər dəfələrlə alınaraq sonra-
dan yenə də Mərvanın ailəsinə verilmişdir. Bu barədə məlumat
almaq istəyənlər Fədəyin tarixinə həsr olunmuş “Füruğe vilayət”
kitabına müraciət edə bilərlər.

4. “Həyyə əla xəyrül əməl” barədə Əşəri filosoflarından birinin
fikrini qeyd etmək kifayətdir: İkinci xəlifə minbərə çıxdı və dedi:
“Mən üç şeyi sizə qadağan edirəm və onları edəni cəzalan-
dıracağam:

                                                           
1 Təfsiri-Təbəri, V cild, səh. 9; “əl-Dürrul Mənsur”, II cild, səh. 140.
2 Səhihi-Müslim, IV cild, səh. 131, “Mütə nikahı” bölməsi; “Müsnədi-Əhməd”,
II cild, səh. 95 və 436; “Mizanul- etidal”, II cild.
3 Nəhcül-bəlağə, 45-ci məktub, Osman ibn Hənifə məktub .

  57

1. Müvəqqəti nikah;
2. Həcci-təməttö;
3. Həyyə əla xəyrül əməl.1
Hələbi yazır: “İbn Ömər və İmam Zeynalabidin azanda “Həyyə
əla fəlah” ifadəsindən sonra “Həyyə əla xəyrül əməl” ifadəsini
deyirdilər.2
Tarix boyunca azanda “Həyyə əla xəyrül əməl” ifadəsi Əhli-
beytin (ə) ardıcılı olmaq nişanəsi kimi qəbul edilmişdir.
Əbu Fərəc İsfəhani (h.q. 284-356-cı illər) yazır: “Həsənilərdən
bir nəfər Mədinə hakimi olduğu zaman Abdullah ibn Həsən Əftəs
məscidin minarəsinə çıxaraq müəzzinə azana “Həyyə əla xəyrül
əməl” ifadəsini əlavə etmək əmrini verdi.3
Ancaq bəs nə üçün Əmirəlmöminin Həzrət Əli (ə) onun yayıl-
ması ilə məşğul olmamışdır!? Aydındır ki, Həzrət Əli (ə) öz
dövründə üç qrupla mübarizə aparmışdır: 1. Əhdlərini sındıranlar;
2. Zülmkarlar; 3. Xəvaric. Bu problemlərlə yanaşı, o zaman Həzrət
(ə) dördüncü cəbhəni də açmalıydı ki, belə bir vəziyyətdə də bunu
etmək məsləhət deyildi. Lakin münasib olduqda xəlifələrin
bidətlərini pisləyirdi. Bunlardan biri də “təravih” namazı idi. Yəni
ramazan ayının nafilə namazlarının camaatla birgə qılınması. Bu,
ikinci xəlifənin bidətlərindən biri idi. Həzrət Peyğəmbərin (s)
zamanında bu qayda ilə namaz qılınmırdı.4
İmam Əli (ə) hakimiyyətə gəldikdən sonra Kufə camaatı ondan
təravih namazlarına imamlıq edəcək bir şəxsi təyin etməsini
istədilər. İmam (ə) bunu etmədi və onun bidət olduğunu bildirdi.
Bunu o zaman bir növ Ömərin qoyduğu qaydalarla müxaliflik kimi
qəbul etdilər və məsciddən “Vay Ömər!” səsləri ucaldı. Belə

                                                           
1 Şərhi təcrid Quşçi, səh. 484.
2 Sireye Hələbi, səh. 305.
3 Məqatil əl-Talibiyyin, səh. 277.
4 Fəthül-bari, Səhihi-Buxari, IV cild, səh. 250, hədis-2009 və 2010.

  58

olduqda Əmirəlmöminin Həzrət Əli (ə) dedi: “Mən imam təyin
etmirəm, özünüz təyin edin.”1

Təəccüblü burasıdır ki, Ömər bu namazı gözəl bidət sayırdı.
Dində bidət gözəl ola bilərmi?

Sonda xatırladırıq ki, ramazan ayının nafilələri məsciddə yox,
gərək evlərdə fərdi şəkildə qılınsın. Bu barədə “Müslim”də nəql
olunan hədisə işarə edirik. Həzrət Peyğəmbər (s) buyurdu:

2‫عليكم بالصلاة فى بيوتكم فإن خير صلاة المرء فى بيته إلاالصلاة المكتوبة‬
–Namazları evlərinizdə qılın. Çünki ən yaxşı namaz evlərdə
qılınan namazdır. Ancaq vacib namazlar buraya daxil deyil,
onların yeri məsciddir.

Daha ətraflı məlumat üçün “İnsaf fi məsail dam fiha xəlaf”
kitabına müraciət edin.3

5.Mütəxəssislərin fikrinə görə, “Əssəlatu xəyrun minən-novm”
ifadəsi sonralar azana əlavə olunmuşdur. Bu barədə Malikin
“Muta” əsərində yazdığına nəzər yetirmək kifayət edər: “Ömərin
azançısı onu namaza dəvət etmək üçün gəldi və onu yatmış gördü.
Onu yuxudan oyatmaq üçün dedi:

4‫ال ﱠصلاةُ َخ ْي ٌر ِم َن النﱠ ْو ِم‬

Ömərin bu ifadədən xoşu gəldi və dedi ki, onu sübh azanına
əlavə etsinlər. “əl-İnsaf fi məsail dam fiha xilaf” kitabında bu ifadə
barəsində geniş şəkildə bəhs edilmişdir.5 Burada bir məqamı da
qeyd etmək lazımdır: “Azanın hər bir fəsli ilahi maarifə aiddir və

                                                           
1 Təhzib, III cild, “Ramazan ayının fəziləti bölməsi”; “Kafi”, IV cild, səh.154.
2 Fəthül-bari, IV cild, səh.250, hədis-201.
3 əl-İnsaf, səh. 383-422.
4 Muta, səh.78, nömrə-8.
5 əl-İnsaf, I cild, səh.151-162.

  59

ilahi vacibata dəvətdir. “Həyyə əla xəyrül əməl” azanın bir
hissəsidir. Namazı ən üstün əməl və ən yaxşı bir əməl sayır. Ancaq
o biri cümlə, yəni “Əssəlatu xəyrun minən-novm” kəlməsi yalnız
namazın yatmaqdan yaxşı olduğunu bildirir. Məlumdur ki, bu,
namazın ancaq nüfuzunu aşağı salır.

Bundan əlavə, dünyada olan hansı ağıllı bir insan namazın
yuxudan yaxşı olmasına şəkk edə bilər ki, azançı da belə bir elan
etsin: “Ey camaat, bilin ki, namaz yuxudan yaxşıdır?!”

6. Nə üçün Əli ibn Əbu Talib xəlifə olduqda başqa bir Quran
gətirmədi? Bu sual o qədər əsassızdır ki, heç bir cavaba ehtiyac
yoxdur. Müsəlmanların əlində olan bu Quran kitabı Həzrət Əlinin
(ə) qiraət etdiyi həmin Qurandır. Çünki Asim bir vasitə ilə Quranın
qiraətini Həzrət Əlidən (ə) öyrənmişdir. Beləcə, gətiriləcək başqa
bir Quran yoxdur.

Bəli, rəvayətlərdə qeyd olunur ki, Həzrət Əli (ə) Quranı ayələrin
nazil olma sırası ilə tənzimləmişdir ki, bu da onun öz yanında
olmuşdur və bu Quranla tənzim və tərtib baxımından heç bir fərqi
yoxdur. 1

Sual 19:
İlk iki xəlifənin zamanında İslamın fəthləri daha geniş ol-
muşdur və heç bir vaxt o zamankı qüdrətə malik olmamışdır.
Ancaq sizin məsum hesab etdiyiniz Əli ibn Əbu Talibin (ə)
zamanında müsəlmanlar daxili ixtilaflarla üzləşdilər.
Cavab:
Əgər insanların şəxsiyyətinin üstünlüyü onların hakimiyyətdə
olduqları dövrdə ölkənin coğrafiyasının genişliyi ilədirsə, o zaman
ilk iki xəlifə Həzrət Peyğəmbərdən (s) də üstün sayılmalıdır. Çünki

                                                           
1 Tarixi-Yəqubi, II cild, səh. 135-136, Beyrut çapı, “Darül-sadir” nəşriyyatı.

  60

Həzrət Peyğəmbərin (s) zamanında İslamın malik olduğu güc o iki
xəlifənin dövründən az olmuşdur.

Əgər meyar coğrafiyadırsa, onda Harun ər-Rəşidin dövründə
İslam hər zaman olduğundan daha çox parlamışdır. Belə olduqda
onda gərək Harun ər-Rəşidi hamıdan, hətta Həzrət Peyğəmbərdən
(s) də üstün hesab edək!

Burada çox incə bir məqam vardır və o da bundan ibarətdir ki,
İslamın həmin dövrdə genişlənməsi məhz həmin ilk iki xəlifəyə
görə deyil, əksinə, insanların İslam təlimlərinə diqqətinin artması
ilə bağlı olmuşdur. Belə ki, öz zülmkar hakimlərindən cana gəlmiş
və yorulmuş insanlar İslam təlimlərini qəbul edirdilər. “La ilahə
illəllah” və ədalət şüarları, eləcə də İslam dininin insanlar arasında
bərabərlik istəməsi ayrı-ayrı xalqların və millətlərin ona sarı meyil
etməsinə gətirib çıxarmışdı.

Əlbəttə, İslam dininin özü ilə bərabər gətirdiyi cihad və şəhadət
məsələlərinin də bu dinin genişlənməsində özünəməxsus rol
oynadığını görməmək mümkün deyildir.

Həzrət Əlinin (ə) xəlifəliyi dövründə baş verən daxili ixtilaflar
və insanların iki dəstəyə bölünməsinin səbəbi isə əvvəlki xəlifələrin
hakimiyyətinin nəticəsi idi. Xüsusilə də üçüncü xəlifənin dövründə
ədalətlilik və insansevərlik kimi dəyərlərin dünyapərəstlik və qəbilə
təəssübkeşliyi ilə əvəz olunması vəziyyəti xeyli pisləşdirdi. İmam
(ə) bu dünyapərəst insanları Allahın Rəsulunun (s) zamanına
qaytarmaq istəyirdi. Ancaq kifayət qədər var-dövlət toplamış həmin
dünyapərəst camaat belə bir hakimiyyətə qarşı çıxdı və onunla
müxalifətçilik etməyə başladılar. Onlar topladıqları maddi
imkanları ilə Həzrət Əliyə (ə) qarşı ordular yaradır və onunla
müharibə edirdilər. Həzrət Əli (ə) də Həzrət Peyğəmbərin (s)

  61

göstərişləri və Quranın buyurduqlarına uyğun olaraq bu adamlarla
mübarizə aparırdı.1

Beləliklə, mövcud ixtilafların Həzrət Əlinin (ə) hakimiyyəti ilə
heç bir bağlılığı yox idi, əksinə əvvəlki xəlifələrin səhv siyasət-
lərinin nəticəsiydi ki, onlar artıq ilahi ədaləti qəbul etmirdilər.

Sual 20:
Əgər Müaviyə pis insan idisə, onda nə üçün Həsən ibn Əli (ə)
onunla sülh müqaviləsi bağladı?
Cavab:
Bu, səkkizinci sualın təkrarıdır və əlavə cavaba da ehtiyac
yoxdur. Ancaq burada iki məqamı əlavə edirik:
1. Müaviyə ibn Əbu Süfyan səhabələri lənətləməyi və söyməyi
rəsmi olaraq elan edən ilk şəxsdir və o, açıq-aşkar seçilmiş imamı
və zamanın xəlifəsini lənətləyirdi. Hətta Səd ibn Əbi Vəqqasın
Həzrət Əlini (ə) lənətləmədiyini eşitdikdə ondan soruşdu:

‫مالک لا تس ّب عليّاً؟‬
–Niyə Əliyə (ə) lənət oxumursan?

O isə cavabında belə dedi: “Əlinin üç fəziləti var ki, heç bir
müsəlmanda yoxdur. Mən arzu edirəm ki, onlardan heç olmasa biri
məndə olaydı. Bu, camaat üçün bütün sərvətlərdən daha yaxşı
olardı. Sonra o, həmin üç fəziləti sadaladı:

a) Müharibələrin birində Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə)
özü ilə aparmadı və öz yerində Mədinədə saxlayaraq canişin təyin
etdi. Həzrət Əli (ə) Həzrət Peyğəmbərə (s) dedi: “Məni qadınların
və uşaqların yanında qoydun?” Həzrət Peyğəmbər (s) buyurdu:

                                                           
1 Səhihi İbn Həyyan, XV cild, səh. 285, hədis-6938; “Müstədrəkül Hakim”, III
cild, səh. 122; “Müsnədi-Əhməd”, XVII cild, səh. 360, hədis-11258.

  62

“Mənim üçün Harunun Musa üçün olduğu kimi olmaq istəmirsən?
Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.”

b) Həzrət Peyğəmbər (s) Xeybər döyüşü zamanı buyurdu:
“Bayrağı elə bir insana verəcəyəm ki, Allahı və Onun Rəsulunu
çox sevir, həmçinin Allah və Onun Rəsulu da onu sevirlər.” Hamı
boynunu uzatdı və hər bir kəs özünün Həzrət Peyğəmbərin (s)
öydüyü həmin şəxs olmasını arzu etdi. Birdən Həzrət Peyğəmbər
(s) buyurdu: “Deyin Əli (ə) gəlsin.” Həzrət Əli (ə) gözlərinin
ağrısından nalə edə-edə gəldi. Həzrət Peyğəmbər (s) mübarək
ağzının suyundan Həzrət Əlinin (ə) gözlərinə surtərək onu sağaltdı
və bayrağı ona verdi. O da qalanı fəth etdi.

c) Mübahilə ayəsi nazil olduqda qərara alındı ki, hər iki tərəf
qadın və uşaqları, habelə özlərinə yaxın adamları mübahilə üçün
gətirsinlər. Həzrət Peyğəmbər (s) Əlinin (ə) Fatimənin (s.ə),
Həsənin (ə) və Hüseynin (ə) əllərindən tutaraq dedi:

‫اللھم ھؤلاء أھل بيتي‬
–İlahi, bunlar mənim Əhli-beytimdir.1

İndi sual edirik: “Belə bir seçilmiş insanı lənətləyən və saray
vaizlərini də onu lənətləməyə məcbur edən şəxs müsəlmandırmı?”
Yaxşı olar ki, bu barədə “əl-Mənar” təfsirini yazan şəxsin fikirlərini
oxuyaq. O, belə yazır:

–Mən İstanbulda olarkən bir məclis keçirildi. Məkkənin
möhtərəm şəxslərindən birinin də iştirak etdiyi bu məclisdə bir
alman alimi ilə görüşdüm. O, mənə dedi: “Biz avropalılar Berlin
şəhərinin böyük meydanlarının birində Müaviyə ibn Əbu Süfyanın
qızıldan heykəlini ucaltmalıyıq!” Nə üçün deyə soruşduğum zaman
belə cavab verdi: “Ona görə ki, o (Müaviyə) İslam dövlətinin əsas
proqramı olan “demokratiya və azad fikir söyləmək” prinsipini

                                                           
1 Səhihi-Müslim, “Fəzayele səhabe” bölməsi, “Fəzayele Əli” babı, hədis-2404.

  63

ondan ayıraraq onu (İslam dinini) “varislik səltənətinə” (pad-
şahlığa) çevirmişdir. Əgər Müaviyə belə etməsəydi, İslam bütün
dünyanı tutardı və indinin özündə alman milləti və bütün Avropa
müsəlman olardı.”1

Ustad Buxari, yəni İshaq ibn Rahuye Müaviyə barəsində bircə
düzgün hədis belə tanımadığını deyir. Buxari “Müaviyənin fəzi-
lətləri” yerinə “Müaviyə barəsində” yazmışdır.

Əhməd ibn Hənbəl belə demişdir: “Əlinin (ə) düşmənləri onda
heç bir eyib görmədiklərindən onun düşməni, yəni Müaviyə üçün
fəzilət düzəltməyə getdilər. Yoxsa onda (Müaviyədə) heç bir fəzilət
yoxdur.”2

Sual 21:
Həzrət Peyğəmbər (s) Kərbəla torpağına səcdə etmişdir?
Cavab:
Bəndəliyin ən bariz nümunəsi pak torpağa səcdə etməkdir. Bu,
Həzrət Peyğəmbərin (s) müsəlmanlara öyrətdiyi qaydadır. O,
buyurmuşdur:

3ً‫جعلت لي الأرض مسجداً وترابھا طھورا‬
–Torpaq (yer) mənim üçün səcdəgah və pak-pakizəlik vasitəsi

kimi qərar verilmişdir.

Beləliklə, bu hədisə əsasən torpağın iki xüsusiyyəti vardır:
1. Gərək alnı torpağın üstünə qoyasan; 2. Su olmadığı təqdirdə
torpaqla təyəmmüm etmək qüsl və dəstəmazın əvəzedicisidir.
Təəssüflər olsun ki, Allahın Rəsulunun (s) bu əmri Əhli-sünnət
məscidlərindən yığışdırılmışdır. Keçmişdə imkanları az olduğu bir
zamanda torpağa, həsirə səcdə edirdilər, lakin iqtisadi imkanların

                                                           
1 əl-Mənar, XI cild, səh. 260.
2 Fəthül-bari, “Fəzayele səhabe” bölməsi, Müaviyə barəsində.
3 Səhihi-Buxari, I cild, səh. 91, “Kitabi təyəmmüm”, hədis-2.

  64

artmasından sonra bütün məscidlərə xalçalar döşənildi və Allahın
Rəsulunun (s) bu sünnəti aradan qalxdı.

Şiənin əqidəsinə əsasən isə namaz vaxtı gərək torpağa, yaxud
torpaqdan hazırlanan şeyə səcdə edəsən. Bunun üçün də dəlillər
vardır və istəyənlər “əl-İnsaf fi məsail dam fiha əl-Xilaf” kitabına
müraciət edə bilərlər.1

Lakin eyni halda rəvayətlərə əsasən, Kərbəla torpağına səcdə
etmənin fəziləti vardır. Bu, İmam Hüseynə (ə) səcdə etmək mə-
nasında deyil. Səcdə Allaha görədir və bu torpaq sadəcə olaraq
İmam Hüseyni (ə) xatırladır. Bu müstəhəb əməldir, vacib əməl
deyil. Bu torpaq əməvi hakimiyyətini laxladan və böyük
şəxsiyyətlərin qanı ilə bulaşmış bir torpaqdır. Bu torpağa səcdə
etmə Həzrət İmam Hüseynin (ə) və digər 72 şəhidin Allah yolunda
göstərdikləri qəhrəmanlıqları xatırladır. Onlar qılıncla ölməyi
zillətlə yaşamaqdan üstün tutdular.

Odur ki, Həzrət Peyğəmbər (s) hələ İmam Hüseynin (ə) qanına
bulaşmamış Kərbəla torpağına səcdə etmişdir. Nəzərə almaq
lazımdır ki, adlı-sanlı insanlarda mübarək yerlərin torpağına səcdə
etmək sanki bir adət halını almışdır.

Məsruq ibn Əcdə (h.q. 62-ci ildə vəfat edib) tabeinlərdən idi. O,
səfərə gedən zaman özü ilə Mədinədən kərpic aparar və ona səcdə
edərdi.2

Bundan əlavə, müsəlmanların evlərdə, məscidlərdə və qonaq
getdikləri evlərdə pak torpağa səcdə etmələri də o qədər asan
deyildir. Odur ki, şiələr onu bərk kütlə formasına salaraq özləri ilə
götürürlər ki, ilahi hökmə əməl etmək hər bir yerdə asan olsun.

İndi əgər əks-iddia ilə çıxış etmək istəsəm, o zaman sizdən
soruşaram: “Sizin hazırda məscidlərdə səcdə etdiyiniz bahalı

                                                           
1 əl-İnsaf, I cild, səh. 234-276.
2 Müsnəfi İbn Əbi Şeybə, II cild, səh. 172.

  65

xalçalara Həzrət Peyğəmbər (s) səcdə etmişdirmi?” Qeyd etmək
lazımdır ki, Həzrət (s) məscidin xırda daşlı yerlərinə və bəzən də
həsirə səcdə etmişdir.

Təəccüb doğuran cəhət bundan ibarətdir ki, Həzrət Peyğəmbər
(s) israr edirdi ki, insanlar torpağa səcdə etsinlər və torpaqdan
savayı başqa şeylərə səcdə edənlərin alnının altından onu götürüb
deyərdi: “Alnınızı torpağa qoyun.”1

Ancaq bu gün bahalı xalçalara səcdə olunmasına israr edilir.
Demək lazımdır ki, sünnətlər bidət, bidətlər isə sünnət olmuşdur!

Sonda onu da qeyd etmək istəyirik ki, Ümmi Sələmə demişdir:
“Allahın Peyğəmbəri (s) ağlaya-ağlaya buyurdu:

2.«‫ فھی التی أقلب فی کفی‬،‫»أتانی جبرئيل بالتربه التی يقتل عليھاالحسين‬
–Əlimdə olan bu torpağı Cəbrayıl gətirdi və dedi: “Hüseyn
orada öldürüləcək.”

Sual 22:
Şiələr deyirlər: “Həzrət Peyğəmbərin (s) səhabələri onun və-
fatından sonra mürtəd olmuşdular?”
Cavab:
Buradan məlum olur ki, sualları toplayanın öz təlimlərindən xə-
bəri yoxdur. Guya o, ancaq mətləbləri toplamışdır. Bilmir ki, Əhli-
sünnətin “Səhiheyn” kitablarında olan rəvayətlərə əsasən, Həzrət
Peyğəmbərin (s) vəfatından sonra bəzi səhabələr mürtəd olmuş-
dular.
Buxari özünün “Səhih”ində belə nəql edir:
–Mən hovuzun kənarında dayanaram. Bir qrup yaxınlaşar və
mən onları tanıdıqda onlarla mənim aramda bir nəfər ortaya çıxar

                                                           
1 əl-Əziz şərhül-Vəciz, I cild, səh. 252.
2 Təbəqate ibn Səd, VIII cild, hədis-79; “Təbərani Möcəm Kəbir”, III cild, səh.
114-115, hədis-2817.

  66

və deyər: “Gəlin gedək.” Deyərəm: “Onları hara aparırsan?” Deyər:
“Atəşə tərəf.” Soruşaram: “Onlar nə etmişlər?” Deyər: “Onlar
dindən üz çevirmişlər və əvvəlki vəziyyətlərinə qayıtmışlar.”1

Buxari və Müslim hər ikisi də belə nəql etmişlər:
– Qiyamət günündə səhabələrimdən bir qrupu yanıma gələ-
cəkdir, ancaq onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm:
“İlahi! Onlar mənim səhabələrimdir.” Xitab gələcək: “Sən onların
səndən sonra nə bidətlər qoyduqlarını bilmirsən? Onlar dindən
dönərək əvvəlki hallarına qayıtmışlar.”2
Bu barədə Həzrət Peyğəmbərdən (s) ondan artıq səhih hədis nəql
edilmişdir ki, hamısı da səhabələrin bir qrupunun dindən çıxması
haqdadır.3
Şiələr səhabələri təkfir edir, yoxsa bu kitabların müəllifləri?
Şiələr heç bir zaman səhabələri təkfir etməmişlər. Çünki onların
böyük bir hissəsi Həzrət Əli (ə) ilə beyətdə qalmış, digər böyük bir
qismi isə bizim üçün məlum deyildir. Biz onlar barədə xəbərdən
savayı başqa bir güman etmirik. İmamla (ə) beyəti sındıran qrup da
şiələrin nəzərinə əsasən, əhdi sındıranlardır və onların İslamda
hökmü məlumdur.

Sual 23:
Niyə imamət Həsən ibn Əlinin (ə) övladları arasında deyil,
Hüseyn ibn Əlinin (ə) övladları arasında davam etdi?
Cavab:
Həzrət İbrahimin (ə) İshaq və İsmayıl adında iki oğlu var idi.
Niyə Həzrət Peyğəmbərə (s) qədər peyğəmbərlik İsmayılın deyil,
İshaqın nəsli ilə davam etdi?

                                                           
1 Səhihi-Buxari, IX cild, “Kitabi Fətən”, səh. 46.
2 Cameül-üsul, İbn Əsir, XI cild, Hovuz bölməsi, səh.12, hədis-7972.
3 Cameül-üsul İbn Əsir, XI cild, Hovuz bölməsi, səh.12, hədis-7972.

  67

Həzrət Yəqubun (ə) 12 övladı var idi və peyğəmbərlik onlardan
biri ilə davam etdi. Hətta Yusiflə qardaş olan Benyamin də bundan
məhrum olundu. Bütün bu sualların cavabı bir cümlədə bəyan
edilmişdir:

1ُ‫ّﷲُ أَ ْعلَ ُم َح ْي ُث يَ ْج َع ُل ِر َسالَتَه‬
–Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı
bilir.

Sual 24:
Əli (ə) nə üçün Həzrət Peyğəmbər (s) xəstə olduğu müddətdə
bir dəfə də olsa imamlıq etmədi? Kiçik imamət böyük ima-
mətin dəlilidir?
Cavab:
Sualları toplayan şəxs fikir və nəzər baxımından uşaqdan fərq-
lənmir. O deyir: “Əgər bir nəfər Həzrət Peyğəmbərin (s) tapşırığı
ilə imam-camaat olmuşsa, bu onun böyük imamət nişanəsi və
cəmiyyətin rəhbəri olmasına dəlildir.”
Dünyanın hər bir yerində insanın aşağı bir vəzifəyə təyin olun-
ması həmin şəxsin yüksək vəzifəyə layiq olmasına dəlildir? Əbu
Bəkrin Həzrət Peyğəmbərin (s) xəstə olduğu dövrdə istər Həzrət
Peyğəmbərin (s) tapşırığı ilə olsun, istərsə də Həzrətin (s) tapşırığı
ilə olmasın, namazda imamlıq etməsi heç bir vilayət və imamət
mənsəbini daşımasına sübut deyil.
Təəccüblüdür ki, Həzrət Əlinin (ə) namazda imamlıq etmə-
məsini xilafət və vilayətinin olmaması kimi qəbul edirlər. Ancaq
əgər belə bir vilayət xilafətə dəlildirsə, onda Həzrət Əli (ə) bundan
daha böyüyünü Təbuk müharibəsində öhdəsinə götürmüşdü. Çünki
Həzrət Peyğəmbər (s) Mədinədə peyğəmbərlik vəzifəsini (namazda
imamlıq etməsi də buraya daxil idi) tam dörd ay müddətində Həzrət

                                                           
1 Ənam surəsi, 124-cü ayə.

  68

Əlinin (ə) ixtiyarına vermişdi. Həzrət Peyğəmbər (s) İmam Əliyə
(ə) demişdi:

‫أنت مني بمنزلة ھارون من موسى‬
– Sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir.

Maraqlı cəhətlərdən biri də budur ki, Həzrət Peyğəmbər (ə)
olmadıqda müxtəlif insanlar namazda imamlıq etmişlər və onlardan
ən çox imamlıq edən isə İbn Ümmi Məktum olmuşdur. Ancaq
kimsə onu bu işinə görə imamətə layiq görməmişdir.

Sonda onu da xatırlatmaq istəyirik ki, Həzrət Peyğəmbərin (s)
xəstə olduğu dövrdə Həzrət Əlinin (ə) namazda imamət etmə-
məsinə dair heç bir dəlil yoxdur.

Sual 25:
Siz on ikinci imamın mağarada gizlənməsinin səbəbinin
zalımlardan qorxu ilə bağlı olduğunu deyirsiniz. Bu məsələ indi
İran dövlətinin yaranması ilə həll olunmuşdur, bəs niyə zühur
etmir?
Cavab:
Öncə sizdən soruşuruq, hansı kitabda və ya çıxışda eşitmisiniz
ki, Həzrət Mehdi (ə.c) mağarada gizlənmişdir? İslam ümmətinin
böyük bir qisminə yaraşmayan bir şeyi özünüzə rəva görüb
soruşmaq sizin adətinizdir?
Əgər nəzərdə tutduğunuz Həzrətə (ə.c) məxsus sərdabədirsə, ora
Həzrətin (ə.c) ibadətgahı və məbədi olmuşdur. Allah-təala onu elə
oradan gözlərdən gizlətmişdir, necə ki, Həzrət Məsihi (ə) olduğu
yerdə gözlərdən gizlətmiş və indiyə qədər sağdır.
İran İslam Respublikasının mövcud olduğu bir dövrdə Həzrətin
(ə.c) niyə zühur etmədiyini soruşursunuz. Bu, Həzrətin (ə.c) qeybə
çəkilməsinin fəlsəfəsini bilməməyinizdən irəli gəlir. Qeybə çəkil-
mənin fəlsəfəsi terrordan qorxu deyildir. Bunun üçün zəruri olan

  69

şərait yetişməlidir, əks-halda Həzrətin (ə.c) zühuru baş tutmayacaq.
Həmin zəruri olan şərait isə xülasə şəklində aşağıdakılardan
ibarətdir:

1. Millətlərdə mənəvi hazırlığın olması. Dünya xalqları əxlaqi
və dini prinsipləri qəbul etməyə hazır olmalıdırlar. Belə bir
hazırlığın olmadığı müddətdə heç bir maddi və mənəvi proqram
təsirli olmayacaqdır.

İmam Baqir (ə) buyurur: “Həzrət Mehdi (ə.c) qiyam etdiyi gün
Allah-təala öz əlini bəndələrinin başına qoyar və bunun nəticəsində
ağıllar kamilləşər, şüurlar özünün ən yüksək həddinə çatar.”1

2. İnsanların elm və mədəniyyətlərinin inkişaf etməsi. Bütün
dünyada ədalətə söykənən ilahi hökumətin bərqərar olunması üçün
iqtisadi və ictimai elmlərin, eləcə də mədəniyyətin inkişaf
etdirilməsi zəruridir.

3. Kütləvi informasiya vasitələrinin ən yüksək səviyyəyə
çatdırılması. Belə bir hökumətin qanunlarını və hökmlərini qısa
bir zaman müddətində bütün dünyaya çatdırmaq üçün inkişaf etmiş
informasiya vasitələrinə ehtiyac vardır.

4. İnsani qüvvələrin hazırlığı. Belə bir hədəfə çatmaq və belə
bir inqilabı həyata keçirmək üçün bacarıqlı və təcrübəli insanlara
böyük ehtiyac duyulur.

Mehdiçilik bütün müsəlmanların qəbul etdiyi mühüm və açıq-
aşkar məsələlərdəndir. Bu barədə olan hədislər o qədər sabit
hədislərdir ki, hətta sələfilərin nəzərincə də İslam əqidələrindən biri
sayılır. Biz də soruşuruq: “Nə üçün müxtəlif əsrlərdə İslam dövlət-
lərinin mövcud olmasına baxmayaraq, Həzrət (ə.c) hələ də zühur
etməmişdir?

                                                           
1 Kafi, Kitabül-üqul, I cild, səh. 25, hədis-21.

  70

Sual 26:
Həzrət Peyğəmbər (s) Məkkədən mühacirət etdikdə Əbu
Bəkri özü ilə aparıb onu xilas etdi, lakin Həzrət Əlini (ə) təh-
lükə altında qoydu. İndi bu ikisindən hansı ölümdən qorun-
mağa daha çox layiqdir? Əgər desəniz ki, Əli (ə) öldürülmə-
yəcəyini bilirdi, onda deməli onu təhlükə altında qoymayıb. Və
belə olduqda isə Həzrət Peyğəmbərin (s) yerində yatmaq onun
üçün fəzilət hesab edilmir?!
Cavab:
Həzrət Peyğəmbər (s) hicrət etdiyi zaman yaxınlarını iki qrupa
ayırmamışdır ki, biri onunla getsin və onların ayağına tikan belə
batmasın. Digər qrupu isə qılınc altında ölməyə qoysun. Sadəcə
olaraq Həzrət Peyğəmbərin (s) yerində yatmaq və əsas məqsəd
naminə öz canından keçmək böyük insanlara məxsus olan bir
keyfiyyətdir. Onlar dinin əbədi olaraq yaşaması və ilahi dəvəti hər
bir şeydən üstün tuturlar. Belə bir vəziyyətdə Həzrət Əlidən (ə)
savayı başqa bir kimsə bu ağır yükü qaldırmağa hazır olmamışdı.
Buna görə də Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) öz yerində
yatızdırdı ki, düşmənlər Həzrət Peyğəmbərin (s) evini tərk
etmədiyini təsəvvür etsinlər. Bu fədakarlıq qarşısında isə belə bir
ayə nazil olmuşdur:

21‫َو ِم َن النﱠا ِس َمن يَ ْش ِري نَ ْف َسهُ ا ْبتِ َغاء َم ْر َضا ِت ّﷲِ َو ّﷲُ َر ُؤو ٌف بِا ْل ِعبَا ِد‬

–İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yo-
lunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə
qarşı çox mehribandır!

                                                           
1 Bəqərə surəsi, 207-ci ayə.
2 Əsədül-ğabə, IV cild, səh. 25; “Müstədrəkül Hakim”, III cild, səh.133;
“Müsnədi-Əhməd”, I cild, səh. 330.

  71

Beləliklə, tarixdə çox az rastlanan bu böyük əməli, yəni Həzrət
Əlinin (ə) Həzrət Peyğəmbər (s) naminə öz canını fəda etməsini
dəyərsiz, əhəmiyyətsiz bir iş kimi göstərmək həm insanlıqdan və
həm də ağıldan çox uzaqdır.

Ancaq Həzrət Əlinin (ə) öldürülməyəcəyini bilməsini söyləmək
də əsassız bir iddiadır. Tarixi mənbələrdə yazılmışdır ki, hicrət
gecəsi keçdikdən sonra Həzrət Əli (ə) Xədicənin övladı Hind ibn
Əbi Halə ilə birlikdə iki gecə Həzrət Peyğəmbərin (s) hüzurunda
olmuşdur. Belə gecələrdən birində Həzrət Peyğəmbər (s) Həzrət
Əliyə buyurmuşdur:

1ُ‫اِنﱠھُم لَن يَ ِصلوا ِم َن الآ ِن الي َک بام ٍر تَک ُرھُه‬
–Yəni daha sənə ziyan verə bilməzlər.

Həzrət Peyğəmbər (s) bu arxayınlığı ikinci və ya üçüncü gecə
Həzrət Əliyə (ə) verdi, birinci gecə yox.2

Burada bir məsələni də xatırlamağı zəruri hesab edirik ki, mü-
barizə taktikasına uyğun olaraq, hicrət zamanı və ya geri çəkildikdə
zəif insanlar təxliyə edilir və düşmənə lazımi xəsarət yetirə biləcək
qüvvələr isə ön cəbhədə saxlanılır. Belə bir taktika sayəsində
düşmənə müqavimət göstərilməklə yanaşı, həm də geri çəkilənlərin
və ya hicrət edənlərin təhlükəsizliyi tam təmin edilir. Həzrət
Peyğəmbər (s) də o zaman məhz belə hərəkət etmişdir.

Sual 27:
Təqiyyə ya ölüm qorxusundandır, ya da işgəncə qorxusun-
dan. Əgər imamlar bu ikisindən qorxmayıblarsa, onda nə üçün
təqiyyə ediblər?
Cavab:

                                                           
1 Bu cümləni İbn Hişam, Təbəri və İbn Əsir nəql etmişlər.
2 Füruği əbədiyyət, I cild, səh. 428-429.

  72

Təqiyyə işgəncə və ya ölüm qorxusuna görə deyil, əksinə, bunun
başqa səbəbləri vardır ki, indi onlardan bəzilərinə toxunacağıq:

1. Əməvi və Abbasi hökumətləri şiələrin bir imamın ətrafında
cəmləşməsindən qorxuya düşürdülər və bu üzdən də heç bir vəchlə
buna razı olmurdular. Müaviyənin xəlifəliyi dövründə şiə qrupları
məhv edildi və Hücr ibn Udəyy və Meysəm Təmmar kimi şəx-
siyyətlər edam edildilər. Bu üzdən imamlar şiələrin sağ-salamat
qalması üçün təqiyyə edirdilər ki, onlar tamamilə yox olub get-
məsinlər.

2. İmamlar təqiyyə etməsəydilər, öz vəzifələrini yerinə yetirə
bilməzdilər. Onlar sakit bir şəkildə, davasız və bəzən də müxa-
liflərlə mübahisə edərək öz hüquqlarını bəyan edirdilər. Bu yol ilə
insanları agah edirdilər. Əgər təqiyyə etməsəydilər, bu xidmətləri
də aradan gedərdi.

3. Aşkar və ya gizli şəkildə hakim rejimlə müxalifətçilik et-
məklə yaxşılığa dəvət etmək faydalı olacağı təqdirdə lazımdır. Belə
olmayacağı təqdirdə isə yalnız qayda-qanunları pozmaqdan və
qarışıqlıqdan savayı başqa bir şey baş verməyəcəkdi.

Bu şəxslər şiələrin imamların dövründə yaşayışından tamamilə
xəbərsizdirlər. Onlar elə təsəvvür edirlər ki, imamların təqiyyə
etməsi öz canlarını qorumaq üçün olmuşdur. Lakin imamlar şiələr
və davamçılarının canının qorunması üçün bunu edirdilər.

Sələmə ibn Muhriz deyir: “İmam Sadiqə (ə) dedim: Bir nəfər
məni özünün canişini etmişdir və təkcə bir qız övladı var. Onun
malını necə bölüm?” İmam (ə) buyurdu: “Onun yarısını qıza və
qalan yarısını ata qohumlarına ver.” Mən Kufəyə qayıtdıqdan sonra
bunu Zərarəyə nəql etdim. O dedi: “İmam (ə) bunu təqiyyə üzün-
dən demişdir. İmamın (ə) əsl hökmü qalan hər bir şeyin qıza
verilməsidir.”

  73

Növbəti il həcc ziyarəti üçün Mədinəyə gəldim. Hadisəni İmama
(ə) danışdım. Dedim ki, guya siz hökmü verdikdə təqiyyə etmi-
siniz. Buyurdu: “Yox, mən qorxdum ki, sən hər şeyi qıza versən,
ata qohumları səni məhkəməyə verər və malın yarısını səndən tələb
edərlər.” O zaman İmam (ə) məndən soruşdu: “Qalan yarısını nə
etdin?” Dedim: “Vermədim.” Dedi: “Kimsənin bundan xəbəri
var?” Dedim: “Yox.” İmam (ə) buyurdu: “Hamısını qıza ver.”1

Sual 28:
İmamın təyin edilməsi cəmiyyətdəki zülm və şərin aradan
qaldırılması üçündür. Lakin biz görürük ki, Əli ibn Əbu
Talibin (ə) və ya onun övladlarının xilafətə təyin edilməsi ilə
zülm aradan getmədi.
Cavab:
Allah-təala bütün peyğəmbərləri bu hədəf üçün göndərmişdir.
Necə ki, buyurur:

...2‫لَقَ ْد أَ ْر َس ْلنَا ُر ُسلَنَا بِا ْلبَيﱢنَا ِت َوأَن َز ْلنَا َم َع ُھ ُم ا ْل ِكتَا َب َوا ْل ِمي َزا َن لِيَقُو َم النﱠا ُس بِا ْلقِ ْس ِط‬
–And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə
(möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini
bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki,
insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.

İndi sual bundan ibarətdir ki, görəsən, bütün ilahi peyğəmbər-
lərin hədəfləri həyata keçdimi və dünyadakı zülm aradan getdimi?
Siz peyğəmbərlər haqqında nə cavab verəcəksinizsə, bizim imamlar
barəsində cavabımız da eynilə olacaqdır.

                                                           
1 Vəsailül-şiə, XVII cild, 14-cü bölmə, Valideynlərin mirası, hədis-3 və 5-ci
bölmə, hədis-4.
2 Hədid surəsi, 25-ci ayə.

  74

Məsum imamın Allah tərəfindən təyin olunması imamın ədaləti
yaymasından əlavə, peyğəmbərlərin vəhy qəbul etməkdən savayı
başqa bütün işlərini davam etdirir. Yəni yeni çıxmış məsələlərin
hökmlərini bildirir. Müxaliflərin şübhələrini rədd edir və imkan
daxilində İslamın nurani hökmlərini icra edir. Hər bir halda imamın
Allah-təala tərəfindən təyin edilməsi xalqa höccəti tamam edir və
kimsəyə bir üzr yeri buraxmır.

Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) hakimiyyətə gəldiyi
gündən bu vəzifələrə əməl etməyə başladı. İndi soruşmaq istəyirik
ki, aşağıda qeyd olunan iki təyinatdan hansı İslam ümmətini
kamala çatdıra bilər?

1. Günahlardan və qəbiləpərəstlikdən pak olan məsum imamın
Allah-təala və Həzrət Peyğəmbər (s) tərəfindən təyin olunması;

2. Səhv etməyəcəyinə aid heç bir təminatı olmayan adi bir
insanın seçilməsi.

Sual 29:
Şiə fiqhində qadınlara torpaqdan miras düşmür, bəs onda
nə üçün Fatimə (s.ə) Fədəyi tələb edirdi?
Cavab:
Birincisi, şiə alimlərinin hamısının fikri belədir ki, qadına yalnız
ərinin evinin torpağından miras düşmür. Lakin atasının və digər
yaxınlarının evindən və mülkündən miras düşə bilər. Bu sualı verən
nə qədər də səhv etmişdir! Yəqin belə təsəvvür etmişdir ki, şiələrin
fikrinə görə, qadına torpaqdan miras düşmür, hətta ata və anasının
mirası olan torpaqlardan da!
İkincisi, Fədək miras deyildi, əksinə, hədiyyə idi. Allahın Rə-
sulu (s) Fədəyi sülh vasitəsilə əldə etmişdi və onu qızına
bağışlamışdı. Və bu da Allah-təalanın əmrilə olmuşdu:

  75

1...ُ‫َوآ ِت َذا ا ْلقُ ْربَى َحقﱠه‬
–Qohum-əqrəbaya da haqqını ver...

Sual 30:
Əbu Bəkr dindən çıxanlarla mübarizə apardı, lakin şiənin
fikrinə görə, Əli ibn Əbu Talib (ə) xalqın dindən çıxmaması
üçün Həzrət Peyğəmbərin (s) diktəsilə yazdığı Quranı evdən
bayıra çıxartmadı?
Cavab:
Burada iki iddia irəli sürülmüşdür və ikisinin də sənədi yoxdur.
Birincisi, Əbu Bəkr dindən dönənlərlə mübarizə aparmayıb. O,
zəkat verməkdən imtina edənlərlə mübarizə aparmışdır. Onlar belə
deyirdilər: “Biz bir qrup mühacir və ənsarın seçdiyi xəlifəni rəsmi
olaraq tanımırıq.” Əlbəttə, tarixdə bu kimi müharibələr mürtədlərlə
müharibə kimi qeyd olunmuşdur və çalışmışlar ki, “Maidə”
surəsinin 25-ci ayəsini onlara aid etsinlər. Lakin Təbərinin dediyinə
görə, bu ayənin nazil olması Əbu Bəkrin zamanına aid deyildir.2
Hər halda o, hansısa bir səbəbdən zəkat verməkdən boyun qaçıran-
larla mübarizə aparmışdır və onlar heç bir zaman İslamın əsas
prinsiplərini inkar etməmişlər.
İkincisi, hansı şiə hansı kitabda demişdir ki, Həzrət Əli (ə)
xalqın mürtəd olmaması üçün Həzrət Peyğəmbərin (s) diktəsilə
yazdığı Quranı evdən bayıra çıxartmamışdır? Əksinə Həzrət Əli (ə)
nazil olan kimi yazdığı Quranı göstərmişdir, lakin onu qəbul
etməmişdilər və o da həmin nüsxəni öz yanında saxlamışdır. Əgər
sualları tərtib edən elm əhli olsaydı, belə suallar da verməzdi.
Həzrət Əlinin (ə) yazdığı Quran haqda “Tarixi-Yəqubi” və “Mə-
sabir əl-Ənvar” kitablarında geniş yazılmışdır. Və onun yazdığı

                                                           
1 İsra surəsi, 26-cı ayə.
2 Təfsiri-Təbəri, IV cild, səh. 285-286.

  76

Quranla bu Quran arasında surələrin əvvəldə və ya sonda
gəlməsindən savayı başqa heç bir fərq yoxdur.

Sual 31:
Həzrət Əli (ə) şücaətli bir insan idi. Əgər xəlifələrin xilafəti
ilə razı deyildisə, nə üçün öz xəlifəliyinin qəsb olunmasına dair
etirazını bildirmədi və xəlifələrlə mübarizə aparmadı və onlarla
beyət etdi?
Cavab:
Bu sual bir növ ikinci və beşinci sualların təkrarıdır. Orada
deyilirdi ki, Həzrət Əli (ə) beyət etmədi, lakin İslamın qorunması
və xəlifələrin təlimatlandırılması üçün əməkdaşlıq etdi və onlara
məsləhətlər verdi. Onun özü də belə buyurmuşdur: “Mən İslamın
və müsəlmanların vəhdətinin qorunmasını xilafəti əlimdə tutmaq-
dan üstün hesab edirəm.”
Həzrət Əli (ə) Əbu Musa Əşəriyə yazdığı məktubunda belə de-
yir: “Heç kim mənim qədər müsəlmanlar arasında ülfətin yaran-
masını istəmir.”1
Ancaq Həzrət Əli (ə) etirazını bildirdi və üstəlik tənqid də etdi,
hətta dəfələrlə tənqid etdi. Və Ğədir-Xum hədisi ilə öz xilafəti
barədə bəhs etdi, lakin Həzrət (ə) dünya əhli olmadığından və haqq
onun tərəfində olsa da belə məqam və mənsəbə xatir təfriqə yolunu
tutmadı və İslam dininin laxladılmasına imkan vermədi.

Sual 32:
“Kisa” hədisi Həzrət Peyğəmbərin (s) ailəsindən dörd nəfərə
şamil edilir və onları günahlardan pak təqdim edir. O biri
imamların ismətinə dair hansı dəlillər vardır?
Cavab:

                                                           
1 Nəhcül-bəlağə, 78-ci məktub.

  77

Birincisi, onları günahdan pak təqdim edən “Kisa” hədisi deyil,
əksinə bu barədə olan ayədir. “Təthir” ayəsinin dörd nəfər barə-
sində nazil olması heç bir yerdə deyilməmişdir. Bu barədə olan
rəvayətlər də təvatür rəvayətlərdir.

İkincisi, imamların məsumluğu öncəki imam vasitəsilə sübut
olunmuşdur. Hər bir imam özündən sonrakı imamı təsbit etmişdir.
Özü məsum olduğu üçün özündən sonrakının da məsum olduğunu
bildirmişdir. Yəni məsumluq silsiləsi qorunub və bu, imamətin
təsbit olunması yollarından biridir.

Əlbəttə, bunun başqa yolları da vardır ki, onları burada qeyd
etməyi zəruri hesab etmirik. Mübarək ayədə bildirildiyi kimi, əmr
sahibinə itaətin vacibliyi bu qrupun məsum olmasının nişanəsidir.
“Məsum kimdir?” – sualının cavabında isə demək lazımdır ki, bu-
raya məlum on iki nəfərdən başqası daxil deyildir.

Sual 33:
İmam Sadiq (ə) bir yerdə deyir: “Mən iki tərəfdən Əbu
Bəkrin nəvəsiyəm.” Digər tərəfdən şiələr onunla bağlı belə
rəvayət edirlər ki, o, Əbu Bəkri məzəmmət etmişdir. Bu iki
fikri bir-biri ilə necə uzlaşdırmaq olar?
Cavab:
“Mən iki tərəfdən Əbu Bəkrin nəvəsiyəm” cümləsi bəzilərinin
dediyinin əksinə olaraq, “əl-Kafi” əsərində yoxdur. Mərhum
Kuleyni sadəcə olaraq xatırladır ki, İmam Sadiqin (ə) anası Ümmi
Fərvə Qasim ibn Məhəmmədin qızıdır. Ümmi Fərvənin anası Əsma
xanım isə Əbdürrəhman ibn Əbu Bəkrin qızıdır. Ancaq o,
yuxarıdakı cümləni qeyd etmir.
İbn Ənbə “Ümdətül-talib” kitabında qeyd olunan cümləni nəql
edir. Həzrət (ə) buyurmuşdur:

  78

1‫ولدنى أبو بكر مرتين‬
–Lakin o, heç bir sənəd verməmişdir.

Mürsəl və sənədsiz hədislə bir mətləbi necə bəyan etmək olar?
Ərbili “Kəşfül-ğimmə” kitabında sünni alimlərindən olan
Əbdüləziz əl-Əxzər əl-Cənabizidən2 belə nəql edir:

3.«‫ ولقد ولدنی أبوبکر م ّرتين‬:‫»قال جعفر‬

Qeyd etmək lazımdır ki, birincisi, hədisi nəql edən sünni şəxsdir
və şiə üçün dəlil deyil.

İkincisi, dəlil olacağı zaman rəvayət sənədsizdir və buna mürsəl
hədis deyirlər. Sənədi olmayan sübuta malik olmaz və dəlil ola
bilməz. Sənədsiz bir hədislə əqidə məsələsində dəlil gətirmək
olarmı?

Siz Səqifə hadisəsindən sonra baş verən qanlı döyüşləri nəzərə
almırsınız və sənədsiz bir hədislə kifayətlənirsiniz? Bununla acı
keçmişin üstünü örtmək istəyirsiniz?

Sual 34:
Ömər Məscidül-Əqsanı azad etdi. Səlahəddin Əyyubi onu
bir daha geri aldı. Şiələrin hansı nailiyyətləri və fəthləri ol-
muşdur?
Cavab:
Sual verən iki nəfərin Ömər ibn Xəttab və Səlahəddin Əyyu-
binin adını çəkir. Biz də şiənin sələf və xələf zamanında etdiyi

                                                           
1 Ümdətül-talib, 195-ci cild, Nəcəf Əşrəf çapı.
2 Əbdüləziz ibn Məhəmməd ibn əl-Mübarək əl-Əxzər, Hənbəli Cənabəzi,
sonralar Bağdad sakini olub. Hicri tarixi ilə 524-cü ildə anadan olmuş və 611-ci
ildə dünyadan köçmüşdür. (“Şəcərat əl-Zəhəb”, V cild, səh. 46.)
3 Kəşfül-ğimmə, səh. 374.

  79

cihaddan söz açırıq. Həzrət Peyğəmbərin (s) zamanında cihadın ən
ağır yükü Həzrət Əlinin (ə) çiynində idi.

‫ لا َسي َف اِلاّ ُذو الفَقار‬،‫لا فَتى اِلاّ َعلِ ّى‬
–Əli kimi igid, zülfüqar kimi qılınc yoxdur.

Bu kəlmələr məhz Həzrət Əli (ə) haqqındadır. Xəndək mühari-
bəsində onun cihadı Səqəleynin ibadəti ilə bərabər tutuldu. Xey-
bərin fəthində Həzrət Peyğəmbər (s) onun barəsində buyurdu:

‫َک ّرا ٌر غي ُر ف ّرار‬
–O, daim hücum edir və heç zaman döyüş meydanından qaçmır.

Bu döyüşdə ondan əvvəl iki nəfər meydana girmiş, lakin döyüş
meydanından qaçmışdılar.

Həzrət Əli (ə) müşriklərlə cihad etməklə yanaşı, başqa üç qrupla
da müharibə etmişdir. Onlar əhdlərini sındıranlar, zülmkarlar və
əmrə itaət etməyən qiyamçılardır ki, həmin üç qrup barəsində
Həzrət Peyğəmbərin (s) hədisində bəhs edilmişdir.

Şiələrin fəthlərinə gəldikdə isə Həzrət Əlinin (ə) şiələri həmin
döyüşlərdə tam şəkildə iştirak etmişlər. Yəməndəki Kində və
Həmdan tayfalarının hamısı Əlinin (ə) şiələri idilər. Bu üzdən
onlardan bir qrupu Yəmənə və İraqa hicrət etdilər.

Şamın, Diyarbəkrin və Kiçik Asiyanın fatehi Həzrət Peyğəmbəri
(s) qonaq saxlayan və Həzrət Əlinin (ə) xüsusi şiəsi Əbu Əyyub
Ənsari olmuşdur. Hazırda onun qəbri İstanbulda yerləşir.

Həzrət Əlinin (ə) mənəvi oğlu olan Məhəmməd ibn Əbu Bəkr
Həzrətin (ə) əmri ilə İslamı yaymaq üçün Misirə getdi və orada
şəhid oldu. Ondan sonra Malik Əştər Nəxəi bu əmrin icrasını
davam etdirdi, lakin o da Müaviyənin hiyləsi ilə zəhərlənib şəhid
oldu və hazırda qəbri ziyarətgahdır.

  80

Xəlifələrin zamanında şiələrlə sünnilərin fərqi bu gün olduğu
qədər deyildi. Fəthlərdə hamı birlikdə iştirak edirdilər. Həmdanilər
Şamda, Fatimilər Afrikanın şimalında, Ələvilər Təbəristanda,
Deyləmilər Gilanda İslamın sərhədçiləri idilər. Hindistanda şiə
dövlətlərin bütpərəstliklə mübarizəsi genişlənməkdə idi və burada
Əkbərabad şiə dövlətlərinin mərkəzi olmuşdu.

Şiələrin bütün dünya miqyasında cihadları ilə maraqlanmaq
istəyənlər Səmirə Muxtar əl-Leysinin yazdığı və “Darül Cəbəl”
çapxanasında çap edilən “Cihad əl-Şiə” kitabına müraciət edə
bilərlər.

İranın cənubunda Səfəvilərin portuqaliyalılarla apardıqları mü-
haribələr, İranın şimalında ruslarla və eləcə də cənubda ingilislərlə
müharibələri şiələrin kafirlərlə cihadının qızıl səhifələridir. Portu-
qaliyalılar Bəndər Abbası işğal etdilər və adını dəyişdirib Bəndər
Genbrun qoydular. Şah Abbas Səfəvi şiələrin iman gücü ilə oranı
geri aldı və Bəndər Abbas adını yenidən bərpa etdi. Nadir şahın
Hindistan bütpərəstləri ilə müharibələri İslam cihad tarixinin ən
böyük səhifələrindəndir.

On dördüncü əsrdə İngiltərə İraqı işğal etdi və o zaman şiələr
mərcəyi-təqlid Ayətullah Məhəmməd Təqi Şirazinin arxasında
duraraq 1920-ci ildə bu İslam torpaqlarını azad etdilər.

Bu son bir neçə ildə İsrailə ən böyük zərbəni Livan şiələri
vurmuşlar. Livanın paytaxtına qədər irəliləmiş İsrail qoşunlarını
İslami Müqavimət hərəkatı geri atdı və onların gözünü elə qorxutdu
ki, bütün ərəb dövlətləri belə buna nail ola bilməmişdilər.

Bu dediklərim şiələrin hərbi cihadı barədə olan bir xülasə idi,
lakin sualları tərtib edən görünür ki, cihadın yalnız hərbi qolunun
olduğunu təsəvvür edir. Halbuki o, çox güman cihadın elmi və
mədəni qollarını unutmuşdur.

  81

Qələm və mədəniyyət vasitəsilə aparılan cihad olmasaydı, heç
bir zaman fədakar əsgərlər döyüş meydanlarında öz canlarından
keçməzdilər.

İmamlar Həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər:

‫ صرير أقلام العلماء ووطئ‬: ‫ثلاث تخرق الحجب وتنتھي الى ما بين يدي ﷲ‬
1‫المجاھدين وصوت مغازل المحصنات‬

–Üç şey pərdələri dələrək Allah-təalanın dərgahına çatar:
1. Alimin qələminin səsi;

2. Cihad edənlərin ayaqlarının səsi;
3. Mömin xanımların toxuduqlarının səsi.

Həmçinin Həzrət (s) buyurmuşdur:

‫أفضل الجھاد كلمة عدل عند إمام جائر‬
–Ən yüksək cihad zalım padşahın hüzurunda deyilən haqq

kəlamdır.

Zalımların zəhəri ilə zəhərlənən imamların əksəriyyəti məhz
haqq sözü dediklərinə görə şəhid edilmişlər. Ancaq çox az insanlar
istisna olmaqla, başqa qruplar Əməvi və Abbasi xəlifələri ilə
razılığa gələrək bu meydandan uzaqlaşdılar. Bəziləri cihad
meydanının hərbçilərə aid olduğunu təsəvvür edirlər, lakin tarix
bunun əksini göstərir.

Təsadüfi deyildir ki, İslam və şiə alimləri mədəni yolla apardıq-
ları cihada görə zalımlar tərəfindən şəhid edilmişlər. Onların ya
boynunu vurur, ya dar ağacından asır, ya da yandırırdılar.2

                                                           
1 əl-Şəhab fi hökm vəl-Adab, səh. 22; “Əmsal fi təfsir kitab Allah əl-munzəl”,
XVIII cild, səh. 523.
2 Şühəda əl-fəzilə, Əllamə Əmini.

  82

Hər bir halda şiələr öz qələmi və mədəniyyətləri ilə Qurana
bərabər sayılan və nicatverici Əhli-beyt (ə) təlimləri ilə həqiqi
İslamı və onun əsas prinsiplərini bütün dünyaya tanıtdırdıqlarına
görə fəxr edirlər.

Sual 35:
Ömər ibn Xəttab Beytül-Müqəddəsin açarlarını almaq üçün
gedəndə Əlini (ə) Mədinədə öz canişini təyin etdi. Bunu necə
şərh edə bilərsiniz?1
Cavab:
Bu mətləbi rəvayət edən Seyf ibn Ömər tarixi saxtalaşdıran-
lardandır. Və bütün rical müəllifləri də onun irəli sürdüyü mətləbi
zəif hesab etmişlər. Odur ki, belə bir zəif sənədlə necə sübut
gətirmək olar?

Sual 36:
Şiələr deyirlər: “Həzrət Mehdi (ə.c) zühur etdikdən sonra
ali-Davud kimi hökm edib qəzavət edəcək.” Belə olduqda
keçmiş şəriətləri ləğv edən Həzrət Məhəmmədin (s) şəriəti necə
olacaq?
Cavab:
Həzrət Davud Allah-təalanın verdiyi zəka və ağılla hər hansı bir
münaqişədə əsl həqiqətin nədən ibarət olduğunu ortaya çıxarır və
öz elminə əsasən hərəkət edirdi. Odur ki, başqa bir sübuta və ya
şahidə də ehtiyacı qalmırdı.
Bəzi rəvayətlərdə Həzrət Mehdinin (ə.c) də hakimlik
məqamında Həzrət Davudun yolundan istifadə edəcəyi qeyd
olunmuşdur. Belə deyilir:

                                                           
1 Bidayə və nihayə, VII cild, səh. 57.

  83

1ً‫ ولا يَ ْسأَ ُل بَيﱢنَة‬،‫إذا قام قائم آل محمد حكم بحكم داود وسليمان‬
–Ali-Məhəmmədin qeybə çəkilmiş İmamı (ə.c) zühur etdikdə
Həzrət Davud və Süleyman kimi hökm edəcək və dəlil istəməyəcək.

Sual verilə bilər ki, məgər qazinin öz elminə əməl etməsi İslam
şəriətilə uyğun deyil? Yaxud İslamda da hökm etmək yollarından
biri budurmu?

Düzgün qazinin hökm verərkən öz elmindən istifadə etməsini
deyənlər dəlil olmasının əleyhdarı deyillər və bu da adil bir
şahiddir. Yazar elə təsəvvür edib ki, elmə əməl etmək qəzavətin
başqa üsullarını rədd etməkdir.

Bir sıra Əhli-sünnət alimlərinin fikrinə əsasən, qazi bəzi yerlərdə
öz elminə əməl edə bilər. Rəbi deyir: “Şafei məzhəbinə əsasən, qazi
öz elminə əməl edə bilər və əgər bu fitvada dayansa, məhkəmə
sisteminin fəsadı üzündəndir.”

Əbu Hənifənin şagirdi Əbu Yusif və Şafei məktəbindən Muzəni
bu nöqteyi-nəzər əsasında fitva vermişlər. Şafei özünün “əl-Umm”
kitabında və “Risaləsində” üsulun höccət olması məsələsində bunu
qeyd etmişdir.

Əbu Hənifə və Məhəmməd ibn Həsən Şeybani deyir: “Ha-
kimlikdən öncə hadisədən agah olsa və bu hadisə hakimliyə aid
olsa, öz elminə əməl edə bilər.”2

Kimsə elə təsəvvür etməməlidir ki, qazi elminə əməl etsə,
deməli İslam şəriətini tərk etmişdir.

Bizim bu sualları tərtib edənlə problemimiz onun elmi
məlumatlardan və fiqhdən xəbərsiz olmasıdır.

                                                           
1 Biharül-ənvar, 52-ci cild, səh. 32, hədis-24.
2 Xilaf Şeyx Tusi, Kitab qəza, 41-ci məsələ və bu məsələdə Muğni ibn
Qudaməyə (X cild, səh.140-141) müraciət edin.

  84

Sual 37:
Nə üçün Həzrət Mehdi (ə.c) zühur etdikdə yəhudi və xris-
tianlarla sülh bağlayacaq, Qüreyş və ərəbləri isə qətlə yeti-
rəcəkdir?
Cavab:
Bu bir böhtandır. Həzrət Mehdi (ə.c) nə bütün yəhudilərlə sülh
bağlayacaq, nə də bütün ərəbləri və Qüreyşi qətlə yetirəcəkdir.
Həzrət (ə.c) ədalətli və möhtərəm babasının gətirdiyi həqiqi İslam
dini əsasında dünya hökumətini bərqərar edəcəkdir. Həmçinin
zaman keçdikcə bu həqiqi İslamın üzərinə əlavə edilən müxtəlif
yamaqlar onun çöhrəsini örtmüşdür ki, Həzrət (ə.c) bu baxımdan
dinə yeni bir həyat verəcəkdir.
Yəhudi və xristianlardan da bir qrup pak təbiətli insanlar ona
qoşulacaqlar və eyni zamanda ərəblərdən də kənarda müsəlman
olan başqa bir qrup ona qarşı çıxıb onunla döyüşəcəklər. O zaman
Həzrət (ə.c) birinci qrupla sülh bağlayacaq və ikinci qrupla isə
cihad edəcəkdir.
Həzrət Mehdinin (ə.c) zühuru Həzrət Peyğəmbərin (s) zühuru
kimi olacaqdır ki, bəzi yaxınları onunla müxalifətçilik etdilər və
bəzi yəhudilər və xristianlar isə ona qoşuldular.
Məsələ həm əhli-kitab və həm də ərəblər barəsində ümumi bir
məsələ deyil. Əgər kimsə rəvayətləri mütaliə etsə, biləcəkdir ki, bu
təbii bir cərəyandır.
Həzrət Peyğəmbərin (s) qohumlarından olan Əbu Süfyan, Əbu
Cəhl, Əbu Ləhəb və Həkəm ibn As onunla döyüşdülər, lakin Səhib
Rumi, Bilal Həbəşi və Salman Farsi Həzrətin (s) ən yaxın
adamlarından oldular.

  85

Sual 38:
Deyilənə görə şiələrin etiqadlarına əsasən, imamlar anala-
rının qabırğalarında olur və budlarından dünyaya gəlirlər?!1
Cavab:
Birincisi, bu fikir yalandır və şiələrin belə bir etiqadı yoxdur. Bu
fikir yalnız bir kitabda, yəni Məsudinin “İsbat əl-Vəsiyyə” əsərində
qeyd olunmuşdur. Onun kitabında isə yalnız belə bir fikir qeyd
olunub: “İmam Rzanın (ə) anadan olması və böyüməsi eynilə
əcdadları kimi olmuşdur.” Burada onun babaları kimi pak və nurani
bir mühitdə boya-başa çatması vurğulanır.
Fərz edək ki, belə bir cümlə həmin kitabda vardır, ancaq kitab-
larda yazılan hər bir fikir şiələrin əqidəsi deyildir. Şiələrin əqidəsi
Allah-təalanın kitabına, Həzrət Peyğəmbərin (s) sünnətinə və
imamlardan olan mütəvatir hədislərə əsaslanır. Təkcə tanınmamış
bir rəvayətə əsaslanmır.
Sualları tərtib edən bizi özlərinə xas mənbələrlə müqayisə edir.
Belə ki, onun məzhəbinin baniləri vahid bir xəbəri höccət bilirlər,
lakin şiələr bunu qətiyyətlə inkar edirlər.

Sual 39:
İmam Sadiqdən (ə) nəql olunur: “Hər kim Mehdinin (ə.c)
adını çəksə, kafirdir. İmam Əsgəridən (ə) nəql olunur ki, Həz-
rət (ə) Mehdinin (ə.c) anasına dedi: “Tezliklə övlad sahibi ola-
caqsan və onun adını Məhəmməd qoyarsan?!”
Cavab:
İkinci rəvayətə əsasən, Həzrət Əsgəri (ə) o Həzrətin (ə.c) ana-
sına övladının adını demişdir, ancaq bu xüsusi bir iş olmuşdur. Əl-
bəttə, İmam Sadiqin (ə) zamanından sonra o Həzrətin (ə.c) adının
çəkilməsinin qarşısı alınırdı. İmam Əsgəri (ə) buyurmuşdu: “Əgər

                                                           
1 İsbati vəsiyyə Məsudi, səh.196.

  86

onun adını çəksəniz, sirrini açmış olacaqsınız və onun sirrini
açsanız, yerini göstərmiş olacaqsınız. Və əgər başqaları onun yerini
bilsələr, onu axtarıb tapa bilərlər.”1

Beləliklə, İmam Sadiq (ə) “Hər kim onun adını çəksə, kafirdir”
dedikdə məqsədi bu idi ki, Abbasi hakimiyyətinin onun ardınca
düşdüyü və ona zərər yetirmək üçün fürsət güddükləri həssas bir
zamanda kimsə Həzrətin (ə.c) adını çəkməsin. Beləliklə, qeyd
olunan hər iki rəvayətin bir-biri ilə heç bir ziddiyyəti yoxdur.

Sual 40:
Kuleyni belə rəvayət edir ki, qara geyinmək məkruhdur,
lakin üç şey istisna olmaqla: qara çəkmə, əmmamə və əba.
Lakin iki səhifədən sonra isə soruşur: “Şiə niyə qara geyinir?
Qara geyimi seyidlərin geyimi seçiblər?”
Cavab:
Təəccüblüdür! Bu kitab şiənin əqidəsini bildirmək istəyir, lakin
əməl və rəftarlardan bəhs edir. Fərz edək ki, qara geyinmək
məkruhdur, məkruh iş görmək isə haramdır?
Qara geyimin məkruh olması barədə danışırıq. Qara geyimin
məkruh olması barədə olan rəvayətlərin hədəfi müxtəlif rənglər
olduğu halda, qara rəngini seçənlər və daim qara rəngli paltarlar
geyinən insanlardır.
Əgər hansısa bir insan matəmə görə bir müddət, yəni müvəqqəti
olaraq qara paltar geyinsə və matəm bitdikdən sonra onu çıxartsa, o
zaman qeyd edilən hədis ona aid edilmir.
Məgər yalnız şiələr matəm üçün qara rəngli paltarlar geyinirlər?
Ensiklopediya yazarlarından olan Bəstani deyir: “Millətlər,
sivilizasiyalar və müxtəlif təbəqələr arasında əza geyimi eynidir və
onlar qara rəngli geyimləri əza üçün daha münasib hesab edirlər.”

                                                           
1 Üsuli-kafi, I cild, səh. 333.

  87

Firdovsinin “Şahnamə”sindən də məlum olur ki, qədimlərdə də
qara rəngli geyim əzadarlıq nişanəsini ifadə etmişdir:

‫در کاخھا را سيه کرد‬
‫پاک زکاخ و ز ايوان برآورد‬
‫خاک بپوشيد پس جامه نيلگون‬
‫ھمان نيلگون غرق کرده به خون‬
Sarayların qapılarını qaraya boyadı,
Sarayı və eyvanını paklığa çıxardı.
Sonra da tünd-göy libasını geyindi,
Həmin göy rəngli libasın qana boyadı.

Tarixi mənbələrə əsasən, matəm zamanı qara rəngli paltarlar
geyinmək bütün dünyada artıq bir adət halını almışdır. Əgər şiələr
də matəmdə qara libaslar geyinirlərsə, deməli dünyada olan həmin
adətə əsaslanırlar. İslam dini də bunu qadağan etməmişdir.

Xülasə, şiələr heç də qara geyinən deyillər və dünyada mövcud
olan 300000000 (Üç yüz milyon) şiə heç bir vaxt daimi olaraq qara
geyinmir və məkruha bulaşmır.

Təbiidir ki, Əhli-beytin (ə) şəhadəti günləri müvəqqəti olaraq
qara geyinmək matəm və hüzn nişanəsidir. Əmirəlmöminin Həzrət
Əli (ə) buyurmuşdur: “Şiə bizim şadlığımızda sevinən və
hüznümüzdə iştirak edənlərdir.”1

Bu gün də bütün dünyada qara rəngli paltarlar geyinmək matəm
və müsibət nişanəsidir və bu həm də dinə aid deyil. Bu, bir milli
adətdir.

Təəssüflər olsun ki, sualları tərtib edən adət-ənənə ilə dini
məsələlərin fərqini də anlaya bilməmişdir!

                                                           
1 Biharül-ənvar, IV cild, səh. 282.

  88

İkinci sualın cavabında qeyd etməliyik ki, bəzi seyidlər qara əm-
mamədən istifadə edirlər və rəvayətdə də bu haqda bildirilmişdir.

Sual 41:
Şiələr İmamiyyə, İsmailiyyə, Nəsiriyyə, Zeydiyyə, Dəruziyyə
və s. kimi firqələrə bölünür. Şiəliyi seçmək istəyən yuxarıda
deyilənlərdən hansını seçməlidir?
Cavab:
Fərz edin ki, bir nəfər sizin suallarınızla hidayət olunmaq istəyir
və sünni məzhəbini seçmək istəyir. Həmin şəxs onlarca məzhəb və
qrupların içindən hansını seçsin? Hədis əhlini, ya sələfini, ya
mötəziləni, ya matrudiyyəni, ya zahiriyyəni və ya bir başqasını..?
Fiqh məzhəbində hansını seçsin? Hənəfi, maliki, şafei və ya
hənbəlini? Siz hansı cavabı versəniz, bizim də cavabımız elə o cür
olacaqdır.
Ancaq onu əsl həqiqətlə tanış etmək üçün deyirik: “Şiə olmaq
istəyən şəxs şiə firqələri barəsində olan kitabları mütaliə etməklə
haqqı tapa bilər. Onların bir-biri ilə müştərək və fərqli cəhətləri
vardır. Müştərək cəhətləri ilə bağlı sözümüz yoxdur, lakin ixtilaflı
cəhətlər haqda lazımi araşdırma aparmaq lazımdır. Çünki əqidə
məsələlərində ölçüb-biçmədən inanmaq mümkün deyildir.

Sual 42:
Həzrət Peyğəmbərə (s) Quranı-kərimdən savayı başqa
kitablar da nazil olmuşdur? Yalnız Həzrət Əli (ə) bundan
xəbərdar idi? “əl-Cameə”, “Səhifeye namus”, “Səhifeye Əbitə”,
“Səhifeye Seyf”, “Səhifeye Əli”, “Müshəfi Fatimə”, “Tövrat”,
“İncil” və “Zəbur” kitablarını imamlar əzbər biliblər?
Cavab:
Həzrət Peyğəmbər (s) dünyadan köçdükdən sonra müsəlman-
ların ixtiyarında iki şey var idi: Qurani-kərim və Həzrət Peyğəm-

  89

bərin (s) sünnət adlandırılan kəlamları. Bunlar İslam dinini qoruyub
saxlayan əsas sütunlardır. İmamların hədisləri də Həzrət Peyğəm-
bərin (s) sünnətini əks etdirir, çünki nə deyirlərsə, yalnız Həzrətdən
(s) nəql olunur.

Həzrət Peyğəmbər (s) sünnətin qorunması üçün bəzən onun
yazılmasına əmr edərdi. Nümunə:

1. Həzrət Peyğəmbər (s) Məkkənin fəthində xütbə oxudu və
bundan sonra Yəməndən olan bir kişi yaxınlaşıb xütbənin onun
üçün yazılmasını xahiş etdi. Həzrət Peyğəmbər (s) yaxınlarına
buyurdu: “Bu xütbəni onun üçün yazın.”1

2. Ömrünün son zamanlarında Həzrət (s) buyurdu: “Qələm-
kağız gətirin, məndən sonra yolunuzu azmamağınızdan ötrü sizin
üçün bir şey yazım.” Lakin təəssüflər olsun ki, Ömər buna mane
oldu və dedi: “Xəstəlik Həzrət Peyğəmbərə (s) güc gəlmişdir və
Allahın kitabı bizə yetər.”2

3. Ənsardan bir kişi Həzrət Peyğəmbərin (s) hüzurunda oturub
ona qulaq asırdı, lakin Həzrətin (s) dedikləri yadında qalmırdı.
Odur ki, hafizəsindən Həzrət Peyğəmbərə (s) şikayət etdi. Həzrət
(s) buyurdu: “Onda eşitdiklərini yaz.”3

Ömər ibn Şüəyb öz babasından nəql edərək deyir ki, o, Həzrət
Peyğəmbərə (s) dedi: “Sizdən eşitdiyim hər bir şeyi yazım?”
Buyurdu: “Yaz.”4

Quran əmr edir ki, kimsə kimsəyə borc verdikdə yazsın.5
Quranın tayı-bərabəri olan Həzrət Peyğəmbərin (s) hədisləri belə
bir dərəcəyə malik deyil?

                                                           
1 Səhihi-Buxari, “Kitabətül elm” bölməsi, hədis-112.
2 Səhihi-Buxari, “Kitabətül elm” bölməsi, hədis-114.
3 Sünəni-Tirmizi, V cild, səh. 39.
4 Sünəni-Darimi, V cild, səh.125.
5 Bəqərə surəsi, 282-ci ayə.

  90

Həzrət Peyğəmbərin (s) sünnətinin əhəmiyyətinə görə Əli ibn
Əbu Talib (ə) və onun övladları həm Həzrətin (s) sağlığında və
həm də ölümündən sonra Onun hədislərini yazmaqda davam
edirdilər.

Əmirəlmöminin Həzrət Əli (ə) buyurur:

‫کنت اذا سألت رسول ﷲ أعطانی و اذا سکت ابتدأنی‬
–Peyğəmbərdən soruşduqda cavab verirdi,
mən sakit olduqda danışmağa başlayırdı. 1

Beləliklə, Əmirəlmöminin Həzrət Əliyə (ə) aid olan kitabların
hamısı Həzrət Peyğəmbərdən (s) eşitdiyi və yazdığı hədislərdir. Bu
kitablar müxtəlif adlarla övladlarının istifadəsində olmuş və hətta
İmam Baqir (ə), eləcə də İmam Sadiq (ə) həmin kitablardan bəh-
rələnərək şəriət hökmlərini verirdilər.2

Əmirəlmöminin Həzrət Əli (ə) hədisləri yazmaqdan əlavə, həm
də Quran kitabını iyirmi üç il ərzində ayələrin nazil olma sırası ilə
yazmışdır. Və Həzrət (ə) buyurmuşdur: “Allaha and olsun, Quranda
elə bir ayə yoxdur ki, harada, niyə və kim haqda nazil olduğunu
mən bilməyim. Rəbbim mənə ağıllı qəlb və danışan dil əta et-
mişdir.”3

Beləliklə, qeyd olunan kitablarda əsasən Həzrət Peyğəmbərdən
(s) olan hədislərdir və “Müshəfi Fatimə” barədə isə bir qədər əvvəl
bəhs etmişik.

                                                           
1 Təbəqatül-kübra, İbn Səd, II cild, səh. 283, Beyrut çapı; “Sünəni-Tirmizi”, V
cild, səh. 637, hədis-3722 və səh. 40, hədis-3729; “Tarixi-Süyuti”, səh.170.
1Vəsailül-şiə, IV cild, “Al əl-Beyt” çapı.
3 Təbəqatül-kübra, İbn Səd, II cild, səh. 338, Beyrut çapı; “Kənzül-ümmal”, XV
cild, səh.135.

  91

Bu kitablardan bəzisini Buxari öz kitabının “Kitabətül elm”
bölməsində qeyd etmişdir.1

Hədislərin toplanılması Əhli-sünnət kitablarında da qeyd olun-
muşdur, lakin bu, sual toplayanın nəzərində zəif hesab edilmişdir.
Qeyd olunan kitabların ola bilər ki, bir neçə adı olsun. Bunlar Əhli-
beytin (ə) İslam mədəniyyətinə və Həzrət Peyğəmbərin (s) elminə
verdiyi əhəmiyyətdən irəli gəlir.

Əlbəttə, sözügedən şəxsin bu böyük mədəni işə mənfi yanaşmaq
haqqı vardır. Çünki Həzrət Peyğəmbərdən (s) sonra xəlifələr hər
növ hədis yazılmasını qadağan etdilər.

Ayişə deyir: “Bir gecə atamın yuxusunun gəlmədiyini görüb
səbəbini soruşdum. Sübh olduqda dedi: “Qızım! Sənin yanında
olan hədisləri gətir.” O, ümumilikdə toplanılmış 500 hədisi od
vurub yandırdı.”2

Ömər ibn Xəttab xəlifə olduqdan sonra hər yerə belə bir məktub
göndərdi:

3‫من کتب حديثاً فليمحه‬
–Hər kəs məndən Qurandan başqa yazdığı

hər bir şeyi məhv etsin.

Bu qanuna əsasən, hədis yazılması qadağan edildi və Həzrət
Peyğəmbərin (s) hədislərinin yazılması dəyərsiz bir şey oldu.
Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz öz xəlifəliyi dövründə (h.q. 99-
101-ci illər) hiss etdi ki, hədislərin yazılmasının tərk edilməsi
Həzrət Peyğəmbərin (s) elminin aradan getməsinə səbəb olur.
Mədinəli alim Əbu Bəkr ibn Həzmə məktub yazaraq ondan Həzrət
Peyğəmbərin (s) hədislərini yazmasını istədi. Həzrətin (s)
hədislərinin aradan getmək qorxusu var idi. Belə olardısa, elm

                                                           
1 Səhihi-Buxari, “Kitabətül elm” babı, hədis-1.
2 Təzkirətül hifaz Zəhəbi, I cild, səh.5.
3 Müsnədi-Əhməd, IV cild, səh. 12 və 14.

  92

aradan gedər və gizli elm şəklini alardı.1 Lakin bu da öncədən olan
zehniyyətə görə çox təsirli olmadı. Mənsuri Dəvaniqinin zamanına
(h.q. 143-cü il) çatdıqda yenidən hədislərin yazılması rəsmi şəkil
aldı.2

Bu müddətdə adlı-sanlı hədis biliciləri xeyli yalan hədislər
dedilər və düzgünü yalnışa qatdılar.

Yenə də təəccüb doğuracaq cəhət burasındadır ki, sualları tərtib
edən bizim imamların “Tövrat”dan, “İncil”dən və “Zəbur”dan
xəbərdar olmalarını zəif bir məsələ kimi göstərərək deyir: “İslamın
yalnız bir kitabı var, o da Qurani-kərimdir.”

Bəli, İslamın bir kitabı var, lakin biz eyni zamanda keçmiş
peyğəmbərlərin kitablarını da təsdiq etməliyik.

Qurani-kərimdə buyurulur:

‫آمن ال ّرسول بما أنزل اليه من ربّه و المؤمنون ک ّل آمن با و ملائکته و کتبه و‬
‫رسله لا نف ّرق بين أحد من رسله و قالوا سمعنا و أطعنا غفرانک ربّنا واليک‬

3«‫المصير‬
–Peyğəmbər (s) Rəbbi tərəfindən ona nazil edilənə (Qurana)
inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha,
Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman
gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoy-
muruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey
Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayı-
dacağıq.”

İmamların səmavi kitablardan xəbərdar olmaları İslamın və mü-
səlmanların əhli-kitab alimləri üzərində qələbəsinə səbəb olmuşdur.

                                                           
1 Səhihi-Buxari, “Keyf yəfiz əl-Elm” babı, hədis-4.
2 Tarixi-xüləfa, səh. 261.
3 Bəqərə surəsi, 285-ci ayə.

  93

Çünki bu kitablarda Həzrət Peyğəmbərin (s) mübarək adı və vəsfi
qeyd olunmuşdur. Necə ki, buyurulur:

1«‫»الّذين آتيناھم الکتاب يعرفونه کما يعرفون أبنائھم‬
–Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Məhəmmədi) öz

oğullarını tanıdıqları kimi tanıyırlar.

Bu məsələnin geniş şəkildə açıqlaması İmam Rzanın (ə)
Məmunun məclisində əhli-kitab alimləri ilə olan bəhsində qeyd
olunmuşdur.2

Sual 43:
Deyirlər ki, bir çox şiə alimləri, xüsusilə də İranda ərəb
dilini bilmirlər, bu doğrudurmu?
Cavab:
Guya sualları tərtib edən bütün İranı gəzib dolaşmış və şiə alim-
lərinin ərəb dilini bilmədiklərini görmüşdür! Bütün dini mərkəz-
lərdə əksər dərs kitabları ərəb dilindədir. Çap olunan əksər
jurnallar, eləcə də üsul, hədis, fiqh və tarix kitabları ərəb dilindədir.
Allaha and olsun, bu cür suallarla üzləşəndə və onlara verilən
cavab üçün sərf olunan vaxt itkisinə görə xəcalət hissi keçirirəm!

Sual 44:
Şiələrin əqidəsinə görə, səhabələrin əksəriyyəti münafiq və
kafir olmuşlar, onda bəs nə üçün atalarının dinlərinə qayıt-
madılar?
Cavab:

                                                           
1 Bəqərə surəsi, 146-cı ayə.
2 İhticac Təbərsi, II cild, Munazirati İmam Rza, səh. 401-422 və “Töhfətül üqul”,
Hərrani imamları Zəbur, İncil, Tövrat və İbrahimin səhifəsindən xəbərdar
olmaları barədə nümunələr qeyd etmişlər.

  94

Bu sual da təkrardır və onun cavabını 22-ci sualda qeyd etdik.
Orada dedik ki, “Səhihi-Buxari”də və digər səhihlərdə, xüsusilə də
“Cameül-üsul” kitabında İbn Əsir 10 hədisdə bir çox səhabələrin
mürtəd olduğunu deyir və bu bəladan nicat tapanların da çox az
olduğunu bildirir.

Sizin bu hədislər barəsində cavabınız nədirsə, biz şiələrin də
cavabı elə həmin olacaqdır.

Sual 45:
Şiə rəvayətləri arasında təzad və ixtilaflar vardır. Belə ki,
bəzi alimlər bu təzadları aradan qaldırmaq üçün kitablar yaz-
mışlar?!
Cavab:
Sual verən öz gözündə tiri görmür, başqalarının gözündə çöp
axtarır.
Sünni hədisçiləri belə nəql edirlər ki, Həzrət Peyğəmbər (s) da-
vamlı şəkildə onun hədislərini saxtalaşdıran yalançılardan xəbər-
darlıq etmişdir və onları həmişə cəhənnəm atəşi ilə təhdid etmişdir.
Bəzən isə Həzrət (s) buyururdu:

1«‫»لا تکذبوا عل ّی فانّه من کذب علی فليلج النار‬

Başqa bir hədisdə buyurur:

2«‫من کذب عل ّی فليتبوأ مقعده من النار‬
–Hər kəs mənim adımdan yalan desə, öz yerini atəşdə hazır
bilsin.

                                                           
1 Səhihi-Buxari, hədis-106.
2 Səhihi-Buxari, hədis-107.

  95

Bu hədislər göstərir ki, Həzrət Peyğəmbərin (s) əsrində Əhli-
sünnətin nəzərində adil olan səhabələr hərdənbir Həzrət Peyğəm-
bərin (s) dilindən yalan da deyirdilər və Həzrət (s) də onlara xə-
bərdarlıq edirdi.

Həzrət Peyğəmbərin (s) vəfat etməsindən sonra yalandan hə-
dislər düzəltmək vəzifəyə gəlmək və ya vəzifəlilərə yaxınlaşmaq
üçün istifadə olunurdu. Bu baxımdan yəhudi və xristian alimləri
zahirən özlərini müsəlman kimi qələmə verərək İslamda yalançı
hədislərin yaradılmasında böyük rol oynamışlar. Misal üçün, Kəbul
Əhbar, Vəhəb ibn Mənbə, Təmim Dari və b...1

Yalançı hədislərin ortaya çıxması ilə bütövlükdə hədislərdə
ziddiyyətlər yaranmağa başladı.

İbn Əbi əl-Uvca məşhur hədis alimi Həmmad ibn Müslimin
evində böyümüşdü və o, Həmmadın kitablarındakı hədisləri dəyiş-
dirirdi.2

Bu barədə bunu bilmək kifayət edər ki, Buxari özünün 2761
hədisini 3 600000 hədisin içindən seçmişdir.

“Səhihi-Müslim”dəki 400 hədis 300000 hədisin içindən seçil-
mişdir.

“Müsnədi-Əhməd”in müəllifi özünün 30000 rəvayətini 750000
hədisin içindən seçmişdir və o, bir milyon hədisi əzbər bilirdi.

Bütün bunlar onu göstərir ki, II və III əsrlərdə vəzifəyə gəlmək
və məqam kəsb etmək üçün yalandan hədislər söyləmək bir növ
adət şəkli almışdı. Hətta hədisçilər arasında bir milyon hədis
bilənlər belə olmuşdur.

Əgər Həzrət Peyğəmbərin (s) yaşadığı ömrü bu kimi müxtəlif
işlərin icrası baxımından bölüşdürsək, o zaman məlum olar ki,

                                                           
1 Müqəddimeye İbn Xəldun, səh. 439.
2 Mizan əl-Etidal, I cild, səh. 593.
3 Bu rəqəm Buxaridə olan təkrarlarl pozduqda alınır. “İrşad əl-Sari”, I cild, səh.
28; “Şərhi Səhihi-Müslim”, Nuvi, I cild, səh. 32.

  96

Həzrətin (s) bunların onda birini deməyə belə vaxtı yetməzdi! Bu
üzdən səhihləri yazanlar çox çalışaraq məhdud sayda hədisləri
səhih adı ilə yaza bilmişlər.

Təbiidir ki, yalan hədislər olduqda təzadlar da çox olacaqdır. Bu
üzdən səhihlərdə “Allahın cisim olması” və s. kimi bir-birinə zidd
hədislər kifayət qədər çoxdur.

İndi isə şiə hədislərində olan bəzi təzadların səbəblərinə işarə
edirik:

1. Rəvayətlərin bölünməsi
Bəzən rəvayətləri nəql edənlər rəvayətin bir hissəsini nəql edir,
digər bir hissəsini isə pozurdular. Belə ki, rəvayət iki yerə
bölündükdə, təbii olaraq başqa bir məna kəsb etmiş olurdu.
2. Mənanın çatdırılması
Bəzi rəvayətçilər imam kəlməsini nəql etmirdilər, yalnız məna
və məzmunu nəql edirdilər. Bu da rəvayətlərdə ixtilafa səbəb
olurdu.
3.Yalandan hədis düzəltmək
Müğeyrə ibn Səd və Əbu Xəttab kimi tanınan Əbu Zeynəb ibn
Əsədi kimi şəxslərin (ifrat şəkildə Həzrət Əlini (ə) ilahiləşdirən)
yalandan hədis düzəltmələri. İmam Sadiq (ə) həmin rəvayətləri
qeyd edərək buyururdu: “Bunlar mən və atam haqqında yalan
deyirlər.”1
Bu üzdən də şiə alimləri onların rəvayətlərinə etimad göstərmə-
miş və onlara dəyər verməmişlər. Əgər təzad nəzərə çarpırsa,
onlardan bəziləri təbii və bəziləri də dağıdıcı yönlü olmuşdur.
Ancaq bu təzadlar əbədi olaraq qalacaq, yoxsa alimlər təzadları bir-
birindən ayırıblar? “Kutubi ərbəə”ni (Dörd kitab) yazanlar çox
çalışdıqdan sonra düzgün hədisləri əldə edə bilmişlər.

                                                           
1 Ricali-Kəşşi, səh.196.

  97

Sual 46:
Şiələr Əli ibn Əbu Talibin (ə) övladı Hüseyndən (ə) əfzəl ol-
duğunu deyirlər. Bəs nə üçün o Həzrətin (ə) şəhadəti günü
aşura günündəki kimi ağlamırlar?
Cavab:
Həzrət Əlinin (ə) övladlarından və həmçinin Həzrət Peyğəm-
bərin (s) hamıdan üstün olması barədə heç bir söz-söhbət ola
bilməz. Həzrət Əlinin (ə) və digər imamların fəzilətləri Həzrət Pey-
ğəmbərin (s) fəzilətinin bir zərrəsidir, lakin Hüseyn ibn Əlinin (ə)
şəhadətinin ildönümündə olan cəhətlər başqalarında yoxdur:
1. İmam Hüseynin (ə) şəhadəti ürəkləri yandıran bir faciə idi ki,
72 nəfər, hətta südəmər körpə də imandan və insanlıqdan heç bir
xəbəri olmayan bir qrup tərəfindən şəhid edildilər.
2. Həzrət Peyğəmbərin (s) özü və Həzrət Əli (ə) İmam Hüseynin
(ə) şəhadətini yad etdikdə ağlayırdılar və biz 21-ci sualın cavabında
bəzi məsələlərə toxunduq. Və hətta İmam Müctəba (ə) Hüseyn ibn
Əliyə (ə) buyurmuşdu:

« ‫»لايوم کيومک يا أباعبدﷲ‬
– Heç bir gün sənin günün kimi deyil, ya Əba Əbdillah.

Həzrət Peyğəmbər (s) öz həyatında bəzən xüsusi əza məclisləri
təşkil edərdi və bu, tarixdə olan, amma unudulan hadisələrdəndir.

Mərhum Əmini “Sirətəna və sünnətəna” kitabında bir fəsildə
ailə daxilində təşkil olunan bu məclis barəsində yazmışdır.

1. Hüseyn ibn Əlinin (ə) şəhadəti tarixin gedişatını dəyişdi.
Çünki İslam cahillik dinində olanlar və hakimiyyət tələb edən
Əməvilər tərəfindən öz həqiqi yolundan çıxmışdı və başqa yolla
gedirdi. İmam Hüseyn (ə) bu taleyi özünün Müaviyənin məmur-
larından birinə yazdığı məktubunda belə açıqlamışdı:

‫فعلی الاسلام السلام اذا بليت الأ ّمه براع مثل يزيد‬

  98

–Əgər İslam ümmətinə Yezid kimisi rəhbərlik etsə, İslama
əlvida.1

Buna görə də şiələrin Əhli-beyt (ə) məktəbini qorumaları üçün
toplaşmaları xüsusi əhəmiyyət kəsb edir ki, bu, başqa günlərdən
fərqli olaraq aşura günündə daha böyük əzəmətə malikdir və bu
toplaşma əsla İmam Hüseynin (ə) əziz babasından fəzilətli olması
mənasında başa düşülməməlidir.

2. Həmin faciənin başqa bir tərəfi də budur: Zahirən müsəlman
olan və namaz qılan camaat Həzrət Peyğəmbərin (s) övladını
Fəratın sahilində susuz öldürdülər. Onun və 72 şəhidin başlarını
nizəyə taxaraq böyük bir töhfə kimi Yezid ibn Müaviyənin sarayına
apardılar!

Onlar Allahın Peyğəmbərinin (s) qızlarını müharibə zamanı ələ
keçirilən əsirlər kimi kəniz etmək istəyirdilər! Bu, Həzrət
Peyğəmbərin (s) ailəsinə edilən ən dəhşətli bir müsibət deyildimi?

Sual 47:
Əli ibn Əbu Talibin (ə) və övladlarının vilayəti imanın əsas
sütunudur. Nə üçün bu əsas məsələ Quranda açıqca bəyan edil-
məyib? Lakin vilayətdən aşağı olan namaz və zəkat Quranda
qeyd edilmişdir.
Cavab:
Əgər Quran ayələrini diqqətlə oxusaydın və özünü vəhhabi
libasından azad etsəydin, çox yəqin ki, vilayət ayəsi sənə də gizli
qalmazdı.
Qurani-kərimdə Həzrət Əlinin (ə) vilayətinə dair məsələ bu
ayədə bəyan edilmişdir:

                                                           
1 Sirətina və sünnətina, səh. 41 və 98; “əl-Luhuf”, səh. 99. “Darül Üsvə” çapı.

  99

‫»انّما وليکم ﷲ و رسوله والّذين آمنوا الّذين يقيمون الصلاة و يؤتون ال ّزکاة و ھم‬
1«‫راکعون‬

–Sizin hamınız ancaq Allah, Onun Peyğəmbəri və iman gətirən-
lərlədir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları
halda zəkat verirlər.

Xoşbəxtlikdən bir çox Əhli-sünnət alimi və tədqiqatçıları bu
ayənin Həzrət Əli (ə) barəsində nazil olduğunu nəql etmişlər və
onların sayı 66 nəfərə çatır. Onların arasında 9 səhabə ayənin İmam
Əli (ə) haqqında nazil olduğunu nəql etmişlər.

Burada daha yaxşı olardı ki, siz dəyərli “əl-Ğədir” kitabına
müraciət edəsiniz.2

Bundan əlavə, nə üçün Həzrət Peyğəmbərin (s) mütəvatir
hədisini nəzərə almırsınız? 1. Ğədir hədisi; 2. Mənzilət hədisi; 3. ‫ا ّن‬
«‫ عليّاً منّی و أنا منه و ھو ول ّی ک ّل مؤمن من بعدی‬hədisi – “Əli məndən və
mən Əlidənəm və o, məndən sonra hər bir möminin vəlisidir.” Bu
kimi nümunələr kifayət qədərdir.

Bundan əlavə, hər bir məsənin, hətta əsas mətləb olsa da belə,
Quranda qeyd edilməsinə nə lüzum vardır? Siz deyirsiniz: “Quran
qədimdir. Quranın hədis olduğunu deyən kafirdir. Bəs nə üçün bu
məsələ Quranda qeyd edilməmişdir?”

Sual 48:
Əgər şiələrin dediyi kimi, səhabələr bir-birinin düşməni
olsaydı, onda onlar birlikdə dünyanın bir çox məntəqələrini
necə fəth edə bilərdilər?
Cavab:

                                                           
1 Maidə surəsi, 55-ci ayə.
2 əl-Ğədir, III cild, səh. 156-162.

  100


Click to View FlipBook Version