1«...ا ّلا من أکره و قلبه مطمئن بالايمان...»
–Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur
edilən (dillə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna
olmaqla...
2«...ا ّلا أن تتقوا منھم تقاة...»
–Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız
(çəkinməniz) müstəsnadır...
Ancaq təqiyyənin də özünə görə hədləri vardır. Əgər iş dinin
əsaslarının təhlükəyə düşməsi, yaxud möminin qanının tökülməsi,
Allah-təalanın vəliləri ilə mübarizə kimi məsələlərlə bağlı olarsa,
onda təqiyyə haramdır. Həzrətin hədisi təqiyyənin rəva görülmədiyi
məsələlər barəsindədir.
Bu cümlə həmin hədlərdir: «“ – »خير من حياة فی معصية ﷲAllahın
itaətində olan ölüm günahda yaşamaqdan yaxşıdır.”
Müaviyə İmamın (ə) bu sözündən altı ay sonra bütün İslam
ölkələrini ələ keçirdi. Batilpərəstləri yaxına çəkdi və onlara çoxlu
sərvət verdi, haqq tələb edənləri isə hər bir yerdə axtarıb taparaq
məhv etdi.
Həzrət (ə) həmin zaman barədə belə buyurur: “Məbadə onlarla
bir olasınız və onların cinayətlərində şərik olasınız.”
Bu üzdən də şiələr Müaviyə ilə birlikdə olmadılar. Amma onları
dar ağaclarından asdılar və qrup şəklində öldürdülər. Misal üçün,
Hücr ibn Udəyy kimi.
1 Nəhl surəsi, 106-cı ayə.
2 Ali-İmran surəsi, 28-ci ayə.
151
Sual 84:
Əbu Bəkri Həzrət Peyğəmbər (s) ilə birlikdə hicrət səfərinə
çıxmağa nə məcbur etdi?
Cavab:
Şübhəsizdir ki, Əbu Bəkr məcburən bu səfərdə olmamışdır və öz
ixtiyarı ilə səfər etmişdir. Lakin onun necə səfər etməsi barədə bəzi
mətləblər qeyd edilmişdir:
1. Həzrət Peyğəmbər (s) Əbu Bəkrin evinə gedərək Mədinəyə
hicrət məsələsini ona danışdı. Bu zaman Əbu Bəkr onunla birgə
getməyə hazır olduğunu bildirdi. Bu hədisi qızı Ayişədən nəql
edirlər.1
2. Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) öz yerində yatız-
dırdıqdan sonra bir nəfər Həzrət Peyğəmbərin (s) evinə gəlir və
Həzrətin (s) yatağında birisini görür. Elə təsəvvür edir ki, Həzrət
Peyğəmbərin (s) özüdür. Birdən Həzrət Əlinin (ə) onun yerində
yatdığını görür və Həzrət Peyğəmbərin (s) harada olduğunu so-
ruşur. Həzrət Əli (ə) deyir ki, Həzrət Peyğəmbər (s) Beyr
Meymunəyə tərəf getdi. Əbu Bəkr də yola düşüb Həzrət Pey-
ğəmbərə (s) çatır.2
3. Bəzilərinin fikrincə, Həzrət Peyğəmbər (s) şəhəri tərk edərkən
onu yolda görür və özü ilə aparır.
Hər bir halda Allah-təala niyyətlərdən xəbərdardır. Əgər bu
səfər Allah üçün olubsa, bu barədə ayənin nazil olmasına və
mağarada sakitliyin olmasına baxmayaraq, fəzilət sayılır. Hər
ikisinə deyil, bəlkə də Həzrət Peyğəmbər (s) üçün:
1 Müsnədi-Əhməd, II cild, səh. 376.
2 Tarixi-İslami Zəhəbi, I cild, səh. 318 və “Sireye Nəbəvi”, İbn Hişam, II cild,
səh. 98 və 99.
152
»اذا ھما فی الغار اذا يقول لصاحبه لا تحزن ا ّن ﷲ معنا فأنزل ﷲ سکينته علی و
1«...أيّده بجنود لم تروھا
–...hər ikisi mağarada olduğu və öz dostuna “Qəm yemə, Allah
bizimlədir!” – dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir
arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklər-
dən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı.
Şübhəsizdir ki, qeybdən gələn köməkliklər Həzrət Peyğəmbərə
(s) aiddir, onun yanında olana yox. Mağaradakı rahatlıq Həzrət
Peyğəmbərə (s) nazil oldu və görünməyən əsgərlər Həzrətə (s)
kömək etdilər.
Bundan əlavə, əgər birlikdə səfər etmək fəzilətdirsə, nə üçün o
gecə Həzrət Əlinin (ə) etdiyi fədakarlığı lazımınca dəyərləndir-
mirsiniz? Həzrət Peyğəmbər (s) ilahi əmrlə təhlükəli bir yerdən
əmin-amanlıq olan başqa bir yerə getdi və İmam Əli (ə) Həzrət
Peyğəmbərin (s) əmri ilə təhlükəyə tərəf tələsdi. Həzrət Peyğəm-
bərin (s) dostu isə əmin-amanlıq olan bir yerə getdi, sizcə hansının
vəziyyəti daha üstün və daha ucadır?
Fərz edək ki, həmsəfər olmaq fəzilətdir, lakin bu həmin şəxsin
ömrünün axırınadək məsum və adil olması demək deyildir. Nə
üçün biz onun işləri barədə tənqidi fikirlər söyləyə bilməyək və ya
şəriət baxımından sənədlər əsasında onun işlərinə dair hakimlik
etməyək.
Sual edən şəxs elə təsəvvür edir ki, əgər bir insan fəzilətə malik
oldusa, daha onun haqqında bir söz demək olmaz.
1 Tövbə surəsi, 40-cı ayə.
153
Sual 85:
Çoxlu ayələr var ki, Allah onlarda səhabələri mədh edir,
lakin şiələr deyirlər ki, səhabələr Həzrət Peyğəmbərin (s)
zamanında mömin olmuş, onun vəfatından sonra isə dindən
çıxmışlar. Məgər bu təəccüblü deyildir?
Cavab:
Səhabə üçün fəzilət sayılan bəzi ayələr bütün səhabələrə aid
deyildir, əksinə o dövrdə olan və Həzrət Peyğəmbərə (s) iman
gətirən bütün müsəlmanlara aiddir. Misal üçün:
»الّذين يتبعون ال ّرسول النب ّی الأ ّمی الّذی يجدونه مكتوباً عندھم فی التوراة
.«والانجيل
Birincisi, bu ayədə yazılan “məktubən indəhum” kitab əhlinə
aiddir. Yəni Həzrət Peyğəmbəri (s) nişanələrlə o kitablarda tapan,
ona iman gətirən və ona kömək edən kəslərə aiddir.
İkincisi, dəfələrlə sualların cavabında qeyd etmişik ki, bu,
şiələrə qarşı bir böhtandır. Çünki bizim səhabələrin dindən
uzaqlaşmasına dair bir fikrimiz yoxdur. Dəfələrlə demişik ki, iki
yüzə yaxın səhabə şiələrin öncülü olmuşlar.
Kitabı tərtib edənlər dəfələrlə öz adətləri üzrə bu böhtanı ortaya
atmaqla yanaşı, həm də heç bir sənəd də göstərmirlər və ancaq
həmin yalanı təkrar-təkrar xatırladırlar.
Bunu da qeyd etmək istəyirik ki, sizin səhihlərdə səhabələrin
dindən uzaqlaşmasına aid on rəvayət vardır. Hətta belə bir fikri də
nəql edirlər: “Həzrət Peyğəmbər (s) onların hovuz başına
buraxılmadıqlarını gördükdə buyurdu: “Əshabım! Əshabım!”
Cavab gəlir:
« انّھم ارتدوا علی أدبارھم القھقھری،»انّك لا ندری ما أحدثوا بعدك
154
Bu barədə İbn Səirin səhihlərin məcmusunu topladığı “Cameül-
üsul” kitabına müraciət edə bilərsiniz. Qeyd edək ki, müqəddimədə
bu haqda bəhs etdik.
Əgər səhabələrlə bağlı nazıl olan və onları ümumi şəkildə təqdir
edən ayələri qəbul edirsinizsə, onda gərək bəzi səhabələrlə bağlı
olan məzəmmət xarakterli ayələri də qəbul edək.1
Təkcə “Cümə” surəsinin 10-cu ayəsini və “Tövbə” surəsinin
ayələrini mütaliə etmək kifayətdir.
Sual 86:
Şiələr Həzrət Peyğəmbərin (s) vəfatından sonra səhabələrin
hamısının mürtəd olduğunu deyirlər. Onlar necə dindən
uzaqlaşmış ola bilərdilər ki, Müseyləmə, Tuleyhə, Əsvəd və
Səca kimi dindən çıxanlarla mübarizə aparmışlar?
Cavab:
Sual təkrardır və dəfələrlə bu kitabda müxtəlif formalarda
verilmişdir və biz də cavab vermişik. Onu dəfələrlə təkrar etməkdə
məqsəd bir yalanı dəfələrlə təkrar edərək zehinləri qarışdırmaq
üçündür.
Sual 87:
Şəriətdən irəli gələn sünnətlərə əsasən, hər bir peyğəmbərin
yaxınlarının həmin ümmətin ən yaxşıları hesab olunması
təbiidir. Nə üçün şiələr bizim peyğəmbərin səhabələrini kafir
adlandırırlar?
Cavab:
Yalanlar yenə də təkrar edilir və müxtəlif şəkillərdə deyilir.
Aydındır ki, iddia etmək asan və sübut etmək isə çətindir. Deyirlər
ki, əgər “Tövrat”ın davamçılarından soruşsanız ki, sizin ümmətin
1 Tarixi-Təbəri, səh. 450 və başqaları.
155
ən yaxşıları kimlərdir, belə cavab verəcəklər: “Musanın (ə)
ardıcılları.” Təəccüblüdür, “Tövrat”ın davamçılarından soruşub
bizim üzümüzə vururlar! Soruşmurlar ki, Quran Musanın (ə)
ardıcılları haqda nə deyir? Onların əksəriyyəti Musa (ə) olmayanda
dindən uzaqlaşmadılarmı? Allah yerinə öküzə sitayiş etmədilərmi?
Musa (ə) Bəni-İsrailin tanınmışlarını özü ilə miqata apardı, lakin
inadkarlıqlarına görə onları ümmətin səfehləri adlandırıb buyurdu:
1«»أتھلكنا بما فعل السفھاء منّا
–Axmaq adamlarımızın etdiklərinə görə bizi həlak edəcəksənmi?
Quran Həzrət Musanın (ə) ilkin ardıcılları barədə buyurur:
2«وأشربوا فی قلوبھم العجل بكفرھم
–Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürü-
müşdü.
Maraqlı burasındadır ki, Allah bu ilkin davamçıları bir yerdə
məzəmmət edir və buyurur:
3«»و لقد جاءكم موسی بالبيّنات ثم اتّخذتم العجل من بعده و أنتم ظالمون
–Musa sizə açıq-aydın dəlillər (möcüzələr) gətirmişdi. Siz isə
onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş
edərək (özünüzə) zülm etdiniz.
Bizim üçün aydın deyil ki, niyə bu sələfi şəxs Musanın (ə)
davamçıları üçün belə can yandırır!
O, davamında deyir: “Əgər İncilin davamçılarından soruşulsa ki,
sizin ümmətin ən yaxşıları kimlərdir deyərlər: “İsanın (ə)
ardıcılları.”
1 Əraf surəsi, 155-ci ayə.
2 Bəqərə surəsi, 93-cü ayə.
3 Bəqərə surəsi, 92-ci ayə.
156
Təəccüblüdür! İncilin davamçıları İncildə oxuyurlar: “İsanın
davamçılarından Yəhuda idi və onun yerini düşmənə göstərmişdi
ki, tutub cəzalandırsınlar.”1
Hər bir halda təbii olaraq qanun onun iddiasının əksini bildirir.
Çünki bəşəriyyət daim təkamüldə olmuş və yüksək şəxsiyyətlər
tarix boyunca olmuşlar. Allah bu barədə buyurur:
»يا أيّھا الّذين آمنوا من يرت ّد منكم عن دينه فسوف يأتی ﷲ بقوم يحبّھم و يحبونه
أع ّزة علی المؤمنين أع ّزة علی الكافرين يجاھدون فی سبيل ﷲ و لا يخافون لومة لائم
2«ذلك فضل ﷲ يؤتيه من يشاء و ﷲ واسع عليم
–Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki)
Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da
(Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı
isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən
qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz
lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!
Biz ondan bu ayə barədə Əhli-sünnət təfsirlərini oxumasını
istəyirik. Bilsin ki, gələcəkdən olanlar Həzrət Peyğəmbərin (s) ən
yaxşı yaxınlarıdır.
Təəccüblüdür ki, bu ayə bir qrup möminin dindən çıxmasını
aydıncasına bildirir, başqa ayələr də dindən çıxma barədə sübutdur:
» وما مح ّمد ا ّلا رسول قد خلت من قبله الرسل أفان مات أو قتل انقلبتم علی
3«أعقابكم و من ينقلب علی عقبيه فلا يض ّر ﷲ شيئاً و سيجزی ﷲ الشاكرين
–Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəm-
bərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi
dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?)
1 Ləvael əl-Məqalat fi məzahib və muxtarat, səh. 4, Təbriz.
2 Maidə surəsi, 54-cü ayə.
3 Ali-İmran surəsi, 144-cü ayə.
157
Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah
şükür edənlərə mükafat verər.
Sual 88:
Həzrət Peyğəmbər (s) ən çətin vəziyyətlərə düşdü, lakin
təqiyyə etmədi. Bəs, necə olur ki, şiə imamları təqiyyədən
istifadə etmişlər?
Cavab:
“Təqiyyə” düşmən qarşısında qalxan olmaq mənasındadır və
hədəflərin irəliləməsi üçün ağılla şəriətin icazə verdiyi yollardan
istifadə etməyi nəzərdə tutur. Əgər təqiyyənin mənası budursa,
Həzrət Peyğəmbər (s) də Məkkədə üç il təqiyyə yolu ilə dolandı,
yəni gizli təbliğat aparılması ilə məşğul idi və açıq-aşkar
təbliğatdan imtina etmişdi. Lakin aşağıdakı ayə nazil olduqdan
sonra təqiyyə qadağan olundu:
1«قاصدع بما تؤمر و أعرض عن المشركين* انا كفيناك المستھزئين
Təqiyyə gücsüz bir insanın azad əqidə və əməlinin qarşısını alan
rəhmsiz və zalım düşmənin qarşısında silahıdır. Əgər təqiyyədə
məzəmmət varsa, bu, müsəlmanların vəhdətini və əmin-amanlığını
qoruyanlara deyil, şiə imamlarından azadlığı alan fərdlərə aiddir.
Hər bir halda bu sual da təkrardır və əvvəlki bəhslərdə də bunun
cavabını vermişik.
1 Hicr surəsi, 94 və 95-ci ayələr.
158
Sual 89:
Əli ibn Əbu Talib (ə) xəvarici kafir bilmir. Siz nə üçün Həz-
rət Peyğəmbərin (s) ən yaxın köməkçilərini və xanımlarını kafir
adlandırırsınız?
Cavab:
Bu sual da təkrardır və biz heç bir zaman təkfir eməmişik. Sa-
dəcə olaraq fərdlərin əməllərini yoxlamışıq və əməllər hər bir
fərdin kimliyinin ən yaxşı göstəricisidir. Əgər təkfir etmək doğ-
rudan da bəyənilməyən bir işdirsə, siz sələfilər hamıdan irəlidəsiniz
və təkfir etməkdə qəhrəmansınız. Sizin rəhbəriniz Məhəmməd ibn
Əbdülvəhhab “Kəşfül şübəhat” kitabında öz ardıcıllarından savayı
başqa bütün müsəlmanları təkfir edir. Siz onun bu əməlini nə qədər
pərdələmək istəsəniz də, əməl ən yaxşı şahiddir və ən yaxşı sübut
onun müsəlmanlar barəsində olan fikirləridir.
O, Nəcd, Hicaz və Yəmən müsəlmanları ilə döyüşdü, qarətçilik
etdi və onların hamısını kafir və bütpərəst adlandırdı. Bu gün də bu
sələfin övladları təkfir alətini əllərinə alıb “La ilahə illəllah, Allah
Rəbbəna, Muhəmməd Rəsuləna, Kəbə qiblətəna və Quran
kitabəna”, - deyən günahsız və məsum insanları öldürürlər. Onların
həqiqi müşrik və kafirlərlə heç bir əlaqələri yoxdur. Vəhhabi
alimlərinin kitabları müsəlmanları təkfir edən fitvalarla doludur və
bunu inkar etmək olmaz.
Sual 90:
Şiələrin fikrincə, icma yalnız imamın da orada olduğu za-
man höccət sayılır. Bu mənasız bir fikirdir, çünki məsum imam
olarsa, onda icmaya nə ehtiyac vardır?!
Cavab:
İcmanın höccət olması məsum imamın qeyb aləmində olduğu
zaman yox, zühur edəcəyi zaman baş verə bilər.
159
İmam zahir və aşkar olduqda onun özündən eşidilən söz və ya
ondan nəql edilən fikir höccətdir.
Əgər ondan eşidilməsə və ya nəql olunmasa, əksinə iki adil şəxs
nəql etsə, məsələn, İmam Sadiqin (ə) zamanında Mədinə alimləri-
nin hamısı yekdil nəzərə malik idilər və bu zaman onların sözləri
imamın fikrinin açıqlanması və onun yolunun dərk olunmasından
ötrü kifayət idi. Belə olduqda icma məsum imamın fikirlərinin dərk
olunması üçün faydalı bir vasitə idi.
Qeybə çəkilmə dövründə icmanın başqa bir dəlili də vardır ki,
bu da üsul kitablarında qeyd olunmuşdur.
Sual 91:
Nə üçün şiələr Zeydiləri kafir hesab edirlər? Axı onlar Əhli-
beyti (ə) sevənlərdəndirlər?!
Cavab:
Bu da başqa bir böhtanlardandır. Şübhəsiz, iftira edən Allah-
təalanın dərgahında cəzasını alacaqdır.
Şiələr Zeydilərin imamı Zeyd ibn Əliyə xüsusi ehtiram edirlər.
Zeydin şəhid olduğunu İmam Sadiqə (ə) xəbər verdikdə onun göz
yaşları axdı və İmam (ə) Zeydin, eləcə də digər şəhidlərin ailələrinə
maddi köməklik göstərdi.
Bu kitabçanı tərtib edənlər çalışıblar ki, özlərinin və həmfikir-
lərinin ən böyük səhvləri olan təkfiri özlərindən uzaqlaşdırıb şiələrə
aid etsinlər. Nümunə üçün bir daha vəhhabilərin böyük alimlərinin
fitvalarını nəzərdən keçirmək kifayət edər. Sonra bizə deyin görək
hansı firqəni təkfir etməmisiniz?! Müsəlmanlardan hansı qrupun
canını və malını, habelə namusunu özünüzə halal bilməmisiniz?
Niyə həqiqi kafirləri özünüzə qardaş hesab edir və həqiqi müsəl-
manları isə kafir kimi qəbul edirsiniz? Müqəddəs cihad kəlməsinə
aludə olaraq günahsız insanları kütləvi şəkildə qırırsınız?
160
Sual 92:
Şiələr deyirlər ki, Həzrət Peyğəmbərdən (s) sonra xilafət
Həzrət Əlinin (ə) haqqı idi. Çünki Həzrət Peyğəmbər (s) ona
buyurmuşdur: “Sənin mənə olan nisbətin Harunun Musaya
olan nisbəti kimidir.” Ancaq bilirik ki, Harun Musanın (ə)
canişini olmadı və ondan öncə vəfat etdi. Musanın (ə) canişini
isə Yuşə ibn Nun oldu?
Cavab:
“Mənzilət” hədisi İmam Əlinin (ə) fəzilətlərindəndir ki, onlarca
sənədlə “Səhiheyn” və başqa mötəbər kitablarda nəql olunmuşdur.
Belə ki, sualları tərtib edən şəxs də hədisi kamil şəkildə nəql
etməsə də, onun əslini qəbul etmişdir. İndi hədisin tam mətnini
təqdim edirik:
–Həzrət Peyğəmbər (s) Təbuka getdiyi zaman Əmirəlmöminin
Həzrət Əlini (ə) öz canişini təyin etdi. Şayiəyayan münafiqlər
dedilər: “Həzrət Peyğəmbərin (s) Həzrət Əli (ə) ilə arası pozulub.
Buna görə də onu özü ilə bərabər aparmadı.” Əmirəlmöminin
Həzrət Əli (ə) ordugaha tələsərək bu şayiəni Həzrət Peyğəmbərə (s)
çatdırdı. Həzrət Peyğəmbər (s) buyurdu:
1«»أما ترضی أن تكون منّی بمنزلة ھارون من موسی ا ّلا أنّه لا نب ّوة بعدی
Quranın buyurduğuna əsasən, Harunun (ə) dörd vəzifəsi
olmuşdur:
1. Peyğəmbərlikdə Musa (ə) ilə şəriklik – .«»و أشركه فی أمری
2. Musanın (ə) vəziri və köməkçisi – .«»واجعل وزيراً من أھلی
3. Musanın (ə) qüdrətli əli – .«»اشدد به أزری
1 Müslim, “Əli ibn Əbu Talibin fəzilətləri” bölməsi, hədis-2404; “Buxari”, 24-cü
kitab, 4-cü bölmə, hədis-3706; “Hakim Nişaburi”, Müstədrək, III cild, səh.109.
161
4. Musa (ə) olmadıqda onun canişini – »و قال لأخيه ھارون اخلفنی فی
.«قومی
Şübhəsizdir ki, Əmirəlmöminin Həzrət Əli (ə) peyğəmbərlik
istisna olmaqla, Harunun bütün məqamlarına sahib olmuşdur.
Beləliklə, Həzrət Əli (ə) Həzrət Peyğəmbərin (s) xəlifəsi olacaqdı,
istər Həzrət Peyğəmbər (s) həyatda olsun, istərsə də həyatda
olmasın.
Sualı yazanlar deyirlər ki, Harun Musanın (ə) yaşadığı zaman
həmin dörd məqama sahib idi, lakin ondan əvvəl vəfat etdiyi üçün
onun canişinliyini əldə edə bilmədi. Beləcə, Həzrət Əli (ə) Həzrət
Peyğəmbərdən (s) sonra canişin ola bilərdi ki, Harun buna sahib ola
bilmədi?
Bunun cavabı aydındır: “Harun həyatda ikən bütün o məqamları,
hətta canişinliyi də qorumuşdur və Həzrət Musa (ə) onu bu
məqamdan uzaqlaşdırmamışdı, lakin o, Musadan (ə) öncə vəfat
etdiyi üçün canişinlik məqamını da əldən verdi. Amma Əmirəl-
möminin Həzrət Əli (ə) Allahın təqdiri ilə Həzrət Peyğəmbərin (s)
vəfatından sonra 30 il yaşamışdır və təbiidir ki, həyatda olduqca bu
məqamı da qorumuşdur.
Başqa sözlə, Həzrət Əlinin (ə) Haruna bənzədilməsi onun da hə-
min üç məqama sahib olması ilə bağlıydı.
Sonda bu vəhhabi tərtibçidən soruşuruq: “Əgər bu hədis digər
xəlifələr barəsində olsaydı, onda da belə münasibət göstərəcəy-
diniz?!”
Sual 93:
Şiələr öz ardıcıllarına hər cür günah etmək cürəti vermişlər.
Onların inanclarına əsasən, Həzrət Əlini (ə) sevdiklərinə görə,
istədikləri hər bir günahı edə bilərlər?!
Cavab:
162
Bu da şiələr haqqında deyilən və sübutu olmayan iftiralardandır.
Deyəsən, bunlar şiəni “murciə” ilə səhv salıblar! Onlar deyirlər ki,
təkcə iman nicat üçün kifayət edər, əməl olmasa da belə. Şiələr
onların düz qarşısındadır. İnsanın nicatı üçün iman kifayət etmir,
əksinə peyğəmbərləri, övliyaları sevmək yalnız əməllə faydalıdır və
onların şüarı da budur: .«»انّما يتقّبل ﷲ من المتّقين.
İmam Baqir (ə) öz şiələrindən birinə deyir:
»يا جابر أيكفی من انتحل التشيع و أحبنا أھل البيت؟ فوﷲ ما شيعتنا ا ّلا من اتقی
.«...ﷲ و أطاعه
–Ey Cabir, bir nəfərin özünü şiə adlandırıb biz Əhli-beyti
sevməsi kifayətdirmi?! Allaha and olsun ki, bizim şiələr günahdan
çəkinən və Allaha itaət edənlərdir. Şiələrin nişanəsi başıaşağı
olmaq və Allahdan qorxudur. Və daim Allahı yad edib namaz
qılmaq, oruc tutub yaxşılıq etməkdir...
Bu rəvayət mövzu barədə nümunələrdəndir və imamlardan
onlarca bu mövzuda rəvayətlər vardır. Fərz edək ki, bunun əksinə
olan bir rəvayət qeyd olunmuşdur. Ancaq Qurana zidd və qəti
rəvayət olduğu üçün ona diqqət yetirilmir.
İndi gənc bir şiə kimi sual verəndən bu növ rəvayətlərə görə,
günah işlətmiş bir fərdi göstərməsini istəyirəm.
Siz məgər Həzrət Peyğəmbərdən (s) nəql etmirsiniz, axı Həzrət
(s) Bədr əhli barədə belə buyurmuşdur:
،«»اعملوا ما شئتم فقد وجبت لكم الجنة
–Hər nə istəyirsiniz edin, sizə behişti vacib etmişəm.1
1 Səhihi-Buxari nafe, “Kitabi Məğazi”, səh. 304, hədis-3983.
163
Siz sələfilər terrorçular yetişdirməklə Allah-təalanın bütün ha-
ramlarını ayaqlar altına atırsınız. Nə qocanın və nə də uşağın
qanına ehtiram qoymursunuz. Nə müsəlmanların mallarına və nə də
qadınlarına ehtiram etmirsiniz. Ancaq Məhəmməd ibn Əbdülvəh-
habın bir ovuc davamçılarından savayı başqa hər bir kəsi müşrik və
mürtəd hesab edirsiniz. Deyirsiniz ki, gərək onlar qılıncdan
keçirilsinlər, malları qarət olunsun, qadınları əsir alınsın və kişiləri
öldürülsün!
İndi deyin görək, bu iki firqədən hansı Allah-təalanın haram
buyurduqlarına daha çox cürət edir?
Sual 94:
“Bəda” şiə əqidəsindəndir və başqa bir tərəfdən də iddia
edirlər ki, imamlar qeyb aləmini bilirlər. Məgər imamlar
Allahdan daha böyük və daha ucadırlar?
(“Üsul məzhəb əş-Şiə”, Qəffari)
Cavab:
Sualları tərtib edən şəxs şiə cavanlarını hidayət etmək istəyir və
onun böhtanla bağlı sübutu həmfikri olan Şeyx Nasir Qəffarinin
qeyd olunan kitabıdır. Düşməndən müsəlmanların bir qrupunun
əleyhinə şahid gətirməyimiz və mühakimə yürütməyimiz düzgün-
dürmü? Bu mühakimə onların canlarının, mallarının və namus-
larının haram olması ilə əlaqədardırmı?
Şeyx Qəffarinin bu kitabı şiələrə qarşı söyüşlə doludur və o,
bunu öz rəhbəri İbn Teymiyyədən öyrənmişdir. Çünki başdan-başa
ziddiyyət və iftira ilə doludur. İndi ondan bir nümunəni nəql edirik.
O yazır: “İmam Xomeyni İranda azana şəhadəteyndən əvvəl öz
adını əlavə etmişdir.”1
1 Üsul məzhəb əş-Şiə, III cild, səh.154.
164
Belə bir ləyaqətsizliklə yalan və iftiralar deyən şəxs bu sualları
tərtib edənin sənəd və sübutudur!?
Bundan əlavə, tərtibçi burada bir-biri ilə əlaqədar olmayan iki
mətləbi qeyd etmişdir:
1. Şiə “Bəda”ya etiqad edir;
2. Şiə imamların qeyb aləmini bilməsinə inanır.
Sonda da belə bir nəticəyə gəlir ki, şiə imamları Allahdan daha
biliklidirlər!?
Hər bir insana atılan böhtandan, uydurulan yalandan və
müsəlmanları ittiham etməkdən Allaha pənah aparırıq!
İndi isə hər iki mətləbin izahına keçək:
1. “Bəda” insanın bəd əməli ilə yaxşı alın yazısını dəyişdirməsi
və həmçinin yaxşı əməli ilə pis alın yazısını dəyişdirməsidir.
Aşağıdakı ayə də bu haqdadır:
1«يمحو ﷲ ما يشاء و يثبت و عنده أ ّم الكتاب
–Allah istədiyi şeyi məhv edər və ya sabitləşdirər. Kitabın əsli
onun yanındadır.
Əhli-sünnətin böyük hədis alimi Cəlaləddin Süyuti özünün
“Dürr əl-Mənsur” əsərində bu ayənin təfsiri zamanı Həzrət
Peyğəmbərdən (s) rəvayət nəql edir. Rəvayətdə deyilir ki, insan
ata-anaya yaxşılıq etmək, sədəqə vermək kimi yaxşı əməlləri ilə öz
təqdirini dəyişə bilər. Məşhur bir hədis də bu barədədir: »الصدقة تدفع
«“ – البلاءSədəqə bəlanı qaytarır.”2
Bu mənada “Bəda” bütün müsəlmanlar tərəfindən qəbul edilir
və bu heç bir zaman Allah-təalanın bilməməzliyi anlamında deyil.
Məsələn, Yunisin qövmü itaətsizlik üzündən bəlaya ürcah oldu və
onların peyğəmbəri (Yunis) əzabın nazil olacağından xəbər verərək
1 Rəd surəsi, 39-cu ayə.
2 Dürr əl-Mənsur, VI cild, səh. 661.
165
özü məntəqəni tərk etdi və oradan uzaqlaşdı. Ancaq onlar peşman
olduqdan sonra qoca bir abidin sözünə qulaq asıb səhraya üz
tutdular və ağlamağa başladılar. Allah-təala onların tövbələrini
qəbul etdi və əzabı geri qaytardı. Burada Qurani-kərim buyurur:
»فلولا كانت قربة آمنت فنفعھا ايمانھا ا ّلا قوم يونس ل ّما آمنوا كشفنا عنھم عذاب
1«الخزی فی الحياة الدنيا و متعناھم الی حين
–Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib
imanı özlərinə fayda verə bilən bir məmləkət əhli də vardımı?
(Yunisin ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq
əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək)
gün-güzəran verdik.
Bura qədər məlum oldu ki, “Bəda” Allahın cəhli və ya bilmə-
məzliyi deyil. Çünki mütləq alim olan Allaha cəhlin yolu yoxdur.
Bu, insanlardır ki, bir şeyi görür, digərindən isə xəbərsizdirlər və
öncəgörmə olmadıqda deyirlər: “Bəda lillah.” Və bu cür məcazi
istifadə insanın özünün baxışıdır, yoxsa Allah-təala tərəfindən
insanlara məxfi olanı aşkar etməkdir.
Beləliklə, “Bəda”ya inanmaq Allahın elmi ilə zidd deyil.
Buradan da aydın olur ki, əgər imamlar qeyb aləmini bilirlər
desək, bu onların Allahdan üstün olmaları mənasında deyil. Çünki
“Bəda”ya etiqad Allahın cəhli mənasında deyildir ki, belə bir
üstünlük də təsvir edilsin.
Bundan əlavə, imamların qeyb elmi Allahın qeyb elmi ilə mü-
qayisə edilə bilməz. Allahın qeyb aləmini bilməsi məhdudiyyət-
sizdir və imamların həmin aləmi bilməsi isə məhdudiyyətlidir.
Allahın qeyb aləmini bilməsi zati xarakter daşıyırsa, imamların
qeyb aləmini bilməsi isə sonradan qazanılmış olur və Allahdandır.
1 Yunis surəsi, 98-ci ayə.
166
Sual 95:
Şiələr həmişə yəhudi, xristian və müşriklər kimi İslamın
düşmənlərinin köməkçisi olmuşlar. Onlar monqollarla
əməkdaşlıq etdilər və Bağdad süqut etdi. Və xristianlara kömək
etdilər Qüds müsəlmanların əlindən getdi. Həqiqi müsəlman
belə bir iş görər? Məgər Quran yəhudilər və xristianlarla
dostluq etməyi qadağan etməmişdir? Əli və övladları da belə
etmişlər?!
Cavab:
Şiələr Ərəbistan yarımadasından yəhudilərin kökünü kəsən
imamın davamçılarıdır. Xeybər qalasının qapısını Allahın əmri ilə
yerindən çıxararaq yəhudi qalasının fəthini tarixə yazdı.
Şiələrin Bağdadın süqutuna bais olmaları məsələsinə gəldikdə
isə burada kitabın tərtibçisinin tarixdən xəbərsizliyi və öz
iddiasında tam məsuliyyətsizliyi diqqəti cəlb edir. Burada tarixi bir
faktı qeyd etməklə kifayətlənmək istəyirik. Bu fakt Abbasi
dövlətinin “qabiliyyət” və “bacarığı” barədədir!
Tarixin bu dönəmini xoşbəxtlikdən İbn Teymiyyənin şagirdi İbn
Kəsir nəql edir ki, bu gün də hər bir kəsə dərs ola bilər.1
...Düşmən qapıdadır və xəlifə ... ilə məşğuldur.
İbn Kəsir deyir:
–Monqolların hücum edən əsgərləri Bağdadın “Darül xüla-
fə”sini mühasirəyə aldılar və ardı-arası kəsilmədən ox ataraq yerli
sakinləri hədəfə götürdülər. Hətta həmin oxlardan biri xəlifənin
qarşısında rəqs edən kənizlərdən birinə dəydi və onu öldürdü.
1Bağdadın süqutu ilə maraqlananlar “Rahnomaye həqiqət” kitabına, səh. 63-72-
yə və “Süqutul Abbasiyyun” kitabına müraciət edə bilərlər. Təəssüflər olsun ki,
sonuncu kitab bir çox həqiqətlərin üstünü açdığına görə, Səudiyyə Ərəbistanında
yandırılaraq çapına icazə verilməmişdir.
167
Xəlifə həmin kənizi çox sevirdi. Odur ki, çox narahat oldu və fəryad
etməyə başladı...1
Ölkənin ən çətin vaxtlarında başçı düşməndən xəbərsiz olarsa və
kənizin rəqslərinə tamaşa etməklə məşğul olarsa, təbiidir ki,
dövlətin aqibəti süqutla nəticələnəcəkdir.
Müsəlmanların monqolların hücumundan qabaqkı tarixini
mütaliə etdikdə görürük ki, əmirlərin ölkə daxilində bir-birinə qalib
gəlmək səyləri bütün məmləkəti bürümüşdü. Elə bil ki, xəlifənin
tabeliyində olan əmirlərin dövlətdəki vəzifələri bir-birinin əlindən
almaqdan savayı başqa heç bir məqsədləri yox idi. Onlar yalnız bu
vəzifələri bir-birilərindən oğurlayır və pusquda dayanmış xarici
düşmənlər barəsində isə heç düşünmürdülər.
Unutmayın ki, sələfilərin müftisi Bin Baz İsraillə sülhün carçısı
idi. O, İsraillə sülhü Həzrət Peyğəmbərin (s) Qüreyşlə Hüdey-
biyyədəki sülhü kimi başa düşürdü. Həzrət Peyğəmbər (s) zəif
düşmüş vəziyyətdə və zillət içərisində yox, qüdrətli olduğu halda,
yəni izzətlə Məkkə camaatı ilə sülh müqaviləsi bağladı. Həzrət
Peyğəmbər (s) o zaman buyurmuşdu: “Allaha and olsun, əgər onlar
sülhə getməsələr, onlarla döyüşərik və sıralarını bir-bir yıxarıq.”2
İndi sizdən soruşuruq, dediyiniz o İslam ölkələrinin sionistlərlə
yaxın əlaqələri yoxdur? Ötən yarıməsrdən artıq bir müddət ərzində
Əhli-sünnət ölkələrində İsrailin cinayət və təcavüzlərinin qarşısını
almaq üçün nə etmişlər?
Əfqanıstan və İraqın işğalında hansı ölkələr təcavüzkarlarla
əməkdaşlıq etdilər və öz hava bazalarını bombardman və viran
etmək üçün onların ixtiyarına verdilər?
Sionizmlə mübarizə tarixində şiələrdən savayı başqa kim məğ-
lubiyyət möhürünü təcavüzkar İsrailin alnına vura bilib? İsrailin
1 əl-Bidayə və əl-Nihayə, İbn Kəsir, XIII cild, səh. 200.
2 Səhihi-Buxari, “Kitabi şahadat”, “Ma yəhruz minəl şrut əl-İslam” babı, III cild,
səh. 253 -255; “Müsnədi-Əhməd”, 31-ci cild, səh. 243, hədis-18928.
168
xərçəng xəstəliyini xatırlatdığını və aradan qaldırılmasının
zəruriliyini İmam Xomeynidən (r) savayı başqa kim demişdir?
Ondan savayı başqa kim mürtəd Salman Rüşdünün ölüm
fitvasını verməyə cürət etmişdir?
Sələfilərin böyük müftisi Bin Baz İsraillə sülh carçısı idi və bu
barədə onun fitvası nəşr olunmuşdu. Ancaq “Şeytan ayələri”
kitabını yazan mürtəd haqqında sükut edərək bir söz demədi!
Bəli, sizin hazırda həyatda olan müftilər belə bir fitva vermişlər:
“Hizbullah şiə döyüşçülərinin təcavüzkar İsrail əleyhinə qələbəsi
üçün dua etmək bəyənilən hal deyildir!”
چشم باز و گوش باز و اين عمی
!حيرتم از چشم بندی خدا
Göz açıq, qulaq açıq, amma bu görməməzliyə,
Heyran qalmışam Allahın gözbağlayıcılığına!
Sual 96:
Şiələrin çoxu Həsən ibn Əlini (ə) təhqir edir, övladlarını isə
məzəmmət edirlər. Məgər o, Əhli-beytdən (ə) biri deyildi?!
Cavab:
Şiələrin tarixində bir nəfər də olsun belə ağzını açıb Həsən ibn
Əliyə (ə) bir söz deməmişdir və hər bir kəs Həzrəti (ə) ikinci imam
kimi qəbul etmişdir.
İnsanın bu qədər saxtakarlıq etməsinə, özündən yalanlar
uydurmasına təəccüb etməyə bilmirsən. Deyir ki, “Şiələrin çoxu
Həsən ibn Əlini (ə) təhqir edirlər.” Sən deyirsən ki, indi də şiələr bu
işi görürlər? Ancaq bu barədə gətirdiyin dəlil h.q. tarixi ilə 90-cı
ildə vəfat etmiş Səlim ibn Qeysin kitabıdır. Əlbəttə, təhqir edənlər
Həsən ibn Əlinin (ə) müasirləri olmuşlar və onlar bir ovuc xə-
variclər idilər. Onlar Həzrət Əli (ə) ilə olan ədavətlərinə görə, onun
övladından intiqam almaq istəyirdilər. Həzrətin (ə) xeyməsinin
xəvaric tərəfindən qarət edilməsi, ona nizə ilə bud nahiyəsindən
zərbə vurulması məlumdur. Bu üzdən də onu Sabata apardılar.
169
Yaxşı olardı ki, sualları tərtib edən şəxs bir qiyamət gününü də
yadına salsın. Çünki Allah-təala həmin yalan sözlərinin müqabi-
lində onu sorğu-sual edəcək və o zaman bütün bunlara cavabı
olmayacaqdır...
Sual 97:
Şiələr çoxlu firqə və qruplara bölünmüşlər və onlar bir-biri
ilə müxalifdirlər. Hər bir firqə digərini kafir hesab edir.
Onlardan bir hissəsi də kafir Bəhayilərdir!
Cavab:
Şiənin özünəməxsus bir tərifi vardır ki, o da bundan ibarətdir:
“Şiə Həzrət Peyğəmbərə (s) vəhy ilə çatdırılan, söz və rəftarı ilə
bəyan olunana itaət edən və bunlardan heç birini inkar etməyən,
habelə Allahın Rəsulundan (s) sonra Həzrət Əlini (ə) rəhbər bi-
ləndir.”
Bu, şiənin tərifidir və indi əgər bir fərd və ya bir qrup Həzrət
Peyğəmbərin (s) sonuncu peyğəmbər olduğunu inkar etsə və
peyğəmbərlik iddiasında olsa, yaxud İslam dininin əsas sütunla-
rından birini qəbul etməsə, nəinki şiə, bəlkə heç müsəlman da
deyildir.
Tərtibçinin Bəhayilər və s. kimi adlarını çəkdiyi firqələr İslam-
dan tamamilə uzaq olan və bir sıra istismarçı dövlətlərin məqsədli
şəkildə yaratdığı saxta məzhəblərdir. Əgər bunları şiənin müxtəlif
qolları kimi qəbul etsək, onda gərək Əhli-sünnət barəsində də
deyək ki, onlar da müxtəlif qruplara bölünmüşlər. Həm də həmin
qrupların hamısı bir-birini təkfir edirlər. Vəhhabilər, ümumiyyətlə,
Əhli- sünnətin əksəriyyətini təşkil edən Əşairənin düşmənləridir.
Əşairə Mötəziləni sünnilərdən hesab etmirlər. Nəticədə hamısı da
Qadiyaniləri İslam dinindən xaric bilirlər, onlar da Bəhayilər kimi
yeni bir din iddiasındadırlar.
170
Xülasə, bu gün çoxlu batil partiya və allahsız təilmlər möv-
cuddur ki, onlar İslam gənclərini materializm, marksizm, şeytan-
pərəstlik, sekularizm, liberalizm və s. kimi təlimlərə sürükləyirlər.
Onları Əhli-sünnətin şöbələrindən saya bilərik?!
Sual 98:
Şiələr və sünnilər bu fikirdədirlər ki, Ömər bir çox işlərdə
Həzrət Əli (ə) ilə məşvərət etmişdir. Bunu necə açıqlayırsınız?
Cavab:
İslam ümmətinin əksəriyyətinin fikrinə əsasən, Əmirəlmöminin
Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) sonra bütün İslam aləminin
ən elmli, tədbirli, cəsur və siyasətcil şəxsiyyəti kimi tanınmışdı.
Ömər müsəlmanların kafirlərlə müharibəsi barədə onunla məşvərət
etmişdir və Əmirəlmöminin Həzrət Əli (ə) də ona yol göstərmiş və
kömək etmişdir. Bu, təbiidir ki, bir imam üçün fəzilətdir. Amma
məşvərət edən tərəf olmaq həmişə və bütün məsələlərdə həmfikir
olmaq mənasında deyildir və burada İslamın mənafeyi hər şeydən
üstün tutulmuşdur.
Sual 99:
Ömərin xəlifəliyi dövründə Salman Farsi Mədainin və
Əmmar Yasər də Kufənin hakimi oldular. Bu, şiələrin etiqadı
ilə necə uyğun gəlir?
Cavab:
Bu iki şəxsin və ya başqa mömin insanların hakimiyyətlə
əməkdaşlıqları Əmirəlmöminin Həzrət Əlinin (ə) məktublarının
birində bildirdiyi kimi, bir prinsipə əsaslanır. Həmin prinsip də
bundan ibarətdir ki, Əmirəlmöminin Həzrət Əli (ə) qəti sübutlarla
Həzrət Peyğəmbər (s) tərəfindən rəhbərliyə təyin olunmuşdu. Və
əgər ümmətin əksəriyyəti bu nemətin qədrini bilsəydilər, vəhdət
baxımından müsəlmanların vəziyyəti tamamilə başqa cür olardı.
171
Lakin hadisələr Həzrət Əlinin (ə) meydandan kənarda qalmasına
səbəb oldu. Bu zaman İslamın qorunması əsas məsələ və əsas
prinsip idi və bundan dönmək də olmazdı. Beləcə, yuxarıda adı
çəkilən və Həzrət Peyğəmbərin (s) ən pak, ən təmiz adamları hesab
olunan bu şəxslər məhz İslamın qorunması naminə həmin vəzifələri
qəbul etdilər.
Yenə də deyirik ki, bu cür əməkdaşlıqlar sualları tərtib edənin
hədəfini təsdiq etmir, çünki bu, Həzrət Yusifin (ə) misirlilərlə olan
əməkdaşlığı kimi bir şey idi.
Sual 100:
Şiələr deyirlər: “Bizim imamlar məsumdurlar və Həzrət
Mehdi (ə.c) onların sonuncusudur. Hazırda yaşayır və imamın
vücudu Allah tərəfindən ixtilafların aradan qaldırılması
üçündür.” Bununla yanaşı, onların arasında yenə də ixtilaf var.
Deyirlər ki, 300 nəfər Mehdi ilə əlaqədədirlər və başqa bir
tərəfdən də bildirirlər ki, hər kim imamı gördüyünü iddia etsə,
yalançıdır. Bunları necə qəbul edək?!
Cavab:
Təkcə məsum imamın vücudu ilə ixtilafları aradan qaldırmaq və
ya vəhdət yaratmaq mümkün deyildir, əksinə peyğəmbərlər də belə
bir xüsusiyyətə malik olmuşlar. Belə ki, Həzrət Məsih (ə) özünün
peyğəmbərliyinin səbəblərindən birinin Bəni-İsrail arasında
mövcud olan ixtilafda hakimlik etmək və onu aradan qaldırmaq
olduğunu bildirmişdir. Həzrət (ə) belə buyurmuşdur:
1«»قد جئتكم بالحكمة ولابين لكم بعض الذی تختلفون فيه
1 Zuxruf surəsi, 63-cü ayə.
172
– Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda
olduğunuz bəzi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah
etmək üçün gəlmişəm.
Həqiqət və haqq aşiqi olanlar İsaya (ə) iman gətirdilər və haqqı
qəbul etdilər. Lakin öz istəklərinin ardınca gedənlər isə ixtilaf
saldılar.
Beləliklə, Allahın höccətinin vücudu ixtilafları aradan qaldırmaq
üçün deyil. Bundan əlavə, Həzrət Peyğəmbər (s) buyurmuşdur:
“Əhli-beytim ümmətimin ixtilaflardan amanıdırlar.” 1
Deməli, höccət geniş şəkildə ixtilafları həll etmək üçün deyildir.
Şiə imamları öz əsrlərində qəti və möhkəm bəyanları ilə insan-
lara yol göstərirdilər. Qəbul edənlər vəhdətə qoşulur və özlərinin
ölçülüb-biçilməmiş fikirlərinin ardınca gedənlər isə ixtilaflara
düçar olurdular. Bunlar xalqın əlinin çatdığı imamlar idilər. Lakin
Həzrət Mehdi (ə.c) barəsində məsələ bir az fərqli şəkildədir.
Allahın qəti iradəsi ilə Həzrət Peyğəmbərin (s) sonuncu canişini
düşməndən uzaqda, yəni qeyb aləmində saxlanılmaqdadır. O,
istədiyi günə qədər bu vəziyyətdə qalacaq və sonra isə ədalət
bayrağını sancacaqdır.
İmam Mehdidən (ə.c) hələlik faydalana bilməmək və nəticədə
ixtilafların mövcudluğu onun zühurunun dünya tərəfindən qəbul
ediləcəyi bir zamanda olacağına görədir. Məlumdur ki, digər
imamlar ya cəfa qılıncı, ya da zəhərlə şəhid edilmişdilər.
Ancaq tərtibçinin 300 nəfərin onunla əlaqədə olması fikrinə
gəldikdə isə deməliyik ki, bu, sənəd-sübutu olmayan bir sözdür.
Dəfələrlə demişik ki, bir mətləbin hər hansı bir kitabda möv-
cudluğu şiələrin əqidəsi anlamında qəbul edilməməlidir.
1 Müstədrək Hakim, II cild, səh. 448 və III cild, səh. 149 və 457; “Zəxair əl-
Üqba”, səh. 17.
173
Bəli, yüksək kamillik səviyyəsinə çatmış bəzi insanlara Həzrətin
(ə.c) hüzurunda olmaq və onun vücudundan elmi və mənəvi
baxımdan faydalanmaq müyəssər olmuşdur.
Sual 101:
Şiələrin etiqadına görə, yer üzü höccətsiz qalmır və başqa
bir tərəfdən də deyirlər ki, təqiyyə dində onda doqquzdur.
Şiələrin imamları dinin onda doqquzunu camaata deməyiblər?
Cavab:
Sualların tərtibçiləri elə təsəvvür etmişlər ki, şiə imamları
hakimiyyət başında olanların zülmünə görə fiqhin hökmlərində,
Quran və sünnətdə təqiyyə etmişlər. Beləcə, onlar elə fikirləşirlər
ki, şiə imamlarının dediklərinin əksəriyyətini təqiyyə təşkil etmiş
və yalnız bir hissəsi həqiqətdən ibarət olmuşdur. Lakin onların
səhvi də elə bu məqamla bağlıdır. Əvvəla, təqiyyə xüsusi hallarda
baş vermişdir. Belə ki, bəzən zalım hökmdarlar Allahın Rəsulunun
(s) sünnətini bilmədən müəyyən hökmlər vermişdilər və bu kimi
vəziyyətlərdə imam şiələrin canının qorunması üçün təqiyyə et-
mişdir. Və elə bir söz demişdir ki, camaat həmin fitvaya uyğun
hərəkət etsinlər. Lakin fiqh və əqidə sahəsində elə məsələlər var ki,
dövrün hökmdarları və saray fəqihlərinin bu barədə müəyyən
fikirləri belə yox idi. İmamlar da belə bir vəziyyətdə həqiqəti demiş
və müəyyən qədər də olsa belə təqiyyə etməmişdir.
Bundan əvvəl də deyildi ki, imamların həqiqi şagirdləri təqiy-
yəni təqiyyə olmayandan yaxşı bilirdilər. Çünki imamların həqiqi
rəvayətləri ilə tanış idilər və onların təqiyyə ilə, yaxud təqiyyəsiz
deyilişlərindəki fərqləri yaxşı başa düşürdülər.
174
Sual 102:
Şiələr inanırlar ki, imanın düzgün olması üçün imamları ta-
nımaq əsas şərtdir. İndi soruşmaq istəyirik ki, bəs on iki imam-
dan əvvəlkilər haqda nə fikirləşirsiniz?
Cavab:
Sizin nəzərinizcə, Həzrət Peyğəmbərin (s) gətirdiyi İslam eh-
kamları təkmilləşdirilmədən öncə Məkkə və Mədinədə vəfat edən-
lərin hökmləri nədir? Həmçinin sizin fikrinizə görə, xəlifələrin öz
vəzifələrini yerinə yetirməsi İslam əqidəsinə əsaslanırdımı? Eləcə
də Əhməd ibn Hənbələ və həmçinin Əşərilərin əqidəsinə görə, xila-
fətə imanı və hətta onların fəzilət səviyyələrini də zaman baxı-
mından əqidə ilə əlaqələndirirlərmi?
Beləliklə, Bədr və Ühüddə dünyadan gedən İslamın ən yaxşı
şəhidlərinin imanları naqis olmuşdumu?
Sizin onlarla bağlı verəcəyiniz cavab elə bizim verəcəyimiz
cavabdır. Müslimin öz “Səhih”ində nəql etdiyi rəvayətə əsasən,
Həzrət Peyğəmbər (s) özü on iki xəlifədən bəhs etmiş və İslamın
izzətinin onlara bağlı olduğunu qeyd etmişdir. Hətta Həzrət Pey-
ğəmbər (s) axırzamanda vədə verilmiş Həzrət Mehdi (ə.c) haqda da
söz açmışdır.
Beləcə, şiələr bəzən onları lazımi səviyyədə dərk etməsələr də,
hələ İslamın ilk günlərindən on iki imamın imamlıqlarına inan-
mışlar.
Sual 103:
Şiələr Əli ibn Əbu Talibdən (ə) belə nəql edirlər: “Ona ənsar
öz aralarından xəlifə seçilməsini istəyir deyəndə Həzrət (ə)
buyurdu: “Niyə onlara demədiniz ki, Həzrət Peyğəmbər (s)
vəsiyyət edib ki, onların yaxşı əməl sahibinə yaxşılıq edin və pis
əməl sahiblərini bağışlayın.” Dedilər: “Bu onların əleyhinə nəyi
sübut edir ki?” Dedi: “Əgər imamət onlara aid olsaydı, Həzrət
175
Peyğəmbər (s) onlar barəsində tapşırıq verməzdi. Şiələrə de-
mək lazımdır ki, Həzrət Peyğəmbər (s) Əhli-beyti (ə) barəsində
vəsiyyət edərək onlarla yaxşı rəftar edilməsini istədi və bu-
yurdu: .«»أذكركم ﷲ فی أھل بيتی
Cavab:
Həzrət Əlinin (ə) məntiqi möhkəm məntiqdir. Çünki bir qrupa
yaxşılıq edilməsi barədə tapşırıq vermək və onların günahlarını
bağışlamaq, aydın məsələdir ki, bu, onların aşağı təbəqədən olması
mənasındadır. Ancaq Əhli-beyt (ə) haqqında deyilənlər ənsarla
bağlı deyiləndən tam fərqlidir. Ənsar barəsində xahiş edilir ki, əgər
pislik etsələr, bağışlayın. Lakin Əhli-beyt (ə) barəsində isə deyilir
ki, onlara itaət göstərin və onlar pak insanlardır.
Tərtibçi “Səhihi-Müslim”dən gətirdiyi cümləni təəssüflər olsun
ki, yarımçıq nəql etmişdir. Müslim öz “Səhih”ində Zeyd ibn
Ərqəmdən belə nəql edir: “Bir gün Həzrət Peyğəmbər (s) Məkkə və
Mədinə yolunda, Xum adlı bir yerdə xütbə oxudu və öz ölümünün
yaxın olmasını xəbər verdi. Həzrət (s) buyurdu: »انّی تارك فيكم الثقلين
«...“ – أولھا كتاب ﷲMən sizin aranızda iki ağır əmanət qoyub ge-
dirəm: Onlardan birincisi Allahın kitabıdır.” Sonra Həzrət (s)
Allahın kitabının əhəmiyyəti barədə danışdı və buyurdu: و أھل بيتی
«“ – اذكركم ﷲ فی أھل بيتیİkincisi isə mənim Əhli-beytimdir.” Həzrət
(s) bu cümləni üç dəfə təkrar etdi.
Burada Əhli-beytin (ə) ikinci ağır əmanət olmasına dair cümlədə
“Səhihi-Müslim”də «“ – »ثانيھماİkincisi” kəlməsi düşmüşdür. Əksər
kitablarda “Səqəleyn” hədisi səhihdir və onlarda «»فان تم ّسكتم بھما
kəlməsi yazılmışdır və 14-cü sualda onun bəzi sənəd-sübutlarına
toxunduq.
Beləcə, aydın oldu ki, Əhli-beyt (ə) barəsində olan vəsiyyət
eynilə Allahın kitabı barəsində olan vəsiyyət kimidir, yəni hər
ikisinə tabe olub itaət edin!
176
Sual 104:
Şiələrin əqidəsinə görə, Həzrət Peyğəmbər (s) ləyaqətli
adamlardan uzaqlaşaraq münafiqləri danışmalarından tanıyar,
onlardan ordu rəhbəri seçər və bəziləri ilə də qohumluq
əlaqələri qurardı.
Cavab:
Şiələrə aid edilən bu məsələ heç bir sənəd-sübutu olmayan bir
iftiradır. Sənəd-sübutu olsaydı, o zaman göstərərdi. Bu onun şəxsən
çıxardığı bir nəticədir.
Bu sualda iki mətləbə işarə olunmuşdur:
1. Həzrət Peyğəmbər (s) münafiqləri danışıqlarından tanıyırdı;
2. Həzrət Peyğəmbər (s) salehlərdən uzaqlaşır və münafiqləri
mühüm vəzifələrə qoyurdu, hər iki fikir batil və əsassızdır.
Tərtibçinin birinci fikirdəki səhvi budur ki, Həzrət Peyğəmbərin
(s) bütün münafiqləri danışıq tərzlərindən tanıdığını təsəvvür
etmişdir. Bu yalnız bəzi münafiqlərə aid idi. Lakin bəziləri ona
məsləhət üzündən tanış deyildilər. Quran bu barədə buyurur:
1«»و من أھل المدينة مردوا علی النفاق لا تعلمھم نحن نعلمھم
–Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü
özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları
tanımazsan, Biz isə onları tanıyırıq.
Beləliklə, əgər münafiq Həzrət Peyğəmbərin (s) dövründə hər
hansı bir işdə olmuşsa, deməli tanınmamışdır. Həzrət Peyğəmbər
(s) tanısa da, onları ifşa etmirdi və onlarla başqaları kimi rəftar
edərdi. Buna misal, Təbukdan qayıdanda bir qrup münafiq Həzrət
Peyğəmbəri (s) qətlə yetirməyi planlaşdırmışdılar, lakin Allah-təala
onların planlarını heçə çıxardı. Həzrət Peyğəmbər (s) onların adını
1 Tövbə surəsi, 101-ci ayə.
177
yalnız Hüzeyfəyə dedi. O da kimsəyə faş etmədi, bu üzdən də ona
Həzrət Peyğəmbərin (s) sirr saxlayanı deyirdilər.1
Ancaq şiələrə aid edilən ikinci mövzu xalis yalan və iftiradır.
Həzrət Peyğəmbər (s) daim salehlərə ehtiram qoymuş və tanıdığı
qədər münafiqlərdən uzaqlaşardı. Əgər bir ailəyə qız verib qız
almışsa, onlar o zamankı İslam cəmiyyətinin üzvləri idilər və hər
bir müsəlman bir-birinə qız verib qız ala bilərdi. Lakin onlar barədə
bir iki səhifə mütaliə etməklə, həm də Həzrət Peyğəmbərin (s)
əsrinə nəzər yetirib fikir irəli sürmək doğru deyildi. Gərək onların
bütün həyatları oxunsun və onları düzgün tanımaq mümkün olsun.
Şiələr həmin şəxslər barəsində bu işi görürlər və bir, yaxud iki
səhifə ilə kifayətlənmirlər. Əməllərin sonunu nəzərə alırlar, necə ki,
Həzrət Peyğəmbər (s) buyurmuşdu.2
Sual 105:
Şiə təfsirçiləri 3« »ولا تمسكوا بعصم الكوافرayəsini belə təfsir
edirlər: Kafir qadınlarla evlənməyin. Bəs, onda Həzrət Pey-
ğəmbər (s) nə üçün sizin kafir və mürtəd bildiyiniz möminlərin
anası Ayişə ilə evləndi?
Cavab:
Bu sual dəfələrlə kitabda təkrarlanmışdır. Elə bundan öncəki
sualda da qeyd etdik ki, Həzrət Peyğəmbər və bütün yaxınları
müsəlman ailələri idilər və onlarla evlənmək icazəli idi. Şiələr
Ayişə xanım haqda heç bir vaxt o iki sözü dilinə belə gətirməyib.
Onun barəsində dedikləri bundan ibarətdir: “O, Quranın buyurduğu
4«...“ – »و قرن فی بيوتكنEvlərinizdə qalın!” göstərişi ilə müxa-
1 Fəthül-Bari, “Kitabi Fəzayil səhabə”, “Mənaqibi Əmmar və Hüzeyfə”, nömrə-
3743.
2 Səhihi-Buxari, rəvayət-6493.
3 Mumtəhinə surəsi, 10-cu ayə.
4 Əhzab surəsi, 33-cü ayə.
178
lifətçilik etdi. Habelə Təlhə və Zübeyr kimi əhdini sındıranlarla
birlikdə müharibə etdi ki, nəticədə 14000-dən çox övladı öldürüldü.
Ancaq Həzrət Peyğəmbər (s) ona buyurmuşdu: »كيف با حداكن تنبح
«“ – عليھا كلاب الحوأبKaş hansınızın üstünə nə vaxtsa Havab itlərinin
hürəcəyini biləydim.” 1
Sual 106:
Xəttabiyyə şiə firqələrindəndir. Onların inamına görə, İmam
Cəfər Sadiqdən (ə) sonra oğlu İsmayıl imam olmalıydı. Şiə
alimləri isə onları rədd edərək belə deyirlər: “İsmayıl İmam
Sadiqdən (ə) öncə vəfat etmişdir və vəfat edən bir şəxs dirinin
canişini ola bilməz.”
Şiədən soruşulur: “Siz Həzrət Peyğəmbərin (s) Həzrət Əliyə
buyurduğu “Sənin mənə nisbətin Harunun Musaya olan nisbəti
kimidir” hədisini, yəni “Mənzilət” hədisini arqument kimi irəli
sürürsünüz. Məlumdur ki, Harun Musadan (ə) öncə vəfat
etmişdir və sizin adamlarınızın dediyi kimi, vəfat etmiş şəxs
dirinin canişini ola bilməz?!
Cavab:
Birincisi, Xəttabiyyə İsmayılı İmam Sadiqin (ə) canişini bilmirdi
və İsmayıliyyə Xəttabiyyə firqəsi deyil. Xəttabiyyə firqəsi ya Əba
İsmayıl, ya Əbu Xəttab, ya da Əbu Zibyan adı ilə məşhur olan Əbu
Zeyd Əsədi Kufinin davamçılarıdır. O, qadağalar qoyan və
peyğəmbərlik iddiasında olan birisi idi. Camaat onun bu çirkin
fikirlərinə görə onunla dava etdilər və bu davada o öldürüldü.
İmam Sadiq (ə) ilk gündən ondan uzaq olduğunu bildirdi.2
Bu hadisədən sonra həmin firqənin İsmayıl və İsmayıliyyə ilə
heç bir əlaqəsi olmadı.
1 Müstədrəkül Hakim, III cild, səh. 120; “Səhihi İbn Həyyan”, XV cild, səh.
126; “Müsnədi-Əhməd”, VI cild, səh. 52 və 97.
2 əl-Miləl vən-Nihal, Şəhristani, I cild, səh. 179.
179
İkincisi, əgər şiə vəfat etmiş şəxsin diri bir insanın canişini ola
bilməyəcəyini deyirsə, bu düzgün mətləbdir. Lakin Həzrət Əli (ə)
Allahın Peyğəmbərindən (s) sonra 30 il həyatda olmuşdur və onun
rəsmi, qanuni canişini idi. Əgər onun nisbəti Harunun nisbəti
kimidirsə və o da Musadan (ə) öncə vəfat etmişsə də qeyd etdik ki,
Harun uzun müddət həyatda ikən bu ayənin hökmünə əsasən Mu-
sanın (ə) canişini 1«... »واخلفنی قومیidi. Bu canişinlik davam
etmədi, çünki Musadan (ə) öncə vəfat etdi. Bundan öncə dedik ki,
Həzrət Əlinin (ə) bu oxşarlığı nübüvvətdən başqa üç yerdə var idi.
Yoxsa əgər Həzrət Əli (ə) də Həzrət Peyğəmbərdən (s) öncə vəfat
etsəydi, ondan sonra canişin ola bilməyəcəkdi. Bu sual da təkrar
sualdır.
Sual 107:
Şiələr on iki imamı təsdiq etmək üçün Həzrət Peyğəmbərin
(s) buyurduğu “Məndən sonra on iki xəlifə olacaq və onların
hamısı Qüreyşdəndir” hədisinə istinad edirlər.
Başqa bir rəvayətdə isə belə yazılmışdır: ً»لا يزال أمر الناس ماضيا
:2«ً ما وليھم اثنا عشر رجلاİndi soruşuruq ki, şiə imamlarından iki
nəfər rəhbərlik etdi: biri Əli və o birisi də oğlu Həsən. Bəs
rəhbərlik etmiş digər on nəfər kimdir?
Cavab:
On iki xəlifəyə aid hədislər “Səhihi-Müslim”də geniş və
“Səhihi-Buxari”də xülasə şəklində nəql edilmişdir.
Müslim əsərinin “əl-İmarə” bölməsində, 1821 nömrəli hədisdə
yeddi sənədlə bu hədisin yeddi sözünü nəql edir və təkcə bir yerdə
“ ”ما وليھمkəlməsindən istifadə etmişdir.3
1 Əraf surəsi, 142-ci ayə.
2 O on iki nəfər xalqa rəhbərlik etdikcə, xalqın işləri davam edəcək. (Buxari və
Muslim)
3 Səhihi-Müslim, “Kitab əl-İmarə”, hədis-1821.
180
Buxari “əl-Ehkam” kitabında hədisin əksini belə nəql etmişdir:
1.«ً»يكون اثنا عشر أميرا
–Beləliklə, hədisin heç bir formasında “ma vəliyyikum” kəlməsi
yoxdur, yalnız birindən başqa.
Ancaq bu hədislərdə məqsəd epistolyar üslubdur, xəbər deyildir.
Yəni xalqa deyilir ki, onlar gərək on iki xəlifəyə itaət etsinlər,
İslam dininin və müsəlmanların şərəf və ləyaqəti bu on iki şəxslə
bağlıdır. Demir ki, bu on iki pak insan ondan sonra xilafətdə
olacaqlar.
Lakin təəssüflər olsun ki, insanlar müəyyən bir həddədək həmin
on iki nəfərlik qrupdan ikisinə itaət etmiş və zalım hökmdarlar öz
əlaltılarının köməkliyi ilə digərlərinə öz vilayətlərini həyata
keçirməyə icazə vermədilər.
Biz burada soruşuruq: “Həzrət Peyğəmbər (s) açıq-aydın şəkildə
buyurmuşdur: “On iki xəlifə müsəlmanların izzət və şərəfini ucal-
dacaqdır.” İndi bizim dörd xəlifə ilə işimiz yoxdur, ancaq onlardan
sonra müsəlmanların ləyaqətinə zərbə vuran həmin yeddi nəfər
kimlər olmuşlar?
Müaviyə ibn Əbu Süfyan, yaxud onun şərab içən oğlu Yezid,
yoxsa Allahın Rəsulunun (s) sürgün etdiyi və məlun adlandırdığı
Mərvan ibn Həkəm və onun dörd övladı: Əbdülməlik və digər üç
qardaşı?
Əbdülməlikin cinayətlərindən biri bu idi ki, İraq camaatını
Həccac ibn Yusif kimi bir caninin azğınlığına düçar etdi. Onun
nahaq tökdüyü qanlar tarixi mənbələrdə qeyd olunmuşdur.
1 Buxari, “əl-Ehkam” kitabı, “İstixlaf” babı, hədis-7224.
181
Sual 108:
Şiələr belə iddia edirlər ki, Həzrət Peyğəmbərin (s) vəfatın-
dan sonra bir neçə nəfərdən başqa hamı mürtəd olmuşdur?!
Cavab:
Bu sual da təkrardır və onun cavabını vermişik. Demək lazımdır
ki, Əhli- sünnətin sihahlarında səhabələrin dindən uzaqlaşması
barədə on hədis nəql edilmişdir. İbn Əsir “Cameül-üsul” əsərində
bütün bu rəvayətləri Buxaridən və Müslimdən nəql etmişdir.
Səhabələrin dindən uzaqlaşması barəsində siz danışmalısınız, şiələr
yox! Biz dedik ki, bu barədə bəzi rəvayətlər şiə kitablarında vardır
və yalnız xəbər olduğuna görə, onlara etiqad məsələsində etimad
etmək olmaz.
Bundan əlavə, Həzrət Peyğəmbərin (s) 150 səhabəsi şiələrin
öncülləri olmuşlar.
Sual 109:
Şiələr iddia edirlər ki, səhabələr doğru və ədalətli deyillər.
Lakin şiə kitablarında səhabələrin ədalətli olması haqda hə-
dislər görürük. Onlardan biri Həzrət Peyğəmbərin (s) “Həccə-
tül-vida”da dediyi hədisdir ki, buyurmuşdur:
1«»نضر ﷲ عبداً سمع مقالتی فوعاھا ثم بلغھا الی من لم يسمعھا
Cavab:
Birincisi, əgər bu rəvayətlər şiə kitablarında varsa, onda nə üçün
şiəni ittiham edirsiniz ki, səhabələri dindən uzaqlaşmış sayır?!
İkincisi, bu rəvayətlərin azacıq da olsa səhabələrin ədalətinə
aidiyyəti yoxdur. Bu bütün müsəlmanlar üçün olan bir qanundur ki,
haqq sözü eşitdikdə onu başqasına ötürsünlər və həqiqətdə elm
1 Allah mənim sözümü eşidib əzbərləyəni və sonra onu dinləyənə çatdıranı şad
etsin!
182
ardınca getmələrinə işarədir. Həzrət Peyğəmbərin (s) hədisinin və
dini elmin ardınca gedərək onu başqalarına da ötürsünlər. Bunun
səhabələrin ədalətinə heç bir dəxli yoxdur.
Sual 110:
Həzrət Peyğəmbər (s) ümmətinə layiqli həyat yoldaşı seç-
məyi tapşırdı. Bəs nə üçün özü – əlbəttə ki, şiələrin nəzərində –
layiqli qadınla evlənmədi?
Cavab:
Bu sual da təkrardır və cavabında da qeyd etmişik ki, şiələr
Həzrət Peyğəmbərin (s) xanımları barədə Quranda və hədisdə
gələndən savayı başqa heç nə demirlər.
Xatırladaq ki, o zaman İslam cəmiyyəti vahid bir cəmiyyət idi
və insanların bir-biri ilə evlənməyə haqları var idi. Bu o mənada
deyildir ki, Həzrət Peyğəmbərin (s) evləndiyi xanımlar və onların
boya-başa çatdıqları ailələr ömürlərinin sonuna qədər ədalətlə
yaşamışlar. “Təhrim” ayəsindən də məlum olur ki, onların bəziləri
əmrdən çıxırdılar.
Necə ki, Həzrət Peyğəmbər (s) buyurur:
إِ ْن تَتُوبا إِلَي ﱠ ِﷲ فَقَ ْد َص َغ ْت قُلُوبُ ُکما َو إِ ْن تَظا َھرا َعلَ ْي ِه فَإِ ﱠن ﱠﷲَ ُھ َو َم ْولاهُ َو ِج ْبري ُل َو
1صالِ ُح ا ْل ُم ْؤ ِمني َن َو ا ْل َملائِ َکةُ بَ ْع َد ذلِ َک ظَھي ٌر
– (Ey Həfsə, ey Ayişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə)
Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət
verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun
barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona
(Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə
çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri
isə Cəbrayıl, əməlisaleh möminlər və bundan sonra da (bütün)
mələklərdir.
1 Təhrim surəsi, 4-cü ayə.
183
Bu ayənin və eləcə də ondan əvvəlki ayələrin nazil olması Ayişə
və Həfsə xanımla bağlıdır.1
“Təhrim” surəsinin ayələrindən məlum olur ki, Həzrət
Peyğəmbərin (s) xanımları öz zamanlarında ən yaxşı xanımlar
olmayıblar. Çünki onların barəsində deyir:
...2َعسي َر ﱡبهُ إِ ْن َطلﱠقَ ُک ﱠن أَ ْن يُ ْب ِدلَهُ أَ ْزواجاً َخ ْيراً ِم ْن ُک ﱠن ُم ْسلِما ٍت ُم ْؤ ِمنا ٍت قانِتا ٍت
–Əgər o, sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona
sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar,
ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!
Allahın “sizdən iman, İslam və itaət baxımından daha yaxşı
qadınlar nəsib edərəm” – deməsi bir daha onu bildirir ki, Həzrət
Peyğəmbərin (s) xanımları ən yaxşı qadınlar olmamışlar. Qeyd
edək ki, əgər “Təthir” ayəsi Həzrət Peyğəmbərin (s) xanımları ba-
rəsində olsaydı, onlar ayənin hökmünə görə, ən yaxşıları olardılar.
Ancaq “Təhrim” surəsi buyurur: “Onlar ən yaxşılar deyillər.”
“Təthir” ayəsi Həzrət Peyğəmbərin (s) xanımlarına aid deyil və bu
barədə bir çox rəvayətlər də vardır.
Sual 111:
Əgər səhabələrin arasında münafiqlər çox idisə, bəs onda
Farsı, Bizansı və Beytül-Müqəddəsi necə fəth etdilər?
Cavab:
Bu sual da təkrardır və cavabını daha öncə vermişik.
Birincisi, müsəlmanların Fars və Bizansa qələbə çalmalarının
səbəbləri var idi:
1 Durr əl-Mənsur.
2 Təhrim surəsi, 5-ci ayə.
184
1. Dünyanın o zamankı Bizans və Farsda aparılan mühari-
bələrdən bezməsi, ölkələrin müxtəlif təbəqələrini səadətə çatdıra
biləcək düzgün planlaşdırmanın aparılmaması və onların arasında
ədalətin yayılmaması ona gətirib çıxardı ki, ədalət səsini eşidən
kimi hamı ona öz müsbət rəyini bildirdi;
2. İslamın nurlu və aydın təlimləri nur kimi saçmağa başladı və
insanlar onu qəbul etdilər. Və nəticədə şəhərlərin qapıları İslam
ordusunun üzünə taybatay açıldı.
İkincisi, biz heç bir zaman səhabələrin dindən uzaqlaşmasına
dair fikirlər irəli sürməmişik və bununla bağlı onu demək istəyirik
ki, Həzrət Peyğəmbərin (s) səhabələri xilafət məsələsində bir neçə
qrupa bölünmüşlər:
a) Onların əksəriyyəti sakitliyə riayət etmiş və bu məsələlərdən
uzaq olmuşlar;
b) Bir qrup səhabə şiələrin öncülü olmuş və Həzrət Əliyə (ə)
itaət edərək hakimiyyətlə də əməkdaşlıq etmişlər;
c) Xilafətin hüdudları daxilində yaşayaraq işləri tam şəkildə
əlinə almış səhabələr də olmuşdur.
Sual 112:
Böyük şiə alimi Şeyx Məhəmməd Hüseyn “Kaşifül-ğita”
əsərində Həzrət Əli (ə) barəsində yazır: “Həzrət Əli (ə) özündən
əvvəlki iki xəlifənin İslamın yayılmasındakı səylərini görüb
onlarla beyət etdi və sülh yolunu seçdi.” Deməli, qəbul edirsiniz
ki, Həzrət Əli (ə) özündən əvvəlki iki xəlifə ilə beyət etmişdir?!
Cavab:
Mərhum Şeyx Məhəmməd Hüseynin “Kaşifül-ğita” əsərindəki
bu fikir Əmirəlmöminin Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”sindən
götürülüb ki, biz bu məsələyə dəfələrlə işarə etdik. İmam Əli (ə)
bəzi məsələlərə görə sükut etmişdir, çünki xəlifəliyini tələb etsəydi,
yenə də heç bir nəticə əldə etməyəcəkdi. Həm də İslamın inkişaf
185
etməsinə də mane olacaqdı. Ancaq Həzrət Əlinin (ə) onlarla beyət
etdiyini yazması məsələsinə gəldikdə isə, deməliyik ki, burada
Həzrətin (ə) sülh yolunu seçdiyini nəzərə çatdırmaq istəmişdir.
Çünki buyurur: 1بايع و سالم
Sual 113:
Şiələr Həzrət Peyğəmbərdən (s) sonra səhabələrin dindən
uzaqlaşması ilə bağlı Allahın Rəsulundan (s) dəlil-sübut
gətirirlər. Belə ki, Həzrət (s) buyurmuşdur:
اصحابی: فأقول،»يرد عل ّی رجال أعرفھم و يعرفوننی فيذادون عن الحوض
2« ما أحدثوا بعدك، انّك لا تدری:اصحابی! فقال
–Mənim yanıma insanlar gəlir ki, mən onları və onlar da məni
tanıyır və onları mənim olduğum hovuza gəlməyə qoymurlar və
mən deyirəm: “Niyə onları qaytarırsınız, onlar mənim səhabə-
lərimdirlər.” Deyilir: “Onların səndən sonra nələr etdiyini bilmir-
sən.”
Məlumdur ki, bu hədis bütün səhabələrə aiddir, hətta Əli
(ə), Əmmar, Miqdad, Abuzər və Salman Farsiyə də. Şiə bu
hədisə necə münasibət göstərir?
Cavab:
Allaha şükürlər olsun ki, sual verən özünün də ən səhih saydığı
kitabdan səhabələrin dindən uzaqlaşmasına dair hədisi nəql edir.
Əlbəttə, burada qeyd etmək lazımdır ki, hədis ümumi xarakter kəsb
etmir və səhabələrin hamısına aid deyil, yalnız onların bir qrupuna
aiddir. Necə ki, buyurur: – يرد عل ّی رجال أعرفھمBir qrup mənim
yanıma gəlirlər ki, mən onları və onlar da məni tanıyırlar. Beləliklə,
1 Əsle-şiə, səh. 82, “Seyda” çapı.
2 Buxari.
186
böyük bir qrupun dindən uzaqlaşmasından və böyük bir qrupun da
dində və təqvada möhkəm qalmasından söhbət getmir. Hədis
Salman Farsi və Abuzər kimi şəxsiyyətlərin dindən uzaqlaşmasına
dəlalət etmir. Bundan əlavə, İslam ümməti də onların paklığına
şahiddir.
Sual 114:
Malik Əştər bir xütbədə buyurur: “Allah-təala Həzrət Mə-
həmmədi (s) müjdə verən və qorxudan kimi seçdi…
واستخلف أبوبكر عمر، واست ّن بسنّته،استخلف علی الناس أبا بكر فسار بسيرته
فاستن بمثل تلك السنّة
Yəni Peyğəmbər (s) Əbu Bəkri öz xəlifəsi seçdi və Əbu Bəkr
Peyğəmbərin (s) qaydası ilə hərəkət etdi. Əbu Bəkr Öməri xəlifəliyə
seçdi və o da əvvəldəkilərin qaydası ilə əməl etdi. Malik Əştər Əbu
Bəkri öyür, lakin şiələr onu tənqid edirlər?!
Cavab:
Bu hədisin uydurma və ya saxta olmasına ən aydın sübut odur
ki, kimsə deməmişdir ki, Həzrət Peyğəmbər (s) Əbu Bəkri xəlifə
seçdi. Çünki şiələr deyirlər ki, Həzrət Peyğəmbər (s) Həzrət Əlini
(ə) xəlifəliyə seçdi. Əhli-sünnət isə belə deyir: “Həzrət Peyğəmbər
(s) özündən sonra kimsəni təyin etmədi.”
Bəs, Malik Əştər belə bir yalan fikri kimsədən nəql edilməyibsə,
necə deyir!? Bundan əlavə, həmin xütbəni qəbul edəsi olsaq, Əhli-
sünnətin prinsiplərindən biri aradan gedəcəkdir. O da budur ki,
onlar deyirlər: “Xilafət əhli həll və əqdin seçimi ilədir.” Ancaq
burada belə çıxır ki, Əbu Bəkr Həzrət Peyğəmbər (s), Ömər isə
Əbu Bəkr tərəfindən seçilmişdir.
Əgər doğrudan da Əbu Bəkr və Ömər Həzrət Peyğəmbərin (s)
qoyduğu qaydalara əsasən hərəkət etsəydilər (66-cı sualın
187
cavabında qeyd etdik), onda Həzrət Əli (ə) altı nəfərlik Şurada nə
üçün Əbdürrəhman ibn Ovfun təklifini qəbul etmədi. Onda
demişdilər: “Əgər Allahın kitabı, Həzrət Peyğəmbərin (s) qoyduğu
qaydalar, Əbu Bəkr və Ömərin qaydası ilə rəhbərlik etsən, xilafət
sənindir.” Həzrət Əli (ə) buyurdu: “Yalnız Allahın kitabı və Həzrət
Peyğəmbərin (s) qoyduğu qaydalarla.” Əgər onların rəftarları
Həzrət Peyğəmbərin (s) rəftarı ilə üst-üstə düşsəydi, o zaman nə
üçün Əbdürrəhman belə bir şərt irəli sürürdü?
Sual 115:
İbn Həzm şiələrdən soruşur: “Nə üçün Həzrət Əli (ə) altı
aydan sonra Əbu Bəkrlə beyət etdi? Əgər bu beyət düzgün iş
idisə, onda nə üçün onu altı ay təxirə saldı və əgər düzgün
deyildisə, nə üçün altı aydan sonra beyət etdi?”
Cavab:
Birincisi, şiələrin fikrinə görə, Əmirəlmöminin Həzrət Əli (ə)
heç bir zaman beyət etməmişdir. Çünki xəlifə zaman keçdikcə
bütün işləri öz əlinə aldı və artıq Həzrət Əlinin (ə) beyətinə ehtiyac
yox idi. Siz sələfilər deyirsiniz ki, Həzrət Əli (ə) beyət etdi. Fərz
edək ki, siz dediyiniz kimi, Həzrət Əli (ə) beyət etdi. Bəs, deyin
görək necə beyət etdi? Öz ixtiyarı ilə və rəğbətlə beyət etdi, yoxsa
ikrahla? Burada biz Həzrətə (ə) məktub göndərən Müaviyənin
dediklərinə istinad edirik: “Xatırla o günləri ki, dəvə kimi boynuna
kəndir salıb beyət üçün məscidə apardılar.” Əmirəlmöminin Həzrət
Əli (ə) cavabında yazır: “Məni məzəmmət etmək istədin, ancaq
öydün. Mömin üçün zülmə məruz qalmaq və məzlum olmaq
çətinlik deyil.”1
İkincisi, İbn Həzmin dediyinə əsasən, Həzrət Əlini (ə) tənqid
etmişlər, şiələri yox. Həzrət Əli (ə) də sizdə Raşidi xəlifələrin-
1 Nəhcül-bəlağə, 28-ci məktub.
188
dəndir və siz onların bütün işlərini düz qəbul edirsiniz, bəs niyə bu
işini açıqlaya bilmirsiniz? İbn Həzm Ədürrəhman ibn Mülcəmin
işini düzgün sayır və deyir: “O, Əmirəlmöminin Həzrət Əlini (ə)
öldürməkdə ictihad etdi və doğru yolu getdi.”1 Amma bu Əli (ə)
barəsində Həzrət Peyğəmbər (s) buyurmuşdu:
2يا علی قاتلك أشقی الآخرين
–Ya Əli, qatilin ən alçaq bir şəxsdir.
Üçüncüsü, biz bütün bu mətləbləri nəzərdən keçiririk, mümkün
deyil ki, bir iş əvvəldə məsləhət olmasın, lakin sonra zaman keç-
dikcə məsləhət olsun?
Hər bir halda sual şiələrə aid deyil. Çünki şiələrin belə bir
əqidəsi yoxdur.
Sual 116:
Şiələr deyirlər: “Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) özün-
dən sonra sükut etməyə dəvət etdi və Həzrət (ə) də dava və
qarışıqlığa qarışmadı.” Lakin Cəməl və Süffeyn əhli ilə müha-
ribə etdi. Yəni ilk günlərdə müharibə etmədi, əksinə haki-
miyyətə gəldikdən sonra müharibə etdi?!
Cavab:
Əmirəlmöminin Həzrət Əli (ə) bu sualın cavabını öz xütbələ-
rinin birində vermişdir. Həzrət Peyğəmbər (s) dünyadan köçdükdən
sonra vəziyyət son dərəcə həssas idi və İslam dininin əsas
prinsiplərinin aradan çıxması qorxusu var idi və belə bir zamanda
müxalifətdə olmaq düzgün deyildi. İmam (ə) “Nəhcül-bəlağə”də öz
məktublarının birində (26-cı məktub) bunu qeyd etmişdir.
1 əl-Məhəlli, X cild, səh. 482.
2 Müsnədi-Əhməd, V cild, səh. 326, hədis-17857; “Müstədrəkül Hakim”, III cild,
səh. 151 və başqaları.
189
Bundan əlavə, Həzrət Peyğəmbərin (s) vəfatından sonra İmamın
(ə) qiyam etmək üçün köməkçiləri də çox az idi. Osmanın
öldürülməsindən sonra mühacirlərin, ənsarın və tabeinin
damarlarında qeyrət qanı coşdu. Onlar öz gözləri ilə gördülər ki,
İslam özünün əsl yolundan çıxmışdır və onu öz yoluna qaytara
biləcək yeganə şəxs məhz Əmirəlmöminin Həzrət Əli (ə) idi.
Belə bir vəziyyətdə höccət İmama (ə) tamam oldu və vəhdəti və
ədaləti icra etmək üçün qiyam etdi. Həzrət (ə) öz xəlifəliyi
dövründə Həzrət Peyğəmbərin (s) bərqərar etdiyi hakimiyyəti
yenidən dirçəldə bildi. Bu üzdən də öz xütbələrinin birində belə
deyir:
لولا حضور الحاضر وقيام الح ّجة بوجو الناصر و ما أخذ ﷲ علی العلماء ألا يقا ّروا
.«...علی كظّة ظالم و لا سغب مظلوم
–Bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı,
höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın
zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən)
ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd
olmasaydı, xəlifəlik yüyənini hər an onun üstünə atardım.
Sual 117:
Şiələr peyğəmbərlərlə imamlar arasında çox fərq qoymur-
lar. Məclisi deyir: “Biz imamların peyğəmbərliklə vəsf olun-
mamasında bir dəlil görmürük, yalnız peyğəmbərlərin sonun-
cusu rəvayət olunmaqla nübüvvət və imamətin fərqi yox-
dur?!”1
Cavab:
Sualları tərtib edənlərin bir əsas problemi vardır ki, bu da
iddialarını irad kimi irəli sürmələridir. Buna görə də sənəd
1 Biharül-ənvar, 26-cı cild, səh. 82 (kitabda səhvən 28 qeyd olunub).
190
göstərmirlər və çox vaxt səhifələrin və cildlərin rəqəmlərini səhv
deyirlər və bəzən də şiə alimlərinin dediklərindən səhv nəticə
çıxarırlar.
İndi biz mərhum Məclisinin yazdığını burada təqdim edirik ki,
onun barəsində deyilənin əksinin doğru olduğu məlum olur.
Məclisi belə deyir:
لع ّل الفرق بين الأئ ّمة و غير أولی العزم من الأنبياء أ ّن الأنبياء أ ّن الأئ ّمة ن ّواب
للرسول لا يبلّغون إ ّلا بالنيبابة و أ ّما الأنبياء و إن كانوا تابعين لشريعة غيرھم لكنّھم
.«مبعوثون بالرسالة و إن كانت تلك النيابة أشرفل من تلك الأصالة
–İmamətin ululəzm olmayan peyğəmbərlərin nübüvvəti ilə fərqi
ola bilər bu olsun ki, imamlar peyğəmbərlərin canişinləridirlər.
Hökmləri peyğəmbərlərin canişini kimi bəyan edirlər, lakin o
peyğəmbərlər özlərindən öncə olan peyğəmbərin şəriətinə tabe
olmalarına baxmayaraq, birbaşa olaraq Allah tərəfindən
seçilmişdilər. Peyğəmbərin canişinliyi də birbaşa məbus olan
şəxslərdən ola bilər.
Sonra dediyi cümləni qeyd edir, lakin onun ardınca deyir:
.«ولا يصل عقولنا إلی فرق بيّن بين النبوة و الإمامة
–Bu bəyan ilə şiələrin peyğəmbərlərlə imamlar arasında çox
fərq qoymadıqlarını necə iddia etmək olar. Nübüvvətdə vasitə
olmadığı, lakin imamətin vasitə ilə olmasından daha aydın fərq?
Sonda xatırladırıq ki, sualları toplayanın əli Quran və kəlamdan
qısa olduğu üçün imamət məqamını seçki ilə olan bir mənsəb hesab
edir. O, təsəvvür edə bilmir ki, imamət məqamı bəzən nübüvvət-
dən və risalətdən də uca ola bilər, lakin həqiqət belə deyil. İbrahim
Xəlilullah nübüvvət, risalət və xillət (dostluq) məqamına
191
yetişdikdən sonra ömrünün sonunda imamət məqamına gəlib çatdı
və ona belə xitab olundu:
«ً»إنّی جاعلك للناس إماما
–Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm.
Əgər rəvayətlərə diqqət yetirilsə, imamət məqamı şərəf
baxımından ya nübüvvət kimidir, ya da ondan üstündür. Və bu
ayəyə əsasən, İbrahim üçün imamət nübüvvətdən sonra müəyyən
olunmuşdur. İmaməti bu ayədə nübüvvət mənasında qəbul etmək
Quranı anlamaqdan çox uzaqdır. Çünki bu ayədə İbrahim imamət
məqamını övladı üçün istəyir və deyir:
«قال و من ذ ّريّتی قال لا ينال عھدی الظالمين
–Nəslimdən necə?” – deyə soruşdu. Allah onun cavabında
“Sənin nəslindən olan zalımlar mənim əhdimə (imamlığıma) nail
olmazlar”, – buyurdu.
Ayədən məlum olur ki, O, bu istəyi dilədiyi zaman övlad sahibi
olmuş və öz qocalıq dövründə yaşayırdı. Mümkündür ki, bir şəxs
nübüvvət məqamına sahib olsun, lakin imamət məqamına sahib
olmasın. Misal üçün, Bəni-İsrail peyğəmbərlərinin çoxu ola bilər
ki, imam olsunlar, lakin nübüvvətləri olmasın. Əhli-beyt (ə)
imamları kimi və yaxud hər iki məqam bir insanda cəmləşsin.
Ululəzm peyğəmbərlər kimi İbrahim Peyğəmbərdən (ə) sonuncu
İslam Peyğəmbərinə (s) qədər.
192
Sual 118:
Şiələr deyirlər: “İmamın Allah-təala tərəfindən təyin edil-
məsi ilahi bir lütfdür.” İmam Zamanın (ə.c) qeybdə olduğu bu
zamanda onun müsəlmanlara hansı lütfü vardır?
Cavab:
Birincisi, bu sual artıq tərtibçi tərəfindən verilib və biz də ona
cavab vermişik. Sualların bu qədər təkrar edilməsinə təəccüb edi-
rəm, görəsən nə üçün sualların sayını belə artırmaq istəyirlər. Bir
sualı müxtəlif formalarda hardasa iyirmi beş dəfə təkrar edirlər!?
İkincisi, ilahi lütflərdən biri peyğəmbərləri və övliyaları seç-
məyin şəraitə də ehtiyacı vardır. Zəmin olduqda ilahi lütf insanlara
şamil olur və Allah-təala bir şəxsi ya peyğəmbər, ya imam, ya da
Öz höccəti kimi tanıdır. Əgər zəmin olmasa, Allah-təala Öz
höccətini və ya da imamını aşkar edib insanlara tərəf göndərməyi
uyğun bilmir. Və Həzrət Mehdinin (ə.c) məsələsi də belədir və əgər
ədaləti bütün dünyada bərqərar etmək, habelə vahid dünya höku-
mətinin yaranması üçün zəmin olmasa, Allah-təala höccəti aşkar
etməyəcək.
Bundan əlavə, Qurani-kərimdə də iki növ höccət bəyan edil-
mişdir. Birincisi Musa ibn İmran (ə) kimi aşkar və aydın, ikincisi
isə Musanın (ə) müsahibi kimi gizli və tanınmayan. Bəzi rəva-
yətlərdə ona Xızır deyilir. O, Allahın höccəti idi və lütfü xalqa
çatırdı. Lakin xalq onu tanımırdı və Allah onun lütfündən üçünü
Musaya (ə) şamil etdi ki, onun dastanı “Kəhf”1 surəsində geniş
şəkildə qeyd edilmişdir.
Beləliklə, məlum olur ki, Allahın höccətinin tanınmaması lütfün
olmamasına dəlalət etməz. Ola bilər ki, tanınmayan bir libasda,
görkəmdə və s.- də miskin insanların və bəlaya düçar olanların fər-
yadına çatsın. Yaxud ümmətin böyük problemlərini Özünün tədbir
1 Kəhf surəsi, 20 və 82-ci ayələr.
193
və elmi ilə həll etsin. Necə ki, Həzrət Musanın (ə) müsahibi bunu
etmişdir.
Sual 119:
Şiələr öz imamlarını məsum hesab edirlər, məgər onların
aşağıdakı işləri məsumluqları ilə ziddiyyət təşkil etmir?
1. Həsən ibn Əlinin (ə) Osmanın qatilləri ilə döyüşməyə
getməsi və onun intiqamını tələb edərkən atası İmam Əlinin (ə)
buna müxalif olması;
2. Hüseyn ibn Əlinin (ə) qardaşı Həsən ibn Əlinin (ə) Müa-
viyə ilə sülh bağlamasına etiraz etməsi.
Həzrət Əli (ə) deyir: “Mənə haqqı deməkdən və ədalətli
məsləhət verməkdən çəkinməyin.”
Cavab:
Sual verən şəxs yalnız üçüncü mətləbə aid sənəd-sübut göstərdi
və ilk iki iddiası əvvəlki iddiaları kimi sənədsizdir.
Heç bir şiə gənc belə bir əvvəli və sonu olmayan sənədsiz
sözlərlə hidayət oluna bilməz.
İndi isə ilk mətləbin səhv olması barədə bəhs etmək istəyirəm.
Sadəcə olaraq Təbərinin və ya başqasının yazdığı tarixə müraciət
etmək kifayət edər. Həzrət Əli (ə) Əbu Musa Əşərinin Kufədən
Bəsrəyə qoşun göndərmədiyini bildikdə oğlu Həsəni Əmmar Yasər
ilə birgə Kufəyə göndərdi. Həsən ibn Əli (ə) camaatın qarşısında
xütbə oxudu və onları öz zəmanələrinin imamına köməyə çağırdı.1
Bu məsələ bütün tarixi mənbələrdə mövcuddur. Lakin təəssüflən-
dirici haldır ki, tərtibçi belə aşkar bir yalanı İmam Həsənə (ə) aid
etmişdir.
1 Tarixi-Təbəri, III cild, səh. 499 və 500 və həmçinin “əl-Fütuh”, səh. 421,
Mustofinin tərcüməsi.
194
Həsən ibn Əli (ə) atası Həzrət Əli (ə) ilə birlikdə Süffeyndə
gedən döyüşdə iştirak edirdi. Hətta İmam Əli (ə) bunu sonradan
bildikdə buyurmuşdu: “Bu cavanı döyüşdən uzaqlaşdırın, yoxsa
Allahın Peyğəmbərinin (s) nəsli onun öldürülməsi ilə kəsilə bilər.1
İkinci mətləb barəsində də deməliyik ki, yalandır. Çünki İmam
Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) imamlığı dövründə kamil
şəkildə ona itaət edirdi və öz zəmanəsinin imamına tabe idi. Həsən
ibn Əli (ə) həyatda olduqca sülhə azacıq da olsa belə etirazını
bildirmədi. Çünki imama itaətdən savayı başqa bir vəzifəsi yox idi.
Hətta Həsən ibn Əli (ə) dünyadan köçdükdən sonra, yəni h.q. tarixi
ilə 50-ci ildən Müaviyənin öldüyü 60-cı ilədək sülhün əleyhinə heç
bir addım atmadı.
Müaviyə əhdini sındırdıqdan sonra və öz verdiyi sözünün əksinə
olaraq oğlu Yezidi müsəlmanların xəlifəsi elan etdikdən sonra
İmam Hüseyn (ə) Müaviyəyə qarşı müxalifətdə olduğunu bildirdi.
İmam Hüseyn (ə) Yezidlə beyət etməkdən imtina etdi və həmin
vaxt Müaviyəyə sərt bir məktub yazdı. Tarixi mənbələrdə qeyd
olunmuş bu məktubda Müaviyənin qəlbləri titrədən on cinayə-
tindən bəhs edilmişdir.2
Nəhayət, Əmirəlmöminin Həzrət Əlinin (ə) buyurduğu “Mənə
haqqı deməkdən və ədalətli məsləhət verməkdən çəkinməyin”, –
fikrinə gəldikdə isə xatırladırıq ki, məsləhət istəmək heç bir zaman
ismətin (məsumluğun) olmaması deyildir. Buna dəlil Allahın
Həzrət Peyğəmbəri (s) xalqla məşvərət etməyə buyurmasıdır.
Allah-təala buyurur: 3َو َشا ِو ْر ُھ ْم فِي الأَ ْمر
Bundan əlavə, bu cür məşvərətlər Həzrət Peyğəmbərə (s) hədə-
fində kömək olacaq şəxslərə bir növ ehtiram idi və başqa sözlə
1 Nəhcül-bəlağə, 207-ci xütbə.
2 Həzrətin məktubu İbn Qüteybənin “əl-İmamə vəl-Siyasə” kitabında və
“Biharül-ənvar”da var.
3 Ali-İmran surəsi, 158-ci ayə.
195
desək, bizim üçün dərsdir ki, biz də daim işlərimizdə məşvərət
edək.
Sual 120:
Əhli-sünnətin Hərəmeyn alimləri belə bir fitva veriblər ki,
zərurət olduqda mürtəd BƏƏS-çilərə qarşı kafirlərdən kömək
almaq olar. Şiələr bu fitvanı tənqid etdilər, lakin Əllamə Hilli
“Muntəhal mətalib fi təhqiq məzahib”də nəql edir ki, şiələr
Tusidən başqa, bütün “zimmi”lərdən qiyamçılara qarşı kömək
istənilməsini caiz hesab edirlər. Bu ziddiyyəti necə şərh edə
bilərsiniz?
Cavab:
Sual verən şəxs başda Amerika olmaqla Qərb ölkələrinin
Küveyti işğal etməsi bəhanəsilə Səddamı cəzalandırmasından ötrü
Hərəmeynin işğalını nəzərdə tutur.
Bu barədə bəzi şiə alimləri öz tənqidi fikirlərini bildirərək
demişlər: “Qiyamçıları susdurmaq üçün kafirlərdən kömək almaq
olmaz.” Bəzi şiə alimləri isə deyiblər ki, bunların Əllamə Hillinin
dediyi ilə heç bir ziddiyyəti yoxdur.
Bu böyük fəqih “zimmi” kafirlərdən kömək alınmasına icazə
vermişdir, hər hansı başqa bir kafirdən yox. Başqa sözlə, İslam
hakimiyyəti altında yaşayan və cizyə verən kafirlərdən kömək
istənilməsini caiz bilmişdir. Onlardan qiyamçıları susdurmaq üçün
istifadə etmək olar, ancaq İslam hakimiyyətindən asılı olmayan hər
bir hərbçi kafirdən kömək almaq olmaz. Bu iki hökm harada bir-
biri ilə ziddiyyət təşkil edir?
Bundan əlavə, Hərəmeyn alimləri olan təkfirçi sələfilər (vəh-
habilər) əməldə ziddiyyətə düçar olublar. Onlar keçmişdə BƏƏS-
çiləri mürtəd və kafir bilirdilər, lakin Səddamın edamı zamanı
gözyaşı tökürdülər!
Sizin fikrinizcə, kim ziddiyyətə düçar olub?!
196
Həmçinin sualların tərtibçisi hətta kitabın adında da səhvə yol və
“Muntəhal mətalib fi təhqiq məzahib” yerinə “Müntəhə tələb”
yazmışdır ki, bu da onun həmin əsərə müraciət etmədiyini göstərir.
Hətta ola bilsin ki, o, heç kitabın harada olduğunu, harada çap
edildiyini və neçə cild olduğunu belə bilmir?!
Əlbəttə, biz onu da çox yaxşı başa düşürük, o, sadəcə olaraq
saytlara baxmış və suallar toplamışdır. Eyni zamanda iddia edir ki,
həmin bu suallar şiə gənclərinin hidayət edilməsinə səbəb
olmuşdur!!!
Sual 121:
Həzrət Peyğəmbər (s) Əhli-beytindən (ə) hər kim imamət
iddiası etsə və doğruluğunu sübut edəcək xariqüladə işlər
görsə, onun imamlığı şiələrin yanında təsdiq olunmuş olur.
Ancaq imamlıq iddiası edən Zeyd ibn Əlinin imamlığını şiələr
qəbul etmədilər. Bunun müqabilində isə qeyb aləmində olan və
imamlıq iddiası etməmiş Mehdini qəbul etdilər?!
Cavab:
Birincisi, qeyd etmək lazımdır ki, sualları toplayan şəxsin
şiəlikdən xəbəri yoxdur, çünki o, şiə imamları ilə zeydi imamlarını
səhv salıb. İmamiyyə şiə məktəbində imam özündən əvvəlki imam
tərəfindən təsdiq edilir. Məsələn, İmam Səccad (ə) övladı İmam
Məhəmməd Baqirin (ə) imamətini bildirmişdi və qəbul edilmişdi.
İkincisi, zeydi şiə məktəbində imamətin şərti möcüzə göstərmək
deyil, imamətin şərti Fatimi olmaq, elm, şücaət və özünə dəvətdir.
197
Sual 122:
1اِ ﱠن ﱠﷲَ يَاْ ُم ُر ُك ْم اَ ْن تُ َؤ ﱡدوا ا ْلاَمانا ِت اِلى اَ ْھلِھا
–Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insan-
lar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr
edir.
Qeyd olunmuş bu ayə nazil olduqda Həzrət Peyğəmbər (s)
Bəni-Şeybəni çağırıb Kəbənin açarlarını onlara verdi. Bəs, nə
üçün Həzrət Əlinin (ə) vilayəti ilə bağlı bütün müsəlmanlardan
ötrü xüsusi əhəmiyyət kəsb edən bir işi görmədi?
Cavab:
Bu sual da təkrardır. Bu barədə onu demək olar ki, Həzrət Pey-
ğəmbər (s) peyğəmbərliyinin 23 ili ərzində Əmirəlmöminin Həzrət
Əlini (ə) özündən sonrakı xəlifə kimi və müxtəlif zamanlarda
möminlərin vəlisi, özünün canişini kimi tanıtdırdı. Kitabın əvvə-
lində, yəni 49-cu sualın cavabında qeyd etdik Həzrət Əlinin (ə)
ləqəblərindən biri “Vəsiyy” idi. Həmçinin Allahın Rəsulunun (s)
Həzrət (ə) barəsində son sifarişi Ğədir günündə oldu və yüz mindən
artıq cəmiyyətin içərisində rəsmi şəkildə vilayəti və canişinini elan
etdi. Hətta xalqdan Həzrət Əliyə (ə) itaət etmələrini istədi və
şeyxeyn də onunla beyət edərək belə dedilər:
بخ بخ لک يا علی اصبحت مولای و مولا کل مومن و مومنه
–Xoş halına ey Əli! Sən hər bir mömin kişi və qadınların möv-
lası oldun.2
Kitabın əvvəllərində bu barədə bəhs etdiyimizə görə indi
müxtəsər şəkildə bu dediklərimizlə kifayətlənirik.
1 Nisa surəsi, 58-ci ayə.
2 əl-Müsnif, İbn Əbi Şeybə, XII cild, səh. 78, hədis-12168.
198
Sual 123:
Şiələrin uydurduqları bir hədisdə belə deyilir: “Allah Üsa-
mənin ordusuna qoşulmayana lənət etsin.” Onlar bu hədisi
uydurmaqla xəlifələrə lənət oxumaq istəyirdilər, lakin unu-
dublar ki:
1. Əli (ə) Üsamənin ordusunda iştirak etməklə Əbu Bəkrin
imamlığını da etiraf etmişdir. Çünki Əbu Bəkrin qoşun başçısı
təyin etdiyi bir şəxsin əsgəri olmuşdur;
2. Əgər iştirak etməmişsə, onda uydurduğunuz hədis ona da
şamil olacaqdır.
Cavab:
Birincisi, qeyd etmək lazımdır ki, bu hədisi şiələr uydurma-
yıblar. Bunu Əhli-sünnət alimləri nəql ediblər və şiə alimləri də
onların sözlərinə etimad göstərmişlər. Deyilən hədisi Əhməd ibn
Əbdüləziz Cuveyri özünün “əl-Səqifə vəl Fədək” kitabında,
Şəhristani “əl-Miləl vən-Nihal”1 kitabında qeyd etmişlər. Bunlar-
dan başqa İbn Əbil Hədid də bunu rəvayət etmişdir.
İkincisi, Həzrət Peyğəmbər (s) sərkərdəliyi Üsaməyə tapşıraraq
adlı-sanlı səhabələrə də ona qoşulmalarını əmr etdi. Bu zaman
Həzrət Peyğəmbərin (s) belə bir təyinatı ilə bağlı etiraz səsləri
eşidilməyə başlanıldı: “Nədən bir cavanı adlı-sanlı şəxslərə başçı
təyin edirsən.” Həzrət Peyğəmbər (s) cavabında buyurdu: “Bu yeni
bir məsələ deyil. Mutə döyüşündə də onun atasını sərkərdə təyin
etdiyim zaman etiraz etmişdiniz.” O, Üsaməyə çox tez bir zamanda
Mədinəni tərk etmək əmrini verdi və dedi: “Getməkdən boyun
qaçıranlara Allah lənət etsin.”
İndi gəlin baxaq görək kimlər boyun qaçırtdılar. Bunu da qeyd
etmək istəyirəm ki, Əmirəlmöminin Həzrət Əli (ə) o Həzrətə (s)
1 əl-Miləl vən-Nihal, I cild, dördüncü müqəddimə, səh. 23; “Şərhi Nəhcül-
bəlağə”, İbn Əbil Hədid, II cild, səh. 20; “əl-Məvaqif”, III cild, səh. 650.
199
qulluq edirdi və onun evindən muğayat olmalıydı. Ona getmək
tapşırığı verilməmişdi.
Əhməd ibn Əbdüləziz Cuveyri özünün “əl-Səqifə vəl Fədək”
kitabında öz sənədi ilə belə nəql edir: “Həzrət Peyğəmbər (s)
Üsaməyə rumlularla cihad etmək tapşırığı verdi. O, getməyə hazır
olduğu zaman Həzrət Peyğəmbər (s) özündən getdi və sonra özünə
gələndə Üsamənin hərəkət edib-etmədiyini soruşdu. Dedilər ki,
getməkdədir. Buyurdu: “Çox tez ordunu ezam edin. Allah Üsa-
mənin ordusundan geri qalana lənət etsin.”
O, Həzrət Peyğəmbərin (s) səhabələri və bayraqla Mədinədən
yola düşdü və Corf adlı ordugahda dayandı. Əbu Bəkr, Ömər,
mühacirlərin əksəriyyəti, ənsardan Useyd ibn Huzeyr və Əşir ibn
Səd, habelə başqaları da onun ordusunda idilər. Birdən Mədinədən
bir nəfər özünü ordugaha çatdırıb dedi: “Həzrət Peyğəmbər (s)
ölüm ayağındadır.” Onlar dayanmadan Mədinəyə qayıtdılar və
Üsaməni tək qoydular.”
İndi soruşuruq, bu hədis kimlərə şamil oluna bilər?
“Şiələr bu hədisi uydurublar ki, xəlifələrə lənət oxusunlar”
fikrinə gəldikdə isə, deməliyik ki, əksinə bəlkə də elə bu hədisin
özü Həzrət Peyğəmbərin (s) onun tapşırığından çıxanlardan
bezdiyinə ən yaxşı sübutdur.
Həzrət Peyğəmbərin (s) bu tapşırığında məqsədi o idi ki, onun
vəfat etməsi zamanı Mədinə xəlvət olsun və onun vəsiyyətini
görməməzliyə vuranlar Mədinədən uzaqda olsunlar. Onu da
görürük ki, Səqifədə iştirak edən əsas şəxsləri Həzrət Peyğəmbər
(s) Üsamənin ordusuna cəlb etmişdi. Mühacirlərdən Əbu Bəkr və
Ömər, ənsardan Useyd ibn Huzeyr və Əsir ibn Səd. Məhz həmin
dörd nəfər Səqifədə xilafəti Əbu Bəkrə tapşırdılar.
200