The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

şiə gəncin vəhabi suallarına cavabları

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by elmeddinquliyev022, 2022-03-18 16:56:07

Şiə gəncin vəhabi suallarına cavabları

şiə gəncin vəhabi suallarına cavabları

Sual 124:
Şiələrin etiqadına əsasən, Quranın bir nüsxəsi də eynilə nazil
olduğu şəkildə Həzrət Əlidə (ə) olmuşdur. Hazırda sual olunur
ki, nə üçün Həzrət Əli (ə) xəlifə olduqda Quranın həmin
nüsxəsini aşkar etmədi?
Cavab:
Bu sual da təkrardır və bundan öncə qeyd etdik ki, Əmirəl-
möminin Həzrət Əlidə (ə) olan Quran nüsxəsinin bu Quranla heç
bir fərqi yoxdur, yeganə fərq yalnız surələrin tərtibatındadır.
Yəqubi və Şəhristani öz təfsirlərində İmam Əlidə (ə) olan Quran
nüsxəsindəki surələrin tərtibatından bəhs etmişlər.
Bəs, nə üçün Həzrət Əli (ə) həmin Quran nüsxəsini aşkar
etmədi. Çünki mövcud Quran kitabı bütün İslam torpaqlarına ya-
yılmışdı və yalnız surələrin tərtibatı ilə fərqlənən Quran kitabının
yeni bir nüsxəsinin yayılmasına da artıq heç bir ehtiyac yox idi.

Sual 125:
Şiələr Həzrət Peyğəmbərin (s) Əhli-beytini (ə) sevdiklərini
iddia edirlər. Lakin bəzi Əhli-beyt (ə) ailələrinin nəsəblərini
inkar edirlər. Misal üçün, Həzrət Peyğəmbərin (s) qızları
Rüqəyyə və Ümmi Gülsümü, Həzrət Peyğəmbərin (s) əmisi
Abbas və onun övladlarını Əhli-beytdən (ə) kənar etmişlər.
Çünki onları Əhli-beytdən (ə) saymırlar. Həmçinin Xanım
Fatimənin (s.ə) bir çox övladlarını, Zeyd ibn Əlini, İmam Musa
Kazimin (ə) övladlarından Yəhya, İbrahim və Cəfəri niyə
sevmirlər?
Cavab:
Sualı hazırlayanlar Quranda qeyd olunan Əhli-beyt (ə) ilə Bəni-
Haşimi səhv salıblar. Quran Həzrət Peyğəmbərin (s) Əhli-beytinin
(ə) pak və günahdan uzaq olduğunu xəbər verir. “Səhihi-Müslim”
dörd nəfərdən bunu nəql edir və sualları toplayan da 32-ci sualda

  201

bu həqiqəti etiraf etmişdir. Şiədə heç bir təqsir yoxdur, Həzrət
Peyğəmbərin (s) sözünün nəticəsi budur.

Bəni-Haşim barəsində demək lazımdır ki, burada adı çəkilən-
lərin hamısı Bəni-Haşimdəndirlər və onların xüsusi hüquqları
vardır ki, biri də onlara sədəqənin haram olmasıdır.

Lakin Xanım Fatimeyi Zəhranın (s.ə) bir çox övladlarını
sevmirlər ifadəsi ölçülüb-biçilməmiş bir sözdür.

Tərtibçinin Xanım Fatimeyi Zəhranın (s.ə) adını çəkdiyi və ya
çəkmədiyi bütün övladları onun övladları sayılır, lakin onun övladı
olmaq nicat tapmağa kifayət etmir. Xanım Fatimənin (s.ə)
övladlarından hər hansı biri düz yoldan ayrılarsa, bu doğmalığın
ona heç bir faydası olmayacaqdır. Nuh övladının boğulmaması və
nicat tapması üçün dua etdi: ‫ ر ّب إ ّن ابنی من أھلی‬Allah cavabında
buyurdu:

1«‫إنّه ليس من أھلك إنّه عمل غير صالح‬
–Ey Nuh! Əslində o sənin ailənəndən deyildir. O, saleh
əməl sahibi deyil.

Ancaq Zeynəb və Rüqəyyənin Xanım Fatimənin (s.ə) qızları,
yaxud qızlığı olmaları tarixi bir məsələdir və əqidəyə aid deyildir.
Və bu sahədə tədqiqatçılar araşdırma aparıblar.

Sual 126:
Şiələr I əsrdəki bütün Əhli-beyti (ə) kafir bilirlər. Çünki
onların rəvayətlərində deyilir ki, Həzrət Peyğəmbərdən (s)
sonra üç nəfərdən başqa hamısı mürtəd oldu.
Cavab:
Bu sual da başqa suallar kimi təkrardır və onun cavabını
dəfələrlə qeyd etdik və burada xülasə şəklində təkrar edirik:

                                                           
1 Hud surəsi, 46-cı ayə.

  202

Müsəlmanların az bir hissəsindən başqa qalanlarının mürtəd
olmasını təkcə şiələr demirlər. Əhli-sünnət mənbələrində onlarca
belə rəvayətlər vardır. Onlar deyirlər: “Həzrət Peyğəmbərdən (s)
sonra çoxsaylı səhabələrdən yalnız barmaqla sayılacaq qədər adam
düz yolda qaldılar.” Biz əvvəlki suallarda həmin rəvayətləri qeyd
etdik. İndi soruşmaq lazımdır: “Bu iki qrupdan hansı cavab
verməlidir?!”

Biz istər tanıyaq, istərsə də tanımayaq, bir çoxu şiələrin öncülü
olmuş bütün səhabələrə hörmətlə yanaşırıq. Çünki onlar ilahi nuru
müşahidə ediblər. Təbiidir ki, haqlarında güclü sübut olan və
yoldan azanlar burada istisna təşkil edirlər. Və bu da Quranın dəvət
etdiyi ədalətli hökmdür.

Sual 127:
Həsən ibn Əli (ə) dostlarının çox və qoşununun güclü ol-
masına rəğmən, Müaviyə ilə sülh bağladı. Lakin qardaşı
Hüseyn ibn Əli (ə) adamlarının az olmasına və sülh bağlaya
biləcəyinə rəğmən, mübarizə aparmaq yolunu tutdu. Bu iki
nəfərdən birinin əməli səhvdir və şiələr Əhli-beytin (ə) bəzilə-
rini kafir bilirlər. Misal üçün, Həzrət Abbas və oğlu Abdullah.
Şiələr Həzrət Peyğəmbərin (s) Xanım Fatimədən (s.ə) savayı
başqa qızlarına kin bəsləyirlər və deyirlər ki, onlar Həzrət
Peyğəmbərin (s) qızları deyil. Bəs, iddia etdiyiniz Əhli-beyt (ə)
sevgisi haradadır?
Cavab:
Sualları toplayan özünü elə itirmişdir ki, iki bir-biri ilə əlaqəsi
olmayan sualları birləşdirmişdir:
1. Nə üçün Həsən ibn Əli (ə) sülhü seçdi və İmam Hüseyn (ə)
isə döyüşdü? Bunlardan biri səhv etmişdir?
2. Şiələr Əhli-beytin (ə) bəzilərini sevmirlər və deyirlər ki, bu
ayə Həzrət Abbas haqqında nazil olmuşdur:

  203

«ً‫»من كان فی ھذه أعمی فھو فی ا لآخرةاعمی و اض ّل سيبلا‬
–Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib gözü
və qəlbi) kor olan axirətdə də kor olar və haqq yoldan daha çox
azar! (İsra surəsi, 72-ci ayə)

Onlar Həzrət Abbasın oğlu Abdullahı kafir hesab edirlər və hətta
“Kafi” əsərində onu cahil və düşüncəsiz adlandırırlar.

Kəşşinin “Rical” kitabında da Həzrət Abbasın iki övladına, yəni
Abdullah və Übeydullaha lənət oxunmuşdur.

Birinci sual barədə qeyd etmək lazımdır ki, yenə də təkrar
sualdır və dəfələrlə bu sualın cavabını vermişik. İndi də xatırladırıq
ki, ixtilaf baş verən hallarda bəzən şərait daha aydın və təsirli olur.
Necə ki, Həzrət Peyğəmbər (s) Hüdeybiyyədə sülh bağladı və hətta
adının yanından “Rəsulullah” sözünün pozulmasına da razılaşdı.
Məhz həmin sülh sayəsində Həzrət Peyğəmbər (s) bir il sonra hərbi
qüvvə ilə Məkkəni fəth etdi.

İkinci mətləb, yəni “İsra” surəsinin 72-ci ayəsinin Həzrət Abbas
barəsində olmasını Kəşşinin “Rical”ından (səh. 53) və “Üsuli-
kafi”dən1 nəql etmişdir. Xatırladırıq ki, Kəşşinin “Rical”ında bu
mətləb Cəfər ibn Mərufdan nəql olunmuşdur ki, rical alimləri
tərəfindən bu məlumatın səhihliyinə dair ümumi razılıq verilmə-
mişdir.2

“Kafi”dən də rəvayət nəql etmişdir ki, onu nəql edən Həsən ibn
Abbas ibn Hərişdir və bu şəxs də rical alimlərinin hamısının rəyinə
əsasən, zəifdir və onun rəvayəti tamamilə dəyərsizdir.

Təəccüblüdür ki, “Kafi” kitabının tədqiqatçısı vərəqin sonunda
Həsən ibn Abbasın rəvayətinin zəif olduğunu qeyd etmişdir. Amma

                                                           
1 I cild, səh. 247.
2 Möcəmül Rical əl-Hədis, X cild, səh. 235.

  204

sualları toplayan şəxs ona diqqət yetirməmiş və ya bilərəkdən bu
məqama göz yummuşdur.

Görəsən, iki zəif rəvayəti şiələrə necə irad tutmaq olar?
Həmçinin kitabın tərtibçisi deyir: “Kəşşi yazmışdır ki, Əmirəl-
möminin Həzrət Əli (ə) öz duasında deyirdi: “İlahi, filankəsin oğ-
luna lənət et.” Onun burada nəzərdə tutduğu şəxslər Abdullah ibn
Abbas və Übeydullah ibn Abbas idi!?
Bu hədis Məhəmməd ibn Sinan tərəfindən nəql olunmuşdur ki,
rical alimləri onu zəif sayırlar.1
Bu kimi sualları verənlər, görünür ki, həqiqi tədqiqat aparmaq
fikrində deyillər. Onlar şiə alimlərinin rədd etdikləri zəif rəvayətləri
axtarıb tapır və onları əllərində bayraq kimi istifadə etmək
istəyirlər. Misal üçün, əgər Kəşşi “Rical”da Abdullah ibn Abbası
məzəmmət edən bir rəvayət nəql etmişsə, deməli onu mədh edən və
ya ona sitayiş barədə də rəvayətlər nəql etmişdir. Bəs onda necə
olur ki, yalnız məzəmmətdən bəhs edən rəvayət deyilir, digərlərinə
isə göz yumulur?
Şiə alimləri öz rical kitablarında Abdullah ibn Abbasın
Əmirəlmöminin Həzrət Əliyə (ə) olan ixlası barədə yazmışlar.
Tanış olmaq istəyənlər “Möcəmül- rical” kitabına müraciət edə
bilərlər.2
Lakin Zeynəb və Rüqəyyənin Həzrət Peyğəmbərin (s) həqiqi
qızları, yaxud qızlıqları olmasına dair məsələ tarixi bir bəhsdir və
bunun şiələrin və ya vəhhabilərin əqidəsinə heç bir aidiyyəti
yoxdur.

                                                           
1 Rical, Kəşşi, səh. 52.
2 Möcəmül Rical əl-Hədis, I cild, səh. 235.

  205

Sual 128:
Əbu Bəkrin zamanında Həzrət Əli (ə) mürtədlərlə olan
döyüşlərdə iştirak etdi və Bəni-Hənifə qəbiləsindən də bir kəniz
ona aid edildi və onun Məhəmməd Hənəfiyyə adlı bir oğlu oldu.
Buradan da aydın olur ki, Həzrət Əlinin (ə) nəzərində Əbu
Bəkrin xəlifəliyi haqq xəlifəlik olmuşdur. Əgər belə olmasaydı,
Həzrət Əli (ə) o döyüşdə iştirak edərdimi?!
Cavab:
1. Bu sual tam şəkildə yalandır və burada tarixi bir səhv vardır.
Həzrət Əlinin (ə) xəlifələr dövründə müharibələrdə iştirakı heç bir
tarixi mənbədə qeyd olunmamışdır. Və üstəlik Həzrət Əlinin (ə)
mürtədlərlə olan müharibələrdə iştirak etməsi də qəti yalandır.
Onun mövqeyi bir əsgər kimi müharibədə iştirak etməkdən
üstün idi, əgər ondan istifadə olunurdusa, bu da məşvərət xarakteri
kəsb edirdi.
2. Lakin burada tarixi səhv bundan ibarətdir:
“Bəni-Hənifə qəbiləsindən bir kəniz də ona aid edildi!”
Tarixdə bu barədə üç nəzər var:
1. Məhəmməd ibn Hənəfiyyənin anası Xulə adlı xanım Cəfər
ibn Qeysin qızı idi. O, Əbu Bəkrə məxsus idi ki, onu Həzrət Əliyə
(ə) bəxşiş etdi;
2. Mədaini yazır: “Həzrət Peyğəmbər (s) Əmirəlmöminin Həzrət
Əlini (ə) cihad üçün Yəmənə göndərdi. O zaman ona bir neçə
kənizi bəxşiş etdilər və Xulə də onların arasında idi. O, Həzrətə (ə)
məxsus oldu.”
3. Bəlazuri yazır: “Əbu Bəkrin xilafəti dönəmində Bəni-Əsəd
Bəni-Hənifəyə hücum etdi və Xuləni əsir götürüb Mədinəyə
gətirdilər. Həzrət Əli (ə) də onu aldı. Bu xəbər onun yaxınlarına
çatanda Mədinəyə gəldilər və Həzrət Əlini (ə) tanıdılar. Həzrət Əli

  206

(ə) də onları tanıdı və onların məzlumluqlarından xəbər tutdu.
Sonra Xuləni azad etdi və onunla evləndi.1

Qeyd etmək lazımdır ki, bu yeni bir sual deyil. Bunu İmam
Baqirdən (ə) də soruşmuşdular ki, nədən sizin böyüyünüz şeyxeyni
qəbul etmir, lakin onların əsirlərindən olan Xulə ilə evlənir? İmam
Baqir (ə) buyurdu: “Mən sizə cavab vermirəm və bunun cavabını
Cabir ibn Abdullah Ənsaridən soruşun.”

Onlar Cabir ibn Abdullah Ənsarinin yanına getdilər. O dedi:
“Mən düşünürdüm ki, ölərəm və kimsə bu həqiqəti məndən
soruşmaz. Eşidin və yadda saxlayın. Əsirləri hazır etdilər və Xulə
Hənəfiyyə ilə daxil oldu. Camaata baxdı və sonra Həzrət
Peyğəmbərin (s) qəbrinə tərəf gedərək ağlayıb fəryad edə-edə dedi:
“Mənim salamım olsun sənə, ey Allahın Rəsulu və sənin Əhli-
beytinə. Sənin bu ümmətin məni Nubə və Deyləm camaatı kimi
əsir etdilər. Bizim sənin Əhli-beytinin (ə) dostu olmaqdan savayı
başqa günahımız yox idi. Bizə hücum etdikdə soruşduq ki, niyə bizi
əsir edirsiniz? Biz ki şəhadəteyni demişik. Dedilər: “Zəkat
verməmisiniz.” Dedik: “Kişilərimiz zəkat verməyibsə, qadınları-
mızın nə günahı var?” Bu yerdə ağızlarında daş varmış kimi sakit
oldular.”2

İndi bu tarixi hadisə ilə bağlı müxtəlif rəylər olduğu halda bir
etiqad məsələsində necə dəlil gətirmək olar?

                                                           
1 Şərhi Nəhcül-bəlağə, İbn Əbil Hədid, I cild, səh. 243-246; “Biharül-ənvar”, 42-
ci cild, səh. 84-87; “Tənqih əl-Məqal”, 2-ci hissə, Məhəmməd Hənəfiyyənin
həyatı; “Qamusi rical”, IX cild, səh. 246.
2 Xəraic Ravəndi, səh. 90-92; “Biharül-ənvar”, 42-ci cild, səh. 82-85.

  207

Sual 129:
İmam Sadiqdən (ə) müxtəlif fikirlər nəql edilmişdir. Misal
üçün, nəcasət düşmüş su quyusu barədə bir dəfə belə demişdir:
“Quyu dərya kimi olduğundan murdar olmur.” Başqa bir dəfə
buyurdu: “Quyunun bütün suyu gərək çəkilsin.” Bir dəfə də
belə demişdir: “Oradan altı, ya yeddi vedrə su çəkilməlidir.”
Bir-biri ilə ziddiyyət təşkil edən bu rəvayətlərdən nə nəticə
çıxaraq?
Cavab:
Birincisi, bu rəvayət İmam Sadiqdən (ə) yox, İmam Rzadandır
(ə).
İkincisi, Həzrət (ə) deməmişdir ki, quyu suyu dərya kimidir.
Belə buyurmuşdur: “Quyunun suyu çoxdur və bir şey onu xarab
etməz. Əgər rəngi, iyi və dadı dəyişmiş olmazsa.”
Eyni zamanda bəzi rəvayətlərdə belə deyilir: “Əgər quyuya
siçan düşsə, təmizlik üçün oradan bir neçə vedrə su çəkilməsi
məsləhətdir. Şəriət baxımından da quyu pak olmasına baxmayaraq,
ürəyə yatması üçün oradan bir neçə vedrə su çəkilməlidir.”
Lakin bəzi rəvayətlərdə isə altı, yaxud yeddi vedrə suyun
çəkilməsi tələbi irəli sürülürsə, bu artıq quyudakı suyun nə
dərəcədə çirklənməsi ilə əlaqədardır. Yəqin ki siçan düşən quyunun
sərçə düşən quyu ilə də fərqi vardır. Eləcə də kiçik heyvanla böyük
heyvan, habelə əti haram heyvanla əti halal heyvan arasında da
fərqlər mövcuddur.
Hər bir halda bu bir fiqhi məsələdir ki, insan fəqih olmazsa,
rəvayətlərdən və onların necə uyğun gəlməsindən xəbəri olmaz.
Təəccüblüdür ki, sonda kitabın tərtibçisi deyir: “Rəvayətlərin
ixtilaflı olması sayəsində İmam Sadiqin (ə) məzhəbi də aradan
gedir.”
Burada xatırlatmaq istəyirik ki, İmam Sadiqin (ə) fiqhdə özünün
xüsusi bir məzhəbi yoxdur. O, ilahi ehkamları bildirəndir, ictihad

  208

etmədən. Əgər nəqldə ixtilaf İmam Sadiqin (ə) məzhəbinin aradan
getməsinə səbəbdirsə, o zaman Şafei məzhəbi kökündən aradan
getməlidir. Çünki Şafei Misirə getdikdən sonra onun sonu ilə əvvəli
fərqlidir. Əbu Hənifənin özündən bir məsələdə müxtəlif rəylər nəql
edilmişdir. Onda belə çıxır ki, Şafei və Hənəfi məzhəbləri aradan
getməlidir?!

Bu sözlər qeyri-elmi mərkəzlər üçündür, əqidə və fiqh
mərkəzləri üçün deyildir ki, dəqiq fiqhi rəvayətlərdən çıxarış əldə
edirlər. Bundan əlavə, bunları əqidə sənədləri etmək olmaz.

Sual 130:
Aşağıdakı kitablar şiələrin etimad etdiyi kitablardır: “Və-
saelüş-Şiə”, Hürr Amili (vəfatı 1104), “Biharül-ənvar”, Məclisi
(vəfatı 1111) və “Müstədrəkül-vəsail”, Təbərsi (vəfatı 1320).
Bütün bu kitablar sonrakı dövrlərin kitablarıdır. Əgər bu
hədisləri sənədlə toplamışlarsa, deməli ona qədər yazılma-
mışdır? Aqil insan XI-XIII əsrlərdə yazılan rəvayətlərə necə
etimad göstərə bilər?
Cavab:
Birincisi, şiələrin dörd mötəbər kitabı aşağıdakılardır:
1. “Kafi”, Şeyx Kuleyni (vəfatı 329);
2. “Mən la yəhzərul-fəqih”, Şeyx Səduq (vəfatı 381);
3. “Təhzibül-əxbar”, Şeyx Tusi (vəfatı 460);
4. “İstibsar fima ixtələfə fi əxbar”, Şeyx Tusi (vəfatı 460).
Əlbəttə, yuxarıda qeyd olunan dörd kitab şiələrin ikinci dəstə
kitablarıdır ki, həmin kitabların müəllifləri rəvayətləri səhih və qəti
sənədlərlə toplamışlar. Həmçinin h.q. tarixi ilə II və III əsrlərdə
digər kitablar yazılmışdır. Misal üçün:
1. “əl-Came”, Əhməd ibn Əbi Nəsr Bizənti (vəfatı 221);
2. “əl-Məhasin”, Əhməd ibn Məhəmməd ibn Xalid Bərgi (vəfatı
272);

  209

3. “Nəvadirul hikəm”, Məhəmməd ibn Əhməd ibn Umran Əşəri
(vəfatı 293).

Bundan əlavə, İmam Baqir (ə) və İmam Sadiqin (ə) tələbələri
tərəfindən yazılan və əsl adlanan 400 risalə şiələrin ilk hədis
kitablarındandır.

Beləliklə, tərtibçinin adını qeyd etdiyi kitablar mötəbər olmasına
baxmayaraq, onlar ilkin kitablar deyildir. Yəni bunlar sonradan
yazılmış kitablardır və əvvəlki kitablardan toplanmışdır.

Sual 131:
Şiə və Əhli-sünnət kitablarında əqidə və bidətləri qəbul
etməmək barədə olan rəvayətlər eynidir, lakin şiələr onları
təqiyyə məqsədilə deyildiyinə görə nə üçün bir kənara
qoyurlar?!
Cavab:
Yenə də təkrar edirəm ki, iddia irəli sürmək asandır, lakin sübut
etmək isə çətindir. Hansı şiə kitabında Əhli-sünnət kitabındakı ilə
uyğun bidət barəsində rəvayət vardır ki, alimlər onu bir kənara
qoymuşlar?

Sual 132:
“Nəhcül-bəlağə”nin tərtibçisi belə nəql edir: “Əli (ə) Əbu
Bəkr və Öməri mədh etmişdir. O, Əli ibn Əbu Talibdən (ə) Əbu
Bəkr barədə belə nəql edir ki, Həzrət (ə) buyurmuşdur: “O,
pak və az eybi olduğu halda dünyadan getdi. Dünya xeyrini
əldə etdi və şərini əldə etmədən dünyaya əlvida dedi. O, ilahi
itaəti yerinə yetirdi və ilahi təqvaya riayət etdi.” (“Nəhcül-
bəlağə”, səh. 350, Sübhi-Saleh nüsxəsi)
Bəs nə üçün şiələr səhabələrdən eyb tuturlar? Həzrət Əli (ə)
ürəyində olmayan başqa bir şey demişdimi?
Cavab:

  210

Sualları toplayan “Nəhcül-bəlağə”nin 223-cü xütbəsini nəzərdə
tutur. Həmin xütbə “Lillahi bilad fulan” ilə başlayır və orada nə
Əbu Bəkrin və nə də Ömərin adı gəlməmişdir, sadəcə olaraq
“filan” sözü işlədilmişdir.

Birincisi, bu xütbəni Həzrət Əlinin (ə) ailəsinin düşmənlərindən
olan Müğeyrə ibn Şəbə nəql etmişdir ki, mötəbər sayıla bilməz.

İkincisi, “Nəhcül-bəlağə”nin şərhçilərinin “filan” kəlməsinin
şərhində müxtəlif fikirləri vardır:

1. Qütbəddin Ravəndi deyir: “Burada Həzrət Peyğəmbərdən (s)
sonra fitnəyə qarışmamış bəzi görkəmli səhabələri mədh edir.”

2. İbn Əbil Hədid deyir: “Ömər ibn Xəttab nəzərdə tutulub.”
3. Təbəri deyir: “Bu cümlə Mədinənin növhəxanı Əbi Həsmənin
qızına aiddir və Əli ibn Əbu Talibə (ə) aidiyyəti yoxdur.”
Ömər dünyadan köçdükdə Əbi Həsmənin qızı bu sözləri onun
matəmində demiş və ağlamışdır. Müğeyrə deyir: “Öməri dəfn
etdikdən sonra Həzrət Əlinin (ə) evinə gəldim ki, ondan Ömər
barəsində bir şey eşidəm. Həzrət Əli (ə) evdən çıxdı və o, qüsl
aldığından üzündəki qüsl suyunu silirdi. Buyurdu: “Allah İbn
Xəttaba rəhmət eləsin!
Əbi Həsmənin qızı düz dedi: “O, xilafətin xeyrini özü ilə apardı
və şərindən də nicat tapdı. Allaha and olsun, bu söz onun deyil,
bəlkə də ona dedilər ki, bunu desin.”
Burada xilafətin şəri dedikdə, Osmanın zamanında yaranan
xoşagəlməz vəziyyət nəzərdə tutulur.
4. İbn Şübbə Abdullah ibn Malikdən belə nəql edir ki, biz
Həzrət Əli (ə) ilə Ömərin dəfnindən qayıdırdıq. Həzrət Əli (ə) evə
daxil oldu. Qüsl aldı və sonra evdən çıxdı və bir qədər sükut edib
dedi:«‫ واعمراه! ذھب نق ّی الثوب قليل العيب‬،‫“ – »واعمراه! أقام الأود‬Allaha
and olsun ki, onun bu cümlədən xəbəri yoxdur, əksinə ona

  211

öyrətmişdilər ki, belə desin.1 Allaha and olsun ki, Ömər xilafətin
xeyrini dərk etdi və şərini özündən sonraya qoydu.”

Belə bir nəticəyə gəlirik ki, birincisi, bu kəlmələr Həzrət Əlinin
(ə) kəlamında müəyyən edilməyib və “Nəhcül-bəlağə”də yalnız
“filan” kəlməsi işlənmişdir.

Bundan əlavə, Təbəri və İbn Şübbənin nəql etdiyi kimi, bütün
bu sözlər siyasət adamlarının işləri idi ki, mərsiyə oxuyan bir şəxsə
belə oxumağı öyrətmişdilər.

“Nəhcül-bəlağə”nin kəlamlarında yaxın zamanlarda Osmanın
qaranlıq gələcəyindən xəbər verilir və hər hansı bir fərdi təriflə
bağlı bir fikir yoxdur.

Sual 133:
Şiələr öz imamlarını məsum bilirlər, lakin imamların səhv-
ləri və xətaları barəsində rəvayətlər də vardır.
Əllamə Məclisi deyir: “Məsələ çox çətindir, çünki onların
səhv və unutqanlıqlarına dəlalət edən çoxlu belə nişanələr
vardır!”
Cavab:
İmamların səhv məsələsi Həzrət Peyğəmbərin (s) səhv məsələsi
kimi bəhs olunan bir mətləbdir. İmamiyyə arasında məşhur olan bir
rəy, fikir bundan ibarətdir ki, məsum şəxs günahdan uzaq olduğu
kimi, xəta və səhvdən də uzaqdır. Çünki gündəlik yaşayış məsələ-
lərində yol verilə bilən səhvlər xalqın onların ehkam işlərində də
məsum olmalarına münasibətdə şəkk-şübhəsinə səbəb ola bilər.
Əhli-sünnət belə nəql edir ki, Həzrət Peyğəmbər (s) dörd rükətli
namazı iki rükət qıldı. Namazdan sonra Zulyədeyn adlı bir səhabə
Allahın Rəsuluna (s) dedi: “Namazı şikəstə qıldın, ya unutdun?”

                                                           
1 Tarixi-Mədineye münəvvəre, III cild, səh. 941, Məhəmməd Şəltutun tədqiqatı.

  212

Həzrət Peyğəmbər (s) cavabında dedi: “Bu dediklərinin heç biri
deyildi.”

Bu üzdən Əhli-sünnətin bir qrupunun əqidəsinə görə, Həzrət
Peyğəmbər (s) din işlərindən savayı başqa işlərdə səhv də edib və
bu məsələ imamlar barəsində də deyilir. Şeyx Müfid kimi görkəmli
bir şiə alimi hər cürə səhvi imamlardan uzaq hesab edir. Bu məsələ
ilə bağlı olan rəvayətləri vahid xəbər hesab edir və əqidə üçün
sənəd-sübut hesab etmirlər. Həzrət Peyğəmbərin (s) və imamların
səhv etməsi fikrində olanlar İmamiyyə tərəfindən sərt tənqid
olunurlar.1

Mərhum Məclisi də xatırladır ki, İmamiyyə arasında məşhur
olan budur ki, onlar tərəfindən səhv baş verməyib. Xüsusilə
xatırladırıq ki, imamlara daim Ruhul- Qudus vasitəsilə kömək
olunur və O, imamları səhv və xətadan qoruyub saxlayır.

Sonda sualların tərtibçisi deyir: “Mən bu məsələdə heç nə
demirəm, çünki hər iki tərəfin özünə görə sübutları vardır.”

Xatırladırıq ki, peyğəmbərlərin və övliyaların risalət və ilahi
ehkamların təbliği məsələsində onların ismətinə dair sual edilmir.
Burada mətləb gündəlik həyat problemləri və dinlə əlaqəsi olmayan
məsələlər barəsindədir.

Sual 134:
Şiələrin on birinci imamı övladı olmadan dünyadan köçdü.
Odur ki, İmamiyyə məzhəbinin sütunlarının dağılmaması üçün
Osman adlı bir şəxs yalandan İmam Əsgərinin (ə) övladı var idi
və dörd il gizlənmişdir dedi. Şiələr onun sözünü necə qəbul
edirlər?
Cavab:
Burada Hafizin bir şeri yadıma düşdü:

                                                           
1 Şərhi-əqaid Səduq, səh. 66.

  213

”!‫“خود می کشی و خود تعزيه می خوانی حافظ‬
– Özün öldürüb özün təziyə tutursan, Hafiz!

Bu kitabın tərtibçisi də həm iddiaçı, həm hakim və həm də
qazidir!?

O, belə iddia edir ki, İmam Əsgərinin (ə) övladı olmamışdır
(niyə?), dəlili ancaq özünün iddiasıdır.

Həmçinin iddia edir ki, Osman ibn Səid İmam Əsgərinin (ə)
övladının olmamasını danışan şəxsdir və dörd yaşında qeyb
aləminə çəkilmişdir. O, yalan demişdir (niyə?), onun iddiası bunun
sübutudur.

Bu sual da təkrardır və biz 72 və 73-cü suallarda ona cavab
vermişik.

Bütün şiə alimləri və 40 nəfər Əhli-sünnət mühəddis və təd-
qiqatçısı İmam Həsən Əsgərinin (ə) övladının olmasını nəql et-
mişlər. Hətta şiələrdən bir qrupu İmam Həsən Əsgərinin (ə)
həyatda olduğu zaman o Həzrəti də görmüşlər və bu görüşlər
imamların həyatı haqqında olan kitablarda mövcuddur. Osman ibn
Səid çox görkəmli fəqih olmuşdur və əgər imamdan qeyrisi üçün
ədalətdən yüksək məqam düşünmək olsa, biz o məqamı ona aid
edərdik. Lakin İmam Mehdinin (ə.c) anadan olmasının sübutu təkcə
onun rəvayətinə bağlı deyildir.

Hər bir halda əvvəlki suallarda da bu məsələyə münasibət bil-
dirdiyimizdən hazırkı suala xülasə şəklində cavab verdik.

Sual 135:
Şiələr həmişə Mərvan ibn Həkəmə hücumlar edir və hər cür
pisliyi ona aid edirlər. Sonra da kitablarında belə rəvayət edir-
lər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) Mərvanın arxa-
sında namaz qılmışlar!
Cavab:

  214

Mərvana lənət oxuyan şiələr yox, əksinə Həzrət Peyğəmbərin (s)
özüdür ki, onu və atasını da lənətləmişdir. İbn Əsakir belə nəql
edir: “Abdullah ibn Zübeyr Məscidül-Həramın minbərində dedi:
“And olsun bu Evə və Hərəmə, Həkəm ibn As və övladı Mərvan
Həzrət Məhəmmədin (s) dilindən lənətlənmişlər.”

Mərvan Müaviyənin oğlu Yezidlə beyət edəndə dedi: “Bu, Əbu
Bəkr və Ömərin qoyduğu qayda-qanundur.” Əbdürrəhman isə dedi:
“Bu, Herqelin və Rum qeysərlərinin müəyyən etdikləri qaydadır ki,
səltənətin irsən ötürülməsinin əsasını qoydular. Sən də xilafəti irsi
etdin.”

Nəticədə Ayişə Mərvanın sözlərini eşidib dedi: “Allahın
Peyğəmbəri (s) onun atasını və belindəkini lənətləmişdir.”1

Hakim özünün “Müstədrək” kitabında belə nəql edir ki, hər
kimin övladı olurdusa, Həzrət Peyğəmbərin (s) yanına gətirirdi.
Mərvan anadan olduqda onu Həzrətin (s) hüzuruna gətirdilər.
Həzrət Peyğəmbər (s) buyurdu: «‫– »الوزغ بن الوزغ المعلون بن المعلون‬
“Bu, qurbağa oğlu qurbağa və məlun oğlu məlundur.”2

Həmçinin İbn Əsir “Əsədül-ğabə” kitabında belə nəql edir: “Bir
gün Həzrət Peyğəmbərin (s) gözü Həkəm ibn Asa sataşdı və ona
dedi: “Səndən və övladlarından Məhəmməd ümmətinin vay
halına!”3

Beləcə, şiələr Həzrət Peyğəmbəri (s) təqlid edir, onun rəvayət-
lərini nəql edir və ona əməl edirlər. Onun dostları ilə dost, düşmən-
ləri ilə düşməndirlər. Lakin siz Həzrət Peyğəmbərin (s) düşməni
olan Əməviləri himayə edirsiniz. Bizlərdən hansımız Əhli-sünnət
və hansımız bidət əhliyik?

                                                           
1 Müstədrəkül Hakim, IV cild, səh. 481; “Təfsiri Qürtubi”, səh. 197 və başqa
mənbələr.
2 Müstədrəkül Hakim, IV cild, səh. 479.
3 Əsədül-ğabə, IV cild, səh. 348.

  215

Ancaq Həsəneynin Mərvanın arxasında namaz qılmalarına dair
fikrinizə gəldikdə isə deməliyəm ki, siz bu məsələdə “Biharül-
ənvar”a əsaslanırsınız ki, bu da tamamilə yalnışdır. Çünki adı
çəkilən kitabda, qeyd etdiyiniz həmin yerdə elə bir mətləb yoxdur.

Həzrət Əlinin (ə) nəvələrinin Mərvanın nəvələri ilə evlənməsi
məsələsinə isə daha öncə dəfələrlə cavab vermişik.

Sual 136:
Şiələr bir çox hekayətlərdə deyirlər: “Həzrət Mehdi (ə.c)
dünyaya gələndə göydə uçan quşlar yerə enib qanadlarını onun
üzünə və başına sürtdülər və sonra isə uçub getdilər. Atası
həmin quşların mələklər olduğunu bildirdi.” Belə bir nəticəyə
gəlirik ki, əgər mələklər onun köməkçiləridirsə, onda nə üçün
qorxur və sərdabda gizlənir?
Cavab:
Birincisi, bu hədis rəvayət kitabında olsa da, həqiqətlə uyğun
gəlmir. Çünki atası israr edirdi ki, onun təvəllüdü gizli qalsın və
orada özü, anası və bibisi Həkimə xanımdan savayı başqa bir kimsə
olmamışdır. Buna görə də quşların göydən enməsi bununla uyğun
deyildir.
İkincisi, bu rəvayət Həzrət Peyğəmbər (s) haqqında danışdığı-
nızdan daha güclü deyildir. Nəql edirsiniz ki, Həzrət Peyğəmbər (s)
hələ uşaq olduğu zaman Həlimənin evində mələklər Onun sinəsini
yararaq qəlbini göyə aparıblar və bir müddət sonra isə geri qay-
tarıblar. Bu rəvayətdə mühüm olan məsələ tərtibçinin cahilcəsinə
“əgər belə köməkçiləri varsa, niyə sərdabda gizlənir?” – deyə
vurğulamasıdır.
O Həzrətin zühurunun lazım olan şəraiti var; dünyanəın vahid
ilahi nidanı qəbul etməsi və vahdi dünya hökumətinin qurulması və
hazırlıq olmazsa zühur baş verməz.

  216

Bundan əlavə, Həzrət (ə.c) sərdabda gizlənməmişdir və ora onun
ibadət yeri olmuşdur və sonra Həzrət (ə.c) orada görünməmişdir.
Necə ki, Məsih (ə) insanlar arasından götürüldü. Həzrət (ə.c) də
insanlar arasından götürüldü, lakin insanların arasında yaşayır və
kimsə onu tanımır.

Mələklərin Həzrətə (ə.c) kömək etməsinə gəldikdə isə xatırlat-
maq istərdik ki, mələklərin Bədr döyüşündə Həzrət Peyğəmbərə (s)
kömək etməsindən üstün deyildir.

Təəccüblüdür ki, belə bir köməkçilərin olması ilə yanaşı, Ühüd
döyüşündə 70 nəfər öldürüldü və Həzrət (s) buyurdu: ‫»و ما النصر إ ّلا‬
.«‫من عند ﷲ العزيز الحكيم‬

Sual 137:
Şiələr İmam (ə.c) üçün bir neçə şərt qoymuşlar. Birincisi,
atasının böyük oğlu olsun, ondan başqası imama qüsl verməsin
və Həzrət Peyğəmbərin (s) zirehi ona olsun. Bütün adamlardan
ali olsun, murdar olmasın və qeyb aləmini bilsin. Lakin bu
şərtlər onları çətinliyə salır..!
Cavab:
Görünür, kitabın tərtibçisi şiələr tərəfindən imam üçün nəzərdə
tutulan şərtlərin bəzilərini əzbərləmişdir və bu baxımdan şiə
əqidəsinə irad tutmağa başlamışdır. İmam üçün müəyyən edilmiş
şərtləri şiənin əqidə kitablarından əldə etmək mümkündür.
Həmin şərtlərin ən mühümlərini diqqətinizə təqdım edirik: 1.
Həzrət Peyğəmbər (s) və ya əvvəlki imam tərəfindən təyin edil-
məsi; 2. Zəmanəsinin ən ağıllı adamı olmalıdır; 3. Günahdan və
xətadan məsum olmalıdır.
Lakin atasının böyük oğlu olması, Həzrət Peyğəmbərin (s) zire-
hinin ona olması və murdar olmaması sualları yazanın öz xəyal-
larıdır. Əgər kitablarda bu məzmunda rəvayət olarsa, bu yalnız

  217

şəxsi nəzər və ya rəvayət məzmunu kəsb edə bilər ki, bu da şiə
əqidəsinə aid deyildir.

Qeyb aləmini bilmək imamlığın şərti deyil, lakin şiə imamları
bəzən qeybdən xəbər verirdilər və Quran da bunu rədd etməmişdir.
Bundan əvvəl dedik ki, qeyb iki növdür:

1. Zati və qeyri-məhdud qeyb: bu yalnız Allaha məxsusdur;
2. Öyrənilən və məhdud qeyb: bunu Allah-təala övliyalarına
öyrətmişdir ki, Quran kitabı peyğəmbərlərin və peyğəmbər olma-
yanların belə qeybdən gələn xəbərləri ilə doludur və kimsə bunu
inkar etməmişdir. Təkcə “Yusif” surəsində bir neçə qeybi xəbər var
ki, Həzrət Yəqub (ə) və Həzrət Yusif (ə) onlardan xəbər vermişlər.

Sual 138:
Şiələr imamın Quranda, ya hədisdə aşkarcasına təyin
edildiyini iddia edirlər. Əgər belə olsaydı, nə üçün şiə firqəsi
imamət barəsində ixtilaflara düçar olublar?!
Cavab:
Nəbinin təyin edilməsi nəss (açıq-aşkar dəlil) ilə əvvəlki pey-
ğəmbər vasitəsilə olur. Və Quran bildirir ki, İsa Peyğəmbər (ə)
özündən sonra gələcək peyğəmbərin adını aşkarcasına bildirmişdir:
1«‫“ – »و مب ّشراً برسول يأتی من بعدی اسمه احمد‬Və məndən sonra
“Əhməd” adlı bir peyğəmbərin gəlməsini də sizə müjdə verənəm.”

***
Bununla belə, məsihilər İslam Peyğəmbəri (s) barəsində ixtilafa
düçar oldular.
Quran başqa bir yerdə buyurur: “Kitab əhli sonuncu peyğəmbəri
öz övladları kimi tanıyırlar.” Buyurur: 2«‫»يعرفونه كما يعرفون أبناءھم‬

                                                           
1 Səff surəsi, 6-cı ayə.
2 Bəqərə surəsi, 146-cı ayə.

  218

Bununla belə, İslam Peyğəmbəri (s) gəldikdən sonra onlardan
çox az insan iman gətirdi və əksəriyyəti ondan üz döndərdilər. Belə
bir nəticəyə gəlirik ki, nəss bir qrupu haqqa doğru hidayət edir,
lakin ancaq hamının onu qəbul edəcəyinə dəlil deyildir.

Beləliklə, şiələrin əksəriyyətini təşkil edən İmamiyyədən savayı
qeyriləri, yəni iki firqə – Zeydiyyə və İsmayıliyyə yolda yarımçıq
qalıblar.

Həzrət Peyğəmbərin (s) zamanında, yəni özü Allahın höccəti
olduğu bir vaxtda bəzən yenə də ikidəstəlilik yaranırdı. Hüdeybiy-
yə sülhü bağlanarkən Ömər ibn Xəttab və başqalarının etiraz səsləri
ucaldı. Onlar Qüreyşlə sülh bağlanılmasını bir növ özlərinə zillət
hesab edirdilər. O, dostuna demişdi: “Mən öz dinimdə həqarətə
boyun əymərəm.” – .(‫)لا نعطی الدنيّةفی ديننا؟؟؟‬

Təxminən 60 yerdə səhabələr Həzrət Peyğəmbərin (s) açıq-aşkar
dəlili (nəss) ilə müxalif olublar. Öz ictihadlarını nəssdən üstün
tutublar. Daha çox məlumat əldə etmək istəyənlər mərhum Şərə-
fuddinin yazdığı “əl-Nəss və ictihad” kitabına müraciət edə bilərlər.

Sual 139:
Bəzi şiələr Ayişəyə qarşı əsassız ittihamlar irəli sürür və
“İfk” əhlinin ona atdığı böhtanları atırlar?!
Cavab:
Bundan əvvəl şiələrin bu barədə olan mövqeyini bildirdik. Əgər
şiələr Ayişəyə irad tutursa, o da itaəti vacib olan imamın üstünə
qoşun çəkməsinə görədir. Şiələr Quranın açıq-aşkar dəlilini Həzrət
Peyğəmbərdən (s) və Ayişədən üstün tuturlar. Odur ki, ona olan
ehtirama görə onun Allah və Rəsulunun (s) əmrindən çıxmasına
göz yuma bilməzlər.

  219

Sual 140:
Şiələr deyirlər ki, elm imamlardadır və onların elm mənbə-
ləri “Səhifeyi cameə” və “Əlinin kitabı”dır.
Cavab:
Şiələrin elmi kitabları yalnız adını çəkdiyiniz o iki kitab
deyildir. Onlar qeyd edilən mənbələrdən əqidə və hökmlərin bəyan
edilməsində istifadə edirlər:
1. Qurani-kərim; 2. Rəsulallahın (s) hədisləri; 3. Həzrət
Peyğəmbərin (s) diktə etdiyi və Həzrət Əlinin (ə) öz xətti ilə
yazdığı kitab; 4. İmam Əlinin (ə) kitabı; 5. Qeybdən gələn ilhamlar,
başqa sözlə desək, Həzrət Peyğəmbərdən (s) qeyrisindən olanlar,
yəni mühəddəslər və bu barədə olan rəvayətlər: “Kafi”də və
“Səhihi-Buxari”də var.

Sual 141:
Şiələr öz kitablarında yazırlar: “Kufə əhli Hüseyn ibn Əlini
(ə) müdafiə etmədiklərinə görə üç nəfərdən savayı qalanları
mürtəd oldular.” İndi soruşmaq istəyirəm: “Əgər İmam Hü-
seyn (ə) şiələrin dediyi kimi, qeyb aləmini bilsəydi, onlara tərəf
gedərdimi?”
Cavab:
Dedik ki, iftira asan işdir, lakin belə bir sözə görə Allah-təalanın
qarşısında cavab vermək çox çətindir. Hansı şiə alimi öz əqidə
kitabında belə bir şey yazmışdır?!
İmam Hüseyni (ə) himayə etməmək böyük günahdır və bir qrup
buna düçar oldular. Ancaq sonra isə onlar tövbə etdilər və
“təvvabin” adını alaraq şəhadət qiyamı ilə günahlarını yudular.
Lakin İmam Hüseyn (ə) kamil şəkildə bilirdi ki, bu yolda şəhid
ediləcəkdir. Odur ki, qiyam etdi və İmam Hüseynin (s) şəhadəti
dinin həyatda qalması demək idi.

  220

Bundan əlavə, Kufə camaatının İmama (ə) kömək etməməsi
(istər şiə, istərsə də qeyri şiə) İmam Hüseynin (ə) Kufəyə
hərəkətindən sonra artıq gizli bir şey deyildi və bunun üçün qeyb
elminə ehtiyac da yox idi. Bir çox səhabələr və tabeinlər də hələ
Məkkədə və yolda bunu İmam Hüseynə (ə) xatırlatmışdılar. Həzrət
İmam Hüseyn (ə) isə onlara belə buyurmuşdu: “Bizim vəzifəmiz
var, biz ilahi bir əmrin ardıncayıq və siyasi hakimiyyəti əldə etmək
istəmirik. Biz öz yolumuza davam edəcəyik.”

Sual 142:
Şiələr belə iddia edirlər ki, onların on ikinci imamı öldürül-
mək qorxusundan gizlənmişdir. Onlara deyirik: “Öncəki
imamlar heç qeyb olmadılar və öldürülmədilər?”
Cavab:
Bu sual da təkrardır və əvvəldə dedik ki, imamın qeyb olması
təkcə düşmənin qorxusundan deyil, əksinə onun zühur etməsi üçün
şəraitin olmaması üzündəndir.
Birincisi, dünya ictimaiyyəti gərək bəşəri hakimiyyətlərdən bez-
sinlər və yalnız bundan sonra ilahi tərəfdən onlar üçün göndəri-
ləcək rəhbərin ümidi ilə intizarda olsunlar. Və elə bu zaman qeybdə
olan imam özünü aşkar edərək zühur edəcək və dünyada ədaləti
təmin edəcəkdir.
İkincisi, sualları yazan əvvəlki imamların həyatından bir vərəq
belə oxumamışdır. Onların hamısı ya xəlifələrin qılıncı, ya da
zəhərləri ilə şəhid edilmişlər.
Buna ən yaxşı sübut olaraq qeyd edə bilərik ki, İmam Kazim (ə)
və İmam Cavad (ə) Mədinədə yaşamaq əvəzinə, Bağdadda nəzarət
altında yaşayırdılar və İmam Kazim (ə) Harunun zindanında
zəhərlə şəhid edildi. İmam Cavab (ə) isə 27 yaşında Məmunun qızı
tərəfindən zəhərlənərək şəhid edildi. Həzrət Rza (ə) Xorasanda
Məmunun zəhəri ilə dünyadan getdi və həmçinin digər imamların
həyatı da bir daha bunu təsdiq edir.

  221

Sual 143:
Şiələr yalnız Əhli-beytdən (ə) olan və səhih sayılan hədislərə
etimad etdiklərini bildirirlər. Onlar bir sözlə, imamları da
peyğəmbər kimi qəbul edirlər və özlərinin dedikləri sözləri
Allahın və Onun Rəsulunun (s) dedikləri kimi hesab edirlər.
Buna görə də onların kitablarında Həzrət Peyğəmbərin (s)
dedikləri azlıq təşkil edir.
Cavab:
Əvvəlki sualların cavabında xatırlatdıq ki, şiələr həmişə Həzrət
Peyğəmbərin (s) və imamların hədislərinə əməl etmişlər və imam-
ların elm mənbəyinə dair 142-ci sualda bunları qeyd etdiyimizdən
burada artıq təkrarlamaq istəmirik. Onların (yəni şiələrin) dedikləri
Allahın və Həzrət Peyğəmbərin (s) dedikləridir ki, bütün bunlar
Əmirəlmöminin Həzrət Əli (ə) vasitəsilə onlara çatdırılmışdır.
İmamlar həmişə təkrar etmişlər ki, biz özümüzdən heç nə demirik,
dediyimiz hər bir şey isə yalnız və yalnız babamız İslam peyğəm-
bərindəndir.1
Xoşbəxtlikdən şiələrin Həzrət Peyğəmbərdən (s) nəql etdikləri
hədislər çox və gözə gələndir. Hətta bəzi şiə alimləri imamlardan
və ya sənədlə Həzrət Peyğəmbərdən (s) nəql olunan rəvayətləri öz
kitablarında toplamışlar.
Əgər şiələr Əhli-beyt (ə) hədislərinə əməl edirlərsə, bu, onları
Quranla bərabər tutan “Səqəleyn” hədisinə əsaslanır. “Səqəleyn”
hədisi mütəvatir hədisdir və heç bir həqiqətpərəst hədis alimi onu
inkar edə bilməz. Biz 14-cü sualın cavabında “Səqəleyn” hədisinin
bəzi sənədlərinə işarə etdik. Lakin gəlin baxaq görək sualları top-
layan şəxs öz rəhbərləri barəsində nə deyir, onlar hətta səhabənin
rəyini Həzrət Peyğəmbərdən (s) nəql edilmədən fiqhi sənəd hesab
edirlər. Misal üçün, Əbu Bəkrin qayda-qanunları, Ömər ibn

                                                           
1 Üsuli-kafi, I cild, səh. 35, “Rəvayətlər” bölməsi, hədis-14.

  222

Xəttabın qayda-qanunları, Osmanın qayda-qanunları və s. diqqəti
cəlb edir. Əgər onların dediyi həqiqətən də Həzrət Peyğəmbərin (s)
sözləridirsə, onda deyin Həzrət Peyğəmbərin (s) qayda-qanunları.
Və əgər belə deyilsə, onda deyin görək, bu qayda-qanunlara necə
əməl edirsiniz.

Siz İslamın qarşısında sələfilik məzhəbini yaratmısınız və bütün
haqqı onlara verirsiniz, başqalarının hər cür təkfir və ictihadını
saymırsınız. Həqiqətdə sələfilik fikri zülm və ən böyük təfriqə
olmuşdur.

Sual 144:
Şiələr deyirlər ki, Əhli-beyt (ə) vasitəsilə onlara gəlib çatan
rəvayətlərə əməl edirlər. Biz də deyirik ki, Əhli-beytdən (ə)
Həzrət Əlidən (ə) savayı başqa heç kim Həzrət Peyğəmbəri (s)
görməmişdir. Həzrət Əli (ə) Həzrət Peyğəmbərin (s) bütün
göstərişlərini özünün bütün gələcək nəsilləri üçün nəql edə
bilərdimi? Axı Həzrət Əli (ə) bəzi vaxtlar Həzrət Peyğəmbər (s)
səfər etdikdə Mədinədə Onun canişini kimi qalırdı?
Cavab:
Əvvəlki sualların cavabında imamların elm mənbələrinə dair
qeydlər etdik. Onların elm mənbəyi təkcə Həzrət Əlinin (ə) Həzrət
Peyğəmbərdən (s) eşitdikləri deyildir. Onlardan biri də Allahın
kitabı və Həzrət Peyğəmbərin (s) müəyyən etdiyi qayda-qanun-
lardır.
Əmirəlmöminin Həzrət Əli (ə) 23 il ərzində yalnız bir və ya iki
döyüşdə iştirak etməmiş və bir dəfə də Yəmənə ezam olunmuşdur.
Bunlar istisna olmaqla qalan bütün müddətdə İmam Əli (ə) həmişə
Həzrət Peyğəmbərin (s) hüzurunda olmuş və ondan ayrılmamışdır.
Lakin təəssüflər olsun ki, sizin altı səhih kitablarınızın külliyya-
tında Əli ibn Əbu Talibdən (ə) yalnız 500 hədis nəql edilmişdir.
Ancaq bunun əvəzində cəmi iki ilə yaxın bir müddətdə Həzrət

  223

Peyğəmbərin (s) yanında olan Əbu Hüreyrədən isə beş min hədis
nəql olunmuşdur. Gəlin baxaq görək, bu iki şəxsdən hansı daha
ədalətlidir?

Sual 145:
Həzrət Peyğəmbərin (s) dediklərini xalqa çatdıranların ək-
səriyyəti onun Əhli-beytindən (ə) olmayıb. Həzrət Peyğəmbər
(s) Əsəd ibn Zürarəni Mədinəyə, Əla Həzrəmini Bəhreynə,
Muaz və Əbu Musanı Yəmənə və Utab ibn Üseydi Məkkəyə
göndərmişdi. Şiələrin iddiası nədir, deyirlər ki, Həzrət Əlidən
(ə) və ya Əhli-beytdən (ə) savayı başqa heç kim Həzrət Pey-
ğəmbərdən (s) hədis nəql etmir?
Cavab:
Kimsə inkar etmir ki, Həzrət Peyğəmbər (s) deyilən şəxsləri
müxtəlif yerlərə göndərmişdir və deməliydi ki, Həzrət Əlini (ə) də
hakimlik etmək üçün Yəmənə göndərmişdi. Bu bəhs mövzusu
deyildir. Mühüm olan sözün sonunda gələn yalandır: “Şiələr
deyirlər ki, Həzrət Əlidən (ə) və ya Əhli-beytdən (ə) savayı başqa
heç kim Həzrət Peyğəmbərdən (s) hədis nəql etmir?” Hansı kitabda
bu mətləb yazılmışdır?
Sualları yazanın nə tarixdən xəbəri var, nə də Həzrət Peyğəm-
bərin (s) tarixindən. Həqiqət bundan ibarətdir ki, Həzrət Peyğəmbər
(s) bu sözü xüsusi bir şəraitdə (“Bəraət” surəsinin ilkin ayələri
müşriklərə oxunanda) buyurdu: “Həzrət Peyğəmbər (s) hicrətin
doqquzuncu ilində müşriklərin Məscidül-Hərama girişinin qadağan
olunması və onlarla hər cür əhd-peyman bağlanmasının qadağan
edilməsi barədə “Bəraət” surəsinin əvvəlindən 16 ayəni Əbu Bəkr
ilə Məkkəyə göndərdi ki, həccdə camaata oxusun. Lakin cənab
Cəbrayıl (ə) nazil oldu və dedi: “Bu ayələri ya sən özün, ya da
Əhli-beytindən (ə) bir nəfər bəyan etməlidir.” Bu barədə Həzrət
Peyğəmbər (s) buyurmuşdur:

  224

:‫عل ّی منّی و أنا منه لا يؤدی عنّی إ ّلا أنا أو علی‬
–Əli məndəndir, mən də Əlidən və mən və Əlidən başqa kimsə
bunu bəyan etməsin.

Bu mətləbi əksər təfsirçilər “Tövbə” surəsinin əvvəlində qeyd
etmişlər və bəziləri də çalışırlar elə etsinlər ki, Əbu Bəkrin mə-
qamına toxunmasın. Bu barədə Razinin və “əl-Minar” kimi təfsir
kitablarına, “Təfsiri-Təbəri”, “Dürr əl-Mənsur” kimi hədis kitab-
larında “Bəraət” surəsinin təfsirinə müraciət etmək olar.1

Sual 146:
Şiələr öz kitablarında etiraf edirlər ki, halal-haram elmi,
həcc məsələləri yalnız İmam Baqir (ə) vasitəsilə onlara çat-
mışdır. Yəni bu barədə Həzrət Əlidən (ə) onlara heç nə gəlib
çatmamışdır?
Cavab:
Tərtibçinin dedikləri təhrifdir, Həzrət Peyğəmbərin (s) həccini
İmam Baqir (ə) xalq üçün bəyan etmişdir və Müslim bunu öz
“Səhih”ində İmam Baqirdən (ə) nəql edir. Təəccüblüdür ki, Əbu
Hənifə bu həqiqəti başqa cür deyir:

2.«‫»لولا جعفر بن محمد ما علم الناس مناسك ح ّجھم‬
–Əgər Cəfər ibn Məhəmməd olmasaydı, xalq həcc məsələlərini

bilməyəcəkdi.

Zaman keçdikcə bir çox məsələlər gizli qalmışdır. İmam Baqir
(ə) və İmam Sadiq (ə) kimi elmi şəxsiyyətlər unudulanları və ya

                                                           
1Hədis kitablarından “Xəsaisi Nəsayi”, səh. 84, hədis-73; “Sünəni-Tirmizi”, V
cild, səh. 275, hədis-309; “Müstədrəkül Hakim”, IV cild, səh. 178 və başqa-
larında bu mətləb var.
2 əl-Fiqh, Həcc bölməsi, səh. 519, 3112.

  225

yaddan çıxanları bəyan etmişlər. Və ötən sualın cavabında da dedik
ki, imamlar öz elmlərini Həzrət Peyğəmbərdən (s) nəql edirlər.
Eyni zamanda İmam Baqirin (ə) nəql etdiyi məgər Həzrət Əlinin
(ə) nəql etdiyindən fərqli idi?

Sual 147:
Şeyx Məmqani deyir: “Hər kəs Həzrət Höccəti (ə.c) görsə,
ədalətin ən yüksək həddində olmuş olar.” Biz onlara deyirik ki,
siz niyə Həzrət Peyğəmbəri (s) görən şəxs haqda belə demir-
siniz?
Cavab:
Sualları toplayan induksiya və deduksiya mənbələrinin bir
olduğunu eşidib, lakin səhih və batil müqayisənin şəraitini bilmir.
Aydındır ki, bu iki görüşün bir-biri ilə müqayisə edilməsi düzgün
deyil və onların fərqləri çoxdur. Həzrət Peyğəmbərin (s) məqamı-
nın çox uca olmasına baxmayaraq, onu görməyin xüsusi bir şəraiti
yox idi. Onu hər bir kəs, o cümlədən adil, fasiq, kafir və münafiq
də görə bilərdi. Lakin Həzrət Mehdinin (ə.c) görünməsi adi şəraitdə
mümkün deyildir. Əgər bir şəxs bu adi şəraiti aradan qaldırsa və
qeyri-adi bir yolla görüşə nail ola bilsə, bu onun ilahi məqama
yaxınlığının göstəricisidir.

Sual 148:
Şiələr imamların qəbul etmədikləri şəxslərin rəvayətlərini
qəbul etmirlər. Bu üzdən də səhabələrin rəvayətlərini rədd
edirlər. Lakin imamlardan birini və ya bir neçəsini qəbul et-
məyən şiələrlə, misal üçün, Fəthiyyə ilə başqa cür rəftar edirlər.
Belə ki, onların rəvayətlərini qəbul edirlər. Bunu necə izah
etmək olar?
Cavab:

  226

Bu sualda iki iddia vardır və onlar əsassızdır. Çünki şiələr istər
səhabə olsun, istərsə də olmasın, heç olmasa sözündə təqvalı olanın
sözlərinə əməl edir. Buna görə də fiqh kitablarında səhabələrdən
rəvayətlər nəql edilib ki, fitva sənədi sayılır.

Beləliklə, ikinci iddia birincidən az deyil, əsas rəvayət edənin
doğru olmasıdır. İstər İmamiyyə olsun, istər Fəthiyyə olsun və
istərsə də bunlardan qeyri birisi olsun.

Sual 149:
Şiə alimləri deyirlər: “Kuleyninin “Kafi” kitabında zəif və
səhih rəvayətlər var. Başqa bir tərəfdən də deyirlər ki, bu kitab
Həzrət Mehdiyə (ə.c) təqdim olundu və Həzrət (ə.c) buyurdu:
“Bu kitab bizim şiələrimiz üçün kifayət edər.” Əgər Həzrətə
(ə.c) təqdim edilibsə, nə üçün zəif rəvayətlər müəyyən edilmə-
mişdir?!
Cavab:
“Kafi” əsəri İslam dünyasında olduqca mühüm və dəyərli bir
kitab hesab olunur. Və ehkamlar, habelə maarif sahəsində səhih
rəvayətlərə malikdir. Lakin bu kitabda zəif hədislər də vardır və bu
da şiə alimlərinin həqiqətpərəst olmalarından irəli gəlir. Sualın
sonunda qeyd olunan “bu kitab Həzrət Mehdiyə (ə.c) təqdim
olundu” fikrinə gəldikdə isə, bu, iftiradan savayı başqa bir şey
deyildir. Bunu heç bir zaman şiə alimləri deməmişlər. Belə bir fikri
“Kafi” əsərinin tərcüməçisi Şeyx Əllamə Kuleyni haqda yazarkən
deyib:

«‫و يعتقد بعض العلماء أنّه عرض علی القائم‬
–Bu kitab bəzi alimlərin etiqadına əsasən, İmam Mehdiyə (ə.c)

təqdim olundu.

Təbiidir ki, belə bir sənədsiz və nadir bir söz xüsusi bir suala və
ya irada əsas ola bilməz.

  227

Fərz edək ki, Həzrət Mehdi (ə.c) yuxarıda qeyd olunan həmin
sözü buyurmuşdur. Bu kəlam bütün hədisləri əhatə edir? “Kafi”nin
bütün rəvayətləri barəsində deyilmişdir ki, rəvayətlərimizi Quranla
tutuşdurun və onunla müvafiq olduqda götürün. Beləliklə, “Kafi”
həqiqətən də şiəyə kifayət edər, sadəcə olaraq orada deyilən
meyarlarla.

Sual 150:
Fəqih Həmdani “Misbahul fəqih” əsərində yazır: “Sonun-
cuların fikrinə əsasən, icmanın höccət olması hamının birli-
yində deyil, əksinə höccətin dəlili budur ki, məsumun fikrini
təxminlə tapaq.” Onlar qeybdə olanlarının rəyini təxminlə
tapırlar və eyni halda sələfilərin icmasını mötəbər və meyar
hesab etmirlər?!
Cavab:
Görünür, sualları toplayanın şiə alimlərinin üsul terminlərindən
xəbəri yoxdur və bu fikri eynilə saytlarda məlumatları yerləş-
dirənlərə də aid etmək mümkündür.
Birincisi, “təxmin” kəlməsi heç bir zaman biz şiə alimlərinin
terminologiyasında olmamışdır, orada olan isə “həds” kəlməsidir.
İkincisi, “həds” kəlməsi burada güman etmək mənasında yox,
əksinə “hiss etmə”, “duyma” sözünün müqabilindədir, yəni imamın
sözündən yəqin əldə etmək deməkdir ki, bunun da iki yolu var:
1. Hissi yol. Misal üçün, Mədinə alimləri İmam Sadiqin (ə)
dövründə bir hökm barəsində fitva versinlər və imamın sözü hiss
vasitəsi ilə əldə olunsun. Çünki imam o alimlərin başında
duranlardan biri idi və hamının rəyi onun da rəyi deməkdir.
2. Həds yolu. İnsan gözlə görməsə və qulaqla eşitməsə də bir
sıra qətiyyət və yəqinlik gətirən müqəddimələrlə imamın sözünə
çatsın. Misal üçün, hamı deyir ki, ay öz nurunu günəşdən alır və
bunu həds sayırlar. Həds burada güman yox, əksinə yəqin etmək
mənasındadır və insan bəzi təcrübələrlə yəqinə gəlib çatır.

  228

Əgər bəhs barəsində bir neçə əsr ərzində bir hökmlə bağlı yekdil
bir rəyə gəlinsə, insan düşünər ki, onların əlində güclü bir dəlil
olmuşdur və nəticədə onları imama çatdıran həmin dəlil əsasında
fitva vermişlər. Yəni insan görmədən, eşitmədən, sadəcə olaraq bir
sıra hesablamalar vasitəsilə yəqinə çatır və heç bir zaman icmada
zənn və təxmindən istifadə edilmir. Bu sələfilərdə var və onlar
şəriət hökmlərində güman, müqayisə və təxmin etməkdən istifadə
edirlər ki, bunlar da heç bir zaman yəqinə gətirib çıxarmır.

Sual 151:
Şiələr etiraf edirlər ki, onların ən tanınmış alimlərindən biri
İbn Babuveyh Qummidir. Yəni “Mən la yəhzərul-fəqih” kita-
bının müəllifi. O, bir yerdə icma iddiası edir və başqa bir yerdə
isə icmanın əksini deyir. Ona necə etimad göstərmək olar?
Cavab:
Birincisi, tərtibçinin qeyd etdiyi fikir Səduq kimi tanınan İbn
Babuveyhə yox, Şeyx Tusiyə aiddir. Kitabın müəllifi cənab Tərihi
deyir: “Bir yerdə bir hökm barəsində icma iddiası etmiş və digər
kitabda öz iddiasının əksinə etmişdir.”
İkincisi, Şeyx Tusi kimi nə qədər insan təxminən əlli ilə yaxın
bir müddətdə fiqh sahəsi ilə məşgul olmasına baxmayaraq, bir
zaman kəsiyində naqis məlumatlar üzündən filan hökmün icma
olduğunu təsəvvür etmiş, lakin zaman keçdikcə və elmin təkamül
etməsi ilə öz xətasını anlayaraq bunun əksini demişdir. Bu iş
məsum olmayan bir insan tərəfindən baş verə bilər. Həm də belə bir
iş istər kəlam, istər fiqh və istərsə də əqidə məsələlərində ola bilər.

  229

Sual 152:
Şiələrdə çox təəccüb doğuracaq bir cəhət var ki, onlar hər
hansı bir məsələ ilə bağlı iki rəy olarsa və həmin rəylərdən
birini deyən məlum, digəri isə naməlum olarsa, naməlumun
dediyinə əməl edirlər. Görəsən, nə üçün?
Cavab:
Birincisi, sual verən şəxs şiə maarifindən məlumatsız olduğun-
dan öz sualını dəqiq müəyyənləşdirə bilməmişdir. Heç zaman belə
olmamışdır və əgər bir məsələdə iki rəy olarsa və onu deyənin biri
məlum, digəri naməlum olarsa, məlum olmayanın dediklərinə əməl
etmək heç bir zaman şiələrdə olmamışdır.
Həqiqət olan budur ki, əgər şiə alimləri bir məsələdə yekdil fikrə
gəlsələr və bu, məsumun sözünün aşkara çıxarılması məqsədini kəsb
edərsə, lakin bəzilərinin dediyinə görə, əgər bir nəfər burada müxalif
olarsa, bu, icmaya zərər vurmaz. Əgər həmin alim naməlum olsa,
icmaya zərər vurar. Yəni höccətdən düşər, çünki ehtimal olunar ki,
həmin tanınmayan alim məsum imam ola bilər və tanınmayan şəkildə
icmanı batil etmişdir. Bu, bəzi şiə alimlərinin fikridir.
Əlbəttə, digər şiə alimlərindən Şeyx Hürr Amuli bununla
müxalif olmuş və onu səhih hesab etməmişdir. Əsl həqiqətdə isə
deyən və tənqid edənin hər ikisi də şiədir. İki alim arasında olan
ixtilaf o qədər də mühüm deyil. Siz “əl-Fiqh əla məzahib ərbə” ki-
tabını mütaliə edin. Bu kitab başdan-başa dörd məzhəb alimlərinin
ixtilafları ilə doludur.

Sual 153:
Şiə şeyxi “Biharül-ənvar”da deyir: “Qəbiristanlığa sarı
durmaq lazımdır, hərgah qiblənin əksi belə olmuş olsa.” Yəni
öz yaxınlarının qəbrinin ziyarətinə gedirlər və iki rükət ziyarət
namazı qılırlar, gərək qəbrə doğru oxunsun, qiblə başqa səmt-
də olmuş olsa da.

  230

Cavab:
Hidayətedici suallar arasında bu, deyəsən, ən məşhurlarındandır!
Bu dəfə tərtibçi öz fikrini mərhum Məclisinin boynuna qoymaq
istəyir. Məclisi demişdir ki, ziyarət oxuyan zaman gərək imamın
qəbrinə tərəf durasan, arxan qibləyə düşmüş olsa da belə. Bu, bütün
dünya müsəlmanlarında belədir, hətta sələfilər Həzrət Peyğəmbərə
(s), Əbu Bəkr və Ömərə salam verərkən də belə edirlər. Onlar üzü
qəbirə və arxası qibləyə sarı dayanır və salam verirlər. Əgər sual
verən bununla kimisə hidayət etmək istəyirsə, hidayət yerinə
hamının doğru olduğunu aşkar edir.

Sual 154:
Şiələr həmişə Həzrət Peyğəmbərin (s) bu sözünə əsaslanır-
lar: ‫“ – أذ ّكر كم ﷲ فی أھل بيتی‬Əhli-beytim barədə sizə vəsiyyət
edirəm, məbada Allahı unudasınız.” Lakin şiələr bir çox Əhli-
beyt (ə) nümayəndələri ilə müxalifdir.
Cavab:
Xatırladırıq ki, Əhli-beyt (ə) iki məna kəsb edir:
1. “Təthir” ayəsində qeyd olunan Əhli-beyt (ə) Müslimin qeyd
etdiyi kimi, əbanın altında olan şəxslərdir və bundan əvvəl sual
verən bunu qeyd etmişdi .«‫“ – اللّھم ھؤلاء أھل بيتی‬İlahi, bunlar mənim
Əhli-beytimdir.”
2. Xüms barəsində deyilən Əhli-beyt (ə) Bəni-Haşim kimi təfsir
edilir. Həm də burada bütün Bəni-Haşim nəzərdə tutulur. Bəni-
Haşimdən olanların hamısına yüksək ehtiram göstərilir və onlara
sədəqə vermək haramdır. Əgər onlardan biri günahkar olarsa, düz
yola dəvət və pis yoldan çəkindirmək ilahi bir vəzifədir. Beləliklə,
şiələr Həzrət Peyğəmbərin (s) bütün Əhli-beytinə (ə) ehtiram
göstərirlər.

  231

Sual 155:
Şiələr deyirlər ki, səhabələr Həzrət Əlinin (ə) canişin təyin
edilməsini gizlətdilər. Əgər belədirsə, onda bəs onun fəzilət-
lərini niyə gizlətmədilər?
Cavab:
Şiələr heç bir zaman deməmişlər ki, səhabələr Həzrət Əlinin (ə)
təyin edilməsini gizlətmişlər. Şiələrin etiqadına əsasən, yüz on
səhabə, səksən dörd tabein və üç yüz altmış alim onu nəql etmiş-
dir.1 Fəzilətlər barəsində gərək deyək ki, istək və nifrətlər olmuş-
dur, dostlar düşmənin qorxusundan Həzrətin (ə) fəzilətlərini nəql
etməyiblər. Hətta Əhməd ibn Hənbəl onun barəsində bu sözləri
deyib: “Heç bir səhabə barəsində Həzrət Əlinin (ə) fəzilətləri
barədə səhih sənədlə fəzilət nəql edilməmişdir.”2

Sual 156:
Şiələr deyirlər: “Həzrət Əsgəri (ə) göstəriş verdi ki, İmam
Mehdinin (ə.c) xəbərini hamıdan gizli saxlasınlar və etimad
edilməyənlərə deməsinlər.” Digər bir tərəfdən də deyirlər ki,
əgər bir şəxs imamını tanımasa, deməli Allahı tanımamışdır?!
Cavab:
Birinci mətləb düzgündür, çünki Abbasilər hər bir yerə casuslar
qoymaqla İmam Mehdinin (ə) nə zaman və harada dünyaya gələ-
cəyini öyrənmək istəyirdilər. Firon kimi zəmanənin Musasını (ə)
öldürmək niyyətində idilər, lakin Allah-təala onlara bu istəklərini
yerinə yetirməyə imkan vermədi. Allahın iradəsi İmamın (ə.c) qo-
runmasına yönəlmişdi və yalnız məhdud insanlar onun yerindən
xəbərdar idilər və onunla görüşürdülər.

                                                           
1 əl-Ğədir, I cild, səh. 41-311.
2 Tarixi-Dəməşq, İbn Əsakir, III cild, səh. 83, 2-ci çap; Müstədrəkül Hakim, III
cild, səh. 107; “əl-Riyaz əl-Nəzrə”, III cild, səh. 165.

  232

Eyni zamanda onu da deyək ki, “İmamını tanımayan Allahını
tanımamışdır” fikrinə gəldikdə isə, deməliyik ki, bunun mənası
imamı görmək və onun məkanını bilmək mənasında deyildir. İndi
biz hamımız Həzrət Peyğəmbəri (s) görməsək də Onu tanıyırıq.

Və nəhayət, demək istəyirəm ki, belə əsassız iradlara vaxt
ayırmağa adamın həqiqətən də heyfi gəlir?!

Sual 157:
Şiələr deyirlər: “Allah imamlarının ömrünü yüz illərlə uzun
edib, çünki insanların ona ehtiyacı vardır.” Onlara deyirik ki,
nə üçün Həzrət Peyğəmbərin (s) ömrünü uzun etmədi, axı xal-
qın ona ehtiyacı var idi.
Cavab:
İnsanların peyğəmbərlərə ehtiyacı vardır. Onların bəzisi Nuh
kimi uzunömürlü və bəziləri də Həzrət İsa (ə) kimi qısaömürlü
olmuşlar. Dünyanın bütün sirləri bizə aşkardırmı?
İmamın (ə.c) ömrünün uzun olmasının səbəbi budur ki, Həzrətin
(ə.c) vəzifəsi vahid dünya hökumətini qurmaqdır və onun zühuru
üçün zəmin hazır olmazsa (bu isə dünya xalqlarının hazır olması-
dır), O, zühur etməz.

Sual 158:
Cəfər İmam Həsən Əsgərinin qardaşıdır. O demişdir ki,
qardaşının övladı olmamışdır, lakin şiələr onun sözünü qəbul
etmirlər. Çünki o, məsum deyildir, lakin Osman ibn Səidin id-
dia etdiyi Həsənin övladı olmuşdur sözünü qəbul edirlər. Hal-
buki o da məsum deyil. Bəs, bunu necə izah edirsiniz?
Cavab:
Birincisi, İmam Həsən Əsgərinin (ə) qardaşı Cəfərin yolunu az-
ması tarixi bir bəhsdir və burada onun barəsində danışmaq olmaz.

  233

Abbasi xəlifələrinin ondan bu məqsədlə sui-istifadə etmələrini
və belə bir mətləbi onun dilindən yaymaqlarını qeyd etmək kifa-
yətdir.

İkincisi, şiələrin Həzrət Mehdinin (ə.c) anadan olmasına etiqa-
dının Osman ibn Səidlə heç bir əlaqəsi yoxdur. Çünki şiələrdən
əlavə, təxminən qırxa yaxın əhli -sünnət alimi də Onun (ə.c) anadan
olmasını deyiblər. Hətta İbn Ərəbi “Fütuhat” əsərində Həzrət
Mehdiyə (ə.c) qədər on iki imamın adını qeyd etmişdir. İmam Hə-
sən Əsgərinin (ə) etimad etdiyi şiələr Həzrət Mehdini (ə.c) görmüş
və gördüklərini də nəql etmişlər. Və onun anadan olması təvatür
həddindədir.

Bundan əlavə, Həzrət Mehdini (ə.c) bütün xüsusiyyətləri ilə
bəyan edən rəvayətlər çoxdur və onları burada qeyd etmək imkan
xaricindədir.

Sual verən şəxsdən xahiş edirik ki, Həzrət Mehdinin (ə.c) gəlişi
ilə əlaqədar sünni və şiə kitablarında qeyd olunan müjdələri Sibt
ibn Cövzinin “Təzkirətül Xəvas” kitabından oxusun. Aydın olsun
ki, Həzrət Mehdi (ə.c) dünyaya gəlmədən öncə alimlərin və
mühəddislərin dillərində əzbər olmuşdur.

Sual 159:
Şiələrin etiqadlarından biri də “Tinət”dir, yəni Allah şiələri
məxsusi torpaqdan yaratmışdır. Və əgər şiə günah etsə, onu
sünnilərin ayağına yazırlar və sünnilərin yaxşılıqları isə şiələrin
əməl dəftərində yazılır. Bu etiqadla şiələrin inandığı “ixtiyar”
məsələsi bir-biri ilə zidd deyil?
Cavab:
“Tinət” rəvayətləri sualları tərtib edənin fikirləşdiyi kimi torpaq
mənasında deyildir, əksinə, miras qanununu anladan bir kəlmədir
ki, Quran da buyurur:

  234

1«ً‫البلد الطيّب يخرج نباته بإذن ربّه و الذی خبث لا يخرج إ ّلا نكدا‬
–Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə
(bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin
bitkiləri isə yalnız çox çətinliklə (özü də az) yetişər. Biz ayələrimizi
(nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.

Beləliklə, pak sülaləyə və yaxşı xüsusiyyətlərə malik olan ata və
analar cəmiyyətə pak övladlar verirlər. Lakin pak olmayanda
övladlar da pak olmur. Əlbəttə, hər ikisi şəraitlə əlaqədardır və hər
hansı bir şəxs istəsə, öz iradəsi ilə buna qələbə çala bilər.

Bu, şəraitlə əlaqədar olduğuna görə insanın ixtiyarı ilə ziddiyyət
təşkil etmir. Əlbəttə, pis şəraitli insanlar qələbə çalsalar, onların
mükafatı ikiqat olacaqdır.

Bu deyilən “Tinət”in mənalarından biri idi. Burada başqa bir
təfsirin də yeri vardır ki, onu açmaq olmaz və əsas olan deyilən
yalandır. Yəni şiələrin günahları sünnilərə yazılır. Bu böhtandır və
heç bir şiə kitabında belə bir şey mövcud deyil və bundan əlavə,
Quranın da dediyinin ziddinədir: 2«‫ – »ا ّلا تزر وازرة وزر أخری‬Heç
bir günah başqasının günahına yüklənməz!

Sual 160:
Şiə alimləri deyirlər: “Ənsar Həzrət Əlinin (ə) dostları idi və
onlar Siffeyn döyüşündə Həzrətin (ə) qoşununda idilər.” Əgər
belədirsə, o zaman soruşuruq ki, nə üçün xilafəti Həzrət Əliyə
(ə) vermədilər və Əbu Bəkrə tapşırdılar?
Cavab:
Kitabın tərtibçisi bu sualı verməklə demək istəyir ki, Həzrət Əli
(ə) Allah-təala tərəfindən təyin olunmamışdır. Xatırladırıq ki,

                                                           
1 Əraf surəsi, 58-ci ayə.
2 Nəcm surəsi, 38-ci ayə.

  235

Səqifədə Ovs qəbiləsinin başçısı Xəzrəc qəbiləsinin əksinə olaraq
Əbu Bəkrə rəy verəndə ənsar camaatı arasında çoxlu səs-küy ucaldı
və o zaman Xəzrəcilərin hamısı belə dedilər:

«ً‫“ – لا نبايع إ ّلا عليا‬Əlidən (ə) başqası ilə beyət etmirik.”
Əgər təyin etmə olmasaydı, onda onlar nə üçün o qədər mü-
hacirin içərisindən Həzrət Əlini (ə) seçdilər?
Ancaq nə üçün belə bir əqidəyə malik ola-ola Həzrət Əliyə (ə)
səs verməmələrinin səbəbi isə başqadır ki, indi bunu qısa şəkildə
şərh edirik:
Birincisi, bu, mühacir və ənsardan ibarət olan bir qrup şiənin
öncülləri idilər ki, öz iradələrində qaldılar. İmam (ə) xilafətə gəl-
dikdə də son nəfəslərinə qədər onun yanında döyüşdülər.
İkincisi, bir qrup isə etiraz etməmələrinə baxmayaraq, həmin
şəraitdə müxalifətçilik etməyi məsləhət bilmirdilər. Çünki İmam
Əlinin (ə) davamçıları idilər və İslamın qorunması, eləcə də fitnə-
fəsadın aradan qalxması üçün sükuta üstünlük verdilər.
Nəhayət, ən əsası isə budur ki, belə mənasız iradları irəli sür-
məkdənsə, Ğədir-Xumdakı təyinatı yada salmaq kifayətdir. Onu da
qeyd etmək istəyirəm ki, 110 səhabənin və 84 tabeinin nəql etdiyi
bu məşhur hadisəni də görməməzliyə vurmaq olmaz.

Sual 161:
Biz daim iki qrupla üz-üzəyik:
a) Quranın təhrif olunduğunu iddia edən qrup daim bu
səmavi kitaba tənə vururlar;
b) İkinci qrup şəxslərin günahları Həzrət Əlinin (ə) yerinə
Əbu Bəkri seçmələridir və onlar bu yolla Əhli-beytə (ə) tənə
edirlər.
Sualımız bundan ibarətdir ki, nə üçün şiələr birinci qrup
insanlara münasibətdə sakitdirlər, amma ikinci qrupa isə sərt
münasibət bəsləyirlər?

  236

Cavab:
Daha öncə Quranın təhrif edilməsi barəsində demişdik və qeyd
etdik ki, şiələr heç bir zaman Allahın kitabının təhrif edilməsi fik-
rində olmayıblar. Burada onu da deməliyik ki, əqidə hədis və
rəvayət kitabları əsasında formalaşmır. Əgər belə olsa, səhih
kitabları Quranın təhrif edilməsinə dair rəvayətlərlə doludur. Əqi-
dəni ona aid kitablardan götürmək lazımdır və orada rəvayətlər
tədqiq olunubdur. Şiə əqidəsində əqidə məsələsində yalnız
mütəvatir hədislər qəbul olunur və Quranla ziddiyyət təşkil edən
xəbərlər qəbul edilmir. Həmçinin düzgün olmayan insanlardan nəql
edilən təhrif olunmuş rəvayətlər də qəbul olunmur. Biz əvvəldə
onlara işarə etdik və onlardan biri də Əhməd Səyyari adlı birisidir
ki, həm şiə və həm də sünni nöqteyi-nəzərindən korlanmış əqidəyə
malik olan bir şəxsdir.
Şiələr Əhli-beytə (ə) münasibətdə hörmətsizlik edilməsinə necə
həssaslıq göstərirlərsə, eləcə də Qurana münasibətdə daha artıq
həssasdırlar. Buna sübut olaraq Quranın təhrif edilməməsinə aid
yazılan kitablardır. Misal üçün, mərhum Əllamə Şeyx Məhəmməd
Ağa Bəlağinin yazdığı “Alaur-rəhman fi təfsirül-Quran”, Ayətullah
Xoyinin yazdığı “əl-Bəyan fi təfsirül Quran”, mərhum Mərifətin
yazdığı “Siyanətül Quran minəl təhrif” və Seyid Əli Milaninin
yazdığı “əl-Təhqiq fi nəfyil təhrif” kitablarıdır.
Nəhayət, bildirmək istəyirik ki, sizin ya bu kitablardan xəbəriniz
yoxdur, ya da onları görmək istəmirsiniz və əsl həqiqətləri qəbul
etməyə hazır deyilsiniz!

  237

Sual 162:
Allah-təala Quranda buyurur:

1«‫اتّبعوا ما أنزل إليكم من ربّكم و لا تتّبعوا من دونه أولياء قليلاً ما تذ ّكرون‬
–Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı
qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az
qulaq asırsınız!

Ayədə aşkarcasına deyilir ki, Allahdan və Həzrət Peyğəm-
bərdən (s) başqasına itaət etməyin və imam xalq üçün yeni bir
din gətirmək üçün yox, bizə çatan ilahi əmrləri icra etmək
üçündür.

Cavab:
Həzrət Peyğəmbər (s) öz peyğəmbərliyinin 23 ilində mövcud
olan problemlərə görə 13 ilini Məkkədə çətinlik içərisində keçirdi
və Mədinədə olan qalan 10 il ərzində isə başı çoxsaylı döyüşlərə
qarışdığından hökmlərin xırdalıqlarını camaata çatdıra bilmədi. Bir
hissəsini bəyan etdi və bir hissəsini də Quranla eyni çəkidə olan
Əhli-beytinə (ə) həvalə etdi.
İslam dini əbədi bir dindir və zaman, məkan, habelə şərait yeni-
yeni məsələləri ortaya çıxarır ki, bunlar da Həzrət Peyğəmbərin (s)
zamanında yox idi. Bəs, verilən sualın düzgün cavabı nədir: Şiələr
deyirlər ki, Allahın şəriət hökmlərinin çatdırılmasından ötrü Həzrət
Peyğəmbərə (s) nazil olanları insanlara anlatmaq üçün qeyb
məktəbində bir qrupun yetişdirilməsinin nə eybi var və bu məsələ
də Əhli-beytə (ə) həvalə olunmuşdur.
Uzağa getməyək, Həzrət Peyğəmbərdən (s) sonra tabeinlər və
daha sonra da fəqihlər minlərlə məsələləri camaata çatdırmış və
onları bir sıra qəti dəlil və ya zənn ilə bəyan etmişlər. Aydındır ki,

                                                           
1 Əraf surəsi, 3-cü ayə.

  238

onlar həmin məsələləri Həzrət Peyğəmbərin (s) dilindən də eşit-
məmişlər. Onları sadəcə olaraq bir sıra müqayisələr aparmaqla,
güman və ehtimallar aparılması yolu ilə əldə etmişlər.

Bəs, siz bu barədə nə deyirsiniz? Onların hamısını məgər Həzrət
Peyğəmbər (s) buyurmuşdu? Yəqin ki yox. Lakin fəqihlər öz
güman və ehtimalları ilə Həzrət Peyğəmbərə (s) nazil olanlardan və
müəyyən qayda-qanunlardan həmin nəticələri əldə etmişlər. Əgər
bu iş Əhli-beyt (ə) tərəfindən qeybdən öyrədilmə yolu ilə həyata
keçirilərsə və nəticədə bütün bunlar başqa insanların da ixtiyarına
verilərsə, bu yenə də Həzrət Peyğəmbərə (s) nazil olanlardandır.

Bu sual sizin özünüzə də verilə bilər, siz Həzrət Peyğəmbərin (s)
müəyyən etdiyi qayda-qanunların müqabilində özünüzdən yeni
normalar müəyyənləşdirmisiniz. Fiqhdə Əbu Bəkrin və Ömərin
müəyyən etdiyi qayda-qanunlar bəhsi mövcuddur. Bunların hamısı
Həzrət Peyğəmbərin (s) dedikləridirmi? Nə üçün şeyxeyn adını
həmin qayda-qanunlara qoymusunuz? Əgər belə deyilsə, nə üçün
ona itaət edirsiniz?

Sual 163:
Şiə məzhəbi Zürarə və başqa rəvayətçilər vasitəsilə onlara
çatmışdır. Şiə imamları bu şəxsləri məzəmmət etmişlər, lakin
şiələr məzəmmət olunmuşların sözlərinə etimad göstərərək öz
imamlarının nəzərini rədd edirlər! Bu necə ola bilər?
Cavab:
Birincisi, şiələr maarif və hökmlərdə təxminən 1500 nəfər
rəvayətçidən istifadə etmiş və bu yol ilə Həzrət Peyğəmbərin (s)
hədislərini qoruyub saxlamışlar. İlahi maarifi məzəmmət olunan bir
neçə nəfərdən götürməmişdir ki, məzəmmət sübut olunduğu
təqdirdə şiə məzhəbi tənəzzülə uğrasın.
Əllamə Məmqaninin “Tənqih əl-məqal” və Ayətullah Xoyinin
“Möcəmül- rical” kitablarına qısa bir nəzər yetirilsə, rəvayət edən-

  239

lərin əzəməti və hədis əzbərləyənlərin çoxluğu tam şəkildə aydın
olar.

İkincisi, əgər Zürarə barədə məzəmmət varsa, onun mədh
edilməsi barəsində də rəvayətlər vardır. İmamların özləri onu mədh
edərək xatırladırlar ki, biz onları danlamaqla onların canlarını və
mallarını qorumaq istəyirik. Çünki Zürarə Kufənin tanınmış
şəxslərindən idi. Əməvilər və Abbasilər xilafəti də ona xüsusi
diqqət göstərirdilər. O, qəbilənin şeyxi və eyni zamanda da alim
idi. İmamlar hakimiyyət adamlarının olduğu məclislərdə onu və iki
dostunu danlamışdılar ki, onların canları və malları amanda qalsın.
Hər kəs həmin dövrün olduqca pis və ağır vəziyyətini nəzərə alsa, o
zaman anlayacaq ki, nə üçün imamlar öz yaxınlarını bu cür dan-
layırdılar. Onlar şiələrin canlarını qorumaq istəyirdilər və haki-
miyyətin onların şiə və Əhli-beytə (ə) mənsub olduqlarını bilmə-
məsindən ötrü bu kimi üsullara əl atırdılar. Əbu Bəsir İmam Sadiqə
(ə) deyir: “Sənə qurban olum! Bizə bizim belimizi qıran ləqəblər
verirlər. Bizim qəlblərimizi öldürür və hakimlər o ləqəblərə əsasən
bizim qanımızı halal bilirlər...” İmam (ə) buyurdu: “Rafizi ləqəbini
deyirsən?” Dedi: “Bəli...”1

Bu dediklərim o zamanın vəhşətlərindən bir nümunə idi.

Sual 164:
Əgər şeyxeyn yaxşı insanlar olmasaydılar, onda sizin dedik-
lərinizdən belə çıxır ki, Həzrət Peyğəmbər (s) yoldaşlarını yaxşı
tərbiyə edə bilməyib? Aydındır ki, bu, Həzrət Peyğəmbərə (s)
qarşı yönəlmiş ən böyük təhqirdir.
Cavab:
Əgər Həzrət Peyğəmbərin (s) yoldaşları iki nəfərdən ibarət
olsaydı, onda siz deyən düz idi. Lakin Allahın Rəsulunun (s) yüz

                                                           
1 Rövzətül-kafi, “Fəzayele şiə”, Mərhum Səduq, səh. 21.

  240

minə yaxın səhabəsi olmuşdur və onlardan on beş mininin adı
kitablarda qeyd edilmişdir ki, kitabın əvvəlində bu barədə bəhs
etdik. Həzrət Peyğəmbərin (s) səhabələri əqidə və rəftar baxı-
mından eyni olmamışlar. Həm də onlar kiçik bir qrup olmamışlar
ki, hamısını özünə cəlb etmiş olsun. Dediyiniz həmin azlıq xilafəti
ələ keçirdi və bəziləri də onlara itaət etdilər, lakin bir qrup
müxalifətçilik etdi və əksəriyyət isə susaraq münasibət bildirməyi
məsləhət bilmədilər.

Xəlifələrə söykənmək və başqa səhabələri görməməzliyə
vurmaq başqalarına qarşı hörmətsizlikdir. Belə fərz edək ki, bir
neçə səhabə yaxşı qiymət almadılar, bu başqalarına aid deyil.
Bundan əlavə, Həzrət Peyğəmbərin (s) yaxını olmaq səhabələrə aid
deyil. Siz Rum fatehi Əbu Əyyub Ənsarini, Əmmar Yasəri, Abuzər
Qəffarini, İbn Teyhanı, Səlmanı, Abdullah ibn Məsudu, Osman ibn
Məzunu, habelə Bədr, Ühüd, Xəndək, Xeybər və Hüneyn döyüş-
lərində iştirak edən və öz qanları ilə İslamın daha da genişlən-
məsinə vəsilə olan digər ali şəxsiyyətləri niyə yad etmirsiniz?

Həzrət Peyğəmbər (s) dünyada misli görünməmiş böyük bir
inqilab etdi və tarixin gedişatını dəyişdirdi. Odur ki, bir neçə nə-
fərin pis olması Onun etdiyi bu inqilaba xələl gətirə bilməz, yaxud
tarix həmin bir qrup insanlar haqda hansı hökmü çıxarmasından
asılı olmayaraq, bu, Həzrət Peyğəmbər (s) üçün təhqir sayıla
bilməz.

Əgər Həzrət Peyğəmbərin (s) bəzi səhabələrinin pis olması onun
müvəffəq olmaması mənasındadırsa, onda dindən uzaqlaşmış
ərəblərlə mübarizəni necə qiymətləndirirsiniz?! Onların hamısı
müsəlman idi və sizin əqidənizə görə, artıq İslamdan dönüblər.
Sizin əqidənizə görə, Həzrət Peyğəmbər (s) öz təlim-tərbiyəsində
müvəffəq olmamışdır?!

  241

Sual 165:
Şiələr imamətin vacib olduğunu deyirlər, çünki imam İslam
şəriətini qoruyur və müsəlmanları düz yola yönəldir. Onda
sizdən soruşmaq istəyirəm: Sizin on iki imamınızdan hansı
hakimiyyətdə olmuşdur ki, dediyiniz bu işləri də görmüş olsun?
Cavab:
Sualları toplayan şəxs elə təsəvvür edir ki, şiə imamları 250 il
ərzində əllərini əllərinin üstünə qoyaraq heç bir iş görməmişlər.
Yəni hakimiyyətdə olmadıqlarına görə cəmiyyətin hidayət olun-
masında iştirak edə bilməmiş və zalımları zülmlərindən saxlamaq-
da müvəffəq olmamışlar. Əksinə, Əhli-beyt imamları (ə) müxtəlif
yollardan istifadə etməklə cəmiyyəti hidayət edə bilmişlər:
1. İmam Baqir (ə) və İmam Sadiq (ə) tərəfindən Mədinə İslam
Universitetinin əsası qoyulmuş, 4000-ə yaxın hədisçi və fəqih
tərbiyə olunaraq İslam cəmiyyətinə təhvil verilmişdir ki, bunun da
İslam ümmətinin rəhbərliyində böyük təsiri olmuşdur.
Həsən ibn Əli əl-Vəşa deyir: “Mən Kufə məscidində doqquz yüz
hədis ustadı gördüm ki, hamısı deyirdi: “Cəfər ibn Məhəmməddən
eşitdik.”1
Həmçinin digər şiə imamları hakimiyyətdə olmasalar da, dinin
təlimi və tədrisi baxımından cəmiyyəti azğınlıqdan qorumaqda çox
böyük gücə və təsirə malik olmuşlar.
2. Zülmlə mübarizədə az görünsələr də, müsəlmanlara hakim
olan Əməvilərin və Abbasilərin ləyaqətsiz olduqlarını anlatmaqla
yanaşı, başqa bir tərəfdən də hakimlərin qəlbinə xof salaraq onların
zülmlərinin nisbətən azalmasına nail olurdular. Əgər şiə imamları
əllərini əllərinin üstünə qoysaydılar, qılınc və zəhərlə öldürülməz-
dilər.

                                                           
1 Rical Nəccaşi, Həsən ibn Əli əl-Vəşanın tərcüməsi, nömrə-79.

  242

3. Eyni zamanda şiə imamlarının xidmətləri barədə heç nə de-

məsək də, imamətin Allah tərəfindən cəmiyyətə lütf olduğunu da

inkar edə bilmərik. Şəraitin uyğun olmaması üzündən siyasi haki-

miyyəti ələ ala bilməyiblərsə, bu da xalqın təqsiridir, qanunların və

imamın günahı deyil. Bu, ilahi peyğəmbərlər haqqında da belə

olmuşdur. Bəni-İsrail peyğəmbərləri də öldürürdü. Necə ki, Quran

buyurur: 1‫َوقَ ْتلِ ِھ ُم الأَ ْنبِيَاء بِ َغ ْي ِر َح ًّق‬

–Peyğəmbərləri haqsız yerə öldürdükləri...

Bununla belə, Allah-təala peyğəmbərlik feyzini kəsmədi və bir-
birinin ardınca onlara öz peyğəmbərlərini göndərdi.

Peyğəmbər və imam siyasi hakimiyyətə malik olmasa da, hökm-
ləri bəyan edə bilər və höccəti xalqa çatdıraraq azğınlığın qarşısını
ala bilər.

Sual 166:
“Nəhcül-bəlağə”də yazılmışdır: “Əli (ə) Allahı ilə münacat
etdi və bu duanı oxudu: «‫“ – »اللّھم اغفر لی ما أنت أعلم به منی‬İlahi,

məndən daha çox bildiyin günahımı bağışla!”
Əgər məsum idisə, bu necə bir istiğfardır?
Cavab:
İslam Peyğəmbəri (s) bütün müsəlmanların fikrinə görə, günah-

lardan məsum idi. Xüsusilə besətdən sonra kimsə onun məsum-
luğuna dair bir söz deməmişdir. Bununla belə, gündə yetmiş dəfə
istiğfar edir və buyurardı:

«‫و إنّه ليغان علی قلبی و إنّی أستغفر ﷲ ك ّل يوم سبعين م ّره‬
–Mənim qəlbim paslanır və gündə yetmiş dəfə istiğfar edirəm.

                                                           
1 Nisa surəsi, 155-ci ayə.
  243

Allah-təala Quranda Həzrət Peyğəmbərinə (s) istiğfar əmri ve-
rir.1 Bunun mənası Həzrət Peyğəmbərin (s) məsum olmamasıdırmı?
Görkəmli təfsirçilərin və əqidə sahəsində tanınmış alimlərin bu
barədə maraqlı və şirin bəhsləri vardır, xüsusilə də İmamın (ə)
Kumeyl ibn Ziyada öyrətdiyi dua barəsində.

Sual 167:
Şiələrin etiqadına əsasən, vilayətə dəvət etməyən heç bir
peyğəmbər olmamışdır. Şiələrə peyğəmbərlərin tövhid və ixlasa
dəvət etdiyi və Həzrət Əlinin (ə) vilayətinə dəvət etmədikləri
deyilir. Əgər belə bir vilayət varsa, onda nə üçün yalnız şiələr
onu nəql ediblər?
Cavab:
Aqillərimiz deyiblər ki, bir şeyin isbatı başqa bir şeyi aradan
qaldırmır. Doğrudur ki, peyğəmbərlər tövhidə dəvət edirdilər, lakin
onların dəvəti bununla da kifayətlənmirdi. Onlar onlarca şeyə dəvət
edirdilər və biri də tövhid idi. Yəni yalnız tövhidə dəvət etmirdilər.
Buna sübut Həzrət Məsihin (ə) tövhidə dəvətdən başqa İslam pey-
ğəmbərinin gəlişi ilə bağlı müjdə verməsini qeyd etmək müm-
kündür.
Ancaq niyə yalnız şiələr onu nəql etmişlər məsələsinə gəlincə
isə, bunu sizin özünüzdən soruşmaq lazımdır ki, əvvəlki kitablarda
imamların adının olmasına baxmayaraq, yalnız şiə onu nəql edir və
siz nəql etmirsiniz. Siz Əhli-beytin (ə) fəzilətləri məsələsinə ça-
tanda əlləriniz və ürəyiniz titrəyir, hər bir vasitə ilə çalışırsınız ki,
onu zəiflədəsiniz.
Bundan əlavə, məqsəd onların vilayətinə dəvət deyil, məqsəd
onların vilayəti ilə müjdə verməkdir və bu məsələ Həzrət Pey-
ğəmbər (s) barəsində də doğrudur. Allah-təala öncəki peyğəmbər-

                                                           
1 Ğafir surəsi, 55-ci ayə; Muhəmməd surəsi, 19-cu ayə.

  244

lərə sonuncu peyğəmbərin peyğəmbərliyi barədə xəbər çatdırma-
larını əmr etmişdir. Bu barədə “Əhzab” surəsinin 7-ci ayəsinə mü-
raciət edə bilərsiniz.

Sual 168:
İmamlar müvəqqəti nikah etmişlər, ya yox?
Cavab:
Müvəqqəti nikahın qanuni olması barədə sadəcə olaraq Quranda
“Nisa” surəsinin 24-cü ayəsinə baxmaq kifayətdir. Buyurulur:

«‫»فما استمتعتم به منھ ّن فآتوھ ّن أجورھ ّن فريضه‬
–İstifadə (mütə) etdiyiniz qadınların başlıqlarını lazımi qaydada
verin!

Həmçinin Ömər ibn Xəttabın dövrünə qədər ədalətli səhabələr
ondan bəhrələnirdilər və qeyri-qanuni bir iş olsaydı, Həzrət Pey-
ğəmbərin (s) səhabələri ona yaxın durmazdılar. Ömər onu, yəni
müvəqqəti nikahı qadağan etdi. Şiə imamlarının onu edib-etməməsi
Allahın hökmünə heç bir təsir göstərməz. Bu barədə ayə və mütə-
vatir hədislər vardır ki, Həzrət Peyğəmbərin (s) zamanında müvəq-
qəti nikahın qanuni olduğunu bir daha təsdiq edir.

Sual 169:
İmam Əli ibn Əbu Talib (ə) elmin qapısıdır deyirsiniz. Bəs,
necə olur ki, “məzi”nin hökmünü bilmir və bir nəfəri Həzrət
Peyğəmbərin (s) yanına göndərir ki, onun hökmünü ona öyrət-
sin?
Cavab:
“Mən elmin şəhəri və Əli də onun qapısıdır” hədisini ( ‫»أنا مدينة‬
«‫ )العلم و عل ّی بابھا‬yüz qırx üç mühəddis öz kitablarında nəql etmişlər
və bunun üçün kitabların adlarını və onların səhifələrini qeyd

  245

etməyə lüzum yoxdur. Bu barədə “əl-Ğədir”1 kitabına müraciət edə
bilərsiniz ki, onun səhih olmasından xəbər tutasınız. Etirazınız
varsa, onda gərək Həzrət Peyğəmbərin (s) bu fikrinə öz iradınızı
bildirəsiniz, Həzrət Əliyə (ə) yox. Bundan əlavə, Həzrət (ə) ilk
gündən hər şeyi bilən kimi yaradılmamışdı və Həzrət Peyğəmbərin
(s) yanında tədricən öyrənərək mühəddis məqamına çatmışdı. Bir
nəfəri Həzrət Peyğəmbərin (s) yanına göndərərək hansısa bir mə-
sələni soruşmasında nə qəbahət var ki? Ola bilsin ki, camaata
öyrətmək istədiyi bir şeyin İslamla və Həzrət Peyğəmbərin (s)
müəyyən etdiyi qayda-qanunlarla zidd olub-olmadığını dəqiqləşdir-
mək istəyirmiş.

Sual 170:
Həzrət Peyğəmbərin (s) səhabələrinin müxalif əməlləri
Həzrət Əlinin (ə) vilayətindən çıxmalarıdır. Nə üçün şiələrin
Fəthiyyə və Vaqifiyyə kimi firqələri bəzi imamları qəbul etmir-
lər, rəvayət nəql edirlər?
Cavab:
Bu sual təkrardır və bundan öncə (150-ci sualda) onun cavabın
verdik və bir daha xatırladırıq ki, haqdan azmaq hər kim tərəfindən
olursa-olsun məzəmmət edilir. Lakin firqələr arasında iki yoldan
azma mövcuddur. Bəzi səhabələr (hamısı yox) Həzrət Əlinin (ə)
vilayətini qəbul etmədiklərinə görə başqalarını da qəbul etmirlər.
Ancaq dediyiniz o iki firqə yolun yarısınadək gəliblər və imamların
vilayətini yeddinci imamadək qəbul ediblər. Bu ikisini müqayisə
etmək düzgün deyildir. Sözü düzgün çatdırmaq rəvayətdə kifayət
edir.
Xatırladırıq ki, bütün səhabələrin Həzrət Əlidən (ə) uzaq olması
barədə irəli sürülən fikirlər isə şiələrə atılan böhtandan savayı bir

                                                           
1 əl-Ğədir, VI cild, səh. 86-111.

  246

şey deyildir. Ümumiyyətlə, Həzrət Peyğəmbərin (s) səhabələri
müxtəlif qruplara bölünmüşlər.

Sual 171:
Şiə mənbələrində deyilir: “İmamlar təqiyyə etmişlər, bəs
necə məsumdurlar?”
Cavab:
Bu sual da təkrardır və dəfələrlə qeyd etmişik ki, imamlar naçar
qaldıqları zaman ümumi məclislərdə hər hansı bir məsələdə dövrün
hökmdarları ilə ziddiyyət yaratmaq istəməmiş və belə bir addımı
atmışlar. Və əgər bu barədə etiraz varsa, o zaman Qurana etiraz
olunmalıdır, çünki Quran təqiyyəni müəyyən etmişdir:
1«‫“ – إ ّلا من أكره و قلبه مطمئن بالإيمان‬İman gətirdikdən sonra küfrü
xoş qarşılayanlar.”
Bu ayə təqiyyə barəsində nazil olmuşdur. Həzrət Peyğəmbər (s)
Əmmara buyurdu:
2«‫“ – »إن عادوا لك بمثل ذلك فعد لھم‬Əgər yenə çətinliklə üzləşsən,
səndən istədiklərini de.”
Quran müsəlmanlara açıq-aşkar şəkildə bildirir ki, bəzi yerlərdə
təqiyyə etsinlər. Belə buyurur: 3«‫»إ ّلا أن تتقوا منھم تقاة‬
İmam Şafei deyir: “Şərait baxımından zalım müsəlman hakim
kafir hakimlə bir olarsa, təqiyyə etmək lazımdır. Belə olduqda
təqiyyə bir həyat məsələsidir və onun əksi mömin cəmiyyətinin
məhv edilməsidir.”4
Sələfilərin başçısı Əhməd ibn Hənbəl və həmçinin onun
yoldaşları da təqiyyə ediblər. Halbuki Əhməd ibn Hənbəlin təqiyyə
etməsi onların təqiyyə etməsindən fərqli idi. Təkcə şiə imamları

                                                           
1 Nəhl surəsi, 106-cı ayə.
2 Fəriqeyn təfsirinə müraciət edin.
3 Ali-İmran surəsi, 28-ci ayə.
4 Məfatil-qeyb, VIII cild, səh. 13.

  247

təqiyyə etməmişlər. Müfəssirlərin fikrincə, tövhid qəhrəmanı
Həzrət İbrahim (ə) təqiyyə edərək müşriklərə demişdir: 1 ‫»فقال انّی‬
«‫“ – سقيم‬Mən xəstəyəm.” Həzrət (ə) burada təqiyyə etdi ki, onu
şəhərdən çıxmağa məcbur etməsinlər. Onlar şəhəri tərk etdikdən
sonra isə gedib bütləri sındırdı. Təəssüflər olsun ki, “Səhihi-Bu-
xari” burada Həzrət İbrahimi (ə) yalançı adlandırır.2

Sual 172:
Kuleyni belə nəql edir ki, İmam Əlidən (ə) əvvəlki üç
xəlifənin bidətlərini islah etməsini istədilər. Lakin Həzrət Əli
(ə) qəbul etmədi və dedi: “Bu, təfriqəyə səbəb ola bilər.”
Şiələrin fikrinə görə, əvvəlki xəlifələrin bidətləri Quran və
qayda-qanunlara zidd idi. Bəs, nə üçün Həzrət Əli (ə) inkar
etmədi?
Cavab:
Fiqh kitablarında yazıldığı kimi, yaxşılığa dəvət və pislikdən
çəkindirmənin də müəyyən şərtləri vardır ki, bunlardan biri də
“qüsur”un “daha böyük qüsur”la aradan qaldırılmamasıdır. Belə bir
şəraitdə, bilmirəm, bəlkə də bu məsələnin deyilməsinin heç bir
təsiri olmaz, yaxud mənfi təsiri ola bilərdi. Çünki Süffeyn döyüşü
əsnasında Bəni-Əsəd qəbiləsindən bir kişi Həzrət Əlidən (ə)
soruşur: “Necə oldu ki, sizin qövm sizi xilafətdən uzaqlaşdırdı, ax
siz bu vəzifəyə daha çox layiq idiniz.”
Həmin şəxs bu sualı münasib olmayan bir vaxtda dedi, yəni
Həzrət Əli (ə) o zaman Müaviyə ilə döyüş şəraitində idi. Odur ki,
İmam (ə) məzəmmətedici bir şəkildə ona cavab verdi: “Hər bir
sualın yeri var, indi bu söhbətlərin yeri deyil və bizim bugünkü
işimiz Müaviyədir.”

                                                           
1 Saffat surəsi, 25-ci ayə.
2 Səhihi-Buxari, IV cild, səh. 112, “Kitabül bəda əl-xəlq”.

  248

1«‫ھلم الخطب فی ابن ابی سفيان‬

İmam Əli (ə) bidətlərdən biri olan “təravih” namazına qarşı
mübarizə aparmaq istədi, lakin bir qrup adam qalxıb dedilər: “Vay
Ömər!”

Belə bir şəraitdə bidətlərə qarşı necə mübarizə aparmaq olardı.

Sual 173:
Ömər Həzrət Əlini (ə) altınəfərlik şuraya seçdi. Həzrət Əli
(ə) xilafətə Allah tərəfindən seçildiyi halda nə üçün bu şurada
iştirak etməyə razı oldu? Nədən özünün təyin olunduğunu bil-
dirmədi?
Cavab:
Bu sual da təkrardır və əvvəldə bunun cavabını vermişik. Əgər
kimsə həmin altınəfərlik şuranın vəziyyəti ilə tanış olsa, biləcəkdir
ki, Həzrət Əli (ə) yalnız ikrah üzündən bu şurada iştirak etmişdir.
Əmisi Abbas ondan soruşmuşdu: “Niyə iştirak etdin?” Buyurdu:
“İxtilaflardan çəkinmək istəyirəm.”
Bu seçki qorxu və təhdidlə keçirildi. Xəlifə Məhəmməd ibn
Müseyləməyə belə bir əmr verdi: “Əgər azlıq çoxluqla razılığa gəl-
məsə, o dəqiqə edam olunsunlar.”
Əgər hər iki tərəf eyni səsə malik olsa və bu zaman digər cinah
Əbdürrəhman olan cinahla razılığa gəlməzsə, o dəqiqə öldürül-
sünlər.
Əgər nümayəndələr üç gün ərzində canişin məsələsində bir
razılığa gəlməsələr, hamısını qılıncdan keçirin və s...
Belə bir təhdid və qorxu olan şəraitdə İmamın (ə) razılığını öz
ixtiyarı ilə verilən bir razılıq saymaq olmaz.

                                                           
1 Səhihi-Buxari, IV cild, səh. 112. “Kitabül bəda əl-xəlq”.

  249

Bundan əlavə, əgər həmin altınəfərlik şura imamı seçsəydi,
İmam (ə) onların təklifini qəbul edəcəkdi və elə bu dəlil üzündən
Osmanın qətlindən sonra qəbul etdi.

Sual 174:
Şiələr imamlarla bağlı olan saxta hədislər uydururlar, lakin
onların alimlərindən biri belə demişdir: “Bu cür silsilə şəklində
on iki nəfərin adının çəkilməsi rəvayətlərdə yoxdur.”
Cavab:
Bu nə cür irad və nə cür sualdır?! Bu şəxs imamların adının
tərtibi barəsində deyir: “İmamların adı rəvayətdə zikr olunub, lakin
onların vilayətinin tərtibi rəvayətdə qeyd edilməmişdir. Bunun
yalandan hədislər düzəltməklə və ya sual verənin yalançılığı ilə nə
əlaqəsi vardır.

Sual 175:
Şiə iddia edir ki səhabələrin əksəriyyəti Həzrət Peyğəmbərin
(s) vəfat etməsindən sonra mürtəd oldular. Yəni Həzrət Əlinin
(ə) imamətini qəbul etmədilər. Onda bəs nə üçün deyirsiniz ki,
Həzrət Əli (ə) mürtəd olmaq qorxusundan xəlifəliyə təyin
olunmasına baxmayaraq, bu barədə bəhs etmədi və onlarla
döyüşmədi?
Cavab:
Bu sual təkrardır və biz də dəfələrlə buna cavab vermişik. Buna
görə də təkrar etməyə ehtiyac yoxdur.

Sual 176:
Şiələr imamları barədə aydın və qəti dəlilin olduğunu de-
yirlər, lakin ustad Feyz Nuri “əl-İmamət vəl-Nəss” kitabında
bu rəvayətləri tənqid etmişdir.
Cavab:

  250


Click to View FlipBook Version