The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

XALÇA MEMUL._maket az-en_compressed (1)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by Kamil Anzurov, 2023-11-10 00:12:14

XALÇA MEMUL._maket az-en_compressed (1)

XALÇA MEMUL._maket az-en_compressed (1)

Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə dərc olunub Dedicated to the 55th anniversary of the Azerbaijan National Carpet Museum


Layihənin rəhbəri: Şirin Y. Məlikova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Koordinator: Aynur Məmmədova Mətnlərin müəllifləri: Aytən Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədhüseyn Hüseynov, Azərbaycanın Əməkdar rəssamı, dosent Mira Məmmədxanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Eksponatların texnoloji təsviri: Dürdanə Qədirova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva Eksponatların seçimi: Səbinə Qurbanova Elmi redaktor: Aytən Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərcüməçi: Orxan Hüseynov Redaktor: Lalə Mikayılova Fotoqraf: Sahib Mansurov Bədii tərtibat: Novruz Novruzov Texniki tərtibat: Gülnar Səfərova, Sahib Mansurov Kitabda Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Rusiya Etnoqrafiya Muzeyi (Sankt-Peterburq ş.) və alim-etnoqraf Həsən Quliyevin arxivlərindən şəkillər istifadə olunub. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları. Bakı, 2022. 200 səh. Azərbaycan Milli Xalça Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunur. © Azərbaycan Milli Xalça Muzeyi. 2022 Project director: Shirin Y. Melikova, PhD in Arts, Docent Coordinator: Aynur Mammadova Texts by: Ayten Ahmadova, PhD in Arts Mammadhuseyn Huseynov, Honored Artist of Azerbaijan, Associate Professor Mira Mammadkhanova, PhD in Arts Technological description of the exhibits: Durdana Gadirova, PhD in Arts Nargiz Hajiyeva Selection of the exhibits by: Sabina Gurbanova Scientific editor: Ayten Ahmadova, PhD in Arts Translator: Orkhan Huseynov Editor: Lala Mikailova Photographer: Sahib Mansurov Artistic design: Novruz Novruzov Technical design: Gulnar Safarova, Sahib Mansurov Photos used in the book: National Archives of the Republic of Azerbaijan, archive of the Russian Museum of Ethnography (Saint Petersburg) and private archive of ethnographer Hasan Guliyev. Carpet Products from the Azerbaijan National Carpet Museum’s Collection. Baku, 2022. 200 pages. Approved by the decision of the Scientific Council of the Azerbaijan National Carpet Museum. © Azerbaijan National Carpet Museum. 2022 ISBN: 9 7 8 - 9 9 5 2 - 8 4 2 0 - 2 - 9


Bakı – 2022


XALÇA MƏMULATLARI 4CARPET PRODUCTS Azərbaycanda nəfis, rəngarəng xovlu və xovsuz xalçalarla yanaşı, hələ qədim zamanlardan bəri məişətdə istifadə etmək üçün heç də bədii xüsusiyyətlərinə görə onlardan geri qalmayan müxtəlif xalça məmulatları da istehsal olunmuşdur. Belə ki, ev əşyaları arasında mühüm hesab edilən və geniş istifadə olunan məfrəş, xurcun, heybə, çuval, çul, yəhərüstü və s. bu kimi xalçaçılıq nümunələrinə demək olar ki, hər evdə rast gəlinir və öncəki nəsillərin həyatını onlarsız təsəvvür etmək belə mümkün deyil. Vaxt ötdükcə məişət şəraitini yaxşılaşdırmaq məqsədilə xalça məmulatlarının istehsalı inkişaf etmiş və təkmilləşmişdir. Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada əkinçiliklə yanaSince ancient times, various household carpet products have accompanied the delicate and colourful pile- and flat-woven carpets made in Azerbaijan. Among the most widely used household items are mafrash (a carpet valise for the storage and transport of bedding and clothing); khurjun (a valise consisting of two parts); heyba (a small prototype of khurjun); chuval (a big carpet bag); chul (a horse or camel cloth); yaharustu (a saddlecloth), and other types of carpet products that can be found in every house. It is impossible to imagine the lives of past generations without them. With each passing year, the production of carpets developed and expanded in order to enhance living conditions. Azərbaycan Milli Xalça Muzeyi Azerbaijan National Carpet Museum


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 5 şı, maldarlığın inkişafına əhəmiyyətli təsir göstərmişdir. Məhsuldar və yaxşı suvarılan çöllər, dağətəyi ovalıqlar, geniş qış və yay otlaqları, şirəli otlardan ibarət çəmənliklər yarımköçəri maldarlığın inkişafı üçün geniş imkan yaradırdı. Azərbaycanda xüsusilə qoyunçuluğun əsrlər boyu inkişaf etdirilməsi yuna olan tələbatın təmin olunmasına rəvac vermişdir. Əsasən xovsuz xalça texnikasında toxunan bu əşyaların rahatlıq, yüngüllük, portativlik, davamlılıq, çoxfunksionallıq kimi xüsusiyyətləri səyyar həyat tərzi keçirən insanların məişətində onları əvəzedilməz etmişdir. Yüksək keyfiyyətli, parlaq, yumşaq, əl üsulu ilə əyrilən, təbii boyaqlarla boyadılmış yun iplərlə toxunan xalça və xalça məmulatı yaylaq-qışlaq həyatının tələblərini və insanın öz məişətini bəzəmək cəhdlərini tamamilə təmin edirdi. Rəngarəng xalça-palazla bəzədilmiş alaçığın ümumi görünüşünü divardan asılan yaraşıqlı duz torbası, qaşıqdan, qayçı torbası və s. məmulatlar tamamlayırdı. Yumşaq mebel rolunu başaltı mütəkkə, içinə yataq dəsti yığılmış məfrəş və s. oynayırdı. Avadanlıq, bütün ev müxəlləfatı (məişətdə istifadə olunan xovsuz xalça məmulatları) xüsusi olaraq istehsal edilmiş xalça kisələrdə saxlanılırdı. Ailənin hər bir üzvünün öz xurcunu, heybəsi, qaşlığı var idi. Böyük çuval və xarallara buğda və digər dənli bitkilər yığılırdı. Yemək vaxtı yerə döşənmiş xalça-palazın üstünə kənarları qabarıq naxışlı zərif süfrə salınırdı. Qədimdə əsas nəqliyyat vasitəsi olan at və dəvə üçün əlvan rəngli qotazlı çullar toxunurdı. Köç zamanı məfrəşlərin içinə xalçalar, paltarlar, qab-qacaq yığılaraq daşınırdı. Onları heyvanın üstünə cüt olaraq yükləyib sicim, örkən vasitəsilə bərkidirdilər. Gənc qız ailə quranda xalça məmulatlarından ibarət cehizini ər evinə aparırdı. Uzun əsrlər boyu qadınlar məişətdə digər işlərlə yanaşı, xalça toxumaq və tikmə sənəti ilə məşğul olurdular. Bir sənət kimi toxuculuğu qadınlar qızlarına kiçik yaşlarından öyrədirdilər. El-oba adətinə görə, cehizə daxil olan əşyaların çoxunu nişanlı qız öz əlləri ilə hazırlamalı idi. Bu onun əl qabiliyyətinin, məharətinin, estetik zövqünün və səbrinin göstəricisi sayılırdı. Xalça-palazla yanaşı, qızlar adətən, gələcək nişanlıları, habelə onların ailə üzvləri üçün araqçın, Azerbaijan’s favourable climate and convenient geographical conditions positively affected agriculture and the development of cattle-breeding life. The abundance of fertile and well-watered valleys, foothill lowlands, vast winter and summer pastures, and meadows with juicy grass intensified semi-nomadic cattle breeding’s advancement. The development of sheep breeding in Azerbaijan throughout the centuries provided the fertile ground to produce the quality wool. Carpet products, produced mainly from flat-woven techniques, bore such features as lightness, portability, durability, and multifunctionality, making them irreplaceable in people’s daily lives. Carpets and carpet products, woven with high-quality, bright, soft, handspun, and naturally dyed wool yarns, completely fulfilled people’s demands and attitudes towards household decoration. An alachig (a tent for semi-nomadic pastoralists) was decorated with multi-coloured carpets and palases (a flat-woven carpet). An elegant duz torbasi (a salt bag), a gashigdan (a bag for spoons and rolling pins), a gaychi torbasi (a scissors bag), and other products, hanging on the wall, supplemeted the ambiance. A bashalti mutakka (cylindrical-shaped pillow) along with mafrash acted as soft furniture. All household items were stored in specially produced carpetbags. All family members had their own khurjun, heyba, and gashlig (three different-sized valises). A large chuval and kharal stored crops. At mealtime, people laid a delicate tablecloth with vividly patterned borders atop the carpet or palas. In ancient times, a colourful chul with tassels was woven for horses and camels, the primary transport vehicles. During migration, clothing and kitchenware were transported in mafrashes. They were loaded onto the animal and banded with sijim (a thick rope) and orkan (a woven ribbon). Carpet products were included in brides’ dowries. For many centuries, along with routine housework, women engaged in carpet weaving and embroidery, involving their little daughters. Traditionally, a bride had to make most of her dowry items herself, that indicated her skills, aesthetical taste, and patience. Besides carpets and palases, a brideto-be made aragchin and tasak (skull caps),


XALÇA MƏMULATLARI 6CARPET PRODUCTS kulah (headdress), jorab (socks), tumanbaghi (a cord for fastening trousers at the waist), chul, khurjun, heyba, and other items for her groom, as well as for members of his family. The compositions and colours of the items were the same. Although carpet products were not woven for sale, they could be gifted or exchanged for something else. Carpet products of different regions had special features of composition, colouring, and weaving techniques defined by the local traditions. Thus, the archive documents of 1840s show that almost in all villages of Elizavetpol county the women wove shawl cloth, as well as the carpets, palases, chuvals, mafrashes, etc.1 According to the press of 1880s, Gazakh county of Azerbaijan was one of the leading centers of sheep breeding at the time, producing up to 2000 carpets, as many palases, and about 100 chuls every year.2 The document of 1900 mentions that the production of the carpets and palases in Zagatala county was limited, while the production of khurjuns, chuvals, and chuls was widespread.3 The specific weaving techniques were more noticeable in the household items such as mafrash, chuval, khurjun, heyba. However, in general the carpet products were woven using the flat-woven technique. Along with that, they used several carpet weaving techniques in one product, in some cases, pile-woven technique was applied as well. This complex weaving technique was used to produce gayig-mafrash, and darma-chuval that were in fashion at the time in the Western part of Azerbaijan as well as in Borchali, Garayazi, and Goycha regions which weaving technique is very similar to Gazakh carpet weaving center. A fascinating part of the Azerbaijan National Carpet Museum’s (ANCM) collection contains traditional carpet products, belonging to the 19th and 20th centuries. For thousands of years, these utensils acted as aesthetically külah, təsək, habelə corab, tumanbağı, at çulu, xurcun, heybə və s. kimi cehiz tədarük edib hazırlayırdılar. Bu məmulatların kompozisiya və koloriti dəstə daxil olan bütün predmetlərdə təkrar olunurdu. Adətən, onlar satış üçün nəzərdə tutulmur, hədiyyə olaraq və ya başqa bir şeylə dəyişdirilə bilərdi. Müxtəlif bölgələrin xalça məmulatları özünəməxsus kompozisiya və rəng çalarlarına, toxuma texnikasına malik olub, yerli ənənələrlə müəyyən olunurdu. Belə ki, XIX əsrin 40-cı illərinə aid arxiv sənədlərindən məlum olur ki, Yelizavetpol qəzasının demək olar ki, bütün kəndlərində qadınlar qoyun yunundan şal, mahud ilə yanaşı, xalça, palaz, çuval, məfrəş və s. toxuyurdular1 . XIX əsrin 80-ci illərinə aid dövri mətbuatdan bəlli olur ki, o zaman Azərbaycanın qabaqcıl qoyunçuluq mərkəzlərindən biri olmaq etibarilə Qazax qəzasında hər il 2000-dək xalça, bir o qədər də palaz, 100-ə qədər çul toxunurdu2 . 1900-cü ilə aid bir sənəddə bildirilirdi ki, Zaqatala dairəsində xalça-palaz istehsalı nisbətən məhdud səciyyə daşımış, bunun müqabilində xurcun, çuval, çul toxuculuğu daha geniş yayılmışdı3 . Məişət müxəlləfatının (məfrəş, çuval, xurcun, heybə) hazırlanmasında spesifik toxuma texnikası daha çox nəzərə çarpırdı. Ümumilikdə isə xalça məmulatları əsasən xovsuz xalça texnologiyası ilə toxunurdu. Bununla yanaşı, bir neçə xalça texnologiyalarının bir məmulatda işlədilməsi, bəzi hallarda isə xovlu xalça texnologiyasından da istifadə olunurdu. Azərbaycanın qərb bölgəsində, o cümlədən, toxuma texnikası baxımından Qazax xalçaçılıq mərkəzinə çox yaxın olan Borçalı, Qarayazı və Göyçə mahallarında geniş dəbdə olan “qayıq məfrəş”, “dərmə çuval” bu sayaq mürəkkəb toxuma texnikası ilə hazırlanırdı. 1 A.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2009. Səh. 180 2 A.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2009. Səh. 179 3 A.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2009. Səh. 198


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 7 pleasing objects. Today, being vital and valuable elements of our rich spiritual culture, they have enabled us to study past generations’ daily activities, arts, and realize our national history more deeply. Carpet Products collection consists of 1562 exhibits mainly made of wool, cotton and silk. A khurjun, belonging to Shirvan carpet weaving group, dating back to 1796 (the exhibit has the date 1211 AH woven on it) is the most ancient exhibit of the collection. A 19th century chul woven in Lanbaran village of Karabakh is the first exhibit of the collection. Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasının maraqlı hissəsini XIX–XX əsrlərə aid ənənəvi xalça məmulatları təşkil edir. Minilliklər boyunca bütün bu əşyalar həm utilitar mahiyyət, həm də bədii-estetik zövq daşıyıcısı olmaqla öncəki nəsillərin məişətini, incəsənətini öyrənməyə və xalqın tarixini daha dərindən anlamağa kömək edərək zəngin mənəvi mədəniyyətimizin çox mühüm və gərəkli ünsürlərindən biridir. Bu məmulatlar əsasən yun, pambıq və ipəkdən hazırlanırdı. “Xalça məmulatları” kolleksiyasında ümumilikdə 1562 ədəd eksponat qorunub saxlanılır. Onlardan ən qədim nümunə – 1796-cı ildə Şirvanda toxunan xurcundur (eksponatın üzərində 1211-ci il hicri tarixi toxunulub). Kolleksiyanın ilk eksponatı isə XIX əsrdə Qarabağın Lənbəran kəndində toxunan çuldur.


XALÇA MƏMULATLARI 8CARPET PRODUCTS The word chul derives from the root of the modern Azerbaijani verb chulghamag which means to cover, to shelter, to wrap. Chul is a decorative cover that was used to protect and decorate the backs of different beasts of burden (horses, camels, donkeys and oxen). It is mainly made with pile- and flat-woven techniques and sometimes with embroidery techniques, such as gulabatin (gold embroidery), takalduz (chain stich embroidery), and julma (“bird’s eye”). The size of a chul depended on animals’ sizes. The chul’s constructive structure took one of three forms: the whole chul woven in the form of a carpet, a chul with two sleeves that covered the animal’s chest, and a chul that covered the animal’s neck. Chuls of all types are displayed in ANCM collection. Horse breeding played a major role in the development of cattle breeding. Horses were irreplaceable helpers in people’s lives. From the Late Bronze Age, they were widely used as a vehicle. A clay figure of a horse with an image of a floral-patterned chul (2nd millennium BCE), found in Maku in South Azerbaijan, and a gold bowl with a lion with a chul (1st millennium BCE), discovered in Hasanli Hill next to Lake Urmia, as well as images of horses on the Tebriz middle-aged miniatures prove the chul’s ancient roots. Qarabağ atı. XIX əsrin sonu Karabakh horse. Late 19th century Müasir dilimizdə çulğamaq (bürümək, örtmək, əhatə etmək) feilinin kökündəki çul sözünün mənasına nəzər saldıqda aydın olur ki, bu əşya digər bir əşyanı bürümək, örtmək rolunu oynayır. Çul müxtəlif minik və ya yük daşıyan ev heyvanlarının (at, dəvə, eşşək, öküz və s.) belini örtmək, bəzən də bəzək üçün toxunan bədii örtükdür. Azərbaycanda çul əsasən xovlu və xovsuz xalça texnikası, bəzən də tikmə (güləbətin, təkəlduz, cülmə) üsulu ilə istehsal olunur. Ayrı-ayrı heyvanların çulu ölçülərinə görə fərqlənir. Çullar bədii-konstruktiv quruluşuna görə üç formada toxunur: xalça formasında toxunan bütöv çul, iki qollu çul (heyvanın sinə hissəsini də əhatə edir) və boyunluqlu çul (heyvanın boyun hissəsini də örtür).


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 9 Çul Maldarlığın inkişafında atçılığın böyük rolu olmuş­ CHUL dur. Belə ki, at insanların əvəzsiz köməkçisi idi. Son Tunc dövründən başlayaraq atdan minik və qoşqu vasitəsi kimi geniş istifadə edilmişdir. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e.ə. I minillik) səthində üstünə çul salınmış aslan təsvirinin olması bu əşyanın qədimliyini sübut edir. Bununla yanaşı, orta əsr Təbriz miniatür sənəti nümunələrində də çul təsvirlərinə rast gəlinir. Mərasimlərdə, el bayramlarında at və dəvələrin əzəmətli, yaraşıqlı görsənməsi üçün üstlərinə çul salınırdı. Qışda isə çul heyvanları soyuqdan qoruyurdu. Belə ki, hava sərinləşəndə çul atın belinə salınır, isti olanda isə götürülürdü. Orta əsrlərdə hökmdar və saray əyanlarının atları üçün xüsusi sifarişlə toxunan çullar yun, rəngbərəng ipək, bəzən də qızıl-gümüş saplardan hazırlanıb, hətta onların bədii tərtibatında daş-qaşdan da istifadə edilirdi. Kolleksiyada ölkəmizin müxtəlif guşələrində (Quba, Şirvan, Bakı, Qazax, Qarabağ) toxunmuş bir-birindən gözəl 140 ədəd çul qorunub saxlanılır. Onların əksər bəzək ünsürləri hər bir xalçaçılıq bölgəsinə xarakterik olan ornamentlərdən ibarətdir. Kolleksiyada təqdim olunan çullar bütöv, iki və üç qolludur. Onlar əsasən yun və pambıqdan, xovlu, keçirtmə, dolama və qayıq kimi xovsuz, hətta məxfur texnikasında hazırlanıb. Ən qədim nüsxə XVIII əsrin sonuna aiddir və fraqment halındadır. 1967-ci ildə əldə edilən kolleksiyanın ilk çulu XIX əsrdə Lənbəran kəndində (Qarabağ) toxunulub. In order to beautify camels and horses for ceremonies and folk festivals, they were covered with chul. In winter chul protected animals against cold. During the Middle Ages, a chul was made of colourful wool and silk, sometimes – gold and silver threads, and precious stones for the horses of rulers and court noblemen. The museum’s collection includes 140 exquisite specimens of chuls from different regions of our country, such as Guba, Shirvan, Baku, Gazakh, and Karabakh. The majority of its ornaments characterize each particular carpet weaving region. Most of the items of the collection are made of wool or cotton, using pile technique as well as different types of flat-woven techniques such as interweaving, wrapping, gayig, and even makhfur (combination of flat- and pile-woven techniques). The most ancient sample of chul in the museum collection dates back to the late 18th century and is in a fragmentary state. The first chul in the collection, woven in Lanbaran village of Karabakh in the 19th century, was purchased by the museum in 1967.


XALÇA MƏMULATLARI 10CARPET PRODUCTS Çulun bədii tərtibatı qədim damğa və naxışlara əsaslanır. Aşağıdan yuxarıya doğru üfüqi xətt boyunca paralel olaraq, iki cür tərtibatlı zolaq verilmişdir. Birinci zolaq toxmaq formalı “başlıqlı damğa” ilə, ikinci zolaq isə “kilim damğası” və “dua” adlı üçbucaq naxışı ilə tərtib olunub. Rapportlu şəkildə verilmiş bu zolaqları el arasında su mənasını verən “dilikli” adlandırılan mədaxil bir-birindən ayırır. Ətrafını “ildırım” adlı kilim zolağının əhatələdiyi tündqırmızı yerlikli sahədə “kilimgülü”, xaç formalı “əjdaha gözü” və ya “kilim damğası” adlı naxışlar səpələnmiş şəkildə verilmişdir. Çulun qolları da daxil olmaqla mərkəzi hissəni hər tərəfdən ziqzaq təsvirli “dilikli” və ya “ildırım” adlı haşiyə qurşağı əhatələyir. Artistic design of this chul is based on the ancient ornaments and tamgas, placed in different parallel bands from bottom to top. First band is decorated with the elements bashligli tamga (tamga with a crown), which have the form of tokhmag (mallet), the second – by the element kilim tamgasi and triangular-shaped dua (amulet). These repeating bands are separated from each other by the madakhil (divider) with dilikli (toothed) ornament symbolizing water. The sides of the chul are framed by the kilim band with ildirim (lightning) elements. The dark red background is adorned with a scattering of kilimgulu (kilim flower) and cruciate ajdaha gozu (dragon eye, also called kilim tamgasi) elements. The central and protruding parts of the chul are framed by the border with the zigzag dilikli ornament also called ildirim. AT ÇULU. QUBA, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ HORSE CHUL. GUBA, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 112 x 135 sm / 112 х 135 cm yun, Z3S; şəkəri, qəhvəyi /wool, Z3S; ivory, coffee brown yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z3S / wool, Z3S 10.09.1970 70 x 50 10 sm-də / 70 х 50 yarns per 10 cm qotazla tamamlanır / tasseled 863 yun, pambıq, Z2S; yaşıl, sürməyi, zoğalı, qəhvəyi, noxudu, şəkəri, narıncı wool, cotton, Z2S; green, dark blue, cornelian red, coffee brown, beige, ivory, orange


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 11


XALÇA MƏMULATLARI 12CARPET PRODUCTS Çulun bədii quruluşunu el arasında “qarmaqlı qələmdan”, “kaşı”, “qeysibişax”, həmçinin “qarmaqlı” adlandırılan naxışlar təşkil edir. Kompozisiyanın sürməyi yerlikli ara sahəsini qırmızı, göy, sumağı və çəməni yaşıl rənglərlə verilmiş “qarmaqlı kətəbə” elementinin rapportları təşkil edir. Semantikası yığmaq və toplamaq mənasına gələn “qarmaqlı kətəbə”lərin rapportları ritmik olaraq ara sahənin diaqonal xətti boyunca düzülmüşdür. Simmetrik şəkildə mərkəzində butayabənzər dörd “bardaş” (oturmaq qaydası) elementi verilmiş “qarmaqlı kətəbə” naxışı Bakı və Qubanın xovlu və xovsuz xalçalarında geniş istifadə olunmuşdur. Çulun haşiyə zolaqlarını təşkil edən naxışları da bu qəbildən hesab etmək olar. Çünki yaşlı ustaların dilində “kaşı” adlı ana haşiyə naxışına, həmçinin “qeysibişax” zəncirəsinə və “qarmaqlı” zolaqlarına bu növ xovlu xalçaların haşiyə kompozisiyalarında tez-tez rast gəlmək mümkündür. Burada “qarmaqlı” zolağı ara sahəni və hər iki qolun bir qismini əhatə etdiyi halda, ana və zəncirə qurşağı elementləri isə qolların yuxarı tərəfində kəsik şəkildə toxunmuşdur. Çulun haşiyə qurşaqları arasında verilmiş su mənasını verən “dilikli” zolaqlar da kompozisiyada xüsusi yer tutur. The artistic structure of this chul is based on the ornaments popularly called garmagli gelemdan (hooked pencil case), kashi (tile), geysibishakh (apricot branch), and garmagli (with hooks). Compositional design of the item consists of the repeating garmagli ketebe (hooked cartouche) elements of red, blue, burgundy, and green on navy blue background. Rapports of this element which semantically mean “to gather” are rhythmically placed on the central field along the diagonals. Garmagli ketebe pattern with four symmetrically placed butalike bardash elements in the center is widespread in Guba and Baku flat-woven and pile carpets. This also applies to the ornament of the border of this chul, its main pattern, called kashi by the elder masters, chain-like band zanjira with geysibishakh ornament, and garmagli band often can be seen in the compositions of borders of the pile carpets. In this particular item, garmagli band surrounds central field and some of the protruding parts on top of which the elements of wide and narrow bands interweave with one another. Thin bands with dilikli (toothed) ornament symbolizing water are placed between the thick ones completing the composition. AT ÇULU. QUBA, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ HORSE CHUL. GUBA, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: 113 x 149 sm / 113 x 149 cm yun, Z3S, boyanmamış; şəkəri, qəhvəyi wool, Z3S, natural colour; ivory, coffee brown yun, Z2S, boyanmamış; qəhvəyi / wool, Z2S, natural colour; coffee brown dolama (sumax), keçirtmə sumakh wrapping, plain weave yun, Z2S / wool, Z2S 30.03.1984 45 x 70 10 sm-də / 45 x 70 yarns per 10 cm qotazla tamamlanır / tasseled 6218 yun, Z2S, pambıq, Z3S, metal iplər (güləbətin); sürməyi, innabı, göy, sarı, yaşıl, açıq yaşıl, tünd yaşıl, qəhvəyi, tünd qəhvəyi, ağ, narıncı, qırmızı, çəhrayi, açıq çəhrayi, bənövşəyi, mavi wool, Z2S, cotton, Z3S, metal threads embroidery; dark blue, red-brown, blue, yellow, green, light green, dark green, coffee brown, dark brown, white, orange, red, pink, light pink, violet, light blue Üz ipi: Face yarn:


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 13


XALÇA MƏMULATLARI 14CARPET PRODUCTS Çulun bədii quruluşu naxış sisteminə əsasən zəngin semantikaya malikdir. Onun haşiyə zolaqları aşağıdan və yan tərəflərdən ara sahəni əhatələyir. Ara sahə iki hissəyə ayrılıb. Yuxarı hissədə yurd mənasını verən “çadır” və “dəvə damğası” adlı elementlərin səpələnmiş təsvirləri, aşağı hissədə isə “tovuz quşu”, “mifik heyvan”, “dəvə damğası” və “daraq” elementlərindən ibarət üç zolaq verilib. Çulun ana haşiyə zolağı mifik quş və heyvan təsvirləri ilə yanaşı, qoruyucu məna daşıyan “əjdaha gözü”, çöl-çəmən mənasını ehtiva edən “ot”, ay kultunu əks etdirən “baş”, gözdəyməyə qarşı “küpə”, yağışı simvolizə edən “daraq” və “dəvə damğası” elementləri ilə tərtib olunmuşdur. Digər haşiyə zolaqları isə el arasında “cütbuynuz”, “qoşaquyrum”, “yaylıqgülü”, “xal”, “şirni” və başqa adlarla tanınmışdır. The artistic structure of the chul has rich semantics based on its ornament system. The central field consists of two parts and is surrounded by the borders from the sides and bottom. The upper part has the images of chadir (tent) symbolizing the native land and deve tamgasi (camel symbol) elements, the lower part is decorated with three bands made up of tovuz gushu (peacock), mifik heyvan (mythic animal), deve tamgasi, and darag (comb) elements. The central band of the border is adorned with mythic birds and animal images as well as the following elements: ajdaha gozu (dragon eye) which serves as an amulet, ot (grass) symbolizing steppe, bash (head) reflecting the cult of the Moon, kupa (jar) symbolizing amulet, darag symbolizing rain, and deve tamgasi. Rest of the borders of the item are popularly known as jutbuynuz (double horns), goshaguyrum (pair of curls), yayliggulu (shawl flower), khal (mole), shirni (sweets), etc. ÇUL. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CHUL. SHIRVAN, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 118 x 150 sm / 118 x 150 cm yun, Z2S, boyanmamış; qəhvəyi / wool, Z2S, natural colour; coffee brown yun, Z2, boyanmış; qəhvəyi, sürməyi, innabı, sumağı wool, Z2, natural colour; coffee brown, dark blue, red-brown, sumac red sadə keçirtmə (arğac üzlü), dolama (sumax) plain weave, sumakh yun, Z2 / wool, Z2 27.01.1971 40 x 80 10 sm-də / 40 x 80 yarns per 10 cm qotazla tamamlanır / tasseled 1087 pambıq, Z2; yun, Z2; innabı, sürməyi, qırmızı, yaşıl, sarı, ağ cotton, Z2; wool, Z2; red-brown, dark blue, red, green, yellow, white


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 15


XALÇA MƏMULATLARI 16CARPET PRODUCTS Tən ortadan bir-birinə tikilmiş çulun bədii tərtibatı şəddə toxunuşlu “dama”, “ceyran” və ya “belində quş” naxışlarına əsaslanır. Aşağıdakı naxışlı zolaqlardan yuxarıya doğru şəddə toxunuşlu böyük dama-dama hissə yerləşir. El arasında “dama-dama”, yaxud “şətrənci” adlandırılan şəddə elementləri ağ və qara rəngli iplərdən toxunduğu üçün qoyunçuluq və əkinçilik mədəniyyəti ilə bağlı olaraq bərəkətli əkin yeri və ya gecə və gündüz kimi semantik anlamları ifadə edir. Çulun aşağı tərəfində şəddənin əsas zolağına məxsus “belində quş” adlı heyvan elementləri məmulatın ortasından qarşı-qarşıya, simmetrik şəkildə təsvir olunubdur. Əsasən, şücaətin və sürətin rəmzi kimi, stilizə olunmuş ceyran və cüyür təsvirli bu zolağın aşağı və yuxarı tərəflərində isə tor şəklində tərtib olunmuş “rumi” adlı bala zolaq verilmişdir. Hal-hazırda isə “şəbəkəli rumi” zolaqları ənənəyə görə “ana”, “yurd”, “məhsul verən əkin yeri” və digər mənalarda el arasında yaşadılmaqdadır. The artistic design of this chul sewn from the two same size parts is based on dama (checkers) element and belinde gush (bird on the spine) or jeyran (goitered gazelle) motif woven using shadda technique. Above the patterned stripes at the bottom there is a large checkered part also woven using shadda technique. The size of chul’s protruding parts amounts about one third of the central part, depending on animal’s height; the spacing between the protruding parts stands at half of their length. The black and white cells of shadda called dama-dama (checkered) or shatranji (staggered), woven using black and white threads, symbolize fertile field or day and night in the farming and agriculture. The lower part of the chul has the symmetrical depiction of animal elements called belinde gush facing the chul’s center. The upper and lower parts of this stripe with stylized goitered gazelle and roe deer images, symbolizing bravery and speed, have the smaller stripe rumi (Byzantine) with a grid ornament. In the popular mind, grid ornament rumi is interpreted as mother, living place, and fertile land up to our days. ÇUL. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş və arğac: Warp and weft: Texnika: Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 123 x 161,5 sm / 123 x 161,5 cm yun, Z2S, boyanmamış; tünd-qəhvəyi, şəkəri, innabı wool, Z2S, natural colour; dark brown, ivory, red-brown keçirtmə (əriş-arğac üzlü), mürəkkəb dolama balanced plain weave, complicated wrapping 16.07.1975 45 x 90 10 sm-də / 45 x 90 yarns per 10 cm sadə düyünlü saçaq / tassel-shaped 2902 yun, Z2S; yun, Z3S; pambıq, Z3S; ağ, innabı, qəhvəyi, sürməyi, yaşıl wool, Z2S; wool, Z3S; cotton, Z3S; white, кred-brown, coffee brown, dark blue, green


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 17


XALÇA MƏMULATLARI 18CARPET PRODUCTS Çulun bədii quruluşu müxtəlif naxışlarla tərtib olunmuş enli və ensiz haşiyə zolaqlarının paralel şəkildə verilmiş təsvirlərindən ibarətdir. Qədim oğuz damğalarından yaranmış naxış təsvirləri bu zolaqların xüsusi bəzəyinə çevrilmişdir. El arasında “qıynaqlı”, “qədim damğa”, “qoşabuynuz” və başqa adlarla adlandırılmış naxış rombların içərisində verilmişdir. Nisbətən ensiz olan digər iki zolağın tərtibatında isə bu naxışları yanbayan və müstəqil rapportlarla görmək mümkündür. Çulun bədii tərtibatında ağac budaqları kimi şaxələnmiş “sərmə” və romb formalı “yaylıqgülü” adlı zolaqlardan da istifadə olunmuşdur. Onları bir-birindən ayıran kiçik ensiz zolaqlar xalq arasında “qıynaqlı” adlandırılmışdır. The artistic structure of this chul is based on parallel wide and narrow border stripes decorated with a variety of ornaments, most of which rely on ancient Oghuz tamgas. This element popularly known as giynagli (hook-like), gadim tamga (ancient tamga), goshabuynuz (paired horns), etc. is inscribed in the rhombus. In the narrower stripes this ornament occurs lined up in a row as well as in the form of the independent rapports. Sarma (lace) border stripe, spreading like the branches of the tree and yayliggulu (shawl flower) stripe, consisting of rhombus-shape patterns, attracts one’s attention. Narrow stripes separating them are popularly called giynagli. ÇUL. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 120,5 x 126 sm / 120.5 x 126 cm yun, Z2S; şəkəri, qəhvəyi / wool, Z2S; ivory, coffee brown yun, Z2S; şəkəri, qəhvəyi, innabı, yaşıl, göy wool, Z2S; ivory, coffee brown, red-brown, green, blue dolama (sumax), keçirtmə (arğac üzlü), hörmə sumakh wrapping, weft-faced plain weave, braiding yun, Z2S / wool, Z2S 23.02.1978 25 х 75 10 sm-də / 25 х 75 yarns per 10 cm yun / wool 3699 yun, Z3S; qəhvəyi, innabı, yaşıl, sürməyi, göy, sarı, şəkəri wool, Z3S; coffee brown, red-brown, green, dark blue, blue, yellow, ivory


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 19


XALÇA MƏMULATLARI 20CARPET PRODUCTS Naxış və elementlərinə görə çulun bədii quruluşu Şirvanın “Sor-sor” xalçalarına məxsus butalara və el arasında “şanapipik” və ya “şamdan” adlandırılan stilizə olunmuş quş təsvirlərinə əsaslanır. “Şirvan buta” və “şanapipik” adlı quş motivləri ara sahənin enli zolaqlarında rapportlu şəkildə təsvir olunub. Həmin zolaqları isə bir-birinə tor kimi hörülmüş kiçik romblardan ibarət mədaxil ayırır. Burada “Şirvan buta” Sor-sor tayfasının naxışı, “şanapipik” də günəşin rəmzini ifadə edir. Çulun hər iki qolunun tərtibatı el dilində “toqqabaşı” adlanan naxışın rapportlu düzülüşündən ibarətdir. Ümumilikdə, məmulatın hər tərəfini “şarlama” adlanan haşiyə qurşağı əhatə edir. Əkin yeri, bolluq və artımı ifadə edən mədaxil isə “şarlama” haşiyəsinin hər iki tərəfinin bəzəyi kimi verilmişdir. The artistic structure of this chul is based on buta element typical for the Shirvan carpets Sor-Sor and stylized bird image popularly known as shanapipik (hoopoe). This item with the fringe, consisting of colourful pompons at the bottom selvedge is decorated with the patterns specific for dolama (complex wrapping) technique. Shanapipik bird motif and Shirvan buta ornament are repeating in the wide border stripe of the central field. These stripes are separated from each other by the border stripe, formed by the tiny rhombuses that in turn compose a grid. Shirvan buta is the pattern of Sor-Sor tribe, while shanapipik symbolizes the sun. The design of both of the protruding parts of the chul consists of repetition of the pattern popularly known as tokkabashi (belt buckle). Decorated border stripes and edges of protruding parts are surrounded by the border stripe with sharlama (flow) ornament in the middle. In this stripe, along the sharlama ornament there are lines on the both sides with the ornaments symbolizing arable soil, wealth and growth. ÇUL. BAKI, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. BAKU, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 127 x 160 sm / 127 x 160 cm yun, Z3S; şəkəri, qəhvəyi / wool, Z3S; ivory, coffee brown yun, Z2S; şəkəri, qəhvəyi / wool, Z2S; ivory, coffee brown dolama (sumax), keçirtmə sumakh wrapping, plain weave yun, Z2S / wool, Z2S 10.09.1970 50 x 70 10 sm-də / 50 x 70 yarns per 10 cm qotazla tamamlanır / tasseled 867 yun, Z2S; göy, yaşıl, innabı, sarı, narıncı, çəhrayi, qara, ağ, qəhvəyi wool, Z2S; blue, green, red-brown, yellow, orange, pink, black, white, coffee brown


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 21


XALÇA MƏMULATLARI 22CARPET PRODUCTS Bədii cəhətdən müəyyən inancları ifadə edən, rəmzi naxışlarla tərtib olunmuş çul formasına görə iki qoldan ibarətdir. Ara sahəni naxışlı zolaqlar təşkil edir. Onları bir-birindən su mənasını verən “dilikli” zolaq ayırır. Aşağıda günəşi simvolizə edən dekorativ quş, həmçinin içində tayfa damğası verilmiş “kəsik üçbucaq” elementindən ibarət zolaq toxunmuşdur. Növbəti zolaqlar isə el arasında “hörümçək” və alovun rəmzi kimi “nar tacı” adlanan naxışların ritmik rapportundan təşkil olunub. Bu naxışlar yuxarıya doğru rənglərinə görə ara sahənin diaqonalı boyunca soldan-sağa düzülərək tərtib olunmuşdur. Çulun ara sahəsini sadə quruluşa malik olan “şarlama” adlı ana və elementləri romblardan təşkil edilmiş “paxlavalı” bala haşiyələr əhatə edir. The artistic design of this chul with two protruding parts is based on symbolic patterns reflecting certain beliefs. The central part is decorated with the border stripes, separated from each other by the thin dilikli (toothed) stripes that symbolize water. The lower border stripe has the decorative bird image symbolizing sun or spring, and kasik uchbujag (obtuse triangle) ornament with tribal tamga inside. The following borders are formed by the rhythmic repetition of a pattern, popularly known as horumchak (spider) and nar taji (pomegranate crown), the symbol of fire. They are lined up diagonally in a row on the central field from left to right in accordance with the colouring. The central field is surrounded by the border with the central stripe formed by simple elements called sharlama (flow), the smaller stripes consisting of rhombus-shaped elements are called pakhlavali (with pakhlava). ÇUL. BAKI, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. BAKU, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 116 x 133 sm / 116 x 133 cm yun, Z3S; qəhvəyi, şəkəri / wool, Z3S; ivory, coffee brown yun, Z3S; göy / wool, Z3S; blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z3S / wool, Z3S 07.01.1971 43 x 55 10 sm-də / 43 x 55 yarns per 10 cm qotazla tamamlanır / tasseled 946 yun, Z3S; pambıq, Z2S; qəhvəyi, zoğalı, göy, çəhrayı, yaşıl wool, Z3S; cotton, Z2S; coffee brown, cornelian red, blue, pink, green


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 23


XALÇA MƏMULATLARI 24CARPET PRODUCTS Çulun bədii quruluşunu ənənəvi zili naxışları təşkil edir. Ara sahənin enli haşiyələrə ayrılmış zolaqları rəmzi xüsusiyyət daşıyan naxışlarla bəzədilmişdir. Aşağıdan yuxarıya doğru birinci və üçüncü zolaqda sıra ilə buta naxışlarının rapportlu təsvirləri verilib. Bu naxış xoşbəxtlik simvolu kimi el arasında “çiçəkli buta” və ya “Xilə-buta” adlanır. Yaşlı toxucuların fikrincə xoşbəxtliyin, işığın və baharın rəmzlərini ifadə edən “şanapipik”, “ağac” və ya “şamdan” adlı element ikinci və dördüncü zolaqları bəzəyir. Yuxarıdakı haşiyələri isə cənnət rəmzli “tovuz quşu”, “kilimgülü” və “qarmaqlı” adlı naxışlar təşkil edir. “Tovuz quşu”, “şanapipik” və ya “şamdan” naxışları, eyni zamanda çulun qollarına qədər uzanan onun enli haşiyəsinin xüsusi elementi olaraq təsvir olunub. Bu təsvirləri bir-birindən “dilikli” su zolaqları ayırır. Formasına görə çulun ana haşiyəsinin kənarını onun qolları da daxil olmaqla əhatələyən bala haşiyə el arasında “qeysibişax” adlanır. Ara sahəni ana haşiyə ilə sərhədləyən “sərmə” və “dilikli” adlı mədaxil qurşaqları isə çul toxuculuğunda geniş istifadə olunmuşdur. The artistic structure of this chul is formed by the traditional zili patterns. The wide borders of the central field are decorated with the ornament with certain symbolic meaning. The row of repeating images of buta element is in the first and third stripes at the bottom. This type of pattern symbolizing happiness is popularly known as chichakli buta (flower buta) or Khila-buta. The second and fourth stripe at the bottom are decorated with shanapipik (hoopoe) and aghaj (tree) ornaments also called shamdan (candlestick). Elder carpet weavers believe that the latter ornament symbolizes happiness, light and spring. The upper borders are adorned with the ornaments symbolizing heaven: tovuz gushu (peacock), kilimgulu (kilim flower) and garmagli (with hooks). Ornaments tovuz gushu and shanapipik or shamdan are the main elements of the wide border, reaching both of the protruding parts of the item. These images are separated by the toothed su (water) stripes. The narrow border surrounding the main border and the protruding parts is popularly known as geysibishakh (apricot branch) in virtue of its ornament elements’ shape. Sarma (lace) and dilikli (toothed) types of madakhil (divider) stripes separating the central field and central border were widely used in the design of chuls. ÇUL. BAKI, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. BAKU, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 109 x 134 sm / 109 x 134 cm yun, Z3S; qəhvəyi, şəkəri / wool, Z3S; ivory, coffee brown yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown dolama (sumax), keçirtmə sumakh wrapping, plain weave yun, Z2S / wool, Z2S 18.02.1971 50 x 80 10 sm-də / 50 x 80 yarns per 10 cm sadə saçaqla tamamlanır / simple fringe 1118 yun, Z2S; pambıq, Z3S; göy, sumağı, çəhrayı, noxudu, qəhvəyi, ağ wool, Z2S; cotton, Z3S; blue, sumac red, pink, beige, coffee brown, white


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 25


XALÇA MƏMULATLARI 26CARPET PRODUCTS Çulun bədii quruluşu Bakının ənənəvi zili və məfrəş naxışlarından götürülmüş nümunələrlə tərtib olunub. Ara sahədə rəmzi mahiyyət daşıyan, müxtəlif naxışlarla bəzədilmiş, yerliyi qırmızı və sürməyi rəngli zolaqlar yer alır. Burada qırmızı yerlikli zolaqlarda “budaqbaşı”, “şamdan” və ya “şanapipik” adlanan element bir-birinin yanında rapportlu şəkildə təsvir edilib. Aşağıda yerliyi sürməyi rəngli zolaq stilizə olunmuş mifik quş və heyvan obrazları, digərində isə xeyir-bərəkət simvolu kimi “Şirvanbuta” və “tac” naxışları təsvir olunub. Ara sahənin bu zolaqlarını “dolama” naxışının vasitəsilə tərtib olunmuş və el arasında “sərmə” və ya “məfrəşi” adlanan bala haşiyələr ayırır. Eyni zamanda, bu haşiyə qurşağı çulun ara sahəsinin kənarında verilməklə ana haşiyə rolunu oynayır. Qədimdən bəri axar suyu və yaxud əjdahanı simvolizə edən “sərmə” haşiyəsinin hər iki tərəfində isə çulun bədii quruluşuna səciyyəvi olan “ocaq” və “quş caynağı” elementi ilə tərtib olunmuş bala haşiyələr toxunmuşdur. The artistic structure of this chul is based on the traditional elements of Baku zilis and mafrashes (rectangular valise). In the middle of this item there are red and blue border stripes decorated with a variety of ornaments, carrying symbolic meanings. The red border has the repeating images of elements budagbashi (branch of tree) and shamdan (candlestick), also known as shanapipik (hoopoe). One of the blue stripes has the images of a mythic bird and an animal, while the other one is adorned with Shirvan-buta and taj (crown) ornaments, the symbols of wealth and abundance. The stripes of the central part are divided by thin borders popularly known as sarma (lace) or mafrashi decorated with dolama (curl) elements. The same type of ornamental stripe appears as the main stripe in the border surrounding the central part. On the both sides of this stripe symbolizing the running water and dragon there are thin stripes called sarma with ojag (fireplace) and gush jaynaghi (bird claw) elements typical for the artistic design of the chul. ÇUL. BAKI, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CHUL. BAKU, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 110 x 157 sm / 110 x 157 cm yun, Z3S, şəkəri; yun, Z4S, qəhvəyi / wool, Z3S, ivory; wool, Z4S, coffee brown yun, Z2S; qəhvəyi wool, Z2S; coffee brown dolama (sumax), keçirtmə sumakh wrapping, plain weave yun, Z3S; qırmızı / wool, Z3S; red 16.04.1971 50 x 70 10 sm-də / 50 x 70 yarns per 10 cm qotazla tamamlanır / tasseled 1401 yun, Z3S; pambıq, Z4S; qırmızı, sürməyi, qəhvəyi, sarı, göy, tünd-yaşıl wool, Z3S; cotton, Z4S; red, dark blue, coffee brown, yellow, blue, dark green


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 27


XALÇA MƏMULATLARI 28CARPET PRODUCTS Çulun kompozisiya həllində Bakının məfrəş və zililərinə məxsus naxış və elementlərdən geniş istifadə olunub. Ara sahənin quruluşu ana və bala haşiyələr qismində rəmzi naxışlarla bəzədilmiş zolaqların rapportlu tərtibatından ibarətdir. Burada sürməyi yerlikli enli zolaqlarda stilizə olunmuş mifik “yağış quşu” və “ovsunçu” (şaman), tündqırmızı yerlikli digər zolaqlarda isə xalq arasında “şamdan” və ya “şanapipik” adlandırılan semantik elementlərin təsvirləri verilib. Bunları bir-birindən ayıran “sərmə” və ya “məfrəşi” adlı ağ yerlikli zolaqların ətrafı “dilikli su”lardan ibarətdir. “Sərmə” zolağını təşkil edən “dua”, “çarx” (xaç), “dolama” və ya “əjdaha” elementlərinin kompozisiyası isə həm axar suyu, həm də xeyir-bərəkətin qorunmasını ifadə edir. Çulun haşiyələri ara sahənin aşağı və yan tərəflərini əhatə etməklə qolların tam sonuna qədər toxunmuşdur. Quruluşuna görə ana kultunu və yaz bayramını ifadə edən “şamdan” və ya “şanapipik” adlandırılmış rəmzi naxışlı ana haşiyə qurşağı, ara sahənin tünd-qırmızı yerlikli enli zolağının ornamental quruluşuna səciyyəvidir. Onun ətrafını əhatə edən bala haşiyənin naxışları isə “ocaq”, “almagülü” və damğayabənzər “quş caynağı” elementləri ilə tərtib olunub. This chul is decorated with a variety of patterns and elements of Baku zilis and mafrashes (rectangular valise). The design of central field consists of the main and small border adorned with repeating ornaments carrying symbolic meaning. The wide blue stripes have the images of stylized mythic characters, yagish gushu (rain bird) and ovsunchu (shaman), while the dark red stripes are decorated with the elements, carrying deep semantic meaning and popularly known as shamdan (candlestick) or shanapipik (hoopoe). The small sarma (lace) or mafrashi border on white background with toothed su (water) lines on the both sides separates the mentioned stripes. Dua (amulet), charkh (wheel)/khach (cross), dolama (curl) or ajdaha (dragon) elements forming sarma stripe symbolize the running water, wealth, and abundance. The border of chul spans the bottom and both sides of the central field, expanding to the very end of the protruding parts. Shamdan or shanapipik ornament, carrying a symbolic meaning and reflecting the cult of mother and spring holiday is typical for the structure of the main border with dark red background. The smaller border surrounding the main border is formed by gush jaynagi (bird claw) resembling a tamga, ojag (fireplace) and almagulu (apple tree flower) elements. ÇUL. BAKI, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. BAKU, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 105 x 142 sm / 105 x 142 cm yun, Z3S; şəkəri, qəhvəyi / wool, Z3S; ivory, coffee brown yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown dolama (sumax), keçirtmə soumac wrapping, plain weave yun, Z3S; innabı / wool, Z3S; red-brown 17.09.1971 50 x 70 10 sm-də / 50 x 70 yarns per 10 cm qotazla tamamlanır / tasseled 1507 yun, Z3S; yun, Z2S; pambıq, Z4S; sumağı, innabı, noxudu, tünd-yaşıl, qırmızı, göy, mavi, tünd-qəhvəyi, bənövşəyi, ağ wool, Z3S; wool, Z2S; cotton, Z4S; sumac red, red-brown, beige, dark green, red, blue, light blue, dark brown, violet, white


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 29


XALÇA MƏMULATLARI 30CARPET PRODUCTS Çulun bədii quruluşu “kaşı” adlı altıguşəli ulduz elementinin ritmik rapportları əsasında tərtib olunmuş zili kompozisiyalarına əsaslanır. Ara sahə maraqlı kompozisiya quruluşuna malikdir. Burada içərisində romb təsvirləri verilmiş “kətəbə”lərin ardıcıl olaraq üfüqi rapportları onların ana haşiyə zolaqlarının əsas elementləri kimi əks olunduğunu göstərir. Lakin həndəsi formalı bu “kətəbə”lər guşələri kiçik formaları ilə tərtib olunmuş rəmzi mənalı heksaqramların içərisində yerləşdirildiyindən, ara sahə kompozisiyasında vizual sistem yaratmışdır. Məhz bu baxımdan “kətəbə”lərin təsvirləri ara sahənin müstəvisində həm zolaqlarda, həm də diaqonal xətt boyunca sağ və sol tərəflərə istiqamətlənmiş kompozisiya sistemi yaratmışdır. Qollar da daxil olmaqla çulun mərkəzi sahəsi hər tərəfdən “ulduz” naxışlı “düyməli kaşı” və ya “çarxlı” adlandırılan ana haşiyə qurşağı ilə əhatələnmişdir. Bu haşiyə qurşağı rəmzi məna daşıyan, həndəsi formalı “ulduz” naxışının rapportlu düzümünə əsasən tərtib olunub. Ana haşiyənin bir tərəfində isə çulun qollarının yuxarı hissəsinə qədər damalardan ibarət “qaşqay gülü” adlandırılan bala haşiyə qurşağı verilmişdir. The artistic structure of the chul is based on the composition made of hexagonal radial kashi (tile) elements, typical for flat-woven zili carpets. The central field of the chul has a unique compositional structure. The main elements of the large border stripes are horizontally repeating ketebes (cartouches), placed inside the hexagons made of the small fragments that define the visual system of the central part. Ketebes depicted in the stripes as well as diagonally to the right and left form the visual system within the central part. The central part of the chul, including the protruding parts is surrounded on all sides by the border with the main stripe formed by element of ornament ulduz (star) and is called duymali kashi (tile with buttons) or charkhli (wheeled). Geometrical ulduz ornament, repeating rows of which constitute this stripe has a symbolic meaning. Checkered border stripe gashgay gulu (flower of Gashgay tribe) spans from the one side of main border to the very end of protruding parts. ÇUL. QAZAX, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CHUL. GAZAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 120 x 131 sm / 120 x 131 cm yun, Z3S; qəhvəyi / wool, Z3S; coffee brown yun, Z2S; sürməyi, innabı wool, Z2S; dark blue, red-brown keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, soumac wrapping yun, Z3S / wool, Z3S 12.05.1972 70 x 110 10 sm-də / 70 x 110 yarns per 10 cm qotazla tamamlanır / tasseled 1772 pambıq, Z3S; yun, Z3S; narıncı, göy, çəhrayi, yaşıl, innabı, qəhvəyi cotton, Z3S; wool, Z3S; orange, blue, pink, green, red-brown, coffee brown


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 31


XALÇA MƏMULATLARI 32CARPET PRODUCTS Çulun bədii quruluşu müxtəlif mənalar kəsb edən damğa, işarə və qədim kosmoqonik inanclarla bağlı olan insan, heyvan, quş təsvirlərinin stilizə olunmuş nümunələri ilə tərtib olunub. Kompozisiya quruluşuna görə çulun ara sahəsi altı aralıq hissəyə ayrılıb. Bu hissələrin hər birini rombların birləşməsindən əmələ gəlmiş və el arasında “paxlavalı” adlandırılan zəncirə qurşağı əhatələyir. Çulun mərkəzindəki iki yerə ayrılmış aralıq sahəyə “Açma-yumma” kompozisiyalarına xarakterik olaraq quruluş verilmişdir. Aralıq sahənin hər ikisi mərkəzi xarakterli olub, türk kosmologiyasına aid olan “ulduz”, “bürc”, “damğa” və digər qədim elementlərlə tərtib olunub. Çulun aşağısındakı aralıq sahələrin elementləri simmetrik şəkildə verilib. Eyni tərtibatı çulun qolları daxil olmaqla yuxarı hissədəki aralıq sahənin kompozisiyasında da görmək mümkündür. Həm aşağı, həm də yuxarı hissələrə aid olan aralıq sahələrdə totem mənşəli bəzi quş elementləri və qədim alban mədəniyyətindən qaynaqlanan üçbarmaqlı insan təsvirləri verilib. Simmetrik şəkildə çulun yuxarı aralıq sahəsi ilə əlaqəli olan hər iki qolun üzərində səkkizbucaqlı həndəsi naxış toxunub. Bu naxış bir çox rəmzləri ifadə etsə də, burada ay kultunu ifadə etməklə səciyyələnir. The artistic structure of this chul is formed by tamgas bearing different meanings, signs, and stylized images of men, animals and birds related to the ancient cosmological beliefs. Composition of the central field is divided into six intermediate parts that are separated by the chain of rhombuses called pakhlavali (with pakhlava). The intermediate zone in the center of chul is divided into two parts and has the structure typical for Achma-Yumma composition. Both parts of the central field are based on the ancient elements of Turkic cosmology such as ulduz (star), burj (constellation), tamga. The elements of the lower part are symmetric. Same design can be seen in composition of the middle field of upper part including the protruding parts. In the middle field of both lower and upper parts some bird elements of totemic origin and images of three-toed man typical for Ancient Albanian culture occur. On both of the protruding parts, there are symmetrical octagonal geometrical patterns, connected to the upper part of the central field. It has a variety of meanings. However, it symbolizes the cult of the moon in this particular case. ÇUL. QAZAX, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CHUL. GAZAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 120,5 x 168 sm / 120.5 x 168 cm yun, Z3S; qəhvəyi, şəkəri / wool, Z3S; coffee brown, ivory yun, Z2; innabı, sürməyi, göy wool, Z2; red-brown, dark blue, blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2 / wool, Z2 02.07.1971 30 x 75 10 sm-də / 30 x 75 yarns per 10 cm qotazla tamamlanır / tasseled 1497 pambıq; Z2; yun, Z2; ağ, innabı, göy, açıq-qəhvəyi, yaşıl cotton, Z2; wool, Z2; white, red-brown, blue, light brown, green


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 33


XALÇA MƏMULATLARI 34CARPET PRODUCTS Çulun bədii quruluşu mürəkkəb sistemə malik olub, qədim oğuz damğalarından ibarət müxtəlif elementlərdən tərtib edilib. Ara sahəsi rəmzi mənalar kəsb edən enli və ensiz zolaqların tərtibatından ibarətdir. Aşağıdan yuxarıya doğru birinci və beşinci zolaqlar stilizə olunmuş mifik heyvan və quş təsvirlərindən, digər zolaqlar isə el arasında “dolama” və ya “əjdaha”, “çəngəl” və “ulduz” adlandırılan elementlərdən təşkil olunmuşdur. Ara sahənin birinci zolağında sağdan sola doğru insan və yeddi maral təsviri günəşin və bolluğun, beşinci zolaqda verilmiş tovuz quşu təsvirləri də, günəşin və cənnətin rəmzini ifadə edir. Enli “sərmə” zolağını isə içərisində xaç formalı “ocaq” işarəsi olan “dolama” naxışının və “bitik” adlı qədim kilim elementlərinin üfüqi rapportları sistemləşdirir. Ətrafı “paxlavalı” adlandırılan zəncirə ilə əhatələnmiş enli ana haşiyə çulun qollarından başlayaraq ara sahəni üç tərəfdən əhatələmişdir. Ana haşiyə “qarmaqlı” və ya “oğuz damğası” naxışının rapportlarından və “daraq” təsvirləri ilə bəzədilmişdir. Bundan başqa, başı üzərində rombşəkilli “ulduz” elementi ilə verilmiş insan təsvirləri ana haşiyənin yalnız aşağı tərəfində yer alır. The artistic structure of this chul is formed by a complex system of various elements, consisting of ancient Oghuz tamgas. The central part of the item consists of solid wide and narrow border stripes carrying symbolic meaning. The first and fifth stripes at the bottom are made up of stylized images of mythic animals and birds, while the others are formed by the repeating of elements popularly known as dolama (curl) or ajdaha (dragon), changal (butcher’s hook) and ulduz (star). The images of seven men and deers (from the right to left) in the first stripe at the bottom of the central field symbolize the sun and abundance. A peacock in the fifth stripe at the bottom represents heaven. The wide stripe called sarma (lace) is arranged by the ancient bitik (book) elements typical for kilims and horizontal rapports of dolama (curl) pattern with crossshaped ojag (fireplace) sign inside. The wide central border surrounded by thin zanjira (chain) stripe called pakhlavali (with pakhlava) in this case envelops the central field from three sides starting from the protruding parts of the item. It is decorated with the repeating garmagli (with hooks) or Oghuz damghasi (Oghuz tribal symbol) pattern and images of clan symbol called darag (comb). Lower part of the border has the ornament depicting a man with diamond-shaped ulduz (star) element above his head. ÇUL. QAZAX, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CHUL. GAZAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 108,5 x 151 sm / 108.5 x 151 cm yun, Z3S; qəhvəyi, şəkəri / wool, Z3S; coffee brown, ivory yun, Z2S; qəhvəyi wool, Z2S; coffee brown dolama (sumax), keçirtmə sumakh wrapping, plain weave yun, Z2S; göy / wool, Z2S; blue 12.05.1972 40 x 50 10 sm-də / 40 x 50 yarns per 10 cm əriş iplərinin rəngli üz ipləri ilə dolanması / the warp wrapped with coloured yarns 1773 yun, Z2S; pambıq, Z4S; göy, mavi, innabı, sarı, yaşıl, ağ wool, Z2S; cotton, Z4S; blue, light blue, red-brown, yellow, green, white


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 35


XALÇA MƏMULATLARI 36CARPET PRODUCTS Çulun bədii-texniki quruluşu mürəkkəb sistemə malikdir. Bəzək elementləri əsasən rəmzi məna kəsb edən dekorativ quşlardan, stilizə olunmuş mifik heyvan təsvirlərindən, “qarmaq” və “su” naxışlarından tərtib olunan məmulat nadir nümunə kimi üç qoldan ibarətdir. Orta qollardan fərqli olaraq yan qolların yuxarı hissəsi açıq-innabı rəngdə verilib. Eninə görə isə aşağıya doğru şaquli zolaqlar yaratmaqla çulun əsas hissəsi və saçaqları qızılı, ətrafı su rəmzini ifadə edən “çəngəl” adlı zəncirə zolağı ilə əhatələnib. Çulun orta qolu və dilikli şəkildə təsvir olunmuş aralıq sahəsi saçaqlarla birlikdə tünd-qırmızı iplərlə toxunmuşdur. Çulun bu rənglərinin fonunda su ünsürünü himayə edən “yürüyən damğalı quş”lar və quyruğu meandrla təsvir olunmuş mifik su heyvanları qrafik ornamental səciyyə daşıyır. Burada “quş” və “heyvan” elementlərinin bəzisi sərbəst şəkildə, bəzisi isə ətrafı “çəngəl” və “paxlavalı” adlandırılan ensiz haşiyə qurşaqları ilə əhatələnmiş enli zolaqlarda təsvir olunub. Bu zolaqlar tərtibatına görə çulun aşağı hissəsinin düzbucaqlı sahəsini təşkil edir. The artistic and technical structure of this chul has a complex system. It has three protruding parts, which is rare. The item is ornamented with decorative images of birds and stylized mythic animals mostly carrying symbolic meaning as well as with garmag (hook) and su (water) ornaments. The two protruding side parts at the ends are red-brown while the remaining part with vertical stripes in width and the fringe is woven using the gold shade threads. The protruding part in the middle framed with border stripe called changal (butcher’s hook) symbolizing the water as well as the central part of the item filled with dilikli (toothed) ornament, and the fringe are woven using dark red threads. Symbolizing the water element meander-tailed mythic aquatic animals and walking birds with tamgas depicted on this background. Some bird and animal elements are depicted separately while the others are placed into the wide stripes surrounded by thin borders called changal and pakhlavali (with pakhlava). These wide stripes form a rectangle in the lower part of the item. ÇUL. QARABAĞ, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CHUL. KARABAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 139,5 x 184 sm / 139.5 x 184 cm yun, Z3S; sarı, qırmızı, narıncı / wool, Z3S; yellow, red, orange yun, Z2S; sarı, innabı / wool, Z2S; yellow, red-brown keçirtmə (əriş-arğac üzlü), dolama (sumax) balanced plain weave yun, Z2S / wool, Z2S 12.05.1972 40 x 45 10 sm-də / 40 x 45 yarns per 10 cm sadə düyünlü saçaq / tassel-shaped 1788 yun, Z2S, Z3S; pambıq, Z3S; innabı, sarı, qəhvəyi, ağ, noxudu wool, Z2S, Z3S; cotton, Z3S; red-brown, yellow, coffee brown, white, beige


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 37


XALÇA MƏMULATLARI 38CARPET PRODUCTS


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 39


XALÇA MƏMULATLARI 40CARPET PRODUCTS Saya və ornamental zolaqlarla tərtib olunmuş məmulat mərkəzdən bir-birinə tikilmiş iki hissədən ibarətdir. Onun aşağı və yuxarı tərəflərindəki haşiyə zolaqları ornamental bəzək strukturuna malikdir. Naxışsız zolaqları enli və ensiz ritmlərlə toxunmuş çulun ətək saçaqları hörülmüş formadadır. Naxışlı zolaqlar isə yaşlı ustaların “sərmə” adlandırdıqları haşiyələrdən götürülmüşdür. Bəzi ustalar bu cür haşiyə tərtibatını el arasında “xonçaqırağı” deyə adlandırırlar. Bu haşiyə çulun aşağısında ağ yerlikli zolaqda budaqla, qızılı yerlikli yuxarı zolaqda isə budaqsız şəkildə verilmişdir. “Budaqlı sərmə” haşiyəsinin qıraqlarında verilmiş bala haşiyə zolaqları diaqonal olaraq rapportları soldan sağa doğru düzülmüş “nərdivan” adlı elementlərdən ibarətdir. Bu element qırağında “su” zolağı verilmiş bala haşiyələrdə xüsusi yer tutur, həmçinin təmizliyin və ucalığın simvolunu ifadə edir. This chul is sewn in the middle from two parts and decorated both with plain and patterned stripes. The border stripes of the upper and lower parts have an ornamental design structure. Interchange of wide and narrow plain stripes creates special rhythm of composition. The lower part of the item is decorated with knotted fringe. Ornamental stripes are created based on the border stripe called sarma (lace) or khonchagiraghi (edge of a tray) as per elder carpet weavers. The border stripe of the lower part is woven on white background in a shape of a tree branch, while the stripe of the upper part is woven on gold background without tree branch. Smaller border stripes at the edges of budagli sarma (lace with branches) stripe consist of nardivan (stair) elements, arranged diagonally from the left to right. This element is considered as a symbol of purity and sublimity and occupies a special place in the chul’s small borders surrounded by thin su (water) stripes. ÇUL. QARABAĞ, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. KARABAKH, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 102,5 x 135 sm / 102.5 x 135 cm yun, Z3S; qəhvəyi / wool, Z3S; coffee brown yun, Z3S, innabı, sarı; yun, Z3S, şəkəri, qəhvəyi wool, Z3S, red-brown, yellow; wool, Z3S, ivory, coffee brown keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z3S / wool, Z3S 02.10.1974 20 x 55 10 sm-də / 20 x 55 yarns per 10 cm hörmə saçaqla tamamlanır / braided 2604 yun, Z3S; innabı, sarı, göy, şəkəri, qəhvəyi wool, Z3S; red-brown, yellow, blue, ivory, coffee brown


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 41


XALÇA MƏMULATLARI 42CARPET PRODUCTS Texniki baxımdan iki qoldan ibarət olan çulun bədii quruluşu el arasında “quş”, “torpaq”, “xoruz”, “heyvan”, “tula”, “budaqbaşı” və “yovşan” adlandırılan naxışlardan tərtib olunub. Ümumilikdə fonu qara yerlikli çulun həm qollarında, həm də onun aşağıdan yuxarıya doğru üfüqi şəkildə verilmiş enli haşiyələrində təsvir olunmuş quş və heyvan elementləri rəmzi səciyyə daşıyır. Onlar çulun mərkəzindən başlamaqla üfüqi zolaqlarda əks istiqamət üzrə, qolların üzərindəki təsvirləri isə üz-üzə tərtib olunub. Qollardan aşağı aralıq hissədə böyük çölün simvolunu ifadə edən və yaşlı toxucuların “budaqbaşı”, “yovşan” və ya “yonca” adlandırdıqları elementin təsvirləri də mərkəzdən sağ və sol tərəflərə istiqamətlənən diaqonallar boyunca tərtiblənmişdir. Məmulatın aralıq sahəsi və qolları da daxil olmaqla hər tərəfi romb elementindən ibarət “paxlavalı” adlı zəncirə zolağı ilə əhatələnmişdir. The artistic structure of this chul, technically consisting of two protruding parts is based on the ornaments popularly known as gush (bird), torpag (soil), khoruz (rooster), heyvan (animal), tula (hound), budagbashi (branch of tree) and yovshan (artemisia). Gush and heyvan elements depicted on protruding parts and the horizontal stripes of the central field on the black background carry a symbolic meaning. They are depicted with their backs to each other in the stripes of the central field, and facing each other on the protruding parts. In the upper part of the central field the elements symbolizing steppe and called budagbashi, yovshan or yonja (clover), referring to elder carpet weavers, are arranged diagonally and expand to the right and left. The protruding parts and center of the item are surrounded by the thin stripe zanjira (chain) consisting of diamond-shaped elements called pakhlavali (with pakhlava). ÇUL. QARABAĞ, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ CHUL. KARABAKH, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 126 x 164 sm / 126 x 164 cm yun, Z3S; qara / wool, Z3S; black yun, Z2S; qara / wool, Z2S; black keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2S / wool, Z2S 18.12.1978 45 x 45 10 sm-də / 45 x 45 yarns per 10 cm düyünlü saçaq / tassel-shaped 4017 pambıq, Z3S, Z2S; yun, Z2S, Z3S; metal iplər (güləbətin), Z2S, Z2; ağ, açıq-qəhvəyi, qəhvəyi, yaşıl, qırmızı, bənövşəyi, çəhrayı, qara, noxudu, narıncı cotton, Z3S, Z2S; wool, Z2S, Z3S; metal threads, Z2S, Z2; white, light brown, coffee brown, green, red, violet, pink, black, beige, orange


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 43


XALÇA MƏMULATLARI 44CARPET PRODUCTS A yaharustu is a small oval-shaped pile rug that was used on a saddle. Wealthy people placed special orders for yaharustus with coloured tassels. Depending on a region of Azerbaijan, it was called a yahar uzu, yaharuzluyu, or gajari. Small size of yaharustu is determined by the size of a saddle. The item has a small slotted part in front to hang it from the pommel, tops of it were decorated with fringes. Yəhərüstü Azərbaycanda yəhərin yastığının üstünə salmaq üçün toxunan kiçik ölçülü, oval formalı xovlu xalçadır. Rəngbərəng qotazlarla bəzədilmiş yəhərüstünü əsasən imkanlı insanlar sifarişlə toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində “yəhər üzü”, “yəhərüzlüyü” və ya “qacarı” adlandırılır. Bu məmulat yəhərin ölçüsünə müvafiq olaraq xırda ölçüdə toxunmaqdan əlavə, həm də onun ön hissəsində yəhərin qaşına keçirilmək üçün balaca yarıq qoyulur, ətraflarından isə saçaqlar sallanırdı.


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 45 Yəhərüstü The museum collection numbers 26 elegant yaharustu samples. In 1969, the item, created by Azerkhalcha Scientific and Creative Production Union, became the first exhibit of its kind in the collection, while the oldest sample dates back to the 19th century. The collection displays yaharustus, woven by craftsmen of Guba, Shirvan, Gazakh, and Karabakh as well as contemporary artists works. Muzey kolleksiyasında ümumilikdə 26 ədəd nəfis naxışlarla bəzədilmiş yəhərüstü qorunub saxlanılır. Onlardan ən qədim nümunə XIX əsrə aiddir. Kolleksiyanın ilk nümunəsi 1969-cu ildə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyindən əldə edilib. Kolleksiyada təqdim olunan yəhərüstülər xalq sənətkarları tərəfindən Quba, Şirvan, Qazax, Qarabağ kimi bölgələrdə toxunulub. Bununla yanaşı, müəllif işi olan yəhərüstülər də mövcuddur. YAHARUSTU


XALÇA MƏMULATLARI 46CARPET PRODUCTS İnventar nömrəsi: Inventory No.: 1493 Yəhərüstü at yəhərlərinin bəzənməsində geniş istifadə olunan ornamental sistemə malikdir. Səkkizbucaqlı formada toxunmuş bu məmulat kompozisiya quruluşuna görə ara sahəsində iri çarpazı “qollu” göl elementindən və haşiyə qurşağından ibarətdir. Məmulatın mərkəzində təsvir olunmuş göl Quba xalçalarına aiddir. Ortasında “quş qanadı” və ya “kəpənək”, çarpazı qollarının sonunda isə “heyvagülü” kimi tanınan elementlərin də öz əksini tapdığı bu göl hərəkət, dövran, çarx və başqa mənalarla simvolizə olunur. Yəhərüstünün ara sahəsində, göl ətrafındakı boşluqlarda el arasında “gül”, yaxud “alma” deyilən naxışlardan doldurucu kimi istifadə edilmişdir. Formasına görə yəhərüstünün ara sahəsini hər tərəfdən bahar fəslini simvolizə edən və el arasında “qeysibişax” adlandırılan haşiyə qurşağı əhatələyir. The ornamental structure of this yaharustu is typical for this kind of items. Compositional structure of this item, woven in the form of octagon, consists of a large element with diagonal crossings called gollu gol (medallion with sleeves) and border stripe. The centered medallion is typical for Guba carpets. It has gush ganadi (bird wing) or kapanak (butterfly) element in the center and heyvagulu (quince flower) elements on the ends of the diagonal tree branches, and symbolizes movement, rotation, wheel, etc. The patterns called gul (flower) or alma (apple) are placed around the medallion as filling elements. The central field of the item is surrounded by a border of the same shape all sides. The ornament of this border, popularly known as geysibishakh (apricot branch), symbolizes spring. YƏHƏRÜSTÜ. QUBA, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ YAHARUSTU. GUBA, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: Üz ipi: Face yarn: 53 x 55 sm / 53 x 55 cm yun, Z3S; şəkəri / wool, Z3S; ivory yun, Z2S; şəkəri / wool, Z2S; ivory xovlu (simmetrik ilmə) / knotted pile (symmetric knot) yun, Z2; qəhvəyi / wool, Z2; coffee brown 02.07.1971 40 х 46 10 sm-də / 40 x 46 yarns per 10 cm qotazla tamamlanıb / tasseled yun, Z2; qırmızı, qəhvəyi, yaşıl, ağ, narıncı wool, Z2; red, coffee brown, green, white, orange


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 47


XALÇA MƏMULATLARI 48CARPET PRODUCTS Bədii quruluşu ara sahədən və onu əhatə edən üç haşiyə qurşağından ibarət olan yəhərüstü səkkizbucaqlı formada toxunulub. Onun ara sahəsi kənarlarında dörd “ulduz” elementi verilmiş iri göl təsvirindən tərtib edilib. Gölün mərkəzində “kaşı”, tayfa damğalarından yaradılmış naxışlar, kənarlarında isə bəzək kimi “ağac”, “qoç” və “ördək” elementləri verilmişdir. Bu naxışlar gücün-qüdrətin, cəsarətin rəmzlərini simvolizə etməklə yanaşı, həmçinin kosmoloji məzmuna malikdir. Ara sahəni əhatə edən haşiyələr üç qurşaqdan ibarətdir. Orta haşiyədə suyu simvolizə edən “qarmaq” və “göz” adlandırılan kiçik romb elementləri yer alır. Digər iki haşiyə el arasında “qurd ağzı”, “nal” və ya “ləpir” adlı elementlərlə tərtib olunub. The artistic structure of this octagonal yaharustu is formed by a large medallion, depicted in the central field, and surrounded by ulduz (star) elements on four sides and three border stripes. Kashi (tile) and elements, based on tamgas, are placed in the center of the medallion, while the edges are decorated with agaj (tree), goch (ram), and ordek (duck) elements. These patterns symbolize bravery, strength and manliness, moreover, they bear some features of cosmological significance. The border, surrounding the central field, consists of three stripes. The middle stripe has the depictions of small diamond-shaped garmag (hook) and goz (eye) elements symbolizing water. Two other borders are decorated with nal (horseshoe) or lapir (footprint) and gurd aghzi (mouth of wolf) elements. YƏHƏRÜSTÜ. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLİ YAHARUSTU. SHIRVAN, AZERBAIJAN. LATE 19TH – EARLY 20TH CENTURIES Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: / Fringe: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 59 x 68 sm / 59 x 68 cm yun, Z3S; ağ / wool, Z3S; white yun, Z2; boz, açıq-mavi, xardalı / wool, Z2; gray, light blue, mustard xovlu (simmetrik ilmə) / knotted pile (symmetric knot) yun, Z2; tünd-xardalı / wool, Z2; dark mustard 13.02.1974 30 x 44 10 sm-də / 30 x 44 yarns per 10 cm qotazlı saçaq / tasseled 2360 yun, Z2; sürməyi, qırmızı, göy, tünd-qırmızı, sarı, qara, ağ wool, Z2; dark blue, red, blue, dark red, yellow, black, white


XALÇA MƏMULATLARI CARPET PRODUCTS 49


XALÇA MƏMULATLARI 50CARPET PRODUCTS Dəvəçilik əsrlər boyu isti Şərq ölkələri xalqlarının təsərrüfat məişətində mühüm yer tutmuşdur. Azərbaycan ərazisinə dəvə ilk dəfə ehtimal ki, Mərkəzi Asiya vasitəsilə keçmişdir. Azərbaycanda dəvəçiliyin tarixi hələlik e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərinə aiddir. Bunu qədim Mingəçevirdən aşkar edilən dəvə sümüyü və Füzuli rayonu ərazisindən tapılan iki dəvə skeleti təsdiq edir1. Dəvəçilik Azərbaycanın ən çox düzən rayonlarında inkişaf etmiş və dəvə əhalinin əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Bu yaxınlara qədər bayram və el şənliklərində dəvələrin möhtəşəm və təntənəli görünməsi üçün onları başdan-ayağa bəzəyərdilər. Eyni zamanda, imkanlı ailələrin xanımları bu cür bəzədilmiş dəvələrdə gəzərdilər. Həmin bəzək cahaz adlandırılırdı. Dəvə cahazlanarkən əvvəlcə belinə çul qoyulur, çulun yarığı dəvənin hürgücünə keçirilir, onun üstündən kapan hürgücə geydirilir, üstünə cahaz qoyulur, üzərinə örtük sərilir, örkənlə sarınırdı. Həmçinin dəvənin başını da bəzəyirdilər. Bəzək kimi istifadə edilmiş müxtəlif rəngli qotazlar cahazlara xüsusi gözəllik verir. Dəvə başlığının bəzədilməsində zınqırovlardan da istifadə edilirdi. Onun vasitəsilə karvanın ön və arxa hissələri arasında bir növ əlaqə yaradılırdı. Zınqırov həm də dəvəni ətraf səslərdən yayındırmaq funksiyasını daşıyırdı. Dəvə bəzəyi Azərbaycanın əsasən Şirvan, Muğan, Mil və Qarabağ bölgələrində toxunulurdu. Onu Kəlbəcər rayonunda “ley” adlandırırdılar. Hər bölgədə hazırlanan dəvə başlıqları bədii və texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirdi. Dəvə başlığının nadir nümunələrindən 9 ədədi hal-hazırda muzeyimizin kolleksiyasında saxlanılır. XIX əsrin sonu – XX əsrin əvvəllərində Şirvanda toxunmuş bu nümunələr əsasən əlvan rənglərdə olub, keçə, parça və cecimdən hazırlanmış, üzəri kauri (balıqqulağı), güzgü, pilək və at quyruğu ilə bəzədilmişdir. Dəvə başlığının bu cür bəzək əşyaları ilə bəzədilməsi inanclarla bağlı olub, bədnəzərdən, şər qüvvələrdən qorunmaq məqsədini daşıyırdı. 1 Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan etnoqrafiyası. Bakı-2007. Cild 1, səh. 290


Click to View FlipBook Version