XALÇA MƏMULATLARI CARPET PRODUCTS 151 Duz torbası DUZ TORBASI The museum collection contains 26 such products, made mainly of wool and cotton, and decorated with tassels. They are woven both in pile- and various types of flat-woven techniques – interweaving, wrapping and gayig (loop). The oldest exhibit in the collection, which is also the very first of such items acquired by the museum, dates back to the 19th century and was woven in Karabakh. Other examples of duz torbasi displayed in the collection were woven in Shirvan, Gazakh and Karabakh. Kolleksiyada ümumilikdə 26 ədəd duz torbası qorunub saxlanılır. Onlar əsasən yun və pambıqdan, xovlu və keçirtmə, dolama və qayıq kimi xovsuz texnikalarda hazırlanıb, əsasən qotazlarla bəzədilib. Ən qədim və kolleksiyanın ilk nüsxəsi XIX əsr Qarabağa aiddir. Kolleksiyada təqdim olunan duz torbaları Şirvan, Qazax, Qarabağ kimi bölgələrdə toxunulub.
XALÇA MƏMULATLARI 152CARPET PRODUCTS Duz torbasının bədii tərtibatında inanclarla bağlı müxtəlif naxış təsvirləri verilib. Onlar ara sahə və boğaz hissənin şəkəri yerliyində üfüqi xətt boyunca rapportlu şəkildə əks olunub. Burada “yürüyən at”, bədnəzərdən qoruyan “göz” və ya “çəpər” adlı qədim naxış, iri “xəlbir” elementləri, quş və su rəmzi kimi, S-vari “qarmaq” təsvirlərindən istifadə olunub. Duz torbasını hər tərəfdən “yurd” və ya “kəmər” adlanan haşiyə qurşağı əhatələyir. The artistic design of the neck and side parts of this duz torbasi is formed by the horizontal stripes of various ornaments arranged in rapport on ivory background, the symbolism is associated with beliefs. These are such ancient patterns as yuruyan at (a galloping horse), protecting from the evil eye goz (eye) or chapar (fence), large elements khalbir (sieve) and gush (bird), as well as the S-shaped element garmag (hook) acting as a symbol of water. The ornamental composition of the product is completed by a stripe bordering the middle field with elements yurd (dwelling) or kemer (belt). DUZ TORBASI. QARABAĞ, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ DUZ TORBASI. KARABAKH, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: 39 х 52,5 sm / 39 х 52.5 cm yun-pambıq, Z2S; ağ / wool-cotton, Z2S; white yun-pambıq, Z2; ağ / wool-cotton, Z2; white keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun-pambıq, Z2 / wool-cotton, Z2 40 x 46 10 sm-də / 40 х 46 yarns per 10 cm 15.12.1978 yun, Z2; göy, qəhvəyi, yaşıl, çəhrayı, narıncı wool, Z2; blue, coffee brown, green, pink, orange 3944 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 153
XALÇA MƏMULATLARI 154CARPET PRODUCTS Duz torbasının sarı rəngli yerliyi el sənətkarlarının “göz”, “çəpər” və ya “rəhil” adlandırdıqları elementlərlə doldurulub. Qədim inanclara görə bu element bədnəzərdən, pis gözdən qorumaq mənasını daşıyır. Torbanın ara sahəsində doldurucu “ocaq” və “qarmaq” elementləri isə toxucular tərəfindən tez-tez işlədilən qədim təsvirlərdən sayılır. Bu da su və göy mənasını verir. Duz torbasının haşiyə zolağı romb formalı “kilim damğası” motivinin ritmik rapportlarından təşkil olunub. Bəzən bu zolaqları el sənətkarları “pitikli” və ya “kilim kəmər” adlandırırlar. This duz torbasi’s yellow background is decorated with popular elements goz (eye), chapar (fence) or rahil (rehal). According to ancient beliefs, such an ornament protects from the evil eye. The filling elements of the central field ojag (fireplace) and garmag (hook) symbolize water and sky. They are the most ancient motifs, popular among carpet weavers. The border of the composition consists of rhythmic rapports of the diamond-shaped motif kilim damghasi. Sometimes craftsmen call this border pitikli (with an amulet) or kilim kemer (kilim belt). DUZ TORBASI. QARABAĞ, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ DUZ TORBASI. KARABAKH, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: 22 x 30 sm / 22 х 30 cm yun, Z2S; sarı / wool, Z2S; yellow yun, Z2S; sarı / wool, Z2S; yellow keçirtmə (əriş-arğac üzlü), sadə dolama / balanced plain weave, simple wrapping yun, Z2S; sarı / wool, Z2S; yellow 40 x 60 10 sm-də / 40 х 60 yarns per 10 cm 16.10.1979 yun, Z3S; qırmızı, sumaxı, yaşıl, sürməyi, qara, innabı, mavi wool, Z3S; red, sumac red, green, dark blue, black, red-brown, light blue 4541 İnventar nömrəsi: Inventory No.: Saçaq: / Fringe: yun, Z1, Z2; qotazla bəzədilib / wool, Z1, Z2; tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 155
XALÇA MƏMULATLARI 156CARPET PRODUCTS Rəngli qotazlarla bəzədilmiş duz torbasının əsas və boğaz hissəsi ənənəvi qədim naxışlardan ibarət tərtibata malikdir. Duz torbasının əsas hissəsində müxtəlif naxışlarla bəzədilmiş enli və ensiz zolaqlar verilmişdir. Ara sahənin enli zolağında “gərdəkbaşı” və içərisi mücərrəd formalı elementlə tərtib olunmuş “toxmaq” naxışı əks olunmuşdur. El arasında “cütbuynuz” və Muğan xalçalarına məxsus “köhnənaxış” elementləri digər zolaqların bəzəyidir. Ensiz zolaqlarda isə “quyrumlu” naxışları verilib. Bu naxış duz torbasının boğaz hissəsində “quş” və “cütbuynuz” naxışları ilə birlikdə təsvir olunub. Duz torbasının həm ara sahəsini, həm də boğaz hissəsini “qayçı” və ya “ulduzlu” adlı haşiyə qurşağı əhatələyir. The neck and sides of the duz torbasi are decorated with coloured tassels and traditional ancient ornaments. The ornament of the main part is decorated with narrow and wide stripes with various patterns. In a wide stripe of the central field there are ornaments gerdekbashi (lambrequin for canopy) and tokhmag (mallet) with an element of abstract form inside. In other stripes there is an ornament, popularly referred to as jutbuynuz (paired horns), as well as kohnanakhish (ancient pattern) inherent in Mughan carpets. In the narrow borders, there is an ornament guyrumlu (with a curl), which is also depicted near the neck of the bag along with the patterns gush (bird) and jutbuynuz. Both the central field and the neck of the item are bordered with a stripe gaychi (scissors) or ulduzlu (starry). DUZ TORBASI. QARABAĞ, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ DUZ TORBASI. KARABAKH, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Saçaq: / Fringe: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: 42,5 x 57 / 42.5 x 57 cm yun, Z2S; ağ-qəhvəyi / wool, Z2S, white-brown yun, Z2, qəhvəyi / wool, Z2, coffee brown keçritmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2; qəhvəyi / wool, Z2; coffee brown yun, Z2, Z2S; ucları qotazla bəzədilib/ wool, Z2, Z2S; tasseled 20 x 70 10 sm-də / 20 х 70 yarns per 10 cm 15.12.1978 yun, Z2; qəhvəyi, qırmızı, ağ, qara, yaşıl, innabı, sarı wool, Z2, coffee brown, red, white, black, green, red-brown, yellow 3942 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 157
XALÇA MƏMULATLARI 158CARPET PRODUCTS
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 159 Qaşıqdan GASHIGDAN In Azerbaijan, a special longish small bag used to store kitchenware is called a gashigdan (from the word gashig – spoon) or a chomchadan (from the word chomcha – ladle). Its front is woven in zili technique, while the reverse side – in simple palas technique. It was used to store spoons, ladles, rolling pins and other kitchenware. A gashigdan was mainly produced in sizes of 15x30-35 cm. It generally bore geometric patterns, and a fringe adorning its borders. There are 7 gashigdans in the museum collection. All are made of wool using the flat-woven dolama (wrapping) and kechirtme (interweaving) techniques. The oldest and the very first exhibit of the collection, woven in Baku, dates back to the late 19th century. Other samples of the collection were made in Shirvan, Baku and Karabakh. Qaşıqdan və ya çömçədan Azərbaycanda üz tərəfi zili, arxa tərəfi isə sadə palaz toxunuşlu mətbəx ləvazimatlarını saxlamaq üçün toxunan xüsusi uzunsov torbadır. Onda qaşıq, çömçə, oxlov və digər bu tip məişət əşyaları saxlanılırdı. Qaşıqdan müxtəlif ölçülərdə toxunsa da əsasən, 15x30–35 sm olçüdə olanlara daha çox təsadüf edilir. Onun qıraqları saçaqlarla bəzədilir. Bədii tərtibatlarına gəldikdə isə qeyd edək ki, əsasən həndəsi naxışlara daha çox üstünlük verilir. Kolleksiyada ümumilikdə 7 ədəd qaşıqdan qorunub saxlanılır. Onlar yundan, keçirtmə və dolama kimi xovsuz texnikalarda hazırlanıb. Ən qədim və kolleksiyanın ilk nüsxəsi XIX əsrin sonu Bakıda toxunub. Təqdim olunan qaşıqdanlar Şirvan, Bakı, Qarabağ kimi bölgələrdə hazırlanıb.
XALÇA MƏMULATLARI 160CARPET PRODUCTS Düzbucaqlı formalı qaşıqdanın ara sahəsində üç cüt “qızıl puta” və ya “küsülü buta” təsviri verilib. Ortadakı düz, yanlardakı isə baş-ayaq formadadır. Onların arasında müxtəlif ölçülü romb elementləri toxunub. Həmin rombvari elementlərdən hər iki tərəfə damğa şəkilli təsvirlər verilib. Bu elementlər el arasında “çəngəl” adlanır. Ara sahəni əhatələyən haşiyə stilizə olunmuş gül və müxtəlif rəngli kvadratların növbələşməsindən qurulmuşdur. Qaşıqdanın daha da yaraşıqlı görsənməsi üçün o, üç tərəfdən ara sahənin koloriti ilə həmahəng olan rəngbərəng qotazlarla bəzədilmişdir. In the central field of the rectangular gashigdan there are three pairs of gizil puta (golden buta) or kusulu buta (quarreled buta), and in two side pairs, this ornament is turned upside down. Diamond-shaped elements of different sizes are woven between them, on both sides of which there are tamga-shaped patterns, popularly called changal (butcher’s hook). Border surrounding the middle field is made on the alternation of stylized images of flowers and multi-coloured squares. The decorative structure of the product is completed by a fringe of multi-coloured tassels, attached on three sides, harmonizing in colour with the central field. QAŞIQDAN. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ GASHIGDAN. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Üz ipi: Face yarn: 12 x 22 sm / 12 x 22 cm yun, Z3S; şəkəri / wool, Z3S; ivory yun-pambıq, Z3S; şəkəri / wool-cotton, Z3S; ivory xovlu (simmetrik ilmə), keçirtmə (arğac üzlü) knotted pile (symmetric knot), weft-faced plain weave yun, Z1, Z2, şəkəri; qotazla bəzədilib / wool, Z1, Z2, ivory; tasseled 40 x 50 10 sm-də / 40 х 50 yarns per 10 cm 08.07.1980 yun, Z2; yun, Z2S; innabı, qəhvəyi, şəkəri, yaşıl, noxudu wool, Z2; wool, Z2S; red-brown, coffee brown, ivory, green, beige 4796 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 161
XALÇA MƏMULATLARI 162CARPET PRODUCTS Qaşıqdan şaquli xətt boyunca enli və ensiz zolaqlara bölünüb. Enli zolağın bədii tərtibatında müxtəlif rənglərdə rombvari “damğa” adlı dilikli kilim elementindən istifadə olunmuşdur. Romb forması erkən əkinçilik dövründə meydana çıxır və yerləşdiyi yerdən, əlavə təyinatlardan asılı olaraq torpaq, ev, qadın və ümumiyyətlə, məhsuldar başlanğıc mənasını verə bilər. Ensiz zolaqlarda isə S-vari formalı “qarmaq” elementləri su kultu ilə əlaqədardır. Qaşıqdanın üç qırağı ona xüsusi yaraşıq verən rəngarəng qotazlarla tərtib olunub. This gashigdan’s decor consists of vertical stripes of different widths. The decoration of the wide stripe is made up of multi-coloured diamond-shaped elements tamga with teeth – featuring kilims. A rhombus-shaped ornament that arose in the early agricultural period, depending on the location and purpose, can mean land, a house, a woman, a fertile beginning in general. S-shaped elements garmag (hook) in narrow stripes are associated with the cult of water. The three sides of the item are decorated with multicoloured tassels, giving it a special beauty. QAŞIQDAN. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ GASHIGDAN. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: / Technique: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: 18 x 55 sm / 18 x 55 cm yun, Z3S; şəkəri-qəhvəyi / wool, Z3S; coffee yun, Z2; innabı, göy, yaşıl, narıncı, sarı, tünd-qırmızı, şəkəri, qara, ağ wool, Z2; red-brown, blue, green, orange, yellow, dark red, ivory, black, white keçirtmə (arğac üzlü), hörmə / weft-faced plain weave, braiding 40 x 72 10 sm-də / 40 x 72 yarns per 10 cm 21.12.1988 7527 İnventar nömrəsi: Inventory No.: Kənarə: Selvage: yun, Z2; innabı, göy, yaşıl, narıncı, sarı, tünd-qırmızı, şəkəri, qara, ağ; qotazla tamamlanıb wool, Z2; red-brown, blue, green, orange, yellow, dark red, ivory, black, white; tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 163
XALÇA MƏMULATLARI 164CARPET PRODUCTS Uzunsov düzbucaq formalı qaşıqdanın ara sahəsi diaqonal xətt üzrə zolaqlara bölünüb. Müxtəlif rəngli zolaqlar üzərində S-vari formalı, su kultu ilə bağlı olan element təsvirləri verilib. Onların ritmik təkrarlanan diaqonal xətt üzrə təsviri kompozisiyaya dinamiklik və şuxluq gətirərək bu məmulatı yaşayış yerinin interyer tərtibatında mühüm yer tutmasına səbəb olur. Ara sahə ağ-qara rənglərin növbələşməsindən yaranan “burma” adlı su zolağı ilə əhatə olunub. The central field of this gashigdan, which has the shape of an elongated rectangle, is divided into diagonal stripes. There are S-shaped elements, associated with the cult of water, in multi-coloured stripes. Their rhythmic diagonal repetition gives the composition dynamism and elegance, which is very typical for an object that occupied an important place in the interior of a dwelling. The central field is surrounded by a narrow border stripe su (water) with burma (curl) ornament, made in black and white. QAŞIQDAN. GƏNCƏ, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ GASHIGDAN. GANJA, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Üz ipi: Face yarn: 16 x 42 sm / 16 x 42 cm yun, Z3S; şəkəri / wool, Z3S; ivory yun, Z2S; pambıq, Z2S; şəkəri, ağ / wool, Z2S; cotton, Z2S; ivory, white keçirtmə (arğac üzlü), dolama (sumax-zili) weft-faced plain weave, sumakh-zili wrapping yun, Z1, Z2; qotazla bəzədilib / wool, Z1, Z2; tasseled 35 x 40 10 sm-də / 35 х 40 yarns per 10 cm 23.02.1978 yun, Z2S; pambıq, Z2S; innabı, göy, yaşıl, sarı, qəhvəyi, şəkəri, ağ, narıncı wool, Z2S; cotton, Z2S; red-brown, blue, green, yellow, coffee brown, ivory, white, orange 3678 İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: yun, Z2S; şəkəri, sürməyi, ağ wool, Z2S; ivory, dark blue, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 165
XALÇA MƏMULATLARI 166CARPET PRODUCTS Until recently, one of the components of a home interior decoration was lamagabaghi (a curtain for the shelf). A lama was a wall shelf of human height made of bricks, wood, and clay used for kitchen utensils. As a rule, they were used to store milk products. In order to decorate shelves, they attached the decorative curtains made of cotton or wool in zili technique from below or above. At the bottom of a lamagabaghi, a mesh with a Bandi-Rumi composition was sewn and completed with tassels. Yaxın keçmişə qədər ev interyerinin bəzək elementlərindən biri ləməqabağı olmuşdur. Ləmələr adətən, insan boyu hündürlüyündə, divar boyunca kərpicdən, taxtadan, palçıqdan qab-qacaq düzmək üçün hazırlanmış rəflərdir. Rəflərin üst və ya alt hissəsini bəzəmək üçün və ya dəyələrin bir küncündə ağartı saxlanan yerin qabağına çəkmək üçün yun və pambıqdan torlama və zili toxunuşlu yaraşıqlı pərdələr hazırlanırdı. Ləməqabağının aşağı hissəsinə “Bəndi-rumi” kompozisiyalı torlama tikilir. Tor isə qotazlarla tamamlanır.
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 167 Ləməqabağı LAMAGABAGHI The museum collection houses 8 lamagabaghis from Shirvan, Karabakh and other regions of the country. Kolleksiyamızda ümumilikdə 8 ədəd Şirvan, Qarabağ və ölkəmizin digər guşələrində hazırlanmış ləməqabağıların gözoxşayan nümunələri qorunub saxlanılır.
XALÇA MƏMULATLARI 168CARPET PRODUCTS Ölçü: / Size: 22,5 x 227 sm / 22.5 x 227 cm YURD BƏZƏYİ. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU YURD BAZAYI. SHIRVAN, AZERBAIJAN. LATE 19TH CENTURY Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Saçaq: Fringe: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown yun, Z2S; sürməyi / wool, Z2S; dark blue keçirtmə, dolama / plain weave, wrapping yun, Z2; innabı, yaşıl, qəhvəyi, narıncı, ağ; qotazla tamamlanıb wool, Z2; red-brown, green, coffee brown, orange, white; tasseled 50 х 80 10 sm-də / 50 х 80 yarns per 10 cm 12.05.1972 yun, Z2S; pambıq, Z2S; innabı, yaşıl, sürməyi, qəhvəyi, göy, mavi, sarı wool, Z2S; cotton, Z2S; red-brown, green, dark blue, coffee brown, blue, light blue, yellow 1727 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 169 Yurd bəzəyi ənənəvi ləməqabağı məmulatına verilən etnoqrafik adlardan biridir. Əsas və tor toxunuşlu saçaq hissəsindən ibarət olan yurd bəzəyinin bədii tərtibatında zili naxışlarından geniş istifadə olunur. Burada əsas hissəyə aid edilən elementlər maldarlıq və əkinçilik mədəniyyətindən qaynaqlanır və bolluq, artım, həmçinin qoruyucu ruhları simvolizə edir. Bu naxışlar el arasında “qaba ağac”, “tovuz quşu”, romb formalı “gülyaylıq” , “kilimgülü”, “çəpər” və “dəvə damğası” adlandırılan doldurucu elementlərdən ibarətdir. Yurd bəzəyinin tərtibatında kiçik romblardan istifadə edilən “pitikli” və axar suyu əks etdirən “burma” adlı zolaqlardan istifadə olunub. One of the traditional ethnographic names of lamagabaghi is yurd bazayi (decoration for dwellings). In the design of this example, consisting of the main part and mesh fringe, typical for flat-woven zili carpets ornaments are widely used. The ornaments in the main part of the item belong to the cattle-breeding and agricultural culture. They symbolize abundance, growth and protector spirits. As filling elements gaba aghaj (sacred tree), tovuz gushu (peacock), diamond-shaped gulyaylig (floral scarf), kilim gulu (kilim flower), chapar (fence), dava damghasi (camel tamga) are depicted. In the design of this yurd bazayi border stripes pitikli (with an amulet), consisting of small rhombuses, and burma (curl), symbolizing running water are also used.
XALÇA MƏMULATLARI 170CARPET PRODUCTS LƏMƏQABAĞI. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU LAMAGABAGHI. SHIRVAN, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: 25 x 306 sm / 25 x 306 cm yun, Z2S; qəhvəyi, sürməyi / wool, Z2S; coffee brown, dark blue yun, Z2S; sürməyi / wool, Z2S; dark blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping 04.09.1975 2946 yun, Z2S; pambıq, Z2S; innabı, sürməyi, sarı, göy, narıncı, ağ wool, Z2S; cotton, Z2S; red-brown, dark blue, yellow, blue, orange, white Kənarə: / Selvage: Sıxlıq: / Density: Saçaq: Fringe: yun, Z2S; sürməyi / wool, Z2S; dark blue 60 х 80 10 sm-də / 60 х 80 yarns per 10 cm yun, Z2S; innabı, sürməyi, yaşıl, sarı, şəkəri, qara; qotazla tamamlanıb wool, Z2S; red-brown, dark blue, green, yellow, ivory, black; tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 171 Ara sahəsi uzunsov zolaqdan ibarət olan ləməqabağının əsas naxışları yaşlı toxucular tərəfindən “şanapipik”, “həyat ağacı”, “Humay quşu”, “ox başlı qaba ağac”, “tovuz quşu”, “sırğa” və başqa adlarla tanınır. Bu naxışlar xeyirxah qoruyucu mənalarla səciyyələnir və həyatın, bolluğun simvolu kimi çıxış edir. Məmulatda yurd-yuva və sərvət mənasında “çadır”, “ocaq”, “dolanqaç”, “toqqaqabağı” və digər naxışlar da təsvir edilib. Bu naxışları bir-birindən enli və ensiz zolaqlar ayırır. Ümumilikdə ara sahəni isə romb elementləri ilə tərtib olunmuş “pitikli” adlı zəncirə qurşağı əhatə edir. The central part of the lamagabaghi is a long stripe decorated with ornaments that elderly weavers call shanapipik (hoopee), hayat aghaji (tree of life), Humay gushu (Humay bird), okhbashli gaba aghaj (sacred tree in the form of an arrowhead), tovuz gushu (peacock), sirgha (earring), etc. These patterns are characterized by a benevolent protective meaning and act as a symbol of life and abundance. The item also depicts ornaments chadir (tent), ojag (fire-place), dolangaj (meander), toggagabaghi (belt buckle) and others, symbolizing home and prosperity. They are separated by wide and narrow stripes. A zanjira (chain) stripe, called pitikli (with an amulet) with rhombic elements, borders the central field.
XALÇA MƏMULATLARI 172CARPET PRODUCTS Asmalıq quruluşuna görə iki hissədən təşkil olunub. Onun əsas hissəsi qədim inanclarla səsləşən mifik ağac təsviri ilə toxunmuş zolaqdan və bu zolağa tikilmiş rombşəkilli qotazlı tordan ibarətdir. Burada gövdəsində quş qanadları, zirvəsində isə “oxbaşı” elementi verilmiş ağac obrazı “Həyat ağacı”nı və “Humay quşu”nu simvolizə edir. Bu ağac obrazının kiçik ölçülü təsvirləri asmalığın tor hissəsinə bərkidilmiş iki cibin ara sahəsi üzərində də verilmişdir. El arasında dağ, təkan, dəniz, axar su və digər mənaları ifadə edən “dilikli” adlı mədaxil zolağı əsas hissəyə, həmçinin ciblərə aid olan ara sahələri əhatələyir. Bu cür asmalıqlar əhalinin məişətində qoruyucu xüsusiyyət daşımaqla bərabər, ev bəzəyi kimi də çox əhəmiyyətli idi. Asmalig (kitchen curtain) consists of two parts. Its main part is a stripe, depicting a mythical tree, echoing ancient beliefs, and a diamond-shaped mesh, sewn to it. Here, the image of a tree with bird wings on the trunk and an okhbashi (arrowhead) element on the top symbolizes the tree of life and the Humay bird. The same images in a smaller size are placed on the pockets, attached to the mesh. The main part and pockets are bordered with a stripe dilikli (with teeth), which symbolizes mountain, movement, sea, running water, etc. Such asmaligs were used in the everyday life of the population as a talisman and for decorating the interior. ASMALIQ. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLİ ASMALIG. SHIRVAN, AZERBAIJAN. LATE 19TH – EARLY 20TH CENTURIES Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: 95 x 138 sm / 95 x 138 cm pambıq, Z3S; ağ / cotton, Z3S; white pambıq, Z2S; ağ / cotton, Z2S; white keçirtmə, sadə və mürəkkəb dolama / plain weave, simple and complicated wrapping yun, Z2S, pambıq, Z2S; qotazla tamamlanıb / wool, Z2S, cotton, Z2S; tasseled 50 x 70 10 sm-də / 50 х 70 yarns per 10 cm 28.01.1977 yun, Z2S; sürməyi, qəhvəyi, yaşıl, narıncı, çəhrayı wool, Z2S; dark blue, coffee brown, green, orange, pink 3395 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 173
XALÇA MƏMULATLARI 174CARPET PRODUCTS LƏMƏQABAĞI. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLİ LAMAGABAGHI. SHIRVAN, AZERBAIJAN. LATE 19TH – EARLY 20TH CENTURIES Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Üz ipi: Face yarn: 62 x 247 sm / 62 x 247 cm yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown yun, Z2; qara / wool, Z2; black dolama (sumax), keçirtmə (arğac üzlü), hörmə sumakh wrapping, weft-faced plain weave, braiding 50 x 50 10 sm-də / 50 х 50 yarns per 10 cm 08.07.1980 yun, Z2S; pambıq, Z4S; ipək, Z2S; innabı, göy, sarı, sumağı, qəhvəyi, yaşıl, ağ, şəkəri wool, Z2S; cotton, Z4S; silk, Z2S; red-brown, blue, yellow, dark red, coffee brown, green, white, ivory 4831 İnventar nömrəsi: Inventory No.: Saçaq: Fringe: innabı, sürməyi, göy, qəhvəyi, şəkəri; qotazla tamamlanıb red-brown, dark blue, blue, coffee brown, ivory; tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 175 Ləməqabağı “şarlama” adlı haşiyə naxışları ilə tərtib olunmuş əsas və ona tikilmiş romb formalı qotazlı tor hissəsindən ibarətdir. “Şarlama” haşiyələri Bakı xalçaçılığına məxsus olub, içi “qarmaqlı” elementi ilə doldurularaq, diaqonal zolaqların ritmik təsvirindən tərtib olunur. İşıq, nur, təmizlik rəmzlərini ifadə edən bu haşiyə naxışları əsas hissənin ara sahəsi kimi verilib. Onun ətrafını isə nəzərdən qoruyan romb elementli “pitik” adlı mədaxil zolağı əhatələyir. Ənənəyə uyğun olaraq, bu məmulatlar heyvandarlıqla məşqul olan yarımköçəri və oturaq əhalinin məişətində ev bəzəyi kimi geniş istifadə olunmuşdur. This lamagabaghi consists of the main part, decorated with a sharlama (stream) border, and a mesh part in the form of diamonds with tassels at the ends, attached to it. The border sharlama is typical for Baku carpet weaving. It consists of a rhythmic image of diagonal stripes, filled with a garmagli (with hooks) element. These border patterns, symbolizing light and purity, form the basis of the design of the central part of the item. All sides of the central stripe are bordered by a narrow stripe pitik (amulet) with diamond-shaped elements. Traditionally, such items were widely used as interior decorations in the life of semi-nomadic and sedentary livestock breeders.
XALÇA MƏMULATLARI 176CARPET PRODUCTS LƏMƏQABAĞI. BAKI, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ LAMAGABAGHI. BAKU, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Üz ipi: Face yarn: 83 x 230 sm / 83 x 230 cm yun, Z2S; ağ / wool, Z2S; white yun, Z2; qara / wool, Z2; black sadə keçirtmə, dolama (sumax), hörmə plain weave, sumakh wrapping, braiding yun, Z2; qara / wool, Z2; black 40 x 60 10 sm-də / 40 х 60 yarns per 10 cm 15.12.1978 yun, Z2; ağ, qırmızı, göy, narıncı, yaşıl, sürməyi, qara wool, Z2; white, red, blue, orange, green, dark blue, black 3959 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 177 Ləməqabağı kompozisiya quruluşuna görə iki hissədən təşkil olunub. Burada əsas hissə ornamental bəzək sistemindən, aşağı hissə isə qotazlı bağlar əsasında hazırlanmış uzun və tor hörüklü saçaqlardan ibarətdir. Məmulatın əsas hissəsinin ara sahəsində ənənəvi naxışlar, haşiyə qurşağında da tor kimi hörülmüş romb təsvirləri verilib. El arasında cəsarətin rəmzi kimi tanınan “çəngəl” və ya “qoşabuynuz” adlı elementlər ara sahədə üfüqi xətt boyunca ritmik rapportla tərtib olunub. Onların ətrafında isə “çadır”, “quş”, “qıynaq” və müxtəlif damğaların təsvirlərindən doldurucu element qismində istifadə edilib. Ara sahəni əhatələyən “pitikli” adlı haşiyə qurşağının ətrafını axar suyu simvolizə edən “köhnə su” zolağı əhatə edir. The compositional structure of this lamagabaghi consists of two parts. The main one is in the form of a system of ornamental decoration, and the additional one – in the form of a wide mesh fringe with tassels. Traditional patterns are placed in the central field of the main part, and images of rhombuses, intertwined as a grid – in the border. In the central field in a horizontal line elements changal (butcher’s hook) or goshabuynuz (paired horns) symbolize courage. Filling elements are located around them – chadir (tent), gush (bird), giynag (claw), as well as various tamgas. The border, covering the middle field, consists of a stripe with a pitikli ornament (with an amulet) and framing it narrow stripe kohna su (ancient water), symbolizing running water.
XALÇA MƏMULATLARI 178CARPET PRODUCTS A dastarkhan is a thin white palas that used to function as a tablecloth for Azerbaijanis and other Turkic peoples. The central field of Azerbaijani dastarkhans was rectangular, usually plain and the borders spotted vivid decoration, in contrast with a dastarkhan produced in Central Asia that boasts an elaborate design. Dəstərxan keçmiş zamanlarda azərbaycanlıların və digər türk xalqların süfrə əvəzinə işlətdikləri ağ rəngli və nazik toxunuşlu palazın adı olmuşdur. Orta Asiyada istehsal edilən dəstərxanlar çox zəngin bədii tərtibata malikdir. Azərbaycanda isə düzbucaqlı formaya malik dəstərxanın ara sahəsi əsasən
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 179 Dəstərxan DASTARKHAN saya olur, kənarlarına qabarıq naxışlar toxunurdu. Süfrə təkcə masa örtüsü və sadə bir əşya olmayıb, sakral mənaya da malikdir. Süfrələrdəki ornamentlər nəinki onun üstündəki yeməyi, ümumilikdə ailənin xeyir-bərəkətini, ruzi bolluğunu, eləcə də bu xeyir və bərəkəti hasil edənlərin qoruyucusudur. Muzeyin kolleksiyasında ümumilikdə 13 ədəd dəstərxan qorunub saxlanılır. Onlar yundan, pambıqdan xovsuz texnikada hazırlanıb. Ən qədim nüsxəsi XIX əsrə aiddir. Kolleksiyanın ilk nümunəsi XIX əsrə aiddir və Qarabağda toxunmuşdur. Kolleksiyada təqdim olunan dəstərxanlar Qubada, Qarabağda, Bakıda hazırlanıb. Eyni zamanda, burada müəllif işi olan dəstərxan da qorunub saxlanılır. A dastarkhan denoted a sacred meaning, its ornaments protected the food and the breadwinner, and brought abundance to the family. The museum’s collection includes 13 examples of dastarkhan made of wool and cotton in flat-woven technique. The oldest one is dating back to the 19th century. The first sample, purchased by the museum, also belongs to the 19th century and was made in Karabakh. Guba, Karabakh and Baku dastarkhans are kept in the museum. In addition, the collection has a sample of modern artist work.
XALÇA MƏMULATLARI 180CARPET PRODUCTS 97 x 203 sm / 97 x 203 cm yun, Z3S; şəkəri / wool, Z3S; ivory pambıq, Z2S; ağ / cotton, Z2S; white keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2S; pambıq, Z2S; ağ, qara / wool, Z2S; cotton, Z2S; white, black 60 x 50 10 sm-də / 60 х 50 yarns per 10 cm 28.09.1973 yun, Z2S; innabı, göy, qara шерсть, Z2S; red-brown, blue, black 2116 yun, Z2S / wool, Z2S Dəstərxanın mərkəzi hissəsi nöqtəli zolaqlarla bəzədilib. Həmin zolaqların üst və alt hissəsində “ağac”, “quş” və “daraq” adlanan elementlər təsvir olunub. Bir çox xalça məmulatlarında rast gəlinən “daraq” elementi yağış kultu ilə əlaqədar olub, ruzi-bərəkətin simvolu kimi çıxış edir. Haşiyə bəzəyinin yeganə elementini ox təsviri təşkil edir. “Cağ” adlanan bu haşiyəni toxucular enerji yönümünün, arzuların istiqamətinin simvolu kimi qiymətləndirirlər. Dəstərxanda da müsbət enerjinin süfrəyə yönəldilməsi kimi təfsir oluna bilər. The central part of the dastarkhan is decorated with dotted stripes. At the top and bottom of these stripes there are aghaj (tree), gush (bird) and darag (comb) elements. Darag element, found in many carpet products, is associated with the cult of rain and acts as a symbol of prosperity. The only element of the border decor is the okh (arrow) ornament. Such a border stripe, called jagh (knitting needle), is considered by weavers as a symbol of energy, aspiration of a dream. It can also be interpreted as directing positive energy to the tablecloth. DƏSTƏRXAN. QARABAĞ, AZƏRBAYCAN. XIX ƏSRİN SONU DASTARKHAN. KARABAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: İnventar nömrəsi: Inventory No.: Saçaq: / Fringe:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 181
XALÇA MƏMULATLARI 182CARPET PRODUCTS Saçaq: / Fringe: yun, Z2S; ağ / wool, Z2S; white 14.05.1984 Dəstərxanın kompozisiya quruluşu ara sahə və “cağ”la tərtiblənmiş haşiyə qurşağından ibarətdir. Məmulatın ara sahəsində rapport şəklində təkrarlanan epiqrafik əski əlifba ilə toxunan yazılar, stilizə olunmuş “quş”, “qızıl puta” və “butaq” adlı ağac təsvirləri verilmişdir. Ənənəvi olaraq naxışlı dəstərxan toxuculuğunda nöqtəli zolaqlar arasında təkrarlanan elementlər süfrə mədəniyyəti ənənələrini səciyyələndirir. Burada təsvir olunan “qızıl puta” qut (insana verilən ilahi qüvvə), “quş” himayə, “butaq” isə xeyir-bərəkətin rəmzini ifadə edir. Dəstərxanın ara sahəsini “ox” elementləri ilə tərtib olunmuş ana haşiyə və “burma” adlı su zolaqları əhatə edir. Belə bir quruluşa malik olan haşiyə qurşaqları el arasında “cağ” adlanır. Əsasən dəstərxan və süfrə kimi məmulatların toxunmasında oxların bu cür təsvirləri hörmət əlaməti olaraq ruzi və xeyir-bərəkətə işarədir. The compositional structure of the dastarkhan consists of a central field and a border stripe with a jagh (knitting needle) ornament. In the central field of the product, there are repeating inscriptions rendered in the old epigraphic alphabet, stylized images of gush (bird), elements of gizil puta (golden buta) and butag (branch). According to the traditions of weaving, patterned dastarkhans, elements, repeated between dotted stripes, characterize traditions of table culture. The gizil puta depicted here symbolizes different abilities bestowed on a person, the gush ornament symbolizes protection, and the butag ornament symbolizes blessing. The central wide border consists of okh (arrow) elements, and a narrow su (water) stripes and is made of the burma (curl) ornament. Border parts with this design are popularly known as jagh. Images of arrows on dastarkhans symbolize honor, prosperity and blessing. DƏSTƏRXAN. QARABAĞ, AZƏRBAYCAN. 1305-Cİ İL HİCRİ (1887-Cİ İL) DASTARKHAN. KARABAKH, AZERBAIJAN. 1305 AH / 1887 Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Naxış ipi: Patterning yarn: 90 х 188 sm / 90 х 188 cm yun, Z2S; şəkəri / wool, Z2S; ivory pambıq, Z2S; ağ / cotton, Z2S; white keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping pambıq, Z2S / cotton, Z2S 45 x 65 10 sm-də / 45 х 65 yarns per 10 cm yun, Z2S; şəkəri, innabı, qara wool, Z2S; ivory, red-brown, black 6298 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 183
XALÇA MƏMULATLARI 184CARPET PRODUCTS Another household carpet product is a balishuzu (pillowcase). It was made of linen or silk and woven in a carpet-weaving technique. There are such types of balishuzu as bashalti (literally – headrest, pillow for sleeping), balinj-pushti (wall pillow, for leaning backs while sitting on the floor), mutakka (cylindrical pillow), gulagyastigi (literally – a pillow under the ear), gol yastigi (literally – a pillow under the arm, the one that they leaned on while sitting). The artistic design of each product was made under the influence of the carpet patterns of the region it was woven in. In some cases, the ornaments that adorned balishuzu were designed to protect the owner from the evil eye and evil forces. Məişətdə istifadə olunan xalça məmulatlarından biri də balışüzüdür. Yastığa keçirilən balışüzü kətan, ipək və s. materiallardan hazırlanmaqla yanaşı, həm də xalça toxunuşlu da ola bilərdi. Başaltı, balınc-püşti, mütəkkə, qulaqyastığı, qol yastığı kimi növləri var. Bu məmulatın bədii tərtibatı toxunduğu regionun xalça naxışlarının təsiri altında yaradılırdı. Bəzi hallarda balışüzünü bəzəyən ornamentlər yiyəsini bədnəzər və pis qüvvələrdən qoruyurdu.
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 185 Balışüzü BALISHUZU Kolleksiyada ümumilikdə 4 ədəd balışüzü qorunub saxlanılır. Onlar yundan xovsuz və xovlu texnikalarda hazırlanıb. Ən qədim nüsxəsi XIX əsrə aiddir. Kolleksiyanın ilk nümunəsi isə 1920-ci illərə aid olub, Şirvanda toxunmuşdur. Muzeyimizdə təqdim olunan balışüzlər Şirvan, Qarabağ və Bakıda hazırlanıb. The museum collection houses four samples of balishuzu made of wool in pile- and flat-woven techniques. The oldest one was made in the 19th century. The first sample of such an item, acquired by the museum, dates back to the 1920s and was woven in Shirvan. Balishuzus presented in our collection are made in Shirvan, Karabakh and Baku.
XALÇA MƏMULATLARI 186CARPET PRODUCTS Balışüzünün kompozisiya quruluşunu Quba xalçaçılığına məxsus romb formalı, qarmaqlı “xonça” və ya “örtük” adlı göl və haşiyə qurşağı təşkil edir. Ara sahənin əsas hissəsində tərtib olunmuş bu gölün ortasında “alma”, dörd tərəfində isə rombların içərisində “kilimgülü” və ya “çörəkgülü” adlı elementlərin təsvirləri verilib. Burada doldurucu naxışlarla yanaşı, yay-ox kultunu ifadə edən “oxbaşı” elementləri də yer alır. Mərkəzi gölün ətrafında isə künclərə doğru “qarmaqlı kilimgülü” elementləri ilə bərabər, “ləpir” və ya “qurd ağzı” təsvirlərindən doldurucu naxış kimi istifadə olunmuşdur. Rəmzi mənalarına görə bu naxışlar kosmologiya ilə bağlı olsa da, quruluşuna görə təbiət kultundan qaynaqlanır. Ara sahəni “qonça” (qönçə) elementli “qozalı islimi” adlı ana haşiyə və “dilikli” adlı bala haşiyələr əhatə edir. The compositional structure of this balishuzu is designed with border and a decorated with hooks rhomboid medallion, characteristic of Guba carpet weaving and called khoncha (tray) or ortuk (coverlet). In the center of this medallion, which occupies the main part of the field, there is an element of the ornament alma (apple). There are elements of kilimgulu (kilim flower) or chorakgulu (black cumin flower) inscribed in a rhombus on four sides. In addition to filling patterns, there is also an element okhbashi (arrowhead), reflecting the cult of the bow and arrow. Around the central medallion, along with the elements garmagli kilimgulu (kilim flower with a hook) in the corners, there are filling elements of the ornament lapir (trace) or gurd aghzi (wolf mouth). Although the symbolic meaning of these ornaments is associated with cosmology, their structure is rooted in the cult of nature. The edge, bordering the middle field, consists of a wide central stripe gozali islimi (islimi with a boll) with an element goncha (bud) and narrow stripes dilikli (with teeth). BALIŞÜZÜ. QUBA, AZƏRBAYCAN. 1920-Cİ İLLƏR BALISHUZU. GUBA, AZERBAIJAN. 1920S Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Üz ipi: Face yarn: 51 х 52 sm / 51 х 52 cm yun, Z2S; şəkəri / wool, Z2S; ivory yun, Z1; qırmızı / wool, Z1; red xovlu (simmetrik ilmə) / knotted pile (symmetric knot) yun, Z2; qəhvəyi / wool, Z2; coffee brown 50 x 50 10 sm-də / 50 х 50 yarns per 10 cm 18.12.1967 yun, Z2; qırmızı, sürməyi, göy, qəhvəyi, xardalı, şəkəri wool, Z2; red, dark blue, blue, coffee brown, mustard, ivory 6 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 187
XALÇA MƏMULATLARI 188CARPET PRODUCTS Balışüzünün kompozisiya quruluşu ara sahə və haşiyə qurşağından ibarətdir. Onun ara sahəsində sağdan sola doğru istiqamətlənmiş diaqonal zolaqlar müxtəlif rənglərdə verilmişdir. Bu zolaqların üzərində “qarmaq” və ya “meandr” təsvirlərinin ritmik rapportları ilə yanaşı, ara-sıra “insan” və “xəlbir” adlı elementlərə də rast gəlinir. Burada “qarmaq” naxışları axar suyu, aydınlığı və cəzbetməni, “insan” və “xəlbir” elementləri isə əcdad kultuna bağlı olub, aramağı, artlamağı simvolizə edir. Məmulatın ara sahəsini əhatələyən haşiyə qurşağı cəsarətin rəmzini ifadə edən “qoşabuynuz” naxışının zəncirvari tərtibatından təşkil olunmuşdur. The compositional structure of this balishuzu consists of a border part and a central field with multi-coloured diagonal stripes from right to left. Along with the rhythmic rapports of the garmag (hook) ornament, which is also a meander, these stripes sometimes contain elements insan (man) and khalbir (sieve). The garmag ornament here symbolizes running water, clarity and attraction, while the elements insan and khalbir are associated with the cult of ancestors, search and elimination. The ornament of the border framing the middle field is a chain of elements goshabuynuz (paired horns), symbolizing courage. BALIŞÜZÜ. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ BALISHUZU. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: Üz ipi: Face yarn: 53 х 91 sm / 53 х 91 cm yun, Z2S; şəkəri, noxudu / wool, Z2S; ivory, beige yun, Z2S; şəkəri, qəhvəyi / wool, Z2S; ivory, coffee brown keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2S; şəkəri, noxudu / wool, Z2S; ivory, beige 34 x 70 10 sm-də / 34 х 70 yarns per 10 cm 03.12.1976 yun, Z2S; noxudu, innabı, qara wool, Z2S; beige, red-brown, black 3359 İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: yun, Z2S; ağ, innabı, göy, yaşıl, sürməyi, qəhvəyi, qara wool, Z2S; white, red-brown, blue, green, dark blue, coffee brown, black
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 189
XALÇA MƏMULATLARI 190CARPET PRODUCTS Etnoqraf H.Quliyevin arxivindən. 1950-ci illər Ethnographer H.Guliyev’s archive. 1950s
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 191 Örkən ORKAN Orkan, a flat-woven item, is sometimes decorated with various patterns that have been used in our household since ancient times. In Turkic languages, including Azerbaijani, the words horgu (braid), horma (knit), orkan (rope), horumchak (spider) and other similar words derive from the same root – hor//or, which means thread, yarn and rope. The yarn, which spun from wool, cotton, silk, and a mixture of sheep’s and goat’s wool, is woven on a ground (horizontal weaving) loom with the width of 8-10 cm, and the length – 6-10 meters or longer, depending on the weaver’s wishes. They attached a doghanag – a slingshot for a brace, forked knot with long branches 12-15 cm long to one of the finished orkan’s end. The proverb associated with orkan says: “A pot often sent to the well is broken at last”. Orkan was used as a rope for packaging cargoes, strengthening alachigs and tents. Örkən qədim zamanlardan məişətimizdə istifadə olunan, bəzən üstünə müxtəlif naxışlar salınan toxuculuq məmulatıdır. Türk dillərində, o cümlədən, Azərbaycan dilində hörgü, hörmə, örkən, hörümçək və bu qəbildən olan digər sözlər eyni kökdən – hör // ör sözündən törəmişdir. Kəndir, ip, çatı mənasında işlədilmişdir. Yundan, pambıqdan, ipəkdən, qoyun yunu ilə keçi qəzilinin qarışığından əyrilən ipdən yer hanasında, eni 8-10 sm, uzunluğu isə 6-10 m və ya toxucunun istəyindən asılı olaraq daha uzun toxunulur. “Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək” – atalar sözü məhz buradan alınmışdır. Toxunub hazırlanmış örkənin bir ucuna doğanaq tikilirdi. Bu hər qolu 12–15 sm-ə yaxın haça ağacdır. Örkəndən minik və yük heyvanlarının palanlanmasında, yük taylarının sarınmasında, alaçıq və çadırların bağlanıb bərkidilməsində istifadə edilirdi.
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 192 Örkən özünəməxsus naxış elementinə malikdir. Onun enli zolaqlarının tərtibatında vizual haşiyə kompozisiyası üçbucaq elementindən təşkil olunub. Qədimdən bəri bu cür üçbucaqlar el arasında “dua”, “bəzək”, “damğa”, “sırğa” və başqa adlarla tanınırdı. Sabitlik, möhkəmlik, qoruyuculuq və digər mənalarla simvolizə olunan belə üçbucaqların tərtibatına “örkən bəzəyi” də deyirlər. Burada “örkən bəzəyi”nin ətrafında “cücəözü” (cücə gözü) və ya “müjə” (kiprik) adı verilən su zolağı isə təmizlik, aydınlıq rəmzlərini ifadə edir. Yarımköçəri tayfalar alaçıqların bağlanıb bərkidilməsində istifadə etdikləri belə örkənlərin bəzənməsində inanclarla bağlı olan ənənəvi naxışları nəsildən-nəslə ötürürdülər. This orkan is patterned with original triangular motifs that are arranged in wide vertical stripes. Since ancient times, such triangles were popularly called dua (amulet), bazak (decoration), damgha (tamga), sirgha (earring), etc. Such design of triangles, symbolize stability, strength, protection, etc. It is also called orkan bazayi (orkan decoration). The border stripe su (water) with juja gozu (chick’s eye) or muja (eyelash) ornament around the orkan bazayi represents the symbols of purity and clarity. The semi-nomadic tribes tied alachigs (tent)with the help of orkans, decorated with traditional patterns related to their beliefs that were passed down from generation to generation. ÖRKƏN. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU ORKAN. SHIRVAN, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: 9 х 1000 sm / 9 х 1000 cm yun, Z2S; qırmızı, çəhrayı, yaşıl, sarı, qəhvəyi wool, Z2S; red, pink, green, yellow, coffee brown yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown keçirtmə (əriş üzlü), dolama, hörmə / warp-faced plain weave, wrapping, braiding yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown 45 x 20 10 sm-də / 45 х 20 yarns per 10 cm 02.12.1994 8460 İnventar nömrəsi: Inventory No.:
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 193
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 194 ÖRKƏN. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ ORKAN. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: 9 x 1064 sm / 9 x 1064 cm yun, Z2; yun, Z3S; qırmızı, zoğalı, göy, sarı, sürməyi wool, Z2; wool, Z3S; red, cornelian red, blue, yellow, dark blue yun, Z3S; tünd-qəhvəyi / wool, Z3S; dark brown keçirtmə (əriş üzlü) / warp-faced plain weave yun, Z3S; tünd-qəhvəyi / wool, Z3S; dark brown 80 x 40 10 sm-də / 80 х 40 yarns per 10 cm 31.01.1983 5517 İnventar nömrəsi: Inventory No.: Saçaq: / Fringe: yun, Z3S, Z2; qotazla tamamlanıb / wool, Z3S, Z2; tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 195 Örkənin kompozisiya quruluşunu üç zolaq təşkil edir. Enli orta zolaq həndəsiləşdirilmiş naxışlarla tərtib olunub. Burada içərisində romb formalı “göz” elementi verilmiş kvadrat yeri, yurdu, “ox” və ya “oxbaşı” təsvirləri yayılmağı və qoruyuculuğu simvolizə edir. Aşağıdakı “qarmaqlı” adlı oğuz damğası isə günəşi, ocağı və tayfa birliyini ifadə edir. Enli zolağın bu naxışlarını onun ortasından keçən “tək su” adlandırılan düz şaquli xətt birləşdirir. İçərisində doldurucu kimi “külək” elementi də verilmiş enli zolağın hər iki tərəfində “burma” deyilən su zolağı toxunmuşdur ki, bu da təmizliyin və xeyir-bərəkətin mənalarını ifadə edir. Etnoqrafik səciyyə daşıyan belə örkən naxışları bir çox Azərbaycan cecimlərində toxunmuşdur. The compositional structure of this orkan consists of three stripes. The wide central band is composed of geometric ornaments. A square with a rhombic element goz (eye), inscribed in it, represents a place, a country, an element okh (arrow), or okhbashi (arrowhead) – protection, distribution. Located in the lower part Oghuz tamga called garmagli (with a hook), means sun, home and unity of the tribe. The patterns of the wide stripe are united along its middle by a horizontal straight line tak su (single water). Elements of the kulak (wind) ornament act as fillers. On both sides of the wide stripe there is a narrow stripe su (water) called burma (curl), symbolizing purity and fertility. Similar ethnographic patterns of orkans are found in many Azerbaijani jejims.
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 196 ÖRKƏN. QARABAĞ, AZƏRBAYCAN. XIX ƏSRİN SONU ORKAN. KARABAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Sıxlıq: / Density: Kolleksiyaya daxilolma tarix: Accession date: 8 x 916 sm / 8 x 916 cm yun, Z2S; pambıq, Z2S; qırmızı, qara, ağ wool, Z2S; cotton, Z2S; red, black, white yun, Z2; qara / wool, Z2; black keçirtmə (əriş üzlü) / warp-faced plain weave yun, Z2; qara / wool, Z2; black 30 x 60 10 sm-də / 30 х 60 yarns per 10 cm 13.03.1989 7721 İnventar nömrəsi: Inventory No.: Saçaq: Fringe: yun, Z2S; pambıq, Z2S; qırmızı, qara, ağ; qotazla bəzədilib wool, Z2S; cotton, Z2S; red, black, white; tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 197 Örkən sadə quruluşa malik olub, üç zolaqla tərtib edilib. Onun enli zolağında toxum, əkin, torpaq, məhsul və başqa mənaları simvolizə edən nöqtələrdən vizual olaraq istifadə edilib. Burada nöqtələr həm növbəli (şahmat quruluşlu), həm də diaqonal istiqamət üzrə toxunmuşdur. Bu zolağın hər iki tərəfində isə el arasında “cücəözü” (cücə gözü) və ya “siçandişi” adlanan su zolağı verilib. Belə zolaqlar axar suyun timsalında artımı, bolluğu, saflığı və məhsulu ifadə edir. This orkan has a simple artistic structure consisting of three stripes. The ornament of a wide band is made up of dots denoting seeds, sowing, soil, harvest, etc. They are arranged both in a checkerboard pattern and diagonally. On both sides of the wide stripe there are narrow su (water) stripes, popularly called jujaozu, juja gozu (chicken’s eye) or sichandishi (mouse tooth). Such stripes, with the meaning of running water, symbolize growth, abundance, purity and productivity.
MÜNDƏRİCAT CONTENT ÇUL 8 CHUL YƏHƏRÜSTÜ 44 YAHARUSTU DƏVƏ BƏZƏYİ 50 CAMEL DECORATION XURCUN 56 KHURJUN HEYBƏ 80 HEYBA QAŞLIQ 96 GASHLIG ÇUVAL 106 CHUVAL MƏFRƏŞ 112 MAFRASH ÇANTA 138 CHANTA DUZ TORBASI 150 DUZ TORBASI QAŞIQDAN 158 GASHIGDAN LƏMƏQABAĞI 166 LAMAGABAGHI DƏSTƏRXAN 178 DASTARKHAN BALIŞÜZÜ 184 BALISHUZU ÖRKƏN 190 ORKAN
Tiraj: 500 nüsxə Çapa imzalanıb: 02.05.2022 Print run: 500 Signed for print: 02.05.2022